Qəsidələr Həbibi (1470–1520) Müavin mana ol Sübhan olursa Müavin mana ol Sübhan olursa, Bədəndə ruhi-qüdsi can olursa, Tutam ömrüm kimi zülfün ucun bərk, Nigara, vəslinə dərman olursa. Çü cövhər dür saçam ol dəm gözümdən, Xəyalin lütf edüb mehman olursa. Necə etsün qərarı can saçınla Ki, sir nə əhdü, nə peyman olursa. Sən ol sultani-cansan, ey diləfruz Ki, qapında sığar, min xan olursa. Nə qəm, sən Xosrovin min cani-Şirin Səri-zülfində sərgərdan olursa. Yüzün nuri edər şəksiz hidayət, Saçın küfri mənə iman olursa. Səadət bulur ol dəm nəhsi-əkbər, Qapunda, ey Günəş, dərban olursa, Şu fəttan eyninin eyninə gəlməz, Ucundan dəmdə yüz min qan olursa. Rüxün şəminə qarşı canı hər dəm, Nola pərvanəvəş büryan olursa. Rüxün, zülfün görüb oldum müsəlman, Olur min illik ol rühban olursa. Əgər dünyadəvü üqbadə sənsən, Həmin cana əzimüşşan olursa. Oxur can müshəfini bigüman, ol Xətü xalın kimə bürhan olursa. Görən şol vəchi-zibanı, nigara Nola gər valehü heyran olursa. Nə sultansan ki, qapunun gədası Durur, min Xosrovü Xaqan olursa. Erəm ruzi-visalə, ey məhi-növ! Şəbi-hicranına payan olursa. Dü aləmdə qəni ola fəqirin, Qapundan fəzl ilə ehsan olursa. Qamu dərdü fəraqindən həmin bəs, Bu aşiq dərdinə dərman olursa. Həyati-cavidan bula Həbibi, O qaşın eydinə qurban olursa. * * * Müavin mana ol Sübhan olursa Əla, ey dilbərim, yarım, xərabat, Dilü can içrə dildarım, xərabat. Bu viran dil sarayın vəsl əlilə Yap, ey lütf issı memarım xərabat. Məni zar etməsün, de, xari-hicrin, A can bağında gülzarım, xərabat Məni şol cami-meydən məst eylə Ki, sənsən sətri-əsrarım, xərabat. Mənim bu mənliyim, mülkümü yoğma Çün etdin, türkü tatarım, xərabat. Məhəllən gülxaninün guşəsidir, Sığıncım, bürcümü barım, xərabat. Girov olsun da piri-meyfiruşə Mürəqqa, cübbə, dəstarım, xərabat. Ümidim bad etmə, badə vergil, Ey abu xakimü narım, xərabat. Ənasir, şeş cəhatü həft kövkəb, Bu doqquz çərxi-dəvvarım, xərabat. Əgər sufi vicudi nur olursa, Hədisü nəqlü əxbarım, xərabat. Kəlamü hikmətü elmi-lədünni -Mənim mehrimdir, ənvarım, xərabat. Bəyanü məntiqü qanuni-heyət, Qəzəl, qövlilə əşarım, xərabat. Dəfü neyü udu şeşta çəngü bərbət, Mənim təsnifi-ədvarım, xərabat. Məşami-canə ətrin buyun irgər, A tibb ənfas, əttarım, xərabat. Şu firovni gözünlə qarə zülfin Olaldan bərü səhharım, xərabat. Dəli-divanə oldum məst gözündən, Bil, ey danayi-buşyarım, xərabat. Həbibi niyc ed istiğfarü tövbə* Ki, əzəldən oldun əhranın, xərabat. Könül çirkin yu getsin Fəzl əliylə, A tahir, pak əbharım, xərabat. Məni bu ikilikdən birə irgər, A həftü pəncümü çarım, xərabat. * * * Kitabxana.az · https://kitabxana.az/collections/habibi-qesideler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1520). Public domain (author died 1520). Original text only.