Cığalı təcnislər Aşıq Əsəd (1874–1951) Gözlə, gözlə sən Dedim, könül keçmə söz sərhəddini, Öz sözündən öz-özünü gözlə, sən. Aşıq deysr, gözb, son, Pirsən, Haqqı gözləsən. Dünya girsə min dona, Nə seçərsən gözlə,sən. Heç adamın tük axtarma gözündə, Yaxşı olar, qeyrətini gözləsən. Qopsa tufan, qızsa meydan əylə nər, Gedən gedir, qalan yerdə əylənər. Aşıq deyər,əylənər, Hirsi soyut,əylən,ər. Acıqlı baş qan eylər, Ağıllı baş əylənər. Danalar oynaşar kal qabağında, Qabaq-qarşı gəlsə,gözlə, gözlə sən. Sən ucalt sənəti, sənət də səni, El-oba yaşatsın sənətdə səni. Mən aşığam,sənətdə, Ucalasan sənətdə. Yaşa, yarat, dünyada, Qoy ucalsın sənət də. Əsəd də ad qoyub sazda,sənətdə, Qoru bu sənəti,gözlə,gözlə,sən. * * * Ya səndədi, ya məndə Ala gözlüm, dərdə oldum giriftar, Dərdə dərman ya səndədi, ya məndə. Aşıq deyər, ya məndə, Bir sevgim var Yəməndə, Yaşamasın bədnəzər, Heç görməsin yaməndə. Dedim, məni qoyma qalım yaməndə, Dedi, təqsir ya səndədi, ya məndə. Eşq ucundan cünun oldum, ya dəli, Görən deyər, ya divanə, ya dəli. Aşıq deyər, ya dəli, Dərd cigərim ya dəli. Şirin candan keçərəm, Sənə dəysə yad əli. Dedim gözəl, sən də tutsan yad əli, Onda ölüm ya səndədi, ya məndə. Kim görübdü mənim kimi yananı, Nə keçirdər eşq oduna yananı. Aşıq deyər,yananı, Yandırmazlar yananı, Mərd olanlar gözləyər, Ya namusu, ya nanı. Əsəd kimi ar oduna yananı, Eşq atəşi ya səndədi, ya məndə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.