Azərbaycan dilində divan Məhəmməd Füzuli (1494–1556) Həmdi-bihədd Həmdi-bihədd, ol mütəkəllimi-nütqafərinə ki, səfineyi-ümmidi-sükkani-bihari-bühuri-nəzmi təməvvüci-istiğraqi – “vəşşuərau yəttəbiuhum-ul-ğavun” . müstəğrəqi-girdabi-hirman etmişkən, silsileyi-istisnai-“illəl-ləzinə amənu”. bıraqub, şüərayi-islami səhihü salim sahili-nəcatə çəkmiş və sıpasi-biqiyas ol nazimi-asimanü zəminə ki, bəsməleyi-nəzmin əfsəri-fərqi-fürqan edüb, məzrəeyi-qülubi-əhli-irfanə nihali-məvəddəti-kəlami-mövzun dikmiş. Qit’ə Zəhi sane’ ki, lövhi-canə kilki-hüsni-tovfiqi, Əzəldən iqtizayi-nəzmi-canpərvər rəqəm qılmış. Kəmali-şe’r kəsbi mümkin olmaz olmadın andən, Ana minnət ki, təb’i-nəzm lütf etmiş, kərəm qılmış. Farsi Mobdə’i kəz xame-ye toufiq-e u darəd rəqəm, Səfhe-ye edrak-e ərbab-e soxən nəqş-e xəyal. Təb’-e movzun əz əlamətha-ye lotf-e xas-e ust, Nist çun elm-e degər məqdur-e kəsb-e in kəmal.. Ərəbi Nusəbbihu mən ehdiyən-nufusə iləl-məna Və qəddərə əşkaləl-umuri və həlluha. Nuqəddisu mən lovla i’anətə fəzlihi, Lima “əlləməl-əsmaə Adəmə kulləha”.. . Və dürudi-namə’dud ol müxatəbi-kəlami-mö’ciznizamə ki, fünuni-şe’ri məzmuni – “və ma əlləmnahuş-şi’rə”. mərdudi-təbaye’ qılmış ikən lisani-hikmətbəyani “innə minəş-şi’ri”. təqriri-dilpəzirilə məqbuli-qülubi-əhli-hal etmiş. Və sənayi-biriya ol qafiyeyi-nəzmi-ənbiyayə ki, ədəmi-iltifatlərilə rütbeyi-şe’r payeyi-ihanətdə qalmış ikən, səadəti-intisabi-şəriflərilə filcümlə dərəceyi-e’tibarə yetmiş. Qit’ə Ol düri-dürci-“ənə əfsəh”. ki, hikmət dayəsi Şe’r şəhdilə ləbi-canpərvərin tər qılmamış. Şe’r bir zivərdir, əmma biz kibi naqislərə, Ol ki, kamildir, anı möhtaci-zivər qılmamış. Farsi Əhməd-e morsəl, anke dər aləm Hərçe başəd tofeyl-e xelqət-e ust, Rotbe-ye şe’r həm əz ust bolənd, Məhək-e couhər-e nobovvət-e ust. Ərəbi Usni əla xeyril-ənami Muhəmmədin, Kəşəfəd-duca bi-ziyai-bədri cəmalihi. Bisənaihi rufiət mədaricu qədrina Xəssət təhiyyətuna əleyhi və alihi. Əmma bə’d raqimi-təsvidati-səhayifi-üsyan, Füzuliyi-natəvan bu tərz ilə bəyani-hal və bu nəhc ilə şərhi-mafilbal edər ki, çün zövrəqi-vücudim badbani-təbiət birlə dəryayi-sahili-idrakü ehsasə yetdi və təhriki-həvavü həvəs birlə atəşi-səbvət işti’al bulub, hərarəti canü cananə tə’sir etdi və rayizi-iqtizayi-kəmali-mə’nəvi inani-tövsəni-iqbalimi canibi-iktisabi-adabə mün’ətif qılub və afitabi-hikmət cövhəri-təb’imə əsəri-təhsili-mə’arif salıb, rəğbəti-kəsbi-ədəb qıldıqda və güli-bəxtim kəsbi-hünər həvasilə açıldıqda, mə’dəni-cəvahiri-iktisabi-kəmalim bir dəbistani-cənnətnişan idi ki, səhni-lətifi süfufi-ğilman ilə xüldi-bərindən xəbər verürdi və mətale’i-əxtəri-hüsuli-iqbalim bir məktəbi-mühəzzəb idi ki, fəzayi-şərifi sərvqəd sənəmlər birlə canə cinan müjdəsin yetürürdi. Qit’ə Səhn-e lətif o dər vey xuban neşəste səf-səf, Didareşan mobarək həmçun sotur-e moshəf. Xorşidlovh çun məh hər yek nehadə dər piş, Bərg-e ketab çun qol hər yek gerefte dər kəf.. Əmma hənuz ol növrəslərə nəzakəti-təb’dən tabi-ikti-sabi-dəqayiqi-ülum və taqəti-məşəqqəti-tə’limi-həqayiqi-hüdudü rüsum olmamağın məhfili-behişt asalərində həmişə əş’ari-aşiqanədən qeyri nəsnə oqunmazdı və mütaliə etdükləri ovraqdə cigərsuz qəzəllərdən qeyri bir xətt bulunmazdı. Beyt Şe’r bir mə’şuqdür, hüsni-ibarət zivəri, Canü dildən nazənin məhbublər aşiqləri. Ol taifeyi-girami müdaviməti-sənaye’i-əş’arlə və müvazibəti-lətaifi-göftar ilə həm hüsn halatindən vüquf bulmuşlardı və həm eşq kəmalatindən xəbərdar olmuşlardı. Qit’ə Ey xoş ol kim təb’i-mövzunilə bəhsi-şe’r edüb, Xubrulər vaqifi-məzmuni-əş’ar olalar. Demədən fəhm edələr keyfiyyəti-əsrari-eşq, Aşiqi-biçarə halindən xəbərdar olalar. Bən ki, səhifeyi-cibillətimdə ruzi-əzəldən kilki-qəzadən məhəbbəti-nəzm rəqəm qılmışdı və hədiqeyi-xilqətimdə bidayəti-fitrətdən tüxmi-məvəddət və mövzuniyyət əkilmişdi, ol məcməin sihabi-imtizacindən nihali-təb’iətim nəm çəküb, izhari-əzhari-iste’dadi-nəzm etdi. Və ol məhfilin həvayi-ixtilatindən sərsəbz olub, məzrəeyi-mizacimdə güli-məzaqi-şe’r bitdi. Qit’ə Şahidi-nəzm sərapərdeyi-qüvvətdə ikən, Qıldı ol nəzmi görüb, fe’l fəzasinə xuram. Qönçələr könlünü açmağə lətayif birlə, Bülbülə verdi səba rüxsəti-təqriri-kəlam. Lacərəm, əndəlibi-şeyda kibi sərməst oldum və ol güllərə qarşı tərənnüm etməgə iste’dadi-fitrətdən rüxsət buldum. Üfüqi-təb’imdə hilali-mövzuniyyət tülu’ edüb, ol xurşidvəşlərdən iqtibasi-nuri-şövq etməgin gün-gündən bir ğayətdə mütəzaid oldu ki, az müddətdə əşi’eyi-ənvari-nəzmimlə çox şəhərlər doldu. Beyt Seyti-fəsahət ilə sözüm dutdu aləmi, Mən məhdi-e’tibardə tifli-zəbun hənuz, Buyi-xoşimlə oldu müəttər dimağlər, Mən nafeyi-vücuddə bir qətrə xun hənuz. Zəman-zəman sevdayi-şe’r sair əf’alimə qalib düşüb və güruh-güruh leylivəşan Məcnun kibi istimai-şe’r üçün başimə üşüb, şairliğim müqərrər oldu. Və avazeyi-nəzmim ilə aləmlər doldu. Beyt Təbiət şöhreyi-şəhr olmağa meyli-təmam etdi, Nə pünhan eyləyim, sevda bəni rüsvayi-am etdi. Bu halə müqarin, məşşateyi-himmət rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-məarifdən xali, minəsseyi-dəhrdə cilvə qıla və sərrafi-iste’dadi-ülüvvi-rif’ət riza vermədi ki, rişteyi-silki-şe’rim cəvahiri-elmdən ari gərdənbəndi-aləm ola. Zira ki, elmsiz şe’r əsassız divar olur və əsassız divar ğayətdə bie’tibar olur. Payeyi-şe’rimi hilyeyi-elmdən müərra mucibi-ihanət bilüb və elmsiz şe’rdən qalibi-biruh kibi tənəffür qılub, bir müddət nəqdi-həyatim sərfi-iktisabi-fünuni-ülumi-əqli və nəqli və hasili-ömrüm bəzli-iqtinayi-fəvaidi-hikəmi və həndəsi qılmağın. mürur ilə ləaliyi-əsnafi-hünərdən şahidi-nəzmimə pirayələr mürəttəb qıldım və tədric ilə tətəbbü’i-təfasir və əhadis edüb fəziləti-şe’rə məzəmmət isnadi-töhmət olduğunun həqiqətin bildim. Qit’ə Şe’r zövqindən olmayan vaqif Əhli-nəzmi məzəmmət eyləməsün. Kəndi cəhlinə e’tiraf etsün, Hər kəramatə sehr söyləməsün. Əlqissə, əsbabi-ixtirai-fünuni-nəzm cəm’ olub müqtəza zühuri-asar olduğu zəmanlarda ki, hər dəm dəsti-qüdrətim, müxtərəati-məsnuədən gərdəni-kainatə bir həmayil asar idi və hər saət səyyahi-təbiətim hədaiqi-müəlləfati-bədiədən bir gülistanə qədəm basardı. Bir gün bir nigari-mişkinxətt ki, daneyi-xalinə mişki-Çin demək xəta idi və zülfi rəşkindən nafeyi-tatarın ruzgarı qəra idi, sərvi-naz kibi xüraman-xüraman mən üftadəsinə sayeyi-mər¬həmət saldı və şirin-şirin kəlimatlər ilə xatirim sorub, könlüm aldı. Əsnayi-mühavirət və hiyni-müsahibətdə dedi ki: – Ey şükufeyi-bustani-fəsahət və ey səbzeyi-novbəhari-hüsni-ibarət, lillahil-həmd iradeyi-tovfiqi-sübhani və mənşəi-tə’yidi-rəbbani məmaliki-fünuni-nəzmü nəsr təsxirin sana müyəssər etmişdir və növbəti-riyasəti-əqalimi tədriclə sana yetmişdir. Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə kamillər çoxdur, əmma sən kibi cəmii-lsanə qadir, came’i-cəmii-fünuni-nəzmü nəsr yoqdur. Hala ki, miftahi-zəbanin ruyi-ruzgarə əbvabi-feyz açmaqdadır və qəvvasi-təb’in xasü amə dəryayi-fəsahətdən cəvahir çıqarub saçmaqdadır. Əhaliyi-aləmdən bə’zi ləaliyi-münşəat və müəmmayanındən bəhreyi-feyz almışlar və bə’zi məsnəvi qəsaidindən təməttö’ bulmuşlar və bə’zi farsi qəzəllərin zövqinə yetmişlər. Haşa ki, türkzadə məhbublər feyzi-nəzmindən bəhrəmənd olmayalar və taifeyi-ətrak sahibfəraqları bustani-kəlamində şükufeyi-divani-qəzəl bulmayalar. Bu səbəbdən tərhi-binayi-camein qabili-qüsur ola və bu vasitədən bünyeyi-istid’ayi-kəmalin rəxnə bula. Qit’ə Qəzəldür səfabəxşi-əhli-nəzər, Qəzəldür güli-bustani-hünər. Qəzali-qəzəl seydi asan degil, Qəzəl münkiri əhli-irfan degil. Qəzəl bildürir şairin qüdrətin, Qəzəl arturur nazimin şöhrətin. Könül, gərçi əş’arə çoq rəsm var, Qəzəl rəsmin et cümlədən ixtiyar Ki, hər məhfilin zinətidir qəzəl, Xirədməndlər sən’ətidir qəzəl. Qəzəl de ki, məşhuri-dövran ola, Oqumaq da, yazmaq da asan ola. Əlhəq bu kəlimati-dilpəziri ki, ol binəzirdən eşitdim, məzmuni-kəlamin məhz nəsihət görüb, icabi-iltimasinə iqdam etdüm. Əmma iqtizayi-zəman kəmali-istiğna rüxsət vermədi ki, sərrafi-xirəd, nəqdi-ovqatı sərfi-təsanifi-mö’təbər etməkdə ikən, bu cüzviyyatə zaye’ edə. Və şəhbazi-təbiət müəzzəm seydləri gözədirkən, bu müxtəsər şikar ardınca gedə. Naçar məhmili-e’tibarimdə bu ilavə lazımdır deyü, zəmani-tüfuliyyətimdə sadir olub, mütəfərriq olan qəzəllərdən bir müxtəsər divan cəm’ etmək səlahin gördüm. Və ol vəqtdə məndən iltimasla alanlardan iltimasla alıb surəti-cəm’iyyəti ixtisar üzrə itmamə yetürdim. Ümmid ki, ər¬ba¬bi-fəsahət və əshabi-bəlağət müşahidə və mütaliə qıldıqda, mənşə’ və mövlidim İraqi-Ərəb olub, təmamiyi-ömrdə ğeyr məmləkətlərə səyahət qılmadığımdan vaqif olduqda, bu illəti mucibi-süquti-e’tibar bilməyələr. Və məhəllü məqamimə görə, rütbeyi-iste’dadimə həqarət ilə nəzər qılmayalar. Zira e’tibari-vətən iste’dadi-zatə tə’sir etməz və topraqda yatmaq ilə tiladən cila getməz. Nə əhli-bilad olmaqla nadan sahibi-qəbul olur və nə biyabanlarda durmaqla dana qəbuli-vəhşət qılur. Məsnəvi Əgər omrha mərdom-e bədsereşt, Bovəd həmdəm-e huriyan dərbeheşt. Dər an məhfel-e porsəfa ruz o şəb, Ze Cibril xanəd fonun-e ədəb. Be an e’teqadəm ke, əncam-e kar, Nəgərdəd əz u coz bədi aşkar. Və gər salha gouhər-e tabnak, Fetəd xar o biqədr bər ru-ye xak, Bər anəm ke, kəmtər neşinəd ğobar, Ze xakəş bər ayine-ye e’tebar. Ço əz xak xizəd, həman gouhərəst, Şəhanra bərazənde-ye əfsərəst.. Təvəqqö’ budur ümumən əhaliyi-izzü e’tibardən, xüsusən büləğayi-Rum və füsəhayi-tatardən ki, əgər şahidi-hüsni-ibarətimdə ol diyarın əlfazü ibarətlərindən zivər olmasa və müxəddəreyi-nəzmim ol mülklərin lətaifü zərbülməsəllərindən zinət bulmasa, mə’zur buyuralar. Zira hər mülkün əhlinə ariyətdən ar gəlür və hər taifədən hər kim var isə tətəbbö’i-əğyari mucibi-ğeyrət bilür bu diyarın istilahatı qeyrə məqdur olmamaq üzrxahımız yetər. Bihudə təərrüzdən nə bitər. Lillahil-həmd vəl-minnə xaki-Kərbəla sair məmalik cəvahirindən əşrəf olduğu mə’lumdur və rütbeyi-şe’rimi hər yerdə bülənd edən həqiqət də bu məfhumdur. İlahi! Bu məhəbbətnameyi-nami və bu fərzəndi-dil-bəndi-girami ki, zadeyi-təb’i-füsunsaz və nəticeyi-idraki-sehrpədazımdır, əmtiəyi-əczü niyaz və bədriqeyi-suzü güdaz birlə əziməti-qürbət etdi. Və cəvahiri-mə’ni verib, əqmişeyi-təhsin almağa fəzayi-aləmə məhmili-ticarət yüritdi. Nitəkim, tovfiqi-inayət həmrah edüb məziqi-ədəmdən nüzhətgahi-vücudə gətürdin və tə’yidi-mərhəmət müavin edüb, vadiyi-qeybdən badiyeyi-şühudə yetürdin, nə diyarə getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və müşahideyi-lətifin xücəstə və hümayun edə-sən. İlahi! Bu məhbubi-zibanı və şahidi-rə’nanı ki, məşşateyi-lütfün rüxsa¬ri¬nə zinət vermişdir və hilyeyi-tovfiqin pirayeyi-hüs¬nün rütbeyi-kəmalə ye¬türmişdir, ümumən cəmi’i-əhli-fəsaddən, xü¬susən üç taifeyi-bəd-nihaddən hisni-himayətində məhrusü məsun edəsən. Biri ol katibi-naqabil və mümliyi-cahil ki, xameyi-müxaliftəhriri tişeyi-bünyani-məarifdir və kilki-küdurəttə’siri me’mari-binayi-zəxarifdir. Gah bir ləfz ilə məhəbbəti möhnət göstərər. və gah bir nöqtə ilə ne’məti niqmət. oqudar. Ərəbi Təbbət yəda katibin lov lahu ma xəribət, Mə’murətun ussisət bil-qələmi vəl-ədəbi. Ərdət minəl-xəmri fil-ifsadi nusxətuhu Təstəzhirul-eybə təğyirən minəl-’inəbi.. Qit’ə Qələm olsun əli ol katibi-bədtəhririn Ki, fəsadi-rəqəmi suzimizi şur eylər.. Gah bir hərf süqutilə qılur nasiri nar, Gah bir nöqtə qüsurilə gözün kur eylər.. Farsi Bad sərgəşte besan-e qələm an bisər o pa, Ke bovəd tişe-ye bonyad-e məaref qələməş. Zinət-e surət-e ləfzəst xətəş, leyk çe sud, Pərde-ye şahed-e mə’nist səvad-e rəqəməş.. Biri ol naqisi-bədsəvad ki, təb’i-namövzunilə məcalisü məhafildə istid’ayi-iste’dad qılub şe’r oqıduqca, nəzmdən nəsri seçilməyə və ədayi-süstlə şahidi-mə’ni cəmalindan niqab açıl¬maya. Ərəbi Kəllə[mə]t lisanən səqimən min təsərrufihi, Və sarət ləali ’uqudin-nəzmi mənşura. Ə’ril-qəzaya ənil-əşbah məntiquhu Təsrifuhu qəlləbəl-məzmumə məksura.. Farsi Boride bad zəbani ke, dər fəza-ye soxən, Əzu məbani-ye əfkar monhədem gərdəd. Ze enqelab o təsarif-e ləhce-ye bəd-e u, Vocud-e hosn-e ebarat mon’ədem gərdəd.. Türki Binəsib olsun nə’imi-xülddən ol zişt kim, Namülayim ləhcəsi mövzuni namövzun edər. Tişeyi-ləfzi binayi-nəzmi viran eyləyüb, Süst göftari fəsahət əhlini məğbun edər. Biri ol hasidi-xətapişə və mü’anidi-cəfaəndişə ki, təb’i-namövzunilə də’vayi-şe’r edə, əmma dəqaiqi-əş’arə sahibi-şüur olmaya və idraki-rəkiklə lafi-nəzm ura, əmma həqaiqi-göftarə rahi-təsərrüf bulmaya. Lacərəm, həsəd dideyi-insafın kur edüb idrakinə e’timad edən cahillər hüzurində bihudə-bihudə tə’ərrüzlər edə və hərzə-hərzə dəxllər eyləyə, ta şe’rdən zövqi-istima’ gedə. Ərəbi Məasimu hussadil-kəlami ə’zimətun, Mə’sərətuhum məhzəz-zəlaləti fil-məla. Təzyi’u mura’atis-sənaye’i beynəhum, Təsəddudu minhacəl-vusili iləl-’ula.. Farsi Ah əz an badiyepeyma-ye biyaban-e həsəd, Ke, nədarəd del-e zolmaniyəş əz erfan nur. Çun ənakeb be do beyti ke, behəm mibafəd, Xişra dide beh əz bani-ye beytol-mə’mur. Eyb başəd həme ca mətrəh-e mədd-e nəzərəş, Gərdəd əz gərd-e həsəd dide-ye ensafəş kur.. Türki Xəzandır gülşəni-irfanə hasid İlahi, hasidi xar eylə daim. İşidir mə’rifət əhlinə azar, İlahi, hasidi zar eylə daim. Rəhməti-İyzəd ol həlalzadeyi-pake’tiqadə ki, bu növrəs şahidlərə müşahidə qıldıqca ə’lasının hilyeyi-təhsinlə cəmali-kəmalinə zinət yetürə və ədnasının şaneyi-mürüvvət birlə zülfi-xətasından iqdi-üyubin çıxarub, ayineyi-qüdrətdən seyqəl ehsanilə nöqsan ğübarin götürə. Vallahu müstəan, təmam şud dibaçeyi-divani-Füzuli fi yovmis-salis şəhri mühərrəmül-həram min şühuri sənəti səb’ə və səb’inə və tis’əmiəti. Allahın yardımı ilə, Füzuli divanının dibaçəsi doqquz yüz yetmiş yeddinci (977) ilin mə¬hər¬rə¬mül-həram ayının üçündə tamamlandı. (18 iyun 1569-cu il). * * * Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda! Saliki-rahi-həqiqət eşqə eylər iqtida. Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam Meydə təşviri-hərarət, neydə tə’siri-səda. Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda. Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi Aşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda. Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et! Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda? Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə Kim, ola sabit həq isbatında nəfyi-maəda. Ey Füzuli, intihasız zövq buldun eşqdən, Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida. * * * Ya mən əhatə elmükəl-əşya’ə külləha Ya mən əhatə elmükəl-əşya’ə külləha, Nə ibtida sənə mütəsəvvir, nə intəha. Kim versə can yolunda, bulur xaki-məqdəmin. Guya ki, xaki-rahinədir nəqdi-can bəha. Sənsən qılan məzahiri-ümmidü bim, edib Musayı elm gənci, əsasini əjdəha. Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb, Təhsini-"Ya’vü "sin" ilə təşrifi-"Ta"vü "ha". Yə’qubdə nişaneyi-şövqin qəmü ələm, Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha. Bulmazdı, qəhrin açmasa xani-siyasətin, "Həl min məzid" löqməsinə duzəx iştəha. Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir, Ol bidili bu dami-küdurətdən et rəha. * * * Ya Rəb, həmişə lütfünü et rəhnüma mana Ya Rəb, həmişə lütfünü et rəhnüma mana, Göstərmə ol təriqi ki, getməz sana, mana. Qət’ eylə aşinalığm ondan ki, qeyridir, Ancaq öz aşinalərin et aşina mana. Bir yolda sabit et qədəmi-e’tibarimi Kim, rəhbəri-şəriət ola müqtəda mana. Yox məndə bir əməl sənə şayistə, ah əgər Ə’malimə görə verə ədlin cəza mana. Xövfi-xətadə müztəribəm, var ümid kim, Lütfün verə bəşarəti-əfvü əta mana. Mən bilməzəm mənə gərəgin, sən həkimsən, Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana. Oldur mənə murad ki, oldur sənə murad, Haşa ki, səndən özgə ola müddəa mana. Həbsi-həvadə qoyma Füzulisifət əsir, Ya Rəb, hidayət eylə təriqi-fəna mana! * * * Ey mələksima ki, səndən özgə heyrandır sana Ey mələksima ki, səndən özgə heyrandır sana, Həq bilir insan deməz, hər kim ki, insandır, sana. Verməyən canın sənə bulmaz həyati-cavidan, Zindeyi-cavid ona derlər ki, qurbandır sana. Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq, Cani-aləmsən, fəda hər ləhzə min candır sana. Aşiqə şövqünlə can vermək ikən müşkül deyil, Çün Məsihi-vəqtsən, can vermək asandır sana. Çıxma yarım, gecələr, əğyar tənindən saqın, Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana. Padişahım, zülm edib aşiq sana zalim demiş, Xubrulardan yaman gəlməz, bu böhtandır sana. Ey Füzuli, xubrulardan təğafüldür yaman, Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana! * * * Aşiyani-mürği-dil zülfi-pərişanındır Aşiyani-mürği-dil zülfi-pərişanındadır, Qanda olsam, ey pəri, könlüm sənin yanındadır. Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib, Qılma dərman kim, həlakim zəhri-dərmanındadır. Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl, Göylərə açılmasın əllər ki, damanındadır. Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm Ol nəməkdəndir ki, ləli-şəkkərəfşanındadır. Məsti-xabi-naz olub, cəm et dili-sədparəmi Kim, onun hər parəsi bir növki-müjganındadır. Bəs ki, hicranındadır xasiyyəti-qəti-həyat, Ol həyat əhlinə heyranəm ki, hicranındadır. Ey Füzuli, şəm tək mütləq açılmaz yanmadan, Tablar kim, sünbülündən rişteyi-canındadır. * * * Eşqdən canımda bir pünhan mərəz var, ey həkim! Eşqdən canımda bir pünhan mərəz var, ey həkim! Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim! Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim! Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi, Al əmanət, qılma hər bidərdə izhar, ey həkim! Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim! Gör təni-üryan ilə əhvalımı hicran günü, Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim! Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin, Kim olur dərmani-dərdə-eşq dişvar, ey həkim! Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür Kim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim! * * * Dust bipərvə, fələk birəhm, dövran bisükun Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun. Sayeyi-ümmid zail, afitabi-şövq gərm, Rütbeyi-idbar ali, payeyi-tədbir dun. Əql dun-himmət, sədayi-tənə yer-yerdən bülənd, Bəxt kəmşəfqət, bəlayei-eşq gün-gündən füzun. Mən qəribi-mükü rahi-vəsl pürtəşvişü məkr, Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun. Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla, Hər hilaləbru qaşı, bir sərxəti-məşqi-cünun. Yeldə bərgi-lalə tək təmkini-daniş bisəbat, Suda əksi-sərv tək təsiri-dövlət vajigun. Sərhədi-mətlubə purmöhnət təriqi-imtəhan, Mənzili-məqsudə purasib rahi-azimun. Şahidi-məqsəd nəvayi-çəng tək pərdənişin, Sağəri-işrət hübabi-safi-səhba tək nigun. Təfriqə hasil, təriqi-mülki-cəmiyyət məxuf, Ah bilmən neyləyim, yox bir müvafiq rəhnümun. Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al, Gör ona nə rənglər çəkmiş sipehri-niligun. * * * Aşiq oldum yenə bir tazə güli-rənayə Aşiq oldum yenə bir tazə güli-rənayə Ki, salır al ilə hər dəm məni yüz qovğayə. Müşt urub, qalibi-fərsudəmi gəh həbs qılır, Gəh sərasiməvü üryan buraxır səhrayə. Üzümün qani ilə sinəmi al etdim kim, Aləti-sənət ola ol büti-bipərvayə. Bu nə işdir ki, bizi iynə kimi incəldib, Salır iplik kimi hərdəm bir uzun sevdayə. Ayağın bağlamış avarələrin sənət ilə, Yox nihayət səri-kuyində gəzən şeydayə. Ləxt-ləxt olmuş ikən, qəmzə dirəfşini çəkib, Çarəsiz olmadı bir gün məni-qəmfərsayə. Yaxa çak edəni başmaq kimi salır ayağa, Ey Füzuli, bax onun etdiyi istiğnayə. * * * Məni candan usandırdı Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı? * * * Heyrət, ey büt, surətin gördükdə lal eylər məni Heyrət, ey büt, surətin gördükdə lal eylər məni, Surəti-halım görən, surət xəyal eylər məni. Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim, Sayə tək sevdayi-zülfün payimal eylər məni. Zəfi-tale, manei-tovfiq olur hər necə kim, İltifatın arizməndi-visal eylər məni. Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim, Arizi sərgəşteyi-fikri-məhal eylər məni. Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər. İqdi-zülfün açma kim, aşüftəhal eylər məni. Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə, Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni. Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, Bu fəzilət daxili-əhli-kəmal eylər məni. * * * Canı kim cananı üçün sevsə, cananın sevər Canı kim cananı üçün sevsə, cananın sevər, Canı üçün kim ki, cananın sevər, canın sevər. Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl, Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər. Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd, Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər. Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi, Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər. Su ki, sərgərdan gəzər, başında vardır bir həva, Qaliba, bir gülrüxün sərvi-xuramının sevər. Aqibət rusva olub mey tək, düşər xəlq ağızına, Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər. Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib Qayəti derlər, ola bir bəndə sultanın sevər. * * * Məndə Məcnundan füzun aşiqlik istedadı var Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü, Nütfeyi-qabildürür, qəmzən kimi ustadı var. Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin, Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var. Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə, Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var. Öylə bədhaləm ki, əhvalım görəndə şad olur, Hər kimin kim, dövr cövründən dili naşadı var. Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul, Əql tədbiridir ol, sanma ki, bir bünyadı var. * * * Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz, Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. Can bağışlardı ləbin izhari-göftar eyləyib, Vurmadan İsa ləbi canbəxşlikdən dəm hənuz. Səcdəgah etmişdi eşq əhli qaşın mehrabını, Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz. Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm, Cism ilə can irtibatı olmadan möhkəm hənuz. Əşk sərf eylər fələkdən kam hasil qılmağa, Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz. Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə, Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz. Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib, Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz. * * * Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş, Ağzını derlərdi yox, dediklərincə var imiş. Aciz olmuş yıxmağa ah ilə kuhi Kuhikən Neyləsin miskin, onun eşqi həm ol miqdar imiş. Daşə çəkmiş xəlq üçün Fərhad, Şirin surətin, Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş. Kəbə ehraminə zahid, dedilər, bel bağladı, Eylədim təhqiq, onun bağlandığı zünnar imiş. Ömrlərdir eylərəm əhvali-dünya imtəhan, Nərdi-ömrü hasili-dünya həman bir yar imiş. Zövqi-didarilə dildarın, yox etdim varimi, Dövləti-baqi ki, derlər, dövləti-didar imiş. Dün Füzuli, arizin görgəc, rəvan tapşırdı can, Laf edib derdi ki, canım var, əmanətdar imiş. * * * Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan Kim, ol can döndərər cismə, bu cismi ayırar candan. Tutub rahi-ədəm, bulmuş dəhanından könül kamın, Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan. Qəmim şərh etmək içün istərəm hər gördüyüm saət Tutam damanını, dəyməz əlim çaki-giribandan. Təvafi-kuyin istərdim qılam, bari-qəmi-eşqin Xəm etdi qamətim, yollar tutuldu xari-müjgandan. Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya Sanır bir tari-mudur o səri-zülfi-pərişandan. Oxun gəldikdə çeşmim töksə bağrım qanın ondandır, Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan. Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri, Füzuli, hər cəfa kim gəlsə xoşdur canə, canandan. * * * Buraxdı xakə hüsnün afitabi-aləmarayi Buraxdı xakə hüsnün afitabi-aləmarayi, Götürdü yer üzündən möcizi-ləlin Məsihayi. İki gözdən rəvan etmiş sirişkim qamətin şövqi, Əsayi-möcizi gör kim, iki bölmüş bu dəryayi. Bükülmüş qəddimi, qurtarə gör qüllabi-zülfündən, Xətadır, çəkməsin çox bağrı çökmüş bir sınıq yayi. Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma İkən düşvar olur, gün var ikən görmək yeni ayi. Şərabi-nabə, lütf et, möhtəsib, qəhr ilə çox baxma, Mükəddər qılma əksi-tirədən cami-müsəffayi. Yeddi gündür ol ayi görmədim, ahim şərarilə Nola qılsam Bənat ün-nəş ilə yeksan Sürəyyayi. Füzuli, əşk seylilə pərişan olma, səbr eylə! Ona həm var ola axir, tutub durarmı dünyayi? * * * Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu, Tutiyi-can, ləli, şəkkərbarın eylər arizu. Naməvü qasid pəyamilə xoş olmaz xatirim, Öz ləbindən ləhceyi-göftarın eylər arizu. Sərvü gül nəzzarəsin neylər sənə heyran olan, Arizinlə qəddi-xoşrəftarın eylər arizu. Arizu eylər ki, mən tək müttəsil bimar ola, Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu. Hicr bimari tənim, badi-səbadən dəmbədəm, Sihhət üçün, sihhəti-əxbarın eylər arizu. Zülməti-hicrində baxmaz şəmə çeşmim mərdümü, Pərtövi-rüxsari-pürənvarın eylər arizu. Arizuməndi-visalındır Füzuli xəstədil, Vəslin istər, dövləti-didarın eylər arizu. * * * Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş, Bu nə dindir, allah-allah, bütə səcdə vacib olmuş. Əsəri-qəbuli-taət ona vermiş öylə halət Ki, qülubi-əhli-halə hərəkatı cazib olmuş. Fərəhim görüb, cəfasın həsənatə daxil eylər, Nə mələk kim, ol pərinin əməlinə katib olmuş. Nə əcəb gər olsa qəmdən dünümü günüm bərabər, Nəzərimdən ol üzü gün neçə gün ki, qaib olmuş. Qəmi-hicrdir kim, artar əsərilə eşq zövqü, Qələt eyləmiş Füzuli ki, vüsalə talib olmuş. * * * Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir, Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir? Göz yoludur ki, könül mülkinə xublar girər ondan, Tutma, ey əşk, onu billah ki, əcəb rah güzərdir. Nə göhər bulsa bəyənməz buraxır yazıya dərya, Qaliba, kim ona məqsud dişin kimi göhərdir. Eşq eybini bilibsən hünər, ey zahidi-qafil, Hünərin eybdir əmma, dediyin eyb hünərdir. Sitəmin gərçi yamandır, onu tərk eyləmə, billah Ki, təğafül, sitəmindən dəxi əlbəttə, bətərdir. Axir olmaz necə kim, göz yaşı axarsa həmana Ki, dəmadəm ona imdad qılan xuni-ciyərdir. Sərsəri basma qədəm eşq təriqinə, Füzuli, Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir. * * * Qamətin xidmətinə sərvin əyilməz başı Qamətin xidmətinə sərvin əyilməz başı, Nə bilir əhli-təriqin rəvişin ol naşı. Ögünür didə ki, heyranəm əzəldən üzünə, Oldu məlum bu lafında ki, çoxdur yaşı. Əşk ləli rəhi-eşqində tutubdur ətəyim, Qorxuluqdur, necə salıb gedəlim yoldaşı? Yetdi ol qayətə zəfim ki, çəkər təsvirim, Hər zaman daireyi-heyrətə min nəqqaşı. Möhtəsib, tanrı üçün gəl mənə çox vermə əzab, Meyli-məscidmi edər meygədələr ovbaşı? Kəsdi mən şiftədən əhli-səlamət yolunu, Bəs ki, ətrafıma cəm oldu məlamət daşı. Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə, Səbəb ol qaşları yayin gözüdür, ya qaşı. * * * Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh, Hər gün eylər xəlqə bir daği-nihan izhar sübh. Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir, Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh. Nola gər əmvatə ehya versə sübhün dəmləri, Zikri-ləlindir kim, eylər dəmbədəm təkrar sübh. Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər, Səfheyi-gərdunə nəqşi-arizi-dildar sübh. Müjdə bir xurşiddən vermiş məgər badi-səba, Kim nisyə eylər ona yüz min düri-şəhvar sübh. Aşiqi-sadiqdir, izhari-ğəm eylər hər səhər Ah ilə xəlqi yuxusundan qılır bidar sübh. Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid, Bir təsəllidir sənə ol söz ki, derlər var sübh. * * * Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim, Qoparıb əşk-seylabilə min sərvi rəvan etdim. Götürdüm girdibadi-ah ilə gərdunə tapşırdım, Qübari-rəhgüzarın cövhərin gözdən nihan etdim. Nişani-surəti-xubin verib, bütlər sücudində Fəsadi-etiqadin kafərin xatirnişan etdim. Olub sərməst, qıldım nəşəyi-zövqi-ləbin fikrin, Meyə rağib olanlar küfrünü xəlqə əyan etdim. Görüb divarlərdə Kuhkən nəqşin demin aşiq, Mənəm aşiq ki, tutdum dəşt, tərki-xaniman etdim. Rəhi-eşqində ol gülrux, ciyər qan etdiyim bilmiş, Çəkər hərdəm mənə tiği-siyasət, sanki qan etdim. Füzuli şahibazi-övci-istiğna ikən, bilmən Nə səhv etdim ki, bu viranə deyri aşiyan etdim? * * * Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb, İltifat etməz mənə mütləq, nədir bilmən səbəb? Cövr olur adət qəzəb vəqti, nə adətdir bu kim, Cövrün az eylər mənə ol tündxu qılğac qəzəb. Nola qəmzən fikri düşdisə dili-suzanimə, Zalimin gər olsa atəş mənzili olmaz əcəb. Dəmbədəm gər düşsə gözdən, dürri-əşkim, vəchi var, Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb. Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını, Allah-allah, kam alan kimdir, çəkən kimdir tələb. Yar bidad eyləməz üşşaq fəryad etmədən, Hər necə ruzi mükəddər olsa vacibdir tələb. Mütrib, ağlatma sürudinlə Füzuli xəstəni, Seyli-əşkindən saqın qopmaya bünyadi-tərəb. * * * Qəbrim daşına kim, qəm odundan zəbanədir Qəbrim daşına kim, qəm odundan zəbanədir. Tən oxun atma kim, xətəri çox nişanədir. Eylər qədəh zəmanə qəmin dəf qaliba Dövri-qədəh müxalifi-dövri-zəmanədir. Qaldırdı əşk dün məni ol asitanədən Kim, məqsədim mənim dəxi ol asitanədir. Vaiz sözünə tutma qulaq, qafil olma kim, Qəflət yuxusunun səbəbi ol fəsanədir. Nəzr etmişəm fəraqinə kim, yox nihayəti, Nəqdi-sirişkimi ki, tükənməz xəzanədir. Can verməyimmi qürbətə kim bimi-tənədən, Yadi-vətən fəğanıma sənsiz bəhanədir. Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın Cismim ki, dərd quşlarına aşiyanədir. Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir. * * * Qəmdən öldüm, demədim hali-dili-zar sana Qəmdən öldüm, demədim hali-dili-zar sana, Ey güli-tazə, rəva görmədim azar sana! İç meyi-nab ki, bağrından edər cümlə kəbab, Atəşi-eşq ilə, üşşaqi-ciyərxar sana. Meyi-gülgundə deyil nərgisi-məstin əksi, Qədəh olmuş, göz açıb, aşiqi-didar sana. Arizin gül-gül edibdir meyi-gülgün tabi, Vəh ki, bir güldən açılmış neçə gülzar sana. Bağə seyr et bu ləbi-ləl ilə kim, qönçəvü gül, Göstərə xuni-dilü dideyi-xunbar sana. Der idim qamətinə sərv, vəli, özgə imiş. Hərəkatü rəvişü şivəvü rəftar sana. Əyilib tərfi-binaguşinə dərdi-dilimi Ya o taqin deyə, ya türreyi-tərrar sana. Ta giriftarinəm: azad ola bilməm qəmdən - Hiç kim olmasın, ey şux, giriftar sana! Ləli-nabın həvəsi bağrımı qan eylədiyin, Ah kim, qanlı yaşım qılmadı izhar sana. Ey Füzuli, fələkin var səninlə nəzəri Kim, qəmü möhnətini verdi nə kim var sana. * * * Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz, Sərf edər əhli-nəzər nəqdin gədadən saxlamaz. Dil nədir yanımda çün qılmaz məni qəmdən xilas, Çəkmən ol təviz barın kim, bəladən saxlamaz. Canə cismim ol xədəngi-qəmzədən olmaz pənah, Hiç cövşən kimsəni tiri-qəzadən saxlamaz. Eşqdən bir dəm təni-suzanı dur etməz fələk, Vəh necə fanusdur, şəmi həvadən saxlamaz. Aləmi şeyda qılır, gər olsa gözdən həm nihan, Bir pərivəş kim, səri-zülfün səbadən saxlamaz. Eylərəm bixud fəqan, gördükcə kuyin itlərin, Aşina razi-nihanın aşinadən saxlamaz. Bisəbəb sanmın Füzulinin məlamət çəkdiyin, Bixəbərdir, məşrəbin əhli-riyadən saxlamaz. * * * Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum Ki, sübh olunca mürdə cismimi toprağə tapşırdum. Büküldü qəddim, ahim yetdi xurşidə, saqın, ey məh, Ki, möhnət oxunu peykanladım, qəm yayını qurdum. Demin Məcnunə aşiq kim, başında quş yuva tutmuş, Mənəm aşiq ki, seyli-çeşmimi başımdan aşurdum. Gümanından mürəttib eylədi bürhani-isbatın, Nə sahib kəşfə kim, dürci-dəhanın sirrini sordum. Təcərrüd seyrinə sayəmdən özgə bulmadım həmrəh, Təriqi-eşq içində çoxlarilə durdum, oturdum. Həvayi-eşq sərgərdanı olmuş girdi-badəm kim, Savurdum göylərə toprağımı hər qanda kim durdum. Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı. Bihəmd-illah ki, can vermək təriqilə inandırdım. * * * Qıymadın sakini-kuyin olana peykanın Qıymadın sakini-kuyin olana peykanın, Bir içim su ilə ağırlamadın mehmanın. Navəki-qəmzə diriğ eyləmə aşiqlərdən, Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın. İstəyin can idi xaki-rəhinə tapşırdım, Yetdi ol xud yerinə, indi nədir fərmanın?! Canə yetdim ələmi-hicrin ilə, ey zalim, Rəhm qıl canın üçün var isə bir dərmanın. Dadxahəm sənə, damən nə çəkirsən məndən, Yoxmu vəhmin ki, tutam həşr günü damanın. Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi, Sənə xud yetməyəcəkdir sənin öz hicranın. Vəsl əyyami rəvan yarə fəda eyləmədin, Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın. * * * Qıl, səba, könlüm pərişan olduğun cananə ərz Qıl, səba, könlüm pərişan olduğun cananə ərz, Surəti-halın bu viran mülkün et sultanə ərz. Dərhəm olmuş sünbülün guya ki, qılmışdır ona Mu bə-mu hali-dilim, dillər uzadıb şanə ərz. Təndə canım bir pərinindir əmanət, saxlaram Ol zamandan kim, əmanət qıldılar insanə ərz. Xəlq küfr əhlinə iman ərz edər, mən dəmbədəm Küfri-zülfün eylərəm köksümdəki imanə ərz. Surəti-bican ilə cənnət dolar bütxanə tək, Qılsalar cənnətdə təsvirin çəkib ğilmanə ərz. Münimin, ərzi-təcəmmüldür işi, fəqr əhlinə, Nola gər dil qılsa hərdəm dərdi-eşqin canə ərz. Ey Füzuli, böylə pünhan tutma əşki-alini, Eylə hər rəngilə kim, var ol güli-xəndanə ərz. * * * Qıldı zülfün tək pərişan halimi xalin sənin Qıldı zülfün tək pərişan halimi xalin sənin, Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin? Getdi başından, könül, ol sərvqəddin sayəsi, Ağla kim, idbarə təbdil oldu iqbalin sənin. Zinət üçün cism divarında etməzdim yerin, Çəkməsəydi eşq can lövhində timsalin sənin. Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə, Öldürər axır məni bir gün bu ehmalin sənin. Qərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin, Arizuyi-xali-mişkinü rüxi-alin sənin. Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil, Sınmadan səngi-məlamətdən pərü balin sənin. Sayəvəş çoxdan, Füzuli xaki-payin yaslanır, Budur ümmid ilə ki, bir gün ola pamalin sənin. * * * Qıldı ol sərv səhər, nazilə həmmamə xüram Qıldı ol sərv səhər, nazilə həmmamə xüram, Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam. Görünürdü bədəni, çaki-giribanından, Camədən çıxdı, yeni ayını göstərdi tamam. Niligun futəyə sardı bədəni-üryanın, San bənəfşə içinə düşdü müqəşşər badam. Oldu pabus şərifilə müşərrəf ləbi-hovz, Buldu didadi-lətifilə ziya dideyi-cam. Sandılar kim, satılır daneyi-dürri-ərəqi, Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam. Kakilin şanə açıb, qıldı həvayi mişkin, Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam. Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su, Yetdi su cisminə, rəşk aldı tənimdən aram. Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb, Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam. Mərdümi-çeşmim ayağinə rəvan su tökdü Ki, gərək su tökülə sərvin ayağinə müdam. Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin, Qılmasın sərf zər ol sərvqədü siməndam. * * * Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb; Rəsmdir fəsli-bahar olmaq bərabər ruzü şəb. Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var, Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb. Olmadan meyxaneyi-eşqində məsti-cami-zövq, Düzmədi bəzmi-fələkdə Zöhrə qanuni-tərəb. Cənnəti-vəslindir ol məqsəd ki, iman əhlinə, Qılsa həq ruzi cəhənnəm atəşi, oldur səbəb. Qaliba məqsəd vüsalındır ki, dün-gün durmayıb Çərx sərgərdan gəzər, bilməz nədir rəncü təəb. Bəsteyi-zənciri-zülfündür nəsimi-tərməzac, Təşneyi-cami-visalındır mühiti-xüşgləb. Qılma feyzi-neməti-vəslin Füzulidən diriğ, Yoxdur özgə məqsədi, səndən səni eylər tələb. * * * Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın Ki, gər axsaydı ləl eylərdi bişək Bisütun daşın. Bəla yolunda qovğayə qaçan mən tək dözər Məcnun, Qaçan olmaz duran tək yey bilir hər kimsə yoldaşın. Demən göz yaşı ilə dəf olur eşq atəşi təndən, Bu od hər yerə düşsə fərq qılmaz qurusun, yaşın. Bəyani-eşqə əbəsdir lövhi-rüxsarimdə xuni-dil, Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqaşın. Füzuli, badəxari duzəxi der xəlq, heyranəm, Ki, həq neyçün salıbdır cənnətə meyxana ovbaşın. * * * Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir, Sücudi-dərgəhin sərmayeyi-dünyavü dinimdir. Əgər əzmi-rəh etsəm, şövqi-vəslin hadiyi-rahim, Vəgər aram həm tutsam, xəyalın həmnişinimdir. Həvayi-rövzeyi-kuyin, bahari-gülşənn-canım, Nihali-qamətin sərvim, üzarın yasəminimdir. Yəqinimdir ki, məqsudum olur hasil, sənə yetsəm, Bihəmdillah, mənə səndən yana rəhbər yəqinimdir. Tələbkari-vüsaləm, müjdeyi-vəslin diriğ etmə, Kim ol müjdə fərəhbəxşi-dili-ənduhginimdir. Çıxardı zövqi-vəslin xatirimdən rövzə pərvasın, Sözün Kövsər, münəvvər məclisin xüldi-bərinimdir. Mənə üz göstərər hər ləhzə yüz min şahidi-dövlət, Çü mirati-rüxün mənzuri-çeşmi-pakbinimdir. Səriri-səltənət zövqindən əfzundur mənə ol söz Ki, lütf ilən demişsən: bir qulami-kəmtərinimdir. Bəri oldum, Füzuli, qeyrdən ol dilrüba ancaq, Ənisim, munisim, yarım, nigarım, nazəninimdir. * * * Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım, Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım. Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə, Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başım. Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim, Həmişə laləvü ləl ilə rəngindir içim, daşım. Mənə manənd bir divanə surət bağlamaz, guya, Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım. Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir, Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım. * * * Demiş hər qönçəyə aşiqliyim razın səba derlər Demiş hər qönçəyə aşiqliyim razın səba derlər, El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər. Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox, əmma Biziz məşhur olan, Leyli sənə, Məcnun mana derlər. Sənin mehrü vəfa göstərdiyin əğyarə çox gördüm, Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər. Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər, Zəhi imanı yoxlar, küfr söylərlər, xəta derlər. Mənə derlərdi əvvəl bir mələkdir sevdiyin, hala Görönlər, mən fəqirə göydən enmiş bir bəla, derlər. Mərizi-eşq üqdi-zülfün eylər arizu, zira Müaliclər bu mühlik dərdə müşkildir dəva, derlər. Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə, Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər. * * * Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib, Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib, Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül, Eyləməz bihudə gül gördükdə əfğan əndəlib. Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun, Vəsldən mənim rəva görməzdi rəşkindən rəqib. Təni-qəflətdir pəritələtlərə izhari-hal, Sanma kim, əhbab halından olur qafil həbib. Ah, bilmən neyləyim qurtulmaq olmaz qeyddən, Mən hərifi-sadədil, xuban cəmali dilfirib. Şəm qürbilə təfaxur qılma, ey pərvanə, kim, Xirməni-ömrün göyər bərqi-fənadən ənqərib. Nola ağlarsa Füzuli rövzeyi-kuyin anıb, Lacərəm giryan olur qılğac vətən yadın qərib. * * * Dəhənin dərdimə dərman dedilər cananın Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın. Olsa məhbublərin eşqi cəhənnəm səbəbi, Hurü qilmanı qalır kəndisinə rizvanın. Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub, Nə mələksən ki, xərab etdin evin şeytanın? Vurmazam sihhət üçün məlhəm oxun yarəsinə, İstərəm çıxmaya zövqi-ələmi-peykanın. Nə bilir oxumayan müshəfi-hüsnün şərhin, Yerə göydən nə üçün endiyini Quranın. Yerdən, ey dil, göyə qavmuşdu sirişkin mələki, Onda həm qoymayacaqdır oları əfğanın. Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun, Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın. * * * Dəhənin şövqünü cansuz güman etməz idim Dəhənin şövqünü cansuz güman etməz idim, Yoxsa birdəm onu mən munisi-can etməz idim. Vəsfi-xali-ləbini bilsə idim naməqdur, Arizusunda qara bağrımı qan etməz idim. Xublar aşiqə meyl etmədiyin bilsə idim, Özümü eşq ilə rüsvayi-cahan etməz idim. Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin, Onu hər sərvin ayağinə rəvan etməz idim. Salmasaydım dili-viranə imarət tərhin, Onda gənci-gühəri-eşqi nihan etməz idim. Sitəmi-təneyi-əğyarə deyildim vaqif, Yoxsa yarın səri-kuyində məkan etməz idim. Etməsəydi sitəmi-yar, Füzuli, məni zar, Bunca fəryad çəkib, ahü fəğan etməz idim. * * * Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş, Nola cürmi ki, asılmasına fərman olmuş. Şahisən mülki-məlahətdə, sənə qullar çox, Biri oldur ki, varıb Misrdə sultan olmuş. Rəhm edib aşiqini həşr günü yaqmayalar Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş. Dedilər qəm gedirər badə, çox içdim, sənsiz Qəmi-hicranə müfid olmadı ol qan olmuş. Bağibani-çəməni-dəhrə xəyali-dəhənin Səbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş. Adəm əvvəl səri-kuyin verib almış cənnət, Eşidib təni-mələk, sonra peşiman olmuş. Ey Füzuli, mənim əhvalimə bir vaqif yox, Böylə kim, aləm onun hüsnünə heyran olmuş. * * * Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm, Od çıxar ağzından, etməzmi həzər kim yanə şəm. Nola qeyrət atəşi canım əritsə mum tək, Bu nə sözdür kim, demişlər arizi-cananə şəm. Arizi-canan ilə bəhsi-kəmali-hüsn edər, Dil ucundandır ki, hər saət düşər nöqsanə şəm. Kah ayağı bağlı, gah boynu, nədəndir bilməzəm, Bir pəri eşqində olmuşdur məgər divanə şəm. Nola canım qamətin istərsə, könlüm arizin, Rəsmdir aləmdə bülbül gül sevər, pərvanə şəm. Qıl şəbistanı münəvvər kim, nisarın qılmağa Riştədən dürlər çəkib cəm eyləmiş damanə şəm. Ey Füzuli, şövqdən yaxdın tənin ruzi-visal, Netdin, ey qafil, gərəkməzmi şəbi-hicranə şəm. * * * Dostum, aləm səninçin gər olur düşmən mana Dostum, aləm səninçin gər olur düşmən mana, Qəm deyil, zira yetərsən dust ancaq sən mana. Eşqə saldım mən məni, pənd almayıb bir dustdən, Hiç düşmən eyləməz onu ki, etdim mən mana. Canü tən olduqca, məndən dərdi qəm əskik deyil, Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana. Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən, Zülməti-hicr etdi çox tarik işi rövşən mana. Dudü əxkərdir mana sərv ilə gül, ey bağiban! Neylərəm mən gülşəni, gülşən sana, külxən mana. Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könül Kim, müqərrərdir bu gün ölmək sana, şivən mana. Ey Füzuli, çıxsa can, çıxman təriqi-eşqdən, Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana! * * * Dün könül dildarə şərhi-qəmi-pünhan etdi Dün könül dildarə şərhi-qəmi-pünhan etdi, Cəm ikən, könlünü bir parə pərişan etdi. Yer tutam, derdi könül, nalə ilə kuyində, Yetmədi bir yerə hər necə ki, əfğan etdi. Vədə verdi ciyərim qanın içə müjganın, İntizar ilə bu həsrət ciyərim qan etdi. Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb, Hər birin bir hədəfi-navəki-müjgan etdi. Qıldı mehrabə qaşın fikri fəqihi mail, Gör necə kafiri, ol vəz, müsəlman etdi. Görəyin çox yaşasın didə ki, mərdümlük edib, Qəm hücumində məni əşk ilə pünhan etdi. Ey əcəl, can təməin qılma Füzulidən kim, Bir kəmanəbruyə çoxdan onu qurban etdi. * * * Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm, Etibarım yox, ayaq toprağı bir üftadəyəm. Hiç rəng ilə mənə abadlıq mümkün deyil, Mən xərabi-badeyi-safü üzari-sadəyəm. Deməzəm dəyməz mənə qəmzən xəyalı, ya dəyər, Dəymə qeydi çəkməzəm, aləmdə bir azadəyəm. Abi-çeşmim cizginir kuyində, əmma qədri yox, Deməsin bu dövrdə kimsə ki, mərdümzadəyəm. Zahida, məndən nə hasil kim, oxursan məscidə, Məndə taət yox, haman alayişi-səccadəyəm. Çərx dövründən nə hasil kim, verir təğyiri-zövq, Durmadan zövq artırır miskini-dövri-badəyəm. Zövq istərsən, Füzuli, tərki-dünya qıl ki, mən Bulmadım bir zövq bundan qeyr ta dünyadəyəm. * * * Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz, Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz. Öylə ağzın təngdir kim, söyləşir saət sənə, Gərçi nazikdir, verir əlbəttə, bir azar ləfz. Yetmək olmaz ləfzi-canbəxşinlə ağzın sirrinə, Vəhydir gyya bu kim, mütləq ağız yox, var ləfz. Nişə ləlin gec gəlir göftarə, gyya kim, bilir, Mən kimi, ol ləldən ayrılmağı düşvar ləfz. Ğönçə ləlinə lətafətdən dəm urmuş, bilməzəm Neylər izhar eyləgəc ol ləli-gövhərbar ləfz. Ey Füzuli, istərəm dildar halim sormaya, Rəşkdən kim, bulmasın vəsli-ləbi-dildar ləfz. * * * Ey bivəfa ki, adət olubdur cəfa sana Ey bivəfa ki, adət olubdur cəfa sana, Billah cəfadır, olma demək bivəfa sana. Gəh nazü gəh girişməvü gəh işvədir işin, Canın sevənlər olmasa yey aşina sana. Min can olaydı kaş məni-dilşikəstədə, Ta hər birilə bir gəz olaydım fəda sana. Eşqində mübtəlalığımı eyb edən sanır Kim, olmaq ixtiyar ilədir mübtəla sana. Ey dil ki, hicrə doymayıb istərsən ol məhi, Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Ey gül, qəmində əşk rüxi-zərdim etdi al, Bildirdi ola surəti-halım səba sana. Düşməz çü şah qürbi, Füzuli, gədalərə, Ol şəhdən iltifat nə nisbət mana, sana. * * * Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut! Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut! Tutma zühhadın müxalif pəndini, peymanə tut! Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə, Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut! Cizginirkən başına şəmi rüxündən canımı Mən qılma, anı həm, ol şəmə bir pərvanə tut! Gər sənə əfğanimi bihudə dersə müddəi, Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut! Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni Xah bir aqil xəyal et, xah bir divanə tut. Ey olub sultan, deyən dünyadə məndən qeyri yox, Sən səni bir cüğd bil, dünyanı bir viranə tut. Ey Füzuli, dəhr zalinin firibindən saqın, Olma qafil, ər kimi tərpən, özün mərdanə tut! * * * Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm, Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm. Kakilin tarinə peyvənd etmişəm can riştəsin, Başın üçün bir tərəhhüm qıl ki, sərgərdaninəm. Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə, Neylərəm mey nəşəsin, mən kim, sənin heyraninəm. Şanəvəş yüz navəki-qəm sancılıbdır canıma, Ta əsiri-həlqeyi-giysuyi-mişkəfşaninəm. Əl çəkib, qəti-nəzər qılmış əlacımdan təbib, Bildi guya kim, xərabi-nərgisi-fəttaninəm. Canə meylin var isə, hökm eylə, təslim eyləyim, Şah sənsən, mən sənin bir bəndeyi-fərmaninəm. Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü, Arizuməndi-ruxi-alü ləbi-xandaninəm. Qan edib bağrım, işim ah etmə hər dəm, ey fələk, Hörmətim tut bir-iki gün kim, sənin mehmaninəm. Ey Füzuli, atəşi-ah ilə yandırdın məni, Qaliba sandın ki, şəmi-külbeyi-ehzaninəm. * * * Ey könül, yarı istə, candan keç Ey könül, yarı istə, candan keç, Səri-kuyin gözət, cahandan keç! Ya təmə kəs həyat zövqindən, Ya ləbi-ləli-dilsitandan keç. Mülki-təcriddir fərağət evi, Tərki-mal eylə, xanimandan keç. Laməkan seyrinin əzimətin et, Bu xərab olacaq məkandan keç. Etibar etmə mülki-dünyayə, Etibari-ülüvvi-şandan keç. Əhdi-dünyanın olmaz axirəti, Gər bunu istər isən, ondan keç. Məskənin bəzmgahi-vəhdətdir, Ey Füzuli, bu xakidandan keç! * * * Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən, Hər tərəf cövlan edib, döndükcə yüz qan eyləyən. Ey məni məhrum edib bəzmi-vüsalından müdam, Qeyri xani-iltifati üzrə mehman eyləyən. Ey dəmadəm rəşk tiğilə mənim qanım töküb, Mey içib, əğyar ilə seyri-gülüstan eyləyən. Bunca kim, əfğanımı, ey məh, eşitdin gecələr, Demədin bir gecə kimdir bunca əfğan eyləyən? Nola gər cəmiyyəti-xatirdən olsam naümid, Cəm olurmu xublər zülfü pərişan eyləyən? Yar dün çəkmişdi qətlim qəsdinə tiği-cəfa, Yetməsin məqsudinə, ya rəb pəşiman eyləyən. Eşq dərdilə olur aşiq mizaci müstəqim, Düşmənimdir dostlar bu dərdə dərman eyləyən. Zahidin tən ilə döndərdim üzün mehrabdən, Necə bulmaz əcr, min kafir müsəlman eyləyən. Dərdi-hicran natəvan etmiş Füzuli xəstəni, Yoxmudur, ya rəb, dəvayi-dərdi-hicran eyləyən?! * * * Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi, Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi! Ey gözüm yaşı, bu sərgəştəliyin tərkin qıl, Sərvqamətlərə qəti-səri-rah etmə dəxi! Ey könül, ömrümü verdin yelə aşiqlik ilə, Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi! Baxma, ey can, xətü rüxsarına məhbublərin, Ehtiyat eylə, günah üzrə günah etmə dəxi! Qılma, ey eşq, mənə ərz pəriçöhrələri, Surəti-halimi ləhv ilə təbah etmə dəxi! Götür, ey nəfs, həvavü həvəsin aləmdən, Hərzə-hərzə tələbi-rifəti-cah etmə dəxi! Ey Füzuli, meyü məşuq məzaqın tərk et, Özünü asiyi-dərgahi-ilah etmə dəxi! * * * Ey gül, nə əcəb silsileyi-mişki-tərin var Ey gül, nə əcəb silsileyi-mişki-tərin var, Vey sərv, nə xoş can alıcı işvələrin var! Acıtdı məni acı sözün, tünd nigahın, Ey nəxli-məlahət, nə bəla təlx bərin var! Peykanları ilə doludur çeşmi-pürabım, Ey bəhr, sanırsan sənin ancaq göhərin var?! Ol səngdilə naleyi-zarın əsər etmiş, Ey dil, sənə bu zövq yetər, ta əsərin var. Eşq içrə könül, demə ki, mən bixudəm ancaq, Ey qafil, özündən sənin ancaq xəbərin var. Çox baxdığına qəmzə ilən bağrın əzərsən, Hər kimə ki, baxmazsan, onunla nəzərin var. Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş, Sən həm özünü göstər, əgər bir hünərin var. * * * Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz, Dəmbədəm zəhri-qəmin qəndi-mükərrər tək ləziz. Atəşi-bərqi-fəraqın nari-duzəx tək əlim, Cüreyi-cami-visalın abi-kovsər tək ləziz. Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx, Təlx göftarın mənə məxmurə sağər tək ləziz. Daği-eşqin dərdi zövqi-səltənət tək dilpəzir, Xaki-kuyin seyri fəthi-həft kişvər tək ləziz. Nola bulsam zövq göydürdükcə sinəm üzrə dağ, Əhli-dərdə dağ olur, bidərdə zivər tək ləziz. Taza-tazə daği-dərdindir dili-suzanıma Filməsəl hirs əhlinə cəmiyyəti-zər tək ləziz. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin, Hiç nemət görmədim didari-dilbər tək ləziz. * * * Ey müsəvvir, yar timsalinə surət vermədin Ey müsəvvir, yar timsalinə surət vermədin, Zülfü rüx çəkdin, vəli, tabü təravət vermədin. Eşq sevdasından, ey naseh, məni mən eylədin, Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin. Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam, Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin. Göz yumub aləmdən, istərdim açam rüxsarinə, Canım aldın, göz yumub-açınca möhlət vermədin. Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can, Çıxdı xəttin kim onu mən edə, rüxsət vermədin. Vermə hüsn əhlinə, ya rəb, qüdrəti-rəsmi-cəfa, Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin. Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə! Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin. * * * Ey saçın fikri qamu sevdalərin sərmayəsi Ey saçın fikri qamu sevdalərin sərmayəsi! Olmasın başimdən əksik sərvqəddin sayəsi. Baş qoyar hər sübhdəm xurşid xaki-payinə, Bu səadətdən onun gəldikcə artar payəsi. Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah! Kim mənə bəs, muyi-julidəm cünun pirayəsi. Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk, Dəhri-zalın qılmış ətfali-rəyahin dəyəsi. Bərqi-ahindən Füzulinin göyərdi bixəbər, Dünlər əfğanilə bidar olmasa həmsayəsi. * * * Ey təğafül birlə hər saət qılan şeyda məni Ey təğafül birlə hər saət qılan şeyda məni, Vaqif ol kim, öldürər bir gün bu istiğna məni. Zəfim eldən yaşırıb, əhvalimi saxlar, vəli, Naleyi-biixtiyarımdır qılan rüsva məni. Gər məni xunabeyi-əşkim nihan eylər, nə syd, Qanda olsam, möhnəti-eşqin qılar peyda məni. Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinəm, Saqiya, sanma xərab etmiş meyi-səhba məni. Xali etmişdir məni məndən məhəbbət - dustlər! Eyb qılmın, görsəniz aləmdə bipərva məni. Guşeyi-mehrab tutmuşdum, rəhi-zöhdü səlah, Qoymadı öz halimə ol nərgisi-şəhla məni. Ey Füzuli, bir sənəm zülfinə könlüm bağladım, Çəkdi zənciri-cünynə aqibət sevda məni. * * * Ey, hər təkəllümüm xəti-səbzin hekayəti! Ey, hər təkəllümüm xəti-səbzin hekayəti! Virdim həmişə müshəfi-rüxsarın ayəti! İrmiş səhih nəql ilə ərvahi-qüdsdən, İsayə möcizi-ləbi-ləlin rəvayəti. Dil kişvərini qarət edərlərdi xublər, Mən etməsəydi şəhneyi-şövqün himayəti. Bildim təriqi-eşq xətərnakdir, vəli Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti. Qəddin həlakiyəm, düşə bilmən ayağına, Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti. Bəs kim, səni görəndə gedər məndən ixtiyar, Gəlməz bəyanə möhnəti-eşqin şikayəti. Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr Kim, əhdi-eşqə cövrdür onun inayəti. * * * Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi, Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi. Qürb şövqi afiyətbəxşi-təni-bimar idi, Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi. İzzətim şəmi münəvvər, taleim əzmi qəvi, Dövlətim hökmü rəvan, eyşim evi məmur idi. Daməni-iqbalimə gərdi-təərrüz yetməyib, Çeşmi-hasid çöhreyi-cəmiyyətimdən dur idi. Adəm idim, qürbi-dərgahında bolmuşdum qəbul, Mənzilim cənnət, meyim kovsər, ənisim hur idi. Bəxt mətlubim müyəssər qılmağa məhkum olub, Dəhr əsbabim mühəyya qılmağa məmur idi. Hər dua qılsam təvəqqüfsüz olurdu müstəcab, Hər təmənna eyləsəm, ehmalsız məqdur idi. Hicr vəhmindən yetirməzdim küdurət könlümə, Gərçi dövranın müxalif gəzməgi məşhur idi. Nola gər salsa Füzulini qəmi-hicranə çərx, Vəsl əyyamında ol qafil ikən məğrur idi. * * * Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş, Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş. Bir pəri silsileyi-eşqinə düşdüm nagəh, Şimdi bildim səbəbi-xilqəti-adəm nə imiş. Vaiz ovsafi-cəhənnəm qılır ey əhli-vərə, Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş. Oxu köksümdən ötüb, qalmış imiş peykanı, Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş. Ey Füzuli, məzeyi-saqiyü səhba bildin, Tövbə qıl, ta biləsən zərqü riya həm nə imiş. * * * Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin, Çöhreyi-zərdimi xunab ilə gülgun etdin. Ciyərim qanını göz yaşına tökdün, ey dil, Varə-varə onu Qülzüm, bunu Ceyhun etdin. Necə hüsn ilə səni Leyliyə nisbət qılayım, Bilməyib qədrimi tərki-məni-Məcnun etdin. Söylədin kim, tutaram şad könüllərdə məqam, Şad ikən, bu söz ilə könlümü məhzun etdin. Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən, Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Cürə-cürə mey içib, ziba-cəmal artırdın, Zərrə-zərrə gözümün nurini əfzun etdin. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı, Eşq əhlinə fəğan etməyi qanun etdin. * * * Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl, Səndən, ey can, münqəte qılmaz məni illa əcəl. Necə surət bağlasın könlüm xilasi-eşqdən, Eşqdir bir hal kim, ol halə könlümdür məhəl. Eşqimə nöqsan gətirməz görməmək ol arizi, Cövhərə təğyiri-asari-ərəz verməz xələl. Eylədi rüsva könül çaki-giribani-ədəb, Gör nə əhli-elmdir, adab ilən eylər cədəl. Halimi gördükcə məni-əhli-eşq eylər fəqih, Höccəti-məqtui yox, eylər qiyas ilən əməl. Mədrəsə içrə müdərris verdiyi min dərsdən, Yeydürür meyxanədə bir cam vermək bir gözəl. Ey Füzuli, mən dəm urmuşdum səfayi-eşqdən, Mətləi-xurşid icad olmadan sübhi-əzəl. * * * Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ, Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ. Qönçələr açıldı, seyri-bağ edin, ey əhli-dil Kim, gülüb güllər könüllər açılan çağdır bu çağ. Səndən, ey bülbül, füzundur məndə möhnət fəsli-gül, Sənsənü min tazə gül, hala mənü min tazə dağ. Bağə sərvim gəldigin bilmiş səhərdən şaxi-gül, Rövşən etmiş rəhgüzari üzrə hər yan min çirağ. Çəksələr zəncir ilə gülzarə getmən kim, mənə Sünbüli-zülfün fəraqından müşəvvəşdir dimağ. Mövsimi-güldür, vəli getmən çəmən seyrinə kim, Rovzeyi-kuyin mənə ol seyrdən vermiş fərağ. Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən, Ey Füzuli, çək ayaq ol bəzmdən, ya çək əyağ. * * * Eşq ətvarın müsəlləm eylədi gərdun mana Eşq ətvarın müsəlləm eylədi gərdun mana, Bunca kim, yıldı-yügürdü, yetmədi Məcnun mana. Qıldı məndən rəf təklifi-namazi məstlik, Saldı ancaq nəşeyi-cami-meyi-gülgun mana. Bağiban, gər meyl qılman sərvini, məzur tut, Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana. Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq, Vəh ki, düşmən çıxdı axır dideyi-pürxun mana. Olmazam, hər qanda kim olsam, giriftar olmadan, Bir bəladır göz, bir afətdir dili-məhzun mana. Ey Füzuli, navəki-ahimlə aldım intiqam, Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana. * * * Eşigin daşini qan ilə yudu çeşmi-tərim Eşigin daşini qan ilə yudu çeşmi-tərim, Bəs ki pakəm, daşı ləl eylədi feyzi-nəzərim. Ciyərim dağinə mərhəm bulamadım səndən, Necə ah eyləməyim, ah yanıbdır ciyərim. Dedi ol yar səhər vəqti gəlim, leyk nə sud, Vəqt məlum deyil, şam ilə birdir səhərim. Ey xoş ol şam ki, bixud gedəyim kuyinə sübh, Neylədim onda deyə qeyrdən alım xəbərim. Düşməzəm könlünə, yəni olubam öylə zəif, Dərdi-eşqinlə ki, güzgüdə görünməz əsərim. Neçə min aşiqə ancaq bir ox atdın, demədin Ki, düşər bir-birinə bir neçə üftadələrim. Ey Füzuli, dura məndən ala təlimi-vəfa, Nagəh ər mərqədi-Məcnunə düşərsə güzərim. * * * Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim? Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin, Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim? Nişə məhrəm eylədin şəmi, məni məhrum edib, Mən sənin bəzmində can nəqdin nisar etməzmidim? Dərdimi aləmdə pünhan tutduğum naçardır, Uğrasaydım bir təbibə aşikar etməzmidim? Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr, Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim? Vaizin bəzmin mənim rüsvalığımdan qıl qiyas, Onda sidq olsaydı, mən təqva şüar etməzmidim? Ol güli-xəndanı görmək mümkün olsaydı mənə, Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim? Ey Füzuli, daği-hicran ilə yanmış könlümü, Laləzar açsaydı, seyri-laləzar etməzmidim? * * * Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar, Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar. Xəvasi-xaki-payın şərhini təhqiq edib mərdüm, Qübarilə bəyazi-dideyi-xünbarə yazmışlar. Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül, Xəti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. İki sətr eyləyib ol iki meygun ləllər vəsfin, Görənlər hər birin bir çeşmi-gövhərbarə yazmışlar. Girib bütxanəyə qılsan təkəllüm, can bulur şəksiz, Müsəvvirlər nə surət kim, dərü divarə yazmışlar. Mühərrirlər yazanda hər kəsə aləmdə bir ruzi, Mənə hər gün dili-sədparədən bir parə yazmışlar. Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd, Füzuli adını, gördüm, səri-tumarə yazmışlar. * * * Əksi-rüxsarın ilə oldu müzəyyin mirat Əksi-rüxsarın ilə oldu müzəyyin mirat, Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat. Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər, Can içində əlif etsəydi qəbuli-hərəkat. Xət bu məzmun ilədir tərfi-zənəxdanında Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat. Kakilin qıldı müqərrər mənə sərgəştəliyi, Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat. Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə, Öylə kim, mərdümi-münim verə möhtacə zəkat. Afərin cövhəri-məqbulinə kim, aləmdə Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat. Ey Füzuli, vərəü zöhd ilə mötad oldun, Bilmədin halını, bihudə keçirdin ovqat. * * * Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu, Nə hacət dərdini yeydir demək candan, əyandır bu. Dəmadəm xublər cövrilə artar ləzzəti eşqin, Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu. Xədəngi sayəsində xoş keçir övqatını, ey dil Ki, gülzari-həyatın ziynəti sərvi-rəvandır bu. Tutuşdum atəşi-dildən, ciyər qanilə qərq oldum, Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu. Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş, Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu. Dedilər bixəbərlər, baği-cənnət kuyinə bənzər, Xəbər verdi mənə andan gələn adəm, yalandır bu. Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni, Hənuz ol mah sormaz kim, nə fəryadü fəğandır bu? * * * Əgərçi iynə tək keçdim cahanın cümlə varından Əgərçi iynə tək keçdim cahanın cümlə varından, Hənuz ardımcadır qeydi-təəllüq zülfü tarından. Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur, Nə hasil bivəfa dəhrin həyati-müstəarından. Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariğ Cahanın qəsri-siməndudü kaxi-zərnigarından. Görünməz surəti-ümmidi-vəslin lövhi-canımda, Mükəddərdir məgər ol ayinə çeşmim qübarından. Uzanır rişteyi-tuli-əməl didar zövqilə, Xəm açıldıqca ol gülçöhrə zülfi-tabidarından. Sənədir iqtidası tövfi-kuyi-Leyli etməkdə, Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarından. Füzulidən məlamət etirazın istəyən guya, Deyil vaqif dili-suzanü çeşmi-əşkbarından. * * * Ələ alır gəzicək ol güli rəna ətəgin Ələ alır gəzicək ol güli-rəna ətəgin, Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin. Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün, Götürər, düşməyə qoymaz yerə əmda ətəgin. Dadilər qılmağa ol kafir əlindən, gecələr Çıxar ahim göyə ta tuta Məsiha ətəgin. Şamlər qanlu yaşım movcinə əlbəttə dəgər, Hər necə kim, götürür çərxi-müəlla ətəgin. Öylə üryan gərək avareyi-səhrayi-cünun Ki, təəllüq tikəni tutmaya qəta ətəgin. Rind xak olsa dəxi, dürdi-xümi-badə olur, Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin. Güllər açıldı, Füzuli, yaxalar çak edibən, Gəl tutalım meyü məhbub ilə səhra ətəgin. * * * Zairi-meyxanəyəm müğ səcdəsidir taətim Zairi-meyxanəyəm müğ səcdəsidir taətim, Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim. Hər yana baxsam, sürahi tək sücud etmək işim, Qanda olsam, badə tək düşmək ayağə adətim. Tövrümə zahid əgər surətdə eylər etiraz, İxtilat etsəm, onu şərməndə eylər sirətim. Bəs ki, cami-mey kimi xoş məşrəbü safi diləm, Hörmətim vacib bilir, hər kim bilir keyfiyyətim. Mötəbərlikdir qürur əhli, mən ondan fariğəm, Etibarə çün deyil qabil mühəqqər heyətim. Eşq ərbabi-vəfadən zail etmiş mehrimi, Fəqr əsbabi-əlayiqdən götürmüş rəğbətim. Ey Füzuli, fəqr toprağında dövlət istə kim, Sayə ol toprağə salmışdır hümayi-himmətim. * * * Zülfi kimi ayağın qoymaz öpəm nigarım Zülfi kimi ayağın qoymaz öpəm nigarım, Yoxdur onun yanında bir qılca etibarım. İnsaf xoşdur, ey eşq, ancaq məni zəbun et, Ha böylə möhnət ilə keçsinmi ruzigarım? Bildi təmami-aləm kim, dərdməndi-eşqəm, Ya rəb, hənuz halım bilməzmi ola yarım? Vəslindən ayrı nola qanim tökülsə gül-gül, Mən gülbüni-bəlayəm, bu fəsldir bəharım. Təsvir edən vücudim yazmış əlimdə sağər, Rəf olmağa bu surət yox əldə ixtiyarım. Dur istəmən zəmani-mey sayəsin başımdan, Topraq olanda ya rəb, dürdi-mey et qübarım. Rüsvalərindən ol məh saymaz məni Füzuli, Divanə olmayımmı, dünyadə yoxmu arım? * * * Yar vəslin istəsən, kəsmək gərək candan təmə Yar vəslin istəsən, kəsmək gərək candan təmə, Hər kişi kim, vəsli-yar istər, kəsin ondan təmə, Arizuyi-vəsli-canan canə afətdir, könül, Ya təəllüq candan üz, ya vəsli-canandan təmə. Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal, Mən kiməm vəsl etmək ol xurşidi-rəxşandan təmə. Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə, Yoxsa çoxdur, mehr edən ol mahi-tabandan təmə. Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim, Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə. Arizin görmək həyatım tazə eylər, vəh, nə eyb, Gər gəda vəchi-məaşın qılsa sultandan təmə. Müttəsil hirman qılır hasil təmədən əhli-hirs, Türfə kim, artar ona gəldikcə hirmandan təmə. İstər olsan, heyrətü hirmanə hərdəm düşməmək, Kəs, Füzuli, dəhrdən ümmidü, dövrandan təmə. * * * Yar qılmazsa mənə cövrü cəfadən qeyri Yar qılmazsa mənə cövrü cəfadən qeyri, Mən ona eyləməzəm mehrü vəfadən qeyri. Ey deyən: "qeyrə könül vermə", qanı məndə könül, Səri-zülfündə olan bəxti-qəradən qeyri? Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli, Doymadı dərdə, məni-bisərü padən qeyri. Mişki-Çin zülfün ilə eyləsə dəva nə əcəb, Nə olur üzü qara qulda xətadən qeyri? Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin Var bir canə yarar feyzi, bəqadən qeyri. Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin, Sirri-qeybi nə bilir kimsə xudadən qeyri. Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi, Qılalım səbr, nədir çarə rizadən qeyri? * * * Yar hali-dilimi zar bilibdir, bilirəm Yar hali-dilimi zar bilibdir, bilirəm, Dili-zarımda nə kim var, bilibdir, bilirəm. Yari əğyar bilibdir ki, mənə yar olmaz, Mən dəxi onu ki, əğyar bilibdir, bilirəm. Zülfünü əhli-vəfa seydinə dam eyləyəli, Məni ol damə giriftar bilibdir, bilirəm. Mən nə hacət ki, qılam şərh ona dərdi-dilimi, Qamu dərdi-dilimi yar, bilibdir, bilirəm. Yar həmsöhbətin olmazsa, Füzuli, nə əcəb, Özünə söhbətimi ar bilibdir, bilirəm. * * * Yaxma canım, naleyi-biixtiyarımdan saqın Yaxma canım, naleyi-biixtiyarımdan saqın! Tökmə qanım, abi-çeşmi-əşkbarımdan saqın! Su verər hər sübhdəm göz yaşı tiği-ahimə, Çox məni incitmə, tiği-abidarımdan saqın! Cövr odu yaxdı məni, yanımda durma, ey könül! Bir tutuşmuş atəşəm, qürbü civarımdan saqın! Tən evindən rəxtini, cəhd eylə, ey can, dışra çək, Afəti-seyli-sirişki-biqərarımdan saqın! Gərçi bir xaki-rəhəm, kimsə məni almaz gözə, Çox həqarətlə nəzər qılma, qübarımdan saqın! Durma qəbrim üzrə, ey eşq içrə mən tək olmayan, Tənə daşidir sənə, səngi-məzarımdan saqın! Şahi-mülki-möhnətəm, xeylü sipahim-dərdü qəm, Xeyli-bihəddü sipahi-bişümarımdan saqın! Ey Füzuli, qansı məhbubi ki, sevsən rəhmi var, Qıl həzər, ancaq mənim birəhm yarımdan saqın! * * * Yıxdı saqi bir əyağ ilə məni-əfkarı Yıxdı saqi bir əyağ ilə məni-əfkarı, Bir təpik eylədi viran, bu kühən divarı. Gah məmur qılır badə məni, gah xərab, Görünüz gah yapıb, gah yıxan memarı. Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək, Gecələr yadimə gəldikcə məhi-rüxsarı. Dil yaxar dağ gözün fikri ilə hicr günü, Bu çirağiləmi saxlar gecə ol bimarı? Yox özündən xəbəri kim ki, gəlir dünyayə, Bəzmdən dışra qomaz, piri-müğan hüşyarı. Bizə çün qədr bulunmaz, çıxalım dünyadən, Müştəri yox, necə bir bəkliyəlim bazarı. Qeydi-islam, Füzuli, sənə bir afətdir, Bir həsar edə gör ondan özünə zünnarı. * * * Yenə ol mah mənim aldı qərarım bu gecə Yenə ol mah mənim aldı qərarım bu gecə, Çıxacaqdır fələkə naleyi-zarım bu gecə. Şəm vəş məhrəmi-bəzm eylədi ol mah məni, Yanacaqdır yenə eşq oduna varım bu gecə. Həm visali vurur od canıma, həm hicranı, Bir əcəb şəm ilə düşdü sərü karım bu gecə. Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər Hicr dağini vurur laləüzarım bu gecə? Sübhə saldı bu gecə şəm kimi qətlimi hicr, Ola kim, sübh gəlincə gələ yarım bu gecə. Parə-parə ciyərim itlərinə nəzr olsun, Ol səri-kuyə əgər düşsə güzarım bu gecə. Var idi sübh visalinə, Füzuli, ümmid, Çıxmasa həsrət ilə cani-fikarım bu gecə. * * * Kəmali-hüsn veribdir şərabi-nab sana Kəmali-hüsn veribdir şərabi-nab sana, Sana həlaldir, ey müğbeçə, şərab sana. Səni mələk görəli yazmaz oldu eşqi günah, Vəli yazıldı bu üzdən bəsi səvab sana. Ləbin sualına verməz cəvab üşşaqın, Sual olursa bu səndən, nədir cəvab sana? Cəza günündə sorulmaz xətalər eylədiyin, Yetər fəğan ilə mən verdiyim əzab sana. Məni qərarım ilə qoymaz oldun, ey gərdun, Yeridir ahim ilə versəm inqilab sana. Şüai-cövhəri-tiğindən umma rəhm, ey dil, Saqınma su verə, ey təşnə, ol sərab sana. Füzuli, başına ol sərv sayə saldı bu gün, Ülüvvi-rifət ilə yetməz afitab sana. * * * Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən, Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən. Əsiri-qürbətiz bir səndən özgə aşinamız yox, Ayağın kəsmə, başinçün, bizim möhnətsəralərdən. Səba, kuyində dildarın nədir üftadələr hali? Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən. Demə, zahid ki, tərk et simbər bütlər təmaşasın, Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən. Girib məscidlərə, gər müqtədalər, peyrəvi olman, Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən. Təbiba, xaki-kuyi-yardəndir əşk təskini, Bizə artırma zəhmət, göz yaşarar tutiyalərdən. Fələkdir mehri zail, yar qafil, ömr müstəcil, Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən. Vücudim ney kimi surax-surax olsa ah etmən, Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən. Füzuli, nazəninlər görsən izhari-niyaz eylə, Tərəhhüm umsa eyb etməz, gədalər padişalərdən. * * * Könlüm açılır zülfi-pərişanını görgəc Könlüm açılır zülfi-pərişanını görgəc, Nitqim tutulur qönçeyi-xəndanını görgəc. Baxdıqca sənə qan saçılır didələrimdən, Bağrım dəlinir navəki-müjganını görgəc. Rə’nalıq ilə qaməti-şümşadı qılan yad, Olmazmı xəcil sərvi-xuramanını görgəc? Çox eşqə həvəs edəni gördüm ki, həvasın Tərk etdi, sənin aşiqi-nalanını görgəc. Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm, Imanə gələr atəşi-hicranını görgəc. Naziklik ilə qönçeyi-xəndanı edən yad, Etməzmi həya lə’li-dürəfşanını görgəc? Sən hali-dilin söyləməsən, nola, Füzuli, El fəhm qılır çaki-giribanını görgəc. * * * Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi? Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi? Yetirdi başini gərdun ayağə bari-möhnətdən, Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi? Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət, Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi? Yetər oldu qulağə bangi-rehlət dəhr bağından, Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi? Yetər, cəm eylə bari-məsiyət, təğyiri-ətvar et, Həya qıl, yoxmudur insafın, ol kim, var yetməzmi? Hidayət mənzilinə yetdilər səyilə əqranın, Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi? Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür, Tutan damani-şəri-Əhmədi-Muxtar, yetməzmi? * * * Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma, Namaz əhlinə uyma, onlar ilə durma, oturma! Əyilib səcdəyə, salma fərağət tacını başdan, Vüzudən su səpib, rahət yuxusun gözdən uçurma! Saqın, pamal olursan buriya tək, məscidə girmə Və gər naçar girsən, onda minbər kimi çox durma! Müəzzin naləsin alma qulağə, düşmə təşvişə, Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma! Cəmaət izdihami məscidə salmış küdurətlər, Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma! Xətibin sanma sadiq məscidin, qövlilə fel etmə, İmamın sanma aqil, ixtiyarın ona tapşurma. Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin, Kərəm qıl, zərqi taət surətində həddən aşurma! * * * Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz, Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz. Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı, Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz. Fəna mülkinə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim, Bu tədbir ilə dəfi-dərdi-hicran eyləmək olmaz. Saqın, könlüm yıxarsan, pənddən dəm vurma, ey naseh, Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz! Dəhanın üzrə ləlin istəmiş dil, dəfi müşküldür, Görünməz hiç cürmü, yox yerə qan eyləmək olmaz. Dualar eylərəm, məndən yana bir dəm güzar etməz, Nə çarə, sehr ilə sərvi xuraman eyləmək olmaz. Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən, Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz. * * * Kimsədə rüxsarına taqəti-nəzzarə yox Kimsədə rüxsarına taqəti-nəzzarə yox, Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox. Bağrı bütünlər mənə tənə edərlər müdam, Halımı şərh etməyə bir ciyəri parə yox. Yığdı mənim başıma dəhr qəmin, neyləsin, Badieyi-eşqdə mən kimi avarə yox. Dəhrdə həmta sənə var, yeri yox, gər desəm - Var gözəl çox, vəli, sən kimi xunxarə yox. Gözdə gəzib cizginir qətreyi-əşkim müdam, Qətreyi-əşkim kimi çərxdə səyyarə yox. Çak görüb köksümü qılma ilacım, təbib, Zaye olur mərhəmin, məndə bitər yarə yox. Zarlığım eşqdən var, Füzuli, vəli, Ol məhi-bimehrdən rəhm məni-zarə yox. * * * Kuhikən künd eyləmiş min tişəni bir dağilən Kuhikən künd eyləmiş min tişəni bir dağilən, Mən qoparıb salmışam min daği bir dırnağilən. Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb, Sayruya düşvardır həmrəhlik etmək sağ ilən. Gərdi-rahın verməsə göz yaşinə təskin nola, Tutmaq olmaz böylə seylabın yolun toprağilən. Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü, Qılmaq olmaz sud sevdadə yaman ortağilən. Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam Kim, ona cənnət quşu yetməz min il uçmağilən. * * * Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib, Gör nə cahildir, yonar daşdan öziçün, bir rəqib. Qaşların yayi bir ox lütf eyləmiş hər aşiqə, Mən həm ondan eylərəm bir ox təmənna, ya nəsib. Tutiyayi-xaki-payin feyzinə yol bulmasam, Nuri-çeşmim, eyb qılma, kor olur derlər qərib. Müztəribdir çareyi-dərdimə, vəh kim, bilməyib Bir dəvasız dərdə uğratmış özün miskin təbib. Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr, Gəl gör, ey gül kim, giriftari-qəfəsdir əndəlib. Ey mənə səbr et deyən hali-dilimdən bixəbər, Eşq olan yerdə nədir aram, ya neylər şəkib? Ey Füzuli, incimə səndən təğafül qılsa yar, Rəsmdir kim, göstərə əhbabə istiğna həbib. * * * Kuhkəndən gözükür kuhdə asar hənuz Kuhkəndən gözükür kuhdə asar hənuz, Ol nə bənzər mənə, onun əsəri var hənuz. Çəkdi Məcnun ayağın badiyədən leyk, verir Qandı güllər, ayağından çəkilən xar hənuz. Vadiyi-eşqdə sevda ilə sərgəştə idim, Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz. Nöqteyi-xalinə bağlanmış idi canü könül, Gəzmədən daireyi-dövrdə pərgar hənuz. Mahə çəkdim şəbi-hicran ələmi-şöleyi-ah, Ah kim, olmadı ol mah xəbərdar hənuz. Naleyi-zarım ilə xəlqə haram oldu yuxu, Qarə bəxtim yuxudan olmadı bidar hənuz. Mərhəmi-vəsli ilə buldu qamu dərdə dəva, Bu Füzuli ələmi-hicr ilə bimar hənuz. * * * Getdi əldən sənəmin sünbili-mişkəfşani Getdi əldən sənəmin sünbüli-mişkəfşani. Yenə dövr etdi pərişan məni-sərgərdani. Öylə mötad olubam atəşi-hicranına kim, Görməsəm yandırar, əlbəttə, məni hicrani. Göydə ahim yeli söndürdü çirağın günəşin. Yerdə əşkim ayağa saldı düri-qəltani. Göz bəyazinə çəkər ləllərin surətini, Dəmbədəm xameyi-müjgan ilə, bağrım qani. Çıxdı can kimsəyə izhar edə bilmən dərdim, Nedəyin, ah, bu dərdin nə olur dərmani? Ey sitəm daşını bidərdlərə zae edən! Yapa gör bir neçə daş ilə dili-virani. Versə can, yetməsə cananə, Füzuli, nə əcəb Hər kişi kim, sevər öz cani üçün canani. * * * Gecələr ta halimə gərdun təmaşa etmədi Gecələr ta halimə gərdun təmaşa etmədi, Tərk edib bidadını, bir mehr peyda etmədi. Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin, Ey deyən Musa əsası qəti-dərya etmədi! Hər dəmindən, min Məsiha zindeyi-cavid olur Sən edən izhari-əcazi, Məsiha etmədi. Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil, Keçdi tövfi-Kəbədən, uçmağa pərva etmədi. Hiç abid anmadı ləlin ki, gözdən qan töküb Səcdədən durduqca, təğyiri-müsəlla etmədi. Zəfi-tale kəsdi dünyadan nəsibin zahidin, Yoxsa öz rəyilə zahid tərki-dünya etmədi. Etmədi eldən nihan bir gecə tövfi-kuyini Kim, Füzulini sədayi-nalə rüsva etmədi. * * * Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın! Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın! Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər, Zər nisar edə görün, cümlə yığılın, dərilin. Götürün oxların, ey didələrim, topraqdan, Bu yarar nəsnələrin qədrini yaxşicə bilin. Eyləmin, ey dilü can, xəncəri-müjganinə meyl, Bilirəm nolisər axir, gəlin ondan kəsilin. Göz yaşi tiğiniz içün tökülür, ey xublar, Sizi ta etməyə rüsva, görünən dəmdə silin! Düşdü od canimə, ey təndə olan peykanlar! Qızmadan mərəkə bir yanə ərimin, çəkilin! Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni Vəqtdir çıxmağa dünya qapısından, əyilin. * * * Gər deyil bir mah mehrilan mənim tək zar sübh Gər deyil bir mah mehrilən mənim tək zar sübh, Başin açib nişə hər gün yaxasın yırtar sübh. Gün deyil, hər gün bir ay mehrilə köksün çak edib, Tazə-tazə dağlərdir kim, qılır izhar sübh. Tiği-xurşid ilə rəf olsa yeridir kim, müdam, Yandırıb pərvaneyi, şəmə verir azar sübh. Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim, Şam şəmi-bəzm olub, ayrıldı məndən yar sübh. Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa, Sərf edər hər ləhzə min-min lölöi-şəhvar sübh. Eşqdə sadiqlik izhar etdi dağın göstərib, Qaliba derlərdi kazib, qıldı ondan ar sübh. Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can, Olmasaydı mərhəmətdən dəm vurub qəmxar sübh. * * * Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən, Tərki-ədəb etdin, nola düşsən nəzərimdən. Xunin müjdələrdirmi və ya mərdüm əlilə, Oxlar çəkilib, dişrə atılmış ciyərimdən? Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə, Xunab olub, əlbəttə, çıxar didələrimdən. Seylabi-sirişkilə xoşam eşq yolunda, Xaşaki-təəllüq qoparır rəhgüzərimdən. Daşlara vurub başımı, rüsva gəzər oldum, Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən. Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh, Bir şölə yetər atəşi-ahi-səhərimdən. Seylabi-sirişk etdi məni ğərqə, Füzuli, Ta dövr cüda qıldı büti-simbərimdən. * * * Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana, Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana! Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana. Çareyi-behbudimi sordum müalicdən, dedi: Dərd, dərdi-eşqdir, mümkün deyil sihhət sana. Tutaram yarın qiyamətdə, həbibim, damənin, Məstsən qəflət şərabından, bu gün möhlət sana. Əhli-eşqi atəşi-hicranə eylərsən kəbab, Dönə-dönə imtihan etdim, budur adət sana. İncidir naləm səni, vəh nola gər bir tiğ ilə Çeşmi-cəlladın edə ehsan mənə, minnət sana. Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz, Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana? * * * Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü, Əşkdir xali qılan qan ilə dolmuş könlümü. Ey pərivəşlər, cəfa rəsmin unutmın, lütf edin, Eyləmin bədxu cəfa mötadı olmuş könlümü. Vədeyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib, Möhnəti-hicran ilə aram bulmuş könlümü. Xəncəri-bidad ilə hərdəm görər zəxm üzrə zəxm, Hiç bir dəm görmədim önmüş, önülmüş könlümü. Payibəndi-lütf olub, bir yerdə sakin bulmadım, Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü. Simbərlərdən gələn daşları yığmış çevrəmə, Eşq məmur eyləmək istər pozulmuş könlümü. Hər zaman bir atəşinrüxsar sövdasın çəkər, Ey Füzuli, gör bu odlarə urulmuş könlümü. * * * Göz xətindən mərdümin məhv etmədən bulmaz murad Göz xətindən mərdümin məhv etmədən bulmaz murad. Zaye eylər hüsnünü xəttin savad üzrə səvad. Ola bilməz çini-zülfündən cüda göz mərdümü, Cari olmuşdur bu adət türrəsiz olmaz midad. Könlün ahimdən tərəhhüm surətin göstərdi, leyk Mövcdən su nəqşinə çox etmək olmaz etimad. Əşkü ahim nifrəti qət etdi eldən ülfətim, Cizginən çevrəmdə ya girdabdır, ya girdibad. Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəm Nalələr eylər, keçən həmdəmlərin etdikcə yad. Çaki-sinəmdən könül çıxdıqca şad olsam nola, Oylə afətdən yaqasın qurtaran olmazmı şad? Şiveyi-şimşad qəddin görsə, eylər bağiban, Etidali-sərvdən əlbəttə səlbi-etiqad. Mərdümün məhv etmədən olmaz xətindən didə şad, Bulmaz olmaq zövq xətlərdən açılmadan savad. Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib, Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad. * * * Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu, Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu. Sanmanız qanlı düyün, sinə dəlib, baş çəkmiş, Şöleyi-atəşi-ahi-dili-suzandır bu. Kəsmə ümmid könül başına cizginməkdən, Ola nagəh, düşə fürsət ələ, dövrandır bu. Dəmbədəm canımı, ey dərdü bəla, incitmin! Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu. Nə yaxırsan oxun, ey atəşi-dil, vəsl günü, Bizə hicran gecəsi şəmi-şəbistandır bu. Könül istər ala bir bu səri-zülfündən, leyk, Vermədən can dilər almaq, sanır asandır bu. Dün demişsən ki: Füzuli mənə qurban olsun! Sənə qurban olayım, yenə nə ehsandır bu. * * * Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı. Sayə tək bir yerdə durmağa qərarım qalmadı. Bir gün olmaz tələtin görmək müyəssər, ah kim, Zərrəcə ol gün yanında etibarım qalmadı. Pak qıldı surətimdən zəf dəhr ayinəsin, Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı. Qəm günü həmdəmlərim qərq oldular göz yaşinə, Silməyə göz yaşimi bir qəmgüsarım qalmadı. Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb, Oldu əhvalım xərab, ol ruzigarım qalmadı. Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi, Şükr kim, məqsudə yetdim, intizarım qalmadı. Ey Füzuli, el qamu əğyarım oldu yar üçün, Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı. * * * Görməsəm hər söz açanda ol güli rəna üzün Görməsəm hər göz açanda ol güli-rəna üzün, Göz yumunca əşki-gülgunim tutar dünya üzün. Gərçi kafirsən sənə, ey büt, yetər ol əcr kim, Rəğbətin bütxanədən döndərdi yüz tərsa üzün. Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin, Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün. Olma, ey səhranişin, qafil deyil hər su sərab, Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün. Yadi-ruxsarilə ol mahın gözüm qan-yaş tökər, Hər görən saətdə xyrşidi-cahanara üzün. Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən, Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün. Ey Füzuli, dudi-ahim tirə eylər aləmi, Görməsəm bir ləhzə ol mahi-mələksima üzün. * * * Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın. Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın. Buraxmış itlərinə parə-parə könlümü ol məh, Ulaşdırmış kəsib ərbabi-istehqaqə qurbanın. Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim, Görər sərməst çıxdıqda onun çaki-giribanın. Könül, qəm həmdəmimdir qanın, ey göz mərdümü, içmə, Bilirsən qanə-qandır, qəm sənə qoymaz onun qanın. Gözün kim guşeyi-mehrab tutmuş din qılır yəğma, Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın. Gözüm mərdümlərin çoxdan qılırlar dəviyi-eşqin, Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın. Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən, Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın? * * * Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi, Zənəxdanın muradım dəstgahın sərnigun etdi. Sənə əksin müqabil durduğiçün hüsn lafilə, Onu cam içrə qeyrət qərqeyi-girdabi-xun etdi. Özün nisbət qılırdı zülfünə zəncir hər saət, Bu sövdalər onu sərhəlqeyi-əhli-cünun etdi. Onun tək kim, pərişanlıq ziyasın artırır şəmin, Mənə cövrün ziyad olmaq, sənə meylim füzyn etdi. Müjən xəncərlərin könlüm basır bağrına, vəhm etməz, Ona cadu gözün guya ki, təlimi-füsun etdi. Bəqayi-surəti-Şirin üçün tövfiq memarı, Binayi-eşqi-Fərhadın asasın Bisütun etdi. Füzulidən səbatü səbrü cövrü qəhr az istə Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi. * * * Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox. Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox. Səndən etmən dad: "cövrün var, lütfün yox" deyib, Məsti-zövqi-şövqünəm, birdir yanımda var, yox. Kimə izhar eyləyim bilmən bu pünhan dərdi kim, Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox. Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi, Bunca sərməstin tamaşasinə bir hüşyar yox. Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl, Sübh təhqiqi əlamətinə bir bidar yox. Surəti zibasənəmlər yox demən bütxanədə, Var çox, əmma sənə bənzər büti-xunxar yox. Ey Füzuli, səhldir hər qəm ki, qəmxarı ola, Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox. * * * Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar, Qətrə-qətrə saçılır didələrimdən qanlar. Qətrə-qətrə demə qandır ki, çıxar çeşmimdən Dəmbədəm könlüm odilə əriyən peykanlar. Qaşların yayinə meyl eyləyə canü könül, Dünü gün mən bilirəm kim, nə çəkirlər anlar. Açma kakil girehin, başın üçün, görmə rəva Ki, pərişan olalar bir neçə sərgərdanlar. Yel dəyər zülfünə, ya qoymayıb öz hali ilə, Gəzdirərlər onu əldən-ələ hərdəm canlar. Eylə üşşaqə cəfalar ki, vəfalar görəsən, Sanma kim, zaye olur eylədiyin ehsanlar. Sorma zöhhadə, Füzuli, rəhü rəsmin eşqin, Nə bilirlər rəvişi-əhli-xirəd nadanlar. * * * Mehri könlümdə nihan olduğun ol mah bilir Mehri könlümdə nihan olduğun ol mah bilir, Kimsə bilməz, füqəra sirri-dilin şah bilir. Sorman ol mahilə hali-dilimi tanrı üçün, Biləli onu özüm, bilməzəm allah bilir. Gah yüz lütf qılır, gah təğafül guya Gah bilməz bu giriftarlığım, gah bilir. Can fəda eyləməyi yara həmin mən bilirəm, Bu təriqi demə hər qafilü gümrah bilir. Nəzəri-lütf diriğ etmə Füzulidən kim, Sənə sidqilə özün bəndeyi-dərgah bilir. * * * Məgər xab içrə gördün, ey könül, ol çeşmi şəhlayi Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi Ki, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi. Yetirdi ahimi gərdunə ol büt, gör nə kafirdir, Deməz kim, göydə nagəh incidə naləm Məsihayi. Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma. Nə mümkünsən muradınca çəkilmək qaşları yayi. Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq, Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhrayi. Görünməz yar, xəlq əşkim təmaşasinə cəm olmuş, Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayi. Tutub quşlar başımda aşiyan, fəryadə gəlmişlər, Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayi. Füzuli, zülfi sevdasın qələm tək başə salmışsan, Gedən başın, əgər başdan gedirməzsən bu sevdayi. * * * Mənə basi-səba ol sərvi-gülrüxdən xəbər verməz Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz, Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz. Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma Əcəl peykinə seyli-əşk girdabi güzər verməz. Gözümdə məskən et, xari-müjəmdən etiraz etmə, Güli-xəndanə sordum, xarə yar olmaq, zərər verməz. Əgər can almaq istərsən, tənimdən tiğini kəsmə Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz. Qiyas et şəmdən, vəhm eylə çərxin inqilabından Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz. Bəla zimnində rahət olduğun izhar edər xəlqə Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz. Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-niysandan gühər verməz. * * * Mənim kimi bir ləbi-xəndan üçün giryanlığım vardır Mənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır, Pərişan türrələr dövründə sərgərdanlığım vardır. Yaşım təxti-rəvandır, taci-zərrin şöleyi-ahim, Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır. Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım, Xəyali-surəti-cananə xoş heyranlığım vardır. Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə, Həvayi-eşq ilə min səncə əşkəfşanlığım vardır. Ləbin dövründə kim insan olan can der ona mütləq, Əgər abi-həyat etsəm tələb, heyranlığım vardır. Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadən Qamu danayə rövşəndir bu kim, nadanlığım vardır. * * * Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb! Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb! Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb! Dəmadəm cövrlərdir çəkdiyim birəhm bütlərdən, Bu kafərlər əsiri bir müsəlman olmasın, ya rəb! Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim Ki, bu əndişədən ol məh peşiman olmasın, ya rəb! Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin, Çıxan olsun dili-məcruh, peykan olmasın, ya rəb! Cəfavü cövr ilə mötadəm, onlarsız nolur halım, Cəfasinə hədü cövrünə payan olmasın, ya rəb! Demən kim, ədli yox, ya zülmü çox hər hal ilə olsa, Könül təxtinə ondan özgə syltan olmasın, ya rəb! Füzuli buldu gənci-afiyət meyxana küncündə, Mübarək mülkdür, ol mülk viran olmasın, ya rəb! * * * Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı, Söndürmə öz əlinlə yandırdığın çirağı. Uymuş cünynə könlüm, əbrunə der məhi-nov, Nə etibar ona kim, seçməz qaradan ağı. Qəddin qəmində sərvin sormağə zəfi-halın, Gülzardən kəsilməz irmaqların ayağı. Dür tək dişin sözünü hər dəm eşitmək istər, Bəhrin müdam onunçün sahildədir qulağı. Zülfü siyəh sənəmlər olmuş sənin əsirin, Eşqində hər birinin öz zülfü boynu bağı. Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi, Tünd olma, bir qədəh ver tər eyləsin dəmağı. Dövran həvadisindən yox bakimiz, Füzuli, Darül-əmanımızdır meyxanələr bucağı. * * * Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs, Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs. Yar kuyində gər olsaydı, müsəlmanlar, yerim, Kafərəm gər rövzeyi-rizvanə eylərdim həvəs. Kuh fəryadi-sədasin verdi Fərhadın demin, Nəqşi-Şirindir verir avaz, olub fəryadrəs. Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə, Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs! Bir nəfəs qalmış həyatımdan həbibim, sübh tək, Nola gər bir mehr göstərsən mənə axir nəfəs. Xali etdim dil həvayi-ixtilati-xəlqdən, Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs. Ey Füzuli, gər sənə cəmiyyəti-dildir murad, Bağla bir dildarə könlün, qeyrdən peyvəndi kəs. * * * Məhşər günü görüm derəm, ol sərvqaməti Məhşər günü görüm derəm, ol sərvqaməti, Gər onda həm görünməsə, gəl gör qiyaməti. Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir, Əlbəttə, bu işin çəkilir bir nədaməti. Məcnun ki, padişahi-sipahi-vühuş idi, Mən tək müsəxxər etmədi mülki-məlaməti. Səhranəvərd ikən, mənə təsviri-Kuhkən, Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti. Səngi-məlamət ilə çəkin çevrəmə həsar, Əşkim fənayə verməsin əhli-səlaməti. Zahid, çox etmə tən mey üftadəsinə kim, Çoxları yıxdı piri-müğanın kəraməti. Qəm zülmətində bulmağa dərdü bəla məni, Bəsdir, Füzuli, atəşi-ahim əlaməti. * * * Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf, Eşq bir yükdür ki, xəm olmuş onun altında qaf. Olma xali dürdkəşlər söhbətindən, ey könül, Gər dilərsən edəsən ayineyi-idrakı saf. Sübhdəm zülfün dağıt, ya şam ərzi-ariz et, Qoyma sübhü şam arasında təriqi-ixtilaf. Rəşki-rüxsarın dili-xurşidə salmış iztirab, Qeyrəti-qəddin mizaci-şəmə vermiş inhiraf. Xaki-kuyin Kəbəyə nisbət qılan bilməzmi kim, Bunda hərdəm, onda bir növbət olur vacib təvaf. Vəhmim ondadır ki, mümkün olmaya qəmdən nəcat, Fərric-il lahümmə həmmi, nəccini mimma məxaf. Ey Füzuli, zahid ər dəvayi-əql eylər, nə syd, Nəfi-zövqi-eşqdir cəhlinə eyni-etiraf. * * * Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur, Anunçun bəsteyi-zənciri-seyli-əşki-gülgundur. Səvadi-nöqteyi-girdabə bənzər mərdümi-çeşmim Ki, daim ğərqeyi-girdabi-əşki-çeşmi-pürxundur. Eşit dərdi-dilim, əfsaneyi-Məcnunə meyl etmə Kim, ol əfsanədən həm anlanan mütləq bu məzmundur. Fərəhbəxşi-dili-məşuq olur şərhi-qəmi-aşiq, Sürudi-bəzmi-Şirin, naleyi-Fərhadi-məhzundur. Kəməndi-çini-zülfün vəhmi getməz zar könlümdən, Mənə ol riştəyi əjdər qılan bilmən nə əfsundur? Xəmidə qamətim kim daği-dildən qanə qərq olmuş, İçində nöqtəsi guya ki, qan altındakı nundyr. Füzuli, vermədi tən oxları göz yaşinə təskin, Önün bənd etmək olmaz xarü xaşak ilə, Ceyhundur. * * * Mülki-hüsnün böylə zalim padişahi olmağıl Mülki-hüsnün böylə zalim padişahi olmağıl, Kim sənə zalim desə, adil güvahi olmağıl. Qəmzə tiğin çəkmə hər saət könül yəğmasinə, Hökmə tabe mülkə qarətgər sipahi olmağıl. Ahını, ey mah, üşşaqin yetirmə göylərə, Dərd əhlinin nişani-tiri-ahi olmağıl. Gər dilərsən şəm tək qeyrət oduna yanmayım, Şamlər əğyar şəmi-bəzmgahi olmağıl. Adət etmək xoş degil, bidadə rəhm et tanrıçün, Gahi olsan maili-bidad, gahi olmağıl. Aşiqi rüsva görüb, mən etmə, ey naseh, məni, Münkiri-asari-təqdiri-ilahi olmağıl. Ey Füzuli, eyləmə taət riyayi, tərkin et, Tövbə qıl minbəd, məşğuli-mənahi olmağıl. * * * Mürdə cismim iltifatından bulur hər dəm həyat Mürdə cismim iltifatından bulur hər dəm həyat, Ölərəm gər qılmasan hər dəm mənə bir iltifat. Yazə bilməz ləblərin vəsfin təmami-ömrdə, Abi-heyvan versə Xizrə kilkü zülmətdən dəvat. Mən fəqirəm, sən ğəni, vergil zəkati-hüsn kim, Şər içində həm mənədir, həm sənə vacib zəkat. Görməyincə hüsnünü imanə gəlməz aşiqin, Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat. Məzhəri-asari-qüdrətdir vücudi-kamilin, Feyzi-fitrətdən qərəz sənsən, tüfeylin kainat. Cövhəri-zatindədir məcmui-övsafi-kəmal, Bu sifat ilə ki, sənsən, qandadır bir pak zat? Eşqə ta düşdüm Füzuli, çəkmədim dünya qəmin, Bil ki, qeydi-eşq imiş dami-təəllüqdən nəcat. * * * Müshəf demək xətadır ol səfheyi-cəmalə Müshəf demək xətadır od səfheyi-cəmalə, Bu bir kitab sözdür, fəhm edən əhli-halə. Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı, Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə. Heyrani-mahi-ruyin xurşidə mehr salmaz, Müştaqi-taqi-əbrun əksik baxar hilalə. Qondurdu gərd xəttin ayineyi-muradə, Qıfl urdu iqdi-zülfün gəncineyi-visalə. Dövran mənə qədəm tək, sevda qapısın açdı, Ta qəddimi qəmindən döndərdi zəf nalə. Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş, Xoş kamili-zamansan, əhsəntü bu kəmalə. * * * Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim, Sürudin çəngü udun, naləvü əfğanə dəgşirdim. Dəxi zövqi-visali-dust şövqün istəmin məndən Ki, mən zövqi-visali, möhnəti-hicranə dəgşirdim. Məni, ey bağiban, məzur tut gülzar seyrindən Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəgşirdim. Könül verdim fənavü fəqrə, tərki-etibar etdim, Bihəmdillah ki, axir küfrümü iymanə dəgşirdim. Niqabi-surəti-hal eylədim xuni-ciyər seylin, Əyan rüsvalığı dərdü qəmi-pünhanə dəgşirdim. Könüldən zövq bulmazdım, çıxardım çaki-köysümdən, Qaşı yaylar xədəngilə gələn peykanə dəgşirdim. Füzuli, məndən zövqi-afiyət az istə kim çoxdan Mən onu arizuyi-tələti-cananə dəgşirdim. * * * Nalədəndir ney kimi avazeyi-eşqim bülənd Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. Qıl mədəd, ey bəxt, vərnə kami-dil mümkün deyil, Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd. Dağlərdir odlu könlümdə qarası qopmamış, Ya sabati-eşq üçün od üzrə bir neçə sipənd. Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb, Açar ol gülrux təbəssüm birlə ləli-nuşxənd. Xaki-rahindən məni qaldıra bilməz sayə tək, Qılsa gərdun afitabın hər şüaın bir kəmənd. Cam tut der, saqiyi-gülçöhrə, zahid, tərki-cam, Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd. Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur, Hiç dərvişi sənin tək görmədim sultanpəsənd. * * * Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm, Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm. Ruzi-hicrandır sevin, ey murği-ruhim kim, bu gün Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm. Vəhm edib ta salmaya sən mahə mehrin hiç kim, Kimə yetsəm zülmü cövründən ona dad eylərəm. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına, Bunca kim, hərdəm ciyər qanından imdad eylərəm. İncimən hər necə kim, əğyar bidad eyləsə, Yar cövriçün, könül, bidadə mötad eylərəm. Bilmişəm bulman visalın, leyk bir ümmid ilə Gah-gah öz xatiri-naşadımı şad eylərəm. Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını, Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm. * * * Nə görər əhli-cəfa məndə vəfadən qeyri Nə görər əhli-cəfa məndə vəfadən qeyri. Nə bulur şəmi yaqan kimsə ziyadən qeyri. Ey olan sakini-məscid, nə bulubsan bilmən, Buriyasında onun buyi-riyadən qeyri. Gəl xərabatə, nəzər saqiyə qıl kim, yoxdur Rüxi-safü meyi-safində səfadən qeyri. Sərbəsər vadiyi-mehnətdirü ğəm mülki-vücud, Bir fərağət yeri yox şəhri-fənadən qeyri. Cümleyi-xəlq mənə yar üçün əğyar oldu, Qalmadı kimsə mənə yar xudadən qeyri. Əzmi-kuyində könül yarlıq istər bizdən, Əlimizdən nə gəlir xeyr-duadən qeyri. Fəqr imiş, fəqr, Füzuli, şərəfi-əhli-vücud, Özünə eyləmə həmdəm füqəradən qeyri. * * * Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın, Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın. Rüxün dövründə bir divanədir sövdayi-zülfün kim, Pərişanlıqdan olmuş, mən kimi, məşhuri-dövranın. Həvadən kakilindir təprənən, ya rişteyi-candır, Ki, hərdəm cizginib başinə istər ola qurbanın. Müsəlsəl zülfi-mişginindən artırmış rüxün rövnəq, Zəhi sünbül ki, olmuş zivəri gülbərgi-xəndanın. Qaralıbdır tütün tək ruzgarım ol zamandan kim, Tənim xaşakinə odlar urubdur bərqi-hicranın. İşimdir sayə tək yerdən-yerə üz urmaq ol gündən Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın. Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin, Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın? * * * Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz, Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz. Xəmi-əbruyi-mişkinini görsə zahidi-kəcbin, Dəxi qamət sücudi-guşayi-mehrabə xəm qılmaz. Sənə, ey şuxi-səngindil, demən büt, nişə kim büt həm Əgərçi səngdildir, böylə bidadü sitəm qılmaz. Cəfavü cövr ilə qan oldu bağrım, ya rəb, ol bədxu Neçün tərk eyləməz bidadü cövrün, bir kərəm qılmaz. Muradım giryədən kəsbi-qübari-rəhgüzarındır, Gözüm yaşı dəmadəm çöhrəmi-bihudə nəm qılmaz. Xətin dövründə əşki-al ilə dərdü qəmim şərhin, Dəm olmaz kim, rüxi-zərd üzrə müjganım rəqəm qılmaz. Füzuli binəva, ta rövzeyi-kuyində sakindir, Təmənnayi-behiştü meyli-gülzari-İrəm qılmaz. * * * Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə, Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə. Olub heyran götürmən xəttü xalından nəzər guya, Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə. Xəm etdin qamətim, gər tərki-sər qıldımsa məzurəm, Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə. Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlüv, Hübab altındadır ol nüktə kim, qorlar zülal üzrə. Yazar göz pərdəsinə əşk şərhi-hal bilməz kim, Oxunmaz qan ilə yazılsa xət övraqi-al üzrə Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim, Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə. Füzulinin təriqi-nəzmə təbin müstəqim etmiş, Xəyali-qamətin kim, bir əlifdir etidal üzrə. * * * Nola zahid bilsə küfri-zülfün iman olduğun Nola zahid bilsə küfri-zülfün iman olduğun, Şimdi körmüşlərmidir kafir müsəlman olduğun. Mən əgər aşiq olub, din verməsəydnm qarətə, Kim bilirdi eşq mülkün kafiristan olduğun. Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri, Meyl edənlər eşqə bilsinlər ciyər qan olduğun. Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar, Ondan etdim fəhm könlüm şəhri viran olduğun. Vədeyi-vəslinə ol gündən ki, verdim könlümü, Mən onun bilməzmidim axir pəşiman olduğun. Eşqini asan görüb, oldum əsiri tifl ikən, Bilmədim getdikcə bir aşubi-dövran olduğun. Ey Füzuli, xublər vəslinə eylərsən həvəs, Guiya bilməzmisən vəsl içrə hicran olduğun. * * * Nurini mah mehri-rüxündən alır müdam Nurini mah mehri-rüxündən alır müdam, İnkar edərsə, şəhr güvahımdurur tamam. Mehrab imiş qaşın ki, ona qarşı kipriyin Səf-səf gəlir qiyamə qılıb qəmzəni imam. Ol hur vədəsinə behişti-visal üçün, Quranca etibar edübəm hasili-kəlam. Əksi-rüxün oğurladığıçün dönə-dönə, Asıldı güzgü şəhrdə, eldən sürüldü cam. Dəşt üzrə girdbadmı, ya gəldiyim görüb, Məcnun qubarıdır ki, durub eylər ehtiram. Durğurma yolların yügürüb tutma, ey sirişk, Ol sərv edəndə naz ilə bizdən yana xüram. Həmsöhbət oldu daneyi-əngur zahidə, Əsli budur ki, oxudular badəni həram. Meyxanədir cahanda, Füzuli, məqami-əmn, Cəhd et bir növ hübab kimi, onda tut müdam. * * * Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb, Ağlar oldu halıma birəhm cananım görüb. Eyləyən təyini-əczayi-müdava dərdimə, Tərk edib, cəm etmədi hali-pərişanım görüb. Lalərüxlər göysümün çakinə qılmazlar nəzər, Hiç bir rəhm eyləməzlər daği-pinhanım görüb. Tut gözün, ey dudi-dil, çərxin ki, devrin tərk edib, Qalmasın heyrətdə çeşmi-gövhərəfşanım görüb. Pərtövi-xurşid sanmın yerdə, kim dövri-fələk, Yerə vurmuş afitabın mahi-tabanım görüb. Suda əksi-sərv sanmın, kim qoparıb, bağiban Suya salmış sərvini, sərvi-xuramanım görüb. Ey Füzuli, bil ki, ol gül arizin görmüş degil, Ol ki, eyb eylər mənim çaki-giribanım görüb. * * * Ol pərivəş kim, məlahət mülkünün sultanıdır Ol pərivəş kim, məlamət mülkünün sultanıdır, Hökm onun hökmüdürür, fərman onun fərmanıdır. Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq, Doğru derlər, hər zaman bir aşiqin dövranıdır. Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır. Çakilər cismimdə tiği-eşqdən, eyb etməyiz Kim, cünun gülzarının bunlar güli-xəndanıdır. Ey Füzuli, nola kim rəhm edə yar əfğanına, Ağlagil zar, munca kim zar ağlamaq imkanıdır. * * * Olsaydı məndəki qəm Fərhadi-mübtəladə Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, Bir ah ilə verərdi min Bisütuni badə. Versəydi ahi-Məcnun fəryadımın sədasın, Quşmu qərar edərdi başındakı yuvadə? Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra, Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə. Əşki-rəvanimə el cəm oldu, var ümidim Kim, ola varə-varə cəmiyyətim ziyadə. Gəh qəmzə içmək istər qanimi, gah çeşmin Qorxum budur ki, nagəh qanlar ola aradə. Sərvərlik istər isən, üftadəlik şüar et Kim, düşmədən əyağə, çıxmadı başə badə. Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli, Olma vəfayə talib, dünyayi-bivəfadə. * * * Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq -Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq**, Sənə əskik deyil, göydən yağar, yerdən bitər aşiq. Mənə məqsud tərki-eşq idi, vəh kim, meyi-hüsnün, Olub gün-gündən əfzun, qıldı gün-gündən bətər aşiq. Tamaşayi-cəmalından nəzər əhlini mən etmə, Nə syd ol xub üzdən kim, ona qılmaz nəzər aşiq. Çəməndə payibusindən olubdur səbzələr xürrəm, Haman bir səbzəcə olmağa aləmdə yetər aşiq. Qılırsan min ciyər qan, hər yana baxdıqca, ey zalim Nə baxmaqdır bu, hər dəm qandan alsın bir ciyər aşiq? Qırarsan əhli-eşqi, tutalım, kimsə əlin tutmaz, Nə işdir bu, gərəkməzmi sənə, ey simibər, aşiq? Nə pərvanə dözər bir şöləyə, nə şəm bir ahə, Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq. * * * Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin. Kakilin tək başına cizginmək istər xatirim, Ey mənü yüz mən kimi sərgəştə qurbanın sənin. Arizin dövründə cəmiyyətdən olsun naümid Olmayan aşüfteyi-zülfi-pərişanın sənin. Çün əcəbdir lələ guyalıq, nə möcizdir bu kim, Eylər izhari-süxən, ləli-dürəfşanın sənin. Çərx yayından atıldı canıma tiri-əcəl, Leyk ondan tizrək dəprəndi müjganın sənin. Daği-hicranın odun bənzətmək olmaz duzəxə, Olmasın kafər əsiri-daği-hicranın sənin. Ey Füzuli, öylə kim bimari-dərdi-eşqsən, Yoxdurur ölməkdən özgə hiç dərmanın sənin. * * * Payibənd oldum səri-zülfi-pərişanım görüb Payibənd oldum səri-zülfi-pərişanın görüb, Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb. Oda yaxdım şəm vəş canım, baxıb rüxsarına, Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb. Gəzdirər hər yan gözüm əşk üzrə bağrım parəsin, Xələti-gülgyn ilə rəxş üzrə cövlanın görüb. Bir zaman keçməz ki, dil tiğindən olmaz çak-çak, Açılır hər dəm tutulmuş könlüm ehsanın görüb. Könlümü tənhalıq eylərdi pərişan sinədə, Olmasaydı cəm, hər yanında peykanın görüb. Bəndi-zindani-qəmü möhnətdən olmuşdum xilas, Ah kim düşdüm yenə, çahi-zənəxdanın görüb. Ey Füzuli, bunca kim tutdun nihan hali-dilin, Aqibət fəhm etdi el çaki-giribanın görüb. * * * Vətənimdir vətənimdir vətənimdir vətənim Pənbeyi-daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm, kəfənim. Canı canan diləmiş, verməmək olmaz, ey dil! Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Daş dələr ahim oxu, şəhdi-ləbin şövqündən, Nola zənbur evinə bənzəsə beytül-həzənim? Tövqi-zənciri-cünun daireyi-dövlətdir, Nə rəva kim, məni ondan çıxara zəfi-tənim. Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim, Bir hübabəm ki, həvadən doludur pirəhənim. Bülbülü-qəmzədəyəm, baği baharım sənsən, Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim. Edəməm tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, və tənimdir vətənim! * * * Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir, Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir. Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq, Yetən bidərd tədbirilə dərman etdiyimdəndir. Gözüm kim bağrımın qanın tökər pərkalə-pərkalə, Dəmadəm arizuyi-ləli-canan etdiyimdəndir. Deyil bihudə gər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi-ahimlə viran etdiyimdəndir. Qaçan rüsva olurdum, qan udub səbr edə bilsəydim, Məlamət çəkdiyim bihudə əfğan etdiyimdəndir. Xəta səndən deyil, cismim oxundan binəsib olsa, Hübabi-əşki-gülgün içrə pünhan etdiyimdəndir. Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim, Pərivəşlər xəyalın munisi-can etdiyimdəndir. * * * Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz, Getsə başım şəm tək, mümkün deyil ifşayi-raz. Xublar mehrabi-əbrusinə meyl etməz fəqih, Ölsə kafərdir, müsəlmanlar, ona qılmın nəmaz. Kimsə ol bədxuyə izhar edə bilməz dərdimi, Ey sürudi-nalə, tanriçün, sən olğıl çarəsaz. Qalibim görmüş tühi, tökmək dilər bir tazə ruh, Bərqi-ahim kim, gələn peykanına vermiş güdaz. Xubsurətlərdən, ey naseh, məni mən etmə kim, Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz. Mən xud öldüm, ey türabımdan olan sağər, müdam, Rindlər bəzmin gəzib bir-bir yetir məndən niyaz! Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim, Dəhr-zalim, bəxt-nafərcam, tələb - çox, ömr - az. * * * Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı, Keçər nəqdin əgər min Yusifin olsan xiridarı. Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə Kim, olmuş gövhərəfşan bülbülün pərgar minqarı. Çəkər min dairə çövrəmdə hirz üçün sirişkimdən, Xəmidə qəddimin bihudə cizginməz bu pərgarı. Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmin Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zarı. Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş, Verincə qaşların taqinə surət, sün memarı. Sənəmlər xidmətin taət bilən rind əcrsiz qalmaz, Qılar min rişteyi-təsbih işin, hər tari-zünnarı. Füzulini dəhanın həsrəti bir dərdə salmış kim, Nə pünhan etməyi mümkündür ol dərdin, nə izharı. * * * Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax! Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax! Afitab ilə qılır dəva, tutulmuş ayə bax! Şəm başından çıxarmış dud şövqi-kakilin, Böylə kutah ömr ilə başındakı sövdayə bax! Ey səlamət əhli, ol rüxsarə baxma zinhar! Etiraz eylə məlamətdən, məni - rüsvayə bax! Bildi eşqində nəmədpuş olduğum ayinə vəş, Rəhm edib bir gəz mənə baxmaz, bu istiğnayə bax! Sinəmi çak eylə, gör dil iztirabın eşqdən, Rovzən aç, hərdəm həvadən movc uran dəryayə bax. Ey deyən kim, şəmi-iqbalın nə üzdən tirədir? Sayə salmış ayə ol geysuyi-ənbərsayə bax. Ey Füzuli, hər necə mən eyləsə naseh səni, Baxma onun qövlinə, bir surəti-zibayə bax. * * * Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə Ki, gəda ahı əsər eylər olur şahlərə. Mehri yox mahlərə ah əsər etməz, ya rəb! Ver bir insaf, bu mehri yox olan mahlərə. Qaşların taqinə versəm dili-suzan, nə əcəb, Rəsmdir asıla qəndil nəzərgahlərə. Maili-sərv, qədin vəslinə yetməz, nişə kim, Bəxt şayəstə deyil himməti kutahlərə. Saqiyi-bəzmi-cünun nərgisi-məstindir kim, İçirir badeyi-qəflət dili-agahlərə. Baxma, ey didə, zənəxdanına məhbublərin, Gəzmə qafil, həzər et düşməyəsən çahlərə. Ey Füzuli, vərə əhli rəhi-məscid tutmuş, Sən rəhi-meykədə tut, uyma bu gümrahlərə. * * * Riştədir cismim ki, dövri-çərx vermiş tab ona Riştədir cismim ki, dövri-çərx vermiş tab ona, Mərdümi-çeşmim düzər hərdəm düri-sirab ona. Sayeyi-zülfün şəbistanındadır şəmi-rüxün, Necə yetsin qədr ilə xurşidi-aləmtab ona? Dürd dərdidir səfabəxşi-hərifi-bəzmi-eşq, Saqiya, çox etmə təklifi-şəraba-nab ona. Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın, Daş olur, əlbəttə, gər baş əyməsə mehrab ona. Çeşmini əhli-nəzər qəsdinə təyin eyləyən Nazü qəmzəndən mühəyya eyləmiş əsbab ona. Tərləmiş rüxsar ilə xublar açarlar könlümü, Gör nə gülşəndir ki, atəşdən verərlər ab ona. Silki-əhli-halə çəkmiş zahidi əşki-riya Mis kimi kim, sim qədrin bildirər simab ona. Ey Füzuli, qalmamış qövğayi-Məcnundan əsər, Qaliba, əfsaneyi-eşqin gətirmiş xab ona. * * * Saqiyə, mey sun ki, dami-qəmdürür huşyarlıq Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq, Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq. Var fikrin, yox qəmin çəkmək nədir, bir cam ilə Bixəbər qıl kim, mənə bir ola yoxluq, varlıq. Can mətainin, bəhasidir nə kim, dövran verir, Türfə bu kim, sanıram şəfqətdir ol qəddarlıq. Məndən axir çün qılır bizarlıq əsbabi-dəhr, Dəhr əsbabından ol yey kim, qılam bizarlıq. Təneyi-əğyar çəkməkdir işim bir yar üçün Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq. Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib Kim, deyil sən bildiyin, mən çəkdiyim bimarlıq. Ey Füzuli, eylərəm qəti-təəllüq yardən, Bu təriq içrə mənə tövfiq edərsə yarlıq. * * * Saqiya, cam tut ol aşiqə kim, qayğuludur Saqiya, cam tut ol aşiqə kim, qayğuludur, Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur. Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq, Çox həvəs eyləmə ol şərbətə kim, ağuludur. Qoyalım başı xümi-badə əyağinə müdam, Tutmamaq olmaz onun hürmətini, bir uludur. Bunca kim, kuh sifət başimə daşlar urulur, Dideyi-bəxtim oyanmaz, nə ağır uyğuludur. Dili-pürxunimə yağdırma bəla peykanın, Həzər et şişəyə, nagah zərər eylər, doludur. Könlümün zəxminə peykanın etdim mərhəm, Gənci-qəmdir, nola gər böylə dəmir qapuludur. Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər, Tutar ahu vətən ol yerdə ki, otlu, suludur. * * * Saçın əndişəsi təhriki-zənciri-cünunumdur Saçın əndişəsi təhriki-zənciri-cünunumdur. Cünunum dəfinə zikri-ləbi-ləlin füsunumdur. Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər, Dəlili-rah qətrə-qətrə əşki-laləgunumdur. Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər, Qalan odlarda yanmış kövkəbi-bəxti-zəbunumdur. Gələn navəklərin bir-bir yaxıb, qoymaz bulam zövqin Məni hirman oduna yandıran suzi-dərunumdur. Səri-kuyində könlüm bərqi-ahın sanma bihuda, Qaranqu gecə əzmi-kuyin etsəm, rəhnümunumdur. Ləbi-Şirinlərin şövqilə Fərhadi mənəm əsrin, Yanımda cəm olan sangi-məlamət Bisütunumdur. Füzuli, xali olmaq cami-eyşim safi-səhbadən, Nişani-bəxti-nafərcamü iqbali-nigunumdur. * * * Seyr qıl, gör kim, gülüstanın nə abtü tabı var Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var, Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var. Pənceyi-bərgi-çinar etmiş mühəyya şanələr, Anlamış guya ki, sünbül kakilinin tabı var. Rahət içün fərş salmış səbzeyi-tər gülşəni, Nərgisin görmüş gözün məxmur, sanmış xabı var. Bulunur hər dərdə istərsən, gülüstanda dəva, Həqqəsində qönçənin guya şəfa cüllabı var. Güldü gül, açıldı nərgis, lalə doldu jalədən, Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var. Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, qaliba, Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var. Gər Füzuli meyli-gülzar etsə fəsli-gül, nola, Eyş üçün xunabeyi-dildən şərabi-nabı var. * * * Səba, əğyardan pünhan, qəmim dildarə izhar et Səba, əğyardan pünhan, qəmim dildarə izhar et! Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et! Gətir yadım onun yanında, vər görsən ki, qəhr eylər, Xəmuş olma, yenə düşnam təqribilə təkrar et! Könül, qəm günlərin tənha keçirmə, istə bir həmdəm, Əcəl xabından, əfğanlar çəkib, Məcnunu bidar et! Çü yox eşq atəşi bir şölə çəksə taqətin, ey ney, Baş ağrıtma, dəmi-eşq urma, ancaq naleyi-zar et! Məni rəşk oduna pərvanə tək, ey şəm, yandırma, Yetər xurşidi-rüxsarın çiraği-bəzmi-əğyar et! Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm, Qəmi-eşqə məni bundan bətər, ya rəb, giriftar et! Füzuli, baxmaq olur ol günəş yadilə xurşidə, Nə vəch ilə kim, olsa gün keçər, fikri-şəbi-tar et. * * * Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin, Təni-məhzunə candan, canə canandan xəbər verdin. Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın, Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin. Sözünü vəhyi-nazil gər der isəm hiç küfr olmaz, Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin. Dedilər yar, üşşaqin gəlir cəm etməyə könlün, Məgər kim, yarə üşşaqi-pərişandan xəbər verdin. Süleyman məsnədindən divi-gümrəh rəğbətin kəsdin, Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin. Füzuli, ruzigarın tirə oldu şami-hicrandan, Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin. * * * Səbadən gül üzündə sünbüli-pürpiçu tab oynar Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar, Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar. Xəyali-arizin cövlan edər bu çeşmi-pürnəmdə, Nəçük kim, mövclənmiş suda əksi-afitab oynar. Rüxün görgəc olur suzi-dərunü dərdi-dil hasil, Bahar əyyami sıçrar bərqi-rəxşəndə, səhab oynar. İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət Ki, məşuqilə aşiq eyləyib nazü itab oynar. Riyayi-zahidi-xüşkün simaindən nolur hasil, Xoş ol kim, rindi-meyxarə, içib cami-şərab, oynar. Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. Qılır köz pərdəsin xunabi-həsrət çak hər dəm kim, Rüxündə ləzzəti-didar zövqindən niqab oynar. Füzuli, rəşkdən titrər dili-pürxuni üşşaqın, Binaguşində yarın hər zaman kim, ləli-nab oynar. * * * Can vermə qəmi-eşqə ki, eşq afəti-candır Can vermə qəmi-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır! Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz! Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır! Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz, Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır! Yaxşı görünür surəti məhvəşlərin, əmma Yaxşı nəzər etdikdə, sərəncamı yamandır! Eşq içrə əzab olduğun ondan bilirəm kim, Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır! Yad etmə qara gözlülərin mərdümi-çeşmin, Mərdüm deyib aldanma kim, içdikləri qandır! Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var" Aldanma ki, şair sözü, əlbəttə, yalandır. * * * Tutuşdu qəm oduna şad gördüyün könlüm Tutuşdu qəm oduna şad gördügün könlüm, Müqəyyəd oldu ol azad gördügün könlüm. Diyari-hicrdə seyli-sitəmdən oldu xərab, Fəzayi-eşqdə abad gördügün könlüm. Nə gördü badədə bilmən ki, oldu badəpərəst, Mürid məşrəbü zöhhad gördügün könlüm. Fəraqın odunu gördükcə mum tək əridi, Səbatü səbrdə fulad gördügün könlüm. Gətirdi əciz, görüb eşq müşkül olduğunu, Qamu hünərlərə ustad gördügün könlüm. Degildi böylə, dəmində bir əhli-işrət idi, Bu qanlar içməgə möhtad gördügün könlüm. Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum, Əsiri-möhnəti-Bəğdad gördügün könlüm. * * * Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər, Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər. Gün çəkər yerdən gögə hər dəm qübari-rahini, Tutiya içün, bəli, yerdən gögə minnət çəkər. Ey çəkən qeyr ilə pünhan bəzm edib mey gah-gah, Yad qıl ondan ki, bəzmin yad edib həsrət çəkər. Xali etmiş qeyrdən zülfün xəyali könlümü, Nola sahibkəşf ilə bir ömrdür xəlvət çəkər. Çək, səbuhi, sübh nəqqaşinə ərzi-ariz et, Böylə çəksin, kim fələk lövhinə bir surət çəkər. Sərvqamətlər səmənrüxsarlər toprağıdır, Hər səmən kim, açılır, hər sərv kim, qamət çəkər. Qətreyi-əşkim qətarı, sinə çakindən girib, Tən evinə dışradan bari-qəmü möhnət çəkər. Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjə Atəşin bir mildir kim, çeşmimə qeyrət çəkər. * * * Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli! Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli! Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli! Şükr ola Allahə kim sayə salıbdır başimə, Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli! Müshəfi-həqdə olan hər hikmətin mənasıdır, Hikmətin kani olan hər bir kəlamın, ya Əli! Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya, Taəti-həqq tək həmişə ehtiramın, ya Əli! Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar, Hər yerin kim orda olmuşdur məqamın, ya Əli! Hər kəs istərsə, cahanda çərxidən alsın murad, Kama çatmaz olmasa, lütfi-tamamın, ya Əli! Lütfi-süfrəndən sənin hər ləhzədə min feyz alır, Bu Füzuli vird edər həmdi-salamın, ya Əli! * * * Zəhi, zatın nihanü ol nihandan masiva peyda Zəhi, zatın nihanü ol nihandan masiva peyda, Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda. Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur, Degil bihudə olmaq yox ikən ərzü səma peyda. Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş Qübari-tirədən ayineyi-gitinüma peyda. Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən, Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda. Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan, Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda. Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi, Qılıbdır hikmətin küffar içində ənbiya peyda. Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün, Füzuli tirə təb’indən kəlami-canfəza peyda! * * * Əşrəqət min fələkil-behcəti şəmsün və biha Əşrəqət min fələkil-behcəti şəmsün və biha, Mələəl-aləmə nurən və sürurən və bəha. Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul, Oldu məhv öylə ki, xurşid şüaində Süha. Oldu bazari-cahan rövnəqi bir dürri-yetim Ki, degil iki cahan hasili ol dürrə bəha. Rütbeyi-hikməti-me’raci-kəmalinə görə, Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha. Münhiyi-mə’rifəti hal dililə daim, Qılır əhli-həqə əsrari-həqiqət inha. Necə təqrir edəyin vəsfini bir şahin kim, Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”. Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin, Bu təriqilə zəlalətdən özün eylə rəha! * * * Ey olub me’rac bürhani-ülüvvi-şan sana! Ey olub me’rac bürhani-ülüvvi-şan sana! Yerə enmiş göydən istiqbal edib Fürqan sana. Heyni-də’vayi-nübüvvət müddəi ilzaminə, Cahil ikən el, kəmali-elm bəs bürhan sana. Kilki-hökmün çəkdi hərfi-sairi-ədyanə xət, Hökm isbat etdi nəfyi-sairi-ədyan sana. Baqiyi mö’cüz nə hacət əmri-həq isbatinə, Aləm içrə mö’cüzi-baqi yetər qur’an sana. Sənsən ol xatəm ki, dəf’ etmiş təmami-hakimi, Xatəmi-hökmi-risalət tapşırıb dövran sana. Ol qədər zövqi-şəfa’ət cövhəri-zatındadır Kim, gəlir ərzi-xəta mə’nidə bir ehsan sana. Mahi-növdür, yoxsa sən etdikdə seyri-asiman, Qaldırıb barmaq gətirmiş asiman iman sana. Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zaman Kim, olur təslim miftahi-dəri-ğüfran sana. * * * Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana, Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana. Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi, Oldu zənciri-cünun bir qəl’əyi-ahən mana. Ondanam rüsva ki, seylabi-sirişkim çak edər, Zəxmi-tiğin qanı geydirdikcə pirahən mana. Dəmbədəm şəm’i-cəmalından münəvvər olmasa, Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana. Hiç məskəndə qərarım yoxdurur ol zövqdən Kim, qaçan xaki-səri-kuyin ola məskən mana. Başda bir sərvi-sənubər vəslinin sevdası var, Sud qılmaz bağiban, nəzzareyi-gülşən mana. Ey Füzuli: odlara yansın büsati-səltənət! Yeydir ondan, Həq bilir, bir guşeyi-gülxən mana. * * * Cam içrə mey ki, dairə salmış hübab ona Cam içrə mey ki, dairə salmış hübab ona, Ayinədir ki, əks salır afitab ona. Zahid sual edərsə ki, meydən nədir murad? Bizdə səfadır, onda küdurət, – cəvab ona. Qan-yaş töküb yanında dönər atəşin kəbab, Mə’şuqə bənzər atəşü aşiq kəbab ona. Eylər könüldə əşk xətin şövqünü füzun, Oddan çıxar buxar, saçıldıqca ab ona. Çeşmin mərizi oldu könül, lə’ldən əm et, Rənci-xumarə düşdü, dəvadır şərab ona. Təklifi-cənnət eyləmə kuyində könlümə, Çün cənnət əhlidir, nə verirsən əzab ona? Məsduddur Füzuliyə meyxanələr yolu, Ya Rəb, hidayət eylə təriqi-səvab ona! * * * Qəm diyarında əcəl peyki güzar etməz mana Qəm diyarında əcəl peyki güzar etməz mana, Yox sanıb varım məgər kim, e’tibar etməz mana. Yar cövr etməz mana, əğyar tə’lim etmədən, Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli, Qansı nahəq zülmdür kim, ruzigar etməz mana. Eşq zövqilə xoşam, tərki-nəsihət qıl, rəfiq, Mən ki, tiryakimizacəm, zəhr kar etməz mana. Çərxdən aşurmadan yadinlə ahi-atəşin, Qədr edib gərdun şərərdən zər nisar etməz mana. Nəqdi-can taraci-qəmdən saxlamaq düşvardır, Eşq ta səngi-məlamətdən həsar etməz mana. Yadi-lə’linlə Füzuli gözləyib rahi-ədəm, Var bir tədbiri, əmma aşikar etməz mana. * * * Canımın cövhəri ol lə’li-gühərbarə fəda Canımın cövhəri ol lə’li-gühərbarə fəda, Ömrümün hasili ol şiveyi-rəftarə fəda. Dərd çəkmiş başım ol xali-siyəh qurbanı, Tab görmüş tənim ol türreyi-tərrarə fəda. Gözlərimdən saçılan qətreyi-əşkim gühəri Ləblərindən tökülən lö’löi-şəhvarə fəda. Çak sinəmdə olan qanlı cigər parələri Məst çeşmində olan qəmzeyi-xunxarə fəda. Parə-parə dili-məcruhi-pərişanimdən Səri-kuyində olan hər itə bir parə fəda. Canü dil qeydini çəkməkdən özüm qurtardım, Canı cananəyə etdim, dili dildarə fəda. Ey Füzuli, nola gər saxlar isəm canı əziz, Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda. * * * Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana? Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana? Atəşin ahimlə eylərsən mənə təklifi-bağ, Bağiban, gülbərgi-xəndanın gərəkməzmi sana? Yelə vermə dağıdıb hər yan, ayaqlardan götür, Ey pəri, zülfi-pərişanın, gərəkməzmi sana? Ey kəmanəbru, rəqibə vermə qəmzəndən nəsib, Ox atarsan daşə, peykanın gərəkməzmi sana? Yandırıb canım, cahansuz etmə bərqi-ahimi, Asiman, xurşidi-rəxşanın gərəkməzmi sana? Küfri-zülfündən məni mən’ eyləmək layiqmidir, Sufi, insaf ilə imanın gərəkməzmi sana? Tutalım kim, əşk seylabinə yoxdur e’tibar, Ey Füzuli, çeşmi-giryanın gərəkməzmi sana? * * * Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa, Qıla peymaneyi-gərduni cəvahirpeyma. Gizləyib çeşmeyi-xurşid suyun kuzeyi-çərx, Qətrə-qətrə qıla əncüm rəşəhatın peyda. Lalərəng ola şəfəqdən fələki-minafam, Dişrə salmış kimi əksi-meyi-gülgun mina. Məhi-növ camini dövrə gətirə saqiyi-dəhr, Əncümi-çərxə sala nəş’eyi-tə’siri-həva. Mən həm ol ruhfəza rahi tökəm sağərə kim, Nəxli-himmət rəşəhatından ala nəşvü nüma. Tutar olsam, nə əcəb, mey ətəgin dürd sifət, Eyləyibdir necə toprağı bu iksir tila. Cam dövrində, Füzuli, oxudum mey vəsfin: Atəşi-xirməni-qəm, abi-həyati-hükəma. * * * Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana, Şükr lillah, dövləti-baqi müyəssərdir mana. Zülfü rüxsari xəyalilə nədir halın, demən, Öyləyəm kim, gecəvü gündüz bərabərdir mana. Hurü Tuba vəsfin, ey vaiz, bu gün az eylə kim, Həmdəm ol tubaqiyamü hurpeykərdir mana. Arədən, ey şəm’, çıx bir guşə tut, kim, bu gecə Bəzm bir xurşidtəl’ətdən münəvvərdir mana. Verdi badi-sübh bir xurşidtəl’ət müjdəsin, Şəmvəş vəh, kim, bu dəm ölmək müqərrərdir mana. Zahida, sən qıl təvəccəh guşeyi-mehrabə kim, Qibleyi-taət xəmi-əbruyi-dilbərdir mana. Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə, Ərseyi-dəşti-cünun səhrayi-məhşərdir mana. * * * Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona, Ol verir can dəmbədəm üşşaqəvü mən can ona. Oxlarından kim, tikən tək sancılıbdır hər tərəf, Gülbünidir xəm qədim, hər qönçə bir peykan ona. Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzə, Ya gözümdən əks salmış mərdümü müjgan ona. Tutma, ey qan, dəmbədəm tüğyan edib tən çakini, Qoy bu mənzərdən dəmi nəzzarə qılsın can ona. Bəhrə, lö’lö dişlərin vəsfin məgər, söylər səba Kim, qulaq tutmuş sədəf içrə düri-qəltan ona. Saldı xəttin zövqini dil canə, qanlar uddurub, Tifl tək kim, oxudarlar zəcr ilə Qur’an ona. Ey Füzuli, ol sənəm əfğanına rəhm eyləməz, Daşə bənzər bağrı, tə’sir eyləməz əfğan ona. * * * Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana, Qanda olsam bir bəla həqdən müqəddərdir mana. Ol xəmi-əbruyə qılsam səcdə hər saət, nola, Qiblə ilə ol xəmi-əbru bərabərdir mana. Qəm degil, cismimdə gər səngi-məlamət zəxmi var, Şəhneyi-bazari-sevdayəm, bu zivərdir mana. Gözdə xunaludə peykanın xəyalilə xoşam, Hər biri, guya ki, bir bərgi-güli-tərdir mana. Zəxmlərdən min ağız açdı ədayi-şükrə kim, Hər oxun bir ne’məti-qeyri-mükərrərdir mana. Əql irşadilə bulmaq kam mümkündür, vəli Dami-rah ola həlqeyi-zülfi-müənbərdir mana. Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana. Ey Füzuli, mənzili-məqsudə yetsəm, nə əcəb, Xidməti-piri-müğan irşadı rəhbərdir mana. * * * Ey navəki-şövqin sipəri-sineyi-əhbab Ey navəki-şövqin sipəri-sineyi-əhbab, Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab! Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin, Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab. Suzim der idim şəm’ sana eyləyə rövşən, Nəzzareyi-rüxsarına yox şəm’də həm tab. Xurşid cəmalından ol ay saldı niqabın, Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab? Dün sübh yetirdim fələkə mövci-sirişkim, Qərq etdi fələk üzrə olan əncümü girdab. Saqi məgər ol lə’l sözün der meyi-nabə Kim, düşdü əyağinə, əlin öpdü meyi-nab?! Cəm’iyyəti-əsbabə könül vermə, Füzuli Kim, təfriqədir xatirə cəm’iyyəti-əsbab * * * Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab, Zahir etmiş ol məhi-dəllakə eyni-intisab. Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa, Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab. Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi, Kəssə varın, tiği-xunrizindən etmən ictinab. Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədir Kim, alır başlardakı sevda cəmalından niqab. Qüssəsindən başımın qıl kimi incəlmiş tənim Kim, tənimlə tiği ortasında başimdir hicab. Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola, Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab. Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm, Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab! * * * Sübh salıb mah rüxündən niqab Sübh salıb mah rüxündən niqab, Çıx ki, təmaşayə çıxa afitab! Rişteyi-canım yetər et bir gireh, Salma səri-zülfi-səmənsayə tab. Məst çıxıb, salma nəzər hər yana, Görmə rəva kim, ola aləm xərab. Kəsmə nəzər canibi-üşşaqdən, Naleyi-dilsuzdan et ictinab. Şamlər əncüm sayıram sübhədək, Ey şəbi-hicrin mənə ruzi-hesab. Duzəxə girməz sitəmindən yanan, Qabili-cənnət degil əhli-əzab. Saldı ayaqdan qəmi-aləm məni, Ver mənə qəm dəf’inə, saqi, şərab! Rəhm qıl üftadələrin halinə, Hiç gərəkməzmi sənə bir səvab? Yar sual etsə ki, halın nədir, Xəstə Füzuli, nə verərsən cəvab? * * * Qaliba bir əhli-dil toprağidir dürdi-şərab Qaliba bir əhli-dil toprağidir dürdi-şərab Kim, qılıb hörmət, binalər dutmuş üstündə hübab. Bərqü baran sanma kim, gördükdə ahü əşkimi, Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab. Ey soran halım, bu istiğına sualindən nə sud; Halım eylərsən sual, əmma eşitməzsən cəvab. Dəşti-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbad Çəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab. Yetməyib vəslinə sən Leylivəşin, bir ömrdür Mən kimi Məcnun olub səhrayə düşmüş afitab. Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm, Qoy məni, zahid, mana çox vermə Tanriçün əzab. Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam, Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab! * * * Sən yüzündən aləmi rövşən qılıb saldın niqab Sən yüzündən aləmi rövşən qılıb saldın niqab, Yazıya. salsın bu gündən böylə nurin afitab. Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah, Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab. Əks ruyin suya salmış sayə, zülfün toprağa, Ənbər etmiş toprağın adın, suyun ismin gülab. Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizin Kim, yeli bağrına basıb, suya göz dikmiş hübab. Lə’lgun meydir əlində sağəri-simin ilə, Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab? Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm, Eyləyib məhbublər məcmuəsindən intixab. Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq, Budurur mən bildigim, "vallahu ə’ləm bis-səvab". * * * Ruzigarım buldu dövrani-fələkdən inqilab Ruzigarım buldu dövrani-fələkdən inqilab, Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab. Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi, Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab? Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq, Oldu vacib eyləmək ol biədəbdən ictinab. Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim, Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab. Olmadı ol mahə rövşən yandığm hicran günü, Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab. Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk, Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab. Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah, Ah kim, almaz cəmalindən hənuz ol məh niqab. Kəsmədi məndən səri-kuyində azarın rəqib, Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab? * * * Vəslin bana həyat verir, firqətin məmat Vəslin bana həyat verir, firqətin məmat, Subhanə xaliqi xələqəl-movtə vəl-həyat.. Hicranına təhəmmül edən vəslini bulur, Tuba limən yusaiduhus-səbru vəs-səbat.. Mehrindir iqtinai-məqasid vəsiləsi, Ma şaə mən əradə, bihil-fovzu vən-nəcat.. Tökmüş riyazi-təb’imə barani-şövqini, Mən ənzələl-miyahə və əhya bihin-nəbat.. Həq afərinişə səbəb etdi vücudini, Əvcəbtə biz-zuhuri zuhurəl-mukəvvənat.. İyzəd səriri-hüsnə səni qıldı padişah, Vəh əla kəmalə zatikə fi əhsənis-sifat.. Qıldın ədayi-nə’t, Füzuli, təmam qıl, Kəmmilhu bis-səlami və təmmimhu bis-səlat.. * * * Yürü, yetir mənə, ey simi-əşk, bidad et Yürü, yetir mənə, ey simi-əşk, bidad et, Gər aqçan ilə alınmış qul isəm, azad et! İtirmə itləri avazının, könül, zövqin, Yetər qara gecələr hərzə-hərzə fəryad et! Xərab olan könül, ey büt, sənin məqamındır, Təğafül eyləmə, bir qaç daş ilə abad et! Eşitmədinmi, könül, eşq müşkil olduğunu, Sənə bu müşkil işi kim dedi ki, bünyad et?! Xilafi-adətə çox olma, ey pəri, mail, Yetər füsun ilə təsxiri-adəmizad et! Səba, əsirləri qəsdin eyləmiş ol gül, Bizi həm onda, əgər düşsə fürsətin, yad et! Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl, Diyari-Rum gözət, tərki-xaki-Bağıdad et! * * * Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut! Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut! Baliğ oldun, gəl rəhimdən içdiyin qani unut! Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd, Çöhreyi-gülgyn ilə zülfi-pərişani unut! Çək nədamətdən göyə dudi-dilin, tök qanlı yaş, Sərvi-nazik tərkin et, gülbərgi-xəndani unut! Gör qənimət fəqr mülkündə gədalıq şivəsin, Etibari-mənsəbü dərgahi-sultani unut! Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan, Səltənət təxtinə irdin, bəndü zindani unut! Lövhi-xatir surəti-cananə qıl ayinədar, Onu yad et, hər nə kim yadındadır, ani unut! Məsiyət dərsin yetər, təkrar qıl, döndər vərəq, Özgə hərfin məşqin et, ol dərs-ünvani unut! Ey Füzuli, çək məlamət rəhgüzarından qədəm, Ləhzə-ləhzə çəkdigin bihudə əfğani unut! * * * Tilismi-gənc üçün bin ismi-ə’zəm yad tutdun, tut! Tilismi-gənc üçün bin ismi-ə’zəm yad tutdun, tut! Tilsimi sındırıb, gənci töküb, ismi unutdun, tut! Töküb mey, cami-mey tutmaq təmənnaın çıxar başdan, Yüküş qanlar töküb, aləmdə çox xunabə yutdun, tut! Şərabi-nab zövqündən nə hasil, çün deyil baqi, Riyazi-ömrə min kəz su verib, axır qurutdun, tut! Çü nə Cəmşid bulmuşdur bəqa keyfiyyətin, nə Cəm, Bu bəzm içrə Cəmi-Cəmşid əlindən cam tutdun, tut! Füzuli, qıl qiyas halin əhli-dəhr halindən, Qumarü məkrü təzviri hiyəl əhlindən utdun, tut! * * * Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs, Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. Cənnəti kuyinə zöhd əhli münasib desələr, Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs. Yüzünə durmasın ayinə urub lafi-səfa, Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs. Gərçi şümşaddə çox lafi-lətafət vardır, Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs. Qılsa can lə’lin ilən feyz yetirmək bəhsin, Canibi-lə’lini tut, ey könül, et can ilə bəhs! Düşər od şəm’ dilinə bu səbəbdən ki, qılır Dil uzadıb gecələr ol məhi-taban ilə bəhs. Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb, Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs. * * * Cəhan içrə hər fitnə kim, olsa hadis Cəhan içrə hər fitnə kim, olsa hadis, Ona sərvi-qəddindir, əlbəttə, bais. Mədarisdə təhqiqi-muyi-miyanın, Dəqayiqdən ortayə salmış məbahis. Müvəhhidlərə qılma inkar, zahid, Meyi-vəhdəti sanma ümmül-xəbais. Iki didəsiz aləmə Yusifü sən, Sizə yox cəhan içrə imkani-salis. Mənə cəm olur qanda kim, var bir qəm, Mənəm mülki-qəm içrə Məcnunə varis. Töküb əşk kuyində, vəslin dilər dil, Saçar nəf’ üçün danə toprağə haris. Üzarü ləbin vəsfin eylər Füzuli, Ona həm müfəssir derəm, həm mühəddis. * * * Ey qübari-qədəmin ərşi-bərin başinə tac Ey qübari-qədəmin ərşi-bərin başinə tac, Şərəfi-zatinə ədnayi-məratib me’rac. Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul, Bəhrsən, sairi-ərbabi-risalət əmvac. Xazini-gənci-şəfaət səni qılmış iyzəd, Hiç kim yox ki, sənə olmaya axir möhtac. Sünnətin məğfirət əsbabinə minhaci-hüsul, Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac… Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş, Mülkə təğyiri-təriqin əsəri-sui-mizac. Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud, Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac. Şükr-lillah ki, Füzulini edib daxili-feyz, Rəğıbətin daireyi-xovfdən etmiş ixrac. * * * Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc, Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc. Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən, Olmaya bir fitnə peyda ola, bidar eyləgəc. Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim, Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc. Varımı fikri-dəhanınla yox etdim kim, qəza Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc. Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün, Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc. Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə, Yusifi almaqda əhli-eşq bazar eyləgəc. Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə, Açılır gül könlü bülbül naleyi-zar eyləgəc. * * * Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac, Badə tut kim, illəti-ənduhə qəflətdir ilac. Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal, Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac. Çəkmə təxtü tac qeydin, bisərü palıq gözət Kim, əyağə bənddir təxtü bəladır başə tac. Bir pəri zülfün tutub, xalindən alsan kami-dil, Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac. Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdə Fəqr bazarinə əsbabi-fənadəndir rəvac. Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar, Olsa hasil fəqrdən hüznü qinadən ibtihac. Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm, Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac. * * * Olur qəddim düta eşqin yolunda, hər bəla görcək Olur qəddim düta eşqin yolunda, hər bəla görcək, Təriq əhlinə adətdir təvazö, aşina görcək. Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən, Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək. Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə, Əgərçi su bürudət kəsbini eylər həva görcək. Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan, Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək. Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsə Mənə el, cismi-üryanımda nəqşi-buriya görcək. Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca, Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək? Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasından Ki, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək * * * Əgər murad isə vermək səfayi-cövhəri-ruh Əgər murad isə vermək səfayi-cövhəri-ruh, Fələk misal yürüt sağəri-şərabi-səbuh. Buyurma tövbə mənə ol şərabdan naseh Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh. Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey Kim, etmədi onu tufan olanda kəştiyi-Nuh. Müdam çeşmimə qan doldurur xədəngi-qəmin, Yuva başımda tutan quşları edib məcruh. Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəli Nə sud, çün sənə olmadı hali-dil məşruh. Tənimdə sancılı navəklərinlə şadəm kim, Dəri-bəla bu kilid ilədir mənə məftuh. Füzuli oldu belin fikri ilə muy misal, Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh. * * * Ol mişk bu qəzalə ixlasım eylə vazeh Ol mişk bu qəzalə ixlasım eylə vazeh, Bəlliğ, səba, səlamən miskiyyətər-rəvayeh.. Olğac həbibə vasil, bizdən həm olma qafil, La təqtəir-rəsail, la təktəmis-sərayeh.. Yüzdə sirişk qani, söylər qəmi-nihani, Qılır təzhərul-mə’ani bil-xətti fil ləvayeh.. Mən mübtəlayi-hicran, məndən iraq canan, Vəl-ömrü keyfə ma kan mislur-riyahi rayeh.. Eşqin, Füzuliyi-zar, tərk etmək oldu düşvar Ya arifən bima sar, la tuksirin-nəsayeh.. * * * Nola gər qucsa miyanın kəməri-zər küstax Nola gər qucsa miyanın kəməri-zər küstax, Gətirib çoxları ortayə zər, eylər küstax. Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan, Xəbər et saqiyə kim, tutmaya sağər küstax! Rəşk odilə yaxılır rişteyi-canım ki, neçün Dəgər ol arizə geysuyi-müənbər küstax. Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə, Hərəmi-şahə nə layiq girə çakər küstax. Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çox Ki, düşər gözdənü üzdən sürülər hər küstax. Həvəsim badeyi-gülgunə bu ümmid ilədir Kim, olam məstü tutam daməni-dilbər küstax. Bənzədirsən özünü itlərinə hər saət, Ey Füzuli, ola bilməz sənə bənzər küstax. * * * Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur, Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur. Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün, Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyur. Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd, Dərd əhli bizəban, bidərdlər məsti-qürur. Daği-dilsuzi-fəraqın qıldı gün-gündən füzun, Nuri-mah əfzun olur, xurşiddən olduqca dur. Və’deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud, Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur. Tari-zülfündürmü rüxsarında canlar məskəni, Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur. Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim, Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur? * * * Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir, Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkindir. Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah. Təməvvüc verməsin təşviş ona kim, onda sakindir. Dəhanın dürcünü xali-ləbin gözdən nihan etmiş, Əmanət gör ki, hindu məxzəni-lö’löyə xazindir. Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildim Ki, xəlvət çəkməgin tə’siri sirri-kəşfi batindir. Cigər dağinə mərhəm oldu peykanın, bihəmdillah, Səadət kövkəbinə əxtəri-bəxtim müqarindir. Rüxündən nur oğurlar şəm’, başın kəssələr caiz, Budur bir qul sərəncami ki, sultaninə xaindir. Füzuli, xali olmaz surəti-dil dust fikrindən, Bu mə’nidən ki, beytüllah, deyərlər qəlbi-mö’mindir. * * * Çeşmi-surətbazimə müjgan səfi həngamədir Çeşmi-surətbazimə müjgan səfi həngamədir, Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir. Göstərər hər dəm əlamətlər qiyamətdən qədin, Qaim etmiş həşr bürhanın, əcəb əllamədir. Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm, Hər sözüm dərdi-dil imlasinə bir sərnamədir. Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər, Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir. Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə, Küfrə olan zülmlər tə’ni bu gün islamədir. Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr, Çareyi-dərdi-dilim mövquf bir e’lamədir. Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa, Nola gər meylim bu rəng ilə meyi-gülfamədir. * * * Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur, Ah kim, yetgəc bana bir bərqi-aləmsuz olur. Qeyri-çeşmindən bulur hərdəm nigahi-mərhəmət, Bən nə qıldım kim, nəsibim navəki-dilduz olur. Hər gün açır könlümü zövqi-vüsalın yengidən, Gərçi güllər açmağa hər ildə bir novruz olur. Halətək çıxmaz evindən mahtələtlər müdam, Hər kimin dövri-qəmərdə taleyi firuz olur. Saidin zövqiylə tərk etmiş Füzuli aləmi, Meyli-səhra eyləməz hər quş ki dəstamuz olur. * * * Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər, Əsər ki var, xərab olmağa bəhanə yetər. Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak, Demin ki, yeddi kəmandarə bir nişanə yetər. Bəyanə yetməyə dərdü qəmim fəsanələri, Zəbanım atəşi-dildən çıxan zəbanə yetər. Qopardı mərdümi-çeşmim könül binasın kim, Hübabi-əşk həva nəqdinə xəzanə yetər. Ləbin xəyalı ilə parə-parə oldu cigər, Güvahi-hal mənə əşki-danə-danə yetər. Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub, Təraneyi-tərəbim ahi-aşiqanə yetər. Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid, Mənə nişiməni-dövlət şərabxanə yetər. * * * Gah gözdə, gəh könüldə xədəngin məkan tutar Gah gözdə, gəh könüldə xədəngin məkan tutar, Hər qanda olsa qanlını, əlbəttə, qan tutar. Dil çəksə, nola, canü təni xaki-kuyinə, Xarü xəs iltər onda ki, quş aşiyan tutar. Zikri-ləbinlə zülfünə can buldu dəstrəs, Onun kimi ki, oxuyub əfsun ilan tutar. Dil tutdu qönçə ilə bərabər dəhanını, Bu əqli-naqis ilə özün xurdədan tutar. Xurşid xirməninə ura şö’lə-şö’lə od, Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar. Can eylədikdə meyli-təmaşayi-qamətin, Göz rövzənin sirişki-rəvanım rəvan tutar. Tutmaq dilər qapında Füzuli məqam, leyk Bu sirri kimsəyə aça bilməz, nihan tutar. * * * Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir. Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir. Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından, Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir. Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri, Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir. Müənbər sünbülündən almadan bu, olmadım rüsva, Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir. Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm, Başımda bu humayun sayə ol ali binadəndir. Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira, Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir. Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən, Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir. Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəh Gözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir. * * * Ah eylədiyim sərvi-xuramanın üçündür Ah eylədiyim sərvi-xuramanın üçündür, Qan ağladığım qönçeyi-xəndanın üçündür. Sərgəştəliyim kakili-mişkinin ucundan Aşüftəliyim zülfi-pərişanın üçündür. Bimar tənim nərgisi-məstin ələmindən, Xunin ciyərim ləli-dürəfşanın üçündür. Yaxdım tənimi vəsl günü şəm tək, əmma Bil kim, bu tədarük şəbi-hicranın üçündür. Qurtarmağa yəğmayi-qəmindən dilü canı, Səyim nəzəri-nərgisi-fəttanın üçündür. Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar, Can içrə səni bəslədiyim anın üçündür. Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli, Ol vəsf sənin külbeyi-əhzanın üçündür. * * * Qansı gülşən gülbüni sərvi-xuramanınca var? Qansı gülşən gülbüni sərvi-xuramanınca var? Qansı gülbün üzrə qönçə, lə’li-xəndanınca var? Qansı gülzar içrə bir gül açılır hüsnün kimi, Qansı gül bərgi ləbi-lə’li-dürəfşanınca var? Qansı bağın var bir nəxli, qədintək barvər, Qansı nəxlin hasili sibi-zənəxdanınca var? Qansı xuni sən kimi cəlladə olmuşdur əsir, Qansı cəlladın qılıncı tiği-müjganınca var? Qansı bəzm olmuş münəvvər bir qədintək şəm’dən, Qansı şəm’in şö’ləsi rüxsari-tabanınca var? Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn, Qansı gəncin əjdəri zülfi-pərişanınca var? Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi, Qansı bülbülün sürudi ahü əfğanınca var? * * * Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur, Hüsn nə miqdar olursa, eşq ol miqdar olur. Cənnət üçün mən’ edən aşiqləri didardən, Bilməmiş kim, cənnəti aşiqlərin didar olur. Eşq dərdindən olur aşiq mizaci müstəqim, Aşiqin dərdinə timar etsələr, bimar olur. Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin, Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur. Eşq sevdasinə sərf eylər Füzuli ömrünü, Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur. * * * Tökdükcə qanımı oxun, ol asitan içər Tökdükcə qanımı oxun, ol asitan içər, Bir yerdəyəm əsir ki, toprağ qan içər. Əhli-zəmanə qanına çox təşnədir zəmin, Qanın kimin tökərsə fələk, ol zəman içər. Mey içmədən açılmaz imiş babi-məğfirət, Sövgəndlər bu babdə piri-müğan içər. Üqbadə Kövsər istəməsin rindi-meykədə, Dünyadə bəs degilmi meyi-ərğəvan içər? Qəmzən görünməyib gözə, qanlar içər müdam, Zahid kimi ki, badəni eldən nihan içər. Meydən əgərçi tövbə verir el Füzuliyə, Ey sərv, sən qədəh sunar olsan, rəvan içər. * * * Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər, Olub mö’min, behişti, kafərəm, gər arizu eylər. Məgər divanədir sevdayi-əbrusilə zahid kim, Baxıb mehrabə daim, öz-özilə göftgu eylər. Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdən Və ya peykanların kim, atəşi-dil onu su eylər. Rəhi eşqində olman təngdil sevda hücumundan, Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər. Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?” Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!” Füzuli zülfünə bağılandı, əmma öylə incəldi Ki, guya zə’f onu həm zülfünə bir tari-mu eylər. * * * Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar, Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar. Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil, Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar. Könül mir’atını eylər mükəddər əql təklifi, Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar. Fəzayi-ömrdən guya degillər qönçə tək vaqif Olar kim, özlərin dünya üçün diltəng tutmuşlar. Məni, kim səngsari-möhnətəm bazari-eşq içrə, Bəla daği çəkən Fərhad ilə həmsəng tutmuşlar. Ləbin dövründə zahidlər tutub meyxanələr küncün, Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar. Səhər bülbüllər əfğanı degil bihudə gülşəndə, Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar. * * * Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir, Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir. Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin, Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir. Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun, Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir. Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə, Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir. Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz, Qiyamət macərasından gör, ol zalim nə qafildir. Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə, Yox özgə elminə inkarımız, bu elmə cahildir. Füzuli, el səni Məcnundan əfzun der məlamətdə, Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir. * * * Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr, Rişteyi-can birlə zövq əhli onu şirazələr. Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə, Şəhrə düşmüş "mən səni sevdim" deyən avazələr. Şeyxlər meyxanədən üz döndərərlər məscidə, Bitəriqətlər gərək kim, doğru yoldan azələr. Çaklər göksümdə, sanmın kim, açıbdır tiği-eşq Könlümün şəhrinə mehrin girməyə dərvazələr. Ey Füzuli, yar əgər cövr etsə, ondan incimə, Yar cövrü aşiqə hər dəm məhəbbət tazələr. * * * Sərvi-azad qədinilə mana yeksan görünür Sərvi-azad qədinilə mana yeksan görünür, Nəyə sərgəştə olan baxsa, xuraman görünür. Can görünməz desələr təndə inanman, nişə kim, Lütfdən hər necə baxsam təninə, can görünür. Derəm əhvalımı cananə qılam ərz, vəli, Görə bilmən özümü onda ki, canan görünür. Ey deyən: səbr qıl, ah eyləmə yari görcək, Mənə düşvardır ol, gər sənə asan görünür. Sordum əhvalımı eşqində münəccimlərdən, Baxdılar tale’ evinə, dedilər: qan görünür. Nə kəmandarsan, ey məh, ki, atıb qəmzə oxun, Yıxdığın seyddə nə zəxm, nə peykan görünür. Bir sənəm zülfünə guya ki, veribdir könlün Ki, Füzulinin ikən halı pərişan görünür. * * * Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır, Təcərrüd aləmi seyrində aləm payimalımdır. Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət, Nə aləm, hansı xilqət, sandığm batil xəyalımdır. Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən, Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır. Mənəm şəm’i-vüsalə yandıran pərvanəvəş varın, Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır. Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim, Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır. Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halım Dili-püriztirabü naleyi-bie’tidalımdır. Füzuli, aləmi-fəqrü fənadə mün’imi-vəqtəm, Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır. * * * Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor, Zülali-zövq şövqün təşneyi-didar olandan sor. Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma, Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor. Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil, Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən, Xəbərsiz məstlər bidadını hüşyar olandan sor. Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım, Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor. Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım, Xərabat əhlinin halini bir xummar olandan sor. Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil, Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor. * * * Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar, Bihəmdillah ki, ömrüm uzanar, cəm’iyyətim artar. Demən əksik məni tədric ilə yaqut olan daşdan, Boyandıqca cigər qanilə qədrü qiymətim artar. Tuta gör göz yolun, ey əşk, kim, təmkinim əksikdir, Bu surətxanənin gördükcə nəqşin heyrətim artar. Mərizi-dərdi-eşqəm, tərki-aləmdir muradım kim, Bu naxoş mülkdə əyləndigimcə zəhmətim artar. Büküldü qamətim həsrət yükündən, vəh ki, aləmdə Ümidim əksilib hər ləhzə yüz min, həsrətim artar. Nə şərbətdir qəmin kim, içdigimcə əksilir səbrim, Nə sehr eylər rüxün kim, baxdığımca rəğbətim artar. Çox olduqca qəmü dərdim rəhi-eşq içrə xoşhaləm, Füzuli, şad olub şükr etməyimmi, ne’mətim artar. * * * Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır artar Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır, Daşı tə’sir ilə lə’l eyləyən xurşidi-rəxşandır. Müjən gər səngdillər könlünü alsa əcəb olmaz, Onuntək abnus ox layiqi-fulad peykandır. Pərivəşlər dili-səxtinə düşmüş mehri-rüxsarın, Sənin əksin alan fulad güzgulər firavandır. Dəhanın dürci kim, qeydin çəkərlər hurpeykərlər, Pərilər ta’ətiçün xatəmi-mülki-Süleymandır. Atın yolunda xublar sürsələr üz nola əmrinlə, Mələk xeyli sücudi-Adəm etmək nəssi-Qur’andır. Qatı könlünə bağrı daşların düşmüş qəmi-eşqin, Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır. Gəzər kuyində hər yan çox giribançak gülrüxlər, Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır. * * * Səbrim alıb fələk, mənə yüz min bəla verür Səbrim alıb fələk, mənə yüz min bəla verür, Az olsa bir məta’, ona el çox bəha verür. Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən, El şimdi məndən aldığı pəndi mana verür. Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər Nəxli ki, qan yaşım ona nəşvü nəma verür. Xaki-dərindir ol ki, dünü gün səvab üçün, Həm ayə sürmə, həm günəşə tutiya verür. Qılmaz qəbul surəti-iqbal bunca kim, Ayineyi-vücuduma cövrin cila verür. Ney kimi cismim oldu oxundan dəlik-dəlik, Dəm urduğumca yerli-yerindən səda verür. Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd, Səbr eylə, kim ki, dərd veribdir, dəva verür. * * * Buldu kuyindən dəva dərdi-dili-bimarımız Buldu kuyindən dəva dərdi-dili-bimarımız, Sən ağasan, biz quluz, kuyindədir timarımız. Zahida, gör sinə çakın şö’ləsin, bizdən saqın, Bir ocağız biz ki, suzandır dərü divarımız. Nola gər olduysa fani Kuhkən, mən baqiyəm, Eşqə bizdəndir bəqa, yoxdur yox olmaq varımız. Gülşəni-qəm nəxliyüz, pərvərdə abi-didədən, Dağlər bərg, ahi-atəşbarımızdır barımız. Əhli-tərkin quluyuz, oldur bizə candan əziz, Yusif isə xudfüruş, onunla yox bazarımız. Əşkimiz girdabı ali, ömrümüz bünyadı pəst, Gör nə alçaq dirlikilə cizginir pərgarımız. Ey Füzuli, cövri-yarü tə’neyi-əğyardən Var yüz min qəm, bu həm bir qəm ki, yox qəmxarımız. * * * Xəm qədilə ağlaram ol türreyi-tərrarsız Xəm qədilə ağlaram ol türreyi-tərrarsız, Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız. Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni, Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız. Saxlamazdım navəkin dildə, bəlasın çəkməsəm, Su verib ol nəxli bəslərdimmi olsa barsız? Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol, Zinhar, ol kuyə varma ahi-atəşbarsız. Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə, Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız. Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay, Bir sifariş qıl ki, bizdən ötməsin azarsız. Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya, Pənd çox verdim, eşitməz, arsızdır, arsız. * * * Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz, Qina qılsam tələb, əsbabi-cəm’iyyət təmam olmaz. Dəhanından əsər görmən, miyanındən nişan, vəh kim, Bəni-nakamə ömrümdən müyəssər hiç kam olmaz. Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim, Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz. Müridi-saqiyəm kim, lütfi əhli-zövqə daimdir, Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdam olmaz. Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi: Siyasət olmayınca eşq mülkündə nizam olmaz! Ləbindən qətrə-qətrə qan içər könlüm kərahətsiz, Şəkərdən olıcaq mey qətrəsi guya həram olmaz. Füzulini məlamət eyləyən bidərd bilməzmi Ki, bazari-cünun rüsvalarında nəngü nam olmaz. * * * Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz, Cigər pərkaləsində daği-pünhan olduğun bilməz. Həbibim könlümü cəm’ eyləməz rüxsarı dövründə, Məgər zülfü kimi halim pərişan olduğun bilməz? Qılır təqsir edib bir lütf hərdəm könlüm almaqdan, Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz. Gözəllər dövləti-vəslin bulub, məğrur olan aşiq Nişati-vəsldə ənduhi-hicran olduğun bilməz. Dili-sədparədən bidad kəsməz qəmzeyi-məstin, Nə qafil padişəhdir, mülk viran olduğun bilməz. Sanır zahid özün xali xəyalından, qələtdir bu, Bu heyran olduğundandır ki, heyran olduğun bilməz. Füzuli xəstəyə düşmən sözilə dust cövr eylər, Zəhi sadə, müariz qövlə böhtan olduğun bilməz. * * * Neçə illərdir səri-kuyi-məlamət bəkləriz Neçə illərdir səri-kuyi-məlamət bəkləriz, Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz. Sakini-xaki-dəri-meyxanəyiz şamü səhər, İrtifa’i-qədr üçün babi-səadət bəkləriz. Cifeyi-dünya degil kərkəs kimi mətlubumuz, Bir bölük ənqaləriz, Qafi-qənaət bəkləriz. Xab görməz çeşmimiz əndişeyi-əğyardən, Pasibanuz, gənci-əsrari-məhəbbət bəkləriz. Surəti-divar edibdir heyrəti-eşqin bizi, Qeyr seyri-bağ edər, biz künci-möhnət bəkləriz. Karivani-rahi-təcridiz, xətər xövfin çəkib, Gah Məcnun, gah mən dövr içrə növbət bəkləriz. Sanmanız kim, gecələr bihudədir fəryadımız, Mülki-eşq içrə həsari-istiqamət bəkləriz. Yatdılar Fərhadü Məcnun məsti-cami-eşq olub, Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz. * * * Təşneyi-cami-vüsalın abi-heyvan istəməz Təşneyi-cami-vüsalın abi-heyvan istəməz, Mayili-muri-xətin mülki-Süleyman istəməz. Zülməti-zülfün giriftari dəm urmaz nurdən, Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz. Eyləməz meyli behişt üftadeyi-xaki-dərin, Sakini-künci-qəmin seyri-gülüstan istəməz. Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür, Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz. Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib, Hiç sultanəm deyən mülkünü viran istəməz. Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim, Eşq sirrin iqtizayi-dövr pünhan istəməz. Ey Füzuli, müttəsil, dövran müxalifdir mana, Qaliba, ərbabi-iste’dadı dövran istəməz. * * * Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidqilə, qədrin artırar Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Bir nigari-ənbərinxətdir könüllər almağa, Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz. Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər Rişteyi-izharə min-min gövhəri-əsrar söz. Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar - söz. Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. * * * Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz, Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz. Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma Əcəl peykinə seyli-əşk girdabi güzər verməz. Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə, Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz. Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə Ki, pəjmürdə nihalə verməyincə su, səmər verməz. Qiyas et şəm’dən, vəhm eylə çərxin inqilabından Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz. Bəla zimnində rahət olduğun izhar edər xəlqə Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz. Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan, gühər verməz. * * * Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs, Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs. Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqın Kim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs. Hali-zarimdən səni əfğanım agah eylədi, Şükrlillah, oldu fəryadım mənə fəryadrəs. Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım, Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs. Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə, Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs? Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib, Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs. Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm, Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs. * * * Xaki-rəh etdi aşiqi-miskini ol həvəs Xaki-rəh etdi aşiqi-miskini ol həvəs Kim, paybusi-yarə qaçan bula dəstrəs. Razi-dəruni dışraya salmaq rəva degil, Budur günahı kim, asılır müttəssil cərəs. Didari-dustdur iki aləm nəticəsi, Yox ondan özgə aşiqə aləmdə mültəməs. Sinəm həvayi-eşqin ilə doldu ney kimi, Dəm urduğumca ahü fəğandır çıxan nəfəs. Hər qeyd olursa məhz bəladır ki bülbülə Gər şaxi-güldən olsa, küdurət verər qəfəs. Ol qəmzədən, könül, əgər istərsən iltifat, Tiği-təcərrüd ilə canından əlaqə kəs. Olmaz vücudi-aşiqə eşq içrə e’tibar, Dözməz, Füzuli, atəşi-suzanə xarü xəs. * * * Göz yaşımdan suzi-pünhanım edər arif qiyas Göz yaşımdan suzi-pünhanım edər arif qiyas, Necə kim, tə’siri-əncümdən degil əxtərşünas. Qandürür kim, dəmbədəm gözdən yenib, örtər tənim, Dəşti-qəm Məcnuniyəm, mən qandanü qandan libas? Xiştlərtək bir-biri üzrə cigər pərkaləsin, Göz yığıb salmış hübabi-xun binasiçün əsas. Ey sanan julidə mu başında Məcnunun, saqın, Bitəkəllüf getmə kim, Leyli evidir ol pəlas. Ləhzə-ləhzə xəm qədim peykanın istər, ya qılır Zərrə-zərrə mahi-növ xurşiddən nur iqtibas. Tiği-qəmzən öylə bürrandır ki, cəlladi-əcəl Töksə qan tə’cil üçün tiğindən eylər iltimas. Ey Füzuli, zəhri-qəhrilə doludur tasi-çərx, Çəkməz onun qəhrini hər kim, çəkər bir dolu tas. * * * Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş, Saqın, ey rəhm edən caninə kim, bilməz aman sərxoş. Ona hüşyar ikən dərdi-dil istərmən deyəm, saqi, Peyapey sunma camı, qılma ol sərvi rəvan sərxoş. Degil təqvadən etsəm badə tərkin, vəhmim ondandır Ki, izhar eyləyim xəlq içrə eşqin nagahan sərxoş. Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş. Meyi-eşqinlə sərməst olduğum eldən nihan qalmaz, Mühali-əqldir kim, saxlaya razin nihan sərxoş. Könül ta oldu bixud, aldı qəmzən canımı təndən. Verər yəğmayə nəqdi-gəncin olğac pasiban sərxoş. Füzuli, qeyr ilə xəlvət məgər bəzm etmiş ol gülrux, Rəqibi-kəcrövü gördüm bu gün bari yaman sərxoş. * * * Həmdi-bihəd dəmbədəm ol mübdi i - əşyayə kim Həmdi-bihəd dəmbədəm ol mübdi'i-əşyayə kim, Xilqəti-imkan vücubi-zatini icab edər. Gəh səvadi-girdbadi-qəhri xaki-tirəyi Tutiyayi-dideyi-xurşidi-aləmtab edər. Gəh nüzuli-qətreyi-barani-əbri-rəhməti Yer yüzündə səbzeyi-pəjmürdəyi sirab edər. Meydə müzmər eyləyib keyfiyyəti-təğyiri-hal, Simbərlər zülfünü can qeydinə qüllab edər. Canə həm, əlbəttə, ondandır bu iste'dad kim, Rəğbəti-məhbubü pərvayi-şərabi-nab edər. Ola kim, məqbul edə üzri-günahim, çün bilir, Kim, əməl təklifini cəm'iyyəti-əsbab edər. * * * Çox təfaxür qılma cəm i-mal ilə, ey xacə kim Çox təfaxür qılma cəm'i-mal ilə, ey xacə kim, Simü zər cəm'iyyəti-əhli-qürur eylər səni. Barigahi-qürbdən cəm'iyyəti-malü mənal, Hər nə miqdar olsa, ol miqdar dur eylər səni. Gərçi ne'mət çox, kifayətdən təcavüz qılma kim, İmtila bari-bədəndir, bihüzur eylər səni. * * * Əhli kəmalə cahil əgər qədr qılmasa Əhli-kəmalə cahil əgər qədr qılmasa, Mə'zurdur, məlamətin etmək rəva degil. Cahil təbiətində məzaqi-kəmal yox, Hər nəfsə iqtidai-təbiət xəta degil. Ülfət həmişə fər'i olur aşinalığın, Cahil fəzilət əhli ilə aşina degil. * * * Ey səfayi-surətin qeydin çəkən, bil kim, hənuz Ey səfayi-surətin qeydin çəkən, bil kim, hənuz Jəngdən ayineyi-idrakını pak etmədin. Jəngdir ayineyi-idrakə hər surət ki var, Sən hənuz, ey sadə, bu məzmuni idrak etmədin. * * * Ey vücudi-kamilin ayinədari-feyzi-həq Ey vücudi-kamilin ayinədari-feyzi həq, Asitanın qibleyi-hacati-ərbabi-yəqin. Ey kəmali-rif'ətin sərmayeyi-əmnü əman! Vey cəmali-şövkətin pirayeyi-dünyavü din! Hüsni-rəy'in afitabi-aləmi-sidqü səfa, Xaki-payin mənşəi-cəm'iyyəti-ruyi zəmin. Gəlməmiş bir sən kimi pakizətinət aləmə, Ta binayi-aləm etmiş nəqşbəndi-mavü tin. Məsnədi-Nurşirəvandır büq'əyi-Darüssəlam, Sənsən istehqaq ilə Nurşirəvanə canişin. Cismdir mə'nidə bürci-övliya, sən ruhi-pak, Bir nigindir xitteyi-Bəğdad, sən nəqşi-nigin. Sərvəra, yüz şükr kim, feyzi-kəmali-rif'ətin, Övliya bürcini etmiş rəşki-firdövsi-bərin. Xasü am olmuş nəvali-ne'mətindən bəhrəmənd, Afərin, ey şəhriyari-mülkpərvər, afərin! Mən ki, bir kəmtər duaguyəm, nəzər saldın mənə, Qoymadın xaki-məzəllətdə qalım zarü həzin. Zaye' ikən qədrimi bidirdin əhli-aləmə, Tirə ikən eylədin xaki-vücudim ənbərin. Əbri-lütfün qıldı xari-xüşkimi gülbərgi-tər, Feyzi-cudun qıldı səngi-xarəmi dürri-səmin. Ne'mətin şükri mana fərz etdi izhari-səna, Şəfqətin tövqi məni qıldı qulami-kəmtərin. Qəm degil əhli-qərəz eylərsə məndən mən'i-xeyr, Qəm degil əhli-həsəd bağlarsa mən miskinə kin. Ruzigarilə mənim məqsudimi hasil qılıb, Ol ki, mən' eylər, olur bədxahi-rəbbül-aləmin. Hiç şək yox kim, yetər məqsudə, olmaz naümid, Xirməni-əltafin ətrafında olan xuşəçin. Var ümidim mehrü mah etdikcə dövran, olasan Kamyabü kamranü kambəxşü kambin. * * * Pərdə çək eybinə zülmət kimi, xəlqin daim Pərdə çək eybinə zülmət kimi, xəqin daim, Gər dilərsən ki, nəsib ola sənə abi-həyat. Qılma xürşid kimi, eybnümalıq ki, fələk Yerə salmayə səni bə'di-ülüvvüd-dərəcat. Cəhd qıl zatın ola məzhəri-asari-qəbul, Qılmaz ol cahə təfaxür ki, ola xarici-zat. Fəzl olur, sanma sənə mənzilətü-əslü nəsəb, Cah olur, sanma sənə kəsrəti-əsbabü cihat. Ariyətdən özünə qlma qəmərtək zinət, Qeyridən ariyətin nur isə, həm yazıya at. * * * Ey müəllim, aləti-təzvirdir əşrarə elm Ey müəllim, aləti-təzvirdir əşrarə elm, Qılma əhli-məkrə tə'limi-məarif, zinhar! Hiylə içün elm tə'limin qılan müfsidlərə, Qətli-am üçün verər cəlladə tiği-abdar. Hər nə təzvir etsə əhli-cəhl, ona olmaz səbat, Məkri-əhli-elmdir əsli-fəsadi-ruzigar. * * * Hər kimin var isə zatında şərarət küfrü Hər kimin var isə zatında şərarət küfrü, İstilahati-ülum ilə müsəlman olmaz. Gər qara daşı qızıl qan ilə rəngin edəsən, Təb’ə təğyir verib, lə’li-Bədəxşan olmaz. Eyləsən tutiyə tə’lim ədayi-kəlimat, Nitqi insan olur, əmma özü insan olmaz. * * * Bəxil qılmasa cəm’ etdiyi dirəm sərfin suznak ilə Bəxil qılmasa cəm’ etdiyi dirəm sərfin, Nihali-məqsədi sərsəbz olub səmər verməz. Əlindəki gühəri bəzl qılmasa mümsik, Şəbi-qəminə əməl müjdeyi-səhər verməz. Tükənməyincə kəvakib, günəş tülu’ etməz, Tökülməyincə şükufə, nihal bər verməz. * * * Ey ki, əndişeyi-mal ilə sərasimə olub Ey ki, əndişeyi-mal ilə sərasimə olub, Dünü gün dəhrdə aşüftə keçər əhvalın. Cəm’i-mal eylədigin rahət üçündür, əmma Rahətin əksik olur, hər necə artar malın. Malı çox etmə, həzər eylə əzabından kim, Rənci artar, ağır olduqca yükü həmmalın. * * * Mən sübhü şam dudi-dili suznak ilə Mən sübhü şam dudi-dili-suznak ilə, Bağrın kəbab edib, verərəm çərxə inqilab. Hutü Həməl mədari ilə asiman dəxi, Qan uddurub, verər dili-suzanimə əzab. Dünyadə yox fərağətə ümmid, nişəkim, Qan uddurur oda netəkim, cizginir kəbab. * * * Elm kəsbilə rütbeyi-rif’ət Sətirüstü mətn Elm kəsbilə rütbeyi-rif’ət Arizuyi-məhal imiş ancaq. Eşq imiş hər nə var aləmdə, Elm bir qiylü qal imiş ancaq. * * * Olsa məqsudunca dövrani-fələk bir neçə gün Olsa məqsudunca dövrani-fələk bir neçə gün, Olma məğrur, ey ki, hali-dəhr rövşəndir sənə. Qatili-abavü əcdadın məaf etməz səni, Umma ondan dustluq rəsmin ki, düşməndir sənə. * * * Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən, Qeyr yerlər gəzəlim, özgə səfalər görəlim. Seyri-gərmiyyəti-qovğayi-qiyamət qılalım, Vəz’i-cəm’iyyəti-həngameyi-məhşər görəlim. Rəvişi-silsileyi-dəhr məlul etdi bizi, Necə bir dəhrdə övzai-mükərrər görəlim. * * * Sevərəm ol nigari-simbəri Sevərəm ol nigari-simbəri Ki, cəfapişəvü sitəmgərdir. Nişə kim, ona eşqbazlığım Mə’siyət olduğu müqərrərdir. Cövr ilə ol müdam mən’im edib, Rəhi-zöhdü səlahə rəhbərdir. Qalibi-əcr olursa cövrü, nola, Əmri-mə’rufü nəhyi-münkərdir. * * * Həmişə dustum oldur, derəm ki, mal verib Həmişə dustum oldur, derəm ki, mal verib, Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal. İbadəti-həqü kəsbi-ülum içün mütləq, Qomaz mülahizeyi-zəbti-mal məndə məcal, Müdam düşmən ona söylərəm ki, malım alıb, Mənə müyəssər edər ne’məti-fərağəti-hal. Hüzuri-qəlb verər rövnəqi-ibadəti-həq, Fəraği-xatir olur mucibi-hüsuli-kəmal. Fəğan ki, dustumu düşmənimdən etmən fərq, Kəmali-cəhl ilə ovqat sərf olur məhü sal. Bu cəhl ilə özümü əhli-mə’rifət sanıram, Zəhi təsəvvüri-batil, zəhi xəyali-məhal! * * * Necə bir nəfs təmənnası ilə Necə bir nəfs təmənnası ilə, Yeməkü içmək ola dilxahın. Eyləyib zöhdü vərə’dən nifrət, Taəti-həqdən ola ikrahın. Mə’bədin mətbəx ola şamü səhər, Müstərah ola ziyarətgahın. Bunun üçünmü olubsan məxluq? Bumudur əmri sənə Allahın? * * * Ey qaziyi-xücəstəliqa kim, həq eyləmiş Ey qaziyi-xücəstəliqa kim, həq eyləmiş Sahibsəriri-məsnədi-hökmi-qəza səni! Cəhd eylə kim, mülahizeyi-nəf’i-dünyəvi Hökmi-qəzadə etməyə əhli-xəta səni. Məqbuli-xəlq qılmış ikən elmü mə’rifət, Mərdudi-xaliq eyləməyə irtişa səni. * * * Zülm ilə ağçalar alıb, zalim Zülm ilə ağçalar alıb, zalim Eylər ən’am xəlqə minnət ilə. Bilməz onu kim, etdigi zülmə Görəcəkdir cəza məzəllət ilə. Müddəası bu kim, rizayi-ilah Ona hasil ola bu adət ilə. Cənnəti almaq olmaz ağça ilə, Girmək olmaz behiştə rüşvət ilə. * * * Min ikən qədrü qiymətin bir olur Min ikən qədrü qiymətin bir olur, Müztərib olsa qəlbin, ey arif! Eylə təskini-qəlb hasil kim, Əlfi təhriki-qəlb eylər əlif . * * * Oldur ğəzəl ki, feyzi onun am olub müdam Oldur ğəzəl ki, feyzi onun am olub müdam, Arayişi-məcalisi-əhli-qəbul ola. Virdi-zəbani-əhli-səfavü sürur olub, Məzmunu zövqbəxş, səriül-hüsul ola. Ondan nə sud kim, ola mübhəm ibarəti, Hər yerdə istima’in edənlər məlul ola. * * * Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm, Əhli-dünya həm kəmali-cəhl ilə təhsili-mal. Dəhr bir bazardır, hər kim mətain ərz edər: Əhli-dünya – simü zər, əhli-hünər – fəzlü kəmal. Kim ki, məndən nəf’ bulmaz, istəmən nəf’in onun, Ol ki, yox nəf’im ona, nəf’i mənə olmaz həlal. İstəmən nadan mənə gər versə gənci-simü zər Kim, əvəzsiz malə nadandan təsərrüfdür vəbal. * * * Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər, Şərmsar etmək, əta ummaq nədir, zülmi-sərih! Sən bilirsən, mücmələn, ondan nə alırsan, vəli Bilməz ol kim, aldığı səndən həsəndir, ya qəbih. Zahirən satmaq hünər, almaq əta bir bey’dir, Tifldir nadan, buyurmaz şər’ onun bey’in səhih. * * * Sə dü nəhs əhvalını qılsan münəccimdən sual Sə’dü nəhs əhvalını qılsan münəccimdən sual, Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona. Eyləsən rəmmaldən təftişi-hali-nikü bəd, Mürşidi-rahi-yəqin Ənkisü Lehyandır ona. Nöqteyi-əşkali-rəmlü seyri-əcrami-nücum Kimə rəhbər olsa, feyzi-əql böhtandır ona. Bilmiş ol kim, hər nə sadir olsa ziştü xubü bəd, Məzhəri bir elmdir kim, əql heyrandır ona. * * * Ey xəta ləfzilə Qur anın şükuhin sındıran Ey xəta ləfzilə Qur’anın şükuhin sındıran, Mö’cüzi-ayati-Qur’andan həzər qılmazmısan? Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə, Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan? Bir həkimi-kamilin darüş-şəfayi-hikmətin Etmək istərsən xərab, ondan həzər qılmazmısan? * * * Sən nə afətsən mənə, ey əqli-bədfərcam kim Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim, Bulmaq olmaz surəti-qürbündə asari-nişat. Tifllər, divanələr səndən mübərra olmağın, Dünyəvü üqbadə bulmuşlar kəmali-inbisat. İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz, Hillətü hirmanda çəkməzlər əzabi-ehtiyat. Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam, Netəkim təklifə hökmi-şər’ ilə sənsən mənat. Ol zamandan kim, sənə verdim inani-ixtiyar, Ol zamandan keylədim möhkəm səninlə irtibat, Olmayıb xali qəmü ənduhdən qəbrim evi, Xar bəstərdir mənə peyvəstə, xakistər – büsat. Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin, Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat. * * * Ey xacə, gər qulundan oğulluq murad isə Ey xacə, gər qulundan oğulluq murad isə, Şəfqət gözilə bax ona daim oğul kimi. Vər oğlunu dilərsən ola sahibi-ədəb, Əlbəttə, eylə zillətə mö’tad qul kimi. * * * Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün, İntixab etmiş cəmi’i-xəlqdən sultan səni. Həllü əqdin aləmin qılmış müfəvvəz rə’yinə, Naibi-hökmi-xilafət eyləyib dövran səni. Qıl həzər kim, olmaya nagəh mizacın münqəlib, Qılmaya sərməst cami-şövkəti-divan səni. Olasan insaf üçün mənsub ikən, əhli-fəsad, Edə din əhlinə afət, qilləti-iman səni. Etməyə mə’mureyi-islami viran, kəndüyə Ə’zəmi-ə’vanü ənsar eyləyə şeytan səni. Etmiş ikən əfzəli-xəlqi-cəhan iqbal ilə, Ərzəli-əhli-cəhənnəm eyləyə sübhan səni. * * * Ey ki, aləmdə məhəbbət adini məzmun edib Ey ki, aləmdə məhəbbət adini məzmun edib, Hər zaman bir mahrüxsarın olursan maili. Keçdi ömrün, şahidi-məqsəd cəmalın görmədin, Şahidi-məqsəd sağınmış, sən aradə haili, Arif isən, tuta gör sərrişteyi-feyzi-bəqa, Tərk qıl bu surəti-faniyyü nəqşi-zaili. * * * Dəhr bir seylabdır, mülhəq ədəm dəryasına Dəhr bir seylabdır, mülhəq ədəm dəryasına, Biz ki, sərgərdanız, ol seylabə düşmüş xarü xəs. Cizginir xarü xəs ol seylab olduqca rəvan, Yetmədən dəryayə, rahət mümkün olmaz bir nəfəs. * * * Kəfi-hirsilə daim daməni-dünyayi-dun tutsan Kəfi-hirsilə daim daməni-dünyayi-dun tutsan, Zəmanə şurbəxt eylər səni, peyvəstə dəryatək. Müləvvəs olmayıb, təcrid ilə çıxsan bu aləmdən, Səni zali-fələk xurşidə cüft eylər Məsihatək. * * * Ey gözəl, zatın məarif birlə rəngin edə gör Ey gözəl, zatın məarif birlə rəngin edə gör, Xətti-mişkin, pərdeyi-rüxsari-gülgun olmadan. Söhbəti-ərbabi-elmü mə’rifətdən kəsb qıl, Hüsni-sirət, surəti-halın digərgun olmadan. Cəhd qıl kim, görməyə xurşidi-rüxsarin zəval, Nur feyzindən hilali-qədrin əfzun olmadan. * * * Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim, Məni xəlq içrə aliqədr ikən, qayətdə xar etdin. Qılıb xurşidi-hirman mətlə’i-ümmid gərdunun, Vücudimdən misali-sayə, səlbi-e’tibar etdin. Səvadi-didəmi mütləq bəyazi-eynə döndərdin, Bəyazi-hüsni-halim xali-ruyi-ruzigar etdin. * * * Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmam Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmam Eylədin sevdayi-zülfi-hər pərirüxsarə sərf. Saç ağardı, gəl, yetər mir’ati-bəxtin tirə qıl, Ömrdən bir dəm ki, qalmış, eylə istiğfarə sərf. * * * Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylər Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylər, Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir. Məzaqi-şe’r həm bir özgə aləmdir, həqiqətdə İki aləm müsəxxər eyləmək qayətdə müşkildir. * * * Padişahi-mülk, dinarü dirəm rüşvət verib Padişahi-mülk, dinarü dirəm rüşvət verib, Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır, Ol dəxi asari-əmnü istiqamətdən bəri. Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. Hər sözüm bir pəhlivandır kim, bulub tə’yidi-həq, Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz, Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri. Payimal etməz onu asibi-dövri-ruzigar, Eyləməz tə’sir ona dövrani-çərxi-çənbəri. Qılmasın dünyadə sultanlar mənə təklifi-cud, Bəs dürür başımda tövfiqi-qənaət əfsəri. Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri. * * * Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil, Yelə verdin xilafi-şər’ilə namusun islamın. Bu əndam ilə vəcdiyyatdan dəm urmaq istərsən, İlahi, ney kimi surax-surax olsun əndamın. * * * Müttəsil mə’rifət əhlini ayaqlarə salıb Müttəsil mə’rifət əhlini ayaqlarə salıb, Fələki-süflə qılır möhnətü qəm pamali. Ol ki, cahildir, edib cümlə muradın hasil, E’tibar ilə qılır məsnədi-qədrin ali. Bu səbəbdən bilirəm kim, bu cahan övrətdir, Övrətin böylədir övladi ilə əf’ali. Ulu övladi kəsər süddənü tə’dib verər, Süd verib, lütf ilə bağlar beşiyə ətfali. * * * Yaxamı pəncəyi-təxvifi-rəhi-şər' tutar Yaxamı pəncəyi-təxvifi-rəhi-şər’ tutar, Daməni-mə’rifəti-əhli-riyasət tutsam. Jəngi-iflas tutar ayineyi-rahətimi, Tərki-hükkam qılıb, künci-qənaət tutsam. Hiç halətdə bulunmaz əsəri-rahəti-dil, Oluram müztəribül-hal nə sən’ət tutsam. * * * Doğruluq ilə istə ülüvvi-məqam kim Doğruluq ilə istə ülüvvi-məqam kim, Gəldikcə halinə verə dövri-fələk rəvac. Doğruluq ilə hərflərə sədrdir “əlif”, “Ya” hərfini ayağə buraxmışdır e’vicac. Doğrular ilə gəz ki, səni sərbülənd edə, Əgrilər ilə eyləmə, əlbəttə, imtizac. “Ya” ixtilatı ilə sərir oldu payimal, Başda məqam tutdu “əlif” nüsrətilə tac. * * * Müddəi eylər mənə təqlid nəzmü nəsrdə Müddəi eylər mənə təqlid nəzmü nəsrdə, Leyk namərbut əlfazü mükəddər zatı var. Pəhlivanlar, badpalər səgridəndə hər yana, Tifl həm cövlan edər, əmma ağacdan atı var. * * * Ol səbəbdən farsi ləfzilə çoxdur şe'r kim Ol səbəbdən farsi ləfzilə çoxdur şe’r kim, Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib, Əksərən əlfazi namərbutü nahəmvar olur. Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm, Növbahar olğac tikəndən bərgi-gül izhar olur. * * * Rübailər Əlhəmdü limən ənarə qəlbi və həda, Vəş-şükrü lima fihi minəş-şovqi bəda. Ma əmdəhü vahibən sivahu əbəda, La əşrikü fi sənai-rəbbi əhəda. Əlhəmdü limən əzzə kəmalən və əla, Mən qamə bi-əmrihi və mən nazəə-la. Sümməs-səlavatu vət-təhiyyatu əla Mən fəzzələhul-lahu bi-izzin və üla. Ey feyzi-vücud, şahidi-cud sana, Vey şahidi-cud, hər nə mövcud sana. Ümmidi-qəbulü e’timadi-kərəmin, Mərdudini etmiş yenə mərdud sana. Ey zatına mümkinat bürhani-vücub, Sabit sana imtinai-imkani-üyub. Şayisteyi-ne’məti-həyati-əbədi, Ərvahi-məarifinlə əbdanü qülub. Ey üqdəgüşayi-əcəmü türkü ərəb, Rəssami-rüsumi-fəzlü asarü ədəb! Məzmuni-hədisin səbəqi-hər millət, Də’vayi-qəbulun sənədi-hər məzhəb. Xoş ol ki, dəmi-əcəl çəkəm badeyi-nab, Sərməst yatam qəbrdə ta ruzi-hesab. Qovğayi-qiyamətdə duram məstü xərab, Nə fikri-hesab ola, nə idraki-əzab. Saqi, kərəm et, şərabi-gülfam yürüt! Gülfam şərabə vermə aram, yürüt! Bəzm içrə hübabi-əşki-gülgunumdan Min cam yürütmə, cam üçün cam yürüt. Canımda olan zəxireyi-nitqü həyat, Cismimdə olan cövhəri-hissi-hərəkat. Sərf olmadı xublar rəhi-eşqində, Əfsus ki, bihudə keçirdim ovqat! Tə’miri-bəqavü cəm’i-mal etdin, tut! Hər arizu etdinsə, ona yetdin, tut! Çün ömr bəqasına tutulmaz ümmid, Hər hal ilə gəldigin kimi getdin, tut! Derlər ki, qılır qönçə ləbi-yar ilə bəhs, Gülbərgi-tər ol lə’li-gühərbar ilə bəhs. Ol bir neçə dilsizlərə töhmətdir bu, Də’vayə gərək ləhceyi-göftar ilə bəhs. Ey mehri-rüxün qədimü aləm hadis! Izhari-vücudə kəşfi-razin bais. Keçdim səri-kuyində iki aləmdən, Li beynə məqameyi məqamün salis. Xeyli-qəmin etdi nəqdi-səbrim tarac, Səbr ilə müyəssər olmadı dərdə ilac. Rüxsarıma tökdü mərdümi-çeşmim qan, Hinduyi görün, lə’l verir Rumə xərac. Ey faideyi-elminə aləm möhtac, Xaki-qədəmin əhli-hünər başına tac. Hər kimdə ki, gördü himmətin sui-mizac, Ol sui-mizacə qıldı lütf ilə ilac. Ey şərbəti-vəslin ələmi-hicrə ilac! Bazari-qəmində eşq nəqdinə rəvac. Gər tutsa xədəngin rəgi-canım nə əcəb, Nəbz ilə qılır təbib təşxisi-mizac. Ey zikri-ləbin nasixi-ənsafi-Məsih! Nitqin “ənə əfsəh”, kəlimatın da fəsih. İzhari-qəbulun əsəri-lütfi-xəfi, İxfayi-rəhi-şəri’ətin zülmi-sərih. Tutduqca ələ sağəri-səhbayi-səbuh, Artar əsəri-zövqi-dilü rahəti-ruh. Tuğyani-qəmə müfiddir zövrəqi-mey, Tufan xətərində öylə kim, kəştiyi-Nuh. Gül dövrü xoş ol kim, tuta gülfam qədəh, Bəzmində dəmi tutmaya aram qədəh, Hər sübh ki, xürşidsifət qaldıra baş, Bəzmin bəzəyib, gəzdirə ta şam qədəh. Mey şövqü olubdur mənə adət, ey şeyx! Gəldikcə bu şövq olur ziyadət, ey şeyx! Xoşdur mənə mey, sənə ibadət, ey şeyx! Rə’y ilə degil eşqü iradət, ey şeyx! Gər kuyinə əşkim güzər eylər küstax, Vər qəddinə çeşmim nəzər eylər küstax. Eyb eyləmə, rəngi-çöhreyi-zərdimi gör Kim, çoxları aləmdə zər eylər küstax. Bir abü həvadır əşki-gərmü dəmi-sərd Kim, ondan alır nəşvü nəma gülbüni-dərd. Gülzari-qəmin bənəfşəvü yasəməni, Dudi-dili-aşüftədirü çöhreyi-zərd. Ta dövrdədir daireyi-kövnü fəsad, Mümkün degil olmaq hərəkatından şad. Tasi-fələk içrə kə’bəteyni-əncüm, Göstərməz imiş hiç kimə nəqşi-murad! Ta məhmili-mehrdir bu zəngari-məhd, Mehrinlə vəfa əhlinədir möhkəm əhd. Birdir bizə bəzmgahi-eşqində fələk, Gər qəhrilə zəhr versə, vər lütflə şəhd. Hər yerdə ki, ol simbərü simin xəd, Ərz eyləyə ariz, aça sünbül, çəkə qəd; Rəngi-gülü buyi-sünbülü cilveyi-sərv, Hökm eyləməzəm kim, ola məqbuli-xirəd. Ta boynuma saldı ol xəmi-zülf kəmənd, Tədbir ilə açılmadı boynumdan bənd. Çox pənd verildi, olmadı faidəmənd, Yetməzmi mənə pənd verən, xəlqə bu pənd. Dəf’i-qəmi-ruzigarədir badə müfid, Rəf’i-ələmi-eşqə rüxi-sadə müfid. Tərki-meyü mə’şuqdur ol illət kim, Olmaz ona hiç nəsnə dünyadə müfid. Ey şəhdi-ləbin sözü şəkərvar ləziz! Lə’lin kimi qanda bir şəkər var ləziz? Tüngi-şəkər olmasaydı dürci-dəhənin, Olmazdı çıxan ləhceyi-göftar ləziz. Gər möhnəti-kəsrdir və gər ne’məti-səbr, Səbr ilə qənaətdə gərək müslimü gəbr. Hər ne’mətü möhnət ki, verərsən, yarəb! Ver ne’mətə bir qənaətü möhnətə səbr! Hərdəm mənə yar ərzi-rüxsar eylər, Hüsnilə məni bətər giriftar eylər. Guya ki, kəmali-eşq dərsin oxudur, Hərdəm mənə tə’limini təkrar eylər. Hicrin, cigərini hər kimin qan eylər, Tədric ilə vəslin ona dərman eylər. Zülfün kimi kim, müddət ilə kafir idi, Lə’lin onu bir dəmdə müsəlman eylər. Hər dil ki, əsiri-qəmi-hicran olmaz, Şayisteyi-zövqi-vəsli-canan olmaz. Hər dərd ki var, var dərmanı, vəli, Bidərdlərin dərdinə dərman olmaz. Biz aləmi-eşq aləmaraləriyüz, Meyxaneyi-dərd dürdpeymaləriyüz. Gülbərgi-nədamət çəmənidir aləm, Biz bu çəmənin bülbüli-şeydaləriyüz. Kimdir ki, qəmində naleyi-zar etməz! Dərdin sənə nalə ilə izhar etməz! Fəryadına hiç kimsənin yetməzsən, Fəryad ki, fəryad sənə kar etməz! Canan isə mətlub, təmə’ candan kəs! Mətlub isə can, ümid canandan kəs! Can sevmək ilə müyəssər olmaz canan, Ya bundan ümid, ya təmə’ ondan kəs! Suzi-dilim əşki-aldən eylə qiyas, Ənduhimi zə’fi-haldən eylə qiyas. Xurşid ki, hüsnünlə qılır bəhsi-kəmal, Tərki-ədəbin zəvalədən eylə qiyas. Ədvari-zaman daireyi-heyrət imiş, Əsbabi-cəhan məhalikü möhnət imiş, Dünyayə həvəs etməmək etməkdən yey, Çün əvvəli hirsü axiri həsrət imiş. Kuyində sənin nə daşə kim, vurdum baş, Qıldım onu qərqi-xun, töküb gözdən yaş. Göz yaşinə rəhm eylə ki, çox müddətdir, Bidadinə səbr edib basar bağrına daş. Ey kəsbi-kəmalə e’tiqadın naqis, Təhsili-kəmalə ictihadın naqis! Ar etmə tələbdə, qıl həzər ondan kim, Kamillər içində ola adın naqis. Xoş ol ki, qılıb rəhbəri-sidqin ixlas, Xəlvətgəhi-qürbə ola ixlas ilə xas. Sərrafi-vəfa buteyi-tə’dibə salıb, Hər qəşdən edə missi-vücudini xilas. Ey bad, qıl əhvalımı cananimə ərz! Sərgəştəligim sərvi-xuramanimə ərz! Öldürdü kinayətilə əğyar məni, Bu zülmi-sərihi eylə sultanimə ərz! Ey cövhəri-eşqin əsəri cismü ərəz, Yox aşiqə səndən özgə aləmdə qərəz. Çün bildin əsirinəm tərəhhüm qıl kim, Tədbir gərək, müşəxxəs olduqda mərəz. Zahid, meyi-nabdəndir ikrah qələt! Sən xah sözüm səhih tut, xah qələt. Məscidlərə girdigim degil rəğıbətdən. Sərməstligimdən eylərəm rah qələt. Dağ urma dili-həzinə, ey mişkinxət! Gər maili-hüsnü xəttsən, qılma qələt Kim, eyləməmiş katibi-divani-qəza, Dil hərflərin qabili-təzyini-nüqət! Mey nəfyini eyləyib şüar, ey vaiz! Tutdun rəhi-tə’ni-eşqi-yar, ey vaiz! Tərki-meyü məhbub edəriz cənnət üçün, Şərh eylə ki, cənnətdə nə var, ey vaiz! Təhdid ilə keçdi ruzigar, ey vaiz! Fövt oldu şərabü vəsli-yar, ey vaiz! Gər kövsərü hur isə qərəz, vermə əzab, Nə tərk buyur, nə intizar, ey vaiz! Ey vəsfi-cəmalinə təhəyyür mane’, Vermiş sənə isbati-kəmalin sane’. Vəslində cəfayi-tə’neyi-əğyarın, Hicrində məni xəyalə etmiş qane’. Pərvanəyə zülmi-bihesab eylər şəm’, Zülm oduna bağrını kəbab eylər şəm’, Guya ki, bilir zülm sərəncamı nədir, Bihudə degil ki, iztirab eylər şəm. Hər şam yetər vüsali-cananə çirağ, Ta sübh qalır həmdəmü həmxanə çirağ. Rəşk odinə yandırdı məni hər saət, Vəhm eyləməz ahim oduna yanə çirağ. Hər gəh ki, bahar qıldı arayişi-bağ, Növmidlik urdu laləvəş bağrıma dağ, Zira tikən üzrə tutdu bülbül məskən, Gül bad güzərgəhində yandırdı çirağ. Yox dəhrdə bir müvafiqi-təb’ hərif Kim, söhbəti dilgüşa ola, təb’i zərif. Fəryad ki, nacins müsahiblər ilə Bifaidə zaye’ oldu ovqati-şərif. Mən zöhdü vərə’dən urmazam lafi-xilaf, Daim rüxi-sadə istərəm, badeyi-saf. Tərki-meyü məhbub edə bilmən mütləq, Gər etmək olur, derəm, zəhi bihudə laf. Ey navəki-bidadinə hər sinə hədəf! Vey cövhəri-peykaninə hər didə sədəf! Fəryadü fəğanım qəmi-hicranından, Bəzmi-qəmədir naleyi-ney, novheyi-dəf. Ey saliki-rahi-həq, sənə qət’i-təriq, Düşvardır olmasa rəfiqin tovfiq. Tut daməni-mürşidi-təvəkkül ki, sənə Məqsud müyəssər ola, tovfiq rəfiq. Sərmənzili-hər muradə rəhbərdir eşq, Keyfiyyəti-hər kəmalə məzhərdir eşq, Gəncineyi-kainatə gövhərdir eşq, Hər sadir olan nəş’əyə məsdərdir eşq. Üşşaqə degil qeydi-əlaiq layiq, Hərgiz qəmi-ruzigar çəkməz aşiq. Qeydi-qəmi-ruzigar bir illətdir, Ol illətə eşqdir təbibi-haziq. Ya mən bəsət əl-ərzə və əcr əl-əflak, Idraku kəmalihi kəmalül-idrak. Fil-ərzi və fis-səmai la rəbbə sivak, Ma nə’büdü ya vahidü, illah iyyak. Ya mən bikə iltica’u mən kanə sivak, Tuba limən iqtəda bima fihi rizak. Bürhanukə filkəmali yəkfi lovlak, Lovlakə ləma darə mədarül-əflak. Məcnun oda yandı şö’leyi-ah ilə pak, Vamiq suya batdı, eşqdən oldu həlak. Fərhad həvəs ilə yelə verdi ömrün, Xak oldular onlar, mənəm imdi ol xak. Ta həlqeyi-zülfi-yarə düşdün, ey dil! Dami-qəmi-ruzigarə düşdün, ey dil! Əfsus ki, qütbi-əhli-cəm’iyyət ikən Ol dairədən kənarə düşdün, ey dil! Xurşid ki, qıldı sübhdəm ərzi-cəmal, Dərgahinə üz sürmək ilə buldu kəmal. Çün yetdi kəmalə, etdi sən mah ilə bəhs, Ol tərki-ədəb verdi kəmalinə zəval. Məh durdu müqabil sənə bulduqda kəmal, Gördü ki, özündə səncə yox hüsnü cəmal. Bir qayətə yetdi, incəlib qəmdən kim, Zə’fi-bədənilə bədr ikən oldu hilal. Ey üqdəgüşayi-rişteyi-tədbirim! Hər taətə əfvin səbəbi-təqsirim. Təqsirimə etmə özgə təqdiri-cəza, Şərməndəligim yetər mənim tə’zirim. Qəd ənqəzəni dəvamü dai daim, Ma li cəsədi ələl məsai qaim. Ya laimü, lo vəqə’tə fima ənə fih Vəllahi lənasəhtə və lümtəl-laim. Həmdəm, gör axan sirişki-alimni mənim, Tutmuş rüxi-kəhrübamisalimni mənim. Billah, yürü ol gülruxə ərz eyləyə gör, Bir rəng ilə bu surəti-halimni mənim. Əfqandır işim, sərvi-xuramının üçün, Qandır cigərim, qönçeyi-xəndanın üçün, Eşqində qəmü qüssə çəkib, pir oldum, Mən pirə tərəhhüm et, igit, canın üçün! Qəd şərrəfəkəllahü bitovfil-hərəmeyn, Min rö’yəti məşhədeyni qərrət ləkə eyn, Tuba limən əlqakə, ləinənnət-təhqiq, Mən zarəkə, qəd zarə Əliyyən və Hüseyn. Ey qaib olan dideyi-xunbarimdən! Vey rahət olan sineyi-əfgarimdən! Mən varimi yox səninçün etdim, nə rəva Sən tutmayasan xəbər yoxü varimdən. Xunabə töküb dideyi-giryanimdən, Sənsiz boyadım yer üzün öz qanimdən. Öz qanimi eylərəm özümlə də’va, Getməzsə əlim, nola, giribanimdan. Qəddinə dedim ki, sərvi-bustandır bu! Tünd oldu ki, ey xəstə, nə hədyandır bu. Pabəstəvü urü bizəbandır dedigin, Xəndanü qəbapuşü xuramandır bu. Dedim ləbinə: lə’li-Bədəxşandır bu! Güldü, dedi: ey fəqir, böhtandır bu! Bir daşə nə rəng ilə qılarsan nisbət, Şirinü şəkərfəşanü xəndandır bu. Yandırdı məni şövqi-cəmalın, ey mah! Hər ləhzə əcəb degil yetirsəm gögə ah! Zülfün girehi çıxdı əlimdən nagah, Gör kim, nə cəfa etdi mənə bəxti-siyah. Rüxsarə səri-zülfi pərişan eylə! Gözdən güli-rüxsarını pünhan eylə! Bir neçə pərişanları öz halına qoy, Hər ləhzə yetər, qəsdi-dilü can eylə. Müjganımı, ey şəm’, gühərbar etmə! Pünhan qəmimi aləmə izhar etmə! Eşq əhlinə zülmdür vəfa eyləməmək! Zinhar, bu zülmü etmə, zinhar etmə! Rüxsarına ey etmə nigah etdigimi, Göz yaşı töküb, naləvü ah etdigimi. Ey padişəhi-hüsn, tərəhhüm çağıdır! Əvf eylə ki, bilmişəm günah etdigimi. Fəryad ki, eşq biqərar etdi məni, Dərdü qəm ilə zarü nizar etdi məni. Xaki-səri-kuyində qübar etdi məni, Sərgəştəvü xarü xakisar etdi məni. Gördüm səni, əldən ixtiyarım getdi, Baxdım üzünə, səbrü qərarım getdi. Xak oldumü hər yana qübarım getdi, Əlqissə, qapından e’tibarım getdi. * * * Mən kiməm?- Bir bikəsü biçarəvü bixaniman Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman, Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman. Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman, Ahü naləm navəki peyvəstə, xəm qəddim kəman. Tiri-ahim bixəta, tə’siri-naləm bigüman, Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman. Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman, Yox mənə qeydi-bəlavü dami-möhnətdən əman. Çıxmadı könlümdən ənduhü qəmü möhnət həman, Ey mənim canım sənü könlüm səninlə şadiman. Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! * * * Fariğ idim cümlə aləmdən, bilir aləm məni Fariğ idim cümlə aləmdən, bilir aləm məni, Eyb edərdi bixəbər sanıb bəni-adəm məni. Qoymadı dövrani-çərx öz halimə xürrəm məni, Şad ikən aləmdə, çərx etdi əsiri-qəm məni. Eşq nagəh oldu peyda, tutdu müstəhkəm məni, Saldı yüz sevdaya ol geysuyi-xəm dər-xəm məni. Şimdi Məcnundan rəhi-eşq içrə sanmın kəm məni, Yar xud qılmaz hərimi-vəslinə məhrəm məni. Sən ki, məhrəmsən, səba, billah, anıb hər dəm məni, Söylə ey gül kim, sənə bəxt eyləməz həmdəm məni. Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! * * * Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda, Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda. Der idim səbr eyləyim, olsam cəmalindən cüda, Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. Tirə oldu ruzigarim zülfü xalindən cüda, Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. Mutək incəldi tənim nazik nəhalindən cüda, Xəm gətirdi qamətim, mişkin hilalindən cüda. Çıxdı cani-natəvan, şirin zülalindən cüda, Oldum, əlqissə, rüxi-fərxündəfalindən cüda. Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl’əman! * * * Sinə çakü didə nəmnakü bədən əfgardir Sinə çakü didə nəmnakü bədən əfgardir, Can həzin, xatir qəmin, şeyda könül bimardir. Mən bu qəm içrə ki, dəf’in eyləmək naçardir, Məsləhət sordum, dedilər məsləhət izhardir. Söylədim dərdi-dilimi bildi ol kim yardir, Qılmadı bir rəhm bəs kim, zalimü xunxardir. Dəxi izhar edəmən, nə hacəti-izhardir, Eyləyim səbrü təhəmmül ta həyatim vardir. Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir, Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir, Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! * * * Yar bilgəc halimi bir rəhm peyda eyləyə Yar bilgəc halimi bir rəhm peyda eyləyə, Anlayıb dərdi-dilimni, bir müdava eyləyə. Olmaya qafil mənə minbə’d, pərva eyləyə, Rəhm edib, ancaq məni aləmdə rüsva eyləyə. Ta özün könlüm onun eşqində şeyda eyləyə, Tuta damanin onun, vəslin təmənna eyləyə, Qılmaya ikrah cövründən, müdara eyləyə, Düşməyə ondan cüda, kuyində mə’va eyləyə, Gər özündən onu yar ayırsa, qovğa eyləyə, Dəmbədəm yüz şövqilə bu beyti inşa eyləyə: Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! * * * Aqibət ahim mənim ol maha tə’sir etməsə Aqibət ahim mənim ol mahə tə’sir etməsə, Bunca əfsunum pərivəş yarı təsxir etməsə, Yar hali-zarimə bir fikrü tədbir etməsə, Bivəfalıq rəsmini gəldikcə təğyir etməsə, Ol cəvani-nazənin meyli məni pir etməsə, Tutaram bir yar mən, gər ömr təqsir etməsə, Yar, yar olmaz, könül, üşşaqlər bir etməsə, Zülfünü aşiqlərin boynuna zəncir etməsə, Aşiqin qeydində yüz neyrəngü təzvir etməsə, Görmüyən saətdə yüz üzr ilə təqrir etməsə, Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! * * * Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim, Şiveyi-mehrü məhəbbət rəsmü rahimdir mənim, Dərdimi sabit qılan üşşaqə ahimdir mənim, Ah bu də’vadə bir adil güvahimdir mənim, Gərçi qəm məqsudi qətli-bigünahimdir mənim, Qəm degil, çün künci-meyxanə pənahimdir mənim, Dərgəhi-piri-muğan ümmidgahimdir mənim, Mən onun bir çakəri, ol padişahimdir mənim, Ey ki, hər cürm olsa lütfün üzrxahimdir mənim, Ayıran səndən məni, bəxti-siyahimdir mənim, Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! * * * Mənəm ki, qafiləsalari-karivani-qəməm Mənəm ki, qafiləsalari-karivani-qəməm, Müsafiri-rəhi-səhrayi-möhnətü sitəməm. Həqir baxma mənə, kimsədən sağınma kəməm, Fəqiri-padişahasa, gədayi-möhtəşəməm, Sirişk təxti-rəvandır mənə, bu ah – ələm, Cəfavü cövr – mülazim, bəlavü dərd – həşəm. * * * Nə mülkü mal mənə çərx versə, məmnunəm Nə mülkü mal mənə çərx versə, məmnunəm, Nə mülkü maldən avarə qılsa məhzunəm. Əgərçi müflisü pəstü mühəqqərü dunəm, Dəmadəm öylə xəyal eylərəm ki, Qarunəm. Könüldə nəqdi-vəfa gənci, leyk pünhani, Gözüm xəzaneyi-lə’lü gühər, vəli fani. * * * Həyat sərf edübən, dərd qılmışam hasil Həyat sərf edübən, dərd qılmışam hasil, Sirişki-alü rüxi-zərd qılmışam hasil, Zəmir güzgüsünə gərd qılmışam hasil, Təbiəti-səgi-şəbgərd qılmışam hasil, İşim qara gecə ta sübh naləvü fəryad, Nə versələr ona şakir, nə desələr ona şad. * * * Sirişkriz güləndamlər həvasilə Sirişkriz güləndamlər həvasilə, Şikəstəhal siyəhzülflər bəlasilə, Zəmanə içrə qəmi-eşq macərasilə, Həmişə məsləhətim özgələr rizasilə, Nə dövri-gərdişi-gərdun mənim muradimlə, Nə qayəti-əməlim hüsni-e’tiqadimlə. * * * Həsud surəti-əhvalimə nəzər qılmaz Həsud surəti-əhvalimə nəzər qılmaz, Cəfa qılır məni-biçarəyə, həzər qılmaz, Sanır ki, naləvü zarım ona əsər qılmaz, Onu mürur ilə aləmdə dərbədər qılmaz, Zəmanə içrə mücərrəbdir intiqami-zəman, Zəmanə yaxşıya yaxşı verər, yəmanə yəman. * * * Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal, Vücud lövhinə təsvir edəndə surəti-hal, Rəqəm qılan əgər idbardır və gər iqbal, Olur təğəyyür ona qeyridən bu əmri-məhal, Səadəti-əzəli qabili-zəval olmaz. Günəş yer üstünə həm düşsə, payimal olmaz. * * * Əzizi-həq həsədi-düşmən ilə olmaz xar Əzizi-həq həsədi-düşmən ilə olmaz xar, Həsud hiyləsi iqbali eyləməz idbar. Əgərçi gülbünə gahi xəzandan afət var, Tədarük eylər ona afiyət nəsimi-bəhar. Qərəz ki, hər kim əzəldən olursa dövlətmənd, Məhaldır yetə asari-dövlətinə gəzənd. * * * Əgərçi bir neçə gün iqtizayi-aləmi-dun Əgərçi bir neçə gün iqtizayi-aləmi-dun, Cahanda eylədi iqbal ra’yətini nigun. Zəmanə surəti-əhvalim etdi digərgun, Vəfa xətinə qələm çəkdi çərxi-buqələmun, Bu gün zəmanə ol əhvaldən peşimandır, Əgərçi kafər idi, haliya müsəlmandır. * * * Füzuli, eylədigin əhdinə vəfa qılğıl Füzuli, eylədigin əhdinə vəfa qılğıl, Yetər şikayət edib şərhi-macəra qılğıl, Vücudunu hədəfi-navəki-bəla qılğıl, Qamu cəfalərə səbr eyləyib dua qılğıl. Kim ola dust rizası həmin sənə hasil, Rizayi-düstdur əsli-təməttö’, ey qafil! * * * Gətir, saqi, qədəh kim, növbahari-aləmaradır Gətir, saqi, qədəh kim, növbahari-aləmaradır, Zəmin səbzü həva canbəxşü gülşən rahətəfzadır! Pərişan olma kim, gülbərgtək hala bu gülşəndə Nişatü eyş üçün əsbabi-cəm’iyyət mühəyyadır. Açıldı lalə, güldü qönçə, gəldi işrət əyyami, Zəbani-hali-səbzə işrət iymasına guyadır. Gör öz halinivü çəkmə qəmi-mazivü müstəqbəl Ki, hala mövsimi-gülgəştü dövri-cami-səhbadır. Səhər gülzarə gir, billah, bu mövsimlərdəvü hər dəm Təmaşa qıl ki, divanında gülün xoş təmaşadır. Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. * * * Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir, Bu firsət var ikən fövt etmə kim, fürsət qənimətdir. Zəminə: “keyfə yuhyil-ərz” yazmış xameyi-səbzə, Nəzər qıl kim, bu həm asari-rəhmətdən bir ayətdir. Deyirlər cənnət içrə atəş olmaz, bu əcəbdir kim, Gülüstan atəşin gül birlə rəşki-baği-cənnətdir. Cahani rəşki-gülzari-Xəlil etkən bahar iməs, Bu feyzi-ədli-İbrahim xani-paksirətdir. Onun yanında kim, gülbərg gülzari-məanidir, Onun bəzmində kim, sərvi-rəvani baği-behcətdir. Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. * * * Gətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəh Gətir, saqi, qədəh, boldunsa hali-dəhrdən agəh Ki, dövran üzrədir peyvəstə sübhü şamü salü məh. Xəzandan qurtulub gülzar bəzmində azan bülbül, Çiraği-gül yaqub, xəlvətsərayi-vəslə bulmuş rəh. Gül açmış xani-vəslin, bülbülə təklif edər hər dəm Ki, gər mehman isən xani-Xəlilullahə, bismilləh. Cahandan dün mükəddər xatir idim fali-fəthi çün Bu gün gülzarə girdim gül kitabın açmağa nagəh. Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. * * * Gətir, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində Gətür, saqi, qədəh kim, eyş xoşdur gül zəmanində, Zaman fövt etmə dəhrin qüsseyi-sudü ziyanində. Qümari “təhtəhəl-ənhar” oxur gülzar vəsfində, Ənadil “hazihi cənnat” oxur gülzar şə’nində. Səba qönçə dəhanın pürzər etsə, eyb irməz kim Ki, mədhi-xani-xaqanqədrdir qönçə dəhanində. Hava səbzə zəbanin tiz əgər qılsa, yeridir kim, Sənayi-xani-xeyrəncamdır səbzə zəbanində. Qədəh tutmaqdan ikrah etməzəm, ta kim eşitdim mən, Səhər bülbül dilində, gül qatında səbzə yanində: Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. * * * Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu, Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu. Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim, Əsasi-eyşi-xəlq ol xiştlərdən üstüvar oldu. Cigər qani kimi getmişdi gözdən tazə gül şəkli, Yenə daği-dili-əhli-vəfatək aşikar oldu. Çıxardı səbzəvü gül xakdən çox lə’lü firuzə, Vəli, yüz şükr kim, xan xaki-payinə nisar oldu. Füzuli, gər xəzan vaxtı irərdin müttəqi, hala Mey iç kim, mövsimi-gül gəldi, əyyami-bəhar oldu. Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. * * * Dün sayə saldı başimə bir sərvi-sərbülənd Dün sayə saldı başimə bir sərvi-sərbülənd Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd. Göftarə gəldi nagəh açıb lə’li-nuşxənd, Bir püstə gördüm onda, saçır rizə-rizə qənd, Sordum: məgər bu dürci-dəhəndir? – dedim, dedi: – Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin! * * * Əymiş hilali üstünə tərfi-külahini Əymiş hilali üstünə tərfi-külahini, Çox dilşikəstənin gögə yetirmiş ahini, Zülfün dağıtdı, gizlədi əbr içrə mahini, Gördüm üzündə həlqeyi-zülfi-siyahini, – Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi: – Dövri-rüxümdə rişteyi-canındürür sənin! * * * Vermiş füruğ şəm’i-rüxi gün çirağinə Vermiş füruğ şəm’i-rüxi gün çirağinə, Salmış şikəst sərv qədi gül budağinə. Dün sərvtək basanda qədəm göz bulağinə, Bir neçə xardən ələm irmiş əyağinə, – Gül bərginə batan nə dikəndir? – dedim, dedi: – Müjgani-çeşmi-əşkfəşanındürür sənin! * * * Seyr ilə saldı bağə güzər ol səmən’üzar Seyr ilə saldı bağə güzər ol səmən’üzar, Ənvai-zibü zinət ilə fəsli-növbəhar, Açmış gül üzrə sünbülü geysuyi-mişkbar, Yaxmış lətif ayağına gülbərgtək nigar, – Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi: – Qəmzəm xədəngi tökdüyü qanındürür sənin! * * * Düşmüş üzarı üzrə müənbər səlasili Düşmüş üzarı üzrə müənbər səlasili, Aşüftəhal edib neçə bisəbrü bidili, Əqlimi valeh eylədi, şəklü şəmaili, Göz gördü qamətin, dilü can oldu maili, – Vəh, bu nə türfə sərvi-çəməndir? – dedim, dedi: – Mənzuri-dideyi-nigəranındürür sənin! * * * Seyli-sirişkim oldu rəvan xaki-kuyinə Seyli-sirişkim oldu rəvan xaki-kuyinə, Can valeh oldu lə’li-ləbü göftguyinə, Dil düşdü dami-silsileyi-mişkbuyinə, Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə, – Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi: – Ey çox xətalı, kəndi qiranındürür sənin! * * * Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab, Gül çöhrəsindən atdı səba pərdeyi-hicab, Gülzarə çıxdı seyr ilə ol rəşki-afitab, Şəbnəm nisarın etdi yüküş lö’löi-xoşab, – Bunlar nədir, nə dürri-Ədəndir? – dedim, dedi: – Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin! * * * Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən, Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən, Hər qəbavü pirəhən geysəm misali-qönçə mən, “Gər səninçün qılmasam çak, ey büti-nazikbədən, Gorum olsun bu qəba əynimdə, pirahən kəfən”. Gərçi sevdayi-səri-zülfindənəm zarü zəlil, Keçmən ol sevdadən olduqca mənə ömri-təvil, Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil, “Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən”. Qalib oldu sübhdəm şövqi-güli-ruyin mana, Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana, Gül görüb, yadınla dürri-əşk saçdım hər yana, “Düşdü şəbnəm, bağə gir, ta gül nisar etsin sana, Səbzənin hər bərginə bir dür ki, tapşırmış çəmən”. Der idim, ey dil, gətirmə hiç dərd əhlinə şək, Ta səni həm salmasın bir dərdə dövrani-fələk, Almadın pənd, imdi aşiqsən, işin ah eyləmək, “Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’tək, Mən deməzmidim ki, danla ağlayasıdır gülən”. Xah sincab eyləsin fərşin, Füzuli, xah kül, Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül. Yarsız eşq əhlinin dinlənməgi mümkün degül, “Necə dinlənsin Həbibi sənsiz, ey əndami gül Kim, batır cisminə təndə hər tük olmuş bir tikən”. * * * Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim, Göydü can könlümdəki suzi-nihanimdən mənim. Ta əsər var cismü cani-natəvanimdən mənim, Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim, Bu başımdan savulub, ol getsə yanimdən mənim. Meyli-vəsl əgmiş qədimni çəngi-bəzmi-yartək, Rəglərim sızlar əl ursam, çəng üzrə tartək, Çəngü ney mümkün kəm edə zarlıq mən zartək, Bəs ki, məmluyəm həvayi-eşqə musiqartək, Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim. Aləmi tutdu sirişkim qanı, tutmazsan xəbər, Saldı yaşım rəxnələr yollarə, qılmazsan nəzər. Qan yaşımdan yanə kim, tutmuş yolun, qıl bir güzər, Meyl qıl məndən yana, hər dəm bu istiğna yetər! Qanlı isəm dəxi gəl keç şimdi qanimdən mənim. Güz evitək oldu əşkimdən çox evlər qərqi-ab, Göz evitək qıldı çox ev mərdümi-çeşmim xərab, Aləmi seylabə verdim, ey cəmali afitab. Görünür mərdüm gözünə seyldən qopmuş hübab, Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim. Ey xəyalın xəlvəti nəqdi-rəvanim məxzəni, Göz yaşı olur rəvan hər gəh xəyal etsəm səni, Lütf umub səndən, səri-kuyində etdim məskəni, Gəl gözüm nuri, Füzulitək çox ağlatma məni, İnciməzmi xatirin ahü fəğanimdən mənim. * * * Vay, yüz min vay kim, dildardən ayrılmışam Vay, yüz min vay kim, dildardən ayrılmışam, Fitnə çeşmi sahirü xunxardən ayrılmışam, Bülbüli-şuridəyəm, gülzardən ayrılmışam, Kimsə bilməz kim, nə nisbət yardən ayrılmışam, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. Qəddi tuba, lə’li firdövsün şərabi-kövsəri, Xülqü xuyidir mələk, surətdə əmsali-pəri, Bürci-əflakin səadətli, şərəfli əxtəri, Hüsn ara məcmu’i-xubların sərasər sərvəri, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. Dustlar, mən naləvü fəryad qılsam, eyb iməs, Çərxi-bədmehrin əlindən dad qılsam, eyb iməs, Qəm diyarın dil ara abad qılsam, eyb iməs, Bu bina birlə cahanda ad qılsam, eyb iməs, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. Düşmüşəm qəmxaneyi-hicranə zarü dərdnak, Naxüni-həsrət bilən edib giribanimi çak, Gündə yüz gəz hicr tiğilən oluram mən həlak, Gərdişi-dəvvar cövründən məni-dilxəstənak Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. İştiyaqü şövqdən canü tənim aludədir, Şami-qəm fərzaneyi-bəxtim mənim uyxudədir, Ağlamaqdan çeşmü cismi-dərdnakim sudədir, Sanma, ey həmdəm ki, fəryadım mənim bihudədir, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. Vəsl umub cövrü cəfasini çəkərkən can hənuz, Mehr umub şövqində yanarkən dili-suzan hənuz, Cismi-qəmnakimdə var ikən qəmi-hicran hənuz, Yetmədən payanə ahü naləvü əfğan hənuz. Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. Mülki-vəsli dilbərin, könlümdə mə’mur olmadan, Eşq camindən dilü can məstü məxmur olmadan, Dərdi-bidərmani-hicrindən tənim dur olmadan, Həm Füzuli eşqü aşiqliği məşhur olmadan, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. * * * Ey hərir içrə tənin, mütləq bülur içrə gülab Ey hərir içrə tənin, mütləq bülur içrə gülab, Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübab. Böyləsən məhbub, yox nəzzarənə aləmdə tab, Vay əgər tezcik çıxıb, sərpib ləçək, salsan niqab, Hiç şək yox kim, səni görcək olur aləm xərab. Dil çəkib zərrin o tağın, verdi lə’lindən soraq, Tutdu ol göftar içün lə’li-binaguşin qulaq, Zülfünə həmdəm daraq, aşüftə mən ondan iraq, Diş salıb hər piçü tab açdıqca zülfündən daraq, Rişteyi-canımğa rəşkimdən düşür yüz piçü tab. Ey üzü gül, köynəgi gülgunü donu qırmızı! Atəşin kisvət geyib, odlara yandırdın bizi. Adəm oğılundan sənin tək doğmaz, ey zalım qızı. Ayü gündür hüsn bəhsində cəmalin acizi, Guiya atan məhi-tabandır, anan afitab. Al saç bağında mişkin saç pərişanhaliyəm, Sim-saq üzrə qızıl xəlxallər pamaliyəm, Sanma xəlxalın kimi mehrindən, ey məh, xaliyəm, Arizin dövründə zərrin silsilən timsaliyəm, Qəmzən oxundan həzin canımda yüz min iztirab. Sürmədən gözlər qara, əllər hənadən lalərəng, Hiç şahid yox bu rəng ilə ki, sənsən şuxü şəng, Vəsməli qaşın yaşıl tozlu kəman, qəmzən xədəng, Qəmzəvü qaşinə meyl eylər Füzuli bidirəng, Quş əcəbdir qılmamaq tirü kəmandan ictinab. * * * Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin, Nola ta şami-əbəd olsam tələbkarın sənin, İmdi cana bulmamış min aşiqi-zarın sənin. “Ey əzəldən ta əbəd könlüm giriftarın sənin, Çarə qıl kim, buldu canım əsrü qəmxarın sənin! Tutdular təşxisi-dərd içün müaliclər rəgim, Tapdı bu sihhət ki, sihhətdən yəqindir ölməgim, Çün yəqin oldu dəvasız dərdilən can verməgim, “Can verir çağında, Tanrıçün, qaşımğa gəl, bəgim, Bari görmüş bulğa min bir ləhzə didarın sənin.” Xublarını imtəhan qılmaqda çox çəkdim cəfa, Naleyi-zarilə bildim, dərdi-dil bulmaz şəfa. Mən sınadım, şimdi sən pəndim eşit, qıl iktifa, “Çünki xublar məzhəbində yox imiş rəsmi-vəfa, Ey könül, nə yerə yetgay naleyi-zarın sənin?” Könlüm aldı ol iki əyyari-çeşmi-pürxumar, Şimdi can qəsdin həm etmişlər nə məkrilən ki, var, Ürf içində olsa hər əyyar qövli üstüvar, “Şər’ilən gər tutsalar əsrük sözinə e’tibar, Qanıma vergay danuqluq iki əyyarın sənin.” Sanma cövr etsən Füzuli incinib tərkin qılə, Gər cəfa qıl, gər vəfa canim fəda sən qatilə, Mən xud öldüm, imdi sən tiği-cəfa alıb ələ, “Lütfini öldürsən, ey dilbər, cəfa tiği bilə, Anda həm bolğay mənim ruhim mədədkarın sənin.” * * * Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım, Gəlin alayişi-qəmdən çıxalım, pak olalım, Nəş’eyi-mey tapalım, qabili-idrak olalım. Məstü mədhuşü xərabatiyü bibak olalım. Rindlər bəzminə sərməst səbutək giribən, Zövq bağinə girib, cam gülüni dəribən, Meyə derlərsə bəha əql mətain, veribən, Məstü mədhuşü xərabatiyü bibak olalım. Paybəsti-meyi-safi olalım dürdmisal, Verəlim saqiyə can, eyləyəlim kəsbi-həlal. Nəş’ədən bilməyəlim aləmi-keyfiyyəti-hal, Məstü mədhuşü xərabatiyü bibak olalım. Mey hübabı kimi meyxanədə bir ev tutuban, İqdi-əngur kimi bir araya baş çatuban, Alsalar, din ilə dünyayi şərabə satuban, Məstü mədhuşü xərabatiyü bibak olalım. Badədən qeyr ki, qəm dəf’inə bir cam yetər, Hər nəyi dəhr nəyə kim verəcək olsa, itər, Ey Füzuli, rəvişi-əhli-riyadən nə bitər, Məstü mədhuşü xərabatiyü bibak olalım. * * * Pərişanhalin oldum, sormadın hali-pərişanım Pərişanhalin oldum, sormadın hali-pərişanım, Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım, Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım? Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən, Səni hər qanda görsəm, əhli-dərdə aşina görmən, Vəfavü aşinalıq rəsmini səndən rəva görmən, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! Dəgər hər dəm vəfasız çərx yayından mənə bir ox, Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox, Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə, Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə! İkən həm zalım olma, mən kimi məzlumi incitmə, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! Qatı könlün nədən bu zülmilə bidadə rağibdir, Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir? Sənintək nazəninə, nazənin işlər münasibdir, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! Füzuli şiveyi-ehsanın istər, bir gədayindir, Dirildikcə sənin kuyin yolunda xaki-payindir, Gərək öldür, gərək qoy, hökm – hökmün, rə’y – ra’yindir, Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım! * * * Hasilim bərqi-həvadisdən məlamət dağıdır Hasilim bərqi-həvadisdən məlamət dağıdır, Məsnədim kuyi-məlamətdə fəna toprağıdır, Zar könlüm təndə zindani-bəla dutsağıdır, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! Dövr cövrindən tənü canimdə rahət qalmadı, Surəti-halimdə asari-fərağət qalmadı, Möhnətü qəm çəkməyə minbə’d taqət qalmadı, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! Könlümün mülkün cəfa seylabi viran eylədi, Bəxtimin halin hücumi-qəm pərişan eylədi, Bağrımı əndişeyi-dövri-fələk qan eylədi, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! İstəyib bir çarə, çox yeldim, yügürdüm hər yana, Rəhm edib, bir kimsə imdad etmədi mütləq mana, Çarəsiz qaldım, mürüvvət istəyib gəldim sana, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! Dadə gəldim ədl divanında, fəryadım eşit, Sən ki, adilsən, gör əfğanım nədəndir, ğurə yet! Şərhi-halim sor, muradım ver, əlim tut, fikrim et, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! Gör Füzulinin rüxi-zərdində əşki-alini, Pərdeyi-idbar tutmuş surəti-iqbalini, Dərdməndindir, inayətlər edib sor halini, Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! * * * Kitabxana.az · https://kitabxana.az/collections/divan-az İctimai mülkiyyət (müəllifin vəfat ili: 1556). Public domain (author died 1556). Original text only.