Müxəmməslər Aşıq Hüseyn Bozalqanlı (1863–1941) Bilin Səhər durur kolxozçular Tarlaya katan aparır, Qəprətivə gələn malı Kölgədə yatan aparır, Növbədəki durub baxır Qarzınka atan aparır, Artıq çıxan qazanc pullar, Özünə cibistandı, bilin. Oxuyub, təlim alıb, Qanundan çıxmaq necədi? Bir süfrədə çörək kəsib, Ona kəc baxmaq necədi? Qızıl üzüyü anlamazın Barmağına taxmaq necədi? Hüseyn deyər, canavarı Qoyuna buraxmaq necədi? Batində yırtıcı qurd, Zahirdə çobandı, bilin. * * * Geri dur Şairəm, şüarayam, Bir lamü-ləngəm, geri dur! Aşiqəm, eşq əhliyəm, Divanə dəngəm, geri dur! Saymaram, baş əymərəm, Miri-sərhəngəm, geri dur! Mərdanə, hər meydana Mən pişi-cəngəm, geri dur! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-bozalqanli-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.