«El şairləri»ndən Aşıq Pəri (1811–1847) Mirzə Can Ağadan dəsti-səxadan Tiflis ölkəsindən bir nişan gəlib, İnam edib kilsənin üstünə, İ'caz, möcüzat xoş nişan gəlib Görən pəh pəh dedi şövkət və şanə, Bizdə mail oldu qaşı kamanə, Alov alov şölə salıb hər yanə, Sanasan ki ləli-Bədəxşan gəlib Namı car dır, yulduz kimi səkridi, Yeddi çıraq çar tərəfin bürüdü, Görməsinə qız-gəlinlər yeridi, Neçə neçə zülfi-pərişan gəlib Ehtiyat göründü, şamlar alındı, Toylar tutulub, şənlik olundu, Pak namaz qılındı, süfrə salındı, Çar tərəfi kəsdi məcmuan gəlib Pərim, dərdi-pünhanın içində, Xal dolanır zənəxdanın içində, Sən bilirsən kilsənin içində, Ömrünə duaçı yüz min can gəlib * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-peri-el-sairleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.