Şeirlər Əbülfət xan Tuti (?–1839) O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım, Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım. Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum, Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım. Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz, Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım. Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim, Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım. Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim, Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulfet-xan-tuti-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1839). Public domain (author died 1839). Original text only.