Qəzəllər Əbülhəsən Raci (1831–1876) Gene bu tazə, könül mehri bir cavanə salıb Genə bu tazə, könül mehri bir cavanə salıb, Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb. Xəyali-xalü ləbü xəttü zülfi rüxsarın, Bu qış günü məni bir səhni-gülüstanə salıb. Bu piçütabilə mümkün deyil, üzülməyəcək, Belə ki, nazilə qəmzən kəşan-kəşanə salıb. Nigahi-çeşmin əlindən sümüklərim əridib Gəlib hüma quşu tək, meyl üstüxanə salıb. De bülbülə ki, bilir suzi-eşqi pərvanə, Özünü şəniiri ayağma yanə-yanə salıb. Tamam xalq mənə olsa qəmküsar, azdır, Fələk bu dərdi ki, bu cismi-natəvanə salıb. Xəyali-muyi-miyanımda mu tək incəldim, Bu mətləb indi məni nükteyi-nihanə salıb. Könüldən ötrü gözəl ömrü hiç, yox etdim, Görün, könül məni nə dərdi-nagəhanə salıb?! Nədamətin çəkər, axırda sudimənd olmaz, Əbəs yerə özünü Raci bu ziyanə salıb. * * * Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə, Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə. Könül az qaldi çak olsun, küdurətdən həlak olsun, Götür peymanə, pak olsun, bu dəm manəndi-ayinə. Gözün qurbani, peydərpey, götür məstanə cami-mey, Yetişsin nəreyi - "hey-hey" fələkdən mahü pərvinə. Bilurin cam ilə şişə, götür bəzm içrə gərdişə, Dəxi naz eyləmə pişə, məni-məhzuni-miskinə. Gərəkdür bu dili-giryan, ola Yəqub tək xəndan, Deyillər Yusifi-Kənan, gəlib Təbriz şəhrinə. Dutan şöhrətdə əyyami, verən yəğmayə arami, Onun zülfi-siyəhfami, bəladur bu dilü dinə. Baxan bu arizi-alə, düşər bir özgə əhvalə, Deyər: - Nəqqaşə bax, lalə çəkibdür bərgi-nəsrinə. Səba çün sünbülü reyhan, edəndə zülfini əfşan, Dönər bu səfheyi-İran, diyari-Çinü Macinə. O şuxun çeşmi-laçini, edər seyd ahuyi-Çini, Xəraci-Çinü Maçini, salubdur bircə maçinə. Səbu başini məclisdə, müğənni qoydu tar üstə, Dedi ahəstə-ahəstə nigar adin bu qəmginə. De bir türki qəzəl, Raci, oxusun bu gözəl,Raci, Bələd olsun əzəl Raci, rümuzi-eşq dərdinə. * * * Hübb ayəsi, zahid, sənə Quranda tapıldı Hübb ayəsi, zahid, sənə Quranda tapıldı, Misdaği mənə arizi-cananda tapıldı. Asarı-şüunati-zühuratı-həqayiq, Əlhəq genə bu məsləki-ürfanda tapıldı. Sinəmdə əyan oldı tilismati-məhəbbət, Bir gəncdü məxfi ki, bu viranda tapıldı. Çeşmimdə xəyali-ərəqi-arizi-canan, Guya düri-şəhvardu, ümmanda tapıldı. İncitmün, ətibba, bizi, dərdi-qəmi-eşqə Dərman nə Ərəstudə, nə Loğmanda tapıldı. Qaldi səri-zülfündə könül, kamə yetişdüm, Nə eyşdü bu, Şami-qəribanda tapıldı. Zahid, bu pəriçöhrəyə bir diqqət ilə bax, Get, gəz, gər əgər rövzeyi-rizvanda tapıldı? Olmuşdu könül Yusifi bir müddət idi güm, Axtardum onı, cahi-zənəxdanda tapıldı. Ey vacibün imkaninə talib olan aşiq, Məzhər ona, gəl, aləmi-imkanda tapıldı. Qəmzən tükədüb, nazun alub, işvən apardı, Sedparə könül hər biri bir yanda tapıldı. Xət basdı qədəm naz ilə hüsnün vərəqinə, Qarıncadü ya, təxti-Süleymanda tapıldı. Bu Racidəki şur ilə sevdavü məhəbbət, Məcnunda, nə Fərhad ilə Sənanda tapıldı. * * * Məndən, səba, de ol gülə: qurbanınam, senin Məndən, səba, de ol gülə: qurbanınam. senin, Rəhm etgilen bu bülbüle, quıbanınam sənin, Bu eşq odunaöz gözü könlüm salıb meni, Səndən yoxumdu heç gile, quıbanmam sənin. Hərçənd istərəm sənəbir özgə söz deyem, Bu söz genə gəlir dilə: “Qurbanınam sənin!” Hüsnün zəkatını mənə eylə bu il əta, Qoyma qala gələn ile, qurbanınam sənin. Vəslində al bu canımı asan^ xilas elə, Hicrində sälma müşkülə, qurbanınam sənin. Gəlmiş yuxarxdaö-aşağı, sakla izzətin, Çox hörmet eyle kakile, qurbanmam sənin. Min dəfe gündə öldüresən nazilən məni, Yoxdur mənim sözüm belə, qurbanınam sənin. Bari edib bəhanə, acıqlanma Raciyə, Al canmı, güle-gülə, qurbanınam sənin. * * * Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı, Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı. Nə nazü qəmzə, nə qəncü dəlalü nə işvə, Nə əczü labe, nə xunabi-dideyi-tər olaydı. Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal, Nə müşk olaydı, nə məcmər, nə udü ənbər olaydı. Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf, Nə şəh, nə mülk, nə bu fövc-fövc ləşgər olaydı. Nə əbruyi-xəm olaydı, nə çeşm, nə müjgan, Nə tiğ olaydı, nə cəllad, nə bu xəncər olaydı. Əzəl nə nəşə olaydı, sora nə rənci-xumar, Nə tiyşi-vəsl, nə ənduhi-hicri-dilbər olaydı. Nə öldürəydi xətin gəlcək üzdə üşşaqi, Məsih tək nə ləbi-ləli-ruhpərvər olaydı. Nə yalvaraydı rəqibə bu payədə üşşaq, Və nə bu mərtəbə məşuqələr sitəmgər olaydı. Nə şur olaydı, nə bülbül, nə gül olaydı, nə xar, Nə lütfi-baği-baharü nə cövri-sərsər olaydı. Nə dil olaydı, nə qamət, nə qəlb olaydı, nə rux, Nə şəmi-şölə, nə pərvanə, nə səməndər olaydı. Nə gül, nə ətr, nə şümşad olaydı, nə şanə, Nə zülf olaydı, nə məşşatə, nə bu zivər olaydı. Nə şərhə-şərhə olaydı bu sinə tiğinlə, Nə şərhi-dəftəri-dərdü bəla, nə müztər olaydı. Cəfayi-yar ilə üşşaq inciməz, ey kaş, Nə səndə mümkün o, məndə nə bu, müyəssər olaydı. Nə hicr olaydı, nə giryə, nə künci-qəm, nə bu ah, Nə abü atəşü xakü həva müxəmmər olaydı. Nə tifl olaydı, nə məktəb, nə dərs olaydı, nə elm, Rümuzi-eşq nə dillərdə böylə əzbər olaydı. Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt, Nə şeyx olaydı, nə məscid, nə vəzi-mənbər olaydı. Nə dil olaydı, nə didə, nə əşki-xunalud, Nə kan olaydı, nə dərya, nə ləlü gövhər olaydı. Nə ictinab, nə tövbə olaydı, nə pərhiz, Şikəsti-tövbə nə peymandan füzuntər olaydı. Məzaqi-Raci nə şirin olaydı, nə beylə təlx, Nə hicr zəhri-həlahil, nə vəsl şəkkər olaydı. * * * Nə qədər sən kimi bir qönçədəhanım yox idi Nə qədər sən kimi bir qönçədəhanım yox idi, Ey pərivəş, bu qədər ahü fəğanım yox idi. Tutiyayi-xəti can nəqdinə alseydim əgər, Ey gözüm, bil ki, bu sevdada ziyanım yox idi. Yarə rəmz ilə hamı dərdimi bildirdüm mən, Kəşfi-raz etməgə hərçənd zəbanım yox idi. Səri-kuyin mənə dünyadə əta eylədi Həqq, Çünki üqbadə mənim meyli-cinanım yox idi. Gördi pürsuz ilə yandı bu gecə halimə şəm, Çünki bir şəm kimi canı yananım yox idi. Neməti-vəslüvə sod şükr yetişdüm birənc, Mənim öz taleyimə hiç gümanım yox idi. Raci, yazdum qala məndən bu qəzəl namü nişan, Çünki aləmdə mənim namü nişanım yox idi. * * * Saqi, nə olubdur, məni yade getirməz Saqi, nə olubdur, məni yade getirməz? Könlüm tutulubdur, menə bir badə getirməz. Rehme gələr axər, gətirer saqi meyi-nab, Gül feslidi, sed heyf bu esnade gətirmez. Zahid tapa ger taqi-qaşın səcdəsin, ey şux, Mehrabi-ibadetlere seccade gətirməz. Naqisləre təklif eləmin eşq rümuzun, “Əbcəd” deyi, her tifli bu, irşadə gətirməz. Məhbus ele zülfundə könül mürğünü, yoxsa, Divaneyi-qəm tabırn qəllade getirməz. Herçənd dedin, Raci, de bu beyti mükəırər: Saqi, ne olubdur, məni bir yade gətirməz. * * * Sənə bu hüsn, xəyal eyləmə müdam qalır Sənə bu hüsn, xəyal eyləmə müdam qalır, Çəməndə hansı güli-tər ələddəvam qalır?! Qalıb bu pənd mənə yadigar pirimdən: Həmişə zində bu aləmdə niknam qalır. Gözün könül quşun ovlar, əgərçi laçın tək Və leyk axır özü paybəndi-dam qalır. O ləbləri ki, edər kami-aləmi şirin, Mənim kimi olu bir vaxt təlxkam qalır. Gedər çü məstiyi-mey, zəhməti-xumar gəlir, Həmişə başda haçan nəşeyi-müdam qalır. Həmişə aşiqinə naz edib, xəyal etmə Sənə bu rəngü ruxü zülfi-müşkfam qalır. Əsər xəzan yeli gülzari-hüsnünə bir gün, Nə üzdə rəng, nə zülfündə bir nizam qalır. Nə çeşmi-məstin edər böylə naz-naz nikah, Səhi qəddin nə bu növ ilə xoşxuram qalır, O vaxta üz çevirib cümlə bədnəzər səndən, Məgər bu Raciyi-biçarə sübhü şam qalır? * * * Övzai-çərx sanma ki, biixtilaf olur Övzai-çərx sanma ki, biixtilaf olur, Cuyi-zəmanə gah bulanır, gah saf olur. Verməzlə gah Yusifi Misrin bəhasına Gəh pirəzal əlində bəhası kəlaf olur. Eşq əhlinə bir özgə əziyyət rəva deyil, Təni-rəqibü cövri-zəmanə kəfaf olur. Məşuqə aşiqin bilü razi-nihanını Bu rişteyi-məhəbbət ona telqraf olur. Kəşf eylərəm bu eşq ilə hüsnün mətalibin, Amma yazanda xamə bu sirri şikaf olur. Tövəmdi rəncü rahət, müdğəmdi eyşü qəm, Vəslü fəraq, şadiyü matəm müzaf olur. Hər şeyi öz yerindədi bu karxanənin, Dəxlü təsərrüf eyləsə hər kim, xilaf olur. Hər kimsə öz məqamını aləmdə seyr edər, Ənqayə Qaf, cüğdə xərabə mütaf olur. Ustad hər kəsin qədinə bir qəba biçib, Var bir qəba ki, özgə qəbayə sicaf olur. Olmaz yüz il fəğanə gələ zar, əndəlib, Pəşşə nə qədr tiz uça, simürği-Qaf olur. Bəs, hər kəs anlasın gərək öz qürbü qədrini, Rubəh nə növi şirə hərifi-məsaf olur. Amma olubdu çoxlara bu əmr müştəbeh, Culfalıq etməmiş küləhduz kəlaf olur. Raci, fünuni-şerdə gərçi vəhidsən, Dəm vurma çox ki, baisi-lafü kəzaf olur. * * * Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni, Bivəfalar əhdi tək sındırdılar peymanəni. Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab, Çeşmi-dilbər tək xumarə saldılar məstanəni. Rindü şeyxü salikü zahid qarışmış bir yerə, Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni. Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğən Bülbüli-şeyda yerində başlıyub əfganani. Atəşi-şövqi-məhəbbət yandururdı aqibət, Şəmlər nahəq yerə yandurdilər pərvanəni. Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf ilə Rişteyi-zünnarə düzdüm səbheyi-səddanəni. Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar, Məskən et bayqusifət bir guşeyi-viranəni. Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul, Rahət əgləşsün qoyun, zəncirdə divanəni. Raci, gördüm tərgi-candur iqtizayi-ittihad, Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni. * * * Dağıt o əyri qaşın üstə zülfi- qarə, yer Dağıt o əyri qaşın üstə zülfi-qarə, yeri, Vuranda qeybəti-kübradə zülfüqarə yeri. Quru yer üstə qədəm qoyma, minnətün çəkirəm, Göz üstə qoy qədəm, ey yari-mahiparə, yeri. Gedəndə, mən sənə qurban, rəqibdən gizlin, Dalınca gəlməyimə barı et işarə, yeri. Gəl indi canımı al, baxma qeyrilər sözünə, Bu xeyir işdə dəxi yoxdur istixarə yeri. Belə dağıtdı yüzə kakilün nəsimi-səhər, Ki, qalmadı dəxi, ey mahiru, nəzarə yeri. Fəğani-bülbülü gör, bircə xar ilən gülə bax, Günah səndə deyil, tüf bu ruzigarə, yeri. Əgər yəqinim ola, yar olmuşsan əğyarə, Ölüncə getməyəcək sinədən bu yarə yeri. Alıb bu canımı naz ilən, indi ki, gedisən, Qayıt bu canımı da al-gilən dübarə yeri. Nigar kuyidə, can verməsəm nəsib olmaz, Məgər behişti verərlər günahkar‑ə, yeri! Rəvadu həsrəti rüxsarın ilə döndərsin, Sirişki – əşk ilə bu Raci laləzarə yeri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulhesen-raci-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1876). Public domain (author died 1876). Original text only.