Gəraylılar Çoban Əfqan (1866–1924) Ayrıldım Müjdə deyin düişənlərə, Bu gün mən yardan ayrıldım. Öz ömrümün inçisindən, Dönlətdəi, vardan ayrıldım. Sellər kimi coşub daşdım, Hündür qayalardan aşdım, Öpdüm, qucdum, halallaşdım, Sinəsi qardan ayrıldım. Əfqan kəsdi gümanını, Haqq eləsin divanını, O satdı, öz imanını, Bietibardan ayrıldım. * * * Belə olmaz Ay ağalar, ay qazılar, Belə olmaz, belə olmaz! El malına tamarzılar, Belə olmaz, belə olmaz! Aləmə saldınız azar, Can alırsız, açıq-aşkar, Xalqı soyur qaraullar, Belə olmaz, belə olmaz! Kimisi cəlladtək qəsdə, Kimisi də kəmərbəstə, Döymə oğlu, ata üstə, Belə olmaz, belə olmaz! Yorqanı yox bürünməyə, Qörxur gözə görünməyə, Öyrənmişik sürünməyə, Belə olmaz, belə olmaz! İnsaflı ol, a hökmüdar, Çox da qolda qüvvətin var, Çoban Əfqan dözməz, ağlar. Belə olmaz, belə olmaz! * * * Get, səni gözüm görməsin Heyf mənim zəhmətimə, Get, səni gözüm görməsin. Sən nadanı adam sandım, Get səni gözüm görməsin. Öz yarından gen qaçansan, Əğyarlarla canhacansan, Var-dövlətə aldanansan, Get, səni gözüm görməsin. Əfqan eylər cənə nifrət, Görən bundan alsın ibrət. Sevdiyin də varmış xəlvət, Get, səni gözüm görməsim. * * * Gördük Məlum olsun əzizlərə, Bu yay günü nələr gördük. Kəndi soyan qaravullar, Şıllaq vurub gülər gördük. Haqqı-hesabı dandılar, Bilmədilər nə qandılar. El varıyla dolandılar, Qurtdan çoban olar gördük. Alsöyün! Əziz kimsənə, Duamız var hər vaxt sənə. İyidlikdə Kəsəmənə, Biz səni tək gələr gördük. Çoban Əfqan yazı bilməz, Riyakarlıq düzü, bilməz. Şair gizli sözü bilməz, Məclislərdə çalar gördük. * * * Katdalar Aman haramı katdalar, İnsafı görün arada. Nizam-tərəzi haqqıdır Nə deyərsiniz orada. Orada haqqı divan var, Pünhan işləri görən var. Peyğəmbər sirli-sübhan var, Sizi çəkərlər dara da. İstəmirik o məhmanı Dağıldı xalqın tifaqı. Çağırıram ər-rəhmanı, Özü otursun burada. Əzəl dünyanı yeyənlər Dünyada mənim deyənlər. Yüzlüklərə söyünənlər Bədsifət gedər gora da. Çoban Əfqan bu əhvalın Gör necə pozulur halın. Dağıdarlar öyün, malın Həsrət qoyarlar şora da. * * * Xoş gəlmisən Bu xoş gündə qədəm basıb Yarım, bizə xoş gəlmisən. Yenə məni yada salıb, Yarım, bizə xoş gəlmisən. Sıxıbsan nazik belini, Aç görüm cığa telini, Danış öpüm qoy dilini, Yarım, bizə xoş gəlmisən. Gül əkdim ellər bağında, Aşiqəm yar sorağımda, Ömrümün bu son çağında Yarım, bizə xoş gəlmisən * * * Kitabxana.az · https://kitabxana.az/collections/coban-efqan-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1924). Public domain (author died 1924). Original text only.