Şeirlər Əhməd Cavad (1892–1937) "Ay"a “Boşluq diyarında çıx dolaş” deyə, Səni kim fırlatmış o dərinliyə, Ey solğun bənizli, sevdalı pəri?! Mənim sevdiyimin xəyalı kimi, Bəzən bürünərək pənbə bir tülə. Çıxarsan üzm əyə o dərin gölə... Çıxdıqca yoluna buluddan dalğa Sən onun yanından baxıb uzağa, Keçərək, ədalı yürüşün gözəl. Arayırmış kimi onu gizlicə. Dolaşdıqdan sonra bir uzun gecə, Səhər ulduzuyla görüşün gözəl. Bəzən nədən isə umuzun çılpaq, Saçların dağınıq, dolaşırsan tək; Sıxılır yalqızhq əlində ürək. Elə günlər olur, bizlərdən uzaq, Görünmoz olursan bir uzun gecə, Deyirlər, ağlarsan onda gizlico. Durmadan gəzirsən illərdən bəri; Nə olmuşdur, səsin çıxmayır çoxdan, Sən də o boşluqda avaramısan?! Sənin o sevdalı, solğun baxışın, Xatırladır m ənə bir pərizadı; Ki, düşməz ölüncə dilimdən adı * * * Adsız şeir Kolxozlu ellərin bərəkətindən, Bərəkətli elin hərəkətindən, Kim deyərdi bu gün donduran bir qış Şərəflə bəhs edib, aldılar alqış! Zəfərlər bayramı, bir qurultayı, Dondura bilməz ki, bu yanvar ayı! Ölkənin bir başqa hərarəti var, Ona neyləyəcək göydən yağan qar? Qorxunc əjdahalar boğan bir ölkə, Qızğın günəş kimi doğan bir ölkə; Borandanmı qorxar, qardanmı qorxar? Bu tərlan yığnağı sardanmı qorxar? Bu cuna yaşmaqlı qadınlara bax, Qoy onlar söyləsin, onların bu haqq! Sözləri səmimi, fikirləri saf, Hanı bəs, ay bacı, dediyin çarşaf?! * * * Al bayrağa Gül rəngində bir yaprağın Ortasında bir hilal! Ey Al Bayraq, sənin rəngin Söylə, neyçün böylə al!? Hakim olub bir toprağa, Ona etmək böylə naz? Səndən başqa bir gözələ Söylə, neyçün yaraşmaz? Bu bənzəyiş nədən gözüm, Şəhidlərin qanına?! Uğurunda can verənlər Neyçün qıyar canına?! Yol üstündə dərdli nənə Görür səni ağlamaz?! Sən öylə bir şeirsən ki, Sevməyənlər anlamaz! Ey sevgili bayrağımın O dalğalı duruşu! Sandım salam rəsmi sana Buludların yürüşü! Sən ey hilal, al qoynuna, Aldın göydən yıldızı! Məftun etdin sən kəndinə, Ən sevdalı bir qızı!.. * * * Almasım üçün Bir il bundan əvvəl bir səhər erkən Günəş üfüqlərə sırma düzərkən, İşıqlar zülməti saldı kəm əndə. Günəşlə bərabər oyandın sən də. Yuyundun, darandın, qarlar kimi saf, Tellərin sığallı, gözlərin şəffaf; O axşam yazdığım dəftəri tutdun, Neylədim baxmadın, şeir oxutdun. Bir şeir yazmışdım dərdi-dilim dən, Çox bəyəndin, qızım, öpdün əlimdən. Səndən bir yadigar olacaq deyə, Of... yaza bilsəydim sənə mərsiyə; Biçarə qəlbimi sərinlətm əyə, İnan, öm ürlükcə yetərdi, qızım! * * * Ağlayırdım, gülürəm Arkadaşlar, dörd yanıma baxdıqca, Ağlayırdım, ağlayırdı irmaqlar! Yurd oğlunun göz yaşları axdıqca, Ağlayırdım, ağlayırdı topraqlar! Bir əl mənim boğazımı sıxırdı, Yol verməzdi deyəm -güləm , danışam. Gözürn yaşı sular kimi axırdı, Yurd oğluyla qoymaz idi taruşam. Qoca yigit ulusumun orucun, Göz önündə sasıq1 əllər kəsdikcə; Axırdı m ənirn də üzə göz yaşım, Ağlayırdım, düşgünləri gördükcə! Ağlam aqda çox az idi yoldaşım, Oyatsızlar bizə dəli deyərdi. Qaçar idi m əndən bütün tanışım, Çıldır-çıldır baxıb mənə gülərdi! Şimdi isə dəyişildi həp işlər, Onda baxıb bizə dəli deyənlər Görürlər ki, başqalaşmış gedişlər. Mən gülürəm, gülür bizə gülənlər! Ay yurd oğlu, ağlayanlar keçəndə İstər idi bu gün səni güldürsün! Sarı yüzlü dayduları3 gör sən də, Qoyma bir də işığını söndürsün! Əsirgədi bu gün səni yaradan, Öz yurdunıı verdi sonin əlinə! Dayduları çıxartmısan aradan, Saqın, bir də sataşmasın gözünü! Göstərməsən bundan sonra sən ərlik, Beş gün çəkm əz yurdun-yuvan dağılar! Qardaş kimi eyloməsən hop birlik, Yenə girər torpağına yağılar! * * * Axşamlar Ölkənizdə varsa sizin bir qərib, Baxın gözlərində nə var axşamlar! Qəribin halını Vətəndən əsən Tanrının yelləri sorar axşamlar! Qayıq qucağında, dəniz üzündə, Dalğanın nəğməsi deyil gözündə. Bir şeylər söyləyir, onun sözündə Könül bir incəlik duyar axşamlar! Açmayır dərdini qərib bir kəsə, Qulaq verib durur hər yanıq səsə; Vətən müjdəçisi ruzigar isə, Bəzi günlər olur susar axşamlar! Bir söz ismarlamış bəlkə yar eli, Nədən anlaşılmaz quşların dili? Sanki boğmaq istər göz yaşı seli, Qəribin gözləri yaşar, axşamlar! Axşam ona kədər, ona düşüncə, Toxunmayın, qərib qəlbi pək incə! Yollarla söyləşir məktub gəlincə, Onun üçün yollara baxar axşamlar! Əcəb, yoxmu onun baxçası, bağı, Güllərə baxmayır, gül solu-sağı; Sən, eylə gəl, onu sanma bayağı, Nasıl duymadınmı coşar axşamlar?! Ey o yanıq qəlbin eli, vətəni, Varmı səndə onun halın soranı? Əcəb, sağmı onlar, varmı qalanı? Varsa söylə, qələm yazar axşamlar! * * * Ana Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var, Nə zaman ki, xəstə könlüm ölgün düşüb inlər, ağlar! Fırtınalı göylərimi yıxmaq istər ildırımlar, Nə zaman ki, qərib ruhum yad ellərdən cana doyar! Sən o zamatı yetişərsən bir risalət qüvvəsilə! Bir analıq ürəyilə... Nədir, Allah üçün söylə, Bu ərənlər silahını kimdən aldın, anlat böylə?.. Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd, Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd, Müqəddəsdir, gücün varsa, insan oğlu, gəl də unut?! Bəzən olur, həyatımın dağlarını duman alır, O gün sənin titrək laylan yollarıma işıq salır! Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır, İnandım ki, cənnət sənin ayağının altındadır! Gəncə, 14 mart, 1914 * * * And olsun And olsun dağların ağ suyu kimi O qırıq dalğalı gülüşlərinə; Vüsal vədə verən, ümid allahı - Müxtəlif mənalı gülüşlərinə; And olsun nazlanıb nazla əzilən, Telli ulduz kimi bəzən süzülən, Gahi rəhmət, gahi zülmət sezilən - O qanlı-qadalı gülüşlərinə; And olsun axşamlar nəşədən daşan. Ürkək ceyran kimi dağlardan aşan, Kəklik olub səkən, qan kimi coşan - Dərbədər sevdalı gülüşlərinə; And olsun səsinin ipəklərinə, Bu xəstə könlümün diləklərinə. Parlayıb can verən bəbəklərinə - İşvəli, ədalı gülüşlərinə; And olsun könlümün dərdli çağında, Cilvələr yaradıb gül yanağında, “Al” deyən, “Öl!” - deyən al dodağında - Şəfəqli, şəfalı gülüşlərinə; Mən sənə ömürlük bir qulam, gülüm, Sən əmr eyləyincə, nə imiş ölüm! İstərsən ağlayım, istərsən gülüm, Şərh eləyim halı gülüşlərinə! -1934, 25 noyabr* * * * Aşağı-Ləngər Xuluqda Soyuq bir cəhənnəm, bir yaman ölkə. Soyuq güc gətirdi, sığındım kürkə. Bu kürk olmasaydı, gəlməzdi bəlkə Bu imansız qışın yazı Xuluqda. Bir məktəb verdilər, eyni buzxana, Ayaqlarım məni doydurdu cana. Gecələr saldılar kirli yorğana, Dedilər ol buna razı Xuluqda. On beş gün istədim bir qalın corab, Bir müsəlman oğlu vermədi cavab. Mən necə söyləyim, kim çəksin hesab? Yoxdur ki, bir adil qazı Xuluqda. Gecə qar, gündüz qar, axşam, sabah qar, Deməzlər ki, burda bir müəllim var... Bağlamış qapını cüt arvadlılar, Qızdırıb söhbəti-sazı Xuluqda. Yığıldı hamısı - ağsaqqal, hampa, Boyun oldu hər şey, bir də bir lampa. Gəldilər, lampa var, şüşə yox amma, Yandıraqmı hava qazı Xuluqda?! Bu kənddə nə çoxdur “baş üstə”, “bəli”, Beləliklə işlər getməz irəli. Qorxum budur əsə bir Şimal yeli, Müəllimin sına sazı Xuluqda?! Yorğanlar kirlidir, basmayır yanım, Qışda yalqız yatdım, qızmadı canım. İşlər düzələndə, olsa bir xanım, Haqq verə bir sərvinazı Xuluqda! -Xuluq kəndi, 1920, Pəşrin sani* * * * Aşiqin dərdi Soraraq yıldıza, Aya, Ararkən gözlərim səni; Bənim kimi bir sevdaya Düşən gördüm bir də bəni! Nə zaman ki, insan oğlu Azar qərib eldən yolu; Bənim kibi gözlər dolu Yaşla salamlar Vətəni! Bəncə, dərdin ən yamanı İtirmək dərd anlayanı! Hər yetənə sordum hanı, Göstər bir dərd anlayanı?! Ah, ey gözəl elim, günüm, Düşsə sənə bir də yönüm?! Tanrım, olsun ən son günüm Göstər bana “can” deyəni! Ayrı düşdüm bən elimlə, Gedən bulud, getmə, dinlə; Ağla bana öz dilimlə, Türk aşiqi söyləyəni! Aşiqin bir el dərdi var, Ellər oxur, ellər yazar! Bən düzərəm , zaman pozar, Göz götürm əz bu gülşəni! * * * At bu çadranı Səni gözdən eləyən, Gözdən iraqlaşdıran; Bu uğursuz çadranı Fırlat qaranlıqlara. Keçdi qaranlıq gecə, Söndü zülmət, atdı dan. Nə gizlənmək vaxtıdır, İş hara, çarşaf hara? Dörd divarın içində, İşıq, Günəş görmədən; Bəsdir qulaq verdiyin Qədirbilməz səslorə. Bir yeni hiylə tapdı Məhvin üçün hər yetən. Dost ikən düşmon oldun “Can!” dediyin kəslərə. “Namusu” zindanlarda, Zəncirlərdə görənlər; Ölməmiş əndamına Kirli kəfən taxdılar. Bir çox qanlı əsrlər, Bilmədin ki, həyat var; Cəhənnəm qorxusilə Gül vücudu yaxdılar. Nə idin, zavallı, sən: Canlı, yaylı bir bəbək; Güldüyün görünürdü, Göz yaşın bilinməzdi. Yağıydı hər kəs sənə, Bilərək, bilməyərək. Çökərdin bucaqlara, Tozların silinməzdi. Yer üzündə insanlar, Tapınırkən sevgiyə; Nə sevincək oldunsa, Nəsibin oldu bir ah! Hər dəfə sevdiyində “Qadına haqq yox” dedi; Müctəhidlə, padişah. Eşitdim ta əsgidən, Daş bütlərin önündə; Qurbanlıq qoyun kimi Baş əyirdin bıçağa. Deyirlər, elə şeylər Var dünyada, bu gün də: Nə günlər keçirdin sən Yetişincə bu çağa... Bir dilsiz quzu kimi Palaz bığlı tacirə; İstəməz, xatırlama - Satıldığın günləri. Şirvanın bazarından Sürürdülər hər yerə; Bağlananlar zülfünə - Misirdən, Hinddən bəri. Qaranlıq gecələrdə Karvanlar keçir ikən. Yurdunun əfsanəli, Yoncalı yollarından; Qaçmaqmı istəyirdin, Ya nədən də qəflətən? Əsirçilər yapışdı Saçından, qollarından? Bir az sonra Bağdadda, Buxurdanlı sarayda; Dərdli qəlbin qanından, Mey sorardın vəzirə. Dalğadan kəfəninlə Dəclə adlı bir çayda; Qanlı bir toy etdilər Sən sevdiyin əsirə. Aç tarixi vərəqlə, Qanlı səhifələrdə; Axıtdığın qanı gör Əsirlər karvanında. Eyni dərdlə inləmiş Boğuq səsin hər yerdə. Dünyanın hər yerində, Misrində, İranında. Deyirlər, qısqanclıqdan Bilməm hansı peyğəmbər; Bir əbədi intiqam Almaq üçün qadından - Demiş ki: “Gizlənməli Bütün çirkin, gözəllər; Əmrdir çarşaf sizə Allahımın adından”. O qanlı gündən bəri, Dodaqlarında yox qan; O qanlı gündən bəri Hıçqırıqla boğuldun. Şah olsun, dərviş olsun, Nankor imiş bu insan; Süd verdin insanlığa, İnsanlıqdaq qovuldun. İndi artıq yıxıldı, Batdı qanlı saraylar. Devirdilər taxtını Qan içən padişahın. İndi dinin dilində Bambaşqa bir zikr var; Fərqini anlayan yox Savab ilə günahın. Gol, gecikmə, çıx artıq, Çıx, qarış insanlara! Vur başına zahidin Eşqini, imanını; Bir nəhayət qoy artıq Verdiyin qurbanlara; İnsanlığın yolunda, Qurtar, əvvəl canım! * * * Ayla Günəş Bir gün göydə gəzən ay, Sallanan ay, süzən ay On dördünə girərkən, Bir axşam çıxdı erkən Nurlu altun taz kimi, Parladı almaz kimi. Oğurlayıb bu qızı Üfüq geydi qırmızı. Buludlar da əyib baş, Çəkildi yoldan yavaş. Külək aldı sazını, Çəkdi onun nazmı. Qucaqlaşınca ayla, Dənizlər çaldı layla. Ulduzlar alay-alay, Dedilər: “xoş gəldin, ay!” Ay sallandı, sallandı, Hər yandan əl çalındı... Bilməyən azdır ayı, Lovğalıqda yox tayı. “Mən çox qəşəngəm!” deyə, Endirmədi kimsəyə. “Yoxdur mənə göydə əş”, Deyərkən getdi sərxoş; Üfüqdən süzdü keçdi, Buluddan üzdü keçdi; Yolları sancdı keçdi, Fınxırdı yıldızlara: “Mən hara, sizlər hara? Qüdrətdən artıq payım, Göylərdə yoxdur tayım. Bu yarım-yaraşığım, Bu axan saf işığım Buludlara rəng verir, Rənglərə ahəng verir. Söhbətim var, sazım var, Dözülməyən nazım var; Salmayın haray-huray, Mənə ay deyirlər, ay!” Ayla kim eylədi bohs Yıldızlarda yoxdu səs; Zöhrə darğın çırpındı, Dan yıldızı qırpındı; Külək coşdu çaldı nay, Gördüm ki, çox azdı ay; Dağlar hayqırdı yandı, Səsdən günəş oyandı. * * * Azərbaycan bayrağına Türküstan yelləri öpüb alnını Söyləyir dərdini sana, bayrağım! Üçrəngin əksini Quzğun dənizdən Ərməğan yollasın yara, bayrağım! Gedərkən Turana çıxdın qarşıma, Kölgən dövlət quşu, qondu başıma! İzn ver gözümdə coşan yaşıma - Dinlətsin dərdini aha, bayrağım! Qayı Xan soyundan aldığın rəngi, Qucamış Elxanla, müsəlman bəgi. Elxanın övladı, dinin dirəgi, Gətirdin könlümə səfa, bayrağım! Köksümdə tufanlar gəldim irəli, Öpüm kölgən düşən mübarək yeri! Allahın yıldızı, o gözəl pəri, Sığınmış qoynunda Aya, bayrağım! * * * Azərbaycan himni 100px|thumbnail|right|Vokal versiya Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu! Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət, Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan! Azərbaycan! * * * Azərbaycan, Azərbaycan Dağlarının başı qarlı, Sinəsi yaşıl ormanlı! Dərələrin şirin barlı, Azərbaycan! Azərbaycan! Səhraların sünbüllüdür, İl müdam üstü güllüdür! Bağçaların bülbüllüdür, Azərbaycan! Azərbaycan! Durna gözlü bulaqların, Cənnət kimi yaylaqların! Geniş-geniş oymaqların, Azərbaycan! Azərbaycan! Ormanında maral gəzər, Çöllərində ceyran süzər! Göllərində qazlar üzər! Azərbaycan! Azərbaycan! İlxında ayğır kişnəşir! Naxrında buğan güləşir! Süründə əmlik mələşir! Azərbaycan! Azərbaycan! Qayaların əlvan mərmər! Belində var qızıl kəmər! Bir yanında Bəhri-Xəzər! Azərbaycan! Azərbaycan! Sinən odu şölə salır! Dünya səndən işıq alır! Verməyəndə, zülmət qalır! Azərbaycan! Azərbaycan! İpək, pambıq, yunun çoxdur! Arpa, buğda, düyün çoxdur! Hər şeyin var, nəyin yoxdur?! Azərbaycan! Azərbaycan! Yer üzündə yoxdur tayın! Gur-gur axar neçə çayın! Bol veribdir, fələk payın! Azərbaycan! Azərbaycan! Laçının var, tərlanın var! Çoxlu şirin dastanın var! Qorxun yoxdur, düşmanın var! Azərbaycan! Azərbaycan! -Gəncə, 1919* * * * Azərbaycana Coşmuşdu yürəgim, şişmişdi başım, Zülm kar olmusan, axıdıb yaşım! Ey gözəl Vətənim , ey dağım-daşım, Bir sazım olsaydı söylərdim sana! Nə gücdür aynlıq, doymamış yardan, Artırdı dərdimi hər keçən karvan! Duysaydım səsini bir yanıq tardan, Bilməzsən nə söylər, neylərdim sana! Boğar dəryasından bir qoşun səsi, Söylər ki, könlünün yoxmu gecəsi? Sənsiz ki, ilhamın gəlməz nəfəsi, Gəlsəydi, şairlik eylərdim sana! Kəsmişdi yolumu keçilməz dağlar, Bənim lə bərabər ormanlar ağlar! Ey göz işlədikcə görünən bağlar, Əhd ilə bir salam göndərdim sana! * * * Balalarıma Aydın olsun gözləriniz, Gəldi bahar gülə-gülə! Gedər qışdan qalmaz bir iz, Gəldi bahar gülə-gülə! Oldu bahar gülə-gülə! Çıxsın kəfəndən təbiət, Yaz yağışı böyük nemət. Qoy olsun yer üzü cənnət, Gəldi bahar gülə-gülə! Oldu bahar gülə-gülə! Çal qış! Buyur, uğur olsun, Qır saçım cinlər yolsun! Gəl, ay Durna, gəl, ay Dursun; Oldu bahar gülə-gülə! Gəldi bahar gülə-gülə! “Yaman günün ömrü azdır”! Mövsimlərin gülü yazdır, Oldu bahar gülə-gülə! Gəldi bahar gülə-gülə! Böyük dərddir Vətən dərdi, Bu qış sizə ağır gəldi. Gəlin, quşlar, yazdır indi, - Oldu bahar gülə-gülə! Gəldi bahar gülə-gülə! Toplayıb bir dəstə çiçək Di gəlin m əktəbə gedək. Tənbəlliyə lənət edək, Oldu bahar giilə-gülə! Gəldi bahar gülə-gülə! * * * Bayatılar Samovarı doldumu? Çaynikdə çay oldumu? Sizdən sual alıram, Bizə izin oldumu? Qateq qırağ toxmacar, Yel əsib, burcun açar. Dost buxoylu qalibdi, Gətir ona bir açar. Yağış yağar Şirvana, Gün doğar hər bir yana. Hə deyilmi yar gəlir, Şəm kimi yana-yana! Gördüm Qateq qırağı, Düşdüm yardan irağı. Nə məni yandırırsan, Ay gözümün çırağı?! Hayleylə girdim bağa, Qızıl gülü dərmağa. Qızıl gül bəhanədir Sevən yarı görmağa. Tullanıb girdim bağa, Başım qoydum bayrağa. Qorxa-qorxa gedirdim, Gözüm sataşdı sağa. Balta qoydum bucağa, Yar gəlibdir ocağa. On beş yaşdakı qızı Götürəydim qucağa. Ağac başında qarğa, Ağzı dolu qovurğa. Sizin kimi şeyləri Yolda mənə buyurğa. Ə1 vuraram qaşığa, Söz deyərəm aşığa. Mən səni alacağam, Məhləmə yaraşığa! O qıza bax, o qıza, Çəpərdən baxır bizə. O qızı bizə verməsən, Axirət olmaz sizə. Göydəki dan yıldıza, Maraldakı buynuza. Heyf deyilmi o şahbaz, Həsən deyən donquza?! Aşiqəm, gül alanda, Gül bitər Gülalanda. Şükri yadıma düşər, Əlimə gül alanda. Məscidin bucağında, Şam yanar ocağında. Baş qoyub, can verəydim, Dostumun qucağında. * * * Beytlər, üçlüklər və dördlüklər Ovçu bilməz, xəyalının öz səsidir, Öz qəlbinin, öz eşqinin nəşəsidir?! Bu səs bəzən bir quş olur, Bir budağa qonmuş olur, Ötür yoncalı bağda! Bezən baxarsan bir maral, Əndamının hər yeri xal, Gəzər dumanlı dağda!.. İlk baharın ilk nəfəsi, Coşan eşqin bir həvəsi; Nə olursa, olsun adı, Səsdir ruhumun qanadı! Ancaq mənim duyduğum səs, Bu səslərə heç bənzəməz. * * * Beş il sonra “Ay qardaşlar, verin, verin! Əvəzini Allah versin!” Əlində bir bağlı yaylıq, Qucağında on bir aylıq; Bir uşağı bir müəllim - Gəzdirərkən görüb dedim: Kimə məxsus bu ianə? Qucağımda uyuyanə; Babasım vərəm aldı, Müəllimdən bir bu qaldı! * * * Beşik Yeni doğmuş bir körpəyə Qul olur, qollanır beşik! Neçin sevinməsin, nəyə Sevinir, sallanır beşik! Bizi gülüb dindirməyə, Gələn körpə ağlar niyə? Bir at istər mindirməyə, At olur, çullanır beşik! Uzaq bir yol, yalnız ana... Könül kömək umar ona. Yalvarmadan ona-buna Yar olur, yollanır beşik! Babanın alnının təri Qurumazsa, vardır yeri. Məmədən süd əmənləri Aldadır, allanır beşik! Bacamızdan çıxan duman Deyir halım deyil yaman. Evdə uşaq doğan zaman Şən olur, dallamr beşik! Beşik baxmaz heç bir kəsə, Qulaq verir gələn səsə. Nənə bir nəğmə söyləsə, Yel olur, yellənir beşik! -Çakva, 1917, ivul* * * * Bən kiməm Soranlara, bən bu yurdun Anlatayım nəsiyəm: Bən çeynənən bir ölkənin “Haqq!” bağıran səsiyəm! Bən şairəm, doğru, amma Başqa dilim, diləyim! Bu gördüyüm xərabədə Nə nəşidə söyləyim?! Toxundumu yazdıqlarım Qəlbin incə telinə? Bax, nə haqsız bir axın var Yoxsulların elinə?! Sən nə dersən bu sevdalı, Həm bu dərdli gedişə? Ey yarımın həsrətilə Boynu bükük bənövşə!.. Bən qıyamam yar gəlirkən Salladığım məndilə, Ah, ey fələk, ağlar isəm Göz yaşımı kim silə?.. * * * Bən bulmuşam Ey Tanrının cənnət uman qulları, Bən cənnəti bu dünyada bulmuşam! Aramaqdan bezdiyiniz yolları Aramadan bən sevdada bulmuşam! Oxşayaraq Yıldızım, Ayını, Bən sayamam cənnətimin sayını! El deyən cənnətin bən bir tayını Açıq gözlü bir röyada bulmuşam! Eşitmədən, anlamadan yerini, Dərvişlorin çağırdığı pirini; İnandığım ərənlərin birini Uc-bucaqsız bir səhrada bulmuşam! Daşıyanlar vicdanların dərini, Bucaqlarda arar gözəl yarını; * * * Bənzərdi Bayıhrkən gözlərindən, qaşından, Sevirkən onu pək gənc yaşından; Bənim çaldı ürəyimin başmdan, Bir yılan ki, göyərçinə bənzərdi! İtirdim hədəfi, qırıldı yayım, Bu şikardan bənim yoxdur bir payım. Başqa Tanrı göstər, ona tapayım, Sənin eşqin, çünki dinə bənzərdi! Keçirdim dərd ilə çox qışı, yazı, Həsrətlə bəklərkən o sərvinazı! Uzatdı əlimə qırılmış sazı, Çaldım... nəğməm bir ölümə bənzərdi. Hörürdüm saçını bir qəzəl kimi, Çıxırdın qarşıma bir gözəl kimi! Əski şair yazmış bir məsəl kimi Baxışların bir şahinə bənzərdi. Bilməm ki, şəfəqsən, ruhsan, xülyasan? Həqiqətmi parlar, yoxsa röyasan? Saçında çiçəklər, sən Ofelyasan! Onun saçı, səninkinə bənzərdi! -Hamlet, "Azərbaycan ”, 1919, 19 oktyabr* * * * Bir bilən yox ki Bir bilən yox ki, nə çəkər sənsiz, Sənin eşqinlə yaşayan könlüm?! Sən keçən yolda görərək bir iz, İzin üstündə ozana döndüm! Çəkdiyim dərdi saza anlatdım, Dərdli barmaqla teli ağlatdım! “Bizə gəl!” dedin, bir addım atdım, Bir addım yolda min cənnət gördüm! Bulaq üstündə yığışır qızlar, Geciksən bir az, ürəyim sızlar! Soruşdum, bulaq dedi məndə var, Suda əksini axtarıb tapdım! -Hacıkənd, 1918* * * * Bir gün Hicranlar, ələmlər, tufanlar içrə Qısıq bir səs kimi eləcəyəm bən! Böyle göz yaşıyla keçən ömrümün Sonunda bir acı güləcəyəm bən! Eşqimin ne imiş bilməm günahı? Yıxıldı qəlbimin istinadgahı. Nəsibim olsa da dünyanın ahı, Bir gün göz yaşımı siləcəyəm bən! Yaxında didarın nəsib olmasa, Ümidsizlik bəni düşürməz yasa! Alaraq əlimə dəmirdən əsa Bir gün hüzuruna gələcəyəm bən! Tutuldum tufana, sarıldım sana, Sən ey qırıq qələm, gəl bir tüğyana! Dözmək güc olarsa böylə hicrana, Səninlə dərdimi böləcəyəm bən!.. * * * "Bir sasani şah məndən..." Bir sasani şah məndən Bilməm nə gördü? Sözlərimi dinləmədən, Qafqaza sürdü. Qarşıladı Araz məni Söhbətlə, sazla. Mən Muğanda ondan bəri Sallandım nazla. Kürün ilıq qucağında Yaslandım yerə. Bu yurdun hər bucağında Çəkildim dövrə. Bəlkə əslim amerikalı, Əndamım süddən; Yaxud nəslim afrikalı, Golmişəm hinddən. Hər bir zaman əməkçilər Çəkdi cəfamı; Qodimlərdə veyl gozonlor Sürdü səfamı. Lakin əsl yurdum mənim Muğanla, Mildir. Muğansız ki, mənim günüm Bir gün deyildir. İndi artıq bu çöllərə Həvəslə girdim. Qədir bilən bu ellərə Varunı verdim. Oylağımdır Qarabağın çölləri! Yaylağımdır Qarayazı elləri! Qaraoğlanda Ağca günlər görmüşəm! Mil çölündə Çox səfalar sürmüşəm! Sərin göllər, Dərin çaylar keçmişəm. Bulaqların Gur suyundan içmişəm. Mənim üçün Kür baş vurur hər yerə, Araz Məcnun olub Düşüb çöllərə. Dağlardakı Coşqun sellər mənimdir, Aranlarda Çaylar, göllər mənimdir! Günəş mənim, Bahar mənim, yaz mənim; Məclis mənim, Söhbət mənim, saz mənim! Dərman mənəm, dərd mənəm, Şəhər mənəm, kənd mənəm. Gəlinlərin adı var, Toylarda şərbət mənəm. Yoxsulun yoldaşıyam, Rəncbərin sirdaşıyam; Əməkçi xalq üçün mən Bəzəklərin başıyam. Mən bəzərəm yazları, Çoxaldaram azları; Aşıqlara ruh verib Çaldıraram sazları. Əkinçilər yarıyam, İgidlər sərdarıyam; Qızılın adı çıxmış, Mən ondan yuxarıyam. Naz satıram gümüşə, O çaşmışdır bu işə; Bir deyən yox, zavallı, Nə düşürsən təşvişə? Bir az əqli var isə, Deyin çəkilsin misə. Mən üzümü ağartdım, Haqsızdır bir şey desə. Dünən gördüm ipəyi, Yerdən gedir ətəyi. Onun fıkri-zikri pul, Mən güdmədim qəpiyi. Görürsən bu kətəni, Dəng eləyib yetəni. Bizə tay olacaqmış Bu çöllərin çətəni. Fikirləşdim mən özüm, Buna yoxdur bir sözüm. Ancaq haqqa qalanda, Ondan da toxdur gözüm. Nə vurhavur, nə busat, Gəlin buna içim and: Geniş meydana çıxsam Bir şey deyil brilyant. Yığılsın yaqut, sədəf, Düzülüb gəlsin səf-səf. Kimin incisi çoxdur Ona çalın zurna, dəf. Hər kəsdə, hər yerdə mən, Dərmanam çox dərdə mən, Hər qurultay oldumu Əyləşirəm dördə mən. Yoxsulun yoldaşıyam, Rəncbərin sirdaşıyam. Əməkçi xalq üçün mən Bəzəklərin başıyam! De dərdini yazana, Bu yollarda gəzənə. Açıqdır mərmər sinəm, Oğul istər qazana! Adım pambıq, üzüm ağ, Yay günündə canım sağ. İndi dövran mənimdir, Bəxtim ötgün, kefim çağ! * * * Bir səs tutdu tarixin Bir səs tutdu tarixin Sirkəli yaxasından. Baxaraq gözlərinə, Sordu onun yaşını. Tarix özü utandı Kürkündən, çuxasından. “Fərman sənindir” deyib, Dikdi yerə başını. “Sil” dedi əndamından Yöndəmsiz ləkələri! Ağır keçmiş, bilirsən, Ömürün, günün sənin. Göstər düzgün yolları, Dolaşıram sərsəri. Bu ancaq sənin haqqın, Başına dönüm sənin! * * * Bismillah Atıldı dağlardan zəfər topları, Yürüdü iləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qız Bəkliyor bizləri zəfər, bismillah! Ey döyünən ürək, dumanlı şəhər, Bilirmisən bu zır gurultu nədir? Aç sisli qoynunu ordumuz gəlir. Nişanlın qoynuna girər, bismillah! Ey hərbin taleyi bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol! Sən ey sağa, sola qılıc vuran qol Qollarına qüvvet gələr, bismillah! Ey Bakı, sən qorxma, geldik, gələli Sənin üçün biz atıldıq iləri, Sağ olan annelərə olur təselli Şəhidlərin ruhu gülər, bismillah! Ey düşmən, alnının yazısı qara, Öldürməz bizlərə vurduğun yara, Yolladığım qurşun ərmağan sənə O kirli alnını öpər, bismillah! Sən mərd olub dursan qarşımda əgər, Qudurğan saçmalı növbətin keçər. Sağlandığım torpaq qanmı içər, Yurdum olmaz sənə sipər, bismillah! Yurdumuzda bizə meydan oxuyan, Murdar cəmdəkləri murdar qoxuyan, Təkbir səslərini uzaqdan duyan Düşmanımız aman istər, bismillah! * * * Boz ay Gah bozarır, gah qızarır, Gah qızarır, gah bozarır. Günəş çıxır, tez də batır Yazla-qışın arasında. Hava meyxoş, hava sərin, Qışla-Yazın arasında. Bu nə qışdır, bu nə yazdır? Soyuq çoxdur, isti azdır. G ünəş doğur, bəs Günəşin, O istisi harda qalıb? O həniri, hərarəti, Yoxsa ondan qışmı alıb? Soyuq, şaxta Yerə hopub İşləm işdir iliyinə. Şehlər dönüb qrov olub, Səpələnib Yer üzünə! Qar da, buz da yağış təkin, Çisək təkin tez-tez yağır. Qarı N ənə ətəyini Bulud kimi tez-tez sıxır. Qara bulud durulaşır, Pambıq kimi dümağ olur. Qara yağış - Ağ yağışa, Yağa-yağa urcah olur. Quşlar damı hasarından Yuvasını sökür daha. Ağaclarm kəlləsində Yeni yuva tikir daha. Qonur köhnə ovlağına, Sanki çıxır yaylağına. Harm Yaza hazırlaşır, Sığırçınlar qaqqıldaşır. Duma köçü səmt götürür. Karvan çəkib köhno yurda! Bülbüllər də tez-tez ötür O qoruqda, bu qoruqda. Boz Ay dönüb qızardıqca Boz bülbüllər sari olur. İlk çiçəyi qoxlayan da Bal toplayan an olur! Boz Ay Qışı sıxışdırır, Yaza yeni yollar açır! Qışdan sonra gələn Yaza Çöllər geniş qollar açır. Xonça tutub el-obalar, Sanki Yazı izləyirmiş. D üzlər boyu xalı sərmiş, Sanki gəlin gözləyirmiş! * * * Böyük çillə Onun ömrü qırx gündür, Payızın davamıdır. Uzun qış əyyamıdır... Qar səpir asta-asta, Gülür tanışa, dosta. Darıxdırmır heç kəsi, Quyudan gəlir səsi. Yorğan salır şum üstə, Qarğalar dəstə-dəstə Uçub yerə qonurlar, Sanki qohumluğu var. Qara qarğa gətirib Dimdiyində ilk qan. Yolub yerə tökübdür Ağacdan yarpaqları. Ölmüş qurd-quş olubdur Qarğaların yeməyi. Qış öyrədib onlara: “Qar-qar” , “Qar-qar” deməyi. Qarğa hara, qar hara? Çox mahaldır, - deyirəm. Ağ qar üstdə qarğalar Qara xaldı, - deyirəm! Ağ libasda düymə tək, Parıldayır qarğalar! Qar kəsəndə “qarr” deyə, Qarıldayır qarğalar. Sonu çatır çillənin, Çaylar buz altda axır. Qar getdimi, görməzsən, Qarğalar yoxa çıxır. * * * Bunumu istərdin Çoxdan bəridir ki, bu zavallı könlüm, Mən səndən aldığım nur ilə yaşayır. Sənin yadigarın ruhumdakı bu ölüm, O coşmaq istəyir də, yazıq ki, coşmayır. Qaranlıq bir yolda söndürdün çırağımı, Öylə zənn etdin ki, bir daha yanmayacaq. İndi bir nazənin almaqda sorağımı, O keçən yollarm qurbanıyam ancaq!.. Mən and içmişdim ki, o gün səndən sonra Yalvarmayacağam artıq heç bir gözələ. Ancaq günlər keçdi, sağaldı köhnə yara, Bax onun qəlbimdə yox bir nişanı belə! Mən artıq əvvəlki sərsəri deyiləm ki, Sənin dizlərində tökəm göz yaşımı?! Bu kəskin üsyanı, sən anlamazsan bəlkə? Bir başqa mehraba əyməkdəyəm başımı! İstədiyim kimi, sən qalx, onları dara, Artıq nə mənası vardır, ağarmış tellər?! Qaldır şu güzgünü, vur dilsiz divara! Və sonra üzünü qaranhqlara göstər. * * * Çillə şərqisi Qabağı yazdır çillənin, Ömrü azdır çillənin. Yer bürünür ağ qara, Təslim olur bahara. Ağ bayraqlı Qış gedir, A1 bayraqlı Yaz gəlir! Nağılçılar xoş gedir, Ozan, aşıq, saz gəlir! Böyük çillə çıxmamış, Kiçik çillə gəlməmiş; Boz Ay çapır atını, Bilir qışın zatını. Bənövşə açıb gəlib, Yatağı torpaq olur; Çiçəyi yarpaq olur! Xan çobanın arzusu, Gəlir qumral quzusu! Yağış ruzu gətirir, Novruz gəlib yetirir! Qüvvət dolur qollara, Eller çıxır yollara; Dümaları gözləyir! Bülbül gülü izləyir, Şaxta, boran sovuşur! Yer düzəldib qəddini, Gözəl Yaza qovuşur! * * * Çırpınırdı Qara dəniz Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! "Ah!..." deyərdim, heç ölməzdim, Düşə bilsəm torpağına. Ayrı düşmüş dost elindən, İllər var ki, çarpar sinən!.. Vəfalıdır gəldi, gedən, Yol ver Türkün bayrağına! İncilər tök, gəl yoluna, Sırmalar səp sağ, soluna! Fırtınalar dursun yana, Salam Türkün bayrağına! "Həmidiyyə" o Türk qanı! Heç birinin bitməz şanı! "Kazbek" olsun ilk qurbanı! Heyran Türkün bayrağına! Dost elindən əsən yellər, Bana şer, salam söylər. Olsun turan bütün ellər Qurban Türkün bayrağına! Yol ver Türkün bayrağına!!! * * * Çoban qızı Bəzəndikcə çiçəklərlə, ey çoban qızı, Nə cənnətdir sığındığın dağların qoynu? Qaş-göz oynar gözlərinlə göyün yıldızı, Şair olur seyr edənlər bu coşqun oyunu. Sanki gəldin bu cənnətə, təxtini qurdun, Bir qat daha gözəlləndi sevgili yurdun. Çoban qızı, eşitmişəm bir sevdiyin var, Onun dərdi bu düşdüyün, gizlətmə məndən. Doğru söylə onunçünmü gözlərin ağlar, Müjdə umar hər vəch ilə gəlib keçəndən? Sıxıldınsa, çağır gəlsin, o qalsın bir az, Onsuz, əlbət, heç bu dərdə dəva tapılmaz. Çoban qızı, “o” gəlmişdir, könlü də xəstə, Qaldırma, gəl, ağlayacaq sazın telləri. Nə ruh olur görüb səni coşmayan səsdə! O bir şəhər yavrusudur cılız, sərsəri. Çox başqadır incəliklər onun gözündə, İnanma gəl, gəldi-gedən durmaz sözündə. Anlaşılan, ayrılarkən bir boya verdi, Verirkən də yalvardı ki, sürtülsün qaşa. Üç günlükdür onun, quzum, sevgisi dərdi, Can verdiyi bu sevdayı çıxarmaz başa. Bax nə deyir eşqin üçün mən açdığım fal: Sürtmə onu qaşlarına, sən boyasız qal!.. * * * Dağlar Dərdli sinəndəki əski cığırlar İnsan izlərinə bənzər, a dağlar! Bu ağır başlıca baxışın mənə Qanlı əfsanələr söylər, a dağlar! Oxunmaz olmuşdur daşlarda yazı, Lal olub qalmışdır aşiqin sazı… Gedərdi dərdimin bəlkə bir azı Söylətsəydi səni bir ər, a dağlar! Sinəndə hesabsız dastan düzülmüş, Çox ahlar çəkilmiş, gözlər süzülmüş. Yollarda bir aşiq yaman üzülmüş, Dərdinə bir dərman istər, a dağlar! Bir aşiq deyir ki: "Bilməm nədənsə, Aşarkən karvanlar bir dağı kəsə; Oxuyurdu qızlar verib səs-səsə, Uzaqmı sürəcək səfər, a dağlar?!" Eşitdim eskidən, bilmədim nerdə? Çöldə bir karvanın qonduğu yerdə Tutularaq bir qız bir adsız dərdə Ağlarmış hər axşam, səhər, a dağlar! Nerdən biləyim ki, çıxarkən yola, Dedinmi onlara "Uğurlar ola!" Sən söylə o coşqun türkə, moğola, Artıq qara günlər yetər, a dağlar! Mən dinləyim böylə, gol nişan ver sən, Altun ordulardan, igid ərlərdən. Karvanlar qonuğu kölgəliklərdən Kimlər gəlmiş, keçmiş kimlər, a dağlar?! * * * Dan ulduzu Bu qaranlıq gecə nə qədər sürdü? Yetiş imdadıma, ey dan ulduzu! Barı sən gəl, mənə yuxu gəlmədi, Yetiş fəryadıma, ey dan ulduzu! Qudurğan qasırğa, çarpaşıq yollar, Yolumda zülmət var, uçurumlar var, Yetiş ki, ömrümün karvanı ağlar, Aman, gəl dadıma, ey dan ulduzu! Bu sönük ulduzlar məni aldadır, Süzgün gözlərinlə gəl onu andır, Gözlərim yolunda, üzüm haqdadır Aman, sən yox demə, ey dan ulduzu! * * * Dərdim Qərib könül, yenə dərdim yüksəldi, Gördünmü keçmişin haldan gözəldir! Aşdın, coşdun, dünya sana dar gəldi, Ağla, ağla, qoy tükənsin göz yaşın, Burax o da getsin, bənim sirdaşım! Zülm daşı döyər zülmün havası, Azğınlarla doldu Allah yuvası. Xəlilə söyləsin: Kəbə binası - Yıxıldı Həccağm murdar əlindən! Yanıq bir səs gəlir Zəm zəm elindən! Haqq görmədim, bən anınçün saraldım, Boş yerə deyildir qəmim və ahım. Sınasın Əyyubi indi Allahım, Mal, can dərdi degil, vicdan əsirdi, Xəstə degil, yazıq insan əsirdi! Doğmaz oldu artıq sağlıq yıldızı, Ay görmədik, gecə saydıq yüdızı! Nədon gəlm əz, Allah, səhərin qızı? Gülsün ki, yolçular yol üstündədir, Bən ağlaram, çünki könlüm xəstədir. Bir xəstə ki, yazıq yol üstündədir! * * * Dərdim Nə yaman dərddir bənim ki, Söyləm əyə dilim yoxdur. Nə qəribəm, qərib kibi, Nə dərd bilən elim yoxdur! Qaldım belə, bir ah, bir bən, Tannm sənsən, pənahım sən! Başım üstə qara bulud. Qaranlıq kölgə salmaqda. Dəniz söylər “Onu” unut, Gecikdi könül almaqda! Nə yapayım, ah, bu günlər? Onunçün yürəgim titrər! Ahlar dönmüş, yağmur olmuş, Yer yüzünə düşər, ağlar. Viran eldə yatan bayquş Üçün, yuva bizim bağlar! Nə çıxar biz sızlamaqdan? Boş təvəkküm idir haqdan?! Əski “Turan” masalları Kor aşığm sinəsində. Tənəzzül et, dinlə barı, Bax, nə coşqunluq səsində! Bir kişnərsə erkək atlar, Ağzının yürəgi partlar! “Turan”m şanlı toprağı Nerdədir taxtı, divanı? “Yaşa”nın cırıq yaprağı. Yol göstərir, gedən hanı? Yazıq yoldan sapanlar! Çürük bütə tapanlar! Çakva, 1917, 1 mart * * * Dilimiz Baxaq dilimizə, nələr görünür? Oxuyub anlamaq yazmaqdan gücdür. Yazan düşünmədən yazsa da belə, Oxucu beş-on gün gərək düşünə: Ki, anlasın bu söz ərəbmi, farsmı? O ki, qaldı məna... anlayan hanı. Çoxları anlamaz millətdən, aydın, Bircə parçasını şair yazanın. Gün oldu şairlər, göyə çıxdılar, Bu yazıq millətə ordan baxdılar. “Od” etmədi, yağdı “atəş” başına, “Siyah” qondardılar “qara” qaşına. Alınır “dil”ləri “zəban” verilir, Ismarlanıb “baran”, “yağmur” kəsilir. “Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd” Döndü. Can dayanmaz bu ağır dərdə. Dəyişdi hər şeyi, “bum ” oldu “bayquş” , “Əlbəse” geyildi, “paltar” qaldı boş. “Düzlüy”ün yerində bir “istiqamət” Görərək, yeməli, zənn etdi millət. Çalındı “qardaşı” gəldi “bəradər”, “Bacı”nın yerində “həm şirə” gezər. Nədir bu qiyamət, nə işdəsiniz? Ey bizim qocaman ədiblərimiz? Yaxasından tutub bu “el oğlunu” Fars ilə ərəbin bir “həm vətən”i Şəklinə soxdunuz, baxınız sonra, Oxunacaq lənət belə yazana! * * * Dönür Eşqindən güc alıb bu ilhamım da, Duyğular qəlbimdə sellərə dönür! Ellərin verdiyi arzu-kamım da Yenidən baş alıb ellərə dönür! Nə böyük bir qüdrət varmış sənətdə, Ömürlük bağlıdır söz də, söhbət də; Çəkilən əzab da, iş də, zəhmət də Çiçəklərə dönür,güllərə dönür Fikirlər içində fikrim var deyə, Tuturam torpaqdan, qalxıram göyə! Xəyalım uçduqca hey gələcəyə, Gah da ötüb keçən illərə dönür! -Batum, 1916, 11 oktyabr* * * * Dördatlı yenicə gün Minib dörd atını, çapır dördnala, Düzlərdən, çöllərdən gəlir Yenicə gün! Yelqanadlı, odürəkli, suüzlü, Yolların bağrını dəlir, Yenicə gün! Öldürür sazağı, qovur soyuğu, Yaşıl xalı edir bağı, qoruğu. Boy verib qaldırır nazik çubuğu, Dağlardan, sellərdən gəlir Yenicə gün! Torpağa çatınca toxtayır bir az, Arxada qarlı qış, öndə güllü yaz. Göyərmiş bənövşə, ləçəyi ətlas, Qrovu, qarını silir Yenicə gün! Bu torpaq cövhərdir başdan, binadan, Nə atadan olub, nə də anadan. Asılı qalıbdır ulu səmadan. Ətirli güllərdən gəlir, Yenicə gün! Qardan, buzdan çıxan nərgizlərə bax, Rəngindən qan daman o qızlara bax! Yerə həsrət çəkən yıldızlara bax! Cocuq gözlərində gülür Yenicə gün! İstəyi, amalı ox ucundadır! Gücü Yel gücündə, sel gücündədir! Yerin xəbər alsan Qız bürcündədir, Özünü Günə tən bilir Yenicə gün! * * * Dördçərşənbə - Birinci çərşənbə Açıldı hava, Qurtardı dava. Getdi qış, Gəldi yaz. Doğdu Günəş, Bitdi ayaz. Çölə çıxdı Qoyun-quzu. Güldü yenə Göyün üzü; Güldü yenə Yerin üzü. Düzlər yenə çiçək açdı, Günəş qovdu, soyuq qaçdı. Soyuq qarla isti Günəş Yazda Qışın davasıdır. Görən deyir: Üzə dəyən Meyxoş meh də Gözəl Yazın havasıdır! * * * Dördçərşənbə - İkinci çərşənbə Bulaqların gözü açıq, Ormanların üzü açıq; Dumalardır uçub gələn Qaqqıldaşa-qaqqıldaşa! Çaylar axır dəryalara Şaqqıldaşa, şaqqıldaşa! Duman qalxır göyə doğru Meşələrin nəzərindən. Buzlar düşür parça-parça Şüşələrin üzərindən. Puçurlayır yavaş-yavaş Ağaclarm budaqları. Mehdən əsir həzin-həzin Gül-çiçəyin yarpaqları! Dərədə sel qıjıldayır, Şən arılar vızıldayır. Hər yandan xoş avaz gəlir, Sular deyir: Yaz.., Yaz gəlir! * * * Dördçərşənbə - Üçüncü çərşənbə Torpağa bax, torpağa, Sanki qalxır ayağa. Buxarlamr nəfəsi, O yambdır həvəsi. Qızıl öküz tərpənir, Torpaq sanki dillənir: Çəmənim harda qaldı? Səmənim harda qaldı? Getdi qarlı yorğamm, Getdi çənim , dumanım! Gəlsin xalı-xalçalar, Yollar boyu yoncalar. Qoy bağ olsun, əkin olsun, Mənim ana qucağım! Səpin olsun, biçin olsun, Gülsün hər bir bucağım!.. * * * Dördçərşənbə - Dördüncü çərşənbə Mən oddan yaranmışam, Oddur südüm, nəfəsim. Od rənginə boyanmışam, Oddur gücüm, oddur səsim! Taxılım da oddur rnənim, Oddur gülüm, çəmənim! Qaynar sular cammdadır, Vulkanları qanımdadır! Ömrüm, günüm odda yaşar, Meyvələrim oda oxşar. Odlar mənim hakimimdir, Mən odların hakimiyəm! Babam oddur, anam oddur, Odur ki, mən od kimiyəm! Odsuz daşa oxşayardım, Odsuz sonsuz yaşayardım! * * * Dünya dəyişmişdir artıq Dünya dəyişmişdir artıq, Bilməm varmı xəbərin? Dəyişməyən bir şey varsa O da sənin səfərin. Bu səfər, uzun səfər, Getdikcə uzun səfər. Dərin boşluqdan gəlir, Sənin kimi bir nəfər. Nə çıxsın ki, göylərdə; Varlığın bir yaraşıq; Bu solğunluq yaraşmaz Bizə işıq ver, işıq! İşıq ver görünməmiş, Bir dünya quranlara! Dünyadakı boşluqdan, Haqq-hesab soranlara! Yoxsa bu gen boşluqda, Tək gəzməkdən nə çıxar? Yalqız deyilsən çox da, * * * Gəldim Yurdum un ördəyi, qazları vardır, Ətrindən doyulmaz yazları vardır. Söhbəti çox şirin sazları vardır, Yarımın çəkilməz nazları vardır. Mən bu gün gülləri dərməyə gəldim! Yarımı dəzgahda görməyə gəldim! Dünyadan qiymətli ölkəmin bağı, Qızıldan daşları, ipək yaprağı; Sevgili yurdumun odlu torpağı, Üstündə yüksələn şanlı bayrağı, - Mən onun telini hörməyə gəldim! Yarımı tarlada görməyə gəldim! Dağların başları güngörməz qardır, Dağlan aşanlar çox bəxtiyardır. Göylərdə bu süzən sevgili yardır, Ən uzaq yerlərdə dostlarım vardır! Dost olan yerləri bilməyə gəldim, Hər yerdə göz yaşı silməyə gəldim! Getdiyim çox nurlu, uğurlu bir yol, Ordumdan mın bilik topladım bol-bol. Komandan əmr etdi: “Əsgər, hazır ol!” Qırmızı arslanlar saydılar sağ-sol! Mən yeni bir dünya qurmağa gəldim! Komandan əmr etsə vurmağa gəldim!.. * * * Gəldim Gəncəyə 1906-cı ildə Gəldim Gəncəyə AT ilində. Qalxdım Dilbozun tərkinə mən, Keçdim düzlərdən, boz çöllərdən; Qotazlı atı sürdüm də, gəldim, Gəncəyə könül verdim də, gəldim! Oxumaqdı ancaq diləyim, Şəmkirdə qalmışdı ürəyim. Anam da mənlə köçdü gəldi, Nə mən yatdım, nə o dincəldi. Zərrabıda qaldıq ilk gündən, Sahibi getmişdi öyündən. Sanki düşmüşdük evimizə, Dəyib dolaşan yoxdu bizə. Anam işləyər, mən oxuyardım, O, xalı, mən şeir toxuyardım. Günümüz keçərdi ağlı, qaralı, O, ərindən, mən atamdan yaralı. Yadımdan heç çıxmaz, o gəldiyim gün, Başlandı tarixi mənim ömrümün!.. Gəncə, 1908, 9 sentyabr * * * Gəlin Ey süzgün gözləri səhər yıldızı, Pərişan telləri yasəmən gəlin! Gözəllər səcdəsi gətirdiyin din, Girdim sizin dinə bir də mən, gəlin! Hər yetən naz etdi, qatlandım naza, Könül verdim hər boş söhbətə, saza! Sallan ki, can quşu çıxsın pərvaza, Pərişan olsun qoy hər görən, gəlin! “Sənsizlikdir” bənim bitməyən dərdim! Bitməyən dərdimlə mən senə gəldim! Gülən dodaqlardan mən bir gül dərdim, Saxlanmış qəlbimdə istərsən, gəlin! Sığmaz ikən ruhum geniş torpağa, Gəlmiş hüzuruna bir qul olmağa! Gözəllik bir çiçək, məhkum solmağa, Soldurma boş yerə onu sən, gəlin! -Gəncə, 1916, 6 iyun* * * * Gəlmə Albərk təkrar Bakıya galəcəkləri xabəri çıxdığı vaxt söylənilmişdir. Bu dağlar bənimdir, yeni gün gördü, Boğar səni ahım, ey duman, gəlmə! İnanma fələyə, dönükdür üzü, Bir üzə gülməyir, hər zaman, gəlmə! Ey yağmursuz bulud, uğursuz kölgə, Dəyişməm bən “alı”, o çirkin rəngə! Sevdası könlüm də bir darğın ölkə, Baxar yad gözlərə pək yaman, gəlmə! Könüllər bir dəniz, coşdurma onu, Coşqun könüllərin fırtına sonu! Sən ey Şimal yeli, gəl etmə bunu! Yox isə əmrinə uymayan, gəlmə! Sən ey gözlərimə batan quruntu, Sağlam bir imana səndən nə qorxu?! Bəslərsə vicdanlar pək böyük duyğu, Yenilməz bir qala - hər vicdan, gəlmə! * * * Gəlmişəm pambıqlar diyarından Gəlişim yaxındadır, Pambıqlar diyarından; Ağ donlu tarlalardan, Salamlar gətirmişəm! Ölkəmizdə su basan Bir qarış yer qalmamış. Bu il daha həvəslə, Əkmişəm, bitirmişəm! Mən bu günün Rüstəmi, Yoxsulluq bir əjdaha. Yıxaraq əjdahanı, Çıxdım polad nərlərimlə! Qoy görsün bütün dünya, Qoy görsünlor bir daha! Qoy mənə dost deyənlər, Sevinsin hünərimlə! Mən tarlada ər kimi Çalışarkən, vuruşarkən; Dostlarım çoxalırsa, Düşmənim də var hələ. Pambığımın hər şaxı Düşmən gözünə tikan. Sərhəddin xaricindo Bu dağlardan o yana Göz dikənlər də vardır Tarlamın ipəginə Onların həddi varsa, Bir baxsınlar bu yana; Əlimdəki dırmığı Taxaram bəbəyinə! Arxam sənə dayanmış Yaxşı. yanım günümdə. Alıyorlar mədənində Çalışan işçi yoldaş. Kimdən qorxum var mənim? Sən var ikən ölkəmdə! Ay mənə pul göstərən, Bilikli fəhlə qardaş! Mən bir xəbər deyirəm, Yandı bir az ürəyim. Dost ağzından eşitdim Deyirlər "kəsirin var"... * * * Gəncədən gəlirəm Gəncədən gəlirəm, yüküm xurmadı, Gəncənin yolları burma, burmadı. Gəncədə bir qız var, teli dumadı, Günəşə sən çıxma, mən çıxım deyir! Gəncədən gəlirəm, yüküm çiçəkdi, Gəncənin gülləri ləçək-ləçəkdi. Gəncədə bir qız var, adı Çiçəkdi, Quşlara sən uçma, mən uçum deyir! Gəncədən gəlirəm, malım nə maldı, Gəncədən aldığım ipəkdi, şaldı. Gəncədə bir qız var, adı Maraldı, Ceyrana sən qaçma, mən qaçım deyir! Gəncədən gəlirəm, yüküm xınadı, Könlüm dəli quşu ona qonadı. Gəncədə bir qız var, adı Sonadı, Sulara sən axma, mən axım deyir! Gəncədən gəlirəm, sözə bənd olub, Gəncənin meyvəsi şəkər, qənd olub. Gəncədə bir qıza gözüm bənd olub, Cavada sən baxma, mən baxım deyir! * * * Gəncəm, hey Bura Şahsevəndi, bura Bağmandı, Bura Sərdar bağı, bura Ozandı! Görənlər, bilənlər sana heyrandı! Bəzənsin çöllərin, Gəncəm, Gəncəm, hey!.. Nizami gələrmi bir də cahana?! Sənə oğul oldu, son ona ana! Neçə cahangirə, neçə arslana Toy tutdu əllərin, Gənəom, Gəncəm, hey!.. Sən Dədə Yedyarın yadigarısan! Sınıq könüllərin payidarısan! Yağının qənimi, dostun yarısan! Söylənir fellərin, Gəncəm, Gəncəm, hey!.. Ziyadxan evləri cərgə-cərgədi, Hər çinar qoynunda bir sərkərdədi! Sazında, sözündə pərdə-pərdədi Qovğalı illərin, Gəncəm, Gəncəm, hey!.. Üstünə gələnlər gəlməz özünə! Bir başına döyər, bir də dizinə! Ox kimi süzərək - xain gözünə Sancılar millərin, Gəncəm, Gəncəm, hey!.. Mən nəyə söykənim, nəyə inanım! Bir sana, tək sana gəlir gümanım! Bu Cavad qalası dinim, imanım - Açılsın güllərin, Gəncəm, Gəncəm, hey!.. Başının üstündə Ulduz-Ayın var! Hər günü bir tarix ilin, ayın var! O tay-bu tay axan Gəncə çayın var! Car olub sellərin, Gəncəm, Gəncəm, hey!.. Keşiş ağlar qoydu Zəhra ananı! Soldurdu, saraltdı o Natəvanı! Əslin köçüb getdi, Kərəmin hanı? Danışsın dillərin, Gəncəm, Gəncəm, hey!.. Düşmənim, inşallah, hər vaxt xar olar! Gen dünya başına daim dar olar! Necə ki sən varsan, Vətən var olar! Var olsun ellərin, Goncəm, Gəncəm, hey!.. * * * Göygöl Dumanlı dağların yaşıl qoynunda Bulmuş gözəllikdə kamalı Göygöl. Yaşıl gərdənbəndi gözəl boynunda: Əks etmiş dağların camalı Göygöl! Yayılmış şöhrəti Şərqə, Şimala, Şairlər heyrandır səndəki hala. Dumanlı dağlara gələn suala Bir cavab almamış soralı Göygöl! Bulunmaz dünyada bənzərin bəlkə, Zəvvarın olmuşdur bu böyük ölkə. Olaydı könlümdə bir yaşıl kölgə Düşəydi sinənə yaralı Göygöl! Sənin gözəlliyin gəlməz ki, saya, Qoynunda yer vardır, ulduza, aya. Oldun sən onlara mehriban daya, Fələk busatını quralı Göygöl! Kəsin eyşi-nuşi, gələnlər, susun! Dumandan yorğanı, döşəyi yosun. Bir yorğun pəri var: bir az uyusun. Uyusun dağların maralı Göygöl! Zümrüd gözlərini görsünlər deyə, Şamlar boy atmışdir, uzanmış göyə. Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı Göygöl! Dolanır başına göydə buludlar, Bəzənmiş eşqinlə çiçəklər, otlar, Öpər ayağından qurbanlar, otlar, Ayrılıq könlünü qıralı Göygöl! Bir sözün varmıdır əsən yellərə?- Sifariş etməyə uzaq ellərə... Yayılmış şöhrətin bütün dillərə, Olursa, olsun qoy haralı Göygöl! -1925** * * * Gözəl qadın Sən kimdən öyrəndin belə ədanı, Ey xəstə şairin ilhamı gözəl? Solğun dodağından cami-sevdanı İçirmişdir mənə saqiyi-əzəl. Gözəllik tacını qoydun başına, Dünyaya çəkmədin kabusi-ələm; Sən bir mələksən ki, baxıb qaşına Əlində şairin titrəmiş qələm! Söz yox ki, hüsnünə xilqət günündə Qüdrət qələm çalmış, susmuş mələklər… Əvvəl cansız ikən, sonra önündə Quşlar gəlmiş dilə, gülmüş çiçəklər. Anıldıqca sənin sevgili adın Bulmuş kamalını şerin hünəri; Qarşmda diz çökmüş, ey gözəl qadın, Dünyanın ən böyük sənət ərləri. -1924* * * * Gözüm gördü, könlüm sevdi Yağış tökdü üstümüzə Göylər birdən, bir kərəm, hey! Güllər baxıb güldü bizə, İy su oldu o Sənəm, hey! Şehli bağa bənzədi o! Göy yarpağa bənzədi o! Şux zanbağa bənzədi o! Yan, ey Qərib, Şahsənəm, hey! Batum əski Qız qalası, Batum yurdun göz qalası! Xaqanımın öz qalası, Səndə doğub Şükriyyəm, hey! Torpağında, daşmdaca, Gördüm bulaq başındaca! “Sevdim” on beş yaşındaca, Bundan sonra kükrəyəm, hey! Bu ləpirlər izi imiş, Bəy Süleyman qızı imiş! Dilək imiş, arzu imiş! Körük oldu bu sinəm, hey! O Əslidir, mən də Kərəm, Mən bu sirri gizlətmərəm! Yarı burda gözlətmərəm, Car eyləsin qoy aləm, hey! Həp ağlını, kamalını, Həp hüsnünü, camalını; Sən Cavadın Qumralını Yaz, ey qələm, ey qələm, hey!.. -Batum, 15 mart, 1915* * * * Gözüm yoldadır -Şükriyyə xanıma* A dostlar, bir qumral tərlanım uçdu, Yollarda yolçum var, gözüm yoldadır. On beş gün ayrılıq, on beş il keçdi, Öldürdü intizar, gözüm yoldadır. Ham monim arxam, qolum-qanadım, Hörmətim, izzətim, şöhrətim, adım? Qardaş bərabəri, gözəl arvadım, Söyləyin, dumalar, gözüm yoldadır! Getmişdi on günə, çıxdı on beşə, Neçin saldı məni belə təşvişə? Demədimmi saqın, könül bir şüşə, Gec gələrsən, sınar, gözüm yoldadır. O ki, verdi sənə həm var-yoxunu, Qəlbimə sapladın hicran oxunu, Yastığından aldım gözəl qoxunu Yastığın gül qoxar, gözüm yoldadır. Ey vəfasız, sənin ürəyin daşdan, Neyçin söyləmədin, gülüm, bu başdan: “Yarı az sevirəm qohum-qardaşdan”. Qohumlu baxtavar, gözüm yoldadır! -Slavyanka, 20 iyul, 1930* * * * Gözünə döndüyüm Uğurlu günlərindir, Yolların açıq, aydın. Bu aydınlıq eşqini Dünyalara son yaydın! Hey, nə gözəl boy atdın! On beşi dünən saydın. Yollarda yaxşı-yaxşı, Gəz, gözünə döndüyüm! Yolundan ənəlləri, Əz, gözünə döndüyüm! Qüdrətinə heyrandır Aləm əhli gerçəkdən, On beş ildir seçilməz Yapraqların ipəkdən. Can dərmanı çıxarıb Can qoruyan çiçəkdən Canan sevən ətirlər Çək, gözünə döndüyüm! Tarlanı dönə-dönə Çək, gözünə döndüyüm! Gör песƏ tazələndi Köhnə yurdun baharı. Yağışı can payladı, Dərman oldu saf qarı. Sən qaldır gözlərini Bundan daha yuxarı, - Boşluqlarda bir körpü Sal, gözünə döndüyüm! Göylərdən doğru xəbər Al, gözünə döndüyüm! Göylərdə ildırımlar Qorxudan saldı haray; Çayların dəniz oldu, Dənizlər kəsildi çay; Baş əydi fərmanına Topraqlar alay-alay, - Deyildir gördüyün iş Az, gözünə döndüyüm! Mənzilə xeyli qalmış, Qaz, gözünə döndüyüm! Könüllərdə yandırdın Sehrli çırağını; Nə umulmaz yerlərdir, Verirlər sorağını; Daş dövrü yaşayanlar Yolların irağını H əsrətlə gözləyirlər, Bax gözünə döndüyüm! Sən bir ümid nurusan, Çax, gözüno döndüyüm! Beş-on il bundan ovvəl Bir ilin sərt qışında; Mon səni ilkin gördüm M ilyonlar axışında; Yolçular nur arardı İnamlı baxışında O baxışın sirrini, Aç, gözünə döndüyüm! O sirri dünyalara Saç, gözünə döndüyüm! Qoy hələ düşmənlərin Ləzzət alsın talandan. İlişib bac istəsin Yolda, izdə qalandan. Sən bir göz ağardınca İrişsinlər yalandan, - Sözünü şaxdan söylə Şırp, gözünə döndüyüm! Yalan sözü yad başa Çırp, gözünə döndüyüm! Qoy qapatsın göyləri Bacadan çıxan duman, Dostların aydın görür: Kim yaxşıdır, kim yaman! Fanar tutar yoluna Tarixə düşmüş zaman, - Köhnənin kəlləsinə Vur, gözüno döndüyüm! Görülməmiş bir dünya Qur, gözünə döndüyüm! * * * Gürcüstan Mən ömrümün ən canlı, Ən çılğın çağlarında; Dolaşdım Gürcüstanın Mamırlı dağlarında. Seyrə çıxdım ilk əvvəl Tiflisin yanlarında. Dedilər ki, “durma, gəl, Suram ormanlarında. Qadın bir hökmdarın Mazğallı bir bürcü var. Bir issiz ormanların Hər yerində gürcü var. Qarşılar səni katso Şən və gülər üzilə. İçərsən bir içim su, Gürcülərin özilə” . Çıxdım mən də yuxarı Baxaraq çılğın Kürə. Çıxdım dağlara sarı, Dost izlər görə-görə. Ruhum çiçəklər dərdi - Nə həddi, nə hesabı; Dadlı bir nəşə verdi Kaxetiyanın şərabı. Axşamladıq bir dəfə Rion çayı boyunda. Əyləndim, baxdım kefə Gürcülərin toyunda. Yaxşı yadımda qalmış Gah atlı, gah piyada; Üç ay qədər bütün qış Gəzdim Minqrelyada. Görən bilir, Gürcüstan Yosunlu bir diyardır. Gürcüstanın can alan Gözəllikləri vardır. O zaman mən gəzərkən Gürcüstan torpağında, Qanlı bir ləkə gördüm Çarlığın bayrağında. Sorunca gürcülərdən O sirrin mənasını, Açdılar mənə birdən Məmləkətin yasını. * * * Elin bayrağı Sən çıx bu minbərdən doğrunu söylə, Yalvarma kimsəyə Tanrıdan başqa! Küskünsə taleyin, son ona küsmə, Dinlə qədir səsin, çalış-çabala! Bu bəxtsiz millətin daddığı acı, Çalış əlac olsun, diriltsin onu! Düşmən başındakı o zəfər tacı, Görsün ki, ər qəmin deyildir sonu Qüruru cahandan, nuru haqdan al Hidayət etməyə yol azanları! Gəlməsin yardımsız qəlbinə həlal, Yardım: münavələr... sübh əzanları! Təmiz al alnındakı tozu, torağı, Haqq üçün açdığın əllərinlə sil! Qalxıb, bir də enməz elin bayrağı, O sənin, o mənim əlimdədir, bil! * * * Ey əsgər Dağa, daşa sancağını öpdürüb Duman kimi bu dağları bürüdün! Dənizlərə salam rəsmi yapdırıb Göylərdəki bulud kimi yürüdün! Yürü, yürü batan günün izinə! Gülüm səyir doğan Günəş yüzünə! Baş əydi bax, toplarının səsinə Yad ellərin yıldırımı, şimşəyi! Quzğun kimi qurumağa başladı Səni görən cəlladların biləyi! Yürü, yürü batan günün izinə! Gülüm səyir doğan Günəş yüzünə! Arslan kibi saldırdığın düşmana, Ər oğlu ər olduğunu göstərdin! Fələk bu gün uyğun sana diyor ki, Türk əsgəri, sən böyləmi istərdin?! Yürü, yürü batan günün izinə! Gülümsəyir doğan Günəş yüzünə! Qardaşlığın fərmanına baş əyib, Məzlumların imdadına yetişdin! Qaranlıqda süngün sana yol açdı, Sən o yoldan muradına yetişdin! Yürü, yürü batan günün izinə! Gülümsəyir doğan Günəş yüzünə! Ey Türk, sənin hansı dində olduğun, Minarəyə buyur, bizə söyləsin! Eşitməyən qulaqlara səsini Əsən yelə buyur, xəbər eyləsin! Yürü, yürü batan günün izinə! Gülümsəyir doğan Günəş yüzünə! Şu qarşıkı duman çıxan bacadan Sən gələndən iniltilər çıxardı! Geciksəydin, məzlumların fəryadı Yeri, göyü, kainatı yıxardı! Yürü, yürü batan günün izinə! Gülümsəyir doğan Günəş yüzünə Ey Türk, bana sevda çiçək bu şeylər, Göydə hilal, yerdə sənin sancağın! Durnalarla göndərdiyim salami Yetirdimi, sana ninen torpağı?! Yürü, yürü batan günün izinə! Gülüm səyir doğan Günəş yüzünə! * * * Ey Göy gölüm Ey Göy gölüm, Ey göy gülüm! Qoy göyərib, Qoy mən ölüm! Assınlar məni! Kəssinlər məni! Qoy türmələrə Bassınlar məni! Neynirəm könlü? Neynirəm dili? Səndən yazmasam Neynirəm əli?! Nəsən, kimsən sən? Nisgilimsən sən! Qoy açıq deyim, Sevgilimsən sən! Borana düşdüm, Yüz qana düşdüm! Adını çəkdim, Zindana düşdüm! Könlüm tel olsun! Yaşım sel olsun! Bu dar qəfəs də Qoy Göy göl olsun!.. * * * Əfəndiyə Dəng eyləm ə məni artıq qalmamış Ehtiyacım cənnətinə, əfəndi! Hanı səndən huri satın alanlar? Onlar gəlsin xidmətinə, əfəndi! İnan ki, bir başqa “əmma”sı yoxdur, Şerimin büsbütün vicdanı aydın! Eşqimin bir başqa “ima”sı yoxdur, Onun haqqa tapan imanı aydın! Hər yolun bulundu şəkki yəqini, Nisyanla qarışıq hər kəsin dini. Fəqət tozlanmamış onun çibini, Var isə şerimin nisyanı, aydın! Baxsın bəsirətsiz gəlib keçənlər, Doğrunun yerinə əyri seçənlər; Bilsin bu haqq sözə kəfən biçənlər Ki, mənim eşqimin Quranı aydın! * * * İdilboyu acları Kimlərdir şu keçən səfil qafilə? Ovurdlar çökmüş, gözlər batmış yas ilə. Şu gənc qadın bir ay əvvəl gözəldi, Əli tumbul, pənbə, zərif bir əldi. Şimdisə quru gəmik, bir dəri, Oxunur içində ölüm əsəri. Əlindən tutduğu baxtsız yavrucuq, Qarın şişkən, bacaq, qol, üz qavruq. Bir qazalaq şimdi ötədə pürnur, Qoşar alır, yalar, yalar, ovulur. Bir qaç saat qaldı ancaq mərkəzə, Orada baxarlar əlbəttə bizə. Biz tam üç il bütün artan məhsulu Verdik, qoruduq əsgəri, həm yoxsulu. Bizim milyonlarla yoldaşımız var, Onlar bizi məhəbbətlə qucaqlar. Nə yapalım, yağmadı qətrə yağmur, Dedi fəqət gətirdiyin heç fütur. Bu cəbhənin də şəhidləri həm olur, Bu uğurda ölənləri ad bulur... Faciəyi görən gözüm yaşardı, Volqa hissiz, mərhəm ətsiz axardı. Qəlbə tazə qüvvət ilə qafilə, Başında o mühib, vüqur əmələ. Təvəkkül təkrar düzəldi yola, Yardım gərək ta səfalət son bula. * * * İmansıza Qısqırılıb hürürsən ki: "Sənin bəndən nəyin artıq!" Qızma, dostum, elmə qalsa, bən də sənin günündəyim. Elmnən bizi dinləyənlər "yazıq" deyə, bizə "yazıq" Əsr bizdən nə istiyor onu bilə bilməyəlim?" Ancaq səndən fərqim bu ki, bəndə sağlam bir "iman" var. Bir kainat yaradar ki, nəşəsindən doymaq olmaz! Sənin kibi imansızlar o cənnətdən heç anlamaz! Bu tikanlı yollar bana gücmü sandın! İmanım var! Bən bir dəfə inandım ki, ot kökünün üstə bitər. Həqiqətmi, xəyalmı bu?...Nə isə, bol-bol yetər! * * * İmdad Vicdanım əmr etdi, imdada gəldim, Məzlum səsi duydum, mən dada gəldim! Ziyafət görmədim , yaslıdır ellər, Çoxalmış məzarlar, dərdini söylər. Talanmış şanələr, yolunmuş teller, Olduğunu duydum, imdada gəldim! Yarılmış qorxudan pənbə dodaqlar, Aşiqlər ah çəkər, dərdindən ağlar. Bax, nələr söyləyir tarlalar, dağlar, Qardaş səsi duydum, imdada gəldim! Qonşularda toydur, bizdə ağlaşma, Bu yerdə qız gülməz, gəl heç uğraşma! Sən ey dərdli könlüm, burda dolaşma! Bən səninçün deyil, imdada gəldim! Qarları boyamış məzlumlar qanı, Ölənlər çox, fəqət məzarı ham? Ayaqlar altında şöhrəti, şanı Qalanları görüb, imdada gəldim! Bir yerdə ki, zalım bayrağı sanca, Göz yaşı tökülər o yerdə bunca; Bu dərdə ağlayım, bir ah, doyunca, Qərib səsi duydum, imdada gəldim! Verib yad əllərə sırma telini, Gəlinlər buraxmış gözəl elini. Anasızdır yavru, sən söylə ninni. Ninnisiz yavruya, imdada gəldim! Tutmaz bacaları, yanmaz çıraqlar, Qardaşı bacıdan ayırmış dağlar. Bacılar nerdədir, buludlar ağlar? Qardaşsız bacıya imdada gəldim! * * * İngilis Damağında Çanaqqala ağısı, Sənm isən türk ellərinin yağısı? İslam dünyasının ölüm çalğısı, Ölüm ninnisiylə yaxan ingilis! Sarıb Hindistanın cansız qolunu, Gəldin bağlamaya “Turan” yolunu. Aldadıb hər yerdə Tanrı qulunu, İnsanları ucuz satan ingilis. Bax, yenə qarşında köksümü açdım, Bakı dağlarına al bayraq sancdım. Sən meydan oxudun, gəldim, ulaşdım, Mərd deyil meydandan qaçan ingilis! Sən bağla hər yolu, süngüm tez açar, Üç ayda gələnlər, üç gündə qaçar. Zənn etmə, qurşunum havaya uçar, Türkdür, bu qurşunu atan, ingilis! O xain gözünü dikdiyin ellər, Bənim nişanlımdır, türkülər söylər... Göz dikmə təxtimə, bax, əlim titrər, Düşəcək təxtinə talan, ingilis! * * * İraq Çoxdan ayrı düşdük biz yar elindən, Əcəb o yerlərdə “biz deyən” varmı? Biz anmaqdan, söyləməkdən yorulduq, Bir düşünən bizi, söyləyən varmı? Bizdə qələmlərin düşüncəsində, Yazılan sözlərin ən incəsində; Qərib minarənin yanıq səsində Yalmz “O” var... bilməm, dinləyən varmı? Hər kəs deyir ki, bənim könlüm nə dolğun, Bilən yoxmu “Kim"ə məftun olduğum? * * * İstanbul Mən sevdiyim mərmər sinəli yarın, Deyirlər, qoynunda yabançı əl var! Baxıb üfüqlərə, uzaq yollara Ağıyormuş mavi gözlər, axşamlar! Ah, ey solğun yüzlü, dalğın Istanbul! Mavi gözləri, ipok bayğın Istanbul! Bənim sevdiyim qız dünya gözəli, Ona bu dünyada eş yaranmamış! Deyirlər, könliinü fələk pozalı Sürm əli telləri heç daranmamış! Ah, ey solğun yüzlü, dalğın Istanbul! Mavi gözləri, ipək bayğın İstanbul! Q ırıq dala qonm uş dün yavru bir quş, “0 ” ndan xəbər verdi, gözüm yaşardı. Gəl, zavallı könlüm, sorma nə olmuş? Sorma ki, sevdiyin kimlərə vardı?! Ah, ey solğun yüzlü, dalğın İstanbul! Mavi gözləri, ipək bayğın İstanbul! Deyirlər, sevdiyim “Qız qülləsi”ndo, Baxıyorkən qırıb rübab telinə! Uçuyorkən şerin sevdasında, Bir yılan sarılmış incə belinə! Ah, ey solğun yüzlü, dalğın İstanbul! Mavi gözləri, ipək bayğın Istanbul! Ey yolum üstündə yüksələn dağlar, Gizli sevda üçün çırpınan dəniz! Yol verin, yol verin, bənim dərdim var, Qeyb etdim yolumu, qaldım kimsəsiz! Ah, ey solğun yüzlü, dalğın İstanbul! Mavi gözləri, ipək bayğın İstanbul! Bu qəlbimdən qopan yanıq bir fəryad, Çəkdiyim dərdlərin tərcümanımı? Yoxm udur kim sodən könlüm ə imdad, Bu bəxtsiz sevdamın son zamanımı? Ah, ey solğun yüzlü, dalğım İstanbul! Mavi gözləri, ipək bayğın İstanbul! Yarəb, bilməzm idin qəlbimi sən də, Ki, qırdın sazım canlı telini?! Doğuyorkən yeni bir ümid bəndə, Neyçün məyus etdin Turan elini?! Ah, ey solğun yüzlü, dalğın Istanbul! Mavi gözləri, ipək bayğın Istanbul! -Gəncə, 1919, 19 mart* * * * İşçi Dəmirdən qolların, daşdan duruşun, Boğulmuş rənginlə, çəkic uruşun; Boğunuq səsində canlanan vüqar, Vüqarla gəziyor diyarbədiyar. On beş il oldu, görənlər bilir, Köhnə dünya bir gün yalanlar qusdu. Milyonlarca xalqın susdu vicdanı, Əyrilər hayqırdı, doğrular susdu! Ucaldı cəlladın əmrü-fərmanı, Kəsilən başların töküldü qanı. Dəyişdi hər şeyin əski mənası, Qasırğalar çökdü, yıldırım çaxdı! Çoxaldı dünyanın matomi, yası, Tanrılar dünyaya yenidən baxdı! Döndü dumanlara yüksolon ahlar, Eşqin matəmini dutdu günahkar! Çoxdan çiçək görüb güləməyən çöllər, Buzlu, qarlı çöllər bitirdi lalo! Uğursuz bir qüvvət çöküb hər yerə, Əlində bir suslu, qanlı piyalə! Dərman zənn eyləyib düşdüyü dərdə, Sevənlər də içdi, sevməyənlər də! Varlının gəliri, xalqın ziyanı, Birləşib ikisi - bir oldu adı! Milyon insanların qusduğu qanı, Beş-altı sərsəri içib doymadı! Yıldırımlı bir səs, bir sıcaq nəfəs, Söylədi dünyaya: “Daha bəsdir, bəs!..” Bəşər dərdlərinin dərmam birdir, Doğru bir yol ancaq gələcəkdədir!.. * * * H-C Ey axund, ey pişivayi-əhli-im an, bir utan! Əllərindən dad edir ehkami-Quran, bir utan! Hansı dinin ohlisən sən, yolmudur göstərdiyin? Ümmoti mohv eyləyəndo varmı iman, bir utan? Hansı “Q uran”dır sənə öyrətdi şeytan sirrini? İşlərinçin qaldı şeytanlar da heyran, bir utan?! Zati-napakında, yahu, hissi-rəhm an yoxmudur? Saymadın Allahı, ey Allaha düşman, bir utan! Saldırıb sən ac köpəklər tək qan içməkdən bütiin Əllərin qan, dişlərin qan, surətin qan, bir utan! Geydiyin əmrnamə ağ, amma yazıq, qəlbin qara, Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan?! Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir, Bax, onun ənqazidir bu ahu əfqan, bir utan! Çox uzaqlaşdın həqiqətdən, dur, Allah eşqinə, Ey həqiqət qatilə, ey canlı peykan, bir utan! Toqi-lənətdən nişanm var, çalış - əz, parçala, Başqa bir şöhrət qazanmaqçın yox imkan, bir utan! Milləti sərm əst edən sözlər - o pək müdhiş şərab, - Həp sənindir, dəhşətindən xamə lərzan, bir utan! Qara günlər əl götürməz yaxamdan, Yazmasın mələklər sözümü küfran, - Yaradılışımdan oldum peşiman! * * * Haralısan Nerəlison, cənnətdirmi məkanın? M əlokmisən, nə dadlıdır lisanın? Bon Tanrımın baxımı ilə əzeldən, Bir badə içmişəm, bir gözəl əldən! Ən ruhani noşələrdən qanadım, Çıxdım, səni buludlarda aradım! Yıldızlardan sordum: - “Aydır!” - dedilor, Aya getdim, o da sənsiz mükəddər. “Sonsiz” gördüm, m ələklərə darıldım, Endim yerə, qələm im ə sarıldım! Yazdım... yazdım, fəqət gəlm əz bizim yaz, Heç bir şeir baxdım, sənsiz şən olmaz! Heç “yazmayım ” dedim, istəyim söndü, Qələm sükut etdi, könül düşündü... Bir səs duydum, qələm əldən düşüncə, Həp bənim çün vursun qəlbin ölüncə!.. ... Bayılmışdım... durdum, gördüm ki, həp sən, Sən imişsən, bana badə içirtən!.. Nerdə idin, cənnətm idir məkamn?! M ələkm isən, nə dadlıdır lisamn?! 1916, Batum, 25 yanvar * * * Hərbzadələrə Ey görünməz dost elindən gələn quş! Hansı murdar əllər yıxmış yuvanı? Qəribmisən, yoxsa nədir bu duruş! Əlindənmi aldı ovçu balanı? Ovçu, görüm yavrun sənə qalmasın, Əkdiklərin solsun, kölgə salmasın! Qərib bacı, gözün nədən yaşarmış? Öpmədinmi nişanlım doyunca? — Fələk sənə nə istərsə yaparmış?.. - Ağladınmı qaçdığm yol boyunca - Dikmə gözün hər yalqızca məzara, Gedən gəlməz, bacım, baxma yollara! Aşıqlardan səs yox, sazları qalmış, Çoban, sürün hanı, tozları qalmış?! Ellər köç eyləmiş, izləri qalmış, Yolları qar basmış, yox gəliş-gediş, Sizə nə çox ağır keçdi bu yıl qış?! Baxdım o yerlərdə buludlar ağlar, Məzarlığa dönmüş bağçalar, bağlar, Maralsız qaldınız, a qarlı dağlar, Tutan olsa Sizdən maral sorağı. Görəcək ki, hər yer düşman yatağı! Nişan məclisində şərbət kasası Qırılmış, yerlərə şərbət tökülmüş. Baxdım, çalır sazlar ölüm havası; Toylar qara geymiş, bellər bükülmüş, — O yerlərdə daha gəlin köçərmi?! Bu qanlardan adil Allah keçərmi?! Didilmiş bədənlər, yolunmuş saçlar… Dağılmış yuvalar görmək istərsən; Qardan kəfən geymiş, yoxsullar ağlar, O ellərdə nə var bilmək istərsən, - Sənə bir kamança hər şeyi söylər, Mən bir kamançayam, tellərim inlər! "Əzizim, ay har aylar, Hər həftələr, hər aylar. Gözü yolda dul bacımız "Qardaş" deyib haraylar" ! Onlar sana göz dikərkən Şərab içmə, düşün bir az. Ey, hər zaman "mərdim" deyən! Bundan artıq fürsət olmaz! Ay ağalar, ay xanımlar, Görün, sizə göz dikən var!.. * * * Füzuli Üfüqlərdə günəş söndü bir axşam çağı Çox uğursuz bir qaranlıq çökdü dünyaya, Görüncə ki,sönməkdədir sənət ocağı, O yalvardı,həm sığındı"təbi-vala"ya, Öz kimsəsiz torpağına baxdı Füzuli! Çulğamışkən qonşuları şənlik, əyləncə, Susmuş ididoğma yurdun söhbəti, sazı... Ağ saqqallı bir qocaya,sevdalı gəncə Öyrədənlər çoxalmış"razi-niyaz"ı, El dərdinin dərmanını buldu Füzuli, Onunçündür böyük şair oldu Füzuli! Çəkmək üçün o boşluğa yeni bir pərdə, İş qalmışdıbir sevimli,parlaq ulduza. Elmi ürfan qazanmağa getdiyi yerdə Əsir oldu,aşiq oldu bir qumral qıza! İlhamını o qumraldan aldı Füzuli! Komək etdi o coşquna bir gözəl pəri, Ovutmağa dərdlərini qəm ölkəsində, Gözəlliyə tapındığı o gündən bəri Bir başqalıq duyulmaqda onun səsində, Çox doğrudur,sevdiyindən yandı Füzuli! Dörd yüz ildir tutulmuşdur bir adsız dərdə, Ummaqdadır yalnız ondan dərdinə çara! Dörd yüz ildir həmvətənim olan yerlərdə, Hər bir sevən qəzəl yazar gevgili yara! Cam içilən əyaqçaya döndü Füzuli! Şairlərə bir içim mey sundu Füzuli! * * * Xıdır Nəbi Xıdır Nəbi bölərək Az ömürlü çilləni, Çırpır onun üzünə Tərsinə bir silləni. Deyir on gün bəsindir, Qırıb-çatdm aləmi, Sen qonaqsan, diinyam Dağıdarlar beləmi? Qalan on gün mənimdir Hər şey dönüb taxtaya. Hansı canlı tab edər Bu küləyə, şaxtaya? Külək əsir, qoy əssin, Qmlm asın ağaclar. Qırılmasın meşələr, Boş qalmasın yamaclar. Yalquzağa qalmasın Çöllər, düzlər, çəmənlər. Evdə dustaq olmasın Dehqanlar, yer əkənlər. Qoyun-quzu qorxmadan Çıxsın çölə, bayıra. Kim qıyar insanları İşdən, gücdən ayıra. İş, həyat hərəkətdir, H ərəkət - bərəkətdir. * * * Xortdan İki qonşu bir gün bəhsə girdilər, Biri bizim Həsən, biri də Cəfər. Həsən dəm ir şişi götürüb dedi: Əgər bu dəmiri sən gecə vaxtı. Bir m əzara yalqız sancıb gəlesən; Nə istəsən verrəm, bu sən öləsən. Cəfər kişiləndi, aldı dəmiri, Həsən də göstərdi bir köhnə qəbri. Axşam oldu, ay qaranlıq gecədə Cəfər yola düşdü, şiş də bir əldə. Aradı, aradı qəbrə yanaşdı, Tələsik şişi də sağına sancdı. Bilmədi, dəmiri çuxuya çaldı, Getmək istəyəndə lap donub qaldı. O qalxmaq istədi, dəmir sarıldı, Xortdan xəyal edib zəhri yarıldı. * * * Leyla Deyirlər Qarabağ bir cənnət imiş, Bəslərmiş qoynunda gözəllərini! Məndə qüdrət yoxdur qələm çalmağa, Tərif eyləməyə ancaq birini. O gərgin qaşların kölgəsindəki, Can alıb, can verən gözlərə qurban! Bugünkü Leylanın xoş səsindəki Mənalı, mənasız sözlərə qurban! Qurban qəbul edib töksə qanımı, Nəyi var şairin, verər canını?! Qəmzəsi qan olan, gərdişi əla, Doğrudan gözəldir, göyçəkdir Leyla! Çiçəklər qoynunda bəsləmiş əndam, Çıxdı dodağında badənin canı. Gözəlsən, incəsən, qur yeni bir dam, Əsir et, qul eylə mahi-tabanı. Böylədir önündə hər yeni şair, Yeni bir yol bular, bir əməl bəslər. Mənim təbiətdən istəyim budur, Çoxalsın yurdumda böylə gözəllər! Könül tazalandı sitayişindən, Könüllər sultanı, ellər gözəli! Qorxum var dünyanın bircə işindən, Mümkünsə dəyişdir qələm-əzəli! Söylə ki, çiçəklər solmasın, Leyla! Mənim qorxduğum hal olmasın, Leyla! Dolansın başına ulduzlar, aylar, Bu köhnə dünyanın Leylası da var! Gözəllər toplaşıb olsunlar bacı, Leyla da onların başının tacı! -1934* * * * Lirik parçalar -I** Nə gözəl giryədir, bu giryə xuda?! Nə qədər dilfırib por sevda! Giryeyi-qəmmi? Ya ki həsrətmi? Hasili-hüzn, ya məsərətmi? Giryə həm xəndəyə edər mail, Seyr edən kimsəyi qılar sail. Bilməzəm ağlayummı bu halə? Güləyim qoy sə kətmi1 əhvalə? İki sevdazadə bulub vəslət, Hicr əlindən tutubdilər fiirsət! Ağlamaq hicrdən şikayətdir, Xəndələr fırqətə nəhayətdir! -II** Ya rəbb, nə lətif cismi-canan?! Pur nuri-ziya camalı hər an! Rəftarı sütudə, yari-məsud. Güftarı həzin, üyuni - xəndan! Zülfi siyəhi kəmalə varmış, Bir mah camal, şahi-xuban! Növrəstə büti, pür işvə tənnaz, Oldu bana cilvəgər xuraman! Ey yari-əzizi gülüzarım, Seyr eylə bu halı şanlı sultan! Bilməm bumu rəsmi dilbəranə? Rəhm eyləmiyorlar aşiqanə! -III** Hər qönçəyi görməyə çoxdan həvəsim var, lakin sana məclub olub, ey şuxi-dilara, - Bilmərrə həyatım uğrunda durub inlər! Yalnız səni, sən qonçeyi-yekdaneyi bəklər! Bilməm nə qədər tatlı keçənlərdəki didar?! Ruhim dəgil ehyamə, səbəb şəkk edəməm bən! Yalnız düşünürəm səni həp zindeyi-əsrim! Sevdanə giriftar öləli başqa həyətə, Malikini, təbdilə bin dürlü sifatə! Eşqindir, əvət! Danmiyoram, danmayasan sən!!! 1909, dekabr -IV** Təvcihi-nigah etdikcə canım yaxıyor yar! Yəni nəzər etdikcə, seyran bakıyor yar! * * * Keçər Bəzən yosmalar alayı, Əllərində nurdan ayı Dağdan, arandan keçər! Bezən elin bir qadım, Bildiyin yoxkən adını, Gülümsər, yandan keçər! Hərdən yumuşaq bir ipək, Dalğalanar ətək-ətək, Ürəkdən, qandan keçər! Görürsən bir telli yıldız, Şimşəyi andıran bir qız Süzülüb, qandan keçər. Şümşad boylu, gözü almaz, Salam verrəm, salam almaz! Cavadı heç saya salmaz. Gedib, biyabandan keçər! * * * Kiçik çillə Böyük tufan başlayır Böyük qardaş gedən tək. Şaxta tüğyan eləyir; Kollar yerə sinərək, - Vıyıldayır küləklər Budaqları əyərək. Miyoldayır pişiklər Bəzən gecə sübhəcən. Yeri, göyü bürüyür Dörd tərəfdən duman-çən. Ocaqlar bərk qalanır, Qazanda hədik bişir. Pəncərelər açılmır, Qapılar tamam şişir. Küçə, bayır görünmür, Aynalar naxış olur. Heç bilmirsən, haradan, Otağa soyuq dolur. Kiçik qardaş zalım olur Böyük qardaşdan yüz yol. Başını da qaldırmır Nə bir ağac, nə bir kol. Dəliqanlıq eləyir İki qat az ömrünü. Tezcənə başa vurur Yartda öz ömrünü! * * * Kölgəm ilə mən Bir gün bezdim, mən kölgəmə dedim ki: -Bəsdir daha, əl götür bu yaxamdan! Gecə-gündüz işin-peşən yoxmudur? Çəkilməzsən bir dəqiqə arxamdan. Uf demərəm aylar-illər uzunu, Mən görməsəm o mübarək üzünü! Kölgəm dedi: -Ey vəfasız səninlə Bir saatda gəlmədikmi dünyaya Dadsız ömrü nə eylərdim? Əzəldən, Mən səninçün düşmədimmi qovğaya?! Eh, bilsən də, bilməsən də eyniyik- Mənə qalsa biz ayrılan deyilik. * * * Kuropatkinə Kimdir bizim m inarədə əzanları susduranlar? “Doğru yola sapm a!” deyib qanlı irin qusduranlar? Kimlor böylə qara pərdə çəkdi bizim bu minbərə? “Qari!” deyə xitab etdi Türküstanda yigitləro? Təkməloyib Türküstanın ogilməyon başlarını? Kimlər çaldı babaların əski ınəzar daşlarını? Kimdir qozetlə, kərpiçlə muzeyləri dolduranlar? Kondimizi heyvan sanıb, yurdumuza od vuranlar? Hansı qanun əllorilo, hansı yasa, hansı yazı? Söyüdlorin yerlərinə dikti Sibir akasıyası! Heç bir tarix göstorməzkən türkün xain olduğunu, Kimdir çalan türk orzini, türk clinin var-yoxunu? Sonin kimi kölgosindon qorxanlar, Sənin kimi düşünonlər, duyanlar! Unut, oski günü, unut! Bax, göydəki qara bulud Mozlumların ahıdır!.. “Din” söylodik, Quranların təbdilinə yeltondiniz, “Dil” söylodik, fıkrimizo m əzar oldu Qara doniz. Zongin idik, qurd oldunuz, yurdumuza saldırdınız, Gözollərin köksündoki altunları çaldırdınız! Adlarını doyişdirib məmləkətin, ilin, ayın, Siz “şapqasız” sadə türkü məktoblərə buraxmayın, Xor baxaraq əcdadının adətini sevənlərə, Zəhor verin can yerinə, sizə “can” söyləyənlərə; Elinizdən rahib olub itiqafə çıxanlara, Söyləyin ki: başqa şeylər düşünürsən, haydı ora! Sonra bizi Avropada vəhşi deyo yazin, pozun, Bunun doğru olduğuna inandınmı sonin özün? Sonin kimi bir çox miras yedilər, Bizi daha nolor... nolor etdilor; Unut, oski günü, unut! Bax, göydoki qara bulud Mozlumlarm ahidir! Bu ellərin toprağına, daşına Çökən, ölmüş yigidlorin yasıdır! Duman deyil, bu dağların başına Qonan, mozlumların ahı, vayıdır. Votən xarab oldu, siz onda bayquş, Of, bonim gözəlim kim ləro uymuş? Sibiryada qazmaların guşosi Mozlumların komikiylo doludur! Sonin kimi “oskiklorin” peşosi, Getdiyi yol azğınların yoludur! Xoş hor vaxt geco getməz, dan atar, Bilməzmiydin soni bir gün qan tutar? Söyloyiniz, hansı yurdun balası, Əlinizdon ölüm canmı içmodi? Göstoriniz hansı mülkün havası, Sizin üçün saflığından keçmədi? Sonin yavrun beşigindo gülümsor, Əronlor yurdunda ancaq yel osor. Unut, oski günü, unut! Bax, göydoki qara bulud Məzlumların ahıdır! Bir katolik kilsosi qodor lal, Türküstanın colladına nifrotim. Sonin kimi azğınlara bir molal Golmozmi heç? Bon o güno hosrotim! Türküstandan başqa bir çox yerlor var! Sizo lənot edir, darğın obalar! Unut, oski günü, unut! Bax, göydoki qara bulud Mozlumlarm ahıdır! Dordə düşmüş insan oğlu yolunda, Ey hürriyyot, dorman sənin olindo! Asılmaya mohkum olan qardaşı, Qurtaracaq forman sənin olində! Yad ellordo yurok ver haqq qoluna, Günoşlər saç zavallınm yoluna! Çakva, 1917, 20 mart * * * Küsəyənlərə Qoy nə deyir desin hər yetən çaqqal, Bir yerdə yaşadıq, ağardı saqqal. Bal-mal istəmərəm, deyiləm baqqal, Şəkərim də sənsən, balım da sənsən! Başdan zor görürəm, bezdim ayaqdan, Bezikmişəm vallah, könül almaqdan. Görünür bizimki əyilmiş haqdan, Anamız küsəyən, arvad küsəyən. Əqrəba küsəyən, övlad küsəyən. “Can” dedim, ömrümdə eşitmədim “can”, Biçarə qəlbimi üzdü həyəcan. Müxtəsər, könlümə neştərlər sancan Hər qohum küsəyən, hər yad küsəyən! Əqrəba küsəyən, övlad küsəyən! Fələk polad kimi qəlbi yenərmiş, İnsanın iqbalı yaman dönərmiş. İndi anladım ki, ocaq sönərmiş, Ev əhli küsəyən, övlad küsəyən! * * * Kür -(İxtisarla)** “Mərcan suyu” qaynağın, Ellər sənin oylağın, Nə gözəldir yaylağın, Gəlin kimi baxan Kür! Dünyanın ilk çağından, Ərdəhanın dağından, Əski bürcün sağından Çıxıb keçən, axan Kür! “Alagöz”dən bu yana, “Ağbaba”dan o yana, Hey dayana-dayana Gəzintiyə çıxan Kür! Gürcücə “Matkovari”, Türklərin qədim yan, Gəzib bir çox diyan, Aşiqləri yaxan Kür! Dinləyib hay-huyunu, Çox içmişəm suyunu, Beş vilayət boyunu Əndamına taxan Kür! “Araqva”nı al yoldaş, “Alazan”la qucaqlaş, “Arazı” götür birbaş Get Xəzərdə yıxan, Kür! Get sallana-sallana, Suyunda çimsin sona. Girmə Tiflisdə qana, Nə bir ləkə, nə qan Kür! Məğrur olma çox ele, Ellərə bir şey söylə. Ceyran çölündən belə, Qıvrılaraq çıxan Kür! Gürcü, ləzgi, moğoldan, Güc yığıb sağdan, soldan, Sonra çıxınca yoldan Şimşək olub çaxan Kür! Çatıb bəzən qaşını, Bulayırsan başım, Yığıb çölün daşını Ölüm, barıt qoxan Kür! “Qaraoğlan” düzündə Şimşək çaxar gözündə, Nə duyulmaz sözündə, Hey canından doyan Kür! Hərdən çıxıb Muğana, Başlayırsan talana. Doydurdun bizi cana; Ölməzdi hər yıxan Kür! Gəl başını bulama, Get yolunla dolama, Pambıqları bulama, Çox kirlidir çuxan, Kür! Öt çəkinə, çəkinə, Dəymə bostan ləkinə, Girmə belə əkinə, Əldə qalar yaxan, Kür! Kür! Bir az dur! Bu doğrudur! - Bir səs duydum dərindən Çıxdım Qaf yoxuşunu; Zalımların əlindən Qapdım dövlət quşunu. Qumram yeni həyat, Mən hara, durmaq hara? Quşlardan aldım qanad- Dırmandım buludlara. Qorxunu mən qaldırdım Dövranın gərdişindən. Çox qurbanlar saldırdım Aslanların dişindən. “Məndədir qüwət” deyə Mən söylədim ucadan; Mən bağırdım fələyə: “Buyur, bu top, bu meydan”. Kür, Bu gün dünya qovuşmuş haq bağıran səsimden, Cahanın məzlumları feyz alır nəfesimden. Möcüzələr yaradır alnımdakı qan-tərim, Dünyanın hər yerində söylənməkdə hünərim. Mən tərənnüm etdiyim əmək qəsidəsindən, İdrakımla vurduğum çəkicimin səsindən Çatlayır divarlan qaranlıq zindanların, Mənədir hər ümidi əzilmiş insanların. Mən oldum ilkin quran dünyada düzgün əsas; Mən yıxdım, mən devirdim, mən aldım gücdən qisas. Mən artıq tək Kür deyil, Dənizləri boğaram. Məğrur olma çox, əyil; Qudurdunmu, qovaram. Qul olarsan istəsəm, Dırmaşarsan dağlara; Gəzməzsən belə sərsəm, Can verərsən bağlara. Tutaraq cilovundan Azdıra da bilərəm. Bu gün qətlinə fərman- Yazdıra da bilərəm. Əlimdədir cilovun, Sıxaram çıxar suyun; Sönər odun, alovun, Qısalar uzun boyun. Hər şeyini soyaraq Püflərəm çırağını. Məngənəyə qoyaraq Çıxararam yağını. Güvənmə çox qoluna, Düş doğruca yoluna. Sərsəm gəzmək yaramaz Peyin daşı, tarla qaz. Çevir dəyirmanımı, Çalıb döy xırmanımı Qırxaraq qoyunumu, Əyir, dara yunumu. Dolaşıb dağı, daşı, Qatırım ol, yük daşı. Əyil Kürüm, əyil keç! Meydan sənin deyil, keç! -18 aprel, 1930.** * * * Qafqazlısan, sev Qafqazı Sev bu yalçın qayaları, Bunlar şahin yuvası... Sev bu ıssız ormanları, Bunlar ərlər obası! Olduğunu keçmiş günlər-, Geri dönməz, bilirsən! Lakin şimdi günahımız Pək böyükdür, əl vurma! Qadınlardan belə qorxaq Kişilərdən iş sorma! Əsrlərcə Qara dəniz Hayqıraraq, coşaraq; Bu ölkənin hər yerini Bu dağlardan aşaraq; Yığılsa da, cəhənnəmlik Qara üzlər ağarmaz!.. Dünyada bütün ellər Bir araya toplansa; Ölkəyi gedərəməz, Ey ulu haqq, bağışla! Yox, müqəddəs göy üzünə Səslərimiz gedəməz! Namussuzluq çox alçaqdır, Bizi haqq da dinləməz! Qorxaq, alçaq bir millətə Tanrı da yol göstərməz! Ay qardaşlar, iş başına! Biz də bir iş görəlim! Yarın haqqın hüzuruna Tutalqacla gedəlim! Yoxsa bizim bənliyimiz, Varlığımız bitəcək! Tarix bizi lənət edib, Namus bizi itəcək! * * * Qara günlər əl götürməz yaxamdan Qara günlər əl götürməz yaxamdan, Yazmasın mələklər sözümü küfran, - Yaradılışımdan oldum peşiman! 25 mayıs, 1913 * * * Qaldı Mən dünyanın qucağında, Vətən adlı bucağında; Yandım fəraq ocağında, Közüm söndü, külüm qaldı! Gözlərimi açan gündən Uzaq oldum toy-düyündən! Nələr umdum mən bu gündən, Neçə ayım, ilim qaldı. Nəğmə deyən bir quş oldum, Ürəklərə qonmuş oldum. Məhəbbətə uymuş oldum, Şirin-şirin dilim qaldı. Belə imiş zaman demək? Nə düşünmək, nə qəm yemək? Onun-bunun nazını çək, Özüm getdim, elim qaldı! -Batum, 1916, sentyabr* * * * Qaldı Bir gül əkdim, açılmamış dərdilər. Zəhmətimdən mənə bir tikan qaldı. Əmək çəkdim, gün keçirdim, gül əkdim, Əməyimdən solğun bir fidan qaldı! Nə yazım yaz, nə də günüm gün oldu, Könlümün çiçəyi açmadan soldu. Qanadımı bir uğursuz əl yoldu. Yerində bir damla quru qan qaldı. Söylədiyim boş söz, tökdüyüm qan-yaş, Haqqıma, - kim ison - əl vurma, yavaş. Yavaş ki, dərdim ə ağlayan qardaş, Yerində, arxamda bir düşman qaldı. Yaralandım, sarmadılar yaramı, Yas gününə döndərdilər bayramı. Əlimdən aldılar son bir çaramı, Əsəri ruhumda bir fəğan qaldı! 8 aprel, 1913 * * * Qaspirinski üçün Milli sazlar çalır matəm... müsibət... Başdan-başa qan ağlayır bir millət! Dağlarına çökmüş matəm havası, Baxdım, ağlar türkün bağı-bağçası. Dedim nədir dərdin çarası? Nədən qara geymiş dostlar obası? Oxunur alnında dərin bir tasa, Qoca Türk, sən nədən batdın bu yasa? Tutmuşa bənzərsən xanlar qazası, Çoxmu böyük dərdin, yoxmu dəvası? Ortaq çoxaldıqca, kədər azalar, Anlat, bu duruşun bəni yaralar! Bayatına yaslı şerim qoşulsun, Sənin dərdin, bənim şerim bir olsun! Yıxıldı bir Kəbə mövtin əlindən, Yanıq bir səs gəlir Zəmzəm elindən! Hacər qurban verdi, Tanrı sınadı, Bənimkini qoyub onu almadı * * * Qəzəllər Mərhəmət etsən əgər varmı qüsuri bir gör, Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə! Baisi-mövtüm olub, batma vəfasız qanə, Bəsdir hicran yarası, bən ölürəm, rəhm eylə! Çox cəfa eyləyərək tərki-cahan qılırdın, Sonrakı aşiqinə, bən gedirəm, rəhm eylə! Ey xudavəndi-kərəm, əhvalimə eylə güzər. Taşa təsir eyləyən ahim sana etməz əsər! Səngdil olmaq sana bilməm neyçün vacib kibi, Sən hərami vacib etdin, çox dilə verdin kədər! Sən bəni xar eylədin, Allah səni xar etməsün, Hansı məzhəbdə rəvadır, böylə zülm, ey bixəbər! Sən bəni nalan edərsən halimə xəndan olub, Xəndeyi-rəhmət bana bəsdir təcəssüddən səmər. Öz camalından əgər kəndin xəbərdar olmasan, Bax də bir ayinəyi xofi-xudadan qıl həzər! Ararkən yarə uğraşdı, dilim məhsuldar olmuş, Nə məsudəm, xudavənda, müqabil gülüzar olmuş! Gecə-gündüz şikayətlər umə ruyin fəraqindən, Zəbanım lal olub hala: Müsadifi1-hüsni-yar olmuş. Gəzim əma idi əşki təhəssür tökməkdən naşi, Münəvvər qıldı yarım lütflə ol bəxtiyar olmuş! Nə gördim bir büti-zibayi-məh surət, hilal əbru, Bənim nəqşim qədər, hüsni məzid girdigar olmuş! Bükülmüş qamətim gördükdə ol sərvi-səmənsayı, Düzəldi qeddi-məyubim, hər qusum feyzbar olmuş! 1909, 3 noyabr * * * Qızım üçün Nişanlanmış siyahı elementi Qüdrətim olsaydı, yaza bilsəydim, Bir kağız üstünə bu dərdi, qızım! Sənin müsibətin mənim dərdimdən, Neyləyim ki, qat-qat betərdi, qızım! Bunu kim deyərdi bir səhər çağı Tarımar olacaq ömrümün bağı? İpək tellərinin gəlsə sorağı, Qəlbimdə nə güllər bitərdi, qızım! Mənim müsibətim gəlməz ki, başa Dur dedim, durmadı gözümdə yaşa. Desəydim dərdimi qəbirdə daşa, O da dil-dil olub ötərdi, qızım! Süzülüb bir daha gələ bilsəydin, Barı bir dəfəlik gülə bilsəydin; Ya da rahat-rahat ölə bilsəydin Bütün qəmim, qüssəm itirdi, qızım! Məktəb bacılarım gördülər zatən, Can verən sən idin, canı çıxan mən! Sən çıxıb gedərkən təzə aləmdən Mənim əlimdəki nə tərdi, qızım?! Göllərim qurudu, sonam ağladı, Sonama səs verdi, anam ağladı; Toyuna aldığım xınam ağladı, Mənə qara daşlar gül verdi, qızım! * * * Qızıma Qüdrətim olsaydı, yaza bilsəydim, Bir kağız üstünə bu dərdi, qızım! Sənin müsibətin mənim dərdimdən Neyleyim ki, qat-qat betərdi, qızım! Bunu kim deyərdi bir səhər çağı, Tanmar olacaq ömrümün bağı? İpək tellərinin gəlsə sorağı, Qəlbimdə nə güllər bitərdi, qızım! Mənim müsibətim gəlməz ki, başa, Dur dedim - durmadı - gözümdə yaşa. Desəydin dərdimi qəbirdə daşa, O da dil-dil olub ötərdi, qızım! Süzülüb bir daha gələ bilsəydin, Ban bircə dəfə gülə bilsəydin, Ya da rahat-rahat ölə bilsəydin, Bütün qəmim, qüssəm itərdi, qızım?! Məktəb bacılann gördülər zatən, Can verən sən idin, canı çıxan mən. Sən çıxıb gedərkən təzə aləmdən, Mənim almmdakı nə tərdi, qızım?! Gözlərim qıirudu, sonam ağladı, Sonama səs verdi anam ağladı, Toyuna aldığım xınam ağladı, Mənə qara daşlar gül verdi, qızım! Səndən bir yadigar qalacaq deyə, Of.. yaza bilsəydim bircə mərsiyə; Biçarə qəlbimi sərinlətməyə, İnan, ömürlükcə yetərdi, qızım! * * * Qurban olduğum Bir xeyli zamandır getdi, gəlmədi, Əhdi peymanına qurban olduğum! İstədi can verdim, qədir bilmədi, O şirin canına qurban olduğum! Dedim: ayrılığa yoxdur tavanım, Ayrılıb getməsin sərvi-rəvanım! Bir daha dönməzmi yosma tərlanım, Adma, sanma qurban olduğum! (O təmiz qanına qurban olduğum!) Mən hey göyə baxdım, göy mənə baxdı, Göylərə baxmaqdan gözlərim axdı! Şimşək oldu, ancaq bir dəfə baxdı, Baxdı qurbanına qurban olduğum! Könül vermək istər bir müjdə yenə, Sevgili yurdumun gözəllərinə! Şerimə can verib, göylərdən enə, O haqq divanına qurban olduğum! O mənim şerimin ruhu, rəvacı, Bütün gözəllərin başının tacı! Bilməzmi ki, onsuz ömrüm çox acı, Şöhrətü şanma qurban olduğum! Gözəlliklər yapma, duyğular cansız, Mənə tən eyləyir hər yetən qansız. Atılan oxlardan çıx gəl ziyansız, Namü nişanına qurban olduğum! Bir gecə yatmışdım qəmli, mükəddər. Qəlbimi sıxırdı sonsuz fikirlər. Birdən Günəş doğdu, açıldı səhər, Baxdı gözlərimə o qumral gözlər! Səsimə oyandım, bomboş bir otaq, Dağların qarma dönmüşdü yataq. Eşqimə, duyğuma yoxdu bir ortaq, Bu iyi dünyada ixtilat qataq! -Batum, 1916* * * * Quq-qulu-qu Quq-qulu-qu! xoruz ötər, Bizə deyər, uyqu yetər. Tənbəlləri sevməm əsla! Haydı, gedin iş başına, Qalxın artıq, yetər uyqu! Rəncbər, qıra yollanmalı, Çapa, sapan qollanmalı, Əkmək lazım buğda, arpa, Dünya bəklər səndən qida. Quq-qulu-qu! Quq-qulu-qu! Sabah oldu, yetər uyqu! * * * Quşlara Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var, Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar? Siz də bəlkə insan kimi buraxdınız yuvalarda, O gül üzlü balanızı… Yoxsa nə var havalarda? Aman, quşlar, mən yanıldım, sizdə ürək nur parçası, Bizdə murdar yığınır, o məhəbbətin Kərbəlası! Sizdə heç bir baba yapmaz bele müdhiş cinayeti, Bizim kimi sizdə yoxdur anaların xəyanəti. Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin, Siz kim sədən inciməyin, kimsə sizdən incimosin! Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində? Ruhum aydm bir iz arar bu qaranlıq çöl içində. Varsa sizdə artıq qanad, Allah üçün, verin mana, Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha! Heç olmasa, onu alın — çox yazıqdır — yanınıza, Nazlı quşlar, sığınmışam adımza, şanınıza! -5 fevral, 1914* * * * M.Ş Sən kimsən, ey qatil, hansı millətsən? Vicdan pəncəsilə canın didilsin. Sən nasıl öldürdün bütün milləti? Nasıl sərdin yerə böyük şövkəti? 2 iyun, 1913 * * * Madonnaya Mən doğrusu, bu boşluqda dolaşan Məfkurəsiz, sərsərinin biriyəm. Sən deyirsən - masallarda duyduğun, Eşitdiyin əfsanəvi pəriyəm. Nə lüzum var dəlil, sübut bulmaya? Mən hazıram sənin qulun olmaya. Heç deyildir gözlərin də bəşəri; İnandım ki, sən pərisən, sən pəri! Tök alnına o avara telləri, Qoy olayım, bundan betər sərsəri! Ağlataraq əski, qırıq sazımı, Canlatayım bir az, sönük yazımı! Bu doğrudur, sevda olur əzəli; Mən şairəm, həyatımdan bezəli. Ancaq mən bu fırtmada üzəli, Görməmişəm sənin kimi gözəli! Qoy başına gözəlliyin tacını! Könlümdən al qulluğunun bacını! -1922, 17 kanun sani* * * * Maxmurova üçün Məxməri ormanlarda çiçək dərdiyin yerdə, Baxarsan çiçəklər var açar kölgəliklərdə. Bənzəməz bu çiçəklər qaynar, qanlı laləyə, Lalələr ki oxşayar qan dolu piyaləyə. Bənzəməz bu çiçəklər günəşdən doymuş gülə, Onların ətirləri bəzən duyulmaz belə; Ruhumu sərməst edən çiçəklər də gördüm mən, Onların sər tacı da qıvırcıq tel yasəmən. Onlarda rəng də vardır, çoxu da tabaq-tabaq, Ancaq bu gün gördüyüm bu incə dallı zanbaq, - Bir süzülüb gedincə satar yaşıl sərvə naz, Gül sərrafı olmayan bundan bir şey anlamaz. Varsın, yanaqlarında çıxmasın qızğın günəş, Mənim küskün ruhuma, belə gözəllərdir əş; Yetişmiş əfsanəli kölgələrin qoynunda, Bu qızdan çəkinməli qorxulu eşq yolunda. * * * Marş Millətimin tarixinə, Şan və şərəf əkməliyəm. Şu qarşıda yad qanıyla Bir al bayraq tikməliyəm. Düşmənlərə göstərdim ki, Mənim kimi əsgəri yox. Mənim fateh Orxan-zatım, Dünyanıñ heç yerində yox. İsmarladım nişanlıma Mən Turana gediyorum. Qardaşımı qurtarmaya, Türküstana gediyorum. Şu bayrağa xain baxan, Xain gözə bir tikanam. Ölürəmsə, kölgəsində Halal olsun ona qanım. Şəhid olsam, dost elində, Mənə məzar qazılmasıñ. Qazanarsam əsir adı Xaqanıma yazılmasıñ. * * * Mayıs Mən hər ildə bir mayısa Lap çox ümidlər bağlaram. Hər gələcək mayıs üçün Nisan ağlar, mən ağlaram. Düşdüm çorluq biyabana, Sığınamam bir insana. Gözəl mayıs ümid səna Hər yan ağlar, mən ağlaram! Bax dumana - dağ başında, Dərdə düşmüş - gül yaşında, Coşmuş gözlər - yaz başında, Duman ağlar, mən ağlaram! Sənsiz bir gül, ya bir şer Hərdən məni məmnun edir. Sorsa bir kəs dərdin nədir? Soran ağlar, mən ağlaram! Açmazmı gül sağda, solda, Görünməzmi bəyaz alda?! Sənsiz böylə, yan yolda, Qalan ağlar, mən ağlaram! Olmadan axşam əzanı, Yola çıxart yol azanı. Kəsmiş yolu dərd tufanı, Karvan ağlar, mən ağlaram! Səccadəyə alın sürtən, Birlikdə bir cənnət görən, Haqq yolunda Xəlil verən Qurban ağlar, mən ağlaram! Boş çıxarsa bunca əmək, Babalarca bu nə demək?! Qədərmidir, yoxsa fələk, Duyan ağlar, mən ağlaram! Xoş hər mayıs batmaz yasa, Hər zamanmı mənə taza?! O gün də bir gün olmasa, Vicdan ağlar, mən ağlaram! * * * Mən olaydım Bu sevincli günlərin, Bu ellik düyünlərin, Bu nəşəli toyların, Bu artımlı boyların Carçısı m ən olaydım! Bu sevimli fəsilin, Bu canlanan nəsilin, Bu şərəfli ordunun, Bu işçilər yurdunun Carçısı m ən olaydım! Bu uğurlu səhərin, Bu dumanlı şəhərin, Radiolu kəndlərin, Arazdakı bəndlərin, - Carçısı mən olaydım! O ağ başlı sarvanın, İpək saçlı tarlanın, O qotazlı bağların, Nazlı, sazlı bağların Carçısı mən olaydım! Dağlardakı yolların, Yollardakı qolların, Qollardakı qüvvətin, Qüvvətdəki hikmətin Carçısı mən olaydım! Sönınəyən yıldızların, Göydə uçan qazların, Yerdo qaçan şimşəyin, Çirmənib əlloşməyin Carçısı mon olaydım! Bu somimi sosimlo, Sönməyən həvosimlə, Yanlış yoldan çəkib ol, İndi yox, daha əvvol Firqədəki ərlərin, Tarladakı nərlərin, Bu şərəfli kitabın, Uğurlu inqilabın Carçısı mən olaydım! Mon olaydım carçısı, Bu sevincli günlorin! Mon olaydım carçısı, Bu ellik diiyiinlərin! 15 iyun 1934 * * * Mən kiməm Soranlara mən bu yurdun, Anlatayım nəsiyəm: Mən çeynənən bir ölkənin Haqq bağıran səsiyəm. Mən şairəm, doğru amma Başqa dilim, diləgim. Bu gördüyüm viranədə Nə nəşidə söylədim? Toxundumu yazdıqlarım Qəlbin incə telinə? Bax nə haqsız bir axın var Yoxsulların elinə?.. Sən nə dersən bu sevdalı, Həm bu derdli gedişə? Ey yanmın həsrətilə Boynu bükük bənövşə? Mən qıyamam yar gəlirkən Salladığım məndilə. Ah ey fələk, ağlar isəm, Göz yaşımı kim silə? * * * Mən tapmışam Ey Tanrının cənnət uman qulları, Mən cənnəti bu dünyada tapmışam! Aramaqdan bezdiyiniz yolları Axtarmadan mən sevdada tapmışam! Oxşayaraq ulduzunu, ayını, Necə sayım cənnətimin sayını?! El deyən cənnətin mən bir tayını Açıq gözlü bir röyada tapmışam! Eşitmədən, anlamadan yerini, Dərvişlərin çağırdığı pirini; İnandığım ərənlərin birini Uc-bucaqsız bir səhrada tapmışam! Daşıyanlar vicdanların darını, Bucaqlarda gəzər gözəl yarını! El cəfada diləndiyi varım, İmanmı mən səfada tapmışam! Ürəkdən neylərə çəkdirən “yahu”! Aşığın inləyən telə sorduğu, Böyüklərin sanıb heyran olduğu Nüktəyi mən macərada tapmışam! Şərqin gülü, neyi, meyi, nəvası! Qərbin könül sıxan ağır havası! Rahiblərin, keşişlərin duası Umduğunu masəvada tapmışam! Çıxmışkən günahı vaizin dizə, Vəz edib, durmaqda bax yenə bizə! Söylənəcək sözü dinə, dinsizə, Vicdanımda bir sədada tapmışam! Mən ki, hindin sufisinə, sözünə, Qulaq verməm, Qərbin baxdım üzünə! Büründüyü tülə deyil, gözünə Neydəkini mən nəvada tapmışam! Ağlamazsa qara bəxtin buludu, Bəsləyir vicdanım bir böyük duyğu! Hər iki dünyanın hardadır sonu? Cavabım intiyada tapmışam! İnandım ki, hər fəıyadın sonu var! Bir gün gələr: Yer üzündə yaz olar! Gələn günü düşünənlər, yazanlar, Duyduğunu bu xülyada tapmışam! -Batum, "Açıq söz", 1917, 20 iyun* * * * Mən tuqayam, bir quşam Mən tuqayam, bir quşam, Oynayıb yorulmuşam. İstəməm yorğan-döşək, Anamın qoynu göyçək. Baxım onun gözünə, Qulaq verim sözünə. Mənə versin ağılı, Çox söyləsin nağılı. * * * Mərsiyə Cavan öldün, dünyadan kam almadın, Çox çalışdın, zəhmətdən heç doymadın. Əfsus ki, fikrinə nail olmadın, Ağla qardaş! Ağlamalı günündür! Çıxarmayaq yaddan biz tez onları, Həp vətənə qurban olmuş canları; Tanrı qəbul etsin belə qurbanları! Ağla, qardaş! Ağlamalı günündür! -Gəncə, 1912* * * * Milli marş (Azərbaycan Xalq Cümhuriyyətinin himni) Azərbaycan, Azərbaycan! Ey qəhrəman övladın Şanlı Vətəni! Səndən ötrü can verməyə, Cümlə hazırız! Səndən ötrü qan tökməyə Cümlə qadiriz! Üçrəngli bayrağınla Məsud yaşa! Minlərlə can qurban oldu! Sinən hərbə meydan oldu. Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan! Sonə hər an can qurban! Sənə bir çox məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən, şanlı Vətən, Azərbaycan, Azərbaycan! * * * Mirzə Abdulla (Sur) Məmmədzadə Ey qardaşlar! Bir zamanlar elmisizlik dumanı, Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı. O zəhərli havalardan gül yanaqlar solmuşdu, O gün xain, pis əllərdən Vətən xarab olmuşdu! Göylər bizə işıq deyil, yıldırımlar saçırdı, Günəş, yağmur, sular bizdən uzaq qaçırdı. Allah belə qəbul etməz oldu bizim qurbanı, Bizi o gün boğuyordu azğınlığın tufanı; Quran nədir? Anlamazdıq. Vətən nədir? Bilməzdik. Qarşımızda yetimlərin göz yaşını silməzdik. Ağlanacaq bir hal idi, kəndimiz də görürdük, Dilimizin, dinimizin getməsinə gülürdük. Bu Vətənin bunu görən südü təmiz övladı, Bir qaç kişi o gün bizim qara günü anladı! Ağladılar, sızladılar, yalvardılar Allaha, Ulu haqqın rəhmi gəldi könlü qırıq onlara! O gün bizim dağlarımız bir az güldü şehleşdi, Bacanqlı bir qaç qollar zülmətlərlə əlləşdi! Ey qardaşlar! Yurdumuza Günəş yeni doğmuşdu, Bir azacıq - demək olar - dostlar deyən olmuşdu!.. Ancaq dünən başımıza kölgə salan bir bulud, Önümüzdə!.. Haqqın varsa, ey daş ürək, gel unut!.. Yox, yox... Sizin məzarınız qəlbimizin en dərin Bir yerində saxlanmışdır, o pak ruhun için! Bütün dünya alt-üst olsa, mən ki, səni unutmam, Ay qardaşlar! “Amin!” deyin, Allah bunu əfv etsin! -Gəncə, "İqbal”, 1912, 17 may* * * * Müəllim Döşündə üç qızıl medal, Gözlərində bir general. Baxışı var, yüksək boylu, Qalm bığlı, köksü dolu; Əllərində yun əldivən, Kimdir bu sallanıb gedən? Müəllimdir, bu müəllim. Çox mükəmməl almış təlim! * * * Münəcat Əsirgəsin Tanrım yabançı gözdən Bizim eldə məbədinin daşını! Acı bizə, imanımız sönməsin, Rəhmətinlə keyit bu göz yaşını! Yarəb, Vətən sənin, iman sənindir! Mömünü güldürən Quran sənindir! Vətəndə lal qalan məscid, minarə. Gözün dikmiş səsin golən diyarə. Qəribliyə deyilmi bu işarə? Məhşər oldu... atma bizi kənarə! Yarəb, Vətən sənin, iman sənindir! Mömünü güldürən Quran sənindir! Sufilərin böylə olub, küsməsi, Azanlarm titrəyərək əsməsi. Xətmlərin, xütbələrin hər səsi Çağırmaqda imdadına bir kəsi! Yarəb, Vətən sənin, iman sənindir! Mömünü güldürən Quran sənindir! Ey mərdliyi ilham edən böyük haqq! Buyruq sənin qullarına, nə sormaq?! Pək derdliyiz, bir arzumuz var ancaq, Cəbrayılla göndər bizə bir sancaq! Yarəb, Vətən sənin, iman sənindir! Mömünü güldürən Quran sənindir! Kərəm inlə xəbər verdin adını, Bizə daddır o cənnətin dadını! Ümmətinin düşündürüb şadmı, Ağa, tikmə bizə, hər yad qadmı!.. Yarəb, Vətən sənin, iman sənindir! Mömünü güldürən Quran sənindir! * * * Nə gördümsə Ərməğanım yaslı nəğmə, Bir quş oldum, çıxdım yola. Getdim gördüm dost elində Nə bir səs var, nə bir layla. Bir yığıncaq gördüm, dedim: Bəlkə toydur qızlar oynar? Baxdım ellər batmış yasa, Nə oynayan, nə gülən var. Sordum qərib minarədən: Axşam olmuş, əzan hanı? Bayquş qonmuş minbərlərə, Deyən hanı, duyan hanı? Belə getsə, o dağlarda İllər keçər, çiçək bitməz. O dağları duman basmış, Duman getməz, yaman getməz. Coşqun irmaq kənarında Nə qızlardan bir nişan var. Nə oğlanlar islıq çalır, Nə qaynayan, nə coşan var. Bir dul gəlin könlü coşmuş, Yol göstərin hanı yarı?! Oğlan çıxmış dönməz yola, Nə nəşi var, nə məzarı. Vicdan mənə əmr edir ki: Belə gündə bayram etmə! Quran mənə yol göstərir: Yoxsulları məyus etmə!.. * * * Nə yazım Nə yazım, ayrılıq nədir bilməzsən, Nələr çəkdiyimi çəkənlər bilər. Nə deyim, söz varmı dərdimə ölçü, Sənsiz göz yaşları tökənlər bilər! Sənsiz nədir Günəş, nədir qaranlıq? Nədir günahımız biz ayrı qaldıq? İşıqsız bir dünya yaşarmı artıq? Gözünə qaranlıq çökənlər bilər! Bəlkə sən anmadın mənim adımı?! Bilməm xatirində yerim qaldımı? Mən bir çiçək quşu - pozmam andımı, Güllər bilməsə də, tikanlar bilər! -Dərbənd, 3 may, 1920* * * * Nə üçündür Nə üçündür bu keşməkeş... bu qovğa?.. Nə üçündür tərs yaranmış bu dünya? Nə üçündür sabah, axşam oluyor, Açan güllər bu tezliklə soluyor? Bu sızlayan qəhqəhələr nədəndir? Neçin belə son yaraşıq kəfəndir? Kim yaratmış bu yerləri, göyləri? Kim eləmiş məni belə sərsəri? Neçin çoxdur yarayandan yaramaz? Neçin belə arayandan bulan az? Nə olmuşdur neyi gəlmiş nəvayə? Onundamı bəxti uyğun cəfayə? Ey ağlayan beşikdəki biçarə? Bəxtin gəlmiş, düş beşikdən avarə! O ki, belə məhv eləyir dünyayı, Qıran yoxmu o uğursuz ox-yayı? Bu hər zaman olacaqdır, eləmi? Gül yanaqlar solacaqdır, eləmi? Əskilərin fəlsəfəsi, hikməti, Dünyalarca elmi-ürfan lüğəti; Alimlərin çıxardığı haşiyə. Zahidlərin yapışdığı haqq deyə; Rahiblərin dindaranə ədası, Sofılərin meti, meyi, sədası; Bunlar hamı qurularçün əcəba? Bu müəmma, yenə əski müəmma! Hamı deyir inan mənə sözüm haqq! Qarışmışdır bir-birinə haqq-nahaq. Deyirlər ki, yerdə din var, kitab var, Hər bəndədən sorulacaq hesab var. Mən dedim ki, kim soracaq və nerdə? Dedilər ki, o qəlbində, hər yerdə? O var isə, yalnız vicdan olacaq! Fəqət bundan ölüm çıxmaz, mühaqqah. Fəqət solan ortalıqda gülümdür, Mənim dərdim ayrılıqla, ölümdür! Mən doğrusu, daim gülmək istərəm, Nə öldürmək, nə də ölmək istərəm! Artıq yetər Yer üzündə axan qan, Yetər artıq bu göz yaşı, bu hicran! Mən istərəm yaşıllıqlar solmasın! Sevdaların sonu hicran olmasın! Qurumasın gözəl üzdə tər danə, Nə ağlasın bülbül, nə də pərvanə! Dilindəki aşiqanə qəzəli Qoy oxusun o qəlbimin gözəli! Ürəyində nə dərd qalsın, nə qayğı, Mən görməyim səadətin sonunu! Ölüm getsin, qalmasın da kölgəsi, Olsun dünya - o bir sevinc ölkəsi! Ah, bu günlər könül belə umunca, Dəyişsəydi bir göz açıb yumunca! Ey uçarkən düşüb ölən kəpənək, Sən də gözlə, elə bir gün gələcək!.. -Qusar, 1921, 3 mayıs* * * * Nədən yarandın Sən qüdrətin aşıb-daşan vaxtında Mələklərin gülüşündən yarandın. Səhər dilli bir fırçanın əlilə Ahuların duruşundan yarandın. Ay işığı... Gözəlliyin, qızlığın Çiçəklərlə öpüşündən yarandın. Sərinlətdin baxışınla könlümü, Buludların uçuşundan yarandın... Qələm əldə ilhamını dinlərkən Sən qəlbimin vuruşundan yarandın. * * * Niyə gəlmədin “Mey”dən könül küsdü, sana sarıldı, “Gəldim ” deyib durdun, niyə gəlmədin? Andım səni, bana “ney”lər darıldı, “Bildim ” deyib durdun, niyə gəlmədin?! Artıq bənim yarım deyil xəyalı, Heç bir qaşa bənzətmərəm hilalı; Bir dəliyəm sana meftun olalı, “Bildim ” deyib durdun, niyə gəlmədin? Bən inləməm hər bir ufaq yaradan, Bənim qönçəm gülmüş bahar olmadan. “Birləşin” dedi ki, bizi yaradan, “Bildim” deyib durdun, niyə gəlmədin?! Pərişandır könül, pərişanam bən, Gözəl qız, qoşarsan, dərdimi bilsən! Gəl, bu yad ellərdə şənliyim ol sən! “Gəldim” deyib durdun, niyə gəlmədin?! Qələm sağər, deməz, etməz istiğfar, Səninçün sərxoşdur, saçılar yazar. Bən səni sevmişəm, bunu kim pozar? “Bildim ” deyib durdun, niyə gəlmdin?! * * * Sevgi candan ayrılmaz Sevən könlüm sevdi səni, Sevgi candan ayrılmaz! Rahibim ol, yolum göstər, Din imandan ayrılmaz! Pəncərəyə nə qonmusan? Yoxsa bəni sən anmısan? Yüzsən, minsən, milyonmusan? Ruh gümandan ayrılmaz! Gündüzüm tar, gecəmsə yox, Sevincim az, kədərim çox! Dilim qabar, sözüm “ah”, “ox”, Ah amandan ayrılmaz! Məcnun çöldə, mən meşədə, Canım div tək bir şüşədə. Gözüm qalıb bənövşədə, Quş ormandan ayrılmaz! Kol dibində bitərəm mən. Bülbül olub ötərəm mən! Dağa qalxsam, itərəm mən, Dağ dumandan ayrılmaz! Dövran atar şeş-beşini, Yelə verər peşkəşini! İndisini, keçmişini, Söz zamandan ayrılmaz! Kimi ağlar, kimi gülər, Göz yaşımı kimlər silər? Balıq bilməz, xaliq bilər, Gün cahandan ayrılmaz! * * * Sevməsəydim səni mən İnanmadın sözümə, Bir gülmədin üzümə. İllər məni ucaltdı, İllər məni qocaltdı. Deyirəm öz-özümə: Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?! Bağda çiçək dərəndə, Dosta töhfə verəndə; Hey düşürsən yadıma, Yanıram öz oduma! Bir gözəl gül görəndə, Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?! Yaylağa çıxanda da, Dost əli sıxanda da; Yollar çənə bürünür, Dağdan duman sürünür! Bir qıza baxanda da, Keçərdinmi qəlbimdən Sevməsəydim səni mən?! Quşlar qanad çalanda, Çölə haray salanda; Yenə səni anıram, Andıqca da yanıram? Könlüm ilham alanda, Keçərdinmi qəlbimdən Sevməsəydim səni mən?! Gəzib çölü, çəməni. Ən gözəl bir nəğməni, Durub dinləyəndə mən Yadıma düşürsən sən. Rahat qoymursan məni! Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?! Hər gün söküləndə dan, Oğrun-oğrun uzaqdan Gözlərimə baxırsan, Ürəyimə axırsan! Hər şeir yazan zaman: Keçərdinmi qəlbimdən Sevməsəydim səni mən! Sevməsəydim səni mən?! * * * Səhər-səhər Yarın bağçasında güllər açılıb, Bülbüllər ötüşür, gəl səhər-səhər! Çarhovuz başında bir telli sənəm Baxıb güzgülənir, bil səhər-səhər! Güllərin üstündə parlayan şehdi, Qəlbimdən keçənlər nə sərin mehdi! Gözümə görükən qövsü-qüzehdi, Hicran qubarını sil səhər-səhər! Çətirli ağaclar sanki ormandı, Həyat göz qırpımı, ömür bir andı! Cavad, düşündüm ki, bu nə fərmandı, Danış səhər-səhər, gül səhər-səhər! * * * Səhər zamanıydı əsərkən yellər Səhər zamanıydı əsərkən yellər, Düşərkən jalələr oyatdı səni. Çatıldı qaşların, darıldın mənə, Islatdı jalələr nazik bədəni. Bütün bir səhəri yalvardım durdum, Boş qalmış qoynuna çiçək doldurdum. Gülzanna Quran deyə əl vurdum, İnanmadın niyə, gülmədin niyə? And içdim ki, könlüm sənsiz yaşamaz, Sənsiz, o bir ağlar telli sınıq saz. Qollarına verdin o dəm bir pərvaz, Oxşadın sinənə cansız düşəni. İndi sənsiz xəstə könül sərsəri, Dolaşmaqda bütün qürbət elləri, Hey könlümü bir yol güldürən pəri, Niyə ağlar qoydun illərcə məni? * * * Sən Ruhum müdhiş bir qaranlıq içində Çırpımrkən, imdadıma yetişdin! Fırtmalar ümidimi boğarkən Xıznm oldun, fəryadıma yetişdin! Bir sınıq şəhpərlə çıxmışdım yola, Üzlədigim yeri görmədim əsla; Yorğunluq çökmüşkən qanada, qola, Qüvvət oldun qanadıma, yetişdin! Azmışdım yolumu, qarşımda ölüm... Yaslara batmışdı gülüm..., bülbülüm. Ölmüşkən əməlim, solmuşkən gülüm Gözlərinlə sən dadıma yetişdin! 8 noyabr, 1913 * * * Sən ağlama Mən deyən yox, fələk deyən oldusa, Əsdi yellər, gül yanağın soldusa, Dərd əlindən ala gözlər doldusa, Sən ağlama, mən ağlayım, gözəlim! Uğrunda olmuş ikən sərsəri, Mən öpmədən o qıvırcıq telləri, Dağıtdısa təbiətin yelləri, Sən ağlama, mən ağlayım, gözəlim! Hanı sənin hər eşqinə, hər gəncə Eşq oxuyan qəlbin, sönmüşdür məncə, Bulamayırsa qəlbin artıq əyləncə, Sən ağlama, mən ağlayım, gözəlim! Bir quş idim gecə-gündüz sizlərə, Yazıq, məni güldürmədin bir kərə... Baxıb indi alnındakı izlərə Sən ağlama, mən ağlayım, gözəlim! Mən baxarkən sən vurduğun yaraya, İndi zalım fələk girdi araya... Bax, xəstə qəlbimlə gəldim haraya, Sən ağlama, mən ağlayım, gözəlim! * * * Sənət qəhrəmanlarına Demişlərdi mənə: “Sən də bir şey yaz Bu fənn ordusunun nəfərlərinə. Öz yaşından böyük iş görənlərin Bir afərin söylə hünərlərinə” . Məncə hər yazıdan daha parlaqdır Kiçik dəmirçinin alnındakı tər. Ey kiçik dəmirçi, duyduğun haqdır, Çalış yurdun üçün özünü göstor. Zamanı gəlmişdir, sıran yetişmiş, Çalış qulluq elə bəşəriyyətə! Göstərdiyin hünər, yaratdığın iş Haqdan qüvvət alır, haqdan əlbəttə. * * * Səslər -1.** Bu səsi mən duymadım, Ağlayan dərdli neydən. -2.** Bu səs bambaşqa şey di Qəzəldəki gileydən. -3.** Bu səsi duyammadım Mövləvi dərgəhindən. -4.** Bu səsi duyammadım Bağrı yanıq bülbülün Sızlayan cəh-cəhindən. -5.** Mən bunu eşitmədim Bəzmin ayaqlarından Mey soran saqilərin Gülgün dodaqlarından. -6.** Mən bunu dinləmədim Hicranı vüsalından Daha çox sürən yardan. Sızıldayan kamandan, Qüssəli, qəmli tardan. -7.** Nə mümkündür durulsun Böylə imanlı bir səs. Xayır, mənim duyduğum səs Bunlara heç bənzəməz. Bu səsi mən duymadım Əski dövr ozanmdan. Küsəgən camelərin Titrəyən əzanından. Bunun yanında söndü “Ərkinəqon” nağılı. Bundan bir şeymi anlar Ərənlərin ağılı?! Tarixə sordum bir gün Haqqında əbəs, əbəs. O da heç görməmişdir Böylə uğurlu bir səs. -8.** Çox danışdım könlüm ilə, Birdən gəldi qəlbim dilə, Dedi: bəzən keçmişdə; Böylə səslər doğulmuş. O yalmqat səslər də Beşiyində boğulmuş. Mən özüm də doğrusu Bu səsin heyranıyam. Cansızlara can verən Nəfəsin heyranıyam! Bu səsin Məcnunudur Musiqi, sənət, şeir. Çünki bu qoç döyüşlü Bir sinifin səsidir. Budda böyük adı ilə, Musa öz inadı ilə; İsa qanlı xaçı ilə Xaçilə, torpağilə; Məhəmməd Quranilə, Qılıncı, qalxanı ilə; Dinlədiyim səsdir, o səs, Heç bir səsə bənzəməz! Bən səninçün bəzəmişəm yolları, Sənin üçün sevdim qürbət elləri! * * * Surətpərəstəm Bir şeir qoşmuşam dillərdə gəzir, Uçub oba-oba ellərdə gəzir. Könlüm Məcnun kimi çöllərdə gəzir, O mənim şərqimdir, o mənim bəstəm, Mən şeir aşiqi, mən sözpərəstəm! Cananın buxağı dümağ, ağ ola, Eşqi buludlarda, kefi çağ ola! Dərdi nazü-qəmzə, canı sağ ola, Mən çoxdan sərxoşam, mən çoxdan məstəm, Gözəllik vurğunu, gözəlpərəstəm! Bir şəkil çəkmişəm, dünyada təkdi, Canlanıb ilk dağı sinəmə çəkdi. Burdan gəlib keçən o qız mələkdi, Mən söz ovçusuyam, söhbətpərestəm! Mən üz dəlisiyəm, surətpərəstəm! Mənim gördüyümü, Vaqif görməyib, Mənim hördüyümü, Vaqif hörməyib. Mənim dərdiyimi, Vaqif dərməyib, İnci zərgəriyəm, naxışpərəstəm! Mən göz xəstəsiyəm, baxışpərəstəm! Kim deyir “düz gəzir”, “əyilməzəm mən Dosta dost, yada yad “deyilməzəm mən” Demirəm, poladam, “yiyilməzəm mən”; Yarın qabağında lalam, şikəstəm, Məhəbbət əsiri, sevgipərəstəm! Sinəmdə yer tutub gözəllər bir-bir, Sinəmdə bağ salıb, gəzərlər bir-bir Sinəmi tapdalar, əzərlər bir-bir, Çinaram, palıdam, sərv kimi şəstəm, Aşiqəm, məşuqla sevdapərəstəm! Ömrümü etmişəm bu yolda fəda, Qoy gəlsin onlardan canıma qada! Neyləyim birisi çatmayır dada; Özümə yağıyam, özümə qəsdəm, Leylisiz Məcnunam, Leylipərəstəm! Onun dodağında gülüş görürəm, Onun gözlərində öpüş görürəm. Onun yerişində görüş görürəm; Onların önündə acizəm, pəstəm, Gülüş, öpüş, görüş, duruşpərəstəm! ... Bir gözəl sevmişdim altı yaşımdan... Şəkili getməyib hələ başımdan! O məndən utandı, mən göz yaşımdan... Fars demiş, əzəldən “nistəm ki, nistəm”! Mən ürkək, mən dəli ceyranpərəstəm! Sevgi işığında gözüm qamaşır, Xəyalım titrəyir, fikrim dolaşır. Tanrım, o gözələ Cavad yaraşır; Bu ilahi ziya, qüdrətpərəstəm! Gözəl üz, gözəl göz, surətpərəstəm!! SURƏTPƏRƏSTƏM!!! -Gəncə, 1918* * * * Şeirim Şerim sınıq bir türk sazı, ağladaraq tellərini, Adaq-adaq gəzmək istər könlüm Turan ellərini! Ben bir Turan yolçusuyam, əlimdə bir sönük məşal, Aman, şerim, hüm m ət eylə, aman, təbim, bir qanad çal! Açın qəlbim qubarını, baxın nədir baş yazısı? Əwəl Allah göndərəndir, sonra Türkün bayatısı! Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı Kölgəsində düşər yerə Türkün əgilm əyən başı! * * * Şerimə Ey çürük ruhumda doğan nəşidə, Bən səni çox sevdim doğduğun gündə. Səmimi bir cocuq gülüşləriylə, Çırpınıb açdığın o dadlı dilə; Heyran oldum, dönə-dönə dinlədim, Uyudun, üstündə ninni söylədim. Doğarkən təbimdə, duydum dilindən, Əlimdən çıxarkən öpdüm əlindən. Bilmədən başına nələr gələcək? Sən bir çiçək oldun, bən bir kələbək! Yeltənmə bu gün kəndini sevdirməyə yersiz, Əlləşmə bənim açmağa qəlbimdə bir iz! Get, qalma yolundan “sonu yoxluq” Vətənindir! Al, get! Sana göz yaşları, bunlar da sənindir! Gəldin də sevindim, gedər olsan yenə öylə, Artıq o yavan sözləri şeytanlara söylə! Şerin canı, şairdə olan canlı hərarət, Yox səndə o, çünki bana heç olmadı qismət! Təbimlə bərabər yürü “heçlik”, yürü “yoxluq” ! Get, get bana təsir edəməz yapma cocuqluq! * * * Şəhid şeir Əsirim, umdum ki, Xızrım gəlecək, Çıxdım ki, yollara edəm sorağın! Dedim gəlsən, könlüm, gözüm güləcək, Baxdım bükük boynun, solğun yanağın, Əsir cənazənlə qarşıma çıxdın! Bir quşa zülm etdin, bir yuva yıxdın! Şəhid qardaş, bu gün sizin obalar, Anar qərib səni, düşünüb ağlar. Qardaş yada salmaq böyləmi olar?! Qapanmaz gözlərin, bir sözünmü var? Qəbrin “gül” açınca ağlaram sana! “Qara gün” keçincə ağlaram sana! Dağlar gülümsərkən, dumanlar aldı! Bükülməz qolların nədən boşaldı?! Gəldin, yoxsul ninən kimlərə qaldı? Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı! Ölsən də söz yox ki, qanın coşacaq! Düşman boğmaq üçün dağlar aşacaq! * * * Şəhidlərə -Azərbaycandakı osmanlı şəhidlərinə* Qalx, qalx! Sarmaşıqlı məzar altından, Gəlmiş ziyarətə qızlar, gəlinlər. Ey karvan keçidi, yollar üstündə, Hər gələn yolçuya yol soran əsgər! Sənin qovduqların yabançı xanlar, Qurtardı ölkəmi tökdüyün qanlar! Bax nasıl öpməkdə tozlar, dumanlar, Qərib məzarını mənlə bərabər! Sənin qanındanmı düzlərdə böylə Qüdrət bitirmişdir sayılmaz lalə?! Dost elindən qopdu bir yanıq nalə, Yoxsa o nalənin ruhumu söylər?! Keçərkən göylərdən bir qatar durna, Ağlar buraxdığın gözləri sorma! Bax doğru çıxmaqda gördüyün röya, Bəslədiyin əməl bu gün gülümsər. Çarıqlı qardaşın sadədil köylü, Gəldi məzarına bir örük ördü. Toplanıb baş-başa hər üçü-dördü Hər gün köylü qızlar dərdini dinlər! -10 mayıs 1919, Gəncə** * * * Şükriyyəm üçün Bir gülsən, dərmişəm gənclik bağından, Bir gülü, çiçəyi dərmərəm sənsiz. Kam aldın ömrümün oğlan çağından, Bir bağa, bağçaya girmərəm sənsiz. Söylə yadındamı Çakva, Batumi? Ovladın könlümü, çaldın ruhumu! Kamana dönmüşdü qəlbimin simi, Hurini, mələyi görmərəm sənsiz! Nə çoxdur dünyada qənirsiz pəri, Gözümə görünməz daha heç biri! O qızıl saçları, ipək telləri Əl atıb birini hörmərem sənsiz. Məndən xoşbəxt varmı dünyada, deyin?! Ey telli yavrusu Süleyman bəyin! Bəxtim tərlan imiş: yeyindən yeyin! Heç kəsə bu bəxti vermərəm sənsiz! Səninlə gəzərəm eldən-elə mən, Bataram, çıxaram seldən-selə mən. Düşsəm də ağıza, dildən-dile mən, Yaşaya bilmərəm bir kəram sənsiz! Sonatək göllerdə üzsən də mənsiz, Quş olub göylərdə süzsən də mənsiz, Sən Əsli qalsan da, dözsən də mənsiz, Alışxb yanaram mən Keram sənsiz! Şükriyyə taleyim, şükür xudaya! Gördüyüm doğrumu, yoxsa pək röya?! Dolub ürayimə bu dadlı xülya, Şirin günlərimi sürməram sənsiz! Əvət, bu sevdanın səfası çoxdur, Sevdasız həyatın mənası yoxdur! Gözlərin yıldızdır, kipriyin oxdur, Ürək qubar olar - can verəm sənsiz... Şerimin özüsən, sözü - ahəngi! Üzündə bərq vurur güllərin rəngi! Xəyalın, cəmalın gözəl çələngi! İlham yetim qalar, ağıl kəm sənsiz! * * * O qıza Ömür dedikləri, çarpaşıq bir yol, O çarpaşıq yolun yolçusuyam mən. Gəl, yolum üstündə bir sözüm vardır, Gözəl qız, bu yolda Xızırım ol sən! Sevda dedikləri çılğın bir dəniz, Bən çıxdım denizə, qaldım yelkənsiz. Bən ölmək, qurtarmaq istəməm sənsiz, Sənsiz hər ikisi nə gündür bilsən?! Söylərsəm dərdimi göydə yıldıza, Olur pək pərişan dərd yaza-yaza... Bir soran yoxdur ki, o gözəl qıza - Verdiyi dərdlərin dərmanı kimdən?! Çılpaq omuzlara pərişan tellər Tökülər, aşiqi pərişan eylər. Neyləyim, dərd bilən deyil bu ellər, Ağla, yazıq könlüm, yoxdur bir kimsən. * * * Of, bu yol Bənim yolum yalançı Girdablarla dolmuşdur. Yıxılmamaq bu yolda Bana haram olmuşdur. İman etm ək güc olmuş, Bir doğruya, yalana. Hər kəs əngəl oluyor Bir imanda qalana! Hər gün yeni bir ümid, Hər gün yeni bir xəbər; Ancaq dünya əsgidi, Haqq və doğru nə gəzər?! İnsaniyyət, o bir kitab - Hər oxuyan yalançı. Güc, bir həyat meydamdır - Hər bir güclü talançı! Yazıq bir çox məhkumlar Hər bir sözə inanmış! Sonra baxmış, qızaran Şəfəq deyil, qan imiş! Göy üzünün şimşəyi, Yıldırımı, yağmuru Soyutmadı, bu insan Qanı içən dəmiri! Ey Allahım yamltdın Hər bir doğru addımı, Yoxsa, yoxsul dünyadan. Ədalətin qalxdımı? Ey dinlinin, dinsizin İnandığı son qüvvət! Qalmadımı səndə də İnsanlara mərhəmət! Bən ki bilmək istərdim, Kimlər ağlar, kim gülər? Onunçündür etmişdir Fələk bəni dərbədər! Ariyorkən təsəlli Baxdım mavi göylərə! Bulamadım bir nöqtə, Çıxamadım bir yerə. Bən söylədim dərdimi, Tazə yaşıl yaprağa! Daha dərdim bitmədən O sərildi toprağa! Nə yoxsuldur təbiət, Ömrü nə az çiçəyin?!. Yazıq bağban sana ki, Boşa çıxdı əməyin!.. Bezdim artıq qəhr olsun, Murdarlaşdı bu əsr! Yaxşı günlər keçiyor, Tövbə ölüm gətirir!.. * * * Of, çəkilsin cəhənnəmə bir pərdə Of, çəkilsin cəhənnəm ə bir pərdə Bu baxmaqdan yorulduğum dünyaya! Neron kibi bən də yüksek bir yerdə Dalsam rübabımla bir zövq almaya! Sən ey çalan kainatın sazını, O tellərdə canlı nəğmən yoxmudur? Kim lər çəkir bax kimlərin nazını! Naz eyləm ək hər gözələ yoxmudur?! H ər qələm qaş can almağa alışıq, A şıqlann canlarına acı, bir! Bu qurbançıl göylər yenə qarışıq, Gəl bu qurban qanlanna acı, birü. * * * Olmaz Dəymə, dəymə, könlüm sana aşiqdir, Aşiqin qəlbini sındırmaq olmaz! Mənim sözüm bir ilahi eşqidir, Kərəmi bu qədər yandırmaq olmaz! Göydə şimşək kimi çaxdım, ölmədim, Özümü yandırıb-yaxdım, ölmədim! Yoluna, izinə baxdım, ölmədim, Məcnunu bir belə sındırmaq olmaz! Yalvarram, yaxarram yola gəlməzsən, Axan göz yaşımı durub silməzsən! Nə söz anlamazsan, nə dil bilməzsən, Doğrudan uşağı qandırmaq olmaz! Rüsvayi-cahanam Sənandan betər, Sən tərsa deyilsən, bu zülmün yetər! Sinəmdə bir bülbül göynəyib ötər, Nə fayda, sözümü andırmaq olmaz! Qəm çəkər, qəm yeyər Cavad nə vaxtdan, Kəm oldum taledən, kəm düşdüm baxtdan! Qarşında qul ollam, düşməzsən taxtdan, Bu qanlı sevdanı dandırmaq olmaz! * * * Oyan Dinlə, bir səs söylər sana, O “səs” sonin öz vicdanın. Deyir: “Ey sən batmış yasa!” Golir yeno bəyin, xanın; Son ey yatan, oyan, oyan! Qiyamotdir, olmuş əyan! Oxutma ölüm fərmanın, Ver yolunda gözəl canın. Göyərçinlər xəbər söylər - Gəlir təxti-Süleymanın. Son ey yatan, oyan, oyan! Qiyamotdir, olmuş əyan! Oldun yadlar oyuncağı, Yurdun arsızlar ocağı. Tapmma azğm şeytana, Yüksəldi “birlik” sancağı! Sən ey yatan, oyan, oyan! Qiyamətdir, olmuş əyan! Səs yox sizin yapılarda. Yol azmış gözlərin harda?! Uzaq yoldan yarm gəlir, Qurbanm yox qapılarda. Sən ey yatan, oyan, oyan! Qiyamətdir, olmuş əyan! Kim demiş: cansız daş ol! Azğınlara gəl yoldaş ol! Yadlaşan qardaşm gəlir, Yenidən and iç, qardaş ol! Sən ey yatan, oyan, oyan! Qiyamətdir, olmuş əyan! Bir qız gəlir sevinci var, Qızın boynunda inci var. Yoxsa, sevən bizim yurdun, Bir dəlisi, ya dinci var?! Sən ey yatan, oyan, oyan! Qiyamətdir, olmuş əyan! * * * Pərizadə Süzər yaşılbaşlı sonalar kimi, Oxur pərizadə ləzgi qızları! Dadmışlarmı nədir eşqin camını, Gəlmişlər fəryadə ləzgi qızları! Bilməzlər ki, məndə bir qığılcım var, Bircə zərrəsindən yanar dünyalar! Etdilər könlümü yaxşı tarimar, Gəlməzlər ki, dadə ləzgi qızları! Oynadaraq durur gözəl gözəli, Eşq anlayanların yorulmaz əli. Süzgün gözlərini yana süzəli Saldı rnəni oda ləzgi qızları! * * * Röyasını görmüşdüm Mən röyada nazlı yarın Tellərini örmüşdüm. Bu sevincli zamanların Röyasını görmüşdüm... Elin dalğın olduğu gün Xülyam məni güldürdü. İnanmayan imansızın Dərdi məni öldürdü. Bir zaman çün bizim günəş Qara tüla sarıldı. Hər kəs ondan ümid­sizkən Mənim könlüm darıldı. Unudaraq kor sevdanı Yaşıl söyüd dallarında, Mənim gözüm ilk aradı "O"nu Turan yollarında. Bir gün oldu... Bizimkilər Oldu bizi bəyənməz. Mən dedim ki: millətimin Sarmayası tükənməz. -5 avqust, Hacıkənd* * * * Unudulmuş sevda Soruyorsan: səni sevdaya salan Nerdədir şimdi o qızlar gözəli? Bən unutmuşdum o sevdayı inan, Duyğusuz qolbi dövranın əli; Bəni sarsıtdı, unutdum adını, Bana gəl sorma o solğun qadını?! Bəni pək gənc ikən ağlatdı zaman, Çəkərək pərdə o xoş mənzərəyə. Bənim ilk eşqimi ilk əldə haman, Kümdülər, bilmədim əmma nerəyə! Onu döndərdi xəzan yaprağına, Nə deyim bən o yerin toprağına?! Anlaşılmaz düşünüb, söylədiyim, Nə durur qəlbim, o gündən, nə duyar! Bən ki, hala yenə sərsəm kibi, Yenə qəlbimdə o dərdin izi var! Lənət ömrün bu ağır illərinə! Qıydı bir şuxun ipək tellərinə! Bir soran yoxmu o zalim fələyə, Bu bənim gəncliyimin qatilinə; Niyə qıydın sən o solğun mələyə? Bu vurub yıxmağının qayəsinə? Nə deyim, böylə bu mənasız işə? Sonu yox, sıtmalı, sərsəm gedişə?!. -Əhməd Cavad. “Maarif və mədəniyyət", may, 1924, №5* * * * Uşaqlığım Altı ya beş yaşında təxminən, Tifli-məsumi, dilxərabi-həzin; Gəziyor küçə içrə sərgərdan, Bəni etməzmi dilkəbab qəmin? Rişəsini tişeyi fələk kəsmiş, Guya ki, bir nihali məzlumdur. Acizəm vəsfinə qərib baxışın, Arifanə, bu hal məlumdur! Gediyor peşiman-peşiman. Gəzir ətrafı çeşmi-xunbarı. Görüyor nazü neməti əlvan, Lərzə içrə o çeşmi-gülnarı Onsız demək bu tifli-zəif, Arayurmuş həqiqi valideyni; Baxtı yar oldu, bəxtiyar oldu, Pək sevər də şəfiqi-valideyni! 1909 * * * Ümidimə Bənim bu gün cəhənnəmlik duman almış yollarımı, Bir əzrayıl pəncəsi ki, sarmış cansız qollarımı. Bir yolçuyam, səmum yeli doldurmuşdur gözlərimi, Bir qəribəm, yad ellərdə anlayan yox sözlərimi. Barı sən gəl, ey gözəl qız, Ey ruhumda doğan ulduz, Göstər mənim qibləm hanı? Bir zülmkar dəmir qəfəs... Boğulacaq ömrüm, yazıq, Parçalandı dərdli könlüm, parçalandı sənsiz artıq. Günahkarın ah-zarını nə haqq dinlər, nə də insan. Yetişərsən fəryadıma, fəğanımı duymuş olsan! Barı sən gəl, gözəl mələk, Gözlərimə bir qanad çək, Göstər mənə cənnət nerdə? * * * Tarixi-müqəddəs Yıldızlı şıq qabı, Parçalanmış kitabı, - Ay altında dun gecə Dəli bir dərviş kibi, Mumu sönmüş, rehləsi yerə devrilmiş kibi, Oxudum saatlarca. Yıldızlı şıq qabın Parçalanmış qoynunda o yuxlayan kitabın Çevirdikcə kif qoxan hər sarı torpağını Sanki eşiyorum bir məzar toprağını. İncə əl yazıları canlandı bir-bir, Masallarda cızılan yüzləri göstərdilər. İblis bir yılan oldu. Adəm H əvvayə qaldı; Qardaşını öldürən lənətli ruhi gördüm. Qoca taxta bir gəmi ümmanlarda qalqaxdı. Üfüqlərdə gövərçin bəkləyən Nuhi gördüm; İsmayılın topuğu qumdan çıxardı zəmzəm, Nuri - Sinada Musa qaldırdı qollarını. Əsasını vurunca yarıldı bəhri Qülzəm, Buldu Bəni - İsrail Qüdsün yollarını! Zəkəriya zikrini Bir sonsuz ahə verdi. Doğru həpsi... bikrini Məryəm Allaha verdi. Qüreyi Məhəmmədə qucaq açdı Mədinə, Bir atəş-məzar oldu Kərbəla Hüseyinə. Səhifələr döndükcə bunlar həp birər-birər Doğrulub duruldu. Ay batdı, günəş doğdu, Qəlbim də atəş doğdu: Yıldızlı şıq qabı, Parçalanmış kitabı. Varsın küm ülsün deyə bir əbədi uyquya Atdım kor bir quyuya. Yazıq... yazıq bizə ki, əsrlərcə aldandıq! Qaranlıqda cızılan izləri görmək üçün, Görüb yüz sürtmək üçün. Yazıq!.. Yazıq bizə ki, bir çıraq kibi yandıq! Nə göydən çıraq gəldi, nə bir parça mərhəmət. Çalışan əsirlərə Musa, İsa, Məhəmməd Sadə bir sətir ilə bir vnotsubuxor verdi, Masal cənnətlərinin yollarını göstərdi. Nə baş vaxtın əzanı, nƏ Anjelis çanları Zəncirdən qurtarmadı yoxsul çalışanları. Niyə biz kölələriz... ƏfəndilƏrimiz var! Niyə hər məlundan yusunlanmış bir divar, “Əsir”, “Ə fəndi” deyə qoymuş da adlarını; İki baxma ayırmış ərzin evladlarını. Əfəndi işlətiyor, əsir işləyir yenə; Yenə əfəndilərin gümüşlü süfrəsindən Qar kibi əkməyindən, şərab dolu tasından; Qırıntı, artıq belə düşməyir işləyənə! Yenə biz əsir keçən hər günün axşamında Evə sadə bir loğma əkmək gətiriyoruz. Gecə yağmur inlərkən evimizin damında; İsına bilmək üçün, günəş bəkləyir kimi, Bir-birinə soxulan xasta köpoklər kibi Yırtıq yorğanımızın altında titrəyiriz. Cüftümüz, sapanımız sonsuz çalışmamızla, Əsrlərlə köksündə inləyən qazmamızla. Həyəcana gəldi qara toprağın qəlbi, Kəndini təslim edən tazə bir qadın kibi! Dürlü-dürlü eyşlərlə doldu iştə hər ağac, Fəqət ondan bir koku belə gəlməyir bizə. Biz dilənçilər kibi gümülüb iczimizə; Kəndi ağacımızın dibində ölürkən ac, Əfəndilər göstərib sırıtan dişlərini Birər-birər toplayır bütün yemişlərini. Əfəndilər, ağalar, evliyalar, keşişlər! Əbədi qaranlığın bu sönük qollarında. Artıq təmiz ruhların aydınlıq yollarında, Sadə bir din, bir qanun, bir həqq, işləyən dişlər! * * * Türk ordusuna Ey şanlı ölkənin şanlı ordusu, Unutmam Qafqaza girdiyin günü! Gəlirkən qovmaya Turandan Rusu Ayağını Qara dəniz öpdümü? İlk atarkən əski bürcə addımı, Qars qalası salam topu atdımı? Sən yaparkən orda zəfər şənliyi, Məğlub duşmən qaşların çatdımı? Çıxdığın gün Allahəkbər Dağma Dağıstan dağlan qibtə eylədi. Baxdı Xan Sarayı viran tağına, “Sən gəlirsən şən oluram” - söylədi. Gəldiyin gün Küriin axar-baxan, Əski günahlardan silkindi, çıxdı. Eşidib Gümrüdə təkbir səsini, Araz sevincindən dünyayı yıxdı! -1918, Gəncə** * * * "Vankə" Allaha yalvardım: “Ağ daş, qara daş, Yalqızlıq çətindir, bana bir qardaş!” Axund Mərhumun ruhu Sibirə, Gedib bir Məryəmi salıbdır girə. Nəhayət iş gəlib, çatıb bir yerə, Qardaşın susamış qanıma, Vankə! Peşiman oldum çox, bir az sonradan, Göndərə bilmədim puldan, paradan. İntiqam almağa qəlbi qaradan, Yaxşıca calandı canıma, Vankə! Qarışdırdığımdan hesab-kitabı, Çoxdandır çəkirdim vicdan əzabı. Nəhayət çəkməyə haqqı-hesabı Gəlmişdi bir gecə yanıma Vankə! Allahın bəlası bir ağır yuxu, Qoymadı göstərim ona var-yoxu. Bölünməmiş qaldı şeylərin çoxu, Bu, yaraşmaz mənim şanıma, Vankə! Yoxsa da əlim də tüfəng, tapancam, Bu iş fənalığa bulurdu əncam. Çox da ki, mən bu gün çılpağam, acam, Sən məndən razı qal, yayınma, Vankə! O qədər nanəcib deyilsən gerçək, Təm izlədik evi, məscidə köçək. Bu insanlıq nədir, sən ondan əl çək, Ömründə mərhəmət tanıma, “Vankə” ! * * * Vətəndaş Fəlakət qayğısı çəkər başına, Kim ki yardım etməz öz qardaşına. Qonşuda göz yaşı və aclıq dərdi, Yardıma borcludur hər insan fərdi. Sən bəkləmə hər şey fələkdən olsun! Çox olsun, az olsun, ürəkdən olsun! Sənin də qəlbində bir alov yansın, Sənin də borcun var, sən də insansan. Çünki Volqa boyu nə var sənindir! O ас qalan, o insanlar sənindir! Düzülmüş yollara aclar karvanı, Karvanla bərabər ağlar, sənindir! Yaxın gəl, yaxınsan, uzaqdan baxma, O göz yaşları ki axar, sənindir! Vətəndaş, şərik ol onun dərdinə, O göz ki yollara baxar, sənindir! * * * Volqa aclarına Gəlir Şimaldan bir aclıq səsi, O bəxtsiz fəryadın yoxmu kimsəsi? İdil boylannda yeni bir Tiran, Minlərlə insana ağladıyor qan. Bu qış həyatından qabarlı əllər, Səadət yerinə əsiyor yellər... Deyirlər çıxmayır kimsənin səsi. Nə zəbanəsi, nə xoş nəğməsi... İnsan yox, meydanda yaşayan kölgə, Yürüyən ölüylə dolmuşdur ölkə. Beşiklər nəşəsiz, qucaqlar boşdur, Biçarə annələr candan olmuşdur. Nə döşdə süd qalmış, nə qolda qüw ət, Oxunur hər yerdə aclığa lənət! Haqq üçün illərcə çar nişanları, Canan yolundakı canfəşanları Qəhr pəncəsində eyləmiş zəbun, Qırılmış qanadı, qolu yoxsulun! Biçarə annələr, biçarə qızlar... Bu müdhiş qayğıya ürəklər sızlar. İnsanhq budurmu haqq üçün söylə, O yanda Avropa dolmuş mey ilə?! O yanda möhtəşəm krallar, şahlar! Bu yanda göylorə dayanmış ahlar! Bizim boynumuzda bir ağır pəncə, Yaxır ruhumuzu dəhşət, işgəncə! Bir yanda hakim də böyük bir bolluq, Bizim nəsibimiz aclıq, yoxsulluq! Onlarda süzgündür sürməli gözlər, Bizirn ağzımızda qurumuş sözlər! Hər yerdə küdurət, fəryad hər yerdə, Qapansın istəməm, bu müdhiş pərdə... * * * Y.P.Orbeliani Altun gəncliyimin dəyərli dostu, Ay gözəl Yelena, xanım Yelena! Vəfasız deyiləm, ölüncəyodək, Hazıram başına dönüm, Yelena! Neyləyim ki, fələk çox yaman sıxdı, Onsuz da viranə qəlbimi yıxdı. Dostlarımın çoxu vəfasız çıxdı, Heyrətdə qurudu qanım, Yelena! Gürcüstan qəşəngdir, buna yox sözüm, Gəzərkən yurdunda sevinir gözüm. Gürcü yaxşı dostdur görmüşəm özüm, Onlardan birinci canım, Yelena! Qəlbim kimi qəlbin bilirəm safdır, Var olsun gözlərin yaxşı sərrafdır! Deyənlər var: “dostluq bir quru lafdır”, Onları insanmı sanım, Yelena! Doğrudur, dostluqda keçon bu on il, Sevən bir qəlb üçün çox ömür deyil. Ancaq mon istərdim, onu yaxşı bil, Ağarsın tellərin, yanım, Yelena! -1935, 10 iyul* * * * Yaralı quş Yaralıdır könlüm quşu, yaralı, Yaralandı yazıq aşiq olalı. Bir dərinlikdə ki, hər düşən çıxmaz, Qurtulmaq istəyir, qanad yaramaz. İmdadına gələn, ümidindən az, Yaralıdır könlüm quşu, yaralı! Dost ararkən ovçu çıxdı yoluna, Əzrail sağına, Ölüm soluna! Vurma, ovçu qanadına, qoluna, Yaralandı yazıq şair olalı! Aman ovçu, bunun halına düşün! Gözündə yaşı var, qoy onu töksün. Sonra amadədir ölümə hər gün, Yaralıdır könlüm quşu, yarah! Kədərli bir qəlbin yanıq fəğanı Yandınr ürəyi daşdan olam. Ovçu, bu çırpınır, öldürmə bunu! Yaralandı yazıq aşiq olalı! Yurdundan aynlraış, yuvadan uzaq... Dostunun gözündən, könlündən iraq. Ümidi sənədir, ey yaradan haqq! Yaralandı yazıq şair olalı. * * * Yarlınqaç Ala gözlü, qumral saçlı, altı-yeddi yaşında, İçin-için ağlayırdı bir qız soqat başında. İnrəm işdi1, sızlamışdı, çıxmaz idi davuşu Bir arliyi anladırdı bəni, bənizi, görünüşü. Yaxa açıq, yalın ayaq, yürüncəksiz, yalanqaç, Ə1 açaraq ötənlərdən umar idi yarlınqaç. Ona-buna yalınmaqdı5 gecə-gündüz vərdişi, Acımazdı o sevgili yavrucığa bir kişi. Şu yavlağı1 görən kimi imləyici bir qadın, Göz yaşını sildi onun, sonra soruşdu adın. Dedi: - Qızım, nerəlisən? Dedi: - Yuvam dağılmış, Üç gün olar qamım acdır... Atan-anan nə olmuş? Atam -anam vardı, məni ərkələrdi, istərdi Ikisi də gözlərinin bəbəyi tək bəslərdi. N ə etməli, keççən ayda töküldülər yağılar, Atamı da, anamı da göz önündə qırdılar. Kim lər idi qıldıqsızlar? Böylə işi kim edər? Yarlınqaçsız, qan içici, qurt yovsunlu kişilor! Kimin, kim sən varmı, qızım? Tutan yoxdur əlimdən. Bir kimsəni tanımıram, ayrılmışam elimdon. Yatacağın nə yerdədir? O ağacın altında! Ağacınmı dedin? Əvot, qaraqullar qoyarsa? Uf! No acı gün keçirmiş bu sevgili göyorçin! Bir körpoyo yararmı ki, ağlasın için-için?! Monim qızım olarsanmı? Saxlar isən olaram! İstor isən ana deyib sənə höyür salaram! Öylə isə, dur evimo, qızım, soni aparım. Evinəmi? Əvət, soni bu qarqudan qurtarırn. Gedək, qızım, gedək sənə yaxşı paltar alayım! Yernok verib ərkələyim, səno höyür salayım! * * * Yaza xitab Novruz çıxıb taxtma, Güllər düşüb baxtına. Kosa gəlir qabağa, Nəzər salır tabağa. Çörəyi yoxdur Kosanın, Xörəyi yoxdur Kosanın. A Kosa, Kosa gəlsənə, Torbanı doldursana! Kosa döyür gözünü, İtiribdir özünü. Ocaq üstə sac qalıb, Bütün qışı ac qalıb; Torbasını uzadır, Hamı bilir, qaydadır. Kosaya pay verirlər, Kosaya hay verirlər. Boz Keçi - Saqqal Ağa, Kosam çəkir sağa, Deyir doldur torbanı, Söndür daha sobanı. Sonra da gəl güləşək, Dilimizlə yer eşək. Kosa baxır keçiyə, Ürəyinə xof düşür, - Tez aradan sürüşür. Keçiyə əl edərək. Qarı Nənə gələrək, Deyir Qışı ötürdük! Gedib Yazı gətirdik! Yaza çıxdı oğlağım, Qış gözünə barmağım... Qarının gəlir sözü Keçinin çox xoşuna Dövrə vurub - Novruzun Dolanırlar başına! Onun ömrü qırx gündür, Payızın davamıdır. Uzun qış əyyamıdır... Qar səpir asta-asta, Gülür tanışa, dosta. Darıxdırmır heç kəsi, Quyudan gəlir səsi. Yorğan salır şum üstə, Qarğalar dəstə-dəstə Uçub yerə qonurlar, Sanki qohumluğu var. Qara qarğa gətirib Dimdiyində ilk qan. Yolub yerə tökübdür Ağacdan yarpaqları. Ölmüş qurd-quş olubdur Qarğalarm yeməyi. Qış öyrədib onlara: “Q ar-qar” , “Q ar-qar” deməyi. Qarğa hara, qar hara? Çox mahaldır, - deyirəm. Ağ qar üstdə qarğalar Qara xaldı, - deyirəm! Ağ libasda düymə tək, Parıldayır qarğalar! Qar kosəndə “qarr” deyə, Qarıldayır qarğalar. Sonu çatır çillənin, Çaylar buz altda axır. Qar getdimi, görməzsən, Qarğalar yoxa çıxır. Böyük tufan başlayır Böyük qardaş gedən tək. Şaxta tüğyan eləyir; Kollar yerə sinərək, - Vıyıldayır küləklər Budaqları əyərək. Miyoldayır pişiklər Bəzən gecə sübhəcən. Yeri,göyü bürüyür Dörd tərəfdən duman-çən. Ocaqlar bərk qalanır, Qazanda hədik bişir. Pəncərelər açılmır, Qapılar tamam şişir. Küçə, bayır görünmür, Aynalar naxış olur. Heç bilmirsən, haradan, Otağa soyuq dolur. Kiçik qardaş zalım olur Böyük qardaşdan yüz yol. Başını da qaldırmır Nə bir ağac, nə bir kol. Dəliqanlıq eləyir İki qat az ömrünü. Tezcənə başa vurur Yartda öz ömrünü! * * * Yazım, gəl, baharım, gəl Ürəyim döyünüb uçar quş kimi, Düşər torpaqlara vurulmuş kimi’ Sellər, sular coşar qudurmuş kimi! Vuruşar, döyüşər yorulmuş kimi, Çəkilər yatağa durulmuş kimi! Yazım, gəl, baharım, gəl! Şəmsim, gəl, Nigarım, gəl! Əsmər üzlü yarım, gəl, - Gəl, yoxdur qərarım, gəl! Əzəldən salmışam meylimi, meylimi sana! Veribdir hüsnünü Leylimi, Leylimi sana? Dönsəm, üzüm dönsün, dönmərəm səndən, Sən dönsən mən neylim, mən neylim sana?! Neylim gəl, ay neylim, gəl! Sana düşüb meylim, gəl! Məcnun qaçıb çöllərə, - Leylim, gəl, ay Leylim, gəl! Bu bağdan, bu dağdan keçmərəm sənsiz, Bu sulu bulaqdan içmərəm sənsiz! Ömür dedikləri bir göy zəmidir. Bir dərz, oraq alıb biçmərəm sənsiz! Mudum, mudum, ay mudum, Sənsən mənim umudum! Sən bəni unudubsan, Mən səni necə unudum?! * * * Yazıq Dəniz dərdə düşər, dalğalar ağlar, Dağlara dərd gəlsə, dumana yazıq Sənsiz öz elində qərib kəsilib Durnalardan xəbər umana yazıq! Bir quş oxur bizə sabah əzanı, Çağırmaqda yola yoldan azanı. Ərənlər söyləyən, Allah yazanı Duymadan yox olan imana yazıq! Zəmzəmin dərdini dinləyən qardaş, Ölkəndə bir könül yapmaya uğraş! Açılınca yollar Kəbəyə birbaş Bir könül yapmayan vicdana yazıq! Gün batanda sarı bulud sarısı, Söylər sizə düşmüş dərdin yarısı! Ey elin xanımı, qızı, qarısı. Əl açmış bacılar düşmana, yazıq! * * * Yel baba Yel baba, dağıt çenı, Qov dumanı çöllərdən. Apar qarı, şaxtanı, Bu soyuğu ellərdən. Buludları parçala, Qoy göy üzü görünsün. Qışı çıxart dağ başına, Qoy quzeyə sürünsün. Günəş daim gülsün bizə, Camalmdan nur tökülsün! Dan ulduzu işıq saçsm, Fəcir aydın, qoy sökülsün! Gündüz günə boyansın, Yer altında qarışqalar * * * Yeni türk əlifbaçılara Mən bir aşiqəm ki, bu çaldığım saz Dumanlı dağlara səs salacaqdır. Anlatdığım dildə inləyən avaz Elin xatirində çox qalacaqdır! Doğrayacaq səsirtı dağda dumanı, Dinləyəcək məni dağın çobanı! O mənim sorduğum "sevdiyim hanı?" Təbiət dəyişib, yaz olacaqdır! Qorxutmayır məni bu yanmayanlar, İsrafıl surundan oyanmayanlar! Göstərdiyim yola inanmayanlar Yenilik yolunda ad alacaqdır! Mən şahid tuturam ayı, yıldızı, Ayılacaq yurdun oğulu, qızı; O yankı ellərin özbək, qırğızı, Bu yeni dərgaha yol bulacaqdır! * * * Yenilərə Mən bir aşiqəm ki, bu çaldığım saz Dumanlı dağlara səs salacaqdır. Ağlatdım teldə inləyən avaz Elin xatirində çox qalacaqdır. Doğrayacaq səsim dağda dumanı, Dinləyəcək məni dağın çobanı. Mən sorduğum zaman: sevdiyim hanı? Təbiət dəyişib yaz olacaqdır. Qorxutmayır məni bu anmayanlar, İsrafil surindən oyanmayanlar. Göstərdiyim yola inanmayanlar, Bu yeni dünyada ad alacaqdır. * * * Yuxuma gəlmişdin ... Yuxuma gəlmişdin sən həzin-həzin, İşvəli, qəmzəli, nazlı nazənin. Sən coşqun bir bulaq, mən yazıq əzgin, Sən yanar bir dodaq, mən halsız, üzgün! ... Onbeşdən az idi, yaşım o zaman, Axırdı qəlbimə yaşım o zaman. Daşdan-daşa dəydi başım o zaman, Yazda başlamışdı qışım o zaman! Sən sevda buludu, mən təşnə dodaq, Sən pək iyi bir sərv, mən solğun yarpaq. Mən quru bir ağac, sən gül ağappaq, Sinəmə dəyirdi oxlar şaqhaşaq! Canımda qalmayıb nə tab, nə təvan, Baxışın şimşəkdi, duruşun ceyran; Dodağın lalədir, ətirin reyhan, Onsuz da qurbanam, mən sana qurban! Sən canlı mələksən, mən quru şəkil, Bən sana tayammı, ay saçı sünbül? Bağrımın başında sızlayan bülbül, Deyir: çəkil yoldan, bu yoldan, çəkil! * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavad-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1937). Public domain (author died 1937). Original text only.