Əsərlər Məhəmməd Füzuli (1494–1556) Ənisül-qəlb Mənim könlüm sədəfdir, sözlərimdir dürri-qəltani, Dənizdir elmim-allah feyzidir neysan barani. Təaləllah, nə incə incilərdir kim, bəzək vurmuş, Qulaqla boynuna onlarla dəhrin əhli-ürfani. Dilin guya bu dəryayə, bu dürcə bir yolu vardır Ki, hər saət səxavətlə bəzər dürr ilə dünyani. Əgər heyvan danışmazsa, ona insan deyən olmaz, Könül hali dil ilə eyləyir təşxis insani. Nədir illət ki, heç kəs öz dilinin qədrini bilməz, Təbiidir ki, ləlin qədrini bilməz onun kani. Sözün şəni o əndazə böyükdür ki, müəllimlər, Sözün məhsulu bilmişlər duani, vəhyi, Qurani. Sən ey söz dilbərinə ziynətü ziyvər verən insan, Libasi-mərifətdən qılma gəl məhrum o canani. Kifayətlənmə səslə, hərflə, mənada feyz axtar Ki, Davudi nübüvvətdir, əziz etmiş, nə əlhani. Rəva görmə canın çıxsın bədəndən kəsbi-ürfansız Ki, ürfan kəsbinə canın bədən olmuş dəbistani. Demə bir zərrə torpaqdır, bədən, diqqətlə seyr etsən, Görərsən eyləmiş yüz Xizri avarə, biyabani. Çalış ürfan qazan, ta əql olsun hökmünə tabe, Büsati bərhəm ustadın əlində olmaz imkani. Demə can boş qəfəsdir, bir düşün, əslini tədqiq et, Bəsirət əhlini gör kim, bu sirrin olmuş heyrani. Biliksiz olduğuna etiraf et, alim olsan da Ki nadandır demişlər görcəyin məğrur danani. Riyakarlıq gətirsə, zöhdi təqlid etmə, qıl nifrət, Təkəbbür artırarsa elm, yeydir məncə nisyani. Deyil allah üçün, zahid edirsə məscidi təmir, Təşəxxüs satmağa istər işə salsın o dükkani. Çevirsə barmağı təsbih, aldanma, riya bil sən, Sayır, görsün çatırmı almağa dünyani, imani. Əgər peymanəsi dolsa həmişə meylə bir rindin, O şeyxdən yaxşıdır ki, xaliq ilə süstdü peymani. Əgər bir kəs vurarsa elmdən dəm, bil ki, cahildir, O hardan anlayır hikmətdəki əsrari-pünhani? Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən Ki, açsın hikmət əhli əql üzündən bu müəmmani. Güman etmə ki, hikmətdən xəbərdar idi Əflatun, Həqiqət elmdən agah alim sanma Loğmani. Yaranmış səd ilə, ya nəhs ilə hər şəkl fitrətdə, Çətindir uğrasın təğyirə dövr etməklə dövrani. Cəhalətdir səbəb, rəmmal hər yerdə məkan salsa, Bütün işlərdə hakim zənn edər ənkisü ləhyani. Münəccim əqlinin naqisliyindən iddia eylər Ki, hər işdə müqəssir tutmalı Bürcisü Keyvani. Gözəl, ya çirkin olsun-hikmətin hər hökmü baqidir, Xələl yetməz ona, çərxin yerindən qopsa ərkani. Həris axmaqlığından zənn edər tənbəl həris olmuş, Və ya öz səyi sərvət sahibi etmiş çalışqani. Təbib nadanlığından iddia eylər ki, hər dərdə Səbəb pəhrizi pozmaqdır, bilər pəhrizi dərmani. Gözü doymaz hərisin dəhrdə, çünki həris insan Olarsa şahi-İran, tutmaq istər mülki-Turani. Tamahla odlanan bir qəlbin heç vaxt atəşi sönməz, Qızıldan ötrü şiddət kəsb edər hər ləhzə böhrani. Cahan asayişi təkmilinə bir kəsdə yox qüdrət, Odur sonsuz yola salmış tamah aləmdə insani. O kəs ki, arzular xəlqin malından hər saat, hər gün Bəzəkli süfrədə olsun kəbabi, həm də büryani. Onun qəlbi yanarmı zülmdən büryan olan qəlbə, O rəhm eylərmi, görsə xəlq udur qəmdən cigər qani. Olarsa şah zalim, xəlq xoş gün görməz aləmdə, Xilas olmaz bəladən bir qoyun, qurd olsa çobani. Sənin xeyrin üçün kəndli ağac əkmişdir, ey hakim. Kəsib təxt qurma ondan, eyləmə məyus dehqani. Ləbi qəlbindəki daği sağaldan bir güləndamın, Ləbini dişləmə, ey bimürüvvət, olma gəl cani. Nə lazımdır sənə bir təxt kim, qayıq kimi axsın O göz yaşı selində kim, tökər məzlum müjgani. Şərik tək pay alırsan kəndlinin daim qazancından, Sənin borcundur olmaq kəndli malının nigəhbani. Onun malı talandıqda cərimə çəkməli sənsən, Cərimə kim çəkər, indi ki, sən etdin bu talani? Kim istər şahlara olsun yaxın, mətləb gülü dərsin, Görər yolda tikan düzmüş çomaqdan şah dərbani. Xəzinə tapmaq ümmidilə bir insan rəvadırmı, Zəhərli əjdəhalar çənginə salsın şirin cani? Gədani gözləyərsə təhlükə şahlar hüzurunda, Gərək tövbə edib, nə şahi görsün o, nə dərbani. Gəda öpsün gərək haciblərin hər gün çomağından Ki, hifz etmiş bəladən, mən qılmış qürbi-sultani. Belə bir qayda var, insan qaçar divlər məkanından, Demək insan deyil onlar ki, məskən etdi divani. Deyilsən şahların halından agah, dərk qılmazsan Ki, şah xəlqi soyar, ancaq verər əyanə ehsani. Zərurət qarşısında verdiyi ehsan səxavətmi? Məgər şah xeyrinə xəlqi çalıb-çapmazmı əyani? Səxavət əhlidir ancaq o kəslər ki, riya bilməz, Görər bir gözlə ehsan süfrəsində dostla düşmani. Qızıldandır, gümüşdəndir, kərimin atdığı hər ox, Sağaldar yarəsini düşmənin, dəydikdə peykani. Fəqirin olsa idraki, bu sadə əmri dərk etsə Ki, ta sağdır, ona ruzi verər təyidi-sübhani. Nədən ötrü gərək fəğfur ilə xaqanə baş əysin? Nədən ötrü gərək tərif etsin Keylə Kəsrani? Xudadən qeyrinə könlün evində vermə yer, zinhar, Əmini-Kəbədən bütxanə gəl etmə o məvani. Varınsa əql, özün tək qafili mürşid qəbul etmə, Büt anlarmı gətirmişdir ona iman rəhbani? Sədaqətlə yapışma damənindən ol kəsin, ey dost Ki, qalmışdır təəllüq pəncəsində öz giribani. Çıxarsa qarşına hər şey onu iynə kimi deş, keç Ki, iynə saxlamış yoldan göyə qalxan Məsihani. Bir arif aləmə nifrət edərsə, var yeri, çünki Onun hümmət səməndinə gəlir dar dəhr meydani. Bu alçaq ruzigar bağlanarmı bir dilavər ki, Vurar doqquz fələk fövqündə idrak ilə cövlani. Əsasi qəflət olmuşdur həyatın, yoxsa kim istər Bina tiksin, fələk yıxsın, aparsın sellər eyvani? Tikər eyvanı Kəsra, qaldırar Keyvanə, bilməz ki, Onun hər kərpici təmsil edər bir başqa Kəsrani. Könül vermə cahanə, varlığı təşvişdi canə, Zəvali bağrı qan eylər, qılar məyus insani. Çəkil, üzlətdə yer tut, kimsəsiz qaldıqda bir insan, Mələklər qorxulu gündə olar ənsarü əvani. Fəna bir mülkdür, asudədir xəlqi hər afətdən, Xilas olmaq dilərsən fitnədən, gəl fani ol, fani. O kəslər ki, yeməz dünya qəmi, qorxmaz qiyamətdən, Siratin dərdini çəkməz, düşünməz vəzi-mizani. Malın varsa, onu sərf et, əgər sən kamil insansan, Çatarsan bil kəmalə, sərvətin tapdıqda nöqsani. Deyilsən kəm qəmərdən, keç özündən, vəsli-canandır Ki, ay incəlmək ilə tez tapar xurşidi-tabani. Fəqir olsan da şad ol, şam kimi gül, odda yansan da, Ki, odla canlanan şəmin alovdur abi-heyvani. Ölüm haqdırsa, öl üsrətdə, nemət dərdinə qalma, Ölüb üsrətdən azad olmağı nemət kimi tani. Olan bir dərdə adətkərdə dərman dərdinə qalmaz, Dəyişməz bir cəhənnəm maliki rizvanə niyrani. Behişti hər kəsin bir zövqdür, körpə uşaqlarçün Ana ağuşu cənnətdir, bal arxı - dayə püstani. Kəmali-eşqdən dəm vurmağa ol kimsə layiqdir Ki, cananın qəminə nəzr edib qurban edə cani. Deyil canana aşiq, mütləq öz caninə aşiqdir O aşiqlər ki, can dərdindən istər vəsli-canani. Ayırsın yaxşını pisdən bəni-adəm - deyə, xaliq Nəsihətnamə şəklində bizə göndərdi fürqani. Fəqət tutsun deyə üstün dəvadən xəlq hər dərdi, Ələm hərfilə hikmət katibi yazdı bu ünvani. Qəmi olmazsa, heç vəqt xaliqi yad eyləməz bir kəs, Kim allahi sevər, istər ki, qəmlə keçsin hər ani. Varın artanda kibr ilə fəqirə az şəmadət qıl, Onunla tez səni yeksan edər bu çərx dövrani. Gözündən yaş axıt kim, hər muradın cabəca olsun, Yağış feyzilə torpaq bəsləyər sünbüllə reyhani. Tədarük gör o dünyayə, bu dünyada ki, xoş keçməz Qışı ol kəslərin ki, yayda yad etməz zimistani. Zəmanə əhlinə bel bağlama hüsni-cəmalınla Ki, Yusif hüsnünə qıldı həsəd namərd ixvani. Güvənmə qüvvənə, laqeyd baxma məkri-dünyayə Ki, salmışdır tora yüz Rüstəmi bir zal dastani. Əgər aqilsən olma hiyləsindən düşmənin qafil, Unutma Adəmi yoldan çıxardan məkri-şeytani. Düşün, hər danəsi bir zərrə əlvan torpaq olmuşdur, Bu şahlar tacinə ziynət verən ləli-Bədəxşani. Zəmanə şahların başına tədriclə səpər torpaq, Uşaq tək aldanar onlar görüncə şəkli-əlvani. Fələk tərsinə dövr etsə, sən olma əmrinə mayil, Qonaqçın olsa qatil, qaç evindən, olma mehmani. Başında şur vardırsa, onu hər zövqlə pozma, Ucuz bir qiymətə vermə əlindən gənci-sultani. Ürəkdə vermə yer dərdinə hər bir lalərüxsarın, Saqın, hər zülfü ənbər dilbərin olma pərişani. Şoranlıq torpağa səpmə səfa toxmu, olar zaye, Samanda ətr axtarma, gülə oxşatma yovşani. Sənin tək çoxları dəm vurdular eşqü məhəbbətdən, Dəyişcək surət, oldu eşqinin cümlə peşimani. Şirin hər vəslin ardınca acı bir ayrılıq vardır, O vəsli istəməz bir kəs düşünsə dərdi-hicrani. Fəqih allaha doğru axtarır yol masəvəllahdan, Əcəb naqisdir onlar ki, bilər mürşüd o nadani. Tapar həqq axtaranlar həqqi Fironun cəlalından, Bu işdə möcüzə vadar edər Firon Musani. Əgər bir kəs xudanın varlığına istəyir isbat, Bütün varlıqdır allah varlığının əsl bürhani. Rəhimdən başlamış əqlə dolunca hər bir insanın Yetər ruzisi həqdən, lazım olmaz səyi tavani. Vurarkən əqldən dəm, ol qədər əqli olar naqis, Sanar ki, səyinin məhsulu olmuşdur əti, qani. Nədən bilməm, təkəbbürlə özündən dəm vurar Nəmrud Ki, yox bir milçəyin şərrini dəf etməkçün imkani. Xudadən başqa acizdir hamı, fərz et Süleymandan, O torpaq uddu kim,daim ona cariydi fərmani. Əgər bir şəxs insandır, yetər qorxsa bir allahdan, Əgər divdirsə qorxmaz, toplasan da yüz Süleymani. Fəsadi-küfrdə görmüş səlahi sahibi-hikmət, Onunçün yoxsa hər bir batilin asandı bütlani. Gül istər bəsləsin dehqan, onu hifz etmək istərkən Tikan divarla hər yandan gərək hörsün gülüstani. Zəmanə zalimi zalim əlilə.məhv edər bil kim, Düyümlü taxtanı həmvar edər nəccar suhani. Çox iman küfrə mədyundur, bu həqdə Yusifi yad et Ki, büt qaytardı pis yoldan onu, dəf etdi üsyani. Sən ey allahin əmrinə itaət etməyən qafil, Sənə layiq deyil, fərz et onu firdövsü rizvani. Çalış olma o əndazə cəhənnəmdə üzü qarə Ki, nifrət eyləsin səndən cəhənnəm qiri, qətrani. Soyarkən kafəri hər dəm deyərsən ki, həlal işdir, Sözün indi nədir bəs kim, soyursan hər müsəlmani. Bu dünya dalğalı dəryadır, ondan bir kiçik qətrə Göründü Nuh dövründə, dedilər Nuh tufani. Boğulmaq qorxusundan bu dənizdə hər bir avarə, Atar əl-qol, üzər, lakin keçə bilməz bu dəryani. Muradə çatsın aşiq, qoy cahan zirü zəbər olsun, Boğulmaq bilməz ördək, dalğa qoy titrətsin ümmani. Deyil mümkün ola məyus bir kəs xaliq əfvindən, Deyilsənsə yalançı, naümid olma, onu tani. Əgər həqq feyzinə müqbil ola qabil, ümidim var Ki, müdbirdə dəxi zahir olar asari-ğüfrani. Xuda gər əcr versə, hər kəsə əmali qədrincə, Behiştdə görməz heç bir kəs nə hurini, nə qılmani. Əgər bir səhv üçün məhrum olarsa xəlq cənnətdən, Behişt əhli bilək onda gərək biz təkcə Rizvani. Çalış xəlqə xeyir ver, xoş sifətlərlə qazan hörmət, Arı bal vermək ilə əldə etmiş şöhrəti, şani. Bəzərsən cismini bica yerə əlvan libas ilə, Gəlibsən lüt cəhanə, lüt edərsən tərk dünyani. Muradın hər iki dünyadə səbr ilə olar hasil, Çalış səbr eylə, təmin eylə dünyani, həm üqbani. İki dünya işi öhdəndədir, sən isə acizsən. Qəribə bir işə düşdün, çətindir məncə səhmani. Məgər peyğəmbərin pak ruhu lütfən dadına çatsın, İki dünyada tapsın hər çətinlik rahi-asani. Nəbidir, haşimidir, əbtəhi, ümmi və məkkidir, Əli din xəznəsinə bir açardır, mərhəmət kani. Yüz İbrahim olubdur qəndili şəminə pərvanə, Üzü bir eydi-əkbərdir, yüz İsmayil qurbani. Süleyman mülkünün son sahibidir xacəyi-Səlman, Onun Səlmaninə xidmətçi bilmişlər Süleymani. Deyil Musa ona tay, Vadiyi-eymənsə Bədhayə, Nə Yusifdir onun misli, nə Kəbə misli-Kənani. Xudaya, şükr, asayişdən ötrü bir bina tikdim Ki, səbrü elmü hilmin mayəsindən oldu bünyani. Bu qəsri tikmədim tək mən, əsasın qoydu üç kamil, Tanıtdı aləmə Şirvani, Dehlini, Xorasani. Evin üç küncünü Xaqani, Xosrov, Cami tikmişdi, Mən isə eylədim Bağdaddə təkmil ərkani. Füzuli kamiyab olmazdı öz səyilə bu işdə, Yaratdı onların ruhu onunçün böylə imkani. İlahi, rəhm qıl avarə bir insanə aləmdə Ki, ömrünü edib zaye, yazar bu hərzə-hədyani. Xeyr, hədyan deyil, aləm bilir qiymətlidir şerim, Odur dərya olan bu qəlbimin dürr ilə mərcani. İlahi, könlümə hər elmdən pay ver, bilirsən ki, "Mənim könlüm müəllimdir, mənəm tifli-dəbistani". Çıxardı təbi kanindən polad bir nəzm Xaqani, Səfa ayinəsində aləmə göstərdi Şirvani. Ona Xosrov ziya verdi, Xorasanə rəvan etdi, Gəzib əldən-ələ xeyli zaman Dehliylə Multani. Cila verdi ona Cami, alıb göndərdi Bağdadə, Bu töhfə şad qıldı xadimani-Şahi-mərdani. Mənim kor təbim ondan bixəbərdi bir zaman, əmma Mən ariflər əlindən qapdım ol yaquti-rəxşani. Mənim nəzmimlə ol ayinə bir ziynət qazanmış kim, Baxan olmuş camalında kəmali-hüsnün heyrani. "Ənisül-qəlb" adı verdim o məhbubə, budur arzum Ki, olsun mərifət əhli olan məclisdə cövlani. Yetər bunca cəmali gizli qaldı pərdə altında. Qoy olsun indi də ariflərin şəmi-şəbistani. Onu İranzəmindən Darül-ədli-Rumə göndərdim Bu ümmid ilə kim, olsun əmin əllər nigəhbani. Ona təsir qılsın dövləti Sultan Süleymanın Ki, ta fəth eyləsin öz şöhrətilə külli-dünyanı. FƏZLİYƏ NƏSİHƏT İstərdim aləmin işini etmək imtahan, Oldum bu məqsəd ilə cahan seyrinə rəvan. Əvvəlcə düşdü bir bağa nagəh yolum mənim, Oldu qəribə işlər o bağda mənə əyan. Gördüm o cümlədən qoca bağban bəhər üçün, Ümmidlə, qayğı ilə əkib bir cavan fidan. Səy eyləmiş o vəqtə qədər ki, budaq verib, Yarpaq açıb, şükufə yetirmiş ağac haman. Meyvə ki, əsl məqsəd idi zahir olcağın, Əvvəl şükufədən o qida aldı bir zaman. Ayrıldı bir qədər böyüyüncə şükufədən, Yarpaqla şaxədən o qidalandı durmadan. Əzasinə ağacdan onun su rəvan idi, Tamsız, yetişməmiş böyüyüb boy atan zaman. Həddi-kəmalə çatmadan o, meyvə daima Üstündə idi ol ağacın şad, kamiran. Dəydi ağacla bir-birinin ziddi oldular, Rəng ilə ətri verdi bu ziddiyyəti nişan. Meyvə ağacdan incədir, ətri ziyadədir, Olmaz ağacda meyvədəki ətr bigüman. Ayrılmalıydı meyvə ağacdan dəyən kimi, Verməz təbiət heç kəsə bu hökmlə aman. Meyvə dərilməz isə ağacdan, bu qaydadır, Dövran əlilə hər ikisinə yetər ziyan. Həm meyvəni əzib, çürüdüb məhv edər hava, Həm də dəyər ağac başına daş zaman-zaman. Yoxdursa meyvədə ağaca ehtiyac əgər, Meyvə ağacda tutmamalı boş yerə məkan. Dinlə məni, ağıllı balam, diqqət ilə sən, Bu incə nüktə sirrini ta eyləyim bəyan. Salsan həqiqəq aləminə yaxşı bir nəzər, Sən meyvəsən, mən isə ağac, dəhr busitan. Dünya bağında hər ağacı bəsləmək üçün, Qəddi bükük fələk özüdür piri-bağiban. Yarpaq, şükufə, şaxə əgər bilməsən nədir, Arvadla malü mülküm idi, ey əzizi-can. Qoydun o gün ki, sən bu cahan mülkünə qədəm, Can şirəsilə cisminə verdi qida anan. Süddən ayırdı çün səni dövran dayəsi, Malımla, mülküm ilə tapardı tənin tavan. Möhtac idin mənə nə qədər ki, həyatda sən, Məndən səvay bilməz idin yari-mehriban. Sərf eylədim yolunda bütün ömrümü, bu gün, Qaldırmısan qürur ilə baş göylərə yaman. Cismim zəifləşincə göründü yüküm ağır, Məndə bəlanı çəkmək üçün qalmamış o can. Gənclik üzündən işlədiyin hər əməl üçün Yetməzmi tənə vurdu mənə hər qoca, cavan? Udsam bu qəmləri, ey oğul, qorxuram öləm, Rüsvay olaram, qorxuram, etsəm əgər fəğan. Ey feyzinin kəmali edən qədrimi füzun, Ey izzəti mənə sayılan şövkət ilə şan! Səndən səvay yoxsa da candan mənə əziz, Dırnağı ətdən üzməyə qalmış bu gün güman. Meyvə ilə ağac bizə də bir nümunədir, İbrət götür, gözəl deyilibdir bu dasitan. Yox meyl səndə çün mənə həmdərd olmağa, Mümkün deyil səninlə olaq yari-həmzəban. Bəsdir, mənə əzab ilə baş əyməyin yetər, Bəsdir, məzəmmətimlə mənim bağrın oldu qan. Yoldaşlığım tutarmı səninlə mənim bu gün, Sən bir çevik cavan, mənəm piri-natəvan. İstərsən aləmi tutasan bir qılınc kimi, Qın pərdəsində bəs nə üçün qalmısan nəhan? Mənsiz yaşa, qazan özünə hörmət, etibar, Mən maneyəm, yoxunsa bu gün nam ilə nişan. Şahin balasının var əgər seydə qüdrəti, Əlbəttə, məsləhətdir edə tərki-aşiyan. Bir ləl kan içində kəmalə çatıb əgər, Hökmi-təbiət ilə gərək qalmasın nəhan. Dünyanı nəzmə salmaq üçün hikmət oldu bil, Hər söz ki, söyləmiş bu Füzuliyə-natəvan. * * * Söhbətül Əsmar Qəvvasi-bəvahiri-rivayət, Səyyahi-bəvadiyi-hekayət Dəryayi-rivayəti üzəndə, Səhrayi-hekayəti gəzəndə. Düzmüş bu nizam ilən göhərlər, Vermiş bu əda ilən xəbərlər. Kim var idi bir xücəstə sima, İdrakı təmam, təbi ğərra. Əşya təkəllümündən arif. Hər əlsinədən olurdu vaqif. Bir gün ki, şəhi-sipehri-rabe Tiğini həməldə qıldı lame, Təsxiri-həməl qılan zamanda, Xuni-həməl axıdan zamanda, Cari olub hər tərəf gəzəndə, Hər səbzəgəhə güzər edəndə, Bir tövr ilə dövr edib zəmanə, Bir özgə fəza yetib cahanə, Əbvabi-xəyal olundu məftuh, Əmvati-nəbatə yetdi çün ruh. Çün nəşvü nəma bulub çəmənlər, Çak etdi nəbat pirəhənlər, Mey nəşə ilə əyağ çəkdi, Lalə cigərinə dağ çəkdi. Nərgis ki, göz açdı bağə girdi, Bir baxmağilən özün itirdi. Kəcgərdən olub bənəfşeyi-zar, Bir nəşeyi-meylə oldu xummar. Qönçə yaxasını eylədi çak, Bülbül baxuban olub fərəhnak; Bağ içrə açıldı qırmızı gül, Başladı əninü nalə bülbül. Əlqissə, fəzalənib çəmənlər, Xoş, tazə geyindi yasəmənlər. Seyr etmək üçün o pakdamən, Tutdu rəhi-bağü tərfi-gülşən. Bir bağə güzər edən zamanda, Hər meyvəyə bir nəzər qılanda, Gördü ki, fəvakehü səmərlər Öz-özünə iftixar edərlər. Aluçə edərdi şükri-səttar Kim: Mən kimi xoş cahanda kim var? Təblərzəyə mən şəfa verirəm, Təlxiyyi-fəmə səfa verirəm. Əklimdən olub baş ağrısı dur, Demiş hükəma bu sözü cümhur. Ol sözünü axirə yetirdi, Xişmindən Alu özün itirdi. Aluçəyə söylədi ki: Ey zar! Fəxr eyləmə, eyləməzmisən ar? Kim turş, dəxi zəlilsən sən, Əsmar ara əlilsən sən. Əklində sənin qamaşı dişlər, Xoş təblərə rütubət işlər. İflicə vü küft cümlə azar, Səni yeyənə olur səzavar. Ol qadiri-bimisalü həmta, Aluyə məni qılıb müsəmma, Çün dürri-qələndəri bəguşəm, Yüz min tərəfə saçıldı xuşəm. Gəh səbzəvü, gəh ərğüvani, Gəh sürxü səfid, zəfərani. Onun səsini Gilas eşitdi, Bu zərb ilə ona tənə etdi: Key nakəsi dun, utanmadınmı? Azərm oduna yanmadınmı? Kənduzini bunca vəsf etdin, Qurtar sözünü ki, həddən ötdün. Hər kim səni yesə etməz əhlal, Gündə gərək ona üç kərə bal. Ol dəm ki, məni həqq etdi zahir, Verdi tənimə libasi-faxir, Rəxtim kimi yoxdu hiç cövhər, Cismim kimi yoxdu hiç gövhər Gəh Zöhrəvü gah Müştəriyəm. Gahi mələkü gəhi pəriyəm. Sərv ağacı təkdir hər butağım, Xublar çəkəllər iştiyaqım. Zərdalu eşitdi, nərə urdu Kim: Gilası görgilən, qudurdu! Dedi ki: Ey əhqəri-zamanə! Vey zağü kəlağə abu danə! Nə fəxr ilə özünü ögərsən, Bu eyb ilə sən nə fəxr edərsən? Bir qətrə su, bir də üstüxansan, Hər kim ki, yesə ona ziyansan. Gər səni qurutsa bağibanlar. Axir günü çox çəkər ziyanlar. Ol əsli-binayi-cümlə bünyad, Zərdalu mənə qoyubdu həm ad. Gəh səbz oluram zümürrüdasa, Gahi bədənim olur mütəlla. Gər məni qurutsa bağibanlar, İstər məni cümlə karivanlar. Hər qanda aparsalar əzizəm, Hər təbxə buraxsalar təmizəm. Ərik sözün Alma guş qıldı, Acıqlanıban xüruş qıldı: Key qarnı vərəmli, sinəsi çak, Vey caməsi tozlu, ləzzəti xak! Xasiyyətini ki, sən bilirsən, Kənduzinə rişxənd edirsən. Hər kim səni yedi qarnı şişdi, Dəryayi-bəla içinə düşdü. Ənvai-bəlavü dərdü sövda. Səni yeyənə olur mühəyya, Ol qadirü həyyü fərdü fəttah, Adımı mənim qoyubdu Tüffah. Həm çöhrəmə verdi sürx rəngi, Həm əynimə ətlasi-firəngi. İki yarın arasında məhrəm Yox mən kimi dəhrdə müqəddəm. Həm peyki-nigari-nazəninəm, Həm qasidi-yari-məhcəbinəm. Təbliği-risalətimdə söz yox, Təfhimi-bəlağətimdə söz çox. Xəlvətgəhi-yarə əhli-sirrəm, Məşuqinə aşiqi yetirrəm. Bir bəzmdə gər ola müyəssər, Təcmii-fəvagehü səmərlər, Mən həm gər o bəzmdə bulunsam, Əsmar içində hazır olsam, Cümlə məni intixab edəllər, Həm qeyrdən ictinab edəllər. Alma edər idi yüz təfaxür, Əmrud özüni qıldı zahir. Səsləndi ki: Ey fəsadi-dövran! Vey müfsideyi-misali-şeytan! Gər qabili-iftixar olubsan? Alma adını neçün qoyubsan? Gər yaxşı olardın al deyərdin, Alma neçün adını qoyardın? Ol həzrəti-layəzali-məbud, Ad qoydu mənə lətifə Əmrud. Verdi mənə yaxşı xasiyyətlər, Həm əklimə çox-çox afiyətlər. Hər xəstəyə mən şəfa verirəm, Hər cərgəyə mən səfa verirəm. Əmrud edərdi vəsf halın, Bilməzdi öz işinin məalın, Nagah səsini eşitdi Əngur, Qeyzə gəlib oldu məstü məsrur: Key rəngi saralmış illətindən! Başı yekə zəfi-qüvvətindən. Öz başına sən təbib oldun, Bimarlara nəsib oldun, Kənduzinə vardır ehtiyacın, Eylərmisən özgələr ilacın? Dəxi kəl əgər təbib olurdı, Əvvəl başına dəva qılırdı, Əvvəl varıb özünə dəva ver, Ondan sonra xəstəyə şəfa ver. Ol caili-zülmətin ilən nur, Ad qoydu məni-hərifə Əngur. Verdi mənə dürlü xasiyyətlər, Lütf etdi mənə çox afiyətlər. Mən səbzəvü kişmişü məvizəm. Əsmar içində çox ləzizəm. Məndəndi şərabi-ərğüvani, Məndəndi sürurü şadimani. Mən saqiyi-məclisi-vəfayəm, Ziynətdehi-məhfili-səfayəm. Turşu ilə həmnişin mənəm, mən! Həlva ilə həmqərin mənəm, mən! Heyva eşidib bu gövtüguyi, Qeyzə gəlibən saraldı ruyi, Əngurə dedi ki: Yum dəhanın! Danışma ki, lal ola zəbanın! Şüğlün qəmü möhnətü ələmdir, Mədhin özünə tamam zəmdir. Bir kəslə ki, ittihad qılsan, Bir cam mey ilə şad qılsan, Ol şadlığı tamam olur qəm, Qəm üstünə qəm gəlir dəmadəm, Əvvəl ki; edər xilafi-əhkam, Dəxi həm olur cahanda bədnam, Həm əqli-mürəccəhi olur fəsl, Həm cəhli-mürəkkəbi olur vəsl. Gər münim ola gedər tilası, Vər müflis ola gedər həyası. Ol cümleyi-müşkili edən həll, Adımı mənim qoyub Səfərcəl. Var ləzzətü rəngü dad məndə, Həm namü ləqəb, xoş ad məndə. Ətrimlə dolubdu bağü bağça, Həm mənzilim oldu tağü tağça. Məni aparırlar hər diyarə, Həm töhfə verirlər hər diyarə, Kənduzini vəsf edərdi heyva, Narinc eşidibən oldu peyda. Heyvayə xitab qıldı: Key zar! Danışma ki, səndə yox məgər ar? Rəngin saralıbdı büğzü kindən, Yoxdur xəbərin məgər özündən?! Min tənə edər sənə xəlayiq, Onlar ki dedin, sənə nə layiq? Qarnın dolu kirmü büğzü kinə, Kirmə bədənin olub xəzinə. Mədhin özünü məzəmmət eylər, Vəsfin sənə cümlə lənət eylər. Ol leyli nəhar edən, günü şəb, Narınca qılıb məni müləqqəb. Lütf etdi mənə qəbayi-faxir, Ol don ilə eylərəm təfaxür. Yüz şükr edərəm mən ol xudayə, Yüz fəxr tənimdəki qəbayə. Bir don mənə lütf eyləyibdir Kim, qeyriyə dəxi verməyibdir. Şəklimi dəxi edibdi püstan, Püstanı sevəllə cümlə mərdan. Yüz fəxr ilə söylər idi Narınc, Nagah səsini eşitdi Turunc, Göftarə gəlib dedi ki: Ey dun! Fəxr etmə qəbayə kim, nədir don? Gər eşşəyə məhmil etsələr cül, Ol cüli münəqqəş ola gül-gül, Eşşəkdə zəval həm kəm olmaz, Minbəd o eşşək adəm olmaz. Ol qaziyi-həşrü nəşrü miad, Turunc mənə qoyubdular ad. Mən əfşureyi-təami-şahəm, Yemişlər içində padişəhəm. Sərdəftəri-meyvəcati-bağəm, Əsmar içində çün çirağəm, Hər nə ki, desəm ziyadəyəm mən Kim, daima səbzü tazəyəm mən. Bu sözləri Nar edib təfəhhüm, Ağzın açıb eylədi təbəssüm. Kim, rənginə fəxr edirdi Narınc. Həm özünü vəsf edərdi Turunc; Dedi ki: Nədir bu göftgulər, Bifaidə batil arizulər! Gər rəng ilə olsa işvəvü naz, Rəng içrə şükufəm oldu mümtaz. Var kimsə edərsə sui-təhsin, Var məndə zülali-turşü şirin. Kənduzimi mədh etməzəm mən, Öz halimi şərh etməzəm mən Kim, meyveyi-rövzeyi-cinanəm, Namü ləqəb ilə mən Rümanəm. Dünya səməri mənə nə nisbət, Kim, məxəzim ola baği-cənnət. Narincü Turunc çakərimdir, Heyva ilə Sib nokərimdir, Hər danəm olubdu ləli-ğəltan, Hər cövhər ona olubdu heyran. Nar öz sifətini vəsf etdi, Bağ içrə səsin Rütəb eşitdi, Xişm ilə o dəm ayağə durdu, Qəhr ilə Ənarə nərə urdu: Key baği-bəhiştdən uran dəm, Səndən degiləm o vəsfdə kəm. Mən qabili-əkli-ənbiyayəm, İftari-cəmii-ətqiyayəm. Məşhur əcəmdəvü ərəbdə, Məruf həm əsldə nəsəbdə. Məkul tamami-xasü aməm, Səyyahi-biladi-Misrü Şaməm. Əzbəs ki, mənəm həbibi-əhbab, Bu vəch ilə mənə çoxdur əlqab. Xəstəviyü zahidi, müfəttəl, Həm əşəmiyü dəxi müfərcəl. Xoş büqələr içrə hazirəm mən, Məşhədlərə çün mücavirəm mən. Sürtəllə məni məzari-yarə, Töhfə aparırlar hər diyarə. Vəsfini Rütəb çün etdi itmam, Yüz xişmlə nərə urdu Badam, Xurmaya dedi ki: Ey cahangərd! Zəmmində sənin bəsindi bu fərd: Gəh Bağdadisən, gəh İsfəhani, Hərcayiliyin tutub cahani. Vəsf eyləməgində həddən ötdün, Danışma ki, sən məni əritdin. Çox dürlücə xasiyyət mənim var, Şərh etməyə özüm eylərəm ar. Kim, abi-nəbatü nüqlü həlva Olur məni-zardən mühəyya. Püstə ki, eşitdi ağzın açdı, Badamə bu növ ilən sataşdı: Key bağlı dəhani xissətindən, Puşidə üzü ləamətindən! Bir zərrə sənin səxavətin yox, Bihəddü ədəd xəsasətin çox. Min daş yetişməyincə canə, Qənnadiyə verməsən ki, danə. Xəllaqi-cahan zülmətü nur Püstə mənim adımı qoyubdur. Qönçə kimi ağzım açmışam mən. Hər talibə danə saçmışam mən. Bir yandan eşitdi Xoxü Fıstıq, Həm Süncüdü Şahpalüdü Fındıq. İnnab ilə Tut, Alubalu, İncirü Zöğalü Cövz, Limu, Hər biri bir afəti-zəmanə, Hər biri sölərdi bir fəsanə; Şaftalu deyərdi: Padişahəm, Fıstıq ki: Əncüm içrə mahəm, Həm Cövz deyərdi: Xosrovəm mən. Fındıq deyərdi: Sərvərəm mən. Limu ki: Mənəm bu bağə mahmud. Şahəm ki, deyərdi Şahpalud. Həm Cövz deyərdi: Pəhlivanəm, Əncir ki: Şöhreyi-cahanəm. ...Həm vəsf edib özün Gilənar, Tut oldu ki, bağə tuti-göftar, Qıldı nəzər ol xücəstə sima, Gördü ki, olub bu bağda qovğa. Gəlmişdi ki, eyləyə səyahət, Ləzzət aparıb qıla fərağət. Gördü ki, bağ içrə yoxdu ləzzət, Fəsx eylədi, əzmin etdi ricət. Düşdü yola həm gözətdi xanə, Nagəh yolu düşdü bustanə. Bir növ ilə gördü bustani, Az qaldı ki, tərk edə cahani. Eylərdi Xiyar şükri-xaliq Kim: Qıldı məni cahanda haziq, Əklimdə olur məriz dilsərd, Vəsfimdə mənim bəsimdi bu fərd: Mən dafei-dərdi-möhriqatəm. Mərhəmnəhi-sədri-mütbiqatəm. Gərmək ki, eşitdi bu məqali, San kim, mütəğəyyir oldu hali, Üz tutdu Xiyarə: Key cəfakar! Bu vəsf sənə degil səzavar. Yoxdu ləzətin həmin bir adın, Camuş ətinə dönübdü dadın, Ol mədhlərin sənə nə layiq? Ol vəsflərə mənəm müvafiq. Mən xəstələrə şəfa verirəm, Həm qəlblərə səfa verirəm, Var əmzicə ilə etidalim, Hər təb ilə mötədildi halim. Gərmək sölər idi yüz fəsanə, Bu yandan eşitdi Hindivanə. Bir nərə çəkib, xüruş qıldı. Dərya kimi daşdı, cuş qıldı. Dedi ki: Məgər bu xasiyyətlər Mən möhtərəmə degil müyəssər? Mən sinələrə şəfa verirəm, Mən didələrə cila verirəm; Səfravü hərarətə dəvayəm, Baş ağrısına əcəb şəfayəm. Xoş təm ləziz, rəngim əhmər, Suyum dəxi çün zülali-Kövsər. Bimarlərə dəva mənəm, mən, Həm xəstələrə şəfa mənəm, mən. Övsafın edərdi Hindivanə, Qavun eşidib çəkib zəbanə, Vermişdi çü Qarpıza vəzarət, Həm Gərməyə mənsəbi-vəkalət, Etmişdi Xiyari çün mülazim, Şəmmaməni həm özünə xadim. Bostançıya əmr qıldı Qavun, Verdirdi cəzasını bularun. Soydurdu dərisini Xiyarın, Aldırdı əlindən ixtiyarın. Həm Gərməyə urdu neçə yarə, Cismini elətdi parə-parə. Qarpızı o dəmdə şaqqalatdı, Şəmmaməni bir kənarə atdı. Dedi ki: Mənəm sizin pənahız, Bu busitan içrə padişahız! Şəh məclisinə müsəddərəm mən, Əsmar içində sərvərəm mən. Hər kim yesə məni, qılsa rehlət, Yetər ona rütbeyi-şəhadət. Ətrim dəxi ətri-mişkə bənzər. Nə mişk ki, bəlkə ətri-ənbər. Vermişsə mənə zülali-Kövsər Saqisi o Kövsərindir Heydər. Əlqissə ki, bustanda Qavun Vəsf etdi özünü həddən əfzun. Qeyz ilə o dəm ayağə durdı, Öz başını xişm ilə ayırdı. Bunu görüb ol xücəstə sima. Bustanə həm etməyib tamaşa, Bildi ki, bu dövrdə vəfa yox. Dünyanı sevən çəkər cəfa çox. Pəs etdi yəqin ol cəfakeş, Olmaz bu cahanda kimsə dilxoş. Bildi ki, olub bu deyr fani, Tərk eylədi ləzzəti-cahani. Dünya işinin mədarı yoxdur, Heç kimsəyə etibarı yoxdur. Eylər birisini sahibi-tac, Ol birisin eylər ona möhtac. Leylaya verib izari-gülgün, Qeys onu görəndə ola məcnun. Həm Yusifə verdi hüsni-ziba. Oldu ona mübtəla Züleyxa. Əzrayə veribdi hüsni-bihəd, Qılmış ona Vamiqi müqəyyəd. Bu köhnə evin vəfası yoxdur, Ənduhü qəmü cəfası çoxdur. * * * Müəmmalar 1. İmam ismində. İstədi məndən nisari-müjdeyi-təşrif yar, Gövhəri-ixlas xaki-payinə qıldım nisar. 2. Həmzə. Xalini ta zülf pünhan etdi piçü tab ilə, Kiprigim məhv etdi göz mərdümlərin seylab ilə. 3. Solam. Çün qəmi-pünhanım isbatində ahimdir güvah, Dustlar, eyb eyləmin gər aşikar eylərsəm ah. 4. Dara. Yandırar hər dəm dili-rişi iraqdan bir xəyal, Vay, əgər ol şəm' ilə qılsa dili-riş ittisal. 5. Əsəd. Nəçük ki, rabətiçün qu yatur yuvasında, Dili-şikəstə yatur oxların arasında. 6. Mö'min. Dövrdən aləmdə kimdir bulmayan təğyiri-hal? Ol ki, hər dəm edə bir həmcinsi ilə ittisal. 7. Mustafa. Kimə tövfiq rəfiq olsa olur müşkülü həll, Məqsədindən biri olmaz ki, ona yetməsə əl. 8. Həmzə. Artırır yüz şövq hər dəm aşiqi-bimarinə, Qəddin eylər cilvə gər zülfün salır rüxsarinə. 9. Sadiq. Ahimin, ey məh, eşit övsafını, Firqətindən dutdu göy ətrafım. 10. Möhsün. Əyağ aldıqca alə möhtəsib eylərsə yasaq, Möhtəsib başına axır sınacaqdır bu əyaq. 11. Qiyas. Yenə bir mahvəşin hüsnünə meyl etmiş dil, Gün kimi surəti-bimislinə olmuş nail. 12. Şah. Ta gözüm mərdümləri seyd etdi rəngi-al ilə, Sadə rüxsari müzəyyən oldu mişkin xal ilə. 13.Qərib. Səri-zülfün əgər qılsan məhi-rüxsarinə ziyvər, Könül məhrum olur mahi-rüxün görməkdən, ey dilbər! 14. Bəha. Mövsimi-güldür, diriğa, guçeyi-gülzar yox, Guşeyi-gülzar həm olsa, münasib yar yox. 15. Həsən. Dürfəşan gözdə nəmi-əşkdən, ey lalə'üzar! Görəli mehri-rüxün varı yox oldu, yoxu var. 16. Uluğbək. Daği-dil çün dərd dəf in eylər, ey can, müttəsil, Xoşdur ol kim, ola hər yan binihayət daği-dil. 17. Qayabək. Necə bir batsın bəla peykanı bağrım qanına. Necə bir tiksın məm dilbər oxu peykanına. 18. Xurşİd. Cövr rəsmin yenə ol mahvəş İzhar etdi, Dili-nalanımızı dərdə giriftar etdi. 19. Müslim. Müşəvvəş olmasın şanə üzülsə zülfünün tarı, Peşimanmı olur azad edən yüz min giriftarı? 20. Övliya. Çeşmi-nəmnakım görəndən bərlü ol mahın yüzün, Daneyi-xalinə mənzil görmədi illa özün. 21.Əhli. Olduğiçün qibleyi-hacət onun xaki-dəri, Xaki-dərgahinə eylər meyl mahü müştəri. 22. Talib. Qıldıqca fələk əsiri-hicran könlü, Şad eylər ümidi-vəsli-canan könlü. Ümmidi-vüsali-yar ilə cəm' edərəm Hər necə fələk qılsa pərişan könlü. 23. Əman. Sərvə su rövnəq verər, incitmə, ey sərvi-rəvan! Xaki-rahin üzrə tutsa qətreyi-əşkim məkan. 24. Sultan. Həsrəti-rüxsarın ox urmuş səmən qəlbinə çox, Ərz qıl rüxsarını, çıxsın səmən qəlbindən ox. 25. Seydi. Zikri-yar ilə dil bolur aram, Xoş olur sinə yadı ilə müdam. 26. Mühyi. Mühitı-eşqə qəvvas olalı can, Özünü eylədi xak ilə yeksan. 27. Xeləf. Gərçi qıldın cana cövri-bihədi, Səndən, ey xurşid, yüz döndərmədi. 28. Aləm. Təl'ətin rövşən edər hər gecə şəm'in gözünü, Yandırar, görüncək (ol) mahi-rüxün, şəm' özünü. 29. Müttəqi. Düri-əşkim bulalı xaki-rəhinlə imtizac, Buldu çün qiymət, qılır, əlbəttə, anı başı tac. 30. Budaq. Eyləyib bülbülləri dərhəm, nihan eylər gülü, Qaliba badi-səba aşüftə istər bülbülü. 31.Davud. Gül yaxasın çak edib hər ləhzə badi-sübhdəm, Aqibət andan sınar bülbül kimi gül könlü həm. 32. Ğeybi. Aşiqi-bisərü pa yaşını eylərdi rəvan, Buldu təskini-dil anı görüb ol sərvi-rəvan. 33. Fərrux. Xəttin ləbi-lə'lin üzrə məskən qılmış, Tuti şəkəristanı nişimən qılmış. 34. Əmir. Vəhm edüb peyvəstə ahimdən rüxün eylər nihan, Anın üçün ot dəhanü zülfdən bulman nişan. 35. Adəm. Möhnətsərayi-sinəmə gəldikcə müttəsil, Bəzl eylərəm xədənginə hər ləhzə xuni-dil. 36. Nuri. Nəqqaşi-çərx kilki-şüa ilə sübhdəm Gün səfhəsinə qıldı yüzün nəqşini rəqəm. 37. Şeyxim. Nəziri-mah demişlər məhim rüxinə əvam, Rəvamıdır ki, verərlər ona şikəsti-təmam. 38. Ubeyd. Görsə qalmış ol sinəm rüxsarəsi üstündə xal, Seyd olur billah, səba, ərz et nihan etsin cəmal. 39. Paşa. Görəli xaki-dərin, aşiq açub çeşmi-tərin, Axır ol xaki-dərə tökdü olunca gühərin. 40. Məqsud. Zaman-zaman ruxun ol mahvəş ki, ərz qılır, Mudam zülfünü üzdən alıb əyağə salır. * * * Hədisi-ərbəin Müqəddimə Nasixi-əqavili-mənqulə və ətəmmi-əhadisi-məqbulə ki, əshabi-fəsahət nəqşi-səhifeyi-e'tibar edib, ərbabi-bəlağət tərzi-cərideyi-ixtiyar edərlər ol münşiyi-ərqarai-hikmət və mümliyi-əhkami-qüdrət həmdidir ki, kəlimati-nəsayeh məzmun və nükati-məaniyi-məknun möcizbəyani-rəsulinə cari edib dəsturül-əməli-sükkani-səradiq tə'yin və nəsbül-eyni-ümmali-məsalihiddin etmiş. Səlləllahi əleyhi ve alihi və əshabihi əyyidnən mim həmləti ə'lami ulumihi və nəqlət ehkami adabihi. Əmma bə'd bu, qırx hədisi-mö'təbərdir, bəlkə qırx danə gövhərdir ki, ustadi-girami mövlana Əbdürrəhmani-Cami əleyhirrəhmə intixab edib, farsi mütərcəm etmiş və şərti mən həfəzə min ümməti ərbəinə hədisən yəntəfiunə, bihi qəbləcəza bəəsəhullahu yovməl-qiyaməti fəqi-hən alimən məqaminə yetmiş. Ümum feyz üçün tərcümeyi-türki olunur. 1 Mö'min olmaz kişi, həqiqət ilə Tutmayınca təriqi-tərki-həva. Hər nə öz nəfsinə rəva görsə, Yarü qardaşa görməyincə rəva. 2 Rəhm qıl, rəhm xəlqə kim, Həqdən Bulasan aqibət cəzayi-əməl. Xəlqə sən rəhm qılmayınca, sana Rəhm qümaz Xudayi-əzzə və cəll. 3 Müslim oldur ki, əhli-aləm ilə Sidq ola qövli, xeyr ola əməli, Zərərin görməyə müsəlmanlar, Ola pakizə həm dili, həm əli. 4 Qıl kərəm, xuyini yaman etmə Ki, sənə demək ola mö'mini-pak. Olmaz, əlbəttə, əhli-imanda Müctəme' xuyi-ziştlə imsak. 5 Sübhdür fatehi-xəzaneyi-rizq, Talibi-xabi-subhdur məzmum. Sübh vəqtində xabə rağib olan Vüs'ətı-rizqdən olur məhrum. 6 Adəm oğlun zəmanə pir qılıb, Zə'fə etdikcə qüvvətini bədəl, İki xislət igitlənir onda: Hər zaman hirsi-malü tuli-əməl. 7 Mustəfa qövlü ilə məl'undur Dünyəvü hər nə onda var tamam. Tanrı zikrindən Özgə kim, oldur Səbəbi-izzi-xasü ne'məti-am. 8 Zinhar olma əhli-aləm ilə Münqəzib təb'ili, yaman sözlü, Tanrı ol bəndəsin sevər ki, müdam Ola xoş xülqlü, gülər üzlü. 9 Ey qılan arizuyi-vüs'əti-rizq, Xübsdən çək həmişə damanın! Müttəsil daməni-təharət tut Ki, qoya fəqr əli giribanın. 10 Xeyr görmək dilərsən, eylə müdam Xubsurətlərə bəyani-sual. Rağibi-hüsni-surət ol ki, olur Hüsni-surət dəlili-hüsni-xisal. 11 Tutma hərgiz vəfasına ümmid, Sənə hər kim cəfa işin işlər. Mö'mini sanma kim, iki növbət Bir dəlikdən çıxıb ilan dişlər. 12 Olsa əbri-ətayi-sübhani Cümleyi-kainatə gövhərbar, Ola məhrum bəndeyi-dirhəm, Ola mə'yus abidi-dinar. 13 Hər kim istər həyati-qəlb müdam, Dəmbədəm hərzə-hərzə çox gülməz. Qəlbə qət'i-həyatdır gülmək, Qəlbi çox gülməyənlərin ölməz. 14 Analar hörmətin tutun ki, müdam Qabili-rəhməti-ilah olasız. İstək onlar əyağı altında, Gər dilərsiz ki, cənnəti bulasız. 15 Ey ki, hər məclis içrə məhrəmsən, Səndə məclis sözü əmanətdir. Etmə ifşayi-razi-hər məclis Ki, bu siyrət böyük xəyanətdir. 16 Ey xoş ol kim, həmişə feyzi-xirəd Qıla islahi-nəfsə mayil onu, Kəndi eybinə iştiğal etmək Qeyr eybindən edə qafil onu. 17 Məşvərətdə səni əmin edənə Rəhnümayi-səvab qıl sözünü. Saxlama məsləhət sözün ondan, Xain etmə əmin ikən özünü. 18 Bəzl qıl mayeyi-mədaxilini, Sud isə mayedən sənə məqsud. Qürbi-Həq hasil eylə, zikri-cəmil Ki, bulunmaz bulardan ənfə' sud. 19 Ol degildir qəni ki, yetmiş ola Mal ilə bir məqami-e'laya. Qəni oldur ki, mütləqa nəfsi İltifat etməyə bu dünyaya. 20 Gər diiərsən səvab, qılğıl dur Güli-ehsanı xari-minnətdən. Feyzi-ehsam minnət eylər məhv, Saxla ol hasili bu afətdən. 21 Mali-dünyaya meyl qilma kim, ol Qabili-nəqs olan bizaətdir. Adəmizadəyə tükənməz mal Nəqdi-gəncineyi-qənaətdir. 22 Ol təvangər degil ki, nəqşi-təmə' Səfheyi-qəlbinə müsəvvər olur. Qeyr olanda olan təcəmmüldən Kəsən ümmidini təvangər olur. 23 Edə gör ehtiraz çox sözdən Kim, olur çox sözün bəlaları çox. Çox sözündən düşər bəlaya kişi, Çox sözün çox bəlasına söz yox. 24 Ol səadətlidir ki, dünya üçün Hirsdən boynuna buraxmaya bənd. Görmədən möhnəti-zəmanə hənuz, Ala bir qeyr möhnətindən pənd. 25 Sənə bər kim yetirsə bir ehsan, Qıl onun şükri-ne'mətin hər dəm. Şükri-məxluqa olmayan qadir Qılmaz, əlbəttə, şükri-Xaliq həm. 26 Ey olan vaqifl-dəqaiqi-din, Etmə hisni-cəsəddə həbsi-ülum. Müstəiddinə olmağıl mane', Müstəhəqqini etməgil məhrum. 27 Cəhdin olduqca xəlqə nəf yetir, Xəlqi et iltifatinə məmnun. Əhsəni-xəlqi-aləm oldur kim, Xülqdən xəlqə ola nəf 'i füzun. 28 Gər dilərsoıı inayəti-Həqdən Şəm'i-islaminə ziyad ola nur, Demə bir söz ki, ola qeyri-müfid, Tutma bir iş ki, ola qeyri-zərur. 29 Necə vaizdən iltimas edəsən Ki, verə pəndi-sudmənd sana, Mövti-əhbabü inqilabi-zaman Dəmbədəm bəs degilmi pənd sana? 30 Ey ki, yox istitaətin mütləq Sədəqə verməgə bir əhli-Həqə! Yaxşı söz tərkin etmə kim, olmaz Yaxşı sözdən səvabı çox sədəqə. 31 Kişiyə ol günah yetər ki, dili Şö'leyi-şərr olub zəbanə çəkər. Sədəfi-səm'inə düşən gühəri Çıxarıb rişteyi-bəyanə çəkər. 32 Həzm oldur ki, xəlqi-aləm ilə Hər əməldə gümanım ola yaman. Ola əhli-fəsad məkrindən Hafizin hisni-ehtiyatü güman. 33 Dustlardan həmişə xoş görünür Bir-birin hədyə ilə etmək yad. Hədyə irsalı bir müamilədir Ki, məhəbbət olur onunla ziyad. 34 Açma göz məhrəm olmayan üzünə Ki, bu sövdada hasil olmaz sud. Bil ki, İblisin oxlanndandır, Hər nəzər bir xədəngi-zəhralud! 35 Gah-gah et ziyarəti-əhbab, Nifrət olmaqdan ehtiyat eylə. Dustluq gər dilərsən ola ziyad, Tərki-ifrati-ixtilat eylə. 36 Gər tutarsan təriqi-əhli-vəfa, Peşə et və'dəyə vəfa qılmaq. Qərzdir və'də etdigin nəsnə, Fərzdir qərzini eda qılmaq. 37 Pəhlivan ol degil ki, hər saət Yıxa bir pəhlivanı qüvvət ilən. Oldurur pəhlivan ki, vəqti-qəzəb Nəfsinə hökm edə ihanət ilən. 38 Deynə çox rağib olma kim, ondan Dinə bir ziştlik mülazim olur. Olmadıqda ədaya bir qüdrət, Hiyəlü küfrü kizb lazim olur. 39 Kamil olmaq dilərsən imanın, Qıl təmənnayi-nəfsdən ikrah. Büğzü hübbü ətavü mən'dən et Müqtədayi-əməl, rizayi-ilah. 40 Mö'min oldur ki, mümkün olduqca. Qonşusun qeyrə etməyə möhtac. Ol degil kim, hüzurilə gecələr Özü tox yata, qonşusu yata ac. * * * Əsəri-ərbəini-əhli-süluk Qürbi-Həqq rütbəsin qılır hasil. Umarız kim, Füzuliyi-miskin Ola bu ərbəin ilə vasil. * * * Şikayətnamə Maliki-mülkarayi-aləm və hakimi-hikmətfəzayi-əqalimi-hikem mə'mureyi-cəhani vəqfi-ərbabi-istirzaq edib, tövliyətin müluki-ədalətşüar və hükkami-merhəmətdisarə təfvİz etdikcə və xanogah-təngnayi-ersəyi-İmkanda asari-ərbabHstehqaq olub, hər fərdinə miqdarmca xəzaneyi-qeybdən vəzifeyİ-müstəmirrə yetdikcə, ol mümliyi-ərqami-dvvam-xilafətin qələmİ-mişkbarlan miftahi-künuzi-ərzaqi-əshabİ-istehqaq ola. Ve ol naqili-ə'lam istehkami-bünyani-səltənətin rəqəmi-ənbərnisarlarmda hədayiqi-əhdaqi-ərbabi-nəzər bəsarət bula. Şərhi-şəmmeyi-səna və rəfi-şiymeyi-duadan sonra: Ərz edər xakisari-bimiqdar, Bəndeyi-kəmtərin Füzuliyi-zar Ki, müqimi-məqami-üzlət ikən, Sakini-guşeyi-qənaət ikən, Başıma düşdü cah sevdası, Zövqi-əhli-təmə' təmənnası. Həvəsi-kəsbi-nəngü nam etdim, Tələbi-rif'əti-məqam etdim; İstədim kim, ülüvvi-qədr bulam, Məzhəri-lütfi-padşahi olam. Bilmədim kim, şikəstəhal oluram, Həsəd əhlinə payimal oluram. Təmə' əşrara xadim olmaq imiş, Süfəhaya mülazim olmaq imiş, Kim ki, Allahdan iba eylər, Qeyr dərgaha iltica eylər, Hasili zillətü xəsarət olur, Rəxti-ümmidi yə'sə qarət olur. Əlhasil, fərqi-iqüdarımı əfsəri-qənaət ilə, qalibi-e'tibarımı xəl'əti-üzlət ilə müzəyyən qılıb və təmliki-əvalimi-mə'nayı təsxiri-əqalimi-surətdən yeyrək bilib, padişahi-mülki-istiğnavü hakimi-ələlitlaqi-məmaliki-fəqrü fəna ikən, cövhəri-zatım iqtizayi-təkmil edib və surəti-sülukimdən rəngi-təvəkkül gedib, aləmi-himmətdən bir süruşa mülhəm oldum və bu ilhamı isğa qıldım ki: Ey qafil, aləmi-surət məzhəri-sifati-ilahidir və məhbiti-ənvari-hüzuzati-namütənahidir. Hər ayinə mülki-mələkutdan münfəkk olmaz və xəsaisi-mülkdən bəhrəmənd olmayan sərairi-mələkuta dəstrəs bulmaz. Lacərəm, hükkami-mülkə təvəssül mucibi-hüsuli-məvahibdir və müluki-əsrə təvəssül baisi-vüsali-mətalibdir. Və hədisi-səhihdir ki: "Əssultanü zillüllahi" və ondan istiğna xətadır. Və xəbəri-sərihdir ki: "La rütbətə fövqə rütbətis-sultani illa li-nəbiyyin mürsəlin ov mələkin müqərrabin", 2Və ondan inhiraf narəvadır. Xüsusən bizim padişahımız ki, rütbeyi-səltənəti mə'nidə payeyi-xilafətdir və səriri-hökuməti həqiqətdə masnədi-imamətdir. Qit'ə Padişahi-bəhrü bərr Sultan Süleymani-vəli, Ol ki, məhzi-ədldir zati-vilayətpərvəri. Xali ondan olmasın, ya Rəb, vilayət ta əbəd Kim, vilayətdən degil xali səfayi-cövhəri. Əlqissə, bu təhrik ilə dərgahi-müəlladan bir nəsibə talib olub və ərkani-dövlətdən səadəti-imdad və şərəfi-is'ad bulub doqquz əflaka payi-istiğna unurkən övqafdan doqquz ağça vəzifəyə qənaət qılıb ərz aldım. Və bərat üçün dərgahi-aləm-pənaha irsal edib, vüsulinə mütərəssid oldum. Müddəti-tərəssüd münqəzi olduqda və oyyami-intizar sərəncam bulduqda mübəşşirlər ki, müjdeyi-hüsuli-məqsəd yetirdilər, mənə bir misali-meymun və bərati-hüımayun gətirdilər. Hilyəyi-maarif ilə arastə və ziyvəri-əvatif ilə pirastə. Ənbəri-səvadində sibğəti-"vəlleyli İza səca" və kafuri-bəyazında səfvəti - "vəssübhi iza təcəlla".4 Səhifəsində xətti səhaibi-əmtari-məvahib və xütutində əfradi-nuqət kəl-kəvakib, ənvəri-mətalibi məsabeyi-sədəfi-dürr idi, lö'löi-sirab iIə məmlüv dəryayi-məkarim təməvvüc edib kənara salmış. Və müşabehi-nafeyi-mişknab ilə dolub qaidi-izzü ehtiramla varid olmuş. Fatiheyi-ünvani kərimeyi-"hüvəl-həqqül mübin", xatimeyi-tarixi: "əl-aqibati lil-müttəqin",2 qayəti-məzmuni "zalikə fəzlül-lahi yö'tihi mən yəşaü vəl-lahü-zül-fəzlil-əzim".3 Nihayəti-məfhumi "in-nəhü min Süleymanə və innəhü bismillahir-rəhmanir-rəhim".4 Zəhi misali-şərifü nişani-alişan! Zəhi mürasileyi-zövqbəxşü feyzrəsan! Zahi lilali-sipehri-əvatifü əşfaq! Zəhi kilidi-künuzi-mərahimü ehsan! Zəhi səhifeyi-safidilü səfaəngiz! Zəhi cərideyi-ənbərnisarü mişkəfşan! Həqqa ki, ol ulu ayeti-rəhmət nüzulindən xatiri-fatirə bir növ məsərrət sirayət etdi ki, vəsfi qabili-təqrir degil və xarici-ihateyi-təhrirdir. Ol sərmayeyi-dövlət vüsulunda qəlbi-münkəsirə bir sürur yetdi ki, zikri mafövqi-ehtimali-təqrirdir. Beyt Nəfsə onunla yetən zövqdən oldura agah, Qültü inni ləki, qalət hüvə min indəllah. Mücmələn ümmidi-tamam ilə ixtiyarsız durdura. Və ibrazi-hökm üçün mütəvəlliyi-övqaf hüzurinə üz urdum. Əlhəqq, mütəvəlli mülaqatına fürsət düşmədi. Və onun daməni-mülazimətinə dəsti-neyl irişmədi. Əmma divani-bəlağətə təhəccüm etdim. Çün ənhəsi-övqatda və əzMəfi-halatda hüzurlarına getdim, bir cəm' gördüm, hekayətləri pərişan. Nə səfadan onda əsər, nə sidqdən onda nişan var. Cəmiyyətləri dami-hiyəl, hüzzari-məclisləri "ülaikə-kəl-ən'ami bəlhüm əzəllü", hərəkati-nahəmvarları məsabeyi-suhani-rub və kəlimati-pürazarları müşabeyi-əmvaci-tufani-Nuh. Salam verdim - rüşvət degildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar. Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm'i sualıma cavab verdilər. Dedim: Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur? Dedilər: Müttəsil bizim adətimiz budur. Dedim: Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam. Dedilər: Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb, namülayim sözlər eşidəsən. Dedim: Bəratımın məzmunu nə üçün surət bulmaz? Dedilər: Zəvaiddir, hüsuli mümkün olmaz. Dedim: Böylə övqaf zəvaidsiz olurmu? Dedilər: Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı? Dedim: Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır. Dedilər: Ağçamız ilə satın almışız, bizə həlaldır. Dedim: Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur. Dedilər: Bu hesab qiyamətdə alınır. Dedim: Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz. Dedilər: Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz. Gördüm ki, sualıma cavabdan qeyri nəsnə verməzlər və bu bərat ilə hacətim rava qılmağı rəva görməzlər, naçar tərki-mücadilə qıldım və mə'yusü məhrum guşeyi-üzlətimə çəkildim. Mən bəratimdən ihanət çəkdigim üçü münfəil, bəratim məndən faidasiz əzab verdigi üçün xəcil. Ol, şahidi-məcruh kimi təqrirdən peşiman, mən müddəiyi-kazib kimi təşni'dən pərişan. Ol ayəti-mənsux kimi məmnuül-əməl, mən ümməti-mənsux kirai məqtuül-əməl. Qit'ə Mən ona fitnə, ol mənə afət, Mütanəffir mən ondan, ol məndən. Mən ona qüssə, ol mənə möhnət, Mütənəkkir mən ondan, ol məndən. Əlqissə, şiddəti-hirman kəmala yetdikdə və dəryayi-heyrətim tüğ-yan etdikdə xatirimə bu yetdi və qəlbimə bu mə'ni sirayət etdi ki, əlbəttə, mətlə'i-məkarimdən tale' olan aftabi-məkrəmet ehticabi-səhabi-tirə qəbul etməz. Və mənbə'i-mərahimdən tərəşşöh qılan zülali-mərhəmət girdabi-təzəlzüidən qubari-fəna tutmaz. Ənqərib maneinə mane, bulunur və dafeinə dafe' zahir olur. Qit'ə Haşalillah kim, fərağət küncünün sükkanına Mətrəhi-məkr ola dərgahi-xilafat dəstgah, Haşalillah kim, qənaət gəncinin müştaqına Əjdəri-bidad ola tuğrayi-hökmi-padişah. Xudavənda! Məxfi buyrulmaya və məstur olmaya ki, varid olan bərati-hümayun məzmuni irsal olunan ərzə mütabiq olmayıb ibarətində ləfzi-zəvaid zaid vaqe' olmuşdur və ləfzi-zəvaiddir ki, onun mizani-təsərrüffində miqdarin naqis qılmışdır. Filvaqe' əgər ləfzi-zəvaiddən qərəz bu isə ki, vəzaifi-xüddam və rəvabiti-ərbabi-təqaüd və ixracati-əliqi-dəvabb, ələfi-əvamil və mayəhtaci-həfrü binadan sonra bəndəyə bir faidə mütərəttib ola, həqiqətdə dərgahi-müəlladan böylə işarət olunmaqdadır ki, bəndeyi-vacibüt-təqsir Füzuliyi-fəqir iste'dadi-təqəddüm və istehqaqi-təkər-rüm də'vasın qılır ikən və kəndisin əksər ərbabi-isthqaqdan müqəddəm bilir ikən məkrəməti-mülukanəm və mərhəməti-xosrovanəm zühurə gətirib bu bərati-səxavətayəti verdim. Və buyurdum ki, minbə'd rütbeyi-iqtidarın və payeyi-e'tibarın cəmi'i-gədalərdən, bəlkə bəhaimdən, daşdan və topraqdan əxəssü edna bilə. Və bihudə təsərrüfi-bərat qılmayıb, mərtəbəsindən xəbərdar ola. Bitəkəllüf bu mərtəbəyə qənaət etmək səhldir və bu inayətə məmnun olmaq nəhayəti-cəhldir. Həqqa ki, bu vaqiədən mənim çəkdigim rəncü məlamət və etdigim xərcü xəsarət üçün degil. Məhza təhrirində həzrətiniz çəkdigi əmək üçündür ki, zaye' oldu. Nedəlim? Əldən nə gəlir? Xəzaneyi-qeybdən əvəz müyəssər ola və qələmi-qəza tədarük qıla. Nəzm Sərvəra, gərdişi-sipehri-kəbud Daim olmaz müvafiqi-məqsud. Bağlamaz hər şükufə meyveyi-tər, Əksəri bitdigi yerində itər. Gərçi ənduhü möhnətim çoxdur, Hiç kimdən şikayətim yoxdur. Taleimdir mənə cəf'a gətirən, Hər bir anında min bəla gətirən. Yoxsa dərgahi-padişahi-zəman Lütfə mənbə'dürür, mürüvvətə kam. Var ümidim ki, ol büləndməqam Ola payəndə ta zəmani-qiyam. Sərfəraz ola cümlə a'yani, Bitəzəlzül cəmi'i-ərkanı. * * * Qazi Əlaəddinə məktub Əlminnətü-lillah ki, şəcəreyi-elmü irfan gün-gündən mütənəvve' olub, səməreyi-asarı fəvaid saçmaqdadır, Və nihali-fəzlü ehsan saət-bəsaət təravət alıb dimaği-əhli-imanı müəttər qılmağa tazə-tazə şükufələr açmaqdadır. Hər ayinə nəqşbəndi-nigarxaneyi-vücud kargahi-qüdrətdə bir surəti-mücəddəd çəkməkdən xali olmaz. Və bağbani-hədiqeyi-cud riyazi-hikmətdən hər saət bir nihali-tazə dikməkdən məlamət bulmaz. Əgər bu təriqeyi-mərziyyə nəhci-istimrar bulmasaydı və bu adəti-mə'hudə müstəmir olmasaydı, bəqayi-süvəri-növiyyə və əfradi-şəxsiyyə zərurət ehtimalı bulmaz idi. Və silsileyi-nizama istehkam müyəssər olmaz idi. Bu bahri-niligun min mövc hər saət əyan eylər, Ülul-ebsara bir-bir kəşfi-əsrari-nihan eylər. Bəşaşət çehreyi-ruzəfzun və əsəri-sürur, əhaliyi izzü e'tibardan xasü əvama bu məzmun vazeh olmuş və vəziü şərif bu surətə ittila' bulmuş ki, iradeyi-qüdrəti-baliğeyi-rəbbani və məşiyyəti-hikməti-kamileyi-sübham müstəd'iyi-istidaməti-rəvaci-şəriət və müstəziyyi-istiqaməti-mülkü millət olub, xəlvətsərayi-fəzilətdə mücəddədən bir şəm'i-füruzan münəvvər etmiş ki, pərtövi-zühurindən ləməati-feyzi-ruhani cəmi'i-afaqa yetmiş. Yenə gülzari-cahan xürrəmü xəndan olmuş, Bir gül açılmışü afaq gülüstan olmuş. Mücmələn bu hekayət kinayətdir ondan və bu rəmzü iyma işarətdir ona kim, təkmili-əsbabi-hüsuli-qayəti-izzü iqbal və tətmimi-aləti-vüsuli-dərəceyi-kəmal təriqjla bəzrəti-mexdumi-ələl-itlaq “əlləzi faqəhü külli raən fil-afaqi”, yə'ni əqza-qüzatül-raüslümin ələl-izzü vəl-iqbali vəddin rəfəəl-lahü mədarice iclalihi ə'la şə'nə iqbalihi.1 Divani-inayəti-əzəli və müqimi-ətiyyati-ləmzəyəlidən mövhibeyi-fərzəndi-dilbənd və ətiyyəyi-xələfi-salehi-səadətmənd birlə sərəfraz olmuşlar. Və dəryayi-arizudə bədriqeyi-tövfiq birlə gövhəri-məqsuda dəstrəs bulmuşlar. Nəzmi-tarix Qaziyi-adil Əlaəddini-aliqədr kim, Hökmi-məqbuli qəzadan hasil etmişdir riza. Bir xələf vermiş ona İyzəd ki, zati-qabili Elm cəm'ini, hünər kəsbini etmiş iqtiza. Nəqdi-qazidir əcəbmi ol nıütəhhər nütfəyə Olsa tarixi-viladət "Kövkəbi-övri-qəza". Nəzm Bihəmdillah ki, bəxti-nikfərcam Bezəd dəsti-əməl bərdaməni-kam. Cohanra bəxti-ayini digər dad, Nihali-elm gül kərdü səmər dad. Fərazi-təxti-istiqlali-təmkin, Əlaül izzi vel-iqbali vəd-din, Müyəssər did əsbabi-bəqara, Bə dəst avərd əsli müddəara. Füruzan gəst əz dövlət çirağəş, Zi gülbərgi müəttər şod dimağəş, Dirəxti-niyyəti-u şod bərumənd, Xuda dadəş yeki fərzanə fərzənd. Mübarək məqdəmü pakizə didar, Xöcəstə taleü fərxundə asar. İlahi! Ta cəhan manəd, bəmanəd, Cəhan ura bekamı dil rəsanəd. * * * Əhməd bəyə məktub Şükr kim, rə'yimcə dövran etdi çərxi-çənbəri, Tale' oldu feyz bürcündən səadət əxtəri. Gəldi nagəh bir humayun tairi-fərxündəfal, Ziyvər almış bir mübarək namədən balü pəri. Mətlə'i-ənvari-behcət, məzhəri-asari-feyz, Ehtimalı nəqşdən ari, məayibdən bəri. Feyzü rifət nüsxəsi, lütfü kərəm məcmuəsi, Fəzl tumarı, hünər divanı, hikmət dəftəri. Həm səvadi-nurbəxşi zülməti-abi-həyat, Həm bəyazi-rövşəni Ayineyi-İskəndəri. Rabəti-dil hifzinə qat-qat dəruni bir hisar, Ləşkəri-qəm dəf inə səf-səf xütuti bir çəri. Filməsəl, hər sətri bir nəxlİ-məarif meyvəsi, Miücmələn, hər ləfzi bir dürci-məani gövhəri. Məscidi-əqsa kibi pakizə səhni-səffəsi, Səf-səf olmuş sətrlərdən pays-payə minbəri. Vaizi-idrakın ol minbərdə təqrir etdigi Bir dua kim, sübhü şam olmuş məlaik əzbəri. Qaşı nun, qəddi əlif, geysuləri cim, ağzı mim, Bir səmənbər, nazənin məhbubə bənzər peykəri. Sirri ifşasında qılmış ağzının tərkin dəvat, Kəsbi sə'yimdə tökülmüş xamə alnının təri. Sətrlərdir müntəzəm, ya hər biri bir riştədir Kim, düzülmüşdür ona əsrari-hikmət gövhəri. Valeh olmıış səfheyi-ruxsarinə əhli-nəzər, Tazə gəlmiş çöhreyi-pakinə xətti-ənbəri. Sözmüdür mərqum, ya bimarə göndərmiş həkim, Kağəzə sarıb bir az parə nəbati sükkəri. Dilgüşadır, nəş'əsi guya ki, məzmunundadır, Musili səhbalərin keyfiyyəti-canpərvəri. Yoxsa təhririn qılan Musil meyindən nuş edib, Məstlik vəqtində ol məhbuba vermiş ziyvəri. Gənci-gövhərdir, gədalar nəzri olmuş hifz üçün, Möhr urmuşlar anın üstünə bəy həzrətləri. Ol fələkrif ət ki, andan sadir olmaz qeyri-xeyr, Yaxşı fe'lin yoxdur andan özgə əsla məsdəri. Var ümidim ki, cəmii-binəvalar üstünə, Ta əbəd memdud ola zilli-ütufətgüstəri. Nəsr Heyni-heyrəti-hirman və əvam-həvani-hicran ki, lisana qüvvəti-iqtidayi-cinan və cinana qüdrəti iqtidayi-lisan mütəəzzir idi qəvafili-məsaliki məhzi-əltaf və rəvahili-mərahili eyni e'taf ilə ehda və ithaf olunan əmtieyi-əxbari-sihhət və cəvahiri-asari-behcətiniz hüsnü vürudu ilə mühərriki-səlasili-übudiyyət və mücəddidi-qəvanini-müxaləsətimiz düşüb ol tərz xameyi-mişkbarın və ol nəqşi-nameyi-məsər-rətasarın hər sətri üruci-rütbeyi-iqtidara bir nərdiban və hər ləfzi hüsuli-dərəceyi-e'tibara bir müjdərəsan olmağın xirədi-xürdmiqdar və əqli-aqilişüar bu izzət ehtimalın mütəcavizül-adə və bu dövlət İstihsalın hevsələdən ziyadə görüb qərqeyi-dəryayi-heyrət və sərgəşteyi-badiyeyi-dəhşət olmaqda ikən dəsti-qeyrət daməni-himmət tutub lazım etdi ki, istiqbali-idraki-məzmununa cövhəri-can və gövhəri-rəvan nisar oluna. Əmma yenə ümumi-inayətinizdən zimmətimizdə olan sənalərin və şümuli-şəfəqatünüzdən niyyətimizdə olan dualərin təxvifi-tövfiqi-müstəd'iyi-istibqayi-həyatımız və mümiddi-istehkami-səbatımız vaqe oldu. İstid'a olunur ki, həmvarə məzəlleyi-ülüvvi-rif'ət və süradiği-sümüvvi-dövlət ətnabi-müasiri-hüsni-fial və övdati-nətaici-lütfi-xisal ilə məfariqi-kafeyi-zənil-e'tiqada və rüusi-ammeyi-ülüləncada muzil və mümtəd ola və həmişə hediqeyi-ərbabi-nəzər və cinani-cənani-əshabi-hünər rəşahəti-əmtari-asari-mərahim və nəfəhati-əzhari-izhari-məkariminizdən nəzarət bula. Həqqa ki, zəmani-mübaədəti-mülazimətinizdə müstəmir olan övqati-zəmimə və həngami-mülaziməti-mübaədətinizdə keçən saati-qeyri-səlimə nə qabili-təhrir və nə daxili-hövzeyi-qəbuli-təqrirdir. Əgər küdurəti-kufbeyi-əhzan dəf'inə əziməti-bustan müsəmməm olunsa, bu fəraq əsərindən sineyi-cuyibar çak və dideyi-hövz nənmak və nihali-turunc turşruy və nəxli-xurma pərişanmuy görünüb nə səbzələrdə fəraqdan bir rəng bulunur və nə bülbüllərdə nişatdan bir ahəng. Və əgər məlaləti-baği-ədimül-fəraq dəf'inə sakini-külbeyi-əhzan olmaq murad olunsa, bu iştiyaq istilasından dili-şəm' suzan və cigəri-pərvanə büryan görünüb rövzənləri ahi-sərd çəkməkdə və divariarı gərdi-küdurət tökməkdədir. Göz hüzurunuzda olan təməttö'ləri uyxuda görməyə qane'dir, əmma giryeyi-biixtiyar uyxuya mane'dir və xatirə müşahidəniz təxəyyüldə hasildir, əmma nə hasil, təxəyyül edib təhəmmül etmək müşküldür. Qit'ə Gər şərhi-qəm eyləsəm, ona payan yox, V'ər səbr həm eyləsəm, ona dərman yox. Çün təcrübə eylədim vüsalindən qeyr, Ənduhi-fəraq dərdinə dərman yox. Təvəqqe ki, mətləi-lətaifi-rəbbani və məşriqi-əvatifi-sübhanidən şümusi-vəsaili rəf i-zülməti-fəraq və biduri-vəsaiti-iqtibasi-ənvari-dəf i-iştiyaq tülu' və zühur edincə bu nəhci-qədim və caddeyi-müstəqim üzərinə qədəmi-hiramət və qələmi-şəfqət sabitü sayir olub əbvabi-təfəqqüd məsdud və əsbabi-təzəkkür məfqud buyurulmaya (Baqi - dövlət müstədam və iqbal bərdəvam bad bərəbbi ibad). * * * Bayəzid Çələbiyə məktub Ətəni kitabün bəl riyazün münəvvərün. Lə-qəd zadəni min novrihin-nuru-fil-bəsəri. Misalün bi hüsnil ehtimami müsəvvərün əla-əltəfil-əlvahi-fi əhsənis-süvəri. Süturün kə-əflakin işarətüha'-şühubi. Xütutün kə-əc'sannin ibarətüha əz-zəhrü. Fə-fi külli nəsrin minhu kənzün minəl-müna. Və fi külli nəzmin minhü iqdün minəd-dürəri. Səhifətün imhəvət fiha fünunü'l-ma'arifi və hədiqətün unş'ət minha qüsunül-avarifi, mürəttəbətün bi təvşihis-sənayi kəl-beytü-mə'muri və müzəyyənətün bi-tərşihi'1-bədaye'i k'ər-rovzi'1-məm-turi, vərrədə vurudüha hida iqən'n-nəvaziri və həllət bibülümihə's səmmrətü fi'z-zəma'iri. Təəlləmə minha sü'ü-l amali və zalə və tərənnəmə fiha lisanü'1-hal və'lməqali Baz əbri səbzeyi-pəjmürdeyira ab dad. Növbahari xari-xüşkira güli-sirab dad. Didei-dovlət zi xabi-naümidi gəşt baz. Dəsti-himmət qufli-əbvabi-əməlra tab dad. Qasidi aməd mühibbani-qədimü'l əhdra, Bəhri-təcdidi-səfa peyğami-əz əhbab dad.2 Mücəddədən cəvahiri-nükati-şekvəəngizi-inayətməzmun və zəvahiri-lüğati-şikayətamizi-şəfqətməkmunun ədvieyi-ətibba kibi təlxtə'm və rahətfəza və peymaneyi-səhba kimi cigərsuz və dilgüşa ki, əvaniyi-nəzm və nəsrə mövzu' və əyyadi-həddü həsrə mövdu' olunub təriqi-tə'dibi-ərbabi-qəflət və səbili-tənbihi-əshabi-heyrət-dən irsal olunmuş. İsal olunduqda can istiqbali-idraki-dəqaiqinə azim və cinan istehsali əsrari-həqaiqinə cazim olub, mütaliə və müşahidə-dən sonra dideyi-can məfhumundan mənzərəi-canan qılub məşami-cinani mərqumundan istişmami-rayihəyi-canan etdi. Əmma əksəri-hikayəti şikayətnümunə və övfəri-kitabəti kinayətgunə olmağın qəzali-xəyal mərati' və mərabia'i-işarati şərifində həmləi-şahini-şika-yətdən lərzən və tairi-xatir səhari və bərari ibarəti-lətifindən sədməi-üqabi itabdən gürizan olub, lisani-hal və zəbani-məal ilə tərənnüm və təkəllüm etdilər ki: Beyt: Çe bəd kərdim, ya Rəb, əz çe ru rəncidə yar əz ma, Çe vaqe şod, çera bər daşt çeşmi-e'ribar əz ma.1 Həmana bir qaç gün insidadi-türüqi-tərəddüd manei-irsal və izbari-təvəddüd inqita'i-sübuli-təsadür və təvarüd qət'i-isali-asari-təfəqqüd olmaqla qübarsudi-sineyi-mir'ati-zəmirinizə rəngi-küdurət yetirib surəti-məhəbbət məhv olmuş və sərsəri-fəsad e'tiqadi-gülşəni-xatiri-münirinizə xələl verüb, rəngi-gülbərgi-məvəddət solmuş. Məkon-məkon ki, nikuməhzəran çenin nəkonənd.2 Həqqa ki, əgər nəfsi-nəfis təriqi-bərqi fənada müntəfi olsa, mevqidi-vücudumdan iltihabi-niyrani-həqiqət intifa' bulmaz və əgər rişteyi-rabiteyi-canü tən və silsileyi-əlaqeyi-ruhü bədən münhəl və münqəte' olsa riqbeyi-iradətim ribkeyi-itaətdən xaric olmaz. Gər bər kənəm dil əz to vü bər darəm əz to mehr, An mehr bər ke əfkənəm, an del koca bərəm.3 * * * Kitabxana.az · https://kitabxana.az/collections/fuzuli-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1556). Public domain (author died 1556). Original text only.