Məqalələr Üzeyir Hacıbəyov (1885–1948) Muğamat və xalq mahnılarının ifası haqqında Yoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur. Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir. Sizə məlumdur ki, arxada yaralı əsgərlərə verilən konsertlər nə qədər şən keçir, onları ruhlandırır. Cəbhə üçün çalışan fəhlə və kolxozçularımızın, ziyalılarımızın ruhla işləmək və istirahət etmək üçün musiqiyə qulaq asmağa ehtiyacı vardır. Deməli, musiqi xalqın bugünkü vəziyyəti ilə, müharibə ilə sıx əlaqədardır. Biz hələ indiyə qədər istər cəbhədə, istər arxada verilən musiqi verilişlərinin tərtibi, onun yaxşılaşdırılması, bu işin nizama salınması haqqında xüsusi olaraq danışmamışıq. Məlumdur ki, konsertlər çox tez-tez verilir, odur ki, konsertdə iştirak edən yoldaşlar bir o qədər hazır olmur, onun nəticəsində bəzən lazım olan nəticə əldə edilmir. Hospitallarda verilən konsertlərdə elə musiqi çalınır ki, yaralının ağrısını azaltmaq əvəzinə onların əsəblərinə daha da pis təsir edir. Əlbəttə, belə musiqinin olmaması olmasından daha yaxşıdır. Konsertlərdə iştirak edən bədii kollektivlər və bu işin başında duran yoldaşlar öz vəzifələrini lazımi qədər başa düşməli və elə etməlidirlər ki, hospitallarda verilən konsertlər xəstələri razı salsın, onlara xoş gəlsin. Səyyar briqadalardan başqa konsert verən bədii briqadalarımızın ən mühüm yeri filarmoniyadır. Konsertlər estradada və radio ilə də verilir. Bu təşkilatlar da öz işlərini yaxşı qurmalıdırlar. Repertuarımız nədən ibarətdir? Bizim repertuarımız əsasən el mahnılarından qurulur. Xor kollektivləri və yaxud tək-tək oxuyan oğlan və qızlar el mahnıları və muğamat ifa edirlər. Bu gün el mahnılarına və muğamata daha artıq fikir verilməsi təbiidir. Lakin aşıq mahnıları və bəstəkarlarımızın əsərləri də repertuara daxil edilməlidir. El mahnılarını seçmək lazımdır, çünki elə mahnılar vardır ki, bunları dinc vaxtında oxusaq zərər yoxdur, ancaq müharibə vaxtında, madam ki, bizim hər bir işimiz, hər bir çıxışımız cəbhəyə kömək etmək üçündür, onlara tənqidsiz yanaşmaq düzgün olmazdı. Hər bir şeyə tənqid nöqteyi-nəzərindən baxmaq lazımdır. Qeyd etməliyəm ki, radioda və filarmoniyada verilən konsertlərdən məlum olur ki, bu işə rəhbərlik zəifdir. Məsələn, belə olur: radioya bir nəfər oxuyan gəlir; ondan soruşurlar: “Nə oxuyacaqsan?” O da deyir ki, filan havanı oxuyacağam. Oxuyan hazırlıqsız oxuyur, çox vaxt səsini tarla uzlaşdıra bilmir, xaric oxuyur, yaxud çaşır, ümumiyyətlə, xaltura əmələ gəlir. Vəziyyətimizin ciddi bir vaxtında, cəbhə mübarizəmizin kəskinləşdiyi, müharibənin bizdən daha artıq səy tələb etdiyi bir zamanda radiodan “Dedim bir busə ver” və s. sözlər eşidilir. Halbuki el mahnılarının insana ruh verən gözəl nümunələri vardır. Onları oxumaq lazımdır, onlardan bəstəkarlarımız öz yaradıcılığında istifadə etməlidir. Cəbhə üçün şeir yazan şairlərimiz çoxdur. Gözəl xalq havalarını indiki vəziyyətə münasib sözlərlə oxumaq olar. Şairlərimiz də bu cür havalara münasib yaxşı sözlər yaza bilərlər. Müharibənin gərgin bir vaxtında “Dedim bir busə ver, dedi vermərəm” çalınıb oxunması yersizdir. Halbuki bizim sovet qızları müharibədə ciddi rol oynayır, bir çoxları hətta səngərlərdə vuruşur; belə olan vaxtda o hansı xanımdır ki, busə versin? Bu nəğmə görünür ki, ayrı bir vaxta aiddir. Busə keçmişdə çadra altında olan xanımlara qoşulan sözlərdir. İdarə başında duran, repertuar tərtib edən bir adam belə şeylərin oxunmasına icazə verirsə, deməli, o öz vəzifəsini yaxşı başa düşmür və yaxud vəzifəsini başa düşür, amma buna əməl etmir. Bugünkü günlə səsləşməyən sözlərdən yenə də göstərmək olar: “Nə durmusan dağ başında qar kimi” və yaxud belə bir xalq havasını yada salaq: “Şirvanın yastı yolu, su gəldi basdı yolu”. İddia etmək olar ki, bu hava o sözlər üçün yaradılmışdır. Həmin sözlərin əvəzində Qaçaq Nəbi haqqında qoşulmuş gözəl sözlər vardır, onları oxumaq olar, həm də gözəl hava itməz və belə bir havadan cəbhədə əsgərlər ilham alarlar. Bir daha qeyd etmək istəyirəm ki, el havaları çox gözəldir, ancaq onların bəzisinin sözləri işi korlayır. Odur ki, o havaları başqa sözlərlə əvəz etmək lazımdır. Bununla bərabər bilirsiniz ki, hospitallarda bir çox yaralılar yatır; odur ki, onların yanında “Yaralıyam dəymə, dəymə” və s. oxumaq olmaz, çünki bu, yaralıya pis təsir edər. Dəfələrlə bu barədə ifaçılara tapşırılmışdır. Ancaq hələ bir yenilik yoxdur. Əlbəttə, bu işdə hamımızın təqsiri vardır. Bizə dəfələrlə göstəriş verilmişdir ki, radio konsertlərin proqramını nəzərdən keçirək. Lakin bu işə əməl edilmir. Bir neçə söz muğamat haqqında! Dəfələrlə göstərmişik ki, “Qatar”ı oxumağın bu saat o qədər də əhəmiyyəti yoxdur, çünki düzgün və tamam oxumurlar. Bəs oxunan nədir? Görürsən ki, iki kəlmə söz deyir, dalısını ağlayır. Nədənsə bu havanı bütün oxuyanlar sevir. Əvvələn, muğamlar bir-birindən ayrılır. Məsələn, çahargahın bağışladığı təsir başqadır, o birisinin təsiri isə başqadır. Mən dəfələrlə demişəm ki, gərək bizim oxuyanlarımız muğamatın qədrini bilsinlər, elmi-təcrübi cəhətdən onları düzgün oxusunlar. Bunu bilməyənlər ya onun əhəmiyyətini başa düşmür, yaxud tənbəllikdən ürəklərində elə od yoxdur ki, onu öyrənsinlər və yaradıcılıq fantaziyasını bir az genişləndirsinlər. Avropa musiqisində 24 qamma vardır, bunun əvəzində bizdə 120 qamma vardır. Bu cür zəngin irsə malik xalq öz musiqi yaradıcılığını inkişaf etdirir. Ancaq çox təəssüflər olsun ki, el mahnılarını bəzi sözlər korlayan kimi, muğamatı da bəzi oxuyanlar korlayır. Bizdə muğamat oxuyanlar iki cürdür: biri – çoxdan oxuyanlar, o birisi – təzə oxuyanlardır. Təzə oxuyanlar elə bilirlər ki, hər nə oxusalar axırını gərək segah ilə qurtarsınlar. Axırda məlum olur ki, bu “Rast” oxuyur, “Bayatı-Şiraz” və yaxud başqa bir şey oxuyur. Bir gün mən Əlövsətə qulaq asırdım. Əlövsət “Bayatı-Şiraz” oxuyurdu. Yollarını bilmədiyi üçün muğamatı düz oxumadı. Sonra mən soruşdum ki, o, nə qədər qonorar alır; məlum oldu ki, çox böyük qonorar alır. Mənim buna çox hayıfım gəldi. Mənim nəzərimcə, bu cinayətdir. Bəzi oxuyanlar xalq mahnısını – “Apardı sellər Saranı” düzgün oxumur. Sonra “Segah” oxuyanlar da onu elə uzadırlar ki, camaat da yatır. Konsertlərin repertuarını tərtib edərkən biz gərək yaddan çıxarmayaq ki, biz düşmən ilə gərgin müharibə aparırıq; odur ki, biz iradəmizi gərək daha da möhkəmləndirək. Bununla da mən demək istəmirəm ki, “Segah” oxumaq lazım deyil; ancaq bu cür “Segah” oxumaq üslubuna qarşı mübarizə aparmaq lazımdır. Köhnə oxuyanlardan bizim hörmətli xalq artistlərdən Cabbarı çox az eşidirik. Buna da çox təəssüf edirik. Qədim xanəndələrin bəzisinin oxumaq üslubu xüsusi məktəb görmədiklərinə görə belə idi: ağzını açdıqda elə bil ki, kimsə ölüb, onu aparıb basdıracaqlar. Çünki oxumaq üslubunda mədəni vasitələrin heç birindən xəbəri yox idi. Ata-babalarından necə eşitmişsə, eləcə də oxuyurdu. Bundan başqa, şeir oxuduqda onun daxili məzmunu ilə maraqlanmalıdır. Əvvələn, sizə məlumdur ki, şeir misralardan düzəlir, cümlənin yarısını o biri misra tamamlayır. Sözlər musiqiyə qoşulduqda, buna fikir verib, şerin tələbinə görə oxunmalıdır. Bir də görürsən ki, xanəndə şeri bir-birinin dalınca deyir: bir misra bu şeirdən, o biri misranı o biri şeirdən. Beləliklə, bütün şeir pozulur. Elə xanəndə olur ki, o, cümlələri layiqincə və öz yerində deməyə qadir deyil, ona görə də cümlələri bir-birinin dalınca deyir ki, tez qurtarsın. Bunların hamısı ondan irəli gəlir ki, indiyə qədər bizdə hələ elə bir məclis qurulmamışdır ki, orada bir nəfər muğamat oxusun və ona qulaq asılsın. Mən bunu əlbəttə ki, oxuyanları bir-biri ilə vuruşdurmaq üçün deyil, bir-birinə kömək etmək, bir-birindən öyrənmək məqsədilə deyirəm. Mənə belə gəlir ki, pis adətləri tərk etmək olar. Bir dəfə mən radioya qulaq asırdım: “Rast” oxuyurdular. “Rast”ın “Zəminxara” yeri vardır; məlum oldu ki, onu yaddan çıxarıblar, onun yerinə “Şahnaz” oxuyurlar. “Rast”ın dinləyiciyə təsiri böyükdür. O, insanda mərdanəlik hissi oyadır. Ancaq bu da yaddan çıxıb gedir. Sonra “Segah”ın özünü də sızıldayaraq oxuyurlar. Təkrar edirəm: sülh vaxtı olsa idi, zərər yoxdur, ancaq indi sızıldamaq yeri deyil; “Segah”ı biz necə oxumalıyıq? Bunu ən gözəl bir surətdə, heç bir sızıltı etməməklə elə oxumalıyıq ki, “Segah” segahlığında qalsın. Ən pis müamilə “Bayatı-Şiraz”la olur. Onu bu gün heç bir hörmətə layiq olmayan şeyə döndərmək istəyirlər. Halbuki onun xüsusi təsiri vardır. Müharibə vaxtında ondan istifadə etmək olar. O, yerində işləndikdə bizə nə qədər kömək edə bilər! Yersiz işlətdikdə, o, ancaq zəhlə tökə bilər. Görürsən ki, çalanlar da “Bayatı-Şiraz” arasında başqa bir şey çaldı. Keçən dəfə Əlövsətin çıxışında tar çalan (deyəsən Hacı idi) “Bayatı- Şiraz” arasında bir rus havası çaldı. Mən qorxdum ki, indi Əlövsət özünü itirəcək; yaxşı ki, tarzən sonra yenə “segaha” döndərdi və onunla qurtardı!.. Sonra, yoldaşlar, o gün bilmirəm kim isə deyirdi ki, filankəs 40 dəqiqə “Şur” oxudu. Halbuki 40 dəqiqə içərisində operanın bir aktı gedir. İş bundadır ki, muğamat çalanlar və yaxud oxuyanlar həmişə musiqini tamam etmək üçün vaxt istəyirlər. Nə qədər vaxt lazımdır? Hədsiz vaxt olmaz! Muğamatı istədikdə 4 saat da oxumaq olar, istədikdə 5 dəqiqə içərisində də oxumaq olar. Məsələn, belə olur: ifaçı “Rast”ı başlayır, mayəsini çalır, sonra variantını üç dəfə çalır və keçir “Əraqa”, bunda da yenə təkrarlara yol verir. Çalğıçı gəzişir, axtarır və müəyyən variantlardan sonra gedib mətləbə çatır. Beləliklə, bunu nəinki 40 dəqiqə, 2 saat davam etdirmək olar. Halbuki bütün dəsgahı az vaxt içərisində qurtarmaq olar. Məsələn, özünüz görübsünüz, 10 dəqiqə içərisində operanın müəyyən bir aktı gedir, burada böyük və müəyyən bir hadisə olur, özü də cəmi 10 dəqiqə vaxt aparır. Bir muğamatı saatlarla oxuyan adama bir deyən yoxdur ki, nə üçün belə edirsən? Odur ki, o da istədiyini edir. Misal vardır deyərlər; “aşiqin sözü qurtaranda yarım-yarım deyər”, onlar da buna oxşayır. Siz bilirsiniz ki, Azərbaycanda musiqi... get-gedə inkişaf edir. Əvvəllər musiqiyə qulaq asmaq çaxır içmək kimi bir iş hesab edilirdi. Ancaq indi musiqi mədəniyyətimiz yüksəlmiş və tələbatımız da artmışdır. Aktyor səhnəyə çıxan kimi öz rolunu necə ifa etdiyi o saat hiss olunur. Mədəniyyət artdıqca musiqiyə tələbat da artır. Bülbül oxuyanda onun ifasından camaat razı qalır; çünki o, düzgün və təsirli oxuyur. Səhnəyə gərək usta çıxasan; xam çıxdıqda camaat konsertdən narazı qalır. Buna görə də işdə olan nöqsanı burada qeyd etmək lazımdır; bir çox yeniyetmə qız və oğlan radioda öz bildikləri kimi oxuyur, maneraçılıq edir, sözləri dəyişdirirlər. Onlara deyilməlidir: niyə belə oxuyursan? Nədənsə üzərlərinə böyük vəzifələr düşən idarə rəhbərləri bu yolda heç bir iş görmürlər. Bunun nəticəsində istənilməyən hərəkətlər əmələ gəlir. Mən bir misal da gətirmək istəyirəm. Yoldaş Sarabski əvvəllərdə çıxıb oxuyurdu, heç kəs də deməz ki, o pis oxuyurdu. Bununla belə o heç vaxt özünü öyməmişdir. Ancaq indi görürsən ki, bir dəfə birinin adı çıxıbdır ki, yaxşı oxuyur, o öz tərifini eşidən kimi o saat deyir ki, gərək mənim qonorarımı artırasınız. Bir sözlə “Arşın mal alan”da Soltan bəy dediyi kimi, “mənim adımı hamı əzbərdən bilir”. Çox təəssüflər olsun ki, belə adamları biz səhnəyə çıxarırıq; belə adamları səhnədən qovmaq lazımdır. Çünki əgər onda artist odu varsa, o gərək getgedə öz üzərində çalışsın və ifaçılıq mədəniyyətini yüksəltsin. Hərgah o başqa şey dalınca gedirsə, onu qovmaq lazımdır. Bəzən görürsən ki, bir aktyor məşq zamanı tarın səsi ilə öz səsinin uyğun gəlib-gəlmədiyinə heç fikir vermir. Odur ki, öz hörmətini bilən aktyor camaatdan hörmət tələb etməzdən qabaq, öz-özünə hörmət etməlidir. Qədimdə belə idi: bir dəfə məclisdə zənguləni pis vurduqda xanəndə utanar, bir daha məclisə gəlməzdi. İndi isə biri pis oxuduqda buna fikir verilmir, camaatın tələbi də yaddan çıxıb gedir. * * * Aşıqları inqilabdan əvvəl elə hala salmışdılar ki, onlar ancaq kəndlərdə işləyirdilər. Ancaq bu gün aşıqlar musiqi təbliğatında bizə kömək edir və bu işdə böyük rol oynayırlar. Onların sənəti şəhər musiqisinə yenilik gətirir, onu zənginləşdirir. Axır vaxtlarda aşıq sənəti daha çox hiss olunur. Ölkəmizdə elə bir hadisə olmur ki, aşıq ona cavab verməsin. ...Cavan bəstəkarlarımız öz biliklərini artırır, məktəblərdə oxuyurlar. Biz onlardan böyük yaradıcılıq işləri gözləyirik. Bununla bərabər, onların içərisində öz sənətlərinə əhəmiyyət verməyənlər də vardır. Mən sizə çıxışımın əvvəlində dedim ki, mən tənqidi çıxış edəcəyəm. Axır zamanlarda bir musiqi eşitdikdə heç bilməyirsən ki, bu haradandır. Bu barədə “Krokodil” jurnalında yaxşı bir şey yazmışlar: “Bəstəkar Volqakamski öz əsərinin mühüm hissəsini itirmişdi; onu axtarıb tapmaq üçün it gətirirlər, it də Çaykovskinin şəklinin qabağında durub “hürür”, yəni şəkildə onu göstərirlər ki, bəstəkar Volqakamskinin əsərinin mühüm hissəsini Y.Çaykovski “oğurlamışdır”. Bizdə də bir-birindən köçürmə, daha açıq desək, oğurlama yox deyildir. Aramızda çox pis adət vardır: bəstəkar hazırca el havasını görüb, ora-burasını dəyişdirib, altında yazır ki, filankəsin əsəridir?! Bu yaxşı iş deyil. Hər bir həşəratın özünü qorumaq üçün özünəməxsus bir müdafiə nişanı vardır. Məsələn, xoruzun özünü müdafiə üçün dimdiyi vardır, qoçun buynuzları vardır, bəzən bəstəkarların da özünü qorumaq üçün istədiyin qədər dikbaşlığı vardır. Belələrinə söz demə, yanından keçmə! Görürsən ki, şair zəhmət çəkib şeir yazmış, bəstəkar onu musiqiyə salmaq istəyir, amma ondan istifadə etməyi bacarmır; o, şairin şerini qırıq-qırıq edir. Oxuduqda görürsən ki, söz yerində deyil. Məsələn, “Bizim” sözünü uzadılmış şəkildə başqa cür eşidirsən. Radio konsertlərinə gəldikdə, ən əvvəl bilməlisiniz ki, radio konserti bütün rayonlar üçün verilir, odur ki, buraya daha artıq fikir verilməlidir, ələlxüsus müharibə vaxtında bütün fikrimiz düşməni məhv etmək olmalıdır. Belə bir zamanda cəbhə işlərinə radio necə kömək edir? Bu nöqteyi-nəzərlə baxdıqda deməliyik ki, son zamanlar radio verilişlərində müəyyən dönüş yaradılmışdır. Bununla bərabər radio konsertləri nümunəvi olmalıdır. Hər bir çalan və oxuyan öz işinə məsuliyyətlə yanaşmalıdır. Musiqi təbliğində intizam daha artıq tələb olunur. Hərgah bir yerdə epidemiya varsa, həkimlərimizdən tələb edirik ki, tezliklə bunun qarşısını alsınlar. Biz də onlar üçün elə musiqi yaratmalıyıq ki, onlar istirahət etsinlər. Hamınızdan tələb olunur ki, musiqidə hamilik və radio işlərində tezliklə dönüş yaradaq. Söz yox ki, bu dönüş bu günə müvafiq olmalıdır. Yoldaşlar, mən əminəm ki, biz düşməni məğlub və rədd edib, nəinki şəhərlərimizi, kəndlərimizi, kolxozlarımızı düşməndən müdafiə edəcəyik, habelə öz işimizdə böyük dönüş yaradacağıq. Bu gün biz düşməni tamamilə məhv etmək üçün öz işimizdə, sənətimizdə olduqca böyük məharət göstərməliyik. Bakıda 1942-ci il sentyabrın 7-də “Muğamat və xalq havalarının ifası” mövzusunda müşavirədəki məruzə * * * Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev Müsəlman Artistləri Peşəkar İttifaqının yaradılmasını (“Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa “ancaq Melpomena məbədini ucaltmağı”, yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, “səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur”. Opera, operetta, musiqili dram kimi əsərlərin tərbiyəvi əhəmiyyətinin sübutsuz-dəlilsiz qətiyyətlə inkar edilməsi bir tərəfdən teatr və ümumiyyətlə, teatr sənəti haqqında ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musiqi sənətinə həsr etmək qərarına gəlmiş gənc müsəlmanları həvəsdən salır; beləliklə, milli musiqinin inkişafı ləngidilir, biz müsəlmanların musiqi təhsili almaq arzusunun, milad tarixindən bəri ancaq XX əsrdə oyanan bu təbii arzunun qarşısına sədd çəkilir. Mən heç də elə düşünmürəm ki, milli musiqimizin məhz musiqili dram əsərləri bəstələmək təşəbbüsündən başlanan inkişafına publisistlərimiz qəsdən maneçilik törədir, habelə musiqi sənəti sahəsinə müsəlmanların yolunu şüurlu surətdə kəsir; mən musiqili əsərlərin zərəri və öz tərbiyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli əhəmiyyətə malik olması haqqındakı söhbətləri sadəcə olaraq musiqi sənətinə qeyri-ciddi münasibət kimi izah edirəm; buna görə də, mənə elə gəlir ki, həm dram, həm də musiqili dram əsərlərinə ciddi və diqqətlə yanaşaraq bu barədə söhbət açmaq faydalı olardı. Belə bir ciddi söhbətə başlamaq üçün vətəndaş Əhliyevdən aşağıdakı suallarıma cavab verməsini xahiş etmək istərdim: Ümumiyyətlə, musiqili əsərlərin tərbiyəvi əhəmiyyətini nəyə əsasən inkar edir və ya azaldırsınız? “Otello”, “Faust”, “Boris Qodunov” kimi operaların tərbiyəvi əhəmiyyəti etibarilə eyni müəlliflərin eyni məzmunlu dram əsərlərindən nəyi əskikdir? Bu suallara cavablar səhnə sənətinin bu və ya başqa növünün faydası və zərəri haqqında real təsəvvür yaratmalıdır; bu, yeni yaradılmış müsəlman artistləri ittifaqı üçün xüsusilə zəruridir. * * * Vəzifəyi-musiqiyyəmizə aid məsələlər Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır. O müsaidət nədən ibarətdir? Əvvəla, bu var ki, şərq sənaye-nəfisəsinin ən qəddar düşmənləri olan dini təəssüb, cahilanə və siyasi məmaniətlər böyük inqilabın şədid zərbələri altında məhv olub getdi və saniyən sənət, baxüsus musiqi sənəti haqqında mövcud olan köhnə, çürük və alçaq əqidələr pozulub əvəzində yeni, tərəqqipərvər və inqilabçı fikirlər birləşdi. Deməli, musiqi sənətinin tərəqqi və təkamül yolu açıldı və salisən Azərbaycan füqərayi-kasibəsinin və işçi sinfinin maarif və siyasiyat işlərində iştirakı musiqi sənətinin dairəyi-fəaliyyətini genişləndirdi və meydanını artırdı və rabiən bu gün Azərbaycan Xalq Maarif Komissariyyatı maarifin intişarı və sənətin tərəqqisi yolunda öylə bir dərin, ciddiyyət və böyük fəaliyyət göstərməkdədir ki, bundan musiqi sənəti yolunda böyük-böyük istifadələr qazanılacağı təbiidir. Bəs böylə bir müsaid və bu qədər müvafiq bir zamanda musiqi vəzifələrinə dair məsələlərin həllinə mübaşirət üçün tələsmək lazımdır. O məsələlər hansıdır? Bizim fikrimizcə, o məsələlər bunlardır: vəzifəyi-musiqiyyənin ümumi surətdə və cümhuriyyət əndazəsində icrası; Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi və fənni, nəzəri və əməli surətdə çalışmaq əmri; ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr və təmimi həqiqi çarələr axtarmaq. Bu üç məsələlərdə birincisinin, yəni vəzifəyi-musiqiyyənin ümumi surətdə və cümhuriyyət əndazəsində icrası əmrinin təqib etdiyi məqsəd odur ki, Azərbaycanda yaşayan ümumxalq mərifəti musiqiyyədən hissəbərdar olub zövqlərinə tərbiyə vermək üçün gözəl musiqilər eşitmək ehtiyacını rəf edə bilsinlər. Bunun üçün hər bir yerdə, baxüsus işçilər sinfi arasında cürbəcür “konsertlər” qurulması və cümhuriyyətin hər bir müvafiq məntəqələrində xüsusi və ümumi musiqi məktəbləri açılması, opera teatrlarının hər bir yerdə oynanılması işlərinə tərəqqi vermək lazım gəlir. Bu gün bu xüsusda çalışılır və bu barədə lazım olan işlər görülür; bu işlər haqqında müfəssəl danışmaq bugünkü məqaləmizin vəzifəsi olmadığından, üzərindən keçib ikinci məsələdən hasil ediləcək məqsədi müxtəsər surətdə şərh edək. Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onu həqiqətən nəcib və nəfis bir sənəti-aliyyə məqaminə yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi-zövq və mənşəyi-feyz açmaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək; bu böyük məqsədi hasil etmək üçün hansı yollarla getmək lüzumunu şərh etmək və bu yolda elmi bir mübahisə açmaq əmrini dəxi gələcək nömrələrə həvalə edib, bu məqaləmizi müxtəs üçüncü məsələnin şərhinə həsr edirik. Üçüncü məsələ, yuxarıda ərz etdiyimiz üzrə, ümumi musiqi sənətinin Azərbaycan türkləri arasında nəşr və təmimi üçün həqiqi çarələr axtarmaq məsələsidir. Buradan bir sual əmələ gəlir. Əcəba, Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə “Ala franğa” yaxud bizlərdə “Yevropeyski” deyilən musiqini də öyrənmək lazımdırmı? Bəli, lazım və vacibdir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır. Hər halda bu vacibliyi bir-bir şərh edək. Əvvəla, nəzərdə tutulmalıdır ki, ümumi musiqi sənəti əsrlərlə imtidad edən bir çox tərəqqi, təkamül və inqilablardan sonra gəlib bugünkü məqama çatıbdır. Bu yolda hər bir əsrə məxsus musiqi dahiləri və musiqi alimləri əmələ gəlib, öylə bir böyük və qiymətli əsərlər buraxıbdırlar ki, mədənilik iddiası edən heç bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz. Çünki bu əsərlərin insaniyyətə olan xidməti dedikcə böyükdür. Bu əsərlərdən bəhrə almaq və onları anlamaq üçün piano, vialon, fleyt və sairə kimi aləti-musiqiyyə məktəbinə ehtiyac vardır. Və saniyən, ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq; məsələn, mədəniyyətin ülum və fünun cəhətincə bizim alim doktorlarımız, pedaqoq müəllimlərimiz, mühəndislərimiz, hüquqşünaslarımız və sairə və sairələrimiz vardır; ümumi musiqi sənətini dəxi öyrənərsək, alim musiqişünaslarımız, musiqarlarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş oluruq. Bu gün sənət cəhətincə bizim hamıdan artıq geridə qalmağımız bundan məlumdur ki, bütün millətlər, hətta qonşumuz olan gürcülər o qədər məktəb görmüş artist və musiqarlara malikdirlər ki, lazım gələn surətdə gürcü dilində tutalım, “Karmen” operasını oynaya bilərlər, amma biz bunu bacarmırıq, çünki nə orkestromuz var, nə də artistlərimiz. Bizdə olan artistlər isə “Leyli və Məcnun” və “Əsli və Kərəm”dən başqa ümumi operaları oynaya bilməzlər; bu isə geridə qaldığımızı isbat edir. Və salisən, bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik. Əgər bir mülahizə etsək ki, bizdə nə qədər gözəl səslər faydasız batıb itir, nə qədər istedadlar korlanır nə qədər şalyapinlər, karuzolar, motsartlar, bethovenlər və sairə və sairələr təlim və tərbiyəsiz qalıb zəka və istedadları istifadə edilmədən məhv olub gedir. Və rabiən, ümumi musiqi sənətini öyrənərsək, öz milli musiqimizin tərəqqisinə böyük-böyük xidmətlər etmiş oluruq. Halbuki, əks surətdə, yəni musiqi elmindən bixəbər qalarsaq, öz musiqimizi bir qədəm dəxi irəli apara bilmərik; məsələn, əgər bir musiqi kitabı yazıb da, o kitabda tutalım tarın nə tövr qurulmasını yazmaq istəsək, “interval” deyilən musiqi təbirlərindən bixəbər olsaq, bunu yaza bilmərik, halbuki bunu bildiyimiz halda kitaba yazarıq ki, “Tarın ağ cift simləri ilə sarı cift simləri “kvarta inter-valı” üzərində kök edilir. Bunu yazıb “kvarta interval”ının nədən ibarət olduğunu da şərh edərik. Əlavə, musiqi elmi haqqında hər nə kitab varsa, ümumun istifadəsi üçün dilimizə tərcümə edərək, piano, vialon və sairə alət vasitəsilə çalmaq öyrənərsək, öz havalarımızı, öz musiqimizi özgələrdən daha gözəl çalmaqla zövqisəlim tərbiyəsinə kömək edərik. Özgələr isə bizim musiqimizin ruhuna aşna olmadıqlarından piano, vialon və sairə kimi o qədər gözəl olan alətləri bu yolda lazımınca istemal edə bilmirlər. Xülasə, bu yazdıqlarımızı dürüst mülahizə edərsək, ümumi musiqi sənəti təliminin Azərbaycan türkləri arasında nə qədər lazım və vacib olduğunu iqrar edərik. Bu təlim və tərbiyəni nə yol ilə icra edə bilərik? Bunun üçün Azərbaycanın paytaxtı olan Bakıda Konservatoriya deyilən Ali musiqi məktəbi açılıbdır. Orada 7 minə qədər mütəəllim və mütəəllimələr şəhərimizin məşhur musiqi müəllimləri vasitəsilə musiqi sənətini öyrənməyə məşğuldurlar. Fəqət bu 7 min nəfər şagirdin ən cüzi bir qismini təşkil edən müsəlmanlardırlar. Bunun səbəbi nədir? Biz bir müddət bu səbəbi aramaqla məşğul olduq və bir çox görüşüb danışıqdan sonra, bu nəticəyə gəldik ki, müsəlmanları musiqi məktəbinə həvəsləndirmək üçün onlardan ötrü konservatoriya nəzdində xüsusi şöbə açmaq lazımdır. Bu şərtlə ki, əvvələn, bu şöbə şəhərin müsəlman qisminə yaxın olsun və saniyən, bu şöbəyə daxil olmaq üçün müsəlmanlar yaş və sinn cəhətincə bəzi məmaniətlərdən azad olsunlar və salisən, bu şöbəyə müsəlman qadınları dəxi girmək üçün xüsusi müsaid şərtlər olsun. Bunlardan əlavə, ən mühümü burasıdır ki, bütün dəftərxana işləri, hakəza dərs və təlim mütləqa türk dilində icra edilsin. Bu yerdə mənə deyə bilərlər ki, hanı türk musiqi müəllimləri ki, musiqi elmindən dərs verə bilsinlər? Buna cavab olaraq ərz edə bilərəm ki, burada ən böyük müşküllük musiqinin külli tədrisinə aid ola bilər, yəni bu elmi türk dilində keçmək üçün kitab və müəllim ehtiyacından əşkal əmələ gələ bilər. Fəqət, bu böyük əşkal həll olunur, çünki bu xüsusda musiqi elminə dara olan və öz dilini layiqincə bilən müəllim vardır. O ki qaldı alət təliminə, burada müəllimin türk dili bilməyinə bir o qədər ehtiyac yoxdur. Lazım olsa da tərcümə vasitəsi vardır. Səs dərslərinə qalarsa, musiqinin göftəsi qabaqca türk dilinə tərcümə edilib, bədə latın hürufatı ilə notların altında yazılar ki, həm müəllim oxuya bilsin və həm də mütəəllim o hürufatı öyrənsin. Çünki haman hürufatın öyrənilməsi musiqidə onsuz da lazımdır. Burada əz cümlə orasını da qeyd edək ki, musiqi göftəsini tərcümə etmək işi çox da asan iş deyildir. Çünki mütərcimlərdən tələb olunur ki, əvvəla, musiqi bilsin və saniyən, hər iki dilin ədəbi lisanına malik olsun və salisən, o dilin də, bu dilin də elm əruzundan baxəbər olsun və illa bunlardan birini bilməsə, mütərcimliyə yaramaz. Bəs ümumi musiqi sənəti öyrənmək Azərbaycan türkləri üçün vacibdir və bunu icra etmək üçün Konservatoriya nəzdində məhz onlara məxsus xüsusi bir şöbə açmaq lazımdır. Bunun sayəsində 3-4 ildən sonra səmərələr görünməyə başlayıb, bizim də hünər və sənət bazarına mətailər çıxarmaq və bu mətain xalisliyilə mütənasib olaraq aləmi-musiqidə özümüzə layiq bir məqam tutmaq haqqımız özümüzə yetişər. * * * Azərbaycanda musiqi təhsili Azərbaycan türkləri istedadi-musiqicə nə osmanlı türklərindən, nə də qonşuları iranilərdən heç də geri qalan deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələri deyil, yalnız özləri içində, bəlkə ümum Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır. Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır. Əgər əvvəldən bir taqım dini, ürfi və siyasi məmaniyətlər mövcud olmasaydı, Azərbaycan türkləri deyil, yalnız Şərqin, bəlkə Qərbin dəxi meydani-sənətinə də məharət göstərib rəqabət edə biləcək sənətkarlar yetişdirə bilərlərdi. Azərbaycan türklərinin musiqisi və bu musiqinin əsasları haqqında “Maarif və mədəniyyət” məcmuəsinin irəlidəki nömrələrində müfəssəl məlumat verəcəyimizi vəd edib əsil mövzumuz olan məsələyə keçirik. Bu məsələ Azərbaycanda musiqi təhsili haqqında olub, məqsəd maarif komissarlığının bu yolda nə kimi fəaliyyətdə bulunduğundan və musiqi təhsili işinin nə halda olduğundan lazımınca xəbərdar olmaq istəyənlərə məlumat verməkdir. Bakı hələ çar hökumətinin quberniya şəhərlərindən biri ədd olunan zamanlarda burada “Rus imperator musiqi cəmiyyəti” adlanan bir müəssisəyi-musiqiyyənin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömr sürüb müntəzəm bir surətdə yaşadığı halda qapılarını musiqi təhsili arzusunda bulunan türk balaları üçün daima bağlı saxlardı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər də olsun yerli türklərdən oxuyan və məktəbi bitirən olmadı. Məktəbin mövcud olub-olmadığı haqqında yerli türklərin xəbəri belə yox idi. O idi ki, musiqiyə bir bu qədər müstəid olan türklər illərcə musiqi təhsilindən məhrum qalıb, meydana bir nəfər də olsun elm qazanmış və təhsil görmüş musiqar çıxara bilmədilər və bunun nəticəsidir ki, bu gün türk dilinə tərcümə edilmiş olan Avropa operalarını xalqa göstərmək üçün özgə dildə danışan artist və musiqarlara müraciət etmək məcburiyyəti vardır! Fəqət, xalq deyir ki, yaman günün ömrü uzun olmaz. Rus inqilabikəbiri mənhus çar hökumətini alt-üst etməklə ümum millətləri zəncir əsarətindən xilas etdi və onların üzünə əsrlərcə bağlı qalan maarif və mədəniyyət qapılarını açıb taybatay qoydu. Elm və sənət təşnəsi olanlar özlərini darülelm, darülfünun və darülbədaye ağuşuna atıb elm və ürfandan bəhrəmənd olmağa fürsət tapdılar. Musiqi məktəbləri dəxi qapılarını olduqca gen açıb təhsili-sənət həsrətində olanları dəstə-dəstə içərisinə qəbul etdi. Əvvəllər yüz əllidən artıq şagirdi olmayan Bakı musiqi məktəbinin dəxi bu səfərki şagirdləri ədədcə dörd-beş mini təcavüz etməyə başladı. Fəqət əcayib bir hal! Bu dörd-beş min nəfər şagirdin qismi-əzəmi türklərdən olmaq lazım gəldiyi halda, bunların ədəbi biləks on-on beş nəfərdən artıq ya ola, ya olmaya idi! Burada hər bir kəsin türk balaları elm və sənətdən qaçırlar deməyə haqqı var idi. Çünki məktəb qapısı hər kəs üçün bir əndazədə açıq idi və təhsili-sənətə qarşı heç bir məmaniət yox idi. Xalq maarif komissarlığı işin bu cəhətinə lazımınca diqqət yetirməyə məcbur olub bu müəssif əhvalın səbəblərini aramağa başladı. Nəticədə məlum oldu ki, illərcə yalnız gendən tamaşa etməyə alışmış olan türk balaları birdən-birə özgələrə qarışıb təhsili-elm və sənətə həvəs göstərəcək qədər cəsarətdən məhrumdurlar. Ona görə bunlar üçün xüsusi şərait üzrə təşkil edilmiş məktəb və mədrəsələr lazımdır. Bunun nəticəsi idi ki, xüsusi darülmüəllimat, darülmüəmmeyn, institutlar, texnikumlar və əz cümlə darülmusiqi təşkilinə lüzum görüldü. Bu məktəblər açılır-açılmaz türk balaları intizar mafövqində bir həvəslə özlərini irəli atdılar və bir az çəkmədi ki, məktəbləri tam mənasilə doldurdular. Böylə ki, iki sənə bundan əvvəl açılmış olan Azərbaycan hökuməti türk musiqi məktəbində bu gün beş yüzdən artıq şagird təhsili-sənət etməkdədirlər və bundan artığını qəbul etmək mənzildarlıq cəhətincə imkan xaricində olduğundan bir çoxları qəbul edilməyib qalırlar. İş o məqamə çatıbdır ki, hələ çadra içində yaşamağı tərk etməmiş olan arvadların, qızlarının əlindən tutub bunu da musiqi məktəbinə qəbul edin – deyə yalvarmağına rəğmən daha məktəbdə yer yoxdur, – deyə iddiasını rədd etməyə məcburiyyət görünür. Hələ məktəbdə təhsil məccani olmayıb, tədris haqqı verilmək lazım olduğunu da nəzərə almalı. Azərbaycan hökumət türk musiqi məktəbi iki sənə bundan əvvəl təsis edilib. Birinci sənə yüz qırx, ikinci sənə iki yüz əlli və üçüncü sənə isə beş yüzdən artıq şagird oxutmaqdadır. Bu şagirdlərin haman yarısı qız və yarısı oğlanlardır. Məktəbdə tədris edilən dərslər bunlardır: piano dərsi, violon (kaman), violonçel, kontrabas, fleyta, klarnet (haboy, truba), valtorn, trombon, qərbi qina, şərqi qina, tar, kamança, elmi-musiqi və xor dərsləri. Piano dərslərinin dörd, violonun beş, tar və kamançanın dörd, şərqi qinanın iki, qərbi qinanın dəxi iki, elmi musiqinin beş və sair dərslərin birər müəllimləri olmaq üzrə cəmisi qırx nəfərə qədər müəllim vardır. Bu müəllimlərin qismi-əzəmi ali musiqi təhsili almış və sənədlərcə müəllimlik təcrübəsində bulunmuş zübdə pedaqoqlardandır. Məktəb birinci və ikinci dərəcəli olub müddəti-təhsili səkkiz sənədir. Məktəbi bitirəcək olan şagirdlər musiqidən lazımınca məlumat almış, öz ixtisas dərslərindən kəsbi-məharət etmiş, musiqarlar sənətilə çıxıb istəsələr konservatoriyaların ali sinfinə daxil olub ikmalitəhsil edə bilər; istəməsələr öz işində mahir bir sənətçi sifətilə qulluqlara girib ifayi-vəzifəyi musiqiyyə edə bilərlər. Məktəbin ən yaxın məqsədi türkləri musiqi sənətinə alışdırmaqla bunlar üçün yeni bir sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbi sahibləri zühurə çıxarmaqla bəşəriyyətə bu yolda xidmətlər göstərməkdir. Digər böyük bir qayəyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib qərb musiqisinin bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilətməkdir. Şübhəsizdir ki, tar çalmaq ustadlığını baqaidə not üzrə öyrənmiş, muqamati-şərqidən lazımınca məlumat kəsb etmiş, elmi-musiqinin nəzəriyyat və əməliyyat cəhətlərinə sənələrcə təhsil etmiş olan tarzən ilə bu məlumatlardan bibəhrə qalan toy tar çalanlarının arasında zəminü-asiman təfavüt olub, Şərq musiqisinin tərəqqisinə kömək edənlər ancaq birincilər ola bilərlər. Musiqi məktəbi Bakıdan başqa Gəncədə dəxi mövcuddur. Fəqət bu məktəbin haqqında hələlik lazımınca xəbərdarlığımız yoxdur. Hər halda o və ya bu məktəblərin irəlidəki tərəqqisi hökumətin köməyindən asılıdır. Maarif meydanında musiqi sənəti də mühüm cəbhələrdən biridir ki, orasını dəxi möhkəm saxlamaqla cəhalət düşməninə qarşı yeni bir qüvvət kəsb etmiş oluruq. * * * Türk operaları haqqında Vətəndaş [Samit]* möhtərəm “Kommunist” qəzetinin 203-cü nömrəsində türk opera və operettalarına dair yazdığı tənqidin səbəbini bildirmək üçün – bizim opera və operettalarımız bədii və musiqi gözəlliyindən aridir, – deyir. Hərgah məzkur vətəndaş bunu deyib buradaca sükut etsə idi, məsələnin üstünü bir az örtülü qoyub özü üçün mənfəət yetirmiş olurdu. Fəqət vətəndaş [Samit] “çılpaq sözlü” olmaq istəməyib “dəlil” götürmək dəxi istəyir və bunun üçün: Şərq musiqisindən mühüm bir məqam alisi olan və avropalıların major və minorundan bilkülliyyə xaric olmaq oranın musiqişünaslarını orijinal gözəlliyilə heyran edən, bir tərəfdən ərəb, İran, digər tərəfdən yəhudi sənət musiqisində o tərəf və bu tərəfcə fəxr eylənilmək dərəcəsində əziz olan və nəhayət, Şərq musiqisi estetik nöqteyi-nəzərindən insanın əhval-ruhiyyəsində, qeyri-təhurə təlaş kimi bir həyəcan – bədii oyadan və qədim musiqişünasların rəyincə göy guruldamasından əxz edilmiş olan “Çahargah” kimi böyük və məzmunlu dəsgahı layiq istehza bilib təməsxanə bir surətdə “İran çahargahı” deyə, bədii bir zövq almaq istəyənlərə bunu rəva görmür. Bədə “xalq ruhinə uyğun el mahnılarını havi əsərlər vücuda gətirmək icab edər”, – deyib də xalis el mahnılarının ən gözəllərindən tərtib edilmiş olan türk opera və operettalarının səhnədən qaldırılmalarını tələb edir. Azərbaycan xalq ruhinə “Lakme”lərlə ləzzət veriləcəyinə ümid edir. Əlavə olaraq bu el mahnılarının “ehyasını”da bu mahnıların əsil və əsasına əsla bələd olmayan və bu mahnıların musiqisinin ruhinə bilkülliyyə biganə bulunan Avropa musiqişünaslarının təqəzay zövqünə həvalə edir. İştə, “Çahargah” kimi ruhnəvaz bir musiqidən bədii bir zövq alacaq türk opera və operettalarının məxsus el mahnılarından tərtib edildiyinə fərq verəcək və Avropa musiqisi ilə şərq musiqisi arasında mövcud olan estetik təəssüratı bir-birindən ayırd edəcək qədər təlim və tərbiyə musiqisi olmayan vətəndaş [Samit] türk opera və operettalarının səhnədən qaldırılmalarını olduqca qərib görünən bir inad və cəsarət ilə tələb edir! Türk opera və operettalarının bir “güngahı” da bu imiş ki, “gənc səhnə xadimləri lotu Cabbar oyunu göstərmək və intihasız şarja düşməklə və camaat dəxi “çırtma” çalmağa müğayir “ədəb” işlər əmələ gəlirmiş, məntiqə müğayir olan bu nəzər digər tərəfdən dəxi yanlışdır; operalarda camaatın çırtıq çaldığı heç bir diqqət müşahidə edilməmişdir. O ki qaldı operettalara, yüngül musiqisi və duzluca (məzhəkə) ilə xalqın özünə öz eybini güldürmək qəsdilə yazıldığından oyun vaxtı tamaşaçıların – hər kəsin öz tərbiyəsinə görə ənva surətlə izhar həyat etməsi heç də qərib deyildir. Bu hal avropalıların teatrlarında dəxi görünən adi bir haldır. İndi keçəlim türk opera və operettalarına. 1907-ci ildən bəri Azərbaycan səhnəsində və o səhnə vasitəsilə Azərbaycan türklərinin tərəqqi və tərbiyəsi işində az rollar oynamayan türk opera və operettalarını bu gün vətəndaş [Samit]in istədiyi kimi səhnədən qaldırmaq Azərbaycan teatr və musiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir. Halbuki bu səhifələr göstərir ki, Türk opera və operettalarına qədər həvəskarlar vasitəsilə hərdən bir əsər – həyat göstərən türk səhnəsi opera və operettalardan sonra təzə həyata girib qanuni bir hala gəldi. Bunun sayəsində idi ki, həvəskarlıq aradan götürülüb, onun əvəzinə professional artistlik meydana çıxıb, bir tərəfdən dram və digər tərəfdən isə opera artistləri ittifaqı yaradılmış oldu. Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları, gözəl səs sahiblərini meydana çıxarıb, türk sənaye-nəfisiyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasına bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərlərinin meydana çıxmasına səbəb oldu. Yalnız toyxanalara və lehviləbə münhəsir qalmış olan şərq musiqisi teatr səhnəsinə köçürülməklə bu zərif və incə sənəti alçaq və zəlil bir mövqedən qaldırıb ali bir məqamə vəz etdi. Bu surətlə musiqi sənətinin qiymətini artırıb xalq nəzərində böyük bir rəğbət qazandı. Bir çox el mahnılarını nalayiq göftələrdən azad edib, səhnəyə köçürməklə guşəyi-nisyana atılmaq təhlükəsindən qurtardı. Opera və operettalardan sonra idi ki, şərq musiqisinin gələcək tərəqqi məsələsi meydana çıxıb, bu yolda əlləşib çalışmağa məcburiyyət hiss edildi. Bu gün: Şərq musiqisinin Avropa aləti-musiqiyyəsi və bilümum “orkestr” vasitəsilə icrası; Şərq musiqisinə, Avropada olduğu kimi, ahəng (harmoniya) qoşmaq; Şərq musiqisini kəsirüləsvat (poloqoniya) etmək; Şərq musiqisinin üsul, vəzn və bəhrini müsbət surətdə təyin etmək; dəsgahları eynilə nota sala bilmək kimi mühüm suallara cavab aramaq və bu yolda kamal ciddiyyətlə çalışmaq arzusu ancaq opera və operettalar zühuru ilə əlaqədar olub bu yolda kamal kərəmi ilə işlədilməkdədir. Opera və operettaların musiqini “həram” ikən “həlal” etməsini hər bir insaf əhli təsdiq etməlidir. Əvvəla, Bakı şəhəri sanki daimi bir yas içində idi: heç kəs öz evində, azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məşğul ola bilməzdi; çünki qonşusundakı hacı, molla və ya axund filankəs eşidər – deyə çəkinirdi. Opera və operettalardan sonra havalar camaatın ağzına düşüb, hər bir yerə yayılmağa və hətta mollaların evlərinin içinə qədər icrayi-hökm etməyə başladı. Bu gün bu musiqiyə olan rəğbət nəticəsidir ki, hökumət tərəfindən açılmış olan Azərbaycan türk musiqi texnikumuna elə şəxslər uşaqlarını qeyd etdirirlər ki, əvvəllərdə musiqi səsi eşidəndə qulaqlarını yumardılar. Opera və operettalar tamaşası – musiqi ilə şerin bahəm təsiri camaatın əxlaq və təbiətində də əsərsiz qalmadı. Qanı qəlblərin boşalmasına; qaba və urişt adətlərin tərk edilməsinə dəxi xidmətlər göstərmiş olduğunu bitərəf şəxslər təsdiq edirlər. Arvadlarımızın və qızlarımızın teatrlara daha sərbəst gəlməsi və gördükləri opera və operetta tamaşalarından aldıqları dərsi-ibarət kor-korana evlənmək və mal kimi satılmaq və nəhayət, evlənərkən sevmək və sevilmək kimi təbii ehtiyacat qəlbiyyədən məhrum qalmaq bollu məzmun adətlərin kökündən sarsılmasına səbəblər törətməyə başladı. Dini fanatizm və əsarət – nisvan kimi müstəbidanə adətlərə qarşı mübarizə edən opera və operettaların inqilabi əhəmiyyətini də nəzərə almaq lazımdır. Bu gün vətəndaş [Samit]in bir o qədər xoşuna gəlməyən [“O olmasın, bu olsun”] operettası, məncə, inqilabi bir əsərdir. Cavan qız almaq fikrinə düşüb və ayağı altında əzdiyi hambalın abbasısını belə vermək istəməyən sərvət sahibi Məşədi İbad, qızını pula satmaq istəyən Rüstəm bəy millətpərəst Həsən, Əliqulu bəy Müdaraçı, sosialist Həsən bəy, Qoçu Əsgər və s. – bunlar hamısı cümhuriyyətimizin mənfi tiplərindəndir ki, ən gülünc və bədnam bir surətdə meydana qoşulub xalqı özlərinə güldürməklə rüsvayi-cahan edilirlər. Bu əsər hələ 1907-ci ildə** yazıldığından ən birya və biqərəz bir əsərdir. Opera və operettaların tamaşasından hasil olan müdaxildən bir çox tələbələrin və məktəblilərin bəhrəmənd olduğunu dəxi yada salmaq, burasını dəxi qeyd etməyə məcburam ki, türk opera və operettalarından “Arşın mal alan” hər yerdə rəğbət qazanıb, dildən-dilə tərcümə edilib Gürcüstanda, yüzlərcə dəfə oynanıldıqdan sonra Rusiyayi, Türkiyəyi, İranı, Fransayi, Amerikayı, İspaniya, İtalya və Misri müvəffəqiyyət ilə dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi bir zamanda vətəndaş [Samit]in bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik. Mən bu sözlərimlə türk opera və operettalarının ancaq tarixi xidmətlərinə o əsərlərin hələ ibtidai və nöqsanlar ilə dolu bir halda olduğunu danmaq istəmirəm; opera və operettalarımız təkmil edilməyincəyə qədər də danmaq fikrində deyiləm, bu xüsusda daha bir çox yazılar yazmaq lazımdır. Bunu da etiraf etmək lazımdır ki, keçən il opera və operetta oyunları – bilmirəm qəsdən və ya səhvənmi – elə bərbad bir halda oynanılırdı ki, həqiqətən hər bir zövqi-səlim sahibinin ruhunu incidib ikrah dərəcəsinə gətirməklə hökumət teatrının adını da bədnam edirdi. Əgər bu ildə elə bir “xaltura”lar vaqe olacaq, onda həqiqətən türk opera və operettalarını tamamilə səhnədən qaldırmaq lazım gələcəkdir. O ki qaldı türk musiqi teatrının tərəqqisinin gələcəkdə kimlərdən ümid edilməsi məsələsinə... bizə qalırsa, bu ümid bu gün Azərbaycan hökumət türk musiqi məktəbində kamal ciddiyyət və müvəffəqiyyətlə təhsil edən cavanlarımızdan gözlənilə bilir və gözləyirik. * * * Azərbaycan musiqi həyatına bir nəzər Azərbaycan türkləri musiqini çox sevir və olduqca ona həvəc edirlər. Musiqi əməlinin şəriət tərəfindən günah hesab edilməsi bu həvəsi heç də söndürə bilmədisə də, fəqət musiqinin tərəqqi etməsinə qarşı böyük məmaniət təşkil etdi, o səbəbdəndir ki, Şərq musiqisi və o cümlədən Azərbaycan türklərinin musiqisi qədim zamandan ta indilərə kimi heç bir tərəqqi və inkişaf üzü görməyib, hənuz ata-babadan qalma bir halda davam etməkdə olduğu kimi, sazlarımız, yəni musiqi alətimiz dəxi bu gün ən ibtidai və naqis bir haldadır. İslam aləminin mədəniyyət dövrü zamanındakı filosof və böyük alimləri musiqinin əvvəla, elmi əsaslara məbni mədəni bir sənət olduğunu və saniyən insanın əhval-ruhiyyəsində müxtəlif təsirlər buraxan və hətta bəzi əsəbi mərəzlərə qarşı əlac yerində qollanıla bilən ciddi bir fənn olduğunu gözəlcəsinə dərk edib, musiqi elmi üstündə bir xeylicə çalışmışlardı; bunların çalışmaları nəticəsindədir ki, bu gün Şərq musiqisi bugünkü Avropa musiqisindən əsrlərcə geridə qalmış olsa da, öz vaxtında müəyyən bir tərəqqi və mədəniyyət dərəcəsinə yetişmiş olduğunu bu gün elə mövcud olan müxtəlif təsirli muğam və dəsgahları ilə aşkar surətdə göstərməkdədir. Fəqət o zamandan indiyə kimi onun dalınca düşən və bir kərrə başlanılmış və doğru bir tərəqqi yoluna qoyulmuş olan bir zərif sənətin meydanını genişləndirənlər olmayıb, biləks hər yerdə “həram” hesab edildiyinə görə min il bundan əvvəlki haman baği qalmışdır. Musiqi tərəqqi etmədiyinə görə xalqın tərbiyə musiqisi və zövq musiqisi mütənasib dərəcədə olub mövcud musiqilərindən böyük bir məhdudiyyət hasil edirlər. Azərbaycan türklərinin musiqiyə olan münasibətini nəzər tədqiqə aldıqda görünür ki, bir tərəfdən, musiqi ümumi iştirakilə icra edilən bir adət digər tərəfdən, tək-tək şəxslər tərəfindən işlənilən bir peşədir. Məsəla, Azərbaycanın bir çox mahallarında toy və düyün zamanı, yaxud bayram və başqa bir şadlıq günlərində camaat hamısı bir yerə yığılıb ikitərəfli olaraq (“deyişmələr” oxuyarlar, “zopu”ya gedərlər, öz-özlərinə “çalıb-çağırarlar” və yaxud bir şəxs öldükdə “yas” qurub (baxüsus arvadlar) avaz ilə hamı birdən münasib məqam sözlər oxuyub (xor kimi), sonra ağlarlar; bu yerdə musiqi istemalı xalq adətlərindən biri hesabında olub hamılıqla icra edilir, yaxud yenə adət qəbilindən olmaq üzrə bir iş zamanı təklikdə də icra olunar; məsəla, əkin əkəndə, mal-qara otaranda, at suvaranda, qoyunları sayanda və ya başqa bir şey sayanda və eyni surətlə şəhərdə bənnalıq, ustalıq edəndə, mədrəsələrdə dərs oxuyanda, qəbiristanlıqda quran oxuyanda “zümzümə” etmək geniş bir adətdir. Peşə və sənət məqamında isə musiqi icrası “ustad”ların işidir; bu ustadlar, qabiliyyət və ləyaqətlərinə görə iki zümrəyə ayrılırlar: biri şəhər və yaxud “məclis” musiqiçiləri ki, bunlara məlum olduğu üzrə “xanəndə və sazanda” dəstəsi deyilir; o biri zümrə “kənd” və ya “çöl” musiqarlarıdır ki, onlar da “aşiq (aşıq) və zurnaçı” dəstəsidir. Bunlardan birinci dəstəyə “mədəni” və ikinciyə “bədəvi” demək caiz hesab edilərsə, təfavütləri daha bəlli görünər. Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olar ki, onlardan biri oxuyar, təğənni edər, digəri “tar” və üçüncüsü isə “kamança” çalar; bu dəstənin əhli bütün muğam və dəsgahları lazımınca bilməlidirlər; baxüsus xanəndə bir çox şeir, qəzəl və təsniflər hifzində saxlamalıdır; tarçalan dəxi dəsgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə “rəhbər”lik etsin, yəni xanəndə bir “guşə”ni oxuduqdan sonra onun dalınca gələn guşəni çalıb xanəndəni qızışdırsın, kamançaçı isə əksərən tarçalanın dalınca gedir; xanəndə gözəl səsə malik olub ustadanə təğənni etməkdən əlavə bir də “zərb” alətindən olan “qaval”ı da ustadlıqla çala bilməyə borcludur ki, “rəng” və “təsnif”lərə keçdikdə “bəhr” tuta bilsin. Bu dəstə çox vaxt “arif”lər məclisinə düşdüklərinə görə, sənətlərində mahir və qabil olmaları lazım gəlir və illah “biyabır” ola bilərlər, yəni tərif, tövsif muzd əvəzinə föhş və söyüşə düçar olmaqdan əlavə “çörəkdən kəsilərlər”. Şayan diqqətdir ki, xanəndə və sazəndələr belə “haram” bir əməli özlərinə peşə etdiklərinə görə “kəffareyi-günah” üçün məhərrəmlik zamanı məscidlərdə nöhə və mərsiyə oxuyarlar, yaxud ziyarətə gedib hacı və məşədi olarlar... Aşıq dəstəsi dəxi əksərən üç nəfərdən olub, bunlardan biri həm oxuyar, həm də “saz” çalar, iki yerdə qalanı isə alət nəğmədən olan “balaban” çalar; balabançının ikisi “zü” tutan və yaxud “dəmkeş” deyirlər ki, bunun vəzifəsi hava çalmaq olmayıb yalnız bir sədanı uzatmaqdan ibarətdir; balaban çalanlar “tütək” və “zurna” dəxi çalarlar; bu halda bunların xanəndəsi dəf (təbil) çalmalıdır; aşıq dəstəsi çox vaxt muğamat və dəsgahlardan bixəbər olub “repertuar”ları xalq mahnılarından və nağıllardan əmələ gəlir; nağıl vaxtı aşıqlar otaq içində gəzişə-gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə şirin-şirin nağıllar söyləyib oxuyarlar. Böyük toylara həm xanəndə və həm də aşıq dəstəsi çağırarlar və növbətlə oxudarlar. Azərbaycanda məşhur xanəndələr, tarzənlər və habelə aşıqlar çox olmuşdur. Oxunan və çalınan şeylər “şəkil” cəhətincə ümumiyyətlə, iki növdür: bəhrli havalar və bəhrsizlər; bunlardan bəhrlilərin həm havası və həm də şəkli müəyyən olub oxunan və çalınan zamanda zərb vurmağa ehtiyacı vardır; yəni onların çalğısında zərb alətləri dəxi iştirak edir. Bəhrsizlər çalğısında isə zərb aləti vurula bilməz. Belələrinə, yəni bəhrsizlərə Azərbaycanda (İranda dəxi) dəsgah deyirlər (osmanlılarda böylə şəkildə musiqiyə “təqsim” deyirlər). Məncə, dəsgah sözünün bir mənası dəxi rusca “sooruşenie” deyilən bir təbirdir ki, musiqidə dəxi məcazən o mənada işlənilir, yəni müxtəlif muğam parçaları bir-birinə yaraşmaq və uyğun olmaq şərtilə cəm edilib bir dəsgah əmələ gəlir: məsəla, rast dəsgahını təşkil edən muğam parçaları müxtəsərən böylədir: rast, üşşaq, hüseyni, vilayəti, xocəstə (şikəstəyi-fars), əraq, pəncgah, gərayi, rast ki bunların hər parçasına bəzən şöbə, bəzən guşə və bəzən avaz deyilər. Dəsgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış olmalıdır; barmaq hesabı yazılmış şeir və qəzəllər dəsgahlar üçün yaraşmaz, əruzla yazılmış qəzəlin vəzni dəsgahın musiqisi üçün dəxi vəzn məqamını tutur. Dəsgah oxuyan xanəndə şerin qısa hecasını necə ki var qısaca tələffüz edib uzun hecasında avaz ilə növ-növ “zəngulə”lər, “kalaratur”lar edib istədiyi qədər uzadıb səsi işlədir; məsəla, “məfail” vəznindəki sözün mə-fa-il kimi üç hecası olsa da, dəsgahda “mə” hecası heç vaxt uzadılmaz, biləks “mə” hecası olduqca qısaca surətdə “fa” hecasına rəbt edilib “məfa” olar və bu yerdə, yəni “fa”da, xanəndə istədiyi kimi səsi uzadıb lazım gələn guşələri vura bilər: “mə” uzadılsa, bizcə, gülməli bir şey çıxar; əlhasil “məfail” iki hecaya bölünüb oxunar (osmanlı türkləri şeirdə hecaları başqa cür ayırıb oxuyarlar). Deməli, dəsgah musiqisi vəzncə şerə tabe, bəhrsiz, havası qeyrimüəyyən, cümlələri qeyri-mütənasib bir növ musiqidir ki, hüsn icrası xanəndə və ya sazəndənin qabiliyyət və məharətinə bağlıdır. Bəhri olmamaqlıq bu musiqini “not” üzrə yazmağı çətinləşdirir; bu xüsusda təşəbbüslərdə bulunanlar olmuşsa da, müvəffəqiyyət qazana bilməmişlər; dəsgahların nə növ ilə nota salına bilməsi məsələsi geniş bir təfsirə möhtac olan müxtəs və “spisiyal” bir məsələ olduğundan onun şərəfini xüsusi bir məqaləyə buraxırıq. Dəsgahın hava, vəzn və bəhri qeyri-müəyyən olsa da, onun yolu, yəni pərdələri müsbət surətdə müəyyəndir və muğamla dəsgahları bir-birindən ayıran və hər birisinə xüsusi bir hüsn verən başlıca pərdələridir. Bu pərdələr sayəsindədir ki, məsələn, “Segah” “Şur”a, “Şur” da “Çahargah”a bənzəməyib hər birisinin də təsiri bambaşqadır. Xanəndə üçün dəsgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, öz “fantaziya”sına geniş bir meydan açır və səsini “bəm”, “zil”, “meyxana” kimi müxtəlif “tessitura”larla işlədir. Şərq musiqisinin gələcək tərəqqisi əmrində dəsgahların ən böyük əhəmiyyəti olacaqdır. Çünki hər bir mövcud xalq havalarının hamısı bilistisna dəsgahların pərdələrindən götürülmüşdür; deməli, dəsgah pərdələri xaricində bir dənə də olsa mahnı tapmaq olmaz. Azərbaycan xanəndələri arasında oxunan dəsgahların məşhurları bunlardır: rast, şur, çahargah, segah, mahur, rəhab, hümayun, bayatışiraz, bayatı-kürd (şöbə surətilə dəxi) və sairə ki, onların hərəsinin müxtəlif şöbə və guşələri dəxi vardır. Burasını da qeyd etməliyəm ki, bir para dəsgah və ya şöbələri bəhrsiz olaraq təğənni edilirkən musiqisi biləks bəhrli olub zərb aləti dəxi işlənir; məsələn, heyratı, kabili, mənsuriyyə, simayi-şəms; ovşarı (əfşarı) kimi; dəsgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümləsindən biri də “Şikəstə” və digəri “boyatı” (bayatı)dır. Şikəstə və bayatıya aşıq dəstəsinin dəsgahı demək olar, çünki bu növ musiqi təğənnisi əsl onların sənətidir; şikəstə və bayatını çox vaxt çöllərdə, meşələrdə, qərəz, ev xaricində oxuyarlar; bunlardan şikəstə, segah, bayatı da “qatar” dəsgahları pərdələrindəndir. Dəsgahın əksi olaraq şikəstə ilə bayatının sözləri (qoftəsi) ancaq barmaq hesabı yazılan şeirlərdən ibarət olmalıdır. Bu musiqinin özü də və sözləri də zatən göy xalqına məxsus bəstə və qoftə olub qoftəsi məzmunca müxtəlif olduğu halda bəstəsi yeknəsəqdir və ənvai varsa da, o da hər mahalın öz təğənni üslubuna aiddir; məsələn, Şirvan şikəstəsi, Qarabağ şikəstəsi – o da, bu da bir-birinin eyni olan üç “ton”dan ibarət bir musiqidir. Şikəstə və bayatının sözləri zahirdə məzmunca bir-birinə yaraşmayan və fəqət qafiyəsi düz gələn misralardan ibarət görünürsə də, şübhəsizdir ki, batini rəbti dəxi mövcuddur; məsələn: Ay doğdu qəlbiləndi, Doğduqca qəlbiləndi; Gedin canana deyin Bu qəlb o qəlbiləndi və yaxud: Şirvanın yastı yolu, Su gəldi basdı yolu. Gedirdim yar görməyə, Düşmənlər kəsdi yolu. Və sairə ki, birincidə məhtab və aydınlıq gecənin canan xatırlatması və ikincidə də yarın Şirvanda olması misralar arasında bir münasibət mövcud olduğuna işarə ola bilər. Xanəndələr dəsgahda oxuduqları qəzəllərin aralarında “ey dadi bidad” və ya “aman, aman”, “ey Xuda” və sairə kimi sözlər qoşduqları kimi, aşıqlar dəxi şikəstə və bayatının başında “əzizim, a balam”, hətta (məsələn, Bakıda) “a gədə” və axırında da “ay nənəm qurban”, “ay ölürəm” və qeyri kimi sözlər artırırlar. * * * Bəhri və havası mövcud və müəyyən olan musiqiyə gəldikdə bunlar da: təsnif, rəng, rəqs, el mahnılarıdır. Təsnif müəyyən bir hava olub sözləri çox vaxt qəzəllərdən alınır və özləri də mənsub olduqları dəsgahların ortalarında və ya axırında oxunar: bu əsnada xanəndə təsnif oxuya-oxuya “qaval” ilə zərb edər. Təsniflərin bir çoxu bir hissəli havalardan ibarət olub, vəzni 3/4 və ya 3/8 və çox vaxt 6/8 və bəhri ağır (səngin) olar. Azərbaycanda farsı və türki təsniflər çoxdur. Rəng və ya diringə təsnif kimi bir musiqi olub fəqət qoftəsi, yəni sözləri olmaz, yalnız çalınar, əksərən yüngül bəhrli olub rəqs havalarına bənzər. Rəng dəxi dəsgahlar arasında xanəndənin kamal və müvəffəqiyyətlə icra etdiyi mahiranə təğənni mütəaqib çalınıb sameyini məhzüz etməklə dəstəni dəxi qızışdırır, fəqət uzun çəkməyib təkrar dəsgahın mabədinə keçilir. Bu axır vaxtlarda rənglərə qoftə qoşmaq və avropalıların “kuplet”ləri müqabilində səhnə və məclislərdə oxunan bir növ adət olmuşdur; Azərbaycan operettaları içində də qoftə qoşulmuş rənglər dəxi mövcuddur. Rəqs musiqisi müxtəs rəqs etmək üçün bəstələnmiş 3/4 vəznində olan havalardır ki, bəzilərinin bəhrləri ağır və bəzilərininki yüngüldür. Rəqslərin, baxüsus bu axır zamanlarda çıxanların musiqiləri əksər ovqat ikihissəli olmaqla şəkilləri nisbətən “zənginləşirsə də, havaları Avropanın biməzmun “vals”ları təsiri altına düşməklə öz əsasından uzaqlaşır və xaric bir rəng alır. Mahal toylarında gəlinin və oğlanın çıxmasına məxsus rəqs havalarına bənzər xüsusi musiqi çalınması adətdir. El mahnıları bəzən yüngül və ağır bəhrli təsniflərə oxşar; bu musiqinin həm havası və həm sözləri başlıca xalqın məhsul əsəridir; bunların bir çoxu eşq və məhəbbəti, bir xeylisi də xalq həyatında vüquə gələn və xalq üzərində təsirlər buraxan hadisələri oxşayan qoftələrlə bəstələnib aşıqlar vasitəsilə el ağzına düşüb Azərbaycanın hər bir yerini gəzib dolaşar, “Rüstəm”, “Nəbi”, “Şalon gəlir” mahnıları bu axır zamanlarda şöhrət qazanan “Mustafa Kəmal” mahnısı bu qəbil musiqi cümləsindədir; eşq və məhəbbətə aid olanları dəxi ya bir məşhur hadisə misalında əmələ gələn xüsusi şəxslərin vəqə sövdasını, yaxud biməlum “yardan şikayəti”, “yar gələndə sevinməyi”, “intizar”da qalmağı və sair bu kimi əhvalları musiqi havasilə nəql edən mahnılardır. El mahnıları Azərbaycan xalqının əhval-ruhiyyəsini şərh, zövq musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti çox böyükdür. Bu üzdən onların və (mümkün olduqca ən qədim) zamandan bəri yadda qalanlarını və indi mövcud olanlarını, hər il yenidən çıxanlarını harada da olsa yığıb nota salmaq və nə münasibətlə meydana çıxdığını dəxi öyrənib təfsilatilə yazmaq ən vacib işlərdən biridir. El mahnılarının vəzni əksər ovqat 6/8-lıq olub özləri də bir hissədən və bəzən hətta bir qısa cümlədən ibarət olub üç, dörd və ya beşaltı “ton”dan əmələ gələn bir musiqi olsa da, bir çox mənasız musiqi əsərlərinə nisbətən olduqca pürməzmundur. * * * Musiqinin ehtiyacat dünyəviyyədən əlavə dini mərasimlərdə də istemalı Azərbaycan türkləri arasında adətdir. Əlbəttə, bu mövqelərdə çalğı yaramaz, çünki şəriətcə haram hesab edilən əslən çalğı musiqisidir. Məscidlərdə və dini mərasim icra edilən yerlərdə ancaq avaz ilə təğənni etmək mümkündür. O da bu şərt ilə ki, oxuyan şəxs “qina” etməsin, çünki “qina” dəxi haramdır. “Qina”nın nədən ibarət olduğu haqqında müxtəlif şərhlər verilir. Məşhuru budur ki, “qina” səsin boğazda qaynatılıb “zəngulə”lər əmələ gətirilməsindən ibarətdir. Hər halda “qina” haramdır – deməkdən məqsəd budur ki, oxuyan şəxs öz təğənnisinə dünyəvi təğənniyə məxsus rəng verməyib dini bir üslub ilə oxusun. Əlbəttə, dünyəvi musiqisi ilə dini musiqinin hər birinə məxsus, xüsusi üslubu olmalıdır. Musiqilərini böyük tərəqqiyə çatdırmış olan millətlərin dünyəvi və dini musiqiləri arasında üslubca böyük təfavüt vardır. Fəqət Azərbaycanda dini ruhda bir musiqi varsa da, o da quranın avaz ilə oxunduğu musiqidir ki, dünyəvi musiqiyə məxsus olan muğam və dəsgahlara heç bir münasibəti olmayıb xüsusi üslubu vardır. Azərbaycanın bəzi yerlərində oxunan mərsiyə və nohələrin isə haman heç bir dini üslubu olmayıb, toylarda icra edilən dəsgah və təsniflərdən heç bir fərqi yoxdur; hətta bir çox təsniflərin sözlərini qoşub oxumaqla zövqi-səlim icabatına müğayir hərəkətlər edirlər. Odur ki, bir çox nohələrin havaları insana fərəh və tərab ilqa etdiyi halda, sözləri hüzn və kədər təsirini tələb edir... Bir para yerlərdə məhərrəm ayında “Aşura günü” qətl mərasimi əsnasında dəf və zurna dəxi çalınır ki, buna “tərs toy” deyirlər. Əlavə, eyni gündə “şəbeh” çıxarmaq məşhur bir vaqiədir. “Şəbeh” qərb əhlinin “oratoriya” dedikləri bir növ dini tamaşadır ki, Kərbəla vəqəəsindən götürülmüş hadisələrin (epizod) təşbeh və təsvirlərini göstərir. Burada iştirak edən şəxslər öz rollarını oratoriyada dəxi olduğu kimi, avazilə təğənni edib münasib muğam hərəkətləri göstərirlər. 1907-ci sənədən bəri Azərbaycan türkləri arasında milli opera əmələ gəlməsinin birinci amillərindən birisinin “şəbeh” olduğu şübhəsizdir. Filhəqiqə, Azərbaycan türk operalarının forması (şəkli) Avropa operalarından əxz edilmişsə, iştirak edənlərinin üsuli-təğənnisi şəbehlərdən götürülmüşdür.Təfavüt bir bundadır ki, operalar şəbehdən daha artıq və daha geniş bir surətdə mövcud dəsgahlarımızdan istifadə edib səhnə tərtibatı və “orkestr” istemalı ilə zahirdə Avropa operasına yavuq bir şəkil alır. Azərbaycan türk operalarının zühuru xalqın musiqiyə olan rəğbətini daha da artırıb, əlavə camaatı və baxüsus qadınları teatr tamaşasına öyrətməklə qadın azadlığına da kömək yetirdi. Azərbaycan türkləri mövcud operalarını çox sevər və bir dəfə tamaşaya qoyulduqda gedib təkrar-təkrar tamaşa edərlər. Bu xüsusda Azərbaycan türklərini italyan xalqına təşbeh tutarlar ki, onlar da öz operalarına təkrar-təkrar qulaq asmaqdan həmişə böyük həzz alırlar. * * * Azərbaycan xalqının milli musiqi aləti üç qismdir: simlilər, nəfəs verənlər və zərb edilənlər. Simli və ya telli alət dəxi iki növdür: qısasəsli və uzunsəslilər. Qısasəsli telli alətin ən məşhuru “tar”dır ki, Azərbaycandan əlavə İranda dəxi məşhurdur (Anadolu türkləri arasında yoxdur). Bunun qısasəsli olmasına səbəb odur ki “mizrab” deyilən kiçicik bir gəmik vasitəsilə tellərinə toxunulur ki, təbii “dan” kimi qısa bir səs əmələ gəlir. Tarın üzərində çalınan sim və ya telləri əslən iki ciftdir. Bu iki cift tellərin kökü daimidir. Yəni heç dəyişməz. Bu kök “xalis kvarta” məsafəsinə müsavidir, yəni birinci cift telin səsinə görə ikinci ciftin səsi iki ton yarım ondan alçaqdır. Bu iki cift tellərdən əlavə bir də bir tək tel mövcuddur ki, onun kökü dəsgaha görə dəyişir. Məsələn: şur qurulurkən tək teli ikinci cift telə görə bir ton, segahda ton yarım, rast, bayatı-şiraz və şüştərdə iki ton yarım və çahargahda isə üç ton yarım məsafədə qururlar. Bu ölçülərin düzgünlüyü tarçalanın qulağının adətkərdəliyinə bağlıdır ki, əsl musiqi mizanı budur ki vardır. Bir para muğamlarda tək tel üzərində çalınır. Yerdə qalan tellər isə çalınmayıb, çalınan tellərin səslərinə qüvvət vermək (rezonans) üçün qoşulur. Tarda mövcud olan tonların ədədi (diapazon), çahargah qurulmaq şərti ilə, qırxa qədərdir ki, bunlardan otuz ikisi Qərb musiqisində istemal edildiyi halda, yerdə qalanları yalnız Şərq musiqisinə aid tonlardır. Tarın “bəm” səsləri çox həzin və təsirlidir. Miyanxana səsləri gur və mərdanə, zil səsləri isə bir qədər qışqırıqlıdır. Tar ən ziyadə istemal edilən alətin birincisidir. Tar növündən olan alətdən biri də “saz”dır ki, tardan çox kiçik və qeyri-kamil bir şey olduğundan səsinin də öylə bir təsiri yoxdur. Sazı aşıqlar çalarlar. Uzunsəsli, telli aləti-musiqiyyəmizin yeganə nümayəndəsi də “kamança”dır. Kamançanın telləri üzərində ucları uzun bir çubuğa rəbt edilmiş tük dəstəsilə çalındığından hasil edilən səsləri istədikcə uzatmaq olar. Buna görədir ki, kamançada çalınan musiqi tarda çalınandan səscə daha mükəmməl və insanın səsinə daha yaxın olar. Əlavə, kamança səsinin baxüsus “bəm”də tardan daha təsirli olduğunu nəzərə alsaq və tellər üzərində barmaq qoyub “vibrasion” deyilən titrək səslər hasil edilməsini dəxi əlavə etsək, kamançanın tardan daha kamil və daha faiq bir aləti-musiqiyyə olduğu meydana çıxar. Zatən, tar “akompaniman” üçün yarar bir alət olduğu halda, kamança “melodik” alətlərdən ən gözəlidir. Təəssüf olsun ki, bizim türk çalğıçılarımız hənuz kamançanın qədrini layiqincə bilmirlər. Odur ki, çalğıda kamançanı tamamilə tara tabe edib tarda vurulan barmaqları kamançada yamsılayırlar... Avropa aləti-musiqiyyələrindən kamança cinsinə mənsub olan “vialon” (skripka) orkestrdə birinciliyi qazandığı kimi, gələcəkdə bizdə də kamança öz ali mövqeyini layiqilə işğal edəcəkdir. Nəfəs vasitəsilə çalınan alətdən ən başlıcası zurna, balaban, ney və tütəkdir. Bunlardan zurnanın səsi o qədər qüvvətli və qışqırıqlıdır ki, onu otaq içində çalmayıb bayırda çalırlar. Səsinin “tembri” bir az tutqun və bəm səsləri də acıqlıdır. Şərq orkestrində xüsusi “efəsi” ola bilir. Zurnanın əksinə olaraq, balaban və yaxud yastı balabanın səsləri qayət həzin və kədərlidir. Heyif ki, şəhər aşıqları çox vaxt bu gözəl aləti tərk edib əvəzində məzmunsuz və yaraşıqsız olan tütəyi çalmaqla qədrşünassızlıq edirlər. Səscə ən pürməlahət və eşqnigar bir alət varsa, o da “ney”dir ki, mütəəssifən çox az istemal olunur. Azərbaycandan artıq İranda daha müstəməldir. Səsi qayət zərif olduğundan yalnız otaq içinə məxsus bir aləti-musiqiyyədir. Bu gözəl alətin Azərbaycanda rəvac və tərəqqisi son dərəcə arzu olunur. Zərb edilən alətdən ən zərifi qavaldır (dairə) ki, balıq dərisi çəkilmiş sağanaqdan ibarətdir. Rütubət yerdə pərdəsi boşaldığından bir dəfə qızdırmaq lazım gəlir. Yerdə qalan dəf, təbil və dünbəklərin dəxi özlərinə məxsus səsləri vardır. Tar və kamança yanında zərb üçün qaval yarar, yerdə qalanları zurna və tütək səsləri ilə uyğun gəlir. Avropalıların “timpani”sinə bənzəyən, fəqət ondan çox kiçik olan bir növ və qoşa zərb aləti dəxi vardır ki, adına qoşa nağara deyirlər, üzərində çubuqlar ilə zərblər vurular və “tremol” deyilən müsəlsəs səslər hasil olar. Azərbaycan türklərinin lisanı ümumi Zaqafqaziyada haman beynəlmiləl bir dil olduğu kimi, ruhani dilləri olan musiqilər dəxi yenə eyni vəziyyətdədir. Bizim öz musiqimizdən hasil etdiyimiz təsirata gürcü qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət edənlər dəxi çoxdur. Bunlarda ancaq xanəndələr az bulunur, buna da səbəb odur ki, bir gürcü xanəndəsi bizim əruz vəznilə yazılmış şeirlərimizi müvafiq vəzn oxumaq və bir para səslərimizi dürüst tələffüz etməkdə çətinlik çəkir. Sazəndə dəstələrində tar və kamança çalanlar ermənilər olduğu halda, xanəndəsi əksərən türklərdən olur. Fəqət təəssüf burasıdır ki, bunlar daha tez Avropa musiqisi təsiri altına düşüb Şərq musiqisi əsaslarından uzaqlaşır və avropalıların şirin “minor”larına uyub şərq üslubunu xələldar edən barmaqlar vururlar və tonlar alırlar. Türk çalanları dəxi bunları yamsılamağa meyl edib onlarda üslub korlayan çalğıları öyrənməyə həvəs edirlər. Avropa havalarını tar və ya kamançada çalmağa əlbəttə sözümüz yoxdur, fəqət bayatı-şiraz, şüştəri, müxalifi və şuru qatışdırıb hamısına minor nəzərilə baxmaq olmaz. Major və minor avropalıların özlərinin zəhləsini tökdüyü bir zamanda və musiqidə bir yenilik aramaq üçün Şərq musiqisinə ərzi-təvəccöh edildiyi bir vaxtda bizimkilərin major və minora həvəs etməkləri məktəbsizlikdən irəli gələn müəssif bir haldır. Şərq musiqisinin yollarını müsbət bir surətdə təyin etmək və o yollar üzərində musiqimizin tərəqqisinə rəvac vermək üçün çoxdan bəri bir musiqi məktəbinə ehtiyac var idi. Şükürlər olsun ki, Azərbaycanda Şura hökuməti bərpa olduqdan sonra Azərbaycan türkləri böylə bir əsaslı musiqi məktəbi küşadına nail oldular. O məktəb, maarif komissarlığı tərəfindən açılmış olan “Azərbaycan hökumət Türk Musiqi Texnikumu”dur ki, bu il beşinci sənədir kəmali-müvəffəqiyyətlə vəzifəsinə davam edib dörd yüzdən artıq mütəəllim və mütəəllimə oxutmaqdadır. Texnikumda həm Qərb və həm də Şərq musiqisi əməli və nəzəri olaraq tədris edildiyindən təbiidir ki, buradan məzun tarzənlər hər iki musiqinin yollarına və üslubuna alim olduğundan cahilanə əməllərə yol verməyəcək və Şərq musiqisinin kəndi əsası və binası üzərində tərəqqi və təkamül etməsinə çalışmaqla öz böyük vəzifələrini təhsil etmiş olduqları elm sayəsində layiqilə ifa edəcəkdirlər. * * * Musiqidə tərcümə Ədəbiyyatda tərcümənin mövcud olduğu hər kəsə məlumdur. Hər millətin milli orijinal ədəbiyyatı olduğu kimi, sair millətlərin ədəbiyyatından tərcümə edilmiş əsərlər də az-çox vardır. Fəqət musiqi ədəbiyyatının tərcüməsi indiyə qədər görülməmiş bir şeydir. Bununla da başlıca səbəbi budur ki, Avropa millətlərinin musiqiləri sistem cəhətindən müştərək əsas üzərinə müstəniddir. Məsələn, alman millətinin musiqisi milli koloritcə italyan musiqisindən nə qədər təfriq edilirsə də, ikisinin də əsası major və minor qammalardır. Burada musiqi ədəbiyyatında tərcümə əvəzinə mövcud olan şeylər bunlardır. Təbdil – yəni bir kəsin yazmış olduğu musiqi əsərinin mövzusunu iqtibas edib o mövzu üzərində başqa bir formada musiqi əsəri yazmaq. Transkripsiya – yəni bir bəstəkarın musiqi əsərini götürüb üzərinə bir çox şeylər artırmaq, müxtəlif variasiyalara salmaq və sairə. Transparsiya – yəni bir musiqi əsərini bir qammadan digər bir qamma keçirmək; məsələn: “do” major namində yazılmış bir əsəri “sol” majora keçirmək və sairə. Təsirini dəyişmək – yəni major qammalar üzərində yazılmış bir əsəri eyni ilə bir adlı minor qammaya keçirmək. Fəqət bunların heç biri tərcümə deyildir. Tərcümə hasil olmaq üçün əsaslar başqa olmalıdır. Qərb musiqi əsasından qeyri-olanlardan ən ümdəsi Şərq musiqisi əsasıdır. Böylə olduğu surətdə Qərb musiqisi əsası üzərində yazılmış olan bir musiqi əsərini, formasını və ideyasını da saxlamaq şərtilə Şərq musiqisi əsasına çevirsək, zənnimcə, əsl tərcümədən anlaşılan məqsəd hasil olar. Ədəbiyyatda tərcüməçinin birinci məqsədi başqa bir dildə yazılmış əsəri öz dilinə çevirməklə eyni əsəri öz dilində danışanların anlayacağı bir hala salmaqdır. Musiqi tərcüməsi də böylə olmalıdır. Yəni anlaşılmayan Qərb musiqi parçasını Şərq musiqisinə tərcümə ilə şərqlilərin anlayacağı bir hala salmaq. Ədəbiyyatda tərcümənin əvvəla, ədəbi, saniyən, əslinin ideyasını tamamilə şərh edəcək dərəcədə mükəmməl olmağı ümdə şərtlərdən sayılan kimi musiqi tərcüməsində də bu şərtlərə riayət olunmalıdır. İştə bu tərcümə ideyası əsasən qəbul edilib və yolları da ətraflı öyrənildikdən sonra qövldən felə keçirilərsə, Şərq musiqisinin gözlənilməyən bir surətdə sürətlə tərəqqi etməsinə səbəb olar. Qərb musiqisinin min il ərzində tərəqqilər görüb bugünkü dərəcəyə çatmış olan formaları içində məstur olan ideyası ilə bərabər Şərq musiqisinə keçirilməklə, qədimdən bəri tərəqqisiz qalmış olan Şərq musiqisi həyatında geniş bir tərəqqi inqilabı əmələ gətirə bilər və Şərq musiqisinin gələcəkdə ümumaləm musiqi sənəti sahəsində böyük bir rol oynayacağına səbəb olar. Digər tərəfdən, şərqlilər Qərb musiqisi ədəbiyyatında mövcud olan müxtəlif ideyaların ənvai-təəssürat və hissiyyatını anlamağa öyrənişər. İnsan anlamadığı bir dili eşidərkən bir növ sıxıntı çəkdiyi kimi, məcazi bir lisan hökmündə olan musiqini dəxi anlamadıqda əsəbi bir hala düşür. Qərb musiqisinin ən dərin mənalı parçalarını şərq əhli başa düşmədiyindən o gözəl sənət nümunəsinə qarşı nifrət izhar edir və bu hiss hər bir sinifdə müşahidə olunur. İstər elm sahibi olsunlar, istər olmasınlar, Şərq əhli öz musiqilərinə o qədər alışmışlar ki, onu anlamaq və hiss etmək üçün nəzəri və əməli cəhətlərini öyrənməyə heç də ehtiyac yoxdur. Halbuki Qərb musiqisini anlamaq üçün sənələrcə onu dinləməkdən əlavə nəzəri cəhətlərini dəxi öyrənmək lazımdır. Avropa bəstəkarlarından məşhur Delibin “Lakme” adındakı operası mövzusunun şərq həyatından götürülmüş olmasına və sözlərinin də bizim dilimizə tərcümə edilməsinə baxmayaraq camaatımız tərəfindən anlaşılmadı. Çünki ikinci planda olan və zatən operada bir o qədər əhəmiyyəti olmayan qoftəsi tərcümə edilmiş olduğu halda, birinci dərəcədə əhəmiyyəti olan bəstəsi, yəni musiqi cəhəti tərcümə edilməmişdi. Musiqi tərcüməsinin yollarını təyin, yəni necə tərcümə edilmək qaydalarını təsbit və zəbt etmək həm Qərb və həm də Şərq musiqisinin qəvaidinə kamalınca vaqif olanların işi olmaqdan əlavə, böylə bir məşğuliyyəti musiqi dərsləri qismində olaraq musiqi məktəblərinə dəxi keçirib şagirdləri bu yolda öyrətməlidir. Bu növ məşğələ yuxarıda zikr edilən faydalardan əlavə Şərq və Qərb musiqisi üslubunu müəyyən surətdə şagirdlərə aşkar etməklə, Şərq musiqisini Qərb musiqisinin bir çox biməzmun valsları, maçiçləri* və sair danslarının sui-təsirindən uzaq saxlar. * * * Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri Cümləyə məlum olduğu üzrə, dünyada heç bir şey qalmamışdır ki, Qərb alimləri oraya əl aparmamış və lazımınca təhqiqat aparmamış olsunlar. O cümlədən qədim Şərq musiqisi dəxi Qərb alimləri tərəfindən tədqiq və təhqiq edilib, bu xüsusda qalın kitablar yazılmışdır. Qədim şərq musiqisi haqqında çalışan alimlərdən başlıcaları [Kizevetter] ilə onun bacısı oğlu [Ambros]dur. Rusiya tarix musiqi müəllimlərindən olan [Razmadze] məzkur alimlərin xülasəyi-əsərlərini öz “Musiqi tarixi” adlı kitabına köçürməklə rus musiqi məktəblərinə xidmətlər göstərmişdir. Məzkur alimlərin təhqiqatının təqribən doxsan sənə bundan əvvəl yazılmış olduğunu xatirə salıb musiqi maraqlılarınca son dərəcə haizi-əhəmiyyət olan müxtəsər tərcüməsini müəllim [Razmadze]nin kitabından alıb nəql edirik. Ümumi rəyə görə, ərəblər islamdan qabaq musiqicə ən geridə qalmış bir tayfa idi. İslamdan sonrakı ərəblər 7-ci əsri-miladidə İranı fəth etdilər. İranda tərəqqi etmiş olan bütün ülum, fünun və gözəl sənətləri əxz etməklə, dərəcəyi-kamala yetirməyə çalışdılar. Ərəb və İran alimləri hər bir elm və sənət xüsusiyyətində irəli getdikləri kimi, musiqi sənətində dəxi o qədər tərəqqi etdilər ki, yunaniləri dəxi etməkdən başqa ümumbəşər musiqi sənətinə dəxi böyük-böyük xidmətlər göstərdilər. Razmadzenin kitablarında deyilir ki: Alim [Polioks]un fikrincə, “Monoxord”* icad edən dəxi ərəblər imiş. Yenə o alimin rəyincə, “Qanun” dəxi məhz ərəblərin ixtiraatındandır ki, bədə yunanilər onu ərəblərdən əxz etmişlər. Həqiqət bir çox musiqi aləti əlan dəxi mövcuddur ki, əsilləri ərəblərdən götürülmüşdür. Məsələn: Əslində Asori alətindən sayılan “Bandur” ərəblərin tənburundandır ki, “b” ilə “t” yerlərini dəyişmişdir**. Bu saz sonra yunana dəxi köçmüşdür. Bu gün rusların “Lyutnya”, italyanların “Lyuto”, almanların “Laot”, ispanyonların “Laud” dedikləri saz ərəblərin “Əlud” və ya “Ud” adlı sazıdır və yenə bu gün “Vialon” deyilən məşhur saz (rusca skripka) ərəblərin “Füzula” sazındandır ki (“z”nin ərəbcə tələffüzünə görə), “Fidola” bədə “Vidola”, sonra “Viola” və axırda “Vialon” olmuşdur. Bu gün Avropada işlənilən bütün zərb alətləri hamısı ərəblərdən götürülmüşdür. İslamda mədəniyyət zamanı musiqinin çox böyük təsiri var idi. Harun ər-Rəşidin qəzəbini qaytarıb mülayim edən bir şey varmışsa, o da musiqar Şəhirül-Məsudinin ud çalğısının təsiri imiş. İbn Xəldunun yazdığına görə, Bağdad bir musiqi mərkəzi olmuşdu. Bütün musiqi alimləri və musiqi ustadları buraya cəm olmuşdular. İbrahim Mehdi, İbrahim Müsəvvəli, İshaq o zamanın (Abbasilər zamanı) ən ustad və mahir musiqi alimləri idi. Hələ 8-ci əsr miladidə Xəlil namində musiqi alimi “Kitabi-əlhan” namində bir kitab yazmışdı ki, ən müfəssəl musiqi təfsiridir. Ondan sonra Əlkəndi namində alim musiqi haqqında altı cild kitab yazdı ki, bunlar idi: “Musiqi təsnifi”, “Əlhan”, “Vəzn”, “Musiqi aləti”, “Tərəb və təğənni” və “Musiqi sənətinə bir nəzər”***. Onun şagirdi olan Əhməd ibn Məhəmməd musiqi haqqında “Kitabikəbir və kitabi-səğir” və əlavə “Musiqi haqqında elmi təhqiqat” adlı kitablar yazmışdır (vəfatı 899-dadır). Ərəblərin fikrincə, musiqi elmini yalnız böyük alimlər kamil surətdə öyrənə bilərlər. Odur ki, bir çox məşhur alimlər ömürlərini musiqi qanun və qəvaidi təhqiqatına sərf etmişlər; məsələn: Sabit ibn Qəra (vəfat 900), Əbu Bəkr ibn Badşəh (918), İbn-ül-Heyzüm (vəfat 1038); Bu axırkı alimin bir böyük əsəri var ki, musiqinin heyvanata təsiri haqqında təhqiqata aiddir. Farabinin* və Şəfi-üddinin şöhrəti hər kəsə məlumdur. Qədim musiqi elmini əkməl dərəcədə dərk etmiş olan Mühəmməd ibn-İsa 1334-cü miladidə Misrül-Qahirədə musiqi haqqında leksiyalar oxumaqla xeyli məxluq cəm edərmiş. Elmi əlhanın gələcəkdəki əhəmiyyəti adlı əsər bu alimindir. Ərəb İran musiqisinin əsasına gəldikdə bunun qədim yunan musiqisindən götürüldüyü və yaxud məhz islam mədəniyyəti əsasına məbni olduğu hələlik dürüst təyin edilməmişdir. Hər halda ərəblərin ən qədim “Qamm”larından birisi yunanilərin qədimki “Qamm”ları olan “hipofirikin” qammına müsavidir. Bu qamma bugünkü Avropanın “Dyatonik” qammının eynidir, fəqət bir pərdəsində təfavüt vardır. Məsələn: Avropa qammı böylədir: Do, Re, Mi, Fa, Sol, Lya, Si, Do. Ərəb və yunan qammı isə bu nəhv ilədir: Do, Re, Mi, Fa, Sol, Lya, Si bemol, Do. Ərəblərin oktavı** 17 hissəyə təqsim olunur ki, hər bir hissəsi bir bütün notun üçdəbir hissəsidir (avropalılarda bir oktav 12 hissədir və hər bir hissəsi bütün tonun yarısıdır). Ona binaən ərəb oktavı böylə olur***. Do Si bemol Lya Sol Fa Mi Re Do 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 3 17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1 Bundan görünür ki, Avropada “Mi” ilə “Fa” və “Lya” ilə “Si bemolun” araları yarım ton olduğu halda, ərəblərdə üçdə bir (1/3) tondur. Hissələrin ümumisi qırx ədəd imiş ki, iki oktav və altı hissə edir (17 + 17 + 6 = 40) yəni qırx pərdə, varmış. Pərdələrin adları ya ərəbcə əbcəd hesabı ilə, məsələn: əlif, bey, cim, dal, hey, vav, zay və ya farsca ədədlər ilə: yek, do, se, çahar, pənc, şeş, həft adlanırmış; cərgə ilə düzülmüş olan pərdələrdən əmələ gələn qammalara muğamat deyirmişlər. Baş muğamlar on iki ədəd hesab olunurmuş. Baş muğamlardan əlavə bir də “Təbəqə” deyilən xırda muğamlar varmış ki, yunanilərdə dəxi böylə bir təqsimat mövcud imiş. Beləliklə, qammın bir hissəsindən 7 və digər böyük hissəsindən 12 növ dəyişikliklər hasil etməklə 7 kərə 12-dən ibarət olan 84 növ muğam əmələ gəlirmiş. Baş muğamlar bunlar imiş: 1) Üşşaq, 2) Nəva, 3) Busəlik, 4) Rast, 5) Əraq, 6) İsfahan, 7) Rahavi, 8) Büzürk, 9) Zirəfkənd, 10) Zəngulə, 11) Hüseyni və 12) Hicaz. Bu baş muğamlardan əlavə altı ədəd “Avaz” varmış. O da bunlardır: 1) Şahnaz, 2) Mayə, 3) Səlmək, 4) Novruz, 5) Gərdaniyə və 6) Guvəşt. Ərəb-İran musiqisinin böyük tərəqqisi 14-cü əsr miladidən başlanır ki, bu zaman Ərəb və ya İran musiqi alimləri pərdələrin yek digərinə olan münasibətini təyin etmək, musiqi vəznini qaydaya salmaq və bu sənəti getdikcə nazikləşdirmək yolunda çox çalışıbdırlar. 13-14-cü əsr alimlərindən ən məşhuru Səfiyəddin* Əbdülmömin ibn Faxir-ül- Ərməvi-ül-Bağdadi deyir ki, moqol vəziri Şəmsəddinin oğlu olan Şərəfəddin Harun üçün “Şərəfiyyə”adlı bir musiqi kitabı yazmışdı. Bu kitab o qədər mötəbər olmuşdu ki, ondan sonra gələn alimlər üçün bir böyük dəlil idi. O alimlərdən məşhuru Mahmud Şirazi, Əbdülqadir Maraği, Əbülfərəc və sairləri idi. Əndəlisdə isə Nizaməddin və Məhəmməd ibn Əhməd musiqi alimləri idilər. İran alimləri hərçənd on iki muğamdan ancaq Üşşaq, Rast, Hüseyni və Hicazi qəbul etmək istədilərsə də, baqiləri dəxi öz hökmündə qalıb hələ iyirmi dörd “şaxə” və ya şöbə dəxi artdı. Məsələn: Üşşaq məqamının bir, iki, dörd, beş, yeddi və səkkizinci pərdələrindən “Dügah” şaxəsi əmələ gəldi, bu şaxələrdən məşhuru “Mahur” idi. Ərəb-İran alimləri tələb edirdilər ki, musiqi yazanlar sözlərinə görə muğam seçsinlər, bir-birinə müvafiq gəlsin. Üşşaq, Nəva və Busəlik insanın qəlbində şücaət və bir də şadlıq doğurarmış. Bu muğamları türklər çox sevərmiş. Rast, Novruz, Əraq və İsfahan sülh və asayiş gətirərmiş ki, bunları da ziraətçi İranilər bəyənərlərmiş. Büzürk, Zirəfkənd və sairə muğamlar isə hüzn və sevda təsiri yaradarmışlar. Zamana dolandıqca bu muğam və avazlar get-gedə bir çox dəyişikliklərə uğrayıb, bir para muğamlar avaza, avazlar dəxi muğamlara keçməklə bir xeyli təbəddülaq hasil olmuşdur və muğamlar yeddi pərdəlik qammalıqdan çıxıb ancaq qam parçalarından ibarət qalmışdır. Ərəb-İranilərin sazlarına (yəni musiqi alətinə) gəldikdə, yuxarıda ərz olunduğu kimi, o sazların bir çoxu bugünkü Avropa sazlarının atababalarıdır. Ərəb-İran sazlarından ən sevimlisi “ud” imiş ki, Avropada ancaq 12-ci əsrdən sonra məşhur oldu. Halbuki 10-cu əsrdə olan məşhur Farabi “ud”un mükəmməl bir saz olduğunu tərif etmişdir. Ərəb alimlərindən bir paraları “ud”un ixtirasını gah iranilərə və gah yunanilərə isnad verirlər. Fəqət zənn etməlidir ki, “ud” ya ərəb ixtirasıdır, yainki fironlar zamanı və əsrin musiqi alətindəndir. Hər halda ən gözəl “ud” çalanlar ərəblər imişlər. Məsələn: Nadir ibn-il Hürr Sahib xatir və sairə. Onuncu əsrin alimlərindən Əbu Əbdullahın “Müftəhül-ülum” adlı kitabında udun tərifində deyilir ki, bu sazın dörd teli vardır və o tellərin adları böylədir: Bəm, Müsəlləs, Məsna və Zir. Qolunun üzərində pərdələrin yeri vardır ki, ip ilə bağlanmışdır. İndiki ərəb udunun pərdələri yoxdur, özünün də yeddi cift teli vardır. Ud “mizrab” vasitəsilə çalınır. Telli sazlardan biri də “Tənbur”dur ki, bu da qədim Misir alətinə bənzəyir. Farabinin tərifinə görə, tənburi-Xorasani və tənburi-Bağdadi heç də bir-birinə bənzəməz. Hazırda tənburun növləri çoxdur ki, dördtelli və səkkiztelli olmaqdan əlavə böyüklük və kiçiklik, habelə kökcə bir-birindən ayrılır. Tellilərdən biri də “Qanun”dur ki, bəzilərincə ərəb və bəzilərincə yunan ixtirasıdır. Hər halda ərəblərin öz “Qanun”u var imiş ki, bu saz vasitəsilə bir də digər sazları kök edərlərmiş. Ərəb qanununun 75 teli varmış ki, hər üçü bir cürə kök edilirmiş. Qanun rast kökündə qurularmış. Bu gün hər bir musiqar üçün piano çala bilmək vacib olan kimi, o vaxt ərəblərdə dəxi bütün musiqarlar öz çalğılarından əlavə qanun çalmağı dəxi özlərinə borc bilirmişlər. Tellilərdən biri də kaman vasitəsilə çalınan “Rübab”dır ki, təktelli və ikitelli olarmış. Özü də xanəndə üçün”dəm” tutulmağından ötrü çalınarmış. Sonra haman rübabdır ki, “Rəbək” namilə Avropaya köçüb sonra “Füzula” adı ilə ki, yuxarıda zikr olundu, dəyişiklik keçirib bugünkü vialon əmələ gəlir. Nəfəslə çalınan alətə gəlincə başlıcaları bunlardır: “Zurna”ki çox bərk səsi olduğuna görə müharibədə işlənirmiş. “Əraqi” ki ərəb qammına çox müvafiq imiş, “Nay” ki ənvai çox imiş: bugünkü fleyt qismindəndir. Bundan kiçiyindən olan “Haboy” ki hətta bir vaxt Avropa orkestrinə dəxi keçmişdi. Bədə “Nəfir” ki o da bizim truba kimi misdən olub müharibədə işlənərmiş. Bugünkü Qərb alətləri haman eynilə ərəblərdə varmış, fəqət o qədər kamil deyilmiş. Bilümum [Ambros]un deməyinə görə, ərəblərdə 32 növ ud,12 növ qanun, 14 növ kamança, 28 növ nay, 22 növ haboy, 8 növ nəfir və bir çox dəf və dünbəklər varmış ki, heç bir millətdə o zaman bu qədər musiqi aləti yox imiş. Bu müxtəsər tərcümədən dəxi görünür ki, Avropa alimləri qədim Şərq musiqisini və musiqi alimlərini bizdən daha gözəlcəsinə bilirlər. Gizavetter ilə Ambrosun Şərq musiqisinə aid olan əsərlərini əxz edib, orada göstərilən şərq kitablarını dəxi ələ gətirə bilsə idik, böyük bir iş görmüş olardıq. Bu xüsusda təşəbbüs lazımdır. * * * “Koroğlu” operası “Şahsənəm” operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır. Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır. “Koroğlu” üzərində çalışarkən, mən dolğun Azərbaycan operası yaratmaq məqsədini izləyirdim ki, bu opera bütün sadəliyi və aydınlığı ilə bərabər, yüksək bədii keyfiyyətə malik olsun. “Koroğlu”nun musiqiyə salınması işində mən öz qarşımda formaca dərin milli opera yaratmaq məsələsini qoymuşdum. Məzmuna gəlincə, “Koroğlu” yüksək bədii keyfiyyətli olmaqla bərabər, sadə və aydın bir tərzlə ifadə edilmiş olmalı idi. Opera əsərinə məxsus olan bütün ünsürlər – ariya, duet, ansambl, reçitativ – “Koroğlu” operasında vardır, lakin bunların hamısı Azərbaycan musiqi folkloru qurulan muğamlar əsasında qurulmuşdur. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm. Koroğlunu aşıqlar tərənnüm etmiş və edir və ona görə də operada üstün gələn stil aşıq stilidir. Ən artıq bu hal III və IV aktların antraktında və bu səhnədə özünü aşıq qələmə verən Koroğlu partiyasında hiss edilir. Muğamatdan isə başlıca olaraq, xanı və onun saray adamlarını xarakterizə etmək üçün istifadə etmişəm. Operada leytmotiv sistemi dəxi keçirilmişdir. Bunlardan biri operanın əvvəlində başlanır və sonra tez-tez təkrar edilir; bu leytmotiv kəndli kütlələrinin məzlum halını göstərir və hər dəfə xanın zülm və sitəmindən söz açıldığı zaman eşidilir. İkinci leytmotiv xalqın gizlin, lakin hər dəqiqə partlamağa hazır olan revolyusion həyəcanını göstərir. Bu leytmotiv hər dəfə xalqın narazılığını, Koroğlunun qisasını xana xatırladır. Üçüncü leytmotiv Koroğlunu sevən və bu sevgi uğrunda canından belə keçməyə hər an hazır olan Nigarın gözəl obrazını verir. Qalan musiqi materialı – reçitativ, səhnə və sairələr – operanın qəhrəmanlarını və onların hərəkətlərini təsvir edir. Operanın balet qismini XVII əsr musiqisi stilində vermişəm. Operanın ümumi stili klassik stildir, bu stilə yabançı olan hər cür formalizm və naturalizm ünsürləri buraya qarışdırılmamışdır. Bu kimi böyük bir işi yalnız xalqımın və hökumətimizin mənə və mənim bu işimə fövqəladə qayğılı olması nəticəsində müvəffəqiyyətlə başa çatdıra bildim. Mənə “Koroğlunu” yüksək, epoxamıza layiq, böyük qalibiyyətlərimizi tərənnüm edən bir əsər yaratmaq kimi şərəfli və məsul bir işə yapışmaq imkanını verən də yalnız mənə qarşı göstərilən bu qayğı olmuşdur. Bu şərəfli vəzifəni nə qədər müvəffəqiyyətlə yerinə yetirə bilmiş olduğumu geniş kütlə – ictimaiyyət söyləməlidir. * * * “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər Respublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı – bəstəkarları, musiqiçiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu – Azərbaycanın musiqi sənətini əsl və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır. Azərbaycan musiqisinin inkişaf tarixi bizim dekada üçün hazırladığımız repertuarda da öz əksini tapacaqdır. Repertuarımızın əsasını opera təşkil edir. Bu tamamilə təbiidir. Opera sənətinin ölməkdə olduğunu iddia edən burjua “nəzəriyyəçiləri”nin fikrinə zidd olaraq, sənətin bu növü bizim ölkəmizdə yaşamaqda davam edir və yeni məzmun kəsb edərək xalqımız tərəfindən daha artıq sevilir və başa düşülür. Bu il Azərbaycan operasının otuzilliyi tamam olmuşdur. Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər keçilən yol təkcə Azərbaycan operasının otuzillik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur. “Leyli və Məcnun” necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında “Məcnun Leylinin məzarı üstündə” səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim. Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Fizuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi. “Leyli və Məcnun”un partiturası yox idi. Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən “direksion” əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı. Müğənnilərin oxuduqları muğam ladında mətndən kənara çıxmamaqla improvizasiya ilə məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduqca çox improvizasiya variantı vardır, ona görə də hər bir müğənni “Leyli və Məcnun”dan ariyaları öz bildiyi kimi oxuyurdu. Mən “Leyli və Məcnun”un ilk tamaşası üçün skripka çalan seminar yoldaşlarımdan – A.Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, İsmayılov və başqa yoldaşlarımdan ibarət orkestr təşkil etmişdim. Tarzənlər də dəvət olunmuşdu; yadımdadır, hansı isə melodiyanın ifası barədə onların arasında mübahisə yarandı, bu mübahisə böyüyüb elə bir ciddi şəkil aldı ki, operanın ilk tamaşasında Qurban Primovu (Azərbaycan SSR xalq artisti) istisna etməklə, tarçalanların heç biri gəlmədi. Mən tamaşanın başlanmasına iki saat qalmış bu boşluğu aradan qaldırmalı, tələsik skripka üçün yazılmış partiyaya əlavələr etməli oldum. Operada bütün musiqi birsəsli idi. O zaman mən – operanın müəllifi ancaq solfecionun əsaslarını bilirdim (bunu seminariyada öyrənmişəm), harmoniya, kontrapunkt, musiqi formaları, yəni bəstəkarın bilməli olduğu şeylər haqqında isə heç bir təsəvvürüm yox idi. Bununla belə, “Leyli və Məcnun” böyük müvəffəqiyyət qazandı. Zənnimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi. “Leyli və Məcnun”da isə əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir. Operanın müvəffəqiyyət qazanmasında artistlərin, xüsusən Məcnun rolunu ifa edən Sarabskinin böyük xidməti olmuşdur. Ümumiyyətlə, ilk Azərbaycan operasının tamaşaya qoyulmasında artist Sarabskinin böyük rol oynadığı qeyd edilməlidir. Biz gənclər “Leyli və Məcnun” operası üzərində böyük ruh yüksəkliyi ilə işləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmişik. O zaman nə ciddi ifaçılıq mədəniyyətimiz, nə müəyyən bir nəzəri hazırlığımız, nə də öz səhnəmiz vardı. Bakıda neft sənayeçilərinin “Nicat” xeyriyyə cəmiyyəti özünü kulturtregerlər və incəsənətin himayəçiləri kimi qələmə verirdi. Ehtiyac məni “Leyli və Məcnun” operasına müəlliflik hüququmu cüzi məbləğ müqabilində həmin cəmiyyətə satmağa məcbur etdi, halbuki o zaman operanın tamaşalarına bilet tapmaq mümkün olmur və böyük gəlir götürülürdü. Mən “Nicat” cəmiyyətinin həm məni, həm də artistləri istismar etdiyini görüb müstəqil işləməyi qərara aldım. Lakin bu da kömək etmədi. Mən tamamilə çıxılmaz bir vəziyyətə düşərək 1910-cu ildə yalnız borclarımı ödəmək ilə “Rüstəm və Söhrab” adlı yeni opera yazdım. Yadımdadır, teatrın kassası tamamilə kreditorlarımın ixtiyarına verilmişdi. Operanın müəllifi olan mən isə tamaşaları pulsuz keçirməli idim. “Leyli və Məcnun”un müvəffəqiyyəti mənim yaradıcılıq yolumu qəti müəyyənləşdirdi. 1909-cu ildə ikinci bir opera – “Şeyx Sənan” operasını və “Ər-arvad” musiqili komediyasını yazdım. 1911-ci ildə iki musiqili dram əsəri – “Əsli və Kərəm” və “Şah Abbas” üzərində işlədim. Artıq bunların hər ikisi öz musiqi fakturasına görə “Leyli və Məcnun”dan fərqlənir. “Əsli və Kərəm” və “Şah Abbas”da mənim öz musiqim əsas yer tutur, ən başlıca cəhət isə bu əsərlərin daha sanballı olması, orkestr üçün daha savadlı işlənməsidir. Demək lazımdır ki, Azərbaycan operasının inkişafına rəsmi təşkilatların və hər cür müsəlman “xeyriyyə” cəmiyyətlərinin tamamilə laqeyd yanaşdıqları bir vaxtda bütün varlığı ilə səhnəyə sadiq olan yaradıcı işçilər bizə fəal yoldaşlıq köməyi göstərmişlər. Şəxsən mənə və Azərbaycan operasına Slavinskiy və Şatkovskinin simfonik ansamblının və yəhudi xor qrupunun böyük köməyi dəymişdir. Bu təşkilatların hər ikisinin öz dövrünə görə böyük bədii təcrübəsi vardı. O zaman yeganə Azərbaycan bəstəkarı olan, özü də yazmağa təzə başlayan mən isə belə bir təcrübəyə malik deyildim. Mən məhz onların köməyi sayəsində orkestra yeni alətlər daxil etmiş, xorun səs ahəngini zənginləşdirmiş və sairəyə nail olmuşam. Ümumiyyətlə, mən Azərbaycan operasının yaradılmasına son dərəcə qayğı ilə yanaşan gürcü, rus və başqa yaradıcı işçilərlə əlaqədar işləmişəm. Çar hökuməti hər vasitə ilə zülm altında əzilən millətləri bir-birinə qanlı düşmən etməyə çalışırdı. Mən müasir hadisələrə həsr etdiyim “Ər-arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o zamankı Azərbaycan ziyalılarının qabaqcıl hissəsini düşündürən ideyaları əks etdirməyə çalışmışam. “O olmasın, bu olsun” musiqili komediyasında satirik osmanlı, millətçi, qoçu, ağzıboş ziyalı surətləri və başqa surətlər yaradılmışdır. Azərbaycanlı qadının əsarətdən xilas edilməsi, şəriətə və mürtəce ənənələrə qarşı mübarizə ideyaları hər üç musiqili komediyada, əlbəttə, üstüörtülü şəkildə ifadə olunmuşdur. İnqilabdan əvvəlki illərdə yazılmış Azərbaycan musiqili dram əsərlərinin (1916-cı ilə qədər, yəni Müslüm Maqomayevin ilk “Şah İsmayıl” operası meydana çıxanadək məndən və qardaşımdan başqa heç kəs opera yazmamışdır) əsas nöqsanları musiqi fakturunun texniki cəhətdən zəif işlənməsi, birsəslilik və melodiyaların xalq yaradıcılığından seçilməsi idi. Bizim operalarda hər bir opera üçün zəruri olan reçitativlər, oxuyanlar üçün ayrıca bitkin partiyalar, ansambl, antraktlar yox idi. Qeyd etdiyim kimi, zaman keçdikcə bu nöqsanlar tədricən aradan qaldırılmışdır, lakin bu, Azərbaycan operasını müasir formaya yaxınlaşdıra biləcək dərəcədə deyildi. Azərbaycanda bu sahədə ilk qəti addımlar ancaq Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra atılmışdır. 1924-cü ildə “Şahsənəm” operasını (xalq arasında geniş yayılmış “Aşıq Qərib” dastanı əsasında) yaratmış bəstəkar R.M.Qlierin təcrübəsi Azərbaycan musiqisinə simfoniya üslubu gətirmək, Azərbaycan musiqi mövzuları əsasında mürəkkəb formalar yaratmaq sahəsində çox böyük rol oynamışdır. İndi ifşa olunmuş burjua millətçiləri R.M.Qlieri Azərbaycanın musiqi ictimaiyyətindən, o cümlədən biz bəstəkarlardan ayrı salmağa çalışırdılar. R.M.Qlier Azərbaycan mövzusunda opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün xarakterik xüsusiyyətlərini öyrənə bilməmişdir. Bununla belə, bəstəkarın böyük ustalıqla yaratdığı “Şahsənəm” operası Azərbaycanda yeni opera mədəniyyətinin möhkəm təməlini qoydu. Bu gün biz Azərbaycan operasının 30 illiyini opera qarşısında qoyulmuş müasir tələblərə cavab verən yeni əsərlərlə qarşılayırıq. Şübhəsiz, hazırkı üç operanın – istər “Şahsənəm”, istər “Koroğlu” və istərsə də “Nərgiz” operalarının ciddi nöqsanları vardır. Lakin bütün bunlarla yanaşı, mən bir bəstəkar kimi, “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər ciddi bir yaradıcılıq yolu keçdiyimi, partiya və hökumətimizin biz bəstəkarlar üçün yaratdığı gözəl şərait sahəsində öz ustalığımı yeni müxtəlif texniki vasitələrlə nə qədər zənginləşdirdiyimi hiss edirəm. Mən hələ operalarımızın istər süjet, istərsə də musiqi cəhətdən tamamilə yeni məzmun kəsb etdiyini demirəm. Bu operalar tamamilə xalqa məxsus olan, onun qəhrəman keçmişindən, çəkdiyi əzab-əziyyətdən, arzu və qələbələrindən bəhs edən sovet əsərləridir. Təsadüfi deyildir ki, Azərbaycanda yeni operanın yaranması ilə bir zamanda dördsəsli xor, notlu orkestr, nota yazılmış muğamlar meydana gəlmişdir. Bütün bunlar Azərbaycanın artmaqda və inkişaf etməkdə olan musiqi mədəniyyətinin nailiyyətləridir. Azərbaycan bəstəkarlarının simfonik əsərlər yaratması da fərəhli hadisələrdən biridir. İndi Azərbaycanın öz opera teatrına malik olduğunu düşündükdə adamın qəlbi sevinc hissi ilə dolur. Biz “Leyli və Məcnun”u ilk dəfə tamaşaya qoyarkən bir zaman öz orkestrimizin, dirijorlarımızın, müğənnilərimizin, xorumuzun, rəssamlarımızın və opera teatrımızın olacağını ağlımıza belə gətirmirdik. İndi bizdə bunların hamısı vardır. Azərbaycan incəsənətinin inkişafına partiya və hökumətimizin göstərdiyi qayğının konkret ifadəsi olan bütün bunlar biz bəstəkarların yeni-yeni əsərlər yaratmağa ruhlandırır. Belə bir əsrdə yaratmamaq olarmı? Gözəl incəsənəti yüz illər boyu istifadəsiz qalan bir xalq qarşısında özümüzü borclu hesab etməyə bilərikmi? * * * Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardır Azərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu. O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı. Ərəblinski səhnə fəaliyyətinə başladığı gündən əsl sənətkar – professional aktyor olmaq üçün möhkəm bir istiqamət tutmuşdu. O, sənət aləmində qorxmaz və cəsur idi. Qara qüvvələrin, çar satraplarının, ruhanilərin hər cür müqavimətinə baxmayaraq Ərəblinski Azərbaycanda möhkəm aktyor kollektivinə malik olan doğma teatr yaratmaq uğrunda mübarizədə ruhdan düşməyən, yorulmaq bilməyən bir enerji ilə çalışan, hər çətinliyə sinə gərən, bu yolda büdrəməyən bir qəhrəman idi. O öz sənətini bütün varlığı ilə sevir və onu hər şeydən yüksək tuturdu. Hüseyn Ərəblinski ilə tanışlığımızda onun özünəməxsus bəyənilməli bir xüsusiyyəti heç vaxt mənim yadımdan çıxmır: bu, onun öyrənmək talantı, həssaslığı və öyrətmək bacarığı idi. O, başlıca olaraq xalqdan və o dövrdəki rus artistlərindən öyrənirdi. Ərəblinski Bakıda ən yaxşı rus artistləri ilə yaxın əlaqə saxlayırdı, onlardan öyrənər və öz həvəskar yoldaşlarına öyrədərdi. Ərəblinski aktyor üçün kulturalı olmağı ən yüksək tələb sayırdı. Bu işdə o başqalarına nümunə idi. Ehtiyac və yoxsulluq içində yaşamasına baxmayaraq, yeməyindən kəsib təmiz geyinər, zahiri görkəminə fikir verərdi. O, təmiz və səliqəli geyinməklə də camaatda aktyora – sənətkara qarşı yaxşı təsir oyadır və onların rəğbətini qazanırdı. Demək olar ki, o vaxt birinci olaraq bığını qırxdıran Ərəblinski idi. Qüvvətli aktyor – sənətkar olmaq üçün qızğın arzu ilə çalışan Ərəblinski tez yüksəldi, professional artist oldu və həvəskarlar dərnəyində həm artist və həm də rejissor sifəti ilə işləməyə başladı. Ərəblinski “Hamlet”, “Otello”, “Ağa Məhəmməd Şah Qacar” kimi əsərlərin tamaşaya qoyulmasının təşkilatçısı, təşəbbüsçüsü olduğu kimi, Hamlet, Otello, Ağa Məhəmməd Şah Qacar rollarını böyük ustalıqla oynamış və doğru obraz yaratmışdır. Ərəblinskidən sonra gələn artistlər bu obrazları yaratmaqda yalnız onun yolunu davam etdirmiş və beləliklə inkişaf etmişlər. Yaxşı yadımdadır. 1916-1917-ci illərdə biz Ərəblinskini opera teatrımızın rejissorluğuna çağırdıq. O, öldürüldüyü günədək bizimlə birlikdə işlədi, opera təşkilatımızın rejissoru oldu. Opera artistləri yetişməsində, onların yüksəlişində Ərəblinskinin fədakarlığı olduqca böyükdür və unudulmazdır. Ərəblinski “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarında rejissor olardı. Mən onun rejissor dərslərində çox iştirak edər və artistlərlə söhbətinə qulaq asardım. Doğrudan da Ərəblinski insanı heyrətə salan və sevindirən bacarığa malik idi. O, bu operettalarda artistlərin yerli tipləri qüvvətli, inandırıcı ifa etməsinə çox dərindən fikir verərdi, hər tipi yaratmaqda düzgün mühakimə yürüdərdi. Hər artistə təklikdə yanaşar, hər bir hərəkəti dəfələrlə təkrar edər və öyrədərdi. O zaman gənc artistlərdə öz talantlarını inkişaf etdirmək üçün bir durğunluq vardı. Qaranlıq mühit onlara təsir edirdi. Lakin Ərəblinski artistlərə qayğılı, mehribancasına köməklik edər, onlara təkan verərdi. O, talantları üzə çıxarır, tanıtdırır, inkişaf etdirir və artistlərdə öz qüvvələrinə möhkəm inam yaradırdı. Hüseyn Ərəblinskinin teatr sənəti aləmində məharəti belə idi. Revolyusiyadan qabaq teatr tariximizə ötəri bir nəzər saldıqda Ərəblinskinin teatr sənətinin hər sahəsində – istər özünün qabiliyyətli aktyor olması, artistlər tərbiyə etməsi və istərsə rejissorluqda ustalığı ilə nə qədər böyük əməklər sərf etdiyi göz qarşısında canlanır. Acı keçmişdə, qaranlıq mühitdə böyük sənətkar Ərəblinskini qiymətləndirən olmadı. Kütbeyin ağalar, milyonerlər, tacirlər, ruhanilər... Ərəblinski kimi sənətkarları nəinki qiymətləndirmir, hətta onları daima ölümlə təhdid edir, sıxışdırırdılar. Ərəblinski də nadanlıq və avamlıq qurbanı oldu. Onun öldürülməsi böyük bir faciə idi. Bu cür faciə təkcə Ərəblinskinin başına gəlmədi. Çar satraplarının ağalığı və müsavatçıların quldurluğu dövründə əməkçi xalqımız özünün çox qiymətli adamlarını itirdi. Çox ümidlər verən Ərəblinski revolyusiyadan sonra yaşasaydı, öz talantını qat-qat inkişaf etdirmək üçün geniş imkan tapar və səhnəmizə çox xeyir verərdi. Biz Ərəblinskinin öldürülməsinin 20 illiyini qeyd edir və belə bir sənətkarın sıramızda olmamasına ürəkdən acıyırıq. Lakin onun sənət sahəsində böyük ümidləri, arzuları, diləkləri artıq həyata keçir. Azərbaycan teatrının, incəsənətinin çiçək kimi açdığını, inkişaf etdiyini gördükcə fərəhlənir və iftixar edirik. * * * Musiqidə xəlqilik Xalq incəsənəti, folklor stili səslər və gözəllik cəhətdən tükənməz zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdir. Azərbaycan incəsənətinin Moskvada keçirilən dekadası tamaşalarında geniş surətdə göstərilmiş xalq yaradıcılığına yüksək qiymət verilmişdir. Dekada iştirakçıları Kremldə qəbul edildikdə, bizə – sosialist incəsənəti işçilərinə xalq ustalığının rol və əhəmiyyəti haqqında çox qiymətli göstərişlər verilmişdir. İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır. Bununla belə xalq yalnız yaradıcı, yalnız kompozitor deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı “istehlakçısıdır”, xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir və hər çeşidli saxta gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd edir. Kultura cəhətindən olduqca yüksəlmiş tamaşaçısı incəsənət işçilərinə və xüsusilə kompozitorlara yüksək tələblər verməkdədir. Bu tələbləri təmin etmək üçün kompozitorun nəinki ümumi musiqi kulturası sahəsində, bəlkə xalq musiqisi sahəsində də ciddi musiqi məlumatı olmalıdır. O, yaradıcılıq işinə başlamazdan əvvəl özünün kompozitorluq fəaliyyətinə nə qədər hazır olduğunu ciddi və düşüncəli surətdə yoxlamalı, sonralar məharətlə istifadə edə bilmək üçün xalq folklorunu öyrənməlidir. Şəxsən öz haqqımda bunu deyə bilərəm ki, mən xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm. Öz işlərim məni bu qənaətə gətirmişdir ki, Azərbaycan xalq musiqisi bir sıra tarixi səbəblərə görə xüsusi bir sistemə malikdir və tamamilə formalaşmış müstəqil bir incəsənətdir. Xalqımız Azərbaycanda sərbəst inkişaf yoluna çıxmış və proqresə doğru sürətli addımlarla getməkdədir. Hazırda Azərbaycan incəsənəti ərəblərin və osmanlı türklərin incəsənətindən olduqca yüksəkdə durur. Eyni zamanda Azərbaycan incəsənəti yavaş-yavaş hər cür yabançı, qondarma və xüsusilə Şərq musiqisi adı verilən təsirlərdən azad olmaqdadır. Oriyental stili məşrut götürülmüş bir stildir, bəstəkarları heç bir işə bağlamayan başqa bir şey deyildir. Bu stil başlıca olaraq zəngin xromatizmlərdə, mübaliğə məqamında, bir növ melodik xüsusiyyətlər gözlənilən yerdə işlənilir. Bizim Azərbaycan musiqimizdə isə heç bir xromatizm yoxdur, bizim musiqimiz ciddi diatonik musiqidir. Temperasiya məsələsi haqqında da bir neçə kəlmə demək lazımdır. Azərbaycan bəstəkarları artıq simfonik orkestrlər, teatr və başqa sahələr üçün böyük formalı musiqi əsərləri yazmağa alışmışlar. Simfonik orkestrdə temperasiya məsələsi qoyulmur. Biz bu məsələyə musiqişünaslıq nöqteyi-nəzərindən yanaşıb ifaçılardan ümumi musiqi dilində qətiyyən olmayan intonasiyalar vermələrini tələb edə bilmərik. Buna görə də mən şəxsən dünya musiqi əlifbasının Azərbaycan musiqi xüsusiyyətlərini verə bilmədiyini isbat etməyə çalışan bəzi musiqişünasların əsassız qeydlərini etinasız buraxıram. Bu fikir tamamilə yanlışdır. Əvvəla, ona görə ki, xromatik qamma bizi tamamilə təmin edir; ikincisi də budur ki, əgər Azərbaycan musiqisinin bu və ya digər xüsusiyyətlərini qeyd etmək lazımdırsa, bunun üçün lazımi musiqi ədəbiyyatı vardır. Not işarələrindən başqa biz lazım olduqca ədəbi izahatın sayını artıra bilərik. Hər halda yeni əlavə not işarələri uydurmaqdansa, ədəbiyyatı artırmaq daha asandır. Mən Azərbaycan xalq musiqisində yarımtondan az interval olduğunu eşitməmişəm. Bizim yarımton hətta ümumi musiqi dilində qəbul edilmiş yarımtondan bir qədər də genişdir. Bizim böyük tersiyamız ilə temprire quruluşunda qəbul edilmiş tersiya sırasındakı uyğunsuzluq da buradan doğur. Tersiyalar kvarta çevrilən qədər qulağımız bir neçə tersiyanı alır. Bu məsələdə harmoniyanın tətbiq edilməsi, fortepianonun və simfonik orkestrin yayılması görkəmli rol oynayır. Azərbaycan musiqisini öyrəndikdə, ondan istifadə etdikdə muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir. Çalışmaq lazımdır ki, bu muğamlar öz sərbəst əhəmiyyətlərini itirməsinlər. Mən şəxsən inanmışam ki, biz Azərbaycan muğamlı musiqini intensiv şəkildə işləməklə muğam incəsənətini ən yüksək səviyyəyə qaldıra bilərik. Azərbaycan xalqı bu muğamlarda major, yaxud minor köklərini axtarmaq ehtiyacı duymur, hər bir muğamın bizdə xüsusi əhəmiyyəti, özünə məxsus xüsusi koloriti vardır. Azərbaycan musiqisində səksənə qədər muğam olduğunu iddia edənlərin fikrinə zidd olaraq, mən bizim musiqimizdə öz xüsusi quruluşu olan sərbəst muğamların sayının səkkizdən artıq olmadığı fikrindəyəm, bundan başqa əlavə muğamlar vardırsa da bunlar əsas muğamlardan ayrılmır. Hər bir muğamın müstəqil əhəmiyyətindən danışarkən mən xalq anlayışını nəzərdə tuturam. Məsələn, “Segah” muğamı lirik-aşiqanə əhəmiyyətə malikdir. Bütün incə aşiqanə xalq nəğmələri bu muğam əsasında qurulmuşdur. Buna görə də mən aşiqanə səhnələri öz operalarımda verdikdə bu muğamdan istifadə edirəm. Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda, mən “Çahargah” muğamını işlədirəm. Bundan başqa, mərdlik, sevinc, mübarizə xarakterinə malik olan “Rast” muğamı da vardır. Şəxsən bu fikirdəyəm ki, muğam sistemi ümumi musiqi kulturasına bir çox yeniliklər və təravət gətirəcəkdir. Bu saat mən “Azərbaycan muğamlarını öyrənmək üçün rəhbər” adlı elmi əsərimi nəşr etdirməyə hazırlayıram. Zənnimcə, bu kitab Azərbaycan incəsənəti sahəsində çalışmaq istəyən kompozitorlara lazımi kömək edəcəkdir. Mən “Koroğlu” operasını yazdıqda köhnə xalq yazısı çərçivələrindən bir qədər kənara çıxmışam, yəni əsərimi bir qədər sərbəst stildə yazmışam. Praktika göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə çata bilmişdir və bunun səbəbi də operanı yazarkən onun musiqi tekstində və həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur. Çoxsəslilik haqqında da bir neçə söz demək lazımdır. Bu da böyük və mürəkkəb bir məsələdir, çünki yenə də bir sıra tarixi səbəblər nəticəsində son illərə qədər Azərbaycan musiqisində çoxsəslilik olmamışdır. İndi biz musiqimizə çoxsəslilik daxil edirik. Çoxsəslilik kulturasını inkişaf etdirmək üçün kontrapunktun* tətbiq edilməsi Azərbaycan musiqisində harmoniyadan daha artıq böyük rol oynayır, çünki kontrapunkt ifaçını majora, yaxud minora məcbur edir. Xalq musiqisinin çox böyük əhəmiyyəti vardır və bu məsələ konservatoriyanın əsas dissiplinalarından biri olmalıdır. Lakin Azərbaycan Dövlət konservatoriyasında bu dissiplinadan nədənsə dərs keçilmir; bu da bir sıra cavan kompozitorların işində öz təsirini göstərir, onların musiqi əsərləri çox zaman abstrakt və ya subyektiv xarakter daşıyır. Son zamanlarda bizim gənc kompozitorlarımız musiqidə xəlqiliyin böyük əhəmiyyəti olduğunu anlamağa başlamışlar, onların bir çoxu çox zəngin olan folklor sahəsini öyrənir; bu işlər bizi tamamilə və möhkəm surətdə inandırır ki, yaxın illərdə Azərbaycan musiqisi daha da parlaq bir çiçəklənmə mərhələsinə girəcək, bizim böyük vətənimizin fəxri olacaq bir səviyyəyə yüksələcəkdir. İzahlar Felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 6 iyul tarixli 3-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Pəri xala – XIX əsrin axırlarında Qarabağ mahalında məşhur aşıq idi. Felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 8 iyul tarixli 4-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası ilə dərc edilmişdir. “Novoye vremya” qəzeti 1868-1917-ci illərdə Peterburqda nəşr edilirdi. Burada adı çəkilən jurnalist Stolıpin qəddar irticaçı, 1906-1911-ci illərdə əvvəlcə daxili işlər naziri, sonralar isə baş nazir olmuş və 1911-ci ildə Kiyev teatrında qabaqcadan təşkil edilmiş sui-qəsd nəticəsində öldürülmüş Pyotr Arkadyeviç Stolıpinin (1862-1911) qardaşıdır. Cahangir xan – İranın mütərəqqi jurnalisti, “Suri-İsrafil” jurnalının redaktoru idi; Məmmədəli şahın əmri ilə edam edilmişdir. Təbatəbai – İranın müctəhidi idi. Milli azadlıq hərəkatı 1908-ci ildə Sultan Əbdülhəmid Türkiyəsində də alovlanırdı.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ilk dövrdə bu hərəkatda milli burjuaziya, xüsusən gənc türkləri birləşdirən “İttihad və tərəqqi”, “Etilaf və tərəqqi” təşkilatları əsas rol oynayırdı. İnqilabi hərəkatın genişlə- nəcəyindən qorxuya düşmüş sultan hökuməti 1908-ci ildə qanuni əsası (Konstitusiya) bərpa etmək haqqında fərman verməyə məcbur olmuşdu. Azərbaycanın qabaqcıl adamları, gənc türklər hərəkatının sırf burjua xarakteri daşıdığına baxmayaraq, bu hərəkatı alqışlamışlar və onun gedişini böyük maraqla izləmişlər. Bunu o dövrün mətbuatında dərc olunan məqalələr (o cümlədən Üzeyir Hacıbəylinin felyetonları, səhnəcikləri, yazıları) sübut edir. Bu məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 15 iyun tarixli 9-cu nömrəsinin 4-cü səhifəsində və “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Müzəffərəddin şah – Qacar sülaləsindən sonuncu şah olan Məmmədəli şahın atasıdır. Təfavot əz koça ta bekoça (farsca), yəni: onunla bunun arasındakı təfavütə bax! Sultan Əbdülhəmid Türkiyəsinin xarici və daxili vəziyyətindən bəhs edən bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 16 iyul tarixli 10-cu nömrəsinin 3-4 səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. 12, 13, 14 Keçmişdə Türkiyənin ərazisi olmuş, Balkan yarımadasında yer- ləşmiş Makedoniya, Serbiya, Qaradağ (Çernoqoriya) vilayətləri indi Yuqos- laviya Federativ Respublikasına daxildir. Məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 20 iyul tarixli 13-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. İran irticaçılarının vəhşiliyini ifşa edən bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 25 iyul tarixli 16-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası ilə dərc edilmişdir. Məqaləni “Yazı yazanın yazı yazmaqdan qabaq fikri” cümləsi ilə bağlayıb, “Yazı yazanın yazı yazmaqdan qabaq”fikrini duyan “Filankəs cümləsi ilə qurtarması Üzeyir Hacıbəylinin mühərrirlik fəaliyyə- tində yeni və maraqlı ədəbi priyomudur”. İranın daxili vəziyyətini işıqlandıran bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 6 avqust 24-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Vəzirlərin proqramı” sərlövhəli siyasi məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 7 avqust tarixli 25-ci nömrəsinin 1-ci səhifəsində “Ü” imzası ilə dərc edilmişdir. Çörçil Uiston (1874-1965) – İngiltərənin məşhur dövlət xadimi, 1908- ci ildən müxtəlif nazirliklərin başçısı, 1940-1945 və 1951-1955-ci illərdə isə baş nazir olmuşdur. İranın ağır maliyyə vəziyyətinə həsr edilmiş bu felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 17 avqust tarixli 31-ci nömrəsinin 3-cü səhifəsində “Filan- kəs” imzası ilə dərc olunmuşdur. Burada ixtisarla verilir. “Tənqidat” sərlövhəsi ilə verilmiş bu məqalə Azərbaycan məktəblərin- də oxunmağa tövsiyə edilən “İkinci il” kitabının mündəricəsinə həsr edilmiş- dir. Məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 19 avqust tarixli 32-ci nömrəsinin 3-4-cü səhifələrində “Üzeyir” imzası ilə dərc edilmişdir. Uşinski Konstantin Dmitriyeviç (1824-1870) – görkəmli rus pedaqoqu. Tərtib etdiyi pedaqoji mündəricəsini əsasən xəlqilik (yəni vətənə məhəbbət ruhunda tərbiyə, tükənməz xalq qüvvəsinə inam, maarif məsələlərini həll etməkdə özünün hüquqa malik olması və s.) təşkil edir. SSRİ Xalq Komissar- ları Şurasının 1945-ci il qərarı ilə, pedaqoji sahədə xüsusilə fərqlənmiş müəllim və elmi işçilərə Uşinski adına medal verilməsi təsdiq edilmişdir. Türkiyədə qanuni-əsası verilməsinə qarşı irticaçı qüvvələrin (o cümlə- dən Avropa imperialist dövlətlərinin) münasibətini ifşa edən bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 21 avqust tarixli 34-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası ilə dərc edilmişdir. Məqalə müəllifi belə qənaətə gəlmişdi ki, əgər sultan Türkiyəsində konstitusiyaya fərman verilərsə, demokratik hüquqlar bərpa edilərsə, onda türk xalqı azadlıq uğrunda mübarizəni daha da gücləndirər. “Tərəqqi” qəzetinin 1908-ci il 15 iyun tarixli 9-cu nömrəsinin 4-cü səhifəsinə bax. İrticaçı, satqın ruhanilərin çirkin hərəkətlərinə həsr edilmiş “İran iğti- şaşına dair” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 27 avqust tarixli 38-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olun- muşdur. Şeyx Fəzlüllah – Məmmədəli şahın tərəfdarı, satqın, irticaçı Mazan- daran müctəhidi; məşrutə zamanı istibdadçılara kömək edirdi. “Allah heç kəsə göstərməsin” sözlərilə başlanan bu felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 7 sentyabr tarixli 46-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Qəzetin ağır vəziyyətdə olduğuna ictimaiyyətin diqqətini cəlb etməyə çalışan müəllif: “İdarə yoxdur”, “Tərcü- mə edəydik”, “Tərtibə salmaq lazımdır”, “Zir-zibil aradan süpürülə” sözlərini cinasla işlədir və ağır vəziyyətin səbəblərini aydınlaşdırır. “Xolera və rəmazanəl mübarək” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 10 sentyabr tarixli 48-ci il nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Mozalan bəy” bu təxəllüslə “Molla Nəsrəddin” jurnalında bir çox müəllif (Mirzə Cəlil Məmmədquluzadə, Ədbürrəhim bəy Haqverdiyev, Salman Mümtaz, Məşədi Qurbanəli Şərifov) iştirak edirdi. “Səyahətnameyi İbrahim bəy” kitabının müəllifi Hacı Zeynalabdin Mərağayidir. “İrana dair” sərlövhəli yazı “Tərəqqi” qəzetin 1908-ci il 14 sentyabr tarixli 51-ci nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Acınacaqlı hərəkətlərə istehza ilə yanaşan müəllifin “Hesab məsə- lələri” sərlövhəli yazısı “Tərəqqi” qəzetinin 1908-ci il 16 sentyabr tarixli 53-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Məqalə burada bir qədər ixtisarla verilir. Felyetonda göstərilmiş rəqəmlər (məsələn, “Cəmi dünyada bir milyard yarım nüfuz var”, “İranda 10 milyon adam var”, yaxud “Bakıda 70 min mü- səlman var” və s) o dövrün statistikasına görə verilmişdir. Birinci hesab məsələsində Bakı nüberniyasında pulla adam öldürmək hadisələri ifşa olunub pislənir. “Təskinlik” sərlövhəli bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 18 sentyabr tarixli 455-ci nömrəsinin 2-ci səhifəsində “Ü” imzası ilə dərc edilmişdir. Bir sıra məsələlərə həsr edilmiş bu yazı “tərəqqi” qəzetinin 1908-ci il 18 sentyabr tarixli 55-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Burada ixtisarla verilir. Cəhaləti, nadanlığı, köhnə və çürümüş məişəti Danabaş kəndinin misalında göstərməklə, müəllif Cəlil Məmmədquluzadə ilə həmrəy olduğunu bildirir. “Qanlılıq” sərlövhəli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 26 sentyabr tarixli 62-ci nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Bakıda yaşayan iranlıların İran inqilabına münasibətini göstərən bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 29 sentyabr tarixli 64-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Saqi, benur bade bər əfruz came ma Motrob, begu ke, kare-cəhan şod bəkame-ma (farsca), Hafizdən götü- rülmüşdür, mənası belədir: Saqi, badənin nuru ilə camımızı işıqlandır, Mütrüb, söylə ki, dünyanın işi bizim muradımızcadır. “Rusiyaya dair” məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 2 oktyabr tarixli 67-ci nömrəsinin 3-cü səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. Burada söhbət üçüncü Dövlət dumasının müzakirə edəcəyi məsələlərdən gedir. Lakin bu dumanın da tərkibi (442 deputatdan – 300-ü mülkədar, bur- juaziya və ruhanilərin nümayəndəsi ilə) zəhmətkeş əhalinin, o cümlədən Azərbaycan xalqının həyatı ehtiyaclarının ödənəcəyinə heç də ümid vermirdi. Ermənistandan deputat “seçilmiş” daşnak H.Sağatelyan kimilərdən nə göz- ləmək olardı? Onu da qeyd etmək lazımdır ki, üçüncü dumaya Rusiyada yaşayan “mü- səlman” əhalisindən cəmi 10 deputat (dördü Ufadan, ikisi Kazandan, ikisi Qafqazdan, biri Orenburqdan, biri də Krımdan) seçilmişdi ki, bunlar da du- mada “müsəlman fraksiyası” təşkil edərək bütün müzakirə edilən məsələ- lərdə kadet partiyası ilə əlbir idilər. “Kimdən nə soruşdular” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 6 oktyabr tarixli 69-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Hatəmi Tai (miladi 605-ci ildə vəfat etmişdir) – ərəblərin səxavətli tarixi şəxsiyyətlərindəndir. Onun şairliyi, qoçaqlığı və səxavətliliyi haqqında rəvayətlər ədəbiyyatda, o cümlədən Hüseyn Vaiz Kaşifinin məşhur “Anvari Süxeyli” məcmuəsində özünə geniş yer tapmışdır. Özünün məntiqliyi ilə fərqlənən bu felyeton “tərəqqi” qəzetinin 1908-ci il 9 oktyabr 72-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada adları çəkilən Ağa Həsən, Ağa Kərim, Mir Haşım, Mirzə Həsən, Şeyx Fəzlullah İran inqilabına qarşı fəal təbliğat aparan irticaçı ruhanilərdəndir. Xalqının tərəqqisi uğrunda mübarizə ilə yaşayan müəllifin kiçik, lakin dərin mənalı bu yazısı “Tərəqqi” qəzetinin 1908-ci il 12 oktyabr tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Avamlığı və nadanlığı pisləyən “Bayram” sərlövhəli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 14 oktyabr tarixli 76-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” imzası ilə dərc edilmişdir. “Tazə xəbər” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 20 oktyabr tarixli 80-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası ilə dərc edilmişdir. “Bir qədər qəzetçilik dərsi” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 23 oktyabr tarixli 83-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. O zamankı məişətin acınacaqlı hadisələrini ifşa edib pisləyən “Yarım günlük söhbətim” sərlövhəli felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 26 oktyabr tarixli 85-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edil- mişdir. Çarizm zamanı dəmir yollarında sərnişin vaqonları üç kateqoriyaya (klassa) bölünürdü; birinci kateqoriyaya aid vaqonlar abad və sərnişinlər üçün çox rahat olduğundan biletlər də çox bahalı idi; ikinci kateqoriyaya aid vaqon- larda o qədər rahatlıq olmadığından bunların bileti bir qədər ucuz idi; üçüncü kateqoriyaya aid vaqonlar isə ümumi idi, burada yerlər müəyyən edilmirdi, bu vaqonların biletləri o birilərinə nisbətən çox ucuz idi. Azərbaycan məktəblərində dərs keyfiyyətini yaxşılatmağı təbliğ edən “Yarım günlük səyahətim, yaxud üsuli-cədid təlimi nəyə deməzlər” sərlöv- həli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 29 oktyabr tarixli 88-ci nömrəsinin 3-cü səhifəsində dərc edilmişdir. Bir danayani rəmuzi agahi və dəqiqə şünasani hekməthayi ilahi vazeh və mübarəhan əst – farscadır, tərcüməsi: Ən incəlikləri başa düşən alimlərə və ilahi fəlsəfənin xırdalıqlarını qalanlara aydın və aşikardır. Səttarxanın başçılıq etdiyi İran inqilabının gedişi Üzeyir Hacıbəylinin daimi diqqət mərkəzində olmuşdur. Üsyançılara rəğbət bəsləyən Hacıbəyli hər dürlü bədayi üsuldan istifadə edir və öz rəyini aydın surətdə oxucuya çatdırırdı. Bunu “İrana dair aşıq nağılı” sərlövhəli felyetonun misalında da görmək olar. Felyeton “Tərəqqi” qəzetinin 1908-ci il 31 oktyabr tarixli 90-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Sokrat təriqilə siyasi söhbət” “Tərəqqi” qəzetinin 1908-ci il 7 noyabr tarixli 95-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edil- mişdir. Antik filosofu Sokratın adı yalnız məqalənin başlığında çəkilir. Halbuki, “söhbət” öz quruluşu ilə antik dövrün “məntiqi deyişmələrini” xatırladır. Belə bir üsuldan istifadə edərək, müəllif oxucunu asanlıqla İranda məşrutə oldu- ğuna inandırır. Acizliyi, paxıllığı, nadanlığı pisləyən bu felyeton “Tərəqqi” qəzetinin 1908-ci il l noyabr tarixli 98-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Ciddi bir məsələyə – Azərbaycan məktəblərində ana və rus dillərini öyrənmə məsələsinə həsr edilmiş “Əli aşı və Vəli aşı” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1908-ci il 18 noyabr tarixli 105-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. O zaman Zaqafqaziyada Qafqaz canişininin idarəsi yanında maarif işlə- rinə nəzarət yetirən popeçitel idi (yəni nəzarətçi). Birinci dünya müharibəsi ərəfəsində Balkan yarımadasındakı vəziyyət imperialist Avropa dövlətləri arasında ciddi bir çəkişmə törətmişdir. Onlar hürriyyət, milli-azadlıq pərdəsi altında Türkiyəni parçalayırdılar. Almaniyaya arxalanan Avstriya öz təcavüzkarlığını balkanlarda xüsusilə göstərirdi. Həqiqi azadlıqdan uzaq olan bu hiyləgərliyin məqsədi Serbiya, Makedoniya, Bosna, Qaradağ kimi vilayətləri imperialist pəncələrinə keçirmək idi. Fitnəçiliyi damğalayan “Əlfitnətü naümmətü lənulla, ey qəzəha” sərlövhəli yazı “Tərəqqi” qəzetinin 1908-ci il 19 dekabr tarixli 131-ci nöm- rəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. İran irticaçılarının gücləndiyi və məşrutəçilərə divan tutulduğu bir zamanda yazılmış və İran Salar hökumətinin azğınlığını ifşa edən bu yazı “Tərəqqi” qəzetinin 1908-ci il 26 dekabr tarixli 136-cı nömrəsinin 3-cü səhi- fəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Məktəb, təlim, tədris, tərcümə maariflənmənin yeni yollarla inkişaf etməsi və bu kimi mübahisəli məsələlər o zaman Azərbaycan ictimaiyyətini olduqca maraqlandırırdı və ona görə onun diqqət mərkəzində olmuşdu. Bu- rada verilmiş məqalələr Üzeyir Hacıbəylinin bu mübahisələrdə fəal iştirak etdiyini bir daha sübut edir. Onun “Yeni üsuli-təbii haqqında bir neçə söz” sər- lövhəli məqalələri “Tərəqqi” qəzetinin 1909-cu il 6 mart tarixli 50-ci, 8 mart tarixli 51-ci, 19 mart tarixli 58-ci nömrələrinin 2-3-cü səhifələrində və 1 aprel tarixli 67-ci nömrəsinin 3-4-cü səhifələrində “Üzeyir” imzası ilə çap edil- mişdir. Sonuncu məqalə cüzi ixtisar edilmişdir. Burada söhbət “Əli aşı Vəli aşı” sərlövhəli və “Tərəqqi” qəzetinin 1908-ci il 18 noyabr tarixli 105-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuş məqalədən gedir. Rəşid bəy Əfəndizadə (1863-1942) – görkəmli maarifpərvər xadim, müəllim və yazıçı, XX əsrin ilk 16 ili ərzində Qori seminariyasında işləmiş və bir çoxlarının, o cümlədən Üzeyir Hacıbəylinin müəllimi olmuşdur. Burada Üzeyir Hacıbəyli özünə istinad edir; çünki “Filankəs” onun özünün təxəllüsü idi. Əli bəy Hüseynzadə – müəllim, ictimai xadim, qatı türkpərəst idi; sonralar Türkiyəyə köçüb getmişdir. Rus dilindən tərcümə məqaləsinə həsr edilmiş və bir növ Üsuli-təbii haqqında məqalələrinin davamı olan (b a x: “Tərəqqi” qəzetinin 1908-ci il 6, 8, 19 mart və 1 aprel tarixli nömrələrinə) “Üsuli-tərcümə” sərlövhəli yazı “Tərəqqi” qəzetinin 1909-cu il 13 mart tarixli 53-cü nömrəsinin 3-cü səhi- fəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Bu felyeton “Tərəqqi” qəzetinin 1909-cu il 24 mart tarixli 61-ci nöm- rəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Təəssüflər olsun” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 25 mart tarixli 62-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada Azərbaycan xalqının geridə qalmasına ürəkdən he- yifsilənən, xalqın tərəqqisinə mane olan halları aşkar edən müəllifin rus təm- silçisi İ.A.Krılovun ədəbi yaradıcılığından ustalıqla istifadə etməsi diqqəti cəlb edir. Azərbaycan dilinin saflığını təbliğ edən “Müxtəlif qəzetlərimiz” sər- lövhəli yazı “Tərəqqi” qəzetinin 1909-cu il 26 iyun tarixli 141-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Burada cüzi ixtisarla verilir. Fitnəçiliyə nifrət oyadan bu məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 2 iyul tarixli 146-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Konka – keçmişdə bir çox şəhərlərdə (o cümlədən Bakıda) qəbul edilmiş şəhər nəqliyyatı idi; vaqona qoşulmuş atlar onu dəmiryol (rels) üzrə çəkib aparırdılar. Konkanı tramvay əvəz etdi. İran inqilabının gedişini bütün dəqiqliyi ilə izləyən Üzeyir Hacıbəyli 1909-cu ilin iyulunda istibdada yeni bir zərbə vurulduğu bir zamanda “İranda inqilab” və “İran inqilabı” sərlövhəli bir-birinin ardınca dörd məqalə yaz- mışdı. Bunlar “Üzeyir” imzası ilə “Tərəqqi” qəzetinin 1909-cu il 2 iyul ta- rixli 146-cı nömrəsinin 2-ci səhifəsində (1-ci məqalə), 3 iyul tarixli 147-ci nömrəsinin 2-ci səhifəsində (2-ci məqalə), 5 iyul tarixli 148-ci nömrəsinin 3-cü səhifəsində (3-cü məqalə) və 6 iyul tarixli 149-cu nömrəsinin 2-ci səhifəsində (4-cü məqalə) dərc olunmuşdur. “İran və “Novoe vremə” adlı siyasi məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 7 iyul tarixli 150-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur. Kapitan Perebinosov – o zaman Soltanabadda yerləşdirilmiş çar qoşun dəstəsinin komandiri idi. Məmmədəli şahın taxtdan salınmasına və İrandan qovulmasına həsr edilmiş bu felyeton “Tərəqqi” qəzetinin 1909-cu il 7 iyul tarixli 150-ci nöm- rəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Fitilbörk – Peterburq deməkdir. Zemstvo – 1864-cü ildə qəbul edilmiş qanun əsasında (zemstvo islahı) çar Rusiyasının mərkəz quberniyalarında yaradılmış yerli əhalinin özünü idarəetmə üsul-idarəsi idi. “Zemstvo nədir?” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 16 iyul tarixli 158-ci və 17 iyul 159-cu nömrələrinin 2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Doktor Xətisov – o zaman Zaqafqaziyada tanınmış mülkədar və burjua- demokrat əqidəli ictimai xadim idi. Burada səhv gedib – 15 min olmalıdır. İbrahim bəy Vəkilov – Tbilisidə yaşayan ali savadlı maarifpərvər ictimai xadim idi. Bir zaman Tbilisi “Xeyriyyə cəmiyyətinin” sədri idi. Hüseyn bəy Minəsazov – əvvəllər Tbilisidə, sonralar isə Bakıda yaşayan, maarifçi və ictimai xadim idi. Dövrü mətbuatda fəal iştirak edirdi. Portəgiz – yəni Portuqaliya. Həqiqi millət qayğısını, dərin insanlıq məhəbbətini təbliğ edən bu yazı “Tərəqqi” qəzetinin 1909-cu il 4 avqust 173-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap olunmuşdur. Maariflənməyə çağıran “Xəbərdarlıq” sərlövhəli yazı “Tərəqqi” qəze- tinin 1909-cu il 30 iyul tarixli 170-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Martınov – o zaman Bakı şəhəri rəisi, yəni qradonaçalniki idi. Tərke-adət bemocəbe-mərəz-əst (farsca), Sədidən götürülmüşdür, tərcüməsi: adəti tərk etmək xəstəlikdən qurtarmaq deməkdir. Nəcib düşüncəli və hissiyatı təbliğ edən və milləti cəhalət və zillətdən qurtarmağa çağıran “Niyyəti-xalis” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 12 avqust tarixli 180-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Azərbaycan məktəblərində təhsil və təlim məsələlərinə həsr edilmiş yazıların davamı olan (bax: “Tərəqqi” 1909-cu il 141, 170-ci nömrələrində və i.a.) “Xəbərdarlıq” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 14 avqust tarixli 182-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Azərbaycan uşaqlarının tərbiyə və təhsilinə həsr olunmuş bu məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 19 avqust tarixli nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Sinamotoqraf – o zamanda hələ inkişaf etməmiş kino belə adlandırılırdı. Maariflənməyə, azərbaycanlı uşaqların təhsilinə və müəllim kadrları hazırlanmasına həsr edilmiş “Xəbərdarlıq” sərlövhəli üçüncü (b a x: “Tərəq- qi” qəzeti 1909-cu il № 170 və 182) məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 20 avqust tarixli 187-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. Firidun bəy Köçərli (1863-1920) – görkəmli maarifpərvər, yazıçı, “Azərbaycan ədəbiyyatı tarixi” kitabının müəllifi, Qori seminariyasının müəl- limi olmuşdur. O zaman hökumət orqanları tərəfindən inqilabçılara, siyasi məhbuslara və cinayətkarlara qarşı görülən şiddətli tədbirlərdən biri də Sibirə sürgün etmək idi ki, bu da böyük əziyyətə düçar etmək demək idi. O zaman çar hökuməti bütün Qafqaz əhalisindən müəllim kadrı yetiş- dirmək üçün cəmi iki müəllimlər seminariyası açmışdı ki, bunlardan biri Qoridə (Gürcüstanda), o birisi isə İrəvanda (Ermənistanda) idi. “Səadət məktəbi” – Bakıda ictimaiyyətin maddi yardımı ilə açılmış orta məktəb idi ki, burada bütün fənlər Azərbaycan dilində keçirilirdi. Bununla yanaşı, müdavimlər rus və fars dillərində dərin bilik alırdılar. Aleksandra adına “Ünas məktəbi” – Bakıda XX əsrin əvvəllərində Azərbaycan qızları üçün təşkil edilmiş internat məktəbi idi. Məktəb Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə təsis edilmişdi, oxumaq pullu idi. Azərbaycan ziyalılarının arasındakı intriqabazlığı, paxıllığı, fitnəkarlığı və bu kimi çirkin halları ifşa edən “Zemstvo məsələsi” sərlövhəli məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 27 avqust tarixli 193-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Əhməd bəy Ağayev – burjua əqidəli ictimai xadim, “Tərəqqi” qəzetinin redaktoru idi. O zaman Üzeyir Hacıbəyli Əhməd bəy Ağayevin, həmçinin Qara bəy Qarabəyovun və Əlimərdan bəy Topçubaşovun reaksion əqidələrini müəyyən etməmişdi. Doktor Qara bəy Qarabəyov – ilk addımlarında inqilabi hərəkata müsbət yanaşan xırda burjua əqidəli ictimai xadim idi. Sonralar əksinqilabi cəbhəyə keçmiş və reaksion mövqe tutmuşdur. Əlimərdan bəy Topçubaşov – xırda burjua əqidəli ictimai xadim idi. Sonralar əksinqilabçılar cəbhəsinə keçmiş və hakim istismarçı siniflərin mənafeyini müdafiə etmişdir. Nəriman Nərimanov (1871-1925) – 1909-cu il mart ayında polis tərə- findən həbsə alınmış və yeddi ay Metex həbsxanasında (Tbilisi şəhərində) saxlandıqdan sonra Həştərxana sürgün edilmişdir. Məmmədəli (İran şahı) və Əbdülhəmidin (Türkiyə sultanı) istibdadına qarşı inqilabi hərəkata işarədir. Azərbaycan xalqının maariflənməsinə, tərəqqisinə, rifah halına can yandıran şəxsləri fəaliyyətə çağıran “Ovza”mız sərlövhə məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 4 sentyabr tarixli 200-cü nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. “Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir” şüarı ilə tələbələrə maddi kömək etməyə çağıran “Tələbələr məsələsi” sərlövhəli məqalə “Tə- rəqqi” qəzetinin 1909-cu il 17 sentyabr tarixli 211-ci nömrəsinin 2-ci səhi- fəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. İki müstəqil hissədən ibarət olan bu felyeton “Tərəqqi” qəzetinin 1909-cu il 18 sentyabr tarixli 212-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Əhməd Rza – o zaman İranda Məclis sədri idi. Tələt (paşa) – gənc türklər ittifaqının başçılarından olub, Sultan Əbdül- həmid istibdadına qarşı mübarizədə və Osmanlı inqilabı hərəkatında iştirak edənlərdən biri idi. İsmayıl Kamal – Türkiyə inqilabı dövründə fəaliyyət göstərmiş siyasi xadim idi. Mehdi Sahibzaman – islam dininin təbliğinə görə sonuncu (on ikinci) imamdır ki, guya dünyanın axırında zühur edəcəkdir. Məhəmməd ibn-Əli ibn-İdris ərəb qəbilələrinin satqın başçılarından biri idi; İngiltərə imperialistləri ilə əlbir olaraq Türkiyə əleyhinə mübarizə aparırdı. Molla Məhəmməd Hindi – Sultan Əbdülhəmidin tərəfdarı, satqın, reaksion və qatı irticaçı ruhani idi. Tərəqqipərvər və xeyirxah şəxslərin, o cümlədən Cənubi Azər- baycanın azadlığı uğrunda fəal çalışmış görkəmli ictimai xadim Tağızadənin müdafiəsinə yönəldilmiş bu məqalə “Tərəqqi” qəzetinin 1909-cu il 28 sen- tyabr tarixli 219-cu nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. “Halımıza dair” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1909-cu il 29 dekabr tarixli 4-cü nömrəsinin 2-3-cü səhifələrində imzasız dərc edil- mişdir. Lakin məqalənin sərlövhəsi (bu sərlövhə dəfələrlə təkrar olunaraq Üzeyir Hacıbəyli üçün səciyyəvi olmuşdur), məzmunu və dili onun müəl- lifinin Üzeyir Hacıbəyli olduğunu aydın göstərir. “Ləbbeyk” sədası – burada ürəkdən çıxan səmimi səs deməkdir. “Əhvalımızdan” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1909-cu il 30 dekabr tarixli 5-ci nömrəsinin 2-ci səhifəsində “Qaf” təxəllüsü ilə çap edilmişdir. Məqalənin Üzeyir Hacıbəyli tərəfindən yazılmış olduğu şübhə- sizdir. Məqalə cüzi ixtisar edilmişdir. “O yan-bu yan” sərlövhəli felyeton “Həqiqət” qəzetinin 1909-cu il 30 dekabr tarixli 5-ci nömrəsinin 3-cü səhifəsində “İki” təxəllüsü ilə dərc edilmişdir. Felyetonun məzmunu, dili və stili aydın göstərir ki, onun müəllifi Üzeyir Hacıbəylidir. “Öz qədrimizi bilmirik” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 1 yanvar tarixli 1-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. “Cəmiyyət başçılarının nəzər-diqqətinə” sərlövhəli məqalə “Həqi- qət” qəzetinin 1910-cu il 1 yanvar tarixli 1-ci nömrəsinin 2-3-cü səhifələ- rində “Qaf” təxəllüsü ilə dərc edilmişdir. Yazıda irəli sürülmüş məsələnin qoyuluşundan və onun həll edilməsindən, yazının dilindən və stilindən yəqin etmək olar ki, onun müəllifi Üzeyir Hacıbəylidir. “Tazə il, tazə meydan” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910- cu il 3 yanvar tarixli 2-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə çap edilmişdir. Qəməri il (hicri) – 354 gün hesablanır. Şəmsi il – stronomik ildir, 365 (366) gün hesablanır. (B a x: N i y a z i R z a y e v. Qəməri və şəmsi təqvimləri əlaqələndirmə üsulu. “Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri”. 1958-ci il, XIV cild, № 4). “O yan-bu yan” sərlövhəli felyeton “Həqiqət” qəzetinin 1910-cu il 4 yanvar tarixli 3-cü nömrəsinin 2-ci səhifəsində “Üç” təxəllüsü ilə dərc edilmişdir. “Hər işi öz əhlinə tapşırmalı” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 5 yanvar tarixli 4-cü səhifəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc edilmişdir. “Ticarət” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 14 yanvar tarixli 10-cu nömrəsinin 1-ci səhifəsində “Ü” təxəllüsü ilə dərc edilmişdir. Öz xalqının tərəqqisi üçün hər cür yol və vasitə axtaran müəllif ticarətin, inkişafını xalqın tərəqqisi ilə əlaqələndirməyə çalışır. Məqalə cüzi ixtisarla verilir. “Rəhbərlərimiz” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 18 yanvar tarixli 13-cü nömrəsinin 1-ci səhifəsində “Ü” təxəllüsü ilə çap edilmişdir. “Maarif işləri, yaxud şurayi-valideyn” sərlövhəli felyeton “Həqiqət” qəzetinin 1910-cu il 18 yanvar tarixli 13-cü nömrəsinin 3-cü səhifəsində “Beş” təxəllüsü ilə dərc edilmişdir. Yazının məzmunundan göründüyü kimi, o zaman Azərbaycan uşaqlarını nə dildə oxutmaq, onlara nə kimi təhsil vermək məsələsi mürəkkəb bir məsələ idi. Bu məsələ C.Məmmədquluza- dənin “Anamın kitabı” əsərində daha aydın, daha kəskin qoyulmuşdur. Felyetonda adı çəkilən: “Tarixi-Nadir” Nadir şahın həyat və fəaliyyətinə aid tarixi əsər olub, müəllifi Mirzə Mehdi xandır; və “Gülüstan” – İran şairi Sədinin məşhur əsəridir. Ki Rüstəm, yəni bud dər Siistan Mənəş gəruəəm Rüstəmi dastan – dahi şair Firdovsinin “Şahnamə” əsərindən götürülmüşdür. Mənası belədir: Rüstəm Sistanda olmuş bir pəh- ləvan idi ki, mən onu dastanlar Rüstəmi etdim. Bənde haman beh ke, ze təqsire xiş, Ozr bedərgahe xoda avərəd – farscadır. Tərcüməsi: Yaxşısı budur ki, bəndə olan şəxs Allahın dərgahından üzr istəsin. “Dil” sərlövhəli məqalələr “Həqiqət” qəzetinin 1910-cu il 24 yanvar tarixli 18 və 25 yanvar tarixli 19-cu nömrələrinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc edilmişdir. “Üsuli-qədim məktəb” dedikdə müəllif keçmişdən miras qalmış mədrə- sələri nəzərdə tutur. Bu mədrəsələrdə fars və ərəb dillərinin tədrisinə ümdə fikir verilirdi. Olduqca məhdud olan tədris proqramına bir çox fənlər, o cüm- lədən Azərbaycan xalqının ana dili fənni də daxil edilməmişdir. Nəticədə mədrəsələri bitirən şəxslər dərin və geniş biliyə malik ola bilmirdilər. Üzeyir Hacıbəylinin bu məqalələri “Üsuli-qədim məktəb” əleyhinə, yeni məktəb və onun geniş tədris proqramı uğrunda mübarizə kimi səslənir. Ana dilinə məhəbbəti geniş mənada – vətənə, xalqa məhəbbət kimi düşünən Üzeyir Hacıbəyli inqilabçı-demokratlarla həmrəy idi. “O yan-bu yan” başlığı altında yazılmış bu felyeton “Həqiqət” qəze- tinin 1910-cu il 26 yanvar tarixli 20-ci nömrəsinin 3-cü səhifəsində “...kəs” təxəllüsü ilə dərc edilmişdir. Kirit adası Ağ dənizdə yerləşmiş, ərazisi 8,3 min kvadrat kilometr, əhalisi 463 min (1951-ci il hesabına görə) olan dağlıq bir ölkədir. Əhali bağçılıq və maldarlıqla məşğuldur. İmperialist dövlətləri fitnəkarlıq törədərək adanın hansı dövlətə – Yunanıstana və yaxud Sultan Türkiyəsinə mənsub olması ətrafında daim gərgin vəziyyət yaratmışlar. Onlar bu dövlətləri hətta vuruş- durmağa çalışmışlar. Üzeyir Hacıbəyli özünün bu yazısında 1910-cu ilin əvvəllərində əmələ gəlmiş gərginliyi ustalıqla təsvir edir. “Hümmət lazımdır” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 31 yanvar tarixli 24-cü nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə çap edilmişdir. “N.V.” – ixtisarla verilmiş “Novoe vremə” qəzeti deməkdir (1868- 1917-ci illərdə Peterburqda nəşr edilirdi). “Gözəl bir təşəbbüs” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 2 fevral tarixli 26-cı nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə çap edilmişdir. “Vəkil seçkisi” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 9 fevral tarixli 32-ci nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc edilmişdir. “Camaatımızın hamısının seçki işində iştirak edə bilməyəcəyini”, “vəkil seçməyə hamının ixtiyarı olmadığını” görən Üzeyir Hacıbəyli “camaatı daha dördgözlü olmağa” çağırır, xalq hakimiyyəti ideyasını irəli sürür, lakin o, bunu demokratik respublika formasında təsəvvür edirdi. “Qədrşünaslıq” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 15 fevral tarixli 37-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edil- mişdir. Məşhur rus dram aktrisası V.F.Komissarjevskayanın (1864-1910) sima- sında teatr sənətini yüksəltmək, teatr xadimlərinə isə yüksək qiymət vermək (“Zər qədrini zərgər bilər”), geriliyə, nadanlığa, avamlığa son qoymaq, dur- madan tərəqqi etmək arzusu ilə yaşayan müəllif teatr sənətinin mütərəqqi rolunu bir daha təsdiq edir. Azərbaycan millətini cahil, bacarıqsız hesab edənlərə qarşı yönəlmiş “Halımız” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 3 mart tarixli 50-ci nömrəsinin 3-cü səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. “Molla Nəsrəddin” jurnalını müdafiə etmək məqsədilə yazılmış “Ümum- vladiqafqaz camaatına açıq məktub” “Həqiqət” redaksiyası tərəfindən imzala- naraq həmin qəzetin 1910-cu il 5 mart tarixli 51-ci nömrəsinin 3-cü səhifəsində dərc edilmişdir. Həmin məsələyə həsr edilmiş “Vladiqafqaz camaatına bir də açıq məktub” sərlövhəli məqalə imzasız verilərək “Həqiqət” qəzetinin 1910-cu il 18 mart tarixli 59-cu nömrəsinin 2-3-cü səhifələrində dərc olunmuşdur. Hər iki məqalənin müəllifinin “Həqiqət” qəzetinin redaktoru və “Molla Nəsrəddin” jurnalının həmrəylilərindən və müdafiəçilərindən biri – Üzeyir Hacıbəyli olduğu şübhəsizdir. “Şeyxülislam həzrətləri və maarif” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 31 mart tarixli 70-ci nömrəsinin 1-ci səhifəsində “Üze- yir” imzası ilə dərc edilmişdir. Məqalənin istiqaməti – müəllifin arzu etdiyi öz xalqının tərəqqisi, maariflənməsi, “xabi-xəlvətdən” oyanıb biliyə malik olmasıdır. İlminski – o zaman Rusiyada pravoslav dininin məşhur təbliğatçısı idi. Vladiqafqaz (Şimali Qafqazdır) “dinpərəst”lərinə deməklə müəllif o zaman orada yaşayan və camaatı avamlıqda saxlamağa çalışan, öz qaragüruh fikirlərini məktub vasitəsilə Bakı qəzetlərinə bildirən islam ruhanilərini (b a x: “Həqiqət”, № 51 və 59) nəzərdə tutur. Xoftəra xoftə key konəd bidar – farscadır; tərcüməsi: Yatmış yatmışı necə oyada bilər. Prixod (köhnəlmiş rus sözüdür) – keçmişdə bir məhəllə kilsə ətrafında yaşayıb, həmin kilsəyə ibadətə gedən dinpərəst əhaliyə deyilərdi. Millətpərəstlik nədir və nə cür işlərdə özünü göstərir? Bu məsələ gənc Üzeyir Hacıbəylini daima düşündürürdü. Onun fikrincə, millətin xeyir- xahı olmaq – millətin tərəqqisi uğrunda var qüvvə ilə çalışmaq deməkdir. Bu yolda bilikli, qabiliyyətli şəxslərə kömək etmək lazımdır. Müəllif özünün bu fikrini və arzusunu bir-birinin ardınca “Həqiqət” qəzetinin 1910-cu il 14 aprel tarixli 82, 16 aprel tarixli 84 və 18 aprel tarixli 85-ci nömrələrinin 1-2-ci səhifələrində “Öz halımızdan” başlığı altında “Üzeyir” imzası ilə dərc etdiyi məqalələrdə aydın bəyan etmişdir. Meçnikov İliya İliç (1845-1916) məşhur rus bioloqu, Peterburq Elmlər Akademiyasının fəxri üzvü (1902), mütərəqqi ictimai xadim idi. Vamberi Q. – məşhur macar şərqşünası (XIX əsr) çar Rusiyasını gəzərkən, xüsusilə Orta Asiya xalqlarının yaşayışı ilə maraqlanmışdır. Bu barədə əsərləri vardır. “Müəllimlərimiz və mətbuat” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 2 may tarixli 97-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. Məqalənin məqsədi aydındır; müəllimlər mətbuatda fəal iştirak etmə- lidirlər. “Bir yerdə ki elm və maarif olmadı, orada zülm və istibdad hökmü- fərma olar” istiqamətli “Kənd-kəsəklərimiz” sərlövhəli məqalə “Həqiqət” qəzetinin 1910-cu il 3 may tarixli 98-ci nömrəsinin 1-ci səhifəsində “Üze- yir” imzası ilə dərc edilmişdir. Məqalə “mabədi var” sözləri ilə qurtarır, lakin məqalənin ardını qəzetin bundan sonra gələn nömrələrində tapa bilmədik. Görünür ki, burada verilmiş cürətli tənqid mabədinin yazılmamasına səbəb olmuşdur. Məqalədə göstərilən: yüzbaşı: yasavul (kənd yerlərində), pristav – polis məmurlarının tutduqları vəzifələrdi. Konka atları – o zaman Bakıda tramvayı konka (şəhər dəmir yolu) əvəz edirdi; konkaya qoşulan atlar istismar edilərdi, onlara yem az verilərdi, ona görə çox arıq olardılar. Yaranal – burada general deməkdir. Xainliyi, fitnəliyi, boşboğazlığı və s. pis hərəkətləri pisləyən bu felyeton “Yeni iqbal” qəzetinin 1915-ci il 7 sentyabr tarixli 111-ci nömrə- sinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Həmin məsələyə (bax: “Yeni iqbal” qəzetinin 111-ci nömrəsində həsr edilmiş bu yazı “Yeni iqbal” qəzetinin 1915-ci il 8 sentyabr tarixli 112-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Məra bə xeyri to ümmid nist, şərr mərəsəan” – farscadır; tərcüməsi: Xeyrinə ümidim yoxdur, ancaq şərr yetirmə mənə. Müəllifin Azərbaycan xalqının tərəqqisinə inandığını bildirən bu yazı “Yeni iqbal” qəzetinin 1915-ci il 11 sentyabr tarixli 115-ci nömrəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Zemstvo haqqında” sərlövhəli məqalə “Yeni iqbal” qəzetinin 1915-ci il 14 sentyabr tarixli 117-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. Ordan-burdan sərlövhəli felyeton “Yeni iqbal” qəzetinin 1915-ci il 21 sentyabr tarixli nömrəsində “Filankəs” imzası ilə dərc edilmişdir. Ordan-burdan başlığı ilə verilmiş yazı “Yeni iqbal” qəzetinin 1915-ci il 6 oktyabr tarixli nömrəsində “Filankəs” imzası ilə dərc edilmişdir. Qurban bayramında kəsilən heyvanların dəriləri nəzərdə tutulur. Qarsda zəlzələdən zərər çəkənlər nəzərdə tutulur. Rusiyada 1905-ci il inqilabi hərəkatının genişliyindən təşvişə düşmüş çarizm provokasiyaya əl atmış və Zaqafqaziyada millətlər arasında qırğın törətmişdi. “İrşad” qəzetinin 1906-cı il 4 fevral tarixli 46-cı nömrəsinin 1-ci səhifəsində “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc edilmiş “Erməni- müsəlman sülh məclisinə dair” məqalə həmin məqsədə xidmət etmişdir. “Müsəlman” – burada və bəzən sonralar azərbaycanlı mənasında işlədilir. Lakin müəllifin bir çox yazılarında bu məfhum islam dinini qəbul etmiş xalqlara (o cümlədən Rusiyada yaşayan tatar, qazax, qırğız, özbək, ləzgi, kumık və s.) və hətta dövlətlərə aid edilir. Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyli bir-birinin ardınca üç məqalə yazır. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15 fevral tarixli 47- ci nömrəsinin 1-ci səhifəsində, 16 fevral tarixli 48-ci nömrəsinin 1-2-ci səhifələrində və 20 fevral tarixli 51-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc edilmişdir. Türk – burada və bəzən sonralar “azərbaycanlı” mənasında işlədilir. Lakin söz dırnaq arasına alındıqda qəzet adı kimi verilir. Madam Papkova – yəni xanım Papkova – müəyyən şəxs deyil, burada misal üçün göstərilmişdir. Üzeyir Hacıbəylinin proqressiv, demokratik və internasional görüş- lərini bildirən, səadətə və xoşbəxtliyə, məhəbbətə və sevgiyə, həmrəyliyə və həmməsləkliyə çağıran “Biz hamımız qafqazlı balalarıyıq” sərlövhəli məqa- ləsi “İrşad” qəzetinin 1906-cı il 9 mart tarixli 64-cü nömrəsinin 1-2-ci səhi- fələrində “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc edilmişdir. Zəmanənin tələbini düz təyin edən və “Zəhmətsiz bal yemək olmaz”, zərbi-məsəl ilə cürətsizliyə və acizliyə son qoymağa çağıran “Məruzələ- rimizdən biri” sərlövhəli məqalə “İrşad” qəzetinin 1906-cı il 14 mart tarixli 67-ci nömrəsinin 2-ci səhifəsində “Ü.Hacıbəyli” imzası ilə dərc edilmişdir. Bu felyetonda işıqlandırılan bir neçə məsələ o vaxt üçün günün zəruri məsələləri idi. Müəllif bu məsələləri böyük ustalıqla bir-biri ilə birləşdirmiş- dir. Felyeton “İrşad” qəzetinin 1906-cı il 14 mart tarixli 67-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Vitte Serqey Yuleviç (1849-1915) – irticaçı siyasi xadim, 1905-ci il 17 oktyabr manifestinin müəllifi, 1905-1906-ci illərdə çar hökumətinin baş vəziri idi. Durnovo Pyotr Nikolayeviç (1844-1915) – irticaçı siyasi xadim, 1905- 1906-cı illərdə çar hökumətinin daxili işlər naziri, inqilabi hərəkatın qəddar düşməni idi. Bakı sənaye məktəbi (“Bakinskoe texniçeskoe uçilişe”) tələbələrinin məktəb direktoru irticaçı, şovinist Mixaylovski əleyhinə yönəlmiş tətilinə işarədir. Əqəbə bəndəri – Misir və İordaniya sərhədindədir. O zaman Misir ilə birlikdə Türkiyə ərazisinə daxil idi. Burda İngiltərənin müstəmləkəçilik siyasəti ifşa olunur. “Novoe vremə” – 1868-1917-ci illərdə Peterburqda nəşr edilən gündəlik qəzetdir, irticaçı dvoryan və bürokrat çinovnik dairələrinin orqanı idi; qəzetin nəşri 1876-cı ildən qəddar irticaçı A.S.Suvorinin əlində idi. Çar Rusiyasında ədalətsizliyin hökm sürdüyünü göstərən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 16 mart tarixli 69-cu nömrəsinin 4-cü səhifə- sində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Felyetonda beş məsələdən bəhs olunur. Burada ixtisarla verilir. XX əsrin əvvəllərində Azərbaycan ərazisi iki quberniya (Bakı və Yelizavetpol) və bir neçə uyezd adlandırılan inzibati bölgüdən ibarət idi. Qu- berniyanı qubernator, uyezdi isə uyezd naçalnik idarə edirdi. Cavad uyezdinə İran sərhədinə yaxın və Kür çayı boyu yerləşən kəndlər daxil idi. Port-Artur Rusiyanın Uzaq Şərqində mühüm əhəmiyyəti olan limanı və şəhəri idi. Burada Rus-Yapon müharibəsində yaponlar tərəfindən zəbt edildiyinə işarədir. Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 17 mart tarixli 70-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada ixtisarla verilir. Senzorların təzyiqi nəticəsində Türkiyə qəzetlərinin Rusiya və İran inqilabından heç bir şey yazmayıb susmalarına işarədir. “Bəs ma betəmaşaye-cəhan amədeim?” – farscadır, yəni: bəs biz dünyaya tamaşa etməkdən ötrü gəlmişik? Mərdom betamaşey şemea-amədeənd – farscadır, yəni: camaat sizin tamaşanıza gəlibdir. Çar məmurlarının fitnəkarlığını ifşa edən bu felyeton “İrşad” qəzeti- nin 1906-cı il 22 mart tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada ixtisarla verilir. Savadsızlığa, nadanlığa, durğunluğa qarşı yönəlmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 24 mart tarixli 76-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Rüşvətxorluğu, mədəniyyətsizliyi ifşa edən və xalqlar arasında dost- luğa çağıran bu felyeton “İrşad” qəzetinin 1906-cı il 26 mart tarixli 77-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Çar polis məmurlarının rüşvətxorluğuna həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 27 mart tarixli 78-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Çar Rusiyasının daxili vəziyyətini işıqlandıran bu felyeton “İrşad” qəzetinin 1906-cı il 28 mart tarixli 79-cu nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Yazıda adı çəkilən Menşikov “Novoe vremə” qəzetinin səhifələrində müntəzəm çıxış edən şəxsdir. Acizliyə qarşı yönəlmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 5 aprel tarixli 82-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada ixtisarla verilir. “Başı qapazlı”lığa həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 6 aprel tarixli 83-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Burada ixtisarla verilir. Hər ayın 20-də Bakı şəhər idarəsi qulluqçularına maaş verilməsinə işarədir. “Qulaqardına” vurmağa həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 9 aprel tarixli 85-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəl- lüsü ilə çap edilmişdir. Burada ixtisarla verilir. Felyetonda adı çəkilən “Tune” o zaman Türkiyədə nəşr olunan qəzetdir. Polis məmurlarının cəlladlığını ifşa edən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 10 aprel tarixli 86-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Burada ixtisarla verilir. Pivovarov – yüksək rütbəli polis məmuru, Şuşada qırğın törətmiş Cavanşir qəzasının rəisi idi. “Dərə xəlvət tülkü bəy” sərlövhəli bu felyeton “İrşad” qəzetinin 1906-cı il 11 aprel tarixli 87-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəl- lüsü ilə çap edilmişdir. Burada ixtisarla verilir. Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 14 aprel tarixli 89-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada ixtisarla verilir. Kazakların, yəni çar qoşun hissələrinin Azərbaycan və erməni kənd- lilərini gülləbaran etmələri haqqında söhbət gedir. Günün cari məsələlərinə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 17 aprel tarixli 91-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəl- lüsü ilə dərc olunmuşdur. Burada ixtisarla verilir. 188, 189 Çar Rusiyasında təsis edilib çar üsul idarəsinə yaxşı xidmət edən- lərə, ona sadiq olanlara verilən ordendir. “Tərcüman” qəzeti Bağçasarayda (Krım) nəşr olunurdu. Redaktoru İsmayıl bəy Qasprinski idi. Peterburq şəhər hakiminin şəhər axundu M.S.Bayezidova etdiyi tək- lifə işarədir. Tatar mətbuatından məlum olur ki, 1915-ci ildə M.S.Bayezidov müfti vəzifəsinə təyin edilmişdi ki, bu da böyük etirazlara səbəb olmuşdur, çünki onun provokator olduğu yəqin edilmişdir. Şahtaxtinski (Məhəmmədağa) ikinci Dövlət Dumasının burjua- mülkədar deputatı, kadet partiyasının tələblərini müdafiə edirdi. Bir neçə məsələni işıqlandıran bu felyeton “İrşad” qəzetinin 1906-cı il 20 aprel tarixli 93-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Burada ixtisarla verilir. Günün mühüm məsələlərinə həsr edilmiş bu felyeton “İrşad” qəze- tinin 1906-cı il 21 aprel tarixli 94-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Uryadnik – çarizm dövrünün kənd polisi məmuru. İndiki İstiqlaliyyət küçəsi keçmişdə Nikolayevski adlanırdı. Okolodoçnik – çarizm dövrünün şəhər polis məmuru. Kazımov – o zaman azərbaycanlılar arasında yeganə kitab satışı mağa- zasının sahibi idi. İndiki İstiqlaliyyət və Zərgərpalan küçələrinin tinində yerləşmiş bu mağazada proqressiv istiqamətli qəzet və jurnallar, o cümlədən “Molla Nəsrəddin” jurnalı satılırdı. Bir neçə məsələni birləşdirən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 25 aprel tarixli 97-ci nömrəsinin 1-2-ci səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Yazıdakı “qraf Vitye – Portsmut bahadırı” cümləsi, rus- yapon müharibəsinə son qoymaq məqsədinə yönəldilmiş Portsmut (Birləşmiş Amerika Ştatlarında şəhərdir) sülh müqaviləsinə işarədir. Bu müqavilə 1905-ci il 23 avqustda (5 sentyabr) bağlanmışdır. Birinci Dövlət Dumasının əhəmiyyətinə, qurulmasına və s. həsr edilmiş bu 6 məqalə “İrşad” qəzetinin 1906-cı il, 11 (№ 110), 12 (№ 111), 14 (№ 112), 15 (№ 113), 16 (№ 114) və 17 may tarixli (№ 115) nömrələrində Ü.Hacıbəylinin açıq imzası ilə dərc edilmişdir. Çar Rusiyasında (bütün kapitalist ölkələrində olduğu kimi) dövlət vergiləri iki cür idi – müstəqim və dolayı: 1) varidata görə – torpaq, mülk sahiblərindən, varislərdən və s. alınan vergi (prəmoy naloq); 2) gömrük yığımı, aksizlər – çoxişlənən mallara qoyulan vergilər (kosvennıy naloq). Yasavul – çar ordusunda zabit rütbəsidir, burada polis məmuru mənasında işlənmişdir. Monarxistlər partiyası – Rusiyada hakimiyyətin monarx (padşah) əlində olmasını tələb edən ən irticaçı partiya idi. Kadet partiyası – Rusiyada 1905-ci ilin oktyabrında təşkil olunmuş “xalq azadlığı” şüarı altında inqilab hərəkatını boğmağa çalışan irticaçı partiya idi. Böyük Oktyabr sosialist inqilabından sonra bu partiya Sovet hakimiyyətinə qarşı üsyan qaldırmağa səy etmişdir. “Balaca müsibətlərinə” həsr edilmiş bu felyeton “İrşad”ın 1906-cı il 26 may tarixli 123-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. “Kaspi” qəzeti Bakıda rus dilində 1881-1919-cu illərdə nəşr olu- nurdu. “Həyat”qəzeti Bakıda 1905-1906-cı illərdə nəşr olunurdu. Bakı şəhərindən və Bakı quberniyasından Dövlət Dumasına deputat seçilməsi ərəfəsində yazılmış “Vəkillərimiz nə tövr olmalıdır?” sərlövhəli siyasi məqalə “İrşad” qəzetinin 1906-cı il 30 may tarixli 126-cı nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir Hacıbəyli” imzası ilə dərc olunmuşdur. Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 1 iyun tarixli 128-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Orijinalda “hansı payız” əvəzinə “hansı palaz” getmişdir. Port-Artur – Çar Rusiyasının Uzaq Şərqdə hərbi limanı idi. İndi Çin Xalq Respublikasına daxildir. Vladivastok – Uzaq Şərqdə mühüm əhəmiyyətə malik şəhərdir. Dalniy – Çar Rusiyasının Uzaq Şərqdə limanı idi. İndi Çin xalq Respub- likasına daxildir. Muqden – (indi Şənyan) – Çin Xalq Respublikasındadır. Müəllif bu şə- hərlərin adlarını çəkməklə demək istəyir ki, buralarda rus və yapon qoşunları arasında vuruşma gedir. Kuropatkin Aleksandr Nikolayeviç (1848-1925) – rus ordusunun generalı; 1898-1904-cü illərdə hərbi işlər naziri, 1904-1905-ci illərdə Man- curiyadakı rus qoşunlarının baş komandanı; Rus-Yapon müharibəsində rus qoşunlarının məğlub edilməsinin müqəssirlərindən biridir. Toqo – Qərbi Afrikadadır. O zaman burada müstəmləkəçilərə qarşı üsyan qaldırılmışdı. Məzmunu mürəkkəb formada verilmiş bu felyeton “İrşad”ın 1906-cı il 2 iyun tarixli 129-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap olunmuşdur. Bu felyeton, demək olar ki, may ayının 30-da (“İrşad”ın 126-cı nömrə- sində) çap olunmuş məqalənin davamıdır. Müəllif Azərbaycan xalqının ehti- yacını bilib müdafiə edən, xalq səadəti uğrunda mərd-mərdanə mübarizə aparan vəkil seçmək arzusu ilə yaşayırdı. Lakin mayın 31-də Bakı və Yeliza- vetpol quberniyalarında keçirilmiş seçkilərin nəticələri arzu edildiyi kimi olmamışdır: Dövlət Dumasına əsas etibarilə burjuaziyanın və mülkədarların nümayəndələri seçilmişdir, o cümlədən İ.Ziyadxanov (mülkədar), Ə.Xas- məmmədov (çinovnik, mülkədar), X.Bahadurov (mülkədar), Ə.Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və s. Azərbaycanın işgüzar ziyalılarından Dumaya ancaq yazıçı Ə.Haqverdiyev seçilmişdir ki, o da Dumanın işində iştirak etmirdi. Bu fakt Üzeyir Hacıbəylini narahat etmiş və o, öz etirazını bu yazısında oxucuya çatdırmışdır. Müəllif 1906-cı il 31 may seçkilərinin acı nəticələrini nəzərə alaraq özlərini sosialist adlandıran Bakı menşeviklərinin pozucu təbliğ və hərəkət- lərini pisləyir. Azərbaycan kəndlilərinin ağır vəziyyətini işıqlandıran bu məqalə “İrşad” qəzetinin 1906-cı il 7 iyun tarixli 133-cü nömrəsinin 1-ci səhifəsin- də “Üzeyir bəy Hacıbəyli” imzası ilə dərc olunmuşdur. Ke əz çəngale gorgəm dər rebudi, Çe dahəm aqebet gorgəm to budi – farscadır, Sədidən götürülmüşdür, tərcüməsi: Məni qurd cəngindən qurtardın, Nə biləydim ki, özün mənə qurd olacaqsan. Çar məmurlarının fitnəkarlığını və provokatorluğunu ifşa edən “Bir tədbir lazımdır, ya yox” sərlövhəli siyasi məqalələr “İrşad” qəzetinin 1906-cı il 12 (№ 137), 13 (№ 138), 14 (№ 139) və 15 iyun tarixli (№ 140) nömrələ- rində “Ü.Hacıbəyli” imzası ilə çap olunmuşdur. Burada ixtisarla verilir. İki qardaş xalqları arasında sülhü bərpa edib, həqiqi dostluq, səmi- milik, yekdillik yaratmaq məqsədinə xidmət etməli olan “Erməni-müsəlman şurası”, çarizm provokatorlarının fitnəkarlığı nəticəsində fəaliyyətsizliyə düçar olmuşdur. Müəllif bu fəaliyyətsizliyin səbəblərini üstü örtülü göstərir. “İran Rusiyanı yamsılayır” sərlövhəli felyeton “İrşad” qəzetinin 1906-cı il 15 iyun tarixli 140-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap olunmuşdur. “Millətpərəst” pərdəsi altında gizlənib xalqa yuxarıdan aşağı baxan, xalqı “qanmaz” hesab edən, Osmanlı türklərin ləhcəsində yazılmış bu tənqidi felyeton “İrşad” qəzetinin 1906-cı il 18 iyun tarixli 142-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap olunmuşdur. İngiltərə imperialistlərinin vəhşi yırtıcılığını ifşa edən bu məqalə “İrşad” qəzetinin 1906-cı il 29 iyun tarixli 152-ci nömrəsinin 2-ci səhifə- sində “Ü” imzası ilə çap edilmişdir. Sultan Türkiyəsinin pəncəsindən xilas olmağa səy edən Misir XIX əsrin axırlarında İngiltərə imperialistləri tərəfindən işğal edilir. Misirin Türkiyə tərkibində qalmasına baxmayaraq, İngiltərə imperialistləri ölkədə müstəm- ləkə rejimi yaratmışdılar. Məqalə bu rejimə qarşı mübarizədən bəhs edir. “Gələcəyi unutmayalım” sərlövhəli məqalə “İrşad” qəzetinin 1906-cı il 4 iyul tarixli 156-cı nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Duma vəkillərinin (deputatlarının) acizliyini, çar polis məmurlarının rüşvətxorluğunu və basqınlığını ifşa edən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 4 iyul tarixli 156-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəl- lüsü ilə dərc olunmuşdur. Dövlət şurasına həsr edilmiş bu məqalə “İrşad” qəzetinin 1906-cı il 5 iyul tarixli 157-ci nömrəsinin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Xalqın qayğısına qalmayanları, öz şəxsi mənfəətinə çalışanları ifşa edən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 8 iyul tarixli 159-cu nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Cüzi ixtisar edilmişdir. Xalqlar dostluğunu, mehribanlığını möhkəmləndirməyə yönəlmiş bu məqalə “İrşad” qəzetinin 1906-cı il 9 iyul tarixli 160-cı nömrəsinin 1-2-ci səhi- fələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur. “Qafqazski herold” qəzeti 1906-cı ildə Tiflisdə nəşr edilirdi. Dövlət Dumasının buraxılmasına həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1906-cı il 10 iyul tarixli 161-ci nömrəsinin 3-cü səhifəsində “Fi- lankəs” təxəllüsü ilə dərc olunmuşdur. “Müsəlman” vəkillərinin (deputatlarının) Dövlət Dumasında bacarıq- sızlığını, acizliyini və öz üzərilərinə düşən vəzifəni yerinə yetirməyib, özləri- nə təsəlli verdiklərini ifşa edən bu məqalə “İrşad” qəzetinin 1906-cı il 11 iyul tarixli 162-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olun- muşdur. Alladin – Dövlət Dumasının vəkili idi. Daha doğrusu, Ter-Petrosyan – “Daşnaksütyun” partiyasının üzvü, Dövlət dumasının vəkillərindən biri idi. Tavriçeski dvores – Peterburqda Dövlət dumasının binası. “Biz hamımız Qafqaz balalarıyıq” şüarı ilə birliyə, qardaşlığa, həm- rəyliyə, həqiqi dostluğa çağıran müəllif burada fitnəkarlıqla məşğul olan daşnakları nəzərdə tutur. Birinci Dövlət Dumasının buraxılmasının səbəblərini işıqlandıran bu məqalə “İrşad” qəzetinin 1906-cı il 13 iyul tarixli 164-cü nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Burada “Rusiya müsəlmanları” məfhumu islam dinini qəbul etmiş və Rusiya imperatorluğunda yaşayan kiçik xalqları və millətləri birləşdirir. Bir çox hüquqlardan məhrum olmuş həmin xalqlar və millətlər azadlıq uğrunda yekdil çıxış etməyə səy edirdilər. “Rusiya müsəlmanlarının” iki dəfə çağı- rılmış məclisləri baş tutmamışdır. Üçüncü məclisin vəzifələrinə həsr edilmiş bu məqalə “İrşad” qəzetinin 1906-cı il 21 iyul tarixli 171-ci nömrəsinin 1-ci səhifəsində “Ü” imzası ilə dərc olunmuşdur. Nijniy-Novqorod – Rusiyada şəhərdir. Məktəb məsələləri və ana dilinə həsr edilmiş bu (ikinci) məqalə “İrşad” qəzetinin 1906-cı il 18 oktyabr tarixli 245-ci nömrəsinin 3-cü səhi- fəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Zənnimizcə, “F.A.” XX əsrin əvvəllərində Qori müəllimlər seminariya- sını bitirmiş, görkəmli maarifpərvər və müəllim Fərhad bəy Ağayevdir. O, Sovet Azərbaycanının ilk illərində yaradılmış yeni əlifba komitəsinin üzvü idi; yeni əlifbanın təbliğində böyük aktivlik göstərmişdir. Üç kilsə – indi Eçmiədzin (Ermənistan) adlandırılır. Dövlət Dumasına seçilmək arzusu ilə yaşayan və ancaq öz mənafeyini güdən bir “İntelegentin xəyalı” adlı felyeton “İrşad” qəzetinin 1906-cı il 20 oktyabr tarixli 247-ci nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəl- lüsü ilə çap olunmuşdur. Dər in donya kəsi biğəm nəbaşəd Əgər başəd, bəniadəm nəbaşəd – farscadır, Sədidən götürülmüşdür, tərcüməsi: Bu dünyada kimsə qəmsiz bir adam olmaz; Əgər olsa da, o, adam evladı deyil. 1905-1906-cı illərdə Bakıda çoxlu “könüllü cəmiyyətlər” təşkil olun- duğunu, lakin əhali arasında mədəni-maarif işlərinin zəifliyini göstərən bu fel- yeton “İrşad” qəzetinin 1906-cı il 23 oktyabr tarixli 249-cu nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Çarizm məmurları, çinovnikləri, dövlət idarələri rəhbərlərinin rüşvət- xorluğunu, dinməver, danışmaver, tərpənməver, baxmaver, eşitməver, bilməver və s. hallarını ifşa edən bu felyeton “İrşad” qəzetinin 1906-cı il 15 noyabr tarixli 263-cü nömrəsinin 4-cü səhifəsində “Yoldaş” təxəllüsü ilə dərc olunmuşdur. Felyetonun Üzeyir Hacıbəyli tərəfindən yazıldığı şübhəsizdir. Azərbaycan xalqının tərəqqisi, maariflənməsi uğrunda, “ad-san” axta- ranlara qarşı mübarizəyə çağıran “Halımıza dair” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 14 fevral tarixli 25-ci nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur. “Füyuzat” jurnalı Bakıda 1906-1907-ci ildə nəşr edilirdi. Redaktoru Əli bəy Hüseynzadə idi. Şair Naiminin həmin jurnalın 9-cu nömrəsində çap etdirdiyi şeri “Vəl- vələ və zümzümə” başlığı altında verilmişdir. Məqalə müəllifinin mətndə verdiyi şeir parçası oradan götürülmüşdür. Xalqı aldadanlar, başını qırxıb cibini soyanlar, rüşvətxorlar əleyhinə yönəlmiş və bir növ “Halımıza dair” adlı məqalənin davamı olan bu felyeton “İrşad” qəzetinin 1907-ci il 15 fevral tarixli 26-cı nömrəsinin 3-4-cü səhi- fələrində “Filankəs” imzası ilə dərc olunmuşdur. Burada ixtisarla verilir. 1905-ci il inqilabı hərəkatının genişlənməsindən qorxaraq çar höku- məti, məcburiyyət altında qalıb, Dövlət Dumasının seçilməsinə razı olmuş- dur. Dövlət Dumasına seçkilər çoxpilləli olub hüquqca bərabər olmayan dörd kuriya (torpaq sahibləri, şəhər əhalisi, kəndlilər və işçilər) üzrə təşkil olun- muşdur. Məmləkətdə yaşayan əhalinin yarısından çoxunun (qadınların, kö- çəri xalqların, hərbi qulluqçuların, 25 yaşı tamam olmamış gənclərin) seçki- lərdə iştirak etmək hüququ yox idi. Bir vəkil seçməyə hər iki min torpaq sahibinin, hər otuz min kəndlinin, hər 90 min işçinin hüququ var idi. Hökumət Dumanın özünü “yola gələn” bir alət etməyə çalışırdı. Çar hökumətinin niy- yəti o idi ki, duma burjuaziyanı və mülkədarları birləşdirib inqilabı yatırtmağa can atsın. Bu hiylələri ifşa edən “ikinci duma” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 20 fevral tarixli 29-cu nömrəsinin 2-ci səhifəsində “Üzeyir” im- zası ilə dərc olunmuşdur. Dövlət Dumasının (burada söhbət ikinci Dumadan gedir) hökumət əlində oyuncaq olduğunu “Dörd aşıq” oyununa bənzədən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 20 fevral tarixli 29-cu nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. “Toxan” və “alçı” keçmişdə aşıq-aşıq oynayan uşaqlar arasında yayıl- mış termin idi. Doktor Qarabəy Qarabəyov – burjuaziya əqidəli ictimai xadim idi. 1918-1919-cu illərdə “Əxrar” partiyasının (Azərbaycanda torpaq mülkədar- larının partiyası) rəhbərlərindən biri idi. Azərbaycan xalqının zəlil və rəzil halına yanan “Təəssüflər olsun” adlı məqalə “İrşad” qəzetinin 1907-ci il 23 fevral tarixli 32-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur. O il quraqlıq nəticəsində 35000 nəfərdən ibarət Zəngəzur əhalisi aclıq içərisində idi. “Ürəyi yuxa” adamlar bu barədə hər yerdə danışır, yazır, lakin aclara kömək etmək üçün heç bir yardım etmirdilər. Belə “ürəyi yuxa” adamları ifşa edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 23 fevral tarixli 32-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Proqress” (rus dilində) qəzeti 1907-ci ildə Bakıda nəşr olunurdu, redaktoru Ə. Ağayev idi. İkinci Dövlət Duması 1907-ci il fevralın 20-də öz işinə başlamışdı. Birinci duma kimi bu dumanın da tərkibi çar hökumətini açmırdı. Çünki və- killərinin / -dən az olmayaraq “sol” əqidəli yeni sosial-demokrat (65 nəfər) və “trudovik” (149 nəfər) partiyalara mənsub vəkillər idilər. Əlbəttə, çox hissəsi burjua mülkədarlardan ibarət olan Duma məbusları zəhmətkeş xalqı təmsil etmirdilər. Məqalə müəllifinin yazdığı kimi “onların əsl millət nüma- yəndələri olacaqlarından əminlik hasil etmək çox müşküldür”. Yeri gəlmiş- kən qeyd etmək lazımdır ki, Bakı və Yelizavetpol quberniyalarından ikinci Dövlət Dumasına: Fətəli xan Xoyski (mülkədar, kadet), Xəlil bəy Xasməm- mədov (mülkədar, kadet), İsmayıl Tağıyev (Hacı Zeynalabdin Tağıyevin oğlu, tacir, kadet), S.Ter-Avetikyans (çinovnik, daşnak), Mustafa Mahmudov (çinovnik, kadet), Zeynal Zeynalov (mədən işçisi) seçilmişdilər. Məqalə müəllifi bunların da “əsl millət nümayəndələri olacaqlarına qəti ümid” bağ- lamırdı. “Dumada müsəlman fraksiyası” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 25 fevral tarixli 33-cü nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Liberal istiqamətli “Vəqt” qəzeti Ufada tatar dilində nəşr olunurdu. İkinci Dövlət dumasının azərbaycanlı vəkillərinin fəaliyyətsizliyini, Bakı qoçularının, çar polisləri və hərbçilərinin küçələrdə atışmalarını, ruha- nilərinin camaatı soymalarını, Zəngəzurda aclıq çəkən əhaliyə kömək edil- məməsini, Türkiyə və İran zəhmətkeşlərinin hüquqsuzluğunu ifşa edən “Rəfiqimdən məktub” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 25 fevral tarixli 33-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. İkinci Dövlət Dumasına həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1907-ci il 27 fevral tarixli 34-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Mustafa Mahmudov (çinovnik, kadet) Azərbaycandan ikinci Dövlət dumasına seçilmiş vəkildir (deputat). Stolıpin Pyotr Arkadyeviç (1862-1911) 1906-cı ilin əvvəllərində Rusiyanın daxili işlər naziri, sonralar isə nazirlər şurasının sədri olmuşdur. İrticaçı idi. Rusiyanın tarixində 1908-1912-ci illər Stolıpin irticası dövrü adlanır. 1911-ci ildə Kiyev opera teatrında tamaşa zamanı öldürülmüşdür. Quba meydanı – keçmişdə dükan-bazar, alış-veriş meydanı olmuş, indi isə Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı bağça. Azad mətbuatın vəzifələrini aydınlaşdıran “Hürriyyəti-mətbuat” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 1 mart tarixli 36-cı nömrəsi- nin 1-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Həqiqi hürriyyət nə olduğunu təbliğ edən və Zəngəzur aclarına kömək etməyə çağıran bu felyeton “İrşad” qəzetinin 1907-ci il 1 mart tarixli 36-cı nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Bürokrat zübdələrindən, satqın şəxslərdən, fitnəkarlardan təşkil olunmuş çar Dövlət şurasının iç üzünü ifşa edən “Dövlət şurasının və Rusiya müsəlmanları” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 2 mart tarixli 37-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Günün yeniliklərinə həsr edilmiş “Tazə xəbərlər” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 2 mart tarixli 37-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Felyeton cüzi ixtisar və redaktə edilmişdir. Şəhər idarəsi (qorodskaya uprava) öz işçilərinə, o cümlədən müəl- limlərə maaşı hər ayın 20-də verirdi. Burada maaşların vaxtında verilmə- yəcəyinə işarədir. İran əhli deməklə müəllif maddi cəhətdən çətin güzəran keçirən, kasıb və yoxsul iranlıları nəzərdə tutur. Çarizm üsul-idarəsinə qarşı fəaliyyətin genişlənməsinə işarədir. Çar Rusiyasında mürəkkəb vəziyyət yarandığını bildirən, ikinci Dövlət Dumasının bu gün-sabah qovulacağını aydın görüb xəbərdarlıq edən “Dövlət Dumasına dair” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 4 mart tarixli 38-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Çar hökumətinin fitnəkarlığını, xalqları bir-birindən ayırıb özünə tabe və istismar etmək siyasətini ifşa edən “Dərin quyular” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 7 mart tarixli 40-cı nömrəsinin 3-cü səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. Müəllif şiə və sünni məsələsini düzgün qoyub həll edirsə, islam dinini qəbul etmiş və Rusiyada yaşamaqda olan xırda millətləri “müsəlman” deyə birləşdirib yekdil millət hesab etməkdə səhvə yol verir. Qafqaz xalqlarının dinc, mehriban, qardaşcasına yaşamalarını təbliğ edən, fitnəkarlığı isə pisləyən “Daha görün nə var” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 7 mart tarixli 40-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Azadlıq uğrunda inqilabi hərəkata inamla dolu olan bu məqalə “İrşad” qəzetinin 1907-ci il 8 mart tarixli 41-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc edilmişdir. İki məsələyə, o cümlədən Üzeyir Hacıbəylinin yaşadığı “İsmayi- liyyə” mehmanxanasında polis tərəfindən axtarış aparılmasına həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1907-ci il 8 mart tarixli 41-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Felyeton ixtisar edil- mişdir. Millətin, yəni zəhmətkeş xalqın mütləqiyyətlə mübarizədə qalib gələcəyinə həsr olunmuş “Hökumət və millət” sərlövhəli məqalə “İrşad” qə- zetinin 1907-ci il 14 mart tarixli 44-cü nömrəsinin 2-ci səhifəsində “Üzeyir imzası ilə dərc edilmişdir. Birinci Dövlət Dumasının qovulmasını nəzər alan ikinci Duma höku- mət məramnaməsinin əleyhinə birdən-birə çıxmadı. Dumanın bu hərəkətini taktika hesab edən “Hökumət bəyannaməsi və Duma” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 13 mart tarixli 43-cü nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur. İctimai xəstəlik olan yalançılığı, fitnəkarlığı, şeytançılığı və çar məmurları tərəfindən “erməni-müsəlman” münaqişəsini süni olaraq yarat- maq siyasətini ifşa edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 13 mart tarixli 43-cü nömrəsinin 3-4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Felyeton cüzi ixtisar edilmişdir. “Mşaq” – qaragüruhçu, qatı millətçilər qəzeti, 1872-1920-ci illərdə Tiflisdə nəşr olunmuşdur. “Daşnaksütyun” (“İttifaq”) – erməni burjua-millətçi, əksinqilabi par- tiyadır, XIX əsrin 90-cı illərində yaradılmışdır. Azərbaycan xalqının mənəvi zənginliyini bildirən, lakin işdə təsadüf edilən əməlsizliklərə heyifsilənən bu felyeton “İrşad”ın 1907-ci il 14 mart tarixli 44-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir, felyetonda verilən məsələlərin hamısı Azərbaycan xalqı arasında geniş yayılmışdır. Tənqidi şəkildə yazılmış “Suallar və suallara da cavablar” sərlövhəli felyeton “İrşad”ın 1907-ci il 15 mart tarixli 45-ci nömrəsinin 3-4-cü səhifə- lərində “Filankəs”təxəllüsü ilə dərc edilmişdir. Felyeton cüzi ixtisarla verilir. Pobedonostsev Konstantin Petroviç (1827-1907) çar Rusiyasının dövlət xadimi, qəddar irticaçı, qaragüruhçu, çarizmin fanatik tərəfdarı idi. 1880- 1905-ci illərdə Sinodun (pravoslav ruhanilərinin ali orqanıdır) ober-prokuror vəzifəsində çalışmışdır. Bir neçə məsələdən bəhs edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 20 mart tarixli 48-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Yazı cüzi ixtisarla verilir. Çar Rusiyası qoşunlarının Rus-Yapon müharibəsində məğlub olun- masına işarədir. Çar Rusiyasında fitnəkarlıq nəticəsində yəhudilərin qırğınına işarədir. “Əcnəbiliyə” uymuş şəxslərə istehzadır. Səhnəcikdə Azərbaycan zəhmətkeşlərinin (Məşədi Millət) rifah halı göstərilir və onları həyasızcasına soyub yeyən, yalançı millətpərəstlər ifşa olunur. Bir neçə məsələyə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1907-ci il 21 mart tarixli 49-cu nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Burada felyeton ixtisarla verilmişdir. Qars – Türkiyə şəhəridir. O zamanlar Rusiya ərazisinə daxil idi. İnqilabi hərəkatı boğmaq və “asayişi qaydaya salmaq” məqsədilə çar hökuməti ölkədə divani-hərblər qurmuşdur. Bu məsələyə həsr edilmiş “Stolı- pin və divani-hərb” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 22 mart tarixli 50-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur. “Qaranlıqlaşır” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 25 mart tarixli 52-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur. Məqalənin inadla deyilmiş son cümləsi – “Qoy indi Rusiyanın əhvalı qaranlıqlaşsın. Axırda böyük bir işığa münçəlib olacağı şübhəsizdir” – müəl- lifin inqilab olacağına möhkəm inandığını göstərir. İkinci Dövlət Duması 1907-ci il fevralın 20-dən həmin il iyulun 2-dək işini davam etdirmiş, sonradan çar hökuməti tərəfindən qovulmuşdur. “Russkie vedomosti” qəzeti 1863-1918-ci illərdə Moskvada nəşr olunurdu. Qəzet liberal-mülkədar və burjuaziya ünsürlərinin siyasi və iqtisadi görüşlərini əks etdirirdi, 1905-ci ildən sağ kadetlərin orqanı olmuşdur. Yullus – “Russkie vedomosti” qəzetinin redaktoru, onun xainanə qətli ilə əlaqədar olaraq Rusiyada yəhudilərə qarşı, biabırçı qırğın və vəhşi “tədbirlər” tətbiq olunmuşdur. Korşivan P.A. (1860-1909) – çar Rusiyasında ən sağ firqəyə mənsub olub, Bessarabiya quberniyasının Kişinyov şəhərindən ikinci Dövlət Duma- sına deputat seçilmişdir. “Bessarabiya” adlı qaragüruhçu qəzetinin naşiri, “Druq” adlı qəzetin isə redaktoru; Kişinyovda yəhudi qırğınının təşkilat- çılarından biri idi. Pruşkeviç Vladimir Mitrofanoviç (1870-1920) – böyük mülkədar, qəddar mürtəce, qaragüruhçu; Bessarabiya quberniyasından II, III və IV Döv- lət Dumalarına seçilmiş deputat; 1905-1907-ci illərdə Rusiyada qaragüruhçu təşkilatların yaradıcılarından biri idi. Qriqoriy Rasputinin qətlində bilavasitə iştirak etmişdi. Sovet İttifaqına qarşı xarici hərbi intervensiya zamanı daxili əksinqilabın ən fəal təşkilatçılarından biri idi. “Russkoe znamə” – 1905-1916-cı illərdə Peterburqda nəşr olunan gündəlik qəzet, qaragüruhçu “Soöz russkoqo naroda” partiyasının orqanı idi. “Çoxluq” sərlövhəli yazı, “Qafqazda müsəlman kəndlisinin halı” və “Kənd məktəbində” sərlövhəli səhnəciklər “İrşad” qəzetinin 1907-ci il 28 mart tarixli 54-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Səhnəciklər müəllifin yaradıcılıq məharətinin gündən-günə inkişaf etdiyini, dramaturgiyada sadə üsullar axtarıb tapdığını aydın sübut edir. Üç məsələni özündə birləşdirən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 1 aprel tarixli 57-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Müəllifin öz fikrini, dünyagörüşünü və müşahidə etdiyi hadisələri sadə formada (xüsusilə səhnəciklərdə) və aydın dil ilə oxucuya çatdırmaq bacarığı diqqəti cəlb edir. “Fəxr etməliyizmi, məyus olmalıyızmı?” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 2 aprel tarixli 58-ci nömrəsinin 1-2-ci səhifələrində “Ü” imzası ilə dərc olunmuşdur. Əcəmistan – əcəmlərin (yəni ərəb olmayanların) yaşadıqları yer, ölkə. Bu ad ərəblər tərəfindən xüsusilə iranlılara verilmişdir. Xoftera-xofte key koned bidar – farscadır, Sədidən alınmışdır. Tər- cüməsi: Yuxuya getmiş yuxuda olanı oyada bilərmi? “Müsəlmanların halı” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 2 aprel tarixli 58-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Felyeton ixtisar edilmişdir. Dövlət Dumasının fəaliyyətinə xas olan hərc-mərcliyi ifşa və tənqid edən bu səhnəcik “İrşad” qəzetinin 1907-ci il 4 aprel tarixli 60-cı nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Yaxın Şərqdə, xüsusilə İranda, çar Rusiyası, Almaniya və İngiltərə hökumətləri arasındakı ziddiyyəti işıqlandıran “Üçüncü rəqib” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 5 aprel tarixli 61-ci nömrəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. “Oriyent bank” – yəni “Şərqi bank” – Yaxın Şərqdə Almaniya impe- rializminin “maliyyə dayağı”. “Slovo” gündəlik qəzet idi, 1903-1909-cu illərdə Peterburqda nəşr olunurdu. Çar hökuməti kolonizasiya məqsədilə Rusiya əhalisinin bir hissəsini orta Rusiyadan Qafqaza güclü köçürtmək siyasətini aparırdı. Müəllif bu mü- hüm məsələyə münasibətini açıqdan-açığa bildirir və padşahlıq, monastır, mülkədarların əlində olan yerlərin onlardan alıb kəndlilərə vermək məsə- ləsini inadla irəli sürür. “Köçürtmək məsələsi” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 10 aprel tarixli 65-ci nömrəsinin 3-cü səhifəsində “Ü” imzası ilə dərc olunmuşdur. Əhməd bəy Ağayev – Azərbaycanın ictimai xadimi, 1905-1908-ci illərdə “İrşad”, 1908-1909-cu illərdə isə “Tərəqqi” qəzetlərinin redaktoru idi. Günün cari məsələlərinə həsr edilmiş bu felyeton “İrşad” qəzetinin 1907-ci il 12 aprel tarixli 67-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Burası maraqlıdır ki, sonuncu məsələnin – könüllü cəmiyyət qurub onun nizamnaməsinə riayət etməyənlərin pozğun işləri – mövzusu “Molla Nəs- rəddin” jurnalından götürülmüşdür. Bu Üzeyir Hacıbəylinin jurnalı müntə- zəm oxuduğunu, onun istiqamətilə hərəkət etdiyini və onunla həmrəy oldu- ğunu bir daha sübut edir. Həm çar Rusiyası, həm də Soltan Türkiyəsi hökumətlərinin hiy- ləgərliyini, ölkəni viranə etdiklərini ifşa edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 13 aprel tarixli 68-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Dərs metodikası Üzeyir Hacıbəylini bir müəllim kimi həmişə düşün- dürürdü. O, hətta dərsliklər də düzəldirdi. Rus dilini azərbaycanlı uşaqlara öyrətmək məsələsinə həsr edilmiş bu yazı “lal qaydası” metodikasının tədbirini tövsiyə edən kitabçaları pisləyir. Yazı “İrşad” qəzetinin 1907-ci il 16 aprel tarixli 70-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Burada ixtisar və cüzi redaktə edilmişdir. İstehza ilə yazılmış “Müəllimlər ictimainə dair” felyeton “İrşad” qəzetinin 1907-ci il 17 aprel tarixli 71-ci nömrəsinin 3-cü səhifəsində “Filan- kəs” təxəllüsü ilə dərc olunmuşdur. Bakının “abadlaşmasına” həsr olunmuş bu felyeton “İrşad” qəzetinin 1907-ci il 22 aprel tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. O zamandan 60 il keçmişdir. Bugünkü Bakı tanınmaz olmuşdur. “Passaj qabağı” – küçə, o zaman gəzinti yeri idi. Divani hərbin ləğvinə həsr edilmiş “Birinci şadlıq” sərlövhəli yazı “İrşad” qəzetinin 1907-ci il 24 aprel tarixli 75-ci nömrəsinin 1-ci səhifəsində “Ü” imzası ilə dərc olunmuşdur. “Müsəlman kəndlisinin siyasi söhbəti” sərlövhəli yazı “İrşad” qəze- tinin 1907-ci il 26 aprel tarixli 77-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Bu məsələdən başqa felyetonda üç qeyri məsələdən də danışılır, onlar ixtisar edilmişdir. Əxlaq məsələlərinə həsr edilmiş “Bir şvesarlı ilə bir müsəlmanın söh- bəti” adlı felyeton “İrşad” qəzetinin 1907-ci il 29 və 30 aprel tarixli 79 və 80-ci nömrələrinin 4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. İkinci Dövlət Dumasının tərkibindəki “Müsəlman fraksiyası”nın fəaliyyətini böyük bir diqqətlə izləyən Üzeyir Hacıbəyli “Tərcüman” qəze- tinin “sükut etmək” təklifini rədd etmiş və öz münasibətini “Tərcüman” nə deyir, nə söyləyir?” sərlövhəli məqaləsində bildirir. Məqalə “İrşad” qəze- tinin 1907-ci il 4 may tarixli 82-ci nömrəsinin 1-2-ci səhifələrində dərc olunmuşdur. “Tərcüman” qəzetini barama qurduna bənzədən bu məqalə “İrşad” qəzetinin 1907-ci il 4 may tarixli 82-ci nömrəsinin 4-cü səhifəsində “Filan- kəs” təxəllüsü ilə dərc olunmuşdur. “Dövlət Duması” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 6 may tarixli 83-cü nömrəsinin 2-ci səhifəsində “Ü” imzası ilə dərc olunmuşdur. Dövlət Dumasının 4 may məclisini təsvir edən bu səhnəcik “İrşad” qəzetinin 1907-ci il 8 may tarixli 84-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Səhnəcikdə çıxış edən şəxslər Dumanın deputatlarıdır. Mətbuat vasitəsilə intriqa salan şöhrətpərəstlərə qarşı yönəldilmiş bu yazı “İrşad” qəzetinin 1907-ci il 9 may tarixli 85-ci nömrəsinin 4-cü səhifəsində “Əz tərəfi Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Birisi təxəllüsü ilə yazan Nəcəf bəy Vəzirovdur. Mübahisə sonralar da davam edir. “Tazə həyat” – 1907-1908-ci illərdə Bakıda nəşr olunan gündəlik qəzet (redaktoru Haşım bəy Vəzirov) idi. “Qarabağda yer məsələsi” və “Eşitdiyimiz xəbərlər” sərlövhəli yazılar “İrşad” qəzetinin 1907-ci il 16 may tarixli 90-cı nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Köhnəlmiş və çürümüş qanun və qaydaların aradan götürüləcəyini aydın görən müəllif öz fikrini “Müdhiş və etiraz” sərlövhəli məqaləsində söyləmişdir; bu məqalə “İrşad” qəzetinin 1907-ci il 17 may tarixli 91-ci nömrəsinin 2-ci səhifəsində “Ü” təxəllüsü ilə dərc edilmişdir. Müəllimlər arasında genişlənən demokratik hərəkatın qabağını almaq məqsədilə çar hökumətinin maarif naziri “İznnamə” şəklində əmr vermişdir. İki məsələyə həsr edilmiş bu yazı “İrşad” qəzetinin 1907-ci il 22 may tarixli 85-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. “Sabir əfəndiyə” cavab “Birisi” ilə aparılan (b a x: “İrşad”, 1907-ci il 9 may № 85) mübahisənin davamıdır. Yazıçı Haşım bəy Vəzirov vaxtilə Şuşada məktəb direktoru idi; Üzeyir Hacıbəyli ilk təhsilini bu məktəbdə almışdır. “Sədinin tənqid” sərlövhəli felyeton “İrşad”ın 1907-ci il 24 may tarixli 96-cı nömrəsinin, “Sədini tənqid, Hafizi tərif” isə 25 may tarixli 97-ci nömrəsinin 4-cü səhifələrində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “İanə təqsimi” sərlövhəli məqalə “İrşad” qəzetinin 1907-ci il 27 may tarixli 98-ci nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə dərc olun- muşdur. Ruhaniləri tənqid edən bu felyeton “İrşad” qəzetinin 1907-ci il 27 may tarixli 98-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. “Stolıpin xəyalı” adlı yazı “İrşad” qəzetinin 1907-ci il 30 may tarixli 100-cü nömrəsinin 4-cü səhifəsində “Bu xəyalı duyan “Filankəs” imzası ilə çap olunmuşdur. Duyğunun dürüst olduğu maraqlıdır. Məlum olduğu kimi, Stolıpin xəyalı iyunun 3-də (yəni bu yazıdan üç gün sonra) həqiqətə çevrildi: hökumət ikinci Dumanı qovdu, sosial-demokrat fraksiyasına daxil olan depu- tatları həbsə aldı və seçkilər haqqında yeni qanun verdi. Keşiş, molla, ravin, mahrasa – ruhani xidmətçilərdilər. “Bizə dair”, “İrana dair”, “Firəngistana dair” yazılar “İrşad” qəzetinin 1907-ci il 1 iyun tarixli 102-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc olunmuşdur. Burada cüzi ixtisarla verilir. “Məclisi-məbusanimizdə nə olur” sərlövhəli məqalə “İrşad” qəze- tinin 1907-ci il 3 iyun tarixli 103-cü nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə dərc olunmuşdur. İkinci Dövlət Dumasının qovulduğu ərəfədə bu cür məqalənin yazılması müəllifin ölkənin vəziyyətindən yaxşı xəbərdar olduğunu sübut edir. “Rəfiqimdən məktub” sərlövhəli yazı “İrşad” qəzetinin 1907-ci il 8 iyun tarixli 107-ci nömrəsinin 4-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Molla Nəsrəddin” və “Telefon ilə söhbət” sərlövhəli yazılar “İrşad” qəzetinin 1907-ci il 12 iyun tarixli 109-cu nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə çap edilmişdir. Yazıdan bir xəbər (“Durnovun” bic- liyi) ixtisar edilmişdir. Çarizm zamanı mətbuatın təqib olunduğunu bildirən bu yazı “İrşad” qəzetinin 1907-ci il 13 iyun tarixli 110-cu nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Əşar” sərlövhəli tənqidi felyeton “İrşad” qəzetinin 1907-ci il 14 iyun tarixli 111-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. “Məişətimizdən” sərlövhəli felyeton “İrşad” qəzetinin 1907-ci il 17 iyun tarixli 113-cü nömrəsinin 3-cü səhifəsində “Filankəs” təxəllüsü ilə dərc edilmişdir. Lüğət A Abi-baran (f) – yağış suyu, göz yaşı. Abid (ə) – qul, Allah qulu, dindar. Adil (ə) – ədalətli. Agah (f) – xəbərdar, bilən. Aləti-məsxərə (ə) – masqara aləti. Aludeyi-əhvab qəflət, aludeyi-xabi qəflət (ə. f.) – qəflət yuxusuna uymuş. Amal (ə) – əməllər, hərəkətlər, istəklər, diləklər, məqsədlər. Azürdə (f) – incimiş, qəmli. B Bahinhəm (f) – bununla bərabər. Baqi (ə) – qalan, daimi, həmişəlik. Bamuamilə (f. ə.) – müamilə ilə, faizlə. Bazmandə (f) – qalıq. Behəqq (f. ə.) – haqqa görə. Bevəc (f) – görə. Bədəttəhrir (ə) – yarıdan sonra. Bədxulq (f. ə.) – pis xasiyyətli. Bəliğ (ə) – aydın, ibarəli. Bənd (ə) – uzaq. Bəri (ə) – uzaq, kənar. Bərqəsd (f. ə.) – qəsdən. Bərtərəf (f. ə.) – dəfetmə, aradan qaldırma. Bəsalət (ə) – tənbəllik. Bəsirət (ə) – gözüaçıqlıq. Bəşarət (ə) – muştuluq. Bətaət (ə) – ağır tərpənmə. Bəzli-himmət (ə) – himmətini, səy və qeyrətini əsirgəməyən. Bidar (f) – oyaq, oyanmış. Bidini (f. ə.) – dinsizlik. Biganə (f) – özgə. Biganə (f) – yad. Bilaaram (ə) – aramsız. Bilahəll və fəsl (ə) – həll etmədən. Bilaistisna (ə) – istisnasız, fərq qoymadan. Bilaməmaniət (ə) – maneəsiz. Bilamubahisə (ə) – mübahisəsiz. Bilatəfriq (ə) – ayrılmadan, fərq qoymadan. Bilatəxir (ə) – yubanmadan. Bilkülliyyə (ə) – tamamilə. Bilmərrə (ə) – tamamilə. Biməhəba (f. ə.) – qorxusuz. Bimurvət (f. ə.) – mürüvvətsiz, insafsız, alçaq, namərd. Bövl (ə) – sidik. Bud (f) – varlıq, həyat. Bundan məda (ə) – bundan başqa. Büxl (ə) – paxıllıq, xəsislik, simiclik. Bürran (f) – iti, kəsən. Büzürkan (f) – böyüklər. C Cani (ə) – cinayətkar. Cəsim (ə) – iri. Cümrə (ə) – dəstə, cərgə. Cürm (ə) – günah, qəbahət. Ç Çəbun (ə) – qorxaq. Çəbunluq (ə) – qorxaqlıq. D Darüssəltənə (ə) – paytaxt. Dəhşətəngi (f) – qorxulu, dəhşətli. Dəni (ə) – alçaq, rəzil. Dərdəst etmək (f) – əldə etmək, tutulmaq. Dərrəndəlik (ə) – yırtıcılıq. Dəstbərdar (f) – əl götürmək, əl çəkmək. Dəstrəs (f) – əlçatan. Digərpəsənd (f) – özgəsinin xoşuna gələn. Dilişikəstə (f) – qəlbisınıq. Dövləti-mətbuəmiz (ə) – təbəliyində olduğumuz dövlət. Durbin (f) – uzaqgörən, binokl. Duvəli-muəzzəmə (ə) – böyük dövlətlər. Düruyə (f) – ikiüzlü. E Edadiyyət (ə) – orta məktəb (keçmişdə). Edal (ə) – hazırlama, hazırlıq aparma. Ehsanat (ə) – ehsanlar, yaxşılıqlar, bağışlanılan şeylər. Etidal (ə) – bərabərolma, mötədillik, mülayimlik. Ə Əbqa (ə) – toxunmamaq. Əbri-neysan (f. ə.) – neysan buludu, yağmurlu bulud. Ədd (ə) – say, sayma, hesabetmə. Ədəm (ə) – yoxluq, ölüm. Ədəmi (ə) – etimad, inanmaq. Əfif (ə) – xeyirxah, xeyirli, təmiz. Əfrad (ə) – fərdlər. Əfradi-külli (ə) – çox adam. Əfzəl (ə) – artıq, daha fəzilətli olan. Əğ-mazi eyn (ə) – gözüyumuq. Əhəmi (ə) – çox əhəmiyyətli. Əhəmiyyət (ə) – xəbərdar olmaq, məsələdən baş çıxarmaq. Əhli-zələmə (ə) – dövlət məmuru (polis, jandarm qulluqçusu); zülmkarlar. Əxtar (ə) – elan, xəbər vermək. Əqəllən (ə) – ən azı, heç olmasa. Əqmaz (ə) – baxış. Ələlxüsus (ə) – xüsusilə. Ələm (ə) – dərd. Ələni (ə) – aydın, aşkar. Əlfaz (ə) – sözlər. Əl-müstəqim (ə) – düz. Əlzəm (ə) – çox lazım, vacib. Əncam həzir (ə. f.) – nəticələnən. Əndar (ə) – nəzərlər, baxışlar. Əndaz (f) – ölçu, cızıq. Əndişə (f) – fikir, qayğı, dərd. Ərd (ə) – saymaq, hesab etmək. Ərzəl (ə) – alçaq adam, ən rəzil. Əsalət (ə) – bərklik, möhkəmlik, nəciblik. Əşədd (ə) – daha şiddətli, çox şiddətli. Ətalət (ə) – tənbəllik, işsizlik. Ətidal (ə) – miyana, babət. Ətşan (ə) – susuz. Əvamir (ə) – işlər. Əz on cümlə (f. ə.) – o cümlədən. Əza (ə) – üzvlər (bədənin üzvləri). F Fahiş (ə) – aşkar, açıq. Fariq (ə) – fərqləndirən, təfavüt qoyan. Fazid (ə) – fəsadçı, fitnəkar. Fədai (ə) – canından keçən. Fəramuş (f) – unutma, xatirdən çıxarma. Fərd (ə) – nəfər. Fərin (f) – parıltılı, dəbdəbəli. Fəsx (ə) – pozma, atma, ləğvetmə. Fitrət (ə) – yaradılış. Föhş (f) – söyüş. Fövt (ə) – əldən çıxarma, ölüm. Füru (ə) – aşağı, alçaq. Füruat (ə) – aşağılar, alçaqlar. G Giran (f) – ağır, dözülməz, çətin. Giriftar (f) – əsir, düşkün, mübtəla. Guşeyi-nisyan (f. ə.) – unutmaq, yaddan çıxartmaq. H Hadiseyi-əzimə (ə) – böyük hadisə. Haiz (ə) – sahib, yiyə, əhatə. Havi (ə) – əhatə edən, bürünən. Heyz (ə) – aybaşı (qadınlarda). Həqq sübhanəhu və təala (ə) – pak olan Allah-taala. Həmcivar (ə. f.) – qonşu. Həras (f) – qorxu. Həris (ə) – tamahkar. Həsəd (ə) – paxıllıq. Həvadis (ə) – hadisələr. Həzər (ə) – qorxmaq. Himəmül (ə) – hümmət, köməklik. Hüccaz (ə) – hacılar. Hüccə (ə) – heca. Huşyar (f) – huşlu, ayıq, sayıq, ağıllı. Hüqul (ə) – keçmək. Hüsni-nəticə (ə) – gözəl nəticə. Hüsüd (ə) – həsəd aparılan, həsədə səbəb olan. X Xabi-qəflət (ə) – qəflət yuxusu. Xahan (ə) – istəyənlər. Xamisən (ə) – beşinci. Xar (f) – yazıq, fağır. Xəfi (ə) – gizli. Xəfiyyə (ə) – casus. Xəsarətzadə (f) – zərərgörmüş. Xətərnak (f) – qorxulu. Xətmi-kəlam (ə) – sözün sonu. Xilaf (ə) – zidd, əks. Xitamnəzir (ə. f.) – sonu olan, yatan. Xodsər (f) – özbaşına. Xovf (ə) – qorxu, təhlükə. Xövr (ə) – qorxu. Xud (f) – öz. Xudpəsənd (f) – özünü bəyənən. Xudsər (f) – özbaşına. Xüdşunas (f) – özünü tanıyan. Xüsumət (ə) – düşmənçilik. Xüsümət (ə) – düşmənçilik, ədavət. İ İanə (ə) – kömək, yardım. İbraz (ə) – zahirə (meydana) çıxarma, büruzə vermə, aşkar etmək. İcbar (ə) – məcburetmə, cəbretmə, vadaretmə. İctinab (ə) – çəkinmə, sığınma, uzaqlaşma. İdareyi-məşrutə (ə) – parlamentli idarə. İdareyi-mütləqiyyə (ə) – monarxiya. İdxal (ə) – daxil etmək. İğmaz (ə) – göz yummaq. İkrah (ə) – nifrətetmə, iyrənmə. İktifa (ə) – kifayətlənmə. İqrar (ə) – təsdiqetmə, etirafetmə, qərarlaşdırma. İqtişaş (ə) – qarışıqlıq. İqtiza (ə) – tələb, lazımolma, lüzum. İqtizaat (ə) – tələblər, lazım olan şeylər. İlhaq (ə) – qatma, qoşma, əlavəetmə. İlhami-rəbbani (ə) – ilahi ilham. İlla (ə) – yoxsa, ayrı cürə olsa. İltihaq (ə) – qatılama, birləşmə, bitişmə. İmrari-vəqt (ə) – vaxt keçirmək. İmtidad (ə) – uzanmaq. İnhəraf (ə) – əymək, pozmaq, təhrif etmək. İniqad (ə) – bağlanma (akt, müqaviləmə), qurulma. İnqiraz (ə) – sonu kəsilmə, məhvolma. İntixab (ə) – seçmə, seçki. İrşadlar (ə) – doğru yol göstərənlər, yol göstərənlər. İskan (ə) – oturmaq, sakin olmaq. İsrahələ (ə) – dönmək, dəyişmək. İstibdadpərəst (ə. f.) – mütləqiyyət tərəfdarı, padşahpərəst. İstiğr (ə) – təəccüb. İstihalə (ə) – haldan-hala düşmək. İstirdad (ə) – geriistəmə, gerialma. İstita et (ə) – vergi (pul) almaq. İştiqal (ə) – məşğul olmaq İttixaz (ə) – qəbuletmə, əldəetmə. İttila (ə) – xəbəri olmaq. İttilat (ə) – məlumat. İzalə (ə) – rəddetmə, uzaqlaşdırma. İzmehlal (ə) – puçolma, məhvolma. K Kargün (f) – işgüzar Karilər (f) – iş görənlər; kəsərlilər, təsirlilər. Kəbir (ə) – böyük Kədəravər (ə. f.) – kədər doğuran, kədərləndirən. Kəfil (ə) – məsul, zamin, köməkçi, müavin. Kəmübiş (f) – az-çox. Kəndi (t) – özü. Kəramət (ə) – lütf, hörmət, pir və sairənin göstərdiyi möcüzə. Kərdənkir (f) – dikbaş. Kəsafət (ə) – bulanıqlıq, natəmizlik, pintilik. Kəsalət (ə) – süstlük, yorğunluq. Kəsarəti-şüğlü (ə) – işin çoxluğu. Kəsbi-ittila (ə) – xəbər tutmaq, xəbərdar olmaq. Kəsir (ə) – çox, bol, nöqsan. Kibr (ə) – qürur (özünüöymə). Kizb (ə) – yalan. Kuhi-atəş fişanə (f) – od püskürən dağ. Kuşad (f) – açıq, açılmış. Küfr (ə) – kafirlik, dinsizlik. Kütah (f) – qısa. Q Qail (ə) – deyən, söyləyən; inanan, kifayətlənən. Qaim (ə) – ayaq üstə duran, dayanan. Qarelər (ə) – oxucular, dinləyənlər. Qarun (ə) – əfsanəvi, dövlətli. Qasib (ə) – qəsb edən, mənimsəyən, zorla alan. Qayib (ə) – hazırda olmayan, iştirak etməyən. Qəfil (ə) – qəflətən. Qər (ə) – dəniz, quyu və s.-nin dibi. Qəri (ə.f.) – nayab, dibsiz. Qərib (ə) – yaxın, qohum, qonşu. Qəri-nayab (ə) – dibi görünməyən. Qəvanin (ə) – qanunlar, qaydalar. Qəvi (ə) – qüvvətli, sağlam. Qəviyyul – şikömiyyə (ə) – qarınqulu. Qəyur (ə) – qeyrətli, çalışqan. Qitəati-xəmsədən (ə) – “Xəmsə”nin hissələrindən. Quli-qal (ə) – hay-küy, səs-küy, qalmaqal. Qürur (ə) – təkəbbür, məğrurluq. L Layənşüur (ə) – qeyri-şüuri, düşünmədən. Ləin (ə) – məlun, lənətlənmiş. Ləziz (ə) – ləzzətli, dadlı. Ləzzətyab (ə. f.) – ləzzət alan, zövq alan. Lillahil həmd (ə) – şükr Allah üçündür. Lövhəqillah (ə) – Allah eləməsin. M Masəva (ə) – başqa, savayən. Mazipərəst (ə. f.) – köhnəpərəst. Mehmannəvaz (f) – qonaqpərvər, qonağa hörmət edən. Məbədgah (ə. f.) – ibadətgah, məbəd. Məbləqpərəst (ə) – pulgir. Məəhazi (ə) – bununla belə. Məfluc (ə) – iflic olmuş. Məfluk (ə) – yazıq, fəlakətə düşmüş. Məğbun (ə) – aldanmış. Məhafili-tüccariyyə (ə) – tacirlər yığıncağı. Məhavil (ə) – məclislər. Məhəlgüzar (ə) – sayan, məhəl qoyan. Məhqub (ə) – utanmış. Məhluk (ə) – həlak olmuş. Məkatib (ə) – məktəblər. Məqal (ə) – söz, danışıq. Məqdur (ə) – mümkün olan, imkan daxilində, tale. Məqhur (ə) – qəhərli, qəhərlənmiş. Məqul (ə) – ağılkəsən, ağıllı. Məluləngiz (ə) – qəmli, kədərli. Məluni (ə) – lənətə gəlmə, lənətləmə. Məmat (ə) – ölüm, yoxluq. Məmən (ə) – əmin-amanlı yer. Məmur (ə) – qulluqçu, işçi. Mənfa (ə) – sürgün. Mənidar (ə) – mənalı. Mərbut (ə) – rabitəli, əlaqəli, bağlı. Mərəffəhülhal (ə) – xoşbəxt həyat, ləzzətli həyat. Məsun (ə) – qorunmuş. Məşəqqət (ə) – çətinlik, sıxıntı. Məşhun (ə) – doydurulmuş, tox. Məşkuk (ə) – şübhəli. Məşrutə (ə) – konstitusiyalı, konstitusiya. Məşvərət (ə) – məsləhət. Mətəvil (ə) – varlı, dövlətli. Mətin (ə) – mətanətli, sabatlı. Mətlub (ə) – istək. Məyub (ə) – eybəcər. Məzərrət (ə) – zərərvermə, zərər. Məzkur (ə) – zikr olunan. Məzmum (ə) – danlanmış. Millətli-müyəmmədin (ə) – mədəni millətlər. Mouze (ə) – yer. Movcib (ə) – səbəb, bais. Möhtəviyyat (ə) – içindəkilər, mündəricat. Mösüq (ə) – inanılmış. Mutəceyyic (ə) – həyəcanlı, acıqlı. Müamilə (ə) – sələm. Mübaşir (ə) – idarə edən, dolandıran. Mücadilə (ə) – savaşma. Mücahidə (ə) – çalışma, çarpışma. Mücməl (ə) – xülasə, sözün qısası. Müdhiş (ə) – dəhşətli. Müəddəd (ə) – cullanmış. Müəkkid (ə) – bərkidilmiş, möhkəmləndirilmiş. Müəlləm (ə) – oxumuş, elmli. Müəssir (ə) – təsirli. Müəttir (ə) – ətirli, xoş iyli. Müəzzəm (ə) – böyük. Müfəttin (ə) – üfunətli, pis iyli. Müfid (ə) – faydalı, mənfəətli. Mühacir (ə) – siyasi qaçqın. Müxasimə (ə) – düşmənçilik. Müxtəs (ə) – məxsus. Müin (ə) – köməkçi. Mükəddər (ə) – kədərli. Mükəddər (ə) – qəmli. Müqtədir (ə) – qüdrətli, iqtidarlı. Mülabəsə (ə) – polyar. Mülatifə (ə) – iltifat, yaxşı qəbul etmək. Mümtaz (ə) – imtiyazlı, üstün. Münaziə (ə) – höcətləşmə, mübahisə, mübarizə. Münbit (ə) – məhsuldar. Müncərr (ə) – nəticələr. Münhəzim (ə) – basılmaq. Münqəlib (ə) – şəklini dəyişmiş, devrilmiş, yıxılmış. Münqəriz (ə) – puç olmaq. Münsif (ə) – insaflı. Müntəzir (ə) – gözləyən, intizarda olan. Mürami (ə) – məramnaməyə uyğun gələn. Mürəvvici-əfkar (ə) – fikirləri yayan. Mürtəkib (ə) – pis işlərlə məşğul olan, günahkar. Mürur (ə) – keçmə, ötmə. Müruri-zaman (ə) – vaxt keçdikcə. Müsai (ə) – zəhmət. Müsaid (ə) – kömək edən, əlverişli, münasib. Müsaidə – icazə. Müsamihə (ə) – səhlənkarlıq, üzristəmə, əfvetmə. Müsamirə (ə) – konsert. Müsəbbib (ə) – səbəb olan. Müsəllət etmək (ə) – salmaq. Müsinn (ə) – yaşlı. Müsnəd (ə) – isnad edilən. Müstəqbəl (ə) – keçmiş, qabaqkı. Müstəməl (ə) – işlənən. Müstəşərrik (ə) – iştirak edən, iştirak. Müstovlid (ə) – doğan, əmələ gələn. Müstövmed (ə) – doğulmuş. Müşkül (ə) – çətin, ağır, əngəl. Müşkülat (ə) – çətinliklər, əngəllər. Mütabiq (ə) – uyğun. Mütəəffin (ə) – üfunətli, üfunətlənmiş. Mütəəllim (ə) – tələbə, şagird. Mütəəsib (ə) – təəssübçəkən. Mütəməddin (ə) – mədəni, mədəniyyətli. Mütənəffir (ə) – nifrət olunan. Mütəvəccehən (ə) – üz tutub. Müti (ə) – itaətkar, itaət edən. Müttəie (ə) – xəbərdar. Müvasilət (ə) – qovuşmaq. Müvəkkəl (ə) – vəkil edilmiş. Müvərri (ə) – tarixçi, salnaməçi. Müvəzzir (ə) – vəzifəli. Müyyəfiqulqövl (ə) – yekdil, bir sözlü. Müzayiqə (ə) – çətinlik, ehtiyac, əsirgəmə. Müztər (ə) – məcbur edilmiş. Müzürr (ə) – zərərli, ziyan verən. N Nabud (f) – yoxlama, məhvolma. Nafe (ə) – faydalı, mənfəətli. Nagüvara (f) – ürəkbulandıran, çətin həzm olunan. Namücməl (f. ə.) – ətraflı. Namüsaid (ə) – müsaid olmayan, arzu edilməyən. Narəva (f) – rəva görülməyən, yaraşmayan. Naşi (ə) – nəşət edərək. Natiqi-bəlik (ə) – gözəl nitq edən. Nayab (ə) – tapılmayan. Nəhr (ə) – çay, dəniz. Nəhusət (ə) – nəhəlik, uğursuzluq. Nəsb (ə) – sancmaq. Nəşvü-nüma (ə. f.) – yayılma, böyüyüb artma. Nəvcad (f) – təzə çörək, yumşaq çörək. Nihadi qəlb (ə) – ürəyi incidən. Nimmürdə (f) – yarımcan. Nist (f) – yox. Nistu nabud (f) – yoxetmə. Niyaz (ə) – yalvarma, duaetmə. Nüdrətən (ə) – nadir halda, çox az. P Peyda (f) – aşkar, mövcud olan, zühur edən, üzə çıxan. Peyrövlər (f) – arxasınca, dalınca gedənlər. Pədər (f) – ata. Pəsəndidə (f) – geri qalmış, artıq, qalıq. Pişəzvəxt (f) – qabaqcadan. Pişrövlər (f) – qabaqda gedənlər. R Rabiən (ə) – dördüncü. Rakib (ə) – durğun, sakit. Raz (f) – sirr. Rəf (ə) – aradan qaldırma. Rəfət (ə) – rəhm, mərhəmət. Rəftyari-zümkaranə (f. ə.) – zülmkarcasına rəftar. Rəncidəxatir (f. ə.) – qəlbisınıq, qəlbiincimiş. Rəzalət (ə) – alçaqlıq, biabırçılıq, eyib. Rical (ə) – kişilər. Riqqəti-qəlb (ə) – qəlbətoxunma, ürək inciməsi. Rizq (ə) – azuqə, ərzaq, nemət. Rövanə (f) – yollamaq, göndərmək. Rövzə (ə) – bağ, güllük, bağça-bağ, behişt. Ruzi (f) – azuqə, gündəlik yeməli şey. S Sabitqədəm (ə) – möhkəm. Sadir (ə) – verilən, elan olunan, baş verən. Sahəti aləm (ə) – yer üzü. Salisən (ə) – üçüncü. Saniyən (ə) – ikinci. Savab (ə) – doğru. Səbükəqil (f) – yüngülağıl. Sədayi-vicdan (ə) – vicdan səsi. Səddi-ahənin (ə. f.) – dəmir sədd. Səğir (ə) – kiçik. Səhih (ə) – doğru, düzgün. Sələf (ə) – babalarımız. Səmi (ə) – etibar, qulaq asmaq, dinləmək. Sərazir (f) – enmək, düşmək. Sərfi-məsai (ə) – səy etmək, çalışmaq. Səza (f) – layiq. Sikkə (ə) – kəsilmiş metal pul. Siqlət (ə) – ağırlıq. Sirqət (ə) – oğurluq. Suziş (f) – ürək yanğısı, ah-nalə. Ş Şafi (ə) – şəfa verən, kifayətedici. Şayifə (f) – layiq. Şetənətkafanə (ə. f.) – şeytancasına. Şədid (ə) – güclu, kəskin, ağır. Şərməndə (f) – xəcalətli. Şəşəə (ə) – cəlal, parlaqlıq. Şuriş (f) – qarışıqlıq, çaxnaşma. Şuru (ə) – başlama, girişmə T Tabu-tavan (ə. f) – qüvvət, möhkəmlik. Tammə (ə) – tamam, tam, bütün. Tavanad (f) – dövlət, bacarıq. Tedad (ə) – say, sayma, miqdar, qədər. Təat (ə) – Allaha ibadət etmək. Təbdil (ə) – dəyişmə, tərcümə. Təbi (ə) – nəşr edilmiş, çap edilmiş. Təcəddüdxah (ə. f.) – yenilik tərəfdarı. Tədabiri-cəbri (ə) – məcburi tədbirlər. Tədafə (ə) – müdafiə etmək. Təərdi (ə) – zülm. Təərüz (ə) – əluzatma, basqın. Təfərrücgah (ə. f.) – ürək açan yer, seyr yeri. Təfəvvüq (ə) – üstunlük, üstün olma. Təğəyyurat (ə) – dəyişikliklər. Təğyir (ə) – dəyişdirmə, xarabetmə, pozma. Təhdid (ə) – hududlandırmaq, azaltmaq. Təhəkküm (ə) – hakimlik etmək. Təhəmmül (ə) – səbir, dözmək. Təhsin (ə) – bəyənmə, əhsən, afərin demə. Təxlis (ə) – xilas. Təkamül (ə) – təkmilləşmə, kamala çatma. Təkfil (ə) – zaminəvermə, öhdəsinəvermə. Təqaza (ə) – tələb, istəmə. Təqbih (ə) – pisləmə, bəyənməmə. Təqləül (ə) – yerindən qaldırmaq. Təqviyə (ə) – qüvvətlənmək. Təlqin (ə) – öyüd, nəsihət, ölü basdırıldıqdan sonra oxunan dua. Təmah (ə) – tamah. Təməddün (ə) – mədəni olma, mədəniyyət. Təməllük (ə) – bir şeyə sahib olmaq. Təməllüq (ə) – yaltaqlıq. Təmiq (ə) – dərin. Tənəffur (ə) – nifrətetmə, iyrənmə. Tənəzzül (ə) – enmə, aşağıdüşmə, özunü sadə tutma. Tənzim (ə) – sıralama, nizamasalma, yolunaqoyma. Tərcih (ə) – üstün tutma, bəyənmə. Tərəqqiyi-məkusə (ə) – əks tərəqqi, əks inkişaf. Təriq (ə) – yol. Tərzi-idarə (ə) – idarə üsulu. Təsəllibəxş (ə. f.) – təsəlliverən, təsəlliverici. Təsəlliyab (ə. f.) – təsəlli tapan. Təsənnün (ə) – sünnilik. Təsmiyə (ə) – adlandırmaq. Təsviyə (ə) – ləğv etmək. Təşbih (ə) – oxşatma, bənzətmə. Təviq (ə) – nəzər duası, həmayil, gözmuncuğu. Təzvir (ə) – hiylə, kələk. Tiəzvəqt (f) – qabaqcadan. Tizkar (ə) – yadasalma, xatırlatma. Tosif (ə) – bəyanetmə, izahetmə. Tosil (ə) – təvəssül, yalvarmaq, vasitə salmaq. Tovfiq (ə) – uyğunlaşdırma, müvafiq. Tuğyan (ə) – coşmaq. Tücariyyə (ə) – tacirlər, tacirlərə aid olan. Türbət (ə) – muqəddəs yerdən göturülən torpaq, müqəddəs şey. Ü Üdəba (ə) – ədiblər. Ümdə (ə) – başlıca. Ürf (ə) – adət, ənənə. V Vəfaq (ə) – birlik, uyğunluq. Vəxamət (ə) – təhlükə. Vüquf (ə) – xəbərdarolma, bilmə; durma, duruş. Vüsət (ə) – genişlik; bolluq, yayılma. Vüzəra (ə) – vəzirlər, nazirlər. Y Yovmi-vüqu (ə) – baş verən gün. Z Zəbərdəst (f) – qüvvətli, qoçaq, igid. Zəlalət (ə) – əziyyət, əzab. Zəlil (ə) – həqir, yazıq. Zəmm (ə) – məzəmmət. Zəvatə (ə) – adamlar, zatlar, əsillər. Ziqiymət (ə) – qiymətli, bahalı. Zirdəst (f) – əlaltı. Zübdə (ə) – iri, seçilmiş, görkəmli. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.