Təcnis Aşıq Heydər (1867–1949) Dindirməyin halı müşgül olmuşam, Fələk məni başdan salıb ayağa. Sevda sinəm üstə vurub səd yara, İlim bir qərinə, gün olub ay, ağa. Hicran dağı çəkib yala hasarı, Gurum - gurum, yaraları ha sarı. Görəydim mah camalını ha sarı, Bircə dəfə üz sürtəydim ayağa. Xumarlanıb sərxoş baxma bu yana, Sərkərdən gəzirəm mən yana - yana. Biçarə Heydəri az danla, yana, Salma məni nəzərindən, ay ağa! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-heyder-tecnis İctimai mülkiyyət (müəllifin vəfat ili: 1949). Public domain (author died 1949). Original text only.