Divanilər Aşıq Nəsib (1874–1944) Allah Qohum-qardaş o tərəfdə, kimdən xəbər alım,Allah, Ürəyimdən qanlar axır, xoş xəyala dalım,Allah?! Qaralanıb elim mənim, yarı orda, yarı burda, Zəhər olub xörək aşım, bilməm olüm,qalım,Allah?! Qəfildəncə gözüm dolur, könül arayır Canbazı, Dodağımdan bir ah qopur, görəmmirəm gələn yazı. Dərd əlindən qaradayam, oldum şadlığın möhtacı, Axı, necə məclis qurum, telli sazı çalım,Allah. Qəm əlindən gəl, ey Nəsib, dağlara de dərdini sən, Dərd görənə, həm yeyənə, ağlara de dərdini sən. Arpa kimi Qaraxan tək, çağlara de dərdini sən, Dağ-daş, sular kömək olsun, dəyişsin əhvalım,Allah. * * * Gərək Qarayola getmək çətin, Ona qara qəm gərək. Qəmliliyə həm ağ-qara, Həmi şöhrət-nam gərək. Pünhan ola pis kəslərdən, Uya aləm sirrinə. Dədələrə bir münasib, Xəlvəti bir dam gərək. Türkdə sirli, möcüzatlı Ata olar hər anı. Günçıxanla günbatandı Hər atanın məkanı. Ürəkləri təpər dağı, Qəlbləri gövhər kanı. Üzü nurlu, coşqun təbli, Bilgiləri tam gərək. Qara dünya yolçusuyam, Amma özüm ağ ata. Əllərimdə gün işığı - Dərdi, qəmi dağıda. Qalxa bir ərşi-əlaya, Könlüm istər tağ ata. Görüb İşıqlı babam, Nəsib ala nam gərək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-nesib-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1944). Public domain (author died 1944). Original text only.