Məktublar Hüseyn Cavid (1882–1941) M.T.Sidqiyə məktublar (Farscadan tərcümə) 1 Naxçıvan. Tərbiyə məktəbində mərhəmətli və hörmətli Ağa Məşədi Tağı Sidqi cənablarına çatacaqdır. 21 cümadi-yüssani. Rəhmli, böyük kimsədən alasınız salam, Layiq deyiləm mən Sizə salamımı çatdıram. Məktubunuzun çatması haqqında: xeyirxah və yüksək mərhəmətli cənab! Bu ayın 15- də cümə axşamı günü məni başıuca edən məktubunuz Ağa məşədi Əsgər Ordubadlı vasitəsilə çatdı. Onu aldıqda işıqsız gözümə nur və kədərli könlümə sürur gəldi. Mən kiməm ki, yol tapım o mərhəmətli könlünə, Başımın tacı – ayaq torpağın, gözüm lütfünə, Məhəbbətli məktubun məni göylərə yüksəltdi, Duaçıların içrə bir daha başıuca etdi. Daha sonra nəzərinizə çatdırılır ki, yazdığınıza görə indiyədək bu taqsırlı qulunuzdan iki məktub almış və bir məktub əlinizə çatmamışdır. Mən bu məktubun çatmamasına xeyli təəccüb edirəm. O məktubda mən bir neçə xəbərlərlə yanaşı sel əhvalatından da yazmış, çox israrla Hacı Həmzə Ağa cənablarına tapşırmışdım ki, onu Sizin adresinizə göndərsin. O da söz vermişdir ki, tezliklə onu yola salsın. İndi ümid edirəm ki, məktubun yazılması haqqında sözsüz heç bir güman, tərəddüd qalmamışdır. Çünki mən öz sözümü etiraf edir və ikinci məktubda da yazmış idim ki, inanmasanız, onun yazılmasında şübhə etsəniz, Hacı Mirzə Ağaya yazıb soruşun. Mən öz sözümün üstündə durmuşam, inanmırsınız yazıb soruşmaq da istəmirsinizsə, onda artıq mənim əlacım nədir? Allaha and olsun, nə edəcəyimi bilmirəm. Bədbəxtliyə dözməkdən və danlağa qatlaşmaqdan savayı fikrimə bir şey gəlmir. Bir də sizin rəftarınıza təəccüblənir və heyran qalmışam. Yazırsınız: “İndi hər iki məktubu stol üstünə qoyub, tarixlərini yoxlayıram”. Heç Fascadan tərcümələr İsmayıl Şəmsindir. fikir etmirsiniz ki, bu, məktubdur, onda səhv ola bilər, tarixi düzgün yazılmaya bilər. Bəlkə də poçtda, çaparxanada itdi, necə ki, Sizin keçmiş məktubunuz itmişdir. Indi o məktub haqqında Məşədi Ağadan soruşduqda deyir – ustadından sənin adına məktub çatmamışdır. Poçtdan soruşanda cavab verir ki, çaparxana sənin adına məktub almamışdır. Nəhayət Siz özünüz fikir etsəniz, görərsiniz ki, bu məktubun itməsi nə Sizin ucbatınızdandır, nə də kiçiyiniz məktub göndərməkdə müqəssirdir. Bunların hamısı İran poçtasının intizamsızlığındandır ki, itibbatan şeyin məs’uliyyətini məhz öz üzərinə götürən yoxdur. Yazmışdınız ki, məşədi Əsgər Ağa Ordubadlı tacirdən xahiş edim mənim adıma Naxçıvana artıq qəzet göndərilməyəcəyi haqqında Sizin və mənim sifarişimi “Nasiri” qəzeti redaksiyasına çatdırsın. Lakin mən cənabınızın bu xahişini nə filankəslərə yetirdim, nə də o sifarişi o cənaba çatdırdım. Səbəbi budur ki, bu günlərdə həmvilayətlilərdən biri bizim hücrəyə gəlmiş idi. Bizim Naxçıvana gedəcəyimizdən söz açıldı. O belə məsləhət gördü ki, bu ayın axırınadək, ya rəcəb ayının birinci on gününün ərzində Naxçıvana gedək. İndi biz də belə qərara gəldik ki, elə edək. Buna görə də mən sifarişiniz haqqında xahiş etmədim, çünki biz on günədək Naxçıvana getməliyik. Mə’lum olur ki, Siz də qəzetin pulunu ödəmisiniz. İndi nə üçün qəzetin pulu aradan getsin? İndiyədək faydasız mənim adıma gəlmişdir. İndi nəyə laxımdır ki, Naxçıvana gedəcəyimiz vaxtda xahiş edək göndərməsinlər. İnşaallah Naxçıvana gəldikdən sonra əgər mənim adıma yazılmış olarsa, müvəqqəti olaraq poçtdan alıb oxuyaram. Sizin məktubunuz çatan kimi beş cild “Təshihül-hesab” kitabı və bir şüşə əla mürəkkəb bazardan aldım. Lakin iki-üç gündür ki, nə arxayın, nə də qeyri-arxayın adam tapmıram ki, onları göndərəm. Hətta karvansaralarda da axtarmışam, tapa bilməmişəm. Yuxarıda dediyim söhbətdən sonra bu qərara gəldim ki, onları özümlə gətirim, çünki kitablardan biri köhnə və cildi yırtılmışdır. Onları bu vəziyyətdə Sizə göndərsəm xəcalət olaram, Sizə göndərmək üçün layiq deyildir. İnşaallah Naxçıvana gəldikdən sonra cilidçiyə verərəm, yaxşı cildlə Sizə təqdim edərəm ki, layiqli olsun. Bir də yazmışdınız ki, mənim keçmiş məktublarım çox qısadır. Indi onların qısalığına əvəz olaraq, Sizə yazacağım məktubu o qədər uzadacağam ki, onu oxuyub qurtarmaq üçün iki saat əziz vaxtınızı sərf edəsiniz, axırda da mə’nasız və boş olduğuna görə heç bir nəticə almayıb bir xəbər əldə etməyəsiniz və beləliklə keçmiş məktublarıma şükr edəsiniz. Yenə də məktubumun pozğun xəttindən və hərfləri bir-birinin ardına qoşmağımdan danışmışdınız. Digər yerdə isə mürəkkəb sözlər və çətin ibarələr işlətdiyimə işarə etmişdiniz. Nə edim, Mirzə! Xəttimin pozğunluğu vaxtın darlığındandır, necə ki, bu məktubu dar vaxtımda yazmışam. Çətin ibarələrə gəldikdə mənə elə gəlirdi ki, o ibarələr xoşunuza gələcəkdir, yoxsa mənə çətinliyi yoxdur ki, başqa cür yazım. (Kiçiyiniz Hüseyn Rasizadə, cavab lazım deyildir) 2 Müəllim cənabları! Allaha şükür ki, sağlam və səlamətsiniz. İkinci, dəyərsiz qulunuz keçmişdə cənabanıza bir məktub göndərmiş idim. Bir neçə müddətdir ki, cavabı yoxdur. Bilmirəm səbəbi nədir? Buna bais kimdir? Böyüklər az biliklilərə e’tinasız olurlarmı? Şagirdlərə qayğıkeşlik böyüklüyü əskiltməz. Süleyman o cəlalı ilə qarışqanı belə nəzərindən qaçırmazdı. Bundan əlavə: Doğru deyil ki, ürəkdən ürəyə yol gedər, Ürəyim qüssədən yanır, ürəyində yox heç bir xəbər. Didarını görməyə ürəyimdə olan şövqü, Ürəyim bilir, mən bilirəm, bir də bilir ürəyim. İstəmədi bizi qəlbin sevmədi, bilməm neçin sevmədi. Bizə qəlbin yanmadı, bilmirəm neçin yanmadı. Allaha şükür ki, göz ağrısı rədd olub. Allahın ən böyük nemətlərindən biri olan sağlamlıq vardır. Yüksək cənabınızın nəzərinə çatdırılır ki, bu qısa, həqir məktub əlinizə çatdıqda cavabını göndərəsiniz, buna görə ki, həddən artıq mənə nigaranlıq üz vermişdir. Düzgün yolu izləyənlərə, Sizə və Sizinlə olanlara salam göndərirəm. Məşədi Səfər babaya və gözünüzün işıqlarına salam söyləyirəm. Vaxt dardır. Şagirdinəm mən hər zaman diləyirəm, O şən dodaqlarından bir təbəssüm öyrənəm. Ümidi-əfv 3 Böyük ustad və cəlallı atamız! Birinci, Sizin sağlamlığınız həmişə bizim diləyimiz və arzumuz olmuşdur. İkinci, nəzərinizə çatdırılır ki, bu fani və sədaqətli kiçiyinizin ürək məhəbbətini və mə’nəvi münasibətlərini mənim tərcümeyi-hal və şərhi-əhvalımda qeyd edərək, öz tükənməz mərhəmətinizlə məni yad edəsiniz. Bir aydır ki, qiymətsiz qulunuz cənabınıza poçtla bir məktub göndərmişəm, cavabını almamışam. Səfər ayının onunda idi ki, bu məktubu yazdım, onda dəhşətli sel əhvalatından da xəbərlər yazmışam. İndi bilmirəm, bu uzaq düşmüş qəribdən incimişsiniz ki, lütfünüzü azaldıb, artıq yad etmirsiniz, ya da işinizin çoxluğundan unutmuşsunuz. Halbuki, mən öz sədaqətimi mümkün qədər göstərmiş və məhəbbətimi bildirmişəm. Əvəzində isə xüsusi bir mərhəmət görməmişəm. Var mənim çoxlu gileyim səndən, Bilməm nə şikayət edim səndən. Hər halda mən öz taleyimdən şikayətlənməliyəm. Baharın şənlikləri şoranlıq yerdə hasil, səmər verməz və o hər daşın üstündə dayanmaz. Hər şeyin cövhərində qabiliyyət olmaq şərtdir. Ümid və arzu bəsləyirəm ki, itkin və uzaq düşmüş bu qəribə hər axşam və səhər mərhəmət nəzərinizi salasınız. Könlünü könlüm kimi əgər etsən, Məndəki möhnəti sən dərk edərsən. Tox çörək qayğısını bilməz belə, Ac yavan çörək yeyər çox həvəslə. Yazdığınız məsələ haqqında xəbər verirəm ki, “Nasiri” qəzetini abunə ilə alıb oxumaq artıq lazım deyildir. Çünki üç gün bundan əvvəl buraya gələn bir seyid həkim ara-sıra məktəbə yolu düşür, qardaşımla dostdur. Ona hər on gündən bir “Nasiri”, “İzzət”, “İttila” qəzetləri ayrıca olaraq verilir, o da gətirib məktəbdə oxuyur. Mən isə ondan alıb oxuyuram. İndi artıq abunə olmaq lazım deyildir. Başqa məsələlər haqqında görüşəndə danışarıq. Səfər yoldaşlarım Ağa Mir Hüseyn ağaya və Ağa Məşədi Əli cənablarına, gözümün işığı Mirzə Məhəmmədəliyə, Mirzə Məhəmməd Hüseynə və Mirzə Məhəmməd Sadığa salam yetirin, vəssəlam. Sizə məhəbbət bəsləyən Hüseyn Rasizadə. 1315 (1893)-cü il səfər ayının 10-da. Yenə nəzərinizə çatdırılır ki, səfər ayının birindən səkkizinədək “Əmsilə” və “Şərhi- Amil” kitablarını oxuyub, bitirdim. Ayın səkkizindənbəri “Sərfi-Miri” oxuyuram. İnşaallah axırınadək “Sərfi-Miri” də bitirib, “Təsrif” kitabını oxuyacağam, vəssəlam. Bundan artıq nəzərinizə çatdırılacaq mətləb yoxdur. Hüseyn Rasizadə 4 Naxçıvanda. Yüksək mərtəbəli, hörmətli böyüyüm Məşədi Tağı Sidqi cənablarına (onun yüksək sədaqəti əbədi olsun) çatacaqdır. Orucluq ayının 11-də Dost-aşnalarımızdan ummuşduq biz yoldaşlıq, Düzgün olmadı bu fikir, görünür ki, biz çaşdıq. Ruhum sənə qurban olsun! Salamdan sonra, mərhəmətli cənabınızın nəzərinə çatdırıram ki, uzun müddətdən bəri və çoxdandır ki, fədakar qulunuzu mərhəmətli nəzərinizdən çıxarıb, lütfünüzü əksiltmisiniz. Məni təəccübləndirən, heyrətə salan budur ki, belə e’tinasızlığınıza və məktub yazmamağınıza səbəb nə ola bilər? Bizə qarşı könlün... Xülasə: Gileylənir sadiq könlüm o mehriban cənabından, Nə qədər bir ovuc torpaq dözə bilər artıq bundan. Başınızı ağrıtmayım, məqsədim budur ki, mən Urmiyaya daxil olduğum ilk günlərdə cənabınıza bir neçə məktub yazıb göndərmiş və qəzetin gecikməsini də orada bildirmiş idim. İndi görürəm ki, taqsır xaraba qalmış Iran poçtundadır. Çünki mən dəfələrlə poçtdan soruşmuşam ki, Hüseyn Rasizadə Naxçıvanlı adresinə qəzet varmı? Cavab veriblər – yox, Məhəmməd Hüseyn Abdullazadə... adına vardır. Hər həftə onun yanına gedib soruşmuşam, məndən üzr istəyib deyibdir ki, başa düşmədən və bilmədən poçtdan mənə vermişlər, mən də alıb oxuyuram. Qəzet oxumağa çox həvəsim olduğu üçün deməmişəm. Eybi yoxdur, biz buna sevinərik ki, xaraba qalmış İranda qəzet oxumağa həvəskar tapılsın, qoy bizə çatmasın. Bundan əlavə, xaricə göndərilən hər məktubda, ya qəzetdə göndərilən şəhərin adı mə’lum olmazsa sahibinə çatmaz. Xülasə, təqsir adres verəndə, yazanda, çatdıranda və onu alandadır, yoxsa burada heç kim günahkar deyildir. Allaha şükür iki həftədir poçtdan qəzeti alıb oxuyuram. Qabaqkı qəzetləri də almışam, arxayın olun. Hörmətli cənabınızdan bir xahişim də var. O bundan ibarətdir ki... Özünüzün əhvalınız və xəbərləriniz haqqında geniş mə’lumat mənə göndərib, məni minnətdar edəsiniz. Əgər hal-hazırda Əlirza cənabınızın yanında oxuyursa heç, yox isə təkrar sizdən xahiş edirəm onu öz yanınıza çağırıb gündə bir-iki saat onunla fars dilində məşğul olasınız. Zəhmət haqqında nəzərdə neçə tutsanız mən ödəməyə hazıram. Buna görə ki, o da mənim kimi avara-sərgərdan qalmasın və bir-iki ildən sonra onu İrəvana, ya nəsihət gördüyünüz digər yerdə məktəblərin birinə qoyaq, elmini təkmil etsin, insaniyyət bulağından, heç olmasa, bir qurtum dadsın. Ümid edirəm ki, xahişimi yerinə yetirməkdə səyinizi əsirgəməzsiniz. Təmənna edirəm xəttimin pisliyini bağışlayasınız. Mürəkkəbin olmaması və gecə yarı özümü pis hiss etməyim xəttimin pozğunluğuna və mətləbin pərişanlığına səbəb olmuşdur. Məktubla başınızı ağrıtdığıma görə əfvinizi diləyirəm. Həmişə Sizə xidmət üçün tapşırıqlarınızı və təsadüfi müraciətlərinizi gözləyirəm. Hörmətli Ağa məşədi Qurbanəli Ağa Şərfiov cənablarına salamım var, vəssəlam. Kiçiyiniz Hüseyn Rasizadə 5 Naxçıvanda. Hörmətli ağa, izzətli başçı Ağa Məşədi Tağı Sidqi cənablarının (Allah onun yüksək mərhəmətini əbədi etsin) nəzərinə çatacaqdır. 2 cəmadiyələvvəl 1321 (1903) Ruhum sənə qurban olsun! Birinci, ümid edirəm ki, cənabınızın yüksək iqballı varlığınız tam sağlığa malikdir. İkinci, Sizin nəzərinizə çatdırıram ki, mən rəbiul-əvvəl ayının 13-də (21-ci il) Urmiyəyə çatdım. Poçtdan keçəndə istədim ki, kəlmə yazıb başınızı ağrıdım və bir qədər qiymətli vaxtınızı alım. Çapar vaxtı keçirdi və vaxt dar idi. Buna görə də məktub yazmaq mümkün olmadı. Bu gün fürsətdən istifadə edərək, heç olmasa, bu neçə kəlməni yaza bildim: Bu qiymətsiz qulunuz Urmiyəyə çatdıqda yüksək dərəcədə seçinc, şadlıq və fərəh mənə üz verdi, ürəyim açıldı. Doğrudan da Urmiyə Rim ölkəsi qitələrindən biridir. Şəhər özü səfalı, cəmaaəti saf ürəkli, sadəlövh, hamısı sənaye və kənd təsərrüfatı işlərində məharət sahibi, kəsbkarlıqda, ticarətdə qabiliyyətli olaraq, ölkənin və mədəniyyətinin inkişafına rəğbət göstərəndirlər. Lakin minlərlə təəssüf olsun ki, ingilis və rus kilsələri zənglərinin gurultusu ünsiyyətsiz müsəlmanların və iranlıların azan səslərinə üstün gəlir. Onların müsəlmanlıq aləminə qətiyyən e’tinaları yoxdur. Gündən-günə öz işlərinin irəli getməsinə çalışır, millətlərini artırmağa və başqa işlərinə sə’y göstərirlər. Şəhərin hər tərəfində, ortada yerləşən geniş sahələri, o cümlədən eni və boyu azı üç-dörd verst olan “Dilgüşa” bağını ingilislər əlinə alıb orada geniş layihələr üzrə gözəl binalar, xəstəxanalar, xoşa gələn məktəblər tikmiş, kilsəyə oxşar möhkəm qalalar çəkmiş, şəhər əhalisi içərisində onlara kilsə kimi şöhrət qazandırmışlar. Eləcə də burada rus kilsələri Naxçıvanda olan kilsələrdən on dəfə artıq geniş və böyükdür. Bunlar eyni halda möhkəm qaladır ki, adını kilsə qoymuşlar. Adres:Urmu, Hüseyn Rasizadə * * * Q.Şərifzadəyə məktublar 1 Naxçıvanda cənab məarifşüar və fəzilətasar, qəmküsari-millət və cannisarimədəniyyət, əfəndim Məşədi Qurbanəli ağa Şərifov damə lütfəhü həzrətlərinin hüzurialilərinə vüsul olan 1428 rəbiül-əvvəl Dərsəadət. Maarifpərvər əfənlim həzrətləri! Əvvələn ümid və rica ediyorum ki, ricali-himmət və ərbabiqeyrət həpsi səlamülmizac olub kəmali-sihhət və istiqamətdədirlər. Və saniyən lillahi-həmd vəlminnə, fədəvi sayeyi-mərahim-vayeyihəzrətixülafətpənahdə kəmali-əmniyyət və məmnuniyyətlə seyrü səyahət və kəsbi-mə’rifət edib, dürlü-dürlü istifadələr edirəm. İnşaallah təala, bundan sonra bə’zi əhvalati-layiqə və İttifaqiyyət lüzum peyda edirsə, müsamihə etməyib, təfsilən xidməti-aliyənizə mə’ruz edirəm. İştə artıcaq müzahimi-Övqat olmayıb, bir parça ixtisarən şərhi-hal ünvanilə ifadeyi-məram edəlim. Fəzilətli əfəndim! Haman gün ki, fədəvi cənabınızla xudahafiz edib şimendifer mövqifinə rəvan oldum, gömrük qabağında beş arqadaş bir faytona minib əsnayi-rahda bir zavallı bəlayə uğradıq, böylə ki, fayton yüzüqoylu olub bizim həpimizi altına aldı və qayət rahatsız etdi; pərişanhal və pəjmürdəhal mövqifə varıb kəndimizdə yaman bir fənalıq müşahidə etdik. Sonra artıq zəhmətlə bilet götürüb şimendiferə minib gecə saət 9- da Uluxanlı mövqifinə varıb, bir qaç saət orada istirahət edib, sonra Batuma yeksərə bir bilet aldım; Tiflis mevqifində arqadaşlarım maraqlanıb iki gün onlarla Tiflisdə qalmağımı xahiş etdilər. Bəndə təmərrüd etməyib şeylərimi “xraneniyə” kantoruna ısmarlayıb faytonla “Axundov” mehmanxanəsinə gedib də qərar tutduq. Haman gün bir parça səyahət edib kəndi obamıza evdət eylədik. Yarınki gün bir ofitserə bomba atılmasını eşidib kəndimizdən dolayı bir parça və fənalıq müşahidə etdik. Şimendifer biletinin vaqtının bitməsini və biri gün dəxi artıq bir fənalığa uğramağı məddi-nəzər edib də aqşam çağı şürişli və fəna bir zamanda kəndim fərdi-xeyir dışarda Şeytanbazarı keçdikdən sonra bir nəfər müsəlman bulunmaz ikən labüd və naəlac qalıb, Tanrıya pənah edib mevqifə yanaşdım. İçərisinə varıb da dəxi bir müsəlman görəmədim. Canım dəxi ziyadə sıqıldı, çünki hər bir tərəfdən fənalıq və darlıq görüb də ziyanlı bir kötülük müşahidə olunurdu. Qərəz, tuli-kəlamə mübtəla olmayalım. Batum şimendiferinin vaqtı yaqınlaşdıqda qəbzi nasilşikə verdim, şeylərimi eyi bir kupedə cəm edib bizi rahatlandırıb getdi. Üç nəfər gürcü bənə Batuma kibi arqadaş oldu. Bir buçuq saət qədər onlarla alışdıqda bə’zi mətləblərdən: kəndilərinin məzlumiyyətindən ermənilərin cinayət və xəyanətindən və Qəlyanovun zülm və şəqavətindən nəql edib, atəşparə kibi yanıb yaqılırlar idi. Sonra həpimiz uyquya nail olarkən yekdigərimizdən istizan edib gecə saət 11-də uyuduq. Səhər sübhdən uyqudan qalqarkən, şimendifer yolunun ətrafını seyr etmək ünvanilə baqarkən, gözümüz zavallı gürcülərin yanıb yaqılmış, qarət və yəğma olmuş dam və daşlarına düşdü: çe quyəm ki, nəqoftənəm behtərəst. Qərəz, Batuma varid olub, bir qaç gün iqamətdən sonra “zaqraniçnı pasport” alıb azçoq yol tədarükü mühəyya edib və bir dəst “alafranqa” əlbisəsi və bir eyi fəs və başqa bir taqım şeylər cəm edib, “Paqi” adlı fransız vaporilə aprelin 19-da aqşam Dərsəadət tərəfə azim oldum və vaporda dört nəfər osmanlı türklərilə arqadaş olub, bir parça ümur oruşdum, çünki əfəndilər Moskovdan gəlmiş mali-fəturə taciri və oqumuş, dünyanın şimdiki əhvalü evzanından xəbərdar həriflər idi. Ayın iyirmisində sübh vaporumuz Trabzona yanaşdı. Altı saət orada yük alacağını bilib, ufaq qayıqlara minib də bir qaç saət bə əzmisəyahət Trabzonda dolaşdıq... Trabzon çoq eyi və səfalı, ruhpərvər və nəş’ətgüstər bir bəldədir. Əvvəl dənizdən ufaq bir qəsəbə kibi görünürdü. Seyr edib gəzəndən sonra mülahizə etdim, böyük bir bəldə və kəndisi də vilayət (quberniya) məhsub olunur. Naxçıvana ordan bir açıq məktub da yazıb yolladım. Altı saatdan sonra vapora evdət edib rahət olduq. Vaporda iki nəfər dəxi arqadaş artdı. Birisi məktəbi-tibbiyyeyimülkiyyə mütəəlimlərindən və digəri dəxi məktəbi-tibbiyyeyinərbiyyə şagirdlərindən idi. Çoq zəki və kamallı çocuqlar idi. Bir-iki saat söhbətdən sonra uyuyub, sübh səhər çağı uyqudan qalqıb da kəndimizi Samsuna yetişmiş gördük və orada dəxi vaporun tə’viq etməsini sorub bildikdən sonra qayıqlarla altı arqadaş iskələyə yanaşıb doquz saət yeyib-içib səfalanıb hər bir soqaq və caddələri səyahət etdik və rüşdiyyə məktəbinin həyətinə gedib çocuqların jimnastik məşq etmələrinə tamaşa etdik və postaxanə qarşısından keçdikdə bir açıq məktub dəxi Naxçıvana yazdım. Vapora evdət edib, bir sutka dəxi yol getdik. Vaporumuz üç iskələyə yanaşdı, lakin çoq qalmadığından və küçük qəsəbələr olduğundan, düşüb getmədik. Axırıncı iskələ ki, Anapoldan ibarətdir, üç saət ora yanaşıb, sonra bir buçuq sutka – 36 saət birbaşa yol gəlib gecə saat üç buçuqda İstanbulun boğazına daxil olduq. Öylə ki, sübh açıldı, tamaşa etdik. Boğaz nə Boğaz!!! Allah zaval verməsin... Cayi-həmə yaran və əzizan xali! Müxtəsər, üç saət gözətləmədən sonra topçu əskərlərdən və iki nəfə kaptan təşrif gətirib, vaporu müayinə edib, sonra icazə verdilər. Bir buçuq saət Boğazın içi ilə yol Nə deyim, danışmasam yaqşıdır! Bütün dostların və əzizlərin yeri mə’lum! (farsca) gəlib aqibət köprüyə yanaşdıq və Boğazın əvvəlindən köprüyə kibi hər bir tərəf imarət, məscid, bulvar, səyahət etməli və səfalı yerlər idi. Sərriştə əldə getməsin qayığa minib rıxtıma çıqdım. Amma Boğazın içində silah və bir para yazıdan dolayı bizi aradılar, lakin hiç bir şey bulamadılar. Haydı, yavrum, haydı, oğlum, Allaha ısmarladım – deyib bıraqdılar. Gömrükxanəyə çıqdıqda şeyləri açmağa və pasportları pişnihad etməyə paşalar əmr verdilər. Pasportu təqdim edib, şeyləri də açıb hazır məddi-nəzərdə qoydum. Bir çert tütünə səkkiz quruş cəza aldılar. Ələl-icmal qaydalı və pakizə zakonlar icra edirlər, amma əfsus, on bir tanə səccadəmin gömrükləməkdə 25 quruşa kibi bəndən yazıçılar rüşvət aldılar. Əhvalım yenə digərgun oldu, fəfəndim. Cümleyi-mö’tərizə: “Mərhəmətli əfəndim! Əgərçi fədəvi şu səhifələri belə bir tulani yazmaqda kəndimə zəhmət bilmiyorum, amma sizin oquyan vaqt bıqmağınızı, yə’ni təngə gəlməyinizi təsəvvür edib də sizin fikrinizə qalıyorum. Barı Sirkəcidə Babi-ali caddəsinin qarşısında “İzmir” otelində 13 gün iqamət edib, dünkü gün Validəxanda bir oda qonuşdum da, təğyiriməkan etdim... Səyahət etməli yerləri tədricən bir qaç günlər gəzib tamaşa etdim. Böyük məscidlər və bə’zi əntiqanələr, tramvaylar və yeraltı maşınları və bə’zi vaporlar və qeyrə və qeyrə. Qafqasyadan təhsilə gəlmiş ağaları, əfəndiləri bir-bir arayıb aqibət bir qaçını buldum və hər iki gündən bir bir yerdə olub, söhbət ediriz. Yeddi-səkkiz nəfərə kibi Beyruta dəxi təşrif aparıblar, amma hansılar ki, azca mə’lumatı var, bə’zi alçaq məktəblərə qəbul eyləyirlər, bu şərtlə ki, sinni az ola. Amma onlar ki, bir parça mə’lumat sahibidirlər, onlar hiç biri məktəblərə qəbul olunmaq istəmiyorlar, fəqət qabil ədiblər və fazil, zəkilər indində qeyri-rəsmi surətdə kəndilərinin maraqınca hansı bir elmə talib isələr, təhsil etməyə şüru ediyorlar. Bəndə də əvvəl həvəsləndim ki, hər bir işdən sərfi-nəzər edib fəqət təhsilə məşğul olum. Sonra mülahizə etdim ki, bənim param bənim xərcimi ancaq bir buçuq sənə görə bilir. Ondan sonra hardan para bulacağam? Mütəhəyyir qaldım və boşladım. İştə bənim əfkarım: bən, inşaallah-təala, əgər mümkün olursa, bütün müxtəsər partiya ilə olan bir iş və ticarət nəzərdə qoymuşam ki, gündə altı saət vaqt itirsin, fəqət sonra həm osmanlı üsuluca, həm də fransızca kəndi qomşumdan Şeyx əfəndi ki, qabil və zabitəli və ezvairuzgara xəbərdar bir müəllim və ədibdir, gündə üç saət kəndi əfkarımca təhsil edim. Müxtəsər, nerdə olursam, oqumaqda müsamihə etməyəcəyim. Və inşallah təala, təhsil etməyə gəlmiş əfəndilər ilə Qafqasyaya evdət etdikdə eyicə mə’lum olunar ki, onlar nə təhsil qılıb və bən nə kəsb etmişim. Qərəz, baş ağrısı oldu. Bən ölüm, əfv ediniz! İstanbulun havası gözəl, Boğazının havası pək gözəl və qarşısının havası dəxi gözəl və eyicədir. Vəssəlam. Ərzi-səlam məxsusi bəxidəmati-aliyeyi-mütai Əsədağa Kəngərli, səlləməhumullahi ənilhədəsan və ümdəttüccar Kərbəlayı Nəsrullah və Mirzə Nəsrullah ağa Əmirov və cənab Nəsirbəyov və Bektaşov və Şeyxov, E.Sultanov və Məhəmmədov və Məşədi Məhəmməd ağa Şərifov və hər ki, başəd zi hali-mən pürsan yək bə yekra duayi-mən bərəsan və əziz və ərcüməndim Əbdüləziz və Əbdüləzim və Əli əfəndiyə dəxi məxsusi salamım var. Digər, əfəndim həzrətlərindən übeydanə rica ediyorum ki, məktubumun mütəvvəl və xəttinin müşəvvəş və kəlimatının mütəfərriq və hərcümərc olmasını əfv buyurub və üyubatından iğmazi-nəzər etsinlər. Əgərçi bə’zi əhvalatlar da qaldı, lakin nasıl edəlim, vaqta müsaidə yoq. Yoqsa təfsilən yazacaq oluyorum. Və illa xakpayınızdan təvəqqe ediyorum ki, cənab Şeyx əfəndiyə hər vəqt “Həblül-mətin” ruznaməsini oquyandan sonra verəsiniz və görəndə təməddünə qarşı təşviq və tərğib edəsiniz. Əl-əqəll Hüseyn Salik Rasizadə Naxçıvani, Dərsaədətdə, Validəxanda”. 2 Naxçıvanda. Səmahətli və fəzilətli əfəndim Məşədi Qurbanəli ağa Şərifov damə iqbaləhu həzrətlərinə vüsul olacaq bir məktub. Dərsəadət. 26 şə’ban 1324 mütabiq 2 təşrini-əvvəl, yaxud oktyabr 1906 Əsalətli əfəndim həzrətləri! Ümüdvarım ki, Naxçıvanın əhvali-hazirəsi rifahiyyət və əmniyyət üzrə olub vücudiməs’udunuz səhhət və e’tidal ilə bərdavamdır. Kim halımı soruşsa, bir-bir dualarımı çatdır (farsca). Mə’zirəti-məxsusə: zati-alilərinizdən şu məktubun səhvü nisyan və qələtatitəhəkkümisindən sərfi-nəzər edib əfv buyurmağınızı rica ediyorum. Bəyani-hal və şərhi-əhval: mərhəmətli əfəndim! Əgərçi kəndimə dair xüsusi əhvalatımı İstanbula varid olan kibi hüzuri-mərhəmət zühurunuza müfəssələn yazıb təqdim etmişdim və ondan daha şimdiyə kibi hənuz cəvab da almamışım; zati-alilərinizin kəsrəti-məşğələsindən naşi imiş, yaxud nədən nəş’ət etmişsə, eyicə fərqinə varamıyorum. Ancaq bəndəniz yenə müsamihə etməyib mücəddədən müzahimievqati-şərifə oluyorum. Nasıl ki, iləricə mə’ruzi-xidmət olunmuşdu, İstanbula varid olan kibi hiç bir yerə aşina olmadığımdan, əvvəlcə “İzmir” otelində on, on iki gün iqamət edib qafqasyalı qardaşlarımız ilə buluşub tapışdıqdan sonra mükəmməl surətdə İstanbulun bə’zi yerlərini səyahət edib layiqincə bir parça mə’lumat aldıq; amma oteldə və s. apartmanlarda olan arqadaşlarımızda bir parça bə’zi sıqıntılar mülahizə edib, Validəxanda bir oda kəsrətiməşəqqətlə icarə edib ələ gətirdim, çünki Validəxanda sakin olanlar həp əcəmlər, iranlılar olduğundan devlət nəzərində o qədər mütənabeh deyil, amma dışarılarda olan arqadaşların mənzillərində bir qəzetə, yaxud istiqlala dair bər’əks bir söz oquması və qonuşulması həp məmnu olub artıcaq mühalətdandır. Belə ki, müşarileyhimdən hiç biri istiqlal ziddinə dair bir mətləbin oquyub yazmasına iqdam edəməyorlar və yenə edəməzlər, amma Validəxan və qarşıki İstanbulun ötə tərəfinə, yə’ni köprünün o biri səmtinə təsmiyə olunur, “kürr və hürrdür”, bə’zi quyudat və can sıqıntısından azaddır. Validəxanda iranlılıq nöqteyi-nəzərincə və qarşıda əcnəbilər sakin olduğu cəhətə, amma hər bir əhraranə qəzetələr gətirmək əcnəbi postaları təvəssütü ilə pək qolay və pək asandır. Odur ki, şimdi qafqasyalıların və qazanlıların çoqusu qarşıda və bir-ikisi də Validəxanda və civarında oluyor. Fəlihaza fədəvi də müəllimin Validəxanına yaqın olduğundan, Validəxanını kəndimə məskən etdim... Amma mədəniyyətimiz və təhsilimiz: Rəbiüs-saninin əvvəlindən bəndəniz dərs və təhsilə şüru edib gündə bir saət fransızca və iki saət də türk lisanında bə’zi ədəbiyyat və tarixə dair elmlərdən oxuyorum və üç-dört saət də gündə məzkur dərsləri hazırlamağa məşğul oluyorum. Əlhasil, başqa bir şüğl və iş yapmağa daha vaqtım olmıyor. Həftədə ancaq cümə günü ki, tə’til edib, istehmam və qeyri bir ləvazimatı ələ gətirib dört-beş saət də arqadaşlarımız qafqasyalıların məiyyətilə Boğaz içinə və bə’zi hissiyyat artıran yerlərə gedib bir nev təğyiri-hava ediyoruz və Validəxanında bir qaç Iran tələbələrilə şərakətən “Həblül-mətin” gətirdiriz və “İrşad” da Mirzə Abdullaha gəliyor. Qafqasın möhnətəngiz xəbərlərini oquduqda pərişanhal olmağı nəzərə alıb, bə’zi sıqıntıları rəf’ etmək için “Molla Nəsrəddin” əmiyə də yazdım ki, qış gecələrindən ötrü fəna deyil deyə, bir müddət Rusiyanın İstanbuldakı postasına yollasınlar. Müxtəsər, tuli kəlama mübtəla olmuyalım. Hər dürlü xaricə qəzetələrində olan əhvalatlardan hər gün mə’lumat alıyoruz və cümə günlərində də bə’zi qiraətxanalarda, gah-gah da Kütübxaneyi-ÜmumiyiOsmanidə bir qaç saət əyləşib, əhvali-daxiliyyəyi layiqincə mülahizə ediyoruz. Əlhasil, bekar və asudə bir vaxt bulamıyorum ki, həm zatialilərinizə, həm də əhbabdan bə’zisinə bər səbili-ixtisas və iradət ərizənigar olub, lüzumunca izhari-həyat edəyim. Ümidvarım ki, həpsi elm təhsilini başqa bir məhəbbət və məvəddətə tərcih verib, daini mə’füvv buyuralar. Miriş ağa der ki: “Söz çoq, vaqt yoq”. Nə yapalım?! Naxçıvanda təhsil edib məktəbdən qurtarandan sonra müddətlərcə fevt etdiyim fürsətlərin və vaqtların təlafiyi-mafatına burada çalışmalıyım. “Mala yədriku vəla yətrik külləhu”. Məzmununca mümkün olduğu qədər bə’zi əvalimi dərk edib anlamağa və lüzumunca aşina olmağa məcburum; keçdi cəhalət zamanı!.. Gəldi hürriyyət zamanı... Bahəmeyi-in şu müddətləri fevt etməyimə yenə bais gözlərimin bir parça zəif olmasıydı ki, əlhəmd İstanbula yetişən kibi “Ziya əfəndi ki, Almaniyanın göz dokturluğunun məktəbini ən birinci imtiyaz ilə bitirmiş diplomantlarındandır” yanına gedib, gözümü göstərdim. Bir dava və ilac verib, sonra bir gözlük nömrəsi yazdı ki, arayıb İstanbulda bulamadım. Parisə yollayıb on dört gündən sonra aldım. Şimdi onun vasitəsilə bu səadətə müvəffəq oldum. Əgərçi bu xüsusda üç lirə məsrəf qoydum, amma, şükür gecə-gündüz təhsili-elmə lap eyicə dəvam edə biliyorum... ...Boğaz içinin havası pək lətif olduğundan, Qara dənizə qarışana kibi həp gözəl-gözəl köylər və seyfiyyələr tə’min etmişlər və altmışa qədər şirkət vaporu, amma ufaq vaporlar ki, ancaq 500 adama havi ola bilir, məhəllə vaporu ismilə və ucuz fiyatla minikləri şurayaburaya Hamısını dərk edə bilməsən də hamısını tərk etmə (ərəbcə). taşımaqdadırlar, keçən gün “Iqdam”da oqudum ki, yenə iki böyük və çoq iti yol gedən vaporlar gəlmiş, biri “Tiri-müjgan” və digəri “Feyzialəm” ismində ki, Bəhri-Səfiddə qullanmalıdırlar. İstanbulda var dört tramvay yolu ki, hər birində 24-ə qədər vaqon oluyor, qarşıda köprünün o biri tərəfində daha bir tunel yolu vardır ki, on dəqiqəyə qədər yenişdən yoquşa qalqıyor. İstanbulda çox böyük qiraətxanə və kütübxanalar var, amma layiqlərincə kitabları və qəzetələri yoqdur, çünki hər bir eyi mündəricat və mətbuat yasaqdır. Böylə anlaşılır ki, dörtbeş sənə bundan əqdəm Türkiyədə hürr əsərlər var imiş və camaata da belə dəhşətli surətdə sıqı tutulmazmış, ələlxüsus KütübxaneyiÜmumiyi- Osmaninin bir tərəfində yedi-səkiz sandığa kibi kitab vardır ki, beş sənə bundan əqdəm yasaq və məmnu deyilmiş, amma şimdi yasaq olmuş... ...İstanbulda mütəəddid və gunagun teatrolar var; ələlxüsus ramazanda büsbütün kəsəbə və çoq əsnafın dükanları gecələr açıq olub, məfhum olduğuna görə, teatrolar daha ziyadələşir və türklər də o gecələrdə teatroya getməyə artıcaq talib və rağib oluyorlar. Qarşıda kı, köprünün o biri tərəfidir və səkənəsinin də çoqusu əcnəbi olduğundan içkiyə əcnəbilərə mümaniət yoq, ama müsəlmanlara həp yasaqdır, kimsə ələzzahir içki içəməz. Amma İstanbulun bu biri nisfində ki, peyğəmbərin əbası, əmmaməsi və sancaği-şərif və sair mütəbərrikə şeylər oluyor, hiç bir tanə dükanda açıq içki satılamaz və bu biri tərəfdə o şeylər səbəbilə qarşıdan devlət və camaat indində möhtərəm və əzəmətli məhsub olunur, böylə ki, kərrat süfəra və konsullardan bu səmtdə sakin olmağa talib olublarsa da, devlət kimsəyə izn verməmiş. Kart vərəq bil’ümum yasaqdır... Ünas firqəsi, büsbütün xanımlar üzüaçıq və hürrdürlər, amma namünasib bir şey yapamazlar. Xilafişər’, bir iş nəş’ət ediyorsa, devlət çoq sıqı tutuyor. Amma bə’zilərinin də müxtəsər bir yüz örtüyü vardır. Türkiyədə muzey sənətinə tərəqqi verməyə çox təlaş və sə’y olunur. Keçən günlərdə bir teatroya getmişdik. İran hüriyyətxahlarının fransızca şəbehini çıqarırlardı. İstanbulda dəbistani-iraniyan olduğu kibi, Trabzonda da olub, İzmirdə də yeni bu günlərdə müşiri-hüzur təvəssütü ilə tə’sis olundu... ...Gecə yarısıdır. Əfəndim, ibarələrin yekdigərindən birəbt olmasını əfv ediniz. Daha vaqt qalmadı. Səlame-mən bə anan ki, bəhəqq təkəllüm gərdənd, bəhəqq qoftənd, bəhəqq xoftənd. Əbdüləziz əfəndiyə bəndən məxsusi səlam. Xudahafiz. Əgərçi bə’zi sözləri yazmağa yer qalmadı, amma nə yapayım?! Daha vicdanımda halət və vaqtda da müsaidət yoqdur. Yenə xudahafiz. Hüseyn Rasizadə Naxçıvani. İstanbul 3 Naxçıvanda. Mə’rifətli, mərhəmətli və tə’rifə sığmaz Məşədi Qurbanəli ağa Şərifov cənablarına çatacaqdır (müvəffəqiyyətləri daha artıq və mərhəməti daha daimi olsun. 2 rəməzan 1324, mütabiq 16 təşrini-əvvəl oktyabr 1906. Ruhum fədası olduğu cəvahir! Birinci, ümid edirəm ki, Naxçıvanın indiki vəziyyəti rifah və əminamanlıqdır. Sizin yüksək dərəcədə bəxtiyar varlığınız da sağlam və səlamətdir. İkinci, qısaca o böyük Ağanın nəzərinə çatdırıram ki, keçən həftə hörmətli cənabınıza məktub yazıb, imkan daxilində geniş mə’lumat vermişəm və yenidən başınızı ağrıtmağa ehtiyac yoxdur. Lakin nə deyim ki, deməməyim daha yaxşıdır. Bu gün naxçıvanlılardan bir-birinin ardınca iki məktub Şeyx Məhəmməd ağadan və gözümün işığı Əlirzadan aldım. Birinci məktubu oxuyub sevindim. İkinci məktubun məzmunundan isə kədər dəryasına cumdum. Əlirzanın məktubu onun təəssüflü əhvalını bildirirdi. Ürəyim kəbab oldu, əhvalım iztirabla doldu. Mən İstanbul səfəri fikrinə düşdükdə cənabınıza bildirdim. Siz də məni bu işə təşviq etdiniz. Sonra isə anamın halını düşünüb məndən ayrı qaldıqca halı necə olacağını təsəvvürünüzə gətirdiniz və yenə getməyimi məsləhət bildiniz. İndi Sizin mərhəmətinizdən ürəyim istədiyi kimi arzularıma nail olmuşam. Lakin!.. Lakin məni asudə öz halıma qoysalar: Bu ölkədə ürəyim min yerə parçalanmış, Hər biri min nazənin dilbər əlində qalmış. Bu, bir işarədir. Mədəniyyətə həsr edilmiş bu əsrdə hamı elm əldə etməyə rəğbət və hər kəs mə’rifət qazanmağa qeyrət göstərir, heç Mənim salamımı haqq danışanlara və haqq yolunda ölənlərə yetirin. (farsca) insafdır ki, biz bəsirət gözümüzü yumaq, qəflətə, cəhalətə cumaq? Bu, bir fürsətdir ki, halhazırda əlimə çatıb, tale üzümə səadət qapısı açıbdır. Lakin təəssüf, min təəssüf! Bu qədər çoxlu məşğələlərlə bərabər, Əlirzanın məktubları ürəyimi solğun və əhvalımı pozğun edir. O, arası kəsilmədən yazır ki, beş-altı aydır qardaşım Şeyx məni nə oxumağa göndərir, nə də bir işə düzəldir! Bilmirəm nə edim, nə çarə qılım? Nəyin dalınca gedim?! Az qalır ki, qüssədən həlak olum. Xülasə, bu dərdə nə edim, nə çarə qılım, tutulmuşam, vəssəlam. Mənə bir çarə yolu göstərin ki, işsizlikdən ciyərim qana dönmüşdür, ya bir tədbir görün İstanbula gəlim, ya da haraya məsləhət bilirsiniz, oraya gedim? Cəvab. Mənim ağam! Başınızı ağrıtsam da, cənabınıza mə’lumdur ki, onun nə İstanbula getməsinə, nə də başqa yerə getməsinə mən qısqanmıram. Lakin Siz bildiyiniz kimi, əgər o da mənimtək oxumaq üçün qürbət vilayətə gedərsə, anam ikimizin ayrılığına tab gətirməyəcək, “Həyat” qəzeti kimi diri-diri vəfat edəcəkdir. Sözün qısası, Sizə bu baş ağrısı verməkdən məqsəd budur ki, öz yüksək mərhəmətinizlə məni minnətdar edib, lütf qılıb ya Şeyx Məhəmmədi yanınıza çağırasınız, ya da özünüz onun yanına gedib, Əlirzanın oxuması haqqında onunla bir-iki saat məsləhətləşəsiniz. Hər növ ilə olursa, Naxçıvanda onu inspektoriya nəzdində qorodskoye uçilişşenin iste’dadlı müəllimlərindən birinin, ya Mirzə Abbasın, ya da cənabınızın məsləhət gördüyünüz hər kimin yanına qoyasınız oxusun. Aylıq nə olarsa, Şeyx cənabları bankda onun öz pulundan götürüb ödəyər. Xülasə, əgər onu bir işlə məşğul etsəniz, bu qiymətsiz qulunuzu sevindirir və məni kədərli xəyallardan xilas edərsiniz. Onun sinə qəfəsi çox dardır və bə’zi hadisələr ürəyinə sığmaz. Onun haqqında bir qədər də ehmalkarlıq və e’tinasızlıq olarsa, özünü itirər. Gümanım budur ki, ürəyini ələ almağa nail olacaq və boş xəyalları başından çıxaracaqsınız. Rus dilini təkmilləşdirməyi ona tövsiyə edin. Mümkün olarsa, fars və türk dillərini də təkmilləşdirsin. Vaxtı imkan verməzsə, mən Naxçıvana qayıdandan sonra özüm onu bu işə təşviq edərəm, vəssəlam. Məndən ağzını haq sözlərlə açan və həqiqət danışmış olanlara salam. Ən kiçik duaçınız Hüseyn Rasizadə Təsadümi-əfkardan bariqəyi-həqiqət parlar. Ümidim fəqət Sizin lütfünüzədir, əfəndim! 4 Naxçıvanda. Miri-möhtərəm, vətəndusti-müəzzəm Məşədi Qurbanəli ağa Şərifov həzrətlərinə təqdimeyi-acizanəm. Eydi-əzha 1326. Əfəndim! Məktubunuzu – o səmimiyyətpərvər məktubu keçən gün postadan aldım (Xeyir, kantordan aldım). Bəndənizi məs’ud Türkiyənin böyük bayramı ilə, Məclisiməb’usan güşadı ilə təbrik ediyorsunuz. Filhəqiqə məs’ud kibiyim, bəlkə də məs’udum, fəqət bəhərhal bu məs’udiyyət, bu şərəf şərifovların, sidqilərin tərbiyeyi-nikbinanələrinin nəticeyi-şə’şədarı ilə təşviqati-qiymətdarına racedir. Sizlər ülüvv cənablarınızla pəriyihürriyyət və mədəniyyətin yüzünü qaplamış o müciç pərdələri, o qaranlıq örtüləri yırtdınız, parçaladınız da, təhsili-mə’rifət, ülüvvü əzəmət, məhəbbəti-hüriyyət nə olduğunu bana anlatdınız, yoqsa... ilələbəd zəlalət uçrumlarında, cəhalət bataqlıqlarında məhv olub gedəcəkdim. Bən daima sizə minnətdarım, əfəndim! Unutulmasın da, “bayram təbrikiylə əllərinizi sıqar, ərzisəmimiyyətə müsaraat edərim”. On beş gündə bir Hacı Baba ağa kantoruna getməklə mö’tadam. Hacının Süleyman bəy ismində bir böyük oğlu var. Qayət nazik və düşüncəli, fəzilət və kəmalata malik bir zati-möhtərəmdir. Bə’zən məktub üçün kantorlarına getdiyim zaman (xüsusi) və başqa bir odada müşarileyhlə bir-iki saat söhbət və məhəbbətə baqarız. Keçən gün də bər mö’tad və bayram təbriki için kantora getdim, əfəndilərin həpsilə birər-birər görüşdüm. Sonra Süleyman bəy Ağa Zeynal ilə bəndəni görüşdürdü və məktubu da verdi. Oquduqdan sonra ixlasım Ağa Zeynala bin qat ziyadə artdı, səlamınızı ərz etdim. Sonra Süleyman bəyin nəzakəti-muşikafanəsilə ikinci odaya keçdik, bol-bol, geniş-geniş söhbət etdik. Maşallah, eyi cavandır. Pək çapuq islah olunur. Hasili, bizə həmməslək (?) bir zatdır. Tərəqqiyə müstəidd, həqiqətə müştaq bir gəncdir. Bir-iki saət həsbi-hal etdikdən sonra vida edib, Hacı Rəsul ağaya getdim, odada yoq, kart bıraqdım. “Müşarileyhi şimdiyə qədər ancaq iki-üç dəfə xüsusi görə bilmişəm. Əksəriyyən getdiyim zaman odada bulamam, bulduğum zaman da bir qaç həşəratül-ərzlə bulurum Miladi 1908 ki, işimizə gəlmiyor, quru-boş lafdan başqa bir şey zikr olunmuyor. Mümkün olsa bir daha sizin səlamınızı yetirmək için görəcəyim”. Sonra Tağızadə Mir Cavad ağaya da bir kart bıraqdım. Sonra bir evə getdim ki, orada İran əhrarından Naci bəy ismində bir zatı ziyarət edəcəkdim. İçəri girdim, məgərsə Hacı Rəsuldan maəda bildiyim gənc İran əhrarının ən həmiyyət pərvərlərindən yeddi-səkkizini orada buldum. Eyicə söhbət etdik, yemək yedik, sona doğru Boğaz içi vaporlar ilə həpimiz bir yerdə Kazı köyü ismində bir köyə getdik ki, Mirzə Məhəmmədəli xan (Seyid Həsənin yoldaşı) orada iqamət ediyor. Müşarileyhlə bir qiraətxanədə buluşduq, kəmaliməhəbbət və səmimiyyətlə iki-üç saət qədər söhbətə məşğul olduq. Bən də Mirzə Məhəmmədəli xanın yanında oturmuşdum. Söhbətlərimizin nisfi zatialinizə dair oldu. Və müfəssəl surətdə sizin başınıza gələn bəlaların (daha doğrusu, vicdan və insaniyyət naminə yapdığınız alicənablıqdan dolayı çəkdiyiniz üzüntülərin, düçar olduğunuz sıqıntıların) həpsinin birər-birər yanaraq nəql etdi. Doğrusu, bən bir az eşitmişdim. Fəqət, bu dərəcə bilmiyordum. Nə qədər mütəəssir olacağımı, qəlbimin və qəlbimizin nə böyük alan və ikdara hədəf olacağını kəndi qəlbinizə müraciətlə pək eyi bilə bilirsiniz. Minəl qəlb iləlqəlb... fəqət, şimdidən sonra quldurlara, haydutlara – bir az olsun – e’timaddan çəkinəcəkmisiniz? Haşa! Qabil deyil, imkan xaricində bir şey. Bu hal, bu vicdan, bu ülüvv cənab sizdə (ba şir əndərun şod və ba can bə dər rəvəd). Hər şey dəyişsə, təbiət dəyişməz. Nə isə, miri-müəzzəmileyhdən də kəmali-təhəssürlə ayrıldıq. İstanbula gəldik. Qürubun o hüznalud bulutları, o kədərnümud qaranlıqları arasında, yuvarlana-yuvarlana doğru otelimizə gəlib, odamızın xəfagah sükununa çəkildik. Və bir-iki kəlmə ilə sizi tə’ciz və təsdi etmək için yorğun bir halda şu ərizəyi qaralamağa qərar verdik. İştə bir günlük ruznaməm. Və bunu da unutmuyalım ki, Məmmədovların, Mirzə Məhəmmədəli xanın və s. əhrari-İraninin zati-vətənpərvəranələrinə xüluskaranə səlamları, səmimanə ərziehtiramları var... Səid Səlmasi isə bir qaç gün bundan iləri o tərəfə əzimət etmişdir. Şimdi, – arzu buyurduğunuz vəchlə, – bir qaç kəlmə də öz məişətimə dair yazım. Ürəkdən ürəyə (ərəbcə) Südlə gəlib, canla çıqar (farsca). Əfəndim! Bəndəniz ta Ramazana qədər beş-altı ay (e’dadi) proqramını ikmala çalışırdım və hər həftə də məşhur filosof Riza Tevfiq bəydən bə’zi həqayiqə dair bir-iki dərs proqram xaricində oquyurdum. Sonra hürriyyət alınır-alınmaz Riza Tevfiq bəy Ədirnə məb’usu intixab edildi. Bə’zi asari-nafiə nəşrinə başladı, darülfünunun ədəbiyyat şö’bəsinə professor tə’yin edildi. İttidad-tərəqqi cəmiyyəti tərəfindən millət vəkalətinə namizəd oldu. Xülasə, iş iş üstündən aşdı, daşdı, bizə vaqt qalmadı. Sonra Ramazanda darülfünuna istida təqdimilə ədəbiyyat şö’bəsinə qeyd və qəbul olundum. Şimdiyə qədər də davam ediyorum. Şimdilik bənim tə’qib etdiyim dərslər: ədəbiyyati-osmani, ədəbiyyatifarsi, tarixi-ədəbiyyat, məbadiyi-fəlsəfə, tarixi-ümumi və siyasi, coğrafiyayitarixi, təbii və ümrani, həftədə on dörd dərs birinci sınıfda oquyorum. Fürsəti fevt etməmək için yeddi dərs də ikinci sınıfa dəvam ediyorum. Məktəbimiz üç sənəlik və üç sınıfdən ibarətdir. Əgər bu sənə birincidən imtihan verəcək olursam və keçinəcəyim biəyyi nəhvin kanə yolunda olursa, gələcək sənə də, həftədə yeddi dərs ikincidə və on dörd dərs üçüncüdə istima edib mə’lumati-laziməni əldə etmiş olurum. Fəqət ikincidən şəhadətnaməyə müvəffəq olsam belə, ehtimal ki, üçüncüdən olamam. Fəqət, bə hər hal hər üç sənəlik mə’lumata dəstrəs olurum. Çünki hər sənənin dərslərini çocuq kibi əzbərləmək lazım (madam ki, bana elm lazımdır, şəhadətnamə lazım deyil), o surətdə əgər müqtədir olursam, ikisini çocuqcasına imtihana hazırlanırım, fəqət üçüncüsünü bilib öyrənərim. Zəhəmati-məşaqqəsinə paybənd olmam. Bu proqram ustadi-möhtərəm Riza Tevfiq bəyin səlah gördüyü bir proqramdır (Şəb abistənəst, ta çi zayəd səhər). Demək ki, bərhəyat olursam və keçinəcəkdə zorluq çəkməzsəm, topu-topu bənim İstanbuldakı övqati-təhsiliyyəm bir buçuq sənə qədər küçük bir müddətdən ibarət olacaqdır. Fəqət?! İştə məsələnin ən yaralı nöqtəsi bu istifhamlı, bu heyrətli “fəqət?!”dən ibarətdir: çünki bu fəqət bəndənizi çocuqluğumdan bəri görmədiyim, bilmədiyim, sevmədiyim, sevmiyəcəyim o qorqunc, o müdhiş hiçliyə... (dilənçilik) denilən o quduz illətə yalvartmaq istiyor. Fəqət əfsus, həzar əfsus, bənim təbiətim, yaradılışım bütün-bütünə bu Keçmişdə olduğu kimi. Gecə boyludur, kim bilir səhər nə doğacaq. illətdən qaçar, bu zillətdən qorqar. Bən hamallığı, xidmətkarlığı pək ziyadə sevərim. Fəqət böylə bir devri-hürriyyət və zəmani-səadətə bənliyimi satmaq, əsir almaq istəməm (əsir olduğum bir şey varsa o da həqiqət və məhəbbətdir). Əsarət zəncirinə bağlanmaq, o müləvvəs qeydi çəkməyə razı olamıyorum. Səbəbi isə ağır yük taşımaq, məğruranə bir minnət çəkməyə bir dürlü könlüm qane olamıyor. Məşhur Kəmal bəy demiş ki “kimsənin lütfünə olma talib, – əvəzi cevhərihürriyyətdir”. Bilməm hiç ki, ömrünüzdə özgələrə ehtiyac hissilə mütəhəssis oldunuzmu? Bəndəniz sizin Tiflisdən yazdığınız məktubu aldıqdan sonra Rəhim xana iki məvəddəti məktub yazdım. Fəqət para, filan için bir işarət etmədim, ba həmeyi-in yazdığım məktub guya bəni əzir, bəni boğuyordu. (Sonra Tiflisdən Hacı Seyid Bağır ağadan üçər-beşər rublələrlə toplanan məbləğin surətini istədim. Ondan da bir cəvab alamadım. Pək ziyadə sıqıldım) Çünki siz bana iqraz deyə yazmışdınız, onun için bilmək istədim, mütəəssif ki, biləmədim. Sözün ən qısası bəndəniz şimdilik əlimdə olan beş-üç lirədən yemiyə-yemiyə (daha doğrusu, həftələrlə penir-əkməklə qənaət edərək) kamalisəfalətlə artıra bildiyim cüz’i bir məbləğlə bir qaç ay kəndimi idarə edə bilirim. Yalnız burası bilinməli ki, həyatım fəlasifeyi-kəlbiyyun ki, yaşayışları kəlb yaşıyışından təfriq olunmaz – həyatından pək fərqli deyil. Lakin keçən sənə yazdığınız proqrama tevfiqən və o təəhhüdata istinadən yapdığım ən böyük yanlış üç sənəlik geniş bir proqramdan iləri gəlmə bir xəta oldu ki, onu təhvil etmək imkan xaricində ədd olunacaq qədər gücdür. Fəqət bununla bərabər şu müddəti-mə’luməyi hər dürlü fəlakətə köks gərməli olsam belə dəvam etdirəcəyim, bu xüsusda hər məşəqqəti biryolluq gözə aldırmışım. Hacı Rəsula şimdiyə qədər bir söz söyləmədiyim kibi – yazdığınıza rəğmən – Təbrizə də əsla bir kəlmə işarət etmədim və etməyə də cəsarətim gəlmədi, çünki cavanmərdanə təəhhüd edilən bir sözə – bir və’də – istər iqraz, istər həmiyyət olsun – təkrar-təkrar biz batırmaqdamı lazım?! Bu bəncə bir zilldir. Həqiqətən, dünyada hər bir şeyin də bir qanunu var. Əgər iqraz məsələsi isə, ona kəfil, zamin lazım, ac, biilac tələbədən nə bəklənir. Əgər həmiyyət və üxüvvətə məbna bir təsəvvür isə tələbəlik naminə isə, o da seyiddən, molladan bir şey olmalı ki, o təhsilin dünyasına mənffəti olmasa belə, axirətini abad edər ki! Deyilmi? Mühəqqəq böylə! Nə isə, bu dərəcədə kədərli və sıqıntılı bir zamanınızda mə’mulunuzun xaricində olaraq tə’ciz və təsdiq ediyorum isə də (Cormi ke mirəvəd bəomid-e ət-ye tost) misrası istinadgahımdır. Bütün vətəndaşlara səlam və ərzi-ehtiram, baqi xülus və səmimiyyət. Müntəziricəvabım. H.Rasizadə İlk istid’ayi-acizanəm xəttimin çirkinliyini əfv etmənizdir, çünki bir dəfə sür’ətlə yazmağa alışdıqda, sonra tərki gücdür. 5 Naxçıvanda.Cənab məxdum və möhtərəm ağayi-Şərifzadə Qurbanəli həzrətlərinə ərizeyi-acizanəmdir. 23 şubat – fevral 1909 Eydi-səidi-novruzunuzu bilxassə təbrik edərim. Həqayiqpərvər əfəndim həzrətləri! Şərəfsüdur buyurulan iltifatnamənizi iki gün əvvəl günortadan aldım. Oracıqda açıb oqumağa başladım. Süleyman və Zeynal bəylərə səlamınızı söylədim, hər ikisi izhari-təşəkkür etdilər. Sonra oradan odama gəldim, məktubu çıqarıb bir daha kəmali-diqqət və əhəmiyyətlə nəzəri-tədqiqdən keçirdim. Oqudum, bir daha oqudum. Oquduqca məsrur və məmnun oldum, məmnun olduğum qədər də məhzun oldum. Məktubunuz qevsi-qüzehli hava kibi bir anda, bir baqışda həm bahar çiçəklərini tənzirə qalqışır, gözəl və mütəməvvic əlvan sərpiyordu, həm də o rənglər, o qevsiqüzehli, o ləm’ədar və fərəhli rənglər arasında bir rəngi-matəm, bir levheyi-nürələm, bir barani-sitəm sisləri yağdırıyordu. (Fəqət heyhat!.. İnsan daima aldanmağa məhkumdur) Əfəndim! Başqalarına məktub yazdığım zaman nasıl isə hiç özənməm, xeyir, yanlış söylədim, hiç düşünərək yazmam, yə’ni düşünüb də yazmaq istəməm. Fəqət sizə gəlincə, bir yapraq kağız əlimə aldımmı? Dərhal geniş-geniş sahələr, parlaq-parlaq ülviyyətlər, acı-acı həqiqətlər, xüsusən təsvir və təsəvvürü güc bir çoq fikirlər alay-alay gözümdə təcəssüm edər kibi olur. Nə qədər mə’nalı bir şey yazmağı arzu ediyorum isə də ən sonunda hiç bir şey yazamadığımı görərək, hiddətləniyorum, çünki sizə məktb yazarkən, düşünüyorum ki, kaş mümkün olaydı da bir səhifədə, bir sətirdə, bəlkə bir kəlmədə fikrimi, Sizin bağışlayacağınızı ümid edərək, təqsirə yol verirəm. duyğumu, məhsulati-təcrübiyyəmi sizə ərz edə biləydim, heyhat, olmuyor, olamıyor ki! Fəqət, bir həftə yan-yana, diz-dizə oturulsa, yenə bir dürlü kəşfi-həqiqətə doğru bir qədəm, bir addım atılmaq ehtimalı var. Əfsus ki, o da şimdilik namümkün!.. Bə’zən vicdanınızın nazik və pak səhifələrini oquyorum da, dərin bir inşirah, geniş bir səfvət aləmində yaşıyorum, zənn olunur. Fəqət o saf vicdanın bir az daha ifratını hiss etdiyim zaman tüklərim ürpəşiyor. Sonra bütün-bütün safdərunluğun əleyhində bulunacağım gəliyor. Daha doğrusu, bulunuyorum da. Məsələn, “əmmamə”, “came”, “məsəleyixilafət”, “mədəniyyət”, “həmiyyət” və “tərəqqi” kəlmələri bir-birinə qarışaraq, bir mühəssələ təşkil edəcəyini, yaxud edə biləcəyini düşünürkən, bütün-bütün bir xəyal, bir kölgə, bir namütənahilik, bir hiçlik qarşısında bulunduğuma hiç şübhə etmiyorum. Və möhtəşəm bir filosofi-kəbirin dediyi kibi: “təbiətdə hiç bad-hava (müftə) bir şey olmadığını, qeyri-təbii olaraq, şö’ləpaş olan həqiqətlərin puç bir xəyaldan ibarət olduğunu” göz önünə gətirərək, hiç bir şeyə dərhal etimad edərək, göydən zənbil ilə nazil olduğuna etiraf edəmiyorum. Hasiliəhbablıq, mədənilik, gözəllik, hissi-mərhəmət, ruhaniyyət həp birər incə teldən, şəxsi və adi, qırılacaq qədər çürük bir teldən asılıdır ki, tədqiq və təcrübəyə qalxışsan, dərhal qarılır! Dərhal pozulur, dərhal sönər... (Mən günğixabdidəvü aləm...) Nə isə, əfv edərsiniz. Dilimin pəltəkliyindən, kəkələməsindən naşi sükutu daha mürəccəh görüyorum. Bən sözlərimdən mə’na çıqaramadığım kibi, ehtimal ki, siz də düşünməyə, özənməyə məcbur olacaqsınız. Artıq yenə kəndimizə, kəndi əhvalımıza dair qonuşalım. Əfəndim! Hacı Rəsulun məktubunu yapışdırılmamış bulduğum için kəndi-kəndimə müsaidəkaranə bir hiss duydum, sonra zərfin yapışqanına diqqət etdim, yerində, yə’ni əvvəlindən yapışdırılmamış... Sonra sizdən istizan edər kibi bir vəziyyət alaraq, məktubu oqudum. Ayrı, qeyri bir şey bulamadığım için sərbəst bir məktub olduğunu anladım. Fəqət kəndimə aid olan qismini bütün-bütün qələmlə cizdim və lüzumsuz bir adi dilənçilikdən fərqsiz olduğuna hökm edərək, naqabilli-təsəvvür bir halda müğbərr oldum, çünki bəndəniz məktəbitərbiyəyə girdiyim zaman “əməleyi-mevtalıq” təbiətini kəndimdən atmışdım və şimdiyə qədər də o hal ilə, yə’ni o saf və pak vicdanla yaşıyorum və yaşadım. Halbuki hal-hazırkı vəziyyətim bütün-bütün Bən yuxu görmüş bir lalam, aləm isə... (farsca) bəni şaşırtdı. Şu vəziyyətlə yaşamağı hiç bir surətdə, hiç bir zaman sevməm, sevəməm. Və sonra təcaribi-tüccariyyəmdən də bana çoq istifadələr olmuşdur. Ən birincisi isə hər şeyə, əvət, hər adi bir şeyə, hətta çürük soğan qabığına belə bir fiyat, bir qiymət vardır. Qiymətsiz bir şey olmaz. Olsa-olsa, Kuhkəmər seyidləri ilə Nəcəf mollalarının məzhəbində, məsləkində olur. Iştə bu qədər!.. Doğrusu, həm Hacı Rəsulun məktubunda, həm bənimkindəki əsəfamiz, sıqıntılı sözləriniz və “qələm inca rəsid sər beşikəst!..” kibi mərhəmətpərvərliyiniz mükəmməl bir makina (maşın) təzyiqilə bəni sıqdı, sıqdı və ruhumu, hissiyyatımı parça-parça etdi. Ciddən sizin bu qədər məhviyyətinizə mütəəssif oldum... Bən kəndim o qədər əczaizm bir hal ilə ianə tələbinə qalqışsam, buracıqda bilmədiyim və bildiyim osmanlılardan istədiyim qədər istianə edə bilirim, yə’ni dilənə bilirim. Sözün açığı, şu rəzalətdən bu qaç gündə bütün-bütün kəndimi şaşırdım. Üç-dörd sənələr ilə hər sənə altmış-yetmiş lirə sərf edən sair Qafqaz tələbləri şimdiyə qədər bizim bu dibsiz, hiçahiç rəzalətimiz qədər böyük və çirkin bir zillətə hədəf olmadılar. Şimdi bən, ən lazımlı təhsilimə bitmiş nəzərilə baqıyorum. Bundan sonrası isə darülfünün dərsləri peydərpey məcmuə surətində nəşr olunacaqdır. Ha məktəbdə xocadan dinləmək, ha dəftərdən, məcmuədən tədqiq və tətəbbö etmək – hər ikisi bəncə müsavidir. O da həm burada mümkün, həm Qafqazda. Şimdi bu təslimdən məqsəd bu ki, artıq xalqa boyunduruq olmaq istəməm və istəmiyəcəyim və ianə torbasını da yırtdım, parçaladım ki, bir də həm gözüm görməsin, həm də hissiyyatım xırpalanmasın. Biz istiqraza talib idik, ianəyə isə talib olmadığımı təkrar ərz edərim. Bir də xulasə olaraq, acizanə, həm də pək acizanə rica edirim və pak vicdanınıza and veririm, bir daha nə Rəhim xana, na Hacıyevə, nə Hacı Rəsula, nə cəmiyyəti-xeyriyyəyə, nə də cəmiyyəti-şəriyyəyə müraciət etməyəsiniz, edəcək olsanız, həm sizdən inciyərim, həm də qəbul etməm. Burada qalmaq iqtidarım bitdikdən sonra orada ərzi-vücud edərim. Bütün qardaşlara salam. Ələlxüsus Əzizimin əllərini sıqarım. Xüluskari-bimiqdarınız Hüseyn Cavid Rasizadə P.S.Bəndəniz bə’zi xüsusatda açıqca izahat verməkdən çəkiniyorum. Binaənileyh rica edərim məktubi-acizanəmi kimsəyə oqumayın. Buraya çatanda qələmin ucu sındı (farsca). 6 Möhtərəm Şərifzadə həzrətlərinə xülusnameyi-acizanəm. 10 mart, sənə 1909 Səmimiyyətpərvər əfəndim həzrətləri! Keçənlərdə müfəssələn təsdiə cəsarətyab olmuşdum. Bu gün fəzilətpərvər qardaşım Şeyx Məhəmməd ağa cənablarından bir məktub aldım. Lüzumu icabında sıqınmama razı olmadığını və təmdidi-təhsil için xərclik göndərəcəyini tə’min ediyordu. Üç-dört gündür ki, bir-iki tələbəyə dərs verib onlardan da əlli-altmış quruş həqqi-tədris alıyorum. Demək ki, istiqbalımız bir dürlü eyilənəcək kibi ədd oluna bilir. Binaənileyh keçən məktubumda qələyani-hissiyyatımdan təvəllüd edən bir fikri şimdi xalisanə bir surətdə təkrarə lüzum hiss etdim. Zatınızdan pək ziyadə rica edərim ki, bir daha kimsəyə para xüsusunda əsla, əsla bir şey yazmıyasınız. Həm sizin, həm bənim şimdiyə qədər sıqıldığımız yetər... Keçən məktubunuzda Naxçıvana dair səthi bir mə’lumata nail oldum. Bu dəfəki məktubunuzda da əgər mümkün olsa, İrəvanda türkcə təhsil haqqında və maarifiislamiyyə naminə hiss olunan təşəbbüsat və iqdamata dair bir şey yazmanızı rica edərim. Diriğ buyurulmayacağını səmimanə ümid edərəm. Keçən məktubumda unutdum isə, şimdi, uğurlu bayramınızı acizanə təbrik edərim. Lütfdidəniz Rasizadə Hüseyn Cavid Naxçıvani 7 Naxçıvanda hüzuri-həmiyyətməndanələrinə. 14 həziran – iyun, 1909 (Yalnız kəndiniz oquyacaqsınız...) Əfəndim! 20 mayısda mühərrər məktubunu (yaxud məktubunuzu) keçən həftə Hacıbaba ağanın kantorundan aldım. Bidayətindən nihayətinə qədər iki-üç dəfə təkrarələttəkrar oqudum. Gah məsrur, gah məmnun, gah məhzun oldum. Şu mütənəvvəri, müxtəlif əhvala mə’ruz oluşum da məktubunuzda mündəric müxtəlifülməal cümlələrdən irəli gəliyor. Məktubun bir tərəfi güldürüyor, digər tərəfi ağlatıyor, bir tərəfi gah giryələr, qəzəblər içində xəndələr saçıyor, gah ümidlər, təbəssümlər içində ruhu, vicdanı titrətiyor, müəzzib ediyor. Bununla bərabər şu cümlələr, şu girislər, şu düşüncələr hər nöqteyi-nəzərdən olursaolsun həpsi gözəldir, həpsi mühakiməlidir, həpsi həqiqətdir. Məktubun ilk səhifəsi hər şirindillinin, hər insaniyyətpərvər qiyafəsinə girənin iddialarını boş və şarlatanlıqdan ibarət kibi göstəriyor. Və sonra da “xud qələt bud ançe ma pəndaştim” misrai-mütəəssifanəsilə o məsələyə xitam veriliyor. Bu xüsusda ciddən pək haqlısınız, əfəndim! Lakin eyicə düşünməli ki, “təbiət”də bad-həva hiç bir şey olamaz. Hər şeydə, hər məsləkdə, hər xüsusda bir tərbiyeyi-müntəzəmə, bir mümariseyiməxsusə vardır ki, insan o tərbiyə ilə tə’qib edəcəyi məsləkdə kəsbi-ixtisas etməlidir, böyük bir nüfuzi-nəzərə malik olmalıdır. Bizim milləti-nəcibədə bu ixtisasa, bu iqtidara təsadüf edilməz. İranın (həzarpişə, kəmmayə!) sənətkarlarına məxsus buqələmun bir iste’dada malikiz ki, ciddən nəzəri-mühakiməyə alınsa, hiç birimizdə iki paralıq fikir olmadığı təbyin edər. Hələ Naxçıvana dair yazdığınız mütaliatı mühakimə edərkən pək ziyadə mükəddər oldum. Sonra düşündüm ki, bu da bənim bu məhzun oluşum da boş bir şey... Niçin? – deyəcəksiniz. Çünki naxçıvanlılardakı hissi-milli, əcəba, bir tərbiyeyi-mədəniyyə məhsulumudur, yaxud nagahani bir ətiyyə, bir ilham nəticəsimidir? Təbiidir ki, ilhammilham nəticəsi deyil, o bir qələyani-müvəqqət, bir həyəcanihəvayidən başqa bir şey deyildir. Mə’lumunuzdur ki, “Hay ilə gələn huy ilə gedər”. Çünki ani bir həyəcan ancaq ani bir həvəskarlıq tevlid edə bilir, fəzlə edəməz. Tərbiyeyi-mədəniyyəyə gəlincə ki, əsas odur – əlhəmdülillah, o, külliyyən məfquddur. Bu səbəbə bəndəniz iranlıların və Qafqasın hənuz mədəniyyətə yaqlaşmamış tərəflərinin atisini iyirmi, otuz sənəyə qədər pək zəhmətli və qaranlıq görüyordum. Niçin? – deyəcəksiniz... Çünki əsas yoqdur, əfəndim, əsas!? Əsası, kökü bərkitmək için yalnız “evolyusion” – qanuni-təkamülə ehtiyac vardır. Cüz’i və səthi bir idman və mümarisə istər, yoqsa işdə əsas olmaz isə, inqilab hiç bir Bizim düşdüklerimizin həpsi yanlış imiş (farsca). fayda verməz. Fəqət məmafih mən Qafqasyanın istiqbalını – İrana nisbətlə – daha ziyadə parlaq görüyorum... Bizə yalnız məktəb lazımdır, bütün inqilabati-mədəniyyə həp məktəb məhsuludur... Sonra kəndimizə dair də bir-iki sətir yazmaq istiyorum. Əfəndim! Keçən aylarda Hacı Rəsul ağaya yazdığınız məktubu – açıq olduğu için – oxuduqdan sonra müşarileyhə təqdim etmişdim. Fəqət bana dair yazılmış olan yedi-səkiz sətirlik istirhamati-məskənətpərvəranəyi çizdikdən sonra... çünki bənim kəndim cahil olmaqla bərabər, hər nasılsa qəlbim pək çoq həssas yaradılmışdır. Hər bir incə şeydə, bir iğbirar tuyuyordum və hər bir hərəkatımı hissiyyatıma uydurmağa məcburum. Baxüsus ki, Türkiyədən də əl öpmək, ətək öpmək mərasimi çoqdan bəri qalqmışdır?!! Bəncə təməllüq, müdahənə bilməyən və qeydi-minnətdaridən varəstə olan bir çoban Sultan Rəşad kibi hürr bir padşahdan daha hürrdür, daha heysiyyətlidir. Şimdi burada bir adama tə’riz etmək istəmiyorum. Bəlkə bəncə bu hal bir dəsturi-səmimidən ibarətdir. Şərəfi-ziyarətinizə nail olacağım zaman pək uzaq deyil, o zaman uzun-uzadıya qonuşuruz. Əvət, sözümüzə gələlim: Hacı Rəsul ağanın ailə və bəradəri İstanbula gəldikdən sonra başı çoq qarışıqdır. Ziyarət etmək pək mümkünsüzdür. Şimdiyə qədər odasına bir qaç dəfə getmişim, təşərrüf edəməmişdir. Keçən gün də uğradım, yenə yoq... Fəqət məsəleyi-ətiqədən bütünbütün vaz keçmənizi təkrar rica edərim... Keçən gün Mirzə Məhəmmədəli xan cənabları ilə müfəssəl surətdə görüşdük. Zati-alilərinə pək ziyadə ərzi-ehtiram ediyorlar... Zeynalabdin Səfvətə gəlincə, onunla da iyirmi gün əvvəl öpüşdük, vidalaşdıq. O, şimdi Təbrizdə, təbii şimdiyə nə vəchlə olursa-olsun, bilmiş olursunuz. İstanbula dair hiç bir şey yazmaq istəmiyorum. İdareyi-ürfiyyə qalqmış, sükunət və əmniyyət hökmfərma, ciddiyyət və fəaliyyət azacıq görünməyə başlıyor. Ingiltərəyə hey’əti-məxsusə göndəriliyor. Zatən vüquati-hazirəyi siz bə bizimlə bərabər biliyorsunuz, yazmaq fəzlə... Qaldı kəndim. Kəndimə dair sizə bir məsləhət etmək istiyordum. Öylə bir məsləhət ki, ən lüzumlu və əhəmiyyətlidir. Bən kəndim bə hər hal istədiyim kibi düşünüyorum. Əfəndim! Bən, sağlıq olsun, marta qədər Qafqasyayı ziyarət edəcəyim, ziyarətinizə ki, bəncə, ən böyük səadətdir, nail olacağım. Lakin İstanbuldan yavaş-yavaş soğumağa başlıyorum. Səbəbi isə məsləkimizə aid səfəhatı qismən – yə’ni bizə lazım olacaq dərəcədə görmüş kibi oldum və qüvveyimaliyyə də zatən yan baqmağa başlıyor, hətta qüvveyi-maliyyəyə malik olsam belə, yenə İstanbula vida etməyi məsləhət görüyorum. Şimdi mükəmməlcə bir əcnəbi lisanına ehtiyacım var ki, iki-üç sənə uğraşmaq lazım, ona da para yoq. Ən məsləhəti bu ki, ruscayı öyrənməyə çalışarım. Əgərçi ingiliscə, almanca, fransızca lisanlardan birini layiqiylə öyrənmək vacibdir, fəqət na çarə ki: “Dəsti-biçarə çün bə camə nəhəd, çarə cöz pirəhən dəridən nist”. Lakin burası da var ki, gələcək sentyabrda rüşdi məktəblərindən birində ayda üç lirə qədər, bəlkə daha ziyadə maaşla tədris edə bilərim. Çünki əsnayimüzakirədə bildiklərimdən bir-ikisi bana söz verdilər. Zatən sözə nə hacət. Darülfünün və e’dadi müəllimlərinə (farsi tədrisatı) nöqteyi-nəzərindən faiq olmasam belə, bərabər olacağıma hiç bir şübhəm yoq. Şimdi bən düşünüyorum ki, əgər bir əcnəbi lisanını, o millətin kəndisi kibi, yə’ni layiqiylə bilmək arzu etsəm, laəqəlli üç sənə hiç bir şeyə baqmadan onunla uğraşmalıyım. Şimdi burada hər zəhmətə mütəhəmmil olub da aldığım maaş ilə, fəqiranə bir güzəran ilə burada üç-dört sənə qədər dəxi həm tədris, həm də tədərrüs edə bilirim. Lakin, lakin... validəm, vətənim, vətəndaşlarım bütün-bütün unutulacaq bir hala gəlir. Şimdi burada binlərcə iş başında sahibi-heysiyyət tatar, türküstanlı, qafqaslı, kırımlı vardır ki, hər təhsilini ikmal etdikdən sonra İstanbullu olmağı da onlara zəmlə, bir osmanlı olub getmişdir. Bu bəncə pək güc... Şimdi bənim son nöqteyi-nəzərim rusca qayət mükəmməl bilmək və ən birinci düşüncəm də budur. Zənn edərsəm, eyi çalışsam, iki sənədə müvəffəq olurum. Əlsineyisəlasəyə gəlincə, onlardan birini ruscadan sonra, ehtiyac hiss edəcək olsam qırq yaşımda belə oqurum. Şimdi Qafqasyaya döndükdən sonra Naxçıvan ilə hiç işim yoq. Səbəbini anlatmağa qalqışsam, on yapraq daha yazmaq lazım. Bəlkə siz yek nəzərdə o əsbabı mühakimə ilə anlarsınız. Şimdi əsil məqsəd vətənə xidmət, həm də layiqiylə xidmət etməkdir. Bakıda kafi dərəcədə müəllim var. Gəncədə hakəza. Şimdi bəndəniz əgər mümkün olsa, əvvəl Tiflis, sonra İrəvan. Bunlardan hər hankisini məsləhət görürsəniz, bəncə də məqbul olur. Bən dərs verəcəyim yerdə gecələri bir tərbiyəli rus ailəsi içində yaşamaq arzu ediyorum ki, həm tədrisatımda istədiyim kibi ciddi çalışırım, həm də dörd sənəlik Çarəsiz adam ətəkdən tutduqda, köynəyi yırtmaqdan başqa çarə yoxdur (farsca). zəhmət və məsaiyi iki sənədə bitiririm. Əgər rus evində qalmaq mümkün olmasa da, başqa nöqteyi-nəzərdən yenə arzuma nail olurum. Fəqət Naxçıvanda yaşamaq bəncə ən məhalatdandır. Lakin Naxçıvanda da hər yazın tə’til zamanları istədiyimiz projeləri tərtib edər, ziyalı gənclərin gözünü açmaqdan geri durmarız. Əgərçi bir naxçıvanlı bir məsələyi mühakimə edərkən – bəqeyri həqq – maaş, para kibi xəyalata da qapılır, fəqət bizim yeganə məqsədimiz xidmət, həm də səmimanə xidmətdir. Bənim düşündüyüm qazanc-ziyan: iki sənə evlənməmək, hər gün dört-beş saət dərs oqutmaq, iki-üç saət də rusca çalışmaq. Nə bir qəpik artırmaq, nə bir qəpik borclu qalmaq. Bir qəsəbə, bir köydə olsa da olur. Bən bu hesaba razıyım, vəssəlam. Məktubun cəvabını bəklərim. Bir az da bu xüsusa dair mə’lumat. Baqi buseyi-müxalisət. H.Cavid 8 5 mart, 1910 Hüzuri-həmiyyətpərvəranələrinə... Əfəndim, çoqdan bəridir ki, ərzi-səmimiyyət və ibrazi-məhəbbətdən məhrum qaldıq. Buüsamihəyi sizə həml edəməm, olsa-olsa yenə bənim tənbəlliyimdən nəş’ət edər bir haldır, daha doğrusu, səmimi bir qüsurdur. Fəqət əfv edərsiniz, deyilmi? Bir çoq zamanlarımı bilməyərək kor-koranə keçirdiyim için şimdi böyük bir inqilab içindəyim, keçmiş boşluqları doldurmalıyım, bir an qayib etmədən təlafiyimafatə çalışmalıyım... Bir kitab mütiliə edərkən, sizinlə qonuşmuş kibi bir hiss duyurum. Onun için mə’zur görüləcəyimə əminim. Çünki qəlbiniz pək genişdir. Əfəndim, yıl başını – şətarətli bayramınızı, təbəssümnüma baharınızı təbrik edərim. Cəsarəim əfv olunsun, bayram vizitlərində ruhlarımız arasında səmimi bir münasibət olan dostlara, məsləkdaşlara, mümkün olsa bənim tərəfimdən də təbriki-eyd edərsiniz. Baqi, əlinizi sıqar, ağzınızdan öpər, ehtiramatımın qəbulunu acizanə rica edərim, əfəndim... Küçük qardaşınız – Rasizadə Hüseyn Cavid 9 28 avqust, 1912, Tiflis Hüzuri-alilərinə: Möhtərəm və müəzzəz əfəndim, yenə sizi bir az təsdi etmək istiyorum. Bəndə sizdən ayrıldıqdan sonra Aqaraya, Faiq əfəndinin yanına getdiyimi biliyorsunuz. Orada bir ay qədər həm gəzib, həm də bağçada işləyib məmulun xaricində saf və sağlam bir hala gəldim. Sonra Qurcavaniyə gəlmək tstədim, fəqət bir-iki ofitser osmanlı türkcəsi öyrənmək için rica ilə bəni Tiflisdə saqladılar, nə sizin yanınıza gəlmək, nə də Naxçıvana getmək bana mümkün olmadı. Şimdi yavaş-yavaş məktəblər açılmağa başladı. Bir həftə əvvəl oraya gəlib sizin işlərdə işləmək için məktub yazmaq istədimsə də, iki ay əvvəl “Payızda iş başlanacaq, o zaman gələrsin” – dediyinizi xatırlayaraq, birdən-birə gəlmək arzusunda bulundum. Lakin məktəbdən əl çəkərək, xaric bir işlə məşğul olmaq qeydi bir az bana vicdan əzabı veriyordu. Nihayət, bu gün Gəncədən bir məktub aldım ki, məktəbi himayə edən ə’zayi-möhtərəmə yorulduğu! münasibətlə – hökumət mane olmadığı halda – məktəbiruhaniyyəyi bağlamağa qərar vermişlər, Bakının Səadət məktəbi də proqramı rus lisanında tə’qib etməyi müqərrər qılmış. Tiflisdəki İttifaq məktəbinə gəlincə, bunlar da Səadət planında yol getmək istiyor. Demək ki, milli lisana o qədər ehtiyac hiss edilmiyor. Şimdi bu təfsilatı əldə etdikdən sonra bənim nə yolda hərəkət edəcəyimi düşününüz. Artıq hərçi badabad, işçiliyə – çornı raboçiliyə – qərar verdim. Daha bəndə vicdan əzabı olmaz. Bən də atamın proqramilə böyüsəydim, şimdi kim bilir nə məsləkdə idim? Sidqinin məktəbinə, İstanbula bəni təşviq edən siz oldunuz, başqalarının və kəndi paralarımı sərf edərək şimdiki hal və mə’lumata dəstrəs oldum. Naxçıvanda bir gün bizim evdə məvaciblə yaşayanlar haqqında söylədiyiniz təcrübələri xatırlayaraq, bir müddət də o yolda hərəkət etmək istiyorum. Bəni iki yola sevq etdiniz. Haydı, üçüncüsünü də imkan ediniz, baqalım nə çıqır. Bir zaman rütubətli, havasız xanımlara məxsus odalarda vaqt keçirdik, bir zaman da qoy tozlu, topraqlı, yağmurlu, tufanlı səhnələrdə dolaşalım. Allah kərimdir, zənn edərsəm, fəna nəticə verməz. İşin nihayətində büsbütün zərərli çıqsam da, yenə kəndimi qazanclı ədd edərim. Və böylə sizin yanınıza gəlməyimdə də əsla sizə məmariət etməyəcəyim. Əgər xoşlansanız, bir az yaqın bulunurum. Yoqsa, bir asuri işçisi kibi, işimə məşğul olurum, vəssəlam. Yalnız sizin bana eyiliyiniz küçük bir sərriştə vermək, iki gün yol göstərmək olacaqdır. Həndəsənin nəzəriyyatını gördük, əməliyyatını görmək də fəna deyil. Rus lisanında da az-çoq söyləmək və xırda-mırda işləri yazmaqda zəhmət çəkməm. Əgər təşəbbüs edəcəyim işdə az-maz para lazım olursa, borc-xərc onu da düzəldə bilirim. Hasili hər nə şərt icad etsə, çöl həyatına qarşı bəndə bir arzuyi-şədid var. Və böylə yazıb da sizi tə’ciz etməkdən məqsəd budur ki, siz də kəndi məmnuniyyətinizlə gəlməyimə cəsarət verəsiniz, bir də gətirilməsi lazım olan əşya varsa, mə’lum edəsiniz. Aqarada qaldığım bir aylıq çöl həyatı bəni öylə diriltdi ki, mədəni həyatdan bütün-bütünə sıqılmağa başladım. Məktubumu aldıqdan sonra bir-iki saət düşünərək əvvəlimci postadan cəvab vermənizi acizanə rica edərim. Fəqət soyuq cəvab versəniz?! Çox sıqılacağım. Qardaşım Əzizə səlam, Cavadı öpürüm. Baqi ərzi-ehtiram. Hüseyn Cavid * * * Məhəmmədəli Sidqiyə məktublar 1 8 iyul, 1913 Əzizim Məhəmmədəli! Cənabınızdan etdiyim xahişi, ehtimal ki, unutmamışsın. Bu bir neçə gün zərfində şübhəsiz rahatlanmış və oğuluşağı yan-yön eləmişsiniz. İyulun iyirmi-iyirmi beşinə qədər mümkün olsa uşaqlardan birinə zəhmət verib, “Şeyx Sən’an”ı yazdırıb göndərsəniz bəni pək ziyadə məmnun etmiş olursunuz. Hüseyn Minasazov cənablarına məxsus ərzi-ehtiram... Naxçıvan siz getdikdən sonra pək çoq təbəddülata uğramış. İnsan hava yerinə adəta od-alav tənəffüs ediyor. Baqi müntəzirim. Adres: Naxçıvan Hüseyn Cavid Rasizadə 2 8 sentyabr, 1913 Möhtərəm Məhəmmədəli! Lütfnamənizi aldım. Iltifatınıza təşəkkür edərim. Lakin və’d etmiş olduğunuz kitabçanın tə’xirindən yana cəzaya müstəhəqsiniz. Üzr və bəhanəniz yerində isə də, tənbəlliyinizi də inkar etməmək mümkün deyil. Nə isə, canın sağ olsun. Bu gün olmasın, bir həftə sonra, bir ay sonra olsun... Tiflisə aid uzun-uzadıya yazmaq arzu ediyorumsa da, məktəbimizin qarmaqarışıq işləri müsaidə etmiyor. Bir də tənbəllikdə bən də səndən geri qalmam. H.Minasazov həzrətlərinə səlam. Həmşirə və validə xanımlara, uşaqlara məxsus ərzi-ehtiram. Kitabçayı Paşadan istərim. Hüseyn Cavid 3 28 oktyabr, 1913 Möhtərəm Məhəmmədəli! Əvvələn, bayramınızı təbrik edərim. Saniyən, sizə ismarladığım dəftərçədən bir xəbər yazmanızı rica edərim. Nə oldu, bəradər? Bu məsələ İskəndərin zülmətdən abi-həyat bulmasını keçdi! Şübhəsiz meyliniz, fikriniz olsa, onu ələ gətirmək bir o qədər də güc bir şey deyil, zənn edərim. Yazılışına gəlincə bir-iki rublə ilə hər kəs yazıb Sizə təqdim edər. Bə hər hal bu dəfə cəvab olaraq məktub-filan bəkləmiyorum. Yalnız dəftərdən, ağızdan, nerdən olsa məzkur dəftərçəyi istərim, əzizim. Anana, həmşirə xanıma və uşaqlara məxsusi səlam. Hüseyn Cavid Əziz şərifə məktublar 30 mayıs, 1916 Əziz! Məktubunu aldım, təşəkkür edərim. Keçmiş günlərdə, qəzetələrdə bir xəbər var idi: “Bakı ətrafındakı köylərin birində bir çocuq oynarkən, elektrik qüvvəsi daşıyan bir dirəyə dırmaşıb çıqar. Fəqət bir-iki dəqiqə keçməz, bir ana çocuğunu qucağında nasıl atıb-tutarsa, elektrik telləri də zavallı çocuğu öyləcə atıb-tutmağa başlar. Seyr edən küçük arqadaşları, onun havada teldən-telə atılıb böylə mahiranə rəqs etməsini görüncə, qəhqəhə ilə gülməyə başlarlar. Fəqət o halda çocuğun yanmış vücudu yerə düşüncə, hər kəs böyük bir heyrət içində qalır”. İştə, məktubunu oqurkən məzkur çocuğu xatırladım. Elektrik telləri onu nasıl havada rəqs etdirmişsə, sənin məktubun da son dərəcə gevşəklik və durğunluq keçirən ruhumu, öyləcə rəqs etdirməyə başladı. Fəqət bir fərq var ki, elektrik telləri diri və şətarətli çocuğu yandırıb məhv etmiş, sənin məktubun isə ölü və yorğun könlümü diriltdi, fərəhləndirdi. Məktubunda diyorsun ki, “ümidvarım, köhnə dostluğumuz, yaqınlığımız yadından çıqmayıb, yoqsa bu məktubu yazmağa və səni narahat etməyə cəsarət (?) eyləməzdim”. Əvət, dünyada bir çoq əzizlərə təsadüf etmək mümkün olsaydı, bəlkə tez unutulurdun, fəqət əfsus ki, təsadüf edilmiyor. “Məktub yazıb bəni narahat etmək cür’ətinə” gəlincə, sana qızmamaq, darılmamaq mümkün deyil... Çünki bu kəlmələrdə bir qədər rəsmiləşiyorsun. Əziz! Məktubunu Rzaya da oqudum. Bə’zi tə’birlərin bizi çoq güldürdü. O da bənim qədər sevindi, bənim qədər elektrikləndi. Yenə Rzanın təbiətindən bəhs etmişsin. Sana, bana qarşı olmasa da, inan, başqalarına qarşı haqsız deyil... Gözəl və müəttər bir gül dikənsiz olmadığı kibi, fəzilətli, müstəid bir insan da qüsursuz olamaz. Fəqət bu qüsur, bəncə sənətkaranə bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görülə bilir. Deyəsən çoq uzun getdim, ancaq burasını bilməlisin ki, ya bən, ya Rza hər nə zaman səmimi və ruhani bir söhbətdə bulunmuşsaq, o söhbət Əzizsiz keçməmiş, keçəməmiş və keçəməz də... Ehtimal ki, bu sözümü cunbulument (kompliment) hesab edərsin. Xayır, doğrusu da budur. Istərsən, qəlbinə sor, o sana söylər. Atanı təqdis ediyorsun – “böyük ruhlu qoca”... – deyə, ən səmimi hissiyyat ilə kəndisinə qarşı hörmət bəslədiyini söylüyorsun. Haqsız deyilsin, əzizim, çünki o, düşündüyündən daha böyük, daha alicənabdır. Hətta yalnız sən deyil, bən və bənim kibi Naxçıvan mühitində yetişmiş gənclər həp ona qarşı mə’nəviyyatca mədyuni-şükran olmalıdır, iştə bu qədər... Evlənmək məsələsinə gəlincə: fəna şey deyil... şübhəsiz, kəskin bir mühakimə və səmimi bir hiss ilə birləşən iki könül daima məs’uddur. Şimdi bir az da kəndimdən yazım: “Şeyx Sən’an”ı vaqtsız nəşr etdim. Daha münasib vaqtda bıraqmalıydım, çünki o, nəşr edildiyi günlərdə siyasət aləmi həyəcanlı dəqiqələr keçiriyordu. Xalq da, təbii, bütün ruhuyla müharibəyi tə’qib ediyordu. Zatən bu bir qanundur: siyasət rol oynarkən, ədəbiyyat susar. Təbii, susmalıdır da... Əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir çoq təqdirlər eşidildi, sükut ilə keçmədi, fəqət bən çoq arzu edərdim ki, yalnız təqdir ilə qalmasın, qüsurları da göstərilsin. Şübhəsiz, “İstiqbal” er-gec onu da yapar. Keçən sentyabrdan bəri hiç bir iş gördüyüm yoq, yalnız dərslər ilə məşğul oluyorum. Lakin bir ay var ki, mənsur olaraq “Şeyda” adlı bir faciə, sadə bir şey yazmağa başladım. Yazın narahat olmazsam, bəlkə yazar, bitiririm. Bədənim qüvvətcə fəna deyil, fəqət ciyərimdəki xəstəlik keçən yıla nisbətlə yarıya enmiş kibidir. Baqalım, sonu nə olur. Yazın hər halda tədavi etməliyim. Iştə onun için də, əfsus, çox əfsus ki, Naxçıvana gələmiyəcəyim. Sənin və Məşhədinin o ruhaşina söhbətlərindən uzaq olacağım. Ehtimal ki, Rza da gəlməz. Kəndisi sana kağız yazar. Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi ərziehtiram... Həmsöhbətin olan arqadaşlara məxsusi səlam... Səni və Cavadı dərin bir səmimiyyətlə öpər, əllərinizi sıqar, Allaha ısmarlarım, qardaşım!.. Qardaşın Hüseyn Cavid Məktub yazmaqda son dərəcə tənbəl olduğumdan Məşhədiyə qarşı pək məhcubum. Qısa, qırıq, mə’nasız bir məktub yazmağı pək mə’nasız buluyorum. Onun için də şimdiyə qədər bir şey yazdığım yoq. Hər halda onun ruhu böyükdür, qəlbi genişdir. Təbii, əfv edər, mə’zur görər. Bəndən ona təkrar səlam... Adres: Bakı, “Açıq söz” idarəsi Hüseyn 2 Bakı, 22 iyun, 1916 Əziz! Keçən məktubun bəni nə qədər məsrur etdisə, şu məktubun da bir o qədər məhzun və mütəəssir etdi. Sana təsəlli vermək istəməm, çünki bənim düşündüklərimi, şübhəsiz, sən də düşünmüşsün. Ancaq qısacıq bir sözlə deyə biliyorum ki, İbrahim mühit və əqrəbaca, dost və aşinalarca pək böyük bir itkidir. Əvət, İbrahim yazıq və məzlum oldu. Məşhədiyə, ata və anasına səmimi ərzi-təsliyət. Hüseyn Cavid 3 13 yanvar, 1917 Əzizim! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur məbləğ hənuz postadan alınmamış, şübhəsiz, alındıqda məktub ilə bərabər təb’ və e’lan edilir. Məşhədinin xəstəliyi bəni nə dərəcədə sıqdığını təsvir edəməm, qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qorqunc bir xəbər bəni daha ziyadə dəhşətləndirdi. ...Əziz! Ilk postadan Məşhədiyə dair qısaca bir məktubunu gözlərim, saqın, unutma. Məşhədiyə məxsusi ərzi-ehtiram... Adres: Bakı, “Təbriz” mehmanxanası, otaq №21 Qardaşın Hüseyn Cavid 4 Bakı, 24 yanvar, 1917 Möhtərəm Əziz! İkinci məktubunu aldım. Məşhədinin səhhətinin iadə edilməsindən son dərəcə məmnun və məsrur oldum. Məzkur əlbisə cəmiyyəti-xeyriyyəyə verilməlidir. Lakin sən bana göndərdiyin 410 rublənin 10 rubləsi qəzetə üçündür deyə, hiç bir şey işarə etməmişdin, şübhəsiz o da başınızın qarşıqlığından nəş’ət etmə bir hal olsa gərək. “Açıq söz” idarəsinə söylədim, idarə on rublə geri alaraq bu günlərdə xanımın qəzetəsini göndərəcəklər. Məşhədiyə və bildiklərə məxsusi ərzi-ehtiram... Qardaşın Hüseyn Cavid 5 4 mart, 1923 Pək hörmətli və dəyərli qardaşım Əziz! Lütfən yazmış olduğun məktubu dün ikindi çağı möhtərəm Artaş bana verdi, kəndisini bozbaş yeməyə də’vət etdimsə də, qəbul etmədi, yalnız məktubun cəvabı için gələcəyini bildirdi. “Sən’an” və “Uçurum” haqqındakı yazılarını bana söylədilər, fəqət oquyamadım. “Yeni fikir” bizim məktəbə martın 28-dən bəri gəlməyə başladı. Mümkün olsa, məzkur nömrələri bulub oqurum. “Uçurum” haqqında məktubən yazacaqlarını arzu edərim. “Şeyx Sən’an”ın mənzum oynanmasını bən də arzu edərim. Lakin keçən sənələrdə aktyorlar mənzum pyesdən qorqduqlarından həpsini nəsrə və yerli şivəyə çevirmişdim. Şu sonlarda ehtimal ki, onu da “İblis” kibi nəzmən islah edərim, gələcək sonbahar için aktyorlarımıza veririm. “Plamya” jurnalı münasibətilə əsərlərimi istəmişdiniz. Əziz, ehtimal ki, inanmazsın, əfsus, hiç birindən yoqdur. Mətbu mevcud olmadığı kibi, qeyri-mətbular da qurşun qələmilə pozulmuş, bərbad bir haldadır. Təmiz yazılmışını teatroya verdiyim için bəndə hiç yoq... Basılmış əsərlərimdən yalnız 25 danəsi və hər birindən 100-ə yaqın kitabçılar aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saatda mətbəədə yandı. Onun için də deyil bəndə, hətta kitabçılarda da bulunmaz. Bulunsaydı, şübhəsiz, satın alıb göndərirdim. Yalnız ümidim bir Naxçıvana gəliyor. Çünki Şeyx Məhəmməddə hər birindən bir qaç nüsxə var idi. Naxçıvana yazarsınız, mevcudu qalmış olsa, şübhəsiz, göndərər. Mişkinaz və Toquş səlamətdirlər. Sana, anana, rəfiqənə, qardaşına ərzi-ehtiram edərlər. Bənim halıma gəlincə, pək durğun və donuq bir haldayım. Yeni yazmış bulunduğum “Peyğəmbər”i islah edib ortaya çıqarmağa vaqtım yoq... Çünki qardaşım Əlirza üç aydır ki, vodyanka xəstəliyilə yatıyor. Pək zəifdir. Başım bir qədər onunla məşğul, həm də fəzləcə yoruluyorum. Baqalım, sonu nə olur. Rzaya səlamını söylədim... ...Əziz, yenə təkrar edərim: kitabçaları göndərəmədiyimdən pək mütəəssifim, təbii, əfv edərsin... Qardaşın Hüseyn Cavid 6 16 nisan, 1923 Pək möhtərəm Əziz! Nisan 12-də yazdığın məktubu aldım. Fəqət, gətirəni hənuz gördüyüm yoq. İkinci məktubu gətirən bəndən cavab istəmədiyindən yazmadım. Bilməm, bunu gətirən də cavab için gələcəkmi? Yazdığına görə “Şeyx Sən’an”ın bütününü tərcümə etməni arzu ediyorlarmış. Orasını sən bilirsin. Bəni rus qəzetəlrində tə’rif ediyormuşsun? Çoq nahaq... Bir şey ki, səni məhcub edə bilir, niçin yapıyorsun? Bir də, bən o qəzetələrin hiç birini ziyarət etmədim. Yalnız “Yeni fikir”də “Uçurum” haqqında yazdığını oqudum. Pək nakafi buldum. Bə’zi mühüm məqalələr yazdıqda, onların basıldığı qəzetəyə məcmuədən birər danə göndərmək çətin bir iş olmasa gərək... “Uçurum” haqqında xüsusi məktubunu gözlədimsə də, şükür, bir mə’lumat alamadım. Üç-beş mühüm nöqtəsinə işarət etsəydin, istifadə edərdim və dikənli nəvazişlərinə də bir az haq vermiş olurdum. “Şeyx Sən’an”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə gəlincə, əlbəttə, tək-tük zəif yerlərini bıraqıb keçə də bilirsin. Lakin bunu bilməlisin ki, məs’uliyyət boyunduruğunun bir ucu bənim boynunda olduğu kibi, biri də sənin boynunda olacaq. Ona görə də diqqətli və ehtiyatlı davranmalısın. Əhəmiyyət verəcək olsan, bəni də adamlar sırasında saydırmış olursun, cızma-qara yapacaq olsan, həm kəndini, həm də bəni saldat bazarına göndərmiş olursun. Sən hər halda bəndən təcrübəli və mə’lumatlısın. Fəqət bir tərəfdən azacıq nigaranım, bə’zi tərkib və tə’birləri incədən-incəyə mə’na və ruhlarına kəsbi-nüfuz edərcəsinə təhlilə qoyulmalısın ki, ən birinci şərt də iştə budur. Bir də rəsmimi istəmişdin. Kəndimdən o qədər bezarım ki, hənuz adamağıllı bir rəsm aldırdığımı xatırlamıyorum. Hətta teatronun əlli illiyi münasibətilə istənildi, yenə rədd etdim, çünki nə həvəsim, nə də fəzlə pulum var idi. Lakin sənin israrına uyaraq, dün rəsmimi aldırdım və haqsız olaraq kəndimi zərərə soqmuş oldum. Və bu gün sabahleyin birini aldım, məktubu gətirəni bəkliyorum. Gəlsə, qulluğuna gətirər... ...Bir də çıqan jurnaldan və bə’zi qəzetə nömrələrindən birər nömrə göndərsən fəna olmaz. ...Səni öpürəm. Qardaşın Hüseyn Cavid 7 7 iyul, 1923 Pək möhtərəm Əziz! Bu günlərdə bir qaç kərə türkcə “Kommunist” qəzetəsi idarəsindən bəni çağırıb diyorlar ki, “Plamya” bizə yazmış ki, əsərlərindən bir-ikisini göndərəlim. Həm sən həqqi-tə’lif alırsın, həm də “Plamya” idarəsindəki mütərcimlər. Ondan başqa Bakıda bir rus şairəsi bir türk tələbə ilə küçük mənzumələrimdən bir qaçını, başqa şairlərinki ilə bərabər tərcümə etdiklərindən şimdi əsərlərdən bə’zilərini tamamilə tərcümə edib əsil müəllif haqqı da vermək istiyorlar. Şimdi bu başağrısından məqsəd bu idi ki, “Plamya” əgər yalnız tərcümə edəcəyin yazılarda sana həqqi-zəhmət verib də müəllifi (yə’ni bəni) haqsız, hüquqsuz bıraqacaq olursa, o zaman bir sətir belə yazılıb zəhmət çəkilməməsini rica eylərim. İştə bu qədər!.. Bu xüsusda fikrini yazıb bildirməni istərim. Əgər zəhmət lazım gəlirsə zərər yoq, bən əsərlərimdən “Kommunist” vasitəsilə doğru “Plamya”ya göndərərim. O da bənim hüququmu tə’min etməklə bərabər istədiyi kibi tərcümə etdirər. Baqi ərzi-ehtiram... Hüseyn Cavid * * * Mişkinaz xanıma məktublar 1 24 həziran 1927. Kislovodsk Əziz sevgili Mişkinaz! Şimdiyə qadar dörd-beş açıq məktub yazmışım. Ərtoğrolun otkrıtkasından başqa bir məktub alamamışım. Bilmiyorum, cavab yazmıyorsun, yaxud postaxanamı vermiyor? Hər halda bu qədər tənbəllik yaramaz. Desəm ki, vannalar və erektrik bəndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirim. Daha doğrusu, Məşədi İbad kibi adımı da özgədən soruşuyorum. Vannalar bütün-bütünə ə’sabı və hafizəyi bərbad ediyor. Az qalmış ki, tədavi proqramımı yarılayım. Bu gün-yarın qulluğunuzdayım. Çocuqlardan muğayat ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoqsa acıq edib biryolluq Mərdəkana gəlmərim. Çocuqları bənim tərəfimdən öpərsin... Hüseyn Cavid 2 30 iyun, 1927. Kislovodsk Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çoq məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə iyulun 20-ə qadar tədavi bitər, sərbəst olarım... Bən bir də doktora gedəcəyim. Proqrama bir şey ilavə etməsə, ayın 23-də çıxacağım, çünki qəribsəməyə başladım, tanış da çox az... Pənah bəy də dünən yoq srağa gün gəldi. Kislovodskın yağmurları dad-bidad eyliyor. Dışarı çıqmaq mümkün deyil. Yenə beş-altı girvənkə kökəldim. Professor, qətiyyən yaramaz, – deyə ac bıraqıyor. Gündüz yatmağa hiç qoymuyor. Gələn dəfə Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə bağışlasın. Çocuqları şapır-şapır öpərim. Ərtoğrol Həlimənin də dərslərinə baqsın. Pək müəzzəz Fəramuş xanıma ayrıca məktub yazmadığım için məhcubim, təbii, qüsurə baqmaz. İdris və Şaiqə ərzi-ehtiram... Şahzadə xanıma səlam... Baqi ehtiram, səni öpərim. Cavid Pənah bəy Qasımov görkəmli maarif xadimi olmuşdur. O zaman Bakı darülmüəlliminin müdiri idi. H.Cavidin ailəsi Kommunist (indiki İstiqlaliyyət) küçəsindəki №-li evin 3-cü mərtəbəsində yaşadığı zaman qoqşu idilər. Həlimə – o zaman H.Cavidin ailəsində xidmət edən qız. Əlavələr Dəli knyaz Libretto Birinci pərdə Tiflisdə Dəli Knyaz (əksinqilabçı). Öz dayısı S o lomon ilə balkonda eyşü işrətə məşğuldur. Dayısı kənd katibinin oğlu imiş. Özü də liberal düşüncəli bir ziyalıdır. Knyazın gənc qadını gözəl Jasmen gələr, onları salamlar və söhbətdə iştirak edər. Knyas Jasmenin tərcümeyihalını söylər. O, qız ikən Batum tərəflərində bir köylü erməni müəllim qızı imiş. Knyaz o tərəflərə öz mülkünə baqmağa gedərkən onu almış (bu, ikinci arvadıdır). Əvvəlki ölən arvadından Lena adlı bir qızı var. 15 yaşındadır... 20 yaşında Anton isə Knyazın evində xidmət edən anası Marqonu görməyə gəlmiş. Antonun ölən babası da Knyazın bağbanı imiş. Anton kommunist və mühəndis-texnikdir. O, daima Knyaza zidd gedər. Məclisin ortasında bağlarını dolu vurmuş bir köylü, rütubət zirzəmilərdə yatan və tütün fabrikasında çalışıb xəstələnən beş-altı işçi gəlir. Yaşadıqları podvalların rütubətli olduğundan və maaşların azlığından bəhs edərlər və Knyaza dikanlı sözlərlə hücum edərlər. Knyaz onları təhqir edər. Anton işçiləri müdafiə edər. Nihayət Knyaz onları qovar və bütün ehtiyac və istəklərini rədd edər. Onlar da, Knyaz da məclisi tərk edər. Antonun anası Marqo oğluna məsihət edər. O isə İnternasional marşını zümzümə edər, anasını dinləməz. Bu sırada dışardan ıslıq (fit) səsi eşidilir. Anton yoldaşlarının çağırdığını söyləyərək gizli iclasa gedər. Pərdənin əvvəlindən sonuna qadar Şakro adlı yalançı və satıcı bir sosialist də iştirik edər. Hər adımda Antonun təhqirlərinə rast gəlir. İkinci pərdə Botanik bağında, havuz kənarında. Tiflis Jasmen, Lena və Marqo bağ seyrinə çıqmışlar. Anton, onlar bir tərəfə getdikdən sonra gəlir, fikirli halda qəzetə oqur. Şakro gəlir, Antona yanaşır və deyir ki, Tiflisdən qaç, səni tutacaqlar. Firqənizin sirrini öyrənmişlər. Anton işçiləri və yoldaşlarını bıraqmayacağını və getməyəcəyini söylər. Onu qorqaq olduğu için təhqir edər. Şakro gedər, Jasmen gəlir. Antona örtülü sözlərlə məhəbbətini söylər. Anton isə istehza ilə gülərək söylər ki, bu mümkün deyil. Bən fabrikalar, paslar içində, sən incilər, elmaslar içində... Bunlar ikisi köydə ikən sevişmişlərsə də Anton illərlə onu görməyə vaqt bulamamış, nihayət, Knyaza getmiş. Jasmen iztirabdan qəlbim içəridə çırpınır, – deyə Antonun əlini köksünə, ürəyinə qoyar, Anton əlini şiddətlə çəkər. Fəqət bu sırada Knyaz gəlir, görür və qısqanclığı artar. Anton gedər, Knyaz Jasmeni təhqir edər, Solomon gəlir. Qızıl ordunun Gürcüstana olan hücumlarını söylər. Knyaz daha çılğınlaşır. Polis və xəfiyyələr gəlir, Antonu yaqalar, qolu bağlı götürür. Anası fəryad edər, düşər, bayılır. Üçüncü pərdə Knyazın evi. Süslü salon Ad günü, şən bir ziyafət. Qonaqlar sərxoş... Gürcü rəqsləri oynanır. Qonaqların bir qismi gənclər inqilabi marş oqur. Knyaz və Şakro qızar. Marqo həbs edilmiş oğlu Anton için qəmlər içində. Knyaz Antonun anasını təhqir edər, o da qədəhlə dolu padnosu yerə çırpar, Knyazı təhqir edib çıqar. Bir ziyalı qonaq gəlir, arvadını aparır və Knyaza der ki, bolşeviklər Tiflis ətrafını sarmış, inqilabçılar coşmaqda, ətrafda top səsi eşidilməkdədir. Bir az sonra Anton saqallı olaraq gəlir, anasını soruşur və həbsxanadakıların xilas olduğunu söylər. Və istehza ilə Knyaza: artıq sizin devran bitdi, – der. Höcətləşib sözləşirlər. Knyaz onu yaralar, düşər. Tiflisin alındığı top səslərilə bilinir. Qonaqlar qaçışar. Knyaz da Avropaya qaçar. Dördüncü pərdə Berlində otel pansionunda bir salon... Knyaz Berlində Solomonla Tiflisi xatırlar, gəzmək için dışarı çıqarlar. Şakro Jasmenə e’lani-eşq edər və Knyazın içkidən sərsəmləşdiyini söylər. Jasmen isə onu rədd və təhqir edər. Anton Hamburq şəhərinə sənaye alətləri almaq için gələr. Oteldə Knyazın qızı Lenaya rast gəlir, Lena Jasmenə xəbər verir, görüşürlər. Marqonu soruşarlar. Anton, çocuqlar evində müdirə olmuş deyərək Gürcüstanın başqa müvəffəqiyyətlərindən bəhs edər. Jasmen peşiman olduğunu və zor ilə Knyazın onu gətirdiyini söylər, təkrar Gürcüstana dönməyini və proletar quruluşunda çalışmaq istədiyini söylər. Anton gedər. Knyaz onu gördüyü için Jasmeni və qızını təhqir edər. Jasmen çıqar gedər. Qızı Lena Knyaza xəbər verər ki, Şakro bütün var-yoqumuzu aparmış. Sandıqları sındırıb pul, cəvahirat nə varsa əldən çıqarmışdır. Knyaz büsbütün şaşırır və buradan dəliliyin müqəddəməsi başlanır. Beşinci pərdə Berlində kafe-restoran. Knyazın dayısı Solomon – müdir Bu səhnədə keçən cihan müharibəsində bir qolunu itirmiş zabit də bulunur. Qardaşı cihan hərbində öldüyündən bəhs edər. Və qardaşı qızı müsyölər ilə rəqs edərkən onu pis yola də’vət edərlər. Nifrətlə məclisdən çıqar, gedərlər. Şura ölkələrindən qaçmış qraf, fabrikant qız və qadınları restoran xidmətçisi vəzifəsində... Knyaz dəli qiyafəsində gəlir. Özünün və bunların keçmişincə sərsəmcə sözlərlə bəhs edər. Solomon Knyazın içəri odaya getdiyini görüb qapıyı qapar. Qadın və erkək müştərilər gələr. Solomon özü gah qəzetə oqur, gah küçük xidmətlər edər. Hamburqdan dönmüş Anton da gəlir. Solomon ona külqabı gətirərkən tanır, qonuşurlar. Knyazın halını təsvir edər. Jasmen Gürcüstana qaçmaq için Antonla buluşmuş... Bir az sonra oraya gələcəyini Anton söylər və dalınca gedər. Müştərilər Çarlston rəqsi ilə məşğul olur. Knyazın qızı Lena rəqqasəlik vəzifəsi ifa edər və iki lirik parça ilə Gürcüstana aid şərqilər oqur. Knyaz yenə çıqar. Dəli sözü ilə coşar. Müştərilər dağılır. Daşarıda Rot-front marşı eşidilir. Knyaz onları əksiqilabçı ordu zənn edər, coşar, gülər, ağlar, yardım istər. Silah çəkib hərbə hazır olduğunu söylər. Niyahət, bizimkilər basıldı – deyə özünü vurub ölər. Qeyd: Əsər mənzumdur. Lazım gəlsə, təbii, bə’zi yerlərinə xorlar ilavə edilir və son pərdədə rəqs bitmək ikən bugünkü Berlinin işsiz işçiləri də gələr və burjuaziyanın rəqslərinə qarşı e’tirazlar, aclıq marşları və kinli çıqışlarla e’tiraz edərlər. Bu xüsusda rejissor və bəstəkarın tevsiyələrini dinləmək lazım gələcəkdir. Telli saz Anam Mişkinaz Cavid 1945-ci ildə Hüseyn Cavidin əlimizdə olmayan “Telli saz” pyesinin məzmununu mənə diqtə etmişdir. İndi mən onu oxuculara olduğu kimi təqdim edirəm. Turan Cavid İştirak edənlər: Q u r b a n – Məcnunşah – xalça fabrikinin işçisi L a l ə – onun arvadı – xalça fabrikinin işçisi Q u m r a l – onların qızları, Bakıda konservatoriya bitirmiş B a x ş ı – Lalənin qardaşı – xalça fabrikinin işçisi F ə r m a n – Baxşının oğlu, elektrik mühəndisi, ali təhsilini Bakıda almış, Qumralın nişanlısı M ü n ş ı z a d ə – maarif naziri B ö y ü k a ğ a – xalça fabrikinin sahibi B a l a c a x a n ı m – onun arvadı P ü s t ə – onların xidmətçisi Ş ə p p ə r ə x a t u n – ümumxana sahibəsi və başqaları ...Hadisə Təbrizdə baş verir. Xalça fabrikinin sahibi Böyükağa fabrikdə fəhlə işləyən Qurbanın arvadı Laləni ələ gətirmək istəyir. Lakin o, buna nail ola bilməyir. Laləni müdafiə edən Qurbanı Böyükağanın adamları bərk döyür, başına ağır zərbələr endirirlər. Qurban çox pis vəziyyətdə ordan baş götürüb qaçır. Bütün bunlardan sonra Lalə qızı Qumral ilə, qardaşı Baxşı da oğlu Fərmanla birlikdə Bakıya gəlirlər. Lalə Bakıda tikiş fabrikində işləməyə başlayır. Uşaqlar da burda təhsil alırdar. Qumrad konservatoriyanı bitirərək musiqiçi, Fərman isə elektrik mühəndisi ixtisası alırlar. Bakıya gələn Təbrizin maarif naziri Münşizadə Baxşı ilə görüşüb, Təbrizdə mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyərək, Qumral ilə Fərmanı orda işləməyə dəvət edir. Hər iki gənc vətənləri Cənubi Azərbaycanda çalışmaq təklifini böyük həvəslə qəbul edirlər. Qumral Təbrizə gələndən sonra həm məktəbdə, həm də Böyükağanın arvadı Balacaxanıma evdə dərs verir. Böyükağa tərbiyəli, ağıllı, gözəl Qumrala “aşiq” olur, nə yol ilə olursa olsun onu ələ gətirmək istəyir. Ona bahalı brilyant bilərzik bağışlayır. Qumral isə qaşların “ləkəli” olduğunu söyləyərək rədd edir. Böyükağa Qumralın nəyə işarə etdiyini belə anlamır. Böyükağa Qumrala nail olmaq məqsədilə Fərmanı həbs etdirir. Məcnunşah adını qazanmış Qurban qızı Qumralı tanıyır. Onu, kənardan hər addımını izləyərək qoruyur. Böyükağagilə dərs verməyə gedəndə də, onu həmişə kənardan müşayiət edir. Qumralı ərinə qısqanan Balacaxanım, qulluqçusu Püstənin vasitəsilə onu aldadaraq, guya Böyükağanın həbs etdirdiyi Fərmanı azad etmək üçün adam görmək məqsədilə Şəppərəxatunun ümumxanasına apartdırır. Burda Qumral... bir neçəsini nifrətlə rədd edir. Həmişə Qumralı izləyən Məcnunşah nəhayət onun burda olduğunu öyrənə bilir və Münşizadəyə xəbər verir. Münşizadənin vasitəsilə Qumral buradan azad olur. Lalə ilə Baxşı vətənlərini və uşaqlarını görmək məqsədilə Təbrizə gəlirlər. Lalənin gəlişi ilə hər şey açılır. Qurban – Məcnunşah qəzəblənib Böyükağanı boğub öldürür. Lalə Qumrala Məcnunşahın onun atası olduğunu bildirir. Ailə yenidən birləşir. “Telli saz” əsərindən əlimizdə qalan üç şeir parçasına görə qardaşım Ərtoğrol Cavidə minnətdarıq. O, adətən xoşladığı şeir parçalarını özünə məxsus dəftərinə köçürərdi. Xoşbəxtlikdən həmin dəftərlərdən biri – 1933-cü ilə məxsus olanı bu gün əlimizdədir. Mən həmin şeirləri oxuculara təqdim edirəm. I Gönül vuruldu o şuxun mənəkşə gözlərinə, O nə halət, o nədir işvə əda? Bən uymadım bu diyarın hər incə dilbərinə, Sanma oxşar xəyalı hər sevda. Ipəkli bir gecə məhtaba qarşı yıldızlar Hiç unutmam, solub-sararmışdı, Çiçəklərin arasından gülümsəyən qazlar Sevdiyim pəmbə nuru sarmışdı. Süzüldü keçdi o bayğın, o möhtəris gözlər, Pək yaqından gülümsiyordu bana. Gülümsədikcə o, sandım gülümsüyor hər yer, Bən də uydum o nəş’ə yavrusuna II Bir gövərçin uçdu qondu Qaraçalı budağına. Halı bana pək toqundu, Gəldim onun sorağına. Gönül xain avcılardan Hər gün yeni bəla gözlər. Bəni yalnız, ağlar qoyan Ala gözlər, ala gözlər. Altın qəfəs cənnət olsa, Qırmalıdır tellərini. Cəllad yüz bir tövbə qılsa, Kəsməlidir əllərini. Duydunuzmu, parlaq günəş Ürküb qaçar yarasadan? Bilməz ki, yoq bəndə atəş, Sönüb getdin parlamadan. III Nerdəsin, telli qız, kimdir ənisin? izlər hər adımda fəlakət səni. Gəl, yüzünü xain gözlər öpməsin, Yaqar həsrət bəni, xəyanət səni. Keçdiyim yoq əsla bu viranədən, Ala gözlərinə uyub gəldim bən. Gönlümü dinləsən, bənimlə getsən, Üzməz qucağında səfalət səni. Təxminən 1931/32-ci il mövsümündə Bakı Türk işçi Teatrında tamaşaya qoyulması nəzərdə tutulan “Telli saz” tamaşasında Məcnunşah rolunu ifa etmək üçün opera tertrında çalışan Azərbaycanın xalq artisti H.Q.Sarabski dəvət olunubmuş. Müəyyən səbəblərə görə baş tutmayan bu tamaşada oynayacağı Məcnunşah rolunu aktyor çox böyük həvəslə məşq edir və deyirmiş ki, bu mənim yaradıcılığımda tamamilə yeni bir obraz olacaqdır. Mən çalışacağam ki, qayğılı insan taleyinin rəmzi olan Məcnunşahın obrazını tamaşaçılara olduğu kimi göstərə bilim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.