Deyişmələr Aşıq Bəsti (1836–1936) Arvad Kişi, mənə yaxşı paltar al gətir, Boşanaram günü qara düşərsən. Ər Məndən yaxşı eldə səni kim saxlar, Burdan gedər qeyri hala düşərsən. Arvad Məndən yaxşı kimdi qızda, gəlində, Löy kəndində, gəzsən ayrım elində? Yaxanı qoyaram yetim əlində, Ah-vay çəkib, ahı-zara düşərsən. Ər Arvad, səndən gözəl birin alaram, Bir qul olub qulluğunda qalaram. Yəqin bil ki, səni gözdən salaram, Filan kimi qapılara düşərsən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-besti-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.