Müxəmməslər Aşıq Valeh (1722–1822) İsitmə Fəryada gətirdin məni sən canə, isitmə! Döndərmə gözüm yaşın ümmana, isitmə! Bu il məni saldın belə nöqsanə isitmə! Qəsb etmək üçün qoymadın heç yanə, isitmə! Axır eylədin xanəmi viranə, isitmə! Hər dərddən artıq, bəli, qızdırmanı gördüm, Baş ağrısı dürməli qızdırmanı gördüm, Cəndan ilə çəkdi ili qızdırmanı gördüm, Əqilini eylər dəli, qızdırmanı gördüm, Yazıqdı, sən əl vurma heç insanə, isitmə! Ey vay, günüm zar ola, titrətmə gələndə, Min dərdə bəla car ola, titrətmə gələndə, Dünya başıma dar ola, titrətmə gələndə, Canım yenə pərgar ola, titrətmə gələndə, İncitmə, isitmə məni, amma nə isitmə! Titrəməvi qızdırma, isitmə-üçü həmrah, Bunlar uzun heç kafirə göstərməsin Allah. Bir körpə görən kimsənə sağ canə çəkər ah, Aciz qalı, candan olur axır ki, o ikrah, Hər kimsə içərsə də dolu peymanə, isitmə. Bir gün hər üçü gəldi bular Valehə mehman, Dedi sənə iş tovlarıq, aciz qalı loğman. İndi nə verirsən, de görüm, sən bizə ehsan, Bəxş etdi məni ol Şahı - mərdanə isitmə. * * * Mollalar Sizi sahib kim edibdir, Söylən, cahana mollalar? Özünüzdən şübhələnib, Düşmən gümana, mollalar. Sizi bu damaqda qoymaz Bilin, zamana, mollalar. Xeyir işi şərə çəkib, Yozman ziyana, mollalar, Cəhənnəm ki haram deyil, Eşqə uyana, mollalar. Günah, savab nə olduğun, Artıq biz də anlayırıq. Nə bircə qəlbə dəyirik, Nə kimsəni danlayırıq. Nə beçətək qaqqıldarıq, Nə xoruztək banlayırıq, Nə varlıya baş əyirik, Nə kimsəni yanlıyırıq. İnsaf edin, əl atmayın, Dinə, qur`ana, mollalar. Kərbəlayı olmaq üçün, Necə düşmən çıxım saza? Sevdalı şeyda bülbüləm, Könül müştaq olub yaza. Ehtiyacım yoxdur mənim, Nə oruca, nə namaza, İki mələk müqərrərdi, Hər əməli görə, yaza, Kənd içində sərsəm edib, Olan divana, mollalar. Neçə hacı, kərbəlayı, Saqqalına həna qoyur. Girvənkədə bir çətvəri, Oğurlayır, yana qoyur, Bir yetimdən mal alanda, İnək adın dana qoyur, Yalan satır müştəriyə, Kürək adın şana qoyur, Qəpik üçün and içərlər, Ayə qurana mollalar. Aşıq Valeh bu sənətlə, Məşhur olub ucalıbdı. Hər ümmana qəvvas olub, Təbiətdən tac alıbdı. Neçə deyiş meydanında, Ustadlardan bac alıbdı. Könül eşqə gəl-gəl deyir. Deməyin ki, qocalıbdı. Bir də mənə, kafər demə, Gəlin imana, mollalar. * * * Öyrənmiş Şəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş, Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş. Gəhi xoş xəndə eylər bəzm ara minadan ögrənmiş, Səvadi-kakilin təhrin şəbi-yəldadən ögrənmiş, Cəbbinin tərtöv əfkəin yədi-bizadan ögrənmiş. Qalub əyyami-sabiq qəmzeyi-xunrizdən qanun, Müdami məcruih edər eşq əhlini bağrın, qılar purxun Dili-sədparəni əşqilə çeşmidən edər Ceyhun. İçibdir cəmi-məxmuri, edər aşiqlər əfsun Bu dəvi çeşmi-məstan nərgisi-şəhladən ögrənmiş. Qaşın tağın görüb mehrabü minbərlər çəkər xəcalət. Buyindah nafeyi-cin müşkü-ənbərlər çəkər xəcalət. Siyəh zülfün qəmindən sünbüli-tərlər çəkər xəcalət, Görəndə qəddini sərvi-sənubərlər çəkər xəcalət. Bu rəftarı nihal qamətin tubadan ögrənmiş. Xiyali-cami-vəslin çoxları məst eyləyib bibak, Görəndə sinəni hər sübhi-sadiq sinə eylər çak, Ruxundan infial eylər məhi-taban nohəflak Ruxin rəxşəndəlik şəmsi-cahanaradən ögrənmiş. Gəl, ey zahid, sən etmə Valehi divanəni məlzəm, Dügül təğyirə qail kim, təriqi-eşqədir möhkəm. Haçan olmuş cahanda eşq dərdi qabili-mərhəm, Sevəndə Leylini Məcnun, olanda dərdinə həmdəm, Cununluq rəsmini bu qafili-şeydadan ögrənmiş. * * * Kitabxana.az · https://kitabxana.az/collections/asiq-valeh-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1822). Public domain (author died 1822). Original text only.