Məqalələr Hüseyn Cavid (1882–1941) Urmiyədən məktub Aparır külək hər gün gülüstandan bir gülü, Ürəyi dağlı, məhzun edir yazıq bülbülü. Rusiya dövlətində Qafqaz şö’bəsində mütəməddini-möhtərəm və əşxasi-sahibiqələmdən məhsub olan maarifpərvər və sədaqətgüstər vücudların birisini də cənab mərhum və məğfur məşhədi Təqi Sidqi Ordubadidi ki, filhəqiqə o gunə ərbabi-kəmal və əshabi-məqal şəxslərə Qafqaz toprağı bu az zamanda çətin pərvəriş vermiş olur, belə ki, ələl-iqtisal müşarünilehyin pişrəft və rövnəqi-mədəniyyətdə sə’y və ehtimamı kamil dərəcədə olub tə’lim və tərbiyə ilə əbnayi-vətənin yüzlərinə beş-altı sənə zərfində mə’rifət qapılarını açıb təhsili-maarifə nə dərəcədə tərğib və təşviq qıldı, amma o vücudi-ali və məs’udun şəvval ayının ğürrəsində dünyayi-fanidən aləmi-cavidani tərəfinə rehlət buyurmağı filvaqe ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayeyihüzn və məlal oldu. Xəllaqi-mütəal o mərhumun qəmi-firqətində rüfəqa və aşinalarına səbri-cəmil əta buyursun; həqiqət o cənabın vəfati-möhnət-ayatı məsmu’ olduqca nari-məhəbbət şö’ləvər olub bu neçə kəlmə əbyatın yazılmasına səbəb oldu: Dünyadan köçüb getdi hörmətli böyük Sidqi! Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi! Dağladı ürəkləri o, öz fərağı ilə, Könlümüz munisindən bizləri məhrum etdi. Səməndər kimi qeyrət oduna düşüb yandı, Rus dövlətində o, belə nöqtəyə çatdı. Yazaraq nəşr etdiyi maarif yayımilə Həyat verdi xalqına, qaranlıqdan çıxartdı. Xalq inkişafı üçün çox çalışdı, can atdı, Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı. Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal, Həyatdan məhrum olub, Fəna həbsində yatdı. Onun vəfatı ilə yenə cəhalət artdı, Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü. Həsrət ilə hamının ürəyi doldu qana, Fəraqilə onların həyat ümidi itdi. Tövhid gülüstanının gülçini olmuşdur o, Müqəddəs yol yolçusu olub, o yola getdi. (“Şərqi-Rus” qəzeti, 23.01.1904, M.T.Sidqinin vəfatı münasibətilə) * * * Urmiyədən O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir, Demə insan o nadanə ki, bir heyvani-natiqdir. Rəsuli-Sadiqə min üç yüz il sabiq deyib Xaliq Ki, bielm olsa insan cinsi-heyvanata lahiqdir. Nə şər’ə aşina, nə ürfə danadır o nabina, Ona bir yaxşı palanilə bir əfsar layiqdir. Təkəllumdən səva bielm insanın nə tərcihi Ki, hər halətdə heyvanilə hər halı müvafiqdir. Kürreyi-ərzdə bəni növi-bəşərin nisbəti heyvanata nə dərəcədə olursa, əhli-elmin şərafəti əvamünnasə dəxi o mənzilədə məhsub olur; necə Qur’ani-mübində Xudavəndicahanafərin buyurur: “Avamlar heyvana oqşar, bəlkə ondan da azğın olar”. Bəlkə elmsiz kimsələrin heyvanatdan dəxi əskik və gümrah olmağına işarə olunur; pəs bu surətdə elmişərif təvəssütilə insan yer yüzündə cəmi’i-şərafət və səadətə malik olub sair bielm qardaşlarından imtiyaz tapır. Elmdir ki, ətfali-xürdsali növnihal vəz’ilə gülşəni-kamalda cuybarizülali-maarif vasitəsilə sirab etdirib, abü həvayi-insaniyyətlə nəşvünüma verib, gunəgun ülum və fünun əsmarilə cilvələndirib, sayədar və pürbar ağaclar kibi dərəceyi-fəzl və kəmalata yetirir. Elmdir ki, insanı zülməti-cəhalətdən kənar edib ənvari-hidayətlə qəlbini rövşən qılıb ixtiraati-cədidə və tərəqqiyyati-mütəəddidə sahibi edir. Məzmuni – “Beşikdən qəbrədək elm tələb edin!”, bu barədə bir dəlili kafidir; əgərçi bu tə’kidat biz müsəlman qardaşlara yetişib, amma diqqət nəzərilə mülahizə buyurulanda bu hədisi-şərifə məhz miləli-xaricə və düvəli-mütəməddinə amil olub günbəgün sə’y və ehtimam edib Məqalədəki şeir parçalarının əsli farscadır. mütəəddid ülum və fünun təhsilinə rövnəq verib hər dəqiqə cəmi tərəqqiyyat və kəmalatə malik olmağa çalışıb bir an ğəflətdə bulunmayırlar. Belə uzaq şəhərlərdən iki-üç aylıq məsafəni teyy edib, qürbət ixtiyar qılıb təhsili-elm etmək həvasilə uçub “Elm Çində də olsa, tapıb öyrənin!” məzmuni – dürər məşhuninə rövnəqəfza olub leylü və nahar səməndərvar nari-qeyrət və mədəniyyətdə yanmaqdadırlar. Əvvəla bu müəyyən və müsəlləm ki, həzrəti-Rəsuli-Əkrəm zamanında Mədinə ilə biladi Çin arasını üç-dörd ay zərfində teyy etmək məhal və mümtəne’ bir əmr imiş (coğrafiya elminə rücu edilsə mə’lum olur), pəs bu kəlamimübarəkdə olan israr və tə’kiddən məqsud filhəqiqə məhz tələbi-elmə təşviq və tərğib etməkdir. Və saniyən bu məzmuni-alidən hansı elmin təhsil olması, nə dildə və nə lisanla olmağına işarə olunub şərh və bəst verilməyib ki, aya bu elmi ingilis lisanında öyrənmək və ya Fransa dilində əxz etmək lazımdır və yaxud ərəb lisanından əlavə dildə olsa günah və qeyri-caizdir. Əstəğfürullah! Heç bu barədə, əlsineyimütəəddidə xüsusunda istisna olunub özgə bir irad varid olmayıbdır. Pəs əsri-haliyyəmizdə olan müsəlman qardaşların ğəflətindən və ülumi-mütənəvvi’ə füyuzatından bibəhrə olmaqlarından məqamiəfsusda bulunuram ki, nasıl bədbəxt və nadan olmuşuq! Belə ki, İranda gözəl şəhərlərdən məhsub olan və abü həva və seyrü səfadə sair biladdan imtiyaz tapan şəhərlərdən birisi də sükunət etdiyimiz “Urmiyə” şəhridir; bir tərəfdə imperator canibindən rus şkolası, bir səmtdə ingilis məktəbxanəsi, bir mövqedə Fransa məktəbi güşad olunub ki, hər birində mütəəddid dillərdən əlavə bir müsəlman müəllimi ərəb, fars və türk dillərinin tə’limindən ötəri tə’yin olunub, hər üç məktəbdə məccanən tə’lim və tərbiyəyə talib və rağib olub tərəqqiyi-millət yolunda sə’y edir. “Əcəb deyil ki, ovçu qaçar ovunun dalınca, Məzəlidir ki, ov qaçar ovçunun dalınca”. Necə ki, məsdəri-vilayətdən yetişibdir: “Mən əlləməni hərfən qədyəsyərəni əbdən”, yə’ni “hər kəs mənə bir hərf tə’lim etsə məni özünə əbd etmiş kimidir!” Amma bu biçarə məktəbdarlar ahü dad çəkib bu cahil və bihimmət camaatla bu fərmayişin əksinə əməl edib deyirlər ki: hər kəs bizdən bir hərf öyrənsə həqiqət bizi özünə əbd Əsli farscadır edib və sərəfraz qılıbdır. Lakin bu tə’kidatla yenə əlacpəzir olmayır; məgər bir neçə nəfər xanzadə bu məktəblərdə təhsil edirlər ki, bir para dövləti işlərdən ötəri gələcəkdə lazım olmağını təsvir edib Parij, London və Peterburq yollarını teyy etmək zəhmətini nəzərə alıb burada təhsili-elmə məşğul olublar. Bir neçə nəfər xanzadəyi çıxandan sonra bəqiyyəsi tamam erməni, yəhudi və nəsara uşaqları ki, bunlar ülum və fünunə, əlsineyi-gunaguna tərvic verib və kəmali-şövq və rəğbətlə rövnəqəfza olublar. Hətta fars və türk dillərini danışıb yazmaqlarını müsəlman yoldaşlarından artıq dərəceyi-təkəllümə yetiriblər. Və illa tüccar və sair əsnaf ətfalı bu xüsusda əlləddəvam kənarəculuq edib bu mətləbə əbədən iqdam qılmayıb və pak-pakizə olan ağızlarını, firəng və ingilis lisanında təkəllüm etməklə murdarlığa tənəzzül etməyə razı olmayırlar. Və ədəmi-tə’lim və tərbiyə cəhətilə nə məsailişər’iyyədən bir məsələ qanıb və nə əhkami-Qur’andan bir mətləb anlayıb və nə lazım olan fars və türk dilindən kəma hüvə həqqüh bəhrəyab olublar. Bu biçarə uşaqlara bu barədə yenə məzəmmət yeri yoxdur, çünki bunların ataları hənuz 70 yaşında bisavad olmaq səbəbinə təkalifi-şər’iyyə ittilaində bilmərrə qasir olub, ancaq məs’əleyitəharəti yüz məşəqqətlə öyrənib babi-nəcasətdə ğərq olub məbhut və mütəhəyyir qalıblar. Pəs bu hal üzrə ki, nə üsul və füru’ə dana və nə əhkami-məsailə aşinadırlar, nə də zamana görə lazım olan elmi-sənaət, ziraət, ticarət, tibb, hikmət, həndəsə və hey’ətdən xəbərdardırlar. Heyhat, heyhat! “Çe nisbət xakra ba aləm-e pak”. Filhəqiqə mülahizə edəndə beş günlük dünyadır, heç bu zəhmət və məşəqqətə dəyməz ki, müsəlman qardaşlar firəngiməab – “yevropeyski” olub öz dininə vəfa qılmayıb bilmərrə bidin və laməzhəb olsunlar?! Əgər müsəlmanlıq budur ki, bizim müsəlmanda var, Vay onun sabahına ki, bu günün arxasınca gələcək! Filvaqe, diqqət nəzəri ilə baxanda əcnəbilər “balon” vasitəsilə neçə günlük məsafəni bir saat zərfində, elmi-sənaət təhsili qüvvəsilə, teyy etməyə qadir olurlar; bunlar bizim üçün böyük mətləblər deyil ki, şayani-təəccüb və mayei-təhəyyur olsun! Hətta elm sayəsində insan Əsli farscadır. nəinki kürreyi-ərzi səyahətdə aciz və qasir, bəlkə tamam əflak və səmavatı bir anda seyr etməyə mühit və dara ola bilirmiş, bizə nə?.. Pəs bu surətdə zəhəmati-müşkiləyə mütəhəmmil olub sərfiövqəti-şərifə qılıb kəsbielm və sən’ət etmək bihudə və bimə’na bir iş olmağı bizim indimizə aşkar və hüveydadır! Və bundan qət’i-nəzər bəsirət gözilə baxan biz müsəlman milləti Rəsuli-Əkrəm həzrətlərindən yetişən o əmri-nəvahinin hansı birisinə amil və peyrəv olmuşuq ki, əlavə bir tə’kidati-elmiyyə və sənaiyyəsinə də rövnəqəfza olub, təməddün və tədəyyün xüsusunda buyurduğu fərmayişata himmət və sədaqətlə əməl edib, kəmali-sə’y və ehtimamla çalışıb, tainki miləlimütəməddinə nəzərlərində mövhun və sərnigün olmayaq! (“Şərqi-Rus” qəzeti – 21.-V.-1904) * * * Naxçıvandan təbsirə Uzaq deyil, əzizlər, vərəqlər dönər, Həyatımız dəyişər, dünya çevrilər! Bəyani hal: Ərbabi-kəmal və əshabi-məqal həzrətlərində müəyyən və müsəlləmdir ki, qədəm qoyduğumuz əsri-haliyyə islamiyyət aləminə on dördüncü qərn məhsub olur. Və vüsuli-ərbəə tibqində şühur sənaviyə kimi füsulli qürun tərtib vermək və hər üç qərni maarif aləminə fəsl məlhuz etmək ələs-səbilül-icəmal mütabiqi-hal və müvafiqiməqal görünür və cəmi əşxas təvarixşünas nəzərində mə’lumdur ki, sərvəri-nas Peyğəmbər axirüz-zəmanın bi’sət zamanından üç qərn keçmişə kimi filhəqiqə aləmi-islamiyyət və gülzari-mə’rifət üçün bahari-bəhcətşiarimiş. Belə ki, məzmundur məşhun kəlam, hikmət nizam həzrəti-xeyrül-ən’am ki, “Xeyrülqürun qərni” buyurmuşlar, icmalən bu barədə bürhani-qate’dir. Bir mərtəbədə ki, Rəsuli-mədəni dünyayi-dənidən rihlət buyurandan sonra üçüncü qərnin axırına kimi cəmi bilad içrə məkatib və mədaris tə’mir edilib hər yerdə bəqədriülüm və nəşri-kəmalat olub elm təhsilində sə’y ehtimam edib maarif kəsb etməkdə əsla təkahül və təsahül etməyib bir an ğəflətdə bulunmadılar. Lakin dördüncü və beşinci qərnə ayaq qoyanda arai-müxtəlifə və əqaidi-mütəfərriqə islam içində müntəşir olub, tərəqqi və pişrəft aləminə böyük bir mane vaqe oldu. Yavaş-yavaş gülzari-maarif solub və şəm’i-mədəniyyət xamuş olub doqquz qərn dəxi tabistan və xəzan və zimistan təbəqində cəhalət və ğəflət ilə keçib on ikinci qərnin axırına kimi bu minval üzrə qaldı. On üçüncü qərn islamiyyət aləminin ikinci baharının əvaili məhsub olduqda “Yevropa” tərəfindən gülşəni-təməddünə bəhəsəb zahir ixtisarən bir nəsimi-həyatbəxş əsüb puç və fəna olmuş gül və giyahə tazədən hərəkət verib fəqət nəşvü nüma məqamına götürdü, yə’ni xabi-nazə getmiş xumar gözlərə bəsirətəfza olub ibdaatiədidə və ixtiraati-cədidəni görməyə mülzəm və pambuq tıqılmış qulaqları açıb nəğəmatimövzun və əsvati-gunagunu eşitməyə məcbur etdi. Həmin bu beşdən bir hissəsini teyy etdiyimiz 14-cü qərnə ki, maarif baharının və təməddün gülzarının ikinci qərni məhsub olur, qərni-tərəqqiyat və əsri-kəmalat deyilir ki, ənvari-maarif yer yüzünü mütləq əhatə qılıbdır, belə ki, qət’əati-ərzin bə’zi şö’bələrində ələlxüsus Qafqazda vaqe olan müsəlmanlar sükunət etdiyini bəldədə rus lisanında növbənöv məktəblər tə’sis olunub yeddi-səkkiz yaşında balaca balalar gunagun ülum və fünun təhsil etməyə talib və rağib olub, pərvanəsifət şəm’imə’rifət dövrəsində kəsrəti-iştiyaqdan məqami-ehtiraqdadırlar. Lakin bu nəşvünüma edən gülüstani-səfadə tazə pərvəriş tapmış növnihalları və şaxeyi-elm və ədəbdə tərbiyə hasil etmiş qönçə gülləri və müəttər çiçəkləri gülşəniislamiyyətə kənardan vaqe olan ülum və əlsineyi-düvəli-xaricəni kəsb edib dərəceyitəkmilə yetirməkdən və xarü xəs misal miləli-əcnəbiyyənin əqaid və arainin tazə göyərib səbz olmuş gül və giyahə istilasını hər halda nəzərdə tutub müharisət və mühafizət etmək lazım, bəlkə vacibdir. Tainki cüz’i tərpətməklə gülşəni-islamiyyət və mədəniyyətə xələl yetişib bilmərrə ayaq altında paymal olmasın. Şeyx Sə’dinin bir neçə əbyatı münasibi-hal görünür: Təzə kök atan ağac bu gün çox zəif olar, Azacıq güclü bir əl onu yerdən qoparar. Başına buraxsan bir müddət, fikir verməsən, Dünya yığılsa belə kökdən çətin sarsıdar. Suyu başdan bel ilə kəsmək heç çətin deyil, Su artsa fillə keçmək olmaz, hər keçən batar. Filvaqe’ mülahizə məqamında əvvəl tühuliyyətdən göz açmamış vino, pivə, süd, su içkidir deyib təhsilə məşğul olan müəllimin əvvəlcə şəriətdən müttəle olmamaq səbəbinə axırda şürb-əlyəhud olub islamiyyət aləmindən bixəbər qalmağına heç məzəmmət və məlamət yeri yoxdur: Bu gün öldür düşməni, bacarığın əgər var, Qığılcım alov olsa bir dünya onda yanar. Pəs bu surətdə əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini bə’zi ruznaməcat və məktubat oxumaqdan ötrü öyrənmək və saniyən fars dilini bir para əhadis və əxbarın məzmununa aşina olmaqdan ötrü oxumaq, salisən ərəb lisanını Qur’animəcidin mə’nasına müttəle olmaqdan ötrü təhsil etmək və rabeən rus dilini ki, dövləti əliyyeyi-imperatoru da təfhim və təfəhhümdən ötrü bə’zi məvariddə həqiqət cümleyiləvazimatdan ədd olunur, kəsb etmək lazım və dərkardır. Və əgər nəzərə alınsa cədidül-ixtira elmlər Qafqas şö’bəsində rus dilindən maəda məzburətül-fövq dillərin heç birində yazılıb dərc olunmayıb, fəqət fikri-bihudə və xəyalibimə’nidir, çünki türk dilində osmanlıca nəzərdə olan ülumi-mütənəvveə kəmayənbəği mütəəddid kitablarda mündəric və məzbutdur. Pəs bu halda layiqi-insaf və şayanimürvətdir ki, on il, bəlkə ziyadə təhsil etmiş əşxas görürsən türk dilində yazılmış “Şərqi-rus” ruznameyi-mübarəkəsindən iki sətir oxuyub məzmunundan müttəle olmaqdan aciz və bir neçə kəlmə vətən dilində mətləb əda etməkdə qasirdir. Və gah-gah əzruyitəfənnün güzarları məsacid və mə’nabirə düşüb üləmayi-ə’lamdan bə’zi mətalib və təhqiqat eşidib mə’nasını anlamayan surətdə babətindən könlündə islamiyyətə olan cüz’i şövq və rəğbəti də kəsilir. (Əl-mər’ü ədüvvün lima cəhiləhd – kişi bilmədiyi şeyə düşməndir) Və bə’zi bisavad mollalardan sadə ləfzlər ilə əqlimizə sığışmayan zəif rəvayətlərdən eşidib məsciddən çıxanda əsnai-söhbətdə onun sözlərini özü üçün əsbabiməzə və mayeyi istehza qərar verir və bir para müridlərə bu müsəlman oğlu müsəlman, müsəlman millətinin və əbnayi-vətənin halına yanıb tərəqqi və təməddün fikrində olur. Bir surətdə ki, islamiyyət nə deməkdir, əbədən ittilai olmayıb əsla məqamie’tinada bulunmayır. (“Şərqi-Rus” qəzeti, 27 avqust 1904) Rasizadə * * * Naxçıvanda nə gördüm? I Naxçıvanlılara Rəvayət olunduğuna görə Naxçıvan əski yarımtanrılardan məşhur “Daqyanos”un mərkəzi-səltənəti imiş. Demək ki, pək də küçük yer sayılamaz. Tarix səhifələrində bir taqım qəraib təsadüf olunur ki, əsrlər keçsə də kəndi əhəmiyyətini qeyb etməz, nasıl ki, Zərdüşti məzhəbində cari olan bir çoq işlər, şimdi belə təbdili-məzhəb etmiş bə’zi müsəlmanlar arasında hökmfərmadır. Yuqarıdakı rəvayət doğru olmasa belə Naxçıvanın şimdiki əhvaliruhiyyəsi bunu gözəlcə isbat etməkdədir. Şəhər, əksəriyyətlə ikiyə bölünür: bir qismi qul təbiətində yaşar, miskinliyi sevər. Bir payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima öz nüfuzunu işlətmək istər. Orta yerdə hürriyyəti-vicdan, bəyani-rə’y etmək haqqı kimsəyə verilməmişdir. Müstəsna olaraq bir qaç zat var isə də məəttəəssüf sayları üç cüt bir təki aşmaz, hər nə qədər çığırıb-bağırsalar da səsləriünləri bir yerə yetişməz. Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb tə’sis etdi, mərhum Sidqi sayəsində çalışıbçabalamağa həvəsləndi, gündəngünə arş iləri!.. Hərəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər adım başında məşhur Napolyonun (dünyada olmaz olmaz) düsturi-cəsuranəsi sərməşq ittixaz edilmişdi. Öyrənmək, bilmək, dev adımları ilə iləriləmək, əfkari-milliyyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qadar dəvam etdi. Sonra zavallı Sidqi getdi, məktəbin məktəbliyi də onunla bərabər bitdi. Şimdi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz ki, o beş-altı ilin məhsuludur. Sonra nə oldu... Məktəb qapandımı? Xayır, qapanmadı... Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oqşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu. Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavallı sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi. Nihayət işin sonu bir hiçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə də fərağətxanəyə təbdil etdi, onunla bərabər bütün həvəslər də bitdi getdi. Və öylə olmaq da icab edərdi, zira bu ani hərəkət, bu mə’kusi-tərəqqi ciddiyyət və mühakimədən ziyadə şaklabanlığa, nümayişə aid bir vəziyyət idi. Nümayiş için qabaran hissiyyat dəniz köpüyündən çoq da fərqli olamaz. Qabarması ilə sönüb getməsi bir olur. Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır. Mətin və paydar bir iş için kəskin bir düşüncə, dərin bir mühakimə lazımdır. Yoqsa halva-halva deməklə ağız şirin olmaz. Bu son zamanda bir qaç zat himmət buyurmuşlar, digər bir-iki məktəb daha tə’sis etmişlər. Doğrusu fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır. Kökü çürükdür. Çünki əvvəla hücrələrdə “Üsuli-cədid” məktəbi ayaq tutmaz, tutsa da yürüməz, saniyən əvvəlki məktəbi o hala qoyan hökumət barmağı oldu. Şimdi də bu yeni məktəb və müavinət olsun deyə yenə bir rusca müəllimi ilişdirildi, fəqət müsəlman imiş, bə’s yoq. Bir də məktəb açan zat ən əvvəlcə hər məsrəfi nəzəri-diqqətə almalı, sonra işin kökünə əl vurmalıdır. Zira təməlsiz (əsassız) divar iki gün yaşar, üçüncü gün uçar, yıqılır, sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son nədamət isə heyhat... faidə verməz. Qız məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq icab edər. Şimdilik müstəid bir türk xanımı ana dilini tədris etməkdədir. Ondan ediləcək istifadə mühəqqəqdir, həm də günəş qədər parlaqdır. Lakin rusca müəllimlərinin əxlaq və iste’dadına bir az diqqət lazım. Məktəb binası olduqca sihhi, gözəl və havadar bir yerdə vaqe olur, hər xüsusda bu məktəb digərlərindən şərəflidir və onlara tərcih olunmalıdır. Çünki oğlan-qız bütün vətən yavrularının tərbiyeyiibtidaiyyəsi ancaq onların ağuşi-şəfqətində hüsulpəzir ola bilər. (“Həqiqət” qəzeti, 4 yanvar, 1910, № 3) * * * Naxçıvana nə lazım? 2 Əvət, Naxçıvanda görülən işlər keçən nömrədə görüldü. Şimdi kökünü araşdırmaq lazım. Çünki hökumət əski məktəbi öz əlinə aldı. Ondan bir çoq adamların şübhəyə düşmək ehtimalı var. Şübhəsiz, ana dili nə qədər lazım isə, hökumət dili də o qədər vacibdir. Lakin Əli aşını, Vəli aşına qarışdırmamalı. “Qorodskoy” məktəblər başqa, milli məktəblər daha başqa bir şeydir. Burada yalnız iki sual nəzərə çarpıyor: məktəbdən məqsəd nədir? Və kimlər hanki məktəblərə getməlidirlər? Elm hər dildə birdir. Elmdə təəssüb yoqdur. Ancaq bir para şərtlər vardır ki, nəzəri-diqqətə almaq faydasız olmaz. Elmdən edilən istifadə yalnız mə’nəviyyata münhəsir deyil. Maddiyyat ilə də münasibətdar olmalıdır. Ən əvvəl məktəbdən məqsəd yazıb-oqumaqdır ki, ibtidai məktəblər bunun içindir və hər millətin bütün əfradına vacib bir vəzifədir. Nasıl ki, Avropa hökumətləri bunu məcburi bir qanun şəklinə qoymuşlardır. Üç-dörd il zərfində istər qız olsun, istər oğlan olsun ibtidai təhsil görməlidir. Lakin bu məktəblərə gələn çocuqlar əksəriyyətlə fəqir, kasıb çocuqları olur ki, məktəbi ikmal edər-etməz iş arqasınca qoşacaq, özünə bir kəsbü kar arayacaq, atasına yardım edəcək. Şimdi azacıq yazı-pozu bilməlidir ki, işlərini idarə etməkdə güclük çəkməsin, hər günkü həvadisi anlamaq için bir-iki sətir qəzetə oquya bilsin. Əcəba şu qısaca mə’lumata bu məktəblərdə nail olmaq mümkünmüdür? Ə s l a!.. Hər gün üç dərs rusca, bir dərs türkcə oqunsa, o yarım-yanlış türkcədən hiç bir fayda hasil olmaz. İki gün içində tamam unutulur gedər. O qarışıq yazılar, o pərişan imlalar, o qəliz kəlmələr ilə əsla bir şey anlaşılmaz. Ruscaya gəlincə bir-iki qiraət kitabı ilə, hesab qəvaid və sairə ilə uğraşılır ki, həpsi “nəqş bər ab” qəbilindən bir şey olur. Çocuq məktəbdən çıqdığı kibi o qeyri-mə’nus kəlmələr də zavallının başından çıqı veriyor. Lakin ata-anası da qüvvəsiz. Şimdi biçarə taleyin nəsinə məmnun olsun, çəkdiyi dört illik zəhmət hədər oldu getdi. Şübhə edilsə, nümu- Suya naxış vurmaq nə istənilsə hazır, həm də yüzlərcə. Lakin işi bil’əks təsəvvür edəcək olursaq daha çoq istifadə edilmiş olur. Bə’zi hər gün üç dərs türkcə, bir dərs rusca oqudulursa bir iş sahibi, ticarət və sənətcə lazım olan işlərin beş-üç kəlmə yazıb söyləşmək ilə yoluna qoya bilər. Fəqət rus dilindən küçük bir xatirə qalır ki, yavaş-yavaş zaman qulağını buraraqdan öyrənməyə məcbur edər. Üç il yalnız ana dilinə məxsus qalmış oluyor ki, bir il ancaq əlifba ilə uğraşılır, iki il də ərəb, fars qəvaidindən lazım olanları, sonra hesab, coğrafiya, tarix, açıq olmaq şərtilə sair fünundan da bir para səthi mə’lumat əldə edilmiş olur. Lakin tərzi-tədrisdə həmiyyətlə elm qarışdırılmalıdır ki, çocuğun gözünü açmaqda güclük çəkilməsin. Bunun için də karaşina müəllimlər lazım ki, elmi-tərbiyəyə və lisana hiç olmazsa səthi surətdə vaqif olmuş olsun. Yoqsa papağan “tuti” kibi təqlidi və gevşək bir proqram tə’qib etmək eyi bir nəticə verməz. “Vətən dili” ya “Bəsirəti-ətfal” bilənlərdən müəllimlik iddiasına düşənlər hiç də az deyil. Bunlar kəndiliklərini bilmədikləri kibi, onlardan istifadə umanlar da yoq deyil, bir kitabi bu gün öyrənib yarın öyrətmək xəyalına düşmək çürük bir xülyadan başqa bir şey deyildir. Diqqət buyurulsun? Bir gündə əlifba dərsi vermək ixtiyarını haiz olmaq istəyən hər bir rusca müəllimi mütləq on bir il çalışıb darülmüəllimin (seminariya) ikmal etməlidir. Şimdi bu müəllimlər haradan bulunsun? Deniləcək ki, doğru bir sual olduğu şübhəsizdir. Həm də böylə müəllimlərə yalnız Naxçıvan deyil, Ordubad, Irəvan və onların təfərrüatı kibi yerlər həp bir dərəcədə möhtacdır. Lakin bu öylə bir məsələ ki, həll edilməsi pək qolaydır. Dağa-daşa düşmək lazım deyil. Gəncə pək yaqındadır. Həm də əlin içində... Gəncə məktəb ruhanisini bilməyən yoq kibidir. İştə oraya gedilib az bir zaman çalışılır isə hər arzuya nail olmaq mümkündür. Bakıda bir-iki məktəb müstəsna olmaq şərtilə, Gəncə məktəbi Qafqasiyanın ən birinci və ən parlaq məktəbidir. Ancaq, burası şayaniheyrət ki, ana dilində təhsili-elm için məsafələr teyy edib, məsarifə qatlanmaq şimdilik bizə pək ağır gəliyor. Lakin pək yanlış bir xəyal... Oraya müraciət edənlər çoq vaqt qeyb etməzlər. Azacıq mə’lumatiibtidaiyyəsi olanlar bir-iki ildə naili-məqsəd olub geri dönə bilər. Ehtimal ki, az bir zamandan sonra məktəbin özünə məxsus pansionu da olur. O zaman on üç-on dört yaşında çocuqlar da göndərmək mümkündür. Hər yerdən üç nəfər göndərilsə zənnimcə ikisi tamam və yarı məsrəf ilə qəbul edildiyi kibi, biri də büsbütün məccani qəbul edilə bilər. Gəncə məktəbi böyüyəcək, artacaq, yüksələcək, geniş bir proqram tə’qib edəcək, səbatlı bir darülmüəllimin olacaq. Çünki sahibləri yalnız maddətən deyil, mə’nən də geniş bir mühakimə, təmiz bir məslək sahibləridir. Məktəb həm şəriətə, həm məişətə əlverişli bir məktəbdir. Dünya və axirət orada cəmdir. Sahibləri və müəllimləri şayani-təbrikdir. İbtidai məktəblər haqqında bu qadarcıq yetişir, həm insan için o bir başlanğıcdır, yeganə bir vəzifədir. Bir də sənət ya məslək için məktəblər vardır ki, onlar dəxi “qorodskoy”lar, gimnaziyalar, realnilər, seminariyalar və sair bir taqım məktəblərdir. İqtidarı, varı, həvəsi olanlar için həm münasib, həm də istifadəlidir. O xüsusda hiç bir deyəcək yoq. Hər kəs kəndi hissiyyatını dinləməli, öz yorğanına görə ayaq uzatmalıdır. Lakin bə’zi şəhərlərdə müsəlmanlar bu xüsusda da qafil davranmışlar. Azacıq e’tinasız olmuşlar. Məsələn: bir çoq bu qisim məktəblərdə gürcülərin, ermənilərin həm şəriət, həm lisan müəllimləri olduğu halda, müsəlmanların yalnız şəriət mollası var. Lisan müəllimindən məhrumdur. Onun içindir ki, bir çoq məktəb şagirdləri az bir zamanda kəndilərini unutuyorlar. Özlərini, sözlərini bilmiyorlar. Tarixlərindən, köklərindən xəbərsiz qalırlar. Bu da bir millət için pək böyük qəflət, pək böyük tədənnidir. Dilsiz bir millət yaşamaz, çabuq münqəriz olur. Bir millətin lisanı, mevcudiyyətinin ən parlaq bürhanıdır. (“Həqiqət” qəzeti, 5 yanvar 1910, № 4) * * * Həsbi-hal (1) 1 Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oquyan Almaniyanın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir. Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyətlər, qılıc parıltısından, qol zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur. Demək ki, bir millətin hər halını tədqiq etmək için ən doğru me’yar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə məktəblər ol bilir. Hər kəs yaşamağa möhtacdır. Rahat və məs’ud yaşamaq için də xüsusi bir məslək, bir iş tutmaq iqtiza edər. Lakin hər iş sahibi öz işini layiqilə becərə bilmək için bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir mənfəət yerinə zərər görür. Tarixi-ədyan, fəlsəfeyi-din bilməyən bir xoca hidayət, şəriət yerinə səfsətə, zəlalət toxumu saçar. Elmi-ziraətdən başı çıqmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə çavdar biçər, həndəsə bilməyən bir me’mar qübbə ilə uğraşırkən divarları çatlamış bulur. Tə’lim və tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət törətmiş olur. Məktəb təbiətin bir mə’kəsi-həqiqisidir. Aləmi-təbiətdə hər nəyə təsadüf etsək onun ən mükəmməl tarixini, ən gözəl nümunəsini məktəb sıralarında görə biliriz. Hasili hər hanki məsləkə süluk etsək məktəb otağını ziyarət etməkdən müstəğni ola bilməyiz. Lakin məktəb də “məktəb” nami-məcləbəsinə haqqilə layiq olmalıdır. Şimdiyə qadar məktəblərimiz bir ətalətxanədən başqa bir şey deyildi. Hətta nafiz bir nəzərlə tədqiq edəcək olsaq, o pərişan hal şimdi belə hökmfərma olmaqdadır. Bir çoq məktəblərdə müəllimlər vaqt öldürməkdən başqa bir şeyə yaramıyorlar. Daima şagirdlərdən miskinanə bir inqiyad, cahilanə bir itaət istərlər. Dərsləri hərfi-hərfinə tutuquşu kibi əzbərlətməyi kəndilərincə üsuli-cədid zənn edib öz-özlərini aldatıyorlar. Ciddi müəllim pək şərəfli, pək böyük bir adamdır; əgər üsulitə’limi və öz vəzifəsini bilirsə. Cahil müəllim pək bayağı, pək aşağı bir insandır, əgər həddini aşıb tə’lim və tərbiyə meydanına atılırsa... Qafqasiyanın yedi, səkiz yıl bundan əvvəlki halı xatirdədir. Məktəb naminə iki-üç evcik ya var, ya yoq idi. Allaha şükür, bu son zamanlarda ötədəbəridə beş-üç məktəbə təsadüf etmək mümkündür ki, bu da şayani-təbrik bir haldır. Lakin təəssüf ediləcək bir nöqtə varsa, o da bu məktəblərin nasıl idarə olunmasıdır. Hey’əti-idarənin kimlərdən və nə nev ə’zalardan mütəşəkkil bulunmasıdır. Məsələn: bir köydə, qəsəbədə, ya bir şəhərdə bir məktəb tə’sis etmək için ilk öncə bir seçki vüqu bulur. Təbiidir ki, seçki işi ümumə aid və əksəriyyətiaraya tabedir. Rə’yə iştirak edilir isə yüzdə doqsan beş payı təcrübəsiz, elmsiz, onunbunun ağzına baqanlardır. Açıq tə’bir ilə fanatizm əsirləri, cəhalət qurbanlarıdır. Yerdə qalan beş nəfər isə az-çoq tə’lim və tərbiyə işinə vaqif olsa belə, nə yapsınlar! Əksəriyyəti-araya malik olamayıb yoq hökmündə qalırlar. Ən nihayət seçki xitam bulur, bir taqım mühafizəkarlar ə’zalığa səlahiyyət qazanıb mükəmməl bir idarə vücudə gəlmiş olur. Şimdi hey’əti-idarə bu səlahiyyət və müvəffəqiyyətlərində həqirmi? – Əsla... Həqiqəti-hal nəzər diqqətə alınır isə həpsi nüfuzlu, mö’təmid, xalq arasında özünə məxsus bir heysiyyətə malik olan adamlardır. Yalnız işin uyğunsuzluğu məzkur hey’ətin dəröhdə etdikləri və mübaşir olduqları iştə həqqilə dərin bir vüquf və təməyyüzə malik olmamalarıdır. Onun için də tə’sis edilmiş məktəbə lazım olan fədakarlıqlar ifa ediləmiyor. Tə’lim və tərbiyədə haizi-əhəmiyyət olan nüqtələr bütün nəzəridiqqətdən qaçırılıyor. Sadə “üsuli-cədid” ünvanilə iktifa edilib, əski, pozuq müəssisələrdən daha bərbad bir surətdə qarışıb gediyor. Yarımyamalaq bir nümayişdən başqa hiç bir sağlam nəticəyə müvəffəq olunamıyor. Hey’ətin ədəmi-isabətindən istifadə edərək bir taqım cahil, təcrübəsiz, fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü yaltaqlıqlar, iltimaslar sayəsində dərs işlərinə daxil olub ortalığı zirü zəbər ediyorlar. Yarınkı gün qəzetə sütunlarına göz gəzdirirsən; filan məktəb bağlandı, filan qiraətxanə Allahın rəhmətinə getdi, filan müəssisə qapadıldı. Fəqət niçin? Cəhalət! İran məclisi-milliyyəsinin bugünkü halı hər kəsə mə’lumdur. Hər işdə bir tərəddüd, hər təşəbbüsdə bir qətiyyətsizlik görünməkdədir. Biçarə millət də müvəffəqiyyətsizliklərini düşünərək yürək oğuşdurmaqdan başqa bir şey yapamıyor; Fəqət bais kim?.. Yenə millət kəndisi. Səbəb nə?.. Yenə cəhalət! İranlı arqadaşlarımdan birilə Iran intixabatı haqqında dərdləşirdik. Diyor ki, haman intixabat başlar-başlamaz, görürsən ki, filan şəhərdə, ya filan gündə xalq bir-birinə girib çıqıyorlar. Kimi seçəlim? Seçmiyəlim? Nihayət, ya qolu zorba nüfuzlu, fəqət cahil bir xanı, yainki günü keçmiş, qaimülmeyl, saimün-nəhar ağsaqal bir xocanı məclisimilliyyəyə doğru fırlatıyorlar. Şimdi bu müstəbid, cahil xan, yaxud şu mö’min, zahid xoca ingilis, rus politikasının qarşısında nə yapa bilir? Təbii hiç... Yapacaqları bir iş varsa, o da biçarə millətdən ayda bir qaç yüz tümən məb’usluq haqqı naminə cib xərci almaqdır. Bu hal 34 sənə əvvəl Türkiyə məclisiməb’usanında da vüqu buldu. Lakin son inqilabda, yə’ni iki yıl əvvəl “Ittihad və tərəqqi” cəmiyyəti hürriyyəti istirdad edər-etməz, seçki məsələsini əsla nəzəri-diqqətdən çıqarmadılar. Məmləkətin hər tərəfinə dağılıb cəmiyyət şö’bələri tə’sis etdilər. Söz ilə, dil ilə, qorqu ilə, xülasə bir istibdadi-əhraranə ilə xalqı, avam camaatı huşlu, başlı, qanlı, canlı, zəki, fəal məb’uslar intixabına vadar etdilər. Bu üsulun nümunəsini İstanbulda belə görmək mümkün idi. Fəqət onların bu təşəbbüsatı sayəsində məb’usların üçdə iki payı ancaq məb’usluq naminə layiq zatlar ola bildi. Üçdə bir payı isə yenə “əski tas, əski hamam!” tə’birinə ləyaqət qazananlardır ki, onlar da bir taqım dişi düşmüş paşalardan, nüfuzlu mülkədarlardan, ağlı qaçmış xocalardan və Ərəbistan yadigarlarından ibarətdir. Məclis işə başladığı zaman diqqət edəcək olsan, görürsən ki, kimi dışarıda cığara içməklə məşğul, kimi də məclisin müzakirəsinə ağıl irdirə bilməyib uyumağa amadə kibi görünür. Gənc qəhrəmanlar isə hər tərəfdən peydərpey od yağdırıyorlar, odlu fikirlər saçıyorlar. Mevzui-bəhs edilən maddələrdə hər kəs kəndi hissiyyatını dinləyib iste’dadına görə sözə iştirak ediyor. Hər biri təcrübəli, mühakiməli, diplomalı olduğu halda yenə söyləyəcəyi sözlərdə ixtisas “ispetsializm”ə riayət etməkdən çəkinmiyor. Biri elmi-iqtisadda mütəxəssis və təcrübəkar isə iqtisad məsələsinə ən çoq bəyani-fikir edən o olur. Biri siyasi isə o da siyasiyyata aid bir çoq mütaliat sərf ediyor. Hasili, müxtəlif işlərdə, müxtəlif əfkara malik olduqları halda “təqsimi ə’mal” qanununa riayət edər, hər kəs öz iste’dad və ixtisasına görə söz söyləyər, onun için də bütün Avropanın nəzəri-diqqətini cəlb etdilər. Hürriyyət və heysiyyətə malik bir millət olduqlarını isbat elədilər. Lakin bu müvəffəqiyyətlərin başlıca səbəbi ittihad və tərəqqi cəmiyyətinin əl altından yapdığı istibdadihürriyyətpərvəranədən başqa bir şey deyildir. Bir qətiyyəti-riyaziyyə ilə müsbətdir ki, Asiyada, Japoniyadan başqa hər tərəfə baqsan yüzdən 99 pay avam, bir pay ancaq iş bilir, maarifdən anlar adamlardır. Rə’y məsələsinə gəldikdə təbiidir ki, qələbə avam, cahil tərəfində olacaqdır. Cühəla isə elmin fəzilətini və nə yolda iləriləməsini təqdir edəməz, çünki cahildir. Maarif sevən adam hiç bir zaman cahil qalmaz idi, şübhəsiz, təhsil edib alim olmuş olurdu. Fəqət şimdi nə yapmalı? Hər işimizə müdaxilə edən də yenə onlar... Yeganə bir çarə varsa hər kəs, daha doğrusu, gözü açıq adamlarımız insafı araya qoymalı, şəxsiyyətdən, qərəzkarlıqdan vaz keçməli, hər işi iş sahibinə tapşırmalı, hər seçkidə də yuqarıdakı istibdadiəhraranəyi unutmamalı və hər işdə, hər təşəbbüsdə ixtisas və iste’dadı nəzəridiqqətə almalıdır. Sözümüz pək uzun sürdü. Nerdən başladıq, nerdə bitirdik. Yazmış olduğum şu dağınıq fikirlər xəyalımda belə yoq idi. Tə’lim və tərbiyəyə aid bir qaç sətir yazmaq istərkən dağdan-daşa, dərədən-təpəyə düşdük. Fəqət hər məktəbin ilk əsası onun tə’sisindən və hey’ətiidarəsindən başladığı için yenə faydasız çıqmaz zənn edərim. İnşallah gələcək nömrələrdə bir qaç dəfə tə’lim-tərbiyə haqqında həsbi-hal edəriz. * * * Həsbi-hal (2) 2 Tə’lim və tərbiyə haqqında veriləcək atidəki mə’lumat bir taqım mevsuq mənbələrə istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim. Tərbiyə (pedaqogika) nədir? Və nə yapmalıdır? Alman hükəmasından filosof Kant diyor: “Tərbiyə, təbiəti-bəşəriyyənin bütün qabiliyyətlərini müntəzəmən və mütənasibən təməniyyə etdirməli və bütün insanları qayeyi-müqəddərinə isal eyləməlidir”. İngilis hükəmasından Lokk da diyor ki, “Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı və kəndi məsləklərində məharətli bir hala gətirmək için ən qolay və qısa olan üsuldur”. Filosofi-şəhir Herbert Spenserə gəlincə, o da: “Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır” deyir. Şimdi bu cümlələri vücudə gətirən kəlmələr bir-birinə pək bənzəmiyorsa da nəticə və qayə bir olduğu dərhal nəzərə çarpıyor. Fənnitərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq və məs’ud bir həyata nail eyləyəcəyi hər kəscə müsəlləm bir həqiqət olsa gərək. Lakin tərbiyənin eyi bir nəticəyə vasil olması mürəbbiyələrin, müəllim, əfəndilərin səviyyeyiirfanına, təşəbbüsati-ciddiyyəsinə bağlıdır. Onun için müəllim “elmihəyat”, “elmi-ruh”, “elmi-əxlaq” kibi tərbiyə xüsusunda lazım olan şərtlərə vaqif olmalıdır. Kamilən olmasa belə səthi surətdə bilməsi faydadan xali deyildir. Elmi-həyat, məktəb şagirdlərinin yeyib-içmək, gəzib-oturmaq, zəif və qüvvətli olmaq kibi hallarından bəhs edər. Bədənin və bədəndə olan nəşvü nümanın hanki tə’sir ilə və nə səbəblə dəyişə biləcəyini göstərir. Elmi-ruh, çocuqların fikrini, hissiyyatını, əxlaqını öyrənib bilmək için böyük bir vasitədir. Onunla (elmi-ruh ilə) şu təbii halların təcəlli və təhəvvülünü, hanki tə’sirlər ilə dəyişdiyini və nə surətdə tərbiyə və islah ediləcəyini bir dərəcəyə qədər bilmək mümkündür. Elmi-əxlaq isə xeyir və şərin nədən ibarət olduğunu, tərbiyədə nasıl bir qayə tə’qib edildiyini və həyatın nə tərəfə sürükləndiyini öyrətir. Xülasə, bu üç elm fənni-tərbiyə için birər mühüm əsas təşkil eder. Bir məktəb otağına girilsə, orada olan şagirdlərin çöhrələrinə (fizyanomiya) diqqət edilsə bir-birinə bənzəmədikləri dərhal gözə ilişər, çöhrələri müxtəlif olduğu kibi, əxlaq və təbiətləri də müxtəlif olacağı şübhəsizdir. Bə’zi çocuqlar inadcı, söyüşən, bə’ziləri həlim, dalğın, kimisi haylaz, yaramaz, kimisi də çin fikirli və zərif olur. Onların təbiətlərində bu ixtilaf olduğu halda bə’zi vaqt da birdənbirə bu əxlaqlar dəyişməyə yüz tutar, biri inadcı ikən yumşaq, biri miskin ikən zəki və fəal olur. Bu səbəblərə məbni yekrəng bir tərbiyə daima mənfəət yerinə zərər verir. Bir müəllim elmi-ruh yardımilə bu müxtəlif təbiətlərin cərəyanını nəzəri-diqqətə almalıdır ki, çəkdiyi zəhmətlər hədər olmasın. Bir müəllim bir artist qadar ruhaşina və təbiətşünas olmalıdır. Lakin bir çoq həriflər də var ki, məzkur şəraiti öyrənir də tətbiq edəməz, yenə zəhmətləri nəticəsiz qalır, çünki hər məsləkdə olduğu kibi, tə’lim və tərbiyə için də hər müəllimdə azacıq iste’dad bulunmalıdır. Nəzəriyyat pək də fayda verməz. Bir çocuq anadan doğduğu gündən e’tibarən yedi-səkiz yaşına qadar ata-anası yanında yaşar, qoşar, ev tərbiyəsi, ailə tərbiyəsi alır, sonra da məktəb otağını ziyarət edər; arzusuna, istəyinə görə beş, on, on beş il də məktəbdə keçirir. Şimdi ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər ikisi çocuqlarda dürlü-dürlü tə’sirlər bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda məktəbə dəvam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur. Bu halı törədən xassə isə yoldaşlarından, arqadaşlarından aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdə gördüyü əhəmiyyətsizliklərdir və bu tə’sirlərin ən əhəmiyyətlisi də yenə müəllimlərə racedir. Müəllimlər tərbiyədən anlayanlardan olsalar, şübhəsiz ki, nə məktəbdə, nə də məktəblilərdə (məktəb şagirdləri) müzürr əxlaq, fəna təbiətlər bulunmaz; bulunsa da pək səthi, pək tə’sirsiz qalır. Şimdi bu məsələnin bir də əks tərəfi var, nasıl ki, bir çocuq evdə pək sırtıq və əxlaqsız olduğu halda bir məktəbə girər-girməz də haman dəyişir, inanılmayacaq dərəcədə zəki və uslu olur. Ailə, məktəb tərbiyəsindən başqa bir də tərbiyeyi-ümumiyyə vardır ki, məktəb təhsili ikmal edildikdən sonra 35, 40 yaşına qadar insanda dəvam edər. Bu tərbiyə yalnız mühitiümumiyə race bir tərbiyədir. Çoq zaman mühiti-ümumi, insanın ailə içərisində, məktəblərdə aldığı tərbiyəyi büsbütün dəyişdirib başqa bir aləmə, başqa bir cərəyana tabe edər. Bu xüsusda maddi və mə’nəvi bir taqım tə’sirat insanın aldığı tərbiyələri zirüzəbər edəcək dərəcədə məsləkinə müğayir hallara sevq edə bilir. Azacıq muşikafanə bir nəzərlə baqılsa deyilə bilir ki, bütün bu tərbiyələrin ən əhəmiyyətlisi, ən müqəssiri olsa-olsa yenə tərbiyeyiümumiyyə (tə’siri-mühit) ola bilir. Yalnız mühiti-ümumi tə’sirindən yaqayı qurtaracaq bir müəssir var ki, ona da (nəfs) deyilir. Nəfs əksəriyyən iləriki tərbiyələrə tabe olmaqdan varəstə ola bilməz, lakin mətanəti-fevqəladəyə malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabiliislahdır. Ailə tərbiyəsi və vücud sağlamlığı (səhhəti-bədən) həyatibəşəriyyənin ən mühüm əsasını təşkil edər. Vücudun sağlam olmasının yeganə səbəbi və müəssiri isə ata-anadır. Bir çoq çocuqlar anadan xəstə doğar. Xəstə yaşar və xəstə bir vücud ilə tərki-həyat edərlər. Bu xəstəliyi icad edən ata-anadan başqa kimsə deyildir. Çünki bir çoq xəstəlikləri irsi olaraq evlada intiqal edər. Çocuğun atası anasına nisbətlə pək az irasi-məzərrət etmiş olur. Çocuqlara sirayət edən xəstəliklərdə ən dərin fəlakətlərə yol açan analardır. Çünki çocuq ana rəhminə düşdüyü zamandan başlayaraq doqquz ay qadar qanından, təvəllüddən sonra da sütündən bir çoq müzürr səhhəti-təcdiyat ilə illətlənir və mühlik mərəzlərə düçar olur. Biçarə mə’sum böyüdükcə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə başlar. Bir çocuq ilə dünyaya gələn xəstəliklər ata-anasının irtikab etdiyi naqabili-əfv bir günahdan başqa bir şey deyildir. İştə, Herbert Spenserin ata-analara xitabən söylədiyi şu qısa cümlə şayani-təəmmüldür: “Qəvaidi-səhiyyəyə hər bir müxalifət, bir günahimaddidir”. Bir çoq çocuqlar da olur ki, ata-anasından hiç bir vəchlə məasir olmadığı halda yeyəcəyi, içəcəyi, geyəcəyi yüzündən xəstələnir, tənəffüs etdiyi hava, hərəkətsizlik, valideynin qeydsizliyi bütün-bütün səhhətini ixlal edər. Çocuqları təmiz, saf bir havada yaşatmaq, sihhi bir surətdə bəsləmək, sıq-sıq yıqamaq, oynamaqdan, o yan-bu yana qaçmaqdan mən’ etməmək, müzürri-səhhət libas geydirməmək, sərbəstliyinə mane olmamaq... ata-ana için boyun borcu qadar mühüm birər vəzifədir. Hər şeydən əvvəl çocuqların yeyib-içəcəkləri nəzəri-diqqətə alınmalıdır. Çoq yemək (xörək) müzürri-səhhət olduğu kibi, az yemək də faydalı deyildir. Yeməklərdə ən çoq diqqət ediləcək nüqtə bəsləyici (müqəddi) olmasıdır. Yemək, qarnı doldurmaq, yaxud ləzzət duymaq için də deyildir. Bəlkə həyatı idarə etmək, vücudu bəsləmək içindir. Bir də ən çoq diqqət ediləcək şey yeməklərin müqərrər, müntəzəm bir saətdə, bir zamanda olmasıdır. Yoqsa hər saətdə, hər yarım saətdə ağızda (saqqız çeynər) kibi bir şey yuvarlamaq, bütün-bütün müzürrisəhhətdir. Çünki bu hal həzmi, mə’dəyi xərab etməkdən başqa bir şeyə yaramaz. Fəqət bu qaydayı gözətəcək, nəzəri-diqqətə alacaq kimlərimiz var!? Qafqasiyada çocuq tərbiyəsindən anlayan qaç anaya təsadüf edə biliriz? Çocuq tərbiyəsinə diqqət etmək için tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz? Hər hanki qəzetəyə baqsan millət böylə? Vətən şöylə? olmalı kibi bir çoq məqalələr, xülyalar görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə biliriz? Beli bükülmüş, ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir taqım biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz, mə’sum, ləkəsiz nevzadlardanmı? Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında çırpınan mə’sumlar ola bilir. Fəqət bu nevzadların yeyib-içməsinə, geyinib gəzməsinə, tə’lim və tərbiyəsinə diqqət edəcək analar nerdə? Erkək qisminin maddi surətdə doğub böyüməsinə qadınlar səbəb olduğu kibi, mə’nəviyyatca da münəvvərəlfikr, tərəqqipərvər olmalarına yenə yeganə vasitə qadınlardır, demək ki, tərəqqinin ilk vasitəsi qadın və qız məktəbləridir. * * * Həsbi-hal (3) 3 Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” – buyurulmuşdur. Qafqasiya türklərindən şu kəlami-müqəddəsi bir qaç kərə eşidib duymamış bir nəfər təsəvvür olunmaz zənn edərim. Müsəlmanlıq bir avropalının dediyi kimi quru bir lafdan ibarət isə... Hiç! O əmriqüdsiyyəyə itaət isə... Hanya! O nerədə? Japoniyalılar islamiyyəti qəbul etmək fikrində imiş! Diyorlar islamiyyətin erkək-qadın haqqındakı təhsili-elm, hörməti-mütəqabilə, müsavat kibi bir çoq şeyləri o kitabdan, bu kitabdan oquyub duysalar, ehtimal ki, təbdili-məzhəbə həvəslənərlər, lakin bir qaç müdəqqiq, müfəttiş göndərib də göz-gözə tədqiq etsələr, müsəlmanların əf’al və hərəkatına göz qoysalar şaşıb qalmazlarmı? Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda ikidə bir həqqivərasətə malikdirlər. Rəsuli-əkrəm tə’lim və tərbiyədə hiç fərq Məhəmməd peyğəmbər qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğu təqdirdə, nasıl olur da ki, böylə bir əmri-müqəddəsi hiç məsabəsində tuturuz. Əcəba, səkiz-doquz yaşında bir qız yalnız ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunur? Bir çoq mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını söyləməkdən çəkinmıyorlar, əcəba məktəb, tə’lim və tərbiyə insana itaətsizlikmi öyrətir? Yaxud insaniyyət, şəfqət, mərhəmət, nəzafət – evlada məhəbbət, böyüklərə itaət nə olduğunumu tə’lim edər? Sadədillik xoş bir şey olsa da, bu qadarı, bu dərəcəsi sevilir bir şey deyildir. Bugünkü gün ehtimal ki, bir taqım səfsətəamiz quruntular ilə, boş xəyallar ilə kəndimizi mütəsəlli edəlim... Fəqət yarın? Yarın hər işimizdə olduğu kibi, qız tərbiyəsi haqqında da başımıza, gözümüzə vuracayız, kor-peşiman olacayız, lakin nəticə bir yana çıqmayacaq. On yıl əvvəl oğullarını məktəbə verməyən, tərbiyəyi sapqınlıq ədd edənlər şimdi nerdə? Hər tərəfə baqarsın eyi, fəna, istər-istəməz hər kəsdə evladını tərbiyə etmək məraqı qabarmaqda, coşmaqda!.. Hər şəhərdə, hər qəsəbədə oğlanlara məxsus iki-üç ibtidai məktəb açılmaqdadır. Lakin üç-dört illik yarım-yanlış məktəblər səkiz-doquz sənəlik ev tərbiyəsini təbdil və islah edə biləcəkmi zənn olunur? Heyhat!.. Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qadar xurafat uçurumlarında yuvarlanır gedər. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə qorqutulur. Başı açıq dışarı çıqacaq olsa göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq bir yerə getsə cinlər, divlər ilə təhdid edilir. Hasili ənvai-mevhumat ilə zavallının mə’nəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorqunc kölgələr bir dürlü başından çıqamaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq, yalançılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorqaqlıq kibi bir taqım rəzil, murdar əxlaqsızlıqlardan ibarətdir. Binəva çocuq sabahdan aqşama qadar küçədə, bacada, toztopraq içində yaşar, qoşar, nihayət bir yeri səqətlənir, yaxud ordanburdan dürlü-dürlü müsri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – diyor. Şimdi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii hiç... Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbayı öyrənməyə başlar, ev divarına baqsa hesab cədvəlləri görür, ə’mali-ərbəəyi üç-dört yaşında gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına varır-varmaz məktəb həvəsilə əlayaq vurmağa, çırpınmağa başlar, məktəbə girdiyi zaman əxlaqı, dərsi, zəkası, həvəsi yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır, bir azdan sonra qarşınızda iyirmi yaşında universitetdən mə’zun fazil bir əfəndi bulursunuz, bir çoq heyrətamiz baqışlar ilə süzdükdən sonra, o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz. Şimdi, o iste’dad, o fevqəladəlik ona nerədən gəldi? Göydən zənbil iləmi endi? Yaxud Allah-təala o zəka və iste’dadı onlaramı münhəsir etmişdir? Təbii, bunların hiç birisi deyil! Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilən ərlərindir. Lakin bu nöqtəyi eyicə nəzərdə tutmalı ki, təbiət kimsəyə yüz görməz, kimsənin əlində baziçə olmaz. Cənabi-Həqq təbiətə öylə bir qüvveyi-qahirə, öylə bir qüdrəti-qalibə vermiş ki, daima qalib gəlir, məğlub olmaz. Kəndisinə qarşı durmaq istəyənləri pənceyiqəhrində əzər, örsələr, məhv edər, yaşatmaz. Uzağa getmək lüzumsuz, yalnız on yıl bundan əvvəlki halımızı düşünsək nə dərəcə dəyişdiyimizi, sevmədiyimiz, ürkdüyümüz halda, bir çoq nöqteyi-nəzərdən təbiətə nasıl boyun əydiyimizi apaçıq görüb anlarız. Bu gün azacıq təbiətə qarşı durub evladını tərbiyədən məhrum bıraqanlar, yarınki gün cigərguşələrinin zillət, fəlakət odunda yanıbqavrulduqlarını ağlaya-ağlaya seyr edəcəklər... Çocuqlar mə’sumdurlar, onunçin yapdıqları işlərin hiç birindən məs’ul deyildirlər, onların hal və hərəkətlərindən məs’ul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsaməhə valideyn qanun və əxlaq nəzərində şiddətlə məs’ul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə için müzürr bir adam hazırlamış olurlar. Xeyirsiz, xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məs’ul olacağı, nə müdhiş cinayət işlədiyi hər kəscə mə’lum, aydın bir həqiqətdir. Bu il olmasa belə bir qaç il sonra təhsili-ibtidainin istər qız, istər oğlan için məcburi tutulacağı şübhəsizdir. Lakin bizim istədiyimiz kibi deyil. Ümumrusiya türklərinin səmimi dostu (?) “Pruşkeviç”lərin istədiyi kibi olacaq, şimdi xanım qızlar milli məktəblərdə ana dilini oquyub öyrənməsələr, yaxud ata-anaları tərəfindən məhrum edilsələr, bir-iki il sonra zor ilə, qəhr ilə oqumağa məcbur olacaqlar. Bir də cəbrə, təzyiqə nə hacət, artıq iyirmi ilə otuz hesab etmək için anaların təsbihlər ilə, qızların barmaqlarilə komediya çıqarmaları çəkilir bir dərd deyildir. Azacıq da utanıb qızarmalıyız. * * * Həsbi-hal (4) 4 Tə’lim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır. Məktəblər, səhhəti ixlal etməyəcək dərəcədə havadar, yuca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxanə, həbsxanə, məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır. Xırıltı, gurultu çoq olan mövqelərə yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat bulunmamalıdır. Çünki pək çoq xəstəliklərin günəşsizlik və rütubət yüzündən vücudə gəldiyi aydın bir həqiqətdir. “Günəş girməyən yerə təbiblər girər” məsəli məşhuri-aləmdir. Buracıqda bir az haşiyə çıqmaq istərim. “Rütubət” sözilə “tərbiyə” kəlməsini düşündükdə Naxçıvandakı “Məktəbi-tərbiyə” ilə onu istila edən müzürri-sıhhat rütubəti xatırlamamaq bir dürlü əldən gəlmiyor. Naxçıvanın şu milli məktəbi, – fəqət şimdi deyil, ilk açıldığı zaman öylə idi. Nilimübarək üzərində, yə’ni, “Bazar çayı” üstündə vaqe bir məktəbdir. Məzkur məktəb məscidi-camein qoltuğuna sığınmış dar bir yerə təsadüf edər. Xaricdən şəhərə varid olmuş bir səyyahi-zavallı məktəbin divarlarına göz gəzdirəcək olsa (yarım arşın qədər) xəcalətdən tərləmiş olduğunu müşahidə edər. Fəqət məscidi-came? Naxçıvanın gözbəbəyi məsabəsində olan o böyük bina? On beşiyirmi bin manata mal olan o mə’bəd nə oldu? İştə, o da məzkur çayın nəmli, vərəmli öpüşlərilə söndü, getdi, doğuş ilə ölüşü bir oldu. Bir qaç yerdən rəxnədar oldu, qübbəsi çatladı, qapısı bağlandı. Zatən məzkur məktəbin də orada vaqe olması məscidə mücavir olmaq için idi. Şimdi bu məktəbin günəşsizlik, darlıq, rütubətə mə’ruz olmaqdan başqa digər qüsurları da var ki, onlar da qismən güzərgah olması, məzkur çayın şırıltısı, bazarın gurultusu kibi bir çoq müğairifənni-tərbiyə maneələrdən ibarətdir. Lakin bu məktəbin ilk tə’sisini və niçin orada yapılmasını eyicə anlamaq için bir az da təfsilata ehtiyac var. Bu məktəb on beş-on altı yıl əvvəl tə’sis olunmuş. Şəhər qlavası Cəfərqulu xan Naxçıvanski cənabları ilə şəhər hakimi Slavaçinski bu xüsusda pək fədakarlıqda bulunmuşlar. “Cidilli bağ” adlı geniş, havadar, gözəl bir yerdə məktəb tə’sisini xalqa təklif etmişlər isə də kimsə razı olmamışdır. Bazardan, məsciddən uzaq bulunduğu, həm də vəqf yer olduğu bəhanə tutulmuşdur. Şəhər hakimi, xan və bir qaç gözüaçıq əfəndilər məktəbin orada yapılmasına nə qədər təlaş etmişlər isə də bir çoq mühakiməsiz həriflərə məram anlatamamışlardır. Səkiz, doquz bin rübləyə dəyən o gözəl yeri şəhər duması parasız, pulsuz məktəbə hədiyyə etdiyi halda, kimsə təqdir etməmişdir. Lakin orayı bir qaç yıl sonra bir xristian pək ucuz, pək dəyərsiz bir qiymətə almış; o vəqf (?) yerdə geniş, gözəl, bağlı-bağçalı bir klub yapdırmışdır. Şimdi anlaşılır ki, vəqf olan bir yerdə məktəb deyil, klub yapmaq belə mümkün imiş!.. Lakin yeni yapılan zaman bağda vaqe qız məktəbi isbat ediyor ki, xalq işin əhəmiyyətini azacıq təqdir etməyə başlayor. Çünki burası da Məktəbi-tərbiyə için intixab edilmiş bir qadar gözəl və havalı bir yerdir. Zənn edərsəm burası da vəqf olmalı, lakin hər nədənsə bir kərə yapılıyor yer deyildir. Hər nədənsə əgər bugünkü duyğular, görklər, bilgilər on beş yıl əvvələ təsadüf etsəydi, təbii o dürlü çürük xülyalara, mevhumatlara yol açılmazdı, o vaxt işin həqiqəti düşünülməmişdi, şimdi artıq düşünülüyor, düşünülməyə başlıyor. Qomşu kirvələrimizdə məşhur bir məsəl var ki, o da “Musurmanın sonki ağlı bənim olaydı” cümləsidir. Həqiqətdə gözəl tədqiq edilsə pək təcrübəli, pək mə’nadar bir söz olduğu dərhal anlaşılır. Bunca təfsilatdan məqsəd, Naxçıvan işlərini təsvir etmək deyil, bəlkə Qafqasyada sakin bütün türklərin hər şəhərdə, hər qəsəbədə (vəqf yeri) köhnə məzarıstan kibi bir çoq qiymətli, əhəmiyyətli yerləri əldən çıqarıb mevhumata sapmalarını ərzi-ixtar etməkdir. Bu dürlü uyğunsuzluqlara deyil bir şəhərdə, Qafqasyanın hər şəhərində təsadüf etmək mümkündür. Bir az diqqət edilsə bir çoq “bulvar”ların, şəhər bağçalarının, kilisələrin həp öylə “məzarlıq, vəqf yeri” dediyimiz yerlərdə inşa olunduğu nəzərə çarpar. Biz, vəqf yeridir, günahdır deyib qorqmuş, çəkilmişiz, bir arşın qədər hasar çəkməyi belə əsirgəmişiz. Hökumət isə bu cəhalətdən istifadə edərək yağlı-yavan, yaqşı-yaman gözünə ilişəni kəndi mal etmişdir. Mevzui-bəhsi aşdıq, söz cığırından çıqdı. Artıq haşiyəyi kəsib də yenə sözümüzə, bəhsimizə gələlim. Əvət, mümkün dərəcədə məktəb binası günəş işığından məhrum olmamalıdır. Lakin işıq bir tərəfdən gəlməlidir. Zira iki yaxud bir qaç tərəfdən gələcək olsa, müxtəlif kölgələr bıraqır ki, o da göz için müzürdür. İşığın sol tərəfdən gəlməsi daha faydalıdır. Çünki, sağ tərəfdən gələcək olsa, yazı yazarkən sağ əl dəftər üzərində öz kölgəsilə şagirdləri rahatsız edər. Sınıfın (klasın) pəncərələri də olduqca çoq və aydınlıq olmalıdır. Məktəbin dört-beş arşın (rus arşını) enində günəş bir dəhlizi (koridoru) və tənəffüsxanəsi olmalıdır. Hər məktəbin mümkün dərəcədə kəndinə məxsus bir də gözəl bağçası bulunmalıdır ki, çocuqlar orada sərbəst gəzinə bilsin, saf, təmiz hava ala bilsin. Rəf’i-ehtiyac için qədəmxanələri olduqca uzaq bir guşədə bulundurmalı, qulluqçulur nəzafət haqqında pək ziyadə diqqətli olmalıdır. Sınıflarda nəzəri-diqqətə alınacaq şeylərin ən mühümmü sıra “skameyka”lardır. Sıraların ölçüsündə çoq diqqət lazımdır. Əldən gəldiyi qadar onları sıhhı, fənni bir ustaya ismarlamalıdır. Yoqsa şagirdlərin boyuna görə olmayıb da fəzləcə yuca ya alçaq olursa pək məzərrətlər iras etmiş olur. Bir də müəllimlər daima çocuqların sıra üzərində aldıqları vəziyyətə diqqət eyləməlidir. Fəna vəziyyətlər boyun, kürək, bel gəmiklərini əyər, gəmiklər əyildikdə ə’zayi-daxili də böyük zərərlər görmüş olur. Bu zərərlər bədənin xarici, daxili ə’zasından başqa, fikir üzərində də tə’siribəxş olur. Fikrin müstərih və oyanıq olması için bəhər hal baş şaquli (dik) bir vəziyyət almalıdır. Öylə olmazsa təbii qan dimağ (beyin)də sərbəstcə cəvəlan edəməz. Beyin qanın cərəyani-sərbəstanəsindən məhrum olunca fikirlər, duyğular da məhdud və əqim qalmış olur. Çünki dimağ qan ilə, əfkar və ehtisasat da dimağ ilə ərzi-fəaliyyət edər. Bir də bir sırada iki çocuqdan ziyadə oturmamalıdır. Çünki bir sırada dört-beş tələbə oturacaq olsa ehtimal ki, biri müsri bir xəstəliyə tutulmuş olur da ondan digərlərinə də sirayət edər. Amerikada, Avropanın bə’zi yerlərində hər tələbəyə bir sıra təxsis edən məktəblər pək çoqdur. Sınıfda dərs müddəti pək uzun sürməməli və 45 ya 50 dəqiqəyi aşmamalıdır. Hər dərs arasında sınıfların havasını dəyişdirməlidir. Çünki tələbənin tənəffüs etdiyi zaman havaya hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür edərək sınfın havasını olduqca zəhərlər, bərbad edər. Sınıf süpürüldüyü zaman quru süpürgə ilə süpürülməməlidir. Zira müzürr mikroblar ilə havaya qalqıb uçuşan tozlar bir azdan sonra sıraların taxtaları üzərinə enər, qonar, sonra tənəffüs edildiyi zaman məzkur tozlar ilə bir taqım mikroblar hiss edilməyəcək dərəcədə çocuqların nəfəsləri ilə ta cigərgahlarına qədər yol bulub bir çoq qorqulu xəstəliklərə səbəbiyyət vermiş olur. Bir çocuq təhlükəli bir mərəzə, keçici bir xəstəliyə düçar olmuş olursa məktəbə gəlməyə, dərsə dəvam etməyə məcbur edilməməlidir. Müvəqqət bir zəman için evlərinə göndərilməlidir. Tədavi edib sağlamlaşdıqdan sonra təkrar qəbul edilməlidir. Bə’zi çocuqların xəstəliyinə diqqət etməyib də ata-anası başından atmaq niyyətilə, müəllim də qeydsizlik və e’tinasızlıqla sınıfa qəbul etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çoq biçarə mə’sumların da fəlakətinə yol açılmış olur. Bir də aşı, (çiçəyi döyülmək) şəhadətnaməsi olmayan bir çocuq əsla məktəbə alınmamalıdır və məktəbə alınan çocuqların yaşlarına da pək ziyadə əhəmiyyət verməlidir. Yedi yaşdan aşağı olanları pək də qəbul etməməlidir. Çünki pək küçük çocuqlar, cır ağaclar kibi cılız, zəif bir vücud ilə dərsə başlayınca sıqılır, zəhmət çəkər, həm vücudca, həm də fikircə zəif qalır, iləriləyəməz, atidə də pək çoqları təhlikəli bir surətdə zərərdidə olur. Çocuqların əlil, miskin bir şey olmaları arzu edilməzsə, dərs arasında, baxüsus böyük tənəffüslərdə (cimnastik) və bir taqım oyunlar oynamağa müsaidə etməlidir. Xayır, sadə müsaidə deyil, təşviq və tərğib eyləməlidir. Cimnastikdə tələbəyi bir komanda altında müntəzəmən hərəkət etməyə alışdırmaq məktəblərin inzibatını tə’min edər. Bir çoq oyunlarda da müəllim çocuqları sərbəst bıraqır kibi görünməlidir, lakin sezdirməksizin əl altından nəzarəti də unutmamalıdır. Cimnastik və sairəyi layiqilə ifa etmək için ya o xüsusda mütəxəssis bir müəllimə, yaxud ona dair yazılmış əsərlərə müraciət etməlidir. Herbert Spenser diyor ki, “əgər istiqbalda hal-hazır mədəniyyətimizə vaqif olmayan bir asari-ətiqə məraqlısı məktəblərimizdə oqunan kitabları, proqramları, xüsusi imtahan kağızlarını bulacaq olursa, bunların sahiblərinin qətiyyən çocuq sahibi, yə’ni bir baba (ata) olması ehtimalının mevcud olmadığına qail olacağı kibi, his şübhəsiz ki, “bunlar monastra aid tərzi-tədris olsa gərək” deməkdən kəndini alamayacaqdır”. İştə bu sözün sahibi qoca bir ingilizdir. Bu mütaliəyi yalnız ingiliz mühitinə, məktəblərinə baqaraq yürütmüşdür. Lakin müşarileyh bizim bu məktəb, mədrəsə nami verdiyimiz səfalətxanələri, bu ətalət ocaqlarını görəcək olsaydı nə söylərdi əcəba! Yuxarıkı sözlərə diqqət edilsə, təbii, daha şiddətli, daha şayanitəkdir bir təşbih qullanacağı dərhal nəzərə çarpar. Məktəblərimizin proqramları eyicə düşünülsün; dərslərin ən mühüm qismini təşkil edən və ən çoq rol oynayan maddələr, bir taqım səfsətələrdən, ruhsuz gəvəzəliklərdən başqa bir şeymidir? İyirminci əsr mədəniyyəti bu uyğunsuzluqlara əsla təhəmmül etməz. Zira tə’lim və tərbiyə saf dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədar edəcək bir alət deyildir. O tərbiyə – bəşəriyyəti qaplayan çirkinlikləri, paslı beyinləri silib təmizləmək için mə’nəvi bir seyqəl kibi tələqqi edilməlidir. Mümkün olsa gələcək həsbi-halda şu məsələyi səthi surətdə təhlil edəriz. Qafqasyanın hal-hazırı ancaq həqiqətpərvər qəzetələr ilə, ciddi, mütəşəbbis müəllimlər ilə kəsbi-səlah edə bilir. Bunların hər ikisi həyati-ictimaiyyəmizi bizə əks etdirən islahata təbdil edib çalışan bir ayineyi-təbiətnüma müşabihəsindədir. Müəllimlərin vücudə gətirəcəyi təbdil isə digərinə nisbətlə daha əhəmiyyətlidir. Fəqət müəllim öyrənib, öyrətdiyi kitablara iktifa etməməlidir. Bir çoq tərbiyəyə, ictimaiyyatə, təbiiyyatə, əxlaqiyyətə aid kitablar da mütaliə eyləməlidir. Və mütaliəsindən bir nəticə, bir mühakimə çıqarmalıdır. Olduqca kəndi mə’nəviyyatını, kəndini, vicdanını təsfiyə və islaha çalışmalıdır, tainki söylədiyi sözlər, verdiyi nəsihətlər hüsninəticə verə bilsin. “Söyləyənə baqma, söylədiyinə baq” dəsturunu əldə sərmayə ittixaz edənlər bu xüsusda çoq yanlışdırlar. Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra müxatibə söylənməlidir. Bir ərəb ədibi diyor ki, “Qəlbdən çıqan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər, dinləyənin bu qulağından girib o birindən çıxıb gedər”. Demək ki, sözün tə’sirbəxş olması için, söz söyləyənin eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir mə’lumata malik olması icab ediyor. Bir müəllim öz-özünü bir riyazəti-mə’nəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətlə tələqqi olunur. Kəmali-sür’ət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir. Bir də müəllim yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə qalmayıb, mümkün dərəcədə kəndi nüfuzunu – sözlərinin əhəmiyyətini tə’mim və tövsiə çalışmalıdır. Şimdi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır. Müəllimlərimiz azacıq muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi islah etmiş olurlar. Sınıf (klas)da hər iki gündə bir, çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və ya təmiz olduqlarına diqqət edilməlidir. Müzürri-səhhət hallar, işləklər büsbütün mən’ olunub əsbabı yumşaq, tatlı bir dil ilə tələbəyə anladılmalıdır və təkrar edilməməsini şiddətlə tənbih etməlidir. Bir müəllimin, çocuğun anlayacağı tərzdə eylədiyi pədəranə tövsiyələr və tənbihlər, əmin olmalı ki, pək gözəl nəticələr verir. Hər fənalığın, pisliyin, pintiliyin səbəbləri tələbəyə anlatıldıqca, şübhəsiz ki, ata-anaları, qövm və əqrəbaları, hətta yaşadığı mühit belə mütənnəbih olub kəndilərini islah etməyə çalışırlar. Xalq şimdi məktəbi, ondakı tərbiyəyi azacıq hüsni-tələqqi etməyə başlamış. Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dört-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını tamamilə islaha müvəffəq olur. İbtidai məktəb proqramı olduqca təmiz, qullanışlı, aydın, qolay və mənfəətli olmalıdır. Xurafata, mevhumata aid süprüntüləri mümkün mərtəbə sınıflara bıraqmamalıdır. Əvvəldən girmiş olsa da süpürüb təmizləməyə diqqət və qeyrət etməlidir. İbtidai məktəb için türk dilində müxtəsərcə qiraət, kitabət, elmiəşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi kibi şeylər kifayət edər. İkinci ildən e’tibarən rus dili də təbii ilavə edilməlidir. Çünki onsuz da iş aşmaz. Fəqət müəllim, bunlar ilə iktifa etməyib bir çoq həqaiqi-fənniyəni, bir taqım hadisatitərbiyəni xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla tələbəyə təlqin etməlidir. Həftədə bir-iki dərs yalnız bu işə münhəsir edib tələbənin gözünü açmalıdır. Bir çoq təbii levhələr ilə məktəb otağı təzyin edilməlidir, çocuqlar zəhmət duymayacaq dərəcədə bir taqım xoş mevzulardan bəhs edilməlidir. Kor-koranə “sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir, çünki təşəbbüsişəxsidən bütün-bütün məhrum qalmış olur. Qafqasyada müəllimlər Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə bölünür: Birinci qısım; Aras aşırı qoşub gələn fanatizma dəllalları. İkinci qısım, seminariyada (darülmüəllimin) ikmali-təhsil etmiş əfəndilər. Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir. Birinci qısmı təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və pək qurnaz hərifdirlər. Buqələmun kibi hər saətdə bin rəngə girməyə müstəiddirlər. Aras kənarına varır-varmaz hərif bir kərə düşünür, hər şeydən əvvəl kəndisi için bir sərmayə arar. Bir yerə baqar, bir göyə baqar, aradığı sərmayəyi iki arşın göy bezdə bulur. Marağada darğa şagirdi ikən, Aras suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa mübarək qədəmləri ilə Qafqasyanın şu otlu, sulu toprağını müzəyyən buyurur. Beş-on gün yüz suyu tökər, yalvarır-yaqarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki cəmaət həpsi e’tiqadsız, seyidə baqan yoq!.. Bir də baqarsın ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb bir yana fırlatdı. Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-topraqlı otdan-filandan aldı, şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd önünə gələn qəsəbələrdə köylərə yüz qoydu. Şimdi köyün hər tərəfinə qulaq versən təbibbaşı (?) cənablarının seytişöhrətşüarı təninəndaz olmaqdadır. Lakin iş, təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə mərsiyəsini də özü oqur, hasili para çıqacaq yer bulundumu? Yəhudi bəzzazı kibi sağına-soluna, eninəboyuna, hər tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baqar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət xudanəkərdə bu işlərin həpsində bir rəvacsızlıq, bir e’tinasızlıq görürsə büsbütün məsləkini dəyişdirir. Kitabçılarda “vətən dili” çoq, tuhafiyəçilərdə vorotnik, qalstuk bol... “Vorotnik”, “qalstuk” boyuna keçirildikdən sonra məzadçılardan, genə mal satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taqar. Bir məktəbə dəvam etməyə başlar. İştə sana yeni fabrikadan çıqmış qanlı-canlı “arpazovannı” bir müəllim!.. Yalnız bircə diplomu (attestatı) əskik... Lakin orası da qolay, zira çənəsi gevşək bir taqım cahil mühafizəkarlara qarşı beş-on gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, ən təcrübəkar müəllimlər sırasına keçmiş olur. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş baş yoq, keçərgedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını buldumu? Artıq əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə küçücük bir nümunə: “Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən irəli, əqsami-mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və yürəkyandıran həvadisati insanın qulağində guşzəd olanda dər həqiqətdə vətən dər həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır”. Bu bir. (?) İkinci qısım də rusca təhsil edib türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kibidir. Muşikafanə bir nəzərlə baqılsa sair müəllimlərə nisbətən onlar pək eyidirlər, pək faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər bir taqım çürük, təhlikəli mevhumata aşina deyillər ki, bu da pək böyük qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır. Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm, mürəttəb (sistematik) bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız şeylərə pək az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyə “pedaqogika”yə də eyicə diqqət ediyorlar. Bir çoq dəfələr nümunə için müdirlər, nazirlər tərəfindən onlara dərslər verilib gözəlcə tənqid olunuyorlar. İştə on-on iki illik təhsil və təcrübə sayəsində hər nasıl olsa müəllimlik için bir istihqaq qazanmış olurlar. Onun için Qafqasyanın pək çoq yerlərində ən ciddi çalışanların qismi-küllisini onlar təşkil ediyorlar. Hətta bir çoq ufaq-təfək yeni təb’ olunmuş əsərlər belə onların həmiyyətilə meydani-intişara atılıyor ki, bu da xalqı mütaliəyə alışdırmaq için böyük bir müvəffəqiyyətdir. Lakin, bə’zi əfəndilər müstəsna olmaq şərtilə, bir çoqları azacıq sapıyorlar ki, o sapqınlıq da bir taqım yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur. Nümunə olmaq üzrə bir qaç sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oqumuş, türk dilində müəllimlik edən arqadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən istiyorum getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çoq mənfəətli məndə olan cüz’i naxoşluğa. ...bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmi beş gün hərgah siz də istərsiniz gəlmək, olar mənim üçün çoq yaqşı və çoq xoşbəxtlik...” Bu da iki. (?) İlk nəzərdə insan, şu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə diqqət etsə düzgüncə, türk sözləri olduğunu təsdiqdən kəndini alamaz. Lakin cümlələrdəki ahəngə, o qarışıq mübtəda, xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu anlar. Bu hal, bu qarışıqlıq yalnız bə’zi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya azacıq aşina olan tüccar və kəsəbəyi dəxi ifsad etməkdədir. Elmsiz, saf bir köylüyü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaqın, daha munis bulursunuz. Şimdi yuqarıda yazılmış iki qısmı bir arada müxtəsərcə xülasə edəlim. Əvvəlinci qısımda göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı ki, əxlaqsızlıqdan başqa bir şey deyildir, bizə gəlməz, Qafqasya için lüzumsuz və bimə’nadır. Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlikəlidir, onun için də şayani-ehtirazdır. İkinci qısım isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər. Hələ türk lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beşon ay qədər göz gəzdirsələr, şübhəsiz ki, vətənə, millətə çoq, həm də pək çoq xidmət etmiş olurlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad etməkdə əvvəlinci qısımdan geri qalmayacaqdır. * * * Həsbi-hal (5) Şimdi üçüncü qısma gələlim. Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar olan gənclərdir” demişdik. Bunların – bu müəllimlərin bir payı ibtidai türkcə, rusca təhsil görüb bir fəaliyyəticavanmərdanə ilə çalışanlardır ki, sayları pək az, xidmətləri isə pək çoqdur. Bir payı da vaqtilə yalnız mədrəsələrdə uğraşıb yorulmuş əfəndilərdir ki, şimdi işin mahiyyətini anlayıb candan, yürəkdən, gecəligündüzlü çalışıb iləriləmək istiyorlar. Bir tərəfdən türkcə tarixə, ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən də xüsusi olaraq az-çoq ruscaya həvəs ediyorlar. Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir. Fəqət bunlardan bir taqım gənc xocacıqlar da var ki, yaşadığı əsrin mədəniyyətini bilməyərək, yaxud bilmək istəməyərək, azacıq e’tinasız kibi görünüyorlar. Fəqət onlar da işin əhəmiyyətini biləcəklər. Lakin az deyil, pək çoq peşimançılıq çəkəcəklərdir. Maarifpərvər zatların borcudur ki, hər yerdə onları şirin dil ilə, məhəbbət ilə çalışıb iləriləməyə təşviq etsinlər. Təşviq etsinlər də həmonları, həm də kəndilərini qayeyiməqsədə nail etsinlər, edə bilsinlər. Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir təcəlligahıdır. Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və müvəffəqiyyət ehraz edə bilir. Qafqasyanın bə’zi yerlərində, daha doğrusu hər yerində az-çoq bir münazieyi- şəxsiyyə cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir taqım xüsusi məhəbbətsizlikdən başqa bir şey deyildir. Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona aid bir söz eşidincə dərhal sinirləri (ə’sabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin haqqı da var... Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli bir xocacığa təsadüf edərsə, əsla ona yaqınlaşmaq istəməz. Yaqınlaşsa da müstəhziyanə suallar ilə zavallıyı xırpalamaq, qızartmaq istər. Əvvəlki quşqulanmasında, yaqın durmamasında, nifrət və məhəbbətsizlik etməsində ikinciyə nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır. Həqiqi elm, fəzilət nə olduğunu eyicə kəsdirəmiyor. Onun için də bu tərəfə məhəbbətsizlik göstəriyor. Fəqət ikincilər, yə’ni münəvvərəlfikr olanlar isə, bir çoq nöqteyinəzərdən yanlışdırlar. Və sataşmaq, təkdir etmək kibi bir taqım hərəkətlərindən məs’uldurlar. Zira aldıqları vəziyyət əksəriyyətlə onları islah edəməyib ədavətlə qarışıq bə’zi darğınlıqlara yol açır. Şimdi bu iki qüvvət uzaqdan bir-birinə yan baqarsa, biri havaya, biri suya çəkmək istərsə arabanın (məqsədin) olduğu yerdə qalacağına şübhə edilməməlidir. Yaxud bir araya gəlib də bir-birinə yaqlaşmaq istərsə və yaqlaşıryaqlaşmaz bir şiddəti-mexanikiyyə ilə çarpışır isə – tə’sir-əks tə’sir qanununca hər ikisi zəhmət duyar. Hər ikisi zərərdidə olur. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb ayrı, qeyri yaşamağa, küsgün bir vəziyyət almağa məcbur olur. Bu vəziyyət isə büsbütün tərəqiyyatimədəniyyətimizə mane olub daima ənvari-həqiqətə qarşı bir zülmətitəhəmmülgüdaz hazırlanmış olur. Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq, qarışdırmaq, xasseyişaməyi incitməkdən başqa bir şeyə yaramaz ki! Mədəniyyətdən məqsəd rifahiyyət və səadətə nail olmaq isə, təbii, onu hər kəs alqışlar, hər kəs sevər, hər kəs istər. Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanıyor, şübhəsiz ki, məs’ud yaşamaq için sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və zəbun qalmaq istəməz. Daha açıq tə’bir ilə – onlar Molla Nəsrəddinin “tavlamıxda bağlanıb qalmış buzovuna bənzər”, mıxdan açılınca dört əlli, dört ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə alışdırmaq için beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin şu rəhbərlikdə mülayimət və məhəbbətdən əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kibi sevə-sevə daireyi-ittihada çağırmalıdır. Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir qaç ə’zadan mürəkkəb bir cəmiyyət təşkil edilməlidir. Bə’zi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kibi vaqt qaib etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli, çalışdırmalı, bə’zi ufaq-təfək məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kibi bir taqım mühüm, fəqət qolay şeyləri az bir zamanda öyrədib pərvaz eyləməlidir. Keçən həftələrdə Ə.T. əfəndilərinin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs oquyub, görmüşdür. Onun için pək də təfsilə hacət yoq zənn edərim. Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul dəvam etsə-etsə ancaq iki- üç sənə dəvam edə bilir. Pək ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki bu qısım müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə bilir, çocuğu az-çoq qiraət, kitabət, tarix, lisan... və sairə kibi şeylər ilə müstəfid edərsə də, fəqət bir çoq nöqteyi-nəzərdən nəticə qüsurlu çıqa bilir. Beş aylıq təcəddüd, iyirmi beş illik mevhumat ilə paslanmış dimağları (beyinləri) hiç də silib təmizləyəməz. Bəhərhal əski küp yenə az-çoq sızmağa başlar. İcab edən fəzali- əxlaqiyyəyi, hissiyyatimilliyyəyi tələbəyə təlqin edəməyib, xoş bir qayəyə varamazlar. Çünki o kibi fəzilətlər tədrici təkamül bir təhsilə möhtacdır. Sür’ətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə pək çabuq sönər, yaşayamaz, sür’ətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır. Təcrübəkar müəllimlərə, həqiqətaşina xocalara malik olmaq için er-gec iki böyük müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digər də ruhani bir darülelmdən ibarətdir. Bu xüsusda fəzilətpərvər şeyxülislam həzrətlərinin keçənlərdə “Həqiqət”də bir məqalələri də var idi. O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm tə’sisini tövsiyə ediyordu. Və orada tə’qib ediləcək proqramı da ayrıca göstəriyordu. Məzkur proqramı bəyənənlər pək çoq oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına tə’qib edilmədi. Cavabsız qaldı, əqim qaldı, nəticəsiz qaldı... Bəli, bin dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çoq rəzilanə, səfilanə işlərdə kül olub gedən altınlar, öylə bir nidayihəqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal oldu. İllərcə ərz olunduğu kibi hər şey öz yerində, öz vaqtında yapılacaq. Qış keçib gedəcək, yüzü qaralıq kömürə qalacaqdır. Lakin anlaşıldığına görə bu iki darülelm, şimdilik ayrı-ayrı açılamıyacaq. Camaatda az-çoq həvəs varsa da para (?) cənabları pək də aldırmıyor, müsaidə etmiyor, daha doğrusu, məsləhət görmüyor. Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; kəndini zəhmətə, məşəqqətə, məsrəfə soqmaq fəzlə deyilmi ya? Bununla bərabər hər halda bizim için alim və müəllim yetişdirəcək müntəzəm və mürəttəb bir müəssisə lazımdır. Azacıq himmət, qeyrət edilərsə bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir ırmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin tə’sis edilsə müəllim qıtlığı çəkməkdən qurtularıq. Sınıflar tə’qib edildikcə edilir. Səkiz-doquz sənə dərsə dəvam olunur. Müəllimliyə istihqaq qazanıldığı təqdirdə tə’lim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər. Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca darülmüəllimin proqramına ilavə olunmuş, ilahiyyat şö’bəsinə dəvam edər. Dünya və axirət elmlərini mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir mə’lumata malik olunur. İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də azad olarıq. * * * Həsbi-hal (5) 5 Şimdi üçüncü qısma gələlim. Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar olan gənclərdir” demişdik. Bunların – bu müəllimlərin bir payı ibtidai türkcə, rusca təhsil görüb bir fəaliyyəticavanmərdanə ilə çalışanlardır ki, sayları pək az, xidmətləri isə pək çoqdur. Bir payı da vaqtilə yalnız mədrəsələrdə uğraşıb yorulmuş əfəndilərdir ki, şimdi işin mahiyyətini anlayıb candan, yürəkdən, gecəligündüzlü çalışıb iləriləmək istiyorlar. Bir tərəfdən türkcə tarixə, ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən də xüsusi olaraq az-çoq ruscaya həvəs ediyorlar. Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir. Fəqət bunlardan bir taqım gənc xocacıqlar da var ki, yaşadığı əsrin mədəniyyətini bilməyərək, yaxud bilmək istəməyərək, azacıq e’tinasız kibi görünüyorlar. Fəqət onlar da işin əhəmiyyətini biləcəklər. Lakin az deyil, pək çoq peşimançılıq çəkəcəklərdir. Maarifpərvər zatların borcudur ki, hər yerdə onları şirin dil ilə, məhəbbət ilə çalışıb iləriləməyə təşviq etsinlər. Təşviq etsinlər də həmonları, həm də kəndilərini qayeyiməqsədə nail etsinlər, edə bilsinlər. Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir təcəlligahıdır. Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və müvəffəqiyyət ehraz edə bilir. Qafqasyanın bə’zi yerlərində, daha doğrusu hər yerində az-çoq bir münazieyişəxsiyyə cərəyan etməkdədir. Bu münaziəyə yol açan da bir taqım xüsusi məhəbbətsizlikdən başqa bir şey deyildir. Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz bir gənci uzaqdan görüncə, yaxud ona aid bir söz eşidincə dərhal sinirləri (ə’sabı) oynamağa başlar. Görməyə gözü olmaz, lakin haqqı da var... Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd bir əfəndi də mühafizəkara, əski fikirli bir xocacığa təsadüf edərsə, əsla ona yaqınlaşmaq istəməz. Yaqınlaşsa da müstəhziyanə suallar ilə zavallıyı xırpalamaq, qızartmaq istər. Əvvəlki quşqulanmasında, yaqın durmamasında, nifrət və məhəbbətsizlik etməsində ikinciyə nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır. Həqiqi elm, fəzilət nə olduğunu eyicə kəsdirəmiyor. Onun için də bu tərəfə məhəbbətsizlik göstəriyor. Fəqət ikincilər, yə’ni münəvvərəlfikr olanlar isə, bir çoq nöqteyinəzərdən yanlışdırlar. Və sataşmaq, təkdir etmək kibi bir taqım hərəkətlərindən məs’uldurlar. Zira aldıqları vəziyyət əksəriyyətlə onları islah edəməyib ədavətlə qarışıq bə’zi darğınlıqlara yol açır. Şimdi bu iki qüvvət uzaqdan bir-birinə yan baqarsa, biri havaya, biri suya çəkmək istərsə arabanın (məqsədin) olduğu yerdə qalacağına şübhə edilməməlidir. Yaxud bir araya gəlib də bir-birinə yaqlaşmaq istərsə və yaqlaşıryaqlaşmaz bir şiddəti-mexanikiyyə ilə çarpışır isə – tə’sir-əks tə’sir qanununca hər ikisi zəhmət duyar. Hər ikisi zərərdidə olur. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb ayrı, qeyri yaşamağa, küsgün bir vəziyyət almağa məcbur olur. Bu vəziyyət isə büsbütün tərəqiyyatimədəniyyətimizə mane olub daima ənvari-həqiqətə qarşı bir zülmətitəhəmmülgüdaz hazırlanmış olur. Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq, qarışdırmaq, xasseyişaməyi incitməkdən başqa bir şeyə yaramaz ki! Mədəniyyətdən məqsəd rifahiyyət və səadətə nail olmaq isə, təbii, onu hər kəs alqışlar, hər kəs sevər, hər kəs istər. Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanıyor, şübhəsiz ki, məs’ud yaşamaq için sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və zəbun qalmaq istəməz. Daha açıq tə’bir ilə – onlar Molla Nəsrəddinin “tavlamıxda bağlanıb qalmış buzovuna bənzər”, mıxdan açılınca dört əlli, dört ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə alışdırmaq için beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin şu rəhbərlikdə mülayimət və məhəbbətdən əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kibi sevə-sevə daireyi-ittihada çağırmalıdır. Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir qaç ə’zadan mürəkkəb bir cəmiyyət təşkil edilməlidir. Bə’zi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kibi vaqt qaib etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli, çalışdırmalı, bə’zi ufaq-təfək məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kibi bir taqım mühüm, fəqət qolay şeyləri az bir zamanda öyrədib pərvaz eyləməlidir. Keçən həftələrdə Ə.T. əfəndilərinin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs oquyub, görmüşdür. Onun için pək də təfsilə hacət yoq zənn edərim. Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul dəvam etsə-etsə ancaq ikiüç sənə dəvam edə bilir. Pək ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki bu qısım müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə bilir, çocuğu az-çoq qiraət, kitabət, tarix, lisan... və sairə kibi şeylər ilə müstəfid edərsə də, fəqət bir çoq nöqteyi-nəzərdən nəticə qüsurlu çıqa bilir. Beş aylıq təcəddüd, iyirmi beş illik mevhumat ilə paslanmış dimağları (beyinləri) hiç də silib təmizləyəməz. Bəhərhal əski küp yenə az-çoq sızmağa başlar. İcab edən fəzaliəxlaqiyyəyi, hissiyyatimilliyyəyi tələbəyə təlqin edəməyib, xoş bir qayəyə varamazlar. Çünki o kibi fəzilətlər tədrici təkamül bir təhsilə möhtacdır. Sür’ətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə pək çabuq sönər, yaşayamaz, sür’ətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır. Təcrübəkar müəllimlərə, həqiqətaşina xocalara malik olmaq için er-gec iki böyük müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digər də ruhani bir darülelmdən ibarətdir. Bu xüsusda fəzilətpərvər şeyxülislam həzrətlərinin keçənlərdə “Həqiqət”də bir məqalələri də var idi. O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm tə’sisini tövsiyə ediyordu. Və orada tə’qib ediləcək proqramı da ayrıca göstəriyordu. Məzkur proqramı bəyənənlər pək çoq oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına tə’qib edilmədi. Cavabsız qaldı, əqim qaldı, nəticəsiz qaldı... Bəli, bin dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çoq rəzilanə, səfilanə işlərdə kül olub gedən altınlar, öylə bir nidayihəqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal oldu. İllərcə ərz olunduğu kibi hər şey öz yerində, öz vaqtında yapılacaq. Qış keçib gedəcək, yüzü qaralıq kömürə qalacaqdır. Lakin anlaşıldığına görə bu iki darülelm, şimdilik ayrı-ayrı açılamıyacaq. Camaatda az-çoq həvəs varsa da para (?) cənabları pək də aldırmıyor, müsaidə etmiyor, daha doğrusu, məsləhət görmüyor. Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; kəndini zəhmətə, məşəqqətə, məsrəfə soqmaq fəzlə deyilmi ya? Bununla bərabər hər halda bizim için alim və müəllim yetişdirəcək müntəzəm və mürəttəb bir müəssisə lazımdır. Azacıq himmət, qeyrət edilərsə bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir ırmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin tə’sis edilsə müəllim qıtlığı çəkməkdən qurtularıq. Sınıflar tə’qib edildikcə edilir. Səkiz-doquz sənə dərsə dəvam olunur. Müəllimliyə istihqaq qazanıldığı təqdirdə tə’lim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər. Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca darülmüəllimin proqramına ilavə olunmuş, ilahiyyat şö’bəsinə dəvam edər. Dünya və axirət elmlərini mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir mə’lumata malik olunur. İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də azad olarıq. Hüseyn Cavid * * * Qafqasyada müəllimlər Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə bölünür: Birinci qısım; Aras aşırı qoşub gələn fanatizma dəllalları. İkinci qısım, seminariyada (darülmüəllimin) ikmali-təhsil etmiş əfəndilər. Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir. Birinci qısmı təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və pək qurnaz hərifdirlər. Buqələmun kibi hər saətdə bin rəngə girməyə müstəiddirlər. Aras kənarına varır-varmaz hərif bir kərə düşünür, hər şeydən əvvəl kəndisi için bir sərmayə arar. Bir yerə baqar, bir göyə baqar, aradığı sərmayəyi iki arşın göy bezdə bulur. Marağada darğa şagirdi ikən, Aras suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa mübarək qədəmləri ilə Qafqasyanın şu otlu, sulu toprağını müzəyyən buyurur. Beş-on gün yüz suyu tökər, yalvarır-yaqarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki cəmaət həpsi e’tiqadsız, seyidə baqan yoq!.. Bir də baqarsın ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb bir yana fırlatdı. Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-topraqlı otdan-filandan aldı, şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd önünə gələn qəsəbələrdə köylərə yüz qoydu. Şimdi köyün hər tərəfinə qulaq versən təbibbaşı (?) cənablarının seytişöhrətşüarı təninəndaz olmaqdadır. Lakin iş, təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə mərsiyəsini də özü oqur, hasili para çıqacaq yer bulundumu? Yəhudi bəzzazı kibi sağına-soluna, eninəboyuna, hər tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baqar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət xudanəkərdə bu işlərin həpsində bir rəvacsızlıq, bir e’tinasızlıq görürsə büsbütün məsləkini dəyişdirir. Kitabçılarda “vətən dili” çoq, tuhafiyəçilərdə vorotnik, qalstuk bol... “Vorotnik”, “qalstuk” boyuna keçirildikdən sonra məzadçılardan, genə mal satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taqar. Bir məktəbə dəvam etməyə başlar. İştə sana yeni fabrikadan çıqmış qanlı-canlı “arpazovannı” bir müəllim!.. Yalnız bircə diplomu (attestatı) əskik... Lakin orası da qolay, zira çənəsi gevşək bir taqım cahil mühafizəkarlara qarşı beş-on gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, ən təcrübəkar müəllimlər sırasına keçmiş olur. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş baş yoq, keçərgedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını buldumu? Artıq əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə küçücük bir nümunə: “Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən irəli, əqsami-mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və yürəkyandıran həvadisati insanın qulağində guşzəd olanda dər həqiqətdə vətən dər həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır”. Bu bir. (?) İkinci qısım də rusca təhsil edib türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kibidir. Muşikafanə bir nəzərlə baqılsa sair müəllimlərə nisbətən onlar pək eyidirlər, pək faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər bir taqım çürük, təhlikəli mevhumata aşina deyillər ki, bu da pək böyük qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır. Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm, mürəttəb (sistematik) bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız şeylərə pək az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyə “pedaqogika”yə də eyicə diqqət ediyorlar. Bir çoq dəfələr nümunə için müdirlər, nazirlər tərəfindən onlara dərslər verilib gözəlcə tənqid olunuyorlar. İştə on-on iki illik təhsil və təcrübə sayəsində hər nasıl olsa müəllimlik için bir istihqaq qazanmış olurlar. Onun için Qafqasyanın pək çoq yerlərində ən ciddi çalışanların qismi-küllisini onlar təşkil ediyorlar. Hətta bir çoq ufaq-təfək yeni təb’ olunmuş əsərlər belə onların həmiyyətilə meydani-intişara atılıyor ki, bu da xalqı mütaliəyə alışdırmaq için böyük bir müvəffəqiyyətdir. Lakin, bə’zi əfəndilər müstəsna olmaq şərtilə, bir çoqları azacıq sapıyorlar ki, o sapqınlıq da bir taqım yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur. Nümunə olmaq üzrə bir qaç sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oqumuş, türk dilində müəllimlik edən arqadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən istiyorum getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çoq mənfəətli məndə olan cüz’i naxoşluğa. ...bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmi beş gün hərgah siz də istərsiniz gəlmək, olar mənim üçün çoq yaqşı və çoq xoşbəxtlik...” Bu da iki. (?) İlk nəzərdə insan, şu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə diqqət etsə düzgüncə, türk sözləri olduğunu təsdiqdən kəndini alamaz. Lakin cümlələrdəki ahəngə, o qarışıq mübtəda, xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu anlar. Bu hal, bu qarışıqlıq yalnız bə’zi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya azacıq aşina olan tüccar və kəsəbəyi dəxi ifsad etməkdədir. Elmsiz, saf bir köylüyü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaqın, daha munis bulursunuz. Şimdi yuqarıda yazılmış iki qısmı bir arada müxtəsərcə xülasə edəlim. Əvvəlinci qısımda göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı ki, əxlaqsızlıqdan başqa bir şey deyildir, bizə gəlməz, Qafqasya için lüzumsuz və bimə’nadır. Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlikəlidir, onun için də şayani-ehtirazdır. İkinci qısım isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər. Hələ türk lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beş- on ay qədər göz gəzdirsələr, şübhəsiz ki, vətənə, millətə çoq, həm də pək çoq xidmət etmiş olurlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad etməkdə əvvəlinci qısımdan geri qalmayacaqdır. * * * Nakamlıq Böyük bir ziya’i-əbədi Bu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını ağuşi-əbədisinə alıyor. Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla Tofiq imzalarını qəzetə sütunlarında görüb bilməyən pək az qare bulunur zənn edərim. İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi! Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmalitəhsil ilə məşğul olub tarix və ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli cavan əfsus! binlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi, yalnız və yalnız ailə və arqadaşlarının, əhibba və vətəndaşlarının yürəyinə unudulmaz bir həsrət qoyub getdi. Mərhum müşarileyh yaşasaydı ədəbiyyatımıza pək böyük mənfəətlər, pək qiymətli əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə dərəcədə parlaq olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edərim. Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov Sənətullabəy əfəndinin mərhum (A.Sur) haqqında yazmış olduğu mütaliatı hər kəs oquyub düşünmüşdür zənn edərim. Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri pək parlaq olacaqdı, əfsus ki, kəndisi söndü, getdi... Əvət, şu bir sənə zərfində Qafqas, ulu Qafqas, sevgili evladlarından üç qiymətli vücud qayb etdi. Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi. Mirimumileyhi Tiflisdən Şamaxıya, yə’ni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O lətif və düşgün sima hala gözümün önündə təcəssüm edib duruyor. Qafqas öylə nadir vücudə bir də pək çətinliklə malik ola bilir. İkincisi vətənpərvər üləmamızdan hacı molla Ruhulla həzrətləri idi ki, ziyayitəhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşını məhzun və dilxun etdi. Üçüncüsü isə şu iki mərhumun hiç birilə qabili-qiyas olamaz. Çünki onlar kamilən olmasa belə yenə az-çoq yaşayıb və istədikləri qədər millət və vətənlərinə ifayi-xidmət edə bilmişlərdir. Bu isə (A.Sur), hənuz yeni-yeni qol-qanat açıb, təşəbbüsatda bulunub vətən yavruları için, onların tərəqqiyatı için çalışıb-çabalamaqda ikən, ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət vermədi. Biçarəyi aldı götürdü, şu mütəşəbbis, gənc ədibimizin səbəbiirtihalına gəlincə Tiflisdə iki ay zərfində xəstəxanədə bir qaç dəfə əməliyyaticərrahiyyə (operatsiya) icra edildikdən sonra qurtulmayaraq nihayət, əcəlin ağuşi-dəhşətnakına qovuşmuşdur. Cənabi-Həqq validəsinə, qardaşlarına və arqadaşlarına, dostlarına və vətəndaşlarına səbri-cəmil əta eləyə... Hüseyn Cavid İdarə: Bu xəbər dünkü qəzetimizin təb’ makinasına verildiyindən sonar əlimizə düşdüyünə görə bir gün tə’xirə düçar olmuş isə də, cənnətməkan Abdulla Tofiq haqqında bə’zi xatirat və təfsilatı havi olduğuna görə, dərci əlzəm bilinmişdir. “İqbal”, 14 may, 1912, № * * * Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq Mərhumun təşyini-cənazəsi mərasimi May ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur ədibimiz xabiəbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu. * * * Mədrəseyi-ruhaniyyə müdiri Axund Hüseyn Pişnamazzadə cənabları tərəfindən mərhumun ruhu üçün dua oqunub fatihə söyləndikdən sonra hər kəs birər həmdü surə oquyub, sonra namurad ədib və müəllimimizin tabuti-müəllası müəllimlərin və tələbə əfəndilərin yardımilə bir faytona qoyuldu. Mərhumun beş-üç qövm əqrəbasilə bərabər doctor Həsənbəy Ağayev, Bağbanlar məktəbinin naziri Həsənbəy, şəhər məktəbinin türkcə müəllimi Ismayılzadə Mirzə Hüseyn cənabları da bu hey’ətə daxil idi. Tabut faytona qoyulduqdan sonra hazırun kimi faytona, kimi tramvaya binib bir qədər yola dəvam etdilər. Şəhərə hənuz çoq məsafə var ikən, cənazəyi istiqbal edənlər həp tramvay (qonka) və faytonlardan enib cənazəyi ta mərhumun evlərinə qədər çiyinlərində gətirdilər. Söz yoq, şəhərə daxil olduqda ötədən-bəridən toplanmış adamlar da nəzərə çarpıyordu. Cənazəyə yardım etmək istiyorlardisə də, müəllimlər və tələbələrin yardımı onların zəhmətinə hacət bıraqmadı. Cənazə evlərinə daxil olur-olmaz şurüi-şivən sədası qulaqları çınlatmağa başladı. “Cavan oğul vay”, “namurad qardaş vay” səsləri, “qəyur yoldaş vay”, “nakam arqadaş” iniltiləri hər kəsi sızlatdı, hər kəsi ağlatdı. Bu sırada mədrəseyiruhaniyyənin mə’sum balaları qapının önündə məş’umlu bayatılardan oquyurlardı: Cavan öldün, dünyadan kam almadın, Çoq çalışdın, zəhmətdən hiç doymadın, Əfsus ki, fikrinə qail olmadın, Ağla, qardaş! Ağlamalı günündür! Çıqarmıyaq yaddan biz tiz onları, Həp vətənə qurban olmuş canları, Tanrı qəbul etsin bu qurbanları, Ağla, qardaş! Ağlamalı günündür! İlaxir... Bu sırada Sisyanov, Voronsov, bir də Tofiq məktəbinin nazirləri, müəllimləri, tələbələri dəstə-dəstə qapının ətrafında kamali-nizam ilə səf bağlayıb durdular. Ətrafdan başqa adamlar da tək-tük bu cəmiyyətin içində görünürdü. Bir çoq saət qədər ağlaşma, qüsl, təkfin ilə iştiğal edilib sonra zavallı cavanı anasından, bacı-qardaşından ayırmağa başladılar. Tabutun üzəri tirmələr, şallar, ipəklərlə bəzənmişdi. Məktəb tələbəsi tərəfindən ilk baharın yeni açmış gül-qönçələrilə süslənmişdi. Cənazənin üzərində mərhumun adilə bərabər Namiq Kamal mərhumun bu beyti də yazılmışdı: Yüksəl ki, yerin bu yer deyildir, Dünyayə gəliş hünər deyildir. Cənazə evdən məscidə qadar, yenə qaralar daşıyan tələbə və müəllim əfəndilərin omuzunda gəldi çıqdı. Məscid həyətində (havlısında) mədrəsə müdiri Pişnamazzadə və sair həzərat tərəfindən namaz qılınıb məzarıstana doğru hərəkət edilməyə başladı. Pək qarışıqlıq, nizamsızlıq olmasın deyə Əliəkbər bəy Rəfibəyovun və müəllim əfəndilərin təsvibi ilə Sisyanov şagirdləri əl-ələ verib cənazə ətrafında gedən müəllim və tələbələri ortaya aldılar. Tainki xaricdən cənazəyi təşyi edən, ya təşyi etmək həvəsində olan Gəncə cəmaati-islamiyyəsilə çocuqlar qarışmayaraq ayrı və müntəzəm bir surətdə yola dəvam etsinlər və çocuqlar da sıqıntı çəkməsinlər. Mə’lum ya! Bu gün cümə günüdür. Bütün müsəlman dükanları qapalıdır. Ehtimal ki, cənazəyi təşyi için qoşub gələn vətənpərəst dindaşların kəsrət və izdihamından sıqıntı çəkilir. Iştə bu səbəbdən ya nə, böylə bir qərar verilmişdi. Lakin əfsus! Binlərcə əfsus ki, məsciddən məzarlığa qadar gördüyümüz əşxas yenə müəllimlər, yenə onların dört-beş yüzü mütəcaviz şagirdləri idi. Mədrəseyi-ruhaniyyə şagirdanı yuqarıda yazılmış: Cavan öldün dünyadan kam almadın – mənzuməsini ta Səbzikar məzarıstanına qadar oquya-oquya getdilər. Səbzikar məzarıstanlara başqa məzarıstanı görə qayət təmiz və gözəldir. İştə orada mərhum A.Suru dəfn etdilər. Yuqarıda məzkur məktəblərin nazir, müəllim və tələbəsindən maəda Gəncə şəhəri-əzimindən orada gözə çarpan zat yalnız Əliəkbər bəy Rəfibəyov, məxdumları doktor Xudadat bəy Rəfibəyov, doktor Həsən bəy Ağayev, doctor Fərrux bəy, məşhədi Əli ağa Rəfiyev, məşhədi Qasım ağa, Cavad bəy Cavarlinski, bir də beş-üç nəfər mərhumun qövm və əqrəbası idi. Məzkur Cavad bəy, Həsən bəy və Mirzə Hüseyn cənabları isə hey’ətimüəlliminə daxil deməkdir. Əvət cənazə dəfn edildi, təlqin verildi. Sonra Voronsov məktəbinin türkcə müəllimi Isi əfəndinin tə’limilə məzkur məktəb şagirdləri bu sözləri təğənni etməyə başladılar: Cümlə millətin ruhinin ruhi, Cümlə millətin qəlbi-məcruhi. Öz müəllimi, öz ədibidir, Öz mühərriri, öz ədibidir. Çox yaşa ədib, fikri-millətdə, Keçdi günlərin xeyli zəhmətdə. Qəbrdə rahət uyu, ey cavan, Məskənin sənin rövzeyi-rizvan. Şu matəmi tərənnümdən sonra mədrəsə müdiri Pişnamazzadə həzrətləri nitqə şüru etməyə başladı. Lakin müdir əfəndinin yaxud sair natiqlərin söylədiklərini kamilən yazacaq olsaq pək çoq vaqt, pək təfsilat istər, bən də ancaq hər nitqin xülasətü xülasəsini yazıb ixtisar etmək istiyorum. Pişnamazzadə cənabları mənbəyi-fəzl və irfan, əmiri-mö’minan Əli ibn Əbitalib “kərəməllahu vəchəhum”nun buyurmuş olduğu (mən əlləmni hərfən qədtəyərin əbdən) kəlami-hikmət-insicamını mevzui ittixaz edərək mərhum Abdulla Tofiq əfəndinin mədrəsə şagirdləri boynunda olan haqqını, müəllimlərin məziyyətini, şagirdlərin və camaatın onlara olacaq ehtiramatını, qara topraqlara tapşırdığımız cavan müəllim və ədibimizin mədrəseyi-ruhaniyyədəki təşəbbüsatını, lisana, imlaya, ədəbiyyat və tarixə dair mücahidatını birər-birər sayaraq, xətmi-kəlam elədi. Sonra mədrəsənin riyaziyyat müəllimi Rza bəy Qaraşarov cənabları başlayaraq tərcümeyi-halına dair bir uzun nitq söylədi: Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim tə’yin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıqıb rusmüsəlman məktəbi olmuş. Bir qaç yıldan sonra bu qəyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta (restoran)larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çoq lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək mədrəseyiruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb’ olunmamışdır. Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetdə nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şinası mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat (xrestomatiya) etmək istiyordu ki, vəfat etdi. “İqbal” 16 may, 1912 Mərhum (A.Sur) təqribən iki ay var ki, Tiflisdə xəstəxanədə yatıyordu. Mərəzi “kor bağırsağ”ın iltihab etməsi idi. Bir-birinin arqası sıra üç dəfə əməliyyati-cərrahiyyə (operasion) icra edilmiş. Nihayət bu mayın səkkizinci günü tərki-həyat etmişdir. Rza bəy əgərçi pək həyəcanlı və fəzlə bir taqım sözlər söylədisə də bən də bitiriyorum. Sonra Ağayev doktor Həsən bəy cənabları, mərhumun İstanbuldakı üsrətli həyatına, fəaliyyətinə, təşəbbüsatına, südü təmiz bir türk oğlu, türk aşiqi, türk məftunu olduğuna dair və çalışıb-çapalayıb yazmış olduğu məqalat və tətəbböatına aid kəskin bir nitq söylədi. Burada uzatmayaraq iki-üç sətir ilə iktifa edildi. Doktor Həsən bəy əfəndidən sonra Əmirov Hacı bəy cənabları ki, doquz-on yaşlarında qayət sevimli və çalışqan bir çocuqdur, əlindəki dəftəri açaraq şu sözləri söyləməyə başladı: Həzərat! Simasından insaniyyət yağan, danışığından ruh aşinalığı mə’lum olan bu mərhumu bir-iki ildən bəri tanıyordum. Müəllim olduğundan uşaqlara olan məhəbbətinə görə bə’zi vəqtlər olurdu ki, bənim ruhumu tərbiyə etmək için bana ibrətli hekayələr söylərdi. Ona görə Abdulla əfəndiyə, bu qürbətdə qardaşıma olan məhəbbətim qadar, qəlbimdə bir böyük məhəbbət bəslənmişdi. Bir gün, bir yaz sabahı onun vəfat xəbərini eşidən və onu sevən bir çocuq nə hala düşər? Vəfat xəbərini eşitdikdə tüklərim ürpərdi, kədər qəlbimi sıqdı. Doğrusu hiç inanmaq, onun cavanlığına ölüm yaraşdırmaq istəmədim. Heyhat! Getdi... O vücudi-müəzzəm getdi. O namusi-mücəssəm getdi... Ey möhtərəm atalarım! Böylə sə’yli, millətdost müəllimin, müəllimlər zümrəsindən adının silinməsi camaatımıza, ələlxüsus biz məktəb çocuqlarına nə böyük müsibətdir. Zira biz uşaqların ruhunu tərbiyə edib məişət və səadət yoluna salik edən böylə qeyrətli müəllimlər deyilmi? Türklük və islamiyyət hisslərini bizim qəlblərimizdə caygir edən, böylə millətpərvər müəllimlər deyilmi? Böylə ruhani atanın əldən getməsi ümum uşaqların, xüsusən mədrəseyi-ruhaniyyədə oquyan şagird arqadaşlarımın müsibət günü olduğundan bütün əqrəbasilə bərabər, mütəəllim qardaşlarıma səbricəmil əta olunmasını Baritəala həzrətlərindən niyaz edərim. Bu zəki və məhzun çocuqdan sonra gənc və nəcib şairimiz Cavad əfəndi həzin və ahəngdar bir tövrlə yazmış olduğu gözəl və yanıqlı əş’arı söyləməyə başladı: Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı, Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı. O zəhərli havalardan gül yanaqlar solmuşdu, O gün xain, pis əllərdən vətən xərab olmuşdu. Göylər bizə işıq deyil, yıldırımlar saçırdı, Günəş, yağmur, sular, sellər bizdən dönüb qaçırdı. Allah belə qəbul etməz oldu bizim qurbanı, Bizi o gün boğuyordu azğınlığın tufanı. Qur’an nədir, anlamazdıq, vətən nədir, bilməzdik, Qarşımızda yetimlərin göz yaşını silməzdik. Ağlanacaq bir hal idi kəndimizdə görürdük, Dilimizin, dinimizin getməsinə gülürdük. Bu vətənin bunu görən südü təmiz evladı, Bir qaç kişi o gün bizim qara günü anladı, Ağladılar, sızladılar, yalvardılar Allaha, Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara, O gün bizim dağlarımız bir az güldü, şənləşdi, Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi. Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu, Bir azacıq, demək olar, dostlar deyən olmuşdu. Ancaq dünən başımıza kölgə salan bir bulut, Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!.. Yoq... Yoq... Sizin məzarınız qəlbimizin ən dərin, Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin. Bütün dünya alt-üst olsa, bən ki, səni unutmam, Ay qardaşlar (amin) deyin, Allah bunu əfv etsin. Cavad əfəndidən sonra sözə başlayan Sisyanov məktəbinin türk lisanı müəllimi Əli bəy əfəndi oldu. Miri-mumileyhin sözlərini, nitqini ancaq iki-üç sətirdə ixtisar edib keçmək istiyorum. Çünki kəndisi müfəssəl surətdə ayrıca olaraq qəzetəyə yazacağını bana söylədi. Əli bəy: Külli nəfsin zaiqət əl-məvt (Əlbəttə, gedər gələn cihanə). – sözlərilə başlayaraq A.Sur mərhumu bir çırağa, işıqlı bir elm çırağına bənzətdi. Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında dönüb dolaşan pərvanəyə təşbih etdi. Və cavan ədib və müəllimimizin ruhunu şad və qədrini ə’la etmək yalnız tələbə əfəndilərin himmət və qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi. Və Gəncə camaatının böylə qiymətli bir cavanın cənazəsinə etmiş olduqları e’tinasızlığı ima ilə anladıb təəssüflər etdi. Cənazəyi Tiflisdən Gəncəyə gətirmək için gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arqadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatının ixtiyar, gənc, mühafizəkar təcəddüdpərəst (intelligent) həpsinin mərhum Mirzə Abdulla haqqında olan e’tina və ihtimamatına bin dəfə faiqdir. Artıq Əli əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə cənabları dua və fatihə oquduqdan sonra, hazırun həmdü surə oquyaraq yavaşyavaş məzarıstanı, o baharıstanicavidi mütəfəlsəfanə bir vəziyyətlə vida və tərk etməyə başladılar. Bu sırada adam dağıldıqda nasıl olmuşsa Sisyanov məktəbinin balaca şagirdlərindən, yedi yaşında sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə fürsəti qaçıraraq oquyacağı mə’sumanə nitqini oquyamamış, bunu görüncə nitqinin surətini əlindən aldım. İştə buraya dərc ediyorum. Atalarım! Qardaşlarım! Qabağımızda yüzü qibləyə həmişəlik rahət uyuyub ilələbəddə uyuyan məşhur, möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir. Böylə elm və mə’rifət atalarının vəfatı yüzlərcə qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın cavan olduğu halda bu hadisəyi-müəllimənin yüz verməsi biz çocuqlara nə qadar tə’sir etdiyini dil ilə söyləməyə hiç iqtidarım yoq. Ələlxüsus zavallı ruhani məktəbi qardaşlarımın bu gündə istədikləri müəllimlərinin əldən çıqması için olan qəmi-qüssələrinə nasıl şərik olmayalım ki, atalarımızdan artıq biz çocuqların tərbiyəsinə bunlar, bu ruhani atalar diqqət ediyorlar. Ancaq əlimizdən gələn bir şey varsa, o da qövm və qardaşına, validəsinə Allah-təaladan səbr və təsəlli tələb etməkdir. Möhtərəm müəllimlərimizlə bərabər məktəb qardaşlarımın tərəfindən mütəvəffanın validəsinin kədərlərinə müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz. O böyük Allah bu cavan mərhumun günahlarından keçib öz rəhmətini ondan diriğ etməsin, amin! * * * Əvət, məzarıstandan dağıldıqdan sonra şəhərdə adət olduğu kibi, küçük şagirdlər müstəsna, mərhumun evlərinə gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət elədi. Və meyli olan zat əksəriyyətlə oturub layiqli dərəcədə ehsan və mərhumun ruhuna fatihələr oqundu. “İqbal” 17 may, 1912. * * * Möhtərəm qarelərin əfvini istirham edərək bir-iki sətir, səddin xaricinə çıxmaq istiyorum. Məzarıstandan dönərkən bütün müəllim əfəndiləri bir yə’s, bir fütur əhatə etmişdi. Hər kəsin simasında bir darğınlıq, bir küskünlük oqunuyordu. Mühitimizin müəllimlər haqqında, bilxassə böylə gənc, nakam, qəyur və həmiyyətli bir müəllim haqqında göstərdiyi himmət və nəzakət (!) həp gönülləri müğbər etmişdi. Həqiqətən bir kərə düşünəlim: Müəllim nədir?! Japoniyanın qəyur və qəhrəman milləti Mikadonun şərəfinə deyil, Japoniya müəllimlərinin şərəfinə idareyi-əqdah etdilər, həm də insanı sərsəm edən, əql və şüurunu məhv edən şərab, rakı (vodka) içməyib, cənabi-Həqqin mən’ etmədiyi ən təmiz, saf və gözəl su içdilər. Onlarca Japoniyanın tərəqqisi, oyanıqlığı, maarifpərvərliyi həp, həp müəllimlər sayəsində olmuşdur. Almaniyada da hakəza (prins Bismark) bütün alman ünsürünün tərəqqisini müəllimlərdə görüyor və onlardan bəkliyor. Xüləfayi-Abbasiyədən Harun ər-Rəşid bir müəllim için, əvət yalnız bir hikmət və riyaziyyat müəllimi əldə etmək için Bizans (əski İstanbul) hökumətilə boğaz-boğaza gəlmiş, böyük müharibə etmiş, qalib olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə məzkur müəllimi əldə etmişdir. Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri, heysiyyəti, halı, məişəti nəzəridiqqətə alınırsa insan ağlamaqdan kəndisini alamaz. Biçarə müəllim nə yapsın? Beş-on manat maaşla nə yapa bilir! Ucuz olsun deyə hifzüssihhəyə muğayir rütubətli odalarda yaşar. Əski, bayat lokanta (restoran) yeməkləri yeyər. Getdikcə əsəbiyyəti artaraq vücudunu bəsləyəməz. Ata-anası bir-iki çocuğun nazını çəkə bilmədiyi halda – zavallı müəllim yüzlərcə millət balasının – müxtəlif ruhlarda yaradılmış, müxtəlif tərbiyələr görmüş, yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun nazını çəkib, zırıltı-gurultusuna təhəmmül ediyor. Bununla bərabər aldıqları mükafat nə? Bir çoq pis, mühlik xəstəliklər, cangüdaz vərəmlər (çaxotkalar) yığın-yığın səfalət və fəlakətlərdən başqa bir şey olmasa gərək... Şimdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında bulunan biçarələr kəndi millətindən bu fədakarlıqlarına görə bir də haqnaşünaslıq, heysiyyətsizlik görürsə daha hanki cəsarətlərlə, kimə güvənərək işə girişə bilir? Əfəndilər! Möhtərəm qarelər! Müəllimlərə hörmət ediniz, onları seviniz, onları pək böyük görünüz, əvət, onlara pərəstiş ediniz, onları kəndinizə əfəndi biliniz! Mövlayi-müttəqiyan həzrəti-Əli (Kərəmullahu vəchuhu) müəllimlər haqqında nə tövsiyə buyursa ona əməl ediniz! (Mən əlləmni hərfən qəd səyyərni əbdən) kəlamihəkimanəsini unutmayınız! Lakin, ey müəllimlər! Ey möhtərəm əfəndilər! Sizlər, sizlər əsla millətimizin, mühitimizin bu e’tinasızlığına e’tina etməyiniz. Daima çalışın, çabalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə saqınmanız! Əsla cəsarətsizlik göstərməyiniz. Mühitimiz sizi təqdir etmiyor, edəmiyor. Zərəri yoq. Lakin əlinizi, qolunuzu qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən yana bu millətə darılmaq, küsmək deyil, təşəkkür etməliyiz, həm də binlərcə təşəkkür etməliyiz. Bir dəfə tarixi göz önünə gətirin, o zaman baqınız və qərib işlər görürsünüz. Şimdiki qəhrəman (!) və nəcib (?) italyanların əski babaları, yə’ni romalılar məmləkətlərinin ətrafına, qomşu hökumətlərə təcavüz və hücum edərək aldıqları əsirlər içindən ən alim və zəki zatı kəndi çocuqları için müəllim tə’yin edərlərmiş. Çocuq azacıq dərsdən sıqılınca, müəllimə darılıb qızdığını, müəllimdən xoşlanmadığını atasına, babasına söylər-söyləməz, dərhal biçarənin, yə’ni zavallı müəllimin, qol-qabırğası, köksü, qafası xəncərlər, baltalar ilə parça-parça olunub məhv edilirmiş. Şükür Allaha, biz ki, millətdən müəllimlərimiz haqqında böylə bir haqsızlığa təsadüf etmədik. Bu gün təqdir etmiyorlarsa da, əmin olunuz ki, yarın mütləqa, mütləqa edəcəklər. Cənabi-Haqq çalışqanların, doğruların, fədakarların hamisidir. Əsla mə’yus olmamalı... * * * Yenə sözümüzə gələlim: Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi. Həm də pək durbin, pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar. Pişnamazzadə həzrətləri, doktor Həsən bəy, Yusifbəyov Nəsib bəy və sair arqadaşları, dostları tərəfindən onun əsərləri, tətəbböatı nəzəri-diqqətə alınmalı və təb’ edilməlidir. * * * Bu gün sübhdən aqşama qadar mərhumun cənazə mərasimində bulunaraq, bir para ötə-bəri ilə iştiğal edərək, günəşin qızğın zərbələri altında əzilib yorulduğumdan, möhtərəm qareləri yormayıb qısa kəsmək istiyorum. Qafam öylə fəna bir halda dönüyor ki, nə yazdığımı və nə yazacağımı kəndim də bilmiyorum. Ehtimal ki, yazılarımın içində artıqəskik, nəzəri-diqqətə çarpacaq pək çoq qüsurlar bulunur. Möhtərəm qarelərdən əfvi-rica etməyi kəndim için bir vəzifə ədd edərim. Cənabi-Haqq öz birliyi hörmətinə bu nakam cavanın cənazəsi üzərində paralanan sinələrə, qoparılan saçlara, tökülən göz yaşlarına, sızlayan yürəklərə mərhəmət buyurub da onu, o namurad bəndəsini dəryayi-ehsan və kərəminə qərq eyləsin. Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyilə bağışlasın. (Ami n...) 11 mayıs 1912 sənə Hüseyn Cavid “Iqbal”, 18 may 1912 * * * Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən Axundov cənablarıdır. Məzkur faciə beş pərdədən ibarətdir. İlk pərdədə Akif bəy (gənc bir gəmi komandanı) pək vəfalı zənn etdiyi hiyləgər zevcəsindən ayrılaraq dəniz müharibəsinə gedər, binbaşı Şahin bəyə də bir vəsiyyətnamə verib İstanbulda oturan babasına göndərməsini və şəhid olursa rəfiqəsi Dilrübayı yanına almasını tövsiyə edib gedər. İkinci pərdədə Akif bəyin ölüm xəbəri eşidilir, Dilrüba fürsətdən istifadə edərək, iki yalançı şahidlə ölüm xəbərini qəzavətxanədə təsdiq etdirib çabucaq Əsəd bəy adlı başqa bir zevc ixtiyar edər. Kəndi evində onunla eşqə, izdivacə dair söyləşdikləri sırada, oğlunun vəsiyyətini icra etmək için gələn Süleyman bəyi nifrətlə rədd edər. Süleyman bəy də yanındakı Şahin bəylə bərabər küskün və münkər bir halda çıqıb gedir. Üçüncü pərdədə Əsəd bəyin düyün ziyafəti başlar, misafirlər gəlir, içki və çalğı ilə əyləndikləri halda birdən-birə Akif bəy meydana çıqar. Bu sırada babası da gələr və məsələni oğluna anlatır. Akif bəy həyəcanlı və qorqunc bir vəziyyət alır. Əhli-məclis və çalğıçılar birər-birər dağılır. Bir-iki dəqiqə keçincə Akif, sonra babası və Şahin bəy çıqıb gedərlər. Dördüncü pərdədə Akif bəy meyxanədə sərməst olaraq intiqam hissilə söylənib durur, sonra uyumaq için uzanar. Çoq keçməz ki, atası və dostu Şahin bəy gəlib onu oyadırlar. Akif bir-iki söylənərək çabuq gəmiyə getmək bəhanəsilə savuşub çıqar. Atası da onu tə’qib edər. Beşinci pərdədə Akif bəy Əsəd bəydən intiqam alır və kəndisi də tərki-həyat edər. Bu sırada pusquda duran Süleyman bəy də içəri girərək, hiyləgər, yüz könüllü Dilrübayı bir xəncər zərbəsilə cəzalandırır. İştə vəq’ə bundan ibarət... Şimdi artistlərə gələlim. Akif bəy rolunu ifa edən Kirmanşahski cənablarının tərzitələffüzü aydın, səmimi və aldığı vəziyyətlər tamamilə yerində olub, hiç bir qüsur nəzərə çarpmıyordu. Müşarileyh hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət göstərəcək olursa, Qafqasiyamız ciddən qiymətdar bir artist qazanmış olacaqdır. Dilrüba rolundakı Tərlan xanım isə inanılmayacaq dərəcədə məharət göstərdi. Onun böylə bir qarışıq rolu bu qədər gözəl oynaması gerçəkdən şayani-təbrikdir. Əbülfət Vəli cənabları isə hər bir təqdirin fövqündə idi. Almış olduğu ixtiyar vəziyyəti, baxüsus əlaimi-vəcihəyi və bütün hərəkatı pək az artistə nəsib olan xassələrdən idi. Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə mumileyh sənəti-tamaşada ibraz etdiyi iqtidardan başqa, tələffüzündəki ahəng və üslubda öylə bir səlasət vardı ki, adəta İstanbul artistlərini xatırlatıyordu... Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı bir mə’mur, xeyirxah bir arqadaş qədər ifayi-vəzifə edirdi. Hələ meyxanaçı – M.X.Quliyev cənabları Türkiyənin çüstü çalak rum meyxanaçılarından əsla seçilmiyordu. Yüzbaşov cənablarının sərxoşluqdakı məharəti, Əliyevin tərəddüdlü və qorqxaqca vəziyyəti, İsmayıl Həqqi əfəndinin şətarətli halları və laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti haiz idi. H.Qasımov, B.Əlizadə... əfəndilər də xoş bir surətdə oynayorlardı. Rejissorluq vəzifəsi Vəli əfəndinin öhdəsində idi. Dekorasiya qayət mükəmməl və çalğı da Tiflisdəki osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı. Bir sözlə, bu aqşamkı səhnə qüsursuz deyiləcək dərəcədə gözəl idi. Təəssüf olunacaq bir qüsur, bir nöqsan var idisə, o da ancaq camaatın azlığı və böylə ciddi və qiymətdar bir tamaşaya qiymət verməməsi idi. Mə’nasız bir komediyaya hər kəs ötüşdüyü halda, nədən isə böylə həqiqi və mə’nidar tamaşadan qaçıyorlar. Tiflisdəki teatr maraqlıları bu aqşam təşrif etsələrdi, şübhəsiz keçən səhnələri unutaraq teatrın nə olduğunu görərlərdi. Bu pyes hər kəsi sıqacaq dərəcədə uzun olduğu halda, hazirundan məmnun qalmayacaq bir zata təsadüf ediləməzdi... Müxbir “İqbal”, 9 oktyabr 1913 * * * Tiflisdə “İttifaq” məktəbi 1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir. Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz? Doquz yıldan bəri çəkilən zəhmətlər nə kibi nəticəyə iqraz edəcək, bu mədrəsənin bəqa və dəvamı xüsusunda maldan, candan keçən, həyatını, şərəfini bu uğurda fəda edən bir taqım fəal, fədakar adamlarımızın şimdiyə qadar təhəmmül etdikləri əziyyətlər, məşəqqətlər nə yolda bir fayda verəcəkdir? İştə burasını düşünərək mədrəsənin vəz’i-hali-hazirini göz önünə gətirdikcə yalnız “İttifaq” məktəbinin halına deyil, bəlkə dolayısilə bütün iranlıların halına qan ağlamamaq qabil deyildir. Çünki müsəlmanlar arasında təbiət qanunu hökmünə keçən nifaq, ədavət, rəyasətpərəstlik kibi bir taqım məş’um adətlər iranlılarda daha şiddətli bir surətdə hökmfərma olduğu içindir ki, bu gün yüz nəfər qərib müsəlman çocuqlarının tərbiyəgahı olan bu mədrəsə bir taqım şəxslərin iqrazi-şəxsiyyətlərinə qurban oluyor. Tiflis kibi bir məmləkətdə ayda yüz əlli, iki yüz manata qərib, cüz’i əhəmiyyətsiz bir para binlərcə iranlıdan bu mədrəsənin məxaricinə sərf olunmaq için toplanmıyor. Halbuki binlərcə manatın qeyri-məşru yerlərə sərf olunduğu kibi, binlərcə rüblənin dəxi faydasız yerlərə xərc olunduğu görünməkdədir. Hal-hazırda “İttifaq” mədrəsəsi ayda iki yüz əlli, üç yüz manat ilə idarə olunmaqdadır. Bu paranın nisfi İran konsulxanası tərəfindən tədarik olunur. Digər nisfi isə əhalidən alınması lazım gəlir. Fəqət camaatın iqrazi-şəxsiyyəyə hədəf olması yüzündəndir ki, ayda yüz əlli manat kibi əhəmiyyətsiz bir para nəhayət dərəcədə çətinlik, güclük ilə cəm edilir. Şimdi isə iki aydan bəridir ki, kimsə aylıq və ianə vermək istəmiyor. Hətta müəllimlərin tə’til maaşlarını vermək için mədrəsə daimi sərmayə (kapital)dən beş yüz rüblə vermişdir. Təəssüflər olsun ki, doquz illik bir maarif müəssisəsi bu kibi mevqelərdə hiç olmazsa bir yıl kəndini idarə edəcək bir nəqdi-mevcudu yoqdur... Artıq bu əsrdə, bu zamanda elm və mə’rifətin lüzumundan, mənafeyindən bəhs etmək mə’lumi-e’lam qiyasından olduğu için biz bu xüsusda bir şey söyləməyiriz. Ancaq istədiyimiz bir şey varsa, mədrəsənin bəqa və dəvamı için lazım gələn himmət və qeyrətin sərf olunmasıdır. Müxbir “İqbal”, 25 iyul 1914 * * * “İttifaq” məktəbinə bir nəzər “İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər? Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir. Əmsalı arasında hissiyyati-maarifpərvəranəsilə mümtaz olan Tiflis konsulu general Saidülmülk cənablarının bu xüsusda lazım gələn iqdamati-məcdanədə bulunaraq evladivətənin ikinci tərbiyətgahı olan bu müqəddəs binanın əhyasına çalışmaları ümididir ki, şimdilik bizi mütəəsəlli edəyor. Şübhəsizdir ki, bu mühüm, əhəmiyyətli qadar da faydabəxş olan vəzifənin icrası xüsusunda bir məs’uliyyəti-vicdani qarşısında olduqlarını unutamayacaqlardır. Növrəs “İqbal”, 31 avqust 1914 * * * Müharibə və ədəbiyyat Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda... Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın! Yanardağlardan seçilməyən toplar, insanları deyil, səhraların vəhşilərini belə dəhşətlər içində bıraqıyor. Dünyamız, şimdiyə qadar hənuz böylə qorqunc bir bəlayə rast gəlməmiş, böylə müdhiş bir inqilab görməmiş. İskəndər, Napaleon kibi cihangirlər, Çingiz, Teymur kibi bahadırlar məzarlarından baş qaldırıb da şu müharibəyi seyr etsələr, şübhəsiz ki, heyrət və təəssürdən kəndilərini alamazlar. Zatən bu müharibə, bir müharibə deyil də, müsri bir bəladır, bir taundur, aləmşümul bir fəlakətdir... Fəqət bu fəlakət hər kəsi bir dərəcədə düşündürmiyor, hər ölkədə bir tə’sir bıraqmıyor. Birini güldürürkən, digərini ağlatıyor. Birini mə’yus və müztərib ediyor da, digərini qəhqəhə və müzəffəriyyətlə sevindiriyor. Bütün dünya gözdən keçiriləcək olursa, hər şeyin dəyişdiyini, hər halın başqalaşdığını görməmək mümkün deyildir. Bu dəyişmənin, bu başqalığın yeganə səbəbi isə, əlbəttə, içində bulunduğumuz müharibədir. Müharibəyin hazırdakı müvəffəqiyyəti, bir çoqları texnikada, texnikanın mükəmməlliyində görüyorlar. Halbuki bu qalibiyyətləri yalnız texnikada deyil, başqa qüvvətlərdə də aramalıdır. Çünki yalnız yaqıb-yıqıcı toplar, növicad çəpəllinlər, boğucu qazlarla iş aşmaz. Bunlar ilk baqışda gözə çarpdığı için hər kəsi düşündürüb duruyor. Halbuki bu müdhiş silahlardan daha müdhiş almanların müharibədəki yeni nəzəriyyələri, yeni planları, əskərindəki kəskinlik və bütün məmləkət xalqındakı əhvali-ruhiyyədir. Bu ölkənin əhvali-ruhiyyəsində isə, fənni-tərbiyənin, ədəbiyyat və fəlsəfənin tə’siri inkar olunmayacaq şeylərdəndir. Rus-Japon müharibəsində, bə’zi mütəfəkkirlər, japonların qalibiyyətini onların komandanlarında, zabitlərində deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində, müəllimlərin xalqa vermiş olduğu tərbiyədə aramışlardı. Şübhəsiz ki, bu nəzəriyyə almanlara, alman ordusuna daha ziyadə şamil olsa gərək... Bizdə – Rusiyada ibtidai, orta və ali məktəblərin azlığı bir nöqsan təşkil etdiyi kibi, bu məktəblərdə keçilən bütün elmlər, bütün fənlər də olduqca səthi və nəzəridir. Halbuki almanlarda böylə olmayıb da bütün-bütünə bunun əksinədir. Orta və ali məktəblər kənara dursun, ibtidai köy məktəblərində belə hər elm, hər fənn son dərəcə səmimi bir tətbiqat və əməliyyat ilə keçilir. Yalnız darülfünunlar deyil, köylərdə də səyyah bir professora təsadüf edilir. İctimai, fənni, ədəbi konfranslar verilir. Fənni həqiqətlər olduqca tətbiqi bir surətdə göstərilir. Və ona görə də hər bir alman yalnız dinləməklə qalmaz, dinlətmək də istər. Görməyi kafi bulmaz, göstərməyi də arzu edər. Hələ onlarda ibtidai məktəblərin məcburi olması, oğlan-qız, kimsənin müstəsna tutulmaması, daha başqa bir feyz, daha başqa bir fəzilətdir. İştə böylə bir mühitdə böyüyən, böylə bir ölkədə yaşayan tələbə və talibələr ikmalitəhsildən sonra, bir də kəndi filosofları, ədibləri tərəfindən yazılmış əsərləri mütaliəyə başlarlar. Şübhəsiz ki, ən faydalı düşüncələr, ən ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilir. Çünki düşünməyə başlayanlar, xilqət və təbiətdə bir qayə, bir nəticə arayan gənclər, yalnız mütaliə sayəsində kəndi məsləkini tə’yin edə bilir, kəndi aradığını bulur. Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yoq ki, o millət, o nəsil cərəyana qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, aqıntıya qarşı bir dürlü kürək çəkəməz. Məsəla, bir gənc bir şe’r, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal kəndisinə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənir və o ruhda yaşamağa yeltənir və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə, adəta, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar. İştə məzkur əsərlər zəhərli, əxlaqsız, gevşək bir mevzu tə’qib edərsə, er-gec bütün oqucularını da zəhərləmiş olur. Kəskin, ciddi və mətin bir yolda yazılmışsa, şübhəsiz, qaredə də eyni fikri, eyni duyğuyu oyandırmış olur. Ədəbiyyat, bir millətdəki əhvali-ruhiyyənin in’ikası deməkdir. Gələcək nasıl isə, şimdiki ədəbiyyat və fəlsəfənin tə’sir və nüfuzuna qapılır və hiç bir dürlü də qurtuluş imkanı bulamaz. Şimdiki iranlılar, bilxassə farslar, göz önünə gətirilsin, bütün İranın əhvali-ruhiyyəsi təhlil edilsin, bütün şəhərlər, bütün köylər, əfyunçuluq, şürbilik, səfsətə və laübalilik içində yuvarlanıb gediyor. Müstəsna olaraq az bir qismi çıqdıqdan sonra, hər kəsdə, hər qafada bir ətalət, bir məskənət görülüyor. Əcəba ruhları əzməkdə olan bu gevşəklikləri, bu səfaləti doğuran kimdir, nədir, hanki səbəblərdir? – Şübhəsiz ki, ədəbiyyat... Ruhanilər və hakimlərin korluq və bəcəriksizliyi də tə’sirsiz deyil, amma eyicə diqqət buyurulsa ən mühüm səbəb, yenə ədəbiyyat və mətbuatdır. Firdevsi, Sə’di, Nizami, Hafiz, Xəyyam kibi nadireyi-fitrətlər müstəsna; onlardan sonra gəlib də dünyayı beş quruşa almayan zahidməslək ədiblər, laübali və məsxərəçi şairlər, əxlaqsız və yaltaq məddahlar, əcəba hanki rəzalət qaldı ki, yapmadılar? Nə saçmalar, nə əfsanələr uydurmadılar?! Bu hal Türkiyədə də əskik olmamış... Bir kərə tarixi-ədəbiyyat gözdən keçirilsə, Ruhi kibi laübali məşrəblər, Nəf’i kibi yayqaraçılar, Nabi kibi ölgün bir fikir daşıyan fəlsəfəçilər, Nədim kibi səfahətpərvər xərabatilər kəndi yazıları ilə türklərin sağlam və sarsılmaz ruhlarını pozub gevşətdilər. Şinasi devrinə gəlincəyə qadar, bəlkə ondan da sonra həp bir diziyə əcəm ruhu, əcəm fəlsəfəsini izlədilər. Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi meydan aldı. Həm də fransızların az-çoq ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəgərsiz və çürük əsərləri tə’qib olundu, tərcümə edildi və kəndiligindən xüsusi əsər yazanlar belə, bir dürlü təqliddən yaqayı sıyıramadılar. Həm də əskilik ilə yeniliyi, əcəmilik ilə fransızlığı qarışdıraraq iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar. Yalnız Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kibi məşahir, bir də milli ən’ənələri, milli duyğuları dinləyən bə’zi gənc ruhlar, gənc qələmlər köhnəlikdən, müqəllidlikdən sıyrılmağa başladılar. Namiq Kəmal kibi özünü hər kəsə sevdirə bilən böyük bir hünərvəri belə pək küçük, pək darruhlu buldular və haqları da var... “Açıq söz” 25 oktyabr 1915 İştə, türk-fars ədiblərinin kəndi millətinə, millətin əhvali-ruhiyyəsinə olan tə’sir Ingiltərədə, Fransada, İtaliyada, Almaniyada, Rusiyada və sair məmləkətlərdə də eyni dərəcədə şamil və hökmfərmadır. Məsəla ingilizləri alalım: onların ötədən bəri, cihangiranə bir əməl arqasınca qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları, siyasi qüvvətlərə mədyun olduğu kibi, fəlsəfi, ədəbi tə’sirlərdən də varəstə deyildir. İngilizlər məğrurdur, soğuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə bunlar, bu sifətlər, mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kibi dahilərin əməlpərvər, aləmşümul əsərləri, Herbert Spenser kibi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhəsiz ki, hər ingilizdə, bütün xalq ruhunda böyük və səmimi bir tə’sirə malikdir. Fransanın da Jan Jak Russo kibi həssas və məriz bir ruha malik olan filosofları, bir taqım xəyalpərəst, hoppa şairləri bə’zi əxlaqsız, modaçı romançıları, şübhəsiz ki, fransız həyatına, fransız mühitinə tə’sir etməmiş deyildir. İtaliyaya gəlincə, əski italyanlarla işimiz yoq... Biz şimdiki italyanları yalnız musiqiçi – çalğıçı tanıyoruz. Çalğının bəslədiyi ruh və əxlaq hər yerdə, hər kəscə bəlli olduğundan, onlardan, onların oynayacağı roldan bəhs etmək lüzumsuz görüldü. Rus-alman mühitinə gəlincə, bu mühitdəki həyat və ədəbiyyat daha başqadır. Rusalman sözü araya gəlir-gəlməz, həm ədib, həm filosof olmaq üzrə iki böyük sima, iki nüfuzlu mütəfəkkir qarşımızda dikilib durur. Onların biri məşhur Tolstoy, biri də alman filosofu Nitşedir. Son zamanlarda bu iki müqtədir dahinin Rusiya və Almaniyada oynadığı müvəffəqiyyət, inkar edilməyəcək bir nüfuz və qüvvətə malikdir. Tolstoy qocaman və möhtəşəm romanlarilə, ufacıq, sadə risalələrilə, munis bir qayeyi-əməl, məsihapəsəndanə bir məslək izləmiş, izlədiyi qayeyi-əməli, düşündüyü məsləki, rusiyalılara, bilxassə ruslara bəyəndirmiş, milyonlarca qarelərini, İncili-şərifin əvfedici tə’limatilə yaşatmağa çalışmış, az-çoq müvəffəq də ola bilmişdir. Məzkur Nitşeyə gəlincə o, daha başqa bir yol, daha başqa bir qayeyiəməl tə’qib etmiş. Onun əsərlərində, Tolstoyun düşündüyü “mərhəmətlərdən” əsər yoq... O, zəiflərin əzilməsini qayət təbii bulur. Məhəbbət, mərhəmət kibi duyğuların xəyalpərəstanə, mə’nasız şeylər olduğunu isbata çalışır, həm də isbat etməkdən aciz qalmaz. Ona görə də Tolstoy Nitşeyə yarımdəli alman – deyə tənqid və müaxizə edir və onun məcnunanə əsərlərinin Rusiyada təb’ və nəşrinə, tərcümə edilməsinə, nüfuz qazanmasına qızmaqdan bir dürlü kəndini alamaz. Və onun yürütməkdə olduğu fəlsəfənin yaqıcı zəhərdən başqa bir şey olmadığını da ilavə edir. Lakin eyi düşünülürsə Nitşe fəlsəfəsinin batini pək də zahirinə bənzəməyərək, daha səmimi bir mərhəmət və məhəbbətlə nəticələnir. O, Tolstoyun düşündüyü nüqtəyə acı olmaqla bərabər, daha kəskin və həqiqi adımlarla iləriləmək istər: “Hər kəsin məqsudu bir, amma rivayət müxtəlif...” Rusiyada Nitşenin qareləri az deyildir. Rusiyanın məşhur ədiblərindən, mətin üsluba, dərin düşüncəyə malik olan Dostoyevski – o böyük dahi və ruhşünas belə Nitşe yolunu, Nitşe ideyasını daha əvvəl ortaya sürmüş. Şimdiki bərhəyat ədiblərdən Leonid Andreyevin faciələrində də az-çoq Nitşe ruhu görülməkdədir. Iştə bunun için Tolstoy Nitşeyə qızdığı kibi Andreyevə yazdığı bir məktubda diyor ki: “Leonid! Leonid! Sən bəni qorqutuyorsun, fəqət bən səndən qorqacaq deyilim!” Demək ki, qoca Tolstoy bu cümlə ilə məslək və fikircə kəndinə müxalif sayılan, Nitşe ruhuna yaqınlaşan Andreyevi bir dürlü düşündürmək, müaxizə etmək istiyor. Hər halda Tolstoyun ən ziyadə nüfuz qazandığı bir Rusiya olduğu kibi Nitşenin də ən çoq rol oynadığı məmləkət, şübhəsiz Almaniyadır... İştə, demək olur ki, bu böyük mütəfəkkirlərin ən səmimi tə’sirləri hər yerdən ziyadə kəndi məmləkətlərinə olmuşdur. Bu iki məmləkətdən hər birini gözdən keçirəcək olsanız təbii, binlərcə, on binlərcə darülfünunlara, rüşdi, e’dadi məktəblərə rast gələrsiniz və milyonlarca tələbə və talibənin elm arqasınca qoşulduğunu, məzkur məktəblərə dəvam etdiyini görürsünüz. Bəlli bir həqiqətdir ki, hər məktəbdə bir çoq dərslər oqunduğu kibi ədəbiyyat, fəlsəfə, tarixi-fəlsəfə dərsləri də keçiliyor və hər məmləkətin ən məşhur ədibinin, ən nüfuzlu filosofunun əsərləri və əsərlərində qayə də birər-birər təhsil və tənqid edilir. Eyni zamanda bütün gənc dimağlar (beyinlər) birər fotoqraf kibi duyub bəllədiyi həqiqətləri böyük bir məraq ilə alır və o həqiqətlər get-gedə inkişaf edərək ümumi bir duyğu, ümumi bir düşüncə, ümumi bir əhvali-ruhiyyə təşkil edər. İştə bu gün müharibə meydanında seyr etməkdə olduğumuz yigitlər, qalibiyyət arqasınca qoşan qəhrəmanlar, həp məzkur məktəblərin məhsulu, həp məzkur darülfünunların pərvərdeyi-irfanıdır. Demək ki, bugünkü müharibədə yalnız toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsilə bəslənən beyinlər də ayrıca haiziəhəmiyyətdir. Fəqət bugünkü müharibənin gələcək ədəbiyyata icra edəcəyi tə’sir keçmiş ədəbiyyatın bugünkü müharibəyə verəcəyi tə’sirin qatqat fevqində olsa gərək... Əvət, bugünkü müharibənin hazırlamaqda olduğu zərbə, pək qorqunc, pək təhlikəlidir. Şu müdhiş inqilabdan hiç bir qüvvət qurtulamayacaq. Bütün elmlər, fənlər umulmaz dərəcədə sarsılacaq, dəyişəcək. Şübhəsiz ki, ədəbiyyat da bu aqıntıya qapılmaqdan kəndini alamıyacaq. Bəlkə daha kəskin, daha sağlam adımlarla yürüyəcək, daha doğru, daha mətin bir yol izləyəcək... Və şimdiyə qadar qaraladığımız saçmalar, bugunkü parçatikə ala-bəzək ədəbiyyatımız da büsbütün alt-üst olacaq. Gənc münəqqidlərin nəzəriistehzasına uğrayacaq. Həm də insafsız, mərhəmətsiz, e’tinasız bir surətdə yırtılıb atılacaq. Heyhat!.. Son nədamət isə fayda verməyəcəkdir. “Açıq söz”, 26 oktyabr 1915 * * * M.Qurbanəli Şərifzadə Nekroloq Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü. Qafqasyanın bir çoq mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaqından tanır və tatlı müsahibələrindən xoşlanırdı. Halbuki camaatımız ümumiyyət e’tibarilə müşarileyhi pək də layiqilə tanımazdı. Mərhum vaqtında bir çoq qəzetələrdə iştirak edər, bə’zi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhu ilə kəndi irqdaşlarını düşünüyordu. Lakin bir dürlü səsi çıqmazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlanmazdı. “Sağ əlinlə verdiyini sol əlin duymasın!..” – üsuluna ən çoq riayət edən sadiq, fədakar həmiyyətli bir sima idi. O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi, həm də müəllimlərdən artıq mə’lumata malik idi. Hiç bir mədrəsə tərbiyəsi görmədiyi halda, mərhum kəndi himmət və qeyrətilə, kəndi səbat və mətanətilə türkcə, farsca, rusca oqur-yazardı; tətəbbö və mühakimələrdə bulunardı. Bir an, əvət, bir an belə elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı. Onda son dərəcə böyük bir iste’dad və məziyyət var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olması idi. Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşünən, ülum və maarifi təqdir edən bir çoq gənclər gerçəkdən də mərhum müşarileyhə qarşı mədyuni-şükran olmalıdır. Çünki hər biri onun birər mə’nəvi şagirdidir. Naxçıvan kiçik bir şəhərdir. Kəndisi də maarif hissinə olduqca biganə və əskidən bəri səfsətələr ilə vaqt keçirən bir mühit olduğundan daima xalqın gözünə qara pərdə çəkməkdən zevq alan bir taqım gevşək ruhlu, qara fikirli, kor idraklı əşxasın əlində oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda naxçıvanlılar, Naxçıvandakı gənc simalar yalnız və yalnız Şərifzadə və onun kibi bir qaç həqiqətpərvər zəvat sayəsində cəhalət qaranlığından qurtuldu, qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını dərk etməyə müvəffəq oldu. Və bugünkü Naxçıvan, demək olar ki, Qafqasyanın digər şəhərlərinə nisbətən pək də geridə olmayıb, az-çoq düşüncəli, mühakiməli, ziyalı similar yetirmək ümidini bəsləməkdədir. Mərhum zəngin bir ailəyə mənsub deyildi, yoqsul gənc ikən Naxçıvanı tərk etmiş, Bakıya gəlmiş, Türküstana keçmiş, yeni işlədilməkdə olan dəmir yollarında çalışmış, biriki sənə zərfində kəndi e’tibar və səbatı sayəsində mə’ruf bir mütəəhhid kəsilmiş və böyük rollar ifa etməyə başlamışdır. Mumileyh beş arşın yeri ölçər, onu islah və tənzim etdirməklə məşğul olarkən, yanındakı mühəndislərdən istifadə etməyi də əsla unutmaz. Cəbr, həndəsə, müsəlləsat, kosmoqrafiya və sair ülumi-riyaziyəyi təəllümlə, mühakimə və tətəbbö’lə uğraşır, eyni zamanda həm əmələ, həm mühəndis, həm də mütəfəkkir bir alim həyatını yaşardı. Qazandığı paralarla müvəffəq olaraq evdə istirahətə çəkilir, bir taqım elmi, ədəbi, tarixi kitabları mütaliə və mühakimə ilə iştiğal edərdi. Və aldığı, topladığı mə’lumatı həqiqi bir el müəllimi kibi bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara duyururdu, duyurmaq istiyordu. İştə ondan Naxçıvana, Naxçıvan gənclərinə toqunan istifadə də böylə, tə’til zamanlarında vüqu buluyordu. Mərhum təqribən altmış yaşlarında gənc ruhlu, gənc fikirli bir piri-möhtərəm idi. Mütəvəffa, sərətan (xərçəng) xəstəliyindən tərkihəyat etmiş... Şübhəsiz, bu cangüdaz xəstəlik, bu qorqunc dərd pək də çəkilir dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan daha böyük, daha dəhşətli bir dərd var ki, o da böylə inqilablı və məraqlı bir zamanda əbədiyyən cihana, cihani-hürriyyətə vida etməsidir. Uzun illərlə həbsxanə guşəsində, işgəncələr altında çırpınan, müdhiş və qaranlıq zindanlardan qurtulmaq həvəsilə uçan bir məhbus, fədakar bir mücahid həbsxanənin qapıları açılıb da hürriyyət və inqilab ağuşuna atılacağı sırada tərki-həyat edərsə, əcəba nələr duyar, nasıl müztərib olur! Nə vəziyyətdə bulunur, nasıl mütəəssir olur?! İştə mərhum müşarileyhin halı da eyni məhbus halını xatırlatır. Cənabi-Haqq ruhi-nəcibinə rəhmət, evlad və ailəsinə, əhibba və əqrəbasına səbr və mətanət kəramət eyləyə... Hüseyn Cavid “Açıq söz”, 9 iyun 1917 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.