Cığalı təcnislər Aşıq Şenlik (1850–1913) Bir yana Ala gözlüm, məni Məcnun eylədin, Xumarranıb sərxoş baxma bir yana. Əzzinəm, bir yana, Dara zülfün bir yana, Sən od saldın könlümə, Qorhuram ki, bir yana. Əğər bənd olmasam zülfün telinə, Baş götürrəm bu ölkədən bir yana. Haqqın əmri ikrarı var bu canda, Üzər nəfis çarxı müddət bu canda. Əzizinəm, bu canda, Bu cəsddə, bu canda, Məlakül mövt yeksanı, Qılar mənə bu canda. Çox çəkmişəm cəbri-cəfa bu canda, Göz önündən pünhan olma bir yana. Biçarə Şenliyin gəlmir qərarı, Sevda damu yanar narı qararı. Əzizinəm, qərarı, Qəhir çəkən qərarı. Sinəm evgah yayladı, Səfalansam qərarı. Səbirsiz könlümün gəlmir qərarı, Kərəm qılıf, gedəm basma bir yana. * * * Dağları Şenlik der: məclisə sağı gələndə, Qədəhi dəstində ağı gələndə, Elə ağı gələndə, Əjdər ağı gələndə, Hicran şahı qan ağlar, Cana yağı gələndə. Şiddəti-şaxtanın çağı gələndə, Dərər, talan eylər neçə dağları. * * * Yasını gözlər Bu dünyada Tanrı kefi çəkən gul, Cəhənnəm narının yasını gözlər, Aşıq, yasını gözlər, Yanar yasını gözlər. Dünyaya meyil verməz, Axrət yasını gözlər. Bəzi günahkarlar uyar nəfsinə, Cilvəli gözlərin yasını gözlər. Kəlami Kadime Quran duası, Neçə kəlmə hərfdi Quran duası, Aşıq, Quran duası, Ayət Quran duası, Asi qullar düşünməz, Neçin Quran duası. Bir gün lazım olur Quran duası, Gözüm son nəfəsdə yasını gözlər. Lisanı ibarə ərəb dilincə, Mələklər zikr edər ərəb dilincə, Aşıq, ərəb dilincə, Farsi ərəb dilincə. Münkirnən Nekir gəlir, Sorar ərəb dilincə. Səfil Şenlik bilməz ərəb dilincə, Bir çift kəlmə cavap yasını gözlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-senlik-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1913). Public domain (author died 1913). Original text only.