Mənzum hekayələr Həsənəli xan Qaradaği (1848–1929) Ağ yalançı Bir xaric dövlətdən bir əmirzadə, Gəlibdir Tiflisə, gəzib azadə. Görüb minarədə ozan verəni, İslamı namaza dəvət edəni. Xəbər alıb bir cühuddan bu kişi: "Nə deyir o adam, nə olmuş işi?" Cühud deyib: "Deyir, böyükdür Allah, Burası doğrudur, düz deyir vallah. Söyləyir ki, var Məhəmməd peyğəmbər, Bu yalandır, uydurulmuş bu xəbər". Əmirzadə söyləyibdir: "Hər halda, Yalanı sən dedin, qoy qalsın yadda. Çünki mümkün deyil edilə bəyan, Öylə uca yerdən söylənə yalan". * * * Yoxsul Bir yoxsul, bir zaman gedib hamama, Soyunub, əl atıb çanağa, caına, Doldurub çanağı, başma töküb, Elə ki, canını isladıb, çöküb, Söyləyib dəlləyə: "Mənə çək kisə, Amma pulum yoxdur, qalsın nisiyə". Dəllək gəlib fıtələrdən götürüb, Bir tərəfdə yer qayırıb, oturub, Yoxsulu uzadıb, kisəni çəkib, Sürtübdür bədənin çirkini töküb. Deyibdir: " İndi də qaldır özünü Qalmasın, qoy sürtüm dəxi üzünü". Yoxsul deyib: "Ta kafıdir, çox yaşa! Qara üzüm sən ağartma, çıx başa. Ağ günə aləmdə bais paradır, Əlim boşdur, mənim üzüm qaradır". Üz ağlığı, Qarabaği, paraymış, Yoxsul üzü ağ olsa da, qaraymış. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hasenali-xan-qaradagi-menzum-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1929). Public domain (author died 1929). Original text only.