Gəraylılar Aşıq Camal (1850–1907) Ala gözlü nazlı dilbər Ala gözlü nazlı dilbər, Nur yağıbdı qabağından. Məni tamarzı eyləmə, Bir busə ver yanağından. * * * Gəlir Sallanaraq yüz nazinən, Dilbər-dilbər qızlar gəlir. Məhəbbəti var bizinən Qarşımızda yazdır gəlir. * * * Gülxanım Dünən bir gözəl görmüşəm, Adı Gülxanım, Gülxanım. Təzədən dərdə düşmüşəm, Dərdi bil, xanım, bil, xanım. Gedib ollam ona nökər, Nökər olan cəfa çəkər. Dişi inci, dili şəkər, Dodaq bal xanım, bal xanım. Aşıq Camal neylər nazı, Əlinə götürməz sazı. Allahım yazaydı yazı, Mənim ol, xanım, ol, xanım. * * * Qurban mən olum Gözəllər yola çıxanda Yoluna qurban mən olum. Mehrin bizə doğru danış, Dilinə qurban mən olum. Soyuq sular çıxar dağdan, Gül, bənəfşə çıxar bağdan. Yeriyib qucmalı çağdan Belinə qurban mən olum. Aşıq Camal neylər malı? Sənsiz keçər necə halı? Anası bir halım qarı, Gülünə qurban mən olum. * * * Saraliban solmuşam Mən Camalam qürbat əlda, Məlil muşkul qalmışam, Göran diyar bu xastadi, Saraliban solmuşam. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-camal-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.