Kəmalüddövlə məktubları Mirzə Fətəli Axundzadə (1812–1878) “Kəmalüddövlə məktubları”nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun surəti (h. 1280-ci ildə) Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik? Halbuki, fransız, rus və başqa Avropa millətlərindən olan müəlliflər babilərin baş qaldırmasının səbəbini də İran səltənətinin qüsurları, onun bünövrəsinin zəifliyi və islam dininin batil bir din olması ilə izah edərək çoxlu kitablar yazıb, dünyanın hər yerində yaymışlar. Onlar bu yolunu azmış babiləri məhv etmək üçün iranlıların göstərdikləri hümməti də cəhalət və nadanlıq əlaməti, yaxşını pisdən ayırmaq qabiliyyətindən məhrum olmaq nişanəsi kimi pisləmiş və istehza və məsxərəyə layiq bilmişlər. Avropa qitəsində insanların hər bir fərdinə öz fikirlərini, istər yanlış və zərərli olsun, istərsə də doğru və faydalı, azad şəkildə yaymaq icazəsi verilən gündən bəri dünyanın hər bir yerində dinsizlər baş qaldırıb öz fikirlərini qələmə almaqdadırlar. Ancaq heç kəs onlara mane olmur və onları incitmək fikrinə düşmür. Mə’lumdur ki, fransız allahsızlarından Volter, Reno və başqaları xristian dininin batilliyi haqqında nə kimi kitablar yazıb, xristianlar arasında yaymışlar. Ancaq dövlət və millət başçıları onları bu işdən çəkindirmək üçün təzyiqə əl atmağı cayiz bilməmişlər. Onlar yaxşı başa düşmüşlər ki, bu işin çarəsi və onların yanlış fikirlərinin xalq arasında doğurduğu təsirin qarşısını almağın yolu hədə-qorxuda deyil, ağıl və məntiqəuyğun dəlillərə əsaslanan hikmətli cavablarla rədd etməkdədir. Necə ki, aliməqam imam Əli ibn-Əbutalib əleyhissəlam bir dinsizlə bəhs edərkən, əsla acıqlanmayıb, onun tutduğu iradları hikmətli cavablarla rədd etməklə onu susdurmuşdur. Məhz bu cavablardan sonra o dinsizin etirazları ki onların bəzisi Kəmalüddövlənin etirazlarından daha şiddətlidir, xalqın gözündə öz təsirini tamamilə itirdi. Bu mübahisənin təfsilatı şeyx Səid ibn-Mənsur Əhməd Təbərsinin kitabında bu cür yazılmışdır: “Dinsizlərdən bir nəfər Əmirəlmö’mininin yanına gəlib dedi: Əgər Qurandakı ixtilaflar və ziddiyyətlər olmasaydı, mən sizin dininizi qəbul edərdim və i.a.”. Habelə Əli ibn-Musərriza əleyhissəlam da qüdrətli xəlifələrdən olan Mə’munun məclisində bir neçə nəfər zındıq və dinsizin cavabını əsəbiləşmədən, elm və hikmət əsasında verib, onları məğlub etmişdir. Şeyx Təbərsinin əsərini görüb oxuyanlar bu dini mübahisələrin təfsilatını bilirlər. Habelə başqa imamlar və din başçıları da müxtəlif əsrlərdə zındıqlar və dinsizlərlə mübahisəyə girişmiş və onları məntiqəuyğun dəlillərlə susdurub, e’tirazlarını xalqın gözündə e’tibardan salmışlar. İndi ki, Övrəng Zibin naxələf oğlu öz fasid fikirlərini qələmə alıb, islamın dini əqidələrinə xələl yetirmək fikrinə düşmüşdür, şübhəsiz ki, onu da indiyə qədər olmuş və bundan sonra da olacaq zındıqlar və dinsizlərdən biri hesab etmək olar. Heç şübhə etmək olmaz ki, onun puç fikirləri şəriət sahibinin batini qüdrəti sayəsində islam dininə heç bir zərər vura bilməyəcək və onun özü də başqa zındıqlar və dinsizlər kimi unudulmuşlar dənizində itib batacaq, parlaq şəriətin nuru isə dünyaya zinət verən günəşin şüaları kimi aləm durduqca parlayacaq və bütün üfüqlərə nur saçacaqdır. Ancaq bir şərtlə ki, onun zərərli fikirlərinin puç olması barədə kafi cavab yazılsın və beləliklə, həmin fikirlər xalqın gözündə öz təsirini və qiymətini itirsin. Lakin əgər onun qarşısında sükut edilsə və ya qəzəb və şikayətə əl atılsa, belə bir vəziyyət hər halda din alimləri və xalqın başbilənlərinin acizliyinə dəlil olacaqdır. Bu isə dinsizləri daha artıq cürətləndirəcəkdir. Tutaq ki, Əmr və ya Zeyd onların fikirlərinə cavab yazmaqdan acizdir; bəs məşhur alimlər içərisindən elə bir adam tapılmayacaqdırmı ki, bu hədyanlara əql və hikmət əsasında bir cavab yazmaqla onları təsirdən salsın?.. Halbuki, Avropanın hər yerində Volterin və Renonun əsərlərinə cavablar yazıb, onları təsirdən salaraq, müəlliflərini rüsvay etmişlər, nəticədə xristian dini bu dinsizlərin tənqid və etirazlarından nəinki heç bir ziyan görməmiş, əksinə, getdikcə tərəqqi edərək rövnəq tapmaqdadır. Məqamı yüksək olan imamlar da həmişə zındıqların və dinsizlərin sözlərini hikmətamiz cavablarla rədd edib, onların iradlarını xalqın gözündə etibardan salmışlar. Bu kimi əsərlərin yayılmasının qarşısını almaq və onların avam kütlələrin əqidəsinə təsir etməsinə yol verməmək üçün yuxarıda qeyd olunmuş tədbirlərdən başqa heç bir çarə olmamış və olmayacaqdır. “Kəmalüddövlə məktubları”nın nüsxəsi mənim əlimə çatan kimi əvvəlcə elə əsəbiləşdim ki, istədim onu cırıb tikə-tikə edəm və ya oda atıb yandıram. Sonra düşündüm ki, mənim bu cür qızışmağımdan nə fayda çıxar. Tutaq ki, mən onun bir nüsxəsini cırdım və ya yandırdım, görək bununla başqa nüsxələrinin yayılmasının qarşısını almaq olarmı? Məsələni dərindən düşündükdən sonra öz niyyətimdən əl çəkdim. İndi cənabınızın xahişinə görə həmin nüsxəni sizin xidmətinizə göndərirəm. Ancaq bu şərtlə ki, bu əsərdə olan mətləbləri rədd etmək üçün cavab yazmaq fikrində olasınız. Nüsxənin başlanğıcında həmin məktubu da bu məqsədlə yazdım ki, islam dininin qeyrətini çəkmək naminə bu vəzifəni yerinə yetirməkdən qəflət etməyəsiniz. Əgər sizin səyinizin nəticəsində bu hədyanlara kafi cavab yazılıb nəşr edilsə, artıq onların puç əqidələrinin dinə, məzhəbə, rüsuma və ölkəyə hər hansı bir zərər yetirməsi ehtimalı tamamilə aradan qaldırıla bilər. Vəssəlam. [Bu üç məktubun bütün məsələlərini filosoflar arasında doğruluğu qəbul edilən hüquq bərabərliyi məsələsinə tam asanlıqla tətbiq etmək olar. Lakin doğruluğu filosoflar arasında münaqişəli olan mali bəra-bərlik məsələsinə onların tətbiqi hələlik mümkün deyildir. Mali bərabərlik məsələsini anlamaq və dərk etmək, biz müasirlər üçün çox çətindir. Hərçənd ki, Avropa alimlərindən bəziləri mali bəra-bərliyi də, bəzi dəlillərə əsasən, bir neçə əsrdən sonra mümkün hesab edirlər, lakin başqa filosoflar onların fikirlərini rədd edən dəlillər gətirirlər. Zahirdə ağıla gələn budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət əldə etməsə, bu dünyada millətlərin bu vəziyyət və tərkibləri və insanların bu əxlaq və təbiəti ilə mali bərabərlik mümkün deyildir]. M.F.Axundzadə + * * * Kəmalüddövlənin əvvəlinci məktubu Rəməzan ayında, sənə 1280-də Təbrizdən Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?.. Əgərçi o növ şövkət və səadət Firəngistan və Yengi Dünya əhlinin bu əsrdə olan şövkət və səadəti cənbində çiraq kimi hesab olunur gün müqabilində, lakin İranın bu halətinə nisbət nurdur zülmət müqabilində. Ey İran, o zaman ki, sənin səlatinin Peymani-fərhəngə əməl edirdilər, neçə min il dünyanın İrəmmisal səfhəsində əzəmət və səadət ilə kamiran oldular, xalq onların təhti-səltənətində neəmati-ilahiyyədən bəhrəyab olub, izzət və asayişdə zindəganlıq etdilər və yoxsulluq bilməzdilər və sailbəkəflik etməzdilər və həm daxili-məmləkətdə azad və həm xarici məmləkətlərdə möhtərəm idilər və İran padişahlarının şöhrət-şövkəti külli-afaqi tutmuşdu. Necə ki, bu xüsusda şəhadət edər yunan millətinin təvarixi, nə islam millətinin əxbaratı, ondan ötrü ki, islam millətində İran səlatininin asarı və oların kütubü və qəvanini qalmadı. [Ey İran! Sənin oğulların, nəvələrin nəsihət olsun deyə sənin keçmiş əzəmətinin yazılı abidələrini belə mühafizə etməmişlər; sənin keçmiş şöhrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə şahidi olaraq qalan qədim yunan tarixlərindən öyrənirik, çünki Yunanıstan sənin möhtərəm, qocaman tarixini qədim dünyanın başqa xalqlarına nisbətən daha yaxşı öyrənmişdir]. + Peymani-Fərhəngin əhkamına mütabiq səlatini-fürsün əsrində hər şəhərdə mühasiblər olurdu ki, rəayadan xəzinəyə vasil olan mala vaqif olub dəftərlərə qeyd edirdilər və bu mühasiblərin də hər tərəfdə gumaştələri olurdu və padişahların hər şəhərdə vəqayenigarları və kargüzarları və karagahları və daruğələri var idi ki, hər birisinin şüğlü müəyyən idi. Məmləkətin və rəayanın əhvalından müstəhzər olub, hər vaxt padişahı xəbərdar edərdilər və padişah dəxi müvafiqi-əhkami- Fərhəng, ümurati-sadirə babında əməl edərdi. Bir afəridə bir kəsə cövr və təəddi etməyə qadir deyil idi. Qoşun saxlamaq üçün dəxi cidaganə rüsum müqərrər idi. Hərgah rəisi-ləşgər, öz hökmündə olan sipahilərin məvacibini isal etməkdə qüsur göstərsəydi, muridi-bazxast olurdu və rəiyyət mənafe və məhsulatlarından iyirmidən bir xəzinəyə mal verirdilər. Amma Sasanilərin dövründə rəiyyət ondan bir verməyi öz rizası ilə qəbul etdi. * Hər vilayətdə maliyyati-divaniyyə küllən xəzinə ismi ilə müsəmma olan məqamlara aid olub, məxarici-səltənət küllən haman məqamlardan vəz’ olunurdu və əsla rəaya öhdəsinə və sair məmərri-mədaxilə divan tərəfindən həvaləcat sadir olmazdı * və heç tərəfdə hükkamdan bir kəs qətli-nüfusa qadir deyil idi, əgərçi müstəhəqqi-qətl olsaydı da, gərək idi əvvəl padişaha ixbar etsin, sonra padişah, Fərhəng iqtizasınca nə hökm etsə, əməl olunsun və qətli-nüfusdan bəqədri-imkan ehtiraz edərdilər. Və casuslar yetirdikləri xəbərin həqqiyyətində təftişi-bəliğ əmələ gətirərdilər və sipahilər heç vaxt xeymə və xərgah bəndində olmazdılar və zəhmətə və cəfaya həmişə mö’tad olurdular və bigünah bir kəsi öz şüğlündən mə’zul etməzdilər və xidmətə ömr sərf edənlərin özlərinə və əyallarına ruzi müqərrər edərdilər. Padişah tərəfindən hər yerdə zükur və ünas bimaristanları olurdu ki, qərib və bikəs mərizlərə orada müalicə edib pərəstar olurdular və taifeyi-ünasın pərəstarları ünas taifəsindən müqərrər idi və kor və şil və aciz və bikəs adamlar dəxi bimaristani-padişahidə ruzixar idilər və fəqir və gəda heç yerdə olmazdı və padişahın yanında həmişə yaxşı xasiyyətli və təbiətli və mərifətli nədimlər olurdu ki, daima padişahı yaxşı işə dəlalət edirdilər və padişahın hüzurunda nədimlərdən masəva böyük mö’bid dəxi olurdu ki, cəmi ülumə xəbərdar idi, xüsusən hekayatdan və təvarixdən və əhkami-Peymani-Fərhəngdən və ümurimüşkilədə padişaha məsləhət göstərərdi və rəhnümalıq edərdi. Padişah hər gün bar verərdi, amma hər həftədə məxsusi bir gün bari-dad idi, yə’ni xalqın ərayizinə sima’ etmək günü idi ki, o gün hər hacətmənd padişahı görüb dərdini izhar edə bilərdi. Padişah, rəaya ilə bir süfrədə təam yeməyə oturardı. Hər mənzildə padişah tərəfindən atlar və adamlar müəyyən idi, vaqe olan əxbaratı müvəkkillərin e’lamı ilə padişaha və padişahdan müvəkkillərə yetirərdilər. Peymani-Fərhəngdə hər günahın və səvabın cəzası və əcri müəyyən idi. Əgər bir kimsənə müznib olurdu, padişahın müqərrəblərindən heç birisi qadir deyil idi ki, ona şəfaət etsin və əgər bir kimsənə millətin və məmləkətin nəf’inə bir xidmət göstərərdi, müqərrər olunan əcrə müstəhəqq olurdu və düşmənə zəfər tapandan sonra acizlərə və miskinlərə və müsafirlərə və ammeyi-səkənəyə və rəiyyətlərə zərər yetirməzdilər. Həqqi-təala bu radişahları müəyyən etmişdi ki, ərusi-məmləkəti ehsan və insafın zivəri ilə bəzəmişdilər. Tüccar və tüllab və müsafiran onların dövründə hər tərəfə asudə tərəddüd edib həmişə izzət ilə olurdular və Peymani-Fərhəngin əhkamından hər gün nədimlər padişaha oxurdular və müşkuyi-zərrin üçün, yə’ni hərəmxana üçün dəxi cidaganə qanun var idi. Padişahın bir banuyi-banüvanı olurdu, hər əmələsi və təbəəsi ünas taifəsindən, amma onda fərmanrəvalıq ixtiyarı olmazdı. Ey Cəlalüddövlə, fürslərin səltənət qəvaidi yen ziyadə idi. Hər bir ümur üçün bir qaideyi-müqərrərə var idi. O əsrə nisbət ki, hələ ülumun və sənayein ziyadə tərəqqisi yox idi, fars padişahlarının cümlə qəvaidini zikr etmək tətvilə bais olur. Peymani-Fərhəngin əhkamı çoxdur; cümləsini bu məktubda dərc etmək müşküldür. Peymani-Fərhəngin əhkamının nəticəsindən idi ki, səlatini-fürs aləmdə namdar oldular və milləti-fars bərgüzideyi-miləli-dünya idi və cahanyana aşikardır ki, dövri-qədimdə səlatini-fürsün ərseyi-mülkü nə vüs’ətdə idi: Bir ucu Zabilistan, bir ucu Mədain ki, ibarət ola * şimalən rudi-Ceyhun və dəryaçeyi-Aral və Babül-əbvabi-Dərbənddən, cənubən Xəlici- Fars və bəhri-Ümmandan, şərqən rudxaneyi-Sütlücdən mabeyni-Sind və Hindistan; qərbən boğazi-İslambul və sahili-bəhri-Əbyəzdən və dəxi Bülucüstan və Əfqanistan və Kabilistan və Ğur və Sistan və Lahur və Kişmir və Şikarpur və təmamiyi-Sind və Bəlx və Xivə və Örgənc və Dəşti-Qıpçaq və Şirvanat və Babil-zəmin və Biladi-Hirə və Diyarbəkr və Ərmən-zəmindən və vilayəti-Siri, yə’ni Şam və Hələbdən və təbəələri nə səadətdə idi. Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin + torpağın xərabdır və əhlin nadandır və sivilizasyoni – cahandan bixə- ++ bərdir və azadiyyətdən məhrumdur və padişahın despotdur və despot +++ zülmünün tə’siri və üləma fanatizminin zoru sənin zə’f və natəvanlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və cövhəri-əqlini paslandırıbdır və səni fürutənliyə və dənitə’bliyə və rəzalətə və zillətə və übudiyyətə və təməllüqə və riyakarlığa və münafiqliyə və məkrə və xüd’ə və cübnə və təqiyyəyə xugər edibdir və cəmi xəsaisi-həsənəni: sədaqət və ədalət və vəfadarlıq və cəvanmərdlik və şücaət və ülvitələblik və ali hümmətlik kimi sənin təbiətindən səlb eləyibdir və sənin tinətini bu sifati-mə’dudənin cümləsinin ziddi ilə müxəmmər qılıbdır və yəhtəmal, yüz-yüz illər keçəcəkdir ki, sən rövnəqə düşməyəcəksən və asayişə və səadətə çatmayacaqsan və sivilizasiyon tapan millətlərə bərabər ola bilməyəcəksən. Sənin xalqın hesabsız Rum və Rus və Əfqanıstan və Hindistan və Türküstan və Firəngistan məmləkətlərinə zülmdən və fəqrdən pərakəndə olub sərmayəsiz, kəmali-zillətdə fə’ləliklə və nökərçiliklə gün keçirir və hər yerdə başına döyülür və hər yerdə xar və xakisar [cürbəcür əziyyətlərə] tutulur* və sənin xalqından iki yüz minə qərib zükurən və ünasın əyal və ətfalları ilə türkmanların əlində məşəqqəti-əsirlikdə giriftar olub, həmişə nalə və əfğan ilə ruzigarlarını başa aparırlar və bir kəs onların dadına yetişmir və oları xilas etmək xəyalına düşmür və + sənin padişahın dünyanın proqresindən qafil və bixəbər oturubdur öz paytəxtində. Belə bilir ki, padişahlıq ibarətdir yaxşı libas geyməkdən, yaxşı xörək yeməkdən, xudrə’y hər kəsin can və malına bihəddü-inhisar təsəllütü olmaqdan və zirdəstan ona rüku və səcdə etməkdən və əbdi-rəzil kimi ona fərmanbərdar durmaqdan [*və axmaq şairlərin onu uşaq aldatmaları ilə tərifləməsindən. Bu fərd kimi: “Könlünü taxtda rahat saxlayırsan, ancaq təblinin nə’rəsindən Çində xaqan, şeypurunun səsindən Rumda qeysər qorxudadır”. Şah bu cür axmaqaldadıcı yaltaqlıqdan şadlanır və yalançıya ən’am da verir və qətiyyən bilmir ki, nə qeysər, nə xaqan və nə də başqaları heç yerdə onu hesaba almırlar]. Dəxi hərgiz müqəyyəd deyil ki, əcnəbi məmləkətlərdə bədnamdır və hər biganə məmləkətin xalqı onun adın eşidəndə, onu xar tutur və onun təbəəsinə və mə’murlarına həqarət ilə baxır və olara nisbət məğruranə rəftar edir. Qeyrətmənd və sahibi-namus şəxs belə səltənətdən ar edər və belə padişahlıqdan bizar olur. Ey İrani-biçarə, Firdövsi rəhmətullah sənin bu gününü səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən xəbər verir: [Rüstəmin öz qardaşına yazdığı məktubdan] 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 [Bu ərəblər] 22 23 Sonra mərhum Firdövsi, Hürmüz şahın oğlu Rüstəmin dilindən Sə’d-Vəqqasə yazdığı namədə xəbər verir: 1 2 3 4 5 6 [Qeyd səh.50-də] 7 8 9 10 11 12 13 Ey Cəlalüddövlə, Sə’d-Vəqqas, Müğəyrəni elçi göndərib Rüstəmin naməsinin cavabında gör nə sözlər yazdı və gör nə xəyalatın və puç əqaidin xatiri üçün İran xalqının səadətini bu rahzənlər bərbad etdilər: 1 2 3 4 5 6 Sə’d Vəqqasın təklifi ilə dini – islamı qəbul etdik. Onun qövlünə görə gərək iki aləmdə dəxi şadlıqla və şahlıqla olaydıq. Axirət aləmindən hələ ki, xəbərimiz yoxdur; bir sözdür, Sə’d Vəqqas və sairələri deyir. Gələk dünya aləminə *. Hicrətdən bu zamana qədər İran xalqının başına müsibətlər gəlibdir ki, dünyanın heç bir səfhəsində xalq elə müsibətlərə və bəlalara giriftar olmayıbdır. Ərəblərinmi ləşgərkeşliyin və xunrizliyin deyim, ya Dəyalimənin və Səffariyanın və Samaniyanın və Qəznəviyanın və müluki-Təbəristanın və müluki- Mazandəranın və müluki-övladi-Ziyarın və müluki-təbəqeyi-İsmailiyyənin və müluki-Səlcuqiyanın və Atabəkiyanın və Xarəzmşahilərin, Çingizilərin, Ali-Müzəffərin, Teymurilərin, səlatini-Ğurun, müluki- Rüstəmdarın, müluki-Sərbədaranların, müluki-Kərtün, Şeybanilərin, Çobanilərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəviyyələrin, Əfqaniyyələrin, Əfşariyyələrin, Zəndiyyələrin, Qacariyyələrin, hələ bulardan başqa aralıqda və guşə-kənarda o qədər təvaifi-müluk və sahibi-xüruc peyda olubdur ki, hesaba gəlməz. Sə’d Vəqqasın xəbər verdiyi bəşarətin nəticəsi bu oldu. Yalqız İran əhli deyil, ərəblər özləri nə günə çatdılar? İndi dünyada ərəblərdən gümnamtər və bədbəxttər tayfa yoxdur. Bəs niyə dini-islam onların səadətinə bais olmadı? İndi ac və susuz, bielm və bihünər tollanıb qalırlar. Əgər bütpərəstliklə baqi qalsaydılar, yəhtəmil bir günə çıxardılar. Çox ehtimal var ki, islam əqaidinin əfsanələri, o biçarələri dəxi sivilizasyon tapan taifələrdən əqəb saldı. Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama mürəccəh tuturam. İş ona qalsa, genə islam dini sair ədyandan bərgüzidə və mənim məqbulumdur *. Bu qədər var ki, mən külli-ədyanı puç və əfsanə hesab edirəm. [Olardan heç birisinə axirətdə qurtuluş ümidi ilə mail deyiləm. Mən o dini tərcih edirəm ki, onun vasitəsi ilə insan bu dünyada xoşbəxt və azadə ola bilsin]. İndi sən mənə cavab ver görüm ki, bu min iki yüz həştad ilin müddətində bu qədər silsilənin zühuru, millətin nə faydası üçün lazım idi və millət niyə gərək öylə natəvan olsun ki, hər bir dərədən baş qovzuyan it-qurd onun başına bu növ bəlaları gətirsin? *Əhli-İranın bu gunə bədbəxtliyinə səbəb ərəblər oldu. Dörd yüz ildən ziyadədir ki, aləmdə basmaxana ixtira olunub, elmin intişa- + rına və literaturun kəsrətinə ümdə vasitə olubdur. İran xalqı dünən basmaxana bina edir, onu da səfahətdən daş basmaxanası ki, öz etiqadınca onda hüsni-xətt zahirdir. Dəxi o qədər şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və giranbəha olur və kütüb vüfur bəhəm etməz və hər binəva onun təhsilinə qadir olmaz və literaturu dəxi qaliba şamildir bu mətləbə ki, təharəti belə tut, nəmazı belə qıl və fitrə və zəkatı və xümsü belə ver və rəf’i-hacət edəndə ru-bəqiblə oturma və ağırlığını sol ayağının üstünə sal və buların adın əhkami-şər’iyyə qoyubdur və ya şamildir bir para əfsaneyi-biəslin nəqlinə ki, adını mö’cüzat yazıbdır və ya bir para iğraqatdan və mübaliğatdan və qafiyəpərdazlıqdan və [ölçusüz] təməllüqkarlıqdan məmlu təsnifata ki, adına təvarix deyibdir və hərgiz + bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taraqqaturuqlu əlfazı bir vəzni-müəyyəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe süfat ilə tə’rif etməkdən və baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın müəxxirin şüərasından Qaani təxəllüsündə bir şairin divanı bu növ cəfəngiyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, bəməratib nəsrdə bəyan olunan məzamindən müəssirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola; qayət cövdətdə, müvafiqi-mavaqəə, müvafiqi-övza və halati-fərəh-əfza və ya hüznəngiz, müəssir və dilnişin; necə ki, Firdövsi rəhmətullahın kəlamıdır. Əlhəq demək olar ki, milləti-islam arasında poeziya ibarətdir fəqət Firdövsinin əş’arından ki, misli heç bir bəşərə islam millətindən bu zamana qədər məqdur olmayıbdır. Amma əgər xalq həqiqəti-poeziyadan və onun şürutundan xəbərdar olsa, yəhtəmil, Firdövsimanənd şe’r deməyə qüdrət hasil edə bilər. Zira ki, kəlami-fəsih və şe’ri-məqbul, xəvariqi-adat və mümtəniat qəbilindən deyil, bəlkə mümkünat qəbilindəndir. Yunan millətinin içində əsri-qədimdən bir şair məşhurdur ki, adına Homer deyirlər. Milləti-yunanın əsri-qədimdə vüqua gələn müharibatını və hadis olan vəqayeini və pəhləvanlarının mübarizəsini və hünərlərini Firdövsi kimi nəzmə çəkibdir, belə ki, bu zamana qədər bir afəridə onun əş’arına nəzir deməyə qadir deyil və habelə ingilis millətinin içində bir neçə yüz il bundan irəli bir şair peyda oldu Şekspir adlı ki, səlatini-ingilisin məsaibini nəzm edibdir, bir növ müəssir ki, müstəme sima’ halətində, nə qədər şədidülqəlb olsa da, bükadan özünü saxlaya bilməz və sair bu misal şüəra külli-miləl arasında mövcuddur. Nəsrdə dəxi gah-gah bu növ müəssir və fəsih və cövdətli kəlam ittifaq düşür; necə ki, Quran ərəb dilində. Bu növ qabiliyyət, təbiətibəşəriyyənin vədayeindədir ki, gah-gah bir para əfradi-bəni-növibəşərdən büruz edir və bu növ vədiəyə ilham nisbəti verilir. Əhli-İran hətta səhhaflıq sənətini də bu zamana qədər dərk edə bilməyiblər ki, səhafət etdikləri kitablar iki günün içində öz dövlətlərinin əhkamı kimi pozulub vərəqələri pərakəndə olur; bavücudi ki, hər gün görürlər ki, Yevropada səhafət tapan kütüb necə möhkəmdir ki, yüz ildə müstə’məl olunsa, genə də pozulmaz və zəhməti dəxi bunların səhafət əməlinin zəhmətindən azdır və sair təvaif indi dünyada araba yoluna iktifa etməyib, hər yerdə dəmir yollar qayırırlar. Amma İran millətinin məmləkətində çox yerdə səvarə yolu da müşküldür və millət və rəisi-millət hərgiz dərk edə bilmir ki, məmləkətin abad olmağı və ticarətin rəvacı və millətin fəqrdən azad olmağı üçün tə’miri-türuq əlzəm vəsailin birisidir. Yollar xarab, qəryələr viran, şəhərlər birövnəq, küçələr [dar və] biəndam, qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. Məhz bu xatirə ki, çürümüş sümüklərə tərəddüd edənlər hər gün beş-altı kəlmə ərəb dilində fatihə ismi ilə söz oxusunlar. *Üyubi-məzkurədən əlavə, bir para məzarlarda məvaddi-heyvaniyyənin təhlilindən bir qaz peyda olur ki, adına qazi-müvəllidül-maikibriti deyirlər və ondan kiçik və zəif şö’lələr nümayan olur və habelə bir para məzbələlərdə və bataqlıqlarda dəxi palçıq və çamurdan məvaddi-nəbatiyyənin təhlilindən və təəffünündən məzkur qaz təkəvvün tapıb şam tərkibində öz-özünə yanar. Biçarə və bisavad və ülumdan bixəbər İran xalqı qəbristanlarda qazların şö’lələrini həml edərlər buna ki, sahibi-məzar günahkardır və məlaikeyi-əzab ona qəbirdə atəş ilə əzab verirlər və qazın şö’lələrini məzbələlərdə möcüzə sanıb etiqad edərlər ki, onun məhəlli-zühuru imamların, ya evliyayi-dinin birisinin qəbridir və tə’cili-tamam ilə məzbur məhəldə xərc edib böyük asar və əbniyə bərpa edərlər və haman məzbələni düaların məhəlli-isticabəti və mərəzlərinin məqami-istişfası bilirlər. Üləma dəxi onun əvəzinə ki, avamı bu puç e’tiqaddan mən’ edələr və olara deyələr ki, bu qism zadlara xərc etdikləri pullar ilə mərizxanalar qayıralar və elmi-tibb və hikmət və şimi və sair ülumi-nafiə tə’limi üçün mədarisi-aliyə yapıb, millətin zülmətdən nəcat tapıb işıqlığa çıxmağına bais olalar, oları belə ə’mali-bifaidə və napəsəndidəyə dəxi ziyadə tərğib edirlər. *[Və həm də müsəlmanların çoxu, istər iranlı olsun, istərsə osmanlı, öz yanlarında saat saxlamağa adət etmişlər. Əgər bir vaxt, lazım olduqda bir tanışdan soruşsanız ki, filankəs, saat neçədir? O, sənə cavab vermədən əvvəl səndən soruşur ki, gün saat neçədə batır? Onun sualı səni cavabdan aciz edir. Günün saat neçədə batması birdən-birə kimin xəyalına gələr? Günəşin batması vaxtı ilin fəsillərinin mülahizəsi ilə, iqlimlərin vəziyyəti ilə müxtəlifdir. Beləliklə, günəşin batması vaxtını bilmək haqqında hər iki tərəfdən mə’nasız güman və təxmin başlanılır. Nəhayət, sənin dostun, günəşin batmasına dörd saat iyirmi yeddi dəqiqə qalmışdır, – deyə aydın olmayan bir cavab verər. Bu cavabdan sonra sual etdiyin vaxtda saat neçə olduğunu özün qiyas etməlisən. Ürəyin parçalansa da, bu qiyası sən özün etməlisən. Aydındır ki, düşünmədən, birdən-birə saatın neçə olduğunu bilməyəcəksən. Darıxmaq əlaməti olan qaşqabaqla, kədərli qəlblə öz dostuna xitab edirsən ki: “Siz nə üçün öz saatınızı yevropalılar qaydası ilə günortadan-günortaya qurmayırsınız?”. Ondan bu tə’nəli cavabı eşidirsən: “Çox qəribədir ki, siz, kafirləri təqlid etməyi bizə təklif edirsiniz”. Sən də onun cavabını belə rədd edirsən: “Bəs nə üçün siz gözlük işlətməkdə kafirləri təqlid edirsiniz? Məgər gözlüyün ixtirası və onun işlədilməsi bu külbaş kafirlərin işi deyilmi? Lakin siz tam könül xoşluğu ilə onların bu ixtirasından faydalanırsınız və gözlük işlətməkdə oları təqlid edirsiniz”. Bu irad müqabilində artıq cavab eşitmirsən. Bir gör millət islam dininin qeydləri altında səfahətin nə dərəcəsinə çatmışdır]. Hamamlarının içində xəzinə suyunun üstündə çirk, neft kimi nümayandır və hər yaralı-paralı və mütəəffin hamama girib, tez bir xəzinəyə daxil olub hey’əti-ğərib ilə suya cumub qüsl edir. E’tiqadlarınca guya pak olurlar. O səbəbə ki, müctəhid deyibdir: “Hamam xəzinəsinin suyu kürdür və mırdar olmaz”. Və nadan xalq dəxi görür ki, mırdardır, yenə məhz müctəhidin sözü ilə qiyas edir ki, pakdır. Haradasan İstanbulun hamamları ki, hamam xəzinəsindən neçə tərəfdə qurnalar, yəni fəvvarələr asılıbdır, lüzum vaxtında qurnanı açırsan, pakizə su cari olur, altında tərtibi-qüsl edirsən. Evi yıxılmış iranlılar, hamam maddəsində dəxi -ni mə’mul ediblər. Bu yana baxırsan görürsən ki, tüccar bimayə, o yana baxırsan görürsən ki, dehqan biistitaət və mədaxili-xəzineyişahiyə kəm və mədaxili-gömrükxana və sair mədaxili-divaniyyə binəzm, mütəməvvillərdən və ərbabi-mədaxil və əmlakdan və küllinücəbadan və üləmadan ki, ərbabi-əmlak və tənxahdırlar və küllimövqufatdan padişah xəzinəsinə bir şey aid olmur, hər yerdə təhmil füqəranın üstündədir. Mühəssillər oları hər güzərgahda təhsili-maliyyat üçün işgəncəyə çəkirlər. Nə təhsili-maliyyat üçün bir qanunimüəyyən var və nə sərfimaliyyat üçün bir qaideyi-müqərrərə var. Hər vilayətin maliyyatının təhsili mühəvvəldir hakimi-vilayətin öhdəsinə və sərfi dəxi bərat mücibincə mə’muldur. Əksər övqat çox məmərrlərdən mədaxili-divan təhsil olunmuyur. Əksər övqat bərat mucibincə vücuhi-mətlubə vüsula gəlmir və bu cəhətdən bə’zi məxarici-zəruriyyə əda olunmuyub, ümuri-əzimənin ixtilalına muris və dövlətin kəsri-şə’ninə bais olur. Məsələn, bə’zi övqat bərat mucibincə düvəli-xaricədə müqim olan dövlət mə’murlarının vücuhi-vəzaifi vüsula gəlmədikdə, əşxasiməzkurə məmaliki-əcnəbiyyədə xar, bəlkə rüsvay olurlar. [Cənab səfirlər, konsullar və başqa xarici mə’murlar, acınızdan ölsəniz də səbr edin! Yox, heç də belə xəyal etməməli! + Onlar dəxi, Allaha şükür ki, eşşək deyillər. Məgər xarici ölkələrdə İran təbəələri yoxdur? Nə üçün onları maaşı çatıncaya qədər müxtəlif bəhanələrlə soymasınlar?]. Bavücudi ki, bu əsrdə ülumun və təcarübün tərəqqisi səbəbi ilə düvəli-müəzzəmdə bu əmrə bir növ ilə qaidə qurulubdur ki, hərgiz divanın bir fülusu tələf olmaz və hərgiz sahibvəzifənin bir həbbəsi vəqti-müəyyəndə lavüsal qalmaz. Məsələn, hər yerdə mədaxili-vilayət küllən xəzinə ismi ilə müsəmma olan məqamlara aid olur və sonra məxarici-səltənət, sabiqən vüqua gələn tə’yinata muvafiq, küllən haman məqamlara həvalə olunur. Və haman məqamların heç sərfəsi yoxdur ki, vücuhi-mətlubənin icrasında tə’xirə iqdam etsinlər. Hətta dövləti-Osmaniyyə dəxi indi bu qaydanı mə’mul edir və bu qaydanın vücudu zimnində ki, vəz’i bir əmri-sadə və asandır, nə gunə fəvaidi-latühsa mündəricdir ki, te’dadə gəlməz və ədəmi zimnində bu gunə məfasidi-əzimə sabitdir ki, həsrə sığışmaz * və xalq dəxi ac və nadan və bisavad; hər güzərgahda saillər hesabsız və hər tərəfdə başı və kəməri yaşıl və abı sarıqlı sadat xalqın qabağın kəsib deyir ki: “Mən oduna getmənəm, su gətirmənəm, cüt əkmənəm, biçin biçmənəm, müftə yeyərəm, müftə gəzərəm, mən səni bu günə qoyan və bu zillətə salan babaların övladıyam. Padişaha maliyyat ver, füqəraya fitrə və zəkat ver, qurban kəs, yüz qızıl, ya iki yüz qızıl xərc elə, get həcc qıl, ac ərəbləri doyur və qazandığının beşdən birisini də mənə ver”. Bundan əlavə, biçarə xalq bir mərtəbədə nadandır ki, bu növ bəlaların vücudunu hərgiz dərk etməyib küçələrdə başına və döşünə döyə-döyə gəzir, şaxsey-vaxsey naləsin ərşə bülənd edir. Soruşursan ki, nə var, axır nə xəbərdir? Cavab verir ki, niyə min iki yüz bir neçə il bundan irəli beş-on ərəbi, beş-on ərəb Kufə səhrasında qırıbdır? Bu yandan övzai-əyalət bir mərtəbədə məğşuşdur ki, vəsfə gəlməz: nə bir qanun var, nə bir nizam var, nə bir ixtiyari-müəyyən var. Əgər birisi birisinə bir sillə vura, məzlum bilmir ki, hansı ixtiyara rücu’ etsin. Birisi müctəhidin yanına yüyürür, birisi şeyxül-islamın yanına qaçır, birisi imam cüməyə şaki olur, birisi daruğəyə gedir, birisi bəylərbəyiyə ərz eləyir, birisi şahzadə qapısına rücu’ edir. Bir qanunimüşəxxəs və hər kəsə dəstaviz mövcud deyil, biləsən ki, bir adama bir sillə vurulsa, hansı ixtiyara gərək rücu’ etsin və müqəssirin cəzası nədir? Vəqta ki, birisinə bir sillə vuruldu, müqəssiri kimi cərimə edər. kimi çubkarlığa müstəhəqq görər, kimi əfv edər. Əgər bir kimsənədən bir günah sadir olsa, bir para yerdə hakim onu cərimə edər, bir para yerdə haman günahın cəzasında mücrim həbsə qoyulur və bir para yerdə şüğldən mə’zul olur. Hətta nəql edirlər ki, bir para yerlərdə müqəssirin böyük və sahibi-şə’n əşxasa vabəstəliyi olmaq cəhətindən ittifaq düşür ki, ona bir ən’am, bir xəl’ət də verirlər ki, onun təqsirindən hasil olan şərmsarlığı rəf etsin. Xülasə, bir kitabi-qanun yoxdur və heç bir günahın cəzası və heç bir savab əcri müəyyən deyil. Hər kəs ağlına hər nə çatar, əmələ gətirər. Vəqta ki, təqvimi, yə’ni bu millətin salnaməsini mütaliə edirsən, onun əvəzinə ki, ümdə vəqayein tarixi və məmləkətdə ölənlərin və doğulanların nüfusunun ədədi səbt oluna, ya dövlətin dəxl və xərcindən ittila verilə və ya ricali-dövlətin və ərbabi-mənasibin adları yazıla, ya əhval və övzai-məmaliki-xaricə şərh oluna, görürsən ki, təqvimin əvvəlimci səfhəsində mə’rifəti-ixtilacatı bəyan ediblər və tə’siri-xələcani-fərc və zəkəri və məq’əd və xosyəni şərh qılıblar *. *[Bundan başqa istibdad səltənətinin tə’sirindən dövlət münəccimləri elə bir dərəcədə yaltaq və alçaq təbiətli olmuşlar ki, illik təqvimin hər səhifəsi başında yazırlar: “Bu səfər ayında ulduzların vəziyyəti padişahın mübarək məzacının (ona ruhumuz fəda olsun) səlamətliyinə dəlalət edir. Və bu rəbiüləvvəl ayında ulduzların vəziyyəti, Cəmşid rütbəli padişahın böyüklüyünün artmasına, çoxalmağına, şadlığına, onun rütbəsinin yüksəlməsinə (ruhumuz ona qurban olsun) dəlalət edir”. Kitab bu kimi şeylərlə sonuna qədər doludur. Heç kəsin iqtidarı yoxdur onlara desin: Ey səfehlər, sizin padişahınızın məzacının səlamətliyi ilə ulduzların vəziyyətinin nə işi və nə münasibəti var? Nə üçün bu kimi axmaq sözləri yazırsınız *[və nə üçün bu kimi yalanlarla özünüzü və padişahınızı bütün aləmdə rüsvay edib bütün xalqların məsxərə alətinə çevirirsiniz? Bir padişahın ki dünyanın vəziyyətindən, məmləkəti idarə və tərbiyə etmək qaydalarından, ədalət, mürüvvət, rəiyyətpərvərlik və vətənpərvərlikdən xəbəri olmaya, türkman köçərilərinin və ən alçaq yolkəsənlərin müqabilində əzilib məğlub ola, daha nə kimi cahü cəlal və əzəmət sahibi ola bilər? Onu hansı işinə görə Cəmşidə tay tutmaq olar? Padişahın təbəələri və rəiyyətləri şiddətli zülm və hədsiz yoxsulluq üzündən baş götürüb bütün aləmə dağılırlar, bununla belə o, özünün hər gün verdiyi fərmanlarında, – şahlıq üzüyü mənim qüdrətli əlimə keçəndən bəri, ədalətimin şöhrəti aydan balığadək bütün dünyanı tutmuşdur, – səc’li möhürünü vurur. Daha anlamır ki, məmləkətin bu başından o başına qədər ədalətdən iz-əsər belə yoxdur. Və bu yalançı səc’dən utanmır. O, qarı arvadlar kimi, bu günədək elə xəyal edir ki, Yer kürəsi öküzün kürəyində və öküz balığın belində dayanıbdır. Daha hansı məziyyət ilə o, şöhrət qazana bilər? O, hansı ədalətdir ki, onun şöhrəti aydan balığa qədər çatıbdır? Onun xəyalına görə, bu haman balıqdır ki, öküzü, yə’ni Yeri daşıyan öküzü öz belində saxlayıbdır. O heç düşünmür ki, möhürün bu səc’ini bütün əcnəbi dövlətlərdə tərcümə edib, ağlının dayazlığına gülürlər. Əgər balığı, öküzü daşıyan balıq deyil, adi balıq fərz etsək, yenə də belə bir mübaliğə bu kimi padişaha yaraşmır. Onun belə səc’ə razılıq verməsi yalnız yüngüllük əlamətidir. Bu səc’i yazan şairə mükafat deyil, cəza vermək lazımdır]. Və öz padişahınızı Cəmşid rütbəli adlandırırsınız və onun üçün böyük əzəmətlər və’d edirsiniz. Əgər sizin padişah dünyanın vəziyyətindən xəbərdar olsa, idarə və tərbiyə elmlərindən, ədalət və mürüvvət qaydalarından, rəiyyətpərvərlik və vətənpərəstlikdən agah olsa, tabe’ləri və rəiyyətləri haqqında zülmü, fəqirliyi, nadanlığı tamamilə rəf edər və onları çılpaqlıqdan, aclıqdan qurtarar və öz ölkəsinin sərhədlərini yolkəsən türkmanlardan və ən alçaq səhranişlərin hücumundan mühafizə edər və öz məmləkətinin hər yerində mədrəsələr, xəstəxanalar açar və məmləkətə aid olan işləri ov əyləncələrinə tərcih edər, bir sözlə böyük Pyotr və böyük Fridrix kimi öz vətənini hər xüsusda azad və Yevropanın müntəzəm məmləkətlərinin tayı edər. Belə olduqda, onu Cəmşid rütbəli, əzəmət sahibi və uca ada layiq saya bilərdiniz. Yoxsa ona Cəmşid və Firidunun bərabəri demək olmaz və əzəmət çoxluğu ona müyəssər ola bilməz] *. Vəqta ki, ruznameyi-dövlətini açırsan, görürsən ki, hələ dirilərin işinə nəzm verməmiş, ölülərin işinə qoşulubdurlar və əməleyi-mövta üçün qanun və qərari-cədid yazıblar və bir belə ədna əmrin isnadını da şəxsi-əvvəli-dövlətə veriblər. Keçmiş həftənin ruznaməsində oxuyursan ki, padişahın üməra və üləma evlərinə təşrif aparmağı vaxtında pişkeş və payəndaz mövquf olubdur. Sonra gələcəkdəki həftənin ruznaməsində görürsən ki, ə’lahəzrəti-padişah filan yerə təşrif aparmışdılar və filan töhfə pişkeşihüzur olunmuşdu və mətbui-təb’i-hümayun düşmüşdü. Tehran ruznaməsinin bir səhifəsində görürsən yazıblar ki, burun, qulaq kəsməyin İran dövlətində hərgiz vüquu yoxdur; bu iftiranı ingilislər ədavət yolundan İran dövlətinə bağlayıb qəzetlərində yazırlar. Haman ruznamənin başqa səhifəsində Mazəndaran əxbarının zikrində oxuyursan ki, Mehdiqulu Mirzə bir əttarın qulaqların ibrətən-lilnazirin kəsibdir. Çünki bir seyyidin yüz tümən pulunu təqəllüb ilə yemiş imiş. *Fransa və İngilis məmləkətlərində eşşəkləri və atları və öküzləri dəxi vurmaq və incitmək qədəğəndir, amma İran məmləkətində despotun fərmanı ilə, hətta cəlilüşşə’n üməranın ayaqlarını fələqqəyə qoyub çubuq vurarlar və bir neçə vaxtdan sonra genə bu rüsvay olunmuş üməradan vəzirlər və sərdarlar qayırırlar və olardan ixlas və iradət təvəqqö’ edirlər və bu biçarə üməranın təbiətlərində despotun təhəkkümü təsirindən bir tövr rəzalət və übudiyyət və biqeyrətlik hasil olubdur ki, çubkarlığı özlərinə hərgiz ar bilməzlər və bu növ zillət və rusvaylıqdan sonra genə bu dünyada zindəganlığa talib olurlar. *[Və bir də İran əhli bu günə qədər anlamamış ki, uşaqların tərbiyəsində çubuq və sillə vurmaq, onların əxlaqını pozar, təbiətlərini alçaldar, fitri cövhərlərini boğar, qorxaq və yalançı edər. İranda heç bir məktəb tapmazsan ki, onun səfeh məktəbdarının çubuq və fələqqəsi olmasın. Təəccüblü budur ki, hər bir uşağın anlaqsız atası, öz uşağının tə’lim və tərbiyə üçün məktəbdarın yanına apardıqda, uşağının yanında dediyi birinci söz budur: “Molla, oğlumu sənə tapşırıram. Əti sənin, sümüyü mənim. Ona yaxşı tərbiyə ver!” Nadan molla dəxi cavab verir: – Əmin ol, çubuq və fələqqə həmişə onun gözünün qabağında olacaqdır”. Bu cür tərbiyədən sonra, uşaqlardan, böyüdükdə nə kimi insanlıq, mə’rifət, yüksək hümmət və nəcib əxlaq ümid etmək olar? Bundan təəccüblüsü vəzarəti-ülumun qəflətidir ki, bu hərəkəti məktəbdarlara qədəğən etmir]. Tarixi-dövlətini mütaliə edirsən, görürsən ki, bədvdən xətmədək qələt ilə doludur. Əcəbtər budur ki, müəllif kitabın axırında üzr istəyibdir ki, dövləti məşğələlər səbəbindən, kitabın islahına fürsət bulmayıbdır və çox neviştəcatın axırındakı mürasilə rəsmincə şəxsiəvvəli-dövlətdən, onun padişahının fərmayişi ilə xass üməranın isminə və ya bə’zi həmcivar dövlətlərin [əmirlərinin], şəxslərinin və camaatlarının ismlərinə mərqum olmuş ola, tarixi-mahü sal və məhəlli-kitabət yazılmır. Əgər bir qərndən sonra bir müvərrix istəyə ki, haman neviştəcatın məzmunundan bir para əxbarat tarixə daxil edə, onların vaxtının və məhəlli-vüqularının tə’yinindən acizdir və şəxsiəvvəlin mənsəbi də nə imzasından və nə möhüründən müşəxxəs olmaz. Məhz onun mürasiləsinin məzmunundan qiyas eləmək olur ki, o gərək şəxsi-əvvəli-dövlət olsun. Habelə cəmi mürasilatda ki, xalq bir-birinə yazırlar, ondan qətinəzər ki, ayın və ilin tarixi və mürasilatın məhəlli-kitabəti yazılmır, mürasilənin içində müxatəbin ismi dəxi mərqum olmayıb, ancaq onun əlqabına iktifa olunur və ismi mürasilənin ləfafəsinin bir üzərində təhrir tapır. Vəqta ki, müxatəb mürasiləni ələ alır, ləfafəsin cırıb atır, üzünün ismi də haman ləfafə ilə aradan çıxır. Əgər bir müddətdən sonra haman mürasilatın məzmunu bir mətləb xüsusunda sənəd ola, bir kəs bilməyəcəkdir ki, olar kimə və haradan yazılıbdır. Hətta onların raqimi dəxi müşəxxəs olmaz. Ondan ötrü ki, mürasilənin zöhründə ancaq bir möhür var: Məhəmməd, ya Əli, ya Vəli adına. Aya, bu Məhəmməd və Əli və Vəli kim idilər və nə karə idilər? Mə’lum olmayacaqdır və genə habelə qəbaləcatda və qət’naməcati-şər’iyyədə ki, onların da məhəlli-kitabəti mə’lum deyil, mətnin fövqündə bu ibarət mərqum olur: və ya Və bir möhür dəxi bu ibarətin təhtində səbt olunur, – Kazım və ya Bağır adına. Əgər bir neçə müddətdən sonra bu növ sənədatın uzaq əmkinədə bir mətləb üçün lüzumu olmuş ola və oranın hakimi talib ola ki, onların qayırma olmadığı xüsusunda bir dürüst təhqiq əmələ gətirə, hərgiz bilməyəcəkdir ki, sahibi-möhr, qazi imiş, ya şeyxül-islam imiş, ya müctəhid imiş, ya mollayi-qeyri-mə’ruf imiş və ya filhəqiqət heç vücudu yox imiş və ibarəti-mərqumeyi-qəşəng ki, həzərat, kəmalivəcddə guya özlərinin dərəcatını e’lan etmək üçün ixtira edibdirlər, hərgiz onların vecinə gəlməyəcəkdir. Bavücudi ki, bu növ sənədatın istehkamı üçün çox diqqət vacibdir və gərək hakimi-şər’in mənsəbi ki, onun ittilaı ilə bu sənədat südur tapır, sərahətən qələm ilə rəqəm tapa və gərək hakimani-şər’in məxsusi möhürləri əlayimi-xassə ilə və təşxisi-bələd ilə – ki, məhkəmələri orada bina olubdur,– olmuş ola və hakəza cəmi mürasilatda ki, dostların arasında nigariş tapar və nəfsüləmrdə ibarətdir mütəkəllimin mükaliməsindən müxatəb ilə bəvasiteyi-namə, mütəkəllim özünü və həm müxatəbi, şəxsi-qaib məqamında zikr edər və əhyanən bir, ya iki şəxs qaibi-həqiqinin dəxi zikri namədə ittifaq düşər və hər tərəfdən qaiblərin zikri və zəmairi bir-birinə məxlut olur və bu cəhətdən kəlam bir mərtəbədə vüzuhdan düşüb sovuq və binəmək görünür ki, özünün mənzur olunan tə’sirini müxatəbin məzacında fövt edər. Nadan iranlılar bu səyaqı şüruti-fəsahətdən sayırlar və bu mə’nadan qəfildirlər ki, həmin səyaq, təkəllüm səyaqına ki, vəz’i, təbiəti-bəşəriyyə müqtəzasınca olub iradi-bəhs və çunü çəradan əmindir, müxalif düşər və zəbti-ümur üçün nə şər’ məhkəmələrində dəftər var, nə divan məhkəmələrinin əksərində [*və həm də heç yerdə yazıların surətinin saxlandığı yer yoxdur], əgər bir niza ittifaq düşə, ya böyük ya kiçik, və şər’ ya divan məhkəməsində qət ola beş-on gündən sonra nisyən-mənsidir. Əgər bir qəribə iş ya bir hadisə, yaxşı ya yaman, vaqe ola, bir neçə müddətdən sonra müvərrix üçün onun bəyanı mümkün deyil, məgər bir para külliyyat ki, bə’zi məqamlardan bilarəbt və tərtib dəstgir olar. Şah Sultan Hüseynin İsfahan mühasirəsində əfqanlardan çəkdiyi müsibətləri və nə halətlərə düşdüklərini müfəssələn firənglər yazırlar, göstərirlər, İran əhli bilmir. Nadir xürucdan əqdəm nə imiş və nə qərar ilə dolanarmış və şüğlü və peşəsi nə imiş? İran müvərrixləri təfsilən bilmirlər, firəng müvərrixləri bilirlər. Evi yıxılmış Kürkçü oğlu Əşrəf Ğəlicayinin əvvəlinci cəngində Mehmandustda bir gunə tərhəndazlıq edibdir və Əşrəfi basmaqda bir günə hünər və fərasət göstəribdir ki, külli-ruyi-zəmində Adəmdən Xatəmədək heç bir sipəhsalardan ir belə hünər zahir olmuyubdur, Napolyon Bonapartdan başqa. Çifaidə, zalim müvərrix bir belə hünəri ancaq beş-altı kəlmə ilə bəyan edib, ona bəst və təfsil və şərh verməyibdir ki, sipəhsalarani-ayəndeyi-islam üçün sərməşq ola və olara dəxi bir belə həngamlarda Kürkçü oğlunun tərhi-cəngi və tədbiratı dəstaviz görünə. Zalim müvərrix bəyan etmir ki, Nadirin bu cəng vaxtında nə qədər qoşunu var idi, piyadəsi və səvarəsi nə miqdarda idi və topu və zənburəku necə idi və topları hansı qismdən idi və məhəlli-cəngin vəz’i nə qərar ilə idi və səvarə nə qərar ilə düzülmüşdü və piyadə nə qərar ilə ona mühit olmuşdu. Və Nadir özü və sərkərdəgani-mə’ruf harada durmuşdular və hər sərkərdəyə nə qisim buyruq verilmişdi və hini-cəngdə Nadir və halətdə idi və sərkərdələr nə edirdilər və fəthə ümdə bais hansı əməl oldu və hansı sərkərdə buyruğu dürüst bitirdi və cəng neçə saat tul tapdı və əmsali-zalik... Ancaq yazır ki, Nadir o cəngdə: Pəs mə’lum [olur] ki, ləşgər fəqət səvarədən ibarət imiş; yek qol yə’ni nədir? Necə yek qol? Məgər bir belə əmri-əzimdə, bir belə kəlmeyi-məchulə kifayət edər? Bir dəxi Əşrəfin əvvəlimci şikəstindən sonra Kürkçü oğlu onu göz açmağa qoymayıb, dabanbasma onu paytəxtədək tə’qib edibdir. Bu növ tədbir, bir sirri xəfi idi ki, Napolyondan başqa ki, müvərrixlər ona qəzavü qədərin oğlu ləqəb veribdirlər, heç bir sipəhsalar bu sirri anlamamışdı. Ancaq Napolyon bu sirri fəhm edib düşməni, cəngi-səhrada sındırandan sonra ona məcal verməyib, paytəxtədək onu kəmali-sür’ətdə təaqüb edirdi ki, fəthin nəticəsi məhz belə əməldə nümayan olur. Astarabadlı Mirzə Mehdi hərgiz bu sirrin hikmətini və Nadirin zehninin və əqlinin şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazlığı ilə xanəndəni məşğul edir. Guya xanəndə gərək onun sənətindən xəbərdar olsun, nəinki Nadirin hünərindən. Və ancaq yazır ki: *Yalançının evi yıxılsın! Ey axmaq müvərrix, sən ki, zəhmət çəkirsən, bu qədər sözləri yazırsan, bari, bu zəhməti bir mətləb xüsusunda çək ki, ondan bir fayda hasil olsun, nə ki cəfəngiyat xüsusunda. Bir xəyal elə ki, Kürkçü oğlu kimdir və bəhr və kuh və bərq və sübh nədir? *Bir deyən varmı ki, ey cahili-əhkami-ilah, Bir xəyal eylə ki, kimdir dediyin böhtanı. Bəhər surət məəhaza * vilayət içində padişahi-despot tərəfindən bielm və bixəbər şahzadələr müqimdirlər. Xalq übudiyyətin kəmalirəzalətində bulara nisbət rəftar edir. Bular sədri-məclisdə oturublar, xalq üməradan olsun, ya amidən olsun, onların hüzuruna daxil olanda, rüku’ edərlər, əl-əl üstə durub müntəzirdirlər ki, ağzından nə çıxacaq. Təkəllümə iqdam etdikdə, hər tərəfdən “bəli, bəli” sədası bülənd olur. Bular deyərlər: Və küçələrdə şahzadələr keçəndə, fərraşlar qabağa düşüb, anənfəanən xalqa çığırırlar: Əgər bir biçarə qəflətən yoldan kənar olmasa, fərraşların kötəyinə və dəyənəyinə düşər və xalq despot zülmünün tə’sirindən və məzhəbin puç əqaidinin nəticəsindən hərgiz dərk edə bilmir ki, aya, bu vücudlar bəşəriyyətdə onunla şərik və müsavi və elmü fəzldən onun kimi məhrum və əxlaq cəhətindən ondan dəxi ədna, niyə gərək bu növ tərcihə müstəhəqq olsunlar ki, olar gələndə, bu, gərək yoldan kənar olsun? Bavücudi ki, yolda bunun hüzuru hərgiz onların müruruna mane deyil. Aya, məhz o səbəbə ki, olar ittifaqın vəsiləsi ilə, mütəşəxxis valideyndən vücudə gəliblər? Bir xəyal edə bilmir ki, bular niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? Bular, bizim can və malımıza himayət edirlərmi? Yox. Bular, bizim sinurumuzu – bir ucu Zabilistan, bir ucu Mədain – düşməndən saxlayırlarmı? Yox. Bular bizim əsirimizi Türkmandan siyanət edirlərmi? Yox. Bular bizim zükur və ünas ətfalımıza mürəbbi olurlarmı? Yox. Bular bizdən ötrü şəfaxanalar və mədrəsələr açıblarmı? Yox. Bular bizim ticarətimizə və kəsbimizə rövnəq verirlərmi? Yox. Buların vasitəsi ilə biz xarici məmləkətdə ehtiram tapırıqmı? Yox. Buların himayəti ilə biz daxili-məmləkətdə şərarəti-əşrardan əmin oluruqmu? Yox. Buların səbəbi ilə biz fəqrdən nəcat bulmuşuqmu? Yox. Pəs buların vücudu nəyə lazımdır? Buların vücudu ona lazımdır ki, bizim qazandığımızı və öz mülkümüzdə yer altından tapdığımiız az, ya çox qızıl və gümüşü əlimizdən alsınlar, xudrə’y və biqanun, həvayi-nəfsləri təqazasınca, hər növ müsibət bizim başımıza gətirsinlər və özləri də öz növbətlərində bəlaya giriftar olsunlar. Yə’ni ya despot tərəfindən məğzub olub, dəni vücudlarından dünyanı pak etsinlər və heç asari-xeyr olardan baqi qalmasın, yainki şürbdən və sair fisqdən əmrazi-şədidəyə mübtəla olub getsinlər. Bu şahzadələrin birisinin “Xanlar-mirzə” adlı hekayəti Sədri- Yəzdi ilə külli-İranda məşhurdur. [O şahzadə Sədri-Yəzdinin Qacar sülaləsi şahzadə xanımlarından çox gənc, könülaldadan, gözəl arvadı ilə məhəbbət əlaqəsi saxlayıb eşqbazlıq edirdi. Bir gün Sədri-Yəzdini, qonaqlıq bəhanəsi ilə öz evinə də’vət edib boğdu. Ondan sonra qadınını aldı. Belə böyük bir günah cəzasız keçdi, çünki zalim qatil hökumət adamları yanında özünü təqsirdən təmiz göstərib, məzlum Sədri-Yəzdiyə xəyanət ittihamı verdi ki, guya bu sədril-üləma üsyan xəyalında olub, səltənətin eyblərini məclislərdə danışır və adamları fitnəyə və hərəkətə qaldırırdı. Mə’lumdur ki, dövlətə yaxın olan bə’zi adamlara peşkəş olaraq sərf edilən məbləğ, qatil şahzadənin günahsızlığını və dövlətpərvər olduğunu qüvvətləndirdi. Sədri-Yəzdinin öldürülməsi və qorxusuz şahzadənin günahı bir dastan mövzuu ola bilər]. Ey Cəlalüddövlə, əgər sən özün də despotdan məğzub və vətənindən mətrud və həmcinslərindən də şaki olmamış olaydın, mən heç vaxtda sənin həmcinslərinin üyubunu sənə yazmazdım və səni mükəddər etməzdim. Üməra dəxi şahzadələrə şəbihdirlər; əxlaqi-zəmimədə və fisqdə və tamahkarlıqda və təhsili-mədaxildə və əbləhanə təşəxxüsfüruşluqda. + Ey əhli-İran, əgər sən nəş’eyi-azadiyyətdən və hüquqi-insaniyyətdən xəbərdar olsaydın, belə übudiyyətə, belə rəzalətə mütəhəmmil olmazdın, kəsbi-elmə talib olub fəramuşxanalar açardın, məcmə’lər yapardın, vəsaili-ittifaqı dəryaft edərdin. Sən ədəddə və istitaətdə despotdan bəməratib artıqsan. Sənə ancaq yekcəhətlik və yekdillik lazımdır ki, revolyusiya edib übudiyyətdən nəcat tapasan. Əgər bu halət, yə’ni ittifaq sənə müyəssər olsaydı, özünə bir fikir çəkərdin və özünü puç əqaidin qeydindən və despotun zülmündən nəcat verərdin. Çifayda, bu halət sənə müyəssər olmaz, məgər elmlə və elm hasil ++ olmaz, məgər proqres və proqres surət tapmaz, məgər liberal olmaq ilə və liberal olmaq olmaz, məgər əqaid qeydindən qurtarmaq ilə. Sənin əqaidin, sənin məzhəbin liberal olmağına manedir. Aya, İranın +++ heç bir səfhəsində şarlatan üləmanın qorxusundan və avamın vahiməsindən ağzını açıb deyə bilirsənmi ki, ey biçarə xalq, tə’ziyə saxlayırsan, bəhər surət; şaysey-vaxsey təpirsən, bəhər surət; döşünə-başına döyürsən, bəhər surət; əndamına niyə xəncəl-bıçaq taxırsan? Ölülərini niyə dəxi hər yerdən tabutlar içində atlara, eşşəklərə, qatırlara mindirib Kərbəlaya, ya Nəcəfə daşıyırsan? Ölkəni və yolları və mənzilləri bu mütəəffin cəmdəklərin iyisindən mur-murdar edirsən və yoldan ötən aşina və biganə müsafirləri mütənəffir eləyirsən? + Biçarə liberal, biçarə panzör nə etsin, vəqta ki, ərbabi-xəyalə və ərbabi-üquli-səliməyə danışmaq üçün bu zalimlər, yə’ni üləma, yol vermirlər və üləmanın zoru, ümuri-üxrəviyyə, yə’ni fanatizm cəhətindən bir mərtəbədədir ki, olar hərgiz özlərini məhkumi-hökmi-səlatin fərz etməzlər, bəlkə bəxilafi-zalik, özlərini, naibi-imami-qaib və sahibəzzəman bilirlər və onların hər birisi hər diyarda özünü müstəqil və fəridi-əsr hesab edib və özünə isnadi-ictihad verib, ancaq özünün müridlərini və müqəllidlərini çoxlandırmaq fikrindədir; hətta ümuriüxrəviyyə cəhətindən üləmanın, səlatinə dəxi təfəvvüqləri var və bu maddədə səlatin dəxi olara tabedirlər və səlatinin qürurunu sındırmaq üçün oları sərahətən kəlbi-asitani-imam xitab edirlər. Necə ki, şeyx Bəhai təsnifatının birisində Şah Abbası, kəlbi-asitani-Əli ibn-Əbutalib adlandırır və Şah Sultan Hüseyn əhdində Xorasanda məzrub olan dənanirin zərbi kəlbi-asitani-Riza Hüseyndir və səlatin dəxi töv’ən ya kərhən bu əmrə riza veriblər və bu xiffətin məalından hərgiz əndişə etməyibdirlər və anlamayıbdırlar ki, bir kəsin imama nisbət dərəceyikəlbiyyəti ola, naibi-imama nisbət ağalıq dərəcəsi ki, ola bilməz. Vaqeən də naibi-imam necə özünü kəlbi-imama məhkum və tabe bilsin və aya, belə məhkumiyyətin və təbəiyyətin münasibəti və surəti varmı və üləma salatini imama kəlb etməyə iktifa etməyib, olara zalim və amillərinə zələmə ləqəbini dəxi verirlər və səlatin də bu əmrə bie’- tina və barmaqlarının arasından nazirdirlər. Başqa çarələri də yoxdur. Zira ki, madam, əqaidi-diniyyə millətin xəyalında rasix və sabitdir, bu isnadı rəf etmək səlatinin qüvvəsindən xaricdir. Bu tərəfdən nəzmiməmləkət üçün mütədavil olan tərzi-siyasət hər aqili təhəyyürə salır. Vəhşi və bərbəri təvaifin içində mə’mul olunan rüsumi-siyasət bu saat da İranda müşahidə olunur. Görürsən adam şaqqalanıb dərvazalardan asılıbdır; eşidirsən ki, bu gün beş qol kəsilibdir, beş göz çıxarılıbdır, beş burun-qulaq siyrilibdir. Nəql edirlər ki, Tehranda babilərin fəsadında müqəssirlərin siyasəti üçün ənva və əqsam tərzlər ixtira etmişdilər ki, adam eşidəndə mat qalır. Bavücudi ki, indi sivilizasyon tapan məmləkətlər içində bu gunə siyasətlər bilmərrə mövqufdur və bu növ siyasəti icra edən təvaif vəhşi heyvanat və bərbərilər zümrəsində hesab olunur. + Həzmi-vilayət üçün başqa vəsail var. Əgər ümərayi-İran, politika elmindən və qanunundan xəbərdar olsaydılar, bilərdilər ki, qətli-nüfus ilə və qət’i-ə’za ilə vilayətə nəzm vermək qəbihdir. Çifayda, ümərayi-İran, bəlkə külli-əhli-İran, hətta despot özü də, heç bir elmin təhsilinə rağib deyillər. Səlatini-despot nə özləri [idarə və] politika elmini təhsil edirlər və nə varislərinə politika elmindən tərbiyət verirlər və belə güman edirlər ki, [idarə və] politika elminin səltənətə əsla lüzumu yoxdur və lüzumu olsa da, olar və onların vüzərası, bu elmi firəngin babasından da yaxşı bilirlər. Ey Cəlalüddövlə, sən bilirsən ki, [idarə və] politika elminin təhsili İranda mümkün deyil, vacibdir ki, Firəngistana səfər etmək və orada təhsil eləmək. Aya, bu mümkündürmü? Necə səfər etmək və küffar ilə necə mülaqat və mübaşirət eləmək? Aya, fanatik və şarlatan üləma bu əmrə razı olurmu? Aya, bu püç əqaid bu işə fitva verərmi? Və külli-əhli-İran elə zənn edir ki, olardan danatər aləmdə heç taifə yoxdur. Ondan ötrü ki, olar axirət elmindən guya bəhrəvərdirlər və axirət elmindən başqa ülum, bifaidə və əbəsdir. Mükərrər Təbriz xalqından eşidirəm ki, deyirlər: firənglər vaqeən ülumi-suriyyədə, yə’ni dünyəviyyədə tərəqqiyi-külli edibdirlər, çifayda ülumi-mə’nəviyyədə, yə’ni diniyyədə qəflətdə və zülmətdədirlər. Biçarələrin bu iştibahlarına səbəb zalim molla və vaizdir. Dünən məscidi-camedə axund Molla Sadığın və’z məclisində oturmuşdum. Biləsən ki, nə pərpuçat, “Əlif-Leylə”nin əfsanələrindən bədtər təqrir etdi. Biçarə xalq onun təqriratında olan pərpeçatı elm fərz edib, bu səbəbə özünü bəsirətdə güman eyləyir və firəng əhlini qəflətdə bilir. Vallah Firəngistanın on iki yaşında tifli bu növ pərpuçata bavər etməz. Məclisi-vəz’i ikinci məktubumda vəsf edəcəyəm. İndi yorulmuşam, xudahafiz. Hacı Fətullahi-Rəştidən sənə bir bəstə Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar elə. Kəmalüddövlə * * * İkinci məktub Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də Ey ruhi-əzizim Cəlalüddövlə, bu məktubumda axund Molla Sadığın və’z məclisini sənə vəsf edirəm. Heyrət et, tüklərin biz-biz dursun. Amma çihasil, mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil, əhli-İran qalibən bisavaddırlar. Bəlkə despotun ədəmitəvəccöh və ehtimamından və üləmanın biinsaflığından və bərbəriyyət zamanının hürufunun qüsurundan onların mindən birisi oxumağa qadir deyil. Bərfərz beş-on nəfər mənim mətalibimi oxudu, anladı, aya bununla murad hasil olurmu? Bir əlac elə ki, İran əhli oxumağa qadir olsun. Bir əlac elə ki, bu bərbəriyyət zamanının əlifbasında e’rab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqit olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb e’rab ilə müttəsil mərqum olsun, taki, hər kəs ədna müddətdə cüzvi ehtimam ilə, biistitaət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın. Və illa min-min illər keçər ki, bu murad hasil olmaz. Dövləti-İran qədimi qüdrət və qüvvət və əzəmətini mübarə hasil edə bilməyəcəkdir, məgər tərbiyəti-millətlə və tərbiyətimillət sühulət ilə müyəssər olmayacaqdır, məgər kəsbi-savad ilə; kəsbi-savad ümumi-nas üçün hüsula gəlməyəcəkdir, məgər xəttihazırın islah və təğyiri ilə və xəttin islahı surət tapmayacaqdır, məgər müəssiranə və həkimanə tədabir ilə * və müruri-zaman ilə ki, on ildən əskik olmaya və həm bu məramın təhsili vəsailindən birisi millətin halətindən təəssübü rəf etməkdir ki, üləma və ruhanilərin vasitəsi ilə müyəssər olur, bu şərt ilə ki, dövlət sabiqən bu mənzur üçün üləma və ruhanilərin tərbiyəsinə şüru’ edə və oları mənafei-ittihadın dərkinə və dövləteyn mabeyinində olan müğayirət xəsaratının fəhminə qabil eliyə və öz mənzurunun əncamına müsaidət göstərmək üçün hazır qıla, sonra işə iqdam edə. Ondan ötrü ki, bu növ tədbirimüqəddəm olmamış Əfşariyyənin bərqi-dirəxşəndəsi bu işə cəsarət etdi, amma səltənətini və başını bu sövdada bada verdi *. Xülasə, həkimanə tədabirsiz min illər gedəcəkdir * ki, İran əhli qəflətdən oyanmaz. Bu sözdən despot xürsənd olmasın ki, İran əhli qəflətdə qalacaq, o da qoyun kimi bu avam xalqın içində bizaval səltənət edəcək. Belə deyil, keçənlərin tarixinə nəzər etsin, görsün ki, hansı despot silsilənin İran səltənətində davamı olubdur? Madam ki, e’tiqadati-puç xalqın xəyalında cagirdir, ya bir zirək Bab çıxar, ya bir huşyar sahibi-məzhəb peyda olur, bu elmsiz və cinnə və şeytana və firiştəyə və mö’cizə və kəramətə və külli-xəvariqi-adatə inanan xalqı bir saatda özünə girəvidə elər və despotu aradan götürər. Aya, padişaha tapanca atan babilər, nə mə’lumdur ki, dübarə bir belə əməli-qəbihə iqdam etməyələr? Pəs səltənətin davamı və silsilənin bəqası mövqufdur elmə və millətin puç əqaiddən azad olmağına və bu şəraitdən sonra padişah gərək fərmauşxanalar açsın və məcmə’lər yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun. Mülkü yalqız özünün bilməsin, özünü ancaq vəkili-millət hesab eləsin və xalqın müdaxiləsi + ilə qəvanin vəz’ etsin və parlamentlər tərtib eləsin və qəvanin iqtizasınca rəftar etsin və xudrə’y heç bir əmələ qadir olmasın, yə’ni proqres məsləkinə düşsün və sivilizasyon dairəsinə qədəm bassın, taki, bu səbəb xatirinə, məmləkəti, qüdrəti-kamileyi-sabiqəsin təhsil edənədək bir para həris və pürzur səltənətlərin təərrüzündən əmin qalmaq üçün dövəli-qadireyi-Firəngistanın hövzeyi-zəmanətində olmağa müstəhəqq və səzavar olsun və xalq onu bərgüzidə bilib sevsinlər və onun haqqına bir kimsəni şərik bilməsinlər və silsiləsinə bir kəsi müddəi olmağa qoymasınlar və onun vücudunu baisi-əmn və asayiş və + mucibi-ədalət və səadət bilsinlər və patriot olsunlar. Yə’ni padişahın ismi ilə vətəndən ötrü can və mallarını müzayiqə etməsinlər. Nəinki indiki kimi, qorxudan ona itaət göstərsinlər. Qorxu cəhətindən göstərilən itaətin e’tibarı və səbatı yoxdur. *Nadirdən ziyadə məxuf despot olmazdı və ona göstərilən itaətdən ziyadə itaət təsəvvürə gəlməzdi. Axır aləmə mə’lumdur ki, nəticəsi nə oldu. İtaət o surətdə binalıdır ki, iradətdən və məhəbbətdən naşi ola. Bərfərz ki, bu saatda İran xalqı padişaha itaət göstərir, aya, heç bir İran əhli var ki, padişaha məhəbbəti olub onun səltənətinin davamına və silsiləsinin bəqasına xahan olsun?. Ondan ötrü ki, padişah millətin mənafeyi üçün səltənət etmir, fəqət öz əğrazi-nəfsaniyyəsi üçün padişahlıq edir və millətə tərbiyət vermək ilə və onun hüsni-halına və hüsni-övzaına ehtimam göstərmək ilə onu özünə mürid eləmir və onu özündən uzaq salır. *Tehranda müsafirlər mükərrər görüblər, padişah dişqarı çıxan vaxtlarda xalqı – ki, onun əyalıdırlar, – fərraşlar çub və çomaq ilə yoldan uzaq edirlər və əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurud edərlər. *Əgər padişah millətin atasıdır və millət onun övladıdır, pəs bu namehribanlıq atadan övlada nisbət nə vəchdəndir ki, oları çub və çomaq zərbi ilə öz kənarından uzaq edir? Xalqı uzaq etmək əgər bu yoldandır ki, əşrar, padişahın vücuduna qəsd etməsinlər, pəs nə üçün Firəngistan padişahları mükərrər hədəfi-küluleyi-tüfəng olublar, amma genə özlərinin təvəkkül və cür’ətlərini itirməyib, həmişə yalqız dişrə çıxıb seyrə gedirlər, ancaq uzaqdan onların müstəhfizləri nazirdirlər və xalq ilə hərgiz rücuları yoxdur. Yə’ni ixlas və iradət ümidini heç bir kəsdən tutmaq olmaz *. *Xülasə, ey Cəlalüddövlə, əsasi-səltənət gərək [o qərar ilə qurulsun ki, ingilis səltənəti o əsas üzrə bərqərardır, yə’ni səltənətikonstitusyon bina olunsun], qəvanin üstündə qurulsun. Ancaq bu surətdə səltənət davam tapar və millət padişahın mülkünün ədəmi-zəvalına cannisar olur *. Axund Molla Sadığın adın görüb özünü nəzərində mücəssəm elə və təqriratına qulaq as *. Günorta namazının vaxtında bir neçə rüfəqa ilə məscidi-came’ə daxil oldum. Məscid hər sinif xalqdan mala-mal idi. Bir tərəfdə tüccar, bir tərəfdə sair kəsəbə, bir tərəfdə nücəba oturmuşdu. Ünas tayfası dəxi bir məhəldə qərar tutmuşdu. Mən dəxi rüfəqa ilə bir guşədə əyləşdim. Axund Molla Sadıq namazdan fariğ olub minbərə süud etdi. Əvvəl bir xütbə oxudu ərəb dilində ki, mə’nasını oturanların, demək olar ki, heç biri anlamırdı. Vaqeən pakizə oxudu, ərəb hürufunun məxrəclərini əda etmək ilə mə’lum oldu ki, qəvaidi-təcvidə külli bələdiyyəti var imiş. Heyif ki, xütbəsi xatirimdə qalmadı. Sonra başladı. Axund Molla Sadıq: “Bu gün sizə cəhənnəm əhvalını vəsf edəcəyəm ki, qəflətdən oyanasınız və və dünyaya bu mərtəbədə aludə olmayasınız. Axund Molla Məhəmməd Baqir Məclisi rəhmətullah “Həqqül-yəqin” kitabında əhadisi-sərihə mucibincə yazıbdır: Əvvələn e’tiqad etmək gərəksiniz ki, sirat haqqdır, o, cisri-cəhənnəmdir və cəmi xəlaiq məhşər günündə onun üstundən mürur edəcək. Buna pülisirat tə’bir olunur; qıldan nazikdir, qılıncdan kəskindir, atəşdən qızğındır. Olar ki, mö’- mini-xalisdirlər, asanlıqla onun üstündən keçərlər, ildırım kimi və olar ki, günahkardırlar, onun üstündə titrərlər, ayaqları sürüşər, cəhənnəmə düşərlər. Cəhənnəmmin yeddi təbəqəsi var: əvvəlimci – cəhənnəm, ikimci – səir, üçümcü – səqər, dördümcü – cəhim, beşimci – ləza, altımcı – hətəmə, yeddimci – haviyə və cəhənnəmin şərabı həmimi-gərm və qətrandır və təamı zəqqumdur. Həmimi-gərm ibarətdir çirkdən və irindən. Bu həmimi-gərm, belə bir şeydir ki, əgər ondan dünya əhlinin sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Və cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş min qara ilan var və hər ilanın qarnında yetmiş min zəhrdar səbu var. Və cəhənnəm atəşinin istiliyi yetmiş dərəcə dünya atəşinin istiliyindən artıqdır. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var və hər əqrəbin dişində üç yüz otuz zəhrdar səbu var. Və cəhənnəmdə bir quyu var ki, onun ağzını açanda cəhənnəm şö’lə çəkir. Və bir dağ var misdən, adına süud deyirlər və bir çay ərinmiş misdən ki, o dağın dövrəsində caridir və bu dağın istiliyi və təəffünü və kəsafəti bir mərtəbədədir ki, əhli-cəhənnəm həmişə ondan fəryad çəkər və əhli-cəhənnəmdə ərinmiş misdən köynəklər və cübbələr var, atəşdən zəncirlər var və hər cəhənnəm əhlinin ayağında atəşdən nal olur ki, şiddəti-hərarətindən məğzi başında qaynar. Xülasə, ənvaü əqsam əzablar müqərrərdir ki, tövsifi ilə təfhimi mümkün deyil. Cəhənnəmin xazini Malik adlı bir mələkdir ki, heç gülməz və həmişə xişmnakdır. Günahkarlar müttəsil cəhənnəmdə müəzzəbdirlər, həmişə fəryad edərlər ki, “ey Malik, bizim halımıza rəhm et!” Malik atəşdən bir zərf götürür qan və irinlə dolu, aparır onların qabağına, hərarətindən üzlərinin dərisi və əti tökülür. Cəhənnəm əhlini ki, qızğın daşların üstündə qərar tutarlar, başlarında dimağları qazan içində su kimi cuşə gələr. Günahkarların dərisi və əti və damarları və sümükləri tamam yanar, tökülər. Genə Allah bu ə’zanı yaradar və atəş genə başlar tə’sir etməyə və cəhənnəmin atəşindən şərarələr qalxar dəvələr böyüklüyündə və hər kəsi ki, o şərarələrin içinə atarlar, onu xurd-xurd edib sürmə kimi narın əzər. Sonra genə həqq-təala onu əvvəlki halına salar. Və günahkarların təamı həmişə zəqqumdandır və həmişə onların başlarına dəmir gürzlər çırpırlar və məlaikeyi-ğulaz və şidad oları işkəncəyə çəkərlər və oları zəncirə bağlarlar və hərgiz onların əzabı təxfif tapmaz və olara üzləri üstə atəşin üstündən sürürlər. Olar yalvararlar, qəbul olunmaz və hərgiz oların əzabı təxfif tapmaz və olara hərgiz rəhm olunmaz. Və cəhənnəmin on doqquz xazini var ki, gözləri ildırım kimi bərq vurar. Cəhənnəm əhli fəryad çəkərlər ki: “Ey xazinlər, bir gün bizə əzabdan nəcat verin!” Xazinlər deyərlər ki: “Aya, sizə peyğəmbərlər gəlmədilər?”. Cavab verirlər ki: “Gəldilər, biz oları təkzib etdik”. Pəs xazinlər deyərlər ki: “Sizin istiğasəniz sizə fayda verməz, atəşdə daimi qalacaqsınız, nəcatdan naümid olun!”. Mərg cəhənnəm əhlinə üz verməz ki, ölüb əzabdan xilas olalar. Cəhənnəm günlərinin birisinin tulu dünya günlərinin min ilinə bəra-bərdir. Cəhənnəm əhli fəryad və istiğasə və nalə edər ki: “Ey pərvərdigar, bizi cəhənnəmdən çıxar, ta ki, şayistə əməl edək”. Xitab yetişər ki: “Aya, sizə dünyada ömür verməmişdim ki, mütəzəkkir olasınız və aqibətinizi fikir edəsiniz və göndərmədimmi sizin tərəfinizə peyğəmbəri-nəzir, yə’ni qorxudan? İndi çəkin bu əzabı ki, sizə rəhm yoxdur”. Cəhənnəmin övsafını axund Molla Sadıq dəxi ziyadə təqrir etdi. Mərhum axund Molla Məhəmməd Baqir Məclisi vaqiən insaniyyət göstərib, cəhənnəm xüsusunda şərhi-kəşşaf yazmış imiş. Amma hamısını yazmağa mənim təvanam yoxdur. Bu qədərə iktifa etdim. Ey Cəlalüddövlə, bir xəyal elə ki, cəhənnəm əhli kimdir? Yarı əql ilə, yarı şəriət dilincə və dəlilincə səninlə danışacağam. Sırf əqliyyə dəlaili sonra eşidərsən. Hələ qülaq as, üsulid-dinin bir əsli ədalətdir, yə’ni müsəlman olan kəs gərək xaliqi adil bilsin. Xaliq məni yaradıbdır. Ey Cəlalüddövlə, bir para mütəəxxirini-üləmanın bimə’na əqvalını qoy kənara ki, guya mənim qabiliyyətim şəqavəti təqaza edibdir, yainki mən əvvəli-xilqətdə özüm təklifi rədd etmişəm və cəhənnəmə səzavar olmağa özüm səbəb olmuşam. Ondan ötrü ki, əvvəli-xilqətdə mənə təklif edəndə, əgər behişti və cəhənnəmi mənim qabağıma çəkib təklif ediblər və mən rədd etmişəm, onda mən gərək divanə olam və divanəyə bazxast etmək aqil tərəfindən nə şayistədir? Və əgər behişti və cəhənnəmi mənə göstərməmiş təklif ediblər, pəs mükəllif gərək dünyada dəxi zəhmət çəkib mənə bəşir və nəzir göndərməsin; zira ki, mən əvvəli-xilqətdə bəşarətsiz və nüzzarsız bir yol təklifi rədd etmişəm, dəxi dünyada bəşir və nəzir göndərməyin hasili yoxdur və təklifi qəbul edənlərə dəxi bəşir və nəzir göndərməyin heç lüzumu yoxdur. Ondan ötrü ki, olar onsuz da təklifi qəbul edibdirlər. Xülasə, ey Cəlalüddövlə, bir belə cəfəng əqidə – əgər dürüst təəqqül edəsən, – heç miləldə tapılmaz; bəhər surət... Xaliq məni yaradıbdır. Bərfərz dünyada mənə yüz il ömr veribdir. Hamıya mə’lumdur ki, bu yüz il nə qərar ilə keçir. Nə qədər sahibidövlət, nə qədər sahibi-qüdrət olsam da, genə alam və əsqamdan və hümumü ğümumdan azad olmayacağam. Bərfərz ki, bu yüz ildə mən hər gün qətli-nəfsə mürtəkib olmuşam və hər gün xaliqə şərik qərar vermişəm və bundan başqa ənvavü əqsam zünuba iqdam etmişəm və ölmüşəm. Ədalətin təqazası budur ki, xaliqi-adil məni cürmümün cəzasında müstəhəqqi-üqubət etsin. Mən razıyam ki, yüz ilin əvəzinə sahibi-ədalət xaliq məni yüz il, bəlkə iki yüz il, bəlkə üç yüz il, bəlkə dörd yüz il, bəlkə beş yüz il, bəlkə min il cəhənnəmdə yandırsın. Bundan ziyadə məni yandırmağa xaliqin, ədalət mucibincə, haqqı varmı? Xaliq dünya həyatından nə çox ziyadə ne’mətlər mənə kəramət edibdir ki, bu növ üqubətə məni giriftar edə və cəhənnəmdə ətim-əndamım çürüyə, tökülə, sümüklərim əzilə, sürməyə dönə, genə mənim yaxamdan əl çəkməyə; təzədən mənə ət və sümük verə, başlaya genə əzab verməyə ila zəmani-namütənahi. Aya, dünyanın yüz ilinin ləzzəti cəhənnəmin bir gününün əzabına bərabər olurmu? Çünki cəhənnəmin bir günü dünyanın min ilinə müsavidir, bavücudi ki, bu xaliqi sən gərək ərhəmərrahimin və mə’dəni-kərəm və mənbəi-rəhmət biləsən; bir belə cəhənnəm sahibi xaliq və bir belə müntəqim xaliq mirğəzəbdən və cəlladdan və qəssabdan və hər qisim züllamdan bədtərdir. Əgər xaliq mənim ilə belə rəftar edəcəkdi, niyə məni yaratdı? Mən haçan ondan həyat istədim? Əgər aqibətim belə ola, zəhrimar olsun onun yüz il dünya həyatı, hərçənd müttəsil ne’mət və fərəhlə olsa da. Əgər cəhənnəm doğrudur, xaliqi-rəhim və adil, nəzərdə bir vücudinaməhbub, bir vücudi-məkruh və zalim görünür və əgər yalandır, bəs ey vazilər və ey alimlər və ey şarlatanlar, niyə biçarə avamı pərvərdigari-aləmin niəmatından məhrum edirsiniz? Niyə onun eyşini təlx eləyirsiniz? Niyə onu cəhənnəm qorxusu ilə qoymursunuz sair miləl ilə mülaqat edə və ülum və sənaye öyrənə? Dünya gör-götür düynyasıdır, siz bu biçarə avamı bu növ pərpuçat ilə qoymursunuz niəmatiilahidən bərxurdar olmağa. Nəğəmat çalma, haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat öyrənmə, haramdır; teatr, yə’ni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır [rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır]. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür isə də, amma xəbərdar deyilsiniz ki, e’tidal üzrə olduqda, zehnə cila verir və əqli cövhərləndirir; çünki insanın təbiəti fərəh və hüzn ilə məxluqdur və hər bir cənbənin qüvası var; əgər o qüvalar işlənməsələr, künd olurlar; necə ki, qolu bir il tərpətməyəsən, quruyur. Pəs vəsaili-fərəhü sürurdan kənarəcu olmaq həvassı məəttəl edər və əqli paslandırır və əgər e’tidal üzrə olmasa, yə’ni fərəh və sürurun qüvasını işlətməkdə ifrat olunsa, qüvalar təhlilə gedər. Siz gərək elmi-təbiətdən xəbərdar olasınız ki, bu işarənin həqiqətini fəhm edə biləsiniz. Əgər bu ləzayizin hirmanı dünyada tərəqqiyə bais olsaydı, zahid gərək idi ə’qəli-nas olaydı. Bavücudi ki, kövdəni-nasdır və əbləhi-zəmanədir. Ancaq şürbi-müskiratı mən’ edin ki, filvaqe’ islamda müskiratın hörməti bimisl qanundur; zira ki, bədən müskiratdan, e’tidaldan təcavüz olunduqda, bişübhə, əmrazi-müxtəlifəyə + mübtəla olur və axırda bilkülliyyə izmehlal tapır. Ancaq qumarı mən’ edin ki, dünyada insanın ömrünü biməsrəf və ləzzətini zəhrimara döndərən bir adət, bəlkə bir mərəzi-laəlacdır. Bir para kutəhnəzər əşxas e’tiqad edir ki, cəhənnəm qorxusu cəraimin ədəmi-süduruna baisdir. Aya, hansı müsəlmandır ki, yalqız cəhənnəm qorxusundan xalqın malını, əlinə düşəndə yeməyə, tüksüz uşaq əlinə düşəndə dəyməyə? Özgənin qızına və arvadına fürsət tapsa əl vurmaya? *Tamam oğrular, quldurlar və qatillər əvamünnasdan və cəhənnəmə inanan kəslərdən zühur edər. Heç ürəfadan oğru, ya quldur, ya qatil görübsənmi? Afriqiyyədə cinsi-bəşərdən ətfali-xurdsali-zükuru tutub, eyni qəsavəti-qəlb ilə xacə edib məmaliki-islamiyyədə heyvanat kimi satanlar və oları iştira edənlər, tamam cəhənnəmə e’tiqad edənlərdirlər və bu ətfali-mə’sumənin bədbəxt olmaqlarına səbəb üqəla müsəlmanlardan olan müştərilərdirlər ki, həcc mövsimində və sair məqamlarda onların iştirasına talib olurlar. Əgər iştira olmasa, baye’lər nə fayda mənzur edəcəklər ki, bir belə əməli-şəniə iqdam etsinlər? Pəs * cəraimin ədəmi-süduruna bais cəhənnəm deyil, bəlkə xövfisiyasəti-dünyəviyyədir və sərzənişi-əmsal və əqrandır və namus və qeyrət və əql və elmdir və həm təbiəti-bəşəriyyətdə vədiə olunan bir qüvvə və bir xasiyyətdir ki, əməli-xeyr ilə əməli-şərrə və əməlihəsən ilə əməli-səyyiə təşxis vermək üçün və əməli-xeyrdən məhzuz və əməli-şərrdən münzəcir olmaq üçün insanı qabil edər. Məsələn, bir tifli-yetimi-bisahibi-miskinə rəhm etməyi hər təbiət anlar ki, əməlixeyrü həsəndir və həzz aparır və bir tifli-yetimi və bisahibi-miskini vurmağı hər təbiət fəhm edər ki, əməli-şərr və səyyiədir və zəcr tapar və habelə sair cəraim xüsusunda dəxi təbiətin özü də rəhnümadır. Pəs hər qədri ki, elm ilə insanın əqlinin cövhərinə seyqəl verilsə, elm ilə və həm təbiətin köməyi ilə, o qədər məasidən özünü kənara tutar. Məəhaza qanuni-siyasət də gərək nəzərdə olunsun. Amma nə o qanuni-siyasət ki, zimnində qətli-nüfus və qət’i-ə’za ola, bəlkə o növ qanuni-siyasət ki, dövəli-müəzzəmədə mə’mul olur. Və illa puç e’tiqadat, cəhənnəm qorxusu və behişt ümidi hərgiz cəraimin süduruna mane deyil və cəhənnəm və behişti pakdamənliyə səbəb bilmək, zənnixətadır. Bəli, zahirən, bir para əşxas belə xəyal edirlər ki, olar filvaqe cəhənnəm qorxusundan və behişt ümidindən pərhizkardırlar. Amma iştibahdadırlar. Əgərçi onların özlərinə belə zahir olur, cəhənnəm qorxusunun və behişt ümidinin zahirdə filcümlə dəxli var isə də, batində başqa barik səbəblər dəxi bu halətə müqəvvidir ki, şəxs özü oları dərk edə bilmir. Əzqəbili-əğrazi-nəfsaniyyə – üləmanın nəzərində möhtərəm olmaq kimi, avamdan izzət və e’tibar mənzur etmək kimi və sair bu misilli zadlar kimi... Ey üləma, bir dəxi deyirsiniz ki, təşrihi-əmvat etməyin, haramdır; bu səbəbə ki, guya meyyitin ə’zası kəsilsə, həşrə naqis ə’za ilə gələr. Qoy meyyit naqis ə’za ilə həşrə gəlsin, nə çox ümdə mətləbdir? Amma onun təşrihinin vasitəsi ilə tibb elmində tətəbböati-kəsirə əmələ gələcəkdir və xəlayiqə naməhsur faydalar olacaqdır. İndi Yevropada elmi-tibb dəyişilib; bərahini-qatiə ilə və təşrih səbəbi ilə müşəxxəs ediblər ki, məclisi-mərəz nəsayicdədir, yə’ni qandan xali incə və ağ damarlardadır və bu cəhətdən elmi-tibbdə tərəqqiyati-vafirə zühur edibdir. Amma siz elə Sokrat və Bokrat zəmanəsinin qəvaidini dəstaviz edib təşxisi-əmrazda hər yerdə səfih rə’yiniz ilə yazırsınız: Xeyr, heç birisi deyil, siz bilmirsiniz, gedin öyrənin; bigünah əxlatın yaxasından əl çəkin və onların ziddinə əmrazə müalicə binasını qoymayın və xalqı qırmayın və bilasəbəb bahar fəslində fəsdə təklif etməyin və cövhəri-həyatı bilasəbəb azaltmayın ki, bədəndə heç bir əxlat qanın bərabəri deyil və onun təsfiyəsi fəsdilə xətadır. Və başa dəri papağı təcviz etməyin; ondan ötrü ki, qanın daima bədəndə gərdişi və dəvəranı var. Qanın təqazası daima bədəndə isti canibə meyl edib, soyuq canibdən rəm tapmaqdır. Dəri papaq vasitəsi ilə baş daima isti olur və qanı öz tərəfinə ziyadə cəlb edir və bu səbəb ilə ənvaiəmraz peyda olur; göz ağrısı kimi və onun əmsalı kimi. Hələ bu mətləbə bəst vermək mövqeyi deyil. Sabahı gün genə rüfəqa ilə getdim məscidə, axund Molla Sadığın və’zinə qulaq asmağa. Məscid dünənki kimi cəmiyyət ilə mala-mal idi. Gərək biləsən ki, məni nə rüfəqa tanıyır ki, kiməm, nə bir başqa əhəd. Guya bir səyyaham, adım da Ağa Kəmaldır. Rüfəqa ilə çəkildik bir guşəyə. Axund Molla Sadıq çıxdı minbərə. Bir fəsih xütbədən sonra başladı; hələ bu dursun. Ey Cəlalüddövlə, sən “Əlif-Leylə” kitabını – ki, Mirzə Əbdüllətifi-Təsuci farsi dilində qayətdə pakizə və nəhayət vüzuh və cövdətdə tərcümə edibdir – mükərrər oxurdun və deyirdin: Təəccüb edirəm bu “Əlif-Leylə”nin müsənnifindən ki, bu qədər yalanı haradan tapıbdır? İndi mən sənə deyirəm ki, təəccüb etmə, ərəb tayfası külli-təvaifi-dünyanın içində yalan qayırmaqda və əfsanə düzəltməkdə binəzirdir və İran tayfası dəxi yalana və əfsanəyə bavər etməkdə bimisldir. 31 İndi axund Molla Sadığın və’zinə qulaq as ki, axund Molla Məhəmməd Baqir Məclisinin “Həqqül-yəqin” kitabından nəql edirdi və gör ki, bir para ərəb, adlarını imami-qaibin süfərası qoyub, xüms və nəzr yığmaq üçün necə əfsanələr tərtib edibdirlər və əhli-İran dəxi onların əfsanələrinə necə inanıblar və bu əfsanələri özləri üçün əqaidi-diniyyə qərar veriblər. Əvvələn, təvarixdən sərahətən və saniyən, xudi-süfəranın halatından və rəvayatından və həm sair əşxasın hekayatından zimnən məfhum olur ki, imam Həsən-Əsgərinin oğlu yox imiş və əgər var imişsə də, ya tüfuliyyətdə vəfat edibdir və ya yəhtəmil, imam Həsən-Əsgərinin oğlu yox imiş və əgər var imişsə də, ya ilə qətlə yetibdir. Bəhərhal, bir para cüvəllağı, bir para qoyun donunda olan qurdlar və şarlatanlar, özlərinin beş günlük mənfəəti üçün bir böyük milləti illər ilə əqideyi-batilədə müqəyyəd və şərafəti-əqldən məhrum və məratibiinsaniyyətin ədnatərin payəsində saxlayıblar. İndi gələk axund Molla Sadığın və’zinə. Axund Molla Sadıq: Əhadisi-sərihə mucibincə xüruci-Mehdini, yə’ni on ikinci imamı, mütəvatir rəvayət edibdirlər və Mehdi zühur edəcəkdir dünyada bir + zaman ki, zülmdən və cövrdən məmlu ola və dolduracaqdır dünyanı ədldən və qistdən və cəm’i-kəsir o həzrətin viladətini görüblər və viladət zamanından qeybəti-kübra zamanınadək mülaqat ediblər və şiə, həmişə onun intizari-zühurunu çəkər. Müxaliflərdən çoxusu o həzrətin viladətinin təzyiqinə düşmüşdülər. Lihaza həqq-təala o həzrətin anasının həmlini məstur etdi; necə ki, həzrəti-Musanın anasının həmlini Fir’ondan məstur etmişdi. Amma cəm’i-kəsir o həzrətin viladətindən müttəle’ oldular. İmam Əliyyənnəqinin bacısı Həkimə xatun kimi və həmsayəlikdə olan bir mamaça övrət kimi və sairləri kimi. Və viladətindən sonra imam Həsən-Əsgərinin vəfatınadək çox camaat o həzrətin xidmətinə müşərrəf olmuşdular. İmam Həsən-Əsgəri Əhməd ibn-İshaqa buyurdu ki, pərvərdigarialəm o gündən ki, adəmi xəlq edibdir, bu zamana qədər dünyanı hüccətdən xali qoymuyubdur və qiyamətədək dəxi xali qoymayacaqdır. Mən soruşdum ki: “Yəbnə-rəsulullah, kim olacaqdır o hüccət?”. Ayağa durdu, evə daxil oldu və dişqarı çıxdı çiynində bir uşaq, on dörd gecəlik ay kimi, üç yaşında və dedi ki: “Ey Əhməd, məndən sora imam və hüccət budur ki, qaib olacaqdır”. Ərz elədim ki: “Aya, bir möcüzə və əlamət zahir olur ki, mənim xatirim mütməin olsun?”. Pəs uşaq təkəllümə gəlib fəsih ərəb lüğəti ilə dedi ki: “Mənəm Allahın bəqiyyəsi, dünyada və onun düşmənlərindən intiqam çəkən”. Sonra ərz etdim ki: “Yəbnə-rəsulullah, bu uşağın qeybəti tul tapacaqdır?”. Buyurdu ki: “Bəli, ey Əhməd, bu qeybət tul tapacaqdır, ta ki, tamam xalq dindən rugərdan olalar. Ey Əhməd, bu, Allahın qəribə işlərindəndir və onun sirlərindən bir sirdir və onun qeyblərindən bir qeybdir”. Və genə Yə’qubi-Mənqus rəvayət edir ki, bir gün imam Həsən-Əsgərinin hüzuruna müşərrəf oldum. Bir hücrədə oturmuşdu. Sağ tərəfində bir əlahiddə hücrənin qapısı var idi, üstündən bir pərdə asılmışdı. Soruşdum ki: “Ey mənim seyyidim, imamət səndən sora kim ilə olacaqdır?” İşarə etdi ki, o qapının pərdəsin götür. Vəqta ki, [pərdəni] götürdüm, bir uşaq çıxdı ki, beş qarış qəddinin uzunluğu idi. Təqribən səkkiz, ya on yaşında nəzərə gəlirdi; açıq qabaq, ağ üz, gözləri işıqlı, əlləri qəvi, sağ yanağında bir xalı və başında bir kakili var idi; gəldi atasının qucağında oturdu. Həzrət buyurdu ki: “Məndən sora imam budur”. Pəs uşaq qalxdı. Həzrət buyurdu: “Ey fərzəndi-girami, get vəqti-mə’lumədək ki, sənə müqərrərdir”. Pəs uşaq genə hücrəyə daxil oldu. Həzrət buyurdu: “Ey Yə’qub, o hücrəyə gir, bax gör kim var?” Girdim, o yana, bu yana dolandım, nəzər saldım, heç kəsi görmədim. Bir dəxi Məhəmməd ibn-Müaviyə və Məhəmməd ibn-Əyyub və Məhəmməd ibn-Osman rəvayət edibdirlər ki: bir dəfə imam Həsən- Əsgərinin mənzilində idik; öz oğlu həzrəti-sahibi bizə göstərdi və buyurdu ki: “Budur mənim xəlifəm, məndən sora ona itaət edin. Amma bu gündən başqa onu görməyəcəksiniz”. Məhəmməd ibn-Osman – ki, süfəranın ikincisidir, – rəvayət edir ki, çün mənim ağam həzrəti-sahib mütəvəllid oldu, imam Həsən-Əsgəri atam Osmanı tələb etdi, buyurdu ki, on min ritl çörək və on min ritl ət apar Bəni-Haşimə təsəddüq elə. Şeyx Məhəmməd ibn-Babveyh və Şeyx Tusi, sənədi-mö’təbər ilə rəvayət edibdirlər, Bəşir ibn-Süleymani-bürdəfüruşdan ki, Əbu-Əyyubi-Ənsarinin övladındandır [Rəvayət ediblər] ki, bir gün imam Əliyyənnəqi onu ehzar elədi və buyurdu ki: “Sən bizim dustdarımızsan, get filan yerlə cisr üstündə əsirlərin kəştisi gələndə filan surətdə olan kənizi bərdəfüruş Əmr ibn- Yeziddən xərid elə!” Getdim, aldım. Axırda mə’lum oldu ki, bu kəniz qeysər padişahın qızı imiş; onu imam Həsən-Əsgəriyə əqd etdi. Həzrəti-sahib ondan təvəllüd tapdı və o kənizin adı Nərgis xatun idi və onda həzrəti-sahibin viladət zəmanınadək əsəri-həml mə’lum deyil idi. Ondan ötrü ki, imam Həsən-Əsgəri əmməsi Həkimə xatuna Nərgis xatunun vəz’ihəml zamanında buyurdu ki: “Biz imamların həmli şikəmdə olmaz, pəhluda olur və biz ananın rəhmindən təvəllüd tapmarıq, bəlkə ananın budundan təvəllüd taparıq. Bu səbəbə ki, biz həqq-təalanın nuruyuq. Məhəlli-çirk və kəsafətdən ki, ananın fərcidir, bizə xüruc etmək + səzavar deyil”. Bir gün, Əhməd ibn-İshaq, Sə’d ibn-Abdullahı özü ilə bərabər imam Həsən-Əsgərinin hüzuruna aparmışdı ki, ondan bir neçə məsələ soruşsun. Sə’d ibn-Abdullah rəvayət edir ki, imam Həsən-Əsgərinin hüzuruna daxil olanda gördük ki, bir tifl o həzrətin qucağında oturubdur, kəmali-hüsni-cəmalda, başında kakil, həzrətin yanında qızıldan bir alma var idi ki, əkabiri-Bəsrədən birisi ona hədiyyə göndərmişdi və əlində o, bir namə yazırdı. Çün tifl mane olurdu, həzrət qızıl almanı tullayırdı, tifl onun dalısınca gedəndə məşğuli-kitabət olurdu. Çün Sə’d istədi ki, məsailini soruşsun, həzrət buyurdu ki, bu mənim fərzəndimdən soruş ki, mənim vəsiyyi-canişinimdir. Mö’təzid xəlifəyə xəbər vermişdilər ki, imam Həsən-Əsgəridən bir tifl qalıbdır. Xəlifə, Rəşiqi və başqa iki nəfər qulamı göndərdi Samirəyə və buyurdu ki: “İmam Həsən-Əsgərinin evinə daxil olun və hər kimi haman evdə tapsanız, başını mənə gətirin!” Rəşiq rəvayət edir: “Vəqta ki, Həsən-Əsgərinin evinə yetişdik, evin dəhlizində bir qara qul oturmuşdu, bəndi-zircamə toxuyurdu. Soruşduq ki: “Bu evdə kim var?” Cavab verdi ki: “Sahidi”. Dəxi bizə ziyadə mültəfit olmadı. Evə daxil olduq. Müqabildə bir pərdə gördük; çün pərdəni qaldırdıq, bir böyük hücrə nəzərə gəldi və o hücrənin içində bir böyük su, dəryaçə kimi müşahidə olundu və hücrənin intəhasında suyun üstündə bir həsir döşənmiş gördük. Və haman həsirin üstündə bir nikumənzər şəxs namaza məşğul idi. Heç bizə mültəfit deyil idi. Püfəqadan birisi, Əhməd adlı, ayağın hücrənin içinə uzatdı. Həmin saat suda qərq olmağa başlayıb iztiraba düşdü. Mən əlimi uzatdım, onu çəkdim çıxartdım. Bihuş oldu. Bir saatdan sonra huşa gəldi. Pəs o birisi rəfiq iradə etdi ki, daxil olsun; onun da halı bu qərar ilə oldu. Mən mütəhəyyir qaldım, üzrxahlıq başladım və dedim ki, ey müqərrəbi-dərgahi-ilahi, vallah, bilmədik ki, kimin yanına gəlirik. Həqiqəti-haldan müttəle deyildik. İndi tövbə edirik. Heç bizə mütəvəcceh olmadı. Bizim ürəyimizə əzim heybət düşdü, qayıtdıq, Mö’təzid bizim intizarımızı çəkirdi. Vəqta ki, yetişib qissəni nəql etdik, buyurdu ki: “Əgər bu sirri bir afəridəyə nəql edərsiniz, bişübhə hamınızın boynunu vuraram”. Mö’təzid ölənədək bu hekayəti bir kəsə nəql etməyə bizim cür’ətimiz yox idi”. Küleyni rəvayət edir ki, İshaq ibn-Yə’qub həzrəti-sahibin xidmətinə bir ərizə yazıb, ikinci səfir Məhəmməd ibn-Osmana təslim etdi ki, həzrətə yetirsin. İshaq ərizəsində həzrətdən sual etmişdi ki, aya sənin qeybətinin illəti nədir və sənin qeybətində səndən xalqa nə nəf’ aiddir? Ey Cəlalüddövlə, görək həzrət necə mətin cavab verəcəkdir ki, sailə sükut hasil ola. Və sənin qeybətində səndən xalqa nə nəf’ aiddir? Həzrət cavabında yazdı ki, amma illəti-qeybət, pəs həqq-təala buyurur ki: Və amma o ki, sual eləmişdin: xalqın vəchi-intifaından mənim qeybət halımda, pəs bil ki, xalqın intifaı məndən mənim qeybət halımda gündən olan intifa kimidir, bulud altında olan zaman. Bədürüsti ki: mən əmani-əhli-zəminəm Allahın əzabından, necə ki, ulduzlar əmani-əhli asimandadırlar. Pəs bağlayın sual qapısını ki, sizə nəf’i yoxdur və təklif etməyin bir işdə ki, onu bilməyi sizə təklif etməyibdirlər və dua edin ki, həqq-təala sizə tezliklə fərəc kəramət etsin ki, sizin səlahınız bu duadadır. Allahın salamı sənə olsun və hidayətə tabe’ olanlara. Bundan nə çıxdı, ey Cəlalüddövlə, bu fikir o suala cavab oldu? Bəhər surət... İmami-Cə’fəri-Sadiq buyurubdur ki, həzrəti-qaimin iki qeybəti olacaqdır: birisi qısa ki, adına qeybəti-süğra deyirlər; birisi uzun ki, adına qeybəti-kübra deyirlər. Əvvəlinci qeybətdə onun yerini bilən olmayacaqdır, məgər xəvassişiəyan və ikinci qeybətdə onun məkanın bilən olmaz, məgər övliyalar. Pəs vəqta ki, əhadisi-mütəvatirə həzrəti-qaimin vücuduna dəlalət edər, o həzrəti inkar etmək məhz tuli-həyatının qərabəti səbəbi ilə bisurətdir. Bavücudi ki, Həzrəti-Xizrin həyatına, Həzrəti-Nuhun ömrünün min il olmağına və Həzrəti-Loğmanın ömrünün üç min il olma- + ğına xalq qaildir. Və sual etmək ki, imami-qaibin vücudunda qeybət halında nə fayda var? Bivəchdir; zira ki, imamın qeybət halında haman fayda var ki, sabiqi peyğəmbərlərin qeybət halında vardır. Məgər bu səvab fayda deyil ki, şiəyan onun imamətinə e’tiqad edib zühuruna müntəzirdirlər? Ey Cəlalüddövlə, görürsənmi ki, qeybətin faydası sübutunda axund Molla Məhəmməd Baqir Məclisi nə gunə bürhani-qate izhar edir? Bəli, bu dəlildən sonra dəxi şübhə etməyə hərgiz imkan yoxdur. İmami-Cə’fəri-Sadiqdən mənquldur ki, hər kəs həzrəti-qaimin intizarını çəkib vəfat edə, ol kəsin mənziləsindədir ki, o həzrətin xeyməsinin altında o həzrət ilə bir yerdə calis olmuş ola və həzrəti-rəsulun xidmətində şəhid olmuş ola və həm sabitdir ki, hər il imami-qaib həccə gəlir və xalqı tanır və xalq onu tanımazlar və həzrəti-sahibin qeybəti-süğra əyyamında süfəranın təvəssütü ilə şiələrə tövqiat yetişirdi və imami-qaibdəndir bu hədis ki, mənim qeybət halımda rücu edin biz ali-rəsulun əhadisini rəvayət edənlərə ki, olar bizim hüccətimizdirlər və mən Allahın hüccətiyəm. Bu babda əhadis həddi-hesabdan ziyadədir. Bu dəlail və nüsusdan sonra ki, axundi-mərhum, həzrəti-qaimin qeybətinə iqamə edibdir ziyadə dəlail zikr etməyə ehtiyac yoxdur. Ey Cəlalüddövlə, səbətəl-mətlub. Həzrəti-qaimin qeybəti-süğrasında süfəraları var idi ki, xalqın ərayizini həzrətə yetirərdilər və o həzrətin xətti-şərifi ilə cavab gətirərdilər və xalqdan yetişən xüms və nəzrləri təhvil alıfb həzrətə ərz edərdilər və həzrət dəxi buyurardı ki, sadatə və şiələrin füqərasına yetirsinlər və ənva kəşfü-kəramat süfəradan zahir olurdu. Qeybəti-süğranın müddəti yetmiş il çəkdi. Süfəranın əvvəlincisi Osman ibn-Səid-Əsədi idi ki, ədaləti və əmanəti, imami-Həsən- Əsgərinin şəhadəti ilə sabit idi. İkincisi Əbu-Cə’fər-Məhəmməd ibn- Osman idi; yə’ni əvvəlinci səfirin oğlu ki, atası hini-vəfatından səfarəti və peşəsini öz oğluna tapşırdı, bu xüsusda Məhəmməd ibn-Osman, imami-qaib tərəfindən dəxi namə izhar etdi ki, atasının bərhəqq canişinidir. Məhəmməd ibn-Osman vəfat edəndə səfarəti Əbülqasim Hüseyn ibn-Ruh-Növbəxtiyə vəsiyyət etdi və Hüseyn ibn-Ruh, iyirmi bir ildən ziyadə məşquli-səfarət oldu və mərcəi-cəmi-şiə idi. Bir nəhv + təqiyyədə mahir idi ki, sünnilər onu özlərindən bilirdilər. Taki, üç yüz iyirmi altıncı tarixdə riyazi-bexiştə irtihal etdi və imami-qayibin əmri ilə səfarəti şeyx Cəlil Əli ibn-Məhəmməd Samiriyə təfviz elədi və şeyx Cəlil üç il əmri-səfarətə məşğul oldu və tarix üç yüz iyirmi doqquzda vəfat etdi. Qeybəti-kübra başlandı. Şeyx Cəlil Əli ibn-Məhəmməd Samirinin vəfat halətində şiələrdən bir neçəsi onun hüzuruna getdilər. İmamiqaibdən bir fərman çıxdı: “Bismillahirrəhmanirrəhim. Ey Əli ibn-Məhəmməd Samiri, həqqtəala böyük eləsin sənin qardaşlarının əcrini sənin müsibətində. Sən altı gündən sonra dünyadan müfariqət edəcəksən. Pəs öz işlərini cəm elə və bir kəsi özünə vəsi və qaim-məqam etmə ki, indidən qeybətikübra və tammə başlandı. Olur ki, bu qeybətin müddəti çox tul tapsın və ürəklər səngin olsun və yer sitəmdən və cövrdən dolsun, amma bu qeybət zamanında hər kəs şiələrdən iddia etsə ki, məni görübdür, düruğgu və iftira deyəndir. Ey Cəlalüddövlə, pəs mə’lum olur ki, şiələrdən imami-qaibi görmək xüsusunda düruğ iddia etmək ehtimalı var imiş. Bu surətdə həmin ehtimal süfəranın öz haqqında dəxi şamil olmazmı? Və onların sadiqliyi hansı dəlili-əqli ilə sabit olur? Kisaniyyə dəxi Yəməndə qaildirlər ki, Məhəmməd Hənəfiyyə qeybət edibdir. Siz deyəcəksiniz ki, olar yalan deyirlər. Xeyr, özünüz yalan deyirsiniz. Qeybətin isbatına siz ki, dəlili-əqli gətirmirsiniz, sizin e’tiqadınız bu babda məbnidir bir neçə nəfər əyyar əbləhfiribin rəvayətinə. onların məgər bu cürə əyyarları yox idi? Haradan mə’lum olur ki, sizin əyyarlarınız doğru danışandırlar və onların əyyarları yalançıdırlar? Bəhər surət... Süfəradan çox mö’cüzat zühur edərdi; o cümlədən bir yol Əbu- Əli-Bağdadi nəql edər ki: İbn-Cavşir tərəfindən on şümş tila gətirirdim ki, Bağdadda Hüseyn ibn-Ruha verim. İttifaq [üzündən] yolda bir şümşü itirdim; onun əvəzinə başqa bir şümş bazardan aldım, qoydum. Vəqta ki, Hüseyn ibn-Ruhun hüzuruna yetişdim və şümşləri ərz etdim, işarə elədi ki: filan şümşü götür ki, onu bazardan almısan; zira ki, məfqud olan şümş bizə vasil olubdur. O saatda əlin uzatdı, yolda məfqud olan şümşü çıxarıb göstərdi. Bir dəfə dəxi, Bağdadda bir arvad, şiələrdən soruşurdu ki, imamiqaibin vəkili kimdir? Şiələrdən birisi Hüseyn ibn-Ruhu ona nişan verdi. Arvad gəldi Hüseynin yanına, dedi ki: “Xəbər ver mənə ki, sənə nə gətirmişəm, taki, təslim edim”. Hüseyn dedi: “Hər nə gətiribsən, tulla Dəclənin içinə. Sonra deyərəm”. Arvad gətirdiyini Dəclənin içinə tulladı. Hüseynə rücu etdi, Hüseyn xadimə dedi ki: “Gətir haman hoqqanı!”. Xadim hoqqanı gətirəndə, arvada dedi ki, “Gətirdiyin bu hoqqa idi. Bunun içində bir cüft tila biləzik var və neçə dürdanə var və neçə əqiq və firuzə əngüştəri var”. Arvad heyrətindən bihuş oldu. Bir dəfə də Həsən ibn-Əhməd Nasiriddövlənin məclisində imamın qeybətindən söhbət düşmüş imiş, Həsən ibn-Əhməd istehza edirmiş ki, qeybət, kizbdir. Bu halda onun əmisi Hüseyn daxili-məclis olub deyibdir ki: “Balam, şəkk etmə və istehza eləmə. Mən də əvvəl sənin kimi şəkk edirdim, amma vəqta ki, məni Quma hakim etdilər, qoşun ilə gedirdim, bir şikarın dalısına düşüb tənha, dəstələrdən uzaqlaşdım. Çox iraq düşdüm, nagah bir səvar peyda oldu, əşhəb atın üstündə; xəzdən yaşıl əmmamə başında, qırmızı çəkmə ayağında. Mənə əmir xitab etməyib dedi ki: “Ey Hüseyn, niyə mənim qeybətimdə şəkk edirsən və niyə malın xümsünü mənim əshabıma və nəvvabıma vermirsən?”. Mən xofdan titrədim. Ərz etdim ki: “Sənə fəda olum, necə ki, buyurursan, əməl edərəm”. Buyurdu: “Filan yoldan qayıt, ləşkərinə çatarsan və əgərçi Qum xalqı xəlifəyə asi olublar, amma sən bizim bərəkətimizdən biduni-qital və cidal daxili-şəhr olursan və kamranlıq görürsən və hər nə ki, kəsb edərsən, onun xümsünü mənim naibimə yetir!” Ərz etdim: “İtaət edərəm!”. Buyurdu ki: “Get, indi rüşd ilə və səlah ilə!” Sonra nəzərimdən qaib oldu. Vəqta ki, mən Qum hökumətindən mə’zul olub, çoxlu mal ilə Bağdada varid oldum, xalq məni görməyə gəldilər. O cümlədən Məhəmməd ibn-Osman-Əsədi də gəlib oturdu. Hamı gəlib gedirdi; elə Məhəmməd otururdu və heç danışmırdı. Ürəyimdə çox acığım tuturdu ki, görəsən bu niyə durub getmir? Ta inki məclis münqəzi oldu, Məhəmməd mənə yaxın gəlib dedi ki, mənim ilə sənin mabeyinində bir sirr var, eşit! Dedim: – Söylə. Dedi ki: – Əşhəb atın sahibi buyurur ki, biz və’dəmizə vəfa etdik, sən də və’dənə vəfa elə. Dedim: – Canıma minnətdir. Durdum əlindən tutdum, içəri apardım. Sandıqlarımı açdım, xümsimalımı küllən ona təslim elədim. Bir para malım ki, yadımdan çıxıb, xümsü qalırdı, Məhəmməd mənim yadıma salırdı; onun da xümsün alırdı. Ey Cəlalüddövlə, mən başa düşmürəm ki, bu süfəranın mö’cüzatı, ya kəramatı niyə elə xüms və hədiyyə və nəzr babətindən büruz edirdi? Bəhər surət! Ey Cəlalüddövlə, madam ki, sən və sənin həmməzhəblərin, elmi-təbiətdən və elmi-nücumdan xəbərdar deyilsiniz və madam ki, xəvariqi-adatı və mö’cüzatı mümtəni və qeyri-məqdur bilməyə sənin və həmməzhəblərin əlində bir qaideyi-elmiyyə yoxdur, sən və onlar həmişə xəvariqi-adatə və mö’cüzatə və caduyə və sehrə və məlaikəyə və cinnə və şəyatinə və divə və pəriyə və sair bu qəbil mövhumatə inanacaqsınız və həmişə cəhalətdə qalacaqsınız. Elmi-təbiəti və elmi-nücumu bu məktubda sənə və sairlərə tə’lim etmək mümkün deyil; amma qaideyi-elmiyyəni bir növ ilə təqrir + etmək olur, yəhtəmil ki, ondan filcümlə bəsirət hasil edəsiniz. Əvvələn biz görürük ki, bu aləm mövcuddur. Pəs bu mövcud ya özbaşına mövcuddur, öz qanunu ilə, yə’ni öz vücudunda bir başqa əcnəbi vücuda möhtac deyil. O surətdə biz müttəfiq oluruq vəhdətivücuda qail olanların bir güruhu ilə, Əbdürrəhman Cami kimi və Şeyx Mahmud Şəbüstəri kimi və [Ksenofan] Petrarq, [Monteskiyö] ++ və Volter firəngi kimi və deyirik ki: külli-kainat bir qüvveyivahidə və kamilədir, yə’ni bir vücudi-vahidi-kamildir, latühsa kəsəratda və müxtəlif əşkalda və ənvada zühur edibdir. Bilaixtiyar öz təhti-qanununda, yə’ni təhti-şürutunda. Məsələn, qanun budur ki, kişi gərək arvad ilə məqaribət etsin; onun nütfəsi arvadın rəhmində qərar tutsun. Doqquz ay tifl ananın rəhmində həyati-nəbati tapsın, sonra təvəllüd etsin və həyati-heyvani tapsın və hava ilə nəfəs çəksin və süt əmsin və nəşvü nüma etsin, cəvan olsun, qocalsın, sonra müzməhill olsun ki, biz ona mövt xitab edirik və cəmad aləminə intiqal etsin. Zihəyatda qanun budur, yə’ni şərt budur ki, ağacın həbbəsi gərək torpaq altına sancılsın, ona vaxtında su verilsin və gün və hava ona pərvəriş etsin, bitsin, balaca ağac olsun, sonra yekələnsin, illər ilə yaşasın, yemiş gətirsin, axırda qocalsın, qurusun, çürüsün, yıxılsın, tələf olsun. Nəbatatda dəxi qanun budur, yə’ni şərt budur. Soruşacaqsan ki, bəs nütfə və həbbə əvvəl haradan peyda olur? Cavab budur ki, bu kainat bir qüvveyi-vahidə və kamilədir əvvəli də budur, axırı da budur; nə əvvəl ona sibqət edibdir, nə axır ona xa- +++ təmə olacaqdır, zaman da onun mütəziyatındandır, məkan da onun təkəyyüfatındandır. Əgər deyəsən ki, vücudun öz-özünə ərseyi-zühura gəlməyi mahaldır, bu kainat gərək bir özgə vücudun iradəsi ilə zühur edə. Pəs haman özgə vücud da, bu dəlil mucibincə bəheysiyyəti ki, vücuddur, gərək bir başqa vücudun iradəsinə mövquf ola və haman başqa vücud da bir qeyri cüvudun xahişinə möhtac ola. Habelə nəhayətsiz; bu, təsəlsülə çəkər, ayağı bir yerdə bənd olmaz. Əgər deyəsən ki, özgə vücud sahibi-qüdrətdir, pəs sahibi-qüdrət olmaq bir əmrdir mövcud ilə, o qüdrəti bu gördüyün vücudda bil; haman özgə vücud ki, mövhumidir, sənin əmin oğlu deyil ki, bu qüdrəti onda sabit edirsən, bu gördüyün vücudda rəva görmürsən. Pəs sənin çarən yoxdur, məgər inki, ancaq burada dayanasan, qulaq asasan, zira ki, sənin həvassi-pəncganən ilə bundan artıq bilmək olmaz. Bu surətdə, bu qüvveyi-vahideyi-kamilənin, bu vücudi-vahidi -kamilin kəsəratda zühur edən hər cüzvi xah kürati-səmaviyyə, xah kureyi- Ərziyyə və hər qism mövcud, vücudi-vahidə nisbət fərdən-fərdən cüzvdür, fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Pəs bu vücudi-vahid, xaliq də özüdür, məxluq da özüdür. Pəs hansı zərrə, hansı zərrdən xahiş edəcək ki, filan əmri mənim müradımca bitir bəxilafi-qanuni-mə’lum? Və aya, hansı zərrə qadirdir ki, bu zərrənin xahişi mucibincə bu əmri bəxilafi-qanun mə’mul etsin? Dəxi tövzih ilə və misal ilə deyim: məsələn, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, filankəsin başını sahibinin bədəninə müttəsil elə, dirilt? Və aya, hansı zərrə bu xilafi-qanun təklifi bitirməyə qadirdir və aya, hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, mənə min il ömür ver və aya, hansı zərrə qadirdir ki, bu növ xilafi-qanun xahişi əmələ gətirə bilsin?.. Şəmsin və qəmərin ki, – olar dəxi zərrədirlər, – qanunu budur ki, tülu etsinlər, işıq salsınlar, hər birisi müəyyən olan qanun ilə. [Aya] hansı zərrə, hansı zərrəyə gərək rücu etsin ki, şəmsi yox elə və qəməri şəqt et? Aya, hansı zərrə bu xilafi-qanun təklifi mə’mul etməyə qadirdir? Bizim kürəmizdə ki, Ərzdir, qanun budur ki, zihəyatın bir parası hava ilə, bir parası su ilə tənəffüs edir; aya, hansı zərreyi-zihəyati-ərzi və həvai, hansı zərrəyə gərək rücu etsin ki, məni məsafəti-həvadan fövqi-fələki-ə’laya süud etdir ya məni qə’ri-dəryada səyyar et? Və aya, hansı zərrədir ki, bu xilafi-qanun əmrə müqtədir olsun? Aya, hansı zərreyi-zihəyati-ərzi və abi, hansı zərrədən gərək təmənna etsin ki, məni sudan xaric yer üzündə həva içində gəzdir? Aya, hansı zərrənin bu təmənnanı bitirməyə qüdrəti var? Bizim kürəmizdə ki, ərzdir, qanun budur ki, külli-əcsam, gərək mər’i ya məhsus olsun, əgər mələk və cin və şeytan və div və pəri bizim kürəmizin əcsamındandırlar, gərək mər’i və ya məhsus olsunlar, əgər başqa kürələrin əcsamındandırlar, bizim kürəmizə nüzul edə bilməzlər. Ondan ötrü ki, hər kürənin qüvveyi-miqnatisiyyəsi, ya qüvveyi-cazibəsi var ki, öz üstündə olan mövcudata sair kürələrə nüzul və übur etməkdən manedir. Aya, hansı zərrə, hansı zərrədən gərək istid’a etsin ki, filan mələki mənim yanıma göndər və aya, hansı zərrədir ki, bu istid’anı icabət etməyə qadir olsun? Bu qaideyi-elmiyyə mucibincə külli-xəvariq-adat, yə’ni küllixilafi-qanun əməl misli-mö’cüzat və kəşfükəramət və cadu və sehr və + rəml və cəfr və kimya mümtəne’ olur və külli-məlaikə bizim kürəmizdə və külli-əcinnə və şəyatin və div və pəri və buların əmsalı, + mövcudati-xəyali görünür. Saniyən, bu bəyan olunan əqidəni qoyuruq kənara, qail oluruq ki, bu aləm mövcuddur vücudi-küllün vasitəsi ilə ki, mənbə’dir və cəmi mövcudat haman küllə nisbət cüzvdür; mövcün nisbəti dəryaya olan kimi, hübabın nisbəti suya olan kimi. Və cəmi cüzv ayrılıbdır haman külldən və vücudi-küll əsldir və vücudi-cüzv fər’dir. Bu fər’ genə əslə rücu edəcəkdir, yə’ni dərya təməvvüc edəcək, mövc qalxacaq, genə mövc pozulacaq, dəryaya ricu’ edəcək su hərəkət edəcək, hübab salacaq, hübab qübbələnəcək, sonra genə pozulacaq, suya vasil olacaq: və həqiqətdə küll və cüzv, bir vücudi-vahiddir, zühur edibdir genə + bila-ixtiyar latühsa kəsəratda və müxtəlif ənvada və əşkalda zikr olunan qaidə üzrə öz təhti-qəvanində, yə’ni şürutunda. *Bu surətdə biz müttəfiq oluruq vəhdəti-vücuda qail olanların başqa güruhu ilə [Brəhmən və] Şəmsi-Təbrizi kimi, Mollayi-Rumi kimi [və Spinozayi-yəhudi] və sair ürəfa kimi *. Necə ki, Mollayi- Rumi deyibdir: Pəs bu cüzvlərin külldən zühura gəlməyində genə haman qaidə və qanun və şürut caridir ki, əvvəlki əqidədə zikr olundu və bu zühurda nə küllün ixtiyarı var, nə cüzvün. Pəs küll cüzvə, yə’ni özü-özünə necə deyə bilər ki, məni tanı: aya, küllün cüzvdən fərqi nədir? Bəqeyr-əzinki o külldür və bu cüzvdür; baş ilə əl kimi? Aya, küllün cüzvə və ya cüzvün küllə nə tərcihi var? Ondan ötrü ki, hər ikisi şey’ivahiddir, kəmali-qüdrətdə, məhz büruzi babında müəyyən olan qüvvənin və şürut dairəsində. Aya, cüzv külldən bir şey təmənna etsə, küll necə yerinə yetirə bilər? Aya, küll cüzvdən bir şey xahiş etsə, cüzv necə o xahişin əncamını bacarır? Çünki nə külldə ixtiyar var, nə cüzvdə. Aya, küll cüzvə necə təklif edə bilər ki, sən mənə sitayiş elə? Aya, baş necə ələ deyə bilər ki, sən mənə ibadət elə, yə’ni şey’ivahid özü-özünə necə təklifi-ibadət edə bilər? Pəs mucid və mövcud oldu vücudi-vahid bir qüvveyi-qadirə və kamilə öz təhti-qəvaninində bilaixtiyar. Bu qaidə ilə dəxi xəvariqi-adat və mö’cüzat və kəşfükəramat və sehr və cadu və rəml və cəfr və kimya və məlaikə və əcinnə və şəyatin və div və pəri və buların əmsalı olan mövhumi vücudlar ki, müxalifi-qanun xəyal olunurlar, mümkünatdan deyillər. Vəhdəti-vücuda qail olanların əksəri bu əqidədədir. Budur o kəlmənin mə’nası ki, həqq-təala laməkandır, yə’ni şey’i-vahid öz-özünə məkan vaqe ola bilməz, budur o ayənin mə’nası ki: Budur o hədisin mənası ki: *Budur hədisinin tövcihi, yə’ni neçə cüzvdən ibarət olan küllün ki, şey’i-vahiddir, bir cüzvü mə’dum olsaydı, o biri cüzvləri dəxi laməhalə mə’dum olurdu və heç vücud olmazdı. Budur Mənsurun qövlünün mə’nası ki, ənəlhəqq dedi, yə’ni bu tə’bir ilə ki: mən və küll ibarətdir bir qüvvə və bir vücudi-vahid və kamil sahibiqüdrətdən öz nəfsində; yə’ni ki, qüdrət onun öz nəfsində qəvaninimə’lumə ilə lazım düşübdür, necə ki, hərarət atəşin vücuduna lazımdır və ondan münfəkk ola bilməz: Amma nə bu tə’bir ilə ki, küll məndən səva olub, məhə hülul edibdir və ya küll məndən səva olub mənim ilə ittihad qəbul edibdir. [Mollayi-Ruminin bu iki beytinin mə’nası budur: Yə’ni Musa və Fir’on ikisi də, Məhəmməd və Əbucəhl ikisi də bir varlıq idilər. Elə ki, öz əsllərindən ayrılıb təəyyün aləminə gəldilər, bir-biri ilə vuruşdular. O zaman ki, öz əsllərinə qayıtdılar, genə də əvvəldə olduqları kimi vahid vücud oldular]. Budur fənanın mə’nası ki, cüzv vəqta ki, özlüyünü *Bu əqideyi-saniyə və əqideyi-ula hər ikisi, həqiqətdə e’tiqadivahiddir, amma ürəfanın [və hükəmanın] istilahı oları bir növ il bir-birindən mütəfat göstərir *. Salisən, bu əqidəni də qoyarıq kənara, rücu edərik mütəşərrilərin əqidəsinə və deyərik ki: bu aləm mövcuddur və hadisdir; bunun bir mucidi var ki, o, qədimdir və mövcudatdan qeyrdir. O mucid mər’i deyil və qadiri-muxtardır bu aləmi öz + qüdrəti ilə yoxdan var edibdir, ixtiyarı var genə bu aləmi yox etsin. Bu surətdə biz bu mucidi-özümüz kimi fərz edərik, bir vücudisahibi-qərəz və sahibi-mehr və kin, bir hübbi-caha və şöhrətə talib, bir müntəqim ki, bizi yaratmaqdan qərəzi, özünü şöhrətə vermək imiş. Və qərəzi bu imiş ki, biz ona sitayiş edək. Və bizim sitayişimizdən ləzzət aparacaq. Vəqta ki, biz sitayiş ilə onun ləzzətinə bais olacağıq, bizdən xoşnud olacaq, o da bizə əcr verəcək, bizi behiştə aparacaq və əgər onun sitayişinə iqdam etməsək və əgər ona şərik qərar versək, bizə acığı tutacaq, bizdən zəhləsi gedəcək, zurna çaldıracaq, qiyamət bərpa edəcək, həşr qayıracaq, qapan-tərəzi qurduracaq, bizdən hesab çəkəcək, püli-sirat asacaq, bizi rismanbazlığa məcbur edəcək, cəhənnəmə tökəcək və müxəlləd əzabda saxlayacaq, bizdən intiqam çəkəcək, dincələcək. Sonra?... Necə sonra?.. Sonra bilmirik nə olacaq. Elə buratan bilirik. Pəs niyə buratan bilirsiniz? Bundan sonranı bilmirsiniz? Pəs bu mə’rəkənin axırı hara müncər olacaq? Nə bilək hara müncər olacaq, axırı elə bu idi. Pəs o mucid əgər səndən qeyrdir, gərək hər maddədə səndən qeyr olsun, vəqta ki, sən onu vücudda özündən səva bilirsən, öz vücudun müqtəziyyatında niyə onu özünə müsavi edirsən? Vəqta ki, sən onun zatını öz zatından cüda fərz edirsən, öz sifatın isnadını necə ona verə bilərsən? Hansı dəlili-əqlidən bu xüsusda sənə yəqin hasil olur? Çünki mucid səndən qeyrdir, sən onu hərgiz dərk edə bilməzsən. Pəs sənin yolun yoxdur ki, özündə olan əğrazın və xəsaisin nisbətini ona verə biləsən və hərgiz sənin haqqın yoxdur deyəsən ki: o mucid filan və filan sifat ilə mövsufdur; çünki sən ancaq o sifatları bilirsən ki, öz vücudunda oları görürsən. Bu surətdə deyə bilməzsən ki, o mucid ərəbdən, ya ibranidən, ya siryanidən, ya türkdən, ya firəngdən birisini bərgüzidə edibdir ki, bu bərgüzidə hər necə çalsa, sən elə oynayasan. Ondan ötrü ki, bu növ xahiş sənin öz vücudundandır. Bu növ xahişi sən nə dəlil ilə mucidə isnad və isbat edə bilərsən? Əgər vaqe’də mücidin zatı, mövcudun zatından qeyrdir və əgər vaqe’də bu əqidə səhihdir, genə sənin haqqın yoxdur ki, o mucidi özünə tabe edib, hər nə buyursan, o fərmanbərdar olsun. Məsələn, xahiş edəsən ki, qəməri şəqq etsin, edə və xahiş edəsən bilaqanun ölünü diri etsin, edə və xahiş edəsən ki, mənə min il ömr versin, verə və əgər sən xahiş etməmiş, mucid öz meyli ilə səni bərdaşt edə və bu növ xariqi-adət işləri səndən büruzə gətirə, bunun faydası o mucidə nədir? Əgər deyəsən faydası var, pəs o mucid də faydatələb oldu və sahibi-qərəz oldu. Bu sifat genə sənin öz sifatındır. Bu əqideyi-salisədə sənin heç əlacın yoxdur, bəqeyr-əzin ki, təhəyyür və sükut aləmində durub deyəsən ki, bilmirəm. Və cəfəngiyat baftə etməyə iqdam eləməyəsən və cəfəng iddalar etməyəsən və əgər deyəsən ki, mucidə qərəz isnadını verməyin nə münafatı var. Vəqta ki, mucidi caili-muxtar bildin, aləmin xilqəti aşkara onun qərəzinə dəlalət etməzmi? Deyərəm ki: mucid sahibi-qərəzdir və sahibiiradədir. Bunun nə eyibi var? Bu surətdə ədaləti gərək muciddən cəlb edək. Aya, mucidin ədalətinə şayistədirmi ki, Əmri peyğəmbər etsin, məni ona ümmət və Zeydi imam etsin, məni ona bəndeyi-zəlil və Əmrin və Zeydin xilqətindən əqdəm nə fəziləti var idi ki, mənə mürəcceh olalar? Aya, mucidin ədalətinə layiqdirmi gündə beş-on yol ərinməz-ərinməz Cəbrailini onun-bunun yanına çapdırsın, mənim yanıma heç bir yol da göndərməsin və imamı ananın pəhlusundan doğuzdursun, məni fərcindən – bu kəsif və murdar mənfəzdən və birisini qoyun yaratsın, birisini qurd, birisini qırqovul yaratsın, birisini iti cəngallı qızılquş? [Ondan böyüklük və cəlalı atmalıyıq. Sağlam əql icazə verər ki, şüurlu bir adam aləmi yaradanı bizim peyğəmbərin Quranda vəsf etdiyi qərəzlərə şamil bilsin? Məsələn: “Əbi-Ləhəbin əlləri şil olsun”. Pəh-pəh... Allahımıza bax, “Əbi-Ləhəbin əlləri şil olsun”, bax gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir, çünki onun əql və huşu var, anlayır ki, qardaşı oğlu avam aldatmaq dəstgahı düzəltmək istəyir və öz nəfsinin bu fani dünyada beş günlük həzzi üçün min-minlərcə adamları ölümə vermək və Asiyanın bəyənilmiş səltənətlərini məhv etmək və şərafətli nəsilləri korlamaq və Asiya tayfalarını cəhalət və bədbəxtlik dəryasına qərq etmək istəyir. Az-çox bir düşüncəsi olan adam “Təbbət” surəsinin dəlalət etdiyi belə çirkin və ləyaqətsiz qərəz sahibi Allahı bütün ülvi və süfli aləmlərin yaradıcısı saya bilərmi? Əgər həqiqətdə biz tək bir xəlqedənin və misilsiz bir yaradıcının varlığına qail olsaq, o xəlqedən və yaradıcı şəksiz və şübhəsiz bizim peyğəmbərin Quranda bizə göstərdiyi Allah deyildir. Bu surə Məkkədə nazil olmuşdur. Peyğəmbərimiz Məkkədə olduğu vaxt hələ köməkçisi, tərəfdarı və gücü yox idi. O zaman bizim Allah yalnız onun düşmənlərini qarqış etmək ilə kifayətlənmişdir. Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra, başına bir çox tərəfdar və köməkçilər yığışdıqdan sonra və işində irəliləmə görünərək özü də qüdrət və dövlət sahibi olduqdan sonra vəziyyətini dəyişdi. Ədalət və insafı tamamilə kənara qoydu, qan tökməyə, rəhmsizliyə başladı, “Müşrikləri öldürün!” ayəsini göndərdi. Xəndək davasından sonra öz Cəbraili vasitəsi ilə peyğəmbərə bəni-Qureyşə qəbiləsini mühasirə etməyi əmr etdi. Peyğəmbər onların üzərinə hücum etdi, qalalarını tutdu və mallarına sahib oldu, onların arvad-uşaqlarını əsir etdi. Kişilərin boyunlarını vurdurdu. Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilərik? Onu necə alçaq əxlaq və qərəz sahibi kimi tanımayaq? Və ona necə əzəmət, cəlal, mürüvvət və mehribanlıq sahibi, rəhmət və ehsan çeşməsi deyək? Bu necə Allahdır? Bu şiddətlə ölümə verdiyi bəndələr onun məxluqu deyilmi? Xülasə...]. Ey Cəlalüddövlə, gün kimi görürəm, deyirsən ki: hikmətdən sual yoxdur. Bunun mə’nası bu deyilmi ki, iradatın cavabını bilmirsən? Çünki bunu bilmirsən, yaxşı deyilmi, hamısının ədəmi-elminə iqrar edəsən və mahal iddialardan əl çəkəsən və mucidin qanuni-xilqətinə dəxl və təsərrüf etməyəsən və səfihanə və pis e’tiqad ilə deməyəsən ki, mucidə lazımdır bir peyğəmbər göndərsin, məxluqunu hidayətə dəlalət etdirsin? Xeyr, mucidə heç peyğəmbər göndərmək lazım deyil, sən bilmirsən hidayət və zəlalət, haqpərəstlik və bütpərəstlik onun üçün ələssəviyyədir. Müruri-dühur ilə Yengi Dünya suyun o tayında qalmışdı və kürur-kürur xalqı, sənin kimi bəşər növindən meşələrdə vəhşi heyvanlar kimi çıl və çılpaq gəzirdi; heç mucidin gərəyinə deyil idi ki, bunlara bir peyğəmbər göndərsin, axır ki, bu yaxın zamanlarda Xristofor Kolumb getdi, Yengi Dünyanı tapdı və təsərrüf etdi, indi Yengi Dünyanın xalqı ülumda və sənayedə köhnə dünyanın xalqına təfəvvüq yetiriblər. Əgər sən, ey Cəlalüddövlə, aqil olsan, deyərsən ki, mucid, Əmr və Zeydin xahişi ilə qanuni-xilqətinə təğyir verməz. Göz xalq edir, nütfə rəhmdə mün’əqid olan zamanda, qanuni-xilqət budur; vəqta ki, tifl doğuldu, böyük oldu, onun gözünü hədəqəsindən çıxardılar, mucid Əmr və Zeydin xahişi ilə haman çıxmış gözü hədəqəsinə nəsb edib, əvvəlki göz halətinə salmaz. Çünki qanuni-xilqətə müxalifdir. Haman göz pozuldu, gərək özgə qanunun şərtinin təhtinə daxil olsun, çürümək qanununun və şərtinin təhtinə və sonra torpaq olsun və bir ayrı növ’ə istihalə tapsın və əgər mucid Əmr və Zeydin xahişi ilə bir belə qanuni-xilqətə müxalif əmələ iqdim etsə, onun əzəmət və cəlalına rəxnə yetişər və cəmi qəvanini-xilqətinə təzəlzül çatar və habelə əgər bir şəxsin başı kəsilə, haman kəsik başı mucid Əmr və Zeydin xahişi ilə bədənə müttəsil edib, məqtul olan şəxsi təzədən diri etməz. Pəs bu surətdə Tehran ruznaməsində yazma və özünü təbl və nəqqarə ilə külli-miləli-cahan içində rüsvay etmə ki, Hindistanda bir bütpərəst arvadın məqtul ərini imam beiznillah diri etdi; çünki imamı fəryadına çağırmışdı və şiə məzhəbini qəbul etmişdi və demə ki, mucid Əmrin xahişi ilə onu məsafəti-həvadan fövqi-əflakə süud etdirdi. Ondan ötrü ki, ərzin qüvveyi-miqnatisiyyəsi, ya qüvveyi-cazibəsi Əmri həva məsafətindən fövqi-məqamə çıxmağa qoymaz və Əmr, həva məsafəsindən fövqi-məqamda tənəffüs edə bilməz; zira ki, xilafi-qanuni-xilqətdir. Əgər mucid öz qüdrəti ilə bir növ xilafi-qanunu rəva görsə, gərək ərzin qüvveyi-miqnatisiyyəsini, ya qüvveyi-cazibəsini səlb etsin və Əmrə həvadan fövq məqamda tənəffüs etməyə qüdrət versin. Bu surətdə aləm fənaya gedər, qanuni-xilqət bilmərrə pozular, nə bilim ki, nə olar. Pəs demə ki, filan Əmr, filan xariqi-adəti və filan mö’cüzü, yə’ni filan qanuni-xilqətə müxalif əməli mücra etdi; zira ki, mahaldır və əgər indi bir Əmr bu əmrin imkanını peyğəmbərlik, ya imamlıq ismi ilə iddia etsə, bavər etmə. Əvamfəriblik və şarlatanlıq pəstahısıdır. *Bəqeyr-əz-peyğəmbərani-ülüləzm və sahib-kitab rüsül və sahib-qanun rüsül, bizim peyğəmbər kimi və sair peyğəmbərlər kimi ki, əsrin təqazasına görə avamın sükutu və təxvifi və tətmii üçün naçar behişt və cəhənnəm xəyal edib və’də eləyiblər və mö’cüzatı mümkünatdan göstəriblər ki, bunun zimnində xalqın hüsni-halı üçün bir parə qəvanin qoymağa vəsiləyab olsunlar. İndi əsrin elə təqazası yoxdur. İndi peyğəmbərlərin vücudu lazım deyil. İndi elm lazımdır və sivilizasyon lazımdır və yəqin bil ki, puç e’- tiqadat üstündə bağlanan məzhəb e’tibarlı bir şey deyil. Ərəblərin qələbəsindən sonra İranda məzahibi-müxtəlifə peyda olubdur. İran əhli vaxt bir məzhəbə düşüblər. Aya, olar deyil idi ki, müddəti-mədid məna-birdə həzrət Əliyə səbb edərdilər? Aya, olar deyil idi ki, bir müddət hənəfi məzhəb, bir müddət şafei məzhəb, bir müddət ismaili məzhəb oldular? Aya, olar deyil idi ki, şeyx Əhməd Bəhreyninin rəhnumalığı ilə əliallahı məzhəbinə qərib və şirkə şəbih bir məzhəb tutdular? Aya, olar deyil idi ki, bu yaxın zamanda belə axnaşdılar ki, az qaldı küllən babi və tənasüxi məzhəb olalar və əql və hikmət üzrə bina tutmayan əqidənin nə e’tibarı var və onun səbatına nə e’timad bağlamaq olur? Dini-islamın davamı o surətdə mümkündür ki, şüur ilə və mə’rifət ilə dinin künhünü anlayıb, sonra millət sair miləldən imtiyaz tapmaq üçün müsəlmanlıqda baqi qalasan və onun ə’mali-xəfiyyəsinə və rüsumi-zahiriyyəsinə və onun həqqünnas xüsusunda olan əhkamına bəqeyrəz qətli-nüfus və qət’i-ə’za və bəqeyrəz bə’zi təzyid və təğyir ki, o əhkamda lazımdır, tabe olub bilkülliyyə təkalifi-şaqqəsindən ki, hüququllah adlanır, özünü azad edəsən. Necə ki, İngilis və Yengi + Dünya və sair bir para Firəngistan təvaifi protestantdırlar. Yə’ni zahirən məsihi məzhəbdirlər, batinən əqlə tabedirlər və necə ki, Həsən ibn-Məhəmməd Büzürg Ümmid İsmaili ki, Əla-Zikrihissəlam ləqəbi + ilə məşhurdur – vəqta ki, məbadiyi-rüşdə yetişdi, həvəsi-təəllümiülum və əqavili-hükəma edib məsaili-əqli və nəqlidə bir alimi-mütəbəhhir və fazili-səraməd oldu və öz mə’lumatını qələmə gətirib təvabelərinə xatirnişan elədi. [Və İslamda protestantizm məzhəbini icad etdi]. Çün atası Məhəmməd Büzürg Ümmid bəğayət ami və bielm idi, oğlunun e’tiqadatından vəhşət edib xalqı cəm elədi və oğlunun əqaidinə inkar elədi. *Əla-Zikrihissəlamın atasının oğlundan incimək səbəbini belə rəvayət edirlər: Nəcməddin Rudbari İsmailiyyə üləmasından bir fazilimümtaz və Ələmövtdə sakin olub tədrisə məşğul idi. Bir gün Əla- Zikrihissəlam ittifaq yolundan onun dərs məclisinə gəlib gördü ki, bu ayəni təfsir edir: Təfsirin itmamından sonra Nəcməddin öz şagirdlərinə rücu edib dedi ki: bu güzariş dəlalət edir bizim peyğəmbərlərimizin kəmal təqərrübünə bari-təalanın hüzurunda və bizə bu səadəti-üzmanın şükrü ki, onun ümmətindən məhsubuq vacibdir. Əla-Zikrihissəlam o məclisdə heç bir söz danışmadı. Sabahı gün bu təfsili bir vərəqəyə yazıb Nəcməddinin yanına göndərdi. “Mövlana! Dünən mən sizin dərs məclisinizdə hazır olub, o ayeyi-kərimənin təfsirini ki, edirdiniz, əvvəlindən axırınadək sima’ etdim. Bir para şübhələr ki, haman ayənin təfsirindən mənə hasil olubdur və bir gunə dəğdəğə ki, bu keyfiyyətdən xatirimə gəlibdir, sizə yazıb mə’lum edirəm. Mənim xəyalımda Allahın cəlal və cəbərutundan çox uzaq görünür ki, öz Cəbrailini peyğəmbərinin yanına göndərə və tə’kid edə ki, o, hökmən Zeydin övrətini alsın, məhz dəf’i-şəhvəti-nəfsaniyyədən ötrü. Bavücudi ki, biçarə peyğəmbər bir para mülahizata görə onu almaqda səlah görmürdü. Necə ki, bu günədək bu güzarişin tə’nəsindən azad olmayıbdır və özü Zeydə deyirdi ki: Məgər peyğəmbərin iyirmi iki nəfər övrəti və cariyəsi ona kifayət etmirdi və lazım idi ki, Zeydin övrətindən dəxi təməttö’ tapsın? Məgər Allahlıqda başqa işlər yox idi və laməhalə bu gunə ləğviyyata dəxi mültəfit olmaq lazım idi? Bərfərz ki, Zeyd qorxudan ya iradətdən və ya mal təməindən öz övrətinə təlaq verib onu almağını həzrəti-rəsula təklif etdi. Haradan mə’lumdur ki, övrəti Zeynəb peyğəmbərin zevciyyətinə razı idi? Təlaqda övrətin rizası şərt deyil, axir nikahda mənkuhənin rizası şərtdir. Sizin Allahınınz haçan və kimin təvəssütü ilə Zeynəbdən istirza hasil etdi ki, onu göydə peyğəmbərə təzvic edir? Bəlkə Zeynəb ki, cavan övrət idi, razı deyil idi ki, qoca kişiyə və iyirmi iki nəfər övrət və cariyə sahibinə mənkuhə olsun? [“Siyərünnəbi”də aşkar yazılıbdır ki, Zeynəb Zeyddən boşandıqdan sonra həzrəti-rəsula getməyə əvvəl heç vəch ilə razılıq vermirdi. Sonra elə ki, ayəsi nazil oldu, təslim oldu. Mə’lumdur ki, Zeynəbin təslim olmaqdan başqa çarəsi yox idi]. Biz görürük ki, rütbeyi-nübüvvət rəşk və həsədi övrətlərin təbiətindən rəf edə bilmir. Hər gün Ayişə və peyğəmbərin sair övrətləri bir-birinə rəşk və həsəd etmək səbəbi ilə nə mərarətlər həzrəti-rəsula yetirirdilər; hətta olar bir dəfə peyğəmbərin azarında elə ifrat etdilər ki, həzrəti-rəsul bir ay sərasər onların hamısını tərk edib, olarla mülaqat etmədi, yə’ni Mariyeyi-Qibtiyyənin nağılında ki, peyğəmbər Ömərin qızı Həfəsənin şiddəti-qeyzini sındırmaq üçün naçar bu cariyəni özünə haram eləmişdi. Sonra genə Cəbrail ayağı araya gəldi: ayəsini gətirdi və Mariyəni genə peyğəmbərə halal etdi. Xülasə, həzrəti-rəsulun övrətləri müttəsil ifsad edirdilər və nalayiq hərəkətləri ilə peyğəmbərin xatirini sındırırdılar. Məsələn: Ayişə gərdənbəndini itirmək kimi və bu bəhanə ilə bir gecə bir cavan ərəb ilə, Səfvan adlı, səhrada qalmaq kimi və bu misilli zadlar kimi və sizin Allahınızı məcbur edirdilər ki, onların ifsadının islahı üçün mükərrər Cəbrailini Mədinəyə mə’mur etsin və ayat göndərsin. Biçarə Cəbrailin qol-qanadı bu səlitələrin naməqbul hərəkətləri səbəbi ilə nüzul və ürucun kəsrətindən sınıb tökülmüşdü. Zəriflər doğru demişlər: hər kim peyğəmbər olsa, övrəti laməhalə gərək səlitə, ya asiyə olsun. Necə ki, Adəmin və Nuhun və Lutun və İbrahimin və Musanın övrətləri idilər. Zeynəb bu macəranın hamısını görürdü və eşidirdi. Bişübhə təbiəti-bəşəriyyətin müqtəzasınca rizası yox idi ki, cavan ərdən uzaq olub qoca kişiyə mənkuhə olsun və özünü peyğəmbərin övrətlərinin o gunə acı zindənganlıqlarına mübtəla etsin. Amma sizin Allahınız onun rizasına əsla müqəyyəd olmayıb, göydə onu həzrəti-rəsula təzvic edir və Cəbrailini göndərib peyğəmbəri bu təzvicdən xəbərdar eləyir. Bəli, bir surətdə ki, biz o qədər kövdənik ki, hər gunə ləğviyyatı əqlin mizanında çəkməmiş mühəssənatdan sanırıq və təfəkkürsüz olara e’tiqad edirik, sizin Allahınızın həqqi var ki, hər nə könlü istəsə desin və etsin. Mövlana! Məgər hələ vaxt olmuyubdur ki, qəflət yuxusundan oyanıb biləsiniz ki, əgər kainatda bir Allah var isə, bişək bu Allah deyil ki, bir nəfər Məhəmməd adlı ərəb üçün oğraşlıq mənsəbini qəbul edib ona buyura ki, xalqdan qorxma, al Zeydin övrətini və tap ondan təməttö’ mən dalında durmuşam, hər kəsin öhdəsindən gələrəm və hər kəsin cavabını verərəm. Bu növ əqidə bütpərəstlikdən bədtərdir. Kainatın mucidi bu gunə isnadlardan mübərradır və bu gunə isnadları ona vermək küfriməhzdir. O Allah ki, siz deyirsiniz, sizin xəyalınızın məsnui və məznuni Allahdır: məzmunu bu eybi örtmək üçün nə böyük dəlildir. Əgər mö’minan öz oğulxandələrinin övrətlərini almasalar, nə fəsad mütəsəvvirdir? Bəlkə layiq budur ki, almasınlar. Məgər onlardan ötrü başqa övrətlər tapılmayacaqdır? Kimdir ki, öz oğulxandəsinin övrətini almağa möhtac olsun? Əgər vaqe’də mənzur bu idi ki, mö’minlər oğulxandələrinin övrətlərini boşanandan sonra ala bilsinlər, bir ayə nazil olurdu, bu icazəni ifadə edirdi. Dəxi nə lazım olmuşdu ki, peyğəmbər bu keyfiyyəti əməli ilə dəxi zühura gətirsin və özünü məlamət oxuna nişanə etsin? Şək yoxdur ki, peyğəmbər şəhvət rəf olandan sonra peşiman dəxi olubdur; çünki bu vaqiədən sonra hər tərəfdən xalq onun tə’nəsinə dil açdılar və müridlərin çoxunun e’tiqadına onun nübüvvəti sidqində şübhə düşdü və münafiqlər onun inkarında cür’ətli oldular və onu: ayəsini nazil etməyə məcbur elədilər. Sizin Allahınız ona tə’nə edir ki, niyə xalqdan qorxursan? O, məgər xalqdan qorxurdu? Xalq ki, onu bu əməl səbəbinə öldürmək istəmirdi. O, rüsvalıqdan qorxurdu ki, vaqe’ oldu. Sizin Allahınız gərək idi onu rüsvalıqdan saxlayaydı. Amma bacarmadı. Münafiqlər hər nə deməli idilər, dedilər və rüsvalıq bu günədək dillərdə və tarixlərdə baqi qalıbdır hasil nə oldu? Əcəbraq budur ki, ayati-məzkurə sizin Allahınızı bir tövr xəyalda mücəssəm edir ki, guya peyğəmbərin övrətlərə müqaribət etməyindən onun üçün bir həzz və ləzzət hasildir. Məsələn: Ayişənin ifk nağılında peyğəmbər onu atasının evinə göndərir və onun mülaqatından özünü kənar tutur; sizin Allahınız diltəng olur: on iki ayə peydərpey Ayişənin paklığına nazil edir ki, peyğəmbər genə onu evinə gətirsin və ona yavıqlıq etsin və ifk deyənlərə əzab və’də edir. Bu biçarələrin nə təqsiri var idi ki, bir cavan övrət bir gecə bir cavan oğlanla səhrada qala, əlbəttə hər kəs bəd gümana düşər. Olar ki, alimül-qeyb deyil idilər! Yalqız sizin Allahınız bu gümanı etmir. Guya öz Cəbrail və + Mikailini Ayişəyə və Səfvanə gözətçi qoymuşdu ki, bir-birlərinə yavıqlıq etməsinlər? Nadürüstlük Ayişənin özündədir, nə üçün qəzayihacətdən ötrü o qədər ləşkərgahdan uzaq gedirdi ki, heç kəs ondan xəbərdar olmasın, nə üçün gərdənbəndini axtarmağa yalqız qayıdırdı və heç kəsə demirdi ki, onun kəcavəsini qayıdanadək əyləsinlər? Bavücudi ki, nidayi-rəhil verilmişdi və ləşkər köçmək halında idi. Bundan əlavə, Ayişə yalan deyir ki, onun boyunbağı boynundan açılıb düşmüşdü və o bilməmişdi, sonra onu axtarmağa qayıtmışdı. Heç aləmdə bir övrət tapılar ki, onun bir yekə gərdənbəndi oyaqlıq və huşyarlıq halında boynundan açılıb gözünün bərabərinə düşə və o ehsas eləməyə? Əgər üzük və güşvarə olsaydı, genə bir ehtimal gedərdi. Bu bəhanəni Ayişə güzariş vaqe olandan sonra xəyal edibdir və bir də nə üçün Səfvan yalqız ləşkərin əqəbində qalmışdı ki, onun üstünə çatır və onu dəvəsinə mindirir. Nə məsləhət üçün Səfvan yalqız ləşkərin saqəsinə mə’mur idi. Bu qərainlərin hamısı aşkara bir qərəzə dəlalət edir. Adam necə bu keyfiyyatdan şübhəyə düşməsin? Və əgər bu vaqiədə müqtəzayibəşəriyyət ilə bir əməli-naməşru’ Ayişədən baş veribdir, haqqı var, təqsir onun atasındadır ki, cavan qızını qoca kişiyə və bir ilxı övrət sahibinə vermişdi ki, hər ayda bir dəfədən ziyadə Ayişəyə söhbət növbəti yetişməzdi və bu tərəfdən Ərəbistanın ab-havası dəxi o iqlimin zükur və ünasında şiddətlə həvəsi-cimaa mühəyyicdir. [Ayişənin bu nalayiq hərəkətindən meydana gələn vəziyyət ona səbəb oldu ki, peyğəmbər ona olan hədsiz məhəbbəti və rəqiblər qarşısında qısqanclığı şiddətindən hicab ayəsini nazil etdi: “Mö’minlərə söylə ki, gözlərini haram şeylərdən çevirsinlər və tənasül alətlərini saxlasınlar; bu onlar üçün ən yaxşı şeydir; Allah onların gördükləri işdən xəbərdardır. Və mö’min qadınlara söylə ki, gözlərini haram şeylərə baxmaqdan çevirsinlər və fərclərini saxlasınlar; görünməsi cayiz olan bəzəklərdən başqa, daxili bəzəklərini özgə kişilərə göstərməsinlər. Və geydikləri köynəklərin yaxaları yaxa və sinələrini örtsün. Və öz bəzəklərini ancaq ərlərinə, atalarına, qaynatalarına, oğlanlarına, qardaşlarına, ögey oğlanlarına, qardaşı oğlanlarına, bacısı oğlanlarına və sayılanların arvadlarına, öz kəniz və qullarına və öz evlərində qulluq edən qoca kişilərə, kişilikdən məhrum olan şəxslərə və həddi-buluğa çatmamış uşaqlara göstərə bilərlər. Yol gedəndə ayaq bəzəklərinin səsini özgəsinə eşitdirməmək üçün ayaqlarını yerə bərk vurmasınlar. Ey mö’minlər, hamınız Allahın qabağında tövbə edin! Bu tövbə ilə nəcat tapmağa ümid bəsləyə bilərsiniz!”. Və bəşər növünün yarısını təşkil edən qadın tayfasını əsrlər uzunu daimi həbsə saldı. Yalnız Ayişə Səfvan ilə eşqbazlıq etmirdi. Peyğəmbərin başqa azyaşlı arvadları da, onun qocalığına görə gənc səhabələrə naz satırdılar ki, o öldükdən sonra olarla evlənməyə həvəskar olsunlar. Buna görə də Təlhə dəfələrlə dilinə gətirərdi ki, bu qoca nə vaxt öləcəkdir ki, biz onun arvadlarını alaq, qucaqlayaq və onların xalxallarını öz qarşımızda səsləndirək?! Çün peyğəmbərin arvadları gənc səhabələrin qabağından keçərkən, könül ovlamaq məqsədi ilə daima ayaqlarını bir-birinə vurub, öz xalxallarını səsləndirərdilər, bu hərəkət də hicab ayəsindəki bu neçə söz ilə olara qədəğən olundu: “Yol gedəndə xalxallarının səsini özgəsinə eşitdirməmək üçün, ayaqlarını yerə bərk vurmasınlar”. Təlhənin ədəbsiz sözləri, peyğəmbərin qulağına çatınca öz ürəyində dedi: “Köpək oğlu, mən bir tədbir edim ki, sən qətiyyən öz çirkin arzına çatmayasan”. Əvvəlcə, sizin Allahdan bu ayənin nazil olmasını tələb etdi: “Peyğəmbər mö’minlərə öz nəfslərindən irəlidir və onun qadınları mö’minlərin analarıdırlar”. Öz arvadlarını mö’minlərə ana olaraq qələmə verməkdən məqsədi budur ki, vəfatından sonra olar bu anaları ilə evlənmək istəməsinlər. Sonra ərəblər, bu arvadların olara məcazi ana olduğunu anladan bu söz ilə olarla evlənməyin haram olduğunu anlamayacaqlarını gördü, sizin Allahınızdan o öləndən sonra arvadları ilə evlənməyi mö’minlərə aydıncasına haram edən başqa ayənin nazil olmasını xahiş etdi. Hər xüsusda onun əmr və nəhyinə sözsüz və e’tirazsız tabe olan Allahınız bu başqa ayəni nazil etdi: “Allahın peyğəmbərini incitməyə haqqınız olmadığı kimi, özündən sonra da arvadlarını almağa qətiyyən ixtiyarınız yoxdur, bu iki şey Allahın yanında böyük bir günahdır”. Bu ayə nazil olandan sonra Təlhə və başqa səhabələrin təmə’ dişləri peyğəmbərdən sonra onun arvadlarının visalından kəsildi. İş burasında idi ki, peyğəmbər qoca olduğundan azyaşlı arvadları ondan nifrət edirdilər; necə ki, fiqh kitablarında Müstəizə ləqəbi ilə məşhur olan Əsma binti-Ne’man öz razılığı ilə deyil, qohumlarının arzusu ilə peyğəmbərə nikahlandı və peyğəmbər, zifaf gecəsi onun yataqxanasına qədəm qoyub ona yaxınlıq etmək istədi, qız peyğəmbəri görməkdən o qədər qorxub hürkdü ki, bağırdı: “Səndən Allaha pənah aparıram, ey qoca! Məndən nə istəyirsən? Nə üçün mənim razılığım olmadan məni istədin? Məndən əl çək və məni azad et ki, məndə səni görməyə taqət yoxdur. Və qətiyyən sənə təslim olmayacağam”. Peyğəmbər məcburən onun vüsalından ümidini kəsdi: “Ey pozğun, öz camaatına tərəf qayıt!” – dedi. Əsma o saat peyğəmbərin evindən çıxaraq atası evinə getdi və xəbər verdi ki, peyğəmbər özü məni qəbul etməyib, geri göndərdi. Sonra peyğəmbər təlağını verdi. Peyğəmbərin başqa arvadları Əsmanın xoşbəxtliyinə həsəd aparırdılar. Çünki olar da onun pəncəsindən qurtarmaq arzısında idilər. Ona görə ki, bunlar öz ixtiyarları ilə peyğəmbərə arvad olmamışdılar, olardan bə’ziləri cariyə idi, bə’zilərini də peyğəmbər yazıq kafirlərin əlindən, öz ərlərinin yanından qapıb özünə arvad etmişdi. Zeydin arvadını yanından qopardığı kimi, Zeyd də çarəsizlikdən arvadını ona təslim etmişdi. Çünki o bilirdi ki, arvadından əl çəkməsə, Davudun Evriyanın başına gətirdiyi işi peyğəmbər də onun başına gətirəcəkdir. Peyğəmbərin belə bir vəziyyətdə olan biçarə arvadları Ayişə kimi iffət dairəsində ayaqlarını əyri qoyub, həriflərin qarşısında işvə satıb, öz gələcək günləri üçün özlərinə aşna və sevgili axtarırdılarsa, heç də təəccüblü deyildir. Peyğəmbər çox vaxt kafirlərin mallarını çalıb-çapmaq üçün müharibələrə gedərdi və onları Mədinədə qoyardı. Kim bilir ki, peyğəmbər olmadıqda, olar toxunulmamış qalırdılar? Xüsusi ilə peyğəmbər ömrünün sonlarında cimadan o qədər aciz qalmışdı ki, Cəbrailə öz acizliyindən şikayət etmişdi. Bunu Nizamülmülkün müasiri olan İmami-Ğəzali “Əhyaül-ülum” adlı kitabında yazmışdır. Gələn bə’zi xəbərlərə görə rəsulullah demiş: “Mən Cəbrailə cimaa olan zəifliyimdən şikayət etdim, o mənə halva yeməyi göstərdi”. Onun cimadan belə aciz qalması nəticəsində, təbiətin tələbi üzrə azyaşlı arvadları gənclərlə görüşməyə talib olurdu. *Əgər peyğəmbər olardan xatircəm idi, fikri datınıq deyildisə, qadınların işini nə üçün bu dərəcədə bərk tutmuş və ən böyük insanlıq hüququ olan azadlığı olardan tamamilə almışdır ]... *Bir dəxi peyğəmbər Zeydin təklifini qəbul etmir və ona deyir ki, Sizin Allahınız xişmnak olub, hökmi-qət’i göndərir ki, o Zeydin övrətini alsın və şiddəti-tə’cil ilə göydə Zeydin övrətini mütəlləqə olandan sonra peyğəmbərə təzvic edir, hətta inqizayi-iddəsinə dəxi ələzzahir səbr etməyibdir. Bir dəxi Mariyeyi-Qibtiyyəni peyğəmbər özünə həram edir və bir ay onu görmür. Sizin Allahınız səbr edə bilmir, ayeyi-tə’nə peyğəmbərə göndərir. və buyurur ki, Mariyə ilə mülaqat və müqaribət etsin. Bu qəbil ayat peyğəmbərin zənpərəstliyi xüsusunda və sair bulara bənzər müzəxrəfat onun kitabında hesabsızdır və bu müzəxrəfatı biz gərək ölülərimizin qəbirlərinin üstündə dəxi oxuyaq, onların ərvahı şad və məsub olsun *. Zənpərəstliyi peyğəmbərə nisbət mən hərgiz əməli-məzmum saymıram, bəlkə onun ədəmi məzmumdur. Ondan ötrü ki, insanın afərinişi zənpərəstlik qanunu ilədir və onun nəslinin bəqası cüftün hübbünə mənutdur və əgər bir kəs bu cəzbənin xilafınca rəftar etsə ya naxoşdur və yainki əmdən qanuni-xilqətdən təxəllüf edibdir. Bu babda hədis: kəlami-binəzirdir. Amma söz bundadır ki, zənpərəstliyi dərəceyi-ifrata yetirmək və bunun-onun övrətinə təmə’ etmək və bu təməi-nalayiqi təzvir yolundan öz nəfsində gizləmək və sonra təmə’ olunmuş övrətin ələ gətirilməsini mucidi-kainatın fərmanına mərbut etmək peyğəmbərin tərəfindən əməli naşayistə və şə’ni-nübüvvətə münafidir. [Bununla bərabər o bir çılpaq yad arvadın tamaşasına böyük zövq ilə məşğul olaraq, onun vücudunun lətifliyini də açıqcasına “səni yaradan nə qədər pak və yüksəkdir” sözləri ilə tə’rif etməkdənsə, bundan sonra bu münasibətsiz hərəkəti bütün müsəlmanlar üçün, onların qadınlarına qarşı uləviyyəti haqqında e’tiqad qərar verməkdənsə, “mö’minlərə de haram şeylərə baxmasınlar” ayəsinin məzmununa əməl etməli idi. Bütün sünni və şiə fiqh alimlərinin hamısı peyğəmbərin xasiyyətləri haqqında yazır ki: “Əgər onun gözü bir arvada düşsə və ona rəğbət etsə, ona arvad olmaq üçün əri onu boşamalıdır”. Bunun nə mə’nası var? Biabırçılıq bu dərəcədə? Dost və düşməndən bir adam bu fitvanı oxusa, sizin Allah və peyğəmbərləriniz haqqında nə deyər?]. Başqa millətlərin Allahı məşğuldur böyük işlərə, amma sizin Allahınız mültəfitdir bu gunə ləğviyyata. Mövlana! Mənim təəccübüm ondan deyil ki, əvamünnas bu gunə ləğviyyata inanıb mucidi-kainatın hüzurunda peyğəmbərin şəhvətpərəstliyini onun təqərrübünə dəlil sanırlar və bu nüktəyə mültəfit deyillər ki, o şəhvət qeydinə giriftar olmasaydı, nə üçün biganə övrətə qüsl halında cəhrən deyirdi ki, afərin sənin hüsnü camalına və münəzzəhdir o Allah ki, səni bu lətafətdə yaradıbdır; mənim təəccübüm ondandır ki, sizin kimi bimisl fazil bu güzarişi mayeyi-iftixar sanıb, öz e’tiqadınız ilə onu səadəti-üzma güman edirsiniz və bu səadəti-mövhumənin şükrünü hər kəsə vacib bilirsiniz. Əgər həqiqətdə siz belə isnadı e’tiqad üzündən, nə riya yolundan, xaliqi-ərz və səmayə verirsiniz, mən sizinlə müvafiqət etmirəm. Və belə Allaha mö’təqid deyiləm və elə peyğəmbərlərə iman gətirmirəm. Təvəqqe edirəm ki, bu iradın cavabını hikmət və dəlaili-əqliyyə üzündən yazıb mənə göndərəsiniz və məni sakit edəsiniz. Və illa, biçarə avama və sadəlövh xalqa firib verməkdən əl çəkib, oları şərafəti- + bəşəriyyətdən məhrum etməyəsiniz”. Nəcməddin bu təfsil yetişəndən sonra çox mütəğəyyir oldu. Ayağa durdu, getdi Məhəmməd Büzürg Ümmidin yanına, icazəti-bar hasil edib Əla-Zikrihissəlamın əqideyi-fasidəsini bəyan elədi və şikayət etdi və dedi ki: “Bu bidin və mülhid oğlunun vücudi ilə – ki, onun vəliəhdidir, – tezliklə səltənət onun dudmanından çıxacaqdır”. Məhəmməd Büzürg Ümmid bir adam idi sadəlövh və şəriətə və məzhəbə canü dildən mö’təqid. Çox pərişanhal və mütəğiyyir olub, oğlunun əqidəsindən vəhşət etdi və xalqı cəm edib minbər üstünə çıxdı və əla-rüsul-əşhad oğlunun e’tiqadatına inkari-bəliğ elədi. Necə ki, zikr olundu *. Naçar Əla-Zikrihissəlam, atasının xofundan tərki-irşad edib təqiyyə üzündən başladı atasının rəvişinin isbatına risalələr yazmağa. Ta inki atası Məhəmməd Büzürg Ümmidin qəlbindən vəhşət rəf’ oldu və özünün vəliəhdlik mənsəbini Əla-Zikrihissəlama təfviz elədi. Elə ki, Məhəmməd Büzürg Ümmid fövt oldu, Əla-Zikrihissəlam məsnədi-səltənətə oturub, iddiayi-imamət edib beş yüz əlli doqquzda özünün əşraf və əyanını Ələmövt qalasında cəm edib buyurdu ki, onun eydgahında qiblə tərəfinə bir minbər nəsb etdilər və dörd böyük ələm – birisi qırmızı, birisi yaşıl, birisi sarı və birisi ağ, minbərin dörd tərəfinə qoydular. Rəməzanın on yeddisində minbərə çıxdı. Əvvəl bir xütbeyi-bəliğə oxudu, sonra xitab etdi: Ey camaat, mən imami-zəmanəm və sizin xeyr və şərrinizi və səadət və zəlalətinizi göstərməyə əqlişərif təqazasınca mükəlləfəm. Bilin və agah olun ki, aləm qədimdir və zaman namütənahidir. Yə’ni necə ki, məkanın bidayət və nihayəti yoxdur, zaman dəxi bi-ibtida və intihadır. Bə behişt və duzəx bir əmri-xəyali və mövhumidir və hər adamın qiyaməti onun mərgidir. Hər aqilə lazımdır ki, batində bəşəriyyətin və əqli-şərifin müqtəzasınca səlimünnəfs və nikukar olsun ki, bir belə şəxsə mərdi-rahi-həqq xitab olunur və zahirdə hər gunə rəviş ki, özünün maaşına və ümuri-dünyasına müfid görünür, o rəvişi özünə şüar etsin. İndi mən təkalifi-şər’iyyəni hüququllah xüsusunda küllən sizdən saqit etdim. Bundan belə azadsınız və əvamir və nəvahidən hüququllah xüsusunda bilmərrə fariqbalsınız. Elm təhsil edin, nikukar olun və niəmati-dünyəviyyədən beş gün həyatınızda bəhrə tapın. Sərvət və miknət hasil edin. Xəyaləti-fasidəyə və əqaidi-əbləhanəyə özünüzü salihə və fəzl və hünər ilə miləli-aləm içində bərgüzidə və mürəccəh olmağa sə’y və təlaş edin. [Və yenə buyurdu: Ey camaat, qadın tayfasını həbsdə və pərdədə saxlamağın, bəşəriyyətin yarısı haqqında böyük zülm olmaqdan başqa, kişi tayfası üçün də saysız-hesabsız zərəri vardır. Bu gündən e’tibarən qadın tayfasını həbsdə və pərdədə saxlamayın və onları tərbiyəsiz qoymayın. Onların haqqında zülm və cəfanı layiq görməyin. Bir nəfərdən artıq arvad almayın. Necə ki, mənim birdən artıq arvadım yoxdur. Bundan sonra hər kəs öz kiçik qızını, öz oğlu kimi oxumaq və yazmaqla məşqul etməzsə və hər kəs böyük və kiçik, varlı və yoxsul, kim olur olsun, birdən artıq arvad alarsa, mənim cəzama və şiddətimə müstəhəqq olacaqdır]. Sonra minbərdən aşağı endi, iftar etdi. Xəlayiq hər il o günü eyd edib əsbabi-fərəh və sürurun tərtibinə mübaliğə etdilər. Şüərayi-İsmailiyyə Əla-Zikrihissəlamın mədhində qəsaidi-ğərra inşa elədilər. O cümlədən bu [beş] beytdir: [İranda protestantizm məzhəbi meydana çıxdığı günün sabahı Əla- Zikrihissəlam günortaya iki saat qalmış Dəyalimə padişahlarının nəslindən olan böyük xanımı Dürrətüttacın əlindən tutaraq, hərəmxanadan bayıra çıxdı və böyük xanım da öz həkim və açıq fikirli əri ilə Ələmövtün gəzinti yerlərini üzüaçıq gəzib hərəmxanaya qayıtdı. Hava xoş və müvafiq olan günlərdə Əla-Zikrihissəlam böyük xanımla bu cür gəzintini təkrar edirdi. Ələmövtün ə’yan və əşrafı, bütün əhalisi qadın tayfasının azadlığında onu təqlid etdi. Bunlar da öz üzüaçıq arvadları ilə gəzinti üçün çölə çıxırdılar və onun hökmü altında olan hər yerdə bu adət yayıldı. Rəvayət edildiyinə görə ətrafdakı müxtəlif müsəlman tayfalarından Əla-Zikrihissəlama dinsizlik və kafirlik isnad verirdilərsə də, lakin onlardan heç birinin ona fisqü fücur isnad verməyə və onu zalim və əziyyət verən saymağa haqqı yox idi, çünki Əla-Zikrihissəlam çox pak adam idi. Əsla şərab içməzdi, zina etməzdi və heç kəsin haqqında zülm və təcavüzü rəva görməzdi və qətiyyən insanları öldürməyə və adamlara əziyyət və əzab etməyə əmr verməzdi və işi daima xalqın rahatlıq və asayişinə sərf olunurdu. Məclisləri həkimlər, alimlər və fazil adamlardan ibarət olardı. Elmlərin rəvacına, adamların tərbiyəsinə mümkün qədər çalışardı. Bütün xalqa aydınlaşdırardı ki, elm və tərbiyə günahlardan təmiz və tərbiyə günahlardan təmiz olmaqla nəticələnir, nadanlıq və dindarlıq isə fisqü fücurun səbəbi, tamah və hərisliyi doğuran, zülm və təcavüz və təcavüz törədəndir. Bu kimi gözəl əxlaqın vasitəsi ilə özünü zamanın imamı və xalis adamlar dəstəsinin başçısı adlandırmağa haqqı var idi, necə də ki, adlandırdı...]. Afərin sənə ey Əla-Zikrihissəlam ki, tarixi-hicrinin müddətində bir sənin kimi ə’qəl və həkim və zifəzl və sahibi-himmət, sahibi-əzm padişah milləti-islam arasında peyda olmadı ki, bu millətin sivilizasyonuna bais olaydı və bu milləti həmaqətdən və cəhalətdən və bədbəxtlikdən azad edəydi. Əgər millət sənin mətalibini anlasaydı, indi təvaifi-ingilis və Yengi Dünya sənə xuşəçin hesab olurdular. Zira ki, [sən elə bir əsrdə protestantizmi icad etdin ki, olar hələ inkivizasyon divanlarının atəşgahlarında yandırılırdılar. Yə’ni] olar müddəti-mədid səndən sonra + sən icad edən protestantizmi anlayıb revolyusiya etdilər və protestantizmi ixtiyar elədilər. [Əla-Zikrihissəlamın həkimanə padişahlığından neçə il keçdi, Deyləm ölkəsinin bütün yerlərində protestantizm yayılaraq qəbul edildi. Onun təbəələri haqlarında olan yaxşı nəticələri gün-gündən hiss edirdilər]. Çifaidə nadan Səlcuqiyyələrin, ya Ali-Büveyhlərin təhriki ilə Əla-Zikrihissəlamı zövcəsinin qardaşı Həsən-Hamvər bir xəncər zərbəsi ilə məqtul etdi və milləti-islamın və bəxüsusihi milləti-İranın çı- + rağın keçirdi. Əla-Zikrihissəlamın vəfatından sonra oğlu Məhəmməd dəxi atasının rəvişində rəftar edib bəqədri-məqdur atasının əqaidi-həkimanəsinin rəvacında sə’yi-bəliğ edərdi və o dəxi fövt olandan sonra oğlu Cəlaləddin Həsən gördü ki, millətdə müvafiqət yoxdur və hər tərəfdən nadan düşmənlər çoxlandı, xüləfayi-Bəni-Abbas və səlatini-digər kimi və taifeyi-İsmailiyyəyə mülahidə və zənadiqə isnadını verdilər və hər yerdən onların ədavətinə iqdam etdilər, naçar və labüddən genə məzhəbi-qədimə övd edib tazadan özünü və Rudbar və Qəhistan xalqını cahi-zülmətə saldı. Heyf, Əla-Zikrihissəlamın təsnifatından ki, filhəqiqət yaqut və zümürrüdi-külli-literatur hesab olunurdu; heç bir yerdə müşahidə olunmayır. Əgər tapılsa, vaqeən qapılırlar. [Çarvaklar e’tiqad edirlər ki, mın əqidəsinə və məzhəbinə hər xüsusda mütabiqdir hindulərin Çarvak tayfasının əqidəsi və məzhəbi. Hərçənd ki, onlar dini əqidələrdən ++ hədsiz-hüdudsuz təxəyyülata qapılırlar]. Çarvaklar e’tiqad edirlər ki, sane və mucid yoxdur və ə’la və ədna olmaq aləmi-təbiətdəndir və sanein vücuduna bir dəlili-qate’ və bürhani-vazeh dəstaviz deyil. Pəs niyə gərək əmri-məzmuma və mövhuma, bəl mə’duma bəndəlik etmək və niyə gərək məabiddə və səvame’də ibadət xatiri üçün cəbhəsa olmaq və friştələrə ki, şühud fəziləti olara yoxdur, qail olmaq və cənnətin ümidi və rahətin nəvidi ilə hirsi-əbləhanə mucibincə dünyanın ne’mətlərindən və rahətlərindən əl çəkmək və nəqdi biəsl nisiyəyə dəyişmək və cahdust süfəhanın kazibanə əqvalı ilə ki, avamı firib toruna salmağı arzularına çatmaq üçün vəsilə biliblər; firiftə olmaq və dənaəti-təb’dən belə əşxasa fürutən olub, oları ağa və övliya bilmək və olara bəndeyi-rəzil olmaq və pərəstiş etmək hər şeyi ki, zahir deyil, bavər etməyə şayistə deyil. Tərkibi-məvalid, ənasirdəndir. Təbiətin müqtəzasınca bir neçə gün ənasir bir-biri ilə tə’lif tapıblar. Madam ki, səbati-tərkibi-cəsəd və səlaməti-hey’ət baqidir hər zada ki, mərğubitəb’dir və ondan zərəri-heyvani mütəsəvvir deyil, gərək təvəssül axtarmaq. Vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, məadi-ünsür genə ünsürdür və bədən kaxı təxrib tapandan sonra balatər vətənə və nazünəimə üruc və nar və cəhimə nüzul yoxdur. Pəs gərək e’tiqad etmək ki, hüququllah sayılan ə’malda günahkar olanlar müaqib olmazlar və zahid olanlar rahət və ne’mətə çatmazlar; bəlkə vaqe’də bər’əksdir. Ondan ötrü ki, günahkar, orucun və nəmazın və taatın və ibadatın əzabından fariğ olubdur və zahid ibadatın məşəqqətinə – ki, əzabdır, giriftardır, pəs aqil gərək cəmi ləzzati-dünyəviyyədən bəhrə aparsın və heç müştəhiyatdan e’tiraz etməsin; zira ki, çün torpaqa getdin geri gəlmək yoxdur. *Əlhəq bu çarvakların əqidəsi pakizə və pəsəndidə məzahibin birisidir. Kaş, İran əhlinin çarvaklarca əqli olaydı, bu pəsəndidə məzhəbi ixtiyar edəydi. Necə ki, Əla-Zikrihissəlam göstərmişdi. Hüququllahın bifaidə olmağını Əbu-Əli-Sina dəxi işarə edibdir: Və filhəqiqə hüququllahdan bir mənfəət aid deyil, bəqeyrəz zərər. Məgər vüzu’ və qüsl və təharət və xütnə ki, qəvanini-tibbə görə fəvaidi-kəsirə bu ə’malın zimnində mündəricdir, hər iki şəbanəruzdə köynək-tumanı dəyişmək ilə məən. Amma sair ə’malın zərəri vazehdir: məsələn, gecə və gündüzdə beş vəqt nəmaz səni işdən və kəsbdən qoyur, oruc sənin canına zərər edir və həcc sənin həlakına bais olur. Əgər Ərəbistanın havasından sağ qalsan da belə, Ərəbistan ki, Əbdürrəhman Cami həccdən qayıdıb bu fərd ilə ondan əlhəzər edir: Əgər Ərəbistanın havasından sağ qalsan da, məbaliği-külli sərf edirsən və zimnində əsla bir faidə yoxdur. Bir para şəxslər iddia edirlər ki, həccin icmaından milləti-islam üçün mənafei-kəsirə hasildir. Zira ki, birisi Xətandan gəlir, birisi Hindistandan, birisi Afrikiyyədən gəlir, biri Firəngistandan və bir-biri ilə mülaqat edirlər və bir-birinin dərdindən müttəle’ olurlar. Soruşursan ki, bu mənafein bircəsini zikr edin; cavabdan aciz qalırlar. Doğrudur, külli-icmaın millətə az, ya çox mənfəəti olur. Əgər icma vətən içində və bir milləti-vahidənin mabeynində vaqe’ ola və əgər haman icmaa bir murad və bir mənzur sibqət edə və icma haman muradın xatiri üçün vüqua gələ. Məsələn, icmadan əqdəm vətəndə bir milləti-vahidənin mabeynində güftgu ola ki, bizim filan ehtiyacımız gərək rəf olsun; fərz edərik ki, qəryənin kətxudası ölübdür, gərək bir təzə kətxuda intixab edək ki, bizim həvaicimizin rəf’inə bais ola. Pəs taza kətxudanı intixab etmək bir müraddır və bir mənzurdur ki, icmaa sibqət edibdir. Bu surətdə icmaın mənfəəti var. Ondan ötrü ki, haman mürad icmadan hasil olur. Aya, həccin icmaına nə murad və nə mənzur millətin mənfəəti üçün sibqət edibdir? Birisi Xətadan gəlibdir. Aya, o gələndə mənzur etmişdi ki, Hindistandan gələnin dərdinə ondan bir fayda hasil olacaq? Birisi Xətadan gəlir, birisi Hindistandan, bir-birini görürlər, nə bu onu tanıyır, nə o bunu tanıyır; on gün bir yerdə hər gün görüşürlər, hər kəs öz ə’malının itmamına məşğuldur. On gündən sonra ayrılırlar; birisi ala dağa gedir, birisi qara dağa. Ona bənzər ki, bir qərib adam, bir əzim və biganə şəhərə varid ola, heç kəsi tanımaya, on gün gəzə, sonra vətəninə qayıda; ancaq nəql edə ki, getdim filan şəhərə, əzim cəmiyyət gördüm. Bunun zimnində onun vətəninə və milləti-vahidəsinə nə fayda hasildir? Aya, həccin icmaından min iki yüz həştad ilin müddətində islam millətinə aid olan mənfəət nədir? Amma xəsarəti-kəsirənin isbatına hər kəs cavab verməyə qadirdir. Məsələn, nə qədər pul istitaət sahibi əşxasdan xarici vətəndə sərf olur və nə qədər can yolda tələf olur və həcc mövsimində yüz mindən ziyadə qoyun zibh tapır və onların qanından və ətindən günün şiddəti-hərarətində hava təəffün bəhəm edir, əvvəl orada vəba peyda olur, sonra külli-aləmə yayılır, nə qədər can qırılır, nə qədər oğul və qız vətəndə atasız qalır və nə qədər arvad dul və əhli-Ərəbistan dəxi sədəqəyə göz dikmək ilə və ümidvar olmaq ilə kəsbi-məişətdə və tələbi-tərəqqidə biehtimam olub kəmali-biqeyrətliyə mö’tad olur və gümnam təvaifin cümləsində güzəran edir. *Filosofların birisinin qövlüdür ki, dünyada heç bir əməl xalqın sail-bəkəf və əmri-məişətdə biehtimam və biqeyrət olmağına ziyadə bais deyil, məgər sədəqə vermək, əgər müstəhəqqani-sədəqə bisahib yetimlər və biməynət korlar və şillər və dullar və qocalar olmasalar. [Dünyanın sonuna qədər onların bədbəxt olmasına başqa bir səbəb də odur ki, bizim peyğəmbər xarici millətlərin onların torpağına gəlibgetməsini qadağan etmişdir. Bütün aləm bilir ki, Yevropa əhli, sənaye elmlərində, fənlərdə və bütün hünərlərdə Yer üzündə olan tayfaların ən qabaqcılıdır. Lakin onların dinləri islam dinindən başqadır. Olar öldürülmək qorxusundan nə ticarət, nə də səyahət məqsədi ilə Məkkəyə, Mədinəyə və bu şəhərlərin yaxın yerlərinə ayaq basa bilmirlər. Bu surətdə, bu yerlərin əhli hansı tayfadan mə’rifət, elm və insaniyyət qazana bilər? Belə olduqda labüdd və naçar cəhalət və korluqda qalmalıdırlar. Hicrətdən bu günə qədər onların halında qətiyyən dəyişiklik üz vermədiyi kimi, daima zəlillik, fəqirlik, dilənçilik və yol kəsməklikdə yaşayırlar. Həcc mövsimində onların vətənlərinin torpağına məzhəbdaşlarından başqa kimsə ayaq basa bilməz. Bu məzhəbdaşları da anlamazlıqda, elmsizlikdə və hünərsizlikdə onların tayıdırlar. Firəngistan əhalisinin Məkkə və Mədinəyə gəlib-getmək icazəsi olsaydı, o vaxt onlar o yerlərə ticarət və səyahət məqsədi ilə gedərdilər. Ərəbləri dünyanın vəziyyəti və halından xəbərdar edərdilər. Nə fayda ki, peyğəmbərin gələcəyi düşünməməsi nəticəsində tayfa üçün o yerlərə gedib-gəlmək yolu bağlıdır. İslamiyyətdə protestantizm məzhəbi icad olunmayınca və bu dinin bə’zi münasibətsiz əhkamları rədd edilib tərk edilməyincə ərəblər labüdd və naçar dünyanın sonuna qədər cəhalət, korluq, zillət və alçaqlıqda qalacaqdırlar. Bütün islam ümmətinin bədbəxtliyinin başqa bir səbəbi də budur ki, bizim peyğəmbər islamda fiqh elminin binasını yalnız özünə isnad edir və özünü əvvəl və axırın ən ağıllısı, keçmişlərin və gələcəklərin ən fəzilətlisi sayaraq fiqh elmində dəyişiklik, təbəddülat və əlavəyə qətiyyən yol vermir. Hal-hazırda islam milləti arasında mövcud olan fiqh və fəraiz elmləri peyğəmbərin bö’sətindən qabaq bütün ərəblərin arasında, xüsusi ilə Yəməndə var idi. Və ərəblər bö’sətdən qabaq həmişə öz mürafiə və ixtilaf işlərini o fiqh elminə əsasən qət edərdilər. Və peyğəmbərin sağlığında Mədinədə mühacir və ənsarın içində fəqih səhabələr var idi. Peyğəmbər ərəblərin fiqhində yalnız təsərrüf və ictihad göstərmişdir. Öz mənfəəti üçün o elmdə bə’zi dəyişiklik və təbəddülat əmələ gətirmişdir. Yoxsa özü fiqh elminin icad və ixtiraedicisi deyildir, bəlkə də o ərəblərin qədim fiqh elminin müctəhidi və + kəsb edənidir; necə ki, öz təzə və quru dinin, başqa qanun və əhkamlarını Tövrat və İncildən və məcusların əqidələrindən alaraq öz rə’- yinə görə olarda, bə’zi dəyişiklik və təbəddülat əmələ gətirmişdir, yə’ni olarda ictihad və təsərrüf etmişdir. Fiqh elminin əmələ gəlməsi, cəmlənməsi əsrlər keçmədən və camaat arasında hədsiz və cürbəcür hadisələr törəmədən və onun tə’sis edilməsində bir çox ağılların iştirakı olmadan mümkün deyil, bu elm tək bir əsrin məhsulu və tək bir fərdin xəyalı nəticəsi ola bilməz. Bununla bərabər bu günə qədər dünya millətlərinin heç birində bu elm təkmil dərəcəsinə çatmamışdır. O, elmdə anbəan dəyişiklik, təbəddülat, yeniləşmə və əlavə zamanın halına zəruri olan tələblərdəndir. Belə olduqda bu elmdə dəyişiklik, yenilik və əlavə etmək yolunu bağlayan peyğəmbərin, öz millətini dünya işlərində hər cür tərəqqilərdən aciz və məhrum etdiyi aşkardır]. O üç vəchdən başqa ki, mən mucidi-kainat haqqında zikr etdim, aya, vəchi-rabe’ dəxi mütəsəvvirdirmi?. Bari, sənin vücudunda xəlq olunan alat və əsbab bundan ziyadə bilməyə qadir deyil, necə ki, Firdövsi buyurubdur: Səndə ancaq beş həvass var. Yəhtəmil ki, əqideyi-ula və saniyə surətində müruri-dühurda vücudi-küll, bir növi-digər ilə cilvə edə, yə’ni dərya bir növi-digər ilə təlatümə gələ və kainatda bir perevo- + roti -əzim peyda ola və sənin əvəzinə bir vücudi-axər zühur edə ki, beş həvassın yerinə on həvass sahibi ola; bəlkə o həvassi-əşərə sahibi-vücud səndən artıq bir zad bilə və o vücud anlaya ki, mücid nədir və ruh nədir? İndi sən həvassi-pəngcanə elə ruhun həqiqətini və mahiyyətini bilməyə qadir deyilsən. Necə ki, bilmirsən işıq nədir. Gün çıxanda filfövr bir işıq aləmə şaye olur. Çırağ yananda filfövr divara işıq düşür; aya, bu işıq nədir? Bilmirsən. Və necə ki, bilmirsən hərarət nədir və qüvveyi-miqnatisiyyə nədir və sair bu qəbil zadlar nədir. Ancaq bacarırsan biləsən ki, ruh bir keyfiyyətdir, əcsami-mürəkkəbeyi-zihəyatda ki, bə’dəz tərkibi-əcsam, müvafiqi-rəvanin və şüruti-xilqət peyda olur. Məsələn, bir cismi-tərkibdə – ki, mürəkkəbdir, ənva və əqsam alatdan və ə’zayi-sülbədən və əczayi-sayalədən, yəni əxlatdan – bu keyfiyyət zühur edir. Məsəl tutaq tiflin tərkibini bə’dəz təvəllüd. Bu tərkibi-cisminin itmamında ona bir keyfiyyət hasil olur ki, biz ona ++ ruhi-heyvani deyirik ki, onun zimnində həyat və onun külli-müqtəziyyatı müşahidə olunur. Madam ki, cism tərkibi baqidir, bu keyfiyyət, yə’ni ruh onda zahirdir. Vəqta ki, bu cism tərkibi paşidə və mütəlaşi oldu, yə’ni pozuldu, haman keyfiyyət ki, biz onun adına ruh demişik, zail və məhv olacaqdır. Bu dəxi haman vücudi-vahid və kamil və sahibi-qüdrətin qəvaninindən və müqtəziyyatından bir şeydir və əsrarından bir sirdir. Misalı budur ki, bir neçə əczayi-mə’dəniyyəni sən bir yerə cəm edirsən və müvafiqi-qanuni-elm oları bir-biri ilə məmzuc və mürəkkəb eləyirsən, ondan bir keyfiyyət hasil olur ki, qüvveyi-teleqrafiyyə, yə’ni ruhi-teleqrafi deyirik. Vəqta ki, əczayi-mədəniyyəni biri-birindən ayırdın, yə’ni haman tərkibi ki, o əczalara vermişdin, bərhəm etdin, qüvveyi-teleqrafiyyə, yə’ni ruhi-teleqrafi zail və məhv olur. Amma bu qüvveyi-teleqrafiyyənin və ruhi-teleqrafinin mahiyyəti nədir, bilmirsən! Bu dəxi vücudi-vahid və kamil və sahibi-qüdrətin əsrarından bir sirdir. [Pəs mə’lum oldu ki, ruh hər nə olsa öz-özünə qaim ola bilməz. Necə ki, əql və xəyal öz-özünə qaim deyildir. Və heç olmasa qab və qalıbları olmalıdır. Buna görə də ruhların bədənlərdən ayrıldıqdan sonra xüsusi yerlərdə təkrar qabsız, qalıbsız müəyyən vücud olması xüsusunda bizim alimlərin e’tiqadının təsəvvür və təəqqülü kritika qarşısında dura bilməz. Və necə ki, ruhlar üçün bədəndən ayrıldıqdan sonra misali və lətif qalıb xəyal etmək. Şeyx Əhməd-Bəhreyninin əqli və təbii dəlili olmadan düşündüyü mə’nasızdır]. + Bu mətləbi dürüst fəhm etmək üçün sənə elektriçestvanı və onun qanununu və müqtəziyyatını bilmək lazımdır. Çifaidə, sən və sənin millətin nə elektriçestvanı bilirsiniz və nə onun qanununu. Siz ancaq cəhənnəmi yaxşı vəsf edə bilirsiniz və cinni və şeytanı yaxşı tanıyırsınız. Çünki onların vücudu xəyali və mövhumidir və elektriçestva ki, bir əmri-zahirdir və gözünüzün qabağındadır və tamam aləm ondan xəbərdardır, siz onu bilməyə iqdam etməzsiniz. Ondan ötrü ki, nə məsrəfi var? Elektriçestva ki, sizi behiştə aparmayacaq, ya cəhənnəmdən qurtarmayacaq. Sizə lazım olan ancaq axirət əmridir ki, bəlkə bir tövr ilə özünüzü behiştə salıb bu qunut duasının müstəcab olmağını ki, dir, gözünüz ilə görəsiniz, arzunuza çatasınız və kami-dil hasil edəsiniz. Dəxi bəsdir, haçanatan bifaidə və bihudə xəyalatın dalısınca düşəcəksiniz Ey zalimlər, bari bu hədisin məzmunundan mütənəbbih olun: *Dəxi vaxtdır ki, beş həvassınızı dünya həyatında təəyyüş etməyə və dünya ümurunda fəzilət tapmağa sərf edəsiniz. Dünya həyatında sizə elm və elmdən sonra azadiyyət və azadiyyətdən sonra istitaət lazımdır ki, beş gün ömrünüzdə asudə təəyyüş edəsiniz və özünüzü Əmr və Zeydə, xah peyğəmbər ola, xah imam ola, xah despot ola – əbdi-rəzil bilməyəsiniz və sivilizasyon tapan millətlərin nəzərində 163 164 xar və zəlil və əhməq və nadan görünməyəsiniz və mö’cüzata və kəşfü-kəramata və xəvariqi-a’data inanmıyasınız. Ondan ötrü ki, mə’rifəti-mahiyyət və xasiyyəti-ənasir və cəmadat və nəbatat ki, Firəngistan istilahında ona elmi-fizika tə’bir olunur, yə’ni elmi-hikmət və mə’rifəti-mahiyyət və xasiyyəti-heyvanat ki, ona elmi-yestestva tə’bir olunur, yə’ni elmi-təbiiyyat bu əsrdə Firəngistan filosoflarının tətəbbüat və təhqiqatları mucibincə bir növ ilə təkmil bəhəm edibdir ki, mö’cüzatın və kəşfü-kəramatın və xəvariqi-a’datın ədəmi-imkanı, bu ülumun vasitəsi ilə bizim nəzərimizdə əzhərü-minəşşəms olubdur. Əgər bu əsrdə, bir kəs bilaşüur özünə mö’cüzə isnadını verə, biz onu divanə hesab edib, qüvveyi-əqliyyəsində vaqe’ olan xələl cəhətindən onun halətinə mütəəssif olacayıq və əgər şüur ilə özünə mö’cüzə isnadını verə, biz ondan bilaixtiyar nifrət edəcəyik; zira bir belə kəs ki, sahibi-şüurdur və özü bilir ki, mö’cüzat mümkünat qəbilindən deyil, amma sadəlövhləri dami-firibə salıb, onların arasında fərmanrəva olmaq üçün kizbi-məhz və təzviri-xalisi vəsilə edir; bizim nəzərimizdə aşkara kəzzab və müzəvvir görünür. Lakin əsri-qədimdə vəz’ialəm başqa idi; ülumi-məzkurənin tərəqqisi yox idi. Əxlaqi-həmidə sahibi filosoflar xalqın xeyrü şərrin göstərmək üçün bərahini-əqliyyə ilə olara isbati-müddəa edə bilmirdilər. Naçar xalqın təqazayi-təbiətlərinə görə özlərini peyğəmbərlik ismi ilə bərgüzideyi-sane göstərib özlərinə mö’cüzə isnadını veriblər və bu vasitə ilə xalqı özlərinin əmrü nəhyinə tabe edib müddəalarını olara bildiriblər *. Əgər biçarə xalq yalqız bu gunə sahibi-şüur və mə’rifət peyğəmbərlərə girəvidə olsaydılar, genə səhl idi. Olar bir para divanəvar müddəiyani-mö’cüzata dəxi girəvidə olub, haman məcnunsifətlərin bilaşüur xəyalatlarından naşi olan nəvidati-biəslə və təxvifati-bimə’niyə bavər edib özlərinə dünya həyatının niəmatını və ləzaizini həram öz özlərini mənzurati-batilə xatiri üçün ə’mali-şaqqəyə giriftar eləyiblər. Necə ki, bütpərəstlər və atəşpərəstlər belə halətdə müşahidə olunurlar. İndi proqresin vücudu ilə aya, aqil və pak-nihad kimsənə, heç fitva verərmi ki, bəni-növi-bəşər halət və cəhaləti-qədiməsində cəmad-asa bilahərəkət baqi qalsın və tərəqqi etməyə və zülmətdən nuraniyyətə çıxmağa əsla qədəm götürməsin *. Bəsdir, yoruldum, sabah rəməzanın bist-yekkümüdür, gedəcəyəm Molla Cabbar mərsiyəxanın mərsiyəsinə qulaq asmağa. Ondan eşitdiyim hekayatı da üçüncü məktubda yazacağam, göndərəcəyəm. Xahişim var ki, Təbrizdən Rəştə səfər edəm və oradan dəxi Mazəndərana – divlərin və pərilərin məkanına gedim, seyr eləyim. *Misirdə nə yaxşı durbinlər satırdılar! Heyf ki, fəramuş etdim. İndi durbinə ehtiyac yetirmişəm. Təbrizdə nə qədər axtardım yaxşısın tapa bilmədim. Qahiriyyədə Rza paşanın odasının dalısında bir firəng mağazini var, orada, osmanlı istilahınca, pək ə’la durbinlər satırlar. Əgər oraya güzarın düşsə, mənim üçün bir durbin al, göndər Rəştə Hacı Əbdüllah mirvarifuruşi-Bəğdadinin adına ki, o mənə yetirər. Xudahafiz *. Kəmalüddövlə * * * Kəmalüddövlənin üçüncü məktubu Genə Təbrizdən, rəməzan ayında, sənə 1280-də Ey bəradəri-mehribanım Cəlalüddövlə, bu gün rüfəqa ilə məscidicameə gedib, Molla Cabbar mərsiyəxanın mərsiyə məclisində oturdum. Məscid mala-mal idi. Molla Cabbardan əvvəl bir başqası minbərə çıxdı. Həzrəti-Əli ibn-Əbutalibin vəfatın oxudu; sonra Molla Cabbar çıxdı. Əvvəl bir neçə əhadis əimmənin fəzilətindən və tə’ziyədarlığın səvabından nəql elədi, sonra mətləbə şüru etdi. Ey Cəlalüddövlə, hər millətin övliyasının başına az, ya çox bəla gəlibdir, amma şiə millətinin övliyasının müsibəti vaqeən ziyadədir. Bunun səbəbi budur ki, Ələvilərdən Bəni-Üməyyə xilafəti qəsb etdi; Ələvilər də tab gətirməyib tələbi-mafatdə ciddü-cəhdə düşdülər. Bəni-Üməyyələr və sonra Bəni-Abbasilər zorlu çıxdılar. Bu müddəiyi-xilafətləri aralıqdan götürdülər, beş gün bunlar sarıdan qulağı dinc səltənət etdilər. Sonra olara da başqa bəlalar üz verdi; olar da müsibətə düşüb aradan çıxdılar və nəsyən mənsiyyən oldular. Belədir bu dünyanın övzaı: Bəni-Üməyyənin silsiləsini, – necə ki, mə’lumdur, – Bəni-Abbas münqəriz etdi və Bəni-Abbasın silsiləsini də Çingizilər Yer üzündən yox elədi. Təvarixi-küllimiləl bu növ həvadisdən doludur. Amma Ələvilər səltənəti-suridən məhrum qaldıqları zaman, səltənəti-mənəviyyəyə təlaş etdilər və zöhd-təqvanı özlərinə şüar edib bu vəsilə ilə özlərinə batində şiələr və müridlər hasil elədilər və onların mədəkarlığı ilə beş gün ömürlərində ehtiyac məşəqqətindən kəmü biş azad oldular. Və həmişə şiələrinə və müridlərinə özlərinin fəzilətindən və Bəni-Üməyyənin və Bəni-Abbasın zəmmində sözlər deyirdilər və filhəqiqə haqları da var idi. Ta inki dövranların sürdülər, getdilər. Nə Bəni-Üməyyədən və Bəni-Abbasdan bir əsər qaldı, nə bulardan. Əvvəl binayi-tə’ziyədarlığı səlatini-Dəyalimə qoydular ki, şiəməzhəb idilər, sonra səlatini-Səfəviyyə ki, sadati-Ələviyyədən sayılırdılar, xüruc etdilər və öz politikalarının xətiri üçün tə’ziyədarlığa rəvac verdilər. İndi haman səbəb ki, Səfəviyyə onun xatiri üçün tə’ziyədarlığa rəvac vermişdilər, bilkülliyyə rəf’ olubdur. Amma İranda tə’ziyədarlıq, Səfəviyyə zamanından da ziyadə rəvac tapıbdır. Yalqız məhərrəmin əşəreyi-ulasında tə’ziyədarlığa məşğul olsalar, genə səhldir, hər yerə gedirsən, tə’ziyədir. Hər məsciddə həftədə laəqəl bir gün tə’ziyə məclisidir. Hətta nəql edirlər ki, Tehranda hər gün təkyələrin birisində tə’ziyə məclisi var. Əlhəq, bu ifrata yetişdi. Nə xəbərdir? Məgər insanın özünün az müsibəti və az dərdi var ki, min illik güzarişin nəqli ilə övqatını daima təlx etsin və bilafayda əməl səbəbi ilə işdən və kəsbdən müəttəl olsun və cüvəllağılar bu əmri özlərinə vəsileyi-ruzi edib, ənva və əqsam kizblər toxuyub, minbərlərdə biçarə avamı fəriftə etmək üçün zikr etsinlər? Mən ki, özüm də şiə-məzhəbəm, necə ki, sən də bilirsən, mənim ki, nəuzbillah əimmeyi-ətharə büğzüm yoxdur və mükərrər sən özün əimmənin əxlaqi-cəmilə və ətvari-həmidələri babında məndən mədhlər eşidibsən, amma mənim muradım budur ki: Bu tə’ziyədarlıqdan əsla nə sənə bir fayda var və nə imama. Vaxtını böyük işlərə sərf et. Gör xəlqi-aləm nə tərəqqiyat edirlər. Axır sən də bir hərəkət elə, bir proqressə ayaq qoy, bir sivilizasasyona talib ol. Nə çağatan qəflət yuxusunda yatacaqsan? Molla Cabbarın büka məclisin yazmıyacağam. Amma bükadan əqdəm, bir para cəfəngiyat ki, öz əqidəsincə oları hədis təsmiyə edirdi, zikr edəcəyəm, ətin tökülsün. Gör ki, İran xalqı nə mərtəbədə əqli-tüfuliyyətdə baqidirlər ki, bu növ cəfəngiyata qulaq asmaqdan mütənafir olmurlar. Baxırsan ki, bir tərəfdə birisi oturubdur, əynində mahut cübbə, belində tirmə şal, başında buxara papaq, saqqal uzun, hənalı və rəngli. Surətdə görürsən ki, adamdır; soruşursan ki, bu kimdir? Deyirlər ki, filan hacıdır; əbus və qəmgin müntəzirdir görsün ki, minbərdə səfih və şarlatan nə pərpuçat nəql edəcək. Bir tərəfdə görürsən ki, bir mütəşəxxis əyləşibdir, barmağında yaqut üzük, soruşursan ki, bu kimdir? Deyirlər: bu da filan ağadır. Yaxın durursan, söhbət başlayırsan, soruşursan ki: kütubi-farsiyyə və ərəbiyyədən nə oxuyubsan? Cavab verir ki: mən oxumamışam və həmd edirəm Allahıma ki, mənə oxumaq nəsib etməyibdir; çünki oxuyanların əksəri bəd e’tiqad olur və zəlalətə düşür. Di gəl cavab ver. Di gəl bu kövdəndən soruş ki: ey kövdən, sən nə dəlil ilə bu qövlünü sübutə yetirirsən? Di gəl bunu başa sal ki, ey əhməq, səhv edirsən! Başqa tərəfə rücu edirsən, görürsən ki, birisi təsbih çevirir, birisi də onun tərəfinə uzanıb soruşur ki: filankəs, bu gecənin ə’malı nədir? Bu gecə neçə rük’ət gərək nəmaz qılmaq? O cavab vermir. Taki, zikrin tamam edir, sonra sailə mültəfit olub deyir ki: nə tələsiyirsən? Molla Cabbardan sonra Axund Cə’fər minbərə çıxacaqdır. Bu gecənin ə’malını “Zadül-məad” kitabından zikr edəcək. Pərvərdigara, qəribə halətdir, külli-aləm dəyişilib, külli-aləmin ətfalı hədd-bülüğa çatıbdır, əhli-İran hələ yengicə iməkləmək başlayır. + Axund Molla Cabbar minbərə çıxdı, başladı: *Ey Cəlalüddövlə, “Məsaibül-əbrar” bunların ümdə literaturlarından birisidir”. Seyyidüşşühədanın viladət gecəsində həqq-təala behişt hurilərindən birisinə ki, adı Lə’ya idi, vəhy etdi ki, dari-dünyaya nüzul et və həzrəti-Bətulə mamaçalıq elə! Müsənnifi-kitabi-“Məsaibıləbrar”, hədisi-sərih mucibincə rəvayət edir. Ey Cəlalüddövlə, guya ki, Mədinədə dəxi bir arvad tapılmırdı ki, mamaçalıq etsin. Lə’ya huri tayfası belə ömründə [kişiyə yaxınlığı] yox, doğduğu yox, doğuzdurduğu yox; o mamaçalığı nə biləcək idi? Bəhər surət *... Lə’ya nüzul etdi və rüsumi-mamaçalığı mə’mul edib Seyyidüşşühədanın göbəyin kəsdi, həzrəti-Bətulə mübarəkbad dedi, genə bəhiştə rücu’ elədi. Ey Cəlalüddövlə, mən müxtəsər yazıram, elə bilmə ki, bu gunə cəfəng beş-altı kəlmədə tamam olur. Qərəzim budur ki, sən biləsən, əhli-İran nə dərəceyi-kəmaldadırlar ki, mamaçalıq qeydini dəxi mucidi-kainatın öhdəsinə həvalə edirlər. Bu surətdə Molla Rəməzani səfih Həzar-Cəriblini gərək sərzəniş etməyək ki, əimmeyi-əthara nisbət fərti-ixlasından bir səc’i-möhr bir misrədə həzrəti-barinin ismi üçün inşa edib, Mazəndəranın nüktəsəncanlarına mə’ruz eləyib, onların tə’nəsinə müstəhəq olmuşdu. Budur biçarə Molla Rəməzanın misrəi-səc’i: Genə Molla Cabbar zikr etdi: Seyyidüşşühədanın gəhvarədə yatdığı övqat, həzrəti-Bətul bir şüğl üçün evdən kənar oldu. Seyyüdüşşühəda gəhvarədə ağlamaq başladı. Onun ağlamaq səsi ərşi-ə’lada zati-kibriyanın səm’inə yetişib Cəbrailə əmr etdi ki: Ya Cəbrail, yetir özünü sibti-rəsulun üstünə; onun gəhvarəsini tərpət və lay-lay çal! Cəbrail filfövr Mədinəyə nüzul edib oturdu həzrətin gəhvarəsinin yanında; başladı onu yüyürməyə və lay-lay çalmağa, bu beyti oxuya-oxuya: Genə Molla Cabbar dedi: Həqq-təalanın bir mələki var idi ki, adına Fətrəs deyirdilər, ərşiilahinin hamillərindən və müqərrəb məlaikədən idi. Bir gün xudavəndialəm Fətrəsə bir iş rücu etdi; Fətrəs haman işi bir az gec bitirdi. Lihaza həqq-təalanın ona qəzəbi tutdu, onun balü-pərin sındırdı. Dərya cəzirələrinin birisinə saldı. Yeddi yüz il o cəzirədə qaldı. Sonra həqq-təala onu dünya əzabı ilə axirət əzabının arasında müxəyyər elədi. Fətrəs dünya əzabını ixtiyar etdi. Pəs həzrəti-bari onu gözünün kirpiklərindən haman cəzirədə müəlləq elədi. Vəqta ki, Seyyüdüşşühəda təvəllüd tapdı. Cəbrail ərşdən həzrəti-rəsulun mübarəkbadlığına mə’mur oldu. Güzəri haman cəzirəyə düşüb Fətrəsi gördü. Fətrəs ona yalvardı ki, məni də özünlə apar! Cəbrail onu özü ilə bərabər götürdü. Onun əhvalını həzrəti-rəsula nəql etdi. Həzrəti-rəsulun tə’limi ilə Fətrəs üzünü mövludi-mübarəkə sürtdü. Fətrəsin əvvəlki kimi balü-pəri düzəldi; genə ərş tərəfinə pərvaz elədi. *Ey Cəlalüddövlə, əgər cənabi-əqdəsi-ilahi, nəuzbillah mərsiyəxanların qövlüncə belə despot imiş ki, bir möhtərəm və müqərrəb firiştəsini bir buyuruq bitirməkdə cüzvi tə’xir etmək üçün balü pərin sındırıb yeddi yüz il cəzirədə dustaq edib, axırda kirpiklərindən asmaq ilə onu müəzzəb edibdir; onun despotluğundan da əlhəzər... Molla Cabbar bu əxbarı zikr edəndən sonra təqrir elədi ki: bu növ əhadis bihəddü-həsrdir. Xah Seyyidüşşühədanın şərafətində, xah onun tə’ziyədarlığının və ona ağlamağın və ziyarətinə getməyin və xah o mədfun olan torpaqda dəfn olunmağın və bu qəbil zadların səvabında. Və şüru etdi bir məclisi-büka oxumağa. Molla Cabbar tamam edəndən sonra Axund Cə’fər minbərə çıxdı “Zadül-məad” kitabı əlində. Kitabı açdı, başladı ki, bu gecənin ə’malı budur ki, qüruba yaxın gərək qüsl edəsiniz, bu gecə əhya saxlayasınız və yüz rikət namaz qılasınız. Hər rikətdə həmddən sonra on mərtəbə qülhüvallah oxumaq ilə və bu yüz rikətdən başqa nafilə namazını da gərək qılasınız və covşəni-kəbir duasını da gərək oxuyasınız. Məclis dağıldı. Mən yolda rüfəqaya dedim ki: mənim üçün məclisi-və’zdə də, məclisi-mərsiyədə də biixtiyar kəsalət hasil oldu. Filfövr rüfəqadan birisi dedi ki: onun səbəbi vazehdir. Sən hər gün bu qişri və bimə’rifət mollaların və’zinə gəlirsən. Bular üsulidirlər, bular əhli-zahirdirlər, buların əqvalı çoxdan köhnəlib əldən düşübdür. Bulardan nə ləzzət aparacaqsan? Sabah gəl, gedək filan məscidə, axund Molla Rəhimin və’zinə ki, şeyxidir. Mətalib eşit ki, ruhun ləzzət aparsın. Təbrizin yarısı indi şeyxi məzhəbdir, külli-əhli-kəmal, külli-sahibi-fətanət tamam şeyxi məzhəbdirlər; ancaq baqqal-çaqqal üsuli məzhəbində baqi qalıblar. Mən dedim ki, çox xoşhalam. Sabah da gedək axund Molla Rəhimin və’zinə. Sabah getdik, oturduq. Axund Molla Rəhim çıxdı minbərə, əvvəl bu ayəni oxudu: Hər aqilə pür vazehdir ki, ibadət mə’rifətsiz olmaz. Pəs -dan murad -dur. Gərək biləsiniz ki, mə’rifət nə ilə hasil olur? Mə’rifət ancaq şeyxi-mərhumun mətalibini bilmək ilə və əimmeyi-ətharın məratibini tanımaqla hasil olur. Xəyal edirsiniz ki, köhnə məzhəbdə və köhnə əqaiddə mə’rifət mümkün olurdu? Əslən və qət’ən! Cənabi-əqdəsi-ilahi firqeyi-isna əşəriyyənin səadəti üçün Şeyx Əhmədi-mərhum Bəhreynini mülhəm elədi, bu mətalibi ixfadan izharə çıxartdı və bu milləti cəhalətdən qurtardı. Sonra axund Molla Rəhim başladı və’z verməyə. Pərvərdigari-aləm külli-kainatı hər vücudun qabiliyyəti müqtəzasınca icad etdi. Ey Cəlalüddövlə, fəramuş eləmə ki, bu surətdə qabiliyyəti-xilqət vücudə müqəddəm düşür. Yə’ni əvvəl həqq-təala külli-mövcudatı və məxluqatı xəlq elədi aləmi-zərrdə, kəmali-şüurda və ixtiyarda. O halətdə ki, heç birisi küfr və iman hökmünə məhkum olmamışdılar. Necə ki, həqq-təala xəbər veribdir. Yə’ni xalq cümləsi bir nəsəq ilə idilər və heç əmrə məhkum olmamışdılar, pəs müxtəlif oldular, təklif səbəbi ilə və irsali-rüsul və inzali-kütüb ilə. Həqq-təala aləmi-zərrdə ki, bu aləmdən yetmiş min mərtəbə övsə’dir, təklif etdi: Ey Cəlalüddövlə, hələ aləmi-zərrdə ki, bular özləri də hesab ilə gərək təzə xəlq olmuş olaydılar, görəsən bir belə tərcihə səbəb nədir? Pəs xalq neçə firqə oldu. Bə’zisi iman və ixlas və mə’rifət və bəsirət üzündən dedilər ki, bəli, iman gətirdik və təsdiq etdik o zadı ki, bizə göndəribsən, əvamirdən və nəvahidən. *Ey Cəlalüddövlə, bişək bular Təbriz əhli imiş. Bə’zisi mə’rifət və bəsirət üzündən inad və nifaq pişə etdilər və dedilər ki, nəəm yə’ni sən bizim pərvərdigaramız deyilsən və Məhəmməd bizim peyğəmbərimiz deyil və Əli bizim imam və xəlifə və sahibi-ixtiyar və hakimimiz deyil və habelə onun övladı da. *Ey Cəlalüddövlə, kaş deyəydilər ki, bulardan başqaları da bizim peyğəmbərlərimiz və imamlarımız və vəlimiz deyillər ki, elə bir yolluq hamısının yolu bağlanaydı. Və bə’zisi – əvvəlkilər tabe’ oldular imanda və təsdiqdə və iqrarda və lakin əvvəlkilər ki, sabiqundurlar və həqq-təala onların haqqında buyurubdur ki: iqrar edibdirlər bil-əsalə və axırkılar ki, əshabiyəmindirlər və həqq-təala onların haqqında buyurubdur: iqrar etdilər bittəbəiyyət. Pəs olar əvvəlkilərin şiəsidirlər. Və bə’zisi ikimcilərə tabe’ oldular inkarda və inadda, fəhm və bəsirət üzündən. Olar əshabi-şimaldır ki, həqq-təala onların şə’nində buyurubdur: Və xalqın bə’zisi iqrar etdilər, yə’ni “bəli” dedilər ki, olar anlamadılar və bilmədilər işi ki, kimə tabe’dirlər və kimə mətbudurlar; haqq kimdir və batil kimdir? Pəs həqq-təala əvvəlkiləri xəlq etdi əla illiyin və əsl cənnət tinə-tindən və onların tabe’lərini xəlq etdi tinəti-məxzunə və məknunədən, əvvəlki tinətdən ənzəl. Məsələn: əvvəlkilərin tinətini cirmişəmsdən və tabe’lərin tinətini nuri-şəmsdən xəlq etdi. Pəs tabe’lər şiədirlər və cənnətə daxil olacaqlar və münkirlərin tinətini xəlq etdi siccin və əsfəlüs-safilindən. Pəs olar xəlq olundular zülmətdən və cəhalətdən və şeytənətdən və hümqdən və səfahətdən və külli-xəbasətdən, necə ki, həqq-təala buyurubdur: və özgə yerdə buyurubdur: Amma cahillər, pəs onların əmri müəvvəqdir, olara küfrdən və imandan bir hökm olunmayıbdır. Taki, dünyaya gəlsinlər və qəbulitəklif etsinlər, ya etməsinlər. Dünyada da cahil olsalar, qiyamətdə olara təklif olacaq. Pəs xəlaiqə aləmi-şəhadətdə ki, bu dünyadır, təklifi təcdid etdilər. Hər şey mürəkkəbdir iki şeydən, birisinə qabil, birisinə məqlub dedilər. Qabildən mürad hey’ət və supətdir; məqlubdan mürad hey’ətin maddəsidir. Misal siracdır ki, onun maddəsi nardir və şö’ləsi hey- ’ətdir, əsəri nurdur və zülmətdir. Siracda nur və zülməti ehdas etməyə müəssir nardir və siracdaki şö’lə onun felidir ki, onunla nur və zülməti ehdas edibdir. Pəs siracın, yə’ni şö’lənin təzəvvüü və təhəqqüqü olmaz, məgər bəfe’li-atəş və nur və zülmətin, yə’ni əşi’ənin təhəqqüqü olmaz, məgər şö’lənin vasitəsi ilə. Pəs əşi’ə istimdadı bu şö’lədən edəcəkdir. Zira ki, atəş, əşi’ənin cəmi mayəhtacını şö’lənin yanında qoyubdur və ona əmr edibdir ki, bəqədri-mə’lum əşi’ənin hər birisinə əta etsin. Pəs şö’lə atəşin vəchi və babı tə’bir olunur ki, əşi’ə onun vasitəsi ilə atəşə təvəccöh edər və ondan mədəd alar. Əgər şö’lə olmasaydı əşi’ənin heç birisinə vücud olmazdı. Yə’ni əgər şö’lə olmasaydı, əşi’ə hərgiz məxluq olmazdı. Əşi’ənin xilqəti, yə’ni nur və zülmətin xilqəti vabəstədir şö’ləyə və şö’lədə dəxi müəssir nardir. Pəs nar bir xəzinə idi, gizlin, çün istədi ki, şünaxtə olsun və dost tutdu ki, zahir olsun, öz fe’lini zahir etdi qabiliyyəti-döhndə. Pəs siraci-vəhhac mövcud oldu. Pəs ona əmr elədi iqbal etsin əşi’ə tərəfinə və ehdas etsin onu. Sirac əşi’əni ehdas edəndən sonra əmr etdi əşi’ədən idbar etməyə və öz tərəfinə iqbal eləməyə və əşi’əni əmr etdi öz tövhidinə və şö’lənin risalətinə və buyurdu əşi’əyə ki: Siz hərgiz mənə vasil ola bilməzsiniz, məgər bu babdan ki, şö’lədən ibarətdir. Pəs cəmi əşi’əyə narin əsamisi deyilir və narin ismi-ə’zəmi şö’lədir ki, babi-feyzdir və heç mədəd nardən əşi’əyə yetişməz, məgər şö’lə ilə. Pəs hər vəqt ki, əşi’ə nari şö’lə vasitəsi ilə çağırar, müstəcab olur. Pəs şö’lə narin bəndəsidir, onu girami tutubdur. Şö’lə narə təqəddüm edə bilməz heç bir əmrdə və illa həlak olur. Zira ki, şö’lənin təzəvvüü yoxdur, məgər nar ilə və nurə və zillə imdad yetirməz, məgər nar ilə. Çünki bunu bildin, pəs fəhm et ki, siracda olan nar misaldır məşiyyətüllahdan və döhn misaldır qabiliyyəti-peyğəmbərdən səlləllahü əleyhi. Necə ki, həqqtəala xəbər veribdir: Yə’ni yaxındır ki, qabiliyyəti-Məhəmmədi zahir və mövcud ola, əgərçi ona atəşi-məşiyyət yetişməmişdir. Bu işarətdir şiddəti-nuraniyyətə və səfayi-qabiliyyətə. Məhəmməd səlləllahü əleyhin əqli və on dörd nəfər mə’sumun əqli onun övladından, əqli-vahiddir ki, müntəqil olubdur hər birisinə, bər səbili-tənavül və buna lisani-şər’də ruhülqüds və mələki-müəyyəd və mələki-müsəddəd və əmud-əznur də deyərlər. Pəs əvvəl şey’ – ki, qədəm daireyi-vücuda qoydu – nuri-Məhəmməd əleyhüssəlamdır və onun əhli-beyti-tahirlərinin nurudur. Budur peyğəmbərin qövlünün mə’nası ki: Pəs mə’lum etdin ki, əşi’ənin heç birisinin qivamı və vücudu və təhəqqüqü olmaz, məgər sirac ilə və əzlalın dəxi təhəqqüqü və səbatı olmaz, məgər sirac ilə. Pəs əşi’ənin və zilalın bəqası olmaz bidunimədədi-sirac ilə. Pəs əşi’ədən ibarət o kəslərdir ki, aləmi-zərrdə öz xahişləri ilə iman gətiriblər və əzlaldan ibarət o kəslərdir ki, aləmizərrdə ixtiyarları ilə küfrü qəbul ediblər. Pəs külli-kainat ibarətdir əşi’ədən və əzlaldan və külli-əşi’ə və əzlal mövcud və məxluqdur sirac ilə və sirac ibarətdir əimmeyi-mə’- sumindən və siracın əsəri nardəndir ki, ibarətdir məşiyyətüllahdan. Zinhar, zinhar belə təvəhhüm etməyəsən ki, əimmə vücudlarında müstəqildirlər, bəlkə olar möhtacdırlar və olar həqq-sübhanəhu və təalaya əbddirlər və həqq-sübhanəhu və təala mə’buddur. *Və’z tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi. Ey Cəlalüddövlə, axund Molla Rəhimin təqriratı əgərçi istilahiqəribdir və qərib bəzehn deyil, amma masədəqi-kəlamından məfhum olur ki, Şeyx Əhməd Bəhreyni də vəhdəti-vücuda qaildir. Fəqət zatibari ilə əimmə arasında necə ki, İsmailiyyə-məzhəb Ələvilər ki, bir müddət Misirdə xilafət etdilər, bu əqidədə idilər, cümlədəndir Əlhakim billah-Ələvi ki, özünə mucid və xaliq mühyi və mümit ləqəbini itlaq etdirirdi və bu əqidədə təbəəsinin ünas və zükurundan özünə bey’ət və misaq aldırardı. Əgər Misrin İsmailiyyə-məzhəb Ələvi xüləfalarının əsrində təsnif olunan kütübə mülahizə olunsa, Şeyx Əhməd Bəhreyninin əqaidi küllən təsnifatın içində müşahidə olunur. Xülasə, Şeyx Əhməd Bəhreyni əimmə ilə həzrət-bari arasında vəhdəti-vücuda mö’təqid olan nəzərə gəlir. Haman qərar ilə ki, məsihilər vəhdəti-vücudu əb və ibn və ruhülqüsdə fərz edirlər. Əgərçi şirkdən qorxub pərdəkeşlik edib, zinhar-zinhar ilə yaxasın qıraq çəkir və bəlkə bir növ ilə sirf vəhdəti-vücuda qail görünür *. Ondan ötrü ki, özü deyir: külli-kainat ibarətdir əşi’ədən və əzlaldan və külliəşi’ə və əzlal mövcud və məxluqdur sirac ilə, yə’ni sirac vasitəsi ilə büruz tapıbdır və sirac ibarətdir əimmədən və siracın əsəri nardəndir ki, ibarətdir məşiyyətullahdan; bu surətdə biz ki, əşi’ə, ya əzlal cümləsindən varıq və habelə əimmə ki, şö’lədirlər, zühur tapmamışıq, məgər narin zatının təqazasi ilə. Zira ki, şüa və zill və şö’lə həmişə vücudi-nardən peyda olurlar, nə başqa şeydən. Pəs külli-kainat vücudi-nardən ki, ürəfanın istilahınca vücudi-külldür naşi olubdur və zühur tapıbdır kəsərəti-latühsadə və əşkal və ənvai-müxtəlifədə bilaixtiyar. Yə’ni birisi şö’lə surətində ki, bərfərz əimmədir, birisi əşi’ə və əzlal surətində ki, bərfərəz bizik. Pəs biz bir qüvveyi-kamilə və qadirədən ki, nardir, büruz peyda etmişik. Əgər o qüvvə olmasaydı, biz dəxi olmazdıq. Əgər biz olmasaydıq, o qüvvə dəxi olmazdı, yə’ni şö’lə və şüa və zill olmıya, həqiqəti-nariyyət zaildir. Nə o qüvvənin bizdə təsərrüfi-ixtiyarisi var, nə bizim o qüvvədə təsərrüfi-ixtiyarimiz var. Bu vəhdəti-vücuddur. Dəxi nə istəyirsən? Əgər şeyxilər deyələr ki, nar ibarətdir məşiyyətullahdan və məşiyyət qeyri-zati-baridir, bu surətdə məşiyyət şö’ləyə və əşi’əyə və əzlalə maddə ola bilməz. Çünki məşiyyət əmri-mənəvidir, iradə mə’- nasına ki, bizim xilqətimizin fe’li ona mənutdur. Pəs bizim maddəmiz hardan peyda oldu? Zira ki, şeyxi-mərhum özü buyurubdur ki, hər şey hey’ət və maddədən mürəkkəbdir. Hey’ətimiz mə’lum, axır maddəmiz də gərək olsun? Əgər şeyxilər deyələr ki, maddə ədəmdən peyda oldu, bu qələti-məhzdir. Ondan ötrü ki, ədəm, vücuda maddə düşə bilməz; xüsusən ki, şeyxilərin əqidəsində müddəi siraci-nardir və şö’lə bəndeyi-nardir. Əgər nar məşiyyətullah olub qeyri-zati-bari ola, necə sirac maddə düşər və necə şö’lə qeyri-zati-bariyə bəndə olur? Xülasə, xeyli cəncəl əqidədir. Bilmirəm ki, şeyxilər nə gunə buna əqaidi-şər’iyyə ilə tətbiq verirlər? * *Və’z tamam olandan sonra, o şeyxi rəfiq mənə rücu edib vəcd ilə soruşdu: Necə gördün, ruhun ləzzət apardımı? Cavab verdim ki: ruhum necə ləzzət aparsın ki, heç zad anlamadım. Genə rəhmət be nəbbaşi-əvvəl; köhnə məzhəbin vaizlərinin sözlərini heç olmasa başa düşürdüm. Təəccüb ilə dedi ki: Sən Allah, doğru deyirsən? Dedim: Vallah, doğru deyirəm. Mən belə quş dilini necə anlayım? Dedi: Təəccüb edirəm, sən belə savad və kəmal sahibi adam, bu aşkara mətalibi fəhm edə bilməyirsən? Dedim: Əzizim, bu mətalibi fəhm etmək üçün yalqız savad və kəmal kifayət etməz, gərək əhli-Təbriz kimi sahibi-mə’rifət və sahibifətanət olmaq ki, bu mətalibi başa düşmək. Mən ancaq beş-altı gündür Təbrizə varid olmuşam. Əgər təbrizlilərin içində bir il, iki il qalsaydım, yəhtəmil, mən də olardan müqtəzasınca mə’rifət kəsb edərdim. Amma beş-altı gündən sonra çıxıb gedirəm Rəştə. Burada iqamət etməyə fürsətim yoxdur. Təqsir özümdədir. Niyə mən aləmi-zərrdə öz ixtiyarımla məqami-inadda durub əzlal cümləsinə daxil oldum ki, indi bu mətalibin fəhmindən və ləzzətindən məhrum qaldım. Bu halda rüfəqadan birisi dedi ki: Sənin məzaqına, olur ki, Rüknirabein əqaidi müvafiq düşə. Soruşdum: Rükni-rabe’ kimdir? Bu necə sözdür? Cavab verdi ki: Axır bir rükni-rabe’ də var Kirmanda, Kərim xan adlı, deyir ki: aləm dörd rüknün üstündə bərqərardır; rükni-əvvəl həqq-təala özüdür; rükni-sani peyğəmbərdir; rükni-salis əimmədir, rükni-rabe’ Kərim xandır ki, əimmə tərəfindən naibdir və cümlə kainat, onun vücudi ilə qaim və bərqərardır və külli-məxluqata o Kərim xanın itaəti vacibdir və heç vaxt aləm rükni-rabe’dən xali ola bilməz. Çünki aləm fənayə gedər. Aləmin qivamına və səbatına rükni-rabein vücudu lazımdır və Kərim xandan sonra genə gərək başqa rabe’ ola, ta inqirazi-aləm. Soruşdum ki: heç onun əqaidindən bilirsənmi? Cavab verdi ki: Bilmirəm. Amma nəql edirlər ki, onun əqaidində mətalibi-aliyə var ki, “İrşadül-əvam” adlı kitabında bəyan edibdir və İraq şəhərlərinin əksərində xüləfası oturub xalqı hidayət edirlər. Dedim ki: heyf, onun mətalibindən bilmirsən, vaxtı ilə olur ki, onun mətalibindən dəxi feyziyab olaq. Çifaidə, bir kəs tapa bilmədim ki, Babın əqaidindən dəxi bir zad söyləyə. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. Amma yəqinimdir ki, Bab dəxi bu növ pərpuçatı bir özgə libasa geydirib meydana çıxıbdır. Ancaq Babın iki hökumü ki, öz Quranında, rüfəqanın təqririnə görə, bəyan edibdir, hökmi-filosofanə nəzərə gəldi. Birisi budur ki, taifeyi-ünas gərək cəmi rüsumiazadiyyətdə və cəmi hüquqi-bəşəriyyətdə taifeyi-zükur ilə müsavi ola və gərək taifeyi-ünasə dəxi taifeyi-zükur kimi tərbiyət verilə və madam ki, taifeyi-ünas şövhər ixtiyar etməyibdir, güşadə-ru ola və şövhər ixtiyar edəndən sonra hifzi-namus təqaza edir ki, pərdənişin və məsturə olsun və əcnəbilərin ixtilatından və irtibatından e’tiraz etsin. + Qürrətül-eynin güşadə-ru olmağı bu hökmün tibqincə imiş. *[Bu hökmün misli təkarvadlılıq hökmü ilə birlikdə Əla-Zikrihissəlamda da görünmüşdür]. Birisi dəxi budur ki, aləmi-təbiətdə heç bir vücuda və şeyə nəcis itlaq olunmağını Bab caiz görmür, məgər inki bir para vücudu və əşyanı kərih bilir. Məsələn, deyir ki, kəlb və xınzır və xəmr və xun nəcis deyil, bəlkə kərihdir. Necə ki, qurbağa və fəzleyi-heyvanati-tahirə kərihdirlər. Vaqeən bu iki hökm bimisl əhkamdan hesab oluna bilir; xüsusən ikincisi ki, əgər İranda mütədavil olsaydı, dəxi dünyada cühüd millətindən başqa heç yerdə vasvası vücudu tapılmazdı. İndi nə qədər vasvası dünya üzündə məhz nəcasətin vücuduna e’tiqad etmək üçün tamam ömürlərində əzabi-əlimə və məşəqqəti-şədidə giriftardırlar. Xülasə, madam ki, elmin rəvacı yoxdur və madam ki, xalq elm səbəbi ilə, həqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir Şeyx Əhməd-Bəhreyni və gündə bir Bab və bir Rükni-rabe’ çıxacaq, aləmə fitnə və aşub salacaq və xalqı sərgərdan və bədbəxt edəcək. Vəqta ki, xalq proqres başladı, vəqta ki, elm rəvac tapdı və xəvariqi-a’datın və mö’cüzatın və kəramatın məhal olmağından müxbir oldu və külli-miləl də əqaidi-diniyyənin puç əfsanə olmağın bildi və sivilizasyon dairəsinə ayaq basdı, şeyx Əhməd-Bəhreynin də, Babın da və Rükni-rabein də və buların əmsalının da yolu bağlanır, xalq cəhalətdən və fitnə və aşubdan azad olur və despotdan dəxi azadiyyət tapar və despot dəxi ləqəbi-digər ilə rəisi-millət olub məhbubi-küllinas və məmduhi-külli-afaq olur və millətin iradəti vasitəsi ilə küllimüddəiyan və qasibani-mülkün fəsadından və küll daxil və xaric düşmənlərin şərrindən əmin və məsun qalır və bizəval səltənətin səməratından özü və əxlafı nikunamlıq ilə bəhrə tapar. Bir həftədən sonra Rəştə rəvanə oluram. Bir ay orada qalacağam. Sonra Mazəndərana gedəcəyəm. Xudahafiz. Kəmalüddövlə * * * İran şahzadəsi Cəmalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə yazdığı cavabdır Zilqə’də ayında, sənə 1280-də Misirdən Ey bəradəri-mehribanım Kəmalüddövlə! Sənin üç məktubun da mənə vasil oldu. Üçünü də oxudum, məzmunundan xəbərdar oldum. Əfsus, əfsus səndən, ey Kəmalüddövlə, ey Ali-Kürəkanın yadigarı, ey səlatini-namdarların xələfi! Sən belə xəbti-dimağ gətiribsən? Sən belə malxuliya tapıbsan? Heyf, səd heyf! Yazırsan ki, səlatini-fürsün yaxşı-yaxşı qanunları və qaydaları var idi və milləti-İranın onların əsrində yaxşı səadəti var idi, ərəblər çıxdılar, o səlatini yox etdilər və onların qəvaid və qəvaninini pozdular və milləti-İranı səadətdən məhrum etdilər. Ey biçarə, bir təsəvvür elə ki, padişahani-fürs və külli-əhli-İran ərəblər çıxanda nə məzhəbdə idilər? Aya, səlatini-fürs və milləti-fürs məcus deyil idilər? Aya, olar deyildi ki, analarını, bacılarını və qızlarını və əmmələrini, xalalarını nikah edərdilər? Külli-dünyanın üzündə, hətta vəhşi və meşələrdə heyvanat kimi gəzən təvaifin içində bir belə rəsmi-şəni və müxalifi-təb’ və insaf adət müşahidə olunurmu və aya, bundan böyük bədbəxtlik olur ki, kişi öz anasını və bacısını və qızını alsın, özünə cüft etsin? Ünas taifəsini pərvərdigari-aləm bəşəriyyətdə aciz, zəif yaradıbdır. Onun hamisi atası və oğlu və qardaşı və əmisi və dayısıdır. Vəqta ki, bir məzhəbin səbəbi ilə taifeyi-ünasə ata və oğul və qardaşı yaği görünə, onun hamisi pəs kim gərək olsun? İddia edirsən ki, Firəngistan gəzib, ə’ləmi-ətibba görübsən, niyə bir olardan soruşmadın və təhqiq etmədin ki, aya, nəslin davamına və izdiyadına bəid qandan tənaköh uladır, ya qərib qandan? Fürs millətinin halətinə səadət ad qoyursan və səlatini-fürsün qəvaid və qəvaninini mədh edirsən. Heyf olsun sənə, ey Kəmalüddövlə! Niyə bilmirsən ki, bir belə əqidənin və bir belə məzhəbin vücudu ilə məən olan səadət aqil şəxsin nəzərində eyni zəlalət görünür və səlatini-fürsün, qəvaid və qəvaninini cəvahiri-qəvaid və yəvaqiti-qəvanin olsa da, belə məzhəbin şərakəti ilə xərmehrəcə nəzərə gəlməz. Cənab əqdəsi-ilahinin lütfi-xassi fürs millətinə şamil oldu ki, ərəbləri olara müsəllət elədi və bu adəti-şəniəni onların içindən rəf’ etdi və bu məzhəbi-batili, onların arasından götürdü. Mənə Firdövsinin əş’arın, öz sözün təqviyətində şahid çəkirsən. Firdövsi özü də sənin kimi bir laməzhəbin birisi idi. Aya, Firdövsi deyil idi ki, fəlsəfi və dəhriməzhəb olmağı ilə Sultan Mahmudun nəzərində müttəhim oldu? Aya, onun fəlsəfi və dəhriməzhəb olmağına özünün bu əfradı dəlalət etməzmi? Yə’ni dünya həmişə var imiş və həmişə də var olacaq. Aya, Firdövsi özü də Sultan Mahmudun həcvində demirmi ki, onu bidin hesab edirdilər? Əgər vaqeən Firdövsi laməzhəb deyil idi, nə səbəbə bu isnad ona verildi? Pəs niyə özgələrinə bu isnadı vermirdilər? Bundan əlavə dəxi, Firdövsi o səbəbə fürsləri mədh və ərəbləri zəmm edir ki, özü də fürs millətindən idi. Bəlkə atəşpərəstliyi və kokəbpərəstliyi dini-islama tərcih verirdi və fürs padşahlarının və məcüsilərin təəssübün çəkirdi. Əgər Firdövsi pak-e’tiqad adam olsaydı və onun islamiyyətində şaibə olmasaydı, heç vaxt onun dilinə gəlməzdi, bəlkə cəsarət elə bilməzdi ki, [ərəblərin həcvində] bu əfradı desin: Və heç vaxt deyə bilməzdi ki, ərəblər, yə’ni ərəblərin peyğəmbərləri xalqı çalıb-çapmaq üçün və xalqın malın talamaq üçün əllərində dini bəhanə ediblər. *O ki bir para əfrad, həzrəti-Əli əleyhissəlamın mədhində və əhli-beytin iradətində deyibdir, bu fərdləri Sultan Mahmudun nəzərindən düşəndən sonra nəzm edib kitabına daxil etdi ki, Fəxrüddövleyi-Deyləmiyə xoş gəlsin. Çünki Fəhrüddövlə şiə-məzhəb idi və Sultan Mahmuda ədavəti var idi. Bir dəfə Firdövsiyə min qızıl hədiyyə göndərib, onu öz hüzuruna də’vət etmişdi. Firdövsinin əimmeyiəthar haqqında dediyi əfrad ixlas üzündən deyil, riya üzündəndir, və Firdövsinin əş’arı ərəblərin zəmmində mənə heç vaxt dəlil olmaz. [Əbdürrəhman ibn-Xəldunu mən çox yaxşı tanıyıram. O, Bəni- Üməyyədəndir. Əbu-Süfyan onun əmisidir, Müaviyə onun əmisi oğludur. Öz kitabında Müaviyənin və Bəni-Üməyyənin tərəfini saxladığını və Müaviyəni səhabənin böyüklərindən saydığını görmürsənmi? İbn- Xəldunun ata-babaları Bəni-Üməyyənin zəiflədiyi dövrdə Suriyadan Afrikaya və Əndəlisə düşmüşlər. O və onun ata-babası Bəni-Haşim xanədanının düşmənidirlər. Bizim peyğəmbərin nübüvvətini ərəblərin təbiətinin tələbinə isnad verməkdə onun e’tiqadı sənə və başqalarına sənəd ola bilməz. Çünki bu isnad qərəz yolu ilədir. Bəni-Üməyyənin qanında Bəni-Haşimə qarşı kin və ədavət aləmin sonuna qədər cari və baqidir. Əmmarətül-Yəməni də dinsiz və fasiq bir şair idi. Buna görə də Səlahəddin onu, firənglərə kağız göndərib oları Misri zəbt etmək üçün də’vət edən bə’zi müsəlman xainləri ilə birlikdə dara çəkdi]. Bir dəxi Əla-Zikrihissəlam İsmailinin halatını xəyalati-batilən həqqiyyətinə isbat gətirirsən və bu mülhid köpək oğlunu da adam cərgəsinə qoşursan. Əla-Zikrihissəlamın atası Məhəmməd Büzürg Ümmid, Allah rəhmət eləsin, bildi ki, oğlu necə bicdir və necə bədzatdır; o cəhətdən xalqı cəm edib əla-rüusül-əşhad oğlunun əqval və əf’alına inkar etdi və oğluna tabe’ olanlardan iki yüz əlli nəfər qətlə yetirdi və iki yüz əlli nəfəri qəl’eyi-Ələmövtdən ixrac elədi və izhar etdi ki, hər kəs mənim oğlumun əqvalına e’tiqad etsə, kafirdir. Əla- Zikrihissəlam atasından xaif olub tövbə etdi və atasının rəvişinin isbatına risalələr inşa elədi, ta ki, atasını bilkülliyə inandırdı ki, o, təriqimüstəqimdədir, çünki atası bir sadədil adam idi, oğluna bavər edib mənsəbi-vilayəti-əhdi ona təslim elədi. Vəqta ki, Məhəmməd Büzürg Ümmid mərhum oldu, Əla-Zikrihissəlam məsnədi-səltənətdə oturub də’viyi-imamət başladı və özünü Nəzar ibn-Müstənsir Ələvinin evladından sayıb şər’i-şərifin təhavünündə çalışıb diyari-Rudbar və Qəhistanda rəsmi-fisq və fəsad və küfr və ilhad aşkar etdi. Bir də təkalifi-şər’iyyənin bütlanına Bu-Əli-Sinanın qövlünü hüccət tutursan, belə ki, deyirsən: Bu-Əli-Sina dəxi bir şürbi və fasiqin birisi idi. Bir təvarixə rücu et, gör ki, o kim idi? Nəinki dini və məzhəbi yox idi, əxlaqı da yox idi. Laməzhəbliklə şöhrət tapdığı üçün Sultan Mahmud Qəznəvidən qaçıb qəzayayi-mütənəvviədən sonra gəlib Həmədana Şəmsüd-dövleyi- Deyləmiyə vəzir oldu. Əyyami-vəzarətində bir tövr rəftar elədi ki, ləşkər ondan təngə gəlib evini qarət elədilər və özünün qətlinə qasid oldular; qaçıb qırx Şeyx-Əbu-Səidin evində gizləndi. Sonra genə kərrəti-saniyədə Şəmsüddövləyə vəzir olub, hər gün gündüzlər sərəncami-ümuri-vəzarətə məşğul olurdu və gecələr əvvəli-şəbdə tüllaba dərs verərdi. Sonra müğənniləri və əhli-sazı və əhli-tərəbi cəm edib, + şürbi-şərabi-nabə iqdam edərdi. Afərin sənə, ey Kəmalüddövlə, ey Babur şah Kürəkaninin xələfi, ey Hümayun şah Teymurinin nəticəsi! Əgər Kürəkan nəslinin qanında bu növ xurdəbinlik var idi, bu növ filosofluq var idi, bu növ həqq ilə batilə fərq vermək qüvvəsi var idi və bəni-növi-bəşəri cəhl və zəlalətdən qurtarmağa talib olmaq və onların əhvalına cansuz olmaq maddəsi var idi, pəs niyə sənin babaların üç yüz ildən ziyadə Hindustan xalqının içində səltənət edib hindulərin puç-puç əqaidinə mültəfit olmadılar? İslam dininin əqaidi, yə’ni hindulərin əqaidindən də puç və çürükdür ki, sənin gözün indi bunu görür? Niyə sənin babaların hind xalqının zəlalətin görmədilər və niyə oları zəlalətdən qurtarmadılar? Niyə olara demədilər ki, adam arvadını öz rizası ilə biganə kişiyə cima etmək üçün vermək həmaqətdir və xilafi-qanuni-təbiətdir? Heyvanatda qeyrət var ki, öz təsərrüfündə olan dişini bəqədri-imkan biganə erkəkdən qoruyur. Məgər görmürsünüz atı, görmürsünüz iti, görmürsünüz quşları, görmürsünüz xoruzu? İnsan məgər heyvandan gərək biqeyrət olsun, öz cüftünü öz əli ilə biganə erkəyə versin. Niyə o hindulərə demədilər: fahişələri, hər məvaqifi-şərifələrində saxlayıb, gəlib-gedənə onların cimaını ehsan etmək, əməli-qəbih və ləğvdir və qızları cəbrən və qəhrən ata və anasından biizn aparıb əqd etmək zülmdür? Və niyə demədilər ki, şövhər öləndən sonra arvad sütti olmaq, yə’ni özünü şövhərin cəsədi ilə bir yerdə diri gözlü atəşə yandırmaq səfahətdir? Və niyə olara demədilər ki, adam bövl və qayitini qarışdırıb, qurudub, parçadan keçirib, suya qatıb içmək kövdənlikdir? Niyə olara demədilər ki, həbsi-nəfs etmək və başqa riyazəti-şaqqə əmələ gətirmək, məsələn, yeddi il sərasər samit oturmaq və əlini başına qoyub hərəkət verməmək və bu qəbil şeylər, küllən əhməqlikdir... Niyə olara demədilər ki, zəkərə və fərcə sitayiş etmək xəriyyətdir və ana ilə və bacı ilə və qız fərzəndi ilə və əmmə ilə və xala ilə cima etmək qəbihdir və adam öldürmək günahi-əzimdir? Zira ki, hindulərin Şaktyan taifəsi adam öldürməyi səvabi-əzim hesab edirlər. Niyə olara demədilər ki, adam ətini yemək və mürdəni torpaq altında saxlayıb paşidə olandan sonra tənavül etmək divanəlikdir? Niyə olara demədilər ki, kişilər doğmayan arvadlarını mürşidlərinin yanına aparıb, gözlərinin qabağında mürşidlərini arvadları ilə cima etdirmək ki, uşaq doğsunlar, səfalətdir? Niyə olara demədilər ki, öz qızlarını brəhmənlərin yanına aparıb gözlərinin qabağında cima etdirmək binamusluqdur və bütlərə sitayiş etmək əqideyibatilədir? Niyə sənin babaların bu qəbil bihəsr qəbih ə’malı hindulərin içində təsəllütləri ola-ola baqi qoydular? Pəs niyə sən özün heç bu qəbaihi hind əhlinin içində, öz vətənində görmədin, elə beş gün İrana gəlməklə öz rə’yi-fasidincə bizim əqaidimizin bütlanını görüb binayicansuzluq qoydun və hindulərin ancaq Çarvak taifəsinin əqaidinə mültəfit olub onu bizə səlah bildin? Niyə sənin gözün elə çarvakların əqidəsini gördü ki, biz dəxi necə ki, hindulər çarvaklardır, e’tiqad edək ki, kainatda sani və mucid yoxdur və ə’la və ədna olmaq aləmitəbiətdəndir. Və sani’in vücuduna bir dəlili-qate’ və bürhani-vazeh dəstaviz deyil. Pəs niyə gərək əmri-məznuna və mövhuma, bəl mə’duma bəndəlik etmək və niyə gərək məabiddə və savami’də ibadət xatiri üçün cəbhəsa olmaq və firiştələr ki, şühudi-fəziləti olara yoxdur, qail olmaq və cənnətin ümidi və rahətin nəvidi ilə hirsi-əbləhanə mucibincə dünyanın ne’mətlərindən və rahətlərindən əl çəkmək. Və nəqdi biəsli nisyəyə dəyişmək və cahdust füsəhanın kazibanə əqvali ilə ki, əvamı fərib toruna salmağı arzularına çatmaq üçün vəsilə biliblər, fəriftə olmaq və dənaəti-təb’dən belə əşxasa fürutən olub oları ağa və övliya bilmək və olara bəndeyi-rəzil olmaq və pərəstiş etmək? Hər şey ki, zahir deyil, bavər etməyə şayistə deyil. Tərkibi-cəsəd məvalidi-ənasirdəndir. Təbiətin müqtəzasında bir neçə gün ənasir bir-biri ilə tə’lif tapıblar. Madam ki, səbati tərkibi-cəsəd və səlamətihey’ət var hər zada ki, mərğubi-təb’dir və ondan zərəri-heyvani mütəsəvvir deyil, gərək təvəssül axtarmaq; vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, məadi-ünsür genə ünsürdür. Və bədən dəxi təxrib tapandan sonra balatər vətənə və naz və nəimə, üruc və nar və cəhimə nüzul yoxdur. Pəs gərək e’tiqad etmək ki, hüququllah sayılan ə’malda günahkar olanlar müatəb olmazlar. Və nikukar olanlar rahət və ne’mətə çatmazlar. Bəlkə vaqeən də bər’əksdir, ondan ötrü ki, günahkar orucun və namazın və taatın və ibadatın əzabında farığ-bəfarığ olubdur. Və nikukar ibadatın məşəqqətində ki, əzabdır, giriftardır, pəs aqil gərək cəmi ləzzati-dünyəviyyədən bəhrə aparsın və heç müştəhiyyatdan e’tiraz etməsin. Zira ki, çün torpağa getdin, geri gəlməyin yoxdur. Mən sənə dedim get İranı bir gəz, öz həmməzhəblərinlə bir neçə gün dur-otur, könlün açılsın və qəm-qüssədən bir az ifaqə tap; demədim ki, get, bizim dinimizi və məzhəbimizi bərhəm vur. Külli-dünyadə hər taifə bir din, bir məzhəb tutubdur. Əgər başqalarının dini və məzhəbi həqdir, bizimki niyə həqq olmasın? Əgər nahəqdir, dahı nə eləyək, el ilə gələn qara gün bayramdır. Necə ki, ərəb deyir: Həqq-təala özü o əzəmət və cəbərutu ilə hər beş gündə Tur dağına gəlib, ağacın dalısına girib, həzrəti-Musa ilə danışmağa ərinmədi, elə bizim peyğəmbərimizin yanına Cəbrailini göndərməyə gərək ərineydi? Özgələri ölənləri təzədan dirilən [və göyə uçan] e’tiqad edirlər. Aya, biz bir dirini ölməyən və qaib olan e’tiqad etsək, göy kişnəyib, yer zəlzələ edəcək? İran şahzadələrinin səyaqi-rəftarını zəmm edib, onların üyubunu mənə xatir-nişan eləyirsən. Əqdəm bizim İran torpağında səlatin sil-siləsində bu səyaq rəftar hərgiz mə’ruf və mə’mul deyildi. Bu səyaq rəftarı və bu gunə rəsmi İran torpağında səlatini-Moğol mücra və mə’- mul etdi. Yə’ni əvvəl Çingizilər və sonra sənin babaların Teymurilər. Əgər bu səyaq rəftar fəzilətdir, sənin babalarından bizə yetişibdir. Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? Mərhəba sənə, ey Kəmalüddövlə, əgər vaqeən sən belə filosof idin və öz əqidəncə mətalibi-aliyeyi-politikadan belə xəbərdar idin və bilirdin ki, despotluq pisdir, padişah gərək fəramuşxanələr açsın və məcmə’lər yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun və özünü millətə məhbub eləsin və milləti özünə mürid və cannisar qılsın, konstitusyon qayırsın, parlamentlər tərtib etsin, qəvanin qoysun, tainki mülkü zəval tapmasın, pəs niyə dədən Zib-Övrəngə bu və’zlərdən vermədin ki, dediklərinə əməl edəydi, ingilis gəlib ölkəsini əlindən almayaydı və səni və qardaşlarını qapılara salmayaydı və millətinizi xar və zəlil etməyəydi? Bizim padişahımız despot isə də, Allaha şükür, genə özümüzdəndir, Allaha şükür ki, biz sizin kimi biganə millətin əlində giriftar olmamışıq. Külli-cahaniyana mə’lumdur ki, ingilis Hindistan əhalisi ilə nə qism rəftar edir? Məgər sivilizasyon tapan ingilis və qəvanin sahibi ingilis, Hindistan əhli ilə despotdan yaxşı müamilə eləyir? Olara nisbət min mərtəbə genə despota rəhmət. Allahı sevərsən, Kəmalüddövlə, İranda çox durma, qayıt çıx gəl; qorxuram səndən ziyadə fəsad törəyə! [O fransızların atası gorbəgor olsun ki, sən iki-üç gün olarnan oturub-durdun və olardan bir para cəfəngiyat öyrəndin]. Sənin əqlinə bişübhə rəxnə yetişibdir. Bundan sonra mən səni Kəmalüddövlə xitab etmiyəcəyəm, bəlkə Nöqsanüddövlə xitab edəcəyəm. Allahı sevərsən, var, çıx gəl işinə, öz qəmini çək, öz dərdini çək, cızığından çıxma! Göndərdiyin tənbəki bəstəsi yetişdi. İstədiyin durbini alıb Hacı Abdullah mirvarifüruşi-Bəğdadinin adına Rəştə göndərdim. Xudahafiz. Cəlalüddövlə * * * “Kəmalüddövlə məktubları”nın mülhəqatı “Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir. * * * Birinci məktub Mənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm. Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz. *İkinci – bu nüsxədən istəyən və hər xüsusda e’timada layiq olan şəxslərə bir nüsxə verməlisiniz. Üçüncü – e’tiqadınızca elmdə qüvvətli olanlara təklif etməlisiniz ki, bacarsalar Kəmalüddövlənin, istər politika işlərinə və istərsə də dini işlərə aid olan bütün fikirləri haqqında kritika yazsınlar görək bu fikirləri qəbul edir, yaxud dəlillərlə rədd edirlər. Kəmalüddövlənin də məqsədi budur. Lakin kritikada nəqli və nəssi dəlillər qətiyyən qəbul olunmayacaq və iltifata layiq görülməyəcəkdir. Dördüncü – tənqid yazmaq bacarığı olmayan şəxs, heç olmasa nüsxənin mütaliəsindən aldığı təəssüratı yazıb, Sizin vasitənizlə mənə göndərsin ki, müəllifinə bildirim. Bundan başqa, nüsxənin müəllifi haqqında cənabınıza müxtəsərcə bir neçə kəlmə yazmaq lazım gəlir. Bu kəramətli adam, bir sıra əsərlərin sahibi, vətənpərvər və millətini sevən bir şəxsdir. “Kəmalüddövlə” nüsxəsini yazmaqda onun heç bir şəxsi qərəzi yoxdur. Bu səbəbə görə ki, onun nə vətəni olan İrana və nə də həmdini olan islam millətinə, Allah göstərməsin, heç bir kini yoxdur. Hal-hazırda bütün Avropada və Yengi Dünyada bu məsələ qarşıda durur ki, aya, batil əqidələr, yə’ni dini e’tiqadlar ölkənin və millətin xoşbəxtliyinə səbəb olur, yoxsa ölkənin və millətin zillətinə? Bu qit’ələrin bütün filosofları, dini e’tiqadların, ölkə və millətin hər xüsusda zillətinə səbəb olması fikrində müttəfiqdirlər; hətta onların ən məşhuru son ingilis filosoflarından olub da, əsərləri dünyada tanınan və hər kəs tərəfindən bəyənilən Bokl, bu əqidədə o birilərinə nisbətən daha irəlidə gedir. Onun dəlillərindən biri budur ki, İspaniya, yə’ni Əndəlis milləti və Şved milləti və Papaya tabe olan Rim milləti dini e’tiqadlara bağlandıqları və keşişlərin və əfsanəçilərin sözlərinə qulaq asdıqları üçün elm və sənətlərdə gündən-günə tənəzzülə üz qoyurlar. Amma Avropanın başqa millətləri, xüsusən ingilis, Fransa və Yengi Dünya millətləri dini e’tiqadların qeydindən azad olaraq, əql və fəlsəfəyə peyrəvlik etdiklərindən, elm və sənayedə günbəgün, saatbasaat tərəqqi etməkdədirlər. Onların elmləri sayəsində dünyada qəribə ixtiralar və insan övladının xoşbəxtlik və asayişinə səbəb olan maraqlı yeniliklər meydana gəlmiş, elm və mə’rifət vasitəsi ilə Avropa əhalisi tərəqqi etmişdir. Bu filosof deyir ki, kamil adam və insan övladının dostu həqiqət sirrilərinin kəşfində və dini e’tiqad əsaslarının məhv edilməsində, mal və can qorxusu çəkməyən ağıllı adamdan ibarətdir. Belə bir ağıllı adam hər necə olursa olsun, din və məzhəblərin həqiqiliyi haqqında insanların fikrində yalnız bir şübhə oyatmalıdır. Ondan sonra fikrin özü fəaliyyət edib yavaş-yavaş həqiqəti anlayacaq və sahibini cəhalət qaranlığından bilik işıqlığına çatdıracaqdır. “Kəmalüddövlə”nin müəllifi də Avropa filosofları əqidəsindədir, yə’ni liberal və proqress məsləki sahiblərindən və sivilizasyon taliblərindəndir. Məqsədi budur ki, onun millətinin arasında dəxi əhalinin bütün siniflərində elm və sənətlər intişar etsin. Bu məqsədinə nail olmaq üçün öz iqtidarı daxilində bir neçə vəsiləyə əl atmışdır ki, islam yazısını dəyişdirmək də o vəsilələrdən biridir. O, öz millətinin ürəyi tarlasında qeyrət, namus, xəlqpərvərlik, vətənpərəstlik, ədalət və bərabərlik toxumu əkilməsini və nifaqın birliyə çevrilməsini və millətin arasından zillət və fəqirliyin rəf’ olmasını, onun sərvət və dövlət qazanmasını istəyir. Lakin bu məqsəd, arzu, insanların həqiqəti görən gözünə pərdə çəkib onların dünya işlərində tərəqqi etmələrinə mane olan dini e’tiqad əsasları məhv edilmədikcə, müyəssər ola bilməz. Buna görə də əqidəsinin tələbinə görə öz mə’lumatını qələmə almışdır. “Kəmalüddövlə” nüsxəsinin yazılmasının səbəbi də ancaq budur. Yoxsa başqa bir məqsəd nəzərdə tutulmamışdır. Əgər bu nüsxənin mətləbləri bə’zi şəxslərin nəzərində ölkə və millətin zərərinə səbəb görünürsə, onları olmamış kimi hesab edə bilərsiniz. İnsanların bəsirətsizlik və mə’rifətsizliyinin nəticəsində hicrətdən ta bu günə qədər avamı aldadanlar, İran torpağında nə fitnə və nə qarışıqlıqlar törətmişlər və bu məmləkətin əhalisinin evlərinin xərabəyə dönməsinə səbəb olmuşlar. Belə ki, bu son vaxtlarda da İranda Babın dini tərəfdarlarından fitnələr törənmişdir. Və elə qan tökülmüşdür ki, izahı bu xülasəyə sığmaz. Nə vaxta qədər biz zavallılar, bu kimi nəfspərəst, qərəz sahiblərinin oyuncaqları olacağıq? Biz hələ də qəflət yuxusundan oyanmamışıq. Qərəz sahiblərinin hər cür boş sözlərindən avropalıların ziddinə olaraq cuşa gəlirik. Bu gün onların arasında bir şəxs peyğəmbərlik, yaxud imamlıq iddiası ilə meydana çıxaraq, qədim əsrlərin peyğəmbərləri və imamları kimi əhalini də’vətə başlarsa və özünə mö’cüzələr, xariqələr, kəramətlər isnad edərsə, onu haman saat, ya dəlilərdən sayaraq müalicə üçün dəlixanaya göndərərlər və yaxud əgər adamaldadanlar və şarlatanlar silkindən isə, onu cəzalandırarlar *. *“Kəmalüddövlə”nin müəllifi deyir ki, zamanın keçməsi ilə əlaqədar olaraq, bu əsrdə behişt və hurinin nəzərlərdə o qədər də cilvəsi yoxdur ki, insanlar onların arzusu ilə canından keçməyə rağib ola, güclü düşmən müqabilində özlərini qurban verələr, bununla da millət və dövlət qüdrətini və şövkətini saxlayalar. Belə olduqda, millətin ağıllıları bu əsrdə gərək milli qüdrət və vətənin biganə xalqlardan qorunması üçün azadlıq və istiqlaliyyətin əldən alınması və əsarət kimi bir zillətin ki, bu aləmi-həvadisdə ola biləcəyi yəqinə yaxındır, rədd edilməsi tədbirlərində olsunlar. Bu növ zillətin rədd edilməsi tədbiri fəqət millətin bütün sinifləri içində elmləri yaymaq və onların zehnində qeyrət, namus, millətpərvərlik və vətənpərvərlik toxumunu əkməklə mümkündür. Necə ki, hal-hazırda Avropanın qüdrətli millətləri bu sifətin sahibidirlər. Ərəblər bizim min illik səltənətimizi yıxdılar, şə’n və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabdan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır. Üstəlik bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. Bu qövmdən bizə elə müsibətlər gəlmişdir ki, bəsirət sahibi olan adam onların zikr olunmasından ağlar. Bu qövmün qabaqcılları sağ olduqları zaman biz onların qılıncının qorxusundan onlara itaət etməyi qəbul etdik. Hal-hazırda onlar ölüb torpağa döndüyü halda, genə onların ölülərinə qul olmaqla fəxr edirik. Görün bizim əhməqliyimiz və kütlüyümüz nə dərəcədədir! Əhalisi şiəməzhəb olan bir çox şəhərlərdə adamlar məhərrəm ayı tə’ziyəsi zamanında sinə döymək, zəncir vurmaq kimi və Heydəri, Ne’məti davaları və başa kül və torpaq səpmək və bu kimi bir çox səfeh hərəkətlərdən əlavə, öz bədənlərini qılınc və xəncərlə yarala-yaraq qana batırır və bu cür divanəlikləri ilə guya aşura gününün böyüklüyünü artırır və bu ərəblərin ölülərinin məhəbbət və iradətində mal və candan keçməklə iftixar eləyirlər. Bir kimsə onlara deməyə cəsarət etmir ki: ey əhməqlər, özünüzə övliya saydığınız bu ərəblərin öz həmcinsləri, bəlkə qohum və əqrəbaları belə sağ ikən, onlara heç bir böyüklük verməmişlər və onları öldürərək, ailə və uşaqlarını şiddətli zillət və rüsvayçılıq içərisində əsir aparmışlar və bu növ hərəkətdən heç bir qoruxuları olmamışdır, sizə nə düşmüşdür ki, min iki yüz səksən il sonra, öz işinizdən əl çəkərək dəlicəsinə onların matəmdarlığını edirsiniz? Bu növ səfehlik və əhməqlik savadsızlıqdan və elmsizlikdən irəli gəlir ki, bunun da səbəbi bizim hazırkı yazımızın çətinliyidir. İndi, “Kəmalüddövlə” müəllifinin təlaş və arzusunun hədəfi heç olmazsa, öz millətini, o qövmdən bizə yadigar qalan rədd olunmuş və murdar yazının əlindən xilas edib millətini cəhalət qaranlığından mə’rifət işığına çatdırmaqdır. Əgər bu arzusuna nail olursa, nə qədər xoşbəxt olacaq və dünyadan kamına çatmış gedəcəkdir. *Ərəblərin yazısı sayəsində cəhalətdə qalaraq onlardan dərd çəkən yalnız müsəlmanlar deyil, bəlkə dünyanın bütün millətləri bu günə qədər bu zalımlardan şikayət edirlər ki, Misir kitabxanasını yandıraraq qədim elm və fənləri dünyadan yox etdilər. Səbəbi aydındır, çünki islam dininin müəssislərinin və qüvvət verənlərinin avam aldatmaqlarının əsası doğruluq şəklində qələmə verdikləri xalis bir yalan idi. Bu cəhətdən xalqın nəzərində elmlərin qüvvəti ilə onların yalanlarının üzərindən pərdənin qalxmasını istəmirdilər. Necə ki, Həsən Səbbah daima öz tabe’lərini tə’lim almağa və elm kitablarını oxumağa qoymurdu. * * * İkinci məktub Hörmətli qardaşım! İqbalınız daimi olsun! Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm: Min iki yüz səksən ildir ki, biz din, məzhəb, e’tiqad və iman ilə yaşayırıq, get-gedə halımız yamanlaşır, get-gedə saysız-hesabsız müsibət və bəlalara düçar oluruq; bir qədər də imtahan üçün dinsiz, məzhəbsiz, e’tiqadsız və imansız olub, mə’rifət və hikmətlə yaşayaq, görək halımız daha yaman olar, yoxsa daha yaxşı? Əgər daha yaman olarsa, keçmiş əqidələrimizə qayıtmaq üçün heç bir maneə yoxdur. Biz İran əhliyik, hər kəs bizi dinə tərəf çəkərsə, ona tabe olmağı əsirgəmərik. Məgər görmədinmi ki, bu yaxınlarda az qaldı hamımız islamiyyəti tamamilə tərk edərək, babi-məzhəb olaq? Dinsiz olmaq və elm sahibi olmaq bizim üçün çətindir. Əfsanə dalınca yüyürmək və əfsanə deyənlərə qul olmaq bizim təbii adətimizdir. Zarafatı bir tərəfə qoyaq. Genə həmvətənlərimdən bir qismi deyəcəklər ki, ərəbləri tamamilə elm və fənn düşməni saymaq olmaz. Bağdadda, Əndəlisdə, Abbasi və Əməvi xəlifələri elm və sənətləri rəvaclandırmağa çox əhəmiyyət vermişdilər, onların bu növ işi necə inkar edilə bilər? Bəli, doğrudur, bu məsələdə -dür. Ərəblər hicrətin əvvəllərində misirlilərin və parsilərin bütün elmlərini aləmdən yox etdilər. İki-üç yüz il sonra öz işlərindən peşiman oldular. Fövt etdiklərini ödəməyə girişdilər. Lakin heyhat... heyhat... Tələf etdiklərini ödəmək mümkün deyildi. Xəlifələrin elmləri rəvaclandırmaları da ümumi olmamışdır. Xəlifələr əsrinin elmləri bir neçə xüsusi mədrəsəyə məhdud və münhəsir idi. Bütün xalq maarif işıqlarından məhrum idi. Biz deyirik, əgər ərəblər zühur etməsəydilər, Afrika və Asiyaya müsəllət olmasaydılar, bu ölkələrin elmlərini Quran xatirinə və öz dilləri xatirinə yelə verməsəydilər, bu gün bu ölkələrin xalqları sivilizasyon və mə’rifətli xalqlar sırasında olar və yer üzünün xoşbəxtlərindən hesab edilərdilər. İslam xəlifələri tərəfindən bə’zi elm və sənət növlərinin rəvaclanmasında göstərilən hümmətin faydası, Əmr-As, Sə’d-Vəqqas və Tahir tərəfindən Misirdə və İranda elmlərə vurulan ziyan müqabilində göl yanında bir damcı su kimidir. *Bununla birlikdə bu keyfiyyəti də unutmamaq lazım gəlir ki, əsl elmlərin yaranıb doğulması ərəblərdən deyil, qədim yunanlardan, vizantiyalılardan, farslardan və hindlilərdəndir. Qədim elmlər miladi tarixinin ortalarında xristianlar arasında yatmış halda idi. Nəhayət, ərəblər bu elmləri oyandırdılar. Sonradan özləri yenə onlardan məhrum oldular. Xristianlar isə onların rəvaclanmasına, təkmilinə səbəb oldular *. Nə isə, olan olub, keçən keçibdir. Bundan sonra heyfsilənməyin faydası yoxdur. İndi bizə təsəlli verə biləcək şey budur ki, öz təklifimizi anlayaq və düşünək ki, min iki yüz səksən ildir ki, yanlışlıq içindəyik. Artıq bundan sonra özümüzü ərəblərin ölülərinə qul saymayaq. Öz yaxşı dədə-babalarımızın yadigar və qalıqlarına tərəf nəzər salaq. Bizim padişahlarımız və onların dövlətlərinin övliyası və bütün İran ölkəsi evladları, qardaşlıq və həmvətənlik təəssübü ilə İran zərdüştilərini evlad kimi saysın, onların vəziyyətlərinin yaxşılaşmasına çalışsınlar və bundan sonra heç kəsə onlardan bir nəfəri belə bizim özümüzün bizar olduğumuz islam dininə keçirilməsinə yol verməsinlər. Ta bu mələk xasiyyətli xalqın toxumu aləmdən kəsilməsin. Onların mühacirləri, hər tərəfdən yenə öz cənnət nişan vətənlərinə qayıtsınlar və İran padişahlarının himayəsi sayəsində xoşgüzəranlıqla yaşasınlar. Mənim kəramətli qardaşım! Sən Tehranda zərdüştilərlə təkrar-təkrar görüşürsən. Mənim dilimdən onlara de ki: ey zərdüştilər, ey bizim qardaşlarımız, həmvətənlərimiz, həmcinslərimiz, dildaşlarımız, bilmirik sizdən hansı dillə üzr istəyək ki, bu günə qədər biz anlamadan öz mal və canımızın, vətənimizin düşmənlərinə, yə’ni ərəblərə göstərdiyimiz tərəfdarlıq və iradət üzündən sizin haqqınızda cürbəcür müsibətləri və bəlaları rəva görmüşük. Hal-hazırda Kəmalüddövlə cəhalət pərdəsini bizim gözümüzün qabağından atdı və həqiqət sirlərini bizə açdı. Öz işimizə min-min təəssüf edirik. Bundan sonra sizə qarşı qardaşdan və atadan daha mehriban olacağıq və öz təbiətlərimizdə sizin və sizin ata-babalarınızın gözəl əxlaqlarını təqlid edəcəyik. Peymani-Fərhəngi, məhbadilərin qanunlarını və zərdüştilərin dinini İranda diriltməyi öhdəmizə ala bilmirik; çünki bu peyman, bu qanunlar və bu din öz ömrlərini bitirmişdir. Amma sizin və bizim babalarımızın əxlaqlarına yeyələnməyi öhdəmizə alırıq. Bundan sonra sizi öz qardaşlarımız sayacağıq və sizi özümüzdən ayrı bilməyəcəyik; çünki ancaq bu gün anladıq ki, biz parsilərin evladlarıyıq, bizə yolkəsən ərəblərin təəssübü deyil, parsilərin təəssübü vacibdir; yə’ni din təəssübü fərz deyil, vətənin, həmcinslərin, həmvətənlərin və dildaşların təəssübü fərzdir. Necə ki, avropalıların adətidir, dini puç sayırlar, vətən və el təəssübünü qeyrətlilik əlaməti və şərəf qazanmaq səbəbi bilirlər. Bundan sonra hətta bizim lotularımız və şərirlərimiz sizin haqqınızdakı rəftarlarını dəyişdirəcək və sizə qardaş kimi mehriban və səmimi olacaqdırlar. Əgər İranda Avropa teatrları kimi tə’ziyə məclisləri də bərpa edərsək, yadların müsibətlərini deyil, sizin müsibət və bəlalarınızı nəzm və nəsrə çəkərək zikr edəcəyik. Sizin uşaqlarınıza mədrəsələrdə tərbiyə verib, onları padşahlıq xidmətinə qoyacayıq və onlara mühüm işlər tapşıracayıq və onlara bütün məmləkətin hər tərəfində hökumət verəcəyik ki, öz sələflərinin gözəl xasiyyətlərinə uyğun olaraq əlaltıları haqqında insaf və ədalətlə hərəkət etsinlər və vətənpərvərlikdə, padişahpərəstlikdə, cəfaya adət etməkdə, zəhmət çəkməkdə müsəlmanlara örnək olsunlar; haqlarında belə söylənilən sələflərin nəslindən olduqlarını bütün dünyada isbat etsinlər *: *Mənim kəramətli qardaşım! Sən təəccüb etmə ki, mən parsilərə bu qədər gözəl sifətləri isnad edirəm. İnkar edilə bilməz ki, parsilər və zərdüştilər və İranın bütün farsdilli müsəlmanları fitrətən hüsn-əxlaqda və hərəkətlərində bütün millətlərin qabaqcıllarıdır. Onların xoşnəfsliyində, xoşəxlaqlığında, itaətkarlığında, ixlaskarlığında və padşahpərəstliyində bu dəlil kafidir ki, bu sayılan sifətlərin vasitəsi ilə ərəblərin qələbə dövründə despot padşahların əlinə düşmüş, bu günə qədər padşahların və onların mürüvvətsiz amillərinin cürbəcür cövr və sitəmlərinə qatlaşıb səbr etmişlər və qətiyyən dünyanın o biri millətləri kimi azadlıq fikrində deyildirlər. Bilxassə bu gün Yer kürəsinin bütün ölkələrində despotizm tərzində hakimiyyət ya tamamilə aradan qaldırılmış, ya az-çox dəyişdirilmişdir. * * * Üçüncü məktub Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin. Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar. Məsələn, insan əqli, əqli elmlərin qüvvəti ilə bizim peyğəmbərin göyə getməsini, Ayı ikiyə ayırdığını qəbul etmir; lakin bizim din rəhbərlərimiz və imamlarımız deyirlər: əqlin təhqiq və hökmünə e’timad etməməli, həqiqət budur ki, səhabə təsdiq etmiş və bizə də ağızdan-ağıza çatmışdır. İslam tayfaları təsəvvür etmədən və düşünmədən onların fikirlərini mö’təbər sayırlar və bu növ işlərdə qətiyyən əqli hakim tanımayırlar. Beləliklə, bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada, istərsə Avropada insan ağlı əbədi zindandan tamamilə xilas edilib, işlər və fikirlərdə nəql deyil, yalnız insan əqli sənəd və dəlil hesab edilib hakimi-mütləq olacaqdır. Mənim kəramətli qardaşım! Osmanlı və İran məmləkətlərinin əhalisi əksəriyyətlə islam tayfalarıdır. Sən onların dininə sataşmamalısan və onlara deməməlisən ki, sizin e’tiqadınız batildir, siz azğınlıq içindəsiniz, filan və filan e’tiqadı qəbul etməlisiniz. Doğru yola çağırmaq, yol göstərmək və tə’lim etmək üsulu belə deyildir, sən belə mülayim olmayan üsulla özün üçün min cür düşmən və bədgu qazanacaqsan və öz məqsədinə də nail olmayacaqsan. Onlardan hər biri tərslik və inad ucundan sənin fikrini və sənin dəlillərini puç sayacaqlar və sənin zəhmətin boş və yersiz olacaqdır. Sən onların dinini bir tərəfə burax və onların batil olması haqqında heç bir söz söyləmə və onları irşad etməyi belə başla. *Bizdən qədimkilər tarixlərdə bu dünyanın vücuda gəlməsini yeddi min il sayırlar. Amma bu gün qəti dəlillərlə dünyanın vücuda gəlməsi tarixinin min milyon ildən də çox olduğu bizə isbat edilmişdir və “əhli-kitab” dinlərindən əvvəl bütpərəstlik, atəşpərəstlik, brəhmənlik, yunanlıların çoxallahlılıqları və sairə bu kimi bir çox batil dinlər dünyada zühur etmişdir. İnsan əqli heyrətdədir ki, görəsən nə səbəb üzündən xudavəndi-aləm “əhli-kitab” dinlərinin zühurundan əvvəl bir neçə min cürbəcür batil dinlərin saxlanılıb bərqərar qalmasına yol vermişdir? Bu heyrətin təsəvvüründən insan əqli, istər-istəməz xudavəndialəmin o batil dinlərin zühurunda və davam etmələrində qətiyyən müdaxiləsi olmadığına hökm edəcəkdir. Bəlkə onların cümləsini zirəng və rəyasət arzusunda olan insanlar, öz məqsədlərinə çatmaq üçün yaratmışlar. *Qədim dinlərin batilliyi islam dininə tabe olanlar üçün aydın və sabit olduğu zaman, ixtiyarsız olaraq öz dinlərini də onlardan qiyas edəcəklər və anlayacaqlar ki, əgər dünyada haqq din lazımsa, nə üçün Musa zamanına qədər keçən bu qədər min illər içərisində xudavəndialəm, haqqa də’vət üçün peyğəmbər göndərmədi ki, batil dinləri yer üzündən silsin?! Məgər o zamana qədər bu dünyanın və bu bəndələrin ona təəllüqü yox idi? Yaxud o zamana qədər yuxudamı idi, sonradan oyanaraq batil dinlərin onun dünyasını murdarladığını gördü və o vaxt peyğəmbərlər və göy kitablarını göndərmək fikrinə düşdü? * Mənim kəramətli qardaşım! Bizim bu günə qədər haqqı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə yanlışlığımız bu cəhətdəndir ki, biz daima iki zidd qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymışaq. Halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir. Onlardan biri elmdir, birisi e’tiqad. Məsələn, elm hökm edir ki, birinci Napolyon olmuş, Moskvaya da getmişdir və sonra filan və filan olmuşdur. Bu xüsusda qətiyyən başqa e’tiqad lazım deyildir, çünki qəziyyə qəti elmə istinad edir. Dəlil və sübuta ehtiyacı olmayan və yaxud dəlil və sübutu qəti olan hər qəziyyə – elmdir, e’tiqada dəxli yoxdur. O biri tərəfdən, din övliyalarının xəbərlərinə istinadən biz həzrəti Musanın Tur dağına getməsinə, pərvərdigari-aləm ilə söhbət etməsinə və öz əsasını daşlara vurmasına və çeşmələrin axmağa başlamasına və s. bu kimi şeylərə e’tiqad edirik... Bu qəziyyə dəlil və sübuta möhtacdır və əgər dəlili olsa da, heç bir surətdə qəti ola bilməz; bu təqdirdə biz bu qəziyyəni elm saymamalıyıq, bu qəziyyəni ancaq e’tiqad deyə adlandıra bilərik və elm üzündən deyil, e’tiqad üzündən ona inana bilərik. Lakin bizim dinimizin övliyaları bu növ qəziyyələri də elm növlərindən saymaqdadırlar. Necə ki, deyirlər: “elmi-təfsir”, “elmi-əhadis”, “elmi-kəlam” və onun misalları və ondan sonra fizika, matematika, coğrafiya, astronomiya və onun misallarını da elmdən sayırlar. Sanki əvvəlkilər də sonrakıların tayı imiş. Halbuki bu sonrakıların əvvəlkilərdən fərqi günəşdən də aydındır. Biz əvvəlkiləri e’tiqad işlərindən və yalnız sonrakıları elm işlərindən saymalıyıq. Mənim kəramətli qardaşım! Bunu bilməlisən ki, hər din üç müxtəlif əməldən ibarətdir: e’tiqad, ibadət və əxlaq. Hər dinin icad olunmasından əsl məqsəd üçüncü əməldir. E’tiqad ilə ibadət, bu əsl məqsədə görə təfərrüatdır. İnsanın gözəl əxlaq sahibi olması üçün lazım görürük ki, xəyalən gözəl əxlaq sahibi, əzəmət, cəlal sahibi, qüdrət və rəhmət sahibi, tə’zim və sitayiş icad etdirən bir varlıq fərz edək və öz əxlaqımızı onun əxlaqına oxşadaq, bu növ varlığı biz pərvərdigari-aləm və kainatı yaradan deyə adlandırırıq. Bu cür varlığı fərz etdikdən və tə’zim və sitayişə layiq saydıqdan sonra, ona tə’zim və sitayiş üsullarını icra etməyi lazım bilirik: namaz, oruc, zəkat və bu kimilər. Bu cür varlığı fərz etdikdən və onun haqqında tə’zim və sitayiş üsullarını həyata keçirdikdən sonra onun rəhmətinə ümid bəsləməyi və onun qəzəbindən qorxmağı lazım sayırıq. Belə bir varlığın rəhmətinə ümid bəslədikdən və onun qəzəbindən qorxduqdan sonra, onun gözəl əxlaqı ilə əxlaqlanmağı və qətiyyən günah iş görməməyi lazım bilmişik ki, onun rəhmətinə layiq olaq və onun qəzəbinə səbəb olmayaq. *Bu təqdirdə əgər biz tə’zim və qulluğu icad etdirən bir varlıq fərz etmədən gözəl əxlaq sahibi olmaq üçün bir vəsilə taparsaq, o vaxt e’- tiqad və ibadatdan ibarət olan iki fər’ lazım olmaz. Avropa və Yengi Dünya məmləkətlərinin çoxunda elmlərin yayılması insanları hüsni-əxlaq qazanmaq cəhətindən, hər dinin iki şərti olan e’tiqad və ibadatdan azad etmişdir. Lakin Asiyada elmlər inkişaf etməmişdir və bu cəhətdən də iki fər’ hədsiz-hesabsız qollar və əlavələr meydana çıxarmış və əsl məqsədə elə bir şiddətlə qələbə çalmışdır ki, bunların sayəsində elmlərin intişar yolu tamamilə qapadılmışdır. *Mənim kəramətli qardaşım! Bu məktubda keçmiş iki məktubdakı bütün mətləbləri “Kəmalüddövlə” müəllifinin şifahi təlqinlərindən öyrənib sənə yazmışam. Bunu mö’təbər sayacağınıza ümidvaram. Müəllifin təlqinlərindən biri də varlığın səbəbi və onun batilliyi dəlilidir ki, onu da bu sonuncu məktubda yazmağa başlayıram. *Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır. Bu bir əqidədir ki, onun vasitəsi ilə şəriətçilər naturalist filosoflara qarşı Allahın isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə naturalistlər cavab verirlər: Bu halda səbəbin özü də bir varlıq olmaq e’tibarı ilə başqa səbəbə möhtac olur; o başqa səbəb də eyni surətdə, nəticə nəhayətsizdir. Bu keyfiyyət isə ağlabatan deyildir. Çünki ağılın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə əmələ gələr. O halda ağlın hökmünə görə hər bir varlığın səbəbə möhtac olması haqqında şəriətçilərin gətirdikləri dəlil yanlışdır. Doğrudan da varlığın səbəbə möhtac olması haqqındakı dəlillərin zəifliyi gün kimi aydındır. Naturalistlər şəriətçilərə deyirlər: Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz gərək bir yerdə dayanıb e’tiraf edəsiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir. Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə varlıq üçün səbəbiyyət rəf’ olur və sübut olunur ki, səbəbsiz varlıq ola bilər. O halda biz nə dəlil ilə təsdiq etmirik ki, həmin səbəbsiz vücud görünməyən, şübhəli və mövhum varlıq deyil, elə bu görünən və hiss olunan kainatın özüdür? Və siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki bizim və sizin e’tiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. Belə olduqda, incəlikləri düşünən ağılın göstərdiyi kimi kainatın öz varlığında dayanmağımız layiq deyilmidir? Şəriətçilər bu e’tirazı rədd etməkdə aciz olub, çarəsizlikdən cavab verirlər: Biz varlığı iki qisim bilirik. Onlardan biri varlığı mümkün olandır (mümkünül-vücud) ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. O birisi varlığı vacib olandır (vacibül-vücud) ki, cənab Allahın zatıdır, bu varlığa səbəb lazım deyil. Bəli, biz silsilələnmə qorxusundan bir yerdə dayanmağa məcburuq. Lakin biz varlığı mümkün olan kainatda durmuruq; çünki ona səbəb lazımdır. Bəlkə cənab Allahdan ibarət olan varlığı vacibdə dayanırıq ki, varlığı mümkün olanın səbəbidir, amma özünün səbəbə ehtiyacı yoxdur. O halda bu dəlil ilə yaradanın varlığını sübut etmək çətin olmaz. Əgər varlığın mümkün və vacibə bölünməsi mö’təbər olsaydı, bu dəlili mö’təbər saymaq olardı. Baxaq görək şəriətçilər nəyə əsasən varlığı mümkün və vacibə bölürlər? Onlar deyirlər: Biz əşyanı səbəbə möhtac görürük; məsələn nütfə doğurana möhtacdır və toxum ağaca möhtacdır. Elə isə bu əşya məcməi olan kainat da səbəbə möhtac olur. Bu halda kainat varlığı mümkün olandır və onda dayanmaq mümkün deyildir. Bu təsəvvürlə biz hökm edə bilərik ki, səbəbə lüzumu olmayan bir varlıq olmalıdır ki, səbəbə ehtiyacı olmasın, o da varlığı vacib olanın vücududur ki, öz varlığında başqa bir varlığa möhtac deyil, lakin özü varlığı mümkün olana ki, bu kainatdan ibarətdir, səbəbdir. Biz bu varlığı vacib olanda dayanaraq onu Allahdan başqa bütün varlığın səbəbi saymalıyıq. Naturalistlər bu e’tiqadı aşağıdakı dəlilə əsasən e’tibardan salırlar. Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o, ancaq bir növdən başqa bir növə, bir haldan başqa bir hala keçməsində səbəbə möhtacdır; məsələn, nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir halətə keçməsinə doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıq dedikdə məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır, heysiyyətincə sırf yoxluğun ziddidir; külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yə’ni bütün çoxluqların maddəsinin cameidir və çoxluqları öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. Deməli, əşyanın mahiyyəti vacibül-vücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və səbəbə ehtiyacı yoxdur, kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə möhtac olmasını düşünmək düzgün deyil, əks təqdirdə silsilələnmə göz qabağındadır. Həqiqət bu söylənənlərdir. Bu əqidənin sahiblərini ateist, yə’ni Allahı, din və imanı inkar edənlər adlandırırlar. Bir çox şəxslər məktubların müəllifini məzəmmət edirlər ki, dünyada dinsizlik və imansızlıq, axirətdən və əbədi xoşbəxtlikdən ümidsiz olmağa bais olur və deyirlər ki: məgər dünya həyatından nəsibimiz ancaq həmin bu beşgünlük məişətmidir? Nə etməli? Müəllifin nə təqsiri var ki, din və imanla elm və fəlsəfə iki zidd halətdir, qətiyyən bir yerə toplana bilməz. Din və iman sahibi olan adam, alim və filosof sayıla bilməz, əgər elm və fəlsəfə sahibi olursa, dindar və mö’min ola bilməz. Din və iman talibi olan kimsə gərək qətiyyən mərifət dairəsinə yaxınlaşmasın və mərifət talibi olan kimsə istər-istəməz və ixtiyarsız olaraq din və imandan uzaq olmalıdır *. Bir tərəfdən, islam dini övliyaları bizim axirət həyatı və əbədi xoşbəxtlikdən məhrum olmamağımız üçün din və imanı tərk etməməyi tam şiddətlə tə’kid edirlər. O biri tərəfdən, Avropa alim və filosofları fəryad edirlər ki, biz bərbəriyyət vəhşilik və cəhalət aləmindən çıxaq, elm təhsil edək və sivilizasyon qazanaq. Əgər islam dini övliyalarının sözünü dinləsək, elm və sivilizasyon işıqlarından məhrum olarıq; necə ki, məhrum qalmışıq. Və əgər Avropa alim və filosoflarının sözünə qulaq asıb elm və sivilizasyon dairəsinə qədəm qoymaq və barbarlıqdan, vəhşiyyət və cəhalətdən nəcat tapmaq istəsək, o vaxt dinimizə və cənnət hurilərini görmək həsrəti ilə bəslədiyimiz şirin arzularımıza əlvida! *Yə’ni belə olduqda, axirət dünyası həyatı və daimi səadət ümidi öz-özünə silinib gedir. Xoş o adamın halına ki, bu iki bir-birinə zidd haləti öz zatında birləşdirə bilir. Lakin bu işin imkanı qeyri-mümkündür. Bu günə qədər biz din başçılarının sözünə üstünlük vermişik və hicrətdən ta bu günə qədər din və iman xatiri üçün elə şəni’ işlər görməkdəyik ki, onları zikr etmək dəhşət doğurur; kitabxanaların yandırılması, qan tökmək və s. bu kimi. Biz öz din-imanımızı və bunların nəticəsi olan bərbəriyyət və vəhşilik və cəhalətimizi saxlamışıq. Əgər bundan sonra da bu halda qalmağı lazım bilsək, o vaxt bizim halımız hərgiz dəyişməz, biz tərəqqi edə bilmərik və gözəl əxlaq əldə etmək bizim üçün çətin olar. *Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Bəlkə müəllifin məqsədi islam dininin əsr və zəmanəyə müvafiq olaraq protestantizmə möhtac olduğunu göstərməkdir. Elə kamil bir protestantizmə ki, o tərəqqi və sivilizasyon şərtlərinə müvafiq olsun, bəşərin hər iki cinsinin azadlıq və hüquq bərabərliyinə qərar versin, öz siyasi tədbirləri ilə Şərq padişahlarının despotizmini yumşaltmasın və kişili-arvadlı bütün islam tayfasının savadlı olmasını vacib etsin *. * * * Kitabxana.az · https://kitabxana.az/collections/axundzade-kemaluddovle-mektublari İctimai mülkiyyət (müəllifin vəfat ili: 1878). Public domain (author died 1878). Original text only.