Məqalələr Yusif Vəzir Çəmənzəminli (1887–1943) Azərbaycan ədəbiyyatına bir nəzər AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR (ixtisarla) Bir neçə söz İki il yarım bundan əqdəm Krım qəzetlərindən birində “Azərbaycan və azərbaycanlılar” ünvanlı uzun felyetonlar nəşr etmişdim. Azərbaycanın tarix, ədəbiyyat, sənət, iqtisad və ictimai həyatına dair müxtəsər məlumatdan ibarət bu məqalələrin hər bir fəslini bu dəfə yeni tədqiqlər ilə genişləndirmək lüzumu hiss olundu. Və bu sayədə “Azərbaycan ədəbiyyatına bir nəzər” vücuda gəldi. “Azərbaycan və azərbaycanlılar”ın on beşdə bir hissəsi olan bu kitabça, heyf ki, biz istədiyimiz qədər tamam çıxmadı – Azərbaycandakı qarışıqlıq bir çox mənbələr istifadəsini bizə mən etdi. İkinci təbimizdə milli ədəbiyyat mühiblərimizin köməyi ilə bu qüsurlarımızı yox edərik, zənnindəyəm. Ərzi-şükran ilə söyləməliyəm ki, tədqiqatım əsnasında bütün İstanbul kitabxanalarında hüsni-qəbul gördüm. Bilxassə, ədib və fazil möhtərəm Əli Əmiri əfəndi həzrətlərinin millətə bağışladığı qiymətli kitablardan faydalandım. Bu zata yalnız Osmanlı türkləri deyil, azərbaycanlılar da minnətdardırlar: əlli il müddətində topladığı on dörd min kitabın içində nadir əlyazmaları bulunur. Osmanlıların böyük kitabiyyat alimi möhtərəm Bursalı Məhəmməd Tahir bəyi də səmimi məhəbbətlərlə yad etməliyəm. Bu zat uzun sənələr tədqiqatı nəticəsində “Osmanlı müəllifləri” vasitəsi ilə ölmək üzrə olanları diriltmiş və ədəbi can bəxş etmişdir. Cavan qələmlərə sevə-sevə yol göstərən bu fazil bizə də əlindən gələni əsirgəmədi – geniş məlumatından, kitabxanasından və “Osmanlı müəllifləri”nin qeyri-mətbu hissələrindən qolaylıq ilə istifadə etdik. Bu sətirləri yazarkən böyük ustadımız Köçərli Firudin bəyin şəhid olunması xəbəri təyyid etmədə idi. Azərbaycan müstəqil fikrini yaradan, öyrədən və sevdirən bu zatın vəfatı vətənimiz və mənəviyyatımız üçün nə böyük fəlakət oldu. “Millət”, iyul, sənə 1919, №№111, 113, 114, 115, 116. Otuz ildən bəri qələmiylə aləmə qüvveyi-fikrimizi bildirən, cavanlarımıza yol göstərən, səbat və mətanət təlqin edən Firudin bəy bu dəfə də mübarək qaniylə tarixin silinməz səhifəsinə “Müstəqil Azərbaycan” deyə son sözünü yazdı... Allah rəhmət eləsin! Bu ağır dəqiqələrdə yeganə təskinliyimiz budur ki, Azərbaycanın yeni nəsilləri bu müqəddəsat qarşısından keçərkən diz çökərək Vətən ülviyyətini və onun yolunda ölmək ləzzətini duyub və öyrənəcəklər. İstanbul, 26 şəbat 1921. Yusif Vəzirov. Birinci hissə Müqəddimə Hər ölkənin ədəbiyyatı o ölkənin tarixi qədər qədim olmalıdır. Lakin ölkədə yaşayan millətin dərəceyi-kamalı bu həqiqəti bir az dəyişdirir. Bəzən cismani qüvvətini aləmə göstərə bilən millət eyni zamanda da mənəvi məhsullarını əməli bir surətdə tarix səhnəsinə vəz edə bilmir. Mədəni millətlər, biləks, özlərini ətraflı olaraq göstərə bilirlər. Azərbaycan qədim zamandan bəri mədəni bir ölkə kimi tanınmışdır. Təbiidir ki, Azərbaycanın yazılı ədəbiyyatının böyük və canlı bir hissəsi fars dilində idi. Şirvanlı Xaqani və Gəncəvi Nizami bu ədəbiyyatın müməssilləridirlər. Bir çox müəlliflərimiz fars ilə bərabər, türkcə də yazıblar: Nəsimi, Xətayi, Füzuli, Təbrizli Saib, Şah Təhmasib, Vəfa, Məxfi və sairələri. İndi bizim ilə bərabər ədəbiyyatımızın mühiblərini maraqlandıran bir məsələ var: əcaba, əsil Azəri ədəbiyyatının başlanğıcını kimdən və hankı zamandan saymalı? Azərbaycan ədəbiyyatı müdəqqiqi Firudin bəy Köçərli rusca yazdığı bir risalədə ədəbi tariximizi on səkkizinci əsrin ortasında yaşayan Molla Pənah Vaqifdən başlayır. Firudin bəy, Vaqifi Azərbaycan ədəbiyyatının banisi iddia edir. Rus müstəşriqi professor Krımski ədəbiyyatımızın ayrıca olaraq inkişaf etdiyini qeyd edir və Vaqifdən əvvəl Xətayi, Füzuli, Məsihi, Qövsi Təbrizi kimi şairlərin də Azərbaycan ədəbiyyatına məxsus olduğunu söyləyir. “İslam tarixi” müəllifi Müller Qafqaziyada böyük şairlər yetişdiyini yazır və onlardan yalnız Ənvəri, Xaqani və Nizaminin adlarını yad edir. Professor Kize, Mirzə Kazım bəy tərəfindən 1851-ci ildə Peterburqda təb etdirilən mənsur “Dərbəndnamə” ilə Füzulinin mənzumələrini Azəri ədəbiyyatının ən qədim məhsulu iddia etməkdədir. Türk ədəbiyyatı alimlərindən Köprülüzadə Məhəmməd Fuad isə daha da qədim məhsullar arayır. Köprülüzadəcə, ilk Azəri şairi olmaq üzrə tanınan böyük mütəsəvvif Şeyx Izzəddin Pur Həsən Əsfərayidir ki, səkkizinci əsri-hiçrin ilk illərində yaşayıb, Dövlətşah bin Əlaəddövlə Bəxtşah əl-Qazi əl-Səmərqəndi bu zatın türkcə və farsca şeirlər yazdığını, divanının Azərbaycan və Rumda məşhur olduğunu və türkcədə “Həsənoğlu”, farsidə “Pur Həsən” təxəllüs etdiyini bildirir. Həsənoğludan sonra ən qədim şair Qazi Bürhanəddindir. Səkkizinci (miladi XIV) əsrin sonlarında yaşayan bu şair İran üsullu qəzəllər və rübailərdən başqa türkə məxsus “Tüyüğ”lar vücuda gətiribdir. Könüldə gizli bolsa bir tasədir, Ömr ilə dəxi həmkasədir. Ədəbiyyatımızın ən qədim məhsullarını meydana çıxarmaq yolunda hümmətli təşəbbüslər müşahidə olunmuşsa da, imdilik əməli nəticələr görünməyir. Deyə bilərik ki, ədəbiyyatımızın XII əsr hicridən əvvəli toxunulmamış durur. O dövrə dair bir çox adlar eşidiriksə də, onlar haqqında ətraflı məlumatımız yoxdur. XII əsrə (miladi XVIII) məxsus Molla Pənah Vaqif dövründən ədəbiyyatımız tədqiq olunmağa başlayır. 1867 sənəsində Adolf Berje tərəfindən Leypsiq şəhərində bəzi Azərbaycan şairlərinin şeirlərini came “bir kitab təb” olunmuşdur. Təqribən eyni zamanda Fazil Mirzə Şəfinin şeirlərinin məcmuəsi alman dilinə tərcümə olunaraq, ədib Bodenşted ehtimamilə basılmışdır. Sonralar azərbaycanlılar da bu yolda çalışmağa başlayırlar. Məhəmməd ağa Müctəhidzadə Qarabağ şairlərinin əsərlərini toplayıb rəsmləri və qısa tərcümeyihallariylə çap etdirir. Eyni yolda çalışmaq məhsulu olaraq, Nəvvab Mir Möhsün bin Hacı Seyid Əhməd Qarabaqi də “Təzkireyi-Nəvvab”ı nəşr edir. “Tazə həyat” müdiri Haşım bəy Vəzirov Molla Panah Vaqifin şeirlərinin məcmuəsini vücuda gətirmişdir. Lakin müdəqqiqlərin nəzərini özünə cəlb edən ancaq Qarabağ şairləri olublar. Berjenin də kitabı buna aiddir. Bütün Azərbaycan ədəbiyyatını ətraflı tədqiq edən təkcə bir ad varsa, o da Firudin bəy Köçərlidir ki, üç cild “Azərbaycan ədəbiyyatı tarixi” meydana gətirib. Məlumatımıza görə “Tarix”in birinci cildi xalq ədəbiyyatına, ikinci – Vaqifdən başlayan yazılı ədəbiyyata, üçüncü – yeni ədəbiyyata həsr olunub. Şifahi və yazılı ədəbiyyatımız Hər bir millətin ədəbiyyatı, məsələn, bizim dəxi ədəbiyyatımız iki qismə ayrılır: şifahi və yazılı. Azərbaycan şifahi ədəbiyyatı türk xalqının qüvveyi-fikriyyə və zehniyyəsi məhsuludur. Yazılı əsərlər isə son zamana qədər fars təsiri altında olmuş. Şifahi ədəbiyyatımız türk milləti qədər qədimdir. Yazılı ədəbiyyatımız başqa bir yolla inkişaf edib. Ədəbiyyat getdikcə saraylardan; əşraf və əyan məclislərindən xalqa doğru enməyə başlayıb. Və uzun müddət fars bürokratizmi ilə türk demokratizmi mübarizə etmiş və axırda türk xəlqçiliyi qələbə çalmışdır. İştə ədəbiyyatımızın getdiyi yol Bu yolları tədqiq etmək üçün Azərbaycana dair yazılanlara müraciət etməliyik. Osmanlı coğrafiyunu Katib Çələbi Azərbaycanı təsvir edərkən riçallarına dair yazır: “Bu iqlimə mənsub olan müşahirdən xaqani-kəbir Mənuçöhrə mənsub şair məşhur olub, beş yüz səksən ikidə vəfat etmişdir. “Fələki” şair; və Mövlana Kəmaləddin Məsud ki, kəlam və məntiq və həkimatdə fəridi-əsr idi, doqquz yüz beşdə vəfat etmişdir; Mövlana Nasirəddin ki, oğlu Ruma gəlmişdir; və Mövlana Rüknəddin ki, tibbdə yəd-tuli sahibi idi. Və Əbülüla Gənci, Şirvanda şairiməşhurdur. Və fiqhayi-şafiyədən təbəqat sahiba Tiflisidir; və “Qanuniədəb” sahibi dəxi ol bələdəyə nisbət olunur”. Fələki, Əbülüla və sairə Azərbaycana mənsub edirlərsə də, bunlara dair lazım dərəcədə məlumatımız yoxdur. Məhəmməd Mömin Fələki Xaqani ilə müasirdir. Ikisi də Gəncəli Əbülülanın şagirdi olublar və eyni zamanda Şirvan şahı Mənuçöhrün məddah şairlərindəndirlər. Osmanlı səyyahı Övliya Çələbi on birinci əsr hicrinin ortasında Təbrizi gəzmiş və orada 78 ədəd divan sahibi “fəsih-ül-lisan”, bədüül-bəyan, əmləhüş-şüəra ərbabi-maarifi olduğunu xəbər verir. Zavri, Şabi, Saibi, Ədhəmi Cakəri, Cabi, Razi, divan Sahibi Seydi və Əhdi... kimi adlar sadalayır. Övliya Çələbinin rəvayətləri mübaliğəli olsa belə, Azərbaycan paytaxtı Orta Şərqin yeganə türk mərkəzi olaraq, şair və ərbabi-elm adamları özünə cəlb edə bilirdi. Bu hal təbiidir. Lakin imdilik Övliya Çələbinin xəbərlərini təhqiq etməyə əlimizdə kafi məlumatımız yoxdur. Gələcəkdə Şərq və qərbin kitabxana və muzeyləri tədqiq olunarsa, zənn edirik ki, bir çox məsələlər aydınlaşar. Hacı Kamal “Cameün-Nəzair”ndə iki yüz altmış altı “kamil” şairlərin əsərlərinin nümunələrini toplayıb, ləhcə etibarilə bu şairlərin bir çoxları Azərbaycana mənsubdurlar. Lakin bir çoxlarının tərcümeyihallarına dair əlimizdə heç bir vəsiqə yoxdur. Gilanlı Sadiqinin təzkirəsi bir az bizə izahat verir: Qarapa oğlu Şahqulu bəy, Təbrizli həkim Bədik, Pirqulu bəy, Tənhayi bəy, Mövlana Kəlbəli Təbrizi kimi bir çox şairlərin qısa tərcümeyi-hallarını və şeirlərinin nümunələrini göstərir. Şifahi ədəbiyyatımız Azərbaycan türkləri zəngin bir xalq ədəbiyyatına malikdirlər. Əvvəldən bəri, nəsildən-nəslə keçib gələn bu ədəbiyyat hal-hazırda bu parçalara ayrıla bilir: Nağıl; Atalar sözləri (məsəl); Bayatı; Ağı; Vəsfi hal; Sayaçı sözləri; Düzgü; Tapmaca (bilməcə) və sairə. Xalq ədəbiyyatı çoxdan bəri mühərrirlərimizi maraqlandırır. Rus pedaqoqlarını təqlidən, məktəb kitablarında şifahi ədəbiyyat parçalarından həmişə istifadə olunub. Bütün mühərrirlərimiz yazmağa başlamadan əvvəl xalq ədəbiyyatını toplayıb, öyrənirlər. Heyfa ki, ciddi bir məcmuə vücuda gətirilməyib və toplananlar da təb olunmayıb. Halbuki, şifahi ədəbiyyatımızda şayani-tədqiq bir çox nöqtələr var. Məsələn, bir nağıl ilə xalqın bütün fəlsəfeyi-fikriyyəsi ifadə olunur. Hər nağıl həqqin nahəqqə qələbə çalmasının parlaq bir dastanıdır. Millətin əhvaliruhiyyəsinə vaqif olmaq üçün bir nağılın fəlsəfəsiylə aşina olmalıdır. Həkaza, “Atalar sözləri” – millətin uzun təcrübələrinin məhsulu, qüvveyifikriyyəsinin münəkisi, babaların övladlara nəsihətidir. Qələm yazanı qılınc poza bilməz. Halva, halva deməklə ağız şirin olmaz. Özgə atına minən tez düşər. Ayı meşədən küsüb, meşənin xəbəri yox. Yaman arvad, yaman qonşu, yaman at, Birini boşla, birindən köç, birin sat. İt hürər, karvan keçər. Bəy verən atın dişinə baxmazlar. Bayatı Bayatı dörd misradan ibarət xalq şeridir ki, əksərən ilk iki surətizahirdə məzmunca son misra ilə qeyri-mərbut kimi görünür: Ay doğdu qəlbiləndi, Doğduqca qəlbiləndi, Quran gətir and içim, Bu qəlb o qəlb iləndi. Bağça məndə, bar məndə, Heyva məndə, nar məndə, Sinə əttar dükanı, Hər nə desən, var məndə. Ağı Azərbaycanda vəfat vücudunda arvadlar vəfatın yeddisinə qədər hər gün və bədə qırxa qədər həftədə bir dəfə pəncşənbə günləri toplanıb ağlarlar. Böylə məclisləri “Ağıçı”lar idarə edərlər. Ağıçılar ağlatmaq mütəxəssisi olaraq ağılariylə qonaqları ağladarlar. Ağı əsasən bayatı şəklindədir. Lakin məzmunu kədəramizdir: Bu dağlar, ulu dağlar, Çeşməli, sulu dağlar. Burda bir qərib ölmüş, Göy kişnər, bulud ağlar. Ağacda xəzəl ağlar, Dibində gözəl ağlar, Belə oğlu ölən ana, Sərgərdan gəzər ağlar. Vəfat edən cavan oğlan olursa, ağının müqəddiməsi bu surətlə başlanır. “Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban. Ay kimi doğdun, gün kimi batdın, minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın, saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun. Altıyın bədöv atına, çiyniyin süzən tüfənginə, türkiyin dolu xurcununa, ağzıyın kəsərli sözünə anan qurban”. “vəsfi – hal” Qışın son ayı bizim xalq həyatında maraqlı aylardan biridir. Atəşpərəst zamanımızdan qalma bir çox adətlər bu ayda icra olunur. Hər çərşənbə axşamı tonqal qalayıb, üzərindən “Ağırlığım, uğurluğum tökülsün” deyə hoppanırlar. “Cahar-şənbə deşərlər” – bir əldə bir tas su, o birində yeddi açar qapıda durub, küçədən keçənlərin ilk sözlərini dinlərlər və sonra təhlil ilə fal xeyir və ya şər ədd edərlər. Fala baxmanın ən maraqlısı “Vəsfi – hal”dır. Bir badya su üzərinə yaylıq salınar. Falları açılmaq istəyənlər badyaya bir üzük, yaxud başqa “nişanələr” atarlar. Badyanın başında oturan xanım, badyadan çıxardığı hər bir nişanəyə bir bayatı söylər. “Vəsfi-hal” bayatısı da məzmunca başqadır: Göydə bir quzu gördüm, Tükü qırmızı gördüm, Açdılar cənnət qapısın, Sevdiyim qızı gördüm. Ağ at gəlir enişdən, Sinəbəndi gümüşdən, Bizə də nəsib olsun, Heybədəki yemişdən. Sayaçı sözləri Tərəkəmə xalqı arasında heyvanat qisminə məxsusdur ki, toplanıb tədqiq olunmayıb. Firudin bəy Köçərlinin “Balalara hədiyyə” ünvanlı kitabından nümunə olaraq bir parça göstəririk: Salam əleyk say bəylər, Bir-birindən yey bəylər, Saya gəldi gördünüz, Salam verdi aldınız, Alnı təpəl qoç quzu, Sayaçıya verdiniz, Siz sayadan qorxmusunuz, Səfa yurda qonmusunuz, Ac getsin avanınız, Tox gəlsin çobanınız... Düzgü Şifahi ədəbiyyatın bu qismi çocuqlara məxsusdur ki, müəyyən və məntiqi bir məzmunda xalidir: Beşdi-beşdi, ha beşdi, Ağacdan alma düşdi, Almanın yanı zədə, Zədəni yeməz gədə. Çoban çöldə gəzirdi, Dararların dizirdi. Çoban qoyuna gedər, Köpəyi adam didər, Qabağında beş keçi, Hanı bunun əgərçi. Ərkəc qazanda qaynar Qənbər bucaqda oynar, Qənbər getdi oduna, Qarğı batdı buduna... Tapmaca Tapmaca – bilimçələr də çocuqlara aiddir: O yanı çəpər, bu yanı çəpər, İçində atlı çapar. (Nehrə) Qumu qazdım qum çıxdı, Qumdan minarə çıxdı, Axşam olan oğlan Səhər bazara çıxdı. (Gecə və Gündüz) Bir bölük atlar, Çəməndə otlar, Vədəsi gələndə, Dimdiyi çatlar. (Pambıq) Ağ çöl qara toxum, Əlim ilə əkərəm, Dilim ilə biçərəm. (Kağız və yazı). Yazılı ədəbiyyatımız Yazılı ədəbiyyatımızın təqribən altı əsrlik tarixi var. Azərbaycan ədəbiyyatının baniliyi, əvvəlcə söylədiyimiz vəchlə qüvvət və qüdrət qələmiyyəsiylə məşhur Nəsimiyə müyəssər olmuş. Nəsimi ədəbi bir dövrün başçısıdır. Ədəbiyyatımız tarixini imdilik səkkiz dövrə bölə bilirik. Nəsimi Seyyid İmadəddin Nəsiminin Bağdad civarından “Nəsimi” nahiyəsindən olduğunu bir çox təzkirələr söyləyirlər. Sultan Murad xan Əvvəl zamanında diyari- Rumə səyahət etdiyini nəzəri-etibara aldıqda, Nəsimi hicrətin səkkizinci əsri ortalarında yaşadığı meydana çıxır. Deməli, Azərbaycanda və İraqi-ərəbdə Elxaniyan hökmranlığı zamanına təsadüf edir. Milliyyət etibarilə Nəsiminin türki olduğunu rus müstəşriqlərindən Smirnov söyləyir. Etiqadatına gəlincə, Nəsimi “hürufi” təriqətinə mənsub idi. Bu təriqətin banisi Fəzlullah Hürufidir ki, nəzəriyyələrini “Cavidannamə” ünvanlı kitabçasında nəşr eyləyir. Nəsimi səmimi bir surətdə Fəzlullaha iradət yetirmişdi və onu “Sahibi-zaman” ədd eyləyir. Onun üçün Nəsiminin fəlsəfəsi Fəzlullahın fəlsəfəsi deməkdir. Istər türk, istər farsi divanlarında Nəsimi bu fikirlərdən ayrılmır: ...Səni-şahə qılur sücud əşya, Sənin ilə budur vücud əşya, Məcmueyi-kainat sənsən, Sər-dəftəri-mümkünat sənsən. Özgədir iki cahanə sərvər, Sənsən otuz iki nöqtə mədhər. Can mülkünün ərməğanı sənsən, Təndir bu cahan, canı sənsən. Demədimi sənin üçün ol pak, “Lövlak ləmma, xüliqət il-əflak”. Nəsiminin şeirlərini ətraflı anlamaq üçün “Cavidannamə”yə müraciət etməlidir. Bu kitabın fəlsəfəsini başlıca bəyan edən bu fikirlərdir: “Padşahi-ləl-yəzəl və la-yəzalın kəlmeyi-qədimi olduğu cəhətə məcmui – əşyada zahirdir”. “Cəmi əşya kəlmeyi-”kün”dən mövcuddur və ismi-eyni-müsəmmadır. Bu vəchlə insan eyni “hər kişi ki, kəndi xilqətinə yol bulur və nəfsini bilsə rəbbin bilir; Rəbbin bilsə məqsudi hasil olur”. “Hər kim aşiq olsa və eşqini gizləsə və pəhrizgar olsa, eşq içində ölsə, şəhid olur...” Nəsimi diyari-Rumə səyahəti əsnasında hürufiliyi açıqcasına nəşr eyləyirdi. Hələb şəhərində bulunarkən cəzbi-allahiyə məğlub olur: Eşq puşidə cənd başəm cənd, Aşiqəm, aşiqəm bebanki-bülənd. Deyə əhli-zahirdən gizlənməsi vacib sirləri söylədiyi üçün şəriət alimləri qətlinə fitva verdilər. Haləti cəzbidə demişdir: Dəryayi-mühit cuşə gəldi, Kövn ilə məkan xüruşə gəldi, Sirri-əzəl oldu aşikara, Aşiq necə eyləsin müdara. Nəsimi ən böyük şairlərimizdən biridir. Əsərləriylə ədəbi məktəb təşkil eyləyir. Sonra gələn şairlərimizin çoxları Nəsiminin təhti-təsirində olmuşlar. Xətayi də bu cümlədəndir. Nümunə olaraq bir neçə parçalarını göstəririk. Könlümün viranəsində gənci-pünhan bulmuşam, Olmuşam şol mahə qurban, canü canan bulmuşam. Küfrüm ol mahin qara zülfidir, imanın üzü, Ey bilən imanü-küfrü, küfrə iman bulmuşam. Xızr əgər Zülmatə vardı, istədi abi-həyat, Mən dodağın çeşməsində abi-heyvan bulmuşam. Dişlərin əksi, nigara, nəqş olalı, könlümə Közlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam. Küfr əgər iman deyilsə bəs niçün düşmüş ki, mən Küfri-zülfin həlqəsində nuri-iman bulmuşam. Eşq dərdindən xaçan könlüm usanə, çünki mən, Dilbərin dərdində hər dəm bunca dərman bulmuşam. Rövzeyi-rizvanə dəvət qılma, ey zahid məni, Çün mən ol dargahdan səhni-gülüstan bulmuşam. Ey Nəsimi, canımı şol qaşə qurban eylədim, Gör nə göyçək şol hilali yayə qurban bulmuşam. Xətayi Xatayi İranda bir müddət hökumət sürən Səfəvi sülaləsinin bani və birinci padşahı Şah Ismayılın təxəllüsidir. Xatayinin ulu babası ərdəbilli Şeyx Səfiəddin Əbu Ishaqdır. Onun oğlu Şeyx Musa, onun oğlu Şeyx Xacə Əli, onun oğlu Şeyx Ibrahim, onun da oğlu Şeyx Cüneyddir. Bu şeyxlər Ərdəbildə zəvayənişin olub, böyük hörmətə malik idilər və çox da müridləri var idi. Şeyx Cüneydin müridləri ol qədər artmışdı ki, Qaraqoyunlu Cahanşah əndişəyə düşüb, Şeyx Cüneydi məmləkətdən sürgün etdi. Şeyx Cüneyd Diyarbəkrə gedib, ora hökmdarı Uzun Həsən tərəfindən hüsni-qəbul gördü və bacısı Xədicəbəyim Ağa ilə evləndi. Bu izdivacdan Şeyx Heydər vücuda gəldi. Cahanşah, Uzun Həsən tərəfindən qətl olundu və Uzun Həsən Azərbaycan təxtinə cülus etdikdə Şeyx Cüneyd təkrar Ərdəbilə qayıtdı. Bir müddət sonra Şeyx Cüneyd başına qoşun yığıb “Qəzayi-Gürcüstan” icrasiylə məşğul ikən Şirvav hökmdarı Sultan Xəlil əlində öldü. Oğlu Şeyx Heydər Uzun Həsənin qızı Aləmşahı aldı. Şeyx Heydər yanına çox adamlar cəm edib, xüruc etdi. Yəqub qoşun göndərib sərəskəri Əmir Süleyman və Şirvan şahı Fərrux Yəssar vasitələrilə Şeyx Heydəri Tabasaran adlı yerdə öldürtdü. Xətayi Şeyx Heydərin Aləmşahdan 892-də (miladi 1487) təvəllüd edən oğlu idi. 898-də (1492) qardaşı Sultan Əli Rüstəm Mirzə tərəfindən qətl olundu, Xətayi, Gilana qaçmışdı. Bir neçə il keçdi. Xətayi Gilandan çıxdı və atasının müridlərini cəm eyləyib 906-da (1500) Şirvana hücum etdi və Fərrux Yassarı öldürmək ilə atasının qisasını aldı. 907-də (1501) Şərur adlı məhəldə Əlvənd Mirzəni basıb, Təbriz taxtına oturdu. Bir neçə ilin müddətində Şah Ismayıl Xətayi məmləkətini o qədər genişləndirdi ki, Xorasandan Diyarbəkrə və Bağdaddan Dərbəndə qədər hökmü yeridi. Şah İsmayılın nüfuzu Anadoluda da artmağa başladı. Osmanlı sultanı Yavuz Səlim xan məmləkətinin təhlükəsini duyaraq Şah İsmayıla Müharibə açdı və Çaldıran adlı yerdə 920 (1514) tarixində osmanlılar Şah İsmayıla qələbə çaldılar. Bu davada şah iki yerdən yaralanaraq özünü atdan yerə atdı və osmanlı əsgərindən biri ona hücum etdikdə şahın mühiblərindən Mirzə Sultan Əli ismində birisi özünü əsgərin qarşısına verdi və əsir oldu. Xızr adlı bir ayrısı atını Şah Ismayıla verməklə onu ölümdən qurtardı. Şeyx İsmayıl Xətayi 930 (1524) sənəsində Sərabda vəfat etdi və nəşi Ərdəbilə gətirilib, atasının yanında dəfn olundu. 38 yaşında vəfat edən Şah Ismayıl 24 illik səltənətində böyük cürət, mətanət və məmləkəti istedad göstərib. Böyük hökmdar Şah Ismayıl ilə böyük şair Xətayi arasında fərq azdır. Eyni mətanət və qüvvətli iman da şerini başdan-başa doldurur. Biz əzəldən ta əbəd meydanə gəlmişlərdəniz, Şahi-mərdan eşqinə mərdanə gəlmişlərdəniz. Yazmağa həqqin kəlamüllahi-natiq şərhini, Bu bəyanın elminə Quranə gəlmişlərdəniz. Qeybi-mütləqdən təmaşayi-rüxi-ziba içün, Bu şəhadət mülkinə seyranə gəlmişlərdəniz. Kainatı surəti-rəhmanə təbdil eyləriz, Ruhi-qüdsin ruhiyiz, insanə gəlmişlərdəniz. Bir müənbər türrənin küfrünə “amənna” deyib, Həqqə təslim olmuşuz, imanə gəlmişlərdəniz. Saqiyi-baqi əlindən məst olub içməkdəyiz, Qətreyi-məst olmuşuz, məstanə gəlmişlərdəniz. Ey Xətayi, eydi-əkbərdir cəmali dilbərin. Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdəniz. * * * Ey deyən kim, aqiləm, divanə xoş gəlmək gərək, Kim qılır lafi-hünər, meydanə xoş gəlmək gərək. Çün Əzizi-Misri-eşq olmaq dilərsən, ey könül, Yusifi-Misri kimi zindanə xoş gəlmək gərək. Aşiqəm dersən könül, eşq atəşindən dönmə kim, Şəm oduna yanmağa pərvanə xoş gəlmək gərək. Zahida, vurd eylə daim fikri, zikri ruyi-dust, Əhli-İslamam deyək imanə xoş gəlmək gərək. Ey könül, laf etmə kim, məni də laf edən kişi, Mərifət meydanına mərdanə xoş gəlmək gərək. Aşiqəm dersən könül, şərti budur aşiqlərin, Hər nə kim cananə qılsa canə xoş gəlmək gərək. Ey Xətayi, şerini ol yar istər dinləyə, Dilrübalar guşinə dürdanə xoş gəlmək gərək. Xətayinin şeirlərini üç qismə ayırmaq olar: dini, fəlsəfi və eşqə dair. Bizcə ən əhəmiyyətli şeirlər də fəlsəfəyə dairdir. Bu şeirlərdə Xətayi böyük, qəvi və mətin şəxsiyyətdən bəhs edir. Qəvi şəxsiyyəti tərif etmək üçün bu misralara müraciət etməlidir: Cümlə əşyadə zühur edən kəlamımdır mənim, Xələti-ərzi-səma sirri qiyamımdır mənim. Vaqif oldum çün zəminü asimanın gəncinə, Cismimin sultanıyam, aləm qulamımdır mənim. Qəvi şəxsiyyət əzəlidir. Varlıq eylə var idi, onun sirlərinə vaqif idi və bütün kainatı vələlərin şahididir. Həqq ilə şəxsiyyət dostdurlar, yaxındırlar. İki qüvvə ümumi sirrə malikdir. Şəxsiyyəti yaradan həqdir, lakin həqdən şəxsiyyəti vücuda gətirən səbəb inkardır: Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim, Gövhərin yekdanəsindən iləri pərgar idim. Göhəri ab eylədim, tutdu cahanı sərbəsər, İnsi, cinni, ərşi, kürşi yarədən səttar idim. Girdim Adəm donuna, sirrimi kimsə bilmədi, Mən ol Beytullah içində ta əzəldən var idim. On səkkiz min aləmi gəzmiş idim cərcis ilə, Dərya altındakı sacı qızdıran ənvar idim. Ol zəmanda mən onun sirrin bilirdim, ol mənim, Onun üçün həqqilə həmsir idim, əsrar idim. Ey Xətayi, həqqi bilib tanımışam bigüman, Onun üçün ox yaratdı, mən ona inkar idim. Füzuli Məhəmməd Süleyman oğlu Füzuli miladın on beşinci əsrində İraqi Ərəbdə dünyaya gəlib. Bəzi təzkirənəvislər Füzulinin Bağdad həvaləsindən Hilə şəhərindən olduğunu iddia edirlər. Kərbəladan olduğunun da ehtimalı var. Çünki “Divan”nın müqəddiməsində Füzuli buna işarə eyləyir: “Lillahü həmd valmənə ki, xaki-Kərbəla sair məmaliki- kəbirdən əşrəf olduğu məlumdur və rütbeyi-şerimi hər yerdə bələnd edən həqiqətdə bu məfhumdur”. Gilanlı Sadiqi Füzulinin Bayat olduğunu və İbrahim xan xidmətində Bağdada gəldiyini təzkirəsində qeyd edir. Füzulinin şerə meyli uşaq vaxtından büruzə verilib. O zamanın münəvvər cavanları arasında “həmişə əşari-aşiqanədən qeyri nəsnə oxunmazdı və mütaliə etdikləri övraqda cigərsüz qəzəllərdən qeyri bir xətt bulunmazdı. Böylə bir mühitdə Füzuli gözəl təbinə meydan verib, sərfi-Azərbaycanca yazılmış şeirlərilə şöhrət tapdı. Füzuli şeri təqdir və təqdis edən bir şair olduğu üçün təhsilinin inkişafına qeyrət etdi və zamanına məxsus bəzi fənləri öyrəndi; Füzulinin qənaəti bu idi ki, elmsiz şeir əsası yox, divar kimidir. Hicrin 914 tarixində Şah Ismayıl Bağdadı aldıqda cavan Füzuli şaha “Bəngü badə” ünvanlı münazirəsini təqdim etmişdi. Bu əsərin müqəddiməsində şair Azərbaycan hökmdarını mədh edərək sonunda deyir: Məclis əfruzi-bəzmgah Xəlil, Cəmi-əyyami – Şah Ismayıl, Andan asudədir qənivü gəda, Xüldullahi – mülkə əbəda! Qanuni Sultan Süleyman xan İraqı fəth etdikdə sədr-əzəm İbrahim paşa vasitəsilə Füzuli Osmanlı padşahının dərgahına şeirlər təqdim edib və lütflərə nail olub. Füzuli əsərlərini türk, fars və ərəb dillərində yazıb. Türkcə yazdıqları: qəzəl və qəsidə “Divan”ı, “Şah və Gəda”, “Leyli və Məcnun”, “Bəngü Badə” rövzə. Farsca: qəzəl və qəsidə “Divan”ı, “Rindü Zahid”, “Səhhətü mərəz”. Ərəbcə qəzəl və qəsidələr yazıb. Füzulinin təqribən otuz min şeri var. Türkcə yazdıqlarının içində ən gözəl parçalar Azərbaycan ləhcəsindədir. Lakin Bağdadın Osmanlı dövlətinə ilhaqı Füzulinin dilində təğyirə səbəb olub: o dövrdə yazılan əsərlərdə Füzuli yeni oxucularını nəzəri-etibarə alıb. “Leyli və Məcnun” bu təsirdə yazılıb. Azərbaycanda Füzuli ən məruf şairlərdəndir. Cavan şairlər Füzulini təqlidən şerə başladılar. Xanəndələr onun göftəsini söylərlər. “Leyli və Məcnun” opera şəklinə qoyuldu... Füzuli ən böyük şairlərimizdən biridir. Avropa müdəqqiqi Gibb bütün türk ədəbiyyatında Füzulidən böyük şair olmadığını iddia edir. Vəfatı 980 tarixindədir. Qəbri hələ də ziyarətgahdır. Nümunə olaraq Füzulinin “Divan”ından bir neçə parça göstəririk: Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü, Nütfeyi-qabildürür, ğəmzən kimi ustadı var. Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin, Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var. Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə, Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var. Öylə bədhaləm ki, əhvalım görəndə şad olur, Hər kimin kim, dövr cövründən dili-naşadı var. Gəzmə, ey könlüm quşu, ğafil fəzayi-eşqdə Kim, bu səhranın güzərgəhlər çox səyyadı var. Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul, Əql tədbiridir ol, sanma ki, bir bünyadı var. İkinci hissə Füzuli ilə Vaqif arasında iki əsr var. Heyfa ki, bugünki məlumatımıza istinadən iki şair arasında yetişən müəlliflərimizi təyin edə bilmirik. Onun üçün Füzulidən sonra Vaqif dövrünə keçmək məcburiyyətindəyik. Molla Pənah Vaqif əslən qazaxlı olub, Qarabağda yaşarmış, hicrətin 1176 tarixində Qarabağ hökmdarı Ibrahimxəlil xan Vaqifə sarayında eşikağası mənsəbi əta eləyib. O vaxtdan Vaqif, xanın ən yaxın adamlarından olub, əql və hüsn müamiləsi sayəsində xalq arasında da böyük şöhrət qazanıb. Vaqifin əfkariümumiyyədə məşğul etdiyi mövqeyini yaxşıca təsəvvür etmək üçün məruf bir məsəli xatırlamalıdır: o da budur: “Hər oxuyan Molla Pənah olmaz”. 1212 tarixi hicridə (1797) Ağa Məhəmməd şah Qacar ikinci dəfə olaraq Qarabağa hücum etdi. Hökmdar Ibrahim xan Carü Balakənə qaçdı. Iran şahı Qarabağ paytaxtı Şuşanı zəbt etdikdə Vaqifi, oğlu Əli Ağanı və Türkiyəyə səfir təyin olunan Mirzəli Məhəmməd ağanı dustaq etdirdi. Həbsdəkilərin öldürülməsinə əmr verilmişdi. Mirzəli Məhəmməd ağa qətl olundu. Növbət Vaqif ilə oğluna gəlmədən əvvəl Ağa Məhəmməd şah öldürüldü. Ölümdən qurtaran Vaqif, dostu Vidadiyə belə yazır: Ey Vidadi, gərdişi-dövrani gəcrəftarə bax! Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! Əhli-zülmi neçə bərbad eylədi bir ləhzədə, Hökmi-adilin padişahi-qadirü qəhharə bax! Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur, Payimal oldu təpiklərdə, səri-sərdarə bax! Ağa Məhəmməd şahın qətlindən sonra hökuməti idarə edən “Batman Qılınc” Məhəmməd bəy bir ədavəti səbəbinə Vaqifi oğlu ilə bərabər öldürtdü. Vaqifin qəbri Şuşa şəhərində “Cıdır düzü” adlanan yerdədir. Şəhid qəbri olduğu üçün xalq təqdis edər və arvadlar üstündə çillə kəsərlər. Vaqifin şeirlərində Vaqifə məxsus bir sadəlik, gözəllik və zərafət var ki, sonra gələn şairlərimizə bunlar müyəssər olmadılar. Vaqif gözəllik şairidir. Bütün ilhamı da buna həsr olunubdur. Ey Kəbəm, Kərbalam, Məkkəm, Mədinəm, Hər zaman kuyində ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayılanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağlamışam din-imanı zülfinə, Mənim kimi heyran hanı zülfinə, Tapşırıb gedirəm canı zülfinə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Gözəl üzün daim fikrü xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən, Hər kimə ki yetsəm, şikayətimdir. Eşqə dair mücərrəd şeirlərdən başqa Vaqifin həzliyələri var ki, lətifə, zərafət və məzəliliyi ilə Azərbaycan ətvarına məxsusdur. Bizim ruh və xasiyyətimizi bu şeirlər kafi dərəcədə təmsil edirlər: Bayram oldu, heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur. Dügiylə yağ, hamı çoxdan tükənmiş, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm dəxi qoymazlar kəndə, Xalq batıbdır noğla, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə də evdə sahibcamalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. Mirzə fətəli axundov Avropa ədəbi şəkilləri birinci Mirzə Fətəli Axundov vasitəsilə Azərbaycan ədəbiyyatına daxil olur. Axundov birinci türk və bəlkə ilk İslam tyatronəvislərindəndir. Vaxtilə Krımda müntəşir “Tərcüman” qəzetəsi sərmühərriri Ismayıl bəy Qasprinski Axundov haqqında yazmışdı: “Vəzirovlar, Qənizadələr, Ayaz Ishaqovlar, istərsə Qazımuradovlar, Sami bəylər, Kamal bəylər belə sənət nəqteyi-nəzərindən Mirzə Fətəliyə nisbətlə aşağı qalırlar. Hətta ən müstəid, ən müqtədir Osmanlı ədibi Əbdülhəq Həmid bəyin əsərlərində belə Fətəlinin “Mərdixəsis” və “Müsyo Jordan”ında olan təbiilik və səmimiyyət yoxdur. “Mərdi-xəsis”, yaxud qəhrəmanının ismiylə “Hacı Qara” nə qədər, nə qədər dadlı bir komediyadır”. Köçərli Firudin bəy haqlı olaraq Mirzə Fətəlini “milli ədiblərimizin atası” deyə adlandırır. Çünki milliyyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və Intibahın dəlili olan “Kritiçizm”də Mirzə Fətəlinin əsərlərilə başlayır. Şair Zakir Axundov ilə bərabər tənqid dövrünün nəsr və nəzmdə baniləri sayılırlar. Bu dövr gələcək üçün yollar təmizləmiş, milli inkişaf üçün böyük sahələr hazırlamışdır. Zakir Mirzə Fətəliyə yazdığı məktubunda mühitini belə təsvir eyləyir: Həddən aşıb büxlü həsəd, şərarət, Yoldaş-yoldaşına eylər xəyanət. Alimdə əməl yox, bəydə ədalət, İşlərimiz olub saf kərdən-bucaq. Üləmalər üz döndərib xudadən, Usanmaz bir ləhzə cövrü cəfadən. Başı əmmaməli seyyid, molladən, Taətdə övladır o qatmaqurşaq. Həq bilir ki, beli şallı hacılar, Zəhrimar tək xəlqin ağzın acılar; Düşəndə gözləməz ana, bacılar, Bu əhldən: sinədağəm, sinədağ... İIctimai həyatımızın qüsurlarını görüb, eynilə göstərən yazıçılarımızın ciddi və ən müqtədiri Mirzə Fətəli Axundovdur. Mirzə Fətəli miladi-Isanın 1811-ci ilində Nuxa şəhərində dünyaya gəlib. Altıyeddi yaşında yetim qalan Fətəlini dayısı Hacı Ələsgər himayə edib, tərbiyə və təliminə çalışıb. Türk, fars və ərəb dillərini öyrənən Fətəlini dayısı ruhani sinfinə daxil etmək istəyirmiş. Lakin, təhsili zamanı Gəncə şəhərində filosof Mirzə Şəfi ilə görüşüb tanış olduqda Fətəli fikrini dəyişir: Avropa mədəniyyəti ilə aşina olmaq istəyir. Bu məqsəd ilə Axundov Nuxaya gəlib yeni gəşad olunmuş Rus nahiyə məktəbinə girir. 1834-cü ildə Fətəli məmurluq həyatını başlayır: Tiflisdə Gürcüstan ümurunun baş hakimi Baron Rozenin yanında Şərq dilləri tərcümanı olur və bu qulluqda ömrünün axırına qədər qalır. Xidmətindən asudə vaxtları Axundov rus kitablarının mütaliəsilə məşğul olarmış. Onu artıqlığınca maraqlandıran fəlsəfə, iqtisadi və siyasi elmlər idi. Ehtimal ki, Rus ədəbiyyatı təhti-təsirində Mirzə Fətəlinin tyatronəvisliyə olan meyli təyin etmişdir. 1863 tarixində Mirzə Fətəli Istambula səyahət edib və islam əlifbasının təğyiri haqqında yazdığı əsərini Sədrəzəm Fuad Paşaya təqdim etmiş. Mirzə Fətəlinin vəfatı 1878-ci ildə şübatın 28-ci günündədir. Tiflisdə müsəlman qəbiristanında dəfn olunubdur. Mirzə Fətəli altı komediya yazıbdır: “Hekayəti-Molla Ibrahim Xəlil kimyagər”, “Hekayəti-Müsyo Jordan”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Sərab”, “Sərgüzəşti-mərdi-xəsis”, “Mürafiə vəkillərinin hekayəti”. Komediyalarından başqa, Axundovun “Aldanmış kəvakib” adında bir hekayəsi, türk və fars dillərində şeirləri var. Lakin Mirzə Fətəliyə şöhrət qazandıran onun gözəl komediyalarıdırlar ki, tam mənası ilə milli həyatın bir güzgüsüdür. Vaxtilə Avropa mətbuatında bu əsərlər haqqında bəhs olunubdur. Axundovun komediyaları 1871 tarixində Mirzə Cəfər tərəfindən fars dilinə tərcümə edilibdir. Avropalılar, görünür, ilk dəfə Mirzə Fətəlinin əsərlərini farscada görmüşlər. Onun üçün firəng və ingilis tərcümələrində “Fars komediyası” deyə adlandırırlar. Məsələn, Barbiyer de Munard 1886-cı tarixdə basılan tərcüməyə “Troiz comedie persanes” deyir. Lakin bəzi tərcümələrdə “Türk komediyası” deyənlər də var. Mirzə Fətəlinin şeirlərindən nümunə olaraq Qasım bəy Zakirə yazdığını göstəririk. Bu şeri Qarabağlı Mehdiqulu xanın qızı Xurşid bəyim Natəvan haqqındadır. Zakir Qasım bəy Əli bəy oğlu Zakir Qarabağ əsilzadələrindən olub, ömrünün çoxunu irsi mülkləri olan “Xızırstan” kəndində keçiribdir. Xalq arasında həmişə hörmətə malik Zakir bir də qocalıq vaxtı xilafi-qanun bir məsələdə müttəhim olunub, ailəsilə bərabər vətənindən sürülür. Tiflisdə namdar dostları vasitəsilə Zakir haqqın meydana çıxmasına çalışıb. Bakıda üç ay sürgün həyatı keçirdikdən sonra yenə vətəninə qayıdıbdır. Bu vaqiəni Qasım bəyin Mirzə Fətəli Axundova yazdığı bir məktubunda belə anladır: Piranəsərlikdə çərxi-kəcrəftar Eylədi vətəndən dərbədər məni. Neyləmişəm, bilməm, dövri-zalimə, İncidir düşəndə bu qədər məni. Qarabağ mülkündə mən bəxti siyah, Bir ağ gün görmədim, Allaha pənah. Saldı bəlalara bicürmü künah Bir neçə müfsidü təxmi-xər məni. Sən bir piri-tənha, zülm bihesab, Müşküldür gətirmək bu möhnətə tab. Yaman deyə-deyə eylədi xərab Hamıdan ziyadə üç nəfər məni. Biri fasiq, façir, hədsiz zinagar, Biri əyri-üyrü, xeyli nahəmvar, Biri danışanda baş-ayaq atar, Bir neçə it tutdu bixəbər məni. Adəm idim, əbəs yerə zay oldum, Vilayət içində rusivay oldum, Oğrulara, quldurlara tay oldum, Sanırdı xəlayiq peyğəmbər məni. Bu məktubda ağsaqqal Zakirin nə qədər təhqir olunduğu səmimi bir dil ilə yazılıb. Zakir hicrətin 1271-ci ilində vəfat edibdir. Əsərlərini üç qismə ayırmaq olar: həzliyə və həcvlər, “erotik” şeirlər və klassik” qismi ki, Iran təsiri altında yazılıbdır. Zakiri tam mənası ilə milliləşdirən, bizim ağacın meyvəsi edən şeirlər onun həzliyə və həcvləridirlər. Azərbaycan təbiətinə məxsus zərafət, kinayə, kəlayə və bəzən acı rişxənd və köhnələri bəyənməyib, yeni bir şey axtarmaq... Bu nöqtələrdə Zakir bizim ilə həmruh və həmdərddir. Sürgün həyatını dostu Mirzəyə anladıb, şikayət edərkən, orada da zərafət və lətifədən vaz keçmir. Milli şairimiz üçün acılıqda da bir məzəlik var. Zakir mənən ətrafdakılardan uca olduğu üçün, yüksəkdən onların bütün qüsur və cahilliklərini görürdü və sakit dura bilməzdi. Qasım bəy mühitini iki misra ilə təyin edir: Var özgə vilayətdə də tək-tək köpəyoğlu, Hədsizdir bu viranədə, bişəkk, köpəyoğlu. Millətə nifaq salan mollanümalar, xalqı cəhlilə qırıb öldürən həkimlər, şərarəti özünə sənət edən xainlər, oğrular, əyrilər... iştə Zakiri həp məşğul edən ictimai yaralarımız! Ah, bu müftəxorun dad əlindən, səd dad! Ki, salıblar necə gör məmləkətə qovğani. Hər əlifba oxuyan adını ruhani qoyub, Bilməz öz əbcədini, ruha çəkər suhani. Alimü fazilü ustad, müridü mürşüd, Nə qədər ki, görəsən dövrdə sərgərdani. Məhərrəmlikdə Aşurə günü Şuşada düşən bir dava münasibətilə Cəfərqulu xan Nəva şəhər qazisini müttəhim eyləyir: Matəmi böylə tutarmış məyər adəm, qazi? Edə lənət ona bəhs sahibi-matəm, qazi! Nəvanın bu şerinə Zakir cavab yazıbdır ki, daha da acı və rişxəndlidir: Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi, Xalq arasında olubdur belə mülzəm qazi. Yaradıbdır onu ol xaliqi-əşya bieyb, Dari-dünyada bu surət tapılır kəm qazi. Şişənin simü zərin doldurasan xanəsinə, Şişəvəş dişrəyə verməz yenə bir nəm qazi. Onda mən gördüyümü görmüşəm, indən böylə, Etməzəm taət ona gör ola qibləm qazi. Haradan gəldi bular, eylədilər xəlqi xərab, Biri der müctəhidəm, biri müsəlləm qazi. Zakirin ictimai həcv və zarafatyana yazılmış əsərlərindən başqa, ciddi şeirləri də çoxdur. Bunların bir qismi xalq ədəbiyyatını andıran bir tərzdə yazılıb, digərləri isə Iran ədəbiyyatı təhti-təsirindədirlər: Durnalara xıtab Bir saət havada qanad saxlayın, Rəhm edin didəmdə yaşa durnalar! Qatarlanıb hansı yerdən gəlirsiz Qaqqıldaşa-qaqqıldaşa, durnalar? Bu viladə hər gün tökülür qanlar, Yavaş-yavaş keçin, səsiniz anlar, Laçın yatağıdır bizim məkanlar, Qorxuram sürbəniz çaşa, durnalar! Diyari-qürbətdə müddətdi varam, Gecə-gündüz Vətən deyib ağlaram, Mən də sizin kimi ğəribi-zaram, Eyləməyin məndən haşa, durnalar! Mən sevmişəm onun çəmən, düzünü, Bir də nəsib ola görəm üzünü, Yoxsa danışırsız Vətən sözünü, Veribsiniz nə baş-başa, durnalar! Zakirəm, od tutub alışdı cigər, Var isə Vətəndən sizdə bir xəbər, Təğafül etməyin, Allahı sevər, Dönməsin bağrınız daşa, durnalar! Kazım bəy Kazım bəy adıylə Avropada şöhrət qazanmış bu zat Məhəmmədkazım bəyin oğlu Məhəmmədəli bəydir. Dərbənd şəhərində dünyaya gəlib və ibtidai təhsilini də orada görmüşdür. Türk, fars və ərəb dillərini də Dərbənddə öyrənibdir. O vaxtlar Avarstana qaçan Dərbənd xanı ilə Məhəmmədkazım bəyin arasındakı əlaqədən Rus hökuməti şübhələnərək Məhəmmədkazım bəyi Hacıtərxana sürmüşdü. Miladın 1820-ci ilində Məhəmmədəli bəy atasının yanına getdi. Hacıtərxan həyatı Məhəmmədəli bəyə əlverişli oldu: Şotlandlı bir misioner ilə tanış olub ingilis dilini ondan öyrəndi. Bədə o Məsəq (?) valisi yanında dilmanc olur. Ancaq 1836-cı ildən etibarən Məhəmmədəli bəy Darülfünun sahəsində çalışmağa müvəffəq olur: Qazan Darülfünununda türk, fars və ərəb ədəbiyyatı müəllimi təyin olunur. Çox çəkmir istedadı sayəsində “Ordinar professor” olur. Iştə bu zamandan başlayaraq Məhəmmədəli bəyin şöhrəti Avropada yayılır. 1849-da Peterburq Darülfünunun fars dili şöbəsinə müəllim təyin olunur və bu vəzifədə ömrünün axırınadək qalır. Vəfatı 1870-dədir. Məhəmmədəli bəyin məşhur əsərləri: “Əsbə-əs-siyar”, “Müxtəsər- ül vüqayat”, “Tədqiqati-Uyqur”, “Dərbəndnamə”, “Şərq sözləri – oxşar Rus sözləri”, “Müridiyun və Şamil”, “Islam tarixi”, “Bab və babilər”... Ən məşhur təlifi “Türktatar dillərinin qəvaidi”dir ki, Rus Ülum Akademiyası (Əncüməni-daneş) tərəfindən Demidov mükafatilə qarşılandı. Şirvanlı seyid əzim Hacı Seyid Əzim Intibah dövrümüzdən bir az əvvəl yaşayan müqtədir şairlərimizdəndir. Bu şairin əsərləri şayani-diqqətdir. Heyfa ki, Azərbaycandakı qarışıqlıq Seyidin divanını əldə etməyə mane oldu. Seyid Əzimdən uzun-uzadıya bəhs etməmək risaləmiz üçün böyük qüsur da olsa, əlacsızlıqdan bu qüsuru ancaq ikinci təbimizdə düzəldə biləcəyik. Seyidin divanının bir hissəsi müəllifin rəsmi ilə bərabər Bakıda təbb olunubdur. Bir də Təbriz təbi var ki, daş basmasıdır. Sabir Mirzə Ələkbər Sabir Tahirzadə hicrətin 1278-ci ili, Zilhəccə ayının əvvəlimci günündə Şamaxı şəhərində təvəllüd edib. Təhsilinin ikinci dövrü məşhur şairimiz Hacı Seyid Əzimin idarəsində olub. Sabir Seyidin məktəbində oxurkən şerə istedad göstərib və Seyid də şagirdinin istedadına böyük meydan verib. Məsələn, fars qəzəlləri oxurkən, Hacı Seyid Əzim onların türkə mənzumən tərcüməsini tələb edərmiş. Sabirin atası oğlunun bir-iki illik təhsilindən iktifa edərək, onu dükanına dəvət edib və şerə olan həvəsini öldürmək üçün hətta bir dəfə də dəftərini cırmış imiş. Cavan şairə atasının müamiləsi o qədər ağır gəlib ki, vətənini tərk etməyə qərar verib və bu məqsədlə bir karvana qoşulub. Atası bu işdən xəbərdar olduqda onu karvandan geri qaytarıb. Bu vəqə Sabirin bir qəsidəsində bəyan olunur: Mən Xəlilullahi-əsrəm, pədərim çün Azər, Səfər əz Babili-Şirvan künəm Inşallah. Gərçi u dəftəri-əşari-məra parə nəmud, Vəslə ba təbi-dürəfşan künən Inşallah. Sabir 23 yaşına qədər Şamaxıda qalıb və vaxtını növhə və mərsiyəguluq ilə keçirib, 23-də Xorasan ziyarətinə getmiş və neçə illər İran və Türkistanda xırda ticarət yapa-yapa səyahət eyləyibdir. Təbiidir ki, şeir ilə də məşğul olub və rişxənd oxlarını atmağında çəkinməyib: Həmədanda qonağımdan xəbər aldım ki, Şeyx, Hansı məxluq sizin şəhrdə bişəkk çoxdur? Dedi: – Az isə bu şəhrdə sayir məxluq, Leyk, dabbaq ilə səbbaq ilə eşşək çoxdur. Atasının vəfatı Sabiri vətəninə qayıtmağa məcbur eylədi. Şair burada evlənib və ailəsini təmin üçün quyruq əridib sabın bişirirmiş. Ağır bir məişət içində Sabir yenə şeri unutmurmuş: asudə dəqiqələrini mütaliə və yazıya həsr eylərmiş. Lakin Sabir əsl yolunu “Molla Nəsrəddin” məcmuəsinin intişarı ilə tapıb. “Hop-hop” imzasilə yazdığı milli şeirləri ümumin rəğbətini qazandı. Bir tərəfində qara fikirli həmşəhriləri Sabirin həcvlərindən dilgir olub ona təkfir daşları yağdırırdılar. Sabir şeirlərinin altında “Din dirəyi”, “Mirat”, “Fazil”, “Ağlargüləyən”, “Əbu Nəsr Şeybani” kimi imzalar atırsa da, təkfir və təruzdən xilas ola bilmir. Qara xalqa qarşı etirafda bulunur: Əşhədü billahi-əliyyül-əzim, Sahibi-imanəm, a şirvanlılar! Yox yeni bir dinə yəqinim mənim, Köhnə müsəlmanəm, a şirvanlılar! İş bu yerə gəldi ki, Sabirə qəssablar kafir və babı deyə quyruq satmaqdan imtina etdilər və biçarə şair sabınçılığı atıb, maddi cəhətdən həyatı bir o qədər də təmin edilə bilməyən müəllimliyə şüru etdi. Ömrünün axırına qədər də təlim ilə məşğul qaldı. Təmmuzun 12-də 1913 tarixində Şamaxıda vəfat etdi. Mirzə Fətəli və Zakir ilə başlanan həqiqətnəvislik dövrünün son və ən böyük mümətli şübhəsiz ki, Sabirdir. Sabir tam mənasilə milli bir şairdir. Dili asandır, tərzi-təhriri işarəli və məzhəkdir, mövzu ictimai həyatın bütün qaranlıqlarını tənvir edəndir... Bunun üçün Sabir hər azərbaycanlının sevgilisidir. Sabir filosofdur, mürəbbidir, inqilabçıdır, nihilistdir, hamısında da səmimidir. Şair Abbas Səhhət Sabirin tərcümeyi-halını yazarkən onun haqqında deyir: “Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı. Nöqsanlarımızı və eyiblərimizi məzhəkə və məzah təriqilə qayət şirin və hər kəsin anladığı bir dil ilə, qəhqəhələr ilə oxudub islaha çalışırdı. Sabir müqəllid deyil, bəlkə eylə mücəddidir ki, köhnə şeirlər ilə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir də, geri dönüb də o uçurumu atılmağa kimsədə cürət qalmadı. Sabir Zakirin həcvlərindən doğma bir şairdir. Aralarındakı fərq budur ki, Zakir xəstə millətin bir əzasiylə məşğul olmuş, onu məhv edən mikrobları göstərmiş. Sabir isə bütün millət vücudunu təşrih edib onun çürümüş cəhətlərini meydana çıxarır. Zakir məhəlli şairdir; onun əsərlərində “provinçializm” (əyalətçilik) çoxdur. Sabir isə başqa bir zamanda vücuda gəlib, ümumşərqin intibahının şahidi olduğu üçün mövzularını geniş sahələrdən alır. Odur ki, bəzən Sabir azərbaycanlılıqdan çıxıb ümumislam və bəlkə ümuminsaniyyət şairi olur. Sabir ruhən şərqlidir, təmayülən Avropa mədəniyyətinin üftadəsidir. Millətinin mütərəqqi olmasını istər, mədəniləşməsini arzu edər. Sabirin oxları itidir; Kimsədən qorxmaz və çəkinməz. Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, ilahi?! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, – Bilməm belə dövranları neylərdin, ilahi?! Məzlumların göz yaşı dərya olacaqmış, – Dəryaları, ümmanları neylərdin, ilahi?! Səyyadi-cəfakardə rəhm olmayacaqmış, – Ahuləri, ceyranları neylərdin, ilahi?! Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, – Toxm əkməyə dehqanları neylərdin, ilahi?! İş rəncbərin, güc öküzün, yer özününkü, – Bəyzadələri, xanları neylərdin, ilahi?! Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, – Dildadey irfanları neylərdin ilahi?! Surtuqlu müsəlmanları təkfirə qoyan bu Döşdüklü müsəlmanları neylərdin, ilahi?! Yaxud buların bunca nüfuzu olacaqmış, – Beş-üç bu süxəndanları neylərdin, ilahi?! Qeyrətli danosbazlarımız iş bacarırkən, – Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, – Evlərdəki nisvanları neylərdin, ilahi?! Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi?! Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb! Baxdıqca bu hikmətlərə heyran oluram həp! 1905-ci il inqalabı milli təşəbbüslərə meydan verdi. Köhnə məktəblər qapanıb, yeniləri açılmağa başladı. Təbii ki, bundan ötəri köhnəpərəstlər təşvişə düşdülər: Vah!.. bu imiş dərsi-üsuli-cədid?! Yo..x! Yo..x! oğul, məktəbi-üsyandı bu! Molla deyil bundakı təlim edən! Əlhəzər et, bir yeni şeytandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! Sabir riyakar zahidlərilə daima düşmən idi. Millətin qəflətdə yaşamasını onlara istinad verirdi. Zahidlər də Sabiri təkfir etməkdən çəkinmirdilər. Sabir bir şerində masqaların çıxarılmasını tələb edir: Zahida, gəl soyunaq bir kərə paltarımızı, Çıxaraq zahirə batindəki əfkarımızı, Pişgahi-nəzəri-xəlqə tutaq varımızı, Görüb onlar təhqiq eləsin karımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! Şair Məşədi Sijimqulu “Molla Nəsrəddin”ə yazıb məsləhət eləyir: Molla, sənə eyləyirəm məsləhət: Söylə görüm, evlənim, evlənməyim? Məşədi Sijimquluya Sabir belə cavab verir: Ağrın alım, a Məşəd Sijimqulu, Altmışa yetdin, demə oldun ulu, Şükr ola allaha canındır sulu, Çox da, kişi, tutma beşəlli pulu, Ver pulunu dadlı, ləzzətli zad al! Qoy babalın boynuma, get, arvad al! Sabir mücəddid olduğu üçün şairnümaları da rişxəndi ilə unutmadı: Ey alnın ay, üzün günəş, ay qaşların kaman, Ceyran gözün, qarışqa xəttin, kakilin ilan. Alma çənən, çənəndə zənəxdan dərin quyu, Kipriklərin qamış, dodağın bal, tənin kətan. Boynun surahi, boy-buxunun bir uca çinar, Əndamın ağ gümüş, yanağın qırmızı ənar. Xalın üzündə buğda, başında saçın qürab, Qah, qah!.. qəribə gülməlisən xaniman xərab! Vaqif ilə Sabir zamanları arasında yetişən müəlliflərdən Asi, Vəfa, Nəbati, Abbasqulu Ağa Qüdsi, Məxfi, Əli Yüzbaşı oğlu Həsən kimi dəyərli adlar var. Bunlardan Nəbati “Divan” sahibidir. Başqalarından bəzilərinin əsərləri Qarabağ şairlərinə məxsus təzkirələrdə göstərilir. Sabir ilə müasir olan bir çox şairlərimiz də var: Abbas Ağa Nazir, Abbas Səhhət, Rəşid bəy Əfəndizadə, Şirvanlı Məhəmməd Hadi, Abbas Müznib, Dərbəndli Mirzə Səməndər, Məhəmməd Səid Ordubadi, Mirzə Abdulla Şaiq, Qarabağlı İbrahim Tahir, Gəncəli “Dabanı çatdaq xala” və başqaları. “Rüstəm və Söhrab” tərcüməsilə şöhrətlənmiş Nazir xalqçıdır; Azərbaycan ləhcəsini başqa şivələrə tərcih edir. Səhhət “Məğrib günəşləri” və “Sınıq saz” adlı əsərlərində Avropa ədəbi nümunələrini göstəribdir. Məhəmməd Hadi ərəbləşmiş bir lisanda yazdığı üçün “Firdovsiilhamat” ı az oxucuların malı ola bildi. Mirzə Səməndər gözəl təbini həcvguluğa və latayilə sərf etdi... Son dövrdə şeir ilə bərabər nəsrdə qüvvətlənməyə başladı: hekayənəvislik ilk addımını atdı. Yeni romanlar və hekayələr məcmuələri meydana çıxdı. Şeirdə də yenilik müşahidə olunur. Cavan şairlərimiz Hüseyn Cavid və Ə.Cavad başqa bir aləm açıldığını xəbər vermək istəyirlər. Yaralı quş Yaralıdır könlüm quşu, yaralı, Yaralandı yazıq, aşiq olalı. Bir dərinlikdə ki, hər düşən çıxmaz, Qurtulmaq istəyir, qanad yaramaz. Imdadına gələn ümidindən az... Yaralıdır könlüm quşu, yaralı! Dost ararkən avçı çıxdı yoluna, Əzrayıl sağına, ölüm soluna... Vurma, avçı, qanadına, qoluna! Yaralandı yazıq şair olalı. Aman avçı, bunun halını düşün, Gözündə yaşı var, qoy onu töksün, Sonra amadədir ölümə hər gün... Yaralıdır könlüm quşu, yaralı! Kədərli bir qəlbin yanıq fəğanı, Yandırır ürəyi daşdan olanı, Avçı, bu çırpınır, öldürmə bunu! Yaralandı yazıq, aşiq olalı. Yurdundan ayrılmış, yuvadan uzaq, Əşinin gözindən, könüldən iraq. Ümid sanadır, ey yaradan haq, Yaralandı yazıq, aşiq olalı. * * * Bir gül əkdim, açılmamış dərdilər, Zəhmətimdən bana bir tikan qaldı. Əmək çəkdim, gün keçirdim, gül əkdim, Əməyimdən solğun bir fidan qaldı! Nə yazım-yaz; nə günüm gün oldu, Könlümün çiçəyi açmadan soldu. Qanadımı bir uğursuz əl yoldu. Yerində bir damla quru qan qaldı. Söylədiyim boş söz, tökdüyüm qan-yaş, Həqqinə, kim isən, əl vurma, yavaş! Yavaş ki, dərdimə ağlayan qardaş, Yerinə arxamda bir düşman qaldı. Yaralandım, sarmadılar yaramı, Yas gününə döndərdilər bayramı, Əlimdən aldılar son bir çaramı, Əsəri ruhumda bir fəsan qaldı! Osmanlıda yetişmiş Azərbaycanlı müəlliflər Şirvanlı Seyid Yahya Cəlaləddin “Xəlvəti” təriqətinə mənsub bu zatın vəfatı hicrətin 842 sənədədir. Qəbri Bakıdadır. Yazdığı verdsitar xəlvətiyyə şöbələrində oxunar. Dərvişlərə lazımlı əsərlərindən biri də “Əsrar ət-talibin”dir ki, 24 fəsl üzərə yazılıbdır. “Şəfaəl-əsrar” və “Əsrar əl-vəhi” adlarında daha iki təlifi olduğu mərvidir. Müğnisada Muradiyyə kitabxanasında yazma bir məcmuədə Seyid Yahyayə mənsub aşağıdakı risalələr də var: “Məratibi-əsrarül-qəlb”, “Əsrar əl-vüzu!”, “Rümuz əl-işarat”, “Məna- ziləlarifin”, “Şərhi-əsmayi-səmaniyyə”, “Şərhi-səvalati-Gülşəni-raz”, “Ətvarül-qəlb”, “Elmi-lədni”.Bu əsərlərin çoxu fars dilində yazılıbdı. Şirvanlı Fətulla Riyaziyun fazillərindən olub, Ikinci Sultan Murad xan dövri riçalındandır. Təhsilini Səmərqənddə ikmal edib. Müəllimləri Seyid Şərif və Əli Quşçu olublar. Birinci elmi-şəriə, ikinci elmi-riyaziyyə təlim edərmiş. Şirvanlı Fətullanın vəfatı 857-ci (m. 1454) tarixdədir. Qəstəmoni şəhərində dəfn olunub. Başlıca təlifləri bunlardır: “Haşiyeyi-təlvih”, “Haşiyeyi-müvaqif”, “Şərhi-əşkali-təsis”, “Haşiyeyi-şərhi-çiğmini” və sairə. Fətullanın oğlu – Fətullazadə – “Şərhi-miftahül-ğeyb”, “Haşiyeyi- təlvih” kimi əsərlər vücuda gətiribdir. Qurani-kərimə dair qırx iki bab üzərə mürəttib “Miftahün Nicat” müəllifi Məhəmməd bin Mahmud: fiqhdən “Miftah əs-Səadət”I azan Kəmaləddin də Şirvandan yetişən fazillərdəndir. Mahmud bin Məhəmməd Dilşad Şirvani. Hicrətin səkkizinci əsrinə mənsub olan fazil və həkimlərdəndir. Türkcə yazdığı iki əsəri Müğnisada Muradiyyə kitabxanasındadır: biri “Müxtəsər tibb”dir; on dörd babdan ibarətdir. O birisi “Kamalnamə” dir ki, üç kitabdan mürəkkəbdir və 841 (1437) sənəsində təlif olunub. “Töhfeyi-Muradi fi əsnafül-Cəvahir” adlı əsəri Ikinci Sultan xan namına yazılıbdır (Istanbulda “Muzeyi – humayun kitabxanası”ndadır). Dilşad Şirvaninin bir də tərcüməsi var: “Tarixi-ibn Kəsir”. “Tarix”in bəzi hissələri Istanbulda, Şahzadə başındakı İbrahim paşa kitabxanasındadır. Yusif Ziyaəddin Məxdum Şamaxı şəhərinin Qazi əl-Qüzati Mövlana Əli Fazilin oğludur. Ülumirəsmiyyəni Ərəbistanda və təsəvvüfə dair məlumatı da Şirvanlı Seyid Yahyadan öyrənmişdir. Vəfatı hicrətin 890 (1485)-ındadır. Qəbri Şamaxıdadır. 24 fəsildən ibarət “Adab ül-irşad” kitabı və elmi-ruhə dair “Silsileyil- ərvah” bu zatın təlifləridir. Baba Nemətulla Mahmud Naxçıvani Nəqşibəndi ariflərindən olan bu zat Naxçıvanlıdır. Təhsilindən sonra vətənini tərk edərək Anadoluda Ağşəhrə köçüb. 902 (1496) tarixdə Ağşəhrdə vəfat edib və orada da dəfn olunubdur. “Fəvateh əlilahiyyə və əl-miftahil-ğeybiyyə” adlı təfsirişərifi məşhurdur. “Gülşəni-raz”ə fars dilində yazılmış müfəssəl bir şərhi də var. Bir nüsxəsi İstanbul kitabxanalarının, bəziləri də Bursada, “Iynə bəyi” kitabxanasındadır. Bunlardan başqa, Şeyx Əkbərin “Füsus əl-hökm”ini və “TəfsiriQazi” yi təhşiyə eyləmişdir. Təsəvvüfə dair “Hidayətül-əxvan” ünvanilə əsəri, bir də “Risalətül-vücud” adlı risaləsi var (bu risalənin bir ədədi Istanbulda “NuriOsmaniyyə” kitabxanasındadır). Təftiri-şərifin 901 (1495) tarixində müəllifin öz əliylə yazılmış nüsxəsi Istanbulda Üçüncü Sultan Əhməd kitabxanasındadır (Əndəruni- humayun). Mühiəddin Məhəmməd Qarabaği Qanuni Sultan Süleyman dövri alimlərindəndir. İlk İstanbula gəldikdə Seyid Əlizadə müavin olubdur. Tədris ilə məşğul olurmuş. Bu məqsədlə Izniqə təyin ediblər və orada da 942 tarixində vəfat edibdir. Əsərləri 23 məqalə üzrə mürəttib mühaziratə dair “Calib əssürur” ilə Kəşşaf, Beyzəvi, Təlvih, Hidayə təliqatı və Şərhi-vüqayəyə aiddir. Cəlal Dəvvaninin “İsbatül-vacib” risaləsinə haşiyə yazıb və “Adabiİzdiyyə” yi şərh eyləyibdir. Azəri İbrahim Çələbi Məşhur şairlərdəndir. Həma qaziliyində ikən 993 (1585) tarixində vəfat edibdir. “Nəqşi-xəyal” ünvanlı mətbu bir mənzuməsi var. Divanı qeyri-mətbudur. “Nəqşixəyal” Nizaminin “Məxzənül-əsrar”ını təqlidən yazılıbdır. On iki min beytdən mürəkkəb bu mənzumə təmtal və hekayələr ilə təsviri-hal edilmiş gözəl bir əxlaq kitabıdır. Molla Əhməd Şəmsəddin Qarabaği İstanbulda Qaziəsgər olmuş bir zatdır. 1009 (1600) tarixində vəfat edib, qəbri Vəfadədir. Əsərləri “Haşiyeyi-Beyzəyi” ilə Təlvih, Hidayə, Müvaqif, Miftahə olan təliqatdan ibarətdir. Şirvanlı Əbdürrəhim Alim bir zatdır ki, hicrətin 1024 (1615) tarixində vəfat edibdir. Əsərləri bunlardır: “Risalə fil-məntiq”, “Haşiyeyi-Əli şəradab Məsudi”, “Haşiyə Əli şərhi-mətalei-əl-ənvar” və sairədir. “Miftahüs-səadət” müəllifi Ömər bin Əli də Şirvan fazillərindəndir. Üşşaqi Şəmsəddin Şirvani Sultan Murad rabe dövri həkimlərindəndir. “Təşrihi-Əbdan və tərcümaniqəbaleyi-filosofan” adında və bəzi rəsmlərini havi əsərini təqdim edərək, əvəzində “Şeyx əl-hərəm” olmuşdu (“Təşrihin” bir nüsxəsi Əyyubda Xosrov Paşa kitabxanasındadır). Məhəmməd Əmin bin Sədrəddin Şirvani Bu fazilin təhsilinin ikmalı Istanbulda olubdur. 1036 (1626) tarixində vəfat edib və vəsiyyəti üzrə Üsküdarda dəfn olundu. Birinci Sultan Əhməd naminə əlli dörd fənndən bəhs edən “Fəvaidi-Xaqaniyyə” ni vücuda gətirdi. Bundan başqa da əsərləri var. Məsələn: “Təfsiri-Sureyi-Fəth”, “Haşiyeyi-şəri-Şəmsiyyə”, “Təaliqat əlatəfsiri-Beyzəvi”, “Şərhi Qəvaid-əl-əqail əl-Qəzali”, “Risalə fi təhqiq əl-məbda vəlməad” və sairə. Şirvanlı Məhəmməd Əminin atası Sədrəddin də fazil bir zat olub “Əl-hikmətülmütəaliyyə” kimi əsərləri var. Sadiq Əfəndi Şirvani Neçə dəfə İstanbulda Şeyxül-islam olan Məhəmməd Sadiq əfəndi məşhur alim Sədrəddin Şirvaninin oğludur. Təsəvvüfə mənsubdur. 1121 (1709/10) tarixində vəfat edib, Fındıqlı came-şərifi yanında dəfn olundu. Bir çox qeyri-mətbu əsərləri var. Bəzilərini aşağıda qeyd edirik: “Risaleyi-əqaid”, “Risalə fi bəyan ən-nəbəvat fəzl min əl-vilayət”, “Risalə fi bəyani-əqsamiz-zikr”, “Risaleyi-məcüzə fibəyan əlmüsafihə”, “Risaleyi-mərğubə fit-təsəvvüf”, “Risalə fit-təsliyə vət-tərziyə”, “Risalə fi bəyan fəzliyyət-üz-zikrəlxəfi əla-əl Cövhəri”, “Risalə fi isbat əs-sane”, “Risaleyi-müntəxəbə fi əaneyilləhfan fi məkayəd-əş şeytan”, “Risaleyi-inəfi əş-şirkə” və sairə. Yusif bin Ibrahim Şirvani Bu zat Mədineyi-münəvvərdə ixtiyari-mücavirət edərdi. Vəfatı 1134 (1721) tarixindədir. Iki çild “Miltəqi” şərhilə “Hədiyət-əs-səbih fi şərhi-müşkat-əl məsabih” ismində “Məsabihi-şərif” şərhi vardır. Əbu-Bəkr bin Rüstəm Şirvani Osmanlı dövlətinin dəftərdarlığı və sairə kimi xidmətində olmuşdur. 1139 (1726/27) sənəsində Istanbulda vəfat etdi və Süleymaniyyə camei-şərifi yanında dəfn olundu. Əsərləri: “Malayəd-əl-ədib”, “Şərhi-tarixi-Vəssaf”dır. “Vəfiyat-əl-əyan”ın bir qismini də tərcümə etmişdir. Həmzə Nigari Qarabaği Bu zat Həəniyə seyidlərinə mənsub və Xalidiyə təriqətinin şeyxlərindən olubdur. Amasiyada dəfn olunmuş Şeyx İsmayıl Şirvani xülafasındadır. 1304 (1886) tarixində Xərbutda vəfat etdi və nəşi mühibləri tərəfindən Amasiyaya gətirildi. “Nigarnamə”, “Saqinamə” ünyanlı təbb olunmamış əsərləri var. Türki və farsi divanları təb olunubdu. Əhməd Həmdi Əfəndi Şirvani İstanbulda təhsilini ikmal etdikdən sonra, bəzi məmuriyyətlərdə bulunubdur. Bir zaman mülğa əncümən təftiş və müayinə rəyasətinə təyin olunubdur. 1307-də (1889) vəfat etdi. Qəbri “Əyyub”dadır. Təb olunmuş əsərləri bunlardır: “Tərcümeyi-məqamati-həriri”, “Hindistan səyahətnaməsi”, “Üsuli fiqh”, “Xülasətül fəraiz”, “Misqalət-əl ürəfa fi-məsail-əlhükəma”, “Elm-əl-əruz vəl-qəvaz”, “Türkcə müxtəsər məntiq”, “Süvər-əl kəvakib”, “Mədxəli-inşa”, “Nəsayeh- əş Şəban” və sairə. Şirvanlı Məhəmməd Xalis Əfəndi Bu zat təhsilini vətənində başlayıb, Amasiyada davam edən və İstanbulda ikmal etmiş məşhur Tikişli Yusif əfəndidən icazat aldı. Darüş-şəfqə müəssisələrindən və müəllimlərindən olubdur. İlk tədrisi Fateh zamei-şərifindədir. Yeni fənlərin tədris və mədrəsələrin islahı yolunda çox çalışmış bir zatdır. 1331-də (1912) Istanbulda vəfat etdi və Fateh camei – şərifi yanında dəfn olundu. “Təlxis-ün-nəhv”, “Mizan əl-əzhan fi məntiq”, “Elmi-kəlam”, “Üsuli-əqaid” kimi əsərləri Istanbul Darüş-şəfqəsində tədris olunmaqdadır. Hüseynzadə Əli Bəy Əli bəy miladın 1864-cü ili şübatın 24-də Salyan şəhərində dünyaya gəlibdir. Atası Molla Hüseyn Tiflis Müsəlman məktəbində müəllim idi. Anası Mavərayi- Qafqaz Şeyxül-islamı Salyanlı Şeyx Əhmədin qızı Xədicə xanımdır. Əli bəyin ibtidai təhsili Tiflis Müsəlman məktəbində olub, sonra hökumət gimnazini ikmal edərək Peterburq Darülfünunun ümumi-təbiyyə şöbəsinə daxil olubdur. Əli bəy kiçik ikən babası Şeyx Əhməd ilə onun yaxın dostu Mirzə Fətəli Axundovun təsirləri altında bulunmuşdur. Şeyx Əhməd ciddi bir din alimi olaraq tam mənası ilə Şərqi təmsil edirdi. Mirzə Fətəlisə hürrəndiş, tünd Volteri, təlim və təhsili etibarilə tamam qərbləşmiş bir zat idi. Tez-tez Şeyx Əhmədin evində olan müsahibə iki dostun fikri mücadilələri, şübhəsiz ki, kiçik Əlinin tərbiyəsinə qüvvətli təsirlər bəxş edirdi. Bu iki təsir Əli bəyin Darülfünun həyatında ibrazə başlayıb. Burada Əli bəy bir tərəfdən 4 Avropa fənlərini öyrənir, o biri tərəfdən də Şərq dilləri və ədəbiyyatilə məşğul olurdu. Avropa ədiblərinin tədqiqini də unutmazdı: Homeri, Aristofanı, Danteyi, Şekspiri, Höteni, Şilleri, Bayronu oxumuşdu. Lakin bu dahilərin içində Əli bəyin ruhuna yaxın gələn Höte olmuşdu. O zamandan bəri Hötenin “Faust”u Əli bəyin ən sevdiyi əsərlərdən idi. 1889 sənəsində Darülfünunu ikmal edər-etməz Əli bəy İstanbula səfər eylədi və orada Əsgəri-tibbiyyə məktəbinə daxil oldu. Əli bəyin bu dövrünü “Türk yurdu” gözəlcə anladır: “Əli bəyin İstanbul Tibbiyeyi-əsgəriyəsinə daxili oraya ciddi və rayihədar bir Avropa əvayimədəniyyəsinin əsməsi kibi oldu. Tibbiyi-əsgəriyyə Osmanlı məkatibi-aliyəsinin ən yüksəklərindən olmaqla bərabər, Avropa ali məktəblərinə nisbətən ürfaniümumi cəhətlə aşağı və ibtidai idi. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq və qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir fəcri-şimali kibi parladı. Bir Avropa gimnazi-klassikində təlim və tərbiyə görmüş olması Avropa mərkəz mədəniyəsindən biri olan Peterburqda Darülfünün tələbəliyi etmiş bulunması, Əli bəyi məlumati-ümumiyyəcə arkadaşlarından çox yüksək tuturdu. Əs-səneyiqədimə ilə ədəbiyyatına aşina olduqdan məadən, Alman, Rus və Ingiltərə ədiblərini xeyli mütaliə etmiş və Şərq ədəbiyyatına müstəşriqlər nöqteyi-nəzərindən vücuf peyda eyləmiş bulunuyordu, üstəsinə rəssam idi, kaman çaliyordu. Arkadaşlarının həman həpsi dövri-qədim üdəbasının ism və rəsmlərini ancaq küçük larosdan biliyorlardı; Rus əfkar və ədəbiyyatına qətiyyən biganə idilər, çoxunun gərb əfkar və ədəbiyyatına vüqufları da ancaq fransız qramer və lektorlarında höccələnən parçalara münhəsin qalmış idi. Əli bəy İstanbul məktəbi-tibbiyəsinə ğərb əfkarını, ğərb ədəbiyyatını, ğərb ürfan və mədəniyyətini, hasili gərbi tanımaqda professorlarından çox xidmət etdi. Arkadaşlarından Doktor Abdulla Cövdət bəy Əli bəyin məktəbi-tibbiyyədəki təsirlərini şöylə nəql ediyor: “Əli bəy sakin və mütəfəkkir hamiylə əsrarəngiz vəzi-izlətpərvərisiylə üzərimizə bir... təsiri icra edirdi. Əvət, o bir Rəsülül-həq idi”. Əli bəy ülum sahəsində də arkadaşlarına yeni üfüqlər açıb göstərdi. O gəlincəyə qədər Məktəbi-tibbiyeyi-şahanənin xəbəri yox idi. Əli bəy Mendeleyev sistemini öyrətdi. Əli bəy Şərq ülum və ədəbiyyatından da başqa dürlü bəhs ediyordu. Məsələn, Sərfi-Şərq üsuliylə əzbərlədilək, yaxud səhvü bəlağət tədqiqatilə uğraşılan “Rubayati-Ömər Xəyyam” Almanlardan və Jukovskidən öyrəndiyi üsul ilə öylə təşrih və izah ediyordu ki, arkadaşları barmaqlarını isiriyorlardı. Abdulla Cövdət bəyin daha tələbə ikən nəşr etdiyi “Ramazan bağçası” ünvanlı bir məcmuədə Əli bəyin Ömər Xəyyama dair müstəşriqlərdən toplama məlumatı intişar etdi. Ə.H. imzasını daşıyan bu məqalə Əli bəyin ilk mətbu əsəridir. 1895 tarixində Əli bəy doktor olub, İstanbulda Heydər Paşa xəstəxanasına təyin olunmuşdu. Rəsmi xidməti Əli bəyi mühərrirlikdən ayırmadı – Hötenin “Faust”unu tərcüməyi davam edirdi. Birinci parçaları “Məlumat” risaləsində “Salyani” imzasilə basıldı. Osmanlı-Yunan müharibəsində (1897) Doktor Əli bəy Tisaliyaya göndərilmişdi. Hərbdən sonra Istanbula gəlib, yenə Heydər Paşa xəstəxanasında qulluq edibdir. 1900 sənəsi müsabiqə imtəhanını qazanıb Əskəri-tibbiyyə məktəbində cildi və firəngi xəstəlikləri müəlliminə müavin təyin olundu. Lakin Əbdülhəmid dövrü onu rahat buraxmadı və Əli bəy Qafqaza qayıtmağa məcbur oldu. 1905-ci il tarixdə həziran ayında Hacı Zeynalabdin Tağıyev, Əli bəy, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşev “Həyat” qəzetəsini təsis etdilər. Iki il qədər müdirliyi Əli bəy öhdəsində idi. Türkliyə və hal-hazırdakı elmlərə dair mühüm məqalələri var idi. Millətin yaşaya bilməsi və tərəqqi etməsi üçün bir əsas olaraq “Türkləşmək, islamlaşmaq və avropalılaşmaq” lüzumunu iddia eyləmişdi. “Həyat”dan əvvəl Əli bəy mürvəci-əfkarımız olan “Kaspi” qəzetəsində rusca məqalələr yazardı. Misirdə çıxan “Türk” qəzetəsinə Ə.Turani imzasilə bir neçə məktub ilə şeirlər göndərmişdi. “Həyat” qapandıqdan sonra Əli bəy Bakıda “Füyuzat” ünvanlı “Türkcə bir məcmueyi-islamiyyə”nin nəşrinə başladı. Məcmuənin intişarı Tişrini-sani bir, sənə 1906-dan başlayaraq bir il davam etdi və 32 nömrə çıxa bildi. “Füyuzat” oxucularına din, milliyyət, ədəbiyyat, siyasət, tarix sahələrində bir çox məlumat vermişdi. “Füyuzat” müdirinin haqqında “Türk yurdu”nun rəyi şayani-diqqətdir: “Füyuzat” məcmuəsinin baş mühərriri biltəb türkdür və türkçidir. “Füyuzat” qapandıqdan sonra Əli bəy “Irşad” (1908), “Tərəqqi” (1908) və “Həqiqət” (1909) qəzetlərində çalışdı. Məşhur əsəri olan “Siyasətfürüst” bu qəzetələrin təfriqə sütununda basılmışdı. Natəmam qalan bu əsərin fikir əsası Dantenin “Məzhəkeyi-ilahiyyə”sindən məlhəm İranın qüvveyi-xəyaliyəsinin bir tarixidir. Bunda Adəm atanın zühurundan bəri gəlib-keçən İran Kəsraləri, şahları, xanları, Əbu əs-səlatii Kəyumərsin hüzurunda rəsmi bir keçid yapırlar. Hal-hazıra məxsus bəzi adamlar da o Keçidirəsmə tamaşa edirlər. Hökmdarlar dünyada eylədikləri yaxşılıq və pisliyə görə behişti bir səadət və ya cəhənnəmi bir əzab içində qalırlar. “Siyasətfürüst”da Əli bəyin dini, əxlaqi, siyasi və milli fikirləri bəyan olunur. Əli bəyin “Əbdi-qəlaf və məhfuzə” adlı bir hekayəsi də var. Mətbuatdan çəkildikdən sonra Əli bəy Hüseynzadə Bakıda “Səadət” məktəbində bir müddət müdirlik eyləmişdir. 1910 tarixində Əli bəy Istanbula gəldi və müsabiqə imtəhanına girib, təkrar qazandı və Darülfünunun Tibb şöbəsində cildi və Firəngi xəstəliyin müdiriyyəti şefi oldu. Bir müddət sonra Məclisi-səhiyyə əzaliğəyə təyin olundu. Əli bəy “Türk Yurdu” məcmuəsinin müəssislərindəndir; “Türk ocağı” klubunun ağsaqqalları cərgəsinə seçildi. “İttihad və Tərəqqi” firqəsinin Üçüncü qurultayında məclisiümumi ezalığına intixab olundu. Son zamanlar Əli bəy çox oxuyur, heyfa ki, bir şey qələmə almayır. 1921 * * * Tarixi, coğrafi və iqtisadi Azərbaycan TARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN Əziz yoldaşımız və böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf edirəm. Yusif Vəzirov Müqəddımə Azərbaycan şərq ilə qərb arasında körpü təşkil edən bir ölkədir. Ən qədim zamanlardan bəri bu körpüdən müxtəlif irqlərə mənsub millətlər keçib getmişlər. Bunlardan məmləkətimizə yerləşib, kök salanlar da olub. Təbiidir ki, gəlmələr ilə yerlilər arasında uzun mücadilə və mübarizə sayəsində qanlar qarışıb, din və dillər dəyişilib və nəticədə başqaca bir mədəniyyətə malik, ayrıca bir millət vücuda gəlib. Bu millət azəri türkləridir. Azəriləri ovsafi xüsusiyyətlər ilə müəyyən bir şəklə soxan bir tarix var. Bu tarix islamdan çox əvvəl başlayaraq dövrlər keçirmiş; ərəblər, səlcuqlar, monğollar, iranilər, osmanlılar Azərbaycan tarixində mühüm rollar oynamışlar. Son əsr rus istilası ilə bərabər, Avropa mədəniyyəti də məmləkətə girmiş və bu sayədə Azəri mədəniyyəti inkişafıə lverişli bir sahəyə çıxmış. Azərbaycanın tədqiqi türkoloqlar üçün yeni bir meydan açır. Bu sahə, bizcə, o qədər maraqlı və şayani-diqqətdir ki, ayrıca öyrənilməsi icab edər. Məqsədə müvəffəqiyyətlə varmaq üçün türkolojiyaya birdə azərolojiya şöbəsi artırmalıdır. Zənn edirəm ki, azərolojiya şərq tarixi- mədəniyyətinə yeni-yeni səhifələr əlavə edəcək. Azərbaycanın keçmişinə dair iki mühüm əsər yazıldığını “Kəşfülzünun” dan öyrənirik. Biri, “Tarixi-Azərbaycan” müəllifi Labün Əbu Əlhica Əlrəvadi; ikincisi, “Tarixi-Aran” müəllifi Əlbərdəi. Heyfa ki, bu kitabları əldə edə bilmədik. Bunlar tapılarsa, tarixi məlumatımız üçün yeni ufüqlər açılar. Kəşfül-Zünun fi Əsamiya-Kütbül-fünun. Katib Çələbi. Birinci cild, səh. 317 Aran haqda Leypsiqdə bir əsər basılmışdır: J.Marguart Untersucliangen zur gesehite Von Eran 1895-1905. “Qüdsi”nin “Gülüstani-İrəm”i istisna olaraq Azərbaycan tarixinə həsr olunmuş başqa bir əsər mövcud deyil, zənn olunur. “Gülüstani-İrəm” Şirvan tarixindən ibarət olub, məsələni bizim təsəvvür etdiyimiz nöqtədən tənvir eləmir. Oxucularıma təqdim etdiyim “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsl tariximizə müqəddimə təşkil edə biləcək, zənnindəyəm. Bu əsər bir projerdir ki, tariximiz o dairədə yazılıb, meydana çıxacaq. Vətəndaşlarımın milli tariximizə olan həvəsinə bu risalə ilə kiçicik bir xidmət edə bilsəm, məqsədimə nail olacağam, zənnindəyəm. Müəllif Birinci hissə Azərbaycan və sərhədi Məmləkətimizin adı “Azərbaykan”, “Azərabadqan”, “Azerbiycan”, “Azərbaycan” – deyə şərq müəllifləriidə mərufdur. Qədim yunan və Roma müvərrixləri isə “Atropaten” təsmiyyə edirlər. İbn Əlmüqəffe qövlünə görə “Azərbaycan” Azərbaz bin Əsud bin Sam bin Nuh və yaxud Azərbaz bin Bivərasəfin adı ilə təsmiyyə olunmuşdur. Digər rəvayətə görə, “Azər” pəhləvicə “Od”, “Baykan” “Saxlayan” mənalarına olduqda, “Azərbaycan” – “Atəşxana” və “Atəşgədə” mənalarına gəlir. İkinci ehtimalın qüvvətli olduğuna məşhur müvvərrix Təbəri, ərəb coğrafiyunu Yaqut Həməvi və osmanlı alimlərindən Şəmsəddin Sami qanedirlər. Tarixi-Təbəricə İranın ən böyük atəşgədələri Azərbaycanda imiş. Doğrudan da, Bakı civarında Suraxanə adlı yerdə əlai atəşpərəstlər məbədləri durur və içində yaşadığımız əsrin əvvəllərinə qədər bu atəşgədələr Hindistandan belə özünə ziyarətçilər dəvət edərmişlər. Azərbaycan qədim zamanlarda geniş bir ölkə imiş. Lakin sərhədi haqqındakı rəvayətlər müxtəlifdirlər. Tarixi-Tabəriyə görə “Həmədan həddinin ibtidasından ta Zəncana və Ohərə və axır Dərbəndi Xəzərə çıxınca bunlara Azərbaycan deyirlər. Səhayefül əxbarül-münəccimbaşi Azərbaycanın Aran və Ərməniyyə ilə müxtələt olduğunu qeyd edir və sərhədini böylə təsvir eləyir: “Şərqdə Deyləm və bəzi cəbəl şəhərləri; cənubda Iraq və bəzi cəzirə şəhərləri; qərbdə Ərməniyyə və bəzi Rume məmləkəti; şimalda Aran və Bəhri-Xəzərə müntəhi olur. Paytaxtları Ərdəbil, Şirvan və Təbriz imiş. Azərbaycana məxsus şəhərlər bunlar imiş: Xosrov, Səlmas, Cəzə Naxçıvan, Berdənc, Xoy Xoyənh, Urmiyyə, Marağa, Ucan, Məyanic; Mərənd, Muğan, Bərzənd, Bərdə, Sultaniyyə. Təbəri min sənə əvvəl yaşamış mötəbər müvərrixlərdəndir. Bakı dənizinin Cənub sahilindəki Təbəristandan imiş. Vəfatı miladi 923 tarixindədir. 2 Cəzə – Cənzə – Gəncə deməkdir. Ərəb coğrafiyunları: Əl-Müqəddəsi, İbn Hövqəl, İsmail Əbu Əlfida da Azərbaycanın Ərməniyyə və Aran ilə müxtələt olduğunu iddia edirlər. Ibn Hövqəl deyir: “Ərməniyyə, Aran və Azərbaycanı bir ölkə zənn edirik. Doğrudan da onlar bir padşah tərəfindən idarə olunur”. Yaqut Həməvi Azərbaycanın Bərdədən Ərzuruma qədər imtidad etdiyini “Möcəmül-büldan”ında yazır. Azərbaycanın abadanlığı haqqında bütün müəlliflər həmrəydilər, bağ-bağça, abad kənd və şəhərlər hər kəsin nəzərini özünə cəlb eləyir. Bu bolluqdan dolayı Əl-Müqəddəsi Azərbaycanı “Əlrəhab” deyə təsmiyyə eləyir. Azərilər haqqında Yaqut Həməvinin rəyi şayani-diqqətdir: “Əhalisi yumşaq təbiətli, hüsn-müamilə sahibi olub, yalnız təbiətlərinə bəxl qalib gəlmişdir, yəni bir az bəxldirlər”, deyir. Aran Azərbaycanın Qafqaz hissəsinə “Aran” deyirlərmiş. “Möcəmülbüldan”və “Təqvimül-büldan”da “Arran” deyə “ra”nın təşdidi ilə göstərilir. Əl-Müqəddəsi “Əhsənül Təqasim fi mərifətül Əqalim”ində “Əlran” yazır. “Əlran”ın mücərrəd istemalı “Rəvan” deməyə vasitə olduğu rəvayət olunur. Bəzi müəlliflər Aranı Arazla Kür çaylarının arasındakı yerə isnad verirlər. Əksər mənbələr, məsələn, ərəb və osmanlı coğrafiyunları “Aran”ın daha geniş bir ölkə olduğunu qeyd edirlər. “Aran”a məxsus şəhərlər bunlar imişlər: Gəncə, Bərdə, Tiflis, əvan, Naxçıvan, Muğan, Dərbənd, Şirvan, Şamaxı, Qarabağ, Ərəs, Bakı, Qızıl-Ağac, Lənkəran, Şəmkir və başqaları. Əlyövm “Aran” Gəncə vilayətində dağ müqabili mənasında işlənir, Kür ilə Araz arasında mal-qara qışlayan yerin adıdır. Hicrətin altıncı əsrində ibtida Aranda və sonra bütün Azərbaycanda Atabəylər dövləti təşkil olundu və hökumət yetmiş yeddi sənə davam etdi. Bu dövlətin müəssisi Kamal Sümeyraminin qulu Şəmsəddin Eldənizdir. Sultan Məsudə keçən Eldəniz azad olunub və sonra əql və fərasəti sayəsində Arana vali təyin olundu. vaxt aranda ixtilal var idi. Eldəniz Gəncə, Bakı və Şirvanı yenidən fəth etdi. . “Möcəmül-büldan”. Müəllifi Yaqut Həməvi yeddi yüz il əvvəl Azərbaycanı ziyarət etmiş bir ərəb coğrafiyunudur Eldəniz səlcuqilərdən Arslan şahın anası ilə evlənib, oğluna “Atabəy” olmuşdu. 555-dən 567-yə qədər bütün hökumət əlində olduğu üçün “Atabəy- əzəm” ünvanı daşıdı. 563 tarixində Azərbaycan Atabəyinə vergi verməkdən boyun qaçıran Rey əmiri Inanca qarşı dava edib, mülkünü Azərbaycana ilhaq etdi. 568 tarixində vəfat edən Eldənizin taxtına oğlu Cahan Pəhləvan Məhəmməd keçdi. 570 tarixində Cahan Pəhləvan Təbriz və Marağanı zəbt edib, Azərbaycana qaytardı. Cahan Pəhləvan 582-də vəfat etdi və yerinə qardaşı Qızıl Arslan Osman çıxdı. Qızıl Arslan Sultan Toğrul qiyamı ilə uzun-uzadıya uğraşdı və axırda təskin etdi. Lakin, rahat yaşayamadı; bir batini fədaisinin əlində öldü (587). Qızıl Arslanın vəfatından sonra Eldəniz sülaləsinin hümməti ilə toplanmış böyük Azərbaycan parçalandı: Iraqi-Əcəm Qütluğ Inanc tərəfindən əldə edildi. Təbriz taxtına Qızıl Arslanın qardaşı oğlu Atabəy Əbubəkr cülus elədi. Atabəy Nüsrətəddin Əbubəkr Cahan Pəhləvan Aran və Azərbaycanda iyirmi il səltənət sürdü. Öldükdə yerinə keçən oğlu Atabəy Müzəffərəddin Özbək on beş sənə müstəqil Azərbay canı idarə etdi. 622 tarixində Cəlaləddin Xarəzmşah Azərbaycanı istila edərək Eldəniz sülaləsinin hökumətinə nəhayət verdi. Bakı dənizi Bakı dənizinin bir çox adı var. Ərəblər “Bəhri-Xəzər” deyə adlandırırlar. Rus vaqeənəvisləri də bəzən bu ismi işlədirlər. Bəzi vaqeənamələrdə “Xarəzm”dən iqtibasən “Xalis”, yaxud “Xalims” dəryası deyə qeyd olunmuşdur. Yalnız on altıncı əsr miladiyə məxsus bir vaqeənamədə “Bakı dənizi” ünvanı qollanılır. “Bəhri-Şirvan”, “Corcan”, “Qaspius”, “Bəhri-Əcəm”, “Bəhri-Xorasan” deyənlər də olmuş. Hal-hazır da “Kaspi” adı ilə mərufdur. Bakı dənizi haqqında ən qədim və ən doğru xəbər məşhur Heredotdan öyrənilmişdir. Bakı dənizinin ətrafı torpaq ilə əhatə olduğunu Heredot bilirdi. Halbuki, miladi-Isadan üç əsr əvvəl Bakı dənizi Şimal Səlcuq hökmdarlarının övladlarını tərbiyə edənlərə “Atabəy” ünvanı verilirdi. dəryasının bir körfəzi zənn olunurdu. Bu batil fikir beş əsr davam etdi. Heredotun məlumatı İsgəndər səfəri də elmi bir şey meydana çıxarmadı. Filosof Ərəstunun şagirdi İsgəndər Zülqərneyn səfərə çıxdıqda özü ilə bərabər bir çox müvərrixlər və ərbabi-fənn götürmüşdü. Məqsəd – coğrafiya və təbii elmlərə dair məlumat toplamaq və vaqeələri yazmaq idi. Buna rəğmən İsgəndərin səfərləri haqqında əlimizdə dürüst xəbərlər yoxdur. Bakı dənizinin tədqiqi İsgəndəri məşğul edirdisə də, bu yolda bir şey yapılmanın imkanı bulunmadı. Birinci Selefəq Niqadur, bu məsələni Patruqla həvalə elədi. Patruqla Bakı dənizini ziyarət etdi, üç əsr Isadan əvvəl tədqiqi nəticəsində dənizin Şimal dəryası ilə bitişik olduğuna qənaət hasil etdi. Bu yanlış fikir yunan fənn aləmində Roma dövrünə qədər davam etdi. Roma imperatoru Pompeyin Qafqaz səfəri bəzi coğrafi məlumatlar meydana çıxardı. Lakin Bakı dənizi haqqında yeni bir şey qeyd etmədi. Ptolomey və Pilini də Patruqlun xətasına şərik idilər. Səhvi Ptolomey bir az düzəltdisə də, o da xətadan xali qala bilmədi: Amu-dərya və Sır-dərya çaylarının Bakı dənizinə tökülməsinə inanırdı. Ərəb coğrafiyunu Məsudi Bakı dənizinin heç bir dərya ilə rəbti olmadığını söyləyir. Məsudi bu dənizi özünə bağırsaq şəklində təsəvvür edir. Uzunluğunu 800 və enini isə 500 mil zənn edir. İbn Hövqəl də Bakı dənizinin quru ilə əhatə olunmuş bir göl olduğunu qeyd edir. Bakı Bakuyə-Badku-Badkubə-Bakı rus axınına qarşı İran şahı Dara tərəfindən yapılmış bir qələ olduğu rəvayət olunur. Məsudi qövlüncə Bakının yanında yanar dağlı cəzirələr var imiş. Hind atəşpərəstləri “Baku” dedikləri əvvəl bu cəzirələrdən ibarət imiş. Ehtimal ki, şəhər də adını buradan almış. Çünki “Baku” hindu dilində cəzirə deməkdir. Başqa bir qövlə görə “Baqu” kəlməsi hind lisanlarından “Keçərate- qədim” dilində “həqiqətə doğru” mənasını ifadə edirmiş. Şəhərin qədim təsvirinə ətraflı olaraq yalnız Övliya Çələbi “Səyahətnamə” sində rast gəlirik. Ərəb coğrafiyunları oranın neft və vulkanları lə maraqlanmışdılar. Osmanlı səyyahı Bakı haqqında böylə yazır: “İç qələsinin qərbə nazir bir qapısı vardır. Hədidi-Naxçivanidəndir. Mühiti yeddi yüz addımdır. Yetmiş qələ, altı yüz bədəndir. Divarının qəddi qırx zira, makidir. Qaya üzərində olduğundan xəndəyi yoxdur. Dəruni-qələdə torpaq örtülü yetmişə qədər əski ev vardır. “Heydər Şah Camesi” namilə bir də came varsa da, minarəsizdir. Xan, həmmam və sairdən nişan yox. Lakin dərya kənarındakı ribatəzimi minə qədər evli, bağ və bağçalı, came, xan və həmmamlı çarşı və bazarlı bir şəhər məmurdur ki, üç tərafi sud ilə mühafizə olub, üç qapısı var. Şimala açılır. Gilan qapısı, cənuba Babül-əbvab qələsi qapısı, qərbə ləbi-dəryada liman qapısıdır. Bu ribatdan yeddi ədəd böyük minarə görülməkdə idi. Üç həmmamı varsa da, “Mirzə xan” həmmamı qayət xoşdur. Çarşı və bazarı o qədər müzəyyən deyilir. Lakin Moskov sərhədi olduğundan Şahsevən, diz çökən əsgərləri vardır. Şirvan əyalətində başqaca xanlıqdır ki, üç min əsgər və on iki hakimi vardır. Başqaca qazisi və yeddi nahiyəsi vardır. Bir kaç kərə Moskov qazağı qarşı Idil nəhrindəki şaykələr ilə gəlib, Gilanı və Bakı nahiyələrini zəbt və qarət etmişdir. Çünki qarşı tərəfi üç yüz mildə Moskov diyarıdır. Hətta o sənə bu qələyi Özdəmirzadə fəth etmiş, içində osmanlılardan Qubad paşa hakim ikən əcəmin təşviqi ilə Moskov qazağı gəlib Bakı qələsini mühasirə etmişsə də, onlarla bərabər əcəmlər dəndan-itiğdən keçirilmişdir. Hala cəmikləri sahili-bəhrdə bir püşteyi-ali üzərində durur. Şəhərin havası sahilcədir. Çünki qəzalarında pirinç, kətan, bağ, bostan hasil olur. Lətif pənbəsi olur. Amma suyu neft yağı qoxar. Şəhər qürbündə yeddi yerdə neft mədənləri vardır ki, hər biri bir lövndür: sarı, qırmızı, qara ilax... Nahiyələrindən misgər, sədan, rinəb, nəvahisi-əhalisi şəmi-əsl, şəmi-rouğən yakmayıb, həp qara neft yağını çıraqda yakarlar. Xalqı qayət təndürüst və tənpərvərdirlər”. Bakı Şirvanın yeganə əskələsi olduğu üçün əhəmiyyətli bir şəhər idi. Məmləkətim bütün ixracat və idxalatı Bakı vasitəsilə olurdu. Çin, Türküstan, Rusiya və İran karvanları həmişə mətaları ilə Bakıya gələrdilər. Rusiya tüccarları elçi rəpi qoyub, duz, neft, zafəran, ipək alardılar və əvəzində Bakıya samur, balıq dişi, sincab, bulğari telatin gətirirdilər. Çinin ipəyi ən qədim zamanlarda Bakı vasitəsilə qərbə gedərdi... Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtıdır. Hökumət məclisiməbusan və dövlətin böyük müəssisələri bu şəhərdədir. Azərbaycanlıların mədəni tarixində Bakının böyük rolu var: birinci qəzetəsi, birinci qız məktəbi, birinci milli teatrı, darülfünun, qiraətxana və kitabxana... bu şəhərdə təsis olunmuşdur.Bir çox cəmiyyət-xeyriyyələr, tüccari şirkətlər burdadır. Azəri sərmayədarlarının mərkəzi, Avropa təhsili görmüş əksər münəvvərlərimizin iqamətgahı Bakıdadır. Bakı Azərbaycanın maddi və mənəvi anasıdır. Məmləkətimizin hansı yerində fəlakət üz verərsə, xalq üzünü Bakıya çevirər və Bakı sevə-sevə köməyə gedər. Iyirmi sənə əvvəl Şamaxı zəlzələsində, on beş sənə müqəddəm Qarabağ aclığında, beş il bundan irəliki Qars və Ərdəhan qırğınında zərər görmüş müsəlmanlara Bakının böyük köməyi oldu. Bakı müqtədir müəllifimiz Abbasqulu Aqa “Qüdsi” və ilk artistimiz Hüseyn Ərəblinin vətənidir. Azəri coğrafiyunu Mövlana Əbdülrəşid bin Saleh Bakuyi də bu şəhərə mənsubdur). “Musavat” firqəsinin lideri və istiqlalımız yolunda mühüm rollar oynamış Məhəmməd Əmin Rəsulzadə də bakılıdır. Azərbaycanda qiraətxana yalnız qəzetə oxunan müəssisəyə deyirlər. Qiraətxanalarda yemək, içmək və tütün çəkmək yasaqdır. Istanbulda “qiraətxana” bizdə “qəhvəxana” mənasında qollanılır. “Bakuyi” 15-ci əsr miladinin əvvəllərində yaşamışdır. Əsəri “Təlxisül-asar və əcayibül-mülk qəhhar” ərəbcə yazılıb. Mühərrir Məhəmməd Əmin Rəsulzadə haqqında “Mətbuatımızın tarixi” qismimizdə bəhs olunacaq. Dərbənd Dərbəndin iki adı daha var: “Dəmir qanı” və “Babül-əbvab”. Rəvayətə görə bu şəhəri Iskəndər Zülqərneyn bina edib və məşhur “Səddi-Iskəndər” ilə şimaldan axıb gələn “yəcuc və məcuc”lardan cənubu mühafizə eləyibdir. Daha mötəbər qövl səddin Xosrov Nuşirəvan tərəfindən çəkildiyi və şəhərin də onun zamanında inşa olunmasıdır. “Tarixi-Təbəri” Dərbənd haqqında yazır: “Azərbaycan nəhayətində neçə yollar vardır ki, ondan Xəzər şəhərinə gedirlər. Bəz qəredən və bəz dəryadan gedildiyindən onların cümləsinə Dərbənd deyirlər və ərəbcə “bab” deyərlər və əvvəl cəmi yollara “əbvab” deyirlər. Orada dəniz kənarında bir şəhər vardır ki, ona Xəzər deyirlər, bu Xəzərdə cəmi yollar birləşdiyindən ona “Babül-Əbvab” deyirlər”. Əbubəkr Əl-Həmədani deyir ki, Babül-Əbvab qabaq, yəni Qafqaz dağlarındakı keçidlərin ağzıdur. Orada çox qələ vardır. Əz cümlə-Babi-Sol, Babi-Lan, Babi- Şabran, Babi-Lazke, Babi-Barge, Babi-Simsin, Babi-Sərir, Babi-Filanşah, Babi- Tarunan, Babi-Təbərsəranşah, Babi-İranşah... “Dərbəndnamə”nin şəhər haqqındakı rəvayətləri bir parça əfsanəvidir, lakin tarixi həqiqətdən xali deyil. Məlumdur ki, şimala malik türk köçəri qövmləri ilə cənub dövlətləri arasında həmişə vuruşma olurdu. Cənub mədəniyyəti zənginlik və abadanlığı ilə macəracu köçəriləri özünə cəlb eləyirdi. Yağmagir axının önünü almaq üçün tədbirlər çəkilməsini iqtiza edirdi. Bu tədbirlərin ən qüvvətlisi, şübhəsiz ki, Dərbənd səddi idi. Şimal ilə cənubun ədavətini kəsmək üçün Qubad şah Xaqanın qızına elçi göndərdi. Xaqan razı oldu və qızını əqd edib, şahın paytaxtına göndərdi. Qubad şah təkrar elçi göndərdi və sülhün bərqərar olmasından razılıq edib, təvəqqe etdi ki, iki dövlət arasında bir sədd qərarlaşdırılsın ki, fitnə və fəsada yer qalmasın. Xaqan İskəndər səddini nişan verdi və orada bir şəhər inşa olunmasını arzu etdi. Qubad şah on min qoşun ilə bir çox ərbabi-ixtisas göndərib, Dərbəndin binasına şüru etdi. Yeddi ay müddətində İskəndər səddi təmir və şəhər bina olundu və dəmir qapılar “Tarixi-Təbəri”, tərcüməsi, cild 3. İstanbul, 1306. Böyləcə, şimal axınına qarşı qüvvətli bir divar çəkdikdən sonra Qubad şah Xaqanın qızını bakir olaraq geri göndərdi. Qubadın fikrincə əvəz olundu. Dərbəndin müdafiəsi üçün Qubad İrandan bir çox tayfa köçürüb o səmtdə oturtdu. Xaqanın qızından olan övlad məmləkətdə nizayə səbəbiyyət verərmiş və şimal düşməni İrana daxil olarmış. “Dərbəndnamə”nin bu əfsanəsini Əbül-Əbbas Əl-Tunsi başqa bir zamana isnad verir. Nuşirəvan Xəzər hökmdarına elçi göndərib, qızını ona vermək üzrə onun da qızını zövcəliyə istədi və düşmənə qarşı müştərək hərəkət etmək üçün ittifaq tələb etdi. Xaqan razı oldu və qızını verdi. Nuşirəvan isə hiyləgərlik edib, qızı əvəzinə cariyələrindən birini göndərdi və sonra məktub yazıb mülaqat tələb etdi. Müəyyən bir yerdə görüşdülər. Nuşirəvan sərkərdələrindən birinə üç yüz kişi alaraq türkləri qarət etməsini əmr etdi. O da padşahın əmrini yerinə yetirdi. Sabah bundan dolayı Xaqan Nuşirəvana şikayət etdi. Şah bu işdən xəbərsiz olduğunu söylədi. Sonra yenə eyni əmri verdi və Xaqanın yeni şikayətinə əvvəlki cavabı verdi. Bu dəfə Xaqan Nuşirəvanın hərəkətinə cavabən İran qoşununu qarət etdirdi. Nuşirəvan şikayət edərək ədavətin qarşısına çıxmaq çarələrini göstərdi və iki tərəf də razı olub, Dərbəndi bina etdilər. Səddin uzunluğu yeddi fərsəx oldu. Əl-Müqəddəsin rəvayətinə görə sədd qabaq Qaf dağından enib dənizə qədər gedir. Divarın şimal cəhətində üç qapı var imiş. Şərq və cənubda, yəni dəniz və islam ölkələri tərəfdə qapılar çoxluca imiş. Məsudi səddin Təbəsaran qələsinə qədər çəkildiyini söyləyir. Nuşirəvan ehtiyaca müvafiq miqdarda divar uzunu dəmir qapılar asdırıb və bu qapıları Xəzər, Alan, Türk və Sərir kimi qövmlərin hücumundan mühafizə məqsədilə oraya bir çox millətlər köçürdüb oturtdu. İmtiyaz olaraq bu millətlərin hökmranlarına Nuşirəvan rütbələr əta edib və sərhədlərini göstərdi. Şirvan, Feilan, Liran, Xorasan, Təbəsəran və Zərengəran bu qəbildəndir ki, özlərinə məxsus şahları var idi. Ləkəz (Ləzgi) hökuməti o vaxt Şirvanın ən qüvvətli istinadgahı idi. Dərbəndin şimalında Curcan ölkəsi var idi: paytaxtı Səməndər idi. Xəzərlərə tabe olan bu torpaqda cənuba qarşı birinci hücumlar vaqe olardı. İbn Hövqəl Dərbəndin Əskələsini təsvir edərkən iki divar arasında olduğunu qeyd edir. Divarlar arasında çəkilən zəncir əskələni mühafizə edərmiş, gəmilər əzan ilə əskələyə girib çıxarmışlar. Səməndərə ruslar “Petrovki” deyirlər. Yaqut Həməvinin xəbərləri daha da maraqlıdırlar: “Dərbənddə” babül-məbhad üzərində divarda daşdan iki əstəvanə var. Hər bir əstəvanə üzərində ağ daşdan bir Arslan heykəli var. Divarın alt tərəfində iki daş var, onların üzərində dişi Arslan heykəlləri mövcuddur, qapının yanında daşdan bir insan heykəli var. Heykəlin ayaqları altında tabaşirdən bir tülkü və ağzında üzüm salxımı vardır. Şəhərin civarında suları toplayacaq bir səhric var və onun yanında bir pilləkan vardır ki, səhricə enilər. Pilləkanın yanında daşdan bir Arslan heykəli vardır ki, bunlar səddin tilsimi imişlər”. Övliya Çələbi zamanı Dərbənd İrana tabe bir xanlıq imiş. On iki hakimi, münşi və kələntəri, yasavul, qurucu, diz çökən, çikyeyən ağaları, iki min diz çökən tülünkü, doqquz min nökəri var imiş. Qələ haqqında Övliyanın yazıları bunlardır: Qələ bir püşteyn-ali üzərində xəms şəklində bina olunmuşdur. Ustad mühəndisi binayi-aqibət əndişi bu qələyi üç blok inşa etmiş və üç ədəd mətin və qəvi üçər qat dəmir qapılarla təhkim eləmiş. Qələnin bir bloku şərq canibinə hail olan divarda iki qapı vardır. Aşağı şəhərə məkşuf iki qəvi qapısı vardır. Biri məskur qapısıdır ki, şərq tərəfdən məskur nahiyəsinə açılır. Bu qapıdan çıxanlar at arabaları ilə Şamaxı qələsinə gedərlər. Bir qapısından dəxi çənuba Dəşte-Qıpçaq, Krım, Çərkəsistan tərəflərinə gedirlər. Qələnin üçüncü bloku dəniz tərəfinə düşmüşdür. İçində o qədər abadanlıq yoxdur. Qələnin şəkli mürəbbe olub, dairən madar cirmi on bir min altmış addımdır. Yetmiş qəleyi-əzimi vardır ki, hər birində qürəba və mücrdan üçün bir mədrəsə, bir məscid bulunması müqərrərdir. Qələnin ətrafında yeddi min altmış dəndan və bədən vardır”. Qələdən başqa şəhərin içindəki təsviri maraqlıdır: “Qələ dərunində min iki yüzə qədər torpaq örtülü ev vardır. Cənub tərəfində divara müttəsil böyük bir saray vardır ki, İran zəmininin birinci saraylarındandır. Bu saraya müttəsil böyük bir came var, minarəsi yıxılmış. Bu came qərbində osmanlı tərzi-memarisində bina olunmuş ziba bir həmmam vardır. Banisi məlum deyil. Qələnin şərqə açılır qayıq qapısı qürbində Özdəmirzadə Osman paşa camesi, xanları, dükanları vardır”. Şirvan Şirvan qədim zamanlar bir şəhər olub və Nuşirəvan bina etdiyi rəvayət olunur. Əvvəlcə adı “Ənuşirəvan” imiş, sonra təxfif üçün “ənu”nu kəsiblər. “Şirəvan” qalıb. Bir qövlə görə “Şirəvand” (yəni, süd yeri) imiş, axırda “Şirvan” olub. Əl-Müqəddəsinin ravayətinə görə Şirvan düz yerdə bina olunmuş böyük bir şəhər imiş. Ortasından çay axırmış. Binaları daş tikili imiş və meydanında bir came var imiş. Başqa bir mənbədən əxz etdiyimiz məlumata nəzərən Şirvan şəhəri indiki Quba şəhərinin cənub-şərqində imiş. Guya şəhərin yerində əlan “Şirvan şah” adlı bir kənd mövcuddur. “Həft iqlim”də Əmin Əhməd söyləyir ki, Şirvai zamani-sabiqdə ismi-şəhər idi. Hala bir neçə şəhəri müştəməl vilayət adıdır.ı Bakı, Şamaxı, Ərəs, Dərbənd və qeyri onlardandır. Zatən tarixində də Şirvan vilayət olaraq şöhrət bulmuşdur; Həzrət Ömərin zamanından bəri ismi aydın bir şəkildə zikr olunmağa başlayır. Azərbaycan Həzrət Ömərin xilafətində ərəblər tərəfindən alınmışdı. O zaman sərdari-əhli-islam Sürağə bin Əmir Şirvan səmtini mühafizəyə Bəkir bin Abdullanı göndərmişdi. Əbdülrəhman bin Rəbiə muqəddəmətül-ceyş təyin olunmuşdu. Əvvəl zaman fars padşahları övladından Şəhriyar nam kimsənə Şirvanda hökmran idi. Əbdülrəhman və Bəkir Şirvana yavuqlaşdıqda Şəhriyar ərəblər qarşısında zəifliyini duyaraq amana gəldi və şimal axınına qarşı bir sədd təşkil edərək cənubu mühafizə etməsini təklif etdi. Məsələ Həzrəti Ömərə ərz olundu və Həzrəti-Ömər Şəhriyarın təklifini faydalı görüb qəbul etdi. “Bəni Əmiyə” əsrində Muslümə bin Əbdülmülk Şirvan cəhətlərinə səfər edib, xalqı dini-islama gətirdi. Məsudi zamanında (hicrətin 332 tarixində) Məhəmməd bin Yəzid Şirvan şahı olub, bir aylıq qədər məsafəyə hökmü sürərdi. Şirvan şahlarını Qazi Beyzavi “Nizamül-təvarix”də Bəhram Çubin nəslindən və Ərdəşir Babək övladından ədd eləyir. Məsudi də bu nöqteyi-nəzərdədir. Qazi Əhməd Qəffari isə “Cəhanara”da Nuşirəvan “Gülüstani-İrəm”. Mirzə Abbasqulu Xan “Qüdsi” “Cahannüma”da və Əhməd Cövdət tarixində “Şəhriyar” deyə zikr olunan bu zat “Tarixi-Təbəri”də “Şəhrizad” təsmiyə olunur zürriyyəti olduğunu qeyd edir. Şirvan şahlarının silsileyi-nəsəbləri bu üzrədir: Əbulmuzəffər Mənuçöhr bin Kəsran bin Kavus bin Şəhriyar bin Kərşasf bin Əfridun, bin Fəramərz bin Salar bin Zeyd bin Covn bin Mərziban bin Hörmüz bin Ənuşirəvan. Mənuçöhrdən sonra evladlarından on iki nəfər Şirvanda hökmran oldular: Fərruxzad bin Mənuçöhr, Güştasb, Fərruxzad bin Fəramərzovan, Keyqubad, Kavus Keyqubad oğlu (vəfatı-773 tarixində) və sonra huşəng bin Kavus on il hökumət sürdükdən sonra səltənət Şeyx İbrahim bin Sultan Məhəmmədə keçdi (vafatı 820- də). Vəfatından sonra oğlu Xəlil Sultan oldu. 867 tarixlərində Şirvanşah padşah oldu və 906- da Şah İsmayıl tərəfindən qətl olundu. Yerinə oğlu Bəhram keçdi. Bir ildən sonra qardaşı Qazi bəy, bir ildən də sonra qardaşı Şeyx İbrahim cülus etdi. 909-da Şeyx İbrahim oğlu Sultan Xəlil taxta çıxdı. 945-də şah Təhmasib Şirvana səfər edib, Sultan Xəlili öldürtdü və bunun ilə Şirvan şahlığı münqəriz oldu. Min tarixlərə yaxın osmanlılar iranlılara qələbə çalıb, Şirvanı aldılar. Lakin Anadoluda Cəlalilər üsyanı zamanı Şah Abbas fürsət tapıb, təkrar Şirvanı İrana ilhaq etdi. 18-ci əsr miladinin sonlarında rus orduları Şirvanı zəbt etdi. İkinci Yekaterinanın vəfatı işləri dəyişdirdi və ruslar Şirvanı təxliyə etdilər. 19-cu əsrin əvvəllərində Şirvan xanlığı təkrar istila olunub, Rusiyaya ilhaq olundu. Şirvan bir çox böyük şəxslər yetirib: Xaqani, Seyid Əzim Şirvani, Sabir ədəbiyyatımızın zinətidirlər. Dini sahədə şöhrət bulmuş bir çox alimlər də Şirvanın məhsullarındandır. Şamaxı Şirvan şəhərlərindən olub, Ənuşirəvan binası olduğu rəvayət olunur. Övliya Çələbi Yəzdigürd şahı ilk banisi ədd eləyir. Ərəb coğrafiyunları bu şəhərə çox əhəmiyyət vermirlər: başqaların içində gözəlliklərindən, bağ və bağçalarından, daş və kəc tikililərindən ötəri olaraq bəhs edirlər. Rəvayətə görə Zühureyi-Musa və çeşmeyi-heyvan burada imiş. Şamaxı haqqında Övliya Çələbinin məlumatı şayani diqqətdir: “Şəhərin isminə “Şam Əxidən təxfifən “Şamaxı” deyil- Mənim “Azərbaycan ədəbiyyatına bir nəzər” ünvanlı kitabıma baxmalı. (Dər Səadət, 1921). miş, – deyənlər də var. Bu da guya buranın ilk sakinlərinin Şamdan gəlməsindən imiş. Qırx xanlıq, qırx səkkiz qazılıq olub, qırx nahiyəsi, yetmiş qələsi, min üç yüzə qədər də məmur kəndi var. Qədim və abadan ir şəhərdir. Süleyman xan vüzərasından Ülama paşa, fərman valise Piri paşa Süleyman xanın naməsi ilə bu Şirvan şəhərinə gəlmişlər, əyani bilmüşavirə qələ miftahlarını Piri Paşaya verərək osmanlılara muti və münqad olmuşlardır. Keyfiyyət Süleyman xana xəbər verilincə qələ idarəsini Piri Paşaya təfviz buyurmuşdur. Sonra Şah Təhmasib bu qələni yeddi ay mühasirə edərək içindəkiləri aman ilə təslim aldığı halda həp devirmiş və idarəsini də bəradəri Əlqas Mirzəyə vermişdir. Sonra Əlqas Mirzə üç sənə burada hökumət sürmüşsə də, bəradərinin övzai və ətvar kəndisini şübhə və can qurxusuna düşürdüyündən 954 sənəsində Şirvanı tərk edərək, bir gecədə aldığı ənba va hüdam ilə osmanlı diyarına üz çevirmiş. Qırx günə qədər Heyhat səhrasında yürüdükdən sonra Kufəyə gəlmiş, oradan da bir gəmiyə minərək DarülSəadətə gəlib fövqəladə iltifat görmüşdür. Mirzə Əlqas İstambulda Pərto Paşa sarayında məks etmişdir. O əsnada Ədirnədə bulunan Süleyman xan böyük bir alay ilə İstanbula gəlmiş, dirnə qapısından girmiş, şahzadə Cameyi yanında Mirzə Əlqas dəxi bu alayı tamaşa eləmişdir. Kəndisinə iltifat edən cənab padşaha: “Ey güzideyi-Al-Osman: sən bu darat və əzəmətlə nəsli ol yurda əcəm şahı olacaq qardaşıma qarşı durmursan?” – deyərək əsgərin intizam və dəbdəbəsinə heyran qalmışdır. Sonra Süleyman xan Van və Azərbaycan səfərinə getdiyi vaxt bu Əlqas Mirzəyi dəxi bərabər götürmüşdür ki, tarixi 945 Təbrizdən Lala Mustafa Paşa Şirvan vilayəti üzərinə sərdari müəzzəm olub, Əlqas Mirzə dəxi əvvəlcə Şirvanda hökumət etdiyindən böyləsincə getmiş, Naxçıvan, Rəvan, Gəncə, Şirvanı bərabərcə təxrib etmişdir. Dönüşlərində Təhmasibin vəfatı xəbərini almışlardır. Sonra qəleyi-Şamaxı dəxi muhasirə olunaraq yeddi gündə Şah Təhmasibin oğlu Ələndi Virə ilə alınmış və yenə təmir və tərmim edilərək içinə miqdari-kafi əsgər və mühimmat qoyulmuşdur. Əlqas Mirzə ilə də Şirvan əyaləti daxilində Mahmudabad xanlığı dirilmiş. Ürəyi yanğından Mirzə bir çox kərələr əcəmə salğın edib elini, vilayətini xərab eləmişdir. Sonra Şirvanda çox münaziələr çıxmışdır. Nəhayət, Sultan Murad Salis dövründə Özdəmirzadə Osman paşa Dəmir qapını və buranı aman ilə təslim alıb, qələsini təmir etmişdir. Sonra yenə əcəmlərin əlinə düşmüşsə də, qoca Fərhad paşa tərəfindən qurtarılmışdır. Nəhayət, yenə əcəm buraları istila elədiyindən Dəmirqapı paşası ilə Xəndan Ağazadələr xanədanı aman ilə çıxıb dəri-dövlətə gəlmişlərdir. O əsrdən bəri əcəm əlində olub, hala xanlıqdır. Qazısı, on iki hakimi var. Qələsi Kür nəhri sahilində və bir ali püştə uzərində olub, sənkin bina bir hüsni-həsindir. Hala iç qələsi müstəhkəm və məmurdur. Lakin aşağı qələsi cabeca rəxnədar olmuşdur. Düzdari, diz çökən ağası, minə qədər qələyi-nəfəratı vardır. Şəhər içində təxminən yeddi minə qədər torpaq örtülü məmurxanələri vardır. Hər öndən çay keçir. Bağ və bağçalarının həddü hesabı yoxdur. İyirmi altı məhəlləsi vardır. Meydan və Şaburan məhəlləri şəhərin qayət güzidə yerində olduqlarından qayət məsnu, evləri vardır. Yetmişə qədər mehrabı vardır. Div Əli Camei kari-qədimdir. Əski Şah Təhmasibin imiş. Lakin varouşəndəki camaət kəsirəli Cameyi-kəbir Şah Səfinin binasıdır. Binası şirindir. Hürrəmində şafei-hovuz və şadrəvanı vardır. Ətrafında tələbə hücrələri var. Fərhad paşa camei övqafi olmadığından qapıları məsduddur. Lakin tərzi-Rumda qayət gözəl camedir. Özdəmirzadə camei şimdiki halda mədrəsədir. İçində şəhərin müftisi dərs təqrir edər. Yeddi mədrəsəsi, bir imarəti-təlimi-Şah Xodabəndenəgədəd qırx ədəd məktəbi-sibyanı, yeddi ədəd həmmami – dilistanı vardır. Amma Şabudi həmmamının ab havası, lətafəti-mövqiyəsi cümləsindən gözəldir. Mütəəddid xəlvətləri, hovuz və fəvvarələri var. Meydan həmmamı, Qazax xan hammamı, Fərəc xan həmmamı qaladan dişarı olub, qala qürbündə Xosrov xan həmmamı dəxi məşhurlarındandır. Bunlardan başqa hər bağda dəxi birər həmmam və birər hovuzi-şafei bulunur. Qırx dördə qədər kargir karvansarayları vardır. Mehmandarları dünlü yaxşı canlardır. Hər kəs xanəsindəki odasını bilaqifl sədd edib çarşı və bazarda mətaini istədiyi kimi furuxt edər; xanədə mətaini hali üzrə buraxır, buna da nigahbanlar müqəyyəd olurlar. Şirvan diyarı bu dərəcə əmin-aman yerdir. İki yüzə qədər dükançası varsa da, kargiri-bedsətanı yoxdur. Lakin yenə ziqiymət mətalar həp bulunur. Qəhvəxanaları qayət müzəyyən olub kani-zərifadır. Zəmini-məhsuldarında pirinç, pənbe, yeddi dürlü üzüm, abbasi və mələcə armudları, qarpız hüsulə gəlir, havası etidal üzrə səhldir. Zira şəhər iqlim-fasın nəhayətindədir. Dilbəri-məmduhi cahandır. Uləma və süləhası çoxdur”. Şəki (nuxa) Övliya Çələbinin rəvayətinə görə Şəkini Gürcüstanın Şuşalə məliklərindən Aleksandr bina edib. Ərəb coğrafiyunları “Şəki”, “Cahannüma”, isə “Nəxud” deyə şəhəri təsmiyə edirlər. Övliyanın rəvayəti belədir: “Aleksandr bina etmiş, andən Tağestan bəyinin zir idarəsinə keçmişdir. Sonra əcəmlərə keçmişsə də, Murad xan Salisin vəziri Lala Qara Mustafa paşa fəth edərək Lavənd xan oğlu Irkelad bəyə ehsan eləmişdir. Sonra Mustafa xanın cülusunda əcəmlərin əlinə düşmüşdür. Hala sultanlıqdır. Min miqdari əsgərə malikdir. Şirvan əyalətində bir puştə üzərində səngin bina bir qəleyirənadır. Gəncə və Şirvan qapıları namilə iki qapısı var. Üç min xanə, yeddi mehrab çamei vardır. Çarşi içində Mirzə Əli bəy camei, qələdə Lağum oğlu Əhməd bəy və Murad xan Salis cameləri məşhurdurlar. Xan və hamamı, sovqi-müxtəsəri var. Bağ və bağçalarında nəzirsiz ipək hüsulə gəlir”. Şəki xanlığı ilk dəfə olaraq ruslar tərəfindən ikinci Yekaterina zamanında istila olundu. Birinci Pavel rus əsgərini Şəki və başqa xanlıqlardan geri çəkdi. Lakin on doqquzuncu əsrin əvvəllərində təkrar general Sisyanov tərəfindən zəbt olundu. Şəki böyük yazıçımız Mirzə Fətəli Axundovun vətənidir. Gəncə Gəncə Aran əyalətinin paytaxtı idi. İsgəndər Rumi tərəfindən bina olunduğu rəvayət olunur. Qubad bin Firuz zamanları böyük bir şəhər imiş. Ərəb coğrafiyunları nədənsə əsərlərində bu şəhərə əhəmiyyət verməmişlər; “Cənze” deyə yalnız adını deyib keçirlər. Gəncənin üç yüz sənə əvvəlki halını Övliya Çələbi belə təsvir eləyir: “Hala əcəm elində şəhri-müəzzəmdir. Amma qələsini şah hədəm etdirmiş. Altı min xanəli bağ və bağça came, xan, imarət və həmmam və bədestan, məmur çarşılı bir şəhərdir. Şəhər bağlı bağçalı bir səhrada vaqe olub, qibləsi tağlardır. Üzəri sərapa bağlardır ki, Gəncənin tut ipəyi hər tərəfdə məşhurdur. Dörd çevrə səhraları, yeddi nahi- Mənim “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı kitabıma baxmalı. yəlik göydür. Pambıq, birinc, hərir ilə kar edirlər. Gəncənin at nəli, dəmiri də ipəyi kimi məşhurdur. Bu şəhər-xanlıqdır. Üç min nökərə malikdir. Münişsi, kələntəri, darğası, qazi və hakimləri vardır.” Üç əsr əvvəl şərq şəhərləri arasında Gəncənin mövqeyini şair belə təsvir eləyir: “Çənd şəhr əst əndər İran mortəfe” təraz həme, Behtər o sazənde təraz xoşi abu həva Gəncə pur gənc dər Aran, Sefahan dər Iraq, Dər Xorasan Mərv-o digər Tus-o dər Rum Ağsəfa”. Gəncənin avadanlığı yolunda vaxtilə şah Abbas çox çalışmışdı. “Şah Abbas məscidi” əlyövm Gəncənin şərəfli binalarından biridir. On səkkizinci əsrin əvvəllərində osmanlılar Gəncəni gürcülər əlindən qurtardılar. Otuz illik osmanlı idarəsi Nadir şahın Qafqaz səfəri ilə bitdi. 1735-dən 19-cu əsrin əvvəllərinə qədər Gəncə gah İrana tabe, gah da hürr bir xanlıq olur. Gəncənin ruslar tərəfindən birinci işğalı 1796-da vaqe olmuş. Lakin bir az sonra tərk etməyə məcbur olmuşlar. İkinci istila (1804) general Sisyanovun hücumu nəticəsində olub. Bu davada Gəncə hökmranı Cavad xan qəhramananə bir müdafiədən sonra şəhid olunmuşdu. Gülüstan müahidənaməsi mücibincə Gəncə xanlığı paytaxtı ilə bərabər Rusiyaya ilhaq olundu. Gəncə əhalisi qədimdən bəri hüriyyətlərini müdafiə və mühafizə etməklə məşhurdurlar. Gürcü istilaçuyanə hərəkətinə qarşı köks gərib, mərdanə davalarda rəşadət göstərən Gəncə vaxtilə Çingiz xanın da nəzərini özünə cəlb etmişdi. Çingiz ordusu Qafqasiyanı tarmar edərkən Gəncəyə toxunmadı: mərdanə və qoçaq xalqa riayət onların adətindən imiş. Gəncə milli təşkilatı ilə Azərbaycanda birincilik qazanmış bir şəhərdir. Azərbaycan istiqlalı yolunda böyük rol oynayan fəalların əksəri Gəncədəndir. Gəncə Şeyx Nizaminin vətənidir. Türbəsi də oradadır. ”Mənazirül-Əvalem”. Məhəmməd bin Ömər bin Bayəzidəl-şəhr bileşq. Sənə 1005 (hicri). Bərdə İbn-Hövqəl Bərdəni “Ümmül-Aran” deyə adlandırır. İsgəndərin binası olub və Qubad ibn Firuz təmir etdiyi rəvayət olunur. “Cahannüma” nın qövlüncə hicrətin 39-cu sənəsi islamlar tərəfindən bina olundu. Əl-Müqəddəsinin rəvayətinə görə şəhər dörd guşəli imiş. İbn Hövqəl Bərdənin uzunluğunu 1 fərsəng hesab eləyir. Eni isə bundan bir az gödək imiş. Min sənə əvvəl Bərdə bağlı, baxçalı gözəl bir şəhər idi. Bir çox hamamlar, karvansaraylar, bazarlar şəhəri zinyətləndirirdi. Bazarın arxasında böyük bir cami var imiş. Bu camein sütunları kərpic və gəcdən, bəziləri də taxtadan idi. Evlər əksərən kərpicdən imiş. Şəhər darvazalarından birinin adı “Kürd qapısı” deyə məruf idi. Bunun yanında “Kurku” adlı bazar olurmuş. Buraya şəhərdən və ətrafdan həftədə bir dəfə bir çox xalq toplanardı. Bu gün bazar gününə təsadüf edərdi. Mətalarından ipək çarşaflar, qaytan və xalıları məşhur imiş. Bərdənin fındıq məhsulu bol olurmuş. Bərdə gözəl və zəngin bir şəhər olduğu üçün rus şaykalarının hücumuna bais olurmuş. Ruslar hicrətin üçüncü əsrindən sonra bir neçə dəfə Bakı dənizi vasitəsilə bütün Azərbaycan sahilini yəğma etmişlər. O hücumlarda Bərdə də dəfələrlə xərab olunmuş. Bərdə ədəbiyyatımızda böyük mövqe qazanmışdır. Şeyx Nizami “İsgəndərnamə”sində bu şəhəri mərkəz ittixaz edir. Poemanın qəhrəmanı İsgəndər Bərdə hökmdarı Xoş Abəyə eşq yetirib, onun yolunda ruslar ilə müharibə edir. “Zakir” Bərdənin keçmiş təntənəsini bir şerində gözəlcə xatırlayır. O viladə bir mehriban görmədim, Gəlmişəm indi də mehriban gəzəm. Seyr eləyəm tamam Tərtərbasanı, Varmı aşiqinə can qıyan, gəzəm. Tülək-tərlan ovlağıdı bu yerlər, Bərdə torpağına eləyim güzər, Görüm qalıbdırmı Şirindən əsər, Baxam hər tərəfə nigaran gəzəm. Xosrovi-Pərvizin şanu şövkətin Fərhadın ələmü qəmü möhnətin, Şapurun çəkdiyi nəqşi surətin, Arayib-axtarıb hər zaman gəzəm. Dolanıb sərasər çarsu bazarı, Gətirəm nəzərə səmti-minarı, Görsə xəbər alam bülbüli-zarı. Necoldu ol güli-gülüstan, gəzəm. Deyəm hanı bunda gəzən gözəllər? Teyhulu meşələr, sonalı göllər? Çayın kənarında tikilən ellər? Yoxdur heç birindən bir nişan, gəzəm. Ol baş-başa verən sərvi-rənalar, Hər guşədən gələn sövtü-sədalar, Zərrim piyalələr, meyi-səhbalar, Kərdişi-badeyi-ərğəvan gəzəm. Adətü qanunun o diyarın mən Görmüşəm, yazıblar xeyli mustəhsən; Bayram gecələri ta ki sübhətən Neçə həmdəm ilə çırağan gəzəm. Əmirzadələr yeyib naharı, Yenə çapırşırmı Xənəgə sarı Boynu qəlladəli səgi-şikari Gəmişirmi seydə suvaran gəzəm. Bundan əzəlki tək o viranədə Güşti tutulurmu asitənədə? Çillədə əsərmiş, şütürxanədə Qızmış dəvələri görüb yan gəzəm. Aşiqə söylərmi qasid ənqərib, Qəm yemə dilrüba sənədir nəsib. Zimistan qeydindən çıxan əndəlib Axtarırmı tazə aşiyan, gəzəm. Cəvhir füruşlar satarmı gövhər? Xublar yaraşığı görərmi zərgər? Karvansaralarda tacir, qələndər Necə keçər şami – qəriban, gəzəm. Gecə-gündüz daim bangi-cərəsdən Qulaq tutulurmu sədayi-səsdən? Bakıdan, Dərbənddən, Krım, Çərkəsdən Gəlirmi mətai-bipayan, gəzəm. Sayeyi-sərvdə məcməi-xuban, Yenə əyləşirmi xoşdilü xəndan? Yoxsa ki, onlara saqiyi-dövran İçiribdir mey yerinə qan, gəzəm. Nazəninlər ta tüluyi-afitab Oturub gecələr çəkərmi gülab? Çeşmi-aşiq kimi fəvvarədən ab Tökülürmü hövzə nümayan, gəzəm. Müzəyyən məhlələr, münəqqəş evlər Mütriblər içində həng həvasulər Toylarda çiğrışırmı bədövlər, Çəkirmi şeyheyi firavan, gəzəm. Həmamlarda məsrəf olan aqçanı, Pozğun otaqları, uçuq taqçanı, Yıxılan tağları, viran baxçanı Xatirimə salıb pərişan gəzəm. Təblü ələm sahibləri xanlara, Darğanişinlərə, pasibanlara, Ol səri sevdalı növçavanlara Yaxa yırtıb, çaki-giriban gəzəm. Qibleyi-hacətə yıxıb özümü, İmamzadəyə sürtəm üzümü, Xak olan tənlərə tikib gözümü, Olam sağlığıma peşiman, gəzəm. Hərgiz bu cahana yoxdur etibar, Səfası bir isə, yüz cəfası var, Baş götürüb gedəm diyarbədiyar, Eləyəm aləmi imtahan, gəzəm. Bülbüli-biçarə verdi xəbəri, Dedi ki, qalmayıb şənlik əsəri. Mən Zakirəm, onu görəndən bəri Gərək cünun olub, biyaban gəzəm. Hal-hazırda Bərdə kiçik bir qəsəbədir. “İmamzadə” ismində ziyarətgahı var. Qədim binalardan yıxınlar durur. Qarabağ Hal-hazırkı Qarabağ Gəncə vilayətinin cənub hissəsindən ibarətdir. Rus istilasına qədər (1822) xanlıq imiş. Ümdə şəhəri Şuşadır. Nadir şahın vəfatı ilə doğan Iran ixtişaşı zamanı Pənah xan Cavanşir və Otuz iki nam ellərinin vasitəsilə Qarabağı əldə edib, Şuşa qələsini yapdırdı. Şuşa ədəbiyyatımızda “Şişə” adı ilə mərufdur. Ağa Məhəmməd şah Qacar bu şəhəri istila etmədən əvvəl Qarabağ hökmranı İbrahim Xəlil xana yazmışdı: “Zi məncənəqi-fələk səngi-fitnə mibarəd, To əbləhanə girifti miyani-şişə qərar”. Xanın eşik ağası Molla Pənah “Vaqif” Ağa Məhəmməd şaha cavabən bu misraları göndərmişdi: “Gər nigahdari-mən anəst ki, mən mindanəm, Şişeira dər bəğəli-səng nigəh midarəd”. Şair “Zakir” Şuşa ruhanilərinin hərəkətlərini zəmm edərkən yazır: Qarabağ tarixinə dair “Qarabağnamə” adlı bir kitab Ibrahim xanın vəziri Mirzə Camal tərəfindən yazılıb. Farsca yazılmış bu əsərin yeganə nüsxəsi cavan mühibblərimizdən Ağa oğlu Məhəmməd bəydədir. “Şişəyə dəsti-qəza səngi-cəfa yağdırdı, Şişəvəş sındı bu gün rövnəş-islam yenə”. Firidun bəy Köçərli Şuşanı “şairlər yuvası” deyə adlandırır, çünki bu şəhər bir çox şairlər vücuda gətirmiş. Böyük mütəfəkkir Əhməd bəy Ağayev, Azərbaycan ədəbiyyatı müdəqqiqi Firidun bəy Köçərli, teatrnəvis Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirov, birinci türk və islam operanəvisi (kompozitor) Üzeyir bəy Hacıbəyli kimi bir çox müqtədir zatlar həp Şuşanın məhsullarıdırlar. Qafqasiyanın məşhur xanəndə və sazəndələrini Qarabağ yetişdirir. Övliya Çələbinin rəvayətinə görə Azərbaycanda üç ədəd Qarabağ var. Osmanlı səyyahı ikisini təsvir eləyir. Biri Təbriz sərhədində başqaca sultanlıq imiş. Əgəri Fateh Sultan Məhəmmədxan vəzirlərindən Qoca Fərhad paşa bu şəhəri dağıtmışdı. Təkrar abad olduqdan sonra Sultan Muradxan Rabe ordusu tərəfindən xarab edildi. Üç yüz il əvvəl üç min evli, yeddi cameli, yeddi həmmamlı, üç xanlı və altı yüz dükanlı bir şəhər idi. Gözəl bağları və cürbəcür meyvələri ilə məruf imiş. İkinci Qarabağ Naxçıvan torpağında böyük bir şəhər və sultanlıq imiş. Bu şəhərin Mənuçöhr tərəfindən inşa olunduğu rəvayət olunur. Teymurləng və başqa komandanların qışladığı Qarabağlar burasıdır. On minə qədər evə, yetmişə qədər məscidə, karvansaraylara, həmmamlara malik bir şəhər imiş. Bağlarında iyirmi altı cürə armudu olarmış: mələcə, abbasi, ordubadi kimi. “Cahannüma”ya əlavə olunan Qafqas xəritəsində yalnız bircə “Qarabağlar” göstərilir. O da Şamaxı şəhərinin şərq cəhətində, deməli, Şamaxıdan çıxdıqda Kür çayına çatmadan Qarabağlara rast gəlinərmiş. Rəvan Çuxur-Səd adlı bir ölkənin paytaxtı imiş. Övliya Çələbinin qövlünə görə 810 tarixində Teymurləngin sövdəgərlərindən Xacə xan Ləhicani ismində birisi təsadüfən bu ölkəyə gəlib çıxır və məhsuldar Şuşa şəhərində əlan “mələcə” armudları əmələ gəlir. bir yer olduğunu görüb, düyü əkmək ilə məşğul olur və bir kənd inşa edir. Sonra Şah Ismayıl o kəndin yerində qələ bina olunmasını Rəvanquluxan am vəzirinə əmr edir. Vəzir yeddi ildə bina etdiyi qələnin dını Rəvan qoyub. Ərəb çoğrafiyunları Dəbil adlı şəhərdən bəhs dirlər; Rəvanın yerində qədim bir şəhər imiş. Ipək qumaşları ilə məşhur miş. Dəbil islam hökmranlarına tabe cameli, bağlı, bağçalı şəhər miş. Osmanlı sultanı Muradxan Salis zamanında Fərhad paşa Rəvanı ldı. Hicrətin 1014 tarixində Şah Abbas yeddi ay mühasirədən sonra əvanı Irana ilhaq etdi. 1035- də sultan Muradxan hücum edib, Rəvanı lə gətirdi. Bir miqdar əsgər ilə Murtəza paşanı hakim təyin edib, uradxan məmləkətə qayıdır. Burdan istifadə edərək Şah Səfi qoşun toplayıb, Rəvanı istila etdi. Övliya Çələbi Rəvanı belə təsvir eləyir: “Səneyi-1045 tarixindən bəri Rəvan dəsti-əcəmdə olub. Bu vəchlə məmur və abadan olmuşdur. Lakin qələsi yalın qat divar ilə məbna olduğundan hücumi-şədidə təhəmmül edəməz... Üç ədəd qüvvətli dəmir qapıları vardır. Təbriz qapısı cənuba açılır, meydan qapısı şimala açılır ki, buna yayla qapısı da deyərlər; Cövkan meydanı bu tərəfdədir. Biri də əcəmlərin “Dərvazeyipül” dedikləri körpü qapısıdır. Üç minə qədər qələ nəfəratı, uç min xan əsgəri, yeddi min əyalət əsgəri vardır. Burası bir qaç kərə xanlar xanlığı olmuşdur. Qazısı, mollası, şeyxi-şərifi, kələntəri, darğası, münşisi, yasavul ağası, qorucu başısı, eşik ağası, diz çökən ağası, yeddi mehmandar və şəhbəndərləri vardır. Şəhər içində iki min altmışa qədər torpaq örtülü ev vardır. Ən məmuru xan sarayıdır ki, Əmirgün xan məmur etmişdir. Bu saray qürbində sol tərəfdə şah zərbxanası vardır ki, abbası və bisi kəsilir. Yayla qapısından təşrə olan böyük varuşə əski şəhər deyərlər. Xan və cameli və çarşılı, bazarlı bir varuşdur. Körpü başında xan bağı vardır. Yenə orada came, xan, həmmam, çarşı çoxdur: adətən şəhərdir”. Rəvan xanlığı Türkmənçay müahidəsi mucibincə İrandan alınıb Rusiyaya ilhaq olundu. Böyük rus inqilabı nəticəsi olaraq Rəvan Ermənistan cümhuriyyətinin paytaxtı oldu. Naxçıvan Bu şəhərin əsl adı “Nəqşe-cahan”dır. “Naxçıvan” və “Nəxşevan” “Nəqşecəhan”ın ərəbləşməsidir. Iran hökmdarı Qubad tərəfindən bina olunması rəvayət olunur. Övliya Çələbi Naxçıvan haqqında yazır: “Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xanı çox əsgərə malikdir. Etimadül-dövləsi, kələntəri, münşisi, darğası, diz çökən ağası, çikyiyən ağası vardır ki, bu əsnafın həp hökumətdə əlaqələri var. Qazisi, şeyxül-islamı dəxi vardır. Bu şəhəri zamani-qədimdə Şah Əfrasiyab bina etmişdir ki, hala əcdadının mədfun olduğu qübbələr nümayandır. Zamani dövətində Nəxşevan o dərəcə məmur və abadan imiş ki, dəştü səhrasında bir xətvə əraziyi-xaliyə yox imiş. Sonra moğol tayfası təməə düşüb, yer götürməz əsgərlərlə gəlib bu şəhərin nəqşe-cahanını pozaraq xarabüyəbab, qələsini münhədim edib, türab etmişlərdir. Sonra osmanlılardan Məhəmməd Salsi əsrində osmanlılar əlində ikən Şah Qümrah tərəfindən Zülfüqar xan gəlib, Nəxşivanı istila eləmişdir. Sonra Muradxan Rabe əsgəri gəlib, təbaniyəsi Məhəmməd Paşa buranı fəth etmişdir. Murad Rabedən sonra burası da məmur və abadan olmuşdur. On min iki yüz torpaq örtülü xanədani-əzimlərə arəstə, yetmiş ədəd came və ibadətxanələrlə pirastədir. Qırx məscidi, iyirmi mehman sarayı, yeddi gözəl hamamı, minə qədər dükanı var. İmarətinin əksəri gözəldir. Bağ və bağçası az olduğundan meyvəli ağacları azdır. Yeddi dürlü pambığı (zağı, zəfərani, ləli, xas, bəyaz), ğəlləsi, hüntəsi məmduhdur. Əhli-sənayesi məharətlidir. Qələmkarı Bəhrampuri, dəstəxan çitləri məşhuri-cahandır. Arpası pək qüvvətli və çoxdur. Bir ata qara arpanın dörd qiyəsi yetişir. Bostanlarında suluca qovun və qarpızı olur. Gözəlləri əbyəzəlyundur. Ərkəkləri zor zoviyəli tac, uzun sərbənd sarar, qələmkari pişək piş came geyərlər. Ayaqlarına əlvan keçə çaqışır, yaşıl, qırmızı, narıncı, turuncu papış geyərlər. Zənənləri sivri-sivri taqiyə geyib, üzərinə bəyaz azar boyanur, ayaqlarına əlvan cəzmə geyərlər. Gözəlləri qunaqun kəbudi kürkdən börki- İsfahan geyib, mirzayi delar əmsal xüraman və rəftar, zarafat və nəzakət göftar edərək xalq ilə hüsni-ülfət edərlər. Camaat kəsirəli qərib cameləri vardır ki, hər biri birər cənəti-firdous, xüldi-bərindir. Əz cümle cənabi Əhməd paşa camei, Fərhad paşa camei müzəyyən, münəqqəş, kaseyi-fəğfur və çinimina camələrdir. Neçəsinin qübbələri də çini ilə məsturdur. Istanbul tərzi otuz üç minarələri vardır. Əhməd paşa çamei kimidir. Cənabi həmmami qayət lətif, rövşənir. Amma dərü divarı kaşi çinidir. Fərşi sərapa bərqai, bəlğəmi, sumaği mərmərdir. Öylə münəvvər bir həmmamdır ki, cümlə camları büllur və nəcəf mövrandır. Qübbəsinin ortasında böyük bir hovuz var. Xülasə bu həmmami- xoşhavanın mədhində, lətafət və nəzafətin tövsifində həsən və səhban belə aciz olsa gərək, deyil ki, bu övliyayi-bərtəqsir... sövq-şahisində ənqən xacələr münim sövdəgərlər vardır. Hər biri gəncineyiQarunə malik, maldar tüccar zuetibardır. Xalqı eyş və işrət əhlidir. Bu şəhərin rəaya və bərayası dehqani lisanı üzrə qonuşurlar. Amma arif şairləri, nədim zərifləri zarafat və nəzakətlə pəhləvi və moğoli lisanından kəlimat edərlər ki, qədim lisanlardır”. Katib Çələbinin rəvayətinə görə Naxçıvanın qədimdən mətin bir hasarı var imiş. Hülaku xan oranı aldıqda xalqını qırdı və qalanı xarab elədi. Elxanilər də Naxçıvana malik idilər. Bunlar şəhəri Nəsir Tusinin təlimi ilə ala bildilər. Ağacdan toplar yapıb, içinə qurğuşun doldurub, mancanaq ilə şəhərə atdılar və bu vasitə ilə qalanı fəth etdilər. Əmir Teymur Naxçıvanın abadanlığına çox çalışmışdır. Mirzə Şahruxun miyaşərti ilə şəhərə bir arx da çıxardılar. Azərbaycan Atabəylər hökumətini təsis edən Eldəniz xanın qəbri Naxçıvandadır. Muğan Muğan yaxud Muqan – Muğan bin Yasəf adı ilə təsmiyə olunması rəvayət edilir. Hal-hazırkı Muğan Azərbaycanın şərq cəhətində Bakı dənizi yaxınındadır. Şəhərlərindən birisi Bacrəvan imiş. Venetsiyalı Marino Sanuto miladın 320 sənə tarixində təb etdirdiyi xəritəsində Muğan haqqında yazır: “Planities Mogan, in gna tartare hyimant”: (tatarlar qışlayan Muğan səhrası). Qubad şah zamanı Muğana sular çıxarılıb, abad olunmuşdu. O zamandan qalan “Kafər arxı” Çingiz zamanına qədər davam etdi. Çingiz hücumları Muğanın mədəni həyatını söndürdü. Teymurləng qədim arxları əhya etdirdi və bu sayədə səhranın həyatı təkrar canlandı. Nadir şah zamanına qədər davam edən abadanlıq yenə məhv oldu. 1828 tarixində Türkmənçay müahidəsi mucibincə Muğan Rusiyaya ilhaq olundu. Məmləkətin hüdudlarında rus əksəriyyətini təmin etmək məsələsi rus təşəbbüsü ilə Muğan səhrasında yollar açdı. Çar hökuməti Muğan səhrasını tədric ilə sulandırıb, içəri Rusiyadan mühacirlər gətirib, yerləşdirməyə çalışdı. Gözəl pambıq məhsulatı verən Muğanda az bir zamanda bir çox rus kəndləri inşa olundu. Məsudi məzkur Muğandan başqa bir də Muğan səltənəti olduğunu qeyd edir, sərhədi Şəki, Bərdə və Gəncə arası imiş; paytaxtı Muğan şəhəri imiş. Əl-Müqəddəsinin rəvayətinə görə Muğan iki çay arasında bir şəhər imiş. Meyvə bağları və gözəl bağçaları ilə Təbrizə bərabər imiş. Muğan bəzən müstəqil, bəzən Şirvana tabe bir halda idarə olunarmış. “Cahannüma” Qarabağ haqqında yazdıqda “Qarabağ Şirvan şərqində Muğandan bir bələdə və nahiyədir” deyir. Təbriz Monqolcada adına Tivris, dəri dilində Tivriz, dehqanidə Tabriz deyirlər. Əsli isə fars dilindəki Təbrizdir ki, “qızdırma tökən” mənasında imiş. Rəvayətə görə Təbrizi Harun-əl-Rəşidin xatunu Zibeyda 175 hicridə bina etdirdi. Iki yüz qırx dörd tarixində zəlzələdən xarab oldu və Əbbasiyandan mütəvəkkil xəlifə onu təkrar yapdırdı. 334-də böyük bir zəlzələdən Təbriz yenə dağıldı. Qazı Rügnəddin Xoyi “Məcmueyi-ərbab-ül-Məmalik” adlı kitabında deyir ki, münəccim Əbu Tahir Şirazi Təbrizin müəyyən bir gecədə xarab olmasını xəbər vermişdi. Şəhərin hakimləri əvvəl gecə xalqı səhraya çıxardılar və münəccimin hökmü doğru olub, şəhərin əksər hissəsi zəlzələdən xərab oldu. 435 tarixində Təbriz hakimi Əmir Rəvadi Əbu Tahir Şirazinin ixtiyarı ilə şəhəri bina etdirdi. Qədimdən Təbrizin barısı altı min qulac idi və on qapısı var idi, moğollar zamanı şəhər böyüməyə başladı və barının dişqarısında da evlər yapıldı. Qazan xan bu evlər xaricindən yeni bir divar çəkdirib, binaları, bağları Ləyankuh və Səncanı içəri aldı. Qazan xan hasarının dövrü iyirmi beş min qulac idi və altı yerdən darvazası var idi. Ucan, Şirvan, Sərdər, Duşam, Sərar, Dəvir, Təbrizin qərb cəhətində “Şam” nam yerdə Qazan xan bir şəhər bina etdi və orada özünə mədfən olmaq qəsdilə misalı Iranda olmayan bir gözəl imarət tikdirdi. Təbrizin şərq tərəfində “Rəşid” və “Ləyan-kuh” adlı yerdə vəzir Səid xacə bir şəhər bina edib, adını “Rəşidi” qoydu. Bu şəhərdə bir çox gözəl və böyük imarətlər yapıldı. Vəzir Xacə Tacəddin Əli şah şəhərin qərb və cənub tərəfində “Niyar miyon” məhəlləsində əzim bir came bina etdi ki, səhni iki yüz əlli zira idi və eyvani- köhərindən böyük bir səfhəsi var idi. Osmanlı sultanı Murad xanın İran səfəri 1045, heyfa ki, Təbrizə böyük zərbə vurdu və o xariqüladə binalardan ancağ yıtğınlar qaldı. Ərəb coğrafiyunu əl-Müqəddəsi zamanı Təbriz gözəlliyini mühafizə edirmiş. Əl-Müqəddəsi heyrət ilə deyir: “Təbriz! Təbrizin nə olduğunu sənə kim öyrətdi? Müəzzəmül Kimyanın xalis altunudur... Gözəlliklərinin intəhası yoxdur”. Təbrizin ətraflı təsvirini yalnız Övliya Çələbidən öyrənə bilərik. Ondan əvvəl, yəni hicrətin səkkizinci əsrində Təbrizi ərəb səyyahı İbn-Bətutə ziyarət eləmişdir. Heyfa ki, bir gecədən artıq qala bilməmiş. İbn-Bətutə belə nəql eləyir: “On gün sonra Təbrizə vasil və xaricində Şam deyilən mövqeyə nüzul etdik. Orada İraq padşahı Qazanın qəbri vardır. Qürbündə gözəl bir mədrəsə ilə bir zaviyə bulunur. Zaviyədə ayəndə və rəvəndəyə təam olaraq əkmək, ət, yağ ilə mətbux birinc və həlviyyat verilir. Əmir məni mahali-bəidəyə abəfşan olan ənharü pərşağu bərgiəşcar miyanində gülən bu zaviyəyə mehman elədi. Ertəsi günü “BabiBağdad” deyilən qapıdan bələdəyə daxil və Sovqi-Qazan namı ilə məşhur, əzim bir çarşıya vasil oldum. Bu çarşı biladi cahanda məşhudəm olan çarşıların ən gözəlidir. Orada hər sənətin məhəll olaraq biri digər ilə ixtilat etməz. Guyumçu çarşısından keçərkən görmüş olduğum ənvayi-cəvahir gözümü qamaşdırdı. Mücövhərat, əlbiseyi-fatireyi- libas bulənmiş və belinə ipək qurşaq bağlamış gözəl üzlü müluklar əlində idi. Bunlar ticarət evində duraraq cəvahiri türk nisvanına ərz edər və qadınlar cəvahirdən bir çox iştira ilə bu xüsusda bir-birinə rəqabət elərlər idi. Bunu cənab həqqdən isteazəyə şayan bir fitnə ədd edirəm. Ənbəri-müşk çarşısına daxildə dəxi o halın eynini və bəlkə, özünü müşahidə elədik. Bədə Cilan kamı ilə məruf vəziri-aliyişahın inşakərdəsi olan cameyə vardıq. Xaricində qibləyə təvəccöh edən kimsənin sağında mədrəsə və solunda zaviyə bulunur. Camein səhni “Cahannüma”, səh. 370-371 mərmər ilə, divarları qaşani deyilən Zəlicə müşabih çini ilə məfruşdur. Ortasından su keçər. Orada ənvayi-əşğar ilə üzüm götükləri və yasmin ağacı mövcuddur. Bu camein səhnində hər gün səlahi-əsrdən sonra sureyi-yəs və sureyi-fəth və sureyiəm qiraəti mötaddır. Bələdə əhalisi bunun üçün orada toplanır. Övliya Çələbi zamanı Təbriz xanlıq olub, on min əsgərə malik idi. Müftisi, şeyxül sadası, mollası, kələntəri, münşisi, darğası, qorucu başı, diz çökən ağası, çikyeyən ağası, yasovul ağası, eşik ağası, mehmandarları var idi. Övliyaya görə Təbrizdə üç yüz iyirmi came, qırx yeddi böyük mədrəsə, yeddiyə qədər darül-hədis, altı yüzə qədər çocuqlar üçün darültəlim, yüz altmışa qədər dərviş təkyələri, altı ədəd çeşmeyi-rəvanı, min qırx səbilxanə, min altmışa qədər məhəllə, iki yüzə qədər karvansaraylar, hamamlar və bir çox başqa binalar var imiş. Təbriz camelərinin övsafı şayani-diqqətdir. Ən qədimi Zibeydə xatun cameidir ki, qübbəsi və divarları kaşi minadan imiş. Mütəvəkkil Əliülla camei də qədim tərzdə kaşı çini ilə inşa olunmuşdur. Sultan şami-Qazan və şahi-İrani-zəmin şah Əmin cameləri də gözəl binalardan imiş. Şah Əmin camei bir minarəli, ziba hörməli, kaşı çini ilə arəste, ovcesər çəkmiş qübbələrlə pirastə, cümlə dər-divarı, bəyaz, məsiqli məhla xətai kağız ilədir. Əbyəz misal qələnmiş bir camei-zibadır ki, içinə girənin çıxacağı gəlməz İranda bu imarətə “Həşt behişt” deyirmişlər. Sultan Həsən camei Azərbaycan padşahlarından uzun Həsənin binasıdır. Əndərun və birunun dörd çevrəsi, qübbələri cümlə kastiyi-çin ilə bina olunmuşdur. Mehrab və mənbəri, müəzzinan məhfilli xırdakarlıq sənətinin bir nümuneyi-bibədəli olub, kimsə bərdəstərəsini qabil deyildir. Dörd tərəfində olan rovzənləri sənəti-həddadi üzrə olub, nəçəf daşları ilə sərapa təzyin və müşəşə qələnmişdir. Qəbalə qapısının cəvanib ərbəəsində olan qunaqun zihlər müqərnəs və eslimilər, kitabə və türüncələr kirişmə münəqqəş rumilərin hər biri səhər mübin mərtəbəsinə varmış, ustadi-qələmkar bu xüsuslarda yəd-tulasını köstərmişdir. Mehrabının iki tərəfində iki mövzun əsfərallun səngi parə vardır ki, hər biri bir Iran və Turan xəraci dəyər guya göhərbardır. Bu sütunların nəziri sair diyarlarda yoxdur. “Səyahətnameyi-Ibn Bətutə”. Tərcüməsi, cildi əvvəl, səh. 253-254. “Övliya Çələbinin səyahətnaməsi”, cild 2, səh. 249. Əlyövm Təbriz əvvəlki gözəlliyini qayib edibsə də, xalq nəzərində əzəmətli bir mövqei vardır. Məruf məsələ görə “Aləm ilə Əcəm Təbrizə həsəd aparır, Təbriz də Parijə”. Hal-hazırda Təbriz İran Azərbaycanının paytaxtıdır. İran vəliəhdləri təxticülusdan əvvəl Təbrizdə iqamət edərlər. Təbriz Irana yenilik bəxş edən bir şəhərdir. Iran inqilabı buradan başladı və mürtəce Tehrana qələbə çaldı. Təbriz bir çox alim və fazillərin vətənidir. Son zamanlar Təbriz milli hərəkat mərkəzi oldu. Cənubi Azərbaycanın müstəqil yaşamasını təmin etmək üçün bir hökumət belə təşkil etdi. Milli hökumət “Azadıstan” namilə mərufdur. Ərdəbil Ərdəbil Azərbaycanın qədim paytaxtıdır. İslamdan əvvəl ölkəmizin mərkəzi burada imiş. Rəvayətə görə Ərdəbili Iran hökmdarı Firuz bina edərək “Bazane- Firuz” adlandırmışdı. Kitab Çələbi Keyxosrov Kayani binası olduğunu qeyd edir. Əbu Məsud deyir ki, Ərdəbil bin Ərmini bin Lənti bin Yunanə nisbət olunur. Ərdəbil haqqındakı tarixi məlumatımızı bir neçə qismə ayıra bilərik. Bizə ən qədim xəbərləri Əl-Müqəddəsi öyrədir. Doqquz yüz il əvvəl Azərbaycanın paytaxtı möhkəm bir qələyə malik imiş. Qələnin arxasında təpə üzərində bir came var imiş. Evlərin əksəri palçıqdan yapma imiş. Və çoxlu balkonları var imiş. Ərdəbil hamamları məşhur idi, şəhərin natəmizliyi haqqında Əl-Müqəddəsi çox şikayət edir; hətta oranı dünyanın nəcasət mənbəi deyə adlandırır. Xalqının insangirizliyi, xəsisliyi, nəsihətə qulaq verməməzliyi ərəb coğrafiyununun nəzərini cəlb eləyir. Buranın alim və aqil adamdan məhrum olduğu əlavə olunur. Hicrətin 617 sənəsi Ərdəbili ziyarət etmiş Yaqut Həməvi yazır: “Şəhərin içi və çölü gur sulu bir çay ilə sulanır. Bununla bərabər meyvə verən ağaclardan heç biri orada yetişməməkdədir. Şəhəri-məzkur ilə Bəhri-Xəzər arası iki günlük yoldur. Arada çox sıx bir meşə var. Bir təhlükə qarşısında qaldıqları zaman oraya iltica edərlər və təərrüzləri dəf üçün oraya sığınarlar. Orası adətən özlərini təhlükəyə qarşı himayə edəçək bir qələ müşabihsindədir. Bu meşə (orman) dən ağaclar kəsib, bəzi əşya, sandıqlar, qablar, çanaqlar qayırarlar və şəhərdə çox sənətkarlar var ki, həmişə sənətlərini ikmal və islah edərlər. Mən şəhəri-məzkurdan müfariqət elədikdən sonra tatarlar gələrək şəhəri məhv və təxrib etdilər. Əhalisi ilə tatar kafirləri arasında bir çox hərblər vüqua gəldi. Əhali şiddətlə müqabilə edərək onları iki dəfə ricətə məcbur elədilər. Fəqət tatarlar üçuncü dəfə olaraq gəldiyi zaman əhali pərişan və müqavimətdən aciz bir halda idi. Bunun üçün müdafiə edə bilmədilər. Tatarlar şəhəri zəbt edərək müsəlmanları dardəst, gördüklərini və bulduqlarını öldürdülər. Ancaq nəfəsini gizləyə bilənlər ölümdən qurtuldu. Şəhəri dəhşətli və bir daha məmur olmayacaq surətdə təxrib elədilər. Əlyövm yenə köhnə halına qayıtmışdır və tatarlar əlindədir. Səfəvilərin sülaləsinin çəddi şeyx Səfiəddin İshəqq Ərdabildə dəfn olunub; Şeyxin zaviyəsi və qəbri gümüş qapılar və qızıl qəndillər ilə zinətlənibdir. Zaviyə dairəsi “bəst” sanılır, yəni canilər oraya iltica etdikdə şəxsləri məsun qalır. Əbu Hamid Əndəlisi Ərdəbildə iki batmandan ağır, polad səsli bir qara daş görmüş, guya yağış qıtlığında bu daşı şəhərə gətirərmişlər. Onun sayəsində yağış yağarmış. Xurafata inanan Övliya Çələbi bu daş haqqında uzun təfsilat verir: “Ərdəbildə Səbilin xariçində dəmirdən ağır, siyah müdəvvər, bir daş vardır. Təxminən üç qəntar gəlir. Müsəyqəl mücəlla bir daşdır. Sələf kahinləri bu daşın üzərinə ibranicə bir çox xəttlər yazmışlardır. Üzərinə bir adam surəti rəsm etmişlər ki, əllərini qoşade edib, səmaya tutar görülür. Ərdəbildə barani-rəhmətin nazil olmadığı vaxt əyani-kübar, siğar bu daşı yuvarlayaraq şəhərə gətirərlər. Əzəməti-xuda üç gün üç gecə baran nüzul edib, ab-rəhmət ilə məzare, qara, qəsəbat rəyyan olur. Sonra daşı yenə əski yerinə götürürlər, yağmur kəsilir. Əcibdir ki, bu daş şəhərə nə qədər yaxın gəlirsə, yağmur o qədər şiddətlənir. Ərdəbil əhalisi yağmurdan göz açamazlar. Daş yerindən qaldırılıb xarici- şəhrə götürülsə, xaricdə durduqca bəhireyi-Ərdəbil tuğyana gəlib, eli, vilayəti qərq etməyə başlar. Bu daşın sabit olduğu məhəllədən qaldırıldığı vaxt yerində əzim, çarguşə bir qaya zühur edər ki, onun da üzərində ibrani, siryanicə bir “Möcəmül-büldan” çox yazılar həkk edilmişdir. O çargüşə daşın on iki dəliyi vardır. Hər dəlikdən birər peykar qaynamağa başlar. Məhud daş yerinə gəlmədikdə suların qaynamaları kəsilməz. Ərdəbil uləmasının bəziləri “bu daş həzrət Musanın təpə səhrasında əsası ilə on iki kərə vurub, on iki peykər axıtdığı daşdır, – deyirlər” haqqında: “Fədrab bi asakə-l-hacəra fənfəcərat minhu-snə aşəra aynən”ayətini zikr edərlər. Lakin Ərdəbil əhalisinin zəmincə buna əcəm şahlarının çəddi olub, guya qütbi – əkbər mərtəbəsinə varan şeyx Səfinin tilsimi imiş”. Övliya Çələbi zamanı Ərdəbil xanlıq imiş və üç min əsgəri, darğası, kələntəri, müftisi, qazısı, şeyxül-islamı var imiş, bir zaman osmanlılar tərəfindən fəth edilib, mir-miranlığ olmuşdur, sonra başğa əllərə düşüb, qələsi təxrib edilmişdi. Sultan Murad Rabe zamanı Xosrov paşa bu tərəfləri qarət edərkən, Ərdəbil də dağılmışdı. Ərdəbil övsafi nöqtələri ilə xalq ədəbiyyatına sirayət edib: “Ərdəbil bir şəhərdir hürrə özü kili, Ərdəbil pişiyi küftə görməmiş”. Marağa Azərbaycanın ilk təxtgahı Marağanın Huşənk şah tərəfindən bina olunduğu rəvayət olunur. Əməvilərdən Mərvan bin Məhamməd İslam ordusu ilə gəldikdə otlaq və çəmənlərin bəyənib, şəhəri təmir etdirdi. Sonra hasarını Ibn-Əbu-əl-Sac xərab etdi. Hulaku xanın Bağdad xəlifəsi Müstənsər Billah üzərinə xüruc zamanında şəhər təkrar dağılmışdı. Osmanlı sultanı Muradxan Rabein Iran səfəri əsnasında Marağa yenə xarab oldu. Üç əsr əvvəl Marağa min əsgərə malik bir sultanlıq idi. Yeddi min yüz altmış torpaq örtülü evləri, on bir camei, qırx xanı, altmış ədəd məscidi, qırx dərviş təkyəsi, on bir hamamı, üç min dükanı var imiş. “Əsanla daşa vur” demişdik, vurmuşdu, daşdan on iki bulaq fışqırmışdı. Ö vliyanın rəvayətinə görə Ərdəbil farəsi (kəsəyən) çox və pişiyi az bir şəhər imiş. Pişiyi dəllallar bazarda qəfəs içində satarmışlar və bu beytləri oxuyarmışlar: Ey taleban sərabə sənsureyi-səyyadə Mövdibəvü hərane munisəvü tərabe Sərağə deyil qəmxarə, farəyə verməz çarə. Məşhur Nəsir Tusi altı yüz əlli yeddidə Marağada rəsədgah bina etdirib: “Zicəl-xani” orada yazıldı. Rəvayət olunur ki, Nəsir Tusi rəsədxana fikri ilə Hülaku xana müraciət edib məsarifini ərz etdi. Hülaku heyrət ilə: – Bu elmi-nücumun faidəsi nədir ki, bu qədər mal sərf olunur? – dedi. Xacə Nəsir: – Əmr ediniz böyük bir teşti aparıb, uça dağın başından aşağı salsınlar, amma heç kəs bilməsin. Hülaku Nəsirin təklifini qəbul etdi. Teşt dağdan düşdükdə səsindən qoşunun içinə vəlvələ düşdü. Hülaku ilə Nəsir Tusi işdən xəbərdar olduqları üçün teştin səsindən mütəəssir olmadılar. Nəsir Tusi dedi: – Elmi-nücumun faidəsi budur ki, hadisələrə vaqif olmayanlar çəkdiyi iztirabı xəbardar olanlar çəkməz. Hülaku xan məsaləni anlayıb, rəsədxananın xərclərini ödədi. İkinci hissə İqtisadi azərbaycan Qafqasiyada mütəşəkkil dövlətlərin iqtisadca ən qüvvətlisi, şübhəsiz ki, Azərbaycandır. Paytaxtımız Bakının neft mədənləri aləmşümuldur və bundan başqa ipək, pambıq və yun kimi məhsullarımız da az deyil. Bakı dənizinin balıq və kürüsü (xavyarı) böyük bir sərvət təşkil eləyir. Qarabağın (Zəngəzur) mis (baqer) mədənləri isə parlaq bir istiqbala malikdirlər. Azərbaycanın coğrafi mövqeyi iqtisadi cəhətlərə daha da həyat bəxş edir: Asiya ilə Avropa arasındakı tüccari yollardan biri də Azərbaycandan keçir. Türküstan və Iranın qərb ilə münasibətinin qolayı ancaq məmləkətimiz vasitəsilə ola bilər. Azərbaycan tüccar ruhlu və çalışqan bir xalqa malikdir. Ölkəmizin bütün ticarəti azəri türklərinin əlindədir. Bu mütəşəbbis və zəki millət milli istiqlalı sayəsində əcnəbi sərmayədarlar ilə rəqabət edəcək bir qüvvə təşkil etdi: bir çox milli fabrikalar açıldı, şirkətlər meydana gəldi.Qüvvətli bir imanla söyləyə bilərik ki, müstəqil Azərbaycanda milli idarə sayəsində iqtisadiyyatımız o dərəcələrə çıxacaq ki, millətimizin yüzdə doxsan beşi sərvət sahibi olacaq. Neft Azərbaycanın maddi sərvətində birincilik qazanan Bakı nefti qədim zamandan bəri tarix səhifələrində müşahidə olunur. Zərdüştün atəşgədələri burada imiş. Ərəb coğrafiyunu Məsudi deyir ki, Bakıda ağ və başqa neftlər çıxır və bəzi yerdən od çıxır. Kənardan üç günlük bir məsafədə adalar var imiş. Bunların birindəki od vulkanı uzaqlardan görünərmiş. Məsudinin qövlünə görə, ağ neft Bakıdan başqa ayrı yerlərdə yox imiş. Övliya Çələbi Bakı mədənləri haqqında yazır: “Kimi ləbi-dəryada, kimi məskər nahiyyəsində yerdən qaynayaraq çıxar. Əsas ilicə suları kimi gölcük olub, neft yağı suların üzündə qaymaq bağlar durur. Neft başqaca amanat olub, sənəvi şaha yeddi min tümən axça gətirir. Neft əmininin adamları bu gölcəkizlərin içinə girib, gülcələrlə nefti birikdirərək keçə tulumlarına doldururlar. Sonra bunu tüccar alıb diyar-diyar götürürlər. Səkkiz rəngdə neft olur, lakin sarı neft qayət məqbuldur. Siyah (qara) neft şahlıqdır ki, əcəm diyarının Özbəkistan, Hindistan, Iraq, Gürcüstan, Dağıstan, Al-Osman sərhədlərindəki qələlərə bu qara nefti gətirib, ətraflarına çırağan edərlər. Əsgər üzərlərinə hücum etdikdə üzərlərinə və a aq altlarına neftli yorğan və köhnə əşya atıb, atəşbazlıq edərlər. Qələ və şəhər mühimmatı üçün lüzumludur. Hətta şah hüzurunda, dəri-dövlətlərində yanan məşəllər həp Bakı neftindəndir. Neftin gecəli-gündüzlü nigəhbanları var. Çünki atəş dəyərsə, əlanəhayə yanıb, sönmək bilməz. Onun üçün neft mədənlərinin kənarında dağlar kimi alınmış torpaq amadə durur. Neft mədəniyyətə bir şərarə isabət eləsə, həman cümlə rəaya və bəraya yetişib, üzərinə torpaq ataraq söndürürlər. Başqa əlacı yoxdur”. Övliyanın nəql elədiyi neft tədarükü üsulu bəzi təfərrüatı ilə on doqquzuncu əsrin ortalarına qədər davam etmiş. Yalnız son əlli sənə zərfində “buruqlar” istemalı müvəffəqiyyət qazanmış. Bakı mədənləri birinci olaraq rus tüccarlarından Kukurev ismində birisi motor və borular vasitəsilə neft ixracını təcrübə etmiş və gözəl nəticələrə rast gəlmiş. O zamandan bəri buruq istemalı ümumiyyət qazanıb. Bakının ən məhsuldar mədənləri dörd nöqtədədir: Balaxanı, Sabunçu, Ramana və Bibiheybət. Bu nöqtələrdə mövcud mədənlər azəri kəndlərinin adı ilə təsmiyə olunmuşdur. Neft məhsulunun sənəvi miqdarı 1901-ə qədər tədricən yüksəlmiş; sonrakı illər bir az düşmüş. Məsələn, 1889-da 192 milyon put istehsal edilmiş; 1901-də məhsul 671 milyon puta varmış. 1915 sənəsinin məhsulu budur: Balaxanıda – 66819820 put Sabunçuda – 143097488 put Ramanada – 53790417 put Bibi-heybətdə – 89104794 put ——————————————–––– Yekunu: – 342812524 put Mis (baqer) Zəngəzur və Gəncə qəzaları mis mədənləri ilə məşhurdur. Buralarda mədənlərin qədim zamandan bəri işlədilməsinə bir çox dəlillər ar. Lakin Zəngəzur ehtimal ki, böyük yollardan kənar olduğu səbəbinə nə ərəb və nə osmanlı coğrafiyunlarının nəzərini özünə cəlb eləməmiş. Odur ki, bu mədənlər haqqındakı səhih məlumatımız rus istilası ilə başlayır. Rəvan xanlığı düşdükdən sonra mis mədənləri bir müddət unuduldu. Ancaq yetmiş sənə əvvəl ciddi təşəbbüslər meydana çıxır. 1845 tarixində Rozov adında bir rus məmuru Əhər-arx nam yerdə bir fabrika təsis etdi. Rozovun vəfatından sonra Trabzondan gələn qreklər Oxiçi-çay və Səyyad daşı civarlarında iki yeni fabrika inşa etdilər. Bu fabrikaların sənəvi istehsalı 1853-cü sənədən başlayaraq min puta qədər olurdu. 1853-də Xacə Əmirov Qatar-kənd çivarında yeni mədən kəşf etdi və ildə dörd yüz puta qədər istehsal edə bildi. Sonralar qreklər tərəfindən inşa olunan yeni bir fabrikanın sənəvi istehsalı beş yüz puta qədər çıxdı. Icra olunmuş tədqiqata nəzərən Gəncə qəzasındakı Gədəbəy mədəninin hala istehsal olunmamış misinin miqdari-yekunu beş milyon puta baliğ olmaqdadır. Zəngəzur Qatar mədənində isə qırx milyon puta qədər ixrac olunmamış mis var.. İpək Əvvəlcə Çində intişar bulmuş ipəkçilik beşinci əsr miladidə Orta Asiyaya və oradan Irana və Azərbaycana keçmiş. Min sənə əvvəl ipəkçilik Azərbaycanda mütərəqqi bir şəkil aldığını ərəb coğrafiyunlarından öyrənirik. Bərdənin ipək çarşafları, qaytanları o vaxtlar məşhur imiş. Görünür məhsulu ilə birincilik qazanan Şamaxı imiş; “Həft iqlim”in qövlünə görə, Şamaxı ildə iyirmi min yük ipək istehsal edirmiş. Bundan başqa, Şamaxı Azərbaycanın, bəlkə, bütün şərqin böyük bir ipək bazarı idi: Buxara, Iran və Türkiyə ipəyi də burada satılırdı. Şirvan şahı Fərrux Yəsar 1466 tarixində Moskvaya elçi təyin etdi və əvəzində üçüncü Ivan rəsmi müməssili ilə bərabər Şirvana tüccarlar göndərdi. Dördüncü Ivanın zamanında ticarət yoluna qoyulmuşdu və Azərbaycan ipəyi Idil çayı vasitəsilə Rusiyaya gedirdi. Böyük Petronun İran səfəri bu ticarətə geniş meydan verdi. On doqquzuncu əsrin əvvəllərində Azərbaycan xanlıqlarının istiqlaliyyətinə xitam verən Rus hakimiyyəti ipəkçiliyə yeni dövr açdı. 1802 tarixində ipəkçilik ilə aşna olmaq üçün Qafqasiyaya baron marşal Biberşteyn göndərilmişdi. 1823-də italiyalı Qustella MavərayiQafqasiyada istehsal olunan cümlə ipəyi gətirib yumaqlıq məqsədi ilə bir çarx inşası üçün hökumətdən icazə istədi. 1826 tarixində Qustellaya çarx üçün on illik imtiyaz verildi: pul və torpaq təxsis olundu. Tiflisdə yapılan bu çarxa məxsus barama (qoza) nümunə evləri inşa olundu və tut bağları salındı. 1827 tarixində Qribadbeno adlı bir əcnəbinin təşəbbüsü ilə bir cəmiyyət vücuda gəldi. Bu cəmiyyət otuz sənə müddətinə doqquz yüz iri tut bağları icarə etdi və ipək toplamaq imtiyazı aldı. Cəmiyyət Şəkidə bir çox ipəkçiliyə aid binalar yapdırdı, Avropa üsulu ilə çarxlar qurdu, məktəb açdı və mütəxəssis olaraq Italiyadan on iki əmələ ailəsi gətirtdi. Cəmiyyətin zamanında Şamaxıda sənəvi ipək məhsulu 13400 puta baliğ oldu. On doqquzuncu əsrin ortalarında Fransa və İtaliyada barama qurdlarında xəstəliklər müşahidə olundu və ətraf məmləkətlərə də yayıldı. Bunun nəticəsi olaraq qərb ipəkçiləri nəzərlərini şərqə ətf etdilər. O zamanlar Azərbaycana da acentlər axını başladı. Qərbin ipək böhranı fiyatları yüksəltdi və hər kəs ipəkçi olmağa çalışdı. Nuxa şəhəri bir ipək mərkəzi oldu və əlli min putdan ziyadə ipək istehsal etməyə başladı. Lakin 1863-də böcək xəstəliyi Azərbaycana da sirayət elədi və nəticədə ipəkçilik bizdə də böhrana uğradı. Xəstəlik ilə mübarizə üçün Yaponiya toxumu gətirdilər və bununla işlər bir az sağlama çıxarıldı. 1887-də Tiflisdə “Ipəkçilik istasiyonu” inşa olundu. Bu müəssisənin təşəbbüsü ilə ipəkçilik marağı xalq arasında yenə tərəqqi etməyə başladı. Hal-hazırda Qafqasiyada ipəkçilik ilə məşğul olan xalqın miqdarı iki milyondur. Sənədə 300 – 350 min put yaş barama (qoza) hasilatı var, əksəri Azərbaycanda yetişir. Azərbaycan ipəyinin bir hissəsi əlan məhəlli ehtiyac üçün sərf olunur: Darayi kələğayı, yaylıqlar kimi qumaş və baş örtükləri məşhurdur. Pambıq Azərbaycanın pambıqçılığının da tarixi qədimdir. Ora hökmranları pambıqçılığa meydan vermək üçün verginin bir hissəsini pambıq şəklində alırdılar. Övliya Çələbi Naxçıvanın yeddi cür pambığı olduğunu söyləyir: “zağı, münlayi, zəfərani, ləli, xas, bəyaz”. Rus istilası pambıqçılığa böyük zərbə vurdu. Bunun nəticəsi olaraq Mavərayi- Qafqaz XIX əsrin ortasında yalnız qırx min puta qədər sənəvi məhsul verə bilirdi. Eyni zamana təsadüf edən Amerika daxili ixtilalı pambıq böhranı doğurdu. Bir yerdə fiyatlar yüksəldi. Bu haldan istifadə etmək məqsədi ilə azərbaycanlılar başqa əkinləri buraxıb pambıqçıliğa qurşandılar. Amerika ixtilalı ilə zühur edən pambıqçılıq tərəqqisi təbiidir ki, ixtilalın izaləsi ilə də məhv oldu. Təkamüli inkişaf 1880-dən başlayır. Xaricdən gələn pambıqlardan yüksək gömrük alınması da bu sənələrdə idi. Rusiya hökumətinin bu qərarı daxili pambıqçılığa vüsət verdi. Moskov manufakturistləri pambıqçılıq mərkəzlərini öyrənməyə və inkişafına çalışdılar. Pambıqçılıqdan hasil olan zənginlik sayəsində azərbaycanlılar bu yolda yeni əməklər sərf etdilər: əski İran “qaraqoza” sı əvəzinə, Amerika “qiniq” əkildi; pambıqları ayırtdamaq üçün yeni sistem makinələr və fabrikalar quruldu. Bu qeyrətlərin nəticəsində vətənimizin pambıqçılığı inkişafın yüksək dərəcələrinə çıxdı. Məsələn, 25 sənə əvvəl az bir miqdarda məhsulu olan Gəncə vilayəti 1911- də 746 min put pambıq yetişdirdi. Muğan səhrası da yüz minlərlə putlar məhsul verir. Yun və xalı Məmləkətimizin yunu da böyük bir zənginlik təşkil edir. Buradakı yunun sənəvi miqdarını təyin etməyə əlimizdə sağlam rəqəmlərimiz yoxdur. Lakin yarım milyon putdan aşağı gərək olmasın. Bu miqdarın az bir hissəsi ölkədən ixrac olunur. Qalanı isə məhəlində işlənir: xalılar, keçələr, şallar, çuvallar, xurcunlar... həp bu kimi şeylər toxunur. Azərbaycan ehtiyacını dəf etdikdən sonra, xalılar əcnəbi məmləkətlərinə də göndərilir. Azərbaycan xalılarının gözəlliyi min sənə əvvəl müvərrix Təbərinin nəzərini özünə cəlb eləmişdir. O vaxt Dərbənd ilə Bakı arasının xalıları aləmşümul imiş. Əlan Quba, Qazax, Bakı, Qarabağ xalıları mərufdur. Lakin get-gedə nəbati boyalar dəbdən düşür və əvəzində ucuz şimik “cövhərlər” işlənir. “Cövhər” solğun olduğundan, heyfa ki, xalılarımızın qiymətini alçaldır. Nəbati rənglər işlənən yerlərin xalıları birinciliyini qaib etməmiş. Məsələn, Quba malları. Bir zaman Qarabağ xalıları xas boyaları və əlvan rəsmləri ilə ümumin rəğbətini qazanmışdı. Hər yerdən əvvəl Avropa bazarları ilə təmasda bulunan Qarabağ, hər yerdən də əvvəl Avropanın ucuz və solğun “cövhər”ini qəbul etdi. Təbiidir ki, xalılar da gözəlliyini itirdi. Qubadan sonra Qazax civarının xalıları məşhurdur. Azərbaycandan ixrac olunan malların içində xalı da birincilik təşkil eləyir. Balıq və kürü Azərbaycanın şərq cəhətini təşkil edən Bakı dənizi ən zəngin balıq mənbələrindən biridir. Balıq ovu burada getdikcə də tərəqqi etmədədir. Məsələn, 1899-cu tarixdə Azərbaycan sahilində 158 min yalnız qırmızı balıq ovlanmışdı. 1912-ci ilin rəqəmləri isə başqadır: çeşid balıqların sayı təqribən 280 minə çıxmış. Eyni sənədə kürü (xaviyar) istehsalı 32 min put olmuşdu. Hamiş Risaləmiz təbdə ikən Bakıda yeni basılan “Azərbaycan” ünvanlı kitabı aldım. “Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat”dan ibarət bu əsər qiymətli cavanlarımızdan Məhəmməd Həsən Vəlili (Baharlı) tərəfindən yazılıb. Azərbaycana dair, ələlxüsus milli sərvətimiz haqqında ətraflı məlumat verən bu dəyərli əsəri hər bir azəriyə oxumaq və evində bulundurmağı tövsiyə edirəm. Son zaman azəri cavanları əziz ölkəmizi öyrənmək və öyrətmək yolunda böyük hümmətdə bulunurlar. Milli hərəkatın inkişafı üçün ən əvvəl özümüzü tapmalıyıq. Bunun üçün də keçmişimizi addım-addım Möhtərəm Məhəmməd Əmin Rəsulzadə qardaşımızın Azərbaycan tarixini yazdığını iftixar ilə eşidirik. Başqa bir cavanımızın mətbuatımız tarixi vücuda gətirdiyini də duyduq – müvəffəqiyyətlər dilərəm. tədqiq edib, məmləkətimizin maddi və mənəvi məhsullarını meydana çıxarmalıyıq. Bu gün nefti ilə, aləmşümul olan Azərbaycan min sənə əvvəl məbədləri ilə şərqin böyük qibləsi idi. Yeni nəsilləri qədim məbədlərimizə doğru götürüb, onun qüvvəti ilə təkrar yüksəlməli və mənəviyyatımızı yenə aləmşümul etməli. Y.V Başlıca məxəzlərim Övliya Çələbi “Səyahətnamə”si. IX və X əsr miladi ərəb coğrafiyunlarının Qafqasiya, Ermənistan və Azərbaycan haqqındakı məlumatları (Əl-Müqəddəs, İbn Hövqəl və Məsudidən tərcümə) – Qaravalov. Tiflis. 1907. “Cahannüma”. Katib Çələbi. “Möcəmül-büldan”. Yaqut Həməvi, “Təqvimül-büldan”. Əbül Fida. “Səyahətnameyi-Ibn-Bətutə” Məhəmməd Şərif tərcüməsi. “Avropa və Rusiyada Şərqin tətəbbö tarixi”. Bartold. “Gülüstani-Irəm”. Abbasqulu ağa “Qüdsi”. “Tarixi-Təbəri”. “Dərbəndnamə”. “Türk tarixi”. Nəcib Asim. “Osmanlı tarixi”. Nəcib Asim, Məhəmməd Arif. Əhməd Cövdət. “Tarix” Neftçilər qurultayı şurasının kitabları. Iki cild. Bakı, 1916. “Vesğ Kafkaz”. 1916. “Qafqaz kalendarı”. 1914. “Qamusül-elam” və başqaları. Azərbaycanın son istiqlal dövrünə dair bir çox övraq, məsələn, iki sənəlik rusca “Azərbaycan” qəzeti kolleksiyonu, “Azərbaycan” cümhuriyyəti hökümətinin əkbari”, milli iqtisadımıza dair kitablar və məcmuələr: Qafqasiyada erməni-müsəlman vuruşmalarını təsvir edən vəsiqələr və sairə – mühafizə edilmək üçün Istambulda Süleymaniyyə nəzdində Qatanov kitabxanasına tərəfimizdən təslim verildi. * * * Litva tatarlarının tarixi LİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz. Bu kaç səhifəlik risalə ilə əgər Litva tatarlarina dair rəğbətləri qazanan məlumat verə bilərsəm, məqsədimə müvəffəq oluram. Yeganə məxəzim Peterburq professoru A.Muqlinskinin zildə yayılan risaləsidir. “İssledovanie o proisxojdenii i sostayanii litvanskix tatar”. Professorun əsəri yetmiş sənə əvvəl meydana çıxmış və təbiidir ki, bəzi məlumatı əksimiş olduğundan onlardan istifadə olunmadı. Y.V. I. litvanyada birinci tatar mühacirləri Rusiya müvərrixlərinin verdiyi məlumata görə Altun Ordu tatarları Özbək xan zamanından Böyük knyaz Nedemin məmləkətinin cənub tərəflərinə hücum edərdilər və yağmalar yapdıqdan sonra bir çox əsir də alırdılar. Şübhə yox ki, tatarlardan da əsir sifətində Litvanyada qalırdı. Əskidən bəri rus və Litva hökmdarları maaş ilə tatar bölükləri saxlayırdılar. Bunlar düşmənlər ilə vuruşduqda çox sədaqət və cəsurluq göstərirdilər. Knyaz Nedemin 1319 sənəsində tevtunlara qarşı açdığı müharibədə ordunun birinci səflərində tatar əsgərləri vuruşurdular. Zatən türk-tatar qövmlərinin cəngavərliyindən bir çox hökmranlar istifadə etmişlər. Islam xalqları məmləkətindəki üsyan və yaxud valilər itaətsizliyində türk qövmləri vasitəsilə mübarizə edirdilər. Cənub-şərqi Asiyada türk qövmləri kəndi iqtidarını duyaraq məmləkəti idarədə böyük rollar oynayırdılar. Istədikləri adamları iş başına gətirirdilər. Və rəğbətlərini qazanmayanları taxtından endirirdilər. İslam padşahlarina para ilə xidmətdə bulunan türk-tatar qövmləri xristianlara da xidmət edirdilər. Şübhəsiz ki, knyaz Nedem tatarlara torpaq paylayaraq müharibədən sonra məmləkətində saxladı. Françisqan ordeninə mənsub tarixnəvis 1324 sənəsində qeyd ilə yazır: Litvanya məmləkətini xristianlıq dininə hidayət etməsi üçün göndərilmiş qardaşlarımız bütün milləti müşrikliyə qərq olmuş və əndişəyə tablayan gördülər. Bunların arasında bəlli olmayan bir xan ölkəsindən gəlmiş, ibadətlərində Asiya lisanı kullanan asiflər var imiş. Bir çox zaman tatarları “Asif” deyə təsmiyə etmişlər. Məzkur xan da Özbək xan olmalı. İştə Litvanya birinci tatar mühacirləri bu zamandan başlayaraq tarix səhifələrində görünür. Sonra Litvanyanın Polonya və Almanlar ilə yardığı müharibələrində tatarlar cəsarət və sədaqətlərilə Litvanya bayraqlarını yüksəltmişlər. 1558 sənəsində Sultan Süleymanın vəziri Rüstəm paşa üçün bir Litvanya tatarı tərəfindən yazılmiş “Risaleyi-tatarlar” adlı kitabçada bir Canı bəyin xatirəsi var. Litvanya tatarlarının rəvayətinə görə, Canı bəy islama sadiq və ehkamının naşiri olduğu üçün bir kaç dəfə Lehistana hücum ctmiş və bir çox müsəlmanı orada tərk etmiş. Canı bəyin səfərinə dair Polonya tarixində də söylənilir. 1343 sənəsində tatar hücumuna qarşı Böyük Kazimir çıxmış, Livlin altında onlara qələbə çalmışdır. Canı bəyin başqa hücumlarına dair tarixdə bir əsər görünməyir. Iı. knyaz vitovt zamanı Litvanya tatarları üçün ən parlaq bir dövr Şimali Avropanın müqtədir hökmdarlarından böyük knyaz Vitovtun dövrüdür. Cəsurluğu, təcrübəsi və zəkiliyi ilə Vitovt bütün qonşu dövlətləri qorxu altında saxlayırdı. Otuz səkkiz sənə arası kəsilməyən yardığı qanlı müharibələr ilə Rus məmləkəti, Altun Ordu işlərinə müdaxilə və təsir edirdi. Hərblərdən zəfərlər qazanaraq Vitovt səltənətini Şərq dənizindən (Baltik olmalı) Qara dənizə və Poloniyadan Uzaq Şərqə doğru yürütdü. Osmanlı sultanı dördüncü Muradın müvərrixi Becəvi yazdığı “Osmanlı milli tarixi”ndə (1520-1630) tatarların Litvanyaya böyük miqdarda köçmələrinə Vitovtun cülusu zamanına isnad verir. Bu xəbərin doğruluğunda şübhə yeri qalmayır. Çünki Becəvi bütün əsərlərində mötəbər mənbələrdən istifadə etmiş. Qıpçaq xalqını təsvir edərək Becəvi əlavə edir: “Dəhşətli Teymur Qırçağa gəldikdə (1391) tatarların bir çoxu əsir alınıb öldürüldü. Tatar qövmünün bir çoxu Poloniyaya (Litvanya olmalı) qaçdı. Şimdi də altmış tatar köyü orada sükunət etmədədir. Başqa millətlər Teymura təbəət etdilər və üç gecə onun ilə yan-yana Idildə Toxtamış xana qarşı vuruşdular və Toxtamışı qaçırdılar”. Litvanya tatarlarının rəvayətinə görə mühacirlərin sayı 40 min imiş. Böylə də olmalı. Bunlar kəndi arzularına istinadən Vitovtun təbatini qəbul etmişlər. Beş sənə sonra Toxtamış xan əsgərləri ilə bərabər Vetovta qısıldı və Knyazın mərhəmətilə “Leyda” şəhərində qərar tutdu. Vitovt Toxtamışa yardım verməsini vəd etdi. Ümidi bu idi – bütün rus knyazlarını müqtəhidən ümumi düşmənə qarşı vuruşmaya sövq etsin. Olqardin tatarlara çaldığı qələbə rus müttəfiq knyazları ruhlandırdı və bu ittifaqa Moskov hökmdarı Vasili də daxil oldu. Qət olundu-səfəri 1397 sənəsinin sonu başlasınlar. Toxtamışın qövmləri də qoşularaq müttəfiqlər “Don” nəhrini keçdilər. Ozov ordusuna zərbə vurdular və iləriyə doğru qovdular. Əsir götürülən bir kaç ulusunu və başqa rəvayətə görə kaç min tatarın bir hissəsini Vitovt Poloniyaya qardaşına göndərdi. Bunlara burada xristianlığı qəbul etdirdilər. Bəzilərini isə qadınları və çoluq-çocuğu ilə Litvanyaya sürdürdü. Könüllü mühacirlər ilə əsirlər Ziladəki mövqelərdə məskən qurdular. Vilna şəhərində, Vilnadan on dörd verstlik məsafədə “Vaqi” nəhrinin kənarında, şimdiki Vilen quberniyasının Teruq, Oştyan Valeyda uyezdlərində, Minsk quberniyasının Lovoqrisk uyezdində, Qrodnensk quberniyasının Brest uyezində; Volında və Avquştav quberniyasında Knyaz Vitovt mühacirləri boş torpaqlara dəvət etmək üçün onlara bir çox imtiyazlar verirdi: bu yolda “busurman” (kafər) təsmiyə olunan müsəlmanlar ilə xristianlar arasında fərq görülməyirdi. Rusiyada işlər başqa idi. Burada əsirlər böyük knyazlara, çarlara və yaxud xüsusi şəxslərə mal olurdular. Müsəlmanlar xüsusi ələ keçdikdə tam mənasıyla qul olurdular. Knyaz Vitovt isə müsəlman əsirlərinə hərbi xidmətdə bulunmaq şərtilə kafi miqdarda torpaq əta edirdi. Bu torpaqlar tatarların malı olaraq öldükdən sonra övladlarına və əqrəbalarına keçirdi. Əvvəlcə tatarlar həyatlarında torpaqları satmağa, bağışlamağa haqlı idilər. Bu əmlakın panlar əlinə keçməsinə səbəb oldu. Rusiyada tatarların şəhərlərdə sakin olmasına mane olurdular. Daha doğrusu, onları oradan qovurdular. Vitovtun məmləkətində tatar üçün heç bir maniyyət yox idi. Hətta dövləti vergilərdən belə xilas olunmuşdular. Din və ayinlərində hürr buraxılmışdılar. Onlara bu yolda heç bir təzyiq olunmuyordu. Litvanya padşahı Vitovtun müsəlmanlara olan mərhəmətini izicilərdən kimsə inkar edəməz. Bunun əvəzində tatarlar da Vitovtu sevərdilər və onun əsgərlərilə bir yerdə Litvanya düşmənlərilə vuruşurdular. Vitoytun adını “Vedad” və yaxud “Veted”deyə yad edirdilər. Birinci Ziqizmunda 1519 sənəsində təqdim etdikləri ərzi-hallarında tatarlar Vitovta olan rizalıqlarını böylə bayan edirdilər: “Gözəl Vitovtu qayb etdik onun sayəsində peyğəmbərimizi unutmadıq, onun üçün ibadət zamanı üzümüzü qibləyə tutduqda xəlifələrimizlə bərabər Vitovtun da adını yad edirik. Litvalılar bizi əsir olaraq himayə etdilər. Torpaqlarına ayaq basdıq, bizi əmin etdilər bu torpaq, bu su və bu ağaclar bizim üçün ümumi olacaq. Vitovt bizim övladlar arasında bəllidir: Onu Tuzlu Göllər (Krımda) ətrafında tanıyorlar və Qipçaq da bilir ki, biz torpağımızda qərib deyiliz”. Vitovt Qaraimlər ilə də eyni müamilədə bulundu və Krımdan Litvanyaya köçürdüyü dörd yüz ailəyə bir çox imtiyazlar verdi. Qaraimlər Vitovtun adını xeyir və dua ilə yad edirdilər. Litvanyanin mərhəməti tatarların könüllü mühacirətinə meydan açdi. Daxili qailə və dərəbəylikdən bıqanlar hər Litvanya səltənətinin sayəsinə sığındılar. Toxtamış xana taxtını əda etmək qəsdilə Vitovt 1398 sənəsində Teymura qarşı səfərə çıxdı. Litvalılardan, ruslardan Toxtamiş xan tatarlarından Poloniya, alman və Vuluş alaylarından mərkəb böyük bir qüvvə toplanmışdı. Tarixnəvislərin məlumatına görə yalnız knyazların sayi əlliyə qədər idi. Əsgərlərin cəsur müdafiələrinə baxmayaraq Vitovt məğlub oldu və yalniz qaçıb canını qurtara bildi. Litvanyanı başdan-başa pozub bərbad etdilər. Bu müvəffəqiyyətsizlikdən sonra Vitovt Xanlar ilə müharibəyə girişmədisə də, onların işlərinə müdaxilə etməkdən vaz keçmədi və daima Toxtamış xanın övladlarının mövqeyini qüvvələndirməyə çalışdı. Bunların bir çoxu Litvanyada ətrafdakı adamlar ilə yaşayırdı. Əbədi sükunətə qərar verənləri də oldu. Tatarlardan elçilər gəlirdi, hədiyyələr gətirirdilər. Vitovt ilə tatar arasında bir ittifaq zühur etmişdi. Tevtunlar ilə Kral Yaqoyeva arasında 1410 sənəsində başlanan müharibə zamanı Vitovt ordusunda müttəfiq tatarların otuz minlik bir qüvvəsi var idi. Tatarların komandanı Toxtamış oğlu Cəlaləddin idi. Cəlaləddini Polonya müvərrixləri səhvən “Səlahəddin”adlandırmışlar və yaxud “Taxta Mirza Atnun” və “Toxtamış oğlu”dan qaliba yanlış. Ruslarsa Cəlaləddini “Zeleni”, “Zelet” və yaxud “Zedi” deyə təsmiyə etmişlər. Şübhəsiz ki, xanın göndərdiyi əsgərin miqdarını alman müvərrixləri bir parça fazlalaşdırmışlar. Çünki Qıpçaq geniş dövlət də olsaydı əvvəlinci xanlar zamanında belə yüz mindən ziyadə əsgər çıxarmazdı. Sonra məmləkətin dairəsi daraldı, əsgərin də sayı yarıya düşdü. Tevtunlar qəsdən Poloniya-Litva ordusunu tarixlərində böyük göstərmişlər ki, onların rəşadəti kiçik və kəndi qüsurları da az görünsün – müharibədə iştirak edən Litvanya tatarı on mindən ziyadə olmali idi. Cəlaləddin əsgəri kəndisini düşmən torpağinda hiss edərək və əski adətlərinə tabe olaraq Poloniyaya yağma üçün hücumlarda bulundu. Bir çox haqsızlıqlar törətdilər. Əsirlər aldılar. Qırdılar və çocuqlara belə rəhm etmədilər. Bu vaqiəni görərək, atalar və ixtiyarlar ağlar gözlər ilə krala müraciət etdilər. Vitovt ətrafındakıların rəvayətinə tabe olaraq tatarları yardıqları qəbahət əvəzində cəzalandırdı. Qrunvold müharibəsindən sonra Cəlaləddin bir kaç vəqt Litvanyada yaşadı. 1411 sənəsində Vitovt ilə bərabər Kiyev şəhərində idi. Bir sənə keçmiş Vitovt Cəlaləddini qıpçaq taxtına oturtdu və sonrakı zamanlarda övladlarını himayəsində saxladı. Beləliklə, tatarlar Litvaya da yavuqlaşdılar və sadiq bir müttəfiq oldular. Tatarın bir hissəsi Dnestr nəhrinin arxasında köçəri bir həyat sürürdü. Bunlar Litvanya hökmdarına tabe idilər və kralın müsaidəsi müacibində Dnestr və Dnepr qurtaracağında otlaq torpaqlara malik idilər. Tatarın digər bir kütləsi, noğay və qıpçaq ilə qonşu Don çöllərində sakin idilər. Bunlar da Litva səltənətini tanıyırdılar və Hacı Gəray tərəfindən fəth olunmuşdular. Poloniya müvərrixlərinin rəvayətinə görə Hacı Gəray Teresdə doğmuş və Litvanyada tərbiyə almış Kral Kazimir Nacı Gərayı Petequb taxtına oturtdu. Litvanyanın o zamanlar cənub hüdudu Qara dəniz idi. Şimdiki Odessa yerində Nacı bəyin əskiləsi var idi. Bu əskilərdən Yaqaylo Pudol buğdasını Istanbula göndərərmiş (1415). Litvanya Dnepr boyunda tatar müstəhkim binələrinə malik idi. Məsələn: Qaramencuq, Nsiq, Misurin, Qəbrəbədyif, Buynuztavan, Barqun, Yayaqun Varof, Vavçaqrov. Bu binələr Don arxasında köçəri və müstəqil ordular axınını saxlayırdı. İşdə yuxarıda zikr olunan siyasi müamiləyə Kral Vitovt ilə tatarlar arasında zühur edən dostluq sayəsində Litvanyada müsəlmanların get-gedə artmasına meydan verilirdi. Iıı. lıtvanyada tatar axınının Sonrakı davamı Litvanya hökmdarı Vitovtun vəfatından sonra yeni bir tatar dövləti meydana çıxır və zühurilə Litvanya məmləkətinə hücuma başlayır. Krım tatarları tarix səhifəsinə atılırlar. Əvvəlcə bunların arasında qovğa bunları qonşu dövlətə hücum etməkdən saxlayırdı. Lakin bu da çox sürmədi. Idil xanlarından Seyid Əhməd Poloniya kralı Kazimir Yaqoyloviçə qoşulduqda Krım xanı Mənikli Gəray şübhəyə düşdü və ittifaqa mane olmaq qəsdilə həmən Poloniyaya hücum etdi və bu vaqeədən sonra Krım-Poloniya əlaqəsi fənalaşdı. Poloniya müvərrixlərinin rəvayətinə görə, Seyid Əhməd Mənikli Gəray tərəfindən basıldıqdan sonra Kiyevə varıb müttəfiqinə qısıldı və himayə əvəzində zindana atıldı və Qrovna şəhərinə gömüldü. Ətrafdakılar Litvanyadakı dindaşlarını bulub, torpaqlara malik oldular. Seyid Əhmədin Litvanyada vəfati məsələsi səhih xəbər deyildi. Rusiya səfərində müvəffəqiyyət qazanmadığından sonra Seyid Əhməd geri döndü. Litvanya tatarlarının yardım vermədiyinin intiqamını on iki Litvanya şəhərindən aldı – çaldı, çapdı. Krım müvərrixi Məhəmməd Rzanın xəbərinə görə, Noğay Məhəmməd Gəray gecədən istifadə edərək Seyid Əhməd ordusuna hücum etmişdir. Noğaylar cəsur tatarlar zərbəsinə davam gətirməyərək qaçmışlar. Bu zaman Mənikli Gəray böyük bir qüvvə ilə oğluna yardıma gəlmiş və Seyid Əhmədin əsgərlərini tamam məhv etmişdir. Bu müharibədə Seyid Əhməd bütün əhbablarıyla əcəl şərbətini içdi. Vəfatından sonra bütün əmlakı Mənikli Gəray ordusuna keçdi. 1503 sənəsində Mənikli Gəray ordusu Podalyayı yağma edib, Litvanyaya keçdi və Qıpçaq şəhərini aldı. Daşı daş üstündə qoymadı. Şəhərin xalqı ormanlara qaçmağa məcbur oldular. Üç sənə sonar Yezequb ordusu Qıpçağa yaxınlaşdı. Lakin knyaz Mixail Ramanski orduyu toplarla qarşıladı və üç saatlıq bir zamanda otuz minlik əsgərə qələbə çaldı. Tatarların bir hissəsi yalnız qaçıb qurtara bildi. Əsirləri isə Qılçıq, Minsk və qonşu torpaqlarda məskun etdirdilər. Qılçıq şəhərində “Tatarskaya Sloboda” denilən soqaqda şimdi tatarlar yaşamaqdadırlar. Minskdə də “Tatarski qoneç” ünvanlı soqaq var. 1508 sənəsi, Birinci Siqizmund dövründə Krım tatarları daimi surətdə Voluna hücum edirdilər. Bu hücuma qarşı Litvanya tatarları tarixi bir sənəd şəhadətilə dindaşlarına belə cavabda bulunmuşlar: “Nə Allah, nə Peyğəmbər sizə çalıb-çapmaq və bizə qeyri-sadiq olmağı əmr etmiyor. Sizi yırtıcı sanaraq qılıncımız ilə qırarız. Qardaş deyə öldürməyiriz. Idil arxasında yaşayınız. Yeni qüvvəyə təsadüf’ edincəyə kadar. Biz Vaqi (Vilna yanında) ətrafında litvalılar üçün qan tökəcəyik. Çünki onlar bizi kəndilərinə qardaş taniyorlar”. Knyaz Konstantin Avstriyski Vistovsçi altında tatar qüvvələrini pozdu və əsirlərə Vulinda Ostruq şəhərində yer verdi. Şimdi Ostruqda “Tatarskaya ulitsa” deyilən məhəllə var. Knyaz Ostrojski zamanı tatarlar Podelesis, Loq nəhrinin sol kənarında, indiki Poloniyada sakin idilər. Bu yerlərdə indi də tatarlar var. Ostro ski Vulin və Ukraynada tatarları oturtmuşdu. Lakin bunlardan hal-hazırda bir əsər görünməyir. 1659 sənəsi Qanuni-əsası Vulin və Ukrayna tatarlarını yad edir: “Kral Kazimir onların əvvəlki haqlarını tanıdı. Sonra Ukrayna və Vulen tatarları dilləri ilə dinlərini də qeyd etdilər, qaldı yalnız Litvanya və Poloniya tatarları. Iştə Litvanya tatarları, yuxarıda söylənildiyi kibi, əvvəla müttəfiq tatar əsgərlərindən və maaş ilə xidmətdə bulunanlardan; ikinci, əsirlərdən və Kral Vitovt dəvət etdigi uluslardan; üçüncü, tatar ölkələrindən, daxili qarışıqlıqlardan bezmiş mühacirlərdən vücuda gəldilər. Iv. litvanya tatarlarının üçüncü sıqızmund Ulusundan əvvəlki halları Litvanya tatarlarına aid kral Vitovt tərəfindən sadir (qalan) heç bir fərman yoxdur. Lakin Aleksandr və birinci Siqizmund tərəflərindən tatara verilən hüquq və imtiyazların təsdiq olunması göstərir ki, tatarların cəsurluqları və igidlikləri nəzəri-etibarə alınaraq, onlara torpaqlar verilirmiş və əvəzində onlardan daima hərbə hazırlıq və ölkəni müdafiə etməklik tələb olunurdu. Əgər Litvanyaya bəy və yaxud Mirzə gəlsə və onların əsilzadəliyini Litvanya vilmojalarından biri təsdiq etsə, əvvəlki mövqeyini qeyb etmirdi, yəni, hüquq və imtiyazda Knyazlar, panlar və Şlaxtelər ilə bərabər olurdu. Qanun və fərmanlara da tatarın iki qövmə bölünməsi müşahidə olunurdu: əsilzadələr və adi tatarlar. Əsilzadələr üç qismə ayrılmışdı: knyazlar, mirzələr və oğlanlar. Bu təsnif Litvanyada və Rusiyada olan qaydayla tətbiq olunmuşdu; oralarda da əsilzadələr knyaz, pan və boyarlara bölünürdü. Əsilzadələrdən başqa bir də məmləkətdə “adi insanlar” var idi. Tatar knyazları Altun və başqa Ordu bəylərinin nəslindən sayılırdı. “Bəy” böyük məmuriyyəti olanlara deyilirdi. Məsələn: tümən bəyi, min bəyi, yüz bəyi, on bəyi. Mirzə ləqəbi “pan” ləqəbinə müqabildir. Krım mirzələri knyazın aşağı sinfindən ədd olunurdu. Bunlar xan şurasında iştirak etmirdilər. “Oğlanlar” mühüm məmuriyyətlərdə bulunurdular. Xan salonunda iştirak edirdilər və kəndilərinə məxsus əmlakları var idi. Litvanya “Oğlanları” Ordu oğlanları nəslindən olaraq sonra kiçildilər və əhəmiyyətləri düşdü. Torpağı olmayan tatarlar, yəni arabaçılar, sənətçilər, tüccarlar və torpağı əlindən çıxanlar adi xalq səviyyəsinə keçirdilər və ağsaqqallarına tabe olurdular. Bunlar yəhudilər ilə bərabər xan vergisini verirdilər. Tatar arasında “tatar qazağı” deyilən bir taqım da var idi ki, hökmdarlar sarayı xidmətlərinə mənsub olub məktub göndərmək üçün saxlanılırdı. “Qazaqların” da kəndilərinə aid torpaqları və mülkləri vardı. “Xurunji” və “Marşallıq” ləqəbləri tatar ağsaqqallarına (starşina) təəlüq edilirdi. “Xurunji” hərbi xidmət olub, bir istiyaqi idarə edənə deyilirdi. “İstiyaq”ın əsl mənası bayraq deməkdirsə, “nəfər bölügündən” ibarət idi. Xurunjilər kraldan fərman alaraq əsgər torlardılar “voyevoda” və yaxud “hotmana” tədiyə edirdilər. Litvanya şəhərlərində yaşayan tatarlar hüququnda qeyri millətlərilə bərabər idilər. Poloniya qanunları torpaq əta olunmuş tatarların ictimai və ailəvi həyatda “dvoryanlar” ilə həmhüquq olmalarını tanıdı. Tatarlar “zemski” əmlakı ələ gətirə bildilər. Məzkur əmlaklara 1496 sənəsindən sonra yalnız “Şlyaxte” (əsilzadələr) malik ola bilirdi. Tatar torpağının tatar əlində qalmasını təmin etmək üçün kral Vitovt dövrsəltənətindən sonra bu torpaqların “dvoryanlara” satılmasına mane olundu. Tatar satdığı torpaq əvəzində “dvoryanlardan” yeni bir əmlak ələ gətirsə, iki sənə müddətində geri qaytarmaq məcburiyyətində idi. Dvoryanlar da kralın müsaidəsilə olmayaraq, tatar torpağı satın alsalar, əmlaklarını qeyb edirdilər və maaşsız xidmətə məcbur olurdular. Bir çox tatar torpağının yenə də dvoryanlara keçdiyi üçün 1559 sənəsində Litvanya krallığında təftiş başlandı. Torpağı olan tatar kəndi xərcinə olaraq əsgərlik yapıyordu. Bunun üçün Litvanya hökuməti tatar kimi cəsur əskərin torpaqda sakin olması və məmləkətə xidmət etməsi yolunda çalışırdı. Torpaqlı tatara maaş vermək də yasaq idi. Son zamanlar tatar əmlakı üçün yarılan məhdudiyyətlər unuduldu. Çünki məhdudiyyət irəlidəki imtiyazlara zidd idi. 1569 sənəsində Litvanyanın qəti surətdə Poloniyaya qoşulması zamanı Litvanyada, Kiyev knyazlığında və Vulində olan Zemski əmlakları fərmansız ələ gətirilənlər böylədə, sabit varis elan olundular. Bu qanun mövcibi ilə tatar əmlakı da hüquq cəhətindən dvoryan əmlakıyla bərabər ədd olundu. Litvanya tatarlarının əksəri, ələlxsus əsirlər kəndi müsəlman qadınlarını yanlarında saxlamağa müqtədir olmadığından kral Vitovtdan sonrakı hökmdarlar tatarın Litvanya qadınlarıyla evlənməsinə müsaidə verdilər. Lakin bir şərtlə ki, tatarlar bir qadından ziyadə almasınlar. Get-gedə Litvanya tatarlarına bir qadın almaq adət oldu. Əcnəbi qızlar ilə evlənmək tatarın millətinə böyük zərbə vurdu; tatarlar ana dillərini unutmağa başladılar. Hətta Qurani-şərifi anlamaq üçün sətirlərin altında Poloniya lisanında ərəb hərflərilə tərcüməsi yazılmaq adət oldu. Bir çox dini kitablar var ki, Poloniya tərcüməsini havidir. Rus-Litvanya, Rus-Ukrayna şivələrində tərcümələr də qullanılmiş. V. üçüncü sıqızmund zamanı sıxıntıları Birinci Siqizmund “Starosta”lar tatar köylüsünü sıxmağa başladı. Hətta əsilzadə qızlarından nigah vergisi belə alınırdı (“qonica”), kral tatara qarşı böylə hərəkətlərdən xoşlanırdı. Lakin Üçüncü Siqizmund dövrü dinə aid yanlış şərhlər sayəsində xristian olmayanları təqib etməyə başladılar və o zamanlar tatarlığa zidd qanunlar da vücuda gəldi. 1588 sənəsi “Litva statu” məcibincə tatar və yəhudi xristianları satın alıb kəndilərinə qul edəməzdilər. Yalnız yeddi sənə çalışdıra bilərdilər və yaxud torpaqlarına qəbul edib, əkin əkdirə bilərdilər. Din dəyişməyə tərcib və təşviq edənləri, tutulmuş və yaxud satın alınmış xristianlara sənət yapanları diri-diri yakmaq ilə qorxudurdu. Tatarlara xristian dairələri (sudenes) tutmaq məmnun idi. Tatar və yəhudi adamıyla bərabər əmlak icarə etdikdə o adamlara fövqəladə vergi və xidmətlər təyin etməyə haqlı deyil idilər. Lakin “statun” ötəndən bəri dönər əmlaka malik tatarları başqa litvanyalılar ilə hüquqda bərabər etdi. 1566 və 1569 sənələri qanunları tatar üçün qeyb etmədilər. Bu qanun məvcibi adam yaralamaq cəzası cərimə idi. Öldürmək cəzası ölüm idi. Dvoryanların şəhadəti əhəmiyyətli olduğu kimi, məzkur qanunlar tatar şəhadətini də dvoryanlar şəhadəti qüvvətində tanıyırdı. Türk müvərrixi Becəvi rəvayət edir ki, Poloniyada altmış tatar köyü var, hər köydə bir came. Camedə xütbə oxunduqda kralın adı yad olunur. Köylərdə xalq çoxdur və kəndiləri varlıdırlar. Yeni hamamlara ehtiyac varsa da, Poloniyalılar yapılmasma mane olurdular. Tatarlar quranlarını ərəb hərfləri ilə yazırdılar. Lakin şərhə lüzum gördükcə Poloniya lisanına müraciət edirdilər. Məmləkətə vergi əvəzinə də hərbi xidmət üçün üç yüz kişi aralarından göndərirdilər. Kralın məktubları belə tatarlar vasitəsilə göndərilir. Çünki tatarlara xristianlardan çox inanılır. 1906 sənəsindən başlayaraq tatar sıxıntısı artır; tatar qadınlarını sehrçilikdə ittiham edirlər. Bir çoxları da Kufə Moskulatı buldular və xəttini anlamayaraq şeytanlar ilə tatartarın əlaqəsinin vasitəsi deyərək bir çox adamları atəşə atıb yakdılar. Tatara qarşı “Pyotr Çijevski”nin “Alferqan tatar” adlı əsəri meydana çıxdı. İki dəfə təb olunan bu kitabda tatarlara olmayacaq iftira və böhtanlar isnad edilir. Bu iftiraya qarşı “Anologiya tatar” ünvanlı bir əsər təb olundu (1640 sənə). Get-gedə yenə tatara xristian qızları ilə evlənməyi, xristian xidmətçiləri saxlamağı, Kral və dvoryan əmlakı icarə etməyi mən etdilər. Tatar yeni camelər yarmağı və təmir etməkdə də haqqını qeyb etdi. Osmanlı hökuməti sonrakı zamanlarda Litvanya tatarlarını haqsızlara qarşı müdafiəyə girişdi. Bu yolda Adil Gəray xan da çalışdı. Vı. yeni poloniya qanunları və tatar Litvanya tatarlarının sıxıntıları üçüncü Siqizmundun vəfatıyla sona çıxdı. Dördüncü Vladislav tatarın imtiyazlarını qaytardı və 1662 sənəsi Pan Kazimir dövrü tatarın haqlarını rəsmi olaraq seymdə tanıdı. Mixail və Üçüncü Pan zamanları qanunlar tatarın sadiqliyini qeyd edib, haqlarını təsdiq etdi. Qısası, Tatarlar hüquq və ixtiyarlarında dvoryanlar ilə bərabər oldular. On səkkizinci əsrin sonunda yeni camelər yapmaq və əskilərini təmir etmək haqları ədd olundu. Yalnız Poloniya qanunları üçüncü Siqizimund dövründən sonar tatarlara seym və senat məclislərinə daxil olmağa müsaidə vermədi. Bunda da təəccüb yeri yox, çünki xristianlar üçün belə bir məhdudiyyət var idi. O zamanlar katoliklərdən kənar başqa qüvvə tanınmırdı. Poloniya təqsimindən sonra tatarın bir hissəsi Prusiya və Avstriya dairəsinə köçdü. Hüquq cəhətindən yeni idarə tatar həyatında təğyir doğurmadı. Siyasi haqlardan başqa, qeyri haqlara malik idilər. Varşava hersoqluğu meydana çıxdıqda burada tatar haqları tanındı. Hətta tatar seym məclislərində belə iştirak edirdi. Hal-hazırdakı Poloniya məmləkətində müsəlmanlar əvvəlki hüquq və imtiyazlarını qeyb etməmişlər. Vıı. rus qanunları Litva vilayətlərinin Rusiyaya qoşulmasından sonra tatarların yenə hüququna təcavüz olunmadı. 1794 sənəsində ikinci Yekaterina Litvanya general qubernatoru Knyaz Reninin adına göndərilən fərmanda tatarların xatiri saxlanmasını əmr edirdi. Çariça tatarların nəcib və cəsur bir millət olduğunu yad edərək onların hüquq və imtiyazlarının baqi qalmasını Knyaz Reninə dərxatir edirdi. 1797 sənəsində Litvanya tatarlarından atlı alay təşkil olundu. Əvvəlcə alayın adı “Pinsk alayı”, sonra “Tatar-oğlan alayı” və hal-hazırda “48-ci tatar-draqun alayi” adlanır. 1799 sənəsi 13 şubat fərmanı mövcibincə tatarlar xüsusi qanunlara tabe oldular. Əsilzadələr, dvoryanlar ilə hüquqda birləşdilər. Vııı. lıtvanya tatarlarının sayı Litvanya tatarının sayı get-gedə azalmaqdadır. Vaxtilə bunların bir qolu Türkiyəyə və Krıma hicrət etmiş. 1616 sənəsində təb olunmuş “Alferqan tatar” ünvanlı əsərdə tatarın sayı yüz min və silah daşımağa müqtədir olanlar isə on min göstərilir. Tatarların rəvayətinə görə Kral Vitovt zamanı Litvanyada tatar mühacirinin miqdarı qırx beş min idi. Narbut yazır ki, Kazimir Yaqoylanın zamanı Litvanyada on minlik bir məhəlli tatar qüvvəsi var idi. “Risaleyi-tatar” müəllifi 1558 sənəsində tatarın nüfuz rəqəmini iki yüz minə çıxarır. Şübhəsiz ki, müəllif ifrata uğrayır, tatar Litvanyada az olmalı idi. 1631 sənəsi İoan Qerdem tərəfindən Litvanya tatarının əmlakı təftiş olunub, böylə məlumat verilir: Altı vilayətdə yeddi yüz doxsan xanə var imiş. Əgər hər xanə, yaxud ailəni on erkəkdən ibarət saysaq sakinlərin sayı 8000 olurdu. Ticarət, sənət və arabaçılıq ilə idxal edənlərin sayı təqribən beş min idi. Cəmiət 13000 can, on üç min tatar qadınlarını çolunu və çocuqlarını da nəzərietibarə alırsaq, bütün Litvanya tatarının sayı 60 mindən ziyadə olamaz. Türklər Podolyayı təxliyə etdikdən sonra bir çox tatarlar Türkiyəyə köçdülər və orada üç yerdə sakin oldular. Dubruğda, Bursa ətrafında və Qızıl Irmaq sahilində rəsmi statistika məlumatına binaən zikr olunan məskənlərdə tatarın sayı 3 mindir. Şimdi Litvanyada bir çox köy var ki, tatarlardan iz belə qalmamış. Xıx əsrin ortalarındakı xəbərlər O zaman mənbələri sabit rəqəmlər göstərmirlər. Bunun üçün aldığımız məlumat təqribidir. Vilen quberniyası - 2000 Qoren - 300 Qrodnen - 800 Minsk - 1500 Volin - 200 Podol - 100 Aqustovsk - 150 Lublinsk - 130 iştə on doqquzuncu əsr məlumatına binaən Litvanya tatarının miqdarı təqribən beş min səksəndir. Təbiidir ki, son vaxtlar bu rəqəm bir az daha düşdü. Avropa müharibəsi işləri büsbütün dəyişdirdi. Ix. litvanya tatarlarının Məişətinə dair Litvanya tatarlarını üç qismə təqsim etmək mümkündür. Əmlak sahibləri, xüsusi sektorlarda yaşayanlar və şəhər, qəsəbə xalqı; əmlak sahibləri zəngin deyillər, torpaqları az olduğundan hərbi xidmətlərə gedirlər. Familiyaları əcnəbiləşmiş, məsələn: Bazarovski, Subclovski, Qcrbiçinski, Xumçiski, Sulkeviç və başqaları. Bu nəsillər Litvanya tatar əsilzadələrindən olub ötədən bəri məmləkətdə xidmətləri ilə məşhur olmuşlar. Köylü tatarlar zəmindarlıq ilə məşğuldurlar. Şəhər və qəsəbə tatarı isə xüsusi məhlə və soqaqlarda yaşayaraq dürlü işlər ilə uğraşırlar. Məsələn: Minsk şəhərində yaşıllık (səbzəvat) satırlar, Penskdə dəriçilik yarırlar. Başqa yerlərdə arabaçılıq edərlər. Litvanya tatarları çocuqlarını ərəbcə oxudurlar. Minsk şəhərində came nəzdində tatarlar var ki, gözəlcə ərəb xətti yazırlar. Bunlar Qurani-Şərif və başqa ruhani kitablar yazısıyla məşğuldurlar. Hökumət məktəblərində də tatarlardan istifadə edirlər. Qəza məktəblərini ikmal edənlər hökumət müəssisələrində xidmətdə bulunurlar. Tatar əsilzadələri arasında elm adamları çoxdur. Bəziləri bir kaç Avrora lisanlarından başqa türk-tatar dillərini də bilirlər. Qərb quberniyalarında mədrəsələr yoxdur, oraların ruhani işləri Krım məktəbləri tərəfindən idarə olunur. Mövcud on iki molla xalq tərəfindən intixab olunur. Əvvəlki hökumət zamanında Litvanya tatarlarının məhkəmələri və qaziləri də var idi. Xristianlar belə bir çox vəqt tatar məhkəməsindən istifadə edirdilər. Kral Mixail dövründə Poloniya tatarlarına İstanbuldan fitvalar gəlirdi. Üçüncü Pan Subeski Türkiyədən gələn fitvaları mən etdi. On yeddinci əsrin əvvəllərində Becəvinin rəvayətinə görə Litvanya tatarlarının altmış camei var imiş. Evdəki ibadətxanaları isə “Risaleyitatarlar” yüzə qədər sayır. Hal-hazırda iyirmi bir camei qalmış. Vilen quberniyasında – 2; Minsk – 8; Qrunensk – 3; Volinda – 2; Podolda – 2; Poloniya çarlığında – 2. (Aqustov və Lubbilin quberniyalarında) X. xülasə Litvanya tatarlarının qısaca tarixləri göstərildi. Bunlar bir kaç əsr xristianlar mühitində dağınıq bir halda yaşamışlar. Dürlü tarixi axınlara təsadüf etmişlər, yenə də kəndilərini qeyb etməmişlər. Litvanyaya gəldikdə, tatarlar qüvvətli bir mədəniyyətə malik deyil idilər. Təbiidir ki, əcnəbi məmləkəti ikinci vətən tanıdıqda oranın yüksək mədəniyyətində yaşamaq məcburiyyətində bulunacaq idilər. Avropa mədəniyyəti fikri genişləndirir. Ruhda bir aclıq doğurur və bu aclığı dəf etmək üçün ruhani qidalar vücuda gətirir. Litvanya tatarı sayca azlığını hiss edərək və milli mədəniyyətinin yeni mühit üçün, məsud yaşayış üçün çox da əlverişli olmadığını duyaraq Avropa mədəniyyətinə alışdı. Təbiidir ki, qüvvətli mədəniyyət qələbə çaldı və Litvanya tatarı milli amillərini qeyb etdi. Bu gün litvalı qardaşlarımız milli dillərini unutmuşlar; əski adətlərini tərk etmişlər; adları belə rus adlarına çevrilmiş. Təkrar edirəm; əsrlərcə zəif kütlələrlə mədəni bir mühitdə yaşamağın ən təbii nəticəsi bu kütlələrin mühitə qarışıb, yox olması idi. Lakin Litvanya tatarı bu təbii qanuna bir o qədər də tabe olmadı: dilini, milli adətini unutdu isə də, varlığını qeyb etmədi. Bu gün hər yerdə Litva tatarı tatarlığını və müsəlmanlığını kəmali-iftixar ilə söyləyir. Bu dursun kənarda, Litva tatarı əski vətəni Krıma olan duyğularınıda mühafizə edə bilmiş; çoxdan bəri Krıma hicrət etməyə başlamışlar. Bu gün Krımda bir kaç yüzdən ziyadə Litva tatarı var. Çoxları Zemstvoda, şəhərlər idarəsində və milli tatar təşkilatlarında çalışmadadırlar. Qayət doğru və namuslu xidmətlər yapırlar. Çoxları tatar lisanı öyrənməyə başladılar. Gözəl bilənləri də yox deyil. İnsanı artıq dərəcədə mütəəssir edən Litvanyalıların milliyyətə olan məhəbbətləridir. Tatar teatrosuna gələn bir çox litvalılar arasında birindən sordum: – Siz tatar dili bilmədiyiniz halda teatromuzdan həzz ala bilirsinizmi? – Tatar teatrosu bizə çox ləzzət veriyor. Çünki ruhumuzun milliyyətə çox-çox ehtiyacı var, – deyə cavab aldım. Əvət Litvanya tatarı kəndisində milli bir aclıq duymuş, onun üçün saatlar ilə teatroda oturub kəmali-diqqət ilə səhnədə söylənən sözləri dinləyir. Mənasını anlamırsa da, milli dilin kəndisindən həzz duyur. Məclislərimizdə də eyni hal. Daimi olaraq Litva tatarları Krım məclislərində iştirak edirlər və türk dilini məmnuniyyətlə dinləyirlər. Ağməscid Litva tatarı komitəsi türk dili kursları açmış. Müvəffəqiyyət diləriz. Əlbəttə, Krım tatarları bu komitəyə yardımda bulunmalıdırlar. Bu yardımda qardaşlıq borcundan başqa bir də fayda tərəfi var, türkcə öyrənən Litvalı, Krım tatarı ehtiyacatı ilə yaxından tanış olub, onun yolunda çalışacaq. Müqəddimədə söylənildiyi kimi, Krım tatarı ziyalı qüvvələrə möhtacdır. Zemstvo və şəhər idarələrində tatarın hüququnu müdafiə edən bir çox rus təhsili görmüş adamlar lazımdır. Litvanya tatarlarının əksəri rus məktəbləri ikmal etmiş münəvvərlərdən ibarət olduğundan, bunlardan faydalanmalıdır. Litva tatarında milli hiss yoxdur demək böyük qəbahətdir. Krımlılar ilə litvalılar arasındakı soyuqluq, ancaq ümumi milli lisan yoxluğundan doğur. Litvalı qardaşlarımız milli dilimizi öyrənərlərsə, türk-tatarlıq aləminə böyük faydalar verərlər. Bunların arasında senator Axmatoviç kimi alim hüquqşünaslar var. Bu addan faydalanmalı, bu ad ilə iftixar etməli. Gənclər arasında da dəyərlisi az deyil. Bu gün Krım tatarı tarixi ilə də uğraşanı var. Bir Litva gənci rus hökuməti tərəfindən Krım tatarına olan zülmə dair məlumat toplamaqdadir: Gecə-gündüz arxivlərdə tozlu vərəqlər arasında çalışır. Bir vaxt gələr, bu gəncin adı və xidməti meydana çıxar. Litva tatarının qeyb olmamasına birinci səbəb dini duyğular olmuş. Litvalılarda dini hiss qüvvətlidir. Krım tatarı arasında din duyğusu yox kimidir. Bunun sayəsində əxlaq düşüklüyü vücuda gəlmişdir. Sərxoşluq, cinayət və fəna fəallar meydan almışdır. Litvanya tatarlarından iştə islam ənənəsi yaşayıb gəlməkdədir. Bəzi batil fikirlər var ki, guya Avropa təhsili görənlər dinə rəğbət etmirlər. Litvanya tatarlarının məlum siniflərilə yaxından tanış olduqda bu fikrin əksinə iman edərik; bir çox Litva arifləri gördüm ki, Cənab Allahı və Həzrəti Peyğəmbərimizi yad etdikdə gözləri yaşarırdı. Əcnəbi lisanında olsa da, Litvalı qardaşlarımız daima kəndilərilə bərabər ayətlər və yaxud dualar daşıyırlar. Litvalılarda dini etiqad qəvi olduğundan əxlaqları da düşkün deyil. Həpsi ayınıq, ciddi və işlərində sabit, bərabərlərilə müttəfiq bir tərzdə yaşayırlar. Yeki digərini sevirlər. Qeydlərinə qalırlar. Qürur və həsəd kimi məzlum sifətlər litvalılarda yoxdur. Qayət demokratik xalqdır. Milli məclislərdən birində Litvalı bir hüquqşünas nitqində Krıma torlanan türk ünsürlərini qiymətli daşlara təşbiyə etdi, dedi: “Bu daşlardan gözəl bir came yarmalıyız və böyük rəbbimizə o camedən ibadət etməliyiz”. İştə o müqəddəs came qurmağın zamanı gəldi. Hüsniniyyət ilə yapalım və islamın ehkamı olan üxüvvət əsaslarını canlandıralım. Üxüvvət ehkamını təqdiyə və təqdir edərsək, Krımda bütün tatar ünsürləri rahət yaşarlar və milli bayrağı yüksəldərlər. 1919 * * * Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın! AZƏRBAYCAN MUXTARIYYƏTI AYILIN, TOPLAŞIN! Türk millətinə xitab Əsrlərlə qılınc zərbəsi ilə istila olunub, millətlərin qan və göz yaşları ilə bir-birinə bitişdirilən torpaqlar başsızlıq sayəsində məhv olub gedir. Şəddadın zülm ilə abad olmuş imarəti uçur, dağılır. Böyük ölkə bir-birinə dəyir: Rusiyanın qiyaməti qopur. Geniş bir dövləti mərkəz bir orta idarəyə qadir deyil. Hökumətə gündə bir adam daxil olub, biri çıxır. Sabit idarə yox, nizam yox, qayda yox, əmin-amanlıq yox. Güclü gücsüzü döyür, əzir və təhqir eləyir; abrı və namusu ara yerdə gedir. Başsızlıq gün-gündən ölkəni ağzına alır; nahaq qanlar tökülür, abadanlıqlar talan olunur. Bu hal getdikcə şiddət eləyir və eləyəcək, aləm viran olur və olacaq. Rusiya hökumətindən cəmi millətlər ümidini çəkib öz başını öz ətəkinə bükməyə başlayır. Rusiya millətləri hərə öz cəmiyyət və şuraları ilə idarə olunmağa üz qoyur, qoşun toplayırlar. Hər millət öz fərdini axtarıb tapır; əl-ələ verib camaatın halına qalır. Çünki milli himmətdən savayı özgəsi milləti bu dəhşətli zamanda müdafiə eliyə bilməz! Bu sətirləri millətlər şurasından qayıdarkən yazıram. Orada eşitdiyim məruzələrdən sonra od tutub yanıram. Çünki cəmi millət öz yükünü təpəyə vurub və vurur. Biz isə köhnə ətalət və kəsalət ilə yaşayırıq. İndiyə kimi bizim nə mərkəzi bir şuramız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz milli işimizi öz əlimizə ala bilmirik. Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər. Ayılın, toplaşın! Rusiyanın siyasi həyatı yeni bir dairəyə girir. Rusiyada yaşayan millətlər üçün tarix yeni bir səhifə hazırlayır. Ədəmimərkəziyyət binası qurulur. Ölkə federasion üsuli ilə idarə olunmaq istəyir. İmdiyə kimi Peterburq hər millət üçün qanun yapıb, əmrlər veriyordu, imdi isə qanunları millətlərin milli məclisləri yazacaq. Hərənin öz malı, öz dövləti, öz səadəti özünə məhvəl olacaq. Pəs böylə bir gözəl yaşayış üçün niyə çalışmırsınız? Niyə fürsəti fot eləyirsiniz? Keçirirsiniz. Sonra peşman olarsınız! Bu zaman firqəbazlıq zamanı deyil. Onlar üçün sonralar da vaxt olacaq. İmdi toplaşın, milli idarə yapın, sonra firqə qeylüqalını salarsınız. Ey “Hümmətçilər”! Ukraynanın cəmi firqələri ittifaq edib, Ukrayna muxtariyyətini yapdılar. Muxtariyyət olmasa, ölkə başsızlıq bəlasından xilas olmasa, orada firqə həyatı da olmaz. Pəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb, yerində ədəmi mərkəziyyət payidar edilməlidir. Milli idarə qoy çöl tərəfdən düzəlsin, sonra içini düzəltdikdə mübahisə edərik. Ey dini firqələr! İslamiyyəti hər şeydən qabaq tutursunuz. Bizim dediyimiz sizin əqidəyə zidd deyil. Əlimizdə milli idarə olsa, din şərafəti də artar. Köhnə idarə tərəfindən dinimiz hər an, hər dəqiqə təhqir olunurdu. Yeni idarə üçün çalışmalı ki, tahı bir də o qədim vaxtlar geri qayıtmasın! Ey dövlətlilər! Pul qazanmaq asandırsa da, saxlamaq bu saat çətindir. Çünki dərəbəylik zamanında heç kəsin canı və malı əmin-amanlıq tapmayacaq. Əgər istəyirsiniz ki, mal və dövlətiniz əlinizdə qalsın, qazandığınız pulların bir hissəsini millət sandığına verin milli idarə yapmağa sərf eləsinlər. İnanın ki, milli idarəmiz olmasa, can, mal və namusunuz, əldə qalmayacaq. Rusiyada törəyən işlərdən sizin xəbəriniz yoxdur. Bunun axırı çox pərişan olduqda da sədəməsi ancaq bizə toxunacaq. Çünki biz millət işinə nəzər yetirmirik. Ayılmaq vaxtıdır Ey cavanlarımız! Eyş-işrət zamanı deyil! Hər millətin cavanları millət üçün imarətlər yapırlar. Gecə-gündüz çalışırlar. Məgər siz onlardan əskiksiniz? Onlarda olan zor, qüvvə sizdə də var. Rəşadət və cürətdə siz onlardan da irəlidəsiniz. Böylə olduqda pəs sizin səsiniz niyə gəlmir? Niyə Azərbaycan türklərinin bayrağını uca tutmursunuz? Ey cavanlar! Cəmi millətlər sizin işə diqqət ilə baxır. Sizdən qeyrət gözləyirlər. Pəs siz haradasınız? Ədəmi mərkəziyyət fikrinin başında toplaşın: “Müsavat” firqəsinə yazılın! Yatmışları oyadın. Onları federasion nuru ilə işıqlandırın! Durmaq zamanı deyil. Bir mərkəzə tabe Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın. Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada toprağın və mülkün çoxu bizim, dövlət izim, onda yaşayan millətin çoxu bizim, danışılan dil bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim... Pəs allahın o gözəl nemətindən niyə üz döndərirsiniz? Cürət ediniz, iş görünüz! “Müsavat” şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq zamanı deyil; bir az səbr eləsəniz, gözəl ölkəmiz fut olub əldən gedər! Qorxmayın, tutduğunuz işdə sizi heç kəs təqsirləndirməz. Çünki pis fikrə düşmürsünüz. yapdığınız təşkilat ilə həm Rusiyanı hifz edirsiniz, həm Azərbaycanı. Ey bəylər, xanlar, mülkədarlar! Öylə güman eləməyin ki, Azərbaycan muxtariyyəti sizi uçurub dağıtmaq fikrindədir. Muxtariyyət uçurmaq üçün yaranmayıb, bəlkə yaratmaq və bina etmək üçün yaranıb. Muxtariyyət onun üçün düzəlir ki, dərəbəylik zamanında millətin mal və canı sağ və salamat qalsın. Muxtariyyət onun üçündür ki, namusumuz ayaqlar altına düşməsin. Ey türklər! Qars-Ərdəhan müsibətləri, Urmu, Qəsri-Şirin və qeyri yerlərin talanı sizə bunu öyrətdi ki, başsız və pərakəndə milləti hər yetən döyür, incidir və öldürür. Zəmanə böylə xarab zəmanədir ki, ağlamağa, göz yaşlarına qulaq asan olmur. Zamanə iş zəmanəsidir. Məgər neçə milyon türkün gücü yoxdur? Güc var. Ancaq dağınıq gücdür. Böylə güc faydalı olmaz. Toplanıb cəmi gücümüzü təşkilata tabe etməliyik. Ədəmi mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki, Dağıstan, Bakı, Gəncə, Irəvan, Batum və Qars vilayətlərindəki türklər mal, və namusunu mühafizə eləsin. Həm hal-hazırda, həm gələcəkdə asudə və səadətli yaşamağını təmin eləsin. Toplanın! Qoşun düzəldin! Zərurət vaxtı ölkəmizi əmin-amanlığa çıxardan milli əsgər olacaq. Ləngiməyin: “Fürsəti fot eliyən aqil deyil, divanədir”! Kiyev, əvvəli – noyabr, 1917 I. muxtariyyət nədir Oxucularımız muxtariyyət sözünü çox eşidib. Çünki qəzetələrimiz bu sözü hər gün işlədir. Ola bilər ki, muxtariyyətin mənasını çox adamlar başa düşməsinlər. Bunu dürüst bilmək üçün sizə bir məsəl gətirim. Götürək bir türk kəndini. Tutaq ki, bu kənddə on beş daxma var. Bir gün bu kəndin adamları bir yığnaq qururlar və özlərinə bir məclis təşkil edirlər. Bu məclis başlayır kəndi dolandırmağa. Hər kəsin nə dərdi oldu, məclisə deyir və məclis də çarə arayır. Bu gün tutaq ki, kənddə birisi vurub bir adam öldürür. O saat məclis işə baxır və təqsiri olanı tənbeh eləyir. Tutaq ki, su üstə qeylü-qal çıxıb. Genə məclis işə baxır, hərənin haqqını özünə verir. Hər kəs ki, dəcəllik eləyib, məclisə qulaq vermək istəmir və camaatı incidir, dəcəl adamı məclis tutub tənbeh eləyir. Xülasə, camaat bəyəndiyi adamlardan əmələ gələn bu məclis kəndin cəmi işlərini sahmana salır. Məktəb açır, azarxana düzəldir, yollar salır, körpülər tikdirir, işsiz camaata iş verir, topraqsıza topraq tapır, fəqir və əlsiz-ayaqsız adamlara kömək eləyir və qeyri və qeyri... Belə xoşbəxt kəndə muxtariyyətli kənd deyirlər. İndi Rusiyada hər bir millət özünə muxtariyyət istəyir. Yəni istəyirlər ki, cəmi millət işini hökumət çinovniklərinin əlindən alsınlar. Muxtariyyət, yəni öz əli, öz başı olmaqlıq. Muxtariyyətli bir millət ölkəsinin, yəni şəhərlərinin, kəndlərinin, əkin yerlərinin, meşələrinin, mədənlərinin və qeyri mallarının ixtiyarını öz tanıdığı millət adamlarının öhdəsinə verir. Bu adamlar da milləti dolandırır. Millətin nəyə ehtiyacı olsa, ona çarə axtarır. Millət rahat və farağat yaşayır. Millət başında duran adamlar camaatı dürüst dolandıra bilməsələr, onda millət qeyri adamlar seçə bilər. Deməli, muxtariyyətin əsl dediyi budur ki, cəmi işlər ölkədə camaatın xahişi ilə əmələ gəlsin. Yəni, güclü gücsüzə cəfa çəkdirməsin; xalqın malı, dövləti, canı və namusu özgələrin kefinə qurban olmasın. Rusiyada qeyri millətlər özünə muxtariyyət düzəldən kimi bizim müsəlmanlar da bu yolda çalışırlar. Ən qabaqda gedən krımlı qardaşlarımızdır. Türküstanlılar və başqırdlar da muxtariyyət elan elədilər. Yəni, cəmi dünyaya elan elədilər ki, bundan sonra öz işlərinə özgələri qarışmağa qoymayacaqlar. Növbət indi bizə yetişir. Bizim də ki, bir dövlətli ölkəmiz var. Biz də başsızlıq bəlasına giriftar oluruq. Bizi də nahaq yerə qırırlar, talayırlar və incidirlər. Bunların da səbəbi budur ki, bizim ölkəni dolandıran özgə millətlərdir. Əlbəttə, dini dinimizdən, dili dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq. Amma ölkəmiz öz vəkillərimiz əlinə düşsə, bizim də dərdimizə yanarlar. Ona görə çalışmalı ki, vaxt ikən muxtariyyət qazanılsın. Iı. məhəlli muxtariyyət Muxtariyyət iki cürdür. Birinə mədəni muxtariyyət və o birinə məhəlli muxtariyyət deyirlər. Mədəni muxtariyyət özgə millətlər ilə qarışıq olub özünə məxsus əlahiddə toprağa malik olmayan millətlərə əlverişlidir. Edilboyu tatarlar ruslar ilə qarışıq olduqlarına görə özlərinə milli və mədəni muxtariyyət istəyirlər. Bunların xahişi budur ki, dil, din və adətlərinə mane olunmasın. Şəxsi hürriyyətləri təmin olunsun. Mədəni muxtariyyətin böyük eybi budur ki, onu mühafizə eləməyə millətin əlində lazımi bir qüvvə yoxdur. Mərkəzi hökumətdən nə növ təğyir olsa, siyasətin nəticəsi mədəni muxtariyyətli millətlərə də sirayət edər. Deməli, bu gün məmləkətin başına pis fikirli vəzirlər gələrlərsə, siyasəti dəyişib millətlərin hüququnu ayaq altına salarlar. Məhəlli və milli muxtariyyət isə böylə deyil. Məhəlli muxtariyyət torpağa malik olub, bir millətdən ibarət olanlara əlverişlidir. Məsələn; Türküstan və ya Başqırdıstan. Türküstanda sakin türklər arasında qeyri millətlər yox kimidir. Türküstanlıların özlərinə məxsus dilləri və adətləri var. Bu millət məhəlli muxtariyyətə malik olduqda tez tərəqqi eylər. Özünəməxsus qoşunu və milli məclisi olduqda mərkəzi Rusiya hökumətində baş verən təğyirdən qorxmaz. Çünki mərkəzi hökuməti Türküstanın daxili işlərinə qarışmağa qoymaz. öhnə istibdad zamanı rus padşahlarının zülmü nə qədər ağır idisə də, Finlandiya muxtariyyətinə dürüst kar edə bilmədi. Çünki finlər öz torpaqlarına pənah aparıb, məhəlli məclisləri ilə öz haqlarını əldə saxlaya bildilər. Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutmuş Osmanlı məmləkətinə qədər və Batumdan tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəflərinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki, bu şəhər bizə həmişə yol göstərib və bizə kömək əli uzadıb. Bakı şəhərində millət məclisi qurulacaq və bu məclisə Azərbaycanın hər bir guşəsindən camaat vəkilləri göndəriləcək. Vəkillər o məclisdə camaatın dərdlərini və diləklərini bildirəcək və ona görə əlaclar ediləcək. Millət məclisi Azərbaycanımız üçün qanunlar yazacaq, biz də ona əməl edəcəyik. Millət məclisinin buyruqlarını yerinə yetirmək üçün milli hökumətimiz olacaq. Millətə lazım olan tədbirləri millət vəkilləri tökəcəklər və əmələ gətirmək üçün milli hökumətə veriləcək. Milli hökumətimiz bizim malımızı, canımızı, namusumuzu hifz eləmək üçün var qüvvəsilə çalışacaq. Iıı. muxtariyyət bizə nə verəcək? Rusiya bu saat alt-üst olur. Başsızlıq o qədər artıb ki, sabaha sağ çıxmağa ümid yoxdur. Azərbaycan da Rusiya kimidir. Bir tərəfdən rus soldatları camaatımıza qorxu çəkdirir, o biri tərəfdən də camaatın özü dinc durmur; bir-birinin canına düşüb, həlak eləyir. Qamçı gücü ilə tərbiyə almış camaat qamçıdan xilas olan kimi qəfəsdən çıxan bir yırtıcıya bənzəyir. Ölkə nizama salınmalıdır. Köhnə rus hökuməti öldü. Təzəsi yoxdur. Olsa da ondan bizə bir o qədər fayda olmayacaq. Çünki, “tat dilini tat anlar”. Bizim milli və dini ehtiyaclarımızı özümüzdən başqa özgəsi düşünə bilməz. Böylə olduqda cəmi məsələlərimizin həllini millət məclisindən gözləməli. Ən əvvəl millət məclisinin borcudur ki, ölkəmizi dərəbəylik bəlasından qurtarsın. Çünki bu nizamsızlıq uzun çəksə, camaatımız tərk olub gedər. Ümid budur ki, muxtariyyətimiz başa gələn kimi, milli qoşunumuz vasitəsilə Azərbaycanda əmin-amanlıq hasil olar. Topraq məsələsi də həllini muxtariyyətdən gözləyir. Kəndçi və əkinçilərimiz topraq üstə çox müsibət çəkiblər. Bir tərəfdən topraq azlığı, o biri tərəfdən köhnə hökumətin vətənimizə yerləşdirdiyi malakanlar (mühacirlər) işi qarışdırıb. Millət məclisi öylə qanun yazacaq ki, topraqsızlara topraq paylanacaq. Kəndçinin güzəranı yaxşılaşacaq. Tahı güclülərdən yumruq görməyəcək. Fəhlə qardaş da ümidini muxtariyyətimizə bağlamalıdır. İndiyə kimi fəhləni adam sayıb eyləmirdilər, onu incidirdilər, pulunu kəsirdilər. Biçarə fəhlələr gündə zavodlarda və neft quyularında hədər yerə tələf olurdular. Onların qeydinə, külfətinin imdadına çatan olmurdu. Güclülər fəhlələrin zoru ilə pul qazanıb kef eləyirdilər, fəhlələr isə sabahın çörəyinə möhtac idilər. Bu müstəbidlər muxtariyyətimizin gücü ilə ortalıqdan götürüləcək. Xülasə, hər kəsin nə dərdi var, əlacını millət məclisindən gözləsin. İndiyə kimi ana dilində məktəb açdıqda rus hökumətindən qorxurduq. Çünki rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə- baba adətlərimizdən geri salsın. Indi allaha şükür, səy eləyirlər ki, Azərbaycanın özünün hökuməti olsun. Bu hökumətin də çox adamları müsəlman olduğu üçün, hər bir məsələmiz özümüzün xahişi ilə əmələ gələcək. Deməli, camaata o ki lazımdır, ana dilində məktəblər açılacaq. Oxumaq xərci ucuz olduğu üçün, hamı oxuyub, yazmaq bilib, elm öyrənəcək. Elmi olan millət dünyada asanlıqla yaşaya bilər. Bizim də cəmi fikrimiz budur ki, nəcib millətimiz özgələrə möhtac olmayıb, rahat dolansın. Dünya beş gündür. Bu dünyada bolluq, salamatlıq ilə ömür eləməlidir. Öylə eləməlidir ki, dirilik, xoşbəxtlik olsun. Bunun da nicatı muxtariyyətimizdədir. Iv. muxtarıyyətə layıqık Yüz il olur ki, biz türklər rus qılıncı zorilə Rusiyaya tabe olmuşuq. Amma bu yüz ildə bəzi barədən istiqlaliyyətimizi əsla unutmadıq. Məsəla, bir xeyli rus dəftərxana və məhkəməsini tanımaq belə istəmədik. Aramızda baş verən çox işlərdə məsləhət yerimiz həmişə ağsaqqallar olurlar. Ağsaqqallar qanlıları barışdırırlar; bir-birindən incimiş ər-arvad arasında barışıq yaradırlar; iki adamın biri bir hadisədən zərər gördükdə zərəri təqsirkardan alınıb zərərdidəyə verilir. Böylə adətlər aramızda hökmdür. Rusiyada sud gördüyü işi bizlərdə qazı və ağsaqqallar görürlər. Bunun səbəbi nədir? Bu degilmidir ki, bizim camaat öz milli işlərini özgə əlinə verməyi istəmir, baxın görək az vaxtadək camaatımız hökumət məktəblərinə nə nəzər ilə baxırdı. Uşaqlarını etibar edib, oraya göndərmirdi. Camaatımızın cəmi meyli öz milli idarəmizə və öz adamlarımızadır. Bu dəlil istəməz. Imdiyədək mədəni olmamağımıza səbəb Rusiyanın mərkəziyyət üzrə yapılmış idarəsi idi. Oradan bir qədər rus göndərirdilər gəlib adət və qaydasından, dil və dinindən xəbərdar olmadığı bir milləti idarə eləyirdi. Asırdı, kəsirdi, vergi yığırdı, bolluca da rüşvət alıb, otururdu yerində. Camaatımız da bu çinovniklərə əsla etibar eləməyib öz qədimliyində qalırdı. Çinovniklər öhdələrinə götürdükləri təzə işləri qəbul etmək istəmirdi. Amma hərgah vaxtında bizim muxtariyyətimiz olsaydı, hər işin başında öz adamlarımız dursaydı, camaatımızın etibarını qazanıb xeyirli işlər görərdilər. Xülasə, keçən keçib. Allah gələcəyi bərəkətli eləsin. İndi də muxtariyyətimizi başa gətirsək, gec deyil. Şükürlər olsun ki, yaxşı iş görən adamlarımız da var. Halhazırda Azərbaycanın idarəsini öz əlimizə götürməyə biz qadirik. V. muxtariyyəti nə cür ala bilərik Muxtariyyət yolu axtardıqda gərək mürşidimiz Ukrayna dalınca gedək. Ukrayna əvvəl mərkəzi bir məclis qayırıb işə başladı. Əsla bu məclis dürüst seçilmiş də deyildi. Sonra qurultaylar dalbadal çağrıldı. Cəmi firqələrin və qeyri cəmiyyətlərin qurultayları mərkəzi Ukrayna məclisini təsdiq edib üzvlərini artırdılar. Sonra hökumət əmələ gəlib qeyri işlər də yavaş-yavaş islaha düşdü. Ukraynanın məqsədə nail olmağının ümdə səbəbi bu oldu ki, cəmi firqələr muxtariyyət barəsində həmfikir oldular. Cürbəcür fikir və məsləkə tabe adamlar ələlə verib müttəfiq bir halda millət imarətini tikməyə başladılar. Məlumdur ki, ittifaq olan yerdə də iş aşar gedər. O yerdə ki, nifaq oldu, orada xeyir və bərəkət olmaz. Deməli, bizə ən əvvəl lazımdır ki, bir qurultay çağırıb cəmi firqə, cəmiyyət, komitə və şuralarımız arasında muxtariyyət almaq üçün razılıq hasil edək. Öylə ki, razılıq əmələ gəldi və ortalıqdan küdurət və söz güləşdirmə götürüldü, onda dərdimizin yarısına dava tapılmış kimidir. Sonrakı fikir millət məclisidir. Bu məclis ki, əmələ gəldi və camaat ki, onu təsdiq etdi, məclis milli işlərimizi yüngüllük ilə yola verə bilər. Vacib məsələlərimizdən biri də milli qoşundur. Milli qoşun düzəlsə, ölkəmizdəki başsızlığı fövrən ortadan qaldırmaq mümkündür. Bir də başsızlıq və qarışıqlığın ümdə səbəbi camaatın aclığıdır. Hərgah bizdə muxtariyyət tezlik ilə başa gəlsə, aclığı da tez yox etmək olar. Məsələn, Ukrayna dövlətində bolluca çörək və qənd var. Azərbaycanda da bol neft var. Milli hökumət olsa, Ukrayna ilə alış-veriş başlardı; neft verib əvəzində çörək və qənd alardı. Camaatımız da bu iki şeydən çəkdiyi əziyyəti çəkməzdi. Bu saat cəmi Qafqaz müsəlmanlarının canını qara qayğı alıb ki, Osmanlı sərhədindən qayıdan bir milyon qoşun kənd və şəhərlərimizdən keçərkən aləmi kor qoyacaqlar: can və mal tələf edəcəklər, xanimanlar yaxacaqdırlar, arvad və uşaqlarımızın namusuna sataşacaqdırlar. Hərgah bizim muxtariyyətimiz olsa, bizim nizamlı qoşunumuz olsa, biz rus soldatından əsla qorxmarıq. Onlar qayıdan yollara öz milli əsgərlərimizdən düzərik; dahı birinin hünəri olmaz ki, müsəlmanın malına və canına qəsd eləsin. Vı. muxtariyyətimizin əsl əsası Muxtariyyətimizin əsl əsası ədalət ilə qurulmalıdır. Ədalət olmaz isə, binamız başa getməz. Rusiya zülm ilə abad olmuşdu. Axırda ədl ilə bərbad oldu. Ədalət də onda olar ki, allahın yaratdığı insanların birinə pis və o birisinə yaxşı nəzər ilə baxmayasan. İnsanlar bərabərdirlər, istər arvad, istər kişi; istər erməni, istər rus və ya müsəlman hüquqda gərək şərik olsunlar. Azərbaycan muxtariyyəti üçün millət ayrılığı gərək olmasın. Qanunlarımız da gərək bu əsas üzrə yazılsın. Məmləkətimizdə ədalət olar isə, cəmi millətlər ona sədaqət ilə qulluqedərlər. Yox, əgər olmaz isə, ağacı içindən qurd yeyən kimi, gözəl ölkəmizi düşmənçilik və küdurət tərk edib viranəyə döndərər. Və hərgah bunların arasında xüsumət olsa, səbəbləri tapılıb yox edilməlidir. Səbəb yox olduqda düşmənçilik də öz-özünə yox olar. Kiyev, dekabr, 1917 * * * Biz kimik və istədiyimiz nədir BİZ KİMİK VƏ İSTƏDİYİMİZ NƏDİR MÜQƏDDİMƏ Tarix kitablarına nəzər yetirdikdə türk millətinin qədim hallarını öyrənməyə dürüst qadir ola bilmirik. Çünki türk tarixinə dair lazımi məlumatlar hələ toplanmayıb. Ancaq bunu bilirik ki, türklər Altay dağlarının ətrafında olarmışlar. Oradan dəfələrlə dəstə çəkib qibləyə tərəf gediblər və qırğınlar ilə bir yerdə çox yerlər ələ gətiriblər. Təbiətən cürətli, rəşadətli və cəngavər olduqları üçün türklər Türküstanda, İranda, Hindistanda, Qafqazda, Avropa və Afrikanın bəzi nöqtələrində çox müddət ağalıq sürüblər. Bizim Azərbaycan da türk axıntısından əmələ gəlmə bir ölkədir. Türk tarixi qarışıq olduğu kimi, bizim Azərbaycanın tarixi daha da qarışıqdır. Biz barədə Aləmdə bir tarix heç yazılmayıb. Ancaq dürüst bunu deyə bilərik ki, qədim zamanlardan bəri (məsələn, min illər bundan əvvəl) Azərbaycan gah müstəqil və gah yarı müstəqil bir halda yaşayıb. Dillərdə Azərbaycan indiki Iranın şimaliqərbindən ibarət idisə də, cənubi Qafqazın şərq tərəfi onun əksərən hakimiyyəti altında olardı. Məsələn, on ikinci əsr miladidə məşhur şair Xaqani zamanı Şirvan şahlığını Azərbaycan Atabəyliyinə tabe görürük. İndiki Gəncə vilayəti, yəni Kür ilə Arazın arası, qədim zamanlar “Aran” adlanırdı. Aran əyaləti də paytaxtı Gəncə ilə birlikdə çox zamanlar Azərbaycan Atabəyliyinin bir hissəsi olmuşdur. Min illik müddətində Azərbaycanın zahiri şəkli hədsiz dəfələr dəyişilib: gah vəqti bir hökmdar əlinə keçib qonşu torpaqlara da əl uzadıb, gah da bölük-bölük olub, xanlar, əmirlər və məliklər rəyasətinə düşüb. Azərbaycanımız çox davalar və çox millətlər görüb və hərə də həyatımıza bir təsir buraxmamış olmayıb. Xülasə, keçmişimiz necə olub müfəssəl bir surətdə müvərrixlərimiz gələcəkdə yazarlar, bilərik. Hal-hazırda biz tarixi pillələrdən keçib, min qovğa görəndən sonra uyuşub, sabit bir şəkil almışıq. Böyük türk millətinin bir şöbəsini təşkil eləyirik. Millətə məxsus bir amillərə dəxi malikik: ayrıca dilimiz, adət və qaidəmiz, ədəbiyyatımız var. Əsrlərcə rəyasətpərvər hakim dairələr tapdağı olan xalqımız həmişə mədəni həyatında davam edib, milli simasını itirməyib, hətta İranın cazib nəfsləri, rusluğun dəhşətli zərbələri türklüyümüzü məhv edə bilmədi: şirin dilimiz və ədəbiyyatımız salamat qaldı. Xalqımızın gözəl bir xasiyyəti var ki, hansı millət ilə yaşadı (istər hakim, istər məhkum) öz dilini qolaylıqla yadından çıxartmaz. Bu həqiqət həm tarixdə, həm hal-hazırda görünmədədir. Nadir şah İranın mənfəəti üçün, məmləkətin bir tərəfindən o biri tərəfinə millətlər köçürürdü. Məsələn, farsları daşıdardı türk arasına və Qafqazdan türkləri göndərərdi fars əyalətinə. Qəribə budur ki, Qafqaza köçürülən farslardan indi bir əsər qalmayıb: hamısı türkləşib. İrandakı türklər isə dilləri, adət və qaidələri ilə indiyədək dururlar. Xorasan vilayətində Şirvan adlı bir türk kəndi var (yəqin Qafqazdan buraya köçürülüb). Dörd tərəfi fars ola-ola bu kənd türklüyünü əsla itirməyib. Uzaq getməyək: Azərbaycanda tək-tük erməni var ki, dilimizi bilməyə. Hətta Rusiyadan gəlmə malağanlar da öyrəniblər. Deməli, mədəniyyətimizin əsasını təşkil edən dilimizdə bir cazibə var. Qeyriməcburi olaraq özgələri tərəfinə çəkir və təsiri altında saxlayır. Bu səbəbdəndir ki, rus hökuməti bizi zor ilə dilimizdən uzaqlaşdırmaq meylində olduğu halda, biz rus mühacirlərini türkləşdirirdik. Yenə həmin səbəbdəndir ki, ermənilər Avropa mədəniyyəti ilə bizdən çox-çox əvvəl aşina ola-ola yenə bizim mədəniyyətə bac verirlər: dilimizi öyrənirlər, musiqimizdən həzz aparırlar; hətta ədəbiyyat tariximizdə də erməni adları görünür. Diqqət yeri buradadır ki, özgə millətləritürk mədəniyyətinə baç verdirməyə heç də səy eyləmirik, zor da işlətmirik. Bizi bir millət edib, gələcəyimizə parlaqlıq ümidini bəslədən həmin mədəniyyətimizin bu xüsusiyyəti, bu mənıliyidir. I. əsl məqsəd Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli idarəsi ola bilər. Milli idarə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər. Hər kəs ki, milli ölkədən məhrumdur, yəhudi kimi həmişə başı qapazlı olar. Halımızı nəzərə aldıqda özümüzü xoşbəxt gördüm. Çünki biz Azərbaycan kimi dövlətli bir ölkəyə malikik. Deməli, əvvəlinci məsələ milli ölkədir. Milli ölkə olduqda ikinci məsələ sakin xalqdır. Bir xalq ki, bir dinli, bir qanlı, bir adətli, bir tarixli oldu, o xalqın mənası artar. Azərbaycanda hamıdan artıq olan biz türkləri mülahizə etdikdə özümüzü xoşbəxt görürəm, çünki torpağımıza söykənsək, heç bir düşmən bizə xətər yetirə bilməz. Ölkə və cəmaətdən başqa bir böyük məsələ də var. Bu məsələ də hakimiyyət məsələsidir. Bu hakimiyyət,yəni ölkəmizin ixtiyarı kimin əlinə düşsə, üstümüzdə o ağa olacaq. Bizim Azərbaycan min il bundan əvvəl də mövcud idi. Onda həm ölkəmiz var idi, həm də xalqımız. Lakin hakimiyyət bizim əlimizdə deyildi. Gəldi-gedər bir xan və ya bəy faydamızı gözləyə bilmirdi. Rusların hakimiyyəti bizi dəxi də pis hallara gətirdi; ixtiyarımızı əlinə alıb, bizi həm torpağımızdan, həm də millətimizdən məhrum qılmaq istədi. Vətənimizi rus köçəriləri ilə doldurdu. Böylə olan surətdə bizim üçün ən vacib məsələ Azərbaycanın hakimiyyətini öz əlimizə almaqdır. Bu isə istiqlal ilə olur. Odur ki, Azərbaycan istiqlalı firqəmizə ələm olmuşdur. Türk ədəmi-mərkəziyyət firqəsi “Müsavat”ın əsl məqsədi də bundan ibarətdir. Ola bilər ki, öz ixtiyarımız öz əlimizə düşdükdə ədalətsizlik baş versin. Ədalətsizliyi yox etmək üçün Azərbaycan hakimiyyəti gərək xalqın öz istədiyi adamların əlinə keçsin. Ta ki, milli idarə xalqın xahişi ilə olub camaatın hər bir sinfinin ehtiyacını nəzərə alsın. “Musavat” ın ümdə istədiyi budur ki, ümumxalq imtiyazlı siniflərin keyfi-nəşəsinə qurban olmasın. Deməli, biz müsavatçıların bu saat iki fikri var: biri Azərbaycanın xarici işlərinə dairdir, digəri də daxili işlərinə. Iı. xarici məsələ Azərbaycan hakimiyyəti əlimizə düşdükdə vətənimiz müstəqil bir şəkil alır. Üç amil – millət, ölkə və hakimiyyət bir yerdə toplanır. Azərbaycan istiqlaliyyətini təmin etmək üçün cəmi qüvvət və qüdrətimizi meydana çıxartmalıdır. Bu yolda nə qədər fədakarlıq lazım olsa, göstərməliyik. Bir tərəfdən beynəlmiləl konqreslərdə haqlarımızı bildirməliyik və milli tələblərimizdə israr etməliyik: o biri tərəfdən istiqlaliyyətimizin davamına çalışmalıyıq; məmləkəti müstəqil yaşatmalıyıq. Yəni daxili və xarici işlərimizdə asudə yaşamalıyıq. Iıı. daxili məsələlər Daxili işlərdə Azərbaycan büsbütün asudə olacaq. Ona heç kəsin qarışmasına imkan verilməyəcək. Ölkəmiz millət vəkilləri yazdığı qanun ilə dolanacaq. Çünki millətin çoxu kənd əhli əkinçidən ibarətdir və kəndçi zəhmətkeş olduğundan qanunlarımız zəhmətkeşlərin tərəfini saxlayacaq. Ölkəmiz qanuna tabe olacaq və qanundan xaric bir iş görülməyəcək. Qanun da bitərəf olduğundan heç zülm olunmayacaq. Yəni hamı qanun qabağında bərabər olacaq, ögeylik-doğmalıq olmayacaq. Qanun soruşmayacaq ki, filankəs ermənidir, yainki müsəlman; filankəs kişidir, yainki arvad. Filankəs dövlətlidir, yoxsa fəqir. Erməni, müsəlman, rus, kişi, qadın, dövlətli, kasıb hüquqda bərabərdir. Qanunun nəzərində hamısı müsavidir. Qanunlarımızın ən baş əsasları: hürriyyət müsavat və ədalətdir. Vətənimizdə hamı azad olacaq. Onları səbəbsiz tutub qazamatlarda saxlamayacaqlar. Hər kəsin təqsiri oldu, onu dustaq edə bilərlər. Təqsir də qanun və məhkəmə vasitəsilə məlum olar. Köhnə rus hökuməti bir danos üstə adamı həbsə atırdı. İnsanlar aylar və illər üzrə naməlum səbəblərə görə qazamatlarda yatırdılar. Vətənimizdə böylə ədalətsizliklər olmayacaq. Bir adamı ki, tutdular, onun ixtiyarı olacaq, özünün 24 saatın müddətində ya buraxılmasını və ya məhkəməyə aparılmasını tələb edə. Öylə ki, məhkəmə baxdı gördü nahaq yerə tutulub, onda tutan adamı cərimə edəcəklər. Hərgah bir şəxs tutulub dustaq olsa, çəkdiyi zərərlər tutan adamdan məcburən alınacaq. Şəxs azad olan kimi onun sakin olduğu mənzil, evi-məskəni də asudə olacaq. Deməli, hər yetən gəlib, oranı axtarıb, alt-üst çevirməyəcək. Köhnə hökumətin zamanında və inqilab vəqti evləri axtarmağı çox görürdük. Heç nahaq yerə gecəni mülahizə etməyib xalqın rahatlığını pozurdular. Bizim “Müsavat”ın istədiyi budur ki, evə girmək və axtarış bilmərrə yox olsun. Xalqımızın istirahəti və asudəliyi xələldar olmasın. Milis və ya polisin evə girməyə ixtiyarı bəzən vaxtlar olmalıdır. Bunlar da ki, qanunda yazılacaq. Məsələn, evə qanunu pozmuş adam qaçıb girsə, dalınca getməlidir. Bu şərt ilə ki, caninin orada olması dürüst məlum olar. Evdən “haray” və “aman” səsləri eşidilsə daxil olmalı. Yanğı və su basqınında da girmək olar. Qeyri vaxtlar xalqın evi, istər fəqir, istər dövlətli, bir padşah sarayına dönməli və hər kəsin axtarış qəsdilə oranın qapısından içəri ayaq basmağa belə ixtiyarı olmamalıdır. Azərbaycanlı azad olduqda onun sözü, yazısı, iman və etiqadı da azad olacaq. Danışdığı söz üstə və yazdığı şeylər üstə ona tənbeh olunmayacaq. Məsələn, Azərbaycanın idarəsi xoşu gəlməzsə, o barədə keyfi istədiyi qədər danışıb yaza bilər. Köhnə rus hökuməti etiqad üstə insanları dəstə-dəstə Sibirə göndərirdi. Etiqad gərək azad olsun. “La gərah fi ələddin” ayəsinin hokum bilxassə siyasi etiqadlara tətbiq olunmalıdır. Etiqad azadlığından azərbaycanlılar hüquqlarını itirməzlər. Çünki bizim qanunlar bitərəf olub məmləkətimizdə etiqadların heç birinə təzyiq etməyəcək, kimsənin dininə təriz olunmayacaq. Çünki din insan ilə Allahın əlaqəsinə dair bir şeydir. Din bir müqəddəs yoldur ki, insanın gizli sirlərini, dua və diləklərini Allah hüzuruna aparır. Bu yolu hərə özünə bir növ təsəvvür eliyor. Din bir aləmdir ki, oraya dünya qanunlarının qarışmağı lazımsızdır. Allah ilə insanın arasına girmək insanın azadlığına xətər yetirir. Ona görə Azərbaycanda etiqad və inamlara zor olmayacaq: hər kəs hansı məbədə üz döndərəcək döndərsin. Bizə onun sadiq vətən xadimi olması lazımdır. Köhnə hökumət zamanında xalq bir yerdə toplanıb dərdini danışmaq üçün də gərək izn alaydı. Bizim istədiyimiz budur ki, cəmaət yığıncağı da azad olsun. Xalqın keyfi istədiyi zaman yığıncaq qurub, istər evdə, meydanda və ya küçədə, bağda hər nə məsələsi var müzakirəyə qoya bilər. Iv. iqtisadi işlər Köhnə hökumət bizdən keyfi istədiyi təhər vergi alırdı. Bir vergi bu idi ki, açıq-açığına alırdı. Məsələn, kağız göndərirdi ki, bir bu qədər borcun var ver. Bir vergi də bu idi; örtülü alınırdı, bizim xəbərimiz olmurdu. Məsələn, yapon davasınadək kibritin (ispiçka) qutusu bir qəpik idi. Davadan sonra ikisi üç qəpik oldu. Bunun səbəbi bu idi ki, hökumət kibrit qutusuna yarım qəpik xərc artırdı. Deməli, camaat bir qutu kibrit aldıqda hökumətə yarım qəpik vergi verirdi. Böylə örtülü vergi çox idi. Çox şeyin bahalaşmasının səbəbi burada idi. Və bahalığın ağırlığı da həmişə kasıb və füqəraların üstünə düşürdü. Çünki çox qazanclı, dövlətli ilə yoxsul, kasıb bir qərarda vergi verirdilər. Bu ədalətsizlikləri nəzərə alıb, bizim “Müsavat” örtülü verginin yox olmasını tələb eliyor. Vergi gəlirə görə alınmalıdır. Məşhədi Həsənin ildə yüz manta gəliri var, ona görə millət xəzinəsinə vergi verir. Hacı Əsəd də ildə on iki manat qazanır, bu qazancına müvafiq bəddə verir. Bundan əlavə, biz mirasdan vergi alınması tərəfdarıyız. Çünki irs adama göydən düşmə kimi qalır. Məsələn, Əhməd bir də eşidir ki, varissiz əmisi ölüb, yüz min manat tənxahi (var dövlət) qalıb, bu malı və dövləti Əhməd qazanmayıb, zəhmət çəkməyib, alın təri tökməyib. Ona görə bunun bir hissəsi millət xəzinəsinə çatmalıdır. Bir məmləkətdən o biri məmləkətə keçirilən mala qoyulan çox vəqti cəmaətə böyük ziyanlar verir. Görürsən Arasın o tayında xalq yağ-yavanlığı və qeyri yemək şeylərini qoymağa yer tapmırlar. Amma bu tayda cəmaət korluq çəkir. Hökumət sərhəddən mal keçirməyi qadağan etmək ilə iki tərəfi də zərərə salırdı. Iranlı malını satıb pul hasil edə bilmirdi. Qafqazlı da baha qiymətə alırdı. Gah vəqti mal keçirmək gömrük ilə məhdud olunurdu. Yağın girvənkəsi Arazıın o tayında bir abbası olduqda, bu taya keçdikdə iki abbası olurdu. Çünki satıcı hökumətə verdiyi bir abbasını malın üstünə qoyurdu. Axırda ağırlıq gənə fəqir və kasıba düşürdü. Ayda yüz min manat gəliri olan da yağın girvəngəsinə iki abbası verirdi, on beş manatı olan da, böylə ədalətsizliyi yox etmək üçün firqəmiz zəruri olan şeylərə az gömrük qoyulmasını və ya heç qoyulmamasını tələb edirdi. V. rəncbərlərə istədiyimiz Azərbaycan xalqının çoxu kəndlərdə və qəsəbələrdə olurlar. Bunların güzəran və diriliyi torpağa və onun məhsuluna bağlıdır. Biri buğda əkir, o biri pambıq becərir, bir ayrısı bağçılıq eliyor. Bəzi yerlərdə də əkinçiliyə heç həvəsi olmayan bir bəy, mülkədar və ya tacir hədsiz torpağa malikdir. Görürsən buğda əkmək meylində olan rəncbər gedir bəyin və ya tacirin qapısına diyor: – İstiyorum uşaqlarıma qış ruzisi üçün buğda əkəm. Toxumluq buğdam da var: amma torpağım yoxdur. Gəl torpaq səndən, zəhmət məndən buğda əkək. Torpaq sahibi razı olur. Amma bu şərtlə ki, biçin zamanı buğdanın yarısı torpaq haqqı verilsin. Rəncbərin əlacı nədir? Yer yiyəsi qeyri şərtlər də qoya, gənə qəbul edəsidir. Çünki torpaq olmasa, buğda əkilməsə, qışda rəncbərin külfəti acından öləsidir. Biçarə rəncbər başlıyor yeri əkməyə, suvarır, biçir, xırmana toplayıb döyür. Buğda çuvallara dolduqda bəy gəlir bölüşməyə. Zəhmət çəkən rəncbər buğdanın tən yarısını kənarda oturub əlini-əlinə vurmayan bəyə verir. Bu misaldan məlum olur ki, bir şəxs zəhmət çəkir, o biri çəkmir və zəhmət çəkməyən zəhmət çəkənin alın təriylə əmələ gələn malına şərik çıxır. Bizim nəzərimizcə hər kəs öz zəhmətinin məhsulunu almalıdır. Biri çox zəhmət çəkdi gərək əvəzini alsın. Zəhmət çəkməyən də cəzasına çatsın, yəni tənbəlliyin meyvəsini yesin. Torpaq işlərini ədalətli bir qaydaya salmaq üçün firqəmiz məsələni böylə həll ediyor. Azərbaycandakı cəmi torpaq məmləkətimiz ixtiyarında olur. Azərbaycandakı cəmi torpaq (istər sabiq padşahın xəzinəsinin, istər qeyri mülkədarların ola) pulsuz olaraq zəhmətkeşlərə paylanacaq. Əlbəttə, paylanandan qabaq gərək torpağın miqdarı və rəncbərlərin sayı məlum olsun. Sonra hər zəhmətkeşə bir parça yer veriləcək. Bu yerin böyüklüyü qanun ilə təyin olunacaq. Hər halda verilən torpaq rəncbəri və külfətini dolandıracaq. Verilən yerə rəncbər malik olur və öz yeri olduğunu və heç vədə əlindən alınmamağını bildikdə o yerin üstündə cani-dildən işliyor. Rəncbərə dövlətimiz tərəfindən yer bağışlandıqda o yerin altındakı xəzinələr, mədənlər və sair verilmir. Məsələn, kəndçi Mustafaya bir parça yer verilir. Sonra məlum olur ki, bu yerin altında qızıl mədəni var. Onda milli idarə mədənin işlənməsini öz ixtiyarına alır. Hərgah mədən işlədikdə kəndçi Mustafanın əkininə zərər yetişirsə və ya əkin mümkün olmursa, Mustafaya yeni torpaq verilir. Deməli, məmləkətin fikri bu olmalı ki, zəhmətkeş zəhmətini qoymaq üçün yer tapsın. Ta ki, özünü və külfətini rahat dolandıra bilsin. Torpaq tamam alınıb rəncbərlərə paylandıqda, mülkədarlar böyük zərərlər çəkirlər. Öylə adamlar var ki, bilmərrə müflis olurlar. Dünən bəylik və ağalıq edən adam bu günkü ruzisini qazana bilmir, malına ümid bağlayıb, yaxşı ömür sürənlər birdən yoxsulluq bəlasına giriftar olub, naçar qalırlar. Millətin bu sinfinin də dərdini nəzərə alıb firqəmiz qərar qoyar ki, torpaq əlindən alınan mülkədarlara da zərər və xəsarətlərinin əvəzi verilsin. Əlbəttə, bu pulları millət xəzinəsi öz öhdəsinə götürür və borcludur ki, dövlətlilərdən alınan vergilərdən versin. Meşələr, göl və göləvat yerlərə və axar sulara gəldikdə bunlar hamının malı hesab olunacaq. Ümumin mənfəəsini nəzərə alaraq öylə qanunlar qoyulacaq ki, təmi artırıldıqdan xalqa xətər toxunmasın. Məsələn, meşə başına qalsa, hər yetən onu qırar. Axırda xalq odunsuz qalar. Meşə də tez əmələ gələn şeylərdən deyil. Buna görə odun qırmaq qanuna və nizama tabe olacaq. Göl, göləvat yerlər və axar sular da habelə. Vı. işçilərə və fəhlələrə istədiyimiz Mədəniyyət vətənimizdə artdıqca, fabrik və zavodlar da artır. Fəhlə xalqı gün-gündən çoxlaşır. Məlumdur ki, insan (kəndli insan) ağ günlükdən fəhləliyə getmir. Hər kəsin pulu yoxdur və ya əkməyə torpağı yoxdur, baş götürüb gedir şəhərə və zəhmətini satmağa yer axtarır. Yiyəsiz fəhlə çox əziyyətlər çəkir: çox əllərə keçib bir qarın çörəyə qul olur. Çoxları fəhləni ac və çörəksiz gördükdə, onu bacardıqca artıq işlədir. Çox vaxtı körpə uşaqlar dövlətlilərin toruna düşüb, fabrika künclərində ömürlərini çürüdürlər... Bu zülmləri nəzərə alaraq firqəmiz “Müsavat” fəhlənin rahatlığa çıxmağını istiyor. Böylə ki, fəhlənin iş günü səkkiz saatdan artıq olmamalıdır. Gecə-gündüz iyirmi dörd saat olduqda insan bunun səkkizini yuxuya, səkkizini işə və səkkizini də xüsusi işlərinə sərf eyləməlidir. Fəhlə həftədə altı gün işləməli, yeddinci gün isə dincəlməlidir. Gecə qulluğu qadağan olunmalıdır. Ancaq bəzi işlərdə gecə işləməyi vacib olduğundan gecə işləməlidir. Işin vacibliyi fəhlə cəmiyyətləri tərəfindən təsdiq olmalıdır ki, bəhanə ilə fəhlələri aldadıb işlətməsinlər. On altı yaşına çatmamış uşaqların fəhləliyi qadağan olunmalıdır. Çünki bunların bədəni o qədər kövrəkdir ki, işə tab gətirməzlər. Bir də balalar on altı sinlərinədək məktəbdə oxumalıdırlar. On altıdan 18 yaşına qədər olanlar gündə altı saat işləməlidirlər. Çünki artıq iş onların bədənlərinə zərərlidir. O ki, qaldı arvadlara, bunlara da bədənlərinə zərər gətirən iş vermək qadağandır. Muzdur və işçi arvadlar hamilə olduqda doğana bir ay qalmışdan işdən azad olmalıdırlar və doğduqdan ay yarım sonra işə başlamalıdırlar. Bu iki ay yarım vaxtın məvacibi tamam-kamal muzdur arvada çatmalıdır. Hamilə və doğan arvadı işdən azad eyləməkdə məqsəd budur ki, arvadın qarnındakı balanın vücudlarına zərər toxunmasın. Bir çox əli uşaqlı arvadları fəqirlik fabrikalarda işləməyə məcbur ediyor. Bizim istədiyimiz budur ki, böylə arvadların balaları üçün fabrikin yanında tərbiyəxanalar açılsın. Ta ki, həm analar balalarından arxayın olsunlar, həm də balaların salamatlığı və tərbiyəsilə çalışılsın. Südəmər uşaqlar olduqda işçi analar hər üç saatdan bir yarım saatlığa balalarının yanına buraxılmalıdır. Çox fəhlələr iş zamanında şikəst olurlar. Kimi qoldan və qıçdan olur, kimi gözlərini itirir. Böylə fəhlələr hökumət xərcinə olaraq sığorta olunmalıdır. Yəni şikəst olub, işə gedə bilməsələr məmləkət xərcinə saxlansınlar. Uzun müddət bir yerdə işləyən fəhlə muzdunu hər həftə başı alır. Muzd pul ilə olur. Pul əvəzinə şey vermək qadağan olunacaq. Çünki şey verdikdə fəhləni tovluyurlar. Bəzi adamlar fəhləni cəriməliyor və muzdundan çıxır. Bu, qadağandır. Fəhlə işlədikdə bir şeyi xarab eyləsə və ya xoşa gələn sayaq qayırmasa, onların qiymətlərini fəhlənin məvacibindən çıxmamalı. Fabrika və zavod kimi cəmi fəhlə işləyən yerlərə müfəttiş təyin olunmalıdır. Bu müfəttişlər fəhlələrə dair verilən qanunların dürüst yerinə yetirilməsinə baxacaqlar. Fəhlənin mənfəətini gözləmək uçün fəhlə vəkilləri də müfəttiş ilə işə baxırlar. Bu fəhlə vəkillərinə dövlət məvacib verməlidir. Ev qulluqçuları və nökərlər də bu müfəttişə tabe edilir. Fəhlələr çox vəqti narahat mənzillərdə yatıb-dururlar. Bu mənzillərdə insanın səlamətliyi üçün vacib olan işıq, quruluq və istilik olmur. Fəhlə mənzillərinə baş çəkmək ixtiyarı və onları nizama salmaq məsələsi idarəyə məhvəl (həvalə) olunur. Əlbəttə, gənə fəhlə vəkilləri iştirak edir ki, doğruluq ortaya çıxsın. Hər bir fəhlə işləyən fabrikalarda əmələlər üçün həkimlər saxlanmalıdır ki, azarlılara vaxtında baxıb, işdən azad eyləsin və müalicə başlansın. Dərman və həkim gərək iş sahiblərinin xərcinə olsun. Azarlı fəhlə azarladığı zamanda məvacibini almalıdır. Hansı iş sahibi qanunu pozub, fəhləyə zülm eyləsə, məhkəməyə verilib, tərbiyə olunmalıdır, hərgah fəhlə və fabrikaçı arasında qeylü qal baş versə, işə baxmaq üçün məsalhə heyəti qayırmalıdır. Bu heyətin yarısı fəhlə vəkillərindən, yarısı iş sahiblərinin adamlarından təşkil edib, bir yerdə işə baxıb, haqqı ortaya çıxarırlar: Yad şəhərə iş axtarmağa gələn fəhlələrə kömək etmək üçün zəhmət birjası qayırılır. Qayıran da məhəlli idarələr olur. Zəhmət birjasının borcu budur ki, fəhlələrə tezlik ilə iş tapsın. Burada da yenə fəhlə vəkilləri iştirakedirlər. Vıı. ədliyyə işləri Hər bir məmləkətin yaxşı və pisliyi onun qanunu ilə bilinir. Məsələn, Almaniya dövləti dedikdə yadımıza oranın qanunu düşür. Oranın nizamı xalqın rahatlığı, məmləkətin möhkəmliyi bütün oranın qanunlarının dövlətindədir. Almaniyadan sonra İrana nəzər saldıqda oranı alt-üst görürük. Çünki oranın qanunu da alt-üstdur. Qanunun yaxşılığı onun zəmanəyə və əmrə müvafiq olmasıdır. Bu da onda olar ki, ömür qabağa getdikcə qanun da qabağa gedə. Yəni köhnə məzmununu dəyişib, təzələşə – Avropanın cəmi inqilabları qanunun dəyişməsi üstdədir. Köhnəpərəstlər and edib, qədim qanunların qalmasını istiyorlar. Inqilab isə qədim qanunları uçurub, əvəzində təzəsini yazır. İran, Buxara və bu kimi müsəlman dövlətlərinin ümdə bədbəxtlikləri bundadır ki, qanunları köhnəlib, dəbdən düşüb. Biz Azərbaycanımızı bəlaya salmamaq üçün gərək ölkəmiz yeni yazılmış ədalətli qanunlar ilə dolansın. Cəmi ədliyyə məhkəmələrimiz gərək qanunlara tabe olub, müdaxilədən hifz olunsun. Məhkəmə işinə hər yetən qarışar isə, məhkəmə bitərəfliyini və ədalətini itirər. Birisi bir təqsirli iş tutarsa, məhkəmə onun işinə baxıb qərar çıxarmalıdır. Bu qərar qanun üzrə təsdiq olunmamış o adam cəzalanmamalıdır. Qanun bitərəf olduqda hamı onun qabağında bərabərdir. Bu gün məmləkətin vəziri bir adama zülm eyləsə, ikisi də məhkəməyə çəkilməlidir. İki tərəf də məhkəmə qarşısında danışıb, dərdini diyor. Sonra təqsir isbat olunduqda, məhkəmə qanuna baxıb olunan zülmə görə iş kəsir. Daha vəzirlik mənsubiyyəti nəzərdə tutulmur. Çünki qanun gərək nə padşah tanısın, nə gəda. Hər kəs təqsirlidir – qanun onu tanımalıdır və onun tənbehi üçün məhkəməyə müraciət etmək hər kəsə müyəssər olmalıdır. Bunun üçün də məhkəmə xərci ləğv olunub, mühakimə müftə və pulsuz olmalıdır. Məhkəmə adamlarının qulluğu həmişəlik olmalıdır və məvacib tərəfdən korluqları olmamalıdır. Çünki bunlar qulluqdan qovulmaqdan qorxub, gələcəkdə aclıq, möhtaclıq qorxusu çəksələr, işə bitərəf baxa bilməzlər. Hakimlərin heç kəsə və heç şeyə ehtiyacları olmamalıdır. Böylə olduqda rüşvətxorluq da olmaz. Vııı. maarif işləri Hər bir məmləkətə təzə qüvvə verən, onun qabağa getməsinə səbəb məktəb olur. Hansı məmləkətin məktəbi, nizami olsa və sayca artıq olsa o biri məmləkətə qalib gəlir – istər davada, istər ticarətdə, istər sənətdə. Məktəbsiz millət rişəsiz ağac kimidir; diriliyi üçün lazım olan qüvvəsi olmayıb, quruyub candan düşər. Məktəb təzə fikirli adamlar yetirir. Bunlar da cəmaətin məişətini dəyişməyə çalışırlar. Böylə olduqda Azərbaycanda məktəb və maarif işinə artıqlığınca çalışmalıyıq. Bu barədə bizim firqəmiz “Müsavat”ın fikirləri böylədir: Maarif işlərində din, millət, arvad və kişilik bilmərrə kənara qoyulmalıdır: elm yolunda hamı bərabərdir. Deməli, maarif işinə dövlətimiz pul buraxdıqda hamının ehtiyacını nəzərdə tutar. Maarif işlərində bitərəflik olan kimi azədəlik də gərək olsun. Məktəb elm ocağıdır, daha buraya heç kəsin qarışmağa hünəri yoxdur. Vətənimizdə Avropa qaydası hər bir məktəblər açılmalıdır. İstər şəxs, istər idarə və camaat məktəb açmaq və maarif üçün çalışmağa azaddırlar. Məktəblər öylə gərək düzülsün ki, aşağıdan ortaya və ortadan yuxarı məktəblərə keçmək asan olsun. Yuxarı məktəblər daxili işlərində azad olmalıdırlar. Hökumətin bu məktəblərin xüsusi idarəsinə qarışmağa ixtiyari olmamalıdır. Xalqın oxumasına meydan vermək uçun aşağı məktəblər məcburi və müftə olmalıdır. Yəni hər bir ata və ya ana borcludur ki, övladını məktəbə göndərsin, məktəbin də borcu budur ki, uşağı pulsuz oxutsun. Ata və ana övladlarını məktəbə göndərməsələr, onlar da cərimə və ya tənbeh olunmalıdır... Dil məsələsinə gəldikdə, əlbəttə Azərbaycan məktəblərində işlənən türk dili olmalıdır. Çünki buranın çox cəmaəti türkdür. Ona qaldı qeyri xırda millətlərə, onların da dili qadağan olmasın. Hərgah lazımi miqdarda uşaqları var isə məktəblərində öz dillərində dərs verilir. Bizim dil (türk dili) dövləti dil olduğundan, əlbəttə, onu bilmək cəmi azərbaycanlılara vacibdir. Ix. axırkı sözlərim Firqəmiz “Müsavat”ın məqsədlərini nəql eyləyib qurtardım. Hər kəs ki, bizim yuxarıda yazılan fikirlərə şərikdir, bizim cərgəyə keçməlidir: yəni “Müsavat” firqəsinə yazılmalıdır. Öylə ki, bizim fikirli adamların sayı artdı, onda biz fikirlərimizi tamamilə əmələ gətirə biləcəyik. Ümidimiz budur ki, bundan məqsədlərimizə çataq. Fikirlərimizi yerinə yetirməyə hazırkı vaxtdan əlverişli bir zaman olmayacaq. Ona görə Vətənimizi hifz etmək üçün firqəmiz başına yığılın. Sağ olsun bizim fikirlərə şərik olanlar! Yaşasın Azarbaycan istiqlalı! * * * Kiyevdən məktub KİYEVDƏN MƏKTUB Möhtərəm “Günəş” 69-cu nömrəsində Moskva erməni studentlərinin nəşriyyata girişib rus ədəbiyyatı ilə öz millətlərini aşina etmələrini xəbər verib və sonra müsəlman studentlərinə “Əcəba, siz nə etmişsiniz və nə edirsiniz?” – deyə sual edir; onların himmət, həmiyyət və xidmətləri nərədə olmağını soruşur və bunlardan sonra “Vücudgərdən varlığınızdan millət heç bir nəf görməz!” – deyib müsəlman studentlərinin parlaq istiqbalından da bilmərrə qəti-ümmid olur... Möhtərəm “Günəş”in bu barədə dediklərini inkar etmək olmaz! Müsəlman studentlərindən gözlənən meyvə hasil olmadı və olmur. Bu, aşkar və vazeh bir işdir! Bu barədə qəzetə, məcmuələrimiz sütunlarında dəfələrlə yazılıb və oxuduqca təsdiq etmişik. Lakin qəzetlərimiz məsələnin həmişə bir tərəfini unudub və unutmaqdadır. Studentlərin himmət və həmiyyətsizliyini mözuyi-bəhs edib, qəzetlərimiz buna bircə səbəb də göstərməyiblər. Səbəb nədir ki, studentlər “iş” görməyirlər və görürlərsə də gözə gələn bir nəticə göstərmirlər? Halbuki, erməni studentləri bular ilə darülfünunda elm təhsilinə məşğul ola-ola, öz millətlərinə yarıyıb və yarıyırlar! Əsl səbəb budur ki, erməni studentləri ilə bizimkilərin təfavütü ruh və qanlarındadır. Ruh və qanı da yetirən tərbiyə və məhəbbətdir. Erməni uşaqları dünyaya gələr-gəlməz vəzifəsini gözəl ifa edən analar ağuşunda lazımınca tərbiyə alar, milli ruh ilə ruhlanar. Tərbiyə uşağın ruh və qanına keçib dərin köklər atar və axirüləmir (işin axırında, nəticədə – A.B.) sabit qalıb əfkar və amalına irşad olar!.. Erməni uşaqları ana tərbiyəsindən qurtardıqda özünü milli məktəblərində görürlər və burada məlumatlı müəllimlər təhdnəzarətində ana dilini mükəmməl öyrənib milliyyət ilə məmluqan və ruh ilə hökumət məktəblərinə rəvan olurlar. Biz isə ev tərbiyəsindən bilmərrə məhrum qalırıq! Kim tərbiyə etsin? Hüququ pamal olub nəinki analıqdan, hətta insanlıqdan belə uzaq tutulan övrətlərimizmi? Ən fəna, ən şədid bir halda ümrari-həyat edənlərmi?.. Ki, müqəddəs vəzifələri tərbiyəni yaddan çıxarıb, kişilərin keyfi-maişae, zülm və vəhşiliklərinə qurban olublar?.. Təbiidir ki, təzyiq altında fot olan övrətdən tərbiyə gözləmək olmaz. Odur ki, uşaqlarımız öz-özünə qalıb mühitin müzür girdablarına düçar olurlar. Məktəblərimizə gəldikdə, buradan da bir şey əxz etməmişik. Bəlkə,n ömrümüzün ən gözəl vaxtlarına “məktəb” adlı tozluqlarda balta çalıb fot etmişik. Bir tərəfdən üsuli-qədim, əzabı-fars kitabı, qədim ibarələr, bir tərəfdən də məktəb mollalarının müstəbidanə hərəkətləri, falaqqa, çubuq və qeyri... Bir məktəbdə ki, ruh ölə, bədən əriyə, zehin korşala, daha o məktəb millət balalarının gələcəyinin təmininə səbəbi-xeyir ola bilməz! Deməli, iki mənbə var ki, buradan “millət” nə olduğunu öyrənib onun mühafizə və tərəqqisi üçün çalışacaq idi – biri ana tərbiyəsi, biri məktəb. Bunların ikisindən də acı yaddaşdan başqa bir şey qalmadı. Millətin ruhu, canı və bəlkə cəmi vücudu hesab olunan – ana dilini bizə lazımınca öyrədən bir vəsilə olmadı. Daha dilsiz də nə etmək olar. Hər yerdə dil və savad lazım, nəşriyyat bunlar ilə olar. Camaat dərdinə əlac aramaq, məişətimizin fəna tərəflərini tənqid etmək... Bunların hamısına dil və savad lazım. Bir də bir camaata yol göstərmək fikrində olana lazımdır ki, o camaatın adət və qaydalarından müxbir olsun, tarix və ədəbiyyatı bilsin. Bunları bilmək camaatın məişətini bilmək, onların qüsurlarını və qüsurlarının səbəblərini bilmək deməkdir! Burada da ki yenə türk-fars savadına möhtacız! Savaddan və dildən də ki, ana dilindən müsəlman studentləri məhrumdurlar!!! Hər bir qüsurun bir səbəbi, bir mənbəyi olan tək, müsəlman studentlərinin böyük qüsuru ədd olunan “nəfəs”sizliyin, camaatımızın dərdlərinə yaramadığının səbəb və mənbəyi yuxarıda göstərdiklərim olub. Bu səbəbləri mövzui bəhs etmək! Bu fəna maneələrin əleyhinə sövq edib yox etmək! Övrətlərimizin hüququnu geri qaytarmaq!.. Bular olarsa, gələcəkdəki studentlərimizə böyük ümidlər, bağlamaq olar. Olmaz ki, studentlərimiz əvvəlki nəfəssizliyində davam edələr və ikmali-təhsildən də sonra yaxalarını camaatımızdan kənara çəkib öz cib və rahatlıqlarından başqa bir müqəddəs vəzifə bilməzlər. Kiyev darülfünunun tələbəsi: Yusif Vəzirov. 1910 * * * Kiyevdə millətlər şurası KİYEVDƏ MİLLƏTLƏR ŞURASI Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir. Şuraya bir neçə millətlərin nümayəndələri qeyd olan kimi Azərbaycan türklərininki də olunmuşdu. Lakin türk nümayəndələrinə indiyə kimi Qafqasiyadan etibarnamə göndərilməyibdir. Millətlər şurası yenidən Rusiyanın cəmi millətlərinə kağız göndərib oktyabrın iyirmi dördündə bir neçə vacib maneələrin həlli üçün iclaslar başlanmasını xəbər vermişdisə, bizim Azərbaycana yenə kar eyləmədi. İclaslara cəmi millətlər gəlib çıxdı, hətta başqırdlar belə laqeyd qalmadılar. Xülasə, iclaslarda bu sətirləri yazandan başqa Azərbaycan türkləri tərəfindən vəkil yox idi. Millətlər şurasının oktyabr iclasları bir neçə gün çəkdi. Müzakirəyə qoyulan məsələlərin ümdələri bunlar idi: Ümumi məclisi-müəssisan, məhəlli məclisi-müəssisan, milli qoşun və mərkəzi təşkilat, millətlər konqresi, sülh məsələsi və qeyrə. Ümumi məclisi-müəssisan Ümumi məclisi-müəssisan barəsində bir neçə məruzə oxundu. Türklər tərəfindən bu sətirləri yazan məruzədə bulundu (gələcək nömrələrimizdə dərc edəcəyik). Bu məruzələrdən məlum oldu ki, Rusiyada cəmi millətlər məclisi- müəssisanda iştirak edirlər. Millətlər şurasında bunun əleyhinə bir fikir olmadı. Ancaq məclisdən dərhal mənfəətdar olmaqdan ötrü millətlər şurası belə qərar çıxardı: “Millət vəkillərinin və federasion fikrinə şərik nümayəndələrin məclisimüəssisanda bir ittifaq yapmaları tövsiyə olunur”. Bu ittifaq əmələ gəldikdə məclisi-müəssisanda federasion fikirlərini beyinlərə yeritməyə müvəffəq olmaq asan olar. Bizim müsəlman nümayəndələrinin bu ittifaqa daxil olmaları, əlbəttə, gözəl və faydalı olar. Məruzələrdən aşkar oldu ki, bəzi millətlər məclisi-müəssisana qarşı tədbirlər də görmüş: hərgah məclis millətlərin istədiyini eyləməzsə, millətlər nümayəndələri məclisi tərk edib çıxacaqlar və sonra öz başlarının çarəsini özləri qılacaqlar. Bəzi millətlər bu barədə qəti qərar çıxarıblarsa da, məsələnin həllini zəmanənin öhdəsinə qoyublar. Deməli, hərgah zaman gələr isə məsələ həll olunar. Bizim nümayəndələrimiz məclisi-müəssisana getməzdən qabaq bu barədə qəti bir qərar çıxarsalar, daha da gözəl olar. Çünki, məclis bizə muxtariyyat yolu göstərməsə etiraz etməkdən başqa bir şey qalmır. Biz canlı və qüvvətli bir millət olduğumuz üçün səsimizə gərək qulaq assınlar. Zaman öylədir ki, ancaq inqilab təriqi ilə məsələlər həll olunur. Rüxsət və izinə ümid bağlanar isə, işlər naməcməl qalar. Haqqımız tələb olunmalı, verməsələr zorla alınmalıdır. Əmin olmalıyıq ki, halhazırda hörmət zor ilə alanların tərəfindədir. Gələcəkdə də böylə olacaq, həmişə də böylə olmuşdur. Müxtəsərcəsi, məclisi-müəssisana getməliyik. Orada qeyri millətlər ilə ittifaq bağlayıb haqqımızı istəməliyik. İstədiyimizə çatmasaq məclisi-müəssisanı boşlayıb, öz yuvamızı özümüz tikməliyik. Məhəlli məclisi-müəssisan Bu məclis ümumrusiya məclisi-müəssisanından asılı deyil. Hərəsinin bir yeri var. Ona görə də bəzi millətlər imdidən məhəlli məclisi- müəssisan çağırmağı lazım bilib binagüzarlıq edirlər. Krımlı qardaşlarımız oktyabrın 24-də məclis dəvət eylədilər. Hamını qabaqladılar. Ukrayna da, qət olunub ki, çağırsın. Estonlar yanvar ayında “Zeski seym” çağırırlar. Bu seym məclisi-müəssisana əvəz olacaqdır. Millətlər şurasına vurulan teldən məlum oldu ki, Moldavan hərbi qurultayı Bessarabiya muxtariyyəti elan edib. Haman il də Moldavan qurultayı millətlər qurultayının qərarlarına tabe olmadığını da bildirmişdi. Deməli, Bessarabiyada da milli məclisi-müəssisan çağırılması aşkardır. Bərəkətlər olsun, biz türklər də bu yolda geri qalmaq istəmirik. Gəncə məşvərətinə “Müsavat” firqəsi tərəfindən təqdim olunan məramnamə layihəsindən məlum oldu ki, muxtariyyətlərin hüdudunu təyin eləmək və muxtariyyətlərə məxsus qanuni-əsasiyyəyi tərtib etmək məzkur muxtariyyətlərin kəndi məclisi-müəssisanlarında həll olunmalıdır. Ancaq iş buradadır ki, milli-məclisi-müəssisanı tezlik ilə dəvət etməlidir. Dəvət olunmasa da yainki iş-işdən keçər. Qorxmalıdır ki, fürsət əldən gedə. Bu zaman kimi millətlərə əlverişli bir zaman neçə əsrlərdə bir baş verir. Vaxt ikən işlərimizi düzəltməli. Kim bilir, bir neçə aydan sonra hansı hadisələrə rast gələcəyik. Millətlər şurasının qərarı da bu oldu ki, məhəlli məclislərin çağrılması teziksin. Milli qoşun Ukrayna Radası millətlərə federasion fikrində rəhbərlik etdikdə bu fikrin amili milli-hərbi təşkilatları unutmur. Milli məsələləri həll edən qərarları qüvvədən felə çıxaran millətlər şurası kimi, bir hərbi komitə də yapmaq ehtiyacı da var. Bu komitə Kiyevdə olub, millətlər qoşunlarına yol göstərmək fikrində gərək olsun. Bu görməli fikri əmələ gətirmək üçün millətlər şurası bu qərarı çıxardı ki, Ukrayna əsgəri qüvvəsi Kiyevdə olan qeyri-milli və hürrü təşkilatlar iştirakilə bir hərbi qurultay çağırsın. Bu qurultaya vaxtında milli və hərbi cəmiyyətlərdən vəkillər göndərilməlidir. Ümidimiz budur ki, bu qurultay çağırılanadək biz Azərbaycan türklərinin də milli qoşunu olar və hərbi nümayəndələrimiz bu qurultayda iştirak edərlər. Millətlər konqresi Məhəlli məclisi-müəssisan çağrılmaq ilə millətlər ittifaqı əmələ gəlib qurtarmır. Milli məclislər bizə ancaq muxtariyyət verə bilər. Lakin bu muxtariyyətləri bir yerə toplayıb möhkəm bir ittifaq yapmaq üçün mərkəzi idarə lazımdır. Bu da millətlər konqresi ola bilər. Konqres çağırılmazsa, getdiyimiz yol yarımçıq qalar. Milli fikirləri ikmala çıxarmaq üçün millətlər şurası qət eylədi ki, konqres dəvət etsin. Konqresin çağırılması üçün ümumi məclisi-müəssisandan asılı deyil. Çünki millətlər qurultayında iştirak edib öz dərdinə əlac axtaran millətlər axıradək bu fikirdə gərək olsunlar və öz işlərini özgə əlinə salmasınlar. Konqresin nə vaxt çağrılması vaxtında məlum olacaq. Şurada millət vəkilləri rus qoşunundan çəkdikləri əzabları birbəbir nəql eylədilər. Məlum oldu ki, milli qoşunlardan başqa heç kəsə ümid yoxdur. Onun üçün Ukrayna hərbi komitəsinə, Kazanda müsəlman hərbi şurasına, Valk şəhərində on ikinci ordunun milli polkuna, Reveldekest hərbi komitəsinə, Vəndan şəhərində latış nişançısı alayının icra komitəsinə millətlər şurası adından bu məzmunda rəsmi kağızlar göndərildi: “Əyalətlər haqqında oxunan məruzələrdən məlum oldu ki, rus qoşunlarının bəzi hissələrinin pis hərəkətlərinə daha tab gətirmək mümkün deyil. Bu barədə dəfələrlə müvəqqəti hökumətə və baş komandanlara müraciət edilmişsə də, nəzər diqqətə alınmamışdır. Əyalətlərdə xalqı mühafizə etmək üçün qoşun yox, hökumət adamları iş görmürlər. Buna görə də bəzi qoşun bölüklərinin nizamsızlığı aləmi xaraba qoyur. Latışlar Qafqaz müsəlmanlarına və qeyrilərinə cəbricəfa edirlər; camaatı yerlərindən qovub, aclıq bəlasına düçar edirlər. İranın qərb-şimal tərəfində şəhərlər müntəzəm bir halda talan olunub, yandırılır, latviya və estonlarda kənd əhalinin evi, taxıl və otu da tutulur. Millətlər şurası Rusiyanın ətraf xalqlarının nicatını ancaq milli qoşunda və milli əsgəri təşkilatlarda görüb, təvəqqe edilir ki, millətlər qoşunları camaatı öz himayəsi altına alsın”. Bu müraciətnamənin surəti Ingiltərə, Fransa, Yaponiya, İtaliya, Şimali Amerika cümhuriyyəti səfirlərinə, şimal və Qafqaz cümhuriyyətlərinin baş komandalarına göndərildi. * * * İki aləm İKİ ALƏM Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”. Axşam saat ona yaxın məclis açıldı. Professor Qurşevski cümhuriyyət əsasını oxumağa başladı. Tufani bir alqış qopdu. Salon zəlzələ eylədi. Milli şərqilər oxundu və cəmi adamlar ayaq üstə dərin imanlı bir sima ilə dinləməyə başladı... Bir gün keçmiş rəsmi keçid başladı: Sofiya meydanında neçə min milli qoşuna və camaata da cümhuriyyəti elan etdilər. Yenə böyük alqış və təntənə... Hər kəs nə deyir desin, millət ayılmış, ruhu qəvi, ümidi böyük, üzləri mütfaq, sözləri doğru, əməlləri möhkəm... Bu qırıq-quruq lövhələr bir aləmi təsvir eyləyir. Bu aləmdə firqə var, məqsəd ayrılığı yoxdur. Hamının fikri Ukraynanın muxtariyyətini mühafizə eyləməkdir. Bu aləmdə-nifaqpərvərlər və intriqa yoxdur: hamı cəmi gücünü, zorunu, səy və məhəbbətini vətənə həsr eyləyib.n Bu aləmdə nizam var, çünki milli qayələrinə inamları möhkəmdir. Mənəmlik, şəxsi qərəz Ukraynada yoxdur. Burada qoçubazlıq və qolu çomaqlıq yoxdur: biliksizlər biliklilərə tabedirlər. İstedadlı və cürətlilər qabağa gedir, qalanı onların dalınca. Çox yerdə yeniyetmələr müsinkeşlərə (yaşlılara – A.B.) yol göstərir. Bu hal nə müsni dilgir edir, nə cavanı lovğalandırır. Çünki, ikisi də millətin doğru xadimlərindəndirlər. Ukraynada ruhanilər, yəni keşişlər siyasətə qarışmırlar. Çünki, siyasət ilə din arasında böyük uçurum var. Hərəsinin bir yolu var. Siyasətin din ilə işi yoxdur. Çünki, siyasətin məqsədi büsbütün ayrıdır. Din öz yolu ilə gedir, siyasət də öz yolu ilə... Ukraynalılar ana dillərindən başqa bir dildə danışmaq istəmirlər... Xülasə, xoşbəxt Ukrayna nəcib övladlara da malikdir. Bizim aləm... qəribə aləm! Ariflərindən tutmuş avamlarınadak qəribədirlər. Arif avamın dilini bilmir, avam da arifin. Bunların hərəsi də öz aralarında bir-birilərini düşünmürlər... Qürbət bir şəhərdə oturub istəyirəm vətənimizin halından xəbərdar olam. Bakı komitəsinin məlumatını əlimə alıram, (“Kaspi”nin dal vərəqəsindədir.) başlayıram öz-özümə danışmağa, suallar verirəm, özüm də cavabını axtarıram. Niyə müsəlman komitəsinin cəmi üzvləri türk ola-ola buna türk komitəsi demirlər? Cavab: Bizdə hələ din ilə millət mənaları bir-birindən ayrılmayıb, biz hələ özümüzü tanımamışıq. Biz hələ həddi-büluğa çatmamışıq. Biz hələ köhnə yol ilə gedirik. Niyə türk komitəsinin məlumatı rus dilində verilir? Cavab: Bizdə milli dil qədri bilmək qabiliyyəti hələ yoxdur. Biz ol qədər ruslaşmışıq ki, Nikolaydan sonra yenə köhnə işlərdən əl çəkə bilmirik. Niyə biz öz adımızı bilmirik? Niyə özümüzə türk (tyurk) deməyə ərinirik? Cavab: Yuxarıda söylədik ki, biz hələ özümüzü tanımamışıq ki, adımızı da bilək. Niyə “müsəlman” komitəsinin məlumatı zəmanəyə dair yazmır? Cavab: Məsələ aydındır... İki aləm... Ukrayna cümhuriyyət elan eləyir, bizim məlumat yazır ki, drama yaxşıdır, yoxsa opera. Ukrayna cəmi Rusiyanın idarəsini əlinə götürmək istəyir. Bizdə də “Rusiyada müsəlmanlıq” əmələ gəlib ortalığa nifaq toxumu səpir. Hərə qərəzi şəxsi üçün şəriəti oyuncaq eyləyib çəkir meydana. Ukrayna əsgəri yarağını hazırlayıb vətən düşmənini güdür, bizim camaat da biri üç manata patron alıb öz qardaşını vurub öldürür. Tahı bunu düşünməyir ki, belə hərəkətin axırı hamı üçün pis olar... İki aləm... Biri doğru yolda, o biri... yol itirmiş. Məndən inciməyin. Haqq söz haqlığında qalmalıdır... Bu ümidsizlik zamanında əlimə “Açıq söz” götürüb “Müsavat” qurultayının iclasları ilə tanış oldum. Ümidim yenidən işıqlanır. Dərin iman ilə deyirəm; “Bizə nicat versə, ancaq “Müsavat” firqəsi verəcək!!” Sakit oluram. Uğurunuz xeyirli, xeyir işiniz bərəkətli olsun, ay müsavatçılar! * * * Kiyevdə “Müsavat” şöbəsi KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi. Belə olduqda bu təşkilata hər kəs olur-olsun, ancaq müsəlmanlıq sifətilə daxil olurdu. Bu hal hürriyyətdən qabaq aylaradək davam etdi. Sonra ümumi müsəlman təşkilatından bir dəstə türk aralanıb, bir ictimaiyun federasion firqəsi əmələ gətirdi. Bü firqə üzvləri inqilab başlar-başlamaz dağılıb Azərbaycana təbliğata getdilər. Deməli, bu firqənin siması dürüst məlum olmayaraq, yox oldu. Ortada yenə köhnəb “zemlyaçestva” qaldı. Təbiidir ki, siyasi bir məslək təqib eyləməyən “zemlyaçestva” zəmanəmizin ehtiyacını rəf edə bilməzdi. Odur ki, cavanlarımızın gözündən bilmərrə düşdü. Dəfələrlə yığıncaqlar qurmaq istənildisə də, nəticə hasil olmadı. Tələbələrimizin ümumi işə soyuqluq ilə baxmalarını yox etməyə çarə tapıldı. Kiyevdə “Müsavat” şöbəsi açıldı. Doğrudan da firqə həyatı cavanlarımıza yeni bir ruh bəxş etdi. Həmişə laqeyd görünən student şövq ilə çalışmağa başladı. İndiyədək firqənin bir neçə iclası olub, nəticələr çox gözəldir. Ən sevinməli hallardan biri budur ki, iclaslarda türk dili işlənir və kağızlar da milli dildə yazılır. Ədəbi dilə malik olmayanlar özlərinə xırda lüğət dəftərçəsi qayırırlar.. Firqənin ümdə fikri budur ki, federasion əsası ilə aşina bilikli və təcrübəli adamlar vücuda gətirsin ki, gələcəkdə millətə lazım olsunlar. Onun üçün qət olundu. Ana dilində danışılsın. Bilməyənlər öyrənsinlər. İclaslarda rus dili bilmərrə qadağan olsun. Kitabxana binası qoyuldu. Kitab meydanında nə qədər milli məsələlərə və fedarasion fikrinə dair əsərlər var, qət olundu toplansın. Hal-hazırda Kiyev də olan məzkur məsələyə dair risalələr alındı. Bir statistika heyəti seçildi ki, ali məktəblər kitabxanasında olan və Azərbaycana dair nə qədər rəqəmlər var isə ələ gətirsin. Bu saat heyət işə məşğuldur. Məlumat hazır odan kimi qəzetə və ya risalə vasitəsilə nəşr olunacaq. Bundan başqa, Qafqaz şəhərlərindən də məlumat istəniləcək. Məqsəd budur ki, Azərbaycan türklərinin sayı, sakin olduqları yerlərdə qeyri-millətlərə nisbətlə miqdarları məlum olsun. Ümid var ki, müvəffəq olaq. Kiyev şöbəsi camaatımıza bilik vermək qəsdilə qərar qoydu ki, risalələr nəşr etsin. Hələlik min manat pul ilə işə başlanacaq. Əvvəlinci risalə “Ümumi və milli məclisi-məbusanlar” ünvanlı olub, millətlər şurasında bu sətirləri yazan tərəfindən oxunmuş bir məruzədir. “Müsavat” şöbəsi əmələ gəlmədən qabaq proqram dairəsində danışıq oldu. Əldə olan proqramın bəzi maddələri ilə həmfikir olmaq istəmədilər. Ələlxüsus torpaq məsələsi uzun-uzadı bəhslərə səbəb oldu. Sonra məsələnin əsl əsasını nəzərə alaraq razılıq hasil eylədilər və aşağıda yazılan qərarları çıxartdılar: Türk ədəmi-mərkəziyyət fikrinin tərəfdarı olub türklərin müttəhed olmalarını nəzərə alaraq “Müsavat” firqəsinə ilhaq oluruq. “Müsavat”ın əldəki məramnaməsinin fəsilləri ilə həmfikir deyilsək də, güman edirik ki, gələcək qurultaylarda ümumi səy ilə bu fəsillər islah olunar. Azərbaycan muxtariyyəti üçün Ümumrusiya məclisi-müəssisan məclisini gözləməli, məhəlli məçlis çağırıb camaatın gələcək idarə üçün öz rəyini bilməli. Azərbaycan sərhədini türk dili işlənən dairələrdə görməli. Bu dairə təqriba Dərbənddən tutmuş Xəzər dənizinin cənubunadəkdir. Səy eyləməli ki, ədəmi-mərkəziyyət fikri Iran Azərbaycanında, Türküstanda, Başqırdıstanda, Qırğızıstanda və qeyri türklər içində də nəşr olunsun. Azərbaycanda yaşayan erməni, gürcü, yəhudi, rus və qeyri millətlər ilə hüquqda müsavi olmalıdırlar. Azərbaycanın ortasında qədimdən yaşayan kürd, türk və qeyriləri köçürmək və ya tələf eləmək ilə süni surətdə meydan açıb məhəlli muxtariyyət hazırlayan millətə qarşı şiddətli etiraz olunur. Azərbaycanın nicatı, milli muxtariyyət qoşun altındadır. Bu qoşunu düzəltməli. Qoşun düzəlincə Kazandakı müsəlman hərbi şurasının izni ilə Qafqaza lazımi miqdarda tatar alayları köçürməli. Deməli, Kiyev federalistləri bu qərarlar ilə bəzi rəylərini bildirib, ikinci müsavat qurultayında lazımi surətdə iştirak edəcəklər. * * * Zəruri məsələlər ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir. Hazırda bir neçə alay düzəlib qurtarıb. Böylə olan surətdə yaxşı olmazmı şimal türk qardaşlarımıza müraciət edib təvəqqe edək, bu alaylardan bizə də göndərsinlər. Bizim qoşunumuz yoxdur. Çünki bizi əsgər aparmırdılar. Yenidən qoşun düzəltmək də asan deyil. Olsa da, bu saatın işi deyil. Bu saatda bizim varlığımız böyük qorxu altındadır. Ona görə tatar alaylarının Qafqaza nəqli həm bizə, həm də Rusiya müsəlmanlarına böyük xidmət olar. Biz – Rusiya musəlmanları birbirimizə əl uzadıb, müttəfiq bir surətdə çalışmasaq, həlak ola biləriz. Gələcək Rusiyada bizim mənafeyimiz birdir. Qoşma cümhuriyyətin binası imdidən qoyulmalıdır ki, gələcək mənafeyimiz qəzaya uğramasın. İmdidən ölkələrimizin idarəsini öz əlimizə almalıyıq və camaatın rahat yaşamasını təmin etməliyik. Bu işlərdə də ümdə iş görən qoşun olacaq. Xahiş olunardı ki, “Müsavat”ın mərkəzi idarəsi tatar alayları barəsində Kazan hərbi şurası ilə yazışa idi. Miralay Yaqubovski özlüyündə razılıq göstərdi və söz verdi ki, bu məsələni hərbi şuraya həll üçün təqdim etsin. Hər halda, bu, düzələn və mənfəətli məsələdir. Ancaq çalışılmalıdır. Iı. ukrayna və biz Ukrayna gözümüzün qabağında işə başlayıb, bir neçə ayın içində cümhuriyyət elan edib, oturdu yerində. Bu əhvalatları biz gendən eşidib geninə yetişmədik. Qəzetələrimiz də bu barədə oxucularına lazımi məlumatı verə bilmədi. Rus qəzetlərindən kəsik-kəsIk xəbərlər dərc eyləyib, məsələyə özgələrin nöqteyi-nəzərindən baxdıq. İş böyləmim gərək olaydı? Əlbəttə, yox! Ukrayna məsələsinin bir ucu da bizə toxunurdu. Biz də məhkum deyilən millətik, biz də Rusiyada cövrücəfa görmüşük, bizim də axır nicatımız muxtariyyətdədir... Belə olduqda gərək idi Ukraynanın hər addımına nəzər yetirəydik: gödəyi, gərək qəzetələrimiz və ya cəmiyyətlərimiz Kiyevdə müxbir saxlayaydılar və bu müxbirlər də hər nə əhval eşidib, bildi, həm komitəmizə və həm də qəzetələrimizə xəbər verəydi. Deyək, qəzetələrimiz maddi tərəfdən lazımi qaydada təmin deyillər. Bərəkətlər olsun ki, cəmiyyətlərimizdə pul var. Yaxşı olmazdımı bir adamın məişətini təmin edib Kiyevə göndərəydilər. Ukrayna radası gündə muxtariyyət imarətinə yeni bir zinət vurur. Bu, bizim üçün bir dərsdir; görüb götürməliyik. Biz çox geridəyik. Kiyevdə oturub “Kaspi” qəzetəsi oxuduqda elə bil iyirminci əsrdə oturub orta əsrlərin tarixini mütaliə eyləyirsən. Budur, milli komitə “İzvestiyası”. Baş məqaləsini sənət məktəbinə həsr eyləyib. Deməli, qızlarımıza əl işi öyrətmək üçün bir məktəb açılıb. Bunun üçün də milli komitə miruci-əfkarı səs-küy salıb böyük fərəhlər büruzə verir. Mən məktəbə zidd deyiləm. Məktəb nicat yoludur. Lakin bu saatın məqsədi bu deyil. Bu saat məktəb açmaq belə balaca işdir ki, onu açdıqda qeyri millətlər qəzetlərə belə qeyd eləmirlər. Bu saat bir saatdır ki, əsrlərdə bir ələ düşər: fürsət zamanıdır. Siyasət zamanıdır. Cəmi fikir və zikrimiz gərək buna həsr olunsun. Gərək cəmi qəzetələriz sütunlarını hal-hazıra sərf edib, camaatımıza zəmanənin necə əlverişli olduğunu bildirsinlər. Gücümüzü mədəni və maarif məsələləri yolunda itirməməliyik. Çünki bu saat zəfər burada deyil, zəfər muxtariyyətimizi feli bir surətdə ortalığa çıxarmaqdadır. Muxtariyyət ki, oldu, orada milli mədəniyyət və maarif də olacaq, yox, hərgah fürsətdən mənfəətbərdar olmayıb, məqamı boşlarsaq, onda köhnə zamanlar tək maarifimiz də əldən gedər... Iıı. milli şərqi Zənnimcə, milli nəğmə də (milli qiymən) zəruri məsələlər cərgəsinə gələ bilər. Səbəbisə məlumdur. Bunu bizim köhnə fəallarımız da beləcə düşünmüşdülər. Zərdablı Həsən bəy “Milli nəğmələr” məcmuəsini əmələ gətirmişdi. Lakin ümurət qazanan bir şərqi imdiyədək ortalığa çıxmadı. Şərqisiz də bizim siyasi coşğunluğumuz və milliliyimiz ortalığa çıxmır. Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizimsə bu nəğməmiz yoxdur. Odur ki, milli sərxoşluğumuz və nəşəmiz də yoxdur. Düşməni yıxmaq üçün də milli sərxoşluq lazımdır. Bolqarlar “Şumey murpeçə” nəğmələrini oxuduqda intiqam hissi ürəyi dəlir. “İşşənəvimala Ukrayna” şərqisi adamda elə qüdrətli birlik doğdurur ki, doğrudan da Ukraynanın həmişə diri qalıb səadətdə yaşamağına iman edirsən... Bizim hələ milli nəğməmiz yoxdur. Biçarə cavanlarımız milli hiss coşğunluğunda bilmirlər nə oxusunlar. Kiyevdə inqilabın əvvəl günləri təntənəli nümayişlər yapılanda tatarlar “...sübhanallah” oxuyurmuşlar. Bizim studentlər isə nəğməsizlikdən nümayişi sükut içində keçiriblər. Bizə milli şərqi lazımdır. Bu da bu saatın məsələsidir. Milli şərqi bizim yatmış milli hisslərimizi oyadar. Bu şərtlə ki, məzmunu və havası ayıq olsun, oxunduqda “Segah” kimi ruhumuzu boşaltmasın. Milli tərəqqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünasımız Üzeyir bəy Hacıbəyov cənabları çalışmalıdırlar. Yaxşı olardı ki, milli komitə və ya mərkəzi “Müsavat” milli şərqi əmələ gətirmək üçün mükafat vəd edəydi. 1917 * * * Ukrayna müsəlmanlarının nəzər diqqətinə UKRAYNA MÜSƏLMANLARININ NƏZƏR-DİQQƏTİNƏ Necə ki, məlumdur, Ukrayna cümhuriyyətində Ukraynada sakin qeyrimillətlərin işlərini idarə etmək üçün generalnı sekretarlar təyin olunub. Polyak, yəhudi və velikorusların işlərinə baxmaq üçün belə sekretarlar var. Ukraynada müsəlmanlar az olduğu üçün işlərinə baxmağa əlahiddə sekretar təyin olunmayıb. Lakin milli bir idarəyə ehtiyac çoxçoxdur. Bunu nəzərə alaraq Kiyev türk ədəmi mərkəziyyət firqəsi “Müsavat”ın idarəsi Ukrayna millətlər işi generalnı sekretarı Şulgin cənablarına müraciət edib müsəlmanlar barəsində bu qərarı hüsula gətirdi: Müsəlmanların cəmi dini, milli və mədəni məsələləri Kiyev “Müsavat” idarəsinin vasitəsilə əmələ gəlir. Deməli, Ukraynada sakin və ya gəldi-gedər müsəlmanların Ukrayna hökumətinə işi düşsə, Kiyevdə türk ədəmi mərkəziyyət firqəsi “Müsafat” idarəsinə müraciət eləyir və idarə vasitəsilə müsəlmanların işləri Ukrayna hökumətinə çatdırılır. Kiyevdə “Müsavat” dəftərxanasının adresi bu: Kiev jılxovskaya ul. dom №-51, kv. 1, kanselyarıya “musavat”. Ukraynanın qeyri yerlərində sakin olan müsəlmanların, ələlxüsus, xarkovluların nəzərlərini bu nöqtəyə cəlb edirik. Ümumukrayna müsəlmanlarına xəbər çatmaq üçün qeyri qəzetlərin də yuxarıda yazılanları dərc eləməyi rica olunur. Kiyevdə “Müsavat” sədri: Yusif VƏZIROV. 1917 * * * Yusif Vəzirovun məruzəsi YUSİF VƏZİROVUN MƏRUZƏSİ Çərşənbə günü təmuzun (iyulun – red.) 29-da axşam saat 7-də türk ədəmimərkəziyyət firqəsi “Müsavat”ın Ukrayna səfiri Yusif Vəzirovun parlaman binasında “Müsavat” firqəsinə məxsus ötədə (iqamətgahda – red.) məruzədə bulundu. İbtida Məhəmməd Əmin Rəsulzadə əfəndi məclisi açaraq məruzəçi Vəzirovu məclisə mərufilik etdilər. Vətənindən uzaq olmaqla bərabər vətən mənafeyi uğrunda çalışmaqdan yorulmaq bilməyən Vəzirov axır zamanlarda İstanbula gedəcəkdir. Ibtida ümumi bir konfrans sürətilə məruzə oxumağı təsəvvür olunurdu. Lakin havalar sıcaq (isti – A.B.) olduğundan ümumi konfrans vermək mümkün olmadı. Bakı komitəsinin qərarına görə rayon nümayəndələrindən ibarət kiçik bir məclisdə kəndisinə həsbi-hal etmək qərara alındı. Məruzəçi cənabları alqışlarla məqam xitabətə gələrək bir vəcəatə bəyanatda bulundular: – Acizləri Odessadan çıxarkən topladığım bir çox məlumat bolşeviklər tərəfindən dərdəst (müsadirə – red.) edilən əmlakımla birgə məhv və tələf edildiyindən məaltəəssüf, sizə müfəssəl məlumat vermiyəcəyəm. Kiyevdə 1909-cu sənədən başlayaraq müsəlman tələbələrinin bir təşkilatı olmuş; o zamandan türk tələbələri çalışmaya başlamışlar. İbtidada bu təşkilat din və islamlıq adı ilə fəaliyyətə başlayıb. Rusiya müsəlmanlarının hankı təbəqəsindən hankı tərəfindən olursa-olsun Kiyevdəki müsəlman studentlərini öz ətrafına toplamışdı. Sonra müharibənin ibtidasında studentlər arasında siyasi ruhda gizli bir təşkilat düzəldi. Bunun fəaliyyəti o qədər geniş olmayıb, yalnız Rusiya müsəlmanlarına xitabla bir-iki intibahnamə nəşrilə o vaxtkı Rusiya hökuməti əleyhinə çıxmış idi. 1917-ci ildə Ukraynanın bütün şiddət və həyəcan ilə doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri rus millətlərə bir örnək oldu. Ukraynanın milli hərəkatları hər yerə sirayət etməyə başladı. Krımda və sair Ukraynaya yaxın yerlərdə bu hərəkatın təsiri ilə onlarda da Ukraynadakı şiddətlə olmasa da, yenə milli hərəkatlar görünməyə başladı. Böylə bir halda Ukraynada biz özümüzü yalnız gördük. Heç bir hazırlığımız olmadığı halda Rusiya inqilabını qarşılamağa məcbur olduq. Siyasi təşkilata böyük ehtiyac hiss edildi. Ona görə 1917-ci sənənin noyabrında türk ədəmi-mərkəziyyət firqəsi Müsavatın Kiyev şöbəsni küşad etdik. O zamanlar hər şeyə Ümumrusiya nəzərilə baxdıq. Zata bu zamanın icabı idi. Çünki, o zamanlar biz hələ rusiyalı hesab edilirdik. Son zamanlarda Azərbaycan cumhuriyyəti və istiqlaliyyəti elan olunduqdan sonra bizim qeyri-müəyyən hərəkatımız müəyyən olaraq sərbəst surətdə hərəkət etməyimizə müsaidə verdi. Bu sırada Rusiya daxilində siyasi bir firqə sifətilə deyil, başqa bir yolda çalışmaq lazım gəlirdi. Budur ki, Kiyev müsavat şöbəsi Ukraynada Azərbaycanın siyasi bir nümayəndəliyi təsis etməyi təhdi-qərara alaraq bu gündən etibarən Kiyev şöbəsi bir konsulxana vəzifəsini görməyə başlamışdır. Sizə məlumdur ki, milli hərəkatlar birinci olaraq Ukraynada başlayıb bütün xırda millətləri öz tərəflərinə çəkməyə başladılar. İbtidai Kiyevdə bir “millətlər qurultayı” dəvət etdilər. Qurultay kəndi qərardadlarını icra etmək üçün bir icraiyyə komitəsi təşkil etdi. Haman icra komitəsinə biz də dörd nəfər nümayəndə verdik. O icra komitəsinin əsl məqsədi bu idi ki, Rusiyada ədəmi-mərkəziyyət fikrini nəşr etsin. Bu məqsədlə bir jurnal da nəşr edildi. Biz də şu jurnalda tamam ciddiyyətlə çalışmaya başladıq. O vaxta qədər Rusiyada Azərbaycanı tanımazdılar. Azərbaycanı yalnız İranın bir hissəsi bilirdilər. Bizim vəzifəmiz və qayəmiz bu oldu ki, birinci olaraq əvvəl Rusiya əfkariümumiyyəsinə Azərbaycanı tanıdaq. Odur ki, Azərbaycan üçün ibtida bir Azərbaycan xəritəsi cızdıq. O zamandan Azərbaycan haqqında, onun tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarət və iqtisadiyyatı barəsində bir çox məqalələr yazdıq. Yavaş-yavaş Azərbaycan şöhrət tapmağa başladı. Hər kəsdən artıq Ukrayna Azərbaycana əhəmiyyət verirdi. Onlar deyirdilər, biz hər xüsusda Azərbaycana kömək edəriz. Onların bizdən bir çox ümidləri var idi. Onlar öz əsgərlərinə bir o qədər inanmayırdılar, biz onlara müraciət etdikdə Ukraynanın hərbiyyə naziri Juqofski vəd etdi ki, hər bir barədə o, azərbaycanlılara müavinət etməyə hazırdır. O, bizim nə kibi bir xahişimiz olursa, ona əməl edəcəyini vəd etdi. Bizə iki vaqon verirdilər ki, onunla Ukraynadan istədiyimiz hər qisim şeyləri Azərbaycana gətirək. Odur ki, biz nümayəndə sifətilə o zaman Bakıya iki tələbə göndərdik. Onlar Bakıya gəldilər. Lakin özlərinin fəaliyyətsizliklərindənmi, yaxud o zaman Bakının bolşeviklər əlinə keçdiyindənmi və yaxud başqa səbəblərdənmi bilməyirəm, bir xəbər çıxmadı. Ən nəhayət, Gəncədən bir məktub aldıq ki, o zaman Ukrayna hökuməti dağılmış, bolşeviklər orada hökmran olmuşlardı. Təbii böylə bir zamanda heç bir şey yapmaq olmazdı. * * * Ukraynanın Rusiya xırda millətlərinə böyük xidməti olmuşdu. Odur ki, biz daimi surətdə Ukraynanı tuturduq. Hətta məclisi-məbusan seçkilərində bir xitabnamə ilə Ümumukrayna daxilində yaşayan müsəlmanlara tövsiyə elədik ki, səslərini ukraynalılara versinlar. Bunun üçün Ukrayna ilə aramızda bir müddət səmimi dostluq zühur etdi. Bunun da Ukraynada yaşayan azərbaycanlılara böyük xidmətləri oldu. Evləri hicz etdikdə azərbaycanlılara toxunmadılar, əsləhələrini almadılar. Azərbaycanlılar ilə sair xarici təbəələr kimi müamilədə bulunurdular. “Müsavat” adı da Ukraynada böyük rol oynayırdı. Ukrayna “Müsavat”ı tanıyırdı. Hətta əsgərlər tərəfindən tutulan bir musəlmanı müsavatçı olduğunu bildikdən sonra buraxmışlardı. Ukraynada “Müsavat” firqəsi bir siyezd təşkil etdi. Siyezd Ukraynanın xariciyyə sekretariatına Ukraynada yaşayan 60-70 bin müsəlman namından müraciət edib onların siyasi və ictimai ehtiyaclarını təmin üçün bir məmurluğun lazım olduğunu qandırdı. Bu məmurluq vəzifəsi “Müsavat” şöbəsinə həvalə edildi. Rəsmi surətdə tanınan “Müsavat” şöbəsinin Rusiya müsəlmanları hərəkatında bir çox xidmətləri oldu. Krım məsələsi meydana gəldikdə anlaşıldı ki, Ukrayna Krımı ilhaq etmək istəyir. Bu xüsusda etiraz etdik. Krım məsələsində biz laqeyd qala bilməzdik. Çünki bizim proqramımızda açıqdan-açığa Rusiya daxilində yaşayan türk və islamlar üçün məhəlli və milli muxtariyyət tələb etmək var idi. Komitənin qərarı ilə Krıma getdim. Məqsədim orada parlaman çağırıb hökumət təşkil etmək idi. Ayın 4-də Krıma varid olub, səkkizində parlaman küşad edildı. Krım ziyalıları parlaman ətrafına toplandı, milli hərəkat orada böyük bir meydan aldı. “Müsavat”ın fəaliyyəti burada tamam olur. Sizə imdi Krım hərəkatından bir qədər məlumat vermək istəyirəm. Krımda bir müdiriyyət təşkil edildi. Müdriyyət ibarət idi bir baş müdirdən, ədliyyə, maarif, xariciyyə mövqufat, ədyan kibi beş müdirlərdən ki, hərəsi müstəqil öz idarələrini dolandırmaqda idilər. Bu mü- dirlər üç yüz binə baliğ olan Krım türklərini idarə ediyordular. Bununla bərabər Krımın bir də məclisi-məbusanı var idi. Krım müdiriyyəti maddi cəhətdən təmin idi. Zira Krımda mövqufat adı ilə millətin böyük bir sərvəti var ki, onunla bütün Krım türklərinin mədəni və ictimai işlərini idarə etmək olar. Krımın 89 bin desyatinlik bir mövqufatı var ki, bu böyüklükdə yer tamama abad olub, onda böyük məhsuldar bağlar və binalar vardır. Krımlılar kəndilərinin nüfuzca azlıqlarını nəzərə almayaraq köhnə tatar xanlığını təşkil etmək fikrinə düşdülər. Hər yerdə olduğu kibi qeyri-müsəlman ünsürlər bunun əleyhində idilər. Hələ Krımda ki, əksəriyyət orada müsəlmanlarda və tatarlarda deyil, krımlılar istəyirdilər ki, Osmanlı şahzadələrindən birisini özlərinə xan təyin etsinlər. O zamanlar Krımda bulunan almanlar da buna müvəffəqiyyət etdiyindən qeyri-müsəlmanlar açıqdan-açığa müsəlmanlar ilə ədavətə başladılar. Krımlılar bu fikirləri ilə bütün Krımda məskun olanları öz əleyhlərinə qaldırdılar. Halbuki, tatarlar xanlıq təşkil etmək qüvvəsində deyillər. Krımlıları əski rus istibdadı və siyasəti bir hala vəz etmiş ki, məhəlli istiqlaliyyətini idarə edəcək bir halda deyillər. Krımlılar bizim qan qardaşlarımızdır. Onların səadəti bizim səadətimiz, fəlakəti bizim fəlakətimizdir; biz hər xüsusda krımlı qardaşlarımızı hürr və sərbəst görmək istəyiriz. Lakin burası da etiraf edilməlidir ki, Krımın qüvvəsi qayət azdır. 150 sənədir ki, onlar Rusiya mədəniyyətindən layiqincə istifadə edə bilməmişlər. Krımda yalnız bir nəfər mühəndis, iki nəfər hüquqşünas və beş nəfər doxtur vardır ki, müstəqil yaşamaq istəyən bir millət üçün bu qayət az bir şeydir. Milləti və ümuri-məmləkəti (dövləti – red.) idarə etmək üçün Yevropa elmləri ilə müchəz ziyalılar lazımdır. Orta sinif bir millətin müqəddəratını kəndi əlinə alıb idarə etmək səlahiyyətində deyildir. Idarə üçün çoxlu qüvvələr lazımdır ki, məaltəəssüf, Krımda bu yoxdur. Bunun üçün onlara söylədim: – Məqsədim hər xüsusda sizə müavinət etməkdir. Lakin sizdə qüvvə yoxdur. Xanlıq fikrini təqib etməklə yalnız siz başqalarını öz əleyhinizə qaldırırsınız.. Bir də İsmayıl bəy Qaspirinski vətənini siz öylə təsəvvür etməyiniz ki, mədəni bir ölkədir. Bununla bərabər Ismayıl bəyin işdə, dildə, fikirdə birlik şüarı Krımda kəndisinə hazırkı halda bir çox tərəfdar deyil, əleyhdar qazanmışdır. Demək olar ki, bütün Krım tatarları İsmayıl bəyin əleyhinədir. Onlar deyir ki, Ismayıl bəy doğrudan-doğruya krımlıların fikrini azdırır. O, Turan fikrini təqib etməklə nəinki krımlıları Turanla birləşdirə bildi, bəlkə onları tatarlıqdan da uzaqlaşdırdı. Bunun üçün “Tərcüman” qəzetəsi qapanıb, əvəzinə “Millət” qəzetəsi çıxdı. Krımlılarda qızğın bir tatar cərəyanı var. Bu xüsusda onların bir çox yazıları və mənzumələri var. Bir şeirləri var ki, məaltəəsüf onu fəramuş etmişəm, orada şair qayət həyəcanlı bir surətdə deyir: – Əgər məni cəhənnəmə də sürüyüb salsanız, mən yenə tataram. Vaxtımız az olduğundan bu qədərə kifayət edirəm. Bir qədər də Denikin haqqında sizə məlumat vermək istəyirəm. Almanların zamanında Denikinin qüvvəsi yoxdu. Krım müdiriyyətində sabiq İstanbul səfiri Çarıqov da var idi. Bu, hər nə qədər maarif vəziri idisə də, lakin tamamilə xarici siyasətlə məşğul idi. Çarıqov, Sazanovun fikrinə qarşı bir fikir çıxarmış idi. Bu da ədəmi-mərkəziyyət fikri idi. O, Rusiyanı ədəmi-mərkəziyyət üsulu ilə idarə etmək istəyirdi. Çünki, sabiqdə Rusiyada yaşayan bütün qeyri-ruslar get-gedə Rusiyadan ayrılmaqda və Rusiya ilə birləşmək istəməməkdə idilər. Çarıqov bunları yalnız ədəmi-mərkəziyyət üsulu ilə əski Rusiyanı əhya etmək fikrinə düşmüş idi. Bununla bərabər Rusiyanın paytaxtını da Petroqraddan Kiyevə köçürmək fikrində idi. Bununla da tam şiddətlə Ukraynada qaynamaqda olan milliyyət fikrinin əleyhinə çıxmaq istəyirdi. Alman vəkilləri ilə tatar vəkilləri buna etiraz etdilər. Çarıqov ən nəhayətdə Denikini dəvət eylədi. Denikin Krıma gəldikdə şiddətli fəaliyyətə başladı. Onların fikri bu idi ki, hər zaman Rusiyaya sadiq qalan tatarlardan və müsəlmanlardan qüvvə toplayıb bir ordu təşkil etsinlər. Bu ordu vasitəsilə Rusiya inqilabına bir xatimə çəksinlər. Krımın əsilzadələri, varlıları Denikinin ətrafına toplaşdılar. Tatarlardan əsgər cəm etmək istədilər. Bunun üçün bir qurultay dəvət edib, onunla bütün Krımın fikrini bilmək xahişində bulundular. Qurultay açıqdan-açığa Krım müdiriyyətinə etimad etdiklərini, yalnız müdiriyyətə inanıb, onun qərarlarına əməl edəcəklərini bildirdi və əsgərlikdən imtina etdi. Bundan sonra Denikin qurultayın əleyhinə çalışmağa başladı. Bu tarixdən başlayaraq şiddətlər və təzyiqlər icra edildi. Bu hərəkət yalnız Krım tatarları əleyhinə deyil, bütün Rusiyada zühur edən milliyyət məhsullarının əleyhinə idi. Denikin və onun başına toplaşanlarda yanlış bir zehniyyət vardı. Onlar Rusiyanın bütün inqilabını təsadüfi bir şey bilirdilər. Onun üçün də bunu yatırıb, əski Rusiyanı bütün əzəmət və həşəmətilə yenidən əhya etmək istəyirdilər. Qəribədir ki, bunu da hər kəsdən artıq Rusiyada milliyyət cəhətincə əzilib təzyiq edilməkdə olan tatarların və müsəlmanların əli ilə yapmaq istəyirdilər. Budur ki, bir müsəlman korpusu təşkili fikri doğdu. * * * Necə ki, məlumunuzdur inqilabın əvvəllərində hər yerdə əsgərlərin arasında təşkilat düzəlməyə başladı. Bununla bərabər, bir də milli polklar vücudə gəldi. Bu cümlədən olaraq Rumıniya sərhədlərində bulunan tatar əsgərlərinin də arasında bir təşkilat əmələ gəlmişdi. Krım tatarları bundan istifadə etmək istəyirdi. Hətta o zaman Kiyev müsavatçıları istəyirdilər ki, bu əsgərlərin bir qismini Qafqaza göndərtsinlər. Sonra anlaşıldı ki, bu milli tatar polkunun bir də iç üzü varmış. Bu təşkilatı məşhur Kaledin düzəldirmiş. Kaledinin fikri bu idi ki, bu əsgərlər vasitəsilə Rusiyanın cənubunda qaynamaqda olan milliyyət fikrinə ağır bir zərbə vursun. O zaman altı yüz nəfərədək rus zabiti Krıma toplanmışdı. Onların fikri bu idi ki, ibtida Krımdan əsgər toplasınlar. Sonra Şimali Qafqaz və Azərbaycandan əsgər cəm edib bolşeviklər ilə müharibəyə başlasınlar. Onlar deyirdilər ki, rus soldatının əxlaqı pozulmuş, bolşeviklik fikri onlara sirayət etmişdir. Budur ki, rus soldatlarına etibar etmək olmaz. Müsəlmanların isə sədaqətlərinə şübhə yox idi. Bu fikirdən onlar çəkinməyirdilər. Əl altından Kaledin və onun həmməsləkləri iş görürdülər... Zahirdə isə buna milli bir rəng verilirdi. Hətta bu barədə tatar ziyalılarından bir neçəsini İstanbula göndərdilər. Türklərin də hüsnü-təvəccöhünü təşkil edilmək istənilən müsəlman qol ordusunun əleyhinə qalxızmaq istədilər. Sonradan bu işin üstü açıldı. Budur ki, müvəffəq olmadılar. Qol ordu dağıldı. Bütün silah və ləvazimatı-hərbiyyə Denikinə həvalə edildi. Bu uğurda sərf edilən altı milyon para da hədər getdi. Bununla vahid rusiyaçıların Krımdakı planları baş tutmadı. Sizə bir qədər də bolşeviklərdən məlumat vermək istəyirəm. Bən birinci dəfə olaraq bolşevikləri Kiyevdə görmüşdüm. O zaman bolşeviklərin yeni iş başına keçərək Rusiya ömrü-idarəsini əllərinə alan vaxt idi. Ukraynaya hücum edib onların təşkil etdikləri milli hökuməti dağıtmışdılar. O vaxt bolşeviklər Kiyevdə yapmadıqları dəhşət buraxmadılar. Üç-dörd gün içərisində yalnız Kiyevdə beş min nəfərdən artıq adam qırdılar. Şəhərin küçələrində qan adəta su kibi axırdı. Kimsəyə fərq qoymayır, müqəssir və günahsızı yeki digərindən ayırmayırdı. Hətta məktəb çocuqlarınadək belə qırırdılar. İyirmi beş günə şəhərdə qalmaqla Kiyev kibi bir şəhəri xarabazara döndərdilər. Sonradan nemes qüvvəsi Kiyevə gəldiyindən çəkilib getdilər. Tale məni ikinci dəfə də bolşeviklərə rast gətirdi. İki ay yarım bundan əvvəl mən bolşevikləri Odessada gördüm. Bu kərrə bolşevikləri büsbütün təsəvvürümün xaricində tamaşa etdim. Mən bolşevikləri Kiyevdə gördüyüm kimi təsəvvür edirdim. Bolşevik əsgərlərini bir taqım cındır əlbəsəli nizamsız əsgər kütləsindən ibarət bilirdim. Lakin yanıldığımı anladım. Bu kərrə Odessanı işğal edən Qırmızı Orduda bir intizam müşahidə etdim. Bolşeviklər adəta burjuy misalı yeni və təmiz əlbəsə ilə məlbəs idilər. Bununla bərabər Odessada bolşeviklərin vürudundan əvvəl, hökumət dabrovollarda olan zaman bir hərc-mərclik ar idi. Şəhərin həyatı büsbütün alt-üst olmuş, hər zaman, xüsusa gecələr kefli əsgərlər güllə atır, xalqın hüzuri-rahatlığını pozurdular. Əksəra soyğunçuluqlar vaqe olurdu. Şəhərdə yek digərinə zidd iki dürlü tərzi-həyat var idi. Birisi kefdə, işrətdə son dərəcə ifrata varmış, digəri səfalətdən, aclıqdan son dərəcə təfərrüata uğramışdı. Hər küçə başında acından yerə yıxılıb qəşş edən qadın və çocuqlara əksəra təsadüf edilirdi. Adəta bu, bir adi şey olmuşdu. Bununla bərabər hərneçə gündən bir qəzetələrdə səfil bir ailənin tamamilə acından qırılıb öldüyü və kimsənin ondan xəbəri olmadığı oxunurdu. Aclıq və səfalət bu dərəcəyə çıxdığı bir halda digər tərəfdən qənnadı dükanlarında gözəl şəkərləmələr, restoranlarda ləziz xörəklər və yeməklər öz qaydası ilə satılır. Şəhərin ikinci sinfi – zəngin və sərvətdar qismi əbəda öz istirahətini pozmayırdı. Şəhərin bir hissəsi işsizlikdən və yoxsulluqdan qırılır, tələf olur, digər hissəsi hər cür klublarda, əyləncə yerlərində eyş-işrətdə milyonlar sərf edirdi. Görülən acı və səfalətli mənzərələrdən əbəda mütəəssir olmayırdı. Budur ki, yek-digərinə düşmən, heç bir təriqlə barışmayan iki cərəyan müşahidə edilirdi. Bu da adi bir həyat surətini almışdı. Mən bolşevikliyin nə olduğunu, onun qüvvətini o zaman hiss etdim. Hiss etdim ki, Rusiyada bolşevizmi doğuran Rusiyanın tərzi-həyatı olmuşdur. Bolşevizmin qüvvəti Rusiyadakı ədalətsizlikdən nəşət etmişdir. Çünki səfalətin müdhiş qaranlıqları içərisində əzilən, inləyən və can verən böyük bir kütlənin yeganə bir ümidi düşdüyü fəlakətdən xilas olmaq üçün yalnız bir çarəsi var idi. Yəni özünün xilası, nicatını yalnız bir şeydə görürdü. O da bolşevikdən ibarət idi. Mən, əsasa, bolşevizmə ziddəm. Bolşevizm heç bir millət üçün, xususa, bizim kimi, əsəratdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq. Bunun qarşısını almaq üçün bolşevizmi doğura biləcək ədalətsizliyi məmləkətimizdən rəf və dəf etməliyiz. Bolşevizm aclıqdan və səfalətdən çıxır. Bunun üçün millətimizin əksəriyyətini təşkil edən fəhlə və kəndçi sinfinin iqtisadi həyatını yoluna qoymalı, topraq məsələsini onlara əlverişli bir surətdə həll edilməlidir. Odessada, ərz etdim ki, bolşeviklikdən əvvəl bir hərc-mərclik müşahidə edilir, ehtikar gündən-günə şiddətlənirdi. Bazarda açıqdan-açığa pul alış-veriş edilirdi. Bolşeviklərin vürudundan sonra şəhərin intizamsızlığına bir xitamə çəkildi. Ehtikarçılıq ləğv edildi. Bolşeviklərin bir nöqsanı oldu ki, o da çörəyə məzənnə qoymalarıdı. Onlar elan etdilər ki, çörək gərək üç manatdan satılsın. Bu elan çörəyin tamamilə qəhətliyinə səbəb oldu. Hətta girvənkəsi yüz manata çörək axtardım, tapa bilmədim. Şəhərdə zahirdə nizam var idi. Güclə xalqdan bir şey almayırdılarsa da, lakin tədriclə hər şeyi milliləşdirməyə başladılar. Odessada bolşeviklərin süqutuna başlıca səbəb onlarda məruf olan (den bedneta) füqəra günü oldu. Məlumunuzdur ki, bolşeviklər ayda bir kərə (füqəra günü) adı ilə kasıblar faydasına ev əşyası və əlbəsə toplayırlar. Hər kəsin iki dəst əlbəsəsi ayaqqabı və sairəsi var isə birisini alırlar. Odessada dəxi böylə bir gün tərtib verdilər. Birinci olaraq Puşkin küçəsindən yığmağa başladılar. Bu küçə bir o qədər də burjuy küçəsi deyil. Arabaları o küçəyə sövq edilərək o günə məxsus seçilmiş şəxslər evlərə soxularkən məhlə əhlində onların əleyhinə bir həyəcan başladı. Ən nəhayəti arvad, uşaq, gənc və ixtiyar ağac ilə, daş və isti su ilə, hətta balta ilə onlara hücum etdilər. Şiddətli bir çarpışma vaqe oldu. Nəhayət, Den Bednatanı o gün ləğv etdilər. Sonradan şəhərdə bolşeviklərin əleyhinə, o cümlədən yəhudilərin əleyhinə şiddətli fitnəamizə şayələr nəşr edilməyə başladı. Guya, Məruf Qriqorev bir yəhudi talanı salmaq fikrində imiş. Bu fikri bilən Odessanın komissarı ki, kəndisi də yəhudi idi, bunun qarşısını almaq qəsdilə bu işi görürmüş. Bolşevikləri yıxmaq üçün vahid rusiyaçılar rus əfkari-ümumiyyəsini yəhudilərin əleyhinə qaldırırlar. Mən şəxsa yəhudi əleyhinə deyiləm. Lakin burası var ki, bolşevik komissarlarının 99 faizi yəhudidir. Sağlar böylə rəng verirlər ki, yəhudilər Rusiyadan intiqam alırlar. Məşhur rus ədiblərindən Dostayevski öz dnevnikində demiş ki, Rusiyanı yıxacaq bir amil olacaqsa, o da yəhudilər olacaq. Sağlar bolşevikliyi yəhudiliyə istinad verirlər. Bundan ötrü əllərində bir çox dəlillər də var. Əvvəla, bolşeviklərin rəsmi nişanlarını yəhudiliyə istinad verirlər. Məlumunuzdur ki, bolşeviklərin nişanı qırmızı yıldızdır. Budur ki, sağların qəzetələri açıqdan-açığa bolşevikliyi yəhudi balası adlandırırlar. Bir də bolşeviklər ümumi dinlərin əleyhinədirlər. Onlar deyirlər ki, din millətlərin tiryəkidir. Moskvada məruf kəlisaların birində bulunan məşhur bir IKONA İsanın rəsminin üzərində cəli xətt ilə yazmışlardır: “Din millətlərin tiryəkidir. Onları qəflət uyğusunda yatırmaqdan başqa bir xidməti yoxdur”. Habelə, hər kəs evində Səlib və İsanın rəsmini saxlasa, hökumətə müəyyən bir xərc verməlidir. Bununla bərabər ruslarda bir etiqad var idi; müqəddəslərin meyiti hər zaman sağ və salamat qalar, onlar başqa adi insanlar kibi çürüməzlər. Bolşeviklər bunun yalan olduğunu isbat etmək üçün bütün Rusiyada bulunan müqəddəslərin qəbirlərini camaatın gözü qabağında açıb, bunların yalan olduğunu aləmə isbat etdilər. Budur ki, ruslar bolşevikləri xristianlığın düşməni kimi tanıyırlar. Hətta bolşeviklər ilə mübarizə edən Kolçak orduları müqəddəslərin adları ilə adlanmışlar. Onların başında rəhbanlar durmuşlardır. Bu gün dindar Rusiyada dinlər tamamilə qaldırılmış. Kəbin və talaq məsələsini də ləğv etmişlərdir. Onlar tamam şeyləri əsasdan uçurub, yerində istədikləri kibi yenidən bir şey bina etmişlər. Onlar hər şeyə ancaq zəhmət nöqteyi-nəzəri ilə baxırlar. 1919 * * * Xarici siyasətimiz XARİCİ SİYASƏTİMİZ I. QÜVVƏLİ İSTİQLAL Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Lakin məmləkətlər arasında fərqlər çoxdur. Məsələn, köhnə Avstriya-Macarıstan dövləti ilə Almaniyanı müqayisə edək. Tövri-idarəsindən başqa bu iki dövlətin əsl mahiyyətində böyük fərqlər görünür. Almaniyanın tam əksəriyyətini təşkil edən alman milləti olduğu halda, Avstriya-Macarıstanda cürbəcür millətlər yaşayırdı. Onun üçün səmaməti-mülkiyyə Almaniyada Avstriya – Macarıstandan çox idi. Ola bilər ki, bir məmləkətdə daxili musalimət çox millətlərin vücudu ilə də təmin olunsun. Bu halı Şimali Amerika cəmahiri-müttəhidəsində görürük. Dürlü millətlər vətəni olan bu Cümhuriyyət ən sağlam bir idarəyə istinadən xoşbəxt yaşayır və xalqının rahat və istirahətini təmin edərək, rəğbətini qazanır, bunun səbəbi isə uca bir idarə, gözəl bir qanundur. Bir tərəfdən ədalətli bir idarə, o biri tərəfdən qüvvətli bir mədəniyyət məmləkətdəki bütün millətləri yoğurub, bir qəlibə salır. Hər kəs ümumi vətənini sevir və onun mədəniyyətini qeyri-məcburi bir halda alır. Türk idarələrində ən qədimdən bəri istila olunmuş millətlərə qarşı bir ədalət yeridilmişdir: heç bir millətin daxili işinə qarışılmamış. XII əsrdə qərbə doğru axıb gələn tatar qüvvələrinə nə qədər vəhşilik isnad etmək istəmişsələr də, bitərəf müvərrixlər tatarların da idarəsinin ədalətli olduğunu inkar etməyirlər. Neçə əsr Rusiyanı hökmü altında saxlayan tatar rus millətinin daxili işlərinə qarışmadı; dini və milli məsələlər tatar hakimiyyətindən kənarda qaldı. Eyni halı Osmanlı idarəsində də görürük: ermənilər, bolqarlar, rumlar, qreklər, serblər və başqaları milli və dini məsələlərində asudə idilər. Ancaq Türkiyə Amerika kimi qəvi bir mədəniyyətə malik olmadığı üçün əlinin altındakı millətləri yoğurub bir şəklə sala bilmədi, Türkiyədə sakin bütün millətlər ümumi məmləkət mədəniyyətindən ayrılıb, öz milli mədəniyyətinin inkişafına çalışdılar. Türkiyədən faydalanmaq istəyən avropalılar da bu millətləri tutmağa başladılar. Avropa mədəniyyəti Türkiyəyə ən əvvəl məhkum millətlər vasitəsilə girdi. Müstəbid sultanlar, cahil “alimlər” hürufat müşkülatı, şərq tənbəlliyi Avropa mədəniyyətinə tərəfi-müqabil gəldisə də, yalnız müsəlmanlar bu mədəniyyətdən məhrum qaldılar. Xristianlar isə tərəqqi etdilər. İş bu yerə gəldi ki, xristianlar çürük türk idarəsindən bezməyə üz qoydular. Türkün münəvvər qismi də bunlara qoşulub inqilab doğurdular. Əski Rusiya dövləti də çox millətlərdən ibarət idi, burada əksəriyyət təşkil edən velikoruslardan başqa, finlər, estonlar, latışlar, litvalılar, polyaklar, beloruslar, moldavanlar, ukraynalılar, gürcülər, ermənilər, türklər, tatarlar və yəhudilər də var idi. Rusiya ən fəna bir idarəyə malik idi. Tək velikoruslar hakim millət sanılırdı. Başqaları isə məhkum idilər. Hakim millət öz dini və millətini məhkum millətlərə cəbran istibdad təriqi ilə qəbul etdirmək istəyirdi. Məhkumlar da bunu duyaraq rus millətinə alışmaqdan çəkinirdilər. Rus idarəsi öz mədəniyyətini sərf etməkdə də xəsislik edirdi. Məhkum millətləri həmişə qaranlıqda saxlamağa çalışırdı. Bunun üçün məhkumlar ilə hakim arasında daimi bir uçurum olduğu hiss olunurdu. Böyük inqilab pərdəni qaldırdı və uçurumu bütün aləm gördü. Uçurumun bu tayında bir Azərbaycan da meydana çıxdı. Bu məmləkət mövhum bir ölkə, süni bir qitə deyil. Bura tarixdə ad qoymuş və istiqlaliyyətini neçə əsr əvvəl qaib etmiş bir dövlətdir. XII əsr miladidə Atabəy Şəmsəddin Eldəniz indiki Qafqaz və Iran Azərbaycanını bitişdirdi, bir məmləkət şəklinə saldı. Atabəy Nəsrəddin Əbubəkr bin Cahan Pəhləvan Aranda, yəni indiki Qafqaz Azərbaycanında və əsl Azərbaycanda 20 il səltənət sürübdür. Bu günkü Azərbaycan ən sağlam vücudə malikdir. Burada tam əksəriyyəti təşkil edən Azərbaycan türküdür. Bu millətin özünəməxsus bir mədəniyyəti var. Mədəniyyətimiz o qədər qüvvətlidir ki, bizdən başqa qonşularımızı təsiri altında saxlayıb və saxlamaqdadır; dilimiz Qafqazda, Xəzər arxasında və Şimali İraqda ümumi bir dildir. Bu dildə Dağıstan qövmləri, ermənilər, bir çox gürcülər və rus mühaçirləri danışırlar; musiqimizdən və teatromuzdan qonşularımız da faydalanırlar. Milli operalarımız vətəndən dışarıda da şöhrət tapmağa başladı... Bu hallar mədəniyyətimizin qüvvətliliyinə dəlildir. İndiyə kimi biz məhkum idik. Lakin mədəniyyətimiz hakim idi. Yəni qeyri-məcburi olaraq qonşularımız arasında yayılırdı. Bundan sonra ehya olunmuş istiqlalımız sayəsində mədəniyyətimiz geniş meydan alacaqdır. Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin ədalətini saxladıq. Bu gün vətənimizdəki xırda millətlər bizim ilə bərabər yaşamadadırlar; bunların hüququ heç bir qanun ilə təhdid olunmayıb və olunmayacaqdır. Ədalət hökmranlığını daimi surətdə təmin etməyə çalışacaqdır. Iı. beynəlmiləl əlaqə Avropa mədəniyyəti yer üzünə yayıldıqca millətlər arasında sırf bir mədəni yavuqluq ehtiyacı duyuldu. Bu yavuqluq insanların bir-birindən asılı olduğunu qarşı ehtiyac və qarşı fayda məsələsini doğurdu. Millətlər və dövlətlər bir-biri ilə əlaqələrini qanuni şəklə salmağa çalışdılar. Beynəlmiləl hüquq meydana çıxdı. Dövlətlər faydalarını nəzəri- etibarə alaraq, hər kəs beynəlmiləl qanunu öz xahişi ilə tanımaq istədi. Dövlətlər arasında əlaqə başlandı: elçilər göndərdilər, müahidələr əqd olundu, məmləkət qapısı əcnəbilərə açıldı, mənəvi və maddi məhsullar mübadiləsi başlandı. Böyləcə sırf bir fayda və mədəni məsələlərdən doğaraq bir qanun əmələ gəldi və bu qanunu tanımaq ilə millətlər bir-biri ilə əlaqəyə girişdilər. Lakin beynəlmiləl əlaqəyə girənlərin hamısı hüquqda bərabər olmadılar. Bunun üçün də şərtlər lazım gəldi. Əvvəlcə sırf xristian dövlətlərinə aid olan bu əlaqə və hüquq sonra başqalarının da malı olmağa başladı. Paris konqresinin yeddinci maddəsi Osmanlı dövlətini “Avropa konserninə” qəbul etməklə hüquqda başqa dövlətlərlə bərabər etməli idi. Lakin bir çox maniələr göründü. Şərq üsulu ilə idarə olunan bir məmləkəti avropalılar öz aralarında həmhüquq olaraq görməyi istəmədilər. Beynəlmiləl əlaqə rabitəyə tam hüquq ilə girməyi üçün məmləkətdə islahat lazım idi. Ələlxüsus qanunları və məhkəməni düzəltməli idi. Şəriət işlərini mülki qanunlardan aralamalı idi. Türkiyə bu barədə ağır tərpəndiyi üçün Avropa Paris əhdnaməsinə əməl etmədi və Türkiyənin bütün hüquqlarına təcavüz etməyə başladı. Yaponiya belə səbr etmədi. Avropa təcavüzündən qurtarmaq üçün Avropanın fənn və idarəsini əxz etmək lazım gəldiyini anladı. Keçən əsrin ortasından başlayaraq islahat başlandı və bununla bərabər əcnəbilərə qapıları açdı və əhdnamələrlə əlaqələrini təmin etdilər. Qanunlar və məhkəmələr islahı dünyada Yaponiyanın köhnə vəziyyətini dəyişdi. Çin- Yapon müharibəsi yaponların qüvvət və qüdrətini aləmə bildirdi. Və bundan sonra böyük dövlətlər yaponların hüququnu tanımaq istədi. Vekonsulus məhkəməsi kimi məmləkətin daxili işinə qarışan şeylər ləğv olundu. Halbuki, Iranda və Osmanlıda vekonsulus məhkəməsi son vaxta kimi davam etmədədir. Keçək Azərbaycana... Azərbaycan birinci islam məmləkətidir ki, qanunlarının və məhkəməsinin islaha ehtiyacı yoxdur. Burada rusun Avropada məşhur qanun və məhkəməsi daha da ədalətli bir şəklə qoyuldu. Millətlər, cinslər və siniflər bərabərliyi balfel tanındı. Azərbaycan birinci islam cümhuriyyətidir. Demokratik bir idarəs ilə islam tarixinə yeni səhifələr əlavə edir. Əcəba tam mənası ilə bir Avrona tərzi-idarəsində təşəkkül edən bu dövlətin beynəlmiləl münasibətdə vəziyyəti nə təhər olacaq? Bu hamımızı maraqlandıran bir məsələdir. Təbiidir ki, sağlam bir vücuda malik, ədalətli bir idarəsi, məclisiməbusanı, gözəl qanunu və Avropa üsulunda məhkəməsi olan dövlət beynəlmiləl münasibətdə avropalılarla həmhüquq olmalıdır. Ölkəmizin sərvəti çoxdur. Faydalanmaq istəyən dövlətlər bizə əl uzatsınlar, müahidə yapaq. Bizim də bir çox ehtiyacımız var. Bunları da dəf etmək üçün xaricə müraciət edəcəyik. Iıı. elçilər göndərməlidir Beynəlmiləl münasibətdə bulunmaq üçün dövlətlər bir-birinə elçilər (səfirlər) göndərirlər. Bu adət qədimdən var idi. Vestfal sülhündən sonra ümumiyyət qazandı. Elçi onu göndərən məmləkətin bütün hakimiyyətini təmsil etdiyi üçün əhəmiyyəti çox böyükdür. Onun üçün elçinin hörmət və hüququ da böyükdür. Onu tutmaq, axtarmaq kimi həqarətamiz şeylər yasaqdır. Çünki elçiyə qarşı bəslənən hisslər elçi təmsil etdiyi dövlətə qarşı sanılır. Elçi göndərmək məmləkətin istiqlaliyyətini göstərir. Doğrudur, nimmüstəqil məmləkətlərin də elçi göndərməsi tarixdə görünmədədir. Məsələ, köhnə Bolqariya Türkiyədən asılı olduğu halda, səfir göndərmək hüququna malik idi. Bu günkü İran, Çin və Siyam dövlətləri elçi göndərirlər. Deməli, elçi göndərmək mədəni və qeyri-mədəni millətlər arasında adətdir. Avropa müharibəsindən sonra meydana çıxan yeni dövlətlər elçilər göndərməklə istiqlaliyyətə birinci addımlar atdılar. Məsələ, Ukrayna ilə Gürcüstan bu yolda çox ciddiyyət göstərirlər. Hətta, balaca Krım da Almaniya istilasından özünü qurtarmaq üçün İstanbula elçi göndərdi və alman qəsbkarlarını əmri-vaqe qarşısında bulundurdu. Türklərlə dostluğu pozmağa cəsarət edə bilməyən almanlar qəsb nəşəsini pozdular. Yeni vücuda gələn məmləkətlər elçi göndərməklə beynəlmiləl əlaqəyə girişirlər. Özlərinin müstəqil yaşamaq meyllərini və istedadlarını göstərirlər. Bu gün gürcü siyasi müməssilləri hər bir yerdə var. Bunlar Gürcüstanın tam mənası ilə istiqlala müstəhəqq olmalarını aləmə bildirirlər. Elçi hökumət yanına göndərilir. Elçidən başqa bir də şahbəndər (konsul) göndərilər. Konsulun sayı bir məmləkətdə birdən artıq da ola bilər. Konsulun sayı ehtiyaca bağlıdır. Məsələ, Ukraynada Azərbaycan təbəələrinin tüccari və başqa ehtiyaclarını dəf etmək üçün üç konsul kifayət edər; Kiyevdə, Odessada və Xarkovda, elçi isə bir nəfər olmalıdır. Bir məmləkətdəki konsullar elçiyə tabedirlər və onun təlimatı ilə iş görürlər. Azərbaycan hələ bir çox yerlərə elçi və konsul göndərməyib. Halbuki, ehtiyac çox-çox böyükdür. Indiki zamanda vətənlərindən ayrı düşmüş bir çox təbəələr var ki, konsul köməyinə möhtacdırlar. Yollar xarab, evdən pul gətirmək mümkün deyil. Sonra, himayə lazımdır ki, təbəə etinasızlıq zəhmətini çəkməsin. Indi başqa məmləkətlərdən viza alıb Qafqaza qayıtmaq üçün minlərcə manatlar və aylarca vaxt itirirlər. Bu da xalqımızı incidir və ticarətimizi öldürür. Bu gün bir çox təbəələrimiz var ki, Istanbuldan çıxıb, vətənlərinə qayıda bilmirlər. Əvvəla, viza ala bilmirlər; ikinci, pulları yoxdur ki, gəmiyə iki-üç min manat versinlər. Istanbuldakı təbəələrimizin çoxları əcnəbi ölkələrində siyasi qarışıqlardan zərər görmüşlərdirlər. Xaricdə olan təbəələrimizin çoxu dil bilmir və vətənə qayıtmaq üçün izni bilmir nərədən alsın. Onun üçun xırda məmurlar çəngəlinə duşüb, böyük rüşvətlər vermək məcburiyyətində bulunur. Elçilər və konsullar göndərməklə həm vətənimizi tanıdarıq, həm də təbəələrimizin zəhmətlərini azaldarıq. Bundan başqa, bir ticarət məsələsi də var. Konsul təyin olmasa, ticarət genişlənməz. Çünki bazarın övzaini xəbər verən, milli ticarəti himayə edən konsul olur. Konsul olmasa, ticarət kor və başsız olar. Məsəla, İstanbul bazarından xəbərsiz bir çox azərbaycanlılar oraya neft gətirdilər. Qrek tüccarı bunu eşidərək, sindikat yapdılar və Qafqaz neftini almamağa qərar verdilər. Təbiidir ki, böyləliklə, malı qiymətdən saldılar. Iv. istanbul səfarəti Beynəlmiləl hüquq tarixi göstərir ki, bir məmləkət yaşamaq üçün özunü yaşatmalıdır və dışqarıdan təsdiq gözləməməlidir. Böyləliklə, Bolqariya meydana çıxdı. Türkiyənin muxtariyyətli bir hissəsi olan bu ölkə hər yerə səfirlər və vəkillər göndərə-göndərə özünü aləmə tanıtdırdı. Biz də bu yolu tutmalıyıq. Paris müzakirəsində davam etsin. Biz də məmləkətimizin möhkəmliyinə çalışaq. Daxili nizam və islah ilə bərabər xarici işləri də yoluna qoymalıyıq. Bu gün bizim elçilərimiz Rusiyadan ayrılan dövlətlərdən başqa qeyri yerlərdə yoxdur. Halbuki, bizim istiqlal məsələsi Qərbdə muzakirə olunacaq və Qərbdə də elçilər bulundurmalıdı. Elçi təyin olunacaq paytaxtlardan bu gün əhəmiyyəti ilə birinciliyi qazanan İstanbuldur. İstanbul bu gün müttəfiqlər qüvvələrinin toplandığı bir nöqtədir. Burada bütün yer üzünün mətbuat nümayəndələri mövcuddur. Burada bizdən başqa yeni təşəkkül etmiş dövlətlərin və müttəfiq məmləkətlərin siyasi muməssilləri də var... Deməli, aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü... hamısı burada. Bu səbəbdəndir ki, müstəqil yaşamaq istəyən polyaklar, ukraynalılar, gürcülər və başqaları İstanbulda elçilər bulundururlar; bunun üçün də rumlar (yunanlar), ermənilər və qeyriləri burada firəng dilində qəzetlər çıxardıb, öz milli dərdlərini ümumə bildirirlər. İstanbulda yapılan gurultular Parisə çatıb, təsirsiz olmur. Sabiq Rusiyada yaşayan millətlər istiqlal imtahanının bir hissəsini burada Avropa qarşısında verməlidirlər. Biz hamıdan çox bağırmalıyız, özümüzü tanıtmalı, fikrimizi tərvic etməliyiz, bu yoldakı müvəffəqiyyətimiz bizə müvəffəqiyyətlər qazandırar. İstanbulun başqa cəhətlərdən də bizə əhəmiyyəti böyükdür, bu gün İstanbul Bakı mədənləri məhsulları üçün yeganə bir xarici bazardır. Bundan əvvəl Bakı nefti şimala gedərdi. Şimal indi bağlı olduğu üçün nefti bir ayrı nöqtəyə daşımalıdır. İstanbuldan başqa əlverişli bir yer yoxdur. Lakin İstanbul bazarını qazanmaq üçün orada ticarət vəkilləri bulundurmalıdır ki, bazarın ovzaini tez-tez Bakıya xəbər versin. Azərbaycan tüccarı birinci dəfə Istanbula neft gətirdilər, zərər gördülər. Səbəb budur ki, məhəlli rumlar toplanıb, sindikat yapdılar və Bakı neftinin qiymətini saldılar. Halbuki, İstanbulda səfarətimiz, konsulumuz olsa, məhəlli Azərbaycan tüccarlarından təşkilat yapıb, rum sindikatının qabağına çıxa bilərdi. Sonra ticarətimizi qüvvətləndirmək üçün İstanbulda iskladlar icarə edib, tüccarlarımıza müftə verər ki, Amerika nefti ilə rəqabət edə bilsinlər. Bizim üçün neftimizin İstanbul bazarında asanlıqla müştəri tapması birinci dövləti məsələdir. Bu məsələnin qolaylıq ilə həlli gələcəkdəki İstanbul elçimizdən asılı olacaqdır. Maarif işlərimiz bir nöqtədə duran kimi görünür. Səbəb budur ki, müəllimlər azlığı hiss olunur. Sonra, kitab yoxluğu da görünür. Maarifi yoluna qoymaq üçün İstanbul elçimiz müəllim və müəllimələr hazırlamalıdır. Kitablar çap etdirməlidir. İstanbula göndərilən bir çox tələbələrimiz geri qayıtdılar. Səbəb bu oldu ki, orada heç bir yerdən gömək görmədilər. Istanbulda leyli (pansion) açmalıdır ki, Azərbaycandan gələn tələbələrimiz istirahət ilə yaşayıb, təhsil edə bilsinlər. Bunlar hamısı böyük dövləti məsələlərdir, hökumətimiz pullar təxsis etməlidir ki, bu işlərin hamısına əncam verilsin. Bir millət olaraq müstəqil bir məmləkətə malik olmaq istədikdə bizə yazılı tariximiz su kimi zəruridir. Istanbul kitabxanalarında bir neçə adamlar bulundurmaqla bizə dair böyük məlumatlar toplamaq olar... İşlər çoxdur. Adamlar göndərməlidir, çalışmalıdır. Bunlardan başqa, təbəələrimizin himayəsinə çalışmalıyıq. Azərbaycanın siyasi müməssili olaraq və bolşevik qəzasına uğrayaraq İstanbulda çox pulsuzluq müşkülatı çəkdim. Halbuki, səfarət möhürü ilə sənədlər verib pul almaq imkanı var idi. Bu imkanla yenə çətinliyə düşdüm. Əziyyətlər çəkdim. Halbuki, təbəələrimiz xaricdə on qat zəhmətlər çəkirlər. Bolşeviklikdən zərərlər görmüş böyük tüccarlarımız belə İstanbulda qalıb, çox vaxt yol kirayəsinə möhtac olurlar. “Viza” müşkülatı daha da çox... Bu məsələlərin hamısını həll etməli. Təbəələrimizin istirahətini lazımınca təmin etməliyik. V.əfkari – ümumiyyə Dünyada ən böyük qüvvələrdən birisi əfkari-ümumiyyədir. Topdan tüfəngdən və zirehlilərdən də bu qüvvə böyükdür. Odur ki, hər kəs istər ki, bu qüvvəni əldə saxlasın. İstər məhkum, istər hakim. Hökumətlər rəsmi qəzetlər nəşr etməyi ilə və ajans teleqraflarla əfkariümumiyyəni özlərinə çəkmək istəyər. Məhkum millətlər bu yolda daha da çox çalışırlar. Əfkari-ümumiyyəni qazanmaq üçün məhkumların hərəkəti bəzi vaxt qəribə hallar alır. Avropa şəhərlərindən birində bir erməninin bir çocuğa güllə atdığını qəzetədə oxumuşdum. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: “Bu cinayət ilə erməni çocuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlıda qırırlar”. İştə əfkari-ümumiyyə cəlbi üçün qəribə hərəkət. Lakin bu adətdən kənar bir işdir. Amma bununla da istifadə edirlər. Neçə sənə əvvəl içəri Rusiyada dəmir yol ilə gedərkən başqa bir hərəkətə rast gəldim. Bir bolqar çocuğu istasiyonun birində vaqona minib, bütün miniklərə kağızlar yaydı. Məzmunu təqribən bu idi: “Vəhşi türklər dilimi kəsdiyi üçün danışa bilmirəm. Təvəqqe edirəm, mənə kömək edəsiniz”. Bu işin doğru olub-olmadığını kimsə təhqiq etmirdi. Lakin xalqın rəğbətini bolqar məsələsi qazanırdı və türklərə də nifrət qalırdı. Əfkari-ümumiyyəni cəlb etmək üçün yuxarıda göstərilən ifrat vasitələrdən başqa, bir də adi yollar var. Bu da mətbuat və nümayişlərdir. Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmaq bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də qəzetələr və məcmuələrdir. Qonşularımızdan bağırmağı ilə məşhur ermənidir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Rusiyada bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa, özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində “Armyanski vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic etməklə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi. Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda fransızca qəzetələri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər. Bir çox məhkum millətlərlə yavuqdan tanış oldum. Çalışmalarını gördüm. Onlarda da eyni hal – əfkari-ümumiyyəni cəlb etməyə böyük əhəmiyyət verirlər. Öz tarixlərini, ədəbiyyatlarını, başqa mədəni məhsullarını Avropanın gözünə soxmağa çalışırlar. Bu gün Paris konfransının nəzərini cəlb etmək üçün hədsizhesabsız kitablar çap olunur, qəzetlər nəşr olunur; hər kəs dərdini, tələbini uca səslə bildirir. Eşitdiyimə görə, ermənilər bu il milli məsələlərinə dair doqquz yüz əsər təb etdirmişlər. Mətbuatdan başqa bir də bir nümayiş var. Muttəfiqlər İstanbula girdikdə rumlar ev və mağazalarını milli bayraqlarla bəzəmişlərmiş və çalışmışlarmış ki, İstanbulun zahiri görünüşünə yunan rəngi versinlər. İştə nümayiş. Burada oxumaq lazım deyil. Hər kəs gözü ilə görər və bilər. Məlumdur ki, yunanlar Istanbulu almaq iddiasında bulunurlar. Buna haqları olmağını bildirmək üçün hər vasitəyə müraciət edirlər. Birinci yol əfkari-ümumiyyədir ki, buna xoş gəlmək istəyirlər. Türklərin rəvayətinə görə, yunanlar Bəyoğlunda və Qalatada küçələri çox zibilli saxlayırlar; hər nə əllərinə gəlir, küçəyə tullayırlar. Səbəbi bu imiş ki, avropalılar türkün “idarəsizliyini” görsünlər. Baxınız, nümayiş nə şəkillər alır. İstanbulda bir ayrı nümayişə dair söylədilər. Bir neçə erməni uşağı cırıq-cındır libasda şəhəri dolanmışlar. Məqsəd erməni qaçqınlarının halını bəyan etmək imiş... Xülasə, minlərcə zikr olunan şəkillərə rast gəlmək olar. Bizim müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün az çalışılır. Onun üçün də dərdlərimiz kimsəyə bəlli olmur və bizlə maraqlanan az olur. Son səyahətim zamanında bir çox Avropa siyasiyunu ilə görüşdükdə, təəssüf ki, əcib hallar gördüm. Bizim Azərbaycanın nerədə olduğunu çoxları bilmirmişlər. Siyasi adamlar məmləkətimizdən xəbərsiz olduqda, yəqin adi adamların heç də xəbəri yoxdur. Böylə olduqda biz ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq. Bu yolda birinci addımları səfirlərlə konsullarımız atmalıdırlar. Gürcü konsulxanalarında bir mətbuat şöbəsi var. Bunun vasitəsilə məhəlli qəzetələrə Gürçüstana dair məlumat verilir. Biz də eynini düzəltməliyik. Tariximizi, məmləkətdə sayımızı və iqtisadi qüvvəmizi aləmə bildirməliyik. Vı. ingiltərə ilə dostluq Avropa müharibəsi xırda millətlərin nə qədər qüvvətsiz və böyük hadisələr qarşısında qüdrətsiz olduğunu göstərdi. Bu millətləri siyasi tufanlar yuyar götürər. Bunun üçün xırda millətlər böyük bir dost qazanmalıdır. Bu dost olursa və arada iki tərəf də bu dostluqdan fayda götürmək ehtimalı varsa, dostluq sabitliyini təmin edər. Balkan millətlərinin tarixi göstərir ki, ancaq rus qorxusu və millətlər rəqabəti sayəsində balkanlar müstəqil olaraq meydana çıxdılar. Rus iştəhası Balkanı udmaq istəyirdi. Bu iştəhaya meydan verməmək üçün istiqlala riza göstərildi. Rusla Qərbin rəqabəti sayəsində Balkan millətləri qazandılar. Beynəlmiləl dostluq yalnız faydadan asılıdır. Bütün məsələlərin həllinə bu nöqteyi-nəzərdən baxılır. Gözümüzün önündə Polşa dövləti ehya olunur və bu məmləkət təşkilində Avropa, ələlxüsus, Firəngistan polyaklardan çox çalışır. Neyçün, əcəba? Məsələ aydındır. Polyakların istiqlaliyyəti alman üçün bir yumruqdur. Sabah yenə Almaniya müharibə ilə meydana çıxarsa, Polşanı arxasında görər. Və Firəngistana hücum məsələsi alman üçün bir az çətinləşər. Deməli, bütün beynəlmiləl əlaqə qarşı fayda üzərində möhkəmləşir. Adətən xırda millətlər qarşı faydadan çox qarşı təzaddan istifadə edirlər. Iki qüvvətli dövlət arasında “bufer” olaraq təşəkkül edirlər. Bu nöqtələrdən baxdıqda Azərbaycanın coğrafi vəziyyəti çox gözəldir. Bir tərəfdən böyük rus tufanı, o biri tərəfdən İngiltərə faydası. Rus tufanı iki yüz ildən bəri gözünü cənuba, Hindistan yollarına dikmədədir. İki əsrdir ki, addım-addım Hindistana yavuqlaşır. Bu yolu kəsmək üçün, rus tufanını durdurmaq məqsədilə Azərbaycanla Gürcüstan istiqlaliyyətini tanımaq icab edəcək. Bu dövlətlərin təşəkkülü doğrudan-doğruya Ingiltərə faydası ilə mərbutdur. Bizim üçün də əlverişlidir. Çünki Rusiyadan ayrılıb hürr yaşamaq gürcülər və bizlər üçün tarixi bir məqsəd, həm də müqəddəs bir məqsəd idi. Gec-tez rus axını, rus mühacirliyi tapdağı olub məhv olmağımızı bilirdik. İngiltərə isə bizi öz faydası üçün tutmaq məcburiyyətində olacaqdır, bu məmləkətdən bizə zərər gəlməz. Bunun mühacir kimi ölkəni hərc-mərc edən məsələsi yoxdur. Ingilislər bizdən faydalanmaq istədiyi kimi biz də onlardan faydalanacağıq. Onlarla aramızda şübhə doğuran bir məsələ də yoxdur ki, ortalıqda soyuqluğa səbəb olsun. Biz xırda bir millətik, yaşamaq istərik. Aləmşümul məsələlərlə uğraşmayacağıq. Qüvvətimizə görə iş görəcəyik. Yəni vətənimizin tərəqqisi yolunda çalışacağıq. Ittihadi-islam və ya türk ittihadı kimi xülyapərvər fikirlər gözümüzün önündə qoca bir Osmanlı dövlətini yıxdı. Bunun səbəbini xalqın geniş sinfi belə duyub anladı, ziyalılarımız isə bunu çoxdan etiraf edib durmadadırlar. Bizim bütün məqsəd və amalımız Azərbaycanımızdır. Bu yolda kim bizi tutarsa, biz də ona rəğbət və meyl göstərərik. Bu gün ingilislər Qafqazdan çəkilib, yerinə italyanlar da gəlsə, yenə İngiltərə dostluğundan çəkinməməliyik. Bu millət dünya siyasətində həmişə böyük rollar oynayıb və oynayacaqdır. Millətlər hüququna riayət etmədə onların istirahətini təmin etmədə, millətləri tərəqqi yolu ilə gətirmədə Avrovada birincilik qazanıbdır. Əminəm ki, ingilis dostluğu bizi asudə yola çıxaracaqdır. Çünki iki millətin də faydası bunu istəyir. Vıı. iran və biz Böyük rus tufanından həmişə zərər görənlərdən biri də İran idi. Bu məmləkət çoxdan bəri dövləti islahatla uğraşmaq meylində idisə də, rus intriqaları, heyfa ki, bu fikirləri yıxıb əzirdi. İranın bir daxili işləri yox idi ki, ona rus qarışmasın. Daima ölkənin heysiyyətı ayaqlar altında taptalanmada idi. Təbrizdə mücahidlərin asılması, Məşhəddə Imam Rza qəbri-şərifinin təhqir olunması hamının yadındadır, Biçarə Iran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın. Rus yıxıldı. Rusla İranın arasında, Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı. Bundan sonra bu iki qonşu və islam dövlətləri arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı bir sipər qazanar. Iran istiqlaliyyəti bizə də böyük faydalar verəcəkdir. Bu istiqlaliyyət sayəsində dindaş qonşumuz islahat və idarə inkişafı ilə məşğul olaraq ölkədə rahatlıq və asayiş doğura bilər. Nə qədər Iranda daxili rahatlıq olarsa, bir o qədər biz də rahat yaşarıq. Sərhəd boyundakı təbəələrimizin sülhpərvər həyatı təsadüfi hadisələr ilə pozulmaz. Rus rəqabəti Iranı iqtisadi cəhətlərdən əzirdi. Biz istərdik ki, Iranın iqtisadi qüvvələri artsın. Çünki məmləkətin məhsulları Azərbaycan yolu ilə başqa məmləkətlərə nəql olunacaqdır. Biz də bundan fayda götürəcəyik. Iqtisadca tərəqqi etmiş Iranın alıcıları artar və biz də oraya artıq mal yeritməyə müvəffəq olarıq. Müstəqil yaşayan Iranın, əminik ki, yolları çoxlaşacaq, nəqliyyə vasitələri gözəlləşəcək, insanların asayişi təmin olunacaq. Və bunların sayəsində bizimlə Iran arasında alış-veriş yüngüllüklə yola gedəcək. Bundan da hər iki tərəf fayda görəcəkdir. Hankı nöqteyi-nəzərdən baxsan, Iranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni Iran Azərbaycanının Iranın olubolmaması barədə ortalıqda heç bir məsələ yoxdur. Iranın hüququna təcavüz etmək fikrində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır. Vııı. ermənistan və biz Erməni hərəkatı tarixi göstərir ki, bu millət iki yüz sənədən bəri Avropaya müraciət edib, onlardan kömək gözləyir. Və hər müraciətlərini xristianlıq naminə, dindaşlıq adına söyləyir. Təbiidir ki, avropalılar vədlər etmiş, hissiyyat oxşayan sözlər söyləmiş, lakin məsələ həll olunmamışdır. Keçən əsrdən başlamış erməni məsələsi böyük əhdnamələrdə də qeyd olundu. Berlin əhdnaməsinin 61-ci və Ayastefanus sülhnaməsinin 16-cı maddələrində ermənilər xatırlanır. Lakin yenə məsələ sonra basdırıldı. Təkrar-təkrar Avropa vicdanına dindaşlıq naminə müraciət olundu. Əvəzində bəlli oldu ki, Ingiltərə donanması Ararat dağına çıxmağa müqtədir deyil. Bismark bütün erməniliyə bir alman əsgərinin gəmiyini (sümüyünü) dəyişmək istəmədi. Rus da erməniləri xilas yox, Ermənistanı istila etmək xahişində bulundu; yəni ermənidən boşalmış Ermənistana malik olmaq meylini göstərdi. Ermənilər məyus olmadılar. Təkrar əvvəlki yollarında çalışdılar. Müharibədən əvvəl yenə erməni məsələsi siyasət sahəsinə çıxdı. Lakin yenə həll olunmadı... İki yüz illik bir tarix göstərdi ki, dindaşlıq naminə olunan müraciətlər bütün erməni qırğını ilə itmamə yetişir. Neyçün? Məsələ aydındır. Siyasətdə hissiyyat yoxdur. Siyasət nə din, nə insaniyyətpərvərlik – heç bir şey tanımaz. Siyasətin əsl əsası faydadır və bütün siyasi və beynəlmiləl münasibətə dair məsələlər fayda nöqteyi nəzərindən həll olunur. İki yüz sənə bağıran, göz yaşı tökən və qan axıdan bir millət etinasız qaldı. Səbəb bu ki, bunların istiqlaliyyəti avropalılara faydalı deyildi. Bu istiqlaliyyət bəzilərini belə qorxudurdu: məsələn, Rusiyanı. İndi yenə erməni məsələsi meydana çıxır. Bunun həlli bizi də maraqlandırmaya bilməz. Ermənistan bizimlə həmsərhəd bir dövlət olduqda, iki qonşu dövlət əlaqəsini yoluna salmalıdır. Biz erməni istiqlaliyyətini tanımaq istərik və istərik də aramızda davamlı bir sülh olsun. Lakin erməni ədaları bu sülhü pozur. Ermənilər etnoqrafi cığırlarından çıxırlar. Böyük Ermənistan xəritəsini gördüm, üç dəniz arasında təşəkkül edəcək imiş: Ağ, Qara və Xəzər dənizləri arasında. Xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdi. Əgər bu xəritə erməni milli amilinin şəkli isə, onda erməni məsələsi yenə bir çox münaqişə və mucadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır. Halbuki Qafqazda asayişin təmini məsələsinin etnoqrafi dairədə həll olunması ilə mərbutdur. Uzun bir təcrübə göstərdi ki, dindaşlıq ilə siyasət arasında böyük bir uçurum var. Qafqaz məsələsini həll etmək üçün öncə qafqazlılar öz aralarında anlaşmalıdır. Bizim etiqadımız bundadır ki, Qafqazda yaşayan üç böyük millətin faydası yalnız qarşı anlaşmaya bağlıdır. Köhnə ədavəti unutmalıyıq. Siyasət kin və intiqam bilməz. Bu günkü gün həmsərhəd Ermənistanla Azərbaycanın faydası nələr tələb edirsə, onu əmələ gətirməyə çalışmalıyıq. Erməni ilə Azərbaycan məsələsinin təbiətində bir çox ümumi nöqtələr var. Ermənilər bizim dil və adətlərimizi gözəlcəsinə bilirlər, bizim mədəniyyətimizi təqdir edirlər. Məsələn, musiqi və teatromuzdan həzz alırlar. Söz arasında “turkasala” deyə bizim məsəlləri işlətməyə alışmışlar. Çox vaxt türkcə danışırlar... Bunlar bunu göstərir ki, iki millət arasında sıxı bir rabitə var. Dostluq ilə yaşamaq üçün böyük bir zəmin mövcuddur. Lakin siyasətin əyri yol ilə getməsi iki millətin dostluğunu və asayişini pozur. Erməni rəhbərləri bizə əl uzatmalıdırlar, kin-küdurəti buraxıb, doğru yola gəlməlidirlər. Və əmin olmalıdırlar ki, erməni dərd və istəyini avropalılardan tez başa düşərik. Ix. gürcüstan və biz Gürcüstan ilə dostluğumuz ən təbii bir haldır. Şimalda rus qorxusu və cənubda ola biləcək intriqalar gürcülər ilə azərbaycanlıları kip dostluğa məcbur edir. Iki müstəqil dövlət üçün də hər işlərinə təcavüz edən qüvvələrə qarşı bir hazırlıq lazımdır. Bu dövlətlər hücum üçün deyil, müdafiə məqsədilə birləşdilər və əqd yapdılar. Bu əqdin sabit qalacağına əminik. İki dövlət arasında olan dostluq yalnız faydaya bağlı olduğunu söyləmişdik. Gürcüstan-Azərbaycan dostluğunun iki tərəf üçün də böyük faydası var. Şübhə ola bilməz ki, həm Gürcüstan, həm də Azərbaycan müstəqil yaşamaq istəyir. Böylə olduqda Gürcüstan üçün bir qorxu baş versə, axırda xətəri Azərbaycana da toxunacaq. Bu iki məmləkətin hürr yaşaması bir-birinə bağlıdır. Biri asudəliyini itirsə, o birisi də itirmək məcburiyyətində bulunar. Qafqazın dağlarını Qara dənizlə Xəzər dənizi arasında müttəfiqən müdafiə etməliyik. Açıq dənizə yolumuz olmadığı üçün ölkəmizə mal ixrac və idxalını Gürcüstan təriqi ilə edəcəyik. Dost bir dövlət bizə bu yolda maniələr təşkil etməyəcək və ya ağır şərtlər qoymayacaq. Gürcüstan ilə aramızda qovğalı bir məsələmiz yoxdur. Acar məsələsi aramızda soyuqluq doğura bilməz. Bu məsələnin iki dövlətin faydasına uyan bir şəkildə həll olunmasına əminik. Ümumi fayda üçün Gürcüstana maddi köməkdə bulunmalıyıq. Bizim üçün əhəmiyyətli bir məsələ də var. O da məmləkətimizdə sadiq məmurlar yetişdirmək. Lakin bu günün işi deyil. Məsuliyyətli məmuriyyətləri öz əlimizdə saxlamalıyıq. Özumüzdə adam az olsa, gürcülərdən gətirməliyik. Yoxsa istiqlaliyyətimizə düşmən bir çox məmurlar bəsləyirik. Bunlar Denikinin gəlməsini cani-dildən gözləyirlər. Xəyanət olmamaq üçün məsuliyyətli yerləri dost əlinə verməlidir. X. denikin qorxusu Kerenskinin mücərrəd nəzəriyyələri əməli bir nəticə vermədikdən sonra rus xalqına bağlanan ümidlərin boşa çıxmağı rus məmləkətçiləri fikrində təğyirlər doğurdu. Rus fəalları yəqin etdilər ki, sırf rus qüvvələri ilə Rusiyanı ehya etmək olmayacaq. Donda general Kaledinin başçılığı ilə olan müzakirələrdə bu yerə gəldilər ki, Rusiyanı köhnə şəklinə salmaq üçün Rusiyada sakin başqa millətlərdən istifadə etməlidir. Bu millətlər arasında sadiq və cəsurluğu ilə məlum Rusiya müsəlmanları da nəzərləri cəlb eləyirdi. Milli bölüklər, sonra qul ordu və ordular vücuda gəlməsinə meydan verildi. Romaniya sərhədində “Birinci müsəlman ordusu” ünvanında qüvvələr toplandı. “Birinci müsəlman ordusu”nun Ukrayna hökuməti nəzdindəki komissarı miralay Tukan Baranovski ilə olan müsahibəmdə anladım ki, Don fəalları “müsəlman ordusu”na böyük ümidlər bağlayırlar. Aşıb-daşmış inqilab bütün qüvvələrə zərbə vuran kimi, “müsəlman korpusu”na da sirayət etdi: əsgərlər qaçıb dağılmağa başladılar. Kiyev “Musavat” komitəsi kimi bəzi müsəlman təşkilatı da açıq-açığına “korpus”un əleyhinə propakanda yapmağa başladı. Böylə hərəkətlər korpusun qüvvəsini daha da qırdı. Lakin Rusiya ehkamçıları “müsəlman korpusu”ndan ümidlərini kəsmədilər. Bu halda korpus yalnız beş-altı yüz zabitdən (bunlardan təqribən iyirmisi müsəlman idi) və külli ləvazimati-əskəriyyədən ibarət idi. Fikir bu idi ki, zabitlər və ləvazimatla Krıma gəlib, müsəlmanları əsgər çağırıb, Qafqaza yerisinlər və müsəlmanlardan ibarət sadiq və bolşeviklikdən uzaq bir qüvvə ilə Rusiya ehyasına çalışsınlar. Lakin iş başqa cür oldu: müsəlmanlar gözlənilən kimi kor və avam deyilmişlər. Kiyev “Müsavat”ının fikrinə krımlı qardaşlarımız da şərik olaraq “müsəlman korpusu”nun yalnız rusluğa xidmət edəcəyini bilib, ona şiddətli müqavimət etməyə başladılar. Axırda “korpus” başında duranlar Denikini Krıma dəvət edərək “korpusun iki-üç yüz qalan müsəlman əsgərini də ona təqdim etdilər. Böyləcə, müsəlmanlığı hazırlayan “korpus” öldürüldü. Lakin Kaledinin planı ölmədi: müsəlman sadiq və avamlığından istifadə etmək istənildi. Altı ay əvvəl (yəni: 1919-cu ilin əvvəli – T.H.) Krımda kadetlər hökuməti vasitəsilə səfərbərlik elan etdi. Lakin bir nətiçə hasil olmadı: bircə müsəlman da əsgərliyə gəlmədi. Yalnız Krım mirzalarının (tatar əsilzadələri) bəzisi köhnə imtiyazlarını ehya etmək üçün Denikinə qoşuldu. Axırda bolşeviklik Krımda həm Denikini, həm də mirzaları yuyub götürdü. Yenə fikir ölmədi. Bu dəfə Don gözünü Qafqaza dikdi. Beş ay əvvəl Yekaterinodar şəhərində miralay Belikov əhəmiyyətli məruzədə bulundu. Belikov isbat etmək istədi ki, Moskovu alıb Rusiyanı ehya etmək üçün öncə Qafqazı almalıdır. Belikovun nəzərincə Bakının nefti, Kuban və Stavropolun çörəyi, Xəzər dənizinin balığı rus qüvvələrinə Moskovu almaq üçün bir əsül-hərəkə təşkil edə bilər. Belikov fikri bir addan ibarət deyil. Denikin ordusunda bir axındır. Bir çoxları bunun tərəfdarıdır ki, Moskovu bolşeviklərdən qurtarmaq üçün Qafqazın bütün qüvvələrini sərf etməlidir. Bu fikrin nə dərəcə qüvvətli olması gözümüz önündədir. Şimali Qafqaz, Dağıstan ilə bərabər bu gün “istifadə” olunur. Uşaqdan böyüyə əsgərliyə çağırıb, bolşeviklərə qarşı göndərilir, xülasə, avam dili ilə danışaraq deyə bilərik ki, köhnə Rusiya üçün qaynayan bir qazanın altına bizi odun əvəzinə atmaq istəyirlər. Məsələ aydındır: Denikinə odun lazımdır ki, Rusiya qazanını qaynatsın; başımıza bəla etsin. Deməli, bizim yağımız ilə bizi qovurmaq istəyirlər. Bunu çəmi müsəlman bu gün anlayıbdır. Odur ki, Krım müsəlmanları Denikinə əsgər vermədilər və bu səbəbdəndir ki, inquş qardaşlarımız əllərində silah olaraq ölmək istəyirlər, namuslarını satmaq istəmirlər. Hökumətimizin ciddi tədbirləri Denikin qorxusunu, vətənimizdən uzaqlaşdırır. Bu yolda xalqımızın geniş dairəsi hökumətimizə kömək etməlidir. Xalq anlamalıdır ki, Denikin gəlsə, vətənimiz alt-üst olacaqdır. Əvvəla, daxildə zidd qüvvələr bizə qarşı çıxacaq, ikinci, bolşeviklik meydan alacaqdır. Təcrübə göstərdi ki, Denikin ayağını basan yerlər bolşevik olur. Çünki “dükan yanarsa siçan da yanar” fəhqasincə Denikin siçanlarını öldürmək məqsədilə bütün dükanı yakmaq lazım gəlir. Bu müsibətlər vətənimizə üz verməmək üçün Denikinin qara qüvvəsi ilə həmişə mübarizəyə hazır olmalıdır. Xı. bolşevik qorxusu Rus inqilabı rus millətinin təbiəti üzərindən pər dəni götürdü. İnqilab göstərdi ki, rus təbiəti hakimiyyəti sevməyir; bu hakimiyyət nə şəkildə olursa olsun. Rus həyati-fikriyyəsində və rus tarixində bu hallar çoxdan bəri görünmədə idi. Anarşi nəzəriyyəsini rus fikri doğurdu. Baxınız anarşi nəzəriyyəsinin banisi Bakunin nə söyləmiş: “Yıxıcılığın şirinliyində yaradıcılıq ləzzəti var”. İştə Bakuninin şüarı! Bakunin kimi beynəlmiləl inqilabçını rus xalqı yetirib. Bu xalq bir çox hakimiyyət tanımayan məzhəblər də vücudə gətirib. Rus hökuməti məmləkətə müzürr məzhəblərlə əsrlərdən bəri mübarizə edə gəlmədədir. Bizim Qafqaza mühacir surətində gələn malakan, duxabur və başqaları da sürgün olaraq gəlmişlər. Rusiyadakı məzhəblərin əksəri müharibəni inkar edən, hakimiyyəti tanımayan və kommuna şəklində yaşamağı sevən qüvvələrdir. Bir xalq deyil, rusun ziyalıları arasında da hər şeyi inkar edici axınlar da çoxdan meydan almadadır. Keçən əsrin ortalarında bu hərəkət qüvvət kəsb edərək, nihilizm sözü ilə təsmiyə olunmuşdur. Eyni halı rus ədəbiyyatında da görürük. Maksim Qorkinin özü bolşevik olan kimi, bütün qəhrəmanları da bolşevikdirlər. Qraf Tolstoyun fəlsəfə həyatı da bolşeviklikdən xali deyil. Böyük ədib əsrlərcə yaradılmış insaniyyət tərəqqisinin bütün məhsullarını inkar eylədi və axırda da bir nöqtədə dayanmayaraq dünyadan getdi və sabit bir yol da göstərmədi. İştə rus təbiəti, həmişə qəlyan içində şüruş axtarır! Bu təbiəti azdırmaq üçün çar istibdadı da çalışdı. Fitri amillərə bir də acıq və intiqam hissi qarışdı. Odur ki, çar hökuməti yıxılar-yıxılmaz təbii hallar: acıqlar və intiqamlar meydana çıxdı. Hərcmərclik geniş Rusiyanı ağzına aldı. Deməli, bolşeviklik rus təbiətindən çıxan bir vulkandır. Bizi maraqlandıran bir şey var: əcəba, bu rus vulkanı başqa millətlərin də malı ola bilərmi, yoxsa ola bilməz? Macarıstan hadisələri bu suala müsbət cavab verir: “Bolşevik qorxusu başqa ölkələrə də sirayət edə bilər” – deyir. Bunun səbəbi də aşkardır: əsrlərcə yığılıb toplanan acıqlar və intiqamlar dalğalanır. Deməli bolşeviklik əsrlərin illəti, keçmiş səhvlərin məntiqi nəticələridir. Bunun uçun bolşeviklikdə tikicilikdən çox yıxıcılığa əhəmiyyət verilir: “Yaxmaq, yıxmaq və öldürmək!” şüarı hər Yerdə hökmfərmadır. Bu gün etiraf edəriksə, Şərq dəxi bolşevikliyə alışmadadır. Həqiqətən, tabe və sadiq, hər bir sıxıntıya səbr edən, hakimiyyəti təqdis və təqdir edən Şərq də bu gün bolşeviklik xəstəliyinə bac verməyi istəyir. Türküstan hadisələrində və başqa hərəkətlərdə müsəlman kommunistlərin adı çəkilir. Burada da əsri intiqamlar və acıqlar görünür. İntiqam hissi dindar və millətpərvər Şərqi dinsiz və millət tanımayan bolşeviklik qucağına atmaq istəyir. Nə qorxulu addımlar! Bizim mühitdə bolşeviklik nə dəhşətli şəkillər ala bilər! Bu tufanın önünü almaq çarələrini düşünməli, yəqin etməli ki, bu axın bizi götürsə, bütün Şərqə sirayət edib, uzun müddətlər anarxiyə səbəb ola bilər. Düşünməli və çox düşünməlidir. Bolşevikliyi doğuran səbəbləri təkrar-təkrar təhlil etməli və məhvinə çalışmalıdır. Azərbaycanda asayişin təmini üçün torpaq və əmələ məsələlərinin həllini təxirə salmamalıdır. Kağızda yazılanları işlə nəticələndirməlidir. Sonra idarəmizin tənziminə çalışmalıdır. Ədalətsizlik ilə qəti surətdə mübarizə etməlidir. Məmləkətimizin hər nöqtəsinə təftiş heyətləri göndərməlidir. İdarəmizi sağlamlandırmalıdır. Əminəm ki, ədaləti təmin edərsək, acıq və intiqama yer qalmaz və bolşeviklik qorxusundan vətənimizi mühafizə etməyə müqtədir olarıq. 1919 * * * Milli və mədəni işlərimiz MİLLİ VƏ MƏDƏNİ İŞLƏRİMİZ I. ÜMUMİ KİTABXANA Bakıda ümumi bir kitabxana açılmasını qəzetlərdə oxumuşduq. Sonra bu məsələ unudulmuş kimi göründü. Halbuki, kitabxananın bizim üçün o qədər əhəmiyyəti var ki, çoxdan bu yolda çalışmalıydıq. Kitabxana açmaq bir o qədər də çətin iş deyil, təşəbbüs olunsa, pulsuz belə bir çox kitablar toplamaq olar. Ümumi kitabxana fikri birinci olaraq Kiyev “Müsavat” komitəsini düşündürdü. İlyarım əqdəm komitə Bakıda ümumi kitabxana təsisinə qərar verdi və min çildə qədər kitab ələ gətirdi. Kitablar iqtisadi, siyasi, ictimai və başqa məsələlərə aiddi. Avropalıların islam və türk aləminə olan nəzəriyyələrinə dair bir çox kitablar var. Fikir bu idi ki, kitabxananın bir qismi islam məsələsinə sərf edilmiş və islama dair nə qədər əsərlər yazılıbsa, ələ gətirilsin. Təəssüf ki, inqilab bir çox maniələr təşkil etdi və kitabxanamız da Kiyevdə qaldı. Bakıya gətirə bilmədik. Bu gün bu məsələ yenə önümüzdədir. Gələcəkdə də bizdən əl çəkməyəcəkdir. Bu gün bu məsələnin həllinə çalışmalıdır. Milli işlərimizdə hər şeyi hökumətdən gözləməməlidir. Xüsusi təşəbbüslər də lazımdır. Bu barədə zəhmətkeş ziyalılar ittifaqı işə girişməlidir. “Ittifaq” bütün səyini kitabxana məsələsinə həsr etsə, böyük iş görər. Kömək üçün hökumətə müraciət olunsa, hökumət müzayiqə etməz, zənnindəyəm. Kitab ələ gətirmək üçün xaricdəki səfarətlərimizə və konsullarımıza müraciət edilsə, türk, fars, ərəb və Avropa dillərində qiymətli əsərlər ələ gətirmək olar. Bunları deməyə lüzum yoxdur. Kitabxana açmağa meyl olsa, yolu da tapılar. Milli adamlar bulunmalı. Kitabxanamızın olmaması bizə çox zərərlər verir. Rusiyanın böyük şəhərlərində yaşadıqda və bir məsələ ilə maraqlandıqda o saat ümumi kitabxanaya gedirsən. Səni maraqlandıran məsələyə aid bir neçə cild kitab alıb çəkilirsən kitabxananın böyük salonuna, nə lazımsa o kitablardan yazıb götürürsən. Bir şeyi yazmaq üçün nə məlumat lazım isə asanlıq ilə almaq mümkündür. Bizdə isə belə deyil. Bu günlərdə bu sətirləri yazana bir qədər keçmiş yazıçılarımıza dair məlumat lazım idi. Şəhərdə kitabxana yox, xüsusi kitabxanam da yanımda deyil. Axırda bütün şəhəri ayaqlamaq məcburiyyətində qaldım. İştə yazıçı üçün nə qədər muşkülat... Hərgah milli fikrimizə, milli sözümüzə meydan verilmək istəyiriksə, tezliklə ümumi kitabxana açmalıdır. Iı. nəşriyyat cəmiyyəti Xalq üçün asan dildə faydalı kitablar nəşr etmək üçun özgə millətlərdə nəşriyyat cəmiyyətləri var. Bu cəmiyyətlər ucuz qiymətə millətə gözəl kitablar verirlər. Heyfa ki, bizdə belə cəmiyyətlər yoxdur və olmayıbdır. Yalnız Kiyev tələbələrimizin “Nəşriyyat heyəti” türk dilində üç kitabça təbi ilə işlərinə xitam vermişdir. Nəşriyyat cəmiyyətlərinə olan ehtiyac bizdə başqa millətlərdən çox-çox böyükdür. Çünki naşirlərimiz yox mənziləsindədir. Bir Orucov qardaşları var idi. Şimdi onlar da nəşriyyat işlərindən əl çəkmişlər. Bizim millət üçün ticarət məqsədilə açılan müəssisə xeyir verməz. Bu yolda hökumətimiz və ya xüsusi cəmiyyətlərimiz çalışmalıdırlar. Yaxşı olardı ki, maarif nəzarəti nəzdində bir heyət təşkil olunaydı və bu heyətə kitab möhübləri dəvət olunaydı. Firidun bəy Köçərli həzrətləri məktəbdə müdirlik edirlər. Müdir üçün başqa adamlar da tapmaq olar. Amma Firidun bəyin ədəbi vəzifəsini kimsə görə bilməz. Firidun bəyi maarif nəzarəti nəzdində açılacaq olan nəşriyyat şöbəsinin başına dəvət etməli və birinci olaraq ədiblərimizin əsərlərini basdırmalıdır. Nəşriyyat şöbəsinə əza olmaq üçün Salman Mümtaz çox faydalı olar. Mümtaz cənabları kitab möhübbü olduğu üçün çox qiymətli əsərlər toplamışdır. Onun kitabxanasında bir çox ədiblərin əlyazmaları mövcuddur. Köçərli ilə Mümtaza nəşriyyat işlərimiz tapşırılsa və onlara pullar təxsis olunsa, az bir zamanda gözəl nəticələr meydana çıxar, zənnindəyəm. Hansı yolda qənaət olunsa, nəşriyyat üçün gərək qənaət olunmasın. Çünki bu günlər basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr də vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayələr vücudə gətirir. Bütün gələcəyimiz, mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərində binalanacaqdır. Pəs sərmayə üçün çalışmalıyıq və onu əhali əlinə verməliyik. Iıı. milli məcmuə Bizdə heç vədə milli məcmuə təb olunmayıb desək, səhv etmərik. Nə “Fyuzat”, nə “Şəlalə”, nə sonra çıxan məcmuələr milli olmuşdur. “Fyüzat” yolu itirdiyi üçün müaqibləri də onu təqlid etmişlər. Hankı məcmuə çıxmağa başlarsa, Hindistan və Misir camilərinin təsvirini qeyd edərək, ümumislam aləminə aid şeylər yazar. Halbuki, birinci bizi həvəsləndirən məsələ Azərbaycanımız gərək olsun: onun üçün milli məcmuəni başdan-başa Azərbaycan ilə doldurmalıdır. Bərəkət versin ki, tariximiz, ədəbiyyatımız, teatro musiqimiz və başqa mədəni məhsullarımız çox-çox var. Bunlara dair yazılsa, həm özümüz özümüzü, həm də əcnəbilər bizi tanıyarlar. Vətənimizdə bir çox tarixi binalar var. Hər nömrədə bunun birinin rəsmini qeyd edərək, ətraflıca məlumat verməlidir. Ticarət məsələləri məmləkətin can nöqtəsidir. Buna dair statistika saxlamalı, ölkəyə nə qədər mal gəlir, ölkədən nə qədər mal çıxır, xaricdə bizim nə kimi mallarımız kimlər tərəfindən alınır, müştərilərimiz nə növ mal sevir, bazarın övzai nə təhərdir? Yazmalı min şey var. Bizdə yeni-yeni qüvvələr və istedadlı cavanlar çıxır. Bunlara meydan verməli, vergilərinin yolunu təmizləməlidir. Yoxsa bir çox təb və qabiliyyətlər məhv olub gedər. Milli məcmuədə əksər səhifələr Azərbaycana həsr olunmalı və sonra bütün aləmi-islama və Avropa mədəniyyətinə. Millətimizin təbii tərbiyə və başqa məsələlərə ehtiyacı var. Amma bu yolda heç bir şey yazılmadı. Yazmalı, yazdırmalı, tərcümə etməli. Yeni şeylər vücudə gətirməlidir. Yeni şey də onda olar ki, əvvəlcə ərəb və fars aləmini təsvir etməkdən daşınıb, türk aləmini və bilxassə Azərbaycanı təsvir edək. Iv. köçərlinin əsərləri Hər bir insanın mahiyyəti və məzmunu onun fikri və işi ilə bəlli olan kimi, millətin də bütün istedadı və qabiliyyəti, qüvveyi-fikriyyə və xəyaliyyəsi onun ədəbiyyatında bəyan olunur. Bir milləti öyrənmək üçün onun tarixi ilə bərabər ədəbiyyatını da öyrənirlər. Millətin, mənəvi həyatı geniş bir surətdə xalq ədəbiyyatında inikas eyləyir. Burada şəxsiyyət yox, bütün millət görünür. Yazılı ədəbiyyatsa ayrı-ayrı şəxsiyyətlərin nə dərəcədə xalq ümumiyyətindən ucalmasını göstərir. İstər xalq, istər şəxs ədəbi məhsulları ilə bütün millətin ruhunu və o ruhun incə meyl və hərəkətlərini təsvir eləyir. İşdə bizi özümüzə tanıdan və başqalarına zinətli bir şəkil də təqdim edən ədəbiyyatımız olacaq. Heyfa ki, indiyə kimi ədəbiyyatımıza əhəmiyyət verməmişik. Ən müqtədir ədiblərimizin əsərləri bir çoxları üçün gizli qalmışdır. Səbəb bu ki, onlar ya heç təb olunmayıb və ya ki basılıb və çoxdan satılıb qurtarmışlar. Qarabağ şairlərinin əsərləri Almaniyada Leypsiq şəhərində 1868 sənəsində Adolf Berje tərəfindən təb olunmuşdur. Bu gün nadir bir şeydir. Mirzə Fətəli Axundovun mətbu əsərləri bir az adamlarda qalmışdır. Bir çox məqalə və məktublar heç də təb edilməmişdir. Həsən bəy Zərdabinin əsərlərindən yalnız ikisi Kiyev tələbələrimiz tərəfindən çap olunub. Başqaları isə qeyri-mətbudur. Xalq ədəbiyyatımız çox adamlar təşəbbüsü ilə toplanmışsa da, təb olunmuşu yoxdur. Bir çox şairlərimiz var ki, adları belə çoxlarına bəlli deyil... Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumə tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda iyirmi ildən bəri çalışması ilə və ədəbiyyatımızı nizama salması ilə məşhur Firidun bəy Köçərlidir. Firidun bəy ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-fikriyyəmizi təbii yoluna saldı. Çox heyf ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən güzidəsi “Azərbaycan türklərinin ədəbiyyat tarixi” hələ təb olunmayıb qalır. Müharibədən əvvəl bu əsərlərin təbi üçün Bakıda “Nəşri-maarif” cəmiyyətinə müraciət olunmasını o vaxtlar qəzetələrdə oxumuşduq. Müharibə və inqilab ortalığı qarışdırdı. Ədəbiyyat məsələsi unuduldu. İndi isə bu məsələlər üçün əlverişli bir zaman gəldi. Bu gün maarif nəzarətimiz bu yolda ciddi addımlar atmalıdır. Doğrudur, kağız yoxluğu hiss olunur, lakin bu, maniə təşkil edə bilməz. Nə qədər kağız baha olsa, milli kitabdan baha olmaz. Bizə kitab lazımdır ki, bizi həm özümüzə, həm də əcnəbilərə tanıtsın. Bu kitab da ədəbiyyat tariximizdir. Hal-hazırda Bakıda gözəl kitablar basdırmaq mümkün deyilsə, İstanbulda təb etdirmək olar. Istanbul səfarətimiz cəmi maarif məsələlərində maarif nəzarətimizə kömək etməyə hazır olduğu kimi, nəşriyyat işində də kömək edər. V. hürufat məsələsi Hürufat məsələsi Şərq üçün ən zəruri məsələlərdən biridir. Çünki hürufat çətinliyi milləti bu hürufatdan qaçma məcburiyyətində saxlayır. Bu səbəbdəndir ki, Qaftazda ruslaşma xalqımızın öz xahişi ilə geniş meydan almadadır. Xalqı qınamaq olmaz. Rus əlifbasına iki ay sərf etdikdə oxuyub yazmağı öyrənirlər. Bizim hürufata isə bir il sərf olunsa da, dürüst oxuma mümkün olmur. Rus hərfi ilə bir şey yazılarsa, yazıldığı kimi də oxunar. Bizdə isə böylə deyil: yazılan sözə cürbəcür mənalar verilir. Əcnəbi sözləri bizim hürufat ilə yazılarsa, heç doğru oxumaq olmaz. Bizə oxumaq və yazmamıza bir çox vaxtlar sərf olunur. Axırda da lazımi nəticələr görünmür. Hürufatımız latın əlifbası olsaydı, az bir zamanda milli maarifimiz ölkəmizin hər tərəfinə yayılardı. Şərqin məktəblərində uşaqlar illər itirirlər. Oradan savadsız çıxırlar. Bais hürufat... Millətini sevən bir adam hürufatımızı görərək laqeyd qala bilməz. Bizim can nöqtəmiz. Burada bu hal çoxdan bəri millət xadimlərimizi düşündürməkdədir. Mirzə Fətəli Axundov hürufat məsələsini həll etmək üçün Istanbula səfər etdi; Tehrana layihə göndərdi. Heyfa ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar. O vaxtdan bu məsələ arabir meydana çıxdı. Bu gün ölkəmizin və millətimizin müqəddəratı əlimizdə olduğu bir zaman hürufat məsələsi yenidən fikirləri məşğul eləyir. Bizim nazirimiz Xudadad bəy Məlikaslanov cənablarının təklifi Nazirlər Şurasında qəbul olunaraq hürufat islahı üçün çalışmağa başlanır. Bu yolda bir heyət işləyir. Şərqdə dəfələrlə mütəəssiblik sədlərini yıxan, ənənəvi hüdudları pozan və həyat tələbatından başqa heç bir şeyə bac verməyən Azərbaycan bu gün yenə bir inqilab doğurmaq istəyir. Babaların köhnəlib dəbdən düşmüş adətlərini atıb, yenilik hüsulə gətirir... Uğurlar olsun! İndi baxaq görək bizə hankı hərflər və səslər lazımdır: zənnimizcə, yeni əlifbamız 35 səsdən ibarət olmalıdır... Bu səslərin çoxu latından alınmalıdır. Latında olmayanları icad edib uydurmalı, təbiidir ki, soldan sağa oxunub, yazılacaq. Yeni hürufat ilə söz söyləndiyi kimi də yazılacaq. Bir səs neçə şəkildə olmayacaq. Yəni sin, sad və ze, zad kimi əhva şəkillər olmayacaq. Hər səsə müvafiq bircə şəkil olacaq. Əgər yeni əlifba qəbul olunarsa, oxumaq, yazmaq qayət asanlaşar, qələtsiz yazı yazmaq az bir vaxt sərf etmək ilə mümkün olar. Deməli, millət oxuyar, yazar, müşkülat görməz, xeyir və şərin anlar. Köhnə hürufatımız milli idarəmizdə də bir çox əngəllər törədir. Teleqrafda işləmir, dəftərxanalarda yazı maşınlarına uymur. Avropalılar bir kağızı bir neçə dəqiqədə maşında yazıb, kopyası ilə bərabər çıxarırlar. Bizdə isə əl ilə yazaraq bir çox vaxt itirilər... Deməyə nə hacət. Millətimiz o qədər ayılıb ki, özü hürufatımızın qüsurlarını görür, bilir. Əgər hökumət bu məsələni həll edərsə, millətə unudulmaz bir xidmət etmiş olar. Bir sual dilimizin ucuna gəlir: əcəba, Azərbaycan yeni hürufatı qəbul eləsə və başqa müsəlman ölkələri eləməzsə, nə təhər olar? Təsəvvür olunan sualın cavabı gödəkdir: – Biz qəbul eləməliyik. Vaxt gələr başqa ölkələr də görər, götürər. Doğrudan da, nə üçün hər cəhətdən tərəqqi etmiş Azərbaycan bir nöqtədə dayanıb mürgü döyən qardaşlarını gözləsin? Biz çoxdan bəri inqilabçılığa öyrəndik. Biz Rusiyada birinci olaraq türk qəzetəsini nəşr etdik. Biz türk aləmində Qurani-şərifi ana dilimizə tərcümə etməklə birincilik qazandıq. Aləmi-islamda birinci olaraq opera vücudə gətirdik. Azərbaycan Cümhuriyyətini vücudə gətirməklə islam tarixinə yeni səhifə əlavə elədik... Latın hürufatını qəbul etməklə bir inqilab da yapaq və əmin olaq ki, bu inqilab əvvəlkilərdən də parlaq və məhsuldar olacaq. * * * Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi AZƏRBAYCAN NAĞILLARININ ƏHVALİ-RUHİYYƏSİ Azərbaycanın Şuralar dövrü ədəbi tariximizin izahı üçün qiymətli bir sahə vücuda gətirdiyi inkar olunmaz. Bir neçə ilin müddətində o qədər materiallar meydana çıxdı ki, indi artıq ədəbiyyat tariximizin yazıla biləcəyinə əmin olmaq olar. Yalnız şifahi ədəbiyyatımız hələ lazımi surətdə təsvir olunmamışdır. Səbəbi aşkardır. Əvvəla şifahi parçalar toplanmalı və sonra nizama salınıb təhlil olunmalıdır. Azərbaycan şifahi ədəbiyyatını öyrənmək üçün ölkəmizdə səltənət sürən nüfuzları, onların tarixini bilməlidir. Bir kərə Firdovsinin “Şahnamə”də təsvir etdiyi İran ilə Turan mübarizəsini nəzərə almalıdır. Tarix göstərir ki, bu mübarizə üçün Şimali Azərbaycan mərkəz təşkil etmiş və nəticədə türk dili qədimdən “Böyük Midiya” adlanan Qaf dağı ilə Həmədan arasında hökmran bir vəziyyət almışdır. Lakin şimal axını Azərbaycanı türkləşdirmişdirsə də, orada rast gəldiyi qədim və yüksək mədəniyyəti tamamilə öldürməmiş, biləks onu mənimsəmiş, öz qəlib və şəklinə salmışdır. Bu şəklə bilaxirə ərəb ruhu da girmişdir... Nəticədə müəyyən mədəni məhsullar zəmanəmizə qədər gəlib çıxa bilmişdir. Azərbaycan xalq ədəbiyyatı bu məhsulların ən qiymətlisi ədd oluna bilər... Xalq ədəbiyyatımızın tədqiqi yalnız bizim üçün deyil, bütün insaniyyət tarixinə yeni bir səhifə əlavə edəcəyinə iman edənlərdənəm, çünki dünyanın ən qədim mədəniyyətlərindən birinin beşiyi Kür ilə Araz çaylarının arası olmuşdur. Bu mədəniyyətin əsrarını bilmək üçün xalq ədəbiyyatımız, bilxassə nağıllarımız qiymətli vasitə ola bilər. Nağıllarımızın hamısı əlan toplanmadığı üçün, mə’ruf və mətbu “Məlik Məmməd” nağılından istifadə edirəm. Nağıl xalq ədəbiyyatının mühüm bir qismini təşkil eləyən hekayələrdir ki, çox vaxt zahirən xəyali göründüyü halda, dərin bir fəlsəfəyə Türk və Iran mətbuatında münaqişəsi mövcib olan bu məsələlər haqqında mənim irəlidə çap olunacaq “Azərbaycan tarixinə mədxəl” kitabıma baxmalı (müəllif). Xalq nağılından yazdığım bu nağılı on beş il əvvəl Kiyev türk tələbələri basdırmışdı. İkinci təb olaraq yaxında “Bakı işçisi” kooperativ nəşriyyatı tərəfindən basılacaq (müəllif). istinad edir. Şifahi ədəbiyyatın ənvai kimi nağıl da nəsildən-nəslə keçir və müəllifi kim olduğu məlum deyil. Nağıl xalq ədəbiyyatının qeyri-ənvaindən daha da qədim olmalıdır, çünki fikir, etiqad və fəlsəfə etibarilə Zərdüştün “Avesta” və hindi- qədimin “Veda”sına yavıqlaşır. Bütün Azərbaycan nağılları içində “Məlik Məmməd” tipik sanıldığı üçün bunun təhlili qeyrilərini də izah edər, zənnindəyəm, çünki hər bir nağıldakı fikir haqqın nahaqqa qələbə çalmasından ibarətdir. Yalnız vəqə və məzmun başqa-başqadır. “Məlik Məmməd”in fəlsəfəsi təbiətdəki ikiliyi təsvir eləyir. Bir tərəfdə Hürmüzd və onun xəlq etdiyi nur, əbədi həyat, haqq və ədalət, o biri tərəfdə də Əhrimən və güruhu: qaranlıq dünyanın məhsulu divlər, əjdahalar, büxl, həsəd, fəna fikirlər. Bir-birilə əbədi çarpışmada olan bu iki qüvvə Hürmüzdün qələbəsilə nəticələnir. Əbədi həyat bəxş edən, almanı oğurlayan divlər, Zümrüdün balalarını öldürmək istəyən əjdəhalar, büxl və həsədə qapılan iki şahzadə məhv olub gedirlər. Zirək, quvvətli, təmiz ürəkli Məlik Məmməd isə qurtarır və işıqlı dünyanın bütün səadətinə nail olur. Nağıllar haqqında fikrimizin doğru olduğunu isbat etmək üçün bir az da təfsilata ehtiyac var, bilxassə bəzi qaranlıq nöqtələrin izahı lazımdır. Nağılda bəhs olunan alma ağacına bənzər, “Avesta”da bir Naara var... Kür ilə Araz çayları arasında yaşayan qədim irqin etiqadınca Naara ağacı Kürqəsb dənizində bitib, bütün nəbatata ruh verərmiş. Bəziləri Naaranı əbədi həyat bəxş edən ağaca bənzədirlər. “Məlik Məmməd”dəki alma ağacı Naaraya çox bənzəyir: almanı yeyən cavanlaşır və əbədi həyata vasil olur. “Məlik Məmməd”dəki mücadilə haqq və işığın hökmranlığı ilə nəticələnir. “Avesta”nın fəlsəfəsi də bundan ibarətdir. Sami irqindən zühur etmiş dinlərin (yəhudilik, xristianlıq və müsəlmanlıq) tövhidi zərdüştilikdə yoxdur. Vəhdət əvəzində kainatda ikilik var və mübarizə hər şeyə əsas olaraq vəz olunmuşdur. Bu mübarizə getdikcə inkişaf Bu kitablar təqribən üç min il bundan əvvəl təlif olunmuşdur (müəllif). Kürqəsb”in Bakı dənizi olduğuna dair ehtimallarımızı bir başqa məqalədə izah edəcəyəm (müəllif). edib böyüyür və axırda qaranlığın, div və əjdəhaların, paxıl vücudların yox olub, yer üzündən qaib olması ilə qurtarır. Zərdüştilikdə dini məfkurə dünyada əbədi bir həyat, əbədi işıq, əbədi istirahət və səadət təmin etməkdir. Lakin buna mane olan qara qüvvələr var. “Məlik Məmməd”də də məsələ bu şəkildədir: ecazkar alma ağacı padşaha daimi cavanlıq hazırlayır, lakin Əhrimənin xəlq etdiyi div buna mane olur. Mübarizə başlayır. Müvəffəqiyyət Məlik Məmmədin tərəfinə keçir, çünki o təmizqəlbli və zəki bir şəxsiyyətə malikdir. İki böyük qardaşı hüsni-niyyətdən məhrum olduqları üçün müvəffəqiyyət əldə edə bilmirlər. Bütün nağıllarımızda olduğu kimi, “Məlik Məmməd”də də müəyyən rəqəmlərə təsadüf edirik. Bu rəqəmlər 3, 7 və 40-dan ibarətdir. Hər bir irqin özünə məxsus bir rəqəmi var: türkün – 9; samilərin – 40, 7; qədim Misir və yunanın – 12. Bu rəqəmlər haqqında təfsilatı başqa bir kitabda bəhs edəcəyimdən, burada yalnız üç rəqəmi haqqında danışacağam. Qədim zamanın ən mötəbər sanılan kitabları – “Riqveda”, “Avesta”, “Əhdiətiq”, hətta qədim yunan müvərrix və coğrafiyyunları belə hadisə və vəqələri təsvir edərkən, nədənsə müəyyən irqi rəqəmlərə baç verirlər. “Məlik Məmməd” hekayəsi də məlum rəqəmlərdən bəhs edir: Padşahın 3 oğlu var, qaranlıq dünyada 3 div və yanlarında 3 qız 3 otaqda yaşayırlar. Məlik Məmməd divlərlə 40 gün 40 gecə güləşir. Zümrüd quşu Məlik Məmmədi qanadının üzərinə alarkən 40 şaqqa ət, 40 tuluq su götürür. Axırda toy olur, 40 gün, 40 gecə çəkir. Milli cəhətdən nağıllarda şayani-diqqət nöqtələr var. Zamanımızda belə şiddətini qaib etməmiş paxıllıq və intiqam hissi hökmfərmadır. Həsəd üzündən qardaşları Məlik Məmmədin ipini kəsib, onu quyuya salırlar. Buna görə kin qardaşlar arasına düşmənçilik salır və Məlik Məmməd kimi alicənab görünən şəxs qardaş qanına susayır. Ümumiyyətlə nağılların fikri yüksəkdir. Bütün vəqələrdən sonra yenə haqq hər şeyə qələbə çalır və Hürmüzdün nuru təcəlli edir. * * * Nağıllarımızı necə toplamalı NAĞILLARIMIZI NECƏ TOPLAMALI Nağıl xalq ədəbiyyatına məxsusdur. Xalqın ruhunun, etiqadlarının məhsuludur. Bütün şüarlarımız xalqa doğru olduğu üçün nağılın əhəmiyyəti bir qat daha artır. Belə olan surətdə nağıllarımızı toplamaq və nəşr etmək ən birinci mədəni məsələlərimizdən olmalıdır. Ancaq nə cür toplamanın yollarını bilməlidir. Nağıl xalqındır və xalq da onu mühafizə edərək yeni nəsillərə tərk edir. Onu toplamaq üçün müəyyən nöqtələrə, müəyyən şəxslərə müraciət etməlidir. Azərbaycanın mədəniyyət tarixini tədqiq edərkən Qarabağ, Şirvan, Qazax tərəflərin mədəniyyət tariximizdə, bilxassə ədəbiyyat sahəsində böyük rol oynadığını görürük. Halbuki Bakı, Salyan, Lənkəran səmtləri istər ədəbiyyat, istər şivə etibarilə səfalı Şirvan və Qarabağdan çox-çox geridə qalır. Səbəbi aşkardır. Xalq mühitində rast gəlmədiyi şeylərə ad qoya bilməz. Mühit təbiətcə zəngin olursa dil də genişlənir, ədəbiyyat da zənginləşir. Xalq ədəbiyyatı ilə məşğul olarkən, bu nəzəriyyənin doğruluğunu hər addımda duyuruq. Bir zaman mən xalq ədəbiyyatını toplayarkən, onları tutuşdurardım. Qarabağda işlədiklərimin Bakıda öyrəndiklərimdən hər cəhətcə yüksək olduğunu görürdüm. Deməli dağlı, meşəli, çeşməli yerin xalqı daha incə dilə, daha şairanə tərkiblərə malik olur. Nağılı toplayarkən bu nöqtəyə əhəmiyyət verilməlidir. Nağılın xalq ədəbiyyatına məxsus olmasına baxmayaraq, xalqın hər bir fərdi onu bilmir. Əslən ona aşina olan şəxslər tək-təkdir. Bunları toplamaq və bunlara ehtiyatla yanaşmaq nağıl toplayanın məharətinə bağlıdır. Ələləksər nağıla və bütün xalq ədəbiyyatına vaqif olanlar arvadlardır. Arvadların da içində hamısı yox, yalnız xalqın işinə yarayan və onunla həmişə təmasda olanlar bilirlər. Xalqa yaxın olanlar məşşatələr, ağıçılar, yengələrdir. Ürkütmədən, təşvişə salmadan bunlara yanaşılarsa böyük bir mənbə kəşf edilmiş olar. Üsula gəldikdə, nağıl ədəbiyyatının müəyyən üsulu var. Onları gözəl edən və süsləndirən müəyyən dil, tərkib və cümlələrdir. Xalq ədəbiyyatı ilə maraqlananlar bu nöqtəni unudarlarsa, çəkdikləri zəhmət hədər olar. Xüsusən cümlələr və dil nağılda da əhəmiyyətli yer tutur. Bir çox nağılların “Biri var imiş, biri yox imiş, allah var imiş, bəndəsi yox imiş” deyə başlandığını hər kəs bilir, qurtardıqda “o yedi yerə keçdi, sən də ye dövrə keç” deyirlər. Gözəl gördükdə “yemə-içmə, xətti-xalına, kül camalına tamaşa et”, yol getdikdə “az getdi, üz getdi, dərətəpə düz getdi” kimi cümlələr nağılın zinəti hesab olunur. Nağılları toplarkən bunları qeyd etməlidir. Bunlarsız nağıl bütün gözəllikdən məhrum olar. Xalq ədəbiyyatını toplayarkən kitab təsirinə düşülərsə, böyük xəta zühur edə bilər. Səhv etməmək üçün xalq ədəbiyyatını savadsız mühitdən əxz etməlidir. Bu sahədə kitab təsirinə düşən və şəhərbəşəhər gəzən dərvişlərin nağılları faydasızdır. Çünki bunlar əsil mühitin gözəllik və təmizliyindən məhrumdurlar. Azərbaycan nağıllarını başqa türk ünsürlərinin masalları və ya qissələri ilə müqayisə etdikdə, bizimkilərin məzmun və fəlsəfəcə onlardan nə qədər zəngin olduğu meydana çıxır. Məsələn, Türküstandakı tarançıların qissələrini tədqiq edirkən nağılın şəkil və məzmunca yalnız azərbaycanca təkmil olunmasına hökm verilir. Nağıllarımızı toplayarsaq, ədəbiyyatımız, dilimiz və mədəniyyət tariximiz üçün böyük bir iş görmüş olarıq. 1928 Пaттyccoв. Oбpaзны тapинчиckoй литepaтypы. Kaзaнь, 1909 (müəllif). * * * Nağıllarımız barəsində bir-iki söz NAĞILLARIMIZ BARƏSINDƏ BİR – İKİ SÖZ Aşağıda dərc etdiyimiz “Caçcı” nağılı qarabağlı ağzından yazılıb, yerli şivə dəyişilməyib. “Caçcı” nağılı zərdüşti fəlsəfəsindən doğmuş sıraya aiddir. Lakin “Məlik Məmməd” qədər dolğun deyil. “Məlik Məmməd”də işıq ilə qaranlığın mübarizəsi bilfeil olmalıdır, burada isə rümuzi bir surətdə ifadə olunur: Həsud qardaşların bütün səyinə rəğmən Caçcı mübarizədən qalib və müzəffər çıxır, nəticədə nökərçilikdən yüksəlib padşah olur. Haqqın nahaqqa qələbə çalması bir bizdə deyil, başqa millətlərin nağıllarında da əsas təşkil edir. Onlarda da haqq tərəfdarları yox olmur, fənahərəkətlilər özgələrə qurduqları tələyə düşüb məhv olurlar. Başqa nağıllarda gözə çarpan 3, 7, 40 rəqəmlərindən “Caçcı”da yalnız 3 və 40- a təsadüf edirik. Türküstanda və türk-tatarların təsiri olaraq rus nağıllarında rast gəldiyimiz 9 rəqəmini bizdə görmürük. Deməli, zərdüşti fəlsəfə və etiqadından doğma nağıllarımız yalnız dil etibarilə türkləşmişlər. Irqi rəqəmini nağıllarda işlədən Orta Asiya yalnız dilcə deyil, məzmunca da nağıllara təsir etmişdir. Bizdə “biri varmış, biri yox imiş, allah var imiş, bəndəsi çox imiş”, – deyə zərdüşti etiqadına bir də islam sərlövhəsi əlavə olunur. Özbəklərin sərlövhəsi daha həyati və millidir: “Bar ikan, yok ikan, ac ikan, tox ikan, buru biqəval ikan, tülkü yasvıl ikan, gözkun falbil ikan, çomçok çakçı ikan, comalı azğiyu ikan, qaz çörpayçı ikan, ördək surnayçı ikan, taşbağa çakçı ikan, tarazı dar ikan, qurbağa daş bərdar ikan, qoza paya tozdin ikan, hər bəla qızdan ikan”. Özbəklər nağıllarında ölkələrinin heyvan, quş və cüçülərini də iştirak etdirirlər, ziraətlərinin məhsulu pambıq da nağılda özünə yer tapır. Adətən nağıl zaman və məkandan uzaq olduğu üçün onu hər bir millət özünə qəbul edib mənimsəyir. Bizim bu qisim nağıllarımızdan başqa, bir də tarixə yanaşmışları var. Bunlar ələləksər şah Abbasın şəxsiyyəti ətrafına toplaşmışlardır. Məqaləni 1928-ci ildə çap edən “Azərbaycanı öyrənmə yolu” ilə məcmuəsi burada yazıçının bu fikri ilə razılaşmadığına dair belə bir qeyd verilmişdir: “idarə bu nöqtədə yazıya şərik olmur.” Buru – qurd, biqəval – aşçı, falbil – falçı, çomçok – sirkə, çakçı – dedi – qoduçu, çomalı – qarınca, azqiyu – qərəvəlli söyləyən, çərpayçı – sorucu, taşbağa – tısbağa, taş bədar – diş qoyan, qoza – pambıq, tozdan – duzdan çıxan (müəllif). Üçüncü qisim nağıllarımız çocuqları əyləndirmək üçündür. “Cırtdan” kimi çocuq nağılları müəyyən fəlsəfə və məntiqdən uzaqdır. Onlarda həyat və zindəganlıq daha çox yer tutur. İkinci və üçüncü qisim nağıllarımız haqqında başqa dəfə. Caçcı Biri var imiş, biri yox imiş, günlərin bir günü üç qardaş var imiş. Bunların böyüyü gedir papaqçılıqla, ortancılı başmaqçılıqla, kiçiyi Caçcı da padşaha nökər olur. Padşah Caçcının xatirini çox istəyirmiş, yaxşı yedirirmiş, yaxşı geyindirirmiş. Caçcının o biri qardaşları bunu görüb paxıllıqları tutur, deyirlər. Biz axşama kimi işləyirik, zəhmət çəkirik, heç Caçcı kimi dolana bilmirik. Nə qayıraq ki, Caçcı ölsün, yeri bizə qalsın. Fikir-fikir eləyirlər, axırda deyirlər: gedək padşaha deyək ki, küpəgirən qarının sənə layiq qızıl qaşıqları var, onu Caçcıdan başqa heç kəs gətirə bilməz, Caçcını göndər gətirsin. Qardaşlar durub gedirlər padşahın yanına, deyirlər: – Padşah sağ olsun, güpəgirən qarının sənə layiq qızıl qaşıqları var. Onları Çaçcıdan başqa heç kəs gətirə bilməz, göndər getsin gətirsin. Padşah Caçcını çağırır, deyir: gərək o qaşıqları gedib gətirəsən. Caçcı padşaha baş endirib çıxır. Buncuğaz yola düşür, az gedir, üz gedir, dərə-təpə düz gedir. Gedir çıxır qarının evinə. Qarıca qızla oturmuş imiş. Caçcını görcək özözünə deyir: nə yaxşı oldu, gəldi, elə bunu kəsib yeyərəm. Caçcı oturdu. Bir evə göz gəzdirdi, gördü qaşıqlar irəfə düzulüb. Çörək yedilər, yığışdırdılar. Yatanda qarı qızına dedi ki, ağ keçəni öz üstünə sal, qaranı qonağın üstünə, badyanı da qoy, sabah tezdən durub qoyunları suvarmağa gedəcəyəm. Qız ağ keçəni öz üstünə saldı, qaranı Caçcının üstünə, badyanı da anasının yanına qoydu. Yıxılıb yatdılar. Gecənin bir yarısı Caçcı durdu, ağ keçəni götürdü, öz üstünə saldı, qaranı da qızın üstünə. Sabah tezdən qarı qalxdı, qara keçəni götürüb, bıçaqla qızının başını kəsdi, dedi: – Ay qız, Caçcının ətindən bozbaş as, mən də qoyunları suvarıb gəlirəm. Qarı getdi. Caçcı durdu, qaşıqları götürüb, getdi. Qarı da qoyunları apardı çayın qırağına, qabı suya basdı, istədi qoyunlara su versin, gördü qabda su yoxdur. Işıqlanana kimi belə elədi, bir də sübh açıldı, qarı baxdı gördü, badya əvəzinə xəlbir gəlib çıxıb. O saat barmağını dişlədi, dedi: – Yəqin bu Caçcının işidir. Durdu qaçdı evə, gördü qızının başını kəsib, qara keçənin altında qızı imiş. Qarı bir başına vurdu, bir dizinə, yüyürdü Caçcının dalınca. Getdi gördü Çaçcı tövbələtmə dağını aşıb gedir. Qarı dağı aşa bilməzdi, çıxdı üstə, dedi: – Ay Çaçcı, vay Çaçcı, həlbət əlimə düşərsən, ətini aşıqca elərəm, qanını qaşıqca. Caçcı gəlib, padşaha baş endirdi, qaşıqları qabağına qoydu. – Caçcının qardaşları baxdılar, gördülər bu yenə gəldi çıxdı, qaldılar yana-yana. Bir gün belə, beş gün belə, axırda yenə fikir-fikir elədilər, dedilər: bunu hara göndərək ki, daha qayıdıb gələ bilməsin? Dedilər: qarının bir tazısı var, yaxşısı budur ki, göndərək onu gətirsin. Bu səfər qarı lap acıqlanıb, elə ki, Caçcını gördü, daha sağ buraxmayacaq. Getdilər padşahın yanına, dedilər: – Padşah sağ olsun, küpəgirən qarının bir tazısı var, sizdən savayı heç kəsə layiq deyil. Caçcını göndər, onu gətirsin. Padşah Caçcını çağırdı dedi. Caçcı bir az fikirləşdi, gördü əlac yoxdur. Padşaha baş endirib getdi. Az getdi, çox getdi, getdi çıxdı qarının damının üstə. Bacadan baxdı, gördü qarı oturub, yağ əridir, tazısı da yanında oturub. Əlini atdı, bir az torpaq götürdü, bacadan aşağı tökdü. Tazı yuxarı baxıb, dedi: bacbac-bac-bac. Qarının acığı tutdu, kəfkiri yağdan çıxarıb, tazının başına çırpdı, dedi: – Dəli olmamısan, köpək oğlunun iti, burada Caçcı nə qayırır? Tazı acıq eləyib, evdən çıxdı. Caçcı onu tutdu apardı. Qarı bir az gözlədi, gördü it gəlmədi, dedi: bəlkə də elə Caçcı burada imiş. Durdu, ora it, bura it, gördü yoxdu. Yüyürdü tövbələtmə dağına, gördü Caçcı gedir. Dedi: – Ay Caçcı, vay Caçcı, həlbət əlimə düşərsən, ətini aşıqca elərəm, qanını qaşıqca. Caçcı gəlib padşaha baş endirib, tazını verdi. Caçcının qardaşları baxdılar gördülər, bu yenə gəldi. Dedilər, biz bunu ölümə göndəririk, qayıdıb gəlir, Padşahın yanında hörməti daha da artır. Nə eləyək, nə eləməyək, bu səfər də qarının qumrulu kürsülərinin dalınca göndərək. Getdilər padşahın qulluğuna, dedilər: – Padşah sağ olsun, qarının bir dəst qumrulu elə kürsüləri var ki, səndən savayı heç kəsə layiq deyil. Gərək Caçcını göndərəsən onları gətirsin. Padşah Caçcını çağırdı yanına, dedi: – Nə təhər olsa, gərək o kürsülər mənə gəlsin. Caçcı bir az fikirləşdi, dedi: – Nə deyirəm ki, padşah sağ olsun, ancaq bir iş var ki, gərək mənə bir xeyli pambıq verəsən. Padşah pambığı verdi. Caçcı getdi. Qarı həmişə qoyunları dama doldurub, qabağına kürsüləri düzərdi. Qoyunlara da tapşırardı ki, Caçcı gəlsə, kürsülərə dəyin, qumruları tərpənsin, mən yuxudan oyanım gəlim. Caçcı gəldi. Əvvəl yavaşca başladı pambıqları qumruların deşiklərinə doldurmağa. Hamısınıca doldurdu. Sonra çiyninə alıb, apardı. Qoyunlar hə qumrulara toxundularsa da, səs çıxmadı. Caçcı yenə baş endirib kürsüləri padşahın qabağına qoydu. Qarı da ki, yenə yüyürdü tövbələtmə dağına, haray haraya çatardı ki, Caççı çıxıb getmişdi. Qardaşlarını yenə paxıllıq qoymadı ki, düz otursunlar. Yenə fikirfikir elədilər, dedilər: bu səfər Caçcını elə yerə göndərək ki, daha gəlib çıxmasın. Hara göndərək, hara göndərək? Dedilər, bu səfər qarının özünün dalınca göndərək. Getdilər padşaha baş endirdilər. Padşah dedi: – Nə qulluq? – Dedilər: – Padşah sağ olsun, küpəgirən qarı belə oyunlar bilir ki, lap sənin məclisinə layiq. Gərək Caçcını göndərəsən, gedib onu gətirsin. Padşah Caçcını çağırdı, dedi: – Nə təhər olsa gərək gedəsən, küpəgirən qarını bura gətirəsən. Caçcı bir az fikirləşdi, öz-özünə dedi: Mən qarının qızının ölməsinə səbəb olmuşam, tazısını gətirmişəm, kürsülərini oğurlamışam. Əlinə düşsəm ətimi aşıqca eləyəçək, qanımı qaşıqca. Mən onu necə gətirim?.. Fikir-fikir elədi, gördü əlacı yoxdu. Dedi: – Padşah sağ olsun, gətirrəm, ancaq ki, mənə bir yapıncı ver, hər tükündən bir qumru sallansın, bir çuval ver, bir də başı dəmirli bir çomaq. Padşah əmr elədi, bir dəqiqədə hamısını hazırladılar. Caçcı geyinib getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi qarının evinə çıxdı. Qarıca ocağın qabağında oturmuşdu. Caçcı içəri girən kimi yapıncını silkələdi, qumrular səsləndi. Qarı dedi: – Sən kimsən? Dedi: – Mən əzrayılam, gəlmişəm sənin canını almağa. Qarı dedi: – Di yıxılım yerə, al. Caçcı dedi: – Burada olmaz, səni aparıb tövbələtmə dağında canını alacağam. Dur gir bu çuvala. Qarının əlacı kəsildi, girdi çuvala. Caçcı çuvalın ağzını bərk-bərk bağlayıb atdı dalına apardı. Tövbələtmə dağına yetişdilər. Qarı dedi: – Di canımı al. Caçcı qulaq vermədi, dağı keçdi. Qarı çığır-bağır salanda çuvalı yerə qoyub, “çö” demisən qarıya bir çomaq, daha haray hara çatardı, tövbələtmə dağını keçmişdilər. Caçcı qarını gətirdi padşahın qulluğuna, dedi: – Padşah sağ olsun, getdim. Amma çuvalın ağzını hələ açma. Mənə qırx boş otaq ver, sonra çuvalı açarsan. Padşah qırx boş otaq verdi, Caçcı bunlarıca bağlayıb, dalda birisinə çəkildi. Qardaşlar eşitdi ki, Caçcı qarını gətirib, yığıldılar padşahın qapısına, çuvalı açdılar. Birdən qarı çıxıb, başladı əlinə düşənləri boğmağa, hamınıça boğub, gəldi Caçcı olan evin qapısına. Başını əvvəlki otağın qapısına söykəyib dedi: – Qoç başı, qoyun başı? Caçcı cavab verdi: – Qoç başı. Qarı bir təkan verib qapını açdı, içəri girdi. İkinci qapıya başını söykəyib dedi: – Qoç başı, qoyun başı? Caçcı çavab verdi: – Qoç başı. Qarı bir təkan vurdu, ikinci qapını da açdı. İçəri girdi... Belə-belə “qoç başı, qoyun başı” dedikcə, Caçcı dedi: – Qoç başı. Qarı 39 qapını sındırıb, gəldi Caçcı olan otağın qapısına, dedi: – Qoç başı, qoyun başı? Caçcı dedi: – Qoyun başı. Qarı qapıya təkan vurduqda başı əzilib yıxıldı. Caçcı qapını açıb çıxdı. Çomağı çəkdi qarını öldürməyə, qarı dedi: – Indi ki, məni öldürürsən, sənə bir şey öyrədim: Mənim qanımdan bir damcı aparıb, hər kəsin burnuna damızsan, dirilər. Caçcı qarını öldürdü. Qanından bir damcı aparıb padşahın qızının burnuna damızdı. Qız o saat asqırıb, ayıldı. Caçcı dedi ki, hamı ölmüşdü, bircə sənin ürəyin getmişdi, ayıldın. Qalan adamları Caçcı ayıltmadı. Hamısını yığıb basdırtdı. Caçcı padşahın qızının kəbinini özünə kəsdirdi. Qırx gün, qırx gecə toy oldu. Caçcı başladı padşahlıq eləməyə. Onlar yedilər yerə keçdilər, siz də yeyin dövrə keçin. 1928 * * * Xalq ədəbiyyatında bəşəri təmayüllər XALQ ƏDƏBİYYATINDA BƏŞƏRİ TƏMAYÜLLƏR Xalq ədəbiyyatı ağızdan-ağıza keçib nəsildən-nəslə intiqal edən ədəbiyyata deyilir. Bu tərif haqqında bütün müdəqqiqlərin rəyi bir kimi görünür. Lakin xalq ədəbiyyatı deyilən bu el fikrinin məhsulu kimə və hankı xalqa məxsusdur deyildikdə, bir az çətinlik çəkilir. Çünki bir xalqın arasında məruf olan bir parça, istər şəkil, istərsə mövzu etibarilə başqa xalqların arasında da görünmədədir. Nağıl, atalar sözü, tapmaca kimi xalq ədəbiyyatının növləri bir çox xalqların ədəbiyyatında da mövcuddur. Şəkil kənarda dursun, müəyyən bir mövzu belə bir çox millətlərin arasında dolaşıb durmadadır. Məsələn: “Skazka” adı ilə məşhur “O xitrosti Didoniya” rəvayəti dünyanın hər bir tərəfinə yayılmış bir hekayədir. Öküz və yaxud inək dərisi böyüklükdə bir yer istənilir, sonra dərini kəsib qayış şəklində geniş bir torpağın ətrafına çəkir, yeri işğal edirlər. Rəvayət bundan ibarətdir. Akademik Miller bu rəvayəti tədqiq edərkən izini Afrika, Hindistan və Avropa arasındakı geniş qitədə bulub, ünvanını qeyd edir. Halbuki, bu rəvayət Qoçum xana və Yermaka da istinad edilir. Şimal türk-tatar xalq ədəbiyyatını toplarkən Radlov üç yerdə dəri rəvayətinə rast gəlir. Yakut sərvətdarlarından Tifin adlı birisinin gəlmə rusları öküz dərisi fəqərəsi ilə aldatması söylənilir. Yalnız Sibir deyil, Orta Asiyada belə bu rəvayət məşhurdur. XI əsrə məxsus Əbdülqafar Əlmainin “Tarixi-Kaşğar”ından əxz edib yazan Camal Karşi islamiyyətin Kaşğarda yayılmasına dair bir hekayə söyləyir. Kaşğar hökmdarı Oğulcaq Qadir xan hələ “kafir” ikən Nəsir ibn Mənsur adlı bir müsəlman şahzadəsinə yanında yer verir. Şahzadə xoş rəftarı ilə xanın rəğbətini qazanır və nəticədə Artic adlı yerə vali təyin olunur. Bir gün şahzadə məscid tikdirmək üçün xandan inək dərisi böyüklükdə bir yer istəyir. Xan razı olur və şahzadə inək dərisini doğrayıb, müəyyən yerin ətrafına çəkir, ortasında məscid tikdirir. “Nemətullahi” təriqətini təsis edən Nemətullah Vəlinin də dəri fəqərəsi ilə Mahanda bir yer ələ gətirib məscid tikdirdiyi İran dərvişləri arasında mərufdur. Azərbaycanda da bu rəvayət dillərdə gəzir. Guya Sultan Məhəmməd Fateh Bizans imperatorluğundan dəri böyüklüyündə bir yer istəmiş, dərini doğrayıb, qayışını Istanbulun ətrafına çəkərək oranı zəbt etmişdir. Bu rəvayətin əsil mənbəyindən uzaqlaşıb, başqa-başqa irqə mənsub xalqlar arasında yayılması və mənimsənilməsi göz önündədir. Xalq ədəbiyyatını tədqiq edərkən mənbə məsələsindən bəhs olunduqda çətinliklərə rast gəlindiyi də bu səbəbdəndir. Müəllifi bəlli olmayan, zaman və məkana az tabe olan bir ədəbi məhsul tədqiq və tətəbbö çərçivəsinə də çətin sığır. Odur ki, bu sahədə yürüdülən rəy və təsəvvür də başqa-başqadır. Ümumiyyətlə, xalq ədəbiyyatı toplanır, müəyyən bir üsula salınıb nəşr olunur, tarixi tədqiqə gəldikdə məsələyə səthi olaraq yanaşılır. Çətinliklərə rəğmən xalq ədəbiyyatını tərif edən ovsafi nöqtələr var ki, sabit deyiləcək qədər qüvvətlidir. O da bunlardan ibarətdir: Xalq ədəbiyyatı millilikdən fəzlə bəşəridir. Xalq ədəbiyyatı sənətdən fəzlə günün ehtiyacına xidmət edir. Xalq ədəbiyyatı müəyyən fəlsəfədən məhrum deyil, lakin bu fəlsəfə, bəzi nağıllar istisna edilərsə, mücərrəd deyil, əməlidir. Xalq ədəbiyyatında rümuz, işarə və müqayisə böyük yer tutur. Xalq ədəbiyyatı bir kütlə tərəfindən alınıb, mənimsəndikdə ona milli, ya dini bir süs və rəng verilir. Milli xalq ədəbiyyatı deyildikdə məzkur rəng və süs nəzərə gəlir. Məzmun isə çox yerdə ümumi, bəşəridir. Azərbaycan xalq ədəbiyyatını bütün ənvai ilə tədqiq edərkən bu yuxarıda qeyd olunan həqiqətlər aşkar bir surətdə meydana çıxır. Şifahi ədəbiyyatımızın ənvai arasında “Atalar sözləri” daha ümumi və bəşəridir. Aramızda dolaşan bir çox məsəllərin eynini ruslar və başqa millətlərdə də görürük. Bir az araşdırdıqda bunları rusların da başqalarından aldığı məlum olur. Axırda ipin ucu yunan və Roma mütəfəkkirlərinə qədər gedib çıxır. Fikrimizi doğrultmaq üçün bəzi məsəllərimizi rus məsəllərilə, qədim alim və mütəfəkkirlərin kəlamları ilə müqayisə edək. Azərbaycanlılardakı bəzi atalar sözünü ruscası ilə müqayisə edək: Ölü dalınca danışma – O pokoynike xudo ne molvi. İlanı qoynunda bəslədi – Otoqrel zmeyu za pazuxoy. Bir gül ilə bahar olmaz – Odna listoçka ne delayet vesnu. Əl əli yuyar, əl də üzü – Ruka ruku moet. Qoyun olmayan yerdə keçiyə Kərəməddin ağa deyərlər – Na bezrıbi i rak rıba, na bez lyudii foma çelovek. Dost-düşmən yaman gündə məlum olar – Druq poznayetsya v bede. Hər nə doğrarsan çanağına, o çıxar qaşığına, hər nə əkərsən onu biçərsən – Kak poseeşya, tak pojneş. Yağışdan çıxdıq, yağmura düşdük – Iz oqnya, da v polımya. Qurd dərisini dəyişər, xasiyyətini dəyişməz – Volk kajdıy qod menyaet svoyu şubu, da obıçaya ne menyaet. Kim bilir, əlimizdə material olsaydı, bəlkə məsəl və atalar sözlərinin daha da qədim olduğunu isbat edərdik. Çünki insan ictimai həyata ilk addım atdığı zamandan başlayaraq, şübhəsiz ki, həyati təcrübələr keçirdikcə özünə müəyyən qanunlar cızıb. Bu qanunlar şifahi olaraq nəsildən-nəslə, xalqdan-xalqa keçərək ümumin malı ola bilmişdir. Başqa-başqa irqlərə mənsub xalqların ədəbi məhsullarının bir-birinə bənzəməsi təbii isə, türk irqinə mənsub ünsürlərin, məsəllərin biri-birinin eyni olması daha da təbiidir. Ləhcə ayrılığı nəzərdə tutulmazsa, türk qövmləri arasında işlənən bir çox məsəllər bir məzmunda, bəlkə bir şəkildədir. Nümunə üçün bir az da Türkiyədə işlənənlərlə Azərbaycanda işlənən atalar sözlərini müqayisə edək. Saqqalı olmayanın sözü tutulmaz – Saqqalım yoxdur, sözüm ötmür. Qaşını doğruldurkən gözünü çıxardı – Qaşını düzəltdiyi idi, vurdu gözünü çıxartdı. Söz böyüyün, su kiçiyin – Yol böyüyün, su kiçiyin. Kor satıcının kor alıcısı olar – Kor atın kor da nalbəndi olar. Mum dibinə işıq verməz – Çiraq dibinə işıq salmaz. Su dəstisi su yolunda qırılır – Su bardağı suda sınar. Təncərə dövrildi, qapağını buldu – Koduş yumbalandı qapağını tapdı. Tavığın pilicini gözün sayarlar – Cücəni payızda sayarlar. İtin axmağı qayqanağdan pay umar – Tulanın əbləhi qaysabadan pay umar. 1 I.E.Timohenko. Literaturnıe pervoistoçniki 300 russkix posloviü i poqovorok. Kiev, 1897 (müəllif) 2 Qeyd: Birincilər Türkiyədə, ikincilər Azərbaycanda işlənir. Keçiyə can qayğısı, qəssaba yağ qayğısı – Keçi can qaydında, qəssab da piy axtarır. Köpək dəvəyə hürmüş də, dəvənin xəbəri yox – Ayı meşədən küsmüş, meşənin xəbəri yox. Dəvəçi ilə qonuşan qapısını böyük açar – Sarban ilə yoldaş olanın darvazası gen gərək. Sən ağa, mən ağa, bizim unu kim üyütsün – Sən ağa, mən ağa, bəs inəkləri kim sağa. Səbir elə, tut yarpağı sarı altun olur – Səbir elə, qurut halva olur. Və ya: Səbir elə halva bişər, ey qora səndən, Bəsləsən atlas olar tut yarpağından. Dərziyə çıx demişlər, iynəm başımda demiş. Dərziyə köç demişlər, iynəsini yaxasına sancmışdır. Yalnız Türkiyədə deyil, bizdə işlənən məsəllərin eynini Türküstanda və Krımda görürük. Məsələn: “Azacıq aşım, ağrımaz başım”, Krımda “Azğana aşım, qayğusuz başım” şəkli alır. Yaxud bizim “Anasına bax qızını al, kənarına bax bezini al” məsəli tarançılarda belə deyilir: “Ana görüb qız al, qırğaq görüb bez al. Bəzi yerdə: “Ana görüb qız alğıl, qırğaq körüb bez alğıl” da deyirlər. Nümunə üçün bir az da tarançılarda işlənənlərlə Azərbaycanda işlənənləri müqayisə edək: Yetimin ağzı aşqa təksanda, başı taşta təkdi – Yetimin ağzı aşa çatdı, başı daşa. Qızım sənə ayıtım, gəlinim sən eşit – Qızım sənə deyirəm, gəlinim sən eşit. Yutğanğa bakıb fotsun – Yorğanına görə ayağını uzat. Üz toysa, göz toymaz – Qarnı doysa, gözü doymaz. Tama, tama göl tuşar – Dama-dama göl olar. 1928 V.V.Radlov. Obrazüı narodnoy literaturı severnıx törskix plemen t. VI, SPb, 1886 (müəllif) N.N.Pantusov. Obrazüı tarançinskoy literaturı. Kazanğ, 1909 (müəllif) V.Qordlevskiy. Obrazüı osmanskoqo narodnoqo tvorçestva, t. I, Moskva, 1919 (müəllif) Qeyd: Birincilər tarançılarda, ikincilər Azərbaycanda işlənir. * * * Xalq ədəbiyyatının təhlili XALQ ƏDƏBİYYATININ TƏHLİLİ Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır. Bu gün Azərbaycan gəncləri arasında xalq ədəbiyyatına böyük bir maraq oyanmış, kəndbəkənd gəzilir, ağızdan-ağıza keçən, əsrlər məhsulu olan atalar sözü, bayatılar, nağıllar, aşıq sözləri toplanır. Lakin bir çoxlarının hazırlığı olmadığı üçün yığdıqlarında qüsurlar görünür, xalq şivəsini lazımınca gözləmirlər, şəhər təsirinə qapılırlar. Çox vaxt ədəbi sözlər qataraq, xalq əsərinin ahəngini pozurlar. Bilxassə Hümmət Əlizadə yoldaşın topladığı materiallarda bu qüsurlar görülməkdədir. İrəlidə qüsurlara yol verməmək üçün həvəskar gənclərimizi mətbuat vasitəsilə hazırlamalıyıq. Bir çoxları rusca bilmədikləri üçün mühüm mənbələrdən istifadə edə bilmirlər. Türk və Şərq aləmində bu yolda az çalışılmış və etinaya layiq bir əsər meydana çıxarılmamışdır. Halbuki, türklər zəngin bir xalq ədəbiyyatına malikdirlər və çalışmaq üçün geniş bir sahə vardır. Məsələnin çətinliyi xalq ədəbiyyatındakı təsirləri araşdırmaq, ondakı qaranlıq nöqtələri izah etməkdən ibarətdir. Zahirən aydın görünsə də, şərhə ehtiyacı olan nöqtələr çoxdur. Məsələn: “Xoruz olmasa sabah açılmaz” deyirlər. Bu atalar sözünü anlamaq üçün xoruzun qədim tarixdə oynadığı rolu bilməliyik. Zərdüştilərdə “pəridar” adlanan xoruz müqəddəs kimi tələqqi olunur, çünki işığın və gündüzün zühurunu xalqa xəbər verir. Xoruz işıq allahı Hürmüzdün güruhundan sayılır. İzahata ehtiyacı olan bir başqa misal alaq: Ay getdi batan yerə, Mələklər yatan yerə, Sinəmi nişana qoydum Yar oxun atan yerə. Əksər bayatılarda olduğu kimi, burada da paralelizm var. Sonku iki misra qüvvətini birinci misralardan alır. Birinci misraları izah edək. Xalq etiqadınca ay oğlandır, günəş qız. Ay mütəmadiyən günəşin peşincə dolanır. Yuxarıda göstərdiyimiz bayatıda ay mələklər yatan yerə gedir. Burada ay həssas bir aşiq kimi göstərilir. Bayatını söyləyən öz eşqini və eşq yolundakı fədakarlığını ayın eşqilə bərabər tutur... Deməli, xalq ədəbiyyatını ətraflı bilmək üçün bir çox tarixi məlumat əldə etməli, xalq adət və ayinlərini bilməli, əsatir qismini öyrənməli və başqa xalqlarınkı ilə müqayisə etməlidir. Belə olmazsa tədqiqatımız səthi və yarımçıq qalar. Bu sahədə avropalılar çox çalışmışlar və bir neçə nəzəriyyə vücuda gətirmişlər. Qısa olaraq bu nəzəriyyələri gözdən keçirək. Birinci nəzəriyyə əsatiri, yaxud ari nəzəriyyəsidir. Bu nəzəriyyəni müdafiə edənlər: Qrimm, Kun, Şvarts, Maks Müller, Buslayev, Afanasyev, Potebnya və başqalarından ibarətdir. Bunlar tədqiqatlarını ari fikrinə mənsub xalqlar arasında aparırlar və bunların nəzərincə nağıl, əfsanə və epik mövzular əsatirdən doğmuşdur. Odur ki, nəzəriyyənin adı “əsatir, yaxud ari”dir. Bu nəzəriyyəcə ari irqi ibtidai vətənini tərk edərkən, özü ilə bərabər bir çox əsatir də aparmışdır. Bu əsatirlərdə allahlar və qəhrəman sifətində təbiətdəki arizələr təmsil olunmuşdur. Ari irqi ayrı qövmlərə bölünərək, dünya üzünə yayıldıqdan sonra ibtidai vətənlərindən gətirdikləri əsatirləri təkamül yolu ilə inkişaf etdirərək nağıl və epik əfsanə şəklinə salmışlar. Avropa və bəzi Asiya xalqlarının nağıl və əfsanələrinin biri – birinə bənzəməsini bu nəzəriyyə ilə izah edirlər. Bu nəzəriyyə yolunda ilk müqtədir bir əsər vücuda gətirən alim Yakov Qrimm olmuşdur. Qrimm əsatirləri toplamış, sistemə salmışdır. Qrimmin təsəvvürüncə əsatir vasitəsilə ibtidai insanlar öz fikir və hisslərini ifadə etmişlər. Odur ki, əsatir lisan kimi xalq yaradıcılığının məhsuludur. Dillər müəyyən ailəyə mənsub olan kimi, əsatirlər də müəyyən qruplara ayrılır. Əsatirin mənşə və inkişafına dair Qrimm bir şey söyləməmişdir. Lakin onun başladığı işin davamına şagirdləri Kun və Şvarts çalışmışlar. Hind-Avropa dillərinin tədqiqilə məşğul olan Kun lisaniyyətdəki Dalınca Baş verən hal, hadisələr müqayisəli üsulu əsatir tədqiqində tətbiq etmişdir. İbtidai xalqlar arasında odun kəşfinə dair tədqiqat apararaq, vəhşilərin bir dəyirmi taxtanın və ya təkərin ortasını deşib bir ağac taxaraq fırladıqlarını və bu vasitə ilə od və qığılcım çıxardıqlarını anladır. Təbiətdə də ay və günəşin dəyirmi olduğunu görən vəhşilər, göydə də dairənin ortasını deşib ağactaxma üsulunun varlığına qane olmuşlar. Məlum olduğu üzrə, qədim yunan əsatirində Prometey adlı birisi göydən od oğurladığı üçün Qaf dağında zəncirlənməyə məhkum olmuşdu. Prometey sözünü Kun sanskrit dilindəki “pramathuis” tələffüzü ilə rabitəli görür. Hindistanın ən qədim kitabı hesab olunan “Riq Veda”da təsadüf olunan “pramathuis” sözü “deşici” deməkdir. Zaman keçdikcə dairənin ortasını deşmə məfhumu qaib olmuşsa da, göydən yerə od gətirən Prometey adı qəhrəman sifətilə insanlar arasında qalmışdır. Deməli, bu nəzəriyyəcə ibtidai insanlar fəzadakı arizələri həyatda təsadüf etdikləri hərəkətlərlə izah etmişlər. Qrimmin o biri şagirdi Şvarts müəlliminin nəzəriyyəsini inkişaf etdirərək, ildırım kimi arizələrə əhəmiyyət verir. Bunları tədqiq edərək, əsatirdə iki dövr qeyd edir: biri ibtidai, biri yüksək. İbtidai əsatir əcdadın ruhlarını təqdis etməkdən ibarət imiş. Sonra bu əsatir inkişaf edərək qədim yunan tarixində gördüyümüz kimi yüksək bir şəkil almışdır. Qədim əsatirlərdə işıq və qaranlıq, buludluq və günəş kimi bir-birinə zidd amillər olduğunu Şvarts ilk dəfə qeyd edir. Kun və Şvarts fəzadakı arizələr ətrafında olan əsatirləri tədqiq etdikləri üçün bunların nəzəriyyəsinə “meteorik” nəzəriyyə deyilir. Bu nəzəriyyədən sonra “günəş nəzəriyyəsi” zühur edir ki, bu da günəşin ətrafında toplanan əsatirlərin tədqiqilə məşğul olmuşdur. Bu nəzəriyyənin müməssili məşhur lisaniyyətçi Maks Müllerdir. Müller əsatiri öyrənmək üçün ibtidai insanların dilindəki xüsusiyyətlərə diqqət edir. Deyir ki, ibtidai insanlar bir şeyi bir sözlə deyil, əlamətlərilə adlandırardılar. Zatən bir şeyin bir çox əlamətləri olduğundan, ona bir çox adlar da qoşmuşlar. Məsələn: Günəş və ay ona qədər ad, sifət və istiarəyə malik idi. Zaman keçdikcə bu sifətlər ilk mənalarını qeyb etmiş, canlı bir məxluq təsəvvür olunaraq təbiətdəki arizələrin rümuzu ədd olunmuşdur. Məsələn: ibtidai insan günəşin batmasını belə ifadə edirmiş: “Parlaq istirahətə gedir”. Bilaxirə bu ifadədən bir əsatir doğmuşdur: “parlaq”ı canlı bir insan zənn etmişlər. Sonra, bir şeyin bir çox adı olduğundan və bir ad bir çox şeylərə verildiyindən bəzi şeylər bir neçə sifət daşımışdır. Məsələn: at və şüa, dəniz və göy, günəş və göz. Yəni bir söz həm at, həm şüa mənasını ifadə edir. Müəyyən ləfz dənizi və göyü andırır və i. a. Bilaxirə şüanı göyün atı, günəşi göyün gözü deyə təlqin etmək bundan irəli gəlmişdir. Müllerin fikrincə bir sözlə bir neçə məna ifadə etmək dildə bir xəstəlik törətmiş və bu xəstəliyə də Müller əsatir adı verir. Spenser, Teylor və Lebbok kimi antropoloqlar da bilaxirə bu nöqteyi- nəzəri müdafiə etmişlər. Spenser deyir: həyatımızda bir çox ifadələr işlədilir ki, bunlar bizim üçün müəyyən mənadan məhrumdur. Halbuki, vaxtı ilə bunların böyük əhəmiyyəti varmış. Məsələn: birisi asqıranda ətrafındakılar “ya allah, şükür” deyirlər. Bunun mənası bir çoxlarına bəlli deyil, halbuki, əsatirə görə bir adam asqıranda cin və şeytan kimi fəna qüvvələrdən xilas olur. Odur ki, ətrafındakılar şükür eləməklə onu təbrik edirlər. Qədim zamanlarda belə müəyyən mənaya malik hərəkətlər bir çox xalqlar arasında görünməkdədir. Başqa-başqa xalqların müəyyən adətlərinin biri-birinə bənzəməsi ibtidai insanların eyni psixologiyaya malik olmaqlarından irəli gəlir. Odur ki, ibtidai etiqaddan ibarət olan əsatir bütün xalqlara aiddir, bir-birinin eynidir. Çünki əhval-ruhiyyə müəyyən dərəcəya çatdıqda müəyyən məhsul verir. Teylorun təsəvvürüncə ibtidai psixologiya animizmə isnad edir, yəni insan öz fikrini, iradəsini, məzacını və bütün xislətlərini təbiətdəki arizələrdə görür. Vəhşilərin etiqadınca ay, günəş, ildırım və i. a. birər canlı məxluqdurlar və insani xislətlərə malikdirlər. Teylor zatən maddi monizm tərəfdarıdır, onun fikrincə ibtidai insane yaşadığı mühitin, keçirdiyi təcrübələrin sayəsində təbiətdəki amilləri canlı tələqqi etməyə başlamışdır. Məsələn: ibtidai insan kölgəsini görərək özündən başqa bir ayrı adamın da yaşamasına etiqad edə bilirdi. Röya və sayıqlama kimi hallar da eyni etiqadı təlqin edirdi. Bu etiqaddan “dünya” və “axirət” məsələsi çıxaraq dinlərin əsasına vəz olunmuşdur. Qədim Misir və Meksikada hər bir insanın bir qarşılığı olduğuna inanılır və bir zaman biri-birinə qovuşacaqlarına etiqad olunurdu. Odur ki, insan öləndə onun bədənini balzame edər və bütün əşyası ilə mühafizə edərdilər. İslamiyyətin qiyamət əfsanəsi də bundan irəli gəlmirmi? Xalq zehnincə suri-İsrafil çalınacaq və hər bir qəbirdən qırx baş qalxacaq. Azərbaycanda ölünü dəfn edərkən, qoltuqlarının altına söyüd ağacından söykənəcək qoyurlar ki, sorğu zamanı yerindən qalxması asan olsun. İndi başqa nəzəriyyələrə keçmədən əvvəl əsatiri nəzəriyyənin bəzi cəhətlərinin tənqidi ilə məşğul olmalıyıq. Iqtibas nəzəriyyəsini izah edərkən, bir çox biri-birindən uzaq məsafədə yaşayan xalqların şifahi ədəbiyyatının biri-birinə bənzəməsini görəcəyik. Bunun səbəbi nədir? Əsatir nəzəriyyəçilərincə bu arilərin əcdadına məxsus əsatirlərdir ki, ibtidai insanlar vətənlərindən çıxdıqda özləri ilə aparmışlar və tarixdən əvvəlki zamanlardan hal-hazıra qədər saxlamışlar. Halbuki, ibtidai əsatir əsrlərdən bəri inkişaf edərək mürəkkəb mövzular şəklinə düşməli idi. Bir-birindən məkanca ayrı yaşayan, başqa-başqa coğrafi, iqtisadi və ictimai mühitdə yaşayan xalqların “əcdadı” əsatirləri hərə öz mühitinə görə təkamül etdirməli idilər. Həqiqət hal isə, bunun əksini göstərir: bir çox xalqların şifahi ədəbiyyatı biri-birinə müşabihdir. İş bu surətdə olduqda, bütün təfsilatı ilə biri-birinə bənzəyən ədəbi məhsulların qəbləttarix ibtidai ari vətənindən gətirilməsini iddia etmək doğru olarmı? Məsələni aydın etmək üçün sadə əsatiri, mürəkkəb mövzulu əsatirdən ayırmalıyıq. Ibtidai insan təbiətdə gördüyü bir çox arizələrin əsil səbəbini dərk edə bilmir. Məsələn: bizim xalqın ibtidai zehniyyətdə yaşayan qisminə müraciət edək. Bunların etiqadınca ayın anası xəmir yoğururmuş, ay gəlib çörək istəmiş, anasının acığı tutaraq əli xəmirli oğlunun üzünə bir şapalaq vurmuşdur. Ayın üzündəki ləkə haman xəmirli əldən qalan ləkədir. Nümunə üçün göstərdiyim bu əsatir sadə şəkillərdir ki, bir çox xalqlar arasında mərufdur. Bunlar ibtidai psixologiyadan doğaraq biribirinə heç bir təsiri olmayan qövmlər arasında eyni şəkil ala bilər. Lakin nağıl və əfsanə kimi mürəkkəb mövzulu əsatirlərin bir-birinə bənzəməsi ari nəzəriyyəsilə izah olunmaz. Tarixdən əvvəl bir-birindən ayrılmış xalqlar bu mövzuları bütün təfsilatilə saxlaya bilməzdi. Sonra müəyyən və bir-birinə bənzər mövzuları yalnız ari irqinə mənsub qövmlərdə deyil, başqa irqlərə məxsus olanlarda da görmək olar. * * * Əsatiri nəzəriyyədən sonra ən məruf iqtibas nəzəriyyəsidir. Bu nəzəriyyə məşhur filosof Benfeyin “Pancatantra”ya yazdığı müqəddimə ilə başlayır. “Pancatantra” (beş kitab) Şərq nağıl və əfsanələrinin tərcüməsindən ibarətdir. Bu əsərin tədqiqi sayəsində Avropa xalqları arasında dolaşan şifahi ədəbiyyatın Şərqdən iqtibas olunmasını Benfey meydana çıxarmışdır. Benfeyin nəzəriyyəsi o qədər xoşa getmişdir ki, onu V.Müller, Tatanin və Veselovski, Şifner, Stasov kimi alimlər təqib edərək, bu sahədə tədqiqatda bulunmuşlar. Stasov rus eposunu Qərbinki ilə müqayisə edərək, ikisinin də Şərqdən iqtibas olunduğunu göstərir. Yalnız onun fikrincə, Qərb əxz etdiyi rəvayətləri işləmiş və mənimsəmiş olduğu halda, Rusiya işləməmişdir. Bəzilərinin fikrincə rus xalq ədəbiyyatına monqolların təsiri olmuşdur. Şifner bu təsirin Qafqaz vasitəsilə Irandan gəldiyini iddia edir. Bu fikri V.Müller bir az daha inkişaf etdirir. Rus eposunu tədqiq edərkən Ilya Murometsi Firdovsinin Rüstəmi ilə müqayisə edir və aralarında yaxınlıq görür. Ilya Kiyevə, Rüstəm də Mazandarana gedir. İkisi də oğulları ilə dava edirlər. Sonra rus eposundakı qəhrəmanlar yaşayış, səciyyə etibarilə tamamilə şərqlidirlər. Çadırda yaşayırlar, atdan ayrı durmurlar. Daşıdıqları “boqatır” adı belə farsın “bəhadir” indən əxz olunmuşdur. Halbuki, ruslar oturaq bir xalq olduqlarından çadıra da ehtiyacları olmamışdır. Ata pərəstiş etməkləri belə sırf rus həyatından uzaq şeydir. Müllerin sözlərinin qüvvəti üçün atın yalnız farslarda və türklərdə ayrıca bir mövqeyə malik olduğunu göstərə bilərik. Sonra rus bılinası Ilyanın otuz il aramsız oturduğundan bəhs eləyir. Bunu da Sibir tatarlarının xalq ədəbiyyatında görürük. Bir nağılda Alp Altun xan 40 il yatır və i. a. Şərq nağıllarına vaqif olan səyyah Patanin də iqtibas nəzəriyyəçilərindəndir. Pataninin fikrincə rus eposundakı ümumi fikirlərə, ayrıca parçalara monqol dastanında da rast gəlinir. Yalnız Pataninin fikrincə iqtibas tarixdən əvvəlki zamanlara təsadüf edir. Böyük hicrət dövründə xalqlar Şərqdən axıb Avropaya keçirkən əfsanə və dastanlarını ruslar arasında yaya bilmişlər. İqtibas nəzəriyyəçiləri arasında ən irəli gəlmiş, şübhəsiz ki, Veselovskidir. Veselovski Süleyman dastanını təhlil və buna olan təsirlərdən bəhs edir. Nəticədə Vikramaditi taxtının ətrafında uydurulmuş məşhur hind hekayəsinin Süleyman “peyğəmbər”in şəxsiyyəti ətrafına köçürüldüyünü qeyd edərək, Süleyman dastanında Zərdüşt dualizminin böyük bir yer tutduğunu söyləyir. Vikramaditi birinci əsrdə yaşamış bir padşahdır. Bu padşahın taxtı haqqında mövcud 32 nağıl budda dini ilə bərabər Monqolustana keçmişdir. Burada bu nağıllar yəhudilərə keçmiş və Süleymanın şəxsiyyəti ətrafına toplanmışdır. Bilaxirə Süleyman əfsanəsini müsəlmanlar yəhudilərdən əxz edərək Avropada yayılmasına səbəb olmuşlar. Beləcə məruf bir hind əfsanəsi xalqdan-xalqa keçərək, bir çox təğyirlərə uğramış, qol-budağa ayrılmışdır. Adlar dəyişilmiş və vəqələr başqa-başqa tarixi şəraitlərdə göstərilmişdir. Vəqə cəhətincə hind malı olan Süleyman dastanı fəlsəfə etibarilə tamamilə Iran və Zərdüşt etiqadlarını daşıyır. Novuxodonosrun yəhudiləri əsir edərək Midiyaya (bugünkü Iran Azərbaycanına) sürgün etməsi tarixcə bəllidir. 70 il davam edən (536-606-cı sənələr, İsadan əvvəl) bu əsarət yəhudiləri farslarla yaxınlaşdırdı. Yəhudilər fars təsirinə düşməyə bilməzdilər. Bilaxirə Iran padşahı Kir yəhudilərin vətənlərinə dönməsinə müsaidə etdisə də, yəhudilərdən yalnız iki qol döndü, yerdə qalan isə Iranı vətənlərinə tərcih etdi. Burada qalan yəhudilər tamamilə Zərdüşt etiqadına qapıldı. Sasanilər dövründə İran dövlət təşkilatı qüvvət kəsb edən bir zamanda zərdüştilik də parlaq bir vəziyyətdə idi. Beləliklə o zaman yəhudi dimağına olan İran təsiri bir qat daha artmışdı. Odur ki, bu vaxt yazılmış yəhudi əsərlərində İran dualizmi açıqdan-açığa görünmədədir. Talmudun toplanması bu vaxta təsadüf edir. Və Sami dinlərində əsası təşkil edən vəhdətə rəğmən Talmud fars etiqadı və fars adları ilə doludur. Məsələn, zərdüştilərdəki mitraya (Mehr-günəş allahı) qarşı Talmudda Mitran adına rast gəlinir. Aesto-dayevanın qarşılığı Eşmadaydır. Aesto “Avesta”ca fəna divlərdən biridir. Bu div daima işıq allahı Hörmüzdlə mübarizədə bulunur. Vücudları məhv edən, xeyir işləri batırandan hiddəti çoxdur. Bu div bütün əsrarəngiz biliklərə, təbabətə vaqifdir. Ətrafındakı divlərə sərkərdəlik edir. Talmudun təsvir etdiyi Eşmaday “Avesta” divining malik olduğu xislətləri daşıyır. Süleymanın yanına gətirilərkən acığından bir ağacı kökündən qoparır və evi uçurur, Süleymanın özünü də 400 verst bir məsafəyə atır. Süleymanın şəxsiyyəti də Iranın əfsanəvi hökmdarlarını andırır. Süleyman ağıl və zəka sahibidir. Ins və cinə hakimdir. Heyvanatın dilini bilir. Hökmünü göstərmək üçün heyvanları, quşları, cinləri və şəyatini gətirdir, qarşısında rəqs etdirir. Məbəd tikdirəndə cinlər ona yardım edir. Eşmadayı belə özünə tabe edir, inşaatına yardım etdirir. Lakin Süleyman xudpəsəndliyə qapılarkən Eşmaday ona qələbə çalır və Süleyman Sinaşıqdan köçməli olur. İndi Talmudun Süleymanın təsvirini izah etmək üçün İran tarixinə müraciət edək. Pişdadyan sülaləsinə mənsub Huşəngin divlərlə müharibə etməsini, onlara qələbə çalaraq yerin 7 qitəsini özünə tabe etməsini rəvayət edirlər. Huşəngdən sonra gələn Təhmurəs də divlərlə mübarizə edir, qələbə çalır. Divlər onun inşaatına yardım edirlər. Əhrimənin özünü belə tabe bir hala gətirir. 30 ilin müddətində hər gün onu minir, yer üzünü dolanır. Təhmurəsin hökmünün səbəbi qorxusuzluqdan irəli gəldiyini Əhrimən bilirdi. Qorxan zamanı olubolmadığını Əhrimən bilmək istəyir, qadınını əldə edərək Təhmurəsin yalnız Elbrus dağından keçərkən qorxu duyduğunu öyrənir. Əhrimən bundan istifadə edib Elbrusdan keçirkən Təhmurəsi öldürmüş və başqa bir rəvayətə görə udmuşdur. Təhmurəsdən sonra Iran taxtına cülus edən Cəm (Cəmşid) adil və aqil bir surətdə təsvir olunur. Novruz bayramının binasını, Persopolis şəhərinin təsisini Cəmə isnad edirlər, guya onun bir Cami-cahannüması varmış ki, bütün dünya oradan görünürmüş. Cəm də Süleyman kimi insə və cinnə hakim imiş. Divlər ona saraylar tikərmişlər. Cəmin vaxtında Iran səadət içində yaşarmış. Bunu görən Cəm bütün müvəffəqiyyətləri özünə isnad edərək, qürurlanmağa başlayır. Nəticədə bütün qüvvəti quş sifətilə onu tərk edir. Iqtidarını qaib edən Cəmə fəna qüvvələr yol tapırlar. Zöhhak zühur edir. Nəticədə Cəmşid məğlub olaraq səltənətdən vaz keçir. Beləliklə, Iran əfsanəvi tarixindən alınmış bu parçalar Süleyman hekayəsinə olan təsirlərin mənbəyi açıqca göstərir. Iran zehniyyətindən doğmuş dualizm: xeyir ilə şərin mübarizəsi Süleyman hekayəsinə sirayət edərək yəhudilərdən Bizansa, oradan Rusiyaya və Qərbə keçmiş, cürbəcür əfsanələr doğmasına səbəb olmuşdur. Şərqin Qərbə etdiyi təsirdən bəhs edərkən bu təsir nə zamanlardan başlamış deyə sual hasil olur. Böyük hicrət, arilərin Avropaya köçməsi, Şərqlə Qərbin ticarəti, iqtisadi əlaqələr, qədim dinlərin inti- Firdovsinin təsvir etdiyi Zöhnak “Avesta” da Azhidehaka (əjdaha) adlanır (müəllif) şarı kimi amillər müəyyən təsirlərin yayılmasına böyük səbəb ola bilərdi. Bununla bərabər Makedoniyalı Iskəndərin Şərqə səfəri, yunanların Yaxın Şərqdə ikiəsrlik hakimiyyəti Avropa təsirini Şərqdə yaya bilərdi. Bu barədə Avropa alimlərini dinləyək: Veder 1871-ci ildə nəşr etdiyi bir əsərdə Şərqlə-Qərbin bir-birinə olan qarşılıqlı təsirindən bəhs edərək Isgəndər səfərinin nəticəsini anladır: “Hindistanın şimaliqərbinə və Qərb vilayətlərində yunan knyazları iki əsr hakim bir vəziyyətdə olmuşlar. Hind saraylarına yunan elçiləri gəlirdi. Yunan ticarəti, fənni və sənəti hind mərkəzlərində rol oynardı və oralarda yunan təsiri zənn olunacaq dərəcələrdən daha çox idi. Memarlıq, sikkə zərbi, münəccimlik və teatr həyatı ilə yanaşı yunanlar Hindistanda Qərbin dastan, əfsanə və əsatirini, hətta dini xurafatı da yaymağa müvəffəq olmuşlar. Eyni münasibət nəticəsi olaraq Hindistanın bir çox maddi və mənəvi mədəni məhsulları Avropaya keçmişdir. Bunu demək olar ki, xristianlıqdan əvvəl Qərbin Şərqə təsiri çox idisə də, xristianlıq dövründən başlayaraq Şərq təsiri üstün gəlir”. Benfey Şərqin Avropaya etdiyi təsirin başlanğıcını xristianlığın zühurundan on əsr əvvəllərdə görür. Şərqin Qərbə təsiri Benfeyin qeyd etdiyi zamandan daha əvvəl olmalıdır. Təsirdə şübhəsiz ki, zərdüştiliyin rolu böyük olmuşdur. Mədəniyyət yayan, həyatın və yaradılışın əsasını mübarizədə görən bu din xristianlıqdan on-on beş əsr əvvəl Yaxın Şərqdə böyük bir mövqe qazanmışdı. Zərdüşti ruhaniləri möğlər Babildə, Kapadosyada zərdüştiliyi yaymağa çalışırdılar. Bunların təsiri o qədər böyük idi ki, Pompey ordusu (xristianlığa bir əsr qalmış) zərdüştiliyə qapılmış və mitra (mehr) allahını mənimsəmişdi. Fransız alimi Huart “Qədim Iran” (Paris, 1925) adlı kitabında deyir: “Pompeydən başlayaraq Konstantin zamanlarına qədər mehrə pərəstiş etmək, romalılar, bilxassə əsgərlər arasında böyük mövqe qazanmışdı. Bu xristianlığa belə təhlükə təşkil edirdi”. Beləliklə, iqtibas nəzəriyyəsinin nə qədər mühüm bir nəzəriyyə olduğunu bu qısa tədqiqatdan görmək mümkündür. Türk-tatar xalq Cəmi möğandır. Möğlər qədim zamanlar Muğanda yaşamışlar. Bunu IX-X əsr ərəb coğrafiyaşünasları da qeyd edirlər (müəllif) ədəbiyyatının ayrı-ayrı nümunələrinin təhlili ilə məşğul olarkən iqtibas məsələsi daha da aydınlaşacaq. Indilik bununla iktifa edərək, bir neçə söz də tarixi nəzəriyyəyə dair söyləməliyik... Tarixi nəzəriyyə xalq ədəbiyyatında tarixi və məişət izləri arayır. İlk əvvəl bu nəzəriyyəni meydana atanlardan biri rus alimlərindən Maykovdur. Bu alim Vladimir ətrafında toplanmış rus eposunu tədqiq etmişdir. Tarixi nəzəriyyə bizcə, nisbi olaraq qəbul oluna bilər. Çünki tarixi bir simaya isnad edilən əfsanələrin çoxunun iqtibas olunduğunu gördük. Məsələn, bizlərdə Şah Abbas ətrafında bir çox nağıllar söylənilir. Halbuki, bu nağılların izini Şah Abbasdan çox irəlidəki zamanlarda görürük. Nağıl və əfsanələr kimi zaman və məkan tanımayan xalq ədəbi nümunələrinə ehtiyatla yanaşmalıyıq. Bunlarda müəyyən tarixi etiqadların izi görünə bilər. Lakin tarixi şəxsiyyətlərin qondarılması sünidir. Məsələn, Axsıxa türkləri nağıllarında Osmanlı sultanlarından və Istambuldan bəhs edirlər. Halbuki, məzmun etibarilə bu nağıllar bizlərdə və Iranda söylənənlərin eynidir. Tarix və məişət izləri atalar sözlərində, bayatılarda, tapmacalarda, vəsfihallarda daha çoxdur. Bunlarda yenə müəyyən bir fikir zaman və məkana bağlanmış, hər kəs öz mühitinə görə uydurmuşdur. Hər halda zikr etdiyimiz bütün nəzəriyyələr xalq ədəbiyyatının təhlilində lazım olacaqdır. Bunlardan hərəsinin öz mövqeyi vardır. 1929 * * * Vəsfi-hal VƏSFİ-HAL Xalqımız arasında novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı. Vəsfi-hal adəti ruslarda da var. Afanasyev “Poetiçeskiye vozzreniya slavyan na prirodu” adlı əsərində bu adəti belə təsvir edir: “Bir qab çeşmə suyu gətirirlər, içinə bir parça çörək, bir çimdik duz, kömür və bir az kül töküb, qabı ağ örtüklə örtürlər. Sonra qısa olaraq gələcəyi xəbər verən mahnılar oxuyurlar. Oxuduqdan sonra suya salınmış şeylərdən ilk ələ gələnini çıxarırlar. Şey sahibi mahnının sözlərini qədərlənmiş hökm kimi qəbul edər” (c. II, səh. 194). Ruslar bu mahnılara “podolyudnıye pesni” deyirlər. Məsələ ilə məşğul olmuş alimlər falaçma adətini ikiyə ayırırlar: biri sırf falaçma (kleromantiya), ikincisi su ilə falabaxma (hidromantiya). Bu adətlərin bəsit şəklinə ibtidai xalqlar arasında rast gəlirik, mürəkkəb şəkli isə qədim Yunanıstanda və Bizansda olmuşdur. Bizim vəsfi-hal da hidromantiya qismindən olaraq Azərbaycanın bəzi nöqtələrində icra olunur. Badya başında söylənilən mahnıya gəldikdə, bu, bayatı deyə tanıdığımız dördmisralı xalq şeridir. Halbuki bayatı, ağı və vəsfi-halın bir-birinə bənzəyişi zahiridir. Ağı daima kədərli olduğu halda vəsfi-hal ümid verən, nəşə doğuran və mətanət bağışlayandır. Bunlar bir-birindən yalnız məzmunca ayrılır. Quruluş etibarilə bir-birindən ayrılmaz: üçü də dördmisralıdır, üçündə də birinci iki misradakı fikir son iki misradakı məqsədi qüvvətləndirmək üçündür. Buna paralelizm deyilir. Vəsfi-halların bəzilərində ən qədim etiqad və fəlsəfə izlərinə rast gəlirik. Bunların izahı üçün Yaxın Şərqin və bilxassə Iranın ən qədim dövrünü öyrənmək lazımdır. Fikrimizi izah etmək üçün bir vəsfi-hal alaq: Ağ at gəlir enişdən Sinəbəndi gümüşdən Bizə də nəsib olsun Heybədəki yemişdən. Zahirən baxdıqda birinci sətirlərlə sonuncu iki misra arasında heç bir rabitə və əlaqə görünmür. Halbuki, burada üzvi bir rabitə var: birinci misralardakı fikir həsrətində bulunan arzunu qüvvətləndirir və ümid verir. Burada işlənən ayrı-ayrı sözlərin belə böyük bir tarixi var. Bu gün belə bizdə yuxuda at görülsə, onu murada çatmaq sayırlar. Bu gün də bəziləri qapısına, ya dükanın kandarına bir at nalı salmaqla arzusuna çatmaq istəyir. Iran tarixində rast gəldiyimiz adların çoxunda əsb (at) sözü var. Məsələn: Gişdasb, Damasb, Camasb, Ardızasb, Farnasb, Ariasb və i. a. Sahilində yaşadığımız dənizin adında da “əsb” sözü var, bunlarda yaşayan “Qasb” xalqının adı ilə adlanmışdır. Qafqaz kəlməsində də eyni söz var: Əslində “Qafqasb” olmalıdır (Qasb dağı deməkdir...). Vəsfi-halda murad və arzu mənasına işlədilən at kəlməsinə bir “ağ” sifəti də qoşulmuşdur. “Ağgünlü” xoşbəxtə deyərlər. Vəsfi-haldakı “gümüş sinəbənd” də mənasız deyildir, xalq arasında bütün parlaq şeylər – gümüş, su, güzgü, nur xoşbəxtliyə və parlaq gələcəyə aiddir. Vəsfi-halda ifadə olunan əsil arzu məcazi olaraq “Heybədəki yemişdən” ibarətdir. Xalq şeri müəllifi bu arzunu bir sıra səadət rümuzları ilə əhatə etmişdir: Ikinci bir vəsfi-halı alaq: Güzgünü atdım bayıra, Şövqü şəfəqi çayıra. Yığılın qohum-qardaş Işimiz dönüb xeyirə. Yenə paralelizm: güzgünün şəfəqi çayırı nurlandıran kimi işlər də xeyrə dönür. Güzgü xoşbəxtlik rümuzudur. Gəlin köçürüldükdə, ya xonça aparanda həmişə ön tərəfdə güzgü aparırlar ki, bu da gəlinin xoşbəxt olmasını arzulamaqdır. Islamiyyət dövründə meydana çıxmış vəsfi-hallarda, təbiidir ki, Zərdüşt fikirlərilə bərabər müsəlman etiqadları da ifadə olunur. Ancaq vəsfi-halların xüsusiyyətini təşkil edən nikbinlik, ümid və səadət rümuzları yenə əsas olaraq qalır: Bu məscidi mən yapdım, Darvazasın gen yapdım Şax atdı, budaq atdı, Kölgəsində mən yatdım. Göydə bir quzu gördüm, Tükün qırmızı gördüm, Açdım cənnət qapısın Sevdiyim qızı gördüm. Məscidin ocağında, Şam yanar bucağında. Allah muradın versin Ağ oğlan qucağında. Ağlama naçar ağlama, Əlində açar ağlama, Qapını bağlayan allah Bir gün açar ağlama. Qapıdan biri gəldi, Gözümün nuru gəldi. Bu arxı kim arıtdı, Su belə duru gəldi. Oturmuşdum səkidə Ürəyim səksəkədə Üç qızıl alma gəldi Bir gümüş nəlbəkidə! Yaxud da: Göydən bir alma düşdü, Qızılı nəlbəkidə. (müəllif) * * * Ağı AĞI Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar. “Iliada”nın təsvirinə görə, Hektorun meyitinin üzərində xanəndələr ağı deyir, qadınlar ağlaşırmış. Atilla öldükdə doqquz sənət pərisi növbə ilə ağı deyir, ağlaşırmış. Qədim ermənilərdə “ağı qızları” deyilən bir dəstə ağıçı ağı anası ilə bərabər cürbəcür alətlərdə çalaraq ağı deyər, meyitin yanında qopuz adlı alət çalaraq, onun haqqında oxuyarmışlar. “Kitabi-Dədə Qorqud”da Beyrək adlı birisinin ölümü belə təsvir olunur: “Beyrəyin babasına-anasına xəbər oldu, Ağ evin eşiyində şivən qopdu. Qaza bənzər qızı-gəlini ağ çıxardı, qara geydi. Ağ-boz atının quyruğun kəsdilər. 40 – 50 yigid qara geyib göy sarındılar. Qazan bəyə gəldilər, sarıqları yerə urdular. Beyrəyi deyib çox ağladılar. Qazanın əlin öpdülər: “Sən sağ ol, Beyrək öldü” dedilər... Qazan bu xəbəri eşitdi, dəsmalın əlinə alıb, ökür-ökür ağladı, divanda zarlıq qıldı. Həp onda olan bəylər ağlaşdılar. Qazan vardı, odasına girdi. Yeddi gün divana çıxmadı, ağladı, oturdu”. Akademik Veselovskinin məlumatına görə Atillanın dəfn mərasimi belə olmuşdur: Düşərgədə təpə başında meyitini ipək çadır altına qoydular, hun süvarilərinin ən gözəllərini seçdilər, təpəni dolanaraq gözəl ağılarla Atillanı mədh etməyə başladılar: hunların şəhid padşahı, qoçaq millətlər hökmdarı Minaşuq oğlu Atilla görülməmiş qüvvətlə iskit və german ölkələrinə malik idi. Şəhərləri istila etdikdə iki Roma imperatorluğunu da qorxutdu. 1935 * * * Folklor yolunda FOLKLOR YOLUNDA Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır... Dar bir oxucu dairəsi üçün nəşr olunan bu məcmuələr geniş kütlələrin malı ola bilməzdi, məktəb yoxluğu və savadsızlıq da bura əlavə olunarsa, məsələ aydınlaşar. Folklorun ayrı-ayrı xırda parçaları ilk dəfə olaraq məktəb kitabları vasitəsilə geniş kütlə arasında yayılmışdır. Bu yolda da Çernyayevskinin “Vətən dili” ilk təşəbbüsdür. 1905-ci il inqilabından sonra folklora maraq artırsa da, toplanılan materiallar çap olunmur. Meydana ancaq bir-iki risalə çıxır. Məsələn, İrəvanda basılan “Atalar sözü”, Bakıda nəşr olunan “Balalara hədiyyə” (Köçərli), “Sofi şeyda” (S.M.Qənizadə), “Məlik Məmməd” (Çəmənzəminli) və “Arvad ağısı” (Mirzə Abbas Abbaszadə). “Balalara hədiyyə” folklora həsr olunmuş məxsus bir əsər deyil, “Sofi şeyda” fal üçün toplanan məsəllərdir. “Arvad ağısı”na da ağılarla bərabər bayatılar, vəsfi-hallar və xalq oyunları qarışmışdır. Bu xırda məlumat folklorun o zamankı vəziyyətini aydın bir surətdə göstərir. Folklor toplayanlar isə, işə təsadüfi olaraq yanaşmışlar, hazırlıqları olmamış və məsələnin elmi cəhətinə heç də əhəmiyyət verməmişlər. Nəzəri sahəyə bir az əl atan F.Köçərli aramızda ağızdan-ağıza dolaşan bu geniş ədəbiyyatı tamamilə bizim məhsul deyə qəbul etmişdir. Halbuki dar milli çərçivədən çıxaraq, folkloru dünya miqyasında tədqiq edəriksə, başqa nəticələrə gələrik. Zatən hər xalqın yalnız özünə Azərbaycanlı Azərbaycan məxsus və başqasınınkına heç də bənzəməyən folkloru olsaydı, meydana əsatiri, iqtibas, poligenizm, antropoloji kimi bir sıra nəzəriyyələr çıxmazdı. Məsələ incədən-incəyə tədqiq olunmazsa, qəti hökm vermək çətindir. Bizdəki folklorun geniş surətdə toplanışı və tədqiqi təcrübələri yalnız Oktyabr inqilabından sonra olmuşdur. Bu sahədə atılan böyük addımlar haqqında başqa bir məqalədə bəhs etdiyim üçün təkrarə lüzum görmürəm. Ancaq bunu əlavə etməliyəm ki, dörd-beş il bundan əvvəl darülfünunun Şərq fakültəsində ayrıca bir xalq ədəbiyyatı kursu da var idi. Orada mühazirə oxuyurdum, folklorun elmi tədqiqi ilə əsaslı məşğul olmağa başlamışdım. O zaman yarımçıq buraxdığım tədqiqatın davamını təmin etmək üçün gənclərdən birinin bu işə təyini çox faydalı olardı. Elmi tədqiqata ən çox ehtiyacı olan folklor daha dərindən öyrənilməlidir. Akademiya şöbəsinin bu sahədəki təşəbbüsü çox əhəmiyyətlidir, ancaq gənc qüvvələrin hazırlanmasına ayrıca diqqət verilməlidir. Indiyə qədər xalqla bilavasitə təmasda bulunaraq folklor toplayan yeganə gənc Hümmət Əlizadədir. Başqaları da toplamışsa, ən irəli gələni hələlik budur. Folklor sahəsində böyük xidməti olan bu gəncin elmi hazırlığı ilə ciddi surətdə məşğul olmalıdır. Belə olarsa, Hümmət Əlizadənin topladığı materiallar daha böyük qiymət qazanar. 1934 * * * Azərbaycanda Zərdüşti adətləri AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ “Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim. Məsələnin daha ətraflı izahı üçün xalqımızın adət və ayinlərini də gözdən keçirməliyik. Bu sahədə tədqiqə o qədər lüzum vardır ki, bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalar, çünki xalqı öyrənmənin başlıca yolu onun dimaği məhsullarının toplanmasından daha əfzəl o məhsulların açarını tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi tədqiqindən ibarətdir. Xalq ədəbiyyatımız əsrlərin məhsulu olan kimi və minbir mədəni nüfuzlardan ilham alan kimi, adət və ayinlərimiz də eyni yolları keçmişdir, burada da zərdüştilik təməl daşı vəziyyəti alır, “Avesta” fəlsəfəsi hər yerdə hökmrandır. Xalqımızın təqdir etdiyi adətlərdən ən birincisi, heç şübhə yox ki, novruz bayramıdır. Bu bayram o qədər əziz tutulur ki, hətta “Mövludi- Nəbi” belə buna nisbətən yox mənziləsinə gəlir. Səbəbi aşkardır: Xalq özü yaratdığı bir adəti kənardan gələn və qılınc zoru ilə təlqin olunan bir etiqada tərcih edir. “Biz qılınc müsəlmanıyıq” deyən bir millətin islamiyyətə nə qədər yabançı olduğunu izah etməyə lüzum görülmür və əsrlərdən bəri bütün hücumlara rəğmən təntənə ilə keçirdiyi adət və ayinlərin də nədən irəli gəldiyi aydın bir məsələdir. Məqaləmizdən də məqsəd bu məsələni izah etməkdir. Bu günə qədər adət və ayinlərimiz tədqiq sahəsindən uzaqda qalmışdır. Az-çox novruz haqqında fikir yürüdülmüşsə də, tarix nəzərə alınmamış və məsələ mücərrəd mülahizələr şəklində durub qalmışdır. Şərq müəlliflərinin bu barədə verdiyi məlumat qarışıqdır və çox zaman məsələyə sami etiqadları qarışdırdıqlarından tarixi həqiqət ortada itir gedir. Məsələn, “Bürhani-qate”nin: “Cənab həq aləmi və Adəmi ol gündə (Novruz günü) xəlq elədi” deməsi bizə Tövratı andırır. Halbuki, qədim Azərbaycan və Iran Tövrat fəlsəfəsinə tamamilə yabançıdır. “Maarif və mədəniyyət”, 1926, № 9 (müəllif) “Bürhani-qate” ikin ci bir rəvayət də nağıl eləyir: “Cəmşid şah ki ərəblər Mətuşələh deyirlər, səlatini-Pişdadiyandan bir padşahi-məşhurdur, nami-əslisi Cəmdir, əqtabi-ərzi geşt eləyərək Azərbaycan vilayətinə gəlib, ol mövzeyi istehsan etməklə əmr elədi. Bir mürtəfe məhəldə Şərq canibinə doğru bir mürəssə təxti-ali qurdular, kəndisi dəxi əlbisəyi-şahanə geyib və başında mücövhər və müşşə tac ol təxt üzrə mülukanə keçib qərar elədi. Vəqta ki, günəş tülu edib, şəşəəsi ol tac-təxtə toxunduqda bütün ol həvalini qərğeyi-nur və ziya etməklə hər kəs bu keyfiyyəti təyəmmün və istisad edib, ziyadəsilə fərəhnak oldular və bu gün bir yovmimümtazdır deyə o günə “Novruz” ilə təsmiyə elədilər və pəhləvi lisanında şüapərtövə “şid” itlaq olunmaqla cəm ləfzinə izafə ilə ol padşaha Cəmşid dedilər və ol gün cəşni-əzim edib ondan sonra və hər sənə rəsmi – mərqumu icra elədilər”. “Bürhani-qate” və bütün Iran müəlliflərinin “Novruz”u Cəmşidə mənsub elədikləri tarixi həqiqətdən uzaq görünür. Bir kərə Cəm və mənsub olduğu Pişdadiyan sülaləsi və Firdovsinin qeyd etdiyi əksər adlar tarixi adlar gərək olmasınlar: Yunani-qədim müvərrixlərində başqa-başqa adlar göstərilir və Iran abidə və kitabələrinin son tədqiqi yunanların haqlı olduqlarını meydana çıxartdı. Ola bilər ki, sasanilər təşviq etdiyi kimi, onlardan əvvəlki sülalələrdən bir padşah “Novruz” a artıq əhəmiyyət vermiş, lakin bu adətin bir şəxsə isnad edilməsi məncə doğru deyil. Lakin “Novruz”un Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. Buna zatən “Bürhani-qate” də işarə eləyir. Iran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaratmış və Midiya səltənəti münqəriz olduqda bu mədəniyyət zərdüştiliklə bərabər Irana keçmiş və əsrlərcə pars səltənəti ilə yan-yana azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləmişlər. “Novruz” və başqa adətlərimiz də o zamanlardan qalmadır. Uca Canib – tərif Daş-qaşla bəzədilmiş Cavahiratla bəzənmiş Parlaq Şahanə Həvali – ətraf, civar Xoş əlamət Muğların vəzifəsi atəşin bəqası olduğu üçün onlara “Azərban” deyərdilər. Cəmi “Azərbangan”dır ki, ərəblər “Azərbaycan” şəklinə salmışlar (müəllif) “Novruz” adətinə “Avesta”da rast gəlmiriksə də, fəlsəfəsi tamamilə oradan alınmışdır. Qışla təbiətin ölməsi zərdüştilərə qış və soyuğun müzür olduğunu təlqin edir. Odur ki, qışı Əhrimənin yaradılışı ədd eləyirlər. Zərdüştilik məfkurəsində nurani və sağlam bir aləm təsvir olunarkən orada soyuq və xəstəlikdən əsər olmadığı qeyd edilir. Bu fakir xalq ədəbiyyatımızda da əsər buraxmışdır: Üçü bizə yağıdır, Üçü cənnət bağıdır, Üçü yığar gətirər, Üçü vurar dağıdar. Bu sözlərdən görünür ki, xalqımız da qışı “yağı düşmən” və yazı “cənnət bağı” deyə təsvir eləyir. Eyni fəlsəfəni də zərdüştilikdə görürük: bir tərəfdən yaz təqdir və təqdis olunur, o biri tərəfdən də qışa etiraz edilir. Birinci “fərvərdin” (mart) ayında, ikinci isə “azər” (noyabr) ayında icra olunur. Qədim Azərbaycanda il yazla başlardı və ayların adı belə idi: Fərvərdin, Urdibehişt, Xurdad, Tir, Murdad, Şəhrivər, Mehr, Aban, Azər, Dey, Bəhmən, Isfəndar. Hər ay otuz günə bölünmüşdü və hərəsinin ayrı- ayrı adı var idi. Ayın birinci günü “Hürmüzd” adlanırdı. “Fərvərdin”in ilk gününə isə “Novruz” deyilirdi. Deməli, “Novruz” ilin və yazın ilk günü deməkdir. Bu gün həyatın oyanmasının, qış kimi müzür düşmənin məğlub edilməsinin bayramıdır. “Novruz” bir rümuzdur: işıq, haqq və həqiqətin qələbəsi deməkdir. Odur ki, ruhunda əbədi həqiqət daşıyan xalq onu təntənə ilə qarşılayır – hər kəs təzə paltar geyir, evlər təmizlənir, şamlar yanır, şirnilər düzülür, masalar ciçək, səməni otu və meyvələrlə bəzənir. Qədim zamanlar “Novruz” gününə kimi adətlər icra olunduğunu Nizamül-mülkün “Səyasətnamə”sindən öyrənirik. Bayrama bir neçə gün qalmış carçılar bazarlarda car çəkərmişlər və sarayın ümuma açıq olduğunu elan edərmişlər. Xalq toplanarmış və hər kəsin padşahdan nə şikayəti varmış, elan edərmiş. Sonra padşah taxtından enib möbidimöbidanın qarşısında dizi üstə çökərmiş və deyərmiş: “Mənim şəx- Məsudi “Kitabi-mürəvvicüz-zəhəb və müarinül-cövhər”. Barbur de-Meynardın 1861-ci ildə Parisdə basdırdığı nüsxədən istifadə etdim (müəllif) On birinci əsri-miladidə yazılıb (müəllif) Muğların böyüyü, baş ruhani (müəllif) siyyətimə əhəmiyyət verməyərək, bitərəfanə bu mənə qarşı elədiyi şikayətə bax və hökm ver”. Carçının təkrar carına istinadən şikayətçilər xalqdan aralanıb bir tərəfə yığılarmış və məhkəmə qurularmış. Nəticədə “möbidi-möbidan” iki tərəfin də təqsirini bitərəfanə meydana qoyarmış. Bunu padşahlar məmləkət adamlarına örnək olmaq üçün edərmişlər və hər kəsi haqq və ədalət tərəfinə dəvət edərmişlər. Nizamül- mülkün şəhadətinə görə bu adət Ərdəşirdən Yezdgirdə qədər davam etmişdir. “Novruz” qədər əhəmiyyətli bayramlardan biri də “Azər” (noyabr) ayında imiş. “Novruz” yazı təqdis edən kimi “Azər” bayramı da qışı zəmm edərmiş. Xalq “kövsəc” adlanan bir şənlik təşkil edərmiş və hər kəs quzu və yağlı ət kimi istilik gətirən şeylər yeyərmiş. Sonra qatıra minmiş birisi qış düşməni rolunda meydana çıxarmış və ətrafdakıların onun başına soyuq su tökmələrinə baxmayaraq, etinasız “gərma, gərma” (“istidir”, “istidir”) – deyə bağırarmış. Bu bayramla xalq qışdan və soyuqdan qorxmadığını nümayişkaranə elan edərmiş. Duvaqqapma “Duvaqqapma” adəti gəlin gələndən üç gün sonra icra olunur. Taxt qurulur, xalılar və püştələrlə döşənmiş bu taxtda üzüqoylu çöndərilmiş bir teştin altında şam yandırılır, gəlini teştin üzərində əyləşdirirlər, başına incə cunadan bir duvaq salırlar. Sonra başına şirni tökürlər və şirnini ətrafdakı qız-gəlinlər və çocuqlar qarpışıb yığışdırırlar. Bu anda çocuqlardan birisi oxlovla duvağı qapır, həyətə qaçıb barlı bir ağacın üzərinə atır. Kiçik görünən bu Azərbaycan adəti böyük bir şərhə möhtacdır. Əvvəla adətin toydan üç gün sonra icra olunmasına diqqət etməlidir. 3 rəqəminin müqəddəs olduğunu əvvəlki məqaləmdə söyləmişdim. Bu rəqəm türklər tərəfindən də mənimsənmiş və “ərənlər üçü demiş” de- Şeferin Parisdə basdırdığı nüsxədən istifadə etdim (müəllif). Həcv Azərbaycanda təbabət hər şeyi “istilik” və “soyuqluq” deyə ikiyə ayırır. Məsələn, istiot, şirniyyat istilikdir, qarpız və kartof soyuqluqdur (müəllif). Məsudi. “Mürəvvicü-zəhəb” (müəllif). yə xalqın ruhuna yerləşdirilmişdir. Şam Zərdüştün nuruna, ocaq və bina salmağa işarədir. Xalılar və taxt gəlinin ev olub yaşamasının, şirni irəlidə dadlı və xoşbəxt vaxt keçirməsinin, duvaq bəkarətin rümuzu olmalıdır. Duvağın barlı ağaca atılması gəlinin övlad sahibi olması arzusunu ifadə edir. Duvaqqapma adəti şübhəsiz ki, ilhamını “Avesta”dan alır: bu kitabda hava və yel pərisinə həsr olunmuş bir duada deyilir: əllərində “barəsm” ərə verilməmiş gənc qızları bol töhfələrlə, altun taxt, yaldızlı xalı, qızıl yastıq üzərində onun (hava və yel pərisinin) dərgahına gətiririk. Hava və yel pərisi zərdüştilərin etiqadınca yıxan, dağıdan və eyni zamanda tikən, ehya edən və səadət bəxş edən olduğu üçün, gənc qızlar onun himayəsinə verilir. Duvaqqapma ərə getmiş qızın bilfel hava və yel pərisinin dərgahına gətirilməsini və onun himayəsinə tərk olunmasını göstərir. Ölüyə qüsl verilən yerdə şam yandırma Azərbaycanda ölüyə qüsl verilən yerdə üç axşam şam yanar. Bu adətin tarixi belədir: zərdüştilərcə ölünün ruhu üç gün üç gecə himayəsiz qalır. Dördüncü gün mehr (işıq pərisi) dağları işıqlandıranda ədalət məhkəməsi qurular və ruhlar himayəyə alınar. Üç ilk gecə divlər ruhları fənalığa sövq etməyə çalışarlar. Divlər qaranlığın məxluqu olub, işıqdan qaçdıqları üçün, ölü sahibi ya meyitin yanında və yaxud qüsl verilən yerdə şam yandırır ki, ədalət məhkəməsinə qədər ruhu divlərin təcavüzündən mühafizə eləsin. Çillə Çillə “çehil”in zəbanzədi olmuşdur, “qırx” deməkdir. Fənalıq gətirən mövhum qırx pərilərə aid olmalıdır. Ən çox samilərdə təsadüf olunan qırx rəqəmi bilaxirə arilərə və türklərə keçmiş olmalıdır. Hər Barəsm barlı ağacın budaqlarından bağlanmış bir dəstəyə deyilir ki, əsli “bariasiman” olmalıdır. Zərdüşti ruhaniləri ibadət edərkən əllərində “barəsm” tuturlar (müəllif). “Xırda Avesta” (müəllif) halda Azərbaycan əfsanələrində istər doğrudan-oğruya, istərsə “çillə” şəklində işlənməkdədir. Məsələn, bizlərdə qışın ilk gününə “böyük çillə”, sonra gələn iyirmi günə “kiçik çillə” deyirlər. Xalq arasında “çillə” ağırlıq mənasındadır. İnsan bir müşkülat qarşısında qaldıqda rümuzi bir ayin icrasına qalxışır ki, ona da “çillə kəsmək” deyirlər. Adətən əl və ayağın baş barmaqlarını ipliklə üç dəfə bağlarlar, uclarından su axıdarlar, sonra ipi kəsərlər. Kəsən adam adəti ifa edərkən bu sözləri söylər: “Həzrət Süleyman eşqinə, çin qızı Mərcan hökmünə, bəni-adəmdən, bəniheyvandan, çindən, şəyatindən, axar sudan, köklü ağacdan, dibli qayadan, yeddi yolun ayrıcından – hər kəsin çilləsinə düşmüşsənsə, çilləni kəsdim”. Bu sözlərdən görünür ki, çillə arilərə qarşı gələ bilən bəlaları dəf etmək üçün qurulmuş bir ayindir. Bu bəla nə tərəfdən gələ bilərdi? “Həzrət Süleyman, çin və şəyatin” – sözləri bəlanın samilərdən və bilxassə ərəblərdən törəyə biləcəyini andırır, çünki div arilərə məxsus olduğu kimi “cin və şəyatin” də samilərə məxsus fənalıq pəriləridir. Burada anlaşılmaz bir nöqtə var ki, o da axar su, köklü ağac, dibli qaya və yolayrıcının işə qarışdırılmasıdır. Bunlar zərdüştilər tərəfindən təqdis edilən amillər olduğu halda cinlər və şəyatinlər cərgəsinə qoyulmuşdur. Bu adətin bir çox təsirlərə düşüb pozulduğunu göstərir. Şər vaxtı Azərbaycanlılar toran qovuşan vaxta “şər vaxtı” deyirlər. Zərdüştilərin kainatı nurla qaranlığın mübarizəsindən ibarət bildiklərini söyləmişdim. Bu mübarizə hər axşam toran vaxtı təkrar olunur: gündüzlə gecə çarpışır, axırda gecə və qaranlıq işığa qələbə çalır. Işığın məğlubiyyəti “şər” ədd olunur. Xalq adətincə “şər vaxtı” bikef olmaq, əli qoynunda durmaq, çocuqları ağlatmaq və çıraq yandırmamaq günahdır, çünki şər və fənalığa qarşı mətanətlə durmaq zərdüştilərin başlıca ehkamındandır. Bunu qışa qarşı edilən “kövsəc” nümayişində də gördük. “Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır” – məsəli də yuxarıda zikr olunan fəlsəfəyə isnad edir. Ab, atəş, xak, bad Ənasiri-ərbəə deyilən bu dörd amil xalqımız arasında təqdis olunur. Bunların içində böyük bir qüdsiyyət daşıyan od və axar sudur. Ocağa və çırağa and içərlər, suyu murdarlamazlar. Novruza yaxın çərşənbələrdə sabah erkən axar su üstə çıxarlar, çillə kəsdirərlər və i.a. Qız ərə gedərkən onu ocağın başına dolandırarlar, çərşənbələrdə tonqal qalarlar. Bu adətlərin haralardan başlandığını izah etmək üçün bir az tarixə doğru dönməliyik. Qədim yunanın məşhur müvərrixi Herodot Iran adətlərini təsvir edərkən deyir: “Parslar günəşin, ayın, torpağın, odun, suyun və havanın şərəfinə qurbanlar gətirirlər... Onlar çaya tüpürməzlər və bövl etməzlər və kimsəni də bu hərəkətləri eləməyə buraxmazlar, çünki çayı təqdis edərlər. Herodotun təqribən iki min beş yüz il bundan əvvəl təsvir etdiyi adət bu gün eynilə aramızda yaşayır: suya tüpürmək və bövl eləmək, odu murdarlamaq xalqımızca günah sayılan əməllərdəndir. Ənasiri-ərbəəyə qədim yunan fəlsəfəsində də təsadüf edirik. Empedoklun nəzəriyyəsincə yaradılışda baqi olan dörd amil var: od, su, hava, torpaq. Bunlar var idi, var və olacaq. Şübhəsiz ki, Empedokl fəlsəfəsini Irandan əxz etmişdir, çünki ondan əvvəl yaşayan Herodot bu fəlsəfəni Iranda kök salmış bir adət kimi təsvir edir. Irandan əvvəl də bu nəzəriyyə Kürlə Araz çaylarının arasında doğulmuş olacaq, çünki Midiya dövlətini inqiraza uğradan parslar, Midiya və Azərbaycanın din və ayinlərini və bütün mədəniyyətini iqtibas etdilər. Zərdüştiliyi Irana bəxş edən azərbaycanlılar (muğlar) Irandakı müəssisələri əsrlərcə idarə etmişlər. Hətta bəzən hökuməti də ələ almağa qalxışmışlarsa da, müvəffəq olmamışlar. 1927 Historue Herodote, birinci kitab (müəllif) * * * Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir. Bu həyat muğ (cəmi muğan) adlı zəki və peyğəmbəri ilhama malik bir millətin minlərcə illər əvvəl Kür ilə Araz çaylarının arasında məskən salmaları ilə başlayır. “Aran” təsmiyə etdikləri bu torpaq dünyaya Zərdüştü bəxş edir. Qədim aləmin ən böyük kitabı “Avesta” burada vücuda gəlir. Zərdüşt mədəniyyətin başlıca əsaslarını qurur və onu mütəaqib mənsub olduğu muğlar əsrlərcə bütün Şərqin mənəviyyat rəhbərləri olurlar. Köçəbəliklə mübarizə, torpağa mərbutiyyət, bağ və bağça salmaq, körpü tikmək, xəstəlik və soyuqla mücadilə, torpaqçılıq, nurun təcəllisi, qaranlığın və cəhlin məğlubiyyəti... iştə Zərdüştün və muğların başlıca ehkamları. Bu fəlsəfə və yaratdığı zehniyyət sayəsində Aran, Muğan və bütün Azərbaycan mədəniyyət həyatında yüksək dərəcələrə çıxmışdı. Lakin ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü. Dərbənddən ta Həmədana qədər sərf olunan əməklər məhv oldu. “Avesta”nı yaradan bir millət ölkəmizə dair nə kimi məlumatlar tərk edib getmiş. Təəssüf ki, əlimizdə o dövrə dair çox da yazı yoxdur. Böyük hadisələrə meydan olan Azərbaycan təxrib olunarkən ədəbi, dini və qeyri məhsulları da məhv olmuşdur. Bir kərə Iskəndər Rumi Yunanıstana vurulan zərbəyə müqabil Iranı və Azərbaycanı alt-üst etdi. Bir sənət möcüzü ədd olunan Kə ra sarayını yıxmaqla iktifa etmədi. Böyük bir mədəniyyəti kökündən qopardı və elmi məhsullar da öldürüldü. Muğlar haqqında ayrıca yazılacaq (müəllif). O dövrə dair məlumatı yalnız qədim yunan müvərrixlərindən öyrənə bilərik. Herodot, Strabon, Seysel, Ksenefon və başqaları şayani- təqdirdirlər. Bir də Istəxr, Nəqşi-Rüstəmsuz kimi xarabaların kitabələri azacıq da olsa məsələni aydınlaşdırır. Ikinci böyük axın ərəblər tərəfindən edilirkən, yeni dinin ehkamından başqa bir şey tanılmırdı. Iran fəlsəfə, fikir və etiqadı əbəs sayılırdı. Onun üçün ölkəmizin nəfis və incəsənətlə tikilmiş məbədləri yıxıldı və kitablar yandırıldı. Əgər zərdüştilərin bir hissəsi Hindistana çəkilməsəydi, “Avesta” dan belə məhrum olmaq ehtimalı var idi. Bərəkətlər ki, bu kitabın bir hissəsi xilas edilmiş və bu gün sanskrit dilində mövcuddur. Sasani dövrü pəhləvi dilində yazılan əsərlərin də bir hissəsi bu təriqlə yəqmaya müncər olmamışdır. Əgər bu gün Azərbaycan haqqında geniş və müsbət məlumata malik isək, o da islamiyyətdən bəridir. Ərəb müvərrix və coğrafiyunları o qədər ciddi əsərlər vücuda gətirmişlər ki, onlardan məmləkətimizi yenə ətraflı öyrənə bilmirik. Ərəbin bu yoldakı dühası doqquzuncu əsr miladidən başlayaraq parlayır və nəticədə Təbəri, Məsudi, Yaqut Həməvi kimi yüksək şəxslər vücuda gəlir. Bunlar ölkəmizi tarix, coğrafiya, ictimai, dini və iqtisadi tərəfdən bizə öyrədirlər. Ərəbləri təqlidən azərbaycanlı müəlliflərdən Əlbəhri Əlilham Əbdülrəşid ibn Saleh ibn Nuri Əl Bakuyi “Kitabi-təlxis əlasar və əcaibəl mülk əlqəhhar” adlı 14-cü əsr miladidə bir əsər vücuda gətirmişdir. Lakin ərəbcə yazılmış bu kitab o qədər səthidir ki, məlumatımıza yeni bir şey əlavə etmir. Hətta müəllif vətəni olan Bakıdan bir söz belə yazmır. Halbuki Bakı Zərdüşt ruhanilərinin iqamətgahı və Suraxanı atəşgədəsi ilə Şərqə qiblə olmuşdur. Şimali və Cənubi Azərbaycana başlı-başına həsr olunan iki əsər var. Biri “Tarixi-Azərbaycan”, müəllifi Ləbün Əbü Əlhica Ərrəvadi, ikincisi “Tarixi-Aran”, yazanı Əlbərdəi. Çox mühüm ədd oluna biləcək bu kitablar meydanda yoxdur. Bunlar haqqında qısa məlumatı osmanlı alimi Katib Çələbinin “Kəşfülzünun fi əsamiyi-kütbül-fünun” adlı əsərində görürük. Əgər kitablar əlimizə keçsə idi, bəlkə vətənimiz haqqında topluca bir məlumat əxz edərdik. O biri tərəfdən, bu kitablar marağımızı dəf edəcək dərəcədə qüvvətlidirmi? – deyə düşünürəm. Çünki Katib Çələbinin “Cahannüma” adlı məşhur coğrafiyası əlimizdədir. Aran və Azərbaycan tarixini oxumuş bir müəllif bir çox yeni məlumat verməli idi. Halbuki Azərbaycan haqqındakı bəhslərdə “Cahannamə” bir o qədər də yeni və ətraflı deyil. Katib Çələbidən əsrlərcə əvvəl yaşamış Əlmüqəddəsi ibn Hövqəl, Məsudi, Yaqut Həməvi, Ismayıl Əbülfida və yaxud çoğrafiyun Həmdullah Müstövfü Qəzvini daha müfəssəl və ətraflıdırlar. Türkiyəlilərdən Çələbi adlı məşhur səyyah on birinci əsr hicrinin ortasında Azərbaycanı ziyarət etmiş və mübaliğəyə rəğmən məmləkətimizi ətraflı təsvir edən alimlərdəndir. Zamanına dair məlumatdan başqa Övliya tarixi-övzayi, iqtisadi və ictimai həyatı da tədqiq etmiş, hətta filologiya və statistika ilə də maraqlanmışdır. XIX əsr miladidən etibarən tarix sahəsində Azərbaycan müəllifləri fəaliyyətə başlayırlar. Abbasqulu Ağa Qüdsi “Gülüstani-Irəm” adlı əsəri ilə Azərbaycan tarixi üçün təməl daşı qoyur. “Gülüstani-Irəm” əslən Şirvan tarixindən ibarətdirsə də, bütün Azərbaycandan da bəhs edir, çünki Şirvan bir çox zaman Şimali Azərbaycana hakim olmaqdan başqa Araz çayının cənubu ilə də uğraşmış və oraların tərzi-idarəsinə nüfuz etmişdir. “Gülüstani-Irəm” indiyə qədər mövzumuza dair qələmə alınan əsərlərin ən quvvətlisidir. Qüdsi tarixi yalnız hadisəyi-siyasiyyə deyə tələqqi etmir. Onu daha geniş olaraq təsəvvür edir. Coğrafiya, etnoqrafiya və ədəbiyyatımızı belə unutmur. Bizə görə etnoqrafi məlumatı son dərəcə maraqlıdır... Təəssüf ki, kitab farsca yazılmış və indiyə qədər türkcəyə tərcümə olunmamışdır. Halbuki nə qədər faydalı olardı. Eyni əsrdə yazılan ikinci əsər Şeyx Əhməd Səlyaninin “Bəsaül nas fi məmləkətil – Qafqaz” adlı kitabıdır ki, 70 səhifədən ibarət olub, fars dilindədir. Əsər yarımçıqdır, müəllif bitirməyə müvəffəq olmamışdır. Istifadəlidir, ancaq çox dərin deyil. “Gülüstani-Irəm”də əgər fars təsiri görünürsə, Şeyx Əhməd də erməni müvərrixlərinin nüfuzunda bulunur. Bu kitab da qeyri-mətbudur. Türkcə yazılan əsərlərin içində ən güzidəsi, şübhəsiz ki, “Təlifi Mirzə Camal Qələbəyi Məhəmmədxan bəy oğlu Cavanşir”dir. Bu kitab tarixi cərəyanların mərkəzini Qarabağda qeyd edərək, Şuşa şəhərinin binasından rus istilasına qədər təsvir edir. Ibrahim xan zamanı Həmdullahın “Nüzhətül qülub”u mərufdur (müəllif). Bu əsər Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti tərəfindən bir neçə il bundan qabaq rusca dəxi nəşr edilmişdir (müəllif). Qarabağın hökmü şimalda Dərbəndə qədər və cənubda Təbriz, Ərdəbil, Marağa hüdudlarınadək uzanır. Vəzləri qeyd edərkən Mirzə Camalın təlifi tam bir Azərbaycan tarixi olur. Bu çox mühüm əsərin vücuda gəlməsi səbəbini aramaq üçün sözü müəllifə tərk edirəm. “Çünki mən, Mirzə Camal Qələbəyi Məhəmmədxan bəy oğlu Cavanşirin müsəlman elmlərinə və təvarixinə ittilaim olub. Qarabağın cəmi əhvalatına və hər növ nağıl və hekayətinə xah görmək və xah müsinn və kardan kəslərdən diqqətlə təhqiq edib eşitmək vasitəsilə bələdiyyəti-tamım var idi və həm əlli sənə miqdarı mərhuman Ibrahim xan və Mehdiqulu xan Qarabaği xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət qılıb və xanların əyyami-hökuməti münqəzi olandan sonra müddəti-mütəmadi yenə dövləti-Rusiyyəyə xidmətkar və sədaqət şüar var idim. Buna binaən 1847-ci ildə cənab sərdari məmaliki-Qafqaziyyə qraf Mixail Semyonoviç Voronsovun fərmayişinə binaən əhvalati-Qarabaği və hökumət və istiqlali-xəvanini-mərhumin: Pənah xan və Ibrahim xan və Mehdiqulu xan və hakəza. Dövləti-Rusiyyə ilə dövləti-Iranın mabeynlərində vaqe olan cəng və ədavətləri və münasib məqam və günçayiş olan sair vəqayeyi-mütəfərriqəni 26 fəsil və bir xatimə üzrə çəm və tərtib edib, sərdari-müəzzəmileyhə ərz və pişnihad elədim”. Mirzə Camalın müqəddiməsi bizə bir çox nöqtələri tənvir edir. Mirzə rus hakimiyyətinə sədaqət bəslədiyindən bəhs edir. Bu sədaqətin səbəbi nədir? – deyə bir sual hasil olur. Hər halda Mirzə kimi zəki və müdəbbir bir ricalın sədaqətiqüvvəti qarşısında zəif deyə tələqqi olunmaz. Kitabı tədqiq etdikdən sonra məsələnin dərin olduğu meydana çıxır. Aşkar olur ki, o zaman Qafqaza üç siyasi cərəyan hakim imiş. Məmləkətin salamatlığını kimi şimalda, kimi cənubda və bəziləri də Türkiyə tərəfdarlığında görürlərmiş. Bu cərəyanları doğuran amil yeganə Irandan Qafqaza gələn yəğma axınları idi. Sonu kəsilməz bu sel abadanlıqları təxrib, insanları qətl etməkdən başqa bir şeylə nəticələnmirdi. Ağa Məhəmməd şah Qacar zamanı artıq Qafqaz tar-mar edilmiş,ölüm və aclıq hər yerdə hökmfərma idi. Bir aralıq cənuba qarşı bir Qafqaz ittihadı mövzuyi-bəhs olur. Lakin qüvvədən felə keçir. Hər dövlət özbaşına çarə aramaq yolları düşünür. Gürcüstan rus himayəsini tərcih edir, Gəncə hökmdarı Cavadxan Irana mərbut görünür. Qarabağ və Irəvan xanlıqları isə Türkiyə dövlətinin himayəsini tələb edirlər. Irana qarşı ibraz olunan siyasi qanunsuzluq Ağa Məhəmməd şahın hiddətinə mövcib olur. Təkrar Arazı qoşunları ilə keçir və yəğmayə davam edir. Iştə Mirzə Camalın “sədaqətinin” başlıca səbəbləri. Mirzə Camal bu yolda tək deyil. Ibrahim xan nəzdində zinüfuz olan “Müşiriməmləkət”, mərhum şairimiz Molla Pənah Vaqif də eyni fikri daşıyanlardandır. 1926 * * * Molla Pənah Vaqif haqqında MOLLA PƏNAH VAQIF HAQQINDA Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar. Mirzə Camalın Qarabağ tarixinə dair yazdığı əsər də nadir olaraq ələ keçməyən və yanlış təfsirə uğrayan materialdan biridir. Bu kitab Vaqifin tərcümeyi-halını öyrənmək üçün ən mötəbər mənbə sayılır. Ədəbiyyatçılarımıza kömək məqsədilə Mirzə Camalın Vaqif haqqında verdiyi məlumatı Paris nüsxəsindən alıb, eynilə bura köçürməyi lazım bildim. Əsil məsələyə keçməzdən əvvəl kitabın nə məqsədlə yazıldığına dair Mirzə Camala söz verəlim: “Çünki mən, Mirzə Camal Qələbəyi Məhəmmədxanbəy oğlu Cavanşirin müsəlman elmlərinə və təvarixinə ittilaim olub. Qarabağın cəmi əhvalatına və hər növ nağıl və hekayətinə xah görmək və xah müsin və kardan kəslərdən diqqətlə təhqiq edib eşitmək vasitəsilə bələdiyyəti- tamım var idi və həm əlli sənə miqdarı mərhuman Ibrahim xan və Mehdiqulu xan Qarabaği xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət qılıb və xanların əyyami-hökuməti münqəzi olandan sonra müddəti-mütəmadi yenə dövləti-Rusiyyəyə xidmətkar və sədaqətsüvar idim. Buna binaən 1847-ci ildə cənab sərdari məmaliki Qafqaziyyə qraf Mixail Semyonoviç Voronsovun fərmayişinə binaən əhvalati-Qarabaği və hökumət və iqtislali-xəvanini-mərhumin: Pənah xan və Ibrahim xan və Mehdiqulu xan və hakəza. Dövləti-Rusiyyə ilə dövləti-Iranın mabeynlərində vaqe olan cəng və ədavətləri və münasib məqam və günçayiş olan sair vəqayeyi-mütəfərriqəni 26 fəsil və bir xatimə üzrə cəm və tərtib edib, sərdari-müəzzəmileyhə ərz və pişnihad elədim. Bu qərar zil üzrə ki, zikr olunur”. Bu müqəddimədə müəllifin kim olduğu, nə məqsədlə yazdığı və əsərin tarixi bəlli oldu. Indi Vaqifə keçəlim. Mirzə Camal yazır: Molla Pənah bir sahib kamal və müdəbbir və təcrübəkar və xoşgöftar adam idi. Və özü dəxi Ibrahim xanın vəziri və çox mötəmədidi ki, hər ümur-hökumətdə Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və ona yaxşı inanıb etimad etmişdi ki, övladından artıq onun xatirini mənzur edərdi və ona çox-çox hörmətlər edib ixtiyari-külli vermişdi. Xan Dağıstana və Car və Balakənə gedən vaxtda Molla Pənah çün muğanlı Cəmil ağanın ittifaqı ilə ki, Təklə muğanlı həm əslən qədim Qazax elindəndirlər, ikisi Tiflis canibinə getmişdilər, oradan Qarabağa müavidət edən zamanda və yainki bir rəvayətdə Qarabağda Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda Gəncənin dağlarının həvalisində Gəncə hakimi Cavad xan onu özünə olan sovqat bilib tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirməyə şövqmənd var idi... Axund Molla Pənahı qüruba bir, ya iki saat qalmış Şuşa qalasına gətirdilər və Məhəmməd Həsən ağanın evinin qapısında ki, şah orada mənzil eləmişdi, dəstgir saxlayıb şaha məlum etdilər. Şah buyurdu ki, bu gecə onu yaxşı mühafizət edib sabah ona bir siyasət edim ki, ibrətilnazirin olsun. Qərəz, o halda Məhəmməd Hüseyn xan Qacar sərkeşik başı ki, çox müqərriblərdəndi, axundu qapıda əlləri bağlı görüb soruşdu: Bu kimdir? Dedilər: bu həmən məşhur molla Pənahdır ki, eşidibsiniz. Haman dəm ağzını föhş və latailata açıb axunda çox yaman föhşlər və itab və xitablar elədi. Axund biçarə ərz elədi ki, ey xani əzimüşilən, siz böyük olan şəxs varsınız və padşahi- Iranın mötəmədi, nəzərkərdəsi və müqərribi-hüzurusunuz. Layiq deyil ki, siz dəstkir və günahkar və müqəyyəd və giriftar və biçarə və dərmandələrə yaman kəlmələr və föhş və hədyan sözlər buyurasınız, bəlkə sizin rütbə və məratibinizə şayistə olan budur ki, gərək ətvar və əxlaqi-həsənə və göftar və rəftari-nəcibanə sizdən zühur edə və bu gunə dərmandə və əsir və xaif olan açizlərə siz dildarlıq gərək verib, əltaf və mərhəmət və əfv və ətayə ümidvar qılasınız. Nəinki şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub dilazarlıq edəsiniz. Məhəmməd Hüseyn xan bu gunə kəlimatdan heç bir mütəəssir olmayıb yenə föhş və hədyana ziyada başladı. Axund “hər ki dəst əz çan Ağa Məhəmməd şah (müəllif) bişuyəd, hər çi dər dil darəd biquyəd” məzmununa görə dəxi qərar etməyib haman xanın cavabını dəxi ziyadə föhşkarlıq və dürüst köftarlıq edib dedi: “Ey xaninanəcib, qəzayi-sübyanı və dövri-zamanı və müqəddimeyi-fərdanı sən nə bilirsən. Bəlkə sabah şah və ya fələyi- kəcrəftar və təqdiri-pərvərdigar bir xeyri-təriq-yol gedəcəkdir. “Şəb ahistənəst, to çi zayəd bəruz”. Mən əgər dustağam, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə asib yetirə biləsən. Həmin bu günə göftar və rəftar məhz sənin nanəcib və nəqabilliyindən nişanədir. Haqq-təala kərimdir, türklər məsəlidir ki, mıxı mismar elədi. Pəs, təqdiri-qəza bu tövr oldu ki, gecə şahı qətlə yetirdilər. Molla Pənah salamat qaldı. Mirzə Camalın “mıxı mismar elədi” – deyə türk məsəlinə işarə etməsi aydınlaşdırılmalıdır. Qarabağda mismar mıxın böyüyünə deyirlər. Bu mıx-mismar məsələsinin tarixçəsi belədir: Ağa Məhəmməd şah Şuşanı aldıqdan sonra bir çox adam həbs etdirmişdi. Şahın əmrinə görə həbsdəkilərin başı kəsilib onlardan bir minarə yapılmalı imiş. Dəmirçilər səfərbərliyə alınıb mıx qayırmaqla məşğul imişlər. Gecə sabaha qədər lazımi miqdarda mıx hazır olmasa imiş dəmirçilərin də başı kəsiləcəkmiş. O gecə şahı öldürürlər, dəmirçilərə xəbər gedir ki, mıx lazım deyil, şahın tabutu üçün bir neçə mismar lazımdır. Təhlükədən qurtaran dəmirçilərdən birisi: “Ey mıxı mismara döndərən allah” – deyə sevincini ifadə edir. Bu sözlər məsəl olaraq xalq arasında indi də qollanır. Vaqifin ölümü məsələsinə keçəlim. Mirzə Camal yazır: “Molla Pənahın bir yaxşı cəmilə və gözəl və məşhurə övrəti var idi ki, çox sahib-camal və şöhrətli Məhəmmədbəy dəxi onun hüsn və camalını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə və axund qoca və piranə idi və əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoşəndam və kamal və fərasəti və padşah xəzinəsinin əlində olmağı və cavan oğlanlığı övrəti dəxi ziyadə əlaqələndirmişdi. Övrət əhəmmədbəyə demişdi ki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ olsa, mən şərən sənə gedə bilmənəm. Bir səbəb bu idi və bir dəxi qeyri bir para adamlar özlərinin səlahiyyətdarlığı üçün Gecə hamilədir, görək gündüz nə doğacaqdır (müəllif) Candan ümidini kəsən adam ürəyində nə varsa söylər (müəllif) Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəmmədbəy Molla Pənahb axundu öldürə və o səbəbə Ibrahim xandan uzaq ola və onlar da Məhəmmədbəyin hüzurundan sahibkar və nəfibərdar olalar ki, rəşid və kəramət adamıdır və xəzinə sahibi və hünərmənd kimsədir, onları mühafizət edə, xoş keçələr. Qərəz, hər hal ilə Məhəmmədbəyin əmri və izin və işarəsilə Molla Pənah axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”. Mirzə Camalın verdiyi məlumata görə Məhəmmədbəy Ibrahimxanın qardaşı Mehralıbəyin oğlu idi. Ağa Məhəmməd şahın yanında olarmış və şah öldürüldükdən sonra Qarabağ hakimiyyətini əlinə keçirir. Sonra Şəki hakimi Mustafa xanın dəvətinə aldanıb Şəkiyə gedir və orada öldürülür. Aralarında köhnə qanlılıq varmış. Məhəmmədbəyə ərə gedən Vaqifin arvadı da Şəkidə imiş. Sonra Sarıcalı Hadibəyə ərə gedir. Hadibəyi çapavulda öldürürlər. Arvad Mustafabəyə ərə gedir. Mustafa xandan iki oğlu olur, sonra Mustafa xan onu boşayır. Arvad Qarabağa dönür və mayor Imamqulu ağaya ərə gedir... Vaqifin arvadı səksən ildən çox yaşamışdır. Molla Pənahın siyasi simasına gəldikdə, buna dair də Mirzə Camal qiymətli məlumat verir. Qarabağ sarayının çar hökuməti ilə xoş keçinmək istəməsi aydınca görünür. Bunun başlıca səbəbi Iran xanlarının Qafqaza hücumu, xalqı qırmağı, işdən avara qoyub, aclığa salması ilə izah olunur. Buna istinadən istər Mirzə Camal, istərsə Molla Pənah Iran hökumətinə qarşı zidd bir vəziyyət alırlar. O zaman general Zubovun komandasında olan rus ordusu Şamaxı cəhətini işğal etmişdi. brahim xan oğlu Əbülfət xan başda olmaqla bəyzadələrdən mütəşəkkil ir heyəti hədiyyələrlə bərabər Zubovun yanına göndərmişdi. undan sonra Peterburq sarayı ilə Qarabağ sarayı arasında sıx bir əlaqə aşlamışdı. Çariça Yekaterina da Ibrahim xana hədiyyələr göndərdi. Təbiidir ki, Vaqif də unudulmadı, “Bir mürəsse cəvahirli əsa dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi”... Mirzə Camalın Vaqifə dair verdiyi məlumatı oxucularımıza təqdim etdim. Lakin bu məlumatı kafi görmürəm. Vaqif haqqında çox yazmaq olar. Bu məsələnin həllini ədəbiyyatçılarımıza tərk edirəm. Məncə Vaqifi dövrü ilə bərabər qavramaq üçün dərin bir tədqiqat lazımdır. Adolf Berjenin topladığı qalın cildlər, rus müəlliflərinin Qafqaz stilasına dair yazdıqları tarixi əsər və xatirələr, Iran müəllifləri... tamamilə tədqiq olunmamış qalır. Vaqifin Tiflisə getməsi, Yekaterinanın brahim xana və Vaqifə hədiyyə göndərməsi şübhəsiz ki, Tiflis və Leninqrad arxivlərinin materiallarında iz buraxmışdır. Bunları tapıb Meydana çıxarmalıdır. Bu sahədə tarixçilərimiz və ədəbiyyatçılarımız əl-ələ işləməlidirlər. * * * Abbasqulu Ağa Qüdsinin əsərləri ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik... Qüdsinin yazdığı əsərlər aşağıda göstərilir: “Gülüstani-Irəm”. Farsca yazılmış bu əsər Şirvan və Dağıstanın tarixinə aiddir, ən qədim zamandan başlayaraq Gülüstan müahidəsinə (1813-cü il) qədər davam etdirilir. Ərəblərin Qafqaza hücum etdiyi zamana qədər (VII əsr) olan hissəsi şübhəsiz ki, bu gün elmi mənasını itirmişdir, sonrakı hissələrdə bilxassə Qüdsinin dövrü və ona yaxın zamanlara dair olduqca qiymətli material var. Bu əsər “Azərbaycanı öyrənən” cəmiyyət tərəfindən ruscaya tərcümə edilib, 1926-cı ildə Bakıda çap olunmuşdur. “Kitabi-riyazül-qüds”. Türkcə yazılmış bu əsər imamlara və Kərbəla vəqəsinə həsr olunmuşdur. “Qanuni-Qüdsi”. Fars qrameridir. Müəllifin dediyinə görə, özü ruscaya tərcümə edib, Tiflisdə basdırmışdır. Kəşfül-qəraib”. Amerikanın kəşfi, əhval və övzainə dair bir əsərdir. Farsca yazılmışdır. “Təhzibi-əxlaq”. 12 bab və xatimədən ibarət olan bu əsər dini kitabların, islam, yunan və firəng hükəmasının əxlaqa dair söylədiklərinin yekunudur. Farsca yazılmışdır. “Eynül-mizan”. Ərəbçə yazılmış məntiq kitabıdır. “Nəsihətnamə”. Türkcə yazılmış 102 nəsihətdən ibarətdir. “Əsrarül-mələkut”. Nücuma dair fars və ərəb dilində yazılmış bir əsərdir. Qüdsi hicrətin 1262-ci sənəsində Istanbuldan Məkkə ziyarətinə keçirkən bu əsərin ərəbcəsini Sultan Əbdül Məcidə təqdim etmişdir. Sonra bu kitab Həyatzadə Seyid Şərif tərəfindən türkcəyə tərcümə olunub, hicrin 1265-ci ilində “Əfkarül-cəbərut fi tərcümey“Əsrarül-mələküt” ünvanı ilə Istanbulda çap edilmişdir. “Çoğrafiya”. Farsca yazılmış coğrafiya kitabıdır. “Mişkatül-ənvar”. Farsca əxlaqi şeirlərdir. “Miratül-cəmal”. Farsca şeirlər yazılmışdır. “Əsgəriyyə”. Türkcə yazılmışdır. Köçərlinin verdiyi məlumata görə bu əsər Vəzirov Mirzə Əbdülhəsən Ziyanın “Qəvaidi-Ziya”sında çap edilmişdir. “Qəvaidi- Ziya” vaxtilə Peterburqda çap edilmişdir. Lazerev 1866-cı ildə Moskvada çap etdirdiyi “Intixabil-təsanif türki lisanda” adlı əsərində Kazımbəy Vəzirovun əsərləri ilə bərabər Qüdsinin “Əsgəriyyə”sindən də bir parça dərc etmişdir. Bu əsərlərdən başqa Qüdsinin bir çox müxtəlif şeirləri və Krılovdan tərcüməsi var. “Gülüstani-Irəm”ə əlavə olaraq yazdığı avtobioqrafiyasından görürük ki, Qüdsi şeirlərini divan şəklinə salmaq fikrində imiş, lakin bu iş yarımçıq qalmışdır. Qüdsinin əsərlərini toplayıb müfəssəl tərcümeyi-halı ilə birlikdə nəşr etmək Azərnəşrin borcudur. 1935 * * * Mirzə Fətəlinin əsərləri başqa dillərdə MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur. 1853-cü ildə Mirzə Fətəlinin komediyaları ruscaya tərcümə edilib basılmışdır. Ondan əvvəl bu komediyalar o zaman Tiflisdə çıxan “Qafqaz” qəzetində felyeton şəklində dərc olunmuşdur. 1853-cü ildə “Russki invalid” qəzetində Mirzənin əsərləri haqqında yazılan bir məqalədə Mirzə Fətəli “Azərbaycan Molyeri” adlandırılır. Həmin ildə Peterburqun xüsusi teatrlarından birində Mirzənin özü tərəfindən ruscaya tərcümə edilmiş “Müsyö Jordan” və yenə rus dilində Tiflisdə “Xırs quldurbasan” oynanmışdır. Erməni ədibi Yerisyan tərəfindən “Müsyö Jordan” və “Sərküzəşti-vəziri-xani Sərab”ın ermənicəyə tərcüməsi də bu zamanlara təsadüf edir. Lakin Mirzə Fətəlinin başlıca şöhrəti əsərlərinin fars dilinə tərcümə olunması ilə başlayır. Zatən bu tərcümə vasitəsi ilə Avropa Azərbaycanın böyük ədibi ilə maraqlanmışdır. Bu tərcümədən sonra müstəşriqlər onu öyrənib təb və tərcüməsinə çalışırlar. Mirzənin əsərlərinin farscaya tərcümə olunmasını belə rəvayət edirlər. Şahzadə Cəlaləddin Mirzə Iran tarixinə dair yazdığı “NameyiXosrovan” adlı əsərindən bir nüsxə Mirzə Fətəliyə göndərir. Mirzə Fətəli də əvəzində komediyalarını göndərib, Cəlaləddin Mirzədən farscaya tərcümə olunmasını arzu edir. Mirzənin əsərləri bir müddət şahzadənin dolabında yatıb qalır. Bir gün Cəlaləddin Mirzənin xüsusi katibi Mirzə Cəfər Qaracadaği dolabı eşərkən Mirzə Fətəlinin kitabına rast gəlir, götürüb böyük bir maraqla oxuyur və “Molla Ibrahimxəlil kimyagər”i farscaya tərcümə edib, şahzadəyə təqdim edir. Şahzadə tərcümədən məmnun olub, Mirzənin bütün komediyalarının farscaya tərcümə olunmasını arzu edir. Mirzə Cəfər Cəlaləddinin arzusunu yerinə yetirir və Mirzə Fətəlinin əsərləri 1872-ci ildən başlayaraq litoqraf üsulu ilə basılmağa başlayır. 1874-cü ildə ayrı-ayrı çap olub, bitən komediyalar toplanıb bir kitab şəklində dünyaya çıxır. “Sərgüzəşti-vəziri-xani-Sərab”ı nədənsə Mirzə Cəfər “Sərgüzəşti-vəzirixani- Lənkəran” deyə tərcümə edib. Mirzə Cəfəri təlidən avropalılar da “Sərab” əvəzinə “Lənkəran” işlədirlər (müəllif) 1882-ci ildə W.Haggard və W.Strange “Sərküzəşti-vəziri-xani Sərab”ı farscadan ingiliscəyə tərcümə edib, Mirzə Cəfərin mətni ilə bərabər “The vazir of Lancoran” ünvanı altında Londonda təb edibdirlər. Fransız müstəşriqi Barbier de Meynard bu tərcümə haqqında “La revu critque” məcmuəsinin 19 mart 1883-cü il tarixli nömrəsində bir məqalə nəşr edib, həmin ildə Alexandre Chodzko “Vəziri-xani-Sərab” a dair “Aventure du vazir du khan de Llenkeran” ünvanlı tədqiqini Parisdə nəşr edir. 1886-cı ildə Barbier de Meynard, Stanislav Guyapd “Mürafiə vəkillərinin hekayəti”, “Xırs quldurbasan” və “Molla Ibrahimxəlil kimyagər”i fransızcaya tərcümə edib, farscası ilə bərabər “Trois comedies Françes” sərlövhəsi ilə Parisdə çap etdirirlər. Məcmuəyə gözəl bir lüğət də əlavə olunubdur. Barbier de Meynard Mirzə Fətəlinin farsca tərcüməsi ilə kifayətlənməyib, həmin ildə “Molla Ibrahimxəlil kimyagər” in tərcüməsini türkcə mətni ilə bərabər “Journal asiatique”un yanvar nömrəsində çap etdirir. Parisdə bu əsər meydana çıxar-çıxmaz G.Strange məzkur komediyanı ingiliscəyə çevirib “Asiya cəmiyyətiKraliyyə məcmuəsi”nin 18-ci yanvar cildində “The Alchemist” ünvanı ilə basdırır. Bir az sonra Barbier de Meynard “Sərgüzəşti-mərdi-xəsis” və “Aldanmış kəvakib”i də fransızcaya tərcüməsi və türkcə mətni ilə “Asiya” jurnalında basdırır. Bu əsərlərə bir də Azərbaycan ləhcəsi haqqında bir müqəddimə yazılmışdır. 1888-ci ildə Fransa xariciyyə nəzarəti attaşesi Alfons Cilliere “Deux comedies turques de Mirza Feth Ali Akhondzade” sərlövhəli Mirzənin “Sərgüzəşti-vəzirixani-Sərab” və “Mürafiə vəkillərinin hekayəti”nin fransızca tərcüməsini uzun bir müqəddimə ilə Parisdə təb etdirir. Müəllif müqəddiməsində Şərq teatrından bəhs açır və Avropada anlaşılan mənada Molyer kimi bir-iki Avropa müəlliflərindən tərcümə olunan əsərlər istisna olursa, “Qaragöz” oyunundan başqa bir şey olmadığını qeyd edir. Misir və Ərəbistan da hakəza. Irana gəldikdə müəllif şəbihgərdanlığı təhlil edib, bunun bir teatr mənşəyi olacağına inanır. Müəllif şəbihgərdanlığın heç bir xarici təsirə uğramayıb, sırf Iranın milli malı olduğunu qeyd edərək, bunu Iran üçün bir məziyyət bilir. Bu mülahizələrdən sonra Siylyer Mirzə Fətəlinin komediyaları haqqında fikir yürüdür. Bu komediyaların şəkil etibarı ilə Avropanın və məzmun etibarı ilə milli olduğunu qeyd edir və bunları Istanbulun Avropadan alıb tərcümə və təbdil etdiyi əsərlərdən yüksək tutur. 1889-cu ildə Stokholm müstəşriqlər konqresi məcmuəsinin birinci nömrəsində “Xırs quldurbasan” nəşr olunur. Mirzə Fətəlinin əsərlərinə qarşı Almaniya da laqeyd qalmamışdır. Wahrmund tərəfindən bir neçə komediyası almancaya tərcümə edilmişdir. Deməli, Mirzə Fətəlinin bütün əsərləri fransızcaya, bir hissəsi də ingiliscəyə və almancaya tərcümə olunubdur. Fransız tərcümanlarının arasında “Asiya cəmiyyəti” katibi L. Bauvat- ı da qeyd etməliyik. Bu, “Müsyö Jordan”ı 1906-cı ildə tərcümə edib, ayrıca kitabça şəklində nəşr edibdir. Müsyö Buva 20 ildən bəri Azərbaycan ədəbiyyatı və mətbuatı haqqında Şərq məcmuələrində məqalələr yazmaqdadır. 1928 * * * Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA (Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888). “Müsəlman Şərqində ərəblər, farslar və türklər teatrı tanıyırlarmı və dramatik ədəbiyyata malikdirlərmi? Teatr bizim Avropada bildiyimiz kimi dekordan, geyimdən və pyesləri təmsil etməyi özünə peşə eləmiş artistlərdən ibarət isə, deməliyik ki, müsəlman Şərqi teatrı tanımır. Türkiyədə ələləksər Molyerdən, Sardü və Dümadan tərcümə olunmuş fransız komediyalarından, Istanbul qəzetlərində felyeton şəklində dərc olunmuş Avropa komediya və dramlarına bənzədilmiş imitasiyalar istisna edilərsə, müsəlman Şərqində polişineli Qaragöz oyunu kimi orijinal və populyar bir tamaşa və bir sıra ədəbi əhəmiyyəti olmayan fars və buffenerdən başqa bir şey tapmırıq. Ərəb dili ölkələrində də iş bundan yaxşı deyil, Misir xalqlarını da Qaragöz oyunu məftun edir, yüksək sinif və orada yaşayan avropalılar isə italyan və fransız operalarına gedirlər. Iranda bir az yaxşıdır, orada ölkənin ürəyinə yatan həqiqi bir milli teatr var. Lakin yeni Iranın dini dramı ideyaca Avropa dram və komediyasından uzaqdır. Iranlılar hələ bizim əcdadımızın tamaşasına və orta əsrlərin fars və misteriyalarına malikdirlər. Onların dram sənəti çocuqluq halındadır, buna baxmayaraq çox əhəmiyyətlidir və tədqiq etmək üçün çox qəribədir”. “Tərcümə etdiyimiz komediyaları oxuculara təqdim etmədən əvvəl müsəlman Şərqinin müxtəlif tamaşa janrını gözdən keçirəlim”. Burada mütərcim Kərbəla vəqəsinin tarixini verir, bizim üçün əhəmiyyəti olmadığına görə tərcüməsindən vaz keçirik. Sonra mütərcim yazır: Mirzə Fətəlinin “Vəziri-xani-Lənkəran” və “Mürafiə vəkilləri” adlı komediyaları Fransa xariciyyə ataşesi Alfons Siylyer tərəfindən fransızcaya tərcümə olunub, 1888-ci ildə “Iki türk komediyası” adı ilə Parisdə çap edilmişdir. Mütərcim kitabın sərlövhəsində bu komediyaların ilk dəfə olaraq fransızcaya tərcümə olunduğunu qeyd edir, halbuki “Vəziri-xani-Lənkəran”ı ondan əvvəl Aleksandr Şodsko tərcümə eləyib 1883-cü ildə Parisdə çap etdirmişdir. Siylyer tərcüməsinə uzun bir müqəddimə yazmışdır ki, bəzi yerlərini ixtisar edib türkcəyə tərcümə eləməyi lazım bildik (müəllif). “Biz gördük ki, müsəlman Şərqində dram yalnız Iranda tanınmış, heç bir əcnəbi təsirinə düşməyərək sərbəst və özbaşına doğulmuşdur. Günü-gündən dar dini çərçivədən çıxaraq bizim Avropada tanıdığımız normal şəklə yaxınlaşır. Fars dramı Iran torpağının məhsuludur və şiə olmayan müsəlmanlar arasında buna bənzər bir şey tapılmaz. Qeyd etməliyik ki, komediyaya gəldikdə bu şəkil heyf ki, həmən-həmən bütün müsəlman xalqlarında olduğu kimi Iranda da yoxsul bir haldadır. Türkiyədə, son illər Iranda Avropadan iqtibas edilmiş bəzi pyesləri bir tərəfə qoysaq, bütün müsəlman Şərqində komediya hələ ibtidai haldadır və bu sahədə ərəb, türk və farsların bir-birinə həsəd aparacaq bir şeyləri yoxdur. Fars və türk tamaşaları ilə Avropa əxlaqi komediyaları arasında böyük bir məsafə var. Asiya və Afrikanın ən uzaq guşələrinə Qərb ideyası və nümunələri gətirən Avropa xalqlarını Şərqə doğru itələyən böyük hərəkətlər olmasaydı, bu məsafə bir neçə əsr belə keçilməmiş qalardı. Geridə qalmağına gəldikdə bunun bir çox məlum səbəbləri var. Müsəlman ölkələrində komediyanın meydana çıxmasına başlıca maneə təşkil edən yalnız müsəlman dinidir. Bu maneə Iranda Türkiyədən və ərəb məmləkətlərindən azdır, çünki sünniliyə nisbətən şiəlik daha az məhduddur. Din xaricində olaraq Şərq təbiət və adətlərinə mənsub xüsusiyyət də var ki, Qərbdən gələn bütün yeniliklərə qarşı əngəllər törədir. Komediya teatrı da belədir, bütün müsəlman Şərqində tamamilə biçimsiz və səliqəsiz bir haldadır: marionet və gülməli tamaşalarla iktifa edirlər”. Burada müəllif Qaragöz və Keçəl pəhləvan oyunlarından uzunuzadı bəhs etdikdən sonra Mirzə Fətəlinin komediyalarına keçir: “Tərcüməsini verdiyimiz iki komediya gözdən keçirdiklərimizin (Qaragöz və Keçəl pəhləvan – Y.V.) janrında deyil. Bunlar Avropa pyeslərinə bənzədilmiş əxlaqi komediyalardır və Avropa teatrını bilən bir adam tərəfindən yazılmışdır. Müəllif ilham və metod mənbəyini gizləmir və bir şey deməsə də, komediyalarının quruluşu bunların mənşəyini göstərməyə kafidir. Eyni zamanda bunlar həqiqətdə orijinal və dahi bir yazıçı tərəfindən yaradılmış pyeslər də deyil. Mirzə Fətəli özözlüyündə bir novator da deyil, o özbaşına qalsaydı, Şərqdə yeni bir dramatik qayda vermək onun xəyalına belə gəlməzdi. Lakin Kuklaların hərəkətə gətirilməsi və ya Qaragözdəki kimi kölgələrin oyadılması (müəllif) komediyalarının formasını Avropadan almış deyə bu əsərlərə xor baxılırmı? Roma səhnə büsatını Yunanıstandan almamışmı? Plavt və Qerens Aristofana təqlid etmişlər. Bəs bizim tragediya? Bilavasitə yunan tragediyasından əmələ gəlməmişmi? Bütün xalqların ədəbiyyatı bir-birindən iqtibas olunmuş və bu iqtibas faydalı və məhsuldar olduğu üçün həmişə qanuni sayılır. Bizim köhnə quruluşumuzu təqlid etdiyi və Avropa teatrına bir az sadəlövhcəsinə heyran qaldığı üçün Mirzə Fətəlini qəbahətləndirmək ədalətsizlik olardı. Biz yalnız onun əsərdə işlətdiyi material qaydası ilə hesablaşmalıyıq. Müəllif özündə və ətrafında orijinal və səmimi müşahidə mənbəyi taparsa, səhnəyə gətirdiyi şəxslər və həqiqi isə onun əsəri qiymət qazanır və onu hadisə baş verən dairədən çıxaraq iqtibas etmiş deyə qəbahətləndirmək olmaz. Lakin şərqlilər Avropa teatrlarından ilham almağa haqlıdırlarsa, əsrcəsinə təqlidə qapılaraq bizim ideyaları və modelləri almaq təhlükəsindən qaçmalıdırlar. Əxlaqi komediyaları bizdən əxz edərkən özlərinə sadiq qalmalıdırlar, öz ölkələrinin adətlərini təsvir etməli və səhnəyə gətirdikləri şəxslər ad və dil etibarilə deyil, daha dərindən türk ya fars olmalıdırlar. Heyf ki, şərqlilər bu aydın həqiqəti çox da başa düşə bilmirlər. Bunlar görə bilmirlər ki, müəllifin əsəri hər şeydən əvvəl şəxsi arayış və müşahidə nəticəsində əmələ gəlir. Istanbulda çap edilmiş türk komediyalarının əksəri belədir – heç bir ədəbi qiymətə malik deyil. Biz görürük ki, bizim müəllif əsarətin ifratçılığından qaçmış, komediyalarının personajı incədən-incəyə müşahidə edilmiş və səmimi olaraq yazılmışdır. Mirzə Fətəli Axundzadə Qaracadağlıdır və adı göstərdiyi kimi kənd mollasının oğludur. Rusiya xidmətinə girib kapitan rütbəsinə qədər gəlib çıxmışdır. Şübhəsiz ki, hərbi vəzifə üçün Tiflisə yaşamağa çağırılmış və oradakı avropalılarla əlaqəyə girmişdir. Tiflisdə canişin Voronsov tərəfindən 1850-ci ildə tikilmiş bir teatr var, orada səhnəyə rus pyesləri və bəzən fransız dramatik əsərləri də qoyulur. Mirzə Fətəli orada olmuş və Avropa teatrına vurulmuşdur. Əsərə başlamış və bir sıra komediya yazmışdır: 1. “Molla Ibrahim” ya “Kimyagər”, 2. “Nəbatatçı Müsyö Jordan və dərviş Məstəli şah”, 3. “Divanbəyi”, 4. “Və- Roma dramaturqları (müəllif) Yunan dramaturqu- müəllif ziri-xan-Sərab”, 5. “Xəsis”, 6. “Mürafiə vəkilləri”, 7. Şah Abbas dövründə olmuş tarixi və dialoqlu səhnə. Bunlardan dördüncü və altıncının burada tərcüməsini də veririk. Bəzi ünvanları dəyişdik, izah edəcəyik. Mirzə Fətəli Axundzadə komediyalarını Şərq-türk ləhcələrindən olan Azərbaycan ləhcəsində yazmışdır. Bütün Şimali Iran və rus Qafqazı bu ləhcədə danışır. Bu komediyalar 1858-ci ildə Tiflisdə çap edilmişdir, çox nadir tapılır. Onlar məruf Mirzə Cəfər Qaracadaği tərəfindən farscaya tərcümə edilmişdir. Onun tərcümeyi-halını bir qədər təfsilatı ilə verə bilərik. Irandan gələn və səhihliyi təsdiq edilən xəbərə görə Barbiye de Meynar Mirzə Cəfərin ölməsini bildirdi. Lakin sonra bildi ki, Mirzə hələ bərhəyatdır. Bu əhvalat Sidney Çörçilin London-Asiya cəmiyyətinə göndərdiyi məktubdan görünür. Çörçilin məktubuna görə Mirzə Cəfərin əlan əlli dörd yaşı var və yaxasını əcələ tapşırmamışdır. Barbiye de Meynara Irandan göndərilmiş məktub qəsdən yazılmış idi. Mirzə Cəfər bir neçə il bundan əvvəl Iranda qiymətli sayılan “Nameyi-xosrovan” müəllifi şahzadə Cəlaləddin Mirzənin katibi olmuşdur. Çörçil deyir ki, şahzadə öz kitabından bir nüsxə Mirzə Fətəliyə göndərir, o da əvəzində öz komediyalarını ona bağışlayır və farscaya tərcümə olunmasını arzu edir. Mirzə Fətəlinin komediyaları uzun müddət şahzadənin dolabının bir guşəsində unudulub qalır. Nəhayət katib onları tapıb oxuyur. Oxuduğundan heyran qalan Mirzə Cəfər türk müəllifinin arzusunu rəğbətlə qarşılayaraq az bir zamanda “Kimyagər”i fars dilinə çevirib Cəlaləddin Mirzəyə təqdim edir. Şahzadə məftun olub tərcüməni davam etdirmək üçün onu şövqləndirir. Farscaya tərcümə edilmiş komediyalar 1871-1874-cü illər arasında Tehranda meydana çıxmışdır. 1874-cü ildə hamısı toplanıb bir cild oldu. Bu da Tiflisdə çıxmış türkcə nüsxə kimi nadir bir şeydir. Heyf ki, bu daş basma fəna oxunur və onda bir çox imla səhvləri var”. 1935 Bundan sonra Azərbaycanla bağlı işlənən türk ifadələri Azərbaycan və ya azərbaycanlımənasında başa düşülməlidir. * * * Əcəmilik möhürü və onunla mübarizə ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş... Tərbiyəmizə gəldikdə burada da haman təsirə rast gəlirik. Uşağı çağıranda gərək “bəli” desin. “Hay” desə, onu ədəbsiz sanarlar. Deməli, türkün hayı, Iranın... “bəli”sindən alçaq tutulur. Köhnə məktəblərdə uşaq öz dilində oxuyub yazmır – kitablar və yazılar fars dilində olur. Təbiidir ki, bu məktəblərdən çıxanlar özləri ilə həmişə bir farslıq daşıyırlar. Bunun üçün də şairlərimiz əsərlərini fars dilində yazır, fars hərflərini təqlid edirlər və cəmiyyətimizin adi üzvləri də məktub, sənəd, ticarətə dair hesablar və qeyri-şeylər yazdıqda yenə fars dilinə müraciət edirlər. Qəribə burasıdır ki, iki türk bir-biri ilə öz dillərində danışdıqları halda, bir-birinə kağız yazdıqda fars dilində yazırlar. Cənab Nəvvab türk şairlərinin tərcümeyi-hallarını farsca yazır, türk oxucularına təqdim edir. Halbuki cənab Nəvvab türk dilini bilir və bu dildə şeirlər də yazıb. Ədəbi qaydaları da farsdan götürmüşük. Şair gərək şeirlərini məhdud bir dairəyə salsın. Qafiyələrin qurtaracağı “əlif” olsun. Sonra v. t və i. a. Bundan əlavə qeyri-təbii eşqi mədh edib əxlaqı pozğun fikirlər nəşr etmək də əcəmlərdən qalıb. Badəni və uşağı tərif edən ədəblərin də izincə camaat gedib. Qeyri-təbii məhəbbət türk icadı deyil, çünki türk ünsürü təkə, qırğız və tatarlar arasında buna rast gəlmirik. Bu murdar adət qədim yunan və Roma dövlətlərindən Bizansa, oradan da Irana keçib. Sonralar Iranın ədəbiyyatı ilə də Türküstana və Azərbaycana sirayət edib. Arvadların qapalı olmaqları bu adətə əlverişli bir zəmin hazırladıqlarından indi də camaatımız bu fənalıqdan xilas ola bilmir. Türküstan qövmlərinin ruhani həyatını nəzərə aldıqda onların qeyri-dindar olduqlarını bilirik. Qırğızlar müsəlman adını daşıdıqda dinə əsla möhtac deyillər. Türkmən obalarını dolandıqda məscidə rast gəlməzsən. Təkə nişanlarının (müsəlmanlarının) özlərinə məxsus libasları olmaz. Camaat geyinən çapandan geyib başlarından da dəri papaqları olar. Mollaya müqəddəs bir nəzər ilə baxıb onları uca mərtəbələrə mindirən müridbazlıq ömürlərini boş-boş dini mübahisə, cənnət və cəhənnəm məsələsi ilə keçirmək – türkmən arasında adət deyil. Bu sağlam qövmlər dünya ilə məşğuldur. Bunların qayələri – şücaətli ömür sürüb şan və şərəfə malik olmaqdır. Uzaq Şərqdən gəlib Qafqaz, Anadolu və Balkan dağlarını aşıb macarlara tərəf üz qoymaqlıq da türklərin şücaət pərvərliklərindən və müzəffəriyyət aşiqi olmaqlarından irəli gəlir. Azərbaycan türklərində bu əsl türkə mənsub nişanələr qalmamağına səbəb yenə Iran hökmranlığının mənhus nəticəsi olan riyakar xəlifəsidir ki, başımıza çəkib cənnətə yol axtarırıq. Özümüzün də əqidəmiz budur ki, bizdən pak, doğruçu millət dünyada yoxdur. Bizdən savayı hamı murdardır, dünya da “darfənadır”. Bundan başqa, bir darbəza da vardır ki, gərək ora üçün çalışasan. Bu da əcəmlərdən iqtibas olunan bizim fəlsəfəmizdir. Bu fəlsəfə sayəsində murdarları darfənaya verib özümüz gözümüzü darbəzayə dikmişik. Ümidimiz də budur ki, hər mömin qardaşa darbəzada bir neçə gözəl huri verəcəklər, əbədi ləzzətə nail olacayıq. Məzhəbbazlıq, dərviş, duaçı, falçı, seyid və mərsiyəxan kimi ixtira və icadlar da Iran həyat əqliyyə məhsulları olub oradan bizlərə töhvə olub. Yuxarıda söylənəndən məlum oldu ki, əcəmin pozğun mədəniyyəti Azərbaycan türk həyatına bir elə ağır möhür basıb ki, indi də onun nüfuzundan xilas ola bilmirik. Heyif ki, bu nüfuz ilə mübarizə etməyə hələ bizdə qüvvə yoxdur. Zənnimcə, onda mübarizəyə müqənnid ola bilərik ki, aşağıda bəyan olan fikirlər qüvvədən felə keçə. Fikirlərim səkkiz fəsildən ibarətdir: Gərək bizim bir cəmiyyətimiz olsun ki, dilimizi farslıqdan xilas eləsin. Bu da onda mümkündür ki, cəmiyyəti fəal və kamil amillər təşkil edələr. Və hər müəllif kitabını çapa verməkdən qabaq cəmiyyətə göstərib qüsurlarını düzəltdirə. Beləliklə də, ədəbiyyatımızın iki axıntıdan da uzaq olub, osmanlı və ərəb dillərinin nüfuzu altına düşməz. Bir də ədəbiyyatımız ədəbsiz kəlmələrdən və qeyri qüsurlardan xilas olar. Gərək müstəid və geniş məlumatlı münəqqidlərimiz ola, qələmləri qüvvəsi ilə dil və ədəbiyyatımızı düz yola çıxardalar. Ədəbi dil el ədəbiyyatından götürülməlidir. Bunun ilə ehtiyaclar dəf olmasa, fars və ərəb sözlərinə əl atmaq olar. Ədəbiyyat ayıq bir məsələni təqib etməlidir. Həqiqətnəcisliyə artıq meydan verməlidir. şeri nəzmdən uca tutmalıdır. Çünki nəzm qafiyənin düzlüyü üçün fars və ərəb kəlmələri ilə şu istemal edir. O söz ki, türkdə var, onun əvəzinə qeyri söz yazmaq, danışıqda işlətmək, əlbəttə, böyük xətadır. Məsələn, “su” ola-ola “ab” və ya “qan” əvəzinə “xun” demək kimi. Şeirnəvislikdə də ki, belə xətalardan çəkinmək mümkün deyil. Amma şeir ilə yazan qafiyə düzlüyünə möhtac olmayıb həmişə “arvad” əvəzinə “zən” və ya “qadın” kimi xətalardan əsərini uzaq saxlaya bilər. El ədəbiyyatını toplamaq dilimizə artıq genişlik verəcək. Bu nöqteyi- nəzərdən Firudin bəy Köçərli həzrətlərinin “Azərbaycan türklərinin ədəbiyyatı” sərlövhəli kitabı ziqiymət bir əsərdir. Köçərlinin “Balalara hədiyyə”si və Mirzə Məhəmməd Axundovun “Məclis yaraşığı” da bu yolda böyük xidmətlər edirlər. Milli musiqimsiz türkləşməlidir. Bunun ilə həm farsa qalib gələrik, həm də türk mədəniyyətini ləzzətli bir mövqeyə gətirərik ki, hamı məhəbbət və rəğbət göstərib ona yavuqlaşar. Məsələn, Üzeyir bəy Hacıbəyov cənablarının operaları bizim aramızda kəsbi-şöhrət edən kimi, türkmən və onlara qonşu – kürdlərin arasında parçaları ağızlarda oxunmaqdadır. Bir kürd uşağının “Söylə bir görüm ey ərəb” oxumağı türklüyün müvəffəqiyyəti deməkdir. Qızlarımızı mükəmməl surətdə oxutmalıdır. Onları hüquqsuzluq təzyiqindən qurtarmalıdır. Arvad elmli və əri ilə müsavi olsa milli ruhlu və tərbiyəli övladlar yetirər. Təbiidir ki, belə uşaqlar gələcəkdə öz tərbiyələri sayəsində nə farslığın və nə qeyri millətlərin nüfuzu altına düşməyib öz milli yolu ilə milli qayələrə (ideala) doğru gedər. Türk məktəblərinin sayını artırmalıdır. Onların içində ruhani sinfi yetirmək üçün ədadi və ali məktəbi bina etməlidir ki, oradan kamil mollalar çıxıb biçarə camaatımızı Irandan gələn əcəm ətvarlı mollanümalardan və mərsiyəxanalardan xilas etsinlər. Bizi farsların nüfuzu altına salanlardan biri də fars ədəbiyyatıdır. Lazımdır farsların Firdovsi, Sədi Hafiz kimi dahilərini Azərbaycan türkcəsinə tərcümə etməklə tahı fars dilində onları oxumağa ehtiyac olmasın. Tərcümə əlbəttə, “dəhrihəqai” kimi olmamalı, tərcümənin birinci şərti düzgünlük və sadəlikdir. Tərcümə nəsrdə olunsa bu iki şərtlər də lazımınca yerinə yetirilir. Firdovsi və Sədilərin öz millətlərini nəşr etməkdə müvəffəqiyyətlərini gördükdə bizə də çalışıb dahilər yetirmək lazım gəlir. Bunların vasitəsi ilə həm özgələrin mənəvi... (söz oxunmadı. Ehtimal ki, “təsirindən” olmalıdır – D.D.) qurtararıq, həm də öz nüfuzumuzu qonşularımız arasında artırarıq. Azərbaycan türklərinin tarixini sadə bir dildə yazdırıb nəşr etməlidir ki, camaat özünün türk olmağını bilsin. Keçmişini öyrənsin və milli vəzifələrini düşünüb gələcək üçün çarələr arasın. Yoxsa hər kəsdən soruşursan: “Sən kimsən?” Deyir: “Müsəlman”. Tahı bunu bilmirlər ki, dinimiz müsəlman dinidir, millətimizsə türk millətidir. Rəy və fikirlərimi bildirdim. Bəlkə möhtərəm oxucular bu yolda bir qeyri də vasitə göstərəcək! – Razıyam! Ancaq hamımızın fikri bu olsun ki, əcəm hökmranlığından qalma fəna “yadigar”ları özümüzdən uzaqlaşdıraq. * * * Dil məsələsi DİL MƏSƏLƏSİ Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm. Belə söhbətlərin nəticəsi olaraq düşünürsən ki, qəliz ibarə işlədənlərin və osmanlı dili ilə yazanların çoxusu əqidə və məsləklə iş görmürlər. Məhz “belə yazıblar, yazırlar, biz də onlara baxıb yazırıq” demək xahişindədirlər. Bir çoxları “türk dilini birləşdirmək” istəyirlər. Buna görə də osmanlı dilini ümumi bir dil sayırlar və bu dildə də kitablar, qəzetlər və jurnallar yazıb Azərbaycan türklərinə verirlər. Halbuki, bunların özlərinə məxsus gözəl, asan və möhkəm dilləri var. Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənə bilsin. Əsil dilimiz bazarlarda, xalqın toplandığı yerlərdə, tərəkəmə elinin içində danışılmaqdadır. Qələm sahiblərimiz buralara yönəlib bunları öz dilləri ilə danışdırıb yol göstərməkdənsə, özləri düz yoldan çıxıb, camaatı da avara qoymaq istəyirlər. Hərgah yazıçılıq etməkdən məqsəd fars və ərəb sözləri işlədib bilik satmaq isə, bu ayrı bir məsələdir. Yoxsa camaatın mənfəəti də mülahizə olunursa, gərək o camaatın başa düşdüyü bir dildə yazılsın ki, o da oxuyub, bundan bir hissə götürsün. Gərək yaddan çıxmasın ki, Azərbaycanda neçə milyon adam var və onların çoxu geridə qalıblar. Bu səbəbdən də gün-gündən əsir olub, əcnəbilərin ayağının altına düşürlər. Torpaqları, əkin yerləri əllərindən çıxır, ticarət gedir, sənətdən xəbərləri yox, milliyyət və tərəqqi nə olduğunu bilmirlər... Bu camaatı qaranlıqdan çıxartmağa ən əvvəl dil lazımdır ki, deyəsən: “Ay qardaş, uşaqlarını məktəbə qoy, əkin yerlərini satma, gözü açıq ol...” Bunları hansı dillə danışdırmalı ki, başa düşsün? Əlbəttə camaatın öz dili ilə, Azərbaycan türkcəsində. Osmanlı dilini bunlar bilməzlər. Belə olan surətdə qəzet və jurnallarımızı osmanlı dili ilə doldurmaq camaata yol göstərmək olmayıb onu yoldan çıxartmaq deməkdir. “Necə” sözü əvəzində “nasıl”, “arvad” əvəzində “qadın”, “ata” yerinə “baba” və ya “pədər” yazmaq millətin dilini dolaşdırıb, işini çətinləşdirməkdən savayı bir şeyə yaramır. Yaxşı olardı yazıçılarımız ata-baba dilimizə qayıda idilər. Onda mətbuatımız bir ovuc savadlının malı olmayıb, ümumin, yəni az savadlıların və heç savadı olmayanların da mənfəətinə qulluq edərdi 1914 * * * Qulluq və əsirlik QULLUQ VƏ ƏSRLİK “Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır. Bunun nəticəsi nə olur, məlumdur. Gözü açıq, hər şeyi bilmək istəyən uşaqlar böyüklərin rəyasətlərinin qabağında susub, ixtiyarsız bir qul halına gəlirlər. Belə tərbiyə ilə böyümüş uşaqlar özbaşına bir iş görməyə qadir ola bilmirlər. Bunlardan banilik, müasirlik gözləmək boş bir xəyaldır. Çünki uşaqlıqda qul kimi böyüklərə tabe olub, onların yanında danışmağa cürət edə bilməyən balalar irilənib kişi olduqda da uşaqlıqdakı tərbiyələrinin iyi burunlarından getmir. Yəni yekələndə də yeni bir “böyük” axtarırlar ki, ona tabe olsunlar. Bir müsəlman cəmiyyətinin məclislərinə gedərdim. Otağın yuxarı tərəfində həmişə iki molla oturardı və onlardan aşağı sağ və sol divarların qabağındakı döşəkçələrin üstündə cəmiyyətin qeyri üzvləri əyləşərdilər. Bir məsələ müzakirəyə qoyulduqda ən əvvəl, əlbəttə, mollaların rəyi sual olunardı. Bunların hərəsi öz rəyini bildirərdi (buna sözüm yoxdur). Qeyri üzvlərə gəldikdə biri öz fikrini bəyan etməyə cürət etmirdi. “Tahı ağa buyurdu, mən nə deyim”, ya “mən də ağa deyəndən deyirəm” sözlərilə qənaətlənirdilər. Çox ittifaq düşdükdə, sağ divarın dibindəki üzvlər onlara tərəf oturan mollanın sözünü təsdiq edirdilər, o biri tərəfdə oturanlar da öz mollaları ilə həmrəy olurdular. Daha hər kəs öz fikrini bəyan edib, doğruluğunu qeyrilərə də qandırsın bu yox idi. Bunun səbəbi nədir ki, yazıq üzvlər fikirsiz, şəxsi rəysiz, cəsarətsiz bir qul halına gəliblər? Əlbəttə, həmən “böyük dura-dura kiçik danışmaz” sözləridir ki, bir möhkəm qanun sanılıb ev tərbiyəmizin binasına qoyulub! Ev tərbiyəsinin yoxluğu bizi qanadı kəsilmiş bir quş halına gətirib, ancaq quş ilə bizim təfavütümüz budur ki, onlarda qanadı kəsildikdə də uçmağa bir meyl görünür, bizdə isə heç bir meyl və həvəs yoxdur. Biz quluq, qulluqdan da çıxmağa əsla razılıq göstərmərik. Sözümün doğruluğunu isbata yetirmək üçün bir müsəlman məhəlləsinə gedin, oturun otağın bir guşəsində qapıdan girənə zənn eləyin. Molla içəri girən kimi gedəcək yuxarı başa (buna sözüm yoxdur). O ki, qaldı qeyri adamlara, bunlar otağa daxil olduqda, bir az duruxacaqlar. Bilirsiniz, duruxanda nə fikir eləyirlər? Özlərinə yer axtarırlar. Məclisin yuxarı başı (mollanın ətrafı) həmişə boş olar, lakin oraya getməyə cürət etməzlər: orada “böyük” oturar. Odur ki, hər kəs özünə başqa yer axtarır. Yer də olmasa, xalqı aralayıb, güc ilə sığışır. Aşağı başın darkeşliyi, isti vəziyyəti yuxarı başın geniş və asudəliyində uca tutular. Gördünüzmü biz quluq. “Yuxarı” sözündən qorxuruq; həmişə özümüzü alçaq tutmağa meyl eləyirik. Bu səbəbdən də əcnəbilər arasında ləyaqətsiz bir mövqe məşğul edirik. Belə də gərək olaydı, çünki “niyyətin hara, mənzilin də ora” deyiblər. Bir şəxs və ya millət üçün niyyət çox şərtdir. Hər kəs niyyətini uca tutub və cəmi fikir və səyini onun əmələ gəlməsinə sərf eləsə, əlbəttə, peşiman olmaz. Bir ingilis və ya bir nemsə öz vətənindən çıxıb, bizim məmləkətlərə üz qoyduqda fikri bu olur ki, gəlib böyük bir işə başlasın. Doğrudan da, görürsən səy və bacarığı sayəsində bir elə iş başladı ki, bizim aramızda misli yoxdur. Müsəlmanlar isə belə deyillər: bunlar həmişə başlanmış bir işə yapışmaq meylində olurlar. Və ya bir “böyük” axtarırlar ki, ona tabe olsunlar. Məsələn, dağıstanlı ləzgi, inquş və ya qeyri qövmə mənsub bir müsəlman vətənindən çıxdıqda fikri bu olur ki, gedib bir dövlətliyə nökər olsun. Və ya 20-30 manata qulluq edib, hökumət məmurlarını inqilabçıdan vəya qeyri bir təhlükədən hifz eləsin... Zavallı türklərin niyyəti meymundan savayı ayrı yerə getmir: bir meymunu götürüb, düşürlər cəmi Rusiyyətin canına və başlayırlar millətimizin adına ləkələr vurmağa. Iranlılar fikirlərini hammalığa, xırda-xuruşluğa, müftəxorluğa verirlər və i. a. və i. a. Rusiya Türküstanı aldıqan sonra bir neçə yerlər abad olub, şəhərlər əmələ gəldi. Erməni, yəhudi və qeyri gözü açıq millətlər bu şəhərlərdə cəmi ticarəti və qeyri mənfəət gələn yerləri əllərinə aldılar. Qarabağın, Şirvanın kəndçi erməniləri ayağı cındır çarıqlı buralara gəlib, indi hərəsi böyük bir dövlət və mülk sahibi olublar. Müsəlmanların gələnləri də baqqallıqdan yapışdı. Bunların dədə-babası bu işdənsavayı ayrısını görməmişlər; bunlar da o yoldan çıxmadılar: kişilər “gördüklərini qoyub, görəcəyə getmək” istəmirlər. Öz cızıqlarından çıxmırlar: “Azacıq aşım, ağrımaz başım” deyib özlərini zəhmətə salmırlar. “Beş günlük” dünyaya vəfa yoxdur: çəkməsilən müsəlman da ölüb, qəbrə qoyulacaq, karxana və zavod sahibi xaçpərəst də. Qoy nə olur-olsun!” Millətimizin bu fəlsəfəsindən sonra siz hələ şikayət edirsiniz ki, Bakının neft mədənləri müsəlmanların ola-ola əcnəbilərə keçib, milyonlarını onlara verirlər. Gəncə, Irəvan, Qarabağ bəyləri böyük mülkə, geniş torpağa malik ola-ola onları dolandıra bilmirlər. Ağalıq edə bilmirlər. Ancaq cəmi fikirləri bu olur ki, görsünlər pristavın dəftərxanasında bunlara bir yer olarmı, orada qulluq eləsinlər. Bəylərimiz o qədər alçaq tinətdirlər ki, pristavlara baş endirməyi özləri üçün fəxr bilirlər. Bir dəftərxana katiblik şapqası bunlara o qədər ləzzət verir ki, onun yolunda cəmi namus və qeyrətlərini verməyə hazır olurlar. Nişanın qüvvəsi də ki, məlumdur – mollalarımız qeyrətdən əl çəkib, nişandan əl çəkməyən kimi, əyan da bunlardan geri durmur. Bəs biz quluq! Bir adam axtarırıq ki, ona deyək: Ağa, qulluğunda hazıram! Mənə görə qulluq! Qulluğuna müşərrəf olmaq eyni səadətdir!.. Biz alçağıq. Çünki “Yenilik”, “Təzəlik”, “Ucalıq” sözlərindən ürkürük. Insaniyyət yoluna, mədəniyyət yoluna yeni bir cığır açmağa müqtədir deyilik. Əcnəbilər gedərlər, biz baxarıq. Onlar elmdə, fənndə, ədəbiyyat və sənayeyinəfisədə də yeni yollar açıb, tazə üslublar icad edirlər; biz laqeyd qalarıq. Artıq-artıq tərəqqi meyilli olsaq, onların izincə düşərik. Iz ilə getmək də qulluğun bir qismidir. Amma nə fayda, beləlik bizə artıq xoş gəlir. Götürün ədəbiyyatımızı oxuyun, əsla təzəliyə bir meyl görünmür. Ədəbiyyatımız, ələlxüsus yeni yazılarımız tamam bir meymunluqdan ibarətdir. Şair əlinə qələmi alırmı, götürüb qaşı kamana və kiprikləri də oxa bənzədir. Daha bunlar mülahizə eləmirlər ki, qaşı kamana oxşatmaq onu ilk söyləyən şairin kəlamında gözəl göründü. Ona əhsən deyildi. Sonradan yüzlərcə şair adlanan onu təqlid edib, yenə qaşı kamana bənzətməklə təzə bir şey vücuda gətirmədilər, bəlkə o şairin də gözəl kəlamını rəğbətdən saldılar. Bəzi şairlərimiz hüriyyəti mədh eləyirlər. Bunlar osmanlı şairlərinin izincə getmək istəyirlər. Bunu düşünmək istəmirlər ki, osmanlı şairi istibdadın ağırlığından əzilib “Hüriyyət” deyə ah-fəğan eləyirdi. Onların səslərindən dəhşət və zülm eşidilərdi. Bunlar hamısı təbii: əzilənin halı çığırtısından bilinir. Indi gərək bizim şairi nə vadar edir ki, hüriyyətdən yazır? Budamı istibdadın zorbalığından gecə və gündüz rahatlıq tapa bilmir? Bunudamı hər tərəfdən xəfiyyələr təqib edib, ağzını açmağa imkan vermirlər? Şairlərimizin xüsusi həyatı ilə aşina olduqda, görürük ki, bunlar nəinki istibdad ağırlığını hiss edirlər, həyatda laqeyd bir ömür sürürlər və günlərini eyşişrətdə keçirirlər. Bəs, bunlar təqlid üçün hüriyyəti mədh eləyirmişlər. Odur ki, bunların kəlamını oxuyanda nə hüriyyətin feyzini hiss edirsən, nə də istibdadın ağırlığını; ürəyimiz heç bir iztirab və həyəcan ilə dolmur. Çünki şair hissiyat ilə yazmasa, oxucuya bir təsir bağışlaya bilməz! “Millət” sözünü doğruçu millət xadimlərilə bərabər hər sərsəri də ağzına alıb, “millət dalda qaldı”, “milləti gərək qabağa aparaq” deyə-deyə qiymətdən salan kimi, “hürriyyət” sözü də hissiyyatsız şairlərin dövlətindən gülünc bir hala gəlib. Az çəkər ki, şerin özü də əvvəlki hüsnünü itirib gözdən düşər. Səbəb də həmən iz ilə getmək xülyasında bulunan təqlidçilik qulları olarlar. Çünki bizim üçün təb, ilham, allah vergisi mənasız sözlər olub. şeri sənətə (peşəyə) döndərmişik; guya hər kəs istəsə şair ola bilər, hər nə desələr yazar, müəyyən vəqtdə sifariş verilən şey kimi hazır edər. Avropanın müqtədir şairlərinin tərcümeyi-halını oxuduqda görürük ki, bunlar uşaq vaxtlarından şeir yazırmışlar. Bizim Sabir də 8-9 yaşımda şeir yazmağa qədəm qoymuş. Deməli, bir şəxsdə təb olsa, uşaqlıq-dan bəyan olunur. Adam ki, 30 – 40 sinnində başladı şairlik iddiasına düşməyə, buna şair deməyib, özündən müştəbeh olmuş bir axmaq desək, səhv etmərik. Çünki bunlar bənzətmə və nəzirələr yazmaq ilə şeri daşlayıb bihörmət etməkdən savayı bir iş görə bilməzlər. 40 yaşında “nörəstə” şairin “təbi” ya qoca qarının eşqi – ikisi də gülünc hallardan biridir. Bununla belə şairlik iddiasına düşənlərimizin sayı günü-gündən artır. Qəzetə sütunlarımız təxmis və təcnis ilə doludur. Heç bir usanmaq, utanmaq görünmür. Tənqidçilərimiz də yoxdur ki, yazalar təbi olanları təbsizlərdən, ağıllıları divanədən aralayalar. Ədəbiyyatımız bir dərəbəylik olub, hər yetən qələm götürüb dahilik eşqinə düşüb. Keçək hekayənəvisliyimizə: Bura da bir tənqidçilik meydanına dönüb, nə milli dil var, nə milli ruh. Qəhrəmanlar bir-birilə osmanlı dilində danışırlar. Özləri də Avropa həyatına bənzər bir ömür sürürlər. Oğlan-qıza görüş təyin edir, görüşürlər, bir-birilə ədəbi dildə danışırlar, bir-birinə şeir oxuyurlar. Qız da bilikdə, məlumatda, istedad və qabiliyyətdə oğlandan geri qalmır. Deyirsən: “Pərvərdigara, bu yazıçılar hansı məişəti belə təsvir edirlər?” məgər biz o qədər mədəni olmuşuq ki, qızlarımız oğlanlar ilə görüşüb danışa bilirlər? Məgər qızlarımızın biliyi və təcrübəsi bir o qədər genişdir ki, hər şeyi lazımınca dərk eləyib düşünürlər?.. Yox, qardaşım, bizim məişət belə deyil! Bizim qızlarla (görüş dursun kənarda) ərə verdikləri adamın sifətini görmək hələ mümkün olmayan işlərdən biridir. Özləri də dilsiz-ağızsız və başlarını dolandırmağa qüdrətli olmamaq dərəcəsində təcrübəsiz şeylərdir. Deməli, hekayənəvislərimiz avropalıları təqlid edirlər. Bunlar da şairlərimiz kimi ədəbi əsirliyi qəbul edib, qələmlərində qulluq zənciri daşıyırlar. Faciənəvislərimiz də bunlardan geri qalmırlar. Bunların da qəhrəmanları pəncərəni açıb, gecələr kainata xitabən nitqlər söyləyirlər: “Ey, yıldızlar, dağılın, tökülün yerə!..” kimi sözlər deyirlər. Görün nə gülünc işdir: bir kərbəlayı və ya onun oğlu ulduzlar ilə söhbət eləyir! Bu da təqlidçilikdən əmələ gəlir. Şekspirin bəzi qəhrəmanları ulduzlara müraciətən sözlər deyirlər. Burasını unudurlar ki, böyük ingilis şairinin təsviri ilə deyil, zaman və məişət ilə bizim əsrin və həyatın arasında böyük məsafə və dedikcə artıq təfavüt var. Cəmiyyət təşkilinə və fəaliyyətinə gəldikdə burada da həmən iz məsələsinə rast gəlirik. Cəmiyyətimizin proqramları tamam bir-birinə bənzəyir. Burada da köhnə yol ilə gedilir, kənara çıxmaq yoxdur. Bizə bir zəmindarlıq cəmiyyəti vacib işlərdən biridir ki, kəndçilərimizə təzə qaydada yeni ixtira makinaları ilə yer əkmək öyrətsin: yeri nə növ qüvvətləndirməli ki, məhsulu artıq versin... belə-belə çox şeylər öyrətməlidir. Kəndçilərimizi savadlandırmalıdır, onların tərəqqisi yolunda çalışmalıdır. Bir çox kəndçilər sucuq, qamışlı, kol-koslu və ya susuz yerlərə malik olduqda o yeri mənfəətsiz hesab edib, əcnəbilərə satırlar. Bizim bir qüvvəli cəmiyyətimiz və ya zəmindarlıq bankımız olsa belə yerlər satılmaz. Xərc qoyular, kol-kosu təmizlənər, suyu qurudular və ya su gətirilər. Avam kəndçini öyrətməlidir. Çalışmalı ki, kəndçilər əkin yerlərini satmasınlar. Inanın ki, əkin yerləri müsəlmanların əlindən çıxdıqda, onların vücudu bir qəpiyə dəyməyəcək, qiyamətimiz onda qopacaq. Millət əkin yerindən və onda sakin kəndçilərdən ibarətdir. Bunların tərəqqisi millətin tərəqqisidir. Şəhərlərin tərəqqisi milləti fot olmaq qorxusundan hifz edə biləcək! Biz bu nöqtəyə diqqət yetirmirik, amma sonra peşiman olacağıq. Zəmindarlıq cəmiyyətindən başqa bizə bir çox qeyri cəmiyyətlər də lazımdır. Hanı bizim ticarətə, sənətlərə dair cəmiyyətlərimiz? Milli banklarımız? Ticarətimiz özgələrin əlində. Pullarımız özgə cibində. Hanı yazıq arvadlarımızı himayə edən cəmiyyətlər? Əcnəbilər arasında heyvanları himayə edən cəmiyyətlər var ki, onlara əziyyət vermək qadağan olub. Bizlərdəsə arvad kimi əziz məxluqu əzib döyürlər, küçələrə tullayırlar. Buna bir acıyan tapılmır. Hanı dil və ədəbiyyatımızın genişliyinə çalışan cəmiyyət? Ədəbiyyatımız istedadsız, başsız bir neçə yarımçıqların dövlətindən əcnəbi ədəbiyyatına əsir olub. Qafqaz, Türküstan, Iranda gün-gündən asan və gözəlliyi sayəsində tərəqqi edən dilimiz lüzumsuz bilinib atılır və yerinə camaatımız başa düşmədiyi osmanlı dili götürülür. Tarixi, etnoqrafi və qeyri cəmiyyətlərə ehtiyac görünürsə, təşkil edən yoxdur. Nəşriyyat cəmiyyətimiz yoxdur, hər yazıçımızın yaxası bir tacirin əlindədir. Keçmişlərin əsərləri çap olunmamış qalır, fikirləri və zəhmətləri siçanlara yem olub. Həsənbəy Məlikzadənin “Zəminədarlıq” sərlövhəli neçə cilddən ibarət olan qiymətli kitabı təb olunmamış qalır. “Heyvanların əqli” adlı böyük bir elmi-fənn əsərləri də var ki, heç yerləri də məlum deyil ki, kimdədir. Mirzə Fətəli Axundzadə kimi böyük yazıçımız, ədəbiyyatımızda həqiqətnəvislik kimi ayıq bir məsləkin banisi yavaş-yavaş yaddan çıxıb gedir, əsərlərinin ikinci təbinə şüru edən yoxdur. Firudin bəy Köçərli müqtədir bir ədib on beş il zəhmət çəkib üç cild “Azərbaycan türklərinin ədəbiyyat tarixi”ni vücudə gətirib. Bunları çap etdirən yoxdur. cəmiyyətlərimiz də ona etinasızlıq edirlər. Eşitdiyimə görə bu əsəri cənab Firudin bəy Bakı “Nəşr-Maarif”ə göndəribmiş ki, təb etdirsin. Cəmiyyət qət eləyib ki, ədəbiyyat tarixi bir o qədər də millətə lazımlı kitablardan deyil. Pərvərdigara! Nə böyük xəta eləyirlər. Ədəbiyyat tarixi həyati fikrimizi, onun tərəqqisini göstərib, milli simamızı həm özümüzə, həm əcnəbilərə göstərən bir kitab olduqda, bizə mədənilik adı qazandırdıqda niyə lazımlı olmasın, bilmirəm. Bu kitabı...bir əcnəbi yazsa, Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firudin bəy Köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şövq və həvəs ilə qarşılamırıq? Keçmişimiz naməlum, hal-hazırımız pərişan, özümüz qul, fikrimiz qul, işlərimiz başsız, fəaliyyətimiz cürətsiz – yol həmən yol, kənara çıxmaq yoxdur. Ali məktəbə gedənlər hakimlik, vəkillik və incinarlıqdan savayı ayrı sənət tanımırlar. Diş həkimliyini “dalan sənəti” deyə boykot edirik. Rəssamlıq, heykəltəraşlıq kimi zərif və həvəsli sənətlərə əsla etina olunmur. Rusiyada 30 milyon türkün bir rəssam və ya heykəltaraşı yoxdur. Musiqi məktəbi tanımaq istəmirik. Bunların hamısının səbəbi qullara məxsus bir cürətsizlikdən irəli gəlir. Qulluq nişanəsi həyatımızın hər bir guşəsində müşahidə olunur. Buna səbəb nədir? O deyilmi ki, bizim özümüz qulluğa artıq meyl və həvəs göstəririk. Məsələn, bir adamı yaxşı bilib tərif etdikdə “filankəs çox allah bəndəsi adamdır” deyirik. Halbuki Allah-taala insanı yaratdıqda onu “bəndə”, “əbd” və “qul” deyə yaratmayıb, onu məxluqun əşrəfi bilib, ona ağıl kimi böyük bir qüvvə əta edib. Bu ağlın dövlətindən də insan ətrafındakıları özünə tabe edib, şəxsi və ümumi mənfəət üçün işlədib. Ağıl olmasaydı at, eşşək, dəvə, inək kimi heyvanları və toyuq, xoruz, qaz və ördək kimi quşları öyrədib, insan onları öz diriliyi üçün qiymətli bir mənbə qayırmazdı. Həmən ağlın vasitəsilə insan təbiətə qalib gəlir, onun uca dağlarını yarıb dəmiryollar salır, zəhmli dəryaların təlatümə gəlmiş səthi ilə gəmilər işlədir. Hava ilə də mübarizə edir, buludların arasında uçquclar seyr etdirməkdədir. Bəs insan qul olmağa yox, ətrafındakıları özünə qul eləmək üçün yaranıb. Insana qul sənəti vermək allaha nasaz gələn hərəkətlərdən biridir. Biz buna baxmayaraq yenə özümüzə qulluq isnad veririk. Bircə kişilərə verdiyimiz adlara diqqət edin: “Allahqulu”, “Məmmədqulu”, “Həsənqulu”, “Hüseynqulu”, “Əliqulu”, “Vəliqulu”, “Imamqulu” və qeyri. Hələ bu allah, peyğəmbər və imam quluları dursun kənarda, biz özümüzü adi şəxslərin də qulu hesab edirik. Məsələn, “Şahqulu”, “Ağaqulu”, “Xanqulu”. Insanın şəni, qədr və qiyməti müsəlman aləmində o qədər alçaq tutulur ki, bunları pir və ocaq kimi cansız və mənasız şeylərə də qul verirlər: “Pirqulu”, “Ocaqqulu” kimi. Biz türk ola-ola mən güman eləmirəm ki, bizim təbiətimizdə qulluq və ocaqlıq olsun. Bu adlar da bizə ərəblərdən qalmadır. Dinislamın intişarından qabaq ərəblər bir xeyli allah və ilahələrə iman edirdilər. Bunların ən böyüyü yeri və göyü xəlq edən idi ki, adına “Allah- taala” deyirdilər. “Ərəb... izhar etmək üçün kişi övladını allahtaalanın qulu adlandırırmış. “Əbdullah” o zamanlar kişilərə verilən addır. Allahqulu deməkdir. “Allah”dan savayı ərəblərin etiqad etdikləri “Manaf”, “əzza”, “Lat”, “baqi” və qeyriləri idi. Bunları nəzərə aldıqda “Əbdülmanaf”, “Əbdüləzza” kimi qədim türk adlarının mənası aşkar olur. Islamiyyət “Allah-taala”nın sifətlərini artırdı. Bu da kişi adlarına sirayət etməmiş olmadı: “Əbdülkərim”, “Əbdüləzim”, “Əbdüləziz”, “Əbdülbaqi” kimi bir xeyli yeni adlar əmələ gəldi. Bu yolda ərəbləri təqlid etmək, şiəlik aləmində daha da tərəqqi edib ifrata üz qoydu: “Əbdüləli, Qulaməli, Əliqulu”, “Əbdülrza, Qulamrza – Rzaqulu”; “Əbdülhüseyn – Qulamhüseyn” – “Hüseynqulu”... kimi adlar icad olundu. Cail mütəəssiblər bu yerə gəldilər ki, özlərini “Kərbəlayi”, yəni Əlinin iti də adlandırdılar... Bəs bu alçaqlıq da bizə bir xeyli qüsurlar ilə özgələrdən qalmadır. Ulu babalarımız oğullarına “Dağ”, “Qaya”, “Dəniz”, “Gün”, “Ay” və “Ulduz” kimi adlar qoyardılar. Onda adlarına müvafiq də şan və şərəf ilə ömür sürərdilər. O zamanlar türklük dağ kimi qüvvətli və qaya kimi möhkəm idi; fikirlər gün kimi parlaq, niyyətlər ulduzlar kimi yüksək idi. Biz məgər həmin türklərin hümmətlərindən deyilik? Bizə ən əvvəl lazımdır ki, özümüzü qulluqdan xilas edək. Dürüst düşünməlidir ki, biz insanlar qulluq üçün yaranmamışıq şan və şövkət ilə ömür sürməyə gəlmişik. Bunu düşündükdə türklərə məlum olacaq ki, şan və ad ilə ömür sürmək meylində olan bir millət gərək mədəni olsun. Gərək “fəqirlik”, “yoxsulluq” və “alçaqlıq” kimi sözlərdən nifrət eləsin. Həmişə dövlətli, qüvvətli və salamat bir millət olmağa çalışsın; çünki təbiət qanunu zəiflik tərəfdarı deyil, zəif gərək fot olsun! Insaniyyət sürətlə qabağa getdikdə zəiflər ancaq ayağa dolaşırlar; belə mənalar ortalıqdan götürülməlidir. Fəal və dünyaçı Avropanın tənbəl və axirətpərvər şərqə axıb gəlməsi həmən təbiətin qanununa tabedir; parlaq ömürdən gözləri qamaşıb, dünyaya “darfəna” ad qoyanlar yox olunacaqlar!.. Bir də deyirəm, mədəni olmalıyıq. Mədəniyyətdən savayı ayrı bir şey bizə nicat yolu ola bilməyəcək. Məzhəbbazlıq heç bir milləti xoşnicatlığa çıxarmadı, bizi də çıxartmayacaq. Bu yükün nə dərəcə batil olub, insanları fot olmağa məcbur etməyi gün kimi aşkardır. Dəlil istəyirsinizsə, din və kilsə tarixlərini oxuyun. Məzhəbbazlıq yuvası olan Iranın hal-hazırdakı zəlalətinə nəzər yetirin. Onda görəcəksiniz ki, məzhəbbazlıq nifaq və fəsadın çeşməsidir. Türk oğlu türk olun! Türklər heç vədə dünyanın şövkətli həyatından əl çəkib axirət yolu üçün çalışmayıblar. Həmişə ağalıq ediblər. Şanlı yaşayış üçün qılınc vurublar. Bu fikrin doğruluğunu türk və islamın düşmənləri belə inkar etmirlər. Böyük Volter deyir: “Türk həyatında dini məsələ üstdə baş vermiş bir qafilə görünməmişdir. Qafilə dursun kənarda, türk arasında dini mübahisə, bir üsyan, bircə qarışıqlıq isə də tarixdə qeyd olunmayıb”. Bəzi mütəfəkkirlərimizin “müsəlman Lüteri” gözləməsi də yaxşı fikir gərək olmasın. Özündən müştəbeh olmuş bir divanə çıxıb yeni bir məzhəb icad etməsindən başqa Lüter məsələsi ayrı işə müvafiq ola bilməz. Mühüm bir Lüter axtarıb ona tabe xəyalında olunca yaxşı deyilmi hər bir dolaşıq dini və milli məsələlərimizi zəmanəyə və ağıla müvafiq özümüz həll edək? Allaha şükür, cəmiyyətlər, nədvələr (konqralar) vasitəsilə hər bir məsələnin həllinə çalışmaq mümkün olan işlərdən biridir. Daha özümüzə “böyük” axtarmağın nə mənası var? bizə kəskin ağıldan və zəmanə tələbatından uca bir şey ola bilməz! Nicatımız mədəniyyətə bağlıdır! Mədəniyyət də bundan ibarətdir ki, ən əvvəl dədə-babamızdan qalan əkin yerlərimizi, kənd və şəhərlərimizi əlimizdən çıxartmayıb onlarda züraət, ticarət və sənətin tərəqqi etməsinə çalışmalıyıq. Bunu düşünməliyik ki, ana dilimizin tənəzzülü millətimizin tənəzzülüdür. Ona görə türk dilinin genişliyinə çalışmalıdır. Bu dili sevməlidir, bunda danışmağı eyb yox, fəxr hesab etməlidir. Vətənimizin hər guşəsində tazə üsul ilə məktəblər açmalıdır. Tərbiyə və təlimdə qızlar ilə oğlanlara təvavüt qoymamalıdır; ikisini də kamil oxutmalıdır. Qızların elmini və təcrübəsini artırmalıdır ki, kişilərə möhtac olmayıb, özləri öz başlarını dolandıra bilsinlər. Həkimlik, mamalıq, müəllimlik, dərzilik, əkin və ticarət işlərilə arvadları tanış eləsək, milli dövlətimiz artar. Indiki kimi arvadlar müftəxor olub, kişilərin üstə düşməzlər. Ruhani işlərimizin islahına çalışmalıdır, ruhani məktəbi açmalıdır ki, mollalarımız ətabata möhtac olmasınlar. Oradan gələn ruhanilər bizə cəhalətdən və mütəəsiblikdən başqa heç bir şey gətirmirlər. Yeni fikirli ruhanilər erməniləri və Balkan islamlarını dirildən kimi, bizi də canlandıra bilərlər. Müəllimə və müəllimlər yetirmək üçün milli məktəb açılmalıdır. Belə məktəb qurtarmışlar aramızda milli toxumlar saçmağa artıq lazımdırlar. Ədəbiyyatımızı əcnəbi əsirliyindən qurtarmalıdır; təqlidçilik kifayət edər, indisə ortalığa milli bir şey çıxartmalıdır. Musiqimiz millətimizin şan və adıdır, onun tərəqqisi bizim nüfuzumuzu qonşularımız arasında artırır. Musiqikarımız Üzeyir bəy Hacıbəyov cənablarının qədri bilinməlidir... Operamızın gələcəyi çox parlaq görünür. Rus teatrı bunu gözdən sala bilməz. Bu şərtlə ki, burada da təqlidə aləmi-islamda ilk opera vücudə gətirməyini təşviq etməlidir. “Opera dramanı öldürdü” deyib, çığırmaq və operanı mənfəətsiz bilmək böyük xətadır! Opera teatrımızı diriltdi və ona əbədi bir ölməzlik qazandı! Teatrımız drama möhtac olsaydı erməni teatrı kimi çoxdan fot olmuşdu. Səbəb budur ki, halhazırda müqtədir dram yazanlarımız yoxdur: Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyevlərimizin qələmləri əvvəlki qüdrətlərini itiriblər. Operamızın dövlətindən teatrımız erməni, gürcü və hətta rusların da nəzərini özünə cəlb eləyib. Ermənilər qədimdən bizim musiqimizin aşiqi olduqları kimi, indi də ona bac verməkdədirlər. Operamız musiqimizin nüfuzunu ermənilər arasında daha da artırdı. Bir millət ki, qeyri-məcburi bir halda özü nüfuzunu əcnəbilər arasında artırmağa qüdrətli oldu, o millət qaranlıqdan çıxıb, mədəniliyə qədəm qoyur. Operamızın daha da böyük xidmətləri olacaq: Rusiya müsəlmanlarının ittifaqına böyük bir vasitə olacaq. Indilikdə “Leyli və Məcnun”un parçaları təkə-türkmən və dağıstanlılar arasında yayılıb ağızlarda oxunmaqdadır. Beləliklə, türk dili tərəqqi edir və dağıstanlılar kimi xırda qövmlər mədəniyyətimizi qəbul edib türklüyə daxil olurlar. Bundan savayı operalı bir camaat “millət” adını daşımağa haqlıdır. Avropanın mədəni mərkəzlərində “bizim opera belə oldu, elə oldu” deyildikdə millətimizə bir ayrı nəzərlə baxırlar: tərəqqi etmiş deyə hörmətini saxlayırlar. Bizə də Avropanın rəğbətini qazanmaq vacib işlərdən biridir. Erməni milləti hər bir mədəniyyət məhsullarını, məsələn, ədiblərinin tərcüməsini, rəssamlarının çəkdiyi şəkilləri, heykəltəraşlarının yapdığı heykəlləri, böyük artistlərini, cəmiyyətlərini və qeyriləri Avropanın gözünə soxan kimi, biz də bu yolda çalışmalıyıq. Avropanın əfkarümumisini bizim tərəfə döndərən şeylərdən biri də operamızdır. Mart 1914. Aşqabad. * * * Bizə ciddi mətbuat çoxdan lazım idi BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır. Bu dövrün özündə də sabitlik ayrı bir dövr alır: Bir qəzet uzun bir müddət başa getməyib, bağlanır, amma mətbuatsız qalmırıq, bir qəzetin əvəzinə bir ayrısı çıxır, bir müdirin yerini bir ayrısı tutur. Bu hal ilə mətbuatımız indi də ömür sürür. Deməli, mətbuatımız xarab olmuş lampaya bənzəyir – gah yanır, gah keçir, yandıqda işıq vermir, işıq verdikdə şöləsi həmişə bərqərar olmur. Mətbuatımızın bu qeyri-sabit halı oxucuların və millətin halına da sirayət etməmiş olmur. Mətbuatımız tarixi bu müxtəsərcə sətirlər ilə qurtarır gedir. Məsələ dürüst aşkar olmaq üçün bu sətirləri şərh etmək lazım gəlir. Məqaləmizin məqsədi də bundan ibarətdir. “həyat” dövrü və onun qüsuru Yaponların Uzaq Şərqdə ruslara qələbə çaldıqları cəmi Asiyaya əcib bir təsir buraxdı: Əsrlərcə yuxuya getmiş qövmlər hərəkətə gəlib, ayılmağa başladılar. Islam aləmi də bu hərəkətə bac verib tərpəndi, gözlərini açdı, kəsalətli üzündə dirilik nişanələri göstərdi. Rusiya türkləri “maarif” deyə səsləndilər. Məktəb, mətbuat, xeyriyyə və maarif cəmiyyətləri ortalığa çıxdı. “Həyat” qəzeti də bu qızğın dövrdə Bakıda nəşrə başladı. Cəmi ərbabiqələmlərimiz [...] “Həyat”ın ətrafına toplandılar. Bu ciddi və tərəqqipərvər qəzet başa getmədi. “Həyat”ın bağlanmağına ümdə səbəb müştəri azlığı oldu. Müştəri azlığı da onun üçündü ki, əvvəla, Qafqazda savadlı adam az idi. Ikinci, savadlı olsaydı da, qəzet alıb oxumağa camaat öyrənməmişdi. Üçüncü, “Həyat” bir elə dildə yazırdı ki, onu ancaq pürsavad adamlar oxuyub, feyz ala bilirdilər. Xalq isə az savadla belə qəzetləri oxuya bilmirdi. “Həyat” bağlandısa da, onun təsiri mətbuatımızda dərin izlər buraxdı. Qəzetlərimiz xalq malı olmayıb, bir ovuc ibarəbazlara qulluq eləməyə başladı. Əlibəy Hüseynzadənin istedadı, məlumatı və tərcümeyi- halı, gözübağlıca kimi oxucuların və ələlxüsus mühərrirliyə həvəslənənlərin ağıl və məsləklərinə qalib gəldi. Hamı bir ağızla onun dahiyi-əzim olmağını söyləyib inandılar. Mətbuatımızda təqlidçilik meydanı açıldı: qəliz ibarələr ortalığa çıxdı. Dilimiz təzədən məhv olmağa başladı... Hüseynzadənin dövlətindən ərəbləşmiş osmanlı dili “ədəbi”lik iddiasına düşdü. Mətbuatımız bilmərrə xalqdan ayrıldı. Nə xalq qəzetlərin dilini bildi, nə də qəzetlər xalqın. Biçarə camaatımız dərdləri dərmansız bir halda can vuruşdurmaqda qaldı. Həqiqət halı düşünənlər çox idi, lakin səsləri eşidilmirdi. Deyirlər bir dəfə sabiq “Əkinçi” müdiri məşhur Həsənbəy Zərdabi “Füyuzat” məcmuəsinə baxıb soruşub: – Bunu kimin üçün yazırsınız? – Camaat üçün, – demişlər. Həsənbəy gülümsünərək demişdir: – Elə isə camaatın dilində yazın ki, çamaat da başa düşsün. Əlbəttə Həsənbəyin haqq sözləri heç kəsə kar eləmədi. Çünki sadə dildə yazmaqlıq o zaman bisavadlıq kimi tələqqi olunurdu və bu dərddən hər kəs yazıçılıq meylində olsa idi, gərək bir xeyli fars və ərəb ibarələrinə malik ola idi. Adi türk sözləri yerinə ərəb ləfzləri işlətmək mod olmuşdu. Deməli “Həyat” qəzeti və onun müaqibləri camaatımızı qəzet oxumağa rəğbətləndirməyə çalışmaqdan, onun bu yolda həvəsini artırmaqdan, dəxi də camaatı qəzetdən uzaqlaşdırdılar. Qəzet camaata yad və düşünülməz bir şey oldu. Hökumət məktəblərində təhsil edənlərimiz az savadları ilə milli qəzetdən bir az da uzaqlaşdılar. “Həyat” dövrü belə keçdi. Ciddi mətbuat müvəffəqiyyətsizliklərinin Qeyri səbəbləri Dil məsələsindən başqa bir xeyli səbəblər camaatımızı qəzet oxumaqdan usandırdı, mühərrirlərimiz arasına nifaq düşdü. Gərək bu nifaq qəzetlərimizin sütunlarına sirayət etməyə idi. Çünki qəzetçilikdən Burada redaksiya belə bir qeyd vermişdir: “Mühərririn bu mütaliəsi məlum olduğu üzrə üslubçularımız arasında ixtilaflı bir məsələdir. Əlibəy dilinin bu yolda təfsirinə idarə şərik deyildir. məqsəd millətə yol göstərməkdir. Şəxsi nifaq, şəxsi qovğa mətbuata dəxli olmayan işlərdən biridir. Heyfa ki, burada da yarımçılıq büruzə verildi. Qəzetlərimiz şəxsiqərəzə, behtan və iftiraya, söyüş və biədəbliyə vasitə oldu. Milli məsələlər yaddan çıxdı. Oxuculara dəxli olmayan, millətə baş ağrısından başqa bir şey bəxş etməyən sözlər və söhbətlər ortalığa çıxdı. Biçarə oxucular təngə gəldilər. Ümid bağlayıb, göz dikdikləri adamların da nə dərəcədə şəxsi-qərəz bə məsləksizliyə aludə olmalarını gördülər. Ciddi mətbuat nüfuzunu yavaş- yavaş itirməyə başladı [...]. Bu dövrdən tutmuş indiyədək mətbuatımız axsamağa başlayır. Müqtədir yazıçılarımız fikirlərini bəyan etməyə lazımi bir qəzet və ya məcmuə tapmayıb, sükuta qərq olur, onların əvəzində ortalığa elmsiz, biliksiz adamlar çıxırlar. Məslək məsələsi bilmərrə itir, məqalələr daddan, gözəllikdən, mənadan uzaqlaşır. Hərə ilk öyrəncəyini qəzet idarəsinə aparır. Bir məsələ üstündə təkrar-təkrar danışılır. Birisi bir söz dedikdə bir ayrısı da haman sözü təkrar söyləyir. Oxucunun yeni fikirlərdən əsla xəbəri olmur. Budur, görürsən qəzet düşüb molla əlinəorucdan, namazdan, təharətdən söhbət açılıb, min il danışılıb, aləmin zəhləsini tökən söhbətlərin yenidən ortalığa çıxıb qəzet vasitəsilə bəyan olunmağı oxucunu zara gətirir. Insaniyyətin qazandığı hədsiz-hesabsız elm və fənnlər əvəzində, oxucuya növhələr, dini vəzlər və nə bilim nələr təqdim edirlər. Arif qismi mətbuatdan dəxi də nifrətlənir. Qəzet beləcə yavaş-yavaş qiymətdən düşməyə başladı. Orucov qardaşlarının qəzetləri hürrəndiş oxucuların məsləklərinə müvafiq idisə də, sabit bir proqrama tabe olmayıb, ehtiyacı dəf eləmirdi. Avropa mədəniyyətindən, onun məhsullarından yenə oxucularımız lazımi məlumat ala bilmirdilər. Qəzet başına gündə bir mühərrir dəvət olunduqda, qəzet sabit bir məslək təqib edə bilmirdi. Bu səbəbdən həmişə də bir dil işlənməyib, hər sərmühərrir qəzeti yeni bir dildə yazırdı. Bundan əlavə, çox vaxt sərmühərrirlər qəzetçiliyə lazımınca hazır olmadıqlarından, qəzeti oxuduqda bunun təcrübəsiz və biliksiz mühərrirlər tərəfindən qələmə alınmış olduğu gözə sıçrayırdı... Belə olduqda ciddi qəzetlərimiz həmişəlik olaraq camaatımızın rəğbətini qazana bilməzdi. Avropa qəzetləri sabit məsləklərlə ətraflarına milyonlarca adamlar toplayırlar. Həmişə onlara rəhbərlik edirlər. Ona görə böyük-böyük məsələləri qəzetlər vasitəsilə həll eləyirlər. Mətbuatın Avropada olan qüdrət və qüvvəti bizlərdə yoxdur. Bunun ümdə səbəbi budur ki, mətbuatımız başında ləyaqətli adamlar durmurlar. Qəzetçilik bizlərdə ad, şöhrət, mod və qazanc məqsədi ilə olur. Görürsən varlığından heç kəsin xəbəri olmayan bir şəxs həftəlik bir məcmuə nəşr etməyə başladı. Nə tövr məcmuə olsa olar, xərcini çıxardacaq. “Müdir” cənablarının da fikri budur ki, bir neçə vaxtlığa adı çıxsın. Bir neçə aylığa ağzına gələni yazır. Özgələrin ağızlarında dastan olmuş fikirlərini yenə də təkrar eləyir, qəzetçiliyi bununla qurtarır. Libas modaya tabe olan kimi mətbuat da bizdə modaya bac verirdi. Bir vaxt moda belə şiddət eləmişdi ki, hər yetən “müdirlik” iddiasına düşürdü. Məzhəkənəvislik Mətbuat bir fikrə meydan verdiyi kimi, bəzi ayrı-ayrı fikirləri də yox etməyə gərək çalışsın. Mətbuatın əsil məqsədi haqqı intişar edib, nahaqqa qalib gəlməkdədir. Nahaq ilə də iki cür mübarizə etmək olar: ya ciddi məqalələrlə, ya məzhəkə təriqi ilə. Məqsədə çatmaq yolunda məzhəkə dəxi də məqbul görünür. Ona görə mətbuat tərəziyə bənzəyir: Bir şaxəsi ciddi qəzet və məcmuələrdən, o birisi məzhəkə və həzl jurnallarından ibarət olur. Bir fikrə çatmaq üçün mətbuatı vasitə etdikdə tərəzinin müvazinətinə çalışmalıdır. Mətbuat müvazinəti pozulduqda lazımi nəticələrə də çatmaq mümkün olmur. Ciddi mətbuatın məqsədi tikmək və yaratmaqdır. Məzhəkənəvislik isə uçurmaqdan ibarətdir. Məzhəkə uçurduqca, ciddi mətbuat da tikməli və təmir etməlidir. Müvazinət itib, məzhəkə qüvvət tapdıqda köhnəlik uçurular, yox olar. Lakin məqsədə nail olmaq olmaz. Çünki yenilik əmələ gətirməyə məzhəkə lazımınca qadir deyil. Bu qeyri-salamat bir hal bizim mətbuatda dövran sürüb və indi də sürməkdədir. Nədənsə bizim Qafqaz mühərrirləri həmişə məzhəkənəvisliyə meylli olurlar. Yüz əlli il bundan əqdəm yaşamış şairimiz Molla Pənah Vaqifdən tutmuş son müqtədir şairimiz Sabirədək hamısı məzhəkə yazmağa, həcvguluğa artıq həvəs göstəriblər. Teatrnəvislərimiz də bu yolda artıqlığınca cəhd eləyiblər. Mirzə Fətəli Axundov yetmiş il qabaq komediya hüsula gətirib. Sonrakı yazıçılarımız da onu təqlid ediblər. Lətifə, zarafat Əsrlərcə məzhəkə ilə tərbiyə tapan millətimiz aşkardır ki, “Molla Nəsrəddin” jurnalının zühuruna artıqlığınca sevindi. “Molla Nəsrəddin” də əvvəl illər doğrudan gözəl və cazibəli idi, məsləki sabit və salamat, yazıları kamil və şirin, dili asan və xalqa yavıq. Özü də mahir rəssamlar qələmindən çıxmış şəkillərlə müzəyyən idi. Həqiqətdə “Molla Nəsrəddin” jurnalı ilə biz fəxr edə bilirdik. Ciddi qəzet və jurnallarımız çətin dilləri, duzsuz yazıları və məsləksizliyi ilə oxucuları zara gətirdiyi zaman “Molla Nəsrəddin” şöhrət tapıb, vətənimizin hər bir guşəsində oxunurdu. Tüccar, əsnaf, əyan, əşrəf, avam, xas – hər bir sinifdə rəğbət qazanırdı. Kəmsavad baqqallarımız, çörəkçilərimiz höccələyə-höccələyə oxuyur, “Molla Nəsrəddin” dən ləzzət apardıqları kimi, studentlərimiz, doktorlarımız, laqeyd bəy və hökumət məmurluğunda olanlarımız da ondan həzz alırdılar. Çox ailələrdə arvadlar toplanıb, balaca uşaqlara oxutdurub, qulaq asardılar. Belə olduqda məzhəkənəvisliyin təsiri ciddi mətbuat təsirindən artıq olaraq camaat arasında yayılırdı. Məzhəkənin işə keçdiyini görərək, qəzetlər də əsil məqsədlərini unudub məzhəkəyə meydan verməyə üz qoydular. “Molla Nəsrəddin”dən savayı arabir ayrı həzl məcmuələri də ortalığa çıxdı. Mətbuat müvazinəti bilmərrə itdi. Hamı uçurmağa üz qoydu, amma tikmək meylində olan olmadı. Uçurduqda da yaxşını pisə qarışdırıb, uçurdurdular. Cəmi köhnə binalarımız, milli və dini imarətlərimiz məhv olub getdi. Mətbuatımızdakı məvazinəsizliyin nəticəsi Məzhəkənəvislikdən yadigar olaraq bizə bir gülüş qaldı. Cəmi rişxəndimizi bu gülüşlə bəyan edirik. Istər haqq, istər nahaq rişxəndli gülüşümüz hər yerdə büruzə verilir. Heyfa ki, təkcə pisə rişxənd etmək əvəzində, yaxşını da pisə qatırıq gedir. Bu hal millətin hər bir sinfində müşahidə olunur və şiddətli nəticələr verməkdən qalmır. Köhnə yol gülünc olub itdi. Təzə bir yol göstərən də olmadı. Həmişə rəhbərə möhtac olan qara xalq yolu bilmərrə itirdi. Adət və əxlaqlarına yerli və yersiz o qədər gülünmüş və əskikləri o qədər üzünə vurulmuş, təkrar olunmuşdu ki, zavallı xalq özünü bu həqarətdən saxlamaq üçün doğma adət və əxlaqını unutmağa, onlara xor baxmağa başlamışdı. Bu surətlə mənliyimizdə əgərdən-əskikdən başqa bir şey, dəyərli və qiymətli bir var görməməyə öyrəşən camaatımız yavaş-yavaş özlüyündə laqeydlik göstərdi. Dilimiz əcnəbi sözlərlə dolmağa başladı. Çox yerlərdə türkcə danışmağa utandılar. “Türkcə danışma – eyibdir” deyə bir gimnazistin birinə müraciət elədiyini çox görmüşəm. “Müsəlman” ləfzi föhş və eyib ifadə edən bir kəlmə oldu... hər kəs nə bitərbiyə iş gördüsə, onu görən şəxsin müsəlmanlığına yozdular. Halbuki, pis əməllər müsəlmandan baş verdiyi kimi, qeyri dinə və millətə məxsus şəxslərdən də baş verir. Müsəlman və ya qeyri-müsəlman deməməli, tərbiyəli və tərbiyəsiz desək, dəxi doğru olar. Bu həqiqət məqsədsiz gülüşlər içərisində buludlandı. Birisi oğurluq etdikdə deyirlər: “Müsəlmandan ki, yaxşı iş çıxmaz”. Halbuki, müsəlman oğru olmayıb, qeyri dinə tabe olanlardan da oğru olub. Amma nədənsə cəmi pis əməlləri müsəlmanlıqdan görürük. Milli bayramlarımız camaatımızın gözündə hüsnünü yox etdi. Xalq da dədəbabadan qalma gözəl bayramlarını şad bir halda keçirməyə qorxdu. Bəziləri hətta qələm götürüb, novruz bayramının canına düşdülər. Neçə əsrlər millətə xidmət edən, ona şadlıq və fərəh verən bir əziz günü şərafətdən salmaq istədilər. Halbuki, novruz şairanəliyi ilə əcnəbilərin də rəğbət və məhəbbətini qazanır. “Bahar bayramı” adı ilə cavanlarımız arasında günü-gündən tərəqqi eləyir. “Novruz”u yox eləmək meylində olan mühərrirlər bilmirəm millətə hansı bayramı verəcək idilər? Bundan əvvəl balalarımız milli oyunlarımızı oynardılar. Indi çoxusu utanıb, onlardan əl çəkir. “Südlü sümük”, “başıqovurma”, “cızıqdançıxma”, “leygələ” və bir çox başqa oyunlarımız var ki, uşaqların hərəkətinə, şadlığına səbəb olub, onları millilikdə sabit saxlayır. Çox yerdə atalar oyunu bilmərrə balalar üçün lüzumsuz bilirlər. Yolu itirmiş yazıq atalar elə güman edirlər ki, uşaq sübhdən axşamadək kitab üstə otursa, çox bilik qazanar. Dəxi bunu bilmirlər ki, uşağı yormazlar, oxutduqda da dərs şeylərini oyuncaq şəklinə salarlar ki, uşağın həvəsi və meyli artsın. Bir hacı oğlunu mənim yanıma oxutmağa qoymuşdu. Yazıq hacı tez-tez yanıma şikayətə gələrdi ki, oğlum ağaca çıxır. Biçarə elə bilirdi ki, əcnəbi balaları ağaca çıxmırlar və ağaca dırmaşmaq da ədəbsizliyə dəlalət edir. Bir şagird məktəbdən xi-55 Müəllif əksər hallarda “millət” sözünün burada olduğu kimi, “xalq” mənasında işlədir. las olub, bikar vaxtında tar çalarmış. Atası tarı alıb atır ki, nə tarbazlıqdır. Yol azmış kişi yenə elə güman eləyir ki, tar çalmaq eyibli bir işdir. Halbuki, milli musiqi milliyyətimizin möhkəmliyinə böyük xidmətlər edir. Məzhəkənəvislik sabit bir halda qalmayıb ifrata üz qoydu, millətimiz dəxi də rəxnədar oldu. Bikar mühərririn biri bir gün də qələm götürüb, milli nağıllarımızı həcvə qoydu. Belə xəta törətdikdə görəsən bir dəlil və sübut göstərdilərmi? Əlbəttə yox. Inkar etmək yolu asan olduğu üçün bu yola müraciət etmək fikirləri əlbəttə biliksizlik bəlasından qurtarır. Lakin hər şeyi inkar etməklə də millət çox şey itirir. Nağılların millətimizin həyat, əqliyyə və xəyaliyyəsinin məhsulu olduğunu gərək idi düşünəydik. Onda dərin bir fəlsəfə olmağını gərə qana idik. Amma qanmaq istəmədilər. “Bu da qədim işdir” – deyə nağılı hörmətdən saldılar. Əcnəbilər isə nağıla bu nəzərlə baxmırlar, onu hər yerdə toplayıb təb etdirirlər ki, məhv olmasın. Avropada az-az ədiblər tapılar ki, nağıl yazmasın. Avropalılar nağılları bihörmət etmirlər, amma biz nağılı həcv edirik. Biz millətin əsrlərcə vücuda gətirdiyi nağılları çölə tullayırıq, onlara yiyə olmuruq. Əcnəbi dildən tərcümə olunmuş həyatımıza yad, ruhumuza zidd hekayə və nağılları uşaqlarımızın oxumağını rəva görürlər. Bizim şirindilli, maraqlı nağıllarımız kənarda qalır. Uşaqlara ağır, ağıl həzm eləməyə qadir olmayan nəsihət kitabları yazılır, uşaqları kitabdan nifrətləndirirlər. Bunu düşünmürlər ki, nəsihət yazmaq qaydası mədəni millətlər arasında çoxdan dəbdən düşmüşdür, çünki uşağa quru nəsihət heç vaxt kar eləməz, uşaq gördüyünü götürər. Sən uşağın yanında yalan danış və uşağa tapşır ki, yalan danışmasın. Bunu uşaq heç vədə qəbul eləməz. Uşağın yanında doğru danışmalıdır ki, o da doğruçuluğu öyrənsin. Yaxşı deyilmi ki, Avropanın əsrlərcə qazandığını biz də əxz eləyək? Dəxi zəmanəyə müvafiq olmayan fikirlərə niyə meydan veririk? “açıq söz” dövrü Rus-yapon müharibəsi bizə “Həyat” ilə “Irşad”ı bəxş etmiş idi. Böyük Avropa davası da “Açıq söz”ü vücuda gətirdi. Məsləksiz mətbuatdan inciyib kənara çəkilmiş mühərrirlərimiz yenə də qəzet başına toplandılar. Dərdlərimiz müzakirə olunur, halımızı təsvir edirlər. Yaxşı olardı ki, müqtədir, yazıçılarımızın “Açıq söz” başına toplanmaları ittifaqi olmayaydı. Bunlar himmət edib, həmişəlik olaraq bircə də olsa ləyaqətli bir qəzetin davamına çalışa idilər. Yazmalı dərdlərimiz çoxdur. Qara camaatımızı öyrətməlidir. Bunun üçün də artıq bilikli olmalıdır. Ala-yarımçıq xəbərlər, kəsikküsük biliklər camaatı yoldan çıxardır. Camaata bütün məlumat verməlidir. Bunun üçün də qəzetdə iştirak etmək üçün mütəxəssislər dəvət etməlidir. Mərhum Həsənbəy Məlikzadənin zəmindarlığa dair böyük əsərləri var. Gərək bunlar çoxdan təb oluna idi. Lakin himmətsizliyimiz sayəsində onlar ortalıqda yox olub gedir. Barı heç olmasa Həsənbəyin əsərlərini mürurla qəzetlərdə çap eləyə idilər. Onlardan camaatımıza böyük mənfəətlər hasil olar. Qonşularımız erməni və gürcülər zəmindarlıq cəmiyyəti qayırıb kəndçilərinə təzə üsulla yer əkmək öyrədirlər. Əkinəcək torpaqlarını mühafizə edirlər ki, əcnəbilərə satılmasın. Bizim cəmiyyətimiz olmamağı bəs deyildir, bu barədə qəzetlərimizdə bircə söz də yazılmır. Halbuki, torpaq məsələsi millət üçün həyati və zəruri məsələlərdən biridir. Iqtisadi məsələlər bu saat cəmi dünyanı məşğul eləyir. Hər kəs öz millətini varlı və tavanalı eləməyə çalışır. Çünki yoxsul xalq tərəqqi edə bilməz. Bu fikri əmələ gətirmək üçün iştirakı-əməliyyat (kooperasiya) tərtib edirlər. Bu şirkətləri cəmi şəhər və kəndlərə yayırlar, xırda borc bankları açırlar, xalqa pul lazım olanda əllərindən tuturlar... Bizim camaat isə fəqvrlik torbasını daşıyır. Elmsizliyi cəhətinə hər kəs başına vurub onun çörəyini əlindən alır. Tamahkar tacirlər bir tərəfdən, müamiləçilər də bir tərəfdən yazıq millətin qanını sorurlar. Bu barədə qəzetlərdə yazan yox, iş görən yox. Arvad məsələsi millətin tərəqqisi yolunda böyük maneə təşkil edirdi. Bu məsələ barəsində danışıldı. Arvadların elmsiz olmalarının nəticələri ortalığa tullandı. Şükürlər olsun, məsələ həll olunmağa üz qoydu. Qız məktəbləri açıldı, atalar həvəslə qızlarını məktəbə göndərdilər. Ancaq məsələnin vacib tərəfi qaldı kənarda. Tərbiyənin mahiyyət və keyfiyyəti haqqında dinən olmadı. Bir qəzet yoxdur ki, “cəmi pis hərəkətlərimiz tərbiyəsizlikdəndir” deməsin. Bu “tərbiyəsizlik” sözünü qəzetlər təkrar-təkrar söyləyiblər və söyləyirlər. Lakin bircə mühərrir isə də tərbiyə barəsində oxuculara məlumat vermədi, oxucular da tərbiyənin nədən ibarət olmağını bilmirlər. Bu barədə gərək yazıla idi, həm də çox yazıla idi. Bu məsələyə dair Avropada cərəyan edən fikirlər camaatımıza bildirilməlidir. Məsələlərimiz çoxdur. Dərdlərimiz başdan aşıb. Deyib danışan yoxdur. Müəyyən fikirlər var ki, Avropada hüsula gəlib, bizim camaata məlum deyil. Mətbuatımız bu halda qalsa, o fikirlər yenə bizim üçün gizli qalacaq. Yazılmalıdır, kamil yazılmalıdır. Öyrənməmişdən qəzet başına gəlməməlidir. Yoxsa “qaş qayırdıqda göz çıxarılar”. Oxucuları təkcə Avropa davası ilə məşğul etmək fayda verməz, bu ötəri bir şeydir. Bu gün var, sabah yoxdur. Bizə varlığımız ilə həmişə mərbut olan məsələlərin müzakirəsi lazımdır. Bu barədə danışmalıdır, oxucuların rəğbətini buraya döndərməlidir... Məzhəkənəvislik yıxdığı binaları yenidən tikməlidir. Məharət göstərməlidir. Mətbuat müvazinətini düzəltməlidir. Bunun üçün də ləyaqətli qəzet və jurnallar nəşr etməlidir. Məsləkin sabitliyinə, məlumatın salamatlığına diqqət etməlidir. Bu yolda möhtərəm “Açıq söz” və “Yeni iqbal”ın vəzifələri böyüyür. Müvəffəqiyyətlərini haqdan diləyirik. 1916 * * * Ədəbi dövrün başçısı ƏDƏBİ DÖVRÜN BAŞÇISI 1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı. Səhhətim yerinə gələr-gəlməz işə başladım. Avropa xəritəsinin qarşısında durub, “Ah, Avropa, bir də səni nə vaxt görəcəyəm?” – deyən Müzəffərəddin şahın karikaturasını çəkib “Molla Nəsrəddin”ə göndərdim. Karikaturanın rəssam Şmerlinqin imzası ilə çıxması bir az məni dilgir etdi. Buna baxmayaraq Şuşada erməni-türk vuruşmasını körüklədən çar generalı Qoloşapova da bir karikatura çəkdim. Bu da senzura qurbanı oldu. Karikaturalarla bərabər kiçik məqalələr də yazmağa başladım. Lakin məqalələrim müvəffəqiyyət qazana bilmədi. Ilk təcrübələrin nəticə verməməsi məni işdən soyutmadı. Bir gün Qarabağ pir və ocaqlarını kəskin surətdə tənqid edən bir məktub da yazdım. Məktub “Bakı realni məktəbinin altıncı sinfinin şagirdi Mir Yusif Vəzirov” imzası ilə nəşr olunmuşdu (“Molla Nəsrəddin”, № 37,1907). Belə açıq imzalı məqalənin nəşri müəllif üçün bir çox fəna nəticələr verə bilərdi: məktəbdən qovalar, təhqir edərdilər, öldürə də bilərdilər. Çox çəkmədi, bir neçə söyüş və təhqir məktubu aldım. Hacı Hacağa karvansarasında yaşayan qarabağlılar həyəcana gəldi... Bir neçə gün evdən çölə çıxmamaq məcburiyyətində bulundum. Nəhayət, “Tazə həyat” sütununda bir “Izahat” basdırıb, yavaş-yavaş meydana çıxmağa başladım. Bu təcrübələrdən sonra “Molla Nəsrəddin”lə əlaqəmi tamamilə kəsdim. Lakin yenə əvvəlki kimi jurnalı oxuyur və nüfuzundan ayrıla bilmirdim. Inqilaba qədər bizdə nəşr olunan jurnal və qəzetlər arasında “Molla Nəsrəddin” qədər nüfuzlusu olmamışdır. Bunun səbəbi çox idi, “Molla Nəsrəddin” geniş kütlənin anlayacağı bir dildə yazırdı. 1926-cı ilə qədər Mirzə Cəlili bizzat tanımazdım. Mən onu qaibanə tanıyan kimi, onun da məni artıq bir ədəbi sima kimi tanıdığını bilirdim. Hələ inqilabdan əvvəl “Cənnətin qəbzi”ni oxuyub, təqdirkar mülahizələr yürütdüyünü eşitmişdim. 1926-cı ildə telefon edib, onu ziyarət edəcəyimi bildirdim. Evdə görüşməkdən çəkinərək, “Bakı işçi nəşriyyatı” idarəsinə gələcəyini və orada görüşəcəyini vəd etdi. O biri gün ortaboylu, iri bığlı, narın çopur burnunun üzəri tüklü, iri əsalı bir adam masama yanaşdı. Qalxıb, çoxdan həsrətində olduğum Mirzə Cəlilin əlini sıxdım. Gülə-gülə: – Yazılarınızdan sizi çox yaşlı zənn edirdim, cavanmışsınız – dedi. Iş əsnasında gəlişi ətraflı görüşümüzə mane oldu. Məni evinə çağırdı. Bir axşam getdim, oturduq, axşamı Mirzə Cəlil ilə yaxından tanış oldum. Böyük ədəbi dövr yaradan, ictimai həyatımızda inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım. Mənə onun söhbəti olduqca sıxıntılı, məlumatı çox az göründü: – Himm?.. Hə... Deməli, belə... – Hə?.. Nə olar ki?.. Hə... Bütün axşam söylədikləri qırıq, məntiqsiz, rabitəsiz ifadələrdən ibarət oldu. “Mənmi yanılıram, Mollamı qocalmış?” – deyə öz-özümə suallar verdim. Sonralar küçədə tez-tez ona rast gələrdim. Mehriban görüşər, halımı xəbər alardı. Artıq xəstə idi, yavaş addımlarla yürürdü. Bu gün o aramızda yoxdur. Lakin əsərləri yaşayır. Onları təkrartəkrar oxuyuram. Həp mövzu və tipləri, lətifələri bu əsərlərin böyük bir qələmə mənsub olduqlarını aydıncasına ifadə edir. Molla böyükdür və orijinaldır. 1934 * * * Teatr pərəstişkarı TEATR PƏRƏSTİŞKARI Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi. “Müsyö Jordan”, “Dağılan tifaq”, “Tamah” adlı əsərlərin oynanmasını güclə xatırlayıram. 1904-cü ildə oynanılan “Otello” yadımdadır. “Otello” Haşımbəy Vəzirovun tərcüməsi idi. Otello rolunu Haşımbəy özü oynadı. Bundan əvvəl uzun hazırlıq getdi. Erməni artisti Abelyan rəhbərlik edirdi. Əbdürrəhimbəyin də böyük iştirakı vardı. Xandəmirovun teatrı dolu idi. Oyun fəna keçmədi. Əbdürrəhimbəy təbiətən mütəvaze, demokrat bir adam olduğu üçün ona qarşı yaş fərqi mülahizə olunmadan yoldaşlıq hissi duyurduq. 1905-ci ildən etibarən bizləri də səhnəyə cəlb etməyə başladı. Teatr məşqlərində bizi sevə-sevə öyrədir və şövqləndirirdi. “Adəm və Havva” da Adəm rolunu mənə vermişdi. 1905-ci ildə xanlıq evində tələbələr təşkilatı tərəfindən tikilən səhnədə Əbdürrəhimbəyin rəhbərliyi ilə bu əsəri oynadıq. 1907-ci ildə Bakıya gəlib realni məktəbə girmişdim. Əbdürrəhimbəy də Bakıda idi. “Islamiyyə” otelində yaşayırdı. Bir gün ilk yazdığım “Şaqqulunun xeyir işi” adlı hekayəmi götürüb yanına getdim. Ədəbiyyata böyük bir həvəsi olan, cəsarətsiz, utancaq bir gəncin halını təsəvvür ediniz. “Əcəba, Əbdürrəhimbəy nə deyəcək?” – deyə bütün yolu ürək çırpıntısı ilə düşündüm. Məni qarşılayan gülər və mehriban bir sima bütün həyəcanıma qələbə çaldı. Dəftəri açdı, başdan ayağa səhvlərimi düzəldərək oxudu, bəzi yerlərinə xarakteristik cümlələr əlavə edib, hekayəni bəyəndiyini dadlı sözlər və ifadələrlə bəyan etdi. “Şaqqulunun xeyir işi”ndən sonra “Saranın hekayəsi”ni yazıb “Islamiyyə” yə gətirdim. Əbdürrəhimbəylə yan-yana Üzeyirbəy Hacıbəyli yaşayırdı. “Leyli və Məcnun”un üzərində çalışırdı. Sarabski və Hüseyn Ərəblinski buraya tez-tez gəlirdi. Opera da Əbdürrəhimbəyin iştirakı olmadan keçmirdi. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” un ilk qoyuluşuna getdikdə Əbdürrəhimbəyi dirijor kürsüsündə gördüm. Əbdürrəhimbəy teatra xidmət etdikdə heç bir zaman özü üçün maddi məqsəd təqib etməmişdir. Ancaq xeyriyyə işləri üçün çalışmışdır. Bir yerə müvəqqəti də getmiş olsaydı, teatrı unutmazdı. 1909-cu ildə ona Aşqabadda rast gəldim. Qulluq üçün gəlmişdi. Gəncləri haman başına toplayıb “Firudini” məktəbinin faydasına olaraq bir spektakl düzəltdi. “Kimdir müqəssir”də Mahmud rolunu da mən öhdəmə götürmüşdüm. * * * Şəxslərin və hadisələrin tipləşməsi ŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir. Bizim ədiblər də həqiqi simalardan istifadə etmişlər və bəzən adlarını belə dəyişməmişlər. Mirzə Fətəli, deyirlər, Hacı Qaraya doğrudan rast gəlmiş və adını dəyişməyə hacət görməmişdir. Yenə eyni müəllifin çullu həkimi. Bu adam da Qarabağda məşhur imiş. Nəcəfbəyin “Qıdı kirvəsi” Daşaltı kəndindəndir, çocuqluğumda adını Şuşada çox eşitmişəm. Əbdürrəhimbəyin ağıçı Mələyi də həqiqi simadır. Ağıcı Mələk Qarabağ təziyələrində məşhur bir qadın idi. Gözəl səsi var idi. Ortaboy, qarayanız bir adam idi. Ağı deyərkən özü də ağlardı, ağlamaqdan kirpikləri tökülmüşdü. 1911-ci ildə bu qadına Aşqabadda rast gəldim. Xalq ədəbiyyatını gözəl bildiyi üçün bir gün onu bacımgilə qonaq çağırdım. Gəldi, lakin qələmi əlimdə görər-görməz duruxdu və bir söz demədi: adım “Molla Nəsrəddin”ə düşər deyə çəkindi. Dediklərini nə məqsədlə yazacağımı anlamaq istəmirdi. Əbdürrəhimbəyin “Haqq Mövcud”u da həqiqi simadır. Bu adamın əsil adı Molla Qurban idi. Lakin camaat arasında “Haqq Mövcud” adı ilə məşhur idi. Onun doğrudan da nüsxəbənd Məşədi Əkbərlə əlaqəsi olmuşdur. Lakin Əbdürrəhimbəyin hekayəsində söylədiyi kimi deyil. Əbdürrəhimbəy əslini yazsaydı, daha maraqlı və bədii olardı. Məsələ bundan ibarətdir: o vaxt Qarabağda kimyagərlik dəb bir məşğələ idi. Bəzi adamlar altun ixtirası yolunda bütün var-yoxunu sərf edirdi. Civəni butələrdə qaynadar və ona cürbəcür orqanik şeylər qataraq təcrübə edərdilər. Civənin təsirindən adətən, kimyagərlərin dişləri qaralar və gözlərinin qıyları qızarardı. Məşədi Əkbər də belə bir adam idi. “Haqq Mövcud” da kimya iksiri kimi əsrarəngiz bir adam idi. Şəhər qalasının bürcündə yaşar, xeyrə-şərə çıxmaz, ət əvəzinə bəzən qan bişirər yeyər, dini ayinlərə riayət etməzdi. Ölmüş bir çocuğu öz evinin qabağında basdırmış və üzərinə kurqan yapmışdı. Bu tuhaf geyimli (əynində ceyran dərisi, boynunda uzun təsbeh, əlində kəşgül), gözləri sürməli, axşam qaranlığında dilənməyə çıxan qoca Məşədi Əkbərin nəzərini özünə cəlb etməyə bilməzdi. Kimyagər iksir sirrini öyrənəcək deyə “Haqq Mövcud”u işə cəlb edir, çox pul xərcləyir və nəticədə bir şey əldə etməyərək, acığından tutub zorla “Haqq Mövcud”un saqqalını və bığlarını qırxdırır. “Haqq Mövcud” yox oldu. Bir müddət gözə görünmədiyi üçün Şuşada cürbəcür şayiələr yayılmağa başladı. Dedilər Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb, yağından iksir qayırmışdır. Axırda məlum oldu ki, “Haqq Mövcud” evdə oturub, saqqalının və bığlarının uzanmasını gözləyir... Deməli, yazıçı həqiqi simalardan istifadə etdiyi kimi, həqiqi hadisələrdən ə istifadə edir. Mirzə Fətəlinin “Kimyakər”indəki əhvalat doğrudan da Xaçmaz dağında vaqe olmuş bir işdir. Ancaq bunu dramaturq tipləşdirmişdir. Qoqolun “Revizor”u Puşkinin başına gəlmiş bir işdir. Puşkin Qoqola nağıl etmiş və Qoqol da bu həqiqi hadisə üzərində çar idarəsini təsvir edən bədii bir əsər yaratmışdır. Əbdürrəhimbəyin “Çeşmək”indəki vəqə olmuş işdir. Mahmudbəy adı ilə göstərdiyi tip də Şuşada advokatlıq etmiş Həsənəlibəydir. Onun zarafatları və anekdotları yazılsa, ayrıca bir kitab təşkil edər. Puşkin “Quldur qardaşlar” adlı poemasının ilhamını həqiqi bir hadisədən almışdır. 1823-cü ildə Odessadan şair Delviçə yazdığı məktubda məsələni izah edir: “Bu parçanı yazmağa həqiqi bir hadisə səbəb oldu. 1820-ci ildə Yekaterinslavda olduğum zaman bir-birinə zəncirlənmiş iki qaçaq, Dnepri keçib canlarını qurtarmışdılar...” Yazıçı həqiqi hadisəni alaraq, çox vaxt ona ictimai bir rəng gətirir və fabulasını zənginləşdirib, doğrudan da bədii bir əsər vücuda verir. Bu, təbii, qələmin qüvvətinə bağlıdır. Bəziləri isə hadisəni tipləşdirməyə qalxışarkən olmuş hadisənin belə maraqlı cəhətini pozur. Hadisəni tipləşdirməkdə ən böyük məharət Qoqolun qələmində idi. “Şinel”in tarixi bunu isbat edir. Annenkov xatirəsində yazır ki, yazıçıların bir dəstəsi Qoqolun mənzilinə toplanıb, vaxt keçirirdilər. Qoqol danışıqlara diqqətlə qulaq asarmış. “Bir gün, Annenkov deyir, Qoqolun yanında bir kanselyariya anekdotu söyləndi. Quş ovu məftunu fəqir bir çinovnik qulluğu xaricində ağır zəhmətlərə qatlaşaraq ifrat qənaət sayəsində iki yüz manat birikdirib, yaxşı bir lepaz tüfəngi almışdı. Ilk dəfə balaca qayığına minib Fin körfəzində ova getdikdə, qiymətli tüfəngini qayığın burun cəhətinə qoymuş imiş. Çinovnikin etirafına görə, o özünü tamamilə unutmuş halda imiş, bir də ayılaraq qayığın burnuna baxmış, tüfəngi orada görməmişdi. Sıx qamışlar arası ilə üzərkən tüfəng qamışa ilişib suya düşmüş və onu tapmaq mümkün olmamışdı. Çinovnik evə dönüb yatağa yıxılır və xəstələnir, bir daha qalxmır. Yoldaşları bu vəqədən xəbər tutub, pul toplayır və çinovnikə təzə bir tüfəng alır, onu həyatla barışdırırlar. Bu dəhşətli vəqəni xatırlarkən onun üzü sapsarı kəsilirdi”. Bu həqiqi hadisə Qoqola “Şinel”i yazmağı təlqin etdi. Lakin Qoqol hadisəni tipləşdirərək çar xırda məmurunun dəhşətli həyatını təsvir etmişdir. Kiçik hadisədən doğmuş bu bədii hekayə o qədər qiymətli sayılır ki, onu rus realizmi sahəsində atılmış ilk addım hesab edirlər. Aləmşümul Dostoyevski belə: “Biz hamımız “Şinel” dən çıxdıq” – demişdir. 1935 * * * İqtibas, təqlid və təsir İQTİBAS, TƏQLİD VƏ TƏSİR Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır. Ondan da əvvəl bu rəvayət xalq arasında məşhur idi. Mövzu almaq şərt deyil. O mövzunu dahi bir sənətkarlıqla yenidən qurmaq məsələni həll edir və bu mövzuya təkrar dönmək cəsarəti artıq görünməyir. Mövzu almanın ən bayağı şəkli iqtibasdır. Əli bəy Hüseynzadə “Əbdi qılafi məhfəzə”sini Çexovun “Qlaflı adam”ından almışdır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy”i Qoqolun “Kolyaska”sundan iqtibas etmişdir... Əli bəy və Məmmədquluzadə iqtibas etdikləri əsəri, şərq həyatına uydursalar belə, ədəbi qiyməti qalmayır. Bəzən yazıçı hadisəni, bəzən də ayrıca tipi iqtibas edir. Lermontov “Maskarad”ın hadisəsini Şekspirin “Otello”sundan alır. Ərəb əvəzinə qısqanc bir rus verir və intriqa vasitəsi olan dəsmalı bazubəndlə əvəz edir. Əsərin sonunda qadın öldürülür və əri də həqiqəti bilib peşiman olur, özünü öldürür. Bu əsəri Lermantov 20 yaşında olanda yazmış, ilk təcrübələrindən olduğu üçün təsirə qapıldığı təbiidir. Qriboyedov “Ağıldan bəla” adlı məşhur əsərinin qəhrəmanı Çatskini Müllerin “Mizantrop”undan almışdır. “Mizantrop”dakı Alsest Çatskinin eynidir. Alsest cəmiyyətdə kök salan, riya, ikiüzlük kimi sifətlərə qarşı qiyam edir. Hər kəsin qüsurunu üzünə söyləyir, yoldaşı Pıkiti və məşuqəsi Lilmenanı şiddətlə tənqid edir, nəzakətlə qarşılanan bir şairin eyiblərini açaraq istedadsızlığını meydana çıxarır. Çatski də böylə bir tipdir. Moskva cəmiyyətini tənqid topuna tutur. Bu iki tipin ikisi də həyatilikdən daha çox mücərəddir. Kəskin danışıq və inkardan başqa bir iş görməyirlər. Insan bunların müsbət və faydalı olmaqlarından belə şübhə edir. Qriboyedov baş tipi iqtibas etsə belə, əsərinin qiymətini azaltmayır: yüz il əvvəlki rus cəmiyyətini, onun qüsurlarını və oradakı təzadları ustadcasına təsvir etmişdir. Yaradıcılıq tarixində bir təsadüflik də var. On yeddinci əsrin əvvəllərində ingilis yazıçısı Ben Çens “Kimyagər” adlı bir pyes yazmışdır. Lakin bu kimyagərlə Mirzə Fətəlinin kimyagəri arasında heç bir əlaqə yoxdur. Molyer “Xəsis” komediyası yazmışdır. Mirzə Fətəlinin də “Mərdi-xəsis”i var. Zənnimcə, bunların da bir-biri ilə əlaqəsi yoxdur. Kimyagərlik bir zaman Qərbdə mod olduğu kimi, Şərqdə də olmuş, yazıçı onun yanından qeyd etmədən keçə bilməmişdir. Moyerin zamanında Fransada tücari kapital inkişaf etməkdə idi, bu dövr bizdə də Mirzə Fətəlinin vaxtına təsadüf edir. Kapitalın uyuşması meydana bir sıra xəsislər atır. Molyerin xəsis ilə Mirzə Fətəli xəsisinin ümumi xassələri var. Ikisi də pul toplayır, yeməyir, yedirtməyir, acgözlülük yolunda əzab çəkir. Lakin Molyerin Harpaqonu tam bir fransız, Hacı Qara da tam bir türk olaraq qalır. Harpaqon Hacı Qaraya nisbətən bir az “geniş gərdəli” xəsisdir; Qapısında neçə nökər və qulluqçusu, arabaçısı var, lakin onlar da Hacı Qaranın nökəri kimi ac və cır-cındır içində saxlanılır. C.Məmmədquluzadənin “Ölülər”i ilə Meterlinqin “Müqəddəs Antuanın möcüzəsi” adlı pyesi arasındakı yaxınlıq da təsadüfi olmalıdır. Çünki Məmmədquluzadənin Meterlinqlə aşna olmasına inana bilmərəm. “Müqəddəs Antuanın möcüsəsi” “ölü diriltmədən” ibarətdir. Qarımış bir qız ölür və bütün sərvətini yaxın əqrabalarına tərk edir. Xidmətçi qız Virzini belə unudulmayır; vəsiyyətnaməyə görə ona da 3300 frank ayrılır. Meyit dəfn olunmadan əvvəl baş varis Qustav böyük bir ziyafət verir. Yeyib, içib, keyf etdikləri zaman qapıya bir sərsəri gəlir, özünü müqəddəs Antuan adlandırıb, dindar Virzinin vasitəsilə içəri girir. “Ölünü diriltməyə gəlmişəm” – dedikdə birinci təşfişə düşən Vizini olur. “Bəs mənim 3300 frankım” deyə düşünür. Xanımını sevirsə də, dirilsə pulları geri alar deyə qorxur. “Ölülər” də bir az buna bənzəyir. Şeyx Nəsrullah ölüləri “diriltmək” istədikdə kərbəlayılar və hacılar təşvişə düşüb, bəziləri ölülərin dirilməsini istəmirlər. Çünki onlar dirilsə, çoxlarının faydasına toxunar. Müqəddəs Antuan möcüzəsi ilə Şeyx Nəsrulah möcüzəsinin birbirinə bənzəməsi təsadüfdür, zənnindəyəm, “Ölülər”də, daha doğrusu Qoqol və Ostrovskinin təsiri var, bu mühəqqəqdir. Hər şeydən əvvəl “Ölülər” “Revizor”u andırır. Xlestakovu şəhərdə həqiqi müfəttiş zənn edərək hər kəs onun önündə baş əyir, şəhər hakimi onu evinə qonaq gətirir, qadını və qızı ondan iltifatını əsirgəmirlər. Xlestakov və nökəri yeyib, içib, bir çox rüşvət aldıqdan sonra məsələnin həqiqi tərəfi meydana çıxır. Xlestakov qaçır, Şeyx Nəsrullah da min bir fırıldaq çevirirb, qızlarla keyf çəkdikdən sonra yox olur. Kefli Isgəndərə gəldikdə, buna bənzər tipə Ostrovskinin “Fəqirlik eyib deyil” adlı komediyasında rast gəlirik. Lyubim Qarpıç Torstov adlı bir tip atadan qalmış pulları Moskvada keyfə qoyub, axırda əyyaş və sərsəri olub küçələrə düşür. Zəngin qardaşına müraciət edirsə də, qardaşı onu rədd edir. Buna baxmayaraq bir gün qardaşının evinə gedir. Orada vaxtilə onu keyf yerlərinə çəkən və pulunun da bir hissəsini borc alıb verməyən fabrikant Qorşunova rast gəlir. Qardaşı gənc qızını qoca Qorşunova vermək istərmiş, qız da razı deyil, pirkeşik Mityanı sevir. Lyubin Qarpıç məsələni anlayır sərzənişə başlayır. Qorsunova keyf çəkdikləri zamanı deyil, Lyubimin dilənməsini qeyd edərək ona bir manat təklif edir. Lyubim “Köhnə borcunu, bir də qardaşım qızının əvəzində bir milyon üç yüz ver!” deyir. Qardaşı gəlib çıxır və Lyubimi evindən qovur. Lyubim deyir: “Qardaş, toxta, qovma! Elə bilirsən Lyubim bura məzəlilik eləməyə gəlmiş? Elə bilirsən Lyubim keflidir? Mən sizə tapmaca söyləməyə gəldim. (Qorşunova müraciət edərək) Eşşəyin qulaqları nə üçün uzundur? Di cavab verin görüm!” Lyubimin tapmacasını tapa bilməyirlər, özü açır: “Qulaqların uzunluğu onun eşşək olduğunu bildirmək üçündür. (Qardaşına) Bu da sənə məsələ; qızını kimə verirsən”. Lyubim Tartstovun kefli Isgəndər kimi uzun qəhqəhələrlə qarışıq lətifələri davam edir. Bütün qüsurları açır, uyğunsuz işlərə qarşı küfrlər yağdırır. Nəhayət, qızın qoca fabrikanta deyil, gənc bir kişiyə verilməsinə müvəffəq olur. Nazlını da atası Şeyxə vermək istəyir, Isgəndər razı olmur... Təsir ədəbiyyatda ən təbii bir şeydir. Bütün xalqlar bir-birinə ədəbi təsir yapmışdır. Lakin daima təsirdə qalan ədəbiyyat yüksəlməyib, əhəmiyyətini itirmişdir. Yalnız müstəqil ədəbiyyat inkişaf edərək dünya xəzinəsində özünə mövqe qazana bilmişdir. Başqa həyatın məhsulu olan bir ədəbiyyatı təqlid edərək onun əsiri olmaq heç bir zaman təsvib edilməmiş. Hələ iki min il əvvəl Roma şairi Horasius təqlidçilər haqqında demiş: “O imitatores servum pesus” – “Ey təqlidçilər, qusurusu!)”. Bu həqiqət həmişə baqidir. 1935 * * * Turgenevin yazı üsulu TURGENEVİN YAZI ÜSULU Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir. Ədəbi üsulundan bəhs edəcəyimiz Turgenevin arxivi dünya klassikləri arasında belə diqqətəlayiq bir yer tuta bilər. Müəllif yazı üsullarını tamamilə aydınlaşdıracaq bir çox materiallar qoyub getmişdir. Turgenevin yaradıcılıq metodu Balzak, ya Dostoyevskininkinə bənzəməz. Bunlar tələsiyir, qoşur, əsəri məcmuələrə, ya mətbəəyə yetirməyə can atırlar. Turgenev isə, Tolstoy kimi sakit, səbirli, mövzunu və tipləri ətraflı düşünən və əsərin üzərində diqqətlə işləyən bir yazıçıdır. Turgenev hər bir əsəri üçün plan düzür, tiplərin adını, familini, doğulduqları ili, əsərdəki yaşlarını qeyd edir. Hər bir tipin üzərində dayanır, onların tərcümeyi-halını və danışacaqları sözlərin qısa məzmununu verir. Əvvəlcə əsərin yekununu aydınlaşdırır və konspektini düzəldir, sonra fəsillərə ayırır. Bunlar bitdikdən sonra əsəri yazmağa başlayır. Əsər qurtarır, lakin məsələ bununla bitmir. Turgenev əsərinin iki-üç dəfə üzünü köçürür, hər dəfə də düzəldir, artırır, əskildir. Əsər çapdan çıxdıqda müəllif oxucuların rəyini dinləyir və kitabın ikinci təbində bəzən yeni dəyişikliklər törədir. Turgenev tiplərini həyatdan alır və bəzən planlarında zamanındakı həqiqi simaların adını qeyd edir. Deməli, müəllif tanıdığı canlı simaları nəzərdə tutur, onların xassələrini başqalarınınkı ilə tamamlayaraq tip yaradır. Turgenev ən əvvəl tiplərə əhəmiyyət verir. Bəzən uzun bir tip cədvəli düzəldir, onları aylarca, bəlkə illərcə başında gəzdirir, yeri gəldikcə əsərlərində işlədir. Tipin adının yazılması ilə tərcümeyi-halının düzəlməsi arasında bəzən uzun bir məsafə olur. Məsələn, “Xam torpaq” adlı romanındakı simalar 1870-ci ilin iyul ayında qeyd olunmuş, tərcümeyi-halları isə 1872-ci ilin fevral ayında yazılmışdır. Deməli, müəllif tiplərin üzərində on doqquz ay düşünmüşdür. Fabula və qəhrəmanların hərəkətə başlaması Turgenev üçün ən son məsələ hesab olunurdu. Əvvəl, o tipləri təfsilatı ilə öyrənir, sonra onlara mühit arayır, hadisə və vəqələri düzəldir, süjet inkişaf etməyə başlayır. Turgenevin Parisdəki əl yazılarını tədqiq edən professor Mazo deyir: “Turgenevin yaradıcılıq izlərini bulduğumuz kabinəsinə baxdıq, heç bir şeydən çəkinməyərək onun bütün kağızlarını qarışdırdıq, etüdlərini, qeydlərini tədqiq etdik. Bəzi qeydlər tez yazıldığı üçün zorla oxunur və mənası yalnız müəllifə bəllidir. Bu tədqiqlərdən Turgenevin ehtiyat etməsinə yer qalmazdı, çünki onu qızardacaq bir şey yoxdur. Burada biz nə görürük? Böyük bir enerji, ətraflı müşahidə və yaradıcılıq təmayülü. “Xam torpaq”ın başında: “Xam torpağı üzdəngetmə xışla deyil, dərin qazan kotanla çevirməlidir” – deyə qeyd etdiyi qədim sözlərə istinadən, müəllif də arasıkəsilməz dərin və metodik iş görmüşdür”. Turgenevi yalnız əsərin mündəricə və şəkil məsələsi maraqlandırmırdı, kağıza və qələmə də diqqət edərmiş. Türgenevin subay olduğu tərcümeyi-halından bəllidir. Həyatının son otuz ilini Polina Viardo adlı ərli bir qadınla sıx dostluqda keçirmişdir. Ədibin Polina ilə olan əlaqəsi də əl yazılarında iz buraxmışdır. “Ərəfə” adlı romanının ilk səhifəsində Polinainın əli ilə: “Sizə səadət gətirə bilsəm də!” – deyə fransızca yazılmışdır. 1865-79-cu illərin məhsulu olan üç böyük dəftərin cildlərində “S. P.” hərfləri qoyulmuşdur. Bu da Polinanın ilhamı təsirində deməkdir. Dəftərlərinin bir yerində fransızca: “Işlə” – deyə yenə, yəqin, eyni qadın əmr vermişdir. Yenə ayrı bir yazısının kənarında bir ulduz şəkli çəkilmişdir. Bunun yanında Turgenev öz əli ilə yazır: “Parisdə Rivoli küçəsində 210-cu evdə axşam, 1862-ci il oktyabrın 25-də bu şəkli mənim otağımda P... çəkmişdir”. Professor Mazonun tədqiqi sayəsində bu məlumat Turgenevin öz sənətinə bəslədiyi böyük eşq və marağı göstərir. Böyük ədibin bu sifətləri örnək olmağa layiq deyilmi? 1935 * * * Çexov, Qorki və L.Tolstoy ÇEXOV, QORKİ VƏ L.TOLSTOY 1898-ci ildə M.Qorkinin hekayələrinin ilk iki cildi çapdan çıxmışdı. Çexov bu hekayələrlə tanış olar-olmaz Qorkinin “şübhəsiz bir talant” olduğunu qeyd edir. Yazdığı bir sıra məktubda gənc yazıçıya olan münasibətini belə göstərir: “Stepdə” örnək olacaq bir surətdə yazılmışdır. Bu anac bir şeydir. Qorkinin özü də bədiiyyatçılar qayrılan xəmirdən yoğrulmuşdur”. Çexov bir ayrı məktubunda Qorki haqqında peyğəmbəri sözlər deyir: “Qorkidən böyük yazıçı olacaq”. Qorkinin özünə yazdığı məktubunda onun əsas xassələrini belə xarakterizə edir: “Həqiqi talantınız var, şübhəsiz ki, böyük talantdır. Siz bədii yazansınız, praktikanız var, deməli bir şeyi təsvir etdikdə onu görüb əlinizlə əlləşdirirsiniz, həqiqi sənətiniz var. Bu yaxşı əsaslarınız “Stepdə” və “Solda”dır. Bunlar gözəl və örnək ola biləcək şeylərdir. Bunlarda yaxşı məktəb keçmiş bədii yazıçı görünür”. Çexov onda Qorkini yaxından tanımırdı, onun “yaxşı məktəb” keçmiş olduğunu zənn edirdi. Halbuki Qorki bütün təhsilini həyatdan almışdır. Çox gəzmiş, müşahidə etmiş, cürbəcür insanlarla görüşmüş və bol-bol mütaliə etmişdir. Çexovun məktubları da ona ədəbi bir dərs olmuşdur. Çexov Qorkinin təbiət təsvirlərini uzun hesab edirdi. Onların bir az qısa və yığcam olmasını məsləhət görürdü. Təbiəti təsvir edərkən ona canlı insan xassələri verməyi antropomorfizm (məsələn: “Dəniz nəfəs alır”, “Göy baxır”, “Göl cilvələnir”, “Dəniz gülürdü”) təsvirə yeknəsəqlik, ifrat şirinlik və tutqunluq bəxş edir – deyirdi. Bunlara baxmayaraq, Çexov Qorkiyə böyük qiymət verirdi və ilk görüşdən sonra aralarında səmimi bir dostluq vücuda gəlmişdi. Qorkini dramaturgiyaya sövq edən də Çexov olmuşdur. Qorki “Meşşanlar” və “Cəmiyyətin dibində” pyeslərini yazdı. Çexov 1900-cü ilin iyul ayında yazdığı məktubda: – Pyes yazdınızmı? – deyə soruşur və onu təşviq edir: “Yazın, yazın, yazın, adi və sadəcə olsun, yazın, əhsən sizə. Vəd etdiyiniz kimi mənə göndərin, oxuyub öz rəyimi açıqdan-açığa bildirərəm və səhnəyə yaraşmayan sözlərin altından qarandaşla cızıq çəkərəm”. Həmin il sentyabrın 8-də Qorkinin pyes başladığını qəzetlərdə oxuyan Çexov məktub yazıb işi yarımçıq buraxmamasını təkidən söyləyir: “Müvəffəqiyyət qazanmasanız eybi yoxdur, müvəffəqiyyətsizlik tez unudulur, əksinə olaraq müvəffəqiyyət az da olsa, teatra böyük fayda verə bilər”. 1901-ci il oktyabrın 22-də Çexov “Meşşanlar” haqqındakı fikirlərini Qorkiyə uzun bir məktub vasitəsilə bildirir: Pyes çox gözəl yazılmışdır. Qorkicəsinə orijinal və maraqlıdır. Lakin pyesdəki əsas nöqsan budur ki, Qorki yeni və orijinal adamlara zahiri, köhnəlmiş notlardan yeni nəğmələr oxutdurur. Qorkinin pyesdə iştirak edən adamları nəsihət edirlər. Bu qüsur qızartdaq adamların qızartdaq tükləri kimi düzələsi deyildir. Çexov bu qüsuru şəklin konservatizmi ilə izah edir. Çexov pyesdə bəzi dəyişikliklər edilməsini tövsiyə edir, halbuki bu göstərişlər Çexovun öz yazdığı janrlar üçün daha faydalıdır. “Cəmiyyətin dibində” əsərini Çexov “yeni və şübhəsiz yaxşı pyes” sanırdı. Lakin pyes qəmli və ağır intiba bağışlayır, bunlara alışmamış tamaşaçılar teatrı tərk edəcəklər – deyə Çexov bir ümumi nəticə çıxarır və deyir: Pyesdən sonra Qorki optimist adı ilə vidalaşa bilər. Qorki də Çexovun yaradıcılığına heyran idi. Qorkiyə görə “Çexov xırda şeylərin faciəsini aydın və inçə bir surətdə anlayırdı. Meşşan həyatının qüssəli və hərc-mərc bayağılığını, eyibli və darıxdırıcı şəklini doğru və amansız bir şəkildə təsvir edirdi”. Qorki yenə yazır: Çexov “bütün ömrü uzunu bayağılıqla mübarizə etdi, ilk nəzərdə yaxşı qurulmuş, rahat və parlaq görünən şeylərdə belə bayağılıq taparaq ehtirassız və kəskin qələmi ilə onu təsvir edir, ona gülürdü. Çexovun xırda hekayələri insanda yuxulu və yarımcan həyata qarşı ikrah hissi oyadır”. Qorki Çexovun başlıca xidmətini bunda görür. 1901-ci ilin payızında L. Tolstoy xəstələnərək Krıma gəlmişdi, burada istirahət edirdi. Tolstoyun xəstəliyi Çexo0vu çox həyəcana gətirmişdi. O deyirdi: “Tolstoy ölsə, mənim həyatımda böyük bir boşluq əmələ gələr”. Şübhəsiz ki, Çexov bir zaman Tolstoyun fəlsəfəsi təsirinə uymuşdu. Səksəninci illərdə yazdığı hekayələrdə Tolstoyun fənalığa qarşı müqavimət göstərməmək, sadələşmək, öz şəxsini ikmal etmək kimi fikirləri əks etdirilmişdir. Çexovun özünün də etirafına görə o yeddi il Tolstoyun təsirində bulunmuşdur. 90-cı illərdə Tolstoy fəlsəfəsindən uzaqlaşır. Çexov yazır: “Mənim damarlarımda mujik qanı axır. Məni mujik mərhəməti ilə heyrətləndirmək olar. Mən çocuqluğumdan tərəqqiyə inandım və inanmaya da bilməzdim... Indi dərunim də bir şeyi etiraf edir, məndəki hesabçılıq və ədalət deyir ki, insana qarşı elektrik və buxarda olan eşq, pəhrizkarlıq və ət yeməməzlikdən daha çoxdur”. Çexovun bu son sətri Tolstoy fəlsəfəsindən ayrıldığını aydın bir surətdə göstərir. Çexov Tolstoyun bədii əsərlərində özünə məftunluq hiss edirdi. Eyni zamanda Tolstoyun bilmədiyi məsələlər haqqında mülahizələr yürütməsindən dilgir idi. Şair Pleşşeyevə yazdığı bir məktubda (1890-cı il) deyir ki, Tolstoy bir sıra bioloji və fiziki hadisələrdən bəhs etməklə öz avamlığını göstərir. Uzun ömrü müddətində bu adam zəhmət çəkib, mütəxəssislər tərəfindən yazılmış bir-iki kitab belə oxumamışdır... Tolstoy Çexovun istər adamlığını və istərsə yazıçılığını çox bəyənirdi. Tolstoy deyirdi: “Çexov həqiqətən bədii bir yazıçıdır, ancaq pyeslərdən başqa, pyes onun işi deyil. Çexovun əsərlərini dəfələrlə oxumaq olar. Çexov nəsrin Puşkinidir”. Tolstoya görə Çexov həyatda gördüyünü alırdı və aldıqda da o qədər aydın və bədii təsvir edirdi ki, son nöqtəsinə qədər anlaşılırdı. “Başlıca olaraq o səmimi idi, bu yazıçı üçün böyük bir ləyaqətdir. Səmimiliyi sayəsində də Çexov, yeni bir dünya üçün tamamilə yeni bir yazı şəkli yaratdı. Bu yazı şəklinə mən heç yerdə rast gəlməmişəm”. Qorki xatirələrində Tolstoyun Çexova olan münasibətini belə təsvir edir: “Tolstoy Çexovu ata kimi sevir. Bu sevgidə yaradıçı iftixarı duyulur. Çexovu Lev Nikolayeviç sevirdi və həmişə ona baxarkən nəfis baxışı ilə sanki onun üzünü oxşayırdı”. 1902-ci ildə Qorki fəxri akademik seçilmişdi. Bu seçki “yüksək dairələrdə” həyəcana səbəb oldu. Məsələ Ikinci Nikolaya “ərz” olundu. Təbiidir ki, Qorkinin akademiyadan çıxarılması məsələsi meydana atıldı. Akademiklər məsələni köləcəsinə sükutla qarşıladılar. Yalnız ədib Korolenko ilə Çexov bu hərəkətə qarşı etiraz edərək akademiklikdən istefa verdilər. 1935 * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.