Gəraylılar Aşıq Şenlik (1850–1913) Keçən günə günlər çatmaz Günü-günə calasan da! Dərdli adam gecə yatmaz, Şirin layla çalasan da! Öz dərdini özün üyüt, Alma, heyva verməz söyüd. Anlamazlar almaz öyüd – Şahmar olub çalasan da. Səfil Şenlik ağlar, gülməz, Nanəciblər dostu bilməz. Fani dünya sənə qalmaz, Altun verib alasan da. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-senlik-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1913). Public domain (author died 1913). Original text only.