Deyişmələr Aşıq Musa (1830–1912) Əli Ata, sən gedirsən qürbət ellərə, Unutma Vətənu xana, yazgınan. Əgər qasid gəlsə sənin yanından, Namə göndər mən cavana, yazgınan. Aşıq Musa Başına döndüyüm, gülüzlü oğul, Döndərmə bağrımı qana, göndərrəm. Eşitsən sözümü, eylərəm nağıl, Yönüm düşsə hansı yana, göndərrəm Əli Nə qədər axtarsan qərib elləri, Çıxartma qəlbindən biz bülbülləri. Salgınan yadına şirin dilləri, Keçirtmə həftəni sana, yazgınan. Aşıq Musa Bir danışın görüm, təzə bülbüllər, Qumru tək açılıb oxuyan dillər. Unutmam adınız, eylərəm Keçirtməm həftəni sana, göndərrəm. Əli Əlinin sözünü eşitsən əgər, Ey nuri-didarım, istəkli pədər, Gəlib-gedənlərdən naməni göndər, Xəstə könül gəlsin cana, yazgınan. Aşıq Musa Ey Musanın çeşmi-nuri-didarı, Mən deyim yerbəyer, eşidin barı. Pozmaram heç zaman əhdi, ilqarı, Səfər etsəm nə məkana, göndərrəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-musa-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1912). Public domain (author died 1912). Original text only.