Şeirlər Hacı Rza Sərraf (1854–1907) Arsız elin atıbdı vəli mən atanmadım Öz yürdünü satıbdı vəli mən satanmadım Zor gəldi nəfsi tez özünü satdı bəzilər Beş gün kama çatıbsa noli,mən çatanmadım Qəbri-pakın ya Hüseyn(Ə),müddətdi var istər könül Zarə gəlmiş,bir məqami ahu-zar istər könül Mə-siyət karəm mənə tovfiqin hər gəh yar olur Nüqteyi-mücrim gedər,dil məhrəmi əsrar olur Qəbri əkbər aşiqi-mənsurə payi-dar olur Payi-dar ölməkligə,bir payidar istər könül Künci ğəmdə bir nəfər yox mənlə həm avaz ola Az qalıbdır mürği-ruhum cismidən pərvaz ola Istə bu canım səri-kuyində pay əndaz ola Dut əlimdən,ğəm günümdə ğəmqusar istər könül Hər tərəf İskəndəri-dil abi-heyvan axtarır Zülməti-ğəmdə gəzər lə”li-bədəxşan axtarır Can verən aşıq həmişə kuyi-canan axtarır Can nisar etməkligə bir can nisar istər könül Eyləyib şovqi-visalın valehü heyran məni Vadiyi-heyrətdə qoyma böylə sərgərdan məni Qorxaram salsın ayaqdan mihnəti-hicran məni Hicr əlindən canə gəlmiş vəsli yar istər könül Pərtüvi-nuri-xəyalinlə dolub səhrayi-dil Göz yaşım tək mövcə gəlmiş cuş edər dəryayi-dil Turi-eşqində münacat etməgə musayi-dil Taqətü-tab axtarır,səbrü qərar istər könül Hicləqahi qasimi hər ləhzə kim yad eylərəm Ney kimi gəlləm nəvayə dadü-fəryad eylərəm Eyşü-işrət mülkünü ahilə bər bad eylərəm Çün təni-təbdarü çəşmi-əşkibar istər könül Xatirim olmuş pərişan sünbüli-susən kimi Xəlqidən kəsmiş əlayiq riştəsin suzən kimi Çox sevər qəbrin çəkə ağuşə pirahən kimi Can verib vəslə yenə pərvanəvar istər könül Tündü-badi hicrilə solmuş gülüstanım bənim Ğüssədən olmuş xəzan gülbərgi-xəndanım bənim Nütqi yox,dildən düşüb mürği-xoşəlhanım bənim Bülbüli-şuridə tək fəsli bəhar istər könül Seyli-ğəmdən az qalıb bünyadi cism olsun xərab Zövrəqi-cismim o seyl içrə qalıb misli hübab Məhfili vəslin xəyalilə olub bağrım kəbab İxtiyarım yox,nədim,bi ixtiyar istər könül Şuri-eşqin şöhrəti əz bəs ki aləmgir olub Binəva Sərraf odur məcnuni-bi zəncir olub Abü-xaki-ğəmlə quya tinətim təxmir olub Mihnətü dərdü müsibət,hərnə var istər könül * * * Kitabxana.az · https://kitabxana.az/collections/haci-rza-serraf-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1907). Public domain (author died 1907). Original text only.