Deyişmələr Aşıq Nəsib (1874–1944) Kor Nəsib: Bir aşıq gəlibdir Güllübulağa, Xoşa gəlmir nə avazı, nə səsi. Hayıf ki, görmürəm toy-büsatını, Deyirlər, seyiddi, ağır nəfəsi. Aşıq Ələsgər: Fəhmi kora verib, zehni üstəlik, Xaliqin zəlilə budur müjdəsi. Mərd mərdi öldürsə intizar qalmaz, Kişiyə dəyməsin namərd gülləsi Kor Nəsib: Nə saz çala bilir, nə də oxuya, Yun tök qabağına kilim toxuya. Qonaq edin pendir, çörək, yuxaya, Dolsun dağarcığı, həm də kisəsi. Aşıq Ələsgər: Toxunmaram sənin kimi zəlilə, Hədələmə məni xalqın əliylə. Bir qulaq as, nəsihətə, dəlilə, Eşidənin səndən gəlsin həvəsi . Kor Nəsib: Nəsib çox aşıqnan açıb meydanı, Başına dar edib, bu gen dünyanı Müsafirdi yığın, ona dövarnı Deyirlər çoxdur nəticəsi, nəvəsi Aşıq Ələsgər: Ələsgər hər yanı, gəzib, dolaşar Müxənnət görəndə xəyalı çaşar Pay yığmaqda, Kor Nəsibə yaraşar Çünki, yoxdur gözlərinin giləsi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-nesib-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1944). Public domain (author died 1944). Original text only.