Xəyyam Hüseyn Cavid (1882–1941) Xəyyam Dram – 6 pərdə Əşxas Xəyyam – məşhur filosof, şair Sevda – onun sevgilisi XacəNizam – Nizamülmülk Əbülqasim – Xəyyamın həmdərsləri Sabbah – Həsən Rəmzi – Xərabati- Xəyya mın hərami Vəfa-} – Rəmzi ilə Xərabatinin könüldaşları Səfa AlpArslan – əsrin xaqanı Məlikşah – xaqanın oğlu Yusif – isyançı bir dəliqanlı Hacib – Xacə Nizamın qulamı ƏbuTahir – Sabbahın xidmətçisi Saqiyə – gənc, yosma bir saraylı qız Müqtədibillah – Bağdad xəlifəsi ƏbuŞüca – onun vəziri Köylüerməni – şərabçı Müfti, Saib, Naib, başqa tələbələr, müridlər, çadırdaşlar, çömləkçilər, alverçilər, müştərilər, rəqqasələr, hökumət mə’murları, qulamlar, yavərlər, məzarçılar, əskərlər, saray qızları, sair qızlar və dəliqanlılar. * * * İlk pərdə Nişaburda mədrəsə yaşayışı... Tələbələrə məxsus bir oda. Ətraf taxçalarda kitablar, üstürlab və sair həndəsə alətləri, sağda qapı başqa bir odaya, solda qapı dışarı açılar. Qarşıda iri pərdələr asılmış. Xəyyam həmpiyalələri olan Rəmzi ilə Xərabati ilə bərabər şərab içərlər, hər üçü gəncdir. Birinci – ciddi, səmimi, kəskin baqışlı və coşğun, ikinci – arıq, həssas, üçüncü isə bir az dolğun, yağız çöhrəli və laübalidir. Qədəhlər boşalırkən musiqi “Hicaz” çalar. Ətrafda isə minacat səsi yüksələr. Ey fəzalarda gülümsər əbədi şe’rü xəyal! O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal!? Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal, Yenə yoq kimsədə əsla səni idrakə məcal. Xəyyam (heyrət və həyəcanla) İştə, bir səs ki, edər göylərə şaşqınca xitab, O sağır göy, əcəba, kimsəyə vermişmi cəvab? O dərinliklərə, boşluqlara uçduqca xəyal, Sanki çırpınmada bir şəhpəri yanmış qartal. Xərabati (alaycı qəhqəhə ilə) Hər gələn bir yeni əfsanə satar, O qaranlıq dama hər kəs daş atar. Saqın, aldırma, həmən zevqinə baq, (qədəhi göstərər) Hər həqiqət buradan parlayacaq. Rəmzi Yoq deyildir o qaranlıqda işıq, Bəşərin əczinə binlərcə yazıq. (Xərabatinin uzatdığı qədəhi alıb içindəki şərabı süzərək) İçəlim, iştə, bütün varlığımız, Al şəfəqlərdə gülümsər yalnız. Xəyyam “Xilqətin sirri müəmmadır, əvət, Ürəfa saçsa da yüz bin hikmət. Burda cənnət yapalım badə ilə, Nəmə lazım o varılmaz cənnət” Xəyyamın dırnaq arasına alınmış rübailərini H.Cavid tərcümə etmişdir. (İçərlər, hər üçü sərxoşca oqur) Hərüçü Saqi, aman, mey ver bana, Doldur, peyapey ver bana. Bən abi-kövsər istəməm, Mey ver bana, hey ver bana... İçdikcə ruhum şad olur, Hər qayğıdan azad olur. Mey ver – gözəlsiz, nəş’əsiz, Hər duyduğum fəryad olur. Yenə qədəhlər dolur, bu zaman Xəyyamın oda arqadaşları Xacə Nizamülmülk ilə Sabbah gəlir, birinci – vüqarlı və həlim, ikinci isə titiz və qurnazdır. Sabbah (Xəyyamı əzici baqışlarla süzərək) İştə, seyr et, bu nə sapqınca oyun. Xəyyam Buyurun siz də için... Sabbah (qızğın və kinayəli) Eşq olsun!.. Bir düşün, hiç sana layiqmi bu hal? Xəyyam Gəl də sızlanma, otur, bir nəfəs al. Sabbah Kimdi bunlar? Xəyyam (laübali gülüşlə birər-birər göstərər) İki dostum – Rəmzi, Şən Xərabati anıb gəldi bizi. Qayğı bilməz, içərək əyləniriz, Ayrı olsaq da həqiqətdə biriz. Xərabati (kinayəli qəhqəhə ilə) Şimdi anlat, baqalım, bunlar kim? Xəyyam İştə, bunlar da bənim həmdərsim; Biri Sabbah, o biri Xacə Nizam. Rəmzi Sən nəsin? Xəyyam Bən də sapıtmış Xəyyam. (Gülüşürlər) Sabbah (Rəmziyə) Bu gülüşlər nə demək? Hey, sarsaq!.. XacəNizam (bir kitab alaraq oqumaq için yan odaya keçərkən, Sabbaha) Bəri gəl, onları asudə bıraq. Sabbah (Xəyyama) Nə olur, böylə azıb getsə bəşər, Səncə əfsanəmidir xeyr ilə şər? Xəyyam Bizə gülməzsə həqayiqdəki sirr, Sərxoş ol, ya ayıq ol, fərqi nədir? Sabbah (coşaraq, Xərabatini göstərir) Sana bir eşmi o divanə səfil? Bir düşün, mədrəsə meyxanə deyil! Xəyyam Kaş ki, olsaydı... İçib sən də bir az İncəlirdin... Sabbah Yetişir... Sus, yaramaz! Xəyyam Bumu zevq əhlinə layiq ikram? Rəmzi Gedəlim, içdiyimiz oldu haram. Sabbah Ramazan aqşamı, hər dildə niyaz, Sizə İblis olur ancaq dəmsaz. Xərabati Bən ayıldım... Rəmzi Gedəlim, saçma yetər... Sabbah (bağırır) Sayğısız... Xəyyam Həddini çoq aşma, yetər... XacəNizam (gələr) Dur, nə olmuş? Sabbah (Rəmzini göstərər) Bəni təhqir eylər. Xəyyam Nə yazıq... Rəmzi Gəl, gedəlim... (Xərabati ilə bərabər çıqarlar) Sabbah Haydı, yetər. (İçəri girən xidmətçiyə şərab sürahisini və qədəhi göstərir) Durma, al, bunları rədd et buradan, Al da qır həpsini... Əbu Tahir çıqar. Xəyyam (Sabbahı yan baqışla süzərək gülər) Bədbaxt insan!.. XacəNizam Çoq təəssüf, umulur şeymi bu hal? Düşünün, hər ikiniz əql-kəmal. Yaşadıq bunca zamandır gülərək, Bu qırıqlıq, bu soyuqluq nə demək? (əllərini bir-birinə verir) Barışın, son gecəmizdir barışın, Hər kimin yıldızı parlarsa yarın, Arqa olsun da gərək bir-birinə, Çıqalım bəlkə səadətli günə. And içək! Xəyyam Anda nə hacət, söz bir. Sabbah Razıyım bən də, gözəl bir tədbir. XacəNizam Bunu vaqtilə sən açdın gerçək, Yüksələn düşkünə yardımçı gərək. ƏbuTahir (xızlı addımlarla girər) Gəliniz, minbərə çıqmışdır imam, Saray ərkanı bu gün burda tamam. XacəNizam Gedəlim camiyə. Xəyyam Camidənsə, Musiqi məclisi xoşdur bəncə. (Bərabər çıqarlar) Sabbah Biri vaiz, biri sazəndə arar, Bən sükut istərim, ancaq bu qadar. (Taxçadan bir şüşə alar, su töküb çalqar) ƏbuTahir O nədir? Sabbah İştə, əcaib dərman, Bir yudum içdimi bundan insan, Bütün aləm görünür cənnət ona, Bunu hind alimi öyrətdi bana. ƏbuTahir Cənnət istərsin əgər, camiyə var, Çoq saray qızları gəlmiş... Sabbah (e’tinasız) Nə çıqar?.. Bu sırada qapı barmaq ucu ilə vurulur. Baq, gələn kimdir? ƏbuTahir (qapını açıb baqar, heyrətlə) O işvəli nur Qız deyil, sanki şəfəq yavrusudur. Çıqar, dalğın baqışlı Sevda girər, əyilər. Buyurun, kimsiniz?.. Sevda İsmim Sevda... Sabbah Əmriniz? Sevda Lütf edin, imkan varsa Baqınız taleyimin yıldızına, Açınız həp gələcək ömrü bana. Sabbah (məmnun gülümsəyişlə) Bəni hardan tanıyor heykəli-naz? Sevda Şanlı Xəyyamı, əcəb, kim tanımaz. Sabbah (ətrafa) O nə həşmət, nə gözəl, şux əndam, Şübhə yoqdur, bəni sanmış Xəyyam. (taxçadan üstürlabı götürər) Cəbrə, ya hikmətə vaqif bir adam, Səncə bir falçımı ya?! Anlayamam. Sevda Xayır, əsla!.. Bilirim, şairsin, Elmi-hey’ətdə ki pək mahirsin. Nə olur, göydəki yıldızlara baq, Bir xəbər ver bana. Sabbah Dur, etmə məraq. Sevda O nədir? Sabbah Aləti-kəşf, üstürlab, Bizə yalnız bu verir bəlli cavab. (barmağı şaqağında düşünür, ani bir hərəkətlə şüşədəki dərmandan bir az qədəhə töküb Sevdaya verər) Hələ ilk öncə bu şərbətdən için. Sevda Bu niçindir əcəba, söylə, niçin? Sabbah Evliya türbəti var bunda, inan, İçsə hər kim olur azad acıdan. Dəyişər taleyi, iqbalı gülər. Sevda İçəməm. Sabbah (sinirli) Hiç bu olur şeymi, yetər, Varsa qəlbində bir az şübhə, niçin Bu qadar vaqtımı aldın... Sevda Lakin... Sabbah Sana əyləncəmiyim bən, söylə?! Sevda Pək gözəl, ver içəyim... (Alıb içir. Sabbah məmnun qalır) Sabbah Baq, öylə. Bu sırada işıq azalır, ikinci pərdə qalqar, dönməkdə bulunan elektrik kürəsi vasitəsi ilə rəngarəng qıvılcımlar görülür. Sevda gözlərini ovuşdurar. Sevda Dəhşət, bu nə əfsanəli türbət, Bilməm ki, alavdanmı bu şərbət? Sarmış bəni atəşli böcəklər, Bir baq, nə qıvılcımlı çiçəklər. Sabbah Aldırma, keçər həpsi. Sevda Xayır, baq, Canlandı, dumanlandı su, topraq. Başındakı ağ ipək örtünü bir yana atar, Sabbah onun üstündəki atlas urbani də alır, yalnız incə kömləkdə qalır. Dağınıq, qumral saçları omuzları üzərinə dağılar. Sabbah (gözlərini onun gözləri içərisinə dikərək) Aldırma, sönər şimdi o zülmət, Hər yanda gülümsər yeni cənnət. Səhnənin işığı artar. Ətrafda iri çiçəklər və kələbəklər görülür. Sevda (çocuqca sevinclə) Ya Rəb, nə lətafət! Sabbah Baq, doğdu günəş, güldü çiçəklər, Seyr et, nə gözəl şən kələbəklər. Sevda Dur, rəqs edəcəklər. Rəqs ahəngi başlanır. Çiçəklər və kələbəklər pəri qiyafətli qızlar olub oynayaraq, qıvrılaraq, süzülərək Sevdayı araya alarlar, Sevdada heyrət və həyəcan Sevda Oh... Bən bu tamaşaya vuruldum, Gəl, gəl bana, ruhum. (qızlar onu oqşayaraq uzaqlaşırlar. Sevda qollarını açaraq) Dur, getmə, aman, köksümə yaslan, Gəl, qaçma yanımdan. Sabbah Baq, başladılar cünbüşə. Sevda (əlilə) Sakit... Söylənmə, çəkil, get. (qızlara tamaşa edərək söylədikləri şərqini dinlər. Bu sırada Sabbah onun yelpazəsini alaraq onu yellər) Qızlar (Sevdaya yaqlaşarlar) Ey sevgili afət! Bu nə halət, nə qiyafət? Nerdən bu lətafət? Dan yıldızı qoynunda böyütmüş səni guya, Yoq bənzərin əsla!.. Bir busə dilər gözlər o süzgün baqışından, Aləm sana heyran. Hər yosmayı qısqandıracaq işvələrin var, Xoş cilvələrin var. Sevda (yerindən qalqaraq) Heyrət!.. Nə gözəllik, nə şətarət, Seyr et! O nə daşqınca bəkarət. (qızlara) Siz kimsiniz, ey qafiləyi-naz, Olmaq dilərim bən sizə həmraz. (Sabbah yarımqəhqəhə ilə gülür) Qızlar Bir rəng ilə ahəngə büründük, Qarşında göründük, Qoşduq da, aqışdıq sana bir an. Gəl, nazına qurban! Uç, gəl bizə, ey sevgili dilbər, Gəl sən də bərabər. Qızlar süzülərək uzaqlaşarlar. İkinci pərdə qapanar. Sevda təlaşla ilərilər. Sevda Ah, iştə qayıb, getdilər, eyvah!.. Sabbah (öpmək istər) Gəl, gəl bana... Sevda (geri çəkilər) Etdim sana ikrah. Sabbah Nazlanma, deyil könlüm oyuncaq. (Qolları arasında sıqar) Sevda Rədd ol, yetişir, sayğısız alçaq. XacəNizam (gələr) Kimdir bu? Niçin, böylə sayıqlar? Sabbah Bir qız ki, gəlib baxtını yoqlar. (Sevdayı geyindirər) Al, urbani gey, haydı, gələn var. Sevda Onlar hanı? Ah, nerdədir onlar? XacəNizam Bir söylə saraydanmı o? Sabbah Bilməm... XacəNizam (açıq qapıdan dışarını göstərər) Gəl, baq, onu izlər bütün aləm. Sabbah Dəhşət!.. Duramam burda... (Çıqar) XacəNizam Çəkil, sus... (Sevdayı diqqətlə süzər, ətrafa) Girmiş də bəşər cildinə tavus. Sevda Ah, nerdə o dilbər kələbəklər, Burdan süzülən canlı çiçəklər. XacəNizam Bilməm... Sevda (sinirli) Əcəba, səndəmi sapqın? Xəyyamı çağır, nerdə o çapqın? XacəNizam Əfv et onu, pək suçlu da olsa. Bu sırada əskəri musiqi... Hacib, eşikağası və hökumət mə’murları girərlər, saray qızları da onları izlər. Sarayqızları Sevda?! Bu nədir, Sevda?! Etdin bizi sən rüsva. Layiqmi adın gəzsin Nifrətlə dodaqlarda... Sevda Sevda pək uzaqdır ləkələrdən, Ah, uydum o əfsunçuya birdən. (qədəhi göstərər) Şərbətdən içib sanki bayıldım, Siz gəldiyiniz anda ayıldım. Hacib (kinli) Aydındır, əvət, mədrəsələr həp, Hər kərpici altında bir əqrəb. (Xacə Nizamı yaqalar) Gəl, xain, ədəbsiz, nə cəsarət?! (Qolunu bağlayıb götürürlər) Sevda Yoq, onda xayır, zərrə xəyanət. Sarayqızları Sevda, gedəlim, Sevda, Durmaq yaramaz burda. Gəl, gəl, ulu xaqanın Qalmış gözü yollarda. Yoqdur bir eşin əsla Ən şanlı saraylarda, Bir yosma gövərçinsin, Ardınca uçar dünya. Xəyyam gələr, onları tamaşa edib dinlər, coşğun bir ahənglə Xəyyam Alqış, bu nə aləm, bu nə tufan? Çarpışmada ahəng ilə əlvan. Yıldızları göylərdə ararkən, Hücrəmdə gülümsər bana birdən. (Sevdayı süzərək) Ah, sən, hələ sən... Başqa çiçəksin, Bilməm, kimi xoşkam edəcəksin. Bir tanrıya lazımsa tapınmaq, Zevq əhli tapınsın sana birdən. Hacib Divanəmi? Şairmisin? Xəyyam Əsla!.. Peyğəmbər idim, ümmətim olsa. Hacib Gəl, saçma bütün sözləri... (gedərlər, Sevda dönüb Xəyyamı vurğunca baqışlarla süzər, Hacib isə qolundan tutaraq) Gəl, gəl... Sevda (ətrafa) Ox, hər kəs olur könlümə əngəl. (Sevda iki-üç adım yürür, təkrar dönüb baqır) Xəyyam Gəldin də, niçin pənbə bulutlar kibi aqdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın? Şimşək kibi çaqdın da, niçin könlümü yaqdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın? (Sevda gülümsər və süzgün baqışlarla uzaqlaşar. Sevda getdiyi sırada Xəyyam onu izləyərək) Sərpildi alev ruhuma süzgün baqışından, Sarsıldı da həp bənliyim, ey afəti-devran. Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban, Bilməm, niyə getdin, niyə döndün, niyə baqdın?! Pərdə * * * İkinci pərdə Bazar... Qarşıda çadırçı və çömləkçi dükanları vardır. Taxçalarda hər dürlü çömlək və saqsı sürahi qoyulmuş, işçilər bir yanda çadır toquyurlar, bir yanda çamurdan çömlək, sair saqsı qablar yoğurub yaparlar. Yaşıl dalları ətrafa sarqan iri püsküllü söyüd (bidiməcnun) altında şərbətçi sıra iskəmlə üzərində oturan müştərilərinə şərbət verir. Ortalıqda başqa şeylər də satılır. Xoca, tacir, köylü və sairə alış-verişlə məşğuldurlar. Birincisatıcı (məxsusi bir ahənglə) Sərin şərbət... Gəl iç, gül şərbətindən. İkincisatıcı Gözəl halva, doyulmaz ləzzətindən. Üçüncüsatıcı Qızarmış tazə əkmək, tazə qaymaq, Çabuq gəl, durma gəl, fürsətdir ancaq. Neydə “dəşti” çalınar, gənc çadırçı eyni ahənglə oqur. Gəncçadırçı Bahar olmuş dedim, xülyayə uydum, Haman bir gözləri şəhlayə uydum. Adım Məcnun deyilkən dərdə düşdüm, Vəfasız, yosma bir Leylayə uydum. Çömləkçilər (başqa ahənglə) Çamurdan xəlq olunmuş derlər, insan, Qədəh yapdıq biz insan torpağından. Sunub mey ta xərabat əhli ondan, Unutsun dərdi, gülsün ömrü bir an. Xərabati ilə Rəmzi bərabər gəlirlər. Xərabati (ortayaşlı, qarasaçlı çadırçıya) Bana baq... Ey, bana baq, ustabaşı, Gördüyün varmı bizim arqadaşı? Çadırçı Kimi?! Rəmzi Xəyyamı... Çadırçı Xayır, görməmişiz. Xərabati Bəlkə evdən buluruz. (İki-üç adım yürür) Çadırçı Getməyiniz. Köçmüş ordan, sataraq var-yoqunu, Altı aydır ki, görən yoqdur onu. Rəmzi Görünür, ruhunu sıqmış bu diyar. Xərabati Başqa bir ölkəyə varsın, nə çıqar?! Rəmzi ilə Xərabati yavaş adımlarla getmək üzrə ikən Xəyyam sarıqsız və əbasız olaraq, saçları dağınıq, arıq və solğun çöhrə ilə qarşıdan çıqar. O tanınmayacaq dərəcədə dəyişilmişdir. Satış için əlində tutmuş olduğu kitabları uzadaraq onlara göstərir. Xəyyam Alın, əsla ələ keçməz bu kitab. Xərabati O kitabdan eyidir bizcə şərab. Xəyyam (kəskin) Al dedim, al!.. Yeyəcək əkmək için Para lazım... Xərabati (para verir) Al da rədd ol, miskin!.. Xəyyam (almaz və qızğın) Sana qalsın sədəqən. Xərabati (əli ilə rədd edər, usanmışcasına) Haydı, yetər! Rəmzi Baqayım bir, nə kitabdır, göstər? Xəyyam İbn Sinayı eşitdinsə, oqu, İştə Şərqin o böyük feyləsofu. Baq, yaratmış nə böyük xariqələr, Bir dəha nuri ki, daim parlar. (kitabları birər-birər göstərir) Baq, şu “Məntiq”, bu da “Qanuni-şəfa” Bunların qədrini anlar ürəfa. Rəmzi (şübhəli məraqla ətrafa) Omu!.. Gerçək omudur?.. Lütf ediniz, Varmı Xəyyamə bir az nisbətiniz? Xəyyam Doğmuşuz hər ikimiz bir anadan. Rəmzi (Xərabatiyə) Şübhə yoq, sevgili Xəyyamdır, inan. (qucaqlayıb öpər) Nə qiyafət bu, əzizim, bu nə hal? Xəyyam Sorma, hiç sorma ki, oldum pamal, Ac qalıb iştə qabıqdan çıqdım. Bu uğursuz yaşayışdan bıqdım. Rəmzi Öncə bir çoq tələbən vardı sənin? Xəyyam Həpsi “azmış” deyərək, bəslədi kin, Uğrayan olmadı bir kimsə bana, Uyudum çoq gecələr acqarına. Xərabati Sən ki, bir şair idin pək rəna, O da bir faidə verməzmi sana? Xəyyam Şairmi? Saqın, duyduğum ilhamə uyan yoq, Şe’rimdəki əsrarı duyan yoq. Yoq oqşayacaq ruhumu bir nuri-səadət, İzlər bəni hər dürlü fəlakət. Elmimdəki nöqsan ilə cəhlimdəki irfan Hər an doğurur bəndə bir isyan. Uydum da xəyalatə, sanıb kəndimi bilgic, Baqdım ki, yaqar beynimi bir hiç. Bir hiç ki, bütün şübhəli hikmətlərə asi, Uydurma fəzilətlərə asi. Gənc ömrümü atəşli dikənlər gəmirirkən Həp varlığa isyan edərim bən. İsyan!.. Ölü adət və təriqətlərə isyan! Yaldızlı həqiqətlərə isyan! Rəmzi Hiç məraq etmə, keçər, həpsi keçər, Əsrinin öksüzüdür dahilər. Xərabati (Xəyyamın qolundan tutar) Haydı, gəl, etməyəlim ömrü hədər, İçəlim badə, bütün qayğı gedər. Xəyyam Qorqarım, bəndəki bədbin əhval Sizə versin də məlal. Rəmzi Bil’əkis, səndəki xoş söhbətlər Bizi dilşad eylər. Çadırçıusta (Xəyyama yaqlaşaraq) Buna baq, halına, ətvarına baq, Sanki zəncirini qırmış dustaq. Bizə yoldaşdı o rəhmətli baban, Bir çadırçıydı o da. Görmədik öylə təmiz bir insan, Sən nəsin? Bir budala!.. Bazar xalqı çadırçı ustanın sözlərini dinləyərək sinirli və coşğun Bazarxalqı Saqın, aldanmayınız, qanmayınız, İpi qırmış şu hərif, Saçmadır sözləri, yalınız, yalınız Adı çıqmış arif. Çadırçıusta Başı boş, cibləri boş, qarnı da boş, Kədərindən sərxoş... Çömləkçi O, nücum elminə vaqif kibidir. Birincisatıcı Ya, təbabət də bilir. İkincisatıcı (Xəyyamın omuzunu oqşayaraq əylənir) Söylə bir göydəki yıldızlardan, Süzülən qızlardan... Üçüncüsatıcı Yeri almış bir öküz buynuzuna, Hiç inandınmı ona? Xəyyam “Ülkər ismilə, diyor, göydə yaşarmış bir öküz, Bu bir əfsanə, yer altında da varmış bir öküz. Arif olsaq bu öküzlər arasından bişək Görürüz bir yığın ipsiz və yonulmaz eşşək”. Bazarxalqı Bir baqın, sayğısız abdal nə diyor, Bizi təhqir ediyor. (Rəmzi ilə Xərabatini göstərirlər) Arqadaşdır ona həp əyyaşlar, Dəli, azğın başlar. Çömləkçi usta toqatlayıb yoğurduğu çamurla çömlək yaparaq, Xəyyama Çömləkçiusta Yüksəlib arqadaşın Xacə Nizam, Buldu parlaqca məqam. Oldu Alp Arslana ən şanlı vəzir, Sən nədən böylə fəqir? Xəyyam Bir düşün, varsa əgər səndə bir az əqlü kəmal, Bu çamur bir yığın insan ki, edərsin pamal. O həqarətlə, toqatlarla yapılmış qablar, Dünkü şahlar və vəzirlər ki, bu gün həpsi xəyal. Çömləkçiusta Biz də az-çoq biliriz, etmə məraq, Hər kəs er-gec yeyəcək böylə dayaq. Xəyyam uzun boğazlı və qulplu bir sürahi alaraq diqqətlə süzər Xəyyam “Görünür bən kimi olmuş bu da bir aşiqi-zar, Bağlamışdır onu zəncirinə bir zülfi-nigar. Gördüyün qulpu çamur parçası zənn etmə, saqın, Bir gözəl boynuna keçmiş qola çoq bənzəri var!” Bu sırada Sabbah ilə əli heybəli ƏbuTahir yolçu qiyafətində gəlirlər və Xəyyamın son sözlərini dinlərlər ƏbuTahir İştə, Xəyyam. Sabbah Omu, gerçəkdən omu?! Öylə bir şairin iqbalı bumu? (Xəyyamı qucaqlar) Xəyyam Səni ürkütdü bu halım yoqsa. Sabbah Nə səfalət, umulur şeymi bu ya?! Baş vəzir iştə bu gün Xacə Nizam, Get də anlat, edər az-çoq ikram. Xəyyam Qapısından keçər olsam, yaltaq, Sivri dişlər vuruşub saldıracaq. Sabbah Bəri gəl, bən bulurum çarə buna. Xərabati Dur, canım! Qalsın o işlər yarına. (Ney çalınır) Rəmzi Gəl şu püsküllü söyüd kölgəsinə, Könül uysün da bir az ney səsinə. Xəyyam (heyrətlə) İşləmiş ruhunu sən’ət və hünər. Xərabati Gəliniz. (şərbətçiyə) Ey, çabuq ol, şərbət ver. Püsküllü söyüd altında oturub şərbət içərlər. Gəncçadırçı (ney ilə bərabər oqur) Keçənlərdən bizə əfsanə qaldı, Sönüb Cəmşidi-Cəm, peymanə qaldı. O parlaq, möhtəşəm kaşanələrdən, Bu gün ıssızca bir viranə qaldı. Çömləkçilər də eyni sözləri işçi ahəngilə təkrar edib çalışırlar. Bu sırada Qulam əlində qırbac gəlir. Qulam Haydı, yoldan çəkilin, haydı... Çömləkçiusta Nə var? Qulam Seyrə çıqmış da saraydan qızlar, Haydı yüzlər divara! Xəyyam Oldumu ya?! Göz niçindir əcəba? Qulam Sus, budala!.. Qırbacla vurar. Sabbah yola baqar. Sabbah (təlaşla) İştə, Sevda... Bəni birdən tanısa Qızaraq verdirir əlbəttə cəza. Sabbah çadırların arqasına keçər. Bu sırada Sevda qara qulların daşığı təxt-rəvanda gələr, ətrafında saray qızları coşğun bir sevinclə şərqi söylərlər. Qızlar Alqış təbiətə, Alqış bu sən’ətə Dönmüş də cənnətə, Hər yer gülümsüyor. Sərməst olub bahar, Hər səmtə gül saçar, Yüzlər gülümsüyor, Yüzlərdə nəş’ə var. Qızlar əllərindəki çiçəklərdən birər-birər ayırıb Sevdanın ayaqlarına atarlar. Xəyyam əskin baqışlarla onları süzər. Xəyyam Bu gözəl yosmaların çiynədiyi, Hər çiçək bir gözəlin göz bəbəyi. Sevda Bana munis kibidir iştə bu səs. (Xəyyama) Söylə, kimsin? Nəçisin? Xəyyam Bir bikəs. Sevda Hanki sən’ətlə məraq etdin sən? Xəyyam İzlərim göydəki yıldızları bən, Lakin onlar pək uzaqdan daha şən, Daha dilbər və gözəldir, bilsən, Bizə yaqlaşdımı, bəsbəlli, yaqar, O alav səndəki gözlərdə də var. Sevda (nədimələrə) Bəni titrətdi bu coşqun sözlər. Xəyyam (ətrafa) Nə qadar işvəli, süzgün gözlər. Qızlar Sevda, gedəlim, Sevda, Xaqan darılır duysa. Şaşqındır o divanə, Gəl, gəl, oluruz rüsva. Sevda Sus, onda fəzilət var, Qüdrət və cəsarət var. Çarpınmada, baq, könlüm, Bilməm ki, nə hikmət var. Sevda və qızlar gedərlər, Xəyyam onlar getdiyi tərəfə baqaraq, coşğun. Xəyyam Nədir, bilməm, günahım, məst ikən gözlər visalından, Bənim məhrum olan, ey nazlı afət, gül cəmalından; Dəmin ilham alırkən şe’rə bənzər hər məqalından, Keçər yıllar, xəbər tutmam sevincindən, məlalından. Könül sənsiz səfa duymaz şəfəqlərdən, çiçəklərdən, Bütün ruhumda, vicdanımda sənsin, ah... yalnız sən... Sənin eşqinlə ruhum çırpınırkən, sızlar, inlərkən, Pərişan, xəstə halım hiç keçərmi bir xəyalından?! Bu sırada əskəri musiqi ətrafı çınlatır. Sabbah çadırın arqasından çıqaraq yola baqar. 37 Sabbah Bu nə? Rəmzi Alp Arslan, o məğrur insan Geri dönmüş sanırım Ceyhundan. Orda etmişdi əhali isyan, Görünür, susmuş o qızğın tufan. Xərabati (Rəmzinin qolundan tutub) Nəmə lazım, baqalım keyfimizə, zevqimizə, (Xəyyama) Gedəlim, haydı!.. Sabbah Saqın, şimdi sizə Verəməm sevgili Xəyyamı. Rəmzi Niçin? Sabbah Çünki fürsət çıqar əldən. Hacib (iki qulamla gələr) Çəkilin! AlpArslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gəlir. Yavər Yaşasın qutlu, yenilməz xaqan! Camaat Yaşasın Alp Arslan! Yavər Parlayıb bəxti, səadət bulsun! Camaat Yaşasın!.. Bu sırada qolları zəncirli Yusif adlı bir dəliqanlı arqadan gələrək nifrətlə bağırar. Yusif Rədd olsun!.. AlpArslan Susdurun! Kimdir o? Yavər Yusif məl’un. Camaat Yaşasın! Yusif (daha kəskin) Məhv olsun! Yavər Səni Ceyhunda niçin asmadılar? Yusif Şimdi asdır! AlpArslan Bu nə, miskin canavar! (Yavərə) İki gün sonra asılsın o dara! İbrət olsun bütün isyançılara. Gedirlər, Yusifi də bərabər aparırlar. Sabbah Xacə Nizama yaqlaşır. Sabbah Yaşasın xaqan! Qulam Sus! XacəNizam O kimdir, əcəba? Sabbah Möhtərəm Xacə, vəfa, əhdə vəfa. XacəNizam (qulamlara) Çəkilin, haydı! (Sabbahın əlini sıqaraq) Əzizim Sabbah. Nerdəsin? Sabbah Bir qadar oldum səyyah. XacəNizam Nerdə Xəyyam? O, Nişaburdamı ya? Sabbah (kənarda durmuş dalğın Xəyyamı göstərərək) Sizi görmək diliyor iştə o da. XacəNizam Ah, o Xəyyammı? Nə pəjmürdə xəyal... (qucaqlayıb öpər) Bir böyük şairə layiqmi bu hal?! Xəyyam Varlığım bir hiçə bənzər mübhəm, “Hiç var olmaz, buna yoqdur şübhəm”. Bana yan baqsa əgər anlamayan, Sanma eylər buna ruhum isyan. Anlayanlar belə yan gözlə süzər, O baqışlar bəni üzdükcə üzər. XacəNizam Saqın, aldırma kor olsun da cihan, Günəşin nuruna gəlməz nöqsan. Sən küçülsən də böyüksün, hətta Qopsa zülmət, yenə parlar o zəka!.. Pərdə * * * Üçüncü pərdə Alp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada Xacə Nizam gəlir, Hacıb baş əyər. XacəNi za m Haydı, Sabbah ilə Xəyyamı çağır. Hacib Bu saət. (qapıya çıxar) İştə, əfəndim, hazır. Sabbah və Xəyyam kübarca geyinmiş və yüzləri təraş edilmiş gəlirlər. XacəNizam (yer göstərir) Buyurun, kimsə düşünməzdi ki, biz Yenə bir gün görüşüb birləşiriz. (Sabbaha) Söylə, sən nerdə idin bunca zaman? Sabbah Qaçaraq mədrəsədən qorqumdan, İsfahan səmtini etdim məskən. Bəni cəlb etdi Nişabur yenidən. XacəNizam Bən də bir xeyli üzüldüm o gecə, Etdilər öncə bir az işgəncə. Sonradan məhkəmə suçsuz buldu; Gülərək taleyimiz yar oldu. Sabbah O səadət günəşindən az-çoq Parlarız biz də əminim... XacəNizam Söz yoq, Edilən əhdimizi tutmalıyız. (Xəyyamı hörmətlə süzər) Şairindir sıra, anlat yalınız, Hanki bir rütbəyə meylin varsa, Hökmü bir anda olunsun icra. Xəyyam Yaşamaqçin bana, mümkünsə əgər, Bir əkin tarlası, bir bağça yetər. XacəNizam Bir də kaşanə gərək məsrəf için, Hər nə lazımsa edərlər tə’min. Xəyyam Çoq təşəkkür, bu səadət yetişir, Bu da olmazsa yetər nan-pənir. XacəNizam (Sabbaha) Sən nə istərsin, əzizim, söylə. Sabbah Bir vəzifəylə sərəfraz eylə. XacəNizam Sana hər dürlü böyük rütbə yarar, Bilirim, səndə siyasi başı var. (Sabbahda sevinc) Sabbah Dilim aciz, nə deyim bilməm ki, Ah, diriltdin bəni. XacəNizam (ətrafa) Qurnaz tilki. Bu sırada pərdə arqasında incə bir musiqi çalınar. Xəyyam O nə mahir, nə gözəl barmaqlar. XacəNizam Sarayın iştə böyük aləmi var, Şanlı bayramdır, əzizim, bu gecə. Var ziyafətlə geniş əyləncə, Bu gün Alp Arslan için xoş bir gün, Qeysəri-Ruma o gəlmiş üstün. Xacə Nizamın işarəti və Hacibin toqunması ilə ortadakı pərdə qalqar, son dərəcə parlaq və süslü bir aləm görülür. AlpArslan, sarayərkanı, saraylıxanımlar və yavərlər önlərində şərab qədəhləri olaraq zevqə dalmışlar. Musiqi dəyişər, qalqıb xaqanın şərəfinə içərlər. Məclisdəkilər Binlərcə yaşa, ey yılmaz, Şevkətli, böyük xaqan! Binlərcə yaşa, Alp Arslan! Binlərcə yaşa, Alp Arslan! Qarşında aman bulmaz Ən qorqulu bir düşman. Binlərcə yaşa, Alp Arslan! Binlərcə yaşa, Alp Arslan! XacəNizam (şaha) İştə Sabbah və şair Xəyyam. AlpArslan (yer göstərir) Oturun. (XacəNizama) Bunlara lazım ikram. XacəNizam (Xəyyama işarətlə) İştə, hikmətdə böyük qüdrəti var Cəbrü-hey’ətdə də çoq şöhrəti var. İbn Sina kibi Şərqin yüksək Bir dəhasından o almış örnək. Yapacaq olsa rəsədxanə bizə, Şan verir fənnilə tariximizə. AlpArslan Burda yoq şübhə ki, Xəyyam ikidir, Biri alim, biri parlaq şair. Şimdi yalnız o böyük şairdən İki söz dinləmək istərdim bən. Xəyyam (coşğun qalxar) “Bir böyük quş qonaraq bürcünə gördüm Tusun, Süzərək kəlləsini pəncədə Keykavusun; Sanki söylərdi: hanı dünkü o həşmət, o cəlal? Hanı keçmişdəki avazeyi-təblü kusun?” AlpArslan Ah, bu sözlər nə qadar incə, dərin, Böylə kəskinsə də, xoşdur şe’rin. Xəyyam “Uğrayıb dün gecə bir ustaya oldum həmraz, Badə ibriqinə gördüm ki, yapar qulp, boğaz. Baq, dedim, bunlar ölən şahü gəda ə’zası, Nə şahın dəhşəti qalmış, nə gədalərdə niyaz”. AlpArslan Pək həkimanə, əvət, sözləriniz. XacəNizam (Saqiyə Xəyyamı göstərir) Ona mey sun. Sabbah Bana şərbət veriniz. AlpArslan Buyurun, xurma şərabından için, Yeni bir nəş’ə verir şair için. Xəyyam Bəncə Bağdadə Nişabur üstün, Xurmadan fərqi böyükdür üzümün. Saqiyə Xəyyama üzüm şərabı verir. AlpArslan (qədəhini qaldırır) İçəlim, iştə var olsun şair! XacəNizam Öylə şair sanırım pək nadir. Hər kəs içərək Xəyyama qarşı əyilər. Bu sırada rəqs ahəngi başlar. Bir yığın tüllərə və ipəklərə bürünmüş qızlar (Rum qızları) gəlir və oynarlar. AlpArslan Baqınız, incə zəfər qönçələri, İştə, Rum qeysərinin töhfələri. Qızlar Rum ahənginə uyğun oqur və oynarlar. Qızlar Bu bəlkə süslü bir yalan, Diyorlar, iştə hər zaman Çıqar Olimpə şadman, Ən işvəkar ilahələr. Gülər gülür, gülür gülər, Həyat için səfa dilər. Gəlincə rəqsə əl-ələ, O incə nazlı qafilə Aqıb coşan sevinc ilə Həyat için səfa dilər. Gülər gülür, gülür gülər O bəxtiyar ilahələr. Bu sırada Sevda cariyələri ilə bərabər gələr. Rəqqasələr onu qarşılayıb çıqarlar. AlpArslan Sevda nə qadar nazlı bu aqşam, Yalnız o verir şairə ilham. (Sevdayı vurğunca baqışla süzər) Sevda (oqur) Bir vəhşi gövərçin kibi bən də, Şən könlümü azadə dilərdim. Seyrana çıqıb dağda, çəməndə, Güldükcə günəş bən də gülərdim, Şən könlümü azadə dilərdim. AlpArslan Alqış o gözəl şe’rə ki, şair Bir söz bulamaz vəsfinə dair. Sevda (dəvam edər) Qəlbimdə sönər incə həvəslər, Dişlər bəni altınlı qəfəslər, Ruhumda qopar ən acı səslər, Bən bir quzu olsam da mələrdim, Şən könlümü azadə dilərdim. AlpArslan (həyəcanla yerindən qalqar) Alqış sana, Ceyhun qızı, bəndən nə dilərsin? Şaqraq dodağın susmasın, Allahı sevərsin. Aç könlünü, layiq sana hər dürlü mükafat. Sevda! Nə dilərsin, gözəlim, aç bana anlat?! Ölkəmdə aqışmaqda bu gün Dəclə və Ceyhun, Fərmanımı dinlər qoca Ümman ilə Quzğun. Var iştə, xəzinəmdə yığınlarla cəvahir, Hər hankisi parlaqsa, əmin ol ki, sənindir. Sevda Yoq bir şeyə könlümdə məhəbbət. AlpArslan Aç söylə, yetər fəzlə nəzakət. Sevda Mümkünsüz olur bəlkə, nə hacət. AlpArslan Bir söylə, nə istər gözəl afət? Sevda Bir istəyəcək varsa da... lakin... AlpArslan Aç könlünü, Sevda, nə dilərsin?! Sevda Xəyyamı edin əmrimə tabi, Zəncirlədiniz, iştə bu, kafi. (Hər kəsdə heyrət) AlpArslan Lakin suçu nəymiş, onu göstər? Sevda Bilməm, könül ancaq bunu istər. Xəyyam Xəyyamə nə lazımdı ki, zəncir, Onsuz da köləndir, bu nə təhqir? Sevda (Xəyyamə işarətlə) Şair nə qadar olsa da mahir (Sabbahı göstərir) Məhv olmalıdır şimdi o sahir. Sabbah (fəna halda sarsılır, ətrafa) Yoq şübhə ki, sanmış bəni Xəyyam, Əldən nə gəlir, etsə də e’dam? AlpArslan Sevda, bunu gəl istəmə bəndən, Xəyyamı bıraq, hər nə dilərsən, Rədd etməyəcəkdir səni xaqan. Sevda Rədd etsə?! AlpArslan Xayır, yoq buna imkan, Qırmam səni, aç söylə, nə dersin? Sevda (Xəyyamı göstərir) Şən könlünü şair bana versin. AlpArslan Gerçəkmi?.. Sevda Əvət, bən ona vurğun, Mə’şuqum ikən aşiqim olsun! AlpArslan Heyhat, olamam rəddinə qadir. Sevda Əmr et, bənim olsunmu o şair? AlpArslan (bir qədər düşüncədən sonra) Olsun! (ətrafa) Nə müəmmalı tamaşa... (Sevdaya) Zəncirlədirdin onu... Sevda Haşa!.. Xəyyam dediyim iştə o qurnaz. (Sabbahı göstərər) Sabbah (şaşqın) Sabbahdır adım. Sevda Öyləmi? (ətrafa) Canbaz!.. AlpArslan Sevdayı, dilərdim, gedə Bağdadə hədiyyə, Qismət bu imiş, oldu böyük şairə töhfə. XacəNizam Şən taleyi Xəyyamın, əvət, hər şeyə üstün, Biz istərik ilhamı da Sevda kibi gülsün! Xəyyam (laübali və coşğun, yerindən qalqar) “Bən ömrümü sərməst olaraq şən dilərim, şən, Bir dindəyim, azadə bütün küfr ilə dindən. (Sevdayı süzər) Sorduqda ki, mehrin nə? – Gülüb dəhrin ərusu, Mehrim, dedi, şən könlünü yalnız bana versən”. XacəNizam (Alp Arslana) Birləşdi, demək şe’r ilə şair. AlpArslan Bir cift ki, haman eşləri nadir. XacəNizam (Hacibin gətirdiyi məktubu oquyub dərin sevinclə) Aydın gözünüz, cümlə səadət bizə həmrah, Bağdadı atıb gəlməyə amadə Məlikşah. AlpArslan Oğlummu!.. Vəliəh dimi görmək nə xoş iqbal, Dolsun da qədəhlər, içəlim eşqinə dərhal! (İçərlər) Məclisdəkilər Urra!.. Yaşasın! AlpArslan Baq, bunu olduqca bəyəndim. (Hacibə) Gəlsin şu ərəb qızları! Hacib Hazırdır, əfəndim. (Çıqar, Xəyyam qalqar) Xəyyam Xaqana ricam var. AlpArslan Nə imiş? Xəyyam Dünkü əsirin Əfv et, suçu olmuşsa da. AlpArslan (Yavərə) Get, söylə gətirsin. Yavər təmənna edib çıqar. Xəyyam Binlərcə şəhər ya qala almaqdan, əmin ol, Bir sadə çoban könlünü almaq daha məqbul. Bu sırada ərəb ahəngi ilə çalğı başlar. Şux və işvəkar ərəbqızları gələr və xaqana əyilirlər. AlpArslan Baq, töhfədir onlar bana, göndərdi xəlifə. Xəyyam (alaycı gülüşlə) Din pərdəsi altında nə xoş, incə lətifə. Rəqqasə ərəb qızları oynar və ara-sıra oqurlar. Rəqqasələr Doğduq günəşin busələrindən, Al pəmbə şəfəqlərdə yıqandıq. İçdikcə alav kasələrindən, Hər yıldızı bir şəbpərə sandıq. Nadir bulunur bizdə bulut, sis, Şən ruhumuzun üfqü kədərsiz. Atəşli dodaqlar bizə munis, Atəşli könüllər diləriz biz. Rəqs bitər, Yusifi gətirirlər. AlpArslan Zəncirini açdır, ola azad, Bayram günü ta etməyə fəryad. Zəncirini açarlar, iki adım ilərilər. Yusif Əfvinlə sevinməz könül, əfsus, Zalım yenə zalımdır. Sabbah Aman, sus! AlpArslan Sən həddini aşdın da, rəzalət! Nerdən sana, bilməm, bu cəsarət? Yusif Sən iştə, zəhər kasələrindən səhər-aqşam Sundun bizə badə. Evlər təməlindən yıqılıb qalmadı bir dam, Sən etdin iradə. Var-yoq soyulub getdi o bayquş xüləfayə, Qoydun bizə minnət. (acı qəhqəhə) Onlar nə verirlər sana: əfyunlu hədiyyə – Zəm-zəm suyu, cənnət. Yıprandı xurafat ilə başlarda beyinlər, Sənsin buna rəhbər. Xırsızlara olduq kölə, yetməzmi səfalət, Yetməzmi bu zillət! AlpArslan (çılğın) Cəllad!.. Hanı cəllad? (Hacib gedir) Sevda (təlaşla) Əfv et, ulu xaqan. AlpArslan Yoq, yoq buna imkan! Xəyyam Əfv etmə də bir dürlü cəzadır, Qıymaq ona, əlbəttə, xətadır. Layiqmi o bir mum kibi sönsün, Hiçdən silinən kölgəyə dönsün? AlpArslan Xaindir o, azğınlığı mə’lum. (girən cəllada Yusifi göstərir) Vur boynunu! Cəllad (dönüb şaşqınca və həyəcanla) Oğlum! Əvət, oğlum!.. (silahı əlindən düşər) Yıllarca qalıb bən sana həsrət, Qürbətdə buluşduq, nə səadət. (Qucaqlamaq istər) Yusif Rədd ol, deyilim bən sana evlad! Cəllad Yusif... Yusif Baba olmaz bana cəllad! Cəllad Pək suçlu isəm, görməli mə’zur, Aclıq bəni etmiş buna məcbur. Qatil deyilim, aləti-qətlim. Xəyyam Məzlumdur, əvət, olsa da zalim. AlpArslan (bağırır) Vur boynunu! Cəllad (diz çökər) Xaqan, ulu xaqan! Əfv et onu, ver qətlimə fərman! AlpArslan (Yavərə) İlk öncə bunun boynu vurulsun! Cəllad (qalqar, köksünü açaraq) Öldür də, qanın bəlkə durulsun. Yusif (acı qəhqəhə ilə) Qansız yaşamaz sevgili xaqan, Qan, saçdığı qan, içdiyi həp qan! AlpArslan (Yavərə) Susdur onu!.. Yavər Azğın, bu nə cür’ət!? Yusif (qoynunda saqladığı ufaq xəncəri xaqanın köksünə saplar) Al, iştə gəbər! AlpArslan Ah!.. (Deyə yıqılır) Sabbah Bu nə dəhşət. XacəNizam Çıldırdı, həmən susdurun! Sevda Eyvah... Təlaşla Xəyyamın qolları arasına sıqılır. Ara qarışar, hər tərəfdən saldırıb Yusifi yaralarlar. Xəyyam Çılğın bəşər İblis ilə həmrah. Cəllad Əfv et bəni, yavrum, bəni əfv et! Yusif Cəlladlara, zalımlara nifrət!.. (Ölür) AlpArslan (uzaqlara işarətlə) Oğlum, bəni məhv etdi bu ərzəl... (Ölür) XacəNizam Məhv oldu o səndən daha əvvəl. Xəyyam (cənazələri süzərək) Bir anda sönüb getdilər onlar, Yoq artıq o kinlər, həyəcanlar. Heyrət!.. Nə amansız şu təbiət, İnsan nə qadar saçma həqiqət... Pərdə * * * Dördüncü pərdə I səhnə Xəyyamın iş odası... bir yanda hey’ət elminə aid rəsədxanə alətləri, bir yanda kütübxanə. İbn Sinanın əl məhsulu olan böyük rəsmi divardan asılmış. Tələbələr çalışır. Kimi pərgar ilə həndəsi şəkillər çəkər, kimi durbinlə yan pəncərədən günəşə baqar, kimi üstürlabla və bə’ziləri də kitab oxumaqla məşğuldurlar. Birinci tələbə durbini gözündən çəkərək. Birincitələbə Nə tuhafdır bu günəş, baqdıqda Gözlər ən kəskin işıqdan yorulur. Ləkə varmış, – deyə Xəyyam onda Yeni şeylər düşünür, doğrumudur? İkincitələbə (həndəsi rəsm cızar) Zevq alınmaz Günəşin seyrindən, Gecə yıldızlara baqmaq daha xoş. Saib (üçüncü tələbə) Dün rəsədxanəyə varmışdım bən Seyrə daldıqda olurdum sərxoş. Naib (dördüncü tələbə əlindəki kitabları göstərir) Bu cəbr, həndəsə, bilməm nə demək? Uğraşan beynini incitmiş olur. Cəbrə hər kim verəcək olsa əmək, Sanırım nəfsinə cəbr etmiş olur. Saib (kitabları Naibə verir) Çoq yoruldunsa bıraq, bunlara baq, İştə, ruh avlayacaq şeylər var. Naib (alıb baqar) İstəməm, bunlara yoq bəndə məraq, Quru, boş fəlsəfələrdən nə çıqar? Saib Biliriz, müftiyə naibsin, əvət, Səni əyləndirəməz hər hikmət. Naib Sən də Saibsin, inandıq, adına Yaraşır fəlsəfə... Bir söylə bana. (kitabları göstərir) Nə imiş sanki Ərəstu, Sokrat? Saib Yucadır hər biri bizdən bin qat. Xəyyam qapı dalında dinlər. İbn Sinaya qapılmış Xəyyam, O da uymuş qoca yunanlılara; Bizdə çoqdur sanırım fazil adam. Qalmamış gizli həqiqət əsla. Xəyyam (girər) “Fəzli, irfanı tanınmış neçə dahi başlar, Ürəfa bəzminə fanus olaraq parladılar. Birər əfsanə deyib getdilər, əfsus, əfsus, Bu qaranlıq gecədən çıqmağa yol bulmadılar”. “Kiminin fikrinə hakim görünür məzhəbü din, Kiminin saplanaraq qaldığı həp şəkkü yəqin, Ansızın bir də baqarsın ki, çıqar bir nadi, Bağırır: Hey, nə odur yol, nə bu, qafil miskin!” Naib (yerindən qalqaraq qızğın) Dini təhqirə nə hacət, yetişir. Xəyyam Bunca kəskin həyəcan yersizdir. (Xəyyam arqadakı odaya keçər, Naib kitabları qoltuğuna vurar) Naib Böylə boş sözlərə uymam, uymam, Qılavuzdur bizə ancaq islam. Birincitələbə (onun qolundan tutaraq) Gəl, sinirlənmə, yetər. İk incitələbə Kəndinə gəl. (İç odada alçaqdan musiqi çalınar, içərini göstərib kinayəli) Naib Gedəlim, olmayalım ta əngəl, Bəkliyor şimdi qədəhlərdə şərab, Olacaq rəhbərimiz məstü xərab. (Gedərlər) Pərdə Iı səhnə Son dərəcə süslü və şairanə bir oda... Ortada ufaq və yuvarlaq masalar və sandalyalar. Ətrafda nimtaxtalar üzərində səccadələr, balışlar və döşəklər. Masa üzərində şərab dəstiləri, qədəhlər və məzələr, çini saqsılardakı dürlü çiçəklər gözlərə bədii zevq verir. Xəyyam ayaqda gəzinir. Saqiyə ötə- bərini düzəldir. RəmziiləXərabati iki çarşaflı gənc qadınlarla gəlirlər. Birinci – Vəfa Rəmzinin... ikinci – Səfa isə Xərabatinin sevgilisidirlər. Saqiyə çarşafları alıb bükər. Rəmzi ilə Xərabati əba ilə sarıqlarını bir tərəfə qoyar. Hər ikisinin saçı Xəyyamda olduğu kibi bir qədər uzadılmış. Xəyyam Buyurun. Rəmzi Arzuladıq iştə səni. Xəyyam Bu gəliş xeyli sevindirdi bəni. Vəfa Nerdə Sevda? Xəyyam Oturun, şimdi gəlir. Səfa Onu çoq özləmişiz, Tanrı bilir. (yan odaya baqar) Gəldi, baq, iştə şətarət çiçəyi. Vəfa O, əvət, könlümüzün şən diləyi. Sevda (gəlir, heyrət və sevinclə) Nə səadət, yenə yad etdi Vəfa, Yenə xoş gəldi Səfa, gəldi vəfa. Hər ikisi ilə öpüşür. Hər qadın öz sevgilisinin yanında oturar. Xərabati (Xəyyama) Yenə yorğun kibisin? Xəyyam İşlər çoq. Rəmzi Çoq üzülməkdə də bir mə’na yoq. Xəyyam Gəldiniz, bir qadar aldım da soluq, Silinib getdi bütün yorğunluq. Saqiyə qədəhləri doldurub paylar. Xərabati çalınan neydən coşaraq. Xərabati İştə mey, Saqiyə, süzgün gözlər, Daha bilməm ki, könüllər nə dilər? Rəmzi Söylə, cənnətdəki əfsanəli Kövsərmi gözəl? Bu gözəl Saqiyənin sunduğu sağərmi gözəl? Xəyyam “Toz olurkən bən əcəl pəncəsi altında yarın, Çamurumdan içilən badəyə peymanə yapın. Doldurur bəlkə o peymanəyə zevq əhli şərab, Dirilib bən olurum bəlkə xərabatə yaqın”. Xərabati İçəlim iştə, var olsun Sevda! Xəyyam Yaşasın incə Vəfa, nazlı Səfa. (İçərlər) Rəmzi Bizə bunlardır, əvət, türfə ənis. Xərabati Hiçdir, əlbəttə, qadınsız məclis. Xəyyam Şən, gözəl bir qadın azadə gərək! Əldə gül qönçəsi ya badə gərək. Hanki məclisdə ki, yoq cinsi-lətif, Nəş’ədən zevq alamaz bir arif. Saqiyə (gələr) Sizi görmək diləyir Xacə Nizam. Xəyyam Pək gözəl. Sevda (Saqiyə ilə yan odaya keçərkən) Onlara lazım ikram. (Xəyyam, Xacə Nizamla Sabbahı qarşılar. Sabbah şimdi vəzir qiyafətindədir) Xəyyam Nə əcəb sizdən, əzizim, nə əcəb? Böylə bir lütfə nə hal oldu səbəb? XacəNizam Səni görmək dilədik. Xəyyam Var olunuz. Kaş ki, hər gün bizə düşsün yolunuz. Sabbah Səni hər gün belə görmək azdır. Xəyyam Bu gəliş doğru saraydanmı? XacəNizam Xayır... Cümədir, iştə məzarlıqda idik. Qəbri-xaqanı ziyarət etdik. (başını sallayır) Sanki yoqmuş o, nə səs var, nə səda. Sabbah (Xəyyama) Səni hiç görmədik, əfsus, orada. Xəyyam (gülərək) Uğrarım bir dəfə ancaq, eyi bil, O da rə’yimlə, məraqımla deyil. XacəNizam (Rəmzi ilə Xərabatini süzər) Əski dostlarmı? Xəyyam Əvət, hər ikisi Qayğısız könlümüzün sevgilisi. (qadınları tanıtır) O Vəfa, Rəmziyə munis dildar, Bu Səfa, rind Xərabatiyə yar. Çiynədik yıpramış adətləri biz, Böylə azadə ömür sürmədəyiz. XacəNizam Ya, demək, keçdimi bədbin əhval? Xəyyam Başqadır şimdi, əvət, bəndəki hal, Bən təzad elçisiyim, hər qayğı Bana saçmaqda səadət işığı. XacəNizam Nerdə Sevda? Xəyyam Baqınız gəldi. Sevda (gələr) Salam! Bu gəliş bəncə umulmaz bayram. XacəNizam Keyfiniz? Sevda Pək gözəl. Sabbah (Xəyyamla Sevdayı göstərir) Eşq olsun ona Ki, yetişmiş bu səadət quşuna. Sevda (Sabbahı süzüb yapma gülüşlə) Yapma Xəyyam onu sevdirdi bana. Xəyyam (Sabbahı göstərir) Baisim bən də onun varlığına. Saqiyə iki dolu büllur qədəh gətirir. Sevda birini Xacə Nizama, digərini Sabbaha verir. Sevda Bu şərabdır, bu da gül şərbətidir. (Sabbaha) Sana şərbət daha çoq nəş’ə verir. Sabbah Çoq təşəkkür. (ətrafa) Yenə kəskin tə’riz. Sevda Bən eşitdim ki, sizin gözləriniz Bir çoq insanlara tə’sir eylər. Daldırıb uyquya təsxir eylər. Sabbah Saçma sözlər. (ətrafa) Gərək ölsün bu qadın! (Qədəhləri qaldırırlar) Xəyyam Var olun! XacəNizam (Xəyyama) Parlasın aləmdə adın! Sabbah Onu parlatdı böyük Xacə Nizam! Kimsə bilməzdi ki, varmış Xəyyam. Xərabati (Xəyyama) Hakim olduqca yer üstündə şərab, Anacaqdır səni hər rindi-xərab. Rəmzi Əski yunanda müqim olsaydın, Nəş’ə mə’budu tanınmışdı adın. Xəyyam “Ayıq olsam uçaraq nəş’ə, çökər ruha duman, Sərxoş olduqda gəlir ağlıma az-çoq nöqsan. İki halın arasından gülər ən xoş bir hal, İştə, könlüm bayılır, zevq alır ancaq ondan”. İçərlər. Sevda lirik musiqi ilə bərabər bir parça oqur. Sevda Badə gözəldir, məzə həp naz ola! Saqiyə dilbaz ola, tənnaz ola! Gül sarılıb bülbülə, bülbül gülə, Ney coşaraq onlara dəmsaz ola! Vəfa, S e v d a, S ə f a (hər üçü birlikdə) Güldü bahar, oldu çəmən laləzar, Avladı hər aşiqi bir işvəkar. Hər gözəlin başqa bir ilhamı var, Xoşdur o afət ki, xoşavaz ola! Xərabati (sərxoş bir ahənglə oquyub qadınları göstərir) Olmaya dünyada amansız cəfa, Çıqmaya bir ləhzə könüldən Səfa, Oqşaya hal əhlini Sevda, Vəfa, Hər üçü həmbəzm ola, həmraz ola! Xəyyam (qədəh qaldırar) Əldə şəfəq dalğalı peymanələr, Gülsə də xoşdur bizə divanələr. Zahidin olsun quru əfsanələr, Bəlkə o dünyada sərəfraz ola! İçərlər. Bu sırada qara, gur saqallı bir sıra müridlər və xocalar içəri soqulurlar. Naib (onların arasında, Müftinin qulağına kinayəli) İştə, sevinc elçisi Xəyyam odur. Müfti (kinli) Oh, nə səfalət, bu da bir yolmudur? Naib (ətrafa) Fürsət ikən tez savuşub getməli. (Haman geri çəkilib aradan çıqar. Qadınlar təlaşla yan odaya keçərlər) Xocalar (coşğun) Xaini məhv etməli, qəhr etməli! Müfti Hər kəsi yoldan çıqarıb sayğısız, Dini də əyləncə sayar, qayğısız! XacəNizam Coşma əfəndim, bu nə? Səbr eyləyin, Hanki yel əsmiş sizə bir söyləyin? Müfti (Xəyyamı və qədəhləri göstərir) İştə, rəzalət yeli, bid’ət yeli, Anlatınız kimdir o bilgic dəli?! Sərxoş olub aləmi sərsəmlətir, Anlayamam bən, şu səfahət nədir? Xəyyam (gülər) “Həzrəti-müfti, sizə nisbətlə biz, Həm ayığız, həm deyiliz nəş’əsiz. Biz içiriz badə, siz insan qanı, Hankimiz, anlat, daha çoq vəhşiyiz?” Müfti Sus, bu cəsarət nə, bu tüğyan nədir?! Kimlərə uydun da, bu isyan nədir?! Xəyyam Şeyx rəis, iştə, o parlaq dəha Bizlərə hikmətdə böyük rəhnüma. İçsə o, bir suçmu bizim içməmiz, Qorqusu yoq, sən də gəl iç, ey əziz! Müfti Sus bə, şaşırdınmı, köpək sərsəri, Azma, düşün bir gələcək günləri. Burda həqiqət sana aydın deyil, Bəlkə qiyamətdə olursun xəcil! Xəyyam Xilqətin əsrarını bilsən əgər, Bəlkə ölümdən də bilirdin xəbər. Bən sağ ikən anlamadım haq nədir, Bir ölü, bilməm ki, nə duymaq dilər? Rəmzi (gülərək Müftini göstərir) Azmı bilir bağçamızın bülbülü, İştə, həqiqətlərə vaqif ölü! Müfti (çılğın) Sən dəmi, ah, sən dəmi güldün bana, Tanrı cəhənnəmdə verir yer sana. Xərabati (qorqulu, yapma təlaşla) Öyləmi, ah, öyləmi? Müfti Ya, öylə ya! Yoqdur aman haqtanımaz qullara! Zift ilə zəqqum içəcəklər tamam. Xərabati Bən dəmi, ah! Bən dəmi? Lütf et, xocam. (qədəhi yerə atar) Tevbələr olsun, daha içməm, yetər, Bən bilirim orda nələr var, nələr?.. (Ağlayaraq Müftinin ayaqlarına qapanar) Rəmzi Nerdə, cəhənnəmdəmi? Müfti Ya, öylə ya! Xərabati Dün gecə, ah, dalmış idim uyquya, Bir də nə gördüm ki, yanar kainat, Hər yanım atəş, bana yoqdur nicat. (Hönkürtü ilə ağlar) Müfti Baq, hələ bu uyqu, həqiqət deyil, Doğru cəhənnəm nə olur anla, bil! Xərabati Sardı bütün çevrəmi əqrəb, yılan, (xocaları ayrı-ayrı süzərək) Hər biri bir vəhşi öküzdən yaman. Həpsi alav püskürüb, atəş saçar, Onları div görsə uzaqdan qaçar. Müfti Söz yoq, azanlar bulacaqdır cəza. Xərabati Sonra haman gurladı bir əjdəha, Ah... dilim-ağzım qurusun, söyləməm. Rəmzi Söylə, nədir? Xərabati Müftiyə bənzər desəm, Çıldıracaq, saldıracaqdır bana. Müfti Sus, qəzəb etsin ulu Tanrım sana. (xoca və müridlərə) Oh, gedəlim, burda durulmaz daha, Bunlara Xaliq verəcəkdir bəla! XacəNizam Son gediş olsun!.. Müfti Daha gəlməm, xayır, Duydum, əvət, haq sözü duymaz sağır. (Çıqarlar) Xəyyam (Xərabatiyə) Müftini incitməməliydin, saqın, Cənnətə əsla bizi qoymaz yaqın. Qadınlar gəlir. Sevda Ah, şu həriflər nə qadar sayğısız. Rəmzi (Xərabatini göstərir) Onları susdurdu bizim qayğısız. Xəyyam Versə də bayquşlar əgər səs-səsə, Qayğı yaraşmaz bu gülər məclisə. XacəNizam Etməyiniz zərrə qadar e’tina! Onların azğınlığı varmaz sona. Saqiyə qədəhləri doldurur. Sevda (çalınan lirik musiqi ilə bərabər oqur) Durma, gülüm, Saqiyə! Sən badə ver, Gözləri öpsün yenidən nəş’ələr. Şairin ilhamı açıb balü pər Yüksələ ta göylərə, pərvaz ola! Hərüçqadın Gülsə günəş, gülsə çəmən, laləzar, Sanma könüllərdə şətarət doğar, Arif odur gülsün içindən bahar, Ta ona hər zümzümə bir saz ola! Xərabati Sabbahın şərbət içdiyini görüncə Rəmziyə baqar. Xərabati Bəncə əbəsdir mey olan yerdə su, Badə verir qəlbə səfa duyğusu. (barmaqlarını şaqlatır, gülərək) Eşq ola bir xalqa ki, haq yolçusu Həzrəti-müfti kibi canbaz ola! Dışarıda əskəri musiqi eşidilir. “Urra” səsləri ətrafı çınlatır. XacəNizam (təlaş ilə içəri girən Hacibə) Söylə, bu alqış nə? Hacib Məlikşah gəlir. Xacə Nizam Sabbahla bərabər qalqar, məclisdəkilər də onlarla bərabər qalqar XacəNizam Böylə xəbərsiz nə için? Sabbah Kim bilir. XacəNizam Başqa siyasətmi, nədir? Anlamam! Gəl baqalım, ta ola aydın məram. Sabbah (Xəyyamın qolundan tutaraq) Şairi alsaq eyi olmazmı ya? XacəNizam Zevqinə baqsın, gedəlim. (Çıqarlar) Xəyyam Öylə ya!.. Xacə bənim halımı rə’na bilir. (Onları yola salır) Rəmzi (Xərabatiyə) Keyfinə baq, sanki bu dünya nədir? Məskəni olmuş ulu xaqanların, Mədfənidir qorqulu sultanların. Xərabati (alaycı qəhqəhə ilə) Dün qara topraqda uyurkən biri, İştə bu gün taxta çıqar digəri. Xəyyam (geri dönər) Yoq işimiz şah ilə, sərdar ilə, Xoş keçər ancaq günümüz yar ilə. Gülsə Vəfa, işvəli Sevda, Səfa, Biz güləriz, batsa da şahlar yasa. Birsə məzarında gəda, padşah, Cami-Cəm olsun bizə ən son pənah! Qədəhləri qaldırıb içərlər. Pərdə Iıı səhnə Sevda odasında geyinmiş olaraq taxtın üzərində uyumaqdadır. Aqşam mumlar yaqılmış. Sabbah Əbu Tahirlə bərabər avçı qiyafətində gəlirlər. Sabbah (Sevdayı öylə görüncə heyrətlə) Çocuq xəyalı, mələk ruhu, bir mayıs səhəri Təcəssüm eyləyərək, Gülər o çöhrədə şən xilqətin o şah sehri, Qadınmıdır gerçək. Sevda qımıldanır. ƏbuTahir İştə az qaldı oyansın, gedəlim. Sabbah Sən uzaqlaş. (Əbu Tahir çəkilir) Sevda (gözlərini ovaraq) Kim o? Sabbah Əfv et, gözəlim, Ansızın böylə izinsiz girməm Səni ürkütməsin əsla. Sevda (qalqaraq ətrafa) Sərsəm!.. Sabbah Nerdə Xəyyam, onu tez görməliyim, Acı bir sirri xəbər verməliyim. Sevda Evdə yoqdur, gələcək, söylə bana, Hanki dəhşətlə gəlir qorqu sana? Sabbah Öylə dəhşət ki, çəkilməz, ancaq Çarə Xəyyam ilə səndən olacaq. Sevda Nə imiş söylə?! Sabbah Məlikşah gələli Parlayıb bən onun oldum sağ əli. Bunu gördükdə qızıb Xacə Nizam Eyliyor qətlimə hər ləhzə qiyam. Diyor, Alp Arslanı öldürmək için Sən də Yusiflə şəriksin. Sevda Lakin... Bunu isbat edəcək əldə nə var? Sabbah Xacə yoqdan belə yüz hiylə yapar. Sevda İştə, bir şübhə ki, uydurma, yalan, O deyil hiç də fəna bir insan. Səni qurtardı ölümdən Xacə, Yoqsa məhv etdirəcəkdim o gecə. Sabbah Şimdi məhv et, daha məs’ud olurum, Duyduğum hər acıdan qurtulurum. (ətrafa) Ah, o gözlər bəni öldürdü, yetər! Dışarıdan əskəri musiqi eşidilir. Əbu Tahir təlaşla içəri soqulur. ƏbuTah ir Gəldilər, gizlənəlim. Sabbah (Sevdaya) Bir yer ver. Sevda Keçiniz! (Yan odayı göstərir) Sabbah Yalnız ümidim sanadır. Aradan çıqarlar. Sevda (gələn Saqiyəyə) Sən nə yapdın? Saqiyə Nə dilərsin hazır. Qarşıdakı pərdəyi bir yana çəkər. Çiçəkli yaşıl bağçanın döşənilmiş olduğu görülür. Süfrədə badə ibriqi yaxud dəsti-sürahi və boş qədəhlər, məzələr vardır. Ağaclardan fənərlər asılmış. Üfüqdə üçgecəlik ayla yıldızlar parlar. Xəyyam, Məlikşah və Xacə Nizam ilə bərabər gəlirlər. Xəyyamın saçı daranmış, saqalı bir az uzadılmışdır. Xəyyam Buyurun. (Sevdaya) İştə, Məlikşah... Sevda Əcəba, Nerdə rast gəldiniz? Xəyyam Əl’an yolda, Baqdı ilk öncə rəsədxanəmizə, Sonra lütf eylədi kaşanəmizə. Məlikşah (Sevdaya) Halınız? Sevda Siz var olun, çoq eyidir. XacəNizam (birdən köpürür) Nə xəyanət o? Nə cür’ət? Məlikşah (onu sükuta də’vət edər) Yetişir... Xəyyam Yeni bir şeymi var? XacəNizam Azğın Sabbah Şimdi avlaqda ikən biz, nagah Pusaraq az qala qıymışdı bana. Xəyyam Ehtimal, öylə görünmüş bu sana. XacəNizam Hər nə olmuşsa, bən etməm təhrif, Son zamanlarda sapıtmış o hərif. Yeri gəldikdə, inan, çıldıracaq, O da Yusif kibi bütlər qıracaq, Sanma yalnız bəni izlər, hətta Qıyacaqdır o şərəfsiz sana da, Bəsliyor gizli fədin çətəsi, Qıyacaq hər kəsə ta var nəfəsi. Onca ərkani-hökumət bir-bir Yer üzündən silinib getməlidir. Məlikşah Baqarız, məhkəmə var, qanun var. XacəNizam Məhv edilməzsə o nankör canavar... Məlikşah (onun sözünü kəsərək) Dur, bir az dinləyəlim şairi biz. Xəyyam Ərzi-şükranə yetişməz dilimiz. Məlikşah Gəlməz oldun bu yaqınlarda bana. Sevda Çoq zaman dostları həsrətdir ona. Xəyyam Son zamanlarda başım pək qarışıq. Sevda (kinayəli gülümsəyişlə) Arayır çünki qaranlıqda işıq. Saqiyə qədəhlərə şərab doldurur. Xəyyam Buyurun, seçmə şərab. Məlikşah Siz içiniz. Xəyyam Ya siz? Məlikşah Avlaqda ikən içdik biz. (Saqiyəyə) Bir qədəh, varsa, limon şərbəti ver. Xəyyam (yalnız içərək) Var olun!.. Məlikşah Nuş ola! Bilsən nə qadar Özlədim şairi Bağdadda ikən. Xəyyam Orda xoşdur yaşayış gerçəkdən. Məlikşah Səni sıqmazmı Nişabur, əcəba? Səfər et, baq nə genişdir dünya... Çoq olur feyzi xəyal aləminə, Gedəlim bizlə Hicazə, Yəmənə, Dəclə sahilləri bilsən nə gözəl, Hələ məhtabı gözəldən də gözəl. Bir rəsədxanə yaparsın orada, Sanırım hiç sözün olmaz burada. XacəNizam Sizi rədd etməz, əminim. Məlikşah Nə tuhaf... Görünür, müftidə yoqmuş insaf. Söylüyor, hər şeyi atmış Xəyyam, Olmuş ən sərxoş, uğursuz bir adam. Xəyyam Doğru, var içkiyə az-çoq meylim, Söylənənlər kibi düşkün deyilim. Çoq zaman özlədiyim neylə şərab Fikri təbliğ için ahəngi-rübab. Edərim əski xurafata hücum, Yeni bir fəlsəfə izlər ruhum. Xalqı gördükcə səfalətdə həmən Içərək vaz keçərim kəndimdən. Içərim həp sevərək, sevməyərək, Uğramaz fikrimə keçmiş, gələcək. Avutur könlümü ancaq Sevda, Versə yalnız o verir ruha qida. Musiqi... Sevda Xəyyama cavab olaraq bir parça oqur. Sevda “Bilməz yarının sirrini bir kimsə cihanda, Baq zevqinə tale sana yar olduğu anda. Məhtabə çıqıb könlünü şad eylə ki, bir gün Özlər də qəmər bizləri, bulmaz şu məkanda”. (Həsrətli baqışla yeni doğmuş ayı göstərir) Məlikşah Söylə bir parça da, lütfən, nə olur? Xəyyam Söylə, gəlsin bana eşqinlə qürur. Sevda (oqur) “Bir gün dedi gül bülbülə: bən böylə gözəlkən Zevq almada hər kəs nə için əşki-tərimdən? Bülbül dedi: dünyada o kimdir gülə bir gün, Yıllarca zəbun etməyə şən könlünü şivən!” Bu sırada ağaclar arasında bir bülbül ötər. Məlikşah İştə, bülbülləri inlətdi səsin. XacəNizam Sözlərindən yenə Sevda bədbin. Sevda Söylənən şe’ri yaratmış Xəyyam, Könlüm ancaq alır ondan ilham. Saqiyə şərbət gətirir. Təpsini qapı yanında iskəmlə üzərində qoyub içəri girər, bir qədəh daha gətirər. Sabbah qapı arasında görünür, Xacə Nizamın qədəhinə zəhər qatar. Geri dönən Saqiyəyə Sabbah Bu qədəh, söylə, kimindir əcəba? Saqiyə Baş vəzirin... Niyə sordun? Sabbah Olur a... (Şübhəli baqışla uzaqlaşan Saqiyəni süzüb yanında duran Əbu Tahirə) Dur, bizim Xacə bulur şimdi cəza. ƏbuTahir (şaşqın) Nə imiş? Sabbah Sonra duyarsın, sonra... XacəNizam (qədəhi alar) Buzlu şərbətmi? Xayır, bən içəməm. Sevda (onunkunu alıb önündəki qədəhi ona verir) Bunda buz yoq, alınız. Onlar şərbət, Xəyyam şərab içər. Sabbah (Sevdaya işarətlə) Vay, sərsəm!.. Şimdi bir anda o gül yüz solacaq, Solacaq, inləyərək məhv olacaq. ƏbuTahir Niçin, anlat? Sabbah Var o şərbətdə zəhir. ƏbuTahir Ona qıymaqmı olur? Sabbah Fərqi nədir?! Bəni öldürdü onun işvələri, O da olsun, bəri gəl, haydı bəri. Çəkilib gedərlər, bu sırada yerdəki dəsti bir tərəfə yuvarlanıb qırılır. Xəyyam acı gülümsəyişlə göyə doğru. Xəyyam “Badə ibriqimi qırdın, ya Rəb! Dərdimi başdan aşırdın, ya Rəb! Bən mey içdimsə, əcaib bir hal, Məst olub sənmi şaşırdın, ya Rəb”. Məlikşah (Sevdaya) Dinləmək istiyoruz bir də səni. Sevda ağır hallar keçirir, qədəhi alıb yoqlar. Sevda Bu qədəh, iştə, xərab etdi bəni, Gəmirir köksümü binlərcə böcək Həpsi atəşli zəhər püskürəcək... Xəyyam Sevdanın başının əllərinə alır. Xəyyam Ah, nədən söndü səadət günəşi. XacəNizam (ətrafa) Bən əminim, bu da Sabbahın işi. Xəyyam Nazlı Sevda! Sana kim qıydı, gülüm? İlk baharında nə layiq bu ölüm? Söylə, ey sevgili, eşsiz diləyim. Kim zəhər qatdı gülər ömrünə, kim?! (Ağlar) Saqiyə Onlar... onlar... XacəNizam (təlaşla) Nə dedin? Saqiyə Ah, onlar... (Yan odayı göstərirkən zəlzələ başlar, Saqiyə yıqılır, bağça kənarında görünən çardağın bir qismi parçalanıb düşər) Məlikşah Bu nə dəhşət, köpürür tufanlar?! (Ətrafda qarğaşalıq və cığlıq qopar) XacəNizam İştə hər yanda böyük vəlvələ var. Qomşuqızlar (bağçada qaçışaraq) Ah, aman zəlzələ var, zəlzələ var. Son sözlər təkrar olur, məclisə pərişanlıq gəlir. Xəyyam (kinli və acı fəryadla cənazəyə) Qalq, oyan!.. Ah, niyə susdun, gözəlim?! Həp təbiət, bəşəriyyət zalim... Söylə, kimdən diləyim bən imdad?.. Həp təbiət, bəşəriyyət cəllad!.. Pərdə * * * Beşinci pərdə I səhnə Məzarlıq... İmamzadə günbədi... Onun yanında namaz qılınmağa məxsus bir oda. Ətrafda məzarlar, yeşil bir çinarla iki-üç sərv ağacı. Ötədə-bəridə vəhşi güllər. Daha iləridə yaşıl bir təpəcik. Buludlu səhər, uzaqdan həzin-həzin çoban düdüyü çalınır. İki məzarçı məzar qazımaqla məşğuldur. Birincisi – ixtiyar, ikincisi – gəncdir. Birinci məzarçı qalın səslə oqur. Birinciməzarçı Biri ölməzsə dirilməz birisi, Hiçdir ömrün sonu yaxud gerisi. Olsa qurnaz nə qadar bir tilki, Boğazından çıqacaqdır dərisi. (topraqdan çıqardığı qafa tasını süzərək bir yana atar) İk inciməzarçı (bəzəkli bir məzarı birinci məzarçıya göstərərək) Bu qəbir, söylə kimindir, əcəba? Birinciməzarçı Bu hərif varlı bir axmaqdı, xəsis, Nazlı bir yosmaya olmuşdu ənis. Yetişib var-yoqu oynaq qadına, Yedirir hər gecə oynaşlarına. (İkinci məzarçı qazdığı məzardan bir əyri sümük çıqarıb gülərək) İk inciməzarçı Bu çürük qozbelə baq bir, bu bunaq Topraq altında da qozdur, sarsaq. (Yandakı çuqura atır) Birinciməzarçı Qomşumuzdur, o da bir rəngə girən, Daima söz götürüb, söz gətirən Bir uğursuz ki, bu gün susmuşdur. İk inciməzarçı (ətrafa baqaraq) Kimdir onlar? Birinciməzarçı İki qızğın mə’mur. İki əskəri mə’mur təlaş içində gəlir. İk incimə’ mur Bana baq! Ey!.. Birinciməzarçı Nə imiş? Əmr ediniz! Birincimə’ mur Söylə, Sabbahı, Əbu Tahiri siz Burda görmüşmüsünüz? Birinciməzarçı Yoq, əsla! Birincimə’ mur (arqadaşına İmamzadə ilə namazgahı göstərir) Haydı, sən durma, bu ətrafı ara. (məzarçılara) Öylə xainləri kim saqlarsa, Görəcək ən qaba, dəhşətli cəza. İk inciməzarçı Onların məskənidir şimdi məzar. Birincimə’ mur Nə məzar? Hanki məzar? Birinciməzarçı (ikinci məzarçının ətəyindən çəkərək) Sus, murdar!.. Sana əyləncəmi bir cəngavər. (ətrafda yeni suvanmış məzarı mə’mura göstərir) Baqınız, burda gömülmüş ölülər. Birincimə’ mur Kimə lazım ölülər, heyvana baq?! İk incimə’ mur (gəlir) Kimsələr yoq. Birincimə’ mur Gedəlim. (iki-üç adım gedər, təkrar dönərək) Ey bana baq!.. Yoq o xainlər için qurtulacaq. Kim tutub versə, mükafat alacaq. Az deyil, iştə yüz altın... Düşünün, Bunca sərvət ələ düşməz hər gün. (Gedərlər) İk inciməzarçı Böylə fürsət ələ keçməz gerçək. Birinciməzarçı (onun başına bir yumruq vurur) Sən öküzsün, buna yoq bir deyəcək, Bizə altınmı verirlər? Şaşqın! Dağılıb cinləri xaqanımızın Yenə Sabbahı bağışlar er-gec, O zaman sən yaşamaqdan vaz keç. Sabbah (Əbu Tahirlə arqadakı boş məzardan) Kimdir onlar? Birinciməzarçı İki azğın mə’mur... Sabbah Nə diyor? Birinciməzarçı Sizləri izlər də durur, Söylüyor, onlara yoq qurtulacaq. İk inciməzarçı Görsələr məhv edəcəklər. ƏbuTahir Sarsaq... Sabbah (hər birinə ikişər altın verər) Al, saqın, kimsəyə bildirmə bizi. Birinciməzarçı Bu nə mümkün... Bilirik həddimizi. ƏbuTahir Gedəlim. (Uzaqlaşırlar) Sabbah Gəl, buradan qurtulsam, Bəni haqqilə tanır Xacə Nizam. Birinciməzarçı (qafasını sallayaraq oqur) Biri izlər, biri dəhşətlə qaçar, Biri dovşan, biri qızmış canavar. Üç qarış topraq ikən son yatağın, Bu didişmək nəyə lazım bu qadar. Pərişan qiyafətli, başı açıq, saçları dağınıq, yarım sərxoş, əlində bir dəsti – Xərabati onlara yaqlaşır. İk inciməzarçı İştə, bir səndələyən canlı məzar, Hər gün etməkdə bizim səmtə güzar. Qaldırıb dün o şərab dəstisini, Sayğısız az qala vurmuşdu bəni. Birinciməzarçı Saqın, əsla ilişib durma, qızar, Onda çılğınlığa bənzər hal var. (Çalışırlar) Xərabati (yeni məzarlara yaqlaşır) İştə Rəmzi, bu da biçarə Vəfa, İştə Sevda, bu da nazəndə Səfa. Beş gün əvvəl gülüşürkən xoşkam, Susdular zəlzələdən bir aqşam. (hər məzar üzərinə bir avuc şərab sərpər) Bu sənin, baq, bu sənin, al, bu sənin, Bu da Xəyyamın əməl qönçəsinin. (bir avuc da ətrafdakı məzarlara sərpər) Sizin olsun bu da, ey əhli-qübur! Abi-Kövsər denilən badə budur! (Bir qədər də özü içər) İk inciməzarçı Yenə sərxoşdur o, pozmuş qafayı. Birinciməzarçı Durma, qaç, gəldi cənazə alayı. Müftimüridlərilə gəlir. Bir yanda durub Xərabatini dinlər. Cənazəyi namazgaha gətirirlər. Xərabati avcunu şərabla doldurub göyə doğru sərpər, alaycı qəhqəhə ilə. Xərabati Bu da göylərdə gülən sultanatın, Sən də iç, bəlkə açılsın qanatın. Uç fəzalarda, yorulsan bizə gəl, Evdə küplər dolu, yoq bir əngəl. Gəl, bərabər içəlim, nəş’əyə dal, Verməsin könlünə hər qayğı məlal. Sərxoş ol, bunca ağır faciələr Səni ürkütməsin əsla!.. Desələr Çökdü evlər, qırılıb ailələr, Sən haman zevqinə baq, etmə kədər. Müfti (kinli və sinirli) Sus, yetər, sus, bu nə yersiz həzyan. Xərabati (dəstiyi Müftiyə uzadır) Al bir az sən də iç. Müfti (əsa ilə vurur) Azğın heyvan! (camaata) Qətli vacibdir, o tüğyan eylər, Çıldırıb Tanrıya isyan eylər. Naib Küfr edib dursa, əvət, məl’unlar, Yağacaq zəlzələlər, taunlar. Müfti Böylə mürtəddi yaşatmaq yaramaz. Naib Vurun ölsün! Xərabatinin boğazını yaqalar. Xərabati Bıraq!.. Camaat Alçaq, haylaz! (Vurub yandakı uçuruma düşürərlər) Naib (yerdən bir daş alıb atar) İştə al! Camaat Sus da, gəbər! Müfti Oh, miskin! Bu da az böylə ədəbsizlər için. Namazgaha keçərlər, içəridə “Allahu əkbər” səsi yüksəlir. Birinciməzarçı (arqadaşına) Haydı, gəl, gəl bəri, başlandı namaz. İk inciməzarçı Gedəlim, feyz alalım biz də bir az. Əldəki qazmaları bıraqıb onları izlərlər. Xəyyam dalğın bir halda Saiblə bərabər gəlir. Sevdanın mərmər daşlı məzarı qarşısında durur. Saib saqsıdakı yeni açmış “həmişəbahar”ı məzar üzərinə qoyub geri çəkilir. Xəyyam (ətrafı süzərək) İştə, ən sevgili şən dostlarımız Qara topraqda uyur yapyalınız. Gülməz artıq o gülümsər yüzlər, Bizə küskündür o munis gözlər. Hanı Sevda, o bənim göz bəbəyim? O bənim sevdiciyim, şən çiçəyim? (fidandakı qönçələri oqşayaraq) O yetişdirdi bu tər qönçələri, Bunlar olmuş onun əyləncələri, Bu çiçək solsa da bir gün güləcək, Nazlı Sevdaya nə mümkün gələcək?! Uyuyub qaldı, onun həsrəti çoq, Bu amansız gecənin gündüzü yoq! Parlayıb söndü qaranlıqlarda, Bir xəyal oldu, nə səs var, nə səda. Saib Pək gecikdik, gedəlim. Xəyyam Azca dayan. Saib Sizi üzməkdə təəssür, həyəcan. Xəyyam Bəni üzmüşsə təəssür, həyəcan, Onu didməkdə məzarında çiyan. (göz yaşını silərək) Bana göz yaşları işgəncə verir, Onu əqrəb və yılanlar gəmirir. Bəni boğmaqda qaranlıq bir hal... Gəmirir beynimi bin dürlü xəyal. Qaradır gördüyüm əlvan əşya... Qara yer-göy, qaradır rəngi-ziya. Of, qaranlıq şu bəyaz mərmər də, Nazlı, məqbərdə yatan dilbər də. (göyə baqaraq) Yaslı gəlməkdə bulutlar da bana, Bənziyor sevgilimin saçlarına. Baq, günəş daldı qaranlıqlarda, Sanki məqbərdə gülümsər Sevda. O fəzalar belə müzlim pərdə, Bir ədəm dalğası var hər yerdə. Həp qaranlıqdır, əvət, sirri-həyat. Qoca Xaliq də qaranlıq, heyhat!.. Düşüncəyə dalar. Müfti yanındakılarla çıqar, dinlər. Müfti İştə, Xəyyam, o sapıtmış insan, Püskürür göylərə nifrət, isyan. Naib O da ölsünmü? Müfti Xayır, şimdi xayır... Öncə Bağdad ilə uzlaşmalıdır. Az deyil çünki tərəfdarı onun, Həm Məlikşah ona az-çoq məftun. Naib Böylə fürsət bulunur sanma, xocam. Müfti Dur, gələn vardır. Naib (dönüb baqar) Əvət, Xacə Nizam. Uzaqda karvan çanları səslənir, bir taqım hökumət ərkanı ilə Xacə Nizam yaqlaşırlar. XacəNizam İştə Xəyyam, o xəzandidə bahar... Xəyyam Çoq gecikdimmi? XacəNizam Əvət, şübhəmi var? Bəkliyor çünki Məlikşah, əl’an, Yola düşməkdə Hicazə karvan. Xəyyam Gedəlim, bəncə bu təbdili-həva Verəməz könlümə bir zərrə səfa. (gələnlərin arasında Saqiyə də bulunur) Əcəba sən niyə gəldin, çiçəyim? Saqiyə Gəlmişim bən də bərabər gedəyim. Xəyyam Yol uzaqdır, üzülürsün, yavrum. Saqiyə Etməyin söhbətinizdən məhrum. Xəyyam Evə dön, qayğıya yol vermə yenə, Munis ol bağçamızın güllərinə. Oqşa ən sevgili həmşirə kibi, Yaşar onlarda da Sevda qəlbi. Gözü yaşlar dolu hər tazə çiçək Səni, yoq şübhə, salamlar gülərək. Seç, bəyən hansına etdinsə məraq, Hər səhər incə dəmətlər yaparaq, Bu yatan sevgili nakama gətir, Söylə, öksüzlərinin töhfəsidir. Saqiyə Öksüzüm bən də, qırılmış qanatım, Getmə mümkünsə. (Ağlar) Xəyyam Aman, evladım! Gözlərindən saçılan incilərin Qalacaq izləri qəlbimdə dərin. Ətrafda coşğun musiqi XacəNizam İştə, xaqan yola çıqmış, gedəlim. Xəyyam (Saqiyənin alnından öpər) Əlvida... Ağlama, yavrum, gözəlim!.. (Uzaqlaşırlar) Pərdə Iı səhnə Bağdadda xəlifə Müqtədibillah sarayında bir salon. Birinci qulam nevbət bəklər. Əbu Şüca dalğın bir halda düşünər. İk inciqulam (girib əyilər) Gəlmək istər hüzurə bir müfti. ƏbuŞüca Söylə gəlsin. İk inciqulam (qapıya) Buyurun! ƏbuŞüca (birinci qulama) Çəkil, haydi!.. Müfti (girər) Əssəlamün əleyk, seyyidina. ƏbuŞüca Və əleyküm səlam. Müfti (heyrətlə) Söyləyin, Əcəba siz Əbu Şücamısınız? ƏbuŞüca (Müftini qucaqlar) Əski bir dost, əvət, şaşırmayınız, Baş vəzirəm bu gün xəlifəyə bən. Söylə nerdən xatırladın bizi sən? Müfti Olmasaydı o yolsuzun dərdi, Bəni Bağdadə kim sürüklərdi?.. ƏbuŞüca Söylə kimdir o? Müfti Sayğısız Xəyyam, Onu hiçdən şımartdı Xacə Nizam. ƏbuŞüca O, Hicazdan dönüb, keçən aqşam Vardı Bağdadə, görüb çoq ikram. Müfti İki gün sonra, şübhəsiz gənclik Olacaqdır onunla küfrə şərik. Gəlmişim bən fəqət şikayət için, Həbsə layiqdir öylə bir xain. Dışarıdan gurultu və salavat səsləri gəlir. ƏbuŞüca İştə, baq, gəldi şanlı rəhbərimiz, Hiç məraq etmə, sonra dilləşiriz. Musiqi... XəlifəMüqtədibillah Mə likşahla bərabər gəlir. Ərəb şeyxləri və Məlikşahın saray ərkanı onları izlər. Sabbah ilə Əbu Tahir də qiyafətlərini dəyişdirmiş olduqları halda arqa sırada görünürlər. Xəlifə (camaata) Əyyuhənnas! Xaliqil-əqvam Bəni qılmış xəlifətül-islam. (əlini köksünə qoyar) Rəhbər olduqca Müqtədibillah, Sanmayın bir nəfər qalar gümrah. Qavuşub haqqa getdi Alp Arslan, Bizə yardımçıdır böyük xaqan. (Məlikşahı göstərir) O, xilafət lehində çarpışaraq Qeysəri-Rumi əzdi pək parlaq. Xəyyam gəlib yanda dinlər. Məlikşah (xəlifəyə cəvabən) Daima bən xilafət uğrunda Hazırım cəngə... Xəyyam (ətrafa) Ən çocuqca xəta. Xəlifə (əlləri yuqarıda, Məlikşahçin dua edər) Xaliqi-ləmyəzəl, böyük mə’bud. Camaat Amin! Xəlifə Ulu xaqanı eyləsin məs’ud. Camaat Amin! Xəlifə Tul ömr eyləsin kəramət ona. Camaat Amin! Xəlifə Varsın iqbalı, ehtişamı sona. Camaat Amin! Yeşlı bir ərəb də “amin”də iştirak edər, gülünc və tuhaf səsi mə’lum olur. Xəlifə Kamiyab etsin əhli-imanı. Camaat Amin! Xəlifə Əhli-Turanı, əhli-Iranı. Camaat Amin! Xəlifə Bizi altın-gümüşlə ansınlar. Camaat Amin! Xəlifə Dini-islamə arqalansınlar. Camaat Amin! (Dua bitər, hər kəs əlini endirir) Xəlifə (Məlikşaha) Ərəbistana bəzl edin sərvət, Sizə Xaliq nəsib edər cənnət. Xəyyam (yanındakı yavərə) Nəqdi ver, nisyə al, nə abdallıq. Yavər Dur, yetər. Xəyyam Ah, yazıq, bu xalqa yazıq. Xəlifə (yenidən coşaraq) Orda, cənnətdə başqa aləm var, Nazlı hurilər oynaşıb da coşar. Zümrüd, elmas qədəhdə sizlər için Ən nəfis içkilər sunar... Bədəviərəb (yersiz sevinclə) Amin! Xəlifə Əvət, onlar, o incə afətlər Sizi vurğun baqışlarilə süzər. Bədəviərəb (heyrətlə) Allah... Allah... Xəlifə Mələklər oynaşaraq, Sizə gülbusələr verir coşaraq. Bədəviərəb Nə səadət! Xəyyam (ətrafa) Nə tatlı mevhumat!.. Bədəviərəb Bana qismət olurmu öylə həyat? Xəlifə Niçin olmaz? Bədəviərəb Yaşım bir az keçgin. Xəlifə Yenidən gəncləşirsin. Bədəviərəb (dərin sevinclə) Ah, amin!.. Xəlifə Gənclik, əlbəttə, başqa ne’mətdir. Bədəviərəb Ən umulmaz böyük səadətdir. Xəlifə (Xəyyama baqar) Yeni bir şəxsə bənziyor o adam. Məlikşah Öylə ya! Iştə, möhtərəm Xəyyam. Həccə getmişdi... Xəlifə Pək gözəl, əcəba Yeni şeylər nə gördünüz orada? Xəyyam (mə’nalı ahənglə) Dəvələr... Oynaşıb qoşan dəvələr... Dəvələr... Sadə hoplaşan dəvələr... Dəvələr... Cift ayaqlı mərkəblər... Müfti Susdurun, gör nə saçmalar söylər. Xəlifə Bəlli, Xəyyamın e’tiqadında Şübhələr yoq deyil... Məlikşah Əvət, onda... Son zamanlar acıqlı bir hal var. Titiz olmuş da, hər nə görsə qızar... Bu səyahət də bir bəhanə idi, Unutulsun dedik bir az dərdi, Bil’əkis yapdı pək fəna tə’sir. Müfti O sapıtmış... Məlikşah (bağırır) Saqın, yetər təhqir! Hər sözün bir məqamı var. Müfti Nə məqam?! Xəlifə (yumşaq və qurnazca) Bəlli, yoq yer yüzündə suçsuz adam. Məlikşah (əlini bögrünə qoyar) Ah, aman, doğranıb durur cigərim... Xəlifə Bir səbəbsiz deyil, bu, zənn edərim. Məlikşah Soyuq aldım keçən gün avda ikən. Xəlifə (qulama) Baş təbib nerdə? Durma, söylə həmən. (camaata) Toplayın siz də xalqı camidə, Yalvarın haqqa, bəlkə yardım edə. Eylərim bən də şimdi razi-niyaz, Onda bir zərrə xastalıq qalmaz. Məlikşah (əlini köksünə qoyar) Gedəlim, çırpınıb durur qəlbim. Əbu Şüca və yavərlər yardım edib aparırlar. Xəlifə Sana versin şəfa böyük Rəbbim. Camaat məhzun və pərişan ahənglə “amin” deyə məclisi tərk edirlər. Xəlifə yan odaya keçər. Birinci qulam da bərabər çıqar. Sabbah ilə Əbu Tahir də bir guşədə saqlanır. Sabbah O sönər şimdi, qaldı Xacə Nizam. ƏbuTahir Sağ bıraqmam, onun da ömrü tamam. Birinciqulam (geri dönüb onları görüncə) Bana baq, ey! ƏbuTahir (qulamı arqadan yaqalar) Saqın, qımıldanma, dur! Birinciqulam Sən də kimsin? ƏbuTahir (xəncərini onun köksünə dayayır) Cavabın iştə budur! Birinciqulam Coşma! Aciz qulun günahı nədir? ƏbuTahir Eyi baq, bən kimim? Birinciqulam (sevinclə) Əbu Tahir. ƏbuTahir Tanıdın? Afərin!.. (Bir-birinin əllərini sıqarlar) Birinciqulam (Sabbahı göstərir) O kim? ƏbuTahir Yoldaş... Birinciqulam Gedəlim, istirahət eylə... ƏbuTahir Yavaş, Bana anlat ki, nerdə Xacə Nizam? Birinciqulam Biləməm. ƏbuTahir Bir baqın nə qafil adam. (Sabbahı qulama göstərir) O, Məlikşaha qarşı pək küskün, Bəlkə, uzlaşdırır xəlifə bu gün? Birinciqulam Vaqtı yoqdur xəlifənin əsla, Eyliyor şanlı padşaha dua. Bu sırada pərdə arqasında lirik musiqi çalınır. Sabbah Nə gözəl musiqi... Fəqət, əcəba Hiç görülmüşmü musiqilə dua? ƏbuTahir Burda, baq, pərdə arqasında. (Pərdəyi açmaq istər, qulam bıraqmaz) Birinciqulam Aman! Bizi məhv etdirir xəlifə, inan. ƏbuTahir Əski dostuz, bıraq da seyr edəlim, Sən bilirsin ki, boşboğaz deyilim. Birinciqulam Söz verin, hər nə görsəniz, ancaq Qalacaq qəlbinizdə, sirr olaraq. ƏbuTahir Aç! Çocuq sanma həmvilayətini. Birinciqulam İştə, seyr et xəlifə cənnətini... Birinci qulam pərdəyi açar. Səhnənin işığı çəkilir, bağça görünür. Xəlifə çiçəkli bağçada, fəvvarəli bir havuz kənarında zevq aləminə dalmış, yarımçıplaq qızlar rəqs edər, onu əyləndirirlər. Sabbah Nə rəzalət... Bu bir ibadətmi? Nə səfalət... Bu bir xilafətmi? ƏbuTahir (kinayəli) Buna baq, zevqə baq, şətarətə baq!.. Birinciqulam Haydı, rədd ol! (Pərdəyi qapamaq istər) ƏbuTahir Aman, bir az da bıraq... Birinciqulam Hiç zərər yoq, doyunca baq, lakin Saçma sözlər niçin? Lətifə niçin? ƏbuTahir Nə olur? Bilmədik. Birinciqulam Bu hiç yaramaz... S ab bah Bana, lütfən, bir az su. Birinciqulam Bəklə bir az. Yan odaya keçər. Qızlar rəqs edir və şərqi oqurlar. Qızlar Uçaraq hər tərəfdə bir kələbək, Yanaşır ən sevimli bir çiçəyə. Öpüb oqşar, əmib doyar, gülərək, Qapılır sonra başqa bir diləyə. Bana gəl, uçma, dur, gözüm kələbək, Sana var gizli bir sözüm kələbək. Al çilənmiş qanatlarında sənin, Rəngi solmuş çiçəklərin qanı var. Üzmə şən bir həyatı sevgin için, Şübhəsiz onların da bir canı var. Bana gəl, qaçma, dur, gözüm kələbək, Səni incitməsin sözüm, kələbək. Əbu Tahir qapıya baqaraq pərdəyi qapar. Səhnə bir az aydınlaşır. ƏbuTahir Dur, gələn var. Sabbah Əvət o... Xacə Nizam. ƏbuTahir Sən çəkil! Sabbah Pək gözəl. (Yan odaya keçər) ƏbuTahir (ətrafa) Gəl, iştə tamam. XacəNizam gəlir. ƏbuTahir (ona yaqlaşaraq yalvarıcı baqışla) Möhtərəm Xacə! Bizdən olsa xəta, Sizdən əlbəttə, əskik olmaz əta. XacəNizam Söylə, kimsin? ƏbuTahir Qulun – Əbu Tahir. XacəNizam Nə dilərsin? ƏbuTahir (bir məktub verir) Buyur da baq! XacəNizam Bu nədir? ƏbuTahir Namə. XacəNizam Kim yazdı? ƏbuTahir Bildiyin Sabbah. XacəNizam (oqur) Əvət. Onun məktuba daldığını görüncə Əbu Tahir xəncəri böyrünə soqar. XacəNizam (yıqılar) Ah... ƏbuTahir İştə sus, gəbər... XacəNizam Eyvah... Ölür. BirinciqulamSabbah ilə bərabər gələr. Birinciqulam (şaşqın) Sən nə yapdın? ƏbuTahir Budur cəzası onun. Sabbah (içdiyi su qədəhini bir yana bıraqaraq) Gedəlim, haydı... ƏbuTahir Gəl, bıraq uyusun... (Çıqarlar) Birinciqulam Bu nə dəhşətli hal, aman, ya Rəb! (cənazəyi yoqlar) Sönmüş artıq, bənəm bu qətlə səbəb. İk inciqulam (gələr, təlaşla) Bunu kim yapdı? Birinciqulam Qanlı xırsızlar, Şimdi burdan qaçan uğursuzlar. İk inciqulam Bir cinayət ki, bunda sən məs’ul. Birinciqulam Bən niçin? Bən niçin? İk inciqulam Kim etdi qəbul? Birinciqulam Sus, yetər! İk inciqulam Ah, xəlifə görsə bunu, Qaçırır həftələrcə uyqusunu. Birinciqulam Yardım et, sonra bir səbəb buluruz, Bir yalan uydurub da qurtuluruz. Cənazəyi yan odaya keçirirlər. Xəyyam gələr, musiqini dinlər. Xəyyam Kimsə yoq, bəklə burda. (pərdəyi bir yana çəkər) Eşq olsun! Hər könül şən, nədənsə bən məhzun. Çırpınır nəş’ə, musiqi inlər, Oynaşır qayğısız gövərçinlər. Qızlar havuzda hoplaşıb gülüşürlər. Xəlifə havuz kənarında qızlardan ikisini yaqalamış, öpüb sıqışdırır. Xəlifə (birinci qumral qıza) Sən gözəlsin, sevimli afətsin. (ikinci sarışın qıza) Sən isə bir içim lətafətsin. (birincini qucaqlar) Səndə var coşğun ehtiras alevi, Yaqar atəşlərin sönük bir evi. (qəhqəhələrlə gülən ikinci qıza) Səni Tanrım yaratdı gülmək için, Sadə gülmək deyil, öpülmək için. (Öpər) Xəyyam (ətrafa) Əvət, onlar birər gülümsər naz, Sən də şəhvət əsiri bir qurnaz. Birinciqulam (gəlir, qızğın) Çəkil ordan, nə sayğı bilməz adam. Xəyyam Söylənib durma, nerdə Xacə Nizam? Birinciqulam Burda yoq... Xəyyam Burda. Birinciqulam Gəlməmiş. Xəyyam Gəlmiş! Birinciqulam Sana əsla yaraşmayan kötü iş. (yaqalamaq istər) Xəyyam Çəkil, azğın! Birinciqulam (bağırır) Şaşırma, haydı! Xəlifə (dönüb baqar. Xəyyama) Bu nə?! Sən qarışdın xilafət işlərinə... Hər şeyin bir hüdudu var, əcəba Sayğısızlıqda varmı bir mə’na? Qızlar utanıb şaşırırlar. Xəyyam (acı və alaycı gülüşlə) Ey müqəddəs, sevimli rəhbərimiz! Gülmək istər bizim də gözlərimiz. Şairim, az da olsa ruhum var. (qızları göstərir) Bəni cəzb etdi, baq, o şaqraqlar, Gəldim alqışlayım məharətini, Bəyənər Tanrı görsə cənnətini. Yıqanır Kevsərində hurilər, İştə, ürkək baqışlarilə gülər, Görmədim böylə şairanə həyat, Səndə varmış pək incə hissiyyat. (ciddi və kəskin) Etməsin sözlərim fəna tə’sir, Sən deyilsin şərəfli bir tacir. Xalqa cənnət verib o dünyadə, Özün aludəsin bu dünyadə. Səni aldatmasın o göz-qaşlar, Bu səadətdə qanlı gözyaşı var. Bataraq bir yığın alın tərinə, Nəş’ə sərpər sənin diləklərinə. Qızları ağacların ardında görər. Kimdir onlar? Zavallı qurbanlar! Sən də bir duyğusuz, quduz canavar. Xəlifə Nə cəsarət, nədir bu azğınlıq?! Küfrün aydın, yetər, yetər artıq. Xəyyam Verin e’dam için haman fərman. Xəlifə Dur, Məlikşahə söylərim əl’an. Səni məhv etdirir. ƏbuŞüca (gəlir, son sözləri dinləyərək) Fəqət, heyhat... Xəlifə Nə xəbər var? ƏbuŞüca O etdi tərki-həyat... Pərdə * * * Altıncı pərdə Nişaburda ilk baharın coşğun və gözəl günü, bağçada yeşilliklər və çiçəklər. Bir tərəfdə sarmaşıqla sarılı bir qülbə. Qülbənin önündə bir taxt qoyulmuş. Saçları, saqalı ağarmış, ağ geyimli Xəyyam taxt üzərində oturub, əllərini və alnını əsaya dayayaraq düşünür. Kənardakı yol ilə taxt arasında iki sərv ağacı və iki püsküllü söyüd vardır. Uzaqda İmamzadə günbədi və zəlzələdən xarab olmuş, bulutlara yüksələn möhtəşəm bir qəsr görünür. Ətrafı ney səsi inlətir. İki qomşu qız əllərində birər gül dəməti gəlirlər. Xəyyama yaqlaşırlar. Birinciqız İştə Xəyyam uyuyur. İk inciqız Sus, dalmış... Birinciqız İxtiyardan quru bir can qalmış. Ya, nə olsun bu çiçəklər? İk inciqız Gəl də, Bıraqıb getməli taxt üstündə. Dəmətləri yastıq üzərinə bıraqıb səssiz adımlarla uzaqlaşırlar. Bət-bənizi solmuş, qiyafəsi dəyişmiş Saqiyə bir qədəh şərab gətirir, taxtın yanındakı iskəmlə üzərinə bıraqaraq, çəkilib gedən qızlara tamaşa edər. Xəyyam başını qaldırır, Saqiyəni süzər. Xəyyam (mə’nalı bir ahənglə) Hey fələk, keçdi zaman dalğa kibi, Öylə bir dalğa ki, qorqunc, əsəbi. Bir əsər qalmadı şən gənclikdən, Kimsələr yoq, nə gələn var, nə gedən... Pozulub eyşü-tərəb, va əsəfa: Nə Vəfa qaldı, nə Sevda, nə Səfa. Söndülər həpsi keçən zəlzələdən, Bir qalan biz, o küçük qafilədən. Dəyişib soldu sənin gül yanağın, Bən də bir atəşi sönmüş yanğın... (uzaqdakı xərabə qəsri göstərir) “O saraylar ki, bulutlarla öpüşməkdə bu gün, Yüz sürərlərdi keçən şahlar onun xakinə dün, İştə gördüm, qonaraq bürcünə bir qumru ötər, Sanki der: hey gidi, hey! Nerdə o gün nerdə o gün?” Saqiyə (qədəhi verir) Badə iç, anmağa gəlməz keçəni. Xəyyam Görünür, sözlərim incitdi səni. Saqiyə Saqın, aldırma. Xəyyam (içər, ətrafı heyrətlə süzər) Təbiət nə gözəl!.. İxtiyarlıq nə uğursuz əngəl. Nə tuhaf, yetmişə gəlmiş də yaşım, Zevqə düşgün yenə sevdalı başım, (ətrafa baqar, dəmətləri görər) Bu çiçəklər nə? Saqiyə (alıb qoqlayaraq Xəyyama verir) Birər tazə dəmət. Xəyyam Qomşu qızlarmı gətirmişdir? Saqiyə Əvət. Bu sırada ətrafı musiqi dalğaları oqşar, gözəl geyinmiş qızlar və dəliqanlılar taqımla yoldan keçərlər. Saqiyə Nə şətarətli bahar, iştə, baqın, Sarmış ətrafı bədii bir aqın... Qalmamış kimsə bu gün evlərdə, Bir sevinc aləmi var hər yerdə. (Qədəhi alıb içəri götürür) Xəyyam Yenidən parladı qarşımda həyat, Anırım keçmişi, lakin... (köks ötürür) Heyhat... Taxt yzərində uzanır, uyquya dalar. Bu sırada pək ixtiyarlaşmış Müfti, qiyafətini dəyişmiş Naiblə bərabər Imamzadə ziyarətindən gəlirlər. Müfti Ah, yoruldum. Naib (yol üzərindəki iri daşı göstərir) Bu daş üstündə otur. Müfti (oturaraq) İxtiyarlıq ölümün qomşusudur. Bu halda ortayaşlı köylü erməni yoldan keçər. Erməni A xocam! Burda yaşarmış bir adam. Naib (sözünü kəsər) Nə adam? Kimdir o? Erməni Şair Xəyyam. Müfti Nə içindir bu görüş? Erməni Nəzrim var. Müfti (şaşqın və sinirli) Nə qadar qafil imiş insanlar. Naib (erməniyə) O İmamzadə, bu müfti varkən Nə umarsın o sönük bilgicdən? Varsa nəzrin, bizə ver. Erməni (əli ilə rədd edər) Lafı bıraq, Nerdə Xəyyam? Onu göstər ancaq. Müfti (sinirli) Ona yer vermədilər Bağdadda, Üləma küfrünə vermiş fitva. Naib Kimsə əl’an bu Nişaburda belə Ona yaqlaşmaz, inan, hörmətlə. Erməni Nəmə lazım, a gözüm. Naib Sən kimsin? Erməni Bağçı bir erməni. Müfti (qızaraq yerindən qalqar, Naibə) Rədd et, getsin! Naib Qızma, şeyxim, o da bir əhli-kitab, Baqalım, nəzri nədir? Erməni (torbadan ağzı qapalı bir dəsti göstərir) İştə şərab. Ən gözəl seçmə üzümdəndir bu, Başqadır həm dadı, həm xoş qoqusu. Müfti Sus, yetər, oh, nə ədəbsiz!.. Erməni (mə’nalı baqışla) Əcəba, Sən nə sandın? Kötü bir töhfəmi ya?! Naib O bir atəş ki, qiyamətdə səni Yaqaraq məhv edəcək. Erməni (gülümsər) Dinlə bəni! “Bir balıq qavrulub ördəklə yanarkən tavada, Dedi: anlat, geri dönməzmi aqan sel əcəba? Ah çəkib söylədi ördək: biz ölürkən birdir, Bu cihan cümlə sərab olsa, ya tufan olsa”. Müfti Buna baq, bir buna baq, zəvzək adam. Gör nələr saçmalıyor... (Əsası ilə şərab dəstisini qırmaq istər) Erməni (təlaşla) Etmə, xocam. Bəni vursan olur, amma bunu yoq, Ehtiram et, bu şərabın yaşı çoq. Müfti (yenə əsasını qaldırıb bağırır) Haydı, söylənmə, çəkil! Naib (Müftiyə) Gəl, bəri gəl! (Gedərlər) Erməni (qafasını oynatar) Gör nə qurtdur ki, qaçar ondan əcəl. (qülbədən çıqan Saqiyəyə) A bacım, nerdə o Xəyyam? Saqiyə (Xəyyamı göstərir) Uyuyur. Erməni (dəstiyi verir) Uyusun, al, bu onundur. Saqiyə Gəl otur, Gəl, rahatlan azacıq. Erməni Getməliyim. Saqiyə Sorsa kimdir gətirən? Bən nə deyim? Erməni Nəyə lazım, a gözüm, söylə ki, bir Əhli-hal erməninin töhfəsidir. Gedər. Saqiyə dəstiyi içəri götürür. Bu sırada qaranlıq çökər, şimşəklər çaqar, rəngarəng qazlara bürünmüş rəqqasələr şən və incə gülüşlərlə Xəyyama yaqlaşıb, rəqs edib oqurlar. Rəqqasələr Gəldik sana, gəldik sana, ey piri-xərabat, Yetməzmi xəyalat? Keçmişləri özlər düşünürsün hər adımda, Atmaz səni Sevda. Güldükcə təbiət, gülər azadə diləklər, Hər kəs səni bəklər. Sevda belə gəlmiş sana versin yeni ilham. Ey sevgili Xəyyam! Sevda gəlinlərə məxsus pəmbə tüllər içində olaraq gəlir. Sevda Vurğun sana bir tazə gəlin, yosma gövərçin, Sevdim səni, sevdim səni, lakin Oqşarmı gəlin ruhunu ağ saçlı bu aşiq? Bir xarə bu gülqönçə nə layiq. (Gedəcək olur) Xəyyam (sayıqlarkən) Sevda! Birincirəqqasə (Sevdaya) O nə? Özlər səni Xəyyam, Özlər səni, gözlər səni Xəyyam. Sevda (Xəyyama) Yalvarma, bənim gərdəyim, əfsus, Pək dar və qaranlıq, bana məxsus. Almaq dilərim qoynuma, lakin İssız və rütubətli səninçin. (Uzaqlaşar) Birincirəqqasə Dur getmə, səadət quşu, bir dur, Bas bağrına mə’şuqunu, susdur. Xəyyam (uyquda olaraq titrək və yalvarıcı bir səslə) Sevda?!. Sevda Bəni söylətmə, çəkil git! Bir aşiq olur sevgidə sabit. Sən nerdə bir afətlə görüşsən, Ruhun bayılır cilvələrindən. (dəmətləri göstərir) Bir söylə, niçindir bu çiçəklər? Hər qönçəsi bir busəni bəklər. Bir busə ki, ta qəlbimə işlər, Hər an bəni bir oq kibi dişlər. Xəyyam (sayıqlar) Sevda!.. Birincirəqqasə (alaycı gülüşlə) At yüzdən ipək tülləri bir an, Olsun o gözəl gözlərə heyran. Sevda (üzündəki duvağı atar, qorqunc iskelet meydana çıqar) Baq! İştə bənim hüsni-camalım. Xəyyam (həzin fəryad ilə) Dəhşət!.. Sevda Səni ürkütdümü halım? Keçmişdə, xayır, böylə deyildim. Bilsən nə gözəl, ah nə gözəldim... Gözlər bəni həsrətlə arardı, Hüsnümdə səhər cilvəsi vardı. Birdən-birə soldum da, dəyişdim, İssız, əbədi hiçliyə keçdim. Cismim qarışıb toprağa, ondan Güllər və dikənlər bitər əl’an. Yemdir dəvələrçin o dikənlər, Güllər də köküslərdə gülümsər. (alaycı gülüşlə) Çirkinliyim etdirməsin ikrah Könlüm səni öpmək dilər... (Yaqlaşıb Xəyyamı öpər) Xəyyam (usanc ilə) Eyvah!!! Birincirəqqasə Qısqandıq, aman busə, nə busə... Sevda Baq, küsdü, inan. Rəqqasələr Busə, nə busə!.. İncə qəhqəhələrlə uzaqlaşırlar. Bu sırada yağmur yağmağa başlar. Gəzintiyə çıqan qızlar geri dönüb qaçışaraq, gülüşərək ağacların altında və qülbə ətrafına toplaşarlar. Yağmur kəsildiyi kibi oynaq bir ahənglə şərqi söylərlər. Qızlarınşərqisi Səhər çəməndə lalələr, Sunardı al piyalələr. Gülərdi incə bir günəş, Uçardı incə jalələr. Sular başında hər böcək Arardı tazə bir çiçək. Gülərdi yavru quşların Ötüşməsilə hər dilək. Xəyyam (oyanıb qalqar) Bu nə tale, o nə rö’ya, nə xəyal?! Onların teyfimi bunlar? Bu nə hal?! Bir az əvvəl çiçək gətirən qızlar Xəyyama yaqlaşırlar. Birinciqız (arqadaşına) İştə, Xəyyam, o böyük şanlı baba. İk inciqız Bən kimim, söylə o kimdir əcəba? Saqiyə (onlara yaqlaşır) İxtiyardır, sizi nerdən biləcək? Xəyyam (diqqətlə süzərək) Bir yığın canlı çiçək, şən kələbək. (birinciyə) Alagöz, bəlli, Vəfanın qızıdır. (ikinciyə) Bu da yoq şübhə, Səfa yıldızıdır. Birinciqız Mane olduq babanın uyqusuna. İk inciqız Qovdu yağmur bizi, gəldik də sana. Xəyyam Pək gözəl, burda çalıb oynayınız, Bu küçük bağçayı səhra sayınız. Qızlar (birlikdə oqurlar) Bulut, duman çökər həmən, Susar o qayğısız çəmən. Susar o şən təranələr, Nə bir gələn, nə bir gedən. Bir yığın dəliqanlı keçər. Xanəndə “dəşti” oqur. Xanəndə Könlümün başqa bir öksüzlüyü var, Çırpınan ruhumu bir şö’lə yaqar. Bəni oqşarkən o süzgün gözlər, Yağdırıb göz yaşı qısqandı bahar. Yol keçənlər arasında Saib də var. O, qiyafətini dəyişmiş, yanındakılara bağçayı göstərir. Saib İştə, Xəyyam, o böyük sən’ətkar! Sarmış ətrafını şən yıldızlar. Kəhkəşan saçların əsrarı nihan, Açdı irfan ilə bambaşqa cihan. Onu duymaz, duyamaz hər şaşqın, Bir dəniz şişəyə sığmışmı? Saqın! Suç deyildir bu günəşçin, yarasa Ürkərək batsa qaranlıqda yasa. Gün dəyişdikcə o həp gənc olacaq, Şən könüllərdə pərəstiş bulacaq. Xəyyam (əli ilə onları çağırır) Gəliniz, yavrularım. Birinciqız (təlaşla) Biz gedəlim. Xəyyam Bu olur şey deyil əsla, gözəlim. Birinciqız Ayırır bizləri adət, qanun. İk inciqız Gedəlim, tez gedəlim. Birinciqız Haydı! (getmək istərlər) Xəyyam Durun! (kəskin və coşğun) Uydunuz bunca xurafata, yetər! Bu həyat iştə ölümdən də betər. Əlverir paslı, sönük adətlər! Şən təbiət sizi azadə dilər. Qarışıb birləşin, iffət də budur, Şeyxin uydurduğu cənnət də budur. (ətrafına toplaşırlar) Dinləyin, bir də bulunmaz Xəyyam, İştə, bəndən gələcək nəslə pəyam; Xilqətin şənliyi, hər rəngi sizin, Parlayıb gurlayan ahəngi sizin, Gömməyin hiçliyə fürsət dəmini, Xoş görün zevqü səfa aləmini. Dün bir əfsanə, yarındır xülya, İki hiç... Hər biri müzlim rö’ya. Geri dönməz bu şətarətli zaman, Qıyaraq bir gün əcəl verməz aman. Bir nəfəsdir bu sürəksizcə həyat, Bir nəfəs!.. Getdimi? Gəlməz... (əlini ürəyinin üstünə qoyaraq titrək səslə) Heyhat!.. Saqiyə (yardım edib başını yastığa dayar, şaşqın) Yenə qəlbinmi! Xəyyam Təlaş etmə, gülüm. Saqiyə (ətrafdakılara) Xastadır. Xəyyam (xanəndəyə) Sən oqu, gülsün könlüm. Xanəndə (Əbu-əta üzrə oqur) Beş gün ömrün necə əfsanəsi var, Eşqi var, badəsi, peymanəsi var. Sonu həsrətlə bitərkən, əfsus, Yenə dünya dolu pərvanəsi var. Xəyyam Ah... (Deyərək ansızın ölür) Saqiyə Aman... Birinciqız Soldu o, birdən soldu. Saqiyə Nə fəlakət!.. (Ağlar) İk inciqız Acı bir hal oldu. Həzin bir musiqi başlar. Əllərdəki çiçəklər cənazə üzərinə qonulur. Saib Getdi, eyvah!.. O fəzilət, o zəka! Əbədi susdu o qüdrət, o dəha... Söndü bir anda o sönməz atəş, Fərqi yoq, batsa da parlaq o günəş! Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/cavid-xeyyam İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.