«El şairləri»ndən Aşıq Valeh (1722–1822) Təcnis: Adəm ata üçün fərman enəndə Adəm ata üçün fərman enəndə, Yetmiş iki millət söylər aman hey, Bir padşah qaim olsa yerində, Saqisi sahbası söylər aman hey Ağ qar anda, qatır anda, at anda, Oxu titrər, ovçu ovun atanda, Hacı Mənsur pambığını atanda, Toxmaq dəyər, kiriş söylər aman hey Xəstə Valeh min səməndin sür, yeri, Qiyamətdə çalınanda sur yeri, Qovğa günü min o gözün sür, yeri, Kötən dəyər daşa söylər aman hey * * * Könül Gören deyər: nə ağlarsan, Hər dərdi baş olan könül, Axırda zinar bağlarsan, Qəmə yoldaş olan könül Doymadım mən göz qaşından, Yandım eşqin atəşindən, Getməz duman heç başından, Baharı qış olan könül Valeh deyir: güllü xarsan, Bivəfa, bi'etibarsan, Dedim, bəlkə düzən yarsan, Gəl, bağrı daş olan könül * * * Təcnis: Cənnət şəhrinə vard olmuşam Cənnət şəhrinə vard olmuşam, Bilmənəm yar üçün nə alım indi, Zülfün ləşkər çəkmiş gəncin üstünə, Nə baydaq görünür, nə alım indi Tükənməz zülflərin həsəy eylədim, Musa dəstində həsəy eylədim, Bir bədxuy tərlana həsəy eylədim, Nə mənə ram oldu, nə alım indi Valeh, inan, sək rəqibdir, bədənsən, Könül bərq almadın xaldan, bədənsən, Nə qədər ki can çıxmayıb, bədənsən, Kəsilməz dərikdən nə alım indi * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-valeh-el-sairleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.