Gəraylılar Aşıq Hüseyn Şəmkirli (1811–1891) Ay qız Boyun sənin tuba kimi, Qaşlarındı kaman, ay qız! Görmüşəm mən camalmı, İtirmişəm iman, ay qız! Xmalı nazik əllərin, Fəsih-zəbandı dillərin, Ağ üzdə siyah tellərin, Qoxusu yasəmən, ay qız! Ağladırsan, güldürürsən, Çeşmin yaşm sildirirsən, Bimürvətsən, öldürürsən, Dad əlindən aman, ay qız! Aşıq Söynün ibadəti, Dilində fərzü sünnəti, Neyləyir sənsiz cənnəti, Məmələrin əmən, ay qız! * * * Bayaz Durum dolanım başıva, Bir bəri bax, bəri, Bayaz! Camalındı mahi-taban, Xurşndin xavəri, Bayaz! Ağ üzdə siyah tellərin, Şəkərdən şirin dillərin, Yapaxda qızıl güllərin, Kənar elə xari, Bayaz! Qaşlarım ərər kimidi, Buxağın mərmər kimidi, Sədrin qələmkar kimidi, Dişlərin mirvari, Bayaz! Cuna salıbdı başına, Qızıl tanalar guşuna, Aşiqi salmaz huşuna, Yox imiş xəbəri, Bayaz! Aşıq Hüseynin havası, Kəmbəmdi sazının səsi, Geyinibdi zər libası, Üstundən kəməri, Bayaz! * * * Bu qız məni Gedirdim, yoldan eylədi, O qız məni, bu qız məni, Ulusdan, eldən eylədi, O qız məni, bu qız məni. Dindirirəm, dinməz, küsər, Dərdin sinəmdə sərbəsər, Öpər, sinəsinə basar, O qız məni, bu qız məni. Hüseyni salma gözündən, Bir maç içərəm üzündən, Hərgiz eləməz özündən, O qız məni, bu qız məni. * * * Qoynunda Xəbər almaq ayıb olmaz, O nədi, pəri, qoynunda? Öldürürsən mən yazığı, Saxlarsan narı qoynunda. Otağına qədəm basdıq, Söhbətinə qulaq asdıq, Sinən döşək, məmən yasdıq, Sal, yatax, yeri qoynunda. Sən ki yarından doyubsan, Bağrımın başın oyubsan, Hüseyni yetim qoyubsan, Qalıb əlləri qoynunda. * * * Layıxdı Sallanıb gedən salatın, Qaşın kamana layıxdı. Aşıqlar sənin əlindən, Çəksə amana layıxdı. Öldürmaz sevən sevəni, Bağdan qovmaz gül dərəni, Yolunda çanın verəni, Saxla mehmana layıxdı. Söyün deyərlər adıma, Qırxlar yetişsin dadıma, Yarım düşəndə yadıma, Yana pərvana layıxdı. * * * Üstünə Nazlı yarın gül yanağı, Yaraşıbdı xal üstünə. İnçə beldə gümüş kəmər, Düzülübdü pul üstünə. Gördün ki, yarın yar deyil, Tərkinn qılmaq ar deyil, Gen dünya sana dar deyil. Get birini al ustünə. Hüseyn ağlar zarı-zarı, Getməz könlünün qubarı, İtirmişəm nazlı yarrı, Durum çıxım yol üstünə. * * * Ziba Gedirdim xublar toyuna, Çıxmışdıq düz yola, Ziba! Pərvanələr heyran olub, Ağ uzündə xala, Ziba! Ləblərin oxşar mərcana, Qəsd eylədi şirin cana, Məməsin qoyub fincana, Tutmuş idi bala, Ziba! Gözləri ala novcavan, Sana nisbət huri-qılman, Ətri-gül, nərgiz, yasəmən, Vurmuş idi telə, Ziba! Səni gördum çeşmi laçın, Ağ üzündə vardı maçın, Gərdəndən aşırıb saçın, Tökmüş idi belə, Ziba! Aşıq Hüseynin qəhharı, Kimlər çəkəçək ah-zarı, Abdullanın köyçək yarı, Tərifindən bilə, Ziba! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-semkirli-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.