Qəzəllər Cahanşah Həqiqi (1397–1467) Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş, Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş. Lövhi-məhfuzini ta gördü kəlam ehli sənin, Ayəti-vəchini Quran dediler, gerçəkmiş. Zövqi-eşqin ki, qəmi dünyavü üqbayə deyər, Bu könül təxtinə sultan dediler, gerçəkmiş. Ənbərəfşan saçını küfrə münasib qılıban, Dürci-yaqutuna mərcan dedilər, gerçəkmiş. Əhli-təqva ki, sücud eylədi vəchində sənin, Sacidi-surəti-rəhman dedilər, gerçəkmiş. Ey Həqiqi, çu sənə nəqli-kəlam oldu müin, Nəfsinin şərhini bürhan dedilər, gerçəkmiş. * * * Bir mürəbbi vü müsahib manidə iqrarədir Bir mürəbbi vü müsahib manidə iqrarədir, Bu sözə inkar edənlər mürşidə inkarədir. Pir yoluna varmayan gəzmiş olur heyvan-sifət Şəkli insan olsa nolur, manidə avarədir. Ər-Rəfiq sümmət-təriq çün söylədi fəxri-cihan Həqq rəfiqin tanımayan dünyada biçarədir. Söhbəti dünyada hər kim kəndinə yar eylədi, Mərhaba ol kişiyə kim talii bidarədir. Əhsəni-təqvimə çün əmr eylədi Allahımız, Əhsəni-təsvimə iqrar eyləyən iqrarədir. Kamili-insana yetməkdir kəmalı talibin, Kim ki yetməz bu kəmalə bil ki həqqi-zarədir. Söylədi qalü-bəla gəl qail ol mənasına, Ey Həqiqi, mənayı bil bu mani-i əkbarədir. * * * Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara, Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara. Ər-Rəfiq sümmət-tariq mənasını fəhm etməmiş, Şahı-mürsəl söylədi şol mənkabət bürhan ara. Olmayan əhli-müsahib tanımamış Rabbisin, Tanımayan Rabbisin sərgəştədir dövran ara. Ayəti "əkməltü ləküm dinəküm" ta gəlmədən, Yetmədi həddi-kəmalə dinimiz insan ara. Mustafa qıldı rəfiqini Əliyyül-Murtaza, Şahı-mərdan söylədi meydan ara, mərdan ara. Həqq rəfiqin tanımayan div olar ol ta ədəb, Həşrə dək ol olub gəzər gərdişdə devran ara. Həqq yaxınındır şəriat rahi ərkani-təriq, Mənzilin olur həqiqət can ara, canan ara. Kim ki yoldaş oldısa zülmətdə qalsa qəm yeməz, İçirür abi-həyatdan məst ara, məstan ara. Lahmükə lahmi rumuzunun bəyanın bilmiş ol, Pirədir şərii-təriqi böylədir fərman ara. Çün İmam oldı on iki rahı-ərkan oldı bir, Bir olur, bir iki olmaz böylədir Quran ara. Ey Həqiqi bəhri ümmandır cihanda bu təriq, Gir o bəhrin içinə gir gör bu gün ümman ara. * * * Yarəb, nə nur imiş ki, məni yaxdı narına Yarəb, nə nur imiş ki, məni yaxdı narına, Yarəb, nə zat imiş ki, məni çəkdi darına? Sübhi-əzəldə qıldı müəttər dimağımı, Ta əsdi dan yeli saçının mişkbarına. Kəhli-bəsiri-didə qılan xaki-payini, Gər bir güzər irişsəm anın kuhsarına. Xalivü çeşmü qəmzəsi aşüftə könlümü Çəkdi kəməndi-zülfünə, saldı şikarına. Bağrım qanın gözümdən axıtdı qəmi-ruxi, Simin əlını qıldı anınla nigarına. Dövründə ləlin meyi əsrütti ta əbəd, Şol badədən ki, kimsə iriçməz xumarına. Bağrımın işvə birlə qılır yara qəmzəsi, Yarəb, nə işvədir ki, qılır qəmzə yarına? Yarından ayrı yandı Həqiqi fəraq ilə, Gəlgil təfərrüc eylə anın ahü zarına. * * * Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir, Çünki tövhid əhlisən, din ilə iman səndədir. Tut yaxın ilə təharət eylə sidq ilə namaz, Oxı kim əxlas ilə ayəti-Quran səndədir. Qaluda bəla didin təvhidə iqrar eylədin, Eylə mənzur-ü nəzər höccəti-burhan səndədir, Qövli fili xali qıldı səndən ötrü Mustafa, Qövlinə fərman olan bu əmri-fərman səndədir. Yer-i gök həm ləşgəridir şərii Məhəmməd ilə Get bu sultan əmri ilə şərii-divan səndədir. Murtaza sirri Məhəmməd Mustafa sirri ilə Çün bulara arif oldın sirri-Sübhan səndədir. Yol şəriətdir, təriqətdir, həqiqət mərifət, Onları zahir edən bu nitqi-bəyan səndədir. Məclisin bəzmi-əzəl həmsöhbətin cananı-can Yaxşı saxla xalqa izhar etmə, irfan səndədir. Cüş edip dərya-sifət mövc ilə gönlüm qaynadı, Yer üzündə bəxş ilə həm bəhri-ümman səndədir. Ehtiyat et dəhrə netdi div vermə gönlüni, Yaxşı saxla hatəmi möhri-Süleyman səndədir. Eylədi abi atəşdən haqi baddan adəmi ol rütbəyə, Qafil olma kanisən sən, ləl-i mərsan səndədir. Ey Həqiqi, canı çün canana verdin sidq ilə, Öylə bil kim aləm içrə canı-canan səndədir. Aləl-Həqiqi rəhmətullahi * * * Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab, Aləmə andan açıldı rahi-iman fəthi-bab. Yeddi xətt səbal-məşani həm aləl-ərş-istiva, Safhada tərkim olunmuş aləmə virdi cəvab. Kabə qövseyni-ev ədna sirri-sübhan anlayıp, Gördüm ol dəftərdə səbt olunmuş bakur qıldım tarab. Yeri gögi arş u kürsi hər nə kim aləmdə var, Xoş musəvvər eyləmiş bir safhada ali-cənab. La-yemessuhu illəl-mutahhar ayətin fəhm etməyən, Oxusa bu safhayı daim olur əhli-əzab. İsmi-zatın mənasıdır safha-i Xənnanımız Bilməmiş bu mənayı başına gəzmiş hər zühab. Ey Həqiqi aşiqə məşuq halın söyləgil, Qalmadı bir söz dəxi vallahi aləm biş-səvab. * * * Dərdimə dərman qılan ol gözləri şəhla imiş Dərdimə dərman qılan ol gözləri şəhla imiş, Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş. Leylətül-miraca zülfün yar imiş aşıqlara, Söyləmiş ol Batı Sübhan əlləzi isra imiş. Oxuyan səbal-məşani bilməyən təfsirini, Arif olmuş ol arifi-Mövla imiş. Küntü kənzin sirrini insanda bilən insan olur, İşbu sirri bilən insan cümlədən əla imiş. Canı ver canana canı-cahandan fariq ol, Gəl bəri gənc istəyən kim bir əcəb sövda imiş. Canı canan yolunda qılmayan hər dəm səbil, Bibəşirətdür cahanda gözləri ama imiş. Dilbərim qıldı Həqiqi ismi-pakindan rza, Gördüm əbcəd körpüsündə mənzilim ala imiş Aləl-Həqiqi rəhmətullah * * * Təndə canın bilməyənlər bilmədi canan nədir? Təndə canın bilməyənlər bilmədi canan nədir? Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir? Qonağı saxla kiramən söylədi xeyrül-bəşər, Pəs gərəkdir biləsin bu iv nədir, mehman nədir? Bu görən bu göstərən bu gətirən bu aparan, Aləmi seyran edən bu can nədir bu tən nədir? Eşidən bilən yetişən arif olan elminə, Mən ərəf sirrin bilən şu vahidi-irfan nədir? Eyləmiş şeytan ilə Rəhmani-mülkə həm-nişin, Bilməgi yox mülklərə şeytan nədir, Rəhman nədir? Aləmi kəsrətdə vəhdət kamilə insan qıldı faş, Pirə xidmət qıl biləsin kamili-insan nədir? Pirə xidmət eyləyənlər kamili-insan olur, Pirə xidmət etməyənlər bilmədi ərkan nədir? Kamili-insan Məhəmməd şərii-piri-ərkani-tariq, Pir ilə ərkana gəl ta biləsin bu kan nədir? Ey Həqiqi pir ilə ərkanda çox seyr eylədin, Pir ilə ərkanda bildin sahibi-ərkan nədir? Aləl-Həqiqi rəhmətullahi * * * Olmuşam səhra-güzər bir Leyli sevdasında mən Olmuşam səhra-güzər bir Leyli sevdasında mən, Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən. Gönül … eşqinə düşdü yenə həm bənd olur, Oxudum eşq dərsini İsa kilsəsində mən. Gərşt edibən Tura yetdim söylədim anəstü nar, Eylədim yüz min kəlmə Turi-Musasıda mən. Zülməti-şəb qaplamışdır hicr ilə nalan-u zar, Şölə gördüm yetdim ol dəm yedd-i bəyzasında mən. Söylədim səni sevərüm mənə vergil könlünü, Biqərəzdir dilbəri bildüm təmənnasında mən. İhtiyar-ü can-ü dildən dil yapışdı dilbərə, Nə qılam ey dost günül dilbər təmaşasında mən. Dil yapışdı dilbərə, dilbər yapışdı dərd ilə, Çəkərim hər dəm məlamət eşqin fətvasında mən. Dilbərə bəli deməklə dutdı gönlüm bənd edər, Nə yazılmış bilməzəm bu hərfin mənasında mən. Arapıp eşqiylə tapşırdı məni bir məscidə, Oxudum səbal-məsani eşqin mollasında mən. Yazılı cənnətdə gördüm ayəti-ümmül-kitab, Elmi-kamil eylədim hüsnün təmaşasında mən. Hər zaman can istədi canan can bağışladı, Olmadum canan yolunda can … pərvasında mən. Hasil etdüm giryə mən, canandan aldum dəst-namaz, Xoş salavat eylədüm dilbəri-musallasında mən. Bil Həqiqi can olana hər zaman canan gəlür, Aləmi seyr eylədüm dilbər təcəllasında mən. Aləl-Həqiqi rəhmətullahi * * * Qılmayan canın fəday ol dilbəri-cananına Qılmayan canın fəday ol dilbəri-cananına, Cahili-nadan imişlər rəhm gəlməz canına. Bilməmiş ki, can nədir, canan nədir, məna nədir, Bu sözi görən bilür şol Vahidin ərkanına Piri bil mürşidi bil ərkanı təhqiq eyləgil, Kim ki, təhqiq etmədi qəsd eylədi imanına. Bil rəfiqin piridür mürşid mürəbbi yol tariq, Xalisən məhlus piri bilmiş bular damanına. Kir-ü isyandan dilərsən gər vücudun pak ola, Sidq ilə sadiq olur gir tövhidin ümmanına. Məclisi-irfana varın bəxş edən mərdan olur, Qıl fəday canın Həqiqi böylə məclis xanına Aləl-Həqiqi rəhmətullahi * * * Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm, Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm. Girib gəzdim bunu tənha göründü gözümə ziba, Bu dəxi misli bu dünya yasanmış bir bina gördüm. Yaratmış məğrib-i məşriq, ay ü gün, gecə vü gündüz Axar arxı dönər çərxi əcəb ərz-ü səma gördüm. Həzaran küh-ü səhralar həzəran əbr-ü dəryalar, Həzəran cənfi-davalar bə hər canib rəva gördüm. Həzəran bülbüli-dəstan həzəran bağ ilə bostan, Karışmış küft imanə təcərrüddə İsa gördüm. Yetişdim Xısrı-alaya məni tapşırdı Musaya, Yapışdım yed-i bəyzaya əlimdə bir əsa gördüm. Bu şərhi sərbəsər gəzdim xəbərin səhihin sızdım, Məniyyətdən əlim üzdüm bu mənlikdə həba gördüm. Cahanda hakimi-sultan peyapey ayəti-Quran, Bu şərhə hatəmi-quran Məhəmməd Mustafa gördüm. Gəzərkən tanıdım canı xəbərləşdim o sultanı Həqiqi canı cananı Əliyül-Murtaza gördüm. * * * Demişdim bir kəz bəli ey yar səndən dönməzəm Demişdim bir kəz bəli ey yar səndən dönməzəm, Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm. Ta ki, gördüm şol cəmalın gülüzarın bağ ara, Yüz min olsa gitməzəm gülzar səndən dönməzəm. Ata ana qövüm qardaş əhli-eşqə geyr imiş, Mən buraxdım bunları qəmxar səndən dönməzəm. Eşq ilə dutdum uhuvvət baş doqydum qapıva, Qılsalar yüz min bəla azar səndən dönməzəm. İstədim görüm fəqih-ü zahidin zişt üzlərin, Mən bulardan olmuşam bizar səndən dönməzəm. Ar ilə namus-ü nəngi yoluva qıldım səbil, Olmuşam aləm-ara biar səndən dönməzəm. Küfri-zülfün din ilə imanımı qeyd eylədi, Gər talarsan könlümü əyyar səndən dönməzəm. Öldürür cəllad gözün gündə yetmiş kəz məni, Çün dirildir ləhçə-yi göftar səndən dönməzəm. Bağladım Sənan kimi zünnar-i tərsa belimə Xəlqi-aləm söyləsin küffar səndən dönməzəm. İçmişəm meyxanə-yi vəhdətdə seyran eylərəm, Məsti-cam-ı şövkəm ü xumar səndən dönməzəm. Kainarın aynısın ey çeşmi-mazağ-ı basar, Çün Həqiqi doymuşam əsrar səndən dönməzəm * * * Kitabxana.az · https://kitabxana.az/collections/cahansah-heqiqi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1467). Public domain (author died 1467). Original text only.