Müxəmməslər Aşıq Hüseyn Şəmkirli (1811–1891) Bəsti Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti! Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti! Dişlərini oxşatmışam ləli-bədəxşana, Bəsti! Yer üzündə gözəl sənsən, qalanı əfsana, Bəsti! Qatılsa yüz gözələ ay içində tək görünür, Nütfə deyil halalzada bilin özü pak görünür, Səndən qeyri gözəllərin yaxaları çak görünür, Geyinibdi zər qırmızı, bənzəyir tərlana Bəsti! Gəşt edib mən görmüşəm, yoxdu taym Gürcüstanda, İrəvan, Gəncə, Bakı, yeddi kral Dağıstanda, Bundan bir ətir gəlir, bəlkə yox baği-rizvanda, Ya huridi, ya pəridi, bənzəyir insana Bəsti! Belə gözəl bu nişanda şəhər, çöldə görməmişəm, Yanağın gözəlliyini lalə, güldə görməmişəm, Belə ləfzü nə qumruda, nə bülbüldə görməmişəm, Şəmkir üstə xəlq olunub, qeyri eldə görməmişəm. Aşıq Söynü güzəşt elə, getsin Naxçıvana, Bəsti! * * * Mollalar Bilmirəm nə istəyir bizdən ruhani mollalar, Miras paltarları geyib, artırır şanı mollalar, Beş şahı pul görəndə, satır imanı mollalar, Talayıb xalqı çapıb, sürür dövranı mollalar. Harda bir gözəl görür, dostluq qatır, al eləyir, Tellərinə cadu yazır, özünə tez mal eləyir, Səqirlərin var-yoxunu çəkib çalhaçal eləyir, Haraya yönü düşsə, yıxır oranı mollalar. Hər kimin müşkülü var, mollaya tərəf yol alır, Molla görür nəzir yoxdu, onu məlul yola salır, Sələminə pul götürüb o biçarə bir də gəlir, Toplayıb rüşvət yeyər, eylər tufanı mollalar. Doğrusu, bu mollalar bu dünyanı qarışdırır, Arpaya ism oxuyub, divarlara yerişdirir, Ocağa nal basdırıb, zinakarlar barışdırır, Yazır kaftar dərisin, bir-birilə görüşdürür, Mən sirr açan deyiləm, qatır hər yanı mollalar. Küpəyə tilsim düzmək, bilməm nə işdi, camahat, Sərçənin qanm gəzməz, bilməm nə işdi, camahat, Hophop ilə dua yazmaq, bilməm nə işdi, camahat, Nə qədər xalqı soyur, heç olmur qani mollalar, Bizlərdə bir molla var, sehr edir, əfsanə yazır, Göy göyərçinin qanın tökür qələmdana, yazır, Arvadlara saç gətirdir, eləyir divanə, yazır, Eybin elə yayaram, məni bir tanı, mollalar. Ağ başlı şeytan mollalar, gərək mənlə düz dolana, Sataşmaya göhərkana, dura üzbəüz dolana, Oturalar məclisimdə, ortalıqda söz dolana, Mənimlə düz dolana, qurtara canı mollalar. Şəmkirli Aşıq Söyünəm, bilin, taqsır yoxdu məndə, Gərəkdi ki, sataşmasm, molla olan dərdi məndə, Yetmiş beş mollanm başı üyünər bir dəyirmanda, Söylərəm, əməllərin tutsun dünyanı, mollalar! * * * Sənə nə Lotuyam, bambılıyam, talibi-bəngəm, sənə nə? Çox gülüb, çox danışan, çox da cəfəngəm, sənə nə? Ataram düşmən üçün topu tüfəngəm, sənə nə? Dərdü qəm barkeşiyəm1, köhnə peşəngəm, sənə nə? Şairəm, söz deyərəm hamıdan başam, geri dur! Ağzımdan od tökülür, naram, ataşam, geri dur! Bez, qədək müştərisi, alam, qumaşam, geri dur! İstəsən tərpədəsən, tərpənməz daşam, geri dur! Tərpənsəm ev yıxaram, bir ağır səngəm1, sənə nə? Get atlasm yaxşısmdan, yaşılmdan da al, gətir, Mən özüm alıb-satanam, mənə sən tirmə şal gətir, Sərrafam, tez seçərəm, gövhər ilə ləl gətir, Girmişəm meydanma, meydanıma kəl gətir, Dəryalar boylanmışam, mən bir nəhəngəm, sənə nə? Dəryaya tək gəlmişəm, dal ibni-Dal kimi, Aləmə adım düşüb, ol Rüstəmi-Zal kimi, Sözdən qala yapmışam, qələyi-Səlsal kimi, Əridib saf etmişəm, qumriyə misal kimi, Oxumuşam min bir dili, çox da firəngəm, sənə nə? Şəmkirli Aşıq Söyünəm, mən burada yar eylədim, Urmu, Salmas, Marağa, İsfahanı zar eylədim, Gəzdim Çəçən, Çərkəzi, nə qorxdum, nə ar eylədim, Dəmir qapı Dərbənd, Quba, Gürcüstanı xar eylədim, Tülküsən, geridə dur, şiri pələngəm, sənə nə? * * * Üç Bir gün bir şəcər gördüm, Gülünün yarpağı üç. Bu günbəzdən baş verib O günbəzin tağı üç. Əyləşmişdim qırxlarınan O məclisdə var idim. Orada bir badə içdim Qədəh verən sağı üç. O sağəri belə gördüm, Beş yerdən qaynağı var. Doqquz yerdən mey veribdi, On yeddi budağı var. Otuz dördü bar gətirib Yüz on dörd yarpağı var. O yarpağın arasında Dolanan növrağı üç. On iki tam ustad gördüm, Bir zindana baş vurar. Qırx səkkiz şagirdi var, Bir divana baş vurar. O buxcadan kaman götürdü, Aşıq Hüseyni ağı üç. * * * Yüyür Qıs vurun qoçaqlarım iti canavara, yüyür! A gədə, Novruzalı çıx kəndə, xəbərə yüyür! A gədə Mırdışalı, sən də bulaqlara yüyür! Ağrın alım uzun Bayram, günüm oldu qara, yüyür! Subayların amanatı bozdarı beldən qoygunan, Açgılan zəncirini, toplanı əldən qoygunan, Ot gətir, alaf gətir, pələşi gendən qoygunan, Amandı daqqa Xəlil, sən də bir kənara yüyür! Quduz dəymiş canavarlar görün nə tufan elədi, Öldürdü yeddi qoyun, qanına qəltan elədi, Dağıtdı qomral qoçu, bilin yəqin qan elədi, Topal tutdu canavarı dərisin şan-şan elədi, A gədə Əhmədalı, çöllərə, çallara yüyür! Yağış yağar, şimşək oynar, görün göy necə guruldar, Yatıbdı tənbəl Qulu, axşamdan bəri xoruldar, Bir kərə qoçdan ötrü bax Məhəmməd nə zarıldar, Ağlamaqdan fayda yoxdu uzun qulaqlara, yüyür! Quduz dəymiş canavar qoyunlara saldı talan, A gədələr, düz danışm, sözünüzdə vardı yalan, İt uşağı qudurubsuz, yuxluyarmı çoban olan? Şahqulu çox yaxşı qalxdı, boğazma keçdi palan, A gədə Şahqulu, aman döşlərə dübara yüyür! Erkəcləri yoxlaym, ala şimşək xarı gedib, Ağ seyiz, qara seyiz, göy təpəl yuxarı gedib, Göy Sadıx zehinlidi, deyir qoyun yarı gedib, A gədə, göy Sadıq, sən də bu yanlara yüyür! Beş keçi, on beş qoyun, kənddə bir evdən tapılıb, Yeddi toğlulu qoyun da yağlı güneydən tapılıb, On beş toğlulu qoyun qarlı qüzeydən tapılıb, Vəsf elər Aşıq Söyün belə Bəyçoban tapılıb, Yüz manat nəmər verdi min atı, Dilbara yüyür! * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-huseyn-semkirli-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.