Səyavuş Hüseyn Cavid (1882–1941) Səyavuş ƏŞXAS Keykavus — Kəyan tacdarı, bir qədər ixtiyar. Südabə — Suriya kralının qızı, Keykavus hərəmi. Rübabə — Südabənin süd anası, ağ saçlı. Səyavuş — Keykavus oğlu, əvvəlki hərəmindən, çox gənc. Rüstəm — məşhur pəhləvan, Zal oğlu. Vəzir Münəccim Münəccimbaşı Tus Bəhram Yavərlər Əfrasiyab — Türk xaqanı, ortayaşlı. Gərşivəz — onun qardaşı. Firəngiz — Əfrasiyab qızı. Piran — Divanbəyi, ixtiyar. Tosun — Gərşivəzin yavəri. Çin elçisi, rəqqasə, Kosa lələ, pişxidmət, cariyələr, cəngavərlər, köylülər və sairə... Vali, müşavir, Altay, Yalçın, təzə gəlin... nədimələr, saray qızları, yavərlər, əsgərlər və üsyançılar... * * * Başlanğıc -Zabilistanda təlim meydanı. Səhər erkən… Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səyavüş bir köy d ə l i q a n l ı s i l ə qılıc təlimi yaparaq vuruşur. Bir yanda Z a l oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir q a d ı n l a k ö y l ü q ı z l a r və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir. Ümumi alqış.* R ü s t ə m Afərin, Səyavüş! K ö y l ü l ə r Yaşa, bin yaşa! S ə y a v ü ş Ər gərək ər meydanında çarpışa. R ü s t ə m Kim istərsə, gəlsin! İ k i n c i d ə l i q a n l ı Bənimdir sıra. S ə y a v ü ş Sən də gəl, ər istər bana saldıra. Qılıclar parlar, vuruşurlar. Səyavüş üstün gəlir. Alqış… K ö y l ü l ə r Yaşa! S ə y a v ü ş Kim gəlirsə gəlsin, çəkinməm. R ü s t ə m Yalnız eşdir ona Zal oğlu Rüstəm. S ə y a v ü ş Bən səndən öyrəndim qəhrəmanlığı, Yenilsəm də yoqdur peşimanlığı. R ü s t ə m Durmayın, çalın da gurlasın davul. S ə y a v ü ş Aydın olsun kimdir qəhrəman oğul. (Çarpışırlar, hiç biri yenilməz.) R ü s t ə m Nə sən, nə bən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əskəri muzika eşidilir. Rüstəm əlini alnına qoyub baqar. B ə h r a m Kimdir onlar? İştə önlərində Tus! R ü s t ə m Bəlli, göndərmişdir onu Keykavus. T u s bir bölük cəngavərlə gəlir, təmənna edər. H a m ı Salam Zal oğluna Kəyan şahından. T u s Salam Səyavüşə!.. Al, iştə fərman! (Bir məktub verir.) Bu gündən atmalı köy mühitini, Möhtəşəm saraylar bəkliyor səni! S ə y a v ü ş (məktubu gözdlən keçirir, Rüstəmə) Azadə dirliyə alışdım artıq, Ağır gəlməzmi ya bana ayrılıq? R ü s t ə m Madam ki, əmr etmiş bizə şah baban, Çıqmalıyız yola günəş doğmadan. S ə y a v ü ş (ağsaçlı, köylü qadına yaqlaşır, əlini öpər). Sağlıqla, ey böyük, möhtərəm ana! Sən anadan daha yaqınsın bana! Q a d ı n (onun alnından öpərək) Quzum! Er-gec parlar adın cihanda, Diz çökərlər sana qarşı hər yanda. Zalimlə məzlumu, saqın, bir tutma, Yediyin ətməyi, duzu unutma! Hər ölkəyə varsan, bizi anarsın, Nasırlı əllərə acır, yanarsın. (Dərindən ah çəkərək.) Şən saraylar məğrur etməsin səni, Düşün daim yoqsulların dərdini. Uyma evlər yıqan kinli şahlara, Acı! Köyüsləri yaqan ahlara! (Səsini yüksəldərək.) Biz səni bəslədik, çalış, adil ol! Haydi, yavrum, şanlı yol, uğurlu yol! Coşqun muzika… Uzaqlaşırlar. R ü s t ə m Şanlı yol, uğurlu yol! K ö y l ü l ə r Şanlı yol, uğurlu yol! (Deyə onların izilə gedərlər.) Pərdə * * * Birinci pərdə -I SƏHNƏ** -Keykavus sarayında son dərəcə parlaq bir salon… Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr… Coşqun musiqi ətrafı çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində i k i c a r i y ə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baqır* B i r i n c i c a r i y ə (gənc… bağçeyi göstərir) Nə parlaq ziyafət, nə şanlı bayram! Keykavus sarayı rəqs edər tamam. İ k i n c i c a r i y ə (daha gənc) Nazlı məlikəmiz Südabə, əfsus, Hər sevincə qarşı kədərli, məyus. S ü d a b ə Nəş’ədən bayılsa bütün kainat, Sevda bulutları gülərmi? Heyhat! B i r i n c i c a r i y ə İştə, qədəhlər doldu. İ k i n c i c a r i y ə Yenə meylər sunuldu. M u z i k a. S ü d a b ə Səyavüşün sağlığına içdilər, O həm gənc və gözəl, həm də cəngavər. B i r i n c i c a r i y ə Əvət, çeviklikdə bənzər qaplana. İ k i n c i c a r i y ə Qəhrəmandır, üstün gəlir arslana. S ü d a b ə Gücsüz tanrıdansa güclü qəhrəman Səcdəyə, hürmətə layiq hər zaman. B i r i n c i c a r i y ə Baqsana! Səyavüş gəliyor sana. S ü d a b ə Siz çəkilin! (Pişxidməti göstərir.) O da getsin bir yana. Hər üçü gedər. Qumral saçlı, başı açıq S ə y a v ü ş gəlir. S ə y a v ü ş Südabə! S ü d a b ə Səyavüş! S ə y a v ü ş Şah babam bəni Göndərdi ki, də’vət eyləyim səni. S ü d a b ə Söylə, məraqlımı saray həyatı? S ə y a v ü ş Məraqlı olsa da köy xatiratı Könlümü daima cəzb edib durur. S ü d a b ə Səncə o yaşayış daha xoşmudur? S ə y a v ü ş Çocuqluqdan bəri alışdım köyə, Zal oğlu Rüstəmdən aldım tərbiyə. Dağlarda yaşadım, ceyran avladım, Böylə şənliklərə mənus olmadım. S ü d a b ə (onun əllərini yaqalar) Könül, sən söylədikcə, Anar əski çağları. Canlandı gözlərimdə Həp Suriyə dağları. S ə y a v ü ş (getmək istər) Babam səni bəkliyor. S ü d a b ə Bəkləsin, istəməm, dur! Orda bütün gözlər səni süzərkən, Qısqanmağa başlıyorum bən həmən. Qəlbim çırpınıyor dodaqlarımda, Gəl, öpəyim səni… (Öpərək başını onun köksünə dayar.) Bəni bağışla! S ə y a v ü ş Anam ölmüşsə də, bu gün sən bana İkinci annəsin ısındım sana. S ü d a b ə Deyil ana, sən yalnız Bana Südabə söylə! Unutma, bir yaşdayız, Eş kimiyiz səninlə. (Bir daha öpmək istər.) S ə y a v ü ş (geri çəkilir) Bıraq!.. S ü d a b ə Çəkinmə, ah, dur! S ə y a v ü ş Bən gedəyim. (Gedir.) S ü d a b ə Nə məğrur! Pusuda duran pişxidmət son mənzərəyi görür, çəkilir. R ü b a b ə (gəlir, təlaş ilə) Nədir gözlərində coşan fırtına? S ü d a b ə Dərdim böyük, sorma, Rübabə, sorma! R ü b a b ə Sən Suriyə kralının yavrusu, Yaraşmıyor bu hal sana doğrusu. S ü d a b ə Nə söyləyim, gəlməz dilə, Bəni üzən fırtınalar. Gəncliyimi gülə-gülə Xırpalayan bir kabus var. Könlümdəki atəşləri Parlatamaz sönük yanğın. Çəlik qollar istərim ki, Bəni didsin, parçalasın. R ü b a b ə Söylə, hər nə dərdin olsa aç bana, Süt anası deyilmiyim bən sana?! S ü d a b ə Qoymadı Səyavüş artıq bəndə can. R ü b a b ə Keykavus duyarsa çıldırır, inan! S ü d a b ə Əgər bütün saray yanıb tutuşsa, Vaz keçəməm onun aşqından əsla! M u z i k a. R ü b a b ə Çocuqluq yetişir, topla kəndini! S ü d a b ə Ah, şu sönük tale məhv edər bəni, Könlümü zorluyor sevmədiklərim, Sevdiyimdən bilməm nələr bəklərim!? (Salonu tərk etmək istər.) K e y k a v u s (qarşı gələrək) Niçin Səyavüşü qırdın, gəlmədin? S ü d a b ə Rahatsız kibiyim… K e y k a v u s (onun gözlərini süzərək) Nə olmuş, niçin O şən yıldızları öpər bulutlar? Bilirsin ki, sənsiz nəş’ələr susar. Nerdə rəqqasələr? Gəlsin, oynasın! Nəş’ə dalğaları coşub qaynasın. -Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gülgəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şarqı söyləyərək rəqsə dəvam edər. Sonra yenə sözsüz olaraq oynar və bayğınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub gətirir, vəzirə verir.* K e y k a v u s Nə yazmış? V ə z i r Türk ordusu Keçmiş bizim hüdudu. Atılaraq iləri, Talamışlar köyləri. K e y k a v u s (sarsılaraq qalqıb oturur) İranda Rüstəm kibi Pəhlivanlar dururkən; Nə cür’ətdir bilməm ki, Oh, bu azğınlıq nədən!? R ü s t ə m Xayır, şahim, aldırma, Yersizdir bu iztirab. Rüstəm dursun, onlara Səyavüş verir cəvab. T u s Səyavüş var olsun, bəla görməsin, Sayğısız düşmana aman verməsin. B i r i n c i c ə n g a v ə r Səyavüş bu yurdun fəxri, şanıdır. İ k i n c i c ə n g a v ə r Kəyanın sarsılmaz qəhrəmanıdır. S ə y a v ü ş Yurdumuzu çignəyən Sayğısız hər kim olsa. İnan ki, çoq sürmədən, Diz çökəcək qarşıda. Bizdə dəmir biləklər, Çəlik qollar az deyil; Saldırıcı, hünərvər Mərd oğullar az deyil. K e y k a v u s (qızğın bir tevr ilə qalqaraq) Yoq kimsədən qorqumuz, Hazır olsun ordumuz. Həp parlasın qılıclar, Görülsün kimdə güc var. M ü n ə c c i m (gəlir, sola doğru yürür, pişxidmətə) Gözlərin həp parıldar, Yoqsa bir xəbərmi var? P i ş x i d m ə t Var yeni bir sevişmə. M ü n ə c c i m Nasıl, anlat, kim-kimə? P i ş x i d m ə t Südabəni gördüm bən Səyavüşü öpərkən. K e y k a v u s Türk ordusu Keçmiş bizim hüdudu. Atılaraq iləri, Talamışlar köyləri. M ü n ə c c i m Şahim! Bıraq təlaşı! Qulun – münəccimbaşı Yıldızları süzərkən; Keçən gecə duydum bən, Bu səfərdə ən parlaq Zəfər bizimdir ancaq. S ü d a b ə Təkbaşına Zal oğlu Üstün gələr onlara. K e y k a v u s Ya Səyavüş? S ü d a b ə Xayır, o Getməsin bu qavğaya. K e y k a v u s Niçin? S ü d a b ə Çünki əqrəba! Dönüklük etməzmi ya? Anasıdır turanlı… K e y k a v u s (əlini köksünə vuraraq) Babası da İranlı, Cihan xain çıqsa da, Çıqmaz Səyavüş əsla! (Sağ tərəfdən çıqar.) M ü n ə c c i m (pişxidmətə) Südabəni gördün sən Səyavüşü öpərkən? Gözdən qaçırma, diqqət! (Bir kisəcik para atar.) Al iştə, sus! (Gedir.) P i ş x i d m ə t İtaət! (Altınları avıcında oynataraq, şən qəhqəhə ilə.) Altın, altın!.. O hər dərdin dərmanı, Altın pəncəsindən qurtulan hanı? Çalış cibin dolsun, cihan sənindir, Ad şahın olsa da, fərman sənindir. (Kisəni öpərək.) İştə Yəzdani-pak, iştə Əhrimən! Həp budur ağlatan, budur güldürən!.. Bu göstərir divi mələkdən incə, Gündüz bunsuz olar qaranlıq gecə. B i r i n c i c a r i y ə (təlaş ilə gəlir) Ah, fəlakət!.. P i ş x i d m ə t Nə var, nə olmuş sana? B i r i n c i c a r i y ə Şahın çılğınlığı varmışdır sona, Südabə getdi də, o fürsət buldu, Həmən bizim odamıza soquldu, Pəncəsində qaldı küçük cariyə, Qızcığazı sürüklüyorr heçliyə. P i ş x i d m ə t (alayçı gülüşlə) Yoq, canım, şahımız öylə səfilmi? Qolundan tutaraq) Sarsaq! Bütün qızlar onun deyilmi? B i r i n c i c a r i y ə (geri çəkilir, kinli) Yerə batsın tacı, gülməsin yüzü! (İç qapıya baqar.) İştə o! Parlıyor canavar gözü, Qurtar bəni, aman, gəldi… P i ş x i d m ə t (yan pərdəyi göstərir) Gir, saqlan! (Gizlənir.) Kim vaz keçər sənin kibi maraldan. K e y k a v u s (sərxoş adımlarla ikinci cariyəyi izləyərək gəlir) Getmə, dur, qaçma, gəl! (Pişxidmətə.) Saqın, bıraqma! P i ş x i d m ə t (qızın önünə keçib yaqalar) Şaşırma! K e y k a v u s Baq, böylə! İ k i n c i c a r i y ə (şaha qarşı diz çökərək) Qüsura baqma! Bir çocuğum, hənuz yetişmədim bən… K e y k a v u s Könül həp zevq alır tazə qönçədən, Unutma ki, hər gün nazlı bir sona, Yavru bir gövərçin qismətdir bana. (Qolları arasına alır.) İ k i n c i c a r i y ə (əlində çırpınır) İstəməm, istəməm, öldürün bəni, Lakin toqunmayın! K e y k a v u s Pək ey, gəl səni, İncitməm, sevərək öpüb oqşarım. İ k i n c i c a r i y ə İstəməm… K e y k a v u s Sözümdən çıqsan, doğrarım. (İçəriyə doğru sürüklər.) P i ş x i d m ə t (soyuq gülüşlə) Gözəl töhfə! Budur nəsibin ancaq! Qurtuluş yoq sana… B i r i n c i c a r i y ə (pərdə arqasından çıqar, Keykavusun getdiyi tərəfə) Şərəfsiz, alçaq! P i ş x i d m ə t Ağzını yum, bu söz çəkilməz artıq, Şaha qarşı nədir bu sayğısızlıq!? B i r i n c i c a r i y ə Yetər, o həris bir canavar kibi Hər gün parçalayıb durur bir qəlbi Beş gün əvvəl, ah! O qanlı hökmdar Bənimlə də etdi bu dürlü rəftar. İsmətimi aldı ayaq altına, Yalvardım, çıqmadı səsim bir yana. P i ş x i d m ə t Qurtuluş yolu yoq deyildir sana. B i r i n c i c a r i y ə Söylə, hanki yoldur o, göstər bana! P i ş x i d m ə t (mə’nasız gülüşlə) Şah keyfini sürdü, bu gündən sonra (əli köksündə) Onun kölgəsinə gəlmişdir sıra. B i r i n c i c a r i y ə Anlamadım… P i ş x i d m ə t Ondan artan yosmalar, Bənim yatağımda nəş’əyə dalar. Fəqət çoq sürmədən keçər fırtına, O qız varır şanlı bir komandana. B i r i n c i c a r i y ə (fəna halda sarsılır) Yetər, sus, yetər, ah, duyğusuz kölgə! Bən istəməm ləkə üstündən ləkə. (Getmək istər.) P i ş x i d m ə t Getmə, dur! B i r i n c i c a r i y ə Doqunma, yetər, rəzalət! Göylərəmi uçdu haq və ədalət? -Bu sırada Səyavüş belində qılıc, başında yarımtac olaraq onları görüncə heyrətlə dinlər.* P i ş x i d m ə t (qıza yaqlaşır) Haq və ədalətmi?!.. O bir quş olsa, Şahın sarayında yapamaz yuva. (Alaycı qəhqəhə ilə.) Haq və ədalət!.. Nə gülünc əfsanə! Bu lafdan xoşlanır ancaq divanə. Çocuqluq yetişir, gəl bu aqşam da, Vaqtını xoş keçir bənim odamda. (Qızın qolundan tutaraq) Unutma ki, sənin kibi yüzlərcə, İsmətlər pozulur burda hər gecə. B i r i n c i c a r i y ə Bıraq, demək sən də Keykavus kibi, Hiçliyəmi gömdün vicdanı, qəlbi? P i ş x i d m ə t Söylənmə, gəl bəri! B i r i n c i c a r i y ə (geri çəkilir) Yetər quduzluq. P i ş x i d m ə t (qucaqlar) Sən bir oyuncaqsın, bən də bir çocuq. S ə y a v ü ş (sərt və kinli) O bir quzu, sən bir quduz canavar. (Hər biri şaşqın adımlarla bir tərəfə gedər.) Ah, nə qadar çirkin, vəhşi duyğular!.. Hiç yalan deyilmiş anamın sözü, Başqa imiş sarayların iç yüzü. O da bu çirkablar içində sönmüş, Gənc yaşında ömrü sərabə dönmüş. Sarmış da hər yanı bayquşlar səsi, İştə, gülünc faciələr səhnəsi! S ü d a b ə (gəlir. Darğın baqışla ona yanaşar) Səyavüş! Səyavüş! Küskünüm sana. S ə y a v ü ş Kəyan şahı nerdə? Sözüm var ona. S ü d a b ə Nə söz? S ə y a v ü ş Hərbə aid… S ü d a b ə Şaşırdınmı sən? Niçin qavğa sözü düşməz dilindən? Cəlladmısın, səndə gönül yoqmudur? S ə y a v ü ş Bəndəmi? S ü d a b ə Öylə ya… S ə y a v ü ş Niçin? S ü d a b ə (əli köksündə) Aman, dur! Səbr edəməm qavğa sözü gəlincə. S ə y a v ü ş Yuca ruhlu annə, qəlbin nə incə!? S ü d a b ə Bir yaşdayız, insaf edib baqsana, Ana deyil, yalnız vurğunum sana. (Birdən-birə sarılır) S ə y a v ü ş (şaşqın bir halda geri çəkilir) Sən xastasın… S ü d a b ə Söylə, təbibim hanı? S ə y a v ü ş Səndə vardır azğın bir əqrəb qanı, Ehtiras alavı yaqmasın səni. S ü d a b ə Söndür o atəşi, sevindir bəni! Yoqsa… o atəşdə kəndin yanarsın, Məhv olurkən bu xoş günü anarsın. S ə y a v ü ş Ölümdən qorqmuyor Keykavus oğlu, Xəyanət ləkəsi daha qorqulu!.. S ü d a b ə (diz çökərək) Bir busə ver bana!.. S ə y a v ü ş (qolundan tutub qaldırır) Yetər bu zillət! S ü d a b ə Sənin, həp varlığım sənin… S ə y a v ü ş Rəzalət! S ü d a b ə Gözəlliyə qarşı kordur gözlərin, Baq, eyi baq!.. (Sinəsini açar.) S ə y a v ü ş Əvət, gözəl hər yerin, Lakin, əfsus, bənim gözümdə çirkin!.. S ü d a b ə Təhqir etsən belə bıraqmam səni. (Sarılır) S ə y a v ü ş (itələyər) Çəkil, ehtirasın qara yelkəni! Sən nəsin? Bir heç, bir şərəf xırsızı, Vəhşi Suriyənin uğursuz qızı! -Pişxidmət bu levhəyi görür, çəkilir. * S ü d a b ə (incə ipək kömləyini yırtıb paralar, köksü tamamilə dışarı çıqar) Gözəlliyə qarşı kordur gözlərin. (Çılğınca bir ahəng ilə bağırır.) Sən xainsin, əvət, duyğusuz xain! Ax, yetişin, bəni məhv etdi xain! K e y k a v u s (səsə çıqar) Kimdir xain? S ü d a b ə Oğlun! K e y k a v u s Nə kirli təhqir! S ü d a b ə "Babam nerdə?" – deyə gəlib söz atdı, Bana xəyanət əlini uzatdı. Baq, iştə kömləyim!.. K e y k a v u s Əvət, bəllidir. S ü d a b ə Bu çirkin ləkədən xilas et bəni! (Hönkürtü ilə ağlayaraq pərdə arqasına keçər.) K e y k a v u s (səsə gələn pişxidmətə) Çağır münəccimi! Səyavüş! Səni Yolundan sapdıran hanki duyğudur? S ə y a v ü ş Oğlun nə sapqındır, nə də suçludur. K e y k a v u s Bir həqiqət yoqmu bu sözdə? S ə y a v ü ş Əsla! Ləkəm varsa təmizlərim qanımla. M ü n ə c c i m Nə olmuş? P i ş x i d m ə t Südabə etdi iftira. M ü n ə c c i m Şahim! Əmr ediniz! K e y k a v u s Var bir macəra, Acı bir sirr!.. Onu kəşf et sən bizə! M ü n ə c c i m (qafasını sallayaraq) Təlaş verir gözəl bir qadın sizə. K e y k a v u s Səyavüş nasıldır, o suçsuzmu, ya? M ü n ə c c i m Yoq bir düşüncəsi qavğadan başqa. K e y k a v u s Çarə bul, seçilsin doğru əyridən. M ü n ə c c i m Əmr ediniz atəş yaqılsın həmən; Keçsinlər üstündən, diqqət eyləriz, Yanan suçlu olur, yanmayan təmiz. K e y k a v u s Yanan suçlu olur, yanmayan təmiz. (Qızğın) Atəş, atəş!.. Çabuq atəş yaqılsın! Pərdə -II SƏHNƏ** -Atəş ətrafında oquyaraq Zərdüşt ayini icra edərlər.* M ö’ b i d l ə r Əmr etmiş yaradan, Bir sınaqdır iştə! Günahsız bir insan Yanmaz bu atəşdə. Qızlar rəqs edərlər. K e y k a v u s Nerdədir məlikə? B i r i n c i c a r i y ə O şimdi bayğın!.. K e y k a v u s Bayılsa ayılsın, ölsə dirilsin! C a r i y ə gedər. M ü n ə c c i m İştə, atəş! K e y k a v u s Bıraq Südabə gəlsin. M ö b i d l ə r Müqəddəs alavdan Keçənlər qurtulur. Əyri yollar gedən Həp yanar, kül olur. -Qızlar təkrar edərlər. Münəccim Səyavüşün tacını və qılıcını alır, ağ və uzun bir kömlək geyindirər, Südabə saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir.* K e y k a v u s Yaqın gəl! S ü d a b ə Əmriniz? K e y k a v u s Girin atəşə! S ə y a v ü ş Bən hazırım. S ü d a b ə Yazıqdır Səyavüşə. K e y k a v u s Öncə sən girərsin. S ü d a b ə Bu xoşdur bana, Könlümdə yanğın var, başda fırtına. (Acı gülüşlə.) Tə’sir edərmi hiç atəş atəşə? Vuruldum yanaraq bən Səyavüşə… K e y k a v u s (əl çalaraq) Cəllad!.. (Südabəyi kinli baqışla süzərək.) Nə sayğısız, nə düşgün qadın. (İki təbərdar ilə cəllad gəlir.) Alın şu azğını, həmən asılsın! Hər kəs ibrət alsın cənazəsindən. S ü d a b ə (acı və şaqraq qəhqəhə ilə) Nə dəhşətli qərar!? Gözəl düşünsən, Sevgisiz yaşayan canlı bir məzar! Sevərkən ölənlər daha bəxtiyar. (İki-üç adım uzaqlaşaraq dönər.) Səyavüş, Səyavüş! Sənin bir busən Dəyərlidir Kəyan tacından… S ə y a v ü ş Ah, sən!.. S ü d a b ə Əlvida, əlvida… eşsiz qəhrəman! Gedərlər. K e y k a v u s Oh, ipəkli yılan, sevimli qaplan! S ə y a v ü ş Lütf ediniz! K e y k a v u s Söylə! S ə y a v ü ş Niçin asılsın? K e y k a v u s Ya nə olsun? S ə y a v ü ş Məhbəslərə atılsın, Bəlkə Yəzdani-pak edər mərhəmət, Tutduğundan peşiman olur… V ə z i r Əvət, Oğlunuz hiç yanılmıyor, əfəndim! Bu gözəl tədbiri bən də bəyəndim. K e y k a v u s Xayır, bu mümkünmü? V ə z i r Niçin olmasın? K e y k a v u s Niçinmi? Niçinmi? İştə, o sapqın Çirkin bir ləkədir Kəyan tacına. S ə y a v ü ş Şaşırmış qadındır, acıyın ona! V ə z i r Baş hərəmdir, əvət, e’dam etsəniz; Müztərib olacaq bundan ölkəmiz. K e y k a v u s Get, söylə, o vəhşi dağlar pərisi, Duymamalı artıq bir insan səsi. R ü s t ə m Şah sağ olsun, iştə ordumuz hazır, Bütün qəhrəmanlar əmrə muntazır. K e y k a v u s (münəccimlər çıqırlar, oğluna) Səyavüş! Qalmadı bir şübhəm sana, Vuruldum səndəki parlaq vicdana. Bir ləkə var bəlkə ayda, günəşdə, İncə bir iz belə yoq Səyavüşdə. Əvət, südün təmiz, açıqdır alnın, Sapdıramaz səni hər oynaq qadın. Haydi, yavrum! Gözü yollarda ordun, Get, zəfər tanrısı yardımçın olsun! Keykavus əli ilə işarə edər, Rüstəm, Səyavüş, Tus, Bəhram və cəngavərlər gedər. Pərdə * * * İkinci pərdə -I SƏHNƏ** -Yaqında bir köy, uzaqda Bəlx qəl’əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl’ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə’muru ağır yürüyən işçiləri qırbaçla vurub sür’ətli hərəkətə məcbur edər. İki bənna divar üstündə türkü söyləyərək çalışır.* B i r i n c i b ə n n a Gəl, quzum, tez ol da gəl! Gözüm qaldı yolda, gəl! Çamur gətir, daş gətir! Durma, arqadaş, gətir! İ k i n c i b ə n n a Haydı, quzum, kərpic at, Kirəc gətir, az su qat! Gecikmə, gəl, durma, gəl! İşə zərbə vurma, gəl! B i r i n c i m ə’ m u r (aqsayan bir qulu itələyir) Çapuq yürü, aqsama, Çox qalmadı aqşama. İ k i n c i m ə’ m u r (İxtiyar köylüyü vurur) Haydi, şaşqın ixtiyar! Tənbəllərə qırbaç var. İ x t i y a r Vurma, sönmüş qüvvətim, Yoqdur daha taqətim. İ k i n c i m ə’ m u r Başqa laf istəməm, sus! Əmr eyləmiş Keykavus: Bu qəl’ə hər nə olsa Bitməlidir bir aya. B i r i n c i m ə’ m u r Hər kim boyun qaçırsa, Ölümdür ən son cəza. İ k i n c i m ə’ m u r Əvət, bu möhkəm qəl’ə Yüksələcək göylərə. (Uzaqdakı Bəlx qəl’əsini göstərir.) Bəlxə qarşı daima Olacaq hökümfərma. B i r i n c i b ə n n a Gəl, quzum, tez ol da gəl! Gözüm qaldı yolda, gəl! Çamur gətir, daş gətir! Durma, arqadaş gətir! İ k i n c i b ə n n a Haydı, quzum, kərpic at, Kirəc gətir, az su qat! Gecikmə, gəl, durma, gəl, İşə zərbə vurma, gəl! B i r i ş ç i q ı z (əlində boş çamur tabağı, təlaş ilə gəlir) Gəldilər, ah gəldilər. B i r i n c i m ə’ m u r Kimlər? İ ş ç i q ı z Bir xeyli əskər. B i r i n c i m ə’ m u r Bəlli, şah nəfərləri. İ k i n c i m ə’ m u r (baqar) Əvət, durma, gəl bəri! Gedərlər. Çalışan köylülər bir yerə toplanır. A l t a y Qızmış demək yenə saray qurtları, Çiynəyəcək həp keçdiyi yurtları. İ x t i y a r Altay, Altay, coşma, saqın, duyarlar, İsyançı, qaçaqçı deyə qıyarlar. A l t a y Bütün ölkə inləyirkən aclıqdan, Şu vicdansızların qidası həp qan. İ x t i y a r Bitmədi də xalqı üzən qırbaçlar, Parlayacaq şimdi oqlar, qılıçlar. İ ş ç i q ı z Şah da bərabərmi? İ x t i y a r Kim bilir! İ ş ç i q ı z (Çocuqca bir sadəliklə) Baba! Şah da bizim kibi bir insanmı ya? İ x t i y a r Əvət, o da bir nev insan sayılır. A l t a y Yalnız onun iki buynuzu vardır. İ ş ç i q ı z (ixtiyara) Bən hiç buynuzlu şah eşitməmişdim, Bu söz doğrumu ya? İ x t i y a r Doğrudur, cicim! B i r i n c i b ə n n a Keykavusun olmasaydı buynuzu Baş hərəm saymazdı bir uğursuzu. İ x t i y a r Əvət, sanmayın ki, o pək şanlıdır. B i r i n c i b ə n n a Qulağının dibi zə’fəranlıdır. İ ş ç i q ı z Bu hiç olur şeymi? İ x t i y a r Yavrum, ən düzü, Bütün sarayların budur iç yüzü. O sapqın böcəklər föhşə mə’nusdur, Həya, namus ancaq bizə məxsusdur. B i r i n c i m ə’ m u r (arqadaşı ilə bərabər geri dönər) Nə var yenə, yoqsa fürsət buldunuz? Haydi, iş başına! (Aqsağa bir qırbaç ilişdirir.) Biçimsiz donuz! B i r i n c i b ə n n a Çamur gətir, daş gətir! Durma, arqadaş, gətir! İ k i n c i b ə n n a Haydi, babam kərpic at, Kirəc gətir, az su qat! B i r i n c i m ə’ m u r (düşünüb duran ixtiyar köylüyü şiddətlə vuraraq) Haydi, baqıb durma, bunaq ixtiyar! İ x t i y a r Ah! D ə l i q a n l ı (qolundan tutub qaldırır, mə’mura) Vicdansız!.. B i r i n c i m ə’ m u r (Dəliqanlıya bir sillə vurur) Aşma həddini, mırdar! D ə l i q a n l ı Bir də vur! B i r i n c i m ə’ m u r (bir daha vurur) İştə, al! D ə l i q a n l ı (onu yaqalar, dizi altına alaraq) Şımardın, yetər! Baq, adamı böylə rəzil edərlər. İ k i n c i m ə’ m u r (çalışan köylülərin içindən fırlayaraq) Bıraq! K ö y l ü l ə r (ona hücum ilə) Saqın, coşma! (Mə’muru yaqalayırlar.) B i r i n c i m ə’ m u r (boğuq səslə) Bıraq! D ə l i q a n l ı (birinci mə’muru ayağı ilə itərək) Sus, alçaq! Yetər, biz deyiliz sizə oyuncaq. Bu ilk ibrət olsun, unutma əsla, Azğınlara qarşı yoq deyil cəza! -Şaşqın bir sükut… Bu sırada əskəri muzika ortalığı çınlatır. T u s ilə bərabər İ r a n c ə n g a v ə r l ə r i ətrafı sarır.* B i r k ö y l ü (təlaş ilə gəlir, çalışanlara) Zavallılar! Burda siz Qan-tərlərə batarkən, Köydəki hər qülbəniz Batmış yasa içindən. T u s Nə olmuş? K ö y l ü Aqınçılar, Həp var-yoqu aldılar. İ ş ç i q ı z (Tusun əskərlərinə) Yardım edin bizlərə, Ümid ancaq sizlərə! T u s Haydi, çabuq getməli, Həpsini dəf’ etməli! Ə s k ə r l ə r Durmayın, arş iləri! Çevirəlim həp geri. Əskərlərin bir qısmı, mə’murlar və köylülər gedər, muzika… T u s (başqa tərəfə baqar) Baqın, şu yoldan keçən Adamlar hanki eldən? B i r i n c i c ə n g a v ə r Bəhey, yolçu! Getmə, dur! T u s Yabançıya bənziyor. Kibar qıyafətli bir çinli onlara yaqlaşır. B i r i n c i c ə n g a v ə r Gəl bəri! T u s Siz kimsiniz? E l ç i Çindən gələn elçiyiz, Gətirmişiz xaqandan Keykavusa ərməğan. T u s Yoldaşların nerəli? E l ç i Bəlli, bizim ölkəli. B i r i n c i c ə n g a v ə r Kim bilir, bəlkə casus!? T u s Yetər, sus! B i r ə s k ə r (gəlir, təmənna edər.) Qəhrəman Tus! Çoq uzaqda, yoldan bir toz yüksəldi. T u s Görünür Rüstəmlə Səyavüş gəldi. (İki-üç əskərlə uzaqlaşır.) B i r i n c i c ə n g a v ə r (elçiyə, gəldiyi tərəfi göstərir.) Dəmin orda incə bir qız da gördüm… B i r ə s k ə r Qız demə, bir nazdır etmiş təcəssüm. E l ç i Çin xaqanı onu göndərmiş şaha. B i r i n c i c ə n g a v ə r Gətir bana! İ k i n c i ə s k ə r Bıraq, Səyavüş duysa, Nə azğınlıq!? – deyə həmən saldırır, Babamızı məzarından qaldırır. B i r i n c i ə s k ə r (alayçı gülüşlə) Gözəllərə baqmaq könül qidası, Sən hiç təlaş etmə, çıqmaz qavğası. B i r ə s k ə r (çinli rəqqasəyi gətirir. Arıq, çirkin və yüzü bürüşük bir kösə də onları izlər) İştə, yad ellərin incə töhfəsi! B i r i n c i c ə n g a v ə r Bəhey! Sən nəçisin? K ö s ə (qızı göstərir) Onun kölgəsi! B i r i n c i c ə n g a v ə r (elçi ilə kösəyə) Siz gedin, çadırda bəkləyin bir az. Haydi! Elçi gedər. R ə q q a s ə (həyəcan ilə) Ah! K ö s ə Bən, xayır. B i r i n c i c ə n g a v ə r Xayırmı… haylaz! (Ayağını hiddətlə yerə vurar.) K ö s ə Nasıl ayrılayım yosma qızımdan? B i r i n c i c ə n g a v ə r Bu mümkünmü?! O bir mələk, sən şeytan! K ö s ə Ən parlaq gündüzlər gecədən doğar. B i r i n c i c ə n g a v ə r Sus! K ö s ə Lələyəm ona, əməklərim var. -Köyə yardıma gedən mə’murlar və əskərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər gəlirlər.* B i r i n c i c ə n g a v ə r Nə tez? İ k i n c i c ə n g a v ə r Savuşmuşlar, yoqdu bir nəfər. B i r i n c i c ə n g a v ə r (dəstiləri göstərir) Bunlar nə? İ k i n c i c ə n g a v ə r Ən nəfis, içimli şeylər! (Çirtik çalar.) Ortaq olduq köylü vətəndaşlara, Böylə gözəl şərab görmədim asla. B i r i n c i c ə n g a v ə r Bu mümkün… (Rəqqasəyə) Haydi, sən bizə şərab ver! K ö s ə Bən verəyim, o pək gözəl rəqs edər. İ k i n c i c ə n g a v ə r Onun sonduğu mey daha nuş olur. K ö s ə Siz nə dilərsiniz əlbət xoş olur. -Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kösə dürlü hərəkətlər və hoppalıqlarla oynar.* B i r i n c i c ə n g a v ə r (ikinciyə rəqqasəyi göstərir) İştə Çin ahusu, görmədinsə gör! Nur gəlir gözünə ona baqsa kör. İ k i n c i c ə n g a v ə r (Kösənin qolundan tutub kənara fırlatır) Qız oynasın, sən də şərab ver bizə! K ö s ə Pəki, baş üstünə, can qurban sizə. -Musiqi dəyişir, qız rəqs edər. Kösə qoynundan kağıza bükülü bir qadar bəng çıqarır, dəstiyə dökər. Sonra piyalələri doldurur. İçərlər. Kəndisi də dodaq altından zəmzəmə eylər.* Bəngi qatdım şərabə, Dəniz döndü sərabə. İçərlər, həp içərlər, Qayğıdan vaz keçərlər. Nəş’ələndir həyatı, Qalındır yerin qatı; Çəkər səni kamına, Ağu qatar camına. Varkən əlində fürsət, Qoyma könüldə həsrət. Ömrün hər sevincindən Bir busə al da əylən! H a m ı Ömrün hər sevincindən Bir busə al da əylən! N ö v b ə t ç i (ətrafa baqar, təlaş ilə) Bəhey, orda bir qaraltı var. B i r i n c i c ə n g a v ə r Şübhəsiz, aqınçılar! İ k i n c i c ə n g a v ə r Əvət, bıraq gəlsinlər, Gücümüzü bilsinlər. B i r i n c i c ə n g a v ə r Haydi, saqlanalım gizli bir yerdə. İ k i n c i c ə n g a v ə r Şərablar nə olsun? B i r i n c i c ə n g a v ə r Qoy içsinlər də, Sərxoş ikən qollarını bağlarız. (Kösəyə) Al şu qızı, rədd ol! Unutma yalnız, Ağzınızdan bir söz belə çıqarsa, Batacaqdır evdə ananız yasa. K ö s ə Xayır, xayır, bizim ağzımız bütün. (Rəqqasə ilə bərabər gedirlər.) B i r i n c i c ə n g a v ə r (arqadaşlarına) Haydi, qorqunc olur hücumu türkün. İ k i n c i c ə n g a v ə r Saqın, hiç şaşırma, hanki düşmana Saldırsa ordumuz, dönər davşana. B i r i n c i c ə n g a v ə r Gurlama, düşmanı küçük görənlər, Küçük göstərənlər çoq sürməz inlər. Dikbaşlar ansızın həp diz çökərlər, Qaliblərə qarşı boyun bükərlər. İ k i n c i c ə n g a v ə r (alaycı gülüşlə) Gəl, canım, görünür çocuqkən anan Yıldırmış gözünü yabançılardan. -Çəkilirlər, muzika… Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoqlar, qədəhlərdəki içkiləri içərlər.* B i r i n c i d ə l i q a n l ı Dəstilər doludur, amma kimsə yoq. İ k i n c i d ə l i q a n l ı Qorqub savuşmuşlar. Ü ç ü n c ü d ə l i q a n l ı Öyünməyin çoq. B i r i n c i d ə l i q a n l ı Az içəlim… İ k i n c i d ə l i q a n l ı Gözəl şərab, baqsana! Ü ç ü n c ü d ə l i q a n l ı Umulmaz bir nəş’ə verir insana -Təkrar doldurub içərək coşğun bir ahənglə türkü söylərlər.* B i r i n c i d ə l i q a n l ı Qılıclar parlasın, yer-göy çınlasın. H a m ı Çınlasın, çınlasın, ho, çınlasın, çınlasın. B i r i n c i d ə l i q a n l ı Dost ya düşman bizim gücü anlasın. H a m ı Anlasın, anlasın, ho, anlasın, anlasın. B i r i n c i d ə l i q a n l ı Oq atmayız qorqub qaçan davşana. H a m ı Davşana, davşana, ho, davşana, davşana. B i r i n c i d ə l i q a n l ı Nerdə qəhrəmanlar? Çıqsın meydana! H a m ı Meydana, meydana, ho, meydana, meydana! B i r i n c i d ə l i q a n l ı (qılıcını çəkərək) Arş iləri, hücum, hücum! İ k i n c i d ə l i q a n l ı Bıraq bəni, sərxoş oldum. B i r i n c i c ə n g a v ə r (arqadaşları ilə bərabər sıyırmaqılıc pusqudan çıqar) Bəhey, qoçaq, siz kimsiniz? B i r i n c i d ə l i q a n l ı Qorqu bilməz yigidləriz. B i r i n c i c ə n g a v ə r Öylə isə gəl baqalım. B i r i n c i d ə l i q a n l ı Haydi, haydi çarpışalım. -Hər iki tərəf sərxoşca hərəkətlərlə çarpışırlar. Bir qısmı yaralanıb, digər qısmı səndələyir. Bu sırada bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əskərləri ilə onlara qarışır, qavğa daha qızışır. Ən sonra R ü s t ə m l ə S ə y a v ü ş gələr.* R ü s t ə m (məğrur və amİranə bir səslə bağırır) Bəhey! Durun, sayğısızlıq yetər! S ə y a v ü ş Aqan qanlar artıq yetər. İ k i n c i c ə n g a v ə r Bən ayıldım, şərab verin! B i r i n c i d ə l i q a n l ı Yay gətirin, oq gətirin! (Əlindəki yaya oq qoyur.) S ə y a v ü ş (düşən yaralıları göstərər) Bunca xalqı əzib bitirmək niçin? Hər tərəfdən çəlik qollar seçilsin. Çarpışsın yigitlər həp birər-birər, Kim üstün gəlirsə ondadır hünər. R ü s t ə m Əfrasiyab hanı? Çıqsın meydana! Büksün qollarımı, ər deyim ona. G ə r ş i v ə z O yoqsa da qarşındadır Gərşivəz. R ü s t ə m Rüstəm hər qəhrəman ilə döyüşməz. G ə r ş i v ə z Öyünmə çoq, ağlar öncə gülənlər. S ə y a v ü ş (Bəhrama) Umulmaz bir təhqir, bunu kim dinlər!? R ü s t ə m Unutma ki, o yılmaz bir qəhrəman! S ə y a v ü ş Ər deyilim ona verirsəm aman. G ə r ş i v ə z (alaycı gülüşlə) Çocuqlarmı çıqmaq istər qarşıma?! S ə y a v ü ş Nə cür’ət!.. Çocuqmu söylədin bana? Ucuz oturmaz bu gülünc söz sana. G ə r ş i v ə z Bir düşün, anana yazıq deyilmi? S ə y a v ü ş Boş öyünməkdənsə vuruşmaq eyi. Qılıclar parlar, bir qədər vuruşurlar. R ü s t ə m İran güvəndikcə böylə arslana, Gülünc olmaz hiç bir dosta, düşmana. G ə r ş i v ə z (qalqar, yenə hücuma başlar) Böylə boş yaralar vız gəlir bizə. S ə y a v ü ş Bən hazırım. P i r a n (xızlı adımlarla gəlir, hayqırır) Durun! Nə olmuş sizə? R ü s t ə m (Tusa, xüsusi) Kimdir şu ixtiyar, hanki qəhrəman? T u s İştə Əfrasiyab vəziri Piran! P i r a n Bu dəhşətlər niçin, bu qan niçindir? R ü s t ə m Onu sərdarınız Gərşivəz bilir G ə r ş i v ə z Bənsiz alavlanmış bu kinli qavğa. R ü s t ə m (türk əskərlərini göstərir) Bunları coşduran hanki qasırğa? G ə r ş i v ə z Bən göndərdim doğru xəbər bilsinlər, Gərginlik sirrini duyub gəlsinlər, Sonra baqdım ki, parlıyor qılıçlar. P i r a n Fəqət niçin? Bəlli ki, bir səbəb var. R ü s t ə m (cibindən çıqardığı kağıza ona uzatır) İştə məktub, oqu! P i r a n (oqur) Bu bir fitnədir. R ü s t ə m Ya o talanlar, o basqınlar nədir? P i r a n Basqınmı? Hər zaman bildiyin oyun… Sizinkilər çalar qaramal, qoyun, Bizimkilər ərzaq için saldırır, Məs’ulmu ya buna hökumət?.. Xayır! -Coşqun muzika… Bu sırada yarımçıplaq və yaralı bir yığın erkək köylü gəlir. Köylülər əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq isyançı bir ahəng ilə.* İ x t i y a r İştə onlar, iştə onlar! Tüğyan edən şu azğınlar! Həp əzildik, həp soyulduq, Xain əllərdə məhv olduq. R ü s t ə m Göstər, hanı o xainlər? Cəza görsün birər-birər. A l t a y (Həyəcan içində həm uzaqları, həm də İran əskərlərini göstərir.) Bir yandan Turanın qaçaq elləri, Bir yandan İranın azğın əskəri. Qanımızı içib-içib doydular, Qız-gəlini soyub çıplaq qoydular. İ x t i y a r Yüzlər soluq, gözlərdə fər qalmamış, Çökmüş göküslərdə cigər qalmamış. R ü s t ə m (ətrafındakılara) Ar olsun sizlərə, ar olsun, əvət! Əsla ummadığım alçaq xəyanət. Sizdən uğurludur taun, qasırğa, Xayır, yol verilməz bu azğınlığa. P i r a n İştə, ən silinməz qara bir ləkə, Hiç də yaraşmıyor bu, əskərliyə. A l t a y Lə’nət bu varlığa, yetər, usandıq, Kəndi yaqdığımız atəşdə yandıq. İ x t i y a r (köylüləri göstərir) Baqın bunlara, bir baqın bunlara! Nifrət sizə, sizdəki qanunlara! A l t a y Taun da, vəba da uğurlu sizdən, Ölüm belə qaçar işgəncənizdən. S ə y a v ü ş (sarsılır, qızğın və coşğun) Ötər keçdiyiniz yerdə bayquşlar, Qəhrəman cildinə girən sərxoşlar! Məzlumlara qarşı duyğusuz qalan Bir insandan daha şərəfli qaplan!.. Biz gəldik ki, çignənməsin yurdumuz, Məgərsə çignəyən kəndi ordumuz. Qıtlıq, aclıq, tufan, ölüm, fırtına… Cümləsi bir yana, sizlər bir yana. A l t a y And olsun vicdana, bu gündən sonra, Hər kim yan baqarsa şu yoqsullara, Yıldırımlar patlayacaq başında, Adı yazılacaq məzar taşında. Pərdə -II SƏHNƏ** -Keykavus sarayında başqa bir salon… Südabə taxt üzərində yaslanmış, cariyələr ətrafını sarmış. Rəqqasə – çinli qız incə və lirik musiqi ilə həmahəng olaraq şarqı söyləyib oynar.* R ə q q a s ə Qayğısız baharın ılıq busəsi Tellərimə qondu zülmət uçarkən. Sərxoş bülbüllərin o bayğın səsi Oqşadı ruhumu güllər açarkən. Yasəmən, nilüfər, sümbül, mənəkşə Mey sundular bana elmas jalədən, Günəş üryan vücudumu əmdikcə, Bir tülə büründüm sanki lalədən. (Salonu tərk edər.) S ü d a b ə (qalqıb oturur, coşğun baqışlar və şən qəhqəhələrlə) Pək tühaf! Səyavüş öylə sandı ki, Zindan olur məzarım. Zülmətləri yaran böcəklər kibi Sönmək için parlarım. B i r i n c i c a r i y ə Halbuki bir quldur sana Keykavus. S ü d a b ə Çoq da bəni öymə, sus! İ k i n c i c a r i y ə Sənsiz bütün cihan məhbəsdir ona. S ü d a b ə Xayır, inanmam buna. İ k i n c i c a r i y ə İnan, səhər yıldızına and olsun! B i r i n c i c a r i y ə Suriyənin şən qızına and olsun! S ü d a b ə (həzin bir ah ilə) Qarşımda diz çöksə bütün yer yüzü, Yenə Səyavüşdə könlümün gözü. Məhbəsdə inlərkən düşündüm onu, Aşqımın həp odur əvvəli, sonu. R ü b a b ə (gəlir, son cümlələri dinlər) Yazıq!.. Bunca zəif bilməzdim səni, Öpsün zəfər dalğaları çöhrəni. S ü d a b ə Xayır, bu gün bənim halım başqadır, Könlümdəki çarpıntılar pək ağır. Bir diləyim varsa, onun visalı, Gözlərimdə yalnız onun xəyalı. Səyavüşün o dik, o məğrur başı Əyilməz olursa sevgimə qarşı; Onu al qanlarda görmək istərim, Saçlarından çələng örmək istərim. Muzika. K e y k a v u s (gəlir, Südabəyi məhzun görüncə) Niçin dalmış yenə bahar günəşi? R ü b a b ə Anarkən sıqıldı mənhus keçmişi. K e y k a v u s Keçmişdən nə çıqar, yarın xoş olsun. R ü b a b ə Lütfünüzə qarşı Südabə məmnun. P i ş x i d m ə t (gəlir, əyilir) Çin elçisi! K e y k a v u s Gəlsin! (Südabəyə) Səninlə sonra!.. (Onlar çıqar, elçi gəlir. Ona yanında yer göstərir.) Buyur! E l ç i (oturur) Son görüşçün gəldim hüzura. K e y k a v u s Əfrasiyab haqqında fikriniz nə? E l ç i O bir təhlükədir İranə, Çinə, Gündən-günə aşıb durur həddini, Həm sizə, həm bizə qarşı var kini. K e y k a v u s Qorqutamaz bizi öylə fırtına, Məndən səlam edin Çin xaqanına! Dostluğumuz sağlam, təməlli olsa, Altay üfüqləri batar həp yasa. E l ç i Əlbir olsaq, əvət, onlar tez susar. S ü d a b ə (rəqqasə və kösə ilə bərabər gəlir. Keykavusa.) Rəqqasənin sizə bir ricası var. K e y k a v u s Nədir? S ü d a b ə Diyor: lələm Çinə getməsin, Çocuqluqdan bəri alışmış ona, Ayrılıq yük olur incə ruhuna. K e y k a v u s Qalsın. K ö s ə (əyilərək) Təşəkkürlər!.. K e y k a v u s (elçiyə) Həp gətirdiyin Töhfələr bir yana, şu qız bir yana. S ü d a b ə O pək sevimli bir munisdir bana, Parlaq bir incidir, misli yoq onun. K e y k a v u s Pək gözəl, adı qoy Dürdanə olsun. S ü d a b ə Qurnaz ixtiyar da zərif bir insan! (Digər salona keçərlər.) K e y k a v u s Pək tühafdır, əvət. P i ş x i d m ə t (gəlir, təmənna edər) Rüstəm pəhləvan! K e y k a v u s Çağır gəlsin. E l ç i Bən gedəyim. (Təmənna edib çıqar.) K e y k a v u s İzzətlə!.. (Ətrafa.) Nə tez? Niçin geri dönsün o böylə?! R ü s t ə m (Bəhramla girər, əskərcə təmənna edərək.) Səlam!.. K e y k a v u s Nə yapdınız? Nə oldu qavğa? R ü s t ə m Ordular vuruşdu qarşı-qarşıya. K e y k a v u s Sonra? R ü s t ə m Birər-birər başlandı döyüş, Gərşivəzə üstün gəldi Səyavüş. K e y k a v u s (məğrur və məmnun) Həlal olsun ona qəhrəman adı. R ü s t ə m Dostlar deyil, düşman da alqışladı. K e y k a v u s Sonra? R ü s t ə m Piran gəldi, xəbər verdi ki, Onlarda olmamış qavğa istəyi. K e y k a v u s (sinirli) Ya kimlərdir basqın yapan alçaqlar? R ü s t ə m Bir yığın ac, başı pozuq qaçaqlar. K e y k a v u s Sonra? R ü s t ə m Haqsız qanlar aqmasın deyə, Səyavüşlə Piran gəldi bir rə’yə. K e y k a v u s Nasıl? R ü s t ə m Barışdılar. K e y k a v u s (qızğın) Barışdılarmı?! R ü s t ə m Yersiz vuruşmanın mə’nası varmı? K e y k a v u s Xəyanət! Xəyanət!.. Alçaq xəyanət! Əfrasiyabdandır bu hiylə əlbət. R ü s t ə m Hiç də öylə deyil, basqın yapanlar; Həpsi yol vuranlar, yoldan sapanlar, Yalnız onlarmı ya, bizimkilər də Dirlik qoymadılar qomşu köylərdə. K e y k a v u s Köylər dağılsa da ağrıtmaz bəni, Ancaq Əfrasiyab bilsin həddini. R ü s t ə m Bir səbəb yoq ikən, bəncə bu qavğa Ağır bir zərbədir qəhrəmanlığa. K e y k a v u s (acı və alaycı qəhqəhə ilə) İştə, hər ikiniz qorqaq və miskin! Səyavüş də xain, Rüstəm də xain!.. R ü s t ə m (sərt və kinli) Qorqaqmı, xainmi?! Çirkin iftira! Dayanmaz insan bu təhqirə əsla! K e y k a v u s (bağırır) Rüstəm! R ü s t ə m (eyni ahənglə) Həddini bil, nə sandın bəni? K e y k a v u s Sus! Şöhrətin məğrur etməsin səni. R ü s t ə m Saqın, güvənmə çoq təxtü tacına! K e y k a v u s (sinirli adımlarla gəzinərək) Səyavüş də söz yoq, uymuşdur sana, Hər ikiniz asi! Azğın bir asi! Layiq sizə ancaq ölüm cəzasi!.. (Salonu tərk edər.) R ü s t ə m (sarsılır, Bəhrama) Eşitdinmi böhtanları? Eşitdinmi həzyanları?! İştə quduz bir canavar, Başda ölüm xülyası var. B ə h r a m Çıldırsa da farqı yoqdur, Sənin gücün daha çoqdur. R ü s t ə m Artıq bana oldu əyan; Cənnət imiş Zabilistan. Dönməliyim əski yurda, Namus, şərəf həpsi orda!.. (Südabə pərdə arqasından görünür və geri çəkilir.) B ə h r a m Ya Səyavüş! R ü s t ə m Hiçdir sonu, Çabuq, yoldan çevir onu! Gördüyünü söylə, həmən Uzaqlaşsın bu ölkədən. Gedərsiniz sən də, o da Əfrasiyab hüzuruna. Dayısıdır, hiç olmazsa Orda qiyam olmaz ona. (Sinirli və qızğın.) Bıraq, burda Südabənin Zevci dalsın da işrətə; Ədalət və qanun desin Hər zülmə, hər cinayətə. Gəl gedəlim, nifrət olsun Şu yıldızlı vəhşətlərə! Artıq yetər, lə’nət olsun! Ölüm qoqan şəhvətlərə!.. Gedərlər. S ü d a b ə (pərdə arqasından çıqar, acı qəhqəhə ilə) Get, Südabə çoq inlətdi Sənin kibi arslanları. Önümdə çoq sönüb getdi Dəhşət, zəfər vulkanları. (Vurğun baqışla, uzaqlara.) Ya Səyavüş!? Həp könüldə Çınlar durur onun səsi. (Son dərəcə kinli.) Bəndən qaçsa belə, əldə Gəlməlidir cənazəsi!.. Pərdə * * * Üçüncü pərdə -I SƏHNƏ** -Ətrafda yalçın qayalar və yeşil ovalar… Uzaqda çoban düdüyü çalınır.* S ə y a v ü ş (Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var) İştə ana yurdu, Turan ovası! Yalçın qayalarda qartal yuvası! B ə h r a m Böylə mənzərələr İranda azmı? Daha üstün desəm doğru olmazmı? S ə y a v ü ş Lakin Südabənin vəhşi ədası, Kinli bir babanın ölüm cəzası Qaçaq kibi etdi bizi dərbədər. B ə h r a m Unut, nə olmuşsa, həp keçər, gedər. (Cibindən bir kağız çıqarır.) Hiç aldırma, Əfrasiyab var olsun, Məktubunu oqu, nasıl da məmnun! O da saray, bu da!.. Nə farqı varmış, Bəklər səni burda həp sevgi, alqış. S ə y a v ü ş Saray aləminə bəndə yoq həvəs, Həpsi qanlı məhbəs, parlaq bir qəfəs. Dayım gömdürsə də bizi altına, Qoltuğa sığınmaq ağırdır bana. -Bu sırada kənardan qızların türküsü eşidilir.* Q ı z l a r Bəyaz, pənbə, nazlı bir quş Yalçın qayalıqda durmuş, Boynunu, baq nasıl burmuş? Kimi gözlər gövərçinim? Bənim dilbər gövərçinim! B ə h r a m (heyrətlə göstərir) İştə, gözəl, yosma qızlar! Yayları var, oqları var. S ə y a v ü ş Həpsi ava çıqmış bəlli, Bir az yoldan çəkilməli… B ə h r a m Nə gözəldir qadın səsi, Könül açar şən nəğməsi! S ə y a v ü ş (mə’nalı ahəng ilə) Əvət, qadın incə xilqət, Alçalırsa, hiçdir fəqət. -Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər.* Q ı z l a r Gövərçinim qanat açar, Yüksək bulutlara uçar. Rəqs edərək uçar, uçar, Qayğı bilməz gövərçinim, Enib gəlməz gövərçinim. Zaman olur atar bəni, Bir gülüşə satar bəni, Birdən gözü tutar bəni, Həmən qoşar gövərçinim, Ruhu oqşar gövərçinim. B i r i n c i n ə d i m ə Firəngiz! Diyorlar Səyavüş gəlir İ k i n c i n ə d i m ə Bən də eşitmişim, fəqət kim bilir? F i r ə n g i z Diyorlar yenilməz qəhrəman imiş, Adı-sanı dillərdə dastan imiş. B i r i n c i n ə d i m ə Diyorlar Südabə vurulmuş ona. F i r ə n g i z Demək, annə aşıq oğlum oğluna. B i r i n c i n ə d i m ə (ətrafa baqır) Dur, o nə? Baqsana, maral yavrusu! İ k i n c i n ə d i m ə (nişan alır) Ürkütmüşdür onu ölüm qorqusu. F i r ə n g i z (yayına oq qoyaraq) Durun, diri tutmalıyım bən onu. (Gedər.) Şaşırdı, baq, dəyişdirdi yolunu. Xızlı adımlarla gedərlər. S ə y a v ü ş (Bəhramla çıqaraq) Həpsi bir-birindən sevimli dilbər!.. B ə h r a m Şübhə yoq, saraya məxsus pərilər… S ə y a v ü ş O incə səslərin dalğalı şe’ri Xatırlatdı bana anam Xubçehri. Burda rast gəlib də avçılar ona, Armağan götürmüş İran şahına. T o s u n (yaylı, oqlu bir dəliqanlı, əlində davşan ölüsü gəlir) Gün aydın! S ə y a v ü ş Xoş bulduq, sənin adın nə? T o s u n Tosun… S ə y a v ü ş Əfrasiyab payi təxtinə Yol çoq uzaqmıdır? T o s u n Xayır, pək yaqın. (Yana baqaraq, məraqla) O nə? Çevrəsini sarmışlar avın. (İlərilər.) S ə y a v ü ş Dur, baqayım, gülərmi tale bana? (Yayına oq qoyaraq qaya dibinə çəkilir, görünməz olur.) T o s u n (Bəhrama bağırır) Afərin, afərin! B ə h r a m Nə var? T o s u n Baqsana! Yoldaşın devirdi avı bir oqla. B ə h r a m (ilərilər) O bir məharətmi? T o s u n Deyilmi? B ə h r a m Asla! S ə y a v ü ş Ah!.. (Səsi eşidilir.) B ə h r a m (qoşar) O kimdir? T o s u n Arqadaşın vuruldu. B ə h r a m (gəlməkdə olan Səyavüşün qoluna baqaraq) Yaranmı var? Ver baqayım, nə oldu? S ə y a v ü ş Oqla vurdu avçı qızlardan biri. B ə h r a m Hanki? S ə y a v ü ş (nədimələr ilə gələn Firəngizi göstərir) Öndə gələn şu oynaq pəri! F i r ə n g i z (yaqlaşır, əlindəki vurulmuş maralı Səyavüşə uzatır) Al, şu sənin!.. Bən ki, qıymazdım ona. S ə y a v ü ş İştə, əlverir bu mükafat bana. F i r ə n g i z (təlaş ilə nədimələrə) Sarğı verin, çabuq! S ə y a v ü ş Bir şey deyildir. T o s u n (verir) Al! F i r ə n g i z Gətir sarayım… S ə y a v ü ş İstəməz. F i r ə n g i z Gətir! (Dərman qoyub yarayı sarar.) T o s u n (yardım edər, mə’nalı ahəng ilə) Həm yaralar bizim qızlar, həm sarar. S ə y a v ü ş Onda cürət də var, mərhəmət də var. F i r ə n g i z (süzgün baqışla) Avcığazı diri tutmaq istərkən Bıraqmadın… S ə y a v ü ş Suçum çoqdur gücümdən. B ə h r a m (bir az sərt, Firəngizə) Qarşılıq görürdün qız olmasaydın. S ə y a v ü ş Bəhram! Zəifliyin sözündən aydın. F i r ə n g i z (gülümsər) Zəiflər daima gücdən bəhs edər. S ə y a v ü ş (Bəhrama) Bu ən kəskin cəvab! Düşünsən, yetər. T o s u n İştə, Əfrasiyab da çıqmış ava, Kimsə qalmamışdır bu gün sarayda. F i r ə n g i z Av için yararmı öylə dəbdəbə? Qarşı çıqmış onlar həp Səyavüşə. B i r i n c i n ə d i m ə Əvət, doğru… İ k i n c i n ə d i m ə İştə, gəldi Piran da. F i r ə n g i z Haydi seyr edəlim biz də bir yanda. (Çəkilmək istərlər.) P i r a n (gəlir) Səyavüş? Sənmisin? Xoş gəldin, oğlum! (Qucaqlar öpər, Bəhrama əl verər.) F i r ə n g i z (heyrətlə) Səyavüşmü?! P i r a n (sarğıya baqar) O nə? S ə y a v ü ş Çizilmiş qolum. T o s u n Həm yaralar bizim qızlar, həm sarar. B ə h r a m Öylə bir şey deyil, keçər… P i r a n (gələnləri Səyavüşə göstərir) Baqsana! İştə, bütün saray çıqmış qarşına. S ə y a v ü ş Təşəkkür!.. Az deyil lütfünüz bana, Bilməm ki, layiqmi Səyavüş buna? P i r a n Hər könüldə sana hürmət bəslənir, Adın Altay dağlarında səslənir. (Əfrasiyab hökumət ərkanı ilə gəlir.) P i r a n (Səyavüşə) Dayın Əfrasiyab, o şanlı xaqan! (Əfrasiyaba) Oğlumuz Səyavüş, adlı qəhrəman! Ə f r a s i y a b (Səyavüşü qucaqlar, öpər) Xoş gəldin, bu yurda gətirdin səfa, Qəhrəman Səyavüş! H a m ı Var ol, bin yaşa! Ə f r a s i y a b (ətrafındakılara) İştə, həmşirəmin şahin yavrusu! Parlar gözlərində zəfər duyğusu. S ə y a v ü ş Çocuq babasından qaçarsa, bəlli Ana qucağında bulur təsəlli. Ə f r a s i y a b Əvət, İran sana baba ocağı, Bu yurtda bulursun ana qucağı. Şübhəsiz xor baqsa baba oğluna, Ana köksü daim açıqdır ona. G ə r ş i v ə z Bu ölkənin qorqu bilməz elləri, Kişnəyən atları, coşğun selləri, Qartal yavruları səni gözlüyor, Həp səninçin şanlı günlər özlüyor. Pərdə -II SƏHNƏ** Əfrasiyab sarayında türk zevqinə uyğun bir salon. Ə f r a s i y a b Afərin Səyavüşə, dün vuruldum bən ona, Vaqif imiş gerçəkdən bütün hərb üsuluna. P i r a n Bəsləmiş qucağında onu sənin həmşirən, Sonra almış tərbiyə Rüstəm kibi yigitdən. Ə f r a s i y a b Çalış, mümkün olduqca, al da onun könlünü, Unutsun keçənləri, xoş keçirsin beş günü. P i r a n Bəncə Səyavüş qızın Firəngizlə birləşsə, Birləşir iki ölkə… G ə r ş i v ə z (son sözləri dinlər, alaycı tərz ilə) Əvət, gözəl vəsfəsə!.. Ə f r a s i y a b Firəngizlə Səyavüş görüşdülərmi? P i r a n (əli ilə rədd edər) Asla! Ə f r a s i y a b O halda sən onların fikrini sor da, anla! G ə r ş i v ə z (acı və alaycı gülümsəyişlə) Tezdir daha, bəkləyin, çocuq sanmayın onu, Bir siyasət olmasa, atmaz baba yurdunu. Ə f r a s i y a b Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət… P i r a n Səyavüşdən uzaqdır, hər hiylə, hər siyasət. Əfrasiyabla Piran çıqar. G ə r ş i v ə z Gör bəndən daha əvvəl kimlər vəliəhd olur!? Xayır, yaşatmam onu, umulmaz cəza bulur. (Çıqar.) Firəngiz nədimələrlə girir. B i r i n c i n ə d i m ə Firəngiz, Firəngiz! Nə olmuş sana? Söylə, səni üzən hanki fırtına? İ k i n c i n ə d i m ə Bayğın gözlərində acı bir hal var, Səyavüşdənmidir bu iztirablar? F i r ə n g i z O bir yıldız kibi aqdı könlümə, Atəşli bir çiçək taqdı könlümə. Əlimdən aldı səbrimi, uyqumu, Alav dalğaları sardı ruhumu. Çırpınan qəlbimə yardım eyləyin! Dərdimi siz açın, ona söyləyin!.. İstəməm, istəməm, açmayın, xayır, Bəlkə onun könlü başqasındadır?! B i r i n c i n ə d i m ə Xayır, sənsin onun dilək pərisi. İ k i n c i n ə d i m ə (qapıya baqar, arqadaşına) Biz gedəlim, gəldi iştə kəndisi! B i r i n c i n ə d i m ə (Firəngizə) Əmin ol ki, ələ düşməz bu fürsət. F i r ə n g i z Bilməm nə söyləyim? İ k i n c i n ə d i m ə Haydi, cəsarət!.. (Pərdə arqasına çəkilirlər.) F i r ə n g i z (əli alnında, şaşqın) Uf, yadımdan çıqdı bütün sözlərim. S ə y a v ü ş (gəlir, vurğun bir ahəng ilə) Sənmisin?.. Nihayət, güldü gözlərim. F i r ə n g i z Yaran nə haldadır? S ə y a v ü ş Həp sağalmamış. F i r ə n g i z (qoluna baqar, şübhəli gülümsəyişlə) Hanı? Ondan bir iz belə qalmamış… S ə y a v ü ş Qəlbimdədir izi, görünməz gözə, Sızlar, durur, gəlincə biz yüz-yüzə. Bir kərrəcik səni avlaqda gördüm, Sonra həp gözümdən iraqda gördüm. Bütün qızlar bana yaqın olduqca, Sən ürküb qaçırsın, səbəbsizmi ya? F i r ə n g i z (süzgün baqışla) Qaçmaq da yaqlaşmaq için bir yoldur. S ə y a v ü ş Səyavüş o halda bəxtiyar olur. F i r ə n g i z Bəxtiyarmı!? S ə y a v ü ş Əvət, bir anlat bana, Sənin də nisbətin varmı xaqana? F i r ə n g i z Bən bir misafirim bu aşiyanda, Köçmək üzrəyim ən yaqın zamanda. S ə y a v ü ş Hanki bir diyara? F i r ə n g i z Kəndim də bilməm!? S ə y a v ü ş Tühaf bilməcədir! Almaz düşüncəm, Hanki səyahətə çıqsa bir durna, Bir gövərçin uçub qaçsa hər yana, Yenə aqşam üstü bulur bir yuva… F i r ə n g i z (gülümsər, mə’nalı bir tevr ilə) Şübhəlidir bənim için o mə’va. S ə y a v ü ş Sözlərin başqadır, gözlərin başqa… (Əllərini yaqalamaq istər.) F i r ə n g i z (pərdə arqasına keçər) Dur, gələn var, görüş qalsın sonraya. S ə y a v ü ş (gözləri ilə onu izlər, həyəcan içində) Bən uymadım hər dilbərin kamına, Uğradım çoqunun intiqamına. Bilmədim ki, bir gün bənd olur könül O şahin gözlərin ehtişamına. Yürürkən sanki naz edər göylərə, Səcdə etməyimmi xoş xuramana? -Ə f r a s i y a b , P i r a n , G ə r ş i v ə z və Tosun girir.* Bir gövərçin əsir etdi qartalı Gözəllik namına, sevgi namına. Ə f r a s i y a b Nədir bu dalğınlıq, nə olmuş, oğlum? S ə y a v ü ş Saray həyatından artıq yoruldum. P i r a n Dayın həp şən görmək istiyor səni, Burdan evləndirmək istiyor səni. S ə y a v ü ş Hər nəyə əmr etsə xaqan haqlıdır, Lakin Səyavüşün qəlbinə, xayır… G ə r ş i v ə z Bəlkə İranda var başqa sevdiyi. S ə y a v ü ş Asla!.. Ə f r a s i y a b (Tosuna) Firəngizi çağırsan eyi, Uzlaşsalar, düyün başlanır yarın. P i r a n Firəngiz gözüdür bütün qızların. S ə y a v ü ş Kimsəyə bən könül vermədim daha, Yalnız bir avçı qız gördüm avlaqda. Həmən könlümü bir baqışda çaldı, Yadigarı iştə qolumda qaldı. Ə f r a s i y a b Bütün qızlar gəlsin! P i r a n (işarə eylər) Olur, pək ə’la. G ə r ş i v ə z (ətrafa) Ah, sevdiyi birdən Firəngiz olsa!? Dəhşət daha kəskin olur şübhəsiz. Q ı z l a r gəlir. Ə f r a s i y a b (Səyavüşə) Hankisidir? S ə y a v ü ş İştə!.. (Firəngizi göstərir.) Ə f r a s i y a b (məmnun) Qızım, Firəngiz! S ə y a v ü ş Bən misafir sandım onu sarayda. Ə f r a s i y a b Yanlış da bir naxış!.. P i r a n Əvət, öylə ya, Həyat səhnəsində həp misafiriz. Ə f r a s i y a b (Firəngizə) Sən də könlünü aç! F i r ə n g i z Siz vəkilsiniz. Ə f r a s i y a b Afərin, pək gözəl cəvab, afərin! (Qolları arasına alır. Sonra vəzirə.) Piran! Uğurludur sənin əllərin, Dəyişdir bunların bazubəndini, İcra olunsun da nişan ayini. P i r a n (Səyavüşün bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavüşün qoluna taqar.) İştə, ruhlardakı duman savuşdu, İki yıldız bir-birinə qavuşdu. G ə r ş i v ə z (Tosuna, kinli) Xayır, xayır, mümkün deyil bu asla, Gərək dağılsın şu uğursuz yuva!.. T o s u n Fikrin nədir? G ə r ş i v ə z Onu göstərir zaman. P i r a n İştə, alqışlara layiq bir nişan! Ə f r a s i y a b Səyavüşə tac və xəl’ət verilsin. S ə y a v ü ş İstəməm, sadəlik xoşdur bənimçin, İranda da vardı tacım, xəl’ətim, Həp bıraqdım, həzz etmədi xislətim. Ə f r a s i y a b Niçin bıraqdın? Pək uğursuz şeymi? S ə y a v ü ş Sıqdı bəni altın bir zəncir kibi. Ə f r a s i y a b Haydi bəndən böyük bir rütbə istə! S ə y a v ü ş Gözüm yoqdur bənim hiç bir rütbədə. P i r a n Cəngavərlik daha xoş gəlir ona. Ə f r a s i y a b Göndərəyim səni Çin hüduduna; Böyük bir vilayət isyan içində Həp çırpınıb durur al qan içində. S ə y a v ü ş Al qan içindəmi? Səbəbsizmi ya? Ə f r a s i y a b Yasamızı kimsə almıyor saya. S ə y a v ü ş (məğrur) Bir ay belə sürməz o qanlı dalğa. G ə r ş i v ə z (ətrafa) Cənazən gömülər orda toprağa. P i r a n (əlini Səyavüşün omuzuna qoyaraq) Səyavüş söndürür onu şübhəsiz. Ə f r a s i y a b (qızını süzərək) E’tiraz etməzmi buna Firəngiz? F i r ə n g i z İki könül birsə, diləklər də bir. Ə f r a s i y a b Gedin, birlik sizə səadət verir. Gedirlər. B i r i n c i v ə z i r Fikrin nədir? İ k i n c i v ə z i r Onu göstərər zaman. G ə r ş i v ə z İştə alqışlara layiq bir nişan, Xayır, xayır, mümkün deyil bu asla, Dağılsın gərək şu uğursuz yuva. Pərdə * * * Dördüncü pərdə -I SƏHNƏ** -Çin hüdudunda türk və çin zevqi ilə süslənmiş vali qonağı…* V a l i (qalın bığlarını eşər. Barmaqlarını gur saqalı içinə daldırıb düşünür. İçəri girən qurt baqışlı müşavirə) Nə var, nə yoq? M ü ş a v i r Vali sağ olsun, bütün Ölkədə bir sevinc izi var bu gün. V a l i Afərin, səndəki zəka bəllidir, Yoqdur sənin kibi qurnaz müşavir. M ü ş a v i r Xayır, sanma bizə uymuş cəmaət, Hər kəs Səyavüşə edər itaət. Qaçaq Altay belə fürsət bulub da Xain asilərə edər komanda. Bütün qaçaqları taqmış ardına, Atar bizim mə’murları zindana. V a l i Bilməm bu haqqı kim vermişdir ona? M ü ş a v i r Bəlli, arqalanmış xaqan oğluna, Onu Səyavüşmü şımartdı, yoqsa Bu cür’ətlə atılmazdı ortaya. İsyan yatırmağa gələn bu sərsəm, Meydan oqur bizə, nədənsə bilməm! V a l i Gəlsin, onu tatlı dilə basmalı, Bir səbəb bulub da həmən asmalı!.. M ü ş a v i r Xayır, asmaq doğru deyil, bir gecə Yataqda məhv etməlidir gizlicə. -Bu sırada silahlı zəbtiyyə mə’murları, üstü, başı yırtıq isyançı köylüləri gətirirlər. İçlərində iki qadın da bulunur. Yalnız önlərincə gələn və kinli baqışla bir tərəfdə duran gənc Yalçın təmiz geyinmişdir.* M ə’ m u r Gəlin, haydi! (Yalçının yaqasından tutub çəkər.) Sən də!.. Y a l ç ı n (qızğın) Bıraq!.. Z ə b t i y y ə m ə’ m u r u Azğınlar! İ s y a n ç ı l a r Azğın biz deyilik. M ə’ m u r Ya kimdir? İ s y a n ç ı l a r (mə’murları göstərir) Onlar! V a l i (qadınlara işarətlə) Bunlardamı isyançıdır? Y a l ç ı n Şibhəsiz, Taun, vəba qarşısında həp biriz. V a l i Taunmu? Y a l ç ı n Siz taundan da uğursuz, Ölümdən də zalım və qorquncsunuz. V a l i Bu kim? M ə’ m u r Yalçın! Tazə gəlinin əri!.. V a l i Zəncirsiz dururmu böylə sərsəri! Y a l ç ı n Deyil bana, zəncir yaraşır sana! V a l i Söylətməyin, haydi, atın zindana! Y a l ç ı n Vicdansız canavar! V a l i Susdurun! M ə’ m u r Sonra? V a l i Həpsi birər-birər çəkilsin dara. Y a l ç ı n Alçaq! (Valiyə) Yarın sən də izlərsin bizi. Z ə b t i y y ə m ə’ m u r u (qırbacla vurur) Haydi! (Onları aparır) Öncə onun silinsin izi! (Müşavirə) Nə var? Gözlərinə bir qayğı doldu, Yalçının gəlini əcəb nə oldu? M ü ş a v i r (yana baqaraq) İştə… Baqışları olduqca kəskin! V a l i (ona yaqlaşır) Nədir gözlərində bu hiddət, bu kin? Düşün, təslim olmadıqca sən bana, Həsrət qalacaqdır nişanlın sana. G ə l i n Bənim duvağımı sən deyil, ancaq Yalçın açmalıdır. V a l i (qolundan tutar) Yaqın gəl! G ə l i n (geri çəkilir, nifrətlə) Bıraq! M ü ş a v i r Yavrum, hər gəlin ki, yeni köçərsə, Bikri ancaq nəsib olur rəisə. Şərəfdir bu sana, düşünsən bir az, Valinin diləyi hiçə sayılmaz. V a l i Bu bir qanun! Hər kim boyun qaçırsa, Eli, əqrəbası batar həp yasa. Qatlandım nazına bütün bir gecə, Qırma bəni, yaman olur nəticə. G ə l i n Bənim könlüm hər qülbəyə, Nəş’ə sərpən atəş deyil. Bənim aşqım hər kölgəyə Gülümsəyən günəş deyil. Gülünc taleyimdən bana Bu gün sönük bir ah qaldı, Qopdu zalım bir fırtına, Gənc ömrümü həsrət aldı. (Ağlar.) V a l i İstər gül, istər ağla, Bana ram olmadıqca, Qurtulamazsın, saqın! Nə sən, nə də nişanlın. G ə l i n (sərt) Mümkün deyil bu əsla! Namus deyil paçavra! V a l i (bağırır) Tərbiyəsizlik yetər! (Müşavirə) Bu pərdəyi aç, göstər! Bəlkə bir az uslansın. Açar. Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə dağlar, ən yaqında isə dar ağacında yüzü arqaya ağ kömləkli bir cənazə görülür. G ə l i n (onu nişanlısı zənn edərək) Ah, o Yalçınmı!? Yalçın! Aman nədir bu dəhşət!? Sənsiz həyata nifrət!.. (Hıçqırıqlar içində bayılıb düşər.) M ə’ m u r Xayır, o Yalçın deyil, Sənin nişanlın deyil. O, məhbəsdə inliyor, Hiçlikləri dinliyor. V a l i Zavallı!.. İştə bitdi, Bir anda söndü, getdi. -Cənazəyin üzərinə bir örtü çəkirlər. Dışarıda qorqunc və gurultulu səslər eşidilir* S ə s l ə r Hanı xırsızlar bəyi? Yetər tüğyan etdiyi. Nerdə, göstərin onu, Gəlmiş ömrünün sonu. V a l i Kimdir onlar? M ü ş a v i r Səfillər! Səndən öc almaq dilər. V a l i Bu azğınlıq yararmı? Yoqsa çıldırdılarmı?! -Türk və çinli qiyafəsində bir yığın isyançı xalq gurultu ilə içəri soqulur. Sadə geyimli Səyavüşlə Bəhram da bir tərəfdə durur. Qarayanız Altay isə qabağa gəlir.* A l t a y İştə, o xain burda! İ s y a n ç ı l a r O düşmandır bu yurda. A l t a y Həmən cəza bulmalı! İ s y a n ç ı l a r Bir anda məhv olmalı! V a l i Azğın! Şaşırdınmı sən!? M ü ş a v i r İştə o pək sərsəri! V a l i Bu sayğısızlıq nədən!? M ü ş a v i r O, bunların rəhbəri. A l t a y Artıq yetər, səbrimiz həp tükəndi. İ s y a n ç ı l a r Səbrimiz həp tükəndi. A l t a y Hüququmuz, namusumuz çignəndi. İ s y a n ç ı l a r Namusumuz çignəndi. V a l i Bən ayrılmam ədalətdən, qanundan. İ s y a n ç ı l a r Yalan!.. Çəkilməz yalan! A l t a y (əlilə göstərir) İştə, ədalətin dar ağacları! Boğazlatdın acları. Quraqlıq bir yandan, sən də bir yandan, Xalqa yutturdunuz qan. Ölkə vİran oldu, çıraqlar söndü, Evlər məzarə döndü. Vergi deyə hər gün bizi soydunuz, Yaman günə qoydunuz. V a l i Gəlirsiz hökumət təməldən bitər. İ s y a n ç ı l a r Bitsin yoq olsun, yetər! B i r n ə f ə r ç i n l i Yetər, sandınız bu xalqı oyuncaq, Xalqı xırpalayır hökumət ancaq. Y a l ç ı n İştə bən!.. V a l i Səni kim bıraqdı? Y a l ç ı n (İsyançıları göstərir) Şaşqın! Səncə əyləncəmi şu yılmaz aqın? V a l i Sus, bu, hökumətə qarşı isyandır! Y a l ç ı n Sənin azğınlığın bizə əyandır. A l t a y (önünə keçər, qızğın) Yetər çıldırdınız hökumət! – deyə, Evləri yıqdınız, ədalət! – deyə. Məzlumlar qanından badə sondunuz, Qarğa-quzğun kibi leşə qondunuz. Qanun deyə doğruluqdan caydınız, Xalqın namusunu hiçə saydınız. Aldıqları nəfəs – zəhərli ahlar, Qidasız çocuqlar ot yeyib yaşar. Söylə, öyündüyün ədalət bumu? Hökumət dediyin rəzalət bumu? V a l i Kimsə böylə təhqir etməmiş bəni, Sən nəçisin, kimsin? Aşma həddini! A l t a y Zülmətləri yaran bir şimşəyim bən, Doğdum məzlumların diləklərindən. V a l i (qafasını sallar, acı gülüşlə) Bildim ki, Altaysın, bəlli şöhrətin, Şübhəsiz böyükdür, gücün, qüdrətin. (Camaatı göstərir.) Əfsus, güvəndiyin bu sərsəmlərin Cümləsi isyançı, cümləsi xain. S ə y a v ü ş Bu adlar yaraşır ancaq Valiyə. V a l i Bən kimlərə isyan etdim? S ə y a v ü ş Hər şeyə; Haqqa, ədalətə, insaniyyətə, Namusa, vicdana və heysiyyətə. V a l i Demək sən də uyub şu xırsızlara, Qıymaq istiyorsun böyük sərdara. Türk və moğol dursun, çinlilər belə Şımardı da əlbir oldu səninlə. O çinlilər ki, dün bizə əsirdi, Qarşımızda bu gün dodaq gəmirdi. A l t a y Həpsi məzlum, ya türk olsun, ya çinli. S ə y a v ü ş (acı gülüşlə) Tilki baqışların nasıl da kinli!? V a l i (sinirli) Qəhrəmanlıq səni məğrur etməsin, Qorqunc olur cəzan… S ə y a v ü ş Söylənmə, miskin! (isyançılara) Bağlayın qolunu, susdurun onu! -İsyançılar Yalçınla arqadaşının yarıbağlı qolunun zəncirini açıb Vali ilə Müşavirin qolunu bağlarlar.* Ç i n l i İştə haq bağıran haqsızın sonu! Y a l ç ı n (Valiyə dar ağacını göstərir) Çoq alçaldın, şimdi sənindir sıra, Bir az yüksəlirsin, çəksələr dara. S ə y a v ü ş Xayır, saqın! Onu asmış olsalar, Zəhərlənir leşə qonan qarğalar. Bəncə layiq ona bir dəmir qəfəs, İbrət alsın görüb keçdikcə hər kəs. Ç i n l i Altay! Sən bu yurda yeni can verdin, Zülmün qaba heykəlini devirdin. Y a l ç ı n Alqış sana, alqış doğduğun soya! Alqış bəslədiyin böyük duyğuya! A l t a y Siz çox inlədiniz zəncir altında; (Valiyə işarətlə) O zevqi tapmalı bizim şaşqın da, Şu qayğısız ovalara, dağlara Xəyanət uğramaz bu gündən sonra. Susdu hər bucağa qonan bayquşlar, Bir də çignəməz bu yurdu sərxoşlar. Zülmə qarşı dikbaş və məğrur olun! Hürriyyət uğrunda pək cəsur olun! Səadət pərisi gülməz qullara, Munis olur ancaq dəmir qollara. Pərdə -II SƏHNƏ** -Keçən səhnə… Aqşam üstü… Qarşıdakı pərdələr qalqmış, dar ağacı üzərinə iri fanar qonulmuş, dışarıda gözəl geyinmiş t ü r k , m o ğ o l , ç i n qızları və dəliqanlıları coşğun bir sevinclə rəqs edərlər. F i r ə n g i z nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eylər.* S ə y a v ü ş (gəlir) Gözün aydın! F i r ə n g i z Nə var? S ə y a v ü ş İştə əmcəniz! F i r ə n g i z Gərşivəzmi? (Qapıya doğru ilərilər, içəri girən Gərşivəzə.) Xoş gəldiniz! G ə r ş i v ə z (qucaqlayıb alnından öpər) Firəngiz! F i r ə n g i z Babam niçin bizi anıb gəlmədi? G ə r ş i v ə z Bu gün bayram olduğunu bilmədi, Zərər yoq, o gəlməz, siz gedərsiniz. (Ətrafı süzər) Nə xoş mənzərələr, nə parlaq dəniz!? S ə y a v ü ş Dənizsiz bir ölkə çıqılmaz qəfəs, Havasız bir məhbəs, alınmaz nəfəs. G ə r ş i v ə z İştə həp erkəklər, yosma gəlinlər Daşqın sevinc ilə rəqs edib gülər. S ə y a v ü ş Əvət, şanlı bir gün, uğurlu bayram. F i r ə n g i z Xalq için qurtuluş günü – şu bayram. B ə h r a m Bir yıl əvvəl isyan qopardı burda, Səyavüş tazə ruh verdi bu yurda. G ə r ş i v ə z Duydum şöhrətini bütün ellərdə, Zəfər dastanların gəzər dillərdə. Mümkünsə, dinləmək istərdim əl’an Olub keçənləri kəndi ağzından. S ə y a v ü ş Bən şu yurda yeni vardığım zaman, Sarmışdı hər yeri aclıq və isyan. Xain mə’murlara cəza verildi, Qarğaşalıq bitdi, köylər dirildi. Bunu görən qomşu çinlilər belə, Yığın-yığın əlbir oldu bizimlə. G ə r ş i v ə z Aşq olsun, əzizim, böyük məharət! Var ol, bin yaşa, ən gözəl siyasət! (Əlini sıqar, şübhəli baqışla.) Çin xalqına çoq da inanmaq olmaz, Onlar siyasətdə olduqca qurnaz. S ə y a v ü ş Xayır, həpsi Çin xaqanından qaçan, Yoxsul əkinçilər… G ə r ş i v ə z Hiylədir, inan! Onlar yabançıdır bizə, unutma! Hər azğını türkə bərabər tutma! S ə y a v ü ş (sərt və kəskin) Bən bu düşüncəyə qarşıyım… G ə r ş i v ə z Saqın! Er-gec qıyar sana o məzlum aqın. -Q ı z l a r yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir.* Y a l ç ı n Yetər, verilsin cəza, O vicdansız xırsıza! A l t a y Xain qaçsa hər yana, Qurtuluş yoqdur ona. -A l t a y və Y a l ç ı n camaatla bərabər yaqaladıqları V a l i və M ü ş a v i r i gətirirlər.* S ə y a v ü ş Nə olmuş? A l t a y Bu alçaq həriflər dəmin Qaçmaq istiyormuş… Y a l ç ı n (Valiyi üstdən aşağı süzərək) Zavallı miskin! S ə y a v ü ş Durun! A l t a y Bu xainlər asılsın gərək! C a m a a t Asılsın, asılsın! A l t a y (Valiyə) Oh, quduz köpək! V a l i (Səyavüşün ayaqlarına qapanır) Bir yıl cəza kafi deyilmi? S ə y a v ü ş Asla! G ə r ş i v ə z Səyavüş! Onları bana bağışla. S ə y a v ü ş Zalim bağışlansa daha çoq azar, Məzlum için qazar ən dərin məzar. G ə r ş i v ə z (Səyavüşə) Onun cəzasını bıraq bizlərə! F i r ə n g i z Əmcəmin sözünü salmayın yerə! S ə y a v ü ş Düşün, yaralanmış kinli bir yılan Sağ qalırsa… Y a l ç ı n Xayır, buna yoq imkan. A l t a y (Yalçına) Bağlayın qolunu şu azğınların! G ə r ş i v ə z Xaqan hüzuruna gedərlər yarın, Qanun qarşısında rəzil olurlar, Umulmaz, amansız cəza bulurlar. A l t a y Xayır, inanmayın! F i r ə n g i z (Səyavüşə) Susdur Altayı! S ə y a v ü ş Haydi! Y a l ç ı n Gəl, xaqan da bunların tayı. A l t a y Səyavüş də şah nəsli, xaqan nəsli, Onun hər kəslə var başqa bir dili. Gedirlər. G ə r ş i v ə z (Səyavüşün əlini sıqaraq) Var ol, xalq içində qırmadın bəni, Sağ bıraqmam inan öylə xaini. Nədimələr qədəhləri doldurur. F i r ə n g i z (kəndisi doldurduğu böyük qədəhi Gərşivəzə verir) Yorğunsunuz, gözəl şərabdan için! S ə y a v ü ş (nədiməyə) Çin elçisi nerdə, çağır da gəlsin. B i r i n c i n ə d i m ə (qapıya doğru baqır.) Gəldilər. S ə y a v ü ş Buyurun! Eyicə geyinmiş K ö s ə, B ə h r a m l a bərabər gəlir, otururlar. F i r ə n g i z (Gərşivəzi Kösəyə tanıtaraq) İştə əmcəmiz. K ö s ə (Gərşivəzə) Məmnun etdi bizi böylə gəlməniz. S ə y a v ü ş (qədəhi qaldırır) Var olsun Gərşivəz!.. B ə h r a m (içərək) Yaşa, bin yaşa! G ə r ş i v ə z Çoq təşəkkür!.. R ə q q a s ə girər. O kim? F i r ə n g i z (gülümsəyərək) Canlı bir əda! K ö s ə O, Çin sarayında eşsiz bir inci, Həm oynamaqda, həm səsdə birinci! G ə r ş i v ə z (Firəngizə baqaraq) Nəş’əmizə yeni bir nəş’ə qatsın. F i r ə n g i z (rəqqasəyə) Şaqraq səsin duyğuları oynatsın. Gərşivəz bir də içər. R ə q q a s ə (həm şarqı söylər, həm də rəqs eylər) Doğurdu annəm bəni matəmli bir dügündə, İblis ilə tanrının öpüşdüyü bir gündə. Gözlərimdə o gündən məstanə cilvələr var, Ağlasam yüzüm gülər, gülərsəm ruhum ağlar. Bən istərim hər könül bənim aşqımla dolsun, Kimsə bana yar deyil, ancaq əsirim olsun. Rəqqasə çəkilir, Gərşivəz dərin ah çəkər. S ə y a v ü ş "Ah" niçindir? G ə r ş i v ə z Bunu o cəllada sor! (Əlini şiddətlə masaya vurub qalqır.) Xayır, bu hiç vicdanıma sığmıyor. S ə y a v ü ş Nə oldu? G ə r ş i v ə z Hiç!.. S ə y a v ü ş Kimə qarşıdır bu kin? F i r ə n g i z Vali içinmidir? G ə r ş i v ə z Sormayın! S ə y a v ü ş Niçin? G ə r ş i v ə z Çünki Vali onun yanında bir hiç! S ə y a v ü ş O kim? Daha qorqunc insanmı? G ə r ş i v ə z Vaz keç! Alav dalğaları yaqar beynimi, Hiç bir qüvvət susduramaz kinimi. S ə y a v ü ş Yorğunsunuz, bir az yatın, dinlənin. (Yan odaya götürür.) G ə r ş i v ə z (qolunu Səyavüşün boynuna keçirir) Bilinmədi əfsus qiymətin sənin. F i r ə n g i z (Bəhrama) Daim onda böylə gülünc hallar var, Bir qədəh içdimi, qiyamət qopar. B ə h r a m Xayır, bu coşğunluq səbəbsiz deyil. Həpsi çıqar. Kösə ilə rəqqasə qalır. K ö s ə (təlaş ilə qıza yaqlaşır.) Tam fürsətdir! Hanı o zəhri-qatil? R ə q q a s ə Yolda düşürmüşüm… K ö s ə Yalan söyləmə! R ə q q a s ə (ciblərini göstərir) Yoqdur, inan! K ö s ə Çıqar, həzyan eyləmə! (Ciblərini arar və boğazını yaqalar, bu sırada Firəngiz qapı arasından görünür, dinlər.) R ə q q a s ə (bükülü bir kağız çıqarır) Buyur! Südabənin bu hiyləsində Sən də məhv olursun, inan ki, bən də. K ö s ə (kağızı açar, gülərək) Bu bir zəhir ki, ilk öncə güldürür, Güldürür, güldürür, sonra öldürür. Səyavüşə məxsus qədəh iştə bu! Bizdən ona tatlı, sürəkli uyğu!.. R ə q q a s ə (həyəcanlı) Həp o, həp Südabə!.. K ö s ə (dalıb gedən rəqqasənin qolundan tutar, odadan çıqarmaq istər.) Gəl, yetər sükut! R ə q q a s ə (zəhərli qədəhi alıb yerə çırpar) Parçalanmalıdır bu qanlı tabut… K ö s ə (kinli) Səyavüşə sən dəmi aşiq oldun? R ə q q a s ə Sən nəsin? İştə bir duyğusuz odun! K ö s ə (cibindən küçük bir xəncər çıqarır) Baq, bu xəncər daha zəhirli, kəskin! R ə q q a s ə (əlindən xəncəri qapar) Sən canavar südiyləmi bəsləndin!? K ö s ə Xəncəri ver bana!.. R ə q q a s ə (ətrafa) Zavallı şaşqın! Öylə qəhrəmana qıyılmaz, saqın! K ö s ə Ver diyorum… (Xəncəri almaq istər.) R ə q q a s ə Xayır! (Xəncəri arqaya atar.) K ö s ə (qızı yaqalar, boğar) Ver! R ə q q a s ə (acı fəryad ilə) Bıraq, bıraq! K ö s ə Xəncəri ver, yoqsa… F i r ə n g i z (Xəncəri yerdən alıb Kösənin böyrünə saplar) Al, iştə, alçaq! K ö s ə (yıqılaraq) Ah, bən… ölsəm belə… sizə… aman yoq… F i r ə n g i z Sus! S ə y a v ü ş (içəridəkilərlə bərabər gəlir) Nə olmuş? F i r ə n g i z Bunda asla vicdan yoq; Hərif Çindən gələn elçi deyilmiş. R ə q q a s ə Südabə göndərmiş, səninçin gəlmiş. S ə y a v ü ş Hiç şübhə yoq ki, var gizli bir səbəb. R ə q q a s ə (göstərir) Qədəh də, xəncər də zəhərlidir həp. F i r ə n g i z Pozmaq istiyorkən şən həyatını, Firəngizdən aldı mükafatını. S ə y a v ü ş (rəqqasəyi süzərək) Bu qız da şübhəsiz yoldaşdır ona. R ə q q a s ə Fəqət yoldaşlığım varmadı sona, Biz səni öldürməkçin gəlmişkən, Nədənsə həp fikrim dəyişdi birdən. S ə y a v ü ş Söylə, niçin dəyişdi? R ə q q a s ə Hiç sormayın! Çırpınan qəlbimə yara vurmayın! Bən çocuqkən saraylara satıldım, Rüzgar kibi eldən-elə atıldım. Öc izlərkən, birdən sana tuş oldum, Fəqət məzlumlara yardımçı buldum. (Cənazəyə baqar, kinli) Qıymaq istiyorkən bu miskin sana. Mane oldum iştə!.. B ə h r a m Afərin sana! F i r ə n g i z Qız məhv olmuşdu bən yetişməsəydim. (Rəqqasəyi qucaqlar, öpər.) İnan, səni bütün ruhumla sevdim. (Nədimələrə.) Alın, rahatlansın, o pək üzüldü, Sisli taleyimiz onunla güldü. Rəqqasəyi yan odaya aparırlar. S ə y a v ü ş (yanındakılara) Alın cənazəyi!.. Qaldırırlar. Nə dəhşət!? Əgər Cihandakı bütün kinlər, fitnələr, Bütün ihtiraslar olsa həp gəbə, Bir afət doğardı, o da Südabə! G ə r ş i v ə z (dərin ah çəkər) Doğrusu, pək uğursuzmuş taleyin, Bilməm nə gündə sən cihana gəldin? Zülmətlə nur qarışdığı andamı? Xeyr ilə şər barışdığı andamı? Sanma bir Südabə azmışdır yolu, Əfrasiyab ondan daha qorqulu! S ə y a v ü ş Bən nə yapdım ona? Tühaf müəmma!? G ə r ş i v ə z Diyor ki, göz tikmiş taxtü tacıma. F i r ə n g i z Səyavüşmü? G ə r ş i v ə z Əvət! S ə y a v ü ş Çirkin iftira! G ə r ş i v ə z Diyor: "Qarşı durur o, qanunlara"! S ə y a v ü ş Hanki qanunlara? G ə r ş i v ə z Kim bilir!? F i r ə n g i z Asla!.. Sapdığımız yoqdur qanunsuz yola. G ə r ş i v ə z Xayır, bu şübhələr sıqmasın sizi, Yoqdur Səyavüşdə xəyanət izi. (Digər odaya keçər.) S ə y a v ü ş Gedib görmədikcə Əfrasiyabı, Qalqmaz ortadan bu fitnə dolabı. F i r ə n g i z Saqın, getmə, ona bir şübhə gəlsə, Yalnız sana deyil, qıyar hər kəsə. S ə y a v ü ş Yoq, dayanılmaz bu çirkin böhtana, Ən küçük bir ləkə ölümdür bana. (Sinirli və coşqun.) Kimə inanmalı!? İştə hər diyar Bana qarşı kin və intiqam duyar. İran xəyanət və hiylə ocağı, Turan iftira və dəhşət qucağı!.. Çinə getsəm, onlar daha amansız! Saray böcəkləri yaşarmı qansız? Lə’nət olsun, uymam bu gündən sonra Elmasla parlayan qanlı taclara! Pərdə * * * Beşinci pərdə -Dağ ətəyində bir ova… İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar. Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafı süzərək dolaşır.* V a l i (kinli adımlarla gəzinir) Oh, Səyavüş, Səyavüş! Bilməm nə sandın bəni!? Bir gün didib parçalar dəmir biləklər səni. M ü ş a v i r Gərşivəz olmasaydı, hər ikimiz bitmişdik, Gedər-gəlməz diyarə ziyarətə getmişdik. V a l i İnan ki, sağ qaldıqca böylə vatan xaini, Sönməz Əfrasiyabın alav püskürən kini. M ü ş a v i r Diyorlar ki, qorqudan Çinə qaçmış… T o s u n Həp yalan. V a l i Xayır, o qorqaq deyil. M ü ş a v i r Fəqət, xain bir insan. T o s u n (ətrafa) Bütün bu uydurmalar Gərşivəzin hiyləsi! (Onlara.) Xain deyil Səyavüş… M ü ş a v i r Sus bə, şeytan köləsi! V a l i (ətrafdakı əskərlərə) Haydi, baqın yollara, o sapqın nerdə olsa, Burdan keçər şübhəsiz, həmən alın ortaya! M ü ş a v i r Bulutlara uçsa da qurtuluş yoqdur ona. (Üç-dörd nəfərlə uzaqlaşır.) T o s u n (ətrafa) Məraqlıdır tilkilər saldırırsa arslana. Bu sırada göy gurlar, şimşək çaqar. V a l i Kişnər də yıldırımlar, qılıc çəkər bulutlar, Göylər səltənətində qavğamı, şənlikmi var!? R ü b a b ə (qıyafətini dəyişdirmiş olduğu halda, tacir qıyafətli pişxidmətlə gəlir. Acı fəryad ilə.) Ah, aman! T o s u n Dur, nə olmuş? R ü b a b ə Dəhşət aldı cihanı, Şaşırmış bir yolçuyuz, yoqdur səfər imkanı. P i ş x i d m ə t Biz nerdəyiz? Bu yollar çıqar hanki bir yana? T o s u n O yol Çinə, baq bu da Əfrasiyab yurduna. Boru çalınır, G ə r ş i v ə z bir neçə cəngavərlə gəlir. R ü b a b ə Gələn kimdir? T o s u n Gərşivəz! (Arqadaşlarına.) Hazır olun, səla…m dur! (Tə’zim için qılıc çəkərlər.) P i ş x i d m ə t (təmənna edər, Rübabəyi Gərşivəzə təqdim ilə) Əfəndim! Qadıncığaz sizi görmək istiyor. G ə r ş i v ə z Nerdənsiniz, kimsiniz? R ü b a b ə Keykavusdan elçiyiz, İştə məktubumuz var. G ə r ş i v ə z Öyləmi? Xoş gəldiniz. (Bir tərəfə çəkilib məktubu oqur.) "Ey könlümün sevinci, çəlik qollu Səyavüş! Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş. Sən bir yandan hücum et, Çin xaqanı bir yandan, Tus ilə Zal oğlu da saldıracaq İrandan. Alt-üst edin Turanı, orduları əzilsin, Əfrasiyab hüzura qolları bağlı gəlsin. İmza: baban Keykavus". (İblis qəhqəhəsilə.) Baq, bunu pək bəyəndim. (Tosuna.) İkram edin bunlara! T o s u n (soyuq) Buyursunlar, əfəndim! (Hər ikisini çadıra aparır, ətrafda boru çalınır.) Ə f r a s i y a b (Piranla bərabər gəlir) Bu çadırlar burda niçin qurulmuş? P i r a n Yol pək uzaq, bəlli, əskər yorulmuş. Ə f r a s i y a b Saqın, fürsət bulub Səyavüş qaçar, Sonra başımıza fəlakət açar. G ə r ş i v ə z Hər tərəfdən iştə tutulmuş yolu, Yoqdur ona asla qurtuluş yolu. Ə f r a s i y a b Hər kim o sapqını əsir edərsə, Mükafat alacaq hər nə istərsə. P i r a n Səyavüşə sapqın demək doğrumu? (Çin yoluna baqar, heyrətlə.) O kim, Səyavüşmü? Gerçəkdən omu? Ə f r a s i y a b Kəndisi, iştə! Rəzil, ədəbsiz! G ə r ş i v ə z Sağ-solunda Bəhram ilə Firəngiz! Ə f r a s i y a b Haydi, bir az rahatlansın çadırda, Xainləri bəklər ən ağır cəza. P i r a n Hiç bir zaman, Zaval yoqdur doğruya. Gedirlər. G ə r ş i v ə z (alaycı gülüşlə, ətrafa) Er-gec sərab olur o tatlı rö’ya, Sevin, sevin!.. Əvət, uzaq deyildir, O, başbuq olacaq, sən də baş vəzir. Ə f r a s i y a b Bəncə suçlu deyil o şanlı əskər. G ə r ş i v ə z Aldatmasın səni gözəl nəğmələr, Hələ dağlardakı isyan sönməmiş, Altay da əzmindən hələ dönməmiş. Ətraf kəntlər hər gün ona qoşulur, Gün-gündən ordusu həp qüvvət bulur. Səyavüşün əli çatsa Altaya, Salır bizi daha qorqunc qavğaya. İştə Keykavusun əli var hələ, İstər Səyavüşlə versin əl-ələ. Ə f r a s i y a b Xayır, Səyavüşdə hiç bir hiylə yoq. G ə r ş i v ə z (kinayəli) Sazın tellərində əfsanələr çoq! Ə f r a s i y a b Yetər, yetər, artıq usandıq, yetər! G ə r ş i v ə z Hər halda ot kökü üstündə bitər. Ə f r a s i y a b İnanmam, o xain deyildir, xayır. G ə r ş i v ə z (məktubu verir) İştə oqu! Bu hər sirri anlatır. Ə f r a s i y a b (oquyaraq sarsılır) "… Çəlik qollu Səyavüş Sən bir yandan hücum et, .Hər tədarük görülmüş ... Çin xaqanı bir yandan, Tus ilə Zal oğlu da Saldıracaq İrandan. Alt-üst edin Turanı, Orduları əzilsin. Əfrasiyab hüzura Qolları bağlı gəlsin!" Nə dəhşət?! G ə r ş i v ə z Nə cəsarət! Ə f r a s i y a b Çəkilməz bu xəyanət! (Tosuna) Çağır gəlsin, o sapqın cəvab versin. T o s u n İtaət! (Çadıra girər.) Ə f r a s i y a b (Gərşivəzə) Bir az suçlu çıqdımı? Həbsə alınsın həmən, Bir bəhanə bulub da üz başını cəsəddən. (Məktubu əlində bürüşdürür.) İlk görüşdə bən sənin haq sözünə baqmadım, Səyavüşün bir casus olduğunu çaqmadım. S ə y a v ü ş ü gətirirlər. F i r ə n g i z Ah, sevgili babaciyim! Ə f r a s i y a b Yaqlaşma! (Sərt və kəskin tevr ilə ona və Səyavüşə.) Sən də, o da düşmansınız tacıma. F i r ə n g i z Bizmi? Ə f r a s i y a b Əvət, yapdığınız haqsızlıq, Qanunsuzluq deyildir əfvə layıq. Gəl, yaqın gəl! S ə y a v ü ş Əmriniz? Ə f r a s i y a b İştə məktub var sana, Baban çağırmış səni, yenə əski yurduna. S ə y a v ü ş Xayır, istəməm, xayır, İran bir cənnət olsa, O yurda sanma bir də Səyavüş ayaq basa, Hind ormanlarındakı qaplanlara qoşulsam, Himalaya başında qartallara eş olsam, Nildəki timsahların atılsam qucağına. Mümkün… Amma tutulmam örümçəklər ağına. Südabələr bəsləyən uğursuz bir ölkənin Uğramam hüduduna, bundan əmin ol, əmin! Ə f r a s i y a b Öylə isən güclü ordu verəyim sana, Alt-üst edib İranı saldır Kəyan şahına! S ə y a v ü ş Xayır, o alçalsa da bən alçalmaq istəməm, Aqıtsa da qanımı, bən öc almaq istəməm. Ə f r a s i y a b (alaycı gülüşlə) Aranızda, şübhəsiz, qırılmayan tellər var, Şu məktubu al oqu, baq gör nələr sayıqlar!? (Məktubu Səyavüşə verir, Səyavüş gözdən keçirir.) G ə r ş i v ə z (Əfrasiyaba yanaşır, kinayə ilə) Bizim şanlı qəhrəman siyasətdən də anlar, Həmən cəvab bulur da işin içindən çıqar. S ə y a v ü ş (həyəcanlı) İştə bənim için ölüm fitvası! Südabənin yeni bir iftirası! Ə f r a s i y a b Yazan Südabəmi? S ə y a v ü ş Xayır, Keykavus. G ə r ş i v ə z Gizli tədbirlərin hiç oldu, əfsus! S ə y a v ü ş (sinirli) Gərşivəz! Sən dəmi dil açdın bana? Sən dəmi, sən dəmi küsdün vicdana? Ə f r a s i y a b Sus, bənim qardaşım təhqir edilməz! Gərşivəz iftira, dəsisə bilməz. S ə y a v ü ş Haqlısınız, əvət, anladım işi, Sadəlik də abdallığın bir eşi. (Gərşivəzə.) Düşün, əgər xain olsaydım, asla, Silahsız, ordusuz çıqmazdım yola. Tatlı dillərinə uyub gəldim bən, Əsirgəmə, hər nə gəlsə əlindən. Ə f r a s i y a b Yetər, çoq şımardı, həmən susdurun! Bağlayın qolunu! F i r ə n g i z (babası önündə diz çökərək) Mərhəmət! S ə y a v ü ş (kəndisini yaqalamaq istəyənlərə) Durun! F i r ə n g i z Lütf edin, acıyın, o, xain deyil! S ə y a v ü ş Üzülmə, yalvarma! Ə f r a s i y a b (qızının qolundan tutub itələr) Çəkil! S ə y a v ü ş Oh, səfil! Lə’nət o günə ki, sığındım sana, Nifrət güvəndiyim qanlı xaqana! Bən atıb da gəldim Kəyan tacını. (Firəngizi göstərir.) Şərəf bildim onun izdivacını, Düşünmədim, babam kimi sənin də, Əqrəblər yaparmış yuva beynində. Bu bir suçmu, söylə, yalnız qəhr olan Ölkələri xilas etdim aclıqdan. (Vali ilə Müşaviri göstərir) Haq tanımaz zalımlardan öc aldım, Bilmədim ki, buna qızarmış dayım. Əvət bilmədim ki, dumanlı başlar Haqqı deyil, haqsızlığı alqışlar. Səncə xoşmu xalqın acı fəryadı? (Həyəcanla.) Ah, babam da, sən də məzlum cəlladı!.. Ə f r a s i y a b Dəf’ edin, görməsin onu gözlərim. S ə y a v ü ş Bu siz, bu bən!.. Bitdi artıq sözlərim. (Səyavüşü əskərlər aparırlar.) F i r ə n g i z (babasına) Ah, səndə mərhəmət, vicdan yoqmudur? Səyavüş, Səyavüş!.. Aman, getmə, dur! Gedirlər. B ə h r a m İştə boynum, iştə qılıc, xaqanım! Qurtar onu, sana halaldır qanım. Ə f r a s i y a b Xainin cəzası ölümdür ancaq! P i r a n Sağın, öylə şanlı bir gəncə qıymaq Qəlbindən yaralar bütün dünyanı, Anıldıqca ağlar qoyar Turanı. D ə l i q a n l ı (təlaş ilə gəlir) Dəhşət!.. O kimsəyi saya salmıyor. Ə f r a s i y a b Səvavüşmü? D ə l i q a n l ı Əvət, təslim olmıyor. G ə r ş i v ə z İştə, o dönmüş bir dəli qaplana, Saldırıyor sağa-sola hər yana. -Coşğun muzika… Çarpışma və gurultu səsi… S ə y a v ü ş sıyırma qılıc gəlir. Önündə qaçan V a l i y ə, M ü ş a v i r ə hücum edər, başqa cəngavərlər onun ətrafını sarar, qılıc-nizə baqırtısı ortalığı çınlatır. Bəhram da silah çəkib Səyavüşə yardım edər.* Ə f r a s i y a b Acımayın, vurun, həmən susdurun! S ə y a v ü ş Al, bu sənin! (Valiyi yaralar.) G ə r ş i v ə z (ətrafdakılara.) Hücum! P i r a n Ah, aman, durun! G ə r ş i v ə z Baq böylə! (Arqadan vurur.) S ə y a v ü ş (yıqılır) Uğursuz, alçaq! Ə f r a s i y a b Xainlərin budur cəzası ancaq! G ə r ş i v ə z Nihayət qırıldı zəfər şəhpəri! S ə y a v ü ş Səndən şərəflidir av köpəkləri!.. Ə f r a s i y a b Yazıq!.. Keykavusa etmədin imdad! S ə y a v ü ş Keykavus bir cəllad, sən də bir cəllad!.. (Susar, qolları yanına düşər.) Pərdə SON * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-seyavus İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.