Qoşma Fəzli (1543–1605) Dünyadə gözəllər dəvasın qılan Degil, ona necə yar olmaq gərək? Xülqi-xoyi mələk, sureti insan Şəkər sözlü, şirinkar olmaq gərək. Sürahi gerdənli, Iəbləri qönçə, Sedr vaseh ola, ol beli incə. Miyanə boy ola, dalsı kənəkcə Ol püstə dəhanı dar olmaq gərək. Qırmızısı qırmızı, ağa tay ola, 01 qarası qara, qaşı yay ola, Gül yanağı bədirlənmiş ay ola, Sinəsində qoşa nar olmaq gərək. Gözləri nərgis tək şöləvar ola, Müjkanlan çöhrəsində xar ola, Alıcı tərlantək səbükbar ola, Mərifətdən xəbərdar olmaq gərək. On beş yaşlı ola, miyanə boylu, Çox lağər olmaya, qucağa dolu, Qolu uzun, ağ əlləri hənalı Sinəsi həm tazə qar olmaq gərək. Xoş ona kim, ola bir belə yan, Heç kimin yox, men tək olubdur zan. Fəzliya, sən çağır ulu cabban, Sənə məhşər günü yar olmaq gərək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fezli-qosma İctimai mülkiyyət (müəllifin vəfat ili: 1605). Public domain (author died 1605). Original text only.