Mənzumə Hacı ağa Fəqir Ordubadi (1836–1886) Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul, Xəlqdən çəkməgilən gərdənə çox bari-giran. Yox səxavət əsəri xəlqdə, yum çəşmi-təmə, Nədi hər ləhzə qubernat qapısı, xidməti-xan. Ey Fəqir, çəkməgilən çox da dəni minnətini, Söyləmə cifədən ötrü dəxi həcvü hədyan! * * * Kitabxana.az · https://kitabxana.az/collections/fegir-ordubadi-menzume İctimai mülkiyyət (müəllifin vəfat ili: 1886). Public domain (author died 1886). Original text only.