Librettolar Cəfər Cabbarlı (1899–1934) Sitarə 6 pərdəli opera librettosu İştirak edənlər Sitarə HacıSəyyad – Sitarənin atası Tapdıq – Sitarənin qardaşı İsmayıl Mənsurxan – Sitarənin sevgilisi Vəz ir Əsəd }Sitarənin oğlanları Cəfər Səfər – Hacı Səyyadın nökəri Çoban Əsgərlər, ə y a n l a r, x o r Birinci pərdə Xor Dəhri-dunin yox vəfası, çoxların etmiş zari-sərgərdan. Yox vəfası, ey əzizan, tərsinə fırlanmaqdadır dövran. Hər tərəf xain, edir zülm, eyləyir xalqı həsrəti tale, Sidq yoxdur, zülm çoxdur, çoxlar olmuşdur xainə qurban. Binəvalar oldu giryan-zari-məhrun, yox pərəstarı, Zülm hər yan, etdi tüğyan, yoxdur məzlumə eyləyən dərman. Pərdə düşür və tez qalxır, HacıSəyyad daxil olur. Hacı (Rast üstünə oxuyur.) Keçir əyyam, güni-gündən çoxalır dövləti-malım; Pulum çox, dövlətim çox, qəmim yox, yaxşıdır halım. Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt; Qocaldım, taqətim getdi, səmərəsizdir bu əmvalım. Dəxi dünyaya bəsdir sərf qıldım ömür-fanini; Səmərəsizdir bu dünya, ey gözüm, kim söyləyir aləm. Bu gün Həccə rəvan olmaqdayam bu dar dünyada, Edim Həcci ziyarət, ta ki, parlaq olsun iqbalım. Sitarə, Tapdıq və İsmayıl daxil olurlar. Hacı (Simai şəms) Xəlayiq oldu mühəyya, gedin ibadətə tez, Bu gün o beyti-xudanı gedin ziyarətə tez. Sitarə Atam, apar məni də Kəbənin ziyarətinə; Düşər anamsız işim, mən bilən, zəlalətə tez. Hacı Otur sən evdə, bu Tapdıq bəradərin də qalır; Yetər bu dərdü qəmin, ey qızım, nəhayətə tez. Sitarə (Təsnif) Mehribanım, valideynim, guş edin bu ərzimə: Getməsin İsmayıl, ol arami-canım, getməsin. Hacı Bu ola bilməz, qızım, kim hər ikimiz pir ikən, Var üç övladım, mənimlə bir cavanım getməsin? Sitarə Qardaşım Tapdıq naxoş, bəs mən necə yalqız qalım? Qoymasın yalqız məni, ol cismi-canım, getməsin. Hacı Doğrudur, naxoşdur Tapdıq, tez tapar lakin şəfa; Getməsə o, hökm qıllam karvanım getməsin. Sitarə (Simai şəms) Atam, rəhm etgilən rədd eyləmə bu ərzi-halımı, Naxoşdu qardaşım, qoyma bizi yalqız da, xar etmə. Hacı Otur evdə dua eylə ki, gəlsin qardaşın salim; Həmişə qardaşınla ol, bizi bietibar etmə. Tapdıq Ey bacı, nədir belə bugunə nalə? Səbr et, eləmə belə bizi mükəddər. Mən ölməmişəm, hələ sağam ki, hala, Bax, durmuşam çun belə səddi-Isgəndər. Musiqi. Sitarə Doğrudur sözün sənin, a mehribanım, Qəmsiz olasan belə əziz bəradər; Lakin döyünür belə nədənsə qəlbim, Doğmuş ürəyimdə qəmsəralər. Xor Qorxmagilən sən belə bu macəradən, Darda qoymaz səni xudayi-əzəm; Qardaşına et belə həmişə hörmət, Tanrı sənə qismət elyəməz qəm. Sitarə Pənah ola ol belə pərvərdigarə, Gedin səlamət belə bu rahi-həqqə. Edə kömək ol belə xudayi-vala, Gedin səlamət belə bu rahi-həqqə. Hacı (Çargah) Tapdıq, ey əzizi-canım, oğlum, Ey dar günü gümanım oğlum! Guş et sənə eyləyim vəsiyyət, Hər nə ürəyimdə varsa söhbət. Bir gün var idi ki, şadi-rahət Öz xanəmə eylər idim ovdət Vardı yol içində bir böyük daş, Daşa yetişirdim onda yavaş. Baxdım, yox idi yaxında bir kəs, Gəldi qulağıma bir həzin səs. Gördüm ki, bu ağlamaq sədası Daş səmtdədir ki, binəvası Bir tifl-bürəhnə çari-ruzə Bu nalələri verir büruzə. Qəlbim alışıb bu macəradan, Tez qapdım o tifli mən oradan. Çəkdim sənin hər qəmin, əzabın, Nazın, ələmin, əzabü-tamün. Ta ki, səni bir boya yetirdim, Sənlə bunu bir gözümdə gördüm. Hər gunə əziyyətə dayandıq, Tapmışdıq, adın da qaldı Tapdıq. İndi sənə eylirəm vəsiyyət: Öz xahərinə sən eylə hörmət. Tapdıq Siz mənə yaxşılıq edib tapdınız, Saxlayıb bu məqamə çatdırdınız. Eylərəm yaxşılıq ölüncə sizə; Ey ata, sən inan, inan bu sözə. Edərəm xahərimi hifzü fəğan Hər bəlayə bu sinəmi qalxan. (kənara) İndi əlimə düşübdü fürsət, Ol yarımın hökmü məndədir bil. On ildi bu fürsəti güdürdüm; Ey şux, gözüm ki, səndədir, bil. Hacı Səfər, get de, hazırlansın təmamən karvan əhli, Di tez hazırlanıb rahə rəvan etsinlər karivanı. Pərdə İkinci pərdə Musiqi. Tapdıq (Tək oxuyur həmən otaqda) Bəli, fürsət yetişdi, indi də dövran mənimdir, On ildə çəkdiyim zəhmət, əziyyət yetdi itmamə. On ildir həsrət ilə intizar idim bu əyyamə, Mənim olsun Sitarə, mən gərək bu şəb yetim kamə. Dəxi fürsət yetişdi, indi də dövran mənimdir; Əcəb dövrandı düşdüm karimə, asan ola karım; Bacı-zad bilmərəm mən, olmalıdır o mənim yarım. Xoş ilə olmasa, divan edər şəmşiri-xunxarım. Bəli, dövran yetişdi, indi də dövran mənimdir, Mənimdir həm Sitarə, sevgili canan mənimdir. Keçir o biri otağa, bir azdan sonra Sitarə, pərişan halda, dalınca da Tapdıq çıxırlar. Sitarə (Şüştər) Bu nə rəftaridir, söylə, edirsən, qardaşım, izhar? Di gəldin bəstərimə, ey bəradər, hansı babətdən? Neçin, qardaş, rəva gördün mənə bu macəranı sən? Neçin getmiş qərarın, həm dolub başın səfahətdən? Tapdıq Gərəkdir bu gecə əmmək o ləli-ləblərin yarın, Qırıb zənciri-hicranı xilas olmaq əsarətdən. Sitarə Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən? Kənar et zülmü, gəl qardaş, uzaqlaş bu dəyanətdən! Tapdıq Gözüm, divanəlikmi ya dəyanətmi bu əfkarım, Mənə yar olginən, ey dilbərim, qaçma səadətdən! Sitarə Əzizim, qardaşım, rəhm etgilən, bəs zamin oldun; Səni tanrı, unut bu fikri, əl çək bu xəyanətdən! Tapdıq Sitarə, mən on il gəzdim, dolandım iştiyaqında, Mənə yar olmasan hərgiz qurtarmazsan bu afətdən. Musiqi. Sitarə Qardaş, səni tanrı belə girdaridən əl çək, əl çək; Gəl etmə sitəm, bir belə rəftaridən əl çək, əl çək. Tapdıq Bəsdir, eləməz sözlərin hərgiz mənə təsir, Dil tökmə mənə, hiyləyi-bibaridən əl çək, əl çək. Sitarə Sən azma sədaqət yolunu, sevgili qardaş, Rəhm eylə mənə, sən belə azaridən əl çək, əl çək. Tapdıq Bəsdir, eləməz sözlərin hərgiz mənə təsir, Mən xam deyiləm, məkri-şərərbaridən əl çək, əl çək. Sitarə Qardaş bacıya zülm eləyərmi, bu rəvamı? Bəs noldu yəminin? Bu zaridən əl çək, əl çək. Tapdıq Çıxsan göyə, girsən yerə də, yoxdu əlacın, Rahət mənə yar ol, dər-divaridən əl çək, əl çək. Sitarə (Hiylə ilə şüştər üstə) Özüm cəvanə qızam, həm də var sənə meylim; Xuda bilir ki, səni qəlb-safidən sevirəm. Nədir, nə çarə qılım, qorxuram atamdan mən, Çəkər bilən kimi tiğin qilafidən, sevirəm. Tapdıq Atam nədən bilir, əsla o heç güman eləməz; De aşikar: məni sən sevirmisən? Sitarə Sevirəm. Tapdıq Bəs eylə isə gəl ağuşuma qucaqlaşalım. Sitarə, bu sözü doğru deyirmisən? Sitarə Deyirəm. Dayan, o evdə gedim yaxşı rəxti-xab salım; Rizamısan, buna fərman verirmisən? Tapdıq Verirəm! Sitarə (Gedə-gedə təsnif) Aman, yarəb, yetiş imdadə, imdad etgilən, yarəb. Məni çəngali-zalimdən sən azad etgilən, yarəb. Başım üstə durub xain, olubdur canıma zamin; Unutmuş indi peymanın, sən imdad etgilən, yarəb. (Girir içəri, qapını bağlayır) Musiqi. Tapdıq Aç... ç... aç... Musiqi. Aç, aç qapını sənə deyirəm, Yoxsa, yoxsa indi sındırram qapını. Aç... aç... aç... Musiqi. Sitarə Açmaram, açmaram! Əl çək məndən, əl çək məndən! Tapdıq Aç... aç, sındırram qapını, a... ç. Qapını sındırır. Musiqi bərk çalınır. Qız qapıda onu itələyir, musiqinin axırıncı nöqtəsində Tapdıq yıxılır. Qız qapını yenə bağlayır. Pərdə Üçüncü pərdə Tapdıq istədiyinə nail olmadıqda Sitarədən intiqam almaq üçün gedib onun atasına deyir ki, Sitarə əxlaqsızlıq edir, mən ona göz olduğum üçün məni öz adamlarına döydürmüşdür. Hacı, oğlu Ismayılı göndərir ki, Sitarəni öldürüb, məcərini qana bulayaraq gətirsin. Ismayıl bacısı Sitarəni öldürmək üçün meşəyə gətirir. Sitarə (Rast üstə) Qardaş, bu nə yerdi ki, gəldin, bəyan eylə; Bəs hardadı atamla anam, sən əyan eylə! İsmayıl Atan-anan? Dəxi onları bir də görməzsən. Söylə nə işdi sən eyləyibsən, bəyan eylə. Tapdıq deyir ki, başlamısan işrət etməyə, Sən altı aydı xainə xəlqi-cahan ilə. Layiqmi lotular əzələr qardaşın başın, Biçarənin dola başı-əndami qan ilə? Qansız, həyasız, abrusuz, axırın gəlib, Tez kəlməyi-şəhadəti virdi-zəban eylə. Sitarə (Bayatı-şiraz) Qardaş, səni tanrı, belə böhtana inanma; Aldanmagilən hiyləyi-şeytana, inanma. Bica yerə öldürmə məni eyləmə rüsva, Qondarmadı bu, and ola Qurana, inanma. İsmayıl (Təsnif) Yoxdur sənə çarə, heç ağlama: Hökm eyləyib atam qətlin mənə. Indi gərək öldürəm səni mən, Gərəkdir cəza verəm mən sənə. Sitarə Qar...daş, Tapdığın Bi...ca...dır sözü... Xa...in...lik edib, Zülm... etdi özü... İsmayıl Bəsdir, belə dad etməgilən sən, Səni gərək öldürəm bu gün mən. Boyayıb qanınla məcərini, Atamı inandıram onunla. Sitarə Qar...daş, rəhm elə... Ö...ldür...mə məni... Çatdır... atama, Ö...ldür...mə məni... İsmayıl İndi ki, qorxursan, bəs nə üçün Xainliyə iqdam etdin əvvəl? Bilmirdinmi cəza verəcək Axırda sənə cəlladi-əcəl? Sitarə (Şüştər) Öldür, qurtar məni, dəxi mən canə gəlmişəm, Düzlük yolunda xari-zəlilanə gəlmişəm. İsmayıl Gərək səni öldürüm bu gün mən, Olmaz sənə ölümdən bir aman. Atamın hökmünü ata bilmərəm, Ağlama, etmə ürəyimi viran. Sitarə Könlüm bu gün qəza oxuna bir nişanədir, Qəlbim əzən bəlavü-qəmə aşiyanədir. Dövrani-dun sitareyi-bəxtim edib zəbun, Bu macəralərə məni salmaq bəhanədir. İsmayıl (Simai şəms) Düşdü axır, sözlərindən bir yanar od canıma: Mən səni öldürmərəm get, bir də gəlmə yanıma. Məcərin ver, mən onu quş qanıyla əlvan etdim, Tanrı divanın edər, yox hacəti divanıma. İsmayıl örpəyi alıb gedir, Sitarə meşədə yalqız qalır. Meşə yavaş-yavaş qaranlıqlaşır. Sitarə (Bayatı-şiraz üstə tək oxuyur) Bu dəştidə ürəyim, yarəb, ahi-zaridədir; Mənə bu yerdən isə yaxşı yer məzaridədir. Meşə qaranlıq, özüm tək də vəhşi heyvanlar, Ölüm şərabı üç qəlbim intizaridədir. Musiqi. Dənilər, əhli-cəfalar çəkirlər zövqü-səfa, Nədənsə əhli-sədaqət həmişə xaridədir. Cahanda zövq çəkirlər həmişə yudalər, Nədənsə həzrəti isalar övci-daridədir. Olur nəsib gülün şəhdi nişi-zənburə, Nəsibi-bülbüli-zar isə nişi xaridədir. (Yıxılır) Verir ziyasini ol şən xain insana, Və leyki qisməti pərvanənin də naridədir. İlahi, varmıdı çərxin dolanmağında vəfa, Günahilər, demə, od çərxi-kəcmədaridədir. Bir dəstə əsgər daxil olub oxuyurlar. Xor Bu gün şikarə çıxmışıq Yaxşı məkanə gəlmişik; Xəlvət meşə arasında Bir gözəl qız tapmışıq. Təəccüb işdir bu lap Rast gəlmişik biz. Musiqi. Burda insan dolanmayır, Bir zihəyat dayanmayır, Bu qız bura hardan gəlib, Insan onu qanmayır, Burda bir ov durmayır, Biz tapmışıq qız. Mənsur xan (daxil olur) Yaxşı mənə xəbər verin, Gedib ova şikar edin; Burda dəxi dayanmayıb, Kənar olub tez gedin; Burda dəxi durmayıb Kənar olun siz. Əsgərlər gedirlər, Vəz ir gizlənir ağacın altında. Mənsur şikəsteyi-fars üstə kənarə Səhər-səhər nə gözəl bir şikarə uğramışam, Əcəb şikaridir, ey dil, nigarə uğramışam. Təəccüb iş degilmi burda qız görə insan; Çətin bir işdi, təəccüblü karə uğramışam. Gedim hələ soruşum bu sözü özündən bir, Çıxar iş ondan yəqin aşikarə, uğramışam. (Sitarəyə) Gözəl Xanım, nə gəzirsən burada? Söylə görüm haralısan, ay gözəl? Bülbül məskən salmaz, söylə, yuvada, Söylə görüm, haralısan, ay gözəl? Gözəl Xanım, sevimlisən, şanlısan, Hayalısan, işvəlisən, qanlısan, Söylə görüm, kimsən, nə məkanlısan, Hansı dağın maralısan, ay gözəl? Sitarə Soruşma sən mənim məkanım, elim, Xain qardaş mənim soldurub gülüm. Xəzan yeli lap edibdir bülbülüm, Mən haralı, belə yerlər haralı! Gözəl desən, gözəllərin gözüyəm, Həştadıyam, doxsanıyam, yüzüyəm; Adım Sitarə, Hacı Səyyadın qızıyam, Mən haralı, belə yerlər haralı! Mənsur Ey ömrümün nişanəsi, bəxti-səadətim, Mən aşiqəm camalında, yox səbri-taqətim. Hicrində yandım, ey mələk, dəxi yetdi nəhayətim, Dur gəl gedək, bu qəm yetə bəlkə nəhayətə. Sitarə Naməhrəm ilə bu hərəkətlər rəvamıdır? Getmək səninlə, dərdimə, söylə, dəvamıdır? Lənət bu çərxə, gərdişi kim cabəcamıdır? Bu çərxidən gedim kimə bilməm şikayətə? Mənsur Şərilə ol hərəm mənə... sənə ver riza, gözüm, Rədd etmə, dilbərim, səni tanrı, bu bir sözüm. Gəl, ey gözəl, gedək, aparım mən səni özüm, Yar ol mənə cahanda yetim mən səadətə. Sitarə Dövri-qəza bu dərdə giriftar edib məni, Dərdü bəlavü qəmlə dilavər edib məni; Bəlkə sənə bu dövri-qəza yar edib məni. Bu çərxidən gərək yetə hər kəs kifayətə. Gedirlər. Musiqi. Vəz ir Aldın əlimdən mənim şikarımı, Gör nə cür səndən allam intiqamımı! İntiqam! Intiqam! Intiqam... Pərdə Dördüncü pərdə Məclis Mənsur xanın otağında vaqe olur. Sitarə oğlanları ilə daxil olub söhbət edirlər. (Rast) Əsəd Oxudum dərsimi tamam etdim, Anacan, mən də buna yetsəm... Sitarə (Simai şəms) Çox gözəl, bağımın şükufələri, Oxuyuz, baği-ömrümün bəhəri. Siz mənim qönçeyi-həyatımsız, Siz mənim baisi-nicatımsız. Oxuyuz elm, ta oluz mötad, Olaram mən də qüssədən azad. Əsəd Anacan, bəs Vəz irin oğlu oxur, Nənəsindən gözəl hədiyyə alır. Sitarə Oxuyuz siz də, eyləyiz guşiş, Verərəm mən də sizlərə bəxşiş. Cəfər Anacan, bəs mənim nənəm yoxmu? Sitarə Vardır, oğlum, uzaqdadır. Əsəd Çoxmu? Cəfər Qocamı? Gəlməyir neçin o bizə? Sitarə Gələcəkdir, verər hədiyyə sizə. (Uşaqları o biri otağa salır, özü qapıda oxuyur.) Yenə gəldi xəyalıma, aman, bir odlu həngamə; Yazıldı şiri-çəşmimdə yenə dilsuzi-qəmnamə. Düz on beş ildi ki, düşdüm cida öz Xanı manımdan; Gələ lənət, ilahi, xainə, bu dövri-əyyamə. Yəqinən ölsə də bülbül, gülüstanindən əl çəkməz; Mən ayrılmışdım, amma düşdü bu canım yenə damə Yenə düşdü xəyalıma vətən sevdası, ya rəbbi; Vətən! Sən ey vətən, sən rəxnə saldın səbri-aramə. Düşübdür qəlbi-zarimə vətən sevdası, ya rəbbi; Aman, ya rəbb, yetir bir də məni bu qəmli sevdamə. Mənsur daxil olur. Musiqi. Mənsur Söylə, halın bu gün neçin viran olub, belə görürəm? Söylə, karın bu gün neçin əfqan olub, belə görürəm? Sitarə Dövrani-dun etmiş məni bu dövrani-qəmdə zəbun; Bu çərxi-dun zülm etməkdə tüğyan edəcək, belə görürəm. Mənsur Mən dünyada sağ ikən qoymaram səni qəm çəkəsən; Qəlbin dərdi-möhnəti-qəmdən qan olub, belə görürəm. Sitarə On beş ildir tərk etmişəm mən öz Xanı manımı; Bəxti-zalım aləmdə məni nalan edəcək, belə görürəm. Mənsur (Şüştər üstə) Nə haldır, mələyim bu? Sitarə, qəm çəkmə; Şağam ki, girməmişəm mən məzarə, qəm çəkmə. Nə qədər sağdı canım qoymaram ki, qəm çəkəsən; Səbəb nədir bu qədər ahi-zarə, qəm çəkmə. Sitarə Düşüb xəyalıma seyri-səyahəti vətənin, Necə mən ağlamayım bəxti qarə qəmlərdən? Nə qədər vaxtdır ki, valideynimi görməmişəm, Salıbdı çərx məni bu diyarə qəmlərdən. Mənsur Budurmu bircə qəmin, ey vəfalı cananım? Bu dərdinə edərəm mən də çarə, qəm çəkmə! Tədarük eyləgilən, olgilən bu gün hazır, Rəvan olaq hamımız ol diyarə, qəm çəkmə. (Sitarə gedir, Mənsur tək oxuyur bayatı kürd üstə) Bu yarə yox demək olmaz, rəvamıdır, ey dil? Əgər bu canımı alsa, danışmaram ona, bil. Olubdur könlüm əvvəldən cəmalına mail; Sitarə olmasa, bu gün cahanı istəmərəm. (Tar keçir rasta) Əgərçi çoxdu işim, məmləkətdə var üsyan, Qulam, get de gəlsin Vəz ir həm əyan. Gərək olara edəm məsləhət bu sirri bəyan, Olardan heç bir iş etmək nəhani istəmərəm. Gərək onu aparım mən cəlali-tam ilən; Qabaqca səf çəkə ləşkər, gedə nizam ilən; Gedib atasını görsün bu intizam ilən, Əgərçi tutmaya şir asimanı istəmərəm. Vəz ir altı nəfər əyan ilə daxil olurlar. Xor Mənsur xanın nə fikri vardır bizi cəm etmişdir? Nə işi vardır, fikri nədir ki, bizi çağırmışdır? Məns ur Həzərat, bir fikrim vardır ki, bu şəhərdən gedəm, Bir neçə günlük işim vardır ki, onu tamam edəm. Vəzirlər Fərman səndədir, əziz şahım, sahibi-fərmansən. Şahın yolunda gərəkdir keçmək can ilə təndən. Mənsur Guş eylədim nigarımın ol ahi-zarına, (Vəz ir diksinir.) İstər bu gün gedə atasının diyarına. Mən də gərək onu aparım bir cəlal ilən, Çün razı olmaram onun heç intizarına. Vəz ir Zənnim budur, kənara əgər qoysanız qədəm. Ölkə xərab olub, olar viran dəmbədəm. Mənsur (Təsnif) Ey Vəz ir, axtar, bəs, bir çarə tap, Qoyma sən məni böylə biəlac. De... de mənə bəs bir çarə, Etmə məni sən bitab. Axtar, çarə tap, oldum mən bitab. Qoyma bu dərdi dərmanə möhtac. Xor Yoxdur, ey xan, bu dərdə bir çarə, Sən getsən dövlət qalar avarə; Getmə sən, ey xan, özgə diyarə. Mənsur Tez, hər nə cür olursa, siz tez Tapın buna çarə, siz. Xor Səndədir fərman, çarə yox, qurban, Bu dərdə yoxdur özgə dərman. Yoxdur, ey xan, bu dərdə bir çarə. Sən getsən dövlət qalar avarə; Getmə sən, ey xan, özgə diyarə, Vəz ir Xan, bu dərd olub dərmansız, Tərpənməyin burdan siz. Xor Səndədir fərman, çarə yox, qurban, Bu dərdə yoxdur heç bir dərman. Mənsur Düz gəlmədi işim vüzəradən, nə etməli? Üz döndərir hamısı rizadən, nə etməli? Fikr eylədim aparram onu təmtəraq ilən. Ümid şəmi söndü qəzadən, nə etməli? (Vəz irlərə) Çarə tapın bu dərdimə, ta olmayım zəbun. Olsun xilas o şux-nəvadən, nə etməli? Birəyan Olmazmı, zat ali ki, getsin Vəz ir ilə, Bir foc ləşkər ilə buradən, nə etməli? Mənsur Bu fikir yaxşı fikirdir, söz batdı beynimə, Hərgiz uzaq deyil bu rəvadən, nə etməli? On səkkiz ildi bu atalıq eyləmiş mənə, Dur olmamışdır sidqi-vəfadən, nə etməli? Vəz ir, eyləmə təxir, olginən hazır, Özün bir bölük əsgər götür, sən ol nazir. Cavahir ilə tamamən bəzə kəcavələri, Ver əmr yolda ki, çalsınlar təbli-nayiləri. Tamam yolları doldur da gülü raq ilə, Apar əzizimi həşmətli təmtəraq ilə. Vəz ir (Təsnif, kənara) Əzəl şikar eləmişdim o mahi parəni mən, Və leyki zor ilə aldın onu əlimdən sən. Düz on beş ildi ki, hicr atəşi yaxır canım, Yetişdi indi də fürsət ki, mən alım kamım. Xor Çarə tapıldı bu dərdə, qalmadı arzun yerdə. Çox yaşa sən, ey sərkərdə, çox yaşa, çox yaşa, çox yaşa. Mənsur xan, sən ədalətli bir xan! Mənsu rdan savay hamı gedir. Sitarə daxil olur. Mənsur Müyəssər olmadı, əfsus, kim mənə getmək, Heç olmayır, dəxi yox çarə, sevgilim, nə etmək? Gedir səninlə Vəz irimlə bir bölük əsgər, Mən əmr eləmişəm indicə kəcavə gələr. Sitarə (Simai şəms üstə) Qoymaram, Mənsur, mən sənsiz kənara bir qədəm, Mən ki, dünyanın qəmi-dərdi-qubarın görmüşəm. Getmərəm biganələrlə bir qədəm sən getməsən, Mən ki, əğyarın təmamən etibarın görmüşəm. Mənsur Etmə sən bica xəyalı, olma məhzun, etmə ah, Bu Vəz irin çox zamandır sidqi-karın görmüşəm. Sitarə Getmərəm sənsiz, gülüm, salma məni səhralara, Mən bəla səhrasının qış, həm baharın görmüşəm. Gəzmişəm səhrayi-eşqi həm bəla səhrasını, Həm xəyanət vadisinin hər diyarın görmüşəm. Görmüşəm qardaşların xahərlərə əl açmasın, Hamının dünyada mən namusi-arın görmüşəm. Mənsur Sevgilim, bicadi fikrin, at əbəs xülyaları, Mən Vəz irin doğruluq, həm etibarın görmüşəm... Sitarə Gəl, gedək, Mənsur, sən də, yoxdur hicrə taqətim, Mən şəbi-hicranın qəlbi-dağidarın görmüşəm. Mənsur Hövlə xofimdən mənim uçmaz havada murğlər, Qaf dağında girib pünhan olub simurğlər. Pərdə düşür, tez qalxır, Sitarə, Mənsu rvə uşaqlar düzülüblər. Vəz ir (Daxil olur) Hamı hazırdı, qurban, bəndəyi fərmanınam indi, Nədir fərmani-ali, hökm qıl, qurbanınam indi. Əsgərlər daxil olub oxuyurlar. Xor Çox yaşa, sən ey Mənsur xan, Tabe olsun sənə cahan! Allah sənə versin aman, Çox yaşa, çox yaşa, çox yaşa, Mənsur xan! Sitarə Halal qıl mənə, ey mehriban, mən gedirəm, Olubdur qafileyi-qəm rəvan mən gedirəm. Yoxumdu hicrinə taqət, nə çarə qılmalıyam, Halal qıl ki, gedir karvan, mən gedirəm. Mənsur Gedin, əzizlərim, yarımın vilayətinə; Səni ki, tapşırıram xalıqın əmanətinə. (Öpüşürlər) Xor Gedək, gedək biz, vaxt olur, təbl-ney-şeypur çalınır, Yaşasın Xanı mız Mənsur, çox yaşa, çox yaşa, çox yaşa, Mənsurxan sən ədalətli bir xansan! (Gedirlər.) Pərdə Beşinci pərdə Yoldur. Sitarəçadırda öz uşaqlarına layla çalır, Vəz ir də kənarda durub qulaq asır. Sitarə Layla dedim, yatasız, Qızılgülə batasız, Qızılgül yorğan olsun, Içində siz yatasız. Lay-la gələr ellərdən, Seçilməzsiz güllərdən, Allah sizi saxlasın Yaman-yaman dillərdən... Vəz ir Qəlbim tələsir bir mahi-rəxşanidən ötrü, Ol qaşı kaman, nizəli müjganidən ötrü. Olsun belə dövran, getsin qəmi-hicran, Ol mahi-pərirux olsun mənə mehman. Olsun, olsun, olsun, olsun... Ol yarı basım sinəmə, kamim alım ondan, Bu bir gecə bir qətrədi ümmanidən ötrü. Olsun belə dövran, getsin qəmi-hicran, Ol mahi-pərirux olsun mənə mehman. Olsun, olsun, olsun, olsun... Çəksə məni Mənsur əgər zirveyi-darə, Mən qorxmam əsla bu qoca canidən ötrü. Olsun belə dövran, getsin qəmi-hicran, Ol mahi-pərirux olsun mənə mehman. Olsun, olsun, olsun, olsun... (Rast üstə) Etmək gərək şüru bu karə yavaş-yavaş, Bir yar üçün çıxdım da şikarə yavaş-yavaş. Məlum ki, yatıbdı hamı, yoxdu bir səda, Bir çadıra edimmi nəzarə yavaş-yavaş? Yatmış hamı, dəxi mənə mümkündür hər bir iş, Indi girim sərayi-nigarə yavaş-yavaş. Vəz ir içəri girib uşaqların qolunu bağlayır... Bağlandı bunların qolu, indi onun qolun Bərk bağlamaq gərəkdir yavaş-yavaş... Sitarə Çəkil... ədna... əl çək! Vəz ir Qaçma, qaçma, qaçma, qaçma dayan! Qaça ki, bilməzsən əlimdən. Qaçma, qaçma, qaçma, qaçma dayan! Axır ki, tutaram səni mən. Sitarə qaçıb bir ağaca çıxır. Kürd-şahnaz üstə oxuyur. Sitarə Göründü bir də xəyanət xəyanət üstündən, Varımdı leyki dəyanət dəyanət üstündən. Olub xəyanət əlilə bu qəlbi-zarım zar, Rəqibi-bülbül olur gülşən içrə daim xar. Belə bir həyatdan hərgiz mənə gözəldi məzar, Nədir bu qədri xəyanət xəyanət üstündən?!. Dəhşətli musiqi. Vəz ir Gəl düş, gəl düş, gəl düş, Səni yoxsa zor ilə sallam. Sitarə Düşmərəm bil, Məni incitmə bir belə sən. Vəz ir Tapdım əvvəl... səni... Sonra aldı Mənsur əlimdən. İndi gərək... alım... Bu gecə mən kamımı səndən. Sitarə Əl götür... əl götür bir... Məni incitmə bir belə sən. Vəz ir Hərgah, dursan... orda... Gətirib öldürərəm oğlunu. Sitarə Rəhm qıl... rəhm qıl... sən, Məni sən odlara yandırma. Vəz ir gedir, oğlunu gətirir. Vəz ir İndi... indi... oğlun... Verəcəkdir can qabağında. Aşağı düş sevirsən onu. Uşağı yerə yıxır Sitarə Ey pir... rəhm et... sən... Balamı et əlindən azad, Məni zarın qəlbini et şad. Vəz ir Bəsdir... bəsdir... Əsəd Ana!.. Ana!.. Sitarə Oğlum!.. Oğlum!.. Əsəd Qoyma... qoyma məni öldürür... Vəz ir Bəsdir... bu qədər guftigu etdiz siz, Gəl düş... yoxsa... indi Kəsərəm oğluvun başını. Sitarə Rəhm et!.. Rəhm et!.. Vəz ir Bəsdir... bəsdir... bəsdir! Əsəd Ah... ana... Vəz ir kəsir. Vəz ir Necə gör bir oğlun can verir? Sitarə Oğlum!.. Oğlum!.. O...ğlu...m! Vəz ir Gəl düş... yoxsa... indi... Getdim o biri oğlunçun. Sitarə Oğlum!.. Oğlum!.. O...ğlu...m! Cəfər Ana, gəl düş yerə! Vəz ir (Cəfərə) Bir bax, burda... ölmüş, Ölmüş sənin... qardaşın. (Sitarəyə) Hərgah düşməsən sən, Kəsdim bunun da başın. Sitarə Rəhm et, bari, əl çək! Onu bağışla! Vəz ir Gəl düş, yoxsa... indi... Cəfər Ana... a...na!.. Vəz ir Öldürdüm... mən... bunu da. Musiqi. Sitarə qəşş edib yıxılır. Nə işdir... nə işdir... nə işdir Etdim... etdim mən belə? Bəs getdim... birtəhər... birtəhər Xəbər... verim... qoşuna! Gedir. Sitarə oyanır. Sitarə Lay-la dedim yatasız, Qızılgülə batasız, Qızılgül yorğan olsun, İçində siz yatasız. Xor Heç belə zülm olmaz insanə, Biçarə qız olub divanə. Öldürüb, öldürüb, öldürüb, öldürüb uşaqlarını, Zülm ilə kəsibdir, zülm ilə, zülm ilə boğazlarını. Biçarə olubdur divanə, Heç belə zülm olmaz insanə. Biz gedib xəbər verək xanə, Biçarə qız olub divanə. Öldürüb, öldürüb, öldürüb, öldürüb uşaqlarını, Zülm ilə kəsibdir, zülm ilə, zülm ilə boğazlarını. Sitarə (Bayatı-şiraz üstə) Fələk saldı məni pərvanətək dilsuz olan narə, Nəsib etdi həyatım gülşənini pəncəyi-xarə. Cünun etdi qəza bağlandı zənciri-qəmə canım, Əsib badi-xəzan vəhşət düşürtdü səhni-gülzarə. Nədir hikmət, qəza dövründə, yarəb, raz edir büdət, Edir qismət iki dilparəni şəmşiri-xunxarə? (Kürd-şahnaz) Ya rəbbi, nədir bu duni canı Etdi iki növrəstəmi fani? Dövran dili-zarım etdi rəncur, Etdi iki növrəstəmi fani? Bir dərd ki, gəlməyir gümanə, Qismət mənə etdi bu zəmanə. Pərdə Altıncı pərdə Hacı Səyyadın evi. Hacı Gecə yatıb, yuxuda görmüşəm Sitarəni mən, Gəlib deyir ki, ata, razı olmaram səndən. Əlində vardı iki şəm, çox işıqlı odu, Qəza vurub vəli ol nuri-şəmi söndürdü. Düz on beş ildi ki, ölmüş Sitarə biçarə, Vurub onun ölümü qəlbimə dərin yarə. Vəfası yox bu qəzanın həmişə kəc rəftar. Əlimlə etdim öz övladımı bəlayə düçar. Mənim qızım elə ədnalıq etməz idi əyan, Yəqin bu Tapdıq ona eyləyir bütün böhtan. Səfər Borcumdu sizə xəbər vermək, Bir kəndli dilər ağanı görmək. Hacı Ehzar elə onları buraya, Məlum ola sözləri ağaya. Çoban Ağa, bu oğlumu lazım isə sən Qəbul eylə nökər olmağa məndən. Özü hər iş bilir, çox da zirəkdir, Çalışqanlıqda misli yoxdur, təkdir. Hacı (kənara) Mənə onsuz da lazım idi mehtər, Nə qədər istəyir məndən bu nökər? Çoban Bir ildə on manat, səndən yeməyi. Hacı (kənara) Ucuzdur, lap olubdur dəmdəməki. Zərər yoxdur, qəbul etdim onu mən. Çoban Qabaqca bir qədər ver, Hacı, puldan. Hacı Ala, bu on manat, lazımsa hərgah. Çoban Bunun var tutması hərdəm, ol agah. Sağ olsun Hacı, yetsin hər məramə, Yetişsin, var ikən bu dövrü, kamə. Gedir. Sitarə nökər cildinə girib öz atasının evində qulluq edir. Atası onu tanımır. Bir müddətdən sonra Mənsur xan Hacı Səyyada qonaq gəlir. Nökər Gəlib bizə, ağa, bir şəxs, adı Mənsur xan, Dilər: gəlib bura, olsun bir gün bizə mehman. Hacı Ey sahibi-şən, əhli-qüdrət, Etdiz məni şad, əhli-izzət. Çox şükür məni edibsiz yad, Bu gəlməyə oldum indi mən şad. Mənsur Çox razıyıq, ey vahidi-dövran, Ey qədrşünas, qədrmehman, Qəlbin ola daima sənin şad, Olsun bu evin həmişə abad. (Çay gəlir.) Sitarə (Səhnənin dalından) Çərxi-fələk bu dövrdə Etmədi mənimlə rəftar, Saldı məni yüz möhnətə, Min bəlayə etdi düçar. Hacı Dün bircə nəfər həqir dehqan Gəldim bura, etdi ah-fəğan; Oğlun mənə verdi onda nökər, Etdim onu mən özümə nökər. Daim, vəli ağlayıb edir şur, Bir qədər olubdur ağıldan dur. Sitarə Yaxıldı odlara canım, möhnət aldı tavanımı. Zülmü zalım zəmanədə kəsdi mənim amanımı. Mənsur Bu səs, yəqin ki, ey dil, Sitarəmin səsidir, Bu səs havadan enən mehparəmin səsidir. Bu nəğməni də həmişə Sitarə söylərdi, İki balası ölən bəxti qarəmin səsidir. Sitarə Zalım xain zülm eləyib rəhm etmədi bu halıma, İki nazlı balalarım çəkildi tiği-zalıma. Mənsur Bu naləyə eylədikcə mən guş, Əhvalımı etdi xeyli məxşuş. Hökm et ki, gəlib o şəxsi məhzun Bir qədər bizə tərənnüm etsin. Ata, cəzb etdi bu səs məni sərasər, Əhvalımı etdi zarü-müztər. Hacı Ey sahibi şən cahi-şövkət, Divanədir, onda var nə hacət! Rəhmim gəlir, etmirəm onu dur, Layiq deyil o bu bəzmə, məzur. Mənsur Hər kimdi, düşübdür min bəlayə, Möhnət gətirir onu nəvayə; Incitmiş onu bu taleyi-şum, Etmə bizi söhbətinə məhrum. (Durub çağırır. Rast üstə oxuyur.) Ey şəxs zəbun, qəlbi naşad, Söylə nədi bunca dad-fəryad? Kim oldu səbəb bu ahü zarə? Kimsən, nəçisən, çıx aşikarə! Sitarə Eşitmişəm belə ustadımın zəbanından, Mən indi söylüyürəm xalq arayilən doludur. Deyim sizə sözümü guş-huşilən eşidiz: Mənim bu zar ürəyim macərayilən doludur. (Təsnif) Sizə ərz eyləyim əziz ağalar, Adil ağalarım, ediz divanım. Qəlbimə vurulmuş dərin yaralar, Adil ağalarım, ediz divanım. Bir gül idim bürünmüşdüm hasara, Fələk vurdu saldı qürbət diyara, HacıSəyyad qızıyam, adım Sitarə, Adil ağalarım, ediz divanım. (Yaxasını açıb çuxasını çıxarır.) Hacı Bu mənim bəs qızım imiş, bəs bunu mən ölmüş bilirdim. İsmayıl Doğrudur, mən rəhmim gəldi, azad edib öldürmədim. Sitarə Xain qardaş zülm elədi mən zarə, Qoydu məni bu aləmdə avarə, Qaldım səhralar içrə mən biçarə, Adil ağalarım, ediz divanım. Vəz ir həm öz xainliyin bildirdi, Qovub məni çinar üstə mindirdi, Axır zalım cüt balamı öldürdü, Adil ağalarım, ediz divanım. Gəldi zülmdən cana, oldum axır divanə, divanə... Vəz ir Görürsüz bu bir divanə, qoy rədd olsun getsin burdan Sitarə Hara gedim məni-naşad, oğlumu sən öldürmüşsən... Hacı Qızımı sən incitmişsən? Öldürüz bunu, kəsin başını. Vəz ir Onu əvvəl sevmişdim mən, Düşmədi yerə, öldürdüm oğlun. Öldürdüm mən, öldürdüm mən, öldürüz məni, alız intiqam. Sitarə Ah, zalım Vəz ir, necə qıydın balalarım öldürdün? On iki il zəhmət çəkib gül təki oğul bəslədim, şəm çırağım söndürdün? Gecələr mən sübhə kimi layla deyib səslədim, Axır namus yolunda başlarını kəs dedim. Zalım Vəz ir, necə qıydın balalarım öldürdün, şəm çırağım söndürdün? Vəz ir Doğrudur, doğrudur, doğrudur, Oğluvu zülm ilə qətl eylədim. Öldürdüm, öldürdüm, öldürdüm, Oğluvu qanlara qərq eylədim, Öldürüz siz məni, öldürüz, Siz də cəzasın veriz mənə. Mənsur Ey xəbis, ey xain, ey ləin, Tez aparıb bunu qətl eyləyin! Qoy cəzasın ala, qətl ola, Qoy görsün öz işinin səmərin, Nuş eyləsin mövtun zəhərin. Vəz iri aparırlar. Pərdə * * * Şahsənəm Şahsənəm 4 pərdəli 5 şəkilli opera İştirak edənlər Bəhrambəy – feodal Şahsənəm – onun qızı Ağcaqız – onun rəfiqəsi Aşıq Qərib – aşıq Xanı – Aşıq Qəribin anası Şahvələd – feodal HacıƏhməd – Aşıq Qəribin dostu Güloğlan – Şahvələ din baş nökəri Həsən }aşıqlar Səməd Xan Carçı Kəndli Azançı Birinci pərdə Bəhram bəyin həyəti. Qızlar tikiş tikir və oxuyurlar. Xor Gözəl bahar eyləmiş bütün həyati dilbər; Günəş gülür, şənlənir çəmən, səfalı hər yer. Hər tərəf əlvan, hər yer əlvan, çəməndə lalə; Can alır hər gün, şad olur bülbül, gülür bu halə. Gəlin kimi şənlənib çəmən, çoxdur səfası; Uzaq, uzaq bir güldən gəlir bülbül sədası. Şahsənəm Nə var, qızlar, belə gözəl və şənsiz? Xor Gəl, Şahsənəm, bağça ölgündür, sənsiz. Şahsənəm Gözəllər bağında bir gözəl gördüm, Eşqinə bağlandım, könlümü verdim. Məni bir baxışla eşq oduna saldı o, getdi; Məni bir baxışla eşq oduna saldı o, getdi. Ala gözlərində eşqi gülümsər; Yerişi can alan, gülüşü dilbər. Məni bir baxışla eşq oduna saldı o, getdi; Məni bir baxışla eşq oduna saldı o, getdi; Xor Ulduzlarıq, biz, qızlarıq, günəşimiz Şahsənəm. Oxşayıb onu könüldən, onu hər gün öpərik. Biz çox dilbər, incə güllər, gül qönçəmiz Şahsənəm. Özümüz gül, sözümüz gül, çöllərə biz gül səpərik. Oxşayıb onu könüldən, onu hər gün biz öpərik. Şahsənəm Mən gördüm şən bir gül, verdim könül; Onun eşqində ən yanar oldum mən; Nə imiş sevda qanar oldum mən. Mən onu araram, alışar, yanaram. Nə imiş sevda qanaram, qanaram. Məndə daha yox bir aram, yox bir aram. Dərdli ürək gülmək nədir, bilməyir. Çalın, qızlar, qaçsın dərdim, yoxsa çoxdan gülməyir. Rəqslər. Aşıq Qəribin səsi gəlir. A ş ıq Qər ib Bir gül sevdim çəməndə, Soldu yellər əsəndə. Eyləyir nalə Qəlbim bu halə, Yaş tökər bülbül, Inləyir lalə. Ayrı saldılar yarı yardan. Şahsənəm Ah, bu odur, o oğlandır, Ağca qız! Ağca qız Oğlan kimdir, hansı oğlan, söylə, qız? Şahsənəm Könlüm bir anda yetimlər kimi Qayğılardan inlədi, gedin qızlar! Xor Nə var, nə oldu sənə ay qız? Şahsənəm Gedin, məni təkcə buraxınız! Xor Gəlin, qızlar gəlin gedək! Özümüz gül, sözümüz gül, Çöllərə biz gül səpirik! Xor gedir, Aşıq Qərib gəlir. Şahsənəm Aman, Qərib, nəyə gəldin, atam görsə öldürər. Dayanma, tez get, düşmən var sağ-solunda. Aşıq Qərib Məndə artıq taqət yoxdur, Şahsənəm! Bir canım var, qurban olsun yolunda. Gecə boyu mən yatmayıram, Rahatım yox gündüzləri. Gözüm ağlar, bu könlüm ağlar, Sənsiz susmaz, dərdim artar. Şahsənəm Sənsiz dünya qara bir məzar, Hara baxsam, dərdim artar. Sənin oynaq o telli sazın. Dinər, qəlbim istər oynasın. Aşıq Qərib Sənsiz mənə qaradır ay, gün; Sənsiz dünya qoy məhv olsun. Şahsənəm Sənin oynaq o telli sazın Çalacaq, qəlbin istər oynasın. Aşıq Qərib Könlüm bir saz, sənsiz çalmaz. Şux bir qartal qanadı yox. Dinlə bir gözüm, dil fəryadın. İnlər, inlər, dəvası yox, Şahsənəm Aman, Qərib, aman Qərib, Sən oxucaq, sanki gülər yaz. Aşıq Qərib Qayğı getsin, açılsın qoy yaz. Şahsənəm Oxu, aşıq, gülsün qoy dağlar, Gülsün meşələr, bağlar. A ş ıq Qər ib Dillənsin tel, söylənsin saz, Dünya zövq alsın, Qara telli, qara gözlü, eşqi can alan yar; Aşıqları baş qurtarmaz bir sevdaya salan yar! Şahsənəm Aman, Qərib! Aşıq Qərib Günün oynaq, əlvan telli, Yazın açan ilk gülü. Şahsənəm İnlət o dörd oynaq teli, Çalsın saz, gülsün yaz. Bu sevdanı anlar o, Söylətdir, dərdini yaz. Aşıq Qərib Səni öpər, səni oxşar. Şahsənəm Sən bir solmaz, incə yarpaq bağçasısan, bağısan. Mən bir sevda sərməstiyəm, badəsi sən, saqi sən. Aşıq Qərib Mən bilməzdim sevda nədir, sən ey yar, anlatdın. Şahsənəm Gülməz yenə könlüm əsla sənsiz mənə cənnət olsa dünya. A ş ıq Qər ib Mən bilməzdim dünya nədir, sən, ey yar, öyrətdin. Şahsənəm Səndən ayrılmaram hərgah sənsiz cənnət olsa dünya! Gülmərəm yüz min bahar olsa, aman, Qərib! Aşıq Qərib Gülmərəm yüz min bahar olsa Şahsənəm Aman, Qərib! Aman, Qərib! AşıqQər ib Ay Şahsənəm! Şahsənəm Günün oynaq, əlvan telli, yazın açan ilk gülü Daim səni oxşar, oxşar. Aşıq Qərib Daim səni oxşar, oxşar. Bəhram bəy gəlir. Bəhram bəy Ey, sən, söylə kimsən, hansı koldan uçansan? Haralısan, sözün nədir, hansı tordan qaçansan? Aşıq Qərib Bir qartalam, öz sevgimdən qanad alıb uçmuşam; Bir bülbüləm, yar ardınca qəfəsimdən qaçmışam. Bəhram bəy Yad bir evdə nə istərsən? Aşıq Qərib Mən dedim ki, bir bülbüləm, yeni qanad açmışam. Sən anla ki, yar yolunda candan, vardan keçmişəm. Bəhram bəy Gözlə bu sözlərin nəticəsini görərsən! Aşıq Qərib Yar yolunda mən hər dərdə hazıram! Yurdum yaşıl düzənlər, oynağım göy çəmənlər; Eşitmişdim ölməz yarın dodağını əmənlər. Eşqə düşdüm, candan keçdim, ərənlər, ay ərənlər! Indi mən bir nazlı yarın sorağına gəlmişəm. Bir ovçuyam, ya ölləm, ov qaçırtsam əlimdən. Bir igidəm, bir gözəlin oylağına gəlmişəm; Oylağına, oylağına gəlmişəm. Yurdum yaşıl düzənlər, oynağım göy çəmənlər; Eşitmişdim ölməz yarın dodağını əmənlər. AŞahsənəm! Bəhram bəy Uşaqlar, ey igidlər! Qapıları bağlayın! Bunu tutub saxlayın! Kəndir ilə bağlayın! Aşıq Qərib Mənim qolum dəmirdəndir, Kəndir məni bağlamaz! Bəhram bəy Tutun bunu, əl-ayağın bağlayın! Dustaq edin, qaranlıqda saxlayın! Get, get, oğlan, boş danışma! Mənim qızım adsız-sansız adamlara tay deyil. Mənim adım, sanım vardır; Qızım hər bir dilənçiyə veriləcək pay deyil! Məndən bir söz almaq üçün ətəklərlə qızıl-gümüş səpirlər. Bəylər, xanlar gündə mənim ayağımı öpürlər. Sənin kimi yoxsul bir gədaya qız versəm, mənə gülərlər. Get, get, oğlan, boş danışma! Mənim qızım adsız-sansız adamlara tay deyil! Get! Görünməz olur. Onun əmrilə Aşıq Qəribi zirzəmiyə salırlar. Yenidən Xor gəlir. Xor Şahvələ din adı düşüb dillərə; Adı, sanı onun bəlli ellərə. Malı çox, dərdi yox, Bütün aləmə məşhur. Bir zaman olmuşdu qızın leylacı; Şahsənəm qoy olsun başının tacı. Göz görüb, bənd olub, olubdur qıza məftun. Şahsənəm Gedin, qızlar, belə sözlər uşaqları qandırar. Siz bilməzsiz sevda oddur, ürəkləri yandırar. Dalğa kimi dərdim coşub dönmüş bir ümmana: Qəmli könül dözə bilməz belə ağır hicrana. Aşıq Qərib Aman, sənsən, Şahsənəm, niyə gəldin? Atan görsə, öldürər. Şahsənəm Get, get, artıq həyat sonu bildirər. Aşıq Qərib Getmək? Ancaq hara getmək? Mən ki, səni izlərəm. Şahsənəm Mən atama yalvararam, yeddi il də gözlərəm. Ya səninlə dərd çəkərəm, ya səninlə gülərəm. Bil, Qəribim, gəlməz olsan ən son gündə ölərəm. Aşıq Qərib Sənə bağlı mənim həyatım; belə imiş taleyimiz. Uzun illər gün sürməliyik bir-birindən ayrı biz. Qəribkən bir də qərib oldum; Uzaq ellər olar yurdum. Mən yeddi il bütün dünyanı dolanaram. Gələrəm, səndən ayrı qalmaram. Sağ qayıtsam, səni alaram; Bizi dünya ayırmaz, bil! Dünya gəlsə, səndən dönmərəm! Məni gözlə, gözəl yarım! Sağ qalarsam, dönüb gələrəm; Məni tutmaz dağlar. Şahsənəm Aman, Qərib, səni gözlərəm. Get yoluna güllər dola. Aşıq Qərib Gəl, son gündür, halallaşaq biz; Qayıtmasam, gözəl, halal et! Al! bu məndən sənə yadigar! Xatırla sən, unutma məni, gözəl yar! Qoy görüm üzünü, aman hicran, ah, aman hicran! Sən, sən ey odlu hicran, aşiqə yox səndən aman. Ağlar gülsüz, ağlar bülbül, ağlar yar, səndən əl-aman! Həsrət olmaq illərlə yarə, Uzaq ellərdə avarə. Şahsənəm Qanad çal, uç bülbül, olsun yad ellər sənə bir aşiyan! Ağlayaram, şad olmaram, sənsiz gün verməz bil mənə asiman, Qanad çal, uç, bülbül, qoy yasa batsın aləm! Ağlayaram, şad olmaram, qoy toylar olsun matəm! Aşıq Qərib Gülməz mənə sənsiz zaman; sənsiz məhv olsun qoy cahan! İllər, aylar sovuşar, keçər, gəlləm, əcəl versə aman! Şahsənəm Aman hicran! A ş ıq Qər ib Aman hicran! Canyaxan hicran! Şahsənəm Düşmən eşqə hər bir zaman. Aman hicran! Aman hicran! Aşıq Qərib Gözlə, nigar, Yeddi bahar. Bitsin bu fəryad, Eşq olsun azad. Şahsənəm Durma, artıq atam, anam gələrlər; Aman, Qərib, bizi burda görərlər. Atam bilsə, yəqin bu, son günümdür; Get, Qəribim, yoxsa bu iş ölümdür! Aşıq Qərib görünməz olur. Bəhram bəy yenidən gəlir. Şahsənə min Aşıq Qəribi azad etdiyini bilincə, qəzəblənir və qızını cəzalandıracağı ilə təhdid edir. İkinci pərdə Birinci şəkil Sakit axan bir çayın kənarı. Yaydır. Bərk istidir. Aşıq Qərib yorğun-arğın gəlir. Aşıq Qərib Sevdiyimdən ayrı düşdüm sonsuz sevda yoluna, İllər keçdi, axır gəldim, çatdım Iran elinə. Ay ağalar, bu dünyada dərdli könül nə gördü? Gənc yaşımda bir yar sevdim, fələk vurdu, ayırdı. Başda sevda, əldə sazım dolaşaram elləri. Yarın oynaq, şux telləri, sevda birdir, söz bir, iman bir. Sən ey süzgün bir eşqə həyat açan mələk! Sən ey qara bir bəxtə işıq saçan çiçək! Dərdli sazım eşqinlə daim səni, səni oxşar. Ruhum bədəndə varkən, sənsən məalı. Yüz min ömrə vermərəm bir gün vüsalı. Səndən ayrılmaq böyük bir bəla, ay Şahsənəm! Şahsənəm, sevimli! Ay ağalar, bu dünyada dərdli könül nə gördü? Gənc yaşımda bir yar sevdim, fələk vurdu, ayırdı. Başda sevda, əldə sazım dolaşaram elləri. Yarım, oynaq, şux telləri, dolaşaram elləri. Başda sevda, əldə sazım dolaşaram elləri. Köynəyini çıxarıb, çaya tərəf yollanır. Bu zaman Güloğlan gəlir və Aşıq Qəribin köynəyini götürüb aparır. İkinci şəkil Təbrizdə böyük karvansara. Bazar günüdür. Səs-küy. Xor Hər açıq bazar, Hər bir şey var. Gəlsin alanlar, Varı olanlar! Təbrizdə hər şey var. Alın, alanlar, Pulu olanlar! Armud, alma, nar, Səbzə, xurma var. Bişmiş noxud var. Yaxşı qarpız var. Gəl, tez gəl apar! Gəl, gəl, var xurma. Bax, bax, əl vurma! Ləbləbi var a! Gəl, gəl, apar a! Sərin sular var. Gəl, tez gəl! Ye, qurtar! Var sərin qarpız, Sanki buzdur, buz. Pulun var, gəl apar! Içdən al qarpız! Kəs, bax, sonra al! Gəl, tər xiyar var! Diş vursan, bal axar. Açıqdır şən bazar, Gəl apar, gəl apar! Hər bir şey var; Gəlsin alanlar, Pulu olanlar! Rəqslər. Xor Gəlin, gəlin, toy var saray önündə; Hər bir qonaq bir aşıqla gəlmişdir. Deyişəcək iki mötəbər aşıq; Saray bağı izdihamla dolmuşdur. Carçı Bu qızıldır, bu xələti Nigar Xanım göndərmiş; Bu almazdır, görməmişdir heç bir tac bu ziynəti. Meydan açıq, kim qabildir, kim aşıqdır dillənsin! Kim aparsa, o alacaq bu bahalı xələti. Aşıq Həsən Səndən xəbər alım, mötəbər aşıq, O nədir ki, ölçüsü var, sanı yox? O nədir ki, hava görcək boğular? O nədir ki, doğar, törər, canı yox? A ş ıq Səməd Sənə xəbər verim, mötəbər aşıq! O, kirpikdir, ölçüsü var, sanı yox. O, balıqdır, hava görcək boğular. O sədəfdir, doğar, törər, canı yox. Səndən xəbər alım, mötəbər aşıq! O nədir ki, səsi çıxmaz, danışar? O nədir ki, uçar qanad çalmadan? O nədir ki, od dəyməmiş alışar? A ş ıq Həsən Sənə xəbər verim, mötəbər aşıq! O, kitabdır, səsi çıxmaz, danışar. O, aydır ki, uçar qanad çalmadan. O, sevdadır, od dəyməmiş alışar. Səndən xəbər alım, mötəbər aşıq! O nədir ki, hər bir şeydən ucadır? O nədir ki, adı vardır, özü yox? O nədir ki, hər bir şeydən qocadır? A ş ıq Səməd Mən bilmədim, aşıq, özün cavab ver! A ş ıq Həs ən Kim istərsə, gəlsin, meydan açıqdır! Qoca olsun, cavan olsun, fərqi yox; Mən soruşum, cavab versin, o soruşsun, mən deyim, İstər sözü min pərdədə nihan olsun, fərqi yox. A ş ıq Qərib İzn verin hər nə deyir, cavabını mən verim! Xor Otur, canım, axmaq olma, ona kimsə irişməz! O aşıqdır, sən bir çoban, otur, ona güc düşməz! Aşıq Qərib Mən verərəm cavabını, açıq meydan qoy gəlsin! Qoyun gəlsin, mərd istərəm bu meydanda söz desin! Sənə xəbər verim, mötəbər aşıq! O, sevdadır, hər bir şeydən ucadır. Ədalətdir, adı vardır, özü yox. O, günəşdir, hər bir şeydən qocadır. Xor Sağ ol, aşıq, yaşa, yaşa! AşıqQər ib Səndən xəbər alım, mötəbər aşıq! O nədir ki, candan baha alınar? O nədir ki, yanğın salar, odu yox? O nədir ki, bir baxışla çalınar? A ş ıq Həsən Mən bilmədim, oğlan, özün cavab ver. Xor Qərib oğlan, göstər özün, cavab ver! A ş ıq Qər ib Sənə xəbər verim, mötəbər aşıq! Yar vəslidir, candan baha alınar. O, sevdadır, yanğın salar, odu yox. Ürək sazı bir baxışla çalınar. Xor Sağ ol, sağ ol, heç gözlənməz bu zəka bu görüşdən; Saf sənindir, saf sənindir, qalib çıxdın vuruşdan. Xan Axmaq tayfa, çığırmaqdan heç bir yara sağalmaz! Hər bir yetən gəldi-gedər şah qızından saf almaz! Xor Saf onundur, saf onundur, haqqın desin Xanı mız. Yaşa, aşıq, sağ ol, aşıq, yaşa, aşıq, çox yaşa! Xan Şah qızının cavahiri el döşünə sərilməz! “Ədalət yox” deyənlərə burda ənam verilməz! Öz adamları ilə birlikdə gedir. HacıƏhməd gəlir. Aşıq Qərib Söylə, nə var, qoca? HacıƏhməd Dinlə, oğlan! Sən söylədin ki, sevda hər bir şeydən ucadır: Yar vəsli candan baha alınar. Öylə isə qaç, öz yarını xilas et tez! Aşıq Qərib Nə olmuş? HacıƏhməd Dinlə, Qərib sən almadın bu gün xələti. Al, bu nişan, dəyməz ona, bil, dünya dövləti. Uzaq bir eldə hər gün səni bil ki, vardır gözləyənlər. Gözləri yolda qalan var. Toy olacaq bu günlərdə; Qız düşər dərdə. Sən tez getsən, o qalacaq; Sən getməsən, bil, öləcək, Yeni gül kimi solacaq. Toy olacaq bu gün-sabah; O olur təbah O qız hər gün gözləyir; Onu fəlakət izləyir. Getməz olsan, solacaq; Sənə qurban olacaq. Dinlə, Qərib, sən almadın bu gün xələti; Al, bu nişan, dəyməz ona, bil, dünya dövləti. Uzaq bir eldə hər gün səni, bil ki, vardır gözləyənlər. Gözləri yolda qalan var. Toy olacaq bu günlərdə; Qız düşər dərdə. Gözlər, səni gözlər, səni gözlər. Sən tez getsən, o qalacaq. Sən getməsən, bil öləcək. Toy olacaq bu gün-sabah, Şahsənəm gedir. A ş ıq Q ə rib Getmək gərək! Olmasın xan xələti. Qurban yara dünya dövləti. Xor Hara, hara? Dayan, bir az! Hara, aşıq, gedirsən, söylə! Nə var, nə olmuşdur? Dayan bir az! AşıqQə rib Ona! Xor Ona? AşIqQər ib Şahsənə mə. Xor Şahsənə mə? Hara gedirsən, söylə? Aşıq, söylə, hara? A ş ıq Qər ib Dostlar, mənə siz verin bir at, Yetim yarə, ya da bitsin həyat. Xor Yaşa, yaşa, yaşa, Qərib! Ola sənin yolun asan, Gülsün hər yan, Ola rəzil xain düşmən! Yaşa, yaşa, yaşa, Qərib! Xoşbəxt ol sən, xoşbəxt ol sən! Dolsun yola əlvan güllər. Üçüncü pərdə Bəhram bəyin bağı. Ağaclıqda köşk. Şahsənəm Mən bir güldüm, açılmadan budağımdan dərdilər. Yarpaqlarım yaşıl ikən əldən-ələ verdilər. Bulud kimi göydən aşar, gələr bir gün mənim yarım. Ona aydın olar halım, gülər əlbət iqbalım. Ona tale yol verər, Gələr azad eyləyər. Yetər artıq, nazlı yarım, Gəl, gəl, ver nicat, Gəl, et azad! Duman kimi dağlar aşar, gələr əlbət mənim yarım, Ona aydın olar halım, gülər əlbət iqbalım. Çox çəkmədən yazıq soldum, əldən-ələ verdilər. Yarpaqlarım yaşıl ikən budağımdan dərdilər. Ağla, bülbül, ay yazıq bülbül, sənə xəzan yaraşır. Ağla, könlüm, ay yazıq könlüm, sənə hicran yaraşır. Ağcaq ız Artıq yetər, yetər bu dərd, bu fəryad! Şahsənəm Ah, yazıq mən, sönür gedir həyat; Qəlbim inlər heyhat! Ağca qız Bu gün toydur sənə. Şahsənəm Heç bir zaman mən Şahvələ də getmərəm! Ağca qız Unut onu, unut, qəm yemə sən! Şahsənəm Ölüm mənə çarə. Ağca qız Gülüm, bunda heç bir məna yox. Şahsənəm Sən ümidsiz yaşamaq nə olduğun bilməzsən; Aman, Ağca qız, yoxdur başqa çarə. Ağca qız Ay Şahsənəm! Hər sözün bir xəzandır Soldurur bu könül bağın. Alovlu olur macərası eşqin. Acı hicran, sonsuz bəla; Səbr eyləmək lazım ona. Xəbər gəlmiş Şahvələ də uzaq, uzaq bir eldən. Söyləyir ki, yolda Qərib ölmüş xain bir əldən. Anası almış onun qanlı köynəyin; Qan, yaş tökür, yolur saçın, birçəyin. Yazıq çaşıb bilməyir ki, neyləsin; Gələcəkdir dərdin sənə söyləsin. Xanı daxil olur Xanı Mənim balam bu gün son gün, vəd olmuş gün, bu gənc yaşında, Ah, yazıq balam öldü, yazıq balam məhv oldu, heyhat! Şahsənəm Yalan xəbər, yalan bu sözlər, Qərib sağdır, inan! Xanı Aman, qızım, niyə bir sözlə bu qəlbimi yaraladın? Oğlum ölmüş, dönməz o bir də; Getdi o, Şahsənəm, məhv oldu yolda; O bir daha dönməz, gəlməz. Şahsənəm Anam, sən ağlama, yəqin o sağdır. Xanı Sus, balam, yoxsa ürəyim partlar! Qalmamış, bil artıq, tabım; Yanar qəlbim, ağlaram daim. Qərib ölmüşdür, bu qanlı köynək son miras ondan. Bu qanlı köynək, Şahsənəm, nə çarə?! (Köynəyi göstərir.) Şahsənəm Onsuz yaşamaram, onsuz, heyhat, yoxdur həyat! Nəsib olur mənə ölüm, başqa bir yol yox! Aman həyat, aman həyat! Xanı Fələk bizə bəla verdi, doğrulmadı diləyin. Bu gün toydur, sağ ol, qızım, Allah olsun köməyin! Bəhram bəy gəlir. Bəhram bəy Söylə nə var? Bəsdir bu fəryad! Artıq Qərib ölmüş. Şahsənəm Yalandır, yalan! Gördüm bir röya; Bir at belində quştək uçub gəlir. Bəhram bəy Axmaq olma, qız! Hazır ol toya! Şahvələ də getməlisən! Gedir. Ağca qız Ah, Şahsənəm, öz röyanı tez nəql et! Şahsənəm İti bir qartaltək yüksək dağlardan, Oynaq bir bülbültək yaşıl bağlardan, Bir ağ at minmiş də, qanad çalır, bax! Budur, mənim yarım uçub gəlir, bax! Qanad çalmada at göyün bağrına; Dumanlar, buludlar, verin yol ona! Gənc başında sevda, bir saz əlində, Uçar, uçar, uçar ağ at belində. Ona qarşı durmaz göylər, fələklər; Çata bilməz ona əsən küləklər. Uçar mənim yarım, uçar, hey uçar. Otağa tərəf yollanır; lakin dərd-qəmdən taqətsiz olduğuna görə bihuş halda yerə yıxılır. Dördüncü pərdə Bəhram bəyin evi və bağı. Şahvələd Oldu daima sevda rəhbərim. Yoxmudur intəha, söylə, dilbərim?! Fikrimdə daima sənin vüsalın; Əsir etdi məni o gül camalın. Qərib daima düşməz dilindən; Çəkinməz əsla o öz elindən. Söylə, Şahsənəm, söylə nədir bu halın? Saldı oda məni o gül camalın. Güloğlan Olmaz bir iş, Qərib daha gəlməz. Öldü, onu torpaq aldı, artıq bax, hamı Oldu tabe bizə; daha qorxu yox! Şahvələd Sən hər yerə adam təyin et, Yaxşı bax, kimsə gəlməsin! Güloğlan Qorxma, heç bir kimsə gələ bilməz! Şahvələd Durma, əmrim gərək yerinə çatsın! Şahsənəm Bir gül sevdim çəməndə; Soldu yellər əsəndə. Eyləyər nalə qəlbim bu halə; Ağlar bülbüllər, ağlar lalə. Ayrı saldılar yarı yardan. Eylərəm fəryad, yox edən imdad. Yox mənə bir nicat, heyhat! Edən yox mənə bir imdad, heyhat! Ayırdılar, neyləyim? Dərdimi kimə deyim? Eyləyər nalə qəlbim bu halə; Yaş tökər bülbüllər, ağlar lalə. Ayırdılar yarı yardan. Gəl, Qərib, ver mənə bir nicat! Uzaq, uzaq, yad ellərdə Onu bürümüşdür sonsuz bəla. Onsuz qalmaq – öksüz qalmaq, Düşmək min dərdə; Çəkmək min cəfa. Uzaq, uzaq yad ellərdə Yox ona həmdərd olan. Onsuz mənə ölüm həyat! Ah! Ayrı saldılar, neyləyim? Dərdimi kimə deyim? Eylər nalə qəlbim bu halə; Aman, həsrət qaldım yarə; Könülsevən yarə mən. Uçar, keçər son dəmlər, heyhat! Ölüm vardı, yox artıq imdad. Son hər şeyə, son hər əzaba! Ümid söndü, sönsün həyat! Ölüm mənə! Ölüm mənə, ah! Artıq keçdi, heç bir xəbər yox; Bir daha o, gəlib çıxmaz. Keçdi ondan çox uzun illər, Qorxu bitdi, lal oldu dillər. Yox ondan bir xəbər, yox ondan əsər. Keçdi zaman, o daha qayıtmaz. Lal oldu o saz. Getdi əldən səbrim, qərarım; Yetiş artıq dadlı vüsal! Bəhram bəy Axmaq uşaq ağlar, inlərkən Beynim qızar, qanım coşar. Min yol dedim ona etsin səbr; Onun yeri ya ər evi, ya da qara qəbr. Mən əmr etdim çıxmasın bir səs, Gəlməsin nəfəs. Atmaq gərək hər dərdi, Böylə yazmış ona tale. Olmaq gərək əmrə ram; Olmaq gərək aram! Daha gəlməz, gəlməz Qərib! Mənim qəlbim yanır, Qoy onları barışdırsın yaradan! Allah qoy versin ona məram! Yox, gərək bu gün getsin yəqin! Axmaq uşaq, pul var, dövlət var. O, daim inlər, daim ağlar. Əyməsə boyun əgər, qoy məhv olsun tamam! Ya da qoy olsun aram! Gəl, Şahvələd, sözüm sözdür! Gəlin indi hazırdır. Gəl, qonaqlar toplanmışlar! Durma, toya hazır ol! Güloğlan Tutdum yolda ulağın, Çərtdim onun qulağın. Basdım köynəyi qana, Lənət olsun şeytana! Aldım Vələddən pulu, Ciblərim oldu dolu. Ulaqdadır əsl iş, Qulaqdadır əsl iş!.. Ağca qız Doğrul, toplan, həyəcanı tərk et! Artıq Qərib gəlməz, gəlməz, heyhat! Dünya dönsə, tale sarsmaz, Tale yazsa, kimsə pozmaz! Atan Bəhram vermiş fərman; Ona əməl et, səbr et, Həyat dönər, böylə qalmaz! Tale yazsa, kimsə pozmaz! Həyat oynaq, bu cür qalmaz! Qara günün ömrü olmaz! Çatmış artıq bu gün zaman. Qara günün ömrü olmaz! Tale dönməz, tale sarsmaz! Sən səbr elə! Yazı pozulmaz! Bu gün toydur, bu gün bayram; Atan vermiş, sən artıq sus! Tərk et fəryadı sən, aram ol! Doğrul, toplan, doğrul, toplan! Xor Yaşa, yaşa, Şahvələd, düşmən itdi aradan. Xoşbəxt etsin səni görüm yaradan! Yansın daim ocağın, Gülsün oğul-uşağın! Sənə hər görən, bil, həsəd aparacaq. Sənə el həsəd aparacaq. Düşmən itdi aradan, Səni xoşbəxt etsin yaradan! Gülər olsun taleyin, Yaşa, yaşa, Şahvələd! Qızlarınxoru Yol verin, gəlin keçsin qabağa! Olsun dünya ona tapdaq. Yansın daim ocağın; Olsun oğul-uşağın! Baxtın şad olsun, kam alsın, zövq alsın hey! Gülsün dünya hey! Qoy olsun hər bir gün bayram! Daim olsun toy səhər-axşam. Gülsün dünya, yaz olsun. Daim güllər açılsın hər yan; Qoy versin kamın sənin böyük yaradan! Kam alasan, şad olasan; Qoy olsun, qız, bəxtin parlaq! Qadınların rəqsi, kişilərin rəqsi. Şahsənəm Gözlərim qaldı yolda, Qəribdən bir xəbər yox. Yar yolunda dözməkdən əzabımın sayı yox. Zəhər içib ölməkdən başqa heç bir çarəm yox. Aşıq Qəribin səsi eşidilir. A ş ıq Qər ib Bir gül sevdim çəməndə; Soldu yellər əsəndə. Eyləyər fəryad qəlbim bu halə. Yaş tökər bülbül, inlər lalə. Ayrı saldılar yarı yardan. Səslər Çəkil, yol ver, dayan, dur! Qaçma, keç, keç, vur! Qoyma, qoyma, vur! Buraxma, buraxma, dur! Vur, tut, yol ver! Tərpənmə, dayan, dur! Qoyma, qoyma qaçsın, hey! Gəlmə, gəlmə, hey! Aşıq Qərib daxil olur. Şahvələd Kimsən, oğlan, de tanıyım gözlənməyən qonağı! Aşıq Qərib Bir tərlanı uçurmuşdum, sizdən aldım sorağı. Şahvələd Öylə isə al cəza, bil namus nədir, qan nədir! Şahsənəm (Aşıq Qəribi köksü ilə qoruyur) Vur, vur öldür, onda gör ki, sevda nədir, can nədir! Bəhram bəy Ey, o kimdir burda salmış qeylü-qal? Aşıq Qərib Bir aşıqdır gəlib edir ərzi-hal! Bəhram bəy İndi sənə göstərərəm qılınc nədir, baş nədir! Aşıq Qərib Göstər, ancaq anlat mənə kaman nədir, qaş nədir? Şahvələd Özgəsinə könül verən can eşitməz, can deməz. Qoy getsinlər, yox, Şahvələd yad bir arvad istəməz! Bəhram bəy Öylə isə qoy bilsinlər: artıq mənim qızım yox! Ata sözü – Allah sözü! Artıq sizə sözüm yox! Apar, oğlan, o, bir qızdır, yoxdur artıq atası! Xanı Ata yoxsa, var yerində cantək sevən anası! Şahsənəm Ay Qərib, sevgilim, mən daima arardım səni. Bax, nəhayət, ən sonda gəldi vüsal. Keçdi hicran, getdi məlal, aləm olur şadiman. Xor Aşiqə eşq ola! Eşqisiz nədir, eşqisiz nədir cahan?! Olmasa eşq, nədir cahan? Aşiqlərə eşq ola! Şahsənəm Aman, Qərib, çatdı vüsal, tapdım səni mən. Aşıq Qərib Ay Şahsənəm, verər sevda bizə həyat! Gülər bahar, sevgi yaşar hər bir zaman. Çatdım sənə mən, gözəl yar! Xor Toyun sənin çox mübarək olsun! Aşiqlərə alqışlar! Yaşa aşıq, hey!.. “AŞIQ QƏRiB” Cümə axşamı, sentyabrın 15-də bu sezonda 2-ci dəfə olaraq “Aşıq Qərib” operası tamaşaya qoyulmuşdu. Hacıbəylilərin bu il opera fəqərəsinə artıq diqqət etmiş olmalarındandır ki, həm keçən dəfə və həm bu dəfə oyunlar yaxşı keçdi. Ancaq bunu tövsiyə edirik ki, “Aşıq Qərib” operasındakı bəzi X o rlar dəyişib, yerlərinə daha qulağa xoş gələn münasib X o rlar qoyulmalıdır. Artistlərdən hər biri öz vəzifələrinin yaxşı keçməsinə səy edirdilər. 1-ci və 2-ci pərdələr az sovuq keçdisə də, lakin 3-cü pərdədə Sarabski ilə Ağdamskinin şikəstə ilə mükalimələri cəmaətin artıq dərəcədə diqqətini cəlb etdi. Tanrıquluyev cənabları anlaşıldığına görə, keçən dəfəki oyunda öz nöqsanlarını görmüş olmalıdır ki, bu dəfə Şahvələd rolunu gözəl ifa edə bildi. Artistkalardan Olenskaya bacılarının gözəl rəqsləri tamaşaçılara xoş gəldiyindən alqışlar ilə təkrar edildi. Bağdadbəyov cənablarının gözəl və gur səsi camaata xoş gəldiyi kimi Aşıq Səlim rolunu həqiqətən də gözəl ifa etdi. Bu oyunun nöqsanı bəzən xorlar ilə musiqinin həmahəng olmaması idi ki, buna da Hacıbəyov qardaşlarının nəzər diqqətini ayrıca cəlb edirik. Bir də Sarabski cənablarının axırıncı pərdədə vaxtından əvvəl çıxıb getməsi səhnədə qalanların sözlərini mənasız buraxdı. Teatroda camaat çox idi. Bəzi qeydkeşlik olması ilə daha yaxşı olardı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cabbarli-librettolar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1934). Public domain (author died 1934). Original text only.