Gəraylılar Aşıq Bəsti (1836–1936) Ağladım Qara bağrım şan-şan olub, Fərz elə ki, arı şanı. Ağlamaqdan bu bəstinin Qalmayıbdı yarı canı. Ağlamaq da bir peşədi, Bir gün deyil, həmişədi. Çalçarpazdı, dördguşədi, Sinəmdə dağları tanı. Leysan kimi yaş tökərəm, Könül sarayın sökərəm, Canı-dildən ah çəkərəm, Ağladaram, bu dünyanı. * * * Ayrı Əlbət yarım yada düşüb, Ölürəm dağlardan ayrı. Bu el mənim, o el sənin, Ölürəm dağlardan ayrı. Məzarına gül bağlayan, Dumanlı-çəni ağlayan. Xançobana yas saxlayan, Ölürəm dağlardan ayrı. Acçınqıldı mənim dağım, Bəsti, hanı öz oylağım?! Dil deyir, getmir ayağım, Ölürəm dağlardan ayrı. * * * Ayrım elindədi Aşıqların dastanları, Sözü ayrım elindədi. Alagözlü gözəllərin Gözü ayrım elindədi. Şirin-şirin xəyalların, Gözəl mixəyi xalların, Ceyranların, marallarm İzi ayrım elindədi. Mərcan-mərcan bulaqların, Mənzərəli oylaqların. Sərin sulu yaylaqların Özü ayrım elindədi. Xəzan tökdürməsin barın, Əhdinə düz olan yarın, Bəsti deyər: hər ilqarın Düzü ayrım elindədi. * * * Ayrımın gözəlləri Yaylaq yolları yoxuşlu, Əlləri dərmə naxışlı, Hamısı maral baxışlı, Bu ayrımın gözəlləri. Əllərində kirkid, həvə, Xanalarda xallı kəbə, Lampatək şox salır evə Bu ayrımın gözəlləri. Bəsti deyər, alma yaşmaq, Eyibdir kişidən qaşmaq, Lazımdır çarçovu açmaq, Ay ayrımın gözəlləri! * * * Bəzənir Maşallah, ay Qabaqtəpə, Hər eldən mərdan bəzənir. Üç ay bahar, yaz olanda, Deyirsən sultan bəzənir. Cahallarm hamsı qoçu, Tərpənəni gözəl seçi. Yaylağa yerişdi köçü, Hər yan al-əlvan bəzənir. Bəsti gəldi bu yaylağa, Səda saldı hər oylağa. Ənam verirlər qonağa, Şal geyir, mehman bəzənir. * * * Çobandağı Səndən axır abı-kövsər, Suyun baldı, Çobandağı. Bəzənmisən gəlin kimi, Nə calaldı, Çobandağı? Kəkliklərin qonur daşa, Qaqqıldaşa, qaqqıldaşa, Hər görən eylər tamaşa, Bir xəyaldı Çobandağı. Hər dürlü çiçək sinəndə, Tapılmaz geyri çəməndə, Bahar fəsli Bəsti səndə, Qonaq qaldı, Çobandağı. * * * Dağlar Dağ üstündən, çəkdin dağı, De, nəydi günahım, dağlar, Sən mənə kəsildin yağı. Tutsun səni ahım dağlar. Qara gəlibdi dövranım, Əl vurma, tökülər qanım, Hanı mənim Xan Çobanım, Oydu qibləgahım, dağlar. Niyə belə yazdı fələk, Ayrılığa dözmür ürək, Bəsti kimi sən də qal tək, Olmasın pənahın dağlar. * * * Daş, ay gəlin Görməyəydim bu dağlarda, Haray, səni, kaş, ay gəlin! Söylə, sənə kim qarğadı, Niyə oldun daş, ay gəlin? Hardan bilim haralısan, Dağ görmüsən yaralısan?! İsmətlisən, həyalısan, Özü qələm qaş, ay gəlin. Qoymaz burdan dərdsiz keçəm, Duruşu qəm, baxışı qəm. Ağlar Bəsti taleyi kəm, Durmaz gözdə yaş, ay gəlin. * * * Daşa dəydi Məhəbbətim daşa dəydi, Könlümün çırağı söndü. Gəşt edirdi ərş-əlada, Tərlan quşum yerə endi. Mənim işim ahü-zardı, Can verən yaralı yardı. A dağlar, cəlalım vardı, Bu dünyam tərsinə döndü. Məni şahmar ilan çaldı, Dərdsiz canım dərdə saldı. Desələr Bəsti necoldu, Deyin atəşlərə yandı. * * * Düşdü Başım üstdən bulud keçdi, Göz yaşı çəmənə düşdü. Xəbər aldı Xançobanı, Şivən qurmaq mənə düşdü. Ağı deyib çox ağladım, Göydə buludu saxladım, Daş-torpağı qucaqladım, Ah-naləm vətənə düşdü. Bəsti neylər daha Löyü, Bay olmasm bəylər bəyi. Ünüm tutdu yeri-göyü, Dağ dumana, çənə düşdü. * * * Düşsün Müxənnətə can deyənin Dili düşsün, dili düşsün. Vədəsiz göy zəmisinə Dolu düşsün, dolu düşsün. Dil dedim, ağladı cahan, Bir sirrim qalmadı pünhan, Yurdu olsun yerlə-yeksan, Üstdən elin yolu düşsün. Düşmənlə kim peyman bağlar? Sinəmdən getməyib dağlar, Bu Bəstini qoyub ağlar - Zalım bəyin qolu düşsün! * * * Gəldi Göz dikmişdim ağ buluda, Yağa-yağa qara gəldi. Səhər burdan qalxan duman Qayıtdı, dağlara gəldi. Ey xudaya, nə gərdişdi, Uzaqlara şimşək düşdü. Can üşüdü, tük ürpəşdi, Könül ahü-zara gəldi. Ağçmqıldan endi sürü, Boş qaldı dağların səri, Bəsti deyir: bir bax bəri, Xançobanım hara gəldi? * * * Görəydim Dağlarda lalə, nərgizi, Gülləri dəstə, görəydim. Yasəməni, qızılgülü, Dərəydim, dosta verəydim. Gül dərməsin, a yağımı, Çəkər piltə, a yağımı. O yağının ayağımı, Məzarı üstə görəydim. Yoxdur, Xançobanım hanı? Uçub dağların bir yanı. Bəsti, səni ağladanı, Şivəndə, yasda görəydim. * * * Heç Gah ağladım, gah sızladım, Şad olmadım, gülmədim heç. Qara gəldi, ayım, ilim, Ömür getdi, bilmədim heç. Ağçmqılda gözüm qaldı, Sinələrdə sözüm qaldı. Güllər düzüm-düzüm qaldı, Yara gül də dərmədim heç. Ayrılıq mənə dərd oldu, Zamana çox namərd oldu, Ev-eşiyim yer-yurd oldu, Bəsti, Löyü görmədim heç. * * * Hicran-qəmdi Ağçınqıldan qalxan duman, Görüşünə yoxdu güman. Könül istər, əlim yetməz, Həsrət qaldım, aman, aman. Qoyun otlar, quzu mələr, Bu könlümdən keçər nələr?! Aman dağlar, bir ah çəksəm, Dağı dələr, daşı dələr. Bəstininki hicran-qəmdi, El bilir taleyi kəmdi. Min dəfə gülə, danışa, Könlü küskün, gözü nəmdi. * * * İnanmır Bir qəmli bülbüləm, Güllər inanmır. Məcnunsuz Leyliyəm, Çöllər inanmır. Göz yaşım sel olur, Göllər inanmır. Bir qərib yolçuyam, Yollar inanmır. Deyirəm həsrətəm, Qollar inanmır. Sözüm dastan olub, Tellər inanmır. Aşıq Bəsti mənəm, Ellər inanmır. Sinnim doxsan olub, İllər inanmır. * * * Kəklik Qah-qahın alır canımı, Canım oda yaxan kəklik. Sən ki, belə sitəmkarsan, Ya soltansan, ya xan, kəklik. Qayada-daşda gəzərsən, Çəməndə gülə bənzərsən. Gəlin kimi bəzənərsən, Açılıbdı yaxan, kəklik. Bəsti deyər: pis günümdə, Gəl oxuma, nəs günümdə. Ağçınqılda, yas günümdə, Ələ xına yaxan kəklik. * * * Məni Sənə qurban olum, ata Verme bir ağ yala məni. Qulaq as ahı naləmə Venne bir ağ yala məni, Salma qeylü-qala məni. Gün çıxanda günlə durram, Tendir sallam, xana qurram, Cüte getsəm iyid yorram Bibi, çəmə ala məni, Salma qeylü-qala məni. Adımı qoydular Bəsdi, Qardaş kəleyim kəsdi, Öldürməkdi meni qesdi Atam bilmir bala məni, Salıb yaman hala məni. Qurbanam qohum-qardaşa, Rəhm et gözden axan yaşa, Puç ömrü vurmadım başa Ana, vermə çala məni, Salma qeylü - qala məni. Yaşı keçib olub əlli, Ağ tükü qaşmdan bəlli, Acı sözlü, zəhər dilli, Dilə tutma, xala, məni, Ana, vermə çala məni. Oğlan, de bir nədir adm? Bilmədim eşqinin dadın. Allahım versin muradm. Salma qeylü-qala məni, Babam verir çala məni. Bəsdi deyər: yandım, yandtm, Allah adı olsun andım, Zəher şərbətinden qandım Babam saymır bala ineni, Salıb qeylü-qala məni. * * * Niyə durnam Durnam, getmə, qatar-qatar, Səni mənim ahım tutar. Məni də özünlə apar, Apar məni Löyə, durnam. Durnam gedər qatar-qatar, Kərəm desə, lələk atar. Kərəm yatmaz, Lələ yatar, Niyə durnam, niyə durnam? Bəsti, yada düşdü yurdum, Xan Kərəmdən azmı dərdim? Nə toy-düyün, nə şan gördüm, Niyə durnam, niyə durnam? * * * Lalə Yarın qanlı köynəyi tək, Qızarır yol üstə lalə. Xan Çobanı gətir dilə, Bir şirin can istə, lalə. Dərdim dönüb hekayətə, Canım dozər bu zillətə, Yar məzarın ziyarətə, Gəlib dəstə-dəstə lalə. Hara getsən, gələrəm mən, Ahu kimi mələrəm mən, Bəsti deyər, ölərəm mən, Bu dağlardan getsə lalə. * * * Löydə qalıb Yolçunu yoldan eyləmə, Bala, sazım Löydə qalıb. Qocalmışam, itib huşum, Cəmi sözüm Löydə qalıb. Köhnə dərdim təzələmə, Yara üstə duz ələmə. Qocalmışam, söz eləmə, Zər-qotazım Löydə qalıb. Vədə olub yar olmuşam, Mən də baxtavar olmuşam. Ağlamaqdan kor olmuşam, Bəsti, gözüm Löydə qalıb. * * * Oldum Gecə-gündüz ağlamaqdan Qəm evində dustaq oldum. Bu dünyanın dərdi-qəmin Yarı böldüm, ortaq oldum. Bağ saldım, barm dərmədim, Dolandım, bağa girmədim. Ləl idim, sərraf görmədim. Can çürüdü, torpaq oldum. Bəsti, dünya olmayaydı, Səni dərdə salmayaydı, Bina tutub qalmayaydı, Xoş günümdən iraq oldum. * * * Oyan dağlar Bəstinin ah-naləsindən Oyan, dağlar, oyan, dağlar. Qan damır dağ laləsindən, Sən də qana boyan, dağlar. Kəkliklərin qaqqıldaşı, Ayağı qan eylər daşı, Sel-sel oldu gözüm yaşı, Hünərin var dayan, dağlar. Bəylər bizi gətdi cana, İgidləri saldı qana, Ayrı eli zülmətxana, Bəs necədir o yan, dağlar? * * * Öldür məni Dedim: fələk öldür məni, Nə öldürdü, nə güldürdü. Ağlatdı, yaylıq vermədi, Gözüm tikanla sildirdi. Gül yerinə, tikan verdi, Gün vermədi, duman verdi. Bizlərə zimistan verdi, Gücünü bizə bildirdi. Tez ayrıldıq dağlardan biz, Çöldə qaldı, lalə, nərgiz, Çeşmələri axdı göz-göz, Bəstini təşnə öldürdü. * * * Sənin Dağlar səndən xəbər alım, Hanı o büsatın sənin? Söylə, hanı etibarsız, Əziz mehmanatm sənin? Samavor niyə qaynamır, Ulduz stəkan oynamır. Çoban qonağı taylamır, Çıxıb qiyamətin sənin. Bəsti bir gülmədi haşa, Sinəndə gəzmədi qoşa. Nəsib olmadm sirdaşa, Hanı etiqadm sənin? * * * Yasdı dağlar Ay dağlar, yasdı dağlar, Qar, duman basdı dağlar. Yarı yardan ayırmaq, Səndə həvəsdi, dağlar. Ay dağlar, yasdı dağlar, Ot səni basdı, dağlar. Gəl bir də qan eyləmə, Qan etdin bəsdi, dağlar. Ay dağlar, yasdı dağlar, Acı yel əsdi, dağlar. Səndə üzü gülmədi, Ağladı Bəsti, dağlar. * * * Yeri Tala-tala ağ buludlar, Karvan bağla, Löyə yeri. Sən ağlama, mən ağlaram, Ağı deyə-deyə yeri. Acçınqıla çatar ağla, Düzül qatar-qatar ağla. Oyanmaz, yar yatar ağla, Ahım qalxdı göyə, yeri. Çox ağlar, Bəsti qəribdi, Fələkdən zülüm görübdü, Meylini saza veribdi, Bir də qəmli neyə, yeri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-besti-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1936). Public domain (author died 1936). Original text only.