Şeirlər Məhəmməd Hadi (1879–1920) İsmət, yaxud Əfif olan zatların xəsaili Kimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün, Çaki-ismət eyləməz alicənaban nan üçün, Abi-nayabi-ifafı tökməz insan nan üçün, Tərki-məslək eyləməz ərbabi-ürfan nan üçün. Babi-ərbabi-qinadə durma, ey qeyrətpərəst, Eyləmiş səhbayi-istiğna onu məxmurü məst, Hali-riqqətbəxşinə rəhm etməz ol sağərbədəst, Olsun ər tənnuri-qəmdə qəlbsuzan nan üçün. Kəsri-şə'ni-adəmiyyət qılmaz iffətpərvəran, Dünbəcünbani-riya olmaz həqiqətgüstəran, Qeydi-minnətdə yaşarmı hürr olan rövşəndilan? Rubəhə etməz təbəsbüs şiri-mərdan nan üçün. Dürri-yektayi-həyanı satmayın nanparəyə, Gövhəri qoymaz bərabər, lə'li səngi-xarəyə, Nan bir xərmöhrə, ismət oxşar almazparəyə, Verməz əldən cövhəri çövhərşünasan nan üçün. Zəhri-cansuzanədən kəmtərmi nani-imtinan, Atəşi-Nəmruddən keskin rüxi-xissətvəran, Nişi-əqrəbdən daha bədtər lisani-nakəsan, Bunlara etməz rica ülvinihadan nan üçün. İzzlə getməz məzarə ən böyük bir şandır, Xəlqə minnətdarlıqdan mövt pək şayandır! Məncə əhrarənə ölmək mucibi-qüfrandır, İstəməm çəksin cəhənnəm ruhü vicdan nan üçün! Nəfsi-paki abirusuzluq salar tə'sirdən, Abi olmaz isə kəskinlik gedər şəmşirdən, Ərzi-hacət etsə, getməzmi bəsalət şirdən? Eyləməz məhvi-bəsalət ölsə şiran nan üçün. Şahbazi-e'tilapərvaz olurmu fəzləxar? Enməz alçaq yerlərə şahini-ülviyyətşikar, Olmaz ənqa dəsti-zağə dideduzi-intizar, Qafi-himmətdən düşərmi əhli-vicdan nan üçün. Şe'ri-rə'nasında söylər arifi-Rumi Ziya, Olma gər insan isən üftadeyi-zərqü riya, Lə'n ola ol malə kim, kəsbində alətdir həya, Etməz insaniyyətin insan qurban nan üçün. * * * Amali-istiqbal Həmvarə bahar ol bizə, ey gülşəni-amal, Aləm sənin ilə oluyor naili-amal. Sənsən bizə hər dəmdə əməlbəxşi-səadət, Minlər yaşa, ey şiveyi-ənvari-hidayət. Tə'lim ediyorsan bizə mə'nayi-həyati, Zülmətgədeyi-yə'sə saçırsan ləmə'ati. Ümmidinə ümmidlə ümmid edəriz biz. Sənsən bizə həm dəmdə əməlbəxşi-səadət, Məqsudi-əvalimsən, əya şiveyi-fitrət! Amal qılıb aləmi ülviyyətə məzhər, Amali-təfəyyüzlə olur şəxs hünərvər*. Vabəstədir ancaq əmələ şövkəti-millət, Millət edər ümmidlə kəsbi-mədəniyyət. Ümmid olmazsa, bu cahani-ələmavər - Bir faciəza lövheyi-qəmpərvərə bənzər. Ümmid ediyor adəmi varəsteyi-möhnət, Ümmidsiz adəm görəməz ruyi-məsərrət. İnsanlığı insandan alır yə'slə hirman, Bir valiyi-vəhşətdə qoyar adəmi xüsran. Ümmidi-təalilə olur kəsbi-təkamül, Ümmid ilə insan ediyor teyyi-mərahil. Amal ilə dərdəst olur əsbabi-məali, Biz də olalım millət, əməlcuyi-təali! Dərguş qılın tövsiyeyi-əqlpəsəndi. Ümmidlə yazdım sizə atidəki “bənd"i*: Ümmid ilədir binayi-aləm, Ümmid mühəndisi-cahandır. Zövqavəri-fikr, qəlbü candır. Ümmid ilədir bəqayi-adəm. * * * Tövsiyyeyi-mürğ Xitab eylər bizə bir mürğ, der: insanlar, insanlar! Nədir tutmuş cahanı nalevü əfğanlar, insanlar?! Neçin gülzari-insaniyyəti eylərsiniz ehraq? Nəyə lazım cahan bağında bu niranlar, insanlar?! Yanan kim, yandıran kim, nar olan kim, kül olan kimdir? Bütün ixvanınızdır sineyi-suzanlar, insanlar! Silinmiş lövhi-dildən sanki ixvaniyyət asarı, Görünməz hissi-şəfqət sizdə, ey ixvanlar, insanlar! Atılmış guşeyi-nisyanə nəssi-"təhkümu bil'ədl", Ədalətdən uzaqdır bu əbəs üdvanlar, insanlar! Cahanı təngnə eylərsiniz vicdanı-cahil tək, Nüfuz etməz cahana pərtovi-ürfanlar, insanlar! Yezidin dəsti tək qanla müləmmə'dir vətən ruyi, Səzadır ağlasa qan, çeşmi-əşkəfşanlar, insanlar! Cahanı titrədir ahü ənini qəlbi-məzlumun, Sizə tə'sirsizmi aləmi-lərzanlar, insanlar? Bu əlhanım nədəndir sizlərə bəxş etməyir tə'sir? Təhəccür etdimi yoxsa dilü vicdanlar, insanlar?! Könüllərdən olub nabud hər bir hissi-lahuti, Əsərbəxşa deyildir kimsəyə əlhanlar, insanlar! Nasıl razı olur səfki-dimayə hissi-ixvani? Bu fe'lə qarşı lə'nətxandır heyvanlar, insanlar! Sevərmi həzrəti-bari bu zülmi-xanimansuzi, Fəramuş oldumu həqdən gələn fərmanlar, insanlar?! Baxın çeşmi-həqiqətlə, cahaan bir qətlgah olmuş, Cəhalət eydinə kəsməkdəsiz qurbanlar, insanlar! * * * Təbriki-eydi-əzha Bəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır, Könüllər, ruhlər nəvvari-ülviyyətlə rəxşandır, Məhəbbət nuru parlar, çöhreyi-millət dirəxşandır, Bu gün asari-şəfqət kainatə pərtövəfşandır, Müqəddəsdir, mübarəkdir, böyükdür, ruzi-pürşandır. Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Bu gün beyti-müəzzəm nöqteyi-icma'i-ümmətdir. Məali-həccdən məqsəd nədir? Şurayi-millətdir. Buyurmuş seyyidi-aləm: cəmaət feyzü rəhmətdir, Bu gün islamiyan ləbrizi-şəhdabi-məsərrətdir, Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Bu gün qurban kəsir eşq əhli meydani-məhəbbətdə, Durub səfbəsteyi-hörmət cəmaət babi-izzətdə, Açıb dəsti-təmənna, gözləri rəhmü inayətdə, Yağar barani-rəhmət olsa istehqaq ümmətdə, "Durur ehkami-nüsrət ittihadi-qəlbi-millətdə". Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Səlahi-hali-millət bəsteyi-həblül-üxüvvətdir, Əsasi-şövkətü izzət vifaqi-paki-ümmətdir, Vifaq ərbabı ən məs'ud, ən sətvətli millətdir, Nifaqü büğz insaniyyətə layiqmi xislətdir? Binayi-şər'imiz ədlü müsavatü mə'vəddətdir. Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Edin nuri-təməddünlə münəvvər qəlbü vicdani, Qılın nəşri-maariflə müzəyyən baği-imkani, Vətən övladı etsin iqtibasi-feyzi-ruhani, Cəhalət dərdinin yox mə'rifətdən qeyri dərmani, Maarif eyləyir ayineyi-idrakı nurani, Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Mədari-fəxri-islam Bu Əlilər, Fəxr Razilər, Edən "Ehya ülumiddin"i Mövlana Qəzalilər, Cahanə naşirül-ənvar Rumilər, Sənailər, Fəzayi-feyzə bəhcətbəxş Sə'dilər, Bəhailər, Maarif bağının məsuludur iştə bu dahilər. Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Bu dahilər edib tə'lif min asari-ürfani, Rəhi-ürfanə bunlar eyləmiş irşad dövrani, Edək dərxatir ol əsri-maarifhəsri-zişani, O parlaq dövrdə keçmiş idik əmsalü əqrani, Üxüvvət ilə ehraz eyləmişdik rütbəvü şani. Bu gündə seyyidül-kövneyn islamə sələm eylər Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Bu gün səhrayi-qəmdə qəlbi-aşiq tək pərişanız, Yox əldə maya, bazari-cahanda əhli-xüsranız, Yetib həmrahlar mətlubə, biz qəflətdə puyanız, Bu gün şayani-ehsan bir ovuc ərbabi-üsyanız, Açıl, ey babi-rəhmət! Müstəhəqqi-feyzi-qüfranız. Bu gündə seyyidül-kövneyn islamə sələm eylər, Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. Dəyanətpərvəran həbli-xudayə e'tisam eylər, Mühübbi-mülkü millət ittifaqə ehtimam eylər, Vifaq olduqda əbnayi-vətən ehrazi-nam eylər, Üxüvvət ilə hər kəs iktisabi-ehtişam eylər, Şu miskiyyül-xitam ilə qələm xətmi-kəlam eylər. Bu gündə seyyüdül-kövneyn islamə sələm eylər. Vifaqi-millətə gördükcə ərzi-ibtisam eylər. 8 zilhiccə (24 yanvar) * * * Təraneyi-milli Çirağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı? Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazmı? Məzari-cəhldə xabideyi-qəflət oyanmazmı? Maarif qönçəsilə gülşəni-ümmət donanmazmı? Usandı xamələr təhrirdən, millət usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Girib biganələr ehramə oldu məzhəri-ne'mət, Hicaz əhli hələ məxmurü məsti-badeyi-qəflət, Buna qabilmi insan olmasın dəmbəsteyi-heyrət? Müqəddəs həqqin istirdadə sə'y etməkdə hər millət, Hüququn anlayıb da bu səfalətdən usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Rəhi-millətdə himmətpərvəran ibzali-mal eylər, Həmiyyətlə vətən təhsili-ikmalü cəmal eylər, Həmiyyət olsa, övladi-vətən kəsbi-kəmal eylər, Ricalın himməti-mərdanəsi qəl'i-cibal eylər, Dənaətdən, xəsasətdən, ləamətdən usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Əsasi-şər'imiz cövdət, həmiyyət, sə'yü qeyrətdir, İlahi, bəxtiyar olsun o kəs kim, əhli-himmətdir, Vücudi aləmi-islam üçün fəxrü-şərafətdir, Buyurmuş fəxri-aləm əsxiya əshabi-cənnətdir, Hədisi-Mustafayə qəlbü vicdanlar inanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Ümumun rahətin dərpiş qılmaq şani-insandır, Ümuri-xeyrə ehsan etmək ən məqbul ehsandır, Təavün baisi-hürriyyəti-əbdi-əsirandır, Edən kəsbi-təməddün qibtəbəxşi-əhli imkandır, Olub huşyar bilməm novmi-səkrətdən usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Həmiyyətpərvərani-aləm oldu vasili-amal, Həmiyyət ilə etmişdir miləl tə'mini-istiqbal, Nə yerdə himmət olsa, ol yerə məftundur iqbal, Edər himmətlə millət iktisabi-şani-alülal. Həvayi-nəfsə uymuş bihəmiyyətlər usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Ziyanə uğradı sərsmayeyi-ömri-giranmayə, Və "zəllə sə'yühüm" bürhandır isbati-də'vayə, Təalipərvəran şəhpərgüşadır ərşi-mə'nayə, Olur infaq ilə insan nail birrü təqvayə, Olub da nişvəyabi-cudi' xissətdən usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Kərəmkaran edər sərfi-məsan nəf'i-ümmətdə, Səzadırmı sən izzətlə yaşa, məxluq zillətdə? Təhəmmül etməz insaniyyət, olsun xəlq zəhmətdə, Olur məhzuz vicdan görsə xəlqi əmnü rahətdə, Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı? Açıldı sübhü sadiq, xabdən millət oyanmazmı? İrişdi hümmət ilə millətı-məs'udə məqsudə, Keçirdik ömri-qiymətdarı biz bihudə-bihudə, Biz olduq əhli-xüsran, həmsəfərlər yetdilər sudə, Bu gün bizlərdən istikrah edir əqvami-mövcudə, Dözərmi nifrətə, bilməm, həqarətdən usanmazmı, Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? Həyatın mə'niyi-əslisi şəfqətdir, məhəbbətdir. Cahanə gəlmədən mətlub xəlqüllahə xidmətdir, İbadə xidmət etmək ən müqəddəs bir ibadətdir, Şu ati beyti-naçizim kəlami-xatəmiyyətdir: Olub bidar, bilməm, bu əsarətdən usanmazmı? Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı? 7 zilhiccə (22 yanvar) * * * Bülbül Məftuni-şükufəzar bülbül, Xanəndeyi-xüldzar bülbül, Pirayeyi-laneyi-məani, Bəhcətgəhi-eşq tərcümani. Oturmuş gülşəni-amalda irşad edər bülbül, Oxur əlhani-ürfan, nəğmələr inşad edər bülbül, Müəssir ləhcələrlə könlü oxşar, şad edər bülbül, Şaqır, cəh-cəh vurar, ibrazi-iste'dad edər bülbül, Əməlzarində bir ümmid üçün fəryad edər bülbül. Əməlzari-fənada sanki doğmuş sübhi-amali, Edər nəşri-ziya afaqə nəcmi-bəxtü iqbali, Uçar sərbəst gülşəndə açılmış şəhpəri bali, Əsarətpərvərənə qibtəbəxş olmaqda əhvali, Şu hürriyyət baharında nələr dəryad edər bülbül! Solub övraqi-bərraqi səfa qalmazsa sünbüldə, Bitəndə xarü xəslər cilvəgahi-qönçəvü güldə, Olanda xeyməzən zağan tərənnümgahi-bülbüldə, Bu hissiyyati-riqqətza olur surətnüma dildə, Cahanı titrədir, fəryadi-istimdad edər bülbül. Nə dəm ağazi-pərvaz etsə şəhbazi-cəfamö'tad, Olursa xətvəndazi-çəmən səyyadi-istibdad, Olur cəm'iyyəti-mürğan yədi-bidad ilə bərbad, Şu ülfətgahi-əmniyyət kəsilmiş şimdi zülmabad, Dəmadəm nifrəti-övladi-istibdad edər bülbül. Məzalim bəzmgahi-işrətində zövqyab olsun, Nə qəm, yansın, yaxılsın, zülm görmüşlər kəbab olsun! Dilərsə seyli-istibdad ilə aləm xərab olsun! Şu işrətgahin, ey zalim, düçari-inqilab olsun! Cəfadən, zülmdən gülşəndə ahü dad edər bülbül. Nə yerdə eyləsə dərdəst sazin mütribi-bidad, Qaçar huri-ədalət, rəqs edər ifriti-istibdad, Şu yerdə ərzi-didar eyləməz dildari-iste'dad, Edər hürriyyət ilə kəsbi-rövnəq təb'ü iste'dad, Boşansa həbsdən, ehrazi-iste'dad edər bülbül. Nəsimi-sübhi-hürriyyət vəzan olduqda əfkarə, Səmərbəxşayi-feyz olmazmı fikri-bikr əhrarə? Verilməz isə abi-tərbiyət əzharü əşcarə, Edərmi kəsbi-iste'dad gülşən barü əsmarə? "Edək təhsili-hürriyyət" sözün övrad edər bülbül. Bahari-feyzə irməzmi xəzanistanımız, bilməm?! Səbahi-vəslə yetməzmi şəbi-hicranımız, bilməm?! Təcəlla eyləməzmi dilbəri-vicdanımız, bilməm?! Rəvayihbəxş olmazmı güli-ürfanımız, bilməm?! Çiçəklər ərzi-əndam eyləsə, fəryad edər bülbül. 17 zilhiccə (2 fevral) * * * Vətənin nidası Bəsdir, yetər artıq, dur, oğul, dur, daha yatma! Namusu, həyanı, ədəbi uyquya satma! Ey sevgili övlad, ayıl, Allahı sevərsən, Gün doğdu, hamı durdu, yatan bircə özünsən. Yoldaşlarına, sil gözünü, yaxşı bax, oğlum, Onlar yetib istəklərinə, sən uzaq, oğlum. Başdan papağın, ya başını qapdıracaqdır – Ol yol gedən adəm ki, yol üstü yatacaqdır. * * * Fəzaili-insaniyyə İnsan o zatdır ki, vəzaifşünas ola, Nəxli-əməl misali səmərbəxşi-nas ola. Fəyyaz ola günəş kimi gülzari-fitrətə, Pərtövfəşani-feyz ola biği-şəhadətə. Bir abi-saf tək çəməni xəndəzar edə, Amalımız şükufələrin təbdar edə. Meydan qəhrəmanı, hüquqaşına gərək, Nuri-həqiqət ilə dili rövşəna gərək. İfa edər vəzifəşünasan xidmətin, Məs'udü bəxtiyar qılar mülki-millətin. Şayani-e'tibar olur ol zati-alişan, Nəcmi-muradımız olar onda ziyafəşan. Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl, Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl. Dünya vətən, bütün bəşər ixvani-tiyndir, Əqvamı bir görər o ki, əhli-yəqindir. Bir cənnəti-üxüvvət edin baği-aləmi, Hifz eyləyin kərameti-əbnayi-Adəmi. Dəfn eyləyin məzari-ədəmdə ədavəti, Ehya edin cahanda nami-məhəbbəti. Daxil olanda səhneyi-Şurayi-ümmətə, Təslim edin hər işləri dəsti-ədalətə. Dərpiş edib vəzaifi-övladi-millətı, Məmnun edin düçari-qəm olmuş cəmaəti. Sizlər həkimi-dərdşünasi-ənamsız, Bir şanlı qəhrəmani-zəvil' ehtişamsız. * * * Birinci Dumanın iniqadı münasibətilə söylənmişdir Olub əfradi-millətdən bu gün təşkil bir məclis, Nə dadlı meyvəpərvərdir görün bustani-hürriyyət, Tələb qılmaqda hər bir üzv ümumin ehtiyacatın, Qurulmuş paytəxt içrə bu gün divani-hürriyyət. Vücudə gəlmək üçün mədələt, həqqin, müsavatın Gərək əvvəlcə olsun ən geniş meydani-hürriyyət. Ədalət zahir olmaz ləməpaş olmazsa afaqə, Zühuri-ədlə lazımdır xuri-tabani-hürriyyət. Hüquq isbatinə lazımdır olsun fikrlər azad-- Ki, hasil eyləsin vicdanlar itminani-hürriyyət. Gədanın baydən, bayın gədadən olmasın fərqi, Hamı övladi-insandır deyir hər an hürriyyət. Kimi təxti-səadətdə, kimi qalsın səfalətdə, Buna razı deyildir, şübhəsiz, vicdani-hürriyyət. Buna qarşı cahan olsa cəbinsayi-übudiyyət, Deyil cayi-təəccüb, ey olan heyrani-hürriyyət. Çalışmaqlıq gərək hər kəs bu yolda qədrü səyincə, Edər kəsbi-mətanət səy ilə bünyani-hürriyyət. Vətən övladı qəmpərvər, vətən viranəzar olmuş, Xərababad bir mülkü edər imran hürriyyət. Bu ədvari-maarifdə bütün millətdən əfzuntər-- Gərək biz milləti-islam olaq cuyani-hürriyyət. Neçin kim, binəsibiz biz hüquqi-adəmiyyətdən, Həqi-məşruimizçin olmalı qurbani-hürriyyət. Bu ol əsri-təməddündür əsasü rükni həqqiyyət: Müsavat, ədalət, bir dəxi ünvani-hürriyyət. Basıldı ləşkəri-bidad, məqhur oldu istibdad, Livayi-nüsrətin dikdi bu gün sultani-hürriyyət. Bəşarət, əyyühəl-ixvan, tiği-ədlpərvərlə - Edib pakizə şəhrin zülmdən xaqani-hürriyyət. Kimi hürri-əmir olsun, kimi əbdi-əsir olsun - Bunu cayiz görər zənn eyləməm divani-hürriyyət. Ucaldıb rayəti-ədli, de ayati-müsavati, Elə eyvani-zülmü xak ilə yeksan, hürriyyət! Bizə səndən yetər imdad, sənsən rəhbəri-irşad, Sənə hər dəmdə vacibdir qılaq şükran, hürriyyət. Bü rahi-pürxətərdə ey bəsa əhrari-qəmpərvər - Edib ibrazi-qeyrətlə özün qurbani-hürriyyət. Həqiqət hürr olanlar səy edər nəfi-rəayayə, Keçib ən sevgili candan verərlər can, hürriyyət. * * * Saqiyə bir niyazi-ricaməndanə Saqi, ələ al cami-səfabəxşi-rəvani, Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani. Sun bizlərə ol bədəni kim, əqlrübadır, Huşyar olan adəm çəkəməz bari-girani. Səhbayi-dili-arifi ləbrizi-şərab et, Ta ərzi-cəmal eyləyə əsrari-nihani. Ol mey ki, onu nuş ediyor zümreyi-əhrar, Şayani-məlamət görəməz kimsə cavani. Azad olayım dərsən əgər dəsti-bələdən, Dərk etmə şüunati-xirədsuzi-cahani. Yüz min həsəd ol cahili-gümkərdəşüurə – Bilməz qəmi möhnətkədeyi-kövnü məkani. Qabilmidir aqil ola tabaveri-möhnət?! Əql olsa cavan, pir qılar şanlı cavani. Bilmək nə demək? Salibi-asayişi-candır. Bilmək edər, əlbəttə, qəmabad cinani. Rahətmi yaşar mə'rifətənduzi-məali, Eyləri təbəssüm rüxi-ərbabi-məani? Ol dil ki, edib hüzni-ümumi ilə ülfət, – Zənn etmə görər bir daha rüxsari-məsərrət. 20 zilhiccə (5 fevral) * * * Pəriyi-vicdan Düxtəri-napakdamən sanmayın hürriyyəti, Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti. Oylə bir huriyi-ismətdir şu yari-işvədar Şövqməndani-vüsalə boylə istiğna satar. Ey behişti-e'tilanın huriyi-canpərvəri, Zinəti-dar oldu eşqin ilə əhrarın səri. Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız, Xəndəzari-bəhcət olsun könlümüz, rüxsarımız. Zəxmdari-hüzndür dil tiri-istibdaddən. Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən! Qayeyi-ümmid insaniyyətin iqbalıdır, Cümlə qövmü millətin əmniyyəti-əhvalıdır. Cami-pürzəhri-əcəl Hadini bihuş etmədən, Sineyi-leyli-ədəm cismin dərağuş etmədən, Girməz idi həsrət ilə mədfənə, görsəydi, ah, Milləti-məzlumədə əsari-feyzü intibah! 10 məhərrəm (7 mart) * * * Arzuyi-dil Olmarızmı həqqi-insaniyyədən biz zövqyab? Yoxsa dünyada nəsibi-millət olmuşdur əzab? Kimsəyə olmur əsərbəxşa fəğanü dadımız, Aləmi yandırmayır, bilməm, neçin fəryadımız? Sanma atəşdir ki, rövzənlərdən olmuş şö'lədar, Ahi-cangahi-fəqirandır könüllərdən çıxar. Ah!.. əmniyyətlə olmazmı vətən cənnətmisal, Etmərizmi yari-ümmidi dərağuşi-vüsal? İştə atəşzarə dönmüşdür vətən bidaddən, Dağdari-hüznü qəmdir qəhri-istibdaddən! Qeyrə şəkkər, bizlər üçün zəhr səhbayi-həyat, Duzəx olmuşdur bizə, san kim, behişti-kainat. Ey nəzərgahi-əməl, ey şö'leyi-iqbalımız, Sizlərə vabəstədir tə'mini-istiqbalımız! Gözləriz sizdən bu gündə ən böyük bir iqtidar, Eyləyin ibrazi-qeyrət, millət olsun bəxtiyar! İn'iqad etməkdədir "şurayi-hürriyyətnişan", İştə meydani-hünərdir, bəkləyir bir qəhrəman. Siz də əhrarənə əzmi-ərseyi-meydan edin, Pişi-ənzari-cahanda e'tilayi-şan edin. Eyləyin çeşmi-ümumiyyətdə isbati-həyat, Bizləri zənn etməsin mövtayiz əhli-kainat. Qayeyi-amalımızdır: millət olsun sübhü şam – Zümreyi-əhrar ilə sağərbədəsti-ehtişam. Mövceyi-nurü ziya saçsın cahanə yuhimiz, Nəş'əyabi-kövsəri-hürriyyət olsun ruhimiz. Çöhreyi-amal olanda xəndərizi-ibtisam, Eylər əqvamü üməm ehraz namü ehtiram. İstəriz bir səslə sizlərdən, ey ərbabi-fətən, Tam hürriyyət ki, məs'ud olsun övladi-vətən! İstəriz rəhyab ola qeydi-əsarətdən miləl, Naili-hürriyyət olmaq bizcə əqsayi-əməl. Sizdən ümmid eyləriz "əfvi-ümum"un çarrəsin, Mədəri-qəmdidə görsün çöhreyi-canpərəsin, Qönçeyi-elmü ədəblə xüldzar olsun vətən, Zibi-ədlü dad ilə pirayədar olsun vətən. Sizlərə təslim olunmuş xidməti təqdir edin, Bir "vətən", bir "millətı"i lövhi-dilə təhrir edin. Xeyri-məxluqi qılın dərpişi-çeşmi-e'tibar, Bəxtiyar olsun cəmaət, məmləkət darülqərar. Sanma şəxsiyyətpərəstan eylər ehrazi-zəfər, Adəm oldur kim, sala nəf'i-ümumiyə nəzər. Mərd lazımdır ki, hifz etsin hüquqi-millətı, Məzhəri-təqdir olsun məsləki-qüdsiyyəti, Hübbi-şəxsiyyət, yəqin kim, salibi-tövfiq olur. Şol dua ilə sizi alqışlayır ixvani-din, Sizlərə tövfiqbəxş olsun ilahül-aləmin! Niyyəti-xalis ilə meydanə girsək, Hadiyə, Bəxtimiz nəcmi olur zinətfəzayi-e'tila. * * * Sevgili şagirdlərimizə ərməğan Dəbistan bir baharistan, onun əzhari ürfandır, Dəbistan bir nihalistan, onun əsmari ürfandır. Dəbistan qönçəzari-bülbülani-eşqpərvərdir, Şu baği-dilgüşanın bari-qiymətdari ürfandır. Baxılsa çeşmi-imanla, bütün kaşaneyi-aləm Xərababad bir xanə, onun me'mari ürfandır. Dəmiryollar, balonlar, bunca asari-tərəqqibəxş, Bu imrani-cahanın mənşəi-asari ürfandır. Bütün əsrari-məchulə parıldar sübhi-məktəbdən, Dəbistan bir günəş, ənvari-pərtövbari ürfandır. Dəbistan bir qəfəs, şagirdlərdir, bülbüli-lahut, Dəbistan – lərz... onun mə'nayi-mə'nidari ürfandır. * * * Biz nə haldayıq Əcanib qıldı hər bir karın itmam, Biz isək əski tasdır, əski həmmam. Nələr icad edir ərbabi-sənət, Sənayelə qılır təhsili-sərvət. Tutub sənətlə dünyanı əcanib, Fəqət biz qalmışıq məhrum, xaib. Əfəndim söyləyir-minbərdə hər an: "Bizə lazım deyildir elmi-əbdan. Deyir:--"Üqba gərək, dünya fənadır, Cəhan islamə zindani-bəladır". Siz etdiz bizlərə dünyanı zindan, Yıxılsın xanəniz, ey kəmşüuran! Sənaye rahını kəsdiz həmişə, Dediz lazım deyil islamə pişə. Sənaye nolduğundan bixəbərsiz, Həqiqət, meyvəsiz, bərsiz şəcərsiz. Ağac bom-boş olursa kəmbəhadir, Kəsib yandırmağa ancaq səzadır. * * * Bir əməlim Təbəssüm eyləmədi xüldzari-amalım, Cahanda qismətim olmuşmudur hümumü qümum? Düçari-hüznü qəm etdi məni bu talei-şum, Güli-muradım açılmazmı gülsün iqbalım? Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Xürama gəlmədi hurim görüb məram alayım, Vüsali-yardən artıq mən olmuşam mə'yus, Üyuni-cazibəsi baxmadı mənə, əfsus, Şu sahiranə baxışdan doyunca kam alayım. Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Gəzər büraqi-xəyalım fəzayi-lahutu, Cahani-nurdə suzan olur pərü bali, Şu nazənin behişti-xəyaldən ali, Edərmi dərk həqiqət bu əql nasutu? Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Əməl çiçəklərim oldu düçari-cövri-xəzan, Çirağı-huşimi söndürdü kəmşuur ustad... Riyazi-fikrimi yandırdı badi-istibdad, Xərifi-zülmdən olduqda tündbad vəzan, Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Şu bəxti-qarə məni bəslədi əsarətdə, Gözüm yolunda, açılmaz bəhari-hürriyyət, Tülu' etmədi hala nəhari-hürriyyət, Qürub qıldı həyatım ləyali-zülmətdə. Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Açılmadan soluyor növşükufeyi-əməlim, Bu bağban cəfadanmı xoşlanır əcəba? Nədir şu sirri-xəfa? Kimsə bilmiyor, əsəfa, Baxar, susar, biləməz dağdari-yə'si-dilim. Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Bədizari-sürurə ürəkdə yox rəğbət, Qəmin müsafiri-xani-dilimdə mehmandır, Xəyali-yarlə vicdan beyti-əhzandır, Ümid Yusifi məhbəsdə... Ah, hürriyyət!.. Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Şəbi-zülamdə ahımla şö'ləbar oldum, Dəhəndə nəğmeyi-dilsuz, sinə purnəvəhat. Nə bir ənis, nə yaran görünməyir, heyhat!.. Şu kimsəsizliyimə baxdım əşkbar oldum. Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Sovurdu badi-fəlakət şu nazənin gülümü... Düçari-sərsəri-qəhr oldu cilvəzari-nəbat, Xəzanzəd oldu baharında qönçəzari-həyat, Şu qəmli mənzərə kəsdi nəvayi-bülbülümü. Xəyal etmə budur baisi-məlali-dilim, Məni mükəddər edən var könüldə bir əməlim. Bilirsinizmi nədir məncə nüxbeyi-amal? Könüldəki əməlim millətin səadətidir. Bu, arzularımın müntəhayi-qayətidir. Edərmi millətim ehrazi-şani-alülal? Ey vətən! Ey pəriyi-vicdanım! Kəsmə bizdən nigahi-şəfqətini, Eylə ilqa dilə məhəbbətini, Səni sevmək deyilmi imanım? Dili məhzun edən bu halətdir, Qıldım izhar iştə həsrətimi, İstərəm bəxtiyar millətimi. Qəlbdə bəslənən bu niyyətdir. 20 səfər (3 aprel) * * * Lövheyi-bahar Kitabi-təbiətdən bir vərəq Xürrəm olur bahar görəndə xüramini, Gülməzmi qönçələr görələr ibtisamini? Xüramə gəl, a sevgilim, nihali-sərvzari gör, Çıx, ərzi-ibtisam qıl, bahari-feyzbari gör, Gəzib çəməndə, bülbülüm, güli-şükufəzari gör, Şu növşükufə güllərin üzündə əksi-yari gör, Şükufələrdə bərq uran ziyayi-ibtisamə bax, Əsəndə nəfheyi-səba, çəməndə bir xüramə bax, Nəsim önündə səfbəsəf səlami-ehtiramə bax, Nəzərfiribi-nazirun şu cilveyi-qaramə bax: Bu cilvəgahi-hüsndə cəmali-gül'üzarı gör. Parıldayır gümüş kimi çəməndə cuyi-mövcədar, Axar dəruni-bağdə, qılar riyazı tabdar, Bulaqlar əşkrizi-qəm, tərənəsazdır həzar, Bu lövheyi-həyatdan al aqil isən e'tibar: Rümuzi-sün'ü anlamış, nəşaidi-həzarı gör. Çiçəklərin vərəqləri kitabi-e'tibardir, Vərəqlər üzrə sətrlər xütuti-dəsti-yardir, Bu lövhəzari-mə'rifət dəlili-kirdgardir, Baxılsa çeşmi-huş ilə cahan ki, vəhyzardir, Hicabi-əqli çak edib cahanda vəhyzarı gör. Əşi'rizi-feyzdir səmadə şəmsi-xavəri, Nəsimi-ruhbəxş edir çəməndə zində gülləri, Bu mənzəri-nəzərrüba oyandırır könülləri, Fərəhfəzayi-ruhdir yaşıl-yaşıl çiçəkləri, Behiştdən nişan verir, fənadə xüldzarı gör, Təfərrüc ilə seyr qıl bədayeyi-təbiəti, Cahan ki, bir cəridədir əgər bilsə qiyməti, Keçir gözündən, ey gözüm, cərideyi-həqiqəti, Bu təb'gahi-sün'də çıxan kitabi-hikməti Nigahi-intibahə al, sərairi-nigarı gör! * * * Bədayeyi-təbiət Ərzi-rüxi-bəhcət ediyor lövhi-təbiət, Feyzavəri-vicdan oluyor sanki həqiqet. Bir kuhi-sərəfraz oluyor zivəri-ənzar, Baxdıqca fərəhyabi-hüzuz olmada əbsar. Payində şu kuhun axıyor nəhri-səfadar, Nurdan yazılan xətt kimi sahədə parlar. Zibi-ləbi-cu, rayihəbəxşa gülü lalə. Növbarə kimi, bə'zi erib həddi-kəmalə. Baxdıqca gülə, laləyə, şol qönçeyi-alə, Bu gül, bu çiçəklər salıyor yari xəyalə. Qarşımda bir orman ediyor ərzi-lətafət. Guşi-dilə gəlməkdədir ahəngi-təbiət. Mə'şuqeyi-dil mənzəreyi-nəş'əfəzası, Vəcdavəri-can məşcəreyi-didərübası. Güllər gülüyor, quşlar oxur, feyz saçır bad, Ol sevgili quşlar ediyor naləvü fəryad. Möhnətzədələr hər biri bir dürlü nəvadə, San şivən edirlər bu çəmənzari-fənadə. Səyyadi-sitəmpərvərə nifrin ediyorlar. Cəlladi-cəfagüstərə təl'in ediyorlar. Zülm əhli xərab eylədi gülzari-vücudi, Eyvah, sitəm məhv elədi baği-şühudi. İştə axıyor hüznlü bir səslə bulaqlar, Dərxatir edib tişəni şaxlar üçün ağlar. Əvvəlcə məsərrətli könül yə'slə doldu, Gülzari-fəna qönçəsivəş çöhrəsi soldu. Aya bu nasıl mənzəreyi-faciəzadır, Hər "pərdə"si, hər "fəsli” səzavari-bükadır? Hər zərrədə məşhud olur asari-fəlakət, Bir cövhəri-qəmdənmi doğub tifli-təbiət? * * * Şirvan xatiratı Rövşənayi-leyldə bir xərabəzarın mənzərəsi Mehtab bir şəb idi, hava müşkbar idi, Afaqə nur axardı, səma ləm'əzar idi. Azadeyi-küdurət idi səhni-asiman, Dahilərin xəyalı kimi tabdar idi. Tabişgahi-həqiqət olan lövhi-kainat, Mir'ati-şə'ni-aliheyi-ruzgar idi. Safiyyəti-fəzaya axanlar sanardı kim, Ayinədir fəza, qəmər əksi-nigar idi. Bir tərzi-nəşvəzadə məsabihi-xəndəriz... Bilsən, ziyaları nə qədər dilşikar idi! Bənzərdi asiman sədəfi-dürrpərvərə, Səyyarələr içində düri-şahvar idi. Dəryayi-bihüdud idi çərxi-zümürrüdin, Könlüm misalı mövczənü biqərar idi. Bəhri-zümürrüdində bu fəvvareyi-ziya, Yə'ni ki, mah aləmə pərtövnisar idi. Ə'maqi-ruhdən gəliyordu həzin səda, İlhami-qeybə qarşı dilim guşdar idi. Cəbrili-ruh, rəfrəfi-qüdsaşiyanənin – Tutmuş zimamın, əzmgahi bəzmi-yar idi. Fikrim sarındı rəfrəfi-lahütmənzərə, Pərvaz qıldı məhşəri-əsrarpərvərə. Seyr eylədim bu aləmi-balayi-vəhdəti, Zibi-nigahi-ibrətim əsrari-yar idi. Gəzdi, dolaşdı rəfrəfi-ruhim cahanları, Məşhud olan sərair ilə nəş'ədar idi. Birdən-birə göründü gözə bir xərabəzar, Görsən nə qəmli mənzərələr aşkar idi! Kaşanələr yıxılmış idi, xanələr xərab, Sükkanının dərunu kimi tar-mar idi. Əhli-vətən qünudeyi-xabi-giran həp, San mürdəgani-cəhlə vətən bir məzar idi. Səs yox, sükutə dalmış idi növmpərvəran, Asari-ruh yox, vətənim səngzar idi. Bir qaç səfil xanədə vardı sönük ziya, Bu külbələr ləbaləb əhli-qumar idi. Əks eyləyən qulağa sədayi-kilab ilə – Avazi-nifrətavəri-əhli-xumar idi. Bəngilərin, bu bir sürü ərbabi-qəflətin Hali-səfalətilə gözüm giryəbar idi. Gönlümdən atəşi-qəm olurdu şərarəpaş, Ağzımdakı bu şe'rlər atəşnisar idi: Bir gülşəni-maarif idin, ah ey vətən! Nuri-fəzilət ilə ləyalın nəhar idi. Şairlərin, o sevgili rəhbərlərin sənin – Xaqani idi, Seyyidü Bixud, Bahar idi. Zinətfəzayi-məhdi-ədəb, əhli-mə'rifət – Kim, hər biri ədibi-fəzailşüar idi. Bülbül yerində indi oturmuş idi zəğan, Bülbüllərin məzarda söylər: "vətən, vətən!.." * * * Faciəyi-həyatımızdan bir pərdə Məzaci-xəlq olmuş münhərif mizani-səhhətdən, Təcavüz eyləmişdir hali-ümmət istiqamətdən. Kəmali-şiddət ilə zülm edir icrayi-əhkamin, Könüllər eyləmiş təcrid ayati-ədalətdən. Açıb övladi-millət bir-birinə pənceyi-qəhrin, Sönüb müşkati-rəhmət sərsəri-qəhrü ədavətdən. Çavanani-vətən qurbani-şəmşiri-cəhalətdir, Yıxılmış heykəli-islam, ey əfsus, qəflətdən! Dəmi-şübbani-millətlə vətən səhrası xunalud, Dönüb bir laneyi-bumə vətən ərbabi-şərrətdən. Bitənlər sanma al güldür, çiçəkdir səhni-gülşəndə, Vətən üşkufəzar olmuş dəmi-mə'sumi-millətdən. Yıxıldı xanimanlar, yandı canlar, bəsdir, ey bidad! Dağılmaz sanma xanən aqibət əşki-müsibətdən. Çocuqlar kimsəsiz, mədərlər əşkəfşani-həsrətdir, Cigərlər dağdari-yə'sdir alamü möhnətdən. Mükəddər olmayırmı əhdən mir'ati-vicdanın, Təcərrüd eyləmişmi yoxsa hissiyyati-şəfqətdən? Fənalıqmı göründü, xeyr işdən qıldınız əğraz, Nədir məqsud, bilməm, müfsidətdən, büğzü şərrətdən? Nəzərgahi-üməmdə olmuşuz şayani-istehza, Usan bir, əl çək, ey zalım, şu namərdanə xislətdən! Təməddünpərvəran indində aldıq "vəhşi" ünvanın, Utan, ey zövq alan səfki-dəmadən, fe'li-vəhşətdən! Bu əf'ali-şənin güldürür rüxsari-ə'dani. Əhibba sərbezanuyi-təhəyyürdür xəcalətdən. Hüququn nolduğun idrakə halə əqlimiz qasir, Onunçün olmuşuz saqit hüquqi-adəmiyyətdən. Ədəb yox, mərifət yox, tərbiyət yox, cümləmiz nadan, Bununla qabil olmaz rahyab olmaq əsarətdən. Bizim bu cəhlimizdən istifadə qıldı qərbiyyun, Biz olduq naxələf övlad, çıxdı dəst sərvətdən. Ərazimiz, vətənmiz, mülkümüz mal oldu əğyarə, Bütün məhrum qaldıq malü cahü şanü şövkətdən. Biz etdik bizlərə, yox kimsədə təqsir, vallahi, Düçari-zillət olmağmız deyildir başqa millətdən. Bu məşhur məsəldir: “Gər köpəklər eyləsə qövğa, Bunu gördükdə eylər istifadə yolçu fürsətdən”. Kilabi-nəfs işdə bizləri sövq etdi qövğaya, Şudur ki, pahrovlar müstəfid oldu bu halətdən. Biz etdik qilü qalı, qövmlər kəsb etdi əmvalı, Vətən qurtarmayır hala yədi-fəqrü səfalətdən. Bu beşgünlük həyatı fikrimiz tək etmişiz müzlim, Usan, ey düşməni-ənvar, vəhşətgahi-zülmətdən! Səbükməğzani-millət eylədi pamal islamı, Həzər, yüz min həzər olsun səbükməğzani-millətdən! Sədayi-“Ərrəhil” iyqaz qıldı cümlə əqvamı, Ayıl, ey millətı-məzlumə, bu xabi-bətalətdən! Cahan bir vadiyi-düzdən, həramilər müheyyadır, Bu səhradə yatanlar kəssin ümmidin səlamətdən. Əgər nuri-hüda istərsən, işdə vadiyi-eymən, Qədəməndazi-Tur ol, feyz al nuri-hidayətdən, Əgər zülmətə qane olsa idi həzrəti-Musa, Haçan rəhyab olurdu durduğu səhrayi-vəhşətdən? Əsayi-sə’y ilə tabişgəhi-ənvarə iqdam et, Münəvvər eylə fikrin pərtövi-nuri-həqiqətdən. Dirəxti-elmdən qıl iqtibasi-feyzi-hürriyyət, Qəlib azad qıl əqvamı Fir’oni-əsarətdən. De: “Rəbb işrəh li sədri”, qoy qədəm meydanə mərdanə, Xilas et qövmünü bu bari-taqətsuzə xidmətdən. Bax işdə qibtiyan övrəngpirayi-təalidir, Düşüb dami-zəbungiranə sibtilər rəzalətdən. Biz ol nəsli-nəcibi-milləti-islamiyanız kim, Qədəm basdıqda meydanə cahan titrərdi dəhşətdən. Açıb guşi-dəruni dinlə nitqin bir fədakarın, Durub bəhrin kənarında nə söylərdi həmiyyətdən: “İlahi olmasaydı, işdə bu ümmani-bipayan, Və yaxud keçsə idim işbu bəhri-pürməhabətdən, Edər ismi-cəlalın nəşri-darülmülk nasutə, Qılardım kainatı bəhrəmənd feyzi-vəhdətdən”. Cahanda parlayan asar həp məhsuli-himmətdir, Olub məhzuz aləm meyveyi-bustani-himmətdən. Həmiyyət bir dirəxti-meyvədari-məs’ədətdir kim, Nə yerdə kölgə salsa, qurtarır insani zillətdən. Bu gün əqvami-məs’udə bu meydani-rəqabətdə Qılıb kəsbi-mənafe kənzi-layəfnayi-qüdrətdən. 27 rəbiül-əvvəl (11 may) * * * Amali-vicdan Nihali-eşqi-əbnayi-bəşər xatirnişanımdır, Məhəbbət meyvəsi məhsuli-nəxlistani-canımdır. Zülami-büğzdən pakizədir misbahi-vicdanım, Buna bürhani-sadiq fikrəti-pərtövfəşanımdır. Qaralsın ol könül kim, boşdur ənvari-üxüvvətdən, Bu cümlə daima təzkarü övradi-lisanımdır. Bütün övladi-adəm hasili-bağı-təbiətdir, Onunçun növxahi-nəqşi-əlvahi-nihanımdır. Ürək ərzində bəslənmiş əməl hübbi-ümumidir, Güvah istərmisən? İşdə kəlamım tərcümanımdır. Könül istər ki, olsun dəhr sülhabadi-ünsiyyət, Məni sövq eyləyən bu fikri-alişanımdır. Bəşər ixvani-tinət, həm vətəndir aləmi-imkan, Bu hissiyyati-qüdsiyyə səfabəxşi-ruvanımdır. Mühibbi-lanə olmaq şivəsin bülbüldən öyrəndim, Məvəddət gülləri xəndan olan yerlər cinanımdır. Əgər zülmətpəsəndən hərbcuyi-ixtilaf olsa, Nə qəm, əhli-vifaqəm, tiği-rəxşanım zəbanımdır. Bəyənməm xəlq ətvarın, əcəb müşkilpəsənd oldum, Həqiqət çünki əksəndazi-mir’ati-cünanımdır. Edər mürği-dilim pərvaz fəshətgahi-lahutə, Nəzərdə gərçi cövlangahi-nasut aşiyanımdır. Deyil süflayə mail, e’tilapərvəzdır ruhum, Onunçun şe’ri-ülvi cilvəarayi-bənanımdır. Xəyalım hürr, can sərbəst, fikrim laübalidir, Məni azad edən sultani-əqli-nüktədanımdır. Cahanda bərhəyat olduqca bitməz təb’i-fəyyazım, Məni intaq edən bir qüvveyi-mö’cüzbəyanımdır. Zülali-fikri-səyyalım mühiti-lətənahidir, Məni dilsir edən mənbə füyuzi-laməkanımdır. Mən ol mərdi-süxəndanəm ki, sönməz məğzi-nəvvarım, Mənim feyz aldığım aləm vərayi-xakidanımdır. Bəharistani-ömründə tərrənnümsaz olur bülbül, Həzari-naləkarəm, bağı-aləm gülsitanımdır. 8 rəbiül-axir (22 may) * * * Təxəttüri-mazi Bir zaman, ah ki, bir tair idim azadə, Əcəba, kim məni saldı bu xərababadə? Pürsürur idi könül, qüssə nədir bilməz idim, Nəş’ədari-meyi-hürriyyət idim mənadə. Pərküşayi-mələkut olmada mürği-dilü can, Seyri-xüld eylər idim cilvəgahi-baladə. Hürr uçurkən məni seyd eylədi şəhbazi-qəza, İndi dərqeydi-cəfayəm qəfəsi-dünyadə. Qəm nədir bilməyərək hürr yaşardım, heyhat, Düşməmiş olsa idim saheyi-qəhrabadə! Batar ümmani-xürüşəndə zövrəqçeyi-ömr, Baxaram hər tərəfə, yox yetişən imdadə. Bəsləyib bir gülü min nazlə gülzari-fəna, Doymadan xəndəsinə tərk ediyor həp badə. Aləmi-layətənahinin əlindən, Hadi, Yeri vardır nə qədər gəlsən əgər fəryadə. 20 may 1325 * * * Ulduzlara Ey aləmi münəvvər edən cürmi-afitab, Müşkati-şö’lədar, şəbəfruzi-mahitab, Kövkəblər! Ey fəzadə məsabihi-xəndədar, Pirayəsaz qə’ri-səmavati-biqərar. Uçsaydım, ah, mən o müəlla cahanlara! Yüksəlmək ən böyük əməlim asimanlara. Artıq xilas olur da əlindən fəlakətin, Görməm vücuhi-dəhşətini ərzi-vəhşətin Mən də sizin kimi olub azadəsər o dəm, Eylərdi tərk bəlkə məni pənceyi-aləm. Nifrət edər könül bu gün ətvari-adəmə, Döndərdilər əvalimi bir dari-matəmə. Kövkəblər! Ey səmani-müzəyyən qılan nücum, Etmişmidir o yerlərə də seyli-qəm hücum?.. Sizlərdə də bəşər kimi qəddar varmıdır? Qan tökməyə həris, sitəmkar varmıdır? Azadəsər deyilmisiniz qilü qaldən? Ləzzətlənirsinizmi bəşər tək qitaldən? Siz də bizim kimi əcəba ibtiladəmi? Meydani-hərbdə gecə-gündüz vəcadəmi? Zənnim budur ki, sizdə də xunkar yox deyil, Can almağa şərirü cəfakar yox deyil. Bu iş uzaqmı? Qabili-iskan denir sizə, Bədbəxt ərzimiz kimi imkan denir sizə. Əxtərlər! Ey ziyaları titrək sitarələr, Baziçə eyləmişmidir sizi də pənceyi-qədər? Zərrati-kainat bədayenümundur, Hər zərrəsi dəlaili-rəbbül-şüundur. Asari-həqqə biz kimi yox sizdə iştibah, Tə’lifdir cahan, müəllifinin namıdır ilah. Afaqə həp baxılsa ki, darülfünundur, Zibi-üyun edər o ki hikmətnümundur. * * * Cahan sərasər meydani-cəngi-fitrətdir, Mükəvvinat bütün saheyi-rəqabətdir. Cahan mübarizə səhrasıdır həqiqətdə, Vədiədir bu həqiqət məvadi-xilqətdə. Həmişə acizi qalib zəlilü zar edəcək, Qəvi zəifi zəbunü səfilü xar edəcək. Cidalgahi-fənada yazıq fəqirlərə, Yazıq, günah şu məhkum olan əsirlərə. Müəmmər olduğuca növhəzar fitrətdə, Səfalət ilə yaşar təhti-bari-zillətdə. Qəmin əlindən, ilahi, ürək dönüb qanə, Qanadım olsa da, uçsam vərayi-imkanə! 20 may * * * Molla Nəsrəddinə Zənn etmə bizi qabili-ülviyyət, a Molla, Hala deyiliz layiqi-hürriyyət, a Molla, Xasiyyət olub millətə əbdiyyət, a Molla, Bizlərdə geri getməyə var niyyət, a Molla, Məhkumluq olubdur bizə mahiyyət, a Molla. Hürriyyətə var bizdə böyük nifrət, a Molla. Zənn eyləmə, dostum, bizi ərbabi-həyatız, Zülmətkədeyi-cəhldə əshabi-məmatız, Şətrənclir aləm, belə san, biz şəhi-matız, Gümgəştələriz, vadiyi-zillətdə üsatız. Biz istəməriz feyzü kəmalat, a Molla! Kafi bizə övham, xürafat, a Molla! Biz şəbpərəyiz istəməriz nuri-hidayət, Çirkin gəliyor bizlərə huri-mədəniyyət. Sanma yaxışır millətə dibayi-həqiqət, Əbdanımıza biçmədi xəyyati-təbiət. Haq sözlərini dərci-sütun etmə, a Molla. Aqil bulun, izhari-cünun etmə, a Molla. Alati-tərəb, dinlə, nə təqrir ediyorlar: Gizlin içiniz badəyi, təkfir ediyorlar. Bər vermədi ta indiyədək şaxeyi-övham, Batil bu xəyalat da ki, iksir ediyorlar. Bədbəxtiyi-millətdən ol agah, a Molla, Əski sudur, əski dibək, ey vah, a Molla. Aləm ola gər xitvəbərəndazi-səadət, Əbnayi-zaman qılsa bütün kəsbi-şərafət, Bizlərdə sönüb ataşi-hissi-bəşəriyyət, Gündən-günə millət eləyir maziyə ric’ət. Madam ki, zağan bizə rəhbərdir, a Molla, Ümmidimizin şaxəsi bibərdir, a Molla. Şayəd gələcək olsa yədi-qüdrətimizdən, Hürriyyəti imha edəriz fikri-bəşərdən, Tabəndədir afaqə ziya sübhi-hünərdən, Bilməm niyə nifrət edəriz nuri-səhərdən? Biz düşməni-xurşidi-ziyadariz, a Molla, Xabideyi-ağuşi-şəbi-tariz, a Molla. Nisvan nədir, həqqi-müsavat nədir ya? Aya görüyorsunmu yatıb aləmi-rö’ya? Pürnəş’əmisən, ay kişi, divanəmisən ya? Get əqlinə yazdır duadan, zaddan, a Molla. Biçarə, yazıq, layiqi-şəfqətsən, a Molla, Vallahi səzavari-nəsihətsən, a Molla. Nisviyyəti insanlığa şayanmı sanırsan? Nisvanı da insan deyə insanmı sanırsan? Heyvanı da insan ilə yeksanmı sanırsan? Xatunlara azadəliyi şanmı sanırsan? Nisvan sözün at guşeyi-nisyanə, a Molla, Bu işləri ver bir para nadanə, a Molla. Qul olmaq olubdur bizə pirayəvü ziynət, Biz istəmiriz ədlü müsavatü üxüvvət, Millətlə bərabər doğub əfkari-əsarət, Əhrarlığa eyləmədik kəsbi-ləyaqət, Hürriyyəti sil lövheyi-fikrətdən, a Molla! Bunlara danış vadiyi-zülmətdən, a Molla! * * * Bükayi-təbiət Bəxti-nəmərdanəmizdən ruzgar ağlar bizə, Oylə bədbəxtiz ki, bəxti-nabəkar ağlar bizə, Ətfi-çeşmi-intibah etdikcə yar ağlar bizə, Hər səhər gülşəndə dad eylər, həzar ağlar bizə, Qönçələr, güllər, çiçəklər, mürğzar ağlar bizə. Didəmə məşhud olur aləm bütün darül-məlal, Olmasınmı həqqimiz məhzumi-ərbabiz-zəlal. Ətfi-ənzari-həqiqət eylə, ey sahibkəmal, .............................. Payimal olmuş hilali-şərmsar ağlar bizə. .............................. Kürreyi-ərzə bütün oldu əcanib hökmran, Qalx, ey naim, açılmışdır səbahi-imtəhan! Qanə dönmüşdür bu gündə qəlbi-millətpərvəran, Qəbri-pakində rəsuli-kirdgar ağlar bizə. Ümməti-mə’sumə etmiş xabi-cəhlə inhimak, Bir nəfəs olsun belə qəflətdən etməz infikak, Boylə getsə hal, əlbəttə, təbiidir həlak, Şahrahi-intibahə qılmaz isək insilak, Çeşmi-istiqbali-millət zar-zar ağlar bizə. Bir xərababadi-qəmdir sanki gülzari-vətən, Qəlbi-qəmpərvərdəmiz ləbrizi-aləmü mihən, Vərteyi-zillətdə məhkumi-fənadır mərdü zən, Seyli-cuşani-fəlakət hər tərəfdən mövczən, Dalğalar, girdablər, mövci-bəhar ağlar bizə. Qabili-itfa deyilkən nuru islamiyyətin, Söndü əfvahi-nifaq ilə ziyası vəhdətin, Şimdi yalnız nami qalmış bizdə insaniyyətin, Ümməti-mərhumədə yox ruhu mövcudiyyətin, Oylə mövtayız ki, əshabi-məzar ağlar bizə. Olmayır məşhud hala bizdə asari-nədəm, Qaliba vurmaqdayız bihudə dəmlər dəmbədəm, Olmadıq rahi-nicatə xitvəəndazi-qədəm, Kəştiyi-islam olub mə’ruzi-girdabi-ədəm, Əl’əman, ey naxuda, xəlqi-bəhar ağlar bizə. Eylə işğa pəndi-atiyi, əya əhli-kərəm, Söyləmişdir Müslihəddin, ol ədibi-möhtərəm: “Dər təriqət dəm nəmibayəd qədəm bayəd qədər”. Eylər insaniyyəti məs’ud ərbabi-qələm, Bunlar olmaz isə bəxti-dağdar ağlar bizə. İzzəti-nəfs ilə ölmək bir məziyyətdir bizə! Ömr sürmək min səfalətlə əziyyətdir bizə! Şanlı ölmək, şanlı ölmək – şanü şöhrətdir bizə! Bərhəyat olmaq əsarətlə xəsarətdir bizə! Gər ölürsək şirasa, Zülfiqar ağlar bizə. 30 may * * * Nəvayi-rindanə Fədakarənə çıx meydana, əhrarənə cuş eylə, Sipəhsalar olub təftişi-əhvali-cüyuş eylə. Bu taqi-şö’lədari-rif’əti ehraz lazımsa, Livayi-fəthü kəşfi heydərasa zibi-duş eylə. Edir pürvəlvələ təbli-rəqabət səhni-imkanı, Təzəlzülbəxşi-hissiyyat olan avazı guş eylə. Müsəmməmsə xəyalında əgər amali-istiqbal, Atıl meydana şiranə, mühibanə xürüş eylə. Açıqdır bəzmi-ünsə ünsi-meynuşani-hürriyyət, Şərəfyabi-düxul ol, badeyi-ürfanı nuş eylə. Şitaban ol da işrətgahi-nuşanuşi-rindanə, Əbayi-zərqi payəndazi-piri-meyfürüş eylə. Nə gördün mənşəi-vəsvas olan günci-mədarisdə? Qılıb tərki-vəsavis, guş ilhami-sürüş eylə. Nədir kəsbin əmaimpuş olan əhli-təğafüldən, Təəssüb xirqəsin yax, kisveyi-insafı puş eylə. Təsəvvüfdən, təəbbüddən nədir əqsayi-amalın? Təriqi-əzmini, zahid, təriqətgahi-huş eylə. Burax bu qiylü qali-biməali, əhli-mə’na ol, Çiraqi-həqqi rövşən qıl, xürafatı xəmuş eylə. Əgər mə’mulun isə kəsbi-hissiyyati-hürriyyət, Fədakarani-həqqin pəndi-rə’nasın niyuş eylə, Dilərsən feyzdar olmaq ülul-əlbabdən, Hadi, Açıb mə’na qulağın, zahiri guşi fürüş eylə! 12 iyun * * * Axşam tənəzzöhləri Baharın abü həvasından istifadə üçün, Müseyrələrdə xüramidədir əhali bütün. Nəsimi-ətri-şəmim əsmədə xəfif-xəfif, Saçar məşamə füyuzatını lətif-lətif. Bəhari-şə’şəəbarın həvayi-səfvətini, Duyardı seyr qılan didələr təravətini. Gəzir nəzakət ilə mərdü zən, siğarü kibar, Çoluq-çocuq qoşuyor hər tərəfdə misli-həzar. Kimi qonuşmadadır yari-qəmküsari ilə, Kimi düşünmədədir qəlbi-qüssədari ilə. Kimi qünudeyi-fikrət, qəriqi-bəhri-xəyal, Kimi rübudeyi-səbrü vəsilətcuyi-vüsal. Həyatdən kimi olmuş cərihədari-ələm, Zəbuni-dəsti-məsaib, əsiri-pənceyi-qəm. Kimi tükənməz ələmlər ələddəvam əzər, Kimi mənim kimi laqeydü laübali gəzər. Kimi cəlisi-nişimən, ənisi-hurliqa, Baxanda xatirə gəlməkdə xüldzari-bəqa. Təbəq-təbəq kimi tutmuş əlində qönçeyi-tər, “Gözəl çiçək, güli-növdür...” – mədihələr söylər. “Gözəl çiçək, alınız” cümləsilə guyandır, Şu güllər işdə səfabəxşi-bağı-vicdandır. * * * Şu qönçə dəstələri zibbəxşi-saneyi-hur, O şanlı yerdə olur xəndəriz zövqü sürur. Dəmətlər olmada pirayəbəxşi-dəsti-məhan, Dəmətlər olmadadır busədari-güldəhənan. Dəmətlər olmada avizə zülfi-zibadə, Bir ataşin topa bənzər ləyali-leyladə. Budur nümuneyi-darülqərari-hürriyyət. Tərənnüm eylə, oxu, ey həzari-hürriyyət! Şu səmtdən oluyor musiqi təranənəvaz, Simaxi-müstəmiinə olur təninəndaz. Edincə əhviyəsin gah-gah musiqi pəst, Gəlirdi guşimə guya tərənnümati-ələst. Nəvayi-musiqə etməkdə dilləri təhziz, Nişat, şövq, şətarətlə ruhlar ləbriz. Gəlincə naləyə birdən dəhani-musiqar, Dəruni-musiqədə san ötər həzari-bəhar. Bir, iki, üç çocuq əldə caridələr tutuyor, Onu bitirmək üçün hər tərəf gəzir, qoşuyor. Çocuqlar olmada yer-yer qədəmnəhadi-xüram, Deməkdə hər birisi: işdə “ruznameyi-şam!” Alır, oxurdu əcanib kəmali-ləzzət ilə, Yanında dinlər idi həmdəmi məhəbbət ilə. Görünməyirdi fəqət bir caridəyi-islam. Bu hal qəfləti-islamı göstərirdi təmam. Böyük, kiçik hamı dildadeyi-kəmalət idi, Bütün əhaliyi-islam qəriqi-qəflət idi. Gəzərdi sərsəriyanə, səfilü avarə, Bütün əsiri-əyadiyi-nəfsi-əmmarə. Bu hala qarşı təhəssürlə giryəbar oldum, Tutuşdu odlara könlüm, püriztirar oldum. * * * Oturmuş idi şu bir yanda düxtərani-səğir, Kitabı zinəti-ağuşi-istifadə edir. Ələddəvam səhaiflə iştiğaldə həp, Qəriqi-bəhri-xəyal idi, sərbəduşi-ədəb, Çəkib səhifələri pişgahi-əzhanə, Bu mənzərə veriyordu hüzuz insanə. Nə mənzərə, nə məlahətli bir həqiqətdir! Bu görüş işdə lətafətnümayi-cənnətdir. Buna nə gözlə baxır çeşmi-millət, ey əfsus, Şu məktəbi-mədəniyyətdən almıyormu dürus? 16 iyun * * * Dad istibdaddan! Qaldıq əlində bir sürü ərbabi-vəhşətin, Olduq əsiri pənceyi-qəhrü müsibətin! Hər səmtdən atılmadadır tiri-cangüdaz, Yoxdur önün alan bu xədəngi-fəlakətin!.. “Layəs’əl”in məalına meydan olub vətən, Keyfi idarələrdə nə kanı ədalətin?! Hər yerdə eyləyir sitəm icra hökmünü, İşdə budur nizami kilabi-dənaətin! Hər kəs nə bilsə etsin, əvət... kimsə dinməsin, Məmnu’dur denilməsi sidqin, həqiqətin. Ehraq olundu zülm ilə nazəndə şəhrlər, Yaxmaqdadır cahanları ahi cəmaətin. Bari-girani-zəhmətə yox səbri qulların, Yarəb, nədir bu rütbə təhəmmüldə hikmətin? Qan ağlayır əhali, könüllər cərihədar, Gülməzmi, ey xuda, yenə rüxsari-rəhmətin? Hər kimsə öz mənafeyi-şəxsiyyəsin arar, Əshabi-fəqr olmada qurbanı zillətin. Minlərcə binəva quru yerlərdə can verir, Beş-on ləim nail dəryayi-ne’mətin. Hər kəs gərək bərabər ola hər hüquqda, Ehsanıdır bu ərz bizə dəsti-qüdrətin. Mənsux olunsa qaideyi-keyfəməyəşa, Tərtil edilsə ayəsi şurayi-ümmətin, Kəsbi-səadət eyləriz, azadiqəm olub, Məs’udluqla ömr edər əfradı millətin. Qət’i-ümid etməyərək kuşiş eyləyin, Eylər cibalı qəl’ hümməti-ərbabi-qeyrətin. Həmdəsti-ittifaq olunuz, ey rəfiqlər! Birlikdə fəth olur sizə babi səadətin. Xabi-nifaq saldı bizi bu səfalətə, Məhkum qıldı cümləmizi qeydi-möhnətə. * * * Həsbhal, yaxud bizim Hadinin iztirabı Hadi – nədir o? Mürəttib – Gəncədən bir kimsə göndəribdi sizə. Hadi – nə? Mürəttib – E’tiraz ediyorlar keçənki şerinizə. Hadi – Bu gün lisanə, yarın dinə e’tiraz olunur, Sanırmısız ki, bu şeylərdə bir fikir bulunur? Bular ki, can sıxacaq şey, xəyali incildir, Bularla uğraşa bilməz mənim kimi şair. Mən oylə başə düşürdüm ki, indi dünyadə Hüzur varsa, gərəkdir cahani-xülyadə. Bu yandə məst qəzəllərlə Hafizi-Şiraz, Olur piyaləkəşü şuxpərvərü dəmsaz. Qulamlar tərəbfəzayü rəqspərvərdir, Piyalələri üfüqi-fikrə nurgüstərdir... O yandə Sə’di vəquranə çöhrəsilə baxar, Bu yandə nayü dəfü çəng kainatı yıxar! O yandə Sə’di vəquranə çöhrəsilə baxar, Yıxar ğəlağili eyvansərayi-İrani. Şərab dolduraraq, müğbəçə xüram edərək, Dönər mənim yanə nagah ibtisam edərək... Sərimdə nəşveyi-səhba, gözümdə nuri-cəmal, Onun xüramini təqlidə başlaram dərhal: “Gəzər büraqi-xəyalim fəzayi-lahuti, Cahani-nurdə suzan olur pərü bali”... Görürmüsüz ki, şu bir ləhzədə şu bir beyti – Cahani-mə’rifətə eylədim hədiyyə... vəli Buraxmayır ki, məni mütləq indi bir qəzetə, Ya e’tiraz edəcəkdir bizim “Fyüzat”ə – Və ya ki, Şuşədə bir sərsəmin xurafati Səhifələr ilə məşğul edər “Füyuzat”i! Və ya ki, mətbəədən təzə-təzə təshihat Məzarlər açılırmış kimi cüyufi-həyat... Daha nələr gələcəkdir, nələr, nələr, eyvah! Həyat üçün bu bəlalər əkilməyir billah!.. Həyatdan məni tənfir edən bu halətdir, Məfai’lün, fə’ilatün... təhi əziyyətdir! Quş ovlayır kimi mən arxasınca qafiyənin Peyində tairi-pərran nəğməyi-vəznin Dəqiqələrlə deyil, bəlkə ah günlərcə... Dəqiqələrlə, günlərlə, ah, gün və gecə Qoşar, qoşar da, nəhayət, şikəstə tabü təvan – Düşər də, ağlaram! Əş’ar olur bütün bu fəğan!.. Fəqət bu hali gəl anlat şu hey’əti-cəhlə! Mühərrirəm – deyə çıxmış şu bir yığın cəhələ!.. Bu yanda bir “dekadan” zülməti-xəyalilə Nazirəsaz olur əlvahi-qəsvəti-leylə! Boyar nükatü məzamini... rəng-rəng əfkar... Zavallının bu da zə’mincə şe’r olur... Daha var: O yanda bir dəli doktor vücudi-islami – Mərizə bənzədir!.. Ən doğrusu bu övhami – Edər təşəxxüs önündə!.. Bu halə külməlidir!.. Əvət! Fəqət bunu tənqid edən də bir dəlidir! Əgər gedərsə bu işlər nizamsız, başsız, Dersiz bu mətbəəyə biz də bir “xudahafiz!..” * * * Gözlərin Qıldı, ey ahu, məni vəhşi qəzali gözlərin, Etdi səhragərdi-cənnət laübali gözlərin. Xanəbərduş eylədin zülfün kimi aşüftəni, Qıldı dil cəm’iyyətin məhv ol bəlalı gözlərin. Taleim bənzərkən, ey afət, səbahi-hüsnünə, Eylədi halın kimi Şami Bilalı gözlərin, Çeşmi-əfsunpərvərində vardır iste’dadi-cəzb, Dilrübadır, dilrüba, əfsunla mali gözlərin. Etsə də tənzir, xovfum yox, məni şami-fəraq, Daima təbşir edir sübhi-visalı gözlərin. Dideyi-səhharının vardır iki xasiyyəti, Gah səlbü gah cəlb eylər məlalı gözlərin. Bunca kim, əhli-niyazə nazü istiğna satar, Ədlgahi-həqdə verməzmi sualı gözlərin? Abidi-məscidnişini eylədin sağərbədəst, Eyləyir təhmil üşşaqə vəbalı gözlərin. Mənəcə məchul idi hala rəmzi-“vəscüd, vəqtərib”, Bəndənə mə’lum qıldı bu məalı gözlərin. Anlamazdım mən nədir dərd içrə əfvaci-xəyal, Eylədi rövşən, həqiqət, bu xəyalı gözlərin. Hər zaman qılsam nəzər ayineyi-nəzzarənə, Pişi-çeşmə ərz edər ol məhcəmalı gözlərin. Dideyi-xunbarımı gördükdə xab eylər fərar, Sübhü ərz etməkdə, mahim, ol ləyali gözlərin. İnqilab ərbabı görsün çöhreyi-gülrəngini, Onlara ifham edər tərzi-qitalı gözlərin. İnqilabiyyun olur həp zövqyabi-inqilab, Onlara bəxş etdimi zövqi-cidalı gözlərin, Sanma eylər xovf Hadi tiği-istibdaddən, Çoxdan etmiş qətl onu, yarim, qitali gözlərin. * * * Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir və irae edən bir lövhədir Süyuli-qəm ediyor qəlbimi xərab mənim, Cahanda sanki nəsibimdir iktirab mənim Rəmidə olmada məndən şu huri-kəpkixüram, Bu seydgəhdə şikarim olur qürab mənim. O rütbə qət’i-ümidəm ki, abi-vəslindən – Bütün cahan görünür didəmə sərab mənim. Saçın kimi günüm oldu siyah qürbətdə, Cavanlığım gülünü tökdü iğtirab mənim. Tükəndi səbrim, ilahi, yox ehtimali-vüsal, Əritdi cismimi nirani-iztirab mənim. O rütbə təşnələbi-sağəri-vüsaləm kim, Ətəşmi dəf’ edəməz kasələrlə ab mənim. Fəraqının səmi qılmış məzaqimi təsmim, Gəlir dimağıma şəhdab zəhrab mənim. Bu dağdarinə bax, mərhəmət qıl, ey qəddar, Rəvamı qismətim olsun bu piçü tab mənim? Tələmmüati-cəmalın görünməyən dəmlər Nigahıma kəsilir zülmət afitab mənim Dilərsə könlüm əgər bir çiçək, o gülfəmdən, Gəlir qulağıma qəhr ilə bir xitab mənim. Edərsəm, ah, əgər arizuyi-vüslətini, Ümidimə verilir rədd ilə cavab mənim Bu yanda tə’neyi-əğyar, o yanda nazi-nigar Dili-həzinimə verməkdədir əzab mənim. Səvab işləyəcəkmi şu yar bilməm ki? Məzaradək çəkəcəkmi dilim iqab mənim? Bəlakeş aşiqinə satma bunca istiğna, Bu nazın etmədədir könlümü kəbab mənim. Nə hüznlər, nə ələmlər, nə qəmlər, ey afət! Təhəssüratımı yazsam olur kitab mənim. Xilas olmağa, Hadi, yədi-bəlayadən Dəvayi-dərdi-dilimdir şərabi-nab mənim. * * * El-fəryadı Hürriyyət ilə millət edər kəsbi-məali, Hürriyyət ilə mülkün olur qiyməti ali, Avropalı hürriyyət ilə tapdı kəmali, Əlbəttə, əsarətlə olur məhv əhali, Hürriyyətü sərbəstlik imrani-vətəndir. Azadə gərək şəxs, süxən, fikrlə xamə, Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə, Ta kim, ola insan qədəməndaz məramə, Sərbəstlik ilə olunur mülk idamə, Gər qalsa qüyudatdə, viran vətəndir. Hər kəs həqi-məşruinə sahib gərək olsun, Qayətdə ədalətli qəvanin qoyulsun, Ən faidəli qaidələr cari olunsun, Mizani-ədalət və müsavat qurulsun, Mizani-ədalət demək imrani-vətəndir. Fasid olub əlhəqq vətənin abü həvası, Hürriyyət ilə qabil olur üssi-əsası, Bişübhə pozulmuş bunun əvvəlki binası, Meydanə qoyulsa yeni qanuni-əsasi, Qanuni-əsasi isə dərmani-vətəndir. Sövq etmək üçün milləti şəhrahi-fünunə, Minlərcə əhali olub ağişteyi-xunə, Diqqətli nəzər qıl, bunu həml etmə cünunə, Boş laf uran kəslərə olsun bu nümunə, Bunlar şühədayi-rəhi-canani-vətəndir. Zülm atəşi hər yanə saçır dudeyi-zülmət, Biçarə vətən sanki olub məhşəri-şərrət, Səhrayi-bəladə gəzir avarə rəiyyət, Övladını bəslərmi belə madəri-şəfqət? Bu zillətə, bu möhnətə giryan vətəndir. * * * Əlvida, yaxud acı bir iqrar Ah, bədməstü xərabız cümləmiz bir camdən, Min günəş doğsa, oyandırmaz şəbi-övhamdən. Dinləyin iqrarımı, yaran, dili-nakamdən: Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Ah, yox bir hal əməlbəxşayi-istiqbal ola! Yox iki qardaş belə islamdə yekbal ola! Qorxuram bu ixtilafın ardı izmihlal ola!.. Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * İntibah etsin deyə islam fəryad eyləriz, Min nəva, min növheyi-dilsuz inşad eyləriz, Zənn edərdik ümməti-islamı irşad eyləriz, Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Çünki elmü dinü dəhrə iltifatın yox sənin, Yox deməkdir, yox deməkdir, yox həyatın, yox sənin! Eyyühəl-islam, ümmidi-nicatın yox sənin, Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Nuri-ürfanla gərək tənvir qəlbü qalibi, “Ütlübül elmə vəlov bis-Sin...” buyurmuşdur nəbi, Rəxnədar etdik cəhalətlə əsasi-məzhəbi, Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Başqa bir vadidə puyandır Firəngistan bu gün, Onları təhqiri, heyfa, sanmışız iman bu gün! Bu gedişlə onlarındır atiyi-imran bu gün, Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Düşməni-ənvar olur ol çeşm kim, binurdur, Nəzreyi-xəffaşdə, əlbət, günəş mənfurdur, Didə görməz, guş eşitməz, fikrimiz məsturdur, Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Daşlara tə’sir edərdi naleyi-cangahımız, Olmadı tə’sirbəxşi-əhli-islam ahımız, Nifrət etmiş sanki bizdən, Hadiya, Allahımız, Qət’i-ümmid eylədik biz doğrusu islamdən. * * * Nəyimiz var? Nə iste’dadi-ülviyyət, nə də ürfanımız vardır, Dəyərsiz, xeyirsiz yüz min sürü nadanımız vardır. Deyil inkarı qabil, pək bəidiz adəmiyyətdən, Çox azdır bizdə insan, çox da, çox heyvanımız vardır! Bu iblisanə işlər kim, görürsən qılma istiğrab, Əvamünnas söylər ki, “bizim şeytanımız vardır”. Nə kəsb etdik, bəradər, göstərin, bazari-sevdadə? Bəsirətlə baxarsaq, pək böyük xüsranımız vardır. Bütün əfradımız laf vurmada insafü vicdandan, Fəqət, heyhat!.. Nə insafü nə vicdanımız vardır. Maarif əhlini təkfirə hər an hazırız, lakin – Səzayi-xəndə bu, nə küfrü nə imanımız vardır. Yədi-cühhalə olduq, ah, gərdəndadeyi-təslim, Xəzəflə dürrü vəznə əldə nə mizanımız vardır. Deriz məqsudumuzdur Kə’beyi-ülyayi-hürriyyət, Fədayi-rahi-hürriyyət, nə bir qurbanımız vardır. Könül istər ki, könlüncə bu yolda əsbran olsun, Bu çövlangahi-vase’də nə bir meydanımız vardır. Olurmu lal xamə düşməsək biz qəbri-nisyanə, Sükut eyləmiyiz madam tən ilə canımız vardır? Biz ol tutiləriz kim, şəkkəristani-maarifdə Bəqayi-nam üçün əsarımız, dastanımız vardır. * * * Mücahidi-millət Həsənbəyin ruhuna ithaf Tiri-bəlayə sinəsüpərdir düha’lər, Mə’ruzi-tə’neyi-hümməqadır zəka’lər. Gördünmü bir dühanı ki, olduqca bərhəyat – Ənzari-xəlqdə ola şayani-iltifat? İşdə bu sirri-mübhəmidir kim, təbiətin – Ömründə qədri olmayır əhli-ləyaqətin. Olduqca bərhəyat düçari-mə’lam olur, Mehdi-məzarə girdimi, məhbubi-amm olur! Əqlilə iftixar edən, ey zadeyi-bəşər! Nurü zülami fərqə neçün sizdə yox nəzər? Mə'muliniz nədir şu quru ehtiramdən? İnsanə varmı faidə bir xüşk namdən? Tiği-lisanla könlünə min yarə vurdunuz, Bazuyi-ictihadini tə'n ilə qırdınız. Ey düşməni-ziyayi-həqiqət olan zəvat, Əfvahınızla söndü bütün şöleyi-həyat. Danişvərənə iştə budur hörməti-əvam: Öldükdə göstərir ona tə'zimü ehtiram. Ey toxmpaşi-məzrəeyi-elmü mə'rifət! Oldun qəriqi-mövceyi-ənvari-məğfirət. Bir heykəli-mücəssəm idin, ey vücudi-pak, Şol məsləki-bülənd ilə oldun dəfini-xak. Ə'layi-şani-qövm idi əqsayi-məqsədin, Ləbrizi-rəhmət olsun o pakizə mərqədin! Fə'al bir "Əkinçi" idin, ey ədib sən, İslahi-kəştzar idi mətlubin, ey Həsən. Baği-fənadə toxmi-bəqa əkmisən, düha! İfayi-xidmət etmisən, ey piri-canfəda! Nəşri-maarifə nə böyük xidmət eylədin, Tövsi'i-saheyi-ədəbə qeyrət eylədin. Cəhd eylədin izaləyə afati-millətı, Əfsus, görmədin ki, mükafati-xidməti! Ey məş'əli-təyəqqüzü iqad edən ədib, Tarix namın ilə edər iktisabi-zib. Aldın şu nuri qoynuna, ey sayeyi-ədəm, Vurdun qülubi-ümmətə min zəxmi-pür'ələm. Qıldı üful dəhrdən ol nuri-intibah, Xaki-siyah içində doğub şimdi bir səbah. Ey tirə xak içində təvəttün edən həvam! Sizlər də eyləyin şu gözəl pirə ehtiram. Tiği-təhəssür ilə dili zəxmdardır, Rəncidə qılmayın onu, pək ixtiyardır. Cismin qocaltdı görmək üçün gənc ümmətin, Girdi məzarə görmədi məs'ud millətin. Tabavəri-təhəmmül olub çox müsibətə, Tabü təvanı qalmayıb artıq əziyyətə. Azürdə etdi xəlq onu, siz şəfqət eyləyin, Cismi-nəzarinə baxınız, hörmət eyləyin! Ol zat kim, qünudeyi-xaki-məzardır, "Va ümmətə!.." sədası ilə nələkardır. Ey tirə xak içində təvəttün edən həvam, Sizlər də eyləyin şu gözəl pirə ehtiram! Çeşmanına toxunmayın, ol intizardır, Amalının hüsuluna həp didədardır. Fikrin kimi münəvvər ola mərqədin sənin, Millətdən özgə olmadı bir məqsədin sənin. Ey pir, çıx hüzuri-cənabi-peyəmbərə, Bizlərdən et şikayət o Hadiyi-əkbərə, Bir nitqi-ateşinlə de: Ey fəxri-kainat, İslamiyanə bağlı durur cadeyi-nicat. Ol din kim, çəkəndə süyufi-bəsaləti, Təsxir edərdi hökmünə ən şanlı dövləti, Ol din ki, fəthpərvərü şərəfəfzayi-nam idi, Hər yerdə haizi-zəfərü ehtişam idi, Ol din kim, naşir idi nuri-vəhdəti, Yüksəldiyordu dəhrə livayi-məhabəti, Əğyar əlində millətin iştə zəbundur, Şol rayəti-zəfər necə gör sərnigundur! "İqrə..." əsası üzrə qonulmuş o dini-pak, Zilzali-cəhl ilə bu gün olmaqda lərzənak. * * * Dünya saheyi-qəmdir Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? Hansı bülbüldür cəfayi-xardən zar olmasın? Gördünüzmü bir çiçək bağı-fənadə solmasın? Hansı bir nəxli-əməl vardır ki, bibar olmasın? Göstərin bir Yusifi məhsudi-ixvan olmadı, Hansı bir Yə'qubdur məhcuri-didar olmasın? Atdılar nari-bəlayə həzrəti-İbrahimi, Varmı bir Yəhya şəhidi-tiği-qəddar olmasın? Hansı Musa görmədi zülmü sitəm fir'ondan, Varmı bir İsayi-canbəxşa ki, bərdar olmasın? Hansı peyğəmbər olubdur çəkməsin yüz min əza, Varmı bir Əhməd düçari-tə'ni-əşrar olmasın? Ey bəsa Sokrat kim, nuş etdi zəhrabi-məmat, Hansı hikmətpərvərandır dəhrdə xar olmasın? Hansı Bəstamidir ol kim, xəlq təkfir etmədi, Varmı bir Mənsur kim, zibi-səri-dar olmasın? Hansı aşiqdir cahanda naili-didari-yar, Varmı bir pərvanə məhvi-şö'leyi-nar olmasın? Vermədi Fərhadə çərxi-bivəfa Şirinini, Hadiya, kimdir fəna mülkündə xunbar olmasın? * * * Kimdən kimə şikayət edəlim İnləyir bari-qəm altında vətən, imdad yox, Kisveyi-matəm bürünmüş cümlə, bir dilşad yox. Olmuş övladi-vətən puyəndeyi-rahi-zəlal, Bunları irşad üçün bir şö'leyi-irşad yox. Bir taqım biçarələr mə'ruzi-tiri-intiqad, "Müntəqidlər" nolduğun tənqidə bir nəqqad yox!.. Milləti-məğdurəyə hər işdə min irad var, Əhli-iradə neçün, bilməm ki, bir irad yox?! İrqi-millətdə təfəssüd eyləmiş xun, ey "həkim!" Etməyə ixraci-dəm cərrah yox, fəssad yox! Xəstənin nəbzin tutub dərdaşına olmaq gərək, Yoxsa fəryadın həbadır, meyveyi-fəryad yox. Gərçi millətdə mühəqqəqdir vücudi illətin, Səndə təşxisi-mərəz etməkdə iste'dad yox. Fəxri-ustadanə ilə, ey olan sərşari-kibr, Cəhl ustadsın, ürfan üçün ustad yox! Milləti-məzlumədə var qabiliyyət cövhəri, Heyf, onu parlandıran bizlərdə iste'dad yox. Gördüyün əhli-qələm xüddami-istibdaddır, Həqqə təslim olmağa millətdə istib'ad yox. Danələr nəşvü nüma bulmuş bu sünbülzardə, Neyləyək, bu zər'gahi biçməyə həssad yox. Tərki-əğraz etməyi hər şəxs eylər tövsiyə, Tərki-əğraz eyləyən, ey vah, bir əfrad yox. * * * Ədibi-şəhir Həsən Bəyin ruhuna ithaf Bu gündə qədrşünasan qəriqi-möhnətdir, Bu gündə çeşmi-ədəb əşkrizi-həsrətdir. Bu gündə qırxı tamam oldu ol ədibin kim, Demək olurdu ona qəhrəmani-hümmətdir. Bu xabgahi-əbəddə yatan vücudi-əziz Qəriqi-lücceyi-qüfran, qərini-rəhmətdir. İtirdik, ah, əcəb bir vücudi-fəyyazi! Demək olurdu mücəssəm o bir həmiyyətdir. "Həsən, Həsən!" – deyə dillər bu gündə növhəsəra, Həsən! O piri-müqəddəs, ədibi-ümmətdir. Fəraği-xatir ilə yat məzari-pakində, İləlbəd sənə millət rəhini-minnətdir. Bu gün vətəndə nümüvv eyləyən nihali-kəmal, Sən əkdiyin o gözəl daneyi-həqiqətdir. Cahanda məzrəələr danəpərvər olduqca, Cahaniyanə adın mayeyi-şərafətdir. * * * Rəhgüzari-mətbuatda bir şükufeyi-maarif Sabahleyin odamdan çıxıb mətbəəyə gedirdim. Kitab çantasını ziynəti-duşi-şətarət edən bir xristian balasına rast gəldim. Bu sevimli tifli-növxanın bir ədayi-mələkanə, bir vəz'i-vicdanpəsəndanə, bir tərzidilfiribanə ilə gülşəni-ətfal olan məktəbə gedişi həqiqətən nəzəri-diqqətimi cəlb etdi. Hənuz 8-9 yaşında bulunan bu gülqönçeyi-ürfanın könlümə ilqa etdiyi hissiyyati-mə'sumaneyi-kudəkanəsi şe'r olaraq dodaqlarımdan tökülməyə başladı: Ey iktisabi-elmə şitaban olan çocuq, Ey talibi-şükufeyi-ürfan olan çocuq, Bir tərzi-dilrübadə xüraman olan çocuq, Ağuşi-məktəbü ədəbə can atan çocuq, Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Kəndi çocuq, ruhdə bir intibaha, bax! Salik bulunduğu o gözəl şahrahə bax, Ruyində parlayan ləmə'ati-fəlahə bax, Bax, bax, o dideyi-ülüviyyətpənahə bax. Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Dildadeyi-xüraminəm, ey kəpki-cilvədar, Xətvəndə qaldı gözlərim, ey mürği-xüldzar, Şövqü şətarətin vələhəfzayü cəzbədar, Ey qönçeyi-məali, a rəşkavəri-bəhar! Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Bax, bax, xüramına, nə əcəb dilfiribdir, Mə'sum bir çocuq nə əsilü nəcibdir, Sanki şükufəzarə uçur əndəlibdir, Ey nuri-çeşmü can, ədəb insanə zibdir. Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Məktəb yerindi, şüğlün, işin iktisabdır, Kəsbin fünuni-aliyə, elmül-hesabdır, Fikrin ziyalı, şö'şəəli afitabdır, İslam çocuqları, a quzum, dilxərabdır. Me'mari-elm ilə dili imran olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Ey zadeyi-ədəb! Həsəd olsun bu halinə! Vermiş müəllimin nə təravət nihalinə, Məczubdir dilim şu münəvvər xəyalinə, Baxdıqca bəxtiyar deyirəm yolü balinə, Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Yavrum, quzum! Ülum iledir qiyməti-bəşər, Təhsili-mə'rifətlə olur rüf'əti-bəşər, Qabilmi elmsiz ola hürriyyəti-bəşər? Vabəsteyi-kəmaldır ülviyyəti-bəşər. Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Olsun həsəd şu madərə kim, elmə yardır, Ənvari-mərifətlə dili şö'lədardır, Gül bəsləmək üçün qucağı növbəhardır, İslam xanımları niyə zülmətşüardır? Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Bizlərdə yox ki, kəşfi-kəmalət xanımlara, Olmuş həlal pərdeyi-qəflət xanımlara, Hürriyyətü hüquq "zəlalət" xanımlara, Pirayədir qüyudü əsarət xanımlara. Ey kainati-izzətə sultan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Əvvəl müəllimə çocuğa olsa madəri, Övlad olurmu tihi-cəhalətdə sərsəri? Olsun gərək də validə canpərə rəhbəri, Yox dinləyən, fəsanə bilirlər bu sözləri. Sən dinlə, ey nümuneyi-ürfan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! Nisvan sözü alındımı kilki-kitabətə, Bir daşdı sanki bu düşüyor rə'si-millətə! Olsun tüfu, tüfu, bu cühulanə qeyrətə! Layiqmidir, quzum, belə millət siyadətə? Sən söylə, qorxma, sahibi-vicdan olan çocuq, Ey cənnəti-səadətə rizvan olan çocuq! * * * Təsviri-bədaye Bu sün'gah nədir? Zadeyi-təbiətdir – Ki, hər səni'əsi heyrətfəzayi-fikrətdir. Bu asimani-məkövkəb kitabi-qüdrətdir – Ki, hər səhifəsi tarixi-sərmədiyyətdir. Bütün sərairi-hesti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nədir bu əncümi-rəxşan fəzayi-minadə? Nədir bu mövci-xürüşan sütuhi-dəryadə? Nədir həqiqəti-cuşan cəhani-xülyadə? Nədir bu fikri-pərişan dili-qəməfzadə? Bütün sərairi-hesti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nədir bu cəvvi-vələhza ki, yoxdur ib'adi? Nə üzrə rəkz qılınmış bu dəhr bünyadi? Dərəm təsəvvürə aldıqda bu qəmabadi: Bu kainatü həyatın kim olmuş ustadi? Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nə məqsəd ilə yaranmış cidalgahi-həyat? Nədir həyat ilə də'va edən cünudi-məmat? Nədir imarəti tə'qib edən bu təxribat? Gəlir xəyalə bu sirri edəndə tədqiqat: Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nədir rəvabitü eşqü məhəbbət əşyadə? Nədir bu nəzmi-mükəmməl həzizü baladə? Nədir o mənbəyi-pərtöv səmayi-xəzradə? Nədir bu nuri-həqiqət zülami-mə'nadə? Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nədir bu fikri-təcəddüd üquli-adəmdə? Nədir bu namütənahi təğəyyür aləmdə? Birər libas geyir kainat hər dəmdə, O dilrübayi-təməddün bu gün təbəssümdə. Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nədir hüviyyəti-fikrətdə iştiyaqi-cidal? Nədən vücudə gəlib xəlqdə məraqi-qital? Nədir həyatü məmat, nədir fəraqü vüsal? Bəşər bilirmi bu sirri, zəhi xəyali-məhal! Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Nədir bu buyi-lətafət behişti-rə'nadə? Nədir o şiveyi-ismət güli-fərəhzadə? Nədir təraneyi-riqqət həzari-şeydadə? Nədir şükufələrə qəsdi bu təmənnadə? Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Səhabələr töküyor bağzarə əmtarı, Bu giryə güldürüyor gülşən içrə əzharı, Nəsim oynadıyor bərxi-səbzü əşcarı, Nasıl ki, oynadır aşiq üzari-dildarı. Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. Səmadə quşlar olur pərgüşayi-hürriyyət, Nə dadlıdar o fəzayi-səfayi-hürriyyət, Yaşa, yaşa, yaşa, ey dilrübayi-hürriyyət! Bəşərdə yox hələ zövqi-həvayi-hürriyyət. Bütün sərairi-həsti səzayi-heyrətdir, Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir. * * * Nəvəhati-həyat Cahan didəmdə durmuş bir zülamabad halında, Edir isbat mövcudiyyətin fəryad halında. Riyahi-zülm ilə fərsudələnmiş bağı-əmniyyət, Uçar ruhum quşu bağı-fənayə bad halında. Çəkildi həcləgahi-ismətə nazəndə hürriyyət – Görəndə cilvəgahi-hüsnün istibdad halında. Olub məsləkfürüşan aləti-əzvaqi-istibdad. Bu alçaqlar görür bu halı iste'dad halında. Nasıl fərq eyləsin biçarə millət nurü zülmatı, Zəlalət cilvələnmişdir bu gün irşad halında. Hanı hürriyyətü ədlü müsavat, ey riyapərvər? Müsəmmadan xəbər yox, qaldı bunlar ad halında. Vətən meydanı olmuş saheyi-bazıçeyi-tiflan, Çəkilmiş mərdi-meydan inzivayə dad halında. Bu vəhşətgahdə əyləncəyiz dəsti-cəhalətdə, Nasıl istərsə oylə oynadır nərrad halında. Nəyə nəsbi-nigah etsəm, təzəllümlər, təəllümlər – Səvaiqpaşdır dünyaya istimdad halında. Kimə ağuşi-şəfqət açdı bu naməhriban madər? Bu matəmzarı kim seyr eylədi dilşad halında? Təfərrüc eylə sərvistanı, gör şol sərvi-azadi, Məzarından çıxıb azadəgan azad halında. Bu mövcudat həp məhsuludur bir cövhəri-fərdin, Neçin etmiş təşəkkül kainat əfrad halında? * * * Şərareyi-ruh Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! Hüquqi-milləti imha edən zənn etmə hükkamı, Cəhalətdir ki, itfa eyləmiş mişkati-islami, Cəhalətdir ki, jəngalud edib mir'ati-islami, Cəhalətdir ki, ateşzar edib cənnati-islami Cəhalətdir ki, bərbad etdi tə'sisati-islami. Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! Qaraldan ateşi-əfkarı sindani-cəhalətdir, Büküldən qəddi-iste'dadı zindani-cəhalətdir, Qılan təsxir Çini-elmi xaqani-cəhalətdir, Edən İrani viran iştə imrani-cəhalətdir. Behiştasa vətən övrəngi-şeytani-cəhalətdir. Tükəndi ömri-qiymətdarımız bidad altında! Qərardı nuri-iste'dad istibdad altında! Həyatın bağını ehraq edən nirani-qəflətdir, Təməddün hurini məstur edən övhamü vəhşətdir, Maarif şəmsi çıxmaz, məşriqül-ənvar zülmətdir, Vifaqın riştəsin qət' eyləyən seyfi-ədavətdir. Ədavət, zülmətü vəhşət həp övladi-cəhalətdir. Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! "Fəğan! Sultani-qəflət verməyir İranə hürriyyət", Bu lafi dinləsə, gəlməzmi ya xəndanə hürriyyət? Deyil napakdamən qız baxa hər yanə hürriyyət, Gözəldir, pakdır, iffətlidir fərdanə hürriyyət, Tənəzzül etməyir ən ali bir vicdanə hürriyyət. Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! Verilməz huri-zürriyyət, bu sözlər cümlə bicandır, Bu fəttani-cəhanın mehri yüz minlərcə qurbandır, Fədakaranə aşiq lafə gəlməz, böylə fəttandır, Keçər candan o kəs kim, talibi-rüxsari-canandır, Bizim də karımız boş-boş, səmərsiz ahü əfğandır. Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! Əgər şayani-hürriyyət olursa zadeyi-insan, Əsarət zülmünün gərdunəsin çəkmək deyil asan. Ağır yük çəkməyə məhkum edilmiş cahilü nadan, Təbiidir, ölüncə zəhmət altında yaşar heyvan, Bu füshətgahi-sərbəsti kəsilmişdir bizə zindan, Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! Əzizim, iştika etməkdəsən alimnümalərdən, İmami-Cüm'ə, Şeyx Fəzlü əshabi-cəfalərdən, Əsadən, xirqədən, təsbihdən, tiftik əbalərdən, Bir az da bəhs qıl əmrazi-cəhlə mübtəlalərdən, Zülamabadi-övham içrə dalmış biziyalərdən, Tükəndi ömri-qiymətdarımız bidad altında! Qarardı nuri-iste'dad istibdad altında! Şu İran kim, qucağı məhdi-ərbabi-zəka idi, Nücumi-elm ilə pirayələnmiş bir səma idi – Ki, hər bir məşriqində min günəş pərtövfəza idi, Hanı Sə'diyü Firdovsi? Birər bunlar düha idi, Səmavati-ədəb, təl'ətgəhi-nurü ziya idi. Bu gün gümgəştədir İran Zülamabad altında! Vətən dəhşətnümundur cəhli-istibdad altında! Təəssüf!.. Şeyx Fəzlüllahə İran aşiyan olmuş, Təməddün dilbəri fərtutə, vəhşət növcəvan olmuş, Maarif cənnəti solmuş, vərəqrizi-xəzan olmuş, Xəmuşabadi-nisyanda bu bülbüllər nihan olmuş, Zəğənlər, bumlər bağı-vətəndə növhəxan olmuş. Bu gün övladi-millət inləyir bidad altında! Gəl ey nazəndə tale, gör bizi fəryad altında! Mən ol avarə mürğəm zəxmdar olmuş pərü balım, Düşər ağuşi-xakə zəxmli cismimlə amalım, Neçin xülmət kəsilmiş fikri-millət misli iqbalım? Mənə küsdünmü, bilməm, ey vətən, ey dilbəri-balım? Məzarımda açan gül şərh edər əxlafə əhvalım: Birər girdik məzarə pəncəyi-bidad altında! Tükəndi ömrümüz ahü fəğanü dad altında! Bu ol ərzi-ədalətdir ki, əmniyyətnişan olmuş, Bunun əndamına ruhi-ədalət sanki can olmuş, Əvət, bu mülk mə'muri-yədi-Nuşirəvan olmuş, Təəssüf! İndi zülm ilə müşari-bilbənan olmuş, Bu gün zülmət kəsilmişdir vətən bidad altında! Qərardı nuri-hürriyyət, bax, istibdad altında! Yazıq olsun sənə, ey mətlei-əhrar olan İran! Sitəm dəstilə misbahi-fəlahi tar olan İran, Sürurabadi-istiqlalı matəmzar olan İran, Olub nazəndə övladın nasıl gör tar-mar İran! Bu gündə inləyirlər pəncəyi-bidad altında! Gəl, ey nazəndə tale, gör bizi fəryad altında! Biz ol biçarə ahuyuz ki, min səyyadımız vardır. Bu vəhşətgahdə, bax kim, nə çox cəlladımız vardır, Nə səmtə ətfi-çeşm etsək, nə bir imdadımız vardır, Nə fəryad etməyə avazi-istimdadımız vardır. Usandıq bunca fəryadü fəğanü dad altında! Vətən amadeyi-ifnaydır bidad altında! Nədir bu xabi-müdhiş kim, tutub əqvami-islami? Deyil puşidə, parlaqdır bunun dəhşətli əncami, Təbiətdə yazılmış böylə qövmin hökmi-e'dami, Gedərsə böylə islamiyyətin ancaq qalır nami, Ayıl, ey xabə dalmış, yatma istibdad altında! Vətən ifnayə getmək üzrədir bidad altında! Ey islam oğlu islam! Sən də adəmsən, ayıl bir an, Yetişdi nöqteyi-ümmidə səndən başqa həmrahan, Məzaristani-qəflətdən atıl meydanə, göstər can, Hücum etməkdədir düşmən, difa'i-nəfsə hazırlan, Ayıl, ey xabə dalmış, yatma istibdad altında! Vətən ifnayə getmək istəyir bidad altında! Fədakarani-aləm gör nasıl təhsili-şan etmiş, Birin meydani-qovğadə ədu tirə nişan etmiş, Bu millət qəhrəmani nəfsdə mövtün əyan etmiş, "Vətən! Ah, ey vətən!" əlfazi ilə tərki-can etmiş. Ayıl, ey xabə dalmış, ölmə istibdad altında! Ölürsən öl yenə bir şanlı, ali ad altında! * * * Mələkim, nədir o? Nuri-vəfamıdır nigəhindən uçan ziya? Gözlər könül açılmaq üçün gül dodağını. Gülşən pərisi açmağa əndami-ibtisam, İstər nəsimdən duya bilsin sorağını. Mürği-məhəbbətim uçuyor bağı-qəlbinə, Ey gülnəhal, göstər ona gül budağını. Tiflanə tərz ilə gəlir ağuşi-nazinə – Tifli-dilim, aç ona, gəlsin, qucağını. Ol gördüyün qaramı düşüb qəlbi-laləyə? Qəlbim kimiydi bəsləmədə lalə dağını. Düşsə nigahı çöhrənə tüffahi-əhmərin, Məhcub olur görəndə bu əhmər yanağını. Yusifləri əsiri-çəh etməkçin, ey sənəm, Aç, aç, əyan qıl o zənəxli buxağını! Gizlətmə zülfünü, qıl onu ziynəti-üzar, Tök ruyi-qönçərənginə rövnəqlə bağını. Mahiyi-dil ki aşiqidir dami-hüsnünün, Ümmani-eşqdən, gözəlim, çəkmə ağını, Ey kainati-ruhuma sultan olan pəri! Yandır biladi-qəlbimi, pozma dimağını. Nuri-xəyalın ilə həqiqət dilimdədir, Könülümdən əksik etmə xəyalət çirağını. Ey mütribi-hərəmgəhi-lahut, dəmbədəm – Çal sazi-dilnəvazını, göndər bəlağını. Gözdən iraq Hadini, qəlbindən etmə dur, Bir lütfin ilə oxşa, a hurum, irağını! Ərbabi-zilalın əməli cümlə həbadır, Bu mənzərə, əlhəq ki, səzavari-bükadır. Türklər nə gözəl məsəl demişlər: "Dünyanı ümid ilə yemişlər". * * * Təraneyi-vətənpərəstanə Vətən seylabi-istibdaddən viran olub yeksər, Vətən övladı qürbət içrə sərgərdan olub yeksər, Vətən əhrar üçün bir guşeyi-zindan olub yeksər, Vətən gülşənsərası bir müğilistan olub yeksər, Vətən bülbülləri sər ziri-pər, nalan olub yeksər, Vətən bir dəşti-hövləngizü ğulistan olub yeksər. Olarkən Məğribü Məşriq təcəlligahi-hürriyyət, Vəsət əhli, səbəb nolmuş, edə ikrahi-hürriyyət? Təcəlla eyləməz çərxi-vəsətdə mahi-hürriyyət, Bular Fir'oni-istibdad üçün Haman olub yeksər, Fəsadü məl'ənətdə taliyi-şeytan olub yeksər. Vətəndə rəhmdil yox, qatili-səffaklər çoxdur, Tapılmaz gərçi Gavə, ah... kim, Zöhhaklər çoxdur! Zəkidir gərçi millət, sahibi-idraklər çoxdur, Nə hasil, Şeyx Fəzlüllah tək napaklər çoxdur, Vücudu qədri məkrü hiyləvü tüğyan olub yeksər, Xəyalı məhvi-mülkü milləti-İran olub yeksər. Təməddündən əsər yox, zillətü vəhşət firavandır, Qəsavət gün-gün artar, qəhtiyi-insafü vicdandır, Cəfa yox, zülm çoxdur, nari-istibdad suzandır, Bu təzyiqatdən əhrarü məzluman cigərqandır, Vətən əhli cəfavü cövrdən nalan olub yeksər, Mücəssəm bir ənini-naləvü əfğan olub yeksər. Oyan, ey milləti-mərhumə, vəqti-sə'yü qeyrətdir, Əsarət rəxnələnmiş, sə'y edin, fürsət qənimətdir, Edin tə'mini-istiqbal madam əldə fürsətdir, Əgər mətlubunuz ehyayi-dinü mülkü millətdir, Bugün şah ilə millət misli-cismü can olub yeksəp, Qərəz əhli zəlilü naili-xizlan olub yeksər. Əgər dövlət riayət qılmasa, millət olur fani, Şərakət qılmasa millət əgər, dövlət olur fani, Bular gər ittifaq etsə, qəmü möhnət olur fani, Vətən xoşbəxt, millət şad, həm zillət olur fani, Görürsən kim, vətən mə'muri abadan olub yeksər, Müğilistan dönüb bir rövzeyi-rizvan olub yeksər. İlahi! Dövləti-məşrutəni sən payidar eylə, Müsavat ilə hürriyyət əsasın üstüvar eylə, Ədalət təxti üzrə şahi-adil bərqərar eylə, Vətən xainlərin məxzulü xarü şərmisar eylə, Necə kim, daima xain işi xüsran olub yeksər, Cəzadə müstəhəqqi-həfreyi-niran olub yeksər. * * * Ah, kimsəsiz vətən! Ey ateşi-cəhalətə büryan olan vətən! Pirayeyi-ülumdən üryan olan vətən! Ey dideyi-təhəssürü giryan olan vətən! Baxdıqca əhlinə ürəyi qan olan vətən! Ey kövsəri-maarifə ətşan olan vətən! Ey səhneyi-fəcaye'ü ey məhşəri-əza! Ey məzhəri-vəqaye'ü meydani-Kərbəla! Xaməm deyir şu növhəni hər dəmdə bərmala: Zilzali-qəflət ilə pərişan olan vətən! Tufani-zillət ilə xürüşan olan vətən! Hər zərrən, ey vətən, mənə matəmnümaydır, Hər bir evin laneyi-şivənfəzaydır, Ol dudlər ki, haili-ruyi-səmaydır, Girmiş səhab şəklinə ahü nəvaydır. Ey sübhü şam adəti əfqan olan vətən! Ey möhnətü səfalətə qurban olan vətən! Qılmış üful nəyyiri-iqbalü şövkətin, Olmuş nikun heykəli-iclalü izzətin, Gündən-günə ziyadələşir hali-vəhşətin, Vəhşətləmi təxəmmür edilmiş hüviyyətin? Dərrəndəgani-vəhşətə meydan olan vətən! Baziçəgahi-zümreyi-tiflan olan vətən! Məxrubə mənzərən ki, nəzərdə əyandurur, Hər mənzərən ki, canı yaxan bir fəqandurur, Viranə evlərin sənə ağlar lisandurur, Bunlar zavallı halına həp tərcümandurur. Ey laneyi-səadəti viran olan vətən! Üssi-əsası xaklə yeksan olan vətən! Ey zindələr məzarı olan aşiyan, ah!.. Afaqın üzrə durmada bir pərdeyi-siyah, Məsdud qaldı bizlərə şəhrahi-intibah, Qalma zülamdə, açıl, ey sübhi-inşirah. Ey zülmətin dəruninə qəltan olan vətən! Ey cənnəti-maarifi viran olan vətən! Gəldim təsadüfən yetişib ehtizarına, Tökdüm sirişki-alimi solmuş üzarına, Yanmaqda, mədərim, ürəyim hali-zarına, Şimdi geriyə fatihəxanəm məzarına, Ey zibbəxşi-guşeyi-nisyan olan vətən! Ey vüsləti rəsideyi-hicran olan vətən! Növxəndə güllərin niyə aya həzindir? Bülbüllərin şikəstəpər, üzlətgüzindir, Əshabi-cəhl cümlə səadətqərindir Ərbabi-mə'rifət hamu sərbərzəmindir, Ey tündbadi-cəhl ilə lərzan olan vətən! Ey qönçəzari-bəhcəti rizan olan vətən! Gəldim qucağına əməyim şiri-şəfqətin, Biganə gəldimi sənə övladi-qürbətin? İştə budurmu zadənə ənzari-rə'fətin? Ey validəm, tükəndimi artıq məhəbbətin? Ey zadeyi-kəmalinə niran olan vətən! Ey cənnəti-məhəbbəti viran olan vətən! Ey fitrətə müariz olan əhli-iştibah, Siz sönsəniz sönüz, sönəməz nuri-intibah! Afaqi-kainatdan doğuyor şö'leyi-səbah, Gül, ey cəmali-həqq ki, gülsün rüxi-fəlah! Sən də bir az ağla, a viran olan vətən! Könlüm misali əhli pərişan olan vətən! * * * Ey mütribeyi-dövri-təməddün Çal nəğmeyi-hürriyyətini, guş edəlim, çal! Sun badeyi-canpərvərini, nuş edəlim, çal! Huri-əməli biz də dəraguş edəlim, çal! Keçmişləri mətrukü fəramuş edəlim, çal! Çal, halımıza aləmi heyran edəlim, çal! Bu hal ilə müstəqbəli şadan edəlim, çal! Ey aləmi məftun qılan dilbəri-vicdan! Sövdazədələr eşqin ilə olmada suzan! Sən eylə təcəlla, ola zülmat girizan, Şö'lənlə olur məş'ələyi-ruh füruzan, Çal əhviyəni, dilləri cuşan edəlim, çal! Nurunla dili-müzlimi rəxşan edəlim, çal! Ey cilveyi-fəyyazeyi-fəyyaztəbiət! Ey şiveyi-rəqqasə və ey nuri-həqiqət! Çıx, ərzi-cəmal eylə ki, gülsün bəşəriyyət, Biz də tapalım nəş'eyi-vəslinlə səadət, Çal, nəğmən ilə gülləri xəndam edəlim, çal! Hicranzədə bülbülləri guyan edəlim, çal! Olduqca vəzan bəhri-dilə ənfüsi-canan, Eylər dilimi mövceyi-ilham ilə cuşan, Zənn eyləyirəm kəndimi ümmani-xürüşan, Düşməklik üçün sahilə dürdaneyi-ürfan, Çal, aləmi müstəğrəqi-ürfan edəlim, çal! Afaqi kəmalat ilə taban edəlim, çal! Təbrik edəriz sə'yini əhrari-zəmanın, Biz də görərizmiş üzünü huri-cinanın, Əhsən, nə gözəl bəhcəti var tazə cahanın! Duymaqlıq üçün zövqünü dünyayi-cəvanın, Çal, ləhceyi-Davudini im'an edəlim, çal! Pirani də, şəbbani də rəqsan edəlim, çal! Bir nəzreyi-lütfünlə, əya huri-füsunkar, Minlərcə həqiqət olar aləmdə nümudar, Dünya kəsilər cənnəti-hürriyyəti-əfkar, Kəşf eylə ilahi rüxünü, seyr edə əhrar, Çal, dilləri, vicdanları rə'şan edəlim, çal! Alamı sürurunla pərişan edəlim, çal! Hürriyyət ilə kəsb edəlim-feyzi-məali, Biz də olalım paybərəndazi-təali, Düşdükcə dilə şə'şə'eyi-hüsnü cəmali, Alqışlayalım həzrəti-Midhətlə Kəmali, Qəbrində Süaviləri xəndan edəlim, çal! Ərvahi-şəhidani də rəqsan edəlim, çal! Atidəki əlhani edək biz dəxi təkrar: Ey həsrəti-hürriyyət ilə can verən əhrar! Haqqın yoluna oldunuz ən şanlı fədakar, Şimdi olunuz aləmi-nasutə nigəhdar. Ey mütribə, çal gözləri vəlhan edəlim, çal! Dünyaları aşüftəvü heyran edəlim, çal! Ey bədrəqəvü rəhbəri şəhrahi-həyatın! Vabəstə deyilmi sənə müftahi nicatın? Tənvir ediyor səhni-cəhani ləmə'atın, Gəldikcə dərəm guşimə hərdəm nəğəmatın: Çal, dilləri balalərə pərran edəlim, çal! İnsanları amalə şitaban edəlim, çal! Meyvəndir, əya nəxli-məali və səmərdar, Bağı-mədəniyyətdə təcəlla edən asar, Sayən düşən iqlim oluyor qərqeyi-ənvar, Sən nerdə təbəssüm eləsən, ağlamaz ənzar. Çal sazını, ağlar gözü xəndan edəlim, çal! Hürriyyətə düşmənləri giryan edəlim, çal! * * * Şikvayi-aşiqanə, yaxud əlhani-pərişan 1 Ey atəşi-eşqi məni hər dəmdə yaxan yar! Aya bu bürudət nerədən oldu şərərbar? Bir bilsə idim rahət edərdi dilü ruhum, Netdi səni, ey sevdiciyim, nifrətə icbar? Tərk eyləyib işrətgahi-yarani-səfanı, Olmaqdasan arayişi-cəm'iyyəti-əğyar. Bizdən kəsərək rabiteyi-mehrü vəfani, Qoydun, gözəlim, gözəlim, gözləri həsrətkeşi-didar. Məhbubi-qülub oldumu ən sevmədiyinlər? Ən sevdiyini nifrətə kim qıldı səzavar? Dəfn oldumu ərzi-ədəmə tifli-məhəbbət? Ey əqli çocuq! Doğru sözü eyləmə inkar. Biqədr elədin qiymətini gövhəri-eşqin, Mehrin kimi, ünsiyyəti də xar elədin, xar! Tökdün üzünün ismətini düxtəri-eşqin, Şayistəmi hər div ola həmməclisi-əbkar? Biganələri məhrəmi-razi-həram etdin, Şimdi sənə biganə gəlir məhrəmi-əsrar. Mən bilməz idim dürri-məhəbbət satılarmış, Satdın, mələkim! Səhvini kəndin də qıl iqrar. Zənn eylər idim mən səni naqabili-iğva. Məshur kim etdi səni, ey didəsi səhhar? 2 Oldunmu bu gün silsiləcünbani-əsarət? Çeşmində mühəqqir görünür zümreyi-əhrar. Ey zatını pamali-həqarət edən adəm! Zənn etmə olur hörmətə şayan riyakar. Halın edəcək olsa nigahında təcəssüm, Bir xilqəti-mənfurə olur onda pədidar. İnsan ona derlər ola bir məsləkə salik, Denilsə səzadır buna ən şanlı fədakar. Bilsən sənə bir dərsdir əcrami-səmavi, Kövkəblərə bax, hər biri bir nöqtədə dəvvar. Bir saniyə gər eyləsə təbdili-mərakiz, Düşməzmi fəzayi-ədəmə əncümi-nəvvar? İbqai-vücud etməyə bir nöqtə gərəkdir, Şol nöqtədə sabit duraraq olmalı səyyar. Məslək də vücudi-bəşərin mərkəzi-seyri, Təbdil edəməz məsləkini hürr olan əbrar. Öz məsləkini həq bilən ərbabi-fəzail – Olmuş da nasıl aləmə gör naşiri-ənvar! Həllac “ənəlhəq” dedi, həq, həq dedi, əlhəq, Həqqiyyətinə eylədi mahiyyətin isar. Aya bu deyildirmi həyati-əbədiyyə – Ehyayi-kəmalat üçün insan ola bərdar? 3 Zülmətdən əgər olsa idi nur girizan, Olmazdı cahan bərqi-həqiqətlə ziyadar. Takey olayım sətreyi-övhamə qünudə Sönsünmü bu üzdən əcəba şö'leyi-əfkar? Yansınmı cəhalətlə bu nazəndə çiçəklər, Bihudəmi cənnati-təbiətdəki ənhar? Dilsiri-füyuz eyləyəlim təşnələbanı, Olsun vətənin gülşəni bəhcətrəsi-ənzar. Əshabi-cəhalətlə nədir fərqi-bəhaim? İnsan ona derlər ola ürfanə həvəskar. Hər bir əsərin mucidi ürfanü fünundur, Məhsuli-hünərdir bütün aləmdəki açar. Cəhl əhli bu gündən belə məhkumi-ədəmdir, Bu halə baxıb olmalıyız biz dəxi huşyar. Ovlanmayalım, ovlayalım feyzi-zəfərlə, Biz də olalım seydgəhi-dəhrə hökümdar. Takey olalım ribqəpəzirayi-əsarət? Hürriyyət ilə oldu miləl vasili-dildar. Nəfx olmadadır, dinləsəniz Suri-sirafil, Ey qəbri-cəhalətdə yatan, ol dəxi bidar! Qalxıb da tamaşa elə hövlün ərəsatın, Əshabi-zilalə denilir: “İdxülü finnar...” Hər kəs əməlin çəkməyə mizani-ədalət – İştə qurulub, gəl baxalım əldə nəyin var? Xalislə dəğəl vəzn olunur səhni-fənadə, Gəlməkdədir əfvaclə əbrar və əşrar. Şayani-behişt olmada ərbabi-maarif, Şayisteyi-niran oluyor hizbi-siyəhkar. Ərbabi-təməddün edir ehrazi-məratib, Əsfəllərə layiq görülür vəhşiyi-xunxar. Hürriyyətə, ülviyyətə, qüdsiyyətə, millət! Amali-səadətlə olaq biz dəxi təyyar. * * * İstiqbalımız parlaqdır Açar firdovsi-hürriyyət, füyuzabad olar aləm, Gülər sübhi-həqiqət, mə'dələtmö'tad olar aləm, Şüaati-müsavat ilə səhni-dad olar aləm, Kəməndi-eşqi-insaniyyətə münqad olar aləm, Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Səhabi-zülmü qəhr uçduqda parlar nuri-hürriyyət, Qaçanda divi-istibdad oynar huri-hürriyyət, Gedər qəmlər, gələr dəmlər, çalar sənturi-hürriyyət, Cahanı surgah eylər, dili məsrur hürriyyət, Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan, Hüquqi-pakın anlar, təxti-nəfsində olar soltan, Təbəssümlər tökər elmü maarif, cəhl olar giryan, Həyatın mə'niyi-əslisi ərzi-ruy edər şol an. Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Təcəlla eyləyən dəm aləmə hüsni-dilarami, Görən nəsbi-nigah eylər, olar məftuni-əndami. Edər mənsux ayati-həyati, hökmi-e'dami, Bu ol səyyaddır məhkumu azad eyləyər dami, Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Əvət, biz görmədik əzvaqini gülzari-əkvanın, Cahanda dərmədik əzharın azadiyi-vicdanın, Təhəssürlə atıldıq qə'rinə ümmani-nisyanın, Dönər bir gün behiştə sahəsi meydani-imkanın. Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Ey ol vəqti görən məs'ud, unutma bizləri, yad et, Bu yolda həsrət ilə can verən əhbabi te'dad et, Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et, Oxu bu şe'ri qəbrimdə, ələttəkrar övrad et: Dur, ey zindani-nisyanda yatan, azad olub aləm, Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm! Biz iman əhli ikən, xalq layiq gördü təkfirə, Köküs gərdik, dayandıq tiri-taqətsuzi-təhqirə, Vuruldu payi-hürriyyətvəran əğlalü zəncirə, Görər müstəqbəl evladı bizi şayan təqdirə. Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Həqiqət ruyu gülməkçin fədayi-rahi olduq biz, Əziyyət qıldı cahillər, səadətxahi olduq biz, Vücudi-kainatın ruhbəxş ərvahi olduq biz, Bu leyli-müzlimi tənvir edən misbahi olduq biz, Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Qurur əşcari-məl'unə, olar pakizə məşcərlər, Dönər bir “bəzmi-feyzafeyzi-şura”yə bütün yerlər*, Oxur bülbül, gülər qönçə, dili oxşar bu mənzərlər, Cəmahirül-tüyur iştə bu şe'ri yer-yer əzbərlər: Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Xiyami-qəlbdən parlar, edər mahiyyətin isbat, Təbiət cənnətində bəslənən hurati-məqsurat, Bu gün məhrəm deyildir onlara ərbabi-mövhumat, Cəhənnəm əhlinə layiqmidir pərvərdeyi-cənnat? Behiştabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Çıxar səhni-təmaşayə o gün rəqqasi-hürriyyət, Gülər, oynar, oxur, alqışlanar yer-yerdən ol afət, Tamaşagərlərin ruhun edər məclubi-ülviyyət, Tamaşagahi-nasutun o gün nami olar cənnət, Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! Səmavati-həyatın, ey zəkayi-aləmarasi, “Füyuzat”ınladır “Firdovsi-ilhamat”ın ehyasi, Açar, sən nur verdikcə onun övraqi-rə'nasi, Açıl, ey babi-cənnət, ta gülə ümmid hurasi, Sürurabadi-hürriyyət gələr, dilşad olar aləm, Bu istibdad əlindən qurtarar, azad olar aləm! O dəm ki, ibtisam eylər əməl, xəndan olar Hadi, Mənim zərrati-cismim qəbrdə rəqsan olar, Hadi, Qübar olmuş gözüm ağlar, dilim suzan olar, Hadi, Lisanım cismlənsə, böylecə guyan olar, Hadi: Dur, ey ağuşi-nisyanda yatan, azad olub aləm, Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm! * * * İzhari-qədrdani Düha! Ey baği-lahutun həzari-nəğmə pirası, Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası? Böyüksən, ən böyüksən, bizlərə ustadi-əkrəmsən, Vücudun ilə fəxr eylərdi, gər olsaydı Qərbiyyun. Hələ dərbərdədir ənzari-istedadi-Şərqiyyun, Bu gün qafilsə millət, yox əcəb, əhvali-zarından. Yarın şərməndə olmazmı nişangahi-məzarından? Vətən övladı dilsiri-həyat olsun fəratından, Neçin ləbtəşnələr feyz almasın abi-həyatından? Vücudun mayeyi-fəxri şərəfdir qövmi-islamə, Bizi irşad qılmaqçün sarıl, ey dahi, iqlamə! Neçin daldın sükuta, gəlməyir övradın ey dahi? Vərəqriz oldumu baği-füyuzabadın, ey dahi? * * * Həqiqi bir xəyal, yaxud bir lövheyi-cəmal Ey kainati-fikrətimin şəmsparəsi, Bilməm üful qıldımı bəxtim sitarəsi? Eşqin cəhənnəmi yaxıyor xüldi-ruhumu, Yandırmayırmı könlünü ahim şərarəsi? Rəhm eylə, ağlayır ürəyim bir çocuq kimi, Güldür, yetimdir, sənə qalmış idarəsi. Ruhum qədər səmalərə pərvaz edən mələk! Ümmani-zülmünün niyə yoxdur kənarəsi? Cövrünlə, dilbərim, dilim olmuş cərihədar, Mühlik cərihədir dilimin eşq yarəsi. Məndən əgər fəraqi-müəbbədsə niyyətin, Ersin xitamə səfheyi-ömrün şümarəsi. Bikəslərə nəzarət edər sayədarlər, Miskininə budurmu o yarın nəzarəsi? Gözdən düşürmə bəndəni, ey hökmdari-hüsn! Aldatmasın səni bu vəcahət əmarəsi. Məğrur hüsni-ani bu meydani-hüsndə – Çox görmüşəm piyadə qalıb şəhsüvarəsi. Qıldım sənə hədiyyə bu cami-məhəbbəti, Ənguri-təb'imin budur iştə üsarəsi. Hər dəmdə nəğmələr töküyor, nəğməsaz olur – Gülqönçeyi-həqiqətə fikrim həzarəsi. Vəslin səbahi çıxmasa ruzum ləyaldır, Aram edən xəyalımı ancaq xəyaldır. * * * Biz həqiqətə gülürük, həqiqət bizə ağlayır Həqiqəti görürüz biz xəyal şəklində, Hidayəti oxuruz həp zəlal şəklində. Süturi-nur ilə məstur ikən kitabi-həyat, Üyuni-ümmətə çarpar zilal şəklində. Miləl gözündə mələkçöhrədir bənati-həyat, Bizə nasıl görünür pirəzal şəklində!.. Bu gülşən içrə çıxar sədhəzar mənbeyi-nur, Nigahımızda kəsilmiş ləyal şəklində. Əlində sağəri-şadi, qolunda huri-əməl, Məsərrət əhlinə bax infial şəklində! Hüzuzbəxşi-üməmdir bu nəşvəgahi-sürur, Kəsildi bizlərə darülməlal şəklində. Səlibi-şə'şə'əpaşi-zəfər görəndə dərəm: Zəvali-milləti seyr et hilal şəklində. Zülamü vəhşətə məğruq olub da qaldıq, ah, Şu çöhreyi-mədəniyyətdə xal şəklində. Süxənvəran oxuyur atəşin tərənələri, Bizi bu bağdə kim qoydu lal şəklində? Yetişdi, dəydi səmərlər şümusi-hikmətlə, Bizi “müəllimimiz” qoydu kal şəklində!.. Bax ol “pəisə” ki, minbərnişini-nəxvətdir! Görür nəvaqisin əmma kəmal şəklində. “Yəqulü qalə və qilə və fihi qəvlanə”, Bütün məvaizi bir qilü qal şəklində. Nədir o calibi-vəhşət şu “əngərül-əsvat”?.. Siyah fikrdir onlar məqal şəklində. Kimin dilərsə behiştə, kimin cəhimə atar, Nasıl görür özünü zülcəlal şəklində. Nə gəlsə ağzına söylər bilamüvazinə həp, Bütün cəmaəti bilmiş xəyal şəklində. * * * İnsan nə ilə mükərrəm olur | vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }} Olursa mə'rifətpərvər - məlaikdən mükərrəmdir. Yaşarsa aləmi-vəhşətdə - heyvandan da kəmtərdir. Dəyanət elminə kəsbi-qənaət eyləyən bədbəxt Sənayepərvəran indində naqisdir, mühəqqərdir. Otuz il elmi-ədyanə həyatın həsr edən "alim" Həyat ərbabına düşmən olub mövtayə rəhbərdir. Fünuni-sən'ət ilə can verirlər cismi-biruhə, Fəqihi-mürdədil can almaq elmində hünərvərdir. Otursan məclisi-vəzində ləzzətyab olmaqçın, Görürsən kim, dilində nəzrü fitrə virdü əzbərdir. Olubdur filisufanın əlində masiva təsxir, Bizim əllamə sehr elmində Harutə bərabərdir. Ədibi-ruhpərvərlər olublar tərcümanülvəhy, Bizim fəhhamə, əlhəq, lafzənlikdə süxənvərdir. Nəzərəndazi-diqqət olsanız adəm görər filhal, Bu bədbəxtandan xeyr olmamaq gündən də əzhərdir. Ayıl, biçarə millət, iktisabi-elmü sən'ət qıl, Sənaye əhli ülviyyati-alül’alə məzhərdir. Sənaye şahrahın teyy edən əqvami-məs'udə Tərəqqiyyati-fövqəl’adə ilə kampərvərdir. Fünuni-nəf bəxşalə qılıblar aləmi mə'mur, Bizim elmi-əsəfbəxşa dirəxti-xüşkü bibərdir. Və "kərrəmna bəni-Adəm..."* nişanın hifz üçün, Hadi, Maarif kəsbi qılmaq bizlərə əmri-peyəmbərdir. * * * Ləyali-vüsal, yaxud keçən gecə Bu şəb o dilbər ilə bağzari-ülfətdə – Gözəl-gözəl qonuşurduq, nə dadlı söhbət idi! Onunla olmada həmduşi-inşirahü nişat, Bütün müsahibəmiz eşq idi, məhəbbət idi. Mən eyləyirdim ona kəşf sureyi-eşqi, O da zəminə baxar, guşdari-diqqət idi. Müəllimanə kəlamım müəssir olmalı kim – Ki, gah-gah təbəssümnisari-iffət idi. Xəyalə daldığını hiss edirdi vicdanım, Əvət, düşünmüş idi sözlərim həqiqət idi. Üzündə bərq uruyordu həzin-həzin xəndə, O hüzni-xəndənüma ləm'eyi-məsərrət idi. Fəda o çöhrəyə kim, mövcədari-iffətdir, Fəda o gözlərə kim, xəndərizi-ismət idi. * * * Ey pəriyi-istiğna! Hicrin misalı canımı yandırdı vüslətin, Hirani-eşqdirmi behişti təbiətin? Ehraq edir də eşqin, ey afət, dərunimi, Baxdıqca halıma acıyor çeşmi şəfqətin! Ey müstəbid! Zülmdə çıx, çıx əlalərə, Bir gün udar da qə'ri səni əsfəliyyətin! Biçarənəm də lütfünü bəklər bu gözlərim, Olsun inayətin mənə, olsun inayətin! Ey xislətilə ruhumu məczub edən mələk, Nerdə o şiymeyi-ülüviyyət-məziyyətin? Qıldım mutaliə nigəhi-ziməalını, Gördüm yazıldığın mənə qarşı küdurətin. Zənn eyləməzdim a... səni naqabili-vəfa, Aya dəyişdimi o lətafətli xislətin? Həqqində söylənənlərə ya münfəilmisən? İştə bu da nümunəsidir naqisiyyətin! Bilməm nədir gözündə o şiranə həmlələr, Könlüm zəbunu oldu şu aşuyi-vəhşətin. Dürri-məhəbbəti əgər almaq xəyalı var, Sənduqeyi-vəfadədir, al, al əmanətin! Ərşi-dilim məqərri ilahi vəfaydır, Qabil deyil fənayə ilahi məvəddətin. Pirayəbəxşi-məhdi-dilimdir ilələbəd – Ağuşi-sinəm içrəki tifli-məhəbbətin. Aramsız çocuq məni narahət eyləyir, Aç, aç, qucağına gəlir, olsun mürüvvətin! Ərzi-dilim ki, mədfəni olmuş xəyalinin, Qəlbimdə həyydir, mələkim, bil həqiqətin! Cismimdə sən! Ruhda sən! Fikrətimdə sən Ayineyi-vücuduma əks etdi fitrətin. * * * İranın hürriyyət qəhrəmanlarına Fəcri-zəfərdə gülüyor intibah, Tiği-fütuhat ilədir inşirah. İştə əməl, iştə səbahül-nücah, Həqqü həqiqət sizə olsun pənah, “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Səhni-vətən səhneyi-bidaddır, Guşə gələn nalevü fəryaddır, Əhli-vətən layiqi-imdaddır, Dəhrdə ancaq yaşayan addır. “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Etməlidir sə'ylə ehrazi-şan, Tiğinizi görməli pərtövfəşan, Nüsrətə mənkuh oluyor məhvəşan, Hərb günü olmalı heydərnişan! “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Kərbübəladə sizə ruhi-Hüseyn, Əkbərü Əbbas şəhadətgüzin, Yetmiş iki hürr, deyirlər yəqin: Sizlərə hürriyyətimizdir müin. “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Qəlbi-vətəndə yatan Abbas Ağa, Ziri-ləhəddən sizə eylər nida: Xidməti-milliyyəyi qıldım əda, Mən vətəni-pak üçün oldum fəda. “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Kəsbi-ləyaqət üçün ülviyyətə – Olmalı qurban rəhi-hürriyyətə, Fəthü zəfər bağlıdurur qeyrətə, Qeyrətə, mərdanəliyə, himmətə, “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Ərzi-Nəcəfdən dəhəni-Mürtəza – Sizləri alqışlayır, eylər səda: Sovləti-şiranənizə mərhəba! Nüsrət edir tiğinizi pişva! “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” Qibtəyə şayan görülür halınız, Övdət edir izzətü iclalınız, Ərzi-cəmal eyləyir amalınız, Şanlı yerişlə gəlir iqbalınız. “Arş irəli, arş, bizimdir fəlah, Arş, igidlər, vətən imdadinə!” * * * Təsviri-məhəbbət, yaxud vərəqi-eşqü məvəddət Könlüm cəhimi-eşq, zəbanim zəbanədir, Şe'rim odur ki, qəlbi yaxar, müriqanədir. Məndən sual qılma şüunati-aləmi, Bir aşiqəm, nəşidələrim aşiqanədir. Övraqi-fikrimə yazılan min-min ayələr – Ayati-eşqdir, gözəlim, hadiyanədir. Hər sübhü şam ruha gəlir sanihati-eşq, Bilsən nə sanihat, nasıl şairanədir! San kim, nəsimdir, əsiyor kuyi-yardən, Ruhumda eşq güllərin oxşar tərənədir. Hiss eylərəm şu dəmdə ki, yarim dilimdədir, Bax sanihati-eşqə nasıl dilbəranədir! Ümmidlər kimi güli-şe'rim gülür mənə, Eylər tərənə, təb'im o dəm bülbülanədir. Açdıqca ağzını uçuyor şe'r qönçəsi, Bülbül fəmində gül, quş özü valehanədir. Bülbül niyazpərvərü gül fəmgüşayi-naz, Mə'şuqlər həmişə qinagüstəranədir. Bilməm bu da bir üqdəsidirmi təbiətin: Hüsn əhlinin xəsaili həp sərkəşanədir?! Məftunuyam onun, o cəmali-həqiqətin, Təb'im kimi lətafəti pək nazikanədir. Mən istərəm də, istəməz ülfət mənimlə o, Müşkilpəsəndmi, məşrəbi, ya aliyanədir? Min-min füsun ilə məni iğfalınız nədən? Məqsəd fərar, üzrlərin həp bəhanədir. Nifrətlə baxsalar mənə xəffaşdidəgan, Layiqmi heyrətə? Günəşim lamianədir. Ahim cəhim olaydı, səni yandıraydı, ah! Onda bilərdin eşqi cəhənnəmzəbanədir. Mən istərəm çıxarmağa könlümdən eşqini, Qılmaz itaət əmrimə, pək amiranədir! Könlüm nə rütbə olsa da bir qəhrəmani-əzm, Ahu baxışların necə şirəfkənanədir! Dildadeyi-məhəbbətəm, aləmdə sözlərim – Hübbülbəşər tərənəsidir, sadiqanədir. Mən istərəm səadəti-əbnayi-növ'imi, Əfkarıma baxılsa bəşərpərvəranədir. Eşqü məhəbbəti niyə təhqir edir bəşər? Xislətləri bütün-bütünə düşmənanədir. Bilməm vəfadən nə fənalıq görüb bəşər? Yox sidqdən əsər, əməli xainanədir. Ümmani-pürtəlatümi-xilqətlə uğradım – Bu sahili-həyatə kim, tufannişanədir. Məhdi-vücudə düşdüyümə nadim olmuşam, Bu səhvə söylərəm: qələti-alihanədir. Seyr eylədim həqiqəti, gördüm xəyal imiş, Əlfazi-aləmi oxudum, biməal imiş! * * * Hissiyyati-madəranə İştə növzadın edib zibi-kənar, Gah öpər, oxşar onu, gəh qoxular. Madər öpdükcə bu məhparəsini, İylədikcə rüxi-canparəsini, Oynayır tərzi-lətifanə ilə, Dadlı bir şiveyi-tiflanə ilə. Anası olduğuca busərüba Xəndələr saçmada tifli-rə'na. Gah öpərkən oluyor giryəfəşan, Madəri-müşfiq olur pürxələcan. Tifli-naziktəridir qönçeyi-tər, Üzünə gözləri san jalə səpər. Şu səmavi gözü yağdırmada ab, Gülşəni-ruyinə bəxş etmədə tab. Duruyor oxşamağa zadəsini, Sevgili, nazlı xudadadəsini. Üzünü, gözlərini silmədədir, Yenidən nazlı çocuq gülmədədir. Nə şirin, dadlı həqiqətdir bu, Hissbəxşayi-təbiətdir bu. Nə gözəl mənzəreyi-şəfqətza, Nə lətafətli, nə ruhani səfa. Əvət, övladı ana sevməlidir, Ən gözəl tərbiyəni verməlidir. Safü şəffafdır övraqi-dili, Nazənin bərgi gözəl bəsləməli. Baxmasaz yaxşı çigərparələrə, Yazıq olmazmı şu biçarələrə? Tiflayinə kimi əksnüma, Necə baxsan olacaq çöhrənüma. Biədəb bəsləməyin tiflanı, Mə'rifətpərvər edin sibyanı. Saflandır, ana, zehnü huşun, Məhdi-adab oluyor ağuşun. Oluyorsun ana fərzanələrə, Sən sədəfsən düri-şəhdanələrə, Şirbəxşəndeyi-övladi-zəman, Ədəbamuzi-ümumi-insan. Millətin nisfini təşkil qılan - Siz deyilsizmi, a nisvani-cahan? Bədənin nisfi məriz olsa əgər, Göstərərmi bu bədən fəzlü hünər? Cismi-ifliczədə bir xüşki-dirəxt, Verəməz meyveyi-insaniyyət. Qabili-feyzi-təcəlli olamaz, Naili-məqsədi-ali olamaz. Nə zaman kəsbi-ülum etsə nisa, Cismi-millət tapacaq onda şəfa. Elmlə ruha müdavat olunur. Elmlə kəsbi-füyuzat olunur. Elmdir şəmsi-səbahi-əzəli, Elm tənvir edər afaqi-dili. * * * Mən bir kitabəm Mən bir kitab, hər vərəqim min kitabdır, Ayati-məhkəmati bütün inqilabdır. Qılsın mütaliə məni ərbabi-inqilab, Görsün bu ayələrlə nasıl feyziyabdır! Sönmüş həvasə şö'lə verir nuri-fikrətim, Ruhum füyuzvərvər olan afitabdır. Olmuş vətən qünudə ləyali-cəhalətə, Zülmatə qarşı mə'rifətim mahtabdır. Hürriyət ilə etməli mə'mur milləti, Yarim, əsarət ilə vətən pək xərabdır! Tiği-məzalim ilə əvalim cərihədar, Ey ədl, sür'ət eylə, zəmani-şitabdır! Əshabi-zülm ziynətidir təxti-rahətin, Məzlumlər dilim kimi püriztirabdır. Bax, bax, şu hurə, qoynuna girmiş səfalərin! Dildadeyi-cəmali düçari-əzabdır. Ağuşuma atılma, a zalim, dayan, dayan! Son xabgahin iştə kənari-türabdır. Aldanma rəngü buyinə gülbərgi-hüsnünün, Beş gün sürər də, sonrası bibuyi-tabdır. Çox süzdü gözlərim bu riyazi-təbiəti, Hər qönçənin təravəti mərrüssəhabdır. Gəl müstəfid olaq, mələkim, gəl, həyatdən, Hər dəmdən istifadə edən kamiyabdır. Şeyxuxətin şitası gəlir, qafil olma kim, Fürsət zəmani iştə bəhari-şəbabdır! Yoxsa başında kövsərü huri həvası var? Olsun nəticəbəxş, nə ləzzətli xabdır! Tihi-xəyal içində şitaban olan səfil! Yortma! O parlayan su deyildir, sərabdır. Sun badeyi-məhəbbəti hürriyyət eşqinə, İnsanə intibah verən bu şərabdır. Çıx, çıx məzardən, ərəsati-həyatə gəl! “İqrə kitabəkə”... bu ki yövmül-hesabdır. Zülmətpəsəndlər giriyorlar cəhənnəmə, Rövşəndilani-elm behiştiməabdır. Əsfəllərə tənəzzülü şayistə görməyən – İnsanə afərin, necə alicənabdır! Elm əhlidir cahanda səzavari-iltifat, Cahil həmişə məzhəri-qəhrü itabdır. Cahil sənə edərsə cəhulanə bir xitab, Mə'nalı bir sükut ona ə'la cavabdır! Şeytani-cəhli yaxmağa əflaki-elmdən – Bu xaki-tirənakə yağanlar şəhabdır. İnsanları birər ediyor əsr imtahan, Bu dövri-irtiqa, məhəki-intixabdır. Çıxdı niqabdən o həqiqət çiçəkləri, Millət xəyalət ilə hələ dərhicabdır. * * * Əş'ari-pərişan, yaxud solğun çiçəklər Dəryadə kəfü mövceyi-cuşan pərişan, Qə'rindəki əsdafi-dürəfşan pərişan. Səhradə axan seyli-xürüşan pərişan, Əflakdəki əncümi-rəxşan pərişan, Gülşəndə açan qönçeyi-xəndan pərişan, Eşqi-gül ilə şairi-mürğan pərişan. Ağzından uçan nəğməvü əlhan pərişan, Şövqi-vətən ilə ürəyim qan, pərişan, Ol əhdşikən dilbəri-vicdan pərişan, Zərrati-ləvame' ki, yağar cürmi-zəkadən, Bax, bax, şu səhaib ki, uçar ruyi-fəzadən, Şəbnəm ki, düşər qönçələrə çeşmi-səmadən, Yaşlar ki, təqəttür edər ənzari-bükadən, Seyr eylə riyahi ki, əsər bağı-fənadən, Quşlar ki, qatar ilə gedər vəchi-həvadən, Naliş ediyorlar yədi-səyyadi-cəfadən, E'lani-qəm eylər həpsi zülmü bəladən, Göydən eniyor təqreyi-baran pərişan, Yerdən göyə çıxmaqdadır əfğan pərişan. Fərz eylə bir ormandasan, ey sahibi-im'an, Bülbüldə nəğəm, güldə qina, şəmsdə taban, Bir səmtdə qəhqəh vuruyor kəbki-xüraman, Bir nəfheyi-dilpərvər edir onları lərzan, Gül, bülbül, dil nəşveyi-əzvaqlə şadan, Birdən-birə bir əbri-siyəh oldu nümayan. Qopdu o gözəl məşcərədə qəhrli tufan, Kəklik nerədə, gül nerədə, nerdə həzaran? Oldu demək artıq o gülüstan pərişan, Ol qəhqəhəzən kəbki-xuraman pərişan. Al çeşminə bir məzrəeyi-feyznümayi, Sünbülləri bəxş etmədədir ruha səfayi, Gəlmiş biçilən vəqti, hülul eyləmiş ayi, Dehqan bu il əldə edəcək çoxlu qidayi, Ümmidlə imrar ediyor sübhü məsayi, Birdə-ikidə fırlatıyor işbu sədayi: Qoy bircə satım yaxşı fiətlə bu qidayi, Oğlum! Qızım! Allam sizə gül-güllü xarayi. Ləzzətli əməllərlə bu tiflan pərişan; Əfkari-fiətlə dili-dehqan pərişan. Bu rəncbərin iştə budur nöqteyi-rə'yi: Sən saydığını say, fələki gör ki, nə sayi! Birdən-birə bir əbri-siyəh tutdu həvayi, Rə'din səsi sarsıtmadadır ərzü səmayi, Şaşqın nəzəri seyr edir afati-qəzayi, Bədbəxt, zavallı açaraq dəsti-duayi, Yalvarmada, imdada çağırmaqda xudayi, Olsun ki, dua rədd edəcəkdir bu bəlayi, Heyhat ki, nuş etdi əkin cami-fənayi, İştə əli qoynunda o dehqan pərişan, Gül-güllü xara gəlmədi, tiflan pərişan! Hər kəs bir əməlçin çalışır ruzü ləyali, Gözlər kimi ümmid ilə əyyami-vüsali, Cəhd ilə edər bə'zisi təhsili-kəmali, İstər ola bilsin şərəfənduzi-məali, Bə'zi dilər ehraz qıla izzü cəlali, Ürfandən artıq biliyor bə'zi mənali, Tərcih ediyor bə'zisi ənvarə zilali, Bir firqə hüda anlamış, eyvah, zəlali, Bə'zi üzüyor mən kimi ümmani-xəyali, Ol üzdüyüm ümmani-xürüşan pərişan, Könlüm kimi ol dilbəri-vicdan pərişan. * * * Milli nəğmələr Ey bağı-vətəndə açılan tazə nihalan! Şamü səhər olmaq gərək ürfanə şitaban. Adab ilədir tərbiyeyi-cənnəti-vicdan, Elm ilə edər kəsbi-şərəf zadeyi-insan. Firdovsi-maarif biləlim məktəbi-“Nur”i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Ey tazə çiçəklər! Sizə olsun bu vəsiyyət: Düşməz ələ, ey qönçələrim, dövri-səbavət! Təhsili-kəmalə ediniz eşqü məhəbbət, Bir gün vətən eylər sizi gördükcə fəxarət. Firdovsi-maarif biləlim məktəbi – "Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Məktəb nə demək? Zinətidir zatü sifatın, Məşşatəsidir huri-dilarami-həyatın, Xurşidi-ziyadandır afaqi-nicatın, Mə'nasına tə'zim edək işbu nəğəmatın: Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Əqvam bütün elmlə kəsb etdi kəmali, Qonşularımız məktəb ilə qıldı təali, İstərsək əgər biz dəxi ən şanlı cəlali, Tənvir edəlim nuri-təməddünlə xəyali, Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Vardırmı cəhalət kimi dəhşətli fəlakət? Cahillər olur dəhrdə məhkumi-səfalət, Hürriyyət ilə etmək üçün kəsbi-səadət, Ürfanə, kəmalə edəlim kuşişü qeyrət, Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Təhsil ediniz keçməsin övqat fəsanə! Tənbəllik üçün düşməmişiz məhdi-cahanə, E'dam ediyor cəhlpərəstani zəmanə, Biz də olalım şöylə həmahəngi-tərənə: Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Məktəb nə demək? Şə'şə'əbəxşayi-cəhandır, Miftahi-dəri-gəncü künuzati-nihandır, Ülviyyəti calib, səbəbi-izzətü şandır, Zülmətdə yatan dillərə ənvarfəşandır, Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Yetməklik üçün gülşəni-ümmidü mərama, Biz də gələlim şövqü şətarətlə xürama, Pərvaz edəlim, xüldbərindir, bu məqama, Payan verəlim qəflətə, övhama, zülamə, Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Bu göydə təlalö' ediyor nəyyiri-hikmət, Bu yerdə təfəyyüz qılıyor toxmi-həqiqət, Bu bağdə xəndan oluyor qönçeyi-fikrət, Məktəb nə demək? Üssi-əsasi-mədəniyyət, Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Şərq üzrə salır sayəsini şəhpəri-amal, Müzlim vətəni parlatıyor pərtövi-iqbal, Parlaq olacaqdır gələcək, şahididir hal, Ey didəsi məhrumi-ziya! Al sənə timsal: Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Hala yazılıbdır, oxu, ülviyyəti-ati! Bu güzgüdə seyr eylə şu lahuti sifati! Parlaqdır, əzizim, gələcək, gör ləmə'ati! Öyrənmək üçün, bilmək üçün dərsi-həyati Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! Ey baği-vətən gülləri, ey tazə çiçəklər! Ey cənnəti-elm içrəki nasuti mələklər! Balaləri pərvazə qılın sə'yü əməklər, Sizdən vətənin gözləri hürriyyəti bəklər, Firdovsi-maarif biləlim məktəbi-"Nur"i, Alqışlayalım xidməti-əşxasi-qəyuri! * * * Rəhgüzari-mətbuatda lövheyi-şəfqət, yaxud üç zavallı Nədir bu lövheyi-şəfqət ki, rəhguzardədir? Nədir o xətti-mihən səfheyi-üzardədir? Nədir o mənzəreyi-qəm, süruru ağladıyor? İki sevimli şükufə düşüb qübardədir? İki çocuq – iki güldür, türabə düşmüş, ah! Zavallı başları, seyr eylə kim, kənardədir. Sükutə dalmış o qızlar türabi-zillətdə, Keçənlərə baxıyor, mədər ixtirardədir. Pədərləri nərədə? Başqa bir diyardəmi, Şərabi-mövtü içib yoxsa ki, məzardədir? Nədir şu yə's, təbəssümnümayi-simadır, Nədir şu qəmli baxış, çeşmi-hüzndardədir? Üzündəki aləmi tərcümani-möhnətidir, Nədir o leyli-siyəh çöhreyi-nəhardədir? Könül sərairinin əksgahidir rüxsar, Çıxar üzə qəmi kim, qəlbi-qüssədardədir. Mənim də ruyum, əvət, tərcümani-qəlbimdir, Gəl anla ol qəmi Hadiyyi-dilfikardədir. * * * Ədvari-təcəddüd, əs'ari-inqilab Tutmuş bütün əvalimi tufani-inqilab, Dəhhətnümuni-hövldür ümmani-inqilab. Həp qəzteyi kəşideyi-ənzari-diqqət et, Gör kim nə söyləyir sənə tibyani-inqilab. Baxsan cidalgahi-həyatə görər gözün – Başdan-başa kəsilmədə meydani-inqilab. Xilqət təcəddüd istəyir, istərsən istəmə, Təsdiq edir bu fikrimi vicdani-inqilab. Bu bəzmgahi-fitrətə ətf eylə guşini, Hər bir dəhəndən uçmada əlhani-inqilab. Gördükcə xəndədar bəhari-təcüddüdü, Əşki-sürur tökmədə mürğani-inqilab. Asayişin behişti açılmaz şu yerdə kim, Ta yağmasa o gülşənə barani-inqilab. Ruhunda bir sükun əcəba mündəmicmidir? Təşrih edilsə tiğ ilə əbdani-inqilab. Əmniyyəti-rəiyyəti təkmil üçün bu gün – Açılmış livayi-sətvəti sultani-inqilab. Minbərnişin millətə lay-lay çalır hənuz, Bolğar elində yüksəlir azani-inqilab. Yat-yat, balam! – deyir, – hələ rahət zəmanidir, Amma doğub şümusi- diraxşani-inqilab. Baxdıqca ümmətin bu sükutu sümutuna Vallahi ağlayır bizə çəşmani-inqilab. Bilməm ki, müstəid deyilizmi təcəddüdə, Yoxsa düşünmürüzmü nədir şani-inqilab? Bizlər hələ qunudeyi-ağuşi-xəndəyiz, Bu hala qarşı olmada giryan inqilab. Hər qövmdə bulunmasa əfkari-növzühur, E'dam edər şu milləti divani-inqilab. Ey Nuh! Açıb da çeşmini pak et qübardən, Sən qoyduğun kimi dururuz, bax, məzardən! * * * Həqiqət acımı, dadlımı? 1 Derlər ki həqiqət acıdır, dadlıdır, amma, Vardır bu böyük sözdə həlavətli bir iyma. Bittəb deyildir acı şəhdabi-həqiqət, Ləzzətlidir ərbabı üçün abi-həqiqət. Əzvaqımıza nisbətən ol abi-müsəffa – Can yandırıcı zəhrdir, əslən özü əhla. Bir çeşmeyi-fəyyazdır, ayrılmış əzəldən, Çirkabi-xürafatı yusun lövheyi-dildən. Hər dil olamaz, olmadı məcrayi-həqiqət, Ən ali gönüllərdir olan cayi-həqiqət. Hər fikr olamaz, olmadı övrəngi-cəlali, Hər ruh olamaz, olmadı mir'ati-cəmalı. Hər hüsn olamaz, olmadı tabişgahi-ani, Hər ləfzə hülul eyləyəməz ruhi-məani. Hər cism deyil layiqi-ərvahi-lətifə, Hər ləfz deyil zərfi-məaniyi-zərifə. Var isə nəsibin azacıq nuri-zəkadən, Dinlə bu sözü xameyi-ərbabi-dühadən: Naz eyləyir ən ali xəyalətə bu afət, Əfkari-səfilə nərədə, nərdə həqiqət?" İştə bu sözü etməliyiz hafizəpira, Mə'nayi-həqiqət nə böyükmüş, nə müəlla! İndi sürəlim xaməni meydani-mərama, İfraq edəlim fikrimizi şəkli-kəlamə. Əshabi-ədəb başlayıb etdikdə hekayət – Zərbülməsəl ilə edər ifhamına qeyrət. Anlatmaq üçün biz dəxi məzmuni-dərunu, İrad edəlim bir məsəli-fikrnümunu: Getdikdə şita canlanıyor feyzi-təbii, Xaki-siyəhi parladıyor nuri-rəbii. Gül qönçədə xəndə, dönür afaq cinanə, Sərbəst dodaqlar kimi quşlarda tərənə. Güllər salıyor pərdəni rüxsarlarından, Göz nur alıyor çöhreyi-nəvvarlarından. Azad dəhənlər kimi arayişi-gülşən, Yə'ni ki çiçəklər açılıb, bağçə rövşən. Göydən tökülür feyzli fəvvareyi-ənvar, Yerdən duyulur nəfxeyi-canpərvəri-əzhar. Oyanar günəşin şə'şə'əsi məşcərələrlə, Zərrin kəpənəklər necə kim məzhərələrlə. Qayətdə xəfifanə əsən badi-baharı, Təhziz edər, oxşar, öpüyor məzhərəzarı. Quşlar, kəpənəklər ediyor şövq ilə pərvaz, Bülbül oluyor eşq ilə, sevda ilə dəmsaz, Sevdayi-vətənlə nasıl amalpərəstan – Hər sübhü məsa çəkmədədir ah ilə əfğan. 2 Bir sövqi-təbiilə o mürğani-xoşəlhan Ümmidi olan güllərə qarşı atıyor can. Güldən gülə pək nəş'əli pərvaz ediyorlar, Müzmər bulunan sözləri ibraz ediyorlar. Bir gizli məkanda iki sevdazideyi-eşq, Yekdigərinə sanki açır xatireyi-eşq. Mə'şuquna aşiq edir e'lani-məhəbbət, Yox hail olan, yar açıq, aşiq dəxi sərbəst. İnsanları bədbəxt edən, ey pərdeyi-övham, Odlara tutmuş, səhnəyə çıxsın o dilaram. Madam ki, varsan, o həqiqət görünürmü? Sən yanmasan, əndami-lətafət görünürmü? Madam asılmış duruyor sitrəyi-əlfaz, Əndami-məani olamaz şə'şə'əəndaz. Ol pərdə deyildirmi qılıb millətı ə'ma? Rəqqaseyi-hürriyyətə olmaz gözü bina. Hürriyyət olan bağdə gül, bülbül – iki yar Biz anlamayan ləhcəni onlar edir izhar. Hər canlının öz növ'ünə məxsus lisanı – Vardır ki, onunla açıyor razi-nihanı. Əfkarını bildirməyə qadir olamaz lal, Lal olmayalım, dillənəlim biz də bəhərhal. Mürğan belə hifz etmədədir kəndi lisanın, Məxsus dililə deyir əfkari-cənanın. Yoxdur dilimiz fikrimizi etsin ifadə, Quşdan geriyiz, vaəsəfa, bağı-fənadə! Sərbəst qələmlər kimi övraqi-ədəbdə, Pərvaz ediyor cümləsi əlhani-tərəb də. Bir mürğ qədər, ey vətənim, olmadın abad, Bir quş qədər, ey xaməciyim, olmadın azad. Bir gül qədər olsun, dodağın olmadı xəndan, Ey qönçeyi-xoşbuyü səfapərvəri-vicdan. Zülmün küləyi əsdi də, soldurdu yanağın, Ey vah ki, pamali-xəzan oldu da bağın! Şəhbaz kimi, söyləməm, ülviyyətimiz yox, Kuçik kəpənəkcə belə hürriyyətimiz yox. Məhcub olacaq baxsa bizə ruyi-həqiqət, Bu hali-rəzilanəyə heyrət, yenə heyrət! Bu cəhlə, bu nadanlığa payan olamazmı? Bu qövm, əcəba, haizi-ürfan olamazmı? İnsanlığa bir ləkkeyi-ar olduq, a millət, Eylərsə əcəbmi, Qladston bizə nifrət? Ar eyləyirəm söyləməyə kəndimə insan, İnsan sifətində görünür çünki müsəlman. Zahirdə bu söz pək acıdır, təlxdir, amma – Bu zəhrin içində duruyor bal kimi mə'na. Dərman nə qədər təlx ola ol rütbə şəfadır, İç, qorxma, o zəhri ki, verənlər hükəmadır. İslahi-vücud etməyə iç zəhri-həqiqət, Mə'nada odur şəhdi-şəfapərvəri-səhhət, Dərlər ki, həqiqət acıdır, məğzini dərk et, İnsanlığa gəl, təb'i-bəhimanəni tərk et. Mən eyləyirəm bir, üç bu sözü təkrar: Rüxsari-əfifi-bəşəriyyətdə biziz ar. İffətli olan çöhrədə ar olmayalım gəl, Fikri yuyalım nur ilə, tar olmayalım gəl! Ziruh olalım, əhli-məzar olmayalım gəl, Diz-diz sürünən şil kimi zar olmayalım gəl! Bisayə çocuqlar kimi xar olmayalım gəl, İzzətlənəlim, zillşüar olmayalım gəl! Həmnöv'imizin duşuna bar olmayalım gəl, Bu rəhgüzəri-ömrdə mar olmayalım gəl! Şəkli-bəşəriyyətdə himar olmayalım gəl! Payi-bəşərə batmağa car olmayalım gəl! İnsanları yandırmağa nar olmayalım gəl! İrşad edəriz millətı insanlığa daim, Bəsdir, yetər artıq, ayılıb dursana, naim! * * * Qələmə Əla, ey bülbüli-ürfan, vətən bağında fəryad et, Qon övraqi-fünunə, nəğmeyi-milliyyə inşad et. Cəhalətlə vətən bir leyli-zülmətnak edir təşkil, Zəbani-nurpaşinlə rəhi-ürfanə irşad et. Qələm şükrfəşani-mərifətdir, guşi-huş istər, Dilərsən həzzyab olmaq şu nəshin dinlə, dəryad et: Əgər aqilsən, olma hirslə dildadeyi-sərvət, Rizayi-həqqi istərsən, ibadullahə imdad et. Həmiyyət düşkünü olma, güşad et xani-ehsanın, Dili-ərbabi-hacatı kərəmkaranə dilşad et. Yapış acizlərin dəstindən, ey sərməsti-istiğna! Demə əhli-ğinayəm, baziyi-dövrani dəryad et. Əgər istərsən adın zibi-tarixi-cahan olsun, Dirəxti-sayədar ol, meyvə ver, ən şanlı bir ad et. Xəzanə üz qoyan növrəstəgani-baği-islamə-- Nəzər sal, tərbiyətbəxş ol, əlindən cəhlin azad et. Əgər amalın iqbali-vətəndir, urma boş lafi, Həzizi-məskənətdən milləti balayə isad et. Müavin olmaq ilə zalimə ağlatma məzlumu, Səzayi-rəhmət olmaq istər isən, tərki-bidad et. Xuda Quranda «qövmüz-zalimin»ə mələnətxandır, Dilərsən məğfərət həqdən, ədalətpərvər ol, dad et. Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə, Yıxılmış xanəni məmur, sınmış könlü abad et. Dilərsən müstəfid olmaq hüquqi-adəmiyyətdən, Ziyayi-elmi dərdəst eylə, nəfsin elmə mötad et. Əgər məqsudin isə kəsbi-hissiyyati-ruhani, Bu pəndi-hissəbəxşi qəlblə təzkar, övrad et. * * * Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar Fikrim yaşayır mə'niyi-rə'nalər içində, Ruhum uçuyor cənnəti-ülyalər içində, "Lal ol, demə, qanma, gözünü kur elə" dərlər, Gözlü nasıl ömr eyləsin ə'malər içində?! Mən bir əsərəm, anlamadım kimdi müəssir, Bir şe'ri-bəliğəm bu müəmmalər içində. Girsinmi tənimlə bu həqaiq də məzarə, Kəşf eyləyəyimmi bu həyulalər içində? Xaki-siyəhi-parladacaq nuri-xəyalım, Qalmış vətənim leyleyi-zülmalər içində. Zənn eyləmə şəbtəb şu məxluqi-müziyyi, Parlar gecələr nur kimi səhralər içində. Azadələrin ruhi-münəvvərləridir kim, – Şol cism ilə parlar şəbi-yəldalər içində. Nifrət edərik canlı gəzən bu şəhəratə, İmrari-həyat etmədə tənhalər içində. Hürriyyəti-vicdan ki, deyirlər adı vardır, Ol huri dərağuş elə rö'yalar içində. Ərz etmədədir kəndini ifriteyi-övham, Dildari-həqiqət hələ xülyalər içində. Sərbəst bu gün zülmünü icradə məzalim, Ərbabi-ədalət hanı? Mənfalər içində! Övladi-zəman fikrcə səhdud bu gündə, Mən istəyən əhbab isə fərdalər içində! Təşrih edirəm dillərini çox rüfəqamın, Bir əhli-səfa yox bu əhibbalər içində. Mən bir diriyəm, etdi məni dəfn təsadüf – Zində görünən bir sürü mövtalər içində! Bilməm ki, nolurdu məni-bədbəxt doğulaydım – Mehdi-mədəniyyətdəki danələr içində. Hər kəs sanıyor kəndini pərvərdeyi-daniş, Ləzzətli ədəb yox bu mürrəbalər içində. Turşdur deyəməz hiç kəs ayranına, əmma Dadsa, der acı şəhdi-müsəffalər içində. İkmali-kəmal etmədə əqvam, biz, əfsus, Təzyi' ediriz ömrü əlifbalər içində. Fitrətmi, bəşərmi törədir cəngü cidali? Dünya yaşayır hərb ilə qövğalər içində. Meydani-vəqa səhni-püraşubi-təbiət, Ərbabi-zəfər taqi-müəllalər içində. Dərdəst edib amalını ərbabi-həqiqət, Zahid, yaşa övham ilə xülyalər içində! Ey qəlbiqara, sən oxu əlfazü sevadi, Nur əhli bu gün lübb ilə mə'nalər içində. İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində! "Qumu..." səsi iqaz edir əbnayi-cəhani, Millət hələ cabidə bu zövzalər içində. Bir nəcm deyildirmi cahani-bəşəriyyət – Bunca küreviyyat ilə dünyalər içində? Bir zərrə deyildirmi bu səyyareyi-aləm – Şu cəvvi-vəlehzadəki şəmsalər içində? Milyonla kəvakib gəzir e'maqi-fəzadə, Milyard cahan var bu müsəmmalər içində. Xilqət doğuyor, leyk durur hüsn əzəldə, Varmı belə bir xariqə hüsnalər içində? Ey madəri-aləm, bu nə heyrətli sərair, Sən şadmısan bir belə hüblalər içində? Aya, nədir ol cazibeyi-hüsnü məlahət, Qaynar, daşıyor dideyi-şəhlalər içində? Şol yar, quçağında yaşar zövqü səfanın, Könlüm yanıyor eşq ilə sevdalər içində! Zülm eləmədən xoşlanıyorsanmı, ey afət? Yox sən kimi qəddar dilaralər içində. İç, iç nə qədər istərisən qanımı, zalim, Bir gün görərəm qanımı səhbalər içində! Gülçöhrələrin ləbləri, rüxsarıdır ol kim, – Şimdi içilir sağəri-minalər içində. Məhzun təbəssümlər edir nərgizi-məxmur, Cəzzab nigəhlərdir o mər'alər içində. Qəbrimdə açan gülləri seyr et, a şükufəm! Könlüm dağıdır laleyi-həmralər içində. Qəlbimdən uçar qəlbinə bir buyi-təhəssür, Etmə məni məhcub şu mövtalər içində. Bir fatiheyi-nazini fırlat da, güzar et Ehya elə, ruhum, məni həmtalər içində. Vardır şu yatan kimsələrin fatihəxani, Mən kimsəsizəm xaki-siyəhzalər içində. * * * Əksi-ənini-vətən Bu gündə ağladır afaqı ahü vayi-vətən, Cahanı titrədiyor növhənövü nəvayi-vətən. Vətən səfinəsini çalxalandırır əmvac, Olubmu yoxsa xudasız şu naxudayi-vətən? Həzin-həzin baxır ətrafə, söyləyir: övlad! Deyilmi sizlərə lazım məgər rəhayi-vətən? Kəfənbəduş olaraq qəbrdən çıxın, əcdad! Görün ki, məhşəri-qəmdir fərəhfəzayi-vətən. Sevimli oğlunu qeyb eyləmiş zavallı ana, Nasıl yanarsa, yanır qəlbi-cunnümayi-vətən. Cəhalət ilə mükəddər səfali mir'ati, Maarif olmasa, qabilmi incilayi-vətən? Vətən çiçəklərini xəndədar qılmaq üçün – Hənuz doğmadımı bizdə də fədayi-vətən? Səfalət ilə bugün ağlayır, yanır, yaxılır, Qinalər içrə gülün siz, ey əğniyayi-vətən! Əri məzarə girən bir xanım kimi ağla, Yetim uşaqlarını oxşa, ey sədayi-vətən! Döşündə əmmək üçün yox südün ki, əmsinlər, Çocuqların oluyor, validəm, cilayi-vətən. Təbəssüm istəməm artıq, bükayə şövqüm var, Bərabər ağlayaq, ey çeşmi-giryəzayi-vətən! Gəl, ey "təbibi-zəmanəm" – deyən gəzafpəsənd, Tutub da nəbzini anlat nədir nidayi-vətən? Qoyub qulağını dinlə şu xəstə sinəsinə, Bəyan qıl ki, nə əczaydır dəvayi-vətən. O vəqt son sözün aya deyilmidir "heyhat"? Əlaci məhz ölümdür, sönür ziyayi-vətən. Verəmli qız kimi parlar gözündə nuri-əcəl, Gəl, ey müvəkkili-mövt, iştə yox şəfayi-vətən! Qünut, yə's, fütur etməyin, ey əhli-vətən, Fəqət əməllə olur şanü e'tilayi-vətən. "Biri" demişdi ki: "Lağlağ ümidi-istiqbal", Əməl deyilmi, quzum, qiymətü bəhayi-vətən? Nə səmtə ətfi-nigah eyləriz qaranlıqdır, Çıx, ey səbahi-səadət, doğ, ey zəkayi-vətən! Fəraq uzandı, gəl imdadə, ey səbahi-vüsal! Unut keçənləri, gul, gul, a dilrübayi-vətən! Həqiqət əhlini, Hadi, xəyalə döndərdi – Könüldə bəslənən ümmidi-irtiqayi-vətən. Qələm, şu vəhynəvimi-kitabi-hürriyyət – Bədialər yaradır, görməyir əmayi-vətən. Qınılma, ey qələmim, vase' eylə meydanın, Nə rütbə olsa da, əhrarə təngnay vətən! * * * Qızlar bağçası İştə bir aliheyi-hüsnü cəmal, İştə bir malikeyi-fəzlü kəmal. İştə bir düxtəri-pakizəxisal, Şəmsi-rəxşəndeyi-afaqi-cəlal. Hər səhər çantası dərdəsti-ədəb Nöqtəyi-məqsədidir darülədəb. Əməli, fikri bütün kəsbi-kəmal, Nə müqəddəs əməlü fikrü xəyal! Anlamış, elmdir əsbabi-nicat, Elmdir baisi-neyli-dərəcat. İşbu məsumeyi-fərxəndəxisal Çalışır ki, edə ehrazi-kəmal. Qoşiyor məktəbə bir nur kimi, Gediyor cənnətə bir hur kimi. Zahiri zivərə yoxdur həvəsi, Zivəri-batinə çoxdur həvəsi. Elmdir hilyeyi-insaniyyət, Elmdir zinəti-islamiyyət. Elmdir adəmə ən şanlı şərəf, Milləti-cahilə olmazmı tələf? Elmdir məsədətəfzayi-həyat, Sən də qıl elmlə təzyini-sifat. A çocuq! Ey şərəfənduzi-kəmal! Ey mələksiyrət, a lahutxisal! Oxu, ey bülbüli-növxani-çəmən! Sənin ilə edəcək fəxr vətən. Şimdidən tərbiyə qıl baği-dili, Bitsin ol bağçada ürfan güli. Nə gözəl söyləyib ol "məzhəri-elm": Tərbiyətbəxşi-maarif "dəri-elm": "Zinəti-zahirəni sanma cəmal, Zinəti-batinədir əsl cəmal". Zinəti-candır ədəb, fəzl, kamal, Adamın zivəridir yaxşı xisal. Qəlb mirati-mücəlla kimidir, Fikr bir abi-müsəffa kimidir. Ləkədar olsa əgər lövhi-xəyal, Safləndirmək onu əmri-məhal. Seyqəli-ruhdur, adabu fünun, Edəlim təsfiyeyi-lövhi-dərun. * * * Mizani-əqvam Bir ləhzə açıb dideyi-insafü mürüvvət, Qıl aləmi səncideyi-mizani-həqiqət. Vasil olayım dərsən əgər fövzü nicatə, Ətfi-nəzər et saheyi-qövğayi-həyatə. Dünya denilən iştə bu meydani-rəqabət, Oldu ümami-sairəyə bağı-səadət. Məğribdə bu gün şəmsi-hünər olmada şariq, Məsturi-səhaib hələ afaqi-Məşariq. Bir xətvə belə atmayınız rahi-fəlahə, Xəffaş kimi düşməniz, eyvah, səbahə. Qat-qat bürüyüb fikrimizi sətreyi-övham, Bir fərd belə yox edə əndişeyi-əncam. Kəşf eylədi ərbabi-hünər "qüvveyi-bərqi", Bizlər edəriz vadiyi-zülmətdə tərəqqi. İcad elədi əqli-bəşər "xaneyi-səyyar", Böylə oluyor zadeyi-nazəndeyi-əfkar. İbda elədi dəsti-düha "hafizi-əsvat", Bizlər hələ xabideyi-ağuşi-xürafat. İnşa elədi əhli-xirəd "dumavisi", Bizlər oxuruz qisseyi-Leyla ilə Qeysi. Əqvama bəhaim kimi ram oldu təbiət, Bizlərsə bəhaim kimi məhkumi-əsarət. Mə'dənləri, məxzənləri, əbharı, cibalı Növ'i-bəşərin kəşf elədi fikrü xəyalı. Miftahi-maarifə açıldı dəri-imkan, Bizlər dururuz əskicə halətdə kəma-kan. Meydanə qoyuldu neçə əsrarı cahanın, Hala da açılmaqda dəri gənci-nihanın. Bunlar həpsi meyveyi-əfkari-dühadır, Zülmətkadeyi-dəhrə düha əhli zəkadır. Əfkari-düha, xeyməgəhi-huriyi-hikmət, Bunlardır olan rəhbəri-şəhri-mədəniyyət. Dünya cəsəd, ərbabi-dühaət ona candır, Azadədilan şö'leyi-mişkati-cahandır. Təslim olunub bunlara ra'yati-fütuhat, Bunlardır olan fatehi-iqlimi-künuzat. * * * Fədakarlıq-mərdanəlik Pay dər qeydi-əsarət yaşamaqdansa əgər, Hürr ölmək belə min vüsləti-dildarə dəyər. Səlli-seyf eyləyərək şanlı atıl meydanə, Mərdlik dəhrdə yüz min düri-şəhvarə dəyər. Eylə izhari-həqiqət, nə təbəsbüs yeridir? Çün "ənəlhəq" deyənin başı səri-darə dəyər. Hümmətin süst qılıb kardan əl çəkmə, səbəb? Xəlqə xidmət nə qədər məxzəni-dinarə dəyər! Qiymətin etməsə təqdir vətən əhli, nə qəm, Bu açıqdır ki, məlamət oxu əhrarə dəyər. Sal nəzər nəf'i-ümumiyə, ey ərbabi-səbat! Olma rəncidə bu yolda ayağın xarə dəyər. Lövheyi-fikrinə yaz: "hübbi-vətən" ünvanın, Vətənin xaki-siyahi zəri-nəvvarə dəyər. Hübbi-Leylayi-əməldə bu yəqindir, Hadi: Səngi-kudəkmənişan Qeysi-fədakarə dəyər. Xəlqdən kəs təmə'i eylə də ibrazi-hünər, Nuri-həq çöhrəsinə azü təmə pərdə çəkər. * * * Kitabi-həyat Bir nişangahi-fəlakətdir sərasər xakdan, Tiri-cansuzi-bəlayayə nişandır xakiyan. Gördüyün əncümmüdür pirayəbəxşi-asiman? Tiri-möhnətdən dəlinmiş, göz-göz olmuş, kün-fəkan, Dəsti-cəlladi-qəzadən zəxmdar olmuş cahan. Şol fəzadə seyr edən sanma səhaibparədir, Ahi-şivəngahi-candır, dərddən min parədir, Hadiya, hüzni-ümumi çəkmədən dil yarədir, Yox məsərrətdən əsər, möhnətşüar olmuş cahan. Sanma barandır yağan matəmgəhi-ünsiyyətə, Halımız tə’sirbəxşi-qəm olub qüdsiyyətə, İştə ağlar qüdsiyan əhvali-insaniyyətə, Bizdə asari-mürüvvət hissi yox cinsiyyətə, Bir sürü cəllad əlindən əşkbar olmuş cahan. Teyri-sərvistani-qüdsüz, olmuşuz zibi-qəfəs, İstəriz azad olaq zindani-qəmdən bir nəfəs, Qiyməti-hürriyyəti təqdir edir əhrar, bəs - Zülmə, istibdadə insaniyyət eylərmi həvəs? Ah kim, dəsti-sitəmlə təngü tar olmuş cahan! Zibi-zindani-səfalətdir tərəqqipərvəran, Zivəri-baği-səadətdir dənaətgüstəran, Dari-zülm olmuş cahan, yoxdur ədalətdən nişan, Təlxi-abi-cövr ilə aludədir nasutiyan, Tabdari-mə’dələt olmazmı gülzari-cahan? Ey həqiqət, zəhrin ilə təlxdir vicdanımız, Tiri-möhnətbarına san kim, hədəfdir canımız, Bəhcətabad olmadı bir an dili-viranımız, Rəhgüzari-qəm deyilmi bu xəyalistanımız? Rəhrövi-mülki-fənayə rəhgüzar olmuş cahan. Boylə söylər "Məntiqüt-teyr"i* bilən guyani-raz: Şol gözlər quşlar deyil bica yerə şivəntəraz, Hər kəs öz alamına bir şivə ilə növhəsaz, Sevgili quşlar, qılın dəsti-cəfadən ehtiraz, Bir bölük səyyaddən bizarü zar olmuş cahan. Nəğmərizi-ibtihac ikən çəməndə bülbülan, Ərzi-rüxsari-lətafət eyləyirkən qönçəgan, Tündbad əscək olur gülşən vərəqrizi-xəzan, Laneyi-həsrətdə qərqi-hüzn olur gülpərvəran, Bir müğilangahi-möhnətdir çəmənzari-cahan. Sahəpirayi-çəmən olmuş ərusani-bəhar, Gülmüdür? Yox, hər biri bir çöhreyi-huriüzar, İştə qılmışdır fələk təslimi-ağuşi-məzar, Madəri-namehribandır ruzgari-kəcmədar, Ey bəsa ahuyə şiri-canşikar olmuş cahan. Bir vücudu eyləyir bir arifi-hikmətnümun, Calisi-təxti-maarif, zivəri-ərşi-fünun, Dəsti-səyyadi-əcəldə axır eylər sərnigun, Kəşfi-əsrari-cahanda aciz olmuş arifun, Həddi-əqli-muşikafə sığmaz əsrari-cahan. Qəmfəza bir mənzərə təşkil qılmış kainat, Sərnüma olmaqda hər dəm qəmli-qəmli faciat, Təlx bir mə'na ilə ləbrizdir cami-həyat, Saheyi-vəhşət deyilmi kainati-hadisat? Cəngi-fitriyyi-bəşərçin karzar olmuş cahan. Xameyi-möhnətnəvisim qəlbi-səngi mum edər, Şe'ri-cansuzum fərəhpərvərləri məhmum edər, Qəm nədir dərk etməyən qafilləri məğmum edər, Bu məsaibgahi-dəhrin nolduğun mə'lum edər. Möhnətü yə'sü ələmlə dilfikar olmuş cahan. Ey qələm, bəsdir əritdin qəlbi-riqqətpərvəri, İştə təsvir eylədin bir lövheyi-yə'savəri, Neyləyək, övraqi-möhnətdir həyatın dəftəri. Məktəbi-qəmdə şu dərs olmuş lisanım əzbəri: * * * Yazıq millət! Səfalət bizdə, zillət bizdə, hər dürlü bəla bizdə, Əcanib pazpərvərdi-ğina, rəncü əna bizdə. Sənaye sayəsində kəsbi-şövkət qıldı qərbiyyuh, Baxın biz əhli-Şərqə, məskənət, nəğmət, cəfa bizdə. Maarif yox, sənaye yox, ticarət yox, ziraət yox, Dərüni-qəflət içrə qalmışıq, yoxdur ziya bizdə. Qılır gündən-günə kəsbi-təali qövmlər, qaldıq – Tədənni guşəsində xar, yoxdur e'tila bizdə. Bu ibrətgahdən bir dərsi-ibrət almırız, bilməm, – Həqiqət, yoxmu iste'dadü asari-zəka bizdə?! Təməddün elmi-əbdan ilə olmuşkən təcəllisaz, Bu elmi-məs'ədətbəxşə niçin yox e'tina bizdə?! Niyə biz qılmırız təqdir qədrin elmi-əbdanın, Kor olmuş yoxsa, Hadi, dideyi-qiyamətnüma bizdə?! Təcəddüdbəxş ikən ədvari-növayəndeyi-aləm. Həzar əfsus, kim var, köhnə fikr, əski qafa bizdə. Bu məşhur məsəldir: "kor əlindən tutduğun qoymaz", Biz iştə tutmuşuz cəhli, səbəb: çün var əma bizdə. Tədənnipərvəranız, düşməni-ənvari-ülviyyət, Onunçün sim-siyahız, zərrə çox nuri-əla bizdə. * * * Duşizeyi-hürriyyətə Düxtəri-napakdamən sanmayın hürriyyəti, Hərkəs olmaz rahyabi-həcləgahi-vüsləti. Öylə bir huriyi-ismətdir bu yari-işvədar, Şövqməndani-vüsalə böylə istiğna satar. Ey behişti-e'tilanın huriyi-canpərvəri, Zinəti-dar oldu eşqin ilə əhrarın səri. Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız, Xəndezari-bəhcət olsun könlümüz, rüxsarımız. Zəxmdari-hüzndür dil tiri-istibdaddən, Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən! Nüxbeyi-amal insaniyyətin iqbalıdır, Cümlə qövmü millətin əmniyyəti-əhvalıdır. Cami-pürzəhri-əcəl Hadini bihuş etmədən, Sineyi-leyli-ədəm cismani dərağuş etmədən. Girməz idi həsrət ilə mədfənə görsəydi, ah, Milləti-məzlumədə asari-feyzü intibah! * * * Maarifə dair Şükufəzari-ədəb nəfhəbəxşi-vicdandır, Ədəb çiçəklərinə gülstan--dəbistandır. Təqdir qılın, əhli-vətən, işbu məqali, Ta kim, olalım zivəri-övrəngi-təali. Baziçə zamanı deyil, ədvari-ədəbdir, Dövri-mədəniyyətdir, edək kəsbi-məali. Rüxsarənüma dilbəri-dilpərvəri-ürfan, Afaqi tutub şəşəeyi-hüsnü cəmali. Par-par yanıyor şəmsi-cahantabi-kəmalat, Əxz eyləyəlim biz dəxi zərrati-kəmali. Hər millət edib elmlə ehrazi-məratib, Bu sayədə təhsil qılıb sərvətü mali. Hər qovm maariflə bilir kəndi hüququn, Əlbəttə, hüquq əhli bulur cahü cəlali. Zənciri-əsarətdə yaşar əhli-cəhalət, Məhkumların gün kimi bəsbəlli zəvali. Elm ilə dərağuş olunur şahidi-nüsrət, Elm ilə zəfərpərvər olub avropali. Biz də düzülək silsileyi-əhli-ülumə-- Öyrənmək ilə elm, hünər, fənn, məali. Təşkil edəlim «əncüməni-elmü maarif», Təsis qılaq «Darfünün», «Məktəbi-ali»! Məktəb nə demək? Bəhri-füyuzati-məani, Məktəb nə demək? Mədəni-almas, ləali. Məktəb nə demək? Bir ülvi bürci-səadət, Məktəbdir edən bədri-ziyadar hilali. Məktəbdir olan məsdəri-əsrari-tərəqqi, Məktəbdir olan mətləi-ənvari-təali. Söylər sizə Hadi: oxuyun, milləti-islam! Xaməm də bu yerdə ediyor xətm məqali. * * * Bir mütəəllim rəfiqimin fotoqrafına qarşı söylənmişdir [Rəşad]! Ey mayeyi-arami-canım! Sənə ayinədar olmuş cinanım. Bu rəsmin düşdü dəsti-ehtiramə, Gətirdi ruhumu şövqü qəramə. Olub rəsmin mənə pirayeyi-dəst, Vüsalın nəş'əsilə ruh sərməst. Nə amalın ki, könlündə nihandır, Onu təfsirə çeşmin tərcümandır. Nədir, yarəb, bu mə'nidar gözlər! Nə canpərvər bu əfsunkar gözlər! Nə lahuti-nigahi-dilrübadır! O məs'umanə gözlər şövqzadır. Cəbinində mücəssəm nuri-hikmət, Səni əhsən yaratmış dəsti-qüdrət. Fəqət aldanma yalnız hüsni-anə, Çalış tənviri-əfkarü cənanə. Oxu, təhsil qıl adabü irfan – Ki, ta olsun münəvvər fikrü vicdan. Oxu, ehraz qıl adabü irfan – Ki, ta olsun münəvvər fikrü vicdan. Oxu, ehraz qıl elmü kəmalət, Ələ düşməz, quzum, dövri-səbavət. Rəşadın elmdir axır muradı, Bu amalında məsləkdaşı Hadi. Əgər tabe isən fikri-rəşadə, Qədəmran ol da minhaci-sədadə. Camalındır nəzərpirayi-vicdan, Nigahında nümayan feyzü ürfan. Əgər könlüm ola bir an sənsiz, Həzari-dil qalar, san kim, çəmənsiz. Qalırsa dil əgər biganə səndən, Yəqin bil ayrılır xülqi-həsəndən. Neçin qəmli baxırsan kainatə, Mükəddərsənmi, bilməm ki, həyatə? Həyat insan üçün bari-girandır, Bunu anlar o dil kim, nüktədandır. Bunu şe'rindən aldım, yavrum, mən, O şe'ri-dilbərində söyləyirsən: "Nişatım naqis, eyşim bisəmərdir, Mənimçün bir böyük, artıq kədərdir. Yazıb qıldım bu məktubu rəvanə – Ki, hissiyyatımı çəksin bəyanə". * * * Qələm Qələm, ey baisi-imrani-aləm, Kərametbəxşi-növ'i-ibni-Adəm! Səninlə kəsb edib adəm şərafət, Görüldü layiqi-təxti-xilafət. Qələm! Ey rəhbəri-elmü sənaye – Ki, sənsən kaşifi-sirri-təbaye. Səninlə fəxr edər əhli-həqaiq, Vücudunla olur həlli-dəqaiq. Qələm, ey bülbüli-bağı-məani, Əzəl əsrarının sən tərcümani. Riyazi-kainatın əndəlibi, Bedayegahi-sün'in sən ədibi. Cahan darülfünundur, sən müəllim, Bəni-növ'i-bəşər ətfali-tə'lim. Bizi tə'limü tə'dib eylə, ustad! Həyatə eyləyər ustad irşad. Deyil vəqti-sükunət, nəğməsaz ol, Təninəndazi-guşi-əhli-raz ol. Sükutu tərk edib, eylə tərənə, Ola nəğmən maarifpərvərənə. Dayanma, çal o canbəxşayi-suru, Həyatə də'vət et əhli-qüburu, Gələndə surin əlhan ilə zarə, Gəlir bir tazə can əhli-məzarə. Fəraşi-qəflət içrə biz səqimiz, Məzari-cəhldə əzmi-rəmimiz. Çal İsrafilvəş suri-zühuru, Nüşurə sövq et əshabi-qübüru. Gərəkdir "huri-məqsurat"i-əfkar – Xiyami-dildən etsin ərzi-didar. Olub xurşidi-hürriyyət nümayan, Yetər artıq nə qalsın hur pünhan? Çağır islamı şəhrahi-vifaqə, İnani-milləti çək ittifaqə! * * * Qələm nə söyləyir? Eşit, millət, qələmdən bir hekayət, Cidalıqdan qılır çox-çox şikayət. Oxur lə'nət şiqaqü iftiraqə, Edir nifrin ərbabi-nifaqə. Gəlin tövhidə, ey millət, amandır, Nifaq isə böyük bir xəsmi-candır. Olaq hər bir xeyirli işdə sai, Tərəqqiyçin qılaq sərfi-məsai. Edib qeyrət açaq ali məkatib, Edək bu yolda ehrazi-məratib. Mükəmməl mədrəsə, şanlı vəsail Qılıb tə'sis edək kəsbi-fəzail. Mənafebəxş əsbabi-təali, Olur bunlarla qədri-millət ali. Mükəmməl məktəbə hər kəssə malik, Səadət rahinə olmuş o salik. Bu iş vabəstədir həp ittihadə, Deyil vabəstə əğrazü inadə. Olur tövhid ilə hər müşkül asan, Bulur vəhdətlə rövnəq baği-imkan. Açılmışdır səbahi-elmü hikmət, Usan, bəsdir, yetər xabi-kəsalət! Açın bir çeşm, ey zülmətpəsəndan! Məgər bir zərrə yoxdur sizdə iz'an? Doğubdur afitabi-sübhi-vəhdət, Cahanə nəşr edir feyzi-hidayət Usanınz! Tabəkey bu lə'bbazi? Səmərbəxşa deyil elmi-məcazi. Nəticə verməz əşkalın əqimdir, Səhih zənn etmə, bürhanın səqimdir. Fəqih oldun, hanı irşadın, ustad? Həkim oldun, nə alət etdin icad? Kimə bəxş eylədin bir həbbə irfan, Acıqlanma, əlində varmı bürhan? Nə səmtə millətı irşad qıldın? Bölüb min parçaya bərbad qıldın. Hərənin var əlində bir “atistad”, Əlindən bunların min dadü fəryad! Bunlar qüttai-mə'nəvidir, Bütün amali-nəfsin peyrəvidir. Əfəndim, bəs deyilmi xabi-qəflət? Əcanibdən alın bir dərsi-ibrət. Eşitmirsizmi əhrarın sədasın? Nidayi-dilrubayi-xoşədasın? Səbahi-intibahü mə'rifətdir, Ayılmaq, millət, eyni-məsləhətdir. Gərək kəsb eyləyək elmi-lədünni, Bizə lazım deyil elmi-tədənni. Gərəkdir əldə olsun toxmü danə, Saçılsın toxmi-danə toxmdanə. Bədən elmilə təhsil et hübubat, Əkingahi-cəhanə sonra toxm at. Gər əldə olmaz isə toxmü danə, Nə saçmaqlıq dilərsin toxmdanə? Toxumsuz, danəsiz bitməz sənabil, Vəsailsiz deyil qabil fəzail. Çalış dərdəst et əsbabü vəsail, Səbəblə şəxs olur amalə nail. Tənakühsüz olarmı ya tənasül, Maarifsiz nə mümkündür təkamül? Məkatib olmasa olmaz maarif, Maarif görməyən kəs olmaz arif. Maarifsiz deyil mümkün məişət, Səfalətlə yaşar əhli-cəhalət. Olub yekdil, qılaq bəzli-həmiyyət, Bu yolda göstərək hər dürlü qeyrət. Cahanı titrədər tövhidi-millət, Qoparmazmı dağı olduqda himmət? Yaşa, ey ittifaqi-millətəfruz! Yerə bat, ey nifaqi-xanimansuz! Nə sünni-şiə var Quranımızda, Üxüvvət ləfzi var fürqanımızda. Təsadüm eylədikcə əqlü fikrət, Təzahür eylər ənvari-həqiqət. Olanda cift arayü xəyalat, Doğar bunlardan övladi-kəmalat. Edib təşkil ali əncümənlər, Qonulsun saheyi-zikrə müxənlər. Rücu etmək gərək əqli-səlimə, Olaq ləbbeykzən fikri-həkimə. Edək hər bir sözü təslimi-vicdan, Məsalehmiz deyilmi, böylə ixvan! Kənarə taşlayaq fikri-səqimi, Edək dərpiş rahi-müstəqimi. Əmanət namı vermiş əqlə mövlə, Buna bürhandır “inna qərəzna”... ilax. Əgər insan isən, etmə xəyanət, Gözəl saxla, əmanətdir, əmanət. * * * Məktəb Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət. Məktəb nə demək? Baisi-ülviyyətü şövkət. Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət. Məktəb nə demək? Rəhbəri-irşadü səadət. Övladi-vətən etmək üçün bizdə təali Məktəblər açıb kəsb edəlim elmü kəmali! Məktəb nə demək? Heyəti-milliyyəyə candır. Məktəb nə demək ruhi-didi mürdədilandır. Ariflərə həmvarə bu söz virdi-zəbandır: Əlməktəbü, əlməktəbü, ey millət, amandır, Övladi-vətən etmək üçün bizdə təali Məktəblər açıb kəsb edəlim elmü kəmali! Məktəb nə demək? Əncüməni-əhli-səfadır. Məktəb nə demək? Bariqeyi fəkri səmadır, Neyyirləri həp şəşəəbəxşeyi-dühadir, Pərvərdeyi-ağuşi olanlar üdəbadır. Övladi-vətən etmək üçün bizdə təali Məktəblər açıb kəsb edəlim elmü kəmali! Məktəblə bulur təsfiyə ayineyi-vicdan, Məktəblə edər kəsbi-şəraf zadeyi-insan, Məktəblə görər tərbiyə həp gülşani-ürfan, Təzkar edək ixvanımıza şu sözü hər an: Övladi-vətən etmək üçün bizdə təali Məktəblər açıb kəsb edəlim elmü kəmali! * * * Gülbərgi-pərişan Həsəd ol millətə kim, aşiqi-həqiqətdir, Xəyalı, fikri-məsaisi kəsbi-izzətdir. Bilib ki, elmlədir şani-növ'i-insani, Cəhalət isə bəşərçin böyük fəlakətdir. Durbinan calisi-övrəngi-istiqlaldır, Kutəhəndişan nişani-tiri-izmihlaldır. * * * Məktəb şərqisi Məktəb nə demək? Şəmsi-şəbistani-cəhalət. Məktəb nə demək? Gülşəni-ürfan, kəmalət, Məktəb nə demək? Ümmətə bir babi-inayət, Eylər qələmim sizlərə həqqilə vəsayət: Darülədəbin bilməliyiz qədrini, millət, Göstərməli ikmalına olduqca həmiyyət. Məktəb nə demək? Rəhbəri-övladi-vətəndir. İrşadına məzhər bulunan əhli-fətəndir, Məktəb düri-adabü kəmalətə ədəndir, Atidəki söz bizlər üçün zibi-dəhəndir: Darülədəbin bilməliyiz qədrini, millət, Göstərməli ikmalına olduqca həmiyyət. Məktəb nə demək? Ruh, dilə feyzrəsandır, Gəhvareyi-canpərvəri-rövşənnəfəsandır, Aşiqləri darülədəbin növhəvəsandır. Bu söz bizə hər şamü səhər zikri-lisandır: Darülədəbin bilməliyiz qədrini, millət, Göstərməli ikmalına olduqca həmiyyət. Məktəblə qılar növi-bəşər dəfi-bəlaya, Məktəblə çıxar zahirə əsrari-xəfaya, Məktəblə yaşar rahətü məsud rəaya, Eylər qələmim bu sözü təkrar vəsaya: Darülədəbin bilməliyiz qədrini, millət, Göstərməli ikmalına olduqca həmiyyət. Azmışlar üçün elmü ədəb nuri-səhərdir, Cəhl ilə kor olmuşlar üçün köhl bəsərdir, İnsana şərəfbəxş fəqət elmü hünərdir. Bimərfət adəm canı yox xüşk şəcərdir. Darülədəbin bilməliyiz qədrini, millət, Göstərməli ikmalına olduqca həmiyyət. * * * Mənaziri təbiət Baxılsa eyni-həqbin ilə aləm Turi-Sinadır, Giyahi-mövcəzən ahəngi-lahutilə guyadır. Şəcərlərdən, vərəqlərdən gəlir gülbangi-ya Musa! Lisani-xilqəti dərguş edər ol kəs ki, şinvadır. Təcəllabəxşi-kuhsari-cahandır nuri-atəşrəng, Çiçəklər, qönçələr, güllər təcəlligahi-mə'nadır. Cahan mir'ati-hüsni-dilfiribi-dilbəri-hikmət, Gəhi zülmət olur, gəh qəlbi-arif tək mücəlladır. Büluri-kainatə in'ikas etdikcə hürriyyət, Təcəddüdpərvəranə rənglərlə çöhrəpiradır. Cahan büllurasa rəngi-gunaguni cəzb eylər, Həqiqət bir, təcəlla latənahi, gör nə imadır! Nələr parlar, həqiqət, şəmsi-aləmtabi-hüsnündən - Ki, hər bir zərrəsi heyrətrəsi-idraki-danadır. Nələr eylər təzahür lövhi-məhfuzi-təbiətdənKi, hər bir nöqtəsi gəncineyi-sirri-xəfayadır. Nələr peyda olur seyli-xüruşani-həqiqətdən – Ki, hər bir qətrəsi ümmani-bipayani-mə'nadır. Nə müdhiş mövcələr təşkil edir bu bəhri-dəhşətnak - Ki, hər bir mövcü hövləngiz, yə'samiz, qəmzadır. Həqiqi abid olsa, bir ibadətxanədir aləm - Ki, hər bir kövkəbi Hadiyi ərşi-rəbbi-ə’ladır. * * * Mə'şuqəmə Vəhşi baxışın göstəriyor qaçmağı, amma Bu vəhşəti tərk eylə, rəfiqin mədənidir. Rövzati-cinanimdə açan qönçeyi-məxmur, Al qoxla, məhəbbət gülüdür, yasəmənidir. İlhami-sünuhat axıyor şe'ri-tərimdən, Mən naşiri-vəhyəm, bu Məhəmməd dəhənidir. * * * Təavün Naili-bər olmaz insan qılmayınca bəzli-mal, Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal. Nəf verməz şəxsə istiqbalda övladi-vəsim, Mənfəətbəxşaydır insanə bir qəlbi-səlim. Calisi-təxti-maarif olmağa himmət gərək, Pərvərişyabi-fünun olmaqlığa cövdət gərək. Pərgüşayi-e'tila olmaqçın övladi-vətən, Şəhpəri-himmət gərəkdir olsun, ey əhli-fətən. Şurezarə saçmayın toxmi-əməl, verməz səmər, Kəştzarə danə saç, vaxtında bəxş etsin bəhər. * * * Cəhalətimdən şikayət Varmı bundan yuxarı uçmağa iste'dadım? Qabiliyyət pərimə zəxm vurub ustadım. Oxumaqçın nə qədər dadü fəğan etdimsə, Olmadı zərrə əsərbəxş şu istimdadım. Dağa dərsən eşidər, sonra verir əksi-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım. Olmadan naili-didari-əməl qəbrə girər – Eşqi-Şirini-ülum ilə yazıq Fərhadım! Acizəm tərcümeyi-halimi təhrirə, səbəb? Doludur təlx həqaiqlə dili-naşadım. Ey Hadiyi-qəmdidə! De şu bülbüli-zarə: Cəh-cəh deyib axır düşər ağuşi-məzarə. * * * Bu da bir həqiqət Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız, Kizbdən varəstə qalmış, şükr olsun, canımız. İstəriz doğsun həqiqət, sədmeyi-əfkardən, Bizcə məslək bu, bilinsin şöhreyi-ürfanımız! Gecmi-tezmi, bilməm, amma haqq edər bir gün zühur, Kəsbi-itmi'nan qılmışdır buna vicdanımız. * * * Şeyxlərə-işanlara Afərin olsun sənə, ey “filusuf”i-zifünun! Pərvərişyabi-fünunun zümreyi-layə qilun. Gəlsə ərbabi-zəka tə'lim üçün dərgahına, Lövhi-idrakı olur qəlbin kimi zülmətnümun. Rahbərmi, rahzənmi olduğun mə'lum ya, Peyrəvani-məsləkindir firqeyi-layüflihun. Pək böyük sərvətlilər e'lani-iflas eylədi, Layiqi-heyrət budur hala “və hüm layəş' ürun”. Bunca aldandıq yetər, ey sevgili ixvanımız! İştə edvari-təyəqqüzdür “məta ma tərqüdun”. * * * Sofiyə-zahidə Sofi! Gəl öyrən həyatın tərzini heyvandən, Dersən insanəm, fəqət bibəhrəsən ürfandən. İştə, heyvan eyləyir tə'min istiqbalını, Böylə heyvan mənçə əbzəldir səbükməğzandən. Adəmizadə mükərrəmdir fəqət idrak ilə, Əfzəl olmazmı bəhaim dərksiz insandən? Ey bərador, aç gözün, qorxunc bir səhradəsən, Hifz qıl əmvalını bu yol kəsən düzdandən. Madəri-müşfiqmi sandın bu qənəm surətləri? Ey quzum, şəfqət umulmaz gürgi-mərdümxardən. Elmü ədəbdir şu zikrdən murad, Səbheyi-səddanə çevirmək deyil. Mə'niyi-Qur'ani düşünmək gərək, Boş-boşuna ləfzini bilmək deyil. * * * Gül, sevdiciyim, gül! Huri-hürriyyətə Dil istər ibtisamını, gül, ey nigar, gül! Tərk eylə iğbirarını, ey işvəkar, gül! Bir tərzi-dilrüba ilə, ey dilşikar, gül! Üşşaqın intizardadır, nazlı yar, gül! Qaldır hicabı, ey mələki-xüldzar, gül! Etmə bu rütbə sətri-rüx, ey huriyi-cinan, Sənsiz bu gün ağlayır ənzari-xakidan. Bir gülməyinlə giryə cahandan olur nihan, Ol ləbgüşayi-xəndə ki, gülsün zəmin, zaman. Hər gülməyin min gül açar, ey bahar, gül! Hər mənzərən min dil açar, ey nigar, gül! Bilməm nədir üzündəki asari-iğbirar? Ey qönçeyi-səbahət, açıl, olma pərdədar. Çeşmi rəində, baği-təmənnadədir həzar, Bir bunca etmə qəlbi-həzari cərihədar. Bülbül gözü yolundadır, ey gül'üzar, gül! Güllər açar da, sən açıl, ey növbəhar, gül! Aləm görürsə məst olacaqdır xuramını, Həsrətkəşani-eşqinə sun vəsl camını, Doldur bu cama badeyi-şövqü qəramını, Çək tiği-intiqamını, al sonra kamını, Ey afəti-zəmanə olan kamkar, gül! Ləbriz oldu sağəri-səbr, ey nigar, gül! Ərbabi-eşqə bunca sitəmlər rəvamıdır? Hər dəmdə min cəfa çəkilir, ibtilamıdır? Könlüm Hüseyn, ərzi-dilim Kərbəlamıdır? Sənçə cəfa, yoxsa ki, eyni-vəfamıdır? Azadələr dimanınə ləbtəşnə yar, gül! Ey hökmdari-təxti-cəfa, zülmkar, gül! Çox dəymə, sevdiyim, dili-möhnətmədarıma, Rəhm eylə kimsəsiz yaşayan qəlbi-zarıma, Bir gün gəlir də zair olursan məzarıma, Ağlarsan onda qəmli bu cismi-nəzarıma, İndi inayət eylə mənə, ey nigar, gül! Tərk eylə iğbirarını, ey işvəkar, gül! Qəlbin nədir? Ahənü ya səngxarəmi? Lütf eyləməzmisən bu dili-dabdarəmi? Etmə xəraş dəsti-qürurunla yarəmi, Bilməm bu həsrəti-dil aparsın məzarəmi? Ey qönçeyi-əməl, fəmin aç, pürməsar gül! Hürriyyətin baharıdır, ey növbahar, gül! Tutmuş səhabələr üzünü nuri-mahımın, Məndənmi münfəil dili ismətpənahımın? Əvf istərəm də, nadimi oldum günahımın, Bicamıdırmı hikməti fəryadü ahımın? Əfv eylə cürmümü, ey inabətşüar, gül! Ey könlümə mədari-təsəlli nigar, gül! Rö'yada görsəm ər o behişti cəmalını, Verməm həqiqətə bu vüsali-xəyalını, Əlfazə sığmayır deyim ülvi məalını, Gəl xəndəzarə, tərk elə bu infialını, Ey fatehi-mülukəti-dil, şəhriyar, gül! Üftadənə tərəhhüm et, ey şəhsüvar, gül! Yoxdur təhəmmülü dili-zarın bu nazə, ah! Oldu yolunda ömri-giranmayəmiz təbah, Təqib edər şamı, təbii ki, bir səbah, Ərzi-cəmali-xəndə qıl, ey nuri-intibah. Gül, gül, a sevdiyim, yenə gül, pürməsar gül! Tərk eylə iğbirarını, ey gül'üzar, gül! * * * Məhəmmədəli şahın qulağına azani-intibah Səhneyi-İranı döndərdin bəla səhrasına, Əzmü qəsd etdinmi “şahim!” mülkünün ifnasına? Xanimanlar söndü, canlar yandı, viran oldu mülk, Tiği-zülmü çəkmisən məzlumlar imhasına. Gül, bu gün zülmünlə ənzari-ədalət ağlasın! Müntəzir ol intiqamın rə'dvər fərdasına. Fışqıran xuni-xuruşani-şəhidandır bu gün, Sən də Dəqyanussan hürriyyətin Yəhyasına. Qafil olma, millətin nahəq qanından qıl həzər! Tacü təxtin qərq olur axırda qan dəryasına. Milləti bir seyli-izməhlal istiqbal edir, Rəhm qıl İranzəminin cənnəti-rə'nasına. Aləti-atəşfəşanla məclisi qıldın xərab! Böyləmi qeyrət edərlər millətin ehyasına? Dövri-bidadi-Yezidi dərk qılsaydın əgər, Ən böyük sərdar olardın Kərbəla davasına. Eylədin ehraq nazəndə vətən gülzarını, Çıxdın, ey qəddar, zülmün payeyi-balasına. Ədli-İbrahimini, “şahim!”, yaxırsan odlara, Kibr sövq etmiş səni Nəmrudluq sövdasına. * * * Hübbi-vətən Xoşca tənzir etməyə övladi-millət halını, Lövheyi-vicdanə təhrir et vətən amalını. Mə'rifətpərvərlik olsa milləti-məzlumədə, Qəbri-cəhl içrə qoyarmı millətin övladını? * * * Mücahidi-Millət Ey toxmpaşi-məzrəeyi-elmü mərifət! Oldun qəriqi-mövceyi-ənvari-məğfirət. Bir heykəli-mücəssəm idin, ey vücudi-pak, Şol məsləki-bülənd ilə oldun dəfini-xak. Əlayi-şani-qövm idi əqsayi-məqsədin, Ləbrizi-rəhmət olsun o pakizə mərqədin! Fəal bir “Əkinçə”idin, ey ədib sən, İlahi-kəştzar idi mətlubin, ey Həsən Baği-fənadə toxmi-bəqa əkmisən, düha! İfayi-xidmət etmisən, ey piri-canfəda! Nəşri-maarifə nə böyük xidmət eylədin. Tövsii-saheyi-ədəbə qeyrət elədin. Cəhd eylədin izaləyə afati-millət, Əfsus, görmədin ki, mükafati-xidməti! Ey məşəli-təyəqqüzü iqad edən ədib, Tarix namın ilə edər iktisabi-zib. Aldın şu nuri qoynuna, ey sayeyi-ədəm, Vurdun qülubi-ümmətə min zəxmi-pürələm. Qıldı üful dəhrdən ol nuri-intibah, Xaki-siyah içində doğub şimdi bir sabah. Ey tirə xak içində təvəttün edən həvam! Sizlər də eyləyin şu gözəl pirə ehtiram. Tiği-təhəssür ilə dili zəxmdardır, Rəncidə qılmayın onu, pək ixtiyardır. Cismin qocaltdı görmək üçün gənc ümmətin, Girdi məzarə görmədi məsud millətin. Tabavəri-təhəmmül olub çox müsibətə, Tabü təvanı qalmayıb artıq əziyyətə. Azürdə etdi xəlq onu, siz şəfqət eyləyin, Cismi-nəzarinə baxınız, hörmət eyləyin! Ol zat kim, qünudeyi-xaki-məzardır, “Va ümməta!...” sədası ilə naləkardır. Ey tirə xak içində təvəttün edən həvam, Sizlər də eyləyin şu gözəl pirə ehtiram! Çeşmanına toxunmayın, ol intizardır, Amalının hüsuluna həp didədardır. Fikrin kimi münəvvər ola mərqədin sənin, Millətdən özgə olmadı bir məqsədin sənin. * * * Rüfəqadan birinin məktubuna yazılan məhəbbətnamədir Ey namə, sən ol kuyi-vəfadənmi gəlirsən? Ey peyki-bəşarət, o səmadənmi gəlirsən? Könlüm açılır namənə baxdıqca, a yarım, Ləbrizi-sürur olmadadır qəlbi-figarım. Məktubmudur, qönçəmidir baği-vəfadən? Güldür qoparılmış o çəmənzari-səfadən. Əhsən, nə çiçək, nikhəti canbəxşi-rəvandır, Övraqi-lətifənəsi vecdaveri-candır. Naməm mənə təbşir ediyor sübhi-vüsalı, Məs'ud olaram, ah, görərsəm şu cəmalı! İştə sənə bir qönçeyi-naçizi cinanın, Al, qoxla, təsəlli tapa qəmdidə rəvanın. * * * Halımız Olsa dəryalar mürəkkəb, səfheyi-aləm kitab, Xakdan əhli mühərrir, xamə olsa hər şəcər, Hali-bədbəxtanəmiz şərhində acizdir qələm, Bizdə yox elmü sənaye, mə'rifət, feyzü hünər. * * * Əql Cahanda əql misli varmı rəhbər? Bəşər danişlə oldu kampərvər. Edək dərpiş ənvari-hüdayi, Bu mişkati-bəvariqintimayi. Bəni-adəm bu feyzə oldu malik, Odur ki, oldu məscudi-mələik. Təcəlla eylədi adəmdə fərhəng, Odur ki, oldu zinətbəxşi-övrəng. Nədir bu nur, nə bu feyzi-səmavi – Ki, həstigahi olmuş cümlə havi? * * * Nəğmeyi-əhraranə Göründü mətləi-ümmidimizdən bari-hürriyyət, Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət. Əsarət zülməti məstur edirkən vəchi-afaqi, Üfüqdən doğdu nagəh şəmsi-pərtövbari-hürriyyət. Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən cana? İnanmaq istəməm ənzarə, ey didari-hürriyyət! Niqabi sal üzündən, ərzi-ruyi-ibtisam eylə, Görənlər söyləsinlər dilbəri-səhhari-hürriyyət! Nə gülşən növnihalı, hansı cənnət hurizadisən? Görənlər hüsnünü məftundur, ey dildari-hürriyyət. Nə dilsəyyad ahusən! Xuram etdikdə, üşşaqın "Ənəlhəqq* nəğməsin söylər, olur bərdar hürriyyət. Nə huri-dilrübasən kim, görən nurun təcəllasın Edər pərvaneyi-canın fədayi-nari-hürriyyət. Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı, Sənə ləbrizi şükrandır bütün əhrar, hürriyyət! Əsarət bərqi-xurşidi-ziyadarınla məhv oldu, Meyi-eşqinlə olmuş qəlblər sərşar, hürriyyət! Nəsimin ehtizaz etdikcə gülşənzari-ofkarə, Həqiqət gülləri yer-yer olur bidar, hürriyyət! Əcəbmi şəʼşəatından tənəffür etsə cahillər? Gələr ə'mayə naxoş şöleyi-ənvari-hürriyyət. Səbükməğzan həp ülviyyətindən kəmşüurandır, Onunçün eyləyirlər qədrini inkar, hürriyyət! Bu ol firdövsi-mə'nadır ki, solmaz rəngi-əzharı, Lətafətbəxşdir daim güli-gülzari-hürriyyət. Kamalın* bu kəlamilə xitam et nəğməni, Hadi: "Nə əfsunkar imişsən, ah, ey didari-hürriyyət!". * * * Şüur Kurluqdan nə yetər, aşiqi-nur olmalıyız, Tərk edib səfsətəni, əhli-şüur olmalıyız. Açaraq can gözünü eylə təməşayi-cahan, Laşüuranə yaşarsaq, bizə əfsus, ixvan! * * * Zavallı könlüm Xərababadi-qəmdir eşq ilə e'mar olan könlüm, Yanır sevdayi-canan ilə atəşzar olan könlüm. Duyurkən suzişin hərdəm bəlavü afəti-eşqin, Yenə məftuni-sevdadır, yenə biar olan könlüm. Nasıl tərk eyləsin sevdayı, səhhətyabi-sevdadır, Həqiqət eşqi ilə daima bimar olan könlüm. Sən uçduqca uç, ey dilbər, şu istiğna fəzasında! Niyaz eylər sənə hər an nəvazişkar olan könlüm. Səni dildən çıxarmam, məqbərəndir qəlbi-qəmnakim Girər xakə səninlə mədfəni-əsrar olan könlüm! Gəh ağlar, gəh gülər, gah oynayar əksi-cəmalinlə, Tühəf bir tifldir, bax, mə'kəsi-rüxsar olan könlüm. Çıxarmaq hiç qabilmi səni ayineyi-dildən? Səfasi həp səninlə lövheyi-əkdar olan könlüm. Səni gördükcə iqrar eyləyir xəllaqi-afaqə, Sənə məczub olan ol ənfüsi-inkar olan könlüm. Verər mərdanə can, bir zərrə atmaz izzəti-nəfsin, Sənin çeşmində, ey hürum, həqirü xar olan könlüm. * * * Təraneyi-əhrarənə Cahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən, Bizik məhrum olan yalnız bu feyzi-adəmiyyətdən, Diriğa, müstəbidlər çəkməz əl hübbi-riyasətdən, Cinayətdən, şəqavətdən, dənaətdən, zəlalətdən, Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! Əlindən və'deyi-ne'mətlə xəlqin alma vicdanın, Xəzani-vəhşətə daldırma ünsiyyət gülüstanın, Riyasətdən ötər tökdürmə məxluqi-xuda qanın, Eşitməzsənmi, zalim, bivələr ahü əfğanın?! Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! Dili-əhrari sən sındırdığın peymanə döndərdin, Ədalət və'dəsin qəlbindəki vicdanə döndərdin, Vətən gülşənsərasin bir müğilistanə döndərdin, Yetər, məzlumlar qəlbin cəfadən qanə döndərdin, Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! Xəyalın hübbi-cahü şanü şövkətdir əgər, bəsdir! Muradın binəva məxluqə sətvətdir əgər, bəsdir! Sənə mətlubi-mütləq mütləqiyyətdir əgər, bəsdir! Qəsavətdir əgər bəsdir, ləcacətdir əgər, bəsdir! Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! Daş olmuşmu məgər qəlbin, yetər, bu zülmdən ar et! Yetər məxluqə bunca e'tisafü zülmü azar et! Qazandın nifrəti-aləm, utan, təğyiri-ətvar et, Vətən viranəsin minbə'd gili-ədl ilə e'mar et! Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! Xəyal et, müstəbida! Öldürən millət, ölən millət! Vətən viran, cəhalət xəsmi-can, məfqud əmniyyət, Rəiyyət binəva, gün-gündən artar qətlü həm qarət, Cəmi'-əhli-vicdan böylə halətdən edər nifrət. Usan, zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! Nədir dövlət, onun hifzində millət etməsə şirkət? Nədir millət, himayə qılmasa hərgah ona dövlət? Qalır zülmətdə hərgah olmasa ənvari-hürriyyət, Nə hürriyyət? Siratül-müstəqimi-hifzi-milliyyət Usan zalim, usan, əl çək qəsavətdən, ləcacətdən! Qutar bu milləti-məzluməni qeydi-əsarətdən! * * * Biz vətən viranəsin ədl ilə abad istərik, Seyli-ədl ilə binayi-zülmü bərbad istərik, Millətin qəlbi-həzinin xürrəmü şad istərik, Sevmərik qeydi-əsarət, xəlqi azad istərik, Xəlqi azad istərik, qanunə münqad istərik. Etmərik qanuni-şər'i-Əhmədidən inhiraf, Vurmarıq biz yaveğulər tək əbəs lafü kəzaf, Çünki var jəngi-qərəzdən qəlbimiz mir'ati-saf, Ayrı bir məqsudəmiz yoxdur, ey əhli-e'tisaf, Zülmə var ikrahımız, dad istərik, dad istərik. Zülfi-xubantək əcəb olmuş pərişan halımız, Vay əgər kim, halımız tək ola istiqbalımız, Getdi əldən qəflət ilə şani-qələl'alımız Bu əsarətdir bizim əsbabi-izmehlalımız, Saliki-gümgəştəyik biz, əhli-irşad istərik. Ey qərəz əhli, usan əhrari təkfir etmədən, Kelmeyi-hürriyyəti-əlhadi təfsir etmədən, Ar qıl həqguləri tə'kidlə təkdir etmədən, Məqsədin şəxsi qərəzdir bunca təzvir etmədən, Biz qərəz əhlin onunçün tərdü ib'ad istərik. Zülmdən gər əhli-istibdada sətvətdir qərəz, Hübbü cahü həşmətü iqbalü şövkətdir qərəz, Leyk biz əhrarə aləmdə ədalətdir qərəz, Həm ədalət, həm müsavatü üxüvvətdir qərəz, İnqiyadi-ədlə biz məxluqi mö'tad istərik. Huri-hürriyyət, əya, məhbubi-şuxü dilşikar! Bəsdürür qıldın niqabi-zülm içində istitar, Yandı nari-hicrin ilə aşiqi-məftunü zar. Aşiqin mə'şuq edərmi bunca əğyar içrə xar? Canü dildən vəslini, ey şux, şəyyad istərik. * * * Əfkari-pərişan, ya ki təraneyi-təhəyyüranə Bu dəhrdə ismi-bimüsəmma – Hürriyyətü ədldir, müsavat. Tə'miminə sə'y edər xəlaiq, Aləmdə vücudu varmı? Heyhat! Çox fərzi-məhaldır vücudi, Sə'y ilə olurmu nəfyi isbat? Madam zəmanədə qərəz var, Mərdüm qərəzi edər müraat. Əlbəttə məhalü mümtənə'dir – İmkani-ədalətü müsavat. Dünyanı qərəz verir fənayə, Məxluqi qərəz salır bəlayə. * * * Madam qərəzə olur müraat, Məxluqdə eyşü rahət olmaz. Əhli-qərəzin şəqavətindən – Övladi-vətən səlamət olmaz. Əhli-qərəz olsa xəlqə rai, Mər'ilər üçün rəfahət olmaz. Gər əhli-qərəz kənarə olsa, Bidadü cəfavü möhnət olmaz. Hürriyyət olar o dəm nümayan, Nə zülmü nə bir əsarət olmaz. Azad olar xəlq dərdü qəmdən, Təzyiqi-əsarətü sitəmdən. * * * Ey əhli-qərəz, utan, həya qıl! Əl çək bu dəni ləcacətindən! Bu milləti xarü zar qılma – Qəlbində olan qəsavətindən! Tökdürmə əbəs dimai-xəlqi – Zatında olan şəqavətindən! Bu milləti verməgəl fənayə – Bir hübbi-cəlalü şövkətindən! Ey heykəli-şumi şülmü bidad! Yoxmu xəbərin qəbahətindən?! Sən afəti-mülkü millət oldun, Müstövcibi-lə'nü nifrət oldun! * * * Hər mülkdə ədl ömr qılsa, Məxrubə olur o yerdə tə'mir. Gər sən kimi zalim olsa... Mə'murə olur orada tədmir. Vəhm eylə çəkib qılanda məzlum Ahi-səhəri duayi-şəbgir; Məzlum qədi-xəmidəsilə – Hərgiz edəməz xəta atan tir. Ə'malın edib təcəssüm axır – Eylər səni şiri-qəhrə nəxcir! Sən afətü fitneyi-cahansan, Məxluqə bəlayi-nagəhansan! * * * Zülmü sitəmin salıbdı xəlqi – Bir hali-təəssüf iştimalə – Kim, xəlq, donar damarda qanı, Salcaq qəmi-millətı xəyalə. Vadar qılan deyilmisən sən! Qardaş ilə qardaşı qitalə? Sən hamiyi-mülkü millət olsan, Uğrarmı vətən bu ixtilalə? Sən peyrəvi-şəriət olsan, İslam düşərmi böylə halə? Məxluqi, – yetər bu zülmü bidad, – Azad elə, ol özün də azad! * * * Bu ahü fəğanü dadü fəryad – Daş qəlbinə eyləməzmi tə'sir? Xoşdurmu sənə bu qətlü qarət, Əşrar eləyən bu darü bu gir? Zülmündən olur əzizlər xar, Bilcümlə günahü cürmü təqsir Məzlum qılanda şikvə ağaz, Xəlqin də olur sözü girəhgir. Ey hiylə ilə qəsavətində, Həm gürgi-cavanü rubəhi-pir, Ə'malın edər səni giriftar – Axır qəmü dərdə, ey cəfakar! * * * İstərsən əgər bəqayi-mülkün, Bu kibrü məniyyətindən əl çək! Hürriyyəti bəxş edib ənamə, Təzyiqi-əsarətindən əl çək! Bir kimsə deməz sənə ki... Gəl sən bu riyasətindən əl çək! Qanun üzərinə qıl riyasət, Dəhşətli siyasətindən əl çək, Şurayə işin mühəvvəl eylə, Əhrarə ədavətindən əl çək! Ədl ilə ənamı dəstgir et, Azad elə doğrudan əsir et. * * * İnsan nədi? Yə'ni qabili-üns. Gər böylə isə nədir bu vəhşət? Vəhşət nədi? Yə'ni zülmü icbar. İcbar nə? Suyi-istifadət, Məxluq ki, hürr xəlq olunmuş, Etmək onu bəsteyi-əsarət, Təhdid ilə etmək həqqi təhdid, Qoymaq sitəm adına ədalət, Mə'sumlər üstə amir olmaq – Hər zalümi dunü bikifayət. Qıldıqca nəzər bu faciətə, Nifrət eləyir könül həyatə. * * * Məşriqdən bir səda Qaranlıqdan çəkək əl, gər ziyayi-nur lazımsa, Edək dəryad əsayi-ictihadı Tur lazımsa. Cəlali-elmi gör heybətnümadır ərzi-Məğribdə, Cəmali-fənnə bax, bir çöhreyi-məftur lazımsa. Qopur hürriyyət avazı bu gün vicdani-Məğribdən, Ayıl, ey Şərq, dinlə, zümzümati-sur lazımsa! Doğrudur afitabi-mə'rifət afaqi-Məğribdən, Cahani-Şərqi seyr eylə şəbi-diycur lazımsa. Nə yerdə bir xərabə varsa olmuş məskən islamə, Edək kəsbi-məali laneyi-mə'mur lazımsa. Fədakaranə iqdam etməli abadiyi-mülkə, Əgər Avropaasa sizlərə “kultur” lazımsa. Görək birlikdə iş tənviri-istiqbali-millətçin, Nifaqı tərk edək şanü şükuhü zur lazımsa. Nəzər qıl, diqqət et, öyrən həyatın əsl mə'nasın, Həyatından sənin bir mətləbü mənzur lazımsa. Xəyalından keçən “hur”i burax, xülyapərəst olma, Həyatın cənnətdən al həqiqət hur lazımsa. Həqiqətpərvərənə ərzi-rüxsar eylədi dildar, Soyun, yax kisveyi-övhamı dil pürnur lazımsa. Bütün əqvam üçün firdovsi-aləm surgah oldu, Burax bu matəmi, gül, gül, sənə gər sur lazımsa! Bu vəhşətlə sizi bərbad edər axırda istibdad, Olun məftuni-hürriyyət, əgər cümhur lazımsa. Əcanib mülki-nasutə kəsildi hakimi-qahir, Bu gün islamı seyr et, xadimi-məqhur lazımsa. Bu gün islamı görməkçin dur, ey Adəm, məzarından, Qucaqla, bağrına bas, naxələf bir pur lazımsa! Təcəssüm eyləsəydi maziyi-müzlim bu halətdə, Görərdi Şərqi zülmət, halımız binur, lazımsa. Qaranlıqdır vətən, bir gül, açıl, ey fəcri-hürriyyət, Zəmini-Məşriqə nəşri-ziya qıl nur lazımsa! * * * Dalıb cəmiyyəti-xatirlə bu ümmani-imkanə, Çıxar, qə'rində çoxdur lö'löyi-mənsur lazımsa. Bişir, hazırlanır əqvatımız dəsti-təbiətlə, Qida tənnuridir dünya, bizə tənnur lazımsa. Gözəl bir istifadə etməli gəncinədir aləm, Ədibi-əqldən dərs al, əgər düstur lazımsa. * * * Eydiyanə Gəl, ey bəhari-təcəddüd, güzər qıl İranə, Nigahi-həsrəti fırlat da bu gülüstanə. Sənə nə hacəti var, ey bahar, İranın, Şükufələr bitirir qanları şəhidanın. Get özgə yerlərə ağla, bura nə lazım ab, Yetimlər gözü bu gülşənə tökür xunab. Get özgə bağlara ağla, sən ey səhabi-bahar, Burada şiyvən üçün dul qalan qadınlar var. Bu göydə bərqini parlatma, ey səhabi-səma, Bu yerdə parlayır atəşli ahü vaveyla. Əbəs-əbəs bu cahanlarda nə'rə vurma, səma! Mücahidini-həqiqət onu edirlər əda. * * * Bariqeyi-zəfər parlayır, istiqbal bizimdir Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət, Mücahidlər, vətəndə eyləyin tənşiri-hürriyyət, Gəlir ol gün ki, etsin sizləri təbşir hürriyyət, O dəm yaxlaşdı qılsın milləti tənvir hürriyyət. Girizandır vətəndən iştə leyla-leyli-istibdad, Ədalət qəhqəhəafşan, məsərrət ağlayır bidad. Livaülhəmd nüsrətdir sizinçün rəhbəri-irşad, Nümayan üfqi-istiqbaldən ümmid, olun dilşad, Dilim sevdayi-hürriyyətlə eylər nəğmələr inşad. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Bu gün tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır, Bu gün əqvami-Qərbiyyə nigəhəndazi-İrandır. Bu gün Məşriq-zəmində şəmsi-hürriyyət dirəxşandır, Bu heyrətbəxş qeyrət calibi-ülviyyətü şandır, O Fir'oni-zəmanın son məkanı Nili-xüsrandır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Mücahidlər, sizi alqışlar ərvahi şəhidanın, Mübarizlər, sizə dai lasanı əhli-vicdanın, Həqiqət etdiniz bala şükuhun mülki-İranın, Qülubu lərzədari-xövfdür vicdansız ə'danın, Düçari-yə'sdir ləşkərkeşi-Şəddadı Tehranın. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Bu gün şəhrayi-İran sanki bir atəşli meydandır, Deyil atəşli meydan, bəlkə xunəfşan vulkandır, Dönüb bir məhşəri-əcsadə, şəhralər bütün qandır, Tərəfdarani-hürriyyət şəhidi-rahi-canandır, Kəsilmiş yer-yer, iştə Kə'beyi-millətdə qurbandır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Nə mümkün kəsmək olsun rahını seyli-xürüşanın, Nə qabil pərdələndirmək üzün xurşidi-rəxşanın? O kim, pozmaq dilər ehkamını qanuni-dövranın, Atar xilqət onu ə'maqına ümmani-nisyanın, Gül iqbal, gül, gül rəğminə maziperəstanın! Təlalö' eylə, kur olsun gözü zülmətpəsəndanın! Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Nə Eynüddövlə, min-min böylə nurüleyni-istibdad, Buyursun gəlsin, istər kəndi gəlsin ol böyük bidad, Tamaşa eyləsin, görsün də ə'vanın bütün bərbad, Gəlir bir gün ki, cəlladın olur şəmşirin, ey cəllad! Gəl ey fərdayi-hürriyyət, bizi mənfadən et azad! Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Bir istiqbalə bax, "şahim" gələn var, intiqamındır, Batır "xurşidi-şirənə"n, çıxan zülmətli şamındır, Öləndən son yerində lə'nlər qaimməqamındır, Gözəl xeyrülxələf qoydun, yaşa, şayani-namındır, "Şəha!" Lə'nətlə yad olmaq sənin ən son məramındır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Cəmali-həqqə, ey qatil, nasıl səlli-hücam etdin, Ərusi-ədli nakam eylədin, zülmü bəkam etdin, Ədalətdən əlavə hər nə iş varsa təmam etdin, O pak insanlığı sən ləkkədari-ittiham etdin, "Zülami-zülmü parlatdım" – dedin də, fikri-xam etdin, Ziyayi-həqq sönməz, kəndini mənfuri-amm etdin. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Əvət, misbahi-hürriyyət deyildir qabili-itfa, Yazıq, çox püflədin sən, püflədikcə oldu pərtövza, Dirəxti-zəhməti-sə'yin səmərbəxş olmadı heyfa, Bu sə'yi-bisəmərdən bir səmər qaldı sənə, "şəha": O da bir nifrəti-millətdi qaldı "kaffətən tərra", Budur məhsulu ərzi-fitrətin, əkl et, sitəmkara! Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Ağarmaqda, "şəha", dan, mətlə'i-amal tabandır, Doğur ümmid nuru, zilli-məmdudun girizandır, Mükafati-əməl Düldülsəvar olmuş şitabandır, Həvariyyuni-istibdadın, ey bidad, lərzandır, Qaranlıq niyyətin mədfuni-hiçistani-hirmandır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. "Şəha", bərqi-zəfər parlar, fəzayi-ədl olur bərraq. Düşər qə'ri-zülamə mazi, istiqbal olur parlaq, Niqabın qaldırır tale, təcəlliza olur afaq, Səvadülvəchlik qaldı sənə, rüxsari-millət ağ, Silib ənzarını təbişgəhi-hürriyyətə bax, bax! Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Gəlir mə'şuqeyi-millət, "şəha", bir bax, nə xəndandır! Gül, ey dildar! Müştaqi-cəmalın giryəəfşandır, Səni candan sevənlər küşteyi-şəmşiri-üdvandır, Yolunda şanlı can vermək, ey afət, ən böyük şandır, Nəzər qıl məqtələ, yer-yer kəsilmiş nazlı qurbandır, Bir az damənkeş ol, üstün batar, yollar bütün qandır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Bu qanlar kim, tökülmüş, ey sənəm, zənn etmə bicadır – Ki, hər bir damcısından məhsəl min vərdi-rə'nadır, O güllər kim, çıxar yerdən, nəçin övraqı həmradır? Birər tarixi-xunini-vətəndir, hörmətəfzadır, Çiçəklər ləfzi-atəşrəng, ruhu qanlı mə'nadır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. O quşlar kim, vətəndə eyləyirlər atəşin fəryad, Nədir ol naləyi-möhriq, nədir bu ahü istimdad? Təzəllümlər, təəllümlərdir onlar, dinlə, ey bidad! Birər fəryad şəklində edirlər lə'nlər inşad, Qırılsın pənceyi-zülmün sənin, ey qırmızı cəllad! Əsir etsin səni Səttar, qılsın bizləri azad. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Utan alçaq, utan alçaq, utan bir Babi-alidən, Utan, bir dərsi-ibrət al da ərbabi-məalidən, Neçin bipayə qalsın şəmsiyan qövmi-hilalidən. Nə nöqsan var sənə, "şəha", kəmalati-əhalidən? Sən əl çək, millət əl çəkməz füyuzati-təalidən! Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Bir az əvvəl təşəbbüs et bu cövri-xanimansuzə, Qaranlıq tab qılmaz aftabi-aləmafruzə, Nasıl kim, əski gün məğlub olur novruzi-firuzə, Yazılmış dəsti-xilqətlə bu sözlər lövhi-məhfuzə: Qiyas olmaz keçən il tazələnmiş sali-novruzə, Alınmaz dəsti-mazidən yəqin əyyami-məqbuzə, Bir az da diqqət et, "şahim", bu əş'ari-dilafruzə: Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Cəfa tiğilə kəsdin başları, öldürdün əhrarı, Qaranlıq torpağa gömdün işıqlı, parlaq əxyarı, Xəyal etdin ki, söndürdün yanan atəşli əfkarı, Nə mümkündür ki, zülmün söndürə ərvahi-nəvvarı? Tutar bir gün yaxandan, qafil olma, qəhri-Səttari! Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Qırılsın dəsti-xunkarın, vətənpərvərləri qırdın, Behişti-mülkdə növxiz olan əzharı soldurdun, Vücudi-milləti örtən libasi-irzi soydurdun, Boşaltdın ölkəni, yer altını canlarla doldurdun, Yazıqlar, kimsəsizlər qaldı ac, əşrarı doydurdun, Yəmin etdin yalandan, ey yalançı, sonra sındırdın, Nasıl qıydın, a zalım, cilvəgahi-ədli yaxdırdın? Bəhəqq, şad qıldın ruhunu həccacü Çingizin. Qazıldı lövheyi-afaqə nami-lə'nətəngizin, Yazıldı ənfüsə çirkin adın, əsri-qəmamizin, Yayıldı aləmə, cani, sənin ünvani-xunrizin, İgidliklə nasıl kim, adları şirani-Təbrizin. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Kəfənbərduş olub çıxsa, məzarə gömdüyün əfrad, Yalandırmı desəm, İran olurdu məhşəri-əcsad! O dil ki, səndə var, "şəha", bu görnüşdən olurdun şad, Nə səngin qəlbdir, keçməz ona can yandıran fəryad?! Nə cövhərdən yaranmışsan, səni bilsəydim, ey bidad! Ürəklər ağladıqca könlün olmaqda sürurabad. Nə bir məxluqi-vəhşisən ki, hər dəm vəhşətin müzdad?! Cahanın qanın içdin, doymadın, ey divi-istibdad! Səni məhv eyləməzmi aqibət bir şiri-hürriyyət? Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Əcəb dünyada ad qoydun! Nə ad, şayani-zatındır, Qoyaq ədli kənarə, hər nə qaldısa sifatındır, Sitəm bir meyveyi-zəqqum, məhsuli-həyatındır, Həyati-mülkü millət bəsteyi-ruzi-məmatındır, Səni iğfal edən ancaq həyati-bisəbatındır. Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət. Silinməz silmək ilə ruhdən ayati-hürriyyət, Təbiətlə yaşar, ölməz lədünniyyati-hürriyyət, Nə rütbə püfləsən sönməz, yanar mişkati-hürriyyət, Qırılmaz səngi-istibdad ilə mir'ati-hürriyyət, Yıxılmaz tişeyi-zülm ilə tə'mirati-hürriyyət. Təravətyab olur, rövnəqlənir cənnati-hürriyyət, O gün yaxlaşdı çıxsın pərdədən hurati-hürriyyət. Nasıl çıxmış qanından parlayır şəmşiri-hürriyyət, Qılıncınla yaşa, minlər yaşa, ey şiri-hürriyyət! Çox "insanlar" nuru söndürüm derkən özü söndü, O "Yıldız köşgü" sabit durdu, durdu, sonra tərpəndi, Düşündü, batilül-məsləkliyin fəhm etdi, öyrəndi, Bax ol Əbdülhəmidə, şahrahi-Ənvərə döndü, Niyazidən riza aldı, cəmaati sevindirdi, Çoxu zatin kimi tacü sərirə baxdı yellendi, Fəqət çox çəkmədi bədbəxt təxtindən diyirləndi. Ədalət tiğinə tabavər olmaz qəlbi-istibdad, Xəbərdar ol ki, sarsılmaqdadır bünyadın, ey bidad. Onu bir bilsə idim zülmdən ləzzət nədir, zalım?! Rəiyyət zillətindən baş verən izzət nədir, zalım?! Vətən bərbad olandan son nədir dövlət, zalım?! Pərişan oldu millət, söylə cəmiyyət nədir, zalım?! Neçin bir qanmayırsan isməti-millət nədir, zalım?! Vətən ismətsiz oldu, sənçə bir qeyrət nədir, zalım?! Bir az da anlasaydın ruhi-hürriyyət nədir, zalım?! Sən istər anlama, millətdə vardır ruhi-hürriyyət, Batan zülmün, çıxar xurşid elində yuhi-hürriyyət. Nə xunaşamsan, qatil, nə xunaşamsan, cani?! Cihadə sövq qıldın axır asayişpərəstani. Xəyalın bəhri-xun yapmaqmıdır səhrayi-İrani? Açıl, ey intiqamın fəcri-xuninü dirəxşani! Bunu mə'yus qıl, güldür dili-ümmidvarani, Bunu qəhr eylə, şad et yarələnmiş zəxmdarani, Cəsarətləndi tülkü – şirdən boş gördü meydani. Odur ki, nə'rələr yağdırmada mərdani-hürriyyət, Hücumavər bu gün rubəhlərə şirani-hürriyyət. * * * İşıq və təzə aləm Baği-vətənə axmada mizabi-təcəddüd, Canbəxş oluyor qönçələrə abi-təcəddüd. Bir başqa gözəllik duyulur əski cahanda, Vicdan çiçəyin güldürüyor tabi-təcəddüd Bu gülləri təhqir qılan xar olacaqdır, Ehraz edəcək izzəti ərbabi-təcəddüd. Parlatmadı sağlıqda dili-əhli-ləyali, Öldükdə qonar qəbrinə şəbtabi-təcəddüd. Bir bakirə qızdır, qocalan ərlərə varmaz, Kəndisi kimi gənc arayar şabi-təcəddüd. Maziyi-mücəssəmlərə verməkdə cəfayi, Hal əhlini etməkdə səfayib təcəddüd. Qayətdə məhabətli gəlir, qərq edəcəkdir – Qə'ri-ədəmə xəsləri seylabi-təcəddüd. Qəvvaslığı bilməyəni qərqə müheyya, Pərvasız uçar səthdə mürğabi-təcəddüd. Əmvaci-ziyadır, udur əfvaci-zülami, Etməkdə bunu əhlinə işrab təcəddüd. Tə'til qılıb çərxini gərduneyi-təcəddüd İrca'i-nəzər eylə, olub maziyi-müzlim, Gördünmü onu, eylədi bitab təcəddüd? Mərhumə birər fatihə göndərməli artıq, Ölmüş o, yaşa sən də, ey əhbabi-təcəddüd! Hal əhli biziz, zadeyi-müstəqbələ qibtə, Gündən-günə parlaq doğar ənsabi-təcəddüd. Tə'tili-vəzaif edir irqi-mütfəsad, Təhriki-qüva etmədə ə'sabi-təcəddüd. Mazi ki, cəhənnəm idi, bağlandı qapısı, Cənnətlər açılmış, bax, odur babi-təcəddüd. Ey gülşəni-hürriyyətə müştaq olan insan, Mazini itir, istəmə, dəryab təcəddüd. Dur, müştəri ol gövhərrəxşani-nəvinə, Aya nədir o?! Gövəri-nayabi-təcəddüd. Hər millətə bu Şövkəti bəxş etdi şəci'an, Ənvərdir olan millətə vəhhabi-təcəddüd. Naqis dilədi söndürə müşkati-Kəmali, Yandırdı, kül etdi onu ilhabi-təcəddüd. Son damla qanın tökdürəcək, verməyəcəkdi – Bu dilbəri-gülçöhrəni əhzabi-təcəddüd. Tərzi-kühən ilə nəyə lazım bu oyaqlıq, İzzətlə uyub görməlidir xabi-təcəddüd. Məşhərlərə zinət veriyor əksi-Niyazi, Nə çöhreyi-Ənvər yağıyor abi-təcəddüd. Rüxsarına düşmüş dilinin əksi-ziyası, Cəzzabi-nəzərdir ülüləlbabi-təcəddüd. Nazəndə ziyalar uçuyor nasiyəsindən, Nurlandırıyor gözləri mehtabi-təcəddüd. Ənzarə ziya sərpiyor ol nuri-mücəssəm, Oxşar ürəyi lövheyi-cəzzabi-təcəddüd. Səndən də gözəldir, səhərim, ruyi-həqiqət. Şahidmi? Şu simayi-cahantabi-təcəddüd. Səndən də işıqdır, qəmərim, şəmsi-məhəbbət, Minlər yaşa, ey ədl, müsavat, üxüvvət! 16 may * * * Əziz dostum! İki şey yarı yardan ayırar: Birisi mövtdür, biri hicran. Məni səndən ayırsa da dövran, Əsərim səndə yadigar qalar. Ətfi-çeşm eylədikcə surətimə, Duyacaqsan dilində zövqü əza, İstərəm mən də ki, xəyali-Riza – Mədfən olsun mənim həqiqətimə. 29 may * * * Dilənçi Götürüm bir səfili-cadənişin, Bürümüş çöhrəsin zilali-məlal, Yazılıb çeşminə məali-süal, Bu da bir şeirdir müfadi həzin. * * * Sürünür şil ayaq ilə bazarı, Nə rəzil ömr, nə həyati-səfil! Yaşayır cism əlil,.. ruh zəlil, Yaşamaqdır bunun da azarı. * * * İstəyir kəndini keçindirsin, Hər keçən daşürəklərə baxıyor, Büzüyor vəchini və yalvarıyor, Bəlkə onlar bunu sevindirsin. * * * Bu da bir qəmli şe'ri-xilqətdir, Şairi böylə eyləmiş inşad, Bə'zi şe'ri-həzin, bə'zisi şad, İştə qabliyyəti-təbiətdir. * * * Gər bu isə həyat, ölmək xoş! Şanlı ölmək gözəl deyilmi? Bəli. Vardır amma bunun da bir əməli, Yaşasın kiseyi-süal bəduş. * * * Nə şirinsən!.. Nə dadlısan, a həyat! Kimsə əl çəkmək istəmir səndən, Qorxuyor zihəyat mədfəndən. Nə acı, təlxsən, a cami-məmat! * * * Əməli-müxəyyəl Ey baği-əməl, açıl, bahar ol, Ey sevgili qönçə, xəndədar ol! Çıx pərdədən ərz qıl cəmalın, Gülsün bizə çöhreyi-kəmalın. Şəhbali-xəyal uçur fəzani, Ta seyd eləsin o dilfəzani. * * * Nədir şu və'di-əkazib ki, aldadır bəşəri? Nədir bu leyli-əməl, parlamaz bunun səhəri? Əməl, o və'di-müxəyyəl, ənisi-fikrətdir, Xəyal zənn ediyor kim, o bir həqiqətdir. Əməl, əməl, a müdeyyir bədiəgahi-cahan – Ki, sənsən iştə təsəllikünəndeyi-insan. Sən olmasan nəyə lazım həyati-bimə'na? Səninlə görmədəyiz həp şirin-şirin rö'ya. Sən olmasan, bu əvalim məzardır bəşərə – Ki, sənsən iştə vəsait bütün bu xeyrü şərə. Ümid olmasa, insan yaşarmı dünyada? Gəzər ümidi-məali səmayi-xülyada. Misali-kövkəbi-rəxşan bədi'eyi-amal, Həqiqəti-bəşəriyyətdə nurbəxş xəyal. Bu hay-huyi-rəqabət, bu mövci-cuşacuş, Cahani-xilqəti sarsır, əməl baxar xamuş. Deyilmi qönçeyi-ümmid gördüyün güllər?! Ümidə qarşı nəğəmsazdır o bülbüllər. Deyilmi meyveyi-ümmid ənfəsi-əsar? Cahani-Qərbdə işraq edib nasıl parlar! Səninlə dillər olur daima təsəllisaz, Nə dilfiribsən, ey dilbəri-xəyalnəvaz! * * * Alihəyi-hürriyyətə! Bir qaranlıq gecəydi, tutmuş idi – Vətənin, millətin səhərlərini, Qoymayırdı görünsün əxtərini, O qaranlıq ziyani udmuş idi. * * * Göz-gözü görməyirdi, müzlim idi, Vətənin sübhə bənzər əndami, Solğun idi cəmali-gülfami, Qucağı növhəzari-matəm idi. * * * Birdən əsdi nəsimi-canbəxşa, Tarümar eylədi səhabləri, Şö'ləndirdi afitabləri, İnqilab, təcəddüdünlə yaşa! * * * Üfüqi-haldən təbəssüm edən – Nədir o şə'şə'ati-hürriyyət? Parla, ey bariqati-hürriyyət, Parlasın zülmətə qünudə vətən! * * * Gözümüz ağlayırdı sən güləsən! Nə qədər göstərirdin istiğna! Füqərani bəyənməz əhli-qina, Sən də məğrureyi-qinami, nəsən? * * * Əcəba ağlamazmıdın, gözəlim, Görmüş olsaydın ol şəhidanı, Uğurunda axan qızıl qanı, Bir qızarmazdımı üzün, a gülüm? * * * Ən böyük müstəbiddsən cana, Qırdırırsan günahsız əhrarı, Əşkbar eyləyirsən ənzarı, Rəhminə afərin, həzar sənə! * * * Bu qədər matəm eylədi millət, Şimdi də gülmək istəyir könli, Var vüsali-həqiqətə meyli, Olma bais fəraqə, ey afət! * * * Əsiyor dillərə nəsimi-həyat, Bağizari-xəyali güldürüyor, Fikrinə tazə ruhlər veriyor, Dirilir kainati-hissiyyat. * * * Gülüşünlə gülür əməl çiçəyi, Millətin çöhrəsi olur xəndan, Yolunu gözləyirdi müştaqan, Göydə idinmi, ey yerin mələyi? * * * Yüksəlir fikirlər "hilal" kimi, "Şirü xurşid" şö'lədari-zəfər, Millət olduqca nurinə məzhər, Müstəbiddən qaçır zilal kimi. * * * Sənə qarşı əgərçi çox hürüyor, Mahparəm, kilabi-istibdad, Onlar etdikcə hürməyin müzdad – Milləti nuri-təl'ətin bürüyor. * * * Sən qədəm qoyduğun xərabə zəmin. Mədəniyyətlə şən olur, abad, O zəminlər, o mülklər, o bilad – Oluyor feyzin ilə xüldi-bərin. * * * Rəhgüzarında parlayır imran, Şəhpərindən həyatlər süzülür. Nəğəmatınla mürdələr dirilir, Bir mücəssəm həyat olur o cahan. * * * Hanki Tur olsa mə'kəsi-nurun, Dəlinir pərtövünlə sinələri, Çıxıyor ortaya xəzinələri, Kaşifisən künuzi-məsturun. * * * Səsinə səs verən dirilmişdir, Nəğməzadır lisani-hürriyyət, Pürsədadır cahani-hürriyyət, Qulağa almayanlar ölmüşdür. * * * Məhbubeyi-ruh – Mənfureyi-ruh və mükalimələri Məhbubeyi-ruh Fitrətən mən sevimli bir gözələm, Baxışım ruhu cilvədar ediyor, Gülüşüm qəlbi xəndəbar ediyor, Ruh üçün iştə qayeyi-əmələm. Mənfureyi-ruh Fitrətən gərçi mən də mənfurəm, Süslərəm kəndimi, bəzəndirərəm, Məğzsizlərə çox bəyəndirərəm – Özümü, söylərəm ki, mən hurəm. Məhbubeyi-ruh (Məsxərəamiz bir təbəssümlə) Ah, bədbəxt məxluq! Arizi rənglər müvəqqətidir, Rəng odur bəxşişi-təbiət ola, Cövhəri-abdari-qüdrət ola. Bu gühər calibi-məhəbbətdir. Mənfureyi-ruh (Əsafili-nisvanə məxsus iyrənc, dadsız və qeyri-təbii bir qəhqəhə ilə) Sənə məyyal olan beş-onsa belə – Bu zəmini-zülampərvərdə, Gəl təmaşayə, gör də hər yerdə – Mənə aşiqlər iştə minlər ilə. Məhbubeyi-ruh Yəqin bil və inan! Sürəməz çox bu şanü daratın, Hali-hazır olur düçari-zəval, Parlayar vechi-paki-istiqbal, Kəfənindir sonunda zülmatın. Mənfureyi-ruh Hali-hazırda hökmdar mənəm, Mənə lazım deyildir istiqbal, Edəməm mən səbahi böylə xəyal, İşbu günlərdə kamkar mənəm. Məhbubeyi-ruh Ey qaranlıqdan istifadə edən, Çıxacaq sübhlər, nəhar olacaq, Lə'nlərdən sənə məzar olacaq, Ey olan ləkkeyi-cəmali-vətən. Mənfureyi-ruh Ən qaranlıq könüllər iştə mənə – Şimdilik bir məzari-rəhmətdir, O könül kim, ziyali türbətdir, Olsun o qəlblər məzar sənə! Məhbubeyi-ruh Lə'nətin caygiri-vicdandır, Kəsb qıldın böyük-böyük nifrət, Lə'nlərdən alırmısan ləzzət?! İştə al, lə'nlər həzarandır! Lisani-ilham Həqqə tabavər olmadı batil, Olamaz ta ki var cahani-vücud Həqq olur calisi-səriri-xülud, Batil eylər həyatini tə'til. Ey müariz, nəzər qıl əfaqə! Səfhəsində şu söz mühərrərdir: Əbədiyyən ziya müəmmərdir! Ey siyəh, bax şu lövhi-bərraqə. * * * Səhneyi-mübarizeyi-həyatda şanlı insanlar Girdbadi-həyat önündə bəşər, Müttəsil, mütəssil digirləniyor, Düşüyor, qalxıyor, sürükləniyor... Fitrətin qüvvətilə pəncələşər. * * * Atılıbdır, zavallı tək duruyor Duşi-ömründə bari-qəhri-həyat, Var məişət yolunda min əqəbat, Qoşuyor, atlayor, yuvarlanıyor. * * * Çıxıyor rahi-əzminə dağlar, Gah coşqun, məxof bir dərya. Qə'ri müzlim, kənarı-napeyda, Sərbədüşi-xəyal olur, ağlar. * * * Qoşuyordu bu bir həqiqət üçün, Yə'ni bir arizuyi dərdəstə – Uçuyordu peyində peyvəstə. Şu məvane' kəsir yolun nə üçün? * * * Yari-amal üçün gedirdi, vəli Kəsiyor yə'slər bunun yolunu, Qırıyorlar ümidinin qolunu. Tərk qılsınmı şanlı bir əməli? * * * Ağlayır, ağlayır, cihata baxar – Görmək üçün məşaili-irşad, Guşi mövquf seyheyi-imdad. Ah! Yer-göy bütün sükunətzar. * * * Zəhrəçak etməsinmi insani Bu sükuti-əmiqeyi-fitrət? Məşrəbi-laübaliyi-xilqət Böyledir, yox lisani-ə'lani. * * * Qət'i-ümmid edəndə hər yerdən – Başqa imdadə e'timad edəməz, Fikri-mövhumə istinad edəməz, İstər irşadi əqli-ənvərdən. * * * İştə əzmində qəhrəman insan – Anlar övhamdan səmər yoxdur, Əqldən başqa rəhbər yoxdur, Rahi-amalına olur puyan. * * * Daha çıxsın dilərsə min əqəbat, – Aldırırmı? Uçar xəyal kimi. Önündə əməl, Yə'si dalda qoyar zilal kimi, Böylə millət olur səzayi-həyat. * * * Qanuni-təkamül Pillə-pillə rəftə bayəd suyi-bam, Həst cəbr budən inca təb'i-xam Mollayi-Rumi Xilqətin ənfüsi-ləyalından – Açılır sübhrəng nikafaq, Çöhrəsində kəvakibi-bərraq, Süzülür nurlar hilalından. * * * Kainat kəmalə doğru rəvan, Bugünündən sabahı kamildir. Pilleyi-e'tilaya maildir, Xətveyi-lətənahiyi-imkan. * * * Yürüyor, daima yürür ileri, Xarü xəslər zəbuni-sətvətdir, Qərqi-seylabeyi-məhəbbətdir. Seyli-cuşan dönərmi hiç geri?! * * * Maziyü hal, bir də istiqbal – Nə qədər fərq var? Cahan-cahan! Bu həqiqət durur nəzərdə əyan, – Edilirsə mühəqqiqanə xəyal. * * * Ruzlər, ruznameyi-əxbar, Bir vərəqdir şüuni-dünyadən, Yoxdur əxbar hali-fərdadən, Gör müxabir yarın nə der əş'ar! Əzəliyyətdən ayrılıb qoşuyor, Əbədiyyət tərəf həyat seli, Cərəyandır təbiətin əməli, Axıyor, sakin olmuyor, coşuyor. * * * Cərəyani-təbiətə qoşulan – İrişir sahili-nicatə, əvət! Yolunu kəsmək istəyən bədbəxt – Oluyor məhv, iştə: məşriqiyan! * * * Ayılıb çıx məzari-qəflətdən, Məhşəri-kainatı seyr eylə, Nəəmati-həyati seyr eylə, Hissədar ol behişti-fitrətdən! * * * İxtiyar olmuyor, cavanlanıyor – Maderi-saldideyi-əzəli, Yaşamaqdır ilələbəd əməli, Hər zaman arizusu canlanıyor. 12 sentyabr * * * Ya Leyl! Ziynət verir əndamına min nəcmü qəmərlər, Tənvir edir afaqını tabəndə səhərlər, Ağuşi-siyahında yürür bədri-münəvvər, Ətrafına səf-səf düzülüb nəcmi-müzəhhər, Rüxsarını kövkəblər edirlər necə tənvir, Məs'udların taleyini qılmada təsvir. Nazəndəvü bazəndəvü lərzəndə ziyalər, Tabəndə, dirəxşəndə, füruzəndə sühalər. Doğmazsa günəş, ay, doğüyor nurlu kövkəb, Ey lövheyi-ülviyyə və ey səhni-mükövkəb, Tutmuş bu qədər pərtövü ağuşi-siyahın, Bərqin, günəşin, sübhlərin, əncümü mahın, Məşriqlilərin qoynu dolu doğmada ənvar, Məğriblilərin qoynu dolu şəmsi-ziyadar. Sən leyl deyil, cilvəgahi-nurü ziyasən, Leylayi-həqiqət kimi sən didərübasən. Sevdazədə dilbər sənə məftun deyilmi? Leyla arayanlar sənə Məcnun Deyilmi? Müzlim denilirmi sənə, ey valideyi-nur? Kövkəblərinin hər biri bir tərzdə məftur. Məhrumi-ziya olmaz isə dideyi-idrak, Övraqi-fünundur bu kütübxaneyi-əflak. Hər səfhəsi bir lövhi-füyuzatnümadır, Bizlərdə fəqət dideyi-idrak əmadır. Əcrami-səmaviyyə, o əlvahi-ziyadar, – Ya leyl, edirlər səni tabişgəhi-ənvar. Məşşatələrindir sənin ayati-təbiət, Pirayələrindir o füyuzati-həqiqət. Zülmətləri ehraq edən ənvarlərin var, Qəlbində müəlləq duran əqmarlərin var. Zülmətli könüllər kimi binur deyilsən, Bədbəxt Qəmərlər kimi məstur deyilsən. Var ləm'ələrin, müzlimü diycur deyilsən, Zülmətgədeyi-cəhldə məqhur deyilsən. Ey leyleyi-qəmranə, dilarə dürərin var, Mehpareyi-hürriyyətə bənzər qəmərin var! Mən neyləyim, eyvah, ziyalı pədərim yox, Əfkarımı parlatdıracaq bir Qəmərim yox. Təhsili-füyuz etmədim əfkari-pədərdən, Düşdüm bu qaranlıqlara rüxsari-Qəmərdən. Ey leyl, xəyal etmə ki, bir səndə Qəmər var, Dillərdə Qəmər var, daha lame', daha nəvvar... Könlümdən asılmışdı diraxşəndə Qəmərlər, Əfsus, onu söndürdü anam misli Qəmərlər. Tə'min olaydı əgər ağuşi-Qəmərdən, Tabəndə olurdu ürəyim nuri-hünərdən. Tənvir edərək vechi-səmavati-həyatı, Gündən-günə ehraz edəcəkdim dərəcatı. Mən parlayacaqdım da səmavati-vətəndə, Nəşr eyləyəcəkdim də füyuzati vətəndə. Müzdad olacaqdı ülüviyyat, kəmalat, Onda olacaqdı vətənim səhneyi-cənnat. Pərvərdeyi-ağuşum olur idi, həqiqət, İnsanlığa xidmət edəcək zadeyi-qeyrət. Hübbül-vətəni, mə'niyi-hürriyyəti hər an Kəhvarədə ikən edəcəkdim ona e'lan. İnsanlığa xadim olacaq nəsli-əxiri, Mən bəsləyəcəkdim o edibani-kəbiri. Ya leyl! Bu idi mənə ən zübdeyi-amal, Amalıma erməkliyə yar olmadı iqbal. Eyvah ki, məhv oldu bu ümmidi-məali! Əsfəllərə düşdüm edəcək yerdə təali. Ey mədəri-cahil, bumudur qiyməti-gövhər, Can paresini mədər edərmi belə kəmtər? Əks eylədi avazi-təməddün qitaətə, Də'vət edir insanları növzadə həyatə. Başqa miləlin qızları kəsb etdi kəmali. Oldu həpsi ziynəti-övrəngi-təali. Onlar erişib cənnətə, biz Veyldə qaldıq, Sübhi-mədəniyyətdə də "vəlleyl"də qaldıq. Ağuşları məktəbi-hürriyyəti-ətfal, Pərvərdələri açmada balalara şəhbal. Doğduqları ev şəndil olan arifü kamil, Bunlardan olan hər biri bir fəxri-əfazil, Şiller, Gete, Viktor Hüqo, Volter ilə Jan-Jak, Ol dahiyələr etdi bu afaqdan işraq. Herbert Spenser, Büxner, Sülli, Lamartin, Alfred Müsse, Müller, Şekspir ilə Darvin, İştə Edisondur bu qucaqdan mütəvəllid, İcadi ilə məhdi-təməddündə müfərrid. Həp mətləi-ağuşi-ədəbdəndi nümayan, Bunlar ki, olub hər biri bir dahiyi-imkan. Ağuşi-maarifdə doğanlar füzəladır. Cəhlin qucağında böyüyənlər cühəladır. Əfradi-üməm buldu füyuzati-səadət, Bizlərdə nə ərdə, nə nisadə bu fəzilət. Məhkumlarız pənceyi-övhamdə hala, Ey nuri-həqiqət, üzün aç, eylə təcəlla! Biz də bəşəriz, bizlərə də mehrnişan ol! Ey nuri-həqiqət, ləbin aç, xəndəfəşan ol! Gözlər, mələkim, cümləsi müştaqi-cəmalın, Gül, gül ki, həqiqət ola ümmidi-vüsalın! * * * Bir zöhreyi-həyatın üfulü Aldım xəbəri-mövtünü, ey cövhəri-yekta, Əş'arımı, əşkabım ilə eylədim inşa! Eyvah, üful eylədin, ey kövkəbi-bariq, Gündüz nəzərimdə görünür leyliyi-zülma. Etdinmi vida'i-əbədi mülki-vücudə, Sən də əzəliyyət kimi oldun ədəmara? Tərk eyləyərək vechi-səmavati-həyati, Etdin qara yer sinəsini kəndinə məlca! Gör kim sənə dəfn olmuş, əya xaki-siyahrəng, Bir nurdur ol kim, oluyorsan ona mə'va. Son ənfüsünü fırladıb afaqi-həyata,– Oldun, mələkim, sən dəxi həmxaneyi-mövta. Ol dadlı nigahı niyə yumdurdu təbiət, Varmı bu açıq işdə də əsrari-xəfaya?! Bir həşri-ələmdir mənə fərdayi-məmatın, Matəm kəsilib gözlərimə sahəyi-dünya. Etdikcə təxəyyül səni, ey nuri-məhəbbət, Zülmət görünür iştə mənə tudeyi-qübra! Qıldıqca təsəvvür o halavətli nigahi – Təlxabi-təhəssürlə gözüm olmada dərya. Etdikcə təxəttür şu açıq vechi-bəşuşi, Həsrət yaşı olmaqdadır arayişi-sima. Mən ağlayıram, şe'r oluyor əşki-rəvanım, Hər qətreyi-dürdanəsi bir şe'ri-müsəffa. Mən də yaparaq əşkimi güldəsteyi-əş'ar, İthaf edirəm ruhuna əş'ari-mütərra. Məhzun dururam, hüznlərim şe'ri-sükundar, Fəryad edər olsam, oluyor cümləsi guya. Ahim kəsilir can yaxan əş'ari-şərərbar, Yanmış dilimin dudu olur növheyi-sevda. Göz yaşlarımı, ahımı, fəryadımı daim, Səssiz o həzin məqbərənə eylərəm ehda, Şe'rim olacaq fatiheyi-səngi-mazarın, Ey xatiməsi baisi-əş'ari-qəmefza. Könlüm yanıyor həsrət ilə olduğu dəmlər – Ol dadlı, təbəssümlü baxış xatirəpira. Gah diksinirəm uyquda, guya ki, dodağın – Bir buseyi-şəfqət ediyor çöhrəmə i'ta. Gah səs gəliyor guşuma, guya ki, səsindir, Zənn eyləyirəm xabda oxşar məni hura. Gah pişgahimdə duruyor vechi-bəsimin, Sanki oluyor cənnət özü çeşmimə peyda. Bir nuri-həqiqət kimi gəh zilli-xəyalın – Tutğun nəzərimdə oluyor iştə hüveyda. Cənnət quşu idin qəfəsi-dəhrdən uçdun, Əlbət yaxışırdı sənə bir rövzeyi-rə'na. İnsan sifətində görünən bir mələk idin, Ən ali cahanlarda üç, ey ruhi-müəlla! Namın əbədiyyətlə yaşar, ey əzəli ruh, Əş'ari-rəvanbəxşim edər namını ehya. Sən bir gül idin badi-əcəl saldı türabə, Fəryad qıl, ey könlü sınan bülbüli-şeyda! * * * Lövheyi-təsviri maarif Vətən övladı! Ha qeyrət qılın təhsili-ürfani, Qalan mə'naydır ancaq, bu nəqş, əlbət, olur fani. Maariflə olur nail bəşər hər dürlü amalə. Maariflə edər ehrazi-şövkət növ'i-insani. Maarif bir həqiqətdir, silər mir'ati-idrakı, Maarif bir ziyadır kim, qılar tənvir vicdani. Maarif vaqif eylər şəxsi-əsrari-xəfayayə, Maarif kəşf edər insanə mə'nizari-imkani. Maarifsiz olardı sirri-xilqət cümlə əfsanə, Maarif kəşf qıldı aləmə əsrari-pünhani. Maarifsiz cahanda qabil olmaz bəxtiyar olmaq, Maarif bir səadətdir edər məs'ud insani. Kəmali-şövqlə talib olaq kəsbi-kəmalatə, Beşikdən qəbrədək təhsil edək adabu irfani*, Əgər Çin ölkəsində olsa cuyəndə olaq elmi*, Qılıb kəsbi-fəzail, edəlim tövsi'i-ruhani. Ülumə talib olmaq fərzdir mərdanü nisvane, Edib mə'mur elmə bizləri məhbubi-yəzdani. Yetər qəflət, yetər zillət, yetər bu xabi-bipayan, Deyil yatmaq zamanı, sübh açılmış, dəhr nurani. Cəhalətpərvəranın xoşca bir tənzir edək halın, Düçari-möhnət olmuşdur gərək ruhani, cismani. Olurmu elmpərvərlə bərabər cəhlpərvər? Heç! Deyil dürri-ziyadarə müadil səngi-zülmani. Buyurmuş fəxri-aləm*: "Elm bir nuri-ilahidir", Cəhalət isə bir zülmət, edər gümrah insani. Demiş ol fəxri-kövneyn: "Aləmi seyri-sülukimdə - Cəhalət əhlini gördüm düçari-qəhri-rəbbani". Maarif müflisi dünyadə, üqbadə siyəhrudur - Ki: "əlfəqrü səvadül vəch"* ...cəhlin oldu bürhani Oturma cuşeyi-qəflətdə, təhsili-fünun eylə, Maarif "kənzi-layəfn”, qəni eylər fəqirani. Cəhalət bir mərəzdir, yox əlacı elmdən başqa, Cəhalət şum bir bayquş, qılar viran imrani. Cəhalət əhli nabina, ülum ərbabi binadır, Cəhalətpərvəran zülmət, maarif əhli-nurani. Qılar elmü ədəblə kəsbi-vüs'ət ne'məti-adəm, Olur rizqi kimi dar cahilin həmyani-əz'ani. Demiş fəxri-rüsül: “Rəbbim, mənim əfzun qıl elmim", Şu bəhri-elmə bax, istər düri-şəhvari-ürfani. Cənabi-Xızrda çün var idi elmi-lədünniyyat. Ona şagird oldu dinlə, gör Musayi-imrani Xızrvəş sən də olmaq istər isən arifi-mə'na, Maarif çeşməsindən iç doyunca abi-heyvani. Əzəl nazil olan surə rəsulüllahə "içrə..."dirKi: "iqrə bismi rəbbik"...eyləyir təzyin Qur'ani. Buyurmuş həzrəti-heydər: "Pədərsiz kəs yetim olmaz. Yetim ol kimsədir, əlhəq ki, yoxdur elmü ürfani”. Hədisi-qüdsdə vardır: Təbiət kənzi-məxfidir, Bunu kəşf etməyə olsun gərək insanın ürfani. Maarif olmasaydı, kənzi-məxfi kəşf olunmazdı, Qalardı hər kəs avarə, tutardı rahi-xüsrani. Dilərsən agəh olmaq gər bu tilsimgahi-nasutə, Nəfəs olduqca təndə, qeyrət et, kəsb eylə ürfani. Maarif bir nigari-dilpəsəndü şivəpərvərdir, Gələndə cilvəyə məftun edər cənnətdə hurani. Maariflə qılıbdır əhli-aləm kəsbi-ünsiyyət, Maarif eyləmiş heyvandan təmyiz insani. Maarifsiz bu aləm bir xərababadi-vəhşətdir, Maariflə təməddün eyləmişdir aləmi-fani. Maarif sayəsində kəşf olundu bunca sən'ətlər, Maariflə tərəqqi eyləmişdir qövmi-nəsrani. Dağılmaz küfrlə bir mülk, zülm ilə olur viran, Budur: viran edibdir zülm darülmülki-İrani. Cəhalətdir əsası zülmü cövri-xanimansuzun, Maarif olsa, zülmün məhv olur, əlbəttə, bünyani. Bədayegahi-sün'ün bilmək istərsən rümuzatın, Bu yolda ittixaz et kəndinə rəhbər "Dəbistan"* Dəbistan olmasa aləm deyilmi saheyi-vəhşət? Dəbistan ilə vəhşətdən çıxıbdır növ'i-insani. Sizə neypareyi-atəşfəşanım söyləyir hər an: Deyil yatmaq zamanı, sübh açılmış, dəhr nurani. Ülumun sizlərə qüdsiyyətin söylər xülusanə - Məhəmməd Hadiyi-Əbdüssəlimzadə Şirvani. * * * Bir işsizin qış düşüncələri "Ana dili gərəkdir" deyənlərə İştə bir yoxsul... oyləcə düşünür: Gəliyor qış, əlimdə yoxdur iş... Kimə "iş ver" desəm, deyir ki, "sürüş"! Bu soyuq sözlə cəmdəyim üşünür... * * * Çıxdı yay, getdi isti, girdi payız, Qış gəlir... şimdidən əsir ürəyim, Geyəcək yox, nə evdə var çörəyim... Yaşamaq istəriz... nə yapmalıyız? * * * Gəliyor qış... çocuqlarım nə yesin? "Pul"lulardan bizə kömək olamaz, Uzadırsam əlim, ətək bulamaz... Acların dinləyən olurmu səsin? * * * Yeyəcək yox, uşaqlar ağlayacaq, Qadının gözləri üzümdə gəzir, O baxış şimdidən ürəymi əzir, Yavrucuqlar könlümü dağlayacaq. * * * Yuvasız quşlarız, nə yem, nə su var, Bu böyük yerdə yoxmu bir sığınaq, Deyilizmi bu torpağa ortaq? Qardaşız, qardaşız, ey "insan"lar! * * * Qar yağıb torpağı kəfənləyəcək, Qalacaqdır açıqda yoxsul olan. Bu zavallı, bu bəxtsiz "insan", Ac, susuz küçələrdə inləyəcək. * * * İşlərindən "sual" yoxmu sənin? Edilərsə verilməyir ki, "cavab"! Biri örtüb durur ikən "əsvab", Yoxsula, yoxmu verməyə "kəfən"in!? * * * Varlığın yox içində bir vicdan, Böylə ikən "xəbər" al "insan"dan, Sənə açsın "hekayə" "vicdan"dan, Doğru sanma, yalançıdır "insan"! * * * "Əsl"siz sözləri "lüğət"də yazar, Der ki: "səbr" "əhl "i arzu"ya yetər, Öz-özün aldadır yazıqca "bəşər". Yalanı doğru anlayan uduzar. * * * Düzlük olmuş olaydı "xilqət"də, "Ədl"sizlər olarmıdı "sultan"? Yer olarmıydı "zülm" ilə "viran"? Anla, yox "mərhəmət" "təbiət"də! Birinin "süfrə"sində dadlı "xuruş", "İştəha"lar açan yemək duruyor, Biri qarnın doyurmağa arayor, Tapmıyor "kisə"sində bircə quruş. * * * Çatlıyor "dövlət əhl"i toxluqdan, "Mə'də"si yırtılır, gözü yenə ac, Kimi günlərlə ac, "bədən" yalavac, Yox olur, yox zavallı yoxluqdan. * * * Budur "insan"ların bu gün "hal"ı, Gələcək pək işıqlıdır və gözəl, Hələ gizlindədir "cəmali-əməl", Görmədik biz o "şan"lı "iqbal"ı. * * * Quru böylə düşüncələr nədəcək? İşsizin qarnı doymadı, doyamaz, İlan vurmuş uyuyar, ac uyumaz, Yavrular evdə istəyir yeyəcək. * * * (Bir "pul"luya yalvarıyormuş kimi) Acıyın bir sürü "əyal"ıma siz, Mənə bir iş verin də işləyəlim, Bu dar "ömr"ü bir az genişləyəlim. Yazığam, baxsanız bu "hal"ıma siz. * * * Duraraq "pul"lunun önündə yazıq, Yerə dikmiş, baxar, iki gözünü, Utanır söyləsin ürək sözünü – Qaragünlü, zavallı, könlü sınıq! * * * Nə sevimli, gözəlsən, ey "ismət"! Hansı üzdə gülüşlərin parlar, Söyləməz kimsəyə sözün, ağlar. Sənin ilə nə "xoş"dur ölmək, əvət!!! Yüz min əvət! "Ey ismət!" * * * Səni "əvvəl", "həyat"ı son sevərəm, Ey gözəllik "behişt"inin "mələy"i! Ey sevimli baxışların bəzəyi! Ey könül ovlayanların çiçəyi! Öpərəm sən öpən üzü, öpərəm! * * * Ey utanmaq, səni sevən atamaz, Sən yox olduqda, ölmək ən dadlı, "Canlı" "gülşən"lərin a "naz"lı "gül"ü, Səni üzdən atan, daha tutamaz. * * * Hər nə əldən gedərsə var "bədəl"i, Vardır ondan daha gözəlləri, al! İki "şey" var ki, bulmaq "əmri-məhal": Bir "həyat"ı və bir də sən gözəli, "Ey ismət!". * * * Keçəlim, yoxsulu buraxmayalım, Yolumuzdan azıb da, sapmayalım! Duraraq "pul"lunun önündə yazıq, Dağınıq bir "sifət"də, boynuburuq, Birdən ağzın açar o "canlı" ölü, (Əvət, o canlı ölü!) * * * Titrəyən bir səs ilə "bəxt"i qara, Dirilik xəncərilə könlü yara... Dilsiz imiş, açıldı sanki dili: Dolanım başına, ağa! Mənə iş!.. İşləyim, toplayım bir azca para, "Abadanlıq" alım şu yavrulara. Onları kəsməsin qılınc kimi qış! Doğruluqla qapında iş görərəm, Bir adım doğruluqdan ayrılmam, Nə desən eylərəm, inan, ay ağam. "İt kimi hür!" deyəndə də hürərəm! (Of, nə acı "həqiqət"!) Aclıqdan qarardı gözlərimiz, Ağlayırsam da, gülməyir diləyim, "Rəhm" qıl, "rəhm" qıl, verimli bəyim! Dinləməz kimsə, boş gedir sözümüz! * * * Əliboş getməyə üzüm yoxdur, Məni görcək uşaqlar ağlaşıyor. "Dədə, əkmək!.." deyib civildəşiyor, Onları aldadan sözüm yoxdur!!! * * * Düzlüyün var bu yerdə ancaq adı, Əyrilik "aləm"in "təbiət"idir. Bu sözüm sözlərin "həqiqət"idir, "Can"lı bir "zülm"dür yer "övlad"ı! * * * Can yaxan bir "teatro"dur "dünya", Bir-birindən oyunları "müdhiş", Ağladır gözləri bu pis görünüş... Yaşlı gözlər gülərmi bir "əcəba"?! Nə olurdu yaranmasa "adəm"? Sonu yox boşluğun içində gəzər, "Qəm" nədir anlamazdı "qəm"li "bəşər", Pək "xoş" idi "qərargahi-ədəm". * * * Əndişeyi-həyat Vardırmı bir insan bu şünzari-aləmdə – Pabəndi-bəla olmaya sərpənceyi-qəmdə?! Buldunmu bir adəm ola azadeyi-mütləq? Olmaz, olamaz kimsə bu tövfiqə müvəffəq. Alami-məişət ediyor aləmi imla, Sərbəstliyi umma bu zəncirdən əsla. Qat-qat vurulubdur sənə zənciri-məişət, Azadəsər olmaqmı dilərsən? Buna heyrət! Aldıqca nəzərgahinə fərdayi-həyati, Dəhşət veriyor adəmə əndişeyi-ati. Hər ləmhədə bir tazə əməl olmada tale, Əfkari-bəşər ləm'eyi-amala mətalə. Hər dəmdə doğar fikrə min ümmid səbahi, Amal da ə'sar kimi layətənahi. Bir silsileyi-zilli-əməldir bütün aləm, Bu silsilələrlə sərinib fitrəti-adəm. Bir sayeyi-ziruh kimi müttəsil insan – Ümmidini tutmaqlığa ümmid ilə puyan. İstər tuta bilsin onu, ətrafa şitaban, Eyvah ki, ümmid isə bir zilli-girizan! Tutdu tutalım ki, o girizəndə zilali, Fərda yenə tə'qib edəcək başqa xəyali. Eylərmi bəşər bulduğuna kəsbi-qənaət? Bürhanı əyandır, bunu isbatə nə hacət? Məhsuli-əməldir bu tərəqqi, bu təali, Dünyalə bərabər yaşar amali-məali. Nə aləmi-əkbərsən, əya adəmi-mövcud! Nə layətənahisən, əya heykəli-məhdud! Bir zərrəsən! Afaqi-xəyalında həzaran – Xurşidi-həqiqət oluyor şə'şə'əəfşan. Əndişən olur aləmi-ülviyyəti sair, Təslim olunur fikrinə miftahi-sərair. Zülmətdə qalan babi-künuzu açıyorsan. Süfliyyətə ən ülvi füyuzu saçıyorsan. Sən də düşünən vəqtdə fərdayi-həyati, Tədhiş ediyor halını əndişeyi-ati. Ta qədrə gedincə bu qüyudati-aləmza Pabəndi-qəm eylər səni, əndişeyi-fərda. Ey silsiləcünbani-məişət olan insan, Olduqca həyatın sana zindandır imkan. Ol gün ki, sönər şə'şə'eyi-sübhi-həyatın, – Azad edəcək onda səni şami-məmatın. * * * Təraneyi-qəmpərvəranə Cahanə gəlmədən məqsəd nədir insanə, bilməm ki? Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki? Mən idrak etmədim dünyayə gəlməkdən nədir hikmət Yaratmaqdan nədir hikmət bizi sübhanə, bilməm ki? Mücəssəm bir xəyalə bənzəyir timsalı imkanın, Neçin dildadeyi-şövqüz xəyalistanə, bilməm ki? Kitabi-kainatın sirri heyrətbəxşi-imandır, Bu sirri kəşfə yoxdur yol neçin imanə, bilməm ki? Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir, Bunun həllində acizdir neçin fərzanə, bilməm ki? Düşündükcə fəcayegahi-dəhrin hali-dilsuzun, Neçin aşiq olur dərdü ələm vicdanə, bilməm ki? Bu zülmabadi-giytidə fəqət bir namı var ədlin, Olurmu ədl ilə məmur bu viranə, bilməm ki? Sitəmpərvərlərin çoxdur müinü yari aləmdə, Neçin rəhm eyləyən yox hali-məzlumanə, bilməm ki? Neçin fəxr eyləsin əhrarə zülm etməklə istibdad? İlahi, tabəkey bu zülmi-qəddaranə, bilməm ki? Cünunpərvərlərin fikri olub alimpəsəndanə, Neçin məyubdur rəyi-fəlatunanə, bilməm ki? Olubdur müstəbiddan calisi-övrəngi-istiğna, Neçin zillət nəsib olmuşdur əhraranə, bilməm ki? Ziyavü zülməti təmyizə yoxmu dideyi-idrak, Niyə nuri-həqiqət çıxmayır meydanə, bilməm ki? Olub arayişi-baği-səadət cəhlpərvərlər, Neçin arif yaşar dünyadə bədbəxtanə, bilməm ki? Həzaran bülbülan baği-fənadə naləpərvərdir, Nə məcbur eyləmişdir bunları əfğanə, bilməm ki? Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən, Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki? Nəsibi xuni-dildir bu fəna mülkündə əhrarın. Əcayib bir müəmmamı bu tilsimxanə, bilməm ki? * * * Aşiyani-viran Soyuğun, atəşin əlində qalan, Calibi-mərhəmət, gözəl bir quş Sərilib torpaq üstünə mədhuş, Açıyor ağzını, yumur hər an. * * * Yetməmiş arzuya biçarə Yaxanı verdi dəsti-bidadə. Yoxmu bir əl uzansın imdadə, Eyləsin bu səfilə bir çarə?! * * * Aşiyanın içində övladı – Gözünü dikmiş intizardadır. Validə hali-ehtizardadır, Dağılır aşiyani-abadı. * * * Çırpınır, çırpınır da, son nəfəsi – İstəyir cismdən ola pərran, Bir sürü yavru mədərə nigəran. Uçdu ruhu quşun, kəsildi səsi. * * * Rəhguzari-cahanda sair idi, Gündüzü asimani-qeyrətdə, Gecəsi aşiyani-rahətdə. Bu da bir zihəyat tair idi. * * * İştə bu xanimancida məxluq – Əməli-danə ilə çıxmış idi, Yuvada yavrular acıxmış idi, Payimali-məmat qıldı soyuq. * * * Bu gözəl tairi-səmapeyma – Danə üçün riyazfitrət idi. Bu da zəhmətkeşi-məişət idi, Sə'yü qeyrət yolunda oldu fəda. * * * Nə gözəldir həyati-fə'alə, Düşkün olmaq yaxışmaz insanə, Açma əl, düşmə payi-dunanə, Çalışan namizəddir iqbalə. Yavrular! Ananız, yavrular, əsiri-türab – Olaraq eylədi vida'i-həyat. Ediniz siz də ataşin nəvəhat, Aşiyani-məsərrət oldu xərab! * * * Əsdi şiddətlə tündbadi-əcəl, Bəxtiniz gülləri xəzan oldu. Yavrular, mövsümi-fəğan oldu, Saralıb soldu növbəhari-əməl! * * * Ey səfalətpənah olan mürğan! Mədər arayişi-məzar oldu, Lənəniz də xərabəzar oldu, Dinləməz kimsə etsəniz də fəğan! * * * Açamaz kimsə zilli-şəfqətini – Üstünüzdə himayədar olsun, Sizi kim bəsləsin də yar olsun, Bəxş qılsın səxa vücudətini?! * * * Vətənim lənənizlə yeksandır, Ölmüş, ölmüş pədərlə mədərimiz, Bağlanıbdır güşad olan dərimiz, Bu iki aşiyanə virandır! * * * Təkamüli-mə'kus və ümmidi-pərişan Bir gözələ Şəbrəng saçların nə pərişandır, ey pəri, Oxşar siyah əlilə o rüxsari-ənvəri. Bənzər o tellərin əməli-nazikanəyə, Qəlbim içindədir, onu qapdırma şanəyə. Əhli-səfalətin dağınıq bir məkanıdır, Qəlbi-səfilimin də saçın aşiyanıdır! Qalsın dağıntı, toplama giysuyi-müzləmi, Tənzir edir dilimdəki əsrari-mübhəmi! Gönlüm kimi saçın da pərakəndə olmalı, Fikrim qədər rüxün dəxi təbəndə olmalı! Mən, tellərin və bir də vətən – bəxtiqarəyiz Mə'nən biriz, əgərçi müğayir ibarəyiz. Bizdən də, sevgilim, vətən aşüftəhaldır!.. Ümmidimiz nihalı dəfini-ləyaldır!.. Afaq açılmaz isə zilali-hicabdən, – Bakir şükufələr çıxamazlar niqabdən. Göstərməz isə kəndini dildari-gül'üzar, – Vüslət məhal, qovrul, əya qəlbi-naləkar! Hail nədir ki, görməyə qoymaz nigarımı? Yoxdur açan sərairi-qəlbi-fikarımı! Könlümdə var künuzi-sərair cahan-cahan, Razaşina ki olmadı, qalsın nihan-nihan. Əlbət, səza idi yaşamaq məhrəmanə biz, Əfsus! Olmuşuz niyə naməhrəmanə biz?! Eşqü məhəbbət isə həyatın məalıdır, Bunlarsız ömrü bilmə həqiqət, xəyaldır. Ləfzi-həyat içində qonulmuş məali-eşq, Məcmueyi-həqiqətə candır xəyali-eşq. Məhsuli-eşqdir bu əvalim, bu kainat, Biganeyi-məhəbbəti zənn etmə zihəyat. Könlümdə nuri-eşq olurkən əşi'ədar, Haildurur zühuruna əğyari-nabəkar. Hər kəs dilində dadlı bir ümmid bəsləyir, Bir dudi-şəbnümud o işıq hissi hisləyir. Ey mane'i-əməl, çəkil, artıq usan, usan! Bizar etdin aləmi candan, utan, utan! Ey pərdədar, pərdəni aç ruyi-yardən, Ey şəb, çəkil də sübhi-səbahətnisardən! Ey tale! Uyma, şəfqətü riqqət zamanıdır, Qalma xəyal içində, həqiqət cahanıdır! Rüxsarına dağılmış o şəbrəng tellərə – Olsun həsəd ki, düşmüş o vechi-münəvvərə. Mane'si yox ki, busərübayi-cəmaldır, Firqətkeş aşiqin nigərani-vüsaldır! Ümmidvari-vəsl ikən ismətli ruyuna, Ol çöhreyi-behiştivü ümmidi-buyuna, Layiqmidir, cəhənnəmi-hicranda sızlasın, Yad eyləsin vüsalını, həsrətlə ağlasın? Azad könlüm olmuş əsiri-məhəbbətin, Hürriyyətə mübadilə etməm əsarətin! Azadəlik məhəbbətə xidmət deyilmidir? Söylə, məhəbbət eyni-əsarət deyilmidir! Səndə əməl, məndə məhəbbət əyan ikən – Ol güllərin miyanına kimdir tikan dikən? Xari-məvane' ilə dolub rəhgüzarımız, Ümmidimiz kəfən, vətən olmuş məzarımız. E'lani-eşqə yox bu vətəndə müsaidə, Bir böylə ömrdən, mələkim, umma faidə! Kətmi-həqiqət iştə mühitin nizamıdır, Aşüftəlik bu məmləkətin intizamıdır. Bir qəbri-yə'sdir, gözəlim, kainatımız, Ümmidimizlə məhv olacaqdır həyatımız! Dəsti-təsadüf atdı bizi böylə bir yerə, Ziruh idik biz, eylədi piraye məqbərə. İmdad üçün nə mərtəbə olsaq da naləzən, Bihudədir, sədamızı olmaz ki, dinləyən. Mövta içindəyiz, eşidilməz nəfirimiz, Tə'zib edir bizləri münkər-nəkirimiz. Münkər-nəkir kim?! Bu əhaliyi-pür'itab, Mə'nisi yox suallara bizdən dilər cavab. Övladına məzar olan, ey qəbri-zindəgan! Ey xak, ey cənazeyi-əməl olan məkan! Tövhiş edir xəyalımı övza'i-vəhşətin, Tədhiş edir cünanımı əhvali-dəhşətin. Hala təkamülündə nümayandır inhitat, Zülmətlər ilə oldu mühitin neçin muhat?! Hər gün tənaqüsündə təkamül nə haldır?! Dəsturi-fəlsəfidə bu qanun məhaldır. Bir baxsana, təkamüli-mə'kusən, ey vətən, Qanuni-hikmətə nasıl oldu cərihəzən! Şirazeyi-təbiəti qırdı bu halətin, Həp yaralandı dilləri ərbabi-hikmətin. Hikmət hənuz bu nəzəriyyatı bilməmiş, Pək az bilir, çox hikəmiyyatı bilməmiş. * * * Oxu, bil, öyrən! Övladi-vətənə Ey cavan, öyrən: cəhalət ən böyük bir ardır, Elmsiz adəm bəhaimdən də bimiqdardır! Yük çəkən heyvan görülməz nifrətə layiq, vəleyk – Layiqi-nifrət o cahildir ki, xəlqazardır! Hər fənalıq, hər yamanlıq elmsizlikdən törər, Anlamazdan yer, göy, insanlar bütün bizardır. Anlamazlar anlayanlar üçün olmuş yükçəkən, Yük çəkərmi, söyləyin, ol kimsə kim, huşyardır?! Sən də elmin təxti üzrə əyləş ariflər kimi, Elmsizlər yer üzündə bəxtsizdir, xardır! Çox deyilmişdir bu söz, təkrarı da ləzzətlidir: Kurdur cahillər, alimlər ülul'əbsardır! Arifin xabı gözəldir taətindən cahilin, "Növmi-alim..." rəmzini bil, gör nə mə'nidardır! Şahidi-hürriyyətə yar oldu ərbabi-ülum, Elmsizlər, tərbiyətsizlər ona əğyardır! Şərqdə batmış maarif, Qərbdə çıxmış fünun, Mə'rifətlə, elm ilə Məğribzəmin nəvvardır. Ey yatan zülmət qucağında, yetər, sübh oldu, dur! Aləmə bir yaxşı göz gəzdir, təcəllizardır! Elm əlilə ortaya çıxdı yerin könlündəki, Göylərin də qəlbinə atmış əlin... əsrardır! Dideyi-elmə açılmış ramizati-kainat, Cəhlə hər şey örtülü, çeşmi-cəhalət tardır! Lövheyi-ibrət deyildirmi sərasər kainat? Çeşmi-im'anə alır hər kəs zəvil-əfkardır. Alimin sərvətlə malamaldır mahiyyəti. Fənn ilə dartar, alır ol kəs ki, təhsildardır. Xilqətin bitməz-tükənməz varlığından əhli-elm – Çəkdi, aldı dövləti, bax, şimdi sərvətdardır. Qardaşım, işsiz oturma karigahi-dəhrdə, Qul olur kar əhlinə ol kimsə kim, bikardır. İştə amal, iştə iqbal, iştə istiqbal həp – Əhli-elmindir, bizə üz göstərən idbardır! Səlsəbili-elmdən boşdur qafamız kasəsi, Başqa əqvamın başı bu feyz ilə sərşardır. Zəhrlənmiş fikrimiz zəhrabi-mövhumat ilə, Ey həqiqət! Parla, parlat Şərqi, zülmətzardır! 12 yanvar * * * Fəxamətli əfəndim, pardon! Hörmətli əfəndim Molla Nəsrəddinə Son nüsxəni aldıq, oxuyub, bildik, a Molla, Gördük bütün övraqını tənqid ilə imla! Hər bir sözü tədqiqə nə kəskin nəzərin var! Təsvirdə bundan daha artıq hünərin var. Safi, çürüyü seçməyə parlaq məhəkin var, "Fazil" mütəhərrirlərə döymək kötəyin var! Olmuşmu qəhət yazmağa qəztəndə məqalə, Şimdi satəşırsan, a balam, "əhli-kəmal"ə? Aya sənə nə bir mütəhərrir belə banlar: "Osmanlılar öz işlərini pək gözəl anlar! Amma nə ərəbcə biliyormuş, pah atonnan!" Göz dəyməmək üçün bunu hifz eyləyə rəhman. Bilməm dəli oldunmu, uduzdunmu xəyali, Tənqid ediyorsan o "qələmpani-kəmal"i! Gah nala və gah mıxa döyürsən, dəlisan ya! Tənqid edilirmi o "fəxamətli", a Molla? Daim belə əlqabə gərəkdir ola hörmət, "Şövkətli"lərə etməli hər dəmdə ibadət. Rahət otur, Allahi sevərsən, kişi, rahət, Hörmətli əfəndim, sənə nə yazdı "fəxamət". Yetdin yetənə, yetməyənə daş atıyorsan, Bozbaşa aşı, aşa da bozbaş qatıyorsan. Dostum! Çatanı sən ki, edirsən belə tənqid, Qorxum bu ki, sözsüz qala axırda cəraid. Hörmətlini öyrətmə, "fəxamətli" gözəldir, Yersiz danışıqlar bizə əqsayi-əməldir. Nə gəlsə onu yazmalı, fikr etmək əbəsdir, Qare'lərimiz ruhdən azadə qəfəsdir. Biz də verəriz iştə bu ölmüşlərə təlqin. Ay Molla, nə təlqin qanır ölmüş, nə də mə'lqin Biz bayquşuyuz, Molla, bu viranə məzarın, Viranlıq içində nə gəzər sövtü həzarın? Mən şair olanda, üdəbamız nasıl olsun? Allah eləsin qarein idrakı açılsın! Bir pərdeyi-müzlim asılıb didələrindən, Can tairi uçmuş da dili-mürdələrindən. Pis-yaxşını bilsəydi əgər milləti-bədbəxt, Hər mən kimidə yazmağa olmazdı cəsarət. Qarelərimizdə məhək olsaydı, a Molla, – Xalislə dəğəl onda olurlardı hüveyda. Xərmöhrəni yaqut adına sat, keçəcəkdir, Bal namına ver bəkməzi, əbləh içəcəkdir. Sən kaseyi-çini deyə sat, leyk xəzəfdir, Rəhmətliyin oğlu alacaq ki, xoş ələfdir. Sən istədiyin nəğməni çal, ziri bəm eylə, Ey çalğıçı, qorxma, bilən olmaz, kərəm eylə! Çal zurnanı, vur dünbəyi, ol məsxərəpərdaz, And olsun o Molla Babaya, anlayan olmaz. Olsun qəsəm ol "Şeyxi-Qobustani"yə, sən çal, – Tənqid edən olmaz: hamı kardır, hamı kordur, hamısı lal! Ey xameyi-əfsanənəvisəndə, qırılma! Meydani-cəraid gen ikən heç də yorulma. Molla əmiyə verməqulaq, sən yazını yaz, Qarğa kimi "qa-qa"lara qıl tazədən ağaz. Ey xameyi-əfsanənəvisani-"fəxamət", Divanələşib Molla əmi, etmə məlamət! "Şafi" qələminlə onu qurtar dəlilikdən; Qurtar bizi də "canlı söz"ünlə ölülükdən! Ey, sən də pozulma, yazı yaz, eylə inayət, Ol səhni-cəraiddə "qələmrani-bəlağət"! Söylə bizə osmanlılar aya nə deyorlar, "Osmanlılar öz işlərin ə'la biliyorlar". Qurban belə idrakə, belə fikri-"əmin"ə, "Pəh-pəh nə deyim, şükr xudanın kərəminə"! 14 yanvar * * * Gərəkməz! Nazəndə nəvazişlərin eylər dili lərzan. Möhriq baxışın etmədədir ruhumu suzan. Müztər oluyor, titrəyorum, olsa bədidar – Mir'ati-xəyalımda o simayi-füsunkar. Mən tazə mübariz olaraq səhni-fənadə, Qövğadayım ömrümlə bu meydani-vəcadə. Meydani-həyat içrə mənəm şanlı fədakar, Bu keşməkeşi-dəhr ediyor ömrümü bizar. Əkdarımı təxfifə mədar olmağa hər bar – Əfkarımı tövcih edərəm səmtinə təkrar. Bir hatifi-qeybi mənə söylər ki: "gərəkməz!" * * * Yorğun düşərək, xəstəyəm, alamlə məsmum, Şad etsələr, olmaqdayam artıq daha məğmum. Mazi imiş ancaq mənə əyyami-məsərrət, Halım məni tə'zib ediyor, iştə həqiqət. Mən dinləyorum sövtünü, ey sevgili dilbər: "Gəl, gəl də, təsəlli edərəm, olma mükəddər", Dərkən yenə can guşuna bir nətmeyi-ilham – Söylər ki: "Gərəkməz, geriyə eyləmə iqdam". * * * Şair, hücreyi-iştiğalı və düşüncələri Kiçikcə bir oda içrə zavallı bir məxluq – Yaşar... və çox gecələr olduğu otağı soyuq. Soyuq ləyalı yaşar ateşin xəyalilə, Düşünmədə gecələr qəlbi-pürməlalilə. O guşədə qonulan çarpayədir yatağı, Deyil də nəfsinə aid, kirayədir otağı. Asılmış əlbisəsi bir tərəfdə divarə, Şu əskilər yaxışar böylə əski divarə. O yanda bir çamadan keçmişin nəzirəsidir, Zavallının bu oda hücreyi-fəqirəsidir. Yazı stolunun başında Önündə bir-iki qəzte və yığın övraq, Nücumi-zahireyi-şe'rə fikridir afaq... Qələm əlində, önündə bəyaz övraqi, Xəyali-tairi şair riyazi-afaqi. Əli mülasiqi-pişani, kəndi fikrətdə, Stol başında durur vəz'i-şairiyyətdə. Şikar edən kimi zərrin qanadlı əş'arı,– Dönər geriyə haman dəm xəyali-təyyarı. Əsir edən kimi əş'arı dami-övraqə– Uçar, gedər yenə fəshətsərayi-afaqə. Gedər, gəzər yenə tutsun tüyuri-əş'arı, Uçar, uçar da fəzayə xəyali-səyyarı. Neçin? Yarın onu qoysun nigahi-ixvanə, Ədəb ziyafəti versin ədəbpəsəndanə. Aşar üfüqlərini kainati-nasutun, Girər şəfəqlərinə şe'rgahi-lahutun. Dilər ki, anlaya bilsin sərari-əzəli – Və bəlkə bir gör bilsin cəmali-ləmyəzəli. Bilirsə mənşəi-imkanı dincələrmi xəyal?! Hüdudi-fikri-bəşər yox, budur həqiqəti-hal! Şu kainatı gəzər kim, həyatpərvərdir, Görər o qızları kim, sənihatmənzərdir. O kainat ki, ənvarlə donanmışdır, O düxtəran ki, əş'ardan yaranmışdır. O kainat ki, şe'rafərin lövheyi-bal, O düxtəran ki, fikrim qədər güşadəcamal. O kainat ki, hər qönçəsi birər əş'ar, O düxtəran ki, çeşmində şe'rlər qaynar. Bu kainat nədir? Kainati-xülyadır, Bu qızlar isə təcəllinümuni-rö'yadır. Zavallı şairə bax! Uğraşır xəyal ilə, Həqiqəti buraxıb, oynayır zilal ilə. Cahan həqiqətə aşiq, bu da xəyalnəvərd, Zavallı! Ah, zavallı! Nasıl böyük bir dərd! Həqiqətən payı yoxkən mətai-dünyadən, Götürməyir yenə əl bəxtsiz bu xülyadən. Nə qəmlidir, nə ələmli, həyatın, ey şair! Edərmi şad səni sənihatın, ey şair? Xəyalini bürüyübdür zilali-ilhamın? Bir az düşün də, ziyasız deyilmi əncamın? Təxəyyülata qapılma, bir az da kəndinə bax, Fərağət olmağa hala əlində yox bir otaq. Cahanə öyrədiyorsan ticarəti-sövda, Bir az da öyrən özün, ey qünudeyi-xülya! Bu kargaha müdir olmağın deyil caiz– Ki, kəndini oluyorkən idarədən aciz! Özün gəzib duruyorkən bir özgəyə möhtac, İdareyi-bəşəriyyət sənə deyil möhtac. Dolaşmağın nə gərək şe'rgahi-lahuti, Dolaş iş istər isən kargahi-nasuti. O boşluğu dolaşınca, dolu cahanı dolaş, Həyat bunda, əməl bunda, bunda kəsbi-məaş! O boşluğu nə qədər gəz, həqiqəti-əş'ar – Sənin xəyalın əlində olarmı hiç şikar? Bu şe'rlər həpsi sayeyi-xəyalətdir, Həqiqi şe'r nədir? Kəsbi-karə qeyrətdir! * * * Bir iştikayi-möhriq... Çeşmi-ədəb bu gün ədəbiyyata ağlayır Tofiq Fikrət bəyə Şe'rin üfüqlərində bu gün bir sədayi-lal, Fikrin səmalarında birər zilli-infial, Bəzmi-ədib təhi nəğəmi-dilnəvazdən, Afaq oylə boş ki, əvət, suzi-sazdən, Bir məqbərin sükutuna bənzər zəmini-şe'r, Bilməm nə oldu, ah, təningüzini-şe'r?! Dilsiz durur rübabi təningahi-Fikrətin, Tarı qırıldımı o Rübabi-xəyalətin. Zənn etmə sən şikəstə fəqət bir rübabdır, Fikrət, bu gün şikəstə qülubi-şəbabdır. Müxbir nigahlərlə şəbabi-münəvvərə– Baxmaqdadır sənə, nə həzin, qəmli mənzərə!.. Şe'rin səmayi-safını bir Sis tutub ki, ah, Məstureyi-zülamdurur nuri-intibah. Dil pürsükun, fikr pərişan, ədəb xərab, Küskün bu gün sənə dili-ərbabi-inqilab. Çünki həqiqəti dolaşırkən xəyalınız, İlhamzari-şe'rü ədəbkən kəmalınız, Kəskin düşüncələrlə dələrkən sərairi. Feyfayi-sənihatın, əya şanlı sairi, Sən söylə ey! Nədir bu dərin əbkəmiyyətin – Əsbabı, ey yeganə dühası bu ümmətin?! Bilsəm neçin qırıldı şu əfkari-nurbal, Ey xəndəzar şahidi-əş'ar olan xəyal! Ey bir xəyal mədfəni parlaq həqiqətin, Ey zinəti-məziyyəti afaqi-sən'ətin, Afaqi-sən'ətindəki bir qətrə əşki-tər – Məmzucdur şe'rlərin ateşlə abdən, Fikrin təkəvvün etdi sənin inqilabdən! Maziyə, zülmə, zülmətə üsyan edən qələm – Xamən deyilmidir sənin, ey nami möhtərəm? Al dəstinə o xameyi-səmsamvarını, Saç aləmə bədayei-sən'ətşüarını. Bir ruhi-tazə bəxş edib əndami-sən'ətə, Aç e'tila səması yenə fikri-millətə. Bir çox kəfənli fikr məqabirgüzindir, Parlaq bir əsr içində bu qayət həzindir! Öksüz fikirlərin pədəri-sayədarısan, Aqil böyüklüyün bizə bir yadigarısan. Biz də həyat istəriz, ey xaliqül-ədəb, Parla ziyalarınla, əya bariqül-ədəb! * * * Sabirin yadigarına itham Şairi-zindəruh Bir taqım cahilanü naəhlan – Düşməni-fikri-feyzbarın idi. Həmzəbanilərindi biməğzan, Vətənin duzəxi diyarın idi. Sən yaşarkən də xütteyi-Şirvan – Dirilərlə dolu məzarın idi. İstirahətgahi-ədəmdə bu gün, Uyu, əmma ki, millətə küskün. Qaçdı yarani-şe'rü təhririn, Səndin amacı tiri-təkfirin. Səni də bilmədi o mülki-xərab, Ey olan ziynəti-dərüni-türab. Oluyorkən nəşidəxani-həyat, Səni də ovladı üqabi-məmat. Edərək əlvida Şirvanə,– Azim oldun cəhani-nisyanə. İstirahətgahi-ədəmdə bu gün, Uyu, əmma ki, millətə küskün. İstanbul * * * Təbrik Baxmasanz yaxşı cigərparələrə, Yazıq olmazmı bu biçarələrə? Tifl bir ayinədir əksnüma, İncə baxsan, olacaq çöhrənüma. Biədəb bəsləməyək tiflanı, Mə'rifətpərvər edək sibyanı. Nə zaman kəsbi-ülum etsə nisa, Cismi-millət tapacaq onda şəfa. Elm ilə ruh müdavat olunur, Elm ilə kəsbi-kəmalat olunur. * * * Türkün nəğməsi Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? Dörd ildə verilmiş bu qədər can hədər olmaz, Məfkurə yolunda tökülən qan hədər olmaz, Qiymətli olan xuni-şəhidan hədər olmaz, Dul qalmış olan növheyi-nisvan hədər olmaz, Bax səs sonuna, hikməti-türkan hədər olmaz, Bədbəxt olan əğfani-yetiman hədər olmaz. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? Qan ilə qazandıq zəfəri, verməriz əldən, Xof eyləmədik atəşi-dəhhaşe düvəldən Bir zərrə belə qorxmayırız dəsti-əcəldən, İstərsə cahan çevrili varsın da təməldən. Türkün üzü çevrilməyəcək səmti-əməldən, Türklər geriyə dönməyəcək müslih əməldən. Yüksək yaşamaq istər ikən cümlə miləldən. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? * * * Cinsi-lətifə Bəxti-siyahi-millətə bənzər niqabınız, Şərqin mühitimi o qaranlıq siyabınız? Zalımların əlində birər canlı bihəyat, Divani-ədl yox ki, sorulsun hesabınız. Bəxşayişi-təbiət ilə həqqiniz bu gün – Zülmətnümundur, buna şahid hicabınız. Əlbət, gələr bahar, yağar abi-inqilab, Parlar sizin camali-lətafətməabınız. Bir gün gələr çiçəkləriniz feyzbar olur. Hala dəruni-şişədə qalmış gülabınız. Olduqca siz əsiri bu müzlim qəfəslərin – Qabil deyil təzahürü tabəndə hisslərin. * * * Tofiq Fikrətə Şe'rin, ədibin nasiyeyi-şə'şə'ədari, Dilsiz vətənin bir fəmi-ilhamnisari. Bir heyrəti-fəyyaz, füruzəndeyi-ürfan, Afaqi-mühitatımıza nəcmi-dirəxşan. Fikrət – o böyük şairü nəvvar, füsunkar, Hər tari-"Rübab"ından uçar nəğmeyi-səhhar. Əcfani-vətəndən tökülən qətreyi-abi Şe'r incilərı yapmada əngüşti-rübabi. Bir nalə, bir eyvah, bir əfğani-cigərsuz Dəsti-hünərində oluyor şe'ri-qəməfruz. Ey dəsti-ədəb, dəsti-hünər, dəsti-rəhasəz, Alqışlayan əllər səni, əlbəttə, qırılmaz! İstanbul * * * Ağlayan şe'rlər Ustad Əkrəmə Ey millətin ədibi-bəlağətpənahi, ah, Ey xameyi-fəsahəti gülbangi-intibah! Kilkində vardı nəğmeyi-tabani-inşirah, Qəbrin necəysə, cismin ona oldu bir sabah. Söndün əgərçi, sönməyəcək nuri-fikrətin, Ey şairi-yeganəsi biçarə millətin. Zülmətli bir mühitdə parlaq ziya idin, Şərq aləmində məş'ələdari-rəha idin. Məğribdə olmasan da, Şərqdə sən bir düha idin, Bir şairi-bülənd idin, aləmbahar idin. Şimdi bəyaz kəfənlə türabi-siyahdə, Yatmaqdasan müəbbəd olan xabgahdə... Sonra qovuşdun iştə sevimli Nijadına, Əkrəm, yetişdi cismi-zəifin Fuadına. Rahət uyu, çünki erişdin muradına, Öldünsə də, bu qədri-ölüm canlı adına. Ərbabi-fəzli öldürəməz mövti-biaman, Namın əbədhəyatdır, ustad, hər zaman! Sən ağladın Nijadına hər şam, hər səhər, Göz yaşların ki, oldu birər şe'ri-şö'ləvər. Ol şe'rlərlə parladı zülmətli fikrlər, Ey rəhnümayi-mə'rifət, ey mə'nəvi pədər! Övladi-mə'nəvilərin də bu gün giryəbardır, Hər zində cəlbi-naminin üçün bir məzardır. Heykəl tigərmi namına, bilməm ki, millətin, Parlaq bir abidəylə parıldarmı türbətin? Ey şairi-Nijadı cahani-bəlağətin. Susdu əcəl əliylə dili şairiyyətin. Madam afitab ziyabəxşi-xakdır, Sönməz o nami-Əkrəmin, ədəbi tabnakdır. Olduqca qönçələr çəmənaravü bufəşan – Əş'arının çiçəkləri olmaz xəzannişan. Hərdəm bahardır bu gülüstani-dilsitan, Baqi çiçəklərin var, əya fani bağiban! Torpaqlar içrə olsa da cismin ədəmgüzin, Şe'rin həyat içindədir, ey şairi-həzin! Bakı, 15 fevral * * * Nisviyyət tərənələri Çöhreyi-dilbərani-fəttanı – Baxışımla öpən zamanda dərəm: Rəngi-alı onun üçün sevərəm – Öpüyor qızların dodaqlarını. Bir çiçək var ki, gülşənaradır, Bir çiçək var ki, ruhi-cəmiyyət; Qönçeyi-buydari-nisviyyət,– Bu çiçək də cahanpiradır. Nə deməkdir qadın? İlahi-həyat, Ruhbəxşayi-adəmiyyətdir, Aferinəndeyi-səadətdir. Qadını pərdəpuş olan, yerə bat! Mələki-ərzdir nisayi-cahan, Buyü rəngi-həyatü hürriyyət, Maderi-feyzkari-nisviyyət, Yaşa, ey aləmə həyat saçan! Ey qadın, ey qaranlıq içrə sabah! Ey həyatın lətif bir səhəri, Ey cahanın işıqlı bir gühəri, Örtülü olduğun yer iştə siyah. Qərbi parlatdıran camalındır, Çarşafın Şərqi pərdədar etmiş, Sübhü yox şəbliqa diyar etmiş. Sübhi-sadiq sənin məalındır. Açıl, ey sübhi-sadiqi-millət, Gecə geymiş həyatımızsa yetər! Parla, ey canlı nur, canlı səhər, Ərisin bizləri udan zülmət! * * * Əzhari-əfkar Həqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx! Görün qaranlığa batmışlara camalın açıq! Görün ki, gündüzü gülsün bu leyli-dicurun, Neçin bu Şərqimizə yağmayır gözəl nurun? Nə yerdə yağdın–o yerlərdə rayihati-həyat, Bunu bahari-təməddündən etdim istinbat; Bütün çiçəkləri məhsulun-afitabından, Bütün əsərləri bürhani-inqilabındır. O Qərbdir ki, bu gün mə'kəsi-camalındır, O ehtişami-həqiqət sənin cəlalındır. Şekspirin qələmi bariqati-əfkarı,– Qucaq-qucaq atıyordu cahana ənvarı. O yanda bir qoca Şitler, fəqir bir dahi, Açar dururdu qələmlə həyatə şəhrahi. Həqiqət, ey mədəniyyətfüruzi əqvamın, – Gözü yolunda durur kainati-islamın. Bax, iştə matəmə girmiş bu kainatımıza, Bu ağlayışsa yetər, xəndə saç həyatımıza. Bu ağlayışlı baxışlar da parlasın, gülsün, Ölüm liqalı həyatı bu məşriqin ölsün. Həqiqət, iştə oxu Şərqə tazə, tazə həyat, Bu qövmi-müzlüm üçün bir işıqlı ruh yarat. Qəmü ələmdə başım zibi-duşi-fikrü xəyal, Öpərdi kirpiyimi yaş, dilimdə zilli-məlal. Və qaşlarım aşağı, tutğun idi ənzarım, Həzin hilal kimi nəydi, nəydi əfkarım? Düşüncəm bu! Libası həp gecələrdən, xürafədən hörülən – Mühitimizdə işıqdır sönən, ölən, gömülən. Həqiqətin günəşi söndürülmədə, bu nədən? Yumulmada gözümüz yol açan o şə'şə'ədən. Açılmadan soluyor bağımızdakı əzhar, Behişti-Qərbdə parlar qadınlar ilə bahar. Rical bizdə təhəkkümlə sərfərazəndə, Neçin qəfəslər içində o cinsi-nazəndə? Bizim çəməndə uçan fikri öldürür səyyad, Fikir ölən günü xortlar kömülmüş istibdad. Bu xortlaq iştə yenə qorxudur həyatımızı, Məzarə bənzədiyor səhni-kainatımızı. Neçin ki, yüksəliş ədasıyız, nədir səbəbi? Həp alçalışmı bu Şərqin mətai-müntəxəbi? Cahan ucaldı, ucalmaqda, daima ucalır, Nə oldu Şərqə, nə oldu, nə oldu dalda qalır? Bu canlı əs'ilə cür'ətli bir cavabə baxar, Bu cür'əti-mədəniyyət bu yerdə yox, bizə ar! * * * Pəyami-dilaram Nisaiyyuna işarət İstanbulda cinsi-lətif darülfünuna qəbul edilir. Açıldı bağı-maarif o cinsi-nazənə, Açılmadısa da hala o sitreyi-mə'lun, Sonunda nuri-həqiqət edər zülami zəbun, Zavallı biz ərəriz bir həyati-rəxşanə. Səma günəşsiz olanda gecə cahanı qucar, Bu yer günəşlərinə leylpuş olan yerlər. Zülam içində yaşar, parlamaz nə gün, nə səhər, Qadın ziyası göründükdə zülmət isə qaçar! Həyatı bizlərə dadlandıran ki, nisvandır, Bu cinsi həzrəti-fitrət həyata zad etmiş, Bununla adəmi dilşadü bərmurad etmiş, Pərəstiş etməli, nisvan mübəccəl ünvandır. Bakı, 22 fevral * * * Bahari-əfkar Qəlbimdə sənə bir əzəli eşqü məhəbbət – Vardır, gözəlim, bəxş qılıb həzrəti-fitrət. Qaynar, daşıyor ruhuma bu dadlı hərarət. Hər yerdə adın gəlsə, o yerdir mənə cənnət. Ey yer mələki, qaçma ki, sənsiz olan aləm – Qəmlərlə, ələmlərlə dolu saheyi-matəm. Bir saheyi-matəm ki, qaranlıqdır həyati, Ağlar kimdir ərzi, göyü, altı cəhati. Ruyunda duran kölgəyə bənzər zülümati, Vəchin kimi məsturə durur çöhreyi-ati, Ey yer mələki, qaçma ki, fəyyazeyi-cansan, Fəyyazeyi-can, ani-cahan, huri-cinansan. Ati gülecək açsa səhərparə cəmalın, Şəblər yanacaq, qaçdığı günlərdə zilalın, Məğribdəki şövkət, günəşim, əksi-cəlalın, Sən aç qaşını, parlasın ənvari-hilalın, Ey Şərq günəşi, çıx bulut altından, əyan ol, Zülmati-mühitatımıza sübhfəşan ol! Sənsiz yaşayan aləmə mən fatihəxanəm, Bu məqbərəyə fatihəxan, naləkünanəm. Sən solduğun üçün, a gülüm, mən də xəzanəm, "Hər ruzü şəb əz-fikri-to dər ahü fəğanəm!". Ey can çiçəyi, açmadı hala da baharın. Əzhari-baharın və üzarın – Əzhari-bahar, iştə, o məsturə üzarın. Hər yerdə ki hüsnün doğuyor, şə'şə'əzadır, Rüxsari-füruzanın ilə ruhfəzadır. Qərb aləmini şanladan, əlbət ki, nisadır, Məğribdə tülu etdin, o yer bəzmi-səfadır, Ey yer günəşi, söndüyün aləmlərə zülmət – Sərmiş qanadın, örtülüdür rahi-səlamət! Azmış yolunu qafiləmiz, doğru yol istər, Ey şəmsi-hidayət, çıxaraq sən yolu göstər. Rəhbər deyirəm mən sənə, ey nuri-müsəttər! Ey hadiyə, qaçma, açıl, et Şərqi münəvvər! Ey yer günəşi, parla bu yer sübhə bürünsün, Yırtsın şu qaranlıqları ki, yol da görünsün. Hala mədəniyyət denilən çöhreyi-rəxşan, Şərq aləmini etmədi tabanü dirəxşan. Zülfün kimi müzlüm yaşayır Şərqi-pərişan, Göstər üzünü Şərqə, a mə'budeyi-zişan! At üzdən, əya aliheyi-ərz, niqabı! Şənlət, işıq et şəb yaradan Şərqi-xərabı! Ey hakimə, ey hakimeyi-ruhu həyatın! Zülmət əriyor nerdə əyansa ləməatın. Sən çıxmayan aləmdə durur zilli məmatın, Parlar o cahan ki, ola mir'ati-sifatın. Aç sətrəni ayineyi-ruyun da açılsın, Bu Məşriqi-şəbrəngə səhər, sübh saçılsın. Ey malikə, ey malikeyi-şəhri-lətafət, Ey mülhəmə, ey mülhəmeyi-fikrü xəyalət, Hər bir gülüşünə xəndəli bir şe'ri-nəzarət, Hər bir baxışından uçar ənvari-məhəbbət. Sən gülmədiyin yerdə yanar məş'əli-matəm. Sənsən, gözəlim, sən mələkim, xəndeyi-aləm. * * * Amali-tərəqqi Həqiqi arizumuz intizami-hali-millətdir, Məsaimiz bütün məsrufi-istikmali-millətdir, Əsasi-fikrimiz tə’mini-istiqbali-millətdir, Ürəkdə bəslənən amalımız iqbali-millətdir, Yeganə nöqteyi-mətlub istiqlali-millətdir. - Olubdur dağdari-qəm vətən nari-cəhalətdən, Sönüb, nuri-maarif tündbadi-cəhlü qəflətdən, Yox asari-səadət, dop-dolu xari-şəqavətdən, Vətən gülzarı xar olmuş yədi-ərbabi-şərrətdən, Bizim məqsudimiz islahi-hali adəmiyyətdir. - Vətənpiraydir bir qönçeyi-növxizi-ruhani, Soluq baği-həyatə tabbəxş olmaqda ürfani, Füyuzatilə ehya etmək istər baği-vicdani, Nəsimi etmədə təhziz hissiyyati-insani, Rəvayihbəxşü bəhcətzayi-gülşənzari-millətdir. Cahanə gəlmədən məqsud təhsili-məanidir, Məani baisi-neyli-həyati-cavidanidir, Məani şəhrə-insaniyyətə üssül-məbanidir, Məanipərvər olmaq bizcə əqsayi-əmanidir. Ən istəkli əməlmiz irtiqayi-mülki-millətdir. Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət, Həqiqətlə edər növ’i bəşər təhsili-hürriyyət, Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət, Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət, Həqiqətbin olanlar vasili-fövzü hidayətdir. * * * Dün axşamın ilhami-yetimanəsi Dün axşam idi, mən gəziyordum yetim-yetim, Bir yoldaşım var idi ki: hüzn ilə möhnətim... Bir hüzndür ki, ayrılamaz kölgədir mənə, Parlar bu kölgədə səhəri-şairiyyətim. Məhzun gecən qucağa alır parlaq ayları. Qəm torpağından oldumu aya şu fitrətim?.. Ləzzət duyar qəmlər, ələmlərlə varlığım, Şad olduğum zaman mənə qəmdir məsərrətim. Qaçsın yanımdan istəsə yarani-bivəfa, – Qəm yardır mənə, bunu sevmiş təbiətim! Yaşlar gözümdə inci kimi parlayırdılar, Girmişdi şəkli-abə şu atəşli sərvətim. Çeşmim səması parladıyordu o yaşları, Çox yüksək idi şəhri-qəmə hakimiyyətim! Qəmdir ki, ağlasam yaşımı şe'rə döndərir, Qəmlər libas geysə, olurdu hüviyyətim. Kəndim vətəndəyəmsə də, qürbət elindəyəm, Ey hikmətaşina, bunu anlat ki, qürbətim – Kəndi elim, kəndi yerimdir bu gün mənə, Qürbətdəyəm, vətəndə dururkən həqiqətim. Hər bir baxış ki, görmədəyəm, bir ilan qədər – Ağu saçar, mənim yaşayırkən həlavətim. Üzlər soyuq, qəbr daşı sanki çöhrələr, Ey bivəfalər!.. Ölmədi hala hərarətim!.. Ən sevdiyim rəfiqəmə baxsam, gözündə var – Bir kölgə, kibr kölgəsi. Amma ki, tinətim – Almaqda intiqamını xəndan bir əfv ilə, İstər fəna, istər eyi-iştə xilqətim!.. Olsun dilərsə öz vətənim dari-qürbətim, Ölməz, ilahidir vətəni bir məhəbbətim. Əhli-vətən unutsa məni, mən unutmaram, Bu millətə həp vəqf edilibdir məvəddətim. İstərsə görməsin məni hüssad, qəm yeməm, Parlar, durur gözlər önündə hidayətim. Yüksək səs ilə söylərəm evladi-millətə: Gündən-günə işıqlanacaq qalibiyyətim! Bir qayeyi-əməl mənə caani-candır: Yüksəlsin iştə payeyi-balayə millətim! * * * Asi şe'rlər Ey üqdəsi açılmayan əsrari-kainat, Ey anlaşılmayan əzəli validi-həyat! Qayən nədir, anlamadım kainatdan, Qəsdin nədir bu gözləri ölmüş həyatdan?! Lazımsa gər həyat bu "canlı zülam" üçün, Bir "cüft işıq" gərək ki, bu dünyaməqam üçün, Ta görsün onlar ilə təriqi-məişəti, Qərq eyləsin nəzərləri nur ilə zülməti. Ə'malərə yer üstü də müzlim məzardır, Vəchi-zəmin, ruyi-səma pərdədardır. Kor xəlqi, kor həyatı yaşatmaq!.. Mən anlamam?! Gözsüzlərə yer altıdır ən yaxşı bir məqam! Göz olmaz isə, çöhreyi-aləm siyahdır, Bilməz zavallı leylmi, ya ki səbahdır... * * * Qüvvət, həyat, ümid... Yaşamağı sevirəm... Manafzadə Sabit yoldaşıma Mən bir əzəli aşiqiyəm rəngi-baharın, Rüxsari-bahar açmada əzhari-həyatı. Məftunəm, əvət, ruyi-dilarami-həyatə, Var çünki həyatın dodağında nəğəmatı. Ciddən yaşamaq qayeyi-amalım, a Sabit, İçmək diləməm eyni-həyat olsa məmatı. Gördüm ölümü xahiş edənlər züəfadır, Qüvvətlilər istər yaşamaq min sənəvatı. Gördükcə gözüm yerləri qarlarla kəfənpuş, Çeşmimdə əyan olmada qəbrin zülümatı. Zə'f əhli dilər mövti ki, şayani-ədəmdir, Bilmiş ki, tükənmişdir onun qüvvəti-zatı. Fəryadü fəğan, ahu ənin, naleyi-cansuz – Düşkünlərin aləmdə budur həp nəqəratı. Eşq əhlinə bax, boynu bükük, bağrı yanıqlı, Avarə yetimlər kimi bitməz nəvəhatı. Aşiq özü də dünkünüdür sərvəti-hüsnün, Düşkünlərin əcfanı qucaqlar qətəratı. Lakin gülüyor gözləri məğrureyi-hüsnün, Parlaq üzünü öpmədə kibrin ləmə'atı. Nəxvət sizə layiq, sizə bir həqqi-təbii, Vermiş sizə hüsn alihəsi kibr bərati. Dildadeyi-azadəsiyəm fəsli-rəbiin, Bənzər qadına incə, müzəhhər vərəqatı. Mə'yus olamam haldən, əlbət rüxi-fərda– Məşriqdə də parlar, gözəlim, çöhreyi-ati. Ati əməlilə yaşayır dəhrdə əqvam, Mə'yusların bağlı qalır rahi-nicatı. Bir qövm ki, donmuş hərəkətgahi-cahanda, Durmuş demək, iştə, o həyatın hərəkatı. Donmaq da ölüm, hər hərəkət bir dirilikdir, Ərbabi-məmatın donar, əlbət, mələkatı. Sabitqədəm olmaz bu cədəlgahdə, Hadi, Bir qövm ki, yoxdur rəhi-əzmində səbatı. 6 iyun * * * Müəmmayi-kainat Dəhrdə, bilməm nədir, qanla içənlər şanlıdır? Caniyə imdad edən sərvətlidir, samanlıdır! Şan-şərəf vicdanı azlarda, həqiqət böylədir! Hümmət ərbabi şu insandır ki, çox vicdanlıdır! Parlayan evlərdə can bəslər səadətpərvərən, Atəşi-fəqrə yanan da, ey xuda, bir canlıdır. Ağlayır, sızlar biri, min dərd, min aləm ilə Başqa bir şəxsin dodağı, üzləri xəndanlıdır. İştə qanuni-təbiət: həq zəbuni qüvvətin, Ovçu haqsızkən belə şəmşiri, tiri qanlıdır. Haqqını talib olanlar bir takım biçarələr, Həqqi inkar eyləyənlər oxludur, qalxanlıdır! Həqq deyən, həqq söyləyən, həqq istəyənlər həqsiz, Qüvvətə malik olanlar hər zaman yaranlıdır!.. Daima məğlub olan həqdir əlində qüvvətin, Sanki "qüvvət" ingilisli, "həq" də bir iranlıdır. "Həq qəvinin"dir– demək, yə'ni şəririndir –demək, Söyləyən bu hikməti qiymətli bir osmanlıdır. Anladınmı xilqəti? Aləm zəbunküşdür, əvət, İştə qanuni-təbiət böyləcə divanlıdır... 15 iyun * * * Zamanın məzhəkələrindən Şairlərə ithaf Qəlp pula döndü həp ilhamımız, Qaldı kitab, qalmadı bir müştəri! Hər kəsə versək də, deyir al geri! Qaldı zavallı şüəra sərsəri. Satılmayır zadeyi-ilhamımız, "Çox yazıq olduq" deyirəm hamımız! * * * Boynu buruq, kisəsi boş, könlü qan, Bir sürü əshabi-qələm hər zaman – Kitab satanın üzünə baxmada, Kitabçı söylər: "şe'rə yox baxan!" Satılmayır zadeyi-ilhamımız, "Çox yazıq olduq" deyirəm hamımız. * * * Xəluqun pədəri S.Səbur bəradərimə Şe'rin, ədəbin nasiyeyi-şə'şə'ədari, Dilsiz vətənin bir dəhəni-feyznisari. Əcfani-bəşərdən tökülən atəşi-nabi Şe'r inciləri yapmada əngüşti-rübabi. Almas kimi göz yaşını kəskin nəzərinlə – Görməkdə və şe'r etmədə dəsti-hünərinlə. Bədbəxtlərə ağlayır avazi-rübabi, Həp zalimədir, zülmətə tövciyi-xitabi. Hər şe'ri birər nalesidir əhli-həyatın. Fikrət, yaşasın varlığın ilə nəğəmatın. Parlaq əməlin dəhrdə tənviri-həqiqət, Ciddən də böyüksən sən, əya həzrəti-Fikrət! Doğsaydı əgər Qərb cahanında o zatın, Şayisteyi-təqdis olurdu şu dühatın. Əfsus! Səni görmədə bu Məşriqi-nəşad, Ey hər sözü insanlıq üçün nəğmeyi-irşad! Bir Şərq ki, möhtaci-ziya səhni-zülami, Bir Şərq ki, acdır işığa xassü əvami. Ey nasiyeyi-asiyə, ey zülmətə asi. Ey fikri-nəcibanənin ən ülvi dühası. Ey ruhi-ədəb, ruhi-füsunsazi-məali, Ey aləmi-baladə uçan şairi-ali! Şe'rin əbədi bakirədir, bivə olurmu? Bir böylə gözəllik yaradan işvə olurmu? Ey bakirə əş'ar doğan şe'r Məsihi, Ey türklərin şairi-fəyyazü fəsihi. Küsmə, yenə ol saməi-ruhi-ədəbiyyat, Həp mürdədimağız, bizi canlat, bizi parlat. Fikrinlə yaşa, elmü kəmalatı yaşat sən. Meydanda durur iştə o "Tarixi-qədim"in, Məhsuli deyildirmi şu bir fikri-səlimin? * * * Xəndeyi-zəfər Mat olan məhcub olur bazicəyi-şətrəncdə, Qalibiyyət kimdə qalsa, nəş'eyab olmaşdadır. Kim udarsa, dəhrdə rahətnisab olmaqdadır. İştə dünya böyledir: məğlub olanlar rəncdə. Səfheyi-şətrəncə bənzər bu cidalgahi-həyat, Adəm övladi üzündə oynanan alatdır. Kim ki mat oldu, nəsibi ahdır heyhatdır, Kim ki mat etdi, nigahi xəndərizi-inbisat. Eyləyən şətrənci icad arifi-hikmətnümun, Göstərir ərzin kitabından gözəl bir yarpağı; Qalibin yüksəklənir hər gün səmaya bayrağı, Kim ki məğlub oldu, rayati-həyatı sərnigun. * * * Timsali-məlal, hüsni-məhzun Dün gedirkən yolumda gördüm ki, – Bir gözəl hüzndari-möhnət idi. Hüsni zəngin, fəqiri-sərvət idi, Cazib idi o çöhreyi-mübki. Atəşin hüsnü, parlayan ruyu – Könlümə gözlərilə ot atdı. Ruhi-məcruhumu alovlatdı, Oldu zənciri-qəlb hər muyu. Telləri sanki damgahi-siyah, Baxışı dilfiribü dilbər idi. Yerə enmiş səmavi düxtər idi, Gönlümü ovladı o xüldpənah. Öylə bir can ki, can alan afət, Həm də canbəxş bir Məsihə idi. Dili sözsüz, gözü fəsihə idi, Gözləri, sözləri gözəldi, əvət. Göz ki, bir çeşmeyi-bəlağətdir, Pək hərarətli söz axar ondan. Arif anlar bunu, deyil nadan, Göz sözü haizi-fəsahətdir. Hüsnü məhzun bu dilrüba düxtər, Məni də hüznünə şərik etdi. Parladı, parladı, uçub getdi, Zənn qıldım ki, söndü bir əxtər. Yerlərin ulduzu, göyün huru, Könlümü ovladı, qürub etdi. Səhəri bad idi, hübub etdi, Mən o hurun bu gün də məshuru. * * * Qanlı sətirlər və qaileyi-həyat Hüseyn Rza bəradərimə Hərbin yenə bir əjdəri-xunxarı dirildi, Qanlı baxışı sahili-qovğadə görüldü. Bir sahə ki, eylər baxan ənzari hərasan, Bir sahə ki, başdan-başa bir məqtəli-insan. Atəşlə dəmir yağmuru yağmaqda səmadən, Sirab oluyur yer tökülən qırmızı ma'dən. "Mey sun bana, ey saqiyi-gülçöhrə, səmadən Səkran oluyor gavi-zəmin səfki-dimadən". Bir səhneyi-xun, ərzi-ğünün, saheyi-vəhşət İlqa ediyor göylərə min lərzeyi-dəhşət. Başlar kəsilir, qan tökülür, can yanıyor, vah! Musiqilərin nəğmələri söyləyir: ey vah! "Ey vah! Bəşər məhv edərək məhv olacaqdır. Hər ləhzə bu vadiyi-bəla qan dolacaqdır". Mövtai dişilə baxıyor əhli-həyatə, Də'vət ediyor canlıları iştə məmatə. * * * "Tarixə"ə baxın, diqqət edin doğru deyir ya: Milyardlər ilə qanlar içibdir qoca dünya. Hala da susuzdur bəşərin qanına zalim, Yoxluqda qalardın sən, əya qanlı əvalim! Təqsir təbiətdəmi? Ya bizdəmi? Diqqət! Naqabili-idrakdurur işbu həqiqət! Bir öylə həqiqət ki, nə xəndanü nə giryan, Bədbəxt bəşər! İstərisən sən nə qədər yan! Yan, yan nə qədər istərisən, yan ki, həqiqət,– Zənn eyləmə eylər sənə bir zərrəcə şəfqət. Meydani-dəğa səhni-qitali-bəşəriyyət, Ən çox qan içənlər sayılır əhli-həmiyyət. * * * Hərbi-müsəlləs, yaxud cəngi-seahəng Dəryada hərb, yerdə də hərb, asimanda hərb, Ey aləmin ilahi, nədir bunca hərbü zərb? Dünyada hərb al yazılı bir kitabdır, Son bayrağında son sözü: hökmü “limən ğələb”. Həp dalğalı dənizlərə bənzər həyatımız, Başdan-ayağə qan yeridir kainatımız. Kəşf etməyir bu hikməti-xunini fəlsəfə, Həll etməli bu üqdəni kilki-dühatımız. Əhli-düha da açmadı əsrari-aləmi, Tənvir qılmadı bu şəbi-tuli-müzləmi. Bu qırmızı qaranlıq olan ərzi-matəmi, Gör, ağ günə çıxarmadı övladi-Adəmi. Həll olmayır sərairi-məchuleyi-cahan, Ruzi-əzəl kimi əbədiyyət qalır nihan. Nəymiş bilinmədi bu cidalgahi-imtahan, Ey ruhi-ə’zəm, iştə nə yapsın bu gümrəhan? Yağmırmıdır? Xeyr! Göyün odlar saçır yerə, Mövtün üqabı balü pər açmış səmalərə. Buldum bir ad bu torpağa –səyyarə məqbərə, Səyyarə məqbərən dönüyor indi məhşərə. Təyyarələr ki, hakimeyi-asiman, əyan. Bəhrü səfinə hərb hökümdari-şan, əyan, Projektor isə pərtövi-xəşyətfəşan, əyan, Alati-ataşin də cəhənnəmnişan, əyan. Ətraf boş ki, yox bəşərə təkyəgah... ah! Tutmuş rəhi-həyatımızı bir siyah, ay! Şəb çox uzandı, yoxmu həqiqət səbah, ah! Naaföridəmi səhəri-intibah, ah? * * * Fəzilət sahibləri Mustafa Sübhi bərədərimə 1 İlk əvvəl olurlar hədəfi tiği-bəlanın, Ən son bilinir qiyməti cümlə füzəlanın. Duşizə əməl qisməti olmuş budalanın, “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 2 Nami dirilir, ölsə özü əhli-”rəha”nın, Parlar sözü, söndükdə lisanı füsəhanın, Ən sonda gəlir müştərisi “dürr”i-dəhanın, Bəxt isə, həmaqət kimi: yarı büləhanın. “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 3 Əyriyi tutar, rastı atar dəsti zamanın, Hər atdığı düz tir deyilmi şu kəmanın? Ayinə tutur çöhrəsinə əhli-əmanın, Ülviyyəti yerdən seçilirmi o səmanın? Yüksəkliyini bilmədi, bilməz hükəmanın. “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 4 Daim içiyor abının əshabi-həyanın, Artırmadadır əkməyini əhli-riyanın, Zülmətlə boğur bəxtini ərbabi-ziyanın. Ey dəhri-səfil, arifəmi xas ziyanın? “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 5 Xülyayə gömülmüş qalıyor adı vəfanın, Amma ki, həqiqətdir özü zülmü cəfanın, Cahillərədir meyli səadətlə səfanın, Daim də gürizandır ümidi ürəfanın, “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 6 Ağuşi-əsafil yeridir sanki ğinanın, Vicdani-əalidə yeri rəncü inanın, Peymanələri dopdolu peymanşikənanın, Əhli-dilə bax! Yoxsulu bir lövməcə nanın! “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 7 Qəmlər özü sərmayəsidir həp füqəranın, Xuni-cigəri badəsi olmuş şüəranın. Gündüz kimidir talei də “şəbgüzəranın”, Pabəndi-bəladır dili azadəsəranın, “Bədbəxt ona derlər ki, əlində cühəlanın – Qəhr olmaq üçün kəsbi-kəmalü hünər eylər”. 15 avqust * * * Şərareyi-əfkar Həqiqət təlxdir, amma müşabehdir o dərmanə, İçəndə yandırır, sonra həyatə bəxş edir səhhət. Cəsarətlə içənlər kəsb edərlər dadlı bir rahət, Təbibin verdiyi zəhr olsa da bir xəstə insanə. Şəfabəxşa dəvalər, şübhə yox, dadlı içilməz ya! Mərizin könlü daim turşu istər, buzlu ab istər. Bu cəmiyyət həqiqətdən ziyadə istəyir xülya, Hilali qaşın, ey dilbər, günəşli inqilab istər. * * * Xabgahi-mövta, ilhamati-əmvat... S.İbrahimov qardaşıma Yol yapılmaq məqsədilə böyük kəlisanın ətrafı qazılır. Qazılan və təsviyeyi-türabiyəsi icra olunan yerlərdən isə, əbədiyyətə qarışmış olan fani insanların gəmikləri və yazılı daşları çıxır. Dünkü gün bu məzaristani-pərişandan keçdiyim zaman ənqazi-əmvat olan “ə’zayi-rəmimə” (çürük gəmiklər), bilxassə açıq qalan dişlər mənə sanki əzəməti-əbədiyyəni, ehtişami-fənanı oxuyub dururlardı. Bu əsnada bu həqiqəti-zəhrin müxəyyələmdə aşağıdakı şe’rləri yaratmışdı. Keçərkən dün təsadüf eylədim: köhnə məzar üzrə – Təhəccür eyləmiş tarixi gördüm rəhgüzar üzrə. Şu daşlar kim, yazılmış hər biri tarixi-ibrətdir, O məqbər daşları həp tərcümani-hali türbətdir. Mürurilə dühurun cismlər olmuşsa da fani, – Yazılmış sənglər baqi, birər tarixi-insani. Əvət: baqi qalan daşlardı, fanidi bütün başlar, Bütün dillər, bütün üzlər, bütün gözlər, bütün qaşlar Bəşər tarixini dilsiz duran daşlar deyirlərdi, Bəlağətkar səssizliklə parlaq söyləyirlərdi. İşıqlı gözlərə mövtün əli torpaqlar atmışdı, Bu ol gözlərdi ki, xilqət əzəl parlaq yaratmışdı! Bütün gözlər işıqsızdı, baxışsızdı, süxənsizdi, Cahandan bir kəfən geymiş bəşər şimdi kəfənsizdi! Dodaqsız dişlər üstündə dururdu bir bəyaz xəndə, Nə müstəhzi gülüşlərdi həyata qarşı mədfəndə! Bütün gözlər türabalud ikən də xakizarında, Təbəssümdari-istehza idi dişlər məzarında! Bu matəmgahi-dünyaya gülürdü sanki ölmüşlər, Yer üstündə bəşər ağlar, güllər xakə gömülmüşlər. O ləhzə vəqfəgiri-heyrət oldum qəbrgah üzrə, Qaranlıq çökdü gördüm ki, güzərgahi-nigah üzrə – Bütün dünya qaranlıqlaşdı, fikrim parladı, lakin – Durub baxdım yer ilə göylərə məbhutü pək sakin: Yenə yerlər o yerlərdi, yenə göylər o göylərdi, Yenə bağlar yerindəydi, solan ancaq çiçəklərdi. Zəmin eyni zəmindi, sərsəri gəzməkdə, dönməkdə, Gəhi rəngin baharara, gəhi solğun görünməkdə. Gəhi bakir çiçəklər anladır gülüzlü əbkarı, Dönər bir tairi-ilhamkarə şair əfkarı. Gəhi bir inqilabi-qönçəsuz ilə səma ağlar, Ölür çünki yer üstündə bu parlaq canlı yarpaqlar! Bəşər də bir müvəqqət gül, cahanda bir zaman parlar, Sönər bir gün baharı, son iqamətgahı torpaqlar! Günəş o, ulduz o, ay və o yenə boşluqda sairdir, Zəmin məqbər, səma qübbə, şu ulduzlar da zairdir! Və ya ki, şəm’dir onlar, asılmış qəlbi-əflakə, Saçırlar matəmi-şö’lə bu qəbristan olan xakə. * * * Şeytani-rəcibin cənab Rəhimə xitabələri Mən söylədim əvvəl sənə, ey xaliqi-adəm, Xəlq eyləmə bu adəmi, bərbad olur aləm. Qanlar tökəcəkdir, verəcək xaki-fəsadə, Ləzzət duyacaqdır, bilirəm, səfki-dimadə. Əkdikləri xeyr olmayacaq, cümləsi şərdir, Bir “bey”i”- “şər”ə təzyid edəm, bax ki, “bəşər”dir. İlk hərfini tənqis edəlim “adəm” olur “dəm”, Xunriz olacaq, ey mənim Allahım, o adəm. Məscudi-mələik ediyorsan, bu bəşərdir, Mahiyyətini mən bilirəm sacidi-şərdir. Şayani-pərəstiş olamaz adəm, ilahi, Mahiyyətini anlayıram mən ki, kəmahi. Xəlq etmə bunu, xəlq edilir şeymidir insan? Bir dinləmədin fikrimi, ey xaliqi-imkan. Ustadı idim mən ki, cahani-mələkutun, Ey hakimi əflak ilə xakin, cəbərutun! Mətrudi-behişti olanın nəsli-kərimi (!) İştə unudub sən kimi bir rəbbi-rəhimi. Mən söylədim əvvəl sənə xəlq etmə, tökər qan, Bax adəmə, təsdiq elə şeytani-rəcimi. Duzəxlərə şayistə olan mənmi, ya adəm? İnsaf üzündən buyur, ey adili-ə’zəm?! Minlərlə sənə keçdi, yenə adəm o adəm, Sən duzəxi söndür, bu cahan oldu cəhənnəm. Hala deməyir adəmin övladi: “zələmna!” Lakin demiş idi bu sözü adəmi-mətrud. Neymiş bu bəşər zadəsi, mövcudi-”şəbalud”? Mən nolduğunu söyləmiş idim sənə rə’na. * * * Aşiqi-giryan, cənani-xəndan A.Səhhət qardaşıma ithaf 1 Hala yaşayır həyati-şəbrəng – Altında nücumi-zahiratın, Həp qəmli tərənə, qəmli ahəng – Üstündə şu əsgi kainatın. 2 Sərməstiyi-nab içində dilbər, Ərbabi-niyaz giryəpərvər, Məğrureyi-hüsndür gözəllər, Sövdazadələr nəsibi qəmlər!.. 3 Hala niyə dilbərani-fəttan – Üşşaqdən olmada gürizan? Aşiq nəzərində parlayır yaş, Xəndidə yenə nigahi-canan. 4 Busəşgəhi-xəndədir fəmi-yar. Bir xəndə olaydım, ah, mən də, Parlaq yaşayardım o dəhəndə – İştə nə gözəl xəyali-didar! 5 Ya bir gül olaydım, ey baharım, Ənbər saçına qonub öpərdim, Bə’zən əlin ilə əylənərdim, Ey zülfü gecə, üzü baharım. 6 Bax, bax da: nə bəxtiyar güllər, Sinəndə durur o bəxtəvərlər. Bə’zən də o dəsti-nazikinlə – Güllər oluyor saçında zivər. 7 Ey zülfi siyah, nuri şəbfam, Ey qönçələb, ey yanağı gülşən! Sənsiz bu cahan olurmu rövşən? Bu şe’rləri sən etdin ilham. Bakı, 29 avqust * * * Açıq və aydın düşüncələr “Parlaq yaz!” deyənlərə Deyirsiniz mənə: “əş’arı gəl açıq söylə, İşıq düşüncə yarat, doğrudan da çox sevilə. Dərin düşüncələri bilməyir cəmaətimiz”. Bizim də var bu gözəl sözlərə qənaətimiz. Dərin düşüncə nədir, söz gərək dayaz olsun, Bulut geyinməyərək, söz üzü əyaz olsun! Qadın deyil ki, düşüncə üzündə örtü tuta! Qaranlıq iştə o parlaq, gözəl cəmali uda. Gecə içində neçin gündüz olmalı gizlin?! Sözün üzü açıq olsun, deyil ki, söz də gəlin! Göyün üzü açıq olsa, işıqları parlar, Nədir sözün yanağında duran qaranlıqlar?! Sözün canilə dirilsin həyatı ölmüşlər, Diri-diri gəziyorkən məzarı dönmüşlər. Deyirsiniz: “işıq olsun, parıldasın sözlər – Ki, doğru yolları görsün bu əqli gözsüzlər. İşıq düşüncələr ilə işıqlanır millət”. Ana dili! Buna lazım həqiqətən hörmət! Gözəl deyirsiniz, amma qolaymı hər əsəri – Açıqca, sadəcə yazmaq? Pək incə şe’rləri – Libasi-ləfz ilə parlatmaq, eyləmək ziba – Həqiqətən də çətindir. Bu nazənin zira – O rütbə nazlı, o rütbə nəzih dilbərdir – Ki, incə kiseveyi-əlfazə meylpərvərdir. Lətif əlbisə istər məlaiki-əş’ar, Gözəl olanlara nazik libaslar yaqışar. Nədir, bilirmisiniz, şe’r? Nurdən məstur – Xəyal gülşəninin nurudur bu zadeyi-nur! İşıqlı fikrlər iştə bunun di, dayəsidir, Rüxi-səhifəyə qonmuş o nur sayəsidir! Olurmu kölgəsi nurun? Əvət! Qadındır nur, Onun da kölgəsi vardır: yerin üzündə zükur! Qadınla şe’r iki həmşireyi-lətafətdir, Qadın təməssul edən ruhi-zizərafətdir. * * * Tamaşayi-riqqətəngiz Dün bir kişi, varlı bir adəm, qürurkar; Vəchində kibrlər oluyordu şəramisar... Əllər cibində, kibr gözündə əyan idi, Gücsüzlərə həqarət edən (!) idi. Duzəxliqa, cəhimtəbiət nigahı var, Əxlaqının dənaəti alnında zillvar. Bənzərdi gözləri ilana: odlu, çox acı. Ruhi-xəbisinin də şu siması–dilmacı! Qırmaclayırdı çeşmimi, baxsam şu surətə, Ayinədir cəbini-bəşər şəkli-sirətə. Bir güzgüdür ki, nasiyəsi adəmiyyətin, Eylər irə yaxşı-yaman, nəysə xislətin! * * * Hammal, dalında bari-giran, binəva, fəqir, Yoxsulluğun zəbunu olan bir zavallı pir, Bir tifli-saldidə ki, yetmiş yaşındadır, Solmuş bahari-ömrü şitalər başındadır, Qarlar geyibdi bəxtiqaranın bütün tükü, Gəldi, dayandı, qoydu yerə arxadan yükü. Donmuş həyatı, tər töküyordu, dedim ki ya – Həp ziddlərdə cəm olur, ey hikmətaşına. Alnında danə-danə düzülmüş tərləri, Tərdir həmişə rəncbəranın gühərləri. Köksündə də həp incilər idi parıldayan, Alnıyla ruyunu tər idi həp qucaqlayan. Qoydu yerə dalındakı dükançı malını, Tər silməyə çıxarmış idi dəstmalını. Bir kirli yaylıq idi fəqirin əlindəki, Ondan da kirli idi şu pirin tənindəki, Yə’ni libası da pis idi, çirkdar idi, Bəxti-səfili-şəxsi kimi ixtiyar idi. Yaylıqla toplayırdı üzündən o tərləri Ataşli sə’ydən doğan abi-gühərləri. Odlu günəş də axşamadək başda tacıdır, Netsin zavallı, ab ilə nan ehtiyacıdır. * * * Birdən-birə nə olduğunu bilmədim, vəli – Gördüm üzünə sillə vuran güclü bir əli. Baş ağ ikən, beli bükük ikən, bədən zəif – Piri-fəqiri vurdu o zəngin, dəni hərif. Tab etmədi bu zərbəyə həmmal olan fəqir, Düşdü yerin qucağına bidəstgir pir. Düşdü, yıxıldı, ağladı üstündə yerlərin, Bilməm neçin qızarmadı rüxsarı göylərin?! Əkmək deyil yedikləri, silləydi şartaşart, Müzlim göründü çeşmimə afaq, kainat. Sökdü tökürdü nur kimi rişbəyazinə, Baxdım zavallının nigəhi-giryəsazinə. Mə’tufi-asiman nəzəri-əşkpərvəri, Göydən təsə’üli-mədəd eylərdi gözləri. Yer dilsiz idi, göy də qulaqsız, bəşər əma, Yer əbkəmiyyətində, guşsuz idi yenə səma. Yoxdu mədətçi, çoxdu tamaşaçı didələr, Pir ağlayırdı, başqa nəzərlərdə xəndələr. Daşdan yapılma dillərə sahib olan bəşər, Məxluqlər içində təməssülnümayi-şər. * * * Tədqiq üçün dayanmış idim hali-aləmi, Gördüm himayədari-zülm imiş övladi-adəmi. Qaşla, göz ilə, sözlə deyirdi o: “pah, pah! Çox yaxşı döydü ha! Qocadaydı tamam günah!”. Hər dil açıldı, söylədi, diqqətlə dinlədim, Bir dil olur, fəqirə tərəf söyləyər, dedim. Hər dil danışdı xeyrinə işdə o zalimin, Gördüm müinidir bəşəriyyət məzalimin!.. Hər bir baxış fəqirə gülürdü həyat boyu, Bir rəhm edən yox idi, əvət, kainat boyu. Hər bir baxan nəzərdə şu mə’na parıldadı. Mə’nanı anladım, o zaman könlüm ağladı. Gözlər deyirdi çox gözəl oldu döyülməmək! Əlbət təbiidir bu cahanda söyülməmək! Yoxdur sənin hüququn, əvət, yox ki, qüvvətin, Zurun ki yox, təbiidir, əlbət, həqarətin. “Həqqü hüquq”– bunları qüvvət tanırmı? Heç! “Qüvvət” hüquq nədir anlayarmı? Heç! Baxdım da “nəsə” həqq görüyordu həqarəti, Alqışlayırdı gözləri bazuyi-qüvvəti. Bir kimsə çıxmadı görəyim həqpərəst imiş, Alqışlanan hüquq deyil iştə zurdur, Güc kimdə isə, dəhrdə əhli-hüzurdur. Hər bir baxışda zaribə qarşı sücudkar, Qalmışdı ortada unudulmuş bir ixtiyar, Mən anladım ki, fəqr böyük bir günah imiş, Əshabi-fəqrə hər sitəm etsən, mübah imiş. Dünyadəki cəlali-münəvvər də qüvvətin, Məhkumudur ya aciz olan hakimiyyətin! Bakı, 14 sentyabr * * * Livayi-zəfərin tamaşası Çıxanda göylərə şəhbali-e’tilayi-zəfər, Qanadlanır daha balalara səmayi-zəfər. Sürurdən gözüm ağlar, dil açsa nayi-zəfər, Siyasət aləminin ruhudur: qüvayi-zəfər. Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər, Ziyafüruzi-nigahsən sən, ey livayi-zəfər! Xərabələr yaradırsan, sonunda imran var, Vücudlər qanadırsan, yanında dərman var. Dumanların dalı qatda şümusi-rəxşan var, O tövr zişərəfində səmavi bir şan var. Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər, Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər! Sən öndə sərbəsəma, fahehanə ənvarın, Vüquri-qamətin ilə qüruri-rüxsarın – Oxur mənaqibi-tarixi fəthi-didarın, Zəfər səhifəsidir çöhrəsi ələmdarın. Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər, Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər! Tökülmüş arxana millət, bütün nəzər səndə, İşıq alır kimi hər çeşmi-xəndəvər səndə. Bunun həqiqəti şu: ləm’eyi-zəfər səndə, Ziya müməssilisən, şübhə yox ki, fər səndə. Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər, Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər! Sən öndə, arxada musiqilər tərənnümsaz, Öpər qulaqları, oxşar o dilnəvaz avaz. Yerin üzündəki canlar olur səmapərvaz, Nə xoş bu nəğmeyi-canpərvərü zəfəravaz. Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər. Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər! Qadın, çocuq kimi canlı süyuli-cuşavər Zəfər livasinə baxmaqla gözləri ənvər. Livayi-həmd ucalmış nümuneyi-məhşər, Demək ki, nəş’əti-üxrə imiş cahanda zəfər. Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər. Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər! Bakı, 6 oktyabr * * * Ümid səhneyi-tamaşayi-həyatın ruhudur Mən bir günəşəm, yerdə əyandır ləmə’atım, Şe’rimdə parıldar duruyor çöhreyi-zatım. Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım, Kim olduğumu bildirəcək bil ki, məmatım. Fərdayi-üfulumda bu qövm ağlayacaqdır, Lakin gözümü dəsti-əcəl bağlayacaqdır. Mən solmalıyam ta ki açılsın da baharım, Mən sönməliyəm şə’şə’ələnsin də naharım. Mən ölmədən əvvəl vətənim oldu məzarım, Ərbabi-zəka düşmənidir indi diyarım. Söndükdə zəka əhli-vətən ağlayacaqdır, Göz incisi-yaşlar o zaman parlayacaqdır. Ən son diləyim: məqbərim olsun vətənimdə, Təndir vətənim, olmalı canım da tənimdə, Ruhum ki mənim qalmayacaq bu bədənimdə, Quş şəklinə girsin, qanad açsın çəmənimdə. Əndamımı ağuşi-ədəm saxlayacaqdır, Fərdayi-məmatımda adım parlayacaqdır. Bəxtim kimi olsun kəfənim, yə’ni siyəhnak, Heykəl diləməm, heykəli-qəbrimdir o əflak. Millət işıq olsun, məni udsun bu siyəh xak, Ancaq dilərəm qövmim ola sahibi-idrak. İdrakı olanlar məni sonra qanacaqdır, Bir qövmi dirildən də cahanda qanacaqdır. Mən ölmədən əvvəl vətənimdir mənə məqbər, Çünki vətənimdir, buna olmam ki, mükəddər! Yurdum da anamdır, bütün övladı bərader, Mən istəyirəm: olmalıdır həpsi münəvvər. Qaldıqca qara əhl, ziyanı qovacaqdır, Bir gün gələcək səhvini də anlayacaqdır. Ulduzlar əməl, leyli-həyatımda dirəxşan. Dilbər kimidir xəndeyi-məcrur ilə xənda. Gəh-gəh açılır, gəh oluyor pərdədə pünhan, Bir işvə verir, can alıyor, sonra gürizan, Ol afəti-can bir gün olur ram olacaqdır, Dil bülbülü həmbəzmi-güləndam olacaqdır. * * * Parlaq günəş altında işıqsız gözlər Görməyir gözləri, özü möhtac, Gediyor, rəhnümasıdır bir ağac. Gözü sönmüş zavallı bir adəm, Nəzərində bütün cahan matəm. Parlayır göydəki günəş par-par, Şəbliqadır korun gözündə səhar. Yerin üstündəki bu canlı xəyal – Uyuyordu dəhəngüşayi-süal. İki çeşmi ziyaye həsrət idi, İşıq aləm gözündə zülmət idi. Gediyor yolda, örtülü nəzəri – Nədədir? Görməyir ki, rəhgüzəri? Günəş iştə cahanə nurəfşan, Yerin üstündə bir işıqsız can. Dəyənək əldə rəhnüması, gəzər, Canlıya cansız olmadı rəhbər. Qorxuyor getdiyi yolu itirə, Taq, taq, taq... vurur ağacı yerə. Gəh durar qarşısında dükkanın, Əl açar, yalvarar, Bu ə’manın – Qəmli idi həyati-müzliməsi, Sönük idi gözü misilli səsi. Duruyor sərbəduş biçarə, Bənzəyirdi işıqsız əş’arə. * * * [Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir] Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir, Hüsnilə zizəfərdir, anilə möhtəşəmdir. Qaşı, gözü, cəmalı – qüvvətli üç hökumət, Birdən hücum edərsə, gülməzmi qalibiyyət?! Ahu baxışlarilə məğlub olur qəzənfər, Məğlubu gör – qəzənfər!.. Ahuya bax – müzəffər! Daratü ehtişamın bir xəndeyi-ləbindir, Qaşın zəfər hilalı, çeşmin də kövkəbindir. * * * Ümməhati-həyat, yaxud cinsi-lətifə bir baxış 1 Ana bir bağ, çiçək açar qucağı, Canlı güllər yaşar o cənnətdə. Ananın qucağı cənnətdir, Bir mələkdir cahani-xilqətdə, Şəkli-insandadır o can yatağı... 2 Ana gülşən... çocuq onun çiçəyi, Parlaq əzhar açar gülüstanı. İki çeşmə: iki bu püstanı, Gül böyütmək bu çeşmənin əməyi. 3 Sənə hörmətlər, ey behişti-həyat! Ey qadın! Olmasaydın, yeri qucardı məmat, Varlığındır bunu edən isbat, Varlığın varlıq eyləyir inbat. Ey müqəddəs ana! 4 Ey sevimli ana, bu ağuşun – Yavrunun ilk bəslənən yeridir. Çocuğun bağının güli-təridir. Ləbimizdir sənin ləbənnuşun. 5 Doğdu səndən həyati-cəm’iyyat, Doğduğundan da doğdu müxtəreat İştə, ey mənbəi-məaliyyat, Ümməhati-həyati-ülviyyat! 6 Vaxt olurdu, Vaxt olurdu beşik qucağında – Uyuyurkən mışıl-mışıl bizlər Bəlkə ağlar – deyə – çocuq, bəklər, Duruyordun yataq qırağında. 7 Baxıyordun, öpərdi didələrin İsti-isti çocuq cəmalımızı, İstəməzdin, ana, məlalımızı, Çünki ruhundur aföridələrin: Yə’ni övladın. 8 Mehriban gözlərin, sıcaq baxışın Yaşadırdı bizi hərarət ilə, Qadına bənzəyən nəzakət ilə Dadlı idi, gözəldi yalvarışın, Pək də ahəngdar bu oxşayışın. 9 İncəlikdən yaranmış iştə tənin, Ey qadın, mənbəi-nəzakətsən, Sən təcəssüm edən lətafətsən. Hörmətin göüləri sənin vətənin. 10 Yatmış ikən duranda növzadın, Gecələr ağlayanda qalxar idin – Yatağında, a möhtərəm məxluq! Səni gördükdə can atardı çocuq, Göksün ilə onu qucaqlar idin – O zaman. 11 Yaşayırdı məmən dodağında, Oxşayırdın ki, ağzı gül açsın; Gülərək ruhuna çiçək saçsın, Xəndələr doğsun, ağlayış qaçsın, Xəndələr doğurmaq üçün – 12 Səslənirdi ləbin yanağında, Sanki bülbül yaşardı bağında, Çocuq iştə gülün budağında. Gülüyordu sənin quğacında – Qönçeyi-zində, ballı bir xəndə. 13 Çocuğun çöhrəsində rəngi-bahar, Ləbi gülzari-xəndeyi-əzhar... Olmuş idi gecə çiçəkli nəhar, Bunu gündüz yapan nəvazişi-harr, Yə’ni mədər oxşayışı. 14 O sıcaq oxşayış ki, mədərinin – Uçuyordu ləbü dəhanından, O gülüşlər ana cahanından – Doğuyordu, Öpüyordu fəmin güli-tərinin. 15 Bus edərdi bu tifli-xəndanı – O gülüşlər içində xabi-lətif, Uyudurdu onu xəfif-xəfif, Əmiyorkən çocuq da püstanı. 16 O sıcaq mədərənə ətvarı Uyudurdu bizi hərarət ilə: Mehriban, lütfkar ənzarı Öpüyordu bizi məhəbbət ilə. 17 Çocuq ağuşi-xabə düşmüş ikən – Məmə hala dodaqdan ayrılmaz, Ana da çəkməyə onu qıymaz, Uyqudan tifl ayılmasın, uyusun. Ananı anla, ey hüquqşikən! 18 Həqqi-mədər bülənd payəlidir, Həqşünasan edər bunu iqrar, Hiç yüksəlməz eyləyən inkar. Gün tutulsa, zəmin də sayəlidir. 19 Bir günəş var, yerin üzündə doğar, Parlan ismi: qadın! Bu canlı günəş – Qərbə ruyilə oldu şə’şə’əbəxş, Şərq eli bu cəmalə pərdə tutar. 20 Böyüdür, parladır bu növzadı, Məməsilə, o süd bulağilə, Dirilik bəsləyən qucağilə. Sonra gör ki, bu zalım övladı: Hiç utanmaz və hiç qızarmaz ki! 21 Ana! Eylər hüquqini pamal, Üzünə, həqqinə çəkər pərdə, Olmuş ikən südünlə pərvərdə, O səbəbdən ki, çöhreyi-amal Bu mühit içrə sayəpuşi-cəmal! 22 Günəşi, gündüzü, hilalı bu gün – Məşriqin kölgələr geyinmişdir. Dirilik nuru sanki sönmüşdür, Hər duruş qəmli, hər baxış küskün. 23 Sən bizi canlandırdın, ey mədər, Ey qaranlıqların içində qalan! Parlayan Qərbdən biziz qovulan, Tərdə şayistədir əşərr bəşər! 24 Şərqin amalı, fəcri-iqbalı Örtülü... Qərb açıldı, oldu sabah. Olduğuyçün qadınlarında cinah – Açdı Məğrib səmayə şəhbalı. Əlbət, səfil olursa qadın, Alçalır bəşər! 25 Üzünü örtmədə zülami-niqab, Onun üçün də kölgələr geydi – Millətin kainati-ümmidi! Çıx ki, yansın işıqlarınla səhab! 26 Mədənilər yanında yox ki, yeri Fikri, idrakı vəhşi əqvamın. Nerdə açdı rüxi-şəfəqfamın, O yerin doğdu çöhreyi-səhəri. 27 Mədəniyyət biz ilə istehza – Ediyor, əylənir, nədən əcəba? Çünki baziçə oldu, bizcə, nisa, Bizə ancaq budur cəzayi-səza. 28 Çeynəyənlər hüquqi-nisvanı – Çeynənirlər, bu bir həqiqətdir Buna fərman verən təbiətdir, Çeynəyən, çeynənir, bu fərmanı...: 29 Biz də qurbanıyız bu fərmanın, Əzəli hökmdür... Nə yapmalıyız? Bu siyəhru niqabı yırtmalıyız. Parlasın həqqi, ruyu nisvanın. 30 İşıq olsun onunla rahi-həyat, Qoşalım parlayan yol ilə gəlin! Pək də sür’ətlə qayeyi-əməlin – Arxasında və öndə şəhri-nicat. 31 Xaliqati-həyat madərdir, Anaya olmalı pərəstişkar, Həqqi-qüdsiyyətin edən inkar Mədəni çeşmələrdə əhqərdir. 32 Gözəl düşününüz!.. Dəli, Avropamı və ya ki, biziz? Bu sual istəyir ağıllı cavab. Söyləyin, anladın nədir əsbab, Nədən olduq zəlilü xanəxərab? Əməl üfqündəki nədir o səhab? Bir günəşdir qadın, üzündə niqab, Günəş olmazsa, parlamaz gündüz. 33 “Təl’ətüşşəms min məğaribiha”. O səmapayə ruyu nisvanın, Ey qadın, çöhreyi-dirəxşanın – Və həyatın, həyati-rəxşaın – Açdı Məğribdə şahrahi-rəha. Doğdu səndən cahan bəhalı düha. 34 Dəli Avropamı? Biziz məcnun! Öylə hümmalıdır ki, cinnətimiz, Həzəyanlar saçar təbiətimiz, Yenə müşkül deyil ki, səhhətimiz. Ölməli mütləqa cəhalətimiz, Analar olmalı həyatnümun. 35 Qadın ismi gələndə daş düşüyor Sanki başımıza həp! Bu ədavət nə əcinsi-nazanə, Cinsi-nazəndəvü füruzanə? Zülm edənlər hüquqi-nisvanə – Zülmətə doğru bilməyir qoşuyor. 36 Ölmədən də qaranlıq içrəyiz, a – Bu işıq yer üzündə bizlər ya! Mədəni qövmə cilvəgahi-ziya – Kainati-həyat olan dünya Duruyor qarşımızda qəbrliqa! 37 Ölüdür Şərqdə həyati-nisa! Onun üçün buna məzar dərəm! Qəri gördüm, bu ərzi-imranı, Çiçək açmış həyati-nisvanı. Şərqi gəzdim, bu xaki-viranı, Bu pərişan cahani-xüsranı Matəməfza məzarə bənzədirəm. 38 Ey gülü solğun, ey riyazı xərab! Noldu buyun, o rəngi-rüxsarın? Niyə böylə saraldı əzharın? Neçin uçdu o parlaq ənvarın? Ağlayır bülbüli-nəğəmdarın... Görəcəkmi bu bağ rövnəqü tab? * * * Əlvahi-nəfasət Şairi-nəzahətpərvər Hüseyn Cavid bəradərimə 1 Bir ildırım olsam da, əritsəm gecələrdən – Bir parça olan örtüyü gülüzlü səhərdən. Gülüzlü səhər, iştə, qadındır bu firiştə, Yolgöstəri versin, girəlim biz də behiştə. Mən Şərqə cəhənnəm deyirəm, Qərbdə də cənnət, Parlar, duruyor Qərbdə əlvahi-lətafət. Tə’rif edəcək kəlməsini yox, aradım çox – Qamusu təmamən, a xudavəndiyi-məxluq! “Xurşid” desəm, gün də sönükdür nəzərimdə, Sən kölgəlisən, ey günəşim, rəhgüzərimdə. Sən kölgəli oldun ki, işıqlar da büründü – Bir kölgə kimi Şərqdə, yerlərdə süründü. Təyyarəyə mindi, göyə uçdu doğuran, sən – Övladın, əya madəri-ali, görüyorsan. Məşriqdəki oğlun deyir: örtün və bürün sən. Bu möhtərəm övladına aya nə deyirsən? Ziynət sənə zindan, sənə pirayə əsarət – Olduqca yaşar xaki-səfalətdə bu millət. Sən açmaz isən, bizlərə ümmidi-rəha yox. Hürriyyətə həsrət qalacaq, bil ki, bu məxluq. Mərdanı doğan, bəsləyən, iştə böyüdən sən, Gündüzləri, axşamları daim də güdən sən. Ey qönçə açan, qönçə saçan gülşəni-məstur! Ey zülmət içində boğulan xaliqeyi-nur! Bax, boğmadadır bizləri də dudi-xürafat, Sən parlamasan, yanmayacaq, bil ki, bu afat. Əfkarımıza hakimə Əhriməni-övham, Yəzdani-nicat ol bizə, ey huri-ilham! Ey huriyi-ilhamı, xudavəndi bu xakın, Artıq yetişər, açmalıdır çöhreyi-pakın. Bədbəxtləriz, bəxti açan sənsən, a nisvan! İmdadə yetiş, kafi deyildirmi bu xüsran? Yüksək yaşayan qövmləri sən ki, yucaltdın, Məğribdəki parlaq günəşi sən ki, yaratdın, Ey madəri-fəyyaz! 2 Çöhreyi-fərda bu gün açsın... Mən istərəm bu ruzu ki, fəryadə bənzəsin, Deyilmi məhal? Huri-zəmin də açsın, əmməllər gülümsəsin, Nə dadlı xəyal! Örsün ləbi-şükufəni al xəndə, al həyat Gülşən də parlasın. Etsin məşami-ruhumu sərməst rayihat. Könlümü dilbər qucaqlasın. Dönsün qadınla mən yaşayan yer məzahirə, Açılsın təbiətim. Gül dəstə-dəstə, istə, al əş’ari-zahirə, Versin də cənnətim. Mən istəməm də öpsün o cinsi-lətifi, ah, O məl’un niqablər, Nurdan hörülsə də üzü tutmuş olan siyah, Yerə keçsin hicablər! Göydən də ensə yırtılı versin ki, pərdədir. Söyləyim ki, səbəb nədir? Məğribdə öldü, Şərqdə şəbafəridədir, Ə’malı burda, Qərbdə çoxdan dəridədir. 3 “Örtün” deyirsən?.. Mən istəməm bu örtüyü, ey şair, istəməm! Neçinmi ya? “Örtü!” Bunu yaqdı ki, Qərb oldu möhtəşəm, Pürfeyzü pürziya! Lazımsa örtü, biz nədən aya güşadəyiz? Mə’qul bir cavab: Xilqətdən anlaşıldı ki, azadəzadəyiz, Doğulduq ki, biniqab! Mən pənbə çarşabın da ədüvvi-həyatıyam, Ölsün niqablər! Hürriyyətin də canlı olan bir bəratıyam, Yaşasın aftablər! Məğrurü möhtəriz baxış yaxışar cinsi-ənfəsə, Bu qaranlıq nə? Parladın! Çarşaf yaxışmayır o sabahi-müqəddəsə. Yaxışırsa, siz anladın?! “Çarşaf!” Bunu qovmalıyız həp lüğatdan, Yaşasın ləfzi-inkişaf! Dərmək dilərsinizsə çiçəklər həyatdan, Açsın bu ruyi-saf! Açsın o ruyi-pak, o rüxsari-tabnak, Gülsün bu qəm yeri! Olsun tərəbfüruz bu matəmliqalı xak, Olsun nəğəm yeri! Bizlər də anlasaq yaşamaqdan nədir murad? Varlıq yerində ya! Ruyi-əməl açılmalı, yox olsun insidad! Parlasın ziya! Doğmaz zəmini-Şərqdə ruhi-tərəqqiyyat, Doğmazsa inqilab! Böylə gedişlə gec gələcəkdir təkamülat, Ey Məşriqi-xərab! Gəzdim cahani-Qərbi, gözəl gördüm, anladım: Yüksək, işıq həyat! Şərqin sönüklüyün düşünüb, parlaq ağladım, Şərqə dedim: lövheyi-məmat! Nisfi ölən bu millətin əncamı? Söyləsəm: Nabudü bivücud! Məhkumluq da yoxluğa bənzər desəm, desəm, Dəli söylər mənə ənud! Ruhi-həyatı anlamayan qövm mürdədir, Zahirdədir diri. Ciddən cahanı anlayan əqvam zindədir, Kəmalat məzhəri! Əndami-tam, nisfi-bədən birmi? Söyləyin, Ey möhtərəm zəvat! Bu, yüksəliş yerində bir isə deyin, deyin! İsbata bəyyinat – Vardırmı? Yoxdu qane edən bəyyinatınız! Çox yaxşı bilmişəm. Bürhanınız var isə – bugünkü həyatınız!.. Nə gözəl də düşünmüşəm. Əndami-tam Qərbdə qüvvətnümundur, Hökm isə qüvvətin! İştə yarım bədənli bu millət zəbundur. Məhkumu zillətin. Qərb aləmi çalışmada əndami-tam ilə. Məşriqdə natəmam! Əndami-tam bir olamaz natəmam ilə, Ey şairi-bənam! Məhbubeyi-əməl nədi cahil qalanlara? Buna bir qayə izlərəm. Ey canlı kölgələr, baxın ülvi cahanlara! Sizi yüksəlmiş istərəm. Mən ölmədən siz dirilin, kamyab olun! Görsün bu gözlərim. Yüksəklənin, işıq yaradan afitab olun! Parlaqmı sözlərim? Parlaq düşincə istər işıqla qaranlığı – Ayırsın və anlasın! Lazım təbib kim, bilə bilsin də sağlığı, Həyatı qucaqlasın! * * * Mülhimeyi-əş'ar Hüsnü anın o dahiyəsi, Çiçək müvəzziəsi! Sevgili gözəl güldü, diri gül idi. Oturdum, yeridi aləmi-ab, Qapıdan girdi bir behiştməab. Canlı bir gül əlində gül gəldi. Düşünən alnıma baxıb güldü. Əlinin gülşənində parlar idi – Bir çiçək... gül gülü qucaqlar idi. Baxışı işvələr atırdı mənə. Gülüşü ox kimi batırdı mənə. Gülü yox, yox, gülüş satırdı mənə, Gülüşü ox kimi batırdı mənə. Gülü yox, yox, gülüş satırdı mənə, Şe’ri-nagöftə anladırdı mənə. Əlinin bağçasın uzatdı mənə, Gözləri qönçəli söz atdı mənə. Verdiyi bir şükufeyi-tər idi, Saçı güldən də çox müəttər idi. Gülüyordu dodaqlarında da gül, Könlümə söylədim ki, ağlama, gül! Yaradırdı üzü, gözü xəndə, Qaşlarıydı hilali-fərxəndə. Qaş qara, üz işıq, dodaq gülrəng, Oldu könlüm o dilbərə övrəng. Qaş gülür, üz gülür, özü huri, Öpdü rüxsarımı yerin huri. Gülü aldım o canlı güldən mən, Varlığım oldu sanki bir gülbən. O cahanın pərisinə baxdım, Gülü öpdüm də, köksümə taxdım. Verdi gül, aldı könlümü o bahar, Oldu təb’im hədiqeyi-əzhar. Baxıryordu üzü mənim sarı, Öpüyordu gözüm o rüxsarı. Canlı cənnət yerin üzündə idi, Atəşin hüsnü də gözündə idi. Baxışında gülərdi hürriyyət, Duruşunda yaşardı ülviyyət. Qadın iştə bülənd xilqətdir, Bu xəyalım da bir həqiqətdir. Ona baxdım, həzin-həzin güldüm, Şu çiçək qarşısında bülbüldüm. Söyləyirdi sözü fəsihanə, Yaşadırdı məni Məsihanə. Bu Məsiha o rütbə canbəxşa – İdi ki, söylədim: a hüsn, yaşa! Baxışı könlümü işıqlatdı, Gülüşü təndə ruhu şıqlatdı. Cismlənmiş gözəl bir afət idi, Ciddən ənmuzəci-lətafət idi. Əbədi səfhə idi gül ruyu, Ona təhrir edilmiş əbruyu. Oxuduqca verirdi qəlbə həyat, Buna dərlər, dedim: şahi-əbyat. Hansı rəssam, şair iştə yazan Oxuyor, duymayor nigəhbazan!.. Qalibiyyət üzündə parlar idi, Nərəyə göz atarsa, ovlar idi. Öpüyordu hilalı, gördüm fər. Qaməti sanki bir livayi-zəfər!.. Fatihanə hilalını görərək, Yenə bir başqa hüznlə daldı ürək. Yenə daldım mühiti-aləmə, Varmı hacət bu fikri e’ləmə?.. Azacıq şad ikən yazıq qəlbim, Yenə küsdü, büküldü, durdu ləbim. Ey qadın! Ey şükufeyi-ziruh, Məndə var bir könül, o da məcruh. Sizə təqdim üçün o layiqdir, Olsa da qəmli, pürhəqaiqdir. Güli-hürriyyətə hədaiqdir! “Ma təkəlləmü şe’rdən... əntə tühaki” Mən də oldum bu vəhyi bir haki... Ey qadın, mən derim ki lövlaki, Boş dönərdi bu xakin əflakı, Torpaq üstündə olmaz idi diri, Boş qalırdı təbiətin bu yeri. Mülki-islamə bax, qaranlıqdır. Qərbə bax gör ki, hökmranlıqdır. Səbəbi? Çün qadın o yerdə açıq! Ey bürünmüş günəş, bu yerdə də çıx! Çıxmasan, yox bu qövmə istiqbal, Çox əminən ki, yox bizə iqbal. Yaradan sən, yapan sən iqbalı, Bir adın da təali şəhbalı. Digər ismin təraqqiyyat anası, Bunu söylər dühatü danası – Hər yerin, hər cahani-rəxşanın... Ey qadın, pək bülənddir şanın! Çıxmadı çöhreyi-dirəxşanın, Halı cəm’iyyəti-pərişanın – Bənzəyir, bax, hilalına hala, Ati böylə olursa, vaveyla! Şəb-bərüxsardır mətaleimiz! – Əməl mətaleimiz, Səndə bir örtü ya ki taleimiz – Min niqabın içində pinhandır, Buna hər halımız da bürhandır! Gördü ki, manei-təalidir, Örtüyü atdı, şimdi alidir. Yazaraq doğruyu, qovulduq biz Söylədik, söylədik, yorulduq biz. Yenə əski düşincə, köhnə həyat, Qövmlər növhəyat, biz də boyat. Xaliqati-həyati anlamadıq. Onun üçün cahanda parlamadıq. Parladan parlayar günəş kimi ya, Əridər zülməti yağanda ziya! Göy guruldarsa parlayar ənvar, Doğru söz: inqilaba hacət var. Bilməyir inqilabı bu millət, Budur iştə vəxim bir illət. İştə Fikrət, o dahiyi-fəyyaz, Aləmi-fikri-inqilaba riyaz, Nə gözəl söyləyirdi, son susdu, O böyük şair aqibət küsdü. Olmadı zülmətin ki məddahı, Küsdürüldü o parlayan dahi. O böyük Fikrət, dəha’-nisar, Göstərirdi cahanda gər asar. Fikri daim bahar bir Fikrət, Zibəha-zirəha və züqüdrət. Və deyirdi o şairi-ə’zəm, Qadının açmağı, əvət, əlzəm. Qadın alçaq qalırsa, yüksəlməz – Bəşəriyyət, səfalət əksilməz. Yüksəliş şahbalı: nisviyyət, Onsuz olmaz bu yerdə ülviyyət. Qadın iştə pəriyi-adəmzad. Onsuz olmaz əsirlər azad. O, bizi saldı bu “Dönən beşiyə”, Biz onu evdə qoymuşuz keşiyə. O keşikçi, biz isə sərbəstiz, Ucalanlar içində çox pəstiz. Mən inandım ki, parlamazsansa, Qalarız yer üzündə zillasa. Ayaq altında çeynənər dururuz, Baxsan a, Qərb oldu nurəfruz. Qərbə bayram, əvət, tamam əyyam, Bizə bax ki, tamamımız səyyam. Yoxmu bir bayramı bu əyyamın? Yoxsa şəvvalı yox, bu səyyamın? Rəməzandırmı cümlə sal bizə? Yox dərəm dəhrdə misal bizə. İstəriz biz də bu cahanda məram, Olalım biz də xüldzəraram. İydi-hürriyyəti kim etdi haram? Biz də bir bayram istəriz, bayram! Edəlim biz də bir həyatə xüram, O zaman söylə, millətim, yaşaram! Canlı cənnət yerin üzündə əyan, Ey bunu görməyən, sən odlara yan! Yaşamaz canlı olmayan əqvam, Can qadındır bilin, a qövmi-əvam! Daşmı, ya başmı sizdəki, bu nədir? Misliniz yer üzündə bir dənədir. Ayeyi-nurdur hilali-nisa, Oxuyardıq əgər baxış olsa. Qadının qaməti livayfütuh, Bütün aləm onunladır məftuh. İki qaş sanki bir hilali-zəfər, Nərəyə üz çevirdi, parladı fər. Ey iki qaş, mənim hilalımsan, Sən mənim baisi-məlalımsan. Səni gördükcə sanma şadəm mən. Kişvəri-qəlbimə rəşadəm mən. Səni gördükcə məndə qəm doğuyor, Qələmim növhəli nəğəm doğuyor. Səni gördükcə məndə qəm parlar, Qaşına bənzəyən hilal ağlar. Ey qadın! Ey cəmali-hürriyyət! Ey qadın! Ey kəmali-ülviyyət! Səni tə’rif məncə qabilmi? Bu qələm hüsnünə müqabilmi? Ey qadın, ey məlikeyi-dünya, Mədəri-feyz, validati-ziya! Siz olan məclisə həya axıyor, Hər sözə hər ağız gözəl baxıyor. Siz olan məclisə həya yağıyor, Ədəbamuz bir ziya doğuyor. Gülüyor siz doğan cahanda həyat, Sizsiniz, siz zəfər üçün rayat. Anladım, anladım bu dəhri, əvət, Sizsiniz aləmi tutan qüvvət. Parlayan bir günəşsiniz sizlər, Görəməz afitabı gözsüzlər. Günəşi görməyənlər ə’madır, Qövmi-islam bir müəmmadır: Tutmuş iştə əlində bir pərdə, Harda varsa işıq, əl ol yerdə – Qoymayır parlasın hilali-cəmal, Dəhrdə bizlərə nədir amal? Qadının qaşların görəndə nəzər, Yenə fikrim zəmini-qəmdə gəzər. Dalıram kainati-əhzanə, Anlasın hüznlərmi fərzanə. Nə qədər nəğmə eyləsən inşad, Güli-ümmid olmayır ki, küşad. * * * Layəmut şe'rlər Füzuliyi-nalanın əş'arını təsdis 1 Heyrətəfzadır, həqiqət, kainati-pürşüun, Olmada danişvəran hər əsrdə zillətnümun. Sərfəraz əshabi-cəhl, ərbabi-ürfan sərnigun, Anlaşılmaz oldu qanunun, əya gərduni-dun! “Dəhr bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”. 2 Söyləyirsən söz olur, gər söyləməzsən dildə qəm, Musiqidən anlamazlar guşunu oxşar nəğəm, Ya nədən boş qalmış olsun dəsti-ərbabi-kərəm? Bəxtsiz bir şairin cansuz şe’rin söylərəm: “Dəhr bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”. 3 Ağlayırkən xameyi-arif ki, gülsün milləti, Söyləyir hər dəmdə ta ki dillər açsın hey’əti, Arif olmuşkən pərişan, gəlmədə cəm’iyyəti, Səndən öyrənmiş, əya gərdun, bu laqeydiyyəti, “Dəhr bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd dər yox, düşmən qəvi, tale zəbun”. 4 Nur saçmaq, yollar açmaq, arifə bir qayədir, Arif iştə bir pədərdir, qövmü üzrə sayədir, Ya nədəndir ki, oğullar şad, ata bivayədir? Baxma, yüksək olsa da, gərdun özü pəspayədir, “Dəhr bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”. * * * Bariqeyi-inqilab 1 Hala qırılmadı səsi tari-rübabımın, Bitməz künuzu, bil ki, bu qəlbi-xərabımın. Hər dəmdə canlanır nəğəmi inqilabımın, Tə’siri yox deyil, bilirəm ki, xitabımın, Parlaq baxışla nurunu gör afitabımın, Kəskin nəzərlə öp üzünü hər kitabımın. 2 Hər misrə’ində şe’rimin avazi-intibah, Hər nəğməsində xəndəfəşandır birər sabah, Xaməm həmişə söyləyir, ey qövmi-şəbpənah, Açdı təməddünün səhəri, iştə şahrah, İdrakını qarartdı xürafat, ah, ah!.. İdrakını qarartdı xürafat, ah, ah!.. Ey sübh, çıx! Və bat yerə, ey siteyi-siyah! 3 Ey sitreyi-siyəh, çəkil, ümmid parlasın, Seylabi-nur dadlı sədasilə çağlasın, Ənzarımız həqiqəti görsün, qucaqlasın, Ə’dayi-elm aləmi-ürfanı anlasın, Nazəndeyi-məaliyi millət nişanlasın, Gülsün rüxi-təməddünümüz, vəhşət ağlasın. 4 Ağuşumuz açılmalı huri-həqiqətə, Əfkarımız güşadə gərək nuri-hikmətə, Ənzarımız da baxmalı atiyi-millətə, Var ehtiyac bizdə də ehrazi-şövkətə, Bu ehtiyacı soxmalı əfkari-ümmətə, Ta kəstiyi-həyatı erişsin səlamətə. * * * Alihati-ilhamat və həyat pərəstidələri Kimdir onlar? Cinsi-lətif qadınlar!.. Qaçma, qaçma, qaçma kim, bu qaçmağın dilsuzdur, Nerdə sən məkşufəsən, hər gün o yer novruzdur. Nerdə ki, məsturədir ruyi-səbahətpərvərin, Bir qaranlıqdır, əya nurum, nəsibi ol yerin. Bax dağılmış Şərqimiz, muyi-pərişanın kimi, Parlayır Qərbin üzü, ruyi-dirəxşanın kimi. Ey sənəm, şəhbalı oldun kainati-Məğribin, Bir mücəssəm ruhu oldun sən həyati-Məğribin. İrtiqa etməkliyə verdin bərati-Məğribə, Gözlərin göstərdi ancaq parlaq ati Məğribə. Hansı qövm etdisə səcdə adı “qaş” mehrabına, Oldu rəhbin, ey sənəm, qurban rüxi-məhtabına. Sacidi-əsnam olan məncə böyük insandır, Ey sənəm, əsnam mir’ati rüxi-nisvandır. Əksini gördü sənəmdə, səcid oldu, ey sənəm, – Büt, lisani-hal ilə der ki, a nisvan, mən sənəm. Ey sənəmpərvərləri təkfir edən, dur, dur, dayan! Nuri-nisviyyətdir, anla, büt üzündə parlayan. Kə’bəyə getmək nə hacət, Kə’beyi-hürriyyəti – Məqsədin görməkmidir? Gör qaməti-nisviyyəti. Bir baxış ətf et ona, gör çöhreyi-əmalını, Çünki ol ayinə təsvir eylər istiqbalını. Çöhreyi-ati parıldar ruyi-nisviyyətdə, ah! Əksi göstərməz ki, güzgü tutsa rubəndi-siyah. Güzgüdən qaldırmalı rubəndi, göstərsin səni, Parlaq anlatsın sənə çirkin üz ilə əhsəni. Ol zaman səndə gözəlləşməklik amalı doğar, Millətin məstur olan rüxsari-iqbalı doğar. Ey oğlan arayişü pirayişi zülmətlərin, Çıx dəruni-pərdədən, yəzdanı hürriyyətlərin! 15 iyun * * * Növxəndə çiçəklər Mələküs-sibyanə növşükuftə şe'rlər ithaf edirəm Simaxi-Məğribə xəndan ikən rübabi-nəğəm, Yanaqlarında neçin ağlayır bu çeşmeyi-qəm? Sənin, a cinsi-lətifim, ey ümməhati-həyat, Nəsibin iştə mühitatımızda həp nəvəhat. Şükufə misli gülüşlər açılsa ruyunda, Olurdu bülbüli-dil bənd o tari-muyunda. Əsirin, ey mələkim, bax nasıl da azadə! Bu Qərb elində üzün rəhnümadı irşadə. Rüxündəki o niqabə baxanda qəmli gözüm, Mühiti-müzlimi seyr eyləyər bu nəmli gözüm. Üzündə pərdeyi-şəbrəng, bizdə fikri-siyah, Qaranlığın üzü ükşadə, örtülənsə – sabah. Əvət, üzündə bulut var səmayi-rəxşanın, Saçın həyatımıdır Məşriqi-pərişanın? * * * Libasi həp gecələrdən, xürafədən hörülən – Mühitimizdə işıqdır sönən, ölən, gömülən. Nədən ki, yüksəliş ə’dasıyız, nədir səbəbi? Həp alçalışmı bu Şərqin mətai-müntəxəbi? Nədən ibadi-zülamız, neçin də düşməni-nur? Açıl, görün bu mühitə, a çöhreyi-məstur! Açıl, səhərləri boğsun bu leyli-dicurun, Rəhi-nicatı görünsün bu qövmi-məqhurun. Cəmali-şə’şə’əbarın ziyafəşən olsun. Bu afitabü hilalın zəfərnişan olsun. Qaşın hilal, üzün afitabi-aləmtab, Sənin camalını bəklər bu iki ərzi-xərab. Günəşlə ay ala bilsin ziyanı ruyundan, Bu Məşriq olmalı hüşyar buyi-muyundan. Əsarət istəməm, əmma o zülfi-səyyadi – Görər, olar da əsirin bu hürr olan Hadi. 4 iyun * * * Yadi-vətən... Şirvanda "Nicat" Hacı İbrahim qardaşıma ithaf Ey səhnəsi başdan-başa bir mə'kəsi-övham, Keçmişdə, əya cənnəti-hürriyyəti-ilham! Afaqın idi sanihənin çöhrənümaəsi, Ey aləmi-şe'rü ədəbin şanlı səması! Şairlərin eylərdi fəsahətlə təranə, Ey məhdi-müqəddəs olan azadəsəranə. Mazidə adın əncüməni-nur ikən, ey şəhr, Bilməm nədən oldun sonu zülmətlərə məşhər? Soldu, vərəm oldu, vətənim, xüldi-üzarın, Ahənglərin, rənglərin, rayihəzarın. Ey kişvəri-şan, şe'rnişan, mehri-dirəxşan, Könlüm kimi oldun niyə bir beylə pərişan? Sendin, sən idin, sən ki süxənsazi-fəsahət, Ey səhni-zəka, səhni-ziya, səhni-səbahət! Ey məhdi-ədəb, madəri-Xaqanivü Sabir, Ey Seyyidi-zişanımıza qəmli məqabir. Səndən yaradan, bəsləyən əhrari-zəmanı, Ey ruhu ilə canladan əfkari-cahanı! Ey məhdi-ədəb, məhdi-hünər, məhdi-zəkavət, Xaqaniyi-mülki-süxənə təxti-bəlağət. Ey mə'rifətin madəri-fəyyazı olan xak, Yerdə Fələkilər yaradan, parladan əflak. Ey canlı Bahar doğuran gülşəni-taban, Ey baği-kərəm, baği-İrəm, cənnəti-büldan. Seyyidlərə, Bixudlara ey qəbri-məali, Ey çeşmeyi-nurundan axan abi-Zülali. Dərlər açılır babi-füyuzatı Nicatın, Rövnəqlənəcəkmiş kimi cənnəti-həyatın. Küskün vətənim, gözlərin aydınlanacaqdır. Aydınlanacaq, parlayacaq, canlanacaqdır. * * * Hüsni-qalib və hüzni-cazib Hüznafərin şairimiz A.Şaiq bəradərimə Keçən gün idi gəzirdim, sataşdı gözlərim, ah, – Bir afətə... Necə afət? İşıqlı, canlı sabah... Yox idi örtüsü, vardı üzündə sayeyi-qəm, Dodaqlarımda dil açdı nəşideyi-matəm. O göy baxışlı gözəl hüzn ilə bəzənmiş idi. Qaşında nuri-təfəkkür, süruru sönmüş idi. Yerin hilali-həzini mənə görünmüş idi, Gözəl qadın sönük idi, hilalə dönmüş idi, O canlı yer günəşi matəmə bürünmüş idi. Sönük günəş, sönük ay didəmə görünmüş idi. Günəş cəmali sönükdü, hilali qaşları da, Gözəldi matəmə batmış gözəl baxışları da. Nə dadlı idi gözündə o qəmli cazibəsi! Dedim ki, bəxti ilə var, demək, müharibəsi. Baxardı göy baxışıyla yerə çü ruyi-həsən, Toxundu könlümə halı... Dedim ki boşluğa: sən, – Sən ey səmayi-tühi! Ey cahani-biidrak, Həmişə tərs, müdam əksinə dönən əflak! Bu göz ki gülməyə layiq, nədəndi qəmli gəzər? Bu böylə-olmaz idi, olsa idi səndə nəzər. Zavallıcıq baxıyordu, baxışlarında zilal, Baxıb da qaşlarına söylədim: zavallı hilal! Günəş üzündə bulutlar hilalı sayənüma?! Qaranlıq oldu gözümdə o dəm zəminü səma. Hilalına yaxışırkən gülüş, o nə qəm idi? Günəş cahanına baxdım ki, ərzi-matəm idi. Hilal yüksəliş istər, günəş də nurü həyat, Nədir, dedim, bu işıqlar üzündəki zülmat?.. Günəş cəmalı, hilal qaşları hilal misal, Sabahı qəmlə bürünmüşdü misli-şəmsü hilal. Toxundu könlümə halı o qəmli dilbərin, ah! Bütün bu varlığım oldu kəbidi-atəşgah... Gözümdə çöhreyi-aləm ki pərdədar oldu, Səhabi-hüznlə çeşmim də giryəbar oldu. Bu göy baxışlı gözəldən gəlirdi yaş gözümə – Və damlayırdı o yaşlar yağış kimi üzümə. Səmavi bir mələk idi, məlikeyi-xaki, Yer üstü olsa da cayi, ucaydı əflaki. O hüzni-dilbərə baxdım, baxışlarım yaşdı, Həzin baxışlarım ol ruy ilə qucaqlaşdı. Onun üzündə həzin kölgə vardı nur kimi, Gəzər, dururdu bu yerdə səmavi hur kimi. Gələn-keçən də var idi birər zilal misal, Mənim də çeşmimi parlatdı ol pəriyi-məlal. Gözüm o hüznlə əyləndi, doğdu fikrimə nur, Bu qəmlər ilə bərabər üzündə vardı qürur. Qururu mən sevəməm erkəyin üzündə... əvət, Qürur üçün yaranıbdır cəmali-nisviyyət. Qürur od kimidir erkəyin üzündə, vəli – Sevimlidir o təkəbbür öpərsə bir gözəli. Görüb də qaşları qəmli günəş cəmalında, İki məluli düşündüm onun məlalında. * * * Ulduzlara doğru Dəsti-təsxirində tutmuşkən bəşər dünyaları, Yerləri, mə'dənləri, heyrətfəza dəryaları, Durmadı, çarpışdı, əlləşdi təbiiyyat ilə, Asimanpərvaz olub fəth eylədi balaları. * * * Yol bulur, bir gün uçar, ulduzları təsxir edər, Ən qaranlıq sirri anlar, aləmə təşhir edər, İndi odlar yağdıran təyyareyi-xakinijad – Parlayan bir gün gələr çox göyləri tənvir edər. * * * Nücumi-zahirəyə hakimiyyət etmək üçün – Baxın bu zadeyi-ərzə səmayə pərrandır. Şimal qütbünə fəthə sürür səfineyi-fəth, Cəhanpəsənd bu əzmafərinə şayandır. * * * Nasıl yüksəlməli? (Böyük Tofiq Fikrətə kiçik töhfə) Yüsəlməli, toxunmalı alnın səmalərə, Doymaz bəşər dedikləri qış e'tilalərə. Tofiq Fikrət Yüksəlməli! Fəqət nə ilə, ey böyük ədib? Ey bağını xəzan görərək susmuş əndəlib! Hürriyyətin qanadları lazımdır uçmağa, Yüksəkdən enməyən mədəni yarı qucmağa. Yüksəlməyə təməddünün əflaki-pakinə, Ermək gərək isə səhəri-tabnakinə. Sərbəst pərlər istəyir ol aləmi-bülənd, Bizlərsə hər cəhətdən, əvət, bəndi-dərkəmənd. Əfkarımız əsiri-xürafati-əvvəlin, Azadədir də cəhlimiz, ey şairi-güzin! Övham hürr, hakimi-mütləq bu millətə, Ey nəbzaşina, nə dəva var bu illətə? Nəbzaşina təbibi də sevməz əcəl-qərin, Gəlməkdədir məşamına pis buyi-ənbərin. Çünki məşamı dust deyil buyi-ənbərə, Korkən belə uzatmayır əl gözlü rəhbərə. Kor rəhbər istəyir gözükor, ah, ah, ah! Bədbəxt bilməyir ki, yolunda dəhani-çah. Yol göstərənləri qovuyor gümrəhi-səfil. Səbəb? Çox əsrlər qaranlıq olubdur buna dəlil. Çox əsrdir ki, gözləri olmuş şəbaşina, İndi qaranlığı sanıyor sübhi-rövşənə. Hansı əlacdır ki, kor etdi bu milləti? Hala bilən də olmadımı bu həqiqəti? Bilməm nə gündə bir anamız böylə bir həyat – Doğsun ki, ölsün işte bu Şərqi udan məmat, Yə'ni ki, bir dühayi-xürüşanü ataşin, Yumşalsın odlarilə bu cəm'iyyəti-xəşin. Artıq yetər, yetər, yetər oldu bu halımız, Xurşid pək sönük, sönük işte hilalımız. Alçalmağa bizdə var ikən bu ibtila – Bilməm, nasıl müyəssər olur Şərqə e'tila?! Alçalmağa rəhbər olanlar səmaməqam, İrşadkar bu qövmcə şayani-intiqam. Fikrət, əya Şərqdə yekta doğan düha! İdealı yox bu millətə varmı rəhi-rəha? Əfkarı sırf əzməyə ərbabi-fikrəti, Hala zavallı bilmədi qanuni-fitrəti. E'lani-hərb edən bu qəvanini-aləmə, Də'vətlidir bu ağladıcı bəzmi-matəmə. Gəlsin əzayə milləti-mərhumə, ağlasın, Heç gülməsin də, ayları matəmli saxlasın. Zatən da matəmə bürünübdür həyatımız, Göz yaşları lə həp sulanır kainatımız. Qərbin üzündə xəndə, bizim çeşmimizdə ab, Qərbin həyatı şən də, bizimki yazıq, xərab! * * * Cəhalət zənciri və kor gözlü rəhbər Zənciri-cəhl, məhbəsi-övham içində, ah, – Qalmışlara nasıl görünər fəcri-intibah? Mə'budəsi zülam, pərəstidəsi xəyal, Ən çox pərəstiş etdiyi övhamdır, ləyal. Əsgi libası, kirli həyatı buraxmayır, – Nuri-təcəddüdə yumuyor didə, baxmayır. Kor rəhbəran əlində zimami-həyatə bax. Yüz min quyu üzrə, əməl şəhri çox uzaq. * * * Fikrət! Ey inqilab şairi, tari-rübabının, Tə'siri olmadı nəğəmi-inqilabının – Pənbəbəguşi-fikr olan ərbabi-qəflətə! Fəryadi-intibah isə “lay-lay” bu millətə Ə'sardən bəri öpən ağuşi-qəfləti – Əlbət qolay ayrılmayacaq, çünki türbəti – Çox-çox dərin, çox da qaranlıq məzardır, “Qalxın!” sədası yetməyəcək bir diyardır!.. Ey inqilab şairi, nəğmənlə inlədin! Dünya dəyişdi, əski dimağı atın–dedin! Əski təxəyyülatı, xürafatı gömməli, Növnəsc olan qumaşi-həyatə bürünməli! Əski düşüncə, əski həyatı atın – dedin! Zülmət, ölüm doğan bu yeri parladın – dedin! Üfqi-həyatınızda doğub növrüx aftab, hürriyyətin günəşi. Əfkarınızda gülməli əzhari-inqilab! Yırtılmalı niqabi-xürafat kim, həyat– azad bir həyat – Gülsün! Və toyla, nur ilə dolsun bu kainat – kainatı islamın! Yırtılmalı səhabə, açılsın sabahımız, Dolsun açıq günəşlər ilə şahrahımız! “Əsrin, unutma, bariqələr əsri-feyzidir, Hər ildırımda bir gecə, bir kölgə devrilir! Bir üfqi-e'tila açılır, yüksəlir həyat, Yüksəlməyən düşər, ya təərəqqi, ya inhitat!..” Həp döndü, düşdü nəğməyi-fikrin bütün yerə, Yox ki, qulaq çevrilə gülbangi-rəhbərə! Ey nuri-eyni kor yaşayan əhli-zülmətin! Tari-rübabın ağladı! Fəyyaz fikrətin – Həp saçdı, tökdü ruhü rəvayih həyatinə, Bir xəndə gəlmədi şu rüxi-kainatinə! Hala dodaqlarında nə bir xəndə parlayır, Bax, bax, yenə zavallı bir millət qan ağlayır! Üzlərdə kölgəsi yenə maziyi-müzləmin, Gözlərdə zilli var ələmin, matəmin, qəmin. Aləm geyindi kisveyi-eydi-təbəssümi, Bizlər çıxarmadıq şu əlaməti-matəmi!.. * * * [Şərq ilə Qərbi müqayisə] Məğribdə hikmət əhli izhari-sən'ət eylər, Şəhbali-mə'rifətlə ehrazi-rüf'ət eylər, Elmin səsi uxalmış, e'lani-sətvət eylər, Fənnin rüudu yerdə e'lami-qüvvət eylər, Yerdən göyə uçan səs ifhami-qüdrət eylər, Parlar bu ildırımlar, ehraqi-zülmət eylər, Hər gündə top dəhani ərzi-həqiqət eylər, Məşriqdə qəflət əhli hala xəyalət eylər, Zahid deyir ki, Məğrib icadi-bid'ət eylər, Keçmişdə çox eşitdim bir böylə söhbət eylər: Mö'min odur ki, daim izhari-zillət eylər. Biruh ikən də durmuş xəlqə xitabət eylər: “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Məğribdə cayi-bala ərbabi-hikmətindir, Yüksək olan məvaqe əshabi-fikrətindir, Tə'zimlər o yerdə əhli-fəzilətindir, Qiymətli rütbələr həp əşxasi-sən'ətindir, Ən parlaq ehtiramat cinsi-lətafətindir, Hürriyyəti-nəcibə xəlqin, cəmaətindir. Məşriqdə sədri-məclis timsali-qəflətindir, Şərq aləmində hörmət əhli-cəhalətindin, Ən parlaq ehtiramat ərbabi-zülmətindir. Sözlər də altun olmuş, ərkani-dövlətindir. Bir irsdir xürafat, əhli-fəqahətindir, Vaiz deyir ki, dünya əhli-zəlalətindir, “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Məşriqdə söndürən çox, parlarsa bir ziyakar, Məşriqdə öldürən çox, canlansa bir dühakar, Məşriqdə susduran çox, dil açsa bir rəhakar, Çoxdur qanad qıranlar, pərlənsə bir zəkakar, Məşriqdə xoş görünməz, kim olsa çox fədakar, Əşxasi-namizacə xoş gəlməyir dəvakar, Məşriqdə möhtərəmdir, – əfv eyləyin! – riyakar. Olmuş düçari-təkdir Məşriqdə hər səfakar, Məşriqdə azmı çıxmış ruhaşina, şəfakar? Hala da Şərqin əhli nur əhlinə cəfakar, Ciddən gözəl buyurmuş bir arifi-vəfakar: “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Məğribdə var maarif, Məşriqdə var cəhalət, Məğribdə hürrdür xəlq, Məşriqdə var əsarət, Şərq əhli çox donuqdur, Məğribdə var hərarət, Məğrib işıqlı yerdir, Məşriq zəmini-zülmət, Bizlər dəfini-zülmət. Məğrib cahani-cuşan, Məğrib cahani-himmət, Məğribdə var çalışmaq, Məşriqdə var ətalət. Məşriqdə çox sönükdür idrakü əqlü fikrət, Məğribdə əhli-fikrə qiymət qoyur cəmaət. Qərbin gözü açıqdır, Məğribdə var bəsirət, Kordur desəm əhali Məşriqdə, etmə heyrət! Bax, cameə ləbaləb xabidəgani-qəflət, Vaiz xürafələrdən etməkdədir hekayət, “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Balanişini-Məşriq, yainki canlı saya, Gahi deyir öküzdən, gahi qoşar əsaya, Şərh eyləyir cəhimi çox odlu, ayə-ayə, Şeytan və cinnlərdən eylər uzun hekayə, Döndərdi xəlqi “cinnə”, çıxmaz “mələk” arayə, Atidən əl götürmüş, dönmüş də “həl'ətə”yə. Yox iqtidarı ciddən təfsiri-“vəzzüha”yə. Şəmsi-fünun doğmuş Məğribdəki səmayə, Yoxmu əlaci-şafi zahiddəki əmayə?! Baxdım gözü ağarmış Məşriqdə rəhnümayə, Əqvami-Qərb şariq hakim ikən fəzayə, “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər. Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Şərqin zülam içində mədfunədir bənatı, Şərqin bulutludur həp simayi-kainatı, İştə bunun üçündür göz yaşlıdır həyatı, Qərbin bu gündə parlar göylərdə şə'şəatı, Avropa anlamışdır əlbət rəhi-nicatı, Var çünki əhli-Qərbin yol göstərən dühatı, Qərbin əlində vardır ati üçün bəratı. Məşriqdə rəhnümamız əzbərləmiş sıratı, Yox hissəsi zəkadən, vird eyləmiş zəkatı, Xəlqi cənazə sanmış, daim qılar sələtı, Elmi-həyatı bilməz, tə'lim edər məmatı, Puşidəgani-qəflət tutmuş bütün cihatı, “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Məğribdə çox işıq var, Şərqin ziyası nerdə?! Yüksəlmiş əhli-Məğrib, bax, minbəri-hünərdə, Şərq əhli pərdə yapmış, Qərb əhli yapdı “pər” də, Hala küsuf vardır “Xurşid”i-ləm'əvərdə, Hala xüsuf vardır rüxsareyi-“Qəmər”də, Yoxdur rüxi-“Diləfruz” “Firuzə”də, “Gövhər”də, “Tuti” qəfəs içində, “Ceyran” da damlərdə, “Leyla” ləyal içində, həmşirəsi “Səhər”də, Artıq yetər, deyilmi, rubəndlər “Yetər”də? Dünya behiştə dönsə, same'ləri füsürdə, Ey xəlqi-zirpaya, bir bax nə var zəbərdə: “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Məşriqdə həbs edilmiş Yusif deyil, Züleyxa, Məhbəsdədir “Pəri”lər, “Hurilər” ilə “Tuba”, Solmuş əsarət ilə “Cənnət” ilə “Gülara”, Dönmüş xəzanə “Gülrux”, solmuş “Baharü” “Ziba”, “Gülgəz” həmişə ağlar, gülməz cəmali – “Səlma”, “Səyyarə” dam içində, ən canlı bir müəmma?!” Qalmış behiştə həsrət, adəm deyilmi “Həvva”?! Yox asimani-rüf'ət, düşmüş yerə “Süreyya”, Ey zahid, ey mübarək! Yek ləhzə didə begüşa! Bengər beçəşmi-insaf, kon Qərbrə təmaşa! Qəd əsrəqət minəl-Qərb, əşşəmsü vəzzühaha. Ey rəhnümayi-Məşriq! Ma dər ləyali-zülma! Şərqin nəcib ədibi Yusif gözəl deyir ya: “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * “Səyyarə” durdurulmuş, ziddi-təbiət iştə, “Ülkər”, “Sitarə”, “Zöhrə”, “Zəhra”la “Zinət” iştə, Səyyarə sabit olmaz, afaqi-xilqət iştə, Qanuni-ləyazali fəyyazi-fitrət iştə, Qərb əhli Şərqə söylər: xəsmi-həqiqət iştə, Bizdə hanı “Nəzakət”? Küskün “Nəcabət” iştə, Yüksəkmi atiyi-Şərq? Əhvali-“Rüf'ət” iştə, Parlaq yanaqlı “Göyçək” şayani-zülmət iştə, Var ahı, yox günahı, “Mə'sumə”, “İsmət” iştə, Biz söyləriz: “Əzizə” bir canlı zillət iştə, Bizlərdə çox bol ikən möhnətlə zəhmət iştə Cənnətfürüşi-bihuş söylər ki, rəhmət iştə, Gir cameə, gözəl bax, əshabi-cənnət iştə: “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Kərbi-bəladı Məşriq, “Zeynəb”, “Səkinə” nalan, Matəmli “Şahcahan”lar, həp “Səltənət” pərişan, Duzəx içində qalmış “Huri”, “Nəimə Sultan”. “Şirin”ə təlxdir həp abi-həyati-dövran, “Güllər” də xakə düşmüş, bərbaddır “Gülüstan”, Solğun yanaqlı durmuş, bax, “Gülüzar”ü “Reyhan”, “Azadə”lər əsirə, “Şayistə” zülmə şayan, “Dilşad” hüznpərvər, qəmlər içində “Şadan”, Bədbəxtdir “Səadət”, titrər bu halə vicdan, Qalmış “Maral” vəhşi, “Nazəndə”lər girizan, Məşriq “Sitarə”sizdir, sönmüşmü “Xavər”istan?! Təqvanümayi-ə'ma əfsanəguyi-tufan, “Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər, Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”. * * * Meydani-hərb xatirələrimdən Tutmuşdu topun səsləri afaqü səmayı, Enməkdə idi yerlərə əhzari-şitayı. Bir yanda od ilə dəmirin yağmuru vardı, Göydən yerə su, qarlara dönmüşdü, yağardı. Dağlar, təpələr örtülü durmuşdu kəfəndə, Matəm səsi uçmaqda idi Karpat elində. Top səsləri eylər kimi matəmləri e'lan, Ataşlə ölümdür bu yerə sahibi-fərman. Bir məqbəri-barid kimi durmuşdu mühitat, Puşidə kəfənlər ediyordu bunu isbat. Guya ki, soyuq məqbər içindəydi həyatım, Lakin yaşayırdı qələmimdə nəğəmatım. Qanuni-mübinində yenə dəhri-kühənsal, Qış gəldiyiçün etmədədir qarını irsal. Fərdayi-şitadə gülcəkdir yenə gülşən, Torpaq qucağı olsa da insanlara mədfən. Qış, yay və bahar həm gedəcək, həm gələcəkdir, Güllər yenə əhmər dodağilə gülcəkdir. Bülbül ötəcək, gül gülcək, parlayacaqdır, Ənhar axacaq, səslənəcək, çağlayacaqdır. Ulduzla günəş, ay yenə arayişi-əflak, Əvvəlki yerində yenə də xaki-siyəhnak. Göylər yenə üslubi-qədimində dirəxşan, Ulduzları həp şəm'eyi-ülviyyəti-taban. Yoxluqdakılar göz yumulu xakın içində, Rüxsarı-kəvakib açıq əflakın içində. Qaliça * * * Ulduzlu bir gecədə müharibə tamaşası və “Şahnamə” şairi-ziiqtidarını xatırlamaq Müharibə mənzərələrindən Uxalmış göyə yerdən əhəngi-cəng, Səmavatə bəxş eyləyir rəng cəng. Raket pərtövəndazi-afaq olur, Parıldar, ziyasazi-afaq olur. Göyün ulduzundan daha şəbfüruz, Atıldıqca olmaqdadır leyl ruz. Onun arxasınca qiyamətnümun Cəhənnəm saçar əjdərani-fünun. Bu toplar atıldıqca fövqəttürab, Hava atəşə eyləyir inqilab. Sütunlar nümayan olur od kimi, Deşirlərdi, guya ki, qəlbi-şəbi. Gəhi od, alovlar nümudar olur, Gəhi üfq mir'ati-ənvar olur. Nə hikmətli şeydir bu atəşfəşan, Gecə gündüz olmuş günəş doğmadan. Bu bir cəngdir cəngi-fövqəlxəyal, Top atəşzəbandır, təbiət də lal. Əgər varsa göylərdə müdrik diri, Təməşayə çıxmış deməkdir yeri. Fəsahət bugün top sədasındadır, Zəfər elmü fənnin ziyasındadır. Bəlağət qılınclarda, xəncərdədir, Təlaqət ləbi-tiği... Dələn sözdür, iştə, tüfəngin sözü, Nasıl odludur, bax da, cəngin sözü! Kəsən söz süyufun dəhanındadır, Miləl sanki son imtahanındadır. Əvət, odlu topdur ki, əhənvücud, Bu atəş hüzurunda haq zisücud. Demək, haqdır atəşpərəstan rəhi, Pərəstişgəh etmiş də atəşgəhi. Cəhənnəm bu gün hakimi-xakdan, Yarın bəlkə cənnət olur hökmran. Zəfər, qalibiyyət bu gündə tamam Odur qüvvətindədürür, vəssalam! Deyildir bu qövğayi-Turanzəmin, Bu cəngi-fünundur, cəhimafərin. Deyildir bu qövğayi-Əfrasiyab, Bu bir cəngdir, cəngi-aləmxərab. Bunu görməmiş Rüstəmi-filtən. Bu bir cəngdir, meyveyi-elmü fən. Deyildir bu qövğayi-divi-səfid, Topun səsləri der ki, “həl min məzid”. Xəyalatdır əjdəri-həftsər, Həqiqət odur tupi-dəhşətəsər. Yaxar varlığı, yoxluq icad edər, Həyatı yıxar, mövti abad edər. Məzarın səsi yoxmudur? Dinlə, var. Topun səsləri həp sədayi-məzar. Nə səslərdir, o, mövti-əhmərmidir – Və ya inki avazi-məqbərmidir? Ləhim düzəxəfşanıdır topların Səsi matəm e'lan edər topların. Yenə əski tərzindədir kainat, Yenə köhnə xislətdədir zihəyat. Təbii, demək, hərbü zəri-bəşər. Bəşər, yə'ni dünyadə xəllaqi-şər. Təbii deməkdir vuruş xakdə, Dənizdə, həvalərdə, əflakdə. Nə yerdə yeri varsa, vardır cidal, Cahanlar bütün səhneyi-ixtilal. Deyil ixtilal aləmi bir türab, Əvalim bütün saheyi-inqilab. Qəvi acizi eyləyir payimal, Həqiqət budur, başqa sözlər xəyal. Zəfəryab olan ali, məğlub dun, Gülər qalibin çeşmi, ağlar zəbun. Yıxılmışda qəm var, yıxanda sürur, Yaşar vəchi-aləmdə zilli-qürur. * * * Dilək ölməz Yüksək dilək, ay dilək, Aydın dilək “ay” dilək, Yolçuyuz, yol üstünə, – İşığını yay, dilək. * * * Parlaq dilək, ay dilək, Gözlərdən də bay dilək. Sansız işıqlarından Millət alır pay, dilək. * * * Səninlə gözlər gülər, Alınlar, üzlər gülər. Hansı dodağa qonsan, Ağızda sözlər gülər. * * * Bir külfətin içində, Sənsən işıqlı xəndə. Adın “təbəssüm” olmuş, Xoşbəxt olan dəhəndə. * * * Xəstələrə səhhətsən, Gücsüzlərə qüvvətsən. Dünya cəhənnəm olsa, Sən özün də cənnətsən. * * * Dirilik zəhmətlidir, Çox da mərarətlidir. Həqiqət aləmində Xəyalın ləzzətlidir. * * * Bu ağır yük çəkilməz, Şu acılar içilməz. Sənsiz, a parlaq dilək, Qaranlıqlar keçilməz. * * * Yol göstərən ay dilək, Nicatın özü sənsən. Yaşamağı sevdirən – Sözümün düzü sənsən. * * * Dirilik qararanda, Onun gündüzü sənsən. Biz ağlardıq həmişə, Güldürən bizi sənsən. * * * Qaranlıqların iştə – İşıq ulduzu sənsən. Yerdə səadət varsa, Şəksiz ki, izi sənsən. * * * Mə'yus olma, amandır, Mə'yus olmaq yamandır. Qorxaq diləksiz yaşar, Millətim qəhrəmandır. Qorodinka, 14 iyul * * * Qış günlərində odlu fəğanlar Həmişə yaxşılıq baş verməli insan olanlardan, Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan. “Cahanda ölməyən bir yaxşılıqdır!” Çox gözəl bir söz Gələnlər həp gedərlər aləmə mehman olanlardan. Eşitməklik gərəkdir söhbəti-yarani-ürfanı, Ziyan gəlməz ki, pəndhayizi-ürfan olanlardan. Zügürdün halına rəhm eyləmək çox yaxşı xislətdir, Qənilik aləmində zati-alişan olanlardan. Həmiyyət lafını vurmaq qolay, icrası müşküldür, Həmiyyət baş verər vicdanları rəxşan olanlardan. Bir əldən yaxşı iş gəlmək ki mümkündür, gərək silsin – Axan göz yaşların öz bəxtinə giryan olanlardan. Geyim verməkliyə varkən gücü dövlətli bir şəxsin – Gərək dəf' eyləsin çılpaqlığı üryan olanlardan. Çörək verməkliyə imkanı varkən əhli-iqbalın – Neçin dəf' etməyir cu'u o bəddövran olanlardan?! Məişət aləmində alihimmətlər uzaq durmaz – Səfalət odlarilə qovrulub suzan olanlardan. Sıcaq evlər içində bəslənənlər olmasın qafil – Soyuq torpaqlar üstündə təni lərzan olanlardan. İşıqlı ömr edən xoşbəxtlər də agah olsunlar – Qaranlıq guşələrdə başları rizan olanlardan. Şu məğrur əhli-sərvətlər bir az barı qızarsınlar – O matəm ellərində dilləri al-qan olanlardan. İmarətlər içində əyləşənlər bir utansınlar – Yeri, yurdu, yuvası xak ilə yeksan olanlardan. Yatanlar varsa, dursunlar, göz açsınlar, oyansınlar, Fəğanü əl'əmanü kütleyi-hirman olanlardan. Gülən üzlər, dodaqlar gülməsinlər, bir dayansınlar, Utanmaqlıq gərəkdir ruyu naxəndan olanlardan. Bu gündə duyğusuz canlar gərəkdir duyğulansınlar, Uzaqda durmasınlar halına nalan olanlardan. Bu gündə əhli-qeyrətlər gərəkdir dalğalansınlar, Girizan olmasınlar qəmləri ümman olanlardan!.. Bu gündə canlı məqsədlə gərəkdir ruhlansınlar, Eşitsinlər fəğanı yurdu qəbristan olanlardan!.. Nədir milli məhəbbət qanmayanlarmız da qansınlar, Səxanı kəsməsinlər bir sürü binan olanlardan. Gərəkdir sinələr milli həmiyyətlə qabarsınlar, Gərəkdir sinələr milli həmiyyətlə qabarsınlar, Çalışsınlar xilasə qərğeyi-tufan olanlardan. Əgər zənginlər istərlərsə parlaq ad qazansınlar, Yapışsınlar yədi pabəsteyi-xüsran olanlardan. Bu gündə xaneyi-iqbalı abadan olanlar həp – Nəzər döndərməsinlər taleyi viran olanlardan. Bu gündə qafil olmaq çox böyük milli cinayətdir – Müsibət çöllərində aclığa qurban olanlardan! Sən, ey qeyrətli türk oğlu! Sən, ey nəsli-kərəmpərvər! Driği-himmət etmə şəfqətə şayan olanlardan!!! Proskurov, 16 yanvar * * * Acı həqiqətlər qarşısında dadlı xatirələr Çox bağırdıq ki, nisanın da böyük xidməti var, Rolu var, qulluğu var, güclü əhəmiyyəti var. Çox bağırdıq ki, qadınlar da işıqlansınlar, Dirilik aləmini anlayaraq qansınlar. Çox bağırdıq ki, qaranlıqda qalırsa nisvan, – Gələcək aləmimiz olmayacaqdır taban. Bir işıqlı dirilik sizlər üçün lazım isə, – Salmayın cinsi-lətifi o qaranlıq qəfəsə. Çox bağırdıq ki, xanımlarda da ürfan olsun, Mə'rifət nuri ilə canları rəxşan olsun. Dirilik aləminə ər kimi çıxsın nisvan, Bunu fəhm etməmişik, sonrası qayətdə yaman. Çıxıb onlar da bu dünya işığın görsünlər, Aləmi anlayaraq yaxşı ömür sürsünlər. Çox bağırdıq qadının qiymətini anlayalım, Hörmət istərsək əgər, hörmətini anlayalım. Qadın alçaqda yaşarsa kişi ali olmaz, Şübhə yoxdur ki, qadınsız da təali olmaz. Çox bağırdıq ki, gəlin düşməni-nur olmayalım, Dirilik yollarını görməli, kur olmayalım. Erkəyin xidməti varsa, qadının da işi var, Yurdumuzda bunu qanmış əcəba qaç kişi var? Çox bağırdıq ki, qadın valideyi-millətdir, Ana bədbəxtliyi oğlu üçün zillətdir. Necə razı olur övlad ananın zillətinə, Ya nasıl əngəl olur da ana hürriyyətinə? Daima zülmətə məhkum isə mədərlərimiz, – Pərtəvəfruzi-təkamül ola bilməz fərimiz. Çox bağırdıq, az idi dinləyən avazımızı, Susduran pək çox idi nəğmeyi-iqazımızı. Çox bağırdıq tələbi-vəqtə itaət edəlim, Qəflətə batmayalım, dərki-həqiqət edəlim. Anlamış olduğumuz hikmətı təkrar etdik, Əlimizdən gələni millətə iş'ar etdik. Anlamışdıq gələcəkdə qadının xidmətini, Biaman vəqt də anlatdı əhəmiyyətini. Fikrimiz doğru imiş ki, onu canlatdı zaman, Çox acı təcrübələr bizlərə anlatdı zaman. Şimdi vəqt anladıyor ki, qadının xidmətini, Bu vəzaifini, dünyadə əhəmiyyətini. Çox çətinləşdi bu günlər yaşamaq dünyadə, Daha müşküləşəcək bilməliyiz fərdadə. Dirilik şeyləri gündən-günə olmaqda baha, Neyləsinlər bu zamanlar qadınlar əcəba? Ya nə yapsın bu gün evlərdə qalan örtülülər, Başqa tə'bir ilə yə'ni ki, o canlı ölülər? Təninin nisfi məəttəl yaşayanlar, heyhat, Görəməzlər yerin üstündə ki bir dadlı həyat!.. Proskurov, 21 yanvar * * * Əməl Əməl bir nurdur, yə's isə bənzər tibq zülmətə, Bu oylə bir həqiqətdir ki, hacət yoxdur isbatə. Əməl bir şö'lədir, parlar həyatın rəhgüzarında, Ölənlər beylə ümmid ilə yatmışdır məzarında. Əvət, mövtada vardır arizuyi-nəş'ətül-üxra, Dilək ölməz deməkdir, ölməyən bir ruhdur zira. Dirilik arizusilə ölür öldükdə millətlər, İnanmışdır buna dünyadakı əhli-həqiqətlər. Ölənlər, öldürənlər həp bu məqsədlə mübarizdir, Bu qanuni-təbiətdir, bütün aləmdə barizdir. Bütün meydani-hərbü zərbdir yerlər, sular, göylər, Bu qövğayi-təbiidə müzaffərdir əməlpərvər. Zəfəryab olmaq üçün saheyi-qövğayi-fitrətdə, Əməllərlə müsəlləh olmalı ərzi-həqiqətdə. Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb. Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp. * * * Əməlsiz bənzəyir bədbəxt olan biçarə ə'mayə, Yaşar, dərk eyləməz neyçün də gəlmişdir bu dünyaya. Günəşdən bir sıcaqlıq hiss edər əndamı ə'manın – Və lakin nurunu görməz o, şəmsi-aləmaranın. Həyatın rəngini, ahəngini bilməz ki, nabina, Onun indində zülmətdir bütün dünya, bütün əşya. İşıqlar parladan yer, göy onun hissincə həp şəbdir, O bilməz eylə bir göy var ki, aydındır, mükövkəbdir. Qəmərlərdən, səhərlərdən, bütün fərdən əbəd məhrum, Təbiət aləmində çox həqiqət onca namə'lum. Mələklərdən, çiçəklərdən, diləklərdən xəbərsizdir, Sözün ən doğrusu, kor ömr sürməklik səmərsizdir. Korun pişində çirkinlik, gözəllik həp bərabərdir, Demək, məfkurəsiz millətlə gözsüzlər bərabərdir. Korun sönmüş gözü varsa, onun da sönmüş amalı, Diləksiz millətin yoxdur, əmin ol, parlaq iqbalı. Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb, Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp. * * * Dilək nurani bir candır, həyatəfruzi-millətdir, Onun ziddi olan yə's, işte, ruhani bir illətdir. Əməl ölməz, əməl bir ruhdur ki, hər zaman zində, O bir parlaq işıqdır asimani-canda tabəndə. Əməl ölməz, əməl sönməz, əməl fəyyazi-aləmdir, Əməl bir rəhbəri-xoşbəxtiyi-övladi-adəmdir. Əməl ruhani cənnətdir, onun ziddi cəhənnəmdir, Əməlsizlər üçün dünya qaranlıq saheyi-qəmdir. Həyati-kainatın rəhnümayi-feyzi-imranı, Qaranlıq bir biyabanın əməldir nəcmi-rəxşanı. Yolun azmışlara yol göstərən bir nəcmi-tabandır, O ulduz yox olursa, yer qaranlıq bir biyabandır. * * * Qaranlıq bir ova təsvir edin, səssiz, sədasızdır, Bulutlanmış üfüqlər, göy üzü fərsiz, ziyasızdır. Gecə bəsti-cinahi zülmət etmişdir tamamilə, Qüluba qorxular salmaqdadır müdhiş zülamilə. Bürünmüş hər tərəf vəhşilərə, xəşyətli zülmətə, Dumanlar hakim olmuşlar tamamilə mühitatə. Zəmin səssiz, səma fərsiz, gecə həp lali-mütləqdir, Təbii, boylə çöldən qorxu tapmaqlıq mühəqqəqdir. Qaranlıq çox dərindir, qorxular sərpəkdədir balə, Bulut, sis çox qalındır, baxdınızmı bu şəbi-lalə? Xəyalən seyr edin, bu çöldə yol azmış bir insan var, Gözilə cüstcü etməkdədir ətrafdan ənvar. Deyirlər: göz gözü görməz, bu çöl eynən o halətdə, Zavallı yolçu azmış, qalmış avarə bu zülmətdə. Qaranlıq hər tərəfdən könlünü etməkdədir təhdid, Nə bir səs var bu səhradə, nə də bir şö'leyi-ümmid. Bütün övhamı canlanmış birər əsrar şəklində. Hücum etməkdədirlər yolçuya xunxar şəklində. Zavallı yolçu netsin, neyləsin, zülmətdə qalmışdır, Mədədrəs yox, işıq yox, vadiyi-xəşyətdə qalmışdır. Əgər mə'yus olursa, qurtuluş yoxdur həlakətdən, Əməldir qurtaran hər şəxsi səhrayi-fəlakətdən. Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb, Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp. * * * Əməl ulduz kimi parlarsa gümrahın nigahında, İşıqlı yol açılmışdır o dəmdə pişgahında. Əməl zülmət içində bir işıqdır, qəlbə qüvvətdir, Bunu fəhm eyləyən, şəksiz ki, rəhyabi-sələmətdir. Əvət, millət də eynən şəxsə bənzər rəhgüzarında, Gərək olsun həmişə bir ziyanın intizarında. Əvət, millət bu gündə bilgi şəhrahında azimdir Və lakin məqsədə ermək üçün çox sə'y lazımdır. Əməl yol göstərən parlaq işıqdır, yolçudur millət, Onu qorxutmaz, əlbət, yolları tutmuş olan zülmət. Qovar zülmətləri, əngəlləri sə'y ilə rahından, Dönər zənn etməyin millət təriqi-intibahından. Əməlsiz fərd ya əfrad üçün yoxdur ki, istiqbal, Əməldir yapdıran atiləri görmək üçün şəhbal. Əvət, məfkurəli millət ucalmış səmti-əflakə, Səmavi bir baxışla baxmaqda əflakdən xakə. Cahanda olmasaydı əhli-ərzin yüksək amalı, Ucalmazdı göyə yer oğlunun şəhbali-iqbalı. Əməl məhsuludur pərvaz edən təyyarə şəklində, Ucalmışdır göyə yerdən uçan səyyarə şəklində. Evin başlanması başdan deyil, əvvəl təməldəndir, Göyə uçmaq da oylə, ən təməlli bir əməldəndir. Həyatı anladan, aydınladan bir mə'nəvi kövkəb, Cahanı şənlədən, rövşənlədən nəcmi-əməldir həp. Proskurov * * * Bəşər Bəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır, Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır. Dimağın bir xəzinə, yə'ni bir gəncineyi-əfkar, Tükənməz, bitməz, işte bitsə də, bitməz olan əbhar! Sənin sən'ətlərin ciddən tənahinapəziradır, Sənin nami-büləndin, ey bəşər, ülviyyətaradır. Kiçik bir varlığın vardır, böyükdür lakin idrakın, O göylərdən də yüksəkdir sənin ruhani əflakın. Dənizdə torpağı minqadi-fərman eylədin, indi – O yüksək göylərə açmaqdasan şəhbali-ümmidi. Sənin məfkurən, ey insan, demək ki, sığmayır xakə, Onun üçün də çıxmışsan şücaət ilə əflakə. Yeri, dəryanı, təsxir eyləmişdin, indi var balın, Əvət, bundan da yüksəkdir sənin şəhbali-iqbalın. Təkamülyabi-fikr olduqca, ey səyyari-cür'ətkar, Təbiət sinəsində indilik məstur olan əsrar – Birər ərzi-cəmal eylər, çıxarlar səhni-dünyayə Olursan hakimi-mütləq təmamən ruhi-əşyayə. Proskurov * * * Vaxtın səsi və həyatın sözü Elmin, hünərin, mə'rifətin varsa, buyur gəl, Yoxsa, bu həyat aləmində olma bir əngəl! Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan, Bədbəxt yaşar torpağın üstündəki nadan. Sahib olacaq yerlərə qüvvətli, əmin ol, Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol! Laf ilə təraqqi olamaz, sözlə də sərvət, Bilgiylə olur, bilməlidir, sərvətü qüvvət. Ehrazi-məratib olamaz cəhl ilə, bir qan, “Həlyəstəvi” e'lan ediyor həzrəti-“fürqan”. Nur ilə qaranlıq ola bilməz ki, bərabər, Əlbət, olacaq gözlü olan korlara rəhbər. Kor olma, cahan zülmət olur ki, nəzərində, Çahi görəməzsən, a yazıq, rəhgüzərində. Şəksiz, düşəcəksən quyuya, ey gözü ə'ma, Möhtaci-tədavisən, əya milləti-zülmə. Möhtaci-təbabətsən, inan, ey gözü fərsiz, Ömrün keçəcək boylə nəzərlərlə zəfərsiz. Əlbət ki, həyatın keçəcək həpsi bəhərsiz, Ey zülmət içində qalan, ey ömrü səhərsiz! Şəmsin, qəmərin nolduğunu bilməyəcəksən, Güllər güləcək, ah ki, sən gülməyəcəksən! Dərk etməyəcəksən şu işıq üzlü nəhari, Sən görməyəcəksən, a yazıq, rəngi-bahari. Sən görməyəcəksən yerin üstündə nədir hur, Bir nimnigəhlə ediyor dilləri məshur. Bir hur ki, can bəxş ediyor mürdədilanə, Tabi-rüxü fər vermədə əfsürdədilanə. Sən görməyəcəksən yerin üstündə “mələk” var, Yox səndə onu görmək üçün dideyi-nəvvar. İstərsən əgər görməyə cənnati-həyati, Korluqla keçirmək nəçin anati-həyati? İştə yaşamaq haqqına haizdir o kütlə – Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə. Bundan belə dünya böyük ürfanlı ər istər, Sən də yaşamaq istər isən, bilgini göstər! Bakı, 9 kanuni-sani (noyabr) * * * Ayrılıq dəqiqələri Əsgərlər hərbə gedərkən Ağlayan gözlər, ağlanan sima, Doludur rəhgüzari-qövğadə. Ağlayırmış kimi üyuni-səma, Qətrələr var vücuhi-səhradə. Yaşlı gözlərdə var məlali-kəbut, Nə həzin ləm'eyi-lətafətdir! Gözlərim eyləyir şu hüznə sücud, Hüzn şayisteyi-ibadətdir. Qəmli bir izdiham cuşacuş, Oxunur çöhrələrdə ayeyi-hüzn. Dilləri naladar, dil xamuş, Parlayır gözlərində sayeyi-hüzn. Çoxunun gözlərində əşki-fəraq, Der idim: işte şe'ri-mə'nidar... Əbri-puş idi çöhreyi-afaq, Matəmə batmış idi sanki nəhar!. Bir qadın durmuş idi bir yanda, Canlı bir lövheyi-lətafət idi. Qaldı çeşmim o hüzni-tabanda, Doğrudan çox gözəl bir afət idi... Gözlərində dururdu: giryeyi-lal, Yanağı kölgəliydi, qəmli idi. Üzünü öpmədə zilali-məlal, Könlü ateşli, çeşmi nəmli idi. Mən də bir qəm oleydim işte dedim, Bus edəydim o ruyi-dilbərdən. Bəxtli qəm qonub behiştə dedim, Öpüyor ruhi-hurmənzərdən. Bakı * * * Bədbəxt kor çocuq Karpat xatirələrindən Dünya üzünə gəldiyi hala iki ildir, Yer, göy nasıl imiş buna agah deyildir. Parlaq günəşindən deyil agah səmanın, Gündüzləri də həp gecədir tifli-əmanın. Göylərdə qəmər, yerdə səhərlər yaşar, əmma – Ənvar nədir anlamayır kudəki-ə'ma. Bir cift işıqdan belə məhrum o bədbəxt, Dünya ona başdan-başa bir lövheyi-zülmət. Cismi diridir, gözləri ölmüş də, ağarmış, Çeşmanı bəyazdır, ona aləm də qararmış. Dərpərdədir onca bütün aləmdəki əşya, Görməz ki, nədir şamü səhər, pəst ilə bala. Çünki iki çeşmi duruyor zülməti havi, Hər şey ona müzlim, ona hər şey də müsavi. Bilməz necədir ruyi-pədər, çöhreyi-xahər. Bədbəxt çocuq həsrəti-rüxsareyi-madər, Birdir nəzərində bütün afaqü səmavat. Bir rəngi-siyəh anlayır, işte o da zülmat. Gözsüzlər ilə gözlülər olmaz ki, bərabər. Zindəylə bərabər ola bilməz ki, ölənlər!.. Şəhrahi-həyati görəməz kur olan insan, Kur olmayalım, istər isək ömri-dirəxşan... * * * Qürbət ellərdə yadi-vətən Karpatda ikən Karpatın dağları nigahımda – Dursa dursun da pişgahımda – Könlümün gözləri sənə baxıyor, Dodağım mədhini sənə oxuyor. Karpat üstündəyəm, fəqət üzümü, Könlümü, ruhumu, iki gözümü Daima döndərib də səmtinə mən, Oluram sacidin, a şanlı vətən! Qibləgahi-rahi-nigahimsən, Ey vətən, ülvi səcdəgahımsən. Sənə bir xidmət eyləsəm, a vətən, Şu həyatımda bəxtiyarəm mən. Ey vətən, sən özün də mədəri-can, Sənə layiq pərəstişi-vicdan. O beşlik ki, bizi qucaqlardı, Səndə nabit olan ağacdan idi. Yaşa, ey şanlı yurdumuz, əbədi! Məhdimiz, ləhdimiz, qəzamizsən, Xüldzari-fərəhfəzamızsən. Pərvərişyabi-ne'mətin oluruz, Sonda mədfuni-türbətin oluruz. Tənim olsun dəfin xakında, O gözəl xaki-tabnakında, Race' olsun sənə bu qəlb, bu tən, Mətlə'i-şəms olan ziyalı vətən. Ünsürün ünsüri-şücaətdir, Bu sözüm doğrudur, həqiqətdir. İşte tarixlər də anlatıyor, Ya nasıl Qafqaz irqi şanlatıyor: Ey bizə saheyi-həyat vətən, Səndə doğmuş bu qəlbü can, bu bədən. Sənsən işte bu cismə nəş'ətgah. Sənə mə'tufdur həmişə nigah. Cənnət olsa bütün yer üstü yenə, Bizə lazım o səndəki sinə. Çünki aşiq sənə təbiətimiz, Sənsən aramgahi-xilqətimiz. Ən gözəl cənnətim mənim vətənim, Mayeyi-ruhü mayeyi-bədənim. Karpat üstündəyəm, könül səndə, Sevdiyim qönçə səndə, gül səndə, Ən gözəl çöhrələr qucağında, Canlı güllər yaşar o bağında. Xaki-pakında hurilər yaşayır, Şəkli-insanda hurilər yaşayır. Cismlənmiş gözəl-gözəl ərvah, Səndədir həp bədayei-əlvah Kuhi-Qaf işte Qafqazın dağıdır, Cənnət işte bu Qafqazın bağıdır, Anladım doğrudan nədir huri: Qafqazın düxtərani-məsturi. Şübhə yoxdur, şu örtü də yanacaq. Onu yaxmaqlığa gərək qanacaq. Cəhl əliylə urulmuş o rubənd, Bilgi hazır edər o cəhlə kəmənd. * * * Qafqaz, ey sevgili, gözəl mədər! Fitrətən çox dəyərli, çox dilbər! Ey vətən, ey zəmini-pürqiymət, Qucağındır həqiqətən cənnət. Dağların sərbülənd, sərbəsəma, Pək gözəldir o səndəki sima. Ey zəmini-behişt olan Qafqaz, Yer üzündə yegənə bir almaz. Mə'dənin, mənbəin, füyuzun var, Hələ bakir qalan künuzun var. Göylərin pak, yerlərin fəyyaz. Mö'tədildir havaların qış-yaz. Xameyi-qüdrətin gözəl əsəri, Məxzəni-fitrətin işıq gühəri. Axıyor hər yerində abi-həyat. Nurlu Qafqaz! Nə yerdədir zülmat?! Dağlarındır mənabei-ənhzar, Bağlarındır səhaifi-əzhar! Ərimiş bir gümüş kimi abın, Şe'rzadır ləyali-məhtabın! Lövheyi-dilfürüzi-dünyasan, Sən təbiət yerində hüsnəsan! Sən ki, ənmuzici-lətafətsən, Mənbei-rövnəqü təravətsən! Çox gözəldir baharın, əzharın! Səni dərk etməyir sənin yarın. Ey olan həmvisalı əğyarın! Sübhi vardır bu leyleyi-tarın. Səni bir gün çocuqların biləcək – İşte bir söz ki, doğrudur, gərçək. Hələ cahildir, ah, evladın, Çox da ənvərdir əhli-irşadın. Səni görməkliyə nəzər lazım, Səni idrak üçün də sər lazım. Hələ bizlərdə yox o sər, o nəzər, Bizə sən küskün olma, ey mədər! Ey vətən, ey beşik həyatım üçün, Yenə sən aç qucaq məmatım üçün! Mədfənim səndə, məqbərim səndə, Öləyim səndə, son yerim səndə – Olsun, ey mədəri-müqəddəsü pak, Qucağında qucaqlasın məni xak. Tənimi bəslədin, böyütdün sən, Qucağında gözəl isitdin sən. Əmdiyim südlə, içdiyim suyu mən – Borcluyam həp sənə, sevimli vətən! Olmuşam ne'mətinlə pərvərdə, Unudulmaz hüquqi-mədər də. Qucağın bəsləyən şu evdalın – İstəyir parlasın gözəl adın. Səni parlatmağın təriqini mən – Anlayıb bilmişəm, zavallı vətən! Ən böyük xidmət istəyirsən, ana, Bunu çoxdan düşünmüşəm rə'na. İşte sinən məadini-sərvət, Səndə çoxdur xəzaini-ne'mət. Örtü altındadır xəzinələrin, Həp qaranlıqdadır dəfinələrin. Səndə pək çox təbii sərvət var. Bizdə də bilgi yox, cəhalət var. Cəhlimiz çox, kəmalımız yoxdur. Uçmağa şəhbalımız yoxdur. Seyr üçün asimani-ürfani, Görməyə kainati-rəxşani – Pərü bali-kəmal lazım, ana, Anlamışdır bunu əzim, ana! Ey vətən! Səndəki füyuzatı, Səndə mövcud olan künuzatı – Əldə etməkliyə kəmal gərək, Yüksəlişçin də pərrü bal gərək. Ey vətən, ey zəminlərin gözəli, Mislini görmədim cahan gözəli! Yerlərin cənnəti mənim vətənim, Fərzdir xidmətin ölünçə tənim. Səni sevmək təbii imanım, Ey mənim qiblegahi-vicdanım! * * * Qürbət ellər əgərçi oldu yerim, Sənə aid bütün düşüncələrim, Ey məni bəsləyən çəmənzarım, Ey xəyali-rəfiqi-əfkarım. Karpat üstündəyəm, könül səndə, Tairi-dil o gülşən üstündə. Sən yuvam, laneyi-həyatımsan, Bağizari-tərənnümatımsan. Məni şair doğan anam səndə, Əbədiyyət məzarı sinəndə. Çox uzaq olsa da, bu tən səndən, Könlüm ayrılmayır, vətən, səndən. Dustlər səndə, səndə yaranım, Ey mənim aşiyani-zişanım! Sənsən öz oğlunu qucaqda tutan, Bəsləmək üçün əkməyin yaradan – Və açan süfrəni həyatı üçün, Qucağın son yeri məmatı üçün. Ey xəzanı gözümdə fəsli-bahar, Ey gözəl torpaq, ey sevimli diyar! Sən kitabi-türab içində nəsən, Ey gözəl parça, qit'eyi-əhsən! Hüsnlər qaynayır zəmin indən, Mənbei-hüsnsən, a şanlı vətən! Dağların ziqürürü pürəzəmət, Eyləyir ərz çöhrəyü qamət. Yüksələnlərdə var qürüri-vücuh, İstəyir adəm olsun, istəsə kuh. Gözəlin, yüksəyin təbiətidir – Kibr satmaq həmişə adətidir. Sən də, ey kuhi-zişükuhi-vətən, Həm gözəlsən və həm də yüksəksən. Yakışır cisminə böyük əzəmət, Ey uca boylu, heykəli-qüdrət. Çünki var səndə qaməti-bala, Ziqürür olmağın deyil bica. Ey vətən, ey zəmini-müstəsna, Sən gözəlsən, fəqət ki, biz ə'ma, Açılanda üyuni-əhli-vətən, Görəcəklər ki, sən nə dilbərsən. Şəhri-Ensteri * * * Aydınlıq bir gecədə təfəkkür dəqiqələri Bir sür'əti-bərqiyyə ilə xaneyi-səyyar – Getməkdə idi... mən dəxi müstəğrəqi-əfkar, Müstəğrəqi-əfkar olaraq səmti-şimalə – Sür'ətlə rəvan, Şərqdə də qibleyi-dildar. Yoldaşları dərk etmiş idim dərkdən azad, Öz fikrim idi kəndimə bu yolda fəqət yar. Dirsək verərək pəncərəyə, fikrə cünudə, Ən yüksək əvalimdə idi fikrəti-təyyar. Çılpaqdı bulutdan, üzü parlaqdı səmanın, Ay doğmuş idi, yerləri etmişdi ziyadar. Hüsni-əzəlisində parıldardı kəvakib, Hala da cavan qız kimi bu biveyi-qəddar. Ay çıxmış, o hüsn ilə mükövkəbdi səmavat, Göy dilbəri, yə'ni o qəmər cazibül-ənzar. Titrər kimi idi o səmalarda ziyalar, Gövhərdir o ulduzlar, əvət, göy dəxi əbhar. Göz doymayır idi şu işıq üzlü qəmərdən, Yerlərdə də vardır nigəhara olan əqmar. Bus eyləyir idi baxışım ruyi-qəmərdən, Ulduzlar idi pişi-nigahımda həp əş'ar. Məcmueyi-əş'ar idi əlvahi səmanın, Rəngin idi, zəngin idi, fəyyaz idi, nəvvar. Bir mə'bədi-ə'zəm kimi durmuşdu şu gərdun, Ulduzları qəndil idi guya ki, pürənvar. Bir mə'bədi-ə'zəm ki, səzavari-təmaşa, Bir mə'bədi-ülvi ki, təcəlligahi-əsrar. Bir xeyli zaman dadlı təmaşaya nigahım, Ciddən vələhəfzayi-xəyal idi bu asar. Bir leyli-müqəmmərdi ki, ilhamlarından – Rizan oluyordu dilə əş'ari-füsünkar. Əlvahi-səmaviyyəyə heyran oluyordum, Heyrət bəşərin iczini etməkdədir izhar. Heyrətlə baxardım o ziyagahi-büləndə, Aydınlıq olan leyl təmaşaya səzavar. Göy parlaq ikən, torpağın övladı qaranlıq, Güllər gülüyorkən, bəşərin gözləri ağlar. Baxdım qəmərə, ulduza, baxdım mələkuta, Qərq oldu bütün varlığım e'maqi-sükuta. Birdən-birə bir dadlı səda duydu qulağım, Guya uyumuşdum, o səs etdi məni bidar. Dərhal çevirdim üzümü səmti-sədayə, Gördüm duruyor bir qadın, ənzarı füsunbar. Bir hakimeyi-qəlb idi ol hüsni-müsəxxir, Pək cazibəli gözlərə malikdi o rüxsar. Zülfi-siyəhi bəxtimi tənzir ediyordu, Şəmsi-rüxü də atiyi-millət kimi nəvvar. Nəvvar idi, taban idi, rəxşan idi ruyu, Bir heykəli-amal idi, guya ki, o didar. Baxdım o gözəl çöhrəyə, baxdım mələkutə, Qərq oldu bütün varlığım e'mali-sükutə. * * * Həyati-hazirəmizin ilhamları Başdan-başa bir kölgə bürünmüş kimi aləm, Üzlərdə nümayan oluyor sayeyi-matəm. Bir məqbəri-barid kimi durmuş bu mühitat, Əhvali-həyatiyyə bunu eyləyir isbat. Əğyar həzin, yar həzin, hal qəmavər, Hər yerdə görünməkdə qəmaludə nəzərlər. Bir parlaq olan atiyə mə'tufdur ənzar, Ati isə ərz eyləmir arayişi-əflak, Həp qanlar içində yenə də xaki-siyəhnak. Göylər yenə üslubi-qədimində dirəxşan, Ulduzları həp şəm'eyi-ülviyyəti-taban. Yoxluqda gəlir gözyumulu xakin içində, Ənzari-kəvakib açıq əflakın içində. Xurşid isə bir ayeyi-nəvvareyi-aləm, Məzlum bəşəriyyət yenə avareyi-aləm, Avareyi-aləm, əvət, avareyi-mütləq, Olmaz bu təbiətlə kəmalata müvəffəq! * * * Şe'r inciləri Firişteyi-ilhamə Gözəlliyin sənə bəxş eyləmişdir istiğna, O çöhrənə yaxışır, şübhəsiz, nürürü ğina. Bu nazənin duruşun bənzəyir o tairə kim, Bir əl uzansa ona, eyləyər fərari-səma. O sayğısız baxışında nədir bu cazibələr, Qapıb da könlümü aldı misali-kəhrüba. Bu hüsnü anına məğrursan, bunu bilirəm, Zəkati-hüsn verilməzmi, ey behiştliqa? İtab etsə də çeşmin, həqiqətən yeri var, Kitabi-ruyunu öpməkdədir gözüm zira. Əgərçi dəhrdə vardır cahan-cahan asar, Fəqət üzündür, a dilbər, mütaliətə səza. Nəcib ülvi bir eşqin dilim səhifəsidir, İnan bu sözlərimə, ey vücudi-müstəsna! Kitabələr əsəri-xamədir, fəqət sən bir – Səhifəsən ki, onu qüdrət eyləmiş təhrir. Kitab sözləri gözlərlə, ey qadın, oxunar, Sənin də səfheyi-rüxsarını dodaq anlar. Nasıl, bu rəmzimi fəhm eylədinmi, sevdiciyim? Mənim behiştirüxüm, ey mənim gözəl çiçəyim! Qaliça, şəhəri-Lemberq, 24 noyabr * * * Baharın ilhamları və ictimai rəmzlər Tə'siri əyan olmadadır fəsli-baharın, Şad eyləyəcək dilləri əlhani həzarın. Cəh-cəh edəcək şairi-mürğani-xoşəlhan, Bu nəğməyə qarşı rüxi-gül olmada xəndan. Çünki gəliyor ərzimizə eydi-təbii, Dünya geyəcək kisveyi-səbzini-rəbii. Canlandıracaq torpağı ərvahi-bahari, Ciddən nigəhəfruzdur əlvahi-bahari. Aləmdə zühur etmədədir nəş'əti-üxra, Bir nəş'əti-üxra ki, səzavari-təmaşa. Bir nəş'əti-üxra ki, təbiətdə əyandır, Gülzardə, əzhardə, fitrətdə əyandır. Simayi-dirəxşəndeyi-xurşidi-səmadən – Nur əmdiyi üçün doğacaq dilbəri-gülşən. Əş'ar oxuyur pişgəhi-qönçədə bülbül, Guya ki, deyir qönçəyə: ey qönçə, açıl, gül! Gül, gül, mənə ilham qıl əş'areyi-rəngin, Dərpərdə nəçin qalmalı rüxsareyi-rəngin?! Güllər açılır səhneyi-səbzin çəmənində, Parlar o çiçəklərdə birər xəndeyi-zində, Rüxsari-güli bus ediyor xəndeyi-əhmər, Ey güldəhənim, sən nə üçün böylə mükəddər?! Hala da tülu' etmədimi fəsli-baharın?! Ey canlı çiçək, örtülü qalsınmı üzarın?! Aç çöhrəni, ey çöhreyi-məsturi-füsunkar, Ey qönçədəhən, açmağa layiqdir o rüxsar. Hər şeydə əyan nəş'əti-üxrayi-təbii, Bürhanı bunun: fəsli-dilarayi-təbii. Ya səndə nəçin yox belə bir nəş'əti-üxra? Ey “Gülruxum”, ey “Cənnət”im, ey ruyi-“Gülara”! Şair də sənin bülbülün, amma ki, sükundar, Göstər üzünü, xəm edəyim mən dəxi əş'ar. “Güllər” açacaq olmaz isə bülbül önündə, Bülbül yaradar zənn edəməm nəğmeyi-zində. Ey şe'r pərisi, yetər artıq o niqabın, İştə o niqabın, bu hicabın, şu səhabın! Bakı, 6 aprel * * * Ey pərdeyi-mənhusdə qalmış güli-zində! Ey dəfn edilən canlı ikən örtü içində! Söylənsə səzadır sənə “mədfuneyi-ziruh”, Daim sənə mail, sənə mail dili-məcruh. Bir ateş olaydım da, yaxaydım o niqabi, İştə şu niqabi, şu hicabi, şu səhabi! Parlardı o gün gülşəni-rüxsareyi-alın, Qərq eylər idi yurdumuzu nurə cəmalın! Sənsiz olamaz nəş'əti-üxra bu vətəndə, Sənsiz olamaz tairi-xanəndə çəməndə! Ey canlı çiçək, örtüyü at, ruyunu göstər! Bir cənnəti-hürriyyətə dönsün də bu yerlər! Biz də olalım əhli-behişt, ey üzü cənnət, Artıq yetər, artıq yetər artıq bu əziyyət! Şərq aləmi sənsiz əbədiyyən görəməz nur, Ey çöhreyi-fəyyaz olan, ey dilbəri-məstur! Ey canlı işıq, canlı günəş, tərki-səhab et! Artıq yetər, ey “Nuri-cəhan”, tərki-niqab et! Sən çöhrəni aç, mən olayım bülbülün, ey gül! Sənsiz açamaz millətimin, bil ki, bahari, Gizlətmə, “Səmənrüx”, o behiştanə üzari! Güllər açılır – işte bu qanuni-təbiət, Ya sən nə üçün pərdədə, ey qönçeyi-cənnət?! Ey qönçeyi-cənnət, açıl, ey huriyi-səhhar, Olsun vətənim çöhrən ilə qərqeyi-ənvar. Sənsiz bu vətən görməyəcək nəş'əti-üxra, Ey pərdeyi-müzlimdə qalan “Zəhreyi-Zəhra”! Bakı * * * Kor soqqur Dünya üzünə gəldiyi hala neçə ildir, Yer, göy nasıl imiş, buna agah deyildir. Parlaq günəşindən deyil agah səmanın, Gündüzləri də həp gecədir tifli-əmanın. Bir cift işıqdan belə məhum bir bədbəxt, Dünya ona başdan-başa bir aləmi-zülmət. Görməz ki, nədir şəm'i-ziyapərvəri-dünya, Dərpərdədir onca bütün aləmdəki əşya. Görməz bu təravətli, lətafətli baharı, Fəhm eyləyəməz məzhəreyi-rəngnisarı. Təmyiz edəməz hüsn ilə çirkinliyi əsla, Yoxdur gözü görsün ki, nədir ruyi-dilara. Bilməz necədir ruhi-pədər, çöhreyi-xahər, Bədbəxt çocuq həsrəti-rüxsareyi-mədər. Bir milləti-ə'ma da haman kudəkə bənzər, Görməz ki, nədir ərz həyatındakı fərlər. Fəhm eyləyəməz çöhreyi-gülrəngi-həyatı, Bilməz ki, nədir rəng ilə ahəngi-həyatı. Bu parlaq əvalimdə yaşar zülmətə məhkum, Görmək özü bir ne'mət ikən, ne'mətə məhrum. Şəmsin, qəmərin nolduğunu bilməyəcəksən, Güllər güləcək, ah ki, sən gəlməyəcəksən! Dərk etməyəcəksən şu işıq üzlü nəharı, Sən görməyəcəksən, a yazıq, rəngi-baharı. Sən görməyəcəksən yerin üstündə nədir hur, Bir nimnigəhlə ediyor dilləri məshur. Bir hur ki, can bəxş ediyor mürdədilanə, Tabi-rüxü fər vermədə əfsürdədilanə. Sən görməyəcəksən yerin üstündə mələk var, Yox səndə onu görmək üçün dideyi-nəvvar. İstərsən əgər görməyə cənnəti-həyatı, Korluqda keçirmək nəçin anati-həyatı? İştə yaşamaq haqqına haizdir o kütlə – Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə. Bundan belə dünya böyük ürfanlı ər istər, Sən də yaşamaq istər isən, bilgini göstər! Bakı * * * Qəmərə Ey səmanın qədim olan qəməri, Saneyi-aləmin münir əsəri. Köhnə bir aşinayi-aləmsən, Kövkəbi-rövşənayi-aləmsən. Sərsəri bir həyatə sahibsən, Gah açıq, gah zisəhaibsən. Yürüyürsən içində əflakın. Olmuş olsaydı nitqü idrakın, Canlı tarix olardın aləm üçün. Bu cədəlgahi-ərzi matəm üçün – Adəmin xilqətin bilərdin sən, Xəbər aldıqda söyləyərdin sən. İlk Adəm nə cür dirildi, qəmər? Dilin olsa, verərdin iştə xəbər. Niyə qan tökdü Adəm övladı? Qabil imiş o qatilin adı, İlk qatildə qabiliyyəti-qətl, Əzəlidir əvət, bəliyyəti-qətl. Ölmək, öldürmək iştə kari-bəşər, Bəşər olmaqdadır “şikari”-bəşər. Ey əzəl sərsərisi nuri-ləyal. Maziyü hal, bir də istiqbal, Gələcəklərlə həp güzəştə sənin Nəzərində bərabər iştə sənin. Hələ çox-çox yaşar tüluatın, Ey işıq ulduzu səmavatın! Ey qəmər, ey həyatdan azad, Səncə birdir sürur ilə fəryad. Xaki matəmdəmi, sürurdəmi, Səncə bir qəm dəmi, sürur dəmi. Ruhsuz, duyğusuz həyatın var, Bişüurənə kainatın var. Nəğmeyi-sur ya ki, nə'reyi-çəng. Səncə yekrəngdir və yekahəng. Toyla matəm yanında birdir, bir, Ey qəmər, ey cavanlıqa, özü pir! Səd həzaran həyatlər sönüyor, Sırf hiçiyü torpağa dönüyor. Sönəcəkdir hələ gözəl gözlər, Onları zülməti-ədəm gizlər. Çox diləffuz çöhrələr sönəcək, Əbədi pərdələrlə örtüləcək. Sən yenə mehvərində səyyarə, Yenə sən sərsəriyü avarə, Yenə sən gün içində ruynüma, Yenə parlar kəvakib ilə səma. Yenə şəbtab olan şu məhtabın – Parladar səthini yerin, abın. İşığın yerlərə saçar ənvar, Bir daha parlamaz şu əhli-məzar. Bakı, 2 may * * * Ey zavallı bəşər Əlinlə təng qıldın başına bu enli dünyanı, Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı. Bəşər, ciddən siyəhiqbalsən ruzi-əzəldən sən, Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı. Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi, Məzaristanə döndərdin neçin bu şənli dünyanı? Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın, Qanardın çox gözəl surətdə bu məxzənli dünyanı. Sənə çox-çox yazıqlar olsun, ey xunxar olan insan, İşıqlı günlərə həsrət, səfilü xar olan insan. Neçün guş etməyirsən, ey bəşər, fərmani-vicdanı, Nasıl ləzzətlənirsən, söylə, qan tökməkdən, ey fani? Bu xislətlə, əmin ol, dilbəri-amalı görməzsən. Keçər ömrün qaranlıq, pərtövi-iqbalı görməzsən. Nəsibi-həsrəti-ömrün müsibətdən ibarətmi? İrindən, çirkdən, qandan, fəlakətdən ibarətmi? * * * Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarım Səməd Mənsur qardaşıma Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən, Könül şad olmayır bu səhni-nəşadı gören gündən. Ürək atəşli, göz pürab, yə'ni giryəpərvərdir, Pərişanəm bu xakistani-bərbadı gören gündən. Bəşər gözyaşlıdır matəmgəhi-dünyaya gəldikdən, Bunu tədqiq qıldım hali-növzadı gören gündən. Nolaydi payı-bəndi-cəhl olaydım, qanmayaydım, ah! Əsiri-dəsti-hüznəm fikri-azadı gören gündən. Həyatım təlxdir, ey dilbəri-Şirini-hürriyyət, Qəmim dağlar qədərdir eşqi-Fərhadı gören gündən. Zəlalət zülmətindən rahiyab olmuşmu insanlar? Xeyr, bil'əks yatmış rəhbərü hadi gören gündən. Əvət, tövhidə qail olmadı əqvami-bədbəxti, Buna tarixlər şahid bu ahadı gören gündən. Həmişə qanlı keçmişdir güruhi-ictimaiyyə, Bəşər tarixi xunindir bu əfradı gören gündən. Xəyalat olduğun hiss eyləmişdim ədl ilə dadın, Bu meydani-fəganda ah ilə dadı gören gündən. Bu zülmi-latənahidən xilas olmazmı millətlər? Qolaydır zənn qılmam elmi-ə'dadı gören gündən. Xilas olmaq çətindir bəhri-cuşani-məsaibdən, İnandım mən buna əshabi-imdadı gören gündən. İnandım xərsüvar olmuş olan Dəccəli-yekçeşmə, Bəsirət çeşmi nabina bu zühhadı gören gündən. Cahan əhli uzaqlaşmış ümumi bir üxüvvətdən, Siyasiyyun əlqabında fəssadı gören gündən. Yaxından hiss qıldım ki, uzaqdır kövkəbi-ümmid, Nücumun kəşfinə məxsus mirsadı gören gündən. Hələ rubahlər meydanıdır bu bişeyi-dünya, Bunu duymuş idim məhzun əsadı gören gündən. Bəşər rəhyab olurmu leyli-xüsrani-zəlalətdən? Buna mən münkirəm ərbabi-irşadı gören gündən. Behişti göylərə uçdu deyirlər ruhu Şəddadın, Bu rəmzi anladım hükkami-Şəddadı gören gündən. Deyirlər zövci-Həvvayə ki, məscudi-məlaikdir, Dedim şeytanə rəhmət Adəm övladı gören gündən. Behişti bir təməddün kəsb edərmi aləmin əhli? Buna heyrətdəyəm bu vəhşətabadı gören gündən. Bu yer qansız olurmu? Əqldən sordum, cavab iştə: Bunu dərk etmədinmi tiği-cəlladı gören gündən? Yer oğlu xəstədir qandım, qan almaq lazım olmuşdur – Qədimi adət ilə, hali-fəssadı gören gündən. Bəşər səhhət bulurmu, yoxsa əmrazında baqidir? İnanmaq çox çətindir xuni-müzdadı gören gündən. Pərəstişkari-ruhumdur ümumi səhhəti-əqvam, Bu xəstə adəmi, bu xaki-bidadı gören gündən. Bu vəhşitəb' olan ətfalı tə'lim eyləmək gücdür, Bunu dərk eylədim ürfani-ustadı gören gündən. Hələ noqsandır insanlardakı əhvali-ruhiyyə, Bunu fəhm eylədim əfkari-əzdadı gören gündən. Dedim qabil deyildir qardaş etmək cümlə əqvamı, İvanla Arşaqı, sofi Xudadadı gören gündən. Üxüvvət altunu işlərmi bazarında dünyanın, Əqidəm çox sönük idrakı-həddadı gören gündən. Üxüvvət zər misalı, netməli, yoxdur xiridarı, Bunu qanmışdım iste'dadi-həddadı gören gündən. Dəmirçi altunu qanmaz, bəşərdir cümlə ahəngər, Bunu dərk eyləmiş məhzun olan Hadi gören gündən. Nasıl adəm imiş Adəm, buna çox canlı bürhan var: Onu bilmək deyil müşkül bu əhfadı gören gündən. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hadi-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.