Hədiqətüs-süəda Məhəmməd Füzuli (1494–1556) Dibaçə DİBAÇƏ Ya Rəb, rəhi-eşqində bəni şeyda qıl, Əhkami-ibadətin bana icra qıl. Nəzzareyi-sün’ündə gözüm bina qıl, Övsafi-həbibində dilim güya qıl. Həzrəti-Məliki-mütə’ali-müqtədir və mün’imü müntəqimü mütəkəbbir əzzəmə sultanihu və izzə şə’nihu Kitabi-vacibüt-təkrim və kəlami-lazimüttə’zimində meydani-məhəbbət bəlakəşlərün və badiyeyi-iradət mütə’əttişlərün bu xitabi-müstətablə sərəfraz etmiş ki, "Və lənəbluvənnəkum", yə’ni ey şahrahisədaqətdə səbatiqədəm də’vasin qılanlar və ey təriqi-vəfadə lafi-istiqamət urub şərəfi-imtiyazə talib olanlar, əgərçi ərqami-səhayifə-e’tiqadınuz bizə vazeh və keyfiyyəti-rüsumi səlahü fəsadınuz bizə layeh, əmma sizə dəxi mə’lum olmaq üçün sizi imtahan edərüz "bi-şe’yin" bir nəsnə ilə "min əl-xovfi" ki, ol ibarətdür ya tərğibi-ibadət üçün bimi-üqubatiüxrəvidən, ya zühuri-rütbeyitəsalimü təvəkkül üçün tərsi-məsayibidünyəvidən, "vəl-cu’i" ki, ol ibarətdür; ya inkisari-sövləti-quvayişəhəviyyə üçün qəhti-şərabü tə’amdən, ya nifazi-əhkamişər’iyyə üçün irtikabi-siyamdən "və nəqsin min-əl-əmvali" ki, ol ibarətdür, ya bəyani-izhari-inqiyad üçün ixraci-xümsü zəkatdən, ya kəsritüğyani- nəfs üçün taraci-hadisatdən "vəl-ənfusi" ki, ol ibarətdür, ya vasiteyi-kühulətlə tənqisiqüvayi-nəfsaniyyədən, ya vəsileyi-əmrazlə tə’tili-cəvarihi-cismaniyyədən; "vəs-səmərati" ki, ol ibarətdür ya qillətifəvakihdən ki, nəticeyi-bağü bustandür, ya fövtiövladdən ki, səməreyi-şəcəreyinöv’i-insandür. Və məratibi-imtahan bəyan olduqdan sonra buyurmuş ki, "Və bəşşirissabirin", yə’ni bəşarət ver, sabirlərə, "əlləzinə", anlar kim, "İza əsabəthum musibətün" əgər vaqe’ olsa bir müsibət anlara "Qalu innə lillahi və innə ileyhi raci’un", yə’ni məbdə’i-vücudimiz Xaliqi-əkbərdir və aqibətüləmr, ana rücuimiz müqərrərdür. Hər ayinə bu ayəti-kərimə fəhvasindən və bu ibarətişərifə imasindən müstəfad olunan oldur ki, ammeyi-übbadə ümumi-bəla şamildür və cəmi’i-ərbabi-səlahü fəsad imtahan üçün "Və lənəbluvənnəkum" həsrinə daxildür. Əmma ol cümlədən məvaqii-məsaibdə daməni-təmkin dutub müztərib olmayanlar və məsadiri-nəvaibdə xatirə təskin verüb izhari-cəzə’ qılmayanlər iste’dadi-təşrifi-bəşarət bulmuşlar və müstəhəqqi tövfiqi-təqərrüb olmuşlar. Şe’r: Talibi vərteyi-məsaibdə Şərəfi-səbr sərfəraz eylər, Səbrdür ol məhək ki, möhnətdə Küfrü imanı imtiyaz eylər. Bu ibarət kütubi-səmavidən mənquldur ki, "Mən əhəbb əv uhibbə səbbə əleyhi’l-bəlai", yə’ni hər bəndeyi-müqbil ki, mühib olmağa ləyaqət buldu, ya məhbub olmağa qabil oldu, lacərəm, kəndüsin hədəfisihami- bəla və mənzilinüzuli-ina qıldı, həmişə səbzeyi-sədaqət gülzari-tinətdə barani-bəladan nəşvü nüma bulur və çiraği-məhəbbət xəlvəti-xilqətdə atəşi-möhnətdən rövşən olur ki, "Əl-bəla’u li-l vəla’i k’əlləhəbi li’z-zəhəbi". Şe’r: Möhnətəfzayi-məhəbbətdür bəla Kim, bəla atəş, məhəbbətdür təla. Bu məfhumə mütabiq və bu məzmunə müvafiq ol ki, Həzrətirisalət buyurmuş ki, "İnnə’llahə izə əhəbbə qovmən əbtəlahum" yə’ni hər tayifə kim, məhəbbətiMə’budə ixtisas bula, müqərrərdir kim, möhnətə əsir və bəlaya giriftar ola. Əmma məratibi-vəla mühaziyi-dərəcati-bəladır və mə’arici-bəla müvafiqitəbəqati-vəla. Bu nüktəyə müş’ir və bu mə’niyə müxbirdir ol ki, Həzrətirisalətdən sual olduqda ki, "Əyyu’n-nəsi əşəddu bəlaən", yə’ni nə güruh ola növ’i-insandan ki, şiddəti-bəla ilə mə’ruf və kəsrəti-ina ilə mövsuf? Buyurdular ki, əl-Ənbiyau, yə’ni sərapərdeyi-nübüvvət məhrəmləri və təşrifirisalət möhtərəmləri. Zira məratibi-möhnətləri dərəcatiməhbbətlərində məqrundur və rif’əti-mənzilətləri şiddətimüsabətlərində məzmun. Və sual olunduqda: "Və min bə’dihum?" Buyurdular ki, "Summəl-əmsəlu", yə’ni təriqi-müsabirətdə anlara şəbih olanlar və caddeyi-mütabiətdə anlara iqtida qılanlar. Və bu nüktə övliyaullahə işarətdür ki, ayinədari-həqayiqi-ənbiya olub, aləmi-surətdə əhkami-nübüvvət icra edüb mərasimi-şəriət ehya edərlər. Və sual olunduqda ki, "Və min bə’dihim"? Buyurdular ki, "Sümmə Fi’l əmsəlü", yə’ni yə’ni şimeyi-təqva və şiveyi-səlahdə övliyayə şəbih olanlar və anlara mütabiət qılanlar. Və bu məzmun ətqiyayi-ənam və süləhayi-firqeyi-İslamdan ibarətdür ki, səvalihiə’mal ilə sayir xəlqdən imtiyaz bulmuşlar və məhasini-əf’al ilə əqranü əmsalə faiq olmuşlar. Şe’r: Nə müxlis ki, dərgahi-mə’budə əqrəb, Hümumi əşəddü bəliyyati əs’əb. Əcəb bir qədər qürb kim olsa vaqe’, Olur afəti-ruzigarə müqərrəb. Filvaqe’, aləmi-fənadə mö’mini-mütəəllim və münkirimütənə’im olmaq məhzi-məsləhət və eyni-hikmətdir, ta mülkibəqadə idraki-fövti-ne’mət münkirə mövcibi-təzayüdi-ələm vaqe’ ola və ehsasi-ədəmi-ələm mö’minə baisi-təzaüfi-ni’əm olub sürurin ziyadə qıla. Şe’r: Bilməsə kafər nədir ne’mət, nə bilsün ruzi-həşr Kim, nə lütfün məzhəridir mö’mini-pake’tiqad. Qılmasa mö’min ələm idrakın, olmaz müttəle’ Kim, nə tə’zib ilədir duzəxdə ərbabi-fəsad. Hər ayinə mizani-bəla müməyyizi-məratibi-vəla olmağın mə’lum oldu və sübut buldu ki, növ’i-insandan bargahi-mə’budə əqrəb firqeyi-ənbiya və zümreyi-övliyadür. Zira şərayiti-tə’zimi-adabiibadət və mərasimi-icrayi-şəriət və irşadi-ümmət anlara bir əmrdir cəmi’i-bəliyyətə şamil və bir hökmdür cümleyiləzzatə hail. Və bu dəxi müqərrəri-cümleyi-üqəla və məqbui cəmi’i-füzəladır ki, əfzəliənbiya Həzrəti Mustəfadır səlləallahu əleyhi və səlləm. Zira cəmi’iənbiyanun ümməti ana mövdu’dur və islahi-cəmi’i-təvaifi-müxtəlifə və üməmi-mütənəvviə ana mərcu’dur. Lacərəm məcmu’i-ənbiyadən rütbəsi əfzəl və bəliyyati ətəmmü əkməldür. Və ol Həzrət bu mə’nayə mütabiq və bu məzmunə müvafiq buyurmuş ki, "Və ma’uziyə nəbiyyun mislə ma’uzitu". Və dəlili-sadiq bu də’vayə oldur ki, təvarixi-sələfdə məstur və əlsineyi-xəvassü əvamdə məşhur olan ənbiya bəlalarının heç biri mü’adil olmaz və imkani-münasibət bulmaz Həzrəti-Rəsulullahın sənadili-Qureyşdən çəkdigi cəfalərə və süfəhayi-ümmətdən gördügi bəlalara. Ol cümlədəndir vaqieyi-dəştiKərbəla və hadiseyi-qətli-Hüseyn bin Əliyyi-Murtəza ki, qüdveyixanədani-risalət və zübdeyi-dudmani nübüvvətdür. Bi təkəllüf, ana mütə-vəcceh olan müsibət Həzrəti-Rəsulə nisbət kəmali-ihanət və nihayəti-həqarətdir. Həzrəti-İmam Yafei "Kitabi-Mir’atül-Cinan"də Həsən Bəsri nəqli ilə İbn əl-Bəzzazdən rəvayət etmiş ki, "Vaqieyi-Kərbəlada Əhli-Beytdən on altı nəfər sahibsəadət şərbəti-şəhadət içmişlər ki, zəmanində hər biri biməadil və əsrində hər biri biməmasil idi". Və "Məsabihül-qülub"da məzkurdur ki, Kə’ibul-Əxbar bir gün əxbarisələf nəql edərkən dedi: "Ey qövm, məsaibi-cəmi’i-əzmənəyə vaqif oldum və nəvayibi-məcmu’i-təvaifə ittila’ buldum. VaqieyiKərbəladan əs’əb hadisə mütaliə qılmadım və andan ə’zəm müsibətə müttəle olmadım. Həqqa ki, Həzrəti-Hüseyni-məzlum şəhid olduqda, yeddi əflak qan ağladı". Dedilər: "Ya, Əba Ishaq, hərgiz əflak qan ağlarmı?" Dedi: "Vəylukum innə qətləl-Hüseyni əmrun əzimun", yə’ni ey bidərdlər, qətliHüseyn əmri-əzimdür. Zira ol Həzrət məqbuli-Rəbbülaləmin və cigərguşeyi-Seyyidül-mürsəlin və fərzəndi-Seyyidi-Övliya və nuri-dediyi-Fatimeyi-Zəhra və yadigari-Həsəni-Muctəba və güzideyi-Ali-Əbadür. Qəsəm ol Vacibül-vücudə ki, Kə’bin ruhi onun qəbzeyi-qüdrətindədür, nəqli-səhihlə təhqiq etmişəm ki, Hüseyni-məzlumun ləqəbin məlaikeyi-asiman Əba Əbdullah əl-məqtul və məlaikeyi-ərz Əba-Əbdullah əl-Məzbuh və məlaikeyi-dərya Hüseyni-şəhid deyüb, ol şəhid olduğu gündən qiyamətədək məlaikeyi-səmavidən bir güruh rövzeyi-mübarəkinə mücavir olub əzasinə məşğuldurlar və hər şəbi-cüm’ə yetmiş bin mələk ziyarətinə gəlüb sübhədək əzasinə iştiğal edüb, sübh olduqda hədiyyeyi-səvablə səvame’i-ibadətlərinə müraciət qılurlar. Beyt: Hökmdür kim, cəmi’i-xəlqi-cəhan, Mələkü insü cinnü vəhşü tüyur, Əqlü nəfsü ənasirü əflak, Ülvivü süflivü ünasü zükur Dutalar matəmi-Hüseyni-şəhid, Edələr ahü nalə ta dəmi-Sur. Bu müsibətdən olmayan agəh, Ola Əhməd şəfaətindən dur. Ruzi-Həşr olmaya nəsibi anun Nəzəri-lütfi-Kirdigari-Qəfur. Bu dəxi cümleyi-əxbari-səhihədəndür ki, "Mən bəka ələl-Hüseyni əv təbaka vəcəbət ləhul-cənnət", yə’ni hər kim, Hüseyn üçün ağlaya ya bir kimsənəyi ağlada, vacib ola ana düxuli-cənnət. Şeyx Carullahi Əllamədən nəqldür ki, "Mən təşəbbühə bi-qovmin fəhuvə minhum" müqtəzasincə əgər təqliddə dəxi giryan olub bə’zi kimsənəyi-giryan etsə, ol cümləyə daxildür və ona dəxi ol səvab hasildür. İmam Rzayi-Buxaridən rəvayətdir ki, "Xaki-Kərbəla bir tinəti-pakdür kim, anda töxmi-şəhadət tökülmüş və nihali-müsibət dikilmişdür; əgər cuybari-dideyi-nəmnakdən onları sirab etsələr, "Əd-dünya məzrə’ətulaxirəti" müqtəzasincə rövzeyi-rizvandə ol toxmun nəticəsi əsmari-asari-ləzzətinə’imi-müəbbəd olub intifayineyrani-qəhri-İlahi qıla. Şe’r: Xaki-paki-Kərbəladür ol mübarək büq’ə kim, Anda təhsili-mətalib eyləmək asan olur. Əşk tökmək, ah çəkmək zaye’ olmaz ruzi-Həşr, Kambəxşi-çeşmi-pürxunü dili-suzan olur. Əşki-alın qətrəsi gülbərgi-gülzari-behişt, Dudi-ahın məddi nəxli-rövzeyi-rizvan olur. Əlminnətu lillah kim, firqeyi-əhli-İslamə və zümreyi-əshabiimanə bu səadət müyəssər və bu adət müqərrər olubdur ki, hər mahiməhərrəm təcdidi-mərasimimatəm edüb, ətrafü cəvanibdən mütəvəccihi-dəşti-Kərbəla olurlar və ol türbətişərifdən büq’ə-büq’ə məcalis və məhafil qurub təkrari-vəqaye’i-Kərbəla ilə şühəda dağimüsibətin tazə qılurlar. Şe’r: Məhərrəmdür bəhari-gülşəni-qəm, Nəsimi-dilkəşi ahi-dəmadəm. Ol eylər səbzeyi-müjganı nəmnak, Könüllər qönçəsinə ol salur çak. Əmma, cəmi’i-müddətdə, məcalis və məhafildə təqrir olunan vəqaye’iKərbəla və keyfiyyəti-əhvali-şühəda farsi və ta-zi ibarətində bəyan olmağın əşrafi-ərəb və əkabiri-əcəm təməttö’ bulub, ə’izzeyi-ətrak ki, cüzvi-ə’zəmitərkibi-aləm və sinfi-əkbərinöv’i- bəni-Adəmdür, sətri-zayidi-səhayifi-kütub kibi süfufi-məcalisdən xaric qalub istifayi-idraki-həqayiqi-əhvaldən məhrum qalurlardı. Bu səbəbdən iqtizayi-ümumi-matəmi-Al zəbani-hal ilə bən xaksarə təərrüz etdi və dəsti-təərrüzlə giribanım dutdu ki, "Ey pərvərdeyi-xani-ne’mətifeyzi-Şahi-Kərbəla, Füzuliyi-mübtəla, nola, gər bir tərzi-mücəddədə müxtəre’ olsan və himmət dutub bir məqtəlitürki inşa qılsan ki, füsəhayi-türkizəban istimaindən təməttö’ bulalar və idrakı-məzmunində ərəbdən və əcəmdən müstəğni olalar". Şe’r: Təkrari-zikri-vaqi’eyi-dəşti-Kərbəla, Məqbuli-xassü amü siğarü kibardür. Təqrir edənlərə səbəbi-izzü ehtişam, Təhrir edənlərə şərəfi-ruzigardür. Bən ki, bu nəsihəti isğa qıldum və bu xidmətin məhzi-səadət olduğun mühəqqəq bildüm, ədəmi-istita’ət və qilləti-bəza’ətdən ihtirazü ictinab etməyüb əncaminə təvəccöh qıldum. Əgərçi ibarətitürkidə bəyani-vəqaye düşvardür, zira əksəri-əlfazı rəkik və ibarəti nahəmvardür, ümid ki, himməti-övliya itmaminə müsaid ola və əncaminə müavinət qıla. Şe’r: Ey feyzrəsani-ərəbü türkü əcəm, Qıldun ərəbi əfsəhi-əhli-aləm, Etdün füsəhayi-əcəmi İsadəm, Bən türkzəbandan iltifat eyləmə kəm. İlahi! Vaqifi-keyfiyyəti-hal və alimi-dəqayiqi-əf’ ali-aləmsən, bilürsən ki, səndən qeyr mü’in və müzahirim yoxdur və ətrafü cəvanibdə hasid və müanidim çoxdur. Əmimi-məkarimindən və kəmali-mərahimindən təvəqqö’ budur ki, bu binayi-mücəddəd tə’mirində və bu mülki-müəbbəd təsxirində əlfaz və mə’anidən cəmi’iməsalihim mühəyya qılasan və əshabi-həsəd və ərbabi-inad hücum etdikcə bana mü’in və müsa’id olasan: "Innəkə əla küllü şey’in qədir". Hala əlsineyi-ərəbdə məzkur olan Məqtəli-Əbu Mihnəf və Məsrə’i-Tavusidür ki, Seyyid Rəziyəddin Əbülqasim Əli bin Musa bin Cə’fər bin Məhəmməd ət-Tavusi kəmali-təhqiq və tədqiq ilə əsnadi-mö’təbərdən nəql edüb itmaminə ehtİmam etmiş. Və əfvahiəcəmdə məşhur olan kitabi-"Rövzət üş-şühəda"dür ki, Həzrəti əfsəhül-mütəkəllimin Mövlana Hüseyn Va’iz tətəbbö’i-təvarix və təfasir edüb diqqətlə yazmağın rəvayətləri dərəceyi-səhhətə yetmiş və mən xaksarə niyyət oldur ki, əsli-tə’lifdə "Rövzət üş-şühəda"yə iqtida qılub sayir kütubdə olan nükati-qəribələri mümkün olduqca ana əlavə qılam və "Hədiqət-üs-süə’da" ilə mövsum edüb on bab və bir xatimədə surəti-tə’lifinə itmam verəm, inşəəllahu Rəhman və bitövfiqihi. Babi-əvvəl: Ənbiya əhvalın bəyan edər. İkinci bab. Həzrəti-Rəsulun Qüreyşdən çəkdügi cəfaləri bəyan edər. Üçüncü bab: Həzrəti-Seyyidülmürsəlin vəfatın bəyan edər. Dördüncü bab: Fatiməyi-Zəhra vəfatın bəyan edər. Beşinci: Həzrəti-Murtəza Əli vəfatın bəyan edər. Altıncı: İmam Həsən əhvalın bəyan edər. Yeddinci: Həzrəti-İmam Hüseynin Mədinədən Məkkəyə gəldügün bəyan edər. Səkkizinci bab: Müslim Əqilin vəfatın bəyan edər. Doqquzuncu bab: Həzrəti-İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigün bəyan edər. Onuncu bab: İmam Hüseynin şəhid olduğun bəyan edər. Xatimə: Müxəddərati-Əhli-Beytin Kərbəladan Şamə getdigün bəyan edər. Şe’r: Ya Rəb, müsafiri-rəhi-səhrayi-möhnətəm, Tövfiq edüb rəfiq bana sidq rəhbər et. Sərmənzili-muradə yetür, sərbülənd qıl, Məhrum qoyma, cümlə muradım müyəssər et. * * * Fəsli-ibtilayi-Adəm əleyhissəlam Möhnətsərayi-xilqət və darülbəlayi-fitrətdə müsibətzədələr pişvası və dilşüdələr müqtədası Həzrəti-Adəmi-Səfidir, əleyhissəlam. Şe’r: Adəm ki, fəzayi-aləmə basdı qədəm, Ənduhü bəlaya oldu əvvəl həmdəm. Məxsusdur Adəmə bəlayi-aləm, Aləmdə bəla çəkməyən olmaz adəm. Hənuz Adəmi-Səfi təngnayi-ədəmdən fəzayi-vücudə gəlmədin və xəl’əti-xilqət geyüb əfsəri-kəramət birlə sərəfraz olmadın məla’ikə zəbani-tə’n uzatdılar və anı hədəfi-tiri-tə’n etdilər ki, "Ə’təc’əlu fiha mən yufsidu fiha?" Rəvayətdir ki, ibtidayi-xilqətdə həzrəti-Məliki-Cəlil Əzrailə hökm etdi ki, cəmi’i-cəzayizəminin hər cüzvindən bir qəbzə xak alub Bətni-Nü’mandə cəm’ qıla və bir səhabə əmr etdi ki, qırx gün ol toprağın üzərinə baran töküb tərbiyətinə məşğul ola. Və bu xidmətə mə’mur olan səhab otuz doqquz gün dəryayi-ələm və çeşmeyi-qəmdən nəm çəkərdi və ol toprağə barani-möhnət tökərdi. Qırxıncı gün ki, möv’idi-itmam idi, bir neçə qətrə bəhri-fərəhdən götürüb, üzərinə saçub surəti-təxmirin itmamə yetürdi və peykəri-itmamın zühurə gətürdi. Bu səbəbdən müqərrər oldu ki, tinəti-bəşəriyyət əksəri-övqat mənbəti-riyahiniqəm ola və həqiqətdə asari-sürur nihayəti-nüdrət və kamali-qillət bula. Şe’r: Adəmin qəm birli toprağın müxəmmər qıldılar, Anda dərdü möhnətə mənzil müqərrər qıldılar. Mövqidi-nirani-ənduh eyləyüb tərkibini, Səfheyi-canində nəqşi-qəm müsəvvər qıldılar. Əlqissə, Adəm vücudə gəlüb, "Ya Adəm uskun əntə və zövcükəlcənnətə" işarətilə sakini-behişt oldu və miveyi-şəcəruyimənhiyyədən qeyr cəmi’itənə’ümatın təsərrüfünə rüsxət buldu. İblis ol halə vaqif olub, bünyadi-həsəd qılub vəsileyi-marü tavusilə behiştə girdi və Adəmə vəsvəsə verdi və rahi-zəlalət göstərdi. Və Adəmin İblisə məğlub olduğuna səbəb oldu ki, məzhəri-əf’alisütudə və məsdəri-xisali-həmidə idi, kizbü xilafə imkan verməyüb İblisin sözün məhzi-nəsihət təsəvvür etdi. Şe’r: Ey xoş ol safi-təbiət kim, zəmiri-pakinə Yetməyə mütləq bu kim, aləmdə məkrü hiylə var. Ey xoş ol sahibsəxavət kim, dəmi-izhari-cud, Düşmənin məqsudin öz nəf’inə eylər ixtiyar. Rəvayətdir ki, şəcəreyi-mənhiyyə meyvəsin Adəm və Həvva tənavül etdikdən sonra gərdi-idbar çehreyi-etibarlərin dutub və əfsəri-izzət fərqiiqtidarlərindən düşüb və xəl’əti-kəramət bədənlərindən intiza bulub və surətihalləri digərgun olub müztərib və mütəhəyyir qaldılar və məsnədi-izzətdə ikən mö’təkifi-zaviyeyihirman oldular. Xidmətlərinə Rizvan mə’mur ikən onlardan nifrət qıldı və sərayi-sürurləri mə’mur ikən seyli-hadisədən viran oldu. Ol biçarələr məkşufuləvrə qalub həya qılmağın hər dirəxtə ki, pənah üçün mütəvəccih olurlardı, anlardan fərar edərdi. Bu halətdə Həzrətiizzətdən nida gəldi ki, "Ya Adəmu ə’fərarə minna". Adəm ayıtdı: "Bəl həyaən minkə", yə’ni səndən fərar etməzəm, kəndü fe’limdən şərməndəyəm. Şe’r: Büzürgvar Xudaya, isaəti-əməlim Bəni mükərrəm ikən xarü xaksar etdi. Budur cəzası anın kim sana müxalif olub, Həvayi-nəfs müraatin ixtiyar etdi. Aqibət bərgi-əncirdən setri-övrət edüb fərmani-qəza cərəyanilə behiştdən çıxmağa əzm etdilər. Adəm Həvvanın əlin dutub behiştdən dişrə qədəm basdıqda bir saət yəminü yəsarə baxub təvəqqö’ edərdi ki, məşriqi-kərəmdən afitabi-əfvü əta tülu edüb zülməti-hirmanə iza’ət verə və övci-inayətdən səhabi-atifət peyda olub gülzari-ümidə təravət yetürə. Heç bir canibdən rayiheyi-murad istişmam etməyüb və heç bir tərəfdən dərdinə dərman yetməyüb naümid qədəm dişrəyə basdıqda lisaninə kəlimeyi-Bismillahir-rəhmanir-Rəhim cari oldu. Cəbrail ayıtdı: "Ya Adəm, bir dəm təvəqqüf et, ola ki, bu kəlimeyitəyyibə bərəkatindən əbvabimərhəmət iftitah bula və şəqavət səadətə mübəddəl ola". Xitab gəldi ki, "Ey Cəbrail, Adəmə nişə mane’ oldun?" Cəbrail ayıtdı: "İlahi, səni Rəhman və Rəhim ismilə yad etdi. Nola ki, dəryayi-rəhmətin mövcə gəlüb və bəhri-inayətin mütəlatim olub bu sərgəştəyi vərteyi-bəladan bir kənarə çəksə və gülzariümidinə səhabi-məkrümətün barani-rəhmət töksə". Nida gəldi ki: "Ey Cəbrail, bənüm rəhmətim ammdır, əgər bu gün Adəmə təəllüq olsa, bir nəfsə məxsus olmuş ola. Səbr et ki, ərseyi-dünyadan mülki-üqbayə təvəccöh qıldıqda və darifənadən mə’mureyi-bəqayə race’ olduqda, kəndüyə və bin-bin övladinə izharikəmali-tərəhhüm qılam və hövli-Qiyamətdə cəmi’i-mücrimlərinə pənah olam". Şe’r: Zəhri kərim ki, hər dəm ümumi-mərhəməti, Ətayə cümleyi-xəlqi ümidvar eylər. Zəhi cəvad ki, mücrimləri təsəlli edüb, Həmişə əfvi-günahilə iftixar eylər. "Kənzül-həqayiq"də məsturdur ki, Adəm behiştdən ixrac olduğuna səbəb bu idi ki, mütəərrizi-eşq iqtizayi-darül-məlam edüb mülazimi-ərbabi-məlamətdir, ana darüssəlam münasib olmaz və əhlisəlamət ixtilatilə rövnəq bulmaz. Şe’r: Əgər məlamətə səbr eyləməzsən, ey qafil, Məlamət eyləmə eşqi, yürü səlamət ilə. Kəmali-eşq məlamətdədür, xəyal etmə Ki, eşq zövq verə, olmasa məlamət ilə. Və ol nihali-dilrüba ki, şəcəreyi-münhiyyə surətində Adəmə göründü, şahidiməhəbbət idi və ol nəhyi tənzihindən qərəz izdiyadi rəğbət idi ki, "Ən-nəfsu hərisun əla-ma muni’ə yümkün" ki, əgər ol şəcərə mən’ ilə ixtisas bulmasaydı və nəhy ilə məmnu’ olmasaydı, Adəm kəsrəti-ləzzatitənə’ümatdan ana pərva qılmayaydı və şiddətiiştiğali sairi-əzvaqdən ana mültəfit olmayaydı. Şe’r: Lütfdür hər cövr kim, üşşaqinə ol mah edər, Qılmağa nəzzarə qafil olanı agah edər. Hər cəfasində həbibin bin inayətdür nihan, Kim ki, qafildir, cəfasindən anın ikrah edər. Aşiqə mə’şuqdən cəfa eyni-vəfadür, andan qafil olmaq ana bir çəfadür. Şe’r: Nə xoşdur ol ki, məhbub ola pürfən, Könüldə dost ola və dildə düşmən. Cəfasində vəfalər ola məzmun, Olub eyni-tələb mən’inə məqrun. Fəraqə ola zahirdə tələbkar, Vüsalə ola batində xəridar. Əlqissə, Adəmə hökm oldu ki, "Ey Adəm, əgər muradın behişt isə, müyəssər oldu. Qənaət qıl və şəcəreyi-münhiyyə ətrafinə gəlmə, mütləq ana mail olma və mühəqqəq bil ki, anın meyvəsi ənduhü möhnət və sayəsi zülmətü heyrətdir". Adəm təbiəti müqtəzasincə behişti çün görmüşdü, andan rəğbət götürüb şahidiməhəbbətə könül vermişdi, lacərəm ləşkəri-bəla ki, lazimeyi-eşqdir, ana mülazim oldu və girdabi-möhnət ki, eyni-dəryayi-məhəbbətdir anı əhatə qıldı. Şe’r: Eşq də’vadır cəfa çəkmək günah, Gər güvah olmazsa də’vadır təbah. Sultanül-Arifin, qüddisə sirrəhu, buyurmuş ki, xilqəti-Adəmdən müqəddəm şahidi-məhəbbət cilveyi-zühur etməgə bir məzhər istərdi və ol zəman ki, dəbdəbeyi-ibadəti-İblis mülk və mələkutu dutdu, şahidi-məhəbbət anın ittisalinə meyil etdi. Əmma sultani-qeyrət ol ittisalə rüxsət verməyüb və anın zövqi-vüsalın İblisə layiq görməyüb həmişə pərdeyi-xəfa və xəlvəti-ğəbadə saxlardı, ol vəqtədək ki, dəsti-qüdrət rüxsareyi-Adəmdən niqabi-ədəm götürüb anı məscudi-məlaik qıldı və Adəm şərəfi-kəramət bulub mənzuri-eyni-ə’yanimümkinat oldu. Şe’r: Münəvvər oldu cəhan pərtövi-cəmalindən, Müşərrəf oldu zəman dövləti-vüsalindən. Şahidi-məhəbbət nüzhətsərayi-behiştdə şəcəreyi-münhiyyə surətində kəndüsin ana ərz etdi və Adəm ixtiyarsız valeh olub, həm anda təmənnayimüvasilət damənin dutdu. Əmma pərdədarihərəmsərayi- iradeyi-Rəbbani və hacibi-dərgahi-bargah məşiyyətitə’yidi- Sübhani mən’ etdi ki: "Ey Adəm, bu ərusi-zibanın hilyeyizinəti gövhəri-əşki-çeşmi-pürnəm və bu müxəddəreyirə’nanın zivəri-behcəti yaquti-şö’leyi-ahi-dəmadəmdir və cənnət fəzayifərəhəfzasində bu müyəssər olmaz və behişt sərayında bu hüləl surət bulmaz. Təhəmmül et ki, dari-dünyada bu zinətlər ilə müzəyyən olduqdan sonra anın əqdi-təzvici sana müyəssər olur və ol zinətlər bu ərusin rövnəqi-cəmalın ziyadə qılur". Şe’r: Ərusi-eşqə zivər ruyi-zərdü əşki-gülgundur, Dili-suzanü cismi-dərdnakü çeşmi-pürxundur. Bu zivər hasil olmaz bəzmgahi-səhni-cənnətdə, Mətai-xaneyi-möhnətfəzayi dünyəyi-dundur. Pəs, Adəm ki, aşiqi-biqərar idi, naçar və’deyi-vüsal və ümidi-ittisal ilə tərki-behişt edüb, möhnətxaneyi-dünyayı ixtiyar etdi və həvayiməhəbbətdə zövqilə daməni-səbr dutdu. Hökm oldu ki: "Ey Adəm, Həvvadən mübaidət ixtiyar et və mülki-fərağətdən təcavüz edüb sərikuyi- bəladə qərar et ki, həngami-vüsal münqəzi oldu və əyyami-fəraq gəldi və zəmani-müsahibət əncam bulub əvanimüfariqət oldu". Şe’r: Ey maili-rahət, qəmə həmrah olğıl, Dəm zövqdən urma, həmdəmi-ah olğıl. Ey came’i-hər sifət, vüsali buldun, Hicran ələmindən dəxi agah olğıl. Əlqissə, miqrazi-inqirazi-müddət rişteyi-müvafilət peyvəndi qət’ edüb və Adəm Həvvadən müfariqət qılub hər biri bir diyarə düşdü və hər biri yüz bin bəlaya sataşdı. Adəm vadiyi-Sərəndib sərgərdanı olub, Həvva sahili-dəryayi-Hində düşdü. Şe’r: Nə işdir, ey fələk, dildari dildarindən ayırmaq, Cəfakeş aşiqi yari-vəfadarindən ayırmaq. Adəm və Həvva kəndü halətlərinə giryan və cəmi’ i-məlaik onların vaqiələrinə heyran olub, iki yüz il bu növlə pərişanlıq çəkdilər və əşki-nədamət tökdülər. İbn-Əbbasdən nəqldir ki, hərgah ki, Adəm yadi-behişt edərdi, bihuş olub özündən gedərdi. Həzrəti-İzzətdən nida gəldi ki: "Ey Cəbrail, Adəm qəribdir, anınla müanisət qıl". Bir gün Adəm Cəbraildən sual etdi ki, "Ey ənisü cəlisüm, Həvvadən nə xəbərin var?" Cəbrail ayıtdı ki, "Ol sakini-sahili-dəryayi-Hind olub, sənin fəraqinlə giryandır və işi həmişə ahü fəğandır". Adəm ol xəbər istima’indən bihuş olub aləmi-müraqibətdə gördü ki, Həvva sahilidəryadə əbrvar seylabi-sirişki dəmadəm töküb der ki: "Ya həbibi Adəm ə’ca’iun əntə əm şəb’anun ə’labisun əntə əm uryanun ə-naimun əntə əm yəqzanun". Adəm cəvab vermək tədarükündə ikən özünə gəlüb Həvvayi görməyüb bir növhə qıldı ki, Cəbrailə təzəlzül düşüb sual etdi ki: "Ey Adəm, bu nə halətdir?" Adəm surətivaqiəsin bəyan etdikdə Cəbrail ol xəbərdən mütəəssir olub münacat etdi ki: "Ya Rəb, bu qəribi-biçarəyə rəhm et". Xitab gəldi ki: "Ey Cəbrail, vəqt oldu ki, gülzari-ümidə nəsimi-məqsəd güzar qıla və ol nəsimlə qönçeyi-məqsud açıla". Şe’r: Ahi-atəşbari üşşaqın sirayətsiz degil, Aqibət hər qəm yetər payanə, qayətsiz degil. Əlqissə, Adəmin tövbəsi qəbul olub, duası icabət buldu. Mühəqqiqlərdən nəqldir ki, səbəbi-qəbuli-tövbeyi-Adəm üç nəsnə idi: biri həya və biri büka və biri dua. Əmma həyası ol qayətdə idi ki, ibtidai-xilqətdə üç yüz il baş qaldırub yuxarı baxmadı və yəminü yəsarə nəzər buraxmadı. Əmma bükası ol mərtəbə bulmuşdu ki, hücumi-seylabi-əşkdən rüxsarində cuybarlər əyan olub və Fərat və Dəclə kibi ondan vühuş və tüyur təməttö’ bulub derlərdi ki: "Nə xoş abi- xoşgüvar və nə şərbəti-sazgardır". Adəm ol sözü istehzayə həml edüb bir gün münacat etdi ki: "Ya Rəb, vühuşü tüyur bənim abi çeşmimə təməsxür edərlər və abi-şura şərbəti-xoşgüvar derlər". Nida gəldi ki: "Ey Adəm, heç cövhər gövhəri-əşki-əhli-niyazdan ə’la və heç şərbət zülali-sirişki-mərdümi-pakbazdən əclə degil". Filvaqe’, bir gövhər ki, mə’dəni dideyi-ərbabi-nəzərdir, xaki-məzəllətdə qalmaz və bir cövhər ki, bənim töhfeyi-dərgahimdir, mühəqqər olmaz. Şe’r: Vəh nə mə’dəndir səvadi-çeşmi-tər kim, andadır Daneyi-dürri-sirişkü ləm’eyi-nuri-bəsər. Ol birində rütbeyi-me’paci-dərgahi-qəbul, Bu birində qüvvəti-keyfiyyəti-feyzi-nəzər. Əmma duayi-Adəm bu idi ki, "Ya Rəb, Məhəmməd və Ali-Məhəmməd həqqi üçün tövbəmi qəbul et". Bir gün bargahi-İzzətdən nida gəldi ki: "Ey Adəm, Sən Məhəmmədi nə bilürsən ki, zeylişəfaətinə mütəməssik olursan?" Adəm ayıtdı: "Ya Rəb, Məhəmmədin ismi-şərəfin səfheyi-saqi-ərşdə sənin nami-lətifinə müqarin gördüm və bildim ki, andan əşrəf və əfzəl xəlqin yoxdur, ana təvəssül edərəm". Şe’r: Əsəri-nuri-Mustafayi görün, Xatəmi-xeyli-ənbiyayi görün. Nuri-rə’yi çiraği-aləmdir, Abi-ruyi şəfi’i-Adəmdir. Və Adəmin bir müsibəti dəxi qətli-Habil idi. Rəvayətdir əhlitəfsirdən ki, qəbuli-tövbədən sonra Adəm Həvvayə mülhəq oldu və igirmi növbət Həvva hamilə olub, hər növbət bir qulam və bir cariyə ondan zühurə gəldi. Və şəriəti-Adəmdə hər bətnin cariyəsi qeyri bətnin qulaminə verilmək adət ikən, İttifaqən Habilin həmzadı olan İqlimya nam cariyə Qabil həmzadı olan Yəhuda nam cariyədən əcməl vaqe’ oldu və Adəm Habil həmzadı olan cariyəyi Qabilə hökm qıldı və Qabil adəti-məsnunəyə qail olub, qəbul etmədi ki, İqlimyayı Habilə verüb kəndü Yəhudayə qənaət qıla və sayir övladi-Adəm kibi müti’ və münqadişər’ ola. Mükabirə qıldı ki: "Ey Adəm, bu müddəa əsəri-məhəbbətindir, nə ki müqtəzayi-şəriətin". Adəm ayıtdı: "Əgər bənim səlahimə razı olmazsan, mürafiənizi Qaziyi-hacatə rücu edüb anın əmrinə razı olun və anın hökmünə mütabiət qılun". (Anların) biri müzare’idi, məzru’atindən bir qaç xuşə hazır edüb və biri çoban idi, bir qoyun mühəyya qılub bir ərsədə qoyub şərt etdilər ki, hər kimin qurbanı məqbul olursa, Iqlimayı ol təsərrüf qıla. Mütərəssidi-hökm olduqda aləmi-qeybdən bir bərqi-lame çıxub Habilin qurbanın təsərrüf qıldı və Qabilin qurbanı məəttəl qaldı. Bu vasitədən atəşihəsəd Qabilin binayi-ixtiyarın yaxub və seylabi-rəşk mə’mureyiqərarın yıxub Habilin həlakinə əzm etdi və himmət dutdu. Adəm mütəvəccihi-ziyarəti-Beytül-müqəddəs olduqda fürsət bulub, məşğuli-xab ikən anı həlak edüb, qırx gün başı üzərinə götürüb gəzdirdi, zira bilməzdi ki, nə etmək gərək. Bir gün gördü ki, bir qürab bir hüfrə məhfur edüb bir qürabi-meyiti dəfn etdi. Andan irşad alub, Habili dəfn edüb üzərindən getdi. Şe’r: Rəşkdir canə iztirab salan, Rəşkdir aləmi xərab qılan. Rəşkdir mövcibi-cəfayi-Yəzid, Rəşkdir kim, Hüseyni etdi şəhid. Əlqissə, Adəm Beytül-müqəddəsdən müraciət qıldıqda cəmi’iövladı istiqbal edüb, Habil anların silkində olmamağın istifsar etdikdə dedilər: "Bir neçə gündür ki, qayib olubdur". Adəm müztərib olub yeddi gün təcəssüsü təfəhhüs etdi, səkkizinci gün məlalətlə uyğuya getdi. Vaqiəsində gördü ki, Habil aiudeyi-xakü xun olub istiğasə edər ki: "Ya əbətah əl-qiyas!" Adəm iztirab ilə bidar olub fəryad etdikdə Cəbrail hazır olub ayıtdı: "Ey Adəm, bu nə fəğandür?" Adəm surəti-vaqiəyi bəyan edüb Habilin halın sordu. Cəbrail ayıtdı: "Habili Qabil həlak edüb bir mövze’də dəfn etmişdir". Adəm bünyadi-növhə qılub təzərrö’ etdi ki: "Ey bəradər, anın məzarın bana göstər". Cəbrail Adəmi Habilin məzarı üzərinə gətürüb və Adəm anın məzarindən topraq hicabın götürüb gördü ki, peykəri pozulmuş və ə’zası parə-parə olmuş. Ağazi-növhə qılub ruyi-təzərrö’ bargahibiniyazə dutdu və münacat etdi ki: "Ya Rəb, Qabil sənin hökmindən təcavüz qılub və bənim hörmətim dutmayub, bu məzlumi qətl etmiş, cəzasın ver". Həzrəti-İzzətdən nida gəldi ki: "Ey Adəm, müqərrər etdim ki, nisfiəzabiduzəx Qabilə mənsub ola və ol əzab içində müəbbəd qala". Ey əzizlər, hərgah ki, Adəm hörmətin dutmayub anın fərzəndin qətl edən bunca əzabə müstəhəqq olur, mə’lumdur ki, Həzrəti-Rəsulun ki, Adəmdən əşrəf və əfzəldir, hörmətin dutmayub əksər övladın şəhid edən bunca nə tə’zibə istehqaq bulub dəvamla nə üqubətdə qalur. "Səhifeyi-Rəzəviyyə"də məsturdur ki, qatili-Hüseyn duzəxdə bir atəşin tabut içində məhbus ola ki, rayiheyi-kərihəsindən əhli-duzəx nifrət qıla. Bitəkəllüf, Hüseyni-məzlumin qətli vaqieyi-ə’zəm və hadiseyi-əkbərdir və ol çəkdigi möhnət Adəm çəkdigi möhnətdən betərdir. Əgərçi Adəm behiştdən cüda düşüb vadiyi-qürbətdə sərgərdan oldu, əmma Həzrəti-Hüseyn Mədineyi-mütəhhərə və Məkkeyi-mü’əzzəmə və Rövzeyi-Rəsulullahdən məhrum olub qürbəti-Kərbəlada azar və iza buldu. Və əgər Adəm bir fərzəndinin qətlindən münzəcir olub məlalət çəkdi, ol Həzrət övladi-mütəəddid şəhadətin müşahidə qılub əşki-nədamət tökdü. Şe’r: Möhnəti-Adəm degil manəndi-ənduhi-Hüseyn, Filməsəl bir şö’lədir bərqi-bəladan ol şərər. Əşrəfi-xəlqi-cəhanın əksəri-övladını Qətl edən dünyadəvü üqbadə olmaz bəhrəvər. * * * Fəsli-ibtilayi-Nuh əleyhissəlam Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm oldu və səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə müdara qıldı, əmma gün-gündən qövmün cəfası ana ziyadə oldu. Bir gün bir müdbir bir fərzəndi-napəsəndinə Nuhu göstərüb nəsihət qıldı ki: "Ey fərzənd, bizim təriqimizdə bu şəxsə ihanət eyni-ibadətdir [və izhari-məlamət kəmalitaətdir] qafil olmayasan və təqsir qılmayasan". Ol həramzadə ayıtdı: "Ey pedər, olmaya bu vəsiyyət əda olmadan əcəl yetüb bəni bu ibadət səvabindən məhrüm edə". Pəs Həzrəti-Nuha mütəvəccih olub bir daşla cəbini-mübarəkin məcruh edüb məhasini-şərifinə qan rəvan oldu və ol seyli-xunablə dəryayi-bəlayi-tufan təməvvüc edüb Həzrəti Nuh dua qıldı ki: "Rəbbi inni məğlubun fə’ntəsir". Navəki-duası hədəfi-icabətə yetüb və əhateyi-tufan aləmi dutub cəmi’i-müxalif ğərqə oldu, həman Nuh tabe’lərilə qurtuldu. Şe’r: Seyli-bidadü sitəmdir mənşəi-tufani-Nuh, Olmasın qafil bəladan əhli-bidadü sitəm. Xaneyi-zalim gedər seylabə manəndi-hübab, Dutsa tufan aləmi məzlumə tufandan nə qəm. "Kənzül-Qərayib"də məsturdur ki, zövrəqi-Nuh əyyami-tufanda hər tərəf seyr edərkən xitteyi-Kərbəlaya irişdikdə Hayiriyyə dedikləri mənzildə mütəhəyyir olub, təvəqqüf edüb hərəkətdən düşdü. HəzrətiNuh bu halətə heyrət etdikdə nida gəldi ki: "Ey Nuh, bu ol mənzildir ki, səfineyi-"Məsəlu Əhli-Beyti kə-məsəli səfinəti Nuhun" bu mənzildə qərqeyi-girdabi-xun ola və Əhli-Beytin əksər əfazilü ə’yanın bu mənzili-daireyi-heyrətə buraxıb sərgərdan qıla. Filvaqe’, təəmmül etdikdə münasib görünür hədisi-səhih müqtəzasincə səfineyi-Nuha Əhli-Beyti-risalət. Zira həvayi-nəfsi-əshabi-inadla dəryayi-məsayib mütəlatim olduqda və səhrayi-Kərbəlayi tufani-bəla əhatə qıldıqda hər kim Əhli-Beytə daxil idi, bəlayi-mə’siyətdən nəcat buldu və hər kim xaric idi, həlak oldu. Rəvayətdir ki, Həzrəti-Hüseyn Mədinədən əziməti-Kufə qıldıqda yeddi yaşında bir mə’suməsi olub mürafiqətinə qüdrət bulmamağın Ümm Sələmə xidmətinə qalmışdı və vaqiyeyi-Kərbəlada Həzrəti İmam şəhid olduqda bir qurabi-mişkinbal pərü balın qanla rəngin edüb, mütəvəccihi-Mədinə olub, Ümm Sələmə divari-sarayinə qonub bal əfşanlıq edərdi. Ol mə’sumə görüb, fərasətlə Hüseynin şəhadətin mə’lum edüb fəğan qıldı. Ümm Sələmə ayıtdı: "Ey məxdumə, nə vaqe’ oldu?" Ol mə’sumə ayıtdı: "Ey əziz, qurab müxbiri-əhvali-Səfineyi-Nuhdur, qaliba bu gün Səfineyi-Əhli-Beyt tufani-bəlayi-dünyadan nəcat buldu və mühərriki-həvayi-qürbi-İlahi anları vərteyi-haildən vasili-sahili-nəcat qıldı. Və bu qürab andan gəlür və anlardan xəbər verür". Ümm Sələmə ayıtdı: "Bu vaqiənin bir nişanəsi var". Ol mə’sumə ayıtdı: "Nişanə nədir?". Ümm Sələmə ayıtdı: "Bir gün Həzrəti-Rəsul xəlvətdən dışrə çıxub bir müddət məks edüb müraciət etdi julidəmuy və qubaraludəruy". Dedim: "Ya Rəsulullah, bu küdurətə bais nədir?" Buyurdu ki: "Ey Ümm Sələmə, bu gecə bana İraqda bir məqam göstərdilər ki, ana Kərbəla derlər və ol mənzildə Hüseynin və bə’zi övladının qətlgahını ziyarət etdirdilər və bən ol mənzildən bir miqdar xak alub gəlmişəm". Və mübarək əllərin açub ol toprağı bana təslim etdi və buyurdu ki: "Bu toprağı bir şişədə hifz et". Ol gün ki, və’deyi-şəhadət yetər, bu şişədəki əczayi-türab övraqi-gül kibi qan rəngin dutar". Və bən ol toprağı hifz etmişəm. Və bir rəvayət dəxi Qazi Əyaz kitabi-"Şəfa"dən nəql etmiş ki, Həzrəti-Rəsul Hüseyni-məzlumun qətlindən xəbər verüb zəmini-Kərbəladan ki, ona Təftəf derlərdi, bir qəbzə xak alub Ümm Sələməyə tapşurdu. Və bir rəvayət dəxi İmam Yafei "Miratül-cinan"da Ənəs bin Malikdən İmam Hənbəl vasitəsilə nəql edüb məstur etmiş ki, bir gün mələküs-səhab hüceyri-risalətə gəlüb Həzrəti-Hüseyn hazır oldu, qolların Həzrəti-Rəsulun boynuna buraxub mübarək gisularıyla bünyadi-müla’əbə qıldı. Mələküs-səhab ayıtdı: "Ya Rəsulullah, bu pərvərdeyi-ne’mətin olan fərzəndi-səadətməndini ümməti-bivəfa dəşti-Kərbəlada qətl edələr". Və Kərbəladan bir miqdar xak nümunə üçün Həzrəti-Rəsulə ərz etdi və Həzrət anı Ümm Sələməyə təslim etmişdi. Əmritəqdir ilə Ümm Sələmə ol şişəyi hazır edüb mülahizə qıldıqda gördülər ki, ol xak xunab olmuş və ol nişanə vüqu bulmuş. Çün nişanə ilə Kərbəla vaqiəsinin keyfiyyətin bildilər, ağazi-müsibət qılub əzayə əzimət qıldılar. Şe’r: Ya Rəb, nə fitnədir ki, xərab etdi aləmi, Azürdə qıldı ruhi-Rəsuli-mükərrəmi. Ə’yani-Ali-Əhmədə gərdun cəfa qılub, Əşrafi-Əhli-Beytə rəva gördü matəmi. Va həsrəta ki, buldu xələl seyli-fitnədən, Şər’in binayi-mütqinü bünyadi-möhkəmi. Gülzari-Kərbəlaya töküldü nihali-qəm Xoşdur kim, anı eyləyə sirab göz nəmi. * * * Fəsli-ibtilayi-Xəlilullah Diyari-bəla müsafirləri və əqari-əna mücavirlərinün cümləsindən biri məhbubi-Maliki-Cəlil Həzrəti-İbrahim Xəlildür ki, ta xəl’ətixilqətlə sərəfraz oldu və xəlvəti-xüllətdə şərəfi-məhrəmiyyət buldu, hərgiz hücumi-bəladan əman bulmadı və süduri-hadisədən fariğ olmadı. Cümlə bəladan biri oldur ki, Nəmrudi-mərdudun atəşi-istilası zəbanə çəküb və səhabi-təsəllüti barani-bəla töküb istid’a qıldı ki, ol təlayi-təmam-əyarə atəşi-suzanla tab verə və ol şəm’i-şəbistani yaxud, zülmətsərayi-küfrinə nuri-sürur yetürə. Əlqissə, Həzrəti İbrahim məncəniqə girdikdə və məlaikə anı atəşə mütəvəccih gördükdə münacat etdilər ki: "Ya Rəb, cəmi’i-bəni-Adəmdən bir kimsənədir ki, sənün əhədiyyətinə mö’tərifdür və ibadətünlə müttəsifdür, anı yandırmaq istərlər. Rüxsət ver ki, müavinət qılub anı bu təhlükədən xilas edəlim". Həzrəti-İzzətdən xitab gəldi ki: "Mülazimətinə gedün, əgər müavinət istərsə, mələd edün". Bu işarətlə Mələküssəhab hazır olub ayıtdı: "Ey Xəlil, rüsxət versən seylabi-siyasətlə ə’danın naireyi-fəsadın müntəfi qılub, binayiinadın fənayə verməyə hazır olmuşam". Və mələkül-ərz ayıtdı: "Əgər işarət olsa qövmi-Nəmrudi Qarun kibi təhtüs-sərayə çəkməyə əzimət qılmışam". Həzrəti-Xəlil ayıtdı: "Ey ümmali-karxaneyidünya və ey hüffazi-qəvanini-nizami-əşya! Səlahi-behbudimdə bənim ixtiyarım və dostdan gələn dərdin dərmaninə bənim iqtidarım yoxdur". Şe’r: Dərdlə xürsənd olan dərdinə dərman istəməz, Zövqi-möhnət birlə aşiq rahəti-can istəməz. Hər kimi istərsə canan aləmi-eşqində fərd, Səbr edər tənhalığa, ənsarü ə’van istəməz. Bu mülahizələrdən sonra ki, Həzrəti-Xəlil məncəniqdən cüda olub atəşisuzanə düşməgə qərib oldu, Cəbraili-Əmin ol şəm’in pərvanəvar başinə çizginüb ayıtdı: "Ey Xəlil, "həl ləkə min hacətina", yə’ni hacətin varmı? Həzrəti- Xəlilullah ayıtdı: "Əmma ileykə fəla", yə’ni ehtiyacım var, əmma sana yox?". Cəbrail ayıtdı: "Mədəd istə andan ki, ana möhtacsan". İbrahim ayıtdı: "Əlləmhu bi-hali həsbi’ənsu’ali", yə’ni onun elmi halimə, mane’dir sualimə. Şe’r: Qafil olmaz dərddən dərdə giriftar eyləyən, Aşiqi-arif degil dərdini izhar eyləyən. Əl çəkün dərdim əlacindən ki, təhqiq etmişəm, İstəsə səhhət verür bimarə bimar eyləyən. Filvaqe’ bir aşiqi-sadiq ki, yardən qeyri kəndüyə əğyar bilür, əğyar tədbirilə yar dərdinə dərman qılmağı kəndüyə ar bilür. Rəvayətdir ki, İbrahimin kəmali-istiğnası, dəryayi-rəhməti mövcə gətirüb xitab gəldi ki: "Bəndən qeyrə-ümid dutmayanı bən də qeyrə möhtac etməzəm". Və bə’zi demişlər ki, Xəlilin cəvabı Cəbrailə bu olduki: "Bən məhvi-dustəm, heç düşmən görməzəm ki, bu cəfaləri andan biləm: haşa ki, dust cəfasindən şikayət qılam: "Yəf’əlullahü ma-yəşau və yəhkumu ma-yuridu". Bu göftarə müqarin nida gəldi ki: "Ya naru kuni bərdən və səlamən əla-İbrahim", yə’ni ey atəşisuzan səlamət olğıl Xəlilə nitə kim ol təbiəti-bəşəriyyətdən çıxub məhzi-ixlas oldu, sən dəxi təbiətindən çıxub ehraqı işfaqə təbdil et. Şe’r: Gülşəni-ümmid əbri-səbrdən sirab olur, Səbr qılsan ab gövhər, səng lə’li-nab olur. Tirə olmaz kəsbi-zülmət eyləyüb hər xanə kim, Cilvəgahi-pərtövi-xurşidi-aləmtab olur. Və Həzrəti-Xəlilin bir müsibəti dəxi zibhi-İsmaildir ki, lisani-tənzilə cari olmuş ki: "İnnə haza lə-huvə’l-bəlau’l mubin". Rəvayəti-səhih və nəqli-sərihdir ki, bir gün Həzrəti-İsmail seydgahdən rüxsari-qübaraludlə Həzrəti İbrahimin hüzurinə gəldikdə və Həzrəti-İbrahim nəzəri-iltifatlə ol afitabi-aləmtabın səfheyi-rüxsarın mütaliə qıldıqda silsileyi-gisuyi-müşkbarindən hər səri-mu bir rəgi-caninə peyvənd və şə’şəeyi-cəmali-pürnurindən hər rişteyişü’a bir üzvündə bənd olub, ləzzəti-didarində məhv oldu və təmaşayirüxsarində cümlə nəqdivücudun sərf qıldı. Şe’r: Təalallah, bu nə rüxsari-mərğubi-dilaradır Ki, dil dərkində aciz, can tamaşasində şeydadır. Lacərəm silsileyi-qeyrəti-eşqi-İlahi mütəhərrik olub, rabiteyi-məhəbbəti-məcazinin inqita’i lazım gəldi və mə’şuqi-müşfiq aşiqisadiqin əğyardən qət’ etməgə təvəccöh qıldı. Şe’r: Yar istəməz ki, aşiqi əğyarə yar ola, Hər ləhzə bir tərəddüd ilə biqərar ola. İstər ki, lövhi sadə olub nəqşi-qeyrdən, Peyvəstə kəndü nəqşinə ayinədar ola. Əlqissə, çün Xəlilin qəlbini [məhəbbəti-] İsmail məmlu qıldı, vaqiəsində divani-qəzadən hökm oldu ki: "Ey məhrəmi-sərapərdeyi-xillət və ey müqtədayi-ümmət, əgər caddeyi-məhəbbətimdə sabitqədəmsən bəndən qeyridən rəğbət götür və bu məftunu olduğun cigərguşənin rişteyi-həyatinə tiği-inqita’ yetür". Şe’r: Öylə kim mə’şuqi aşiq qeyrə dəmsaz istəməz, Aşiqin mə’şuq həm qeyr ilə həmraz istəməz. İbrahim ol uyqudan bidar olduqda Hacərə ayıtdı: "Ey həmsəri-mehriban, İsmailə təcdidi-libas birlə zivər [ver] ki, dost mehmanı olur". Hacər həsbül-işarə ol xurşidi-asimani-lətafətün sünbüli-gisuyi-müşkbarın şanələyüb və əndami-lətifün əlbiseyi-əlvanlə müzəyyən qılub mühəyya qıldıqda İbrahim ayıtdı: "Bir rəsən və bir tiğ dəxi həmrah eylə". Hacər ayıtdı: "Ya Xəlilullah, söhbəti-əhbab səbəbi-rabiteyi-ittisal olur. Tiğ ki, aləti-qət’dir, anda nə münasib və məcmə’iəshab məhəlli-həlli-işkal olur, rəsən ki, aləti üqdədür, anda nə vacibdür?" Xəlilullah ayıtdı: "Şayəd bir qurban etmək lazım gələ və bağlamağa və kəsməgə tiğ və rəsən zərurət ola". Əlqissə, İbrahim və İsmail Hacərə vida edüb rəvanə olduqda Hacər vərteyi-təfəkkürə düşüb mütəhəyyir qaldıqda İblis ki, mühərriki-silsileyi-fəsad və müə’ssisi-binayi-üdvanü inaddır, fürsət bulub əzm qıldı ki, xanədani-xillətə xilə buraxa və mə’mureyinübüvvətin hiylə ilə yıxa. Bir piri-saleh surətində mütəməssil olub Hacərin xidmətinə gəlüb ayıtdı: "Ey salehə, bilurmüsən ki, İbrahim və İsmail qanda gedərlər?" Hacər ayıtdı: "Dost səlayi-ziyafət urmuş, ana icabət edərlər". İblis ayıtdı: "Ey qafil, qələt xəyal etmişsən, İbrahim İsmailin qanın tökmək istər. Tiğü rəsəndən əndişə nə olduğun bilmədünmi və surəti-halindən keyfiyyəti-[mə’alın] mülahizə qılmadınmı?" Və bu göftardən [İblisin] müddəası bu idi ki, cəmaətinisa riqqəti-qəlblə mə’rufdur və taifeyi-övrət qilləti-səbrü səbatlə mövsufdur. Hacər bu xəbərdən mütə’əssir olub iztirab qıla və Xəlilin əzimətinə mane ola. Hacər ayıtdı: "Ey piri-xərif, əcəb ki, sən İblis olmayasan? Zira Xəlil əğyar qətlindən fərar edərkən İsmail ki, yari-vəfadır, cəfasın rəva görərmi?" İblis ayıtdı: "Ey Hacər, vaqiəsində bu əmrə mə’mur olmuşdur". Hacər ayıtdı: "Xəlil kazib degil, fərmani İlahi bu xüsusdə südur bulub, canibi-Həqdən işarət böylə oldusa, zülali-tiği-bəla çeşmeyi-abi-bəqadır və qeyrəti-xuni-İsmail laleyigülzari- izzü ə’ladır". Şe’r: Canlə bizdən əgər xoşnud olur cananımız, Canə minnətdir anun qurbanı olsun canımız. İblis Hacərdən növmid olub Xəlilullah rəhgüzarın dutub ayıtdı: "Ey ə’qəlizəman və ey əfzəli-əhli-cəhan, nə rəva ki, gülzarinübüvvətin nihali-növrəsin ziynəti-gülşəni-iqtidar ikən vəsvəseyixabü xəyal ilə azürdeyi-tişeyi-cəfa qılasan və sədəfi-risalətin gövhəri-tabnakın zivəri-əfsəri-izzü e’tibar ikən dəğdəğeyi-fikri-mühal ilə girdabi-bəlaya salub mütəəssir olasan". Şe’r: Bağbana, zinəti-gülzar olan şaxi-güli Kəsmə, fövti-zinəti-gülzardən əndişə qıl. Şad edüb əğyarını azürdə qılma yarını, Rənci-yarü tə’neyi-əğyardən əndişə qıl. Həzrəti Xəlil bildi ki, ol bədbəxt İblisdir, dedi: "Ey müdbir, əgərçi miveyinəxli-həyatım və cövhəri-gəncineyi-zatım İsmaildir, həqqa ki, əgər hər rəgiə’zayi-tərkibim bir İsmail olsa və cümləsinin qət’inə əmri-Mə’bud südur bulsa, təvəqqüf etməyəm və təriqi-təxəllüf dutmayam". Şe’r: Dərdi-eşqi-yar könlüm mülkünün sultanıdır, Hökm onun hökmüdürür, fərman onun fərmanıdır. İblisi-lə’in andan dəxi mə’yus olub, İsmaili tifl görüb firibə qabil təsəvvür qılub ayıtdı: "Ey güli-gülzari-nübüvvət və nihali-hədiqeyi-risalət, əzimətün nə yanadır?" İsmail ayıtdı: "Dost ziyafət xənəsinə". İblis ayıtdı: "Haşa, səni İbrahim zibh etmək tədarükündədir". İsmail ayıtdı: "Ey piri-gümrah, əgər bənim qətlim ana əmr olunmasa dəxi, anın itaəti bana əmr olunmuşdur, inqiyadində təmərrüdüm yoxdur; xüsusən ki, əmr olunmuş ola". Şe’r: Canımı canan əgər istərsə minnət canimə, Can nədir kim, anı qurban etməyəm cananimə. Həzrəti Xəlil ayıtdı: "Ey İsmail, bu bədbəxt İblisdir, hiyləsindən həzər et". İsmail İblisə səngi-ictinab atub dəf’ etdikdən sonra, validisaleh və vələdi-xələf ittifaqilə Minayə gəldilər. İbrahim tiğ çəküb rəsən çıqarub ayıtdı: "Ey fərzəndi-əziz, nazimi-kargahi-hikmət və müsəvviri-surətxaneyi-fitrətdən zibhünə hökm olubdur, səlahun nədir?" İsmail ayıtdı: "Ey validi-büzürgvar, bu fərmanə mövcib nə ola?" Xəlil ayıtdı: "Məhəbbət qəbuli-şirkət qılmaz və məhəbbətdə müşarikət münasib olmaz. Qaliba tüğyani-məhəbbətin mövcibitəhriki- qeyrəti-Həzrəti-İzzət vaqe’ oldu". İmail ayıtdı: "Ey əziz! Əcəbən lil-mühibbi-kəyfə yənamun Küllə nəvmin’ əl-əl-muhibbi həramun demişlər. Mə’şuq aşiqi həmişə bidar və cilveyi-hüsnündən xəbərdar istər, sən ki, də’vayi-eşqlə aludeyi-qəflət və asudeyi-xabi-rahət olasan, əcəbmidir ki, böylə xabi-pərişan görüb pərişanlıq bulasan". Əlqissə, hər təqdirlə İsmail ol vaqiəyi kəndüyü şərəfi-ruzigar bilüb və ol səadətə mübahit qılub ayıtdı: "Ya-əbəti, if’əl matu’məru". "Ey pedəri-büzürgvar, İsmailə bədəl var, Həzrəti-Cəlilə əvəz yoxdur. Vahidi-Mütləq damənin dut, yoxsa İsmail kibi çoxdur". İbrahim ayıtdı: "Ey fərzəndigirami, nə vəsiyyətün var?" İsmail ayıtdı: "Ey məxdum, üç vəsiyyətüm var: biri ol ki, zəmani-qətl ə’zayi-cismümi möhkəm bağlayasan ki, iqtizayi-ələmi-tiğ irişdikdə cismi-zəifimi biixtiyar iztirabə salub hərəkatimdən sana bir asib yetüb bana mövcibi-isyan olmaya". Şe’r: Çəkməzəm qəm töksə qanım tiği-bürranın sənin, Vəhmim andandır ki, pürxun ola damanın sənin. Və bir vəsiyyətüm dəxi oldur ki, zəmani-zibhdə rüxsareyizərdimi yer yüzünə buraxub bəni bismil edəsən, olmaya ki, mütalieyisəfheyi- rüxsarım etdikdə məhəbbəti-təbii icrayi-hökmə tə’xir verüb, qətlimə mane’ olub bu surət səni təqsiritaətə müttəhim qıla. Və bir vəsiyyətüm dəxi oldur ki, darüs-sə’adətünə müraciət qıldıqda valideyi-mehribanı təsəlli edüb riayətin vacib biləsən və səbrü şükr təriqinə hidayət qılasan. Vəsaya tamam olduqda Həzrəti-İbrahim İsmailin əllərin və ayaqların möhkəm bağlayub hülqi-mübarəkinə tiği-bidiriğ urduqda məlaikeyi zəminü asiman xüruşə gəlüb təəccüb etdilər ki: "Ya Rəb, bu nə bəndeyi-əzimüşşə’ndür və müxlisi-ədimül-əqran ki, təriqiməhəbbətdə atəşi-suzanə buraxsalar, təvafüt qılmaz və cigərguşəsinün qətlinə hökm edərlər, münzəcir olmaz?!" Əlqissə, yetmiş növbət tiğ çaldı, qət’ etmədi və o cismi-lətifə tiğitizdən zərər yetmədi. Xəlilullah xəşmnak olub tiğini daşə çaldıqdə tiği-tiz zəban çəküb ayıtdı: "Ey Rəsuli-xuda, "Əl-Xəlilu yə murni bilqət və’l-Cəlilu yənhani" və bən mütərəssidi-hökmi-Cəliləm nə ki, tabei-əmri-Xəlil. Rəvayətdir ki, bu halətdə məlaikeyi-ülvi mütəəccib olub ayıtdılar: "Aya, İbrahim əsxamıdur ki, cigərgüşin qurban edər, ya İsmail əkrəmmidür ki, Həq rizası üçün tərki-can edər?" Həzrəti Vacibül-vücuddən nida gəldi ki: "Mən İbrahimdən əsxa və İsmaildən əkrəməm ki, İbrahimin qurban etmədən qurbanın qəbul edərəm və İsmailə sual hədiyyə irsal eylərəm". Əlqissə, İbrahim mütəhəyyir ikən Cəbrail enüb qurban yetürdi ki, "Ey Xəlil, "Qəd səddəqtə-rö’ya" bəşarət sana ki, qurbanın məqbul oldu və ibadətün dərəceyi-qəbul buldu və bu kəbşi-əzimül-bərakatı İsmail əvəzinə qurban et". İbrahim nişati-təmamla bəndi-bəlayi İsmaildən götürüb ol qurbanə tiğ çalub İsmailə ayıtdı: "Ey fərzəndiəziz, çün nəqdi-ibadətin sikkeyi-qəbul buldu və dərgahi-rizayiMə’bud çehreyi-mübarəkünə məftuh oldu, bu şükranə ilə bir dua qıl və bu fürsəti qənimət bilüb bargahi-Kibriyadən iltimasi-əfvü əta qıl". İsmail ayıtdı: "İlahi, peyğəmbəri-axirüzzəmanın ümmətinə rəhmət qıl ki, anlara olan əfvü əta həman banadır". Cəvab gəldi ki: "Ey İsmail, hacətin qəbul oldu və duaların dərəceyi-icabət buldu". Şe’r: Ey xoş ol bəndə kim, ibadətlə Şərəfi-izzü e’tibar bula. Kəndüsin qurtarub mə’asidən, Qeyri xəlqün dəxi şəfi’i ola. Həzrəti-Əli bin Musər-Rzadən nəqldir ki, İbrahim İsmail əvəzinə qurban etdikdən sonra xatiri-şərifinə xütur etdi ki: "Fərzəndimi qurban etməyə ’əzm etdigümdə xoş səvab hasil etdim". Həzrəti-İzzətdən vəhy gəldi ki: "Ey Xəlil, məcmui-xəlqdən kimi ziyadə sevərsən?" İbrahim ayıtdı: "Ya Rəb, sənə mə’lumdur: – Həzrəti-Məhəmmədi ki, əfzəli-kainatdır". Xitab gəldi ki: "Məhəmmədimi ziyadə sevərsən, ya kəndüni?" İbrahim ayıtdı: "Həqqa ki, Məhəmmədi". Xitab gəldi ki: "Anın övladın ziyadə sevərsən, ya kəndü övladını?" İbrahim ayıtdı: "Həqqa ki, anın övladını". Nida gəldi ki: "Ey Xəlilullah, anın ə’əzziövladını Kərbəlada şəhid edələr". İbrahim ol vaqiə istimaindən mütəəllim olub giryan olduqda nida gəldi ki: "Ey İbrahim, məzlumi-Kərbəla üçün bu bir miqdar təəllümün səvabi oğlun qurban etdiyin səvabindən ziyadədir". Təəmmül edin, ey əshabi-fitnət və ey ərbabi-fərasət ki, şəhidi-Kərbəla üçün növhə qılmaq nə miqdar əməli-mə’cur və ibadətimə’surdur. Filvaqe, münasibdür əhvali-şəhidi-Kərbəla vəqaye’I İbrahim və İsmailə. İbrahim əgər atəşi-Nəmrudə təvəccöh qıldıqda məlaikədən müavinət qəbul etmədi, şahi-Kərbəla dəxi məsayibi Kərbəlada ləşkəri-cin və sipahi-mələkdən müsaidət istəyüb daməni-istiğasə dutmadı. Və əgər İbrahim vaqiə hökmilə bir oğlun zibh etməyə iqdam etdi, şahi-Kərbəla dəxi vaqiə müqtəzasincə mütəəddid övladü ənsabın fəda qılub dərəcəyi-kəmalə yetdi; və əgər İsmail nəqdi-canın sərfi-rahi-Həqq etməgə müvəffəq oldu, Şahi-Kərbəla dəxi ol mərtəbəyi əhsəni-vəchlə hasil edüb şəhadətə tövfiq buldu. Əimmeyi-Əhli-Beytdən mənquldur ki, hər daneyi-sirişk kim, şühəda üçün gözdən tökülür, sədəfi-şərəfdə bir gövhəri-abdar olub, mizani-əməldə əksər səyyiati anınla rəf’olur və səhifeyi-ə’maldən əksər səvadi-xətayi ol məhv qılur. Şe’r: Kərbəla təşnələrin yad qılub əşk tökən Ətəşi-ruzi-cəzadən ələmü qəm çəkməz. Şühəda halın anub şövqilə yanub yaxılan Ələmi-şö’leyi-nirani-cəhənnəm çəkməz. Şeyx Səhl bin Əbdullah demişdir ki: "Bən Aşura günü əşkinə damət tökərdim və təəssüf çəkərdim ki, diriğa vaqieyi-Kərbəlada ol şahın mülazimətinə müvəffəq olmadım və məqdəmində səadəti-şəhadət bulmadım. Bu məlalətlə dideyi-nəmnakım uyquya getdikdə Həzrəti-Rəsuli vaqiəmdə gördüm, buyurdu ki: "Ey Səhl, Həzrəti Zülcəlalın əzəməti haqqı üçün ki, hər qətreyi-əşk ki, bənüm fərzəndim müsibətində gözdən tökdün, ol qədər səvabə səbəbdir ki, hesabindən küttabi-divani-əflak acizdir. Və bu dəxi əxbarimö’təbərdəndir ki, Həzrəti-Hüseyn ruzi-Qiyamət ərseyi-Ərəsatə çehreyi-xuna-ludlə gəlüb münacat edər ki: "Rəbbi şəfi’əni mən bəka əla müsibət", yə’ni, İlahi, rüxsəti-şəfaət ver bana anlar üçün ki, əşkbar olmuşlar və bu tə’ziyətimdə Əhli-Beytümə təşəbbüh etmişlər. Şe’r: Xoş ol ki, yad qılub Kərbəla şəhidlərin Zəman-zəman tökə lö’lö’i-şahvari-sirişk. Gər olmaseydi qərəz matəmi-Hüseyni-şəhid, Riyazi-didədə olmazdı cuybari-sirişk. * * * Fəsli-ibtilayi-Həzrəti Yəqub Zümreyi-ərbabi-bəla və firqeyi-əshabi-ənanın biri Yə’qub Nəbi, biri həzrəti- Yusufu-siddiqdir. Həzrəti-İmam Rüknəddin əleyhirrəhmə tərcümeyi-"Sureyi- Yusif"də böylə təhrir etmiş ki, bir gün şəmseyieyvani- risalət və dibaçeyi-divaninübüvvət mütəməkkini-məsnədirahət olub, dəryayi-iltifatın bir kənarində gövhəri-mə’dəni-vəfa Həsəni-Müctəba və bir kənarində sərvi-cuybari-səxa Hüseyn bin Əliyyi-Murtəza qərar dutub, gah ol gövhər nəzzarəsindən didəyə nur verürdi və gah bu sərvin müşahidəsində sinəyə sürur yetirürdi. Bu halə müqarin Cəbrail, Məliki-Cəlildən gəlüb səlam yetirüb Həsən və Hüseynə işarət qılub ayıtdı: "Ya Rəsulullah, ətuhibbuhuma?" Həzrət buyurdu ki: "Nə’əm əvladuna və əkbaduna". Cəbrail ayıtdı: "Ya Nəbi, məhəbbətləri mütəsavimidir, ya mütəfavitmi?" Həzrəti-Rəsul ayıtdı: "La-fərqə beynəhuma, bir bəhri-mə’arif gövhərləridür və bir fələki-məkarim əxtərləridür". Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu şəhzadənin birin zəhri-cəfa ilə həlak qılub, birinün tiği-bidiriğ ilə bağrın çak edələr". Həzrəti-Rəsul ayıtdı: "Ya əxi mən yəf’əlu haza beynəhuma". Cəbrail ayıtdı: "Ya Rəsulullah, ümməti-bivəfalərin". Həzrəti-Rəsul ayıtdı: "Aya, nə cürmlə məqtul olalar və nə xəyanətlə bu cəfayə istehqaq bulalar?" Cəbrail ayıtdı: "Xəyanətdən müərra və cinayətdən mübərra". Həzrəti-Rəsul kəndusin bu bəlaya məxsus təsəvvür qılub bu cəfadən mütəəllim olduqda, Cəbrail ol həzrətün təsəlliyi-xatiri üçün Yusuf surəsin nazil etdi ki (nəhnu nəqussu əleykə əhsənəl-qisəsi). Şe’r: Müsibəti-Həsənü möhnəti-Hüseyni-şəhid Dəmi ki, oldu qəməfzayi-təb’i-paki-Rəsul, Təsəlliyi-dili-paki-Rəsul üçün Həqdən Bəyani-qisseyi-Yə’qubü Yusif etdi nüzul. Və mənşəi-ibtilayi-Yə’qub oldur ki, ol Həzrətə Həqdən on iki övladi-zükur kəramət olunub cümləsindən sirətdə və surətdə Yusuf əkməl və əcməl vaqe’oldu. Netəki, Sərihi-Tənzil andan xəbər verir ki, haşəlillah mahaza bəşərən in haza illa mələkun kərim. Şe’r: Cəmali-bibədəlü fitneyi-xəvasü əvam, Güli-həmişəbəharü məhi-həmişətəmam. Eşqü məhəbbət mülazimi-hüsnü məlahət olmaq adəti-mə’hud olmağın dideyi-bəsirəti-Yə’qub Yusufun kəmali-cəmalinə bir qayətdə valeh oldu ki, baqi övladın fəramuş qıldı. Övladi-Yə’qub bu haləti müşahidə qıldıqda atəşi-rəşk mürüvvətlərin yaxub və seylihəsəd binayi-məvəddətlərin yıxub Yusufun dəf’inə və rəf’inə himmət dutdular və qaideyi-müra’ati-übüvvətü üxüvvəti unutdular. Şe’r: Həva tündbadi binalər yıxar, Həsəd atəşi xanimanlər yaxar. Həmişə müqəddəmati-məkr tərtib edüb intizari-fürsət çəkərlərdi ol zəmanədək ki, Yusuf vaqi’əsində mehrü mahü sitarəyi kəndusinə sacid gördü və Yə’qubdan anın tə’birin sordu. Və anın bu mübahatindən həsədi-ixvan ziyadə olub bir mövsim ki, Yusufu-gül Misri-gülzarın sultanı olmuşdi və dəşneyi-seylab kəfi-məxzubixəvatini-Misr kibi ə’zayi-laləzarı parə-parə qılmışdı, övlad ittifaqlə, Yə’qubun xidmətinə gəlüb ayıtdılar: "Ey asimani-nücumi-səadət və ey mə’dəni-cəvahiri-fütüvvət, əbkari-rəyahin pərdeyi-xəfadən çıxub aləməfruz oldu və məşşateyi-növbəhar cəmileyi-cümleyi-cəhanı hilyeyi-əzharlə müzəyyən qıldı; səriri-sədayi-seylab "Unzur ila-asari rəhmətüllah" – deyüb sükkani-Beytüləhzanə səlayi-seyri-səhra verür və zəbani-səbzeyi-növxiz "İnnəməl-həyatuddünya ləhvün və lə’bun" – deyüb müjdəyi-təmaşayi-biyaban yetirür. Şe’r: Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül, Sildi mirati-zəmiri-pakdən zəngar gül. San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim, Çıxdı andan daməni-çakilə Yusufvar gül. Nola ki, bu mövsimdə Yusufa rüxsət verəsən ki, bir neçə dəm laləzar seyrindən gül kibi könlü açıla və səbzə nəzzarəsi nərgisişəhlasın münəvvər və bənövşə ətri dimaği-lətifin müəttər qıla. Yə’qub ayıtdı: "Ey əzizlər, Yusuf nazpərvərdi-məsnədi-rahətdir, tərəddüd cəfasinə təhəmmül etməz və tiflinaziktəb’dir, siba’ü ziyabə müqabil olsa müqavimətə qüdrəti yetməz". Övladı ayıtdılar: "Ey pedəri-büzürgvar, Yusuf bizüm hirzi-hərasətimizdə olsa gərək, həmleyi-sibaə nə məcal ya əsəri-hiyleyi-zibayə nə ehtima?" Əlqissə ənva’iilhahlə Yə’qub Yusufun fəraqinə riza verüb, əndami-lətifin müləvvən camələr ilə müzəyyən qılub, övladinə həmrah edüb sifariş etdi ki, xarici-dərvazeyi Kən’andə Şəcərətül-vida’ altında bən gəlincə təvəqqüf edün, andan gedün. Anlar şəhrdən çıxub Şəcərətülvidayə yetdikdən sonra Yə’qub dəxi mütəaqib gəlüb, Yusufu ixtiyarsız bağrına basub, yüzün yüzünə sürüb ayıtdı: "Ey övladiəmcad, bəni Yusuf məhəbbətində məzur dutun ki, ixtiyar ilə degil". Şe’r: Ləzzəti-zövqi-cəmalı dəmbədən əfzun olur, Arizin gördükcə göz, könlüm betər məftun olur. Yusufa ayıtdı: "Ey cigərguşə, hətta ki, əgər qüdrətim oleydi, səndən ayrılmazdım, əmma nedim zəifhaləm. Ey fərzəndi-dilbənd, cəhd qıl ki, bu gecə müavidət qılasan. "Ya binəyyə ləv-bəqəytül-leylə lə-uhriqqu". Pəs, Yusufə ağazi-nəsihət etdi ki: "Ey qürrətül-eyn, əlləylətül hublə, mə’lum degil ki, yarın ayineyi-ruzigar nə surət göstərər və bustani-aləmdə nihali-hikmət nə səmər verər". Şe’r: Bu bəhri-nilgun bin mövc hər saət əyan eylər, Ülüləbsarə bir-bir kəşfi-əsrari-nihan eylər. "Hala sana dörd nəsihətim var: "Ya bunəyyə, la tənsiyəllahə, yə’ni mə’budunu unutma və iza vəqə’tə fi-bəliyyətin fəstə’in billahi", yə’ni əgər bir bəlaya düşsən, mə’budundan müavinət istə və əksir min qəvli həsbiyəllahü və na’vəl vəkil, yə’ni bu kəlməyi çox zikr et: "La-tənsani fə’innila-ənsakə", yə’ni bəni fəramuş etmə ki, bən dəxi səni fəramüş etməzəm". Rəvayətdir ki, Yusufun Bana nam bir həmşirəsi olub. Ol mütəvəccihi-səhra olduğu zəmandə uyğuda idi. Vaqisində gördü ki, Yusuf bir neçə gürgi-xunxarə giriftar oldu. İztirablə bidar olub Yusufu təfəhhüs etdükdə dedilər ki, mütəvəccihi-səhra olub. Fəryadü fəğanla şəhrdən çıxdıqda gördü ki, Yusuf Yə’qublə vida’ etməkdədir. Ayağına düşüb təzərrö’ qıldı ki: "Ey əziz, pərişan vaqiə görmüşəm, bu səfər əzimətin fəsx et; əgər təvəccöh lazım isə, bana mülazimətində olmağa rüxsət ver ki, müfariqətə taqətim yoxdur". Şe’r: Şəbi-vida’ səhərgahi-ruzi-hicrandır, Əsasi-bünyeyi-fəryadü ahü əfğandır. Əqlissə, iqtizayi-hökmi-qəza fəsxi-əzimətə riza verməyüb, Yusuf validibüzürgvar və həmşireyi-vəfadar ilə vida’ edüb ixvanicəfakarlə rəvan olduqda Yə’qub Rubilə ayıtdı: "Sən əkbəriövladımsan, Yusufu sana tapşırdum, səndən istərəm". Qaliba bu səhvdən ki, demədi Allaha tapşırdum, bunca fİraqə səzavar oldu və bunca bəlalara istehqaq buldu. Şe’r: Hiç məqsudə dəstərəs bulmaz, Qeyri-Mə’budə e’timad qılan. Vasilə-mənzilə-murad olmaz, Unudub anı qeyri yad qılan. Və bir məşrəbə şirü şəkər Rubilə təslim etdi ki: Yusufun təb’inazikində tabihərarətə taqət yoxdur, təşnə olduqda bu məşrəbdən hərarətinə təskin verəsüz və ziyadə təvəqqüf etməyüb Yusufu bana yetürəsüz ki, siz gələnədək bən mənzilimə getməzəm. Əqlissə, anlar rəvan olub və Yə’qub əsərlərinə nigaran qalub hər ləhzə bin ahicigərsuz çəkərdi və hər dəm bin qətrə sirişki-laləgun tökərdi. Şe’r: Getdi ol sərv ki, kami-dili-divanə idi, Mürği-can nuri-ruxi-şəm’inə pərvanə idi. Qaldı hicrində könül müztəribü sərgərdan, Ey xoş ol dəm ki, ana həmdəmü həmxanə idi. Yə’qubun ərsəyi-müşahidəsində olduqca Yusufu qardaşları mükərrəm və möhtərəm dutub, gah kökslərinə alub və gah başlarına götürüb yürürlərdi. Şe’r: Kimi köksündə eylərdi məqamın, Kimi başda məqami-ehtiramın. Kimi eylərdi gərdi-damənin pak, Yolunda rəf’edərdi xarü xaşak. Kimi təkrar edüb göftari-şirin, Verürdi nazənin təb’inə təskin. Güruhi-hiyləəngizü cəfacu Kəmali-məkr ilə Yə’qubə qarşu Qılub izhari-asari-tələttüf, Qılurlardı qamu tə’zimi-Yusuf. Çun imtidadi-bü’di-məsafət Yə’qubla övlad arasında hail oldu və rişteyi-məddi- şüai-bəsəri-Yə’qub tiği-seyli-əşklə inqita’ buldu, ol bivəfalar qüvvətdə olan kinlərin fe’lə gətürdilər və pərdeyi-müvasa və müdarayı aradan götürdülər və Yusufu ki, əfsəri-fərqi-rif’ət və gövhəri-taci-səadətləri idi, əmmameyi-matəm kibi başlarindən xakiməzəllətə buraxdılar ki: "Ey sahibi-rö’yay-kazibə, məscudləri olduğun mehrü mahə istiğasə qıl sana ia’nət etsünlər və vaqiədə gördügün sitarələrdən təvəqqə’ et [ki, hubuti]-əxtəri-iqbalinə müsaid olsunlar". Əlqissə, Yusuf övci-tə’zimdən həzizi-təxfifə düşüb hər kimə təvəccöh etdi, təərüz eşitdi və hər canibə ki, mail oldu azar buldu. Zülm əlilə əmaməsin başından alub və nə’leynin ayağından salub sünbüli-geysusin pərişan etdilər və xarü xara üzrə anı pabürəhnə yürütdülər. Şe’r: Kəfi-payın cərahət qıldı pürxun, Səmən bərgini xunab etdi mülgun, Qubaraludə oldu mah ruyi, Pərişan cə’di-muyi-müşkbuyi. Kimə kim, eylədi dərdini izhar, Ana əlbəttə andan yetdi azar. Kimin kim, damənini dutdu ol pak, Giribanını qıldı gül kibi çak. Kimin kim, ayağına düşdü ol nur. Başından qıldı rə’fət sayəsin dur. Ol vəqtədək ki, dərəceyi-aftab irtifa’ buldu və həva sineyi-suzani- Yə’qub kibi aləmsuz oldu, atəşi-ətəş cigər və sinəyə hiddətihərarət buraxdı və ləhibi-şiddətitəəttüş xirməni-səbrü qərarın yaxdı. Şe’r: Pəjmürdə qıldı sərvi-xuramanı qəhti-ab, Gülbərgə düşdü tabi-hərarətdən iztirab. Yusuf qayəti-iztirabdən Rubilə ayıtdı: "Ey bəradər, bən sənün xiteyihimayətində və hövzeyi-hərasətindəyəm, bənim siğəri-sinnimə rəhm et və fəryadimə yet". Andan iltifat bulmayub Şəm’unə ayıtdı: "Ey bəradər, tiği-tüğyani-ətəş rişteyi-həyatım qət’indədür, nola bir qətrə su ilə naireyiiztirabimə təskin verəsən və validi-büzürgvarım həmrah edən məşrəbədən canisuzanimə rahət yetürərsən". Şəm’unibimürrüvvət ol məşrəbəyi toprağə töküb ana vermədi və ol şirü şəkkəri tirə toprağə rəva gördü, ana layiq görmədi. Netə ki, dəşti Kərbəlada bə’zi bədbəxtlər zülali-Fəratı ki, cəmi’i-məxluqə mübah ikən Ali-Mustəfadən qət’ etdilər və təriqi-hidayət zahir ikən rahizəlalət dutdular. Şe’r: Ruzi-rəzmi-Kərbəla rahi-xəta dutmuş Fərat, Qılmamış Ali-Məhəmməd dərdinin dərmanini. O səbəbdəndir bu kim, üzr ilə dutmuş müttəsil, Eyləyib fəryad xaki-Kərbəla damanini. [Əlqissə], Şəm’un ayıtdı: "Ey Yusuf, qarındaşlarından təvəqqö’ etdigün qətreyi-ab dəşneyi-tiği-abdardür və təmə’ eylədigün iltifat növki-xəncəri- xunxardur". Yusuf ki, və’idi-həlak eşitdi, məxafətiqətlindən əklü şürbi fəramuş etdi. Şe’r: Çü növmid oldu əfğan etdi Yusuf, Düri-əşkini qəltan etdi Yusuf, Cigər qanilə müjganun qılub nəm, Nəmi-müjgan ilə derdi dəmadəm Ki, ey seyli-sirişki-tündrəftar, Çü mane’ yox sana, lütf eylə zinhar. Yürü Yə’qubə halimdən xəbər ver, Qəmi-bie’tidalimdən xəbər ver. Xəbər ver söylə, ey piri-bəlakeş, Qılıbdur Yusufu gərdun müşəvvəş. Olubdur xaki-zillət xaksarı, Nə həmrazı, nə qəmxarı, nə yarı. Aya, əgər Yə’qubi-pərişanruzigar Yusufu-xücəstəxisalı ol zillətlə görsəydi, nolurdu halı və gər Həzrəti-Mustəfa Kərbəlada Hüseynin əhvalinə müşahidə qılsaydı, nə qayətə yetərdi möhnətü məlalı. Şe’r: Təhqiqi-möhnətü qəmi-Ali-Əba üçün, Səhrayi-Kərbəlaya güzar eylə, ya Nəbi. Hali-Hüseynə xaki-məzəllətdə qıl nəzər, Əndişeyi-qəribi-diyar eylə, ya Nəbi. Əlqissə, Yusuf cümlədən növmid olub, ruyi-təzərrö’ qibleyimünacata dutub ayıtdı: "İlahi, netə ki, nari-Nəmruddən Xəlilə nəcat verdün və tufani-iztirabında Nuha mədəd yetirdün, bana dəxi bu hadisədən aman ver". Yusufun nəsimimünacatı Yəhudanın rövzeyizəmirində güli-riqqət açub Yusufə ayıtdı: "Ey bəradər, təvəhhüm etmə ki, bənim bəqayi-həyatimdən əsər olduqca sana əsərifəna yetməz və sərsəri-afət hisari-himayətimdə gülşəni-əhvalinə güzar etməz". Sair ixvan Yəhudanın zilli-himayətin Yusufun üzərində məmdud görüb, qətlindən təcavüz edüb bir qeyr tədbir etdilər. "Və əcmə’u ən yəc’əluhu fiğiyabətil- cubb". İttifaqən Kən’andan üç mil miqdarı dur bir çahi-bə’idülğəvr var idi məhcur; Yusufu ol çah üzərinə ilətüb buraxmaq tədarükündə olduqda, Yusuf ol vaqiə hövlindən iztirabə düşüb, ixvani-bivəfanın əllərin öpüb, ayaqlarına yüz sürüb istiğasə qılurdı, əmma faidə qılmazdı və heç birinün dilisəxti onun müruriseyli- sirişkindən nərm olmazdı. Şe’r: Dərda ki, dari-dəhrdə bir yar qalmadı, Şərhi-qəmi-dil etməgə qəmxar qalmadı. Tey qıldı cövr dövri-mürüvvət büsatını, Mütləq büsati-dəhrdə dəyyar qalmadı. Yusuf gördü ki, ümidi-nəcat yox, təzərr ö’etdi ki: "Ey əzizlər, möhnət verün ki, iki rik’ət nəmazə qiyam edim". Dedilər: "Sən [nə bilürsən] nəmaz nədir?" Yusuf ayıtdı: "Əgərçi tifləm, əmma pedəribüzürgvarimlə mehrabi-ibadətə çox təvəccöh edüb adət etməgin mə’lufum olmuşdur". Əlqissə, icazət alub nəmazə məşğul olduqda münacat etdi ki: "Ya Rəb, İmami-məhamım sənin qəbzeyi-iqtidarindədir, səndən himayət istərəm" – deyüb münacatından fariğ olduqda ol bivəfalar italeyi-dəsti-təğəllüb qılub bədənimübarəkindən pirahənin çıxarmaq istədikdə Yusuf ayıtdı: "Ey bimürüvvətlər, zindəyə setri-övrət və mürdəyə kəfən ləvazimdəndir. Nola gər pirahənimə mütəərriz olmayasız?!" Dedilər ki, xunalud edüb Yə’qubə göstərmək məsləhəti üçün pirahən bizə mətlubdur. Təzərrö’ faydə qılmayub, bədəni-lətifin qönçəvar pirahəndən müərra qıldılar və muyi-miyaninə rişteyi-rəsən peyvənd edüb tirə çahə endirdilər. Şe’r: Tənini pirahəndən qıldılar ur, Gülün bərgi-səməndən saldılar dur. Rəsənlər eyləyib ə’zasinə bənd, Dərunin yaxdılar qəndil manənd. Müqəyyəd olmayub fəryadü ahə, Anı endirdilər ol tirə çahə. Şüa’i-nuri-ruyü bərqi-ahı Münəvvər eylədi ol tirə çahı. Əmma hənuz nisfi-rahi-qə’ri-çah qət’ olmadan ol rəsəni silsileyirabiteyiməhəbbətləri kibi qət’ etdilər və ol biçarəyi tənha buraxıb ol çahın üzərinə xarü xaşak yığub üzərindən getdilər. Rəvayətdir ki, Yusuf qeyrdən qət’i-ümid edüb kəndüsin Vacibülvücudə təslim etdi və qayəti-dəhşətdən bihuş olduqda Həzrəti-Izzətdən Cəbrailə hökm oldu: "Ya Cəbrail, ədrik’əbdi. Filhal Cəbrail Yusufu götürüb qə’ri-çahə yetürdi və hüləli-behiştdən setribədən verüb, pərübalin səhhət üçün cərahətlərinə sürüb və sərimübarəkin xakiməzəllətdən götürüb surəti-əhvalinə heyran ikən nida gəldi ki: "Ey Cəbrail, Yusufun bir neçə gün müanəsətin ixtiyar et ki, qəribdir. Bidar olduqda ana bənim səlamım yetür və müjdeyi-nəcat ver". Cəbrail ayıtdı: "İlahi, icazət ver ki, kəndümi ana Yə’qub sürətində göstərəm ki, qayətdə müştaqdır". Yusuf ol xabi-dəhşətdən bidar və ol sükri-möhnətdən huşyar olduqda Cəbraili Yə’qub sanub fəryadə gəldi ki: "Ya əbətah, gördünmü ixvani-bivəfa bana nə cəfalər qıldılar və nə üqubətlər ilə bəni bu zindani-bəlaya saldılar". Cəbrail ol iztirab taqət gətirməyüb ayıtdı: "Ey Yusuf, bən Yə’qub degiləm, Cəbraili-Əminəm, rəsuli-Rəbbül-aləmin". Həzrəti-Həqq sana səlamlar yetirür və fəraqi-validin xüsusunda tə’ziyət verür və hökm edər ki, bəlaya təhəmmül qılasan və səbrlə nəcatə ümidvar olasan. Şe’r: Səbr qıl, səbr ilə məqsudinə səbr əhli yetər, Səbr edən səbr ilə sərrişteyi-məqsud dutər. Rəvayətdir ki, Yə’qub övladlə vida’ etdiyi mənzildən mütəhərrik olmayub, ol müsafirlərin müraciətinə intizar çəkərdi və ləhzə-ləhzə yadi-rüxsari-Yusuf edüb, ahi-həsrət çəküb, didədən əşki-nədamət tökərdi ol zəmanadək ki, Yusufu-xurşid rəsəni-şü’a ilə qə’ri-çahiməğribə nüzul etdi və qübari-küdurəti-zülmət dudi-dili- Yə’qub kibi səfheyi-ruzigarı dutdu. Qət’ən müsafirlərdən əsər peyda olmayub, Yə’qubun iztirabı ziyadə olub derdi. Şe’r: Bir xəbər ver, ey səba, sərvi-rəvanım qandadır, Canımın aramı yox, arami-canım qandadır? Neylədin, netdin, fələk, xurşidi-aləmtabimi, Ol rüxi fərxündə, mahi-mehribanım qandadır? Və dəmbədəm təxəyyül edərdi ki, aya, övci-əməldən əxtərimuradım tülu’inin tə’xirinə nə səbəb vaqe’ oldu ola və asimaniduadən ayəti-rəhmət nüzulinə nə mane’ oldu ola? Şe’r: Bəni dur etdin, ey dövri-fələk, bir mahsimadən Ki, zövqi-vəsldir yegrək bana dünyavü üqbadən. Şəbi-tarikdən, ey gərdun, qiyas etgil onun halin Ki, düşmüşdür cüda bir aftabi-aləmaradən Yə’qub təmam gecə bu sürudlə mütərənnim idi, ol vəqtədək ki, Yə’qubi-səfidmuyi- sübhi-sadiq Yusufu-xurşid iştiyaqindən ahi-sərd çəkdi və piri-gərduni- xəmqamətə ol ahi-sərddən riqqət qılub sitareyi-sirişkin tökdü. Yə’qub ədayinəmazi- sübh edüb, ol gün dəxi mənzilinə müraciət qılmayub, Şəcərətül-vida’ altında sayəvar yerdən yerə mütərəddil olub, ol şəm’i-şəbistani-səadətün intizari ilə növhələr qıldı. Əmma ixvani-Yusuf ol əmri-qəbihə irtikab etdikdən sonra ol gecə müraciətləri müyəssər olmayub, bir səhradə qalüb uyquya getdilər. Nisfülleyldə Yəhuda sair ixvanindən məxfi, çah üzərinə gəlüb nida qıldı ki: "Ya əxi, əhəyyün əntə əm məyyitün?" Yusuf ayıtdı: "Aya, sən kimsən ki, qəriblər halın istifsar edərsən?" Dedi: "Bən Yəhudayam, ey bəradər, nədir halın?" Yusuf ayıtdı: "Ey əziz, nola halı anın kim, qeyrilərdən cəfa gördükdə müavinətin istədigi qövmdən cəfa görüb, atəşi-fəraqi-pedər və naireyi-cəfayibəradərdən xirməni-həyatinə hirqətifəna yetə və xidmət üçün damənin dutan tayifə bidad üçün giribanın duta". Şe’r: Qəribi-mülki-eşqəm, qeyri-əşkü ah, dərdü qəm Nə bir müşfiq, nə bir munis, nə bir yarü nə bir həmdəm. Yəhuda ayıtdı: "Ey bəradər, keyfiyyəti-halın mə’lumdur, vəsiyyətin var isə bəyan et". Yusuf ayıtdı: "Vəsiyyətim budur ki, validi-büzürgvarım hüzurində məclisi-cəmiyyətünüz in’iqad bulduqda bənim pərişanlığımı fəramuş etməyəsüz və cəhdiniz olduqca ol piriəzizin könlün yaxub xatirin incitməyəsüz". Allah, Allah! Nə münasibdir bu vəsiyyət ana ki, Həzrəti-Sultani-Kərbəla İmami- Zeynəlabdinə vəsiyyət qıldı ki: "Ey fərzəndi-dilbənd, səlamımı süləhayi-ümmətə yetür və iltimas et ki, hər qanda bir məzlum və bir qərib müşahidə qıldıqda bənim qəribliyim və məzlumluğum yad edələr". Şe’r: Ey qılanlar arizuyi-abi-Kövsər dəmbədəm, Təşnə dünyadan gedən Ali-Rəsuli yad edin. Macərayi-Kərbəla zikrin qılın şamü səhər, Təb’iniz ol zikri-rə’fətbəxşlə mö’tad edin. Rəvayətdir ki, Yəhuda hənuz müraciət qılmadan bəradərlər xəbərdar olub əqəbincə gəlüb giryan gördülər, dedilər: "Səbəbi-giryə nədir?" Dedi: "Bu qərib üçün ağlaram". Bəradərlər anı məlamət edüb səri-çahi möhkəm edüb mütəvəccihi-Kən’an oldular və Yusufun pirahənin bərgi-gül kibi xunin edüb siba’ə aldırdıq deməyə ittifaq qıldılar. Şəcərətül-vida’ə qərib olduqda Yə’quba mülazim olan Dina nam düxtəri-büləndəxtər gördü ki, övladi-Yə’qub gəlürlər, əmma Yusuf aralarında yoxdur, ə’zasinə lərzə düşüb müztərib olduqda Yə’qub ayıtdı: "Ey zəifə, bu nə rə’şədür?" Ol mə’sumə və ol məzlumə ayıtdı: "Ey pedəri-büzürgvar, övladın göründü, əmma Yusuf görünməz, bilməzəm nə hikmətdir". Şe’r: Güllər açıldı, görünməz ol güli-xəndan, nə sud! Çıxdılar səyyarələr, çıxmaz məhi-taban, nə sud! Bu halə müqarin övladi-Yə’qub bildilər ki, hənuz Yə’qub Şəcərətul-vida’ altındadır: hiylə ilə giribanların çak və məkrlə didələrin nəmnak edüb "Va-əxahu va-Yusufah", – deyüb növhəyə başladılar. Dina surəti-hallərində məzmunə müttəle’ olub Yə’quba xəbər verdikdə Yə’qubi-biçarə bihuş olub düşdükdə Dina fəryad etdi ki: "Ey əzizlər, Yə’qub əldən gedüb, ayaqdan düşdü, mədəd qılun". Övladi-Yə’qub ol piri-məzlumun üzərinə cəm’ olub, Yəhuda ayıtdı: "Ey cahillər, bu nə fikri-xəta və əndişeyi-nasəvab idi ki, qıldınuz, həqqa ki, bu tədbirin nəticəsi dünyada məlalətdir və axirətdə xəcalət". Əlqissə, Yə’qubi-namuradi bihuş ikən ol xaki-məzəllətdən götürdülər və kəndü möhnətxanəsinə yetürdilər. Bir müddətdən sonra Yə’qub dideyi-nəmnak açub Yusufu istifsar etdikdə ol cəfaculər rişteyi-təzvirə tab verüb Yusufun pirahəni-xunaludun araya gətürdilər və siba’ü ziyabə töhmət buraxub, naləvü əfğanlərin əflaka yetürdilər. Yə’qub ol xəbərdən yenə bihuş olub, bir müddətdən sonra özünə gəldikdə ayıtdı: "Ənə-əynə". Dedilər: "Kəndü mənzili-kəramətində və məqərri-səadətindəsən". Yə’qub ayıtdı: "Haşa, çün Yusufum yoxdur, mənzilim mənzili-tə’ziyətdir və məqamım məqaminədamət". Şe’r: Nedərəm canü cəhanı, bana dildar gərək, Nədürür canü cəhan, aşiqə didar gərək. Əlqissə, Yə’qubi-həzin libasi-matəm geyüb və binayi-beytüləhzan qılub, naləvü əfğanı bir qayətə yetürdi ki, məlaikeyi-asiman mütəsədde’ olub münacat etdilər ki: "Ya Rəb, Yusufu Yə’quba vasil et, ya bizə rüxsət ver ki, yer yüzünə enib ana mürafiqət qılalum". Cəbrail ayıtdı: "Ya Yə’qub, əbkəytə bibukaikəl-məlaikətətə" Yə’qub ayıtdı: "Ey Cəbrail". Şe’r: Bəsteyi-dami-qəmi-hicrani-yarəm, neyləyim, Eyb qılman giryəmi, biixtiyarəm, neyləyim. Yə’qubun abi-çeşmi-əşkbarı bir mərtəbədə rüxsəti cərəyan buldu ki, səvadimərdümi- çeşmin bəyazi-didədən məhv qıldı, netəkim, "Səhihi-Tənzil" andan xəbər verür: "Və’bəyəzzət əynahu min-əlhuzni" .Nəqldir ki, Həzrəti-İmam Zeynəlabdin vaqieyi-Kərbəladan sonra həmişə giryan idi, iltimas etdilər ki: "Ya İmami-zəman, kəsrəti-büka ilə iqdam etmə, səbr et". Ol Həzrət buyurdu ki: "Ey əzizlər, bəni mə’zur dutun". Şe’r: Bir oğlundan cüda düşmüşdü Yə’qub, Hücumi-giryə qılmışdı gözün kur. Əcəbmi giryə qılsam bən ki, düşdüm Neçə Yusuf kibi mə’sumdən dur. Həzrəti-Yə’qub peyğəmbəri-mürsəldi, on iki oğlundan biri qayib olduqda və qayibin dəxi vüsalinə rica hasil ikən ol qədər ağladı ki, nöqteyi-səvadi-didəsin tiği-seyli-sirişk hək qıldı: "Bən ki, validibüzürgvarım və ə’mami-alimiqdarım və ixvani-büləndiqtidarım hüzurumda şəhadət buldular və biümidi-müraciət aləmibəqayə təvəccöd qıldılar, giryə qılsam əcəbmidir?" Şe’r: Bənim halım nə bilsin olmayan möhnət giriftarı, Bəla azürdəsi, qürbət pərişanı, qəm əfgarı. Rəvayətdir ki, övladi-Yə’qub Yusufu buraxıb getdikdən sonra hər zəman müavidət qılub əhvalın təcəssüs və təfəhhüs edərlərdi. Bir gün Malik nam bir tacirin güzarı ol çah üzrə düşüb Yusufu çıxardıqda övladi Yə’qub xəbərdar olub üzərinə varub, "bu bizim qulumuzdur" – deyüb anı Malikə satdılar və sifariş qıldılar ki: "Bu bəndə gürizpadır, bəndü zəncirsiz qoyman və əbdi-asidir, istifayi-əklü şürblə tüğyan vermən". Yusufu-siddiq anların kələmatın istima’ etdikcə təsdiq verüb səbr edərdi. Əmma bəndü zəncirə gəldikdə təvəqqüfsüz fəğanə gəldi. Malik ayıtdı: "Ey qulam, bəndeyi-gürizpayə bəndü zəncir lazımdır, nə fəğan edərsən?" Yusuf ayıtdı: "Ey Malik, bən bəndü zəncirdən ağlamazam, əmma ol gün yadimə gəldi ki, Həzrəti-Sultani-BargahiKibriya, Maliki-duzəxə hökm edə ki, ta’atimdən mütəmərrid olanları səlasilü əğlalə çək. Aya, bana bu cəfaləri rəva görənlərin halı ol gün nolur, — deyüb ağlaram". Malik bu xəbərdən mütəəsir olub ayıtdı: "Ey qulam, kələmatində əsəri-dərd var, bu bəndü bəlaya müstəhəqq degilsən, əmma xacələrün xatiri üçün bir dəm müqəyyəd olduğundan sonra səni itlaq edərəm". Çün övladi-Yə’qub Yusufu müqəyyəd etdirüb Malikə təslim etdilər və getdilər, Yusuf Malikə təzərrö’ etdi ki: "Ey Malik, lütf et, bəni bir dəxi xacələrim didarinə müşərrəf qıl". Malik ayıtdı: "Ey fəqir, bunca cəfadən sonra bu nə məhəbbətdir ki, səni anlara müştaq edər?" Yusuf ayıtdı: "Ey Malik, bunlar bənim məxdumlarİmdir, bunlardan cəfa gördükcə ülfətim ziyadə olur". Malik təəccüb edüb avaz yetürdi ki: "Ey əşrafi-Kən’an, tə’cil etmən ki, bu bəndə bir dəxi didarınıza müşərrəf olmaq istər". Övladi-Yə’qub təvəqqüf edüb, Yusuf zəncirin sürüyüb anlara mülhəq oldu, ayıtdı: "Ey əzizlər, hər cəfa ki, qıldınız sizə həlal edərəm, bu şərtlə ki, pedəribüzürgvar riayətində ehmal etməyəsüz". Yəhuda giryan olub ayıtdı: "Ey Yusuf, hala bir müsibətdir vaqe’ oldu, mərdanə olub cəhd et ki, xanədani-nübüvvətə seylabi-cəzə’dən xələl yetürməyəsən". Şe’r: Mərdanə gərək bəladə aşiq, Üşşaqə cəzə’ degil müvafiq. Bisəbr degil müradə qabil, Səbrilə olur murad hasil. Əlqissə, Yusufu bir naqəyə bindirüb bir qulami-ziştruyi-tündxuy ana müvəkkil etdilər və mütəvəccihi-darülmülki-Misr olub məhmiliəzimət yürütdülər. Yusufu-biçarə hər mərhələdə cərəsvar fəğan qılub və hər mənzildə mütəhəyyir və bizəban qalub, ənva’i-küdurətlə gedərkən yolda məqabiri-Ali- Ishaqə güzarı düşüb, validəsi məzarın görüb, ixtiyarsız naqədən kəndusin buraxub, ol qəbri qucaqluyub fəryad etdi: "Ya ümmah, mülahizə qıl ki, bəndələr kibi bey’ə girüb, sariqlər kibi zəncirə çəkilüb nə üqubətlərə giriftar olmuşam". Qəbrdən avaz gəldi ki: "Ya vələdah ya qürrətə əynah fəsbir innəllahə mə’əssabirin" Sübh olduqda Yusufa müvəkkil olan qulam Yusufu naqə üzərində görməyüb təcəssüs edərkən gördü ki, bir qəbr üzərində oturub növhə edər. Bimühaba bir neçə təpança ilə rüxsari-lətifin məcruh edüb ayıtdı: "Ey bəndeyi-asi, xacələrün sənin xüsusində sadiq olduqları mə’lum oldu". Yusuf heç cavab vermədi, əmma dərdlə bir ahi-sərd çəkdi ki, mülkü mələkuta qülqülə düşüb filhal, əbri-bəhar və rə’dü bərq peyda olub, bir tufan qopdu ki, əhli-qafilə mütəvəhhim olub dedilər: "Bu əlaməti-Qiyamətdir". Yusufun müvəkkili olan qualm ayıtdı: "Ey əzizlər, mən bu qulama bir neçə təpança urdum, bu qualm bir təzərrö’ etdi, bu əlamət zahir oldu". Malik ayıtdı: "Ey qulam, səbəbi-təpança nə idi". Qulam ayıtdı: "Naqədən düşüb fərar etmək tədarükündə idi". Malik ayıtdı: "Zəncirlə fərar etmək olmaz". Yusufu hazır edüb ayıtdı: "Nişə naqədən düşdün?" Yusuf ayıtdı: "Valideyimüşfiqəm qəbrin görüb ziyarətinə təvəccöh etdüm, bu zalım bəni bigünah incitdi, bən həm bir ah çəkdim ki, cəhanı tarik etdi". Şe’r: Dudi-dildən çehreyi-xurşidə gər çəksəm niqab, Ta Qiyamət əhli-dünyaya görünməz afitab. Əhli-qafilə Yusufa nəzəri-e’tibar ilə baxub iltimas etdilər ki: "Ey cəvani-əhlişə’n, bu küdurəti ayineyi-ruzigardən götür". Filhal, Yusuf göyə baxub ləbigövhərfəşanun duaya mütəhərrik etdikdə həvadan küdurət gedüb, səfaya mübəddəl oldu. Malik Yusufun bəndü zəncirin götürüb, faxir libasla müləbbəs edüb, mükərrəm və möhtərəm qıldı. Ey əziz, Yusuf məzari-madər görüb fəğan etdikdə böylə müəssir oldu. Mə’lumdur ki, müxəddərati-hücreyi-risalət və xəvatinisərapərdeyi- nübüvvət və əytami-əslabi-vilayət dəşti-Kərbəlada bədənsiz başları və başsız bədənləri görüb növhə qıldıqda nə əsər verüb. Rəvayətdir ki, əzizi-Misr, Yusufu Malikdən alub, Züleyxanun xidmətin ana müqərrər qıldıqda və Züleyxa anın dami-məhəbbətinə giriftar olduqda, çün eşqi- Züleyxa aludeyi-məcaz idi, tabi-məlamət gətürməyüb, kəndusinə rahət və mə’şuqinə möhnət rəva gördü və daməni-pakinə çaki-töhmət buraxub, bəndü zindanla ona azarlar yetürdi. Şe’r: Aləmi-eşq içrə oldur adəti-mə’hud kim, Aşiq əhli-dərd olub, mə’şuq olan bidərd ola. Hiç aşiq xatiri-mə’şuqə azar istəməz, Mərd olan mə’şuqə cövr etməz məgər namərd ola. Bir gün Züleyxa hökm etdi ki, Yusufu zəncirlə bir naqəyə bindirüb Misrin məhəllələrində gəzdirüb nida edələr ki: "Vəliyyi-ne’mət hərəmsarayində xəyanət qılanlarun cəzası budur". Bu xəbər şaye’ olduqda Misrin dərü divarı nəzzarə əhlindən səhayifi-təsvir oldu. Zira müşahideyi-cəmali-Yusuf əhli-Misri qayətiheyrətdən surəti-divar qıldı. Bu təriqlə seyr edərkən Züleyxa kisvəti-məchulla Yusufun güzərgahinə gəldi ki, halın görüb xələmatın istima’ edə. Və bu halətdə Yusuf münacat edərdi ki: "İlahi, bigünahəm, sən vəqaye’i-əhvalimə vaqifsən, rəhm et". Şe’r: Büzürgvar Xudaya, əsirü heyranəm, Şikəstəhalü dilazürdəvü pərişanəm, Müqimi-guşeyi-qəm, mübtəlayi-dami-ələm, Əsiri-dərdü giriftari-bəndü zindanəm. Cəbrail Həzrəti-Cəlildən gəlüb ayıtdı: "Ey Yusuf, bəndü zindandan ələm çəkmə ki, səngirizə həbsi-mə’adində müzayiqə çəkməsə, lə’li-abdar olub zivəriəfsəri- səlatin olmaz və qətreyi-ab təngnayi-sədəfdə məhbus olmasa, dürri-şahvar olub məhbublar vüsalinə dəstrəs bulmaz. Ey Yusuf, Züleyxa güzərgahində durub mütərəssidi-istima’i-kəlamındır, hökmdür ki, cəzə’ qılmayasan və kəsrətiələmdən mütəşəkki olmayasan ki, Züleyxa əməlindən xoşnud olmaya və sənin məlalindən sürur bulmaya". Rəvayətdir ki, Yusuf Züleyxaya yetdikdə münadi lisanında bu cari oldu ki: "Haza qulamun min-Kən’an vəl-əzizü əleyhi ğəzban". Cəbrail ayıtdı: "Ey Yusuf, münadiyə cəvab ver ki: "Haza xəyrun minğəzbanir- rəhman və mə’siyətil-rəbban və duxulinniran və sərabilil-qətran". Yusuf bu əda ilə mütəkəllim olduqda Cəbrail ol sədayi Züleyxaya irişdürdi və Züleyxa münfə’il olub, kəndü mənzilinə müraciət qılub, cariyəsilə harisizindana irsali-pəyam qıldı ki: "Minbə’d bu qulama cəfa rəva görməyüb, bəndü zəncirin götürüb hüsni-riayətində təqsir etməyə". Əlqissə, Yusuf yeddi il müqimi-guşeyi-zindan idi, əmma ol mərtəbədə əfğan edərdi ki, əhli-zindan derlərdi: "Ey əziz, gündüz nalə eylərsən, barı gecə təhəmmül et ki, bizə rahət müyəssər ola". Züleyxa bu hala müttəle’ olduqda buyurdu ki: "Zindandan şari’iammə bir dəriçə açalar, ola ki, sadirü varid nəzzarəsindən Yusufun dili-biqərarinə bir qərar gələ". İttifaqən ol dəriçə canibi- Kən’ana açıldı. Hər gecə ki, səlabəti-hinduyi-zülməti-şəb ol güzərgahdan xəlqin tərəddüdün qət’ edərdi, tənha Yusuf ol dəriçəyi məftuh edüb, canibi-Kən’andan mütəhərrik olan nəsimi müxatəb edüb, Yə’qubun əhvalın istifsar edüb, ana peyğamlar irsal edərdi. Şe’r: Bir xəbər ver, ey səba, ol mahi-tabandan bana Kim, qəmi-eşqində yüz qəm yetdi dövrandan bana. Olma qafil, Tanrıçün, daim tərəddüd eyləyüb, Gəh yetür bəndən ona peyğam, gəh ondan bana. Bir gün bir ə’rabiyi-şütürsəvar şəhərdən mütəvəccihi-səhra ikən, naqə anı buraxıb biixtiyar Yusufun zindaninə müqabil gəlüb lisani-hal ilə Yusufə səlam verüb ayıtdı: "Ey pəsəndideyi-Məliki-Cəlil və ey şükufeyi-Bəni-Israil, Kən’andan Misrə gəldim və hala Misrdən Kən’ana gedirəm; Yə’quba peyğamın varmı?" Yusuf ki, Yə’qub adın və Kən’an zikrin istima’ etdi, fəryadü fəğanı asimana yetdi. Şe’r: Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdün, Təni-bicanə candan, canə canandan xəbər verdün. Bu halətə müqarin ə’rabi iztirab ilə gəlüb naqəyə taziyanə urmaq sədədində ikən zəminə hökm oldu ki, ə’rabiyi həbs edə. Ə’rabi müqəyyəd olduqda Yusuf nida yetürdi ki: "Ya əxəl-ərəb, nə canibdən gəlürsən?" Ə’rabi ayıtdı: "Kən’andan gəlürəm". Yusuf ayıtdı: "Kən’anın qansı nahiyəsindən olurdun?" Ə’rabi ayıtdı: "Mənzilgahım çeşməsari-Bəni-İsrail və mərğzari-Ali-Yə’qubdur". Yusuf ayıtdı: "Ey bəradər, ol badiyədə heç bir dirəxti-barvər gördünmü ki, on iki budağı olub, birin sərsəri-afət qoparub bir müddətdir ki, əsli-dirəxt arizuyi-fər’ ilə pəjmürdə və bixi-dirəxt iştiyaqi-şaxsarlə əfsürdədir?" Ə’rabi ayıtdı: "Bu nüktə əhvali- Yə’qubdan kinayətdir ki, on iki oğlundan birin itirüb, hala bir müddətdir ki, yollar üzərində bir möhnətxanə bina qılub, ismin Beytül-Əhzan qoyub, anda sakin olub, sadirü variddən xəbər sorar, əmma əsər bulmaz". Şe’r: Hiç kim, ya Rəb əsiri-dərdi-hicran olmasun, Mənzili Yə’qub nisbət Beytül-Əhzan olmasun. Aşiqin bir dəm muradınca mədar etməz fələk, Necə hər dəm gəlməsün fəryadə, giryan olmasun. Yusufun dərdi bu xəbərdən ziyadə olub ayıtdı: "Ey ə’rabi, hala əzimətün nə canibədür?" Ə’rabi ayıtdı: "Badiyeyi-Hicaza əzm etişəm ki, anda məta’imünasib alub Kən’ana müraciət qılam". Yusuf ayıtdı: "Bu ticarətdə nə miqdar fayidə mütəsəvvirdür?" Ə’rabi ayıtdı: "Yüz dirəm". Yusuf ayıtdı: "Sana bir yaqut verəyim ki, qiyməti igirmi bin dirəmdən ziyadə ola, bu şərtlə ki bu mənzildən Kən’ana müraciət qılub, Beytül-Əhzanə gedüb ol pirə səlamım yetürəsən və xakipayinə niyazım ərz edəsən ki: "Ey Rəsuli-sahib-qəbul, zikrində olan qəribləri və fərağın çəkən binəsibləri həngami-dua fəramuş etməyəsən və səni unutmayanları unutmayasan". Ə’rabi ayıtdı: "Ey əziz, ismin nədür?" Yusuf ayıtdı. Şe’r: Səfheyi-çehrəmdə şərhi-möhnətim mərqumdur, Zahirimdən batinim keyfiyyəti mə’lumdur. İzhari-ism nə hacət?! Səhifeyi-surəti-halimdən keyfiyyətiməalım mə’lum etmək olur, bu asarü əlamətimdən ol pirə xəbər verdikdə kim olduğum bilür". Şe’r: Gör rüxi-zərdimdə, ey həmdəm, sirişki-alimi, Ol güli-rə’naya bu rəng ilə bildir halimi. Ey ə’rabi, əgər anın mərdümi-çeşmi rəhgüzari-seylabi-sirişkə məhv oldusa, bənim xali-rüxsarım xuni-cigər girdabında nayab oldu və əgər anın məqamı Beytül-Əhzan isə, bənim mənzilim bəndü zindandır. Ey ə’rabi, bu yaqutu alub lə’li-sirişkimdən ol mə’dənimürüvvətə xəbər yetür ki, anı fərəhnak edüb duasın alasan, zira müstəcabüd-də’vətdir". Ə’rabi ayıtdı: "Bən giriftari-zəminəm, hərəkətə qüdrətim yoxdur". Yusuf ayıtdı: "Ey ə’rabi, bu naqə mübarəkdir, səndən müqəddəm badiyeyi-qürbət giriftarlarına sükkani Beytül-Əhzan peyamın gətürdi və talibə mətlüb müjdəsin yetürdi; müstəhəqqiüqubət degil, təərrüzündən təcavüz et". Ə’rabi tövbə qılub ol müzayiqədən nəcat buldu və ol yaqutu alub canibi- Kən’ana rəvan oldu. Yusuf ol ə’rabi ardınca sirişk seylabın töküb deyərdi: "Ya ləytə Rahilə ləm təlidni". Şe’r: Çün dəmi şad olmazam dövri-cəfa-əncamdan, Kaş hərgiz doğmayaydım madəri-əyyamdan. Əlqissə, ə’rabi Kən’ana yetüb, nisfül-leyldə Beytül-Əhzana gəlüb, Yə’quba səlam verüb ayıtdı: "Əssəlamu əleykə ya nəbiyullah, əs-səlamu əleykə əyyuhəlməhmum, əssəlamu əleykə əyyuhəlməğmum". Yə’qub ol sədadan bir fərəh ehsas edüb, hücrədən çıxıb ayıtdı: "Əleykəssəlam, ey bəndeyi-Xuda, nə canibdən gəlürsən?" Ə’rabi ayıtdı: "Peyğamım var Misr canibindən: Və təmamiyi-hekayəti təfsil ilə şərh etdi. Yə’qub ol peyğamdan süruri-tam və nişati-təmam bulub muradına yetdi. Şe’r: Əfakəllah, ey qasidi-xoşxüram, Yetirdün bana dilbərimdən pəyam. Rümuzi-nihan aşikar eylədün, Bəni vəslə ümmidvar eylədün. Ey ə’rabi, bu müjdə ilə cani-həzinimə kələmati-behcətasarla təmkin yetürdün və naireyi-hicranıma zülali-nöqteyi-göhərbarla təskin verdün, nə şükranə istərsən?" Ə’rabi ayıtdı: "Ya Nəbiyullah, dünya muradın Yusufdan hasil etmişəm, səndən nəcati-axirət üçün istid’ayi-dua qıluram". Yə’qub ayıtdı: "İlahi, bu bəndeyi-məğbuli səkərati-mövtdən fariğ edüb, müstə’iddi-düxuli-behişt qıl". Bu hala müqarin naqə zəbani-hal ilə fəryad etdi ki: "Ya Nəbiyullah, vasiteyi-pəyam bən idim, bən dəxi duaya möhtacam". Yə’qub ayıtdı: "İlahi, bu naqəyi behişt naqələrindən edüb, ana səbzəzaricənnət məzrate’in nəsib et". Ə’rabi ayıtdı: "Ya Nəbiyullah, bu zəman zəmani-icabəti-duadır, ol əsirizindan üçün dəxi bir dua qıl". Yə’qub ayıtdı: "İlahi, anı mətlubinə vasil edüb cəmi’i-muradın hasil et". Allah, Allah, nə xoş münasibdür Yusufun cəfalar görüb və bəndü zindana düşüb, Yə’quba irsali-peyğam etdügi şəhidi-Kərbəlanın cəfayi-qövmdən tə’ərrüz bulub dəşti-Kərbəlada möhnətlərə giriftar olduqda rövzeyi-Rəsulullaha ərzihal etdiginə. Zəhi təhəmmül ki, ixvanü əqarib bir-bir müqabilində şərbəti-şəhadət içüb, kəndü tənha qaldıqda mütəzəlzil olmadı və təğəyyür bulmadı. Şe’r: Dərda ki, əhli-danişü idrak getdilər, Məcruhü dilşikəstəvü qəmnak getdilər. Alayişi-zəxarifə aludə olmayub, Dünyaya pak gəldilərü pak getdülər. Rəvayətdir ki, Hüseyni-məzlum ixvanü əqaribdən sonra tənha qalub münacat etdi ki: Ya Rəb! Misra’: Zarü tənha qalmışam yarü diyarımdan cüda. Əhli-Beyti-risalət şahzadənin bikəsligin görüb, fəğana gəlüb, bir tərəfdən bənati-mütəhərrat giriban çak edüb və bir tərəfdən üxüvvatisalihat xuni-cigər birlə nəmnak edüb və bir tərəfdən Həzrəti-İmamZeynəlabdin sədayi-fəğanın mütəvəccihi-əflak edüb, qülqüleyimüsibət bir qayətə yetmişdi ki, fələki-birəhmin ol halətə rəhmi gəlüb, şiddəti-möhnət dövri-zalimi ol məzlumların halına mütəhəyyir etmişdi. Şe’r: Bənzəməz Yusufun əhvalına əhvali-Hüseyn, Nişə kim Yusuf olub bəsteyi-zənciri-mihən. Düşdü zəncirə, vəli qılmadı zəncirsifət, Tiri-bidadi-ədu cismini rövzən-rövzən. * * * Fəsli-ibtilayi-Musa Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti- Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və süfəhayi-qövm azarına səbr qılub şükr edərdi. Filvaqe’, anın şiddəti-əhvalı və kəsrəti-ihvalı şəbihdür vaqieyi-ŞahiKərbəlaya ki, istilayi-ə’dadan münzəcir olub, tərki-rövzeyi-Rəsul [edüb] yarü diyarından məhrum qalub, dəşti-Kərbəlada mübtəlayidami- məsaib və bəsteyi-bəndi-nəvaib olduqda təhəmmül pişə qılub, mütəzəlzil olmadı və əqideyi-səlahı təğəyyür bulmadı. Şe’r: Möhnəti-Musa degil manəndi-ənduhi-Hüseyn, Fərqin etmiş anlarun mizani-ənduhi-bəla. Şəm’i-bəzməfruzdur Vadiyi-eymən atəşi Nari-aləmsuzdur bərqi-əlayi-Kərbəla. * * * Fəsli-ibtilayi-İsa əleyhissəlam Təriqi-məhəbbət sabitqədəmlərinin və sərapərdeyi-möhnət məhrəmlərinin biri İsayi-mücərrəddir ki, suzənvar əsbabi-dünyadan keçüb sərrişteyi-fəna dutmuş və tərki-təəllüqati-fani edüb təriqitəcərrüd ixtiyar etmiş. Cəmaəti-Yəhud anı töhmətlərə mənsub edüb, səlbinə iqdam etdilər və mütabiətində inhiraf qılub, təriqi-müxalifətin dutdular. Netə kim, Həzrəti-Şahi-Kərbəla təsərrüfi-hökmi- xilafətdən ki, istehqaqla ana ənsəbdir, təcavüz qılub mücavirətirövzeyiRəsulullah ixtiyar etmiş ikən və təərrüzi-əmri-səltənətindən ki, irslə ana əqrəbdir, e’raz edüb guşeyi-qənaət dutmuş ikən zələmeyi-ümmət sərsəri-həvayinəfslə zövrəqi-təmkinin dəryayi-bəlaya salub və sərrişteyi-ixtiyarın zuri-bazuyizülmlə əlindən alub, qərqeyi-girdabifəna qıldılar. Şe’r: Qəsdi-qətli-İsiyi-Məryəm qılan saət Yəhud, Eyləmişdi müztərib anı mücərrəd bimi-can. Gör şəhidi-Kərbəla halın ki, həm can qıldı tərk, Həm fəraqi-alü övladıyla oldu imtahan. * * * Fəsli-ibtilayi-Əyyub Bəstəri-bəla bimarlarının və badiyeyi-fəna dilfigarlarının biri Əyyubi-bəlakeşdir ki, nəvidi-"İnnəllahə yuhibbu kullə qəlbin həzin" dili-pakın məxzənicəvahiri- iştiyaqi-hüznü məlal etmiş və əqideyi-"Ənə indəl-munkəsirəti qulubəhüm" həmişə dili-şikəstəsində təməkkün dutmuş. Zira sultani-səriri- Kibriyanın inayəti eyni-inadır və hakimi-divani-qəzanın iltifatı məhzi-bəladır. Şe’r: Birdürür məsdəri-cəlalü cəmal, Bir bilür qəhrü lütfü əhli-kəmal. Gərçi əhvali-müxtəlif çox olur, Birdir əsli-həqayiqi-əhval. Rəvayətdir ki, Əyyubi-səbur zəmani-möhnətdən müqəddəm qırx il müdavimi-nəvali-ne’mət və müqimi-riyazi-rahət idi. On iki fərzəndi olub, hər biri istiqlal ilə bir Süleymani-zəman idi; və dörd yüz məmluku olub, bə’zi qatarlarına sarban və bə’zi rəmələrinə şəban və bə’zi bustanlarına bağban idi. Əmma hərgiz kəsrəti-təəllüqat anınla mə’budu arasında hayil olmazdı və istifayimurad müdavimətizikrdən onu qafil qılmazdı. Məlaikə Əyyubun şiddəti-ibadətin və kəmali-itaətin görüb, təsəvvür qıldılar ki, ol ibadətə səbəb təysirimətalib və ol taətə bais hüsuli-məvahibdir; və güman etdilər ki, əgər izaleyi-ne’mət vaqe’ olsa və istimrari-mövhibət xələl bulsa, anın şükrü şikayətə mübəddəl olur və binayi- e’tiqadı təzəlzül bulur. Lacərəm imtahan üçün bir gün Həzrəti-Cəbrail Məliki-Cəlildən gəlüb ayıtdı: "Ey Əyyub, bir müddətdir ki, məzhəri-asari-ne’mətsən və müqimi-guşeyi-rahət. Vəqt oldu ki, rahət diyarından möhnət mülkünə mütəvəccih olasan və netə ki, ne’mət ləzzətin gördün, möhnət zövqün bulasan". Əyyubi-səbur ol xəbərdən əsla mütəğəyyir olmayub və təvəhhüm qılmayub ayıtdı: "Ey Cəbrail, bu dəxi bir ne’məti-qeyri-mükərrərdir ki, hər zaman bir aləmin seyri müyəssərdir". Şe’r: Bilməzəm bən kəndü rə’yimlə ziyanü sudimi, Bəndəyəm bən, padişahım yeg bilür behbudimi. Əlqissə, Əyyub müntəziri-bəla və mütərrəsidi-’ina olub, bir gün guşeyi-mehrabi- ibadətdə nəmazindən fariğ olub məşğuli-məvaizə ikən, bir tərəfdən şəban gəldi xəbər verdi ki, təmamiyi-rəmə seylaba qərq oldu və bir tərəfdən sarban gəlüb tə’ziyət yetürdü ki, cəmi’inaqələrin sərsəri-səmumdan fəna buldu və bir tərəfdən bağban gəlüb afəti-jalədən bustan həlakın təqrir edüb fəğana gəldilər və bir tərəfdən xədəmü həşəm zəlzələdən qəsrü eyvanın inhidamın xəbər verüb növhə qıldılar. Əmma Əyyub çün müqəddəmədən vaqif idi, bu xəbərlərdən iztirab etməyüb və bu hadisədən xatirinə qübari-küdurət yetməyüb, Həqq zikrinə məşğul idi. Nagah xəbər verdilər ki: "Ey Əyyub, on iki oğlun əkbəri-övladın mehmansərayində ziyafətə məşğul ikən səqfi-səray münhədim olub, on ikisi dəxi həlak oldu". İbtidayi-halətdə Əyyuba istilayi-cəzə’ biixtiyar yol buldu, əmma yenə qeyrəti-məhəbbət mən’ilə səbr edüb duaya məşğul oldu. Şe’r: Xatiri-yar əgər aşiqə azar istər, Gərək azar çəkə aşiq əgər yar istər. Küfrdür aşiqə əndişeyi-səhhət qılmaq, Yar əgər aşiqini dərd ilə bimar istər. Çün fövti-malü mənal və fövti-övladü əyal Əyyuba təğəyyür vermədi və binayi-e’tiqadına asibi-həvadis xələl yetürmədi, məlaikə ayıtdılar: "Ya Rəb, əfzəli-niəm şərəfi-səhhətdür və Əyyubi fövt olan ne’mətlərin istirdadına ümidvar edüb ibadətdə qayim edən ol ne’mətdir". Hökm oldu ki, imtahan üçün səhrayivücudu səririsultani- səhhət ikən seyrgahi-sipahi-səqam ola və məcariyi-üruq və ə’zasında hər qətrə qan bir kirmi-xunxar olub məfasifi-tərkibində mənzil qıla. Bu möhnətlə dəxi səbrinə ixtilal və əqdi-əqidəsinə inhilal bulunmadı ol zəmanədək ki, kirmlər zəbanü qəlbinə düxul etdilər və təfəkkür rəhgüzarın bağlayub təzəkkür sərçeşməsin dutdular. Əyyubibiçarə fəryada-gəldi və təzərrö’ qıldı ki, "Rəbbi inni məssəniyəzzurri", yə’ni bana zərər mütəvəccih oldu, zira cəmi’iələmdə zikrü fikrinlə təsəlli olurdum və qəmü ənduh gördükcə zikrində fərəh və fikrində tərəb təmənna qılurdum, hala dil ki, aləti-fikrdür və zəban ki, səbəbizikrdür, mərəz taracına getməkdədür və bəni təfəkkürdən məhrum və münacatdən mə’yus etməkdədir. Haşa ki, bu hala riza verəsən və bu bəndeyi-müxlisi fikrü zikrindən məhrum rəva görəsən". Şe’r: Zəban bülbüli-baği-zikrü sənadür, Dil ayineyi-hüsni-sidqü səfadür. Bəni bidilü bizəban qoyma, ya Rəb Ki, bidilligü bizəbanlıq bəladür. Həqqi-sübhanəhü və tə’ala, dili-mütəzzərre’ və zəbanimütəxəşşe’dən qəbulitəvəqqö’ qılub, cəmi’i-fövt olan ne’mətlərin istirdadına hökm qıldı və təniməksurinin cəbbarı və dili-viranının me’marı oldu. Ey əzizlər, əgər Əyyubi-səbur fövti-əmval və mövtiövladla mütəğəyyir olmayub səbr qıldı, şəhidi-Kərbəla dəxi xaniman yəğmaya verüb və ixvanü övladü ənsabının mövtün müşahidə qılub sabir oldu. Və əgərçi həzrəti-Əyyubun bədənində dörd bin kirmixunxar mənzil dutdu, şəhidi-Kərbəlanın tənində yüz bin peykaniabdar qərargah etdi. Şe’r: Demə kim şahi-Kərbəla ələmi Qəmi-Əyyubi-dilfigarcədür. Sanma kim, zəxmi-nişi-kirmi-zə’if Zərbi-şəmşiri-abdarcədür. * * * Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biri Zəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün Zəkəriyya mehrabi-ibadətində münacat etdi ki: "İlahi, şamişəbabə sübhi-şeyb irişdi və rabiteyi-canü tən riştəsinə tabi-müxalifət düşdü. "Fəhib li min-də-dunkə vəliyyən", yə’ni inayət qıl bana bir xələfi-sahibtəqva və fərzəndi-pakizəliqa". Həqq navəki-duasın hədəfi-icabətə yetürdi və Yəhyayi-mə’sumu ana verdi. Üç yaşına yetdükdə bir gün ətfali-məhəllə Zəkəriyya hücrəsinə cəm’ olub Yəhyaya təklifi-ləhvü lə’b etdilər. Yəhya hücrədən çıxmayub cəvab verdi ki, "Ma’lil-lə’əbu xələqna". Əlqissə, ibtidayi-tüfuliyyətdə riqqəti-təmamla məcbul olub və tərki-ləhvü lə’b qılub, həmişə istima’i-əhvali-qiyamətə mayil və keyfiyyəti-hövli-məhşərə sayil idi və dörd yaşında Tövratı hifz etdi və on yaşında əhkami-şər’iyyənin künhünə yetdi. Şəbü ruz giryan olmağın və mahü sal əfğan qılmağın bir gün Zəkəriyya münacat etdi ki: "Ya Rəb, səndən bir xələf istədim ki, süruri-sinə andan müyəssər ola. Bana bir nütfə kəramət qıldın ki, andan rahətüm getdi və naləvü əfğanı bəni azürdə etdi". Xitab gəldi ki: "Ey Zəkəriyya, sən bəndən fərzəndi-vəlişüar təmənna qıldun, budur vəlilər nişanı və salehlər şanı ki, həmişə giryan olalar və peyvəstə naləvü əfğan qılalar. Ey Zəkəriyya, hənuz sübhibəladan bu nişaneyi-səhərdür və atəşimöhnətdən bu bir şərərdür; təhəmmül qıl ki, ənqərib bu şükufənin meyvəsin dərəcəksən və bu qönçənin gülün görəcəksən. Ey Zəkəriyya, vəqtdir ki, səni başdan ayağa ərrə ilə iki parə qılalar və Yəhyanın hülqünə tiği-tiz həvalə qılub qətlinə mütəvəccih olalar". Şe’r: Yar səndən tərki-can istər, götür candan təmə’, Hər nə andan qeyr görsən, qət’ qıl andan təmə’. Şəm’vəş canan səni çün yaxmaq istər müttəsil, Atəşi-suzana gir, kəs abi-heyvandan təmə’. Əlqissə, xövfi-Yəhya bir qayətdə idi ki, ol hazır olduqda Zəkəriyya üqubatiməşhərdən bir kəlimə bəyan və bir hərf əyan edə bilməzdi. Bir gün Yəhyadan qafil olub, qayib sanub zikr etdi ki: "Duzəxdə Ğəzban nam bir kuhi-atəşin var ki, andan seyli-əşk ilə güzər etmək olur və bədrəqeyi-suzü güdazla payana yetmək olur". Yəhya eşidüb dürra’əsin buraxub canibi-səhraya rəvan olub, "Əl-veyl limən dəxələ Ğəzban", – deyüb fəğana başladı. Zəkəriyya anın əhvalina müttəle’ olduqda minbərdən yenüb validəsinə ayıtdı: "Ey zə’ifə, bu gün səhv edüb bir şəmmə əhvali-duzəxdən bəyan etdim: Yəhya istima’ edüb fəğan qılub səhraya düşdü. Mürafiqət qıl, səhraya gedüb anı istifsar edəlim". İttifaqla ol sitəmrəsidələr səhragərdü biyabannəvərd olub, üç gün səyahətə iştiğal qılub andan əsər bulmadılar və məqamına müttəle’ olmadılar. Beyt: Cana bənzər dilbərim bilmən məkanı qondadur, Kim bilür aləmdə ənqa aşiyanı qondadur. Dördüncü gündə bir şəbana yetüb sual etdikdə şəban ayıtdı: "Bən Yəhyanı görmədüm, əmma üç gündür bu kuhdən bir sədayi-dilsuz gəlür ki, istima’i hüzuruma mane’ olur". Ol canibə təvəccöh etdükdə gördülər ağəşteyi-xakü xun olmuş, bixud yatub. Üzərinə gəlüb fəryad etdükdə iztirabla göz açub öylə sandı ki, mələkül-mövtdür, qəbzi-ruh etməyə gəlmiş. Təzərrö’ qılub ayıtdı: "Ey mələkül mövt, ol qədər aman ver ki, pedəri-pirü madəri-zəifimi görüb vida’ edim". Validəsi ayıtdı: "Ey cigərguşə, bənəm valideyi-dilfigarın və madəribiqərarın". Yəhya xəbərdar olduqda fərar etmək tədarükündə ikən, ənvai-yəminlə təskin verüb və Zəkəriyya dəxi bir canibdən təzərrö’ qıldı və anı mənzilə gətürdülər. Bir miqdar ədəs təbx edüb Yəhyaya ərz etdikdə Yəhya andan bir miqdar tənavül edüb meyli-xab etdikdə vaqiəsində xitab etdilər ki: "Ey Yəhya, məgər Ğəzbanı fəramuş etdin ki, qida tənavül edüb fərağətlə yatdın?" Yəhya bidar olub yenə iztirabla fəğan qılub səhraya düşdü və fəryadü fəğanı asimana irişdi. Rəvayətdir ki, Yəhya müddəti-ömrdə hərgiz xəyali-mə’siyət xatirinə yetürmədi və zikrimənahi dilinə gətürmədi. Nəqldir ki, ruzi-Qiyamət iki növbət nidayi-amm edələr, bir növbət Yəhya üçün bu ibarətlə ki: "Ey əhli-məhşər, nəzzarə qılun bu bəndeyi-mə’suma ki, hərgiz əndişeyi-xəta zəmirinə yetməmişdir və mütləq ləzzati-dünyəvi təsərrüf etməmişdir". Cəmi’i-aləm göz açdıqda Yəhyayi-mə’sumə müşahidə qılalar və günahkarlar şərmsar olalar. Və bir növbət dəxi Fatimeyi-Zəhra üçün nida qılalar bu ibarətlə ki: "Ey mə’şəri-bəşər, "Əzzü əbsarəkum", yə’ni ey bəni-Adəm, göz yumun ki, Fatimeyi-Zəhra gəlür". Nəqldir ki, Fatimeyi-Zəhra ərəsatiMəhşərə bir növ’lə güzar edə ki, heç nazirin qüdrəti-nəzzarəsi olmuya və heç kim müşahidəsinə qüdrət bulmaya; kətfi-yəminində pirahənizəhraludi- Həsəni- Muctəba və kətfi-yəsarində cameyi-pürxunişəhidi- Kərbəla və kəfi-mübarəkində əmmameyi-xunini-ƏliyyiMurtəza qayəti-təzərrö’ ilə daməni-ərş dutub təzəllüm göstərə ki: "Ya Rəb, fəryadıma yet". Cəbrail Həzrəti-Seyyidi-Kainatə xəbər yetürə ki: "Ya Rəsulullah, Xatuni-Qiyamət daməni-ərşə əl urubdur və təzəllüm edüb, bargahi-ədalət dərgahında durubdur; vəqtdir ki, sərsəri-ahicangüdazından dəryayi-qəhri-İlahi təməvvücə gələ və aləmi qərqeyi-tufani-qəzəb qıla. Həzrəti-Seyyid iste’cal ilə ərş əyağına gəlüb Fatimeyi-Zəhraya nəsihət qıla ki: "Ey nuri-didə və ey arami-dili-qəmdidə, bu gün ruzi-müavinətdir, vəqtimüxasimət degil və zəmani-riayətdir, əyyami-şikayət degil. Sən Həsənin pirahənizəhralud və Hüseynin cameyi-pürxunun ələ alub, bən gisuyiqübaraludəmi açub dua qılalım və ümməti-günahkarlara şəfi’ olalım ki, Ərhəmür-rahimin əhli-isyanə rəhmət qıla. Xüsusən ol kimsənələrə ki, məzlumlarımız müsibətində və şəhidlərimiz tə’ziyətində didələrin giryan və sinələrin büryan etmişlər və qayibanə övladımız əzasın dutmuşlar. Şe’r: Əhli-Beytin yad edüb hər ləhzə abi-didəsin, Zaye’ olmaz əşk tökmək dideyi-xunbardan. Bu müsibət əşkinün hər qətrəsinə ruzi-Həşr, Əcrdir bin bəhri-rəhmət İzədi-Cəbbardan. Və əxbari-səhihədən nəqldir ki, Zəkəriyyayi-məzlum və Yəhyayi-mə’sumla müasir olan məliki-birəhmin bir mənkuhəsinin zövci-axirdən bir cəmilə qızı olub, kəndü pir olub, istid’a qıldı ki, qızın ol məlik əqdinə müqərrər qıla. Məlik Yəhya ilə bu xüsusda məşvərət qıldıqda. Yəhya riza verməyüb məliki bu əndişədən mən’ etdi. Ol məkkarə münzəcir olub Yəhya kinəsin xatirinə dutdu. Bir gün məlik cami-istilayi şəhvətdən məst ikən, qarşusında ol məhbubəyi müzəyyən qılub ana göstərdi. Məlik anın vüsalına həris olub tələbimüvasilət qıldıqda ayıtdı: "Bu surət Yəhyanın qanı tökülməyincə müyəssər olmaz və imkan bulmaz". Məlik Yəhyanın qətlinə hökm etdikdə üləmayi-əsr ayıtdılar: "Yəhyanın bi qətrə qanı yer yüzünə tökülsə, əczayi-üruqi-nəbat minbə’d peyvənd dutmuya və ruyizəmində bəhaim mütəmətte’ olmağa giyah bitməyə". Məlik hökm etdi ki, Yəhyanın başın bir teşt üzəründə kəsüb qanın təhtəssərada dəfn edələr ki, yer yüzünə tökülməyə. Əlqissə, cəlladlər müqərrər olub Yəhyanın qətlinə əmr olunduqda cəlladlar ayıtdılar: "Zəkəriyya müstəcabüd-də’vətdür oğlunun qətlin etməkdə anın duasından ehtiraz edərüz". Hökm oldu əvvəl Zəkəriyya qanın tökələr. Bu əzimətlə Zəkəriyyanın mənzilinə gəlüb Yəhyayı müqəyyəd etdikdə Zəkəriyya fürsət bulub bir canibə fərar etdi. Bə’zi kimsənələr Yəhyanı müqəyyəd edüb, bə’zi kimsənələr Zəkəriyya cüstücuyinə rəvan oldular. Zəkəriyya iztirabla gedərkən şiddətizə’fdən bitaqət olub, bir pənah istərkən bir dirəxti-ali görüb ana mütəvəccih olduqda dirəxt çak olub Zəkəriyyaya bətnində mənzil etdi. Zəkəriyya düxul etdikdən sonra surəti-iltiyam dutdu, əmma Zəkəriyyanın guşeyi-ridasın İblis çəküb dışra qoydu. Zəkəriyya təfəhhüsündə olanlar yetdikdə İblisi-lə’ini bir piri-saleh surətində görüb Zəkəriyya əhvalın istifsar etdikdə, İblis Zəkəriyyanın guşeyiridasın göstərüb ayıtdı: "Mətlubunuz bu dirəxt içindədür". Kafirlər Zəkəriyyanı dirəxtdən çıxarmaq tədarükündə ikən İblis ayıtdı: "Ey qövm, əgər qərəzünüz anın qətlidir, dirəxt içində müyəssər olur". Və anlara ikibaşlu bıçqu tə’lif edüb tə’lim etdi. Rəvayətdir ki, küffar Zəkəriyyanın fərqi-mübarəkinə ərrə qoyduqda Həzrətiİzzətdən nida gəldi ki: "Ey Zəkəriyya, bu hökm [i-müta’] bənümdür, əgər mütəəllim olacaq olsan, ismin cərideyi-nübüvvətdən məhv olmaq müqərrərdür". Şe’r: Aşiqəm dersən, bəlayi-eşqdən ah eyləmə, Ah edüb əğyarı əsrarından agah eyləmə. Eşq sultanı nə fərman etsə göstər inqiyad, İctinab etmə, tənəffür qılma, ikrah eyləmə. Zəkəriyya ayıtdı: "İlahi, çün bənim qanım sənin səri-kuyində tökülür, həqqa ki, əgər ərrəvar cəmi’i-əndamım zəban olsa, şükründən qeyri təkəllümə iqdam etməyəm və iztirab edüb təriqicəzə’ dutmayam". Əlqissə, ol ərrə ilə ol məzlumu fərqdən ta qədəm iki parə qıldılar, bir ah çəkmədi və dideyi-nəmnakından bir qətrə əşki-təzəllüm tökmədi. Beyt: Ləzzəti-cövrü bilən cövrdən ikrah etməz, Yarsalar cismini başdan ayağa, ah etməz. Əmma Yəhyayı müqəyyəd edənlər bir teşt üzərində sərimübarəkin bədənilətifindən cüda qılub ol nabəkara hədiyyə etdilər və qanın bir çahi-bə’idül-ğəvrə tökdülər. Rəvayətdir ki, qan hər il cuşa gəlüb gül kibi tazə olurdu ol zəmanədək ki, Büxtünnəsər nüsrət bulub anlardan yetmiş bin kafir qətl qıldı, ol xunrizdən sonra Yəhyanın qanı cuşdan sakin olub qərar buldu. "Şəvahidün-Nübüvvət"də İmami-Zeynəlabdindən nəqldir ki: "Həzrəti- Hüseyn Məkkeyi-müə’zzəmədən Kufəyə təvəccöh etdikdə heç mənzilə yetməzdi ki, Yəhyayi-mə’sum macərasın zikr etməzdi. Və buyururdu ki, ruzigarın ədəmimürüvvətin və fələkin kəmalivəqahətin görün ki, Yəhya kibi salehün sərisəadətməndin bir facirə hədiyyə etmiş". Və Sə’d bin Cübeyr, Əbbasdan rəvayətdir ki: "Bir gün Həzrəti-Rəsulullah xəbəri-vaqieyi-Kərbəladan mütəəllim olub təfəkkür edərdi ki: Aya, ol qəriblərin intiqamın zalımlardan kim alur ola? Həzrəti-Izzətdən vəhy gəldi ki: "Ya Rəsulullah, Yəhya bin Zəkəriyya üçün yetmiş bin kafir siyasətə yetdi, sənin fərzəndiərcmindün üçün yetmiş bin [kafir 40 siyasətə yetər]". Və bir rəvayət dəxi oldur ki, yetmiş kərrə yetmiş bin münafiq qətl olsa gərək. Filvaqe’, bu və’də vəfaya yetdi, zira Muxtar bin Əbu Übeydeyi-Səqəfi və Müseyyib bin Qə’qa’ Xüzai və İbrahim bin Malik Əştər Nəxə’i və Əbu Müslimi- Mərvəzi bir-birinə mütə’aqib xüruc edüb, səfheyiruzigardan əksəri-ə’dayi-Ali- Rəsulu məhv etdilər və qanlarından sirişki-məzlum kibi cuybarlar yürütdülər və "Üyunur-Riza"da məsturdur ki, "Mehdiyi-Ali-Məhəmməd qətəleyişühədayiKərbəlanın tətimmeyi-zürriyatın ruyi-zəmindən götürür və qaideyiasarü şərti-intiqamı ol Həzrət yerinə yetirür. Şe’r: Gər olmasaydı qərəz intiqami-xuni-Hüseyn, Zühuri-Mehdiyə çəkməzdi intizar vücud. Qəzaya qaideyi-səbr ixtira’indən, Cəzayi-qatili-Ali-Rəsuldur məqsud. * * * İkinci bab. Həzrəti-Rəsulun Qüreyşdən çəkdigi bəlaləri bəyan edər Həzrəti-Sultani-bargahi-risalət və nazimi-kargahi-şəriət, gövhəri-gənci-neyi-əsrari- hikmət, gülbüni-hədiqeyi-rəhmət dəri-xəzaneyinəsihət açub və dürcilə’lindən cəvahiri-həqiqət saçub buyurmuş ki, "İnnə ə’zəmil-bəlai mə’ə ə’zəməlvəlali" , yə’ni hər bəlaya bir cəza və hər ənaya bir əta müqərrər olmağın, məratibi-bəlavü əna irtifa’ buduqca mədarici-cəzavü əta mürtəfe’ olur. Və həmişə darüşşəfayimərhəmət əmrazi-möhnət mübtəlalarına mövqufdur və həmvarə övqati-təbibi-şəfaxaneyi-məkrəmət bimarlar müalicəsinə məsrufdur. Hər bəndeyi-sadiq ki, hədiqeyi-həqiqəti mənbəti-nihali-məhəbbətdür, lacərəm nihali-fitrəti mənməi-əzhari-məlalü möhnətdir. Yəhya bin Müaz Razi rəhmətullahi əleyh bir gün münacatında ayıtdı: "Ya Rəb, cərəyani-adəti-əhlialəm bu təriqlədir ki, bir kimsənə bir kimsənəyə məhəbbət buraxsa, anın cəmi’icəvanibindən riayəti-xatirin kəndüyə lazım bilür və mümkün olduqca anın hüsuli-məramına mail olur; nə əcəbdir ki, sən məhəbbətlə sərəfraz etdigüni möhnətlə mümtaz edərsən". Nida gəldi ki, "Ey Yəhya, bənim təriqim xilafitəriqi- əhlialəmdir, anların əlameyi-məvəddətləri asari-mərhəmət, bənim nişaneyi-məhəbbətim möhnətü ələmdtr". Şe’r: Rəncdür gənci-gövhəri-rahət, Dərddür gülşəni-güli-rəhmət. Ey xoş ol dərdməndi-qəmpərvərd Ki, rəfiqi qəm ola, həmdəmi dərd. Dərddən qeyr olmaya yarı, Qəmdən özgə rəfiqü qəmxarı. Bə’zi kütubi-səmavidən nəqldir ki: "Ey bəni-Adəm, hərgah ki, səyyadi-qəza səni nişaneyi-navəki-bəla qıla və cəlladi-fələk tiği- cəfa ilə qətlinə mail ola, "Fəqərri əynakə", yə’ni dideyi-ümidini nuri-riza ilə rövşən edüb şükr qıl ki, əlameyi-məqami-ənbiyavü övliya və nişaneyi-hüsuli-mərtəbeyi- izzü ə’ladır. Bu müəyyəndir ki, bəlayi-növ’i-bəni-Adəm sane’ə əqrəb olmağın sair məxluqatdan ziyadədir. Zira ibtidai-xilqətdə çeşmeyi-xunabədən rizqi məqsum olub, kəmali-zillətə giriftar olur və qüdrəti-tərəddüd bulduqda üqubəti-tərbiyəti-ustad və ənduhi-tə’limü irşadla müəzzəb olub, bir müddət ol möhnətdə qalur və mərtəbeyi-büluğ hasil etdikdə, kəməndi-kəsbi-məişət və silsileyi-təklifi-ibadət qeydinə düşüb, gah qəmi-dünya [və gah xövfi-] axirət qərarın alur. Və bu dəxi mühəqqəqdir ki, rütbeyi-bəlayi-ənbiya cəmi’i-bəni- Adəmdən ə’lavü ə’zəmdir; və bəlaya səbr edüb iktisabi-qəbuli-qürb etmək ənbiyaya müsəlləmdür. Şe’r: Ənbiyadür məzahiri-rəhmət, Ənbiyadür xəzaini-hikmət. Hər bəla kim, fələkdən etdi nüzul, Ənbiya qıldı ol bəlayı qəbul. Sipəri-navəki-qəm anlardur, Anın üçün mükərrəm anlardur. Və bu dəxi müqərrərdir ki, ol miqdar bəla ki, Həzrəti-Mustəfaya yetmişdir və ol miqdar zəhri-möhnət ki, ol Həzrət təcərrö’ etmişdir, heç peyğəmbərə müyəssər olmuş degil və heç kim bəlaya anın kibi səbr qılmış degil. Əgər bir cür’ə şərbət içsəydi, ana zəhri-bəla məmzuc idi və əgər bir xirqə geysəydi, tarü pudü rəncü ina’ ilə mənsuc idi. Filvaqe’, bir bəlayi’-əzimdür mütəsəddiyi-icrayi-əhkam olub, mütəəhhidi-şəfa’əti-əhli-isyan olmaq və qəflətsərayi-rahətdə xabi-fərağət sərməsti olan bihuşlar üçün gecələr səbahədək bidar olub dua qılmaq. Zəhi kamil ki, əgər mübəşşiri-izzət bargahi-qədrin qabiqövseynə cəksə, gərdi-təkəbbür daməni-iqtidarinə yetməzdi və əgər qaidi-hikmət giribani-şükuhin pənceyi-əczü inkisara tapşursa, dəstie’tiqadından daməni-təvəkkül getməzdi. Şe’r: Kəmali-e’tidali-təb’i ol qayətdə kim bulmaz, Təğəyyür gər zəminü asiman zirü zəbər olsa. Təkəbbür eyləməz me’raca çıxsa payeyi-qədri, Məzacı kəsr bulmaz fərşi-xaki-rəhgüzər olsa. Mücmələn, divani-qəzadan ol Həzrətin nami-şərifləri mərqum olan bəlaların ibtidası oldur ki, hənuz validə bətnində ikən, validibüzürgvarı vəfat edüb, sərrafiruzigar ol gövhəri-giranmayənün ləqəbin yetim qıldı və tövqi’i-rəfi’i-vücudişərifi bu tuğra ilə müzəyyən oldu. Beyt: Nola gər olsa yetim düri-dəryayi-həya, Gər yetim olsa, füzundur düri-dəryaya bəha. Və Həzrəti-İzəd məlaikəyə xitab etdi ki: "Əgərçi həbibim [yetim]dir, bən ana vəli və vəkiləm". "Nə’məl-mövla və nə’məl-vəkil". Rəvayətdir ki, iki yaşına yetdükdə valideyi-möhtərəmləri Məkkədən Mədinəyə nəql edüb, ol Həzrəti validi-büzürgvarınun ziyarətinə müşərrəf qılub müraciət etdikdə məriz oldu və Həzrəti Rəsul ol məxdumənün şəm’i-balini olub, dili-suzan və dideyigiryanla zar-zar ağlayub derdi. Şe’r: Getmə, ey ruhi-rəvan, hicr ilə zar etmə bəni, Yandurub firqətə bisəbrü qərar etmə bəni. Nəzərimdən güli-rüxsarini pünhan edübən, Xarxari-qəmi-hicr ilə figar etmə bəni. Ol sədəfi-gövhəri-risalət və nihali-şükufeyi-nübüvvət bihuş ikən huşa gəlüb, dideyi-əşkbar açdıqda Həzrəti-Rəsulullahın çehreyimübarəkində əşki-həsrət görüb zəbanihal ilə bu nüktəyə mütərənnim oldu. Şe’r: Təbarəkallahu fikə min ğulami, İn əsəhhə ma əbsərtə fil-mənami. Və əntə məb’usun iləl-ənami, Min indi zil-Cəlali vəl-ikrami. Ey fərzəndi-səadətmənd, mən vaqiəmdə görmüşəm və hatifdən dəxi istima’ etmişəm ki, sən peyğəmbəri-mürsəlsən. Əgər mən mülki-vücuddan iqlimi-fənaya mütəvəccih olsam, qəm çəkməzəm, zira sənin kibi yadigarım var". Şe’r: Qəm degil gər danəyi məhv etsə dövri-ruzigar, Çün nihali-barvər qalmışdır andan yadigar. Rəvayətdir ki, ənduhi-müfariqəti-madəri-mehriban izafeyi-sairinəvaib və əhzan olub, səkkiz yaşına yetdikdə cəddi-büzürgvarı Əbdülmüttəlib ki, kafiliəncamü məhəmmi-məram idi, dari-dünyadan intiqal edüb, ol Həzrətə əmisi Əbu Talib mütəkəffil oldu və yigirmi yaşına yetdikdə beş il şəbanlıq [etdi] və ol sən’ət zimnində riayətiümmət kəmalına yetdi. Və yigirmi beş ildən sonra Xədicə həzrətlərinə ittisal edüb, qırxıncı ildə nüzuli-vəhy ilə müşərrəf oldu və qırx üçüncü ildə ağazi-də’vət qıldı. İbtidayi-də’vətində on il Məkkədə əhliküfrdən ənva’i-şədayid və əsnafi-məkayid görüb cəfalar çəkdi. Nüsxeyi-"Zülalür-Riza"da məsturdur ki, [ol] Həzrətin səadətxanəsi iki cari-cayir arasında vaqe’ olmuşdu: biri Əbu Ləhəb və biri Ütbə bin Əbi Müqət. Şe’r: Gül necə qılmasun yəxəsün çak qüssədən, Hər dəm yetər ona qəmi-qürbi-civari-xar. Yaqut qəhr ilə necə xunindil olmasun, Çəkmiş zəmanə xarədən ətrafına hisar. Bə’zi təfasirdə məsturdur ki, Əbu Ləhəb mənkuhəsi Ümmü Cəmil əksəriövqatda rəhgüzarlardan xarü xaşak cəm’ edüb, gecələr ol güligülzari- risalət rəhgüzarına buraxırdı ki, ol Həzrət sübhdəm nəmaz üçün hərəmsəradan çıxdıqda qədəmi-mübarəki azürdə olub, məzacişərifi mükəddər ola. Tariq bin Abdullahdan nəqldir ki: "Bədvi İslamda bir gün bazar içində bir şəxsimübarəksurət gördüm, cameyigülgünlə nida qılurdi ki: Ya qövm. "Qulu lailahə illallah və tuflihu". Və bir zalım anın göftarına təkzib edüb derdi: "Ey qövm, bu kəzzabdır, qövlinə e’timad etmən". Və zəman-zəman səngi-sitəm birlə ə’zasın məcruh edərdi. Sual etdim ki: "Bunlar nə tayifədür?" Dedilər: "Bu sürxcamə Məhəmmədi-Qürəşidür, xəlqi imana də’vət edər və bu inkarinə iqdam edən əmisi Əbu Ləhəbdir və əksəri-sənadidi-Qüreyş Əbu Ləhəb tabe’i olub bu şəxsə gah sahir və gah şair derlər və gah kahin oxurlar və gah məcnundur deyə istehza qılurlar. Və ol Həzrət bu cəfaləri çəküb qət’ən də’vətdən xali olmazdı və şəraiti-səbrü təhəmmüldə təqsir qılmazdı və Həzrəti- Vacibül-vücud onun təsəlliyi-xatiri üçün ayətlər nazil edərdi, bu məzmunla ki: "Heç peyğəmbəri bir qövmə irsal etmədik ki, anı sehrə və cünuna mənsub qılmadılar və ana mü’anid və müxalif olmadılar. Bu təriqi-mühlikdə səbr edən mənziliməqsuda yetər və təhəmmül qılan daməni-məqsud dutar. "Fəsbir kəma səbərə ulul-əzmi minər-rüsuli". Şe’r: Ey xoş ol kim, eşq meydanındadır sabitqədəm, Daməni-dildardan kəsməz əlin tiği-sitəm, Öylə kim, meyxarələr zövqün ziyad eylər şərab, Xuni-dil içmək qılur əfzun səfasın dəmbədəm. "Rövzətül-Əhbab"da məzkurdur ki, Ürvə bin Əbdullah Vəqqasdan sual etdilər ki: "Aya, Həzrəti-Rəsula sənadidi-Qüreyşdən mütəvəccih olan cəfalərin ki, əksərinə müttəle’ oldun, qansı cəfa əşəddü əs’əb idi?" Ürvə ayıtdı: "Bir gün əkabiri-Qüreyş cəm’ olub ol Həzrətin hekayətin araya gətürüb ayıtdılar: "Biz bu yetimin necə bir qüssəsin çəkəlüm, gəlin ittifaq edüb qanın tökəlim". Fatimə bu məşvərətdən xəbərdar olub giryan Həzrəti-Rəsul xidmətinə gəlüb ayıtdı: "Ya əbəti innəl-qavmə ə’zəmu ən-yəqtulukə". Həzrəti-Rəsul müztərib olmayub və əndişə qılmayub ayıtdı: "Ey fərzənd, bir miqdar su hazır et ki, əslihəyi-vüzu ki, silahül-mö’minindir, kəndümə mühəyya qılam və cövşənüs-səlat ki, hisnül-müslimindir, əgnimə alam". Pəs vüzu qılıb, hərəmsəradan çıxub Məscidül-hərama qədəm basdıqda bir miqdar səngrizə əlinə alub, "Şahətil-vücud" deyüb, ol səngdillər tərəfinə buraxdı. Rəvayətdir ki, heç birinin göz açmağa fürsəti olmadı və heç biri ol əxtəri-bürci-səadətin tülu’inə ittila’ bulmadı və ol səngrizələr hər kimə toxundu, həngami-hərbi-Bədr əlbəttə məqtul oldu. Netə ki, Əbu Cəhl və Ütbə və Şəybə və Üməyyə və Əmmarə hədəfi-tiri-duayi-müstəcab olub, ənsari-din əlində fəna buldular. Vaqieyi-Kərbəlada dəxi igirmi iki bin nəfər Şamidən və Kufidən Həzrəti Hüseynin navəki-duasinə hədəf olub cümləsi ol ildə hər biri bir bəla ilə dünyadan getdi və hər birinə bir üqubət yetdi. Şe’r: Bərmurad olmaz şəhidi-Kərbəla qanın tökən, Əhli-Beytün seyli-əşki-çeşmi-giryanın tökən. "Kənzul-ğəraib"də məsturdur ki, Əbu Cə’fər isnadilə ki: "Bir gün bir aşinayı gördüm ə’ma olmuş, sual etdim ki: "Ey bəradər, sən binaidin, səbəb nə oldu ki, nuri-bəsər zülməti-ə’maya təbdil oldu?" Cəvab verdi ki: "Ey əziz, vaqieyi- Kərbəlada bən daxili-sipahiÜbeydullah Ziyad idim. Ol vaqiədən sonra məqamimə müraciət etdikdə bir gecə vaqiəmdə gördüm ki, Həzrəti-Rəsul bir məscid içində mehraba yastanub oturmuş və ətrafü cəvanibində səhabə həlqə urmuş və Həzrəti-Hüseyn ə’zayi-məcruh və libasi-pürxunla mütəzəllimlər kibi qarşusunda durub ərzi-hal edər və şühədayi Kərbəla qatillərin bir-bir gətürüb Həzrəti-Rəsul işarət eylər: "İzribuhu bis-seyfi və əhriquhu binnari" və zəbanilər anları qətl edüb oda yaxdıqca yenə həyati-mücəddəd bulub bir dəxi təkrarla ol əzaba giriftar olurlardı. Bən bu siyasətün səlabətindən təvəhhüm qılub Həzrəti- Rəsula pənah gətirüb istiğasə təriqilə ayıtdım: "Əssəlamü əleyküm ya Rəsulullah". Ol Həzrət səlamım almayub, qəzəb gözüylə baxub ayıtdı: "Ya əduvallah, ni-şə bənim hörmətim dutmadın". Dedim: "Ya Rəsulullah, Həq bilür ki, bən tiğ çəkmədim". Ol Həzrət buyurdu ki: "Tiğ çəkmədigində sadiqsən, əmma səbəbi-kəsrətisəvadi- sipah idin". Buyurdu ki: "İlərü gəl, bu təşti-pürxuna nəzər qıl". Müşahidə qıldıqda gördüm bir təşti-pürxun. Dedi: "Ey bədbəxt, bənim cigərguşəm qanıdır". Pəs bir mil ilə ol qandan bənim gözümə çəkdi, hövl ilə bidar olduqda aləm gözümə tirə oldu. Şe’r: Şəhidi-Kərbəla qətlinə rəğbət qıldın, ey zalim, Sənə çəkmək əzabi-dünyəvü üqba müqərrərdir. Təmaşayi-məsafi-Kərbəla qıldın, həzər qıl kim, Məlamətgahi-tə’zibin sənin səhrayi-məhşərdir. Məhəmməd İshaqdan nəqldür ki, ol Həzrət Əbu Talibin hisni-himayətində olduqca küffar filcümlə izasinə dəstrəs bulmazlardı və mütəərriz olmazlardı. Əmma firqeyi-əhli-İslamdan hər qanda bir aciz və fəqir görürlərdi, mümkün olduqca təərrüz yetürərlərdi. Ol cümlədəndir ki, Üməyyə bin Xələf, Bilal Həbəşiyi hər gün Bəthaya ilədib üryan qılub, ə’zasinə hərarətiafitabla qızmış daşları basub və bədəni-üryanla rigi-gərm üzərinə yaturub derdi ki: "Tərki-diniMəhəmməd qılub Lat və Üzzaya iman gətür". Bilal edərdi: Ə’budu Əhəd, yə’ni vahid olan Mə’buda pərəstiş edərəm". Əlqissə, ol meydani-mücahidət pəhləvanları və ol aləmi-iman sahibqiranları ənvai-bəlaya və əsnafi-inaya mütəhəmmil olub və səbr qılub derlərdi ki, bəla eyni-ətadür və cəfa məhzi-rica. Əmma tədriclə ol zalimlərin fəsadı ziyadə olub və mürurla dəryayiisyanları tüğyan qılub bir qayətə yetdi ki, müsəlmanların qətlinə və nəhbinə dəsti-təğəllüb diraz etdilər və Əmmar bin Yasərin valid və validəsin bigünah qətl edüb, ol məzlumlara sitəmlər yürütdülər. Bə’zi səhabə bizzərurə Həzrəti-Rəsul işarətilə Həbəş canibinə hicrət edüb, bə’zi sayir biladü büqaə mütəfərriq olub, ə’vanü ənsaridin qillət bulmağın küffar ol Həzrət azarinə fürsət buldular. Bir gün güzarı sənadidi-Qüreyş məcmə’inə düşüb, Əbu Cəhl və Ədiy və sair süfəha hər canibdən tiği-zəban çəküb ol Həzrəti azürdeyi-cərahətitə’nü təşni’ etdilər və ol Həzrət "Iza xatəbəhümul-cahilunə qalu səlam" təriqilə salik olub, mücadilə və müqatiləsiz keçüb bir guristan kənarında məlul və məhzun otururkən Əbu Cəhl qövliqəbihlə iktifa qılmayub mürtəkibife’ li-şəni’ olub, ol Həzrətə həddən ziyadə azar yetürdi. Rəvayətdir ki, ol gün Həmzə məşğuli-seyd olub təmamiyi-ruz bir şikara zəfər bulmayub qəzəbnak müraciət qıldıqda, Məkkə dərvazəsində cariyeyi-Übeydi- Cə’dan istiqbal edüb ayıtdı: "Ey Həmzə, sənə şikar etmək və seydgaha getmək nə münasib ki, bəradərzadeyi-əzizinə himayətsiz olmağın Əbu Cəhl və sair süfəha ənva’i-ihanətlə izalər yetürdilər". Həmzə bu hekayətdən mütəəssir olub, mənzilinə gəldükdə gördü ki, mənkuhəsi giryan oturur. Səbəb sorduqda ol dəxi cariyənin daği-tə’nin tazə qılub ayıtdı: "Ya Əba Əmmar, nə müsibət bundan ziyadə ola ki, əşrafi-Bəni-Haşimə mütəhəmmil olmayan cəfaləri rəva görələr?". Həmzə ayıtdı: "Nə vaqe’ olmuşdur?" Dedi: "Ey Həmzə, Əbu Cəhl bir qaç süfəha ilə Məhəmmədi dutub rüxsari-mübarəkin pərtövi-afitab kibi qubaralud etdilər". Həmzə ayıtdı: "Vaveylah, Əbu Talib qanda idi?" Dedi: "Kəndü məzrə’əsinə getmişdi". Dedi: "Əbu Ləhəb qanda idi?" Dedi: "Ol səngdil iltifat etməyüb, bəlkə ihanətə təhris edərdi ki, bu kəzzab və sahirdir". Dedi: "Əbbas qanda idi?" Dedi: "Əbbas pərvanəvar ol şəm’i-şəbistanın ətrafına çizginüb istişfa’ edərdi, əmma qəbul etməzlərdi". Həmzə bu xəbərdən qayətdə mütəəllim olub zar-zar ağlayıb, əgərçi üç gün tə’amü şərab tənavül etməmişdi, mə’kul və məşrubə iltifat qılmayıb ayıtdı: "Məhəmmədin intiqamın Əbu Cəhldən almayınca tə’amü şərab bana həramdır". Əlqissə, həzrəti-Rəsulu istifsar edüb rəvan olduqda hərəmiKə’bədə gördü məlul və mükəddər divara təkyə qılmış, ayıtdı: "Əssəlamu əleykə yəbnə əxi", xatiri-mübarəkin xoş dut ki, intiqamın düşmənlərdən almağa gəlmişəm və mümkün olduqca dəf’iənduhi- xatirinə tədarük qılmağa əzimət qılmışam". Həzrəti-Rəsul ayıtdı: "Cəmi’i-əqrəbanun iltifatı bana cəfadır, əcəb ki, xilafi-adət səndən zühura gələ və təmənnayi-xatiri-naşadım ki, heç kimsənədən müyəssər olmaz, səndən müyəssər ola". Şe’r: Çərx hərgiz səhv edüb rə’yimcə dövran etmədi, Hiç kim dərdim bilüb, tədbiri-dərman etmədi. Təngdil bir qönçəyəm mən kim, fələk hərgiz bəni Növbəhari-lütf təhrikilə xəndan etmədi. Həmzə giryan olub qəsəm yad etdi ki: "Ey bəradərzadeyi-əziz, həqqa ki, rizayi-xatirin hasil etmək bana lazımdur". Həzrəti-Rəsul ayıtdı: "Ey əmmibüzürgvar, bənim rizayi-xatirim bəzli-mal və irtikabi-qital ilə hasil olmaz". Həmzə ayıtdı: "Bəs nə ilə hasil olur?" Həzrəti-Rəsul ayıtdı: "Ey Həmzə, əgər rizayi-xatirim istərsən, Vacibül-vücudun vəhdaniyyətinə e’tiraf edüb lövhi-zamirini qübariküfrdən pak et". Şe’r: İzzü cahü dövlətü iqbalü mülki-aləmün, Olma təhsilinə rağib kim fənaəncamdır. Dövləti-İslam kəsb etməkdə təqsir etmə kim, Dövləti-baqi ki, derlər, dövləti-İslamdır. Həmzə ayıtdı: "Ey məxdumzadə, bu kəlimə ilə xatirin xoş olurmu?" Həzrəti- Seyyid ayıtdı: "Nə’əm". Pəs, Həmzə kəmali-ixlasü e’tiqadilə müsəlman olub, ol gərmiyyətlə Əbu Cəhlin dəri-sərayinə gəlüb gördü ki, əkabiri-Qüreyşlə oturmuş. Bimühaba, əlindəki yayla urub fərqi-namübarəkin məcruh edüb ayıtdı: "Ey bədbəxt, səndən Məhəmmədə cəfa yetmək nə münasibdir?" Cəma’əti-Qüreyş anı qəzəbnak görüb ayıtdılar: "Ya Əba Əmmarə, bir kəzzab üçün bunca hiddət nə layiq?" Həmzə ayıtdı: "Ey bədbəxtlər, MəhəmmədiQüreyşi sadiq və əmindir və bən dəxi şəhadət verirəm onun sidqidə’vasinə". Şe’r: Lillahil-həmd olub küfrü zəlalətdən dur, Düşdü könlüm evinə şəm’i-risalətdən nur. Əşrafi-Qüreyş Həmzədən ol kəlimatı istima’ etdükdə mütəvəhhim olub, irtifa’i-aftabi-dövləti-İslamdan əndişə qılub, Həzrəti-Rəsulun qətlinə bel bağladılar və Əbu Taliblə bünyadi-cidalü qital qıldılar. Və Əbu Talib dəxi Bəni Haşimi və Bəni Müttəlibi cəm’ edüb ol sərvərin mühafizətü mü’avinətində yekcəhət oldu və cəmi’i-Bəni Haşim Əbu Cəhldən qeyr Əbu Taliblə ittifaq edüb, bir şö’bə olub, Qüreyşdən qət’i-ixtilat edüb, münakihə və mücadilə və müamilə aralarından götürüldü. Şe’r: Sübhi-sadiq kibi tülu’ qılub, Nuri-şər’i-Məhəmmədi-Ərəbi, Pərtövi-feyzin etdi aləmgir, Bir-birindən ayırdı ruzü şəbi. Əlqissə, üç il bu minvalla ruzigarları keçüb Əbu Talib vəfat etdi, üç ay keçdikcə Xədicə vəfat etdi. Andan sonra cəm’iyyəti-əhli-İslam bir miqdar xələl bulmağın və ə’vanü ənsar mütəfərriq olmağın küffar tüğyan təriqilə ol Həzrəti izhari-azar etdilər və təriqi-müanidət dutdular. Mücmələn, on il miqdarı Məkkədə cəfa çəkdikdən sonra hicrətə fərman yetüb Məkkədən Mədinəyə intiqal etdi. Anda dəxi ’əbədəyi-əsnam sədədi-müxalifətdə olub, müharibə və müqatilələr vaqe’ oldu və qəzveyi-Bədr ol zəmanda zühura gəlüb əmmzadeyi-Rəsul Übeydə bin Haris bin Əbdül Müttəlib şərəfi-şəhadət buldu. * * * Fəsli-şəhadəti-Übeydə Keyfiyyəti-şəhadət oldur ki, çün məsafi-Bədrdə sipahi-İslam və ləşkəri-küffar müqabilə qıldılar, sipahi-küffar doqquz yüz əlli mübariz və ləşkəri-İslam üç yüz mücahid olub və təmamiyi-ləşkəriİslamdə yetmiş mərkəb və altı zireh və səkkiz şəmşirdən qeyr yoxdi. İki canibdən səflər mürəttəb olduqda səfi-küffardan üç kimsənə meydana çıxdı: biri Ütbə bin Rəbi’ə, biri Şəybə bin Rəbi’ə, biri Vəlid bin Ütbə. Və ləşkəriİslamdan dəxi üç mübarizi-ənsari onlara müqabil oldular. Küffar mübarizləri ənsar mücahidlərindən sual etdilər ku: Siz nə tayifədənsiz? Dedilər: “Ənsardan”. Nida qıldılar ki: “Ey Məhəmməd, bizim ənsarla ədavətimiz yoxdur, bizə əqranımızdan mübariz göndər”. Həzrəti-Rəsul Übeydə bin Harisi və Həmzə bin Əbdül Müttəlibi və Əli İbn Əbi Talibi anların meydanına irsal etdi. Müqabil olduqda, Übeydə bin Haris Ütbəyə müqabil olub və Həmzə Şəybəyə bərabər durub və Əli İbn Əbi Talib Vəlidə müqarin düşüb ibtidayi-hərbdə Həmzə zərbi-tiği-abdarla Şəybəyi həlak edüb və Əli tə’neyi-şəmşiri-saiqəbarla Vəlidi qətl qılub düşmənlərinə qalib oldular. Əmma Übeydə bin Haris və Ütbə bin Rəbi’ə bir-birin məcruh edüb, aqibət Ütbə Übeydəyə bir zəxmi-münkər urub ayaqdan buraxdı və Həmzə və Əli ittifaqla Ütbəyi qətl edüb, Übeydəyi götürüb Həzrəti-Rəsul xidmətinə yetürdilər. Übeydə bihuş ikən kəndü özünə gəlüb gözün açdıqda Xaceyi-Aləm cəmalın görüb ayıtdı: “Ya Rəsulullah, Ələstu şəhidən”. Həzrət buyurdu ki, nə’əm, sən sərdəftəri-şühədasan”. Və Übeydə ol halətə mübahat edüb darülhərbdən müraciət etdükdə mənzili-Rövhadə darül-qərara intiqal etdi və mənzili-məqsuda yetdi. Şe’r: Ey xoş ol kim, həyatı olduqca Ömrü sərfi-rəhi-şəriət edə. Müddəti-ömrü axir olduqda Bu cahandan şəhadət ilə gedə. * * * Fəsli-şəhadəti-Übeydə Əmma Həmzənin şəhadəti bu vəchlədür ki, məsafi-Bədrdən sonra küffar ləşkəri cəm’ edüb, üç bin müsəlləh və mürəttəb kafir Mədinəyə təvəccöh qıldılar. Və Uhud deməklə mə’ruf mənzilə yetdikdə Həzrəti-Risalət dəxi yeddi yüz mühacir və ənsarla onlara müqabil durub, bir növ’lə səf bağladı ki, kuhi-Uhud qəfadə və Mədinə müqabildə və kuhi-Ayn canibi-yəsarda vaqe’ olub və kuhi- Aynın bir şikafı olub, kəmingah olmağa qabil olmağın Həzrəti-Rəsul Əbdullahi Həbibi əlli kəmandarla anın hifzinə mə’mur etdi və müqərrər qıldı ki, əgər ləşkəri-İslam qalib və əgər məğlub olsa, anlar ol şikafdan inhiraf etməyələr və ol rəxnədən bir qeyr canibə getməyələr. İki canibdən atəşi-cidal işti’al bulduqda və bazari-müharibə gərm olduqda, cəmaəti-Qüreyşdən Təlhə bin Əbi Təlhə meydana gəlüb, Əli İbn Əbi Talib əlində həlak oldu və fərzəndi mübaşirihərb olub Həmzə əlindən təcərrö’i-şərbəti-fəna qıldı. Əlqissə, əbvabi-zəfər ləşkəri-İslama məftuh olub, ləşkəri-küffar inhilal və ixtilal bulmağın ələmləri nigunsar olub mütəfərriq olduqda, ləşkəri-İslam qənaim dutmaqdə fürsəti qənimət bilüb, nəhbü qarətə təvəccöh qıldılar. Və rəxneyi-kuh müstəhfizləri ol halı görüb biixtiyar mənzillərindən münhərif olub, Əbdullah mən’ etdikcə qabil olmayub qarətə mütəvəccih olmağın küffar ol məmərri xali görüb və ləşkəri qarətə məşğul bulub, ol məmərrə mütəvəccih olub, Əbdullahı bə’zi əshabla şəhid edüb, ləşkər əqəbindən çıxub həmlə qıldılar. Lacərəm əsəri-müxalifəti- HəzrətiRəsul mövcibi-təfriqeyi-ləşkər olub, küffar təğəllüb edüb, ləşkəriİslam üç qism oldu. Bir qismi Mədinə canibinə fərar etdi və bir qismi Əli və Sə’d və Təlhə kibi Həzrəti-Rəsul mülazimətində qaldı və bir qismi dərəceyi-şəhadət buldu. “Rövzətül-əhbab”da məsturdur ki, ləşkəri-İslam həzimət edüb Həzrəti- Rəsulu tənha buraxdıqda ol Həzrət Əlidən qeyri xidmətində görməyüb ayıtdı: “Ya Əli, sən nişə sair cəmaətə mülhəq olmadın?” Həzrəti-Murtəza Əli ayıtdı: “Ya Rəsulullah, “İnnə li bikə usvətun”. Şe’r: Bir bəndəyəm ki, ruzi-əzəldən müti’ olub, Tövqi-vəfayi-əhdinə çəkmiş qəza bəni. Nəqdi-həyatım eyləmişəm nəzri-ta’ətün, Haşa ki, səndən eyləyə dövran cüda bəni. Nagah cəm’i-mü’anidlər ol Həzrətə mütəvəccih oldular. Həzrət ayıtdı: “Ya Əli, bu cəm’i pərişan eylə”. Murtəza Əli ol cəm’i pərişan və mütəfərriq qılub, əksərini Maliki-nirana tapşurdı. Ol halətdə Cəbrail nazil olub ayıtdı: “Ya Rəsulullah, kəmali-müxalisətdir bu ki, Əlidən zühura gəldi”. Həzrəti-Rəsul ayıtdı: “Bəla, innəhu minni və ənə minhu”. Cəbrail ayıtdı: “Və ənə minkuma”. Rəvayətdir ki, mənzumeyi-“La fəta illa Əli la səyfə illa Zülfiqar” hatifi-qeybdən ol gün sadir oldu. Ərbabi-həqaiq və əshabi-mə’arifə mühəqqəqdir ki, səbəbi-e’tilayi-rütbeyi-Murtəza ittiba’i-Həzrəti-Mustəfadır və ə’zəmi-mö’cizati- Nəbi vilayəti-Murtəzadır. Şe’r: Təkmili-Murtəzaya səbəb qılsalar sual, İqbali-ittiba’i-şəhi-ənbiya yetər. Həqqiyyəti-Rəsula dəlil etsələr tələb, Töv’ü itaəti-Əliyyi-Murtəza yetər. Rəvayətdir ki, küffardan dörd mü’anid əhd etdilər ki, Həzrəti-Rəsula bir zərbət yetürələr və yer yüzündən İslam asarın götürələr. Biri İbn Şihab və biri İbn Qimmə və biri İbn Hümeyd və biri İbn Əbi Vəqqas. Əlqissə, əşrar qələbə edüb əbrar məğlub olduqda fürsət bulub İbni-Qimmə Həzrəti-Rəsulun cəbinimübarəklərin ki, mətlə’iafitabi- sidqü səfadır, səngi-cəfa ilə məcruh edüb, ol cərahətdən cari olan xunabəyi Həzrət pak edüb derdi ki, əgər bir qətrə bu qandan ruyizəminə tökülsə, bəlayi-asiman nüzul qıla. Və İbn Şihab bazuyişəriflərin ki, pənceyi-tabi-dəsti-təğəllübi-küffar idi, navəki-bidadla zəxmnak edüb və Əbi Vəqqas ləbi-ruhəfzalərin ki, Məsihi-ehyayimərasimi- din və maddeyi-həyatişər’i- mübin idi, xəstə qılub onun əsərindən dəndani-rübaiyyələri şikəst buldu. Şe’r: Lə’li-nabü dürri-siraba həcər versə şikəst, Sanma kim, arta həcər qədri, dürü lə’l ola pəst. Və İbn Hümeydi-həramzadə ol Həzrəti cərahətlərə məşğul görüb, şəmşiriabdar həvalə qılub, Həzrət ol zərbdən ehtiyat edüb bir məğaka mütəhəssin olduqda rüxsari-aləmaraları ki, mənzuri-ənzari-əhbab idi, nəzərdən qayib olmağın İbn Hümeydi-məl’un təsəvvür etdti ki, xurşidi-asimani-şər’ üfüqisəadətdən nihan oldu və şəm’i-şəbistanirisalət intifa buldu. Mübahat edüb fəryada gəldi ki: “Sahibi-dəviyirisalət əmrin təmam etdim. “İblis ol məl’unun mürafiqətilə nida qıldı ki: “Əla innə Mühəmmədən qəd qutilə”. Rəvayətdir ki, avazi-İblis Mədinəyə yetüb dost və düşmən arasında şiya’ bulub, firqeyi-əhbab məhzun və zümreyi-ə’da məsrur oldu. Əmma əndək zəmandan sonra Həzrəti-Rəsul ol məğakdan çıxub, səhabəyə mülhəq olub və bu ğəzvədə Həzrəti-Həmzə şəhadət buldu. Və keyfiyyəti-şəhadəti budur ki, Cübeyr bin Müt’im ki, əkbəriə’yani- Məkkə idi, Həbəşi nam bir məmluku olub, qayətdə mübariz idi. Bir gün dedi: “Ey qulam, məsafi-Bədrdə bənim əmmim məqtul olubdur və Məhəmmədin iki əmmi var; biri Həmzə və biri Əbbas. Və Əbbas Məkkədədir və Həmzə Mədinədədir. Bu iki kimsənədən birin qətl edə bilsən və əmmim intiqamın alsan, səni malımdan azad edərəm”. Həbəşiyi-məl’un Həmzə qətlin qəbul edüb həmvarə mütərəssidi-fürsət idi. Və Hind ki, mənkuhəyi-Əbu Sufyan idi, anın atası dəxi Bədr məsafında məqtul olub, xatirində bu küdurət mütəməkkin idi: ol dəxi Həbəşinün əzmin mə’lum edüb, mü’əkkidi-fəsad olub ənvaiməvaidlə ol məl’unu təhris etdi. Və səbiyyeyi-Haris bin Amir dəxi ayıtdı: “Ey Həbəşi, bənim atam və qarındaşım məsafi-Bədrlə müsəlmanlar əlində qətl oldular, əgər sən Məhəmmədi, ya Həmzəyi, ya Əlini qətl edəcək olsan, səni mal ilə biniyaz edərəm”. Şe’r: Təmə’dir səri-fitneyi-ruzigar, Təmə’dir qılan izzət əhlini-xar. Nihali-təmə’ meyvəsidir fəsad, Bəhari-təmə’ səbzəsidir inad. Təmə’ dideyi-danişi kur edər, Rüxi-şahidi-feyzi məstur edər. Həbəşi ayıtdı: “Məhəmməd qətlinə qadir degiləm, zira səhabə anın mühafizətinə yekcəhətdürlər və Həmzə qətlinə dəxi iqdam edə bilməzəm, zira ol pəhləvani-sahib-səlabətdür. Əmma Əli növrəsidədir, hənuz əhvali-məsafa vaqif degil. Mümkündür ki, qətlinə fürsət bulam və ana qalib olam”. Əlqissə, ol əzimətlə Həbəşiyi-həramzadə müntəziri-fürsət idi ol vəqtədək ki, ğəzayi-Uhud vaqe’ olub, nirani-müharibə işti’al buldu. Müqəddəmən Həzrəti-Əli qəsdin qılub gördü ki, şahbazi-ovci-LaFəta qüraba seyd olmaz və şiri-bişeyi-HəlƏtaya hər şəğal nüsrət bulmaz. Andan təcavüz edüb Həmzə qəsdinə düşdü və Həmzə adətimə’hud üzərinə iki şəmşirlə məsaf edüb, hər canibə həmlə qılub süfufi-ə’dayi çak edərkən mərkəb bir nahəmvar yerdə i’tişar bulub, ayaqdan düşüb, kəndi piyadə qalub, bə’zi ə’zasından zireh dur olmağın Həbəşiyihəramzadə fürsət bulub ana bir zərbi-nizə yetürdi ki, bir tərəfdən bir tərəfinə güzar etdi. Filhal kəlimeyi-şəhadət deyüb, nəqdi-rəvan xazini-cinana təslim etdi. Şe’r: Ol şəhənşahi-əzimüş-şə’nə həngami-əcəl, Tiği-düşmən oldu miftahi-dəri darüssəlam. Çehreyi-iqbalinə açıldı əbvabi-nəcat, Dustdan istərdi, düşməndən müyəssər oldu kam. Və bə’zi bədbəxtlər anın dəxi hərbə ilə sinəsin çak edüb, cigərin parə-parə çıxarub Hindi-cigərxara hədiyyə ilətdilər. Və Hindi-bidövlət anın cigərin yeyüb və Həbəşiyə afərinlər oxuyub ehsanlar etdi. Rəvayətdir ki, ləşkəri-İslam mütəfərriq olan halətdə Həzrəti-Fatimə hüzurunda olan xəvatin ilə mütərəssidi-əxbari-Rəsul ikən bir sipahi Həzrəti- Rəsulun fövtündən xəbər verüb, Həzrəti-Fatimə ol xəbərdən bihuş olub kəndüyə gəldikdə biixtiyar Mədinə dərvazasından çıxub Ayişə və Səfiyyə və Həfsə və bə’zi müxəddərati-həramsərayi-ismət dəxi ittifaq edüb və Uhud dağına təvəccöh etdilər və hiddəti-fəryadü fəğanla lalələr kibi giribanların çak edüb, çeşmələr kibi didələr nəmnak qıldılar. Əlqissə, Fatimə bir növhə bünyad qıldı ki, sədasından Uhud dağı mütəzəlzil oldu. Şe’r: Buraxdı kuha səda naləvü fəğanı anın, Axıtdı çeşmə yaşın çeşmi-xunfəşanı anın. Əsəri-müsibət ə’zayi-lətifindən qüvvəti-rəftar alub, qayətdə bitaqət olub, sayəvar ol afitabi-övci-ismət bir kühən divara təkyə qıldı və ətrafında olan bir salihəyə təzərrö’ qıldı ki, ol rəzmgaha rəvan olub Həzrəti- Rəsuldan bir xəbər gətürə. Ol salehə rəvan olub rəzmgaha yetdikdə güzarı şəhidlər üzərinə düşüb, qarındaşın məqtul görüb, iltifat etməyüb sür’ətlə andan keçdikcə oğlun dəxi gördü bir zəxmlə ağuşteyi-xakü xun düşmüş. Həyatından bir rəməq baqi olub, təzərrö’ etdi ki: “Ey madəri-mehriban, axır nəfəsdir, fərzəndimüstəməndini səadəti-didarla müşərrəf qıl”. Ol salehə ayıtdı: “Ey fərzənd, əgərçi atəşi-fəraqın cigərsuz və navəki-hicranın dilduzdur, əmma nedim, Həzrəti- Fatimə müntəziri-müraciətİmdir, sənə məşğul ola bilmən, mə’zur dut”. Andan dəxi bu üzrlə ötüb mə’rəkeyi-qitala qədəm basdıqda ol məcalda yetdi ki, Həzrəti- Rəsul məğakdan çıxub sayeyiələmdən qərar dutmuşdu; pabusi-şərifinə müşərrəf olub, sitayişlər qılub, ayıtdı. Şe’r: Ey çiraği-xaneyi-şər’ü güli-gülzari-din, Məlcəül-afaq, xeyrül-xəlq, fəxrül-aləmin. Nuri-rə’yindən münəvvər dideyi-xurşidü mah, Xaki-payindən müzəyyən səfheyi-ruyi-zəmin. Təfsil ilə Fatimə əhvalın ərz edüb, iştiyaqın şərh qılub səlamın yetürdi. Həzrəti-Rəsul ayıtdı: “Ey məsturə, müraciət qılub, Fatiməyə həyatımdan bəşarət yetür və anı bənim hüzuruma gətür”. Ol məsturə Həzrəti-Fatiməyə Seyyidi- Kainatdan bəşarət yetirub Həzrəti-Fatimə müztəribhal, üftanü xizan ol rəzmgaha yetdükdə Həzrəti-Rəsul istiqbal edüb ona təsəlliyi-xatir verüb, Həzrəti-Xatuni- Qiyamət ayıtdı: “Ey pedəri-büzürgvar, bu övrətə şükranə qəbul etmişəm”. Həzrəti-Rəsul ayıtdı: “Ey məsturə, muradun nədür?” Ol övrət ayıtdı: “Təvəqqö’üm budur ki, ərseyi-qiyamətdə bana və evladıma şəfi’ olasan”. Həzrəti-Rəsul təvəqqö’ün qəbul edüb və ol övrət rüxsət alub şəhidlərinin üzərinə getdikdən sonra Həzrəti-Rəsul ayıtdı: “Aya, Həmzəyə nə vaqe’ oldu ola ki, andan əsər görülməz?” Həzrəti-Rəsula Əli Həmzə şəhadətindən xəbər verdi. Şe’r: Nə xəbərdir bu ki, xunabə tökər müjgandan, Səbr alur cani-həzinü dili-sərgərdandan. Həzrəti-Rəsul səhabə ilə Həmzənin üzərinə gəlüb, ə’zayi-parəparəsin görüb nalələr çəkdi, növhələr qıldı və qayətdə mütəəssir və mütəəllim oldu. Zira əmmi-büzürgvar və bəradəri-rəza’i olub, hini-də’vəti-nübüvvətdə həvadarı idi. Bu halətə müqarin Səfiyyə ki, Həmzənin həmşirəsi idi, hazır olub, Həzrəti-Rəsul anı görüb oğluna ayıtdı: “Validəni bir tədbirlə gəlməkdən mən’ edəgör ki, qarındaşın bu halla görməyə”. Ol məxdumzadə anasına istiqbal edüb ayıtdı: “Ey valideyi-möhtərəmə, Həzrəti-Rəsulun rizası sənin müraciətündədir”. Səfiyyə ayıtdı: “Ey fərzənd, istima’ etmişəm ki, Həmzə şəhadət bulubdur və yəqin ki, bu müsibət rizayi-Xuda və Rəsul üçündür, təvəqqö’üm budur ki, bana dəxi tə’ziyətindən və müşahidəsindən bir səvab müyəssər ola”. Həzrəti-Rəsul ol məzlumənin kəmali-himmətin və hüsni-ixlasın mülahizə qılub və rüxsəti-mülaqat verüb, ittifaqla əzasinə iştiğal etdilər. Həm ol saətdə Cəbrail gəlüb bəşarət gətirdi ki, Həmzənin səfheyi-asimanda ismi Əsədullah və Əsədür-Rəsul yazıldı. Rəvayətdir ki, Həzrəti-Rəsul Həmzənin cənazəsi üzərinə nəmaz etdikdə yetmiş nəfər şəhidin cənazəsin hazır edüb, bir-bir üzərlərinə nəmaz etdikcə anın cənazəsin götürməyüb yetmiş kərrə üzərinə nəmaz qıldı. Nurül-Əimmeyi- Xarəzmidən nəqldir ki, Həmzə ikinci şəhiddir Əhli-Beytdən və Hüseyni-məzlum xatimüş-şühədadır. Və HəzrətiRəsul buyurmuş ki, Kərbəlada Hüseynlə yetmiş nəfər mücahid şəhid ola və anların üzərinə nəmaz qılmağa bir mö’min hazır olmaya, bənim Həmzə üzərinə yetmiş kərrə nəmaz etdigimin biri Həmzə üçündür və tətimməsi ol şəhidlər üçündür. Rəvayətdir ki, bir şəhid darül-hərbdə ayaqdan düşdüyü zəmandə hurul-eyn istiqbala gəlüb, onunla müsafihə qılur. Əlqissə, Həzrəti-Rəsul buyurdu ki, Həmzəyi cameyi-xunaludla dəfn edələr. Və darül-hərbi-Uhuddan müraciət edüb Mədinəyə gəldükdə hər canibdən şühədayi- Uhud üçün giryə istima’ edüb, Həmzə sərayindən növhə istima’ etməyüb, Həzrəti-Rəsul buyurdu ki: “Həmzənin bu şəhrdə əhli yoxdur ’əzasin dutmağa”. Məşhurdur ki, iki vəqt iki tayifəyə həsrət müstəvli olur: Sabah olduqda hər fərzənd ki, validəsinin kənarından durub şəfqətlər və mehribanlıqlar görür, yetimləri bikəslik atəşi yaxar; hər şam olduqda hər kim kəndü mənzilinə mütəvəccih olur, qərib olanların xatirini sərasiməlik möhnəti yaxar. Nəqldir ki, Peyğəmbər Mələkülmövtdən sual etdi ki: “Ey xazini-nüqudi-ərvah, bunca cigərlər ki, dağimüfariqətlə yaxarsan və bunca xanimanlar ki, əcəl seylabı ilə yıxarsan, aya, heç kimsənəyə rəhmin gəlürmi?” Mələkülmövt ayıtdı: “Tərəhhüm nəqşin səhifeyi-xatirimdən Həzrəti-İzəd rəf’ etmişdir. Əmma bu halla qəriblərin və yetimlərin halına rəhmim gəlür, zira istirdadiəmanət zəmanı biri pedər və madər yad edüb abi-həsrət dideyi-qəmdidədən tökər və biri yarü diyari fəraqindən ahi-həsrət çəkər”. Şe’r: Seyli-əşki-yetimü ahi-qərib Mövc urub şö’lə çəksə şamü səhər, Qətrəsi səfheyi-zəmini dutub, Şö’ləsi asimana edə əsər. Rəvayətdir ki, cəmi’i-mühacir və ənsarın övratinə hökm oldu ki, Həmzənin sərayinə cəm’ olub kəndü şəhidlərinün ’əzasın anda dutalar. Və Həzrəti-Rəsul mühacir və ənsarın ol fe’llərindən qayətdə xoşnud olub dua qıldı. Ey əzizlər, mülahizə qılın ki, Həzrəti-Rəsul Həmzənin bikəsliginə rəhm etdiyi yerdə Kərbəlada Hüseynlə bunca övladı şəhid olub, matəmlərin dutmağa kimsənə olmadığı əcəldən əgər müqəddər olsa və anun rizası üçün cəmi’i-məxluqati- zəminü asiman ’əza dutsa qəribü əcib olmaz. İmam Mühyis Sünnə “Məalimüt-tənzil”də nəql etmiş ki: “Vaqieyi-Kərbəladan müqəddəm hümreyi-şəfəq yox idi, ol vaqiədən sonra zahir oldu. Şe’r: Sanma kim, gülgun şəfəqdəndir sipehri-bivəfa, Daməni-dövranı dutmuş xuni-Ali-Mustafa. “Şəvahidün-nübüvvə”də məsturdur ki, Əbdülməlik Mərvan məclisində bir gün vaqieyi-Kərbəla zikr olunurdu, Züheyri hazır idi, nəql etdi ki: “Ol gün həvaliyi-məscidi-Əqsada heç səngrizə yerindən götürmədilər ki, onun altında bir qətrə qan görmədilər”. Və “ÜyunürRiza” da məzkurdur Əli bin Musa-Rizadan ki, buyurmuş: “Cəddim Hüseyn şəhid olduqda asiman xunbar olub, həqqa ki, yüz bin firişteyi-Rəhman anın intiqamın almağa əflakdan mənkəzi-xaka endilər, əmma rüxsət bulmadılar və hala Rövzeyi-mübarək üzərində muyi-jülidə və ruyi- xəraşidə ilə’əzasinə məşğuldurlar. Şe’r: Kərbəla dəştində şahi-Kərbəlanın halına, İttifaqi-amm olub məcmu’i-aləm ağladı. Payeyi-ərşi-mü’əllada töküb Cibril əşk, Rövzeyi-rizvanda ruhi-Nuhü Adəm ağladı. * * * Fəsli-şəhadəti-Cəfər Üçüncü şəhid Əhli-Beytdən Cə’fəri-Təyyardır. Rəvayətdir ki, Cə’fər cəm’i-səhabə ilə Həbəşə canibinə hicrət etdikdə Nəcaşi əleyhir-rəhmə anın irşadilə müsəlman oldu. Və qəl’eyi-Xeybər fəth olunduqda Həzrəti-Rəsul mülazimətinə müşərrəf olub, Həzrət anın xüsusunda buyurmuş ki, “Əşbəhtə xulqi və xəlqi”. Filvaqe’, bu nihayəti-tə’zimdür. Rəvayətdir ki, hicrətin səkkizinci ilində HəzrətiRəsul Cə’fəri Mürhil Ğəssani hərbinə irsal etdi və Mutə mənzilində küffara mülhəq olub ləşkəri-İslam üç bin mücahid və ləşkəri-Mürhil yüz bin müfsid olub qayət kəsrətdə idi. Əmma sipahi-zəfərpənahiİslam kəsrəti-sipahiə’dadan əndişə qılmayub, bünyadi-müqatilə qıldılar. Əsnayi-müqatilədə Zeyd bin Haris ələmdari-sipah idi, şəhid olub, Cə’fər kəndü rayəti-nüsrətayəti əlinə alub və hücumi-küffar mərkəbin səqət edüb, piyada qalub, fəsəqəyi-füccar fürsət bulduqda, zərbi-şəmşir ilə bazuyi-yəminin bədəni-mübarəkindən cüda qıldılar. Ol şahbazi-övci-cəladət rayəti bazuyi-yəsara alub buraxmadı. Bazuyi-yəsarın dəxi qət’ etdilər, rayəti dişilə dutub düşməyə qoymadı. Əlqissə, bir namərd bir zərbi-münkər urub ol məzlumu ayaqdan buraxdı. Əxbari-səhihədə nəqldir ki, Həzrəti-İzəd hücubü əstarı rəf’ edüb Həzrəti- Rəsulu Mutə mə’rəkəsinə müttəle’ etmişdi. Və ol Həzrət dəmbədəm cəmi’iəhvala müttəle’ olub əshaba xəbər verirdi. Zeyd bin Haris və Cə’fər bin Əbi Talibin parə-parə olduqların e’lan edərdi və buyururdu ki: “Cə’fəri gördüm, behiştə girüb, yaqutdan iki şəhpər peyda qılub təyəran edər”. Və bu dəxi Həzrəti- Rəsuldan nəqldür ki, buyurmuş: “Bən Cə’fəri gördüm misli-mələk tüyuribehiştlə pərvaz edər”. Bu cəhətdən ana Cə’fəri-Təyyar derlər. Və bə’zi qisəsdə məsturdur ki, Cə’fərin yetmiş iki zəxmi olub düşdükdə heybətü səlabətindən heç kimsənə qətlinə iqdam edə bilməyüb axirül-əmr ə’da hücum edüb anı yerdən götürdükdə başın qaldırub münacat etdi ki: “İlahi, mənim qətlimlə əmizadəmin namusuna xələl yetürmə. Həq-tə’ala iki şəhbal iltifat edüb qüvvəti-pərvaz verdi ki, küffar içindən uçub Firdövsi-bərinə nüzul etdi. Şe’r: Qətili-rəhi-eşq olan saliki, Həqin iltifatı sərəfraz edər. Məzəllət türabında görməz rəva, Ülüvvi-məqamilə mümtaz edər. Pərü bal peyda qılub lacərəm, Tüyuri-behiştilə pərvaz edər. Hərgah ki Əbdullah bin Ömər Cə’fərin övladın görürdü, bu ibarətlə tə’zim edərdi: “Əs-səlamu əleykə yəbnə zil-cinaheyn”. Rəvayətdir Hüseyni-şəhiddən ki, Həzrəti-Rəsul Cə’fərin əhvalına müttəle’ olduqda onun mənzilinə gəlüb Əsma binti-Ümeyşə ki, onun zövcəsi idi, hazır edüb, Cə’fərin ətfalını bir-bir nəvaziş təriqilə sərəfraz etdikdə Əsma ayıtdı: “Ya Rəsulullah, bu gün Cə’fərin övladını yetimlər təriqilə nəvaziş edərsən. Məgər Cə’fər şəhadət bulubdur?” Ol Həzrət giryan olub anlara səbrilə təsəlli verdi. Əbdullah İbn Cə’fərdən mərvidir ki, “Həzrəti-Rəsul gəlüb bizə tə’ziyət verdikdə ol qayətdə giryan idi ki, qətərati-əşk məhasini-şərifindən tökülürdi və buyururdu ki, “İlahi, Cə’fəri əhsəni-məqama və əczəli-səvaba irişdür və hala sən anın xəlifəsi olub əxlafını hisni-himayətində saxla”. Və ol gündən sonra yenə gəlüb övladın əzadan çıxarub xatirlərin [ələ] aldıqda validələri yetimlər [üçün] təşəffö’ etdikdə buyurdu: “Ətəxafinə əleyhim və ənə vəliyyuhum-fid-dünya vəl-axirəti”. Rəvayətdir ki, Cə’fərin səkkiz oğlu olub, ikisi-Övn və Məhəmməd Əsğər Hüseynlə Kərbəlada şəhid oldular. Rəhmətullahi əleyhuma. Həzrəti-Rəsulullahın bir ibtilası dəxi fövti-İbrahimdür. Rəvayətdir ki, İbrahim hicrətin* igirmi ilində Mariyeyi-Qibtiyyədən mütəvəllid olub qabiləsi Müsəlləmə nam cariyə idi. Həzrəti-Rəsuldan nəqlidir ki, İbrahim mütəvəllid olduqda Cəbrail nüzul edüb təhniyə təriqilə ayıtdı: “Əs-səlamu əleykə ya Əba İbrahim” Əlqissə, İbrahim bir il altı ay fəzayi-həyatda qalub civari-rəhmətə vasil oldu. Həzrəti-Rəsul anın fövtündən məhzun olub giryə ağaz etdikdə Əbdürrəhman (bin) Auf ayıtdı: “Ya Rəsulullah, sən [xəlqi] mən’ etdün cəzə’dən”. Həzrəti- Rəsul ayıtdı: “Bən giryədən mən’ etmədim, xəraşi-ruy və kəşfi-ə’zadan nəhy etdüm, abi-çeşmimatəmzədə baranirəhmətdir və nişani-rə’fət: “Əl-əynu tədmə’u vəl-qəlbu yəhzənu və la-əqvalə illa ma-rəziyə bihi rəbbəna”. “Şəvahidün-nübüvvət”də məsturdur ki, bir gün Həzrəti-Rəsul Hüseyni bir dizi üzərinə və İbrahimi bir dizi üzərinə alub nəvazişlər edərək Cəbrail hazır olub ayıtdı: “Ya Rəsulullah, Həzrəti-Həq bu iki lö’löi-şəhvarı bir riştəyə müntəzəm qılub cəm’ etməz, birinün dəf’inə riza vermək gərək”. Şe’r: Ey şəhriyari-məsnədi-təmkinü izzü cah, Olmaz bir asiman iki xurşidə cilvəgah. Həzrəti-Rəsul ayıtdı: “Əgər İbrahim fövt olsa, əksəri-alam bana mütəvəccih olur və əgər Hüseyn fövt olsa, bana və Murtəzaya və Zəhraya mütəəllim olmaq lazım gəlür. Bən müsibəti-xassı möhnətiammə ixtiyar etdüm”. Ol vaqiədən üç gün keçdikdə İbrahim vəfat etdi. Ol vaqiədən sonra hərgah ki, Həzrəti-Rəsul Hüseyni əlinə alub iltifat edərdi, derdi ki: Mərhəba, ey fərzəndi-əzizimi fədası etdigüm cigərguşəm. Zəhi bədbəxtlər ki, böylə əzizə ihanət rəva görələr. “Kənzül-ğəraib”də məsturdur ki, bir gün Hüseyn Həzrəti-Rəsul xidmətində idi, mənzilinə müraciət etmək murad etdi, əmma baran idi, getmək mütə’əzzir görünüb məlaləti-xatir zahir etdi. Həzrəti-Rəsul Hüseyni məlul görüb ayıtdı: “Nə vaqe’dür?” Hüseyn ayıtdı: “Ya Rəsulullah, baran mənə məcal verməz ki, mənzilimə gedəm”. Həzrəti-Rəsul dua qıldı, baran təvəqqüf edüb Hüseyn mənzilinə mütəvəccih oldu. Qiyas edin ki, qətreyi-baran cəfasina mütəhəmmil olmayan ə’zayi-şərifinə səngi-sitəmdən nə cəfalar yetmiş ola. Şe’r: Xari-navəkdən güli-ə’zası olmuş çak-çak, Paymal etmiş qəm ol sərvi-rəvanı, ey diriğ. İxtilafi-vəz’ü tüğyani-həvayi-müxtəlif, Müntəfi qılmış çiraği-xanədanı, ey diriğ. Həqqa ki, hər zərreyi-xak və hər cüzvi-əflak ta ruzi-Qiyamət hər zəman həzar naleyi-dilsuz çəksə müsibəti-Kərbəlaya vəfa qılmaz və ol möhnətzədələr ’əzasinə vafi olmaz. * * * Üçüncü bab. Həzrəti Seyyidül-Mürsəlin keyfiyyəti-vəfatın bəyan edər Həmişə dideyi-bəsirət birlə mütalieyi-övraqi-ləyalivü əyyam edən ərbabi-həqaiq və əshabi-mə’arifə mə’lum olmuşdur və həmvarə eyni-fərasətlə müşahideyi-müruri-sininü ə’vam qılan ülül-əbsəri-zəvil- əfham arasında vüzuh bulmuşdur bu ki, ə’yani-sabiteyi-mümkinə müstəlzimi-əhateyi-ədəmdür və əslinə race’ olur hər mövcud ki, vücuduna ’ədəm müqəddəmdür. Şe’r: Künci-bəqa sanma bu viranəyi, Etməyə gör qiblə bu bütxanəyi. Mehr götür günbədi-dəvvardən, Rəsmi-vəfa umma bu qəddardən. Mülki-vücudi ədəmabad bil, Görmə vücudun, ədəmin yad qıl. Açma cəhan zilinə çeşmi-həvəs, Əqdinə bel bağlama, peyvənd kəs. Dut ki, cəhan mülkini dutdun təmam, Sud nə, çün mülkinə yoxdur dəvam. Dəhr nədür, ayineyi-əksdar, Surəti-ayineyi-bie’tibar. Ey əziz, mütləq rəyahini-riyazi-imkana şəbnəmi-bəqadan əsəritəravət yetməmişdür və səbzeyi-bustani-həayti-müstə’ar hərgiz səhabi-səbatdan kəsbirütubət etməmişdür. Kitabeyi-eyvani-binayi-aləm rəqəmi-"Kullu məxluqin yəmutu"dur və kümreyi-tinəti-bəni-Adəm xəmiri-mayeyi-"Kullu mərzuqin yəmut"dur. Məsnəvi: Təmə’ qılman vəfa mülki-cəhandan, Vəfa qandan, bu fani mülk qandan. Bu viran içrə sanman gənc yoxdur, Cəvahirdən ləbaləb künc çoxdur. Vəli adət bu olmuşdur ki, dövran Qıla hər gənci bir topraqda pünhan. Gər idrak eyləsən hər zərreyi-xak Çəkibdür pərdəyə bin cövhəri-pak. Nə bargahi-həşmətdir ki, taqü rəvaqi tarəmi-ə’layə yetdükdə seyli-fənadan təzəlzül bulub viran olmadı və nə nəqşi-kargahi-rif’ətdür ki, zinət və zibi dərəceyi-kəmal hasil etdükdə baziçeyi-lö’bətbazidəhrdən surəti-təğəyyür bulmadı. Laləzari-səhrayi-imkandan məşamiidraka rayiheyi-"Kullu mən əleyha fan" gəlür və zəmzəmeyi-bəzmicəm’iyyəti- ə’yandan səm’i-irfana isğayi-sədayi-" Kullu şey’in halikun" qılur. Şe’r: Dəhrdən arizuyi-kam etmə, Bunda kam istəyib məqam etmə. Fələki-tizgərdü tündxüram, Hiç nakama verməmişdür kam. Əlhəqq, bu xarzara güli-murad ümidilə zülali-həyati-girami tökən, xarinədamətdən qeyr bəhrə görməmişdür və bustana şükufeyi-məqsəd təmənnası ilə nihali-təvəqqö’ dikən zəhri-bəladan özgə meyvə götürməmişdür. İttisali-söhbəti xətəri-infisaldan xali olmaz və iltiyami-ülfəti zərəri-infikakdən aman bulmaz. Şe’r: Dünyaya gələn gedər zəruri, Müstəlzimi-qeybdür hüzuri. Dövri-fələkün qərarı olmaz, Iqbalının e’tibarı olmaz. Dutdun dutalım cəhanı yeksər, Manəndi-Cəmü Qubadü Qeysər. Nə sud çün aqibət gedərsən, Əsbabi-cəhanı tərk edərsən. Yəqin bilmək gərək ki, vəzi’ü şərif və qəvivü zə’if və alimü cahil və divanəvü aqil və məstü hüşyar və xüftəvü bidar mülki-ədəmdən hey’əti-mütəsaviyə ilə çıxub və aləmi-surətdə ətvari-müxtəlifə və övza’imütənəvvi’ə ilə süluk edüb, həngami-inqizayi-müddəti-ömr rəngi-təsavi dutub, şərbəti-"kullu nəfsin zaiqətül-mauti" içmək müqərrərdür və e’tiqadü e’timad etmək gərək ki, xəl’əti-zühur geyüb feyzi-fitrət qəbul edənlərə idraki-təsəllüt "Əynəma takunu yüdrikəkumulmaut" müqərrərdir. Şe’r: Gəl, ey mülki-dünyayə məğrur olan, Meyi-zövqdən məstü məsrur olan. Giriftari-dami-bəlasan, saqın, Əsiri-dəmi-əjdəhasan, saqın. Giribanını pənceyi-ruzigar Dutubdur həzər qıl sərəncami-kar. Səni dami-qəbrə giriftar edər, Başun möhreyi-rişteyi-mar edər. Gələn bu güzərgaha getmək gərək, Nüzul eyləyən rehlət etmək gərək. Bulunmaz cahan kargahında kam, Fərağət məqamı degil bu məqam. Filvaqe, əgər bəqayi-bəşər mümkün olsaydı Xeyrül-Bəşər ki, nəqşi-nigini- "Və lakin Rəsulullahı və xətamən-nəbiyyin" dir, bu təşriflə müşərrəf olmaq ənsəb idi; və əgər dəvami-Bəni-Adəm ehtimal bulsaydı, qaili-"Ənə seyyidu vələdi Adəm" bu səadət istehqaqinə əqrəb idi. Dəlili-izaleyi-nəqşi təəyyinaticismani bu yetər ki, Həzrəti-Xaceyi-Kainat "İnnəkə məyyütun və innəhum məyyitun" xitabına müxatib olmuşdur; və şahidi-təğəyyüri-süvərisəhayifiimkani bu kifayət edər ki, əfzəli-aləm "Və macə’əlna li-bəşərin min qəblikəl-xuld" xitabi-müstətabin isğa qılmışdır. Şe’r: Dövri-zəmanənin ədəmi-e’tibarinə Şahid şiya’i-vaqi’eyi-ənbiya yetər. Ümmali-karxaneyi-əhvali-aləmə Mövti-Nəbi əlaməyi-fövtü fəna yetər. Bitəkəllüf ə’zəmi-məsaibi-şəhidi-Kərbəla mövti-Həzrəti-Mustəfadür, zira mövcibi-italeyi-əyadiyi-zülmü cəfadür. Mücmələn, keyfiyyəti-mövti-Həzrəti- Risalət oldur ki, ol şəm’i-şəbistani-risalət və xurşidi-asimani-nübüvvət hicrətin onuncu ilində ədayi-HəccülVida’ etdükdə ərəfə günü sahəti-Ərəfatda bu ayətikərimə nüzul etdi ki: "Əl-yovmə əkməltu ləkum dinəkum və ətməmtu’əleykum ne’məti". Həzrəti-Rəsul bu ayətin məzmunundan istişmamirayiheyi- intiqal edub və bu ibarətin məfhumindən ehsasi-irtihal qılub, mühəqqəq bildi ki, təngnayi-şəhadətdən fəzayi-fərəhəfzayi-qeybə təvəccöh etmək gərək və darifənadan mülki-bəqaya getmək gərək. Zira qərəz şərəfi-risalətdən bəyani-əhkam idi, təmam oldu və məqsud səadətizühurindən izhari-ne’məti-İslam idi, dərəceyi-kəmal buldu. Pəs, əkabirü əşrafisəhabəyi cəm’ edüb buyurdu ki: "Ey mühacirü ənsar, bəndən bu gün zəruriyyatiümuri- dininiz təhqiq edün, fürsəti-iktisab fövt olmadan ki, və’deyi-müfariqət qərib olmuşdur və təriqi-mürafiqət intiha bulmuşdur". Və dəxi buyurdu; "Ey qövm, ərseyi-Qiyamət" [Yovmə] yənfə’us-sadiqinə sidquhum qərargahıdır və və qaziyi-ruzi-cəza "Yovmə la yənfəu malun və la bənun" güvahidir, əgər ol gündə sizdən sual olunsa ki, "Məhəmməd necə süluk etdi?" cəvabınız nədür? Səhabə ittifaqla ayıtdılar: "Ya Rəsulullah, səndən ədayi-risalət və ilqayi-nəsihət istima’ etdik, şəhadət verirüz". Pəs Həzrəti-Rəsul əngüşti-səbbabeyi-qəmərşikaf canibi-asimana qaldurub ayıtdı: "Əllahumməşhədu", yə’ni sən şahid ol". Rəvayətdir ki, Həccül-Vida’dan müraciət qıldıqda əsnayi-təriqdə Ğədiri-Xum deməklə mə’ruf mənzildə cəmaətlə ədayi-nəmaz qıldıqdan sonra səhabəyə mütəvəccih olub buyurdu ki: "Ələstu bil-mümininə əvla min-ənfusihim", yə’ni mö’minlərə deyilmiyəm nəfslərindən əvla. Hüzzari-məclis ittifaqla təsdiq verüb ayıtdılar: Nə’əm, ya Rəsulallah. Pəs Həzrəti-Murtəzanın əlindən dutub ayıtdı: "Mən kuntu məvlahu fə-haza Əliyyun məvlahu", yə’ni "hər kimin mən mövlası idum", Əli anın mövlasıdür". Əllahummə ’adi mən adahu", yə’ni İlahi, anınla ədavət qılana ədavət qıl", "Və vali mən valahu", yə’ni anınla dost olana dostluq et; "Vəxzil mən xəzələhu" və anı xar dutanı xar dut, "Vənsir mən nəsərəhu" və ana nüsrət verənə nüsrət ver; "Vədirul-həqqə mə’əhu həysə ma kan" və müqarin eylə həqqi ana qanda olursa. Rəvayətdir ki, [Ömər] Faruq Həzrəti-Murtəzanın əlin dutub təhniyə təriqilə ayıtdı: "Bəx bəx [ləkə] yəbnə Əbi Talib əsbəhtə [məvlayi və] məvlayi kulli mu’minin və mu’minətin". Şe’r: Gəl ey rizayi-Rəsul istəyən zühura gətür, Nişani-dövləti-tövfiqü vali mən vallah. Ədavəti-Əsədullaha olma qail kim, Sənə çəkilməyə şəmşiri-’adi mən ’adah . Və bu kəlimati-hikmətamiz əsnasında ayıtdı: "Ey qövm, bəni aləmi-üqbaya də’vət etdilər. Ol halətə təvəccöh qılub hifzi-səlah üçün "Xəlləftu fikumussəqəleyn kitaballahi və itrəti", yə’ni məzhəri-sirri-xilafətim iki əmri-əzimdir: biri Qur’an və biri ƏhliBeyt. Zinhar təriqi-mütabə’ətlərin-dən müxalifət qılman və rəsmimütavəətlərindən mütəcaviz olman ki, bunlar bir-birilə rabiteyitəmam bulub, hövzi-Kövsər kənarında bana mülhəq olub asari-şükrü şikayət zahir etsələr gərək". Zəhi ümməti-bivəfa ki, bu məzmun müsəhhəh olmuş ikən əqrəb zəmandə təhrifi-məzmuni-Qur’an caiz görüb, Əhli-Beytə cəfalar rəva gördülər və dəşti- Kərbəlada övladi-Rəsula izalar yetürdilər. Şe’r: Ey şəriət şərəfindən qafil, Xələli-şər’ə dəmadəm mail. Mustəfadan nə cəfa yetdi sənə, Ol vəfapişə nə cövr etdi sənə Ki, mükafatinə bidad etdin, Özün azarinə mö’tad etdin. Bünyeyi-şər’inə verdin təğyir. Alü övladinə çəkdün şəmşir. Ol səni sahibi-iman etdi, Lütflər göstərüb ehsan etdi. Sən anın zülm ilə irzin yıxdun, Daği-bidad ilə canın yaxdun. "Nurül-Əimmə"dən mənquldur ki, həngami-tüfuliyyətdə bir gün Hüseyni-məzlum ətfali-məhəllə ilə məla’ibəyə məşğul ikən Həzrəti-Rəsul hazir olub, anı dutmağa qəsd etdi. Hüseyn Həzrəti-Xacədən fərar edüb, hər tərəf təvəccöh qılub, Həzrəti-Rəsul mütə’aqib rəvan olub ayıtdı: "Ya Hüseyn, bu nə nifrətdir?" Hüseyn ayıtdı: "Ya Rəsulullah, nifrət degil, bəlkə təhərrüki-silsileyiməhəbbətdür". Şe’r: Dilbərin üşşaqdan eyni-tələbdür nifrəti, Mən’dəndir mehri-tüğyani-məhəbbət şiddəti. Intifayi-nari-şövq eylər zülali-ittisal, Mən’ miqdarincədir mətluba talib rəğbəti. Məş’uq ki, aşiqdən ahəngi-güriz edər, atəşi-məhəbbət və bazaritələb tiz edər. Əlqissə, Xaceyi-Kainat ol əhsəni-məxluqatı tərəddüdlə dutub asimana mütəvəccih olub dua qıldı ki, "Əllahummə əhibbəhu və hibbəhu". Həm ol saət aləmi-qeybdən xitab gəldi ki: "Ya Rəsulullah, bu məhəbbətlə mümtaz etdigün cigərguşə və bu iltifatla sərəfraz etdigün qürrətül’eyn dəşti-Kərbəlada şəhid olub dərgahialəmpənahimizə pedəri-büzürgvar və bəradəri-alimiqdarla hazır olub, biri bir hərbətlə və biri bir şərbətlə və biri bir zərbətlə şəhid olub təzəllüm etsələr gərək". Şe’r: Birinün fərqi tiği-zülmdən şəq, Dəmi-mö’cüz misali-bədr mütləq. Birinün zəhrdən hali digərgun, Məzaci təlx, gültək bağrı pürxun. Birinün laləvəş cismində yüz çak, Cigər qanilə cismi-çakı nəmnak. Rəvayətdir ki, Həccül-Vida’da əyyami-Mina ayeyi-kərimeyi- "İza ca’ə nəsrullahi və’l-fəth" nüzul edüb, Həzrəti-Rəsul Cəbrailə ayıtdı: "Ey müqərrəbi-dərgahi- üluhiyyət və məhrəmi-bargahirübubiyyət, qaliba həngami-təvəccöhi-aləmi- axirətdir". Cəbrail ayıtdı: "Ya Rəsulullah, "Və’l-axirətü xəyrun ləkə minəl- aula". Həzrəti-Xacə bu ayət istima’indən və bu məzmun ittila’indən sonra təhiyeyiəsbabi- intiqala və tərtibi-alati-irtihala məşğul olub, həmişə kəlimeyi-təyyibeyi- "Subhanəkə əllahummə əğfirli innəkə əntəl-vəhhab" təkrar edərdi. Səhabə ayıtdılar: "Ya Rəsulullah, bu kəliməyi təkrar etməkdən nədür qərəz?" Həzrəti- Rəsulullah ayıtdı: "Bəni aləmi-bəqaya də’vət etdilər". Və əsnayi-təkəllümdə giryan oldu. Ayıtdılar: "Ya Rəsulullah, mövtdən giryə etmək Həzrətinizdən nə münasibdür, xüsusən ki, möhtərəm və məğfur olduğun müqərrərdür?" Həzrəti- Seyyid ayıtdı: "Bənim iztirabım anınçündür ki, bunca cəfa çəküb daireyi-imana çəkdigüm müsəlmanlar, aya bəndən sonra məkayidi-İblisə giriftar olub nə afətlərə müqarin olalar və nə möhnətlərə düşüb nə ihanətlər bulalar". Əlqissə, ol afitabi-asimani-lütfü kərəm mütəvəccihi-dərgah olub, bir ay vəfatından müqəddəm səhabeyi-kübari Ayişə mənzilində cəm’ edüb, anları birbirinə sifariş qılub, budua ilə sərəfraz etdi ki: "Rəfə’kumu əllah hədakumu’ əllah cəmə’kumu əllah, həfəzəkumu’əllah, nəsərəkumu’əllah, vəfəqəkumu’əllah" və şəraiti-duadan sonra vəsiyyət qıldı ki: "Ey qövm, bənim təvəccöhüm aləmibəqaya müqərrər oldu və afitabi-həyatım rüxsəti-qürub buldu, hörməti-Əhli- Beytümi sizə tapşurub, sizi tapşurdum ol padişahibizəvala ki, mülki-bəqasına xələli-intiqal tari olmaz və mir’atihəyati-müəbbədi küdurəti-fəna bulmaz. Layiq oldur ki, həmişə təriqi-ta’ət məsluk edüb mütavə’ətindən müxalifət rəva görməyəsiz və qaideyi-əhkaminə ixtilafi-ara ilə xələl yetirməyəsiz, bir növlə süluk edəsiz ki, ruzi-Qiyamət sizün əf’alınız bəni şərmsar etməyə və damənimübahatimə nəticeyi-ə’mali-zəmimənüzdən gərdi-xəcalət yetməyə". Siğar və kibar Həzrəti-Rəsuldan bu əxbari-mühəvvəşi istima’ etdikdə ittifaqla giryan olub ayıtdı: "Ya Rəsulullah, bu vaqieyi-hailə nə vəqt olsa gərək?" Buyurdu ki: "Ənqərib vüqupəzir olur". Dedilər: "Ya Rəsulullah "İyazən billah" bu surət vaqe olsa, qüsli-şərifinizi qansı xidmətkarinə rücu edərsən?" Buyurdu ki: "Əqrabi-Əhli-Beytim qüslümə övladır". Dedilər: "Nə camə ilə cismimübarəküni dəfn edəlim?" Buyurdu ki: "Əgnimdəki cübbə ilə. Və əgər Misri hüllələr və Yəməni camələr dəxi olsa, caizdir". Dedilər: "Mərqədi-şərifin nə məqamda olmaq münasibdir?" Buyurdu ki, "Hala mütəvəttin olduğum mənzildə". Dedilər: "Sənə kimlər nəmaz etsinlər?" Buyurdu ki, "Təchizü təkfinim olduqda qəbrim mühəyya qılub cənazəmi qəbrim kənarında qoyub dışrə çıxun və bilmiş olun ki, nəmazimə iqdam edən əvvəl Cəbraildir, andan sonra Mikaildir və andan sonra Əzraildir və andan sonra İsrafildir cəmi’i-məlaikə ilə. Anlardan sonra siz gəlüb dəf’ə-dəf’ə də nəmaz edin, əmma ibtidayi-nəmaz Əhli- Beytimdən olsun". Səhabə biixtiyar naləvü zari edüb ayıtdılar: "Ya Rəsulullah, səni qəbrə kim endirsün?" Buyurdu ki: "Əqrəbi-Əhli-Beytim, güruhiməlaikə müavinəti ilə ki, anlar sizi görüb siz anları görməyəsiz". Vəsiyyət təmam olduqda hüzzari-məclis ilə müvadi’ə qılub, qaiblərə səlam irsal edüb buyurdu ki: "Bəndən sonra dari-dün aya gəlüb şəriətimə iqtida qılanlara və qaibanə bənim risalətimə mötərif olanlara Qiyamətdək bəndən səlam olsun". Andan sonra mütərəssidi-peyğami-vüsal və müntəziri-ittisal oldu. Əhyanən hicrətin on birinci (ilində) Səfər ayının igirmi səkkizinci günündə məqbəreyi- Bəqi’ ziyarətinə mütəvəccih olub, sükkani-büq’eyi-Bəqi’ üçün istiğfar edüb, ol miqdar dua qıldı ki, kəndüyə dəxi arzu oldu ki: "Ey kaş, bən dəxi bu büq’ə mədfunlarından olub bu duaya daxil olaydım". Rəvayətdir Əbu Hüreyrədən ki, demiş: "Bən hazır idim ki, Həzrəti-Rəsul ayıtdı: "Ey Əbu Hüreyrə, bana dəvami-həyati müstə’ari və liqayi-Pərvərdigari və düxuli-darül-qərari ’ərz etdilər, liqayi-Pərvərdigari ixtiyar etdim və tərki-masiva təriqin dutdum". Nəqldir ki, bu gecə ol Həzrət mə’mur oldu ki, guristani-Bəqi’ə gedüb əmvatinə istiğfar edə, andan sonra şühədayi-Uhud qüburun ziyarət qılub anlar üçün şəfi’ ola. Bu tərəddüd əsnasində ol Həzrətə bir süda’ tari oldu ki, fərqi-mübarəklərin ’isabə ilə möhkəm bağlayub, Meymunə sərayinə gəlüb biixtiyar təkyə qıldı və buyurdu ki, "Eynə əna qədən", yə’ni yarın bənim mənzilim qandadır?" Fatimə ol Həzrəti müztərib görüb ümməhatimöminata ayıtdı: "Ey xəvatinisəadətxaneyi- ismət, Həzrəti-Rəsul mütəkəssirdir. Və hər gün bir mənzilə getmək mütə’əzzir görünür, bir mənzildə müqim olmasınə razı olun". Müxəddərati-hücərati-risalət ol səlahə razı olub müqərrər etdilər ki, Həzrəti-Rəsul Ayişə mənzilində olub, hər biri xidmətin anda ədaqıca. Meymunə sərayindən çıxub, bir əli Murtəza kətfində və bir əli Əbbas kətfində Ayişə hücrəsinə gəlüb bəstərə düşdükdə hümmayi-mühriq peyda qıldı. Şe’r: Afitabi-şər’inə, bulmuşdu övci-irtifa’, Lacərəm məhrur olur bulduqca rif’ət afitab, Nola gər təb hiddətilə axsa cismindən ərəq, Bərgi-güldür axıdır fərti-hərarətdən gülab. Əbdullah Məs’uddan nəqldir ki: "Bən ol vəqt hazır idim, nəbzinə əl basdıqda hərarətlərin qayətdə ziyadə görüb ayıtdım: "Ya Rəsulullah, bu nə əcəb təbimühriqdir?" Buyurdu ki, "hər kimin mərəzi miqdarıncədür". Dedim: "Ya Rəsulullah, bu dərdə dəva nədir?" Dedi: "Ol Mə’bud həqqi üçün ki, bənim nəfəsim anın qəbzeyi-qüdrətindədir ki, heç kimsənəyə mərəz tari olmaz ki, günahları anınla tökülməz. Netə ki, badi-sərsərdən övraqi-əşcar və təsadümihəvadan qətərati-əmtar". Nəqldir Əbu Sə’id Xəzridən ki, demiş: "Mən hini-mərəz ol Həzrətə mülazim idim, üzərinə bir qətifə çəkilmişdi, hiddətihərarətləri qətifədən məhsus olub buyurdu ki: "Ənbiyanın məratibi ə’la olduğu kimi mərəzləri dəxi əşəddü əqvadür. Zira ənbiya möhnətlərinin ziyadə olduğun istid’a qılurlar və möhnət mövcibi-qürb olduğun bilürlər". Şe’r: Rənci-rahət dilbərin dərdi dəvadır aşiqə, Rənci bihəd ol səbəbdən dərdi bipayan olur. Qafil olman dost dərdindən kim, olduqca füzun, Mövcibi-təşrifi-lütfü şəfqətü ehsan olur. [Rübai:] Yarın ələmi-eşqi dəvadan yeg olur, Xaki-səri-kuyi tutiyadan yeg olur. Üşşaqa həbib eylədügi cövrü sitəm, Qeyr etdügi lütfilə səxadan yeg olur. Və buyurdu ki: "Bu mərəz ol zəhrin əsəridir ki, Ümmül Biramoğlunun ziyafətində bana verdilər". Və hər müddətdə ələmi mücəddəd olub bir dəva ilə dəf’ olurdu, əmma bu növbət həngamirehlət olmağın iştidad buldu. Qaliba bədəni-şərifində ol zəhrin əsəri mülazim olmaqdan qərəz şərəfi-şəhadət idi. "Ruhul-Ərvah"da məsturdur ki, çün bəhri-feyzi-nübüvvət və dəryayi-kəmalivilayət bir-birilə müqarin olub "Yəxrucu minhumal- lu’lu’uə vəl-mərcan" müqtəzasincə Həsən və Hüseyn zühura gəldilər və ol şahzadələrün hər biri bir keyfiyyətə varis oldular, lacərəm Həzrəti-Həsən əkbər olmağın cəddibüzürgvarlərinə iqtida qılub ələmi-zəhrlə dünyadan getdi və Həzrəti-Hüseyn əsğər olmağın validi-alimiqdarinə təşəbbüh qılub zərbi-tiğ ilə axirətə nəql etdi. Şe’r: Zəhrdən təlx olalı lə’li-şəkərbari-Həsən, Zəhr kamın hiç kim aləmdə şirin görmədi. Olalı şəmşirdən pürxun təni-paki-Hüseyn İstirahət bulmadı şəmşir, təskin görmədi. Və bu dəxi bir münasibətdir ki, Həzrəti-Həsən Mədinədə cəddi-büzürgvarının mücavirətin ixtiyar qıldı və Həzrəti-Hüseyn mütəvəttini İraq olub validialimiqdarınun mülazimi oldu. Şe’r: Vadiyi-qürbətdə tənhalıqdan ikrah eyləyüb, Murtəza Şibbiri həmxab etdi, Əhməd Şəbbəri. Qıldılar qismət vilayət bəhrinin gövhərlərin, Əkbər olan əkbəri hifz etdi, əsğər əsğəri. Əlqissə, Həzrəti-Rəsul on dörd gün bimar olub qəzaya mütəvəqqif qaldı. "Rövzətül-əhbab"da məsturdur ki, iştidadi-mərəzdə Fatimeyi-Zəhrayi hazır edüb, təriqi-təvəddüd və qaideyi-təfəqqüd ri’ayətindən sonra ixfa ilə bir təkəllüm etdi ki, Fatimə giryan oldu. Andan sonra bir təkəllüm dəxi etdi ki, ənduhi nişata təbdil oldu. Ayişə ayıtdı: "Ya Fatimə, aya, ol ənduha vəsilə nə idi və bu nişata səbəb nədir?" Fatimə ayıtdı: "Ey müxəddəreyi-zəman, Həzrəti-Rəsul ibtidai-təkəllümdə buyurdu ki: "Ey Fatimə, hər il Cəbrail təbliği-əhkam üçün bir növbət gəlürdi, bi il iki növbət nüzul etdi, qaliba əcəlim qərib olmuşdur və həngamihəyatım dərəceyi-nihayət bulmuşdur. Bən bu xəbərdən mütəəllim olduqda buyurdu ki: Ey fərzəndi-əziz, qəm çəkmə ki, sənə bəşarət verirəm iki səadətə: biri ol ki, əfzəli-nisayi-əhli-behişt sən olursan və biri ol ki, Əhli-Beytimin cümləsindən müqəddəm sən bana mülaqat qılursən". Bu müjdə istima’indəki tiryaki zəhri-fəraqın bana sazqar edüb, süruri-lahiqdən ələmi-sabiqə təskin yetdi və buyurdu ki: "Ey Fatimə, çün cəmi’i-nisai-əhli-aləmdən sənin zürriyyatin ə’zəm və məqamın əfzəldir, lacərəm sənin bəliyyatın ətəmm və əkməldir; səbr et və təhəmmül pişə qıl". Qərəz bu ki, ol Həzrətin iştiyaqinə ki, əşəddi-bəliyyatdır, Fatimə səbr edüb təhəmmül pişə qıla. Filvaqe’ əgər müjdeyi-ülüvvi-dərəcatiüxrəvi və bəşarəti-sümüvvi-mərtəbeyi-mə’nəvi mövcibi-təskini-xatir olmasa, Həzrəti-Rəsulullah kimi sərvəri-xücəstəliqanın atəşi-fəraqinə və ələmi-iştiyaqinə təsəbbür və təhəmmül xarici-əhateyi-ehtimal və imkandır. Zira atəşi-cansuz və ələmi-cansitandır. Şe’r: Xəncəri-hicranü tiği-qət’ü şəmşiri-fəraq, Çak-çak eylərdi Zəhranın dili-əfgarını. Verməsəydi və’deyi-vəslin verəndə Mustəfa, Müjdeyi-zövqi-vüsalü dövləti-didarını. Rəvayətdir ki, ol sərvərin təbi-mühriqi gəldikcə ziyadə olub və hərarəticismi- lətifi getdikcə təzayüd bulub, buyurdu ki, yeddi kuzə ilə yeddi quyudan su gətirüb üzərinə tökələr ki, xiffət bulub məscidə təşrif buyura. Həsbülişarə yeddi kuzə ilə yeddi quyudan su gətirib ol çeşmeyi-həyatın üzərinə tökdülər. Filcümlə xiffət bulub hücrədən dışrə çıxub, cəmaətlə nəmaz qılub, bir xütbeyi-hikmətamiz inşa qılub, istiğfar və istifa qıldıqdan sonra buyurdu ki: "Ənsar bənim xəvasımdır, anları girami dutun və xətalarından təcavüz qılun". Və bir rəvayət dəxi oldur ki, Həzrətin mərəzi təzayüd bulduqda ənsarın qərarı qalmayub, məscidi-Nəbəvi ətrafinda tərəddüd edərlərdi. Əbbas ol hala müttəle’ olub, Mustəfaya ərz edüb, Həzrəti-Murtəza dəxi ona müvafiq şərhi-hal etdikdən sonra Həzrəti-Rəsul yerindən durub ayıtdı: "Ya Əli, ənsar nə derlər?" Murtəza Əli ayıtdı: "Ənsar derlər ki, haşa, əgər Həzrəti- Mustəfa dünyadan nəql edəcək olsa və bu müsibət vüquf bulsa, bizüm əhvalımız nolur və öhdeyi-riayətimizdən kim gəlür? Həzrəti-Rəsul ayağa durub bir əlin Murtəza kətfinə və bir əlin Əbbas kətfinə buraxub, məscidə gəlüb və minbər üzərinə çıxub qərar dutdu və həmdü sənaya müştəmil bir xütbeyi-bəliğ inşa qıldı və ənsarı mühacirə və mühaciri ənsara mübaliğeyi-tamamla sifariş qıldı. Rəvayətdir Fəzl bin Əbbasdan ki, əyyami-mərəzdə bir gün Həzrəti-Rəsul bənim əlim dutub, hücrədən çıxub və mübarək başına isabə bağlayub minbər üzərə qərar dutdu və Bilala buyurdu ki: "Nida qıl xəlq cəm’ olsun, anlara vəsiyyət qılam ki, bu axirin vasiyyətdir". Bilal həsbülfərmudə nidayi-am qılub və cəmi’i-xəlq hazır olub, ol Həzrət ədayi-xütbədən sonra buyurdu ki: "Ey firqeyi-İslam və zümreyi-ənam, bənim əcəlim qəribdür, zinhar bəndən bədənlərinizlə cüda olduqda könüllərinizlə cüda olman və netə ki, bən sizi fəramuş etməzəm, siz dəxi bəni fəramuş qılman. Ey qövm, heç peyğəmbər şərbəti-bəqa içməmiş ki, bən dəxi ol şərbəti nuş edəm". Və bir rəvayət dəxi oldur ki, buyurdu: "Ey qövm, sizə iblaği-əhkam etdim və səlahinizə iqdam qıldum və bəlalara mübtəla oldum; hala söhbətinizdən inqita’ etmək məcalıdur və müfariqət qılmaq zamanıdır, kimin kim, məndə həqqi var, alsun və kimin kim, müşkili var, sual qılsun ki, bargahi-qürbə cəmi’i-də’vadan münəzzeh gedüb və damənitəcərrüdümü dəsti-tə’əllüq və təzəllüm dutmaya". Və ədadan sonra minbərdən enüb cəmaətlə nəmazi-zöhr əda qılub, yenə minbərə çıxub kəlimati-sabiqi təkrar qıldıqda hüzzari-məclisdən bir şəxs ayağa durub ayıtdı: "Ya Rəsulullah, sənin zimmətində bənim üç dirhəmim var". Həzrəti-Rəsul ol deynin ədasinə hökm edüb, Əli Murtəza əda qıldı. Andan sonra səhabədən Ükkaşə nam kim sənə ayağa durub ayıtdı: "Ya Rəsulullah, Təbuk səfərində naqəyə taziyanə həvalə qıldın, naqədən rədd olub bana irişdi, ol zərbdən qayətdə mütəəllim oldum. Hala qisas istərəm". Həzrəti-Rəsulullah ayıtdı: "Cəzakə’llahu xeyrən", rəhmət sənə ki, bu qisası axirətə buraxmayub dünyada tələb etdin". Buyurdu ki: "Ey Ükkaşə, taziyanə mə’rufunmudur? Ükkaşə ayıtdı: "Bir ədimə dutulmuş taziyanədür". Həzrəti Rəsul ayıtdı: "Ol taziyanə Fatimə mənzilindədür, gətürsünlər". Səlman Fatimə sarayinə mütəvəccih olub hücrəsinə yetdikdə ayıtdı: "Əssəlamu-əleykum, ya Əhləl-Beyt". Səlmanın avazın eşidüb Fatimə ayıtdı "Ey Səlman, hacət nədir?" Səlman ayıtdı: "Filan taziyanəyi Həzrəti-Rəsul istər". Fatimə ayıtdı: "Ey Səlman, hali-mərəzdə taziyanədən qərəz nədir?" Səlman surətiəhval şərh etdükdə Fatimə ayıtdı: "Həzrəti-Rəsul bimardır, anda qüdrəti- ehtimali-taziyanə yoxdur". Filhal Həsən və Hüseyni hazir edüb ayıtdı: "Ey cigərguşələr, cəddinüzə bir həq mütəvəccih olmuş və hüsni-ədalət anın ədasinə iqtiza edər, gedin və anın əvəzinə zərbitaziyanə qəbul edün". Səlman və Həsən və Hüseyn taziyanəyi alub məscidə gəldikdə, əhliməsciddən xüruşü vəlvələ əflaka çıxub hər biri Ükkaşəyə İlhahi əfv edərlərdi ki, bizə bir taziyanə əvəz bin taziyanə ur, HəzrətiRəsula mütə’ərriz olma və cismilətifin azürdə qılma. Həzrəti-Rəsul buyurdu ki: "Qisas bana mütəvəccih olduqda sizə taziyanə urulmaq münasib degil". Ükkaşə ayıtdı: "Ya Rəsulullah, bən ol gün üryan idim, sihhəti-qisas üçün sən dəxi üryan ol". Həzrəti-Rəsul dürra’eyi-şərifi kətfi-lətifindən buraxdıqda sükkani-xətairi-qüds və hüzzari-məclisiünsdən xüruşü əfğan əflaka çıxub cəhana qovğa buraxdı. Ükkaşə ki, Həzrəti-Rəsulun kətfi-mübarəkində möhri-nübüvvətə nəzər qıldı, filhal ol möhri-mübarəkə yüz sürüb taziyanəyi əlindən saldı, dedi: "Ya Rəsulullah, bənim bu mübaliğədən iki qərəzim var idi: bir ol ki, sənin insafını xəlqə izhar edəm və biri ol ki, "Mən məssə cildi layəmissənnar" müqtəzasincə bədəni-mübarəkinə üz sürəm və atəşi-duzəxdən aman bulam. Bu qəziyyədən sonra Həzrəti-Rəsul minbərdən yenüb xabgaha gəlüb, mərəzi təzayüd və təzaüf bulub, səm’i-mübarəki aləmiqüdsdən səlayi-xani-nə’im isğa qıldı və tairi-ruhi-şərifi həbsgahi-dünyadan nüzhətgahi-bəqaya mütəvəccih oldu. Şe’r: Qəribi-mülki-vücud etdi arizuyi-vətən, Müqərrər oldu ki, ruh eyləyə vida’i-bədən. İrişdi vəqt ki, şəhbazi-aşiyaneyi-qüds Qıla iradət ilə tərki-həbsxaneyi-tən. Rəvayətdir ki, ol halətdə Cəbrail nüzul edüb ayıtdı: "Ya Həbibullah, Pərvərdigari-aləm irsali-səlam edüb səni mövt və həyat arasında muxtar etdi. Əgər bəqayi-həyata talib isən həyatinə bəqa müqəddər olsun və əgər mövtə rağib isən sühulətlə müyəssər olsun. Şe’r: Dünyəvü üqba bənim mülkümdür, ey fəxri-rüsül, Sən bana bir bəndeyi-safidilü sahib-vüqar. Rə’y rə’yindür sənin, səndən bana yox imtina’, Eylədim ehsan sənə hər mülki etsən ixtiyar. Həzrəti-Rəsulullah ayıtdı: "Ey Cəbrail, ənani-ixtiyarımı Həzrəti-Həq rizasinə vermişəm və hüsni-e’tiqad ilə daireyi-təfvizü təslimə girmişəm: "Fə-inşa’ə əhyani və inşa’ə əmatəni". Şe’r: Xaliqim yegrək bilür bəndən bənim behbudimi, Bən ana tapşırmışam çoxdan ziyanü sudimi. Rəvayətdir ki, axiri-mərəzdə üç gün Həzrəti-Rəsul çıxub cəmaətlə nəmaz etmədi və dördüncü gündə əşaül-axir vəqtində Bilal süddei-səadət dəstgaha və ətəbei-aləmpənaha gəlüb nida qıldı ki: "Əs-səlatu ya Rəsulullah". Həzrət istima’ edüb buyurdu ki, Həq sənə əcri-xeyr verə. Bilal bir növbət dəxi ayıtdı: "Əssəlatu ya Rəsulullah". Həzrət cavab verdi ki: "Ey Bilal, İzəd sənə müjdeyirəhmət yetürə". Bilal bir növbət dəxi ayıtdı: "Əs-səlatu ya Rəsulullah". Həzrət bihuş idi, cavab vermədi. Bilal növmid olub giryan-giryan, cəma’ətə mütəvəccih oldu, ayıtdı: "Va ğəvsah vənqita’i rəcah və’ikisari zəhrah" diriğa ki, əsli-rabiteiin’iqadicəmaət tərki-cəmaət qıldı və əsasi-bünyeyi-sünnət hifzi-silsilədən fariğ oldu. Şe’r: Dərda ki, binayi-şər’ viran oldu, Cəm’iyyəti-İslam pərişan oldu. Vermişdi fələk muradımız lütf qılub. Guya ki, bu lütfdən pəşiman oldu. Ol əsnada cəmaətə Həzrəti-Rəsuldan fərman yetürdilər ki, Əbu Bəkri-Siddiq İmamət qılub cəmaət münəqid ola. Həzrəti-Əbu Bəkr həsbül-fərman mütəvəccihimehrab olduqda, surəti-mehrab zəbanihal ilə Rəsulun taği-əbrusindən xəbər verüb, Əbu Bəkrin qamətin bari-heyrətlə rüku’dən müqəddəm xəmidə qıldı və müşahideyi-şəkli-mehrabdan çehrəsinə əbvabi-fəraq açıldı, biixtiyar əfğana gəlüb və cümlə səhabə anın ittifaqilə giryan olub, sədayi-növhələrindən Həzrəti-Rəsul xəbərdar olduqda Fatimədən sual etdi ki: "Bu nə qülqülədür?" Fatimə ayıtdı: "Ya Rəsulullah, səhabə şiddəti fəraqından fəğana gəlmişlər və mühasirü ənsar ənduhi-müfariqətindən giryan olmuşlar". Həzrəti-Rəsul bir əlin Murtəza kətfinə və bir əlin Fəzl bin Əbbas kətfinə buraxub bir dəxi hücrədən çıxub cəmaətlə nəmaz etdi. Bə’zi kütübdə məsturdur ki, Ümm Sələmə demiş: "Bən əyyamimərəzdə ol Həzrətə mülazim idim. Bir gün ləbi-şəkkərbarın mütəhərrik görüb mütəvəccihi-istima’ oldum, eşitdim ki, münacat edər bu məzmunla ki: "İlahi, mənim ümmətimə atəşi-duzəxdən nəcat ver, Qiyamət hesabın anlara asan qıl". Görün ol padişəhin ümmətə qəmxarlığın, Ümməti-biədəbin zülmü sitəmkarlığın. Dedim: "Ya Rəsulullah, halın nədür?" Dedi: "Ey Ümm Sələmə, həngamivida’dır və dəmi-intiza". Bu əsnada Murtəza hazır olub ayıtdı: "Ya Rəsulullah, vaqi’əmdə gördüm ki, bir zireh geymiş ikən üzərimdən çıxardırlar". Həzrət buyurdu ki, "Ol zireh bən idim ki, cəmi’i-məkkarədən sənin pənahın idim, vəqtdir ki, mən köçüb sən tənha qalub bəlalara giriftar olasan. Ey Əli, zinhar ki, diltəng olub cəzə’ qılmayasan və müsabərətdən qeyr təriqə zahib olmayasan". Bu əsnada Fatimə dəxi giryan olub ayıtdı: "Ya Rəsulullah, vaqi’əmdə gördüm ki, əlimdə bir vərəqi-müshəf var ikən nagah əlimdən qeyb oldu". Həzrət buyurdu ki: "Ey Fatimə, ol vərəq mən idim, nəzərindən qeyb olsam gərək". Bu əsnada Həsən və Hüseyn hazır olub ayıtdılar: "Ey cəddi-büzürgvar, vaqiəmizdə gördük ki, havadə bir təxti-rəvan olub onun altında biz baş açuq yürürüz". Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşələr, ol təxt mənim nə’şİmdir ki, siz gisuyi-müşkbar açıb altında yürüyəsiz". Bu vaqi’ələrdən və tə’birlərdən Əhli-Beytin naləvü fəğanı bir qayətə yetdi ki, sədasın fələkdə mələk eşitdi. Şe’r: Necə gözdən getməsün xunabə, canandır gedən, Necə cismi-zar ayaqdan düşməsün, candır gedən. Necə aləm olmasun əhli-nəzər çeşminə tar, Çün nəzərdən çeşmeyi-xurşidi-rəxşandır gedən. Rəvayətdir ki, əyyami-mərəzdə bir gün dəxi Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, kənduni necə görürsən?" Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, kəndumi məhmum və mətmum görürəm". Bir gün dəxi yenə bu sualı ayıtdı, yenə ol cavabı eşitdi. Üçüncü gün Mələkül-mövt və İsmail nam bir mələk dəxi ittifaqla gəlüb Cəbrail ayıtdı: "Ya Rəsulullah, Mələkül-mövt babi-səadətdə durub püxsət istər və heç bəni-adəmdən rüxsət tələb etməmişdir". Həzrət buyurdu ki: Ey Cəbrail, rüxsətdür. Mələkül-mövt hücrə qapusından girüb səlam verüb ədəb təriqilə ayıtdı: "Ya Rəsulullah, Həq bəni sənin riayəti-xatirinə mə’mur etmişdir, əgər rüxsət olursa nəqdi-ruhunu xəzaneyi-behiştə təslim edəyim və əgər olmaz isə gəldiyim kibi Mə’budimə gedəyim". Həzrəti-Rəsul Cəbraildən yana nəzər qıldı, Cəbrail ayıtdı: "Ey Seyyidi-Kainat, Həzrəti-İzəd müştaqi-cəmalındür və ərvahi-ənbiya arizuməndi-vüsalın". Həzrəti-Rəsulullah ayıtdı: "Ey Mələkül-mövt, sənin şəmşiri-səlabətin miqrazi-rişteyi-müba’idətdür və tiğiheybətün şəm’işəbistani- müvasilət. Xidmətində təqsir etmə ki, bən dəxi müştaqi-liqayam və arzuməndi-aləmi-bəqayam". İbn Əbbasdan nəqldir ki, Həzrəti-Rəsulun vəfat günü Həzrəti-İzəd buyurdu ki, Mələkül-mövt yer yüzünə yenüb rüxsət hasil etmədən Həzrəti-Rəsulun qəbzi-ruhi-şərifin qılmaya və küstaxanə mütəərriz olmaya. Mələkül-mövt bin-bin məlaikə ilə əlbiseyi-müləvvən geyüb və ənvaizibü zinnət ilə müzəyyən olub ol Həzrətin dəri-dövlət-sərayinə gəldilər. Mələkül-mövt bir ə’rabi surətində mütəməssil olub rüxsətidüxul istədi. Fatimə hazır idi, cəvab verdi ki: "Ey ə’rabi, Həzrəti-Rəsul kəndü halına məşğuldur, hala məcali-mülaqat degil. Mələkül-mövt səda bülənd edüb bir dəxi rüxsət istədi. Fatimə həm ol cəvabı verdi. Üçüncü növbət əşəddi-əsvatlə səda yetürdü ki, Həzrəti-Rəsul xəbərdar olub Fatimədən keyfiyyəti-halı sual etdi. Fatimə ayıtdı: "Ya Rəsulullah, bir mübrim ə’rabidür, rüxsəti-mülaqat istər, üzrlə məmnu olmaz və mə’zirət ana faidə qılmaz". Rəsulullah ayıtdı: "Ey Fatimə, bilirmisənol ə’rabi kİmdir". Fatimə ayıtdı: "Allahu və rəsuluhu ə’ləm". Həzrəti Rəsulullah ayıtdı: "Ol qate’i-ləzzat və müfərriqi-cəmaat, yə’ni Mələkül-mövtdür, qəbzi-ruhum etməyə gəlmiş. Heç bab ana məsdud olmaz və heç kim dəf’inə çarə bulmaz. Rüxsətdən qərəz hörmətixanədani- nübüvvətdir, yoxsa ana nə ehtiyaciizzətü rüxsətdir". Fatimə bu vaqiə’dən müztəribülhal olub bihuş olduqda, Həzrəti-Rəsul Fatimənin sineyi-bikinəsinə dəsti-mübarəkin qoyub bixud olub, Fatimə kəndüyə gəldikdə Rəsuli bixud görüb, təsəvvür qıldı ki, aləmi-bəqaya təvəccöh qılmışdır. Fəryad edüb ayıtdı: "Va əbətah mahalukə". Həzrət dideyiəşkbar açub Fatiməyi giryan görüb ayıtdı: "Ey cigərguşə, ağlama ki, cümleyi-ərş sənin naləyi-zarindən fəğana gəldilər". Və kəndü mübarək əli ilə Fatimənin çehrəsindən sirişkin pak edüb münacat etdi ki: "Ya Rəb, bu dərdməndi bənim fəraqimdə səbr ilə mümtaz et". Pəs, təriqi-təsliyə ilə ayıtdı: "Ey Fatimə, bənim ruhum qəbz olunduqda kəlimeyi-"İnna lillahi və inna ileyhi raci’un" təkrar edüb təhəmmül pişə qıl ki, hər insana İzəd hər müsibətdə əvəz vermək müqərrərdir və hər təhəmmülə bin təcəmmül müqəddərdir. Fatimə ayıtdı: "Ey sərvər, sənə əvəzmi olur? Bu hala müqarin ümməhati-möminatı cəm’ edüb, cümləsinə təqvavü ta’ət və səbrü qəna’ət vəsiyyət qılub, Fatiməyə ayıtdı: "Həsən və Hüseyni hazır et". Həsən və Hüseyn hazır olub səlam verüb gtryan-giryan qarşusində durduqda cəmi’i-hüzzari-məclis ittifaqla giryan oldular. Şe’r: Dəmi-vida’dır, ey çeşmi-tər, sirişk rəvan qıl, Zəmani-hicrdir, ey dil, töküb sirişk fəğan qıl. İmam Həsən çehreyi-pürqübar rüxsari-pürənvarinə sürüb və Hüseyn dideyiəşkbar kəfi-payi-ərş miqdarinə yetirüb fəğan edərlərdi. Ol Həzrət’əyni-işfaqla anlara nəzzarə qılub müfariqətlərindən ahihəsrət çəkərdi və sirişki-riqqət tökərdi. "Məqtəli-Nurül-Ə’immə"də məsturdur ki, ol Həzrət hini-vəfatda Həsən və Hüseynə mütəvəccih olub derdi ki: "Ey diriğa, yetimlik qubarı çehreyi-əhvalinizi dutub bikəslik-əsəri surəti-ətvarinizdə peyda oldu və cəmiyyətünüz pozuldu. Aya, ümməti-bivəfa sizə nə cəfalar qılalar və nə bəhanə ilə mütəərriz olalar?" Bu təkəllüm əsnasında biixtiyar giryan oldu. Ümmi Sələmə ayıtdı: "Ya Rəsulullah, səbəbi-giryə nədir?" Həzrəti-Rəsul ayıtdı: "Əynəma bəkəytü rəhmətən liumməti". Yə’ni giryan olduğum ümmətim üçündür, zira hüsni-ehtİmamla şərəfi-İslam bulmuşikən və qabili-qürbi-İlah olmuşikən bəndən sonra İblis iğvasinə giriftar olalar və irtikabi-kəmali-mə’siyət qılalar. Həm anlara üqubəti-İlahi təvəccöh qıla və həm bənim sə’yim zaye’o la". Rəvayətdir ki, ol əsnada Əli ibn Əbi Talibi tələb edüb. HəzrətiMurtəza gəlüb ol Həzrət səri-mübarəkin bəstərdən qaldırıb, bə’zi lazım olan vəsiyyətləri əda qılub əmanətləri təslim etdi. Həzrəti Əlidən nəqldir ki: "Həzrəti-Rəçul bana bin bab elm tə’lim qıldı ki, hər birindən dəxi bana bin bab məftuh oldu". Əlqissə, Mələkül-mövt ə’rabi surətində qapuda durub icazət tələb edirdi. Aqibət, rüxsət hasil edüb, hücrəyə girüb dedi: "Əssəlamu əleykə əyyuhən-nəbiyyi". Həzrəti-Izəd səlamlar yetürüb qəbzi-ruh etməyə fərman etmişdir, fərman nədür?" Həzrəti-Rəsul ayıtdı: "Ey Mələkül-mövt, bənim səndən bir hacətim var; bənim ruhum qəbz etmə, Cəbrail gəlməyincə". Mələkül-mövt ayıtdı: "Fərman sənindür". Bu hala müqarin Həzrəti-İzəd Rizvana buyurdu ki, behiştə ayin bağlayub hurü qıl-manı müzəyyən qıla və Maliki-duzəxə əmr etdi ki, nəvairi-cəhimə təskin verüb həyyatü əqaribin səmiyyati rəf’ola və sükkani-aləmimülkü mələkut və ərvahi-ənbiya və güruhi-mələ’iə’la istiqbala çıxalar və xüddami-hərimi-ərş ənvari-qüdsdən çırağlar yaxalar. Və bu məsaleh mürəttəb olduqdan sonra Cəbrailə hökm oldu ki, sündüsi-behiştdən bir məndil Həzrəti- Rəsula ilətüb xidmətinə müşərrəf ola. Cəbrail giryan-giryan gəldikdə Həzrəti- Rəsul ayıtdı: "Ey bəradər, bunun kibi halətdə bəndən mübaidət ixtiyar edərsən, səbəb nədir? Cəbrail ayıtdı: "Ya Rəsulullah, sənün xidmətin bəni səndən dur etmişdi, sənə bəşarət gətürmişəm, ya Rəsulullah, "Ənnirani qəd uxmidət və’lcinanu qəd züxrifət və’l-hurul-əyni qəd zuyyinət və’l-məlaikətu qəd səffət biqudumi ruhikəl’əziz". Şe’r: İştiyaqi-dövləti-qürbündədir ərvahi-qüds, Rəf’ edüb zülmət hicabın ərz qıl didarını. Rövzeyi-Rizvana vəslindən nəsib et növbəhar, Hurü qılman bəzminə şəm’ et məhi-rüxsarını. Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bu bəşarətlər xoşdur, əmma mənə bir xəbər ver ki, bu xəbərlərdən əfzəl ola". Cəbrail ayıtdı: "Ya Rəsulullah, behişt səndən və ümmətindən müqəddəm cəmi’iənbiyaya və ümmətlərinə həram ola". Həzrəti-Rəsul ayıtdı: "Bu xəbər dəxi xoşdur, əmma bundan ə’la xəbərə müntəzirəm". Cəbrail ayıtdı: "Ya Rəsulullah, müqərrər oldu ki, ruzi-Qiyamət sibqətü təqəddümi-təfvizü şəfa’ət və tövfiqi-istehqaqi-rəhmət sənə verilə". Həzrəti-Rəsul ayıtdı: "Bu xəbər dəxi xoşdur, əmma bundan əşrəf xəbərə mütərəssidəm". Cəbrail ayıtdı: "Ey xazini-nüqudi-hikmət və ey əmini-gəncineyirisalət, nədür məqsədin?" Həzrəti-Rəsul ayıtdı: "Ey Cəbrail, ümmətim fikrindəyəm, aya, bəndən sonra həlli-əşkalü iğlaqi-məhamm və təhqiqimöhkəmatü mütəşabihati-ayati-kəlam və təmyizi-həlalü həram və tədbiriləvazimi- şər’ü əhkam və nizamiqaideyi- İslama nə vəchlə iqdam edələr və dərdlərinə kimdən dərman bulalar?" Cəbrail ayıtdı: "Ey sərvər, ənduh çəkmə ki, onları Həq-taala kəndi pənahində saxlayıb, Qiyamət günü sənin şəfa’ətüni onlara nəsib edə və ol miqdar günahlardan təcavüz qıla ki, razı olasan". Həzrəti-Rəsul ayıtdı: "Hala razı oldum, ey Mələkül-mövt, xidmətinə qiyam et". Mələkül-mövt ol Həzrətin qəbzi-ruhişərifinə məşğul olduqda ol Həzrət səqfi-səraya baxub deyərdi: "Ya rəfiqül-ə’la". Nagah bu kəlimə ilə aləmi-bəqaya intiqal etdi. Şe’r: Uçdu ol tavusi-qüdsi-aşiyan, Getdi ol şahənşəhi-ülvi məkan. Gər cahana mümkin olsaydı bəqa, Tərk edüb getməzdi andan Mustəfa. Bu bir rəvayət dəxi oldur ki, Mələkül-mövt Cəbrailin hüzurində ol Həzrətin ruhi-şərifin qəbz edüb, Cəbrail ə’layi-illiyyinə ilətdi. Və Əli ibn Əbi Talibdən nəqldir ki: "Ol halətdə bən asimandan sədayi-"Va Muhəmmədah" istima’ etdüm". Rəvayətdir ki, Həzrəti-Nəbidən sonra hərgiz Fatimeyi-Zəhrayı kimsənə mütəbəssim görmədi ol zəmanədək ki, Həzrəti-Rəsula vasil oldu və mütləq münbəsit olmadı ol vəqtədək ki, aləmi-bəqaya təvəccöh qıldı. Şe’r: Ağla, ey Zəhra ki, səndən Mustəfadır fövt olan, Mustəfa fövti zəminü asimanı ağladur. Əfzəli-xəlqi-cahan çıxmış cəhandan lacərəm, Bu müsibət cümleyi-xəlqi-cəhanı ağladur. * * * Dördüncü bab. Fatimeyi-Zəhra vəfatın bəyan edər Pərdədari-hərəmsərayi-qüdrət əbkari-aləmi-hücərati-ərvaha rüxsəti-təzvicitə’əyyünati- işba’ verdükdə hilyeyi-iste’dadi-alamla müzəyyən qılmadan xəlvətgahi-xəfadan münəssəi-zühura çıxarmaz və məşşateyi-nihanxaneyi-hikmət müxəddərati-nüfusun dəstitəəllüqlərin daməni-əqdi-əbdana yetürdikdə hiləli-istehqaqi- səqamla zinət vermədən cülusi-məsnədi-şühuda rüxsət verməz. Şe’r: Xakü əflak madərü pedəri, Cüft olanda məgər nəticələri. Ələmü şiddətü məşəqqət imiş, Qəmü ənduhü dərdü möhnət imiş Ki, cəhan içrə yox bulardan qeyr, Həmnişini-sülukü həmdəmi-seyr. Qaliba, ərusi-xudarayi-bivəfayi-cəhanın peyvəndinə rəğbət qılan və əqdi-ittisalinə rağib olan bilməz ki, anın mehri-müəccəli nəqdirəvan və cəhazi qətarihəfteyi- əyyama yüklü əmti’əyi-[möhnəti]- bikərandır və həmişə mənzilgəhifəraşi xaki-fəna və ətası əbri-bəla və həmvarə gülguneyi-rüxsarı məzlumlar qanıdür və lə’aliyi-ətrafibinaguşi sitəmzədələr əşki-rəvanı. Şe’r: Zali-məkkarədür cəhani-xərab, Qəmzeyi-şuxi afəti-əhbab. Rəngi-gülguneyi-üzari’ əyan, Didədən əhli-dərd tökdügi qan. Tərfi-ruyində lö’lö’i-lala, Gövhəri-əşki-aşiqi-şeyda. Daneyi-xali-ruyi daği-cigər, Türrəsi dudi-ahi-əhli-nəzər. Müztərib xəstələr müdam andan, Bulmamış hiç xəstə kam andan. Mücmələn, zəmaneyi-qəddar və cəhani-sitəmkarın ədəmivəfasinə şahid bu yetər və qilləti-səfasinə dəlil bu kifayət edər ki, Bətuli-Zəhra kibi gövhəri-pakizə hərimi-qeybdən fəzayi-şühuda qədəm basduğı zəmandan pərdənişini-aləmi-bəqa olanadək bir dəm güli-rüxsarından qətərati-əşki-həsrət kəm olmadı və bir saət geysuyimüşkbarından əqdi-məlal açılmadı. Gah möhnəti-tə’ni-xəvatiniQüreyş çəkdi və gah ələmi-müfariqəti-pedəri-büzürgvarin görüb əşki-laləgun tökdü. Gah müfariqəti-Murtəza müsibətin gördü və gih əxbari-şəhadəti-övlad ona ələm yetürdi. Şe’r: Vəh ki, dövrani-fələk Fatimeyi-Zəhranın, Qönçeyi-lalə kibi qıldı qara bağrını qan. Bir zaman keçmədi əyyami-həyatından kim, Dili-pürxunini yandırmadı min daği-nihan. Məhrəmi-hərimi-qəmxaneyi-suzü güdaz rüxsareyi-şahidi-razdan bu tərzlə pərdə salmış və Məryəmi-xameyi-müşkintərazdan Məsihi-təkəllüm bu təriqlə mütəvəllid olmuş ki, Həzrəti-Rəsulun Xədiceyi-Kübradan altı övladı olub, ikisi zükur: biri Qasim ki, Həzrəti-Rəsul anın ismilə mükənna idi və biri Əbdullah ki, təyyibü tahir deməklə mə’ruf idi. Və bənatimütəhhəratın biri Zeynəb və biri Ruqiyyə və biri Ümm Gülsüm və biri Fatimə idi. Və cəmi’i-övladı zəmaniİslamda mütəvəllid olub cümləsindən əsğər Fatimə idi və məcmu’i-əyyami- həyatində aləmi-bəqaya intiqal edüb təcərrö’i-zəhrifəraqi Zəhradan qeyrə nəsib olmadı. Fatimə viladətində ixtilafi-rəvayət çoxdur. Bə’zi derlər ki, vaqieyi-Fildən iyirmi beş il keçdikdə mütəvəllid oldu. Şeyx Məhəmməd İmam Məhəmməd Baqirdən nəql edir ki, məb’əsdən beş il keçdikdə mütəvəllid buldu. Və "Rövzətül-Vaizin" də məsturdur ki, Xədicə Fatiməyə hamilə olduqda HəzrətiRəsul buyurdu ki: "Ey Xədicə, Cəbrail bana xəbər verdi ki, sədəfibətnində olan lö’lö’i-şahvar bir səbiy-yədir Fatimə nam ki, anın nəsli cəvahiri-rişteyi-imtidadi-zəman olub, Qiyamətədək təsəlsül bula və ol silsileyicəvahir gərdənbəndi-ərusi-kainat ola". Rəvayətdir ki, müddəti-həml münqəzi olub, zəmani-viladət qərib olduqda, Xədicə xəvatini-Qüreyşdən qabilə tələb qıldı. XəvatiniQüreyş ayıtdılar: "Sən bizə ’asi olub Əbu Talib kəfalətində olan yetimə razı oldun, biz sənə intisab etməkdən ar edəriz". Xədicə bu xəbərdən mütəəllim ikən nagah xəlvətində dörd xatun xəvatini-Qüreyşdən və Bəni Haşim vəz’ində zahir olub, ana tə’zim etdilər. Xədicə anları müxəddərati-qəbaili- ərəb təsəvvür edüb, əslü nəsəblərin sual etdikdə ayıtdılar: "Ey Xədicə, Həq bizi sənin xidmətinə mə’mur etdi". Bu xatunların biri Sara zövcəti-Xəlil və biri Məryəm binti-İmran və biri Külsüm rəzieyi-Musa və biri Asiyə zövcəti- Fir’on; və bunlar sənə dünyada xidmətkar və axirətdə rəfiqü yar olalar. Pəs, biri yəminində və biri yəsarında və biri qəfasında və biri müqabiləsində qərar dutub, Fatimə mütəvəllid oldu. Tahirü mütəhhər aləmi-vücuda qədəm basdıqda nuri-rüxsarı asimana ələm çəkdi və rayiheyi-müşkbarından səfheyi-ruyi-zəminə qübari-əbirü ənbər çökdü. Şe’r: Şər’ gülzarinə rövnəq verdi bir növrəs nihal, Asimani-dinə pərtöv saldı bir fərrux hilal. Ol nihalın bərgü barindən dolub daməni-dəhr, Ol hilala qıldı ənvari-hidayət intiqal. Rəvayətdir ki, həm ol saətdə behiştdə on ədəd huri, hər biri bir təşt və ibriqilə hazır olub, qabilə olan xatun ol ibriqlərdən abi Kövsər töküb, Fatiməyi qüsl edüb, bir kafurgun hərirə sarub, Xədicəyə təslim edüb qeyb oldular. Həzrəti- Rəsul qüdumi-Fatimədən xəbərdar olub hücrəyə gəldikdə, Xədicə Fatiməyi ol xirqə ilə Həzrəti-Rəsul kənarında qoyub, Həzrət ana Fatimə nam etdi və künyəti Ümmü Məhəmməd və ləqəbi Raziyyə və Mərziyyə və Məymunə və Zəkiyyə və Zəhradır və anın fəzaili həddən ziyadə və mənaqibi latü’əd və latühsadır. "Rövzətül-Əhbab"da Ayişədən mənquldur ki, andan sual etdilər ki: Övraticənnətdən Həzrəti-Rəsul kimə ziyadə ehtiram edərdi? "Ayişə ayıtdı: "Fatimənin ziyadə hörmətin dutardı. "Dedilər: "Cinsi-zükurdan kimin ri’ayətin əfzun ed rdi?" Dedi: "Əli İbn Əbi Talibin". Və bu xəbər səhhətə yetmişdir ki: "Fatimə biz’ətun minni". Rəvayətdir ki, Həzrəti-Rəsul bir ğəzaya mütəvəccih olub və Murtəzayi həmrah alub, Həsən və Hüseyn tifl olmağın mürafiqət qılmadılar. İttifaqən zəmani-qeybətlərində bir gün Hüseyn Mədinə xurmalığında seyr edərkən, Saleh bin Rüq’eyi-yəhudi fürsət bulub Hüseyni alub mənzilində pünhan etdi. Bir gün peyda olmayub, atəşi- müfariqət Zəhra cigərin yaxıb, yetmiş növbət hücrə qapısına gəlüb bir kimsənə bulmadı ki, anın mütalibətinə irsal edə. Aqibətüləmr İmam Həsənə ayıtdı: "Ey cigərguşə, Hüseyn qaib olmuşdur, tələb et". Həzrəti-Həsən iztirabla Mədinə bağına gəlüb, "Ya Hüseyn İbn Əli və ya qurrətə’əynən-Nəbiyyi eynə əntə", – deyüb təcəssüs edərkən bir guşədən bir ahu çıxdı. İmam Həsən ayıtdı: "Ya zəbiy ə’raəytə əxi Huseynən?". Ahu Həq fərmanilə mütəkəllim olub ayıtdı: "Ey nuridideyi- Mustəfa və Murtəza, vey süruri-sineyi-Zəhra! Əxəzəhu Salih əbni Rüq’ə əl-yəhudi və əxbihu fibeytihi". İmam Həsən Salehiyəhudinin mənzilinə gəlüb ayıtdı: "Ey Saleh, qarındaşım Hüseyn sənin mənzilindədür, mənə təslim et, tə’əllül etmə, yoxsa validəsinə ərz edərəm küngüreyi-gərduna kəməndi-ahicigərsuz atub və dəstiniyazla daməni-ərş dutub bir dua ilə cəmi’i-yəhud cinsin yer yüzündən götürüb və ya validi-büzürgvarinə surəti-halı şərh edərəm ki, tiğiabdar və Zülfiqari-sainəkirdar ilə yer üzün yəhudilər qanından laləzar edər və ya cəddi-alimiqdarinə bu vaqi’ədən xəbər verürəm hədəfi-Qabi-qövseynə navəkidua rəvan edüb taifeyi-Yəhuda müjdeyi-nüzuli-bəla gətürür və xirmənicəm’iyyətlərinə bərqi-fəna yetürür". Şe’r: Həzər qıl naleyi-məzlumdan, ey səngdil zalim Ki, tiri-ahının peykanı gərdundan güzar eylər. Sinani-bərqdir ahi-təzəllüm, ehtiraz et kim, Əgərçi səngdilsən, zəxmi anın daşa kar eylər. Salehi-Yəhudi ol fəsahətdən mütəəssir və mütəhəyyir olub ayıtdı: "Ey əziz, validən kimdür?" İmam Həsən ayıtdı: "Vali dəm səfvətixanədani- risalət və qüdvəti-dudmani-nübüvvət, sədəfi-səffətü ismət qürreyi-çöhreyi-elmü hikmət, nöqteyi-daireyi-mənaqibü məfaxir, ləmə’eyi-nasiyeyi-məhamidü məasir, madərisadati məcmə’i-səadət, şəm’i-ərse’i-ərəsat, Bətuli-Əzra yə’ni Fatimeyi-Zəhra". Saleh ayıtdı: "Validən mə’lum oldu, validün kimdür?" İmam Həsən ayıtdı: "Validim şiri-Yəzdan, şahi-mərdan, mühəddidi-cəhati-məkarim, müxtəre’iqəvanini- mərahim, müsəllili-qibləteyn, qürrətül-’eyni- seyyidüs-səqəleyn rəisül-övliya, ənisül-ənbiya yə’ni Əliyyi-Murtəza". Saleh ayıtdı: "Validin dəxi mə’lum oldu, cəddin kimdür?" İmam Həsən ayıtdı: "Cəddim gövhəri-xəzaneyi-Xəlil, səməreyişəcəreyi- İsmail, nuri-qəndili-tə’zimü təbcil, Həbibi-Məliki-Cəlil ol İmami-müftərizüt-ta’ə ki, Məkkədə nəmazi-fəraiz qılub, MəscidiƏqsada sünnət əda qıldı və əhvali-qüruni-sabiqə və ümuri-atiyəni əhkami-haliyyədən əvzəh buldu. Mənzili-fürqan, vazihi-iman, rəsuli-səqəleyn, məhrəmi-hərimi Qabi-qövseyn, cəddi-sibteyn, sərvəri-ənbiya yə’ni Məhəmməd Mustəfa". Şahzadə ədayi-mənaqib qıldıqca seyqəli-kəlami-mö’ciznizamı Salehi-yəhudinin mir’ati-zəmirindən zəngi-küfrü zəlalət tədric ilə rəf’ edüb və nükatimöizəamizi tə’siri-təmam qılub, qətərati-əşk gözdən töküb ayıtdı: "Ey şahzadə, təsəlsüli-ibarati-dilpəzirin kəməndi-gərdəni-can oldu və tərəşşühi-zülali-kəlimatibinəzirin hədiqeyi-e’tiqada tərvihi-təravət buraxub, riyazi-rəvanimi xürrəm qıldı". Şe’r: Gövhəri-dəryayi-hikmətdir kəlami-dilkəşin, Tairi-dil seydinə hər nüktəsi bir danədür. Rişteyi-irfana canpərvər sözün dürlər düzər, Söz budur kim, sən dedin, qeyrin sözü əfsanədir. Ey nuri-didə, bəradərin sənə ol zəman təslim olunur ki, məni daireyi-imana çəküb kəlimeyi-İslam ərz edəsən". İmam Həsən ana iman ərz edüb, Salehiyəhudi ixlasla müsəlman olub, HəzrətiHüseyni evindən çıxarub, üzərində bir təbəq dirəm nisar edüb Həsənə təslim etdi və Həsən Hüseyni Fatimə hüzuruna gətürüb şərəfiqüdumindən möhnəti-müfariqət nəhayətə yetdi. Şe’r: Ol ki, eşq içrə bəni şöhreyi-dövran etdi, Getdi qəm, gəldi [fərəh, cümlə] küdurət getdi. Salehi-yəhudi bir gündən sonra yetmiş nəfər yəhudi əqrəbasindən müsəlman edüb, dəri-hücreyi-təharət ziyarətinə gəlüb, dərgahi-aləmpənaha üz sürüb təzərrö’ etdi ki: "Ey Mə’sumə, xəta qıldum, günahımı əfv et". Fatimə ayıtdı: "Ey Saleh, bən günahından keçdüm, əmma pedəri-büzürgvarimdən dəxi istifa tələb qıl ki, ol sərvəri övliya və sərdəftəri-əsfiyadır. Əlqissə, Salehi-yəhudi Həzrəti-Mustəfa səfərdən müraciət edənədək səbr edüb, Murtəzanın xidmətinə müşərrəf olub surəti-halın ərz etdikdə Həzrəti- Murtəza ayıtdı: "Ey Saleh [bən] təcavüz qıldum, əmma cəddi-alimiqdarindən dəxi istid’ayi-əfv etmək gərək ki, seyyidi-ənbiya və əfzəli-xəlqi-Xudadır". Saleh giryan-giryan Həzrəti-Rəsul xidmətinə gəlüb ərzi-hal etdikdə Həzrəti-Rəsulullah buyurdu ki: "Bana şərti-İslamla mə’zirət məqbuldur; əmma Həsən və Hüseyn Həzrəti-Izəd möhtərəmləridür və anların izasindən əlbəttə Həzrəti-Həq mütəəzzi olmuşdur, istiğfar etmək gərək". Salehi-biçarə səhralara düşüb fəryadü fəğan edirdi ki. Şe’r: Ya Rəb, əsiri-dami-bəlavü müsibətəm, Müstəğrəqi-təlatümi-bəhri-zəlalətəm. Bərqi-günah yaxdı binayi-vücudimi, Rəhm et ki, zillət ilə tələbkari-rəhmətəm. On yeddi gün sərgəştəvü sərasimə gəzüb təəssüf və təhəyyürlə növhələr qılub, on səkkizinci gündə Cəbrail Həzrəti-Rəsula səlamiMəliki- Cəlil gətürüb ayıtdı: "Ey Seyyidi-[Kainat], ol biçarənin tövbəsini qəbul etdim və günahına qələmi-əfv çəkdüm, bəşarət ver və müjdə yetür". Ey əziz, təəmmül qıl və nəzər et gör ki, bir kimsənə Həzrəti Hüseyni bir zəman məhbus edüb, xatiri-mübarəkin azürdə qılmağilə nə miqdar təzərrödən sonra məğfur oldu. Aya, nə ola anların əhvalı ki, də’vayi-İslamla ol mə’sumi-tiğisai-qəbarla parə-parə qılub, etdükləri əməldən istiğfar etməyələr və əsla daməni-təəssüf və təhəyyür dutmayalar. Şe’r: Ey tökən zülmilə övladi-Rəsulun qanını, Olmamış guya xəbər qovğayi-məhşərdən sana. Məsti-cami-cəhdü qəflətsən özündən bixəbər, Xövf yox Həqdən, xəcalət yox Peyğəmbərdən sana. Hüzeyfə Yəmanidən nəqldir ki, "Bir gün Həzrəti-Rəsul xidmətində idim, məğrib nəmazın əda qılub fariğ olduqda, hücreyitəharətəmütəvəccih oldu, bən dəxi əqəbincə rəvan oldum, [gördüm] bir şəxsi-mühib xidmətinə gəlüb anınla müşavirət qıldı və qaib oldu. Ol Həzrət bəndən vaqif olub ayıtdı: "Ey Hüzeyfə, nə hacətin var?" Ayıtdım: "Ya Rəsulullah, gəlmişəm ki, bənim üçün və validəm üçün tələbiğüfran edəsən". Buyurdu ki: "Ğəfərallahu ləkə və li-ummikə" və buyurdu ki, "Ey Hüzeyfə, ol şəxs ki, bənümlə müşavirət edərdi, gördünmü?" Dedim: "Bəli, ya Rəsulullah". Buyurdu ki: "Ol bir mələkdür ki, hərgiz bundan əqdəm yer yüzünə nüzul etməmişdür. Həzrəti-İzəddən rüxsət hasil edüb bənim səlamımla müşərrəf olmağa gəlmiş. Bana bəşarət yetürdi ki, Fatimə seyyidətün-nisa’i-behiştdir və Həsən və Hüseyn behişt növcavanlarının seyyidləridir. Pəs, Fatiməyə ayıtdı: "Ey fərzənd, sənə bu səadət yetər ki, əfzəli-xəvatini-dünya və axirət olasan". Həzrəti-Hüseyni-Əlidən nəqldir ki, çün Həq-tə’ala behişti Adəm və Həvvaya ərzani qıldı və Həvvanın lətafəti-cəmali tə’siri-həvayi-behiştdən mütəzaif və mütəzaid oldu, bir gün Adəm diqqətlə Həvvaya nəzər salub və anın cəmalın mənzuri-nəzəri-e’tibar qılub ayıtdı: "Ey Həvva, aya, nəqqaşi-qüdrət kargahi-fitrətdə sənin peykəri-cəmiləndən əcməl surət çəkmişmi ola?" Filhal bargahiizzətdən Cəbrailə hökm oldu ki, Adəmi firdövsi-ə’la seyrinə hidayət qıl. Adəm nüzhətsərayi-firdövsə qədəm basdıqda gördü bir büsatimürtəfe’ üzrə əlbiseyi-mükəlləl və mürəssə’ylə bir cəmilə qərar dutmuş ki, şə’şə’eyi-nuricəmalindən sahəti-behişt münəvvər olmuş və lətafəti-rüxsarinə dideyi-hurü qılman mütəhəyyir qalmış, nurdan fərqi-mübarəkində bir əfsəri-dirəxşan və hər qulağında bir guşvareyiqəltan. Şe’r: Laleyi-rüxsarı olmuş zivəri-baği-behişt, Xaki-payi xüld bağın eyləmiş ənbərsirişt. Sün’ me’marı bina qıldıqda qəsri-hüsnünü, Müşki-nabü laleyi-həmradan etmiş xakü xişt. Adəm mütəhəyyir olub ayıtdı: "Ey Cəbrail, bu nə cəmilədir ki, müşahideyihüsnü heyrətəfza və mülahizeyi-cəmali dilrubadür". Cəbrail ayıtdı: "Bu, Fatimeyi-Zəhradır, binti-Məhəmmədi-Mustəfa və başındakı əfsəri-dirəxşan zövci Əliyyi-Murtəzadır. Bu guşvarələrinün biri Həsəni-Muctəbadır və biri Hüseyni- Kərbəla". Adəm ayıtdı: "Ey Cəbrail, bunlar nə zəmanun xəlqidir[lər]?". Cəbrail ayıtdı: "Ey Adəm, əgərçi bunlar aləmi-surətdə səndən zühur edəcəkdirlər, əmma xilqətləri dörd bin il səndən müqəddəm vaqe’ olmuşdur". Şe’r: Bən sərbüləndi-aləm idim aləm olmadan, Xaki-dərin məqamım idi Adəm olmadan. Dövlət buraxmış idi bəni asitaninə, Adəm behişt xəlvətinə məhrəm olmadan. Ayişədən mənquldur ki, bir gün Həzrəti-Rəsul üzərində bir kəsayi-pəşminə olub, Murtəza və Fatimə və Həsən və Hüseyni ol kəsay altına alub buyurdu ki: "İnnəma yuridullahu liyüzihibə ənkumur-ricsə əhləlbeyt?" və həm ol dörd kimsənənün xüsusunda buyurdu: "İnni hərəbə-limən hərəbəkum və sələmə limən sələməkum", yə’ni mən hərb edərəm anlarla ki, sizinlə hərb edər və sülh edərəm anlarla ki, sizinlə sülh edər. Həzrəti-Fatimə səkkiz il Məkkədə mülazimi-Mustəfa olub kəramət və işaratının nihayəti yoxdur. Ol cümlədəndir bu ki, bir gün Həzrəti-Rəsul Məscidihəramda divara təkyə qılub qərar dutmuşdu. Xəvatini-ərəbdən bir güruhi-müzəyyən və mürəttəb xidmətinə müşərrəf olub ayıtdılar: "Ya Məhəmməd, əgərçi millətlə səndən biganəyüz, əmma bir şəhərdə həmxanəyüz. Bu gün bir cəmiyyətümüz olub xəvatini-ərəb cəm’dür, iltimas edərüz ki, Fatimeyi-Zəhraya rüxsət verəsən ki, bizi müşərrəf qıla, şayəd hüsni-ixtilatla münqəti’ olan rişteyiülfətimiz təcdidi-ittisal bula". Xaceyi-Kainat rəddi-sual caiz görməyüb iltimaslərin qəbül edüb buyurdu ki, siz gedin, bən Fatiməyi mütəaqəb irsal edəyim. Pəs Fatimə hüzuruna gəlüb ayıtdı: "Ey nuri-didə və ey nütfeyibərgüzidə, bizə divani-qəzadan hökm olmuşdur ki, cəfa gördükcə vəfa ərz edəyüz və biganəlik müşahidə qıldığca aşinalıq qılayuz". Şe’r: Xardan xunrizlig gördükcə gül xəndan olur, Səbr edən xeylü həşəm bidadinə sultan olur. Möhnətə səbr eyləyən rahət bulur kim, Yusufa, Səltənət təxtinin əvvəl payəsi zindan olur. Ey Fatimə, bu gün xəvatini-ərəb bəndən hüzurini iltimas etdilər ki, cəmiyyətlərin feyzi-qüduminlə müşərrəf qılasan və bən dəxi qəbul etdim. İmdi şərti-vəfayi-əhd hüsni-rizayi-şərifindür". Fatimə ayıtdı. Şe’r: Sən şəhənşahi-səriri-ədlsən, Bən sənin bir bəndeyi-fərmanınam. Ribqeyi-hökmündən etmən inhiraf, Nişə kim, pərvərdeyi-ehsanınam. Ey pedəri-büzürgvar, vəfayi-əhdinə iqdam edərəm, əmma mütəhəyyirəm ki, nə kisvətlə ol məhfilə girəm. Hala Ütbənin və Şeybənin və Əbu Cəhlin bənatü əzvacı əlbiseyi-əlvanla məsnədirif’ətdə oturmuşlar, bən bu cameyi-mürəqqə’ və çadiri-pəşminə ilə hazır olduqda Həmmalətəl-Hətəb bir yandan mütə’ərriz ola və Hindicigərxar bir tərəfdən təşni’ qıla". Ey nuri-didə, anların nəzərləri qasirdir, nəzzareyi-aləmi-mə’na qılmazlar və aləmi-surətdən qeyr aləm olduğun bilməzlər. Şe’r: Mərdümi-surətpərəstin himməti kutah olur, Məhvi-surət zövqi-mə’nadan qaçan agah olur. Bunu deyüb [Həzrəti-Fatimənin]əşki-həsrət dideyi-əşkbarindən rüxsarinə tökülürdü. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşə, məlul olma ki, bizə nisbət əlbiseyi-faxir libasi-təqvadür və taci-mürəssə’ əklili-elmü rizadır; ərusinövbaharın pirayeyi-cəmalinə nə e’tibar, çün sərsəri-xəzan təsəllütilə tarac olur və şahidi-şəm’in əfsərizərnigarinə nə e’timad, çün rişteyi-həyatın yel qət’ qılur. Şe’r: Məqsudin əgər din isə dünyadan keç, Allaha yapış, cümleyi-əşyadan keç. Tapşur nəmi-əşkü şö’leyi-ahainan, Yə’ni ki, səradan və Sürəyyadan keç. Bu mühavirə, əsnasında Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, hökmdür ki, Fatiməyi ol cəmiyyətə irsal edəsən ki, yümniqüdumindən bə’zi əsrari-nihan münkəşif olsa gərək". Həzrəti-Rəsul buyurdu ki, ey Fatimə, Cəbrail irsalinə fərman yetürdi, Fatimə ayıtdı: "Ya Rəsulullah, bəndə müxali-fət yox idi, əmma mülahizə qılurdım ki, dünya matəmsərayi-axirətdir, bu matəmsərada surü sürura hazır olmaq nə münasib, çün hökmi-müta’I İzəd müəkkəd fərmani-şərəfinüz vaqe’ oldu, dəxi nə çarə". Pəs, müqnə’eyi-iffət fərqi-mübarəkinə alub və çadiri-ismət pərdeyibədəni- lətif qılub, hücrədən afitabi-taban kibi tənha dışraya qədəm basdı. Şe’r: Tulu’ etdi bürcündən ol afitab, Buraxdı cəmalindən afaqa tab. Qədəm xaka basdıqda ol nuri-pak, Qənadili-nur oldu əczayi-xak. Xəvatini-ərəb dideyi-qürur açub mütərəssid və müntəzir idi ki, Fatimə çadiriparə- parə və cameyi-rüq’ə-rüq’ə ilə gəlüb bizim səriri-rif’ətümüz və əfsəri-şövkətimiz gördükdə atəşi-həsrət binayi-vücudin yaxacaqdır və seyli-sirişk mə’mureyi-həyatın yıxacaqdır. Nagah gördülər heybət və səlabətlə bir xatuni-üzma və banuyi-kübra əncümənlərinə sayeyi-sə’adət buraxdı ki, şə’şə’eyi-nuri-cəmalindən basirə xirə olub, dəbdəbeyi-həşmətindən dideyi-əql heyrət alur. Fərqi-mübarəki əklili-mürəssə’ylə gərdunsay və bədəni-lətifi dibayi-müləvvənlə cilvənümay, səlasili-lə’alidən qürreyi-cəbini pürzivər və həmaili-mütəlladan sərvi-xuramanı barvər. Ətrafü cəvanibində məhvəş cariyələr və gülrüxsar xadimlər: kimi şəqqeyi-çadiri-ismətin ədəb əlilə götürmüş ki, xakdani-dünyadan qübaralud olmaya və kimi daməni-miqnəeyi-iffətin dutmuş ki, xarzari-dəhrdən azar bulmaya, kimi xaki-rəhgüzarinə gülabəfşan və udsuz və kimi məsmərrimürurində xaşakrub və şəm’əfruz. Əlqissə, ol əsasü əsbabla ol məcmə’ə qədəm basdıqda xəvatini-sənadidi-Qüreyş ol şükuhü şövkətə və zibü ziynətə mütəhəyyir qalub və kim olduğun bilməyüb, təvəqqüfsüz sədri-məclisi ana təslim qılub, ayəti-qürurləri mənsux və surəti-cəmiyyətləri məmsux olub, bir-birinə ayıtdılar: "Aya, bu nə şəhzadədür ki, qəbailimizdə görməmişüz və bu nə əsbabitəcəmmüldür ki, daməni-təmlikinə dəsti-təsərrüf yetirməmişüz". Şe’r: Kimdir aya bu ki, nurilə münir oldu cəhan, Məhi-rüxsarinədir dideyi-dövran nigəran. Özü sərvər, qədi dilbər, rəvişi canpərvər, Oturur şəm’, durur sərv, yürür ruhi-rəvan. Rü’bü dəhşətləri rəf’ olub, nəzəri-əəmmül qıldıqda təhqiq etdilər ki, Fatimə binti-Rəsulullahdır, tərtibi-müqəddəmatları əksi-mətlub nəticə verüb, bə’zi ki, cibilliyətlərində iştidadi-küfr rüsux bulmuşdu, ol kəramati-sehrə həml edüb tabinəzzarə gətürməyüb məclisdən çıxdı; və bə’zi ki, qabili-islah idi, zəbani-mə’zirət açub ayıtdılar: "Ey məxdumzadə, səfa gətürdün və bizi topraqdan götürdün, mə’akilü məşaribdən xatiri-mübarəkin nə istərsə hökm et hazır olsun". Fatimə dürci-cəvahirdən gövhəri-məva’izə nisar edüb ayıtdı: "Ey əizzeyi-Qüreyş. Şe’r: Biz cəhanı paymal etmiş cahanpeymalərüz, Qülleyi-Qafi-qəna’ət bəsləyən ənqalərüz. Fəqriləndir fəxrimiz, dünyaya rəğbət qılmanuz, Cifəyə meyil etmənüz, tutiyi-şəkkərxalərüz. Bizim maideyi-fəqrdən qidamuz təsbihü təhlil və hasilimiz ol qidadan tə’zimü təbcil; və kəlimeyi-"Əcu’u yovmən və əşbə’u yovmən" pedəribüzürgvarım mübahatıdır və ne’məti-vilayətü kəramət ol sülukin bərəkatıdür. Əgər bizim rizayi-xatirimüz məqsud isə, zülməti-kufrdən fəzayi-imana çıxun və xəlvəti-e’tiqadınızda şəm’i-iman yaxun". Əksəri-hüzzari-məclis Fatimənin ləfzi-gövhərbarindən mütəəssir olub, ol kəramətləri müşahidə qılub müsəlman oldu və şərəfi-iman buldu. Və bu surət "Şəvahidün-Nübüvvət"də məsturdur: Rəvayətdir ki, müddəti-hicrətdən bir il tamam olduqda Fatimə doqquz yaşına və bir rəvayətdə on dörd yaşına və bir rəvayətdə iyirmi yaşına yetmişdi və əkabirü əşrafi-Qüreyşdən təzvicinə rəğbət etdikcə ol Həzrət buyururdu ki, Fatimə təzvicində müntəzirivəhyəm. "Kitabi-Mənaqibi-Əbül-Müəyyəd Xarəzmidə" məsturdur ki, Hafiz Əbül-Mə’ali-Hüseyn bin Əlidən nəql etmiş ki, bir gün Həzrəti-Rəsul Ümm Sələmə sarayində idi, [bir mələk nüzul etdi] ki, igirmi başı olub hər başında bin dili var idi və hər dililə müsəbbih və mühəllili-İzədi-Cəbbar idi; və kəfi-dəsti fəzayi-asimana müqabil, şəkli mühib və şəmaili hail. Həzrəti-Rəsul anı Cəbrail təsəvvür qılub ayıtdı: "Ey bəradər, hərgiz səni bu surətdə gərməmişəm". Mələk ayıtdı: "Ey məliki-mülki-risalət, bana Sərsail derlər. Həzrəti-Həq bəni irsal etdi bir nuri bir nura tapşırmağa, yə’ni Fatiməyi Murtəzayaəqd etməyə". Həzrəti-Rəsul həsbül-hökmi-İlahi həm ol saətdə Cəbrail və Mikail şəhadətilə Fatiməyi Murtəzaya əqd etdi. Və Şeyx Tirmizi kitabi-"Nəzmi-Darüs-Sibteyn"də zikr edər Ənəs bin Malikdən ki: "Bir gün Həzrəti-Rəsul xidmətində idim, bəşəreyi-mübarəkində asari-vəhy zahir olub mütəcəlli olduqda buyurdu ki, "Ey Ənəs, Cəbrail gəlüb bana bu pəyamı gətürdi ki: "İnnəllahə yə’murukə ən-tuzəvvicə Fatimətən bi-Əliyyin". Ayıtdı əşrafimühacir və ənsarı cəm’ et". Bən dəxi əmri-şərifi müqtəzasincə sənadidi-Qüreyşi cəm etdikdən sonra ol Həzrət xütbeyi-bəliğ əda qılub ayıtdı: "Ey qövm, əmriVacibülvücud və hökmi-nafizi-Mə’bud cari oldu ki, Fatimeyi-zəhrayı Əliyyi-Murtəzaya əqd edəm sizin şəhadətinizlə". Pəs ƏliyyiMurtəzanı hazır edüb ayıtdı: "Ya Əli, Fatiməyi sənə verdim, dört yüz misqal nüqreyi-xalis mehrlə, qəbul etdinmi?" Əli ayıtdı: "Ya Rəsulullah, qəbul etdim". Və bir rəvayət dəxi oldur ki, Həzrət dua qılub buyurdu ki, "Cəm’ə Allahu beynəkuma və əs’ədəkuma və barəkə əleykuma və əxrəcə minkuma kəsirən təyyibən". Və kitabi-"Mənaqibi-Xarəzmi"də məzkurdur ki, Cəbrail Həzrəti- Rəsulun xidmətinə gəlib behiştdən bir miqdar sünbül və qərənfil gətirüb ayıtdı: "Ya Rəsulullah, Həzrətiİzəd buyurdu ki, səhni-behişt müzəyyən olub və nihali- Tuba bara gəlüb və məlikə ərzi-əsma günü Adəm xətib olduğu mənzildə cəm’ olalar və hurü qılman məcmə’i-sur mürəttəb qılalar; və Rahil nam firiştə ki, hicabi-bargahi-rübubiyyətdən və ə’yani-dərgahiüluhiyyətdəndür, nurdan minbər qurub zəbani-fəsihilə xütbeyi-nikah inşa qılub, Fatiməyi Murtəzaya əqd bağlaya və məlaikə güvah olub kitabi-divani-qəzada səbt edələr, bu surət vaqe’ olub, bən ki, Cəbrailəm bu əqdnamənin surətin bir hərirə təhrir edüb xazini-behiştə təslim etdim. Və mühümmi-əqd sərəncam olduqda müxəddəratihücərati- behişt təbəqtəbəq sünbül və qərənfil nisar edüb və nihaliTuba gətürdügü şükufələri üzərlərinə saçub və ərayisi-həvra hüləlü hilyələrin rəhgüzarlərinə buraxub, qaideyi-sur mürəttəb oldu və bu gətürdügüm sünbül və qərənfil ol nisarlərdəndür". Və bir rəvayət dəxi oldur ki, nihali-Tuba rüq’ələr nisar etdi; ol rüq’ələrin hər birində bir müxlisin ismi mərqum olub məzmunu bu ki, behişt ruzi-Qiyamət əshaba vasil qıla. Ya Rəsulullah, sən dəxi Fatiməyi Murtəzaya əqd et". Pəs, Həzərti-Rəsul ol əmr mövcibincə Fatiməyi Murtəzaya əqd etdi. Və Ümm Sələməyə buyurdu ki, Əlinin hücrəsinə varıb Fatiməyi təslim etdi. Ümm Sələmə rəvan olduqda Həzrəti-Rəsul dəxi nəmaz edüb, mütə’aqib rəvan olub, bir kuzə su gətürüb və lüa’bi-şəhdamizlə məmzuc edüb, üzərinə müəvvizəteyn və münasib ayətlər oxuyub Həzrəti-Əliyə ol kuzədən vüzu qıldırub təcərrö’ etdürdikdən sonra Fatimənin sineyi-bikinəsinə saçub ayıtdı ki: "Əllahummə inni ə’izuha [bəkə] və zurriyyətəha minəş-şeytanir-rəcim". Və bir miqdar dəxi Murtəzanun ə’zasinə saçub ayıtdı: "Əllahummə kəma əzhəbtə ənirricsə və təhhərtəni fətəhhirhuma". Andan sonra dışra çıxmaq istədikdə Fatimə giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşə, ağlama, əl-minnətü lillah, səni bir kimsənəyə vermişəm ki, qədri cəmi’i-xəlqdən füzun və elmi cümlədən ziyadədir, ol bənim əqrəbi-Əhli-Beytim və əfzəli-ə’vanım və əşrəfi-ənsarımdür. Ol Mə’bud həqqiçün ki, bənim nəfsim anın qəbzeyi-qüdrətindədür ki, səni bir kimsənəyə vermişəm ki, sultandır dünyada və seyyiddir axirətdə". Fatimə ayıtdı: "Ya Rəsulullah, mən qilləti-mal və üsrəti-haldan əndişə qılub Əli canibindən məlalət çəkməzəm, əmma xidməti-şərifindən filcümlə müfariqət lazım gəlüb riqqətim onunçündür". Şe’r: Səndən ayrılmaq mə’azallah bir ölməkdir bana, Bil ki, ayrılmaqdan ölmək bəlkə yegrəkdir bana. Rəvayətdir ki, Həzrəti-Fatimənin cihazı iki ədəd qəmisi-bürd və iki bazubəndi-nüqrə və bir qətifeyi-mürəqqə’ və bir qədəh və bir asyasəng və bir ardbiz və iki səbu və bir məşk və bir məşrəbə və iki nihali [ki,] birinin həşvi tiraşeyi-səxtiyan idi və birinin lifi-xurmadan və dört ədəd balış: iki pəşmdən məmlu və ikisi lifi-xurmadan məhşu. İmam Seyf "Kitabi-Sünənül-Cami"də nəql etmiş ki, münafiqlərin biri Mədinədə Murtəzaya tə’n edüb ayıtdı: "Ey Əli, sən əşcə’i-əhlizəmanə və fəridi-yeganəsən, nişə bir kimsənə ilə ittisal etdin ki, şami çaştinə vəfa qılmaz və çaşt bulsa şam bulmaz; əgər bənim ittisalım qəbul etsəydün, sərayimdən sərayinədək cihazla məmlu qılaydım və sənin mə’işətinə cəmi’i-ömrümdə kəfil olaydım". Həzrəti-Murtəza ayıtdı: "Ey gümrah, bu əmr bənim tədbirimlə degil, "Əl-hukmu lillahil- əliyyil-kəbir". Şe’r: Ey mürəssə’ tac məğruru olan, bil kim, fələk Hər kimi aləmdə bir rəng ilə eylər xaksar. Lə’l sanma kim, firibi-firqeyi-ətfal üçün, Rəng vermişdir qara toprağa dövri-ruzigar. Və heç şək yox ki, Həzrəti-İzəd əhsəni-əhval bizə lütf etmişdür və xəzaneyi-iltifatindən əfzəli-məvahib bizə yetmişdür. Şe’r: Biz məta’i-mülki-dünyadan fərağət qılmışuz, Kimyayi-fəqrdən kəsbi-səadət qılmışuz. Qeyrə et, ey çərx, ərzi-cahü mülkü mali kim, Biz qənaət əhliyüz, fəqr ilə adət qılmışuz. Rəvayətdir ki, Həzrəti-Əli tə’neyi cühhaldan mütəəssir olmayub, istiğna təriqin məsluk etməgin nida gəldi ki: "Ey Əli, mütəvəccihi-asiman olub tamaşa qıl". Həzrəti-Əli nəzarə qıldıqda gördü ki, payeyi-ərşdən fəzayi-fərşədək dürü gövhər və müşkü ənbər yüklü naqələr; hər birinin [məhari] bir pəriçehrə qulam əlində və hər birinin üzərində bir mahpeykər cariyə. Nida qılurlar ki: "Haza cihazi-Fatimə binti-Rəsulullah". Həzrəti-Murtəza bu mövhibət müşahidəsindən və bu səadət mülahizəsindən məğrur olub, mütəvəccihi-hərəmsəray olduqda Fatimə istiqbal edüb ayıtdı: "Ya Əli, bana ərz edənləri sənə dəxi ərz etdilər. Əlminnətü lillah, cihazı gördün". Şe’r: Mülki-dünyada bizi cahil mühəqqər görməsün, Biz bəqa mülkün müsəxxər eyləyən sultanlərüz. Aləmi-mə’nidə ə’ladır qamudan qədrimiz, Gərçi surətdə həqirü bisərü samanlərüz. Rəvayətdir ki, bir gün Xaceyi-Aləm buyurdu ki, Süleyman nəbi damadına bir tac mürəttəb etmişdi yeddi yüz danə [inci] ilə mürəssə’. Həzrəti-Əli hücreyi-təharətə gəldikdə Fatiməyə nəql etdi. Fatimə istima’ etdikdə xatiri-şərifinə xütur etdi ki, şayəd Əli cihazü cihati-düxtəri- Süleymanı ol əzəmətlə eşidüb və bənim cihazımı bu həqarətlə görüb xəyal edə ki, Həzrəti-Rəsul Süleymanca gəlməz. Bu dəğdəğə xatirində idi ol vəqtədək ki, aləmi bəqaya rehlət etdi. Bir gecə Həzrəti-Əli vaqi’əsində gördü ki, behiştə bir mürəssə təxt mənsub olub, ətrafinda hura səf çəküb, Fatimə üzərində qərar dutmuş. Və bir düxtəri-büləndəxtər nəhayəti-hüsni-cəmalla nisar üçün iki təbəq cəvahir mühəyya qılub, müntəzirdir ki, Fatimə ana nəzər qıla. Həzrəti-Əli Fatimədən sual etdi ki, aya, bu kimdür? Fatimə ayıtdı: "Ya Əli, bu Süleyman qızıdur. Həq-tə’ala bənim xidmətümə mə’mur etmişdir. Ya Əli, bu əzizənin bir gün cihazı hekayətin nəql etdün və bu əndişə bənim xatirimdə idi və ol əndişədən ələm çəkdigimin əcrinə bu səadət müyəssər oldu. Ya Əli, ol tac əvəzinə ki, Süleyman nəbi damadına mürəttəb olmuşdu, həmli-livayi-həmd bana müqərrər oldu. Və livayi-həmd bir ələmdir ki, xasseyi-Həzrəti-Rəsuldur. İrtifa’i həddən ziyadə olub üç şəqqəsi var: biri Məğribdə və biri Məşriqdə, biri Məkkə üzərində. Bir şəqqəsinün üzərinə yazılmış ki: "Bismillahir-rəhmanir-rəhim" və birinin üzərində "Əl-həmdu lillahi rəbbi’l aləmin", və birinin üzərində "Lailahə illəllah Mühəmmədən Rəsulullah". Nəqldür ki, ərəsati-qiyamatdə ol livayi hazır edüb nida qılalar ki: "Qandadur ümməti-Məhəmmədi-ərəbi, qandadur təvabe’i- Xaceyi-Haşimi? Və Həzrəti-Nəbi ol livayi mübarək əlinə alub, təmami-ənbiya və övliya və kaffeyi-əhli-İslam ol liva altında cəm’ olub, netə ki, buyurmuş ki: "Adəmu və zurriyyətihi təhtəllivai-yovməl-qiyaməti" və fərqi-mübarəkinə nurdan bir taci- [səbz] örünüb və həriri-əxzərdən bir xəl’ət geyüb, Büraqa binüb və sair ənbiya dəxi səvar olub və ol ələmi Həzrəti-Əli əlinə verüb, mütəvəccihibehişt olalar. Rəvayətdir ki, Həzrəti-Əlinin fərqi-mübarəkində ol ələm bir tac [hey’ətində] məlhuz olunub, nida qılalar ki, "Ya Əli butac əfzəlmidür, yoxsa ol tac ki, Süleyman nəbi damadına vermişdi?". İmam Nəcməddin [Ömər], rəziyəllahü ənhu, rəvayət edər ki, bir gün Həzrəti Rəsul Fatimə hücrəsinə gəlüb, Fatiməyi məlul görüb, səbəbi sual etdikdə ayıtdı: "Ya Rəsulullah, üç gündür ki, sərayımdə mə’kulat qismindən nəsnə yoxdur və Həsən və Hüseyn müztərib olmuşlar. Və bu əhvalı Həzrətünizdən məxfi dutaram, əmma bu gün Həsən və Hüseynin iztirabın [ziyadə] gördüm, derlər ki: "Aya, aləmdə heç tifl riyazəti bizim riyazətimizə yetərmi?" Ey pedəri-büzürgvar, Həzrətünizdən rüxsət olurmi ki, küstaxanə dərgahi-İlahidən bir təvəqqö’ edəm. Xaceyi-Aləm ayıtdı: "Ey fərzənd, Həzrəti-İzəd müxlislərin küstaxlığın qəbul edər". Fatimə icazət edüb iki rik’ət nəmaz qılub, mübarək əllərin götürüb ayıtdı: "Ya Rəb, bilürsən ki, övratün və ətfalın riyazətə taqətləri olmaz, ya taqətimizcə möhnət müqərrər et, ya möhnətimizcə taqət müyəssər et". Bu duayı təmam etdikdə, zə’fdən bihuş olub, həm də ol saət Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, Fatimənin naleyi-dilsuzi məlaikeyi-asimanı xüruşa gətürdi, fəryadına yet". Həzrəti-Rəsul hücrəyə girüb gördü Fatimə ixtiyarsız düşmüş. Fərqi-mübarəkin dizi üzərinə alub, pənceyiqəmərşikafın sinəsi üzərinə qoyub dua qıldı ki: "Ya Rəb, Fatiməyi ələmi-cu’dən mühafizə qıl". Xaceyi-Kainatun rayiheyigisuyimüşkbarindən istifadeyi-qürbət qılub kəndüsinə gəldikdə üzərində minbə’d ələmi-cu’ ehsas etmədi. [Fatimədən nəqldir ki: "Ol dua bərəkatindən həyatim olduqca kəndimi hərgiz ələmi-cu’ə mübtəla görmədim"]. "Dürəri-Mə’aric"də məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimənin hücrəsinə gəlüb təfəqqüd təriqilə ayıtdı: "Ey fərzənd, halın nədür?" Fatimə ayıtdı: "Ya Rəsulullah, əlminnətü lillah, fəqrimiz bir qayətə yetmişdir ki, mənzilimizdə üç gündür əsəri-tə’am bulunmaz". Həzrət buyurdu ki: "Əllahummə ənzil əla Muhəmmədin və ƏhliBeytihi kəma ənzəltə əla Məryəmi binti İmran". Dedi: "Ey Fatimə, mətbəxə təvəccöh edüb mülahizeyi-hikmət qıl". Fatimə mətbəxə təvəccöh edüb, əqəbincə Həsən və Hüseyn rəvan olub gördülər cəvahirlə mürəssə’ bir kasə içində bir miqdar tə’am. Fatimə ol kasəyi götürüb Həzrəti-Rəsul xidmətinə yetürdi və Həzrət buyurdu ki: "Qulu bismillah". Pəs, Nəbi və damad və Fatimə və Həsən və Hüseyn ol tə’amın tənavülinə məşğul oldular. Rəvayətdir ki, yeddi gün ol tə’amdan tənavül edərlərdi tükənməzdi; bir gün İmam Həsən hücrədən çıxub, əlinə bir miqdar ol tə’amdan alub, bir yəhudi övrət görüb tələb etdi. İmam Həsən kərəmi-cibilli müqtəzasincə imsak etməyüb iltifat etdikdə əsəri-ittila’i-naməhrəmdən ol kasə və tə’am qayib oldu və Həzrəti-Rəsul buyurdu ki, əgər bu halət vaqe’ olmasaydı, hərgiz münqəte’ olmazdı. Bə’zi təfasirdə məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimə hücrəsinə gəlüb ayıtdı: "Ey cigərguşə, üç gündür tə’am tənavül etməmişəm, mənzilində mə’kulat qismindən nə var?" Fatimə ayıtdı: "Ya Rəsulullah, bizə dəxi bu halət vaqe’ olmuşdur". Həzrəti-Rəsul mə’yus çıxdıqda Fatimə xəcalət çəküb dua qıldı ki: "İlahi, məni bu xəcalətdən qurtar və bir tə’am kəramət qıl". Duaya müqarin Fatimə gördü ki, astaneyi-hücrədə bir qərib durub, bir kasədə bir miqdar tə’am bir xadimə verdi ki, bu hədiyyədir. Fatimə ol tə’amı alub, Hüseyni Rəsul ehzarinə rəvan etdi. Həzrət hazır olduqda ol tə’amı hüzurinə gətürdilər. Gördi ki, əsla ət’immeyi-dünyaya şəbih degil. Həzrət bu ibarətlə Fatimədən sual etdi ki, "İnni ləki haza". HəzrətiZəhra bu cavaba mülhim oldu ki: "Huvə min’indi’llah yərzuqu mənyəşa’u biğeyri-hesabin". Bu xəbərdən Həzrəti-Rəsul münbəsit olub bildi ki, mətbəxi-qeybdəndir, şəraiti-sipas əda qılub ayıtdı: "Ey cigərguşə, əlminnətü lillah ki, Həzrəti-İzəd sənə mərtəbeyi-binti-İmran nəsib etdi". Pəs, Əli və Fatimə və Həsən və Hüseyn ol tə’amdan tənavül edüb, sair Əhli-Beytə dəxi hissə irsal etdilər. Şe’r: Nola gər ən’amını amm etsə xani-lütfdən, Ol ki, xasü amm xani-lütfünün mehmanıdır. Nola gər Məryəmdən əfzun görsə nəqdi-pakini, Ol ki, İsa bir kəminə bəndeyi-fərmanıdır. Və bu xəbər dərəceyi-vüzuha yetmişdür və bu nüktə cəmi’ialəmdə iştihar etmişdür ki, Həzrəti-Rəsul Fatiməyi cəmi’i-ƏhliBeytdən ziyadə görüb, tə’zimində mübaliğə qılurdı. Və HəzrətiFatimə ol Həzrəti kəndü ruhi-şərifindən ə’əzz və əşrəf bilürdi. Əmma raviyi-əxbari-cigərsuz və haviyi-asari-qəmənduz bu tərzlə tətmimihekayət qılmış və bu təriqlə [mütəmmimi]-rəvayət olmuş ki, Xaceyi-Aləm aləmi-fənadan mülki-bəqaya intiqal etdikdə zəminü zəman mütəzəlzil olub, qayəti-hərqəti-[zəmin cinnü] insü vühuşü tüyuru fəğana gətürdi. Və kəmaliriqqət təmami-nizami-aləmə xələl yetürdi və mərkəzi-xak fərqi-əflaka gərdi-məlalət saçdı və xazininihanxaneyiqəza afərinişi yüzünə əbvabi-küdurət açdı. Şe’r: Dəhr nüzhətxaneyi-iqbalı viran eylədi, Gənci-İslamı fələk topraqda pünhan eylədi. Tey qılub rahət büsatın dəhrdən fərraşi-çərx, Surəti-cəm’iyyətin xəlqin pərişan eylədi. Bu vaqieyi-hailə və hadiseyi-nazilə vüqu bulduqda və cəmi’iəhli- aləm növhəyə məşğul olduqda, Həzrəti-Murtəza FatiməyiZəhraya ayıtdı: "Ey cigərguşeyi-Həzrəti-Xeyrül-Bəşər və ey zübdeyi-ərbabi-Peyğəmbər, təhacümiməsaibdə təhəmmül şiveyiərbabi- vəfa və [tüğyani]-nəvaibdə təsəbbür qaideyi-Əhli- Beyti-Mustəfadır. Olmaya ki, hücumi-seylabi-sirişk pərdeyi-hicabı afitabi-cəmalindən buraxub və atəşi-ahi-cigərsuz xirməni-səbr qərarın yaxub, sədayi-fəğanindən naməhrəmlər xəbərdar olalar və surətiiztirabindən bidərdlər fərəh bulalar. Səbr et və təhəmmül pişə qıl ol zəmanadək ki, afitabi-aləmtab Həzrəti-Rəsulullah kibi münzəviyi-zaviyeyi-hicab və sayənişini-səhabi-niqab olub və asiman zümreyiəhli- matəm kibi cameyi-müşkfam geyüb, rüxsarində qətərati-sirişki-kəvakib zahir qılub tərəddüdi-naməhrəm münqəti ola və hər kimi məqamında təskin bula. Ol vəqt Həzrəti-Mustəfanın məzari-şərifin ziyarət edüb, dərdi-dilin ərzə yetür və suzü güdazla ol Həzrətə şəm’iməzar olub, keyfiyyəti-mafiz- zəmirin zəbana gətür". Şe’r: Ey xoş ol saət ki, dildar ola, dəyyar olmaya, Yar ola xəlvətdə, ətrafinda əğyar olmaya. Yar halın yara izhar etməyə fürsət bulub, Müddəi agah, naməhrəm xəbərdar olmaya. Həzrəti-Fatimə Murtəzayi-Muctəbanın nəsihətindən təcavüz etməyüb ol daği-nihanla qanlar udub və suzi-dilini pünhan dutub qönçeyi-lalə kibi növbaharivə’dəyə müntəzir və mütərəssid olub səbr etdi ol vəqtədək ki, çiraği- xəlvətxaneyi-tarəmi-çaharüm intifa bulub, şiddəti-zülmətdən qəriblər fəğanı asimana yetdi. HəzrətiZəhra şiddəti-qəmdən bihuş ikən göz açub Həzrəti- Murtəzaya təzərrö etdi ki: "Ya Əli, nə vəqt ola?" Murtəza Əli ayıtdı: "Ey Fatimə, şəbi-deycurdan bir sumn keçmişdür". Fatimə ayıtdı: "Ya Əli, rüxsəti ziyarət müyəssər olurmu? Murtəza ayıtdı: "Ey Fatimə, rüxsət müyəssər olur bu şərtlə ki, sədayi-bülənd ilə fəğan etməyəsən". Pəs, Fatimə qiyama gəlüb, Həzrəti- Murtəza hidayət qılub rövzeyimübarəkə gəldilər və dideyi-Zəhra ki, mərqədi- Mustəfaya düşdü, fəryadü fəğani mələ’i-ə’laya irişdi; əyaqdan düşüb, bu sürudla mütərənnim və bu əda ilə mütəkəllim oldu. Şe’r: Ey fələk, darüş-şəfayi-şər’i viran eylədin, Əhli-dərdi mübtəlayi-daği-hirman eylədin. Pərdeyi-idbara çəkdin çehreyi-iqbalimi, Cəm’ edüb yüz qəm bana halım pərişan eylədin. Asimani-şər’ xurşidinə göstərdin zəval, Mahi-mülki tirə topraq içrə pünhan eylədin. Gər desəm kafirsən, ey gərdun, əcəb yox nişə kim, Qəsdi-qətli-müqtədayi-əhli-iman eylədin. Zar-zar ağladıqca Həzrəti-Murtəza təskin verüb derdi: "Ey Fatimə, [növhədən səbr] ə’la və əsvəbdir və cəzə’dən təhəmmül övla və əsvəbdir". Fatimə ayıtdı: "Ey əmmzadeyi-əziz, bəni mən’ etmə ki, əfzəli-cəhanun müfariqəti ə’zəmi-məsaibdür". Və bu bir beyt HəzrətiRəsulullah mərsiyəsində Həzrəti-Zəhradan sadir olan əbyatdəndür. Şe’r: Sübbət ’əla məsaibun ləv-ənnəha, Səbbət ə’ləl-əyyami sirnə ləyaliya. Nəqldür ki, mərqədi-mübarəkdən bir qəbzə xak alub, dideyi-əşkbarinə dutub ağazi-növhə qıldı bu məzmunla ki. Şe’r: Hicri bağrım qan edən gülbərgi-xəndanım qanı? Rahəti-cani-həzinü cismi-suzanım qanı? Dideyi-nəmnakimə tar oldu aləm, ey fələk, Ləm’eyi-rüxsari-xurşidi-dirəxşanım qanı? Və bu xəbər səhhətə yetmişdir ki, Həzrəti-Rəsulun vəfatından sonra hərgiz Fatimə təbəssüm etməmişdür və mütləq səfheyi-xatirindən küdurət getməmişdür; ol qayətdə ki, bir gün əhli-Mədinə əfğanindən müt’əzzi olub dedilər: "Ya binti-Rəsulullah, ya gündüz nalə qılub gecə aram dut, ya gecə növhəyə məşğul olub gündüz təhəmmül et ki, xəlqə bir vəqt rahət mümkün ola". Həzrəti-Zəhra xəlqin ol iltimasın qəbul edüb gecələr növhə qılub, gündüz dağisəbrlə cigərin dağlayub təhəmmül edərdi. İmam Cə’fəri Sadiqdən nəqldür ki, ifrati-giryə beş kimsənədə münhəsirdir: biri Adəm ki, behişt fəraqindən nalan idi və biri Yə’qub ki, Yusuf hicrindən giryan idi və biri Yusuf ki, Yə’qub yadilə pərişan idi və biri Fatimeyi-Zəhra ki, Həzrəti-Rəsulun atəşi-fəraqindən büryan idi və biri Əliyyi-Zeynəlabidin ki, qırx il vaqieyi- Kərbəladan sonra layənqəte’ sirişkəfşan idi". Rəvayətdir ki, Müflih nam bir bəndəsi olub, bir gün ayıtdı: "Ya İbni-Rəsulullah, olmaya ki, bunca giryəndən həlak olasan?" Dedi: "Ey Müflih həqqa ki, giryə bana biixtiyar gəlür, hərgah ki, mə’rəkeyi-Kərbəlada validi-büzürgvarimin və ixvanü ə’mamialimiqdarinin təşnələb şəhid olduqların və övratü ətfali-Əhli-Beytin güruhi-füccara əsir olub ihanət çəkdiklərin yad edərəm, kəndümi giryədən mühafizət qıla bilməzəm". Şe’r: Düşdükcə yadimə ələmi-dəşti-Kərbəla, Könlüm fəğanü naləyə biixtiyar olur. Gəldikcə yadimə ləbi-xüşki-şəhi-şəhid Biixtiyar çeşmi-tərim əşkbar olur. Əyyam üçün bəlalərə salmışdürür bəni, Bən gördügüm bəlaləri kim görsə zar olur. Əlqissə, Həzrəti-Rəsulun vəfatindən bir rəvayətdə üç ay keçdikdə və bir rəvayətdə altı ay keçdikdə bir gün Həzrəti-Murtəza mənzilinə gəlüb gördü ki, Fatimə bir miqdar xəmir edüb və övladi-əmcadinin gisulərin yumağa bir miqdar gil müxəmmər qılub və rəxtlərin yumağa bir miqdar su hazır etmiş. Həzrəti- Murtəza ol halətə heyrət edüb ayıtdı: "Ey məxdumeyi-zəman və ey müxəddəreyi-cəhan, hərgiz dünya əşğalinə sənin bu miqdar iltifatın görməmişəm; aya, bu nə hikmətdür ki, bu gün üç əməl əncaminə iqdam etmişsən?" Həzrəti Zəhra qətərati-əşk dideyi-əşkbarindən töküb ayıtdı: "Ey tacdari-HəlƏta və ey şəhsüvari ərseyi-La-Fəta, və ey xətibi-minbəri-Səluni və ey varisi-mərtəbeyi-Haruni və ey güli-baği-"Vali mən vallah" və ey atəşi-daği-"Adi mənə’dah" və ey tirazi-məsnədi-sidqü səfa və ey razdari- Həzrəti-Mustəfa və ey şiri-bişeyi-həqiqət və ey kəştiyilücceyi- təriqət və ey şükufeyi-gülzari-Əbu Talib və ey əsədullahi-ğalib və ey mehtərü behtəri-əhlizəminü zəman və ey mə’dəni-cövhəriHüseynü Həsən, "Haza fəraqun beyni və beynəkə" rə’yi-üqdəgüşay və zəmiri-aləmarayinə məxfi və məstur buyrulmaya ki, rişteyiittisali- suri miqrazi-qəza ilə inqita bulub və müddəti-müqaribətiməcazi müruri-ömrlə münqəzi olub, vəqt oldu dəsti-təəllüqüm daməni-dövləti-mülazimətindən dur və dideyi-ümidim müşahideyi-pərtövi-cəmalindən məhcur ola. Şe’r: Vəqt oldu ki, şami-hicr ola sübhi-vüsal, Təğyirpəzir ola bu keyfiyyəti-hal. Vəqt oldu ərusi-vəsl olub pərdənişin, Ərz eyləyə şahidi-qəmi-hicr cəmal. Ey Əli, dün gecə Həzrəti Rəsulullahı vaqiəmdə gördüm, balinim üzərinə durub, hər tərəf mülahizə qılub fəryada gəlüb ayıtdım: "Ya Rəsulullah, fəraqindən həlak oldum, aya qandasan?" Həzrətül-Rəsul ayıtdı: "Ey Fatimə, sənə bəşarət verməyə gəlmişəm, dəmdir ki, rabiteyi-qeydi-həyati-müstə’ari qət qılub, məzyəqi-təngnayi-fənadan fəzayi-bəqaya qədəm basasan. Ey Fatimə, sən gəlməyincə getməzəm. Əgər dövləti-vüsalim istərsən, şitab eylə və sə’y qıl ki, yarın gecə bana mehman olasan". Və bən bidar oldum və hala ol ümidlə müvtəvəccehi-aləmi-bəqayam. Ya Əli, əgərçi sənin atəşi-ələmifariqətin cigərsuzdur və möhnəti-müba’idətin qəmənduz, əmma ol Həzrətin dəxi müjdeyivüsalı dilfiruzdur; ətmək tədarükün etdiğum oldur ki, yarın sən müsibətimə məşğul olduqda övladım əndişeyi-qida çəkməyələr və rəxt yuduğum oldur ki, bəndən sonra qeyrlərdən məmnun olmayalar. Gisulərin yuduğum oldur ki, mə’lum degil ki, məndən sonra qəmxarlıqların kim edə". Ey əziz, Fatimə onların gisularına qübar qonmaqdan mükəddər olurdu [və camələri gərdalud olmaqdan izhari-məlalət [qılurdı.] Ah, əgər görsəydi dəşti- Kərbəlada rüxsarləri ağüşteyi-xakü xun və bədənləri xuni-cigərdən laləgun. Şe’r: Kərbəla dəştində Xatuni-qiyamət, ah, əgər Qərqi-xun görsəydi Şahi-Kərbəlanın halini. Hiç şək yox kim, qılurdı Kərbəla toprağini, Qərqi-xun, gözdən töküb seylabi-əşki-alini. Əlqissə, Murtəza Fatimədən ol xəbəri-cangüdazi istima’ etdikdə əşkinədamət dideyi-qəmdidədən rəvan edüb ayıtdı: "Ah, bu nə möhnəti-mücəddəddür ki, yenə yüz verdi və bu nə bəlayi-qeyrimukərrərdür ki, yenə fələk zühura gətürdi. Ey Fatimə, hənuz validi-büzürgvarın daği-fəraqı mərhəmpəzir olmadan və pedəri-alimiqdarın ələmi-iştiyaqı təskin bulmadan sən dəxi cana bir daği-tazə yaxmaq və dili-virani saiqeyi-müsibətlə yaxmaq rəvamıdur?" Şe’r: Ah kim, hər dəm fələk dərd üzrə dərdim arturur, Göstərür bir dərd, bir dərdinə dərman etmədən. Bağrımı büryan edər hər ləhzə bir bərqi-bəla, Bir bəlaya hüsni-tədbir ilə dərman etmədən. Fatimə ayıtdı: "Ey Əli, ol müsibətdə [səbr etdin, bu möhnətə] dəxi təhəmmül qıl və bir zəman bəndən qafil olma və ri’ayətimdə tə’əllül qılma ki, axır nəfəsdir". Bu kəlimatı əda qıldıqca nəmi-dideyi-əşkbarla şahzadələr rəxtlərin tər qılurdı və atəşi-ahla əkmək üçün tənuri gərm edərdi və derdi: "Ey cigərguşələr, aya bəndən sonra sizin halınız nolur?" Həsən və Hüseyn bu xəbərdən mütəəllim olub giryə ağaz etdilər. Fatimə ayıtdı: "Ey nuri-didələr, bir zəman guristani- Bəqi’ə varub bənim üçün dua qılun". Onlar mütəvəccih olduqda bəstəriismətə təkyə qılub Murtəzaya ayıtdı: "Ey həmsəri-xücəstəliqa, vəqtivida’dür, həlal et". Həzrəti-Əli ahi-həsrət çəküb ayıtdı. Şe’r: Va həsrəta ki, yaxdı bəni atəşi-vida’, Ya Rəb ki, münqəte’ ola ayini-inqita’. Bu hala müqarin Əsma binti-Ümeyşəyi tələb qılub dedi: "Ey Əsma, bir tə’am mühəyya qıl ki, cigərguşələrim mü’avidət qıldıqda tənavül qılalar və qoyma ki, bənim yanıma gələlər və bəni bu halla görüb pərişan olalar". Əlqissə, şahzadələr guristani-Bəqi’dən müraciət qıldıqda Əsma istiqbal edüb anlara tə’am təklif etdikdə şahzadələr ayıtdılar: "Bizim hərgiz validəmizdən ayrı tə’am tənavül etdigimiz yoxdur". Əsma ayıtdı: "Ey əzizlər, validənizin cüzvicə küdurəti var, siz tə’am tənavül edin". Dedilər: "Ey Əsma, bizə validəmizdən cüda tə’am sazgar olmaz". Əlqissə, tərki-tə’am edüb hücrəyə gəldikdə gördülər Fatimə təkyə qılub, Həzrəti-Əli balini üzərində giryan oturur. Şahzadələrə ayıtdılar: "Ey cigərguşələr, bir zəman Rövzeyi-Rəsulullah üzərində varub dua qılın". Şahzadələr ita’ət qılub rəvan olduqda Fatimə ayıtdı: "Ya Əli, bir zəman bəndən qafil olma ki, əncami-ömrdür". Şe’r: Həyatimdən həman bir dəm qalıbdır olma qafil kim, Müyəssər ola zövqi-dövləti-vəslin dəmi-axir. Həyati-müstə’arim kisvətin tarac edüb gərdun, Kəfəndən əynimə geydirmək istər xəl’əti-faxir. Həzrəti-Əli ayıtdı: "Ey Fatimə, bu xəbər istima’inə qüdrətim yoxdur". Fatimə ayıtdı: "Bu xəbər vaqi’eyi-bitədbir və hadiseyibitə’xirdir". Şe’r: Sındırdı nihali-ömrümü badi-əcəl, Can mürğinə dam qurdu səyyadi-əcəl. Tən rabitəsin ruhdan istər qıla qət’ Şəmşiri-siyasət ilə cəlladi-əcəl. Fatimə Əli kənarində bihuş olub, bir zəmandan sonra özünə gəlüb, Əlini giryan görüb ayıtdı: "Ya Əli, həngami-tə’ziyət deyil, zəmani-vəsiyyətdir". Əli ayıtdı: "Ey Fatimə, vəsiyyətin nədir?" Fatimə ayıtdı: "Dörd vəsiyyətim var: biri ol ki, bəndən sənə nisbət bir tərki-ədəb vaqe’ oldusa, əfv edəsən". Əli ayıtdı: "Haşa ki, səndən tərki-ədəb sadir olmuş ola; həmişə sən bənim qəmxarım idin və peyvəstə qəmgüsarım". Dedi: "İkinci vəsiyyət oldur ki, bənim övladımı möhtərəm dutub, anlardan bir küstaxlıq sadir olsa, təcavüz qılasan və üçüncü oldur ki, bəni gecə vəqtində dəfn edəsən ki, zəmanihəyatimdə dideyinaməhrəmdən məstur olduğum kibi, hinivəfatimdə dəxi nə’şimə ənzari-pərişan mütə’əlliq olmaya və dördüncü vəsiyyətim oldur ki, bənim ziyarətimdən qədəm çəkməyəsən və həmişə bəni duadan unutmiyəsən". Şe’r: Çün bəni səndən fələk naçar məhcur eyləyə, Xaki-payindən bəlakeş başumı dur eyləyə. İltimasım səndən oldur kim, qübari-məqdəmin, Ruhimi bir dəm mülaqatilə məsrur eyləyə. Bu vəsaya əsnasində Həzrəti-Əli fəryada gəlüb zəbani-hal ilə ayıtdı. Şe’r: Dildar buraxdı tərhi-qəmxaneyi-hicr, Saqiyi-zəmanə dutdu peymaneyi-hicr. Dərda ki, sərayi-vəsl ikən təkyəgəhim, Vəqt oldu məqamım ola viraneyi-hicr. Ayıtdı: "Ey Fatimə, sənin vəsiyyətlərin dərəceyi-qəbula yeidi, əmma bənim dəxi sənə üç vəsiyyətim var, ərz edəyim. Biri ol ki, bəndən sənə təqsirimülazimət vaqe’ oldusə, Həzrəti-Rəsula şikayət qılmayasan; ikinci ol ki, Həzrəti- Rəsulullaha səlamımı yetürəsən; üçüncü oldur ki, bəndən ol Həzrətə izhari-şükr edəsən". Fatimə Əlinin vəsiyyətlərin qəbul edüb mükalimə qılmaqda ikən nagah bir xüruşü qülqülə sədası gəldi. Həzrəti-Əli mütəvəccih olduqda gördü Həsən və Hüseyn "Va ummah va musibətah", deyüb fəryad edərək gəldilər. Iztirabla hücrə qapusinə gəlüb ayıtdı: "Ey cigərguşələr, bu nə halətdir?" Ayıtdılar: "Ey dəri-mədineyi-elmiRəsuli- Xuda və ey şiri-bişeyi-La-Fəta, validəmizlə vida’ etməgə gəlmişüz". Həzrəti-Əli ayıtdı: "Ey nuri-didələr, nə bildinüz [ki, validəniz] bu halətdədür?" Dedilər: "Ey pedəri-büzürgvar, sənin fərmani-şərifin müqtəzasincə Rövzeyi-Rəsulullah ziyarətinə mütəvəccih olduqda, səm’imizə bir səda irişdi ki, "Fatimə yetimləri gəldi". Nagah mərqədi-mübarəkdən nida gəldi ki: "Ey nuri-didələr, təvəqqüf etməyüb müraciət qılun ki, validəniz didarinə müşərrəf olub vida edəsiz; zira mütəvəccihi-aləmi-axirətdir və hala İbrahimi- Xəlil və İsmaili-Zəbih və Musiyi-Kəlimullah və İsayi-Ruhullah və sair ənbiyayimürsəl və ərvahi-qüds onun ruhi-pakının istiqbalinə gəlmişlər". Biz bu xəbərdən mütənəbbih olub iztirabla müraciət qıldıq. Bu sözü deyüb, Fatimənin ayağına düşüb, növhə bünyad edüb təzərrö etdilər ki: "Ey məxdumeyi-möhtərəmə, dideyi-iltifat açub bu qürbət mübtəlalarinə bir nəzər qıl və göftara gəlüb bu badiyeyi-bəla sərgəştələri ilə təkəllüm et". Şe’r: Bir nəzər qıl kim, dəvayi-dərdi-bimari-fəraq, Bir nəzərdir nərgisi-mərdümşikarindən sənin. Bir təkəllüm qıl ki, ərbabi-mətalib məqsədi, Bir təkəllümdür ləbi-gövhərnisarindən sənin. Avazləri Fatimənin səm’i-mübarəkinə irişüb, dideyi-mərhəmət açub, anları kənarinə çəküb, qətərati-əşki-həsrət dideyi-əşkbardan töküb ayıtdı: "Ey yetimlər, aya bəndən sonra sizin keyfiyyətiəhvalinüz nolur?" Ol əsnada cəmi’i-övladı cəm edüb, zükurun ünasa və ünasın zükura əmanət təriqilə təslim edüb və məcmu’in HəzrətiMurtəzaya tapşurub və cümləsin Vacibülvücuda mövdu edüb və hər vəchlə var isə Həsən və Hüseyni bir dəxi Rövzeyi-Rəsul üzərinə göndərüb, Ümm Sələmədən su istəyüb, qüsl edüb, əfxəri-libasin geyüb, vəsəti-sərayində fəraş buraxdurub təkyə qıldı canibi-eymənə və bazuyi-yəmin rüxsarinə balış edüb Əsma binti-Ümeyşə ayıtdı: "Bir gün hini-mərəzdə Cəbrail Həzrəti-Rəsul xidmətinə gəlüb, behiştdən bir miqdar kafur gətirüb və ol Həzrət bir qismin kəndüsinə hifzi-kəfən qılub bir miqdarin bənim üçün və bir miqdarin Əli üçün bana təslim etmişdi və filan məhəldədir, gətür ki, kəndü hissəmi alub Əli hissəsin sənə təslim edəyim". Əsma binti-Ümeyşə həsbülfərmudə ol kafuri gətirüb, kəndü hissəsin alub Əsmaya ayıtdı: "Bir zəman dışrə çıx ki, bənim Mə’budumla razidilim ərz edəcək zəmandır". Əsma dışrə çıxdıqda istima etdi ki, Fatimə derdi: "Ya Rəb, Rəsul hörməti həqqiçün və Əliyyi-Murtəza qədriçün və övladimə’sumim kəramətləri içün ki, ümməti-günahkarə rəhmət qılasan və asilər cərayiminə qələmi-əfv çəküb mütərəhhim olasan". Bu halətdə Əsmaya giryə qalib olub, Fatimə anın giryəsindən xəbərdar olduqda ayıtdı: "Ey Əsma, demədimmi bir zəman bəni halümə qoy və bir zəmandan sonra təfəhhüs et: bəndən avaz gəlürsə yanümə gəl və əgər gəlməz isə bilmiş ol ki, Pərvərdigarimə vasil olmuşam". Əsma bir zəman dışrədə təvəqqüf etdikdən sonra nida qıldı ki: "Ya qürrətül’əyni-Rəsulullah!" Cəvab eşitmədi, bir dəxi dedi: "Ya seyyidünnisa!" Cəvab eşitmədi, iztirabla hücrəyə girüb rüxsari-mübarəkindən cameyi-xab alub gördi ki, aləmi-bəqaya intiqal etmiş. Və Əsma müztəribhal olub fəğana gəldikdə Həsən və Hüseyn hazır olub ayıtdılar: "Ey Əsma, validəmiz halı nədür?" Əsma səbr etməyüb başından miqnə’əsin buraxub, giribanın çak edüb, şahzadələr bu vaqi’ədən xəbərdar olduqda, kəsrəti-iztirabla Həzrəti-Murtəza xidmətinə mütəvəccih oldular. Həzrəti-Murtəza əşrafla ibadətdə ikən Həsən və Hüseyn fəryadın istima’ etməyin surəti-haldan xəbərdar olub bihuş olduqda, hüzzari-məclis Həsən və Hüseynə ayıtdılar: "Ey şahzadələr, bu nə əfğandır ki, şiri-bişeyişüca’əti və əjdəhayi-fəzayivilayəti ayaqdan buraxdı?" Ol şahzadələr ayıtdılar: "Necə ağlamayalım və necə fəryad etməyəlüm ki, sərvi-riyazi-isməti sərsəri-əcəl paymal etdi, növbəhari-iffət və təharətə xəzani-fəna təğəyyüri yetdi". Şe’r: Bizi fəryada gətürdi fələki-kəcrəftar, Necə əfğanlar edüb qılmayalım naləyi-zar?! Verdi cəm’iyyəti-əhvalimizə dövr xələl, Saldı ayineyi-iqbalimizə dəhr qübar. Qıldı növmid bizi səbzeyi-pəjmürdə kibi, Fərqimizdən götürüb sayəsini əbri-bəhar. Ey əshabi-qəmxar və əhbabi-qəmgüsar, Zəhrayi-[əzhər] və Bətuli-mütəhhər qafileyi-"İrcə’i ila rəbbikə raziyətən mərziyyətən" rəfaqətilə canibi-Darüs- Səlama "Vallahu yəd’u ila darissəlam" müqtəzasincə təvəccöh qıldı və təngnayi-məziqi dünyadan ruyi-iradət münhərif edüb, meyli-gülzari-Xüldi-Bərin və məcami’iə’layi-’ illiyin və xidməti-seyyidül-mürsəlin etdi. Təmamiyi-əshabü əhbab surəti-halə ittila’ bulduqda Həzrəti-Murtəzayla ittifaq edüb, ağazi-növhə qıldılar və Həzrəti-Murtəza bu müsibətdə bir mərsiyə inşa qıldı ki, bə’zi əbyatı budur. Şe’r: Li-kulli ictima’in min-xəlileyni firqətun, Fə-kullul-əza dunəl-fİraqi qəlilun. Və innə iftftiqadi Fatimətə bə’də Əhmədin. Dəlilun ’əla ən-la-yədumə xəlilun. Əhməddən sonra Fatiməni də qeyb etməyim dostluğun davam etməməsinə dəlalət edir. Yə’ni hər ictimaə bir iftİraq müqərrərdür və hər bəla fəraqa nisbət mühəqqərdir və Həzrəti-Rəsuldan sonra Fatimə fövti dəlildür ana ki, heç cəmiyyətin dəvamı olmaz və heç ülfət səbat bulmaz. Şe’r: Qayəti-dövri-ruzigar budur, Hali-dövrani-bimədar budur Ki, fəraqa mübəddəl ola vüsal. Yetə aləmdə hər kəmala zəval. Fil-vaqe’, gər nəzəri-tə’əmmül qılsan, Zəhrayi-əzhər vəfatı Həzrəti-məzlumi- Kərbəlaya nisbət əşəddi-məsaib və əs’əbi-nəvaibdür, zira hənuz nihali-təbiəti gülşəni-surətdə nəşvü nəma bulmadan və hilalivücudi- şərifi asimani-xilqətdə bədri-təmam olmadan valideyimüşfiqinün sayeyi-mərhəməti və madərimehribanın zilli-rif’əti fərqi-mübarəkindən götürüb və anın tərbiyətin fələkibimürüvvət qeyrə möhtac edüb, bəlalara mübtəla və möhnətlərə aşina qıldı. Şe’r: Hər zəman üşşaqı bir dərd ilə dövran zar edər, Bu çəmən hər ləhzə bir möhnət gülün izhar edər, Dərd tə’limin verüb gərdun təriqət tiflinə, Bu bəlalar dərsdir kim, dəmbədəm təkrar edər. * * * Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabət bəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə qutilu fi-səbil’illahi əmvatən bəl əhya’ən ində rəbbihim yərziqun" zahirən bu ibarətün mətlə’i-məzmunindən lame’ olan afitabi-sirri-hikmət və bu kəlamın çeşmeyi-məfhumindən tərəşşüh qılan zülali-mə’rifət oldur ki, meydani-’əna gülzari-rəyahini-ətadür və şəmşiri-fəna çeşmeyi-zülali-bəqa. Hər ayinə küffar əlində ölmək abi-həyatın zülməti-cəfaya iqdam edüb, küffar əlində olan şərbətişəhadət içməkdən ibarətdür. Şe’r: Ləzzəti-ənduhü zövqi-dərd idrak eyləyən Eyşi-dəhrü işrəti-dünyayə pərva eyləməz. Şahidi-feyzi-bəqa hüsnün təmaşagah edən Nəqşi-zail surəti-fani təmənna eyləməz. Mücmələn, zəbani-süluki-ərbabi-hal və lisani-hali-əshabi-süluk ittifaqla bu məzmuna guyadür və bu mə’naya çehrəgüşadır ki, qəbuliriyazat və irtikabiməsaib cəmiyyəti-əsbabi-rahət və neyli-istifayimətalibdən övladür. Lacərəm firqeyi-ənbiya ki, səbqəti-iqbali-təqərrüb bulmuşlar, ixtiyarla saliki-təriqi-müsibətü bəla olmuşlar və zümreyi-məşayixi-ərbabi-inkişaf ki, seyri-aləmi-vəhdət qılmışlar, möhnəti rahətdən müqəddəm bilmişlər və kaffeyi-hükəma ki, baliistidlal ilə həzizi-imkandan övci-idraki-mə’rifəti-vücuba pərvaz etmişlər, daməni-tərki-tə’əllüqat və təriqi-nəfyi-tənə’ümat dutmuşlar. Şe’r: Bəla bali-şəhbazi-iqbal olur, Səfabəxşi-ayineyi-hal olur. Gülü nərgisü-gülşəni-e’tibar, Dili-çakdür dideyi-əşkbar. Fil-vaqe’, xəzaneyi-hikmətdə bəladan əşrəf gövhəri-nəfis olsaydı, əhibbayi- Həzrəti-İzzət ana talib olurlardı və xani-hikmətdə müsibətdən ənfə’nəvalə surəti- ehtimal bulsaydı, xəvassi-bargahiqürbi- İlahi ana rəğbət qılurlardı. Şe’r: Anı görmə ki, fələk bir neçə dəm, Kimə həmdəm fərəh eylər, kimə qəm. Anı gör kim, çıxacaq aləmdən Kim fərəhdən çıxarü kim qəmdən. Əlhəq, isbati-istehsani-bəlaya bu şahid yetər və hüccəti-istilayi-rütbeyi-müsibətə bu istidlal kifayət edər ki, bəla ənbiya və övliya mülazimətində dərəceyi-kəmal bulmuş və müsibət məhrəmisərapərdeyi- nübüvvət və vilayət olub, Əhli-Beyt ixtisasinə müşərrəf olmuş. Ol cümlədəndür Həzrəti-Şahi-Vilayət Əliyyi-Murtəzanun i’tilayi-rütbeyi-ibtilası və bidayəti-ömrdən nihayətədək meydani-bəlada iste’layi-dərəcati-möhnətü bəlası. Əsəhhi-əqavili-mənqulə və əsəddi-əsanidi-məqbulədən müstəfad olub "Şəvahidün-Nübüvvət"də məsturdur ki, Həzrəti-Əli bin Əbi Talib İmami-əvvəldir ə’immeyiisna əşərdən və mənaqibü fəzaili andan ziyadədür ki, imdadi-xamə ilə təhrirə gələ, ya müsa’ideyi-zəban ilə məzkur ola. İmam Əhməd Hənbəldən nəqldir ki, demiş: "Əkabiri-səhabənin heç birindən ol miqdar fəzail və mənaqib ki, Əli İbn Əbi Talibdən yetmişdir, yetməmişdir". Və viladəti-şərifi amul-fildən otuz il keçdikdə hərəmiKə’bədə Rəcəb ayının on üçündə cümə günü vaqe’ olmuş. Şeyx Müfəyddən nəqldir ki, diyari-Yəməndə Müsrim nam bir abidi-müttəqi var idi, əzhədi-zühhadi-ruzigar idi. Şe’r: Səhifeyi-əməli-nəqşi-masivadan pak, İrişməmiş ətəginə qübari-mərkəzi-xak. Və yüz doxsan il ömrü guşeyi-ibadətdə keçüb, mültəfiti-halirüzgar olmamış və səccadədən qeyr mənzilə qədəm basmayub, mehrabdan qeyr surətə nəzər salmamış. Bir gün münacatında ayıtdı: "İlahi, hərəmi-möhtərəmün sükkanindən və Kə’beyi-müəzzəmənün ə’yanindən birinün didarinə müşərrəf olmaq təmənnasindəyəm, müyəssər et". Duayi-biriyası icabətə yetüb, Əbu Talib ki, əşrəfiə’yani- Məkkə və əfzəli-əşrafi- Kə’bə idi, bir səfərdə ikən rəhgüzarı ol zahidi-niknam və abidi-aliməqamun məqaminə düşüb ziyarətinə təvəccöh etdi. Müsrim Əbu Talibin şəraititə’zimindən sonra keyfiyyəti-əhvalın istifsar etdikdə Əbu Talib ayıtdı: "Məkkə diyarində Bəni-Haşim qəbiləsindən Əbd-Mənaf oğlu Əbu Talibəm". Müsrim bu xəbərdən münbəsit olub, təkrarla tə’zim etdi ki: "Əlminnətü lillah, muradım hasil oldu və du’ayi-biru’unətim əsr qıldı". Dedi: "Ey Əbu Talib, əxbari-salifədən bizə yetişmişdür ki, Əbdülmüttəlibin iki nəbirəsi olub, biri Əbdullah sülbindən zühura gəlüb izhari-sirri nübüvvət qıla və biri Əbu Talib zəhrindən zahir olub məvdə’izühuri rümuzi-vilayət ola və nəbi otuz yaşına yetdikdə vəli dünyaya gələ. Aya, ol nəbi ki, dideyi-dövran müntəziri-dövləti-didari və çeşmi-zəmanə müştaqipərtövirüxsaridir, zühur etmişmi ola?" Əbu Talib ayıtdı: "Ey Şeyx, bəli, Məhəmməd mütəvəllid olub, hala iyirmi doqquz yaşındadur". Müsrim ayıtdı: "Ey Əbu Talib, bundan Məkkəyə müraciət etdikdə ol müqərribi-dərgahi-mə’buda bəndən səlam yetür və ərz et ki, Müsrim şəhadət verür ki, Xaliq fərdü bihəmtadır və sən anın peyğəmbərisən. Ey Əbu Talib, səndən mütəvəllid olan əzizə dəxi səlamım yetürüb ərz edəsən ki, sən dəxi vəsiyyi-peyğəmbərsən, netə ki, anda nübüvvət təmam ola, səndə vilayət ixtİmam bula". Əbu Talib ayıtdı: "Ey əziz, bu göftarın həqiqətinə bir bəyan istərəm". Şeyx ayıtdı: "Bismillah". Əbu Talib müqabiləsində bir qurumuş dirəxti-ənar gördü, imtahan ilə ayıtdı: "Ey şeyx, istərəm ki, bu dirəxti-xüşkdən bərgü bar göstərəsən". Şeyx dərgahi-Mə’buda ruyi-təzərrö’ dutub ayıtdı: "İlahi, ol nəbi və vəli həqqiçün ki, həqiqətlərinə e’tiraf edüb sifətlərin bəyan etdim, bəni şərməndə etmə". Filhal ol dirəxti-xüşk barvər olub, iki tazə ənar səmər verdi. Şeyx ol ənarlərdən Əbu Talibə verüb, Əbu Talib ol ənarlərin birin parələyib iki danəsin tənavül qıldı. Rəvayətdir ki, ol danə bir nütfəyə sirayət edüb məbdəi-vücudi-şəxsiyyəti-Əli İbn Əbu Talib oldu və hümreyi-rüxsareyi-ŞahiMərdan lə’li-rümman kibi ol əsərdəndir. Əlqissə, Əbu Talib ol müjdədən xürrəmü xəndan olub, nəqliməkan qılub Məkkəyə müraciət qıldıqda, sülbi-şərifindən ol nütfə Fatimə binti-Əsəd bətninə intiqal etdi və müddəti-həmli münqəzi olduqda, Fatimə binti-Əsəddən nəqldir ki: "Bən xaneyi-Kə’bə təvafində idim, əsəri-mihaz zahir olub, dördüncü şəvtdə HəzrətiRəsul bəni gördü, fərasətlə əhvalimə müttəle’ olub ayıtdı: "Ey Fatimə, təvafı təmam etdinmi?" Ayıtdım: "Xeyr". Buyurdu ki: "Təvafı təmam et, əgər müzayiqə bulsan, hərəmi-Kə’bəyə gir". Və kitabi-"Bəşairül-Mustəfa"da nəql etmişlər ki, Fatimə bintiƏsəd təvafi-Kə’bə edərkən Əbbas bin Əbdülmüttəlib və cəm’i- Bəni-Haşim anın əqəbincə təvafa məşğul ikən nagah Fatiməyə əsəri-təlq zahir olub, dışrə çıxmağa məcalı qalmayub münacat etdi ki: "Ya Rəb, bana viladəti asan qıl". Filhal divari-Beytullah şəqq olub Fatimə nəzərdən qayib oldu və biz xaneyi-Kə’bəyə girüb əhvalına müttəle’ olmaq istədük, müyəssər olmadı. Üç gün qaib olub dördüncü gün hərəmdən çıxdı, əlində Əli ibn Əbu Talib". İmamül- Hərəmeyn nəql etmiş ki, hərgiz Əlidən müqəddəm bu səadət kimsənəyə müyəssər olmamışdır ki, nəfsi-hərəmdə mütəvəllid ola və andan sonra dəxi olmayacaqdır. Şe’r: Murtəza bir düri-dəryayi-vilayətdir kim, Hərəmi-Kə’bədir ol dürri-yətimin sədəfi. Qeyrdən əşrəf əgər olsa anınçündür kim, Hərəmi-Kə’bədən ol kəsb qılıbdur şərəfi. Əlqissə, Fatimə binti Əsəd hərəmi-Kə’bədən Həzrəti-Murtəzayı çıxarub hücrəsinə gəlüb, adət üzərində anı məhdə bağladıqda, Əbu Talib hazır olub istədi ki, rüxsari-şərəfin görə. Niqabinə əl urduqda Əli pənceyi-Xeybərguşa ilə Əbu Talibün əlin mən’ edüb rüxsarinə pəncə urub çöhrəsin xəraşidə qıldı və validəsi dəxi təqərrüb edüb istədi ki, riza’inə iqdam edə; mən’ edüb, anun dəxi rüxsarın məcruh etdi. Əbu Talib mütəhəyyir olub ayıtdı: "Ey Fatimə, bu tifli nə ismlə mövsum edəlüm?". Fatimə ayıtdı: "Ey Əbu Talib, bu tiflün pəncəsində əsəd səlabəti var, Əsəd demək münasibdür". Əbu Talib ayıtdı: "Bənim səlahım budur ki, Zeyd ismilə mövsum edəm". Xəbəri-viladətin Həzrəti-Rəsul eşitdikdə fərəhnak olub, Əbu Talib sərayinə gəlüb sual etdi ki, bu tiflün ismin nə müqərrər etdinüz? Hər kim ixtiyar etdigin bəyan etdikdə, Həzrəti-Rəsul ayıtdı: "Bənim səlahım budur ki, ismi Əliyyi-ali-himmət ola". Fatimə ayıtdı: "Həqqa ki, bən dəxi hatifdən bu ismi eşitdim". Və bir rəvayət dəxi oldur ki, valid və validə arasında ism üçün niza olub, istixarə təriqilə mütəvəccihi [Hərəmi] Kə’bə olub, Fatimə ruyiniyaz dərgahibiniyazə dutub ayıtdı: "Ya Rəb, hərəmi-şərifində kəramət qıldığın nütfeyi-lətifə səndən tə’yini-ism iltimas edərüz". Bu niyaz əsnasində bami-Kə’bədən səda gəldi ki, ismi-şərifin Əliyyiə’la qılun. Hər nə təqdirlə nami-mübarəkin Əliyyi-ali-qədr qoydular. Həzrəti Rəsul istədi ki, məhd üzərinə varub Murtəzayla mülaqat edə. Fatimə ayıtdı: "Ey bəradər, dəliranə getmə ki, bu tifl şirxislət və qəzənfərsəvlətdir; olmaya ki, həzrətinizə nisbət bir biədəblik edə". Həzrəti-Rəsul ayıtdı: "Ey Fatimə, Əli bana nisbət təriqi-ədəb ri’ayət edər". Pəs mütəvəccih olub, Həzrəti-Murtəza məsti-xab ikən rayiheyi-gisuyi-Rəsulullahı istişmam edüb, dideyi-həqiqətbin açub mülahizeyi-nuri-rüxsari-nəbi qıldı və zəbani-hal ilə bu məqala mütərənnim oldu. Şe’r: Şükr kim, oldum müşərrəf dövləti-didarinə, Dideyi-xunbarimi açdım güli-rüxsarinə. Olmadı zaye’ ədəm mənzillərin qət etdigüm, Vasil oldum pərtövi-xurşidi-pürənvarinə. Əlqissə, ol şiri-bişeyi-vilayəti Həzrəti-Rəsul məhdindən açub, kənarinə alub, təhniyə təriqilə ayıtdı. Şe’r: Mərhəba, ey qibleyi-ərbabi-izzü ehtişam, Xeyrməqdəm, ey şəhi-əshabi-qədrü ehtiram. Bən ki, məb’usəm cəhan əhlini də’vət qılmağa, Qılmadım sən gəlmədən bu əmrə iqdamü qiyam. Zati-pakın intizar idi nə pünhan qeyrdən, Mövcibi-tə’xiri-izhari-nübüvvət vəssəlam. Və hər zəman zəbani-mö’cizbəyanlərin bərgi-gül kibi [qönçeyi-] dəhaninə qoyub lü’abindən ki, sərçeşmeyi-əsrari-"Və ma yəntiqu’ənilhəva"-dır, şərbəti- "Haza lu’abu Rəsulillah fifəmi" təcərrö etdirdi. Rəvayətdir ki, Həzrəti-Murtəzaya Əbu Talib mən’i-indən qərəz oldur ki, ibtidayi-xilqətdə Həzrəti-Rəssullə müsahifə qıla və riza’i imtina’indən məqsud bu ki, ağazi-fitrətdə lü’abi-lisani-Rəsulullahdan mütəcərre ola. Şe’r: Qətrə-qətrə zülali-mə’rifəti, Əbr dəryadan iktisab etdi. Feyzi-həq ol hilalı etməgə bədr Qabili-nuri-afitab etdi. Əlqissə, təştü afitaba hazır edüb Mustəfa yədi-qəmərşikaflə Əlinün qüslinə mübaşirət etdi. Rəvayətdir ki, canibi-yəminin qüsl etdükdə işarətsiz canibiyəsarə münqəlib oldu. Həzrəti-Rəsul bu hala müttəli olduqda giryan oldu, Fatimə ayıtdı: "Ey bəradər, səbəbi-giryə nədür?" HəzrətiRəsul: "Ey Ffatimə, bən bu tifli ibtidayi- xilqətdə qüsl edərəm, bu tifl bəni nihayəti-ömrümdə qüsl edər və bən qüsl etdikdə bu tifl canibiyəmindən canibi-yəsarə kəndu münqəlib olduğu kibi, mən dəxi kəndu münqəlib oluram". Əlqissə, Həzrəti-Rəsul ol düri-şahvarı peyvəstə sədəfvar kənarində tərbiyət qılub qəmxarlığın edərdi və ol qönçeyi-növrəsin əbri-bəhar kibi üzərinə gəlüb gedərdi. Mürtəza beş yaşına yetdükdə mülki-Hicaz qilləti-əmtardan mövridi-məlaliqəht oldu və ədəmi-əğziyədən əhvali-xəlq iztirab buldu. Və Əbu Talib əyalmənd idi. Bir gün Həzrəti-Rəsul Əbbasa ayıtdı: "Sən təvangərsən və Əbu Talib fəqirül-hal və kəsirül-əyal. Münasib oldur ki, şiddəti-qəht zail olanadək hər birimiz Əbu Talibin bir fərzəndinə mütəkəffil olalım və ana mə’işət xüsusində müavinət qılalım". İttifaqla Əbu Talib hüzurinə gəlüb şərhi-hal etdikdə Əbu Talib ayıtdı: "Əqili bənimlə qoyun, baqi övladımla siz bilərsiz". Əbbas, Cə’fəri-Təyyarı alub, Həzrəti-Rəsul Əliyyi-Murtəzayı qəbul qılub, Əli Həzrəti-Rəsul kəfalətində idi ol zəmanədək ki, Cəbrail ana müjdeyi-rüxsətidə’vət yetürdi və Həzrət ana iman gətürdi. Və Həzrəti-Əlinin bir künyəti Əbu Turabdi və bu ləqəbdən beğayət xoşhal olurdu. Və təsmiyə vəchində əhval müxtəlifdir. "Şəvahidün-Nübüvvət"də məsturdur ki, bir gün Həzrəti-Rəsul Fatimə hücrəsində gəlüb Əlini hazir görməyib təfəhhüs etdikdə Fatimə ayıtdı: "Ya Rəsulullah, bə’zi qəziyyədən məlaləti-xatir bulub dışrə çıxdı, qaliba ki, məscidə təşrif buyurdu". Həzrəti-Rəsul məscidə gəlüb gördü ki, ridayi-mübarək bədəni-lətifindən dur olub, cismişərəfi aludeyiqübar olmuş, Həzrəti-Rəsul ol qübarı pak edüb səda yetürdi ki: "Qum ya Əba Turab". Əmmar Yasirdən nəqldir ki, ğəzveyi-Əntərdə bən və Əli bir dirəxt sayəsin xabgah edüb təkyə qılmışdıq. Həzrəti-Rəsulun güzarı üzərimizə düşüb avaz yetürdi Həzrəti-Murtəzaya ki: "Qum ya Əba Turab" və buyurdu ki: "Ya Əli, xəbər verirəm sənə cəmi’i-xəlqdən əşqaiki bədbəxtdir, biri ol ki, Saleh naqəsin zibh etmiş və biri sənin məhasini-şərifin qanınla rəngin edər". Və Həzrəti-Əlinün bir künyəti dəxi Əbər-Reyhaneyndür. Cabir Əlidən nəqldür ki, Həzrəti-Rəsul üç gün vəfatından müqəddəm Murtəzaya ayıtdı: "Ya Əbər-Reyhaneyn, sənə vəsiyyət edirəm iki reyhana hifzin ki, biri Həsən və biri Hüseyndir; ya Əli, ənqərib sənün iki rüknün münhədim ola və iki üzvün inqita’ bula. Filvaqe’ öylə oldu: əvvəl Həzrəti-Rəsul fövt olub, andan sonra Həzrəti- Fatimə vəfatı surət buldu. Həzrəti Əlidən nəqldür ki, buyurmuş: "Bən cəfa çox çəkdüm gərdişi-rüzgardan və cövr çox gördüm aləmi-qəddardan, cümləsindən əs’əb üç müsibət idi və cəmi’sindən ə’zəm üç möhnət idi; biri vəfatiHəzrəti- Rəsul ki, cəmi’i-məhalikdə pənahım və qamu məkarihdə ümmidgahım idi, anun vəfatindən sonra hərgiz hücumi-nəvaib bana kəm olmadı və təə’rrüzi-ə’dadan xatirim aman bulmadı". Şe’r: Ey xoş ol günlər ki, bu ümmidgahım var idi, Möhnəti-aləm hücumində pənahım var idi. Bən fəqirə cövr qıldıqca əduyi-süstray, Ərzi-halım etməgə bir padişahım var idi. İkinci müstbət fövti-Zəhra idi ki, Mustəfadan sonra həmrazım və cəmi’i-vəqaye’ də çarəsazım idi. Çehreyi-bəqa pərdeyi-xəfaya çəküb şəbistani-eyşim tirəvü tar və külbeyi-əhzanımı mövqidi-nirani-iztirabü iztirar etdi. Şe’r: Dövrdən vəh ki, nəsibim qəmi-hicran oldu, Güli-baği-əməlim qönçeyi-hirman oldu. Dağimə rahət üçün pənbeyi-rahət basdım, Tutulub ol dəxi bir atəşi-suzan oldu. Və üçüncü möhnət cigərguşələrim şəhadətinin xəbəri idi ki, Rəsulullahdan mə’lum etdüm". "Şəvahidün-Nübüvvət"də məsturdur ki, bir səfərdə HəzrətiMurtəzanın güzarı dəşti-Kərbəlaya düşüb giryan olub buyurdu ki, bu məqamdır məqtəli-əkabirişühəda və bu məkandür mövze’i-dima və ə’azimi Ali-Əba. Səhabə surəti-hal istifsar etdikdə ayıtdı: "Bu mənzildə bir taifə məqtul olalar ki, hesabsız behiştə düxul bulalar". Və bundan ziyadə izah etmədi. Və heç kim bu sirrin həqiqətinə yetmədi ol zəmanədək ki, vaqieyi-Kərbəla surət buldu və səfki-dima’i-Əhli-Beyt vaqe oldu. Əl-həq, bu vaqiənin nəsimi-təzkarından açılan gülbərginədamətün hər bərgi bir şö’leyi-cigərsuzdur və bu hadisənin səhabiəxbarindən sirab olan gülzari-möhnətün hər nihalı bir navəkidilduzdur. Şe’r: Min cigər oldu qan bu vaqi’ədən, Tirə oldu cəhan bu vaqi’ədən. Həm yedi əxtər eylədi əfğan, Həm doquz asiman bu vaqi’ədən. Gəldi fəryada yerdəvü gögdə Mələkü insü can bu vaqi’ədən. Əl-qabi-Həzrəti-Murtəza binihayətdir, ol cümlədəndir Əmirün-Nəhl və Yə’subəd-din və Kərrar və Əsədullah. "Firdövsil-Əxbar"da Mü’az bin Cəbəldən nəqldür bu xəbər ki: "Hubbu Əliyyun Həsənətin la-təzürru mə’əhusəyyi’ətün və büğzu Əli səyyi’ətun latənfə’u mə’əha həsənətun". Bir gün Həzrəti-Rəsul Murtəzanın cəbini-mübarəkün öpüb, Əbbas bin Əbdül Müttəlib ayıtdı: "Ya Rəsulullah, bu şəxsi sevərmisən?" Həzrəti-Rəsul ayıtdı: "Ey Əbbas, bu şəxs bənim məhbubumdür və gümanım yoxdur ki, bunun məhəbbətindən təğafül etmək bana mümkün ola. Ey Əmmi-büzürgvar, hikməti-Həq hər peyğəmbərin zürriyyətin kəndu sülbində mövdu edüb, bənim zürriyyətümi bunun sülbündə müqərrər edüb, Qiyamətədək [bənimlə] şəriki-nəsəb olmuş". İmam Tirmizi əleyhir-rəhmə nəql etmiş ki, Səlmana sual etdilər ki: "İfrati-məhəbbət Murtəzaya səbəb nədür?". Səlman ayıtdı: "Həzrəti-Mustafadan eşitdüm ki, buyurdu [hər kim bəni sevər, Əlini sevər və] hər kim Əlini sevməz, bəni sevməz". Və Həqtə’aladan anınçün dua [qılmış] ki: "Ya Rəb, məhəbbət qıl anınla ki, Murtəzaya izhari-məhəbbət qıla və ədavət qıl anınla ki, [Murtəzaya] ədavət qılmağı kənduya lazım bilə". Şe’r: Fərzdir kim, ola siğarü kübar, Maili-hübbi-Heydəri-Kərrar. Anın üçün demiş Rəsulullah, Həzrəti-Həqqə vali mən valah. Ey ki, lütfi-Ilaha talibsən, Ruzi-məhşər nəcatə rağibsən, Olma ol şahə düşməni-bədxah, Hədəfi-tiri-"adə mən ’adah". "Şəvahidün-nübüvvət"də İmam Müstəğfiri isnadilə məsturdur ki, süləhayi-zəmandan bir müttəqiyi-pake’tiqat və bir abidi-safinihad demiş: "Bir gecə vaqi’əmdə gördüm ərəsati-Qiyamət qaim olmuş və mühasibi-qəza xəlqi-əvvəlinü axirin hazır edüb, nəsbi-mizan qılmış. Və bən mütəvəccihi-Sirat ikən Həzrəti-Rəsuli gördüm kənari-hövzi-Kövsərdə, Həsən və Hüseyn saqi olub səhrayi-məhşər mütə’əttişlərin sirab etməyə tə’yin olunmuşlar. Bən dəxi iştiyaqi-təmamla xidmətlərinə müşərrəf olub bir cür’ə iltimas etdim". Həzrəti-Rəsul ayıtdı: "Sənə rəşəhati-Kövsərdən nəsib yoxdur". Mə’yus olub ayıtdım: "Ya Rəsulullah, illəti-mən’ nədür?" Dedi: "Ey qafil, [sənün] civarində bir şəqi var, saqiyi-Kövsər məzəmmətin eylər və sən əhvalını müttəle’sən, mən’inə iqdam etməzsən". Dedim: "Ya Rəsulullah, mən’in eyləsəm həlakım qəsdin eylər". Həzrəti Rəsulullah bir mücərrəd tiğ verüb buyurdu ki, bu tiğlə ol məl’unu həlak et. Bən dəxi vaqi’əmdə anı qətl etdim, Rəsul xidmətinə müraciət etdikdə Hüseynə əmr etdi ki, bana su verə. Nişati-təmamla bidar olduqda sübh idi. Nagah eşitdim ki, fəryad edüb derlər ki, "Filan kimsənəyi bu gecə bəstərində zibh etmişlər". Hakim xəbərdar olub, cəmi’i-həmsayələrin töhmət ilə həbs edüb, bən dəxi ol güruha daxil idim. Çün bilirdim ki, həmsayələrin ol qəziyyədən xəbərləri yox idi sidqdən nəcat istəyüb, hakimə surəti-vaqi’ə şərh etdim. Hakim mühibbi-xanədan idi, kəlamimə təsdiq edüb ayıtdı: "Ey əziz, bən dəxi anın həqiqəti-əhvalinə müttəle’ idim, kəndu cəzasinə yetmiş, Cəzakəllahu xeyrən". Şe’r: Tiği-batin tiği-zahirdən betər xunriz olur, Zahirü batində şəmşiri-vilayət tiz olur. Və bu dəxi "Şəvahidün-Nübüvvət"də məsturdur ki, İbrahim bin Hişam Məxzumi Mədinədə vali ikən, hər cüm’ə xəlqi minbər əyağinə cəm’ edüb və kəndi minbərə çıxub Murtəzaya məzəmmət edərdi. Bir cümə minbər əyağində bana xab qələbə edüb vaqiəmdə gördüm ki, Həzrəti-Rəsulun mərqədi-mübarəki şəqq olub, kafurgun libasla bir kimsənə çıxub ayıtdı: "Ey Əbdullah, səni bu məl’unun kəlimatı mükəddər etməzmi?" Dedim: "Bəli, ya Rəsulullah, məlul edər, əmma nə çarə hökmi-hakimi-müta’dır". Dedi: "Ey Əbdullah, müşahidə qıl ki, ana qəhri-İlahi nə siyasət göstərir". Bidar olub nəzər etdikdə gördüm, minbərdən düşüb həlak oldu. Şe’r: Cami-büğzi-Murtəza nuş eyləyən nakəslərə, Saqiyi-dövran verür zəhri-həlahil aqibət. Həm görürlər aləmi-surətdə asari-bəla, Həm çəkərlər bəndü-əğlalü səlasil aqibət. Rəvayətdir ki, ğəzveyi-Xeybərdə Həzrəti-Rəsul buyurdu ki: "Yarın rayəti bir kimsəyə versəm gərək ki, çehreyi-mübarəkində nuri-"Yuhəbbətullah və rəsuləhu" dirəxşan və nasiyeyi-pakində nişani-"Yuhəbbullah və rəsaləhu" əyan ola. Sabah olduqda rayəti Murtəzaya verdi. Və bu dəxi bir rəvayətdir ki, hinimühasireyi- Taif, Həzrəti-Rəsul Əli bin Əbu Talibi hazır edüb zamani-təvil anınla müşavirət qıldı. Ləşkər mütəhəyyir qalub ayıtdılar: "Aya, sahibivəhyə nə ehtiyaci müşavirət?" Həzrəti-Rəsul vaqif olub ayıtdı: "Bən kəndu rə’yimlə ana şərhi-raz etməzəm. Həzrəti-Izzət təczi etmişdür". Və bu xəbəri-səhih Kəsandə Tirmizi isnadilə mənquldur ki. Şe’r: Ol idi məhrəmi Rəsulullah. Sirri-zatü sifatdən agah. Katibi-nəqşi-nameyi-tənzil, Xazini-gənci-xateyi-tə’vil. Afitabi-sipehri-fəzlü kəmal, Növbəhari-riyazi-cahü cəlal. Ol sultani-səriri-Səluni ki, afitabi-keyfiyyəti-zatı "Məşriqi-Əliyyun minn və ənə minhu"dən lame’ və əxtəri-sifatı "Ya Əli əntə minni bi-mənziləti Harun [min Musa]" sipehrindən tal’e’dür və xəzneyi-övsafindən "Ənə mədinətul’-elmi və Əliyyun babuha" bir gövhərdür, rişteyi-dürri-iştihara müntəzəm və hədiqeyiməhasin və mənaqibindən "Səluni ’əmma dunəl-ərş" bir qönçədür, nəsimi-izahü ittihazahdən mütəbbəsim. Və cümlə fəzaidən elmi ol qayətdə idi ki, bir gün [payeyi-minbəri] pabusi-şəriflə müşərrəf qılub buyurmuş ki: "Ruhum qəbzeyi-qührətində olan Mə’bud həqqiçün ki, əgər fərman yetüb Zəburü-Tövrat və İncil təkəllüm qılsalar, bən cəmi’iəsrarlərindən xəbər verəydim və anlar ittifaqla bana təsdiq verürlərdi". Və ibadəti ol mərtəbədə idi ki, hər gecə xəlvətindən bin təkbir istima’ olunurdu qeyri-təkbirati-fəraizi və sünəni-mə’hudə. Hilmi ol dərəcədə idi ki, bir gün bir bəndəsini yetmiş kərrə ərfə’i-əsvatla tələb qıldı, cəvab eşitməyüb, müqalibəsinə təvəccöh etdükdə gördü ki, hücrə qapusində durmuş, ayıtdı: "Nişə cəvab vermədün?" Ayıtdı: "Ya Əli, istədüm ki, səni bu imtahana mə’mur edəni qəzəbnak edərəm, yə’ni İblisi". Və ol bəndəyi azad etdi, müddəti-ömründə mə’aşın qəbul etdi. Həqqa ki, bu nihayəti-hilmdir. Və təvaz’i ol qayətdə idi ki, zəmani-xilafətində ki, həddi-Məğribdən Səmərqəndədək təhtihökumətində idi, Kufədə piyadə tərəddüd edüb, irtikabi-rükubi-xeyl etməzdi. Bir gün bə’zi həvayic alub kəndi götürüb, xadimlərinün biri ayıtdı: "Ya Əmirəlmö’minin, bu xidmət rücu’in bəndəyə iltifat et". Buyurdu ki, "Əbul-’iyal əhəqqu ən yəhmilə". Xadimə ayıtdı: "Sən xəlifeyizəmansan və sultani-cahan, bu əməl sənə nisbət məvacibitəxfifdür". Buyurdu ki, "La-yənqusur-rəculə min əkmalihi iza həmilə liiyalihi". Və səxavəti ol mərtəbədə idi ki, aləmi-fanidə dörd dirhəmi olub birin sirlə, birin cəhrlə və birin gecə və birin gündüz təsəddüq edüb, şə’ni-şərifində ayəti- "Əlləzinə yunfiqunə əmvaləhum bil-leyli vənnəhari sirrən və ’əaniyə-tən" nazil olub və cümlə aləmə intişar və iştihar buldu. Və fəqrü faqəyə ehtmalı ol miqdar idi ki, keyfiyyətiayəti "Və yut’imunət-tə’ala əla hubbihi miskinən və yətimən və əsirən" məzmununda dərəceyi vüzuha yetmiş və dərəceyi-kəmaliehsanı [ayəti] kərimeyi – "və yutun əzzəkatə və hum raki’unə" mə’nasını sabit etmiş. Rəvayətdir ki, bir gün zəmani-xilafətində xəzaneyi-beytül-mala girüb, cəmiyyəti-simü zər gördükdə ayıtdı: "Ya həmra ya beyza ğurra qeyri", yəni ey zəri-zərdrüsxar, və nüqreyi-natəmam’əyar, cilveyi-dilrüba və işveyi-üqubətfəza ilə qeyrə qürur verün ki, bən sizə öylə təlaq verməmişəm ki, müraciəti mümkün ola və hər bir qayətdə size tərk etməmişəm ki, təcdidi-müsahibət surət bula". Şe’r: Olsa zər xurşid, anı hifz etməzəm gərdunmisal, Nüqrə mah olsa xurşidvəş salman nəzər. Rif’ətim babindədir xaki-siyəh xurşidü mah, Himmətim yanindədir toprağə yeksan simü zər. Və cümleyi-kəramətindən biri oldur ki, payi-dövlət rikabi-səadətə basdıqda iftitahi-tilavəti-Kəlam edüb, sədrizinə mütəməkkin olub, bir rikaba dəxi qədəm basınca xətm edərdi. Və "Şəvahidün-Nübüvvət" də məsturdur ki, Əsma binti Ümeyş Fatimədən nəql etmiş ki: Şəbi-zifaf ərseyi-ərz anınla təkəmmül etdiyin istima’ etdim. Sabah olduqda təhəyyür təriqilə Həzrəti-Rəsula ol halı əpz etdikdə səcdeyi şükr edüb buyurdu ki: "Ey Fatimə, bəşarət sənə ki, zövcünə səadəti-təfzil verüb, İzəd yer yüzünün xəlqindən əfzəl etdi". Və bu dəxi "Şəvahidün-nübüvvət" də məsturdur ki, Hərbi-Siffinə təvəccöh etdikdə qilləti-ab vaqe’ olub, ləşkər yəminü yəsara tərəddüd edərkən bir deyrə yetdülər. Rahibi-deyr xəbər verdi ki, filan mənzildə bir çeşmə var. Ləşkər mütəvəccih olduqları səmtdən münhərif olub, ol canibə inantab olduqda Həzrəti-Əli ayıtdı: "Qeyr canibə getmən". Həm ol mənzildə bii səxrə görüb işarət etdi ki, götürün. Cəmi’i-ləşkər hücum edüb ol səxrəyi götürməkdən aciz oldular. Həzrəti-[Əli] əngüşti-Xeybərgüşayla ol səxrəyi götürüb altından bir çeşmeyizülali- xoşgüvar çıxub, təmami-ləşkər sirab olduqdan sonra yenə ol səxrəyi çeşmə üzərinə qoyub dəfn etdirdi. Rahib bu kəraməti görüb ayıtdı: "Ey əziz, sən Rəsulmusan?" Dedi: "Yox, mən vəsiyyə-Rəsuləm". Rahib ixlasla Rəsulullaha iman gətürüb müsəlman oldu. Həzrəti-Əmir səbəb sual etdikdə ayıtdı: "Ya Əbəl-Həsən, mütəqəddimlərimizdən intiqal idi və kitablərimizdə məstudur ki, bu mövze’də bir çeşmə var, anın izharı müyəssər olmaz, illa Rəsula, ya vəsiyyiRəsula. Və bu gün bu kəramət səndən zahir oldu, mə’lum etdim ki, sən vəsiyyi-Rəsulsan, muradimə yetdüm". Əlqissə, tərki-deyr edüb, mülaziməti-Şahi-Mərdan ixtiyar edüb, mülazimətində müharibələr qılub səadəti-şəhadətə yetdi. Şe’r: Xidmət əhlinə simü zər vermək, Şahi-mülki-Hicaza adətdür. Hasili-xidməti-nəbiyyü vəli Şərəfi-rütbeyi-şəhadətdür. Həqqa ki, Həzrəti-Əliyyi-Murtəzanun övsafi-həmidə və əxlaqi sütudəsinə istida’yi-həsri-təhrir və da’iyeyi-zəbti-təqrir xariciəhateyi- qüdrəti-bəşər və və müşahideyi-surəti-əhval mafövqiim’ani- nəzər[dir]. Ol cümlədəndür ğəzvi- Bədrdə və hərbi-Uhudda məlhuz olunan asari-nüzuli-La-Fəta və müqatileyiƏmrü Əntər və müharibeyi-Mərhəbi-yəhudi və qəl’i-babi-Xeybər və Hərbi-Ütbə və Şeybə. Şe’r: Bir sərvərin ki, şöhreyi-hüsni-xisaliçün Vəssafı Həl-Əta ola, məddahı İnnəma, Layiq degil ki, eyləyə xurşidi-zatının Damani-ittisalını aludə hər Süha. Rəvayi-gülzari-süxən və əncümən-arayi-əxbari-köhən ol şəhriyari məsnədi-İmamət və şahbazi-övci-vilayətin mənaqibindən əczlə inani-təsərrüf mün’ətif və münhərif qılub, əxbari-vəfatindən bu təriqilə şəmmeyi-bəyana gətürmiş və zühura yetürmiş ki, çün məsnədi-xilafət məqdəmi-şəriflərilə ərşsay oldu və cülusimübarəklərlə hər mərkəzində qərar buldu, İttifaqən vaqi’eyi-Cəməl və Siffin vaqe’ olub, qəziyyeyi-həkəmeyi surət bulduqda, ol mə’rəkədən Kufənün übbadü zübadınun dört bin nəfər kimsənə ol şəhriyarın təhti-livayi-nüsrətindən çıxub itatətindən təmərrüd edüb dedilər: "Lahükmə illa-lillah" və səkkiz min namərd dəxi ətrafü əvabindən anlara mülhəq olub, İbn Kəvakeyi kəndulərinə sərdar edüb xüruc etdilər və Həzrəti-Murtəza İbn Əbbası risalət təriqilə anlara irsal edüb nəsihət qıldı, qəbul etməyüb ayıtdılar: "Çün Əli həkəmeynə razı oldu, biz andan mübərra olduq". İbn Əbbas mə’yus müraciət qılub, Həzrəti-Şahi-[Vilayət] qiyami-hüccət içün bizzat anlara müqabil durub nəsihət etdikcə inadləri ziyadə oldu. Ayıtdılar: "Ya Əli, günahi-’əzim etmişsən, əgər təbə qılub yenə təcdidlə tərtibi-sipah edüb mütəvəccihi-Şam olsan və müharibə qılsan səninlə müsalihə edərüz və əgər bu müsalihəyə razı olmazsan səninlə hərb edərüz". Həzrəti-Əli ayıtdı: "Siz [ibtida] hərb etməyincə bən hərb etməzəm". Əlqissə, hər canibədən ləşkər cəm olub təhiyyeyi-əsbabi hərb etdükcə Həzrəti-Əli anlara iltifat etməzdi, ol zəmanədək ki, fəsadları qaideyi-e’tilaldan mütəcaviz olub müsəlmanlara təğəllüb və təsəllüt edər oldular və da’iyə qıldılar ki, Həzrəti-Əmir mütəvəccihi-Şam olduğun təhqiq etdikdə, Kufəyə təvəccöh edüb qarət qılalar. Ləşkəri-İslam bu xəbərdən mütərəddim olub ayıtdılar: "Ya Əli, Xəvaric dəf’in etməyincə heç yana getmək olmaz və bu fəsadın zərərindən təğafül etmək olmaz". Şe’r: Həqir görmə əduyi ki, əqrəbi-kurun, Dəmi düşəndə fəsadı füzundur əjdərdən. Təsəvvür etmə ki, xəsmi-qəvidən ola əyan, Məzərrəti ki, yetər düşməni-mühəqqərdən. Həzrəti Əmir bir növbət dəxi İbn Əbbası irsal edüb nəsihət etdi, əsəri-icabət görməyüb, yenə kəndü bizzat anlara müqabil durub nəsihət etdikdə, ol cümlədən Kəva ki, əmiri-Xəvaric idi, on nəfər əqrəbasilə Xəvaricdən rücu’ edüb və səkkiz bin dəxi "Ət-tövbətü əl-tövbətü" – deyib, Xəvaricdən dönüb ləşkəri-İslama mülhəq oldular və baqiyi-Xəvaric Əbdullah bin Vahibi və Qərqus bir Züheyri kəndülərinə əmir edüb, canibi-Nəhrəvana təvəccöh qıldılar və Həzrəti-Əmir rayəti-zəfərayət mütəhərrik edüb, əqəblərincə rəvan oldu. Həzrəti-Rəsul bu tayifəyə Mariqin deyüb, Həzrəti-Əmirə müxalifətlərindən xəbər vermişdi və Cəbrail bunların xəbərin Rəsula gətürmişdi. Və "Şəvahidün-Nübüvvət"də məsturdur ki, Həzrəti-Rəsul Murtəzaya xəbər verdi ki, hərb edəcəksən Mariqin cəmaətilə, yə’ni Xəvariclə. Və sərdarləri Zülşədil nam bir məl’un ola, püstani-nisa kibi sinəsində bir ləhmi-zaid ola. Və "Nüsəxi-Isfəhani" dəlailində əsnadidürüstlə Əbu Sə’id Xəzridən mənquldur ki. "Həzrəti-Rəsul xidmətində idim, qisməti-qənaimə məşğul idi. Bəni-Təmimdən Zülxuvəysərə nam bir kimsənə hissəsinə razı olmayub ayıtdı: "Ya Rəsulullah, riayəti-ədd qıl. Həzrəti-Rəsul buyurdu ki. "Bən ədl etməsəm, kim edər". Faruq ayıtdı: ["Ya Rəsulullah, rüxsət ver ki, bu biədəbi cəzasinə yetirəyim". Həzrəti- Rəsul] ayıtdı: "Ya Ömər, səbr et ki, "ənqərib əmsalü əqranidə xitteyi-İslamdan çıxalar, necə ki, qövsi-qəvidən tiripərran və xürud edələr əfzəli-əhli-İslama. Və mehtərləri bir müdbirisiyahçərdə olub, kətfində pestani-nisaya şəbih bir ləhmizaid ola". Həqqa ki, bən ki, Əbu Sə’idəm, bu kəlimatı Həzrət-Rəsuldan istima’ etdüm və müşahidə qıldum ki, Əli bu tayifə ilə hərb etdi və qütəla arasında mehtərlərin bulub ol nişanəyi anda gördüm". Şe’r: Zəbani-Mustəfa mö’ciz bəyandır, Çü Cəbrili-Əminə həmzəbandır. Rəvaytədir ki, təvəccöhi-qəzayi-Xəvaricdə, ləşkəri-Həzrəti Əmir-Nəhrəvan qürbündə bir deyrə yetüb, rahibi-deyr bir nərə urdu ki: "Ey ləşkəri-İslam, əmirinizə e’lan edin bu canibə gəlsün". Həzrəti Əmir vaqif olub, inani-səadət ol canibi-mün’ətif edüb, deyrə yetdikdə rahib ayıtdı: "Ey sərvəri-ləşkəri-İslam, bu günlər sitareyi-tale’i- İslam hübutamaildiz. Səbr et ki, dərəceyi-süudayetüb qəvi ola". Həzrəti-Əmir ayıtdı: "Ey rahib, də’viyi-hökmi-nicum edərsən, filan sitarədən bana xəbər ver". Rahib ayıtdı: "Bən bu sitarədən vaqif degiləm". Həzrəti-Əmir ayıtdı: "Ey rahib, məlum oldu ki, əhvaliasiman məlumun degil, əhvali-ərzdən xəbər sorayım; hala qədəm basdığın mənzildə nə mədfundur?" Rahib ayıtdı: "Bilməzəm. Bir zərfdir bu nişanə ilə və içində bir miqdar dirəm var bu ədədlə və bu nəqş və sikkə ilə". Rahib ayıtdı: "Ey əziz, bu mükaşifə sənə qandan hasil oldu?" Həzrəti-Əmir ayıtdı: "Rəsulullahdan ki, xəbər vermişdi və buyurmuşdu ki, bir ləşkərlə hərb edəsən, anların ləşkərindən ondan əskik qurtula və sənin ləşkərindən ondan əskik şəhid ola". Rahib mütəhəyyir olub, imtahan üçün qədəmi altındaki yeri həfz etdikdə ol zərf müqərrər olan dirəm və nişanə ilə çıxub, rahib, filhal imanə gəldi və Həzrəti-Əmir mülazimətin ixtiyar edüb, xilmətindən Nəhrəvana mütəvəccih oldu. Şe’r: Hər səadətməndə kim, tövfiqi-dövlət yar olur, Vaqifi-sirri-nihanü kaşifi əsrar olur. Nəqldir ki, Cəndüb İbn Əbdullah Əzdi demiş: "Bən Murtəzaylahərbi-Cəməl və Siffində həmrah idim, əgərçi vilayətində şəkkim yox idi, əmma Nəhrəvana nüzul vaqe’ olduqda bu xatirimə yetdi ki, hərbinə iqdam etdigimiz tayifə cəm’i-zühhadü übbaddır, bunları qətl etmək əmri-əzim görünür. Sübhdən ləşkərdən dışra çıxub, sinanü rümhüm dili-zəminə möhkəm qılub, sipərim sayəban edüb, sayəsində qərar dutmuşdum. Həzrəti-Əmir tənha bəndən yana güzar edüb ayıtdı: "Ey Cəndüb, suya gümanın varmı?" Mətreyi-pürab var idi, təslim etdim, nəzərimdən qayib olub müddəti-təvildən sora peyda oldu. Təcdidi-vüzu qılmış yanımda qərar dutdu. Bu hala müqarin bir sipahi peyda olub Həzrəti-Əmir ayıtdı: "Ey Cəndüb, bu sipahidən əhliNəhrəvan əhvalını sual et". Sual etdikdə sipahi ayıtdı: "Müxaliflər Nəhrəvanı keçdilər". Həzrəti-Əmir ayıtdı: "Haşa, qələtdir bu xəbər". Sipahi mübaliğə qıldı ki, "Vallah Nəhrəvanı übur etdilər". Bu hala müqarin bir sipahi dəxi gəlüb bu xəbəri müəkkəl qıldıqda HəzrətiƏmir hiddət ilə ayıtdı: "Əlbəttə, bu xəbər qələtdür, necə keçərlər Nəhrəvanı ki, anların mövzeyi-səfkidəmaləri bu canibdədir". Bunu deyüb yerindən durdu. Mən bu göftari tərəddüdüm təmyizinə mizan etdüm və xatirimdə müqərrər qıldum ki, əgər də’vası kizb olub, əhliNəhrəvan übur etmiş olalar, anınla qital edənlərin müqtədası bən olam və əgər göftari səhih olub übur etməmiş olalar, ana canımı cümlədən müqəddəm fəda qılam". Haqqa ki, Nəhrəvana qərib olduqda gördüm ki, rayati-müxalif hənuz yerindən mütəhərrik olmamış və ol ləşkərin bir fərdi übur etməmiş. Bən rə’yimdən münfə’il ikən Həzrəti-Əmir qəfadan gəlüb kətfimi dutub ayıtdı: "Ey Cəndüb, həqiqəti-hal mə’lum oldumu?" Dedim: "Bəli, ya Əmirəl-mö’minin". Şe’r: Ol ki, sidqü sihhəti-göftarına şəkkak ola, Ana qabildir ki, şəmşirinlə bağrı çak ola. Rəvayətdir ki, kənari-Nəhrəvanda sipahi-Xəvaric səbzeyi-ləbi-cuybar kimi səf çəküb durduğun və ələmlərin cövlana gətürdüklərin görüb, sipahi-şahialəmpənah biixtiyar mütəvəccih olub, bünyadi-karzar qıldılar və ol səfin sipahisin səfheyi-ruyi-zəmindən götürməgə mütəvəccih oldular. Ləşkəri-küfr və İslam və sipahi-nur və zəlam bir-birilə mümtəzic olub, naireyi-cidalü qital işti’al bulub, bir nəbərd oldu ki, hər nəqşi-nə’li-səmənd bir hüfreyi-qəbr olsaydı, qütəla dəfninə vəfa-qılmazdı və hər zərreyi-qübar bir kuhsar olsaydı, xunabə seylinün rəhgüzarin duta bilməzdi. Şe’r: Xakə xun tökdü zəxmdən bədxah, Lə’li-nab oldu nə’li-Düldüli-Şah. Oldu miqrazi-Zülfüqarə şü’ar: Qət’i-əqdi-səlasili-füccar. Axirül-əmr, sübhi-zəfərdən afitabi-fəth tülu’ edüb, ləşkəri-İslama pərtöv buraxdı və afitabi-məhceyi-livayi-İslam şö’leyi-atəş olub sipahi-ə’danun fərahəm qıldığu əsbabi-tədbirü əmti’ə tədarükün yaxdı. "[Fəhəb li] Vəllahu yü’əyyidu [bi-nəsrihi] mən-yəşa’u" dən nəsimi-inayəti-"Fə-qəd ca’əkumul-fəth" mütəhərrik olub və sərçeşmeyi-"İnna fətəhna ləkə fəthən mubina" dən zülaliməkrəməti-" Nəsrun minəllah" tərəşşüh qılub, ləşkəri-İslam mənsur və sipahi-ə’da məqhur oldu və sitareyi-əhli-Həq hüsuli-sə’adət qılub əxtəri-ərbabi-bütlan əsəri-vəbal buldu. Hər sipahın ki, olur sərdarı Şahi-övliya, Hiç şəki yox kim, nə yan əzm eyləsə mənsur olur. Hər yana kim salsa pərtöv, rövşən eylər aftab, Qanda kim, əbri-bəhar etsə güzər, mə’mur olur. Rəvayətdir ki, ol dörd bin bədbəxtdən üç bin doqquz yüz doxsan bir nəfər məqtul olub doqquz nəfər fərar etmişidi və ləşkəri-İslamdan həman doqquz səadətmənd dövləti-şəhadətə yetmişdi. Həzrəti-Əmir əmrilə küştələr arasında Züşşədid dedikləri məl’uni buldular, həm ol nişanə ilə ki, Həzrəti-Rəsulullah xəbər vermişdi. Əlqissə, Həzrəti-Sultani-Vilayət fəthi-Nəhrəvan mühümmatın sərəncam edüb, məsnədi-istiqlalda mütəməkkin olduqda, əkabirü əşrafa üz dutub ayıtdı: "Kimdir ki, Kufəyə fəthnamə ilətüb nüsrətimizdən xəbər verə?" Əbdürrəhman bin Mülcəmi-Muradi əyağa durub ayıtdı: "Əgər icazət olursa, bu xidmətin əhliyəm". Həzrəti-Əmir ayıtdı: "Ey İbn Mülcəm, sənün bundan ziyadə xidmətin bizə yetəcəkdür, mərdanə olğıl". Rəvayətdir ki, İbn Mülcəm diyari-Misrdən olub, Həzrəti-Osman qətlinə gələn qövm ilə həmrah gəlüb Kufədə qalmışdı. Və bir rəvayət dəxi oldur ki, HəzrətiƏmir mütəvəccihi-hərbi-Xəvaric ikən hər canibdən ləşkər tələb edüb, Yəməndən İbn Mülcəm gəlmişdi və hər kim bir töhfə gətürdikdə anın bir şəmşiri-abdarı olub, hədiyyə təriqilə Həzrəti-Əmirə ’ərz etdi. Həzrəti-Əmir andan inhiraf edüb, hədiyyəsin qəbul etmədi. İbn Mülcəm xəlvətdə Həzrəti-Əmir hüzuruna gəlüb ayıtdı: "Ey şahi-Düldülsəvar və ey karfərmayiZülfiqar, neyşə xəlq arasında bu bəndəni şərmsar edüb hədiyyəsin rədd etdin?" Həzrəti Əmir ayıtdı: "Ey İbn Mülcəm, necə almaq olur səndən bir tiği ki, sənün muradın bəndən anınla hasil olur?" İbn Mülcəm bu xəbərdən mütəvəhhim olub bünyadi-cəzə’ qıldı ki, "Ya Əmirəlmö’minin, haşa ki, həzrətinizə nisbət bəndən tərki-ədəb sadir ola. Həqqa ki, sənin dövləti-mülazimətün təmmənnasında tərkivətən qılmışam və sənin həvayi-xidmətin təvəllasında müqimidiyari- qürbət olmuşam". Şe’r: Haşalillah ki, sənə bən yar ikən əğyar olam, Nəqzi-peymani xilafi-əhd edüb qəddar olam?! Arizuyi-dövləti-dünyavü din etməzmiyəm, İstəməzmi xatirim aləmdə bərxürdar olam?! Həzrəti-Əmir ayıtdı: "Ey bivəfa, şək yoxdur ki, sən ayineyi-həyatıma qübarifəna yetürürsən və şaibə yox ki, sən xanədani-vilayətdən zövqü səfa əsərin götürürsən. Şe’r: Biganədür təriqi-vəfadan cibillətün, Bidaddır işin, sitəmü cövr adətün. Lafi-vəfayi-əhd urursan, vəli nə sud, Çün hifzi-əhd qılmağa yoxdur mürüvvətün. İbn Mülcəmün ə’zasinə vəhmdən lərzə düşüb, rüxsari-bişərmində xilafi-adət ərəqi-xəcalət zahir olub ayıtdı: "Ya Əmirəlmö’minin, əmr et dəsti-namibarəkmi qət’ etsünlər ki, bu zərər əndişəsi müztəfe’ ola". Həzrəti-Əmir ayıtdı "Heç qisas cərayimə təqdim etməz, əmma müxbiri-sadiq bana bu vaqi’ədən xəbər vermüşdür". Və bir rəvayət dəxi oldur ki, İbn Mülcəm Xəvaricdən idi, əmma HəzrətiƏmir Nəhrəvana təvəccöh etdükdə fürsəti-fərar bulmayub, ləşkəri-İslam içində qalmışdı və Həzrəti-Əmirə mülazim olmuşdu. Əlqissə, Həzrəti-Əmir ol məl’unun iltimasın rədd etməyüb, Xəvaric fəthnaməsin verüb Kufəyə rəvan etdi. İbn Mülcəm Kufəyə yetdikdə şəhrə ayin bağladub, əşrafü əkabirə fəthnaməyi ibraz etdi. Bu məzmunla ki: "Sipasi-biqiyas ol münşiyi-əhkami-divani-qüdrət və mümliyi-ərqami-ünvani-hikmətə ki, təsəddiyi-ümuri-həllü əqdialəmi və təsərrüfi-əhvali-növ’i-bəni-adəmi min heysül-istehqaq xatəmi-ənbiya Məhəmmədəl Mustafaya müfəvvəz edüb, bu xüsusda mübəşşiri-vəhyü ilhamla bəşarətnamələr irsal etmiş. Və dürudnamə’dud ol padşahi-mülki-risalət və sultani-səriri-nübüvvətə ki, "Əntə minni bimənziləti-harun" işarətilə andan nəsəqi-hifzi-nizam və tərvici-kargahi-İslam bana yetmiş. Həqqa ki, əhateyi-hökmi-cəhanmüta’im həm məhruseyi-dünya, həm mə’mureyi-üqbaya şamildür [və mücahidlərə nə’im baqi və mü’anidlərə cəhim haildür.] Şe’r: Afitabi-dövlətim şəm’i-cəhanəfruzdur, Nuri-bəzməfruzi-aləm, nari-aləmsuzdur. Qərəz bu müqəddəmədən oldur ki, daireyi-itaətimdən çıxub haşiyeyi- Nəhrəvana cəm’ olan tayifeyi-tağiyeyi-Xəvaric qəl’ü qəm’inə ləşkərizəfərəsərim, rayəti-əziməti-ğəza mütəhərrik qılub, tövfiqicəhad təmənnasilə mütəvəccih olduqda, ol bədbəxtlər "eynəmə təkunu yudrik-kumul-mövt" müqtəzasincə məfərri-nəcat və məcali-fərar bulmayub, naçar müqabilə gəlüb, xaşakvar kəndülərin şö’leyi-tiği-saiqəbarinə urub, mübaşiri-cidalü qital oldular. Əmma əqrəb zəmanda əshəli-vücuhla təlatümi-əmvaci-dəryayi-ləşkəri-İslamdan girdabi-fənaya düşüb əzabi-həyata rahəti-məmatı ixtiyar qıldılar. Şe’r: Tiğümi ə’daya nüsrət bərqi-suzan eylədi. Feyzi-dövlət şəm’i-iqbalım füruzan eylədi. İmdi gərəkdür ki, ə’yanü əşrafü xassü ammi-əhli-Kufə bu xəbərdən mübtəhic və məsrur olub, təriqeyi-şükrü sipas mər’i və məsluk edələr, vəssalam". Rəvayətdir ki, müjdə sürurindən şəhri-Kufədə bir neçə gün ayin bağlanub, xəlq eyşü işrətə [məşğul] ikən bir gün İbn Mülcəm darül-əmarədən kəndü sərayinə gedərkən bir qəsrdən sədayi-dəf və nay istima’ edüb, ihtisab təriqilə mən’ etmək sədədündə olub, ol qəsrə düxul etmək tədarükündə ikən qəsrdən bir neçə müzəyyən və dilfərib övrət çıxub ol cəm’ içində bir məhbub müşahidə qıldı ki, ol əsrdə andan əhsənü əcməl yox idi. Şe’r: Buti kim, qəmzəsi qarətgəri-İslamü imandür, Xurami fitneyi-dövran, nikahi afəti-candür. Xumari-nərgisi-məsti açılmaz ta ki, içməz qan, Giriftarinə rəhm etməz, dəmadəm içdigi qandür. Əlqissə, şö’leyi-atəşi-rüxsari İbn Mülcəmün xirməni-qərarinə bir nairə buraxdı ki, ol siyəhrüzgarın canın yaxdı. Şe’r: Xəncəri-müjgana eylərmi həvəs canın sevən, Büt sücudindən həzər qılmazmı imanın sevən?! Əl-həq, binayi-imanı möhkəm olsaydı, qəmzeyi-məhdudi-məcazidən rəxnə bulmazdı [və əsasi-əqlində səbat olsaydı, seyli-hadiseyi-eşqi-həvaidən mütəzəlzil olmazdı]. Ol bədbəxtin binayi-əqidəsi süst və peymani-imani nadürüst olmağın bu nəzərdən intidam bulub və bu təvəccöhdən mütəzəlzil olub, niyazi-aşiqanə ərz edüb ayıtdı. Şe’r: Ey xurami əql bünyadindən istehkam alan, Cilveyi-naz ilə əhli-eşqdən aram alan, Qandadır, ya Rəb, məqamin, ismü övsafin nədür? Kimdür aya, şərbəti-lə’li-ləbindən kam alan? Ol məkkareyi-səhharə ləbi-sehrəngiz açub ayıtdı: "Qəbileyi-Bəni Təmimdənəm və ismim Qütamədir və bir müddətdür ki, rəqəbeyitəsərrüfümdən silsileyi-tə’əllüqi-təzvic mürtəfe’dür və xatəmiqeydi- nikah ənamilitəcərrüdümdən müntəze’dür". Şe’r: Gühərim riştədən mübərradür, Cövhəri-fərdü-dürri-yektadür. Qütamənün ləzzəti-göftari əlaveyi-eşqi-rüxsar və zövqi-rəftar olub, İbn Mülcəmi-məl’unun şövqi ziyadə olmağın ayıtdı: "Ey nazənin, bən xəridari-gövhəri- vüsalın və müştaqi-dövləti-ittisalinəm, nola gər şərifi-qəbul ilə sərəfraz və səadəti-riza ilə mümtaz edəsən". Şe’r: Eyləsən rəğbət dilü candan tələbkarəm sana, Nəqdi-canım nəzri-vəslindür, xəridarəm sana. Qütamə ayıtdı: "Bu bir əmri-’əzimdür, övliyamla məşvərət qılmadan müyəssər olmaz və əqrəba və ənsabdan rüxsət almayınca surət bulmaz". Qütamə mənzilinə mütəvəccih olub, İbn Mülcəm müntəziri-cəvab olub dışrada durduqda ol məl’unə əlbiseyi-əlvanla arayişi-qeyri-mükərrər qılub və cəvahiri-gunagunla myzəyyən olub. Şe’r: Pirayədən ziyad olub büt lətafəti, Dövranın oldu fitnəsi, dünyanın afəti. Cilveyi-naz ilə [qürfə] üzərinə gəlüb, İbn Mülcəmə ərzi-didar edüb cəvab verdi ki: "Ey talibi-vüsalim və müştaqi-cəmalim olan sərgərdanü heyran, gövhəri-ittisalim qiyməti giranmayə və öhdəsindən çıxan mütəsərrif olur və şahbazi-vüsalim büləndpərvazdür, seydinə qüdrət bulan rəğbət qılur". Şe’r: Hər kim istər vəsli-canan, tərki-can etmək gərək, Yoxsa həsrətlər çəküb, ahü fəğan etmək gərək. İbn Mülcəmi-bədbəxt dami-eşqə giriftar və məta’i-vəslə xəridar idi, təzərrö’lə ayıtdı: "Ey məxdumə, mehrin nədür?" Qütamə ayıtdı: "Bənim mehrim üç nəsnədür: biri üç bin dirəmi-Bəğdadi və biri cariyeyi-cəmilə və biri qətli-Əli İbn Əbu Talib". İbn Mülcəm ayıtdı: "Ey Qütamə, nəqdü cariyə məqbuldur, əmma qətli-Əli əmri-əzimdür və şüğli-vəhim". Qütamə ayıtdı: "Nəqdü cariyədən təcavüz etdüm, əmma qətli-Əli əqsayi-muradımdır, zira bənim qarındaşımla on nəfər əqrəba və ənsabım ləşkəri-Xəvaricdən idi. Anın şəmşiriabdarı ilə şərbəti-fəna içmişlər, andan bu intiqamı almayınca qərarım olmaz və bu mühümmi kifayət qılmayan vüsalimdən bəhrə bulmaz". Bu mübaliğə əsnasında İbn Mülcəmin yadına Əli bin Əbu Talibün gövtarı gəlüb ayıtdı: "Qaliba ki, bu əmr müqəddər olmuşdur və bu hökm səhifeyi-təqdirdə təhrir bulmuşdur". Ol bədbəxtin irqi-nifaqı mütəhərrik olub ayıtdı: "Ey Qütamə, bu əmri qəbul edərəm bir zərblə, bəndən razı olasan". Qütamə ayıtdı: "Qəbul etdüm və bə’zi kimsənələr dəxi sənə mü’in və müzahir olmağa tə’yin edərəm. Əmma kəlamında sadiq isən, şəmşirini bana təslim et, ta şərtdən təcavüz etməyəsən". İbn Mülcəm şəmşirin ana təslim edüb, ol bədbəxt dili-pürkinə ilə mənzilinə rəvan oldu. Rəvayətdir ki, ol gün Həzrəti-Əmir sə’adəti-iqballa ğəzayiNəhrəvandan müraci’ət qılub, cəmi’i-əhli-Kufə istiqbala çıxub tə’zim və təkrimlə ol şəhriyarı şəhrə gətürdilər və Həzrəti-Əmir məscidicameə yetdükdə hərəmsərasinə getmədən Düldüldən yenib məscidə qədəm basdı. İki rik’ət nəmaz qıldı və cəmii-övladü əşrafü ə’yani hazır edüb, payeyi-minbəri-qüdumindən müşərrəf qılub, bir xütbə ağaz etdi həmdü sənaya müştəmil və bir nə’ti-Mustafaya möhtəvi. Və xasü ammı təriqi-və’zlə behiştə ümidvar və üqubati-duzəxdən xəbərdar etdikdən sonra canibi-yəminə nəzər salub İmam Həsənə ayıtdı: "Ya bunəyyə kəm bəqa min şəhrina haza" və tərəfi-yəsara mail olub İmam Hüseynə ayıtdı: "Ya bunəyyə kəm məza min şəhrina haza". Dedilər: "On beşinci gündür". Və ol şəhri-Rəməzan idi. Pəs, dəsti-mübarək məhasini-şərifinə urub ayıtdı: "Bu ayda bu mükərrəm [yer] bənim qanımla xəzab olur və bənim qatilim bu məclisdədür". İbn Mülcəm bu təkəllümdən heybəti-’əzim alub xəlvətdə Həzrəti-Əmir xidmətinə gəlüb ayıtdı: "Ya Əmirəl-mö’minin, səndən iltimasım budur ki, əmr edəsən ki bənim əllərümi qət’ edüb siyasətə yetürələr". Həzrəti-Əmir ayıtdı: "Haşa ki, günahdan müqəddəm qisasa hökm edəm, əmma Rəsul bana xəbər verdi ki, sənin qatilün qəbileyi-Muradidən olub, bir murad üçün sənə zərbət ura, əmma muradına yetməyə. Ey İbn Mülcəm, sənə xəbər verəyim ki, sidqi-kəlamımı andan təhqiq edəsən. Əyyamitüfuliyyətdə sənə mürəbbi olan bir yəhudi övrət idi və ol yəhudi bir gün qəzəb təriqilə sənə ayıtdı: "Ey naqeyi-Salehi zibh edən şəqidən əşqa". İbn Mülcəm ayıtdı: "Səddəqtə ya Əmirəl-mö’minin". Bu nişanədən beğayət mütəəssir olub münfəil oldu. Əlqissə, Həzrəti-Əmir şəraiti-məva’iz və nəsayihdən sonra məsciddən mənzilinə buyurub, bir gecə İmam Həsən məqamında iftar edərdi və bir gecə İmam Hüseyn mənzilində, əmma üç löqmədən ziyadə tənavül etməzdi. Ayıtdılar: "Ya Əmirəlmö’minin, qillətitə’ama səbəb nədür?" Dedi: "Və’deyi-mülaqati-Həq qərib olmuşdur, qərəzim ri’ayəti-təharətdür". Rəvayətdir ki, Rəməzan ayının on doqquzuncu gecəsində ki, möv’idi-qətl idi, ol səbahədək ta’ətü ibadətə məşğul olub, hər saət səhni-sərayə çıxub, asimanə nəzər qılub, intizari-və’də çəküb dedi ki: "Sədəqə Rəsulullah. Həqqa ki, hərgiz Rəsulullahın qövlü xilaf olmaz və lövhi-qəzadə təhrir olan xətti-təqdir mütləqa təğəyyür bulmaz". Şe’r: Hər nə kim, təqdirdür, təğyir bulmaz, ey könül, Lövhi-təqdirün xəti hərgiz pozulmaz, ey könül. Ol zəman ki, mürği-səhər bu müsibətxaneyi-məlaləfzada suzü güdazla zəmzəməyə ağaz etdi və müəzzinlər sürudi ərbabi-ibadət səm’inə yetməyə və’də yetdi, ol müqtədayi-aləm və pişvayi-növ’ibəni-Adəm vüzu tazə qılub dışra çıxmağa əzm etdikdə, İttifaqən ol sərayi-fərəhfəzada bir neçə mürğabi olub, rəhgüzarinə gəlüb, daməni-ismətin dutub zəbani-hal ilə fəryada gəldilər. Bənatimütəhhərat anların mən’inə iqdam etdükdə Həzrəti-Əmir ayıtdı: "Ey cigərguşələr, mən’e tmən ki, bunlar bənim matəmim dutanlardır". İmam Həsən ayıtdı: "Ey məxdum, bu nə fali-namübarəkdür?" HəzrətiƏmir ayıtdı: "Ey fərzəndi-səadətmənd, könlüm bu gün şəhadətimə şəhadət verür". Bəs cəmi’iövladın hazır edüb, bir-bir məvaidə qılub bu məzmununi bəyana çəkərdi. Şe’r: Canə yetdim möhnətü dərdü bəlayi-dəhrdən, Eylədim əzmi-səfər möhnətsərayi-dəhrdən. Meyli-seyri-laləzari-cənnət etdüm neyləyim, Qönçəvəş könlüm dutuldu təngnayi-dəhrdən. Necə bir avarə qılsun gərdişi-gərdun bəni, Necə, bir könlüm figar olsun cəfayi-dəhrdən?! Əlqissə, mütəvəccihi-məscid olub, bangi-nəmazın əda qılub, nəmaza məşğul oldu və rəğbəti-təmamilə adəti-mə’hud üzrə dərgaha təvəccöh qıldı. Həm ol gecə İbn Mülcəmi-bədbəxt Qütameyi-məl’unə sərayinə gedüb və Qütameyi-bədsəadət İbn Mülcəmün tiği-bidiriğin zəhrlə sirab edirüb və Mərvan Təmimi və Şis İbn Bəhri-Əşcə’i peyda qılub, anın mü’avinətinə müqərrər qılmışdı. Ol üç həramzadə təmamişəb məşğuli-şürbi-xəmr olub, kilabmanənd sübhdən məsti-xab ikən Qütamə ki, müntəziri-izhari-fəsad idi, avazi-bangi-nəmaz istima etdikdə ol qafilləri bidar edüb ayıtdı: "Ey bixəbərlər, durun ki, Əli məsciddə tənhadır". İbn Mülcəmi-biəman ol [iki bədbəxt ilə], əfzəlizəmanın qətlinə yekcəhət olub, sür’ətlə məscidə gəlüb, kəndusin xab edənlər silkinə buraxdı. Həzrəti-Əmir təhiyyəti-məscid ədasından sonra xüftələri bidar etməgə təvəccöh qılub, İbn Mülcəmi ki, müqəddəmi-ərbabi-qəflət idi, mübarək qədəmilə tənbih edüb ayıtdı: "Qum və səlli". Və təcavüz edüb, yenə mehrabə gəlüb nəmaza məşğul oldu. İbn Mülcəm ol iki bədbəxti dəxi oyadub ayıtdı: "Durun, fürsət qənimətdür". Və "Tarixi-Təbəri" və bə’zi təvarixdə böylə məsturdur ki, Əmir hənuz bangi-nəmaza məşğul idi ki, ol həramzadələrün ikisi məscid qapusının iki tərəfində durub və İbn Mülcəm məscidə girüb müqərrər etdilər ki, müqəddəm ol iki namərd zərbə edələr, əgər heç biri kargər olmasa, İbn Mülcəm təmam edə. Əlqissə, Həzrəti-Əmir məscidə qədəm basdıqda, Mərvan Təmimi tiğ buraxdı, rədd olub taği-dərgahi-məscidə uğradı. Anın əqəbincə Şis İbn Bəhr şəmşir həvalə qıldı. Kargər olmayub fərar etdilər və Həzrəti-Əmir dilü canla şəhadətə rağib olmağın iltifat etməyüb nəmaza iştiğal etdikdə İbn Mülcəmi-bədbəxt fürsət bulub, səcdeyi-uladan baş götürdükdə fərqi-mübarəkinə şəmşiri-zəhralud yetürdi. İttifaqən ol mövze’yə yetdi ki, ruzi-hərbi-Xəndəq Əmr bin Əbdüvəd tiğilə qıldı. Həzrəti-Əmir ayıtdı: "Fuztu bi-rəbbil-kə’bəti", yə’ni damiqəmdən nəcat buldum və dairei-ələmdən azad oldum. İbn Mülcəmi-bədbəxt bu hərəkət südurindən sonra fərar edüb, avazə düşdü ki: "Qutilə Əmirulmu’minin". Əhli-Kufə siğarü kibar mütəvəccihi-məscid olub və Həsən və Hüseyn ittila’ bulub cameyi-çak və dideyi-nəmnakla hazır olduqda, gördülər qəndili-mehrabiİmamət səngi-bidadla şikəst bulmuş və nihali-nəxlistani-vilayət sərsəri-cəfa ilə paymal olmuş. Səri-niyaz qədəmi-mübarikinə qoyub fəğanə başladılar. Və Həzrəti-Əmir dəmbədəm fərqi-mübarəkindən xunabəyi alub, rüxsari-lətif və məhasini-şərifinə sürüb mübahat edərdi ki, "əlminnətü-lillah, sə’adəti-şəhadət nəsibim olub, bu nişanə ilə tövfi-bargahi-kibriya və mülaqati-Həzrəti-Mustəfa və müşahideyi-didari-Zəhra və müsafiheyiHəmzeyi- seyyidi-şühəda və müxaliteyi- Cə’fəri-Təyyar etsəm gərək və bu seylabi-xunabla zövrəqi-muradım rəvanə olub mənziliməqsuda yetsəm gərək". Şe’r: Şükr kim, baği-muradım gülü açıldı bu gün, Həq bəni vasili-iqlimi-bəqa qıldı bu gün. Şəhzadələr "Va veyla va musibətah" – deyüb və xassü ammiKufə şəraiti- ’əzaya iqdam edüb derlərdi. Şe’r: Ey sipehri-bivəfa, bihudə dövran eylədün, Qəsdi-din etdin, binayi-şər’i viran eylədün. Sərnigun qıldın ibadət minbərü mehrabini, Mə’bədi-İslami topraq ilə yeksan eylədün. Ləşkəri-İslami qoydun sərvərü sərdarsız, Noldu, ey zalim ki, qəsdi-Şahi-Mərdan eylədün?! Əlqissə, Həzrəti-Əmirin zəxmin bağlayub sual etdilər ki: "Sənə kimdən vaqe’ oldu bu cəfa?" Buyurdu ki: "Səbr edün, ’əyan olacaqdır, yəqin ki, bu əməl mürtəkibin Həq rüsva qılacaqdur". Bu hala müqarin Şis İbn Bəhr fərar edüb gedərkən bir kimsənə anı müztərib görüb sual etdi ki: "Məgər sənsən qatiliƏmirəlmö’minin?" İnkar etmək istədi, zəbaninə iqrar cari oldu. Xəlqi-Kufə onu ləgədkub etdilər. Əmma İbn Mülcəmi-münafiq məsciddən çıxub, hücrəsinə girüb əsbab və əslihəsin buraxmaqda ikən Kufə əhlindən bir kimsənə anı gördükdə gümana düşüb ayıtdı: "Məgər sənsən qatili-Şahi-Mərdan?" Ol məl’un "a" deməkdən "nə’əm" dedi. Ol kimsənə giribanın dutub məscidə gətürdi. Və bir rəvayət dəxi oldur ki, məsciddən çıxub səhraya mütəvəccih ikən Həmədan qəbiləsindən bir kimsənə anı gördü əlində şəmşirixunalud, cür’ət edüb ol məl’unu dutub, hücumi-ammlə bağlayub, məscidə gətürdi. Həzrəti-Əmir ol məl’una itab təriqilə ayıtdı: "Ey bəradər, məgər bəndə ləyaqəti-əmarət yox idi ki, vücudum rəf’ etməgə iqdam etdün". Dedi: "Mə’azəllah". Həzrəti-Əmir ayıtdı: "Pəs, nə bais oldu ki, övladimi yetim qoyub xanədanimə rəxnə buraxdun?" İbn Mülcəm ayıtdı: "Ya Əmir, həsənatdan qeyr səndən mənə yetməmişdür, əmma nə çarə, "Kanə əmrullahi qədərən məqdurən". Həzrəti-Əmir buyurdu ki: "Anı həbs edün və bən həyatda olduqca bən tənavül etdigüm tə’amü şərabdan ana verün və cəfa qılman. Əgər bən bu qəziyyədən nəcat bulsam, səlah bənimdür və əgər nəcat bulmasam, ol bənə bir zərb urdu, siz dəxi ana bir zərb urun". Həsbül-fərman İbn Mülcəmi həbs edüb, Həzrəti-Əmiri Həsən və Hüseyn bir fəraş üzərə götürüb məsciddən çıxardılar. Ol saət əsərisübhi-sadiq peyda olmuşdu. Həzrəti-Əmir ayıtdı: "Ey cigərguşələr, bəni mütəvəccihi-məşriq dutun". Mütəvəccihi-məşriq olub ayıtdı: "Ey sübhi-sadiq, ol Pərvərdigar həqqiçün ki, anın şövqilə giribanım çakdür, ruzi-məhşər şəhadət verəsən ki, Həzrəti-Rəsuldan tə’liminəmaz alduğum gündən bu günədək sən bəni qafil bulmayub, həmişə bən sənə istiqbal etmişəm". Andan sonra təvəccöh asimana edüb ayıtdı: "İlahi, bu əhvala sən güvahsan; ruzi-məhşər ki, yüz iyirmi dörd bin peyğəmbər və ərvahi-övliya və şühəda ərş altında hazır olalar, şəhadət verəsən". Hüzzari-məclis xüruşü qülqülə ağaz etdilər. Şe’r: Cəhanı əbri-afət qərqi-sejli-iztirab etdi, Dili-əhli-vəfani atəşi-heyrət kəbab etdi. Mədəd kim, dövri-zalim ruzigarın rövnəqin pozdu, Fəğan kim, aləmi gərduni-dunpərvər xərab etdi. Əşrafi-Əhli-Beyt iztirabi-təmamla fəryadü fəğan etdikcə Həzrəti-Əmir anlara təsəlli verüb derdi: "Ey şahzadələr, bən Mustəfa xidmətinə və Zəhra söhbətinə müşərrəf oluram, bənim üçün təəssüf çəkmən və cəzə’ qılman; zira bu gecə vaqiəmdə gördüm ki, Həzrəti- Rəsul astini-mübarəkilə çehrəmdən qübari-küdurət pak edərdi. Bu dəlildir ki, çehreyi-canimdən qübari-bədən rəf’ olur". Şe’r: Xoş ol zəman ki, çıxub Yusifim bu zindandan, Qübari-tən ola mərfu’ çehreyi-candan. Rəvayətdir ki, Həzrəti-Əmir üzərinə cərrah gətürdilər. Cərrah ol zəxmi-münkərə nəzər qıldıqda fəryada gəldi ki, "Bu, zəxmün şəmşirinə zəhrab vermişlər, cərəhati qabili-əlac degil". Və bir rəvayət dəxi oldur ki, cərrahdan müqəddəm Ümm Gülsüm İbn Mülcəmi həbsdə görüb ayıtdı: "Ey bədbəxt, bu nə əndişeyi-batildi ki, qıldun Həzrəti-Əmirə, behər hal sənün zəxmin əsər qılmaz, əmma sənün halın nolur?" İbn Mülcəm ayıtdı: "Ey xatun, bən ol tiği bin altuna alub və bin altun dəxi verüb zəhrlə sirab etmişəm, cərahətindən aman mümkün degil". Və bu vaqi’ə Rəməzan ayının igirmi birində idi. Həzrəti-Əmir vəsiyyət yazub, övladları ilə vida’ edüb, Ümm Gülsümə ayıtdı: "Ya binti, əğliqi ’la əbikil-babə". Ümm Gülsüm hicrə qapusın məsdud edüb, Həsən və Hüseyn dışrada giryan-giryan otururkən nagah bir səda eşitdilər ki, bir hatif derdi: "Əfəmən yəlqa finnarə xeyrun əmmən yə’ti aminən yovməl-qiyaməti". Və bir hatif dəxi derdi: "Bəli mən yə’ti aminən yovməl-qiyaməti". Və bir rəvayət dəxi oldur ki, hücrədən "Lailahə illəllah Muhəmmədən Rəsulullah" kəliməsin istima’ etdilər. Şahzadələr biixtiyar hücrəyə girdikdə gördülər aləmi-bəqayə intiqal etmiş. "Şəvahidün-Nübüvvət"də məsturdur ki, Əhli-Beyt demişlər: "Həngamivəfati- Murtəza qeybdən bir səda gəldi ki: "Çıxın hücrədən, bu bəndeyi-pake’ tiqadi kəndu halinə qoyun". Biz hücrədən çıxdıqda hücrədən bir səda gəldi ki: "Diriğa, Məhəmmədi-Mustəfa vəfat etdi və Əliyyi-Murtəza şəhid oldu. Aya, kimdür anlardan sonra ri’ayəti-ümmət qılan!" Bir hatif dəxi nida yetürdi ki, anların sirətlərilə mütəxəlliq olan avaz sakin olduqda hücrəyə girdük, gördük müğəssəl və mükəffən olmuş. Üzərinə nəmaz qılub götürdük. Və bir rəvayət dəxi oldur ki, Həzrəti-Əmir vəsiyyət etdi ki: "Bən köçdükdə divarisəradən bir lövh peyda olur, bəni ol lövh üzərinə buraxun, gögdən kəfən və hənut zahir olur, təğsilü təkfinim təmam olduqda, bəni bir tabuta qoyub səhni-səradə qoyun. Üzərimdə bir növbət İmam Həsən və bir növbət İmam Hüseyn nəmaz edüb, tabuti götürün, hər qanda ki, səri-tabut meyli-xak edərsə ol büq’əyi həfr edün. Sacdan bir tabut çıxar bəni ol tabutla anda dəfn edün". Və bu dəxi "ŞəvahidünNübüvvət" də məsturdur ki, Həsən və Hüseynə vəsiyyət etmiş ki: "Məni tabuta qoyub götürün, Qəribeyn deməklə mə’ruf zəminə ilətüb anda bir zümürrüdfam həcər zahir olur, bənim mədfənim andadür". Vəsiyyət müqtəzasincə əməl qılub, hala məşhur olan məqamda dəfn etdilər və təə’rrüzi-süfəhadan ehtiraz edüb, qəbri-mübarəkin məstur qıldılar. Və həmişə məstur idi ol zamanədək ki, Harunərrəşid müstövli oldu. Bir gün ol nəvahidə şikar edərkən bir püştə gördü ki, bə’zi canvərlər onda mütəhəssin olmuşlar və hər necə ki cəvarih buraxdılar canvərlərə meyil etmədilər. Bu hala mütəhəyyir olub bir pirə ol qəziyyə sirrin sual etdikdə ayıtdı: "Əcdadimdən istima’ etdüm ki, mərqədi-Əli İbn Əbi Talib bundadur". Harunərrəşid tərki-şikar edüb, ol mövze’də təcəssüs edüb, əsərin görüb mə’mur etdi. Əyyamihəyatındə anı ziyarətgah etmişdi. Əlqissə, şahzadələr Şahi-Mərdanı gecə ikən götürüb Kufədən çıxarub vəsiyyət etdügi mənzildə dəfn etdürüb müraciət qıldıqda ’əzaya məşğul olub, xəlqi-şəhr dəf’ə-dəf’ə gəlüb şəraiti-tə’ziyət əda qılurlardı. Əmma hər necə istifsar edələrdi ki, şahzadələr Həzrəti-Əmirün mərqədi-münəvvəri və məşhədi-mü’əttəri qandadur, ta ziyarəti-şərifinə müşərrəf olub qibleyi-hacat edəlüm. Şe’r: Billah ol şahi-şəhriyar qanı, Sərvəri-əhli-ruzigar qanı? Cümleyi-dərdimiz təbibi olan, Məzhəri-lütfi-kirdigar qanı? Ol əgər getdi isə aləmdən, Ol məqam etdügi məzar qanı? Qət’ən əsər bulmazlardı [və] məzarından vaqif olmazlardı. Rəvayətdir ki, Həsən və Hüseyn Həzrəti-Əmiri dəfn edüb müraciət qıldıqda bir fəqirə sataşdılar ki, avazi-həzinlə fəğan edərdi; halın sorduqda ayıtdı: "Ey əzizlər, bən qəribiməhcuram, möhnətim çox, qəmxarım yox". Dedilər: "Bu övqatda qəmxarın kİmdi?" Dedi: "Bir il miqdarı idi ki, hər gün bu şəhərdən bir şəxs üzərimə gəlüb bənimlə müanisət qılub, cəmii-mayəhtacım hazır edüb gedərdi". Dedilər: "İsmi nədür?" Dedi: "Ismin sordum, cəvab verdi ki, bənim mərhəmətim rizayi-Həq içündür, şöhrət içün degil". Dedilər: "Surətü hey’əti nədür?" Dedi: "Bən ə’mayəm, əmma bu qədər bilürəm ki, iki gündür üzərimdən qədəm çəküb əhvalımdan nəzəri-iltifat diriğ edübdür". Dedilər: "Nişaneyi-ətvarı nədür?" Dedi: "İştiğali-təsbih və təhlildür; həqqa ki, sədayi-təsbihü təhlilinə məlaikədən cəvab eşitdim, bəlkə dərü divardan tə’zimü təkrimin ehsas etdim və hər saət mücalisətimdən məsrur olub derdi: "Miskinun caləsə miskinən və qəribun caləsə qəribən". Şahzadələr bu xəbərdən giryan olub ayıtdılar: "Ey dərviş, bu nişanələr Əli bin Əbu Talib nişanələridir". Və dərviş ayıtdı: "Ey məxdumzadələr, ana nə vaqe’ oldu?" Dedilər: "Bir bədbəxt anı şəhid etdi və hala biz anın mərqədindən gəlirüz". Dərviş ol xəbərdən müztərib olub, fəğana başladı, ayıtdı: "Ey şahzadələr, cəddi-büzürgvarınız və pedəri-alimiqdarınız hörməti həqqiçün ki, bəni ol sərvərin məzarı üzərinə hidayət qılun". Şahzadələr rəhm edüb, bir əlin Həsən və bir əlin Hüseyn dutub Həzrəti-Əmirin mədfəni-şərifinə yetürdilər. Ol dərviş qəbr üzərinə düşüb ayıtdı: "İlahi, bu mərqədi-şərif hörməti həqqiçün bəni qəmxarsız qoyma, ol qəmxara vasil et". Duası müvafiqihökmi- qəza olub, filhal nəqdi-can nisari-mərqədi-Şah etdi". Şe’r: Qətrə dəryaya ittisal etdi, Zərrə xurşidə intiqal etdi. Şahzadələr ol dərvişin üzərinə nəmaz edüb, həm ol mövze’də dəfn etdilər. Filvaqe’, vəfati-Şahi-Mərdan Şəhidi-Kərbəlaya nisbət ə’zəmiməsaib və əkbərinəvaib idi. Zira cəmi’i-məkkarədən hisni-həsin və hisari-mətin olub, mənhəci məaribdi. Lacərəm qürubi-aftabi-şövkəti mövcibi-istilayi-zülməti [-zülmü] fəsad olub, izaleyi-zilli-rə’fəti baisi-iqtizayi-tüğyani-üdvanü ’inad oldu. Şe’r: Şahın himayətində ikən hərgiz etmədi, Gülzari-xanədana nəsimi-bəla güzər. Qətlindən ol şəhin nəmi-xunab çəkmədən Ali-Əbaya nəxli-bəla vermədi səmər. * * * Altıncı bab. İmam Həsən Həzrətləri əhvalın bəyan edər Həzrəti Sultani-səriri-Kibriya və maliki-mülki-"Tö’til-mulkə mən tə’şau" xəvasi-dərgahi-rif’ət dəstgahinə irşad təslimü təvəkkül qılub, cəvabi-tə’nü təərrüz tə’lim etmiş ki "Qul lən yusibəna illa makətəbəllahu ləna huvə məvlana və ələllahi fəl-yətəvəkkəlilmu’minunə" və nəvvabi-bargahi-aləmpənahinə ihdayi-səbili-səbrü təhəmmül edüb, bu ibarətlə təskin və təmkin vermiş ki, "Vəmasəbrukə illa billahi". Şe’r: Sənə gər mənzili-məqsudə yetməkdir murad, ey dil, Pərişan gəzmə hər canib, rəhi-səbrü təhəmmül dut. Tərəddüd pəncəsindən cəhd edüb qurtar giribanın, Kəfi-ixlaslə damani-təslimü təvəkkül dut. Həqqa ki, nihali-rizayi-İzədi-Cəbbar cuybari-təslimü təvəkküldən sirab olmayınca andan ictinab etməz, dəvami-ne’mət və tə’tifi-əzhari-bəqayi- sə’adət mümkün olmaz və çiraği-iqbali-qürbi-dərgahi-İlah atəşi-səbrü təhəmmüldən izaət almayınca əhli-zülmət sərasın münəvvər qılmaz. Şe’r: Kimi kim, sevər saqiyi-ruzigar, Ana sağəri-səmmi-qatil verür. Kimün kim, bilür ehtiramın rəva, Ana cami-zəhri-həlahil verür. Çün, vüqu’i-məsaib və hüdusi-nəvaib lazimeyi-vücudi-aləmdür, bəlkə əksəriəczayi- tərkibi-aləm hürufi-ələmdür, lacərəm hər məzərrətləri müsibəti-qeyri-mükərrər və əhli-cəzə’ həmişə müəzzəb- müsibət olmaq müqərrərdür. Şe’r: Cəzə’ təqdirə çün təğyir verməz, Qəzayi-mübrəmə tə’xir verməz. Bəla vəqti ana rəğbət xətadür, Bəla üzrə cəzə’ həm bir bəladür. Əlhəq, daireyi-təslimü təvəkkül bir həsari-müstəhkəmdür ki, mütəhəssinlərinə şəbixuni-sipahi-nəvaibdən əsəri-afət yetməz və məqami-təfviz bir hisni-mətini-mübrəmdir ki, mütəkkinlərinə hücumi-seylabi-hadisə tə’siri-afət etməz. Hər ayinə dövran bəzminün zəhri-müsibəti əhli-təslimə şəhdi-səfadür və fələki-cəlladın tiğisiyasəti ərbabi-təfvizə miftahi-gəncineyi-ətadür. Şe’r: Mə’nidə zəhrlə dolu bir şişədir sipehr, Andan pür eyləyüb qədəhi-mehri hər səhər Saqiyi-dəhr xəlqə bərabər dutar, vəli, Təhsin ana ki, etməyüb ol zəhrdən həzər Nuş edə öylə kim, şəhi-dünyavü din Həsən, Nəqdi-nəbi, çiraği-mələk, zübdeyi-bəşər. Pabəsteyi-səlasili-hüsni-rizayi-dust Sərməsti-nəş’eyi-meyi-xunabeyi-cigər. Bu məzmun məsturi-şərəfnameyi-"Şəvahid"dür, bəlkə mö’təqidi-əkabiri-ərbabi- əqaid ki, Həzrəti-İmam Həsən ikinci İmamdır ə’immeyi-isna əşərdən və künyəti-şərifi Əbu Məhəmməd və ləqəbi-lətifi Nəqi və tövfiqi-viladəti hicrətin üçüncü ilində Rəməzan ayının əvasitində Mədineyi-münəvvərədə vaqe’ oldu. "Səhifeyi-Rəzəviyyə" də məsturdur ki, Əsma binti-Ümeyşdən nəql olunub ki, demiş: "İmam Həsən viladətində mən qabilə idim. Ol afitabi-övci-sə’adət asimani-ismətdən füruzan olduqda və nihali-gülşəni-vilayət hədiqeyiiffətdən nəşvü nəma bulub fəzayi-vücuda gəldikdə Həzrəti-Rəsul vaqif olub, Fatimə hərəmsərasinə sayeyi-sə’adət buraxub, şahzadənün izarinə əmr etdi. Bən İmam Həsəni bir kəhrəbayi xirqəyə sarub xidmətinə gətürdüm. Həzrəti-Rəsul lütflə ayıtdı: "Ey Əsma, sənə kərratla demədimmi ki, bənim övladımi sarı xirqəyə sarma". Bən dəxi həsbülişarə anı bir kafurfam xirqəyə sarub mübarək əlinə verdüm, Həzrət ana təlqini-bangi-nəmaz edüb, Həzrəti-Əlidən sual etdi ki, "Bu tiflə nə nam tə’yin etdün?" Murtəza ayıtdı: "Ya Rəsulullah, övladın təsmiyəsində həzrətinə təqəddüm etməzəm, əmma xatirimdə bu idi ki, səlahişərəfin olsa Hərb [təsmiyə] edəm, ya Həmzə". Həzrət [m-Rəsul] buyurdu ki: "Hökmi-Xuda müqəddəmdür". Bu halətdə Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, [Həzrəti Əliyyi-Ə’la] [sənə] səlam irsal edüb buyurdu ki, Əli sənə Musaya Harun mənziləsindədür, anın oğlun Harun oğlunun ismilə mövsum et". Həzrət buyurdu ki, anın ismi nədür? Həzrəti- Cəbrail ayıtdı: "Şəbbər və Şəbbər siryani dilində Həsən deməkdür". Pəs həsbül-hökm ol məxdumzadənin ismi-şərifin Həsən etdilər. Rəvayətdir Ənəs bin Malikdən ki, İmam Həsən əşbəhi-övlad idi Həzərti-Rəsulullaha və "Səhifə"də Bən Ğarib nəqlilə məsturdur ki: "Gördüm bir gün Həzrəti-Rəsul İmam Həsəni köksünə alub buyurdu: "Əllahummə innə uhibbəhu fəəhibbihi", yə’ni bu şahzadəyi bən sevərəm, sən dəxi [sev]". Və dəxi buyurdu ki, "Bən bu şahzadəyi sevərəm və sevəni dəxi sevərəm". Əbu Hüreyrədən mənquldur ki, dedi: "Hərgiz İmam Həsənün rüxsari-şərifin görmədüm km, ləzzəti-fərəhdən çeşmimi çeşməçeşmə şadabi-sürur tökmədi. Bir gün Həzrəti-Rəsul məsciddə ibadətə məşğul ikən İmam Həsən hazır olub, kənari-şərifinə çıxıb gisuları ilə mülaibə edərdi; Həzrəti-Risalət rüxsarin rüxsarinə sürüb derdi: "Əllahummə əhibbəhu və əhibbə mən yühibbəhu". Şe’r: Məhi-gərduni-iffətü ismət, Həm Həsən namü həm həsənsirət. Əvvəlin gövhəri-xəzaneyi-cud, Axirin nəqşi-kargahi-vücud. Mətlə’i-nəzmi-Əhli-Beyti-Nəbi, Nuri-çeşmi-Məhəmmədi-ərəbi. Lə’li-nabi ki, ruhpərvər idi, Qeyrəti-şəhdü rəşki-şəkkər idi. Dövri-zalimdən oldu zəhraşam, Zəhr lə’lin qılub zümürrüdfam. Cigərin parə-parə qıldı anın, Əxgərini şərarə qıldı anın. Amm olub bir şərarənin əsəri, Bir cigər dağı oldu hər şərəri. Sünəni-Tirmizidə məsturdur İbn Əbbasdan ki, Həzrəti-Rəsul bir gün İmam Həsəni kətfi-mübarəkinə alub dışra çıxdı. Səhabədən biri ayıtdı: "Nə’əm əlmərkəbu". Həzrəti-Rəsul iltifat təriqilə ayıtdı: "Nə’əm ər-rakibu". "Şəvahid"də məsturdur ki, bir gün Həzrəti Rəsul məclisə gəlüb, İmami-Həsəni hazır edüb hüzzara ayıtdı: "Bənim bu xələfim seyyiddür və sərvərdür və əqrəb zəmanda bunun səbəbilə-islah ola iki güruhun arasında". Və övzəhi-dəlaili-fəzailiHəsən və Hüseyn bu yetər ki, Həzrəti-Rəsul buyurmuş ki, "Əl-Həsənu vəl-Huseynu seyyida şubbani-əhlül-cənnəti". Və kitabi-"E’lami-Vəra"da İbn Əbbasdan nəqldür ki dedi: "Bən Həzrəti-Rəsul xidmətində idim, Fatimə giryan-giryan gəlüb ayıtdı: "Ya seyyid, Həsən və Hüseyn hücrədən çıxub müddəti-qeybətləri imtidad buldu və Həzrəti-Əli hazır degil ki, mütalibət qıla, çarə nədür"? Həzrəti Rəsulullah ayıtdı: "Ey Fatimə, qəm çəkmə ki, Həzrəti-İzəd anların hifzinə bizdən övladır". Pəs, du’a qıldı ki, "İlahi, ol şahzadələri əgər dəryada isə zövrəqi-inayətlə kənara yetür və əgər səhrada isə bədrəqeyi-hidayətlə mənzilə gətür". Filhal Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, anlar əfazili-əhli-dünya və ə’azimi-əhli-üqbadır və validələri anlardan ə’ladür; heç ələm çəkmə, ol şahzadələr BəniünNəccar həzirəsində asayişdədürlər və Həzrəti-İzəd iki firiştə anlarun hifzinə müvəkkil edüb, balü pərlərin anlara ğita və fəraş edüb xidmətlərinə məşğuldürlər". Həzrəti-Rəsul ol həzirəyə rəvan olub, İmami-Həsəni götürdi və İmam Hüseyni bir firiştə götürüb gəlürkən Əbu Əyyubi-Ənsari firiştəyə ehsas etməyüb təsəvvür etdi ki, şahzadələrin ikisi dəxi Rəsulullahdədür. Təhəhhüm qılub ayıtdı: "Ya Rəsulullah, bu iki şahzadənin birin bənə ver bən götürəyəm ki, həzrətinizə səbükbarlıq hasil ola". Həzrəti-Rəsul ayıtdı: "Ey Əyyub, bunlar mükərrəmlərdür dünyada və möhtərəmlərdür üqbada. Validələri kəndülərdən əşrəfü əfzəl". Pəs, canibi-səhabəyə təvəccöh qılub ayıtdı: "Ey qövm, xəbər verəyim sizə cəddü cəddə cəhətindən əşrəf kimdür?" Dedilər: "Kimdir, ya Rəsulullah?" Buyurdu ki, "Həsən və Hüseyn ki, cəddləri Rəsul və cəddələri Xədiceyi-binti-Xüveyləddür, əşrəfi-qəbailiərəb". Dedi: "Xəbər verəyim valid və validə cəhətindən kimdür əşrəf?" Dedilər: "Kimdür?" Dedi: "Həsən və Hüseyn ki, validləri Əli İbn Əbi Talibdür və validələri Fatimə binti-Rəsulullah". Dedi: "Xəbər verəyim sizə ki, xalü xalə cəhətindən kimdür əşrəf?" Dedilər: "Kimdür? Dedi: "Həsən və Hüseyn ki, xalləri Qasim İbni-Rəsulullah və xalələri Zeynəb binti-Rəsulullah". Dedi: "Xəbər verəyim sizə əmmü əmmə cəhətindən kimdür əşrəf?" Dedilər: "Kimdür?" Dedi: Həsən və Hüseyn ki, əmmləri Cəfəri-Təyyar və əmmələri Ümmü Hani binti-Əbi Talib. Şe’r: Qandadur böylə bir şərəflü nəsəb, Mə’dəni-fəzli-izzü elmü ədəb. Sifəti-Həzrəti-Hüseynü Həsən Cümleyi-kainatədür rövşən. Ol biri paki-nəqdi-Mustəfəvi, Bu biri nuri-çeşmi-Murtəzəvi. Ol biri bədri-asimani-kəmal, Bu biri sərvi-cuybari-cəmal. Ol biri afitabi-övci-yəqin, Bu biri gülbüni-hədiqeyi-din. Hər biri bir hümayi-cilvənüma, Rəfə’əllahu iqtidarəhuma" Rəvayətdir ki, İbn Zübeyrlə səfərdə ikən bir gün nəxlistana yetdilər ki, nəxllərində əsəri-təravət qalmamışdı! Anda qərar dutub İbn Zübeyr arzu qıldı ki, nolaydı bu dirəxt[lərdə] rütəb zahir olaydı. Həzrəti-İmam Həsən ruyi-niyaz dərgahi-biniyaza dutub, du’aya iştiğal edüb duası icabətə yetdi. Filhal bir nəxl təravət peyda qılub rütəb zahir etdi. Bə’zi şəkkaklar anı sehrə həml etdikdə, Həzrəti-İmam ayıtdı: "Bu sehr degil, əmma əsəri-feyzi-Həzrəti-Rəsulullahdür". Əlqissə, ol şahzadələrə mənsub olan kəramatü vəlayat əhateyi-həsrə gəlməz və bu müxtəsərdə mərqum olmağa qabil olmaz". Şe’r: Həsən vəsfinə yoxdur həddü qayət, Vəfa qılmaz ana həsri-rəvayət. Sözü zikri-səfi hər əncüməndür, Dəlili-hüsni ol bəs kim, Həsəndür. Əmma raviyi-əxbari-cigərsuz və haviyi-əsari-qəmənduz bu təriqlə ol şəhzadeyi-aləmpənahun vəqayei-əhvalindən xəbər vermiş və bu sürudla zümzümeyi-əxbari-şəhadətin-məsami’i-əhli-ruzigara yetürmiş ki, çün Həzrəti-Şahi- Övliya səriri-xilafəti ol Həzrətə təslim edüb, əhkami-şər’iyyə nəfazın ana tövfiz etdi və növbəti-riyasəti-ümmət tədriclə ol padşahi-rif’ətdəstgaha yetdi, ol Həzrət şəraititə’ziyət ədasindən sonra xassü ammı cəm’ edüb, payeyi-minbəri qüdumi-şərifilə müşərrəf qılub, ol qaimməqami-Həzrəti-Mustəfa və nayibmənabi-Həzrəti-Murtəza lisani-bəliğ və zəbani-fəsihlə bir xütbə ağaz etdi və moizəsindən sonrə nida qıldı ki: "Ey sükkani-sərapərdeyi- hökmi-şəriət və ey hüzzari-xətireyi-təqvavü təharət, bənəm İbnül-bəşir, bənəm İbnül-nəzir, bənəm varisi-sultani-təxti-risalət, bənəm canişini-hakimi-mülki-vilayət. Cəddi-pakim sizi dinihəqqə də’vət etdi və validi-büzürgvarimdən sizə sə’adəti-hidayət yetdi. Hala bən dəxi sizi anların təriqinə ehda qıluram və mühəqqəq bilun ki, bana iqtida anlara ittibadür və bana müxalifət anlara imtina’dür". Bu hala müqarin Əbdullah İbn Əbbas ayağa durub ayıtdı: "Ey qövm, bu məxdumzadə fərzəndi-Rəsulullahdür, sizdən iqrari-təv’i-İmamət və izhari-bey’ət istər, nə dersiz?" Cəmi’i-hüzzari-məclis fəryad etdilər ki, "Səmi’na və ətə’na". Qaideyi-bey’ət təmam olduqdan sonra İbn Mülcəmi hazir edüb ayıtdı: "Ey bədbəxt, Həzrəti Əli sənə nə yaman etmişdi?" İbn Mülcəm ayıtdı: "Ey şəhzadə, olacaq vaqe’ oldu. İmdi əgər icazətin olsa, hakimi-Şam ki, məsnədinə sahibidə’vadür, anın qətlin qəbul edərəm". Həzrəti-İmam Həsən tətvilikəlama fürsət verməyüb bir zərblə ol pəlidi həlak edüb buyurdu ki, cəsədi-pəlidin ehraq etdülər. Ol canibdən xatir təsəlli etdükdən sonra nizami-mülkü millət və nəsəqiəhkami- dinü dövlət iştiğalında olub, əndək zəmanda otuz bin mücahid hey’ətə girdi və cəmi’yyəti-əsakirinüsrətmə’asir məsnədi-xilafətə rövnəq verdi. Şe’r: Buldu xurşidi-cəhantabi-xilafət irtifa, Şö’leyi-aləmfüruzu saldı hər canib şüa. Bu xəbərdən hakimi-Şam mütəzəlzil olub, altmış bin mübarizlə mütəvəccihi-zəbti- İraq oldu və Həzrəti-İmam Həsən qırx bin mücahidlə Kufədən çıxub istiqbal təriqilə Əbdürrəhman deyrin müxəyyəmi- xiyami-nüzuli-orduyi-hümayun qıldı. Ol mənzildən Qeys bin Sə’di iki bin namdarla təlieyi-sipahi-zəfərpənah edüb, kəndü mütə’aqib rəvan oldu. Mərhələmərhələ gedərkən sabatiMədainə yetdükdə istirahət təriqilə bir neçə gün təvəqqüf etdi. Çün şahzadə əksəri-övqatda zikr edərdi ki, "Bən ixtiyarla mürtəkibixüsumət olmazam və kimsə ilə səltənəti-dünya içün münaziə qılmazam", həvayi-nəhbü qarət üçün cəm olan ləşkər şəhzadənin təvəqqüfündən güman etdilər ki, anda müharibə meyli yoxdur. Bu əndişə əqidələrin fasid edüb, müvafiq ikən müxalif oldular və italeyiəyadi təğəllüb edüb cəmi’i-əsbabü cihazın yəğma qıldılar. Və Həzrəti şahzadə bə’zi xasla mütəvəccihi-Mədain olub, gedərkən Xəzrəc bin Dəhiyyə Əsədi ki, çoxdan mütərəssidi-fürsəti-azar olub kəmində idi, fürsət bulub şahzadəyə bir zəxm urub, bə’zi mülazimlər dutub anı parə-parə qıldılar. Əmma Həzrəti-İmam ol zəxmdən qayətdə münzəcir olub, Mədaində qəsri-əbəzi nüzuli-icmal ilə müşərrəf qılub, cərrahlar müalicəsinə iştiğal etdilər. Əlqissə, şahzadə müavinətinə və mütavi’ətinə e’timad etdügi əhli-Kufədə vəfa görməyüb "Əl-sulhu xeyrun" müqtəzasincə hakimi-Şamla bə’zi şürut üzərinə ki, təfsili anın mövcibi-məlaldür, müsalihə qıldu, Mədinəyə mütəvəccih oldu. Rəvayətdir ki, bir gün Əli bin Təmir Həmədani Mədinədə ol Həzrətə ayıtdı: "Ya İbn Rəsulullah, Müaviyə müsali-həsinə səndən riza münasib degildi". Cəvab verdi ki: "Ey Əli, biz gəncineyi-hikmət xəzanədarləriyüz və meydani-vilayət şəhsuvarləriyüz, bizə mə’lum olan sizə məsturdur və biz idrak etdiyimiz əsrar sizin idrakinizdən durdur. Hənuz iki canibdən cidalü qital üçün mühəyya olan ləşkərin və’deyi-xunrizi təvəqqüf və tə’xirdədür, vəqtsiz təvəccöhlərinə hakimi- Qəza riza verməz və xəl’əti-xunabə xəzaneyi-hikmətdən Hüseyni-məzluma verilmişdür, bənim iqdamımı zəmanə rə-va görməz. Ərseyi-heycada Hüseyn üçün səfi-qatil mürəttəb edən bəzmi-bəlada bənim üçün zəhrinabdan camiləbaləb mühəyya qılmışdur və Hüseyni-məzluma İraqda mülaziməti-Murtəza müqərrər olunduqda bana Mədinədə mülaziməti-Mustəfa müqəddər olmuşdur". Şe’r: Fərmanbərüz, müxalifətə yox macalımız, Hər hökm kim, olur Səmədi-karsazdan. İltər bəni Hicaza müqimi-İraq ikən, Ol kim sürür Hüseynt İraqa Hicazdan. Filvaqe’, hər əmr bir vəqtə məxsusdur və hər vəqt bir əmrə mütəə’liq. Bitəkəllüf əgər Müaviyənin mü’asiri Hüseyn olsaydı, səlahi-zəman müqtəzasincə müsalihə etmək müqərrər idi və əgər Yəzidlə İmam Həsən müqabilə qılsaydı, müqatilə etmək namüyəssər idi. Və hər birinün məqamı əzəldən müqəddər idi və bidayədən müqərrər. "Şəvahidün-Nübüvvət"də məsturdur ki, Həzrəti-Izəd Bəni-Ümməyə mülkin Həzrəti-Rəsula ərz etdikdə, Həzrəti-Rəsul gördü [əşrari-Bəni-Üməyyə] birbirinin əqəbincə minbərə çıxarlar. Bu halət ol Həzrətə düşvar gəlüb, mütəfəkkir olduqda təsliyeyi-xatir üçün sureyi-"İnna ə’təynakə’l-Kovsər" nüzul etdi ki, ibarətində olan "əlfi şəhrin"-Bəni Üməyyənin mülkinə müş’irdür; [və ətayiKövsər tənə’ümmati-aləmi-bəqadan müxəyyər] qərəz [bu] mülkifani əvəzinə onlara Hövzi-Kövsər verilmişdi. Və bir rəvayətdir ki, İmami-Həsən müsalihə etdikdən sonra Mədinəyə müraciət qıldıqda, ərbabi-ədavət təhriki-silsileyi-fitnədən təvəhhüm edüb, ol Həzrətin dəf’inə və rəf’inə iqdam edüb, bə’zi fəsad əhlinə əngiz etdilər ki, ol Həzrətin Bəsrədə vaqe’ olan əhibbasindan otuz səkkiz nəfər mö’mini-müvəhhidi bəhanə ilə qətl edüb, ənva’iqəbahət zühura gətürdilər. Həzrəti-İmam ol halətə ettila’ bulduqda, Əbdullah İbn Əbbas ilə mütəvəccihi-Diməşq olub, rəhgüzari Mosulə düşüb, Sə’d Mosuli[ki, Əmiri-Mosul idi] təşrifi-şərəfindən xəbərdar olub, istiqbala çıxub, nəhayəti-e’zazü ehtiramla xidmətlər qılub, şahzadə bir neçə gün anda istirahət görüb, andan müsafir olub diyari-Diməşqə yetdikdə valiyi-Şam əşrafü əkabiri-Şamla istiqbala gəlüb, kəmali-e’zazla şəhrə ötürüb mərasimi- xədəmatində mübaliğələr qıldı və Həzrəti-İmam xatirində olan qəziyyələri şərh edüb, münasib cavablar aldı. Əlqissə, xitteyi-Diməşqdən yenə Mosula müraciət qıldıqda bu növbət Sə’d mənzilinə nüzul etməyüb, Həsən nam bir aşinasının mənzilinə qədəm basdı və da’iyə qıldı ki, bir neçə gün Mosulda tərhi- iqamət buraxub istirahət bula. Güruhi-ə’da ki, həmişə mütərəssidifürsət idi, ol mizbanın əqidəsini və’deyi-mal ilə Həzrəti-İmamdan münhərif qılub, şişə-şişə zəhrlər irsal etdilər ki, mətu’matində və məşrubatində müyəssər olduqca məmzuc edüb verə. Ol bədbəxt üç növbət Həzrəti-İmama zəhr verdi, əmma bəqayimüddəti- həyat manei-tə’sir olub, əsəri təmam etmədi, əmma mövcibitəğəyyüriməzac olub təb’i-şəriflərin mükəddər edərdi və ol mizbanın əhvalina Həzrəti-İmam müttəle’ oldu, əmma izhar edüb infi’al verməzdi. Şe’r: Ah kim, dünyada bir yari-müvafiq qalmadı, Qəmgüsarü munisü qəmxarü müşfiq qalmadı. Və hər növbət ki, şahzadə təkəssüri-məzac peyda qılurdı, du’a bərəkatilə səhhətə mübəddəl olurdu. Mizban aciz olub surəti-hal [ol silsileyi-fəsad mühərriklərinə]’ərz etdi ki: "Üç növbət zəhr verdüm, əsər qılmadı". Bu növbət bir şişə-zəhri-həlahil irsal etdilər ki, əgər Həzrət istişmami-rayihəsin qılsa, fənadan aman bulmaz və əgər səfheyi-vücuda surətin çəksələr, nəsimi-həyat kainata güzər qılmaz. İttifaqən ol qasidi-ərbabi-məfasid gəlirkən istirahət üçün bir mənzildə, düşüb, məsti-xab olduqda bə’zi siba’ü bəhaim anı həlak edüb, bu hala müqarin Həzrəti-İmamın bir mülazimi gəlürkən ol məqtuli görüb və ol şişə və naməyi alub Həzrəti-İmama gətürdi. Həzrəti-İmam mütali’ə qıldıqda, mövcibi-xəcaləti-mizban olmasun deyü, pünhan etdi, əmma Sə’d Mosuli Həzrəti-İmamın rəngi-mübarəkin qəzəbdən mütəğəyyir görüb həqiqəti-məktubu sual etdikcə Həzrəti-İmam məşğuli-əhadisü təfasir olub, ol sirrin ifşasına rəğbət etməzdi. Aqibətül-əmr Sə’di Mosuli Həzrəti-İmamın müsəllayi-şərifi altından ol naməyi bir təqriblə alub mütaliə etdikdə, qayətdə müztərib olub, Həzrəti İmamdan icazətsiz məclisdən dışra anı hazır edüb ayıtdı: "Ey bədbəxt, Mustafa və Murtəza və Zəhradan sənə nə tə’əddi vaqe’ olmuşdu?" Ol bədbəxt ayıtdı: "Haşa, anlar məhzi-məkarimdürlər". Sə’d ayıtdı: "Ey bidövlət, bəs nə bais oldu ki, övladına qəsd edərsən?" Və ol namə və zəhri izhar etdi. Ol bədbəxt inkar etdikdə buyurdu ki, mülazimlər ənva’i-ihanətlə ol pəlidi həlak etdilər. Əmma Həzrəti-İmam münkəsir və münzəcir Mosuldan çıxub Mədinəyə təşrif buyurdu. İttifaqən Mərvani-Həkəm onda idi. Ol bədbəxt zahirən Həzrəti-İmama izhari-məhəbbət edərdi, əmma batində təriqi-’ədavətə süluk edüb, həmişə dəf’inün tədbirində idi. Bir gün Ənsunə nam bir dəllaliyə ayıtdı: "Ey Ənsunə, Cə’də bintiƏş’əs Həzrəti-İmam Həsənün hərəmi-möhtərəmidür və bilürəm ki, Həsənin mütə’əddid əzvaci olmağın xatiri anın tərəfindən cəm’ degil. Filvaqe’, heyfdir ki, ol hüsnü cəmala övqatı zaye keçüb, müddətiömründə ixtiyar və iqtidar bulmaya. Və mən istima’ etmişəm ki, Yezid bin Mü’aviyə kərratla zikr edərdi ki, anın təzvici bana ənsəbdür. Ey Ənsunə, əgər Cə’dənin mizacın İmam Həsəndən münhərif edüb bu mühümmi kifayət edəcək olsan, cəmii-muradın hüsulinə kəfiləm". Ənsuneyi-rusiyah ol əmri qəbul edüb, andan çıxub İmam Həsən sərayinə təvəccöh etdi. İttifaqən Həzrəti-İmam ol gün ixvanü ənsabla seyrə çıxmışdı. Cə’də tənha idi və Mədinədə Əsma ilə mə’ruf idi. Ənsuneyi-məl’unə ağazitəkəllüm qılub, hər canibdən müqəddimələr tərtib edüb, təqriblə izhari-müddəa qıldı ki: "Ey banuyi-mükərrəm, vey xatuni-müəzzəm, əlminnətü lillah, damənikəmali- cəmalın qübari-nəqsdən mü’ərra və cəmi’i əsbabi-kəmalun mühəyyadır. Hala sənün ol vəqtündür ki, həmişə silsileyi-cəm’iyyət müntəzəm olub məclisün eyşü işrətdən xali olmaya və mütləq nəsimi-təfriqə gülşənicəm’iyyətünə güzər qılmaya. Nə münasibdür bu ki, övqatın bir zahid həbaləsində sərf ola ki, əksəriövqatı ibadətdə sərf olub, guşeyimehrabi əbruyi-müqəvvəsdən əhsən bilə və dərəcati-minbərə silsileyi-zülfi-mü’ənbərdən yegrək təvəccöh qıla. Xüsusən ki, hər iki gündən bir məhbubəyə meyil edüb, təriqi-’əqdü təlaqa adət etmişdür və çox övrətlərə ələmi-müfariqəti yetmişdür". Cə’də ki, ol kəlimatı eşitdi və ol göftari-nasəvaba qulaq dutdu, münafiqzadə idi və abavü əcdadı Murtəza tiğilə dünyadan, getmişdi, lacərəm cibillətində olan əsəri-nifaq mütəhərrik olub, abavü əcdadının intiqamın almağa müttəsil müqimiməkməni- intizar idi, bu sözlərdən mütəəssir olub və intiqama fürsət bulub ayıtdı: ["Ey Ənsunə, təriqitədarük nədir?" Ənsunə ayıtdı:] "Ey xatun, mühəqqəq bilmiş ol ki, Yezid bin Mü’aviyə bu xidmət müqabiləsində səni mütəsərrifihökmixilafət edüb, müqəddəmi-xəvatini-hərəmsəra qılur, hala tədarük oldur ki, İmam Həsən dəf’inə iqdam edəsən". Cə’deyi-bivəfa Həzrəti-İmamın qəsdinə kəməri-kin bağlayub və Ənsunə ol mənzildən çıxub Mərvana surəti-hal ərz etdikdə Mərvan bir miqdar zəhr irsal edüb, Cə’də ol zəhri əngəbinə məmzuc edüb Həzrəti-İmama verdi. Həzrət ol əsəli-məsmum tənavülündən bihüzur olub, istifrağ edüb, rövzeyi-Rəsulullah üzərinə varub ərzi-niyaz etməklə şəfa buldu, əmma Cə’dəyə bədgüman olub anın mənzilinə tərəddüd etməz oldu. Bir gün dəxi təfəqqüdi-əhval təriqilə, Cə’dənün mənzilinə güzar etdikdə Cə’də ayıtdı: "Ya İmam, Mədinə xurmalığından bir miqdar rütəb gətürmişlər, rəğbət etməzmisən?" Həzrəti-İmam rütəbə rağib idi, buyurdu ki, gətür. Hazır olduqda Cə’dəyə əmr etdi ki, sən dəxi mürafiqət qıl. Cə’də məsmüm olmayan rütəbdən tənavül qılub, Həzrəti-İmam mülahizə qılmayub rütəbi-məsmumdan yeddi danə tənavül qıldı. Yenə mizaci-şərifi mütəğəyyir olub ayıtdı: "Ey Əsma, bu rütəbdən mizacım mütəğəyyir oldu, hikmət nədür?" Cə’də ənva’iüzrlə rəf’igüman edüb, Həzrəti-İmam andan çıxub yenə rövzeyiRəsulullaha ki, darüşşəfayi-əhli-dərddir, təvəccöh qılub şəfa buldu. Bir gün ixvanü ənsabın cəm edüb ayıtdı: "Ey əzizlər, bən bu şəhərə gəldigim zəmandan bu günədək bir dəm rahətdən dəm urmadum və bir sa’ət istirahət görmədüm. Səlahım oldur ki, Mosula varub, təbdiliabü həvadan təməttö’ bulam və dami-küdurətdən ola ki, azad olam". Pəs, İbn Əbbas və bə’zi xəvasla mütəvəccihi-Mosul olub və ol büq’eyi-mübarəkə yetüb tərhi-iqamət buraxdıqda avazeyi-vüsulimövkəbihumayuni Şamə yetüb, məhruseyi-Diməşqdə bir ə’ma var idi ki, düşməni- xanədani-Heydəri-Kərar idi, vüsuli-məqdəmindən xəbərdar olub, dili-pürkinə ilə Mosula təvəccöh qılub, növki-əsasın zəhrlə sirab edüb Həzrəti-İmamın mülazimətin ixtiyar etdi. Bir gün əsasın hər yerə basub tərəddüd edərkən İttifaqən növki-əsayizəhraludla Həzrəti-İmamın payi-mübarəkin məcruh qıldı qayətdə ki, Həzrəti-İmam ah edüb ayaqdan düşdü. Əbdullah İbn Əbbas və bə’zi müxlislər istədilər ki, ol bibəsirətə siyasət göstərələr. Həzrəti-İmam mane’ olub mürafi’əsin Qiyamətə buraxdı. Əlqissə, Mosulda rahət bulmayub, azaridəmadəm çəküb derdi. Şe’r: Dərda ki, dəmi dəm urmadım rahətdən, Qurtulmadım ənduhü qəmü möhnətdən. Hər büq’ədə kim meyli-iqamət qıldum, Ol büq’ə mükəddər oldu bir afətdən. Əlqissə, ol zəxmin müalicəsinə cərrahlar gətürdilər. Cərrahlar gördükdə ayıtdılar: "Bu zəxmün sinanın zəhrlə sirab etmişlər". On beş gün miqdarı tədbirlər edüb, şəhzadə ol zəxmdən nəcat buldu. Və ol ə’ma intiqamın alub, Mosuldan çıxub Diməşqə gedərkən Əbbas Əli üzərinə həvalə olub əsasın əlindən alub yenə ol əsa ilə ol məl’unu həlak etdi. Rəvayətdir ki, şəhzadə Mosulda dəxi qərar dutmayub yenə Mədinəyə mütəvəccih oldu, əmma Cə’dənin sərayinə tərəddüd etməyüb, anın küdurətin ziyadə qılmağın peyvəstə müntəziri-fürsət idi, ta ki, şəbi-cüm’ə Səfər ayının iyirmi doqquzunda bir miqdar əlmasi-sudə alub Həzrəti-İmam olan mənzilə mütəvəccih oldu və xatirində müqərrər etdi ki, əgər görsələr, izhari-şövqü təhəssür qıla və əgər görməsələr, müddə’asın hasil edüb bərmurad ola. Mənzərə üzərinə gəldikdə gördü ki, şəhzadə məşğuli-xab və ətrafü cəvanibdə olanlar qafil. Sakin-sakin balini-mübarəkin üzərinə gəlüb gördü su içdigi kuzənün ağzı məxtumdur, əlmasi-sudəyi kuzə üzərində olan hərir üzrə qoyub mütəhərrik etdikcə hərirdən keçüb suyə məmzuc oldu və ol bədbəxt sür’ətlə müraciət edüb mənzilinə getdikcə şahzadə bidar olub Zeynəbə ayıtdı: "Ey həmşireyi-əziz, hala vaqi’əmdə gördüm cəddimi, bana izhari-iştiyaq etdi. Bir miqdar su ver ki, atəşifəraqa təskin verəyim". Zeynəb ol kuzənin möhrün açub İmam əlinə verdikdə, Həzrəti-İmam ol kuzədən bir cür’ə nuş etdikdə əlmasi-sudə əczayi-cigərindən rişteyi-rabitəyi qət’ edüb parə-parə qıldı. Həzrətiİmam ayıtdı: "Ah, bu nə şərbəti-nasazgardı ki, dərunimə atəş buraxdı və bu nə cür’eyi-naxoşgüvardı ki, canü cigərim yaxdı". Həm ol saət Həzrəti-Hüseyni hazır edüb ayıtdı: "Ey bəradəri-əziz. Şe’r: Zəhri-qəmi-ruzigar kar etdi bana, Gör bu sitəmi ki, ruzigar etdi bana. Hər zülm ki, zimnində idi dövranın, İzhara gətürdi aşkar etdi bana. Məxfi və məstur olmaya ki, hala cəddimi vaqi’əmdə gördüm, əlimdən dutub rizayi-behişti bana ’ərz edüb buyurdu ki: "Ey fərzənd, bəşarət sənə ki, damibəladan nəcat buldun və möhnəti-zəmanədən xilas oldun, yarın bənim hüzurumdasan". Bidar olduqda, bu kuzədən bir şərbət su içdim, cigərim doğrandı, guya ki, zəmani-rehlətdir, həlal et". Həzrəti-Hüseyn giryan olub, ol kuzəyi əlinə alub istədi ki, imtahan üçün təcərrö’ edə. İmam yerə urduqda ol kuzə sınub, ol zəhr tökülüb, əczayi-ərziyyə tə’sirindən şax-şax olub cuşa gəldi. Əlqissə, şahzadənün cigəri-mübarəki yetmiş parə olub hülqi-şərifindən töküldü. Şe’r: Sərsəbz qıldı gülbüni-baği-vilayəti Sirabi-zəhri-nab qılub cövri-ruzigar. Ol səbz gülbün üzrə dili-parə-parədən, Qıldı bəhari-hadisə bərgi-gül aşkar. Ol dəm ki, afitabi-zərrinfam fələki-minafamda irtifa’i-məqam buldu, ol Həzrətin rəngi-mübarəki zümürrüdfam olub, ətrafinda olan əhibbadan sual etdi ki: "Rəngim nə gunədur?" Dedilər: "Səbzdür". Həzrəti-Hüseynə baxub ayıtdı: "Səddəqə Rəsulullah". Hüzzariməclis istifsari-məzmun etdikdə ayıtdı: "Cəddi-büzürgvarim bir gün buyurdu ki, rövzeyi-cinanda seyr edərkən əhli-aləmin birbir məqamların bana ərz etdilər. Iki qəsr gördüm, biri lə’ldən və biri zümürrüddən ki, şü’aləri afitabi-tabana tə’n edərdi. Rizvandan sual etdüm ki, bu qəsr kimlərə mənsubdur? Dedi: "Biri İmam Həsənün və biri İmam Hüseynindür". [Dedim] aya, ixtilafi-lövnə səbəb nədür? Rizvan xamuş olub bən mübaliğə qıldıqda Cəbrail ayıtdı: "Ya Rəsulullah, Rizvan şərm edər, bən ərz edəyim: qəsri-zümürrüdgun İmam Həsənə mütəəlliqdir, anınçün ki, vəqti-vəfat zəhr içüb, rəngizümürrüdfamla dərgaha gəlür və qəsri-gülrəng İmam Hüseynə mənsub, anınçündür ki, tiği-abdarla qərqi-xun olub behiştə təvəccöh qılur". Şe’r: Nəmi-tərəşşühi-zəhr ilə rəng qıldı ’əyan, Səfayi-səfheyi-ayineyi-üzari-Həsən. Məgər ki, cür’eyi-zəhr idi qətreyi-baran Kim, anda etdi ’əyan səbzə laləzari-Həsən. "Şəvahid"də məsturdur ki, İmam Həsən zəhr ilə mütəğəyyirül-hal olduqda Hüseyn sual etdi ki: "Ey məxdum, kimə gümanın gəlür?" İmam Həsən ayıtdı: "Ey bəradəri-mehriban, bən bildigimi sən dəxi bilürsən, əmma qəmmazlıq bizdən zahir olmaq münasib degil, həm səbr övla və ənsəbdir". "Fəslül-Xitab"da Xacə Parsadan nəqldür ki, Həsənə altı kərrə zəhr verdilər tə’sir etmədi, aqibət əlmasi-sudə əsər qıldı. Rəvayətdir ki, İmam Həsən ol sirri-nihanı araya buraxmayub, xəfada Cə’dəyə ayıtdı: "Ey yari-namehriban, vey banuyi-cəfakariazarrəsan, noldu ki, həqqi- xidmətim fəramuş qılub hörmətim dutmadın və cəddü babam hörmətin ri’ayət etmədin? Hala bən sənün mürafi’əni divani-həşrə buraxdum, dünyada səni rüsva etməgi münasib görmədüm və sənə azar yetirmədüm. Əmma bilmiş ol ki, hər murad üçün ki, bu şüğlə iqdam etdin isə, ol murada dəstrəs bulmazsan və hər kim üçün ki, bu zəlaləti qəbul etdün isə, andan bəhrəmənd olmazsan". Bu mü’atibədən sonra Həzrəti-Hüseyni və sair övladın və əshabın hazır edüb, təqva və təharətə vəsiyyət qılub, Ümm Gülsümə ayıtdı: "Ey həmşirə, Qasimi gətür". Qasim hazır olduqda əlindən dutub İmam Hüseynə təslim edüb ayıtdı: "Ey bəradər, filan qızını bu fərzəndimə verəsən və’dəsi irişdükdə". Bu hal Səfər ayının igirmi doqquzuncu gecəsində idi. Rəvayətdür ki, gecənin bir sülsü keçdikdə nərgisişəhlasın açub İmam Hüseynə baxub ayıtdı: "Ey Hüseyn, bu övladımi sənə tapşırdum və səni Vacibülvücuda". Və kəlimeyi-şəhadət zəbanimübarəkinə cari olub dövləti-bəqaya faiz oldu. Şe’r: Sərv qəddi çəməni-xüldə xuraman oldu, Hurü qılmana rüxi şəm’i-şəbistan oldu. Cövhəri-zatı olub ricsi-əlayiqdən pak, Məhrəmi-bargəhi-rəhməti-qüfran oldu. Gərçi ol xatiri-cəm’ ilə səfər qıldı, vəli, Dili-əhbab fəraqində pərişan oldu. Mərdümi-dideyi-ərbabi-nəzər əşk töküb, Nəmi-əşkilə könül evləri viran oldu. Cəmi’i-ixvanü əxəvat ağazi-tə’ziyət qılub, ol Həzrətə təchizü təkfin mürəttəb etdikdən sonra məqbəreyi-Bəqi’də cəddəsi Fatimə binti Əsəd mücavirətində dəfn etdilər. Və ömri-şərifi əsəhhi-əqavillə qırx yeddi ildir. Rəvayətdür ki, mərasimitə’ziyətindən sonra Mərvani-Həkəm əndişə qıldı ki, əgər Hüseyn İmam Həsən qatilin təfəhhüs edüb, şişeyi-zəhrü əlmas qissəsin mə’lum edəcək olursa, əhval müşkil olur; tədbir edüb Cə’dəyə e’lan etdi ki: "Ey qafil, Hüseyn surəti-halindən xəbərdar olub sənin tədarukundədir". Cə’deyi-bisə’adət "Əl-xainu xa’ifun" müqtəzasincə fil-hal fərar edüb kəndusin Mərvanun mənzilinə buraxdı və Mərvan ol bədbəxti iki nəfər qualm və üç cariyə ilə Şama irsal etdi və keyfiyyəti-halın hakimi-Şama ’ərz qıldı. Əlqissə, Cə’də diyari-Şama yetdikdə və xəbəri-vəfati-İmamiHəsən şiya’ bulduqda, valiyi-Şam buyurdu ki: "Dərü divari-Şamı siyah edüb, təmamiyi-əhli-məmləkət siyəhpuş olub, üç gün üç gecə mərasimi-tə’ziyət və şəraiti-müsibət əda qılalar". Qaideyimatəmdən sonra Cə’də həqiqəti-macərasın məxfi qılmayub bəyana gətürdi. Hakimi-Şam mütəəssif olub ayıtdı: "Ey bədbəxt, Xuda və Mustəfadan şərm etmədünmi, sən ki, nəqdi-Rəsulullaha bu qəbahəti rəva görəsən? Bənim oğlum söhbətinə nə layiqsən". Şe’r: Ey nihali-gülşəni-üsyan, bəladür hasilün, Məzhəri-zülmü sitəmdür cövhəri-naqabilün. Xanədani-iffətü ismət nə layiqdir sana, Məkməni-İblisdür daim xəyali-batilün. Və ol bədbəxt bu fe’ldən peşiman olub, üç gün xarü xabdan məhrum idi, derdi ki: "Aya, bu nə fe’ldi ki, bəndən sadir oldu və rəqəmi- "Xəsirə’d-dunya vəl-axirət" nasiyeyi-ə’malimə çəkildi və nəqşi- "Zalikə huvə’l-xusranül-mübin" səhifeyi-əhvalimda zahir oldu". Şe’r: Oldu siyah nameyi-ə’malım, ey diriğ, Təğyir buldu surəti-əhvalım, ey diriğ. Bən tairi-xətireyi-gülzari-qüds idim, Sındırdım öz əlimlə pərü balım, ey diriğ. Üç gündən sonra hökm oldu ki, əllərin və ayaqların bağlayub cəzireyi-Filə buraxalar. Rəvayətdür ki, cəzirə qürbünə yetdikdə bir tufan peyda olub, ol bədbəxti alub cəzirəyə buraxdı və minbə’d andan əsər görünmədi. Şe’r: Cəhan içində mücərrəbdür intiqami-zəman, Zəmanə yaxşıya yaxşı verür, yəmana yaman. Filvaqe, Həzrəti-İmam Həsən şəhadəti Hüseyni-məzluma nisbət bir müsibəti- ’üzma və hadiseyi-kübradür, zira mövcibi-istilayiə’dayi- bədfərcam və səbəbi-inhidami- şər’ və İslam olub, pərdeyi-məvasa və müdarayi çehreyi-əhvalindan götürdü və ləşkəri-ə’dayı sərhəddi-tüğyana yetürdi. Şe’r: Zəhri-ə’dadan Həsən şəhdi-şəhadət içmədən, Bulmadı ə’dayi-din fürsət Hüseyn azarinə. Ömrlər hər fitnə kim, pünhan edərdi ruzigar, Fitneyi-qətli-Həsən oldu səbəb izharinə. * * * Yeddinci bab. Həzrəti Sultan Hüseynin Mədinədən Məkkəyə təvəccöh etdigin bəyan edər Bu nüsxeyi-nami ki, müsaidəti-xameyi-siyəhruzigari-əşkbarla zühura gəlür və bu nameyi-girami ki, müavinəti-kilki-sərgəşteyibiqərardan təhrir alur, zəfərnameyi-sultani-Kərbəla Hüseyn İbn Əliyyi-Murtəzadür ki, dərd meydanından ələmi-ahi-cigərsuz çəkub və mərdümi-dideyi nəmdidədən qanlar töküb, cəm’iyyəti-cüyuşibəliyyati- mövfurə və ictimai-əsakiri-məsaibi-qeyriməhsurə ilə təsxiri-məmaliki-əltafi-sübhani etmiş və fəthi-əqalimi-’əvatifi-İlahi qılub, səltənəti-səriri təqdirdə dərəceyi-kəmalə yetmiş. Şe’r: Təalallah zəhi sultan ki, dərgahi-fələkqədri Mədari-dinü dövlət, qibləgahi-əhli-aləmdür. Ana olmuş müyəssər kəsbi-feyzi-dünyəvü üqba, Ana təsxir-mülki-surətü mə’na müsəlləmdür. Və müsibətnameyi-Yezidi-pürcəfadür ki, şəbistani-[qəflətdə] təhriki-həvayinəfslə, çiraği-tövfiqi-sə’adəti intifa bulmuş və seyliNili- zəxarifi-dünyayla binayi-imanü İslami viran olmuş. Şe’r: Zəhi nadan ki, qədrin bilməyüb tövfiqi-İslamın, Məta’i-faniyi-dünyaya vermiş nəqdi-imanın. Təvəccöh həşr divaninə qılmış mülki-dünyadan, Tirazi-nameyi-ə’mal edüb məzlumlar qanın. Filvaqe’, əbdanından müfariqət edən ərvaha müşahideyi-əhvalidünya mümkün olsa və nüfusi-insaniyyə inhilali-bədəndən sonra ümuridünyaya ettila’ bulsa mə’lumdur ki, Həzrəti-Hüseyni-Əli çəkdügi cəfalərdan hasil etdügi sə’adətlə zəman-zəman məhzuz olub tərviciməzar və tə’zimi-övlad və təksirimənaqibü mədayihdən Qiyamətədək nə miqdar təməttö’ olur və Yezidi-pəlid etdügi əməl cəzasın görüb, ləhzə-ləhzə təcəddüdi-lə’nət və tə’əddüdi-ənva’i-ihanət və təcərrö’izəhriməzəmmətdən nə bəlalarla mütəəllim olur. Şe’r: Dari-dünyada bu yetər olara, Əsəri-cənnətü nişani-cəhim. Məhşər olduqda xud müqərrədir, Ne’məti-baqivü ’əzabi-’əzim. Həqqa ki, Hüseyni-şəhidün zikri-vaqieyi-şəhadəti-mövcibitəcdidi- kəmaliixlasu e’tiqad olmağın eyni-ibadətdür və məzlumiKərbəlanın təkrari-vəqaye’imüsibəti baisi-tənbihi-əhli-qəflət olduğu səbəbdən kəmali-sə’adətdür. Şe’r: Hər kim ki, zikri-vaqieyi-Kərbəla ilə Bir natəvanın eyləyə çeşmini əşkbar, Gülzari-izzü cahini sərsəbz qılmağa, Ol çeşmi-əşkbar yetər əbri-növbəhar. Əgərçi zikri-vaqi’eyi-Kərbəla təqrir edən zəbani-növhəsəra bərqi-ələmdən bir şö’leyi-cansuzdur və keyfiyyəti-əhvali-şühəda təhrir edən xameyi-məlalətfəza kəmani-küdurətdən bir navəkidilduzdur, əmma ol şö’leyi-cansuz zəbanə çəkdükdə sineyi-ərbabiməhəbbətdən qeyri mövqidi-iltihab bulmaz və ol navəkidilduz pərvaza gəldükdə dili-əshabi-vəfadan qeyri nişanə qılmaz. Şe’r: Tök ey müjgan, cigər qanın ki, gəldi giryə həngamı, Gəl ey əşki-rəvan kim, getdi eyşü işrət əyyamı. Gətür təqrirə bir-bir ruzigarın surəti-halın Ki, bilsünlər nədür dünyayi-dunpərvər sərəncamı. Nüsxeyi-"Şəvahidün-nübüvvət"də məsturdur, bəlkə cümleyi-aləmdə məşhurdur ki, Həzrəti Hüseyn bin Əliyyi-Murtəza üçüncü İmamdür əimmeyi-isna ’əşərdən və künyəti-şərifi Əba Əbdullah və ləqəbi-mübarəki Zəki və Şəhid və Sibt olub, sə’adəti-viladəti Mədinədə hicrətün dördüncü yilində Şə’ban ayının beşinci günündə seşənbə güni vaqe’olmuş. Rəvayətdir ki, nihali-xilqətləri gülşəni-sə’adətdə zühura gəlüb həqiqeyi-fəzayi- vücudu müzəyyən qıldıqda, müjdeyi-təşrifi-qüdumu Həzrəti-Rəsula yetüb, ol Həzrət iştiyaqi-təmamla Fatimə hərəmsərasinə sayeyi-iltifaq buraxub, Əsma binti-Ümeyşə ki, qabilə idi, ol cövhəri-qabili Həzrəti Seyyid hüzurinə gətürdikdə ol Həzrət Əli ibn Əbi Talibə ayıtdı: "Ya Əli, bu fərzəndi-səadətməndi nə ismlə mövsum edərsən?" Murtəza Əli ayıtdı: "Ya Rəsulullah, haşa ki, bən bu məsləhətdə Həzrətinə təqəddüm edəm. Səlahım sənin səlahındır, əmma xatirimdə bu idi ki, Həzrətinizlə müşavirət edüb, ismin ya Hərb, ya Cəf’ər edəm". Həzrəti-Rəsul ayıtdı: "Bən dəxi bu təsmiyədə Vacibülvücuda sibqət etməzəm". Bu hala müqarin Cəbrail nüzul edüb səlam verüb dedi: "Ya Rəsulullah, bu tiflün dəxi ismin Harun Nəbi oğlunun isminə müvafiq Şəbir eylə. Şəbir lüğəti-Yunanda Hüseyndür". Pəs, həsbüləmr ismimübarəkin Hüseyn etdilər. Tədriclə ol Həzrətin afitabi-rif’ətləri gündən-günə asimani-vilayətdə dərəceyi-irtifa’ bulub və hilali-fitrətləri xurşidi-risalətdən iqtibasi-ənvabi-feyt etməklə mahi-təmam olub cami-cəmi’i-fəzaili-surivü mə’nəvi oldu və hər fəzilətdə iqtidari-təvəffüq və hər mə’nidə e’tibari-kəmal buldu. Filvaqe’, nə fəzilət bundan ziyadədür ki, məcmu’i-məşahiri-əimməvü əkabiri-sadat anun nəslindən olub silsileyi-siyadət ana mərbut ola və nə mərtəbə andan əfzundur ki, təcdidi-tə’ziyəsindən Qiyamətədək həqiqəti-həqqü batil təmyiz bula. Əlhəq, bir nihali-xücəstə ki, xakitinəti-Zəhradan baş çəküb, zülali-cuybari- şəfqəti-Murtəzadan və nəsimi-iltifati-Mustəfa ilə nəşvü nəma bulmuş ola, mə’lumdur ki, aqibət nə bar verür. Və bir gövhər ki, sədəfi-bətni-Fatimədən, nisani-kəmali Murtəzadan zühur bulub dəryayi-intisabi-Rəsulullahda hasil olmuş ola, yaxındı ki, bazari-həqiqətdə nə qiyamət bula. Şe’r: Gər qələm olsa qamu əşcarü dəryalar midad, Gəlməyə təfsillə təhrirə övsafi anın. Gər ədu həm kami-dil buldiysə11 qətlindən nola, Cümləyə məftuhdi əbvabi-əltafi anın. Lacərəm hər cəhətdən zati-şərifi iqtizayi-kəmal etməgin bəlavü möhnətdə dəxi rütbeyi-kəmalın görün və məqami-şiddətdə dəxi ülüvvi-mərtəbəsin mülahizə qılun ki, cəmi’i-ənbiyavü övliyadan mümtaz bimü’avinü müzahir yetmiş iki zəxmi-mühlik ilə igirmi iki bin zalim arasında cidal edüb və fövtiənsabü övlad ana iztirab verüb, əczü istiğasəyə bais oldu və nə təfriqeyi-’əyal və cəzə’i-ətfal və təkəddüri-əhval anı iztiraba salub əqidəsi təğəyyür buldu. Rəvayətdir ki, ol Həzrətin xəbəri-şəhadətin Həzrəti-Rəsula Cəbrail kərratla yetürmişdür və əxbari-müsibətin dəfə’atla gətürmişdür. Ol cümlədəndür bu ki, ol məzlumun viladətindən müqəddəm Ümmül-Fəzli- Haris bir gecə vaqiəsində gördü ki, Həzrəti-Rəsulun ə’zayişərifindən bir miqdar kəsüb anın kənarına buraxdılar. İztirabla yuqudan bidar olub, Həzrəti-Rəsul xidmətinə varub surətivaqiə’yi etdükdə, Həzrət buyurdu ki, ey Ümmül-Fəzl, Fatimə hamilədir bir xələfi-salehə və ol bənim cigərguşəmdür, ənqəirb mütəvəllid olur, sən dayəsi olursan. Rəvayətdir ki, əyyami-tüfuliyyətdə bir gün Həzrəti-Rəsul ol mə’sumu kənarinə alub, yüzün yüzünə sürüb, şəhzadəyə təqazayiİraqət zahir olub qətəratindən bir rəşhə Həzrəti-Rəsulun daməni-’ismətinə irişdi. Ümmül-Fəzl ol vaqi’ədən əsəri-infi’al peyda qılub ol məzlumu ünflə Həzrəti-Rəsulun kənarindən aldı bir növ’lə ki, təb’inaziki münzəcir olub giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey ÜmmülFəzl, nişə cigərguşəmi ağlatdun? Müqərrərdür ki, bu qətrənin küdurəti əndək suyla zail olur, əmma bu məzlumun küdurəti-xatirindən xatirimə yetən küdurət dəryalarla zail olmaz". Bu hala müqarin Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, sən Hüseynin bir qətreyi-abi-didəsi tökülməkdən mükəddər olursan, Kərbəlada ə’zasindən yüz çeşmə açılub bir-birindən seyli-xun axdığın görsən halın nolur?" Həzrəti Rəsul mütəəllim olub giryan oldu. Şe’r: Vəh ki, şahi-Kərbəlanun möhnətin izhar edüb, Matəmindən göstərür hər yildə dövran bir bəhar. Ol bəharın laləsi xunin cigərdür çak-çak, Bərqi ahü rə’di əfğan əbri çeşmi-əşkbar. Və ol cümlədəndür bu ki, bir gün nəvidi-nişati-eydlə xəlqi-aləm xürrəm və əsbabi-cəm’iyyəti-aləm fərahəm olmuşdu. Şəhzadələr ittifaqla Həzrəti-Rəsul xidmətinə müşərrəf olub təzərrö’lə ərz etdilər ki, ey seyyidi-kainat, övladi-əkabiri- Qüreyş əlbiseyi-müləvvəni-müccəddədlə mübahat edərlər. Biz dəxi ki, şəcəreyi-bustani-vilayətüz, növbəhari-iltifatindən xəl’əti-mücəddəd iltimas edərüz. Həzrət bu əndişə ilə mütəvəccihi-dərgahi-İlah ikən Cəbrail nüzul edüb behiştdən iki hilleyi-kafurgun gətürüb, birin Həsənə və birin Hüseynə namzəd qıldı. Şahzadələr ol xəl’ətləri rəngdən sadə görüb təzərrö’ etdilər ki, bizüm xəl’ətümüz müləvvən gərək. Həzrəti Rəsulullaha Cəbrail ayıtdı: "Bu daiyə səhldür, ya Rəsulullah, buyur su gətürsünlər bu xəl’ətlər üzərinə tökəyim. Sən yədi-qəmərşikafla tə’sir et, şahzadələr lövn ixtiyar etsünlər". Ol əmrə şüru olunduqda Həzrəti-İmam Həsən ayıtdı: "Bana xəl’əti-zümürrüdfam mətlubdur". Həzrəti-İmam Hüseyn ayıtdı: "Bana cameyi-laləgun mərğubdur". Filhal eşitdikləri kibi müyəssər olub, xəl’ətlərin geyüb şad olduqda Cəbrail giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey sərxeyli-məlayik, bənim övladım nişatı səni məhzun etmək bir hikmətdən xali degil". Cəbrail ayıtdı: "Ey Seyyid, məgər şəbi-Me’rac behiştdə gördügün qəsrləri unutdun ki, İmam Həsənin qəsri zəbərcədgun və İmam Hüseynin qəsri lə’lfam idi. Bu xəl’ətlər lövni dəxi ol mə’niyə işarətdür, zira İmam Həsən zəhr içüb, hiyni-vəfat rəngi-mübarəkt zümürrüdfam olub və İmam Hüseynin rüxsareyişərifin xunabeyi-cigər laləgun qılur". Şe’r: Saqiyi-dəhrün iltifatı budur Ki, Həsən sağərinə zəhr tökər. Çərx cəlladının budur hünəri Ki, Hüseyni-şəhidə tiğ çəkər. Və ol cümlədəndür bu ki, İmam Təbəri "Təfsiri-Kəbir"də məstur etmiş ki, cümleyi-səhabədən Dəhiyyə nam bir pakizə-surət kimsə əksəri-övqat ticarətə gedüb-gəldikdə Həzrəti-Rəsul xidmətinə hədiyyəsiz gəlməzdi və töhfəsiz olmazdı və şahzadələr mö’tad olmağın hərgah ki, Dəhiyyə hazır olurdu, hər canibdən astinü giribanına əl urub hədiyyə təvəhhüs edərlərdi. Bir gün Cəbrail Dəhiyyə surətində Həzrəti-Rəsulla müsahibət edərkən şahzadələr gəlüb, Cəbraili Dəhiyyə təsəvvür edüb, bitəkəllüf kənarına çıxub astinü giribanına əl uzatdılar. Həzrəti-Rəsul ol hərəkətdən infi’al bulub mən’ etmək sədədində ikən Cəbrail ayıtdı: "Ya Rəsulullah, bunlara mane’ olma və hərəkətlərin bana nisbət tərkiədəb mülahizə qılma ki, bən bunların xidmətkariyəm. Və çox vaqe’ olmuşdur ki, Həzrəti-Fatimə təhəccüd nəmazından sonra mütəvəccihi-xab olub, bunlar ağazi-giryə qıldıqda, Həzrətiİzzətdən bana fərman yetübdür ki, bunların gəhvarələrin təprətüb giryələrinə təskin verəm, ta Fatimə bidar olmaya və müjdeyi-sədasın bunların səm’i-mübarəklərinə bən yetürmişəm və hala kənarıma çıxub astinü giribanıma əl ursalar, əcəb olmaz, əmma heyrətdəyəm ki, aya bu təcəssüsdən nədir müradları?" Həzrəti-Rəsul ayıtdı: "Səni Dəhiyyə təsəvvür edərlər və Dəhiyyə hazır olduqca bir hədiyyədən xali olmazdı". Filhal Cəbrail yədi-iqtidarla behiştdən bir xuşeyi-əngur və bir ənar gətürüb anlara verdikdə tənavül tədarükündə ikən bir sail avaz yetürdi ki: "Ey Əhli-Beyt, bana ol əngur və ənardan nəsib həvalə qılun". Həzrəti-Rəsul kərimifitri müqtəzasincə hissə vermək istədikdə Cəbrail mane’ oldu ki, "ya Rəsulullah, bu sail İblisdir. Miveyi-behişt ana həram ikən hiylə ilə tənavül etmək istər". Əlqissə, İblis məmnu’ olub, şahzadələr meyvə tənavül etməgə iştiğal etdikdə Cəbrail giryan olub ayıtdı: "Ya Rəsulullah, bu iki şahzadənin birin zəhrlə və birin tiği-qəhrlə şəhid edələr və bunların müsibəti sənə mövcibi-rif’əti-məzilət vaqe’ ola". Şe’r: Əgərçi əqrəbi-övladı qətlinin xəbəri Rəsul həzrətinə ə’zəmi-məsayib idi. Vəleyk faidə ol ə’zəmi-məsayibdə, Əcəlli-mənzilətü əşrəfi-məratib idi. Ərəbiyyə: İnnə fil-cənnəti nəhrən min ləhəbin, Li-Əliyyun və Hüseyn və Həsən Ol cümlədəndür bu ki, bir gün Cəbrail Həzrəti-Rəsul xidmətinə gəldikdə İmam Hüseyn ol Həzrət kənarında olub, rüxsari-mübarəkindən öpüb nəvaziş qılurkən Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu fərzəndi-sə’adətməndi sevərmisən?" Həzrəti-Rəsul ayıtdı: "Nə’əm ovladna akbadəna". İttifaqən Həzrəti-Hüseynin gərdəni-lətifində rişteyi-həmayildən bir əsər zahir olmuşdu. Cəbrail ana baxub, mütəəllimü mütəəmmil olub, Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bu riştə əsərindən sərrişteyi-məlalət dutduğunda hikmət nola?" Cəbrail ayıtdı: "Ya Rəsulullah, ənqərib dəşti-Kərbəlada bu məzlumun fərqi-mübarəkin ol riştə əsərindən qət’ edüb, ana cəfalar qılalar". Şe’r: Kərbəla dəştinün avarələrin yad qılub, Əxtəri-əşk töküb gərdişi-gərdun ağlar. Çərxdən ağlama, zalim deyü, ey qafil kim, Çərx bu vaqiə’də cümlədən əfzun ağlar. Və ol cümlədəndür bu ki, bir gün Cəbrail Həzrəti-Rəsulla müsahibətdə ikən Hüseyn hazır olub Həzrəti-Rəsul kənarında qərar dutdu. Cəbrail ayıtdı: "Ya Rəsulullah, ənqərib bu fərzəndi-dilbəndüni qətl edələr". Həzrəti-Rəsulullah ayıtdı: "Ey Cəbrail, bu əmri-qəbih kimdən sadir ola?" Cəbrail ayıtdı: "Ümməti-bivəfalərindən zühura gələ". Və canibi-Kərbəlaya işarət qılub və bir qəbzə xak alub Həzrəti-Rəsula verdi ki, "bu xak anın məqtəlindəndür və anın qanıyla rəngin olacaqdır". Şe’r: Ol lə’lparə dərdi əgər qılmasaydı kar, Fərqinə urmaz idi zəmin səngi-kuhsar. Gər olmasaydı vasiteyi-matəmi-Hüseyn, Seylabi-əşk axıtmaz idi çeşmi-çeşməsar. "Şəvahidün-nübüvvət"də məsturdur ki, Hüseyni-şəhid sinədən ta kəfi-pay şəbih idi Rəsulullaha və Həsən fərqdən ta sinə. "Sünəni-Termezi" də məzkurdur ki, Həzrəti-Rəsul buyurmuş ki, bən Hüseyndənəm və Hüseyn bəndən. Izədi tə’ala sevsin anı ki, Hüseyn sevər". Rəvayətdir ki, bir gün Həzrəti-Rəsul səhabə ilə bir küçədə gedərkən cəm’iətfal gördü, ol cəm’dən bir tifli dutub, əlin öpüb nəvaziş qıldı. Sual etdilər ki, "ya Rəsulullah, bu iltifatinlə sərəfraz olan tiflirəşid nə qərabətlə və nə nisbətlə mərhəmətinə məzhər vaqe’ oldu?" Həzrəti-Rəsulullah ayıtdı: "Bu tifl bir gün bənim Hüseynimlə müla’ibə edüb, xaki-qədəmin gözlərinə sürərdi. Ol gündən bu tiflə məhəbbət buraxmışam və ana və anasına və atasına şəfi’ oluram". Şe’r: Əsəri-xidməti-Hüseyni-Əli Səbəbi-dövlətü səadətdir. Rəhi-eşqində tərki-can etmək Mövcibi-rütbeyi-şəhadətdir. "Şəvahidün-nübüvvət"də məsturdur ki, bir gün Həsən və Hüseyn Həzrəti- Rəsul hüzurunda müsari’ə edərlərdi və Həzrəti-Rəsul derdi: "Ya Həsən, dut Hüseyni". Fatimə hazır idi, ayıtdı: "Ya Rəsulullah, Həsən bəradəri-əkbərdür. Əcəb ki, əsğərə həvadarlıq münasib ikən əkbərə mü’avinət qılursan?" Həzrəti- Rəsulullah ayıtdı: "Ey Fatimə, Cəbraili-Əmin Hüseynin müavinətindədür". Və "Üyunür-Riza"da Hüseyn bin Əlidən nəqldür ki, bir gün cəddi-büzürgvarım xidmətində idim və Əbi İbn Kə’b anda hazır idi. Həzrəti-Rəsul buyurdu ki: "Mərhəba və həyyən bikə ya Əba Əbdəllahi, ya zəynə’s-səmavati vəl-ərzi". Əbi İbn Kə’b ayıtdı: "Ya Rəsulullah, asimanü zəminə səndən qeyr zinət varmı?" Həzrəti-Rəsul buyurdu ki, ey İbn Kə’b, ol mə’bud həqqiçün ki, bəni [übbadinə] həqlə irsal etdi ki, Hüseyn bin Əli netə ki, zivəri-mərkəzi xakdür, andan ziyadə zinnəti-səhayifi-əflakdır. Həqqa ki, ismi-şərifi zil’ieyməniərşdə misbahi-hüda ibarətilə yazılmışdur. Və İbnül-Həsən isnadi-Əbi-Əvaidlə nəql etmiş ki: "Həzrəti Rəsul buyurmuş ki, Həsən və Hüseyn iki güşvareyi-ərşdirlər və ol zəmanda ki, Həzrəti-Izzət behiştə[xəl’əti] xilqət verdi, [buyurdu ki,] sən məskəni-məsakin olsan gərək. Behişt zəbani-halla göftara gəldi ki, ya Rəb, səbəb nədür ki, bəni miskinlərə və dərvişlərə məskən edərsən? Nida gəldi ki, ey behişt, bu sə’adətə razı olmazmısan ki, ərkanını Həsən və Hüseynlə müzəyyən edəm?" Behişt ol müjdəyə mübahat edüb ayıtdı: "Rəzəytu rəzəytu". Zəhi səadətməndlər ki, güşvareyi-ərş və zinətiərkani- behişt olalar və bargahi-qürbdə bu miqdar rif’ətü mənzilət bulalar. Şe’r: Asimani-qədrü kani-lütfü baği-elmdən İki əxtər, iki gövhər, iki sərv olmuş ’əyan. Cümleyi-xəlqi-cəhandan bula bilməz bir bədəl Bu birinə ol birindən qeyri əqli-xürdədan. "Kənzül-qəraib"də məsturdur ki, bir gün bir ə’rabi HəzrətiRəsula bir ahu bərrə hədiyyə gətürdi və Həzrət anı Həsənə lütf etdi. Və İmam Hüseyn andan vaqif olub, Həzrəti-Rəsul xidmətinə gəlüb ayıtdı: "Ya cəddah, bana dəxi bir ahu bərrə gərək". Və heç bəhanə ilə təsəlli bulmayub giryəyə ağaz etdi. Həzrəti- Rəsul mütəfəkkir ikən gördü ki, səhradan bir ğəzalə bəççəsin önünə buraxub tə’cillə gəlür. Həzrət-Rəsulullah hüzuruna yetdükdə zəbani-fəsihlə ayıtdı: "Ya Rəsulullah, İzədi-tə’ala bana iki bəççə kəramət qılmışdı, birin səyyad dutub, biri bənimlə qalmışdı. Rizainə məşğul ikən nida gəldi ki, ey ğəzalə, bir fərzəndin Həzrəti-İmam Həsənə vasil oldu və hala Hüseyni- məzlum Həzrəti-Rəsuldan ahu bərrə tələb qılub, giryə ağaz etdi. Təvəqqüf etməyüb, bu fərzəndini dəxi anın xidmətinə yetür və bu qübari-kudurəti anın könlündən götür, yoxsa seyli-əşki binayi-ərşə təzəlzül salur və əsəri-məlaləti məlaikəyi bitabü taqət qılur". Həzrəti-Rəsul ol xəbərdən məsrur olub, ahu bərrəyi İmam Hüseynə verüb xatirin təsəlli etdi. Ey əzizlər, məlaikeyi-asiman və vühuşi-ərz rəva görmədilər ki, bir qətrə əşki rəvan ola. Aya, anlar ki, rüxsarın qərqeyi-xunab etdilər, nə cəvab verərlər? Şe’r: Ey əhli-kin, nəbivü vəli busəgahını, Xunabi-nab qərqəsi etmək rəvamıdur? Qət’i-təəllüq eyləmək Ali-Rəsuldan, Biz ümmətüz deyənlərə şərti-vəfamıdur?! İmam Nəcməddin ol Həzrətin hüsni-sirətində gətürmiş ki, "əl-kaziminə’l-qəyzə və’l-afinə əni’n-nasi və’llahu yuhibbul-muhsinin" məzmunu ana məxsusü mənsubdur. Zira bir gün əşrafi-Qüreyşlə bir maidə üzrə hazır ikən bir məmluk xidmətkari bir zərfi-məmlüv məclisə gətirürkən əlləri titrəyüb, ol tə’ami-gərm şahzadənün fərqi-mübarəkinə töküldükdə, Həzrəti-İmam tə’diblə xidmətkara baxdıqda xidmətkar təvəhhüm edüb zəbaninə bu cari oldu: "Əl-kaziminə’lqəyzə". Həzrətiİmam təbəssüm edüb ayıtdı: "Kəzmu qəyzin" etdim". Xidmətkar ayıtdı: "Vəl-afinə əni’-nas". Həzrəti-İmam ayıtdı: "Əfv qıldım". Xidmətkar ayıtdı: "Vəllahü yuhibbul-muhsinin". Həzrəti İmam ayıtdı: "Səni malımdan azad etdüm və mə’işətin kəndü zimmətimə lazım qıldum". Hüzzariməclis bu vaqi’ədən mütəhəyyir olub insaf etdilər. Cənab-Xaceyi-Parsa "Fəslül- xitab"da həman bu miqdar gətürmiş ki, Həzrəti-Rəsulun üzvi-mübarəki olan cigərguşə-lərə bu nə’t yetər ki, "İnnəma yuridullahu li-yüzhibə ənkumu’r-ricsə əhləl-bəyti və yutəhhirəkum təthirən" anların şə’nindədür. Şe’r: Mədhi-Hüseynü vəsfi-Həsən qılsalar tələb, Xətmi-kəlam edüb qılalım müxtəsər sözü. Ol iki bərgüzideyi-dövri-zəmanədür İki cəhan pənahı, cəhanın iki gözü. Və "Məsabihül-qülub"da məsturdur ki, Cəbrail behiştdən bir ənar, bir sib və bir beh gətürüb Həsən və Hüseynə verdi. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşələr, bu meyvələri validü validə hüzurinə ilətüb ittifaqla tənavül qılın. Əmma hər birindən bir miqdar zəxirə edin". Rəvayətdir ki, ol qaidə üzərinə hər gün tənavül edüb bir miqdar zəxirə etdükdə yenə dürüst olurdu. Fatimə dünyadan getdükdə ənar qayib olub, Murtəza dari-üqbaya intiqal etdükdə beh dəxi mə’dum oldu. Əmma sib Həzrəti-Hüseynlə qalub, dəşti-Kərbəlada anınla qət’i-ətəş qılurdı və ol Həzrət şəhid olduqda ol dəxi qayib oldu. Həzrəti-İmam Zeynəlabidindən nəqldir ki, ixlasla HəzrətiHüseynin türbətin ziyarət qılan ol sib rayihəsin istişmam edər. Şe’r: Ey xoş ol dərgahi-ərşasayi-aliqədr kim, Xaki-pakindən məşami-can alır buyi-behişt. Həbbəza, ol mərqədi-əşrəf ki, xaki-pakinin, Təşneyi-cüllabi-vəslidür ləbi-cuyi-behişt. Çün övsafına ol padişahın nihayət yoxdur və anın mənaqibü məhamidi çoxdur və bu müxtəsərdə qərəz iradi-keyfiyyəti-əhvaliKərbəladür, tətvilikəlamdan ehtiraz edüb, məqsudü mətluba rücu’ etmək övladür. Çəmənarayi-hədayiqi-hüznü məlal və bağü sərayi-riyaziinqilabü ixtilal bu rənglə ğərsi-nihali-izhari-hal etmiş və bu həvayla cuybari-təhrirə zülali-rəvayət yürütmüş ki, çün Mü’aviyə bin Əbi Süfyan məsnədi-hökumətdə dərəceyi-istiqlal buldu və müxalifsiz və münazi’siz riyasəti-mülkə müstövli oldu, istiqaməti-mülk və istidaməti-hökm üçün istid’a qıldı ki, Yezidi əyyami-həyatında vəli’əhd edüb, səriri-səltənətə nəsb edə və ol zalimi naibmənab[edüb] dünyadan gedə. Pəs, tədriclə tərtibi-müqəddəmat edüb, ətrafü cəvanibə məkatibü mərasil göndərüb, cəmi’i-əkabiri-Şam və İraqdan bey’ət aldı. Ribqeyi-bey’ətdən xaric həman ə’izzeyi-Hicaz qaldı. Və bu məsləhət üçün kəndü bizzat ol diyara getdi və anların dəxi əksərin hər nə vəch ilə varsa razı etdi. Əmma dörd kimsənə bu surətdən imtina’ edüb, daireyi-bey’ətə girmədilər və Yezidin xilafətinə qət’ən riza vermədilər. Biri Hüseyn bin Əli, biri Əbdürrəhman ibn Əbu Bəkr, biri Əbdullah bin Ömər və biri Əbdullah Zübeyr. Bu xüsusda nə izhari-mülayimət və isari-mülatifət anlara müfid oldu və nə asaritəhdid və izrar[i-qilzət] faidə qıldı. Rüfəqayi-ərbə’ə bimi-ibramdan ittifaqla Məkkeyi-Müəzzəmədən Mədineyi- Münəvərrəyə intiqam etdilər və büq’eyi-Bəthadan xitteyiYəsribə nəqli-məkan təriqiylə məhmili-əzimət yürütdülər. ValiyiŞam anda dəxi varub, ənva’i-ciddü cəhd edüb çarə qılmadı və bu vaqi’ənin heç tədbirlə islahın edə bilmədi. Əlqissə, bu surət müstəmirdi, ol zəmanədək ki, kəndü dünyadan gedüb Yezidə məqamü mənzil müqərrər oldu və Yezid istiqlalla məsnədi-əyalətdə qərar buldu. Şe’r: Zülm nəxlin tikdi baği-mülkə dövri-ruzigar, Cövr rəsmin qıldı dövrani-sitəmgər aşkar. Rayəti-iqbalını qıldı Yezidin sərbülənd, Çəkdi Ali-Mustəfa qəsdinə tiği-abdar. Bu xətadan ta əbəd çəkməzmi, ya Rəb, infi’al? Bu cəfadan ruzi-Həşr olmazmı, ya Rəb, şərmsar? Ol sitəmkari-bədkirdarın ə’yani-dövləti və ərkani-həzrəti bir gün cəm’ olub, bu bünyadi-təzviri büsati-fəsada yürütdülər və anı bu fitnəyə təhris etdilər ki, əgər istidaməti-səltənət və istiqaməti-hökumət muradın isə, atan zəmanində bey’ətündən təxəllüf edənləri bey’ətə gətür və əgər gəlməzlər isə, qübari-küdurətlərün nə vəchlə varsa, mir’ati-mülkdən götür ki, nizami-mülk ixtilafi-əqaid qəbul etməz və müxalifət bustanından nihali-təməttö’ bitməz. Ol müdbir bu nəsihəti anlardan qəbul edüb, Mədinə hakiminə bir namə yazdırdı bu məzmunla ki: "İstehqaqla yer yüzünün xəlifəsi olan və istiqlali-məsnədi- xilafətdə tövfiqi-əmarəti-İslam bulan Mü’aviyə bin Süfyan daridünyadan intiqal edüb, hala növbəti-icrayi-hökumət bana yetmişdür və hakimidivani- qəza mütəsəddiyi-həlli əqdinizami- aləmi bəni etmişdür. Hər ayinə lazımdür ki, cümhuri-xəvasü əvami-aləm və cəmi’i-əkabirü əsağiri-növ’i-bəni- Adəm bəni İmami-müftəri-züttəa və xəlifeyi-vacibül-ita’ə bilüb, müti’üm olub, rəqqeyi-inqiyadimdən rəqəbeyi-ita’ət çəkməyələr və gülzariitaətimdə miveyinədamət dərəcək nihali-müxalifət tikməyələr. İmdi sən ki, valiyi-Mədinə olan Vəlid bin Ütbəsən, gərəkdür ki, ol diyarda olan ə’zimü əşrafdan, xüsusən pedəri-büzürgvarım zəmanında bey’- ətimdən mütəmərrid olanlardan bey’ətim alasan və əgər qəbul etməzlərsə, qətl edüb başların Şama göndərüb iltifatümə ümmidvar olasan". Çün Vəlid bin Ütbə bu məzmuna ittila’ buldu, mütəhəyyir olub ayıtdı: "Ya Rəb, nə müşkül qəziyyə vaqe’ oldu. Əgər məzmuninə müxalifət etsəm, dünyada zərər görmək müqərrərdür və əgər mütaviət qılsam, xövfi-axirət əzabi-əkbərdür". İttifaqən ol zəmanda MərvaniHəkəm Mədinədə sakin idi. Hazır edüb, bu surətə müttəle’ etdükdə ol müfsid ayıtdı: "Əgər atəşi-fitnə şərarə ikən intifa bulmasa, mürurla hiddəti-işti’al bulduqdan sonra ol şərarənin dəf’inə tədbir müşkil olur. Və seyli-bəlanın ibtidai-təhrikdə rəhgüzarı tutulmasına tədriclə təzayud bulub tədarüki-əldən inani-ixtiyar alur. Şe’r: Aqil oldur kim, qəzayi-əmrə fürsət var ikən, Hüsni-əncamın əsiri-dami-tə’xir etməyə. Hər işin tədbiri-əncamində ehmal etməyüb, Kəndüzin məcruhi-tiği-tərkü təqsir etməyə. Hala münasib oldur ki, ol dört kimsənəyi ehzar edüb bey’ət ərz edəsən, əgər qəbul etməzlər isə, anlara hakimin hökmün yürüdəsən". Vəlid bin Ütbə anların ehzarın murad edüb əxbar etdikdə İmam Hüseynlə Əbdullah bin Zübeyr bir arada bulunub Əbdullah ayıtdı: "Ya Hüseyn, Vəlidin bizimlə nə məsləhəti var ola?" İmam Hüseyn ayıtdı: "Öylə anlaram ki, valiyi-Şam fövt olubdur və şəm’i-həyatı şəbistanihökumətdə intifa bulubdur. Zira bən bu gecə vaqi’əmdə gördüm minbəri nigunsar olmuş və əsasi-şövkəti-pozulmuş. Və hala bu xəbər Vəlidə yetüb, şüyu’ bulmadan bizdən Yezidün bey’ətin almaq istər və bizi tədbirlə daireyi-bey’ətə salmaq istər". Əbdullah ayıtdı: "Ya İbn Rəsulullah, böylə olursa səlah nədür?" Hüseyn ayıtdı: "Bizdən nə münasib bir fasiqin bey’ətinə girmək və bir facirin xilafətinə riza vermək? Həqqa ki, hərgiz bu müyəssər olmayacaqdür və bu mə’na surət bulmayacaqdür". Şe’r: Haşalillah kim, mələk fərmanbəri-şeytan ola! Əhli-ismət tabe’i-aludeyi-üsyan ola! Qanda caizdür bu kim, viran olub bünyadi-şər’, Əhli-iman olmayan mö’münlərə sultan ola? Bu sözdə ikən Vəlidin rəsulu təkrarla ehzarlərinə tə’kid etdikdə Hüseyn bin Əli surəti-qəzəb göstərüb ayıtdı: "Bu nə tə’cildür? Heç kimsənə gəlməsə bən xud gəlürəm. Vəlid təsəlli olsun". Qasid müavidət qılub vaqi’əyi ’ərz etdikdə Mərvan ayıtdı: "Ey Vəlid, Hüseyn gəlməyəcəkdür". Vəlid ayıtdı: "Ey Mərvan, Hüseyn bin Əli kəzzab və qəddar degil, çün gəlürəm dedi, əlbəttə, gəlür". Şe’r: Güli-bustani-vəfadür Hüseyn, Düri-dürci-sidqü səfadür Hüseyn. Cigərguşeyi-Həzrəti-Fatimə, Süruri-dili-Mustəfadür Hüseyn. Derlər Vəlid bin Ütbə bir mö’mini-pake’tiqad idi ki, Əhli-Beytin təriqiri’ayətlərində sabitqədəm və məhəbbətlərində sahib sədad idi. Şe’r: Mühibbi-xanədanın xatiri-pakində kin olmaz, Həvayi-nəfsdən bünyadi-imanı xələl bulmaz. Əlqissə, Hüseyn bin Əli kəndü mənzilinə gəlüb mülazimlərindən bir neçə müsəlləh kimsəyə buyurdu ki, bənimlə darüləmarəyə gəlün və dışrada hazır olun. Əgər bana qəsd etsələr, mümkün olduqca mü’avinət qılun. Ol sultani-səriri-İmamət ol şiri-bişeyi-şücaət Həzrəti-Rəsulullahın ridayi-mübarəklərin boynuna salub və əsayi-şəriflərin əlinə alub, Vəlidin mənzilinə mütəvəccih olub sarayına gəldikdə Vəlidlə Mərvan şahzadəyə tə’zim etdikdən sonra surəti-əhval ərz etdilər. Ol Həzrət buyurdu ki, bu bir qəziyyeyi-müxtəsər və əmri-mühəqqər degil və anın kibi bir mö’təbər xəlifə olub, bənim kibi bir mə’ruf kimsənə gizlü bey’ət etmək münasib görünməz. Yarın bir məcmə’i-amm edüb bu hekayəti izhar edün, ol məcmə’də hər nə səlah isə, izhar oluna. Vəlid ayıtdı: "Ya Hüseyn, səlah budur". Mərvan ayıtdı: "Ey Vəlid, Hüseynün həbsinə hökm et, bu mənzildən xürucinə riza vermə ki, bir dəxi ələ gətürmək düşvar olur və anın müqavimətinə qüdrət olmayub, bu məsləhət tə’viq bulur". Bu təkəllüm istima’indən Həzrəti-İmama qəzəb müstövli olub ayıtdı: "Ya İbnəl-Zərqa, kim ana qadirdür ki, bəni həbs edə? Həqqa ki, bana nisbəti-səfahət qılanun qanıyla yer yüzüngülgun edərəm". Pəs, Vəlidə yüz dutub ayıtdı: "Ey Vəlid, biz Əhli-Beyti-risalətüz, biz xanədani-nübüvvətiz. Peyvəstə məqamımız məhəlli-tərəddüdi- məlaiki-müqərrəbdür və həmişə navəki-duamız hədəfi-icabətə yetmək mücərrəbdür. Yezid ki, xəmmarü fasiqdür, bey’ət etmək bizdən nə layiqdür?" Həzrəti-İmamın təkəllümün qayət səlabətdə istima’ edüb, mülazimlər alətihərblə düxul etmək tədarükündə ikən Həzrəti-İmam çıxub kəndü sə’adətsərayinə rəvan oldu. Mərvan ayıtdı: "Ey Vəlid, Hüseyni həbs etmədigində xəta qıldun". Vəlid ayıtdı: "Ey Mərvan, haşa ki, bən Hüseynə qəsd edəm. Həqqa ki, əgər Məşriqdən Məğribədək bana bu şərtlə versələr, riza verməyəm və ana cəfa rəva görməyəm. Zira ruzi-Məhşər Mustəfadan və Mürtəzadan xəcalət çəkmək düşvar olur və əlbəttə bu gün Əhli-Beytə cəfa qılan Qiyamətdə şərmsar olur". Şe’r: Xuni-Ali-Mustəfa tökməz müsəlmanam deyən, Qəsdi-Əhli-Beyt qılmaz əhli-imanam deyən. Adət etməz kəndüyə Ali-Məhəmməd büğzünü, Ruzi-Məhşər talibi-tövfiqi-qüfranam deyən. Bu hala müqarin bir məktubi-mücəddəd Yezidi-pəliddən Vəlidə irişdi bu məzmunla ki: "Ey ə’zəmi-ə’yani-həşmətim və əkrəmiərkani- rif’ətim olan Mədinə hakimi Vəlid bin Ütbə! Şümuli-mərhəmətim və ümumi-məkrəmətim ixtisasindən sonra böylə mə’lum edəsən ki, bundan əqdəm bey’əti-əşrəfi-Hicaz xüsusində məktubinamərğubum irsal olunmuşdu. Əsla əsəri zahir olmadığına səbəb mə’lum olmadı. İmdi gərəkdir ki, bey’əti lazım olanlardan İmdiyədək bey’ət alındıysa, "fəhuvəl-murad" və əgər hənuz məqami-tə’xirü təvəqqüfdə isə, tə’xirü təvəqqüf etməyüb, kəmali-diqqətlə iqdam edüb bəhərhal bu əmri sərəncam edəsən və filvaqe’ görəsən. Ol dört kimsənə təmərrüd edüb bey’ətə girməmək müqərrər olduqda və üsyanları itaətimdən sübut bulduqda Əbdullah bin Zübeyr, Əbdullahbin Ömər və Əbdürrəhman bin Əbu Bəkrə çəndan mültəfit olmayasan, zira qanda olsalar, bənim qəzəbim anlara mülhəq olur və hər biri nə rə’ylə süluk etsə, bəndən cəfayi-əməl bulur. Əmma Hüseyn bin Əli dəf’in lazım bilüb, qətl edüb, başın kəsüb bu canibə irsal edəsən. Nədən ki, ol afitabi-övci-şücaət və sipehri-vilayət dirəxşan olduqca bənim əxtəri-iqbalım ehtİraqdədir və dövləti-dünya anın mülazimətinə təriqi-müraciət bulduqca bana nisbət daireyi-nifaqdədür". Vəlid bin Ütbə ki, ol məktubun məzmununa ittila’ buldu və məfhumuna müttəle’ oldu, ayıtdı: "Həqqa ki, əgər Yezid bana cəmi’i-səltənətin versə, Hüseyn bin Əli qətlinə riza verməyəm və zəxarifidünya üçün Ali-Məhəmmədin nahaq qanına girməyəm". Şe’r: Haşa ki, mülki-dünya üçün tərki-din edəm, Ali-Rəsuli küşteyi-şəmşiri-kin edəm. Haşa ki, cahü dövləti-bie’tibar üçün, Şad eyləyüb Yezidi, Hüseyni həzin edəm. [Pəs, ol hökmün surətin təhrir edüb, bir məhrəm ilə Həzrəti Hüseynə irsal edüb ərz etdi] ki: "Ey nuri-dideyi-Zəhra və sürurisineyi-Mustəfavü-Murtəza, haşa ki, sənün kibi padşaha bən kibi gədadan tərki-ədəb sadir ola və bən kibi xaksardan sən kibi şəhriyara bir qəbahət zühur edüb mir’ati-zəmiri-münirinüz andan qübariküdurət bula". Çıxsun ol göz ki, sana eyləyə qəhr ilə nikah, Yansun ol dil ki, sənün büğzünədür mənzilgah. Sınsun ol əl ki, sənün sidq ilə dutmaz ətəgün, Yetməsün kaminə hər kim ki, sənədür bədxah. Əmma vəhmüm andandür ki, hakimi-Şam bəndən bir ehmal anlayub bu diyara bir zalim kimsənə irsal edə və tədarüki-əhval üçün fürsət fövt olub ixtiyar əldən gedə. Şe’r: Şah olan fitneyi-bədxahdan olmaz qafil, Şir olan hileyi-rubahdan olmaz qafil. Saliki-rahi-xirəd həzm təriqin gözlər, Rəhgüzarində olan çahdan olmaz qafil. Həzrəti-İmam bu hala vaqif olduqda və bu məzmuna ittila’ bulduqda mühəqqəq bildi ki, nazimi-kargahi-qəza sihhəti-əxbari-Kərbəla üçün tərtibi-müqəddəmat etməkdədür və pərdeyi-xəfada məstur olan əsrari-hikmət təhiyyeyiəsbabla zühura yetməkdədür. Lacərəm qövsi-qəzadan [atılan] navəki-qədər bir nişanəyə həvalə olsa, sipəri-tədbir vüsuluna mane olmaz və gülşəni-təqdirdə rəyahi-niümura nəsimi-və’dəyi-mürur yetsə, açılmaqda təvəqqüf qılmaz. Həzrəti-İmam ol gün ol gecəyədək təhəyyürü təfəkkürlə səbr edüb, gecə kim, dəbdəbeyi-səltənəti-ruzi-nurani kövkəbeyi-istilayi-şəbi-zülmaniyə mübəddəl oldu və surəti-hali-ruzigar inqilabi-həvadisdən təğəyyür buldu, ol şəm’i-şəbistani-vilayət və çiraği-dudmani-İmamət Həzrəti-Rəsulullahın mərqədi-mübarəkləri üzərinə varub, giryan-giryan türabına yüz sürdü və nəhayəti-tə’zimü təkrim birlə səlam verdi. Şe’r: Əssəlam, ey asitanun rəşki-firdövsi-bərin, Xakrubi-dərgəhün müjgani-çeşmi-hurü ’eyn. Əssəlam, ey xadimi-dərgahi-qədrin Cəbrəil, Midhətün Qur’anü məddahun İlahilaləmin. Ya Rəsulullah, bənəm kami-dili-Zəhra, Hüseyn, Yüz sürüb dərgahinə gəldim diləfgarü həzin, Ol bənəm kim, ümmətün hifzini əmr etdün bana. Ol bənəm kim, gənci-əsrara bəni qıldun əmin. Ümməti-zalim bana izhari-bidad etdilər, Bikəsəm, biçarəyəm, sənsən bana ancaq mü’in. Təmamiyi-şəb ta sübh təzərrö’lər qılub ibadətlər etdi, bir növ’lə ki, sədayi-təsbihü təhlili asimana yetdi. Əlqissə, ol gün dəxi gecəyədək ziyarət edüb, ikinci gecədə kəmali-heyrət nərgisi-şəhlasın müstəğrəqi-xab edüb və təfəkkürlə çeşmi-həqiqətbini bir zəman yuxuya gedüb vəq’əsində gördü ki, Həzrəti-Rəsul cəmi’iərvahimüqəddəsə ilə hazır olub, ol seyyidi-məzlumu bağrına basub dedi: "Ey cigərguşeyi-məzlum və ey İmamzadeyi-mə’sum, bənim şəfa’ətimə ümidvar olanlar və müsəlmanam deyüb də’vayi-batil qılanlar səni dəşti-Kərbəlada şəhid edələr və ol ərseyi-bəlada sənin və övladın qanından cuybarlər yürüdələr: Gəldi ol dəm ki, sənün qanunla rəngin ola xak, Edələr zülm ilə sən məzlumu zalimlər həlak, Gəldi ol dəm kim, səni bidərdlər qətl edələr, Olasan mülhəq bana zarü həzinü dərdnak. Əmma haşa ki, anlara bənim şəfa’ətim nəsib ola və ri’ayətimdən ol tayifeyi-tağiyə bəhrə bula. Ey Hüseyn, Murtəza və Zəhra və Həsəni- Muctəba müntəziri-didarın və hurü qılman nigarani-mahi-rüxsarındür. Vəqtdir ki, şərbəti-vüsalın məhrəmi-daği-fəraq və pərtövi-cəmalun şəm’i-şəbistani-iştiyaq edəsən". Hüseyn ayıtdı: "Ya cəddah, hala ki, mülaqat müyəssər olubdur və talib mətlubun bulubdur, nola dünyaya müraci’ət qılmasam və bir dəxi ol dami-bəlaya giriftar olmasam". Şe’r: Məlul oldum cəhani-bivəfadan, Dutuldu könlüm ol möhnətsəradan. Nola qət’ etsön andan irtibatım, Götürsön ol güzərgəhdən büsatım. Dua qılsan ki, lütfi-Həzrəti-Həq, Bana göstərməyə dünyayı mütləq. Həzrəti-Rəsul ayıtdı: "Ey Hüseyn, dərəceyi-şəhadət müstəlzimirü-cu’i-dünyadür, hala sana dünyaya müraciət etmək övladür". Əsnayi-təkəllümdə İmam Hüseyn gördü ki, Həzrəti-Rəsulun rəngi-gülguni zə’fərani olmaqdadür və gisuyi-mü’ənbərlərinə gərdiküdurət dolmaqdadür. Müztərib olub sual etdi ki, ey gülzari-nübüvvət və ey sərvi-cuybari-risalət, bu nə əlamətbür? Ol Həzrət ayıtdı: "Ey nuri-dideyi-Zəhra, ey bərgüzideyi-Ali-Əba, bu qübari-meydani- bəla, yə’ni əsəri-rəstaxizi-Kərbəladür. Bu qübariküdurətdür ki, mir’ati-cəmiyyətündən Kərbəlada surəti-süruri nihan edər və bu gərdi-möhnətdür ki, müsibətün e’lami üçün ol badiyədən asimana gedər". Həzrəti-Hüseyn iztirabla bidar olub, gah və’deyi-didarla xürrəm və gah təfəkküri-müfariqəti-əyalla pürğəm mənzili-şərifinə buyurub, Mədinə iqamətindən könül götürüb səfəri-Məkkə əzimətin müsəmməm qıldı, amma anda dəxi qərar dutmayub Kərbəlaya mütəvəccih olduğun kəndüyə müqərrər qıldı. Pəs, təriqi-vida’lə Həzrəti-İmam Həsən mərqədi-münəvvəri üzrə gedüb, səlam verüb ayıtdı. Şe’r: Əlvida, ey sərvi-gülzari-İmamət, əlvida! Əlvida, ey şəm’i-bəzmi-istiqamət, əlvida! Əlvida, ey zəhr tə’sirilə rəngin səbzfam! Əlvida, ey səbzeyi-baği-Qiyamət, əlvida! Andan dəxi nəqli-məkan edüb sərvi-qamətin şəm’i-məzari-Zəhra qıldı və ol rövzeyi-mübarəkdə gülbüni-dərdindən gunə-gunə güllər açıldı. Hər zəman bir növhə ilə dəmsaz və hər dəm bir sürudla həmraz olub derdi: "Əssəlam, ey sədəfi-gövhəri-həyatım, vey mə’dəni-cövhəri-zatım, iltifat et ki, vidaya gəlmişəm və bu axir ziyarətdür". Rəvayətdir ki, rövzeyi-mübarəkdən bir avaz gəldi ki, və əleykəssəlam ey fərzəndi-ərcümənd və ey nütfeyi-səadətmənd, bir müddətdür ki, təşneyi-zülali-vüsal və müştaqi-afitabi-cəmalam. Cəhd et ki, ənqərib pərdeyi-hicabı tiği-ə’dayla çak və mir’ati-zatun qübariküdurətdən seyqəli-sinani-bədxahla pak edəsən. Həzrəti-İmam andan nəqli-məkan edüb, mükərrərən mərqədi-Rəsulullah üzərinə gəlüb, təcdidi-ziyarət edüb vida etdikdən sonra mənzilinə dönüb, təhiyyeyi-əsbabi-səfər qılub, şəbi-cüm’ə Şə’ban ayının dördüncü günündə dövləti-[şəhadət] ümmidiylə saəti-sə’d ixtiyar edüb əmr etdi ki, hicabi-bargahi-rif’ət, sərapərdeyi-izzü iqbal və şadirəvani-əzəmətü iclallərin xaki-Yəsribdən götürüb bədrəqeyi-səadətlə xitteyi-Hicaza rəvan olalar və rayəti-nüsrət və livayinüzhətlərin Mədinə meydanından Məkkə canibinə mütəhərrik qılalar. Şe’r: Yükləndi barxanə, çəkildi qətarlar, Əflaka çıxdı ruyi-zəmindən qübarlar. Asari-nə’li-sümmi-səməndi-sipahdan Nəqşi-məcərrə qıldı əyan rəhgüzarlar. Təmamiyi-ə’yanü əşrafi-Mədinə bir mənzil müşayə’ə təriqilə həmrah olub, müraci’ət qılub, Həzrəti-İmam kəndü xəvasi-hümayunla mütəvəccih oldu. Əmma mənzil-mənzil qət’i-rah etdükcə mənzildə və mərahildə əksəri-övqat gah Həzrəti- Müsanun Fir’ondan qaçub xunxar biyabanlarda heyran qaldığun rəvayət qılurdı və gah Həzrəti-İbrahimün Nəmruddan fərar edüb, hövlnak badiyələrdə sərgərdan olduğun hekayət edərdi. Və buyururdu ki, əlameyi-qürbi-İlahi təcərrö’i-həlahili-möhnətü bəladür və nişaneyi-qəbuli-dərgahi-Mə’bud təhəmmüli-məsaibi-rəncü ənadür. Şe’r: Cövri-əğyara səbr eyləməyən, Bulmaz əhliyyəti-təqərrübi-yar. Sərbəsər xardür gül ətrafı, Səngdir lə’l mə’dəninə hisar. Əsnai-təriqdə bir gün Əbdüllah bin Müti’ ki, mühibbi-xanədan idi və Məkkədən gəlib Mədinə canibinə rəvan idi, ol həzrətin mülaqati-şəriflərinə müşərrəf olub və dövləti-mülazimətlərindən səadəti-üzma kəsb qılub izhari-səna qıldı. Şe’r: Mərhəba, ey nuri-ruyindən münəvvər kainat, Cövhəri-zati-şərifin came’i-hüsni-sifat. Mərhəba, ey varisi-elmi-Rəsuli-Haşimi, Müqtədayi-əhli-iman, hadiyi-rahi-nəcat. Və Həzrəti-İmamun məzmuni-məqalat və qərayini-halatlarında şəmmeyi-mafiz-zəmirlərin mə’lum edüb, təriqi-ədəb birlə ərz etdi ki: "Ey bərgüzideyi-afaq və ey seyyidi-ələlitlaq, əgərçi cəmi’i-dəqayiqiəhval zəmiri-münirinizə rövşəndür və bizdən Həzrətinüzə nisbət izhari-nəsihət tərki-ədəb olduğu mühəqqəqü müəyyən, əmma iqtizayi-hüsni-sədaqət və kəmali-müxalisət təklifi-cür’əti-təkəllüm qılur. Ya İbn Rəsulullah, Məkkeyi-Müəzzəməyə buyurduqda bilürəm ki, ə’yani-Kufə məkatibü mərasil irsal edüb Həzrətinizə təklifi-hüzur edərlər. Zinhar, ol kəlimati-kizbə e’timad etməyəsiz və Məkkədən Kufə canibinə getməyəsiz ki, ol bivəfalarda öylə ki, bən gördüm, vəfa imkanı yoxdur və ol güruhun səlahdan fəsadları çoxdur. Yəqin ki, əgər Məkkədə tərhi-iqamət buraxub təmkin bulsanuz və ol büq’eyi-şərifdə təvəttün etməgə rəğbət qılsanuz, əhli-Məkkə sizdən qeyrisin ixtiyar etməzlər və siz anda olduqca qeyr hökmün onda yürütməzlər". Həzrəti İmam anun kəlimatın təsdiq edüb, vida qılub rəvan oldu. Mürurla mərahilü mənazil qət’ olub, imarati-Məkkə və əlamati-Bətha əyan olduqda, əşrafü əizzeyi-Məkkə xəbərdar olub, təriqi-istiqballa pabusi-şərifindən kəsbi-sə’adət qılub, ol Həzrəti kəmali-tə’zimilə və nəhayəti-təkrimilə gətürdükdə zəbani-küngüreyi-Zəmzəm bu ədayla mütəkkəllim oldu. Şe’r: Mərhəba, ey məsnədarayi-səriri-izzü cah, Mərhəba, ey şahi — qüdsi-mülki-ruhanisipah. Mərhəba, ey ərseyi-imana əhkamın rəvan, Mərhəba, ey hövzeyi-İslama iqbalın pənah. Qibləgahi-Kə’bə didari-şərifindür sənin, Gərçi xaki-Kə’bədür əhli-cəhana qibləgah. Həzrəti-İmam sə’adətü iqballa nüzul edüb mütəməkkin olduqda əşrafi-Hicaz güruh-güruh xidməti-şəriflərinə gəlüb, mübarəkbadi-mənzil qılub, övqati-xəmsdə ol Həzrətə iqtidayi-nəmaz edərlərdi və andan bey’ət alub gedərlərdi. Rəvayətdir ki, Yezid qibəlindən valiyi-Məkkə olan Sə’d bin As əkabiri- Hicazın Həzrəti-İmama müraciə’tin gördükdə, təvəhhüm qılub Məkkədən Mədinəyə fərar qıldı və keyfiyyəti-əhvalı ol nabəkara ərz qıldı. Əlqissə, bu xəbər cəmi’i-biladü büqa’ə müntəşir olub, xüsusən Kufədə şaye’ oldu və iştihar buldu ki, Həzrəti-Hüseyn Yezidin bey’ətindən imtina’ edüb, Mədinədən Məkkəyə təşrif buyurub, ə’vanü ənsar cəm’ etməkdədir. Kufədə olan həvadarlar Süleyman Xüzai hücrəsinə cəm’ olub bu səlahı gördülər ki, təriqi-mü’avinətü müzahirət məsluk edüb, Həzrətiİmama ərzisədaqət qılalar və anın rikabi-hümayununda dərəcatinəcati- dünyavü axirət bulalar. Əkabirü əşraf Kufədən yetmiş nəfər mö’təmid kimsənələr Müseyib və Rifa’ə bin Sədad və Həbib bin Müzahir və Məhəmməd bin Əş’əs Şüreyh Qazi hüzurunda qəsəm yad edüb ittifaq etdilər ki, xanədani-nübüvvət və vilayət təriqiməvəddətində malü can diriğ etməyələr və Hüseyn İbn Əlidən qeyrin hökmün Kufədən yürütməyələr və Həzrəti-İmama bir məktub imla etdilər bu məzmunla ki: "Əlminnətü lillah, rayizi-tövfiqi-hidayət və qayidi-tə’yidi-sə’adət ’inanitövsəni- e’tiqadımızı təriqi-zəlalətdən münhərif qılub şəhrahi-nəcata mün’ətif qılmış və çehreyi-amalımıza miftahi-iqbal əbvabi-məvəddəti-xanədani-vilayət məftuh edüb zəmirimizə məhəbbəti-Əhli-Beyt salmış. Həmvarə ana talib və peyvəstə ana rağibüz ki, səhifeyi-əmri-xilafətdən izaleyi-nəqşi-xilaf etməkdə və cərideyi-hökmi-İmamətdən rəf’i-ricsi-müxalifət qılmaqda kəmali-iqdam və nəhayəti-ehtimam izhar edəyüz, əmma İmamımız və müqtədamız yoxdur. Hala böylə istima’ olundu ki, əşəddi-ə’dayidin və əzəlli-əzdadi-xanədani-seyyidül-mürsəlin Yezid bin Mü’aviyə ədəmi-istehqaqla istid’ayi-cülusi-məsnədi- xilafət qılub, ol afitabiövci- vilayət və şahbazi-aşiyani-risaləti bey’ətə təklif etmiş və ol Həzrət dəxi imtina’ edüb, asari-müxalifət pərdeyi-xəfada ikən dərəceyi-zühura yetmiş. İmdi ol sərvi-cuybari-kəramət və şükufeyi-növbəhari-səadətdən mütəveqqe’ və mütərəqqib oldur ki, təriqi- ’inayətü iltifat məsluk olunub və bu canibə livayi-nüsrət təhrik bulub, bu müxlislərini qüdumi-səadətlüzümlə müşərrəf qılalar və bu bəndələri kəndüyə əhibbayi-sadiq və əviddayi-müvafiq bilələr. Şe’r: Vəqtdir kim, səbzəzari-xüşksali-firqəti Rəşheyi-lütfiylə sirab edə əbri-növbəhar. Vəqtdir kim, pərtövi-xurşidi-aləmtabdan Zümreyi-əhbaba pürnur ola çeşmi-intizar. Əgər bu sə’adət müyəssər olsa və bu dua icabət bulsa, Kufəyə qədəm basdıqda Yezid qibəlindən hakim olan Nüman Bəşiri ki, bir pirizəifdir, şəhərdən ixrac etməmiz müqərrərdir. Mücmələn, müqavimətiə’da üçün hər nə əsbab məqsud isə bu gün Kufədə müyəssərdir". Namə tamam olduqda Əbdullah Məsmə’i-Həmədani və Əbdullah Bəkriyə təslim edüb irsal etdilər. Cavabı gəlmədən mütə’aqib bu məzmunla bir namə dəxi Bəşir bin Təmir və Əbdürrəhman bin Əbdullah ilə rəvanə qıldılar. Anların əqəbincə Xan bin Hani və Sə’d bin Əbdullah Xəşə’i və anların əqəbincə Şis bin Rəbi’i və Ürvə bin Qeys, Ömər bin Həccac və Sə’d bin Əbdullah rəvanə olub, əlqissə, mütəvatir bu məzmunla yüz igirmi kitabət göndərüb, izhari-kəmali-sədaqət etdikdə Həzrəti-İmam əhli-Kufənin məkatibi-mütəvatirlərün kəndüyə hüccət bilüb və niyyəti-icrayi-Həq zəmiri-münirlərində rüsuxi-təmam bulub, tərvici-ümuri-din üçün diyari-Kufəyə əzimət müsəmməm qıldı. Əgərçi ol diyarda mübtəlayi-bəliyyat olduğun mühəqqəq bildi, əmma müqərrər qıldı ki, kəndüdən müqəddəm Müslimi-Əqili ol diyara rəvanə qıla və kəndü dəxi mütə’aqib mütəvəccih ola. Pəs, əkabiru əşrafi-Kufəyə bir namə təhrir etdi bu məzmunla ki: "Həmdibihəd ol mübdə’i-əşya və müxtəre’i-masivaya ki, növ’iinsanı tövfiqi-əqlü ixtiyarla sayir məxluqatdan mümtaz etmiş və sipasi-biqiyas ol müsəvviri-əşkali-karxaneyi- dünya və müdəbbiri-əhvali-darül-qərari-üqbaya ki, cəmi’i-növ’iinsandan firqeyiənbiyaya tövfiqi-təfəvvüq verüb, şərəfi-imtiyaz birlə sərəfraz etmiş və dürudi-namə’dud və sələvati-naməhdud ol sərvəri-kainata ki, firqeyi-ənbiyadan cövhəri-iste’dadı əşrəfü ə’ladır və təhiyyati-biqayət və təslimati-binəhayət ol ftrqeyi-əhibbaya və zümreyi-əshaba ki, qəbuli-söhbəti-sədri-risalət bulub, ana itaətləri cəmi’i-əməldən övladür. Əmma bə’d, bu namyei-nami və məktubi-girami ki, mütəzəmmini-kəmali-nəsihət və mütəkəffili-vüsuli-səadətdür, bəndən ki, Hüseyn bin Əliyi-Murtəzayam, sizə ki, ə’izzeyi-əşrafiKufəsiz, ey firqeyi-əhibbayi-sadiqül-e’tiqad və ey zümreyi-əviddayi-xalisül-vidad, məkatibi-müxalisət- məknunuz ki, təriqi-ittihad və caddeyi-e’tiqaddan təbliğ olunmuşdu, vasil olub məzmuninə ki, məhzi-izhari- xülüsi-təviyyət və kəmali-bəyani-sifayi-niyyət idi, ittila’ hasil olduqda, istid’anıza icabət lazım gəlüb, ol canibə əzimətimiz təsmim bulub, hala MüslimiƏqili ki, ə’qəli-əşrafi-BəniHaşim və ərşadi-cəm’i-əkabirü ə’azİmdir, kəndü qibəlimdən ol canibə irsal etdüm. Gərəkdir ki, məqdəmi-şərifin müğtənəm bilüb, təriqi-mürafiqət və müvafiqətində dəqiqə diriğ etməyəsiz və canibi-şərifinizdən təsəlliyi-xatir bula. Yəqin ki, bənim təhriki-livayirif’ətim ol canibə anın nəsimi-əxbari- hüsuli-müraatına məşrutdur və rişteyi-ehtizazi-rayəti-hümayunum ol diyara anın silsileyi-e’lamihüsni-rizasinə mərbutdur". Şe’r: Ey görənlər anı, təşrifimdən olman naümid Kim, bəhari-aləmaradır güli-sirabımın. Ey görən anı, bana ümmidvar olsan nola, Sübhdür ol sadiqü xurşidi-aləmtabımın. Məktubi-şərif şərəfi-itmam bulduqda Həzrət, Müslimi-Əqilə təslim edüb buyurdu ki: "Ey bənim məhaliki-şiddətdə ə’zami-ə’vanım və məzayiqi-qürbətdə əqrəbi-ixvanım, məhəlli-mürafiqət və zəmanimüvafiqətdir. Bu canibdən ümməti- Məhəmməd üzərimizə hüccət buraxub izhari-həq etməgə tərğib edərlər. Nə üzrlə ehmal etmək olur? Və bir canibdən ə’dayi-din ittifaq edüb həlakımıza qəsd etmişlər. Müqavimət etmək olmaz, fərar edüb qanda getmək olur? Şe’r: Tufani-fitnə qopdu, gəlin qərqə olmadan, Rəxti-səlahımız çəkəlüm bir kənarəyə. Olduqca hüsni-əql və tədbirə ehtimal, Dil şişəsini urmayalım səngi-xarəyə. Hala bir neçə mö’min kimsənələr məkatib irsal edüb bizi də’vət etmişlər. Təğafül etmək olmaz və tə’əllül etməklə naireyi-istilayi-’ədu intifa bulmaz. Səlah oldur ki, sən bəndən müqəddəm ol diyara təvəccöh edüb təfəhhüs edəsən. Filvaqe’, əf’alı əqvalla müvafiq görsən e’lam edəsən, bən dəxi təvəccöh edəm". Müslimi-Əqil Həzrəti-İmamın hökmi-şərifinə inqiyad edüb həm ol gün mütəvəccih oldu. Hənuz bir mənzil qət’ etmədən Müslümün canibi-yəminindən bir səyyad çıqa gəlüb, əlində bir seydi olub, filhal zibh etdi. Müslim ol qəziyyəyi kəndüyə mübarək görməyüb, mü’avidət edüb Həzrəti-İmama ayıtdı: "Bənim Kufəyə getməgim səlah degil, zira bu yolda bu hala sataşdım". Həzrəti-İmam ayıtdı: "Ey Müslim, təriqi-riyazi-Həq müxatirədir, qəbul edən salik olur. Və gövhəri-məqsəd girdabi-bəladədür, qəvvas olan anı alur. Qüvveyi-vahimən qalib isə bir qeyr kimsənə tə’yin edəlim. Müslim gördü ki, Həzrəti-İmamın rizası anın getməgindədir, ziyadə mübaliğə etməyüb ərzi-üzr etdi ki: "Ya İmam, bənim vəhmim fövtü mövtdən degil, əmma andandır ki, minbə’d didari-şərifinizi görməyüb məhrum qalam və dövləti-mülazimətindən binəsib olub qürbətdə öləm". Şe’r: Ey cəmalın mətləi-xurşidi-iqlabım bənim, Gün yüzündəndir mübarək müttəsil falım bənim. Dövləti-zövqi-vüsalındır bəni xoşhal edən, Bilməzəm səndən cüda düşsəm nolur halım bənim?! Həzrəti-İmam dəxi bu hala giryan olub derdi. Şe’r: Ey könül, ah eylə kim, ah eyləmək həngamıdır, Ey gözüm, qan ağla kim, qan ağlamaq əyyamıdır. Ayrılır bəndən bu gün halım pərişan eyləyüb, Ol ki, göz nüri, könül mətlubi, can aramıdır. Əlqissə, Müslimi-Əqil dideyi-giryan və dili-büryanla vida’ edüb, Məkkədən çıxub Mədinəyə təvəccöh qılub, Həzrəti-İmam təhiyyeyiəsbabi- səfər əmrinə məşğul oldu. Rəvayətdir ki, səbəbi-ə’davəti-Hüseyn müxalifəti-surivü mə’nəvidür. Əmma müxalifəti-mə’nəvi iki vəchlədir: Biri ol ki, ağazixilqəti- mövcudat və bidayəti-icadi məknunatda cəmi’i-cəvahiri-nüfusi-insaniyyə bir dəf’ədə məxluq olub, tədriclə təngnayi-qüvvətdən fəzayi-fe’lə təvəccöh etmişlər və məzmuni-hədisi- "Ələrvahu cunudun mucən-nədətun" müqtəzasincə rəngi-tənakür və tə’arüf dutmuşlar. Lacərəm sabiqeyi-irtibat bulub, ol məcmə’də birbirinə qərib olan ərvah aləmi-əşbahda bir-birin bulduqda aralarında silsileyi-ülfəti-sabiq mütəhərrik olur və bə’id olanlar bir-birin gördükdə aralarında nifrəti-əzəli, əlbəttə, əsəri-müxalifət salur. Hər ayinə bu iqtizadəndür ol müxalifət ki, Əbdüş-şəms ovladı Haşim və Üməyyə arasında idi və ol ədavət ki, Əbdülmüttəlib və Hərb arasında idi və ol niza’ ki, Həzrəti-Rəsulullah və Əbu Süfyan arasında idi və ol fitnə ki, Hüseyn və Yezid arasında idi. Və müxalifəti-mə’nəvinin bir vəchi dəxi oldur ki, zati-paki- Vacibül-vücud məsdəri-sifati cəlaliyyə və cəmaliyyə olub, iqtizayi-zühur etdikdə ixtilafi-müzahir lazım gəlüb, iste’dadi-nüfusi-insaniyyə istehqaqi-qəhrü lütf üçün hikmət müqtəzasınca iki qism olmuş, biri müstəcme’i-[cəmi’i]-fəzayil və ol ərvahi-ənbiyavü övliya və süləhavü ətqiyadır. Və biri müstəcme’icəmi’i- rəzayil və ol ərvahi-küffar və füccarü fisəqə və əşrarü əşqiyadır. Lacərəm bu iki güruh həmişə müxalifət üzrə olub, HəzrətiHüseyn bin Əli firqeyi-əvvəlindən və Yezidipəlid zümreyiaxirətindən vaqe’ olmuş. Və müxalifəti-suri dəxi hər canibdən iki vəchlədir. Əmma Həzrəti-Hüseynin Yezidə izhari-xüsumət qılduğunun iki vəchi var. Biri ol ki, çün əmri-xilafət təsəddiyi-əhkami-şər’iyyə və təkəffülitənfizi- ümuri-’ürfiyyədir və iqtizayi-sidqü səlah edər və Yezid ki, xümmarü facirü fasiq olub, əsla irtikabi-mənahidən ictinab etməzdi və ri’ayəti-namusi-şəri’ət təriqin dutmazdı, lacərəm qeyrəti-İmamət və məsnədi-xilafəti anunla aludə rəva görmədi və anın xilafətinə riza vermədi. Və bir vəchi dəxi ol ki, Həzrəti-Hüseyn dəxi Yezidin bey’ətin qəbul etsəydi, Bəni-Üməyyənin də’vayi-xilafətlərinə təsdiq vaqe’ olub qət’ən şəkk qalmazdı. Lacərəm Hüseyn bin Əli nəqdihəyatın sərf edüb ol sirri-nihanı zühura gətürdi və Bəni-Üməyyənin bütlani-də’valərin dərəceyi-vüzuha yetürdi. Və Yezidin dəxi izhari-ədavət qılduğunun iki vəchi var: Biri ol ki, məsnədi- xilafətdə qərar etdikdə Həzrəti-Hüseyni bey’ətə təklif edüb, Həzrəti-İmam imtina’ etdi. Və bir vəchi oldur ki, Əbdullahi-Zübeyrin bir cəmilə övrəti olub, Yezid anın avazeyi-hüsnü cəmalın istima’ edüb aşiq olmuşdu. Ənva’i-hiylələrlə ol övrətlə Əbdullahi-Zübeyrin arasına müfariqət salub, təlaq aldırıb təzvicinə fürsət bulmuşdu. Əlqissə, Əbu Musa Əş’ərini irsal edüb ol övrətə talib olduqda və Əbu Musa bu məsləhət üçün təvəccöh qıldıqda təriqi-təvəccöhündə Həzrəti-Hüseynə mülaqi olub, Həzrəti-İmam ayıtdı: "Ya Əbu Musa, təvəccöhün nə canibədir?". Cavab verdi ki, ya İbn Rəsulullah, mütəlləqeyi-İbn Zübeyri Yezid bin Mü’aviyə içün mütalib qılmağa əzm etmişəm. Hüseyn ayıtdı: "Ey Əbu Musa, əgər ol məsturə Yezidin əqdindən imtina’ etsə, bənim içün tələb qıl". Əbu Musa üç şəxsin vəkili olub, ol xatunun hərəmsərayına yetdikdə xatun ənva’i-e’zazü ehtiram etdikdən sonra ayıtdı: "Ya Əbu Musa, bu bəndəxanəyə təşrif buyurduğunuzdan qərəz ola?" Əbu Musa ayıtdı: "Ey müxəddəreyizəman vey məstureyi-dövran, sən kibi nazəninə künci-’üzlət və guşeyi-vəhşət bəkləyüb oturmaq münasib görünməz. Bə’zi kimsənələr əlaqeyi-təzvicinə talib olmuşlar, əgər rüxsət var isə, ərz edəyim". Ol məsturə ayıtdı: "Ya Əbu Musa, əhli-səadət səlahından [təcavüz murisişəqavətdir, xüsusən sənin səlahından] ki, mütəzəmminikəmali- səadətdir". Əbu Musa ayıtdı: "Vüsalına talib və təzvicinə rağib olanların biri Yezid bin Müaviyə, biri Hüseyn bin Əli, biri Əbdullah bin Ömər və biri bənəm". Xatun ayıtdı: "Ey Əbu Musa, bən bir növcəvanam, sən bu qərəzdən fərağət qıl və biqərəz bəyan et ki, ol üç şəxsdən qansı bana ənsəb və əlyəqdir". Əbu Musa ayıtdı: "Əgər hökumət muradın isə, Yezidi qəbul et və əgər hüsni-surət istərsən, Əbdullah bin Ömər ittisalına rəğbət qıl və əgər səadəti-axirət təmənna qılsan, Hüseyn [bin] Əlinin daməniittisalın əldən buraxma". Xatun ayıtdı: "Hökumət əsri-zaildir və hüsni-surət fənaya qabildir. Xatirim nicati-axirət və müsahibətiZəhraya maildir". Pəs, bu vəchlə iqrar olub Əbu Musa ol xatunu Hüseyn üçün əqd qıldı və bu xəbər Yezidə yetdikdə mühərrikisilsileyi- ədavət əsli oldu. Şe’r: Çərx hər fitnə kim, istər qıla aləmdə ’əyan, Əshəli-vəch ilə əsbabına əncam verür. Salub ol fitnə binasının əsasın əvvəl, Ruzigar ilə ana surəti-itmam verür. * * * Səkkizinci bab. Müslimi-Əqilin şəhadətin bəyan edər Rəvayətdir ki, ol afitabi-zülmətsuzi-risalət və mahtabi-aləmə fruzi-sə’adət, yə’ni "Yucahidunə fi-səbi-li’llahi" təriqinin müqtədası və "Və cahidil-kuffarə" mə’rəkəsinin sahiblivası. Şe’r: Şahi-eyvani-risalət, mahi-gərduni-vəfa, Mə’dəni-ehsanü rə’fət mənbə’i-sidqü səfa. Xazini-gənci-şəriət, məzhəri-əsrari-din, Sərvi-gülzari-nübüvvət, dürri-dürci-istəfa. Buyurmuş: "İnnəl’əbdə əzisbəqət ləhu mənzilətun ləm-yəbluğha bi’-aməlihi ibtəlahu’llahu fi-cəsədihi əv fi-malihi əv fi-vələdihi summə səbbərəhu ’əla zalikə hətta yəbluğə mənzilətu’lləti səbəqət ləhu", yə’ni bir bəndeyi-qabil ki, sabiqeyifitrətdə iste’dadi-fitri ilə bir dərəceyi-ə’la və bir mərtəbeyi-ə’mali-salehə və əf’ali-sütudə ilə hasil etmək mümkün olmaya, lacərəm ol bəndəyi Vacibül-vücud bəlalar ilə imtahan edüb, ya mövti-övladla qərarın alur və ol müsibətlərdə ana səbr verüb, ol səbrlə müstə’iddi-idraki-mərtəbeyi-miqdar qılur. Şe’r: Hər təmənna qılsan ey arif, bəladan istə kim, Hər bəla zimnində bir rahət müqərrərdür sana. Etmək olmaz bibəla idraki-neyli-hər murad. Gər bəla çəksən, muradi-dil müyəssərdür səna. Filvaqe’ çün dünya badiyeyi-fənadır və cəmi’i-əhvalı bibəqadır, dünyada bəla çəkən dünyadan çıxdıqda xilas olduğun idrak etsə, şükr etməzmi və rahətdə olan tərki-dünya qıldıqda fövt olan rahət təəssüfünün əzabı ana yetməzmi? Hüseyni-Mənsuri-Arifdən məşhurdur ki, bir gün münacatında derdi: "İlahi, həqiqətin həqqi üçün xəzaneyi-bəlayyatın əbvabını məftuh edüb, hər bəla var isə, bana ruzi et və bəni cəmi’i-bəlada imtahan qıl. Əgər təriqi-məhəbbətdə’inani-iradətimi zərrəyi münhərif görsən, bəni silsileyi-əsdiqadan ixrac edüb mərdud eylə. Həqqa ki, əgər miqrazi-riyazət birlə zərrə-zərrə ə’zayi-vücudumu qət’ etsələr hərgiz kəmali-iradətimdə nöqsan olmaya və surəti-sədaqətim təğəyyür bulmaya". Şe’r: Aşiq oldur ki, cəfa tiğindən ikrah etməyə, Zərrə-zərrə qılsalar ə’zasını, ah etməyə. Qan içə, səbr eyləyə, hər dəm fəğanü ah edüb, Dərdi-eşqi-yardan əğyarı agah etməyə. "Ruhül-ərvah"dan nəqldir ki, bir gün bir ’əziz bir bimar dərvişin ibadətinə varub və anı ənva’i-bəliyyata giriftar görüb təsliyə təriqilə ayıtdı: "Ey dərviş, aşiq mə’şuqun cəfalarına səbr etməsə, də’vayiməhəbbətdə sadiq degil". Dərviş ayıtdı: "Ey əziz, qələt dedin, ’aşiq mə’şuqun bəlalarından zövq bulmasa, ’aşiq degil. Şe’r: Aşiq oldur kim, bəla zövqünü idrak eyləyə, Eşq dərdi dəmbədəm könlün fərəhnak eyləyə. Ey ’arif, əhli-məhəbbət bəlaya səbr etməklə sayir xəlqdən mümtaz olurlar və ərbabi-vəfa cəfaya təhəmmül qılmaqla hərimi-vüsala təriqi-məhrəmiyyət bulurlar". Şe’r: Də’vayi-məhəbbət etmək asan olmaz, Cəm’ olmaz əgər könül pərişan olmaz. Aşiq qəm oduna yanmasa şəm’sifət, Məqbuli-hərimi-vəsli-canan olmaz. Əbdullahi-Mübarək rəvayət etmiş ki, bir gün əziməti-Kə’bə qılub səhrada tənha yürürkən bir tifl gördüm ki, şəm’i-rüxsarından afitabitaban nur alurdı və gisuyi-müşkbarı afitaba sayə salurdı. Mütəhəyyir olub dedim. Şe’r: Xizrdir bu tifl, ya İlyas, ya abi-həyat, Kim yürür tənha, bulur anı görən qəmdən nəcat. İstiqbal edüb səlam verdim, cəvab verdi. Dedim: "Kimsən?" Dedi: "Həq bəndəsi". Dedim: "Qandan gəlürsən?" Dedi: "Həqdən gəlürəm". Dedim: "Qanda gedərsən?" Dedi: "Həqqə gedərəm". Dedim: "Bu səhrada nə tələb edərsən?" Dedi: "Haq rizası". Dedim: "Tuşeyi-rahın nədür?" Dedi: "Təqvadır". Dedim: "Bu badiyeyi-xunxarda tənha necə tərəddüd edərsən?" Dedi: "Ziyarətinə mütəvəccih olduğum bəndən qafil olmaz". Dedim: "Ey məxdumzadə, əgərçi surətdə tiflsən, əmma mə’nidə kamil görünürsən. Aya, qansı qabilədənsən?" Dedi: "Ey İbn Mübarək, biz surətdə kuyi-məhəbbət bəlakeşləriyüz və guşeyi-möhnət müşəvvəşləriyüz, yə’ni məzlumlar və məhmumlərüz. Gah istilayiə’dadan xatiri-pərişanımız müztər və gah qübari-vadiyi-qürbətdən mir’atimuradımız mükəddər. Əmma həqiqətdə, səlatini-məmaliki-qürbü qəbuluz və sükkani-süradiqati-məqami-vüsuluz. Bizdəndir gərmiyyəti-həngameyi-Məhşər və bizdəndir ifazeyi-zülali-Kövsər". Beyt: Biz bəqa mülkünün istiqlalla sultaniyüz, Mə’ni ilə baqiyüz, surətdə gərçi faniyüz. Bunu deyüb nəzərimdən qayib oldu və xatirim müfariqətindən qayətdə küdurət buldu. Təvafi-Kə’bə müyəssər olduqda gördüm ki, ol tifl bir məcmə’də məsayili-həramü həlalü nəql edər. Həqiqətin sual etdikdə dedilər: "Bu adəm AliƏba və nuri-dideyi-Mustəfavü Murtəzadür. Budur müqtədayi-əhli-yəqin, yə’ni Əli ibn Hüseyn Zeynəlabidin". Pəs, xidməti-şərifinə müşərrəf olub, əlin öpüb üzrlə ayıtdım: "Ya İbn Rəsulullah, nə kim qəbuli-məsaibdən və rif’əti-məratibdən şərh etdinüz, sərihü səhihdir. Filvaqe’, bəla nişaneyi-qürbi olmaseydi, əhibbaya nəsib olmazdı və möhnət iqtizayi-kəmal bulmaseydi, ərbabi-ta’ətə ixtisas bulmazdı". Şe’r: Qabili-feyzi-bəla şayisteyi-dərgah olur, Hiç şək yox kim, bəla məxsusi-əhlullah olur. Bu şərtlə ki, bəla nişaneyi-qürbi-İlahi və mövcibi-hüsuli-sə’adəti-namütənahidir. Kəmali-qürbü qəbul Həzrəti-Rəsul övladü ətba’ində həsr olunmuşdur və nəhayəti-ülüvvi-mənzilət anlarda ixtitam bulmuşdur. Zira zümreyi-növ’i-bəni-Adəmdən, bəlkə cümleyi-məxluqati-əhli- ’aləmdən heç afəridə anlarca bəlaya səbr etməmiş və heç fərdə anlarca asari-bəla yetməmiş. Ol cümlədəndür Müslimi-Əqilün və övladının keyfiyyəti-şəhadətləri və vəqayei-ənbuhü möhnətləri. Əncümənarayi-məcalisi-möhnətü qəm və çehrəxəraşi-ərayisimatəm bu sürudla növhə bünyad etmiş və bu növhə ilə şəhidlər matəmin dutmuş ki, Müslimi-Əqil Həzrəti-İmamı vida’ edüb, Məkkədən Mədinəyə gəldikdə kəsrəti-müxalifdən ehtiraz edüb, gecə ilə şəhrə girüb Həzrəti-Rəsulin mərqədimübarəklərin ziyarət edüb, vida’ etdi və məzari-şərifdən kəndü mənzilinə getdi. Əlqissə, qərar etməyüb iki növrəs oğlu var idi; biri Məhəmməd nam səkkiz yaşında, lətafəti-hüsnlə bir xurşidi-aləmtab və biri İbrahim nam yeddi yaşında, təravəti-rüxsarlə bir laleyi-sirab. Anları belə alub və baqi ’əyalü ətfalla vida’qılub, həm ol gecə Kufə əzimətinə rəvan oldu. Şe’r: Ahi-bərqasayla bir əbri-atəşbardı, Rəhgüzarı əşki-alindən qamu gülzardı. Rəhbəri göz yaşı, kusi-rehləti sövti-fəğan, Tuşəsi qəm, həmdəmi daği-dili-əfgardı. Çeşmi pürxun, əşki gülgun, könlü məhzun, qəddi xəm, Qüssədən hər gün pərişan, hər gecə bimardı. Bu təriqilə qət’i-təriq edüb mənazildə və mərahildə ənva’i-məkkarə və əsnafi-şədaid görüb, gah zülməti-dudi-ahla əlamətimənazil edüb, acizü sərgərdan olmaqla bir müddətdən sonra Kufəyə yetdi. Dari-Muxtar deməklə mə’ruf bir mənzilə nüzul etdi. Əşrafü ə’yani-Kufə qüdumindən xəbərdar olub, güruh-güruh gəlib, izharişövq edərlərdi və təriqi-mütavi’ət göstərüb, bey’ət alub gedərlərdi. Əlqissə, cüz’vi zəmanda on səkkiz bin mübarizi-nami daireyibey’ətə girüb dəsti-iradət daməni-təvəllasinə möhkəm etdilər. Müslimi-Əqil ol taifənin mir’ati-əməllərində surəti-ixlas müşahidə qılub, xatiri-cəm’lə Həzrəti-İmama anların ita’ətü inqiyadlərin e’lam edüb, hüzuri-şərifin istid’a qıldı. Nümani-Bəşir ki, Kufədə Yezid canibdən hakim idi, Müslimin gəlüb Hüseyn üçün xəlqdən bey’ət alduğun mə’lum eidikdə əhli-Kufəyi bir gün came’i-Kufəyə cəm’ edüb, kəndü bizzat minbərə çıxub nida qıldı ki: "Ey əhli-Kufə, bu mə’lum oldi ki, siz Müslimi-Əqili gətürüb ağazifəsad etmişsiz. Bu hərəkət münasib degil. Yezid hakimi-qəhhar və məlikicəbbardür. Bu əhvala ittila’ bulduqda sizə siyasət lazım gəlür və qəzəb mütəvəccih olur". Gördü ki, mücərrəd təhdidlə ol fitnə təskin bulmaz və nəsihətilə islahpəzir olmaz. Yezidin Kufədə olan müxlisləri, misli-Əbdüllah bin MüslimiBahili və Əmmar bin Vəlid və Ömər bin Sə’d Yezidə surəti-hal ittifaqilə vaqiəyi ’ərz etdilər bu məzmunla ki: "Şəhbazi-şikarəndazinişiməni- izzü ’əla Hüseyn bin Əliyyi-Murtəza fəthi-məmalik həvasiylə aşiyanəsindən pərvaz edüb, ibtidayiəzmində şəhpərinüsrətsayəsin diyari-Kufəyə bıraxmışdır. Və ol sərçeşməyi-tufani-cəladətdən bir cuybari-bəla canibi-İraqa axmışdır. Əgər vəqtlə bu əmrə tədarük olunmasa və vəqtlə bu dərdə dəva bulunmasa, mürurla sərrişteyi-tədbiriümur əlindən gedər və bu diyarın təmamiyi-əşrafü ə’yanı ana təvəccöh edər. Əgər Kufəyə ehtiyacun var isə, bir valiyisahibsiyasət irsal et". Yezidi-pəlid bu əxbari-məlalətasara ittila’ bulduqda və bu surətiəhvala müttəle’ olduqda, təvəhhümi-zəvali-ne’mət dili-biqərarının qərarın alub və xövfi-izaleyi- dövlət ol bisəbatı iztiraba salub, diqqətitəmamla mülkünün nizamına mütəvvəcceh oldu. Və həm ol saət töhməti-təqsirlə Vəlid bin Ütbəyi Mədinə əyalətindən ’əzl edüb yerinə İbnül-Əşdəqi nəsb qıldı və Kufə xüsusunda ə’zamiə’yani- dövlət və əqdəmi-ərkani-həşməti olan Sərhun [nam vəzirlə müşavirət qıldıqda Sərhun] ayıtdı: "Ey xəlifə, əgər muradın isə bu fəsad rəf’ olmaq və bu naireyi-fitnə intifa bulmaq, Nümani-Bəşiri ki, bir piri-həqirdir, Kufədən ’əzl edüb yerinə Bəsrə hakimi olan Übeydullahi-Ziyadı nəsb qıl ki, ol əmri-əmarətdə nadirdir və dəf’i-hər fəsada qadirdir". Şe’r: Xari-divari-riyazi-mülkü millət hifziçün, Nuki-tiği-abdari hakimi-xünriz olur. Hökm miqdarincə hakimdə siyasət həm gərək, Nişə kim, ifratı hər fe’lin fəsadəngiz olur. Yezid Sərhun səlahın qəbul edüb Übeydullahi-Ziyada bir namə yazdırdı bu məzmunla ki: "Haliya əlsineyi-əhibbayi-sadiq və əfvahi-əviddayi-müşfiqdən bu müstəfad olundu ki, Hüseyn bin Əli bənim ki, xəlifeyi-zəmanam, bey’ətimdən inhiraf edüb, ətrafü cəvanibə namələr göndərüb xəlqi kəndiyə də’vət etməkdədir. Xüsusən Bəsrə əhlinə və Kufə xəlqinə andan nəvazişnamələr gəlüb, anlardan ana məkatibü mərasil getməkdədür. İmdi sən ki, Übeydullahi-Ziyadsan, misali-vacibül-imtisalım varid olduqda və məknunü və məzmunü vüzuh bulduqda gərəkdir ki, bu əmri nəfsi- Bəsrədə təvəhhüs edüb, bu fitnəyə bais olanları buldurub dəf’ü rəf’ etdikdən sonra kəndü canibdən bir mö’təmid kimsənə Bəsrədə naib edüb bizzat Kufə diyarinə təvəccöh qılasan. Və ol diyarın dəxi əyalət və hökumətin kəndünə müqərrər bilüb zəbtü rəbtində mücidd olasan. Və bilmiş ol kim, bənim xaniiltifatımdan nəvaleyi-ehsana ol vəqt istehqaq bulursan və xəzaneyimərhəmətimdən təşrifi-istehsana ol dəm müstəhəqq olursan ki, me’mari-fərasətin səngi-hərasətdən ətrafi-İraqa bir hisari-müstəhkəm çəküb və tərəddüdi-ə’da rəhgüzarinə səngrizeyi-tədbirü tədarük töküb, fürsət verməyəsən ki, Hüseyn bin Əlinin minbə’d nəsimi-təsəvvürü ol gülzara güzar edə və ol büq’ə əhlindən ana mütəvatir rüsulü rəsail gedə. Və anda olan mühibbü müxlisləri buldurub dəf’ü rəf’ edüb, inayətimə ümidvar olasan". Yezidin məktubi Übeydullaha irişdikdə İttifaqən həm ol zəmanda Həzrəti- Hüseynin Səlman nam bir məmlüki məktublar gətürib bə’zi kimsənələri təriqihəqqə irşad etmək iştiğalində idi. Übeydullahi-Ziyad vaqif olub və bə’zi müsəlmanları dəxi anınla müttəhim qılub qətl etdikdən sonra yerinə qarındaşın tə’yin edüb Kufə canibinə rəvan oldu və kəmali-ehtimamla İraq hifzinə təvəccöh qıldı. Bə’zi təvarixdə bu məsturdur ki, ol müfsid Kufə qürbinə yetdikdə təhəmmül etdi, ta gecədən iki saət ötdü. Pəs, təğyiri-surət qılub başına bir əmmameyi-mişkin sarub, haşimilər kibi teyləsan buraxub niqabla rəvan oldu. Əşrafü ə’yani- Kufədən mütərəssidi-qüdumi-Həzrəti-İmam olub intizar çəkənlər ol vəz’ü vüqarla anı Hüseyn bin Əli təsəvvür qılub istiqbal edüb rikabi-hümayüninə yüz sürüb derlərdi. Şe’r: Əlminnətü lillah ki, murad oldu müyəssər, Şad eylədi aşiqlərini vəsl ilə dilbər. Təbdil olunub ruzi-vüsala şəbi-hicran, Xurşid çıxub eylədi afaqı münəvvər. Və önünə düşüb nəhayəti-tə’zimü təkrimlə darül-əmarəyə yetdikdə Nümani- Bəşir vəhm edüb, darüləmarə dərvazəsin bağlayub, üzərinə çıxub avaz yetirdi ki, ey nütfeyi-Rəsulullah, bu fitnəyə bais olma və təsəvvür qılma ki, bu mülkü Yezid sənin təsərrüfində qoyub təəllül qıla. Nə rəva bir zəhmətə irtikab etmək ki, əqrəbi-zəmanədə zaye’ola? Şe’r: Aqil oldur ki, etdügi əməlin, Fikr edə ibtidadə əncamın. Ol degil kim, təəmmül eyləməyüb, Keçirə qəflət ilə əyyamın. Hala səlah oldur ki, bu gecə bir qeyr mənzildə aram dutub istirahət qılasan. Sabah olduqda nə kim, səlah isə, əməl oluna. Əhli-Kufə Nümani-Bəşirə tə’n edüb təhdid edərlərdi ki, ey bədbəxt, bu Hüseyn bin Əliyyi-Murtəza və nəqdi-bərgüzideyi-Mustəfadır. Darül-əmarə düxulindən mən’ etmə və təriqi-müxalifətü mü’anidət dutma. Müslimi-Əqil ol məcmə’də idi. Həqiqəti-hal mə’lum edüb nida qıldı ki, ey qövm, bu şəxs Hüseyn bin Əli degil. Məftuni olman, hiləsinə e’timad qılman. Übeydullahi-Ziyad hücumi-’ammdən ehtiraz edüb, çehreyi-napakdan niqab alub kəndüsin izhar etdikdə Nümani-Bəşir andan vaqif olub, dərvazeyi-qəsri açub, Übeydullahi-Ziyad qəsrə girüb, sayir əhli-Kufə novmid olub mütəfərriq oldılar və güruh-güruh mənzillərinə təvəccöh qıldılar. Sübhdəm ki, sədayi-kusi-növbəti-səlatini-zalimpişə dideyi-sükkani-sərapərdeyi- rahətdən xabi-qəflət aldı və zümzümeyi-füssaqi-səbuhikeş dimaği-ərbabi- ləhv dəğdəğeyi-tərəddüdi-fəsad saldı, Übeydullahi-Ziyad istiqlalla məsnədi-hökumətdə qərar dutub və ə’yanü əşrafi-Kufəyə tövqi’i-hökumətü əyalətin ibraz edüb, gah məva’idi-əşfaqü əltafla cəbbari-kəsri-qülub oldu və gah və’iditəhdidlə anları siyasətdən xəbərdar qıldı. Müslimi-Əqil bu halətdən xəbərdar olduqda, xatiri-şərifinə vəhm müstövli olub dari-Muxtardan çıxub Hani bin Ürvə mənzilinə gəlüb ayıtdı: "Ey Hani, bən bu mülkdə qəribəm və səndən qeyrə e’timad etməzəm və hala bu əhvalın sərəncamı mə’lum olanadək bana sənin mənzilində olmaq münasibdür". Hani bin Ürvə mübahatlar qılub, ol Həzrətə kəndü sərayində münasib mənzil tə’yin edüb və ol şərəfdən əfsəri-’izzü e’tibarı asimana yetdi. Həm ol daireyi-bey’ətində olan müxlislər mülazimətində tərəddüd edərlərdi və xidmətinə gəlüb gedərlərdi. Əmma Übeydullahi-Ziyad, ol müdbiri-pürfəsad, şamü səhər Müslimin təcəssüsü təfəhhüsündə olub, bir gün Müfəzzəl nam bir məmlükinə ayıtdı: "Ey Müfəzzəl, Müslimin bu şəhərdə olub Hüseyn üçün xəlqdən bey’ət alduğın təhqiq etmişəm, əmma bilməzəm qandadır. Əgər təcəssüs edüb, mə’lum edəcək olsan, səni malımdan azad edərəm, bəlkə ənva’i-əltafla dəxi bərmurad edərəm". Müfəzzəli-bidövlət ol xidməti qəbul edüb təcəssüs edərkən bir gün came’i- Kufədə bir pakizəsurət mö’min görüb xatirində cəzm etdi ki, bu Müslimin mütəəlliqatından olacaqdır. Hüzuruna gəlüb ayıtdı: "Ey mö’mini paksirət, bən mö’təqidi-Hüseynəm və bin aqça nəzr etmişəm və gətürmişəm ki, Müslimə verəm. Əmma bilməzəm ki, qandadır? Bir lütf et, anı bən fəqirə göstər". Şe’r: Gərdənimdən, kərəm et, silsileyi-qeydi götür, İltifat eylə, bəni mənzili-məqsuda yetür. Ol mö’min ayıtdı: "Ey əziz, bunca xəlq arasında nə bildin ki, bən şi’eyi- Hüseynəm?" Müfəzzəl ayıtdı: "Hüsni-xisalın və lütfi-əf’alın şəhadət verdi". Ol mö’mini-dilqafil anın qövlinə təsdiq verüb ayıtdı: "Ey arif, qələt etmədin, bən ol tayifədənəm və bənə Müslimi-Əvsəcə derlər". Şe’r: Ey bəsa sidq kim, zərər yetürür, Qailə möhnətü bəla gətürür. Əlqissə, Müslim bin Əvsəcə ol məl’unu alub Müslimi-Əqilin xidmətinə gətürdi və hadiyi-tövfiq olub, mənzili-məqsudinə yetürdi. Müfəzzəl Müslimin didarına mübahat qılub, əlin öpüb, nəzrin mülazimlərinə təslim edüb, müshəf gətürib, qəsəm yad edüb bey’ət alub andan çıxdıqda Übeydullahi-Ziyadı əhvaldan vaqif etdi. Übeydullahi-Ziyad ol vaqi’ədən müttəle’ olduqda filhal məcmə’iamm edüb, ol məcmə’də Əsmayi-Xaricədən və Məhəmmədi-Əş’əsdən Hani bin Ürvənin əhvalın istifsar edüb ayıtdı: "Ol qandadır ki, görünməz?" Dedilər: "Ya əmir, ol bihüzurdur". İbn Ziyad ayıtdı: "Ol bihüzur degil, əmma eşitdim ki, bir mane’i var. Nə qədər mane’ var isə, bir zəman bu məclisə gəlmək olur". Hani bin Ürvəyə xəbər göndərib Übeydullahi-Ziyadın şövqün izhar edüb hüzurun lazım etdilər. Hani bin Ürvə əziməti-mülaqat edüb, mənzilindən çıxub qəsri-əmarəyə yetdikdə əshabinə ayıltdı: "Ey əzizlər, bu gün bu qəsrdən bənim könlümə bir vəhm müstövli olub, əcəb ki, bu gün bu qəsrdən bana bir zərər irişməyə". Əshabü əhbab ana təsəlli verib ayıtdılar: "Xatir təsəlli et, nolacaqdır?". Hani bin Ürvə qəzaya riza verüb və daireyi-təslimü təfvizə girüb, məclisə qədəm basub, səlam verdikdə İbn Ziyad anın səlamn kinayə ilə alub ana surətiqəzəb göstərdi. Hani ayıtdı: "Ey əmir, nə vaqe’ oldu?" İbn Ziyad ayıtdı: "Nə vaqi’ə bundan ziyad ola ki, Müslim bin Əqili mənzilində pünhan edüb, zəmanzəman xəlqi bey’ətə təklif qılub, mülk əhvalın pərişan edərsən". Hani inkar etdi. Übeydullah Müfəzzəli hazır edüb ana infi’al verdi. Hani gördü ki, inkara məcal yox, mö’tərif olub üzrlə ayıtdı: "Ey əmir, həqqa ki, anı bən ixtiyarımla mənzilümə gətürmədim. Kəndü istilayi-şövkətinizdən mütəvəhhim olmağın bənim mənzilümə pənah gətirüb, bana dəxi anın mən’ində həya mane’ oldu. İmdi çün bənim mənzilimdə anın olduğuna rizayişərifiniz yoxdur, müraciət etdikdə ixrac edəyim". Übeydullah ayıtdı: "Heyhat, heyhat, sən Müslimi gətürüb təslim etməyincə getməgün mümkin degil". Hani ayıtdı: "Bu hərgiz müyəssər olmaz və surət bulmaz ki, bən Müslimi sənə təslim edəm". Übeydullaha qəzəb müstövli olub anın həbsinə əmr etdi. Əsmayi-Xaricə fəryada gəldi ki, ey qəddari-nabəkar, vey bədəhdi-çəfakar, biz bu dərdməndi bir əhdlə və şərtlə məclisünə gətürdük, hala bu nə əməldür? Übeydullahın qəzəbi ziyadə olub, Əsmayi-Xariciyə izalar etdirüb buyurdu ki, Hani bin Ürvənin bədəni-zəifin üryan etdilər və beş yüz taziyanə urub iqabinə çəkdilər. Və Hani bin Ürvə səksən doqquz yaşında bir pir idi. SöhbətiRəsulullaha müşərrəf olmuş mö’təmidi-səhibtövqir idi. Hüzzari-məclis istişfa edüb anı endirdilər. Yer yüzünə düşdükdə rəhmətə vasil oldu. Şe’r: Qıldı cəlladi-fələk xunrizlik bünyadini, Etdi zahir dövri-zalim adəti-mö’tadini. Bağbani-dəhr açub xuni-cigər sərçeşməsin, Qan ilə sirab qıldı gülşəni-bidadini. Bu xəbər Müslimi-Əqilə irişdikdə ol Həzrət iki oğlun Şüreyh Qazi evinə göndərüb, kəndü iste’dadi-hərblə mühəyya olub daireyi bey’ətdə olan yekcihətlərə nida etdirdi ki, ey təriqi-müsa’idətdə mərdanəyəm deyən səadətməndlər, vey meydani-mücahidətdə sərbazlıq də’vasın qılan sərbüləndlər! Bismillah, bu gün izhari-əqidət günüdür və bu dəm isbati-cəladət dəmidür. Rəvayətdir ki, filhal igirmi bin miqdarı sipahi-xunxar və mübarizi- xəncərgüzar iste’dadi-rəzmlə Müslim hüzurində qəsriəmarəyə mütəvəccih oldılar. Və ol qəsri-rəfi’ül-bünyanı nigini-xatəm kibi əhatə qıldılar. Übeydu Uahi-Ziyad ol hala vaqif olub, kəndü qəsr içində qalub sayir əskərə Məhəmmədi- Kəsiri sərəskər edüb, rüxsətiməqatilə və müharibə verdi. İki canibdən nirani-müharibə işti’al bulub və həngameyi-rəzm gərm olub. Şe’r: Əfsəri-rayət oldu gərdunsay, Çıxdı çərxi-bərinə naleyi-nay. Kus fəryadı oldu aləmgir, Müjdeyi-mərg verdi sövti-nəfir. Qoymayub yerdə nə’li-rəxş dəfin, Ərseyi-məhşər oldu ruyi-zəmin. Bəs ki, toprağa çərxi-kəcrəftar Xəlqin abi-həyatın etdi nisar. Içüb əczayi-xak abi-həyat, Dirilüb oldu qabili-hərəkat. Yer yüzündən qopub Süha manənd, Eylədi meyli-asimani-bülənd. Züləmat etdi rəzmgahı qübar, Ruzi-rəzm oldu gərddən şəbi-tar. Ol şəbi-tarə şəm’i-bəzməfruz, Oldi nuki-sinani-aləmsuz. Ol mə’rəkeyi-pürşur və məhləkeyi-pürfütura növbaveyi-gülzari Bəni-Xəlil, yəni əşcə’i-sənadidi-ərəb Müslim bin Əqil səməndi-kuhtəmkini-bərqseyrlə cövlana gəlüb və bir əlinə əf’iyi-rəmhi-xunxar və bir əlinə əjdəhayi-tiğisa’i-qəkirdar alub, hər həmlədə bir cümləyə zəhri-fəna içürirdi və hər nə’rə ilə bir güruhün tüyuriərvahin aşiyani-bədəndən uçururdu. Şe’r: Dönərdi gəh yəminü gəh yəsarə, Salurdı lərzə xəsmi-biqərarə. Dəmadəm rəzm bazarın qılur tiz, Tökərdi qan, çalardı tiği-xunriz. Ururdu Heydəri-Kərrardan dəm, Anın rəzmində bir zal idi Rüstəm. Übeydullahi-Ziyad ki, qəsrdən mə’rəkeyi-məsafa nəzzarə qılurdı və Müslimi-Əqilin keyfiyyəti-şüca’ətin bilürdi, kəndü ləşkərin məğlub və Müslim ləşkərin qalib görüb hüzurində olan rüəsayiKufəyə hökm etdi ki, əhli-Kufəyə təhdid edələr. Pəs, Kəsir bin Şihab, Məhəmməd bin Əş’əs və Şimr Zilcövşən kibi bədbəxtlər nida yetürdilər ki, ey əhli-Kufə, budur Şamdan ləşkəri-bihesab bu canibə təvəccöh etmişdir, bəlkə həvaliyi-şəhrə yetmişdir. Vəqtdir ki, cəmi’iəhlü əyalınız əsir ola və cümleyi-malü mənalınız nöqsani-qarət bula. Kəndünizə rəhm edin və fürsət var ikən hər birinüz bir canibə gedün. Şe’r: Rə’dü bərq ilə bu səhraya təvaccöh qılmış, Mərg baranını yağdırmağa bir tirə səhab. Qopun, ey qəmzədələr, seyl güzərgahindən, Getmədən suya fərağət evi manəndi-hübab. Əhli-Kufə ki, zatlərində səbati-e’tiqad yox idi, bu hekayətdən mütəvəhhim olub güruh-güruh həzimətə təvəccöh qıldılar və Pərvin kibi cəm’ ikən Bənatünnə’ş kibi mütəfərriq oldular. Əlqissə, aftab qürub edənədək igirmi bin mübarizdən otuz nəfər qaldı və anlar dəxi Müslim nəmaza məşğul olduqda gedüb, Müslim tənha qalub mütəhəyyir oldu. Cismi aləti-hərbdən azürdə və halı ənduhi-qürbətdən əfsürdə. İztirabla şəhrdən çıxmaq qəsdinə tərəddüd edərkən Sə’id bin Əhnəf ol Həzrətə uğrayub ayıtdı: "Ey seyyid, ehtiyat eylə ki, əbvabi-şəhrə sərhənglər tə’yin olunub, sənin qəsdindədirlər". Müslim ayıtdı: "Məsləhət nədir?" Sə’id ayıtdı: "Bənimlə gəl". Müslim mütabiət qılub, Sə’id Müslimi Məhəmməd Kəsir mənzilinə gətürüb e’lan etdükdə Məhəmməd Kəsir çıxub, minnətitəmamla e’zazü ehtiram edüb Müslimi-Əqili evində pünhan eylədi. Ol gecə gedüb sübhdəm ki, me’mari-sərayi- afəriniş qəsri-lacivərdfamı zərəndud etdi və xəncəri-şü’ai-xürşidlə şəbistanlar şəm’inin rişteyi-həyatında və’də yetdi. Şe’r: Pərdeyi-setri nəsimi-sübh bərbad eylədi, Fitnəyi bidar edüb bidadı bünyad eylədi. Übeydullahi-Ziyad qəmmazlərdən və casuslərdən ol əhvalı mə’lum edüb, Məhəmməd Kəsir məclisə gəldikdə ayıtdı: "Ey Məhəmməd Kəsir, Müslim sənin mənzilindədir, gətirməz isən sənə siyasət edərəm". Məhəmməd Kəsir sahibi-şövkət kimsənə idi, kəsrəti-qəbailinə e’timad edüb cəvab verdi ki, ey İbn Ziyad, bən dəxi Hani bin Ürvə degiləm ki, bənə hökmün cari ola. Bu sözdə ikən sədayi-nayi-rəzmi və xüruşi-kusi-hərbi aləmə qovğa bıraxdı. Übeydullahi-Ziyad ayıtdı: "Bu nə qovğadır?" Dedilər: "Ey əmir, Məhəmməd Kəsirin əqvamı müsəlləh olub, on bin miqdarı mübariz qəsri-əmarəyə mütəvecceh oldılar və cidalü qitala əzimət qıldılar". Übeydullahi-Ziyad ol fitnədən vəhm edüb, Məhəmməd Kəsirin oğlun yanında mühafizə qılub kəndüyə rüxsət verdi ki, çıxub qövminə təskin verə. Məhəmməd Kəsir qəsrdən çıxub, qövminə təskin verib mənzilinə gəldikdə Süleyman Sürədi Xüzai və Muxtar bin Əbu Übeydə və Rifa’ə Azib hazır olub ayıtdılar: "Ey əziz, ittifaqla cəhd et ki, yarın oğlunu bu zalim qeydindən qurtaralım və Müslimi alub, kəndü qəbiləmizə gedüb, bir əzim ləşkər cəm’ edüb Hüseyn bin Əli mülazimətinə varalım". Məhəmməd Kəsir əqvamıyla bu məsləhətdə qərar vermiş ikən İttifaqən canibi-Şamdan Amir bin Tüfeyl ki, Übeydullahi-Ziyad müavinətinə müqərrər olub gəlirdi, ol zəmanda on bin mübarizlə yetüb, Übeydullahi-Ziyad ol ləşkər qüvvətiylə məğrur olub, Məhəmməd Kəsirin ehzarinə əmr etdi. Məhəmməd Kəsir dəxi otuz bin miqdarı ləşkər qövmindən hazır edüb, qəsri-əmarəyə mütəvəccih oldu. Əmma ləşkərin dışrada qoyub, kəndü tənha qəsrə girüb Übeydullah ilə mülaqat etdi. Übeydullahi-Ziyad ayıtdı: "Ey Məhəmməd, Müslimi-Əqili sevərmisən, ya kəndü canını?" Məhəmməd ayıtdı: "Ey İbn Ziyad, Müslimin canı Allah hifzindədir və bənim canım otuz bin mübariz hisarində". Übeydullahi-Ziyad anın sözündən qəzəbnak olub, bir dəvatla urub nüsxeyisərnivişti- təqdir olan cəbini-mübarəkin məcruh etdi. Məhəmməd Kəsir dəxi biməhaba tiği-abdar çəkib Übeydullahi-Ziyada həvalə qıldıqda ə’yani-Kufə araya girüb, bir növbət hayil oldılar. İkinci kərrə tiğ həvalə qıldıqda Übeydullah fərar edüb, mülazimlərindən birin həlak etməgin Übeydullahi-Ziyadın dəxi mülazimləri ol piri-natəvanı ortaya alub çox müqatiləvü müharibədən sonra şəhid etdilər. Rəhmətullahi əleyh. Şe’r: Ey xoş ol kim, nəqdi-can bəzlində ehmal etmədi, Rəxtü bəxtin qeydi-mülkü malı pamal etmədi. Həq yolunda dutmadı xari-təəllüq damənin, Paybəndi-mülk olub əndişeyi-mal etmədi. Məhəmməd Kəsirin oğlu ol halı görüb, diliranə hərblər qılub babasının intiqamın aldıqdan sonra bir namərdin sinani-zəhrəşikafiylə şəhadət buldu. Şe’r: Ol nihali-növrəsi sındırdı dövran, ey diriğ, Qıldı ol gənci fələk xak içrə pünhan, ey diriğ. Ləm’eyi-rüxsarı xurşidi-cəhanəfruz ikən, Eylədi pünhan səhabi-gərdi-hirman, ey diriğ. Bu hala müqarin Übeydullahi-Ziyad əmr etdi ki, qəsrin qapusın açub ləşkəri dışra çıxub Məhəmməd Kəsirin ləşkəriylə cəng edələr. Ol dilavərlər dəxi təqsir etməyüb, sübhdən şamədək əskəri-Kufə ilə ləşkəri-Şam bir cidad etdilər ki, dideyi-ruzigar anın kibi karzar görmüş degil. Şe’r: Fitnə dəryası yenə mövc urdu, tüğyan eylədi, Əmn mülkün qərqeyi-seylabi-tufan eylədi. Növbəhari-fitnədən açıldı afət gülləri, Seyli-xun hər yan ’ələm sərvin xuraman eylədi. Səfheyi-təsvirtək tər guşə nəqqaşi-əcəl, Surəti-bicanı zibi-lövhi-meydan eylədi. Ərseyi-heycadə düşdükcə mübariz küştəsi, Badpa nə’li ləhəd həfr etdi, pünhan eylədi. Qopdu bir qovğa ki, xəmi-navəki-bidadi-tiğ Çoxları ol rəzm ’əzmindən peşiman eylədi. Axirul-əmr, Übeydullahi-Ziyad ayıtdı: "Bu qövmin cidalı Məhəmməd Kəsir üçündür. Başın qəl’ədən dışra atın, görüb təsəlli olsunlar". Məhəmməd Kəsirin və oğlunun başların qəsrdən dışra bıraxdıqda əhli-Kufə görüb, novmid olub, pərişanhal güruh-güruh mütəfərriq olmağa başladılar. Gecə olduqda o ləşkəri-kəsirdən dəyyar qalmadı. Muxtar Əbu Übeydə gördü ki, inaniixtiyar əldən getdi, əqvamı ilə qəbileyi-Bəni-Sə’də yüz dutdu və Süleyman Sürədi Xuzai ləşkəri məğlub olduğun bildi. Ol dəxi bir yana əzimət qıldı. Çün Müslimi-Əqil Məhəmməd Kəsirin şəhadətin və ləşkərinin mütəfərriq olduğun mə’lum etdi, məlulü məhzun olub derdi. Şe’r: Ey fələk, bir gün bənim rə’yimlə dövran etmədin, Dərd çox verdin, vəli bir dərdə dərman etmədin. Hiç mənzildə bənim müxlislərim cəm’ olmadı Kim, bir əngiz ilə ol cəm’i pərişan etmədin. Əlqissə, mükəddərü müztərib mənzilindən çıxub, şəhrdən çıxmağa yüz dutdu. Gedərkən yolda Möhkəm bin Tüfeylin əskərinə sataşdı. Andan müraci’ət qılub, bir qeyr yana təvəccöh etdikdə məhəlleyi-Dari-Rəbi’də Xalid bin Ziyadın ləşkərinə uğradı. Gördü ki, hər yana təvəccöh qılsa, ləşkərdir. Naçar diliranə bir cəmaət qəlbinə urub çıxdı. Əmma bir məhəlləyə düşdü ki, ol məhəllənin şəhrdən çıxmağa yolu yox idi və ol məhəllədə münafiqlər çox idi. Bir bədbəxt anı ol hey’ətü səlabətlə görüb, Müslim olduğun bilüb filhal Übeydullahi-Ziyada e’lam etdi. Übeydullahi-Ziyad, Nüman Hacibi əlli mübarizlə anın qəbzinə rəvan eylədi. Əmma Müslim gedərək gördü ki, yol çıxmaz. Müraci’ət qıldıqda gördü ki, Nüman Hacibin qulları gəlür. Nacar atından yenüb bir xərab məscidə pənah gətürdi. Nüman Hacib Müslimin mərkəbin bulub, kəndüsindən əsər bulmayub Übeydullaha gəlüb xəbər verdi. Übeydullah tamamiyişəhrə münadilər buraxub hökm etdi ki, hər kimin evində Müslimi-Əqil çıxacaq olursa siyasətə müstəhəqq olur və hər kim bulub gətürsə, bəndən cəmi’i-muradın bulur. Əmma Müslimi-fəqir ol məscidi-viranədə ol gün qərar edüb, şəbi-zülmani ki, zali-zəmanə şəm’i-cəhanəfruzi-aftabi-aləmtabı şəbistani-məğribdə nəzərdən nihan etdi və daməni-gərduni qəriblər və bixanümanlar dudi-ahı dutdu, Müslimi-sərgərdan ol məscidiviranədən çıxub, təriqi-nəcat istəyib hər tərəf tərəddüd edərkən bir salehə övrətin mənzilinə yetüb, təskini-hərarətçün bir şərbət su tələb etdi. Ol övrət su gətirib verdikdən sonra ayıtdı: "Ey əziz, bu şəhr bir qovğalu şəhr olmuşdur və bu məmləkət hala fitnə ilə dolmuşdur. Bənim mənzilim önündən get ki, bana mövcibi-töhmət olmayasan". Müslim ayıtdı: "Ey salehə, bən qəribəm, kimsənə bilməzəm, xanədaninübüvvət və vilayətdənəm. Mümkün olmazmı ki, bana mənzilində bir pənah verəsən və bəni hifz edib bir səvaba girəsən?" Övrət ayıtdı: "Sənə kim derlər?" Müslim ayıtdı: "Bən [Müslimi]-Əqiləm". Ol övrət Müslimə tərəhhüm edüb əlin öpdü və ayağına düşüb, hərəmsərayində mənzil tə’yin edüb xidmətinə qiyam etdi. Müslimi-Əqil əgərçi anda qərar dutmuşdu, əmma xatiri-şərifi cəmi’i-cəvanibdən mütəfərriq idi. Gah Hüseyn bin Əli xəyalında idi ki, aya ol məzlumun bu zalimlərlə əhvalı nəyə müncər ola? Və gah kəndü övladı əndişəsində idi ki, aya bu qürbətdə anların ri’ayətlərin kim qıla? Və gah kəndü fikrində idi ki, aya bənim keyfiyyəti-halım nə surət bula? Bu təfəkkürlə gahi dili-püratəşdən ahi-həsrət çəkərdi və gahi dideyi-nəmdidədən əşki-nədamət tökərdi. Rəvayətdir ki, ol övrəti-salehənin bir oğlu var idi nabəkari-bədkirdar. Ol dəxi ən’amü iltifat ümidiylə Müslim mütalibətində ikən mətlubu müyəssər olmayub tə’əbnak mənzilinə gəldikdə anasın xoşhal görüb səbəb sorduqda, ol salehə ayıtdı: "Ey fərzəndi-sə’adətmənd, dövləti-üqba bizə təvəccöh edüb, Müslimi-Əqil bizim bəndəxanəmizə pənah gətirmişdir. İnşallah, Qiyamət günü anın sə’adətsərası bizim pənahımız olmaq müqərrərdir". Ol bədbəxt heç cəvab verməyüb sabahədək təhəmmül edüb, ələssəbah ki, hüdudişə’şəeyi- xurşid miftahi-əbvabi-tərəddüd oldu və əngizi-fitnəvü fəsad üçün qəmmaz olan səlatini-zalimpişə qürbinə rüxsət buldu, ol məl’un Übeydullahi-Ziyada surəti-hal bildirüb, Übeydullahi-Ziyad Ömər bin Harisə əmr etdi ki, Məhəmməd Əş’əslə üç yüz adam tə’yin et, Müslimi-Əqili dutub gətürsünlər və anın küdurətin mir’atimülkdən götürsünlər. Məhəmməd Əş’əs üç yüz mübarizlə ol övrətin möhnətxanasin mühasirə qılub, Müslim nəmazda ikən sədayi-sümi-sütür istima’ edüb, yerindən durub, silahın mürəttəb edüb dışra çıxdıqda ol güruhimüxalif Müslimə həmlə qıldılar. Ol əxtəri-bürci-nübüvvət aftabi aləmtab kibi tənha tiği-atəşbarla cövlan edüb hər tərəfə əzm etsə, sitarəvar pərişan etməgin ol üç yüz mübarizin əksərin həlak edüb tətimməsin hərasan etdi. Məhəmməd Əş’əs İbn Ziyada peyğam etdi ki, bana mədəd göndər. İbn Ziyad ayıtdı: "Ey namərd, üç yüz adamla bir adama hərif olmamaq nə himmətdir? Dut gətür, yoxsa bu xidmətə qeyri tə’yin edirəm". Məhəmməd Əş’əs gördü ki, müharibə ilə fürsət bulmaz və simurğiQafi-şuca’ət zərbi-dəstlə seyd olmaz, hiylə ilə ayıtdı: "Ey Müslim, bu cədəldən nə hasil olur? Bilirsən ki, cəmi’i-ləşkəriŞama tənha hərif olamazsan. Barı, silahın bıraxub kəndüni bana təslim et. Səni ilətüb Übeydullahdan səninçün aman istərəm". Müslim ayıtdı: "Ey namərd, sənin əmirindən aman istəməzəm. Bilirəm ki, qəddar və birəhmdir". Əlqissə, anın hiyləsin qəbul etməyüb mübarizət meydanında cəladətdən təqsir etmədi. Ləşkər ol halı görüb, bə’zi yer yüzündə anınla cədəl qılub və bə’zi damlara və divarlara çıxub, jaləvəş ol gülbüni-baği-dövlətə daşlar yağdırub, laləvar ə’zasını parə-parə və əndamını çak-çak edüb və baran kibi oxlar tökülmədən gülbüni-cismi bir qönçeyi-peykan oldu. Əlqissə, ol şahbazi-övcisəadət kəsrətisihami- ə’dadan balü pər peyda qılub canibi-firdövsi-bərinə pərvaz qılmaqda ikən və ol mə’dəni-cövhəri-şəhadətin xəzaneyi-cismişərifi tiğimüxalifdən rövzənlər açub nəqdi-ruhi-lətifi nisarimüjdeyi-şəhadət olmaqda ikən nagah bir həramzadə bir daşla cəbinimübarəklərin məcruh etdi. Məhasinişəriflərinə qan rəvan oldu. Ol zəxmin zəhməti özgə zəxmlərə izafə olub, Müslimi qayətdə süst etdikdə Bəkr bin Həmranın divarsərasinə pərtövi-aftabi-əsr kibi təkyələndi. Bəkr bin Həmrani-bədbəxt evindən çıxub, bir tiği-bidiriğ urub ləbimübarəkin qönçeyi-dəhanindən bərgi-gül kibi çüda qıldı. Müslim dəxi ol həramzadəyi bir zərblə həlak edib yenə divara təkyə qıldı və kəndüyə məşğul oldu. Əmma qayətdə ətəş müstövli olmağın bir şərbət su iltimas etdi. Ol qövmibirəhm əsla iltifat etməyüb, axirüləmr, bir övrət rəhm edüb, bir qədər su ol çeşmeyi-həyata sundu. Müslim ol suyu içmək tədarükində ikən ləbimübarəkindən qədəh dideyi-üşşaq kibi pürxun oldu və əşki-həsrət kibi anı tökmək lazım gəldi. Ol övrət bir dəxi qədəhi doldurub verdükdə ol dəxi qanla dolub, üçüncü növbətdə qələbeyi-ətəşdən mübarək dişləri gövhər kibi dürcidəhanindən qədəh içinə töküldü. Müslim sudan əl yuyub bildi ki, bu, müjdeyi-şərbəti-şəhadətdir. Pəs, bir həramzadə qafil gəlib zərbi-nizə ilə ol sərəfrazı gerü yanından yüzü üzrə buraxdı. Hər tərəfdən hücum edüb ol şiri-bişeyi-şücaəti dutdular və qıldıqları əhdü peymanları unutdular. Şe’r: Dutuldu afitabi-övci-dövlət, Zəmanə tirəvü tar olmasınmı? Ayaqdan düşdü sərvi-gülşəni-din, Anınçün didə xünbar olmasınmı? Əlqissə, Müslimi-Əqili müqəyyəd edüb Übeydullahi-Ziyad hüzurinə gətürdilər. Ol həramzadə ayıtdı: "Ey Müslim, nişə İmamizəmana xüruc etdin?". Müslim ayıtdı: "Ey zalım, İmami-zəman Hüseyn bin Əlidir və bən anın fərmanıyla bu şəhrə gəlmişəm. Əlminnətü lillah, bir İmamın xidmətinə iqdam etmişəm ki, təriqi-rizasında ölsəm, şəhidəm və əgər öldürsəm ğaziyəm. Ey İbn Mərcanə, bilirəm ki, bəni qətl edərsən, zira birəhmsən. Hala səndən bir iltimasım var: Bir kimsənə tə’yin et qəbileyi-Qüreyşdən, bir qaç vəsiyyətim var, əda qılayım". Übeydullahi-Ziyad ol iltiması qəbul edüb, Ömər bin Sə’də əmr etdi ki, vəsiyyətin istima’ edə. Müslim ayıtdı: "Ey Ömər, sənə üç vəsiyyətim var: Biri bu ki, bu şəhərdə yeddi yüz dirəm deynim var və bənim atım Nü’man Hacibdədir. Alub deynimi əda qılasan. İkinci vəsiyyət oldur ki, bəni qətl etdikdən sonra cəsədimi dəfn etdirəsən. Üçüncü vəsiyyət oldur ki, bana vaqe’ olan əhvalı yazub, Həzrəti-İmam Hüseynə irsal edüb tənbeh edəsən ki, bu canibə mütəvəccih olmaya". Vəsiyyət təmam olduqda Übeydullahi-Ziyad ayıtdı: "Kİmdir ki, Müslimi-Əqili çıxarub qətl edə?" Bəkr ibn Həmran ayıtdı: "Ya əmir, bu bənim işimdir, zira bu gün bənim atamı qətl edibdir". Pəs, Müslimin əlindən dutub dışra çıxartdı və Müslim Məkkəyə qarşu səlavat gətirüb oturdu və təvəccöh canibi-Hüseynə qılub, izhari-niyaz eylədi ki, "Əssələmu-əleykə, ya İbn Rəsulullah, bənim halım budur. Aya, sənin halın nədir? Muradım bu idi ki, mülazimətində nəqdi-can nisar edəm. Əlminnətu lillah ki, müyəssər oldu və bu xüsusda qıldığım dua dərəceyi-icabət buldu". Və zəbani-halla bu əbyatı inşa qıldı. Şe’r: Buq’eyi-Bəthaya bir lütf eyləyib var, ey səba, Qıl Hüseyni hali-zarimdən xəbərdar, ey səba. Gör bəni könlumdə yüz bin dərdi-dil, üstümdə tiğ, Necə kim gördün, ana şərh eylə, zinhar, ey səba. Cəhd qıl, mən’ eylə ol məzlumi meyli-Kufədən, Öp ayağın, çizginüb başına, yalvar, ey səba. Bən xud oldum mübtəlayi-möhnəti-ə’dayi-din, Olmasın bu möhnətə ol həm giriftar, ey səba. Pəs, Vacibül-vücuda həmdü səna və əhli-Kufəyə nifrinü nasəza deyüb, kəlimeyi-şəhadət ’ərz edüb müntəzir olduqda Bəkr bin Həmran istədi ki, ana şəmşir həvalə qıla, əlləri titrəyüb əlindən tiğ düşdü. Übeydullahi-Ziyad andan xəbərdar olub səbəb sual etdikdə ayıtdı: "Ey əmir, qətlinə mübaşirət etdikdə müqabilimə bir mühib kimsənə gəlüb, barmağın dişləyüb təəssüf edərdi. Bən andan vəhm etdüm". Übeydullah təbəssüm edüb ayıtdı: "Ey Bəkr, hənuz cahilsən. Çün xilafiadət bir əməl etmək edərsən, dəhşət sənə qalib olur". Pəs, bir qeyr kimsənəyə əmr etdi. Ol dəxi gəldikdə ol şəxsi görüb zəhrəsi çak oldu. Axirül-əmr, Şam əhlindən bir namərd gəlüb ol məzlumu şəhid etdi. Şe’r: Ah kim, rayəti-İslam nigunsar oldu, Gün batub dideyi-əhbabə cəhan tar oldu. Gövhəri-feyzi-şəhadət ələ girməz asan, Nəqdi-can verdi, ana kim ki, xəridar oldu. Rəvayətdir ki, Übeydullahi-Ziyad Müslimi-Əqilin və Hani bin Ürvənin cəsədlərin qənarələrdən ibrətçün asdırub, başların Şama göndərub, Yezidə vaqe’ olan surəti-halı ərz etdi. Yezidi-pəlid ittila’ bulduqda bəşarətlər edüb ol əzizlərin başların dərvazeyi-Diməşqdən asdırdı. Şe’r: Fərəhdən güllər açıldı riyazi-Şama ol dəm kim, Töküldü hər tərəf toprağına məzlumlar qanı. Səri-xunin asıldı hər tərəf dərvazeyi-Şama, Bəzəndi tükmeyi-lə’l ilə ol şəhrin giribanı. Andan sonra Übeydullahi-Ziyada bir namə irsal etdi ki: "Afərin sənə və iqdaminə və ehtİmaminə ki, cəm’i-əf’alın bana mərzivü müstəhsəndir. İmdi böylə istima’ olundu ki, Hüseyn bin Əli Hicazdan çıxub əziməti-İraq etmiş. Bu surət vaqe’ olduqda, kəmali-ehtiyat və nəhayəti-ehtirazla cəmi’i-türüqü şəvari’i məzbut edüb, əbvabi-fitnəyi məsdud edəsən və hər nə vəchlə olursa, dəf’in və rəf’in kəndüyə lazım biləmən". Übeydullahi-Ziyad Yezidin məva’idü ehsanına mütəzəmmin məktubu gəldikdə qayətdə xoşhal oldu və həsbülfərman HəzrətiHüseynin dəf’ü rəf’inə müqəddimələr tərtib etməgə şüru’ qıldı. Rəvayətdir ki, Übeydullahi-Ziyad Müslimi-Əqil əmrin sərəncam edüb fariğ olduqda ğəmmazlar ol məl’una iğmaz etdilər ki, Müslimin övladın qanda olsalar, dutub gətirməyən siyasətə müstəhəqq olur. Şüreyh Qazi ol təhdiddən təvəhhüm edüb tədarüki-əhval etməkçün ol mə’sumləri hüzurinə gətürdükdə ixtiyarsız giryan olub fəğana başladı. Şahzadələr ol halətə mütəhəyyir qalub səbəb sual etdikdə ayıtdı: "Ey mə’sumlar və məzlumlar. Şe’r: Bəla seyli səbatü səbr bünyadın xərab etdi, Sitəm bərqi məhəbbət əhlinin bağrın kəbab etdi. Bİraqmışdı qəza bu kişvərə bir dürci-pürgövhər, Zəmanə sındırub ol dürci qəsdi-dürri-nab etdi. Şahzadələr bu kinayədən Müslimin şəhadətin təhqiq edüb ittifaqla bir zəman naləvü fəğan etdilər. Bir zamandan sonra dəsti-təzzərrö’lə Şüreyh Qazinin damənin dutdular ki, ey məxdum. Şe’r: Ağazi-ömr mövsimi-eyşü nişat ikən, Çərxi-sitəmgər etdi bizi mübtəlayi-bim. Əhvalınız nolur, nedəlim, qanda varalım?! Həm tifl, həm qərib, həm avarə, həm yetim! Qazi ayıtdı: "Ey məzlumlar, Übeydullahi-Ziyad sizin tələbinizdədir və bən bu diyarda məhəbbəti-Əhli-Beytlə məşhuram, əgər ehtiyat etsəm, mə’zurəm. Olmaya ki, düşmənlər bir fəsada fürsət bulalar və təğəllübü təsəllütlə sizi bəndən alalar. Hala bən bu səlahı görmüşəm ki, sizi Mədinə canibinə rəvan edəm". Hər ayinə ol şahzadələrə təsəlli verüb və bir miqdar zərü sim həmrah edüb Əsəd nam oğluna ayıtdı: "Ey fərzəndi-əziz, eşitdim ki, dərvazeyi-İraqda bir karvan cəm’ olub, istid’ayi-səfəri-Mədinə qılub, bu gün rəvanə olurlar. Bu iki dürdanəyi ilətib karvanda bir əmin kimsənəyə təslim et ki, Mədinəyə irişdikdə əqrəbasına təslim edələr". Əsəd ol məxdumzadələri alub rəvan oldu. Əmma gecə hənuz qaranqu olub, bunlar yetincə karvan rəvan olmuşdu, əmma əsərləri görünürdü. Əsəd ayıtdı: "Ey şahzadələr, bana sabahadək bunda olmaq mövcibi-töhmətdir. Siz yürün bu karvana yetün". Əsəd müraciət qılub, şahzadələr qəribü müztərib qalub, karvan ardınca sərasimə gedərkən araya hayil düşüb əsəri-karvan nəzərlərindən qayib oldi. Şahzadələr mütəhəyyir olduqda hər tərəf tərəddüd edərkən nagah əsəslərə sataşdılar. Əsəslər bildilər ki, anlar Müslim oğlanlarıdır. Filhal dutub Übeydullahi-Ziyad hüzuruna ilətdilər və Übeydullah anları zindana göndərüb Yezidə bir namə yazdı ki: "Müslimin iki növrəsidə oğlun dutdum, biri yeddi yaşında və biri səkkiz yaşında və hala həbsimdədirlər. Netə ki, əmr olunursa, əməl oluna". Rəvayətdir ki, zindanban Məşkur nam mö’mini-pake’tiqad idi. Ol şahzadələrə bir neçə gün e’zazü ehtiram edüb bir gün ayıtdı: "Ey şahzadələr, rəva görməzəm ki, bir zərər sizə vaqe’ ola. Nisfül-leyl anları zindandan çıqarub və şəhrdən dışra ilətüb, yol göstərüb barmağından xatəmin [çıqarub] anlara verdi. Və sifariş qıldı ki, bu yolla gedin, Qadisiyyə nam mülkə yetərsüz. Bənim qarındaşım anda hakimdür. Bu xatəmi nişanə təriqiylə ana verüb, deyin ki, sizi Mədinəyə vasil edə. Zindanban müraciət edüb, ol şahzadələr rəvan olduqda, çün müqərrərdir ki, təqdirə tədarüki-tədbir təğyir verməz və hakimiməhkəmeyi-qəza əhkamına təğəyyür rəva görməz, ol şahzadələr canibi-yəminə getməlü ikən qəza ’inaniəzimətlərin canibi-yəsara mün’ətif qılub məqsəd təriqin itürdilər və ol gecə sabahədək pərgarsan cizginüb sübh olduqda kəndlülərin əvvəlki məqamda gördülər. Mütəvəhhim olub, bir bağa girib bir su üzərinə qərar dutdular. Ol halətə müqarin şəhrdən bir həbəşi cariyə çıqub, anları görüb və cəmalibakəmallarinə heyran qalub sual etdi ki, aya, sizə kim derlər? Şahzadələr ahidərdnak çəküb ayıtdılar: "Biz qəriblərüz, biz yetimlərüz". Cariyə sordu: "Kimin oğlunlarısız?". Şahzadələr növhəvü fəğan etdikdə cariyə fərasətlə fəhm edüb ayıtdı: "Ey əzizlər, öylə mə’lum olur ki, siz Müslim övladlarısız". Şahzadələr ayıtdılar: "Nə’əm, biz ol dilşüdələrüz və möhnətzədələrüz". Cariyə ayıtdı: "Ey məxdumzadələr, heç vəhm etmənüz, bənim bir salehə məxduməm var ki, bəqayət mö’minə və mühibbi-xanədandandır. Durun, sizi anın hüzuruna ilətüb anı xoşhal edəlim". Əlqissə, şahzadələri cariyə rəhnümun olub, ol salehə xatunun hüzuruna yetürdükdə ol salehə xəbərdar olub e’zazü ehtiramla anları bir münasib yerdə pünhan etdi. Əmma Übeydullahi-Ziyad anların fərarından vaqif olub, Məşkurizindanbanı hazır edüb sual etdi ki, Müslimin övladın netdün? Məşkur ayıtdı: "Anları azad qıldım". Übeydullah ayıtdı: "Bəndən heç vəhm etmədinmi?" Məşkur ayıtdı: "Ey qəddari-sitəmkar, İzədi-cəbbar vəhmi sənin vəhmindən ziyadədir. Tutalım ki, Müslim mübaşərəti-karzara qadir bir mübariz idi, qətl etdin. Bu iki mə’sumlara nə gunahla qəsd etmişsən?" Übeydullah ayıtdı: "Sənə siyasət etmək lazım gəldi". Məşkur ayıtdı: "Bin canım olsa, anlara fəda olsun". Pəs, cəllada buyurdu ki, anı iqabına çəküb əvvəl yüz taziyanə urub andan sonra qətl edə. On taziyanə urduqda Məşkur ayıtdı: "Bismillahir-rəhmanir-rəhim". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, səbrü təhəmmül ruzi et". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, bana qüfran nəsib qıl". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, bana Əhli-Beyt üçün siyasət edərlər". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, bəni Əhli-Beytə mülhəq et". Andan sonra bir ah çəküb xəmuş oldu. Yüz taziyanə tamam olduqda bir qətrə su istədi. Übeydullah ayıtdı: "Su vermən". Bir qətrə su verməyib ol məzlumun qətlinə əmr etməgin Ömər bin Haris şəfaət edüb qurtarub mənzilinə ilətdikdə rəhmətə vasil oldu. Əmma Müslimin məxdumzadələri ol salehənin mənzilində yüz bin qüssə ilə yuquya getdikdə ol övrətin Haris nam bir cüfti-bədbəxti olub nagah gəldi qayətdə tə’əbnak. Övrət keyfiyyəti-hal sual etdikdə ayıtdı: "Ey övrət, bu gün sabah əmiri Kufə Müslim oğlanların bulmağa münadi etdirdi. Bən dəxi ən’amu iltifat istid’asıyla ol tələbdə idim. Atım dəxi səqət oldu, anlardan əsər bulmadım". Övrət ayıtdı: "Ey həmsəri-mehriban, sənin Əhli-Beytlə nə ədavətin var?" Ol namərd ayıtdı: "Mövcibi-tə’əb Übeydullahın ən’amü ehsanıdır". Övrət ayıtdı: "Nə namərd ola ki, zəxarifi-dünya üçün bir neçə məzlumu zalimlər əlinə təslim edə". Əlqissə, bu münaqişə ilə yuquya vardılar. Nisfül-leyldə Məhəmməd ki, bəradəri-əkbərdir, İbrahimi oyadub ayıtdı: "Ey bəradər, gözün aç, yatmaq məcalı degil. Hala babayi-büzürgvarımı gördüm vaqi’əmdə, Həzrəti-Mustafa və Murtəza və Həsəni-Muctəbayla behişt içində seyr edərlər. Həzrəti-Risalət bizdən yana baxub babamıza ayıtdı: "Ey Müslim, nişə bu məzlumları zalimlər arasında bikəsü qərib bıraxdın?". Babamız ayıtdı: "Ya Rəsullullah, ənqərib xidməti-şərifə müşərrəf olurlar". İbrahim dəxi ayıtdı: "Ey Məhəmməd, bən dəxi bu vaqi’əyi gördüm". Bunu deyib ol iki güldəsteyi-baği-lətafət və nihali növrəsigülzari-məlahət bənövşəvar bir-birinin boynuna əl buraxub, hay-hay ilə ixtiyarsız ağlarkən Harisi-bədbəxt ol nalədən bidar olub, filhal çırağla üzərlərinə girib gördü ki, iki tifl bir-birin qucub ağlaşurlar. Haris ayıtdı: "Sizə kim derlər?" Şahzadələr ol məl’unu dost sanub dedilər: "Biz Müslimi-Əqil övladıyuz". Ol həramzadə ki, bir yanadan mərkəbin qüssəsiylə və bu yanadan tərəddüdün ənduhiylə bihüzur idi, hər birinə bir tapancə urub, güli-rüxsarlərin azürdə qılub, gisuyimübarəklərin ki, Həblülmətini- urvatül-vüsqa idi, bir-birinə bağlayıb, üzərlərinə hücrə qapusın məsdud edüb dışra çıxdı ki, sabah oldıqda anları qətl edə. Ol övrəti-pakizənihad hər necə təzərrö’vü təşəffö’ edüb əlin öpdü, ayağına düşdü, faidə qılmadı. Sübhdəm ki, cəlladi-fələk rişteyi-şüayi-xurşidlə ətfali-kəvakib dəf’inə iqdam etdi və nəsimi-dəmsərdi-sübhi-kazibdən şəm’lər və çıraqlar həlakinə və’də yetdi, ol nabəkari-rusiyah tiği-bidiriğ alub və ol şahzadələri önünə salub, kənari-Fərata rəvan olub, siyasətlərinə iqdam etdükdə ol məl’unun övrəti və oğlu və bir qulu əqəbincə gedüb, şəfa’ət qıldıqda qəzəbi ziyadə olub quluna əmr etdi ki, tiğlə bunları həlak eylə. Qul ayıtdı: "Ey xacə, bu mə’sumları qətl etməgə əlim varmaz". Ol bədbəxtin qəzəbi ziyadə olub əlindəki şəmşirin qula həvalə qıldı. Qul ayıtdı: "Ey xacə, çün bəni öldürürsən, barı bən dəxi qanımı almış olam". Harisə həmlə qıldı, aqibət Haris qalib olub qulun bir qolun düşürdü. Oğlu ol halı görüb ayıtdı: "Ey baba, bu qul qarındaşım kibidir, nişə bu cəfayı ana rəva gördün?" Haris ayıtdı: "Ol cəzasına yetdi, sən bu tiği alub bunları qətl et, yoxsa səni dəxi həlak edərəm". Oğlu ayıtdı: "Hərgiz bən bu əmrə irtikab etmək rəva görməzəm və sənin dəxi iqdamuna riza verməzəm". Və ol övrət dəxi ilhah edərdi ki, ey Haris, bu mə’sumlara qıyma. Barı, bunları Übeydullahi-Ziyada təslim et, neylərsə, ol eyləsin. Haris ayıtdı: "Bu cəma’ətin Kufədə həvadarları çoxdur, şayəd ki, şəhrə girdikdə hücum edüb əlimdən alalar və bənim sə’yim zaye’ ola". Axirüləmr, kəndü tiğ çəkib ol mə’sumlara mütəvəccih olduqda şəhzadələr ağlaşub təzərrö’ etdilər ki bizim yetimligimizə rəhm et. Əgər muradın malidünya isə gisulərimizi qırxıb, bizi məmluk məsabəsində satub bəhamızı təsərrüf qıl. Haris ol təzərrö’lərə iltifat etməyüb, qətllərinə cazim olduqda ol övrətlə oğlu mən’inə qiyam etdilər. Haris gördü ki, övrətlə oğlan vücuduyla anları qətl etmək mümkün degil, əlindəki tiği-bidiriği oğluna təxvif təriqilə həvalə qılıb həlak etdi. Övzət gördü ki, oğlu həlak oldu, biehtiyat ana mütəvəccih olduqda övrətə dəxi bir zəxmi-mühlik urub, mücmələn, anların mən’indən fariğ olub, şəhzadələrə mütəvəccih oldu. Şəhzadələr gördülər ki, əbvabi-nəcati-rəhmət cəmi’-cəhətdən məsdud olub və binayi-tədbirü tədarük xələl bulub, qəzaya riza verməkdən qeyri çarə qalmadı. Harisə ayıtdılar: "Bizə möhlət ver ki, vüzu qılub iki rik’ət nəmaz edəlim". Haris ayıtdı: "Vallah ki, möhlət verməzəm". Şəhzadələr ayıtdılar: "Ol Vacibülvücud həqqiçün ki, hala ismin zikr etdin, ol qədər aman ver ki, ana səcdə edüb niyazımız ərz edəlim". Haris ayıtdı: "Aman mümkün degil". Ayıtdılar: "Ey zalım, bu nə ədavətdir?". Axirül-əmr, ümmidi-nəcatıqət’, edüb ol məl’undan hər biri "əvvəl bəni qətl eylə" – deyüb təqdimi-şəhadət təvəqqə’ edərlərdi. Əlqissə, ol həramzadə əvvəl Məhəmmədin səri-mübarəkin bədəndən cüda qılub cəsədi-şərifin Fərata bıraxdı, andan sonra İbrahimin başın kəsüb təni-pakin anın cəsədinə mülhəq etdi. Həqqa ki, ol sitəmdən zəminü zəman tirəvü tar olub, zümreyi-məlayikdən xüruşü qülqülə sükkanitəhtüssərayə irişdi və atəşi-tüğyani-ələm dili-ərbabi-möhnət kibi sineyi-mehrü maha düşdü. Şe’r: Dərda ki, bəzmgahi-vilayətdə bisəbəb Söndürdü iki şəm’i-müniri sitəm yeli! Va həsrəta ki, baği-sə’adətdə bigünəh Sındırdı iki nəxli-lətifi cəfa əli! Əlqissə, Harisi-bədbəxti-rusiyah ol şəhzadələri bigünah qətl edüb cəsədlərin Fərata salub, başların Übeydullahi-Ziyada ilətdikdə Übeydullahi-Ziyad ayıtdı: "Ey Haris, bunlar nədir?" Ol məl’un ayıtdı: "Müslim oğlanlarının başlarıdır". İbn Ziyad ol güli-rüxsarlara və ol gisuyi-müşkbarlara nəzər etdikdə ixtiyarsız əbribəhar kibi əşkbar olub və bavücudi-qilzəti-təbulə rəhm qılub ayıtdı: "Ey səngdil, bu tiflləri nişə qətl etdin?" Haris ayıtdı: "Sənin iltifatın ümidiylə". Übeydullahi- Ziyad ayıtdı: "Ey məl’un, bən Yezidə namə yazmışam ki, bunlar həbsdədir. Nişə bana gətirmədin?" Dedi: "Vəhm etdim ki, hüçumi-amm əlimdən alub, bən sənin iltifatindən məhrum qalam". Übeydullahi-Ziyad ətrafına nəzər qılub, məclisində bir Müqatil nam kimsənə hazır idi ki, nasiyəsində məhəbbəti-xanədani-nübüvvət zahir idi və İbn Ziyad anın əqidəsin bilürdi. Əmma pəsəndidə nədim olmağın tə’ərüz etməyib təğafül edərdi. İşarət qıldı ki, ey Müqatil, bu bədbəxti ilət, anda ki, bu tiflləri şəhid etmişdir, cəzasına yetür və başları dəxi mümkün isə bədənlərinə ilhaq et". Müqatil şad olub, ol məl’unu möhkəm bağlayub və başları alub, rəvan oldu. Və xəlqi-Kufə ol başlara nəzzarə qılub, ol hala ittila’ bulduqca ol məl’unu səngsar edüb iza qılurlardı. Əlqissə, ol mənzilə yetdikdə Müqatil gördü bir qulla bir oğlan dəxi məqtul olub, bir övrət dəxi məcruh düşübdür. Müqatil övrətdən həqiqəti-hal sual etdikdə ayıtdı: "Ey əziz, bən bu bədbəxtin mənkuhəsiyəm və bu oğlan oğludur və bu qul quludur. Biz ittifaqla bu məzlumlar qətlinə mane’ olduğumuz cəhətdən bizə bu siyasətləri caiz gördü. Əlminnətü lillah, ol dəxi cəzasına irdi". Müqatil ol məl’unun qətlin etməgə mərkəbdən endikdə və ol şəhidlərin qanın gördükdə fəryada gəlüb, nalələr qılub başları suya bıraxdıqda, rəvayətdir ki, ol başlar suya düşdükdə ol cəsədlər sudan çıxub, hər baş kəndü cəsədinə mülhəq olub, ol iki mə’sumlar bir-birin qucaqlayub suya batdılar. Müqatil ol halətə bir dəm heyrət edüb buyurdu ki, ol məl’unun əllərin və ayaqların kəsüb və gözlərin çıxarub, andan başın kəsüb suya buraxdılar və su anı qəbul etməyüb dışra bıraxdı. Axirül-əmr, xarü xaşak cəm’ edüb ol pəlidi yaxdılar və ol mücahidətdə şəhid olan qulun və oğlanın cəsədlərin dəfn edüb, əhibbayi-Əhli- Beyt şəhzadələr əzasinə məşğul oldular. Qit’ə: Ol iki gövhəri-xəzaneyi-din, Ol iki sərvi-cuybari-yəqin. Dutdular mə’dəni-bəqada məqam, Qıldılar canibi-behiştə xüram. Nəzəri-xəlqdən olub məstur, Oldular dürri-guşvareyi-hur. Ya Rəb, anlar rəhi-vəfasında, Ol Vəlizadələr əzasında, Kim ki, bir qətrə abi-çeşm tökər, Kim ki, bir ahi-dərdnak çəkər, Vasili-əcri-bihesab eylə, Əməlin qabili-səvab eylə. * * * Doqquzuncu bab. Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edər Həqqa ki, hirqəti-hekayəti-pürşikayəti-vaqieyi-Kərbəla bir atəşicigərsuzdur ki, əgər bir şö’ləsinin şərhin kilki-xurşidlə mühərririkargahi- qəza səfheyi-ruyizəminə təhrir etsə, hərarətdən əczayizəmin cüşa gəlüb buxarı tənuri-asimanda Həməlü Hutu büryan edər və riqqəti-rəvayəti-məlalətqayəti-şühəda bir həlaləti-cangüdazi-qəmənduzdur ki, səriri-rə’dlə səhabi-saiqəbar bir qətrəsinin vəsfin gərduna təqrir etsə, tarəmi-çəharümdə Məsihi-mücərrəd zülali-həyatından həlavət gedər. Şe’r: Səhl sanman Kərbəla qovğasın, ey əhli-xirəd, Ərseyi-bidadü meydani-bəladır Kərbəla. Sorsalar kim, qansı mənzildir məsayib məcmə’i, Ün verür qəsri-fələk kim, Kərbəladır, Kərbəla. Həmana ki, hədiqeyi-tinəti-Adəm mənbəti-nihali-xilafət olduqda və qamətiiste’ dadi-bəşəriyyət xilqəti-"Və ləqəd kərrəmna" ilə zinət bulduqda məlaikənin "Ə-təc’əlü fiha mən yüfsidu fiha" kinayəsindən qərəzləri fəsadi-vaqi’eyi- Kərbəla idi və məzmuni-"İnni ə’ləmu mala-tə’ləmun" işarətindən murad ol müsibətdən müstəfad olunan dərəceyi-kəmali-Hüseyn bin Əliyyi-Murtəza idi. Filvaqe’, vaqi’eyi-Kərbəladan ziyadə fəsad mümkün olmaz və bəladan hasil olan məratibdə mərtəbeyi-şahi-Kərbəladan ə’la mərtəbə surətiehtimal bulmaz. Qit’ə: Gər bəlayi-Kərbəla ol şah qədrin arturub, Xəlqdən mümtaz ana verdi ülüvvi-iqtidar. Kərbəla həm ol şəhi-mə’sumdan rəf’ət bulub, Xəlqə olmuş qədr ilə mənzuri-eyni-e’tibar. Fəzayi-qəmfəzayi-Kərbəla bir gülzardır ki, abü həvayi-sərabü səmumla nəşvü nəma bulan sərvi-rəvanı girdbadi-bəladır və seylabiəşki-həsrətlə pərvərdə olan gülbüni-gülbərgfəşanı xari-cəfadır. Qit’ə: Çeşmə nisbət dəmbədəm pakizətinətlər gözün, Əşkbar eylər məlali-zikri-xaki-Kərbəla. Ağladırsa Kərbəla toprağı dərd əhlin, nola Bu müqərrərdir ki, daim göz yaşardır tutiya. Rəvayətdir ki, Hüseyn ibn Əli mütəvəllid olduqda HəzrətiIzzətdən Cəbrailə əmr oldu nüzul edüb həm viladət təhniyəsin verə və həm şəhadət tə’ziyəsin yetürə. Cəbraili-Əmin nüzul etdikdə Hüseyni-məzlum Həzrəti-Rəsulun kənarında idi. Ol Həzrət təhniyət yetürdikdən sonra izhari-tə’ziyət qıldı. Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, səbəbi-təhniyət mə’lumdur, vəsileyi-tə’ziyət nədir?" Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu məzlumu səndən sonra Kərbəlada tiği-cəfayla zalimlər şəhid edərlər". Həzrəti-Rəsul ol halətə giryan olub, Həzrəti-Murtəza hazır idi. Səbəb sorduqda ol Həzrət ixtiyarsız izhari-surəti-hal etdi. Həzrəti-Murtəza dəxi giryan olub mənzilinə mütəvəccih olduqda Həzrəti-Fatiməyə ol halı zahir etdi. Fatimə giryan-giryan Həzrəti-Rəsul xidmətinə gəlüb dedi: "Ey məxdum, ələlitlaq bu nə xəbərdir ki, Əli Həzrətinizdən nəql edər?" HəzrətiRəsul ayıtdı: "Ey Fatimə, bu vaqi’ənin naqili Cəbraildir". Fatimə ayıtdı: "Ya Rəsulullah, bu surət nə vaxt zühura gəlür?" Həzrəti-Rəsul ayıtdı: "Bəndən və səndən və Əlidən və Həsəndən sonra". Fatimə ayıtdı: "Ya Rəsulullah, müsibətim ziyadə oldu. Aya, bu müsibət vaqe’ olduqda bənim məzlumum üçün kim ’əza dutar?" Rəvayətdir ki, ol halətdə hatifdən nida gəldi ki: "Ey xatuniqiyamət, axirüzzəman əhlindən xanədani-risalət müxlisləri hər yildə bu matəmi tazə edərlər və Qiyamətədək bu rəsmi dünyadə yürüdələr". Rəvayətdir ki, şahi-Kərbəla mütəvəllid olduqda Cəbraili-Əmin təhniyə üçün Həzrəti-Rəsul xidmətinə gəlürkən yolda bir firiştə gördü Fətrəs nam, şikəstəbal və pərişanhal. Müqimi-zirveyi-izzət ikən mübtəlayi-dami-zillət olduğunun vəsiləsin sual etdikdə Fətrəs ayıtdı: "Ey Cəbrail, bənim bir xidmətdə ehmalım olub, atəşi-qəhri-İlahi pərü balım yaxub bəni bu hala buraxdı. Aya, bu vaqi’ənin heç çarəsi mümkün olurmu?" Cəbrail ayıtdı: "Bən Həzrəti-Rəsul xidmətinə getməliyəm. Bənimlə gəl, ola ki, şəfa’ətinə məzhər vaqe’ olasan". Fətrəs Cəbrail ittifaqilə Həzrəti- Rəsul xidmətinə gəlüb ərzi-hal etdikdə Hüseyni-məzlum həzrəti-xacə kənarında idi. Ol Həzrət buyurdu ki, ey Fətrəs, kəndüni bənim Hüseynimə yetür və ə’zayiməcruhini kəfi-payi-şərifinə sür. Fətrəs həsbülfərman əməl edüb ol mülamisə bərəkətiylə məğfur olub, balü pər peyda qılub mö’bədinə ’övdət edüb ibadətə məşğul oldu. Və Həzrəti-Hüseyn bin Əli şərbətişəhadət içdikdə vaqif olub, cəzayi-ehsan istid’asiylə münacat etdi ki, "ya Rəb, noleydi bana əmr oleydi xidmətimdə olan yetmiş bin firiştə ilə Hüseynin mü’avinətinə hazır olaydım". Həzrəti-İzzətdən nida gəldi ki, "ey Fətrəs, əgər ol dövlət müyəssər olmadisə, hala müqərrər etdim ki, xidmətində olan firiştələri Kərbəlaya varub ol məzlumun məzarı üzrə Qiyamətədək tə’ziyət dutub, ağlayıb qətərati-əşkirəvanın savabın anda tə’ziyət dutanlara nəzr edəsən. Şe’r: Gəl ey rəsmi-vəfadan dəm uran, əşki-rəvan göstər, Mücərrəd qövlə qane’ olma, isbat et, nişan göstər. Dili-pürxuni-suzanın misali-qönçeyi-lalə, Məlamət xəncəriylə çak qıl, daği-nihan göstər. Elməfrazi-mə’rəkeyi-məsayibi-Kərbəla və əncümənsazi-matəmkədeyi-asari-nəvayibi- şühəda rayəti-rəvayətə bu tərzlə təhrik vermiş və sürudü rudi-hekayəti bu qanunla izhara gətürmiş ki, çün ə’yanü əşrafi-Kufənin surəti-sədaqətləri Müslimi-Əqil təsdiqiylə Həzrəti-İmama mə’lum oldu və caddeyi-müsadiqətdə sabitqədəm olduqları ol müxbiri-sadiq e’lamiylə vüzuh buldu, Həzrəti-İmam əsbabi-səfər mühəyya qılub, müstə’idi-müsafirət olduqda əhbabü əhibba hər tərəfdən xidməti-şərifinə gəlüb və hər nə qədər ki, mən’ etdilər, müfid olmadı və hər necə ilhah qıldılar, faidə qılmadı. Bir gecə Əbdullah Əbbas mülaqati-şərifinə müşərrəf olub nəhayəti-tə’zimü təkrimdən sonra ədəb təriqiylə ayıtdı. Şe’r: Ey zəmiri-ənvərin ayineyi-gitinüma, Afitabi-təl’ətin misbahi-ənvari-Huda. Əzminə nüsrət müqarin, pə’yinə hikmət qərin, Əmrinə tabe’ fələk, fərmaninə qail qəza. "Ya İmami-zəman, lütf edüb Kufə ’əzimətin tərk eylə və Məkkədən çıxma ki, atan Əli ibn Əbi Talib ol diyara təvəccöh qıldıqda giriftari-dami-bəliyyat oldu və qarındaşın Həsəni-Muctəba ol mülk əhlindən təfriqeyi-xatir buldu". Həzrəti-İmam ayıtdı: "Ey Əbdullah, zahirən müsəlmanlar məktublar irsal edüb hüzurimi istid’a qıldılar və iltimasla nüsrətimə mütəkəffil oldular və mümkündür ki, bu surətdə icrayi-ümuri-həq surət bula və tərvici-şəri’ət müyəssər ola". Əbdullah ayıtdı: "Ey məxdumzadə, hənuz Kufə Yezid təsərrüfindədir. Əgər anın naibin ixrac edüb şəhri Müslimə təslim edərlərsə, ol canibə getmək münasibdir və əgər qəziyyə mün’əkis olsa və ləşkəri- Yezidlə müqavimət lazım gəlsə, mümkündür ki, ol canibdən surəti-nüsrət zühura gələ və Həzrətinizə anda iztirab mütəvəccih ola". Həzrəti-Hüseyn ayıtdı: "Ey Əbdullah, bu gecə bu xüsusda bir təəmmül edüb yarın sənə cəvab verəyim". Əbdullah Əbbas mənzilinə müraciət qıldıqda Həzrəti-İmam Kəlamullahdan istixarə təriqiylə mütəvəqqe’i-nəsihət olduqda bu ayət falına gəldi ki: "Kullu nəfsin zaiqatu’lmovti və innəma tufunə ucurəkum yovməl-qiyaməti". Həzrəti İmam ayıtdı: "Sədəqə’llahü’lə’zim və sədəqə rəsuluhu’l-nəbiyyul-kərim". Fali- Müshəf şəhadətim xüsusunda Həzrəti-Rəsulullah vaqi’əmdə gördügüm kəlimatinə münafiq gəldi və mütabiq vaqe’ oldu. Lacərəm qələmi-təqdirlə təhrir olan qəziyyə, əlbəttə, təğəyyür bulmaz və əhkami-qəza iqtizayitəmşiyyət qıldıqda, çarə ilə məmnu’ olmaz. İkinci gün Əbdullahi-Əbbas hazır olub ayıtdı: "Ya İbn Rəsulullah, nə tədbirə qərar verdinüz və Kufə ’əzimətində nə məsləhət gördünüz?" Həzrəti-İmam ayıtdı: "Ey Əbdullah, əziməti-səfər müsəmməmdir və binayi-niyyəti-müsafirət möhkəm, zira mühəqqəq bilürəm ki, Yezid bəndən təğafül qılmaz və dəf’ü rəf’im tədbirlərindən qafil olmaz. Riza verməzəm ki, xani-şərifi-Kə’bə qibleyi-’aləm ikən sipahi-əhli-zəlalət paymalı olub, kəsrihörmət bulmağına bən səbəb vaqe’ olam və rəva görməzəm ki, ərzi-mübarəki- Bətha möhtərəmü mükərrəm ikən daməni-pakın alüdeyi-xun və xəlqini pərişan qılam. Səlah oldur ki, bu silsileyi-fitnəyi bir qeyr diyara çəkəm və toxmitəfriqəyi bir qeyr məzrə’əyə tökəm". Şe’r: Qanda kim eyləsəm məqam, bana Fitnə həmdəm, bəla mülazİmdir. Hərəmi-Kə’bəni bəlalarla, Mübtəla eyləmək nə lazımdır. Əbdullah ayıtdı: "Ey məxdumzadə, əgər, əlbəttə, maili-səfərsən, barı, Yəmən canibinə təvəccöh qıl ki, məmləkəti-vəsi’ və ’ərseyi-’əriz olub, hüsunü qila’i bihəddü bişümar və qəbileyi-Həmədan təmam mühibbi-xanədani-Əhmədi- Muxtardır. Yəqin ki, ol diyara sən varub qərar tutduqda ətrafü cəvanibdən müxlislər və mücahidlər cəm’ olurlar və sənə mü’avinət qılurlar". Hüseyn ayıtdı: "Ey Əbdullah, sənin kəmali-şəfqətini kəndü xüsusimdə mühəqqət bilurəm və kəlamın məhzi-nəsihət olduğuna mö’tərif oluram. Əmma nə çarə, qaidi-qəza zİmami-iradətimi canibi-İraqa çəkməkdədir. Nihanxaneyi-hikmət sirrinə yetmək olmaz və iradəmi təqdirdən təcavuz etmək olmaz. Minbə’d bu xüsusda mübaliğə qılma və mane’ olma ki, bizə ’əyan olan əsrar sizə nihandır, netə ki, hikməti- xərqi-səfinə Musaya məxfi və Xızra əyandür. Və bən ol kimsənin varisi-elmiyəm ki, kərratla minbər üzrə buyurmuşdur ki, "Utitu elməl-mənaya və’l-bəlaya". Və dəxi buyurmuşdur ki, "Sə’luni əmma dünə’l-’ərşi". Ey Əbdullah, əsrarihikmət bizə məxfi olmaz və feyzi-ismət bizi aludeyi-qəflət qılmaz". Əbdullahi-Əbbas ayıtdı: "Ya İmam, bana dəxi xidməti-şərifində olmaq məqsud idi, əmma hala rayizi-qəza ’inani-əzimətimi Mədinə canibinə mün’ətif qılmış. Ümidvaram ki, həzrətiniz Kufəyə vardıqda şərəfimülazimət müyəssər ola, əmma bilməzəm ki, əyyami-müfariqətində ruzigar bəni nə bəlalara giriftar qıla". Şe’r: Ağla, ey göz kim, təni-bimar candan ayrılur, Can ilə cismim rəfiq olmuşdu, andan ayrılur, Nalə qıl, ey dil, ki tuti şəkkəristandan çıxub, Bülbüli-zari-bəlakeş bustandan ayrılur. Rəvayətdir ki, Əbdullahi-Əbbasdən sonra Məhəmməd Hənifə, Əbdullahi-Ömər və Əbdülluhi-Zübeyr xidməti-şərifinə gəlüb ənva’imüqəddəmatla nəsihət qıldılar, sudmənd olmadı və faidə qılmadı. Ayıtdılar: "Ya İmam, bu israra səbəb nədir?" Həzrəti-Hüseyn ayıtdı: "Ey qövm, həqqa ki, bu gecə vaqi’əmdə gördüm, Həzrəti-Rəsul buyurdu ki, "Ey Hüseyn, Kufə ’əzimətində tə’xirü tə’əllül etməyəsən və təriqi-təqsirü təkahül dutmayasan ki, Həzrəti-Sultani-Səriri-Kibriya səni ol büq’ədə alüdeyi-xakü xun görmək istər və məlaikəyə kəmali-səbrin ərz edib mərtəbeyi-itaətin göstərmək istər. Təvəqqüf bu xidmətdə xətadır və tə’əllül narəva". Əshabü əhbab ol kəlimati istima’ etdikdə ayıtdılar: "İnna lillahi və inna ileyhi raci’un". Ey Hüseyn, çün nəhayətiəzmin mə’lum oldu və qayəti-müsafirətin vüzuh buldu, bu ətfalü əyalı nə ümid ilə diyari-qürbətə salursan və nə vəsilə ilə sərgərdan qılursan?" Hüseyn ayıtdı: "Ey əzizlər, Əhli-Beytin əhvalın dəxi Həzrəti-Rəsula ərz etdim. Buyurdi ki, anları dəxi Vacibülvücud zalimlər əlində əsirü aciz görmək istər və anlara dəxi ol bəlaya müqabil cəza yetürmək istər". Əlqissə, əshabü əhbabla vida’ edüb, təhiyyeyi-əsbabi-səfər qılub, ol sultani-səriri- bəla və şahənşahi-məsnədi-izzü ə’la cəmi’i-ətba’ü əşya’in cəm’ edüb və müxəddərati-hücreyi-ismət və cəvahiri-əsdafitəharətçün mişkinmuy naqələr üzərinə münasib hövdəclər və əmarilər mürəttəb etdirib, bir sübhdəm ki, şahiəncüm haşiyeyi-səbzəzari-sipehri-lacivər difamə xeymeyi-zərrintənab tikdi və fərraşi-sübhi-sadiq rövzəneyi-şəbistan zülmətinə pərdeyi-zərnigar çəkdi, ələmiəzəmət və livayi-fəthü nüsrət qaldurub və sədayi-kusi-rehlət və sədmeyi-nəfiri- irtihalilə cərasvar qübbeyi-zəngarguni-asimanı doldurub, İttifaqən həm ol gün ki, Müslimi Kufədə şəhid etmişlərdi, Məkkədən çıxub mütəvəccihi-İraq oldu. Şe’r: Kəsbi-şəhadət etməgə qürbət diyarinə, Oldu rəvanə qafileyi-izzü ehtişam. Əşrafi-Əhli-Beyt səfər ixtiyar edüb, Səyyarə oldu əxtəri-gərduni-din təmam. Ol sərvəri-din və nəqdi-seyyidi-mürsəlin əhli-Məkkə ilə vida’ edüb rəvan olduqda əraziyi-Məkkəyə lərzə düşüb, xəvasü əvami-Hicaz bə’zi mürafiqət üçün və bə’zi müşayiət üçün mütəhərrik olub, bir zəlzələ qopdu ki, nəzzarəsi ’üyuni tirə və təəmmüli ’üquli xirə qıldı. Və ələmi-müfariqətindən [xəlqə] bir giryə qalib oldu ki, olgiryədən əbri-bəhar münf’əil olurdu. Şe’r: Xaneyi-Kə’bə urdu köksünə daş, Çahi-Zəmzəm axıtdı gözdən yaş. Xaki-paki-xətireyi-Bətha, Zərrə-zərrə binüb səməndi-səba, Ol şəhənşaha oldular həmrah, Çıxdı çərxi-bərinə gərdi-sipah. Təmamiyi-əşrəfi-büq’eyi-Kə’bə və xəvasü əvami-Məkkə bir mənzil ol şəhriyari-alimiqdar və sultani-kamgarın mülazimi-rikabihümayuni olub təriqimülazimət riayət qıldılar. Qimmeyi-şadirvani-rif’ət zinəti-ruyi-zəmin olduqda və orduyi-hümayun sə’adətlə nüzula icazət bulduqda, Həzrəti-İmam bir fəzayi-fərəhfəzadə bir kürsi nəsb etdirib, üzərinə çıxub, həmdü sənaya möhtəvi və şükrü sipasa müştəmil bir xütbeyi-bəliğ ədasından sonra nida qıldı ki, "Ey mə’şəriəshabi-girami və ey hüzzari-məclisi-cami! Mən səyyahi-badiyəpeymayisəhrayi- müsibətəm, bən müsafiri-biyabannəvərdi-badiyeyimöhnətəm. Bən səyyareyi-asimani-qürbətəm, bən saliki-təriqişəhadətəm. Xatiri-fatirimə əndişeyi-ləzzati-dünya güzar etməz və zəmiri-pürtəşvirimə xəyali-təsərrüfi-mülki- aləm yetməz. Səhifeyi-söhbətim nəqşi-hiylədən mü’ərradır və cərideyi-ülfətim tərzixud’ədən mübərradır. Heç bəndəyi iqtinayi-fəvaidi-dünyəvi və’dəsiylə müqəyyəd etməzəm və heç fəqirin e’tilayi-məratibü mənasib müjdəsiylə daməni-tə’əllüqin tutmazam. Təhti-livayi-rif’ətimdə sayeyi-səltənəti-suri təmənna qılan sərrişteyi-irtibatın silsileyi-ülfətimdən qət’ etsün və növbəhari-şövkətimdə rəyahini-tənə’ümati-məcaziyə talib olan tərki-ülfətim dutsun". Şe’r: Bən bəla dəryasinə qərq olmağa basdım qədəm, Gəzməsün girdabvəş çevrəmdə hər canın sevən, Bən fəna deyrində mənzil dutmağa əzm eylədim, Durmasun yanımda mülkü qəsrü eyvanın sevən. Bu nəsihətdən sonra şəm’i-şəbistani-hərəmsərayi-’ismət olub, sabahadək suzü güdazla övqat keçirdi. Ələs-səbah ki, tiği-şə’şəeyixosrovi-xavər rabiteyi-nurdan zülmət silsiləsin qət’ qıldı və sipahi-Rumü Həbəş bir-birindən ayrıldı, ol mənzildən orduyi-humayun irtihal qılub və əhbabi-həqiqi və məcazi bir-birindən ayrılub ol ki, rişteyi-irtibatı təəllüqati-dünyaya möhkəm idi, vida’ edib Məkkəyə müraciət qıldı və ol ki, təriqi-vəfada rasixdəm və sabitqədəm idi, mürafiqətdə yekcəhət oldu. Rəvayətdir ki, ikinci mənzildə Həzrəti-sultani-Kərbəla bir namə təhrir edüb ammeyi-Bənu Haşim və kaffeyi-Bənu Əbdülmüttəlibə irsal etdi bu məzmunla ki: "Ey silsileyi-intisabi-Rəsulullaha müntəzəm olan cəvahiri-əsdafi-səadət, və ey şərəfi-qürbi-Mustəfa bulan zəvahiri-hədayiqi-siyadət! Gəncineyi-iqbali-biintiqala təriqi-təsərrüf bulmuşam. Kəmali-mürüvvətim iqtizayi-səlayi-’amm edər və maideyi-ne’məti-bizəvala mehman olmuşam. Hüsni-sirətim təqazayi-əxbarü e’lam edər. İmdi münhiyi-məktubi-şərifim əxbaritəvəccöhüm e’lam etdikdə və bəşiri-risaleyi-lətifim sizə yetdikdə hər kim iste’calla gəldi, bu gəncinədən bəhrə bulub bu maidədən nəsib aldı; və hər kim təvəqqüf qıldı, məhrum qaldı, vəssəlam". Məktub irsal edüb, barxanələr yüklənib rəvan oldu. Bir neçə mənzil qət’ olunduqdan sonra əsnayi-təriqdə Səbah nam mənzildə Fərəzdəqi-şair ki, İraqdan gəlüb Hicaza gedərdi, ol Həzrətin pabusi-şəriflərinə müşərrəf olub izhari-du’avü səna qıldı bu təriqlə ki. Şe’r: Əssəlam, ey nəqşi-nə’li-mərkəbin Mehrabi-din, Həlqeyi-fitraki-rəxşin rişteyi-Həblülmətin, Tərhi-orduyi-humayunin tirazi-məhdi-mülk, Nəqşi-çətri-bargahın zinəti-ruyi-zəmin. Həzrəti-İmam andan əhvali-İraq istifsar etdikdə ayıtdı: "Ya İbn Rəsulullah, əhli-Kufənin əf’allərin əqvallərinə müxalif gördüm". Həzrəti-İmam anın sözünə təsdiq edüb, ol mənzildən dəxi rəvan olub Bətnür-rümmə deməklə mə’ruf mənzili müxəyyəmi-xiyami-orduyihumayun edüb, ol mənzildən əhli-Kufəyə Qeys bin Məşhərlə bir namə irsal etdi, bu məzmunila ki: "Əkabirü ə’yani-İraq və ə’azimü əşrafi-Kufədən təriqi-məvəddətimdə qədimülvidad və caddeyi-ita’ətimdə səlimül-e’tiqad olan sənadidi- ’izam və firqeyi-mə’arifigiram şəraifi-təslimati-inayətəncam və lətayi-fitəhiyyati- səadətixtitama ixtisasi-tam bulduqdan sonra mə’lum edələr ki, əmmzadeyi-cəlilül-qədri-bi’ədil Müslim bin Əqil ki, vəkili-mö’təmidim və rəsuli-mö’təqidimdir, bu canibə irsali-rəsayil edüb məzmununda sizing surəti-ixlasü e’tiqadınızı ərz etməgin silsileyi-təvəccöhümüz ol canibə mütəhərrik olub və uqabi-həyati-rif’ətü iclalım ol ərsə həvasiylə balü pər açub, mütəvəccih olmuşam və ehtİmamla əzimət qılmışam. Ümmid ki, Həzrəti-İzzət tövfiqi-iqtisal müyəssər qıla və bu namə Bətnürrümmədən sizə infaz olundu, ta mə’lum ola". Rəvayətdir ki, Həzrəti-İmam Məkkədən çıxıb mütəvəccihi-Kufə olduqda Yezidin anda olan ə’vanü ənsarından Übeylullahi-Ziyada məkatib irsal olunub xəbər yetmişdi və Übeydullahi-Ziyad cəm’işəvarii və mənazili mö’təmid kimsənələrinə tapşurub məsun və məzbut etmişdi. Qeys bin Məşhər ki, Həzrəti İmamın məktubi-şərifin Kufə ə’yanına yetürmək qəsdinə iste’calla gedərdi, Qadisiyyə mülkünə yetdikdə İttifaqən ol məqamın hifzinə mə’mur olan Həsən bin Təmim mə’lum edüb, ol məzlumu dutub Übeydullahi-Ziyada irsal etdikdə Übeydullahi-Ziyad ol bigünahı şəhid etdi. Əmma Həzrətiİmam mənazilü mərahil qət’ edüb gəlirkən Dürud nam mənzilə yetdikdə gördülər bir xeymə qurulmuş və bir sərapərdə urulmuş. Həqiqəti-halın sual etdikdə dedilər: "Züheyr bin Qeys Nəhai Məkkədən gəlüb mülkinə gedər". Həzrəti-İmam bir xidmətkar irsal edib anın ehzarın murad etdi. Hüzuruna gəldikdə ayıtdı: "Ey Züheyr, biz gövhəriri-zayi-Həq təmənnasında dəryayi-bəla qəvvaslarıyuz. Nəhəngi-nayibədən ehtiraz etməyən bizə həm’inan olur. Və biz cövhəri-qürbi-İzəd təvəllasında səhrayisəbatü səbr səyyahlarıyız. Hücumi-hadisədən ictinab etməyən rəfaqətimizə rəğbət qılur. Aya səndə ol himmət olamı ki, meydani-məhəbbətdə mərkəbi-mücahidət yügürdüb həm’inan olasan və şəmşiri-şücaət çəkib mürafiqət qılasan?" Züheyr ol növbəhari-tövfiqdən gül kibi xəndan olub dedi: "Ya İmami-Zəman, bir müddətdir ki, bu səadətə müntəzirəm, əlminnətü lillah, müyəssər oldu və hüsni-tale’im hüsuli-mərama müavinət qıldı". Şe’r: Gəldi ol dəm ki, qılam canımı canana fəda, Eyləyəm ərzi-məhəbbət, qılam izhari-vəfa. Həm ol sa’ət mənzilinə mü’avidət qılub, əshabü ətba’inə ayıtdı: "Ey qövm, bən qərqeyi-girdabi-məhəbbət oldum və canibi-üqbaya təvəccöh qıldım. Bəlaya mütəhəmmil olub fənaya riza verən bənimlə gəlsin və müqəyyədi-rahət olub arizuyi-fərağət qılan müfariqət qılsun". Və mənkuhəsina ayıtdı: "Ey yari-əziz, bən nəqdi-can sərf etməgə şəhadət bazarına təvəccöh etmişəm, sən bənim malımdan həqqini alıb bəndən müfariqət ixtiyar et". Və bir rəvayət budur ki, ol övrət təlaq alub qarındaşiylə Kufəyə [getdi]. Və bir rəvayət budur ki, dedi: ey Züheyr, sən Hüseyn mülazimətin ixtiyar etdin isə, bən dəxi xatuni-Qiyamət xidmətin ixtiyar etdim. Ittifaqla Kərbəlaya gəldilər. Çün Həzrəti-İmam Şüquq nam mənzilə nüzul etdi, Kufədən bir kimsənə gəlib xəbər verdi ki, Müslimi-Əqil və Hani bin Ürvəyi şəhid etdilər və başların Şama göndərdilər. Həzrəti-İmam ayıtdı: "İnna lillahi və inna ileyhi raci’un". Rəvayətdir ki, Müslimi-Əqilin on üç yaşında bir qızı olub hərəmsərayiismətdə müsahibəti-müxəddərata müşərrəf idi və Həzrəti-İmam ana qayətdə ehtiram edərdi. Müslimin xəbəri-şəhadəti istima’ olunduqda Həzrəti-İmam hərəmsərainə gəlüb, ol qızı görüb hər gündən ziyadə iltifat etdi. Ol salehə fərasətlə mütəvəhhim olub ayıtdı: "Ya Hüseyn, məgər Müslim şəhid olubdur ki, bana yetimlər ri’ayətin edərsən". Həzrəti-İmam təhəmmül qılmayub giryan olub ayıtdı: "Ey salehə, Müslim getdi isə, bən anın yerinə". Ol fəqirə Müslimin şəhadətin təhqiq etdikdə bünyadi-növhə qılub və baqi vladı nalan olub matəmin dutdular. Rəvayətdir ki, bu xəbər şaye’ olduqda və sübut bulduqda bə’zi rüfəqa Həzrəti-İmama qəsəmlər verib mübaliğələr qıldılar ki, ya İmam, kəndünüzə və bu ətfalü əyalə cəfa rəva görüb Kufə canibinə getmin və bu təhlükədən ehtiraz edin [ki,] mə’rəkəyi-qəlizdir. Həzrəti-İmam təəmmül edüb, bir zəman sükut ixtiyar etdükdə Müslimin övladı hücum edüb ayıtdılar: "Ya İmam, əhli-Kufədən Müslimin qanın almayınca bizə müraci’ət mümkün degil. Heç kimsənə getməz isə, barı, biz gedəriz, ya intiqam alaruz və ya kəsbişəhadət edəriz". Şe’r: Zillət ilə ləzzəti olmaz həyatın, dustlar, Nəqdi-can sərf eyləyib dünyada, kam almaq gərək. Əcz ilə dönmək ədudən səhldir, himmət dutub, Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək. Hüseyni-məzlum ol himməti görüb əshabına ayıtdı: "Laxəyrə, fi’l əyşi-bə’də ha’ulai". Yə’ni bunlardan sonra həyatdan ləzzət görmək olmaz. Kufə ’əzminə yekcəhət olub, ol mənzildən köçüb Malə mənzilinə nüzul etdikdə Ömər bin Sə’ddən bir məktub varid oldu, məzmununda bu ki: "Ey Hüseyn, əhli-Kufə iqrarlərinə inkar edüb Müslimi-Əqili şəhid etdilər. Və Müslim hiyni-şəhadətdə bana vəsiyyət etmişdi ki, bu əhvalı sənə e’lam edəm. Gərəkdir ki, bu əxbarı mə’lum etdikdə həzərində olasan və Kufə ’əzimətinin tərkin qılasan". Bu xəbər şəhzadənin orduyi-humayunində intişar və iştihar bulduqda ətrafü cəvanibdən təmə’i-dövləti-dünyaçün cəm’ olanlar güruh-güruh pərişan oldılar və meydani-vəfada sabitqədəm olanlar qaldılar. Ol mənzildən dəxi rehlət edüb, Bənilmüqatilə gəldikdə bir sərapərdə gördülər ki, qurulmuş. Həqiqətin sual etdükdə dedilər: "Əbdüllah bin Hürrindür". Və Həzrəti-İmam İbn Həccacı ki, anın qəbiləsindən idi, mütalibətinə irsal etdi. İcabət qılmayub, Həzrətiİmam bizzat anın mənzilinə təşrif buyurub ana təklifi-rəfaqət qıldı. Əbdullah bin Hürr ayıtdı: "Ya İmam, Yezidin ləşkəri çoxdur və sənin xidmətində olanlar şərzimeyiqəlil olub anlarınla tabi-müqavimətləri yoxdur. Qalib oldur ki, məğlub olalar və mücərrəd bənimlə rəxneyiafət məsdud olmaz. İltimas edərəm ki, bəni mü’af edəsən. Və bənim bir atım və bir qılıncım var ki, manəndləri yoxdur. Pişkəş təriqiylə bəndən qəbul edəsən". Həzrəti-İmam ayıtdı: "Bən at üçün və qılınc üçün gəlmədim". Mə’yus olub andan müraciət qılub [mənzilinə gəldi]. Rəvayətdir ki, vaqieyi-Kərbəladan sonra ol süstrə’yikəmtədbir təəssüflər çəkərdi, əmma faidə qılmazdı. Şe’r: Zəhi nadan ki, şahi-mülki-iman Ana ərz edə təşrifi-şəhadət, Təvəhhüm eyləyib tiği-bəladan, Özündən eyləyə səlbi-səadət. Nəqldir ki, bir mənzildə Həzrəti-İmam, Zeynəb dizi üzərinə baş qoyub yuquya getmiş ikən iztirabla oyanub dideyi-nəmnakindən gövhəri-əşk rəvan oldu. Ümm Külsüm ayıtdı: "Ya Hüseyn, səbəbigiryə nədir?". Həzrəti-İmam ayıtdı: "Vaqi’əmdə hala cəddimi gördüm. Giryan olub bana dedi ki, ey Hüseyn, və’deyi-müvasilət qərib oldu". Ümm Külsüm dəxi giryan olub və Əli Əkbər ayıtdı: "Ya İmam, ləşkəri-ə’dayla müqabilə vaqe’ olduğu təqdirdə Həq bizim tərəfimizdədir, yoxsa anlar canibində?" İmam ayıtdı: "Həq bizdədir və biz Həq iləyiz". Əli Əkbər ayıtdı: "Pəs, hər cəfa mütəsəvvir olsa, qəm degil!" Əlqissə, ol mənzildən dəxi intiqal edüb Qətqətana dedikləri mənzilə nüzul etdikdə, şəhzadə cəm’i-ləşkərin cəm’ edüb, tərtibi-müqəddəmati-nəsayehü məva’iz etdikdən sonra Müslimi-Əqilin şəhadətin və əhliKufənin xəyanətin şaye’ edüb nida qıldı ki, "Ey qövm, ayineyi-dövran bir qeyr surət göstərdi və nihali-tədbir müxalifi-məqsud bər verdi. Və mühəqqəq oldu ki, əhli-Kufə nəqzi-əhd edüb Müslimi şəhid etmişdir və ləşkəri-Yezid cidalü qital etməgə ətrafü cəvanibimizi tutmuşlar. Və bən bilürəm ki, iqtizayi-şəhadət bana rüxsəti-nüsrət verməz və qeyrəti-şüca’ət müraciət etmək caiz görməz. Hər ayinə bana bu dəryayi-bəlaya girmək lazımdır və iste’dadi-rütbeyi-qədərim bu seylabi-fitnə girdabinə ’azimü cazim. Əmma sizə ümumən rüxsətdir ki, əbvabi-nəcat məsdud olmadan kəndünizi fəzayi-səlamətə çəküb, bu təfriqədən imən olasız və rayizi-fitneyi- zəman inani-ixtiyarınızı əldən almadan bir canibə gedüb bu dəğdəğədən qurtulasuz. Zira rəva görməzəm ki, bənim vücudum məhzi-xeyr ikən sizə nisbət mövcibi-zərər vaqe’ ola və mir’ati-surəti-halınuz bənim rəhgüzarımdan qübari-küdurət bula". Rəvayətdir ki, ol cəmaətdən ol vaqtədək xatirində hənuz məzənneyi-intifai-dünyəvi olanlar qət’i-əlaqə qıldılar və dəvayi-səbati-məhəbbət qılanlar riza qəzaya verib, fəryadü fəğana gəldilər ki, ey hadiyi-təriqi-müstəqim və ey müqtədayi-sirati-qəvim, biz dövlətimülazimətində saliki-rahi-hidayət ikən imtahanla badiyeyi-təəssüf təriqin göstərmə və bir dəm sə’adəti-şəhadətdən novmid olduğumuzu rəva görmə. Şe’r: Biz bəladan incinüb, bidaddan vəhm etmərüz, Nəqdi-canın sərfi-canan eyləyən aşiqlərüz. Eşq meydanında bidadü bəladan dönməyüb, Rastrəv saliklərüz, sabitqədəm sadiqlərüz. Filvaqe’, ol zəmanda sə’adət və şəqavət bir-birindən imtiyaz buldu və sə’idü şəqi əhvalı bir imtahanla mə’lum oldu. Ol tayifə ki, ömrü mal və övladü mülki-dünyaya müqəyyəd olub tərk edə bilmədi, kəsbi-sə’adəti-əbədi qılmadı. Və ol güruh ki, əsbabi-müstə’ari-dünyəvidən keçüb sə’adəti-şəhadət ixtiyar etdi, mənzili-məqsuda yetdi. Yəqindir ki, qəssami-qəza dünya hərisinə ücrət verməz və heç məzhəbdə iki həmşirə bir nikaha girməz. Əlqissə, Həzrəti-İmam mənzil-mənzil qət’i-rah edüb bəni-Sükun qəbiləsinə yetdikdə, Bəni-Əkrəmədən bir şəxsə uğruyub andan Kufə əxbarın sual etdikdə ayıtdı: "Ya İmam, Übeydullahi-Ziyad sənin qəsdinə hər canib ləşkər rəvan edüb təfəhhüsündə və təcəssüsündədir. Səlah oldur ki, müraciət qılasan. Həqqa ki, təvəccöhün tiği-abdar və sinani-xunxardır və müxalifin qayətdə cəfapişə və sitəmkarədir". Ol nəhəngi-dəryayi-vilayət və şiri-bişeyi-siyasət ol xəbərdən təvəhhüm etməyüb bəlkə şövqü zövqi-şəhadət hiddətin ziyadə qılub rəvan oldu. Əmma rahdarlar və casuslar Həzrəti-İmamın Bəni-Sükun qəbiləsinə yetüb, andan dəxi rehlət edüb və hiddəti-’əzimətin görüb Übeydullahi-Ziyada xəbər verdilər. Ol müdbir Hürr bin Yezidi-Riyahiyə əmr etdi ki, bin müsəlləh namərdlə istiqbal qılub Həzrəti Hüseyni qanda görsələr, nə vəchlə olsa, qeyr canibin təvəccöhündən mən’ edüb Kufəyə gətürə. Hürr bin Yezid ol ləşkərlə badiyəpeymay və səhranəvərd olub, mənzil-mənzil Hüseyni mütalibət edüb, tərəddüd qılub, Səddiab deməklə mə’ruf mənzilə yetüb, ol mənzildə aram dutub müntəzir ikən Həzrəti-İmam mənzilindən gecə ilə köçüb bədrəqeyi-əxtəri-əşki-qəmənduz və məş’əleyi-ahi-cigərsuzla sabahadək qət’i-rah edüb. Şe’r: Sübh kim, xəlqi xazini-hikmət Sirri-pünhandan eylədi agah, Çərxi-zalimnihadü kafirkiş Qıldı bütxanəsini atəşgah. Ol padşahi-bütşikəni-atəşxanəfikən və ol şahbazi-düzmənşi-kari-ülvi-nəşimən qayəti-isti’caldan ixtiyari-nüzul etməyüb, aftabvar rayəti-rif’ət asimana çəküb və səhabi-müjgani-dürəfşandan zamanzəman rəhgüzara barani-rəhmət töküb yürürdü ol zəmanədək ki, əczayi-zəmin irtifa’i-xurşiddən kəsbi-zərarət qılub və bazarisəmumü sərab hiddəti-həvadan rəvacü rövnəq bulub rif’əti-aftab zəvala mütəvəccih oldu və hey’əti-rüzgar fərti-hərarətdən təğəyyür buldu. Şe’r: Qayəti-hiddət verüb suhani-nəqşi-riglə, Dəhr cəlladı həva tiğini xunriz eylədi. Səfheyi-səhrada surət göstərib sudan sərab, Təşnə təb’ində tə’əttüş atəşin tiz eylədi. Dəbdəbeyi-tə’zimü təbcil və zəmzəmeyi-təsbihü təhlillə təlieyi-sipahi-zəfərpənah mənzili-Səddi-aba yetüb Hürr bin Yezidi-Riyahinin ləşkərinə mülhəq oldular. Və Hürrün ləşkəri dəxi bir səhrada düşüb hər biri kəndü sayeyi-mərkəbində qərar dutmuşkən səlabəti-əsakiri-zəfərməasirdən ehtizaza düşüb, mərkəblərinə binüb, səf çəküb müqabilə gəldilər. Təhqiqi-hal etmək üçün sultaniKərbəladan ol ləşkər sipəhsaları ehzarinə fərman sadir olduqda Hürr bin Yezidi-Riyahi ehtirazü ictinab etməyib, rikabi mülazimi-humayun olub ərzi-hal etdi bu rəsmlə ki. Şe’r: Ey sücudi- dərgəhin sərmayeyi-dünyavü din, Şəmseyi-eyvani-qədrin hilyeyi-’ərşi-bərin. Xadimi-xəlvətsərayi-ta’ətin zikri müdam: Hazihi cənnati’ ədnin fədxuluha xalidin. Ya Əmirəl-mö’minin, İslam səndəndür dürüst, Ya Əmirəş-şər’, sənsən rəhbəri-əhli-yəqin. Yetməsün məqsudinə hər kim sənə eylərlsə qəsd, Görməsün rahət yuzin hər kim sənə bağlarsa kin. Həzrəti-İmam anın ismin və rəsmin sual etdikdə ayıtdı: "Ya İmam, bənəm Hürr bin Yezidi-Riyahi". Həzrəti-İmam ayıtdı: "Ya Hürr, "İleyna əm əleyna", yə’ni müavinətə gəlmişsən, ya müharibəyə? Hürr ayıtdı: "Ya İmam, Übeydullahi-Ziyaddan mə’muram ki, mülazimətində olam Kufəyədək və sənə qeyr canibə getməgə təmkin verməyəm". Həzrəti-İmam ayıtdı: "La-həvlə və la quvvətə illa billahil-Əliyyil-əzim". Ey Hürr, hala nəmaz vəqtidir, sən cəma’ətünlə və biz cəma’ətimizlə nəmaz edəlüm, andan sonra qanda getməlü isə gedəlüm". Hürr ayıtdı: "Ya İbn Rəsulullah, sən İmami-zəmansan, İmamət qıl, iqtida qılalum". Şe’r: Sana istərəm kim, qılam iqtida, Budur aləm içrə həman niyyətim Ki, bildim səni müqtəda, bilməsəm, Qəbul eyləməz Həq bənim ta’ətim. Həzrəti-İmam ana afərin oxuyub ittifaqla nəmaz qıldıqdan sonra xatibanə şəmşiri-abdarinə təkyə qılub həmdü sənaya müştəmil və dürudü duaya möhtəvi bir xütbeyi-bəliğ əda qıldıqdan sonra əhliKufəyi müxatəb edüb, möv’izeyi- xütbəsin bu kəlimatla müzəyyən qıldı ki, "Ey ümməti-Məhəmməd", "Cə’ələ Əllahu ət-təvfiqə rəfiqəkum", əgərçi bənim rəqəbeyi-iqtidarım Yezidin ribqeyiinqiyadinə girmək münasib görünməyüb, anın ita’əti-naməqbulindən inhiraf etdigim dərəceyi-vüzuha yetmişdi, siz ki, əhli-Kufəsiz, mütəvatir namələr irsal edüb və asari-məhəbbət və məvəddət ərz eyləyüb "İmamımız və müqtədamız yoxdur" – deyüb bənim hüzurimi lazım etdinüz, İmdi əgər həm ol qərar üzrəsiz, bən bana lazım olan əmrə iqdam etdim. Siz dəxi sizə lazım olan məsləhəti sərəncam edin və əgər əziməti-mülki-səadətdə xari-səhrayi-tə’əllüq damənihimmətiniz dutub peşiman oldunuz isə, xari-rəhgüzarım olman, gəldigüm kibi müraci’ət qılayım. Zira bən bu diyara gəlüb cidalü qitali kəndü rə’yimlə ixtiyar etməmişəm və razı degiləm ki, səbəbi-[səfki]- dima’ olam". Hürr ayıtdı: "Ey Hüseyn bin Əli, bənim namələrdən xəbərim yoxdur". Hüseyn ayıtdı: "Sənin yoxsa, ləşkərində xəbəri olan çoxdur". Pəs, buyurdi ki, ol namələri bə’zi hazır olanlara göstərüb infi’al verdilər. Şe’r: Ey xoş ol dəm ki, nameyi-ə’mal, Qafili vaqifi-günah eylər. Məhəki-imtəhan olub zahir, Nəqdi-məğşuşi rusiyah eylər. Bu hala müqarin canibi-Kufədən altı namərd isti’calla gəlüb Übeydullahi- Ziyaddan Hürrə bir namə gətürdilər məzmunu bu ki: "Ey Hürr, nə mənzildə ki, Hüseynə mülhəq olasan və mülaqat qılasan, gərəkdir ki, ana müvəkkil və müsəllət olasan, bu canibə gətürəsən". Hürr ol məktubu mütali’ə etdükdə Həzrəti-İmama göstərüb ayıtdı: "Ey nəqdi-Rəsulullahi-Haşimi, mülahizə qıl ki, sənin xüsusunda Übeydullahın nə miqdar ehtİmamı var. Və bən heyrətdəyəm ki, aya nə tədbir qılam? Əgər səni müaf etsəm, Übeydullahdan vəhm eylərəm və əgər sənə qəsd eyləsəm, Mə’budimdən xövf edərəm. Əmma Allah xövfü Übeydullah vəhminə qalibdir. Qələm olsun ol pənceyi-namübarək ki, sən kibi pəncəyi-afitaba şü’ai-şəmşiri-atəşparə çəküb, zülməti-üsyanla kəndü ruzigarın siyah edər və ’ədəm olsun ol nacəvanmərdin mənzili ki, sən kibi kamil vücuda zəxarifi-dünya üçün qəsd edüb, vəsvəseyi-şeytanla kəndü əhvalın təbah edə. Həqqa ki, bu canibə gəldikdə yolda heç xarü xaraya yol qomadım ki, bana zəbanihalla müjdeyi-şəhadət vermədi və heç nəsim bəndən yana güzar etmədi ki, bana bəşarəti-behişti-bərin yetürmədi. Və mən heyrətdəyəm ki, aya bu nə əməl cəzasıdır, bən xud müqatileyi-Ali-Rəsula mə’muram. [Əmma] ümiddir ki, müqatilə mürafiqətə mübəddəl ola və Həq dövlətimütabiətinizdə bana səadəti-nəcat müyəssər qıla. Hala bənimlə müxalifət olmağın səlah budur ki, mütəhhərati-hücərati-ismət bəhanəsiylə sizün orduyi-hümayuniniz bizim əskəri-şərarət əsərimizdən bir mərtəbə müba’ədət ixtiyar edüb nüzul edələr, zülməti-şəb müstövli olduqda irtihal edüb nə canibə murad isə rəvan olun ki, sabah olduqda bən ləşkəri xilaf səmtə çəküb, səhrada bir zaman tərəddüd edüb, "bulmadum" – deyüb müraci’ət qılam və bu mə’siyətdən nəcat bulam". Həzrəti-Hüseyn əsrari-hikmət izhar üçün ol səlahi münasib görüb nüzul etdikdə, bir miqdar anlardan bə’id olmaqla anlar xabi-qəflətdə ikən nisfi-leyldə orduyi-humayunun köçurüb canibi-Məkkeyi-mü’əzzəməyə rəvan oldu. Qaliba ol gecə ərusi-aləm şühəda üçün tə’ziyət iste’dadində olub, gisuyi-müşkbarində rüxsarın nihan etmişdi və şəhidlər və məzlumlar iztirabın görüb dudi-ahi-zəmin daməniasimanı dutmuşdu. Əlqissə, bir zülməti-məhibi-cansitandı kim, badiyeyi-dəhşətdə Xizri-xirəd sərgərdan idi. Nə mahü sitarədən nişan peyda və nə sübhü afitabdan əsər hüveyda. Anın kibi zülmətdə ol məzlumlar ’inani-ixtiyar qayidi-qəzaya təslim edüb, təmam gecə ciddü cəhdlə qət’i-rah qılub, sübh olduqda mərkəbi-şəhsuvari-meydani-şəhadət bir hövlnak mənzildə təvəqqüf edüb, andan ilərü getməgə təqdirdən rüxsət bulmadı və Həzrəti-İmam nə qədər ki, taziyanə urub mütərrik etmək istədi, fayda qılmadı. Həzrəti-İmam ayıtdı: "Ey mənazil və mərahildən xəbərdar olanlar, bilirmisiz bu nə mənzildir?" Dedilər: "Bu zəminə ərzi-Mariyə derlər". İmam ayıtdı: "Şayəd bir qeyr ismi dəxi var ola?" Dedilər: "Bir ismi dəxi Kərbəladır". Hüseyn ayıtdı: "Allahu əkbər, haza ərzu kərbin və bəla". Şe’r: Budur ol mənzil ki, toprağinə qaynar qanımız, Bundadır zira məkani-cismi-sərgərdanımız. Əli Əkbər mütəəllim olub ayıtdı: "Ey pedəri-büzürgvar, bu nə fali-namübarəkdir?" Hüseyn ayıtdı: "Ey nuri-didə, Əliyyi-Murtəzayla əziməti-hərbi- Siffin etdükdə, bu mənzilə yetdikdə, Həzrəti-Murtəza Düldüldən enüb, İmami- Həsən dizi üzərinə mübarək başın qoyub yuxuya getmiş ikən nagah bidar olub ah çəkdi. İmam Həsən səbəb sual etdükdə ol Həzrət ayıtdı: "Şimdi vaqe’əmdə gördüm ki, bu səhra girdabi-xun olmuş və bənim Hüseynim ol girdaba düşüb mütəhəyyir qalmış. Nə qədər ki, istiğasə edər, kimsənə fəryadinə yetməz. Pəs, bana mütəvvəcceh olub ayıtdı: "Ya Hüseyn, bu badiyədə sənə bu vaqi’ə əl versə, nə dersən?" Dedim: "Ya Əli, səbr edərəm və səbr ilə əcr istərəm ki, "İnnəma yuvə’f-fə’s-sabirunə əcrəhum bi-qəyri hisabin". Pəs, şahzədə buyurdu ki, hicabi-bargahi-rif’ət ol mənzili məxyəmi-xiyami- orduyi-hümayun edələr. Fərmani-vacibül-iz’an müqtəzasincə ol padşahi-aləmpənahın sərapərdeyi-rif’ətləri səhrayi-Kərbəlaya uruldu və ol sultani-məlayik sipahi-həşmət dəstgahın bargahi-səadətləri meydani-Kərbəlaya quruldu. Şe’r: Sayə saldı qübbeyi-gərdüna çətri-’ərşsay, Yetdi səthi-xakə qədrindən kəmali-irtifa’. Kərbəla gərdun idi, çətri-şəhidi-Kərbəla, Xeymeyi-xurşid idi, ətnabi-zərrini şü’a. Çün Həzrəti-İmamın cəm’i-əf’alı məzahiri-əsrari-hikmət və mətale’i-qüdrət idi, Hürr bin Yezidi Riyahi ləşkərindən inşiraf edüb Məkkə canibinə təvəccöh etmiş ikən, ixtiyarsız Kərbəlaya düşdügü təvəhhümdən və təhəyyürdən degildi, bəlkə bu qərəz mənzur idi ki, ’əziməti-meydani-bəla və təvəccöhi-dəşti-Kərbəla kəndünün məhzişücaətlərindən bilinməyüb, rəfiqi olan ə’yani-dövlətə və ərkanihəşmətə mə’lum ola ki, daireyi-tədbirü təsərrüfindən xaric bir mühərriki-silsileyi- iradət və bədrəqeyi-təriqi-məşiyyət var ki, anın əmriylədir hər nə vaqe’ olur. Nəqldir ki, Həzrəti-İmam səməndi-badpayi-badiyəpeymasindən nüzul edüb xaki-Kərbəlaya qədəm basdıqda, ol xaki-şərif həyasından sararıb, andan bir qübar çıxub gisuyi-mü’ənbərlərin müğəbbər etdi. Ümm Külsüm anı görüb ayıtdı: "Ey əzizim, bir əcib halət və mülahizə qıldım və bir qərib arizə gördüm. Bu badiyə toprağından könlümə bir vəhm müstövli oldu". Həzrəti-İmam ana təsəlli verüb Şəhrbanuya ayıtdı: "Ey yari-dilnəvaz, və ey həmdəmü həmraz, bəni bu mövze’də ə’zayi-məcruhla ağüşteyi-xakü xun gördükdə vəsiyyətim budur ki, sədayi-növhə ilə baisi-təzayüdi-süruri-cəmalın təmaşagahi-əhlişəmatət qılmayasan. Şe’r: Qılub gisu pərişan, xatirin cəm’ etmə bədxahın, Sürudi-ah ilə dərdi-dil izhar etmə əşrara. Açub xurşidi-’ariz, qılma rövşən çeşmi-bədbini, Giriban çak edüb cənnət qapısın açma küffara. Təmamiyi-Əhli-Beyt ol xəbərdən giryanü büryan olub dedilər: "Ey şahzadeyi-aləmpənah, bu nə əxbari-cangüdazi-cigərsuz və kəlami-ələməncami-qəmənduzdur?" Həzrəti-Şahzadə müqəddəmati-nəsayehü məvaizlə təsəlli verdi ki: "Ey cavahiri-mə’dəni-risalət və ey rəyahini-rövzeyi-vilayət, çün iradeyi-təqdiri- Rəbbani budur, səbrdən qeyr nə çarə". Şe’r: Surəti-keyfiyyəti-əşya çəkən rəssami-sün’, Kargahi-sən’ətin mövqufi-tədbir eyləməz. Vadiyi-tədbir sərgərdanıdır aləm, vəli, Hileyi-tədbir səlbi-hökmi-təqdir eyləməz. Əlqissə, Həzrəti-İmam ol badiyeyi-xunxar və səhrayi-məlalətasarda qərar dutub, mütəməkkin olduqda, Süleyman bin Sürəd Xuzai əşpafü-ə’yani-İraqa bir namə yazub Qeys Ə’rabiylə irsal etdi bu məzmunla ki, "Ey qaibanə izharisədaqət qılub ərzi-iştiyaq edən mö’təmidlər və müxlisanə übudiyyətnamələr irsal edən mücahidlər! Sizin məkatib və mərasilinüzün süturi-xütuti səlasili-cəzbi-iradətümüz vaqe’ olub, bu canibə təvəccöh qılub, hala dəşti-Kərbəla ki, bətni-biladi- İraqi-Ərəbdir, məxyəmi-nüzuli-orduyi-humayun oldu və Süheyli-iqbali-Hicazi- mətlə’imiz bu fəzaya pərtövi-səadət saldı. İmdi gərəkdir ki, qıldığınuz əhdə vəfa qılub və səadəti-məqdəmi-şərifimizi müğtənəm bilib, məzmuni-misali-vacibül-imtisala ittila’ bulduqda nəqdi-can nisar etməgə dərgahi-dünyadan övla olduğun mühəqqəq biləsiz. Həqqa ki, bu işarət sizə ehdayi-təriqi-hidayətdir. Təsəvvür etmən ki, istid’ayi-müzahirət və mü’avinətdir, zira səltənəti-aləmi-fani ana dəgməz ki, minnətlə təhsil edələr və zillətlə buraxub gedələr". Şe’r: Tiği-tövfiq ilə bən qət’i-tə’əllüq qılmışam, Çəkməzəm minnət, olub mail sərirü əfsərə. Çün bana məqsud fəthi-aləmi-təcriddir, Aləmi dutmaqda gün möhtac olurmu ləşkərə? Qeysi-Ə’rabi Həzrəti-İmamın naməsin Kufəyə ilətüb, Suleymani Xüzaiyə verüb, cavab almaq qəsdinə rəvan olduqda Kufəyə yetmədən Übeydullahi- Ziyadın təli’eyi-əskəri ol namuradı dutub hüzuruna ilətdilər. Qeysi-Ə’rabi Übeydullahi-Ziyada müqabil olduqda naməyi parələdi. Übeydullah ayıtdı: "Nişə naməyi parələdin?" Qeys ayıtdı: "Dost sirri düşməndən məxfi gərək". Übeydullah ayıtdı: "Ey Qeys, əgər bənim siyasətimdən nəcat bulmaq muradınsa, iki işdən birin ixtiyar et: Ya namədə olanlar ismi izhar eylə, ya minbərə çıxub Hüseyn və ətba’inə nasəza edüb bana və Yezidə sitayiş qıl". Qeys ayıtdı: "Ey İbn Ziyad, izhari-məzmuni-namə xud mümkün degil, əmma qəziyyey-iminbər ehtimalpəzirdir. Buyurun xəlq cəm’ olsun". Silsileyi-cəm’iyyət müntəzəm olduqda, Qeysi-Ə’rabi minbərə çıxub zəbani-fəsihlə Vacibül-vücuda həmdü səna və Həzrəti-Rəsula dürudi-bimüntəha əda qıldıqdan sonra nida qıldı ki: "Ey əhli-Kufə, bən rəsuli-Hüseynəm və gəlmişəm ki, təşrifi-şərifindən sizi xəbərdar edəm". Və məzmuni-naməyi ağazdan əncamədək şərh qıldı, Yezidə və İbn-Ziyada nifrin oxuyub, Hüseyn və ətba’inə sitayişlər qılub xassü ammə ğərivü qülqülə saldı. Übeydüllahi-Ziyad ol vaqi’ədən qəzəbnak olub hənuz minbərdə ikən ol məzlumu şəhid etdirdi. Şe’r: Nə saətdir ki, gülzari-bəladan bir gül açılmaz? Nə dəmdir kim, fələk bir mübtəla bağrını qan qılmaz? Çün Übeydullahi-Ziyad Hüseyn bin Əlinin Kərbəlaya gəldigindən vaqif olub bir namə irsal qıldı, bu məzmunla ki: "Ey Hüseyn, bana Yezid namələr irsal edüb e’lam edibdir ki, Hüseyn bin Əli ol canibə gəldikdə, bənim bey’ətim andan almayınca qərar dutmayasan və əgər qəbul etməz olursa, qətlində tə’əllül qılmayasan. İmdi sənə nəsihət edərəm. Kəndünə tərəhhüm edüb Yezidin bey’ətin qəbul et və əgər qəbul etməz isən, əsbabi-müharibə mühəyya qıl". Həzrəti-Hüseyn ol namənin məzmununa müttəle’ olduqda, [əlindən] buraxdı və çehreyi-mübarəki qəzəbdən gülnari olub buyurdu ki, zəhi bədbəxt qövmi ki, rizayi-xəlqi qəzəbi-Xaliqə ixtiyar edüb ümmətiyüz dedikləri Peyğəmbərin övladın həlak etməklə rizasın istərlər". Şe’r: Gör nə cahildir ədu kim, də’viyi-İslam edib, Dövləti-dünya üçün Ali-Rəsul eylər həlak. Gör nə qafildir ana tabe’ olan bədbəxt kim. Xəlqi xoşnud eyləyib, eylər Xudayı xəşmnak. Qasidi-Übeydullah ayıtdı: "Ya Hüseyn, nədir bu risalətin cəvabı?" Həzrəti- Hüseyn ayıtdı: "Ma-ləhu indi cəvabin ləqəd həqqət əleyhi kəlimətul-’əzab". Qasidi-Übeydullah müraciət qılub, Hüseyn bin Əlinin cəvab verməyüb naməyi buraxdığını ol müdbirə xəbər verdikdə ol bədbəxt qəzəbnak olub, əhli-məclisə yüz dutub ayıtdı: "Ey əkabiri-Şam və ə’azimi-Kufə, kimdir sizdən ki, mütəsəddiyi-hərbi-Hüseyn olub, hər məmləkəti-mü’zəm ki, İraqdan murad edinsə, ana verüm". Heç kimsənə cəvab vermədi. Bu kəliməyi təkrar edib, kimsənədən cəvab almayub aqibət Ömər bin Sə’d Vəqqasa ayıtdı: "Ey əşcə’i-bəni-Qüreyş, bir müddətdir ki, mülki-Rey təmənnasındasan və diyari-Təbəristan istid’asında. İmdi mülki-Rey və diyari-Təbəristan hökumətin sənə verdim". Filhal mənşuri-əyalət tövqii-ixtitama yetüb təslim olunduqda bir xəl’əti-faxir dəxi geydirib və bir cənibi-bərqrəftar dəxi mülazimlərinə təslim etdirdi. Bu ən’amü ehsandan sonra ayıtdı: "Ey nəqdi-Sə’d Vəqqas, atan skabiri-səhabədən olub şücaətdə məşhurü mə’ruf idi. Və hala Yezidin təhti-livayi-hökumətində əgərçi mö’təbər sərəfrazlər çoxdur, əmma səndən əşcə’ və əqdəm mübariz yoxdur. Bənim səlahım budur ki, sən sipəhsalari-ləşkər olub, Hüseyn bin Əli üzərinə ləşkər çəküb andan Yezidin bey’ətin alasan. Və əgər qəbul etməzsə, anın və ətba’inin başların kəsib, bu canibə göndərib, bu xidməti kəndünə mövcibi-izdiyadi- rif’ət və baisi-təzayüdi-mənzilət biləsən". Ömər Sə’d ayıtdı: "Ey Übeydullah, bu bir əmri-əzİmdir və şüğlivəhimdir. Təfəkkürsüz və təəmmülsüz şüru etmək olmaz. Bana möhlət ver, mənzilimə müraciət qılub, övladü ətba’imlə məşvərət edüb, nə məsləhətə qərar verirlər isə, gəlib ərz edəyim". Rüxsət hasil edüb, geydigi xəl’ətlə mərkəbi-cənibə binüb, Təbəristan və Rey mənşurun əlinə alub mənzilinə gəldikdə övladü ətba’i anı ol zinətlə görüb ayıtdılar: "Bu ən’amü iltifata səbəb nə vaqe’ oldu ola?" İbn Sə’d ayıtdı: "Bu gün Übeydullahi-Ziyadın dəryayi-iltifatı təməvvücə gəlüb və nəsimi-atifəti mütəhərrik olub, bəni bu ən’amü ehsanla sərəfraz edüb sərəskər etdi, bu şərtlə kim, Hüseyn bin Əli Murtəzayla hərb edüb, ya daireyi-bey’ətə gətürəm və ya dərəceyi-şəhadətə yetürəm". Ulu oğlu ayıtdı: "Heyhat, heyhat, ey qafil, bu nə xəyaliqələt və əndişeyi-batildir?! Və nə sevdayibihudə və sə’yi bihasildir! Aya, bilməzmisən ki, ol cigərguşeyi-Zəhra və nuri-dideyi- Mustəfa və süruri-sineyi-Murtəzadır və sənin atan Sə’d Vəqqas nəqdicanın anların yolunda sərf etdi və hala sən anın qəsdinə ləşkər çəkmək istərsən?! Və sən kəndü əlinlə üç məktub yazub, irsal edüb bu diyara anı də’vət etdin, hala ğədrlə qanın tökmək istərsən. Həqqa ki, müsəlmanam deyən bu əmrə irtikab etməz və də’vayi-İslam edəndən bu ’əməl zühura yetməz. Şe’r: At ölür, don yırtılır, Rey mülkü eylər intiqal, Leyk ta Məhşər qalur baqi vəbali-xuni-Al. Bəlkə bu nikbətin əsəri Qiyamətədək övladına və ətbainə dəxi sirayət eyləmək müqərrərdir, zira mə’siyəti-ə’zəm və cinayətiəkbərdir". Ömər bin Sə’d anın sözündən münzəcir olub, yüz döndərib kiçik oğlundan nəsihət istədikdə ol həramzadə ayıtdı: "Ey baba, əgərçi qarındaşım dedigi sözlərin səhih olduğu zahirdir, əmma əmri-qayib olub, Übeydullahi-Ziyad etdigi ən’amü ehsan hazırdır. Heç aqil nəqdi nisyəyə verməz və qayibi hazırdan övla görməz". Ömər Sə’d anın səlahın qəbul edüb və ol rə’yə qərar verüb, Übeydullahi- Ziyadın məclisinə gəlüb, izhari-riza qıldıqda, Übeydullah xoşhal olub, afərinlər oxuyub, filhal beş bin mübarizixunxar həmrah edüb Kərbəlaya rəvan etdi. Rəvayətdir ki, Ömər Sə’d təhiyyeyi-əsbab edüb mütəvəccih olmaqda ikən Həmzə bin Müğeyrə ki, xahərzadəsiydi, ol müdbirin əzimətin görüb ayıtdı: "Ey bədbəxti-əzəlü əbəd, bu nə xəyali fasiddir? Aya, İzədi-Cəbbar, Əhmədi-Muxtar və Heydəri-Kərrara rücu’in olmazmı və Ərəsati-Qiyamət yadına gəlməzmi?" İbn Sə’d ayıtdı: "Ey əziz, bən dəxi bilirəm ki, bu əndişeyi-nasaibdir, əmma zövqi-hökuməti-Rey və Təbəristan cəmi’i-təsəvvüratıma qalibdir". Həmzə ayıtdı: "Həqqa ki, hökuməti-təmamiyialəm ana dəgməz ki, dünyada bədnam olasan və axirətdə üqubət bulasan". Ömər Sə’d bu nəsihətdən bir miqdar mütəəssir olub, fəsxi-əzimətə əzm qılmış ikən yenə hübbi-cah və sevdayi-riyasət dideyi-bəsirətin ə’ma qılub, zəlalətdə yekcəhət olub ol sərəskəri-sipahi-şəyatin və sipəhsalariərbabi- kibrü kin ənhəsi-övqatda və ərzəli-saətdə sitareyi-nəhs kibi bürci-münqəlibi-Kufədən tülu’ edüb dəşti- Kərbəlaya pərtövinühusət bıraxdı. Şe’r: Aldı təşvişi-qüdumi rahət əhlindən firağ, Urdu övzai-xiyami sineyi-səhraya dağ. Və yetdigi saətdə təvəqqüf etməyüb, biədəbanə Həzrəti-Hüseynə bir məktub irsal etdi bu məzmunla ki: "Ey Hüseyn, bu diyara gəldigindən qərəz nədir?". Həzrəti-İmam cəvab yazdı ki: "Bənim hüzuruma səbəb sizin namələriniz və izhari-iştiyağınız vaqe’ oldu. Həqqa ki, bən bu canibə sizin səlahınız içün mütəvəccih oldum ki, məziqi-zəlalətdən fəzayi-nəcata rəhnümalıq edəm. Hala ki, cövhəriiste’dadınıza əsəri-qəbuli-hidayət olmayıb, Müslim Əqilə ol cəfaləri rəva gördünüz, mə’lumum oldi. Niyyətim budur ki, darülmülkiHicaza müraciət qılam, əgər mane’ olmayasınız". Ömər Sə’d təsəvvür edərdi ki, Hüseyni-Əli məhzən cidalü qital üçün bu diyarə gəlübdür. Bu cavabla xoşhal olub ayıtdı: "Şayəd sülhlə rəf’i-fəsad mümkün ola və Hüseyn İbn Əli kəndü diyarına müraciət qılub bu fitnə təskin bula". Pəs, vaqe olan sual və cəvabı Übeydullaha ərz etdi. Ol müdbir cəvab yazdı ki: "Ey sipəhsalari-Kufə, Yezidin bey’ətin Hüseynə ərz et. Qəbul etməz olursa, bana e’lam edüb mütərəssidi-fərman ol". İbn Sə’d ol məzmundan mühəqqəq bildi ki, Übeydullah sülhlə razı olmaz. Ol naməyi Həzrəti-İmam hüzurinə irsal edüb, Həzrəti-İmam ol məzmundan ibavü imtina’ surətin göstərdikdə və keyfiyyəti-hal Übeydullaha ərz olunduqda ol müdbir qəzəbnak olub Həsin bin Təmir və Şis Rəbi’i və Şimri-Zilcövşəni on bin müfsidlə irsal edüb, əmr etdi ki, Hüseyni abi-Fəratdan mən’ qılub bey’ət edənədək su verməyələr. İbn Sə’d ol əmrə ita’ət edüb, Ömər bin Həccacı beş yüz namərdlə rudi-Fərat zəbtinə tə’yin qılub, zülali-Fəratı ol dəryayi-fəzilətdən münqəte’ etdilər. Bu surət Məhərrəm ayının yeddinci günündə vaqe’ oldu və həm ol gün Həzrəti-İmamın ləşkərində əsəri-tə’əttüş peyda olub, qüsuni-şəcəreyi-nübüvvət və rəyahini-rövzeyi-risalət qəhti-abdan pəjmürdə və hiddəti-’ətəşdən əfsürdə olmağın Əbbas bin Əli əlli nəfər səvarü piyada mübarizlərlə Fərata mütəvəccih olub, Ömər bin Həccacla müharibə edüb, qalib düşüb, kifayət miqdarı su gətirüb ləşkərgaha yetürdilər. İkinci gecədə Həzrəti-İmam İbn Sə’də e’lam etdi ki, əgər səlah isə bir zəman mülaqat edəlim. İbn Sə’d ol səlahı qəbul edüb bə’zi mülazimlərlə ləşkərindən çıxub və Həzrəti-İmam [dəxi] Əbbas və Əli Əkbərlə müqabilə qılub ayıtdı: "Ey İbn Sə’d, atan Sə’d Vəqqasdan sənə vəsiyyət bumudur ki, ali-Əbu Süfyana tabe’ olub, saqiyiSəlsəbilü Kövsər övladına abi-rəvanı məsdud edüb, təskini-hərarətlərin zülali-şəmşiri-abdarə həvalə qılasan və fəcərəvü fəsəqə mülazimətin xanədani-nübüvvət təvəllasından övla biləsən? Ey İbn Sə’d, zəxarifi-dünyaya e’tibar olmaz və ərusi-bivəfayi-zəmanə kimsənəyə vəfa qılmaz. Həqqa ki, sənə izhar etdigim nəsayeh zimmətimdə mövdu’ olan ləvazimati-əmrimə’ruf və nəhyi-münkərdir. Yoxsa sənin müavinətin və müzahirətindən müstəğni olduğum müqərrərdir". Şe’r: Biz bəla meydanına vəqf etmişiz can nəqdini, Xah səndən qeyr bu meydana gəlsin, xah sən. Bu nə layiqdir sənə kim, bunca əhli-zülmdən, Olasan qəttali-övladi-Rəsulullah sən?! Ömər Sə’d ayıtdı: "Ya İbn Rəsulullah, cəmi’i-buyurduğun həqq və sədiqdir. Əmma vəhmim andandır ki, mübaşiri-əmri-qital olmasam, Übeydullahi-Ziyad inadla Kufədə olan məqamü mənzilimi xərab edə". Həzrəti-İmam ayıtdı: "İmarəti-dünyaya nə e’tibar? Axirətdə sənin məqamına mütəkəffil olayım və dünyada dəxi sərayindən yeg mənazil Mədinədə səninçün müqərrər qılayım". Ömər Sə’d ayıtdı: "Bənim Kufədə ziya’ və əqarım çoxdur, təsərrüfümdən çıxar". Həzrəti-İmam ayıtdı: "Bənim Hicazda ziya’ və əqarım var, anları sənə verəyim". Ömər Sə’din bəhanəsi münqəte’ olub xəmuş oldu. Həzrəti-İmam gördü ki, qabili-nəsihət degil, dedi: "Ey zalim, bu əməldə təsəvvür etdigin muradına yetməyəcəksən". Filvaqe’ öylə oldu. Əndək zamanda Muxtari-Əbu Übeydə çıxub ol müdbiri və oğlunu siyasətə yetirdi və nəcasətlərin yer yüzündən götürdü. Şe’r: Zalimi sanma kim, murada yetər, Zülm bünyadı üstüvar olmaz. Bəhrəmənd eyləməz fəsad əhlin, Məkr nəqşinə e’tibar olmaz. Rəvayətdir ki, şəhzadə andan mə’yus mənzilinə müraciət etdikdə Bərir bin Həsin-Həmədani ki, əfzəli-zühhadi-əsrdi, İmamın icazətiylə nəsihət üçün ol gümrahın ləşkərinə gedüb, icazətsiz məclisinə girib, səlam verməyib oturdu. İbn Sə’d ol halətdən mütəəccüb olub ayıtdı: "Ey əziz, nə mane’ oldu ki, səlam vermədin?". Bərir ayıtdı: "Səlam müsəlmanlara məxsusdur". İbn Sə’d ayıtdı: "Məgər bən müsəlman deyiləm?" Bərur ayıtdı: "Hədisi-Mustəfəvidir ki, "Əl-muslimu mən səlimə’l-muslimunə min yədihi və lisanihi". Və sən Həzrəti-Rəsul övladını abi-Fəratdan mən’ edüb daiyə qılmışsan ki, hərb edüb qətl edəsən. Bu təqdirlə İslaminə hökm olunurmu?" İbn Sə’d ayıtdı: "Bən dəxi bilirəm ki, övladi- Rəsulla hərb edən müstəhəqqi-əzabi-əlim və müstəiddi-iqabi-cəhim olur. Əmma tərki-hökuməti-Rey və Təbəristan edə bilməzəm". Bərir olbədbəxtdən novmid olub məclisindən çıxdı. Qit’ə: Hər bixirəd ki, fisqü fəsad ilə dutdu xu, Olmaz hədisi-əhli-xirəd kargər ana. Zatında hər şəqi ki, Zühəl kibi nəhsdir, Bin Müştəri sə’adəti etməz əsər ana. Rəvayətdir ki, Şimri-Zilcövşəni-şəqi ol əhvala vaqif oludqda filhal Kufəyə rəvan olub Übeydullahi-Ziyada ərz etdi ki, Hüseynlə Ömər Sə’d arasında ixtilat olub gecələr mücalisət edərlər, bilməzəm nə tədarükdədir. Übeydullahi-Ziyadın ol xəbərdən qəzəbi tüğyan edüb Ömər Sə’də bir namə yazdı bu məzmunla ki: "Bən səni müharibət üçün göndərmişəm, müsahibət içün göndərməmişəm. Bilirəm ki, sən bu əmri-xətirin öhdəsindən çıxmazsan. Təbəristan və Rey mənşurin Şimri-Zilcövşənə təslim et". Ömər Sə’d ol namədən mütəəssir olub, ol cəfakari-bədkirdarın atəşi-fəsadı Übeydullahın dəmi-sərdindən zəbanə çəküb, müharibə və müqatiləyə yekcəhət olub, pərdeyi-mühabavü müvasa aradan götürdü. Rəvayətdir ki, Məhərrəmin səkkizinci günündə ləşkəriİslamda asari-tə’əttüş zahir olub ol, çeşmeyi-həyata ərz olunduqda ol Həzrət işarət etdi, bir mövze’i həfr etdilər. Bir çeşmeyi-zülal çıxub cəmi’i-ləşkər sirab olduqdan sonra yenə pünhan oldu və bu xəbər dəxi Übeydullaha irişib, ol zalım təhdidlə Ömər Sə’də e’lam etdi ki: "İstima’ olunur ki, Hüseynə badiyədə həfri-abyar edüb fərağat rüxsətin vermişsən. Bu qəziyyə naməqbuldur, gərəkdir ki, əhvalına müzayiqə verib təmkini-rahət verməyəsən". Həm ol saət Məhəmməd Əş’əsi dört bin mübarizlə və anın əqəbincə Qeys bin Əxməsi iki bin namərdlə və ana mütəaqib Həccac bin Hərəzi bin mübarizlə irsal edüb, on altı bin mübariz cəm’ oldular. Ol hücumu görüb Həbib bin Müzahir ayıtdı: "Ya İbn Rəsulullah, qəbileyi-Əsəd bu qürbdədir. Əgər icazət olursa, varub anları təriqi-hidayətə irşad etmək olur, zira ol tayifədə mərtəbeyi-şəhadət talibi olanlar çoxdur, əmma bu [mə’rəkədən] xəbərləri yoxdur". Əlqissə, şərəfi-icazət hasil edüb ol qəbiləyə varub nida qıldı ki: "Ey sə’adəti-şəhadətə müştaq olanlar, və ey dövləti-baqi istid’a qılanlar!" Şe’r: Şəhbazi-aşiyani-vilayət həlakinə, Səhrayi-Kərbəlada hücum eyləmiş qürab. Şiri-şikargahi-ğəzadan hücum edib, Əzmi-Fərat şəhdini mən’ eyləmiş kilab. Rəvayətdir ki, ol tayifədən doqsan şuca’i-namdar və mübarizi-kinəgüzar [İbnül-Bəşiri kəndülərinə sərdarü] sərxeyl edüb, mükəmməl və müsallah Həbibi- Müzahirlə Həzrəti-İmam hüzurinə mütəvəccih oldular. Ömər Sə’d ol əhvalı mə’lum edüb, Əzrəqi-Şamiyi dört bin namərdlə yollar mühafizəsinə irsal etmişdi. Fərat kənarında bir-birinə mülhəq oldular. Ol mücahidlər dəxi anlardan dönməyüb, bünyadi cidalü qital edüb, ol müsəlmanların bə’zi məqtul olub, bə’zi məhzum, canibi- Kərbəlaya yol bulmayub, kəndü qəbilələrinə müraci’ət qıldılar. Həbibi-Müzahir mə’yus və məhrum Həzrəti-İmama mülhəq olub surəti-əhval ərz etdi. Übeydullahi-Ziyad ol hala dəxi müttəle’ olub Ömər Sə’də qəzəbamiz bir məktub irsal etdi ki, "Eşitdim ki, Hüseynə möhlət vermişsən qəbayilə namələr göndərib ləşkər cəm’ etməgə. Həqqa ki, namə yetdikdə ibtidai-hərb edüb anın əmrin sərəncam etməyəcək olsan, sənə və cəm’ii-hüzurində olanlara siyasətlərim toxunur". Heyni-vüsuli-namə əgərçi axiri-ruz olub qürubi-afitaba qərib idi, sabahadək səbr etməyüb, siyasətdən ehtiraz edüb, İbn Sə’d təmamiyi-ləşkərin mürəttəb edüb mütəvəccihi-hərb oldular. Şe’r: Məhçeyi-rayət oldu gərdunsay, Ərşə çıxdı sədayi-naleyi-nay. Səf çəküb ləşkəri-müxalifi-din, Lövhi-xətti-ğəm oldu ruyi-zəmin. Əxtəri-ruzgərdi-ləşkəri-Şam Səfheyi-afitaba saldı zəlam. İttifaqən ol gün Məhərrəm ayının doqquzuncu günü idi və Həzrəti-İmam ol vəqt məsnədi-asayişdə idi. Naleyi-nay və növhəyinəfirdən bidar olub Əbbasa əmr etdi ki, anlara müqabil durub həqiqəti-hal mə’lum edə. Əbbas igirmi mübarizlə anlara istiqbal edüb, hərb üçün gəldiklərin mə’lum qılub Həzrəti İmama xəbər yetürdükdə Həzrəti-İmam buyurdu ki, ey Əbbas, bu cəmaətdən bu gecə möhlət istəyib döndərə gör, zira bu gecə cüm’ə gecəsidir və intihayi-əyyami-ömrümüz mərasimi-taətü ibadətə iştiğal edəlim. Sabah olduqda hər nə səlah isə, əməl oluna. Əbbas ol ləşkərə müqabil durub nida qıldı ki, ey müsəlmanlar, cigərguşeyi- Rəsulullah sizdən bu gecə möhlət istər. İbn Sə’d ümərayi-ləşkərinə məşvərət qılub, möhlətə səlah görməyüb dedilər: "Sizə aman yoxdur". Əbbas ayıtdı: "Ey birəhmlər, bu nə zülmisərihdir ki, nəqdi-Rəsulullaha bu gecə möhlət verməyəsiz?! Və ey bədbəxtlər, bu nə zülmi-sərih və əmri-qəbihdir ki, cəm’iiömrünüzdə Həq rizasinə girməyəsiz?! Həqqa ki, əgər şəhsüvarimeydanivilayətdən sibqəti-hərbə rüxsət alsaydım və sultani-səriri-İmamətdən təqəddümi-rəzmə icazət bulsaydım, zəbani-tiğ ilə cəvabınız verərdim". Əlqissə, ləşkər ol mükalimədən həya qılub, müharibə əmrində tə’əllül edüb, bizzərurə rüəsayi-ləşkərə dəxi müraciət lazım gəlüb, qəziyyeyi-hərb ol gecə mövquf oldu. Əmma Həzrəti-İmam cəm’iiəshabü əhbabın cəm’ edüb buyurdu ki, orduyi-şərifin bir tərəfindən rəhgüzari-hərb üçün yol qoyub, baqi ətrafına xəndəq məhfur edüb xarü xaşakla doldurub od uralar ki, ibtali-mə’rəkeyi-cidalü qitala məşğul ikən müxəddərati-süradiqi-’ismət müxaliflərdən mütəhəssin olalar. Ol atəşin şö’ləsi zəbanə çəkdikdə Malik bin Ürvə ki, əşəddi-əhlinifaqdı, mərkəbinə binüb, cövlan qılub nə’rə urdu ki, "ey Hüseyn, atəşi-duzəxdən müqəddəm kəndüni atəşi-dünyaya yaqdın". Hüseyn ayıtdı: "Kəzəbtə ya əduvvəllah". Güman edərmisən ki, bən duzəxə girib, sən əhli-behişt olasan?". Müslimi-Əvsəcə ayıtdı: "Ya İbn Rəsulullah, icazətin olsa, bir xədəngizəhrəşikafla bu məl’una duzəxi göstərmək olur". Hüseyn ayıtdı: "Ya Müslim, istəməm ki, bənim ləşkərimdən ibtidayi-hərb ola. Əmma təmaşa qıl ki, bu məl’un qəhriİlahiyə necə giriftar olur?" Pəs, ol saliki-rahi-həqiqət yüzün dərgahibiniyaza dutub ayıtdı: "Əllahummə cirrəhu ilən-nar", yə’ni "İlahi, bu məl’unu silsileyi-üqubətlə atəşi-suzanə çək". Filhal "Də’vətü’lməzlumi mustəcabətun" müqtəzasincə ol məl’unun mərkəbi ixtiyarsız anı alub, Həzrəti İmamın ləşkərinə mütəvəccih olub, xəndəqə yetdikdə iltihabi-nairədən rəm qılub ol məl’unu atəşi-suzana buraxdı və ol halətə iki ləşkər təmaşa qıldılar. Həzrəti-İmam səcdeyi-şükr edib, duaya məşğul olub derdi ki: "Ya Rəb, zürriyyəti-Əhli-Beyti-Rəsuləm və yetimü məzlumi-Bətuləm. Sən dadımı bu zalimlərdən alasan". Məhəmməd Əş’əsi-Kufi nə’rə urdu ki, ey Hüseyn, sənə Peyğəmbərin nənisbəti var ki, anda laf edərsən? Hüseyn ayıtdı: "Ya Rəb, İbni Əş’əs nəsəbim qət’ edər, istərəm ki, bu gün cəzasın verəsən". Hənuz dua təmam olmadın ol məl’unun bətni-napakində bir təqaza olub mərkəbindən yerə endi ki, tədarüki-əhval edə. Əvrətinə bir əqrəb niş urub, nəcasət içrə dolanub, məkşufül’əvrə can tapşurdı. Həm ol zəman Cə’də Qərani müqabilə gəlüb avaz yetürdi ki, ey Hüseyn, zülali-Fərat ki, dəryasifət təməvvücdədir, həqqa ki, sənə və ətba’una andan bir qətrə su verilməz, ta təşnələb həlak olasuz. Həzrəti-Hüseyn giryan olub dua qıldı: "Əllahummə əmithu ətşanən". Filhal ol məl’unun mərkəbi bivasitə rəm qılub anı buraxub, ol məl’un piyadə hər canib yügürüb "Əl-’ətşu, [əl-’ətşu]" derdi və hər nə qədər su verirlərdi, içə bilməyüb xüşkləb can tapşurdı. Və ləşkəri-Yezid ol kəramətləri görürlərdi, əmma faidə qılmazdı və ayineyi-etiqadlarından bu seyqəllərlə jəngi-küdurət açılmazdı. Şe’r: Pak etməgə ərbabi-xəta səfheyi-qəlbin, İzhari-kəramət qılur əhli-nəzər, əmma Zalimlərə izhari-kəramət əsər etməz, Qılmaz dili-Fir’anu münəvvər Yədi-Beyza. Bu kəramətlərdən sonra Həzrəti-Sultani-Kərbəla cəm’ii-ixvanü övladü ənsabın cəm’ edüb, bir kürsi nəsb qılub, üzərinə çıxub bir xütbə ağaz etdi bu məzmunla ki: "Şərayifi-sipasi-biqiyas ol müdəbbiri-biniyaza ki, məzmuni-kitabeyi- eyvani-bargahi-qürbi əsrari-möhnətü müsibətbəyandır. Şe’r: Ol nəsəqbəxşi-ümuri-kargahi-sün’ kim, Şəhdi-lütfi möhnətamizü bəlaəngizdir, Cuybari-gülşəni-ehsanı tiği-abdar, Səbzeyi-gülzari-qürbi xəncəri-xunrizdir. Və lətayifi-həmdi-bihəd ol mə’şuqi-aşiqgüdaza ki, hilyeyi-sərapərdeyi-hərimi- qürbi-qəbulu məhrəmlər və müqərrəblər qanıdır. Şe’r: Zəhi sultani-müstəğni ki, cami-iltifatindən, Nəsibi-əhli-təslimü təvəkkül zəhri-qatildir. Kəmali-iltifatı qayəti-qəhrindədir müzmər, Cəfasindən tənəffür qılmayan lütfinə qabildir. Və dürudi-namə’dud ol əşrəfi-kainata ki, sülləmi-ehtimali-məsaib payeyi-qədrin dərəceyi-Me’raca yetürmüş və təcərrö’i-zəhri- bəla təb’i-səlimi-müstəqiminə nişaneyi-tövfiqi-təqərrüb vermiş. Şe’r: Ol şəhi-mə’mureyi-ənduhü iqlimi-bəla, Kim diyari-dərd tə’mirində sərf etmiş həyat, Salmamış viraneyi-dünyaya zilli-e’tiqad, Açmamış cəm’iyyəti-əsbaba çeşmi-iltifat. Şəraiti-həmdü sənadan sonra buyurdu ki: "Ey daireyi-mütabi’ətimdə və hövzeyi-intisabimdə olan vəfadarlar. "Cəzakumullahu xəyrən". Sizdən xoşnudam. Təriqi-mürafiqətimdə təqsir etmədiniz və daireyi-mütabi’ətimdən təriqi-müxalifət tutmadınız. Hala istəmən ki, naireyi-möhnətimdən sizə şərarəti-məzərrət irə və sərsəri-müsibətimdən gulzari-cəmiyyətiniz xəzani-təfriqə görə. Və bənim bu gecə bu cəfapişələrdən möhlət istədigimdən qərəz həlaveyi-həyatımdan istifayi-təməttö’ etmək degil, bəlkə məqsudum budur ki, çün şahidi-tövfiqi- şəhadət pərdeyi-xəfada ikən ərzi-cəmal etdi və nihali-həyati-müstə’arım bərgriz olmağa və’də yetdi. Şe’r: Gəldi ol dəm ki, fəna pərdəsin çak qılam, Bəzmi-vəhdətdə bəqa ləzzətin idrak qılam. Və bilürəm ki, bu tayifənin məqsudləri bənəm və bana zəfər bulduqdan sonra sizə iltifat etməzlər. Səlah oldur ki, bu gecə fürsət var ikən güruh-güruh ətrafü cəvanibə pərişan olasuz və qərqeyi-tüfanibəla olmadan bir nəcat bulasuz. Şe’r: Çıxmadan dəsti-iəsərrüfatdan ’inani-ixtiyar, Fikr edüb möhnətdə tədbiri-nəcat etmək gərək. Hadisati-dəhrdən qafil gərəkməz adəmi, Surəti-halinə hər kim iltifat etmək gərək. Bu kəlimatı eşitdikdə alü ətba’ü əşya’indən fəryadü fəğan fəlaki-dəvvarə çıxub ittifaqla ayıtdılar: "Ey xazini-gəncineyi-əsrari-hikmət və ey kaşifi-rümuzi-vilayət, haşa ki, xaki-payinə nəqdi-can nisar olmadan dövləti-mülazimətindən müfariqət mümkün ola və və’dəgahi- bəlada xəl’əti gülrəngi-şəhadət geymədən bu mə’rəkədən çıxmaq surəti-ehtimal bula!" Şe’r: Biz ibtidayi-xilqətü ağazi-ömrdən, Nəzri-nisarın eyləmişüz nəqdi-canımız. Mümkün degil mülazimətindən müfariqət, Ta səfheyi-vücudda vardır nişanımız. Həzrəti-İmam təriqi-vəfada anları sabitqədəm görüb, dua qılub Müslimi-Əqil övladinə ayıtdı: "Ey əzizlər, biz Kufə xəlqinin məva’idi-kaziblərinə e’timad edüb, Müslimi ol diyara irsal etdik və ol müfsidlər təriqi-müxalifət dutub ol məzlumu şəhid etdilər. Hala səlah oldur ki, siz validənüz alub Bəni-Təyy qəbiləsinə varub andan mütəvəccihi-Mədinə olasuz ki, xanədanınız münhədim və mün’ədim olmaya". Övladi-Müslim bu kəlimati-cangüdazdan xüruşa gəlüb ayıtdılar: "Haşa ki, xidmətindən müba’idət ixtiyar edəyüz! Ya Hüseyn, iltimasımız budur ki, babamız və qarındaşlarımız müqəddəmeyiləşkəri- şəhid olduği kibi bizə dəxi bu sə’adət müyəssər ola". Şe’r: Çün bəqa mülkindədir cəm’iyyəti-əhli-vəfa, Ruyi-dil ol məqsədi-ə’laya döndərmək gərək. Neylərüz heyranü sərgərdan qalub, himmət dutub, Dari-dünyadan ’inan üqbaya döndərmək gərək. Həzrəti-İmam anlara dəxi dua qılub cəm’ii-əshabına rüxsət verdi ki, varub ta’ətü ibadətə iştiğal edələr. Və kəndü dəxi sə’adətsərayinə mütəvəccih olub ibadətə məşğul oldu. * * * Fəsli-əvvəl: Şəhadəti-Hürr və bəzi şühəda Çün müttəfiqi-əleyhi-ərbabi-’üqul və mö’təqidi-əshabi-qəbul oldur ki, ədl ümuri-mütəvəssiti-mütəsaviut-tərəfeyndən ibarətdür və cövr ifratü təfritdən bir kinayətdür, lacərəm təriqi-əməldən hər üdula iki cövr mülazim olur. Bu səbəbdən qilləti-ədl və kəsrəti-cövr lazım gəlməgin əksəri-xəlqi-cəhan ərbabi-fitnəvü fəsad olub, əqəlli-əhlizəman əshabi-səlahü sədaddır. Şe’r: Ümuri-mərtəbeyi-ədldir təvəssüti-hal, Üduli mövcibi-ifratü baisi-təfrit. Səbəb budur ki, olub ’ədl cövr məğlubi, Həmişə fitnədən olmaz bəri büsati-bəsit. Hər ayinə sultani-təbiət müstəxdimi-əsnafi-cövr olmağın və şəhriyari-əql iqtibasi-ənvari-ədl qılmağın peyvəstə biri-birinə münaze’dir və münaziətləri cəm’iyyəti-əsbabi-nizamü intizama mane’dir. Şe’r: Təbiət talibi-zövqü tərəbdir, Təriqi-əql qanuni-ədəbdir. Təbiətdir məzidi-rif’ətü cah, Muradi-əql tərki-masivallah. İlahi, pərtövi-inayətindən ianət istid’a qılınur ol dəm ki, sultanitəbiət diyaribədəndə sipahi-rəzilət cəm’ edüb, əsləheyi-mənahi və məlahi mürəttəb qılub, şəhriyari-əqlin ləşkəri-sidqü səlahın mütəfərriq edüb məğlub qıla. Və əsəri-mərhəmətindən müavinət iltimas olunur ol saət ki, mülki-təndə istilayi-hücumi-ləşkəri-həvadan məliki-ruh müztərib və mütəhəyyir qala. Netə ki, təğəllübü tüğyani-ləşkəri-Yezidi- pürcəfadan şəhidi-badiyeyi- Kərbəla və hücumi-hümumiə’dadan Hüseyn bin Əliyyi-Murtəza. Şe’r: Surəti-təhrirə gəlməz olsa dəryalar midad, Şərhi-bidadü bəlayi-rəzmgahi-Kərbəla. Kərbəlada həsr olub aləmdə hər möhnət ki, var, Bənd qılmışdır təriqi-səbri Şahi-Kərbəla. Raviyi-rəvayəti-cigərsuz və naqili-hekayəti-qəmənduz bu tərzlə tərtibi-süfufi-mə’rəkəyə kəlam vermiş və bu tərzlə silsileyi-rəvayəti təhrikə gətirmiş ki, çün şəbi-Aşura Həzrəti-Sultani-Kərbəla ləşkəriə’dadan tətmimi-şəraiti-ibadət və təğdimi-mərasimi-üzri-əshabiita’ət üçün möhlət tələb qılub və ol istid’a icabətə yetüb, əndişeyi-hərbdən filcümlə fariğ olub, təvabe’ və ləvahiqlə ibadətə iştiğal etdi və sabahadək zükurü ünasdan zəmzəmeyi-təkbirü təhlil səvame’imələkuta yetdi. Ol gecə sükkani-süradiqi-ülvi mütəğəyyirül-əhval olub və ümmali-əvalimi- süfli heyrət və dəhşətdə qalub fələk şərmsar idi ki, aya, bu nə tədbiri-nasəvabdı və zəmin müztəribü biqərar idi ki, aya, bu nə bidadi-bihesabdı? Sitarə tə’sirü tədbirdən aciz olmaz, bəlkə dideyi-bidar açub mütəhəyyir qalmış, ərusi-aləm libasi-matəm geyüb xəvatini-hərəmsərayi-ismət üçün matəmdə idi və xosrovi-əncüm matəmkədeyi-zülümatə girüb şühəda üçün qəmü ələmdə idi. Şe’r: Asiman açmışdı əbvabi-məlal, Əxtəri-iqbala yetmişdi vəbal. Fövt olub sərrişteyi-tədbiri-kar, Müztərib qalmışdı dövri-ruzigar. Münfə’il dövran müxalif dövrdən, Münzəcir aləm müşəvvəş tövrdən. Əgərçi Məsiha daməni-xurşidi dutub tülu’indən mən’ edərdi ki, əşi’eyi-ənvar şəhidi-Kərbəlaya sihami-bəla olmaya və gərdun səhər əbvabın məsdud etmişdi ki, sübhi-kazibin dəmi-sərdindən ŞahiKərbəlanun şəm’i-həyatı intifa bulmaya, əmma iqtizayi-iqbalişəhadət sür’əti-dövrana isti’cal edüb, təli’eyi-sübhi-sadiq canibi məşriqdən hüveyda oldu. Rəvayətdir ki, ol dəm asimandan bir nida gəldi ki, "Ya xəlilullah ədrukni" və ol sədadan Ümm Külsüm müztərib olub, tə’cillə Həzrəti İmamın mənzilinə gəlib ayıtdı: "Ey bəradəri-əziz, bu sədadan vaqif oldunmu?". Hüseyn ayıtdı: "Bən vaqif oldum. Hala Həzrəti-Rəsulu vaqi’əmdə gördüm. Ol həzrət bana müjdeyi-şəhadət verüb buyurdu ki: "Ey Hüseyn, səvakini-aləmi-bala və zümreyi-məlai-ə’la ərvahi-müqəddəseyi-ənbiyayla istiqbali-ruhişərifin qılub intizarindədür. Cəhd et ki, bu gecə hüzurumuzda iftar edəsən". Və bu hala müqarin bir firiştə gördüm əlində bir şişə. Dedim: "Ya Rəsulullah, bu firiştə əlində bu şişə nədir?" Buyurdu ki: "Ya Hüseyn, bu firiştə mə’murdur ki, zalimlər sənin qanın tökdükdə bu şişəyə doldurub asimana ilətə". Ümm Külsüm ol halətə giryan olub, Hüseyn ayıtdı: "Ey məzlumə, əhli-beytimi hazır et ki, həngamivida’dır". Şe’r: Əlvida’, ey dustlar kim, gəldi həngami-səfər, Ərş pərvazinə mürği-ruhum açdı balü pər. Yusifi-Misri-qəbuləm, çəkməz oldum həbsi-tən, Eylədim zindani-təngi-dəhrdən qət’i-nəzər. Necə ehmal eyləyəm mülki-bəqa əzmində kim, Şəm’i-ömrüm eylədi izhari-asari-səhər. Müztəribdir şövqi-təşrifimdə Şahi-Övliya, Müntəzirdir ləzzəti-didarimə Xeyrül-Bəşər. Əlqissə, müxəddərati-sərapərdeyi-təharət və rəyahini-riyazi-vilayət hazır olub, Həzrəti-İmam anları bir-bir bağrına basub, vida’ edüb derdi ki, ey məzlumlar, aya, badiyeyi-qürbətdə bu zalimlər içində əhvalınız nola və əvaqibiniz nə surət bula?" Şe’r: Dərda ki, rəhgüzari-həvadisdə uğradı Bidad girdbadinə şəm’i-cəmalınız, Ey mə’dəni-təharətü ismət gühərləri, Ya Rəb, nə ola xaki-məzəllətdə halınız? Bir tərəfdən Şəhrbanu giribani-təhəmmül çak edüb derdi ki: "Ey biçarələr qəmxarı və ey şikəstələr qəmküsarı! Bu şahzadələri yetim qoyub, kimin öhdəsində buraxıb gedərsən və bu əmanətləri kimə təslim edərsən?" Şe’r: Hiç kim, ya Rəb, bana manənd məhzun olmasun, Surəti-hali-həvadisdən digərgun olmasun! Bir yana ənduhi-qürbət, bir yana hicrani-dust, Necə dil püriztirabü didə pürxun olmasun?! Və bir tərəfdən Ümm Külsüm naxuni-ənduhla rüxsareyigülgünün parə-parə qılub növhə qılurdı ki: "Ey çiraği-xanədanirisalət və ey şəm’i-şəbistani-İmamət! Əliyyi-Mürtəza mütəvəccihirövzeyi- rizvan olduqda atəşi-fəraqına mövcibi-təskin olan HəsəniMüctəba idi. Və ol Həzrət intiqal etdikdə sənin sayeyi-atifətin bizə mə’məni-riza idi. Aya, səndən sonra məhrəmimiz kim ola və xatirimiz kiminlə təsəlli bula? Şe’r: Bu müsibət qəfləti-mövt ilə asandır bana Kim, qılur gərduni-gərdan canımı təndən cüda. Bu müsibət andan əfzundur təəmmül eyləsən Kim, bəni səndən cüda eylər, səni bəndən cüda. Və gahi bu sürudla növhə bünyad edərdi. Şe’r: Çərxi-zalim aqibət mülkin xərab eylər, diriğ! Əmri-naməqbulü fikri-nasəvab eylər, diriğ! Zülməti-hicran ilə tarik edüb aləmləri, Əbri-bidadi niqabi-afitab eylər, diriğ! Bu müsibətdə ikən əsəri-sübh peyda olub, Həzrəti-İmam afitabvar hərəmsəradan mütəvəccihi-səhra olub, təyəmmüm qılub cəmaətlə nəmaza məşğul oldu. Rəvayətdir ki, əvradi-nəmaz ixtitama yetmədən və Həzrəti-İmam duayi-namazı təmam etmədən mə’siyət sərməstlərindən sədayi-cuşü xüruş qübbeyi-əflaka çıxub və bişeyi-bid’ət bəhayimindən sədəmati-əsvati-namülayim guşi-gərduni kər qılub, naleyi-nayi-rəzmi və sədayi-kusi-hərbi mübarizlərə səlayi-hərb urub, zalimlər ərseyiKərbəlaya ələmlər yürütdülər və sipahi-zəlalət fövc-fövc səvarü piyadə mütəvəccihi-meydan olub, ğübari-tirədən ayineyi-ruyi zəmini mükəddər etdilər. İbn Sə’di-səfih tə’biyeyi-səfi-sipah edüb, meyməneyi-naməysuri Ömər bin Həccaca müsəlləm edüb, meysəreyi-nameysuri Şimri- Zilcövşənə namizəd qılub, kəndü qəlbisipah oldu. Şe’r: Zəhi bədbəxt kim, kəsbi-şəqavət ixtiyar etdi, Özün dünya üçün bədnami-ruyi-ruzigar etdi. Zəhi-müdbir ki, məğlubu olub aləmdə şeytanın, Fəsad etməkdə insanı mələkdən şərmsar etdi. Və bir canibdən dəxi meydani-mücahidət cansiparləri və ərseyi-şəhadət vəfadarləri ol cuşü xüruşdan mütənəbbeh olub, bəlkə bəzmi-bəlada ol təranələrdən zövqlər bulub, bir-bir nə’reyi-məstanə və xüruşi-mərdanə ilə künyətlər verub ol sultani-mülkastanın astaninə gəldilər və rüxsəti-meydan bulub təsbihü təhlillə ərseyi-karzara mütəvəccih oldular. Və Həzrəti-İmam dəxi kəsrəti-sipahi- ə’dadan mütəvəhhim olmayub və qilləti-əhibbadan təğəyyür bulmayub, fərqi-mübarəkin əmameyi-Rəsulla müzəyyən və bədəni-lətifin dürraeyirisalət birlə mürəttəb qılub, Rəsul Həzrətlərinin Fəriha nam mərkəbin rikabi-hümayuna çəküb və şəmşiri-zəfərməasirin həmayil edüb, cövlan edərək səfi-sipaha gəldi və sipahi-səfərpənaha tərtib verüb, məyməneyi-meymuni Züheyr bin Mücəllaya rucu’ edüb, meysəreyimeysuri Həbib bin Müzahirə müqərrər qılub, rayəti-fəthayəti Əbbas bin Əliyyi-Murtəzaya tapşırub, kəndü bizzat iman kibi mö’minlərin qəlbində qərar dutub şəhadətə müntəzir oldu. Ol gün ərusi-xəlvətsəray üfüqi-matəmkədeyi-dünyaya xəraşidəruy və pərişanmuy çıxdı və piri-sipehri-xəmidəqamət təriqi-tə’ziyət dutub daməni-libasi- nilgunə çaklər bıraxdı və əbkari-əncüm tabi-nəzzareyi-məsaibi-xəvati-nihərəmsərayi- nübüvvət gətürməyüb pərdeyi-hicaba girdi və nəsimi-səhər şühəda üçün dəmadəm ahi-sərd çəküb məzaci-kainata küdurət gətirdi. Rizvan riyazi-cinana zinət verdi ki, ruhi-şəhidi-Kərbəla mehman olur və hura dideyi-iştiyaq açub mütərəssid oldu ki, nuri-dideyi-Zəhra gəlür. Şe’r: Çıxdı gün, ya sineyi-gərduna urdu tazə dağ Bərqi-ənduhi-dili-övladi-Xeyrül-mürsəlin? Sübh pərtöv saldı, ya məzlumlar halın görüb, Qüssədən bimar olub zərd oldu rüxsari-zəmin?! Rəvayətdir ki, iki canibdən süfufi-müharibə mürəttəb olduqda və keyfiyyəti-həqqü batil və küfrü iman imtiyaz bulduqda HəzrətiSultani- Kərbəla səfisipahindən çıxub, ol bisəadətlərə müqabil durub səlabətü sövlətlə bu beyti inşa qıldı. Şe’r: Ənəbnə nəbiyyə’t-tuhri min ali-Haşım, Kəfani bi-haza məfxəri hinə əfxəru. Yə’ni bən fərzəndi-Pəsuli-Xudayam və nütfeyi-sərvəri-ənbiyayam. İftixar etdikdə bana bu fəxr kifayət edər və mübahat qıldıqda bana təfaxür bu yetər. "Ey qövmi-birəhm, başımdakı əmmamə və belimdəki tiğ və əgnimdəki dürra’ə və rikabımdakı mərkəb Həzrəti-Rəsulullahındır. Və bən varisi-elmi-Rəsulam və nuri-dideyi-Bətulam. Hərgiz kizbü gəzafa iqdam etməmişəm və mütləq təriqi-müxalifəti-Xuda və Rəsul dutmamışam. Mədinədə mücaviri-rövzeyi-Rəsul ikən bana təmkin vermədiniz və Məkkədə mö’təkifi-zaviyeyi-qənaət olduğumu rəva görmədiniz. Həqqa ki, bana məkatibü mərasil irsal edüb, üzərimə hüccətlər bıraxub bu diyara siz gətirdiniz və bu fitnəyi təhriki-səlasili-əsbabla siz bu məqama yetirdiniz. Ey Ömər bin Sə’d, vey Ömər bin Həccac, vey Şis bin Rəbi’i, bu nə qəddarlıqdır, və ey Sinan bin Ənəs, və ey Şimri-Zilcövşən, bu nə məkkarlıqdır?" Şe’r: Məkr bünyadı üstüvar olmaz, Hiylə asarı paydar olmaz. Ol cəmaət ittifaqla inkar etdilər. Həzrəti-İmam məktubların hazır edüb, anlara hüccəti-təmam etdikdən sonra ol məktubları oda yaxdırdı. Aqibət, Ömər bin Sə’d müqabilinə gəlüb ayıtdı: "Ey Hüseyn, bu hekayətlər nəticə verməz. Ya Yezidin bey’ətin qəbul etmək gərəksən, ya tərki-həyat eyləmək". Bu sözü deyüb, bir navəki-dilduz əlinə alub ayıtdı: "Ey əhli-Kufə, güvah olun və Übeydullah hüzurunda şəhadət verin ki, ibtidai-hərbi-Hüseyn bəndən oldu". Və ol navək canibi-Hüseynə rəvan qıldı. Həzrəti-Hüseyn məhasini-şərifin əlinə alub ayıtdı: "Ey qövm, qəzəbi-Rəbbani Yəhuda ol zəman iştidad buldu ki, "Uzeyr İbnullah" dedilər və qəhri-İlahi Nəsaraya ol gün nazil oldu ki, "Məsihu’bnullah" dedilər və sixəti-Sübhani sizə hala müqərrər oldu ki, qəsdi-Ali Rəsul etdiniz. Həqqa ki, sizün bədəninüzdə hər səri-mu bir xəncəri-abdar olsa, "Və ’sabir və ma-səbrukə illa billahi" dairəsindən inhiraf etməzəm və hər fərdiniz qəsdimə bir ləşkərikinəgüzar olsa, "İnnə’llahə yuhibbu’s-sabirinə" mərtəbəsinin tərkin tutmazam". Rəvayətdir ki, ləşkəri-Yezid, İbn Sə’din iqdamın gördükdə ana iqtida qılub, Həzrəti-İmama bir mərtəbə tirbaran etdilər ki, pəriü-qabdan çeşmeyi-afitab tutuldu və zəxmi-peykani-abdardan ruyizəmin məsabeyi-ğərbal oldu. Həzrəti İmam ol hücumdan səfi-sipaha müraciət qılub əshabü əhbabinə ayıtdı: "Ey vəfadarlar və cansiparlar, müstəid olun və təhiyyeyi-əsbabi-səfər qılun ki, dəmi- xunrizdir və həngami-rəstaxizdür". Və Ömər bin Sə’din peyki-peykanı bu xəbər pəyamına gəldi və qasidi-navək bu peyğamla varid oldu və bu vaqiə səbahi-cüm’ə aşiri-Məhərrəm, hicrətin altmış altıncı yilində vüqu’ buldu. Və ləşkərimüxalif bir rəvayətdə on yeddi bin nəfər və bir rəvayətdə otuz bin nəfər, əmma əsəhhi-əqvalla igirmi iki bin mübariz olub və ləşkəri-İmam bir qövllə səksən nəfər və bir qövllə yetmiş iki nəfər olub, otuz iki atlu idi və baqi piyadə idi. Və əksəri-rəsaildə icmal ilə şərh etmişlər, əmma Həzrəti-Mövlana Hüseyn Vaiz əleyhir-rəhmə fil-cümlə təriqi-təfsil dutmuş. Raviyi-əxbari-məlalətasar bu tərzlə itmami-rəvayət vermiş və naqili-göftari-küdurətasar bu tərzlə göftara zinəti-tətmim yetirmiş ki, çün süfufi-ləşkər mürəttəb oldu, Hürr bin Yezid Riyahi Ömər Sə’din hüzuruna gəlüb ayıtdı: "Ya İbn Sə’d, əlbəttə, Hüseynlə müharibə etmək müqərrərmidir?" İbn Sə’d ayıtdı: "Bəli, müqərrərdir. Bu hərbdə qanlar tökülür və başlar kəsilür". Hürr ayıtdı: "Rəsulullaha Qiyamət günü nə cəvab verirsən?" Ömər Sə’d cəvab verməyüb, Hürr kəndü ləşkərinə müraciət qılub, heybət və səlabətdən ləvni mütəğəyyir olub və qəlbi mütəhəyyir olub biqərardı. Qarındaşı andan sual etdi ki, "ey pəhləvaniərəb, hərgiz heç mə’rəkədə səndən bu təzəlzül mülahizə olunmayub, mə’ə qillətiə’da bu nə təğəyyürdür ki, səndə zahir oldu?" Hürr ayıtdı: "Ey bəradər, bana ə’dadan təvəhhüm yoxdur, əmma behişt və duzəx arasında mütəhəyyir qalmışam və həqqü batil imtiyazında heyran olmuşam". Bu təkəllümdə ikən ixtiyarsız bir nə’rə urdu ki, "əl-minnətu lillah, məkməni-qeybdən məş’əleyi-nuri-hidayət zahir olub bəni təriqi-zəlalətdən sirati-müstəqimə buraxdı". Şe’r: Lilləhil-həmd ki, bən sahibi-irfan oldum, Qabili-mərtəbeyi-səhhəti-iman oldum. Əməli-batil imiş Ali-Məhəmməd büğzü, E’tiraf eylədim ol cürmə, peşiman oldum. Pəs, səməndi-badpayə cövlan verüb, kəndü ləşkərindən çıxub ləşkəri- Hüseynə mülhəq olub, mərkəbindən enüb, rikabi-hümayuninə yüz sürüb ayıtdı. Şe’r: Ey çiraği-təl’ətin şəm’i-şəbistani-sürur, Gərdi-xaki-rəhgüzarın tutiyayi-çeşmi-hur. Ya Əmirəlmö’minin, üsyana iqdam eylədim, Bilmədim ki, böylə tüğyan edə ərbabi-qürur. Bilmədim ki, dutmayub şəm’i-risalət hörmətin, Irtikabi-zülmü bidad edə qövmi-bişüur. Ya Şəfi’ülmüznibin, üzri-günahım qıl qəbul, Görmə caiz bünyeyi-ümmidə hirmandan fütur. Bu təriqlə çox niyazlar edüb təzzərö’ etdi ki, ya İmam, aya mə’zirətim məqbul olurmu ola? Həzrəti-İmam ayıtdı: "Ey Hürr, dərgahi-lütfü ehsan əhli- etizara həmişə məftuhdur və günahın mö’tərif olan həmişə müsabü məmduhdur və "Huvə yəqbəlu’t-tövbə ən ibadihi". Çün Müs’əb bin Yezid qarındaşın gördü ki, axirəti-dünyaya ixtiyar etdi və üzri-günahı dərəceyi-qəbula yetdi, ol dəxi səadəti-mülazimətinə müşərrəf oldu və surəti-ixlas ərz qıldı. Əlqissə, Hürr bin Yezidi-Riyahi mükafati-əf’al üçün Həzrəti-İmamdan icazəti-hərb istədikdə Həzrəti-İmam ayıtdı: "Ey Hürr, hənuz bizdən istişmamirayiheyi-rahət etmədin zəhmətə düşmək münasib degil. Səbr et, ibtidayi-hərb qeyrdən olsun". Hürr ayıtdı: "Ya İmam, netə ki, ibtidayimüxasimət bəndən oldu, istərəm ki, ağazi-izhari-məhəbbət dəxi bəndən ola". Əlqissə, təzərrö’lə rüxsət alub meydana girdi və bu təzəllümlə ismü rəsmin zühuraə gətürdi. Şe’r: Bənəm ol Hürr bin Yezidi-Riyahi Ki, əzəldən mühibbi-Ali-Əbayam, Şükrü lillah kəmali-sidqü səfadan, Qabili-xidməti-vəliyyi-Xudayam. Tiği-xunrizlə zəmani-şücaət, Düşməni-duni-nabəkara bəlayam. İbn Sə’di-bixirəd Hürr bin Yezidi meydanda görüb, əndaminə təvəhhümdən lərzə düşüb, məxsuslarından Səfvan nam bir mübarizə ayıtdı: "Yürü var, Hürrə nəsihət qıl və malü əsbabla firib ver, əgər qəbul etməsə, siyasətə yetür". Səfvan səfi-sipahdan çıxub səməndi-badrəftara cövlan verüb Hürrə müqabil olduqda ayıtdı: "Ey Hürr, sahibi-əqlü sahibi-rə’y olmaq gərək. Əcəb ki, ne’məti-dünyadan inhiraf edüb zillət ixtiyar etdün". Hürr ayıtdı: "Ey nadan, izzət xidməti-Ali-Rəsuldadır. Zəhi səfihi-siyəhruzgar ki, ne’məti-fani üçün tərkidövləti- baqi edə. Əlhəq, əgər iman varsa, nəfyi-tənəümati-rövzeyi-rizvan nədir və əgər iman yoxsa, də’vayi-iman nədir?" Şe’r: Qabili-kəşfi-rümuzi-hikmət olmaz hər kişi, Hər kimin fe’li nəqizi-qövldür, məzmum olur. Pərdeyi-təşkikdir bu zülməti-qeydi-həyat, Pərdə rəf’ olduqda halı hər kimin mə’lum olur. Səfvan gördü ki, Hürr qabili-nəsihət degil, qəzəbnak olub, sineyibikinəsinə nizeyi-cansitan həvalə qıldı. Hürri-vəfadar bir tiğlə nizəsin rədd edüb, bir zərblə mərkəbindən nigunsar edüb, bir lö’blə yıxdı ki, nə’reyi-afərin iki ləşkərdən asimana çıxdı. Rəvayətdir ki, Səfvanın üç qarındaşı olub, talibi-intiqam təriqiylə mütəaqib meydana gəlüb bir-bir Hürr əlindən şərbəti-fəna içdilər. Hürr ol mübarizləri həlak etdikdən sonra Həzrəti-İmamın izzi-hüzurişəriflərinə gəlüb ayıtdı: "Ya İmami-zaman, bəndən xoşnud oldunmu?" Həzrəti-İmam ayıtdı: "Nə’əm, əntə Hurrun kəma səmmətəkə ummukə". Hürr ol bəşarətlə yenə meydana müraciət qılub, gərmi-mübarizət ikən bir həramzadə mərkəbin səqət qılub, piyadə qaldı. Ol müxlisi-vəfadar ədəmi-mərkəb ilə ləşkəri-ə’dadan izhari-əcz etməyüb, inani-əzimət döndərməyüb müharibə etdigin şahzadə gördükdə bir mərkəbi-tazinəjad irsal etdi. Hürr ol mərkəbə binub, cövlan edüb, hər tərəf mütəvəccih olduqda güruhgüruh müxalifləri pərakəndə etdigi əsnada hatifdən səda gəldi ki: "Ey Hürr, müjdə ki, hurü qılman müntəziri-didarındır". Hürr ol sədadan məsrur olub canibi-Hüseynə təvəccöh qılub ayıtdı: "Ya İmam, cəddin xidmətinə mütəvəccih oluram, peyğamın nədir?" Həzrəti-İmam ol xəbərdən giryan olub ayıtdı: "Ey Hürr, biz dəxi mütəaqib gəlməkdəyiz". Əlqissə, ol şiri-bişeyi-şücaət və nəhəngi-dəryayi-cəladət səddi-sipahi-ə’daya rəxnələr urub və cəm’iyyəti-müxalifə təfriqələr yetürüb, nizəsi şikəst bulub, tiğiabdarla mütəvəccihi-qəlbi-sipaholdu və qəlbi-sipahı dili-üşşaq kibi çak edüb, kəndüsin ələmdara yetürdi. Ələmi nigunsar etməkdə ikən Şimri-bədbəxt ləşkərinə nə’rəurdu ki, ey namərdlər, bir mübarizdən aciz olmaq nədir? Ləşkər hər canibdən qülüvv qılub, ol namuradı ortaya alub, nagah Qisvar bin Kinanə bir zəxmi-mühlik urub, Hürr dəxi ana bir zəxm urub, ikisi dəxi mərkəbdən cüda olub, Hürr nə’rə urdu ki: "Ya İbn Rəsulullah, ədrikni". Həzrətiİmam biixtiyar meydana girüb, Hürrü ol zalimlər arasından alub ləşkərinə yetürdi və mərkəbindən enüb, başın dizi üzərinə alub, astini-mübarəkiylə rüxsarından xakü xun pak edüb dua qılırkən Hürr anın rayiheyi-canbəxşindən həyat istiarə qılub, rüxsarimübarəkinə dideyi-iştiyaq açub, təbəssüm qılub ayıtdı: "Ya İmam, bəndən razı oldunmu?" İmam ayıtdı: "Səndən razı oldum, Allah səndən razı olsun". Hürri-vəfadar bu bəşarətlə filhal nəqdi-can nisar edüb. Şe’r: Eşq meydanında can vermək degil ar, ey könül, Can verüb məqsuda yet, gər himmətin var, ey könül. Eşq bazarına salmışdır səadət gövhərin, Nəqdi-canın verməyən olmaz xəridar, ey könül. Nəqldir ki, bu beyt Həzrəti-İmamın Hürr üçün dedigi mərsiyədəndir. Şe’r: Fə-ni mə’l-hurru Hurra’bni Riyahin Səburun ində müxtəlifür-rimahin Çün Hürrün qarındaşı Hürrün şəhadətinə ittila’ buldu, ol dəxi rüxsət alub, meydana girüb, izhari-kəmali-şücaətdən sonra şəhadət bulub qarındaşına mülhəq oldu. Rəvayətdir ki, Hürrün Əli nam bir oğlu var idi ki, bəsi şüca’ və cigərdar idi. Bu əhvalı mülahizə qıldıqda Ürvə nam bir qulla atlarına su vermək bəhanəsiylə ləşkərdən çıxub, Həzrəti-İmamın xidmətinə müşərrəf olub izhari-ismü rəsm etdilər və icazəti-hərb aldılar. İbtidayi-hal Əli bin Hürr meydana girüb, cidalü qital edüb səadəti-şəhadət hasil etdi. Şe’r: Ey xoş ol nütfeyi-pakizə kim, ol Olmaya naqisü nadanü səfih. Qıla izhari-hünər kəsbin edüb, Mə’niyi-"Əl-vələdu sirrə əbih". Andan sonra Ürvəyi-vəfadar xacələri vəfasında sərbazlıq edüb rütbeyi-hürriyyət kəsb etməgə meydana girdi. Ol dəxi mərasimi-şücaət əda qılub şəhid oldu. Şe’r: Ey xoş anlar kim, qılub feyzi-şəhadət kəsbini, Xəlqdən tövfiqi-iqbal ilə mümtaz oldular. Qıldılar cəm’iyyəti-dünyaya üqba ixtiyar, Feyz edüb, hasil bulub rif’ət, sərəfraz oldular. Sipəhsalari-meydani-təkəllüm bu tərzlə ərseyi-bəyana sipahi-ibarət çəkmiş və səfarayi-mə’rəkeyi-süxən bu rənglə tiği-zəban çəküb mərdümi-didə qanın tökmüş ki, Hürr bin Yezidi-Riyahi ətba’iylə bəzmi-bəlada cami-səadətdən şərbəti-şəhadət içdikdən sonra sultani-səriri-izzü ə’la Hüseyn bin Əliyyi-Mürtəza səfi-sipahizəfərpənahdan çıxub, ləşkəri-ə’daya müqabil durub, bir dəxi qaideyihüccət tazə edüb nida qıldı ki: "Ey əhli-İslamü imanam" – deyüb də’va qılanlar və ey mö’tərifi-şəhadət olub, mö’təqidi-iman olanlar! Bən nəbireyiƏhmədi- Muxtaram. Bən nəqdi-sahibi-Zülfiqaram. Təsəvvür etmən ki, kəsrətisipahinizdən ehtirazım ola, şiddəti-ədavətinizdən səbati-təmkinim təzəlzül bula. Həqqa ki, şəmşiri-abdarimə müdəbbiri-kargahi-hikmətdən rüxsət olsa, zülməti-səvadi- sipahinizə şə’şə’eyi-afitabi-aləmtabdır və sinani-saiqəbarım mühərriki-silsileyi- şəhadətdən icazət bulsa, binayi-fəsadi-inadınıza tişeyi-ixtilalü inqilabdır. Əgərçi mühəqqəq bilirəm ki, tinəti-napakınızda iste’dadiqəbuli nəsihət olmadığın və rüsuxi-niyyəti-fəsad cibilliyyətinizdə möv’izə ilə təğəyyür bulmadığın, əmma itmami-hüccət təriqiylə sizə təkrar nəsihət edərəm. Ey taifeyi-tağiyə, bən bu diyara hərb üçün gəlməmişəm və bu qövğaya kəndü rə’yimlə mürtəkib olmamışam. Hənuz aramızda atəşi-fəsad işti’al bulmadın və bu surəti-müqatiləvü müharibə zahir olmadın ya bana mane’ olman, yenə Mədinəyə müraciət edəyim, ya təriqi məsdud etmən, Yezidlə münazirə qılmağa Şama gedəyim". Cəvab verdilər ki: "Ey Hüseyn, sənə bu təhlükədən nəcat mümkün degil, zira əgər Şama getsən, fəsahəti-lisanla Yezidə firib verüb xilas olduqda sərmayeyi-fəsad olursan və əgər Mədinəyə müraciət qılsan, əsbabi-fitnə mühəyya qılub hər nə təqdirlə bizi bir dəxi əzaba salursan". Həzrəti-İmam ayıtdı: "Barı, əzbi-Fəratı ki, cümleyi-məxluqata mübahdır, şəcəreyi-gülzari-ismətü təharətdən qət’ etmən". Dedilər: "Ey Hüseyn, istilayi-təəttüşdən ətbavü ənsabına zə’fi-bədən yetməsə və qəhti-ab nihali-şövkətünüzi pəjmürdə etməsə, bu müqərrərdir ki, sövləti-şücaəti-Ali- Haşimə xarü xaşakiKufə və Şam müqavimət qılmağa qadir olmaz və həyatından qət’iümid edən güruhla müharibə faidə qılmaz". Həzrəti-İmam gördü ki, heç vəchlə əmri-səlah surət bulmaz və heç tədbirlə müsalihət mümkün olmaz, dedi: "Ey qövm, çün müharibə müqərrərdir, barı, insaf edüb təriqeyi-ədldən üdul etmən. Bir-bir mübaşiri-hərb olun ki, mərddən namərd mümtaz ola". Bu şərti qəbul edüb ləşkəri-Yeziddən Sam nam bir məl’un meydana girüb, nə’reyi-"Həl mən mübariz" urub Həzrəti-İmam ləşkərinə müqabil durdu. Bu canibdən Züheyr bin Həssan Sultani-Kərbəladan rüxsət alub, əbribəhar kibi cuşanü xüruşan saiqeyi-şəmşiri-abdar və barani-xədəngixunxarla ərseyi-xakdanı xəsm qanıyla laləzar etməgə meydana çıxdı və cilveyi-nəsimi-səməndi- saiqəmanəndlə səfi-ə’daya övraqi-əşcar kibi lərzələr bıraxdı. Mərasimitəridü nəvarddən sonra izhari-ismü rəsm etdi ki, "Ey firqeyi-füccari-nabəkar". Şe’r: Bənəm sahibi-tiğü gürzü kəmənd, Züheyr İbni-Həssan yəli-ərcümənd. Bənəm çakəri-xanədani-Rəsul, Kəmin bəndeyi-nuri-çeşmi-Bətul. Əgər kuhi-Qafilə qılsam məsaf, Məsafımda aciz olur kuhi-Qaf. Sami-bədbəxt ol nikbəxti görüb ağazi-nəsihət qıldı ki, ey şəhsəvari-mizmari-mübarizət və ey namdari-meydani-müharibət, bu nə tədbiri-namünasibdir və rə’yi-nasayibdir ki, tərki-malü əhlü əyal qılub bu ləşkəri-məğluba daxil olmuşsan və kəmali-zilləti nəhayətiizzətə ixtiyar qılmışsan? Züheyr ayıtdı: "Ey namərd, dövləti-baqi mülaziməti-xanədani-nübüvvətdir və izzəti-daimi mütabi’ətidudmanivilayətdir". Şe’r: Nə e’tibar süruri-səriri-dünyaya Ki, var kövkəbi-hökmündə ehtimali-üful. Xoş ol ki, eyləyə gərduni-tale’ində tülu Sitareyi-şərəfi-mehri-xanəndani-Rəsul. Sam istərdi ki, tətvili-kəlam edə, Züheyr möhlət verməyib, anı bir zərblə düzəxə göndərüb pəhləvan istədikdə əhli-İraq və Şam ol namdarın vəhmindən hərasan olub, heç pəhləvana bu iqtidar olmadı ki, meydani-şücaətdə rəxşi-himmətə cövlan verə və ana müqabil dura. İbn Sə’d ol halı görüb ləşkərinə siyasət gözüylə baxub, ayıtdı: "Ey namərdlər, bu nə əhəmiyyətsizlikdir?" Nəsr bin Kə’b Nəhəi ki, rüəsayi-ərəb anı bin mübarizə bərabər dutarlardı, meydana girüb, Züheyrə müqabil durub, mübahatlar qılub lafü gəzafla nə’rələr urdu və Züheyrə ol dəxi ağazi-nəsihət qıldı ki, ey şüca’i-yeganə və ey mübarizimərdanə, nişə tərki-inad edüb gəlməzsən ki, Übeydullahi-Ziyaddan dövləti-dünya bulasan və sahibi-rif’ət olub, əmsalü əqran içində sərəfraz olasan?!" Züheyr ayıtdı: "Ey bədbəxt, bən bustani-vilayətdən ictinayi-rəyahini-murada dəstrəs bulmuşam və güldəsteyi-risalətdən istişmami-rayiheyi-rahətə müvəffəq olmuşam. Bana Yezidin xarzarixidmətində nəşvü nəma bulan nihali-nədamət gərəkməz ki, övraqı zülli-zəlalət göstərə və meyvəsi tə’ami-tüğyan verə". Şe’r: Bən müqimi-rövzeyi-lütfü riyazi-rə’fətəm, Xari-səhrayi-zəlalətdən xəbər vermən bana. Nuri-rəhmətdən münəvvərdir çiraği-dövlətim, Dudi-nirani-nədamətdən xəbər vermən bana. Nəsr bin Kə’b ol əndişədə idi ki, kəlimatla anı məşğul edüb hiylə ilə bir heyf edə. Züheyr ol mə’nidən agah olub, təmkin verməyüb, bir zərblə anı dəxi həlak edüb, andan sonra Saleh bin Kə’b gəlüb anın şəmşiri-abdarindən şərbəti-fəna içdi. Əlqissə, bu təriqlə ol mö’mini-müttəqi çox mübarizlər qətl edüb, heç bir mübarizdə iqdami-müqabilə görməyib, müqəddəmeyi-ləşkərdə olan piyadələr süfufinə mütəvəccih olub, anları dəxi mütəfərriq edüb, yenə meydanə müraciətqılıb mübariz tələb etdikdə İbn Sə’d, Həcərüləhcarə ki, mö’təmidi-səfisipah idi, itab etdi ki, ey sipahsalari-Şam, səndən qeyr mübariz bu pəhləvanə müqabil dura bilməz. Həcərüləhcar ayıtdı: "Ey əmir, bu pəhləvan bir atəşisuzandır, xarü xaşaka anınla müqabilə xarici-daireyi-imkandır. Məgər hiylə ilə üç yüz mübariz kəmin edələr və bən anınla müqatilə edüb kəmingah tərəfinə həzimət qılub, ol bənim qəsdimə gəlub bana yetdikdə ol ləşkər çıxub hər yandan tirbaran edüb ana nüsrət bulalar və hiylə ilə ana qalib olalar. Şe’r: Şüca’ət rəsmini sanman ki, ancaq xunfəşanlıqdır, Sipahilər içində hiylə həm bir pəhləvanlıqdır. İbn Sə’d bu məsləhətə razı olub, üç yüz mübariz kəminə müqərrər qılub Həcərüləhcar Züheyr bin Həssana müqabil durub mülayimət təriqiylə ayıtdı: "Ey güzideyi-ərəb və ey şəhsəvari-alinəsəb, bən müharibə üçün gəlməmişəm, nəsihət üçün gəlmişəm. Heyfdir ki, sənin kibi namdar qabili-izzü iqtidarkən qayili-iczü inkisar ola. Hüseyn bin Əli hala məğlubdur və səadəti-dünya Yezidə mənsubdur. Müqtəzayihimməti-bülənd oldur ki, həzizi-zillətdən övci-rif’ətə rəğbət qılasan və tərki-ihanət qılub, talibi-ülüvvi-mənzilət olasan". Züheyr ayıtdı: "Ey müdbir, izzi-əbədi mülazimi-mülazimeyi-Ali-Mustəfadır və anlardan qeyrə xidmət eynimə’siyət və məhzi-xətadır". Şe’r: Hər nə dövlət var isə dünyada, olmaz bixələl, Dövləti-Ali-Nəbidir la-yəzalü ləm-yəzəl. Əlqissə, Züheyr bin Həssan həmlə qıldıqda Həcərüləhcar həzimət edüb, Züheyr mütəaqib rəvanə olub ol kəmingaha irişdikdə üç yüz namərd çıxub, ol şəhsəvarı araya alub tirbaran etdilər. Əmma ol firişteyi-asimani-rəhmət hücumi-şəyatindən mülahizə qılmayub, zövqi-dövləti-şəhadətlə şövqü əfzun olub və kəsrəti-xarü xaşakdan naireyişücaəti hiddəti-iştial bulub, təməvvüci-dəryayi-himməti ol qayətə yetdi ki, Hüseyni-təşnələbdən yana xuni-ə’dadan cuybarlar yürütdü. Axirül-əmr, əsnayi-mə’rəkədə izdihami-amm olub, Şis bin Rəbi’i fürsət bulub ol şəhriyara bir zəxmi-mühlik urdu. Ol dəxi ŞisiRəbi’iyə həmlə qıldıqda ol bədbəxt həzimət edüb, ol şiri-bişeyişücaət ol halla dəxi əlli mübariz həlak edüb, aqibət cərəyanixunabeyi-cərahətdən əsəri-zə’f hasil edüb, Həzrəti-İmam anın halından xəbərdar olub, on nəfəri-mülazim irsal edüb, ol əjdəhayı murçələr izdihamından kənara çəküb, Həzrəti-İmam hüzurinə gətürdilər. Ə’zayi-şərifində doqsan zəxm olub, hər birindən çeşmeyixun rəvandı. Əmma şükri-səadəti-şəhadət qılmağa hər zəxmi bir dəhandı. Şe’r: Tiği-düşmən namədir, məzmunu peyğami-əcəl, Müttəsil gəlməkdədir tədbiri-hicran etməgə. Açdı rövzənlər bədən qəsrinə peykani-bəla, Can çıxub nəzzareyi-rüxsari-canan etməgə. Həzrəti-İmam mərkəbindən enüb, başını dizi üzərinə aldıqda, rayiheyi-məhəbbətindən həyati-mücəddəd bulub, güli-rüxsarinə nərgis kibi dideyi-heyran açub zəbani-halla bu təkəllümdə guya oldu. Şe’r: Bihəmdillah, rəhi-eşqində can nəqdin nisar etdim, Verüb can xaki-dərgahində kəsbi-e’tibar etdim. Həzrəti-İmam ayıtdı: "Ey tayiri-rövzeyi-şəhadət, razi-dil izhar edüb bir təkəllüm et". Züheyr ayıtdı: "Ya Hüseyn, bənim üçün bir cam şərbət mühəyya olubdur. Səbr et ki, içdikdən sonra təkəllüm edəyim". Həzrəti-İmam əshaba və əhbaba ayıtdı: "Bu şərbət şərbəti-behiştdir ki, Züheyrə ərz etmişlər". Şe’r: Demən ki, tiği-ədudan şəhidə yetməz feyz, Zülali-rövzeyi-rizvandır abi-tiği-ədu. Zülali-xəncəri-bədxahı səhl sanman kim, Hərarəti-dili-əhbabı rəf’ edər ol su. Bu təkəllüm əsnasında ol tayiri-büləndpərvazın mürği-ruhu nişiməni-bəqaya pərvaz qıldı. Rəhmətullahi əleyh. Şe’r: Afərin ol səadət əhlinə kim, Rəhi-canana can nisar etdi. Qılmadı meyli-aləmi-fani, Dövləti-baqi ixtiyar etdi. Rəvayətdir ki, Züheyr bin Həssan səadəti-şəhadət bulduqdan sonra rüəsayiləşkəri- Yezid qütəlayi-əskəri təfəhhüs etdikdə gördülər, Züheyr bin Həssan qitalində məcruhdan qeyr məqtul olanlar yüz nəfərdən ziyadədir. Bu vaqiədən zəhrələri çak olub ayıtdılar: "Heyhat, bu güruhla bir-bir müqatilə etmək mümkün olmaz və sərfə qılmaz". Əbtali-əskər bir qayətdə hərasan oldular ki, heç kimsənədə rəğbəti-meydan qalmadı. Əmma Həzrəti-İmamın əskəri-hümayunu əgərçi surətdə şərzimeyi-qəlil idi, əmma mə’nidə hər biri bir yeganeyi-binəzir və fəridi-biədil idi ki, ittifaqla əsliheyi-təqvavü təharət mürəttəb edüb, ləşkəri-şəyatinə məlaikvar iztirabü ehtizaz salmışlardı. Zira təəllüqati-dünyayla mütləq irtibatları qalmayub şəhadətə mühəyya olmuşlardı. Şe’r: Tərki-dünya eyləyən əndişə qılmaz mövtdən, Qeydi-cəm’iyyət çəkən bidərdə ol düşvar olur. Ərseyi-mülki-bəqa seyrin qılan ariflərə Təngnayi-dərdi-zindan, dari-dünya dar olur. İbn Sə’d ləşkərin iztirabın görüb, təvəhhüm edüb nəzəri-siyasətlə baxdıqda səfi-ləşkərdə Übeydullahi-Ziyadın iki məmlükü hazır idi: biri Salim deməklə mə’ruf, biri Yəsar deməklə mövsuf. İttifaqlaə ahəngi-meydan etdilər. Həzrətiİmam ləşkərindən Bərirlə Həbib bin Müzahirə qeyrəti-şücaət qalib olub rüxsətimeydan tələb etdikdə Həzrəti-İmam rüsxət verməyüb, Əbdullah bin Öməri-Kəlbi rikabihümayuninə yüz sürüb icazəti-meydan istədikdə Həzrəti-İmam buyurdu ki, "Ey Əbdullah, mərdanə ol ki, [bu] iki həramzadənin qətli sənin əlində müqərrərdir". Əbdullah saiqeyi-şəmşiri-abdarla əbrvar xüruşanü ğürran piyadə mütəvəccihi-ərseyi-meydan oldu. Derdu. Şe’r: Bu ərseyi-bəlada bənəm ol piyadə kim, Əzmimdə fil-bəndi-ədudan gedər səbat. Rüx şahi-din rikabinə sürmüş piyadəyəm, Lö’büm əcəbmi xəsmi-dəğəlbazi etsə mat. Yəsari-bədbəxt ol vəfadara nizə həvalə qılub, Əbdullah anın nizəsin rədd edüb, bir tiğ urub, mərkəbin ayağdan buraxub, piyadə olduqda fürsət bulub tədarüki-qətlində ikən Salim həmlə qıldı. Ol mübarizi-vəfadar qət’ən əndişə qılmayub, əvvəl Yəsarı həlak edüb, anın əqəbincə Salimi dəxi bir zərblə duzəxə göndərüb ÜbeydullahiZiyadın qulları ol halı görüb, ittifaqla hücum edüb təsəvvürdən ziyadə cidalü qital etdikdən sonra ol məzlumu şəhid etdilər. Rəhmətullahi əleyh. Andan sonra Bərir bin Həsən Həmədani ki, əzhədi-zühhadi-dövran və əvrə’iübbadi- zəman idi və hərgiz dəsti-təəllüq damənitəcərrüdünə yetməmişdi və zəmiri-münirinə mütləq əndişeyi-mülkü mal xütur etməmişdi, mütəvəcehi-hərb olub, ol ləşkəri-biimanla qital edüb derdi: "Ey badiyeyi-qəflət sərgərdanları və ey badiyeyi-zəlalət məst və heyranları. Can fədayi-Kərbəla qıldım, bəladan dönməzəm; Əhli-təsliməm, bəlayi-Kərbəladan dönməzəm. Tərki-sərdir müddəa meydani-eşq içrə bana, Getsə başım dönməzəm, bu müddəadan dönməzəm". Hər tərəf cövlan edüb, mübarizlərə fəna salmağından ləşkəri-ə’da aciz olub, aqibət Yezid bin Mö’qələ künyətlər verib anın qətlinə həris etdilər. Ol məl’un meydana girüb Bərirə müqabil durduqda [bünyadi]-tə’ərrüz etdi ki, ey Bərir, əhli-zəlalətsən, İmami-zəmana xüruc etmişsən. Bərir ayıtdı: "Ey zalim, səninlə mübahilə edəlim, əhli-bütlana bəla nazil olsun". Ol məl’un qəbul edüb, iki tərəfdən duaya iştiğal olunub dedilər: "İlahi, həqqi qalib və batili məğlub qıl". Bu sözə qərar verüb Yezid bin Mö’qəl Bərirə şəmşir həvalə qılub, məzərrət yetirə bilməyüb, Bərir tiği-saiqəkirdarın məhəki-təcrübeyihəqqü batil qılub, ol namərdi bir zərblə həlak edüb, aqibət Bəxtəriyibədbəxt zərbətiylə dərəceyi-şəhadət buldu. Rəhmətullahi əleyh. "Nurül-Əlimmə"dən nəqldir ki, Bəxtərinin İbni-əmmi Əbd bin Cabir Bəxtəriyə ayıtdı: "Ey bədbəxt, bu gün bir zahidi şəhid etdin ki, ərseyi-aləmdə binəzir idi". Ol bidövlət peşiman olub, ləşkərdən çıxub mütəhəyyir gedərkən hövl qalib olub həlak oldu. Şe’r: Gərçi şəmşiri-sitəm zahirdə ancaq tiz olur, Tiği-Həq zahirdə həm, batində həm xunriz olur. Andan sonra Vəhbi-Kəlbi ki, mahi-ruxsarı şəm’i-şəbistani-hüsnü cəmal və sərvi-qaməti nihali-bustani-hüsni-e’tidal idi, hənuz qaliyeyi-ənbərin gülbüni-rüxsarinə sayə salmamışdı və nəsriniüzarinə bənəfşeyi-xətti müqarin olmamışdı, İttifaqən həm ol zəmanda tövfiqi-təzvici vaqe’ olub, ol mahtəl’ət zöhrəcəbinlə iqtisal etmişdi və qayətdə ana nigarandı. Qimri nam validəsi olub ana ilhah etdi ki: "Ey fərzəndi-səadətmənd! Şe’r: Vəqtdir kim, qıla məqsudini hər kim hasil, Vəqtdir kim, ola mətlubinə hər kim vasil. Bu gün xazini-gəncineyi-kərəm dəşti-Kərbəlada xani-feyzi-şəhadət açüb səlayi-amm etmiş, sə’y edüb andan nəsib almaq gərək və ruzigarla intizarın çəkdigimiz səadət və hüsulinə və’də yetmiş, tə’əllül etməyüb bəhrəmənd olmaq gərək. Səlah oldur ki, Şahi-Kərbəlaya bu gün nəqdi-can nisar edüb bənim rizamı, bəlkə Həq rizasın anın rizasında hasil qılasan və bir zəman zəhmət çəküb mərtəbeyi-səadəti-baqiyə vasil olasan". Vəhbi-Kəlbi ayıtdı: "Ey madəri-mehriban, nəsihətini qəbul etdim, əmma xatirim canibi-ərusa mayildir. Möhlət ver ki, anınla vida, edəyim, zira bəndən bəhrə görməyüb qəribü bikəs qalur". Ol salehə ayıtdı: "Ey fərzənd, cəmaətinisa naqis əqillə mə’ruf tayifədir. Olmaya ki, əzimətinə mane olub şövqi-ğalib səni bu səadətdən məhrum edə". Vəhb ayıtdı: "Ey validə, məhəbbəti-Hüseyn bin Əli ol qayətdə [möhkəmdir] könlümdə ki, şiveyi-ərusi-rə’na, bəlkə füsuni-zali-məkkareyi-dünyayla xələlpəzir ola". Əlqissə, Vəhb ərusla mülaqat edüb, vida’ qılub, meydana girüb bu rəcazi ağaz etdi. Şe’r: Əmiri Hüseyinün və ni’məl-əmir, Ləhu ləm’ətun kə’s-siracu-l-munir. Və qələbeyi-ə’dadan təvəhhüm etməyüb, bünyadi-qital edüb ol məl’unlardan cəm’i-kəsir həlak edüb, validə hüzurinə gəlüb ayıtdı: "Ey nihali-miveyi-həyatım, bəndən razı oldunmu?" Ol əfifə ayıtdı: "Ey cigərguşə, razı oldum, əmma itmamine’ mət dərəceyi-şəhadətdir". Vəhb qəbul edüb, yenə meydana müraciət qılub, Möhkəm bin Tüfeyl ki, əşhəri-əbtal idi, qətl edüb, aqibət hücumi-ləşkərlə şəhid olub, bisəadətlər anın səadətli başın kəsüb İmam ləşkərindən yana buraxdılar. Ol salehə oğlu başın ərus hüzurinə götürüb, yüzün yüzünə sürüb fəğana başladılar və aqibət səbr edüb qəzaya riza verdilər. Şe’r: Dəhri-dun hər ləhzə bir növrəs gülü bərbad edər, Bülbüli-biçarə həsrətlər çəküb fəryad edər. Andan sonra Ömər bin Xalid meydana girüb, çox münafiqləri dərəkaticəhənnəmə göndərüb cənnəti-ə’laya mütəvəccih oldu. Rəhmətullahi əleyh. Andan sonra Xalid İbn Ömər meydana girib "Mən əşbəhə əbahu fi-mazələmə" müqtəzasincə validi-büzürgvarının intiqamın alıb ana mülhəq oldu. Rəhmətullahi əleyh. Andan sonra Sə’d Hənzələ meydana girib, səvaqibi-sihamla mürtəkibirücumi- şəyatin olub və naireyi-hüsamla xərməni-ömriədaya atəşi-fəna salub mütəvəccihi-darülbəqa oldu. Rəhmətullahi əleyh. Andan sonra Ömər bin Abdullahi-Rəmhi meydana girüb, nəhəngvar cövlanla dəryayi-karzarı mütəməvvic qılub, qərqeyi-girdabi-vüsal oldu. Rəhmətullahi əleyh. Andan sonra Vəqqas bin Malik əbri-saiqəbari-növbəhari-rəzm olub, əmtarisihami- tizrəftarla münafiqlər cəm’iyyətin seylabifənaya verüb bir namərdin zərbətiylə şəhadət buldu. Rəhmətullahi əleyh. Andan sonra Şərih bin Übeyd afitabi-ərseyi-meydan olub şə’şəeyitiğiatəşbarla Həq zalimlərinin zülməti-küdurətin səfheyi-aləmdən rəf’ edüb aqibət üfüqi-şəhadətdə ixtifa buldu. Rəhmətullahi əleyh. Andan sonra Müslimi-Azərbaycani saqiyi-bəzmi-rəzm olub, nə’reyi-məstanə ilə günbədi-gərduna sədalar bıraxub, çox bixəbərləri cami-fənadan sərməst etdi. Gah şəmşiri-atəşbarla rəzm edüb, gah tiri- tizrəftarla müharibə qılurkən kəsrəti-cərahətdən zəif olub mərkəbindən düşdü. Həzrəti-İmam və Həbib Müzahir üzərinə gəlüb, anı mə’rəkədən çıxarub səfisipaha yetürdikdə hənuz həyatından bir rəməq vardı. Həzrəti-İmam ayıtdı: "Ey Müslim, əhli-behiştə səlamım yetür ki, bən dəxi mütəaqib gəlməkdəyəm". Müslim göz açub, təbəssüm qılub bu məzmunla guya oldu. Şe’r: Ey xoş ol saət ki, can sərfi-rəhi-canan ola, Göstərüb aşiq vəfa mə’şuqinə, qurban ola. Həbib Müzahir ayıtdı: "Ey Müslim, əgər bilsəydim, səndən sonra qalduğımı, iltimasi-vəsiyyət edərdim". Müslim ayıtdı: "Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canın fəda qılasan və anın xidmətin [səadəti]-dünyavü axirət biləsən". Bu təkəllümdə ikən ahəngi-rövzeyi-rizvan etdi. Rəhmətullahi əleyh. Andan sonra anın nəqdi-pakı və xələfi-salehi meydana girüb, babayi-büzürgvarının intiqamın alub bir şəqi zərbətiylə bəzmgahibəqaya intiqal etdi. Şe’r: Xoş ol arif ki, bildi mülki-dünyanın sərəncamın, Həyatından təməttö’ bulmayub içdi əcəl camın. Andan sonra Hilal bin Rəfi’ ’istid’ayi-meydan edüb rüxsət istədi. İttifaqən növkədxuda idi. Həzrəti-İmam ayıtdı: "Ey Hilal, rəva görmə ki, müqəyyədi-əlaqeyi- ittisalın şərabi-vüsalindən təməttö’ görmədən təcərrö’i-zəhri-fəraqınla həlak ola". Hilal ayıtdı: "Ey nəqdi-Rəsulullah, hala heç şərbət bana şərbəti-şəhadətdən ənfə’ və ana cüllabitəcəmmüldən ənsəb mülahizə olunmaz". Əlqissə, nəhayəti-ilhahla icazət alub meydana girdi. Və ol bir kəmandar idi ki, həngami-rəzm sihami-navəki-dilduzinə şüayi-xurşid kibi ətbaqi-asiman hicab olmazdı və peykani-əcəlkirdarinə tə’siri-kəvakib kibi sipəri-tədbirlə əndişə çarə qılmazdı. İbtidayi-hərbdə Qeysi-Şami müqabil gəlüb, hədəfi-navəki-dilduzu olub və çoxlar anın kibi peykani-abdarindən cərahət bulub müqabilinə mübariz gəlməz oldu. Şe’r: Rəngin kəman əlinə alan dəmdə gülrüxüm, Zəxmi-xədəngi ilə zəmin laləzar olur. Çak olsa sinələr nolə dövründə laləvar, Qövsi-qüzeh əlameyi-fəsli bəhar olur. Rəvayətdir ki, ol sərəfrazın tirkeşində yetmiş navək olub, hər biriylə bir namərdi məqtul edüb, aqibət zuri-bazuyi-hücumi-ə’dayla navəkvar ruhipürfütuhu kəmanxaneyi-bədəndən pərvaz etdi. Rəhmətullahi əleyh. Şe’r: Hər dəm bəla yelin mütəhərrik qılur fələk, Hər ləhzə bir nihalı ayaqdan salur fələk. Andan sonra Əbdürrəhman bin Əbdullah Yəzəni meydana girüb, ləşkəribədxaha cəzalar verüb, yigirmi səkkiz mübariz qətl edüb, xuni-ə’dadan cuybarlar yürütdu. Ol cuybarlar üzrə başlardan hübablar rəvan etdi. Şe’r: Bir karzar qıldı ki, dövrani-ruzigar Aləmdə görməmişdi anın kibi karzar. Ləşkəri-müxalif yegan-yegan ol yeganeyi-ruzigarın müharibəsinə qadir olmayub, xilafi-qaideyi-mə’hud, üzərinə hücum edüb, əksəri məqtul olduqdan sonra ol məzlumu şəhid etdilər. Rəhmətullahi əleyh. Şe’r: Rəhmət ana ki, rahi-məhəbbətdə verdi can, Əndişeyi-təəllülü tə’xir qılmadı. Düşmən, təğəllübündən edüb vəhmü ehtiraz, Kəsbi-rizayi-dostda təqsir qılmadı. Andan sonra Yəhya bin Müslimi-Mazəni meydana girüb xəl’əti-gülguni- xunabi ilə bəzmi-süruri-bəqaya təvəccöh qıldı. Andan sonra Əbdürrəhman bin Ürvə meydana girüb, cəm’iyyətiə’daya təfriqələr buraxub rəhməti-Rəhmana vasil oldi. Andan sonra Malik bin Ənəs meydana girüb, çox müxaliflər maliki-duzəxə təslim edüb, maliki-mülki-behişt oldu. Rəhmətullahi əleyh. Andan sonra Ömər bin Muta’ fərmani-cəhani-müta’ müqtəzasincə meydana girüb, əhli-üsyana icrayi-hökmi-şər’ edüb müqərrəbidərgahi- qürb oldu. Şe’r: Gün açıldıqca olub gərmiyyəti-qovğa füzun, Çıxdı dəşti-Kərbəladan daməni-gərduna xun. Mücmələn, hər canibdən xazini-cənnət ziyafətxaneyi-behiştə cəvahiri-əsdafiəltafla zinət verüb və xani-ümumi-məkarimdə ənvaini’əm mühəyya qılub, səlayi-ziyafət yetirməgin ərvahi-şühəda bir libasi-xunabeyi-şəhadət və ləaliyi-əşki-heyrət birlə müzəyyən olub, xarü xaşaki-ə’dayı yollarından pak edüb ol məcmə’ə mütəvəccih olmaqda idi və bir canibdən maliki-niran atəşi-cəhimə xaşakiəbdanifüccarla hiddəti-işti’al verüb və qələyani-qirü qətranı cüşə salub və əfa’ivü əqaribin əzab üçün hazır edüb, nüfusi-əşrara tə’yinimənazil etməgin əcəzeyiŞamü Kufə güruh-güruh buxari-səvad və gərdi-meydani-bəladan səvadülvəch hasil edüb hər biri kəndü miqdarincə mənzilinə vüsul bulmaqda idi. Şe’r: Bu müqərrərdir ki, dərgahi-müqərrəb məhrəmi Sayiri-nüzhətsərayi-rövzeyi-rizvan olur. Bu mühəqqəqdir ki, sultani-təmərrüd tabe’i. Sakini-zindani-möhnətxaneyi-niran olur. Rəvayətdir ki, dəryayi-təhəyyüri-Kərbəla təlatümdə ikən nagah canibiyəmini- mə’rəkədən bir şəhsəvari-mühib sayeyi-səlabət meydana bıraxdı ki, cilveyi-səməndi-bərqrəftarı ləmheyi-bəsərdən əsrə’ və hiddəti-sinani-saiqəkirdarı dəşneyi-əcəldən əqtə’ idi, ləşkəri-Kufəyə müqabil durub nə’rə urdu ki: "Bənəm Haşim bin ÜtbeyiVəqqas. Ey güruhi-zəlalətpişə və ey firqeyi-fücurəndişə! Binayi-imanınızda nə xələl vaqe’ olubdur və əsasi-İslamınız nə qüsur bulubdur ki, irtikabi-əmri-nasəvab etmişsiz və təriqi-müxalifəti-Xudavü Rəsul dutmuşsuz?!". Ömər bin Sə’d əmmzadəsin iste’dadi hərblə meydanda gördükdə qayətdə müztərib oldu, zira kəmali-şücaətindən xəbərdardı. Əkabiri-sipaha yüz dutub anın məsafinə mübariz tələb etdikdə Səm’an bin Muqatil ki, hakimi-Hələb idi, həm ol gün bin mübarizlə Kərbəlaya gəlmişdi, icazətlə meydana girüb Haşimə müqabil durdu və ağazinəsihət etdi ki: "Ey əmirzadeyi-ərəb, əmmzadən sipəhsalari-Kufəvü Şamdır, sənə münasibmidür ki, küfrani-ne’mət qılasan və məqhurlar və məğlublarla məqhurü məğlub olasan?!" Haşim ayıtdı: "Ey bədbəxt, ne’məti-baqi dövləti-fanidən övladır. Əhli-Həq əgərçi məğlubdur surətdə, [əmma] qalibi-mə’nadır". Şe’r: Olsa bina dideyi-idrak irfan əhlinə, Hasili-hər fe’lü nəf’i – hər əməl mə’lumdur. Demə Haman həşmət ilə keçdi, Harun fəqr ilə, Anı gör kim, şİmdi kim məmduhü kim məzmumdur. Səm’ani-bədbəxt Haşimi qabili-nəsihət görməyib, ana tiği-abdar həvalə qıldıqda Haşim anın tə’nəsin rədd edüb bir zərblə rişteyi-həyatın qət’ etdi. Əmma Nü’man bin Müqatil qarındaşı intiqamın almağa mülazimətində olan bin mübarizlə hücum edüb Haşimi ortaya aldılar. Həzrəti-İmam gördü ki, ol namurada kəsrəti-ə’dadan xətər mütəvəccih oldu, rəhm edüb, Fəzl bin Əliyyi- Murtəzayı doqquz mücahidlə müavinətinə irsal etdi. Ol hala İbn Sə’d vaqif olub iki bin mübarizi-namərd təyin etdi ki, Haşimlə ol mücahidlərin arasına hayil olub mülhəq olmağa fürsət verməyə[lər]. Əlqissə, ol on mücahid ol iki bin mü’anidlə qital edüb atəşi-tiğibərqgüzardan bazari-müqatilə gərm oldu, bir qayətdə ki, hərarətindən Mərrixi-xəncərgüzar simabvar münhəll olub qətreyi-şəbnəm kibi nilufəri-asiman üzrə təzəlzül buldu və dəryayi-hərb bir mərtəbədə təməvvüc qıldı ki, daməni-libasi-mişkini-Zühəl nəmnak olub ərseyiasimana rəng saldı. Şe’r: Qubari-sipah oldu bir tirə miğ, Ana bərqü baran olub tirü tiğ. Sədayi-nəfir etdi gərdunu kər, Nəmi-xun qılub səfheyi-mahi tər. Bulub rəxnələr zəxmdən qəsri-tən, Rəvan etdi canlar vida’i-bədən. Anın kibi mə’rəkədə Fəzl bin Əli təcdidi-mərasimi-rəzmi-Murtəza qılub, tiği- Zülfiqarkirdarla hər həmlədə bir cümlə həlak edüb mərdanə karzar edərkən ol iki bin namərd tirbaran edüb, mərkəbin səqət qılub, piyadə olduqda dəxi çox hərblər etdikdən sonra ol afitabiövci-səadət hicabi-əbri-bəlaya girüb, sərdəftəri-şühədayi- Əhli-Beyt oldu. Şe’r: Ey xoş ol kim, rəzm meydanında hatifdən ana, Yetdi həngami-təzəlzül müjdeyi-fəthi-qərib. Xani-ehsan üzrə oldu müstəhəqqi-feyzi-amm, Həm qəzadan bəhrə buldu, həm şəhadətdən nəsib. Ləşkəri-Yezid ol on nəfər məzlumu şəhid etdikdən sonra Nü’mani-Müqatil müavinətinə mütəvəccih olub, Haşimi-biçarəyə hücum etdilər. Haşimi-cəvanmərd ol üç bin namərdlə müharibə etməkdə ikən nagah Nümani-Müqatilə müqabil vaqe’ olub, bir zərblə ol məl’unu həlak edüb ələmin dəxi nigunsar etdi. Aqibətüləmr, əsnayi-hərbdə kəsrəti-cərahətdən və şiddəti-hərarətdən muztərib olub ana zə’f qalib olduqda bir bədbəxt zərbətiylə şərbəti-şəhadət nuş etdi. Rəhmətullahi əleyh. Şe’r: Sərrafi-çərx rişteyi-feyzi-şəhadətə Hər ləhzə danə-danə çəkər dürri-şahvar. Ol dürləri əlaqeyi-tərfi-izar edib, Artar cəmali-şahidi-bidadi-ruzigar. Andan sonra Həbib bin Müzahir mütəvəccihi-meydan oldu. Və[ol] bir piri-kühənsali- sahibkəmali-pakizəxisali-həmidəfial idi ki, asari-təqva nasiyeyi-əhvalində peyda və əlamati-helmü həya surəti-ə’malində hüveyda idi və əksəri-övqati- ömrü Mustəfa və Murtəza mülazimətində sərf qılmışdı və hər gecə bir növbə kəlami-İlahi xətm etmək mö’tadı olmuşdu. Həzrəti-Hüseyn ayıtdı: "Ey piri-pərhizkar, sən Həzrəti-Rəsuldan yadigarsan və səndə şiddəti-zə’fdən qüvvətimuharibə yoxdur. Mürtəkibi-məşəqqəti-hərb olma". Həbib ayıtdı: "Ey nuri-dideyi-Zəhra, tövfiqi-tuli-ömr bana bu səadət üçün müyəssər olmuşdur. Hala ki, fürsət düşdü, iktisabi-mətlubda tə’xir etmək rəva degil". Şe’r: Çün əhli-cəhan küştələrin yad edələr, Təhsin edələr, ruhların şad edələr. Can nəqdini sərf qıldığımdan qərəzim, Oldur ki, bəni daxili-te’dad edələr. Əlqissə, icazət alub, meydana girüb bu məzmunla bir rəcəz inşa qıldı. Şe’r: Bənəm Həbibi-Müzahir, mühibbi-Ali-Rəsul, Kəminə mö’təqidi-xanədani-zövci-Bətul. Hüseynə nəqdi-rəvan istərəm nisar qılam, Zəhi səadət, əgər olsa xidmətim məqbul! Ol piri-zəif zövqi-şəhadət bəşarətiylə qüvvəti-təmam bulub, murçeyi-nəhif ikən əjdəhayi-dəman və pəşşeyi-zəif ikən şiri-jəyan olub, ərseyi-heycada girdbad kibi hər cövlanda güruh-güruh xarü xaşakı yer yüzündən götürürdü və seylabmanənd hər təvəccöhdə süfufi-ə’daya rəxnələr buraxub xələllər yetürürdi. Əlqissə, çehreyi-nürani və məhasini-kafurfamla tiği-atəşbar çəküb sübhi-sadiq kibi Şam əhlinə fəna bıraxmaqda ikən Bəni-Təmimdən bir bədbəxt zərbətiylə ayaqdan düşdü. Nə’rə urdu ki: "Ya İmam, mədəd". Həzrəti-İmam anın nə’rəsindən mütəəssir olub, bizzat bəhri-bəlaya qutə urub üzərinə sayeyi-mərhəmət buraxdıqda rayiheyi-iltifatindən həyati-mücəddəd kəsb edüb zəbani-halla bu beyti inşa qıldı. Şe’r: Şükrü lillah gərçi nəsrin oldu reyhanım bənim, Dərmədən məqsəd gülün, bu bustandan çıxmadım. Hasil etdim, dövləti-cavid tuli-ömrdən, Vermədən cananıma canı, cəhandan çıxmadım. Həzrəti-İmam ol məzluma bəşarəti-cinan verüb ol məzlum rövzeyi-cinan bəşarətiylə can verdi. Şe’r: Nəsrinə rəngi-lalə verüb xuni-nabdən, Arturdı baği-cənnətə pirayeyi-sürur. Kafurfam tarə çəküb danə-danə lə’l, Qıldı dəmi-müaniqə zibi-üzari-hur. Rəvayətdir ki, ol sərvərin səri-mübarəkin bir sərkəş qət’ edüb, yanında saxlayub, vaqieyi-Kərbəladan sonra Məkkəyə müraciət qılub, mərkəbinin boynuna asub, şəhrə girüb mübahat edərkən Həbibi-Müzahirin oğlu uğrayub, "Bu, kimin başıdır?" – deyə sual etdikdə ol bixəbər təfaxür qılub ayıtdı: "Bu, Həbib bin Müzahir başıdır". Ol xələfi-qabil [ol] müxalifi bir zərblə qətl edüb Həbibi-Müzahirin sərimübarəkin bir büq’ədə dəfn etdi və hala Rə’sül-Həbib deməklə mə’ruf bir məzari-müqərrərdür. Şe’r: Təni-paki-şühəda sitri yetər pərdeyi-xun, Nola gər olsa dəmi-dəfn kəfəndən ayru. Şəfəqamiz günəşdir səri-xunini-şəhid, Nola yerdən-yerə gər getsə bədəndən ayru. Andan sonra Həmzeyi-Hərir ki, mö’təqi-Əbazəri-Qəffari idi, piyada meydana girüb şəbi-mişkfam kibi ə’danın ruzigarın siyah etdi və dudi-ahi-üşşaq kibi andan müxaliflərə çox əsərlər yetdi. Aqibət hücumi-ə’dayla ol mərdümi-didə dideyi-mərdümdən nihan oldu. Rəhmətullahi əleyh. Andan sonra Yezid bin Mühaciri-Cə’fi meydana girüb şəhid oldu. Rəhmətullahi əleyh. Andan sonra Ənəs bin Mə’qil mütəvvəccehi-hərb olub səadətişəhadətə qərin oldu. Rəhmətullahi əleyh. Andan sonra Şarib Mö’təq Əbbas bin Şis zirehü sipərdən istiğna qılub, bədəni-üryanla meydana girdi. Dedilər: "Bu nə bipərvalıqdır?". Cəvab verdi ki: Şe’r: Sipər [dutmam] bəla peykanlarına, keçmişəm candan, Çü bən dəryaya qərq oldum, nə bakim var barandan. Aqibət tirbarani-ə’dayla şəhid oldu. Rəhmətullahi əleyh. Andan sonra Cə’fi, müəzzini-ləşkəri-İmam, rüxsət alub meydana girdi və zəmzəmeyi-təkbirü təhlil asimana yetürdi. Və dəf’ə-dəf’ə güruh-güruh müxalifləri həlak edüb, aqibət şəhid oldu. Rəhmətullahi əleyh. Andan sonra Seyf bin Haris və Malik bin Ütbə ittifaqla icazət alub meydana girdilər və ol nifaq əhlinə bəlalar yetürdilər. Aqibət hücumi-ədayla zülmətsəradan nüzhətgahi-bəqaya yüz urdular. Andan sonra Farisi-Qulam dövləti-pabusa müşərrəf olub ərziniyaz etdi. Şe’r: Ey hərimi-dərgəhi-qədrində xadim sübhü şam, Şam bir Hindi kənizin, sübh bir Rumi qulam. "Ya İmami-zəman, feyzi-şəhadət xani-ümumi-ehsan açub, hər kim miqdarınca bəhrəmənd olmaqdadır. Xazini-gəncineyi-qəza fəthiəbvab edüb hər kim nəsib almaqdadır. Bəndəyə dəxi bu səadət mətlubdur". Həzrəti-İmam ayıtdı: "Ey Faris, sən İmam Zeynəlabidinə mənsubsan, andan icazət istə". Və Həzrəti İmam Zeynəlabidin ol əyyamda bimardı. Faris, xidmətinə müşərrəf olub icazət istədikdə ayıtdı: "Ey Faris, bən səni azad etdim, hala şürui müharibə sənin iradətinə müttəlliqdir. Faris daxili-silsileyi-əhrar olub, mərdanə bir rəcəz inşa qıldı ki. Şe’r: Bənəm Faris ol türki-xəncərgüzar Ki, Bəhrama tiğİmdir ayinədar. Bana xidməti- xanədani-Rəsul, Yetər payeyi-rif’əti-iqtidar. Səadət rəfiqim olub, qılmışam. Hüseyni-Əli xidmətin ixtiyar. Gah tiği-atəşbarla və gah nizeyi-əjdəhakirdarla və gah navəki-xunxarla ləşkəri-bədxaha fəna buraxub, aqibət növbəti-təcərrö’icami-şəhadət ana dəxi yetüb, ruhi-pürfütuhi hatifdən sədayi-"Fədxuli fi ibadi vədxuli cənnəti" istima’ edüb mütəvəccihi-rövzeyi-rizvan oldu. Rəhmətullahi əleyh. Andan sonra Hənzələ bin Səid [meydana girüb ənvai-məvaizlə və nəsayehlə ol gümrahları təhdid edüb, müfid görməyüb mübaşiri-qital oldi. Və əksəri-əhlizəlalətdən ərseyi-meydanı xali edüb şəhadət buldu. Rəhmətullahi əleyh. Andan sonra Yəzid bin Ziyadi-Şə’bi] meydana girüb navəkidilduzlə mürğiruhi- ə’dayə bədənlərin kəsrəti-cərahətdən qəfəs qılub, aqibət tayiri-ruhi səfiri- "İrci’i ila rəbbiki raziyətən mərziyyətən" istima’ edüb, məziqi-bədəndən pərvaz etdi. Rəhmətullahi əleyh. Andan sonra Sə’d İbn Əbdullah ki, Məhəmməd Hənifə əqrəbasından idi, meydana girüb və müqabilinə gələn müxalifləri seylabi-fənaya verüb, aqibət "Kullu şey’in halikun illa vəchəhu" müqtəzasincə ruznameeyi-həyatın əcəlirəqəmi "Kullu min əleyha fan" ilə müzəyyən qılub nüsxeyi-həyatına xətti-inqizayi- müddət çəkdi. Rəhmətullahi əleyh. Andan sonra Cibavə bin Haris mütəsəddiyi-əmri-meydan olub, izhari-kəmalicəladət və isbati-müntəhayi-şücaət qılub, girdbadibadpayindən mir’aticəmiyyəti- ə’dayə jəngi-təfriqə buraxub, aqibət jəngi-həyati-müstəarı mir’ati-zatindən seyqəli-tiği-bədxahla mürtəfe’ oldu. Rəhmətullahi əleyh. Andan sonra Ömər bin Cibaveyi-Haris ərseyi-meydanı cilvəgahi-səmənd qılub, aqibət nüzhətsərayi-sərvəri-bəqa oldu. Rəhmətullahi əleyh. Andan sonra on beş mücahidi-namdar və şücai-xəncərgüzar ittifaqla meydana girüb, ləşkəri-ə’daya müqabil durub, ərseyi-ruzigarı sədamati-girüdar və qülqüleyi-karzarla məmlüv qılub, düşmənləri bihəddü bişümar dərəkati-sə’irə irsal qıldıqdan sonra dərəcaticənnətə- intiqal etdilər. Rəhmətullahi əleykum. Anlardan sonra Məhəmməd bin Miqdad və Əbədullah bin Dücanə meydana girüb mütəəhhidi-rəzm olub, atəşi-qitalla xərməni-xaşakicəm’iyyəti-bədxaha fəna salub, aqibət kəsrəti-ə’da hücum etməginHəzrəti-İmam ləşkərindən Sə’di Qulam ki, mövlayi-Əli bin ƏbuTalib idi və Qeys bin Rəbi’, Şis bin Süveyd, Ömər bin Qurt, Müslim və Həmmad anların himayətinə mütəvəccih olub, ol yeddi əxtərisəyyareyi-asimani-şücaət müxaliflərin güruh-güruh rişteyi-həyatların qət’ etdikdən sonra və’deyi-şəhadət yetdikdə bir-birinə mütəaqib behiştihəştbaba mütəvəccih oldular. Rəhmətullahi əleykum. Şe’r: Kimdir ol ki, ərseyi-dünyaya gəldi, getmədi, Kİmdir ol kim, qəsri-ömrün çərx viran etmədi? Əlqissə, aftab ərseyi-rüb’i-asimanı qət’ edənədək Həzrəti-İmamın mütəəlliqat və mənsubatından əlli üç fərzanə şərbəti-şəhadət içüb, Həzrəti-İmamla Zeynəlabidindən qeyri on doquz nəfər ərseyi-intizari-şəhadətdə qalmışdı. Əmma dərəceyi-aftab irtifa’ bulduqca hərarəti-ruz iştidad bulub bir qayətə yetmişdi ki, hərəkati-sərsəri-səmum məsabeyi-şəmşiri-abdar və məddi-şüai-aftab müşabihi-sihami- bərqasardı. Şe’r: Küreyi-nar idi xətireyi-xak, Əxkəri-mənqəl əxtəri-əflak. Mövc urub ləhzə-ləhzə bəhri-sərab, Təşnəyə artırırdı həsrəti-ab. Fitnə atəşgəhi olub meydan, Şö’lə şəmşir idi, şərər peykan. Ətəş urmuşdi aləmə xurşid, Aləm olmuşdu sayədən novmid. Həzrəti-İmam çün ləşkəri-ə’danın kəmali-qilzət və ədəmi-mürüvvətlərin mülahizə qıldı və əksəri-əshabın məqtul görüb və kəndünün və tətimmeyi-əhbabının dəxi sərəncamləri nə olduğun mühəqqət bildi və Əhli-Beytinin hiddəti-həvadan və fövti-əhibbadan və təsəllüti-ə’dadan təvəhhüm və təhəssürü təəllüm çəkdiklərinə müttəle’ oldu, ahi-dərdalüd çəküb, dideyi-nəmdidədən əşkihəsrət töküb zəbani-halla bu tərənnümə guya oldu ki. Şe’r: Nədir, ey çərx, əşrarı əziz, əşrafı xar etmək, Xilaf əhlin sərəfraz, əhli-sidqi xaksar etmək?! Nədir qılmaq müqəddəm sadiqindən kazibin sübhün, Nücumun nəhsini sə’dindən ə’la e’tibar etmək?! Səriri-pürsəfayi-sübhə urmaq şö’leyi-atəş, Sərayi-təngnayi-şamı pürnəqşü nigar etmək?! Şərarət cilvəgahın rif’əti-qədr ilə gərdunsay, Vilayət xanədanın zülm əliylə tarümar etmək. Yezidi kamran, müstəğrəqi-dəryayi-cəm’iyyət, Hüseyni təşnələb bəd’əhdlər zülmüylə zar etmək?! Əgərçi istilayi-şədayid zəmiri-münirlərinə bir miqdar tə’sir etdi və istilayi-nəvayibdən xatiri-atirlərinə fil-cümlə bir küdurət yetdi, əmma yenə nəsimi-tövfiqi- təhəmmül canibi-riyazi-rizayi-İlahidən hədiqeyi-hüsni-əxlaqinə güzar edüb, səbzeyi-amalın qətərati-barani-bəşarət irtifa’i-qədrlə sirab edüb və aftabi-tə’yidi- təvəkkül fələkifeyzi-namütənahidən aləmi-izzü ixtisasinə tülu edüb, fəzayi-surəti-əhvalın şə’şə’əyi-nuri-nəvidi-e’tilayi-şanla münəvvər qılub bu sürudla mülhəm oldu ki. Şe’r: Ey nihali-nazpərvərdi-riyazi-Haşimi, Nazənin təb’i bəla gördükdə məhmum eyləmə. Bu bəla zimnindədir feyzi-kəmali-qürbi-Həq, Bu bəlaya tə’n edüb ol qədri məzmum eyləmə. Ətrafü cəvanibdə olan ixvanü ənsab təsliyə təriqiylə ayıtdılar: "Ey hümayi-övci- səadət və şahbazi-aşiyaneyi-dövlət, nə səadət bundan əfzun ola ki, və’deyi-mülaqati- ərvahi-müqəddəseyi-ənbiya qərib olub, talib mətluba vasil olmağa fürsət bula. Şe’r: Həmnişinlər qıldılar əzmi-diyari-qürbi-Həq, Ol vəfa əhlinə ehmal etməyüb yetmək gərək. Etmək olmaz tiği-rəşki-sibqəti-əhbaba səbr, Tiği-ə’da ilə rəf’i-tiği-rəşk etmək gərək. Həzrəti-İmam anları təriqi-vəfada sabitqədəm görüb, dua qılub təsəlli olduqda Əhli-Beyt zümrəsindən Əbdullah bin Müslimi-Əqil icazəti-meydan istid’a qılub ayıtdı: "Ey nuri-çeşmi-risalət, icazətişərifinlə mütəvəccihi-rövzeyi-rizvan olub səlamını Müslimə ilətmək tədarükindəyəm. Himmət diriğ etmə". İlhahi-təmamla rüxsət hasil edüb, meydana girüb cövlanlar etdi ki, nə’libadpayindən qübarisəlabət fələki-sabitə yetdi. Ol canibdən Ömər Sə’d rüəsayi-ləşkərə tənbih təriqiylə ayıtdı: "Ey mübarizlər, ehtiyati-təmam edin ki, bu cəmaət xəvasi-BəniHaşimdir. Həqqa ki, əgər mərkəblərində cu’vü ətəşdən əsəri-zə’f və bədənlərində təbi-hərarət və cəzə’i ətfaldan iztirab olmasaydı, hər birindən bizim kibi yüz ləşkər aciz olurdu. Əmma sizə müavin olan şəmşiri-şö’leyi-aftab və müzahirət qılan navəki-dilduzihərəkatisəmumi- cigərtabdır". Pəs, ə’yani-ləşkərdən Qüdamə bin Qiranə mütəvəccih olub ayıtdı: "Ey Qüdamə, sən əşcə’i-əhli-ruzigarsan, bu pəhləvani- Bəni-Haşimə müqabil durub şərrini dəf’ et". Qüdameyi-bidövlət Əbdullahi-sahibsəadətə müqabil durub, Əbdullah həmlə etdikdə fərar edüb, hiylə ilə bir neçə növbət tərəddüd etdikdə, Əbdullah təşnəlikdən süst oldüqda, bir guşədə qərar dutub nizəsin əlindən bıraxdıqda ol həramzadə fürsət bulub ana bir nizə həvalə qıldı. Əbdullah anın nizəsin əlindən alub, bir zərblə qətl edüb, mərkəbinə binüb, kəndü mərkəbin qoluna salub mütəvvəccehi-hərb oldu. Ləşkəri-müxalif ol hərəkətdən mütəvəhhüm olub, müqabiləsində tə’xir etməgin tənha qalub, ləşkərə urub, İbn Sə’din təhtilivasında Saleh bin Misriyi qətl edüb yenə meydana müraciət qıldı. Bir şəqi mərkəbin səqət qılub, piyadə qalub və kəsrətihərarətdən nəhayəti-zə’f bulub, Müfəzzəl bin Mərahim zərbiylə ol xülaseyi-xanədan şəhid oldu. Şe’r: Diriğü dərd ki, xurşidi-asimani-kəmal Cəfayi-çərxdən övci-şərəfdə gördü vəbal, Cəhan nəzareyi-hüsniylə xürrəm olmuşkən, Yetürdi cami-əcəl nuş edüb cəhana məlal. Andan sonra Cə’fər bin Əqil meydana girüb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r: Bənəm ki-nəqdi-Əqiləm, kəmin qulami-Hüseyn, Həqir baxma bana, ey müxalifi-kəmbin. Süruri-aləmi-fani degil murad bana, Bənü məhəbbəti-övladi-Seyyidüs-Səqəleyn. müddəasincə müxaliflər qətl etdikdən sonra anın dəxi səfineyi-həyatın təlatümi-dəryayi-fitnə girdabi-fənaya buraxdı. Rəhmətullahi əleyh. Andan sonra Əbdürrəhman bin Əqil mərkəbi-ictihad ərseyi-cihada səgirdüb, meydana girüb, kəmali-şücaət göstərüb aqibət Əbdullah bin Ürvə zərbiylə səadəti-şəhadət buldu. Rəhmətullahi əleyh. Şe’r: Fələk zülmlər aşikar eylədi, Zəmanə müxalif mədar eylədi. Cəfa əhlini xürrəmü şadman, Vəfa əhlini xarü zar eylədi. Övladi-Əqil məhrəmi-sərapərdeyi-şəhadət olduqdan sonra növbəti-şəhadət övladi-Cə’fəri-Təyyara düşüb, Məhəmməd bin Əbdullah Həzrəti-İmamın pabusi-şərifinə müşərrəf olub ayıtdı: "Ey simurği-Qafi-qürbi-İlahi və ey şahbazi-aşiyaneyi- feyzi-namütənahi, icazət iltifat et ki, meydana girüb bu kafir-nihadi-bədsirət və mülhide’tiqadi-ziştsurətlərdən mö’minlərin intiqamın alub səvab hasil edəm". Əlqissə, icazət alub, meydana girüb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r: Lilləhil-həmd, zəmani-qəmü möhnət getdi, İçməgə cami-şəhadət bana növbət yetdi. Din təriqində şəhid olmaq idi kami-dilim, Verdi kami-dilimi, dəhr bana rəhm etdi. Minqari-peykani-abdarla danə-danə əhli-qüruri-əşkbarı səhifeyi-ruyi-ruzigardan götürüb və barani-zülali-tirü tiğlə sükkani-səvahili-qəflət rəxti-fərağətlərin seylabi-fənaya verüb aqibət şəhid oldu. Rəhmətullahi əleyh. Andan sonra Məhəmməd bin Əvf bin Əbdullah qarındaşın məqtul görüb, irqi-üxüvvət mütəhərrik olub, ixtiyarsız meydana girüb, qarındaşı qatilin qətl edüb, Həzrəti-İmamın xidmətinə müraciət qılub ağazi-mə’zirət qıldı ki: "Ey səməreyi-nihali-fütüvvət və ey vasiteyiicadi-fitrət, fəraqi-bəradər baisi-tərki-ədəb vaqe’ olub, icazətsiz meydana girdim. Hala iltimasi-icazət edərəm ki, bəqiyyeyihəyat sərfi-rəhi-məhəbbət qılam". Həzrəti-İmam ana dua qılub rüxsət verdikdə mütəvəccihi-meydan olub, aqibət mütəvəccihi-darülqərar oldu. Rəhmətullahi əleyh. Andan sonra Əvn bin Əvf meydana girüb nəqdi-can nisar etdi. Rəhmətullahi əleyh. Şe’r: Diriğa ki, bir-bir qürub etdilər Sərasər nücumi-sipehri-vəfa. Gülüstani-iqbal gülbünləri Sınub, oldu sərsəbz xari-cəfa. Övladi-Cə’fəri-Təyyar şəhadətindən sonra növbət Həzrəti İmami- Həsən övladına yetüb Əbdullah bin Həsən ki, əkbəri-övladi-Həsəni-Muctəba idi, əmmi-büzürgvarindən icazət alub, meydana girüb, güruh-güruh müfsidləri seylabi-fənaya verirdi, ta yüz səksən mübarizdən həlak etdi. Meydanına mübariz rəğbət etməz oldu. Aqibət müxaliflər bu səlahı gördülər ki, bunlarınla məsaf etməkdən isə təhəmmül edüb məsaf etməmək övladır, zira biz təhəmmül etdikcə anlara hərarəti-ətəş müstövli olub həlak edər. Bu tədbiri təvəhhümə bəhanə edüb təvəqqüf etdikdə Əbdullahın dəryayi şücaəti cuşa gəlüb, biixtiyar kəndüsin qəlbi-sipaha urub bizzat Ömər Sə’də həmlə qıldı. İbn Sə’d tabi-muqavimət göstərməyüb fərar ixtiyar etdikdə Əbdullah bə’zi mübarizləri qətl edüb yenə meydana müraciət etdi. Bəxtəri bin Öməri-Şami İbn Sə’də ayıtdı: "Ey əmir, də’vayi-riyasəti-sipah edərsən, bir mübarizdən fərar etmək nə münasibdir?". İbn Sə’d ayıtdı: "Ey Bəxtəri, bən sərəskərəm, bənim həlakım cəmi’i-ləşkər həlakıdır. Və dəxi can şirindir, əvəzi olmaz və filvaqe’, əgər səndə ziyadətişücaət varsa, imtahan etmək olur". Bəxtəri, İbn Sə’din sözündən qeyrət edüb, beş yüz mübarizlə Əbdullaha müqabil durdu. Həzrəti-İmam ləşkərindən dəxi Məhəmməd İbn Ənəs və Əs’əd bin Dücanə və Firuzani-mevlayi Hüseyn, Əbdullahın müavinətinə rəvan olub, cümlədən müqəddəm Firuzan Bəxtəriyə müqabil durub müharibəyə iştiğal etdilər. Əsnayikarzarda Əbdullah bin Həsən ol mücahidlərə ittifaqla həmlə qıldıqda ol beş yüz namərd dört pəhləvana hərif ola bilməyüb, məğlub olub təfriqə buldular. Ol mücahidlər kəndülərin qəlbi-sipaha urduqda İbn Sə’d ŞisiRəbi’iyə dəxi beş yüz həmrah edüb anların müavinətinə irsal etdi. Əlqissə, bin mübariz dört şəhsəvarla hərb edüb, yenə hərif ola bilməyüb, məğlub olub münhəzim olduqda İbn Sə’ddən nəqldir ki, demiş: "Bən Firuzani-qulamdan ol gün bir şücaət mülahizə qıldum ki, sifəti əhateyi-təqrirə girməz. [Həqqa ki,] əgər hövli-ətəş inani-əzimətin tutmasaydı, təmamiyi-sipah ana hərif olmazdı". Rəvayətdir ki, yüz otuz mübariz rəmhlə və igirmi yeddi mübariz tiğlə həlak etmişdi. Əmma kəsrəti-zəxmdən süst olub, Həzrəti-İmam xidmətinə müraciət etmək istədikdə Osman Müfəzzil ol məzluma bir zərbət urub mərkəbdən buraxdı. Əmma hənuz piyada ol müdbirlə cidal edərdi. Əs’əd ol hala vaqif olub, həmlə qılub anı çıxarmaq tədarükində ikən Bəxtəri-qafil bir zərb urub əlindən nizəsin bıraxdırdı. Əzrəq bin Haşim anı şəhid etdi. Rəhmətullahi əleyh. Əmma Əbdullah bin Həsən Şisi-Rəbi’i ilə cidal edüb, Şisi-Rəbi’I on yeddi zəxm ol məzluma urub, hər zəxmindən bir çeşmeyi-xunabə rəvandı. Ol zəxmlərdən müztərib olmayub, Şisi-Rəbi’in səfi-sipahın çak edüb, Əs’əd və Firuzan mə’rəkəsinə gəlüb gördü ki, Əs’əd şəhid olub, Firuzan məcruh və piyadə xaki-məzəllətə düşmüş. Bəxtərinin səfi-sipahın mütəfərriq edüb, Firuzanı alub, əshabinə gətirməkdə ikən mərkəbi kəsrəti-zəxmdən bitaqət olub, hərəkətdən qalub, naçar piyadə oldu. Əvni-Əli ol hala vaqif olduqda Əbdullaha bir cənibət yetirüb, Əbdullah ol mərkəbə binüb, Firuzan piyada gəlirkən Həqqə vasil oldu. Rəhmətullahi əleyh. Əmma Əbdullah bin Həsən, Firuzan müfariqətindən qayətdə mütə’əllim olub, dəsti-təvəkkül həblülmətini-"Həsbi-Allah"a üstüvar qılub və hisni-"Və matəvfiqi- illa bi’llah"da mütəhəssin olub ahəngi-meydan etdi. Əmma təvəhhümi-şəmşiri- abdarı ol qayətə yetdi ki, aftabi-şö’leyi-tiğindən müxaliflərin mürğiruhları xüffaşvar hərasan olub müqabilə gəlməz oldu və pərtövi-məhtabi-təl’ətinə ol məsru’lardan müqabilə mümkün olmaz oldu. İbn Sə’d mübaliğeyi-təmamla Yusif bin Əhcarı anın meydanına irsal edüb, Yusif bin Əhcar ol Şahzadənin əlindən şərbəti-fəna təcərrö’ qıldı. Ana mütə’aqib Tariq bin Əbdullah həm ol şərbətdən nəsib aldı. Ana mütə’aqib Bədrəki-pəlid gəlüb həm ol sağərdən mütəcərre’ oldu. Axirul-əmr şəhzadənin vəhmi-tiği əbvabi-təvəccöhi-ə’dayı məsdud edüb, kəndü ol ləşkəri-bikərana həmlə qılub, on iki mübariz dəxi yıxub, Həzrətiİmam xidmətinə müraciət qılub, nə’rə urdu ki: "Ey əmmi-büzürgvar, "Əl-’ətəş, əl-’ətəş". Həzrəti-İmam buyurdu ki: "Ey nuri-didə, dəmidir ki, zülali-Kövsərdən ruhirəvanın sirab olur". Əbdullah bin Həsən ol bəşarətlə yenə meydana girüb, bu növbət İbn Sə’d beş bin bədbəxti anın qitalinə müqərrər qılub, ol şiri-bişeyivilayəti araya alub hər canibdən hücum etdilər. Lacərəm kəsrəticərahətdən ə’zayi-şərifi qərqi-xun olub və binayi-vücudi zəxmlərdən rəxnə bulub, Əbbasi-Əli və Əvni-Əli ol beş bin namərdlə həmlə qılub, Əbdullahı anların arasından alub götürərkən Məhal bin Zahir ol şahi-aləmpənaha bir zərb urub şəhid etdi. Rəhmətullahi əleyh. Əbbasi-Əli saiqəmisal ol pəlidin xərməni-ömrinə atəşi-fəna urub, Həmzə bin Məhal ki, anın nütfeyi-naməqbuli idi, Əbbasa həmlə qılıb, Əvn bin Əli anın şərrin Əbbasdan dəf’ edüb, ittifaqla Əbdullahı götürüb Əhli-Beytin hüzurinə gətürdilər. Mütəhhərati-hücreyi-təharət seylabi-əşklə ə’zayi-şərifin xakü xundan pak edüb ’əzasinə məşğul oldular. Şe’r: Ah kim, dövran əməl qəsrini viran eylədi, Əhli-ümmidi əsiri-dami-hirman eylədi. Badi-bidadi-xəzan gülzari-ismət güllərin Göstərüb afət, açılmaqdan peşiman eylədi. Nüsxeyi-İslamdan şirazə açdı ruzigar, Ərseyi-aləmdə övraqın pərişan eylədi. Qasim bin Həsən ki, sipehri-səyadətdə bir aftabi-aləmtab idi və bustanilətafətdə bir laleyi-növrəsteyi-sirab, Əbdullah Həsənin ol halətin mülahizə qıldıqda fəzayi-aləm nərgisi-şəhlasinə tar olub dilibiqərarı nəhayəti-qeyrətdən püriztirar olmağın Sultani-Kərbəlanın rikabi-hümayuninə yüz sürüb ayıtdı: "Ey əmmi-büzürgvar və ey xudavəndi-alimiqdar, rüxsət ver ki, bu facirlərdən intiqam almağa meydana girəm və zəbani-sinan və sinani-zəbanla zəlalətin cavabın verəm". Ol şəhriyari-kamgarın əzimətin mülahizə qıldıqda bir tərəfdən xəvatini-hərəmsərayi-nübüvvət daməni-iqtidarinə dəstitəzəllüm urub fəryada gəldilər ki, ey güldəsteyi-növbəhari- fəzilət, səndən rayiheyi-hüsni-Həsən gəlür, fəraqına təhəmmül olunmaz. Və bir tərəfdən Həzrəti-İmam təriqi-təvəccöhin məsdud etdi ki, ey şəmseyi-eyvani-səyadət, bəradəri-ərşədim zikri səninlə ehya olur, sənə bədəl bulunmaz. Şe’r: Dəvayi-dərdi-fəraqi-Həsən bana sənsən, Sənin təvəccöhünə xatirim riza verməz. Görür ədu sitəmin kim ki, bu məsafə girər, Mürüvvətim sənə mütləq sitəm rəva görməz. Rəvayətdir ki, şahzadə Qasim heç vəchlə rüxsəti-meydan bulmayub qayətdə mütəəllim olmağın xatiri-şərifinə yetdi ki, Həzrəti-İmam Həsən aləmi-fanidən rihlət etdikdə bir tə’viz yazub, bazuyi-mübarəkinə bağlayub vəsiyyət etmişdi ki, ey Qasim, kəmaliməlalət bulduqda bu tə’vizi açüb oxuyub məzmuniylə əməl edəsən. Kəmali-ənduhi müstəlzimi-mütalieyi-tə’viz olub, ol tə’vizi bir xəlvətdə açub oxuduqda gördü yazılmış: "Ey Qasim, sənə vəsiyyətim budur ki, Həzrəti- Hüseyn dəşti-Kərbəlada bəlaya giriftar olduqda zinhar, zinhar, ana nəqdi-can nisar etməgə təqsir etməyəsən və heç bəhanə ilə təriqi-təəllül dutmayasan". Şe’r: Budur, ey nütfeyi-pakizə, vəsiyyət sənə kim, Nəqdi-can sərf qılub kəsbi-səadət qılasan. Ləzzəti-ömr səni qılmaya qafil Həqdən, Kəndünü qabili-iqbali-şəhadət biləsən. Qasim ol tə’vizi Həzrəti-Hüseynə göstərüb icazəti-meydan istədikdə Həzrəti İmam ayıtdı: "Ey nuri-didə və ey seyyidi-bərgüzidə, ol Həzrətin bana dəxi bir vəsiyyəti olmuş idi. Əmma vəfasına dövran müsaid olmadı və əncamına fələk müavinət qılmadı". Pəs, Qasimin əlin dutub, hərəmsərayi-ismətə girüb Əvni-Əli və Əbbasi-Əlini hazır edüb xəvatini-hərəmsəraya əmr etdi ki, Qasim namzədi olan şəhzadəyə ərusanə zinət verüb gətirələr. Həzrəti Hüseyn ol salehənin əlin Qasim əlinə verüb ayıtdı: "Ey rahəti-dil, Həzrəti-İmam- Həsən vəsiyyəti müqtəzasincə bu əmanəti sənə təslim etdim". Ərusi-namurad Qasimə təslim olunduqda Həzrəti-İmam ol hərəmsəradan çıxub mütəvəccihi-meydan oldu. Qasim İbn Həsən ol qönçeyi-ülviçəmən rüxsarinə heyran olub mütəfəkkir ikən ləşkərimüxalifdən sədayi-"həl min mübariz", səm’i-mübarəkinə irişdi. Biixtiyar tərki-xəlvət qılub əziməti-meydan tədarükündə ikən mütəhhərati- xanədani-ismət dəsti-təzərrö’ daməni-pakinə urub təzərrö’ etdilər ki, ey şəm’i-şəbistani- təharət və ey qönçeyi-gülbünisəadət, bu əmanəti kimə təslim edüb gedirsən? Qasimi-məzlum abididə rəvan edüb ayıtdı: "Ey rəyahini-gülzari-ismət və ey nücumi-sipehri-iffət, qələbəyi-ləşkəri-müxalif İmam Hüseynə müqabildir. Nə rəva ki, bən sürura mail olam və istilayi-ə’da ləşkəri-İslama hasildir, nə münasib ki, bən sakini-xəlvətsərayi-işrət olub təğafül qılam. Bənim və’deyitəzvicim Qiyamətə düşdü, mə’zur dutun. Şe’r: Zəmanə bir gül etdi sərvə peyvənd, Vəli sərv olmadı gül birlə xürsənd. Araya saldı firqət ehtİraqın, Ana göstərdi ol sərvin fəraqın. Fələk bir riştəyə çəkdi iki dür, Kəsüb ol riştəyi tiği-təğəyyür, Bıraxdı bir-birindən dürləri dur, Qəza bu əmrədir guya ki, mə’mur. Ərusi-namurad pərdeyi-hicaba bərqi-ahi-həsrətlə atəş urub fəğan etdi ki: "Ey məxdumzadə, Qiyamət günü sənə nə məqamda talib olayım və nə əlamə ilə səni bulayım? Qasim ayıtdı: "Ey gülinaşüküftə və ey gövhəri-nasüftə, bəni ərseyi- Qiyamətdə xidməti-əcdadimdə cameyi-çak və dideyi-nəmnakla bulmaq olur". Pəs, ərusa vida’ edüb, mütəvəccihi-meydan oldu. Əhli-Beytdən ğərivü qülqülə qübbeyi-əflaka çıxub, Həzrəti-İmam gördü ki, Qasim mütəvəccihi-dərəceyi-şəhadətdir. Gül kibi giribanın çak edüb, libasına kəfən tərkibin verüb, kəndü tiğin belinə bağlayub meydana göndərdi. Qasim meydana girüb, cövlan edüb bu məzmunla bir rəcəz ağaz etdi. Şe’r: Bənəm güli-çəməni-sidq Qasim İbni-Həsən Ki, nəqdi-can qılıbam nəzri-xaki-payi-Hüseyn, Müqimi-kuyi-vəfayam, müsafiri-rəhi-Həq, Mütii-əmri-Həsən, talibi-rizayi-Hüseyn. Və ləşkəri-ə’daya həmlə qılub, müqabilinə gələn həramzadələri həlak edüb, [dəryayi]-sipaha ğutə urdu və qəlbi-sipahda Ömər Sə’də müqabil durdu. Və səlabəti-sövtlə nə’rə urub nida yetürdi ki: "Ey cəfakari-tirəruzgar, bunca mö’minləri şəhid etdin, vəqt olmadımı ki, istiğfar edüb bu əməldən peşiman olasan?". İbn Sə’d ayıtdı: "Ey büzürgzadə, vəqt olmadımı ki, siz dəxi bu tüğyanı tərk edəsiz və Yezidin bey’ətin qəbul edəsiz?". Qasim ayıtdı: "Ey şəqi, tüğyan budur ki, rudi-Fəratı cəm’ii-məxluqata mübah ikən övladi-Rəsula diriğ edərsən. Aya, atəşi-səhrayi-Qiyamət xatirinə yetməzmi və və’deyivə’idi-kəlami-münzəl dili-səngininə əsər etməzmi?!". İbn Sə’d ol kəlimatı istima’ etdikdə mülzəm olub, ləşkərinə yüz dutub ayıtdı: "Ey mübarizlər, bu şəhsəvari-yeganə və şücai-fərzanə Qasim bin Həsəndir ki, şiveyi-şücaət ana irslə yetmişdir və ayinirəzm ana abavü əcdaddan intiqal etmişdir. Ruzi-rəzm xəncəri-abdara məhbublar navəki-müjganından ziyadə meyil edər və həngami-hərb nizeyi-əjdəhanümudara sənəmlər qamətindən füzun təvəccöh qılur. Şe’r: Budur ol nəqdi-Heydəri-Kərrar Ki, çəküb tiğ edəndə qəsdi-qital, Rəşkdən xəncərini daşa çalar Ləm’eyi-bərqi-afitabmisal. Tayiri-tiri-tizpərvazı Meyli-seyd eyləsə açub pərü bal, Ana eylər həvayi-vəsl dutub, Mürği-ruhi-müxalif istiqbal. Həqqa ki, əhli-asimanü zəmin bir-bir müharibəsinə qüdrət bulmazlar. Səlah oldur ki, cəmi’i-ləşkər ittifaqla mütəvəccih olub, təmkini-cədəl verməyüb, kəsrəti-tiğü nizə ilə hər tərəfdən ə’zasın məcruh edüb və sədəmati-avazi-kusü nayü nəfir ilə hər canibdən mürği-ruhun sərasimə qılasuz, şayəd ki, bu tədbirlə ana qalib olasuz". Qasimi-məzlum bu vaqiədən bixəbər ikən ol güruhi-cəfakar piyadə və səvar xaşaki-nizəvü navəklə seylabvar ol sərvi-büləndiqtidara mütəvəccih olub, araya alub bünyadi-cidal və tirbaran etdilər. Qasim bin Həsən ol qülüvdən əndişə qılmayub, bir həmlə ilə ol cəm’i pərişan edüb, İbn Sə’d Əzrəqi-Şamiyə ki, sipəhsalari-Şam idi, tiği-tə’nə urub ayıtdı: "Ey pəhləvani-Şam, sən mənzuri-ənzari- əvatifi-Yezidsən. Bunun kibi həngamə üçün nə mane’dir ki, çıxub bu mübarizin fitnəsin dəf’ etməzsən?". Əzrəqi-Şami təkəbbür təriqiylə ayıtdı: "Ey bin Sə’d, bəni ərəb bin mübarizə müqabil tutarlar. Nə münasibdir ki, bir tiflə müqabil durub namusuma şikəst verəm?". İbn Sə’d ayıtdı: "Ey nadan, bu nəbireyi-Həzrəti-Mustəfa və Murtəzadır və bu nəqdi-Həsəni-Muctəbadır. Həqqa ki, əgər əsəri-ətəşdən təb’i-naziki münzəcir olub inhirafi-mizac bulmasaydı və nihali-nazpərvərdi-təbiəti təşnəlikdən pəjmürdə olmasaydı, bu sipahla məsaf etmək ana ar idi". Əzrəq ayıtdı: "Çün mübaliğə qılursan, dört oğlum var, hər biri bir nadiri-ruzigar, birinə əmr edəyim, anı dutub gətürsin". Pəs, ol bədbəxt əkbər övladına künyət verüb meydana rəvan etdikdə ol həramzadə zinəti-təmamla Qasimə müqabil durub həmlə etdikdə Qasim anın tə’nin rədd edüb, ol məl’unu bir zərblə mərkəbindən yıxub, kakülindən dutub bir zəman əlində gəzdirüb, ə’zasını sındırub mübariz istədikdə ikinci oğlu meydana girib şahzadə əlində həlak olub, üçüncü oğlu meydana girib ol şahbazi-aşiyani-şücaət zərbilə anlara mülhəq oldu. Dördüncü oğlu meydana girdi. Ol şəhsəvari-meydani-məhabət anı dəxi duzəxə göndərib, Əzraq qəzəbnak olub səlabəti-təmamla meydana girdikdə şəhzadəyə zəban diraz edüb nasəzalar dedi. Şəhzadə dedi: "Ey Əzrəq, bu iztirab oğlanlar fəraqından isə, bu dərdin dərmanı əlimdədir". Həzrəti-İmam, Əzrəqiməl’unu meydanda görüb iztirab peyda qıldı, zira ol həramzadə şücaətdə şöhreyi-dövrandı və şəhzadə həm növrəsidə və həm təşnəcigər və həm tə’əbnak və həm nigərandı. Dəsti-niyaz dərgahi-biniyaza açub duaya məşğul oldu. Əlqissə, Əzrəqi-bədbəxt Qasimi-sahibsəadətə həmlələr qılub və şəhzadə anın həmlələrin rədd edüb, müamileyi-cidal aralarında çox zəman iştidad bulub, aqibət nəsimi-nüsrət şəhzadə canibindən mütəhərrik olub, ol zalimin dəf’inə fürsət bulub bir tiğlə mərkəbindən bıraxub, başın kəsüb, mərkəbin cənibət qılub, Həzrəti-İmam hüzurinə müraciət qıldı və zəbani-halı bu tərənnümə guya oldu ki. Şe’r: Ey rikabi-rəxşi-iqbalın hilali-övci-din, Nəqşi-nə’li-mərkəbin mehrabi-ərbabi-yəqin. İqtidayi-şər’dir, fərmanına olmaq müti’, Əsli-imandır səni bilmək Əmirəlmö’minin. "Ya Əmirəl-mö’minin, nirani-təəttüş şəbistani-vücudimə ehtiraqitəzəlzül bıraxmaqdadır və naireyi-qəhti-ab canimə qəsd edüb cigərim yaxmaqdadır. Hər necə ki, saqiyi-dövrandan təskini-hərarət qılmağa bir qətrə su istərəm, təskini-hərarətimi gah gözümdən axan seylabi-əşki-rəvana həvalə qılub və gah zəxmlərdən rəvan olan çeşmə-çeşmə qana işarət eylər və gah zülali-tiği-ə’daya rücu edər. Aya, nə hikmətdir?". Şe’r: Şahidi-zövqi-tələb rüxsarinə ey çərxi-dun, Bitəvəqqüf pərdeyi-fövtü fəna çəkmək nədir? Bir içim su vermədən təşnəcigərlər qəsdinə, Xəncəri-bidadü şəmşiri-cəfa çəkmək nədir? Həzrəti-İmam ol məzluma müjdeyi-şərbəti-şəhadət birlə təskin verib ayıtdı: "Ey Qasim, bir dəxi dövləti-didar qənimətdir. Hərəmsərayə varıb Əhli-Beyt ilə rəsmi-müvadəə tazə qıl". Şəhzadə mütəvvəccehi-hüzuri-Əhli-Beyt olub, ərusi-şəbistani- ismət pərdəsəradan çıxub, dövləti-pabusinə müşərrəf olub, növhələr qılub, şahzadə ana təsəlli verüb yenə meydana müraciət qıldı. Əmma mövqidizəmirində nari-məhəbbət bəqayət müştə’il və zəmiri-müniri təəmmüli-keyfiyyəti-əvaqibi- ümura müştəğil olub derdi. Şe’r: Nədir, ey çərxi-zalim, yarı yarindən cüda qılmaq, Murad əhlin əsiri-dami-bidadü bəla qılmaq?! Çü lazımdır sənə qılmaq cüda hər yarı yarindən, Çəküb zəhmət nə lazım bir-biriylə aşina qılmaq?! Əlqissə, ol şəhzadeyi-kamil həzar ənduhla meydana getdikdə nəzəri-mübarəki Übeydullahi-Ziyadın rayəti-nühusətayətinə düşüb, himmət anın dəf’inə məsruf edüb qəlbi-sipaha mütəvəccih oldu. Piyadələr şəhzadənin mən’inə iqdam edüb, ol Həzrət piyadələrə məşğul ikən Şis bin Nəhai kətfi-mübarəkinə bir nizə həvalə qılub, ol şəhsəvari-mə’rəkeyi-şücaəti mərkəbindən buraxdı. Ol Həzrətin igirmi yeddi zəxmi olub, hər birindən çeşmə-çeşmə qanlar rəvan olmağın zə’f qalib olmuşdu. Məğlub olub mərkəbindən cüda olduqda nə’rə urdu ki, "Ya əmmah ədrikni". Həzrəti-Hüseyn ol sədadan mütəəssir olub, mərkəbi-mücahidət meydana salub, səflər sındırub gördü ki, ol sərvi-riyazi-vilayət aludeyi-xakü xun olub, Şis bin Rəbi’i üzərinə müsəllət olmuş, sərimübarəkin bədəndən cüda qılmaq istər. Bir zərblə ol pəlidi şəhzadənin üzərindən dur edüb ol şəhidi götürüb xeyməgaha gətürdi. Hənuz həyatından bir rəməq baqi idi. Əhli-Beyt üzərinə cəm’ olub növhəvü fəğan etdikdə anların sədasından bir növbət nərgisi-şəhlasın açub, gül kibi təbəssüm edüb gülşəni-cinana əzm etdi. Rəhmətullahi əleyh. Şe’r: Rəhmət ol əhli-dillərə kim, ixtiyarla, Rəğbət bu kargahi-fənadan götürdülər. Bel bağlayub təriqi-məhəbbətdə mərdvar, Hər də’vi etdilərsə, yerinə yetürdilər. * * * İkinci fəsil: Həzrəti Hüseyn və Əhli-Beyt şəhadətin bidirir Münşiyi-əhkami-kargahi-qüdrət və mümliyi-ərqami-səhayifihikmət ki, bidayəti-fitrətdə "İnnəl-insanə lə-fi-xusrin" ibarətiylə səhifeyi-əhvali-insana rəqəmi-hökmi-xüsran yürütmüş və zümreyixəvas bargahi-qürbün istisnayi- "İlləl-ləzinə amənu və əmilu’ssalihati" işarətiylə ol cümlədən məfruz etmiş. Əmma məzmuni-"Ənnə və’dəl-lahi həqqun və lakinnə əksəruhum layu’minun" kəsrəti-ə’dasinə bir bürhandır qate’ və məfhumi – "Və qəlilun min ibadiyəş-şəkur" qilləti-əhibbasinə bir bəyandır vaqe’. Zahirən kəsrəti-ərbabi-ədalət və qilləti-əshabi-hidayətə vəsilə oldur ki, təbiəti-bəşər əsli-fitrətdə maili-rahətdir və qəbuli-əhkami-şəriyyə mütəzəmmini-əsnafi- məşəqqət. Qit’ə: Rahət istər təb’ü möhnətdir ibadət sərbəsər, Tərki-rahət rəğbəti-möhnət qılan mümtaz olur. Bu səbəbdəndür ki, küfr asan olub, İslam sə’b, Ərseyi-aləmdə mülhid çox, müvəhhid az olur. Filvaqe’, bu məzmuna bir şahidi-sadiqdir vaqieyi-Kərbəla və bir bürhani-müvafiqdir vüqu’i-kəsrəti-sipahi-Yezid və qilləti-zümreyi-şühəda. Zira igirmi iki bin cəfakar yetmiş iki ləbtəşneyi-dilfigara müqabil durmuşdu və sərsəri-tüğyani-sitəm pərdeyi-azərmi aradan götürmüşdü. Bir tərəfdən cəmi’i-əsnafi-üdvan surəti-cəm’iyyət bulub və bir canibdən silsileyi-cəm’iyyəti-iman mütəhərrik olub, nə güruhi-müxalifdə təriqi-mürüvvət asarı hüveyda idi və nə zümreyi-şühədada qaideyi-tənəzzül və müdara nümudları peyda. Əgərçi aləmi-surətdə zəman-zəman mücahidlər əksilib, müxaliflər ziyadə olmaqda idi, əmma aləmi-mə’nidə müxalifət tənəzzül bulub, mücahidlər kəmali-rif’ət bulmaqda idi. Qit’ə: Mümkün olmaz ki, ola aləmdə Əhli-bütlana əhli-Həq məğlub. Əhli-Həq qatil olsa, gər məqtul, Zəfəri əql ana qılub mənsub. Qətldən oldur eyləyən ikrah Ki, şəhadət degil ana mətlub. Hər ayinə Həzrəti-İmam ləşkərinin əmvatinə məzmuni-"Fəriqun fil-cənnəti" tüğrayi-misali-hal və müjdeyi-"İnnəl-əbrarə lə-fi nə’im" mövcibi-fərağbal olub, sükkani-riyazi-rizvandan "Səlamun əleykum bima səbərtüm" təhniyeyi-qüdum olmaqda idi. Şe’r: Nəqdi-can sərfi-rəhi-canan edən sahibnəzər, Eşq meydanində sərxeyli-səfi-üşşaq olur. Mənzili-məqsudədir qeydi-təəllüq səddi-rah, Rütbeyi-tərki-təəllüq əhsəni-əxlaq olur. Və müxalif sipahın qütəlasinə məfhumi-"Fəriqun fissə’ir" təraznameyi-əməl olub, təhdidi-"İnnəl-fuccarə lə-fi cəhim" ehtizazü iztilal verüb müqəyyədi-səlasili- səlabət qılmaqda idi. Şe’r: Qeydi-cəm’iyyəti əsbab giriftarı olan Seyri-gülzari-cinan etməgə fürsət bulmaz. Zövqi-dünya ilə zaye’ keçirən övqatın, Şərəfi-rütbeyi-tövfiqi-səadət bulmaz. Bitəkəllüf ərseyi-Kərbəla meydani-imtiyazi-həqqü batildür və təriqi-hüsuli-kəmal əşrəfi-mənazildir. Şe’r: Kərbəladan hasil etmişlər ülüvvi-mənzilət, Zillətü izzətdə əhli-zülmü ərbabi-vəfa. Nərdibani-bami-rif’ətdir təəmmül eyləsən, Nəqşi-mövci-rigi-səhrayi-şərifi-Kərbəla. Həqqa ki, ərseyi-Kərbəlanın əxbari-cigərsuzi andan ziyadədir ki, əhateyi-imkani- təqrirə girə və əhvali-şühədanın hekayəti-qəmənduzi andan füzundur ki, qələmi-şikəstəzəban ana surəti-təhrir verə. Şe’r: Eyləyib hər yil cəmi’i-əhli-aləm ittifaq, Şərh edərlər macərayi-Kərbəla əxbarını. Nə tükənməz qissədir kim, hərgiz axir olmadı, Şərhi aciz eylədi əhli-cəhanın varını. Mə’rəkəarayi-meydani-kəlam və əncümənsərayi-məhfili-əxbarü e’lam tətimmeyi-əhvali-Kərbəladan bu təriqlə xəbər vermiş və şühədanın əncami-halın bu tərzlə bəyana gətirmiş ki, Həzrəti İmamzadə Qasim ibn Həsən səadətlə daxili- "Əshabül-cənnətihumul-faizun" olub mütəvəccihi-aləmi-bəqa olduqdan sonra Əbu Bəkr bin Əliyyi-Murtəza kəməri-əziməti-şəhadət miyani-cana üstüvar qılub, kəmali-təzərrö’lə Həzrəti-Sultani-Kərbəladan icazəti-meydan iltimas etdikdə, Həzrəti-İmam nərgisi-şəhladan güli-rüxsara əşki-laləgün rəvan edüb ayıtdı: "Ey qönçeyi-gülbüni-İmamət və şükufeyi-baği-rəhmət, bu təmənna qıldığın meydani-bəla ərseyifənadır. Bu ərsəyə qədəm basan müraciət qılmadı və bu meydana gedən gerü gəlmədi. Nə ümidlə sənə rüxsət verəyim və nə vəchlə müfariqətin rəva görəyim?". Ol sərvəri-həmidə-mənaqib və ol nəqdiƏli İbni-Əbi Talib rikabi-hümayuninə yüz sürüb ayıtdı: "Ey padşahi-məsnədi-izzü təmkin və ey şəhriyari-vilayəti-dövlətü din, təhtişəhadət içdikcə bənim dəryayi-şövqüm təməvvücə gəlüb və təəttüşüm zülali-mülaqati-Mustəfa və Murtəzaya ziyadə olub, sibqət edənlər rəşkindən həlak oluram. Nola əgər kəmali-mərhəmətindən riza hasil edüb, bən dəxi nəqdican bəzl eyləyüb bu meydanda muradım hasil edəm?!" Şe’r: Can təmaşayi-riyazi-rəhmət eylər arzu, Dil səfayi-bəzmgahi-cənnət eylər arzu. Oldu bağrım bərqi-ifrati-hərarətdən kəbab, Səlsəbili-rövzədən bir şərbət eylər arzu. İlhahi-təmamla icazət hasil edüb, mütəvəccihi-meydan olub bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r: Bənəm nəqdi-sultani-Düldülsəvar, Şəhi-Qənbərü sahibi-Zülfiqar. Bənəm əxtəri-asimani-şərəf, Əbu Bəkr bin Heydəri-namdar. Bənəm çakəri-nuri-çeşmi-Bətul, Hüseyni-Əli sərvəri-kamkar. Bihəmdullah, oldur İmamım bənim, Anın taətin qılmışam ixtiyar. Muradım budur kim, rizasın bulub, Ana eyləyəm nəqdi-canım nisar. Və mübarizanə cövlanlar qılub və rif’əti-iqtidari-abavü əcdada mübahatlar edüb və səməndi-səbarəftarın təhərrükə salub və tiğisaiqəkirdarın əlinə alub, əndək zamanda yüz qırx mübariz müsafirirahi-ədəm qıldı və igirmi yeddi zəxmi-mühlik ə’zayi-şərifinə vasil oldu. Axirül-əmr Übeydullah bin Ütbə zərbiylə dari-dünyadan intiqal etdi. Rəhmətullahi əleyh. Qit’ə: Darüssəlam cilvəgəhin ixtiyar edüb, Peyvənd kəsdi rişteyi-qeydi-zəmanədən. Meyli-fəzayi-rövzeyi-mülki-bəqa qılub, Şəhbazi-ruhi uçdu bu təng aşiyanədən. Andan sonra Ömər bin Əli mütəsəddiyi-əmri-hərb olub, səmsami-intiqamla ləşkəri-Yezidin rayəti-istiqlalinə ehtizaz buraxub, kəmali-şücaətlə mübarizlər yıxub, aqibətül-əmr şərbəti-şəhadət nuş etdi. Rəhmətullahi əleyh. Və bir rəvayət dəxi oldur ki, ol Həzrət Kərbəla vaqiəsinə hazır olmadı. Əmma əsəhhi-əqval oldur ki, hazır olub şəhid oldu. Andan sonra Osman bin Əliyyi-Murtəza mübaşiri-tərvici-ərseyirəzm olub, Sultani-Kərbəlanın icazəti-şərifiylə meydana girüb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r: Mən gövhəri-meydani-vəfayəm, Osmani-Əliyyi-Murtəzayəm. Taci-səri-aləməm və lakin Xaki-rəhi-Şahi-Kərbəlayəm. Tərk eyləmişəm fəna məqamın, Bən talibi-dövləti-bəqayəm. Ol varisi-şücaəti-Heydər və rəşheyi-zülali-vücudi-saqiyi-Kövsər Əlivar cənglər edüb və Heydəranə məsaflar qılub bikəran müxaliflər həlak etdikdən sonra Sinan bin Yezid Əbtəhi zərbiylə şəm’i-həyatı şəbistani-bədəndə intifa buldu. Rəhmətullahi əleyh. Şe’r: Hər şəhidə göstərüb cənnətdə dövran mənzilin, Aldı ol mənzil təmənnasində könlündən qərar. Ismət əşcarın fəzayi-rövzədə ğərs etməgə, Xakdani-dəhrdən bir-bir qopardı ruzigar. Andan sonra Əvn bin Əli ki, surətlə əhsəni-ərbabi-cəmal və sirətlə əkməli-əshabi- kəmal idi, Həzrəti-İmamın rikabi-səadətintisabinə ruyi-təzərrö’ sürüb ayıtdı. Şe’r: Ey fəzayi-rövzeyi-qürbin behişti-cavidan, Padişahi-dinü dövlətsən, İmami-insü can. İxtiyari-xidmətin misbahi-əbvabi-nəcat, İnqiyadi-taətin miftahi-əbvabi-cinan. Ədayi-sənadan sonra ərz etdi ki: "Ey pərdəgüşayi-bargahi-"İnni ə’ləmu ma-la tə’ləmun", və ey arifi-əsrari-"Nun vəl-qələmi vəma yəsturunə", icazəti-meydani- iltifat et ki, ərseyi-heycada hənuz sənin rayəti-zəfərayətin sayəgüstər ikən və nəzəri-iltifatın aləmizahirdə bəndəpərvər ikən zilli-mərhəmətində vasili-dərəceyi-şəhadət olam. Zira muradım budur ki, divani-Həşrdə şəhadətinlə şəhadətimi isbat qılam". İlhahla icazət aldıqda ayıtdı: "Ya İmam, bir tədbir etmişəm". Həzrəti-İmam ayıtdı: "Ol tədbir nədir?" Əvn ayıtdı: "Ya İmam, bu ləşkəri-binəhayətdir, bunlarınla bir-bir müharibə etmək bizə sərfə etməz. Zira əgər təərrüz görməyüb, işimiz mücərrəd tiğ urub qətl etmək olsa, imtidadi-tuliömrümüz bu ləşkərin nihayətinə yetməz. Səlahım oldur ki, ələmi-əlameyi-təvəccöhdə qəlbi-ləşkərə həmlə qılam, ola ki, ələmi-əlameyi-əskəri-müxalifələrin sərnigun etməgə fürsət bulam". Həzrəti-İmam ayıtdı: "Ey şahi-mülki-məlahət və şahbazi-övci-səbahət, süfufi-ləşkəri-ə’da bir mərtəbədə hayil degil ki, ol müddəaya fürsət mütəsəvvir ola". Əvn ayıtdı: "Ey sərvərihəmidəxisal və seyyidi-sütudə-fəal, həmleyi-ənqaya təbəqati-pərdeyi-ənkəbut hicab olurmu və hücumi-seylaba süfufi-xarü xaşak mümaniət qılurmı?". Bu tədbirlə ol sərvəri-qazi və ol meydani-qəza sərəfrazi qəlbi-ləşkərə həmlə qıldıqda İbnül-Əhcar, ol pəlidi-qəddar iki bin mübarizi-xunxarla şəhzadəyə istiqbal edüb bünyadi-hərb etdi. Qit’ə: Tişeyi-Fərhad qəsdi-Bisütun eylər vəli, Tişə ilə Bisütun daşı tükənməkdir məhal. Mün’ədim olmaq nə mümkün ləşkəri-murü məgəs, Tutalum kim, əjdəha dəm urdu, Simürğ açdı bal. Şahzadə ol haramzadələrdən qətl etdikcə qəlbi-ləşkərdən müavinət gəlüb, şəhzadəyə təhəccüm qılub, qəlbi-ləşkərə düxul mütəəzzir olub, Həzrəti-İmamın şövqi-didarı şəhzadənin inani-əzimətin canibi-xeyməgaha mün’ətif qılub dövləti-mulazimət müyəssər olduqda, Həzrəti-İmam ana dualar qılub ayıtdı: "Ey Əvn, cərahətlərin çoxdur. Bir zəman hərəmsərayə təvəccöh qılub, cərahətlərin bağladıb, bir miqdar istirahət edüb, yenə meydana gəl". Əvn ayıtdı: "Ey bəradəribüzürgvar, görürəm ki, saqiyi-Kövsər bir cami-şərbət mühəyya qılıbdur, bana işarət etməkdədir. Vəhmim andandır ki, bən mütəvəccihi-rahət olduqda bu şərbət fövt olub təəttüşüm ziyadə ola və canımda Fərat suyundan ziyadə bu şərbətin təhəssürü qala". Həzrəti-İmam gördü ki, mən’ olunmaz, ayıtdı: "Ey Əvn, rikabındakı mərkəb cərahətlərdən zəbun olubdur. Ol ədhəm ki, Həzrəti-ƏliyyiMurtəzadan sənə inayət qılınmışdı, mübarəkdir, səfəri-axirət üçün anı rikabi-hümayuna çək". Əvni-Əli ol mərkəbi müşərrəf edüb, mə’rəkəyə girdikdə Saleh bin Yəsar ki, Həzrəti-Murtəzanın əyyami-xilafətində müstəhəqqi-tə’zir olub, əmri-şər’ müqtəzasincə Əvni-Əli səksən taziyanə urmuşdu və ol kinə həmişə xatirində idi, Əvnə intiqam üçün müqabil durdu və Əvn ana fürsət verməyüb bir zərblə həlak edüb mübariz istədikdə ləşkərifüccar piyadəvü səvar bihəddü bişümar hər canibdən tirbaran edüb o üqabi-büləndpərvaz sihami-ə’dadan balü pər peyda qılub, qüvvətü qüdrət olduqca viraneyi-qəflət bumların mütəfərriq edüb, aqibət təriqi-ixvanü ənsaba salik olub şərbəti-şəhadət içdi. Rəhmətullahi əleyh. Qit’ə: Kim ki, girdi Kərbəla meydaninə fürsət bulub, Nüzhəti-üqbaya təbdil etdi dünyanın qəmin. Qayib oldu kim ki, cüllabi-şəhadət qıldı nuş, Aləmi-qeyb eylədi dövran şəhadət aləmin. Andan sonra Əbdullah bin Əliyyi-Murtəza şəhriyari-məsnədi-rizadan icazəti-meydan alub, ərseyi-meydanı cilveyi-səməndi-səba-seyrilə fanusi-xəyal edüb, əsrəi-hərəkatla yüz səksən mübarizin rişteyi-həyatın qət’ etdikdən sonra Hani bin Süveybi-Həzrəmi zərbiylə şərbəti-həyati-əbədi nuş etdi. Şe’r: Bargahi-qürbdə tərtib olub bəzmi-sürur, Növbətilə içdilər cami-tərəb fərzanələr. Pənceyi-dövran şəhadət riştəsinə verdi tab, Dövrlə bir-bir düzüldü riştəyə dürdanələr. Andan sonra növbəti-təcərrö’i-şərbəti-şəhadət Əbbas bin Əliyyi-Murtəzaya yetdi və ol Həzrət ələmdari-sipah və əlameyi-ləşkərizəfərpənahdı. Çün gördü ki, təngnayi-həyati-müstəari-fani tərtibi-süfufi- əskəri-ərbabi-vəzayə müzayiqə verüb, ləşkər bir-bir fəzayi aləmi-bəqayı cilvəgah etməkdədir və Sultani-Kərbəladan bir-bir rüxsət alub məziqi-möhnətdən ol fəzayi-fərəhfəzaya getməkdədir, ələmi-[əlameyi]-əskəri-hümayunu dili-zəmində möhkəm edüb Həzrəti-Sultani-Kərbəlanın rikabi-hümayunun mülsəmi-təqbiliədəb qılub, bu təriqlə ərzi-niyaz etdi ki: "Ey ləngəri-səfineyi- səbrü təhəmmül və ey ənqayi-Qafi-təslimü təvəkkül, vəqt oldu ki, bən dəxi ələməfrazi-aləmi-ülvi olam və ələmi-ahı əlameyi-ülüvvi-iqtidar edüb aləmiüqbaya təvəccöh qılam". Həzrəti-İmam giryan olub ayıtdı: "Ey Əbbas, sən əlameyi-əskəriİslam idin. Hala ki, ləşkər badiyeyi-fənadan mülki-bəqaya əzimətirihlət qıldı, sana dəxi ol diyara ələm çəkmək münasib oldu. Əmma sana nəsihətim budur ki, meydana gəldikdə bu zalimlərə təcdidi-hüccət təriqiylə nəsihət verəsən". Əbbasi-Əli qəbul edüb, mütəvəccihi-meydan olub, ənvai-lö’blə ə’daya məhabət buraxub bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r: Bənəm Əbbas-sərdari-müxalifsuzi-xəsməfkən, Müti’i-Mustəfa, nəqdi-Əmirəl-mö’minin Heydər. Əgər dəryayə düşsə tiği-atəşbarımın əksi, Şüaindən olur dəryada hər bir qətrə bir əxgər. Və gər toprağa pərtöv salsa şəm’i-rayəti-əzmim, Ziyasindən olur topraqda hər bir zərrə bir əxtər. İzhari-ismü rəsm etdikdən sonra avazi-büləndlə nida qıldı ki: "Ey qövmi-bimürüvvət, əgər nəsihət məqbul isə Həzrəti-Hüseyni-Əlidən sizə rəsuli-pəyamgüzaram və əgər xilafi-təriqi-mürüvvət dutsanuz, müəddiyi-karzaram". Ol müanidlər ayıtdılar: "Peyğamın nədür?". Əbbas ayıtdı: "Ey bivəfalar, Həzrəti- Sultani-Kərbəla və nəqdi-Mustəfa və nuri-çeşmi-Murtəza və cigərguşeyi-Zəhra buyurur ki, təmamiyivəfadarü həvaxahlərimi qətl etdinüz. Vəqt olmadımı vaqe’ olan əhvaldan peşiman olub bu nirani-təəttüşdən iztirab edən övrətü ətfala bir içim su verəsiz ki, ləbi-xüşklərin tər qılalar və aman verəsiz ki, anları alub canibi-diyari-Rum, ya Hindü Çinə çıxub cəzireyi-Ərəb və mülki-Hicazı sizə müsəlləm qılam və şərt edəm sizinlə tə ruziQiyamət müxasimə qılmıyam?!". Bu kəlimatdan ləşkəri-Yezidə xüruşü qülqülə düşüb, bə’zi mütəəssif olub, ümərayi-ləşkərə qəsd etmək tədarükində ikən Şimri-Zilcövşən və Şisi-Rəbii və Həcərüləhcar fitnədən təvvəhhüm edüb, ləşkərə təmkin verməyüb Həzrəti-Əbbasa müqabil durub ayıtdılar: "Ey Əbbas, əgər təmamiyi-ruyi-zəmin seylabla dolsa və anın hifzi bizüm qəbzeyi-iqtidarimizdə olsa, Yezidə bey’ət etməyincə bir qətrə su Hüseynə və ətbainə verilmək mümkün degil". Əbbas ol tayifədən novmid olub, müraciət qılub ərzi-hal etdikdə nagah ətfaliƏhli- Beytdən fəryadi-"Əl-ətəş, əl-ətəş" səm’i-mübarəklərinə irişüb, bir-iki məşkü məthərə alub biixtiyar-seyl-manənd mütəvəccihi-rudi-Fərat oldu. Və dört bin namərd ki, mühafizəti-Fərat üçün müqərrər olmuşdu, Əbbası görüb səvarü piyadə mütəvəccih olub tirbaran etdilər. Ol şiri-bişeyi-məhabət əndişə qılmayub, ol güruha həmlə qılub, bir həmlədə yetmiş namərd dərəkati-cəhənnəmə göndərüb, tətimməsin pərakəndə qılub Fərata girdi. Əmma təmkin verməyüb, səvarü piyadə hücum edüb tirbaran etdilər. Ol nəhəngi-dəryayi-şücaət Fəratdan çıxub, yenə ol dəryayitüğyana əsayi-Musa kibi çaklar salub, gerü Fərata müraciət qıldı. İstədi ki, mərkəbin sirab edüb kəndü dəxi bir miqdar su içə, yenə Əhli- Beytin ləbtəşnəvü cigər-suxtələri yadına gəlüb rəva görmədi ki, anlardan müqəddəm sirab ola. Əlqissə, bir içim su içmədən əlindəki məşkü məthərəyi pürab edüb çıxdıqda ol bədbəxtlər ətrafın alub, tirbaran edüb əsnayi-müharibədə Nofəl bin Əzrəqi-həramzadə qəfil tiği-bidiriğ urub, ol məzlumun saidi-yəminin bədəni-mübarəkindən cüda qıldı. Əbbas ol məşki əlindən buraxmıyub, bazuyiyəsara salub rəvan oldu. Bir həramzadə dəxi fürsət bulub bir zərbə ilə bazuyiyəsarın dəxi qət’ etdi. Rəvayətdir ki, ol saniyi-Cə’fəri-Təyyar və varisi- Heydəri-Kərrar ol məşki buraxmayub, mübarək dişləriylə kətfinə buraxub rikabla ə’dayi ətrafindən mən’ edərdi və derdi. Şe’r: Səbrdən qət’i-kəfü said bəni mən’ eyləməz, Nəxli qılmaz münhərif nöqsani-bərgü şaxsar. Mərdi-meydani-bəlayam, qət’i-ə’zadan nə bak? Şəhpəri-himmətdədir pərvazi-övci-iqtidar. Nagah bir həramzadə dəxi zəxmi-navəki-dilduzla ol məşki dəlüb anda olan su məzlumlar əşki kibi və şəhidlər qanı məsabəsində xaki-Kərbəlaya töküldü. Əbbas ol vaqiədən pərişan olub ahi-cigərsuz sineyi-püratəşdən çəküb ayıtdı: "Ya Rəb, bu nə halətdir ki, bir qətrə su Əhli-Beytə nəsib olmaz". Hatifdən nida gəldi ki: "Ey məzlum, hüsuli-dərəcati- üxrəvi asan olmaz və cəfa çəkmədən heç salik mənzili-məqsuda dəstrəs bulmaz. Şe’r: Fəraq atəşi rövşən qılub çiraği-vüsal, Hərarəti-ətəş eylər ziyadə zövqi-zülal. Əlqissə, Əbbasi-Əli ol iki zəxmi-mühliklə mərkəbdən düşüb nərə urdu ki: "Ya əxi, ədrik əxakə". Hüseyni-məzlum ol avazı istima’ edib fəğan etdi ki: "Ə’lanə ənkəsərə zəhri", yəni İmdi belim sındı". Və bir ahi-cigərsuz çəkdi ki, zəmini-Kərbəla mütəzəlzil oldu. Şe’r: Getdi ol sərvi-səmənbər ki, dilaramım idi, Rahəti-sinəvü kami-dili-nakamım idi. Rəvayətdir ki, Məhəmməd Ənəs Həzrəti-İmam xidmətində idi. Həzrəti Əbbasın avazın istima’ etdikdə və ol səda istima’indən şahzadə Hüseynin iztirabın gördükdə mütəvəccihi-meydan olub gördü ki, Həzrəti-Əbbas ağüşteyi- xakü xun olub can vermiş. Kəndüsin anın üzərinə buraxub şivən edərkən ləşkəri-müxalif səvarü piyadə tirbaran edüb anı dəxi şəhid etdilər. Rəhmətullahi əleyhi. Çün cəmi’i-ənsabü əqrəba şəhdi-şəhadət nuş edüb növbəti-təcərrö’i-şərbəti-bəqa Hüseynə və övladinə yetdi, hiddəti-atəşi-sitəm cigəri-kainata tə’sir etdi. Asiman pənceyi-xurşidi daməni-dövrana urdu ki, vəqt oldu bu dövri-müxalifdən peşiman olasan və əcəliMələkülmövtə ağazi-təərrüz etdi ki: "Necə bir bəni Ali- Mustəfadan şərmsar qılasan?" Şe’r: Təcavüz qıldı həddən ey fələk bidadın, insaf et, Yetər tə’zimi-əşrar eyləyib təxfifi-əşraf et. Rəvayətdir ki, Hüseyn İbn Əlinin üç oğlu olub, biri Əliyyi-Əkbər idi və biri Əliyyi-Əvsət idi ki, Zeynəlabidindür və biri Əliyyi-Əsğər idi ki, Əbdullah derlər və Həzrəti-İmam anın ismiylə mükənnadür. Ol sərvəri-mülki-bəqa və məhrəmi-səra-pərdeyi- vəfa övladınun fövtü mövtün görməmək məsləhəti üçün kəndüyə silah mürəttəb qıldı, mütəvəccihi-meydan olmağa. Əliyyi-Əkbər xurşidi-rüxsarun Həzrəti İmamın kəfi-payi-ərşpayəsinə sürüb, təzərrö’ edüb rüxsəti-meydan istədi. Hər necə ki, xəvatini-hərəmsərayi-nübüvvət fəryadü fəğanla mən’ etdilər, faidə qılmadı. Həzrəti-İmam təzərrö’vü İlhahindən mütəəssir olub, kəndü mübarək əliylə əsbabi-rəzmin mürəttəb qılub, Həzrəti-Adəm kəmərin ki, Şahi-Vilayətdən yadigar idi, belinə bağlayub və Həzrəti-Əbbasın mərkəbinə bindirüb, himməti-aliyəsin bədrəqeyi rahi-bəqa qılub meydana rəvan etdi. Şe’r: Vəh ki, ol gülrux səfər əzminə ahəng eylədi, Şəhrü səhrayı bana könlüm kibi təng eylədi. Rəvayətdir ki, ol zəmanda şahzadə on səkkiz yaşında olub sünbüli-gisuyi-müşkbarı gülşəni-rüxsarinə sayə salmaqda idi və ətrafi-laləzarı bənəfşeyi-tərdən müzəyyən olmaqda idi. Və bu məşhurdur ki, hüsni-surətlə Rəsulullaha andan əşbəh madəriəyyamdan mütəvəllid olmamışdı və andan əmləh daireyi-vücuda ədəmdən gəlməmişdi. Hərgah ki, Əhli Beytə arzuyi-istima’ikəlimati-Rəsul qalib olurdu, anın [lə’li-şəkərbarın göftara gətirirlərdi və hərgah ki, didari-seyyidi-kainata müştaq olurlardı], anın çehrəsindən didəyə nuri-sürur yetürürlərdi. Əlqissə, ol nihali-gülşənisəbahət ol zəman ki, rüxsət alub sərvi-xüramanın aləmi-ərseyi-meydan etdi, zövqi-pabusi-səməndi-səbükseyrdən zəmzəmeyi-mübahat zəminü asimana yetdi. Şe’r: Üqabi-bərqşitabı səbadan aldı qərar, Sipehri eylədi heyran sür’əti-rəftar. Zəminə rəxşi salub nəqşi-mixi-rizeyi-nə’l, Səvabit eylədi zahir kəvakibi-səyyar. Lətafəti-hərəkatinə afərinlər edüb, Təbəq-təbəq düri-əncüm sipehr qıldı nisar. Hər tərəf cövlanlar edüb lö’blər göstərdikdən sonra bəyani-ismü rəsm edüb nə’rə urdu ki: "Bənəm şükufeyi-nihali-təqva, bənəm nəqdi-Hüseyn bin Əliyyi- Murtəza". Şe’r: Bənəm ol şahi-şahzadeyi-dəhr Ki, sifatimdə əql heyrandür. Həsri-övsafi-qədrü mənzilətim, Xarici-ehtimalü imkandır. Nurbəxşi-çiraği-icadım, Mahi-kövneynü Şahi-Mərdandır. Cəddi-pakım Məhəmmədi-Mürsəl, Əsli-zatım Əliyyi-İmrandır. İbn Sə’d ki, ol füruği-şə’şə’eyi-cəmalı mütaliə qıldı və ol lətafəti-hüsni-məqala vaqif oldu və şahzadənin kim olduğun bildi, kəndü qəbahəti-əf’alindən əsəri-infi’al bulub, ahi-həsrət çəküb ə’yaniləşkərə ayıtdı: "Ey qövm, bu sərvər əkbəri-övladi-Hüseyn bin Əlidir ki, şəklü şəmayildə şəbihi-həzrəti-Nəbidir". Bir zəman mütəhəyyir olub kimsənəyə rüxsət vermədi ki, meydana girə və ana bir ələm yetürə. Zira bildi ki, məks etdikcə təərrüzi-ləşkər ehtiyac olmayub ol növcəvanın həlakinə tiği-təəttüş yetər və navəki-şüai-afitabi-suzan və sinanizəhrəşikafi- səmumi-cigərsuz kifayət edər. Şəhzadə gördü ki, dirəng etməklə şəmşiri-hərarət tiz olub mövcibi-zə’fi-qüva və baisi-riqqəti-ə’za olur, bimühaba kəndüsin qəlbi-sipaha urub bünyadi-cidal etdi və hökmi-zülali-şəmşiri-abdarın mümkün olduqca məcariyi-üruqi-əbdani-ə’daya yürütdü. Əmma izhari-kəmali-şücaət edüb, şövqlə cəng edərkən tabi-afitabdan zireh həlqələri hiddətihərarət bulub bədəni-nazpərvərdinə dağlar urdu və ehtimali-alətihərb kətfi-şərifinə ələmlər yetürdi. Şe’r: Bari-tari-pirəhəndən inciyən cismi-lətif, Necə çəksin rəzm meydanında bəndi-ahənin? Nazpərvərdi-nəimi-şəfqətü ehsan olan, Necə olsun qabili-bidadi-əhli-zülmü kin? Əlqissə, külfəti-alati-rəzm əlaveyi-ənduhi-təəttüş olub, şahzadə təlatümi-hərbdən kənara çıxub, validi-büzürgvarının xidmətinə müraciət edüb fəryada gəldi ki: "Ya əbətah, zəbəhəni əl-ətşu və əsqələni’l-hədid", yə’ni "Bəni həlak etdi susuzluq və ağırlandırdı bari-ahən". Həqqa ki, əgər bir qətrə suyla təskinihərarət versəydim, ləşkəri-müxalifi qərqeyi-tufani-fəna qılırdım". Həzrəti-İmam gərdimeydan çehreyi-pakindən pak edüb, Həzrəti-Rəsulun nigini- mübarəkin təskini-hərarət üçün lə’li-abdarinə mülazim etməgin bir miqdar təskin bulub yenə meydana müraciət qıldı. Bu növbət İbn Sə’d, Tariq bin Şisə əmr etdi ki, ey Tariq, sən meydana girüb bu şəhzadə dəf’inə qüdrət bulsan, vilayəti-Mosul hökumətin sənə ən’am edərəm. Tariqi-məl’un hökuməti-Mosul həvasiylə meydana girüb Əli bin Hüseynə nizə həvalə qıldı. Şəhzadə ol bədbəxtin nizəsin rədd edüb sineyi-pürkinəsinə bir nizə urdu ki, nuki-nizə səbzəmanənd şurəzaricismi-pəlidindən baş çıxarub həlak oldu. Andan sonra Öməri-Tariq gəlüb şəhzadə əlindən şərbəti-fəna içdi. Andan sonra Misra’bin Qalib meydana gəlüb müqabil olduqda şəhzadə şücaəti- Mustəfəvi və cəladəti-Murtəzəvi izhar edüb, tiğiabdarla nizəsin qələm qılub fərqi-namübarəkinə bir zərb urdu ki, iki parə olub mərkəbinin iki tərəfindən meydana düşdü. Ləşkəri-müxalif ol zərbi-dəsti görüb, bərgi-xəzan kibi lərzan olub müharibəsindən mütəvəhhim olduqda İbn Sə’d Möhkəm bin Tüfeyli iki bin mübarizlə [şəhzadənin məsafinə təhris etdi. Möhkəm bin Tüfeyl iki bin mübarizlə] ol afitabi-asimani-vilayəti araya alub, şəhzadə əndişə qılmayub, nəş’eyi-vilayət sərməsti olub, ol iki bin namərdi mütəfərriq edub bir dəxi Həzrəti-İmam xidmətinə təvəccöh edüb ayıtdı: "Ya əbətah, əl-ətəş, əl-ətəş". Həzrəti-İmam dideyi-nəmnakdan seylixunabə rəvan edüb dedi: "Ey cigərguşə, səbr et ki, səninçün şərbəti-Kövsər mühəyya olubdur". Şəhzadə ol bəşarətlə meydana müraciət qıldıqda, ləşkəri-ə’da hücum edüb, yəminü yəsarın alub və nihali-cismi-lətifi gülbüniqönçə kibi pürpeykan olub və sipərmisal ə’zayi-şərifinə müxtəlif zəxmlər, çaklar salub, aqibətüləmr İbn Təmir tə’nəsiylə, bir rəvayətdə Mən’ə bin Mürreyi-Əbdi zəxmilə mərkəbdən düşüb nə’rə urdu ki, "Ya əbətah, ədrikni". Şe’r: Qərqi-girdabi-fəraq oldum, tərəhhüm qıl, səba, Şərh edüb halım, bənim, billah, yetür dildarımı. Qıldı cəlladi-fələk qəsdi-həlakım Tanrıçün, Ərz qıl dildarimə hali-dili-əfgarımı. Var ikən cismimdə can, məqsudum oldur kim, qılam, Şəm’i-ruyindən münəvvər dideyi-xunbarımı. Həzrəti-İmam ol məzlumun intizarında ikən və nə’rəsin eşidü, biixtiyar meydana girüb ol sərvi-rəvanı xaki-məzəllətdən götürüb xeyməgaha yetürdi və rüxsarın rüxsarinə sürüb ayıtdı: "Ey fərzəndi-dilbənd və ey arami-dili-dərdmənd, bir təkəllüm et". Şəhzadə göz açub validi-büzürgvarın, bəradəri-qəmgüsarın və valideyi-biqərarın üzərində görüb ayıtdı: "Ya əbətah, gördüm ki, əbvabi-asiman məftuh olub, şərbəti-səlsəbildən camlar mürəttəb olubdur". Bu təkəllüm əsnasında ruhi-pürfütuhi rövzeyi-rizvana intiqal etdi. Şe’r: Mahi-cəmalın ol güli-baği-risalətin Sitri-səhabi-mərg nihan etdi, ey diriğ! Şaxi-güli-hədiqeyi-iqbali-ruzigar, Pamali-inqilabi-xəzan etdi, ey diriğ! Və bu dəxi bir rəvayətdir ki, şəhzadə qəlbi-sipahi-ə’daya həmlə qıldıqda Həzrəti-İmamın nəzərindən qayib oldu. Ol Həzrət biixtiyar anın mütali-bətinə rəvan olub, "ya Əli, ya Əli"-deyib, hər tərəf gəzüb fəryad edərkən nagah bir canibdən sədayi-"Ya əbətah" istima’ edüb ol canibə rəvan oldu, əmma əsərin görmədi. Və səbəb ol idi ki, Mən’ə bin Mürruyi-həramzadə şahzadəyə zəxm urluqda bişüur olub, mərkəb biixtirar anı meydandan çıxarub, bir səhraya bıraxmışdı. Həzrətiİmam şahzadə təfəhhüsündə ikən gördü ki, mərkəbi-birakib mütəvəccihi-xeyməgah oldu. Cameyi-səbrü təhəmmül çak edüb mərkəbi tutmaq istədi. Mərkəb fərar etdikdə Həzrəti-İmamı ol mənzilə ilətdi ki, şəhzadə düşmüş idi. Həzrəti-İmam gördü ki, şəhzadə aludeyi-xakü xun olub, hənuz həyatından bir rəməq var. Mərkəbindən piyadə olub, səri-mübarəkin kənari-şərifinə alub, ruxsarın rüxsarinə sürüb, şəhzadə gözün açdıqda Həzrəti-Sultani-Kərbəlanun rüxsari-mübarəkin görüb ayıtdı: "Ey validi-büzürgvar, hala görürəm ki, Həzrəti- Rəsul iki əlində iki cam dutubdur. Birin bana vermək istədi, bən ayıtdım: "Ya cəddah, ikisin dəxi iltifat et ki, qayətdə təşnəyəm". Buyurdu ki, "Ey Əli, bu camlərin biri sənə mənsubdur, sən təsərrüf et. Bu birinə təmə’ qılma ki, Hüseyn içün mühəyya olubdur. Hala gəlüb nuş edəcəkdir". Bu təkəllümdə ikən canın canana təslim etdi. Rəhmətullahi əleyh. Dərda ki, içdi bəzmi-bəlada meyi-fəna, Canü cəhandan almadan ol növrəsidə kam. Gülzari-ömri gördü xəzan, görmədi bəhar, Mahi-cəmalı etdi qürub, olmadan təmam. Diriğa ki, nihali-növrəsi-İmamət izhari-şükufə qılub, çəmənarayibustanivilayət olmuş ikən sərsəri-xəzani-fənadan şikəst buldu və hilali-asimani-səyadət guşeyi-əbru göstərüb əhli-iştiyaqı nəzzarəsiylə məsrur etmiş ikən bədri-təmam olmadan səhabi-əcəldə müxtəfi oldu. Müxəddərati-sərapərdeyi-ismət bünyadi-növhə qılub təcdidi-matəm etdilər. Filvaqe’ bu vaqieyi-dilduzun ləhibi-nirani-hərarətindən bir xunincigər agahdır ki, dili-parə-parəsi bir fərzəndi-dilbənd dağifəraqiylə yanmış ola və bu hadiseyi-qəmənduzin hərarəti-mərarətindən bir dilsuxtə vaqifdir ki, nəxli-həyatının tazə ikən sərsəri-həvayi-müxalifdən bir şaxsarı sınmış ola. Həzrəti-İmam vücudi-hirqəti-təmam ilə xəvatini-Əhli-Beytə ol müsibətdə təsəlli verüb derdi: "Ey Əhli-Beyti-risalət və ey riyazi-gülzari-İmamət, bəlayi-asiman nüzul etdikdə asarı cəmi’i-gülzari-İmamət, bəlayi-asiman nüzul etdikdə asarı cəm’i-kainata şamildir və kafirü müsəlman əhateyi-ümumi-möhnətə daxildir. Əmma əyari-imtiyazi-mö’min bəlada səbrü şükr etməklə rütbeyi-rif’ət bulur və kafir cəzə’vü iztirab qılmağ ilə məqhurü məzmum olur və təqriri-dilpəziri-"İnnəma yüvəffə’s-sabirunə əcrəhüm bi-ğayri-hisabin" bu məzmuna əsəhhi-dəlayidir. Şe’r: Səbr etməyüb müsibətə hər kim qılur cəzə’, Şayisteyi-məvahibi-əfvü əta degil. Mə’lum olur məsayibi-ərbabi-küfrdən Kim, səbrdir vəsileyi-rəhmət, bəla degil. Ey xəvatini-sərapərdeyi-sitrü ifaf, səbr edin və təhəmmül pişə qılun ki, bu səbrü təhəmmülün nəticəsi axirətdə rövzeyi-nə’im və dünyada Qiyamətədək ehtiramü tə’zİmdir. Zinhar, zinhar, bəndən sonra çaki-giriban edüb muyi-sər pərişan etməyəsüz ki, mövcibişəmatəti-ə’da olmaya. Əmma giryədən sizi mən’ etməzəm, zira abidideyi-məzlum hədiqeyi-rəhməti sirab edər və seyli-əşkiqəribiməhmum ilə mir’ati-əməldən qübari-küdurət gedər". Pəs əsağiri-övladını əkabirə əmanət təriqiylə təslim edüb və məcmuin Vacibül-vücuda tapşırub, vida’ qılub meydani-məsafa mütəvəccih olduqda mütəhhərati-Əhli-Beyt bir növhə qıldılar və bir növ’lə nalan oldular ki, sükkani-səvami’i- mələkut ğülğüleyi-növhələrindən sərasimə olub [təsbihü təhlillərin fəramuş etdilər və ənadilü qümariyiriyazi-behişt zəmzəmeyi-giryələrindən] mütəhəyyir qalub kəndüsürudlərin unutdular. Şe’r: Şahidi-ifrati-ğəmdir kəsrəti-fəryadü ah, Seyli-abi-çeşm miqdarı dil azarincədür. El əzasinə nə nisbətdir əzayi-Əhli-Beyt, Çün əzası hər kimin məqtul miqdarincədür. Ol hala müqarin Əliyyi-Əsğər ki, tifli-şirxarə idi və hərarəti-ruzigar qönçeyi-pistani- validəsinə hiddəti-peykan verüb ol tiflin çeşmeyi-məişətin məsdud qılmışdı və ol tifli-mə’sum iztirabi-cu’vü ətəşdən vərteyi-həlaka qərib olmuşdu, Həzrəti-İmama əhvalın ərz etdikdə, Həzrəti-İmam ol tifli mübarək əlinə alub, ləşkəri-müxalifə müqabil durub ayıtdı: "Ey zalimlər, tutalım ki, bən günahkaram, bu tifli-bigünaha neçün bir qətrə su verməzsiz?". Ol səngparələrdən abirəvan çıxmaq mümkün olmayub ayıtdılar: "Ey Hüseyn, Übeydullahi-Ziyadın hökmirəvanı su mən’ində müəkkəddir, təğəyyür bulmaz və bey’ət etməyincə sana və övladına su içmək müyəssər olmaz". Həzrəti-İmam novmid olub müraciət etmək sədədində ikən Hüzeymə Kahili bir navəki-dilduza güşad verüb, ittifaqla ol mə’sumun hülqi-mübarəkinə dəgüb, güzar edüb Həzrəti-İmamun saidi-mübarəkinə sancıldı. Həzrəti-İmam ol oxu çəkdikdə ol tiflin hülqumundun çeşmeyi-xun rəvan olub, pak edərək validəsinə yetirüb ayıtdı: "Ey biçarə, fərzəndin şərbəti-şəhadət ilə sirab oldu". Rəvayətdir ki, Əliyyi-Əsğərlə yetmiş iki nəfər təmam oldu və Həzrəti-İmam Zeynəlabidindən qeyri ki, bimardı, səhrayi-vücudda Həzrəti-Hüseynə həmrah qalmadı. Şəhzadə kəndüsin tənha gördükdə ahi-cigərsuz çəküb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r: Dərda ki, dari-dəhrdə bir yar qalmadı, Bir yari-qəmgüsarü vəfadar qalmadı. Dami-bəladan əhli-vəfa buldular nəcat, Bir bəndən özgə zarü giriftar qalmadı. Rəvayətdir ki, Həzrəti-İmam Zeynəlabidin validi-büzürgvarın tənha görüb, riqqəti-təmamla xabgahdan dışra çıxub, cismi-zəif və kəfilərzanlakəndüyə əsbabi-rəzm mürəttəb qılub, əziməti-meydan etməkdə ikən Həzrəti-Hüseyn ayıtdı: "Ey nuri-didə, hala sənə rüxsəti-şəhadət yoxdur, zira silsileyi-siyadət sənə mərbutdur və bəqayi-nəsli-Mustəfəvi sənin vücudinə məşrutdur". İmam Zeynəlabidin ayıtdı: "Ey məxdum, haşa ki, bən şərbəti-şəhadətdən binəsib və dövləti-didari-şərifindən məhrum qalam?". Həzrəti-Hüseyn ayıtdı: "Ey cigərguşə, bəzmi-bəlada cami-şəhadət nuş etməgə hənuz sənə növbət yetməmişdir və saqiyi-əcəl səni hənuz yad etməmişdir. Ənqərib sən dəxi bu şərbətdən içüb bizə vasil olursan və muradınca bu xani-müsibətdən nəsib alursan". Pəs, həzrəti-Zeynəlabidini hüzurinə alub cəddü abadan mövdu’ olan əmanətləri ol Həzrətə tapşurdı. Kəlamüllahi-Məcid və müshəfi-Fatimə, cifriəbyəz və cifri-came’, elmi-qiyamət və baqi ülum ki, əimmədən qeyrə mümkün degil, ana təslim edüb və anı Vacibül-vücuda tapşırıb. Şe’r: Seyr eylədi zülali-səfa bağa bağdan, Nur etdi intiqal çirağa çirağdan. Təslimi-əmanət etdikdən sonra ziyafətxaneyi-behişt əzimətin müqərrər bilüb: "Dostlar vəliməsinə getdikdə müzəyyən olmaq rəsmdir" – deyüb bir dəxi hərəmsərayə girüb, qübari-meydandan məhasinü gisu pak edüb və təcdidi-libas təriqiylə dəqqi-Misridən bir giranmayə xəl’ət geyüb və əmameyi-Rəsulullahın əqdin tazələyüb və seyyidül-şühəda Həmzənin sipərin kətfinə bıraxub və Əliyyi-Murtəzanın Zülfiqarın həmayil qılub və Rəsulullahın Zülcinah nam büraqrəftarın rikabi-hümayuna çəküb, mübarək əlinə bir rəmhi-əjdəhamanənd alub, zinəti-təmamla Əhli-Beytə vida’ edüb "Və kəfa billahi şəhidən" kəliməsin yad qılub, ərseyi-meydana yüz dutdu və yetdikdə nizeyi-cansitanın dili-xakə üstüvar qılub və nizəsinə təkyə qılub bir rəcəz ağaz etdi ki, bə’zi əbyatı budur. Şe’r: Xəyrətu’llahə minə’l-xəlqi əbi, Summə ümmi və ənə’bnə’l-xəyrətəyn. Fizzətun qəd xuliqət min zəhəbin, Və ənə’l-fizzətu’İbnə’z-zəhəbəyn. Fatimətu’z-Zəhra ümmi və əbi, Varisu’r-rusuli İmamə’s-səqələyn. Min ləhu cəddin kə-cəddi fi’l vəra, Əv kə’şəyxi və ənə’bnu’l-aləmeyn. Zəhəbun fi-zəhəbin fi-zəhəbin, Və ləcinu fi-ləcin fi-ləceyn. Ol bənəm kim, cəddi-pakimdir çiraği-ənbiya, Afitabi-övci-himmət, sərvi-baği-İstəfa. Ol bənəm kim, mə’dəni-dürri-vücudumdur Əli, Şahi-ərbabi-həqiqət, şəm’i-cəm’i-övliya. Ol bənəm kim, şəm’i-nuri-xilqətİmdir Fatimə, Cövhəri-kani-şərəf, şəm’i-şəbistani-həya. Bən nihali-gülşəni-ədlü riyazi-ismətəm, Ey fəsad əhli, nədir bunca bana cövrü cəfa? Tökdünüz bir-bir atub səngi-sitəm övraqımı, Qoydunuz tənha bəni qürbətdə bibərgü nəva. Haliya qət’üm təmənnasində qılmışsız qülüvv, Qansı məzhəbdə bənim qət’i-həyatımdır rəva?! Və məqalədən sonra ol güruhi-müxalifi müxatəb qılub nida qıldı ki: "Ey qövmi-sitəmkar və ey taifeyi-qəddar, ehtiraz edin ol Qəhhar qəhrindən ki, firqeyi-Ali-Fir’ovni qərqeyi-seylabi-Nil və sipahi-Əshabi-Fili məğlubi-hücumi-təyri- əbabil etdi. Və təvəhhüm qılun ol Cəbbar qəzəbindən ki, üsati-qövmi-Lut şəhrin sərnigun edüb, ğülati-Ali-Nuhun mülkinə seylabi-siyasət yürütdü. "Və istəğfiru Rəbbəkum summə tubu iləyhi yumətti’kum məta’ən həsənən". Ey zalimlər, əgər hakimi-divani-qəza ədlinə və Həzrəti-Rəsul şəriətinə e’tiqadınız var isə, yad edin əvaqibi-ümuru və bu zülmlərdən istiğfar qılun və bana aman verin ki, bu ətfalü əyalı paymali-qürbət olmadan ya Həbəş canibinə, ya Rum tərəfinə alub gedəyim və bu cəzireyi-Ərəb və ərziBabil və mülki-Hicazı sizə təslim edəyim və əgər müharibədən təcavüz mümkün olmazsa, barı, bir-bir meydana gəlin". Ləşkəri-Kufə və Şam ol kəlimati-məhəbbətamizi istima’ etdikdə daşlardan çeşmələr rəvan olur kibi biixtiyar dideyi-vəqahət-pişələrindən əşki-nədamət rəvan olub bir miqdar peşiman olmağa mütəvəccih ikən Bəxtəri bin Rəbi’ə, Şis bin Rəbi’i və Şimr Zihcövşən və bə’zi rüəsayiəskər ki, dili-səxtlərində ədavəti- xanədani-vilayət mütəməkkin idi, gördülər ki, Hüseynin kəlimatı tə’sir edüb təğəyyüri-əqaidi-əskər mümkündür, filhal Hüseynə müqabil durub ayıtdılar: "Ey Hüseyn, bizim müharibəmiz Yezid hökmüylə olub, sənin zülali-nəcatın anın çeşmeyi-bey’ətindədir. Ya qəbuli-bey’ət etmək gərək, ya siyasətə yetmək gərək". Bu hala müqarin tirəndazlara əmr olundu ki, Hüseynə möhlət verməyüb tirbaran edin. Bir qayətdə tirbaran etdilər ki, həva pəriüqabdan məmlüv olub, kəsrəti-peykani-hücumi-ammi-siham şüaiafitabdan ol mahi-övci-rif’ətə bir sipəri-ahənin oldu və ol gülzariismətin ətrafın qələbeyi-navək xaristani-cəfa qıldı. Əmma hirzihimayəti-Rəbbani hisni-hifz olub, ol padşaha zərər yetmədi. Həzrətiİmam ol halı görüb qəlbi-sipaha həmlə qılmaq tədarükündə ikən nagah bir qübari-vəhmnak peyda olub aləmi tirə qıldı. Və ol halətdə bir şəxsi-mühib və surəti-əcib zahir oldu ki, başı mərkəbə bənzəyib, ayaqları aslan ayaqlarına bənzərdi. Həzrəti-Sultani-Kərbəlanun mülaziəmtinə müşərrəf olub ayıtdı: "Əssəlamu əleykə və əla cəddikə və əla əbikə". Həzrəti-İmam cəvabi-[səlam] alub ayıtdı: "Ey nikbəxt, sən kimsən ki, bu tənhalıqda qərİbnəvazlıq edərsən?". Dedi: "Ya İbn-Rəsulullah, bən bu diyarda sakin olan pərilərin sərdarıyam və bana Zə’fəri-Cinn derlər. Və Həzrəti-Əli bin Əbi Talib ol zəmanda ki, Çahi- Beynəl-ələmeyndə zərbi-Zülfiqarla divləri müsəlman etdi, bənim babamı bu diyarın pərilərinə sərdar qıldı və hala bən varisimülkəm. Rüxsət ver ki, bu sitəmkarların etdikləri əməllərin nəticəsin göstərəyim". Həzrəti-İmam ayıtdı: "Ey Zə’fəri-Cinn, hüsni-e’tiqadinə məmnun oldum, əmma siz əcsami-lətifəsiz, məhsus olmayub insanla müharibə etmək mütəzəmmini-zülmdür. Rəva görməzəm". Zə’fər Cinn ayıtdı: "Ya Hüseyn, surəti-insana girüb cəng edəlim, netə ki, Bədr və Hüneyn mə’rəkəsində məlayikə Həzrəti-Rəsula Bədr və Hüneyn mə’rəkəsində və’deyi-şəhadət yetməmişdi. Bəhər hal nəcat üçün müavinət lazım olmağın Həzrəti-Həq məlayikəyə hökm etdi. Hala bən elmül-mənayada görmüşəm ki, bu gün Mə’budimlə mülaqat edərəm və dari-fənadan mülki-bəqaya gedərəm. Bu bir saət həyat üçün dostlarımı zəhmətə salmaq nə münasibdir?". Zə’fəri-Cinn rüxsəti-müharibə bulmayub, vida’ edib müraciət etdikdə [ol qübar sakin olub, ol zülmət açılub, Həzrəti-İmam mütəvəccihi-hərb olub mübariz tələb etdikdə] Təmim bin Qəhtəbə ki, ümərayi-Şamdan olub mübarizi-mə’rufdu, müqabil durub ayıtdı: "Ey Hüseyn, nəfsi-vahiddə bir ləşkərə müqabil durmuşsan ki, zəmanisabiqdə əksərinin abavü əcdadın Nəhrəvanda və Siffin müharibəsində atan qətl edib hənuz xatirlərində ol kinə mütəməkkin ikən hala dəxi əksərinin ixvanü övladın həlak edib təcdidi-ədavət vaqe’ olmuşdur və zəman-zəman ziyad olmaqdadır. Bunun kibi ləşkərlə müqabilə etmək qələtdir. Səlah oldur ki, təriqibey’ət məsluk edib tələbi-nəcat edəsən". Həzrəti-İmam ayıtdı: "Ey Şami, bən sizünlə ibtidayi-hərb etmədim. Siz baisi-fəsad olub övladü ənsabımı qətl etdiniz. Hala kəsrəti-ə’dadan bana təvəhhüm verib bey’ətimi almaq istərsən. Ey bədbəxt, əgərçi aləmi-surətdə sizin ləşkəriniz çoxdur, aləmi-mə’nidə bənim sipahimə [nəhayət] yoxdur. Mən ol sultani-büləndbargaham ki, süradiqi-cahü cəlalım səthi-ərşdə ətnabi-tövfiq və övtadi-tə’yidlə istehkam bulub, sayeyi-ümumi-məlayiki- ülviyyəvü süfliyyə və üqulü nüfusi-bəşəriyyə və divü pəri və vəhşü teyr təhti-livayi-İmamətimdə i’anətimə mə’mur olub, mütiləri mizbani-mərhəmətim mütəməti’ine’məti-behişt edib, mütəmərridləri iqtizayi-müxalifətim atəşicəhimə yaxmışdır. İnşaallah, bu surət aqibət sizə mə’lum olur və pərdeyi-qəflət rəf’ olub hər kim surəti-ə’malın mülahizə qılur: "Qəd xəsirə’l-ləzinə kəzzəbu bi-likai’llahi hətta iza ca’əthumus-sa’ətu bəğtətən qalu ya həsrətəna əla ma-fərrətna". Ey həramzadə, bənim cəddi-rəfi’-miqdarımdır ol ki, ləşkəri-müxalif hücum etdikdə məlayik surəti-insana girib xidmətin ixtiyar etdi. Və bənim validi- büzürgvarımdır ol ki, rayəti-qədrin məhçeyi "Yuhibu’llahu və rəsuluhu" gərdunsay edib zərbi-dəstindən babi-Xeybərə şikəst yetdi". Bu nişatla bir nə’rə urdu ki, cəmi’i-ləşkər heybətindən titrədi, bəlkə ərzi-Kərbəlaya zəlzələ düşdü. Həm ol halətdə tiği-saiqəkirdarın çəküb, Təmim bin Qəhtəbəyi bir zərblə həlak edib dəxi mübariz istədikdə cəmi’i-ləşkər ol səlabəti-nə’rə və ol zərbi-dəstdən tərsnak olub mütəğəyyirü mütəfəkkir qalmış ikən Zeyd Əbtəhiyi-bədbəxt ki, aləmi-şücaətdə bəğayət sahibi-qürur idi və ərəbdə kəmalimübarizətlə məşhur, şəhzadəyə müqabil durub bimühaba tiğ həvaləqıldı. Həzrəti-İmam anı dəxi bir zərblə iki parə qılub, təşnəlikdən bəğayət müztərib olub su içmək qəsdinə ahəngi-rudi-Fərat etdi. Şimri-lə’in ol halı görüb fəryad etdi ki: "Ey ləşkəri-Şamü Kufə, zinhar, zinhar, Hüseynə təmkin vermən ki, bir qətrə su içə ki, əgər kəndü sirab olub mərkəb su içə, bin bu ləşkər kibi ana cəvab verməz və cəmi’ etdigimüz sə’ylər zaye’ olmaq müqərrərdir". Ol həramzadə təhrisilə ləşkər qələbə qılub, Həzrəti-İmamla Fərat arasına hayil oldular və Həzrəti-İmam mərkəbi-badrəftarına cilvə verib və tiğiatəşbarın çəkib müqatiləyə və mücadiləyə məşğul oldu. Şe’r: Öylə kim pulad ilə daşdan olur atəş əyan, Axıdırdı tiği-bərqindən ədunin xuni-nab. Xuni-ə’dadan rəvan eylərdi hər yan seyllər, Seyllər üzrə əyan eylərdi başlardan hübab. Cövhəri-tiğində məzmun mövci-tufani-fəna, Sayeyi-rəmhində müzmər şərhi-əhvali-əzab. Cilveyi-rəxşində rövşən sür’əti-nuri-bəsər, Surəti-seyrində zahir həmleyi-sultani-xab. Rəxşi kuhi-badcünbüş, tiği bərqi-abgun, Rəxşinə gərdun fəda, tiğinə qurban afitab. Ol şahsəvari-ərseyi-meydani-şəhadət və ol şahbazi-seyidgahi-səadət rəxşi-himmət gərmcövlan edib və tiği-şücaət qərqi-xunabiəhli-şəqavət qılub, ol zalimlərin üç səfin çak edib kəndüsin Fərata yetirdi. Nəhəngvar Fərata girib, əlinə su alıb içmək istədikdə bir kimsənə nida yetirdi ki: "Ey Hüseyn, nə su içmək məcalıdır, ləşkəribədxah qarəti-hərəmsəraya mütəvəccih oldular". Kəmali-qeyrət inani- ixtiyarın əlindən alıb, bir qətrə su içmədən səməndi-seylrəftarın canibi- xeyməgaha səddi-sipər edib yetdikdə gördü ki, ol avaz mən’iab üçün bir hiylə imiş, əmma müvafiqi-iradeyi-təqdir vaqe’ olmuş. Zira ol gün şərbəti-şəhadət içmək müqərrər idi. Rəvayətdir ki, Fərat kənarından xeyməgaha yetincə qırx mübariz bıraxmışdı və nəqli-səhihdir ki, Həzrəti-İmam xeyməgaha yetdikdə mükərrər xəvatini-hərəmsərayi-isməti hazır edib vəsiyyət tazə qıldı ki: "Ey əsmari-nihali-fütüvvət və ey əşcari-rəyahini-təharət, müsibət üçün mühəyya olun, əmma zinhar, camə çak edib muyi-gisu pərişan etmən və kəndünüzi mümkün olduqca naməhrəmdən nihan dutun". Həzrəti-Zeynəlabidini bir dəxi bağrına basıb, yüzün yüzünə sürüb vida’ etdi. Şe’r: Gəl ey həmdəm ki, cismimdə vida’ etməkdədir canım. Tökər qanlar, anıb firqət bəlasın çeşmi-giryanım. Bənim müşkül degil halım ki, qürbi-Həq qılur hasil, Qəmi-dünya əlindən qurtulur hala giribanım. Səninçün ağlaram kim, edəcəkdir halını müztər, Həm ə’da zülmü cövri, həm bənim ənduhi-hicranım. Ey nuri-didə, təriqi-müsabirətdən inhiraf etmə ki, şimeyi-ənbiya və şiveyi-övliyadır. Yəqin ki, bu ibtila bizə nəsib olmaseydi, bizdən sonra zahir olan müsəlmanlara hər bəla nazil olduqda anı mövcibiqəzəbi-İlahi təsəvvür edüb mə’yus olmaq müqərrər idi. Zəhi səadət ki, bəla bizim mülazimətimizdə məmduhi-əhli-həqiqətdir və vüquimüsibət mövcibi-təsəlliyi-ətqiyayi-ümmət. Şe’r: Bəlaya səbr edəlim, cövrə şükrlər qılalım Ki, bu rəviş tələb əhlinədir təriqi-vüsul. Cəmi’i-xəlqə bəla ehtiramı vacibdir, Kim oldu əqrəbi-xüddami-Əhli-Beyti-Rəsul. Ey cigərguşə, Mədinəyə yetdikdə netə ki, bən sənin səlamını sükkani-əhli-behiştə ilətərəm, sən dəxi bənim səlamımı anda olan əhibbavü əviddaya ərz edəsən". Bu halətdə Şəhrəbanu ol şəhriyarın damənin dutub ayıtdı: "Ey sərvəri-alimiqdar və ey seyyidi-büzürgvar, bən nəsli-Yəzdicird şəhriyaram. Həvadisi-əyyamdan sənin hisnihimayətin pənah etmişdim. Hala vəhmüm andandır ki, zəmani qeybətində bu zalimlər sayir xəvatini-Əhli-Beytə övladi-Rəsul olmaqla hörmət edüb bana ihanət yetirələr. Bəni kimə təslim edərsən?". Həzrəti-Hüseyn ayıtdı: "Ey Şəhrbanu, bu vasitədən dəğdəğə çəkmə ki, sən daxili-Əhli-Beytsən və bu hisari-iffətdə sənə naməhrəm təərrüzü yetməz". Şe’r: Pəri-Cibrildir divari-dövlətxaneyi-ismət, Anın sükkaninə asib yetməz şərri-şeytandan. Hərimi-qürbi-Əhli-Beyt bənzər zövrəqi-Nuha, Olan ol zövrəq içrə ehtiraz eylərmi tufandan?! Və bir rəvayət dəxi oldur ki, Həzrəti-İmam Şəhrbanuya vəsiyyət qıldı ki: "Bəndən sonrə mərkəbim xeyməgaha gəlür, ol mərkəbə kəndüni möhkəm edüb inani-iradətin rayizi-qəzaya tapşur. Ol mərkəb səni badiyeyi-hövldən çıxarur". Və Şəhrbanu ol vəsiyyətlə əməl edüb ol mərkəblə ləşkərgahdan çıxdı. Aqibətüləmri Allah bilür. Əmma əsəhhi-rəvayət oldur ki, Əhli-Beytlə Şama getdi. Əlqissə, Həzrəti-Sultani-Kərbəla vəsiyyəti tamam olduqda mütəvəccihi-meydan olub bu məzmunla bir rəcəz ağaz etdi. Şe’r: Gəldi ol dəm ki, dili-qəmnakımı şad eyləyəm, Mürği-ruhu damgahi-təndən azad eyləyəm. Gəldi ol dəm ki, bu möhnətxanəyi viran edüb, Qüds mülkünə binayi-işrət abad eyləyəm. Gəldi ol dəm kim, qılam dərgaha ərzi-halımı, Çeşmi-nəmnakü dili-qəmnakla dad eyləyəm. Ol padişahi-qüdsisipah və ol sultani-ərşbargah zövqi-təqərrübi-dərgahullah ilə "Ənə’bnu rəsulullahi [və ənə’bnə Əliyyun vəliyallahu]" deyüb bir nə’rə urdu ki, ol sədadan cəmi’i-əczai-tərkibikainat mütəhəllil olub, fələki-dəvvar hərəkətdən mütəvəqqif və ərzisakin mütəzəlzil oldu. İbn Sə’d şahzadəyi ol səlabətdə görüb, ləşkəri bir-bir müharibə qılmaqdan mən’ edüb, fəryad etdi ki: "Ey bixəbərlər, şücaəti-Mustəfa və səlabəti-Murtəza və heybəti-Həsəni-Muctəba bu gün bu şəxsdə münhəsir olubdur. Həqqa ki, əgər cəmi’i-kainat bir surətə mütəşəxxis olub ana müqabil dursa, bir həmləsinə vəfa qılmaz və hala zəxmi-tiği-atəş və cərahəti-müfariqəti-əhbab ana kargər olubdur. Cəmi’i-ləşkər ittifaqla həmlə qılub, tərəddüdün ziyadə qılun". Ol məl’unun əmriylə cəmi’iləşkər ittifaqla mütəvəccih olub şəhzadəyi araya aldılar və ol şiri-bişeyi-şücaət tiği-bərqasayla dideyi-idraki-bədxahı xirə qılub, hər canibə təvəccöh qıldıqca gərdi-nə’libadpayi-badiyəpeymasından ruzigari-ə’da tirə olurdu. Rəvayətdir ki, bir dəxi ol ləşkəri paymali-rəxşi-himmət qılub səməndi-badrəftarın Fərata yetürdi və daiyə qıldı ki, bir qətrə su içüb təskini-hərarət verə. Ətəşi-mütəhhərat və ətfal yadına gəlüb tərkimüddəa qıldı. Və bir rəvayət dəxi oldur ki, bir miqdar su içmək tədarükündə ikən Hüseyr bin Təmimi bir ox atub, ol ox zəxmiylə ləbü dəndani-mübarəkin məcruh edüb su içmək müyəssər olmadı. Əlqissə, ləşkəri-ə’da hücum edüb gəldikcə ğülüvvi-müxalif ziyadə olub və və’deyi-şəhadət müqaribət qılub zəxmlərindən çeşmə-çeşmə qanlar getməklə şəhzadəyə zə’f qalib oldu. Rəvayətdir ki, ol Həzrətin yetmiş iki zəxmi olub, səməndi-səbükseyri dəxi kəsrəti-zəxm və ifrati-ətəşdən süst olub asari-təzəlzül zahir oldu. İbn Sə’d şahzadənin zə’fi-halın mülahizə qılub qətlinə iqdam etdikdə Həzrət ol bədbəxtə qəhrlə baxub ayıtdı: "Ey zalim, bu əmri-qəbihə sənmi iqdam edərsən?". Ol bədbəxt infial olub gerü döndükdə Şimribədbəxt piyadələrə buyurdu ki, ətrafü cəvanibin dutub tirbaran edələr. Yenə şahzadə bir həmlə qılub, anların səfin sındırub bir mövze’də qərar dutdu. Rəvayətdir ki, ol bədbəxtlərdən bə’zi mübaşiri-qətliHüseyn olub, bə’zi mütəvəccihi-nəhbi-Əhli-Beyt oldular. Həzrətiİmam ol halətdən vaqif olub ayıtdı: "Ey Ali-Əbu Süfyan, tutalım ki, sizdə iman əsəri yoxdur, barı, qaideyi-namusi-cahiliyyəti ki, lazimeyicibilliyyətinizdir, tərk etmək nə münasibdir ki, qəsdi-əvrat edərsiz? Əgər məqsudiniz bənim qətlim isə, ol müddəa bəndən müyəssərdir". Şimri-məl’un ayıtdı: "Ey Hüseyn, bu iltimasun qəbul edəriz". Pəs, ləşkəri təərrüzi-Əhli-Beytdən mən’ edüb mübaşiriqətli- Hüseyn oldu. Rəvayətdir ki, ol kəmali-zə’flə tiği-abdarından ehtiraz edüb, qətlinə kimsənə iqdam edə bilməzdi. Aqibət İraqdan tirbaran etdilər. Həzrəti-İmam gördü ki, cövlan etməgə qüdrət yox, naçar mərkəbdən enüb piyadə oldu ki, mərkəbinə tirbarandan zərər yetməyə, zira yadigari-Mustəfa və Murtəza olub mükərrəm və möhtərəm idi. Ol bədbəxtlər Həzrəti-İmamı piyadə görüb, dilir olub qətlinə mütəvəccih oldular. Əsnayi-mə’rəkədə bir lə’in ol afitabi-övci-səadətin cəbini-mübarəkinə bir ox urub məcruh [etdi]. Həzrəti-İmam ol navəkixunfəşanı çəküb, cəbini-mübarəkindən məhasini-şərifinə qanlar rəvan olub, xəzab olduqda mübarək əliylə rüxsarinə sürüb mübahat edərdi ki: "İnşallah, bu rənglə cəddim xidmətinə müşərrəf oluram". Və bu halətdə qibləyə mütəvəccih olub və bargahi-qürbi-Mə’buda yüz dutub müntəziri-şəhadət oldu. Şe’r: Şəm’i-həyata sübhi-əcəl verdi iztirab, Mulki-vücuda seyli-ədəm saldı inqilab. Gülzari-ömrə qıldı əsər sərsəri-xəzan, Dəsti-zəmanə rişteyi-ümmidə verdi tab. Rəvayətdir ki, ol sərvi-riyazi-şəriət sərsəri-hücumi-ə’da və seyli-sihami-əşqiyayla mərkəbdən düşüb bixud olduqda münafiqlər bir-bir, iki-iki qəsdi-qətl edüb müqabilinə gəldikdə rüxsarimübarəkin görüb, şərm edüb tə’xir edərlərdi. Şe’r: Tökmək övladi-Rəsulun qanını asan degil, Ol səbəbdən kim, bu qan hər qana bənzər qan degil. Aqibətul-əmr Şimri-lə’in gördü ki, ləşkər ol Həzrətin qətlində tə’xir edərlər, fəryada gəldi ki: "Ey bihəmiyyətlər, bu nə tə’xirdir?". Dər’ə bin Şəriki-bidövlət gəlüb ol Həzrətin saidi-mübarəkin məcruh etdi və Sinan bin Ənəs kətfi-mübarəkinə bir ox urub, ol iki zəxmdən şahzadəyi-aləm ixtiyarsız düşüb, xaki- Kərbəlaya təzəlzül buraxdı və ol vaqiədən sükkani-təhtüs-səradan Sürəyyaya ğülğülə çıxdı. Dövrani-fələk sərasimə olub derdi ki: "Aya, bu nə əmri-qəbihdir?". Və daireyi-zəman iztiraba düşüb təəssüf çəkərdi ki: "Aya, bu nə zülmi-sərihdir?". Əlqissə, Xəvl bin Yezidi-Əshəbi və anın fərzəndi Şibl bin Yezid ittifaqla piyadə olub, ol sərəfrazın səri-mübarəkin bədəni-şərifindən cüda qılmaq qəsdinə mütəvəccih oldular. İqdam etdikdə məhabət müstövli olub müyəssər olmadı. İsmail Buxaridən nəqldir ki, şahzadə duşdugu saətdə İbn Sə’d əmriylə bir mübariz anın qətlinə iqdam etdikdə Həzrəti-İmam ayıtdı: "Ey fəqir, bənim qatilim sən degilsən, bu əmri-qəbihə iqdam etmə. Heyfdir ki, atəşi-duzəxə giriftar olasan". Ol mübariz giryan olub ayıtdı: "Ya İbn Rəsulullah, bu halətdə sən hənuz bizə rəhm edərsən, Əhli-Həq olduğuna şəkküm qalmadı". Ol mübariz biməhaba əlindəki tiği müraciət qılub İbn Sə’də həvalə qıldı. Mülazimlər hər tərəfdən mane olub, ana zəxmlər urub, ol yeganeyi-zəman bədəni-məcruhla Həzrəti-İmam hüzurinə gəlüb ayıtdı: "Ya Hüseyn, sənin üçün bəni şəhid edərlər". Həzrəti-İmam ayıtdı: "Mücahidlər əməli zaye’ olmaz". Əlqissə, hər tərəfdən tiğlər çəküb Yezidin ən’amü iltifatı ümidinə ol əmriqəbihə iqdam edərlərdi. Əmma kimsənəyə bu şəqavət müyəssər olmayub iki kimsənəyə münhəsir oldi: biri Sinan bin Ənəs və biri Şimri-Zilcövşən. Sinani-bədbəxt istədi ki, ol əmrə mübaşirət qıla, Şimri-bidövlət sibqət edüb ol Həzrətin sineyi-bikinəsinə qədəm basdı. Həzrəti-İmam göz açub dedi: "Ey bədbəxt, sənə kim derlər?". Dedi: "Bən Şimri-Zilcövşənəm". Həzrəti-İmam ayıtdı: "Daməni-zireh çehreyi-napakindən götür, səni görəyim". Ol bədbəxt daməni-zireh rəf’ edüb, çehreyi-napakini göstərdikdə Həzrəti-İmam gördü ki, dişləri xinzir dişləri kibi dəhani-pəlidindən dışra çıxmış. Dedi: "Sədəqə-Allah və sədəqə Rəsulullah", bu bir nişanədir". Zira vaqiəsində Həzrəti-Rəsul, qətlindən xəbər verüb və’deyi-qətlin müqərrər etmişdi. Dedi: "Ey Şimr, bənim qətlim sənə müqəddər olubdur, əməlində təqsir etmə. Əmma ey Şimr, bu vəqt nə vəqtdir və bu gün nə gündür və bu ay nə aydır?". Şimr ayıtdı: "Məhərrəm ayıdır, cümə günüdür və nəmaz vəqtidir". Həzrəti-İmam ayıtdı: "Ey zalim, bunun kibi şəhrihəram və ruzi-cəm’iyyət və vəqti-nəmaz ki, xütəbayi-İslam və rüusi-mənabirdə cəddim övsafın bəyan edərlər və übbadi-xəvasü əvam mütəvəccihi-dərgahi- Mə’bud olub ədayi-ibadət qılurlar, sən nişə bu əmri-qəbihə iqdam edərsən? Barı, ey Şimr, köksüm üzərindən durub bir miqdar möhlət ver ki, bən dəxi ləbi-təşnə ilə nəmaza məşğul olayım və çün nəmazda ikən şəhid olmaq bana mirasdır, bən dəxi ol səadəti bulayım". Şimri-bədbəxt ol Həzrətin sinəsindən durub və ol Həzrətdə bir miqdar qüdrət var idi ki, oturub qibləyə mütəvəccih olub nəmaza iştiğal etdi. Ol vəqt bir vəqt idi ki, sultani-sərapərdeyi-tarəmi-çarüm sihami-şüain xarü xaşaka urub, parəparə qılub və şəmşiri-şə’şəəsin kuhsara çalmaqdan sındurub zəvala mütəvəccih olmuşdu. Və xütəbayi-ümmət minbərə çıxub "Innə’llahə yə’muru bil-ədli və’l- ihsani və itai zi’l-qurba və yənha əni’l-fəhşai və’l-münkəri və’lbəğyi yə’izu kum lə’əlləkum təzəkkərun" moizəsin zalimlərə ilqa qılub və müəzzin minarələrdən "Innə’l-lahə və məlaikətəhu yusəllunə ə’lən-nəbiyyi" zəmzəməsin cəhana salmışdı. Filvaqe’, əgərçi ol vəqt aləmi-surətdə əhli-zəlalətin kövkəbi-iqbalları dərəceyi-rif’ətdə İbn Sə’d və sayir ümərayi-ləşkəri-Yezid bir-birinə təhniyeyizəfər verüb, ümidi-iltifatü ən’amla nişati-təmam bulub və Yezid və Übeydullahi- Ziyad məsnədi-hökumətlərində məcalisi-tərəb tərtib edüb nazü nuşla məşğuli- eyşü tərəb olmuşlardı və Əhli-Beytiİmamın nəvayibü əhzanı kəmala yetüb Hüseyn və sayir şühəda aludeyi-xakü xun, dəşti-Kərbəlada mərkəblər paymalı olub, mütəhhərati-hərəmsərayi-nübüvvət riqqəti-qəlblə küştələrin parəparə bərabərlərində görüb və başları üzrə mücərrəd tiğlər müşahidə qılub iztirabitəmamla təzəlzül bulmuşlardı. Əmma aləmi-mə’nidə ol bədbəxtlərin münşiyiqəza, nasiyeyi-əhvallərinə rəqəmi-"Xəsirə’ddunya və’l-axirətu" çəküb istirdadine’ mətlərinə fələk pənceyitəsərrüf mühəyya qılub və tə’zibi-ruhlarına Malikiduzəx səlasilü əğlal mürəttəb edüb, əsəri-zülmü sitəmləri sərayi-aqibətlərin viran etmişdi. Və Həzrəti-Hüseynə və ətbainə ərvahi-ənbiya istiqbal edüb, məlayikeyimüqərrəbə nisar üçün ətbaqi-cəvahiri-təhiyyat mühəyya qılub, divani-qəzadan [misali]-hökuməti-dünyavü axirət verilüb və mütəhhərati-Əhli-Beytə hüccəti-təmliki- hur və qüsuri-cənnət ən’am olunub, səm’i-rizalərinə müjdeyi-ehtiramidünyəvi və üxrəvi yetmişdir. Şe’r: Bir dükandır bu büsati-dəhr kim, ümmalinə Əcr miqdari-əməldir, müzd miqdari-hünər. Xakdani-dəhr bir məzrə’dirü ə’mal zər’, Xeyr olur məhsul xeyr əhlinə, şər əhlinə şər. Əlqissə, Həzrəti-İmam nəmaza məşğul olub səcdədə ikən Şimribədbəxt baş qaldırmağa möhlət verməyüb şərbəti-şəhadət içirdi. "İnna lillahi və inna ileyhi raci’un". Bu halətdə qülqülə səvame’imələkuta düşüb və xətayiri-cəbərut vəlvəleyi-məlai-ə’ladan dolub, çün padişahi-məsnədiİmamət aləmi-surətdən aləmi-mə’naya intiqal etdi, əhli-aləmi-surət ol dağifəraqa səbr etməyüb, ittifaqla iztirab edüb, micməreyi-gərduni-gərdan qüsurinigari- əflaka atəş urub məlayik pərü balın atəşi-fəraqa yaxdı və şö’bədə-bazi-surət-xaneyi-təbiət silsileyi-rabiteyi-təbayei qət’ qılub əczai-mürəkkəbata ehtiraz bıraxdı. Fəzayi-dərya bu müsibətdə mahilərə çeşmeyi-zəhri-həlahil oldu və ərseyi-səhrayı bu möhnət vühuşü tüyura təngnayi-tənuri-püratəş qıldı. Nəqldir Ətəmi-Kufidən ki, müqarini-qətli-Hüseyn həvaya bir qübar tari olub ol qayətdə ki, aləm tirəvü tar oldu ki, "əlameyi-Qiyamətdir" – deyüb xəlqi-aləm istiğfara başladılar. Ol qübar mürtəfe’ olduqda Həzrəti-Hüseynin mərkəbi kakülin qanla rəngin edüb, mütəvəccihi-xeyməgah olub, mütəhhərati-Əhli-Beyt ol mərkəbi kaküli-pürxunla şəhzadədən cüda gördükdə fəğanlar edüb, mərkəbi müxatəb qılub növhə ilə ayıtdılar. Şe’r: Ey səməndi-badpa, billah, qanı ol şəhsəvar? Nişə ol sərdardan qıldun cüdalıq ixtiyar? Neylədin ol dürri-şəhvarı ki, tapşurduq sənə? Qanda saldın, nişə gəlməz, ötdü həddən intizar. Paybusindən anın məhrum olub, sən ey rikab, Səxtdilsən kim, gözün olmaz dəmadəm əşkbar! Dəstbusindən anın düşmüşsən ayrı, ey licam, Nola toprağa düşüb oldunsa xarü xaksar?! Anlar sürudla növhə qıldıqca Zülcinah didələrindən əşki-rəvan axıdırdı. Rəvayətdir ki, ol mərkəbi-vəfadar ol Həzrətdən sonra rəhibadiyə dutub minbə’d andan kimsənə nişan bulmadı və anın rükubu kimsənəyə müyəssər olmadı. Rəvayətdir ki, qətldən sonra Şimri-məl’un münafiqlərlə mütəvəccihihərəmsəra olub bünyadi-qarət etdilər, əmma mütəhhərata dəsti-təərrüz yetmədi. Əmma Şimri-bədbəxt Həzrəti-İmam Zeynəlabidinə yetüb qəsd etdi ki, qətl edə, Həmid İbn Müslim təriqi-mən’lə ayıtdı: "Ey bədbəxt, bu növrəsidə əsiri-damimərəzdir. Bigünah qətlinə iqdam etmək mürüvvətmidir?" Və bir rəvayət dəxi oldur ki, Ömər Sə’d mən’ etdi. Bəhər hal, çün müqtəzayi-hikmət bəqayi-şəhzadə idi, ol vərtədən nəcat buldu. Həzrəti-İmamın matəminə iştiğal edüb bu məzmunla sürüda başladı. Şe’r: Ya Rəb, nə fitnədir ki, cəhan qıldı aşkar?! Ya Rəb, nə zülmdür ki, əyan etdi ruzigar?! Ya Rəb, qəza bu əmrdə çəkməzmi infial?! Ya Rəb, fələk bu fe’ldən olmazmı şərmsar?! Abü həvayi-gülşəni-möhnətfəzayi-dəhr Çün olmadı Hüseynə səfabəxşü sazkar, Aram dutmayub yerə keçsin həmişə ab, Məhdi-fərağət üzrə həva tutmasın qərar. Çün xakdani-dəhrdə aram bulmadı, Sultani-din Hüseyni-Əli, şahi-kamkar, Badi-fənaya getsə rəvadır bu xakdan, Ayineyi-vücuda ədəmdən salıb qübar. Ey dil, hökumətinə cəhanın nə e’timad?! Ey didə, həşmətinə zəmanın nə e’tibar?! Olsaydı ruzigar nihadında bir səbat, Əhdin qılırdı Ali-Rəsul ilə üstüvar. Dövran cibillətində gər olsaydı bir vəfa, Ali-Rəsul xidmətin eylərdi ixtiyar. Ol vəqtdən ki, xəsm rizasıyla tiğü tir Şahi-şəhidin eylədi ə’zasını figar, Açmış dəhan təəssüf üçün tiri-tündrəv, Çəkmiş zəban təhəssür üçün tiği-abdar. Ya Pəb ki, tiğ çıxmaya həbsi-niyamdan! Ya Rəb, ki qanda olsa ola tir xaksar. * * * Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər Hikməti-baliğeyi-rəbbani binayi-mükəvvənat və qüdrəti-kamileyi-müsəvviri-əşkali- mövcudat böylə iqtiza qılmış ki, bünyeyi-vücudi-bəşər məzhəri-cəmi’isifat olub, gah ətvari-sütudələri ə’malizəmimələrinə qalib düşüb, rif’əti-iqtidarləri məlayikədən ə’la ola və gah əf’ali-qəbihələri əxlaqi-həmidələrinə fayiq olub, rütbeyie’tibarların İblisdən ədna qıla. Və bə’zi ərbabi-həqayiq ki, aləmikövnü fəsada insani-kəbir demiş, bu mə’naya mütəzəmmindir ki, surətialəm həmişə mütənəvve’ və mütələvvindir. Gah məsnədi-xilafətdə xüləfayi-ədalətşüar və səlatini-rə’fətdisar istiqrar bulub ərbabi-küfrü tüğyan məqhur olub və gah səriri-əyalətdə müluki-cəfapişə və hükkami-sitəməndişə mütəməkkin olub, əshabi-əqlü imanı məğbunü məxzul qılur. Ol cümlədəndir Yezidin əyyami-istiqlali-hökuməti ki, cəmi’i-əf’ali-zəmiməyə came’ olub, cəhanı darülfəsad etmişdi və Hüseyni-məzlumun zəmani-istilayi-möhnəti ki, təmamiyi-əxlaqi-kəriməyə məzhər vaqe’ olub, aləmi-surətdə müsibətü məlalı kəmala yetmişdi. Bilmək gərək ki, dövri-Adəmdən xatimi-ənbiyayadək cəmi’iə’sarü ənsarda təmamiyi-əfradi-insana vaqe’ olan əsnafi-bəliyyatı cəm’ etsələr, Kərbəla müsibətinin bindən birinə bərabər olmaz. Və e’tiqad etmək gərək ki, sayiribəliyyatın eyni vaqieyi-Kərbəlanun təsəvvürüncə həqiqət əhlinə əsər qılmaz. Şe’r: Gögdən endikdə bəla bulmazdı mənzil qonmağa, Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla. Kərbəladan qeyr yoxdur bir mübarək büq’ə kim, Ola anın əksəri-əczayi-tərkibi bəla. Filvaqe’, Kərbəla bir büq’eyi-şərifdir ki, canibi-Həqdən anda rütbəyi- ehtirami-xanədani-risalət və tə’zimi-dudmani-nübuvvət kəmala yetmiş və həqiqəti-zülmi-əşqiya və səbri-övliyada olan əsrari-hikmət zühura yetmiş. Zəhi bədbəxtlər ki, anın kibi büq’eyişərifdə mahi-Məhərrəm ki, müqəddəmi-şühuri-mədari-aləmdir və ruzi-cüm’ə ki, sayir əyyamdan ehtiramla müqəddəmdir və vəqti-zöhr ki, zəmani-iqamətasari-Rəsuli-mükərrəmdir hörməti- Rəsulullahı riayət qılmayub övladına sitəm rəva gördülər və həzrəti- Vacibülvücudun səbrin kəndülərinə nüsrət təsəvvür edüb vacibüt-tə’zim olan cəmaəta ihanət yetürdilər. Çün bu mahi-mübarəkdə Əhli-Beytirisalət nəhayətiməlalət bulmuşlar və qayəti-iztirabla mütəfərriqü pərişan olmuşlar, lacərəm tərki-sürur qılub təriqeyi-matəm rəayət edənlərə şərəfi-intisabi-Əhli-Beyti-risalət müqərrərdir və məlalətlərinə şərik olanlara səvablarla şirkət müyəssərdir. Şe’r: Məhərrəmdir, könül fəryada gəl, ah eylə, əfğan qıl! Əza dut, başa topraqlar savur, çaki-giriban qıl! Qılub qət’i-nəzər mahi-Məhərrəm eyşü işrətdən, Dəmadəm çeşmini məzlumlar yadıyla giryan qıl! Urub gərduna bərqi-ahi-atəşbardan atəş, Binasın yax, anı dövri-müxalifdən peşiman qıl! "Üyunir-Riza"da məzkurdur ki, Əmr Leys hakimi-Xorasan ikən ümərayi-ləşkərindən bin müsəlləh mübarizə malik olan kimsənəyə bir zərrin gürz ən’am edərdi. Bir gün ə’yani-dövlət və ərkani-həşməti ərzi-ləşkər gördükdə yüz igirmi sahiblivayi-zərringürz qələmə gəldi. Surəti-hal Əmr Leysə ərz olunduqda mərkəbindən düşüb, xakiməzəllətə yüz sürüb zar-zar ağladı. Ərkani-dövlət ol halətə təəccüb edüb ayıtdılar: "Ey məlikikamkar və şəhriyari-alimiqdar, əl-minnətü lillah, mülkin mə’mur, ləşkərin məsrur, düşmənin məqhur, şadü xürrəm olmaq münasib ikən bu pərişanlığa səbəb nədir?". Əmr Leys ayıtdı: "Ey əzizlər, bən bu ləşkəri iste’dadi-təmamla mühəyya gördükdə yadıma vaqieyi-Kərbəla gəldi. Təəssüfüm və təhəyyürüm budur ki, neçün bu ləşkərlə ol gün Hüseyni-məzluma müavinət qılmağa müvəffəq olmadım və Yezidin ləşkərin mütəfərriq edüb iktisabisəadət qılmadım". Rəvayətdir ki, Əmr Leys dünyadan intiqal etdikdə vaqiədə gördülər: başında taci-mürəssə’ əgnində xəl’əti-giranmayə, altında mərkəbibadrəftar, mülazimətində qilmani-mahrüxsar. Ayıtdılar: "Ey əmir, bu səadət nə ibadət əcridir?" Əmr Leys ayıtdı: "Bu kəramətlər ol niyyət müqabiləsində vaqe’ oldu ki, həngami-ərzi-ləşkər müavinəti-şühəda xüsusunda xatirimə yetirdim". Bu tənbehdən mə’lum oldu ki, arzuyimüavinəti-şühəda məsabeyi-əzadır, bəlkə əzadan əsvəb. Və əsvəb, anlar üçün irtikabi-əzadır. Şe’r: Əgərçi-həşmətü övladü mülkü mal qamu, Əziz olur qamuya, zövqi-ruh qalibdür. Çü can müqəddəm olur cümlədən yaxındır bu Ki, tərki-can ələmi ə’zəmi-məsayibdür. Mühəqqəq oldu bu tərtib olan müqəddəmələrdən ki, rütbəyi-şühəda əşrəfi-məratibdir. Nəqldir ki, ruzi-cəza zümreyi-şühədaya cəmi’i-əsnafi-məvahib və cümleyi-ənvai-mətalib kəramət olunduqdan sonra canibi-Həqdən nida gələ ki, ey təriqi-məhəbbətdə nəqdi-can nisar qılanlar və ey bəzmi-bəlada həlahiliməhəbbətimi şəhdi-şəfa bilənlər, dəxi muradınız var isə, bəyan edin, hasil olsun və dəxi məqsudiniz nə isə, əyan edin, icabət bulsun. Firqeyi-şühəda bu cəvaba mülhəm olalar ki: Ya Rəb, səadəti-şəhadət nəticəsin görüb iradətimiz ziyadə olmağın muradımız dünyaya müraciət qılub təkrarla səadətişəhadət bulmaqdır və əgər müyəssər olsa, bu iqbalın idrakinə müdavi olmaqdır. Şe’r: Şəhidi-xəncəri-bidada ruzi-Həşr feyzi-Həq, Əyan etdikdə sərfi-nəqdi-can əcrinin asarın, Kəmali-zövq bundan qeyr qoymaz anda həsrət kim, Dönüb dünyaya hasil eyləyə ol zövq təkrarın. Kitabi-"Rəbiül-Əbrar"da Bəxtəri məstur etmiş bir əzizdən, nəql edüb ki, bir gün Həzrəti-Rəsulullah bənim mənzilimdə mübarək əllərin yuyub və məzməzə edüb iste’mal olunan suyu bir mövze’də tökdü. Sabah olduqda ol mövze’də bir dirəxti-barvər peyda olub bir xoş meyvə gətürdi. Bir müddət xəlq ana "Şəcəreyi-mübarəkə" ləqəb qoyub meyvəsindən mütəmətte’ olurlardı. Bir gün gördük meyvəsi tökülüb, bərgləri pəjmürdə olmuş. Təəccüb etdik ki, aya, nə afət vaqe’ oldu ola? Nagah xəbəri-vəfati-Rəsul istima’ olundu. Andan sonra dəxi meyvə verürdi, əmma nihayət qillətdə. Bir gün gördük ki, cəmi’imeyvəsi tökülüb, yerinə tikən bitmiş. Nagah Həzrəti-Murtəza vəfatından xəbər verdilər. Andan sonra dəxi övraqın iste’mal edüb bimarlar şəfa bulurlardı. Bir gün gördük təmamiyi-qüsunü övraqı xüşk olub həman saqi-dirəxt qalmış. Nagah xəbəri-vəfati-İmam Həsən şiya’ buldu. Bir gün gördük ol saqi-dirəxtdən dəxi əsər qalmayıb xakla yeksan olmuş. Nagah vaqieyi- Kərbəladan xəbər yetürdilər. Şe’r: Hər qafilin ki, çeşmi bu matəmdə tər degil, Mütləq nihali-ömrü anın barvər degil. Hər didə kim, degil bu müsibətdə əşkbar, Məqbuli-təb’i-mərdümi-sahİbnəzər degil. Rəvayətdir ki, Həzrəti-Hüseyn şəhid olduqda filhal bir kəbutəri-kafurfam həvadan yenüb, pərü balın ol məzlumun qanıyla gülgun edüb, pərvaza gəlüb, həm ol saətdə Mədinə əzmin qılub, rövzeyi-Rəsulullahın ətrafinda cövlan edüb qətrə-qətrə qan pərü balından ol mərqədi-mübarəkə axıdırdı və Əhli-Beyt ol haləti müşahidə qılub heyran qalmışlardı ki, aya, bu nə əlamətdir? Nagah xəbəri-vaqieyi-Kərbəla yetüb mə’lum oldu ki, ol kəbutərin pərü balı nameyi-əhvali-Kərbəla imiş rövzeyi-Rəsulullaha. "Kənzül-Ğərayib"də məsturdur ki, bir yəhudinin bir cəmilə qızı olub bə’zi bəlalara mübtəla idi. Ol cümlədən biri ol ki, ə’ma idi və yəhudi xarici-şəhrdə anınçün bir bustan mürəttəb edüb mənzil müəyyən etmişdi. Bir gün ol yəhudi qayib olub, ol zəifə qaldıqda Hüseyni-məzlumin qanıyla rəngin olan kəbutər ol bustana güzar edüb, bir şaxsar üzrə qonub fəğan elərdi. Ol zəifə anın sədasına mütəvəccih olub ol şaxsara yetdikdə, baş qaldırub yuxaru təvəccöh qıldıqda kəbutər pərü balından bir qətrə qan dideyi-nabinasina damub bina oldu. Göz açub ol kəbutəri gördükdə pərü balından axdığı qandan sayir ə’zasına dəxi sürüb səhhəti-təmam buldu. Səhihül-mizac və bina seyr edərkən yəhudi şəhrdən gəlüb bustana girdikdə ol bimarını səhhət üzrə görüb, təəccüb edüb səbəb sual etdikdə ol zəifə surəti-halın bəyan etdi. Yəhudi mütəəccüb olub, ol şaxsara mütəvəccih olduqda ol kəbutəri görüb nişatla ayıtdı: "Əyyuhə’t-təyru ma-həqiqətu halikə vəma fibalikə". Hikməti-İlahidən yəhudiyə səbəbi-İslam olmaq məsləhəti üçün ol heyvan natiq olub göftara gəldi ki: "Ey yəhudi, bu gün bə’zi kəbutərlər ilə aşiyanəmizdən pərvaz edüb seyr edərkən güzarımız Kərbəlaya düşdü. Hüseyni-məzlumu gördük, aludeyi-xakü xun şəhid olmuş. Pərü balımızı anın qanına sürüb, hər birimiz bir canibə təvəccöh qılub, hala bən bu büq’əyə düşüb növhəyə məşğul ikən sənin fərzəndin hazır olub təvəccöh etdikdə əmrazinə şəfa verən pərü balımdan axan qandır və bu gün vühuşü tüyur matəmi-övlad tutub pərişandır". Yəhudi bu hala müttəle’ olduqda hidayəti-İslam bulub səadəti-imana yetdi və səbəb sual edənlərə şərhü bəstlə bəyani-hal edüb çoxları dəxi müsəlman etdi. Şe’r: Məhrəmi-bargahi-İzzətdən Nə əcəb gər kəramət etsə zühur. Qürbi-dərgahi-Həq bulanlardan, Mö’cüzatü kəramət olmaz dur. Raviyi-ərbabi-cigərsuzi-Kərbəladan və naqili-asari-qəmənduzi-şühədadan səhhətə yetmiş, rəvayət və şöhrət etmiş hekayət budur ki, Şimri-Zilcövşəni-məl’un ol əmri-qəbihə mübaşirət etdikdən sonra Əhli-Beytin qarəti-əmvalü əsbabinə italeyi-əyaliyi-təsərrüf qılüb mütə’ərriz oldu. İstədi ki, Həzrəti-İmam Zeynəlabidini qətl edə. Bir rəvayətdə Həmid bin Müslim mən’iylə və bir rəvayətdə Ömər Sə’d nəhyiylə məmnu’ olub əmvalü əmtiələrin qarət qıldı. Əbu Hənifə tarixində məsturdur ki, Ömər Sə’d əmri-müharibə itmam bulduqdan sonra Həzrəti-İmamın səri-sahibsəadətin Xəvli bin Yezid Əsbəhiyə təslim edüb Übeydullahi-Ziyada irsal etdi və kəndü bir gün dəxi Kərbəlada qalub, kəndü ləşkərinin məqtulların cəm’ etdirüb, üzərlərinə nəmaz edüb dəfn etdirdi və şühədanun başların alub bədənlərinə iltifat etməyüb səhrada üryan bıraxdı. Və ol başları ləşkərinə təslim etdi ki, hər cəmaət miqdarincə Übeydullahi-Ziyaddan ən’amü ehsana müstəhəqq ola. Igirmi iki ədəd yəhudiyə on dört ədəd Bəni- Təmimə, yeddi ədəd Bəni-Əsədə, beş ədəd Ərdəşirə və on iki ədəd BəniSəqifə verüb hökm etdi ki, hər taifə kəndü səfinə ol başlarla ziynət verüb Kufə şəhrinə girələr və xəvatini-hərəmsərayi-risalət üçün münasib hövdəclər mürəttəb qılub. Və bu ki, derlər, üryan naqələr üzrə alub getmişlər, qələti-məhzdir, zira Əhli- Beyti-risalətə ol ihanət heç vəchlə mümkün olmaz. Və nəqli-səhihdir ki, vaqieyi- Kərbəlada Əhli-Beyt cəmi’i-məkkaridən məsunü məhrus olub, hisnü himayətiismətü iffətdə qalub məstur və məhcub mütəvəccihi-Şam oldular. Şe’r: Müxəddərati-sərapərdeyi-risalətə bişək, Kəfaləti-kərəmi-Kirdgar hisni-həsindir. Nə ehtimali-xələl sitri-iffətinə anın kim, Hərimi-hörməti-qürbi-Nəbidə pərdənişindir. Rəvayətdir ki, xəvatini-hərəmsəra əmarilər içrə gedərkən güzarları mə’rəkeyi-qitala düşüb, Zeynəb Hüseyni-məzlumun bədəni-şərifin aludeyi-xakü xun görüb biixtiyar fəryada gəldi ki: "Ya cəddah və Muhəmmədah", bu ol Hüseyn bin Əlidir ki, sinəvü rüxsarı sənin busəgahın idi və bu ol fərzəndi-ərcümənd və cigərguşeyi-səadətməndindir ki, məhbubü məqbuli-dilagahın idi. Başı bədəndən cüda və bədəni libasdan müərra, gör nə məqama yetmişdir və ruzigar ana nə cəfalar etmişdir! Əlqissə, Xəvli bin Yezid ki, Həzrəti-İmamın səri-sahib-səadətin Kufəyə ilətmək məsləhətinə mə’mur idi, ol gün Kufəyə girmək müyəssər olmayub, mənzili-xarici-şəhrdə olmağın kəndü mənzilinə nüzul etdi və Həzrəti-İmamın səri-mübarəkin bir guşədə pünhan edüb məsnədində aram dutdu. Rəvayətdir ki, ol bədbəxtin övrəti ənsardan olub qayətdə əhlisəlah və mühibbi-xanədandı və təhəccüd nəmazinə adət etmişdi. Nisfül-leyldə qaideyi-mə’hudu üzrə nəmaza məşğul olduqda gördü ki, mənzili rövşən olmuş. "Səbəbiziya nə ola?" – deyüb mülahizə qıldıqda gördü bir guşədən layih olur. Şö’leyi-atəş təsəvvür edüb təfəhhüs etdikdə gördü ki, guşeyi-hücrə şəqq olub, nurdən bir təxt peyda olub. Üzərində dört xatun enüb, ol şüa zahir olan guşədən bir surət çıxarub, rüxsarın rüxsarına sürüb fəğana başladı ki: "Ey məzlumi-madər və ey məhmumi-madər, inşaallah, ruzi-Qiyamət qaimeyi-ərşdən dəsti-təzəllüm çəkməyəm sənin intiqamını zalımlardan almayınca". Və baqiyi-övrət dəxi ittifaq edüb növhəyə məşğul oldular. Bir zəman növhə etdikdən sonra vida’ edüb gəldikləri məqama müraciət qıldılar. Ol zəifə iztirabla ol guşəyə mütəvəccih olub gördü ki, ziyarət etdikləri surət çehreyi-mübarəki-məzlumiKərbəladır və tə’zimin qıldıqları peykər də sərdəftəri-şühədadır. Qayəti-təvəhhümdən müztərib olduqda hatifdən nida gəldi ki, "Ey məsturə, sən bu bədbəxt günahına müaxiz olmazsan və bilmiş ol ki, hala bu tə’ziyətinə hasil olanların biri Məryəm binti-Imran, biri Asiyə, biri Xədicə və biri Fatimeyi-Zəhra idi. Ol övrəti-pakizəe’tiqad ol peykəri-mübarəki gərdi-meydandan müşkü gülabla yuyub və gisuyi-mübarəkin şanə qılub, bir pak yerdə qoyub, Xəvliyi-bədbəxti bidar edüb ayıtdı: "Ey bidövlət, bilmədinmi ki, bu fərzəndi-Rəsulullahdır?!. Nişə qətlinə irtikab etdin?". Filhal ol məl’unun mənzilindən çıxdı, dəxi əsəri görünmədi. Əmma sübhdəm ki, cəlladi-fələk sultani-əncümun səri-bibədənin təbəqi-lacivərdfama vəz’ edüb məhfili-ə’yana gətürdi və nəsimisəhər məcmə’i-xarigülbün içrə şahidi-gül çehrəsindən niqab götürdü, Xəvliyi-bisəadət iltifatü inayətə ümidvar olub, səri-nuraniyi-sahib-səadəti-sultani-Kərbəlayı bir təbəqdə vəz’ edüb ÜbeydullahiZiyadın məclisinə yetirdi. Ol bədbəxt mübtəhicü məsrur olub, ol surəti-cəmalı müqabilində qoyub, cəmali-aləmarasinə təmaşa qılub və hüsni-şəmayilinə mütəhəyyir qalub. Əlində bir qəsəbə olub, ol qəsəbə ilə ləbü dəndani-mübarəkinə işarə edərdi ki, Hüseynin nə xoş ləbü dəndanı var imiş. Ol halətdə Ərqəm ki, səhabeyi-kübardan idi və ol məclisdə hazir idi, fəryada gəlüb ayıtdı: "Qətə’əllahu yədəkə". Ey bədbəxt, bu nə tərki-ədəbdir? Həqqa ki, kərratla görmüşəm ki, Həzrəti-Rəsulullah bu qəsəbə ilə mütəərriz olduğun ləbü dəndanı mülsəmi-təqbili-ehtiram etdigin!". Hüzzari-məclis anın kəlimatindən mütəəssir olub fəğana başladılar. Übeydullahi-bədbəxt qəzəbnak olub ayıtdı: "Ey Ərqəm, əgər hörməti-kibəri-sinn olmasaydı, sənə siyasət edərdim". Əlqissə, Ərqəmi məclisdən çıxarub buyurdu ki, Həzrətiİmamın başın yenə sayir şühədanun başlarına mülhət edüb cəmiyyətlə şəhrə gətirələr. Rəvayətdir ki, Ömər Sə’d şühədanın başların alub, bədənlərin buraxub Kərbəladan irtihal etdikdən sonra ol cəvanibdə Arizə nam bir qəryə var idi, əhlinə ol vaqiə mə’lum olub Kərbəlaya gəldilər ki, bir neçə başsız bədənlər yatur, əmma üzərlərində bir növhə olur. Və kimsənə görməyüb fərasətlə bildilər ki, cinnilərdən matəm tutub mərsiyələr oxurlar və bu beyt ol mərsiyələrdəndir. Şe’r: Nisau’l-cinni yus ’əduni nisau’l-haşimiyyati, Bənatu’l-Mustəfa Əhməd İmam zaki’z-zati. Və "Şəvahid"də məsturdur ki, sual etdilər Bəni-Təyy qəbiləsinin bir mö’təmidinə ki, şühədayi-Kərbəla üçün cinnilər növhə qıldığın siz istima’ etdinizmi? Ol mö’min ayıtdı: Həqqa ki, hürr və azad ol növhəyi istima’ etdilər və anların mərsiyələrindən beytlər yadlarında tutdular. Ol cümlədəndir bu ki. Şe’r: Məsəhə’r-rəsulu cəbinəhu qəd faqə bərqam fi’l-hüdud, Əbəvahi min-ə’la Qureyşin və cədduhu xəyrə’l-cüdud. Əlqissə, əhli-Arizə ol məzlumlərin bədənlərin cəm’ edüb, təchiz edüb, üzərlərinə nəmaz qılub dəfn etdilər. Və Ömər Sə’d Kərbəladan rəvan olub Kufəyə yetdikdə şühəda başların nizələr üzrə tə’biyə qılub və müxəddərati- xanədani-ismət əmarilərin tərtiblə rəvan edüb, ələmlər açdırub, nəqarələr çaldırub şəhrə mütəvəccih oldular. Şe’r: Amaci-navəki-nəzəri-mərdüm olmağa Başlar dizildi nizəyə zərrin qəbəq misal. Təqdirdən zəmanəyə hökm oldu qaliba Kim, sərbülənd qıl buları, qılma paymal. Übeydullahi-Ziyad, Ömər Sə’din gəldigindən vaqif olub, bargahi-həşmətinənvai- zibü ziynətlə arayiş qılub bin müsəlləh mübariz tə’yin etdi ki, dərvazələri və məhəllələri zəbt edüb fitnədən ehtiyat edələr və münadi nida yetürdi ki, cəm’i-xəvasü əvam istiqbala çıxalar. Təmamiyi-şəhr bə’zi təhniyə təriqiylə və bə’zi tə’ziyə iste’-dadiylə istiqbal edüb, ol gün bir qovğavü izdiham oldu ki, kəsrəti-xəlidən ləşkəri-Ömər Sə’d sabah dərvazədən girib vəqti-əsr qəsriəmarəyə yetdilər. Rəvayətdir ki, əhli-Kufə məhfəl ətrafında qülüvv qılub, təəssüflər çəküb fəğan edərlərdi. Zeynəb binti-Əli müttəle’ olub, hövdəcdən zəbani-tə’n açub ayıtdı: "Ey Əhli-Kufə, siz peyğamlar və məktublar irsal edüb Hüseyni bu diyara gətirdiniz və siz nəqzi-əhd edüb, Müslimi öldürüb, bizi bu məqama yetirdiniz. Yenə siz təəssüf edüb növhə qılırsuz?! Şe’r: Ey əhli Kufə, adətiniz məkr imiş müdam, Ey əhli-Şam, hiylə imiş rəsminiz təmam. Gəh sə’y edərsiz Ali-Rəsulun qitalinə, Gəh matəmin tutub ana eylərsiz ehtiram. Əhli-Kufə arasında bir piri-kühənsal ayıtdı: "Ey xatuni-Qiyamət, bu kəlimatində sadiqsən: "Yəqulunə bi-əlsinətihim maleysə fi qulubihim". Həqqa ki, bu bədnamlıq Kufə əhlindən Qiyamətədək mərfu’ olmaz". Zeyd bin Ərqəmdən nəqldir ki, şühəda başların Kufə məhəllələrində gəzdirirkən bən bir qürfədə sakin idim. Bana yetdikdə Həzrəti İmamın səri-mübarəkindən bir səda eşitdim ki, oxurdu: "Əm həsibtə ənnə əshabə’l-kəhfi və’rrənimi kanu min ayatina əcəbən". Ol kəlimatın səlabətindən ə’zama lərzə düşüb ayıtdım: "Sədəqtə ya ’bnə Rəsulullah". Nəqldir bir əzizdən dəxi ki, qəsri-əmarədə şühəda başların nizələrdən endirdikdə bən qərib idim. Həzrəti-İmamın səri-mübarəkindən bu ayət tilavətin sərih eşitdim ki: "Və la təhsəbənna’llahə qafilən əmma yə’məluz’z-zalimun". Rəvayətdir ki, Übeydullah bir növbət dəxi Həzrəti-İmamın sərimübarəkin hüzurinə gətirüb, əlinə alub dizi üzərinə qoyduqda bir qətrə qan axub saqipəli-dindən peykani-abdar kibi güzar etdi və ol məmərrdən peyvəstə məcruh qalub, müddəti-həyatında qabili-əlac olmayub, rayiheyi-məkruhindən əhli-məclis mütəəzzi olmağın cərahətə hər nə qədər nafeyi-müşk bağlardı, faidə qılmazdı. Beyt: Sanma tökmək əhli-Beytin qanını asan olur. Ehtiraz et kim, sənə hər qətrə bir peykan olur. Rəvayətdir ki, ol cərahət zəmani-qətlinədək əlacpəzir olmayub müharibeyi- Muxtarda məqtul olduqda İbrahim bin Malik Əştər olpəlidin cüssəsin ol cərahətdən mə’lum etdi. Əlqissə, Übeydullahın məclisinə Əhli-Beyt hazır olduqda Zeynəb cümlədən müqəddəm məclisə qədəm dutdu. Übeydullah anın istiğnasından qəzəbnak olub ayıtdı: "Bu kİmdir ki, hənuz əsəri-tüğyan surəti-əhvalında məlhuz olunur?". Dedilər: "Bu, Zeynəbdir, həmşireyi-Hüseyn". Übeydullah ayıtdı: "Ey xatun, şükrü sipas ol mə’buda ki, sizi xassü amm içində rüsva qılub bütlanınızı zahir etdi və seyqəli-ianətilə mir’ati-mülkümüzdən zəngi-küdurət getdi". Zeynəb ayıtdı: "Kəzəbtə ya əduvə’llah". Ey kəzzab, sipasi-biqiyas ol Vacibülvücuda ki, bizim xanədanımızı şərəfi-nübüvvətlə müəzzəzü mükərrəm qılub. "Innəma yuridullahu li-yuzhibə ənkumu’r-ricsə əhlə’l-beyti" itşarətiylə səadəti – "Və yutəhhirəkum təthirən" kəramət qıldı və bədxahımızın dideyi-bəsirətlərin ə’ma qılub, "Və ləhum əyminun la-yubsirunə biha və ləhum azanun la-yəsmə’unə biha" badiyəsində heyran edüb daireyi-heyrətə saldı". ÜbeydullahiZiyad ayıtdı: "Ey fərzəndi-Əli İbn Əbi Talib, nə e’tiqadun var bizim qalib və sizin məğlub olduğunuz xüsusunda?". Zeynəb ayıtdı: "Ey zalim, bizə vaqe’ olan əhvaldan cəddimüz xəbər vermişdir, vüquinə müntəzir idik. Əlminnətu lillah ki, cəddimizin sidqi-qövlinə surətiəhvalımız məzhər [vaqe’] olub, dərəceyi-iqbali-"İnnə’llahə mə’ə’ssabirin" müyəssər oldu. Ənqərib sizə dəxi hər kimin sərəncamı nə olduğu mə’lum olacaqdır və hər kim cəzayi-əməlin kargahiədldən bulacaqdır: "Və bəşşiri’l-munafiqinə bi-ənnə ləhum əzabən əlimən". Übeydullah ayıtdı: "Ey binti Əbu Turab, hala bu bir səadətdir ki, zəmirimiz sizin tüğyanınızdan fariğ oldu və istilayiqürurunuz təskin buldu". Zeynəb ayıtdı: "Ey İbn Mərcanə, qüruriəsbabi-dünyayla sərməst olub bir padişah qəsdin etmişsən ki, cəmi’iəfradi-afəriniş təhti-livayi-İmamətində və rizayi-Xuda və Rəsul şərəfi-itaətində idi". Şe’r: Hüseyn İbn Əli İbn Talib kim, andandır, Binayi-şər’ə istehkamü dini-Həqqə iste’la. Müəzzəm cəddi-valası, nəbiyyi-ümmiyi-Məkki, Mükərrəm babi-ilqasi Əliyyi-aliyi-ə’la. Übeydullahi-bədbəxt ol kəlimatdan mütə’əzzi olub qətlinə əmr etdi. Ömər bin Hüreysi-Məxzumi hazır idi, fəryada gəlüb ayıtdı: "Ey zalim, bir qəribin ki, əkabiri məqtul olub, əsağiri-yetim və əsir olmuş ola, əgər hərqəti-qəlb və hərarəti-cigərdən diliranə təkəllüm qıla əcəb olmaz". Şe’r: Sən nə agəhsən ki, suzi-atəşi-möhnət nədir? Məsnədi-rahətdə mülkü mal ilə məğrursan. Dərd əhli halını aləmdə dərd əhli bilür, Səndə yoxdur dərd, ey bidərd, sən mə’zursan. Übeydullah Zeynəbdən inhiraf edüb, Əliyyi-Zeynəlabidinə təvəccöh qılub ayıtdı: "Bu kİmdir?" Dedilər: "Əli bin Hüseyn". Dedi: "Əli bin Hüseyn məqtul olduğu istima’ olundu". Dedilər: "O, ƏliiyiƏkbər idi". Həzrəti-İmam Zeynəlabidin mütəhəmmil olmayub ayıtdı: "Vəllahu innə ləhu mutalibən yövmə’l-qiyaməti". Ey Übeydullah, ol bənim bəradəri-buzurgvarım idi, ol bənim ümidgahım və istizharım idi. Həqqa ki, axirətdən müqəddəm dünyada anın intiqamın alanlar ənqərib peyda olur". Übeydullah qəzəbnak olub buyurdu ki, ol məzlumu qətl edələr. Zeynəb dəsti-mübarək Həzrəti-İmamın damənişərifinə möhkəm edüb bünyadi-növhə qıldı ki: "Ey bədbəxt, əgər hənuz atəşi-tüğyanun seyli-xuni-şühədayi-Əhli-Beyti-Mustəfadan təskin bulmadıysa və hərarəti-isyanın şəhidlər qanın içməkdən sakin olmadıysa, bu məzlum yerinə bəni şəhid et ki, buna mütəərriz olma, zira bundan qeyri xanədani-nübüvvətdə və dudmani-risalyətdə məhrəm qalmamışdır". Həzrəti-İmam Zeynəlabidin əmmeyimöhtərəməsindən inani-təkəllüm alub, meydani-fəsahətə rəxşi-ibarət salub goftara gəldi ki: "Ey İbn Mərcanə, bana qətldən təvəhhüm verürsən. Bilməzmisən ki, bizə qətlü qital sərmayeyi-feyzi-şəhadətdir və həmişə cəza qılub şəhid olmaq adətdir. Peyvəstə nihali-həyatımız zülali-şəmşiri-abdarla səbzü xürrəmdir və həmvarə riza qəzaya vermək və məsayibə səbr eyləmək bizə müsəlləmdir". Şe’r: Qətldən xövf verən əhli-Həqə, bilməz kim, Dam olur əhli-Həqə daireyi-qeydi-həyat. Dəhr bir mənzili-möhnətdirü qəm, ey qafil, Və’deyi-qətldədir müjdeyi-tövfiqi-nəcat. Übeydullahi-Ziyad gördü ki, məsduqeyi-"Və ma-yəntiqu əni’l-həva" vaqe’ olan qövmlə münazirə faidə qılmaz və mütəəllimiməktəbi-"Və əlləm-hu şədidü’l-quva"ya mübahisədə qalib olmaq olmaz, naçar sakit olub mülazimlərinə əmr etdi ki, ol məzlumlara qəsrdən dışra came’i-Kufəyə [qərib] bir mənzil tə’yin edüb əhli-şəhri ixtilatlarından mən’ edələr. Bir neçə gündən sonra təhiyyeyi-əsbabisəfər edüb Zübeyr bin Qeys və Həsin bin Müğeyrə və ŞimriZilhövşənə beş bin müsəlləh namərd qoşub Əhli-Beyti şühəda başlarıyla canibi-Şama rəvan etdi. Rəvayətdir ki, mənazilü mərahil qət’ edüb gedərkən hər mənzildə ənvaikəramat zahir olurdu. Ol cümlədəndir bu ki, çün Hərrana yetdilər, Yəhya nam bir yəhudi sayir xəlqlə ol başlara təmaşa üçün istiqbal etdikdə və Həzrəti-Hüseynin səri-mübarikinə qərib olduqda ləbi-mübarəkin mütəhərrik görüb diqqətlə təəmmül qıldıqda bu ayət tilavəti səm’inə yetdi ki: "Və səya’ləmu’l-ləzinə zələmu əyyə munqəlibin yənqəlibun". Yəhya mütəhəyyir olub sual etdi ki, bu kimin başıdır? Ayıtdılar: "Hüseyn bin Əlinin başıdır ki, cəddi Mustəfadır və validəsi Fatimeyi-Zəhradır". Yəhyaya ol kəramət əsər qılub filhal imana gəldi. Mənzilinə dönüb xəvatini-hərəmsərayi-nübüvvət üçün və İmam Zeynəlabidin üçün əlbisədən və ət’imədən bə’zi münasib hədiyyələr mürəttəb edüb, bin dirhəm nəzr qılub gətürdikdə müvəkkil olanlar təərrüz etdilər ki, ə’dayi-padşaha məhəbbət mövcibi-fəsaddır və qətlinə qəsd eylədilər. Yəhya dəxi vəhm etməyüb, bə’zi mülazimlərlə anlara müqabil durub, həsbülməqdur müqatilə edüb şəhid oldu. Rəhmətullahi əleyh. Və hala qəbri Hərranda olub Yəhyayi-şəhid deməklə mə’ruf bir məzardır. Şe’r: Kəraməti-nəsəbi-Mustəfa degil məxfi, Nə bak ana həsəd əhli əgər nəzər qılmaz. Nə tirədir dili-əhli-həsəd ki, mö’cüzi-Al Yəhuda eylər əsər, anlara əsər qılmaz. Cümleyi-kəramətdən biri dəxi oldur ki, Mosul diyarına yetdikdə Şimri- Zilçövşən e’lam etdi ki, əmiri-Mosul şəhrə ayin bağlayub əhlişəhrlə istiqbala çıxalar. İmadüddövlə ki, əmiri-Mosuldu, əhli-şəhri cəm’ edüb ol əmrə iqdam etməyüb cavab göndərdi ki, bu şəhrdə təvayifi-müxtəlifə çoxdur, fəsad ehtimalı var. Səlah oldur ki, dışrada qonub nüzul [edələr və sayir ləvazim] xidmətlərinizə irsal oluna. Şimri-məl’un dəxi qayəti-vəhmdən bu səlahı qəbul edüb, şəhrə girməyüb dışrada nüzul edüb, Həzrəti-İmamın səri-mübarəkin bir daş üzərinə qoymuşlardı. Bir qətrə qan damub ol səhrayi-mübarəki mə’dəni-yaquti-kəramət qıldı. Müqərrər oldu ki, hər mahi-Məhərrəm ol qan cuşa gəlüb mücəddəd ola və xəvasü əvami-şəhr ətrafında cəm’ olub əzaya məşğul olalar, ta Əbdülməlik məsnədi-hökumətdə vali olduqda həsəddən ol daşı götürüb andan əsər qalmadı, əmma yerinə "Məşhədi-Nöqtə" deyüb hənuz ziyarət edərlər. Şe’r: Girdin, ey əhli-sitəm bir qana kim, hər qətrəsi, Daşa damsa ta əbəd daşdan çıxar yaquti-tər. Könlünü daşdan betər dersəm rəvadır, nişə kim, Daşa tə’sir eylər ol qan, könlünə qılmaz əsər. Və cümleyi-kəramatdan biri dəxi oldur ki, Nüsəybin hüdudına yetdikdə Mənsur bin İlyas şəhrə ayin bağladub, istiqbala çıxub anları şəhrə gətürdikdə bir bərqi-aləmsuz zahir olub şəhrin əksərin yaxdı və ləşkəri-Şimri-məl’una iztirabü iztirar bıraxdı. Şe’r: Düşməni-qafil sanur kim, xuni-ali-Mustəfa, Baği-iqbalinə gülbərgi-bəharəfruzdur. Ehtiraz etməz, həzər qılmaz, məgər vaqif degil Kim, anın hər qətrəsi bir bərqi-aləmsuzdur. Və cümleyi-kəramətdən biri dəxi oldur ki, Nüsəybindən ixtirarla çıxub bir qəl’əyə yetdilər ki, hakiminə Süleyman bin Yusuf derlərdi. Və anın iki qarındaşı olub, biri müharibeyi-Siffində Əliyyi-Murtəza əlində məqtul olub, biri anınla şəriki-əyalət idi. Və şəhrin iki dərvazəsi olub, hər biri birinin hökmündə idi. Şimrin vüsulindən vaqif olduqda şərhə əyin bağladub, təfaxür üçün hər biri ol başları kəndüyə mütəəlliq olan dərvazədən gətürmək üçün niza’ edüb, aralarında fitnə vaqe’ olub, [Suleyman məqtul oldu]. Və ləşkəri-Şimr dəxi sərasimə olub, anda təmkin bulmayub Hələb diyarına təvəccöh etdilər. Həvaliyi-Hələbdə bir mə’mur büq’əyə yetdilər ki, anda hərirdən qeyr nəsnə iste’mal olunmazdı. Qürbündə qonub aram dutduqda Şəhrbanunun Şirin nam bir cariyeyi-cəmiləsi vardı ki, lətafəti-hüsnlə yeganeyi-ruzigardı. Şəhrbanu xidmətinə gəlüb giryə ağaz etdi. Və səbəb bu idi ki, Şəhrbanu Mədinəyə gəlüb Həzrəti-Hüseyn söhbətinə müşərrəf olduqda yüz cariyəsi olub, zəmani-zifaf əlli cariyəni azad edüb, əlli cariyə qalmışdı və Həzrəti-Zeynəlabidin mütəvəllid olduqda qırx cariyə dəxi azad olub on cariyə xidmətində qalmışdı və Şirin ol cümlədən idi. Rəvayətdir ki, bir gün Həzrəti-İmamın nəzəri-şərifinə mətbu görünüb mütayibə təriqiylə Şəhrbanuya ayıtdı: "Ey şəhzadə, Şirin bu gün qayətdə ziba görünür". Şe’r: Düşdü guya surəti-Şirinə hüsnündən füruğ Kim, könül Fərhadvəş buldu liqasindən sürur. Pərtövi-xurşidi-aləmtabdandır müttəsil, Lə’lə rəngü laleyi-siraba tabü maha nur. Şəhrbanu təsəvvür etdi ki, Həzrəti-İmamın ana rəğbəti var, ixlasla ayıtdı: "Ey şəhzadə, bu cariyəyi sənə hədiyyə qıldum". Həzrəti-İmam ayıtdı: "Bən dəxi azad etdim". Şirin azad olduqda Şəhrbanu ana bir xəl’əti-faxir geydirdi ki, xəzaneyiabavü əcdaddan ana irslə yetmişdi. Həzrəti-İmam ayıtdı: "Ey şəhzadə, nə vaqe’ oldu ki, Şirin hüsniiltifatınla sayir cariyələrdən mümtaz oldu?". Şəhrbanu ayıtdı: "Ey şəhzadə, sayir cariyələr bənim azadımdı, Şirin sənin azadındır". Həzrətiİmam ana dua qıldı. Və hala Şirin Şəhrbanunun kisvətin pirayələrdən müərra görüb, ədna əlbisə ilə mülahizə qılmağın mütəhəmmil olmayub təzərrö’ etdi ki, ey məxdumə, bana rüxsət ver ki, bu qəl’əyə girüb, bə’zi pirayələrim verüb, ola ki, bir münasib məlbusi-hərir alub xidmətinə müşərrəf olam. Şəhrbanu ayıtdı: "Ey Şirin, sən azadsan. Sənə kim mane’ olur?". Şirin icazət alub ol qəl’əyə mütəvəccih olduqda dərvazəyi bağlu görüb, bir guşədə mütəməkkin olub, açılmasına müntəzir ikən Əziz bin Harun ki, kutvali-qəl’ə idi, bürcü baru üzərində seyr edərkən görüb avaz yetirdi ki: "Əyyuhə’r-rəcul?" [Şirin ayıtdı:] "Bir qəribəm, hacətim var. Nola əgər lütf edüb qəl’ə qapusın açasan?". Əziz ayıtdı: "Ey xatun, sən Şirin degilmisən?". Şirin təəccüb edüb ayıtdı: "Bəli, bən Şirinəm". Əziz dərvazəyi açub, Şirini qəl’əyə alub, ana səlam verdikdə Şirin cəvabi-səlam alub ayıtdı: "Ey Əziz, nə bildin ki, bən Şirinəm". Əziz ayıtdı: "Bu gecə həzrəti-Musayı Harunla vaqiəmdə gördüm. Nasiyələrində əsəri-tə’ziyət və çehrələrində nişani-müsibət. Giribanları çak və didələri nəmnak. Təzərrö’lə ayıtdım: "Ey əizzeyi-Bəni-İsrail, nə vaqe’ oldu ki, surəti-halınuz mütəğəyyir mülahizə olunur?". Dedilər: "Ey Əziz, bu gün cəm’i-əşya əzaya məşğuldur, zira nəqdi-Xatimül-Mürsəlin şəhid olmuşdur və ol məzlumun səri-mübarəkin bədəni-lətifindən cüda qılub hala bu məqama gətirmişlər. Ey Əziz, əgər səadəti-baqi muradın isə Həbibullaha iman gətirüb, Həzrəti Hüseynin səri-mübarəkin ziyarət edüb bizim səlamımızı yetür". Kəlamati-şirinlərin kəmali- e’tiqadla istima’ etdikdən sonra ayıtdım: "Ey qüdəmayi-Bəni-İsrail, təzayüdi- e’tiqad üçün bir sərriştə muradımdır". Dedilər: "Ey Əziz, hala bu qəl’ə qapusında Əhli-Beytdən bir cariyə Şirin nam gəlüb müntəzirdir. Və ol cariyə divaniqəzadan sənin təzvicinə müqəddər olubdur. Ana istiqbal edüb, həqiqəti-hal andan mə’lum edüb, anınla xidmətlərinə müşərrəf olasan". Şirin ol kəlimatdan xoşhal olub ayıtdı: "Ey Əziz, hər nə dedin, əyni-səvab və məhzi-məsləhətdir. Əmma bənim əqdim Şəhrbanu icazətinə mövqufdur". Pəs, Şirin həm ol saət müraciət qılub Şəhrbanuya əhval ərz etdikdə cəmi’i-Əhli-Beyt vaqif olub, mübahatlar qılub şükr etdilər. Əmma sübhdəm ki, Musayi-xurşidi-aləmtab əsayi-şüa’lə dəryayi-nilguna güzar etdi və şə’şəeyi-yədi-beyzayi-sübhi-sadiq Turi-kuhsarı sərasər tutdu, Əziz bin Harun qəl’ədən yenüb müstəhfizlərə bin dirəm rüşvət verüb, xidməti-Əhli-Beytə icazət alub, bin altun Həzrəti-İmam Zeynəlabidinə nəzr təriqiylə mühəyya qılub və xəvatini-hərəmsərayi-risalətin hər birinə bir münasib töhfələr mürəttəb [edüb] xidmətlərinə müşərrəf oldu və iman gətürdi. Və Həzrəti-Hüseynin səri-mübarəkin ziyarət edüb Musa və Harun səlamın yetürdikdə Həzrəti-İmamın səri-sahibsəadətindən bir avaz gəldi ki, "Səlamu’llahi əla nəbiyyina və əleyhim". Əziz ayıtdı: "Ya İmam, bana təriqi-hidayət irşad et". Səda gəldi ki: "Ey Əziz, çün müsəlman oldun, hidayət buldun. Və çün Əhli- Beytimə hörmət qıldın və ənbiya səlamın yetürdin, silsileyi-intisabimizə daxil oldun". Əziz dua qılub müraciət qıldıqda Şəhrbanu Şirinə ayıtdı: "Əgər rizayi-şərifimizi istərsən, Əzizi qəbut et". Şirin Şəhrbanu icazətiylə Əzizi qəbul edüb anınla rəvan oldu. Şe’r: Səadət nişanı budur kim, yəhud Olur əhli-din, əhli-tüğyan ikən. Şəqavət dəlili budur kim, şəqi Qılır tərki-din, əhli-iman ikən. Həzrəti-İmam, İsmail Əbul-Hünuqdan rəvayət edər ki, şühəda başların əlli mübariz hər gecə mühafizət edərlərdi. Bən ki, ƏbulHünuqam, bir gecə anlarınla həmrah olub, anlar yuxuya varub, bən bidar qaldım. Gördüm ki, bin gəndümgun kimsənə libasi-kafurfamla giryangiryan Həzrəti-Hüseynin başı olan sənduqa müqarin olub, ol sərimübarəki sənduqdan çıxarub, yüzün yüzünə sürüb fəğana başladı. Bən öylə təsəvvür etdim ki, sayir xəlqdəndir. Təhəvvürlə mütəvəccih oldum ki, ol başı əlindən alub yenə sənduqa buraxam. Nagah bir səda gəldi ki: "Ey biədəb, bu, Adəmi-Səfidir, cigərguşeyi-Mustəfa matəmin dutar". Bən ğərqeyi-dəryayi-təhəyyür olmuş ikən bir səda dəxi gəldi. Bir mö’təbər kimsənə dəxi peyda oldu. Dedilər: "Nuh Nəbidir". Və mütəaqib İbrahim və İsmail və İshaq və sayir ənbiya hazır olub, bir-bir başı ziyarət qıldılar. Cümləsindən sonra sədəmati-naləvü əfğanla gisuləri pərişan və didələri giryan Həzrəti-Rəsulullah, cəmaəti-səhabeyikübar və Heydəri-Kərrar, İmam Həsən və Həmzə və Cə’fəri- Təyyarla gəlüb hazır olduqda mülahizə qıldım, asimandan bir kürsiyi-nurani nazil olub, Həzrəti-Rəsul ol kürsi üzərinə qərar dutub, sayir ənbiya ətrafinda mütəməkkin olub əzaya iştiğal etdilər. Ol hala müqarin gögdən firiştə yendi. Bir əlində tiği-bürran və bir əlində əmudi-atəşinkəran. Sənduq müstəhfizlərinə həmlə qıldıqda bən qayəti-vəhmdən fəryada gəlüb ayıtdım: "Ya Rəsulullah, bən ikrahla bunlara rəfaqət qılmışam, haşa ki, düşməni-xanədani-Rəsul olam. Həzrəti Rəsul bəni mən’ilə xilas etdi, əmma rüxsarimə bir təpançə urdu ki, anın əsərindən tərəfi-rüxsarım siyah oldu. Sabah olduqda ol rəfiqlərimdən [bir] əsər görmədim, bir neçə xirməni-xakistərdən qeyri. Bu xəbər Şimri-Zilcövşənə yetüb, bəndən ki, Əbul-Hünuqam, həqiqət sual etdikdə müşahidə qıldığum əhvalı təmam şərh etdim. Ləşkəri-müxalif ol halı mə’lum edüb əvaqibiümurlərinə ittila’ buldular, əmma nə çarə? Şe’r: Hər əməl bir cəzaya qabildir, Ey xoş ol ki, səvaba mayildir. Netə kim, gül olur tikəndən yeg, Gül tikəndir, tikən tikəndən yeg. Əbu Səid Diməşqidən nəqldir ki, demiş: "Bən ol cəmaətlə Şam yolunda rəfiq idim. Həvaliyi-Diməşqə yetdikdə bu xəbər şaye’ oldu ki, Müseyib Qə’qayi- Xüzai bir ləşkər mürəttəb edüb, şəbixun urub başları almaq tədarükündədir. Rüəsayi-ləşkər müztərib olub ol səhrada bir deyr gördülər. Mütəhəssin olmaq üçün ol deyrə mütəvəccih oldular. Rahibi-deyr ayıtdı: "Ey qövm, siz nə tayifəsiz və bu başlar kimlərindir və bu deyrə gəlməkdən muradınuz nədir?". Ayıtdılar: "Biz əskəri-Yezidiz və bu cəmaət xürüc etmişlərdi, siyasətə yetirdik. Və hala istima’ olundu ki, cəmi’i-müxaliflər qəsdi-şəbixun etmişlər, bu deyrə mütəhəssin olmaq istərüz". Rahib ayıtdı: "Bu deyrdə izdihami-əskər vüs’əti yoxdur. Münasib budur ki, əsirləri və başları hisara salub, ləşkər dışrada dura". Şimrilə’in bu səlaha razı olub, başları bir sənduqa qoyub, möhr edüb, deyr içində bir müstəhkəm səraya salub qapusuna qüfl urdurdu və Həzrəti-İmam Zeynəlabidin və baqiyi-Əhli-Beyt üçün dəxi ol deyrdə bir münasib mənzil tə’yin etdirüb, ol canibdən təsəlli olub ləşkərlə dışrada aram dutdu. Şəbhəngam ki, deyri-binayi-fələk müddə’i-möhreyi-mehrirəxşan olub sipahizəlami- qirfam misali-ləşkəri Şam ətrafi-fələkdə qərar dutdu və rahibi-hinduyizəngirəngi- şəbsənduqi-zərrini-afitabı deyri-sipehri-minada nihan etdi, nisfileyldə rahib bidar olub gördü ki, sənduq olan sərayın rövzənlərindən nur lame’ olur. Mütəhəyyir olub bir rövzənədən nəzər qıldıqda gördü ki, səqfi-səray şəqq olub, şikafından bir əmari çıxub ol əmaridən bir neçə xatun ki, tarimi’cərlərindən mədudi-şüai-xurşid kibi ənvari-iffətü ismət füruzandı və pərtövi-ənvaritəl’ətlərində sayəvar zülməti-fəsadü fitnə gürizandı. Anlara mütəaqib bir xatun dəxi bə’zi mütəhhəratla zahir oldu ki, ləm’eyi-nuri-səlahindən müqəddəm gələnlər pərdeyiixtifaya girdilər. Rahib mütəğəyyir ikən nida gəldi ki: "Ey biədəb, nəzzarə qılma ki, bunlar müxəddərati-pərdeyi-iffətdirlər. Bunlar xəvatini-səra-pərdeyi- ismətdilər. Müqəddəm gələnlərin biri Sarəzövceyi-Xəlil, biri Hacərdir, valideyi-İsmail. Biri Xədiceyi-Kübradır, zövceyi-Həbibi-Məliki-Cəlil, biri Asiyədir, zövceyi-Fir’ovni-əlil və bunlardan sonra gələn Fatimeyi-Zəhradır". Əgərçi rahib nəzər qılmazdı, əmma istima’ edərdi ki, derdi: "Əssəlamu əleykə əyyuhə’l-məzlum, əssəlamu əleykə əyyuhə’l-məhmum, əssəlamu əleykə əyyuhə’l-məğmum". Və sayir xəvatin ana mürafəqət qılub növhə qılırlardı. Bir zəman əza tutub qayib oldular. Rahib bu haldan mütəəssir olub, biixtiyar çirağ yaxub, ol sarayın qüflün sındırub, Həzrəti-İmamın başın sənduqdan çıxarub, müşkü gülabla yuyub, bir təbəq üzərinə qoyub bünyadi-təzərrö’ etdi ki: "Ey sərvəri-aləm, İmdi bildim ki, sən ol tayifədənsən ki, peyğəmbərlərimiz qüdumişərifindən və’də verüb mütabiətin bizə lazım etmiş. Filhal irşadi-yəhud məsləhəti üçün Həzrəti-İmamın ləbi-mübarəki mütəhərrik olub, göftara gəlüb ayıtdı: "Ey rahib, "Əna məzlumun, əna məhmumun, əna məqtulun, əna qəribun, ənəbnə’l-Mustəfa, ənəbnə’l-Murtəza". Şe’r: Mən ruhi-rəvani-Mustəfayam, Bən rahəti-cani-Murtəzayam. Məzlumü qəribü zarü heyran, Məqtulü şəhidi-Kərbəlayam. Rahib bu kəraməti görüb, övladü ətbain hazır edüb, əhvala müttəle’ qılub, yetmiş nəfər nəsrani ittifaqla Həzrəti-İmam Zeynəlabidin hüzurinə gəlüb həm ol gecə müsəlman oldular və icazət istədilər ki, çıxub ləşkərə şəbixun edələr. Həzrəti-İmam rüxsət vermədi ki, anlarun zəvalinə və’də irməmişdir. Sabah olduqda ləşkəri-Şimr anları çıxarub, ahəngi-rah edüb, Əsqəlan nam şəhrə yetdilər. Yə’qub Əsqəlani hərbi-Kərbəlada daxili-əskər idi. Filhal şəhrə ayin bağladub, xəlqin istiqbala çıxarub, məcalisi-xəmrü ləhv mürəttəb qıldırub, Şimri ləşkəriylə alub gəlirkən Bəriri-Xüzai ticarət təriqiylə anda idi. Bu əhvala müttəle’ olduqda istiqbala çıxub seyr edərkən Şimrə müqabil oldu. Gördü ki, mübahat edüb gəlür. Bərir ayıtdı: "Ey bədbəxt, bu kimin başıdır ki, məhçeyi-ələm etmişsən?" Şimri-lə’in andan müxalifət fəhm edüb mülazimlərinə hökm etdi, ol məzlumu məcruh edüb bıraxdılar. Rəvayətdir ki, ləşkər getdikdən sonra Bərir durub hər tərəf tərəddüd edərkən bir cəmaətə yoluxdu ki, fəryadü fəğan edərlər. Ayıtdı: "Ey qövm, bu gün bu şəhrin xəlqi şadü xürrəm ikən nə əcəbdir ki, siz məhzunsuz?". Dedilər: "Biz mühibbi-xanədani-Rəsuluz, Hüseyn üçün matəmdəyüz". Bərir ayıtdı: "Ey qövm, əgər qövlünüzdə sadiqsiz, gəlin canımızı fədayi-Əhli-Beyt edəlim". Ol cəmaət ittifaq edüb, yüz on nəfər mücahid cüm’ə günü xüruc edüb, xətibi öldürüb izhari-məhəbbəti-Əhli-Beyt qıldılar və hekayətləri əksəri-təvarixdə məsturdur. Əlqissə, ləşkəri-Yezid mənazilü mərahil qət’ edüb və hər mənzildə bir kəramət və hər mərhələdə bir işarət görüb şəhri-Diməşqə qərib olduqda və xəbəri-vüsulları xassü ammə şüyu bulduqda Yezidi-pəlid vaqif olub, məsnədi-hökumətinə ənvai-təkəllüfatla zibü ziynət verüb və məclisi-eyşü işrət mürəttəb qılub, cəmi’i-ərkani-həşmət və ə’yani-hökuməti əlbiseyi-faxir və əsbabi-mülukanə ilə müzəyyən olub bargahinə cəm’ oldular və təmamiyi-xəlqi-şəhr tərki-müamilət edüb nişatü sürurla təmaşa üçün istiqbala təvəccöh qıldılar. "Kənzül-Ğəraib"də Əbul-Əbbas, Səhli-Saididən nəql etmiş ki, bən təriqi-ticarətlə ol zəmanda Şamda idim. Gördüm ki, bir gün kusibəşarət urulub, xəlqişəhr nişata məşğul oldular. Güman etdim ki, məgər eydləridir. Birisindən sual etdim ki, aya, səbəbi-nişat nədir? Dedi: "Ey şeyx, bu gün Yezid müxaliflərinün başları gəlir, nişat anınçündür". Dedim: "Ey əziz, nə dərvazədən gətürirlər?". Dedi: "Dərvazeyi-səadətdən". Rəvan oldum, kəndümi ol qovğada Əhli-Beytə yetürdim və ol başları gördükdə ixtiyarsız fəryada gəldim. Fəryadımı eşitdikdə hövdəcdən bir avaz eşitdim ki, bana dedi: "Ey pir, səbəb nədir ki, cəmi’i-xəlq xəndan olan əyyamda sən giryansan?". Dedim: "Ey əfifə, sən kim olursan?". Dedi: "Bən Səkinə binti Hüseynəm". Dedim ki, ey gövhəri-xəzaneyi-ismət, bən SəhliSaidəm, səhabeyi-Rəsulullahdan və bu diyara qərib vaqe’ olmuşam. Dedi: "Ey Səhl, sən mühibbi-Əhli-Beytsən, bir tədbir et ki, bu nizədarlar ki, şühəda başlarun tutmuşlar, bizdən bir miqdar mübaidət qılalar. Ola ki, xəlqin hücumu başlar tamaşasına olub, hövdəcimütəhhərati-Əhli-Beyt nəzəri-naməhrəmdən məhfuz ola". Bu xidməti eyni-səadət bilüb, nizədarların sərdarına bin altun qəbul etdirdim ki, bir miqdar ol başları xəvatini-Hərəm əmarilərindən müqəddəm yürüdələr. Rəvayətdir ki, ləşkəri-Kufə şühəda başların məş’əli-pürnur kibi nizələr üzrə tərtib edüb və müxəddərati-Əhli-Beyt əmarilərin qönçeyi-gülbün kibi naqələr üzrə mürəttəb qılub, bir-birinə mütəaqib rəvan edüb və baqiyi-ləşkər əqəblərincə səf çəküb ələmlər və bayraqlar cövlana gətirüb, sədayi-nəfir, naleyi-kus və qülqüleyi-nay asimana yetürdilər. Sübhdəm ki, cəlladi-fələk möhreyi-xurşididirəxşanı səri-bitən kibi nizeyi-məddi-şüa üzrə təmaşagahi-əhlialəm qıldı və rimahi-səbzeyi-növxiz üzrə üqudi-şəbnəm rüusişühəda kibi cilvəgər oldu, şəhrə girib izdihami-əvamdan vəqti-əsr qəsri-əmmarəyə füpsəti-vüsul buldular. Dərvazeyi-qəsrə yetdikdə başları nizələrdən endirüb və müxəddərati-Əhli-Beyti hövdəclərdən çıxarub Yezidin bargahinə mütəvəccih oldular. Əmma ŞimriZilcövşən hiylə edüb Həzrəti-İmamın səribasəadətin Bəşir bin Malik əlinə verdi ki, əgər bu xidmət məqbul olmazsa, kəndü ihanət çəkməyə. Bəşiri-bədbəxt ol səri-pürsəadəti Yezidin məclisinə gətürdikdə mübahatla bir rəcəz ağaz etdi. Şe’r: Əmlə’u rikabi fizzətən və zəhəbən, İnni qətəltu’l-məlikə’l-mühəzzabə. Qətəltu xəyrə’n-nasi ummən və əbə, Və əşrəfə’l-aləmi cəm’ən həsəbən. Yezid bu kəlimatdan infial bulub mütəğəyyir oldu, dedi: "Ey bədbəxt, çün bildin ki, İmam Hüseyn bu sifatla mövsufdur, nişə qətl etdin?". Filhal buyurdu ki, dəf’i-məzənnə üçün anı qətl etdilər. Pəs, Yezid ümərayi-Kufəyə mütəvəccih olub surəti-vaqiəyi sual etdikdə Züheyr bin Qeys ağazi-təkəllüm qılub ayıtdı: "Bu şəxs bə’zi əqvamıyla Kərbəlaya gəldikdə bey’ət ərz etdik, qəbul etmədi. Qətl edüb, başların gətürdik". Yezid bir zəman mütəfəkkir olub buyurdu ki, "Həzrəti-İmamın səri-mübarəkin bir təbəqdə qoyub hüzurinə gətürdilər". İttifaqən ol bidövlətin dəxi Übeydullahi-Ziyad kibi əlində bir qəsəbə vardı, anınla mübarək ləbü dəndanına işarət etdikdə ƏbulMüəyyədi-Xarəzmidən nəqldir ki, Təmir bin Cündəb ol məclisdə idi. Mütəhəmmil olmayub ayıtdı: "Qətə’əllahu yədəkə". Ey biədəb, bu mülaəbə qıldığun ləbü dəhən mülsəmi-Həzrəti-Rəsulullahdır". Yezid qəzəbnak olub ayıtdı: "Ey Təmir, hörməti-söhbəti-Rəsul olmasaydı, sənə siyasət edərdim". Təmir ayıtdı: "Ey bədbəxt, söhbəti-Rəsulullahın hörməti olub, övladının hörməti olmamaq nə munasibdir?". Hüzzari-məclis bu kəlimatdan mütəəssir olub, Yezid fitnədən təvəhhüm edüb, Təmiri məclisdən ixrac etdürüb qeyr kəlimata məşğul oldu. Əbul-Məfaxirdən nəqldir ki, bir yəhudi ticarət təriqiylə Şama gəlüb İttifaqən ol gün məclisdə hazır idi. Sual etdi ki, bu nə başlardır? Yezid ayıtdı: "Bu bir kimsənədir ki, bana xüruc etmişdi?". Yəhudi ayıtdı: "Bu şəxs kəndüsində bir ləyaqət mülahizə qılmasaydı, xürüc etməzdi". Yezid ayıtdı: "Bəli, Hüseyn bin Əlidir, nəbireyi-Həzrəti-Nəbidir". Yəhudi fəryada gəlüb ayıtdı: "Ey Yezid, bənimlə Davud arasında yetmiş qərn təcavüz edübdür, hənuz bana yəhudilər tə’zim edərlər. Məhəmmədi-Qüreyşi dün fövt oldu, bu gün övladına qəsd edərsiz?! Bu nə dindir?!". Yezid qəhr edüb ayıtdı: "Ey yəhudi, əgər Həzrəti- Rəsuldan azari-əhli-zimmə məmnu’ olmasaydı, səni qətl edərdim". Yəhud ayıtdı: "Ey əhməq, bir yəhud üçün müxasimə qılan Vacibülvücud Rəsulu üçün xəsm olmazmı?". Yəzid qəzəbnak olub qətlinə əmr etdi. Yəhudi filhal Hüseynin səri-mübarəkin müxatəb qılub ayıtdı: "Ya Əba Əbdullah, şəhadət verəsən ki, sidqipakla müsəlman oldum". Yezid ayıtdı: "Ey yəhudi, xövfi-qətldir səni müsəlman edən, İslamına nə e’tibar?". Yəhudi ayıtdı: "Ey Yezid, müsəlmanların İmamın qətl etdin. Əgər bir növmüsəlman qətl etsən nə lazım gəlir? Bən dəxi bu səadətə talibəm ki, daxili-firqeyi-şühədayi-Kərbəla olam". Filhal ol növmüsəlmanı şəhid etdilər. Rəhmətullahi əleyh. Kitabi-"Rəbiül-Əxbar"da məsturdur ki, Əbdülvəhab nam bir tərsa risalət təriqiylə Rum diyarından gəlüb ol məhfildə hazır idi. Həzrəti İmamın rüxsari-şərifin görüb, ahi-cigərsuz çəküb ayıtdı: "Bən Həzrəti- Rəsulun əyyami-həyatında ticarət rəsmiylə Mədinəyə getmişdim. İstədim ki, Həzrəti-Rəsula bir töhfə nəzr edəm. Səhabədən istifsar etdim ki, Həzrəti-Rəsul nə cinsə talibdir. Dedilər: "Təb’i-mübarəki ətriyyata rağibdir". İki nafeyi-müşklə bir miqdar ənbəri-əşhəb ol Həzrətə töhfə ilətdim. Ümm Sələmə sərayində idi. Buyurdu ki, ey əziz, ismin nədir? Dedim: "Əbdülvəhab". Dedi: "Ey Əbdülvəhab, əgər dini-İslamı qəbul edərsən, töhfəni qəbul edərəm". Simayi-mübarəkindən bana mə’lum oldu ki, Həzrəti-İsa və’də qılan Peyğəmbər oldur. Filhal əsəri-iltifatla müsəlman oldum və bir müddətdir ki, imanımı ixfa qılub diyarımda əmri-vəzarətə məşğulam. Həqqa ki, ol gün ki, Həzrəti-Rəsul hüzuri-şərifində idim, bu əziz ki, hala səri-mübarəki zillətlə hüzurindədir, tifl idi. Nagah hazır olub, Həzrəti-Rəsulullah anı bağrına basub, rüxsarın rüxsarına sürüb derdi ki, Vacibülvücud rəhmətindən binəsib olsun ol bədbəxt ki, sənin qətlinə riza verə. Bir gün dəxi Həzrəti-Rəsulla məscidi-came’də idim. Bu əziz ulu qarındaşıyla gəlüb dedilər: "Ya cəddah, qüdrət təfavütində birbirimizlə niza’muz var. Hala müddəamuz budur ki, hüzurində müsariə qılub hər kimin qüdrət və qüvvəti mə’lum ola". Ol Həzrət təbəssüm edüb ayıtdı: "Ey nurididələr, müsariə etmək sizdən münasib degil. Əmma xətt yazın, hər kimin hüsni- xətti ziyadə olsa, ol qalib ola". Şəhzadələr qəbul edüb hər biri bir xət yazub Həzrəti-Rəsula ərz etdilər. Həzrəti-Rəsul heç birinin xatiri məlul olmamaq məsləhəti üçün ayıtdı: "Ey cigərguşələr, xəttinizi Əliyyi-Muritəzaya göstərün, ol təmyiz etsin". Şəhzadələr xəttlərin Mürtəzaya göstərdikdə ayıtdı: "Ey seyyidlər, validənizə ərz edün, ol təmyiz etsün". Həzrəti-Zəhraya ərz olduqda ayıtdı: "Ey məxdumzadələr, bənim xət elmindən vüqufim yoxdur, əmma bir neçə danə lö’lö’ə malikəm, sizə nisar edəyim. Hər kim əksər cəm etsə, ol qalibdir". Fatimə ol gövhərləri ol gövhərlərə nisar edüb şəhzadələr cəm’ etməgə təvəccöh qıldıqda HəzrətiRəsuldan istima’ etdi ki, Həzrəti-İzzət Cəbrailə əmr etdi ki, ey Cəbrail, yer yüzünə enüb bu lö’lö’ləri müsavi mütəqəssim et. Qoyma ki, təqsimində təfavüt bulunub birisinin xatirinə qübari-ələm irişə. Hərgah ki, Həzrəti-İzzət, Mustəfa, Murtəza və Zəhra anlara məlalət rəva görməyələr, zəhi bədbəxt ki, birin zəhrlə həlak edüb, birin tiğisifasətə müstəhəqq görələr. Şe’r: Ey də’viyi-səadəti-İslam edən güruh, Haşa ki, qətli-Ali-peyəmbər rəva ola?! Vay ol lə’ini-müdbirə kim su’i-fe’l ilə Məhşər günündə xəsmi anın Mustəfa ola. Əhli-məclis bu hekayətdən mütəəssir olub fəryada gəlməgin Yezid ayıtdı: "Ey Əbdülvəhab, kəlimatın səbəbi-fitnə olur. Əgər hörməti-risalət lazım olmasaydı, sənə siyasət edərdim". Əbdülvəhab ayıtdı: "Ey bədbəxt, hörməti- Rəsuli-Xuda lazım olan yerdə anın övladına necə lazım olmaz?". Yezid mülzəm olub buyurdu, anı məclisdən çıxardılar. Andan sonra hökm etdi ki, Əhli-Beytdən bə’zi kimsənə hazır edələr. Ümm Külsüm, Zeynəb və İmam Zeynəlabidin hazır olub pərdə altından Zeynəbin nəzəri-mübarəki Həzrəti-İmamın rüxsari-şərifinə düşdü. Biixtiyar fəryada gəlüb ayıtdı. Şe’r: Ey fələk, şərm et, nə bid’ətdir ki, bünyad eylədin, Xanədani-Əhmədi-Muxtara bidad eylədin. Əhli-Beyti-Mustəfaya bin sitəm gördün rəva, Ta Yezidi-pürcəfanın könlüni şad eylədin. Bu nə fikri-batilü əndişeyi-bihudədir Kim, yıxub bin Kə’bə bir bütxanə abad eylədin. Ey Yezidi-pürcəfa, hər kimsə bir ad eyləmiş, Sən dəxi bu zülm ilə aləmdə bir ad eylədin. Yezid ayıtdı: "Bu kimdir?". Dedilər: "Həmşireyi-Hüseyn bin Əlidir". Ümm Külsüm dəxi bir canibdən xüruşa gəlüb ayıtdı: "Ey Yezid, rüxsət ver ki, Həzrəti- Hüseynlə bir dəxi mülaqat edüb vida’ edəm". İcazət hasil edüb, ol səri-mübarəki əlinə alub, rayiheyi-gisuyi-müşkbarindən bir zəman bihuş olub özünə gəldikdə ayıtdı: "Ey Yezid, ümidvaram Vacibül-vücud dərgahından ki, əzabi-axirətdən müqəddəm əzabi-dünyaya giriftar olub muradına yetməyəsən". Yezid ayıtdı: "Ey xatun, gördünüzmü ki, də’vayi-kazibiniz nə nəticə verdi?". Ümm Külsüm ayıtdı: "Ey Yezid, "İnnə’l-munafiqinə la-kazibunə", münafiqlər kazibdirlər. "Və yu’əzzibul-munafiqinə və’l munafiqati" və Həqq münafiqləri müəzzəb edər. Əlminnətu lillah ki, biz xanədani-nübüvvətü vilayətüz". Yezid anlardan münhərif olub İmam Zeynəlabidinə təvəccöh edüb ayıtdı: "Bu kimdir?". Dedilər: "Əli İbn Hüseyn". Yezid ayıtdı: "Əli İbn Hüseyn məqtul oldu". Dedilər: "Ol Əliyi-Əkbərdir, Bu bimardı". Yezid ayıtdı. "Ey Zeynəlabidin, Hüseyn istid’a qılurdu ki, minbərdə cilvə qıla və xütbələr bəyan edə. Əl-minnətu li’llah ki, cilvəgahi rü’usi-rimah oldu və bənim dövlətim anı məqhur və məxzul qıldı". İmam Zeynəlabidin ayıtdı: "Ey Yezid, binayi-minbər bənim əcdadımdandır, ya sənin? Və rəsmi-xütbə bizim canibimizdəndir, ya sənin tərəfindən? Ey Yezid, dövlət dövləti-üxrəvidir və ol bizə müyəssərdir və səadət səadəti-baqidir və ol bizə müqəddərdir. "Və’lləzinə hacərü fisəbil’illahi summə qutilu əvmatu ləyərzuqənə-humullahu rizqən Həsənən". Ey qafil, sənə dəxi etdigin əməl cəzası ənqərib ayid olmaq müqərrərdir. "Və mən yəqtulə mu’minən mutə’əmmidən fə’cəzauhu cəhənnəmə xalidən fiha". Şe’r: Ey ki, hərgiz qılmayub əndişə ruzi-Həşrdən, Səyyi’ati-məhzdir peyvəstə əf’alın sənin. Ol zəman kim Mustəfa xəsm ola, hakim Kirdgar, Sən dəxi bişək bilürsən kim nolur halın sənin. Yezid anın kəlimatindən qəzəbnak olub qətlinə hökm etdi. Ümm Külsüm və Zeynəb fəryada gəlüb ayıtdılar: "Ey zalim, bu tifldən qeyr xanədani-nübüvvətdə sahibi-vilayət qalmadı. Bu nə zülmi-sərihdir?". Şe’r: Unadikə ya cəddahu, ya xəyrə Mursəlin, Huseynukə məqtulun və nəslukə zayi’in. Yezidə bu kəlimatdan hövl qalib olub, İmam Zeynəlabidinin qətlindən təcavüz edüb, hüzurinə gətirüb, oğluna müqarin məqam tə’yin edüb ayıtdı: "Ey Zeynəlabidin, bənim oğlum səninlə qərindir. Anınla müsariə etməgə qadirmisən?" İmam Zeynəlabidin ayıtdı: "Müsariə səhldir, əmma hər birimüzə əlinə aləti-cərihə verüb hökm et, mücadilə qılalım. Qalib olan məğlubu qətl etsün". Bu təkəllümdə ikən sədayi-nəqareyi-növbət çıxub bargaha zəlzələ buraxdı. Yezidin oğlu ayıtdı: "Ey Zeynəlabidin, bu bənim atam növbətidir, qanı sizün növbətinüz?". Zeynəlabidin ayıtdı: "Bir miqdar səbr et". Nəqarədən sonra müəzzin nə’reyi-"Allahu əkbər" çəküb məsame’i-hüzzara qülqülə bıraxdıqda Zeynəlabidin ayıtdı: "Ey nütfeyi-Yezid, bu bizüm növbətimizdir ki, təğəyyürü təbəddül bulmaz". Şe’r: Növbəti-hökmi-müluk eylər qəbuli-intiqal, Şər’dir ol hökm kim yoxdur ana mütləq zəval. Qət’ bulmaz rişteyi-peyvəndi-Ali-Mustəfa, Gərdəni-üqbaya salmışdır kəməndi-ittisal. Həzrəti-İmam Zeynəlabidinin hüsni-fəsahətindən Yezidə rə’şə düşüb ayıtdı: "Ey fərzəndi-Hüseyn, nə hacətin var isə, bəndən istid’a qıl". İmam ayıtdı: "Qatili-Hüseyni bana təslim et, cəzasına yetirəyim". Yezid rəf’i-məzənnə üçün Kufə sərdarların cəm’ edüb ayıtdı: "Kimdir Hüseynin qatili?". Dedilər: "Xəvli bin Yeziddir". Xəvli bin Yezidi hazır edüb sual etdikdə ayıtdı: "Haşa ki, qətl etmiş olam, lə’nət anın qatilinə!". Əlqissə, çox mübaliğə və münaziələrdən sonra dedilər: "Şimri-Zilcövşəndir". Şimrdən sual olunduqda ayıtdı: "Ey əmir, Hüseynin qatili bən degiləm". Yezid ayıtdı: "Pəs kimdir?" Şimr ayıtdı: "Ol kimsənədir ki, təhiyyeyi-əsbab edüb, hökmlər irsal edüb, ləşkər göndərüb bu əmrə mübaşir oldu". Yezid bu sözdən münfəil olub ayıtdı: "Lə’nət sizə və əf’alinizə, bən Hüseynin qətlinə razı degildim". Həzrəti-İmam Zeynəlabidinə ayıtdı: "Bundan qeyr hacət təmənna qıl". İmam ayıtdı: "İcazət ver ki, Əhli- Beytlə mütəvəccihi-Mədinə olub, cəddi-büzürgvarım türbəti üzərində mücavir olam". Yezid ayıtdı: "Bu hacət icabətə məqrundur, bir hacət dəxi istə". İmam ayıtdı: "Bu gün cüm’ə günüdür. Rüxsət ver ki, minbərə çıxub bir xütbə bəyan edəm". Yezid ayıtdı: "Bu istid’a dəxi məqbuldur, əmma bir şərtlə ki, axiri- xütbədə mənaqibi-Ali-Əbu Süfyan bəyan edəsən". Pəs, münadilər salub, cəmi’iəhli- Şamı məscidi-came’də hazır edüb, ibtidayi-halda əhli-Şamdan bir xətib minbərə çıxardı ki, həmdü sənadan sonra sitayişi-Ali-Əbu Süfyan və məzəmməti-Ali-Əbu Turab edüb, övliyyəti-Yezid və bütlani-Hüseyn xüsusunda mübaliğələr qıldı. Həzrəti-İmam Zeynəlabidin mütəhəmmil olmayub ayıtdı: "Ey xətib, xəta qıldun ki, rizayi-xəlqi qəzəbi-Xaliqə ixtiyar etdin". Şe’r: Ey xətibi-süstrə’yü səxtrüyi-biədəb, Daməni-napak ilə aludə qıldun minbəri. Mədhi-əhli-zülm ilə qıldun Xudayı xəşmnak, Tə’ni-Al etdin, məzəmmət eylədin Peyğəmbəri. E’tibari-dövləti-dünyayi-fani səhldir, Noldu, ey zalim, neçün yad eyləməzsən Məhşəri?! Xatibin təərrüzündən sonra ayıtdı: "Ey Yezid, icazət ver, bən minbərə çıxub həsbülvaqe’ bir xütbə bəyan edəyim". Çün Yezid bilirdi ki, izhari-həqiqətdən infial çəkmək lazım gəlür, təğafül qılub riza vermədi. Əmma hüzzari-məclis iltimas etdilər ki, əhli-Hicazın fəsahətin istima’ etmək muradımızdır. Çox mubaliğədən sonra icazət verüb, Həzrəti-İmam minbərə çıxub, məsnədi-Rəsulu vücudişərifiylə münəvvər qılub bir xütbeyi-bəliğ əda qıldı ki, kəməndi-diqqəti-idraki- nəzər küngüreyi-eyvani-övsafına yetmək dayireyi-imkana girməz və dəryayi-təfəkkür məzmunü ibarətində əqlisərasimeyi-sahilə ehtimal verməz. Bədaye’i-ibaratında əsnafilətayifi-məlikiyyə möhtəvi və lətayifi-məzmununda əsrari-zərayifimələkutiyyə möntəvi. Şe’r: Təsəlsüli-kəlimati kəməndi-qeyd qılub, Fəzayi-ərseyi-göftarı seydgahi-üqul. Bəlağətində əyan sirri-hikməti-Qur’an, İbarətində müəyyən rümuzi-şər’i-Rəsul. Şərayiti-həmdü sənadan sonra bir moizə bəyan etdi ki, ləzzəti-istima’indən nüfusü üquli-hüzzari-məclisü rişteyi-əlaqeyi-əvalimi-cismaniyyədən münqəte’ qalub qərqeyi-dəryayi-hüzuzati-ruhani oldular və ərvahi-qülubi-sükkani-məhfil şərabi-idrakından sərməst olub, zövqi-tənə’ümati-həzayiri-qüdsiyyə hasil qıldılar. Filvaqe’, bir kəlami- hikmətamiz ki, məhzi-dərdi-dil və nəhayəti-cigərdən münbə’is ola, sirayəti müqərrərdir və bir cövhəri-təkəllüm ki, sədəfiismətü iffətdən çıxub iqtizayi-izhar qıla, ədəmi-hüsni-qəbul namutəsəvvərdir. Əlqissə, siğəri-sinnilə kəmali-fəsahət və nəhayəti-bəlağətin mülahizə qılub, cəmi’i-əhli-məclis məftunü mö’təqid olduqda əhsəni-əsvatla nida qıldı ki: "Ey qövm, bənəm varisimüsafiri-fəzayi "Subhanə’lləzi əsra biəbdihi leylən min’əlməscidi’l-hərami ilə’l-məscidəl’l-əqsa, bənəm mücavirihərəmsərayi-"Fə-kanə qabə qəvseyni əv ədna", bənəm dəndaneyimiftahi-"Ənə mədinətu’l-ilmi və Əliyyun babuha", bənəm məzmuni-ibarəti-" La əs’əlkum əleyhə’l-əcrə illa əl-məvəddəti fi’l- qurbə". Bənəm nütfeyi-xeyrüləslab, bənəm nüqaveyi-əhsənülənsab. Bənəm şükufeyi-bəharistani-ismət, bənəm gülbüni-qönçeyi-təharət. Bənəm cigərguşeyi- Fatiməti-Zəhra, bənəm miveyi-dili-Əliyyi-Murtəza. Bənəm nuri-dideyi-Həsəni- Muctəba, bənəm süruri-sineyi-şəhidi-Kərbəla. Məsnədi-xilafəti-mə’nəvi canibivalidi- büzürgvarimdən bana mövhubdur və səriri-səltənəti-suri canibivalideyialimiqdarımdan bana mənsubdur". Ol bülbüli-gülzari-fəsahət və ol tutiyi-şəkkəristani-bəlağətin kəlimati-hikmətasarın Yezidi-pəlid müəssir görüb, xəlqin təğəyyüriəqidələrindən ehtiraz edüb müəzzinə işarət qıldı, iqamət gətirüb Həzrəti-İmamın kəlimatın qət’ edə. Müəzzin ayağa durub ayıtdı: "Allahu əkbər". Həzrəti-İmam ayıtdı: "La şəkkə fihi və la-şubhətə və la-hey’in əkbərə minhu". Müəzzin ayıtdı: "Əşhədu ən-lailahə illallah". Həzrəti-İmam ayıtdı: "Əşhədu biha ləhmi və dəmi". Müəzzin ayıtdı: "Əşhədu ənnə Muhammədən Rəsulu’llah". Həzrəti-İmam əmameyişərifin fərqi-mübarəkindən alub, müəzzin önünə bıraxub, gisuyi-müənbərin pərişan edüb ayıtdı: "Ey müəzzin, bu zikr olan Məhəmməd həqqi üçün bir saət səbr et". Müəzzin xəmuş olduqda şahzadə rəxşi-fəsahət meydani-ibarətə bıraxub, hərarətiismət cür’əti-İmamət birlə ehtirazü ictinab etməyüb dedi: "Ey Yezid, bu Rəsuli-kərim ki, zikri zivəri-mənabirdir, aya, sənin cəddinmidir, ya bənim? Və bu sahibi-şə’ni-əzim ki, vəsfi virdi-əkabirü əsağirdir, aya, nə xəyali-qələt və əndişeyi-batildir ki, zəxarifi-dünyayi-bie’tibar üçün sərayi-aqibətin viran edüb nəqdi-Rəsulullahı təşnəvü heyran hədəfi-sihami-bəla və sipəri-tiği-cəfa qılub və müxəddərati-ƏhliBeyti naməhrəmlərlə şəhrdən-şəhrə gəzdirüb mübtəlayimöhnətiqürbət qıldun? Əgər xilqətində əsəri-İslam var isə, nədir bu istixfafinüqəbayi-İslam? Və əgər yox isə, nədir bu məscidü mehrab aludə qılub ibadəti-batilə qiyamü iqdam?". Yezid ol kəlimatdan kəmali-infial bulub, ayağa durub müəzzinə əmr etdi, iqamət gətürüb nəmaza məşğul oldular. Nəmazdan sonra dəf’i-məzənnə üçün cəmi’i-ümərayi-Şamü Kufəyi hazır edüb, anlara nifrinü nasəza deyib izhari-təəssüf qıldı ki, bən Hüseynin qətlinə razı degildim. Lə’nət Übeydullaha ki, bu əmri-qəbihə iqdam edüb bəni İraqü Şamda bədnam etdi". Şe’r: Degil ey süflə, asan qətli-Ali-Mustəfa qılmaq, Vəfa əhlin əsiri-bəndi-bidadü bəla qılmaq. Ədalət bağının gülbünlərindən qönçələr üzmək, Cəfa tiğiylə bir-bir başların təndən cüda qılmaq. "Kənzül-Ğəraib"də nəqldir ki, Yezid Əhli-Beytə kəndü sərayində bir mənzil tə’yin etmişdi. Həzrəti-İmam Hüseynin dört yaşında bir mə’suməsi olub, ol Həzrətin iltifatinə mö’tad idi. Ol Həzrət dərəceyişəhadət bulduqda hər gün mütəfəqqid olub sorardı ki, "Əynə əbi". Ənvai-firiblə təskin verirlərdi. Bu zəmanda ki, məqamları Yezidin sərayində idi, ol mə’sumə bir gecə validi-büzürgvarın vaqiəsində görüb, iztirabla bidar olub fəryad etdi ki, "Əynə əbi?". Ol növhədən Yezid bidar olub səbəb sual etdikdə ol mə’sumənin halın ərz etdilər. Yezid ayıtdı: "Hüseynin başın ana göstərsünlər, ola ki, təskin bula". Həzrəti-İmamın səri-mübarəkin bir təbəqdə ol mə’sumənin hüzurinə gətürdikdə dedi: "Bu nədir?" Dedilər: "Haza əbukə". Ol mə’sumə nəzər qıldıqda biixtiyar rüxsarın rüxsarinə sürüb, ahi-cigərsuz çəküb can tapşırdı. Müxəddərati-Əhli-Beyt ol halı görüb, təcridi-matəm qılub növhələr bünyad qıldılar ki, Yezidin sərayinə zəlzələ düşdü. Şe’r: Artırırsan, ey fələk, övladi-Peyğəmbər qəmin, Tazə eylərsən dəmadəm Əhli-Beytin matəmin. Tişeyi-bidad ilə hər dəm tökür bir daşını, Vəh ki, viran eylədin şər’in binayi-möhkəmin. Yezid ol əhvala müttəle’ olduqda Əhli-Beytə tə’zimlə tə’ziyət yetürdi. Əmma Ümm Külsüm Yeziddən icazət istədi ki, sərayiimarətdən xaric bir mənzil müqərrər edələr ki, Əhli-Beyt anda sakin olub fərağətlə əzaya məşğul olalar. Yezid müxəddərati-pərdeyi-ismət üçün xarici-sərayi-imarətdə mənzili-münasib tə’yin etdirüb əmr etdi ki, xəvatini-əkabir və əşrafi-Şam cəm’ olub anlarınla əzaya məşğul olalar. Əlqissə, məcmə’i-matəm mürəttəb olub, növhələr bünyad olunub mərsiyələr oxundu, bu ol cümlədəndir ki. Şe’r: Matət ricali və əfnə’l-məvtu-sadati, Və zadəni heyrətun min-bə’də adati. Ah kim, qıldı cəfa çərx vəfadarlara, Dağlar urdu dəmadəm dili-əfgarlara. Bunca mə’sumləri zarü giriftar etdi, Hiç rəhm eyləməyüb zarü giriftarlara. Məqtəli-Əbu Mihnəfdə məsturdur ki, Yezid Həzrəti-Zeynəlabidin ilə bə’zi xidmətkarlar qoşub, şühədanun başların Kərbəlada bədənlərinə mülhəq edüb gerü Şama müraciət qılanadək Əhli-Beyt üçün əsbabi-səfər mühəyya qılub, hər birinə münasib xəl’ətlər və hədiyyələr verüb, Həzrəti-İmam Zeynəlabidin gəldikdə Nü’mani-Bəşiri otuz mükəmməl mübarizlə xidmətlər üçün tə’yin edüb, riayətlərində mübaliğə qılub Mədinəyə irsal etdi. Nü’mani-Bəşir müxlisi- xanədandı. Mədinə yolunda Əhli-Beytin xidmətində kəmalisə’yi ehtimam zühura gətirüb nüzul və irtihalda təriqi-ədəb bir mərtəbədə riayət qıldı ki, xəvatini-Əhli-Beyt şakirü razı oldular. Mədinə qürbünə yetdikdə Ümm Külsüm Zeynəbə ayıtdı: "Ey həmşireyi-əzizə, Nü’manın ədayi-hüququ bizə lazım oldu, səlah nədir?" Zeynəb ayıtdı: "Ma-ləna şey’in illa hilyətuna" yə’ni hilyəmizdən qeyr nəsnəyə qüdrətimiz yoxdur". Pəs ə’zalərindən hilyələrin çıxarub, bir təbəqdə qoyub Nü’mana irsal etdilər ki, bu, xidməti-dünyadır. İnşa’allah, cəzayi- xidmətin axirətdə zahir olur. Nü’man ol hilyələri yenə gerü döndərüb təzərrö’ qıldı ki: "Ey xəvatini-hərəmsərayi-nübüvvət, əgərçi bu xidmət zahirən Yezid hökmüylə surət buldu, əmma həqiqətdə bənim məqsudumdu ki, bu xanədana nisbət bir xidmət bəndən zahir ola. Əlminnətü lillah ki, müyəssər oldu". Lillahi’l-həmd ki, şayisteyi-dərgah oldum, Mə’niyi-surəti-ixlasdan agah oldum. Aqibət mənzili-məqsuda yetərsəm nə əcəb, Əhli-e’cazü kəramat ilə həmrah oldum. Əlqissə, Əhli-Beytin təşrifindən xəbərdar olub, əhli-Mədinə zükurü ünas və siğarü kibar naləvü fəğanla istiqbal edüb, Həzrəti İmam Zeynəlabidin və xəvatini-Əhli- Beyti libasi-matəmdə giryanü pərişan görüb, sinələrin çak və didələrin nəmnak edüb derlərdi. Şe’r: Ey sipahi-münkəsir, noldu sipəhsalarınuz? Netdinüz sultanınız, billah, qanı sərdarınuz? Nişə olmuş lə’lgun lö’lö’i-abi-çeşminiz? Nişə rəngi-yasəmən dutmuş güli-rüxsarınuz? Netdinüz ol şəhriyari-mə’dələtasarı kim, Lütfi olmuşdu ənisü munisü qəmxarınuz?! Əlqissə, Mədinəyə qülqüleyi-əhli-əzadan bir zəlzələ düşdü ki, dərü divardan sədayi-növhə asimana irişdi. "Nüzhətül-Ərvah"da məsturdur ki, beş növbət Mədinədə öylə müsibət vaqe’ oldu ki, qovğasından müqəddəmeyi-Qiyamət təsəvvür edüb xəlq istiğfara başladılar. Bir növbət hərbi-Uhudda Həzrəti-Rəsul məqtullar içrə qalıb İblis nida qıldıqda ki, "Əl’an Muhəmməd qəd qutilə", bir növbət dəxi Həzrəti-Risalət dari-dünyadan rehlət etdikdə, bir növbət dəxi Həzrəti-Hüseyn Əhli-Beytlə Mədinədən Məkkəyə təvəccöh etdikdə, bir növbət dəxi Şamdan Əhli-Beyt Mədinəyə gəldikdə. Rəvayətdir ki, Əhli-Beyt çehrə və gisu qubari-rahdan pak etmədən və rəncisəfərdən istirahət bulmadan rövzeyi-Seyyidikainata mütəvəccih olub, fəryadü fəğanlar edüb, səlam verüb ərzi-hal etdilər ki: "Ya cəddah və ya seyyidah, badiyeyi-Kərbəla sərgərdanlarıyuz, diyari-qürbət heyranü pərişanlarıyuz. Pənceyi-həvadisdən giribanımız çak, təpançeyi-nəvahibdən didəmiz nəmnak. Şe’r: Ya Rəsulullah, biyabani-bəla səyyahıyuz, Gəlmişiz dərgahinə zarü diləfgarü həzin. Şəm’i-nüzhətgahımız badi-fənadan fövt olub, Həmdəm olmuşdur bizə nirani-ahi atəşin. Rəxtimüz seylaba getmiş, mülkümüz olmuş xərab, Halımız olmuş mükəddər, könlümüz ənduhgin. Bu növ’lə növhələr qılırkən nagah Ümm Sələmə hücreyi-təharətdən xiraşidəruy və pərişanmuy istiqbala gəlüb, şişeyi-xakiKərbəla əlində qana dönmüş. Mütəhhərati-Əhli-Beyt Ümm Sələməyi görüb bir növ’lə matəm etdilər ki, sükkani-təbəqati-səma səbheyiibadətxaneyi- ülya övradi-mütəarifələrin fəramuş edüb anların əzasinə mütəvəccih oldular. "Uyunur-Riza"da məsturdur ki, fərzəndi-Dəili-Xüzai rəvayət etmiş ki, validimin heyni-mövtində rüxsarın siyah görüb qayətdə mütəhəyyir idim. Bir gecə vaqiəmdə gördüm ki, xürrəmü xəndan libasi-faxirlə cənnət içrə seyr edər. Dedim: "Ey validi-büzürgvar, heyni-vəfatda halın əhli-cərayim halına müşabih idi. Hala surətihalında nişaneyi-əhli-səlah var, hikmət nədir?". Dedi: "Ey fərzəndiəziz, qayəti-isyanla dünyadan çıxdım. Əmma Həzrəti-Rəsul bəndən sual etdi ki, ey Dəil, şəhidi-Kərbəla mərsiyəsində nə demişsən, təqrir eylə. Bən dəxi əda qıldım və bu beyt andandır. Şe’r: La-əzhəku’llahu səqrə’d-dəhri in zəhikət, Və ali Əhməd məzluminə qəhrən. Və bən oxuduqca Həzrəti-Rəsulullah riqqət edüb ağlardı. Təmam olduqda bu üzərimdəki xəl’əti ən’am edüb günahlarıma şəfi’ oldu". Şe’r: Əhli-Beytin sənavü mərsiyəsi Əhsəni-əfzəli-fəzayildir. Kim ki, bir beyt ol xüsusda der, Ol dəxi Əhli-Beytə daxildir. Rəvayətdir ki, qatili-Hüseyn bir atəşin tabut içrə müqəyyəd olub səlasilü əğlalla təcəddüdlə mütəaqib olmaqdadır Qiyamətədək. Və "Sühüfi-Şərif"də isnadi-Rizaviyyədən nəqldir ki, Həzrəti Rəsul buyurmuş ki, Musa bin Imran, Haruni-Nəbi fövtündən sonra ruyi-təzərrö’ dərgahi- Vacibül-vücuda dutub Harun üçün rəhmət istid’a qıldı. Həzrəti-İzzətdən vəhy gəldi ki: "Ey Musa, əgər bəndən cəmi’ixəlq üçün rəhmət istid’a qılsan, qəbul edərəm. Əmma qatili-Hüseynin günahından təcavüz mümkün degil, anın intiqamın mən alsam gərək". Şe’r: Gər əzabi-əhli-duzəx cürm miqdarincədir, Vay ana kim eyləmiş, qətli-şəhidi-Kərbəla! Ol səbəbdən kim, şəhidi-Kərbəlanun qədrini Eyləmiş ə’la cəmi’i-xəlqdən Rəbbül-üla. "Kənzül-Ğərayib"də məsturdur ki, cəmi’i-əjdərhalarun mehtəri bir əjdərdir Şədid nam. Hər gün yetmiş növbət titrəyüb, ə’zasından zəhri-həlahil tökülür. Həzrəti-İzzətdən nida gəlür ki: "Ey Şədid, səbr et ki, qatili-Hüseyn tə’zibi sənə mənsubdur". Rəvayətdir ki, Əhli-Kufə və Şamdan hər fərd ki, ol mə’rəkədə idi, bu üqubətə şərikdir. "Kənzül-Ğərayib"də məsturdur İmami-Sipəri nəqliylə ki, bir gün məclisimizdə bu zikr olunurdu ki, vaqieyiKərbəlada məsrur olanlar sərbəsər dünyada məqhur oldular. Xəvaricdən bir bədbəxt hazır idi, bu göftara inkar edüb dedi: "Bu söz kizbdir, zira bən ol cümlədənəm və əsla bana məkruh mütəvəccih olmadı". Həqqa ki, hənuz göftarı tamam olmadan çiraği-məclisdən bir şərarə rəxtinə düşüb, zəbanə çəküb heç vəchlə təskin bulmayub ol bədbəxti yaxdı və bu surət ülul-əbsara mövcibi-təzayidi-e’tibar oldu. İmam Həsəni-Bəsri, rəhmətullahi əleyh, nəql etmiş ki, təhqiqiməsayili-şər’iyyə üçün bir mütəəllim bənim məclisimə tərəddüd edərdi və həmişə andan bir rayiheyi-məkruh zahir olub, əhliməclisə küdurət yetürərdi, əmma mən’inə həya mane’ olurdu. Aqibətüləmr ol rayihənin səbəbin sual etdikdə münfəil olub ayıtdı: "Ey əzizlər, bən ol tayifədənəm ki, vaqieyi-Kərbəlada mühafizəti-Fərat üçün mə’mur olmuşlardı. Müharibədən sonra bir gecə vaqiəmdə gördüm Qiyamət olmuş və bən qayətdə təşnəyəm. Nagah gördüm ki, Həzrəti-Rəsul və Əli və Həsən və Hüseyn [hövzi]- Kövsər kənarında cəm’ olmuşlar. Və dəxi ilhab edüb bir cür’ə su istədim, vermədilər. Fəryad etdim ki, təşnəyəm. Həzrəti-Rəsul müttəle’ olub ayıtdı: "Nişə bu fəqirə su verməzsiz?" Ayıtdılar: "Ya Rəsulullah, bu şəxs ol tayifədəndir ki, müharibeyi- Kərbəlada hifzi-Fərat üçün tə’yin olunmuşlardı". Həzrəti-Rəsul ayıtdı: "Əsquhu qətranən". Bən qətranı su təsəvvür edüb təcərrö’ etdikdə rayihəsindən nifrət edüb, hövlü hərasla bidar olduqda bu zəhmət bəndə peyda oldu". İmam Həsəni- Bəsri ol haldan vaqif olduqda məclisdən mən’ edüb, ol bədbəxt əqrəb zəmanda əs’əbi-bəliyyatla dünyadan getdi. Əbul-Məfaxirdən mənquldur ki, bir şəxs təvafi-Kə’bədə gördüm, niqaba girmiş. Təzərrö’ edərdi ki, ya Rəb, günahımı əfv et. Əgərçi bilirəm ki, qabili-əfv degil". Əşrafi-Məkkə ayıtdılar. "Ey fəqir, novmidlik küfrdür". Dedi: "Ey qövm, bən ol güruhdanam ki, şühədanun başları Şama getdikdə mühafizəsinə mə’mur olmuşlardı. Və ol bədbəxtlər hər mənzildə başların sənduqini araya alub, ətrafında məclisi-xəmr tərtib edüb irtikabi-ləhv edərlərdi, Əmma bən irtikab etməyüb əməllərinə müşahidə qılırdum. Bir gecə cəmi’i-müstəhfizlər məst olub bən tənha qaldıqda gördüm gögdən bir xeymeyi-nur enüb, başların müqabiləsində qurulub və ol xeymədən üç sahibçehreyinurəfşanla çıxub, ol başları sənduqdan çıxarub ziyarət etdilər. Və bən təvəhhümi-təmamla müşahidə qılırkən üzərində bir piri-rövşənzəmirinurani görünüb sual etdim ki: "Bunlar kimlərdir?". Dedi: "Bunlar dərgahi-İlah müqərrəbləri, yə’ni Cəbrail, Mikail və İsrafildir". Bir zəmandan sonrə gördüm Cəbrail xeyməyə mütəvəccih olub dedi: "Ənzil, ya Səfiyyəllah". Gördüm ki, Adəm və Şis və İdris çıxub ol başları ziyarət etdilər. Anlardan sonra dedi: "Ənzil, ya Nəciyəllah". Gördüm Nuh və Sam çıxub ol başları ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, ya Xəliləllah". Gördüm İbrahim və İshaq çıxıb ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, ya Kəliməllah". Musa və Harun çıxıb ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, ya Ruhəllah". Gördüm İsa çıxub ziyarət etdi. Andan sonra ayıtdı: "Ənzil, ya Həbibəllah". Gördüm Həzrəti-Mustəfa təşrif buyurub səri-mübarəki- Hüseyn yetmiş qədəm miqdarı istiqbala gəlüb, çehreyi-mübarəkin qədəmi- Rəsulullaha sürub, avazi-hüzn ilə fəğana gəldi ki: "Ya cəddah, ümməti-bivəfadan gör ki, bana nə bəlalar gəldi". Və Həzrəti Rəsul rüxsari-şərifin rüxsarinə sürüb və cəmi’i-ənbiya ittifaqla əzaya məşğul oldular. Şe’r: Səhldir ol kim həmin Həvvadan Adəm oldu dur, Olmadı məcmui-ətba’vü əyalından cüda. Səhldir ol qəm ki, düşdü bəhrə Nuhun zövrəqi, Görmədi dəryayi-xunab içrə girdabi-fəna. Səhldir kim, yetdi İbrahimə Nəmrud atəşi, Yetmədi bərqi-cəhansuzi-fİraqi-əqrəba. Səhldir kim, çəkdi bidadını Fir’onun Kəlim, Olmadı düşmən ana bir kafiri-mö’minnüma. Bitəkəllüf əql mizaniylə təhqiq etsələr, Cümleyi-ənduhi-məcmui-güruhi-ənbiya. Gəlməz ol miqdar möhnətlərcə kim səbr eyləyüb, Çəkdi əhli-zülmdən məzlumi-dəşti-Kərbəla. Rəvayətdir ki, ol tə’ziyət əsnasında Cəbrail Həzrəti-Rəsulun xidmətinə gəlüb ayıtdı: "Ya Rəsulullah, hökmi-Həzrəti-İzzətdir ki, rizayi-şərifin olsa, Kufə şəhrin Lut qövminin mülkünə döndərəm". Həzrəti-Rəsul ayıtdı: "Ey Cəbrail, bənim səbrim sayir ənbiyadan ziyadədir. Səbr edərəm, Qiyamət günü əzabi-müəbbədlə anlardan intiqam aluram". Cəbrail ayıtdı: "Ya Rəsulullah, hökmdür ki, bu müstəhfizləri məlayikeyi-əzab atəşi-əzaba yaxalar". Həm ol halətdə firiştələr hərbeyi-atəşin çəküb ol cəmaətə həmlə qıldılar. Əlli nəfər müstəhfizlərin qırx doquzu yanub bana növbət yetdikdə təzərrö’ etdim ki, "Əl-əman əl əman". Həzrəti-Rəsul ayıtdı: "Lağəfərə’llahu ləkə". Və mən bilirəm ki, duayi-Həzrəti- Rəsul müstəcabdır və mən məğfur olacaq degiləm". Dedilər: "Niqab tutmağa səbəb nədir?". Dedi: "Ol vaqiə səlabətindən ləvnim mütəğəyyir oldu". Mübaliğə ilə pərdəsin açdıqda gördülər, peykəri pozulmuş. Ol bədbəxti Kə’bə təvafından mən’ edub çıxardılar. Bir saiqə peyda olub ol napakı pak yaxdı. Beyt: Əsəri-zülmü sitəmdir qəzəbü qəhrə səbəb, Zülm əhlinə düşər saiqeyi-qəhrü qəzəb. Əksəri-əhli-təfsirdən nəqldir ki, səhhətə yetmişdir ki, vaqieyi-Kərbəladan sonra Übeydullahi-Ziyadın ləşkərində səvarü piyada, xadimü məxdum "Ka’inən ma-kanə" heç fərd asayişü hüzurla məaş etməyüb, hər biri qəbləl-mövt bir əzaba giriftar olub anınla fövt oldu. Xalid bin Yezid Həzrəti-İmamın əmameyi-şərifin fərqimübarəkindən alub təsərrüf etmişdi. Dimağı müxəbbət olub, illəti-sevdayla zəncirlərə girüb ol qeydlə silsileyi-"Zər’uha səb’unə zira’ən" qeydinə düşdü. Və Cə’fər bin Əxzəri pirahəni-şərifin bədəni-lətifindən çıxarub almışdı və ol pirahəndə yüz yetmiş zəxmitiğü tir olub, filhal ol bədbəxt əbrəs olub illətibərəslə dünyadan getdi. Əsvəd bin Hənzələ şəmşirin təsərrüf etdi. Cüzama giriftar olub ol illətlə fövt oldu. Malik bin Yəsar cövşənlərin təsərrüf etdi. Xiffəti-əql peyda qılub, məsru’ olub küçələrə düşdu. Aqibət tifllər daşıyla həlak oldu. "Şəhvahid"də məsturdur ki, Şimri-lə’in bir miqdar əşrəfi Həzrətiİmamın rüxutindən çıxarub nəhb etmişdi. Bə’zisin hilyə edüb, övladına vermək da’iyəsin qıldıqda ol tila mə’dum olub, Şimr ol halətə şəkk gətirüb, zərgəri kəndü hüzurinə hazır edüb ol tilanun bə’zisin butəyə qoyduqda təmam mə’dum oldu. Rəvayətdir ki, bə’zi bədbəxtlər şahzadənin qətarindən naqələr zibh edüb tənavül etdikdə məsabeyi-zəhr olub təsərrüfü müyəssər olmadı. Əlqissə, qitaleyiHüseyn üqubatiüxrəvidən müqəddəm üqubati-dünyaya giriftar olmadan dünyadan getmədilər. "Miratül-Cinan"da məsturdur ki, vaqieyi-Kərbəladan sonra əqrəbi-zəmanda Übeydullahi-məl’unun səri-namübarəkin qət’ edüb Kufə məscidinə gətürdilər. İmam Tirmizi, Əmmaridən nəql etmiş ki, bən hazır idim, gördüm divardan bir əf’i çıxub, Übeydullahi-bədbəxtin dimaği-namübarəkinə girüb, durub çıxub bir neçə növbət bu əməli edərdi. Müşahidə edənlərə mühəqqəq oldu ki, bu, müqəddimeyi-əzabdır. Və "Şəvahid"də məsturdur ki, Mədinədə bir bədbəxt Həzrəti-İmamın qətlinə bəşarət etdi. Həm ol gecə bir avaz eşitdi ki, asimandan gəlirdi: Əyyuhə’l-qatilunə cəhlən Hüseynən Əbşiru bil-əzabi-və’t-tənkil. Ümid var ki, ümumi-lütfi-İlahi və şümumi-fəzli-namütənahi ol əhibbayisadiqülixlas və əviddayi-qəvimül-ixtisasa qərini-hal və kəfili-hüsni-mə’al ola ki, hər mahi-Məhərrəm təcdidi-matəmi-şahi-Kərbəla və təhriki-silsileyi-tə’ziyəti-şühəda qılub, dideyi-giryan və dili-biryanla mütəvəccihi-kəsbi-səvabi-dünyəvi və üxrəvi olub əcrlər bulalar və cümleyi-səvabından bu müsibətnamə müəllifinə təsəddüq qılub bu səvabı dəxi mövcibi-məzidi-həsənat bilə. Təmmə bi’l-xəyr və’s-səadət. * * * Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam Mahi-Məhərrəm oldu, şəfəqdən çıxub hilal, Qılmış əza, tutub qədi-xəm qərqi-əşki-al. Övladi-Mustəfaya mədəd qılmamış Fərat, Keçirməsinmi yerlərə anı bu infial?! Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla, Əlbəttə, çox hekayət olur mövcibi-məlal. Fəhm eyləsən qəmi-şühəda şərhin etməgə, Hər səbzə Kərbəlada çəkübdir zəbani-hal. Təcdidi-matəmi-şühəda qıldı ruzigar, Zar ağla, ey könül, bu gün olduqca ehtimal. Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl, Gərduni-dunə kisvəti-matəmsiyah qıl. Mahi-Məhərrəm oldu məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır. Təcdidi-matəmi-şühəda nəf’siz degil, Qəflətsərayi-dəhrdə tənbihi-ammdır. Qovğayi-Kərbəla xəbərin səhl sanma kim, Nəqsi-vəfayi-dəhrə dəlili-təmamdır. Hər dürri-əşk kim, saçılur zikri-Al ilə, Səyyareyi-sipehri-ülüvvi-məqamdır. Hər məddi-ah kim çəkilür Əhli-Beyt üçün Miftahi-babi-rövzeyi-Darüssəlamdır. Şad olmasın bu vaqiədən şad olan könül, Bir dəm məlalü qüssədən azad olan könül. Tədbiri-qətli-Ali-Əba qıldun, ey fələk, Fikri-qələt, xəyali-xəta qıldun, ey fələk. Bərqi-səhabi-hadisədən tiğlər çəküb, Bir-bir həvaleyi-şühəda qıldun, ey fələk. Ismət hərəmsərasinə hörmət rəva ikən, Pamali-xəsmi-bisərü pa qıldun, ey fələk. Səhrayi-Kərbəlada olan təşnələblərə, Rigi-rəvan seyli-bəla qıldun, ey fələk. Təxfifi-qədri-şər’dən əndişə qılmayub, Övladi-Mustəfaya cəfa qıldun, ey fələk. Bir rəhm qılmadun cigəri qan olanlara. Qürbətdə ruzigarı pərişan olanlara. Basdıqda Kərbəlaya qədəm Şahi-Kərbəla, Oldu nişani-tiri-sitəm Şahi-Kərbəla. Düşmən oxuna qeyr sipər görməyüb rəva, Yaxmışdı cana daği-ələm Şahi-Kərbəla. Ə’da müqabilində çəkəndə səfi-sipah, Qılmışdı məddi-ah ələm Şahi-Kərbəla. Dudi-dili-püratəşi-əhli-nəzarədən, Etmişdi pərdədari-hərəm Şahi-Kərbəla. Olduqca ömrü rahəti-dil görməyüb dəmi, Olmuş həmişə həmdəmi-qəm Şahi-Kərbəla. Ya Şahi-Kərbəla, nə rəva bunca qəm sana. Dərdi-dəmadəmü ələmi-dəmbədəm sana. Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn! Vey Kərbəla bəlalarına mübtəla Hüseyn! Qəm parə-parə bağrını yandırdı dağ ilə, Ey laleyi-hədiqeyi-Ali-Əba Hüseyn! Tiği-cəfa ilə bədənin oldu çak-çak, Ey bustani-səbzeyi-tiği-cəfa, Hüseyn. Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr, Ey şəm’i-bəzmi-bargəhi-Kibriya, Hüseyn! Dövri-fələk içirdi sənə kasə-kasə qan, Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn! Yad et, Füzuli, Ali-Əba halın, eylə ah Kim, bərqi-ah ilən yaxılur xirməni-günah. * * * İzhari-təvəllüdi-əimmə və qeyrihi rəziyəllahu ənhum Əgərçi izhari-silsileyi-siyadət daxili-əhvali-Kərbəla və şərhiibtilayi-ənbiya olmayub, bu nüsxədə iradı münasib degil, əmma tətəbbö’i-məzmuni-"Rövzətüş-şühəda" təriqi-icmalla təqririnə iqtiza qılmağın, öylə ki, "Şəvahidün-nübüvvət" də məsturdur ərz olunur: "Bilmək gərək ki, əsəhhi-rəvayətdə Həzrəti Əmirəlmö’minin Əli ibn Əbi Talibin otuz altı övladı olub, ol cümlədən on səkkiz nəfər zükur və on səkkiz nəfər ünasdır. Və bə’zi rəvayətdə on doqquz oğlan və on yeddi qızdır. Ol cümlədən altı nəfər əyyami-həyatında mütəvəffa olub, altı nəfər Kərbəlada şərbəti-şəhadət nuş etdilər. Əmma məşhur olanlar İmam Həsən və Hüseyn, Möhsin və Yəhya, Əbdullah və Məhəmməd Hənifə, Əbu Bəkr və Ömər, Osman və Əvn, Cə’fər və Əbbas. Və’llahü ə’ləm. Həzrəti-İmam Həsən əleyhissəlam əkbəri-övladi-Zəhradır, ikinci İmamdır. Viladəti-şərifi Rəməzan ayının on beşinci günündə hicrətin üçüncü yilində və vəfatı Səfər ayının on toquzuncu gecəsində, hicrətdən əlli yil keçdikdə. Və müddəti-ömri-şərifləri qırx altı yil, altı ay və on beş gün idi. On altı nəfər övladı olub, on biri zükur və ol cümlədən məşhur olan Zeyd və Hüseyn və Təlhə və İsmail və Əbdullah və Həmzə və Əbdurrəhman və Ömər və Qasİmdir. Və’llahu ə’ləm. Həzrəti-İmam Hüseyn üçüncü İmamdır. Viladəti-şərifi hicrətin dördüncü yilində və mürzi’əsi Ümmül-Fəzl idi, zövcəyi Əbbas bin Əbdülmüttəlib və övladı Əliyyi-Əkbər və Əliyyi-Övsət və Əliyyi-Əsğər və Əbdullah və Məhəmməd və Cə’fərdir. Və’llahu ə’ləm. Həzrəti-İmam Zeynəlabdin dördüncü İmamdır. Viladəti-şərifi hicrətin otuz altı yilində vaqe’ olub, vəfatı yetmiş beşinci yilindədir. Övladı on səkkiz nəfər olub, ol cümlədən övladi-zükur doqquz nəfər və övladi-ünas doqquz nəfər idi. Əmma övladi-zükurdan məşhur olan Məhəmməd Baqir və Əbdullah Bahir, Zeydi-Şəhid və Öməri-Əşrəf və Hüseyni-Əsğər və Əliyyi-Əsğər idi. Və’llahu ə’ləm. Məhəmməd Baqir beşinci İmamdır. Künyəti Əbu Cə’fər, ləqəbi Baqir və viladəti-şərifi Mədinədə cümə günü Səfər ayının üçüncü günündə, hicrətin əlli yeddinci yilində vaqe’ olub. Yeddi övladı olub, ol cümlədən məşhur olan Cə’fər və Əbdullah və İbrahim və Əlidir. Və’llahu ə’ləm. Həzrəti-İmam Cəfəri Sadiq altıncı İmamdır və viladəti-şərifi Mədinədə düşənbə günü Rəbiül-əvvəl ayının on yeddinci günündə, hicrətdən səksən yil keçdikdə. Və əksəri-ülumi-qəribə ana mənsubdur: cifri-əhmər, cifri-əbyəz və müshəfi-Fatimə kibi və cifricame’ kibi. Və yeddi övladı [olub] İsmail və Əbdullah, Musa və Ishaq, Məhəmməd və Əbbas və Əli. Və’llahu ə’ləm. Həzrəti-İmam-Musa Kazim yeddinci İmamdır. Viladəti-şərifi-yekşənbə günü, hicrətdən yüz yigirmi yeddi yil keçdikdə Harunərrəşid həbsində vəfat etdi. Altmış nəfər övladı olub, ol cümlədən otuz yeddi ünas və yigirmi üç zükur. Məşhur olanlar Əbbas və Harun və İshaq və İsmail, Həsən və Riza və İbrahim və Murtəza və Məhəmməd və Cə’fərdir. Və’llahu ə’ləm: Həzrəti-İmam Əli İbn Musa ər-Riza səkizinci İmamdır. Viladəti-şərifi Mədinədə pəncşənbə günü, nisfi-Rəbiül-axir, hicrətdən yüz əlli yil keçdikdə vaqe’ olmuş. Və ol Həzrətin beş nəfər övladı olmuş: Məhəmməd və Həsən və Cə’fər və İbrahim və Hüseyn. Və’llahu ə’ləm. Həzrəti-İmam Məhəmməd Təqi doquzuncu İmamdır. Viladətişərifi cümə günüu nisfi-şəhri-Rəcəb, hicrətdən yüz doqsan beş yil keçdikdə vaqe’ olmuş. Mö’təsim əyyami-xilafətində zəhrlə şəhadət buldu. İki nəfər fərzəndi-səadətməndi olmuş: Əliyyi-Hadi və Musa. Və’llahu ə’ləm. Həzrəti-İmam Əliyyən-Nəqi onuncu İmamdır və viladəti-şərifi Mədinədə Rəcəb ayının on üçüncü günündə vaqe’ olmuş. Müstənsir əyyami-xilafətində şəhid olmuş. Üç oğlu olub: Həsən və Hüseyn və Cə’fər. Və’llahu ə’ləm. Həzrəti-İmam Həsəni-Əskəri on birinci İmamdır. Viladəti-şərifi Mədinədə. Ol həzrətin Məhəmməd Mehdidən qeyri fərzəndi yoxdu. Və’llahu ə’ləm. Həzrəti-İmam Məhəmməd Mehdi on ikinci İmamdır. Məzhəbi İmamiyyə müqtəzasincə və silsileyi-İmamət anda xətm olur. Və’llahu ə’ləm. * * * Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam İlahi, bu kəmali-inayətindən şərəfi-ixtitama müvəffəq olan nüsxeyi-nami və nəvali-atifətündən səadəti-itmam bulan bu səhifeyigiramidə ibtidadan intihayadək ə’mali-sütudələri məsturü məzkur olan və əf’ali-həmidələri təstirü təhrir bulan ənbiyayi-üzam və övliyayi-giram və şühədayi-zəvi’lehtiramin ki, sakini-süradiqatiqürbü qəbul olmuşlar və məhrəmiyyəti-sərapərdeyi-təqərrüb bulmuşlar, məyamini-ərvahi-müqəddəsələrin və bərəkati-nüfusimütəhhərələrin ol padişahi-aləmpənaha bədrəqeyi-təriqi-hidayət qıl. Və tirazi-məhceyi-livayinüsrətayət ki, tüğyani-ərbabi-zəlalətü bid’ət Əhli-Beytə məsdud etdigi abi-Fərat anın əyyami-ədalətində fərmani-şərifiylə dəsti-təvəssül daməni-Kərbəlaya urdu və ol zülali-Kövsərmisalın təhəssüründə həlak olanlar ki, ərvahi-şərifləri sirab etməklə çeşmeyi-iltifatı cuybari-mərhəmət yetürdi, şəhənşahi ki, əgər xameyisəbzə övsafi-ədlin səfheyi-gülzara təhrir etsə, övraqi-əşcara nəsimi-təzəlzül güzar etməz və əgər misali-zərnigari-gül tüğrayişərifiylə müvəşşəh olsa, istimrarihökmünə təğəllübi-xəzandan xələli-təğəyyür yetməz. Şe’r: Ol şəhənşahi-fələkrif’ət ki, kəsb etmiş günəş Xakbusi-asitanindən ülüvvi-iqtidar. Ol sərəfrazi-mələksurət kim, almış asiman Xidməti-dərgahi-qədrindən sümüvvi-e’tibar. Yə’ni Sultani-sultannişan və qütbi-dayireyi-əmnü əman Əbulmüzəffər Sultan Süleyman bin Səlim-xan "Rəfə’əllahu [bihi’n] nəva’ibə əni’zzəmani ila yəvmə yəqumu’l-həşri və yunsəbu’lmizan" və ol xudavəndgari-səadətdəstgahin sayeyi-mərhəmətindən və ol kamkari-məlayik-sipahin zilli-məkrəmətindən həmişə mütəmətte’ ola və həmvarə intifa’ bula. Ol sərvəri-xücəstəliqa və ol sərdari-sahibrə’yi- mülkara ki, bu nüsxeyi-dilpəzir anın hüsni-işarətişərifiylə siməti-təhrir bulmuş və anın lütfi-ehtİmamiylə müstə’idi-səadəti təstir olmuş, cəhandari ki, pirayeyi-hifzü hərasətlə hövzeyi-İraqi-Ərəb rəngi-nigaristani-Çin dutmuş və kəmali-hirzü himayəti büq’eyi-Bəğdadı qeyrəti-darül-İslam etmiş. Şe’r: Güli-gülzari-dövlətü iqbal, Afitabi-sipehri-cahü cəlal, Göhəri-mə’dəni-səxavü kərəm, Zübdeyi-firqeyi-Bəni-Adəm. Məlcə’vü mərcə’i-xəvasü əvam, Ə’zəmü əkrəmi-izamü giram. Yə’ni kəhfül-füqəra və sədrül-üməra müizzirrif’əti və və’l-izzi və’l-üla Məhəmməd Paşa "həfəzəhu’llahu əmma yəxafu və yəğşa". Əl-minnətu lillah ki, bu tərzi-məlaləfzayi-qəmənduz və bu nüsxeyicangüdazi-cigərsuz əhsəni-saat və əyməni-övqatda siməti-ixtitam buldu və məsləhəti-təfhimi-əvam üçün təkəllüfati-rəsmidən müərra və istiarati-bə’idə və əsca’i-qəribədən mübərra təmam oldu. Təvəqqe’ budur ki, füzəlayi-bəlağətpişə və füsəhayi-diqqət-əndişədən ki, binayi-tə’lifinə və tərhi-təsnifinə nəzəri-diqqət buraxdıqda islahixətasinə iqdamü ehtİmam edələr və mühərrirü müqərririn duayla yad edüb qəbuli-üzrlə hər nöqsanın təmam edələr. Şe’r: Hücumi-möhnəti-dövran məluli, Giriftari-qəmi-aləm Füzuli, Degil ol ləhceyi-göftara qadir Kim, ola qabili-səm’i-əkabir. Qılur cəm’iyyəti-dil ləfzi-dilkəş, Müşəvvəş söyləməz illa müşəvvəş. Gəl ey hali-təkəllümdən xəbərdar, Tərəhhüm qıl, təərrüz qılma, zinhar! Xeyrə-yazsun şərrini onun kiramən katibin, Kim dua ilə ana işbu kitabın katibin. Nari-düzəxdən Xuda üqbada azad eyləyə, Bu Hədiqə katibin kim xeyrilə yad eyləyə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fuzuli-hediqetus-sueda İctimai mülkiyyət (müəllifin vəfat ili: 1556). Public domain (author died 1556). Original text only.