Kamran Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Kamran Beş pərdə, on səkkiz şəkildə İştirak edənlər: HacıMirzəƏhmədağa – müctəhid. HacıKamyab – dövlətli tacir Bibixatun – onun arvadı Gövhərtac – onun qızı İbrahim – baqqal, Hacı Kamyabın qardaşı Cahanbanu – onun arvadı Kamran – onun oğlu Xudayarxan – adlı-sanlı xan Firidunxan – onun oğlu MirzəMehdi – həkimbaşı Cahanbəxş } Fəramərz } Kamranın yoldaşları Xurşid } KərbəlayıMədəd – Kamranın dayısı. KərbəlayıQafar SeyidCabbar Səyyahvəonunqadını HacıXudadadvəonunarvadı HacıRzavəonunarvadı Qoca və cavan kəndlilər, qızlar və qadınlar, katib və mirzələr, amil, nökər,qulluqçu və kənizlər, məşşatə, minacatçı və b. * * * Birinci pərdə Birinci şəkil İranda böyük şəhər meydanı. Güclü izdiham. Qoca və cavan qadınlar və kişilər Hacı Mirzə Əhməd ağanın gəlib keçəcəyinə müntəzirdir. Uzaqdan azan səsi eşidilir. Neçə nəfər carubkeş (süpürgəçilər) yolu süpürməkdədirlər. Birnəfərcavan (bir qocaya). Əmi can, bu süpürgəçilər nə üçün böylə ciddi-cəhd ilə küçəni süpürürlər? Küçənin bu səhər süpürülüb sulandığını gözümlə gördüm. Qoca. Bala, müctəhid ağa indi gəlib buradan məscidə gedəcəkdir. Küçəni süpürməkdən məqsəd budur ki, ağanın ulağının ayağının altında qarışqalar qalıb qırılmasınlar. Ağanın mübarək vücudundan bir zinəfsə, hətta qarışqaya da gərək əziyyət və azar toxunmasın. Eşitməyibsənmi Firdovsi yazır: Meyazar muri ki danəkeş əst, ke can barədə cane şirin xoş əst. Cavan. Eşitmişəm, bilirəm gözəl kəlamdır. Ancaq bir məsələ var, onu mənə başa salın. Qoca. Nə məsələdir? Cavan. Ağa məscidə gedib qayıdınca, onun ulağının ayaqlarının altında çox olsa bir əlli, yüz qarışqa tələf olacaqdır. Amma bu süpürgəçilər bir süpürgə vurduqda neçə yüz qarışqa tələf edirlər. Buna nə deməli? Qoca. Bala, belə yerlərə əl aparmaq küfrdür. Bu sirləri ağa sizdən yaxşı bilir. Cavan. Bağışlayın, əmi can, mən bunu gözə pərdə çəkmək hesab edirəm. Qoca. Nə danışırsan? Müctəhid Hacı Mirzə Əhməd ağa məgər gözlərə pərdə çəkəndir? Oğul, cavan vaxtında imanını yelə vermə. Belə sözlər cəhənnəmi satın almaqdır. Xahiş edirəm mənimlə daha söhbət etməyəsən. Get, bala, məni tək burax. Cavan. Baş üstə, gedirəm, bağışlayın. (Gedir.) İkinciqoca (birinciyə). Nə üçün o cavan sənin qeyzini tutdurdu? Birinciqoca. Bu barədə danışmasaq yaxşıdır. Bu əyyamın cavanları hamısı dini, məzhəbi unudublar. Namaz qılmazlar, oruc tutmazlar, ülamə haqqında hər bir hədyanı söylərlər. Hörməti bir yana yetiribdir ki, Hacı Mirzə Əhməd ağanın haqqında nalayiq sözlər danışır. Bu yəqin ya babıdır, yainki Rusiyada bolşeviklər ilə yoldaşlıq edib, dinindən, məzhəbindən çıxıb qayıdanların birisidir. Qovdum getdi. Belə şəxslərin sözünü eşidən qulaqlardan qiyamətdə əqrəblər yapışar... Əstə fürullahə rəbbi və ətubi ileyh. İkinciqoca. Əstəğfürüllahə rəbbül aləmin. Xudavənd-aləm özü bu camaatın fəryadına yetişsin. İki qadın qocaların danışığı əsnasında əllərini ölçərək qızğın söhbət edirlər. Birinciqadın. Ay bacı, bu danışdığın əhvalatı öz gözünlə gördün? İkinciqadın. Yalan deyirəmsə, bu gözlərimin ikisi də bir gündə kor olsun. Istəyirsən bir gün gəl bizə, həmən Xanbacını çağırım, özü sənə nəql eləsin. Deyir gəlinimin üç il idi uşağı olmayırdı. Oğlum Dən daşıyan qarışqaya əziyyət vermə, çünki onun canı var, can da şirindir. da deyirdi ki: bir il də saxlayacağam, övladı olmasa, boşayacağam. Deyir müctəhid ağa məscidə gedəndə ulağının ayağının altından bir ovuc torpaq götürüb gətirdim evə, suda çalıb sürtdüm gəlinin göbəyinə. Bir il keçmədi gül parçası kimi bir oğul doğdu. Uşağın da adını deyir Əhməd qoymuşam. Xanbacı qonşumdur. Uşaq da axşamadək gözümün qabağında oynayır. Üçüncüqadın (bunlara yavuq gəlib, birinciyə). A bacı, sən heç bunun (ikinci qadını göstərir) sözlərini qəribliyə salma. Ağanın kəramətinə Qurban olum. Onun oxuduğuna mənim atam, anam Qurban. Mənim özümün gözlərim xarab idi. Göstərməmiş həkim qoymadım. Axırda bir iman yiyəsi olmuş dedi: “Ay qız, gözlərini niyə kor eləyirsən və nahaq yerə niyə belə pullarını həkimlərin ciblərinə doldurursan? Get cümə günü Hacı Mirzə Əhməd ağa məscidə, camaat namazına gedəndə ulağının ayağının altından torpaq götür. Gətir bir az təhvil suyuna çal, tök gözünə”. Elə də elədim. İndi gözlərim görür. Onun qədəmlərinə mənim bu canım Qurban. Onun ulağının ayaqlarının altında Allah mənə ölüm versin. Uzaqdan salavat səsi eşidilir. Camaat hərəkətə gəlir. Neçə nəfər fərraş, əllərində ağac, peyda olub, camaatın arasından yol açırlar və qışqırırlar: “Kənar olun, yol verin”. Camaat yol verir, salavat səsi gəldikcə yavuqlaşır. Müctəhid Hacı Mirzə Əhməd ağa ağ ulağa savar olmuş, məiyyətində neçə nəfər molla və şəhərin tacirlərindən, o cümlədən Hacı Kamyab görünürlər. Qabaqda bir nəfər minacatçı iki əlini qulaqlarına qoyub salavat çəkir. Minacatçı: Yazılar nameyi-emalına yüz min Həsənat, Deyə hər kimsə bir övlad Məhəmməd, səlavat. Camaat (hamılıqla). Salavat! Minacatçı. Məhəmmədi-ərəbi xətmi-ənbiya, salavat! Camaat (hamılıqla). Salavat! Minacatçı. Əliyyü vəli xuda nur Mustafa, səlavat! Camaat ( hamılıqla). Salavat! Müctəhid məiyyətindəki adamlarla gəlib keçir. Qadınlar dalınca tökülüb onun ulağının ayaq qoyduğu yerlərdən torpaq götürürlər. Birnəfər (müctəhidin məiyyətindəkilərdən biri geri qayıdıb). Eyyühənnas, ey şəhərin füqərası, yoxsulları, əlilləri, şikəstləri! Namaz qurtardıqdan sonra müctəhid Hacı Mirzə Əhməd ağa füqəraya imam malı paylayacaq. Hamınız ağanın qapısında cəm olasınız. Xudavənda, sən ağanın ömrünü uzun və vücudunu bibəla elə! Camaat (hamılıqla). Amin! Birnəfər. Xudavənda, sən ağanın kölgəsini cəmi islam dininə qulluq eyləyənlərin üstündən əskik eləmə və onun düşmənlərini, bədxahlarını cəhənnəm oduna yandır! Camaat (hamılıqla). Amin! Pərdə İkinci bşəkil Hacı Mirzə Əhməd ağa ağanın həyəti. Füqəra, əlil, şikəst kişilər və Qadı nlar toplaşmışlar. Müctəhidinamili (çıxır). Camaat, sakit olun! Nə qeylü-qaldır? Bura müctəhid qapısıdır, zənanahamam deyil. Səs-küy salıb ağanın istirahətini pozmayın. Camaatdanbirneçənəfər. Baş üstə, sakit durarıq. Birqoca. Xalqa nə verəcəksiniz verin, dağılıb getsinlər, ağa da istirahətindən qalmasın. Amil gedir. Birqoca (o birisinə). Görəsən ağanın iltifatı bu gün nə qədər olacaq? Obirisi. Hər nə qədər olar, evi abadan. Birçolaqcavan. Necə yəni nə qədər olar? Ağa məgər bu xalqa atasının malını verir? Məmləkətin hər yerindən göndərilən imam malıdır. Çox gələr çox versin, az gələr az. Keçən cümə axşamı hər adama iki qıran pul verib yola salıbdır. Mən bədbəxt özümdən savayı üç baş adam saxlayıram. İki qıran onların bir günlük çörəklərini ödəmir. Bəs bu külfət həftənin altı gününü nə yesin? Birinciqoca (cavana). Ay oğul, niyə belə xam danışırsan? Budur mən bu qapıdan neçə sənədir cümə axşamlar nəzir aparıram. Bu nəzirlər hamısı gözə pərdə çəkməkdir. Hacı Mirzə Əhməd ağaya ildə neçə yüz min tümən imam malı gəlir. Ondan hər cümə axşamı bir iyirmi tümən görk üçün füqəraya paylanır, qalanı da... Şəhər əyan və tüccarından beş-altı nəfər gəlib camaatı yarıb keçirlər, amil onları pişvaz edir. Amil. Buyurun, qədim əziz edibsiniz, ağa sizə müntəzirdir. Birinciqoca (cavana). Gəlib keçənləri gördün? Bu adamlar hər gecə müctəhidin evində plov basırlar. Pulların qalanı bunların qarnına gedir. Əlavə, ağanın yeddicə nəfər arvadı var. Bunları da ki acçılpaq saxlamaq olmaz. Cavan. Bəs belə olan surətdə bu barədə qışqırıb danışmaq lazımdır, bəlkə camaatın gözü açıla. Birinciqoca. Hünərin var, buyur çıx bazara, qışqır. Mitilinə fərman verərlər, mitilin bazarın ortasında düşər. Amil (çağırır). Oğlan bir buraya gəl, qoca, sən də buraya gəl. (Hər ikisi gəlirlər.) Orada nə söhbət eləyirdiniz? Qoca. Nə söhbət eləyəcəyik, acın söhbəti qarından olar, bir-birimizə dərdimizi söyləyirdik. Cavan. Həqiqət belədir. Budur mənim iyirmi beş yaşım tamam deyil. Hacı Kamyabın pambıq zəmisində işləyirdim, qolumdan ilan çaldı, sağ qolum düşdü, oldum əlil. Yoxsa mənim taylarımın əlləri də, ayaqları da pul qazanır, mən olmuşam möhtac. Hər cümə axşamı gəlib buradan iki qıran imam malı aparıram. Qoca əmi ilə bu barədə söhbət edirdik. Amil. Müctəhid ağanın qulluğunda beş nəfər amil var. Bizim hər birimizin yüz qulağı var. Qapını bağlayıb arvadınla danışdığın söhbəti biz eşidirik. Sizin də söhbətinizi gözəl eşitdik. Mən bu saat sizin ikinizi də əliboş bu qapıdan qovardım, ancaq sizin külfətinizə rəhmim gəlir. Mən görürəm siz ikiniz də fikirli, qanacaqlı adamlarsınız. Ona görə sair fürqəradan seçirəm. Sizin hər biriniz həftədə bir tümən pul alacaqsınız, bəşərti belə söhbətləri boşlayasınız (pul verir). Bu tümənləri qoyun cibinizə, yenə qarışın camaata. Sonra camaat ayağından da nəzir çatar. Qoca və cavan pulları alıb qayıdırlar. Qoca (cavana). Bala, bu işin adına nə deyərlər? Cavan. Nə deyəcəklər? Dilə qıfıl vurmaq. Qoca. Dürüstdür. Bizim dilimizi bağlamaq üçün hər birimizə həftədə bir tümən məvacib kəsdilər. İndi fikir et, gör şəhərdə dolanıb, ağanın kəşfikəramətindən danışan müftəxorlar nə qədər məvacib alırlar?! Birqadın (amilə). Ay qardaş, bizə nə verirsən ver, yola sal, qapımı bağlı qoyub gəlmişəm, evim yiyəsizdir. Amil. Çox danışma, dayan Xalq alanda sən də alarsan. İkinciqadın (birincisinə). A Fatmanisə, sən də buradasan? Oğlun azarlı idi, sağaldımı? Birinciqadın. Oğlum sağaldısa, mənim burada nə işim var?! Həkim pulu tapmadım. Dedilər ki, bizim naxoşlarımızın dərmanı ancaq Hacı Mirzə Əhməd ağanın ulağının ayaq basdığı yerin torpağıdı. Getdim bir ovuc gətirdim. Təhvil suyuna çalıb tökdüm naxoşun boğazına. O saat yuxu tutdu, yatdı. Elə o yatan idi ki, yatdı. Heç ayılmadı. Evim yıxıldı, qaldım düzlərdə. Amil (Q a d ı nın üzərinə acıqlanır). Arvad, çox füzulluq eləmə, səsini kəs! Birinciqadın. Mən nə danışdım, ay qardaş, dərdimicə qonşuma dedim. Am i l. Xub. Xub, sakit ol. İkinciamil (çıxır). Camaat, növbə ilə düzülün, arvadlar bir tərəfə, kişilər də o biri tərəfə. Ağa təşrif gətirir. Hacı Mirzə Əhməd ağa çıxır, qapıda dayanıb yavaşcadan dua oxuyub salavat çevirir. Dalınca bir nəfər, əlində içi pul ilə dolu cam, çıxır. Müctəhid camaatın arasında yeriyərək sağa və sola pul paylayır. Hamı baş əyərək pulları alır. Pulu payladıqdan sonra üzünü camaata tutur. Hacı Mirzə Əhmədağa. Eyyühənnas! Amil (ucadan). Xamuş! Ağanın sizə sözü var. Hacı Mirzə Əhmədağa. Eyyühənnas, xudavənd-aləm buyurur: əlfüqərai əyali vəl əğniyai vükəlai. Yəni füqəra mənim əyalımdır və sərvətdarlar mənim vəkillərim. Bu sizə təqsim olunan imam malını göndərənlər həmin Allahın vəkilləridirlər. Onların gün-gündən artmasına dua eləmək hər fəqirin borcudur. Allahümmə təqəbbəl ehsanəlməhsinin behəqqi Mühəmməd və aleh və behörməti sərətülfatihə. (Müctəhid və camaat fatihə oxuyurlar.) Gedin, Allah sizə yar olsun. Camaat dağılır. Pərdə Üçüncü şəkil Müctəhid Hacı Mirzə Əhməd ağanın qəbul otağı. Ağ döşək üstündə əyləşib puştiyə söykənmiş, qəlyan çəkməkdədir. Neçə qədəm aralıq ağanın amili, qabağında dəftər və məktubat olaraq dizi üstündə ədəb ilə əyləşmiş. Amil. Bəradəran Sərrafan vasitəsilə Marselyaya göndərilən xam ipək, qiyməti iyirmi beş min tümənin vüsulunu Ingiltərə bankı xəbər verir. Müctəhid. Xub, gedib alıb haman bankda bizim hesabi-cariyəmizə yazdırarsan. Amil. Çəşm! Rusiya ticarət nümayəndəsinin məktubudur. Mövqufat mülkündən alınmış kişmiş və səbzə müqabilində verilmiş təməssüklərin vədəsinin tamam olmasını xəbər verib, təməssükləri gətirib paralarını almağımızı təklif edir. Müctəhid. Para nə qədərdir? Amil. Otuz iki min altı yüz əlli dörd tümən. Müctəhid. Rusiya ticarət nümayəndəliyi bizim ən məqbul müştərimizdir. Təməssüklərinin yarım saat vaxtından keçməsinə yol verməzlər. Amil. Bəli, ağa, onlar ticarət işlərini çox diqqətlə aparırlar. Bir qərzdar borcunun vədəsinin yetişdiyini xəbər verməz. Tələbdarın həmişə gəlib istəməyini gözlər. Amma bunlar belə deyillər. Budur yazırlar: təməssükün vaxtı tamamdır. Xahiş olunur buyurub vəchini qəbul edəsiniz. Müctəhid. Kafirdirlərsə də, alış-verişlərində düzgündürlər. Bir dəfə olmayıbdır ki, gəlib vədəsinin uzatmasını xahiş etsinlər. Amil. Bəli, ağa belədir. Müctəhid. Qabaqca məni qorxuzurdular. Deyirdilər ki, təzə Rusiya hökuməti öz rəiyyətinin cəmi əmlakını əlindən alıbdır... Bu hökumət ilə ticarət etmək olmaz. Aldıqlarını verməzlər. Bu fikirlərin səhv olduğunu biz asan görürük. Bircə dərd var ki, bizim, Rusiyaya fəhləliyə gedib qayıdan cavanlarımızın hamısının əqidələri dəyişilir. Allaha səbb edirlər, həttanəəzubillah-Allahın varlığını danırlar. O ticarət nümayəndəsini görəndə ona mənim tərəfimdən deyin: öz məmləkətlərində nə siyasət aparırlarsa, öz işləridir, ancaq bizim Rusiyaya gedən adamlarımızın əqidəsinə toxunmasınlar. Bunun nəticəsindən ehtiyat etməlidir. Amil. Əlbəttə, əmrinizi yetirrəm. Müctəhid. Gedib pulları alıb İngiltərə bankına verərsən və mənim sözlərimi də ona yetirərsən. Amil. Çeşm! Bu məktubunda “Çarbağ” mövqufat mülkünün daruğəsi yazır ki, Rusiyadan, fəhləlikdən qayıtmış bir neçə nəfər xəbislər camaatı başdan çıxardıblar. İndi camaat mədaxil verməkdən boyun qaçırır. Müctəhid. Bu nə xəbərdir? Camaat bilmirmi ki, mövqufat mülkünün təəllüqü xudavənd-aləmə və onun əyalı olan füqərayadır? Məgər bu mədaxilin it qanından, hətta şərabdan da haram olmasını düşünmürlər? Mənim tərəfimdən məhəllə hakiminə və hakimişərə yazıb “Çarbağ” mülkünün mədaxilinin ikiqat yığılmasını tələb edərsən. Camaat arasında iğtişaş salan bidinlər gərək tutulub şəriət məhkəməsinə verilsinlər. Onlar ilə mürtədlər haqqında sadir olmuş ehkam üzrə rəftar olunsun. Amil. Çeşm! Müctəhid. Daha nə var? Amil. Daha, qabili-ərz, bir məktub yoxdur. Müctəhid. Cümə axşamı füqəraya nə qədər təqsim olundu? Amil. On yeddi tümən. Müctəhid. Füqəranın sayı gün-gündən artmadadır. (Saata baxır.) Bu gün mənim yanıma iki qəribə müsafir gələcəkdir. Bir nəfər firəng səyyahı Qadını ilə şəhərə varid olub məni görməyi xahiş ediblər və mən də onların məmnuniyyətlə qəbul etməmi xəbər vermişəm. Bu saat onların gəlmək vaxtıdır. Mən gedim təğyiri-libas edim. Sən də əmr et bu otağı Avropa qaydasilə tərtib etsinlər və qəhvə hazırlasınlar. (Gedir.) Amil (səslənir). Oğlan, Sultanəli! (Nökər daxil olur.) Bu saat otağa masa, sandalya düz, ağanın avropalı qonaqları gələcəklər. Bir az vaxtda otaq Avropa vəziyyəti alır. Nökər (daxil olur). Bir nəfər firəng və bir üzüaçıq Qadın hüzura gəlmək istəyirlər. Amil. De buyursunlar. (Nökər gedir. Səyyah və Qadı nı daxil olurlar.) Buyurunuz, buyurunuz. Səyyah. Bəs ağa haradadır? Amil. Əyləşin, bu saat təşrif gətirərlər. (Gedir.) Qadın (otağa göz gəzdirir). Mən belə eşitmişdim ki, islam ruhanilərin xırdaca sovməələri olar və özləri də quru həsir üzərində oturarlar. Amma bunun cəlalətini biz Tehranda, şahın sarayında görmədik. Səyyah. Bunlardan uzaq yaşayanlar hamısı bu fikirdədirlər. Belə söhbətləri Avropa avamları arasında və Roma papası haqqında danışırlar. Mü ctəhid (başdan ayağa bir dəst ağ ipək libas geyinmiş daxil olur. Səyyah və Qadı nı baş əyib qabağa gəlirlər. Müctəhid hər ikisinə əl verir.) Əyləşiniz. Xoş gəlibsiniz və səfa gətiribsiniz. Çoxdanmı bizim şəhərə təşrif gətiribsiniz? Səyyah. Dünən varid olmuşuq. Müctəhid. Şəhərimizi necə görürsünüz? Səyyah. Sair şəhərlərə nisbətən yaxşıdır. Fəqət bir şeyə biz diqqət yetirdik. Küçələrdə həddən artıq sail var. Məgər bunların haqqında fikrə gəlmək olmaz? Bizə məlumdur ki, sizin ixtiyarınızda böyük mövqufat pulları var. Bu saillər üçün xüsusi evlər bina etmək, qocaları yeməkdən təmin edib paltar vermək, cavanlara bir iş öyrətmək və beləliklə sailliyi kəsmək lazımdır. Müctəhid. Biz hər tədbir görürük. Hər həftə mövqufatdan füqəraya pul paylanır, fəqət onlar sailliyə adət ediblər. Nə qədər onlara pul verilsə, yenə peşələrindən əl çəkməyəcəklər. Nökər üç fincan qəhvə və bir neçə şüşə likör gətirir. Qadın. Müctəhid əfəndim, bu nədir? Məgər bu içkilər haram deyil? Müctəhid. Haramdır, xanım, biz istemal etmirik. Fəqət hər yerdən varid olan müsafiri onun vətəni adətilə qəbul etməyi vacib bilirəm. Buyurun qəhvə götürün. Səyyah və Qadın qəhvə götürürlər. Müctəhid bir fincan da öz qabağına qoyur. Qadın. Cənab, budur, bizim İranın çox şəhərlərini səyahət etmişik, çox tacirlərin, xanların, hakimlərin məclisində olmuşuq. Nədənsə hamısı Qadınlarını bizdən gizlədirlər. Biz burada əyləşib söhbət edirik. Nə olar, sizin Qadınınız da bizimlə burada əyləşib qəhvə içsin. Müctəhid. Avropa xanımlarında olan ağıl, kamal, qabiliyyət bizim Qadınlarda yoxdur. O səbəbdən onları üzə çıxarmaq mümkün deyil. Qadın. Cənab, belə sözləri nə üçün buyurursunuz? İnsaf etmirsiniz. Mən neçə evlərdə əndərunə keçib arvadlar ilə söhbət etmişəm. Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Burada ayrı səbəb var. Deyin şəriət izin vermir. Müctəhid. Belə də var. Allahın əmrinə görə, arvadlar kişilərin məzrəidir, yəni əkin yerləridir və bu əkin yerlərinin məhsulu da övladdır. Qadınların vəzifəsi fəqət övlad doğmaq və ev saxlamaqdır. Onların camaat işlərinə qarışmaqları, kişilərtək bazarlarda, şəhərlərdə dolanacaqları nəinki xilafi-şər, hətta xilafi-əqldir. Siz avropalıların əqidələri başqadır. Ona görə sizi inandırmaq çətİndir. Qadın, necə ki ərz etdim, naqisüləql və zəif olar. Odur ki, kişilər ilə bir yerdə onların dolanması od ilə pambığın bir yerdə olması mislindədir. Bizim eşitdiyimizə görə, Avropada fahişəlik həddən aşmış və hamısına səbəb arvadların açıq gəzmələridir. Hətta deyirlər Avropa şəhərlərində xüsusi fahişəxanalar var. Səyyah. Bağışlayın, cənab. Biz çox şəhərlər gəzib, çox adamlar ilə təmas etmişik. Gördüyümüz xanların, tacirlərin və sairlərinin hər birinin evində üçdən başlamış on-on ikiyədək və daha artıq Qadın görmüşük. Bu, fahişəxana deyil, nədir? Müctəhid. Bu, Allahın buyruğuna və peyğəmbərin xəbərinə əməl etməkdir. Burada xilafi-şər bir əməl yoxdur. Səyyah. Siz deyirsiniz Avropa şəhərlərində fahişə evləri var. Bəs bu bir belə şəhərlərdəki siğə evləri, bir Qadının hər gündə beş-altı və daha çox sadamlara siğə olması və bir nəfər başı əmmaməli axundun da burada vasitə olması fahişəxana deyildir, nədir? Müctəhid. Şəriətdə siğə halaldır. Səyyah. Deməli, fahişəlik də halaldır. Mən başı çadralı Qadınların küçələrdə kişilərə toxunub evlərinə təklif etdiklərini gözümlə gördüm. Hətta fahişəlik edən Qadınların libaslarında xüsusi əlamət olduğunu bir nəfər mənə göstərdi. Bağışlayın, cənab, fahişəliyə meyli olanı yüz çadra altında saxlamaq olmaz və pak Qadınları üzüaçıq dünyanın bu başından o başına göndərsələr də üstlərinə toz qonmaz. Nə qədər məmləkətinizdə fahişəlikdən xəstələnmiş Qadınlar var! Bunların da xəstəlikləri səlamət adamlara sirayət edib azarın artmasına və millətin izmehlalına səbəb olur. Fahişəlik ictimai bir xəstəlikdir. Onun müalicəsi də başqadır. Çadra müalicə deyil. Müctəhid. Bu dəlillər mənə kafi deyil. Biz öz əqidəmizdə möhkəm qalacağıq. Səyyah. Gələcək nəsil bu yol ilə yəqin getməyəcək. Müctəhid. Bunu düz buyurursunuz. Biz camaatın gün-gündən dindən, məzhəbdən çıxmasını aydın görürük. Hətta eşitdiyimizə görə, Şura məmləkətində islam Qadınları kişilərə qarışıb üzüaçıq gəzirlər. Hətta məktəblərdə bahəm dərs oxuyurlar. Bizim oraya əlimiz çatmır. Nəsihətdən və Allahın əmrini və şəriətinin ehkamını yetirməkdən savay əlimizdən bir iş gəlməz. Gələcək nəsil cəhənnəm odunu qəbul edirsə etsin, biz edə bilməyəcəyik. Səyyah (durur ayağa). İzin verin bizi hüsni-qəbulunuzdan dolayı, izhari-məmnuniyyət edib qulluğunuzdan mürəxxəs olaq. Müctəhid. Bir neçə gün burada qalıb mənimlə söhbət etsəydiniz, mən sizə, sizin Qadınlar haqqında səhv olmağınızı əqli və nəqli dəlil ilə sübut edərdim. Səyyah. Çox həvəs ilə sizin söhbətinizə gələrdim, ancaq sabah tezdən biz getməliyik. Xudahafiz. Qadın. Xudahafiz. Mənim ərim bir qədər tündməcazdır. Xahiş edirəm rəncidə olmayasınız. Müctəhid. Yox, yox, nə üçün rəncidə oluram? Əmr be məruf, nəhy əz münkər bizim vəzifəmizdir. Qadın. Salamat qalın, cənab. Müctəhid. Xoş gəldiniz. (Səyyah və Qadın gedirlər.) Ay gədə Sultanəli. (Sultanəli daxil olur.) Masanın üstünü yığışdır və bir aftabaləyən gətir, əlimi suya çəkim. Nökər podnosu aparıb, aftaba-ləyən gətirir, müctəhid əllərini suya çəkir. Amil (daxil olur). Ağa, Həmədan əyalətindən Hacı Qafur adında bir tacir yüz min tümən pul ilə bir cavan qızını göndərib. Özünün zərrini bir qız olduğunu bəyan edir yazır ki: mənim qızımı zövcəliyə qəbul edib və bu pulları da Allah yolunda məsrəf etsəniz, məni cəhənnəm odundan təmin etmiş olarsınız. Müctəhid. Gözəl sovqatdır və gözəl niyyət ilə göndərilibdir. Bundan sonra kim deyə bilər ki, dünyada Allah bəndəsi və sadiq peyğəmbər ümməti yoxdur? O qızı buraya gətirin. (Amil qapını açır, qız daxil olur.) Bala, atan səni mənə peşkəş göndəribdir. Sən mənə məhrəmsən, aç üzünü, yaxşı qız. (Qız üzünü açmaq istəmir, müctəhid onun üzünü açır və bir qədər tamaşadan sonra) Ötürün hərəmxanaya. Fətəbarəkallahü əhsənül xaliqin! Pərdə * * * İkinci pərdə Dördüncü şəkil Hacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğuldurlar. Kamran – Hacı Kamyabın qardaşı oğlu hərdən bir içəri girib kontora qayıdır. Birincimirzə. Kamran sən ki, bir belə Hacı Kamyaba can yandırırsan, nə olar, Hacı Kamyab da bunun müqabilində öz qardaşı – sənin atan İbrahimə dörd-beş min tümən verə, o da gedib bir növ güzəran keçirə. Atan baqqallıqdan nə qazanacaq və nə külfət saxlayacaq? İkinci mi rzə. Kamran. qoçaq bir oğlandır. Hansı tacirin yanında dayansa, ayda yüz tümən məvacib alar. Burada müftə çalışmasının mənası aydındır. Birincimirzə. Məna aydındır, düz buyurursan. Hacı Kamyabın bircə nəfər qızı, bircə nəfər də qardaşı oğlu var. Kamranın fikri İndi müftə qulluq edib axırda Hacı Kamyabın sərvətinə malik olmaqdır. Kamran. Səhv edirsiniz. Hacı Kamyab mənim əmimdir. Bununla belə, onun sərvətində zərrəcə gözüm yoxdur. O sərvətin nə yol ilə cəm olmasını yaxşı bilirəm. Siz də bilirsiniz, məni buraya bağlayan sərvət deyil. Mən harada olsam dolanacağam. Kəsilsin o iki əli ki, bir başı saxlaya bilməyir. Bircə çıxıb qapıda göz yaşı tökənləri görsəniz, Hacı Kamyabın sərvət yolları sizə aydın olar. İkinci mi rzə. Deməli, səni buraya cəlb edən ahənruba sərvət deyil, başqadır, boş xəyaldır. Kamran. Necə boş xəyaldır? Nə demək istəyirsən? İkinci mi rzə. Sərvətdarların təməkarlıqları hamıya məlumdur. Onlar nə qədər qazansalar “kifayətdir” deməzlər. Hacı Kamyab bir həris kişidir. Özünü özü kimi bir sərvətdar ilə qohum etməyə çalışacaq. Sənin əl-ayaq vurmağın da özünə qalacaqdır. Hacı Kamyab (daxil olur, mirzələr qalxıb salam verib əyləşirlər). Kamran, o qapıdakı kişilər nəçidirlər? Kamran. Əmi, Xudayar xanın rəiyyətlərindəndirlər, sizi görməyə gəliblər. Hacı Kamyab. Xub, çıx söylə dayansınlar. Deyilən bu dəqiqə vaxtım yoxdur. Kamran cəld çıxır, birinci mirzə durub, gəlmiş ticarət məktublarını təqdim edir. Birincimirzə. Marselya vəkilimiz yazır ki, baramanın qiyməti dörd faiz artıbdır. Sizdən əmr gözləyir. Satsın, ya dayansın. Hacı Kamyab. Ona teleqraf ilə xəbər ver, neçə gün səbr etsin və hər gün birja qiymətlərini teleqraf ilə bizə xəbər versin. Kamran (daxil olur). Əmi, Rusiya ticarət nümayəndəliyinin katibi sizi görmək istəyir. Hacı Kamyab. Buyursun, buyursun. O mənim həmişə əziz qonağımdır. (İkinci mirzəyə) Işinlə məşğul ol, kağızlara sonra baxarıq. Katib (daxil olur). Salam. Hacı Kamyab. Buyurun əyləşin. (Papiros təklif edir, Kamrana) Kamran, katib cənablarına qəhvə gətir. Katib. Çox razıyam, hacı, qəhvə içməyəcəyəm. Sizin məktubunuz dünən vüsul oldu və xahiş etdiyiniz zürufat, çit, qənd və sair mallar üçün ticarət komissarlığına yazıldı. Əlavə, bu sənənin smetinə görə, İrandan bizim fabriklər üçün altı min ton pambıq getməlidir. Bu barədə təbdir edib qiymətini və kredit şərtlərini bizə xəbər verməniz xahiş olunur. Hacı Kamyab. Cənab katib, sizin pambıq sifarişinizin qədərinin ilbəil azalması məni heyrətə salır. Keçən sənə nümayəndəlik səkkiz min ton pambıq aldı. Bu il altı min ton pambıq istəyirsiniz. Buna səbəb nədir? Çit bazarı kasadlaşmışmı, ya pul tərəfdən çətinlik çəkirsiniz? Siz, cənab, heç bir fikir etməyin, sizin mötəbərliyiniz bizə gün kimi aydındır. Nə qədər mal lazım olsa, hamısını göndərməyə hazırıq və nə qədər istəsəniz, ona da varıq. Katib. Hacı, nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik. Bizim pambıq sifarişi qədərinin azalması da təbiidir. Bu sifariş gələn sənə bundan da az olacaq. Bir neçə sənədən sonra bizim üçün kənar məmləkətlərdən pambıq gətirməyə ehtiyacımız olmayacaq. Çünki Zaqafqaziya və Türküstanın pambığı bizim fabriklərin hamı ehtiyaclarını ödəyəcəkdir. Hacı Kamyab. Elə olan surətdə gərək biz pambıqlarımıza od vuraq. Katib. Od vurmaq nə lazım? Əvvəla, pambıq bazarı az deyil. İkincisi, öz məmləkətinizdə çit fabrikləri bina edib, hasil olan pambıqlarınızı da oraya məsrəf edin. Bağışlayın, məni idarədə gözləyirlər, gərək bu saat gedəm. Deməli, altı min ton pambıq bizim üçün hazır edərsiniz. Xudahafiz. Hacı Kamyab. Çeşm! Xudahafiz. (Nümayəndə gedir, mirzələrə) Katibin bizə yol göstərməsini eşitdiniz? Deyir: fabrik, zavod bina edin. Gözəl məsləhətdir. Fabrik bina elə, fəhlə ilə doldur, o da sonra başına bir bəla olsun. Yox, aşna, fabrik-zavod da sizin, fəhlələr də sizin. Biz burada bolşevik yuvası tikməyi bacarmarıq. Heç bir axmaq öz barmağı ilə öz gözünü tökməz. (Kamrana) Qapıdakı adamları çağır görüm nə istəyirlər? (Kamran çıxmaq istəyir.) Dayan! Xudayar xandan məktub almışam. Bu axşam özü və oğlu bizə qonaqdırlar. Evdə tapşır tədarük görsünlər və özün də axşam burada ol. Kamran. Baş üstə. (Çıxır. Neçə nəfər kəndli daxil olub, baş əyib salam verirlər.) Hacı Kamyab. Nə var? Niyə gəlibsiniz, nə istəyirsiniz? Qocakəndli. Hacı ağa, biz yazığıq, bizi balalarınızın başına çevir, bizə rəhmin gəlsin. Hacı Kamyab. Sözün nədir onu de. Qocakəndli. Biz Xudayar xanın rəiyyətlərindənik. Bizi kəndimiz vəkil eləyib sənin qulluğuna göndəribdir. Hacı Kamyab. Hansı kəndin adamlarısınız? Qocakəndli. Dördbulaqlı kəndinin. Biz hamımız mal-qoyun saxlarıq. Məhsulumuz yundur. Budur, bir neçə gündür bir firəng gəlib camaatın yununu almaq istəyir və yununun hər batmanına doqquz qıran pul təklif edir. Biz yunları vermək istəyirik. Xudayar xan buyurur ki, gərək nə qədər yununuz var isə batmanı yeddi qıran yarımdan Hacı Kamyabın vəkilinə verəsiniz. Hacı Kamyab. Doğrudur, biz Xudayar xan ilə danışıb qiymət kəsmişik. Qocakəndli. Ay Hacı, özün bir fikir elə, biz kasıb, ac məxluq. Hər batmanda bir qİran yarım bizim üçün böyük puldur. Sən gərək bizim ziyanımıza, nəinki ziyanımıza, evimizin yıxılmağına razı olmayasan. Hacı Kamyab. Sən dürüst fikir eləsən, yunun batmanının mənə neçəyə mal olmasını bilərsən. Siz malınızı kafirə satınca, öz müsəlman qardaşınıza bir qİran yarım ucuz satın, halal pul alın. Yeyib-içməyiniz də halal olsun. Onların pulları, hamısı araq-çaxırdan qazanılır. Qocakəndli. Ay hacı, onların haradan pul aldıqları bizə nə borcdur? Biz mal satıb, pul alırıq. Hacı Kamyab. Odur ki, xudavəndi-aləm bərəkətinizi kəsibdir. Hamınız yaz əkinçi, qış dilənçi və çörəyə möhtacsınız. Gedin, bir şahı artıq vermək mənə sərf eləməz, çıxın. Qocakəndli. Hacı, bizim hər birimiz kənddə bir kişi sayılırıq. Bizi adam bilib sənin qulluğuna göndəriblər. Hacı Kamyab. Kəndinizdə bəlkə adamsınız, çıxın gedin! Firəngə də xəbər verin, gəldiyi yol ilə düz getsin. Çox artıq-əskik etsəniz, işiniz Xudayar xan ilə olacaqdır. Onun divanına yaxşı bələdsiniz. Çıxın bayıra! (Kəndlilər gedirlər). Qəribə bihəya tayifədirlər. (Mirzəyə) Kağızları buraya gətir. Mirzə. İstanbul vəkilimizin yazmağına görə, xalı-palazın ağzı bir qədər aşağıdır. Amerika birjasından xəbər gözləyir. Hacı Kamyab. Gözləmək lazımdır. Daha nə var? Mirzə. Berlin vəkilimiz xəbər verir ki... Pərdə Beşinci şəkil Hacı Kamyabın əndəruni bağçası. Kamran bikef oturub, fikrə qərq olmuş. Gövhərtac bağçanın girəcəyində peyda olur. Bir qədər dayanıb Kamra na baxır. Kamran onu görmür. Gövhərtac bir gül qırıb ona atır, Kamran ayılmayır, bir gül də qırıb atanda Kamran diksinir. Kamran. Böyük qız olubsan, yenə uşaqlıq hərəkətindən əl çəkməyirsən. Gövhərtac. Yoxsa gül səni bir yerindən yaraladı? (Dəsmal çıxarır.) Gətir yaranı bağlayım. Kamran. Mənim yaram bağlanası yara deyil. Gövhərtac. Bu nə sözdür danışırsan? Dilini başa düşmürəm. Nə olubdur belə fikrə gedibsən? Kamran. Ürəyim çox darıxır, Gövhərtac. Gövhərtac. Nə üçün ürəyin darıxır? Kamran. Özüm də bilmirəm. Hərdən bir ağlamağım tutur. Saralmış yarpaq, sınmış ağac budağı görəndə istəyirəm ağlayam. (Yerə düşmüş gülü götürüb göstərir.) Bax, bu gülü qırıb mənim üstümə atdın. Mənə belə gəlir ki, bu gül qırıldığından ağrıdı. Bu gün mənim başımda cürbəcür fikirlər oynaşır. Özüm də anlamıram bu nədir. Gövhərtac. Dəli-dəli danışma. Gül niyə ağrısın? Gülün ki, canın yoxdur. Kamran. Bilirəm canı yoxdur, amma mənə belə gəlir. (İçində gül əkilmiş bir vaz göstərir.) Bax bu vaz, bunu palçıqdan yoğurub, kürədə bişirib, indiki halətinə salıb satıblar. Mənə belə gəlir ki, bu torpaqdan yoğrulub kürədə bişmiş vazın canı var və bizim kimi yaşayır və düşüb sındıqda onun bədəni ağrıyacaq. Gövhərtac. Heç bir şey bu danışıqdan anlamıram. Kamran Mən özüm də bilmirəm bu nə halətdir məndə. Heçdən bu xəyal başıma girib, çıxmayır. Ağaclar yaşayırlar, onlara balta dəydikdə ufuldayırlar. Rəssam çəkmiş rəsm yaşayır, daş yonulmuş heykəl də yaşayır və düşüb sınanda ağrıyır. İnsan çox şeyi özü yaradır və özü də sındırır. Budur, mən də sınmışam, mən də ufuldayıram. Gövhərtac. Səni kim sındırıb? Kimin nə həddi var əminin qorxusundan sənə güldən ağır söz deyə bilə? Kamran Məni sındİran əmim özüdür. Sən mənə iki gül atdın, amma əmim bir ağır daş vurub, mənim ürəyimi sındırıb. Odur ki, gül qırılanda, bir çini qabın düşüb sınmağını mülahizə eləyəndə ağlamağım tutur. Gövhərtac. Əmioğlu, sənin ürəyində bir dərdin var, mənə demək istəmirsən. Əgər atamdan inciyibsən, səbəbini de, mən onunla danışım. Kamran Gövhərtac, bilirsən ki, bu axşam Xudayar xan buraya gələcək? Gövhərtac. Gələndə nə olar? Xudayar xanın atam ilə alış-verişi var. Onun mülkündən çıxan tamam məhsulat atamın əlilə satılır. Odur ki, o buraya tez-tez gəlir. KamranO deyil. Gö vhərtac. Bəs nədir? Kamran Xudayar xan həmişə tək gəlib-gedər. Bu dəfə o, fərasətsiz oğlu Firidun xanı da özü ilə gətirir. Bu xəbər məni nədənsə təşvişə salıb, ürəyim az qalır partlasın. Gövhərtac. Bir belə danışıq elə bunu demək üçün idi? (Cibindən bir qələm bıçağı çıxarıb göstərir.) Bunu görürsən, təzə alınıb, almaz kimi itidir. Kamran Nə olsun? Gövhərtac. Arifsən, anla. Sənin fikrindəki mümkün deyil. Atam heç vədə istəməz ki, onun qardaşı oğlu duran yerdə, mülkü, malı, dövləti Xudayar xanın oğluna keçsin. Kamran. Gövhərtac, yoxsa belə güman edirsən ki, mənim əmimin malında, dövlətində gözüm var? Yox, o dövlət mən bilirəm nə yol ilə qazanılıb. O pullar göz yaşı və ciyər qanıdır. Bu səhər Xudayar xanın rəiyyətləri gəlib, ağlaşıb əmimin ayağına sərilirdilər. Əmim Xudayar xana üç min manat rüşvət veribdir. Xudayar xan da rəiyyəti məcbur edir ki, məhsulunu ucuz qiymətə əmimə satsın. Bu vəziyyəti görən adam onun dövlətinə, sərvətinə təmə elərmi? Mənim qüvvətli qollarım var, heç kəsdən ağılsız olmayan başım var. Məni avara edib əmimin qapısında qul edən bircə qüvvət var, o da.. (Başın salır aşağı.) Gövhərtac. Əmioğlu, yoxsa belə güman edirsən ki, bu dövlətin içində yaşamaq mənim üçün xoşdur? Məgər mən az ədalətsizlik, az insafsızlıq görürəm?! Mən də bir Dustaqxana içindəyəm. Kamran. Atan səni Xudayar xanın oğluna versə, nə eylərsən, nə eyləyə biləcəksən, nə danışa bilərsən? Satdıq mal kimi lal-dinməz duracaqsan. “Mən getmirəm” deməyi bacaracaqsanmı? Gövhərtac. Bilirəm, getmirəm sözünü deməyə mən cürət eləməyəcəm. Nə edək, elimizin adəti belədir. Qızları mal, qoyun kimi ataanaları satırlar. Ancaq əlimdəki sədəf dəstəli bıçağı gördünmü? Kamran. Əmi qızı, buçaq sözünü bir qədər unut, axır dəqiqəyədək gözlə. Mən də özümü bir şey hesab edirəm. Dünyanın işini bilmək olmaz. Bəlkə atan deyən olmadı, biz deyən oldu. Bibixatun (daxil olur). Ay qız, Gövhərtac, buradasan? Gəl evə, hava sərindir, soyuq dəyər. Kamran, sən də buradasan? Əmin səni axtarmamış yer qoymayıb, deyir harada qaldı, bir azdan sonra xan gələcəkdir. Kamran. Bu saat. (Yüyürək gedir.) Bi bixatun (qızına). Ay qız, indiyədək uşaq idin, sənə söz demirdim. Kamran sənin əmin oğlu isə də, böyük, on yeddi-on səkkiz yaşında oğlandı. Sənin onunla təklikdə danışmağın yaxşı deyil. Xalq onu da bir söz qayırar ki, guya Hacı Kamyab qızını qapıçı İbrahimin oğluna verir. Hacı Kamyab hər avaraya qız versə idi, min yerdən elçi gələrdi. Cavan oğlandır, malı, dükanı, bağı-bağatı, alış-verişi. O boyda oğlan, bikar, əmi qoltuğunda qalmaz, gedər çörək qazanar. Gövhərtac. Necə, yoxsa Kamran pul qazanmağa acizdir? Çox qoçaq oğlandır. Bibixatun. Kəs dilini, ləçər, gəl içəri! Pərdə Altıncı şəkil Hacı Kamyabın evində böyük salon. Neçə nəfər tüccarından əyləşib, söhbətdədirlər və Xudayar xanın vüruduna müntəzirdilər. Kamran tez-tez girib çıxır. Hacı Xudadad. Hacı Kamyab, qəribə xəbərlər qulağıma gəlir. Deyirlər mövqufat mülklərində iğtişaş nişanələri var. Rəiyyət Hacı Mirzə Əhməd ağaya mədaxil verməkdən boyun qaçırır. Hacı Rza. Mövqufat əmlakının mədaxilinin Hacı Mirzə Əhməd ağaya nə dəxli var? Bu mədaxil Allahındır. Allah yolunda da təqsim olunur. Hacı Mirzə Əhməd ağa fəqət Allahın vəkilidir. Hacı Kamyab. Bəli, düz buyurursunuz... Neçənəfərqonaqlardan. Bəli, belədir ki, var. Hacı Kamyab. Bilirsiniz nə var, həzərat? Bizim yerin avara cavanları burada guya iş olmadığını bəhanə edərək gedib Rusiyada, xüsusən Bakıda özlərinə iş arayırlar, orda da işləyirlər, ya işləmirlər, onu Allah bilir. Ancaq onu bilirəm ki, orada onların başlarını xarab eləyib göndərirlər geri və oradan gətirdikləri xəstəlik də buranın camaatına sirayət edir. Deyirlər, məsələn: sərvətdarların alın təri ilə qazandıqları dövlət oğurluqdur, imarətləri zəhmətkeşlərin sümüklərinin üstündə tikilibdir. (Kamrana) Kamran, oğul, sən bir bayıra çıx, gör gələn varmı? (Qonaqlar) Cavandır, eşitməsin, onların danışıqlarını deməyə adamın dili gəlmir. Hacı Xudadad. Bunlar yola gedər. Deyirlər gərək kəndlilər yığışıb zor ilə padşahı yıxıb, hökuməti öz əllərinə alsınlar. Qəribə işdir. Ayaqyalın Pirqulunun biri hökumət başında əyləşəcək, biz də itaət edəcəyik. Hacı Rza. Bu hələ boş danışıqdır. Hökuməti yıxmaq arıq-cırıqlar işi deyil, bundan yamanı var. Deyirlər, nəəzubillah, Allah yoxdur. Axundlar, müctəhidlər hamısı adam aldadan, xalqın başını qırxan fırıldaqçılardır. Hacı Şükür. Belə şəxslərinki vacibülqətldir. Hacı Rza. Əlbəttə, Hacı Mirzə Əhməd ağa əmr edibdir ki, belə adamlar xalq arasına çıxdıqda fövrən öldürsünlər. Bunları öldürənlərə behişt vacibdir. Ağa cəmi məsuliyyəti öz öhdəsinə götürür. Hacı Şükür. Mövqufat əmlakında iğtişaş edənlər cəzalarına çatdılarmı? Hacı Kamyab. Ağa hakimi-vilayətə məktub göndərmişdi. O da lazımi tədbir edib. Neçə adam həbsə alınıb, bir nəfər döyülüb, Rusiyadan gəlmiş bir nəfər bidin bu gün dara çəkilib. İndi rəiyyət sakitləşib, borcunu lazımınca əda edir. Hacı Şükür. Xudavəndi-aləm öz cəlalı hörmətinə Hacı Mirzə Əhməd ağanı bu başıaçıq camaata çox görməsin və onun vücudunu bibəla eləsin. Hamı. Amin. Bayırda at tappıltısı eşidilir. Kamran (cəld daxil olur). Xan təşrif gətirir. Hacı Kamyab. Cəld çıx, özün xanın atını tut. Deyilən xanın qulluğunda gələnlərin hamısına yer verib rahat eləsinlər. Kamran çıxır və Hacı Kamyab da onun dalınca. Hacı Kamyab (bayırda). Buyurun, xan zəhmət çəkibsiniz, qədəm əziz edibsiniz. Mənim bu kasıb komam sizin mübarək xakipayınıza qurban. Xan daxil olur, dalınca oğlu, sonra Hacı Kamyab və xanın xidmətçilərindən bir nəfər əlində bir mürəssə mücrü, xalq ayağa durur. Xudayarxan. Salaməleyküm. Hamı. Əleykəssalam. Xudayarxan (əyləşir). Bu gün hava çox istidir. Yolda çox əziyyət çəkdik. Hacı Kamyab. Xan, əgər meyl etsəniz, duzlu abduğ var. Xudayarxan. Afərin, Hacı Kamyab. Mən həmişə deyirəm ki, Hacı Kamyabda hər dərdin dərmanı tapılar. İstinin dərmanı abduğdur. Mərhum Nəsrəddin şah Avropa səfərinə gedəndə həmişə yanınca abduğ götürərdi. Firidunxan (atasına). Ağa, abduğla bizim kəndin arvadları başlarını yuyurlar. Xudayarxan. Danışma, sakit otur. Firidunxan. Atamın canı üçün doğru deyirəm, gözümlə görmüşəm. Xudayarxan. Sənə dedim səsini kəs. Kamran daxil olub qapıda dayanır. Hacı Kamyab. Kamran, get xan üçün abduğ gətir. Kamran çıxır. Xudayarxan. Hacı, bu oğlan kİmdir? Hacı Kamyab. Xan sağ olsun, bu mənim qardaşım İbrahimin oğludur. Xudayarxan. Afərin, afərin, çox yaxşı oğlana oxşayır. Hacı Kamyab. Nökərinizdir. Kamran gümüş podnos üzərində bir kasada abduğ gətirir. Xan kasanı alıb sağ və soluna təklif edir və sonra içir. Xudayarxan (ayranı içəndən sonra). Səlamüllahü ələl Hüseyn və lənətüllahi əla qatilül Hüseyn. Hamı. Afiyət olsun, xan! Xudayarxan. Səlamət olasınız, inşallah. Hacı Kamyab. K a m r a n, çay gətir. Firidunxan (K a m r a na). Ay gədə, sənin adın Kamrandır? Kamran. Bəli, xanzadə. Firidunxan (atasına). Ağa, mənim dayımın da adı Kamrandır. Xudayarxan. Çox danışma. Firidunxan (Kamrana). Sənin də anan başını abduğ ilə yuyur? Xudayarxan. Sakit ol, kəs səsini. Kamran çıxır. Hacı Xudadad. Xan, sizin rəiyyətin də arasında az-maz iğtişaş varmı? Xudayarxan. Mənim rəiyyətimin içində iğtişaş ola bilməz. Bir nəfər Bakıya gedənlərdən gəlib artıq-əskik danışırdı. Verdim oğlumun əlinə, dedim bunun tənbehini özün elə, ta görüm mənim yerimdə qatillik eləməyi bacaracaqsanmı? Firidunxan. Bir dəfədə qılıncımla vurub başını quş başı kimi atdırdım. Qonaqlar. Afərin, xanzadə. Kamran çay gətirib qonaqların qabağına qoyur və sonra gedib mürəbbə gətirir. Xudayarxan (çay içir). İğtişaşın qabağını başqa növlə almaq olmaz. Məsələn, axundlar minbərə çıxıb camaata nəsihət edirlər. Nəsihət ilə kar aşmaz. Məsəldir, bağışlayın, deyərlər səlavət ilə donuz darıdan çıxmaz. Hacı Rza. Əlbəttə, xan sağ olsun, kötək lazımdır. Firidunxan. Keçən həftə mən güllə ilə meşədə iki donuz vurdum. Xudayarxan. Danışma, xamuş ol. Hacı Şükür. Deyirlər Rusiyanın imperatorutək qəvi padşahı camaat təxtdən yerə saldı, biz də şahı yerə salıb ixtiyarı əlimizə alacağıq. Xudayarxan. Rusiya müharibədə məğlub olmuşdu, qoşunu dağılmışdı. Padşah da baxdı gördü hökumətlik edə bilməyəcək, təxtdən əl çəkdi. Bizim hökumətimiz qəvi, şəriətimiz möhkəm və qoşunumuz müntəzəm. Burada Allahın dövlətindən heç bir inqilab ola bilməz. Hacı Xudadad. Əlbəttə belədir. Firidunxan. Çox danışanın qılınc ilə başını “şırt” üzdürrəm. Xudayarxan. Sənə deyirəm az danış. İki nəfər hacının nökərindən əllərində aftaba və ləyən gəlib qapının iki tərəfində dururlar. Hacı Kamyab. Xan, buyurun bir qədər şam meyl edin. Qabaqca xan, sonra qonaqlar birbəbir əllərini yuyub, nökərlərin çiyinlərindəki məhrəba ilə silib, içəri adlayırlar. Kamran stəkanları yığıb, qonaqların dalınca bir qədər baxıb dərin bir ah çəkir və cəld çıxır. Pərdə Yeddinci şəkil Həmin salon. Xudayar xan və Hacı Kamyab əyləşibdir. Xanın pişxidməti, əlində mücrü, kənarda durubdur. Hacı Kamyab. Xan sağ olsun, buyurun bu otaqda bir qədər rahat olun. Sabah hesaba əyləşərik. Xudayarxan. Neçə sənədir mən sənin vasitən ilə ticarət edirəm. İndiyədək aramızda bir güftgu olmayıb və bundan sonra da olmayacaq. Hacı Kamyab. Nə buyurursunuz, xan! Mən nəkarəyəm sizə xəyanət edəm, aramızda da güftgu olsun. Ancaq bu pul adlanan şey hesab sevən bir şeydir. Xudayarxan. Xub, necə sənin xahişİndir. Mən buraya gələndə neçə nəfər mənim rəiyyətlərimdən qabağa çıxdılar. Gün əziyyət etdiyindən mən onları dayandırıb danışdırmadım. Baş əyib ötdülər. Onlar burayamı gəlmişdilər? Hacı Kamyab. Bəli, mənim yanıma gəlmişdilər. Xudayarxan. Nə işə? Hacı Kamyab. Əslinə baxsanız şikayət sizdən idi. Bir nəfər yun alan firəngin onlara məndən çox pul təklif etdiyini söyləyib, yunun qiymətini bir qədər artırmamı xahiş edirdilər. Xudayarxan. Nahaq mən onları orada dayandırıb günün istisində canları çıxınca döydürmədim. Bihəya uşağı bihəya, istəyirlər alış-veriş eləsinlər, arada xan bir qıran da olsa mənfəət görməsin. Hacı Kamyab, xanın qulluğuna saydığım əşrəfilərdən xəbərləri yoxdur. Həqiqət, hacı, rəiyyət azıb, yolundan çıxıb. Hacı Kamyab. Sizin buraya təşrifinizdən qabaq biz də bu məsələni söyləyirdik. Rəiyyətdə əsla böyüyə hörmət və ehtiram qalmayıb. Hamısının üzləri dönüb, hətta etiqadları da xarab olubdur. Bu vəziyyətə yol verməyin, ağır nəticələri ola bilər. Xudayarxan. Bilirsiniz, hacı, əhalinin cavanları bilmirəm Rusiyada nə tapıblar? Hamısı vətənlərini buraxıb, gedib orada özlərinə iş axtarırlar. Guya ki, Rusiyada yel əsib, qoz tökülübdür. Bir necə il neft mədənlərində it günündə işləyib, qayıdıb gəlirlər vətənlərinə. Di gəl danışıqlarına bax! Allah tanımazlar, peyğəmbər tanımazlar. Axundlara, seyidlərə, xanlara ehtiram yox. Əlbəttə, buna bir əlac lazımdır. Hacı Kamyab. Əlbəttə lazımdır. Xudayarxan. Mən bir neçə nəfər belə əclaflardan tələf etdirdim. İndi də belə əmr etmişəm. Heç bir kəsin məndən biizin Rusiyaya getməyə ixtiyarı yoxdur. Qaçaq gedənlər də gərək qayıtmasınlar. Qayıdanların boyunları fərmandadır. Mənə Xudayar xan deyərlər. Mənim divanım şaha da məlumdur. Hacı Kamyab. Əlbəttə, belə olmasa tamam hökumət əldən gedər. Xudayarxan. Bu məsələləri sonra müzakirə edərik.Nə qədər mən sağam və mənim oğlum sağdır, rəiyyətin arasında heç bir iğtişaş mümkün deyildir. Mən istəyirəm bu gün sizə qonaq gəlməyimin səbəbini söyləyim. Hacı Kamyab. O da evinizdir, mənə dəxli yoxdur. Mən də sizin sadiq çakərinizəm. Xudayarxan. Xeyr, əstəğfürulla, əziz qardaşımsınız. Bilirsiniz, hacı, neçə sənədir biz bir yerdə ticarət edirik. Hacı Kamyab. İyirmi sənədən artıqdır və bu yediyim çörək də sizin dövlətinizdəndir. Xudayarxan. Halal çörəkdir, çünki alış-verişinizdə haram olmayır... Mənim bu gün buraya gəlməkdən niyyətim sizinlən daha da yavuq və hətta qohum olmaqdır. Fəqət sizin qardaşınız oğlunu burada gördükdə bir qədər fikrə getməyə məcbur oldum. Sizin qızınız var, mənim oğlum var. Əgər qızınız qardaşınız oğluna namizəd deyilsə, mənim oğluma verməyi xahiş edirəm, qəbul edəsiniz. Hacı Kamyab. Mən heç kəsə qızımı vədə etməmişəm. Bəlkə qardaşım oğlunun ürəyindən keçir, o başqa işdir. Ancaq, xan sağ olsun, mənim qızım Xudayar xan xanədanına layiq ola bilərmi? Xudayarxan. Layiq olmasaydı, mən buraya gəlməz idim. Hacı Kamyab. Xan, sizin mənim canıma ixtiyarınız çatar. Qızımın başını kəsməyə də haqqınız var. Xudayarxan. Deməli, razısınız. Hacı Kamyab. Heç kəs bəxtinə arxasını çevirməz. Xudayarxan. Belə olan surətdə əlinizi mənə verin, öpüşək. (Ələlə tutub öpüşürlər. Xan nökərinə) A gədə, Şirəli, mücrünü mənə ver. (Nökər irəli gedib mücrünü xana verir. Xan alıb ötürür Hacı Kamyaba.) Bu mücrüdəki cavahiratı da mənim oğlumun sevgili nişanlısına verin. Hacı Kamyab (mücrünü alır). Mərhəmətiniz artıq olsun, xan. Xudayarxan. İndisə gedib bir qədər dincəlmək olar. Gəlin dübarə öpüşək. Öpüşürlər. Pərdə Səkkizinci şəkil Hacı Kamyabın əndərunində. Gövhərtac və Kamran. Göv hər tac. Əmioğlu, axır bu gün sənin sifətin mənim xoşuma gəlməyir. Bilmirəm ürəyində nə ağır fikirlər var. Guya tamam məmləkətin xəracını sənin üstünə qoyublar. Gah deyirsən gül qırılanda ağrıyır, gah ağac kəsiləndə ufuldayır, gah da bilmirəm nə. İndi də mat durubsan, nə danışırsan, nə gülürsən. Kamran. İndiyədək uşaq idim, insanların arasında olan fərqi düşünmürdüm. İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın aralarında böyük fərq var. Məsələn, mənim əmim Hacı Kamyab pulunun hesabını bilməyir. Atam baqqal İbrahim borclarının hesabını dinarınadək bilir. Bunların hər biri bir sinif nümayəndələridir. Odur ki, onlarınkı bir-birilə tutmur. Mən burada, budur neçə ildir, məvacibsiz, müftə hambalam. Səbəbini sən yaxşı bilirsən. Bağban bir gül üçün yüz xarə xidmətkar olar. İndi sənə də baxıram, özümə də baxıram və bir böyük səhv içində olduğumu düşünürəm. Sən hara, mən hara?! Sən dövlətli, mən kasıb. Sən Hacı Kamyabın qızı, mən baqqal İbrahimin oğlu. Gövhərtac. Kamran, mən bilirəm sən nə deyirsən. Ancaq adətə qarşı da getmək çətİndir. Bizim ixtiyarımız hələlik ata-anamızın əlindədir. Bizi qaramal kimi ürəkləri istədikləri adamlara satırlar. Bizim əlimizdə ancaq bircə haqq qalıbdır. O da ölmək və ya yaşamaq haqqı. Bu haqqı bizim əlimizdən heç kəs almaz. Kamra. Gövhərtac, mənim səndən xahişim budur: biz ayrıldıqmı, ya ayrılmadıqmı, ölüm söhbətini araya gətirmə. Hacı Kamyab (daxil olur, əlində mücrü, mücrünü bir kənara qoyur). Kamran, buradasan? Kamran. Bəli, əmi, buradayam, əmriniz var? Hacı Kamyab. Bir əmrim yoxdur. (Qızına) Gövhərtac, sən buradan get, Kamran ilə xəlvət danışmalı sözüm var. (Gövhərtac çıxır.) Oğul, Kamran biz müsəlmanıq, bizim hamımızın başı şəriətə bağlıdır. Sən uşaqlıqdan bu evdə böyüyübsən. İndiyədək evlərin hamısına girib-çıxıbsan. İndi sən həddi-buluğa yetişibsən. Bundan sonra sən əndərunə naməhrəmsən. Kamran. Əmi, yoxsa məni evindən qovursan? Hacı Kamyab. Bu nə sözdür, oğul, mənim evim sənin evin deyilmi? Yenə elə burada yaşayacaqsan, kontorda işləyəcəksən. İndiyədək uşaqdın. İndi sənə bir xırda məvacib də təyin elərəm. Bir müddət qulluq elərsən, sonra kontorun tamam ixtiyarını sənə tapşıraram. Səni Parisə, Londona, Istanbula göndərrəm və mənim, doğrudan da, oğlum olarsan. Kam ran. Sözüm yoxdur, əmi, indiyədək əmrinizdən boyun qaçırmamışam, indi də itaətinizdə varam. Mən bu əndərundan çıxdıqdan sonra tamam bu evdən uzaqlaşacağam. Hətta bu evə gendən tamaşa etməyə mənim ürəyim davam gətirə bilməyəcək. Hacı Kamyab. Belə sözü danışma, oğul. Sən iki qardaşın bir oğlusan. Səndən mən əlimi çəkə bilərəm?! Kamran. Yox, əmi, çörəyinizi mənə halal ediniz, mən getməli oldum. Ancaq sizdən bir təvəqqem var. Gövhərtacın cibindəki iti bıçağı onun əlindən alın. Xudahafiz. (Cəld çıxır.) Hacı Kamyab (səsləyir). Kamran, Kamran. Gövhərtac (çıxır). Ağa, Kamran haraya getdi? Hacı Kamyab. Evlərinə göndərdim, qızım, getsin, yatsın, sübh tezdən gərək gəlib Xudayar xanı yola salsın. Bibixatun daxil olur, hirsli. Hamam boğçasını bir yana atır, tas boğçanın içindən çıxıb otağın ortasına yumarlanır. Hacı Kamyab. Arvad, nə olubdur sənə, niyə belə qəzəb-alud olubsan? Bibixatun. Arvadın günü qara gəlsin, arvadın doğulduğu günə daş düşsün, arvadı əkənin yurdu dağılsın! Hacı Kamyab. Axır bir de görüm nə olubdur, nə xəbərdir? Bibixatun. Nə olacaqdır?! Sənin kimi kişinin mənim kimi də arvadı olacaq! Kor atın kor nalbəndi olar! Bir azdan sonra şəhərin it, pişikləri də məni görəndə gülüşəcəklər. Hacı Kamyab. Arvad, bir əməlli danış görüm, sənin qışqırtından heç zad başa düşmək olmayır. Bibixatun. O Hacı Rzadır, nədir, bir də bu qapıdan girsə, mən bu evdə yarım saat dayanmayacağam. Hacı Kamyab. Mən imanım, sənin ağlın çaşıbdır. Hacı Rza ilə sənin nə alış-verişin? Bibixatun. Hacı Rza olmasın, olsun onun arvadı. Sən atayın goru, bir bax: hamamda oturub başımın hənasını tökürəm, bir də gördüm bir arvad deyir: ay qız, kimsən, başını qıraqda yu, soyuq su üstümə sıçrayır. Onun yanında oturan mənim kim olduğumu ona deyəndə gör nə cavab verir: Hacı Kamyabın arvadı çox böyük vücuddur, guya xan arvadıdır, şah arvadıdır. Belə deyincə deyin baqqal İbrahimin qardaşı arvadıdır! Hacı Kamyab. Elə bu? Dedim görəsən nə qiyamət olubdur. Bibixatun. Hələ bu azdır?! Yox, istərdin ki, əlindəki kasa ilə vurub başımı yaraydı. Təqsir hamısı səndədir. Hacı Rza kimi adamlara üz verəndə arvadları da adamın başına çıxarlar. Dövlətli kişisən, Xudayar xan kimi adam sənin evinə qonaq gəlir. Özünü elə saxlasanamı ki, xalq da səni saysın! Hələ mən bundan bədtərindən qorxuram! Hacı Kamyab. O nədir? Bibixatun. Bir azdan sonra da qızını götürüb verəcəksən qardaşın oğlu qotur Kamra na. Ondan sonra hünəri olan evdən bayıra çıxsın. Adım olacaq qotur Kamra nın qaynanası. Bəxtəvər başımıza, qır satıb qazanc eləyəcəyik. Hacı Kamyab. Sözünü qurtardın? Bibixatun. Qurtardım, nə olsun? Hacı Kamyab. İndi mənə danışmağa macal verərsən? Bibixatun. Danış görüm, nə deyəcəksən. Hacı Kamyab (mücrünü verir arvadına). Al bax. Bibixatun. Neyləyim bunu? Hacı Kamyab. Aç içinə bax. Bibixatun (mücrünü açıb cavahiratı görür). Bu nədir, a kişi? Hacı Kamyab. Bu, nişandır. Xudayar xan bizim qızımızı oğluna istəməyə gəlmişdi. Mən də söz verdim. Bibixatun. Aldadırsan məni. Hanı səndə elə şüur?! Görəsən kİmdir, gətirib girov qoyubdur. Hacı Kamyab. Doğru deyirəm. Payız daxil olan kimi toyunu da eləyəcəyik. Bir az bundan qabaq Kamrana əndərunə girməyi qadağan etdim. O da deyəsən küsüb həmişəlik buradan getdi. Bibixatun. Cəhənnəmə getsin, gora getsin. Bundan sonra görüm hansı ləçər hamama girəndə ayağıma durub mənə yer göstərməyəcək! Bax, ömründə gördüyün ağıllı iş bircə budur. Bərəkallah, kişi. Bundan sonra hamıdan hayfımı alacağam. Xudayar xanın oğlunun qayınanası! Zarafat deyil. Hacı Kamyab. Mən gedirəm, qızını çağır, özün necə bilirsən xəbər ver. (Hacı gedir.) Bibixatun (çağırır). Gövhərtac, a qızım, bir bura gəl. Gövhərtac (daxil olur). Nə buyurursan, ana can? Bibixatun. Bir gəl gör bu cavahirat xoşuna gəlirmi? Gö vhərtac. Bunlar kimin üçündür? Bibixatun. Belə sənin üçün! Göv hərtac. Ağam alıbdır? Bibixatun. Bəs kim alacaqdır?! Bir otur, qızım. Bu gərdənbəndi boynuna keçirt. Bəh, bəh, nə gözəldir! Bu gülü də döşünə tax. Bu sırğaları da gətir qulaqlarına taxım. Bu üzükləri də barmağına tax. Afərin, qızım. İndi hər kəs səni görsə deyər, bu, mələkdir, göydən enib. Mən sənin ananam, səni bu mərtəbədə gözəl bilmirdim. Bilirsənmi, qızım, bu nədir? Bu, nişandır, Xudayar xan gətiribdir. Atan səni Xudayar xanın oğluna verir. Gör sənə nə böyük bəxt açılır. (Gövhərtac söz deməyərək anasının döşünə qısılıb ağlayır.) Ağla, qızım, elə belə olar. Atam məni sənin atana verəndə, mən də bir gün ağladım. Gö vhərtac. Bunu Kamran bilirmi? Bibixatun. Kamran kimdir?! O nə itdir, bu sözü dilinə gətirirsən! Atan sənin başını it qibləsinə kəsər. Sən gərək fəxr eləyəsən ki, xan arvadı olub hökumət işlədəcəksən. Neçə min adam sənə baş əyəcək. Anan bir yerə gələndə hamı onun ayağına qalxacaq. Hacı Rzanın arvadı kimi itlər cürət edib mənə deyə bilməyəcəklər ki, başını kənarda yu. Hamamçıya sifariş gedəcək: Xudayar xanın oğlunun qayınanası hamama gəlir. Gərək hamama bir nəfər buraxılmasın. Bircə buraya bax. (Qalxıb əlini belinə vurur.) Ay camaat, geri çəkilin, Xudayar xanın oğlunun qayınanası gəlir! Gövhərtac üzünü örtmüş ağlayaraq otaqdan çıxır. Pərdə * * * Üçüncü pərdə Doqquzuncu şəkıl Hacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun. Bibixatun. Qızımın nə dərdi olacaq? Deməsə də mən bilirəm. Qızım məhz Allahına təpik atır. Onun dərdi qotur Kamrandır, vəssalam. Nökər (daxil olur). Həkimbaşı Mirzə Mehdi. Hacı Kamyab. Buyursun, buyursun. Mirzə Mehdi (daxil olur). Salaməleyküm. Xeyr ola, hacı? Hacı Kamyab. Həkimi xeyrə çağırmazlar. Bizim qız bir-iki gündür xəstələnibdir. Zəhmət olmasa ona bir baxasınız. Mirzə Mehdi. Baş üstə. Allah onu öz pənahında saxlasın. Nə olacaq! Yəqin özünü soyuğa veribdir, ya səfrası artıbdır. Xəstə haradadır? Hacı Kamyab. Bu otaqdadır, buyurun. (Mirzə Mehdi gedir.) Əgər Mirzə Mehdinin dərmanının təsiri olmasa, teleqraf çəkəcəyəm, Tehrandan şahın xüsusi həkimi gəlsin. Parisdən, Londondan həkim gətirəcəyəm. Bəs bu cəm etdiyim dövlət nə üçündür? Bibixatun. Teleqraf çəkib Loğmanı qəbirdən dirildib gətirəsən, ya yazıb göydən Cəbraili gətirdəsən, ona əlac olmayacaq. O gərək hər yerdə anasının başını aşağı saldıra. İndi sən gir onun yanına, deyilən: “A qızım, səni verirəm Kamrana”. Əgər o saat durub sağ-salamat oturmasa, gəl yüz dəfə mənim üzümə tüpür. Hacı Kamyab. Boş danışırsan, arvad, Kamran nədir? Mən onu xan arvadı, rəiyyət, əmlak sahibi eləyirəm, sən də başlayıbsan Kamran belə gəldi, Kamran belə getdi. Bibixatun. Düzünü mən deyirəm. Lalın dilini anası bilər. Onun da dilini mən bilirəm. Gərək Hacı Rzanın arvadı kimi it məni hamamda təpik ilə vura, Hacı Xudadadın arvadı məni görəndə ağzını yanaca verə. O da baqqal İbrahimin evində oturub qotur Kamran ilə mazaqlaşa. Doğru deyiblər ki: “Qızı öz xoşuna qoyarsan, ya zurnaçıya gedər, ya nağaraçıya”. Mirzə Mehdi (içəridən çıxır). Naxoşa baxdım. Hacı Kamyab. Nə tapdınız, mirzə? Mirzə Mehdi. Xatircəm olun, xəstəliyi yoxdur. Nəbzi salamatdır. Hərarəti az, xırdaca ürək döyünməsi var, o da rəf olub gedər. Onun ümdə naxoşluğu yuxusuzluqdur. Iki gecə rahat yatsa, sağalıb oturacaqdır. Budur, dərman yazmışam. Gündə üç qaşıq verərsiniz içər. Bu dərman əlbəttə ona yuxu gətirəcəkdir. Əlavə, onu qoymayın artıq fikir edə. Ürəyi istəyən qızlardan, gəlinlərdən onun başına cəm edin, danışsınlar, gülsünlər, oynasınlar. Yenə deyirəm, təşviş etməyin, axırı xeyir olar. Iki gündən sonra yenə gələrəm. Xudahafiz. Hacı Kamyab. Zəhmət çəkdiniz, mirzə. Məni xatircəm etdiniz. (Pul verir.) Mirzə Mehdi. Bu nəyə lazımdır, hacı? Mən bu evin çörəyini az yemişəm ki, mənə pul verirsiniz? Hacı Kamyab. Yox, mirzə, xahiş edirəm qəbul edəsiniz. Mirzə Mehdi. Ərz edirəm ki, almaram. Hacı Kamyab. Almasanız, doğrudan sizdən inciyərəm və yəqin edərəm ki, qızımın xəstəliyi ağırdır. Mirzə Mehdi. Xub, belə olan surətdə sözüm yoxdur. (Pulu alıb gedir.) Hacı Kamyab (arvadına). Sən get qızın yanına. Mən də dərmanı göndərim əczaxanada hazırlasınlar. Bibixatun. Dərman-mərman hamısı nahaqdır. İndi gör söz mən deyəndir, yoxsa yox? Onu həmişə, başın yerə qoyan kimi, yuxu aparardı. İndi nə olub yatmayır? Qotur Kamranın eşqi düşüb beyninə, yatmayır. Hacı Kamyab. Rəhmətlik qızı, Kamran, Kamran, – deyə oturubsan. Bilmirəm Kamran sənə neyləyib? Bibixatun. Kamran mənə neyləyəcək? Atamı öldürməyib, anamı öldürməyib. Məni yandıran odur ki, mənim qızım heç anasının rüsvay olacağını fikrinə gətirmir. Qoy Hacı Rzanın arvadı hamamda məni təpikləsin, ancaq onun keyfi kök olsun. Hacı Kamyab. Ay arvad, burada eşq söhbəti yoxdur. Qızım Kamranı da görür, Xudayar xanın oğlunu da. Gövhərtac ilə Kamran bir yerdə böyüyüblər. Iki yoldaş biri-birindən ayrılanda, söz yox, xiffət edir. Bir neçə gün keçər, adət edib oturar yerində. Bibixatun. Sən belə bil. Mən də bildiyimi bilim... Get dərman hazırlat. Belə dərmanlardan çox hazırladacaqsan. (Qızının otağına tərəf gedir və gedə-gedə) Sənin hər iki dünyada üzün qara olsun, qız! Südüm gözündən gəlsin! (Gedir. Hacı Kamyab da çıxır.) Pərdə Onuncu şəkil Baqqal İbrahimin evi. Kamran əyləşib. “Leyli və Məcnun” oxuyur. Kamran: Ləzzət rüxi-yari-dilsitandan, Candır bulan, ey diriğ candan!.. Canım gedəli bəsi zamandır, Cismimdəki indi özgə candır... Məndə olan aşikar sənsən, Mən xud yoxam, ol ki var, sənsən! Ah çəkir. Cahanbanu ( daxil olur). Ay oğul, əmin bu gün yenə adam göndərmişdi. Deyir neçə gündür işə gəlmir. Kamran. Nəyə gedəcəyəm? Mənim orada bir işim qalmayıb. Cahanbanu. Necə işin qalmayıb? Bəs İndiyədək orada nə iş görürdün? Kamran. Ana can, gəl otur, dərdimi sənə deyim. Düzü budur ki, əmim məni evindən qovdu. Cahanbanu. Evindən qovdu, bəs niyə yenə çağırır? Kamran. Ana can, adam kasıb olanda gərək hamı onun başına qapaz vursun? İndi mən neyləyim ki, mənim atam baqqal İbrahim xalqın qanını sormayıb, cibini soymayıb, malını oğurlamayıb, bir balaca baqqal dükanına qənaət edib külfət saxlayır? Cahanbanu. Odur ki, bir adam da sənin atayın adına pis söz demir. Kamran. Atamın adına pis söz demirlər, məni də yavuğa qoymayırlar. Ana can, mən indiyədək Gövhərtac ilə bir yerdə böyümüşəm. O məni sevir, mən də onun dərdindən ölürəm. Siz də hamınız güman edirdiniz ki, o, əlbəttə, qızını mənə verəcək. Bir neçə gün bundan əqdəm məni çağırıb buyurdu ki, onun evinin əndəruninə daxil olmayım, guya mən onun arvadına, qızına naməhrəməm. İndi də çağırır ki, gəl məvacib verim, mənim kontorumda qulluq elə. Mən necə gedim? Cahanbanu. Ay bala, bu dərdini mənə çoxdan deyəydin. İstəyirsən elə bu gün çadramı salım başıma, gedim Bibixatunun yanına, qızına elçi düşüm. Kamran. Zəhmət çəkmə, ana, mənim naməhrəmliyim bəhanə idi. Əmim, qızını Xudayar xanın oğluna verir, ona görə də məni evindən qovdu. Cahanbanu. Bu nə sözdür, ay oğul? Xudayar xan kimi böyük şəxs Hacı Kamyabın qızını alarmı? Onun xan yoldaşı azmıdır? Kamran. Ana can, bu dünya pul dünyasıdır. Xudayar xan dövlətli, əmim dövlətli və varisi də bir tək qızı. Xudayar xana iki dövləti biri-birinə qarışdırmaq lazımdır. İş qurtarıb gedib, ana. Ancaq bu dərdə mən davam edə bilməyəcəyəm. İbrahim (daxil olur). Yenə ana-bala nə söhbət eləyirsiniz? Cahanbanu. Nə söhbət olacaq, oğlum anasına dərdini deyir. İbrahim. Cavan oğlanın dərdi cavan qız olar. Evlənmək istəyir, get bir halal süd əmmiş qız al, gətir qoy evinə. Cahanbanu. Belə oğlun əmisi qızının dərdindən ölür. Mənə də dediyi odur. İbrahim. Keçinin qoturu bulağın gözündən su içər. Bala, bircə papağını qoy qabağına, fikir elə. Hacı Kamyab sənə nə üçün qız versin? Onun qardaşı oğlusan? O, Hacı Kamyab, sən baqqal İbrahimin oğlu. O, özü kimi bir dövlətli tapıb qızını verəcək. Hər kəsin öz tayıtuşu olar. Sənə hacı qızı yaramaz. Sənə mənim kimi bir baqqalın qızı lazımdır. Əmin qızının vədəsini Xudayar xanın oğluna veribdir. Dərdqəm çəkməyin mənası yoxdur. (Arvadına) Bunu da deyirlər ki, həmin gündən qız xəstələnib yatır. Həkimbaşı Mirzə Mehdi gündə onun yanındadır. Hər çe müalicə edir, bir nəticə vermir. Kamran. Gövhərtac xəstədir?! Afərin vəfasına. İbrahim. Ay oğul, bilirsən nə var? İndi bu saat mən Hacı Kamyabın yanından gəlirəm. Özü məni çağırmışdı. Deyir: bilmirəm nə var ki, Kamran küsüb, çağırıram da gəlməyir. Deyir, mən ona məvacib kəsirdim və gəldikcə də mərtəbəsini artıracaq idim. İndi ki gəlmək istəmir, özü bilsin. Kamran, deyir, qoçaq, bacarıqlı, əlindən hər iş gələn bir oğlandır. Doğrusu, mənim namusum qəbul etməz ki, desinlər: Hacı Kamyabın qardaşı oğlu avara gəzir. Apar, – dedi, – bu iki min tüməni ver oğluna, əlində maya qayırıb ticarət etsin. Deyir: yəqinimdir ki, az keçməz Kamran adlı bir tacir olar. (Pul verir.) Kamran. Ata, apar bu saat o pulu ver hacı Kamyaba, qoysun dövlətinin üstünə. Buna haqqı-sükut, ağızyumma deyərlər. Mən onun nə iki min tüməninə və nə iki yüz min tüməninə möhtac deyiləm. Mənim başım da, möhkəm qollarım da var. Işlərəm, başımı saxlaram. Ver pulunu özünə, deyinən çox sağ olsun. Cahanbanu. Ay bala, nə danışırsan? Sənin atan İbrahim ömründə iki min tümən görməyib. Niyə belə danışırsan? İbrahim. Oğlum, bu az pul deyil. Bununla sən böyük ticarət aça bilərsən. Yoxsa bunu az hesab eləyirsən? Kamran. Mən sənə necə dedim, elə də elərsən. Apar ver əmimə, deyinən qoysun dövlətinin üstünə, azalmasın. (Qapı döyülür, Kamran çıxır.) İbrahim. Ay arvad, oğluna sən nəsihət elə, uşağın ağlı özündə deyil. Kamran (qayıdır). Yoldaşlarım gəlirlər. Siz gedin. Sonra söhbət edərik. (İbrahim və Cahanbanu gedirlər. Daxil olurlar: Cahanbəxş, F əramərz, Xurşid). Buyurun, buyurun. Cahanbəxş. Oğlan, harada qalıbsan? Bu gün neçə gündür görünmürsən. Biz fikir etdik xəstələnibsən. Kamran. Elə xəstə kimi varam. Cahanbəxş. Yəni necə? Kamran. Ta mən nə söyləyim? Neçə gündür ovqat təlxliyim var. Ona görə evdən çıxmıram. Fəramərz. Ovqat təlxliyinin səbəbini biz hamımız bilirik. Kamran. Bilirsiniz, daha nə xəbər alırsınız? Fəramərz. Biz gəlmişik sənin dərdinə bir çarə tapaq. Sənin namusun bizim hamımızın namusudur. Tamam şəhərə məlumdur ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir. Hacının arvadı danışmamış yer qoymayıbdır. Hacı çox da olsun dövlətli, sən kasıb. Əmi qızı əmi oğluna düşər. Biz bilirik, sən bu işlərdən sınıbsan və bu məsələ bizim hamımızı sındırıbdır. Kamran. Sizin əlinizdən nə gələ bilər? Xurşid. Mən bu gün Hacı Kamyaba bir adsız kağız yazaram ki, qızını Kamran a ver, ya özünü ölmüş bil. Fəramərz. Qəribə təklifdir! Istəyirsən sabah gəlib Kamranı aparıb bassınlar həbsə? Xurşid. Sən buyur, cənab Fəramərz! Fəramərz. Əlacı qızı götürüb qaçmaqdır. Kamran ilə qızı elə gizlərik ki, şeytan da tapa bilməz. Bir neçə ay keçdikdən sonra üzə çıxardarıq. Xurşid. Bilirsənmi ki, onda Xudayar xanın atlıları hacı Kamyabda istitaət qoymazlar? Fəramərz. Cəhənnəmə qoymasınlar. Kamran a hacı Kamyabın məgər dövləti lazımdır? Ancaq onun və bizim namusumuz tapdalanmasın. Kamran. Qardaşlarım, sizdən çox razıyam. Ancaq iş-işdən keçib. Qız götürüb qaçmaq istəyən gərək qız ilə bir əlaqə bağlasın. Məni hacı Kamyabın evinə yavuq qoymazlar. Amma qızın yanına mən adamımı göndərə bilərəm. Fəramərz. Sən bir yol tap, biz də sənə kömək eləyək. Qızı götürüb qaçaq, aparaq elə bir möhkəm yerə ki, heç kəs oraya yaxın çıxmasın. Cahanbəxş. Hanı o qüvvətli yer ki, Hacı Kamyabın oraya əli çatmasın? Fəramərz. O qüvvətli yeri mən ərz eləyim. O yer Hacı Mirzə Əhməd ağa müctəhidin evi. Hacı Kamyab heç bir cürətlə müctəhidin evinə hücum edə bilməz. Xurşid. K a m r a n, sən fikirləş, qız ilə əlaqə bağlamağa yol ara, qalan iş asandır. İndi bir boş çanağı dolu çanağa vurarıq, pənah Allaha. Gedək, uşaqlar. Ancaq iş baş tutmasa da qəm yemə. Gedirlər. Kamran (bir qədər fikirdən sonra). Ata. İbrahim (daxil olur). Nədir, ay bala? Kamran. Deyirlər Gövhərtac xəstə yatır. İbrahim. Bəli, neçə gündür xəstədir. Kamran. Həkimbaşı Mirzə Mehdi onu müalicə edir? İbrahim. Bəli. Kamran. Çox yaxşı, heç zad olmaz, bir az yatıb sağalacaq. Ata, əmim sənə verdiyi iki min tüməni neylədin? İbrahim. Məndədir, oğul. (Pulu çıxarır.) Kamran. Ver buraya. (Alır.) İbrahim. Bax belə. Ay oğul, hər adamın bir tayı olar. Yəqin bu yoldaşlarının evində qızları var. Birinə elçi düşərik, alarsan, dərd-qəmin yadından çıxar. Əlində də ki, maya var, alış-veriş edərsən. Kamran. Gözəl alış-veriş edəcəyəm, ata, görərsən. Pərdə On birinci şəkil Həkimbaşı Mirzə Mehdinin evi. Mirzə Mehdi öz otağında əyləşib xəstələri qəbul edir. Mirzə Mehdi və bir nəfər xəstə. Mirzə Mehdi. Sənin xəstəliyin elə ağır bir xəstəlik deyil. Bir neçə günə bilmərrə sağalarsan. (Nüsxə verir.) Burada həb yazmışam. Gündə üç dəfə çörəkdən sonra bu həbdən iki dənəsini atarsan, xəstəlik rədd olub gedər. Xəstə. Zəhmət verdim, mirzə, mərhəmətiniz artıq olsun. (Pul verir, mirzə pulu alıb döşəyin altına qoyur.) Birqadın (daxil olur). Mirzə, Qurbanın olum, səni deyib gəmişəm, ya məni burada öldür, ya dərdimə bir əlac elə. Mirzə Mehdi. Bacı, təbib yanına gəlibsən, dərdini söylə, uzun dibaçə lazım deyil. Qadın. Oxuduğuna Qurban olum, mirzə, gözümün ağı-qarası bircə oğlum var. Dünən yoldaşları ilə nahardan sonra gedib hamama, oradan qayıdan kimi dili tutulub, ölü kimi düşübdür. Amanın günüdür, mirzə. Mirzə Mehdi. Bacı, sən nahaq mənim yanıma gəlibsən. Oğlun bir heyvanın çörəyini yeyib gedib hamama, çıxıb özünü verib soyuğa, olub heyzə, zatülcənb. Sən get bir baytar tap, apar oğluna müalicə eləsin. Ona insan müalicəsi kar eləməz. Heyvan müalicəsi lazımdır. Qadın. Mirzə, mənim əlimi ətəyindən üzmə, izin ver, ayaqlarına sərilim. Al, bu balaca xərcliyi də ətə ver. Mirzə Mehdi. Bu azdır. Mən belə pullara həkimlik eləmərəm. Qadın. Artıq pulum yoxdur, Qurbanın olum. Yoxsul, dul arvadam. Mirzə Mehdi. Yoxsulsan, get Mirzə Heydərquludan, Mirzə Ələkbərdən birisini apar, oğluna müalicə eləsin. Mənim həqqül qədəmim üç tüməndir. Onlar yarım tümənə də gedirlər. Qadın. Əlacım nədir, Qurbanın olum? Qalanını də gələrsən, evdə verərəm. Mirzə Mehdi. Evin haradadır? Qadın. Evim Zərgəran məhəlləsində, Hacı Kamyab ilə qapıqapıyadır. Mirzə Mehdi. Xub, get, məni evində gözlə. Bir azdan sonra mən hacı Kamyabın evinə gedəcəyəm. Oradan çıxanda, sənin də naxoşuna baxaram. Qadın. Qədəminə Qurban olum, mirzə, mürəxxəs olum. Mirzə Mehdi. Xoş gəldin. Qadın gedir, Kamran. daxil olur. Kamran. Salaməleyküm, mirzə əmi. Mirzə Mehdi. Bay, əleykəssalam, qardaş oğlu. Sən nə əcəb buraya gəlibsən? Məgər sən xəstələnmişsən? Gəl-gəl, yavuğa gəl. Burada, yanımda əyləş. Söylə görək nə xəbərdir, dərdin nədir? Kamran. Mirzə əmi, mənim dərdim böyük dərddir, çarəsi ancaq sizdədir. Siz müalicə etməsəniz, yəqin ki, öləcəyəm. Ancaq, doğrusu, açıb deməyə utanıram. Mirzə Mehdi. Qardaş oğlu, adam dərdini həkimdən gizlətməz və gizlənən dərdə də çarə olmaz. De görüm, oğlum, dərdin nədir? Kamran. Siz özünüz bilirsiniz ki, bu boyda uşaqlıqdan əmim Hacı Kamyabın evində qızı Gövhərtac ilə bir yerdə böyümüşəm və uşaqlıqdan bir-birimizə məhəbbət yetirmişik. Bu məhəbbət get-gedə özünün təbii yoluna düşdü. Bağışlayın, mirzə əmi, baş ağrısı verirəm və sizin vaxtınızı əlinizdən alıram. Mirzə Mehdi. Söylə, oğlum, söylə eybi yoxdur. Kamran. Bəli, axırda biz biri-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genizdi. Bu da təbiidir. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi biri-birimizdən ayırmayacaq və cəmi qohum-əqrəbanın da yəqini bunda idi ki, hamı deyirdi: Hacı Kamyab heç vaxt istəməz ki, dövləti kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını qardaşı oğluna verəcək. İndi əmim qızını Xudayar xanın oğluna verir. Ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da həmin gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgərinki məhəbbət. Mirzə Mehdi. Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir? Kamran. Mirzə əmi, bu yerdə ancaq siz mənə kömək verə biləcəksiniz. Mirzə Mehdi. Mən nə kömək verə bilərəm? Kamran. Siz Gövhərtaca müalicə edirsiniz. Onunla hər gün görüşmək imkanı sizdə var. Mənim bircə sifarişimi ona yetirin. Mirzə Mehdi. Nə sifarişin var? Deyilən, yetirim. Kamran. Allah sizdən razı olsun, mirzə əmi. Mən sabah gecə onu neçə nəfər rəfiqlərimin köməyi ilə aparmağı qət etmişəm. Sizdən xahişim budur: ona deyərsiniz azandan bir saat keçmiş əndərunun küçə qapısında olsun. Mirzə Mehdi (hiddətli). Bu nə növ təklifdir mənə eləyirsən?! Mənim boynuma atdığım vəzifənin qəbahətini düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir. Amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək, get. Gör bir küpəgirən qarı tapa bilərsənmi ki, belə sifarişləri onunla göndərəsən. Kamran. Mirzə əmi, məgər siz cavan olmayıbsınız? Məgər cavanlıq, məhəbbət nə olduğunu bilmirsiniz? Siz görürsünüz ki, mən cavanam, bu saat başıma hava vurub, danışığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərizlərə dərman edirsiniz. Vəxt ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü deməyi siz necə qəbul etmirsiniz? Rəhmətiniz gəlsin, mirzə əmi. Bu xırdaca töhfəni də məndən qəbul edin. (Atasından aldığı pulları həkimbaşıya təqdim edir.) Mirzə Mehdi. Oğul, bu yol nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır. Kamran. Yox, mirzə əmi, xahiş edirəm qəbul edəsiniz. Bu xırdaca töhfə mərəzimə müalicə etmənizin həqqi, zəhməti olsun. Mirzə Mehdi (pulları götürür). Əlbəttə, oğlum, sifarişini yetirrəm. Kamran. Allah sizdən razı olsun, mirzə əmi, izin verin əlinizdən öpüm. Mirzə Mehdi. Yox, yox, oğlum, lazım deyil. Kamran zorən onun əlini öpür. Kamran. Qulluğunuzdan mürəxxəs olum. Mirzə Mehdi. Xoş gəldin, oğul, səni xoşbəxt olasan. (Kamran çıxır, bir başqa xəstə daxil olur.) Gəl əyləş görüm... Pərdə On ikinci şəkil Hacı Kamyabın evi. Bibixatun və Gövhərtac. Gövhərtac. Həkimbaşının dünən mənə verdiyi nə gözəl dərman idi! Bir qaşıq içəntək naxoşluğum bilmərrə rəf oldu getdi. İndi daha heç yerim ağrımır. Bibixatun. Atan da buyurdu, bir yaxşı qoyun aparıb, məscid həyətində kəsib, füqəraya paylasınlar. Bir atlı da Xudayar xanın yanına göndər ki, sənin salamat çıxdığını xəbər versin. Yoxsa yazıq xanın gündə adamı gəlirdi. Gövhərtac. Vallah, ana can, Mirzə Mehdi kimi həkim Yer üzündə yoxdu. Atam istəyirdi Parisdənmi, haradanmı həkim gətirtsin. Onların heç birisi mənim dərdimi tapmayacaqdı. Amma Mirzə Mehdi belə asanlıqla tapıb, məni diriltdi. Bibixatun. Mirzə Mehdinin xidmətinə bu anayın canı Qurban. Gövhərtac. İndi, ana can, yemək, içmək istəyirəm. Könlümdən oxumaq, oynamaq keçir. Bibixatun. Həkimbaşı da elə buyururdu. Deyirdi gərək Gövhərtacın başını qarışdırasınız oxumağa, çalmağa. Gərək xiffət eləməsin. Gö vhərtac. Kimin xiffətin eləyəcəyəm? Bibixatun. Nə bilim? Bir para Hacı Rzanın, Xudadadın arvadları kimi ağzı göyçəklər orada, burada danışırdılar ki, guya sən qotur Kamra nın dərdindən xəstələnibsən. Gövhərtac. K a m r a n nədir? Adam onun dərdindən xəstə olar? O gedəndən bir az bikef oldum. Çünki həmişə onunla bir yerdə olurduq, uşaqlıqda bir yerdə oynayırdıq, atılıb-düşürdük. Sonra yadımdan elə çıxdı ki, heç bilmirəm Kamran. adlı dünyada adam varmı. Bibixatun. Atan istərdimi ki, sən gedib qotur Kamran a arvad olaydın?! Səni verdi Xudayar xan kimi kişinin oğluna. Gedəcəksən, qılıncının dalı da kəsəcək, qabağı da. Qoy Hacı Rzanın arvadının canı çıxsın. Gövhərtac. Ana can, mən bu gün atama deyəndə ki, sağalmışam atam dedi sənin sağalmağına görə mən böyük ziyafət düzəldib, tamam şəhərin qızgəlinlərini bura dolduracağam, kef eləsinlər. Bibixatun. Elədir, bala. Odur bax, yavaş-yavaş gəlirlər. Neçə nəfər qız gəlib Gövhərtac ilə öpüşürlər. Qızlardanbiri. Gözümüz aydın, ay Gövhərtac, şükür Allaha, salamat çıxdın. Bibixatun. Şükür içində olasan, a qızım, Allah sənə də bir belə bəxt açsın. (Pəncərədən baxır.) Ora bax, ora. Hacı Rzanın arvadı ilə Hacı Xudadadın arvadı gəlir. İndiyədək dalda ağızlarına gələni mənim haqqımda söyləyirdilər. İndi gəlib iki min yaltaqlıq eləyəcəklər. Hacı Rzanınarvadı. Ay Bibixatun, and olsun oğlumun canına, Hacı gəlib mənə deyəndə ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir, elə bildim dünyanı mənə verdilər. O qədər şad oldum. Sən bilirsən ki, mən səni bacımdan artıq istəyirəm. Allah qızını xoşbəxt eləsin. Sonra onun xəstələndiyini eşidib çox qəmgin oldum. İndi şükür olsun Allaha, salamat çıxdı. Bibixatun. Mənim qızımın Xudayar xanın oğluna verildiyinə çox adam köks ötürür. Guya Hacı Kamyab Xudayar xandan əskik kişidir. Xudayar xanın mülkündən, dövlətindən Hacı Kamyabınkı çoxdur. Siz elə bilirsiniz ki, mən çox şadam? Mən heç Xudayar xanın oğlunu qızıma layiq bilmirəm. Hacı Xudadadınarvadı. Nə sözdür, Hacı Kamyabın özü də bir xandır. Qadınlar, qızlar bir-bir daxil olub Gövhərtac ilə, anası ilə öpüşürlər. Bir dəstə Qadın sazandası gəlir. Bibixatun. Əyləşin, şam hazır olunca doyunca çalın, oynayın. Sazandalar çalırlar. Böyük rəqs. Hacı Rzanınarvadı. A Bibixatun, qızıyın şadlıq günüdür, sən niyə bir durub oynamırsan? Bibixatun. Oynamaq mənim harama yaraşır? Heç mənim bir yerdə oynadığımı görübsən? Hacı Xudadadınarvadı. Elə demə, Bibixatun, Hacı Səttarın oğlunun toyunda heç kəsə macal vermirdin. İndi nə olubdur oynamırsan? Bibixatun. O bir başqa vaxt idi, keçdi. Hacı Rzanınarvadı. A Bibixatun, ondan bəri qocalmadın ki? Ana məgər qızının şad günündə şad olmaz, dur ayağa, bir-ikibaş oyna. Hər bir tərəfdən. Bibixatun oynayacaq, Bibixatun oynayacaq. Hacı Rzanın və Hacı Xudadadın arvadları onun qolundan tutub durğuzurlar. Bibixatun. Hərçənd mənə layiq eləməz, ancaq xahiş eləyirsiniz, oynaram. Sazandalar çalırlar, Bibixatun oynayır. Hacı Rzanınarvadı (Hacı Xudadadın arvadına). Eşitdin? Hacı Xudadadınarvadı. Eşitdim. Hacı Rzanınarvadı. Yəni mən xan qayınanasıyam, belə adamların məclisində oynamaq mənə yaramaz. Gör nə sümük sındırmadan oynayır. Hacı Xudadadınarvadı. Bəli, Ərdəbil pişiyi, küftə görməmiş. Bibixatun (yorulmuş oturur). Bu da mən, sizin xatiriniz üçün oynadım. Hamı. Sağ olsun Bibixatun, sağ olsun Bibixatun! Yenə böyük rəqs. Qızlardanbiri. İndi növbət Gövhərtacındır, gərək o oynasın. Bibixatun. Gövhərtac, qızım, gəl. (Çağırır.) Ay qız, Gövhərtac, Gövhərtac! Bu qız necə oldu? Bircə otağına baxın, yoxsa ürəyi pis oldu? Bir nəfər qızlardan otağa baxıb qayıdır. Qızlardanbiri. Öz otağında da yoxdur. Bibixatun (təşvişə düşür). Ay uşaq, bu evləri dürüst axtarın. Bu qız hara getdi?! Neçə nəfər çıxır. Hacı Rzanınarvadı. Hara getmiş olacaq? Hacı Xudadadınarvadı. Harda olsa İndi gəlib çıxar, evdən qaçmayacaqdır ki! Qulluqçularqayıdırlar. Xanım, otaqların hamısını axtardıq, heç yerdə yoxdur. Bibixatun. Bəlkə bağçaya çıxıbdır? Qulluqçu. Bağçada da yoxdur. Bibixatun. Bəs bu qız yerə batmadı, göyə çıxmadı?! (Qadınların arasına qarışıqlıq düşür.) Tez Hacı Kamyaba xəbər verin. Hacı Rzanınarvadı. Mən imanım, qız qaçdı. Hacı Xudadadınarvadı. Qəbrinə qaçsın, hara qaçacaq? Hacı Rzanınarvadı. Belə sevgilisi K a m r a nın evinə. Hacı Xudadadınarvadı. Sən də danışdığını bilmirsən, Xudayar xanın oğlunu buraxıb itin birinə gedəcək?! Hacı Rzanınarvadı. Bilirsən ki, qızı öz xoşuna qoysalar, ya zurnaçıya gedər, ya balabançıya. Qulluqçular. Hacı ağa gəlir. Qadı nlar hamısı çıxırlar, Bibixatundan savay. Hacı Kamyab. Bu nə xəbərdir? Qız yoxdur nədir? Bibixatun. Gəl ay başı daşlının oğlu, başına çarə qıl, gör qızın necə oldu? Hacı Kamyab. Qızım necə olacaq? Bibixatun. Necə olacaq? Elə olacaq ki, çıxıb evdən qaçıb. Get axtar tap! Hacı Kamyab. Vay mənim başıma, sinəmdə ilan bəslədim. Qızı yəqin Kamran apardı. Bu saat şəhəri adam ilə dolduraram, hər yerə atlılar göndərrəm. Qızımın ölüsünü, ya dirisini tapıb gətirərlər. Qəm yemə, arvad. Mənə Hacı Kamyab deyərlər. Dünyanın altını üstünə çevirərəm! (Çıxır.) Bibixatun (qışqırır). Aman Allah, aman! Allah, mənim başıma bir daş sal, Allah! Yer ayrılsın, məni udsun! Pərvərdigara, Əzraili göndər gəlsin, mənim canımı alsın! Xudaya, mən bundan sonra Hacı Rzanın, Hacı Xudadadın arvadlarının üzlərinə nə gözlə baxacağam?! Aman Allah, aman, Allah aman! (Çıxır.) Pərdə * * * Dördüncü pərdə On üçüncü şəkil Müctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və Kamran. Kamran Ağa, bir qələt işdir tutmuşam. Sizi narahat etdiyimi əfv edəsiniz. Nə edim, mənim bir başqa yolum yox idi. Əmim qızını götürüb qaçmağa məcbur idim. Əmimin də qüvvətinə siz bələdsiniz. Onu hər kəsin evinə aparsaydım, əmim gedib çıxardacaqdı. Labüd qalıb sizin sayəyihimayənizə qaçdım. Müctəhid. Eybi yoxdur, oğlum, çox gözəl fikir edibsən. Kamran. Sizin eviniz bəstdir. Sizə pənah gətirən qatil olsa, hökumət ərkanı gəlib apara bilməz. Müctəhid. Sən xatircəm ol, oğul. Mən Hacı Kamyaba adam göndərmişəm. İndi gələcək bura. Mən onunla müfəssəl söhbət edərəm. Belə güman edirəm ki, bir söz deməsin. Kamran. Sizin sözünüzün və əmrinizin qarşısında Hacı Kamyab nə danışa bilər? O ancaq Xudayar xanın oğluna söz verdiyini ərz edəcək. Müctəhid. Söz vermək başqa, qız vermək başqa. Vəqt ki, arada əqd nikah carı olmayıb, sözü dəyişdirmək mümkündür. Xüsusən ki, bizim el arasında məşhur məsəldir: əmioğlu ilə əmiqızının kəbinini göydə mələklər kəsiblər. Sən İndi get, cavab gözlə. Kamran. Mürəxxəs olum. Allah sizdən razı olsun, müctəhid ağa. (Baş əyib çıxır.) Nökər (daxil olur). Ağa, Hacı Kamyab izin istəyir. Müctəhid. Gəlsin, gəlsin. Hacı Kamyab (daxil olur). Salaməleyküm. Müctəhid. Və əleyküməssalam, buyur əyləş, hacı. (Hacı əyləşir.) Əhval və damağınız necədir? Hacı Kamyab. Ərz edim, ağa, mən nəinki öz vilayətimdə, hətta xarici məmləkətlərdə də ad, san sahibi idim. İndi mən binamus olmuşam. Camaat arasına çıxmağa xəcalət çəkirəm. Mən, görünür, sinəmdə ilan bəsləmişəm. On beş il zəhmətini çəkdiyim, oğul kimi saxladığım bir binamus məni rüsvayi-cahan etdi. Müctəhid. Hacı Kamyab. İşə dürüst diqqət etsəniz, bir qədər də təqsir sizin özünüzdədir. Sizin, şükür olsun xudavəndi aləmin dərgahına, çörəyiniz var, adınız, şöhrətiniz var. Sizə, qızınızı qardaşınız oğluna vermək vacibatdan idi. Mənim sizi çağırmaqdan məqsədim nə olduğunu söyləyim. Hacı Kamyab. Bəli, buyurun. Müctəhid. Sizin qızınız bu saat mənim hərəmxanamdadır. Lazım gələn məhəbbəti də ona göstərirlər. İndi mənim xahişim qızı Kamrana verməkdir və sizin də danışmağa haqqınız yoxdur. Hacı Kamyab. Cənab ağa, sizin xahişiniz mənim üçün əmrdir və sizin əmrinizdən də çıxmaq mənim üçün qəbahətdir. Sizə məlum olsun ki, neçə gün bundan əqdəm mən qızımı Xudayar xanın oğluna verməyə razı olmuşam. Siz çox gözəlcəsinə bilirsiniz, mənim cəmi sərvətimin səbəbi Xudayar xan ilə olan münasibətİmdir. Mən bu halda neçə kənd sahibiyəm, neçə əmlak sahibiyəm, hamısı Xudayar xanın dövlətindəndir. Belə olan surətdə mən sözümdən qaçamı bilərəm və qaçsam, bilirsiniz ki, Xudayar xan mənimlə ədavət başlayıb, tamam əmlakımı talan etdirəcək. Müctəhid. Mən Xudayar xana cavab verməyi öhdəmə alıram. Xudayar xan sənə bir çırtma vurmaz. Hacı Kamyab. Buna mən əminəm. Xudayar xan sizin əmrinizdən boyun qaçırmağa cürət edə bilməz. Fəqət Xudayar xanın əmlakından qalxan tamam məhsulat mənim əlimlə satılır və bu satışın dəllallıq haqqı ildə neçə yüz min tümən edir. Bunun hamısından mənim əlim çıxır. Müctəhid. Hacı Kamyab, siz necə güman edirsiniz? Xudayar xanın əmlakının məhsulatı ilə mövqufat əmlakının məhsulatında təfavüt varmı? Hacı Kamyab. Zəminü asiman. Söz yox ki, mövqufat əmlakının mədaxili ikiqat artıqdır. Müctəhid. Mən mövqufat əmlakının məhsulatının satışını sizə vagüzar edirəm. Mədaxiliniz daha da artar. İndi sözünüz nə ola bilər? Hacı Kamyab. İltifatınız artıq olsun, ağa. Heç sözüm ola bilməz. Fəqət bir ərzim var. Siz mənim qızımın başını kəsin, itlərə verin, mən bir söz demərəm. Ancaq mən qızımı məni rüsvay edənə, götürüb göydən yerə çırpana verməyəcəyəm. Müctəhid. Hacı Kamyab, belə danışmayın. Bu dəb peyğəmbər axirəzzəman səlavatullahdan qalmışdır. Cənab Rəsul qızını öz əmisi oğluna verib, hamıya da bunu tövsiyə buyurmuşdu. Əmioğlunu əmi qızından ayırmaq yaxşı deyil. Hacı Kamyab. Yenə ərz edirəm, sizin xahişiniz mənim üçün əmrdir. Amma mən qardaşım oğluna heç vaxt qız verməyə razı olmayacağam. İzin verin qulluğunuzdan mürəxxəs olum, ixtiyar sahibisiniz. Müctəhid. Hacı Kamyab, qeyziniz tutub, danışırsınız. Ancaq bir az keçəndən sonra qeyziniz soyuyacaq və Kamran sizə yenə köhnə qayda oğulluq edəcəkdir. Hacı Kamyab. Ağa, sizin əmrinizdən boyun qaçırmaq mənim üçün ölümdən bədtərdir. Ancaq namus ilə müdara etmək çətİndir. İzin veriniz rəfizəhmət edim. Xudahafiz. (İstəyir getsin.) Müctəhid. Bir qədər dayanın. (Hacı Kamyab dayanır. Müctəhid bir qədər fikirdən sonra) Siz qızınızın nikahının Kamrana oxunmasınariza vermirsiniz? Hacı Kamyab. Bəli. Müctəhid. Və bu sizin qəti cavabınızdır? Hacı Kamyab. Tərəfimdən biehtiramlıq olduğunu etiraf edirəm, fəqət cavabım qətidir. Müctəhid. Elə olan surətdə mənim bir başqa təklifimi qəbul edin. Hacı Kamyab. Buyurun. Müctəhid. Ərəblər deyərlər: xeyrül-ümur övsətüha. Yəni hər işin yaxşılığı onun ortasındadır. Siz qızınızı nə Xudayar xanın oğluna və nə Kamrana verin. Izin verin onun nikahını mən özümə oxuyum. Buna sözünüz nədir? (Hacı dayanıb baxır.) Nə üçün sükut etdiniz? Hacı Kamyab. Heç zad anlamıram. İzin verin bir qədər fikirləşim. Müctəhid. Fikirləşmək yeri yoxdur, mənim ciddi sözümdür. Mənim təklifi-şərim sizə itmami-höccət etmək idi. Onu da etdim. Bundan sonra bu təklifi etməyə haqlıyam. Xudayar xanın, Kamranın cavabını mən verrəm. (Hacı Kamyab dayanıb baxır.) Cavab gözləyirəm. Hacı Kamyab. Ağa, bu təklif mənim üçün böyük səadət və bu iki günün müddətində çəkdiyim müsibətin layiqli bir mükafatıdır. Mən danışa bilmərəm, qızımın başını kəsməyə haqlısınız. Müctəhid. Razısınız? Hacı Kamyab. Səmimi-qəlbdən. Müctəhid. Əlini mənə ver. (Hacı Kamyab istəyir onun əlindən öpsün, izin vermir.) Yox, yox, şiəlikdə əl öpmək haramdır. (Bərk əlini sıxır.) Çox mübarəkdir. Hacı Kamyab. Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum. Müctəhid. Xoş gəldin. (Hacı Kamyab baş əyib çıxır. Müctəhid əl çalır, nökər daxil olur.) Hacı Kamyabı yola sal. (Nökər istəyir çıxsın.) O buraya qız gətirən oğlan haradadır? Nökər. Bizim mənzilimizdə əyləşibdir. Müctəhid. Qız ilə görüşür, ya yox? Nökər. Hərdənbir əndərun bağçasına keçir, qız da oraya çıxır, görüşürlər. Müctəhid. Ona deyinən evdən bilmərrə çıxıb getsin və dübarə qayıdıb gəlmək istəsə, evə buraxma, eşitdin? Nökər. Bəli, ağa. Müctəhid. Di get. Pərdə On dördüncü şəkil Hacı Kamyabın evi. Bibixatun əyləşib, yanında iki kəniz. Xanım dinmir, danışmır, tez-tez “ox”, “ox” deyib, iki əlilə dizlərinə yumruq çırpır. Kəniz. Xanım, sakit olun, Allah kərİmdir, özünüzə bir belə əziyyət verməyin. Bibixatun. Xanımın dünyaya gəldiyi günə daş düşsün! Aman, aman, Allah, yandım! Allah, məni rüsvay eləyəni rüsvay elə! Allah, məni oda yandıranı cəhənnəm odunda yandır! Kamran, sənə əlimlə verdiyim çörək səni dizim-dizim süründürsün! Allah, belə bəlamı olar?! Allah, belə müsibətmi olar?! Bundan sonra mən xalq arasına çıxamı biləcəyəm? Ox, ox, yandım, Allah, yandım! Alışdım, Allah, alışdım! Kül mənim bu beyinsiz başıma! (İstəyir başına döysün, kənizlər qoymurlar.) Kəniz. Xanım, Allahı sevərsiniz, bir qədər rahat olun. Budur, iki gündür özünüzə bir belə cəza verirsiniz, buna davammı etmək olar? İkincikəniz. Xanım, dünəndən acsınız, iki qaşıq abguşt yeyin. Bibixatun. Cəhənnəm olsun yemək, cəhənnəm olsun içmək! Nə yeyəcəyəm, nə içəcəyəm. Qoy birdəfəlik acından ölüm. Belə rüsvay olmaqdansa bir dəfə ölüb qurtarmaq yaxşıdır. Kəniz. Xanım, heç olmasa bircə fincan çay iç. Bibixatun. Içmirəm, apar, o yana, ləçər! Bundan sonra şəhərin itpişiyi də mənə güləcək. Hacı Rzanın arvadı bir ata minib, bir at da yedəyinə alıb, düşəcək şəhərin canına. Ona deyəcək: “Gördünüzmü Bibixatun necə xan qayınanası oldu”. Buna deyəcək: “Gördünüzmü Bibixatun necə xan qaynanası oldu”. Uşaqlar küçələrdə gülüşüb deyəcəklər: “Ora baxın, xan qayınanası gedir”. Dalımca daş atacaqlar. Başına daş düşsün, a belə xan qayınanası! (İstəyir başına yumruq vursun, qoymurlar.) Hacı Kamyab (daxil olur). Arvad, nə qiyamətdir? Bibixatun. Arvadın atasının qızı ölsün! Arvadın anasının başına daş düşsün! Qara torpaq arvadın üstündən dörd qarış yuxarı dursun! Hələ bir soruşursan da, a binamus? Sənin namusun olsa əriyib yerə girərsən. Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Hacı Kamyab. Arvad, bir dayan, gör nə deyirəm. Bibixatun. Nə deyəcəksən? Bilirəm nə deyəcəksən. Deyəcəksən getdim qızın kəbinini kəsdirdim qotur Kamrana, götürüb apardı. Bundan sonra mən camaat içinə çıxa biləcəyəm? Bundan sonra mən Hacı Rzanın, Hacı Xudadadın bihəya arvadlarının üzlərinə baxa biləcəyəm? Bundan sonra... Hacı Kamyab. Ay canım, bircə dil qəfəsə sal, bircə aram ol, gör nə deyirəm. Kamra na qız verən kİmdir? Qız yiyəsi məgər dəlidir? Bibixatun. Sən çox da vermə. Bu biabırçılıqdan sonra Xudayar xanın oğlu sənin qızına yiyəmi duracaq?! Bir kor pişik kimi qalacaq ocağının qırağında. Axırda qotur Kamranı çağırıb, yalvarıb verəcəksən. Hacı Kamyab. Bircə aram ol, gör nə deyirəm. Bibixatun. Hə, de görüm nə deyəcəksən? Hacı Kamyab. Mən qızımı nə Kamrana verirəm, nə də Xudayar xanın oğluna. Qız bu saat müctəhid ağanın evindədir. Bu saat oradan gəlirəm. Müctəhid ağa məndən çox xahiş etdi ki, qızı o binamus Kamrana verim. Dedim: öldürüb itlərə verərəm, Kamrana vermərəm. Axırda müctəhid ağa özü qıza müştəri düşdü. Buyurdu ki, mənim himayətimə gələn mənim evimdən çıxmaz. Bibixatun. Bax, İndi görürəm ki, ağlın başından çıxıb, hədərənpədərən danışırsan. Müctəhid ağa nədir? Yoxsa başına hava gəlibdi? Hacı Kamyab. Başıma hava gəlməyib, işin olanını deyirəm. Doşab alıbsan, bal çıxıbdır. Bibixatun. A kişi, sən atanın goru, doğru deyirsən? Hacı Kamyab. Atamın da goru haqqı, anamın da goru haqqı, belədir ki deyirəm. Bu gün müctəhid ağa qızın nikahını özünə oxuyacaq. İndi onun cehizini hazır eləyib, ağanın evinə göndərməlidir. Bibixatun. A kişi, bir dayan özümə gəlim. (Kənizlərə) A bihəyalar, nə durub mat-mat tamaşa eləyirsiniz? Görmürsünüz iki gündür mən acsusuzam. Cəld mənə çay gətirin, nahar da hazır eləyin. (Kənizlər gedirlər.) Bəs Xudayar xana nə cavab verəcəksiniz? Hacı Kamyab. Xudayar xanın nişanlarını Hacı Mirzə Əhməd ağanın vasitəsilə göndərəcəyəm. Ağa onun cavabını öz öhdəsinə götürübdür. Bibixatun. Bundan sonra Xudayar xan məhsulatını sənin əlinlə satacaqdırmı? Hacı Kamyab. Əvvəla, Xudayar xan nə qədər özünü oraya, buraya çırpsa, yenə mənim yanıma gələcəkdir. İkinci, müctəhid ağa mövqufat əmlakının məhsulatının satılmasını mənə mühəvvəl edir. Mövqufat əmlakı iki dəfə Xudayar xanın əmlakından böyükdür. Bibixatun. Deməli, müctəhid ağa daha Hacı Rzanın əlilə iş görməyəcəkdir? Hacı Kamyab. Yox, yox, Hacı Rza nəçidir? Bibixatun. Bax indi ürəyimdən tikan çıxdı. (Durur.) Gedək, iki gündür mən acam. (Təşəxxüslə yeriyir.) Kənar olun, arvadlar, müctəhidin qayınanası gəlir! Pərdə On beşinci şəkil Müctəhid Hacı Mirzə Əhməd ağanın yatağı. Qadınlar ilə əhatə olunmuş Gövhərtac bəsti üzərində əyləşib, məşşatə ona ziynət verir. Məşşatə. Ay xanımlar, bura müctəhid evidir. Burada çalmaq, oynamaq haramdır. Mən gəlinə ziynət vururam, siz də yığılın bir mahnı düzəldin. Qızlar, q a d ı n l a r (səs-səsə verib oxuyurlar) Gəlin, qızlar, sürmə çəkin gözünə, Ay həsrətdir bu gəlinin üzünə. Toy olunur Kamyabın qızına; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Qızıl güldən qırmızıdır yanağı, Ənbər qoxur dodaqları, buxağı. Bu evdə sayəli olsun ayağı; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Qapının dalında durubdur yarı, Tükənib oğlanın səbri-qərarı, Bəd nəzərdən hifz et bunları, tarı; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Çiçək düzün tellərinə, saçına, Canlar Qurban kirpiyinə, qaşına. Oğlan dönmüş qızıl quşa, laçına; Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə) Məşşatə. Qurban olum belə qızı doğan anaya. Bircə tamaşa eləyin, bu gözəllikdə can şahın hərəmxanasında da tapılmaz. Bu gözəllikdə gül də, mələk də yoxdur. Müctəhidinböyükarvadı. Ay qızım, səni həmişə xoşbəxt yaşayasan. Onunla mehriban dolan, onun itaətində ol. Allahın əmri də belədir. Bacılar, daha durun dağılın. Hamı (bir-bir). Allah xoşbəxt eləsin, boya-başa çatdırsın, oğullu, qızlı olsun. Gedirlər. Gövhərtac gözünü qapıya dikib. Qapı açılır. Göv hər tac (hövlnak). Kamran! Müc təh i d (daxil olur. Gövhərtac qalxıb, üzünü örtmüş, ona təzim edir). Ay qız, sən bu evə xoş gəlibsən. Bu ev sənə peşkəş. Gövhərtac baş əyir. Müctəhid əbasını açıb divardan asır, əmmaməni çıxarıb kənara qoyduqda Gövhərtac şəkkə düşüb bir kənara qısılır. Müc təh i d. Ay qız, bir üzünü mənə göstər görüm, tərifə layiqsənmi? (Gövhərtac bərk üzünü tutur.) Allahümmə rəzəqna şənnətən, lətifətən, vəchətən və zəvvicna minəl huril-eyn! (Bunu deyib qızı qucaqlamaq istəyir. Gövhərtac onu döşündən itələyir. Müctəhid yıxılıb, bir də durub qıza hücum edəndə qız qışqırıb yıxılır. Arvadlar qışqırtıya yüyürürlər.) Götürün qoyun çarpayının üstünə, qız uşağıdır, qorxudan qışqırdı, İndi ayılar. (Gövhərtacı götürüb çarpayının üstünə uzadırlar.) Di çıxın gedin, burada işiniz yoxdur. Arvadlar çıxırlar. Müctəhid gəlib Gövhərtacın sifətinə baxır. Bu nə qaşdır, bu nə gözdür, bu necə türfə buxaq, Həq səni eyləsin, ey şux, yaman gözdən iraq. (Əyilib öpür, qaranlıq olur.) Pərdə On altıncı şəkil Çayxana. Cavanlar, qocalar, işçilər, kəndlilər. Hərə bir tərəfdə oturub çay içir. Çayçı Kərbəlayı Qafar samovarın böyründə əyləşib çay tökür. Qulluqçu aparıb qonaqların qabağına qoyur. Kərbəlayı Qafar (bir nəfər qonağa). Ağa Seyid Cabbar, təzə xəbəri eşitməyibsən? Seyid Cabbar. Şəhərdə bir təzə xəbər var, o da Hacı Mirzə Əhməd ağanın Hacı Kamyabın qızını alması. Doğrusu, bu əhvalat Hacı Kamyabın daha da şöhrətinə və başıucalığına səbəb olacaq. Hacı Kamyab yatsaydı, yuxusunda da müctəhid ağanın ona damad olmasını görməzdi. Kərbəlayı Qafar. Xeyr a, əhvalatı başdan-başa bilməlidir. Məsələ bir tək ağanın evlənməsi deyil. Ağa indiyədək yeddi-səkkiz arvad alıb. Məsələ qızın öz ayağilə gəlib ona düçar olmasıdır. Seyid Cabbar. Deməli? Səyyad peyi seyd dəvidən əcəbi nist, Seyd əz peyi səyyad dəvidən məzə darəd. Kərbəlayı Qafar. Bəli, bəli! Bundan sonra Hacı Kamyabın qabağında durmaq olmayacaq. Birnəfərcavan. Hacı Mirzə Əhməd ağa yaxşı iş görübdür? Bu sifət müctəhidə yaraşan sifətdirmi? Heç bir insanlıqdan az-çox xəbər olan, əmanətə xəyanət etməz. O ki Allahın elmini oxuyubdur. Seyid Cabbar. Hansı əmanətə xəyanət edibdir? Birnəfərcavan. Iki cavan vücud biri-birlərini sevib, ona pənah gətirirlər. O da onların biri-birlərinə yetirməyin əvəzində onları biri-birindən ayırıb, özü qıza sahib olub, oğlanı qovdurur. Eyib olsun ona. Seyid Cabbar. Bihəya, sən nə cürət edib burada müctəhid ağanın sözünü danışırsan?! Müctəhid ağa məgər sənin yoldaşındır? Qorxmayırsan burada sənin cəmdəyini yıxalar? İkincicavan. Doğru danışanın papağı yırtıq olar. Kimin nə haqqı var ona bir çırtma vura?! Bəlkə biz hamımız əhvalatdan müxbirik. Hacı Mirzə Əhməd ağanın hərəkəti hamımıza toxunubdur. Hətta ürəyimizdə ona bir nifrət də əmələ gəlibdir. Seyid Cabbar. Kərbəlayı Qafar, bu oğlanlar ikisi də kafirdirlər. Bunların hər ikisinin qətli vacibdir. Bunların çay içdikləri qab murdardır, suya çəkilməlidir. Birincicavan. Istədiyimi dedim, arif olan anlar. Seyid Cabbar (çay içənlərə). Həzərat! Bunlar mürtəddirlər, qanları halaldır vurun bu binamusları! Neçə adam cavanların üstünə tökülür. Cavanlardan biri müdafiə üçün xəncər, o biri tapança çəkir. Üç nəfər kəndli cavanlara tərəf düzülürlər. Birincikəndli. Qardaşlar, nə istəyirsiniz bu cavanlardan? Seyid Cabbar. Görmürsünüz Hacı Mirzə Əhməd ağanın haqqında nə danışırlar? Birincikəndli. Hacı Mirzə Əhməd ağa da bizim kimi bir adam deyilmi? Onun haqında söz danışılanda qiyamətmi qopar? Seyid Cabbar. Qopar, o bizim müctəhidimizdir, atamızdır, peyğəmbərimizin canişinidir. Kamran (rəfiqlərilə daxil olur). Nədir, nə qeyl-qaldır? Birincicavan. Budur, işin sahibi gəldi, sizinlə özü söhbət eləsin. Kamran. Nə söhbət? Birincicavan. Burada Hacı Mirzə Əhməd ağanın evlənməyinin söhbətidir. Biz ağanın əməlinin müctəhidlik sifətinə yaraşmadığından danışdıq. İndi camaat bizim adımızı kafir qoyub, bizi öldürmək istəyir. Kamran. Qardaşlar, bir qədər sakit olun. Mən də bir neçə söz deyim. Sonra vacib bilsəniz, məni də, bu cavanlarla bir yerdə öldürə bilərsiniz. Seyid Cabbar. Mürtədin biri də gəldi. Kamran. Ağa, mürtəd nəyə deyirsiniz? Seyid Cabbar. Mürtəd sizin kimi dindən çıxanlara: Allaha, dinə, müctəhidlərə səbb edənlərə. Kamran. İndi, ağa, izin verin mən də bir neçə söz deyim. Əgər məni haqsız görsəniz, öldürə bilərsiniz. Seyid Cabbar. Mən sizin kimi mürtədlərin danışığına qulaq da asmaq istəmirəm. Sizə qulaq asmaq da günahdır. Cavanlar və kəndlilər. Danış, danış! Kamran. Qardaşlar, mən əmim qızını sevirdim, o da məni sevirdi. Əmim qızını başqasına vermək istəyirdi. Biz sözləşib, qaçıb gedib Hacı Mirzə Əhməd ağaya pənah gətirdik. Müctəhid qızın kəbinini özünə kəsib, məni rədd elədi. Mən sizi inandırıram ki, mənim müctəhid ilə ədavətim var isə də, şəxsidir. Onu meydana çəkmirəm. Mən bilirəm, o bilir. Ancaq bir məsələ var ki, əvvəla, müctəhid bir şəxsin sevgilisini əlindən alıb özünə zövcə etdikdə, günah əməl tutur, ya yox? Cavanlarvəkəndlilər. Bəli, günah əməl tutur. Seyid Cabbar. Necə şəriəti pozub peyğəmbər özü oğlum dediyi Zeydin arvadını görüb, ona eşq yetirib, boşadıb aldı?! Deyəcəksiniz: o da günah əməl tutub. Kamran. Mən bu əhvalatı bilmirdim, günahdan da günahdır və belə əməl tutana mən peyğəmbər demərəm. Seyid Cabbar. Yox, bu, mürtədlikdən də ötdü. And olsun cəddimə, bunun qanı halaldır. Kəndli. Əgər peyğəmbər bu işi tutubsa, mən ona peyğəmbər demərəm. Bu işi heç bir avam kəndli eləməz. Kamran. Peyğəmbər tutmasa, onun nəvəsi deməz. Yəqin bu, olmuş işdir. Müctəhid mənim əmimə buyursa idi ki, mən qızı Kamrana verəcəyəm sən danışma, əmim nə deyə bilərdi? Cavanlar. Heç bir şey. Kamran. Müctəhid bilmirmi ki, qızın razılığı olmasa, ona kəbin kəsmək şərrən haramdır? Cavanlar. Əlbəttə bilir. Kamran. Bunu bilə-bilə zorən mənim nişanlımın kəbinini özünə kəsmək şəriəti pozmaqdır, ya yox? Hamı. Pozmaqdır, pozmaqdır. Kamran. Müctəhid Hacı Mirzə Əhməd ağanın yeddi nəfər arvadı var. Bu arvadları nə ilə saxlayır? Yüz min tümənlər ilə ona imam malı gəlir. Ondan min tümən füqəraya vermir. Qalan pullar necə olur? Şəhərin tacirlərinin qarnına dolan plov kimin hesabınadır? Cavanlar. Füqəranın. Kamran. İndi siz fikir eləyiniz. Bir belə günah əmələ bizim birimiz mürtəkib olsaq, deyərlər avamdır, hamildir. Bu sözləri müctəhidə demək olarmı? O, avam, cahil deyil, alİmdir. Cəmi ülumdan xəbərdardır. O bilir ki, şəriətdə onun yeri cəhənnəmdir. O ya cəhənnəm odunu özünə qəbul edir, yainki cəhənnəm odunun yoxluğunu yəqin edibdir. Vəxti ki, füqəraya məxsus iman malını mənimsəyib şərafətlə yeyib, kef çəkir və Allahın buyurduğunu pozur, yəqin ya boynuna günah götürür, yainki Allahın yoxluğunu öz elmilə təyin edibdir. Bunu görəndə mən yəqin edirəm ki, nə yuxarıda, nə aşağıda heç bir şey yoxdur. Məhz bu avam camaatı qoyun kimi soymaq üçün din büsatını üləma əlində bir alət qayırıbdır. Yəqin bilin ki, müctəhid Mirzə Əhməd ağa Allahın və cəhənnəm odunun varlığını etiqad etsə idi, bu əməlləri tutmazdır. O ki alimlikdə etiqad etmir, yəqin yoxdur. Cavanlarvəkəndlilər. Doğrudur, qardaş, doğrudur. Birkəndli. Bizim kəndimiz mövqufat kəndlərindəndir. Bir nəfər bizim kəndlilərdən neçə sənə idi ki, Bakıda mədəndə işləyirdi. Bu günlərdə gəlmiş idi. Camaatı çağırıb bir para bu oğlan söyləyən sözlərdən söyləyib dedi ki: camaat, siz ki bu yeri əkirsiniz, bu bağı becərirsiniz, bunun mədaxilini də özünüz götürün. Biz dedik ki, mədaxil imam malıdır, xəyanət edə bilmərik. Dedi, imam malı-filan yoxdur, hamısı müctəhidin cibinə dolur. Füqəraya da görk üçün beş, on tümən verirlər. Bu günlərdə, müctəhidin əmrinə görə, o yazığı boğazından asdılar. Buna nə deyirsiniz? Seyid Cabbar. Həqq eləyiblər. Hər əclaf Rusiyadan gəlib, burada bir qanun düzəldəcək. Rusiyanın camaatı çoxdan kafir olublar, istəyirlər bizi də, dindən çıxartsınlar. Kamran. Ağa, din insanın insafı, vicdanıdır. İnsaf, vicdandan uzaq olanlara ancaq bidin demək olar. Məsələn, Hacı Mirzə Əhməd ağa müctəhidə. Seyid Cabbar. Ay camaat, ay müsəlmanlar! Məgər karsınız, bu mürtədin danışığını eşitməyirsiniz? Niyə vurub öldürməyirsiniz? Bunu öldürənin cəmi vəbalını öz öhdəmə götürürəm. Vurun, bu mürtədi! Camaat dayanır. Kamran. Ağa, görürsünüz, haqq söz təsir edir. Qabaqca sizin tərəfinizdə olanlar da, İndi fikrə gediblər. Seyid Cabbar. Görünür, bu camaat hamısı bidİndir. Mən burada qala bilmərəm və bu saat bu keyfiyyəti Hacı Mirzə Əhməd ağaya yetirərəm. (Gedir.) Kamran. Buyura bilərsiniz, ağa. (Hamı gülüşür.) Di əyləşin qardaşlar çay içək, Kərbəlayı Qafar camaata çay ver. Birincicavan. Afərin, Kamran, yaxşı döşədin. Fəramərz. Ax, ay Kamran, bir minbər olaydı, səni çıxardaydım oraya, oradan bu sözləri camaata deyəydin. Kamran. O minbər olar və az zaman keçər ki, o minbəri görərsən. Pərdə On yeddinci şəkil İbrahimin evi. İbrahim və arvadı Cahanbanu. Cahanbanu. Kişi, bu işlərə sən nə deyirsən, dünya görmüş adamsan? Allah sənin qardaşına insaf versin. Ayrı bir söz dilimə gətirə bilmirəm. Adamda da bir belə məgər hirs olarmış! Onda deyən gərək, a bədbəxt, bir belə dövlət ki cəm eləyibsən axırda gedib dolacaq Hacı Mirzə Əhməd ağanın cibinə. Hacı Mirzə Əhməd ağa onsuz da varlıdır. Bircə qızın var idi, bircə də qardaşın oğlu. Oğlum deyib çəkəydin sinənə, varyoxun da yenə öz qardaşın oğluna qalaydı. Uşağı neçə il müftə hambal kimi işlədəndən sonra döşündən itələdi. İndi biçarə az qalıb divanə olub, Məcnun kimi biyabana düşsün. İbrahim. Arvad, olan olub. Müctəhidi görən, baqqal İbrahimin oğluna qız verməz. Mən oğlumun divanə olmasından qorxmuram. Mən başqa bir müsibət gözləyirəm ki, divanəlikdən bədtərdir. Cahanbanu. Bismillah! Nə müsibət, a kişi? Yoxsa qorxursan uşaq vurub özünü öldürər? Ya, xudanəkərdə, əmisinə, ya müctəhid ağaya biehtiramlıq eləyə? İbrahim. Bunlar da yola gedər. Bunlardan bədtərdir. Cahanbanu. Bəs nədir, a kişi? Mənim bağrımı yarma. İbrahim. Bundan bədtər odur ki, Kamran ora-burada oturub bir para hədyanat danışır. Dinə, məzhəbə dolaşır. Nəəzubillah, dilim də gəlməyir deyim, hətta peyğəmbərə, Allaha əl aparır. Bu yaman dərddir. Özünü öldürər, bir neçə gün ağlayıb sakit olaram. Cahanbanu. A kişi, sözünün qüvvəti, qoy mən də sənə bir söz deyim. Dünən oturub namaz qılırdım. Qapıdan girib mənə bir az tamaşa eləyib güldü, sonra başladı: ana can, nə vaqe olub? Nə belə əyilibqalxırsan? Yoxsa behişti satın almaq istəyirsən? Rükəti qurtarıb dedim: ay bala, görürsən namaz qılıram, daha nə soruşursan? Namaza niyə sataşırsan? Gör nə deyir. Deyir: əyilib-qalxmaqla adama behişt verməzlər. Əgər behiştə getmək istəyirsən, get Hacı Mirzə Əhməd ağanın ətəyindən yapış, özü gedəndə səni də aparar. Dedim, ay oğlum, get, belə danışıqlara qulaq asmaq da günahdır. Qoy namazımı qurtarım. Üz çöndərib gülə-gülə getdi. İbrahim. İndi dərdimizi görürsən, arvad. Mən, özün bilirsən, yarım saat namazımı keçirmərəm. Bir cümə camaat namazından geri qalmaram. Axır mənim oğlum niyə belə olsun? Bu dərd məni çərlədər. Hər yerdə deyirlər ki: İbrahimin oğlu vələdüzzinadır. Çünki halal oğul Allahı danmaz. Budur, deyəsən gəlir. Kamran (daxil olur). Ata, yenə bikefsən? Deyəsən söhbət eləyirdiniz. Mən gəldim mane oldum. Cahanbanu. Ay oğul, bizim səndən savayı nə danışığımız olacaq? Olan olub, keçən keçib. Bir yazıq, kasıb kişinin oğlusan. Get bir peşədən yapış. Müctəhid ilə nə işin var? Allah ilə nə işin var? Məyər qiyamət əzabından qorxmursan? Kamran. Ana, bir qəribə keyfiyyət eşitmişəm. Əgər bu keyfiyyət dürüst olsa, gedib tövbə eləyib müctəhid ağadan üzr istəyib deyəcəyəm: Ağa, qələt eləyib, sizə səbb eləmişəm. Məni cavan qızların çəmxəminə bağışla. İbrahim. Kəs səsini axmaq! Bu nə cür danışıqdır? Kamran. Qoy keyfiyyəti söyləyim, sonra. Hacı Mirzə Əhməd ağanın amilini ki, tanıyırsan. Bu gün bəzzaz Hacı Şükürün dükanında əyləşib söhbət eləyirdi. Camaat da onun başına toplaşıb qulaq asırdı. Mən də gəlib bir kənarda dayandım. Gördüm deyir: Ağa, gecə yarısı olanda otağından çıxıb gedir şahniştə, orada iki rükət hacət namazı qılıb, əllərini qozayır qazəlhacat dərgahına, ondan başlayır danışmağa və tez-tez də deyir: bəli, bəli, itaətdəyəm, ya rəbbi, rəhm et, günahkar bəndənə; buyurduqlarının hamısını asi bəndələrinə yetirrəm. Amil and içdi ki, ağanın Allahla danışığını qulağı ilə eşidibdir. İndi mən də istəyirəm gedəm xəlvətcə qulaq asıb, bu sözlərdən eşidəm, bəlkə imana gələm. İbrahim. Qurtardın sözünü? Kamran. Qurtardım, necə? İbrahim. Belə ki, Allahın lənəti sənin canına gəlsin. A bidin, sənin müctəhid ilə nə işin var? Müctəhid sənin adaxlını əlindən alıb, qərəz ilə hər həzyanatı onun haqqında danışacaqsan? Kamran. Mən həzyanat danışmıram, amilin söhbətini dedim. Mənim heç kəs ilə düşmənçiliyim yoxdur. Pişik yağlı tikə görəndə movuldayacaq. Ağa da bir yağlı tikə gördü, ötürdü içəri. Hətta mən ağadan bir tərəfdən razıyam. Mən İndiyədək kor idim, o mənim gözlərimi açdı. İndi baxıb görürəm ki, din, məzhəb, iman, kitab, Allah, peyğəmbər – bunlar hamısı avam xalqı aldadıb cibini soymaq üçün bir alətdir. Bu alətdən həm üləma, həm sərvətdarlar istifadə edirlər. Müctəhidin hərəkəti mənə bunu açıq sübut elədi. Mən ondan çox razıyam. Əmimin qızı ona halal olsun, doyunca yesin. İbrahim. Ay bidin, belə sözləri danışıb mürtəd olma. Allah sənin əvəzinə mənim başıma daş salar. Kamran. Allah sənin başına niyə daş salsın? Allahın daşı olsa Hacı Kamyabın başına salar ki, Xudayar xanın mülkünü icarəyə götürüb əhalini kabab kimi şişəyə taxır. Allahın daşı varsa, müctəhid Hacı Mirzə Əhməd ağanın başına salar ki, neçə nəfər həqq və onun mayasına ziyan gətirən sözləri danışanların adlarını babı qoyub dara çəkdiribdir. Badkubədən gələn bir bədbəxti nə üçün dara çəkdirdi? O bədbəxt nə etmişdi? Onun sözü bu idi: yer əkinçinİndir, ağa nə üçün mədaxil aparsın? Məgər bu, babilikdir, məgər günahi-kəbirədir? Allah var isə, daşı var isə, bunların başına salsın, sənin başına niyə salır? İbrahim. Elə Allah daşın böyüyün mənim başıma salıbdır. Kamran (gülür). Mənim kimi oğulu sənə veribdir, beləmi? İbrahim. Dəxi özün danışırsan, mən nə eləyim! Allah sənin üzünü hər iki dünyada qara eləsin! Kamran. Ata, acığın tutmasın, sənə bir söz deyim. Mən gəlib sənə deyirəm: bir atım var, başı yoxdur, bədən yoxdur, ayaqları yoxdur, quyruğu da yoxdur. Bunun mənası bu deyilmi ki, atam yoxdur? İbrahim. Nə demək istəyirsən? Kamran. Cisim deyil, cövhər deyil, ərəz deyil, mərkəb deyil, yeməz, içməz, yatmaz, doğmaz, doğulmaz... Qapı döyülür. İbrahim. Tfu, Allah sənə lənət eləsin! (Cəld çıxır.) Görüm qapını kim döyür? Cahanbəxş (pozğun bir halətdə daxil olur). Yaxşı səni evdə tapdım! Kamran. Necə? Cahanbəxş. Necəsi yoxdur! Dedim İndi görəsən sənin nəşini itlər hansı dərədə yeyirlər. Kamran. Ağıllı danış görüm nə deyirsən? Cahanbəxş. İş belədir, qardaş. Dünən gecə Mirzə Əhməd ağanın evində böyük bir iclas olmuş. O iclasda ancaq sənin söhbətin olubdur.Iclasda sənin əmin Hacı Kamyab da var imiş. Orada səni mürtədlikdə müttəhim tutub, qətlinə fitva veriblər. Bu fitvaya görə, səni öldürənə nəinki tənbeh yoxdur, hətta behişt belə vacibdir. Müctəhid tərəfindən polis nazirinə əmr var ki, səni öldürəni həbsə almasın. Görk üçün həbsə alsa da, bu qapıdan salıb, o biri qapıdan buraxsın. İndi şəhərin uzunqulaq cavanları hər biri bir ğədr pişto bağlayıb səni gözləyir ki, öldürüb behişt qazansınlar. Kamran. Müctəhiddən bunu gözləməli idi. Cahanbəxş. İndi sərvaxt olmalısan. Biz yoldaşların sənin evinin ətrafında qarovul çəkməkdəyik. Sənin evinə daxil olmadan qabaq gərək bizim dördümüzü də öldürsünlər. Hamısından yaxşı buradan baş götürüb qaçmalıdır. Kamran. Haraya qaçmalı? Mən yerin deşiyində də olsam, Hacı Mirzə Əhməd ağanın xərə müridləri məni tapıb öldürəcəklər. Yaxşısı budur ki, öz evimdə öldürələr. Cahanbəxş. Mən sənə yerin deşiyindən möhkəm yer göstərim. Kamran. O yer haradır? Cahanbəxş. O yer Şura Azərbaycanı, Badkubə, Şura hökuməti, hamı sənin kimi din əleyhinə olanların hamisidir. Xalq üçün dini tiryəkə nisbət ediblər. Gedək oraya. Biz də səninlə orada asudə yaşayıb vətənimizin gələcəyi, Hacı Mirzə Əhməd ağaların, Xudayar xanların, Hacı Kamyabların pəncəsindən qurtarması üçün təbdirlər edə bilərik və vətənin xoşbəxt günlərinə nail olub buraya qayıdarıq. Kamran. Qaçaq, qardaşım, elə bu gecə buradan yola düşək. Yaşasın Şura Azərbaycanı! Cahanbəxş. Yaşasın Şura hökuməti! Pərdə * * * Beşinci pərdə On səkkizinci şəkil Bakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş dəzgahlar dalında işləyirlər. Kamran (çəkiş vuraraq oxuyur): Yolu bəri baxan dağlar Mənim səndə nəyim qaldı. Əlim yetməz, ünüm çatmaz, Bir gül üzlü yarım qaldı, Yarım qaldı, yarım qaldı. Fəramərz. Oğlan, deyəsən eşqin yenə təzələnibdir. Ürəyin yönü bəri baxan dağların arxasına uçur. Fit verilir, hamı əllərini işdən çəkir. Kamran. Budur, iki ildir biz bu emalatxanada işləyirik. Bir dəfə də olsa mənim dilimdən Gövhərtacın adını eşidibsənmi? Mənim başımdakı xəyalət, mənə hər bir şeyi unudub. Mənim qərq olduğum dərya Xəzər dəryasından da dərİndir. Dörd ətrafına baxıb, nə xan, nə müctəhid, nə seyid, nə tacir və nə də zülm zəncirinə bağlı, zülmət dəryasına qərq olmuş dəhat əhlini və nə də çarşab altında, dörd divar arasında əsarətdə qalan ana-bacıları görürəm. Xəyalıma gəlir ki, bir gün olar bu gün mənim vətənimə də doğar. Müctəhid Hacı Mirzə Əhməd ağanın dalınca İndi ulaq kimi anqıranlar onun eşşəyinin torpağını tutiya deyə gözlərinə çəkənlər onun əmmaməsini boynuna dolayıb küçələrdə sürüyərlər. Xudayar xanlar xalqın qisasından qaçmağa yer ararlar. Hacı kamyablar bilməzlər dövlətlərini götürüb hansı məmləkətə qaçsınlar. Cahanbəxş. Yəni bu gün bizim vətənimizə doğacaq? Camaatımız çox avamdır. Onun ayılması çox-çox illər istər. Kamran. Camaat avam isə də, ona bir rəhbər lazımdır. Kommunizm yolu şirin yoldur. Qabil, bacarıqlı rəhbər dalınca gedər. Xurşid. Sənin sözünlə o günü görəcəyimizə şəkk yoxdur. Kamran. Heç şəkk yoxdur. Biz vətən ilə əlaqədar olub xalqı hazırlamalıyıq. Hazırladıqdan sonra hamımız gedib ona rəhbər olmalıyıq. Mənim dərin siyasi savadım yoxdur. Ola bilsin fikrimi asan izah eyləyə bilmirəm. Amma gərək belə olsun. Fəramərz. K a m r a n, sən cavansan, niyə bu məktəblərin birinə daxil olub oxumayırsan? Oxu, bizi də öyrət. Kamran. Məgər xəbərin yoxdur? Bir neçə gündən sonra məni fəhlə fakültəsinin tələbəsi görərsən. Fəramərz. Yenə sən mənim sözümə cavab vermədin. Bu söylədiyin xəyalət dəryasına qərq olandan sonra köhnə eşqi yada salmağına səbəb nədir? Kamran. Əvvəla, mənim o qıza yazığım gəlir. Onda təqsir yoxdur, yəqin İndi o da mənim xiffətimi eləyir. İkincisi, onu bu gecə yuxumda görmüşəm. Gördüm bir qan dəryasına qərq olub. Əlini mənə tərəf uzadıb deyir: əmioğlu, tut əlimdən məni kənara çıxart. Doğrusu, bu yuxu bir az mənim halımı dəyişibdir. Kərbəlayı Mədəd (çöldən səslənir). Burada Kamran. İbrahim oğlu işləyirmi? Kamran (diksinərək). Bu, dayımın səsidir. (Qapıya tərəf gedib səsləyir.) Dayı can, gəl, buradayam. Kərbəlayı Mədəd (daxil olur. Kamran ilə, yoldaşları ilə öpüşür). Mən dünən gəlmişəm, axşamdan səni axtarmışam, soraq verən olmayıb. Axırı bu gün bir nəfər oğlan sənin yerini göstərib. Kamran. Bəs harada mənzil eləyibsən? Kərbəlayı Mədəd. “Şərq” mehmanxanasındayam. Anan da mənimlə gəlibdir. Kamran. Anam! Anam nə üçün gəlibdir? Kərbəlayı Mədəd. Bir-iki ay bundan əqdəm atan vəfat elədi. Kamran. Atam öldü, yazıq ata! Niyə can verdiyi zaman sənin yanında olmadım?! Kərbəlayı Mədəd. Bəli! Axır nəfəsində yazığın gözləri ətrafı gəzirdi. (Kamran gözlərini silir.) Atandan sonra anan davam gətirə bilmədi. Hər gün gəlib mənə yalvarırdı ki, məni oğluma yetir. Axır mən də götürüb gəldim. Bunu da deyim ki, Hacı Kamyab atanın dəfninə böyük maya qoyub, çox cəlal ilə götürtdü. Kamran. Şöhrəti üçün vacibdir. Deməsinlər Hacı Kamyabın qardaşının meyitini götürən olmadı. Kərbəlayı Mədəd (bir başıbağlı məktub, bir boğça verir). Bunları da həkimbaşı Mirzə Mehdi sənə göndəribdir. Kamran (kağızın açıb oxuyub, əlindən yerə salır, dübarə qaldırır, bir dərin ah çəkir). Bəli, bunu gözləməli idi. Bu da Hacı Kamyabın hirsinin nəticəsi. Bundan sonra başına döyüb ağlasın, görək nə fayda qazanacaq? Xurşid. Nə xəbərdir, Kamran? Kamran. Mirzə Mehdi yazır ki, Gövhərtac müctəhidin evinə gedən gündən bir sağalmaz mərəz tutub vəfat etdi və boğçadakı yadigarın da sənə göndərilməsini ölən günü məndən xahiş elədi. (Boğçanı açır, bir köynək və bir qana bulaşmış dəsmal çıxarır.) Baxın, yoldaşlar! Bədəninə ən yaxın olan köynəyini və ciyərinin qanını mənə töhfə göndərib. Belə bir vücudu unutmaqmı olar? (Fit verilir, tənəffüs qurtarır.) Dayı can, sən get, işdən çıxantək gələrəm yanına. (Dəsmala baxır.) Əziz yarım, bir gün olar bu qanlı dəsmalı qan rəngində bir bayrağın başına bağlayıb sənin qisasını almağa gələrəm. (Maşının çarxları başlayır işləməyə, kürədən alov baş verir. Kamran bir parça qızarmış dəmir götürüb çəkic ilə döyür.) İndi, yoldaşlar, gücünüz gəldikcə çəkic vurun. Bu çəkiclərin hər zərbəsində sosializm imarətinə bir mıx çalınır. Vurun, yoldaşlar, bu çəkiclər bir gün olar çox başlar dağıdar. Yaşasın dünya inqilabı! Siz də deyin. Yoldaşları. Yaşasın dünya inqilabı! * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-kamran İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.