Şeirlər Əbülhəsən Raci (1831–1876) Can bülbülü olmuş zəğəni-nəfsə giriftar, Daim qəfəsi-sinədə eylər ona azar. Bu, layiqi-firdovs, o, niyranə səzavar, Ülvitələbi-süfldə ol hiyləgər istər. Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et, Dəvayi-təvalayi-hüseynidə sədiq et, Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et, Dil vadiyi-heyrətdədi, bu rahbər istər. Hər kimsənə istər ola aşiqliyə layiq, Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq, Qəti-nəzər ondan da gərək aşiqi-sadiq, Hər mamələkindən edə qəti-nəzər istər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulhesen-raci-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1876). Public domain (author died 1876). Original text only.