Növhələr Hacı Rza Sərraf (1854–1907) Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun, Ağlar göz ilə zülfi-pərişan sənin olsun. Əhd eyləmişəm burda gərək təşnə verəm can, Başsız bədənim isti qum üstə qala üryan, Mənlə yata bu çöldə gərək yetmiş iki can Şam içrə, bacı, mənzili-viran sənin olsun. Bu dəşti-bəla olmuş əcəb bəzmi-mürəttəb, Qəm camın ediblər meyi-möhnətlə ləbalə, Təqsim olunur ali-peyğəmbər, bacı, Zeynə, Abbas mənim, abidi-nalan sənin olsun. Tərk eylər ədu hörmətü Quranü kitabi, Yəğməye gedər Fatimənin taqətü tabı, Mən Əsğəri ağuşə ahm, sən də Rübabı, Bu şərtlə peykan mənim, əfqan sənin olsun. Bu çöldə batar kakili-Əkbər, bacı, qanə, Tiri-qəmə Leylanın olur cismi nişanə, Mən ölməmişəm, gəlməgilən ahü fəqanə Mənden sonra bu naləvü efqan sənin olsun. Görsən başımı Əkbər ilə nizədə həmsər, Vur başına, gəl naləyə, salma yerə məcər, Olmuş, bacı can, ruzi-əzəl boylə müqərrər Bu dəşt mənim, kuhi biyaban sənin olsun. Hər zülmü sitəm gəlsə, bacı, olma pərişan, Peymaneyi-qəm nuş ele ta sınmaya peyman, Cəm et başıva silsileyi-Ali Rəsuli, Sərsilsilə qıl Abidi-bimarü məluli, Kül üstə qoy, bacı, kəsik başımı xuli, Tənnur mənim, sineyi-suzan sənin olsun. Sərrafə riza lazımədir gövhəri məna, Nə qişr, nə tərkib, nə surət, nə həyulə, Təhsili kəmalət eləyib qabili-inşa, Ta ruzi-cəza rövzeyi-rizvan sənin olsun. * * * Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn. Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn. Dəstgirəm, acizəm, zənciri-zülmə bağlıyam, Yeddi qardaşım ölüb, qardaş, ürəkdən dağhyam, Mümkün olmur səs çəkəm, bircə doyunca ağlıyam, Dövrəmi axır alıb düşmən, xüdahafız, Hüseyn. Gülşəni-cismində xəncər yarəsi gül-gül açıb, Oh, o gül yarələr üstündə xoş sümbül açıb, Şərhi-hal etməkliyə hər yarə yüz min dil açıb Olmusan sər ta bepa gülşən, xüdahafız, Hüseyn. Zeynəbin ölsün Hüseyn, gər bircə sənsiz Zeynəbə Pasibandır Şümri-zilcövşən, xudahafiz, Hüseyn. Bax bu Sərrafın, Rza, gözdən axan göz yaşinə, İbrət eylə sən də, göz yaşın burax özbaşinə. Dəmbədəm Zeynəb dilincə ərz qıl qardaşına, Bu diyari-Kərbəla, bu sən, xudahafız, Hüseyn. * * * Güli-gülzari-rəsalət bu gecə Güli-gülzari-rəsalət bu gecə, Şümrdən istədi möhlət bu gecə. Bir doyunca baxa Əkbər üzünə, Eyləyə ayə təlavət bu gece. Zeynəbin qəlbini aram eləyib, Ola məşğuli ibadət bu gecə. Yatmayıb ali-Əli sübhə kimi, Şiə yatsın necə rahət bu gecə? Bağlanıb su öylə, ləb təşnə qalıb İtrəti-şahi-vilayət bu gecə. * * * Qurbanın olum, getmə, Əli, bircə dayan, dur Qurbanın olum, getmə, Əli, bircə dayan, dur, Göz yaşıma bax, gör necə ardınca rəvandır. Qardaş, nə anam var, nə bacım, xarü zəliləm, Bu nərgisi-məstin kinü bimarü əliləm, Gəl salma nəzərdən məni, rəhm eylə, dəxiləm, Axır sənə bu dərdi-dilim şərhü bəyandır. Sənsən, Əli qardaş, güli-gülzari-Mədinə, Getsəm, pozular rövnəqi-bazari-Mədinə, Bu halına ağlar hamı divari-Mədinə, Qan ağlamayım mən necə, bağrım dolu qandır. Səndən sora bir kəs mən ilə həmnəfəs olmaz, Qeyr əz qəmü ənduhü bəla dadrəs olmaz, Bu dərd, müsibət mənə dünyada bəs olmaz, Düşdükcə anam yadə, işim ahü fəğandır. Çün eyləmişəm dərdü bəla ilə əlaqə, Bu bəstəri-qəmdən dəxi mən durmam əyağə, Hərgiz demərəm gər məni yandırma fərağə, Bax gör dözə billəm, Əli, ondan sora yandır. Bundan sora, qardaş, məni saldıqca xəyalə, Ollam səri-zülfün kimi piçidə məlalə, Müşkül görürəm bir də yetəm bəzmi-vüsalə, Cismim əriyir, yerdə qalan bir quru candır, Getsən cigərim lalə sifət qan olu sənsiz, Məmurəyi-eyşim,Əli, viran olu sənsiz, Bu şəhri-Mədinə mənə zindan olu sənsiz, Gəl getmə gözüm nuru, ayaq saxla amandır. Saldıqca sənin xali-xətin yadə vətəndə, Bundan sora gəlləm, Əli, fəryadə vətəndə, Heç kimsə qərib olmaya dünyadə vətəndə, Qürbət qəmi, bimar qəmi eşqə yamandır. Bu dərdılə mən olməyin axır nə rəvadır, Çün şərbəti-vəslin dili bimarə şəfadır, Fikri-xəmi-zülfün mənə zənciri-bəladır. Zikri-ləbi-ləlin mənə bir ruhi-rəvandir. Yanmış anasızlıq oduna bəs ki, bu canım, Qalmıb qəmi-hicranə dəxi tabü təvanım, Vardır yeri dünyanı tuta əşki-rəvanım, Tufani-bəla çeşmeyi-çeşmimdən əyandır. Sərrafi-günəhkarəm əya, qadiri-qəffar, Gözdən tökərəm göz yaşı çün dirhəmi-dinar, Bu kəsbdən öz mərhəmətinlə məni qurtar, Cərmayəsi qəm, kəsbi ölüm, sudi ziyandır. * * * Olmusan can verməyə amadə, xoş gəldin, oğul Olmusan can verməyə amadə, xoş gəldin, oğul, Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul. Yatmadım on səkkiz il, bir sən kimi can bəslədim, Xuni-dil sərf eylədim, ləli-Bədəxşan bəslədim, Mən səni, əlhəq, bu gündən ötrü qurban bəslədim, Yaxşı vaxtımda yetişdin dadə, xoş gəldin, oğul. Zəhmətin çəkdim, yetirdim mən səni bu həddivə, İmdi var bir xahişim, verrəm qəsəm öz cəddivə, Bir qabağımda yeri, eylim tamaşa qəddüvə, həsrətim ta qalmaya dünyadə, xoş gəldin, oğul. Bəs ki, cami-eşq ilən sərməstü mədhuş olmusan, Şahidi-bəzmi-məhəbbətlən həmağuş olmusan, Durma, get çün zövqü şövq ilən kəfənpuş olmusan, Razıdır bu getməyə Leyla de, xoş gəldin, oğul. Varsa gər başında sövdayi-bəla cəmiyyəti, Ver başın başdan, Əli, kəs dərdi-sərdən ülfəti. Bəs ki, əbruyi-kəci-canan ilə var nisbəti, Aşina ol xəncəri-fuladə, xoş gəldin, oğul. Çəkmə zəhmət, bir belə alati-cəngə olma bənd, Qaşların üryan qılıncdır, zülfi-pürçinin kəmənd. Qəm yemə doğransa cismin rizə-rizə, bənd-bənd, Gəlmə hərgiz ney kimi fəryadə, xoş gəldin oğul. Daim istərdim ola feyzi-şəhadət hasilin, Lüləhülhəmd, oldu hasil aqibət kami-dilin. Xəncəri-xunriz əlində müntəzirdir qatilin, Rəhm qıl, rəhm etməyən cəlladə, xoş gəldin, oğul. Tut əlində nəqdi-can, bazari-eşqə qoy qədəm, Can ilən al hər tərəfdən gəlsə kalayi-sitəm, Baxma, al hər qiymətə olsa mətai-dərdi-qəm, Yox ziyanın bir belə sevdadə, xoş gəldin, oğlum. Gərçi bu qürbət vilayətdə qəribi-bikəsəm, Qalmışam avvarə, girdab üzrə bir xarü xəsəm, Razıyam bundan belə bu canıva olsun qəsəm, Peykərin başsız qala səhradə, xoş gəldin, oğul. Səbt olub çün adıma, ruzi-əzəl tumari-qəm, Görmədim aləmdə hərgiz dərdi-qəmdən fariqəm, Tut əlimdən, qəddimi axır bükübdür bari-qəm, Olmuşäm zülfun kimi üftadə xoş gəldin, oğul. Afərin bu təbivə, Sərraf, əcəb sərşardır, Sözdü bu, ya löləyi-tər, ya dürj-şəhvardır, Bəs ki, şirindir, dəmadəm qabili-təkrardır, Olmusan can verməyə amadə, xoş gəldin oğul. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haci-rza-serraf-novheler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.