Dodaqdəyməz təcnislər Aşıq Əsəd (1874–1951) Vaxt yetişdi köç eylədin dünyadan, Sevən ürək səni anar çata-çat. Qurtarsan da yüz xətərdən, nalədən, Dünya insanları sanar çata-çat. Həyata nur verir günəş şüası, Onunla dəyişir yerin havası, Sevənlərin söylə nədir xətası? Ayrı düşsə gültək solar çata-çat. Sözünün olsa da əgər kəsəri, Nəsihəti tez unudar sər-səri. Qoru saxlaginan, can ilə səri, Əsəd, vaxt çatanda yanar çata-çat. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-dodaqdeymez-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.