Qoşmalar Əbülqasim Nəbati (1812–1873) Çarpa Get dolanginən, xamsən hənuz, Püxtə olmağa çox səfər gərək. Mürği-Qaf ilə həmzəban olub, Dövrə qalxmağa balü per gərek [...] Zülfu ənbərin, xalı nazənin, Qönçətək dəhan, qaşı cansitah, Şahi-gülrüxan, mahi-biqərin, Nəstərən kimi simber gərək. Lalətək üzü al yanaq ola, Tazə gül kimi tər-buxaq ola, Ağ-ayaz üzü aydan ağ ola, Qaşları ona həm süpər gərək. Həminan ola mehrü mah ilən, Hemzəban ola nuri nar ilen, Zülfi bəhs edə şahmar ilən, Genci-sinəsi pürgüher gərək [...] Mən qılmayın çox da zahidi, Üzrii var onun, aşiq olmayıb, O əbəs yere xelq olunmayıb, Bağbanə bir kəlləxər gərək. Ciddü cəhd qıl, arif ol, gözüm, Elmi-eşqdən olma binəsib, Cum bu bəhıə bir, tap o gövhəri, Aşiqəm deyən tərki-sər gəıək. Rah pürxətər, bəxt vajgun, Zülfi-yar tək şəb siyahgun, İndi qeybdən Xançobamna Nəxli-Turdən bir şərər gərək. Hər xəsisə gəl etmə iltica, Olmaz özgədən hacətin ıəva, Müşkül açmağa şahi-lafəta, Əntər öldürən şirin-nər gərək. Bu cavahirin yoxdu qiyməti, Açginən gözün, yaxşı seyr qıl, Hər biri dəyər Çin xəracına, Müftə vermərəm, simü zər gərək. Bir gözəl cavan istərəm haman Kim, bu sözləri eyləsin rəvan, Hardadır desin bir şəkərzəban Kim, bu söz mənə hamı tər gərək. Saqi, gəl məni cami-eşqdən Bir kərəm qılıb öylə məst qıl, Ta desinlərxəlq lal oturmağa, Bu Nəbati tək bəxtəvər gərək. * * * Gəlsin, gəlməsin Səba, məndən söylə o gülüzara, Bülbül gülüstanə gəlsin, gəlməsin? Bu hicran düşgünü, illər xəstəsi Qapına dərmanə gəlsin, gəlməsin? Mən qurbanı olum ənbər tellərin, Qönçə dodaqların, püstə dillərin, O lalə rüxsarın, mişkin xalların Oduna pərvanə gəlsin, gəlməsin? Gözüm çox həsrətdir xumar gözünə, Günəş camalına, şəkər sözünə, Utanıram, necə deyim üzünə, Dərdin xəstə canə gəlsin, gəlməsin? Dolaşdır boynuma şümşad qolunu, Qucaqlayıb qucum incə belini, Ləli-ləbin əmim, sorum dilini, İstər ölü canə gəlsin, gəlməsin? Nəbati istəməz sənsiz dünyanı, İzzəti, hörməti, şövkəti, şanı, Bir zada qalmayıb daha gümanı, Bu baş o meydanə gəlsin, gəlməsin? * * * Gözlərin Susuyubdur genə kimin qanına, Xumar-xumar baxar hara gözlərin? Nola bir də dolanaydım başına, Qurbanı olaydım qara gözlərin! Müqəvvəs qaşların etginən kaman, Çəkginən müjgandan tiri-cansitan, Bu xəstə canımı qılginən nişan, Qoy etsin köksümü para gözlərin. Sənubər qamətin, ey sərv rəftar, Şümşadü ərəri etdi şərmsar, Nə yalqız etmisən məni xarü zar, Çoxları gətirib zara gözlərin. Arizin dövründə zülfi-müşginab, Qoymaz şəfəq salsın türsi-afitab, Hökm qıl götürsün sayəsin səhab, Bu dərdə eyləsin çara gözlərin. Üzün şəşəəsi ey şəmi-Çəkil, Xurşidi-xavəri etdi münfəil, Belə ki, eşq odu oldu müştəil, Çəkdirə həqq məni dara gözlərin. Xədəngi-xunrizin, ey şirin mənzər, Xosrovu təxtindən etdi dərbədər, Həlqə edib əldə zülfi-müənbər, Nə sehr oxur genə mara gözlərin? Təzə gültək açılıbsan səhərdən, Müzəyyən olusan ləlü gühərdən, Yaxşı saldın Nəbatini nəzərdən, Əcəb mail olmuş xara gözlərin! * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulqasim-nebati-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1873). Public domain (author died 1873). Original text only.