Qitələr Məhəmməd Füzuli (1494–1556) Padşahi-mülk Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib, Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır, Ol dəxi asari-əmnü istiqamətdən bəri. Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həq, Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. Qanda kim, əzm etsə, mərsumü-məvacib istəməz, Qansı mülkü tutsa, dəgməz kimsəyə şurü-şəri. Payimal etməz onu asibi-dövri-ruzigar, Eyləməz təsir ona dövrani-çərxi-çənbəri. Qılmasın dünyadə sultanlar mənə təklifi-cud, Bəs dürür başımda tövfiqi-qənaət əfsəri. Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri. * * * Saqinamə Saqi , mədəd et ki , dərdməndəm ! Ğəm silsiləsinə payibəndəm . Ğəm dəfinə cami-mey dəvadır , Tədbiri – ğəm eyləmək rəvadır . Səndən nə inayət olsa vaqe , Fikr etmə ki , məndə ola zae . Mən bir sədəfəm , sən əbri- niysan , Ver qətrəvü al dürri – ğəltan , Sənsən xurşudi mən siyəh xak , Ver arəşü al cəvahiri-pak . Rəhm et ki , ğəribü xakisarəm , Bimunisü yarü ğəmküsarəm . Ol bir neçə həmdəmi-müvafiq , Yəni şüərayi – dövri – sabiq , Tədric il gəldilər cəhanə , Dövran olari müəzzəm etdi , Hər dövr birin mükərrəm etdi . Hər birinə hami oldu bir şah , Zövqi – süxənindən oldu agah. Türkü ərəbü əcəmdə əyyam , Hər şairə vermiş idi bir kam . Şad etmiş idi Əbunəvası , Harun xəlifənin ətası . Bulmuşdu səfayi – dil Nizami , Şirvanşahə düşüb girami . Olmuşdu Nəvaiyi – süxəndan , Mənzuri – şəhənşəhi – Xorasan , Söz gövhərinə nəzər salanlar , Gəncinə verib gühər alanlar , Çün qalmadı , qalmadı fəsahət , Ərbabi – fəsahət içrə rahət . Ol taifə çəkdi xirqəyə baş , Halətlərin etməz oldular faş . Ta olmaya rəsmi-şer məfdud , Əbvabi-fünuni-nəzm məsdud , Lazım mənə oldu hifzi-qanun , Naçar , tutub təriqi – namus , Rahətdən olub müdam məyus, Əhdi sözə istivar qıldım , Əşar demək şüar qıldım . Çün xəlqə xilafi – müddəayəm , Onlar zəmincə süst rəyəm . Hər söz ki , gəlir zühurə məndən , Min tənə bulur hər əncüməndən . Eylər həsəd əhli baglayib kin , Təhsin əvəzinə nəfyü nifrin . Ummid ki , rəf olub küdurət , Təğyirpəzir ola bu surət . Ol qövm bu gülşənə girəndə , Bu gülşən içində gül dərəndə Gül tazə idivü səbzə növxiz , Tərpəndikcə nəsimi – gülriz Onlar gülü dərdilər , məni-zar Hala dilərəm dərəm xəsü xar . Bu bəzmə olar verəndə təzyin Mey saf idi , bəzm həm növayin . Mey safi olara oldu ruzi , Qaldi mənə daği-dürd suzi . Bu dürdə mən olmuşam həvaxah , Bir nəş`ə verərmi , bilməzəm , ah ! * * * Kitabxana.az · https://kitabxana.az/collections/fuzuli-qiteler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1556). Public domain (author died 1556). Original text only.