Marşlar Üzeyir Hacıbəyov (1885–1948) Vurulur meydanda sinci-dəf, Vurulur meydanda sinci-dəf, Düzülür əsgərlər səfbəsəf, Yeriyir şövqlə düşmənə tərəf. (2) Giriniz meydana sanki şir Əlinizdə şəmşir ilə tir. Dilinizdə olsun bu zikr: Ya Allah, ya Allah, Ya Allah, mədətə yet! (2) Hüvə-kəbir! Çingizləri, Teymurları, Gəl yada sal ol ərləri Kim, ol zaman türk hökmran Türkə müti nəfsi-cahan Gör nə ləzzət (2) Çəkdi bu millət. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-marslar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.