Divanilər Aşıq Hüseyn Şəmkirli (1811–1891) Əcəm qızı Ahu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı, Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı, Zənəxdanın çöhrəsi xal, necə qoyum qiyməti, Boyu uzun, gərdən uca, nazik bel əcəm qızı. Zülfün kəmənd, sal boynuma, özün çıxar bazara, Ovçuların şikarısan, səni sallam güzara, Səni görən yəqin bil ki, tez-gec düşər azara, Danışıban canım alma, şirin dil əcəm qızı. Mənəm Söyün, yəqin bil ki, çoxdu mənim azarım, Dostlarım xain çıxıbdı, bağlanıbdı bazarım, Səni gördüm dərdim artdı, badə düşdü güzarım, Gülüstanda ötən mənəm, yəqin bil, əcəm qızı. * * * Güllünün Ay həzarat, tərif edin, nə xoşdu çağı Güllünün, Əmməyə də ləzzət verir zülal dodağı Güllünün, Süddən ağ, baldan şirin büllur buxağı Güllünün, Ay kimi şölə verir ayna qabağı Güllünün. Ağ üzündə, buxağında tamam qoşa xal bəzənib, Əynində zərdən küləcə, onu üstdən şal bəzənib, Müxtəsər nəyin deyim, bir xonçalıq mal bəzənib, Məscidi mehraba dönüb, qaşının tağı Güllünün. Biçarə Aşıq Söyünün görün necə gəlir səsi, Danışıban söylətməyə bu gözəli, var həvəsi, Xəstələrə dərman olub yeni baş verib məməsi, Aşığınm canm alır süzgün baxmağı Güllünün. * * * İçində Çox gözəllər görmüşəm huri-qılman içində, Morulun xalqındadı, yoxdu cahan içində, Cəmisi hörmətlidi, yoxdu güman içində, Çox gəzmişəm, görməmişəm, cəmi insan içində. Haqq veribdi Morula allı-güllü göyçəklər, Bahar, yaz fəsli gəlib, açılıbdı çiçəklər, Tökülübdü üzlərinə top qara birçəklər, Sözümdə yoxdu yalan, tamam əlvan içində, Adamm canm alır şivə ilən nazları, Tamamı mədhə layiq gəlinləri, qızları, Alışıban gün kimi şəfəq saçır gözləri, Əylənib aşıq, xanəndə söhbəti san içində. Kimisi söz söyləyir, sinəsinin halı var, Kimisinin üzündə hindi qara xalı var, Kimisi mələkzadə, ləblərinin balı var, Amanm əldən alıb qalmaz iman içində. Fatma xanım şeydadı, Nabat bir can alandı, Gövhər ilə Cəvahir, Bayaz təzə cavandı, Həyat xanım huridi, Mələk xanım qılmandı, Əyləşib o gözəllər qaşı kaman içində. Toyda bu Aşıq Söyün gör nə fəğan eylədi, Mən tərifi deyəndə, hamı can-can eylədi, Onlara səbəbkarlıq bircə canan eylədi, Əlləşib göylə-göylə, olub düxan içində. * * * Mərd Analar oğlan doğanda qoy doğsun oğlanı mərd, Atası kamil olan tez tapar dövranı mərd, Axşamadək ac da qalsa, bir tikə yalqız yeməz, Gedənin yoldan qaytarar, xub saxlar mehmanı mərd. Bir mərd ilə ülfət qılan axır bir gün mərd olu, Namərd ilə ülfət qılan çöl-biyaban gərd olu. Namərd bir mehman görəndə iki gözü dörd olu, Mərd çəkər alar əlindən, gen açar sufranı mərd. Aşıq Hüseyn deyər, namərd binişan olu, Bir məclisdə namərd olsa məclis pərişan olu. Mərd bir məclisə varanda məclis ürövşan olu, Hər yerdə bir xanə yapar, gəşt eylər cahanı mərd. * * * Verir Bir gün bir heyvanat gördüm, zənbur kimi şan verir, Xörəyi yük ilə gəlir, nəfəsi duman verir. Dindirirsən danışmağa, nalə verir asmana, Nə yerdədi, nə göydədi, sədri üstə yan verir. Bir başı var, bir ayağı, gör neçə damağı var, İki qolu, bir boğazı, tək bircə dodağı var. Əyləşibdi bir məqamda, neçə min oylağı var, Qoy eşitsin, hamı bilsin, hər gələnə nan verir. Gəl biçarə Aşıq Hüseyn, qıl sözünü müxtəsər, Abi onun bol olanda olur dəli, dəngəsər, Eşidənlər, fikir verin bu sözümə sərbəsər, Əgər ki, ağam olmasa, sidqinə güman verir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-semkirli-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.