Mişkatu-l-ənvar Abbasqulu ağa Bakıxanov (1794–1847) Mişkatu-l-ənvar Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət, Zahidlikdə mən görmürəm nicat,üçün əlamət. Küfrilə din heyran qalıb, onlar kimi arayır? Daraq, kimin mişk ətirli saçlarını darayır?! Mən duyuram ruh oxşayan yar ətrini inanın, Can mülkündən xəbər verir iltifatı cananın. Nəşə verdi yar camından nuş etdiyim hər damla, Bir ad ilə bəzədim bu kitabımı inamla. Ki onun pak hümmətinin feyzi ilə hər zaman, Parlaq günəş zühur edər adi qara torpaqdan. Hər nə qədər tərifini mən söyləsəm var yeri, Odur bizə kəşf eyləyən bilinməyən şeyləri. O səadət günəşidir mənə odur nur verən, Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən. Bu canımdır ancaq onun bir mişkatül-ənvarı, Bu qəlbimin xəznəsidir onun gənci-əsrarı. Bu kitabda istəyirəm yazım onun sirrindən, Qoy «Mişkatül-ənvar»--deyə adlandırım onu mən. Qəribədir, tarixi də sanki doğmuş əsrardan, Hasil oldu can adı da bu «Mişkatül-ənvar»dan. Ey misilsiz cavan, çalış hümmət eylə hər işə, Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə. Cavanlıqda dərdlər məni tez qocaltdı, durma get! «Var»ın «yox»un cəfasından varlığını xilas et! Ey işıqsız gözlərə nur bəxş eyləyən gün kimi, Ey zavallı aşiqlərin dərdlərinin həkimi, Bu xəstəyə öz qəmzəndən lüft et bir dərman göndər, Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər, Qüdsini sən bu səhrada qoyma qalsın sərsəri, Öz yolunu itirənin axı sənsən rəhbəri. Həqiqətə çatmaq üçün mənə doğru yol göstər, Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər! * * * Bəyani-hal Badisəba, qurban olum, aç qapımı əsərək, Mənə səndən başqa yoxdur bu dünyada bir kömək. Yubanmadan gedib Səlmə adlı yara ver salam, Söylə səndən başqa daha yox qəlbimdə bir məram. Dərd evinin bir küncünə düşüb qalmış xəstədən, Şikayətlər yetir ona, söylə solub bu bədən. Bəla məndən əl çəkməyir, son qoymur bu hicrana, Faniliyi alqışlaram qismət olsa bu cana. Bu ayrılıq odu əcəb yandırıb yaxdı məni, Ömrüm tamam puça getdi, yandı həyat xərməni. And içirəm o hərəmdən qalxan miskin qubara, And içirəm bir an belə atmadığım ilqara. Hər an onun xəyalilə döyünmüşdür ürəyim, Ondan başqa olmamışdır heç bir arzum, diləyim. Səhər günəş qaldıranda bayrağını üfüqdən, Yana-yana qəm ardınca qoşmadayam yenə mən. Səhər kimi köynəyimi cak edirəm mən də bax, Ürəyimdən ah çəkirəm ara-sıra yanaraq Bütün günü belə keçir kədər dolu bu həyat, Gecə olcaq bir zulmətə batır yenə kainat. Günəş göydən son nəfəsin dərib məhzun gedincə, Səyyarələr gözlərindən qan axıdır hər gecə. Ağlar, ağlar səmalər də bir matəmə bürünər, Onun qanlı yaşlarıyla al boyanar üfüqlər. Yüz ələmlə, yüz kədərlə nalə-fəryad edib mən, Əl qaldırıb asimanə söyləyirəm urəkdən: ≪Ey ilahi, ürəyimi parçaladı bu həsrət, Gözlərimdə nurlu gündüz oldu qatı bir zülmət. Yarəb, məni məhv eləyir bu ayrılıq, bu hicran, Səbrim daha tükənmişdir, kömək ol, ey yaradan! Nə vaxtadək məhrum olum, dərdlə belim bükülsün Nə vaxtadək piyaləmə ürək qanı tökülsün?! Nə vaxtədək əzab çəkim, qan-yaş tökum cahanda, Nolar mənim üzümə də bağlı qapı açanda?! Mən nə qədər gözü yaşlı, qəlb odunda qovrulum? Bu havadan torpaq kimi mən nə qədər sovrulum? Bu beytini ah nə yaxşı soyləmişdir bir şair, Bu lap mənim işgəncəli əhvalıma oxşayır: ≪Ey ilahi, haradadır axı mənim nəsibim, Mən həsrətdən can verirəm, hanı mənim təbibim?≫ * * * Məqsədin kəşfi Dostlar, mənim əhvalımdan siz olunuz baxəbər, Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər? O şəxsin ki, məhv olmuşdur hər arzusu, gumanı, Ağlamaqdan başqa nədir onun dərdə dərmanı? Urəyimdə coxaldıqca hər istəyim, həsrətim, Bir o qədər umid sonur, artır dərdim, mohnətim. Dostlar, məni xatırlayıb saldınızmı yada bir? Yoxsa belə biganəlik sizə daha xoş gəlir? Qəm əlində əsir olan bir qəribəm indi mən, Bir şey yoxdur xilas etsin bu konlumu ələmdən. Omrum kecdi mohnət icrə kədər dolu hicranda, Gulustanın cicəkləri solub getdi xəzanda. Mən bilirəm ağlamaqdan faydalanmaz qəlbimiz, Lakin yanan hər bir şeydən tustu cıxar, şubhəsiz. Bilirəm ki, xilas etməz bu nalə, bu ah məni, Neyləyim ki, mumkun deyil saxlamaq ah-naləni. Heyrət etmə gozlərimdən seltək qanlı yaş axır, Bil ki, qəlbim oz qanını gozdən colə buraxır. Bir zamanlar donmuş idim bəxtiyara dunyada, Həmdəm idim zulfu ipək, nazlı yara dunyada. İndi belə sərgərdanəm, halım olmuş pərişan, Ağlım belə qalmış mənim oz işimə mat, heyran. Dostlar, deyin bu dərdlərə varmı əlac, ya tədbir? Nalə, fəqan etməkdən hec gorunmədi bir təsir. Tutulmaqdan necin qorxsun tora duşmuş bir şikar, Kaş ki, onu tutan ovcu olmayaydı zulmkar! Bulbul əgər qarğa ilə salınsa bir qəfəsə, Bulbul cəh-cəh vurmaq ucun hec gələrmi həvəsə? Təəssuflər bu omrumuz boşa gedir anbəan, Nə xeyr işə sərf olunur, nə sevgiyə, ah, aman! Bu zamanə saldı əcəb məni dərdə, mohnətə, Urək qanı cilədi bu cohrəyə, bu surətə. Sanki mənə əzəl gundən olmuş idi bu xitab: İcim bulud, xaricimsə olsun nurlu afitab. Qan uddurur oz əlilə mənə zalim zəmanə, Zahirdəsə guya vermiş mənə qızıl peymanə. Hec bir istək alınmamış bu kəcrəftar fələkdən, Loğman belə olsan yenə qurtarmazsan kələkdən. Gozlərimdən qan selləri axır, qəlbim dağlıdır, Qoncə kimi icim dolu, dodağımsa bağlıdır. Cox sirlər bilirəm mən, acmağasa yox imkan, Desəm belə kimdir mənim əsrarımı anlayan? İbn-əl Fərid kimi fursət tapa bilsəm mən hərgah, Xalqı yeni xəbərlərdən eyləyərdim mən agah. Cıxmışsa da işlərimin ixtiyarı əlimdən, Uzaqdırsa məndən əgər indi, əziz yar, vətən. Yenə də bu sonsuz ələm, qussə ilə hər zaman, Xoş gunlərə umidlərdir məni xoşhal yaşadan. Eşq əgər oz zovqu ilə məni həmrah eyləsə, Varlılıqdan, kasıblıqdan məni agah eyləsə, Qəlbim onun qəmi ilə elə gulər, şadlanar, Şadlığım qəm, qəmim isə donub şadlıq adlanar. Məhəbbətdir bu dunyada gozlərimə nur verən, Odur mənə həqiqəti acıq, aydın gostərən. Ey ilahi, Qudsiyə sən qudsiyyətdən bir can ver, Onun ağır dərdlərinə oz əlinlə dərman ver! Gizli şeyə baxan zaman gorsun onu aşikar, Hər işində dadına cat, sən ozun ol ona yar! * * * Fikrin izahı Omur kecdi boş-boşuna, etdik daim ahu-vah, Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah! Ey saqi, ver piyaləni, mey qızdırsın bu canı, Bəlkə şadlıq bir də olsun qəlb evinin mehmanı. Əl tutmasan, qəmlər məni məhv eyləyər, yaxşı bil, Ona gorə verdiyin su adlanıbdır səlsəbil. Ey saqi, gəl atəşimə bir su cilə cat dada, Qızışdırsın atəşimi o su mənim daha da. Qəlb evinin təmizliyi o şərabdan pay alar, Su deyilir ona, lakin bir atəşdir aşikar. Ey saqi, bu ruzigardan mən də bir kam almadım, Bir badə ver, ənbər icən cağırılsın qoy adım. Bəlkə o mey nicat verə mənə sonsuz kədərdən, Ruh ciləsin torpağıma cana gəlim bir də mən. Ey saqi, bir ayna ver ki, dunyanı seyr eyləyim, Tut qarşımda, sənə gozəl bir macəra soyləyim. Tuti ayna gorən kimi məlumdur ki, dil acar, Sən də sudan bir ayna tut, sirlər edim aşikar. Saqi, mənə abi-həyat peymanəsi əta et, Əsrlərin gunəşilə bu dərdimə dəva et! Qoy yarımın surətini mən gostərim badədə, Əhsən desin bu qudrətə yar da, mən də, badə də. Bu dunyada hər kəs olur bir vəchlə kamiran, Xızr-zulmatdan, mənsə gunəş ceşməsindən, hər zaman. Ey saqi, mən dərd icində avarəyəm ruzu şəb, Heyranlığın səhrasında dolanıram təşnələb, Susuzluğa bir carə qıl, urəyimi sirab et, Sən bu suyun xassəsini anlat mənə, səvab et! ≪Cami-mey≫ ki, soyləyirlər, bu sozdə nə hikmət var? Acı badə icində də, nə qəribə halət var. Nəzərlərdə saf, gul rəngi gorunur o hər zaman, İcəriyə cəkən zaman necun olur qızıl qan? Deyirlər ki, huşyar edər icənləri bu badə, Bəs necin məst, zəlil edir, verir həyatı badə? Gozə bir cur gorunən bu mayedə min sifət var, Onda şoran duzu, həm də Fəratdan da şərbət var. Sənə qurban olum saqi, sakit qalma, yenə dur, Sən hərəkət edən zaman məclisimiz şən olur. Dolu şərab badəsi ver, unudum hər dərdi mən, Bəlkə bir az can qurtarım mən ağlımın əlindən. Urək şənlik məclisinin cicəklənən bağıdır, Ağıl isə quldur kimi vurub onu dağıdır. Dunyaları əks eyləyən saf aynadır bu urək, Ağıl tozu ortər onu cirkli qara pərdə tək. Lutf et, saqi, məqsədimə catım bəlkə birtəhər, Bihuş olub qələm cəkim huşyarlığa bir qədər. Urək azad olan zaman işgəncədən, əzabdan, Bəlkə ona gizli sirlər olacaqdır numayan. Biləcəkdir bu badənin xoş səfası nə imiş, Hər bir işin ibtidası, intihası nə imiş! Əgər mənə komək olsan umidim var nəhayət, Sənin gozəl niyyətinlə kəşf edilər həqiqət. * * * Nəfsin qorunması Qudsi meydən qudsi nəşə istəmişdir hər zaman, Hər kəs olar məclislərdə bu nəşəylə kamiran. Bir mey istər, quvvət verə o mey dinə, ağıla, O mey yox ki, onunla din, ağıl, hunər dağıla. O şərabı istəməz ki, şər ab olmuş ləqəbi, Zatında bir fitnə vardır, qarışdırar əsəbi. Elə şərab istəməz ki, etsin cana bəd əsər, Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər. Deyirlər ki, yuz xətaya olar daim mey bais, Ona gorə ad vermişlər ona ≪ummul-xəbais≫. Ağılsız baş şərab ilə qızışarsa bir daha, Bada gedər bir gun icrə hormət, ədəb və həya. Bu uğursuz nəfsin hokmu qarışarsa hər işə, Ağlasığmaz pislik olar insanlara bir peşə. Nəfsin olsa can mulkundə sayğısız bir hokumdar, Əvvəlcə o oz həyanı ortalıqdan qaldırar. Bu sozlərdən yol acılar belə dərin mənaya: Ki, din əldən gedər əgər tanımasa uz həya. Həya yoxsa, həvəs icrə baş qaldırar rəzalət, Zalım nəfsin istəyi də verər min bir fəlakət. Mən bu fikri nəql etmirəm başqasının sozundən, Oz başıma gələn işdir, qoy nəql edim ozumdən: * * * Mətləbin tədriclə açılması Cox zamandı urəyimdə dolanırdı bu sual, Gorəsən ki, icən zaman necə dəyişir əhval? Mey nəşəsi barəsində hər kəs bir cur vurur laf, Saf şərabın xassəsində vardır boyuk ixtilaf. Biri onda gəzir şadlıq, fərəh, hər cur xoş halət, Bir başqası deyir: ≪Şərab torədir min fəlakət≫. Biri subut etmək ucun gətirir bir cox dəlil. Deyir: ≪hec nə mənfəətdə bu şərabə tay deyil≫. Başqası da başqa dəlil gostərir cox motəbər, Ki, mey şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər. Hər kəs bir cur fikir edib durur fikri ustundə, Min ixtilaf torədirlər meyin zikri ustundə. Bunu gorub gəldim belə qərara ki, mən əgər, İstəyirsəm biləm meyin xeyr-şərin, bir qədər. Gərək icim, baxım mən də, nə cur olur al şərab, İcməmiş kim edə bilər tərifini intixab?! Mən bu fikrə duşən zaman gulumsədi xoş bahar, Gullər acdı, cəmənlərdə oldu hər yer laləzar. Səba yeli vurdu artıq gulustana min bəzək, Cəmənzarın simasına ənlik vurdu hər cicək. Nəsiməmi ətir vermiş gul cohrəli bu gulşən, Ya ki, nəsim oz ətrilə eyləmişdir gulu şən?! Hər tərəfdə kef əhlindən etmək ucun bir xahiş, Yarpağını kağız edib gondərdi gul sifariş. Bu gulşəndə bir saqidir al geyinmiş bir lalə, Almış ələ o gul rəngli jalə dolu piyalə. Səhər cağı nəğmə deyir quşlar boyuk həvəslə, Səba yeli urək acır xoş ətirli nəfəslə. Nəhayətsiz fərəh, şadlıq cəmənzara sığışmaz, Sanki fələk asimanda şurə gəlib calır saz. Cəmən, səhra başdan-başa nə xoş gəlir nəzərə, Ruhu oxşar, konul acar hər gorunən mənzərə. Yoldaş olub necə nəfər cəkilərək guşəyə, Eyşu-işrət sufrəsində dalmış onlar nəşəyə. Mən də necə hal əhlilə, ariflərlə bərabər, Cəmənin xoş bir yerində məclis qurduq muxtəsər. Gul yanaqlı saqi tutub əldə gulgun peymanə, Meyində var oz uzundən, ya da guldən nişanə. Xoş avazlı xanəndəylə əlindəki bərbət, cəng, Konulləri oxşamağa olmuş necə həmahəng. Badə gərək nəşə versin, olsun dadlı xoşguvar, Xususilə bahar fəsli, yanında da bir nigar. Ağıllılar bu zamanda verməz əldən fursəti, Mey nə qədər saf olarsa, artar onun ləzzəti. Qarşımızda elə şərab vardı bizim ərğəvan, Rəngi, ətri utandırır gulləri də hər zaman. Şohrətində o mey sanki ruh acan bir reyhandı, Əsli Firəng yurdundandı, ləqəbi də Şampandı. Butun gozəl şərablardan şohrətlidir, adlıdır, Hansı şərab onun kimi ləzzətlidir, dadlıdır?! Həyat verən yar ləbi tək o mey şirin, təmizdi, Sozu kimi acıdısa, mənfəəti hədsizdi. Dəniz suyu acısa da xeyir verər o bizə. Ona gorə şərabı da bənzədirlər dənizə. Bəllidir ki, şərab silir urəklərdən ələmi, Unutdurur qəm-kədəri, unutdurur aləmi. Bunlar aydın rəvayətdir, danışmağa yox həvəs, Nələr gəldi başımıza sərxoşluqdan bizim bəs!? Şərab icib getdikcə cox, sərxoşluğa duşdum mən, Urəyimin ətəyi də cıxdı tədbir əlindən. Hərisliyim coxaldıqca acdı şərab uzumu, O sildikcə qəm tozunu, caşdırdım hər sozumu Sevinərək mən ozumu hesab etdim o zaman, Tacım-təxtim olmasa da həşəmətli hokmuran. Yenə icdim, hey icdikcə icməyi cox xoşladım, Dilsiz idim, birdən-birə natiqliyə başladım. Elə bildim soz mulkunun mənəm qadir sultanı, Soz duzməkdə təkcə mənəm oz əsrimin Sohbanı. Qafil idim soylədiyim sozlərdən yavaş-yavaş Qəlbimdəki sirlərimi eyləmişəm tamam faş. Xəyalımdan tamam cıxdı sayıqlıq və ehtiyat, Mey apardı iradəmi, duşmən acdı qol-qanad. Bu məsəli yaxşı demiş dunya gormuş atalar, Oz başını qorumağa sərxoş nədən guc alar? Mən yenə də başa cəkdim bundan sonra necə cam, Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam. Bu qaydadır sərxoşların rəqsə meyli cox olur, Cunki şərab təsirilə vuqar, təmkin, yox olur. Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım, Nəyim vardı getdi əldən, itdi ağlım, kamalım. Sonra yenə başa cəkdim necə dolu badə mən, Keflilikdən cərənlədim, tamam getdim badə mən. Hər yetənlə dalaşaraq soyub təhqir eylədim, Yaraşmayan işlər gordum, cəfəngiyat soylədim. Hərcənd ki, sozlərimdən bir az oldum xəbərdar, Lakin əldə deyil idi hec iradə, ixtiyar. İllər boyu sınadığım sadiq o can dostları, Candan əziz o səmimi və mehriban dostları. Qaba sozlə mən incitdim, təhqir etdim bir anda, Yaman sozdən yaman bir şey yoxdur, bilin cahanda, Hər dillərin sirlərini kəşf eyləyən babalar, Demişlər: ≪Dil yarasına hec bir dərman etməz kar≫, Sədi yaxşı demiş: ≪Susmaq yaxşıdır pis sohbətdən, Pis soz salar soyləyəni xalq icində hormətdən...≫ Xeyir işlər təlqin edən o Məhəmməd peyğəmbər, Demişdir ki, haqqın uzu xoş kəlamda gorunər, Firon belə kufrə duşub allah dedi ozunə, Lakin cavab tapmadı o, Musanın haqq sozunə. Atalardan qalma məsəl xatırladım sənə gəl, Dilə girov baş ozudur, acar başa dil əngəl. Xalq nə bilsin axı sənin urəyindən kecəni, Soylədiyin sozlər ilə tanıyacaq o səni. Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə, Yarəb belə yaman dilim kaş dibindən kəsilə! Hər nə isə ağlım itib eyləmişəm gor nələr Yaraşmayan işlər tutub torətmişəm fitnələr. Hec ozum də bilməyirdim nədir bunun səbəbi, Gah ağlayır, gah gulurdum, xeyli kuskun əsəbi Mən qusmağa başladıqda halım tamam pozuldu, Huşsuz duşdum cəsəd kimi, dilim isə lal oldu. Başağrısı sərsəmliyim eyləmişdi məni xar, Bu zavallı halı yalnız duşən bilər, anlayar. Ayıldıqda ətrafımda gormədim bir dostumu, Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?! Etibardan dəm vurmağa haq verirmi bu halət? Allahdan da, bəndədən də mən cəkirəm xəcalət. * * * Əsl məqsədin bəyanı Ey konul, sən ibrət gotur oz başına gələndən, Başqası da ibrət alsın bu yol ilə qoy səndən. Mey məstliyi uzun surməz, davamı da azdır, az, Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz. Gunahını bağışlatmaq diləyirsən, dilə gəl! Haqq yoluna donənlərə bağışlanır pis əməl. Coxlarını məst eləyir var-dovləti dunyanın, Gozlərini kor eyləyir bu var-dovlət insanın. Bu dunyanı sevən demək faniliyə aldanmış, ≪Fəəğşeyna≫ ayəsilə gedib olsun qoy tanış. Oz omrunu sərxoşluqda kecirərsə hər cahil, Başağrısı bir an belə rahat qoymaz, onu bil! Xumarlanmış gozlərini acan zaman yuxudan, Gorəcəkdir gunəş cıxmış, işıqlanmış bu cahan. Hər əmələ, ədalətlə cəza verər haqq ozu, O əyriyə əyri deyər, duzə cıxarar duzu, Aləm nədir sinəsində caxnaşmalar, qovqalar, Sərmayəsi: şohrət, qurur bundan başqa nəyi var?! Bu dunyanın arzuları: sonsuz ələm, məşəqqət, Kopuk kimi suda uzur, itib gedir nəhayət. Var-yox butun əfsanədir, mənasız bir xəyaldır, Bu xəyaldan ozgə nə var, dərk eyləmək mahaldır... Cox məşhurdur Səba şəhri gozəlinin dastanı, Ki, dalğaya bənzətmişdi şuşədəki damlanı. Həqiqətdən sən uzağa cox duşmusən, əzizim, Yoxluğa bir varlıq deyə səhv etmişsən, əzizim! Bu dunyanı duymaq olmaz xəyallara dalaraq, Aləm nədir? Nədir onda belə ləzzət, bu maraq? Arzu kamdan cox uzaqdır, birləşməzlər hec zaman, Muzdurluqdur bu yaşamaq, dunya boyuk bir zindan. Məşəqqətlə omur surub, rahatlanmaq dilərik, Əlimizdə olan dovlət: ehtiyacla koləlik. Təəccublə baxıram mən mal toplayan hərisə. Yığdığını alacaqdır ya tufan, ya vərəsə. Beləliklə, qəribədir hər bəşərdə bu xislət, Hərisliyi tuğyan edər, şərə duşər nəhayət Subut ucun Qurandakı bir ayəni oxu, bil, ≪İnnəl-insan≫ ayəsinin hikmətləri boş deyil! İşrət nədir? Etibarı olmayan bir həvəsdir, Zəmanənin əhli kimi vəfasızdır, əbəsdir. Gecə deyək xoş kecindik, bir az keyfə baxaraq, Gunduzlərin əzabından bəs necə can qurtaraq?! Bir loğmanı axşam yedin, kef kokəldi, bu bəlli, Axı gunduz aclığına bu olarmı təsəlli?! Kecənlərdən boş xatirə qalacaqdır dunyada, Royalarda gorduklərin bir xəyaldır bil o da. Hokmranlıq nədir? Nəfsə məhkumluqdur mənası, Azadlıqdan həmişəlik məhrumluqdur mənası. Mənsəbindən səmər nədir: sonsuz cədəl, qalmaqal Başın qovğa icindədir, oz işinə yox macal. Artar hər an təşvişlərin, urəyində təlaşın, İşlərinə baxmaq ucun fursət tapmaz oz başın. Hər tərəfdən hucum edər duşmənlər və paxıllar, Bir az kecməz xasiyyətin donub itdən pis olar. Yavaş-yavaş tinətində gorunər bir qəddarlıq, Sarsılaraq viranəyə donər səndə bu varlıq, Zulm edərsən, gunahını hec boynuna almazsan, Qan tokmək də gozlərinə gorunəcək cox asan. Zənn edərsən ki, filankəs sənə quyu qazır ha, Ozun quyu qazıb onu tez salarsan quyuya. Nə ozundən xəbərin var, nə işindən, karından, Qəflət səni ayrı salar ən vəfalı yarından. Kecmişlərdə sənə bənzər bir məst kişi yaşardı, Ki, məstliyin coxluğundan məstliyini danardı. -Hekayət** Bir kişinin dərd əlindən əhvalı cox caşbaşdı, Bazarda o gəzə-gəzə bir əttara yanaşdı. Dedi: Mənə bir həb ver ki, nəşə versin adama, Pul verərək uddu həbi, gedib girdi hamama. Xəlvət yerə girib palcıq surtən zaman ozunə, Həbin guclu təsirilə baxdı bir an uzunə. Dedi: Axı, dəyişmədi əhvalımı mənim həb? Harda qaldı bəs şadlığım, yoxdur nəşəm, nə əcəb?! Verdiyim pul getdi bada, hasilim bəs nə oldu? Konlum kədər, qəm əlindən daha betər pozuldu. Belə halla cıxıb getdi o həmamdan bazara, Utanmadan min qəzəblə yaxınlaşdı əttara. Dedi: Alcaq! Bəs həbinin hanı mənə təsiri? Hec bir nəşə verməyibdir, ozundədir təqsiri! Duz bir saat soydu, onu, ustunə də atdı şər, Nəşə ondan gedən kimi tutdu ozundən xəbər, Elədiyi qəbahətdən cəkdi sonsuz xəcalət, Ah cəkdirdi, onu yaman peşman etdi bu halət. Dedi: Aman, gor nə bəla gətirdim oz başıma, Hansı uzlə nəzər salım indi oz tay-tuşuma? Dostum əgər təkəbburdən sən keyfi saz olmusan, Bu dunyanın eşqi ilə bir ədabaz olmusan. Olma pisi yaxşıların cərgəsinə qoyan sən, Sərxoş ikən gəl ozunu ayıq sanma, oyan sən! -Lətifə** Bir alimdən kecənlərdə sual etdi bir nadan: — Hec divana bilərmi ki, məhrumdur o ağıldan? Bilərmi ki, o dəlidir, şuura da biganə? Cavab verdi: Bilsə bunu, demək deyil divanə. * * * Can yaxan eşqin işığından bir şüa Salam, sizə ey sevdanı bilən əhli-mərifət, Səlamətlik guşəsinə cəksin sizi məhəbbət. Məhəbbətsiz bu dunyada nəşə yoxdur, bu şəksiz, Eşqi isə duymaq olmaz, saf duyğulu urəksiz. Urəklərin rahatlığı eşq ilədir hər zaman, Hər kəs olmuş oz eşqilə bu dunyada kamran. Bu dunyada yoxdur ancaq məhəbbətin ədəmi, Başdan-başa o qəm, kədər olsa belə, nə qəmi?! Onun qəmi elə qəm ki, cox ustundur şadlıqdan, Onun bəndi icindəsə azad olar hər insan. Dərd icində əgər nalan qoysa belə o canı, Unudarsan həmişəlik sən hər iki dunyanı. Qəlbim sonsuz həyatı bu dərdə qurban edərdi, Urək cəksin qoy dərmandan yaxşı olan bu dərdi. Bu xərabə yerə duşub can cəkişən hər insan, Oz kədərli urəyini istər edə şadman. Lakin yoxdur bir nəfər də bu dunyada bəxtiyar, Şadlıq, şohrət, xoşbəxtliyin ancaq quru adı var. Hərənin bir dərdi, vardır, deyin kimdə qəm yoxdur? Bir fərq ilə: birində cox, o birində lap coxdur. Başdan-başa bu dunyanın işləri qəm, kədərdir. Lakin insan bu işlərdən qafildir, bixəbərdir. Bu dunyada bir iş yoxdur, olsun tamam zərərsiz, Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz, Hər bir işin mənasını axtarırlar səbəbdə, Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də, Cəhd eyləyir, hər kəs tapsın bir az şadlıq dəmini, Şadlıq tapmaz, o daha da artırar oz qəmini. Bu dunyada qəm, mohnətdən başqa yoxdur səadət, Eşq olsun o aşiqə ki, ona gulur məhəbbət. Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan, Ancaq bir şey xilas edər urəkləri hər zaman. Olmasın qoy can evində yar qəmindən başqa qəm, Dərd bir olsa tez tapar o oz dərdinə bir məlhəm. Sənin dərdin o vaxt catar istədiyin dərmana, Ki, qovuşsun konul yara, can vəfalı canana. Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq, Onun qəmi, kədəri də olar xoşluq və şadlıq. Həqiqətdən bəhs edərkən yada duşdu bir məcaz, Bir cavandan deyim sizə ki, olmuşdu eşqbaz. -Hekayət** Misirdə bir gozəl vardı yanaqları al-əlvan, Olkədə o əzizlərdən sayılırdı hər zaman. Camalı nur ciləyirdi cıraq kimi hər yana, Onun xalı atəşinə yanmışdı cox pərvana. Yanağının kitabında yazılmış sətr arası, Şərh olunur ona baxan zamanda ≪nur≫ ayəsi. Dodağıyla can bəxş edər gozlərilə ovlardı, Surətində yaradanın sənəti canlanardı. Kakilində gorunərdi umid, qorxu əsəri, Ayı iki parcalardı qaşlarının xəncəri. Qara zulfu kəmənd kimi halqa-halqa buranda, Vurğun qəlbi tora salıb ovlayardı bir anda. Gulşənində yanaq kimi bəsləyirdi bircə gul, Ona nəğmə oxuyardı yuz şur ilə min bulbul, Ona aşiq olanlardan birisi də əttardı, Hər xəstəyə dərman verib ozu xəstə yatardı. Oz yanında xoş ətirli dərmanları var ikən, Yar zulfunun qoxusunu axtarardı subh erkən. Bu dərd ilə zaman otdu, aylardan il duzəldi, Gunlər kecdi, bahar otdu, xəzan kecdi, qış gəldi. Bir goruşə mohtac idi o binəva, muxtəsər Bu goruş də o yazığa olmayırdı muyəssər. Bir gun o ay aşiqlərin naləsindən incəldi, Aşiq qanı tokduyundən canına bir dərd gəldi. Ya da nəzər oxu ilə vurduğuycun yaralar, Bir bədnəzər zərbəsi də ona axır etdi kar. Təbib onun mərəzini yoxlayarkən nəhayət, Dərman ucun yazdı ona meyvələrdən bir şərbət. Təsadufən bu şərbəti hazırlamaq zamanı, O əttarı gətirtdilər duzəltsin bu dərmanı. Əttar yarı gorən kimi zəfərantək saraldı, Cırpınaraq qəlbi birdən onu sonsuz dərd aldı. Ciyərinin qanı ilə cuşa gəldi həvəsi Gozlərini qapayırdı yarın odlu nəfəsi. Sinəsində tufan vardı sanki coşğun dənizdi, Dodaqları bağlı idi, heyrətindən səssizdi. Huş gedərsə, dodaq səssiz, hərəkətsiz dayanar, Gul onundə bulbul qəlbi cırpınaraq odlanar. Bəli, əsil aşiq odur oz yarını gorəndə, Varlığını unudaraq dili duşsun kəməndə, Gozlərini acsın ancaq yar uzunə hər zaman, Ancaq yarın sohbətini eşitsin o anbaan. Camalının xəyalilə o qəlbini xoş tutsun, Canı oda duşsə belə varlığını unutsun. Varlığından olub duşsə caşqınlığa, heyrətə Od icində sızlamağı sığışdırmaz qeyrətə. Nə isə, o hazırladı meyvələrdən bir şərbət, Atəş ustə qoyan zaman artdı onda hərarət. Eşqin əcib təsirindən olmuşdu cox pərişan, Sərxoş idi məhəbbətin şərbətindən bu zaman. Bulayaraq qarışdırdı barmağıyla şərbəti, Bu şərbətdə yandı əli hiss etmədi o qəti. Dilbər onun halın gorub qandı o da aşiqdir, Oz eşqində fədakardır, məhəbbətə sadiqdir. Min konuldən aşiq oldu ona məşuq olan yar, İstədi ki, daim olsun ona yaxın həvadar. Aşiq əgər oz eşqində gostərərsə sədaqət, Məşuq ona aşiq olar, budur əsil həqiqət. Eşqin cətin imtəhanı titrətsə də əsəbi, Bil məcazi məhəbbətin budur axır tələbi. Sədaqətli aşiqlərin budur halı, bil bunu, Burda Leyli daha artıq tələb edir Məcnunu. Yarla aşiq, vəsl ilə hicr, gəldi muvafiq ədəd, Sal yadına ki, nə dedi ≪Qul huvəllahu əhəd≫. Muddəanı subut ucun eldə gozəl misal var, Artıq sozlər kufrə donər, burda sozu gəl qurtar! Sən ozunu tanımadan, necə mumkun bu əməl, Bu hikmətin əsrarını anlayasan mukəmməl?! Oz halını o uşaqla tutuşdurub sal yada, O, gunəşi gorməmişdən inanmazdı dunyada. -Hekayət** Qaranlıq bir ev icində doğulmuşdu bir uşaq, Evlərində bir ustaddan elm oyrəndi o ancaq, Tanımadı şamdan başqa işıq verən atəşi, Bir an belə gormədi o gozlərilə gunəşi. Muəllimi hər nə qədər soylədisə aşikar, Ki, dunyada hər bir şeydən işıqlı bir gunəş var. Uşaq ona inanmayıb hey deyirdi ustada, Ki, bu şamdan işıqlı şey ola bilməz dunyada. Bir gun səhər colə cıxdı, uşaq heyran dayandı, O gunəşi gorən zaman bu sozlərə inandı. Bədənin bir evə bənzər, canın ona bir əşdir, Ağlın nurlu şama bənzər, eşq isə bir gunəşdir. Sən bilmirsən əbədiyyət mehri nədir, ey nadan, Ağılcatmaz hər bir şeyi mahal sanma hər zaman. Bu sozlərin yeri deyil, yersiz sozdən cəkin, qac, Məhəbbətdən bir soz soylə, aşiqlikdən sohbət ac! * * * Düzlər məsləkini izləyənlər dastanının davamı Bu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir, Eşq əhlinin kami-dili bu mənzildən hasildir. Birdən artıq coxluğa uz qoyan dəmdə bu vəhdət, Gorunuşlə xasiyyətdə yarandı bir ziddiyyət. Vəhdət durur oz başına, hec asılı olmadan, Gorunuşdə, xasiyyətdə həm əyandır, həm nihan. Kainatın oz sirri var baxma ona havayı, Hər şey doğub məhv olmada bircə ondan savayı. Coxluq təzad yaradırsa əsrarəngiz vəhdətə, Aşiq-məşuq ad verildi bu əzəli hikmətə. Hər bir işdə nazu niyaz tələb edir bu dovran, Bu cur ancaq işlərdəki noqsan qalxar aradan. İstəyirsən gizli sirlər sənə olsun aşikar, Qurandakı ≪Allahu nur≫ ayəsini et təkrar. * * * Muştuluq xəbəri Bu rəmz ilə xitab etdi Xəlilullah insana, Ona şahid ayla, gunəş, odur allah insana. Yemək, sevgi arzusuyla yaşamaqda bu bəşər, Ulduz kimi bu arzular başı ustə cilvəgər. Şərafətə minər insan artarsa onda şuur, İnsan idrak sayəsində gunəş kimi sacar nur. Bir baş daha yuksələrsə donub olar bir mələk, Gunəş kimi ondan işıq alar sonsuz bu fələk. Məhəbbətlə gunəş dildə bir adlanır mehr, mehr. Əbədidir gunəş kimi məhəbbət də, deyil sehr. Məhəbbətdə dərk eyləyər insan ozu-ozunu, Sevgi, sevda, məhəbbətlə başlayar hər sozunu. Qurana bax, genişsə də mənaları, məzmunu, ≪Bey≫lə ≪sin≫lə başlanaraq bitir, yaxşı bil bunu! Məqsəd belə aydın ikən bu təkrarə nə hacət? Duz demişlər, ariflərə bir işarə kifayət. * * * Eşqdə təmizlik haqqında Məhəbbətdə sanma kufrə, nə də dinə uyan var, Rindlik, məstlik olan yerdə ayinlərə kim uyar? Fisqilə zohd insanlara qurulmuş bir duzaqdır, Huşyar olan şubhəsiz ki, bu kələkdən uzaqdır. Səfsətədir hər muddəa, fikirləri muəmma, Məsələlər məlum olmur, hər şeydə var bir əmma. Aşiqlərdə təqlidə hec olmaz zərrə etimad, Ancaq vardır hər bir işdə oz gucunə etiqad. Boş laqqırtı nəyə lazım, xoş gəlsə də hər avaz, Goz gorduyun qəbul edər, quru sozə inanmaz. Eşq hədisi başqa şeydir, diqqətlə bax ona sən, İbrət alaq indi biz də bu hikmətli hədisdən. Sozə yeni məna, yeni şəkil versin fikrimiz. ≪İstincanı≫, ≪İstibranı≫ başqa cur şərh edək biz. Bunlar nədir ki, bunlarsız taət haram sayılır, Onlar olsa insan qəflət yuxusundan ayılır, Burada gəl bu sozlərin izahını eşit bir, Fazillərin muəllimi Şeyx Bəhai demişdir: Yaramazlar! Bu əməldən, hərəkətdən utanın, Ki, istinca daşlarını gizlərsiniz şeytanın. İstincadan qərəz budur--urək təmiz olmalı, Alcaq tiynət məhv edilib paklıq əziz olmalı. İstibrasa o deməkdir, gizli saxla hər sozu, Sirr deyilən xəzinəyə sahib olsun qəlb ozu. Şərab icsən, şərabla da apararsan xumarı, Su olmasa bəs təmizlik nə cur olar, bil barı! Əbədiyyət badəsilə sərxoş olan bir adam, ≪Vəlləzinə amənu≫dən alar quvvət və ilham. Bu soz ilə təmizlənsə hər urəyin qubarı, Camalında şəfəq salar konullərin ilqarı, Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil, İbadətin mənasızdır, qəbul olmaz duan, bil! Bu hərəkət cox bənzəyər dərgahında usyana, Zahirdə həqq, batindəsə bağlanmısan şeytana. Bu riyakar itaətdən susmaq daha yaxşıdır, Asi olmaq muşriklikdən hər mənada yaxşıdır. Pis sifətdən cəkin, həqqə istinad et ey insan! Bir an belə uz dondərmə ≪gəl-gəl≫ deyən allahdan. Alnı acıq hər işini eşqə bağla həmişə, Qoy eşq olsun dil əzbərin, sənə yuksək bir peşə. Məhəbbətdən başqa yoxdur sənə duz yol gostərən, Odur xeyir işə cəkən, sənə curət, guc verən. Ey qəfəsdə cırpınan quş, tənbəllikdən iş aşmaz, Sən qartalsan, milcək işi qudrətinə yaraşmaz. Oz nəfsinin məhbəsindən qurtar, azad qanad cal, ≪Leysə lil-insanə illa ma səa≫dən ibrət al! Əqlin varsa puc eyləmə omrunu, qıl ehtiyat, Qoyma boş-boş kefcilliyə hədər olsun bu həyat. Bir duşunsən əbədiyyət dovlətinə sahibsən, Muvəqqəti ləzzət ucun vermə onu əlindən! Asiliklə əziz omru goydən yerə salmasan, Qocalmısan, uşaq kimi cirk icində qalmısan. Urəyini azadlıqdan ozun saldın zindana, Yaradılış mənasından xəbərsizsən, qansana! Həq yaratdı ozu kimi səni, verdi min ziynət, Bu qamətlə dedi bizə etməlisən itaət. Onda olan əlaməti, o cəlalı istəsən, Sidq urəklə, doğru dillə zulcəlalı istə sən! Xəlvətdən bir mənzil verdi sənə mohkəm, mukəmməl, Sonra dedi oz əqlinlə bizə tərəf qayıt, gəl! Lakin indi bunları sən unutmusan, ey insan, Heyif olsun sənə heyif, yazıq sənə, bir utan! Bəzən guya meyl edirsən ibadətə, xaliqə, Pərdə olur oz varlığın itaətə, xaliqə. Cəhənnəmin qorxusu, ya behişt ucun ibadət, Etməz haqqın dərgahında sadiqliyə dəlalət. Cunki bu nəfs istəyidir, xudpərəstlik deməkdir, İtaətin əvəzinə, qurulmuş bir kələkdir. Bəhaidən yenə duşdu yadıma bir rəvayət, Bu yerdə cox munasibdir, qoy eyləyim hekayət. O demişdir: İtaətdən əvəz almaq istəsən, Bu korluqdur, muzdurluqdur, əl cək belə adətdən. Aşiqlərə məqsəd ancaq yar vəslidir hər zaman, Cənnət şovqi, ya cəhənnəm xovfi bilməz o bir an. Kimdə olsa yar sovdası de nə qəmi var onun? Oz behişti, oz dəhşətli cəhənnəmi var onun. Kafirlərin kufru, həm də dini hər bir dindarın Urəyində bir zərrəcik dərdə bənzər əttarın. Hər şəxsin ki, olsa bu cur yuksək ali humməti, ≪Əssabiqun≫ ayəsindən alar gucu, qudrəti. Candan kecib catar o dəm cananının vəslinə, Əzəliyyət aləmilə qovuşar, bil, o yenə. * * * Məhəbbət və vəfa şərtlərinin şərhi Ey muxatəb, eşqə meyl et, dərdlərinə ver dərman, Allah eşqin bəlasilə edir bizi imtəhan. Eşq aləmdir, işgəncədir, nəhayətsiz macəra, Aşiq gərək əzablara dozməyi də bacara. Alşərab ki, bu ləzzəti bizə bir az tanıdır, Aşiqlərin goz yaşıdır, ya da urək qanıdır. Yaranmışdır qan dənizi icində bir inci tək, Ya kənarı tikən dolu incə, lətif bir cicək. Qızılgulu dərə bilməz tikanından cəkinən, İncini kim əldə edər dənizlərə girmədən? Canan qəmi can mulkunu dağıdan bir afətdir, Lakin əsil mənada o sənə candır, nemətdir. Bu səhrada can nə imiş, onun qədri nə imiş, Candan kecmək olmalıdır hər aşiqə əvvəl iş. Olməkdən cox nəfs oldurmək cətindir bu dunyada, Bənzəyərlər biri boyuk, biri kicik cihada. Bu hikmətə subut ucun lazım gəlsə hekayət, Qoy soyləyim ≪Məsnəvi≫dən bir munasib rəvayət. ≪Olum adı gələn kimi hər kəs gələr vəhşətə, Bu qovm isə rişxənd edər belə yersiz dəhşətə. Dərdə duşub cəkən zaman intəhasız iztirab, ≪Olum≫ sənə meydan oxur, olar sonda kamiyab. Bu dunyaya bağlılıqsa əgər səndə ixtisas, Sanma qəmdən olacaqsan olum ilə sən xilas. Torpaq səni udanadək ozun donub torpaq ol, Ya torpaqdan təmizlənib, cirkinlikdən uzaq ol! Sozsuz, səssiz bu mənanın əsrarını gəl oyrən, Sən olməkdən əvvəl yaşa, bir an qorxma olumdən. Hər kim belə sifətlərə malik olsa dunyada, ≪Olum≫, ≪həyat≫ qəmlərindən azad olar daima. -Təmsil** Hər kəsin ki, mədəsinə doldu min cur zir-zibil, Ya qəlbini əsir etdi min cur kədər, qussə, bil! Gozu acıq olsa belə batar dərin yuxuya, Aram olmaz, qan-yaş tokər, duşər sanki quyuya. Gozlərinə zulmət cokər, min bir xəyal gorunər, Yuxuları xoflu olar, min dəhşətə burunər. Əgər dərdsiz, qəm-qussəsiz uyuyarsa bir insan, Ayıqlıqdan daha da şən yuxu gorər hər zaman. İndi sən də qiyas elə sec ozunə doğru yol, Nəfsin, həm də bu aləmin məhbəsindən xilas ol! Bu əzabdan oz ≪olumun≫ etsin səni qoy azad, Gəlişilə qoy eyləsin bircə dəfə səni şad. Qoy aparsın səni ruhlar aləminə durmadan, Oradaca bilərsən ki, bu dunyadır bir zindan. İstəyirsən biləsən ki, duzgunmudur bu xəbər, ≪Son əvvəldən xeyirlidir≫ ayəsinə sal nəzər. * * * Məslək yolçularına şadlıq xəbəri Sakit durma, ey sərgəştə konul işə başla sən, Dunya və din matəmini saxla belə vaxt ikən. Sərxoş ikən huşyarlıqdan dəm vurursan nə ucun, Butpərəstkən dindarlıqdan dəm vurursan, nə ucun? Pay umursan qapısından məhrəm bilib hər kəsi, Quzğunlardan istəyirsən sən bir huma kolgəsi. Zənn edirsən ki, filankəs səni dilşad edəcək, Ya da qəmdən, işgəncədən səni azad edəcək. Bilmirsən ki, onun dərdi səndən də laəlacdır, Bu dəbdəbə, şohrətilə o, səndən də mohtacdır. Oz başının hayındadır, gucsuz qalmış cahanda, Başqasına nə cur komək gostərəcək bu anda. Get Qurandan oxu yenə sidqi-dillə bir ayə, Bəlkə ≪malik≫ ayəsindən duşə sənə bir sayə. Odur hakim nə istəsə edər, hokmu rəvandır, Padşahı gəda etmək onun ucun asandır. -Təmsil** Sən olsan da aciz, kuskun, zəif, gucsuz, xaksar, Vucudunda lakin vardır: iradə hər ixtiyar. Xaliq sənə bəxş etmişsə gorən goz və əl-ayaq, Bu nemətdən istifadə etməlisən bir sayaq. Acizliyə biganədir, o qudrətli, qadir şah, De ki, xalqa sən ozunsən arxa, pənah, umidgah. Oz mulkundən o hər kimə yer verərsə hormətlə, Onun başı səmalara yuksələcək şohrətlə. Sonsuz qudrət sahibidir, əlcatmazdır bu cəlal, Lutfu hədsiz, mərhəməti sonsuz, hokmu bizəval. Kam istəyən bəndəsinə deyər: İstə, verim mən, Butun dunya pay almada onun nemət bəhrindən. Hər kəs doğru bir urəklə dua etsə basəvab, Huzurunda şubhəsiz ki, dərhal olar mustəcab. Bu sozləri yazan zaman xəyal catdı dadıma, İt haqqında bir əhvalat gəlib duşdu yadıma. -Hekayət** Ev sahibi oz itini dam ustundə bağlardı, Onu daim bağlı qapı arxasında saxlardı. Bir həftə ac, susuz qaldı orda yazıq it nacar, Gunduz fəqan qoparardı, gecələri ahu zar. Gunlər kecdi, qalmadı hec onda, quvvət, guc daha, İtə olan bu zulmlər xoş gəlmədi allaha. İtə başqa carə yoxdu qapı bağlı, ev zindan, Rəhm eylədi ona bağlı qapıları acdıran. Qəzadan bir alov duşdu ev alışdı subh erkən, Qapı yandı, it də xilas oldu olum cəngindən. Əfsus olsun elə nəfsə, o alcaqdır itdən də, Guzəranı pərişandır duşub mohkəm kəməndə. Nə naləsi əsərlidir, nə duası mustəcab, Əməlləri tərsinədir, gunahları bihesab. Dərgahından alar bir pay hər hunərli, hunərsiz, Ozlərisə qalar daim macəradan xəbərsiz. Haqqın boyuk kərəmindən məhrum qalmaq yararmı? Kərimlərin paxıllarla nisbətləri de varmı? Qudsi, mutləq sənə addan, şan-şohrətdən fayda yox. Tale kuskun, bəxtin zəbun, səadət yox, nalə cox Bir cazibə istə qudsi aləmdən ey Qudsi zar, Ta istəyin təxəllusə uyğun gəlsin aşikar. İndi belə olsan əgər sən nəfsinə qul, yenə, Yəqin bil ki, dərman olmaz urəyinin dərdinə. * * * Alçaq nəfsdən şikayət Alcaq nəfsin dad əlindən verir mənə min əzab, Odur verən urəyimə sonsuz kədər iztirab. Cananımın dərgahından uzaq salır o məni, Onun zalım əllərilə alışır can xərməni. * * * Fikri sübut Bir motəbər kitabda mən gordum belə bir xəbər İt ayağı dəyən yerə qədəm basmaz mələklər. Necin bəs it Əshabi-Kəhf ilə kaha girərək, Dorduncu ya səkkizinci hesab oldu o kopək. Necun gəlib tapmadılar mələklər o kahanı? Bu hədisin dəlilləri, həqiqəti bəs hanı?! İt bəlkə də alcaq nəfsi timsalıdır insanın, Bəlkə ən şum, ən murdar bir xilqətidir cahanın, Həq nurunu ortur, qəlbi boğur zulmat icində, Kim gecələr gunəş gormuş bu kainat icində?! Binəvadır o adam ki, sevgilisi boylədir: Vəfasızdır, can alandır, işi riya, hiylədir. Bu zalım yar salır har an məni dərdə, mohnətə, Min gunaha ducar edir, salır boyuk zillətə. Nə etməli, carəsizəm dərdlər isə aşikar, Gozum varsa baxmaq ucun, yoxdur əldə ixtiyar. Gah kor edir, ağlın gozu tapmaz olur işıq, nur, Gah beynimi məğrurluğun kuləyilə sovurur. Mən filanam, filankəsdən necin qalım bəs dala? Ya filankəs necin belə catmış cahu cəlala!? Ağıl məndə, ozumdədir dunya malı, dovlət də, Kimdən əskik yaranmışam istedadda, curətdə?! Belə boş-boş xulyaların əsiri hər əqli kəm, Gecə-gunduz xiffət edib kədərlənir, cəkir qəm. Lakin edir ozu kimi yuzlərinə koləlik, Bu olumə həyat deyir olməsə də hələlik. Omur kecir cox mənasız boş-boş xəyal icində, Aciz ikən uz gostərir saxta cəlal icində. Edir cılğın ehtiraslar konlumuzu tarimar, Gun kecdikcə rəzalətə surukləyib edir xar. Malu dovlət, ya da şohrət arxasınca hər zaman, Həftə-həftə, ay-ay, il-il dolanırıq sərgərdan. Tamahkarlıq varlılara əl acdırır bax sənə, Eşidirsən hər alcaqdan min sərzəniş, min tənə, Arzu, tamah tukənməyir, bitmir tələb, iztirab, Bu minnət, bu tənələrlə olmayırsan kamiyab. Hirsə əsir o yolcuya bənzəyir bu, eşit, qan! Əl acaraq utanmadı el-obadan, allahdan. -Hekayət** Bir kişinin vəziyyəti pisləşəndə bir qədər, İstədi ki, işlərini sahmanlasın birtəhər. Pul goturub colə cıxdı ki, korlara paylasın, İstədi ki, ehsan ucun o korları haylasın. Bir gozlu də qaca-qaca gəlib ona acdı əl, Yalvararaq pul istədi dedi: ≪Məni qovma gəl!≫ Kişi dedi: ≪Mən korlara pul verirəm, cəkil get, Sən gozlusən, hec olmasa oz boyundan həya et! Gozlulərə pul paylamaq adət deyil hec zaman, Rədd ol sənə bir pay duşməz mənim ehsan pulumdan≫. Yoldan otub kecirdi bir dunya gormuş əhli-dil, Bu sozləri eşidincə durub guldu dedi: ≪Bil. Lap madərzad korlardan da daha kordur bu adam, Ondan necin sən umursan heysiyyətə ehtiram?! Əgər o kor olmasaydı yolculuğa getməzdi, Səndən kərəm gozləyərək, allahı tərk etməzdi. Bu da kordur ki, pay umur ozu kimi bəndədən, Bu gozlunu o korlardan ayırırsan nahaq sən≫. * * * Şikayətin sonu Zalım kəfsin min başı var, min rəngi var dunyada, Hər an başqa cilvə ilə uz gostərir bir əda. O hər kəsdə bir ayrı cur zuhur edir hər zaman, O gah qızğın atəş olur alovlanır onda can. Bu fikrimi subut ucun, bax ≪kitabi-Məsnəvi≫, Əsərində nə kəşf etmiş alicənab Moləvi. Həris nəfsin yuz başı var, hər başında bir əməl, Əl catmayan asimandan yer altına atmış əl. Birisinin uşaq dərdi, dovlət dərdi, mal dərdi, Gor ≪innəma əmvaləkum≫ necə duzgun xəbərdi. Biri kefə duşgun olub arxalandı zoruna, O birisi əsir duşdu cirkin şəhvət toruna. Bir başqası şirin nemət həvəsilə yaşadı, Birisi də əlvan xələt həvəsilə yaşadı. Bir digəri cahu cəlal axtardı hey durmadan, Birisi də kolgəsindən qorxub oldu hərasan. O birisi ləzzət aldı nokərcilik etməkdən, Başqası da ad qazandı elm ardınca getməkdən. Bir başqası hiylə qurub, gəldi xalqa min kələk, Zohdu təqva toru qurdu hər an misli-horumcək. Hər birisi məqsədinə catmaq ucun calışır, Oz omrunu puc eləyir, boş işlərə alışır. Boşa cıxır əməlləri, kəsilirsə əlacı, Bar vermirsə arzusunun, istəyinin, ağacı, Hiylə qurub bidad edər istər qanlı intiqam, Qərəz ilə, qəzəb ilə tutmaq istər bir məqam. Hər cur rəzil vasitəyə əl ataraq o qəddar Hər vəchlə zalım nəfsə cıxmaq istər tərəfdar. Bilməz sonra nə zərbələr dəyəcəkdir nəfsinə, Bəlkə birdən işlər tamam cevriləcək əksinə. Zulmu həsəd hiylə ilə bu dunyada iş aşmaz, Hər bir işin bir ziddi var, qafil olmaq yaraşmaz. Bu barədə xatirimə duşdu gozəl hekayət, Hər əməlin mukafatı veriləcək nəhayət. -Hekayət** Hindistanda bir şah vardı ədalətli, bəxtiyar, Dunyaları fəth edərdi bu qudrətli hokmdar. Sonsuz idi, qəzəbi tək, onun lutfu, şəfqəti, Hər tərəfə yayılmışdı adı, şanı, şohrəti. O şah əgər etiqadca atəşpərəst olsa da, Xudpərəstlik badəsilə məst deyildi dunyada... Xudpərəstlik--dinsizlikdir, bu bir aydın həqiqət Cəmiyyətə ondan yetir yuz bəla, yuz fəlakət. Cox yazıqdır oz nəfsinə əsir olan dunyada, Axır onun gedəcəkdir omru, həyatı bada. Catmaq ucun arzusuna, nəfsə uyan hər insan, Oz işini salar daha cətinliyə anbaan. O yazığın işi daim olar həsəd, sitəm, kin, Bu dunyada halı budur nəfs ardınca duşənin. Layiq deyil belə alcaq sifət, məncə hec kəsə Xususilə unvanına şah deyilən bir şəxsə. Şahın hokmu olmalıdır xalq rəyinə muvafiq, Elə bir iş tutmalı ki, xalqa olsun o layiq. Hər zalim şah olkəsində zulmə edərsə adət, Hec bir zaman xalq icində hokm surməz ədalət. Şah bir etsə zulmu, onun xadimləri yuz edər, Olkənin hər iqtidarı , rovnəci əldən gedər. Bu, halları gorən zaman soyləmişlər atalar: Olkədə şah zalim olsa, xadimləri can alar. Viran edər oz yurdunu zulm eyləyən padşah, Həqiqəti yox eyləyər dini, imanı təbah. Şah kafər də olub əgər iş gorsə ədalətlə, Olkəsini abad edər yad olunar rəhmətlə... Xulasə, o padşahın var idi bir vəziri, Ki, olkəni duzəldərdi onun hər bir tədbiri. Hər kəs əgər dondərsəydi xaqandan uz arabir, İşi islah etmək ucun calışardı o vəzir. Qəzəblənib əgər xaqan versəydi yersiz fərman, Onu yanlış fərmanından dondərərdi hər zaman. Vəzirdən cox razı idi xaqan da, rəiyyət də, Onun fikri əsas idi hər işdə, hər sohbətdə. Onda xalqın xeyri ucun boyuk bir hummət vardı, Şaha sadiq idisə də, xalqa da havadardı. Bir gun şahda hiss edildi bir zəiflik əsəri, Fələk onun boğazına tokdu olum zəhəri. Bu durumsuz dunyada bir boşluq oldu qisməti, Bu qanundur, gərək hamı icə olum şərbəti. Səltənətə varis onun təkcə bir oğlu vardı Onun da ki, nə qanacaq, nə də bir ağlı vardı. Cıxıb şahlıq taxtına o fərəhləndi oldu şən, Lakin sonra zəifliyə uz qoydu şahlıq, vətən. Vaxt getdikcə hər tərəfdən duşmənlər qaldırdı baş, Dostlar isə xidmətindən cəkildi yavaş-yavaş. Biri ona zulm oyrətdi, biri hiylə, biri fən, Olkə icrə nizamsızlıq coxaldı gunu-gundən. Biri xoşa gəlmək ucun yaltaqlandı gulərək, Biri qurub kef məclisi işlətdi minbir kələk. Biri dedi:--Sənin kimi ləyaqətli sərdara, Sənin kimi hokmdara, şucaətli sərdara. Layiq deyil omr eyləyə min bir qovğa icində, Gərəkdir şah daim ola kefdə, sovda icində. Filankəsin bir qızı var,--dedilər,--mələk xislət, Gunəş cəkər cəmalının qarşısında xəcalət. Bir yol ilə bu saraya duşməlidir o dilbər, Sənə layiq yaranmışdır ancaq o nadir govhər. Bir başqası deyirdi ki, şərab nəşədir cana, İcib məst ol kef icində sarıl bir şux canana. Biri dedi: Bir cavan var, calan zaman o rudu, Gozəl, şaqraq nəğməsilə heyran edər Davudu. Məlahətli səsi verər ruha misilsiz ləzzət, Hokmdarın cəlalından cox ustundur bu nemət. Pustə ağzı, saz səsilə oxuyanda nəğmələr, Bu nəğmənin hər cəhcəhi butun dunyaya dəyər. Xulasə, şah elə daldı sonsuz eyşə, işrətə, Ki, unutdu şahlığını, laqeyd oldu dovlətə. Hokmdarlıq qudrətini verdi yelə, tufana, İşə duşdu saqi, şərab, saray oldu meyxana. Əvvəllər o məhrumdusa duşuncədən, ağıldan, İndi daha dəlidən də dəli oldu o nadan... O ağıllı vəzir isə olmayıb bir an rahət, Bu sayqısız padşaha hey verirdi nəsihət. Nə etməli, cahillərə nəsihət etməz əsər, Qəlbirdə su qalmaz onu doldursan da nə qədər. Şah işini, qanmırdısa, vəzir yaxşı qanırdı, Şahın axmaq işlərinin odunda o, yanırdı. Calışırdı ifşa etsin hər hiyləni qərəzi, Təbib kimi o sağaltmaq istərdi hər mərəzi. Xəbərsizdi lakin ona qurulan kələklərdən, Bilməzdi ki, onu necə məhvə calışır duşmən. * * * Vəziri məhv etmək üçün fitnəkarların tədbiri Bir gun bədxah, paxıl, nacins və hiyləgər adamlar, Vəziri məhv etmək ucun birləşərək nə ki var, Bir cox hiylə duşundulər, uydurdular min yalan, Qaldırmaqcın maneəni tezlik ilə aradan, Hər birisi bir yol tapdı, bir soz dedi hər biri, Axtardılar ki, nə yolla məhv etsinlər vəziri, Axır biri dilə gəlib, dedi:--≪tapdım yolunu, Ancaq belə usul ilə məhv edərik biz onu Lazımdır ki, kahinləri əvvəl ələ gətirək, Sonra bizlə əlbir olub etsinlər işə komək. Cunki xalqın kahinlərə sonsuz ehtiramı var, Dində, dovlət işlərində onlardadır ixtiyar. Əgər kahin tədbir tokub nə desə yaxşı, yaman, Hamı onun sozlərinə inanacaq durmadan. Sarsaq şah da kahinlərə inanacaq şubhəsiz, Vəziri dəf edib sonra hokmran olarıq biz≫. Bu fikri cox bəyəndilər, oldular yaxın sirdaş, Kahinlərə dil tokdulər, verdilər qızıl, daş-qaş Kahinləri ələ alıb bir cəbhədə durdular, Bu işə bir carə ucun incə kələk qurdular. Savadsızın hiyləsi də verməz boyuk xəsarət, Kahin əgər hiylə etsə baş verər min fəlakət. Bu hikməti yaxşı oyrən, bunda dərin məna var, Bu barədə bir cox sozlər soyləmişdir atalar. Demişlər ki, dərs oyrənmək pis adamdan dunyada, Elə bil ki, kəsərli bir qılınc verdin cəllada. Bir gun şahın huzurunda əyanlar səf cəkərkən, Sərkərdələr təkəbburlə, sırayla əyləşərkən, Şah məclisin baş yerində əyləşərkən taxtına, Yaltaqlar dil tokən zaman cavan şahın baxtına, Təzim edib irəliyə qədəm atdı bir qoca, O pirani alimsifət şeytan, əvvəl bolluca Şahı tərif eyləyərək dedi: ≪Omrun cox olsun, Baxtın, taxtın əzizlənsin, duşmənlərin yox olsun. Dunən gecə mən yuxuda gordum mərhum atanı, Gordum ki, nur burumuşdur nəhayətsiz dunyanı. Mərhum cənnət bağlarında gəzir duzu-duzunə, Coxlu nemət qapıları acılmışdır uzunə. Təbəssumlə dedi mənə:--≪Sabah qalxıb tezcə get! Bu tənhalıq dərdimi tez şah oğluma bəyan et! Soylə ki, bu cənnət icrə olsa da hər bir şey cəm, Catmır ancaq bircə yaxın həmsohbət, yaxın həmdəm. O dunyada vəzirimlə urəyim cox şad idi, Vəzirimlə mənim konlum qəmlərdən azad idi. Dost olmasa oxşayır bax zindanlara bu cənnət, Əgər oğlum istəyirsə mən daha olum rahət, Qoy yandırıb vəzirimi tez yanıma gondərsin, Bu cənnəti daha da şən bir aləmə dondərsin≫ . Onu təsdiq elədilər hiyləgər koramallar, Soylədilər hələ daha uyğun gələn misallar. Nadan şahsa inanaraq bu sarsaq sozə həmən, Dedi:--≪Gərək tez yetirəm yerinə bu əmri mən≫. Vəzir işi belə gorub itirmədi ozunu, Səbr edərək gizli qoydu qəlbindəki sozunu. Bildi ki, cox hiyləgərdir duşmənləri nəki var, Ancaq idrak və səbr onu bu bəladan qurtarar. Təzim edib sonra dedi:--≪Əzəmətli xaqanım, Mən də belə yuxu gordum, artdı zovqum, həycanım. Duşundum ki, desəm atan edir yanına dəvət, Qorxdum ki şah, deyər vəzir istəmir edə xidmət. Bundan qorxub susurdum, ah, bunu duyan hokmdar, Başqa dostun dili ilə etdi hokmun aşikar. Oz əmrini icra etdi bu kahinin dilindən, Bu yol ilə xilas etdi məni əzab əlindən. Məni ağır həyəcandan qurtardı boyuk xaqan, Belə fəxri bir dəvətdən şah xəbər tutan zaman, Gərək bir an yubanmadan icraya versin qərar. Mənsə belə bir dəvətcun eyləyirəm iftixar. Lakin uzun illər boyu qul olmuşam sizə mən, Şahım mənim yanmağıma indi qərar verirkən, Gərək məni yandırmasın nifrətlə, həqarətlə Yola salsın gərək məni nəvazişlə, hormətlə. Vida edib ayrılarkən sizin kimi ≪dostlardan≫, Gərək məni təntənəylə yola salsın hokmran. Şah səbr etsin gərək məni yandırmağa necə gun, Taki, meydan hazırlansın mərasimə bus-butun. Yanmaq ucun gətirilsin palıd, şumşad, naridan, Onun ustə qoy səpilsin muşk, ənbər, zəfəran. Boyuk meydan mərkəzində yandırılsın bədənim, Ta qalmasın bu dunyada kicik bir arzum mənim. Belə hormət və cəlalla yanmaq ah nə gozəldir! Belə yanmaq ozu boyuk bir arzu, bir əməldir. Oradakı əyanlar da etdilər bunu təhsin, Gurultuyla soylədilər vəzirə cox afərin. Sonra xaqan təyin etdi yandırılmaq gununu, Dedi, o gun elan olsun bir mərasim dugunu. * * * Vəzirin tədbir ilə təhlükədən xilas olması Vəzir evə donən kimi, bir guşədə tək qaldı, Bu bəladan cıxış yolu axtarıb fikrə daldı. Bir ləğm atan cağırtdırdı yanına həmən gecə, Ona butun macəranı nəql eylədi gizlicə. Gələcəyə vədə verdi, şirnikdirdi daş-qaşla, Dedi bir an vaxt itirmək olmaz işə tez başla! Bir lağım at həmən yerdən ortasına meydanın, Boş yerə hec kecməməli bu iş ucun bir anın. Usta himmət kəmərini bağlayaraq hunərlə, Lağım atdı o durmadan, surətlə, min zəfərlə. Cox cəkmədi istənilən hazır oldu tər-təmiz, Bir nəfər də bu tədbirdən tutmadı bir xəbər, iz. Vəzir ozu odun yığdı etibarlı adamla, O meydanın ortasında qalatdırdı nizamla. Məharətlə ortdu otla gizli yolu, bacanı, Xəbər verdi şaha artıq catdı yanmaq zamanı. Bu xəbərlə guruldadı bir anda boyuk şəhər, Dildən-dilə gəzib getdi bu macəra, bu xəbər. Kişi, qadın, uşaq, boyuk toplaşdılar durmadan, Baxmaq ucun coxlarına qalmadı hec bir imkan. Kucələrdə qalmadı yer izdihamın əlindən, Tərpənməyə imkan yoxdu xas, avamın əlindən. Bu dəm saray gozləyirdi həyəcanla vəziri, Ta gorsunlər necə vəzir yanacaq diri-diri. Səf cəkərək durmuşdular əyanlar, sərkərdələr, Surətlə gəldi vəzir qəlbi şad, uzu gulər. Boyuk inam və fərəhlə şaha təzim edərək, Ətrafını istehzalı baxışlarla suzərək, Dedi:--≪Şahım, qoy dovlətin artsın sənin dəma-dəm, Bəxtin sənə qoy ram olsun, qul olsun sənə aləm. Məni şahın qulluğuna aparırkən bu səfər, Soruşsa o əgər sənin əhvalından bir xəbər, Nə soyləyim? Şah dedi ki, məni əzir de hicran, Qoy ona bir məktub yazım ver oxusun şadiman. Sonra o bir məktub yazdı baxa-baxa camaat, Hər şeydən az xəbər verib tamam etdi. Nəhayət-- Təqdim edib dedi:--≪Apar, atamı sən salamla!≫ Qucaqlaşıb yola saldı vəziri ehtiramla. Vəzir girib odunların arasında oturdu, Bədxah olan fitnəkarlar tez oduna od vurdu. Atəşpərəst dini necə deyirdisə--etdilər. Vəzir ≪yanıb kul olan tək≫ donub evə getdilər. Lakin vəzir asimana qalxarkən alov, duman, Gizli yola girib dərhal evə getdi durmadan. Gunlər, aylar kecdi vəzir gizli qaldı nəzərdən, O, olkədən xəbərdardı, şah xəbərsiz xəbərdən. O, olkənin halını cox izləyirdi xəlvəti, Bir gun ucun muntəzirdi gozləyirdi fursəti. Gozləyirdi maraq ilə işin sonunu vəzir, İstəyirdi bilsin nə bar verəcəkdir bu tədbir. Muxtəsər ki, o həriflər bu kələkdən xoşdular, Rahat nəfəs alıb daha əl-qol acıb coşdular. Nə istədi hər kəs etdi, nə bir hesab nə kitab, Olkə xərab oldu, xalq da cəkdi boyuk iztirab. Hər tərəfdə zulm o qədər artdı xalqa anbaan, Cox cəkmədi ki, olkəni etdilər xalqa zindan. Dovlət işi elə bərbad hala duşdu, nəhayət, Hətta nadan şah da qandı ki, necədir vəziyyət. Lakin o, nə əlac etsin bu sağalmaz dərdinə, Bu dolaşıq işi necə nizama salsın yenə? İndi bildi ki, vəzirsiz etmir əmri bir təsir, Atılan ox geri donmur, getmiş əldən o vəzir. Cox təəssuf elədisə, oldusa cox peşiman, Peşmancılıq fayda verməz, qalmışdı işə heyran. * * * Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması Vəzir gordu olkə daha gunbəgun gedir əldən, Səltənətin bunovrəsi sarsılır hey təməldən. Xalq icində cox hormətli qoca bir kahin vardı, Hamı onu din adamı, muqəddəs tanıyırdı. Vəzir ona gondərərək gecə gizli bir xəbər, Cağırtdırıb qızıl verdi, etdi boyuk vədələr. Dedi:--≪Sabah şah yanına o tələsik gedərək, Əyanların yanındaca şaha təzim edərək, Desin:--≪Dunən gecə gordum yuxuda mərhum şahı, Xeyli qəmgin dərdli, məhzun goylərə cıxmış ahı≫ Dedi:--≪Nə səhv eylədim mən duşunub tək ozumu, Oz əlimlə başsız qoydum əziz iki gozumu. O vəzir ki, tədbiriylə yuksəlirdi məmləkət, O vəzir ki, hunəriylə qurulurdu səltənət; Belə mahir bir vəziri mən ayırdım oğlumdan, Zəiflədib dovlətimi olkəni etdim viran. İndi daha son qoymaqcın hər şərrə, xəyanətə, Vəzirimi gondərirəm oğluma himayətə. Get xəbər ver ta cıxsınlar pişvazına bu axşam, Təntənəylə qarşılayıb eyləsinlər ehtiram. Soylə haman yerdən vəzir yenə əyan olacaq, Gətirdiyi fərman ilə hər şey bəyan olacaq. Şah eşitcək cox şad oldu, səs yayıldı hər yana, Əyanlarla axşam cağı uz qoydu şah meydana. Gordu--vəzir yanan kulun icindən qalxdı nagah, Haman paltar, qiyafədə; heyran qaldı xalq və şah. Qollarını acıb vəzir cəld atıldı meydana, Təzim edib nəvazişlə gulumsədi xaqana. Yuz əfsanə uydurdu o atasından vuqarla, Əlavə bir fərman verdi opərək iftixarla. Şah da opub o fərmanı əvvəl surtdu uzunə, Məzmununu cox muvafiq gordu o gun ozunə, Oxudu ki, vəzirə cox hormət etsin həmişə, O, vəzirin sozlərilə əməl etsin hər işə. Yazmışdı ki, necə olsun olkə, saray, səltənət, Sonra necə qəzəbli soz yazmış idi. Nəhayət-- Demişdi ki, koməyinə gondərirəm vəziri, Cətin işdə əsas olsun sənə onun tədbiri. İndi gərək tək qalmayım deyə, bir necə nəfər, Saraydakı şənlik sevən, əyanlardan muxtəsər. Gondərərsən ta burada mən də qurum ziyafət. Qoy bir az da onlar burda mənimlə olsun xoşbəxt. Ta bu qəmli urəyimi onlar ilə edim şad. Daha aydın olsun deyə yazıram bax adbaad≫. Şah tələsik yığıb butun əyanları həvəslə. Atasının fərmanını oxudu uca səslə. Sonra da şah əməl edib aldığı bu fərmana, Gostərilən adamları toplatdırdı meydana. Onlar necə hıcqıraraq, etdilərsə nalələr, Bu nalələr şah qəlbinə eyləmədi bir əsər. Uzurləri boşa cıxdı, hiylələr dəydi daşa, Şahın mohkəm əmri ilə yandılar başdan-başa. O fitnəni torədənlər ozləri qurban getdi, Torətdiyi hiylə, fəsad ozlərini məhv etdi. Bəli, belə olmuş dunya--aşına nə tokərsən, Oz tokduyun cıxacaqdır qaşığına bil həmən. Belə demiş bu məsəli babalar duya-duya, Başqasına quyu qazan ozu duşər quyuya. O şeyi ki, sən ozunə rəva gormursən aman, Başqasına onu rəva gorməyəsən hec zaman. Calış daim başqasına yaxşılıq et dunyada, Ta ki, səni yaxşılıqla salsınlar daim yada... * * * Yolu azmaq Oz arzuna catmaq ucun etsən kimə sən nifrət, Bəslayirsən urəyində ona min cur ədavət. Sonra da bu ədavətdən dərdə dəva umursan, Urəyində fitnə-fəsad atəşinə cumursan. Konlundəki qızğın atəş varlığını məhv edər. Bundan boyuk, vahiməli əzab varmı de məgər? Bu zəhmətlə oz omrunə son qoyursan bil tamam, Nə var, nə var duşmənindən alacaqsan intiqam. Bilməyirsən kinli duşmən nə fikir, nə haldadır, Bəlkə tale bu əməldə, yazıq, səni aldadır? Bil ki, iki tərəfə də zərərlidir kin, qisas, İnsanlarda bədbəxtlikdir xəbis duyğu, ehtiras, Yolumuzun ustundəki toru niyə gorərək, Ozumuzu bu tələyə atmış olaq biz gərək?! Azğın nəfsin tələbidir, fitnə, fəsad, hiylə, qan. Aqil adam uymaz belə xəyallara hec zaman. -Təmsil** Nəfsin elə bir ağacdır, zəhərlidir hər barı, Cəhənnəmdən gətirilmiş bil ki, onun tumları. Ondan qacıb oz canını qurtar, əgər ağlım var, Unutma ki, zəhərlidir verəcəyi bəhər-bar. Peşmancılıq meyvəsini yeyəcəksən sən bir gun, Həyatını zəhərləyər bu meyvələr busbutun. Ey ilahi, ozun yazıq Qudsiyə bir imdad et, Belə alcaq duyğulardan urəyini azad et! Oz eşqinin kədərilə fərəh verib hər zaman, Qurtar onu oz nəfsinin əlindən, ey yaradan! * * * Kitabxana.az · https://kitabxana.az/collections/bakixanov-miskatu-l-envar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1847). Public domain (author died 1847). Original text only.