Müxəmməslər Aşıq Əsəd (1874–1951) Ağrın alım Ay qaraqaş, ay yaşılbaş, Qarşıda süz, ağrın alım; Cilvələnib eşqə bələn, Telini düz, ağrın alım; Dildə kəlam, əldə qələm Dərdimi yaz, ağrın alım; Firqətindən, həsrətindən Oldum nasaz, ağrın alım; Al hava, gətir dəva, Eyləmə naz, ağrın alım. Boyu bəstə, oldum xəstə, Mən yazığa sən rəhm elə. Üz qəmər, müşkü ənbər Xub yaraşır siyah telə; Altından al, bir qumaş şal Dolayıbsan nazik belə; Alma yanaq, qaymaq dodaq, Göz önündən getmə hələ; Gətirim saz, ol xoşavaz, Ay Sərvinaz, ağrın alım. Bir şəhla göz, bir belə qız Görməmişəm bu dünyada. Etmir hesab, bu nainsaf Aşiqini salmır yada. Salma çölə, insaf elə, Mən xəstəyə versin bada. Əldə gülü, şirin dili Mən görmüşəm Minayada. Keç başa, qıl tamaşa, Mən çalım saz, ağrın alım. Ay mələk, qurma kələk, Gözlərini süz, bəri bax! Gəl mərdana, bu gərdana Saçlarını düz, bəri bax! Bu gün yazım, şeir düzüm, Olaq üzbəüz bəri bax! Bu səhər, qoynun bahar, Açılıbdır yaz, bəri bax! Daranıb, xub yaranıb Belə şahbaz, ağrın alım. Ay gülüm, şən bülbülüm, Cəh-cəh vurub etmə haşa; Alma yanaq, büllur buxaq, Bal bələnib dilə, dişə. Sayıl olub, mayıl olub Hər kəs görsə mayıl qaşa. Bu bazardan, bədnəzərdən İllər boyu uzaq yaşa. Əsəd deyir, vəsfin yazır Bir belə qız, ağrın alım. * * * Eylədin Can alan, getmə dayan, Bil, məni candan eylədin. Təbiətdə bəzək vurnb, Şövkəti şandan eylədin. Kirpiklərin ox kimidir, Qaşı kamandan eylədin. Oxuyurdum qumru kimi, Məni lisandan eylədin. Xoşdur lisanın, Böyükdür sanın, Yoxdur nöqsanın, Xoşdur dövranın, Xalındır qoşa, Səni yüz yaşa, Dövran sür başa - Belə süzüb sallanışla, İnsanı heyran eylədin. Mən sənə mail olmuşam, Getmə dayan, ağrın alım. Hurisən,məleykəsən, Eylə bəyan, ağrın alım. Həsrətindən xəstə düşdüm, Mən biməkan, ağrın alım. Həkim, loğman nəyə lazım? Dərdə dərman, ağrın alım. Dərman verənsən, Zülfün görənsən. Qəsdə girənsən, Könül hörənsən. Dövran sürənsən, Qaşların qara, Vurmusan yara, Öldüm səd para, Gəl eylə çara. Xallarmm yox qiyməti, Gövhəri-kandan eylədin. Şəkkə düşüb xof eylədim, Mən nə deyim belə cana?! Yeriyəndə şölə salır, Yanaqları asimana. Yazıram mən də vəsfini, Səs yayılsın hər bir yana. Zənəxdanın gözəlliyi, Zinət verir gülüstana. Qızıl düyməli, Cüt nar məməli. Tuti nəğməli, Nəğmənə heyran. Dərdimə dərman, Sən eylə fbrman. Fərmana qurban, Qoynu gülüstan, Ay gözü məstan. Məcnun oldum, düşdüm çölə, Könlümü viran eylədin. * * * Gəlin Nagah mənə urcah oldun, ay qaşları qara,gəlin. Günəş kimi zərrələndin, şövqün düşdü bazara,gəlin. Bədnəzərdən pünhan dolan, gələrsən nəzərə,gəlin. Çoxu sənə mail oldu, salarsan azara,gəlin. Zərrü-ziba geyinmisən, üstündən bir xara,gəlin. Üst-üstündən dörd don geyib, hamısının köbəsi ala. Gör bir necə cilvələnib, çinniyib qabağa,dala. Tər libası, tər əndamı, mən istərəm daim qala, Bəşərliyə şəkk elədim, mən düşdüm özgə xəyala. Zülflərin adam çalır, dönübdü şahmara, gəlin. Birisi növrəstə gəlin, biri yəqin qızdı, bilin. Yetmiş iki hava çalır, teli incə sazdı, bilin. Göydən gəlmiş məleykədi, yerdə quba qazdı, bilin. Qoynu cənnətin bağçası, həm bahardı, yazdı bilin. Aşiqinə zülm elədin, saldın ahu-zara, gəlin. Bu zülmün qabağında, mən bilmədim haralıdır. Geyinib xublar sayağı, hansı yerin maralıdır. Qıyğac baxıb, canlar alır, bildim yardan yaralıdır. Filankəsi xəbər aldım, dedi, məndən aralıdır. Yaram üstən yara vurdun, oldum para-para, gəlin. Araz üstdən bu ceyranı, gətiriblər qova-qova. Mail olub mina boya, ərənlər də çıxdı ova. Mən ki, köhnə kamandaram, başıma gəlibdi hava. Badi-səba, sən xəbər ver, Tovusda Telli Zeynaba. Əsədin də sinəsinə, vurubdu min yarə, gəlin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-esed-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1951). Public domain (author died 1951). Original text only.