Qəzəllər Hacı Rza Sərraf (1854–1907) Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz, Tari bili, xalq eyləyə bilməz elə qaş-göz. Tapşırdı səbayə, dedi: Sal zülfü üz üstə, İmanımı verdi mənim axır yelə, qaş-göz. Bir əyri qaş oynatmağa verdim gözə min can, Bundan belə eylər genə məndən gile qaş-göz. Hərgiz, bu xətadidə kimi qaş-göz edəmməz, Gər eyni Xətadan gələ min qafilə qaş-göz. Bir yayıda min ox ata, bir tiri yayılmaz, Qoymubdu, atıb vurmaq üçün, fasilə qaş-göz. İnsan demək olmaz sənə, sən hurü pərisən, Olmaz, bu müşəxxəsdi, bəşərdə belə qaş-göz. Göz mərdüməkin-nöqtə, qaşın-sini-kəşidə, Sərlövhi-camalında olub bismilə qaş-göz. Min aşiqi bir tək tük ilə tük-tükə bağlar, Zülfündə işarə qıla gər bir telə qaş-göz. Göz üstə dedin, qaş eyləyib canını allam, Qurbanın olum, dönmə sözündən, elə qaş-göz. Eylər bu qədər aləmə qaşü gözü tərif, Verməz niyə Sərrafına yarım, silə qaş-göz? * * * Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə, Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə! Xədəngi-nazilən vurdun, məni yıxdın, qoyub keçmə, Müsəlmanəm, mənə islam rəsmilən namaz eylə! Kərəm qıl başımı torpaqıdan al, qoy dizin üstə, Məni gəl, axır ömrümdə, əzizim, sərfəraz eylə! Xərab etməkliyə dünyanı bir iyma kifayətdir, Nə fıkri-qətlü qarət qıl, nə qəsdi-tərki-taz eylə! Sənə kəc baxsa hər göz, qoyma gözdən, ey kəman əbru, Onu tut əlbə-əl qurbani-müjgani-deraz eylə! Bəlagərdanınam, rəhm et mənə, al canımı, qurtar, Alım dərdin, məni gəl dərdi-sərdən biniyaz eylə! Təmam eylə mühəddis, şərh vermə hali-Mahmudə, Danışmaq halətin var söhbəti-hüsnı-Ayaz eylə! Xədəngi-cansitani-qəmzeyi-canan gəlir, ey can, Oturma cismdə, öz ruhunu çıx pişvaz eylə! Tükəndi nəqdi-ömrün getdi, ey Sərrafi-bimayə, Qocaldın, çarəsiz, öz dərdinə bir çarəsaz eylə! * * * Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə, Olürəm, bir belə qoyma nəmə, qurban gözünə. Xəmi-zülfün çəməni-arizə çəm tək döşəmə, Mayil olma bu qədər çəm-xəmə, qurban gözünə. Görürəm, xalq deyər qaşına qurban kəsilim, Deyirəm mən yenə, bainhəmə, qurban gözünə. Hər səri-muyi-kəcində, düzü, min aləm var, Necə verrəm səni bir aləmə, qurban gözünə. Var gözəlim, çün dəmi-İsa, dəmi-canbəxşində, Gəl otur, bircə verək dəm-dəmə, qurban gözünə. Dini yox, kafiri-sərgəştədi, bədnam olusan, Vermə üz zülfi-xəməndərxəmə, qurban gözünə. Necə kim, Yusifə dedilər: Bu mələkdir, nə bəşər, Səndə var indi həman həmhəmə, qurban gözünə. Qoymusan indi ki, Sərraf adını aşiq əmən, Ver icazə ləbi-ləlin əmə, qurban gözünə. * * * Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi, Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi. İstədi çəksin fələk hər ay başında mahi-nov, Qaşların tərhin götürdü, əldə invan eylədi. Xizrdən sərməşq alıbdır, yoxsa bu göz mərdümü Bigünəh bu tifli-əşki qanə qəltan eylədi. Gördü çün könlüm xədəngin həmdəmi-cansuzdur, Can kimi bağrına basdı, munisi-can eylədi. Canımı almaqda işvən qanıma qıldı kərəm, Qanımı tökməkdə qəmzən canə ehsan eylədi. Qanlıdır xalın deməkdə qanımı bildi həlal, Nütfeyi-Qabildi, axır qanına qan eylədi. Tiri-eşqin sinədən çıxmaz, məgər canım çıxa, Can ilən əvvəldə böylə əhdü peyman eylədi. Çəkmə zəhmət, dərdimin dərmanı yoxdur, ey təbib! Kim mərizi-eşqə bu aləmdə darman eylədi?! Bilmədim yarın iki surətlə bir tək xalı var, Oynadım xalilə, yandım mən, o talan eylədi. Çıxmamış canım deyin Sərrafa tez gəlsin, məni – Bir kəmanəbru nişani-tiri-müjgan eylədi. * * * Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı, Deyib danışmağa cananilən fərağət olaydı. Bərabərimdə nigarım yanaydı şəm kimi, Mən ahi-sərd çəkəydim, o gərmi-söhbət olaydı. Gəhi duraydı qabağımda sərv qamətilən, Gözüm görə-göra bn nəşədə qiyamət olaydı. Deyib, gülüb, oturaydıq kəmali işrətilən, Bəsani-ayinə, dil xali əz küdurət olaydı. O qədr söhbət edəydik olaydı nisfülleyl, Yataydı yar dizim üstə, başı rahət olaydı. Kənarə can tək alaydıra o tifli-məsumu, Bu şərtilən aramızda hicabi-ismət olaydı. Təhəmmül etməyə bari-girani-möhnətə, kaş, Özümdə səbrü təhəmmül, dizimdə taqət olaydı, Günüzlü yaridə ya olmayaydı işvəvü naz, Bu nazı çəkməyə ya inki, məndə halət olaydı. Şərari-şəmilə gördüm yanaldı pərvanə, Dedim: bu şivə, nolur əhli-eşqə adət olaydı. Yetibdi təngə dəxi təngnayi-aləmdən, Əcəl gələydi, bu Sərraf öləydi, rahət olaydı. * * * Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə, Yetibdi faili-müxtarın ixtiyar əlinə. Könul, gər ıstəyırsən məstı-camı-eşq olasan, İnani-huşunu ver yari-huşiyar əlinə. O gün ki, qismət edibdir vücudu cüzvbəcüz, Veriblə rişteyi-səbrü qərarı yar əlinə. Həvayi-darilə Mənsurun əql şahbazi, Uçub qonub səri-giysuyi-tabdar əlinə. Nolurdu bircə gedəydi xəzan, gələydi bahar, Düşeydi daməni-gül əndəlibi-zar əlinə. Hənayə bax, necə gör bihəyadı, qanə dönüb, Utanmayıb qızarıb, əl verib nigar əlinə. Çəkibdi kamına könlüm quşun o zülfi-siyəh, Udar, bəli, düşə güncüşk beççə, mar əlinə. Əlində öz məməsin oynadırdı yar, dedim: Ənari-tazə düşüb sərvi-gülüzar əlinə. Demə bu aşiqə: Gəl, tari-zülfümə vur çəng, Vücudu çəng olu gər düşsə bircə tar əlinə. Bu növilən ki, yanar odlara, yanar Sərraf, Xilas olunca salır nəqdi-xoşəyar əlinə. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haci-rza-serraf-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.