Qoşmalar Aşıq Alı (1801–1911) Ağlama Aylar-illər mən yolunu gözlədim, Düz ilqarlı Bəsti xanım, ağlama. Yandırdın sən məni kabab eylədin, Sənə qurban şirin canım, ağlama. Bu dünyada belə olubdu adət, Varlılar yoxsula verir əziyyət. Bizə də bir qapı açılar əlbət, Varım-yoxum, din-imanım, ağlama. Mən Aşıq Alıyam, illər ayrısı, Məcnun tək gəzirəm çöllər ayrısı. Bülbüləm, bağlar tək güllər ayrısı, Ey munisim, mehribanım, ağlama. * * * Ağlaram Səni xəstə gördüm qəlbim qan oldu, Ayıl bu qəflətdən, ellər, ağlaram. Ox dəydi sinəmə, yaram deşildi, Tökərəm didəmnən sellər, ağlaram. Coşanda ürəyim aşırdım dağlar, Düşəndə yadıma o keçən çağlar, Bu günü görəndə dostlarım ağlar, Tutulub dizlərim, bellər, ağlaram. Alıyam, dərdimi yetirdim yüzə, Gəzirdim səhrada, enmişəm düzə, Bir gözəl istərəm gözümlə süzə, Deyirəm sözləri dillər, ağlaram. * * * Ağrı dağı Havalanıb ərş üzünə qalxıbsan, Dağların sərdarı, nər Ağrı Dağı. Payızın, baharın olur zimistan, Səndən əskik olmaz qar, Ağrı Dağı. Ətəyinə xan atdanır, xun düşür, Böyük adın mahallara ün düşür, Hər dağdan irəli sənə gün düşür, Nə vaxtı açılar dar, Ağrı Dağı. Səkkizi rizvandı Cənnətin bağı, Neçə hanası var, neçə otağı, Nuh gəmisi, Peyğəmbərin bulağı, Səndə çox nişana var, Ağrı Dağı. Göstərdin cahanı necə sirr idi, Tozun qalxdı, İrəvanı bürüdü, Axşam üstü hər tərəfdən yeridi, Batırdı ölkəni Pir, Ağrı Dağı. Əvvəl səndə olub Rüstəm pəhlivan, Gəzib şahi-mərdan nişanbanişan, Aşıq Alı təəccübdü hər zaman, Yarın qardı, yarın nar, Ağrı Dağı. * * * Alar Bu dünyanı təcrübədən fəhm edən, Əşyan qurar, körpü salar, ad alar. Yüz namərdlə şəkər yesən ağıdı, Bir mərd ilə ağı yeyən dad alar. O qohumun, o taxılı, o unu, Hamidardı, apar doldur xurcunu. Qaytarmasan bir yumurta borcunu, Aqibətdə tələb edib yad alar. Alı, sözün fitnəlidi, fellidi, Kitab-kitab sirlərini həll edi. Mərdin adı hünərindən bəllidi, Nanəciblər əməlindən ad alar. “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il. * * * Amandı Başına döndüyüm ədalət şahı, Şahım, bu yollara düşmə, amandı. Çuğul, şeytan sənə tələ qurubdu, Şahım, bu yollara düşmə, amandı. Bu yolların içi dolu lil olur, Üstü bulud, altı quyu lil olur, Görürsənmi, şəmsi-qəmər ləl olur, Şahım, bu yollara düşmə amandı. Əskiklərin sözü keçməz arada, Mərd iyidlər tez yetişər murada, Yazıq Alı ilqar qoydu burada, - Şahım, bu yollara düşmə, amandı. * * * Ay ağa haray Əyildi qamətim, büküldü belim, Sən yetiş dadıma, ay ağa, haray! Könül coşdu qanadlanıb uçmağa Yanıbdı şahpərim ayağa, haray. Balıq olan suda üzməz lələksiz, Tərlan olan göydə uçmaz qənətsiz Aslan olan sözü ötməz köməksiz, Sən yetiş köməyə, ay ağa, haray. Çağırram qulunu qoyma sərgərdar, Düşmüşəm qovğaya gəl məni qurtar, Ağalar ağası, ya Şahısuvar, Sən yetiş imdada, ay ağa haray. * * * Ay üzə-üzə Qəm məni çulğayıb saldı dəryaya, Cəhd eylədim çıxam ay üzə-üzə. Oğrun-oğrun öz oduma yanıram, Qəza vurub saldı ay üzə-üzə. Yarananda borclu olub bir cana, Bənzəmədim nə sultana, nə xana. Dolandım dünyanı, bildim əfsana, Bu cavan canımı ay üzə-üzə. O gün olarmı ki, şad olub gülək, Sən əydin qəddimi, ay qoca fələk. Alı, yaradandan sən eylə dilək, - O, deyər dərdini ay üzə, üzə. * * * Bax Bu dünyanı mən tərcümə eylədim, Bu çərxi-gərdişin yollarına bax. Satıcılar yalan yerə and içir, Ortada oynayan dillərinə bax. İnanmayın boyaqçının dilinə, Cövhər, aşqar - yaman qatır lilinə. Baxmayın hacınm yoğun şalına, Gedib evlərində günlərinə bax. Dövlətlilər əzrayılsız can alır, Pulun sələminə ot, saman alır, Əvvəlcə beş verib, sonra on alır, Qiyamət günündə hallarına bax. Bənnalar da divar çəkir hər yana, Axşamacan danışırlar əfsana. Nəccarlardan var yaxşısı bir dənə, - Zoddu İbrahimin kamalına bax. Əllaf ilə baqqal nə işlər görür?.. Haqqını düz alıb yarımçıq verir. Bir arşında yarım çərək qol vurur, Sən onların fəndi-fellərinə bax. Gör neyləyir qalayçıyla, dəmirçi, Xalqın evin yıxdı papaqçı, kürkçü. Arvadları soyur pinəçi, çərçi, Sövdadakı qilü-qallarına bax. Nalbənd də çəkici çox döyür nala, Tayı düz almamış salmayır yola. Tez-tez mıxa çalır, haqqı bol ola Üzünə tüpürür, yallarına bax. Dəyirmançı neylər, söyləyim sənə, On yol şahad alıb doymayır yenə. Altından ling qoyur, üstdən dəndanə, Qabaqdan paylayır, dallarına bax. Pirim Şahi-Mərdan, Heydəri-kərrar Dadıma yetişsin Əhmədi-muxtar. Aşıq Alı üzü qara günahkar, Cəhənnəm odunun küllərinə bax. * * * Bənzərsən Süsənli, sünbüllü, tər bənövşəli, Yaylaq, bizim yaylaqlara bənzərsən. İçən ölməz abi-kövsər suyunu, Bulaq, bizim bulaqlara bənzərsən. Cənnət olub bizim yerin bu çağı, Ağ lavaşı, kərə yağı, qaymağı, Qızlar dəstələnib gəzər oylağı, Oylaq, bizim oylaqlara bənzərsən. Ket Dağı, Əyricə, Daşkənd baxarı, Ağ sürülər, Sarıyaldan yuxarı, Var bizim suların əcəb axarı, Çaylaq, bizim çaylaqlara bənzərsən. Alının gəzdiyi üç gözəl dərə, Şeqaiq, Çiçəkli, xoş Cözəldərə, Şahdağdan görünür Başgözəldərə, Uç dağ bizim, o dağlara bənzərsən, * * * Bəsdi Cana gəldim bu hicrandan, hicrətdən, Nəhayət, son həddə çatmışam, Bəsdi. Bəsdi. Əl-aman eylərəm səfil dövrandan, O qürbət güzarı atmışam, Bəsdi. Bəşər deyil, məlakəsən surətdən, Nə incidin, nə usandın firqətdən, Xəyalda görürdüm səni qürbətdən, Gecəni gündüzə qatmışam, Bəsdi. Əməlimdə var peymana dəlalət, Sən məndən sadiqsən, ey mahi tələt, Yubandım, yanında qaldım xəcalət, Nə dincəlib, nə də yatmışam, Bəsdi. Ara qəlb evini, aşikar baxın, Sədaqət ləşkəri eylədi axın. Ara uzaq oldu, könülsə yaxın, Sanki günahlara batmışam, Bəsdi. Alının iqbalı yeyindi, yeyin, Yoxdur qəm-qüssəsi, aləmə deyin. Eşitməyim nazlı yarın gileyin, Dəm alıb qəmləri satmışam, Bəsdi. * * * Bəsdi Nabina eynimə nəzər eyləyib, Duyuram, ahəstə ağlama, Bəsdi. Çarəsiz dərdimə çarə olmadı, Yas tutub qaralar bağlama, Bəsdi. Nadan olub, fərəh umma fələkdən, Al əhlidi, əl götürməz kələkdən, Kənar etdi məni arzu-diləkdən, Dağ üstən sinəmi dağlama, Bəsdi. Alı bülbül oldu, dünya - qəfəsi, Çərxi-cəfadardan kəsilər səsi, Zəngulədə yerin verməz özgəsi, Daşqın çaylar kimi çağlama, Bəsdi. * * * Bəsdi Sən şəms, mən kənarında sitarə, Rüsxət ver sərinə dolanım, Bəsdi. Can fəda eylərəm, ey mahiparə, Budur sərmayədən olanım, Bəsdi. Kərəməm, Əslisiz giryan neylərəm? Məcnunam, dəştidə üryan neylərəm? Nainsaf, halıma bir yan, neylərəm? Sənsən canı verib, alanım, Bəsdi. İqbalım dadıma yetmədi bir an, Sitəmindən oldu can evi viran, İstərsən gəzərəm İranı, Turan Qürbət diyarlara yollanım, Bəsdi. Umma mərhəməti qəni daradan, Əgər sevirsənsə çıxaq aradan. Kərəm hasil olar nadir çaradan, Tərsinə odlara qalanım, Bəsdi. Dəhri-cəfə çoxlarını tovladı, Uydu baban rəsulları qovladı, Alı sənlə bir diyarın övladı, Qoyma yad ellərə calanım, Bəsdi. * * * Bəsdi yar Peymana mərd oldum, dəşt gərd oldum, Gör əhvalım, bir sor halım, Bəsdi yar. Rüxsarən zərd oldum, əhli dərd oldum, Zaydı halım, həm xəyalım, Bəsdi yar. Cismidə canımsan, ilqarda dursan, Sən can alanımsan, verrəm buyursan. Təlx lisanımsan, eyham vuransan, Bilsin cümlə qoy mahalım, Bəsdi yar. Olmasan bivəfa, sürərsən səfa, Gələsən insafa, çəkməyəm cəfa, Sevən düşməz xofa, çekilər qafa, Etmə müşgül ilk vüsalım, Bəsdi yar. Artırdın məlalım, həm qilü-qalım, Tərk edim mahalım, sərf edim malım. Ya ölüm, ya alım, yox desən, zalım, Aşkar oldu son sualım, Bəsdi yar. Çeşmimin ziyası, Alıdı ası, Geydi qəm libası, ahdı nəvası. Qurdu firqət yası, agah mənası, İnanma ki, burda qalım, Bəsdi yar. * * * Bilin siz Qohum-qardaş, dost-müsahib yanında, Günahkaram, günahkara bilin siz. Bülbül fəğan eylər öz gülşənində, Qızılgül həmdəmdi xara bilin siz. Sinəm yara oldu dağı-düyündən, Könlüm ayrılmadı öz miskinindən. Kişi də dönərmi öz dediyindən? Sinəm oldu para-para bilin siz. Aşıq Alı deyər sözün aşkara, Heç vaxt güvənmədim dövlətə-vara. Düz oldum dostluğa, əhdə, ilqara, Mənim bu dərdimə çara bilin siz. * * * Bilinməz Ay ağalar, gəlin sizə söyləyim, Nanəcibin düz ilqarı bilinməz. Xəsis gec-tez öz varını itirər, Onun namus, qeyrət, arı bilinməz. Can yanmasa gözdən axan yaş olmaz, Qohum-qardaş çətin vaxtı yad olmaz, Dostu büdrəyənin qəlbi şad olmaz, Kisəvar insanın varı bilinməz. Dostumun dostuna sayıl olmuşam, Təmiz gözəllərə mayıl olmuşam, Çəkdiyim zillətə qayıl olmuşam, Bivəfa gözəlin yan bilinməz. Mən istərəm gözəlləri şad olsun, Dodaq nazik, incə belli, dad olsun, Xoşxasiyət, gülər üzlü, ad olsun, Əl uzatsan onun narı bilinməz. Aşıq Alı, hər cəfaya dözübsən, Həm ucanı, həm alçağı görübsən, Bu fani dünyadan əlin üzübsən Fələk bivəfadı, barı bilinməz. * * * Bilməz Çoxu aşıqlığa iqdam eylədi, Əlində çaldığı saz ola bilməz. İstəyir ki, matahım xırd edə, Hərifi dəhanda düz ola bilməz. Qulluq eyləməyən ustad pirinə Nədən bilməm özün salar dərinə?! Ala qarğa düşsə su kəmərinə, Silkinər, çalxanar, qaz ola bilməz. Göyçə mahalımdı, Alıdır adım; Ümidim, pənahım, mənim imdadım. Atəşliyəm, səni yandırar odum, Eşq əhlində atəş az ola bilməz. * * * Birisin Apardın ağlımı, ay mələkzada, Söyləsən dərdimin yara birisin. Təbib gəldi, neştər vurdu yarama, Loğman gəlsə söylə yara birisin. Qaf qəhardan dərsim aldım mən də hey. Kaf kafərdi bu dünyada, sən də hey. Təbib gəlsə dərman qaldı səndə hey, Sən bilirsən bu dərdimin birisin. Alıyam, çağırram gözəl Allahı, Dilimdən tərk etmə simi billahı Əliyyi-mürtəza şahların şahı Şahi-Mərdan açar dərdim birisin. * * * Bizə göndər İstəkli sevgilim, qəlbimin pəri, Qaymaq dodağından bal bizə göndər. Ağlımı alıbdı sənin camalın, Zülfunün ucundan al bizə göndər. Mən səni sevmişəm dünya üzündə, Qəlbim qaldı sənin şəhla gözündə, Vədə verdin düz olmadı sözün də, Sözün düz olmasa, nar bizə göndər. Ürəyim şüşədir, sındırma, əzmə, Dolanıb dünyanı əğyarla gəzmə, Əlimi uzatsam əlini üzmə, Üzsən də əlini, qar bizə göndər. Bu dünya fanidir kimə qalıbdı? Dil bilməzin dərdi məni alıbdı. Bağban da olmasam, bağa salıbdı Qızılgül olmasa, xar bizə göndər. Aşıq Alı, çəkmə işvəli nazı, Götür əllərinə sədəfli sazı. Neynirəm var-dövlət, varımdı azı Əsəl də tapmasan dar bizə göndər. * * * Bu gün Dərs alanlar gəlib məndən dərs alsın, Sinəmin dəftərin açıram bu gün. Bir quş kimi, qalmış idim yuvada, Dövr edib havada uçuram bu gün. Necə oldu atam, nec oldu anam, Dağıldı hasarım, pozuldu binam, Yüklənibdi qəflə, qatır, barxanam, Bu yurddan o yurda köçürəm bu gün. Aşıg Alı mindi seçərdən atı, Oxudu üzünə əcəl baratı, Qıldan çox nazikdi, qilıncdan iti, Sirat körpüsündən keçirəm bu gün. * * * Can candan ayrı Eşqin fərağından cismim kül oldu, Əzabı hiss etməz can candan ayrı. Şəmsi qiyafəndən təcrid eyləmə, Zalım, yaşayarmı can candan ayrı. Dəhşət olar bir də alsa yara nar, Üz bağçadan, peşkəş eylə yara nar, Qiyamətlər qopar, məhşər yaranar, Həmgiryan yaşasa can candan ayrı. Alı piran oldu, şahanə qaldı, Bir kəfəndən qeyri şahə nə qaldı? Heyif ki, bilinirsən şahə nə qaldı Ucbatından düşdü can candan ayrı. * * * Çatarmı Xanlar bəyə şikayətə gəlirəm, Sənin ona zor, qüvvətin çatarmı? Çəksə qılmcmı, girsə meydana, Vuruşmağa cəsarətin çatarmı? Xanlar bəy əyləşib Ağrı dağmda, Neçə pəhləvanlar solu sağmda, Bu coşqun sinəmin odlu çağmda, Allam canm, heç fürsətin çatarmı? Niyə boş-boş danışırsan əfsana, Özündən basırsan çox yekəxana, Görərlər kim kimi boyalar qana, Qoçuluğa qabliyyətin çatarmı? Kürd Məlik tək nə giribsən meydana, Diqqət elə qarşmdakı oğlana, Gərək qiymət qoysun insan insana, İnsanlığa xasiyyətin çatarmı? Alı deyər: eşq ucundan xəstəyəm, Dava meydanında kəmərbəstəyəm, Özüm nişanlıyam, murad üstəyəm, Cavanlığa sədaqətin çatarmı? * * * Çalım Qəddi dal, eyni zay olsam da, gülüm, Yenə də pür kamal həvəsdi çalım. Qəm çökdü sinəmə eyləyə zülüm, Bir gətir sazımı, a Bəsdi, çalım. Piranələr halı müdam müdhişdi, Halətimə körpələr də gülüşdü; Naqafil yadıma keçən gün düşdü, Söylə bəmdən çalım, ya səsdi çalım? Bəşər qəmli qüdrətindən yaranı, Xaliq xəlq eyləyib qəlbdə qaranı. Dilləndirib tez kəsərəm aranı, Həm desəm bu Alı növrəsti çalım. * * * Çəkibdi Ay ariflər, gəlin sizə söyləyim, Varlılar yoxsulu dara çəkibdi. Cəhd edirlər bu dünyanı tutalar, Nökərə, dehqana qara çəkibdi. Mollaynan, varlılar uyublar felə, Köyxaynan birləşib qururlar tələ. Ağaynan bəyləri demirəm hələ, Zülmü gəlib ol üqbayə çəkibdi. Fağırın, miskinin əlləri qabar, Beş ilə alammır bir axsaq davar. Yeməyi, geyməyi deyirəm havar, Aşıq Alı qilü-qala çəkibdi. * * * Çəkməyə Bir gözəllə əhdi peyman edəndə, Gərək yarın səngi-dağa çəkməyə. Mərd özündən görər, namərd özgədən, Dar məqamda dost qabağa çəkməyə. Dostdan giley dönər dastan, nağıla, Gələr bir gün gəlməyən iş ağıla. Ünsiyyət olmasa, xanə dağıla. Zənən sola, əri sağa çəkməyə. Alı, rast olanda yaman yamana, El gələr əlindən aha, amana. Qəhr eyləyər cümləsinə zamana, Münsif gərək sər qırağa çəkməyə. * * * Çürüdü İstəyirəm qələm alım söz yazım, Sel-sel oldu sinəm başı çürüdü. Qohum-qardaş, dost-müsahib yad oldu Vaxt da keçdi cavan ömrüm çürüdü. Fələk qəhr eylədi saldı çöllərə, İntizaram göz tikərəm yollara, Yazaram vəsfimi düşər dillərə, Qəza gəlib ətrafımı bürüdü. Alıyam, sinəmdə eşqin sevdası, Atlaz mimtənəsi, gümüş baftası, Çalxanır dəryada suyun sonası, Bilmirəm mələkdi, yoxsa hürüdü. * * * Dağlar Keçdim İstanbuldan, İzmirdən, Qarsdan, Gəlmişəm dolana-dolana dağlar, Duman çən libasın qaldır səmaya, Aman ver müsafir dolana dağlar. Meylim olmaz el malında, qoynunda Yaz iqbahın, bir təşdid də qoynunda, Yar firqəti qoymaz qalam qoynunda, Hicrandan kədərlən, dol ana dağlar. Aşiqin Alıyam boylu, busatdı, Bir dürriydim, həcər deyə bu satdı, Üç ay dolanarsan toylu, büsatdı, Xəzanda boş, yazda dolan, a dağlar. * * * Dal-dala İsmin üç hərifdi elədim bəyan, Cimdi, mimdi, yazılıbdı dal-dala, Seyraquba, müxənnətə qoşulma, Əlif qəddin bəd nəzərdən daldala. Səyyadısan, dağlar sənin, gəz dolan, Alışarsan öz oduna, az qalan, Maral gəldi, keç bərədə daldalan, At oxların, peykanım daldala. Deyər aşıq Alı meydan içində, Oxudum dərsimi meydan içində, Doxsan min kəlməni meydan içində, İsbat eylə, sübut eylə dal-dala. * * * Dedi Bir nişan istədim gül üzlü yardan, Dirsəyin göstərdi: Alısan, dedi. Dedim: Ay qız, küsdüm səndən, əl çəkdim, Həlbət bir yadına salarsan, dedi. Dedim: Ay bəxtəvər, bu nə büsatdı? Dedi: Nəzər eylə, gör nə sifətdi? Dedim: Çeşmim yaşı yeri islatdı, Verrəm dəsmalımı, silərsən, dedi. Dedim: Ay qız, qəmdən dəftər bağlaram, Dedi: Baxma, nişanını saxlaram. Dedim: Həsrətindən inan, ağlaram, Qorxma, yaxın vaxtda gülərsən, dedi. Dedim: Ay qız, nə gözəldi şamama, Dedi: Dəymə, ömrün yetər tamama. Dedim: Ay qız, əl uzadım məmənə, Özünü nüfuzdan salarsan, dedi. Dedim: Xəstələrin can dərmanısan, Dedi: Aşıqların kərəm kanısan. Dedim: Ay qız, mənim adım tanısan? İrəldən tanıram, Alısan, dedi. * * * Deyərsən Hasan əmi, bir Allahın eşqinə, Mənim ərzim o canana deyərsən. Ey mənim qasidim, dərddən xəbərdar, Məntək dərdi o tüğyana deyərsən. Gedib ol vətənə varannan sonra, Sən bizim elləri görənnən sonra, Götürüb naməni verənnən sonra Bu cavabı yana-yana deyərsən. Kamil bağban, pasiban ol güllərə, Tapşırdım gözünü diksin yollara. Deynən yola düşdü uzaq ellərə, Keçdi Alı Alosmana deyərsən. * * * Deyinən Qasid, gedər olsan bizim ellərə, Bu naməni o canana deyinən. Qohum-qardaş, dost-müsahib olanlar, Göz dikməsin başqa yana deyinən. Durub o yollara varandan sonra, Sən bizim elləri görəndən sonra, Bu dilsiz naməni verəndən sonra, Dilcavabı yana-yana deyinən. Bülbüləm qonmaram qeyri güllərə, Yarım el verməsin özgə əllərə, Aşıq Alı düşdü tozlu yollara, Yolum düşdü Alosmana deyinən. * * * Deyir Aman Allah necə dözüm bu dərdə, Hər yetən gədalar mənəm xan, deyir. Hərcayi danışar həddini aşar, Alışdım, tutuşdum, Sultanam deyir. Arif məclisində sayılmır insan, Tülküdən törəyən olarmı aslan, Misalı, forması, görnüşü insan, Duruşu çaqqaldır, aslanam deyir. Alı, sözün əzəl başdan yazılar, Şeytandır, iblisdir, molla qazılar. Bir gözəl görsələr yolun azarlar, İmamın yolunda qurbanam deyir. * * * Deyirəm Ay ağalar, gəlin sizə söyləyim, Atəşin ürəkdə yanar, deyirəm, Qəvi düşmən pis fikirdən çəkinməz, Od vurub sinəmə yanar deyirəm. Ürəyim dərdlidi, qəlbim fikirdə, Tab edə bilmirəm bir belə dərdə, Sayıl tək səhrada qaldım şərməndə Əl vurma şüşəyəm sınar deyirəm. Alıyam, unutmam vəfalı dostu, Vurubsan sinəmə kamanı qəsdi, Dedim əl çəkəsən, demədin bəsdi, Qalmışam zülmətdə, kənar deyirəm. * * * Dərdimi Nə həkim, nə loğman, nə cərrah qaldı, Yazdırmışam hər dəvaya dərdimi. Mənim dərdim hər bir dərddən uludur, Nə nər çəkər, nə də maya dərdimi. İgid odu mayasını pak tuta, El içində öz-özünü xak tuta. Tüccar gərək bu dərdimi yük tuta, Mirzə gərək yaza, saya dərdimi. Aşıq Alı deyər, ay günü qara, Bulunmaz dərdimə gəl eylə çara. Yusif getdi satılmağa bazara, Gedin deyin Züleyxaya dərdimi. * * * Dərindi Elə müəmmadır aşıq sənəti, Bir isimdə dörd hikməti dərindi. Şairdir, məzəkar, sazan, xoş avaz, Fəth eylə cəmini bəhrə dər indi. Bu məqamda əhsənlər var, minnət var, Bir dərgahdı, içrə zülmət, cənnət var, Firudin var, suluddin var, sünnət var, Al matahın taybataydı dər indi. Aşiq oldun aqillərdən elm ara, Arif məclisində gələrsən kara. Hər hikmət söylənsə tapmasan çara, Çulğayar qəlbini dərdi-sər indi. Huşyar ol, alim var hikmətli söylər, Elmi dayaz aşıq naçardı, neylər? Məclis küdrət çəkər, qəlbini teylər, Bunu dərk etməzin əqli sərindi. Yetmiş iki dildi bir para taxta, O ustad əlində dolanmaz saxta. Gah başda dolandır, gah da ayaqda, Eylə qəm evini dərbədər indi. Adəmdən Hatəmə sazda dəlil var, Anlamasan tərk et, meydan etmə dar. Alı nəsihəti qalsın yadigar, Xəbərdar olunsun bu xəbər indi. * * * Dəyməmiş Kənardan qəlb ilə gəzirəm səni, Dodaq gəlib gül yanağa dəyməmiş. Çəkirəm əziyyət, gəz qabağımda, Əl uzadıb gülün xara dəyməmiş. O ala gözlərə mayıl olmuşam, Gül yanağa bil ki, sayıl olmuşam, Çəkdirsən dara da qayıl olmuşam, Ox da gedib öz ovuna dəyməmiş. Deyər Aşıq Alı, ay qoşa xallı! Əmərəm ləbinnən ləbləri ballı, Dərdini çəkirəm çox qilü-qallı, Cənnət sənsən, səndə bara dəyməmiş. * * * Dolana bilməz Xəlləqul-aləmin budur qərarı, Qış olmasa, bahar dolana bilməz. Ər kişi vətəndən düşsə aralı, Ah çəkib saralar, dolana bilməz. Dost bağında qönçə kimi bitməyən, Gül üstündə bülbül kimi ötməyən, Vədə verib, ilqarına yetməyən, Vədəsiz qocalar, dolana bilməz. Bəlalı başımı alıb dumanlar, Alçalın, siz Allah, əyilin, dağlar! Müddətdir, yolumu gözləyənim var, Heç iyit biilqar dolana bilməz. Mərdlərin biriynən tutmuşam bəhsi, Xudam, iltimasa çəkmə heç kəsi! Alı-türki-zəban, Əli şiəsi, Dərgahından kənar dolana bilməz! * * * Dolandı Həbibimdi, təbibimdi Bəsdi yar, Uydu könlüm o dildara dolandı. Vəfasız dünyanın vəfalı yarı, Əmr eylədi, düz ilqara dolandı. Tay olmaz sədrinə bir qeyri sinə, Qoymadı qoynuna bir qeyri sinə. Yarı meyl etmədi bir qeyrisinə, Gəldi neçə zülfü qara dolandı. Yazı haxdan oldu, od oldu yandı, Hərdən əbru təki o dolu yandı. Sevda aləmində od oldu yandı, Ah səməndərdi, nara dolandı. * * * Dolandırır Ay ağalar, gəlin sizə söyləyim, Dövlətli malını, əl dolandırır. Kəsilibdi hörmət, yoxdu məhəbbət, Yəqin bu dünyanı pul dolandırır. Bu dünyanın şərabından içməyən, Karvan olub, Haqq yolundan keçməyən, Evdə arvadına sözü keçməyən, İndi koxa olub, el dolandırır. Aşıq Alı deyər, halım pərişan, Ağ üzündə qoşa xallar hər nişan, Binamus qohumdan, namuslu düşman, Öldürsə, qəbrimə gül dolandırır. * * * Dolandırır Hər yetən hərcayı deyir aşığam, Setaiyə simi tel dolandırır. Adam var başını saxlaya bilmir, Mahalda camaat, el dolandırır. Adam var ki, fikir, zikir eyləyir, Adam var ki, haqqa şükür eyləyir, Adam var ki, hiylə, məkr eyləyir, Aralıqda fitnə, fel dolandırır. Aşıq Alı şər işlərdən qaçqındı, Adam var ki, səxavətdə daşqındı, Adam var ki, çörək versə, çaşqındı, Dalınca gözündə sel dolandırır. * * * Dönübdü Pozuldu dövranım, nəs gəldi ilim, Mən gördüyüm o zəmanə dönübdü. Uçubdu bülbülüm, boş qalıb gülüm, Bahar-yazım zimistana dönübdü. Solubdu bağçamın gülü, şəbnəmi, Bürüyüb sinəmi möhnətin qəmi. Yavaş-yavaş çatır ayrılıq dəmi, Dərdim artıb bir ümmana dönübdü. Talanıb dövlətim, tükənib varım, Arif məclisində görünmür yerim. Ərşə çəkilibdi yuxum, qərarım, Rəxti-xabım şahmarana dönübdü. Etibar qalmayıb qohum-qardaşda, Günah çoxdur eli qatan əyyaşda. Mərdlər batindədi, gədalar başda, Bəxti qalxıb Temir xana dönübdü. Fələyin felindən olmadım halı, Gətirdi başıma min qilü-qalı. Mahalım Göyçədi, öz adım Alı, Qapı-bacam dəyirmana dönübdü. * * * Dünya Sinni qoca bir səmada zibadı, Gəşd eylər bəşərlə yanaşa dünya. Mail oldum aşüftəhal hüsnünə, Etmədim canana tamaşa, dünya. Bətnində bərqərar cümlə imkanım, Sənsən mənim əzəl, axır məkanım. Vicuduna qərzidardı bu canım, Alanda düşmərəm talaşa, dünya. Rəsimlərin kimsə çəkə bilmədi, Qurdu, açdı min mərəkə, bilmədi, Təqdirini kimsə sökə bilmədi, Heyranam o nadir nəqqaşa, dünya. Afitab salmasa üstünə sayə, Zay olar qüdrətin, yetməzsən haya. Döndərib üzünü müdam səmaya, Eylə əhsənləri birbaşa, dünya. Bir köçən olmasa, yaranmaz biri, Haqq - ana sanıram mübarək yeri. Peşkəşdi bətninə Alının səri, Döndər ya turaba, ya daşa, dünya. * * * Dünya Ərbabı sultanı dolandırırsan, Dolanır karı da, koru da dünya. Bir sirli qüdrətsən kuyində sənin, Gördük zəhməti də, zoru da dünya. İşindən halıyam, deyiləm naşı, Əskilmir üzümnən gözümün yaşı, Qorxudur cismimi məhşər ataşı, Bizə çox görürsən goru da dünya. Bir gün yaranmışlar köçəcək bir gün, Can torpaq altına olacaq sürgün, Tapdaqdan, dannaqdan qalan ömür, gün, Çətin ki, Alını yarıda dünya. * * * Düşər Ərzəyin yaylağı, Gözəl oylağı, Bir zaman yadıma Başdıbel düşər. Ovqanın yaylağı, Şahmar bulağı, Ağmanqal, Mıxtökən, Alagöl düşər. Yaxşı olar bu dağların havası, Yaylamağa gəlir gözəllər xası. Zərzibil, Daşkörpü, Gəlin qayası, İstisudan bəri bizim el düşər. Ləli-gövhər bu dağların tayıdı, Xublar gəlib orda yaylar, qayıdı. Bərkimin, Ağrının, Arpa çayıdı, Bir zaman ellərə gəlhagəl düşər. Zülm əlindən köçürdülər bineyi. Tik pilləkəndədir köçün ileyi. Qaraxal, Ağ manqal, Dəniz Güneyi Qalxıb qonar ellər, Cada yol düşər. Alı söylər yarın qaşı gözündən, Dindirəndə dür tökülər sözündən, Uçdu könlüm quşu dağlar gəzindən, Ay qabaq üstündən siyah tel düşər. * * * Düşər Bu dünyanın get-gəlini qananın, Ölçər, biçər ürəyinə xal düşər. Cahil uyar bir fitnənin felinə, Şux gözəlin qismətinə çal düşər. Qurtarmadıq padşahın bacından, Gözü doymaz öz taxtından-tacından, Müxənnətin, seryaqubun ucundan, Bu gözəl ellərə qalmaqal düşər. Özü öz halını anlamayan kəs, Alı üçün libas biçir dəsbədəs. Müxənnətə qənim olar müxənnəs, Əhli-hal əhlinə, əhli-hal düşər. * * * Düşərsən Kəndin laf eyliyib aşığam demə, Sən də olar bir gün dara düşərsən, Nə gəzirsən çöl-biyaban, səhrada? Dağlarda borana, qara düşərsən. Gəl özün özünə verməginən boy, Özgə qabınnan ye, öz qabınnan doy. Qırxıb yal-quyruğun eylərəm bir day, Yal-quyruğu qırxıq hara düşərsən. Ustadam, Alıyam, tanısan məni, Dürün mədəniyəm, gövhərin kanı, Bir kərə götürüb ataram səni, Gedib cəhənnəmdə nara düşərsən. * * * Düşdü Bir dəzgah qurmuşam, yüz min qolu var, Hər telindən, dilbər, bir şanə düşdü. Ömür keçdi, cavan qəddin büküldü, Yasəmən zülflərə nişanə düşdü. Əldə şanə, zülfün dara bir yana, Hurilər, bir yana, dilbər bir yana, Dərdimi yüklədim, oldu bir xana, Dəryada nəhəngə, ümmana düşdü. Dibi dərya, başı qar, qubara bax, Yar sinəsi səmər vermiş, nara bax, Deyər Aşıq Alı, sən bu kara bax - Mömin nara, kafər rizvana düşdü. * * * Düşmüşəm Əziz mehribanım, gözümün nuru Beyqəfildən bir balaya düşmüşəm. Qəza yazdı, qədər gördü işini, Alışıb ataşa, nara düşmüşəm. İtirdim irahı, gəzdim düzünü, Mən görmüşəm nainsafın yüzünü, Gəl sənə söylüyüm sözün düzünü, Ah çəkibən ahu-zara düşmüşəm. Alıyam, sərimnən gedib xəyalım, Nə loğman tapmadım, nə də ki, alim, Mən sənə neylədim, a qəddar zalım, Məcnun olub dağa, daşa düşmüşəm? * * * Düzələ bilməz Dərmansızdı bəd övladdan gələn dərd, Bu dərd əyən ata düzələ bilməz. Dilin yarasından kəc olan könül, Gedər qiyamata, düzələ bilməz. Bu dünyada arsız gəzməyə nə var, Tufansız ümmanda üzməyə nə var, Mərdin cəfasına dözməyə nə var, Namərd vuran xata düzələ bilməz. İnsafdımı, Aşıq Alı qocala, Müddəilər gələ, ondan bac ala!? Bir kimsə ki, gədəlikdən ucala, Başı ərşə çata, düzələ bilməz. * * * Eyləmə Vüsalını hər il yubatdın, ey dil, Zülmü yara, çeşmi-çıraq eyləmə. İlqarımda xəlil, kalamım dəlil, Arama pəjmürdə varaq eyləmə. Əhvalındı dəmli, dolan həmdəmli, Ləbindi məlhəmli, əqlin ələmli, Gözlərim də nəmli, rüzgarım qəmli, Mah camalın məndən iraq eyləmə. Gözəllərin xam, dövran sultanı, Kəramətin kanı, etmə üsyanı, Tərk edib məkanı, tutaram kanı, Bihudə arama, soraq eyləmə. Diyarım xanımı, alma canımı, Sevənin zalımı, gör imanımı, Alıb kamanımı, axıt qanımı, Mərhəmətin məndən uzaq eyləmə. Sən ey hilal qaşlı, Alı sirdaşdı, Qəm həddini aşdı, huşum dolaşdı. Məramın araşdı, bu nə talaşdı, Ömrümü qəm-qüssə, fəraq eyləmə. * * * Eylər-eylər Bir elə mövlanın ətəyindən tut, Aləmə imdadı ol, eylər-eylər. Zərrəcə nəzəri olsa üstündə Yerdən daş götürsən ləl eylər-eylər. Böhtan demə, böhtan tutar adamı, Mənim bu sözlərim gövhər mədəni. Cəhənnəm odunnan betər adamı Yoxsulluq yandırar kül eylər-eylər. Alıyam, sözlərim safadır-safa, Dünya müxənnətdir, insan bivəfa. Hökm eyləsə Ağrı ilə o Qafa, Tökər dəryalara sel eylər-eylər. * * * Əlif-əlifə İbtida xəlq oldu külli-kainat, Oxudum dərsimi əlif-əlifə. Sirri haq yanında eylə aşikar, Xişminən buyurur əlif-əlifə. Divanə deməyin yazıq Məcnuna, Bulunmaz, dərdimə tapılmaz dava, Demərəm cərraha həkim-loğmana, Qaşların yay kimi əlif-əlifə. Alıyam, qurbanam haqqın özünə, Onun göndərdiyi haqqı-sözünə. Tab gətirmək olmaz eşqin gözünə Əbcətdən dərs aldım əlif-əlifə. * * * Əllər Küllü kainatın püştü-pənahı, Pirinci əl üstə gətirən əllər. Beş yaşında ol kafəri səmaya, Əntəri qeyz ilə itirən əllər. Dünya abı ikən xakə vuruldu, Altı gündə hökm olundu, quruldu. Abi-kövsər, xaki-baddan duruldu, Tifilkən ağ divi bənd edən əllər. Xızır Peyğəmbərin elmi dəryadı, Musa Peyğəmbərin qəlbi oryadı. İsanın anası adı Maryadı, Xızırla Musaya yol verən əllər. Xavəri-saili cəmə gələndə, Yetmiş oğlu ol Salsalın öləndə. Malik Əbülməcən salsal əlində, Salsalla şəmamə götürən əllər. Yer altında şəhrizərə getdilər, Büstü dala ol şəmamə yetdilər. Gülabı-Malikə qardaş etdilər, Salsalı dəryaya qərq edən əllər. Adəmnən Hatəmə Merac mehmanı, Onunla getmişdi bilin pünhanı. Aşıq Alı, sən ağanı tək tanı, Almanı, üzüyü gətirən əllər. * * * Əvəzində Qönçə dəhanından çıxan kəlmələr, Hər biri qiymətli ləl əvəzində. Ağ buxağa aşiq olub yanıram, Əta et, aşığa bal əvəzində. Gözlərin qüdrətdən qaynar bir bulaq, Dodaqların yeni gəlmiş ağ qaymaq, Üzünə baxmaqdan heç olmur doymaq, Qızarır yanağın gül əvəzində. Ətlas-zərbaf, tirmə örtüb başına, Al-xara geyibsən, gəlir xoşuna. Biçarə Alıyam, sənin başına, Dolanım kəlağay, şal əvəzində. * * * Əzbər-əzbəri İbtida əlifdən dərsim almışam, Oxudum dərsimi əzbər-əzbəri. Sən yetiş dadıma, ya sirri-xuda, Sənsən ərşin-kürsün əzbər-əzbəri. Yaratdı dünyanı külli-kainat, Darda qalanlara o verir nicat. Xişminən xeybəri eylədi bərbad, Çağırram dilimdə əzbər-əzbəri. Mehdiyi-peyğəmbər, sahibi-zaman, Sən yetiş dadıma on iki imam. Aşıq Alı deyər: ya şahi-Mərdan, Oxudum dərsimi əzbər-əzbəri. * * * Gedək Qohum-qardaş yenə düşdü yadıma, Dedim könül bir səfərim var, gedək. Heç görmədim əhdə peyman olanı, Nadan qurdu tərlan üçün tor, gedək. Onu gördüm atdım dərdi, vərəmi, Mübarək dəstindən aldım salamı, Götürdüm əlimə dəftər-qələmi, Könlüm istər o dağlardan qar, gedək. Alı təkdi, qürbət eldə dolanır, Oğrun-oğrun yar oduna qalanır, Ağ əllərə toy xınası bulanır, Xoryad üzdü güllü bağdan nar, gedək. * * * Gedirəm Çox-çox salam dua qohum qardaşa, Biləsiniz Alı-Osmana gedirəm. Bir dilək dilədim şahlar şahından, Sığınmışam o sübhana gedirəm. Alışır sinəmdə qəmli atəşim, Düşəndə yadıma dostum, sırdaşım, Gözləsin yolumu yarım, yoldaşım, Sizə verib bir nişana gedirəm. Aşıq Alı gəzər İrani-Turan, Uğruma açıqdı tamam hər bir yan. Mənə qardaş oldu Aşıq Duraxan, Yoldaş olub gövhərkana gedirəm. * * * Gedirəm Hər kim dərs alacaq, gəlsin dərs alsm, Sinəmin dəftərin açıb gedirəm. Bir quş idim, qalmış idim yuvada, Daha durmayıban uçub gedirəm. Necə oldu atam, necoldu anam. Pozuldu hasarım, yıxıldı qalam. Yüklənibdi qəflə-qatır, barxanam, Fənadan üqbaya köçüb gedirəm. Bu sözlərlə budu demək qəsdimdə, Əməlimi verib budu dəstimdə, Qohum-qardaş, ulus tamam üstümdə, Əcəl şərbətini içib gedirəm. Aşıq Alı minib səcərdər atı, Üzümə oxunur canım baratı. Qıldan da nazikdir, qılıncdan iti, Sirat körpüsünü keçib gedirəm. * * * Getdi Yarsız yenə qan ağlarım dəmadəm, Kəsilibdi səbri-qararım, getdi. Bir kimsənə əlac etməz dərdimə, Yoxdu, ləbi-məlhəm maralım, getdi. Ahi əfqanımda kara gəlmədi, Neçə tor qurdumsa, tora gəlmədi, Salıbdı cismimi nara, gəlmədi, Sədaqət oxundan yaralım getdi. Düşdü Məcnunundan aralı Leyli, Kərəm oda yandı, Əslidə meyli. Alı giryan qaldı, yardan gileyli, Köç etdi ceyranım, maralım getdi. * * * Getdi Ötübdü zimistan, gəlib novbahar, Yetirdi qərinə, sənələr getdi. Dəli könül gündə yüz xəyal eylər, Dolandı ruzigar, havalar getdi. Mən sənə nə deyim, ey şahi-şonqar, Ağlımı apardı bir çeşmi-xumar, Könlümə uymadı bir münasib yar, Gəldi məlakələr, sonalar getdi. Yazıq Alı, bu qəm səni bürüdü, Eynim yaşı sel-sel oldu yeridi, Qürbət eldə yazıq canım çürüdü, Neçə çərşənbələr, cumalar getdi! * * * Gələcəkdi Dövlətlilər, nə uyubsuz dünyaya, Dünya malı sizə dar gələcəkdi. İncitməyin fağırların pirini, Nəticəsi sizə ar gələcəkdi. Köyxa deyir dünya mənim, var mənim, Torpaq mənim, cənnət mənim, sar mənim. Göydən düşən o çalruylu qar mənim, Ədalət olacaq, dar gələcəkdi. Həqiqət, axirət vardı, deyirəm, Yeddi cəhənnəmi vardı deyirəm. Yoxsulun Allahı vardı deyirəm, Siratın körpüsü, var, gələcəkdi. Nökər saxlamağın çoxdu günahı, Aləmə yetəcək miskinin ahı. Zülm edənə zülm eliyər İlahi, Yoxsulun üzünə var, gələcəkdi. Aşıq Alı, sığın şahi-Heydərə, Ədalətsiz, mərifətsiz bəylərə. Lütfsüz, loxmasız olan səylərə, Axirət tufanı, qar gələcəkdi. * * * Gətirmə Məcnunun məskəni səri-kuy olar, Səcdəgaha sən divana gətirmə. Əhdə vəfalıyam, peymana mərdəm, Min bəhanə qaibana gətirmə. Əl götürməz gözüm gözlə savaşdan, Geyin əndamına aldan, qumaşdan. Bir seyrə çıx laləzarı o başdan, Pünhan gəzib, məni cana gətirmə. Tənə gəlməz pərvanəyə yanmaqdan, Al canımı, qurtar məni dannaqdan. Sədaqətdə Alı çıxıb sınaqdan, Əbəs yerə imtahana gətirmə. * * * Gətirmişəm Gecə-gündüz vird etdiyim, ay Bəsdi, Qəlbimnən qəlbinə tel gətirmişəm. Gəzdim İstanbulu, Qarsı, İzmiri, Türkiyə elindən bar gətirmişəm. İpəyin ən xası layiqdir sənə, Torpaq çox şirindi bilginən mənə. Anamın göz yaşın demirəm hələ Koroğlu dağınnan qar gətirmişəm. Deyişdik bağladım aşıq Yığvalı, Əsmər istiyirdi həm qilü-qalı. Axırda utandı, bəd gəldi falı, Əsmərin töhfəsi var, gətirmişəm. Dağlardan ucadı o Ağrı dağı, Nə qədər dost tutdum Əsəddir sağı. Çimənkənd olubdu behiştin bağı, Behişt bağçasından bar gətirmişəm. Alıyam, mən gəzdim tamam hər yeri, Türkiyə elinin gözəl dilbəri. Osmanlı sultanı dillər əzbəri, Onların salamı var, gətirmişəm. * * * Gərək Yaxşı yerdə düşdün mənim cəngimə, Cəngimdən çıxmağa bir hünər gərək. Maya dura bilmoz nər qabağında, Meydana girməyə nərə nər gərək. Saxla dilin, özün üçün qadağa, Əlimdən gedərsən arana, dağa. Şahin kimi göydə qanad açmağa, Havada süzməyə balü-pər gərək. Camalın şövqündən dilim oldu təng, Çayda balıq olar, dəryada nəhəng. Mahalım Göyçədi, kəndim Qızılvəng, Aşıq Alı birdir, birə-bir gərək. * * * Gərək Aşiqam deyibən girən meydana, Aşıq deyənlərdə xoş göftar gərək. Aşıq gərək sözün vəsfə yetirə, Bəyənə ariflər birbəbir gərək. İgid zalım bu meydanda durmağa, Müjgan oxun şirin cana vurmağa, Bir nəhibəntərə qılmc vurmağa, Ağam Əli əldə zülfüqar gərək. Sən məni eylədin yollarında ləng, Çaylarda balığam, dəryada nəhəng, Mahalım Göyçədi, kəndim Qızılvəng, Aşıq Alı mahallarda bir gərək. * * * Gərək (Budur gözəllərdə əzəl nişanə) Budur gözəllərdə əzəl nişanə, Ağ üzdə xalları ay qoşa gərək. Yar yolunda hər cəfaya qatlana, İlqarında dura həmişə gərək. Badilə nimtənə, hillədən çuxa, Mirvaridən düzə, incidən taxa, Ay kimi bərq vura, gün kimi çıxa, Baxanda gözlərin qamaşa gərək. Alı deyər, canım sənə sadağa, O büllur buxağa, lalə yanağa. Sallanıb gedəndə gülşənli bağa, Tamaşa boynuna tamaşa gərək. “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il. * * * Gərəkdi Əziz ana, gəlin sizə söyləyim, Qız alanın cibi dolu gərəkdi. Toxunmayın bu könlümün dərdinə, Toylası komunnan malı gərəkdi. Siz məni çəkirsiz bilin ki dara, Mənim bu dərdimə tapılmaz çara, Möhtacam dünyanın verdiyi vara, Yar alanın mah camalı gərəkdi. Aşıq Alı, nə çəkirsən dərdü-qəm?! Var olsun, mahallar eyləginən dəm. Huşunu başına toplagınan cəm, Zikr eyləyən çox xəyallı gərəkdi. * * * Görmədim Viranə bağlara mən oldum bağban, Almasın, heyvasın, narın görmədim. Bivəfa sözündən çox cəfa çəkdim, Bəslədim budağın, barın görmədim. Vəfasız fələkdə etibar olmaz, Ağlayan kimsədə giridar olmaz, Hər sevən kimsədə düz ilqar olmaz, Çoxu çox danışdı, karın görmədim. Alıyam, mətləbim veribdi xudam, Bütün ölkələrə yayılıb sədam. Hərcayı gözəli məhv olsun tamam, Namusun, qeyrətin, arın görmədim. * * * Görmədim Halay vurub, dəstə duran gözəllər, Öz yarımın başqa tayın görmədim. Qədəm qoydum bağçasına, bağına Heyif ola, nübar payın görmədim. Geyibsiniz çəpkən, başmaq, məsini, Çox görmüşəm gözəllərin bəhsini. Mən istərəm öz Bəstimin səsini, Harayladım, bir yol hayın görmədim. Nə salıbsız qiylü-qalı, bəsdi, bəs, Aşıq Alı çox eşidib Bəsdi, “bəs”. Lazım deyil başqa gözəl, Bəsdi bəs, Bəsdi, - dedim, Bəsdi boyun görmədim. * * * Görmüşəm Qəriblikdə gəzdim diyarbadiyar, Əzəl-əvvəl İrəvanı görmüşəm. Ürəyimdə min bir dürlü dərdim var, Araz kimi nur ümmanı görmüşəm. Türkiyədən keçdim Sarıqamışa, Ərzurumdan aşdım yetişdim Muşa, Türkiyəni gəzdim mən başdan-başa, Həm yaxşını, həm yamanı görmüşəm. Yaxşılıq edənə eylik dedilər, Yamanlıq edənə kötlük dedilər. Orda bir şəhərə bəylik dedilər, Qarsı gəzib, Qağızmanı görmüşəm. Deyər sözlərini bu Aşıq Alı, Mən fağır olmuşam başı bəlalı. Hər yerdə dərd çəkib olmuşam halı, Hər mahalı, hər bir yanı görmüşəm. * * * Gözdə gözü sən Gövhər mədəniyəm, düşmüşəm dərdə, Dərman eylə gözə gözdə gözü sən. Aman həkim əllərinə mən qurban, Zay olmasın gözüm gözdə gözü sən. Çox dövran sürmüşəm fani dünyada Allahı çağırram yetişsin dada. İşıq vermir, gözüm görmür dünyada, Rəhm eylə gözümə, gözdə gözü sən. Biçarə Alıyam, gəlmişəm dada, Hesab eylə haqqı salgınan yada. Cəsədim alışır, yanıram oda, Eylə gözlərimə gözdə gözü sən. * * * Gözəldi Gözəllər səfinə səcdə eylərəm, Cümlədən birisi necə gözəldi. İltimas eylərəm rübəndin ata, Mahi-münəvvərsə, gecə gözəldi. Boyu sürahidi, özü baxtavar, Tapmazsan tayını aləmi axtar. Peymanda yarandı faili-muxtar, Yaxşını-yamandan seçə, gözəldi. Viran etmə könlü, savabdı hörsən, Yarım Alının gözüylə görsən. And-aman içənə özün deyərsən, Yanında Züleyxa, bica gözəldi. * * * Gözəldir Təşrif buyur, gedən, bizim ellərə, Zülal suyu, çeşmələri gözəldir. Qız-gəlinlər gül-bənövşə dərəndə, Şümşad bilək, bəyaz əllər gözəldir. Dik piləkən sarı yalnan o dağlar, Həsrət çəkir çeşmələrin qan ağlar, Sərasər qaynayır çeşmə-bulaqlar, Dəhana dəyəndə dadı gözəldir. Baş açmadım müxənnətin felinnən, Fitnə-fəsadınnan, şirin dilinnən, Mən Alıyam, cüda düşdüm elimnən,- Əlvan-əlvan çiçəkləri gözəldir. * * * Gözəllər Olam pasibanı seyrangahların, Seyr edə yaylağı yazı gözəllər. Çeşmə kənarında gərdən çəkəndə, Heyran qoyur quba-qazı gözəllər. Əbrişin libasdı, ahu baxışdı, Qüdrətindən pür boyalı naxışdı. Fərq eyləməz ya bahardı, ya qışdı, Müdam eylər işvə-nazı gözəllər. Nurdan xəlq olunub, qəddi-qaməti, Huriyə, qılmana var dəlaləti. Nəğmədə dolanır şanı, şöhrəti, Yoldan eylər dayanmazı gözəllər. Gördüm sizi dərdə məlhəm, çaralı, Düzlərin ceyranı, dağın maralı. Hicran çəksə gül rüxsarı saralı, Növcavanlar qəlb həmrazı gözəllər. Mina gərdən, incə beli görməsəm, Qönçədəhan, şəkər dili görməsəm, Qələmqaşı, siyahteli görməsəm, Tərk eylərdim bu avazı, gözəllər. Sərrafı olmasam şəhla gözlərin, Seyrinə çıxmasam şəmsi üzlərin. Vəsfi olmasaydı ay bənizlərin, Yad etməzdim əsla sazı, gözəllər. Qəlbə şölə verən siz çeşmi çıraq, Amandı olmayın gözümdən iraq. Bir əlində qələm, birində varaq, Alı sizə dastan yazı, gözəllər. * * * Gözəllər Səhər çağı çıxdın mənim qarşıma, Göründü gözümə dəstə gözəllər. Aylar-illər həsrətini çəkdiyim, - Olmuşam dərdinnən xəstə gözəllər. Əflatun loğmana getdi dərmana, Yanıram oduna mərdi-mərdana, Dolanım başına, olum pərvana, Qoymayın könlümü yasda gözəllər. Alıyam, dünyada xam xəyal oldum, Baxdım gözəllərə kəm xəyal oldum. Düşəndə yadıma kəm xəyal oldum, Al sinən üstündə bəstə gözəllər. * * * Gözümüz Özgələrdən bizə xətər yetişməz, Eyləməsək özümüzə özümüz. Alışmışam öz oduma yanıram, Qoy söykənsin közümüzə közümüz. Bəhsə düşüb əbəs yerə döyüşdük, Qəlb sındırıb, qamət əyib öyüşdük. Heç bilmədik nə iş tutduq, əyişdik, Düz gəlmədi sözümüzə sözümüz. Qovğa günü mərd meydanda ər dini, Alıyam, axtarram elin mərdini; Leylü-nəhar çəksin diyar dərdini, Dürüst baxsın gözümüzə gözümüz. * * * Gülə-gülə İstəkli sevgilim, gəldik üz-üzə, Əlimi əlinə al gülə-gülə. Çox gəzdim dünyanı seçə bilmədim, Sənin tək gözəlgən, al gülə-gülə. Ürəyim titrəyir durma uzaqda, Külək olsun, telin əssin sazaqda Gözüm qalıb lalə yanaq, buxaqda, Qolunu boynuma sal gülə-gülə. Mən zərgərəm, səni dürrü bilirəm, Aləm nədi, şöylə, kimi görürəm, Türkiyə elindən indi gəlirəm, Minnət qoy Alıya, gəl gülə-gülə. * * * Gülöyşə Səni gördüm, cani-dildən şad oldum, Həsrət idim bir gülüşə, Gülöyşə. Ömr elədim qürbət eldə, yad oldum, İncə belli, əndam şüşə Gülöyşə. Müşk-ənbərin mərəkəmi bürüdü, Baxan deyir: ya pəri, ya hürüdü. Tənha qəlbim qəm evində çürüdü, İqbalıma qəmlər düşə, Gülöyşə. Bu fənadı, açılan bir, solan bir, Mənim kimi eşq oduna qalan bir, Abü-tabla məclisimi dolan bir, Mən aşiqəm şux yerişə, Gülöyşə. Fəraqından öz canıma qəsd oldum, Camalın şövqündən bihal, məst oldum, Şükürlər ki, öz elimdə rast oldum, Şəkər dəhan, sədəf dişə, Gülöyşə. Avazımla qəlbdən qəmi silərəm, Vədəm çatsa, diyarında ölərəm. Erkən yoldu, gedib bir də gələrəm, Son qoyaram bu gedişə, Gülöyşə. Sevdim gözəlləri, bu niyyətimdi, Elə, el oğluna bu biyətimdi. Qoşdum qoşma, dünya ölüm-itimdi, Yad edərsən sən həmişə, Gülöyşə. Bais sənsən sevgimə, sevincimə, Bir də baxım dürdanəmə, incimə. Səni tanrı, gəl Alıdan incimə, Aşıqlarda budu peşə, Gülöyşə. * * * Hayıfsan Özün üçün sən aşiqsən, ay Əsmər, Başın çatma qalmağala, hayıfsan. Şairlik deyəndə özünü öymə, Belə adı üzə salma, hayıfsan. Qullar boyda sən özünə hörmət et, Gələnin, gedənin əhvalına yet, Aşıqlıq edənin pişvazına get, Məni salma qilü-qala, hayıfsan. Etibar eyləmə fani dünyaya, Elmin yoxdu özün atma dəryaya, Məcnun kimi düşmə çölə, səhraya, Sən düşübsən bəd xəyala, hayıfsan. * * * Hələ Ey dünyanı anlamağa can atan, Bilə-bilə get başını yor, hələ. Məhəbbətə, mərhəmətə baxan kim?! Məxluqatı ram eləyir zor, hələ. Baş girləmə, qalıb sərvət hayına, Neçə yerdən göz dikilib payına. Ayıq ol ki, duz tökərlər çayına, Gözlərinə çəkilməmiş tor, hələ. El xəbərsiz sinəmdəki yaradan, Qəmim yada xoş gələcək, yara dan. Məhəttələm, nə gözləyir yaradan, Çalınmayıb indiyədək sur, hələ?! Dəli könül istəyini danmadı, Ocaq çatdım, küləklədim, yanmadı. Kimə dedim mətləbimi, qanmadı, Dedi: çəkil, cızığında dur, hələ. Aşıq Alı məskən salıb qayada, Qıy çəkir ki, yatmışları oyada. Bic toxumlar hal qoymadı mayada, Kül içində gizlənibdi qor, hələ. * * * İçəcək Qoca dünya çoxun yola salıbdı, Köçən köçüb, köçməyənlər köçəcək. Qafil, içmə bu gün əcəl şərabın, İçən içib, içməyənlər içəcək. Necoldu var üçün qanlar tökənlər? Əziz canın al qumaşa bükənlər, Unutmasın şərmü-xəta əkənlər, Biçən biçib, biçməyənlər biçəcək. Yazıq Alı, nə tez düşdün həvəsdən, Sərraf olan seçər qızılı misdən, Arif olan kəslər, yaxşını pisdən Seçən seçib, seçməyənlər seçəcək. * * * İncimərəm Mərifətli, qabliyətli yar olsa, Alsam da qoynuma il, incimərəm. Qızılgülün ətrafında xar olsa, Axıtsan eynimnən sel, incimərəm. Məqsədini yaxşı-yaman qanıram, Həsrətinnən alışıram, yanıram, Əsil gözəlləri mən də tanıram, Saxlasın yanında el, incimərəm. Alıyam, sinəmdə olubdu yara, Mayılam könlümü bağladam yara. Yetirin cərraha, o loğman yara, Ölsəm də yanında, bil, incimərəm. * * * İnciməsin Dedim, könül, nə düşübsən həvəsdən, Şamama dərərəm, tağ inciməsin. Bu fani dünyadan bir köç eylərəm, Aran qəmgin olub, dağ inciməsin. Bağban oldum öz könlümün bağına, Təbib dərman edə sinəm dağına. Uçurdum bülbülü dostun bağına, Oxusun bülbüllər, bağ inciməsin. Alıyam, gileyim nadan əlindən, Yarımçıq qalandan, nadan əlindən, Bir güldür, almışam nadan əlindən, Yarpaq titrəməsin, şax inciməsin. * * * İstərəm Elçi bəylər, xətrin məndən qalmasın, Bu adətlə elin işin istərəm. Əbrudan, atlasdan, ipəkdən, şaldan, Xara parçaların başın istərəm. Gətir başlığına üçcə min manat, Üç qızıl bilərzik, bir qızıl saat. Bircə "hə" sözünə iki köhlən at, İpək heybə, yəhər qaşın istərəm. İki dəvə gətir yanında köşək, Gələn töhfələr də olduqca qəşəng. Ətliyinə gətir 25 şişək, Kabab çəkmək üçün leşin istərəm. Put yarım çay gətir, iki put şəkər Samavar qaynasın hər axşam, səhər. On beş gün kef çəkək burda sərasər, Qısır inək səndən beşin istərəm. Mən Alıyam budur sözümün yeyi, Çağırram toyuma rəyyəti, bəyi. On beş put yağ gətir, qırx beş put düyü, El yeməyə əppək, aşın istərəm. * * * Könül Bahar fəsli, yaz ayları gələndə, Uca sərt dağlardan qar istər könül. Gözəllər sallanıb sıra vuranda Xəstəyəm, onlardan nar istər könül. Bu dünyada mərdimazar çox olub, Mərd iyidin gözü, könlü tox olub. Qonşu yox istəyən özü yox olub, Onunçün elləri var istər könül. Mən gələli xeyli qəddin ucalıb, Sənin dərdin məni çöllərə salıb, Fikr etmə ki, Aşıq Alı qocalıb – Gen tuman, çəpgəni dar istər könül. * * * İtibdi Bülbül fəğan eylər hey gələr səsi, Güllər solub, o bağbanlar itibdi. Oxuyub qumru tək kəklik ləhcəli, Mən gördüyüm nər cavanlar itibdi. Oxumamış mən əbcədi bilirəm, Dərya kimi təlatümə gəlirəm, Bey peyğəmbər, əlif Allah qanıram, Dil tərk olub, yol-ərkanlar itibdi. Göydə bir quş vardı adı dolaşıq, Nitqi yoxdu, sözün söylər dolaşıq, Hər saz çalan deyir: mənəm də aşıq, Alı kimi çox insanlar itibdi. * * * Keçibdi Dağlar sinəsindən, yaylaq yolundan, Neçə-neçə pasibanlar keçibdi. Arxada ləşkəri, başında əyan, Neçə sultan, neçə xanlar keçibdi. Ən uca zirvədi dağların başı, Heç kəs aparmadı zəri, daş-qaşı. Gələnin, gedənin neçədi yaşı, Neçə illər, nə zamanlar keçibdi. Çox fatehlər burdan salıb izini, İsgəndərdən bəri sayım yüzünü. Çox aqillər burda deyib sözünü, Nə cah-calal, nə insanlar keçibdi. Məğribdən məşriqə höküm verənlər, Gəldi-getdi Merac evin görənlər. Neçə həbibullah, neçə ərənlər, Neçə-neçə Süleymanlar keçibdi. Səhərin sübhündə səba yelində, Niqabı üzündə, yaqut telində, Köhlən at döşündə, naqan belində, Bəyaz buxaq necə canlar keçibdi. Loğman köçdü ehtiyacı dərmanda, Ər oğlu ər gördüm başı fərmanda. Cəng eylədi səri qaldı meydanda, Dadi-fəryad, ah-amanlar keçibdi. Açıldı neçəsi, soldu neçəsi, Boşaldı neçəsi, doldu neçəsi, Qan eylədi qanlı qaldı neçəsi, Alınmamış neçə qanlar keçibdi. Şamınan köçəni səhər görmüşəm, Neçə zülüm, neçə qəhər görmüşəm, Neçə diyar, neçə şəhər görmüşəm, Aşıq Alı biyabanlar keçibdi. * * * Kəsildi Fərzəndi-şərəfim köçdü dünyadan, Fələyin boynuma qəhri kəsildi! Necə əl götürüm həmdu-sənadan, Şəkər dəhanımda zəhər kəsildi! Şərəfim, şöhrətim, oydu pənahım, Xaliqin önündə nəydi günahım? Ərşə büləndi o, oldu amanım, Həyat çeşməsinin bəhri kəsildi! Nagah qəza gəldi məntək halıya, Fəryadım elləri oda qalıya! Ümid çeşməsiydi yazıq Alıya, Çeşməsi qeyb oldu nəhri kəsildi! * * * Kor Aşıq Alı Çəkmə xəcaləti, unutma arı, Saxla bu sinədə ar, Aşıq Alı. Bir zaman aqildim başda əyləşən, İndi də ayaqda kor Aşıq Alı. Bədəsil şəyirdlər çəkibdir dağı, Yetirdim peyvəsti, bəslədim bağı. Ömrümün, günümün soldu növrağı, Nə saz oldu, nə də tar, Aşıq Alı. Bəlkə də beləymiş yazım əzəldən, Qəm yedim aşnadan, yardan, gözəldən. Tülək tərlan kimi uçmuşam əldən, Qismətim ah-aman, zar, Aşıq Alı. * * * Könül Bəd gəldi ruzigar, döndü zamana, Baxmaynan yaxşıya, yamana, könül, O vaxt bənna idin bürc hasarında, İndi də yatıbsan nə xanə, könül? Kəsildi məhəbbət, hörmət azaldı, Uşaq da, böyüklə üzbəüz oldu, Tərk oldu mərd iyid, qurğu pozuldu, Zaya getdi ilqar kamana, könül. Hanı ağ sürülər, daşqınlı sellər, Əcəb tamaşalı sonalı göllər! Səddi qəhrəmana bənzəyən ellər, Qərq oldu dəryaya, ümmana, könül. * * * Qabaqda Cəm oldu bu cəmdə nuri-ərənlər, Agah idi xətti-xalı qabaqda. Pirim aşkar etdi şah məkanını, Kaş olaydım mən də halı qabaqda. Yahu-yahu deyib haqqa uydular, Yaman hu... dedilər təam qoydular. Cümlə məxluq loxma ilə doydular, Məcməyilər dolu qaldı qabaqda. Müstəcəbdi sovma-səlat səbatdan, Kəsirimiz qalmaz xümsü-zəkatdan. Alı xof eyləməz püli-sibatdan, Cənab Əmir şölə salı qabaqda. * * * Qaldı Canım cida düşdü, gedir vətəndən, Məkanım, məskənim, virana qaldı. Sanki ayrılıbdı güldən, çəməndən, Bülbülün əlacı fəğana qaldı. Yeni gül əkmişdim, mən baxtı qara, Bulunmaz dərdimə kim eylər çara, Xoryat əhli dəydi heyvaya, nara, Sinəmdə dağların nişana qaldı. Alı, aşiq olmuş, bir əhli-dilə, Təbibim Mövladı, dərdimi bilə, Bir tərəhhüm eylə, sən də aqilə, Çünki, səndən getdi, divana qaldı. * * * Qalmadı Dedim, könül, gəl al məndən nəsihət, Zay oldu bədənim, sağ da qalmadı. Qohum-qardaş hərə düşdü bir yana, Əridi ürəyim, yağ da qalmadı. Dünya çarxı gərdiş vurdu dolandı, Könül baxdı hər tərəf bir bulandı. Ellər gəldi yaylağında dolandı, Qayıdanda heç kim dağda qalmadı. Yazıq Alı nə çəkirsən fərağı, Ayrılıb vətəndən gəzmə irağı, Xainin başatan yanmaz çırağı, Pozuldu bostanlar, tağ da qalmadı. * * * Qızların Axşamdan yağan qar yağdı, bağladı; Kəsildi bulaqdan yolu qızların. Səhər tezdən çeşmə üstə varanda Üşüyər ayağı, eli qızların. Səhəngin doldurub qoyar görkəndə, Nə ki gözəllər var yığılıb kəndə. Kəmərin bağlayıb gərdən çəkəndə Əyrəmçədən keçər beli qızların. Aşıq Alı vəsfin söyləyər saza, Həmişə müştaqdır şahin şahbaza, Başlayanda kəklik kimi avaza Şəkərdən şirindir dili qızların. * * * Qocalmışam Ala gözlüm, sən nə məlul durursan, Sən görən deyiləm, yar qocalmışam. Qaymaq dodaq, gül yanaqlı bəxtəvər, Gəlibdi gözümə tor qocalmışam. Dəhanda dişlərim gəlib amana, Qədd əyilib, belim dönüb kamana. Dolanıb rüzigar, dönüb zamana, Tərlan baxtım olub sar, qocalmışam. Bu fani dünyadı heç kəsə qalmaz, Seyraqub çırağı başatan yanmaz. Heç kəsə qalmayıb, xana da qalmaz, Arıyıb-axtarıb kar, qocalmışam. Könül qubarlanıb tutanda bəhsi, Gələndə guşuma müxənnət səsi. Müddəi eyləyib hər işin tərsi, Çox zülüm eyləyib çar, qocalmışam. Tüsdü qalxıb duman gəzir başımda, Ataş qaynar ürəyimdə, döşümdə. Alıyam, olmuşam doxsan yaşımda, Ağarıb saqqalım, çal, qocalmışam. * * * Qurbandı Əhdi-peymanında dayanan yarın, Şəninə Minada quzu qurbandı. Ellər səna etsə qeyrət, arına, Min sərrafın söhbət, sözü qurbandı. Dağların nərgizi, çölün lalasi, Saqilər əlində mey piyalası, Ceyranın, cüyürün körpə balası, Ormanda maralın gözü qurbandı. Əhdi-peyman ara eşqin yolunda, Olmaya qəlb qara, eşqin yolunda, Bir vəfalı yara eşqin yolunda Bivəfa aşiqin yüzü qurbandı. * * * Mədinə Gözəl qiyafəli, Leyli kamallı, Sənsən gözəllərin şahı, Mədinə. Sevənlərdən gəl birinə könül ver, Çəkdirmə amanı, ahı, Mədinə. Bəyaz sinən dağda qarı andırır, Hüsnün möminlərə dinin dandırır. Mübtəlanı eşq atəşi yandırır, Kəc dolanır rəvan rahı, Mədinə. Bir an firqətinə tab etmir ürək, Əsil məlakəsən, hüsnün mübarək. Camalın şölədi, şəmsi nə gərək? Heyran qoydun ərşdə mahı, Mədinə. Sevənindən seyrə çıxma aralı, Zamanın hökmüdü, vədə daralı. Kamil səyyad ram eyləyər maralı, Sən səyağı, zülf siyahı, Mədinə. Şanə bil zülfünə badi-səbanı, Qoyma qilü-qalda, eli-obanı. Tədbirdə aqil bil Alı babanı, Seç birini, ol pənahı, Mədinə. * * * Mələk Gözəllər sərbəstə seyrangahdadı, Ərz etdim: Mələklər şahıdı Mələk. Cansitanım inkar etməz sözümü – Bu çeşmə başıdı, şahidi, Mələk. Aludəni qəlbi para eyləmə, Kim sövq eylər - dərdə çarə eyləmə?! Kuhkan mənəm, günü qara eyləmə, Desinlər, şəbistan mahıdı, Mələk. Vəfasızsan, imdadıma çatmasan, Xabi-əcəldəyəm, sən oyatmasan. Tənha qalıb, sübh-sadiqə yatmasan, Bişəkki, Alının ahıdı, Mələk. * * * Mənəm Əsli-Kərəm çoxlarına misaldı, Əyyub tək sinəsi yaralı mənəm. Necə dərd çəkmiyim, fəğan etmiyim? Elimnən-günümnən aralı mənəm. Dörd kitabdı yazılıbdı minayə, Min nəsihət, min dəlil var, min ayə. Yazıq canım qurban dedim Minayə, Yüz dərdlə, ələmlə yaralı mənəm. Yaradanım yaradıbdı günahkar, Ömür boyu zülüm verib nə ki var. Alıyam, dərdimə yoxdu xiridar, Günahkar-günahkar yaralı mənəm. * * * Məni Cəsədi möhnətdə nara qalandım, Yandırıb döndərər küllərə məni. Dərdim dərya kimi coşub çağlayır, Qərq edər ümmana, sellərə məni. Əyibdi işimi qəzavü-qədər, Gəşd edib dünyanı dolannam hədər. Ömrümün növrağı tamama yetər, Həsrət qoyar doğma ellərə məni. Aşıq Alı deyər: həsrətəm yara, Görən tapılarmı dərdimə çara?! Baş alıb gedərəm qürbət diyara, Salar dərdi-möhnət, çöllərə məni. * * * Mənim Dost-həmdəmim yetən kimi vətənə, Gör bir gözləyirmi yolum yar mənim? Söylə o canana qoy inciməsin, Yolumu tutubdu boran, qar mənim. Yerim pünhan, yurdum pünhan, qərib mən, Didərgin düşmüşəm nə vaxtdır seldən. Dərdimi özün de, göz yaşım eldən, Sinəmə dağ çəkib yağılar mənim. Hicran dəryasında üz, Aşıq Alı, Bu da bir səfərdi gəz, Aşıq Alı, Fələyin qəhridi döz, Aşıq Alı, Vaxt olar möhnətim dağılar mənim. * * * Narın üz Yaradanım qələm çalsa gözələ, Sən sürtəsən narın üzə narın üz. Mənim kimi yazın dönsə tərsinə, Həsrət olar narın üzə narın üz. Həsrət oldum o bağçıya, o bağa, Sinəm yanar bu düyünə, bu dağa, Qəza vurub yoldan çıxsan qırağa Həsrət olar narın üzə narın üz. Bacarıram qabağında söz deyəm, Bülbül olub bu bağlarda gözdəyəm. Alı deyər gözəl yara söz deyəm, Sən sürtəsən narın üzə narın üz. * * * Neçə dili var Mərifətdən kamil olan, ay aşıq, Şəriəti nəylə edərsən aşkar? Bey altınnan o nöqtəni bəyan et, - O nöqtədən eylə məni xəbərdar. Yeddi daşın səkkiz cənnət yaşı var, Yerdədi-göydədi hardadı əgər. Ərşdə iki quş var - orda dən dənlər, Gahdan pünhan olur, gah da aşikar. Deməynən ki, bu sözlərim yalandı, Aydı, gündü zümrüd ona ulaşdı. Zatı zülcalaldı, sözü kəlamdı, Peyğəmbərdən qalıb bizə mötəbər. Mərifətdən, təriqətdən gəlmişəm, Təriqətə yol-ərkanı bilmişəm. Alı deyər özüm mətəl qalmışam, Bu çərxi-davvarın neçə dili var. * * * Neyləyim Keçdi cavanlığım, keçdi dövranım, Zəmanə qəddimi əydi, neyləyim?! Arif işarədən duydu dərdimi, Nadan tənə edib söydü, neyləyim?! Düşmənəm binadan amana, aha, Tükənib ocaqdan kösöyüm daha. Ağlasam, xoş getməz göydə Allaha, Məni kor Yığvalım döydü, neyləyim?! Alışa bilmirəm heç bu sayağa, - Dərzi sapa həsrət, küpçü boyağa, Bəyliyə layiqlər düşüb ayağa, Hər yava ağızsa bəydi, neyləyim?! Gözsüz, pərəstarsız biçarə Alı, Gəzdi doğruluğu əli çıraqlı. Batıbdı zülmətə Göyçə mahalı, Aləm bir-birinə dəydi, neyləyim?! * * * Neynər Cümlə xilqət bu cahana mübtəla, Cahanı sevməyən cananı neynər?! Eşqdən bixəbər naşı, nadandı, Əhli-ruh aləmdə nadanı neynər? Hurirüxsar, hilalqaşlı, siyahtel, Boyu mina, əndam büllur, incəbel. Diyarım zibasın əsil mələk bil, Bizim mahcamallar ədanı neynər?! Səslə hüzuruma aqil kəsləri, Hikməti dərk edən pürhəvəsləri. Qovla məclisimdən kənar kəsləri, Alı mərəkədə gədanı neynər?! * * * Nə qaldı (Talayıb mahalın mal-dövlətini) Talayıb mahalın mal-dövlətini, Əyrilər apardı, düzə nə qaldı? Gəzdim oba-oba, üsyan eylədim, Kəsildi taqətim, dizə nə qaldı? Nəhlət gəlsin pis adamın pirinə, Cəhd eylər ki, xalqı sala dərinə, Yetən söyər məzarına, goruna, Rəhmət yaxşıya, pisə nə qaldı? Pozmaq olmur təqdir yazan yazını, Alıyam çəkirəm elin nazını. Bilmirəm ömrümün çoxu-azını, Doxsana yetmişəm, yüzə nə qaldı. “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il * * * Nə qaldı? Gəşt elədim, bu dünyanı dolandım, Əllini keçirdim, yüzə nə qaldı? Ayaq getdi, əl gətirdi, diş yedi, Baxmaqdan savayı gözə nə qaldı? Ölüm haqdı, çıxmaq olmaz əmirdən, İpək tora həlqə salma dəmirdən, Aydı, gündü, gəlib keçir ömürdən, Tələsirdik, görək yaza nə qaldı? Hər yana baxıram hava məxşuşdu, Gəzdiyim oylaqlar yadıma düşdü, Bir gün eşidərsiz Alı da köçdü, Sındı telli sazı, təzanə qaldı? * * * Nədən oldu Yeri, göyü insi-cinsi yaradan, Haqq əmir eylədi yer nədən oldu? Pərdəyi-hicabdan bir dəsti gəldi, Onun dəstəsində sir nədən oldu. Haqq əmir eylədi, gövhar tərlədi, Bircə qətrə suyu umman eylədi. Kimnən səda gəldi, kimnən söylədi, Yandırıb şahpərin nar nədən oldu? Aşıq Alı yuva istər pirindən, Haq mərhəmətindən, qüdrət şirindən. Bir dürr xəlq eylədi öz qüdrətindən, O dürrün içində sir nədən oldu? * * * Ola bilməz Gözəllər şahıdı nazlı nigarım, Heç kim bu Bəsdiyə tay ola bilməz. Xilqətinə xudasından verilən, Bundan qeyrə cəlil pay ola bilməz. Buğdayıya qara dedin, a zalım! Bir an görməyəndə pozulur halım. Odu pəri nisbət şəmsi-camalım, Nisbətinə ulduz, ay ola bilməz. Şəms oldum aləmə aqil sözümlə, Ucalmışam, cəfalara dözümlə. Nainsaf, seyr eylə yarı gözümlə, Hilal qaşı kimi yay ola bilməz. Kənaram qüssədən başdan-binadan, Cəlil xilqət törər cəmil anadan. Alı gövhər sərrafıdı, a nadan, İnşallah, cəfası zay ola bilməz. * * * Oldu Köçübdü sultanım, sərdarım, xanım, Qəlbim qəm evində pərişan oldu. Aparıb özüylə dinim, imanım, Sədrim qəm oxuna bir nişan oldu. Mədinə dərs verdi, Kərbəla şöhrət, Dərsi dərs içində sanılı ibrət. Təbibi kar oldu, sağaldı min dərd, Yurd saldı, sənəti bir gülşən oldu. Yerdən, göydən, Nuh nəbidən xəbərdar, İzah eylər, cümlə neçə elm var. Baş vurar dəryaya, gövhəri arar, Neçə-neçə dildə danışan oldu. Zəburdan, Tövratdan, Qurandan dərsi, Eşq əhlini heyran qoydu həvəsi. Əlindəydi fəzlin bəndi bərəsi Alimlə, Xotkarla yarışan oldu. Itirdim ümmanı, yoxdu damlası, Tükənməz, ölüncə tutaram yası. Sazımda qəmləndi hicran havası, Tale təqdirində pərişan oldu. Köç etdi sərində külli xəzinə, Ünvansızdı, necə düşüm izinə? Qiymət versə üləmalar sözünə, Nəğmələr içində zərnişan oldu. Qərib kimsənəydi, vətəni Sulduz, Zülmət dünyasında şöləli ulduz. Namərd qurğusuyla yaşadı yalqız, Cismimə od saldı, alışan oldu. Sanaram zülmətdə bir dağ aşığı, Verdi kəlamıma yar-yaraşığı. Alı, giryan yad et, sən Ağ Aşığı, Kədərin hicranla barışan oldu. * * * Oldu Qafil gördüm Ərzurumun elini, Bizim yerlər gözlərimdə cəm oldu. Çox çətin ki, bu sevdadan qayıdam, Yüküm hicran oldu, nəfim qəm oldu. Munis buldum bir sevdanın qəhrini, Boyladım dəryanı, keçdim nəhrini. Alosmanın gəzdim cəmi şəhrini, Mənim kimi eldən düşkün kim oldu? Bu ayrılıq məni çəkdi amana, Görüm viran qalsın çərxi-zamana, Aşıq Alı həsrət qaldı canana, Seryaqub kuyində dəmhadəm oldu. * * * Oldu getdi Ay həzarat, gəlin sizə söyləyim, Axdı eynim yaşı çay oldu getdi. Nə ağa, nə nökər, nə bəy, nə paşa, Hamsı bir-birinə tay oldu getdi. Kimi ay qabağa cığa tel düzər, Kimi qaş altından gözlərin süzər. Kimi yeyib, içib, sallanıb gəzər, Kiminin axırı vay oldu getdi. Aşıq Alı, dərdi canda saxlaram, Bağrım başın çalın-çarpaz dağlaram, Gecə-gündüz nalə çəkib ağlaram, Hayıf, gözlərimə zay oldu getdi. * * * Olgunan Bir söz deyim xətrin mənnən xoş olsun, Bir busə istərəm, qayıl olgunan. Acıqlanıb mənə hədyan deyəndə Düşgünən çöllərə sayıl olgunan. Üzümə baxanda qoca görürsən, Siyah zülfün dal-gərdəndə hörürsən, Qəlbini əğyara, kara verirsən, Baxgınan hikmətə mayıl olgunan. Mina gərdən nəzik bədən ala sən, İncə belə gümüş kəmər dola sən, Alıyı çəkməynən nara, ala sən, Könlünnən könlümə qayıl olgunan. * * * Olmaz Qəm yemə, qəm yemə divanə könül, Həmişə ruzigar belə dar olmaz. Özünü bilməzlə durub-oturma, Beləsində namus, qeyrət, ar olmaz. İnsan gərək namusunu atmaya, Halal mayasına haram qatmaya, Bir oğul ki, ata sözün tutmaya, Bəd övladdı, çöhrəsində nur olmaz. Yamanı götürüb, yaxşını atma, İlqarı unudub, imanı satma, Oruc tut, namaz qıl, duasız yatma, Alı, dünya malı sənə var olmaz. * * * Olmuşam Dörd yanımda dövrə vuran gözəllər, Ağlımı itirib zayıl olmuşam. Məcnuni-məhəbbət, eşqi Leyliyəm, Düşüb səhralara sayıl olmuşam. Mən görürəm siz hamınız şahsınız, Gözəllikdə tamam mehri mahsınız, Bilqeyis sifətli xoşzəbansınız, Kəklik sürbənizə mayıl olmuşam. Mən Alıyam, öz Bəsdimin yarıyam, Görməzə-bilməzə intizarıyam, Hicran barkeşiyəm, dərd tüccarıyam, Qəm yükü çəkməyə qayıl olmuşam. * * * Salsal qalası Şahı-mərdan yazılıbdı daşında, Düldülün izi var qala qaşında. Yetmiş nərdivandı göyün ərşində, Sırat körpüsüdür Salsal qalası. Salsal qala tarixlərə bəllidi, İgidləri gümüşxəncər bellidi. Bənd-bərəsi mindi, yüzdü, əllidi, Elin tilsimidi Salsal qalası. Divarı da daşdı, qapısı da daş, Daşlar səf-səf durub bir-birə sirdaş. Qılınc çəkən ərlər bir-birə qardaş, Qalalarda başdır Salsal qalası. Ting ilə çəkilib Səlsəlbil suyu, Əlli min arşındır tinginin boyu. Bu yerdə ərlərin oğuzdur soyu, Türkün məskənidir Salsal qalası. Alı deyər, gəldim toya-düyünə, Nər igidlər məni görə söyünə. Nağaralar gumbul-gumbul döyünə, Koroğlu səngidi Salsal qalası. * * * Sarıköynək Solar gül camalın, aranda qalma, Dolan yaylaqları yay, sarıköynək, Müştaqam boyuna, nəzərdən salma, Etmə ömrüm ahu-vay, sarıköynək. Təzələndi köhnə dərdin yarası, Təbibimsən, səndən qaldı çarası, Tökülüb zülflərin gərdən arası, Çək üzə, çin-çin et, say, sarıköynək. Alı deyər keçdi şamın çoxumu? Qaynat qəfədanı, dağıt yuxumu. Gətir fincanları, yanında lumu, Sən doldur, mən içim çay, sarıköynək. * * * Sevdiyim Əlif qəddin, şümşad belin, bey incə Tey telinə şana vurma sevdiyim. Sey asari səndə iman bulunmaz, Cəm camala şölə vermə sevdiyim. Hey həlak eyləyir incidir məni Xey xəlq eyliyibdi bir xudam məni. Dar dərdin eyliyib divanə məni Zal zülfün gərdənə sürmə sevdiyim. Rey rəngin zərda zey kimi xəndan Sin sərvi qamətin xətti gülüstan. Şin şad eylə məni qurtar sevdadan, Bir busə ver, üz döndərmə sevdiyim. Zat saxla, qulunam, zat bazarında, Tey-telin cığadı yar qabağında. Zey zəlil qalmışam yarın əlində, Ayın əşqi yara vurma sevdiyim. Çayın qulun ollam sana kəmtərin Fey fələkdi gey sonalı göllərin. Qaf kəmər üzündə şövqü-ənbərin, Kaf küffardı üzə vurma sevdiyim. Lam lala açılıb yar yanağında, Mən mərcan olaydım yar qolbağında. Alıyam, tab etməm mən fərağında, Hey-haraya gəl göndərmə sevdiyim. * * * Sənin Bahar-yazda qızılgüllər açılır, Behiştə bənzəyir bu bağın sənin. Uzaqdan eşidib səsin anladım, Çıxıbdır hər yana sorağın sənin. Oğrun-oğrun daldalardan baxarsan, Gərdəninə həmayıllar taxarsan, Durna kimi seyrangaha çıxarsan, Hərdən ətir verir buxağın sənin. İnnabı ləblərin şərbəti-loğman, Gəzdir, dərdlilərə sən eylə dərman. Bir zaman gəlmişdim mən sizə mehman, Bəzənmiş al-yaşıl otağın sənin. Siyah zülfün dal gərdənə dolaşır, Xırda qızlar sağ-solunda boylaşır, Gülgəz bədən ağ libasa yaraşır, Aləmi yandırır fərağın sənin. Alı deyər: gördüm dünya ləzzətin, Bu sazın, söhbətin, xoş hekayətin, İzzətin, şövkətin, bu mərifətin Hər yerdə söyləyər dodağın sənin. * * * Soruşma Qasid, yarım məni səndən sorarsa, Söylə, Məcnun çıxdı dağa, soruşma. Sorğu-sual çox dərinə vararsa, De ahından odlar yağa, soruşma. Dilim tutmaz bimürvəti soruşam, Baxçasından cüda düşən bir quşam. Ucbatından qəhərlənib uçmuşam, Tənha qondu de budağa, soruşma. Alı neynər bülqarı görəndə, Tərlan oylağında sarı görəndə, Bülbül gül üstündə xarı görəndə Əsla dönməz bir də bağa, soruşma. * * * Söz oldu Fələk mənə cövr eylədi dünyada, Yaxşı günüm yaman gündən az oldu. Bəydən nəmər aldım, ağadan ənam, Müxtəsəri, qazandığım bez oldu. Mən xabı-qəflətdə yatıb qalmadım, Nakəs adamlarla ülfət qılmadım, Mülkə, mala zərrə tamah salmadım, Çox gördüm zər-ziba bir gün toz oldu. Cavanlığım qeybə çıxdı əlimdən, Həlqə, oldu gündən günə belimdən, Yaxın-uzaq incimədi dilimdən, Şükür Haqqu əmməllərim düz oldu. Bir mürgü tək leyü nahar hey uçdum, Bilənlərdən bilmədiyim soruşdum, Müxənnətnən, bimürvətnən vuruşdum, Nakəslərin dərdi artıb yüz oldu. Gəlib gedir yaxşılar da yaman da, Qu tükündə, saman üstə yatanda, Aşıq Alı, nə qazandın cahanda? Səndən qalan qatar-qatar söz oldu. * * * Tanıram Gözəllər söhbətin salma araya, Mən gözəli binasınnan tanıram. Əsli gözəl olan əslin itirməz, Atasınnan, anasınnan tanıram. Yadlar kəməndinə salmaz özünü, Müddahiyə deməz dostun sözünü. Bədnəzərdən dalda tutar özünü, Örpəyinnən, cunasınnan tanıram. Mən Şahi-Mərdana meylim salmışam, Pünhani dərsimi çoxdan almışam. Alıyam, Bəstimi haxdan almışam, Əllərinin xınasınnan tanıram. * * * Tapar Hərfi tənəlisə, kəlam nəqabil Dərk edən qəlbinin yarasın tapar. Kəlbi məlhəm eylər canda məzaca, Lisanla zəxminin çarasın tapar. Həmi təlx bil, həm şəkər bil lisanı, Təlx ərz edən dildən mahal usanı. Dindirə Fəzl əhli asi susanı, Haqqınan-nahaqqın arasın tapar. Ərzin səminəsə, susmağın zərdi, Naməhal sorğunun sonu kədərdi. Şəninə sitayiş hədər- hədərdi, Cəhd edən qəlbinin qarasın tapar. Zəban oldu sərbəstələr açarı, Hifz eylədi iqbalından naçarı. Qəmdən xilas etdi dərdə düçarı, Sərraf süxən arar, darasın tapar. Arif bilər kəlamından rastanı, Ruh-nəvaz yarandı Alı dastanı. Ara “Gülüstan”ı, dərk et “Büstan”ı, Cəhilkar ruzinin parasın tapar. * * * Tapılmaz İsmi münəvvərsən, mahi münəvvər, Gah sühasan, gah süheyli tapılmaz. Lübabi zülcalal sənsən cahanda, Məcnunam, araram, Leyli tapılmaz. Həsrətindən yara yandı cismimdə, Kərəm adı gör əyandı ismimdə. Peyman olar gözəllərin qismində, Əsil Əsli nisbət xeyli, tapılmaz. Şəfa çeşməsisən, sərvi-xuraman, Səbi sərbəst elə, aman, əl-aman. Könül ver Alıya, afəti-zaman, Qeyri kimsənədə meyli tapılmaz. * * * Tək-tək Bir şəyird ki, ustadına kəm baxar, Mövlam etsin ona nasağı tək-tək. Qohumdan xəcalət, eldən şərməndə, Dili cüda etsin uzağı tək-tək. Qətrəsi xəyatı, bədəni dürdən, Xudam xəlq eyləyib bir qətrə nurdan. Fincanlar bəzənib ləli-gövhərdən Qaynayır zülaldan bulağı tək-tək. Aşıq Alı eylər canı sadağa, Neçə min məleykə dönmədi bağa, Behiştin meyvəsi başdan-ayağa Yetişdi Səncərin budağı tək-tək. * * * Tərk elə Əbru çəkmə bədirlənmiş ayə sən, Qəm yaradan o yaşmağı tərk elə. İnsaf eylə sal üstümə sayə sən, Tez rübəndə yanaşmağı tərk elə. Giryanam gözəllər xası ucundan, Qəhərlənib tutdum yası ucundan. Bir busənin təmənnası ucundan Məhrəm ilə savaşmağı tərk elə. Alını qəm canda bekar edəndə, Qəlbi xoşhal olar, şikar edəndə, Hərdən təmənnasın aşkar edəndə, Gülə-gülə o qaçmağı tərk elə. * * * Var Baxdı-yığval bu diyara gətirdi, Taleyin olmasa nə mənası var. Əcəl gəldi kəsdi sənin üstünü, Döyünsən, çırpınsan nə mənası var. Qəssal yuyar, qəddim bükər bir ağa, Bu günümdə yetiş dada bir ağa, Mən qulunam, nökərinnəm bil, ağa, Nökərin ağadan təmənnası var. Alıyam çağırram sirri xudam, Bu dünya fanidi, köçəcək hamı, Tamam müəmmadı haqqın "Qur'an"ı, Oxuyub bilənə çox mənası var. * * * Vermərəm səni Başına döndüyüm, a nazlı dilbər, Cismidə min cana vermərəm səni. Aləmin malını cəm eyləsələr, Çəksələr bir yana vermərəm səni. Boyun sürahıdi, əndamın şüşə, Sorağın mahaldan-mahala düşə, Fərhada, Şirinə yüz möhlət keçə, Behişti-qılmana vermərəm səni. Dağlarda maralsan, düzlərdə ceyran, Dərələz, Naxçıvan boyuna heyran. Nə Gəncə, Qarabağ, Şamaxı-Şirvan, Küllü-Gürcüstana vermərəm səni. İqbalda Sənanı, Xumarı seçək, Peymanda Kərəmi, Əslini seçək. İmana, ilqara bahəm and içək, Taxtı-Süleymana vermərəm səni. Alı qurban o qamətə, o boya, Baxdıqca çöhrəndən çətin ki, doya. Tehrana, Təbrizə, Mərəndə, Xoya, Tamam ol İrana vermərəm səni. * * * Vətənimdə Könül tələb edir, ürək atlanır, Gəşt eylə, dünyanı gəz vətənimdə. Zəhmət çəkən bu dərdlərə qatlanır, Coşur ürəyimdə söz, vətənimdə. Qürbət vətəndəyəm, bilinməz yurdum, Həkimlər, loğmanlar bilmirlər dərdim. Alagöl yaylağı, vəfalı yurdum, Alırdım əlimə saz vətənimdə. Alıyam, söz deyib, yaza bilmərəm, Şad olub, qürbətdə gəzə bilmərəm, Hərcayı sözlərə dözə bilmərəm, Alışsam, yanmaram öz vətənimdə. * * * Yadıma düşdü Nə qədər dolandım Turan elini Yenə öz torpağım yadıma düşdü. Sarınər yaylağı, Göyçə mahalı, Öz gözəl oylağım yadıma düşdü. Gəlib xəyalımdan keçdi o çağlar, Yay fəsli atlanıb gələn qonaqlar. O güllü, çiçəkli alışan dağlar, O Qiblə bulağım yadıma düşdü. Qızıl dağı, Məciddinin oylağı, Doğma yurdun doğma odu, ocağı. Alının köksündə hicranın dağı, O qaymaq dodağım yadıma düşdü. * * * Yaxşıdı Ay ağalar, gəlin sizə söyləyim, Nə cür olsa yenə vətən yaxşıdı. Qohum, qardaş, dost-müsahib görəndə, Şəfa tapar yaralarım, yaxşıdı. Bivəfaynan sən dost olma, kənar gəz, Şam-çıraq olmasa, əldə fənər gəz. Başa düşər öz hesabın qanar, gəz,- Min qarğadan bircə qırğı yaxşıdı. Bıçarə Alıyı gətirdin dilə, Bülbül də müştaqdı budaqda gülə, Sar quşları şikar etsə yüz ilə, Qoca olsa yenə tərlan yaxşıdı. * * * Yaxşıdı İnsan oğlu, doğru yolu düz yeri, Bir doğruluq yüz min fənddən yaxşıdı. Gözəlsiz otaqdan, meyvəsiz bağdan, Viranəlik vecsiz kənddən yaxşıdı. Bazara çıxanda müştəri dinməz, Satdığa qoyanda heç kim bəyənməz. Yoxuşda dirənər, enişdə enməz, Piyadalıq yorğun atdan yaxşıdı. Aşıq Alı deyər, könlüm avayı, Avayı olanda gəzər havayı. Yeyəsən plovu, içəsən çayı, Deməginən kartof ətdən yaxşıdı. * * * Yandı Qəza qərq eylədi yanar odlara, Elimin sərvinaz sonası yandı. Atəş müqəddəsdi, napakdan qaçar, Görmədim nə xənnas, nə ası yandı. Nə idi günahı pakı xilqətin, Oldu mübtəlası dərdin, zillətin; Aqil fəhm eləyib, alsın ibrətin, Nağının gül üzlü balası yandı. Dərkiyan naçardı dövran işinə, Olmadı bir zəka, elac düşünə. Cümlə tab eylədi qəm atəşinə, Mənim tək qəm əhli yanası yandı. Qəbahət nə idi, odlar qalandı, Əsil məhşər gördüm qeyri yalandı. Cümlə qəm eylədi, qəlbi talandı, Aqil küdrət çəkdi, danası yandı. Aşkar şivən qurdu ilahi tala, Alı tab etmədi bu müdhiş hala. Bir cana borcluydu o körpə bala, Nari-cəhənnəmdi, anası yandı. * * * Yaratdı Küllü yaranmışın püştü-pənahı Əvvəl əldə iki dürrü yaratdı. Dür terrədi rövşən etdi aləmi, Beş pəncinən ali-əba yaratdı. İki nurdu: Məhəmməddi, Əlidi Cəbrayıla yol göstərən vəlidi. Fatimədi iki nura bəllidi, Xudam nurdan on bir imam yaratdı. İmam Həsən gözəllərin gözüdü, İmam Hüseyin şəfaətçi özüdü. Zeynəlabdin zindan çəkdi düzüdü, Yezidə Müreyyib talan yaratdı. Məhəmmədbağıra nökər olasan, Cəfərnən Kazıma qonaq qalasan. Qərib İmamrza şahi-Xorasan Təqi-Nəqi, ol imamı yaratdı. Qəlbimin nurudu Həsən Əskəri, Sahib zühr edəcək qiyamnan bəri. Alıyam, çağırram şahi-Heydəri, Adəmnən Həvvanı xakdan yaratdı. * * * Yavaş-yavaş Möhnəti-zəmanə, fani dünyada, Yol tutub dağlara gəl yavaş-yavaş. Kərəm də Əslinin dərdini çəkdi, Əsli də deyirdi gül yavaş-yavaş. Bəzirganam matahım var, alan yox. Ürəyimdə atəşim var, yanan yox. Dərd əhlidir, əhli-dildən qanan yox, Ürək coşar, deyər dil yavaş-yavaş. Rüstəm qəhrəmanı, Zalı deyirəm, Səxavətdə Hatəm kanı deyirəm, Deyər Aşıq Alı, anı deyirəm, Düşəcək qorxuya, bil, yavaş-yavaş. * * * Yavaş-yavaş Məhəbbət əhliyəm çeşmi-xumara, Gəşt eylə dünyanı gəz yavaş-yavaş. Unutma dostunu peşman olarsan, Dostunan düşməni seç yavaş-yavaş. Nə ağlın var, nə huşun var, kam alım Mən danışım, qulaq asın, dəm alın. Cəm eylə idrakın, ağıl-kamalın, Yolunla getginən düz yavaş-yavaş. Alıyam, çağırram sirri-xudanı, Unutmam duz-çörək, həmi də nanı. Fələk üz döndərər, haqqını tanı, Elini, gününü bil yavaş-yavaş. * * * Yaylaq Min büsata, min sovqata məkansan, Əlvansan bu başdan-o başa, yaylaq. Doymur cəlalından türfə gözəllər. Eyləyir hüsnünə tamaşa, yaylaq. İntizarda qoydun qışlaq elini, Məftun eyləmirsən siyah telini. Almısan qoynuna incə belini, Girmisən aranla savaşa, yaylaq. Bir mələk misallı atsa oxunu, Kənar olmaz, can evimə toxunu. Yağdı yağış, şirinlətdi yuxunu, Büründü mehmanın qumaşa, yaylaq. Ah divanədi, orman dolanır, Gözəllər hüsnündə dərman dolanır. Köçürəm, qətlimə fərman dolanır, Yaşat gözəlləri, həm yaşa, yaylaq. * * * Yazdım Min rəhmət söylərəm kamil ustada, Ərz etdi dərsimi düzünə yazdım. Köçməsin ünvansız türfə gözəllər, Vəsfini mehparə üzünə yazdım. Kökü safsa, bəhrə verər əsl dən, Bir şeyxi xürrəməm pakı nəsildən. Zaman keçər, xəta umma əsildən, Təmənnasız nəğmə yüzünə yazdım. Əhval tutdu Alı asman zəmindən, Kənar qaçdım xilqət əqli kəmindən. Məğrurlar dönəndə mətləb cəmindən, Yüz cavab hər kəlmə sözünə yazdım. * * * Yazdım İçdim mərd əlindən eşqin badəsin, Bais oldu canda marağa, yazdım. Canan eşqi can evinə düşəndə, Düşdüm diyar-diyar sorağa, yazdım. Biri qıya baxdı, saldı ataşa, Biri süzdü məni ayaqdan-başa, Biri məhbub oldu, döndü sirdaşa, Biri şəstin çəkdi darağa, yazdım. Biri saldı məni qafil inada, Biri cəlil oldu həmdü-sənada. Biri əyal atıb uyandı yada, Biri sirr verəndə qırağa, yazdım. İqbal rast olanda vəfalı yara, Vəsfini söylədim lalə rüxsara. Birini görəndə əsil mahpara, Birini bir çeşmi-çırağa yazdım. Əlim üzüləndə ata-anadan, Alı qəmnak oldu başdan-binadan. Vəsfi aparmadı dəhri-fənadan, Nə vardı sinəmdə varağa yazdım. * * * Yeri Gözəl, sən ki seyrangaha çıxıbsan, Gəl belə sallanma, yolu düz yeri. Cananım, cövrünə can saxlamışam - Ömrüm budağının gülün üz, yeri Can qurban sənintək vəfalı dosta, Həsrətin çəkməkdən olmuşam xəstə. Qazdır məzarımı su yolu üstə, Hər gəlib getdikcə dolan, gəz, yeri. Alıyam, yurdumu el-el gəzərəm, Çarəsiz dərdlərə dərman yazaram. Gətirmişəm tirmə şallar, bəzərəm, Sən yaxana qızıl düymə düz, yeri. * * * Yetişdi Bu dünyada heç şad olub gülmədim, Hər vaxt işim ahu-zara yetişdi. Mənsur cəhd elədi murada yetə, Axırda Hələbdə dara yetişdi. Ağladım gözlərim qan ilə doldu, Dost-müsahib tamam mənnən yad oldu, Bağ pozuldu, xəzan oldu, gül soldu, Bülbül öldü, qönçə xara yetişdi. Sarvan ollam, qəm ovsarı çəkərəm, Hicrana müştaam, dərdə nökərəm, Ah çəkərəm, verəm yükün tökərəm, Görən deyər Alı vara yetişdi. * * * Yetişdim Min cövrü-cəfayla yarıma çatdım, Ömrümə nəqş olan sana yetişdim. İqbalımı xab evindən oyatdım, Vəsli-yarla bir zamana yetişdim. İlqarına sadiq yarıma əhsən, Yaraşır şəninə yüz dastan desən. Hicran anlarıydı ömürdən kəsən, Vəsli-yarla mən amana yetişdim. Sərvi qəddi, gül camalı tamaşa, Şəhla göz yaraşır o hilal qaşa. Təkrarsız xəlq olub ayaqdan başa, Kamallı kamilə cana yetişdim. Bəstidi Alının həyat növrağı, Bəyaz sinəsidi cənnətin bağı, Açıldı üzümə vüsal otağı, Sanki taxtı-Süleymana yetişdim. * * * Yetmədim Nahaq yerə qəhrə düşdüm dünyada, Bağ becərdim, payız bara yetmədim. Pusqu qurdum, kəmənd atdım, qovladım, Gecə-gündüz bir şikara yetmədim. Anlamıram, nə gərdişdi, nə işdi, Müxənnətlər hər kamına yetişdi. Ömrüm-günüm həsrət ilə ötüşdü, Cəfa çəkdim, heyif, yara yetmədim. Mən biçarə, sən Alosman maralı, Alışaram, gəzmə məndən aralı. Görən gündən müştağında bu Alı, Qoynundakı bir cüt nara yetmədim. * * * Zamanıdı Ay ağalar, gəlin sizə söyləyim Vəfasız ömrümün kor zamanıdı. Bu fani dünyada kama yetmədim, Dostunan düşməni seç zamanıdı. Arif odu, dediyimi tez qana, Hər sözü izliyə keçib gün sana Ömrüm azalıbdı, çatıbdı sona, Ağlayın üstümdə köç zamanıdı. Alıyam, baxtımnan çox intizaram, Başım çalxalıdı çox intizaram. Gəzdiyim yerlərdən çox intizaram, Fələk kəməndindən düş zamanıdı. * * * Zərnişan Nə şövq ilə gərdəninin üstünə, Darayıb tökübsən teli, Zərnişan. Bir gün aşiqindən aralı düşsən, Axar gözlərinin seli, Zərnişan. Geyibsən ayağa çəpkən başmağı, Sənə var aşığın dastan qoşmağı, At üzdən niqabı, götür yaşmağı, Çağır tamaşana eli, Zərnişan. Dost üçün, el üçün Alı da kilid, Vəfalı gözəlin alı da kilid, Baş qoyub hökmünə bir tərlan igid, Deyib dediyinə “bəli”, Zərnişan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-ali-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1911). Public domain (author died 1911). Original text only.